Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-360/2022 18.02.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsi hakimlər Qəribov Fikrət Atlıxan oğlu (sədrlik edən), Hüseynov Telman Qulaməli oğlu və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi: X2, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X3 iştirakları ilə, xx.xx.1959-cu il tarixdə Ukrayna Respublikasının Luqansk şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3 və 237.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri külli miqdarda əkib yetişdirməklə kultivasiya etmiş, həmçinin satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni külli miqdarda əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən əldə etdiyi toxumlardan istifadə etməklə 2021-ci ilin aprel-may aylarında əkilib becərilməsi qadağan olunmuş tərkibində narkotik maddələr olan çətənə bitkilərini yaşadığı ünvan 3 ünvanındakı evinin həyətində qanunsuz olaraq külli miqdarda əkib yetişdirməklə kultivasiya etmiş, həmçinin əkib becərdiyi həmin çətənə bitkilərinin hissələrini yığıb qurutmaqla qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda ümumi təmiz çəkisi 4001,42 qram narkotik vasitə qurudulmuş marixuananı əldə edib, bir hissəsini yəni, 9 ədəd sellofan torbada ayrı-ayrılıqda təmiz çəkiləri 605 qram, 780 qram, 550 qram, 600 qram, 117 qram, 450 qram, 43 qram, 400 qram, 405 qram, ümumi təmiz çəkisi 3950 qramını daşıyıb yaşadığı ünvan 4 ünvanında yerləşən bir otaqlı evin girişindən sağ tərəfdə saxlamış, bir hissəsini yəni 51,42 qramını isə ayırıb üzərində saxlayaraq yaşadığı ünvanının yaxınlığına qədər daşımış, 15 iyul 2021-ci il tarixində saat 02:00-da Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində saxlanılaraq ünvan 5 ünvanında yerləşən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasına gətirilmiş, İdarənin xidməti otaqlarının birində onun üzərinə şəxsi axtarış keçirilərkən əynindəki qara rəngli şalvarın sol yan cibindən 01 (bir) ədəd şəffaf sellofana bükülmüş halda təmiz çəkisi 51,42 qram (əlli bir tam yüzdə qırx iki) qram olan narkotik vasitə qurudulmuş marixuana, əməliyyat axtarış tədbirlərinin davamı olaraq həmin tarixdə onun iştirakı ilə yaşadığı ünvan 2 ünvanındakı evinə keçirilən baxış zamanı həyətyanı sahəyə girişdən sağ tərəfdə və irəlidə sol tərəfdə torpaqda bitmiş vəziyyətdə ümumi sayı 54 ədəd külli miqdarda əkilib-becərilməsi qadağan olunmuş tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkiləri, ümumi sayı 8 ədəd olan narkotik tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərinin hissələri, həyətyanı sahədə yerləşən bir otaqlı evdə girişdən sağ tərəfdə yerləşən, ayrı-ayrılıqda 9 ədəd sellofan torbanın içərisindəki ayrı-ayrılıqda təmiz çəkiləri 605 qram, 780 qram, 550 qram, 600 qram, 117 qram, 450 qram, 43 qram, 400 qram, 405 qram, ümumi təmiz çəkisi 3950 qram (üç min doqquz yüz əlli) qram olan külli miqdarda narkotik vasitə qurudulmuş marixuanalar aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamlar üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, uzun müddətdir ki, narkotik vasitələrin istifadəçisidir. Lakin narkotik vasitənin satışı ilə heç bir zaman məşğul olmamışdır. Onun altmış üç yaşı var, ağrıları olduğu üçün narkotik vasitənin istifadəçisidir. O, narkotik vasitələri tanımadığı şəxslərdən əldə etmişdir. Həyətində aşkar edilən çətənə bitkilərini o, əkməmişdir. Həyətində neçə ədəd çətənə toxumunun əkildiyi barədə məlumatı olmamışdır. Həyətində aşkar edilən çətənə bitkilərinin necə əkildiyini və həmin bitkilərə necə qulluq edildiyini bilmir. Sadəcə onu bilir ki, bu bitkiləri əkən şəxs gübrədən istifadə edirdi və onun həyətində çətənə bitkisini əkən şəxs müxtəlif vaxtlarda gələrək yarpaqlarını sellofan paketlərə qoyub aparırdı. O, həmin əkilən bitkilərdən sadəcə özü üçün istifadə etmiş, lakin həmin narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Saxlanılan zaman üzərində 50 qram narkotik vasitə olan marixuana aşkar edilmişdir. Onu öz istifadəsi üçün üzərində saxlamışdır. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadə arasında ziddiyyət olduğundan, onun ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi məhkəmədə elan edilərək tədqiq edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ona Azərbaycan Respublikası CM-nin 234.4.3 və 237.2.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 15 iyul 2021-ci il tarixində gecə saat təxminən 02 radələrində yaşadığı ünvan 3 ünvanının yaxınlığında piyada hərəkət edən zaman 3 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim ediblər. Onun külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildiriblər. Barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış etdikdən sonra onu Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət ediblər. Orada onun hüquqlarının müdafiə edilməsi məqsədi ilə vəkil dəvət edilib və ona hüquq və vəzifələri izah edilməklə buna dair bildiriş təqdim edilib. Müdafiəçinin iştirakı ilə onun barəsində şəxsi axtarış keçirilib. Şəxsi axtarış zamanı ona üzərində qanunla qadağan olan hər hansı əşyanın olduğu halda təqdim etməyi xahiş edilib. Bundan sonra o, əynində olan qara rəngli şalvarının sağ yan cibindən 1 ədəd özünə məxsus “Samsung” markalı mobil telefonunu, 5 manat pulunu, yaşadığı evin açarını, sol yan cibindən özünə məxsus, 1 ədəd, içərisində narkotik vasitə marixuana olan sellofan torbanı təqdim edərək masanın üzərinə qoyub. Bundan sonra üst-başı yoxlanılıb və heç bir əşya aşkar edilməyib. Onun təqdim etdiyi 5 manat pul, yaşadığı evin açarı özünə qaytarılsa da, 1 ədəd "Samsung" markalı mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyi üçün götürülüb. Onun təqdim etdiyi 1 ədəd sellofan torbaya baxış keçirilən zaman içərisində tünd yaşıl rəngli, kəskin iyli, narkotik vasitə marixuana aşkar edilin. Həmin sellofan torbanın içərisində olan kütlənin təxmini çəkisinin müəyyən edilməsi məqsədi ilə həmin kütlə sıfırlanmış halda olan elektron tərəzi ilə çəkilib və çəkisinin 55 qram (əlli beş) olması müəyyən edilib. Həmin sellofan büküm 1 ədəd içərisi boş olan ağ rəngli zərfə qoyularaq qablaşdırılıb. Bundan sonra həmin kağız zərfin üzəri "DİN-in Zərflər üçün 7 saylı" möhürü ilə möhürlənib, iştirakçılar tərəfindən imzalandıqdan sonra təhqiqatçı tərəfindən götürülüb. Şifahi sorğu zamanı o, təqdim etdiyi sellofan bükümdə olan maddənin narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirib. Həmin maddəni öz istifadəsi üçün üzərində saxladığını, bundan başqa yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən evində də narkotik vasitənin qalan hissəsinin olmasını, həyətində narkotik tərkibli kollar əkdiyini, həmin narkotiki öz həyətində əkməklə əldə etdiyini, 30 ilə yaxındır ki, narkotik vasitə istifadəçisi olduğunu, yaşadığı ünvana baxış keçirilməsinə heç bir etirazının olmadığını bildirib. Bundan sonra o, yaşadığı evdə axtarış keçirilməsinə etiraz etməməyi barədə ərizə yazdıqdan sonra yaşadığı ünvana baxış keçirilməsi üçün gediblər. Yaşadığı evdə olarkən həyətdə əkdiyi, ümumi sayı 54 ədəd olan çətənə kollarını və yaşadığı evdə olan 9 sellofan torbada çəkisi təxminən 4 kq olan qurudulmuş marixuananı təqdim edib. Həmin maddələr də qablaşdırılaraq götürülüb. O, həyətində olan maddələri təxminən 2 ay bundan əvvəl öz istifadəsi üçün əkdiyini, başqa heç bir yerdə narkotik tərkibli maddə saxlmadığını, bugünə qədər narkotik vasitənin satışı ilə məşğul olmadığını, lakin ondan istəyən şəxslərə hədiyyə kimi verdiyini, saxlanılan zaman polis əməkdaşları tərəfindən ona qarşı zor tətbiq edilmədiyini bildirib. Təqsirləndirilən şəxs sərbəst ifadə verdikdən sonra ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, üzərindən və yaşadığı evdən aşkar edilərək götürülmüş narkotik vasitə qurudulmuş marixuananı özü əkib-becərdikdən sonra qurudaraq əldə edib. Əldə etdiyi narkotik vasitə qurudulmuş marixuananın çox hissəsini yaşadığı evdə sellofan torbalarda saxlayıb. Kiçik hissəsinin isə istifadə etmək üçün sellofan paketdə üzərində gəzdirib. Çətənə kollarını təxminən 2-3 ay əvvəl özünün istifadə etdiyi narkotik vasitə qurudulmuş marixuananın toxumlarını əkməklə becərib. Bu kolların yetişmələri üçün onları sulayıb, torpağa gübrə verib. Həmin maddələrdən heç kimə satmayıb, bəzən hədiyyə kimi istifadə etmək üçün istəyənlərə verib. Bundan başqa heç bir yerdə narkotik maddə saxlamır. Polis əməkdaşları onu saxlayan zaman o, bir qədər gəzişmək üçün yaşadığı evdən küçəyə çıxıb. Həmin narkotik vasitə qurudulmuş marixuanadan istifadə etmək üçün həmin bükümü üzərində saxlayıb. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 14.07.2021-ci il tarixində Təqsirləndirilən şəxs adlı şəxsin qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələri satış məqsədi ilə əldə etməsi və Bakı şəhəri, Sabunçu rayonu ərazisində qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Məlumat əsasında saat 01 radələrində əməliyyat qrupu ilə birlikdə ünvan 4 ünvanının yaxınlığına gəlmişlər. O, Şahid1 və Şahid3 təxminən saat 02:00-da orada Təqsirləndirilən şəxs görüb, daxil olan əməliyyat məlumatındakı əlamətlərə uyğun olduğuna görə sonuncuya yaxınlaşıb özlərini təqdim edib xidməti vəsiqələrini göstərərək Təqsirləndirilən şəxsdan da özünü təqdim etməsini xahiş ediblər. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirib. Onlar Təqsirləndirilən şəxsa qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satış məqsədi ilə əldə edib saxlanılmasında, daşınmasında şübhəli bilindiyinə görə saxlanıldığını bildirib Təqsirləndirilən şəxsı Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət ediblər. Təqsirləndirilən şəxs onlara etiraz etmədən Baş Narkotiklərlə Mübarizə İdarəsinə gəlməyə razılıq verib. Onlar Təqsirləndirilən şəxs Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətiriblər və bu barədə raport tərtib olunub. Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış keçirilən zaman əvvəlcə üzərində olan əşyaları özünün təqdim edərək masanın üzərinə qoyması təklif edilib. Bu zaman Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarın sağ yan cibindən 1 ədəd “Samsung” markalı mobil telefonu, 5 manat pulu və yaşadığı evin açarı olduğunu bildirdiyi 1 ədəd açarı, həmin şalvarın sol yan cibindən isə 1 ədəd şəffaf sellofan torbanı çıxararaq otaqdakı masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxsın təqdim etdiyi 1 ədəd şəffaf sellofan torbanın içərisinə baxış keçirilən zaman orada yaşıl rəngli, narkotik vasitə qurudulmuş marixuanaya bənzər quru ot kütləsinin olduğu aşkar olunub. Aşkar edilən maddə ilə bağlı Təqsirləndirilən şəxsla sorğu-sual edilən zaman Təqsirləndirilən şəxs təqdim etdiyi həmin sellofan bükümdəki maddənin narkotik vasitə qurudulmuş marixuana olduğunu, həmin kütləni öz istifadəsi üçün üzərində saxladığını və yaşadığı evin həyətyanı sahəsində əkib-becərərək əldə etdiyini bildirib. Həmçinin yaşadığı evdə həmin narkotik vasitə qurudulmuş marixuananın qalan hissəsinin və əkdiyi kolların olmasını, həmin evdə tək yaşadığını və onları tərəfindən həmin evə baxış keçirilməsinə etiraz etmədiyini deyib. Bundan sonra həmin şəxslərlə birlikdə Təqsirləndirilən şəxsın yaşadığı ünvan 4 ünvanına yollanıblar. Təxminən saat 05 radələrində həmin ünvana çatıblar. Təqsirləndirilən şəxsa əkib-becərdiyi kolların olduğu yeri göstərməsi təklif olunub. Təqsirləndirilən şəxsa həyətyanı sahədə giriş-qapısı ilə üzbəüz yerləşən yaşıl rəngli, təxminən 1 metr uzunluğunda olan çətənə kollarına bənzəyən kolları göstərib. X5 həmin kolların narkotik tərkibli çətənə kolları olduğunu, torpağa gübrə verilərək əkilib-becərildiyini bildirib. Təxminən 30 dəqiqə ərzində həmin kollar bir-bir sayılaraq qara rəngli sellofan torbalara yığılıb. Ümumilikdə 4 ədəd qara rəngli sellofan torbada 54 ədəd kol və 8 ədəd budaq qablaşdırılıb. Aşkar edilən kollar ilə bağlı Təqsirləndirilən şəxsla sorğu-sual edilən zaman Təqsirləndirilən şəxs bu kolların çətənə kolları olduğunu, bu kolları təxminən 2-3 ay bundan əvvəl əkdiyini və bu barədə heç kimin məlumatının olmamasını deyib. Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı qeyd etdiyi kimi yaşadığı evdə də narkotik vasitə qurudulmuş marixuana saxladığını və bunları təqdim edə biləcəyini qeyd edib. Təqsirləndirilən şəxs və iştirakçılar evə daxil olublar. Təqsirləndirilən şəxs giriş qapısından sağ tərəfdə, küncdə, döşəmənin üzərində dolabın qarşısına yığılmış vəziyyətdə olan sellofan torbaları göstərib. Həmin sellofan torbalar otağın mərkəzində yerləşən jurnal masasının üzərinə yığılıb və həmin torbaların cəmi 9 ədəd olması müəyyən edilib. Həmin torbaların hər birinin içərisinə baxış keçirilən zaman hər birinin içərisində yaşıl rəngli, narkotik vasitə qurudulmuş marixuanaya bənzər, quru ot kütləsinin olduğu aşkar edilib. Təqsirləndirilən şəxsla sorğu-sual edilən zaman Təqsirləndirilən şəxs bu kütlələrin özünə məxsus olduğunu, öz həyətyanı sahəsində əkib-becərərək əldə etdiyini, bu kütlələrdən bəzən istəyən şəxslərə hədiyyə kimi verdiyini bildirmişdir. Təqsirləndirilən şəxs barəsində keçirilən şəxsi axtarış zamanı, eləcə də yaşadığı evdə keçirilən baxış və götürmə zamanı aşkar edilən kütlələrin qablaşdırılmasında ona qarşı hər hansı bir fiziki və ya mənəvi təzyiq göstərilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 və Şahid3 Şahid2 ilə eyni məzmunlu ifadə vermişlər. Cinayət işinin materiallarına əlavə edilmiş Baş Narkotiklərlə Mübarizə İdarəsinin təhqiqatçısı, polis kapitanı Vüsal Həsənquliyevin tərtib etdiyi “şəxsi axtarış və götürmə aparılması haqqında” 15 iyul 2021-ci il tarixli protokoldan görünür ki, o, “Şəxsi axtarış və götürmə aparılması haqqında” 15 iyul 2021-ci il tarixli qərara əsasən Baş İdarənin inzibati binasında olan xidməti iş otaqlarından birində videoçəkilişdən istifadə etməklə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparıb. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində olan hər hansı bir əhəmiyyət kəsb edən, qanunla qadağan olunmuş əşyanı verməsi təklif edilib. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən 1 ədəd “Samsung” markalı mobil telefonu, 5 manat pulu, yaşadığı evin açarını, sol yan cibindən özünə məxsus 1 ədəd sellofan torbanı təqdim edərək masanın üzərinə qoyub. Bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üst-başı yoxlanılan zaman heç bir əşya aşkar edilməyib. Təqsirləndirilən şəxs təqdim etdiyi 5 manat pul, yaşadığın evin açarı özünə qaytarılsa da, 1 ədəd “Samsung” markalı mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyi üçün götürülüb. Təqsirləndirilən şəxs 1 ədəd sellofan torbaya baxış zamanı içərisində tünd yaşıl rəngli, kəskin iyli, narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilib. Həmin sellofan torbanın içərisində olan kütlənin təxmini çəkisi elektron tərəzi ilə çəkilib və çəkisinin 55 qram olması müəyyən edilib. Həmin sellofan büküm 1 ədəd içərisi boş olan, ağ rəngli zərfə qoyularaq qablaşdırılıb. Bundan sonra həmin kağız zərfin üzəri “DİN-in Zərflər ümün 7 saylı” möhürü ilə möhürlənib və iştirakçılar tərəfindən imzalanaraq təhqiqatçı tərəfindən götürülüb. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan bükümdə olan maddənin narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirib. Həmin maddəni öz istifadəsi üçün üzərində saxladığını, bundan başqa yaşadığı evdə də narkotik vasitənin qalan hissəsinin olmasını, yaşadığı ünvana baxış keçirilməsinə heç bir etirazının olmadığını bildirib. Cinayət işinin materiallarına əlavə edilmiş Baş Narkotiklərlə Mübarizə İdarəsinin təhqiqatçısı, polis kapitanı Vüsal Həsənquliyevin tərtib etdiyi “baxış keçirilməsi və götürmə haqqında” 15 iyul 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs razılıq ərizəsi alındıqdan sonra iştriakçılar sonuncunun yaşadığı ünvana gəlib. Həmin yerin ünvanının ünvan 3 olması müəyyən edilib. Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində əkib-becərdiyini bildirdiyi narkotik tərkibli bitkilərin yerini göstərməsi xahiş edilib. Təqsirləndirilən şəxs həmin kolları göstərdikdən sonra aqronom-alim həmin kollara aqrotexniki qaydada qulluq edildiyini bildirib. Bundan sonra həmin sahədə olan kollar yerdən çıxarılıb. Ümumilikdə həmin kolların sayının 54 ədəd, budaqlarının 8 ədəd olması müəyyən edilib. Bu kollar və budaqlar 4 ədəd sellofan torbada qablaşdırılıb. Elektron tərəzi ilə təxmini çəkiləri ölçüldükdə, 1-ci sellofan torbanın çəkisinin 3550 qram, 2-ci sellofan torbanın çəkisinin 3740 qram, 3-cü sellofan torbanın çəkisinin 4025 qram və 4cü sellofan torbanın çəkisinin 1160 qram olması müəyyən edilib. Həmin sellofan torbaların üzəri möhürlənib, iştirakçılar tərəfindən imzalandıqdan sonra götürülüb. Həmçinin evin həyətyanı sahəsindən müqayisəilə tədqiqat üçün bir qədər torpaq nümunəsi 1 ədəd ağ rəngli zərfə qoyularaq qablaşılırıb və götürülüb. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı 1 otaqlı evə daxil olaraq girişdən sağ tərəfdə yerləşən ümumi sayı 9 ədəd olan sellofan torbaları təqdim edərək içərisində narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirib. Bu sellofan torbalara baxış keçirilən zaman hər birinin içərisində tünd yaşıl rəngli, qurudulmuş halda narkotik vasitə marixuanaya bənzər kütlə olması müəyyən olunub. Həmin torbaların hər biri 1 ədəd sellofan torbaya yığılıb və ümumi təxmini çəkiləri elektron tərəzi il çəkildikdə 3970 qram olması müəyyən edilib. Həmin 1 ədəd sellofan torba qablaşdırıldıqdan sonra üzəri möhürlənib və imzalanıb. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin maddələri öz istifadəsi üçün həyətində təxminən 2 ay əvvəl əkdiyi kollardan əldə etdiyini, ondan istəyən şəxslərə pulsu zolaraq hədiyyə etdiyini, başqa heç bir yerdə narkotik vasitə saxlamadığını, polis əməkdaşları tərəfindən heç bir zor tətbiq edilmədiyini bildirib. Mənzildə yerləşən 1 ədəd dolaba əlavə olaraq baxış keçirilən zaman iş üzrə əhəmiyyət kəsb edən əşya aşkar edilməyib. Cinayət iş üzrə ibtidai istintaq zamanı keçirilmiş və məhkəmədə elan edilərək tədqiq edilmiş məhkəmə-bioloji ekspertizasının 15.07.2021-ci il tarixli, 7/675 nömrəli ekspert rəyinə görə, tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd sellofan büküm” yazılar və imzalar olan bir ədəd kağız paketdə bir ədəd sellofan bağlamada təmiz çəkisi - 51,42 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş ağ kağız üzərində “Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar edilmiş narkotik vasitə marixuanaya bənzər” yazılar və imzalar olan ağ rəngli polietilen torbada ümumi sayı 9 (doqquz) ədəd sellofan torbalarda ümumi çəkisi 3950 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanalardır. Tədqiqata təqdim olunmuş ağ kağız üzərilərində “Təqsirləndirilən şəxs həyətyanı sahəsindən aşkar edilmiş .....” yazılar və imzalar olan 3 ədəd qara rəngli polietilen torbalarda yaş vəziyyətdə, ümumi sayı 54 ədəd, ümumi çəkisi 11200 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkiləridir. Aqronomun rəyinə əsasən, həmin bitkilərə aqrotexniki qaydada qulluq olunmuşdur. Tədqiqata təqdim olunmuş ağ kağız üzərində “Təqsirləndirilən şəxs həyətyanı sahəsindən aşkar edilmiş 8 ədəd kol budaqları..” yazılar və imzalar olan 1 ədəd qara rəngli polietilen torbada yaş vəziyyətdə, ümumi sayı 8 ədəd, ümumi çəkisi 1100 qram olan bitki hissələri əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkilərinin hissələridir. Təqdim olunmuş marixuana ilə çətənə (kannabis) bitkiləri və hissələri tərkiblərinə görə eynidir. Tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs həyətyanı sahəsindən götürülmüş torpaq nümunələri” yazıları və imzalar olan 1 ədəd kağız paketdə olan torpağın tərkibində cüzi miqdarda çətənə (kannabis) bitkisinin hissəcikləri vardır. Cüzi miqdarda olduğu üçün müqayisəli tədqiqat aparmaq və çəkisini müəyyən etmək mümkün olmayıb. Cinayət iş üzrə ibtidai istintaq zamanı keçirilmiş və məhkəmədə elan edilərək tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 06.08.2021-ci il tarixli, 2710 saylı ekspert rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs məhkəmədə vermiş olduğu ifadəsində irəli sürülmüş ittihamlar üzrə özünü təqsirli bilməməsi barədə göstərdiyi xüsusatlar yuxarıda sadalanan sübutlarla müqayisəli qaydada yoxlanılarkən, müəyyən olunmuşdur ki, onun ifadəsi məhkəmədə dindirilmiş şahidlərin ifadələri, məhkəmə-bioloji və məhkəmə-narkoloji ekspertizanın rəyləri, maddi sübutlar, «şəxsi axtarış və götürmə haqqında», “baxış keçirilmə və götürmə haqqında” protokollarda göstərilənlərlə və özünün ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərilənlərlə tam təkzib olunmuşdur. Bu səbəbdən məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsinə tənqidi yanaşmaqla, işin faktiki halları ilə uzlaşmadığından həmin ifadəni inandırıcı qəbul etmir və cinayət məsuliyyətindən yayınmaq məqsədilə verilmiş ifadə kimi qiymətləndirir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış, yuxarıda sadalanan sübutları tam, hərtərəfli və obyektiv yoxlamış, həmin subutların məcmusuna qiymət verməklə, belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri külli miqdarda əkib yetişdirməklə kultivasiya etməsi, həmçinin satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni külli miqdarda əldə etməsi, saxlaması və daşıması tam sübut olunmuşdur. Onun həmin əməlləri Azərbaycan Respublikası CM-nin 234.4.3, 237.2.3-cü maddələri ilə tövsif edilməli və ona həmin maddələr ilə təqsirli bilinməklə cəza təyin edilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə uyğun olaraq törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcədə cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini müzakirə etmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamışdır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59-cu maddəsində nəzərdə tutulan cəzasını yüngülləşdirən hallar və Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət işi üzrə şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 15.07.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 16.07.2021-ci il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin başlanğıcı ilə əlaqədar məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin cəza çəkməsinin başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu 15.07.2021-ci tarixdən hesablanmalı, həmçinin barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-nin 56.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CM-nin 93.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsində göstərilmişdir ki, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakı müəyyən edilmədiyindən, barəsində xüsusi müsadirə tətbiq edilməməlidir. Cinayət işi üzrə mülki iddianın olmaması nəzərə alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış – Bakı şəhəri Sabunçu RPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan ekspertiza zamanı aparılmış kimyəvi yoxlamalardan sonra qalıq kütləsi 51,40 qram, 3949,82 qram qalmış narkotik vasitə qurudulmuş marixuanalar, 54 ədəd narkotik təbiətli çətənə (kannabis) bitkisi, 8 ədəd narkotik təbiətli çətənə (kannabis) bitkilərinin hissələri və torpaq nümunəsi məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış 02 ədəd CD disk isə cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə xərcini təşkil edən ekspertiza xərci 66,46 manat (altmış altı manat qırx altı qəpik) Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: X1, KOD 210005, VÖEN**********, Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22) ödənilməlidir. Məhkəmə istintaqı zamanı vəkilin haqqı Cinayət işi üzrə məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı vəkil bürosunun vəkili X4 228 (iki yüz iyirmi səkkiz) manat miqdarında pul ödənilməlidir. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrini rəhbər tutaraq Hökm etdi: Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası CM-nin 234.4.3 və 237.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə 06 (altı) il, Azərbaycan Respublikası CM-nin 237.2.3cü maddəsi ilə 4 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 07 (yedd) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 15 iyul 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə olunsun və ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış–Bakı şəhəri Sabunçu RPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan ekspertiza zamanı aparılmış kimyəvi yoxlamalardan sonra qalıq kütləsi 51,40 qram, 3949,82 qram qalmış narkotik vasitə qurudulmuş marixuanalar, 54 ədəd narkotik təbiətli çətənə (kannabis) bitkisi, 8 ədəd narkotik təbiətli çətənə (kannabis) bitkilərinin hissələri və torpaq nümunəsi məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 02 ədəd CD disk isə cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərcini təşkil edən ekspertiza xərci 66,46 manat (altmış altı manat qırx altı qəpik) Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: X1, KOD 210005, VÖEN**********, Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22) ödənilsin. Məhkəmə istintaqı zamanı vəkilin haqqı Cinayət işi üzrə məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı vəkil bürosunun vəkili X4 228 (iki yüz iyirmi səkkiz) manat miqdarında pul ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Qəribov Hakimlər: Telman Hüseynov Əli Məmmədov
Məhkəmə qərarları › İş №1(101)-360/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-360/2022
18.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver