Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-360/2023 19.07.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məcidov Azad Əli Ağa oğlunun sədrliyi, hakimlər Məmmədzadə Səbinə Adil qızı və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X5, dövlət ittihamçıs- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru X7, müdafiəçilər – Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 3 saylı vəkil bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1 iştirakları ilə
1. 14 avqust 1994-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “D” yaşayış massivi, ev 21, mənzil 113-də qeydiyyatda olmaqla, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, ev 96, mənzil 64-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələri ilə,
2. xx xxx 1999-cu il tarixdə Astara rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 05 fevral 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 05 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş, Astara rayonu, Azərbaycan küçəsi, ev 44-də qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i:
Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup halında silah qismində istifadə olunan əşya hesab edilən bıçaq tətbiq etməklə hücuma məruz qalmış şəxsin həyat və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edəcəyi hədəsi ilə bağlı olan basqın edib quldurluq cinayəti əməlini törətmişlər. Belə ki, Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə özgənin əmlakını quldurluq yolu ilə ələ keçirmə məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək öz cinayətkar niyyətlərini həyata keçirmək üçün 11 iyun 2022ci il tarixdə gecə saat 23 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsində fərdi olaraq taksi fəaliyyəti ilə məşğul olan Zərərçəkmiş şəxs idarə etdiyi “Toyota Prius” markalı **-DC-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə sürücünün arxasındakı oturacaqda, qrupun digər üzvü Təqsirləndirilən şəxs2 isə ön sağ oturacaqda müştəri qismində əyləşdikdən sonra Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən “Təzə Pir” məscidinə sürməyi xahiş edib həmin ünvan istiqamətində hərəkətdə olan zaman 12 iyun 2022-ci il tarixdə gecə saat 00:30-da ünvan 3 ünvanda yerləşən “Avropa Liseyi”-nin qarşısında avtomobilin mühərrikində yaranmış nasazlıq səbəbindən dayanmasından istifadə edərək qabaqcadan aralarında olan razılaşmaya uyğun olaraq o, əlləri ilə Zərərçəkmiş şəxs boğaz nahiyəsindən tutub arxaya tərəf sıxaraq əlində olan silah qismində istifadə etdiyi bıçağı sonuncunun boğaz nahiyyəsinə dirəyərək əks təqdirdə bıçaqla vuracağı ilə hədələyib basqın etməklə üzərində olan pulları verməsini tələb etmiş, İlqar Dəmirov bu tələbdən qorxaraq avtomobilin salonunda olan kül qabının içərisində saxladığı 5 (beş) manat pulu onlara verdikdə bununla kifayətlənməyib, Təqsirləndirilən şəxs2 sonuncunun şalvarının cibindən 1 (bir) manat və avtomobilin salonunda eynək saxlamaq üçün nəzərdə tutulmuş yerdən 55 (əlli beş) manat pulu götürüb qabaqcadan əlbir olan bir qrup şəxs halında silah qismində istifadə edilən əşya hesab olunan bıçaq tətbiq etməklə hücuma məruz qalmış Zərərçəkmiş şəxs həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edəcəyi hədəsi ilə bağlı basqın edərək ona məxsus 61 (altmış bir) manat pulu ələ keçirməklə quldurluq etmişlər. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona qarşı elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, iş üzrə digər Təqsirləndirilən şəxs2 onun yaxın dostudur və onun Əliağa ilə münasibəti normaldır. 11 iyun 2022-ci il tarixdə saat 23 radələrində o Təqsirləndirilən şəxs2 ilə Bakı şəhərində yerləşən “Milli Bank”-ın qarşısında görüşüb bir qədər gəzmişlər. Daha sonra başqa bir dostugilə getməyə qərar vermişlər. Həmin dostları “Sovetski” adlanan ərazidə yerləşən ‘'Təzə Pir” məscidinin yanında yaşayırmış. Dostlarının adı Abbasdır. Onlar 28 mayda yoldan keçən taksini əl edib saxlatdırmışlar. Əliağa avtomobilin qabaq sağ tərəfində, o isə arxada oturmuşdur. Taksi sürücüsü adını sonradan bildiyi sürücü Zərərçəkmiş şəxs avtomobili idarə edib Sovetski istiqamətinə yola düşmüşdür. Onlar '’Avropa” liseyinin qarşısına çatan zaman avtomobildə nasazlıq yaranmış, sürücü avtomobili saxlamışdır. Həqiqətən də avtomobilin nasaz olub-olmamasını bilmir. Mübahisə yarandıqdan sonra sürücü maşından düşərkən o maşının qolaltılıqdan 50-60 manat pul götürüb maşından düşmüşdür. Mübahisə adi məsələ ilə bağlı imiş. Maşından düşdükdən sonra sürücü ilə yenidən mübahisə etmişlər, dostu Əliağa onları aralamışdır. Sonra o və Əliağa ordan uzaqlaşmışlar. Dostu Əliağanın onun pulu götürməyindən xəbəri də olmamışdır. O, oğurluq etsə də quldurluq yolu ilə oğurluq etməmişdir. Buna görə özünü qismən təqsirli bilir. O, qətiyyən sürücünü boynundan tutub arxaya çəkərək bıçaqla onun boynunun sağ tərəfinə tutub pulun yerini deməsini istəməmiş, belə bir şey olmamışdır. Onda nə bıçaq olmuş, nə də sürücüyə hədə-qorxu gəlmişdir. Nə basqın, nə hədə-qorxu olmuşdur. O, özünü oğurluq etməkdə təqsirli bilir. AR CM-nin 181-ci maddəsi ilə təqsirli bilmir. Polis şöbəsində ona fiziki təzyiq göstərilmişdir. Onlar sürücüyə yol pulunu nağd ödəyəcəkmiş, lakin sürücü ilə aralarında mübahisə yarandığından nə onlar yol pulunu sürücüyə vermiş, nə də sürücü onlardan yol pulunu tələb etmişdir. Onlar tutulandan sonra Polis Bölməsində polis əməkdaşları tərəfindən fiziki təzyiqə məruz qalmışlar. Çünki onlar quldurluq cinayəti törətmədiklərini bildirmişlər. Ona fiziki təzyiq göstərən polis əməkdaşlarının adını xatırlamır. Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs1 bildirmişdir ki, o, Yasamal rayonunda, Əliağa Xırdalan şəhərində yaşayır. Axşam Abbasgildə gecələməyəcəkmişlər. Onun pulu oğurlamağından sürcünün xəbəri olmamışdır. Yəqinki sonradan sürücünün pulun oğurlanmasından xəbəri olmuşdur. Onlar qaçaraq uzaqlaşmamışlar, onlar normal şəkildə sürücüdən uzaqlaşmışlar. Sürücü arxalarınca gəlməmişdir. Sürücüdən uzaqlaşıb dostu Abbasgilə getmişlər. Hadisədən 4 gün sonra həbs olunmuşlar. İstintaq zamanı zərərçəkmiş şəxslə üzləşmə olmuşdur. O, pulu oğurlayarkən Əliağa pulu götürməyini görməmiş, xəbəri də olmamışdır. Əliağa bunu sonradan bilmişdir. Ünvana yaxın onlar taksidən enmiş, 5-10 metr ünvana yol qalırmış. O, nə narkotik vasitə istifadə etmiş, nə də içkili imiş. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyətlər olduğu üçün təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi ifadəsi elan edilmiş və ifadənin sonunda olan imza ona təqdim edilmişdir. Belə ki, cinayət işinin 40-42 və 102-104-cü vərəqələrində olan ifadəsində Təqsirləndirilən şəxs1 aşağıdakıları göstərmişdir: … «... özünü Azərbaycan Respublikası CM-nin 181.2.1 və 181.2.5-ci maddələri ilə elan olunmuş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərmişdir ki, 11 iyun 2022-ci il tarixdə saat 23 radələrində o, tanışı Təqsirləndirilən şəxs2 ilə Bakı şəhərində yerləşən «Milli bank»ın qarşısında görüşüb bir qədər gəzmiş və pulları olmadığından qərara gəlmişlər ki, cinayət yolu ilə pul əldə etsinlər. Onlar bir qədər gəzdikdən sonra Milli bankın qarşısında olan yolda tıxacı görüb taksi kimi fəaliyyət göstərən "Toyota-Prius” markalı 77-DC -120 dövlət qeydiyyat nişanlı avtomobilin dayandığını görmüşlər. Onlar qərara gəlmişlər ki, həmin avtomobilin sürücüsünü sakit bir yerə sürdürüb sürücünün pulunu əlindən alsınlar. Bundan sonra onlar həmin avtomobilə yaxınlaşmış və Əliağa sağ qabaq pəncərədən sürücüyə demişdir ki, onları köhnə “Sovetski” adlanan ərazidə yerləşən ‘'Təzə pir” məscidinin yanına aparsın. Həmin sürücü də adını sonradan bildiyi Zərərçəkmiş şəxs onlara etiraz etməyib bildirmişdir ki, “oturun aparım”. Bundan sonra Əliağa avtomobilin qabaq sağ tərəfində oturmuş, o, isə arxa sol tərəfdə sürücünün arxasında oturmuş və Zərərçəkmiş şəxs avtomobili idarə edib həmin istiqamətə yola düşmüşlər. Onlar "Avropa” liseyinin qarşısına çatan zaman avtomobildə nasazlıq yaranmış və avtomobil sürülməmişdir. İqrar Əliağadan xahiş etmişdir ki, avtomobili bir qədər itələsin. Onlar da etiraz etməyib avtomobili bir qədər itələyəndən sonra yenidən avtomobilə əyləşmişlər. Əliağa sürücüyə demişdir ki, qabaqdan sağa tərəf dönsün, sürücü isə bildirmişdir ki, qabaq sağ tərəfdə yol yoxdur. Əliağa isə ona demişdir ki, o, tanıyır yol var. Bu zaman sürücü idarə etdiyi avtomobili arxaya verərək sürüb oradan uzaqlaşmaq istəyəndə o, arxadan sürücünün boynundan tutub arxaya çəkmiş və özündə olan bıçağı onun boynunun sağ tərəfinə tutub bildirmişdir ki, “səsini çıxartma bizə pul lazımdır və pulun yerini de”, sürücü isə bildirmişdir ki, cəmi beş manat pulu var. Həmin vaxt Əliağa kül qabının üstündən beş manat pulu götürüb demişdir ki, başqa harda pul var? Sürücü isə səsini çıxartmamışdır. Bundan sonra Əliağa sürücünün əynində olan şalvarın cibindən avtomobilin açarını və bir manat pulu gotürmüşdür. O, isə Əliağaya demişdir ki, avtomobilin günlüklərinə baxsın. Əliağa da avtomobilin günlüklərinə və başqa saxlanc yerlərinə baxaraq avtomobildə eynək qoymaq üçün yerdən əlavə 55 manat pulu tapmış və həmin pulu götürüb cibinə qoymuşdur. Daha sonra isə Əliağa sürücüyə məxsus mobil telefonu da götürən zaman sürücü demişdir ki, telefonu və avtomobilin açarlarını qaytarsın. Əliağa da avtomobilin açarını və sürücüyə məxsus mobil telefonu avtomobilin sağ qabaq oturacağının üstünə qoyub ona məxsus olan ümumilikdə 61 manat pulu götürüb oradan uzaqlaşıb getmişlər. Bir qədər gedəndən sonra o özündə olan bıçağı yol kənarında olan zibil qabına atmışdır. Cinayət yolu ilə əldə etdikləri pulu öz aralarında bölərək ehtiyaclarına xərcləmişlər. …» Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs1 bildirmişdir ki, ona təqdim olunmuş imza onun imzasıdır, o, protokolu təzyiq altında imzalamışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona qarşı elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, iş üzrə digər Təqsirləndirilən şəxs1 onun yaxın dostudur. 11 iyun 2022-ci il tarixdə saat 23 radələrində o Nurlanla Bakı şəhərində yerləşən «Milli bank»ın qarşısında görüşüb bir qədər gəzmişlər. Daha sonra başqa bir dostugilə getməyə qərar vermişlər. Həmin dostu “Sovetski”də yaşayırmış. Onlar bir qədər gəzdikdən sonra “Milli Bank”-ın qarşısında olan yol ayrıcılığında tıxac olduğundan taksi kimi fəaliyyət göstərən “Toyota- Prius” markalı **-DC-*** dövlət qeydiyyat nişanlı avtomobili görmüşlər. Onlar yoldan həmin taksini əl edib saxlatdırmışlar. O, avtomobilin qabaq sağ tərəfində, Nurlan isə arxada oturmuşlar. Taksi sürücüsü avbtomobili idarə edib Sovetski istiqamətinə yola düşmüşdür. Onlar '’Avropa” liseyinin qarşısına çatan zaman avtomobildə nasazlıq yaranmış, sürücü avtomobili saxlamışdır. Həmin vaxt o da avtomobildən düşmüş, taksi sürücüsünə avtomobilin nasaz olması ilə bağlı iradını bildirdikdə aralarında mübahisə olmuşdur. Həmin vaxt Nurlanın avtomobildən pul götürməsinən xəbəri olmamışdır. Bir yerdə oradan uzaqlaşıb getmişlər. Onlarda bıçaq olmamışdır. Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs2 bildirmişdir ki, o, bıçaq olmadığını bildirmiş, bıçağı boynuna almağı üçün polis əməkdaşları onları döymüşlər. Zərərçəmiş şəxs istintaq zamanı onlara bildirmişdir ki, şikayətçi deyil. Onu döyən polis əməkdaşlarının adını xatırlamır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyətlər olduğu üçün təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi ifadəsi elan edilmiş və ifadənin sonunda olan imza ona təqdim edilmişdir. Belə ki, cinayət işinin 64-66-cı və 115-117-ci vərəqələrində olan ifadəsində Təqsirləndirilən şəxs2 aşağıdakıları göstərmişdir: … «... ona Azərbaycan Respublikası CM-nin 181.2.1 və 181.2.5-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 11 iyun 2022-ci il tarixdə saat 23 radələrində o, tanışı Təqsirləndirilən şəxs1lə Bakı şəhərində yerləşən Milli bankın qarşısında görüşüb bir qədər gəzmiş və onların pulu olmadığından qərara gəlmişlər ki, cinayət yolu ilə pul əldə etsinlər. Onlar bir qədər gəzdikdən sonra Milli bankın qarşısında olan yol ayrıcılığında tıxacı görüb taksi kimi fəaliyyət göstərən “Toyota-Prius” markalı ** DC *** dövlət qeydiyyat nişanlı avtomobilin dayandığını görmüşlər. Onlar qərara gəlmişlər ki, həmin avtomobilin sürücüsünü sakit bir yerə sürdürüb pulunu əlindən alsınlar. Bundan sonra onlar həmin avtomobilə yaxınlaşmış və o sağ qabaq pəncərədən sürücüyə demişdir ki, onları köhnə "Sovetski” adlanan ərazidə yerləşən ‘Təzə Pir” məscidinin yanına aparsın. Həmin sürücü də adını sonradan bildiyi -Zərərçəkmiş şəxs onlara etiraz etməyib bildirmişdir ki, “oturun aparım". Bundan sonra o, avtomobilin qabaq sağ tərəfində olurmuş. Nurlan isə arxa sol tərəfdə sürücünün arxasında oturmuş və Zərərçəkmiş şəxs avtomobili idarə edib həmin istiqamətə yola düşmüşlər. Onlar “Avropa” liseyinin qarşısına çatan zaman avtomobildə nasazlıq yaranmış və avtomobil sürülməmişdir. İqrar ondan xahiş etmişdir ki, avtomobili bir qədər itələsinlər. Onlar da etiraz etməyib avtomobili bir qədər itələyəndən sonra yenidən avtomobilə əyləşmişlər. O, sürücüyə demişdir ki, qabaqdan sağa tərəf dönsün, sürücü isə bildirmişdir ki, qabaq sağ tərəfdə yol yoxdur, o, isə sürücüyə demişdir ki, tanıyır yol var. Bu zaman sürücü idarə etdiyi avtomobili arxaya verərək sürüb oradan uzaqlaşmaq istəyəndə Nurlan arxadan onun boynundan tutub arxaya çəkmiş və özündə olan bıçağı sürücünün boynunun sağ tərəfinə tutub bildirmişdir ki, “səsini çıxartma bizə pul lazımdır və pulun yerini de”, sürücü isə bildirmişdir ki, cəmi beş manat pulu var. Həmin vaxt o, kül qabının üstündən beş manat pulu götürüb demişdir ki, başqa harda pul var. Sürücü isə səsini çıxartmamışdır. Bundan sonra o, sürücünün əynində olan şalvarın cibindən avtomobilin açarını və bir manat pulu götürmüşdür. Bu zaman Nurlan ona demişdir ki, avtomobilin günlüklərinə bax, o, da avtomobilin günlüklərinə və başqa saxlanc yerlərinə baxaraq avtomobildə eynək qoymaq üçün yerdən əlavə 55 manat pulu tapmış və həmin pulu götürüb cibinə qoymuşdur. Daha sonra isə o sürücüyə məxsus mobil telefonu da götürən zaman sürücü demişdir ki, telefonu və avtomobilin açarlarını qaytarsın. O da avtomobilin açarını və sürücüyə məxsus mobil telefonu avtomobilin sağ qabaq oturacağının üstünə qoyub ona məxsus olan ümumilikdə 61 manat pulu götürüb oradan uzaqlaşıb getmişlər. Bir qədər gedəndən sonra Nurlan özündə olan bıçağı yol kənarında olan zibil qabına atmışdır. Cinayət yolu ilə əldə etdikləri pulu öz aralarında bölərək ehtiyaclarına xərcləmişlər. …» Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs2 bildirmişdir ki, ona təqdim olunmuş imza onun imzasıdır, o, protokolu təzyiq altında imzalamışdır. İş üzrə Zərərçəkmiş şəxs dəfələrlə -23 noyabr 2022-ci il, 07 dekabr 2022-ci il, 14 dekabr 2022-ci il, 28 dekabr 2022-ci il, 18 yanvar 2023-cü il, 01 fevral 2023-cü il, 15 fevral 2023-cü il, 22 fevral 2023-cü il, 12 aprel 2023-cü il, 26 aprel 2023-cü il, 07 iyun 2023-cü il, 21 iyun 2023-cü il, 12 iyul 2023-cü il və 19 iyul 2023-cü il tarixlərdə keçiriləcək məhkəmə iclaslarına çağırılmasına baxmayaraq, məhkəməyə gəlməməmiş, onun istifadəsində olduğu qeyd edilən ***-***-**-**, ***-***-**-** mobil nömrələrinə məhkəmə elektron informasiya sistemi vasitəsilə SMS-xəbərdarlıq bildirişləri göndərilmiş, mobil nömrəyə telefon zəngləri edilsə də, həmin mobil nömrələr işlək vəziyyətdə olmamışdır. İlk olaraq Bakı Ağır Cinayətlər Məhkəməsinin 01 fevral 2023-cü il tarixli qərarı ilə Zərərçəkmiş şəxs məhkəmə iclasına məcburi gətirilməsi barədə qərar qəbul edilmişdir. Həmin qərarın icrası ilə bağlı Bakı şəhəri Binəqədi RPİ-nin 6-cı PB-dən daxil olmuş 17 fevral 2023-cü il tarixli, 3-13-46-3/2-2929/2023 saylı məktubdan görünür ki, Zərərçəkmiş şəxs olduğu yeri müəyyən etmək mümkün olmamışdır. Həmçinin, Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 iyun 2023-cü il tarixli qərarı ilə Zərərçəkmiş şəxs məhkəmə iclasına məcburi gətirilməsi barədə qərar qəbul edilmiş, qərarın icra edilməsi ilə bağlı təkrar olaraq, 12 iyul 2023-cü il tarixli, 1(101)-360/2023 saylı xatırlatma məktubu ilə Bakı şəhəri Binəqədi RPİ-nə müraciət edilsə də, Zərərçəkmiş şəxs məhkəmə iclasına gətirilməsi təmin edilməmişdir. Məhkəmə iclasında elan olunaraq araşdırılmış Zərərçəkmiş şəxs ifadəsindən görünür ki, o, “Toyota-Prius” markalı **-DC-*** dövlət qeydiyyat nişanlı avtomobili icarəyə götürərək taksi fəaliyyəti ilə məşğul olurmuş. 12 iyun 2022-ci il tarixdə saat 00:30 radələrində o, idarə etdiyi avtomobillə Bakı şəhəri, Rəşid Behbudov küçəsi ilə hərəkət edən zaman Milli bankın qarşısında olan dörd yol ayrıcında tıxaca düşərək avtomobili saxlamışdır. Bu zaman tanımadığı bir nəfər şəxs sağ qabaq pəncərədən ona demişdir ki, onları köhnə "Sovetski” adlanan ərazidə yerləşən "Təzə pir" məscidinin yanına aparsın. O da həmin şəxsə etiraz etməyib demişdir ki, "oturun aparım”. Bundan sonra bir nəfər arxa sol tərəfdə, digər şəxs isə qabaq sağ tərəfdə oturmuş və o, avbtomobili idarə edib həmin istiqamətə yola düşmüşdür. O, "Avropa” liseyinin qarşısına çatan zaman idarə etdiyi avtomobildə nasazlıq yaranmış və avtomobil sürülməmişdir. O, qabaq sağ tərəfdə əyləşən tanımadığı şəxsdən xahiş etmişdir ki, avtomobili bir qədər itələsinlər. Həmin şəxslər də etiraz etməyib avtomobili bir qədər itələyəndən sonra yenidən avtomobilə əyləşmişlər. Qabaqda əyləşən şəxs ona demişdir ki, qabaqdan sağa tərəf dön. O, isə həmin şəxsə bildirmişdir ki, qabaq sağ tərəfdə yol yoxdur, qabaqda oturan şəxs isə həmin yeri tanıdığını və yolu olduğunu bildirmişdir. O, həmin şəxsin sözündən şübhələnib avtomobili arxaya vermək istəyəndə arxada əyləşən adını bilmədiyi şəxs arxadan boynundan tutub arxaya çəkərək bıçağı onun boynunun sağ tərəfinə tutub bildirmişdir ki, ''səsini çıxartma bizə pul lazımdır və pulun yerini de”, o, isə həmin şəxsə demişdir ki, cəmi beş manat pulu var. Avtomobilin sağ qabaq tərəfində oturan şəxs kül qabının üstündən beş manat pulu götürüb demişdir ki, başqa harda pul var, o, isə sakit durmuşdur. Bundan sonra qabaqda əyləşən şəxs onun əynində olan şalvarın sağ cibindən avtomobilin açarlarını, şalvarın sol cibindən isə bir manat pulu götürmüşdür. Bundan sonra arxada əyləşən şəxs qabaqda oturan şəxsə demişdir ki, avtomobilin günlüklərinə bax. Qabaqda oturan şəxs də avtomobildə eynək qoymaq üçün yerə baxanda əlli beş manat pulu tapmış və həmin pulu götürüb cibinə qoymuşdur. Daha sonra isə qabaqda əyləşən şəxs ona məxsus mobil telefonu da götürən zaman o, həmin şəxsə demişdir ki, telefonu və avtomobilin açarlarım qaytarsın. Həmin şəxs də avtomobilin açarını və ona məxsus "Samsung” markalı mobil telefonu avtomobilin sağ qabaq oturacağının üstünə qoymuş və ona məxsus olan ümumilikdə 61 manat pulu aparıb getmişlər. O, təxminən 5-10 dəqiqə həmin yerdə dayanmışdır ki, özünə gəlsin. Bundan sonra o idarə etdiyi avtomobili sürüb həmin yerdən uzaqlaşmış və avtomobilin sahibi Comərtə zəng vurub baş vermiş hadisəni danışmışdır. Daha sonra isə DİN-nin 102 xidmətinə zəng vurub baş vermiş hadisə barədə məlumat vermiş və özü də yaşadığı evə getmişdir. Təxminən 10 dəqiqə keçəndən sonra polis əməkdaşları ona zəng vurub onu hadisənin baş verdiyi yerə çağırmışlar. Bundan sonra o, yaşadığı evdən çıxıb hadisə yerinə gəlib görmüşdür ki, hadisə yerində polis əməkdaşları hadisə yerini müayinə edirlər. Daha sonra o, polis əməkdaşları ilə birlikdə Yasamal RPİnin 26-cı PB-nə gedərək ərizə ilə müraciət etmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin ifadələri, zərərçəkmiş şəxsin istintaq dövründə verdiyi ifadəsi ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədləri də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinin 4-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Yasamal RPİ-nin 26-cı PB-nin məsul növbətçi əvəzi, polis kapitanı E.Tahirovun 12 iyun 2022-ci il tarixli raportundan görünür ki, xx.xx.2022-ci ildə saat 01:26da DİN-nin 102 xidmətinə Zərərçəkmiş şəxs zəng edərək, taksi sürücüsü olduğunu və idarə etdiyi Toyota-Prius” markalı **-DC-*** dövlət qeydiyyat nişanlı avtomobilinə əyləşən 2 nəfər şəxs Sovetski adlanan ərazidə onu bıçaqla hədələyərək 60 manatını almalarını bildirmişdir. Cinayət işinin 5-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Zərərçəkmiş şəxs 12 iyun 2022-ci il tarixli ərizəsindən görünür ki, sonuncu ərizə yazaraq, taksi sürücüsü olduğunu və idarə etdiyi “Toyota-Prius” markalı “**-DC-***” dövlət qeydiyyat nişanlı avtomobilinə əyləşən 2 nəfər şəxs “Sovetski” adlanan ərazidə onu bıçaqla hədələyərək 60 manatını almalarını bildirmişdir. Cinayət işinin 7-10-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 12 iyun 2022-ci il tarixli baxış keçirilməsi barədə protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, hadisə yeri olan ünvan 3 ünvana baxış keçirilmiş, hadisənin baş verdiyi avtomobildən əl-barmaq izləri götürülmüşdür. Baxış zamanı fotoçəkiliş aparılmışdır. Cinayət işinin 79-81-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 16 iyun 2022-ci il tarixli şəxsin tanınmaya təqdim edilməsi haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs ona tanınmaya təqdim edilmiş şəxlsər içərisindən ikinci sırada dayanmış şəxsi, yəni, Təqsirləndirilən şəxs1 göstərərək, hadisə baş verən zaman həmin şəxsin onun avtomobilində əyləşdiyini və özündə olan bıçağı onun boynuna dirədiyini bildirmişdir. Cinayət işinin 82-84-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 16 iyun 2022-ci il tarixli şəxsin tanınmaya təqdim edilməsi haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs ona tanınmaya təqdim edilmiş şəxlsər içərisindən üçüncü sırada dayanmış şəxsi, yəni, Təqsirləndirilən şəxs2 göstərərək, hadisə baş verən zaman həmin şəxsin onun avtomobilində əyləşdiyini və ondan pul tələb etdiyini bildirmişdir. Cinayət işinin 85-87-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 16 iyun 2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs1 ilə Zərərçəkmiş şəxs arasında keçirilmiş üzləşdirmə zamanı, Zərərçəkmiş şəxs istintaq zamanı verdiyi ifadəsini bir daha Təqsirləndirilən şəxs1 üzünə qarşı təsdiq edərək, Təqsirləndirilən şəxs1 hadisə baş verən vaxt bıçağı onun boğazına dirəyib ondan pul tələb etdiyini bildirərək Təqsirləndirilən şəxs1 ifşa etmişdir. Üzləşdirmə zamanı Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxsin dediklərini təsdiq etmişdir. Cinayət işinin 88-90-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 16 iyun 2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs2 ilə Zərərçəkmiş şəxs arasında keçirilmiş üzləşdirmə zamanı, Zərərçəkmiş şəxs istintaq zamanı verdiyi ifadəsini bir daha Təqsirləndirilən şəxs2 üzünə qarşı təsdiq edərək, Təqsirləndirilən şəxs2 hadisə baş verən vaxt ondan pul tələb etdiyini bildirərək sonuncunu ifşa etmişdir. Üzləşdirmə zamanı Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxsin dediklərini təsdiq etmişdir. Buna görə məhkəmə həmin üzləşdirmə protokollarını da sübut növü kimi qəbul edir. Cinayət işinin 118-120-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 17 iyun 2022-ci il tarixli ifadənin yerində yoxlanılması protokolundan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs1 istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək, Zərərçəkmiş şəxs avtomobilində sonuncuya bıçaq çəkib Təqsirləndirilən şəxs2 ilə pulunu ələ keçirdiklərini bildirərək, baş vermiş hadisəni əyani surətdə göstərmişdir. Cinayət işinin 121-124-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 17 iyun 2022-ci il tarixli ifadənin yerində yoxlanılması protokolundan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs2 istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək, Zərərçəkmiş şəxs avtomobilində sonuncuya Təqsirləndirilən şəxs1 bıçaq çəkib birlikdə pulunu ələ keçirdiklərini bildirərək, baş vermiş hadisəni əyani surətdə göstərmişdir. Cinayət işinin 143-144-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsindən daxil olmuş 15 iyun 2022-ci il tarixli, 011-6793-1222 saylı məktubdan görünür ki, müqayisəli tədqiqat zamanı təqdim edilmiş əl izlərindən 03 ədədi avtomatlaşdırılmış eyniləşdirmə sisteminin məlumat bankında olan məlumata əsasən Təqsirləndirilən şəxs2 sağ əlinin şəhadət, orta, sol əlinin isə şəhadət barmağı ilə eynilik təşkil etmişdir. Cinayət işinin 187-188-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X3 publik hüquqi şəxsinin 30 iyun 2022-ci il tarixli, 653 nömrəli canlı şəxsin ekspertizasının rəyindən görünür ki, müayinə zamanı Zərərçəkmiş şəxs bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir. Cinayət işinin 190-200-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-daktiloskopik ekspertizasının 14 iyul 2022-ci il tarixli, 3/885 saylı rəyindən görünür ki, təqdim edilmiş 1,2 saylı daaktilolentlərin səthindəki əl-barmaq izləri, 3 saylı daktilolentin səthindəki “a”, “b” papilyar naxış izləri, 4 saylı daktilolentin səthindəki əlbarmaq izi, 5 saylı daktilolentin səthindəki ovuc izi və 6,9 saylı daktilolentin səthindəki papilyar naxış izləri şəxsiyyətin eynişləşdirilməsi üçün yararlıdır. Təqdim edilmiş 1,2 saylı daktilolentlərin səthindəki papilyar naxış izləri, 3,6,9 saylı daktilolentlərin səthindəki digər papilyar naxış izləri və 7,8,10 saylı daktilolentin səthindəki əl-barmaq və papilyar naxış izləri yayıldığına, tam və aydın əks olunmadığına görə, habelə kifayət qədər xüsusi əlamətlərə malik olmadığından şəxsiyyətin eyniləşdirilməsi üçün yararsızdırlar. Təqdim edilmiş 1 saylı daktilolentin səthindəki əl-barmaq izi Təqsirləndirilən şəxs2 sağ əlinin orta barmağından, 2 saylı daktilolentin səthindəki əl-barmaq izi Təqsirləndirilən şəxs2 sol əlinin çeçələ barmağından və 4 saylı daktilolentin səthindəki əl barmaq izi Təqsirləndirilən şəxs2 sol əlinin şəhadət barmağından qalmışdır. Təqdim edilmiş 3 savlı daktilolentin səthindəki “a, “b” papilyar naxış izləri, 5 saylı daktilolentin səthindəki ovuc izi və 6,9 saylı daktilolentin səthindəki papilyar naxış izləri Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 daktiloxəritəyə köçürülmüş eksperimental əl-barmaq və ovuclarından qalmamışdır. Təqdim edilmiş Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 daktiloxəritələrə köçürülmüş eksperimental sağ və sol əllərin İ-İİ falanqaları tam və aydın köçürülmədiyindən 3 saylı daktilolentin səthindəki "a" “b:" papilyar naxış izlərinin 6,9 saylı daktilolentin səthindəki papilyar naxış izlərinin həmin falanqaları ilə tədqiqatı aparılmamışdır. Cinayət işinin 208-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsindən daxil olmuş 04 oktyabr 2022-ci il tarixli, 092-4211-1122 nömrəli məktubdan görünür ki, hadisə zamanı Təqsirləndirilən şəxs1 hadisə zamanı istifadə etdiyi bıçağın atıldığı yeri müəyyən etmək mümkün olmamışdır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə iclasında onlara elan olunmuş ittihamda özlərini qismən təqsirli bilmişlər. Təqsirləndirilən şəxs1 ona polis əməkdaşları tərəfindən təzyiq olunduğu üçün istintaq dövründə fərqli ifadə verdiyini, onda bıçaq olmadığını, quldurluq cinayəti törətmədiyini, yalnız maşında olan pulu oğurladığını və həmin vaxt Təqsirləndirilən şəxs2 bundan xəbəri olmadığını bildirmişdir. Digər Təqsirləndirilən şəxs2 quldurluq hadisəsini törətmədiyini, onlarda bıçaq olmadığını, Təqsirləndirilən şəxs1 maşından pul götürdüyündən xəbərinin olmadığını bildirmişdir. Məhkəmə kollegiyası, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ibtidai istintaqda verdiyi ifadələrinin ittihamda nəzərdə tutulan əməllərin törənmə ardıcıllığını və mexanizmini təsdiq edən hissəsini həmin hallarla əlaqədar məhkəmədə araşdırılmış sübutların məcmusu ilə təhlil edib işin faktiki hallarına uyğun gəlməsini nəzərə alaraq hesab edir ki, məhkəmədə bu barədə verdiyi ifadələri özünümüdafiə və məsuliyyətini yüngülləşdirmək xarakteri daşıyır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 28.4.2-ci maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrə təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları araşdırmaq vəzifəsi qoyulmuşdur. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquq və azadlıqlarının qorunması sahəsində məhkəmələrin fəaliyyəti haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 mart 2000-ci il tarixli qərarın, Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin qətnaməsi ilə qəbul edilmiş «İşgəncələrə və digər qəddar, qeyri-insani, yaxud ləyaqət alçaldan rəftar və cəza növlərinə qarşı Konvensiyanın» və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının müvafiq tövsiyyələrinə əsasən məhkəmə kollegiyası təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası DİN-nin Yasamal RPİ-nin polis əməkdaşları tərəfindən işgəncəyə məruz qalıb-qalmamalarını müəyyən etməkdən ötrü cinayət işi üzrə müvafiq qərar çıxarılaraq icra olunması üçün Bakı şəhəri, Yasamal rayon prokurorluğuna göndərilmişdir. Bakı Şəhəri Yasamal Rayon Prokurorluğundan 03 may 2023-cü il tarixli, 1139-xid- 23 nömrəli məktubla daxil olmuş, Yasamal rayon prokurorluğunun müstəntiqi, İİ dərəcəli hüquqşünas X2 12 avqust 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs1 polis əməkdaşları tərəfindən işgəncəyə məruz qalması barədə toplanmış material üzrə cinayət işinin başlanması Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir. Həmçinin, Bakı Şəhəri Yasamal rayon prokurorunun köməkçisi, kiçik ədliyyə müşaviri Mayıl Vəliyevin 17 iyul 2023-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs2 polis əməkdaşları tərəfindən təzyiqə məruz qalması barədə göstərdikləri öz təsdiqini tapmadığından, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası CPM-nin 65.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın ləğv edilməmiş qərarı həmin məsələ üzrə yeni qərar çıxarılmasına yol vermir. Məhkəmə, istintaq hərəkəti protokollarını və əsaslılığı heç bir şübhə doğurmayan digər sübut əhəmiyyətli sənədləri ayrı-ayrılıqda tədqiq edərək belə nəticəyə gəlir ki, bütün bu sübutlar bir-biri ilə vəhdət təşkil edib uyğunlaşaraq verilmiş ittihama uyğun cinayət hadisəsinin ardıcıllığının və vahid mexanizminin tam şəkildə gerçək və məntiqə uyğun təsvirini formalaşdırmışdır. Beləliklə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxlər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 elan edilmiş ittiham üzrə cinayət əməlini törətmələrində təqsirli olmaları kifayət qədər sübuta yetirildi. Məhkəmə təqsirləndirilən şəxslərin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələri ilə tövsif olunmuş, onlar həmin maddələrdə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdırlar. Onların cinayət məsuliyyətindən və cəzadan azad olunmaları üçün əsaslar yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Belə ki, Plenum qərarında qeyd edilmişdir ki, məhkəmələr oğurluğa, soyqunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Özgə əmlakının talanması əməlini qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi tövsif edərkən, bilavasitə özgə əmlakının talanmasına yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan belə bir əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün rolların bölüşdürülməsinə dair razılıq əldə edilməsi, həmçinin hər hansı icraçı və cinayətin digər iştirakçıları tərəfindən hansı konkret hərəkətlər edilməsi araşdırılmalıdır. Hökmdə törədilmiş cinayətin hər bir icraçısının və digər iştirakçısının (təşkilatçılarının, təhrikçilərinin, köməkçilərinin) barəsindəki sübutlara qiymət verilməlidir. Həyat və sağlamlıq üçün təhlükəli zorakılıq (CM-nin 181-ci maddəsi) dedikdə, elə zorakılıq başa düşülməlidir ki, təqsirkarın hərəkətləri zərərçəkmişə ağır, az ağır zərər vurma, həmçinin sağlamlığın qısa müddət pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş sağlamlığa yüngül zərər vurma ilə nəticələnmiş olsun.Silah qismində istifadə edilən əşya dedikdə, zərərçəkmişə həyatı və ya sağlamlığı üçün təhlükəli xəsarətlər yetirə bilən predmetlər (məsələn, qatlanan və ya mətbəx bıçaqları, ülgüc, ling, dəyənək, balta və i.a.), həmçinin, hədəfi vurmaq, zərərçəkmişi halsızlaşdırmaq, onun müqavimətini qırmaq üçün nəzərdə tutulmuş predmetlər (məsələn, mexaniki püsgürdücülər, gözyaşardıcı və qıcıqlandırıcı maddələrlə doldurulmuş aerozol və digər qurğular) başa düşülməlidir. Həmin qərarın 15-ci bəndinə əsasən, qabaqcadan əlbir olmaqla quldurcasına basqın törətmiş bir qrup təqsirli şəxsin niyyəti ilə silah və ya silah qismində istifadə edilən predmetlərin tətbiqi əhatə edilmişsə, o zaman onlardan yalnız biri silah və ya silah qismində istifadə edilən predmet tətbiq etsə belə, qrup iştirakçılarının hamısı birgə icraçı kimi CM-nin 181.2.5-ci maddəsi ilə məsuliyyət daşıyır. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Elçin oğlu barəsində cəza təyin edərkən onların törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətlərini, o cümlədən cəzalarını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onların islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin 159-cu vərəqəsində olan Azərbycan Respublikası Daxili İşlər Nazirliyindən daxil olmuş 23 iyun 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 məhkumluğu olmamışdır. Cinayət işinin 203-204-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X4 Hüquqi Şəxsinin 19 sentyabr 2022-ci il tarixli, 2500 saylı ambulator məhkəmə psixiatrik ekspertizasının rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs1 hal-hazırda hər hansı PSİXİ XƏSTƏLİYİN ƏLAMƏTLƏRİ AŞKAR OLUNMUR. Tibbi sənədlərə əsasən anamnezində keçirilmiş "Opioidlərin qəbulu nəticəsində psixi və davranış pozuntuları'' diaqnozu qeyd edilmişdir. Bunu cinayət işi materialları anamnestik məlumatlar və halhazırki psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, Təqsirləndirilən şəxs1 hər hansı psixi əlamətləri təsvir olunmamış, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs1 cinayət əməlini törətdiyi zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs1 törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs1 hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs1 barəsində tibbi xarakterli müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59cu maddəsinə əsasən cəzasını yüngülləşdirən və Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə müvafiq olaraq cəzasını ağırlaşdıran halları müəyyən etmədi. Cinayət işinin 161-1162-ci vərəqələrində olan Azərbycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 24 iyun 2022-ci il tarixli tələbnamədən və cinayət işinin 174-180-ci vərəqələrində olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 05 fevral 2020-ci il tarixli hökmünün kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs2 Elçin oğlu Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 05 fevral 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 05 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Sumqayıt Şəhər Probasiya Şöbəsindən daxil olmuş 18 iyul 2023-cü il tarixli, 21-2/3-3846 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs2 Elçin oğlu ona təyin edilmiş 01 il 05 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasını 13 fevral 2022-ci il tarixdə çəkib qurtarmışdır. “Azərbaycan Respublikası CM-nin 83.2-ci maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 08 iyul 2008-ci il tarixli qərarında göstərilmişdir ki, CM-nin 83.1-ci maddəsindən göründüyü kimi məhkumluq cinayət törətməyə görə müəyyən cəza növünə məhkum edilmiş şəxs barəsində məhkəmənin ittiham hökmünün qanuni qüvvəyə mindiyi gündən başlanır və bütün cəzaçəkmə müddəti ərzində və cəzaçəkmə müddətindən sonrakı dövrdə qanunla müəyyən edilmiş müddətlər çərçivəsində davam edir. Azərbaycan Respublikası CM-in 83.1-ci maddəsinə müvafiq olaraq cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə görə bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən 02 il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.2-ci maddəsinə görə azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə görə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Göründüyü kimi Təqsirləndirilən şəxs2 Elçin oğlunun məhkumluğu ödənilməmiş, lakin, cinayətlərin residivini yaratmır. Cinayət işinin 206-207-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X4 Hüquqi Şəxsinin 26 sentyabr 2022-ci il tarixli, 2563 saylı ambulator məhkəmə psixiatrik ekspertizasının rəyindən görünür ki, yoxlanılan şəxs X1 hal- hazırda hər hansı PSİXİ XƏSTƏLİYİN ƏLAMƏTLƏRİ AŞKAR OLUNMUR. Bunu cinayət işi materialları, həmin cinayət işindəki anamnestik məlumatlar və hal-hazırki psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, Təqsirləndirilən şəxs2 əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs2 törətdiyi əməl dövründə hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik qeyd olunmayıb. Təqsirləndirilən şəxs2 qərarın təsviri hissəsində göstərilən cinayət əməlini törədən zaman öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs2 törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs2 hal-hazırda hər hansı bir psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs2 hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs2 Elçin oğlunun cəzasını yüngülləşdirən və Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə müvafiq olaraq cəzasını ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə kollegiyası belə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Elçin oğluna yalnız azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Cəzaçəkmə müəssisəsinin növü ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Elçin oğluna azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2ci maddəsinə əsasən, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Qeyd edilənlərlə yanaşı, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. Təqsirləndirilən şəxs1 ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanın başlanğıcı 15 iyun 2022-ci il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin 30-cu vərəqəsində olan 15 iyun 2022-ci il tarixli cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə tutulmuşdur. Həmçinin, cinayət işinin 1139-140-cı vərəqələrində olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 17 iyun 2022-ci il tarixli, 4(004)-517/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs müddəti 15 iyun 2022-ci il tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmişdir. Digər Təqsirləndirilən şəxs2 ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanın başlanğıcı 15 iyun 2022-ci il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin 54-cü vərəqəsində olan 15 iyun 2022-ci il tarixli cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə tutulmuşdur. Həmçinin, cinayət işinin 141- 142-ci vərəqələrində olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 17 iyun 2022-ci il tarixli, 4(004)-518/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbs müddəti 15 iyun 2022-ci il tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmişdir. İş üzrə ekspertiza xərci olan 161,11 (yüz altmış bir manat on bir qəpik) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Elçin oğlundan müştərək qaydada tutularaq dövlət nəfinə keçirilməlidir. İş üzrə maddi sübut kimi tanınmış, hadisə yerindən götürülmüş əl-barmaq izlərinin cinayət işi materiallarına əlavə edilib saxlanılması nəzərə alınmalıdır. Belə ki,Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsində qeyd edilmişdir ki, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Elçin oğlunun cinayət əməli nəticəsində Zərərçəkmiş şəxs dəymiş 61 (altmış bir) manat maddi ziyanla bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Zərərçəkmiş şəxs cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesesi tərəflərinin çıxışı başlananadək dəymiş ziyanla bağlı mülki iddia vermədiyindən ona Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 180.2-ci maddəsində nəzərdə tutulan mülki iddianı mülki mühakimə icraatı qaydasında vermək hüququ izah edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 89.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki və ya hüquqi şəxs mülki iddiaçı qismində tanınır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 183.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 183.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 183.3-cü maddəsinə əsasən mülki iddia yalnız yazılı formada verilə bilər. İddia ərizəsində hansı cinayət təqibi üzrə kimin kimə qarşı, hansı əsasla və hansı məbləğdə mülki iddia verməsi göstərilməli, həmçinin zərərin ödənilməsi üçün konkret məbləğin və ya əmlakın tutulması barədə xahiş öz əksini tapmalıdır. Məhkəmə işin faktiki hallarına və araşdırılmış sübutlara istinad edib Zərərçəkmiş şəxs dəymiş maddi ziyanla bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun izah edilməsini əsaslı sayır. Məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsində qeyd edilmişdir ki, xüsusi müsadirə cinayət hüquqi tədbiri aşağıda göstərilən əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla); Azərbaycan Respublikası CM-nin 99-3.1-ci maddəsinə əsasən müsadirə məsələsi həll olunarkən ilk növbədə cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan ödənilməlidir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Elçin oğlunun cinayət yolu ilə əldə etdiyi əmlakları müəyyən edilməmiş, istintaq zamanı ondara məxsus hər hansı bir əmlak üzərinə həbs qoyulmamışdır. Buna əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Elçin oğluna qarşı xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli, “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i:
1. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 08 (səkkiz) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli 15 iyun 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 barəsində xüsusi müsadirə tətbiq edilməsin.
2. Təqsirləndirilən şəxs2 Elçin oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 08 (səkkiz) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Ə.E.Abdullazadə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Ə.E.Abdullazadənin cəzaçəkmə müddətinin əvvəli 15 iyun 2022-ci il tarixdən hesablansın. Ə.E.Abdullazadə barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Ə.E.Abdullazadə barəsində xüsusi müsadirə tətbiq edilməsin. İş üzrə ekspertiza xərci olan 161,11 (yüz altmış bir manat on bir qəpik) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Elçin oğlundan müştərək qaydada tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış, hadisə yerindən götürülmüş əl-barmaq izlərinin cinayət işi materiallarına əlavə edilib saxlanılması nəzərə alınsın. İş üzrə Zərərçəkmiş şəxs dəymiş 61 (altmış bir) manat maddi ziyanla bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilsin. Hökmdən elan olunduğu vaxtdan, təqsirləndirilən şəxslərə isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarıldıqdan 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir.
Sədrlik edən hakim: Azad Məcidov
Hakimlər: Səbinə Məmmədzadə
Əli Məmmədov