Məhkəmə qərarları › İş №1(101)-360/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-360/2024

16.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-360/2024 16.10.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclası katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs2 nümayəndəsi - "İsmayılbəyli və partnyorları" Vəkil Bürosunun vəkili Nümayəndə, Təqsirləndirilən şəxs, müdafiəçi - fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1987-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, «SOCAR»ın tabeliyində olan “X36” MMC-də sürücü işləyən, Naxçıvan MR, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında faktiki yaşayan, 31 mart 2023-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 32.4,312.1 və 320.1-ci maddələri ilə ittiham elan edilmiş və həmin tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 32.4,312.1 və 320.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs ittiham verilmişdir ona görə ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs qismində aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirib külli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, qabaqcadan əlbir olan bir qrup şəxs qismində vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar qeyrilərinin xeyrinə edəcəkləri hərəkətlərə görə birbaşa yolla özləri vasitəsilə maddi neməti rüşvət qismində verməyə qeyrilərini təhrik etmiş, qabaqcadan əlbir olan bir qrup şəxs qismində hüquq verən rəsmi sənədi istifadə etmək məqsədilə qanunsuz olaraq saxtalaşdırmaqla hazırlamışdır. Belə ki, verilmiş ittihama görə, Təqsirləndirilən şəxs aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə Bakı şəhəri, Xətai rayonu, Süleyman Əhmədov küçəsi ünvanında yerləşən 0.83214 ha ölçüdə torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış” almaq və müvafiq torpaq sahəsində anbar təyinatlı tikinti həyata keçirmək niyyətində olan Zərərçəkmiş şəxs1 və sonuncunun şəriki Zərərçəkmiş şəxs2 həmin məsələ ilə əlaqədar 2021-ci ilin fevral ayında özünə müraciətləri ilə əlaqədar Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 guya ki, özünün ayrı-ayrı rəhbər vəzifəli şəxslərlə yaxın münasibətinin olmasını, həmin münasibətlərindən istifadə edərək onlara həmin məsələ ilə bağlı müvafiq köməklik göstərə biləcəyini yalandan bildirib, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 məxsus pul vəsaitini aldatma yolu ilə ələ keçirməyə dair qeyriləri ilə birbaşa və ya dolayısı yolla müzakirə aparıb aralarında yaranmış ümumi cinayətkar niyyətə uyğun olaraq həmin şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində olan tanışları vasitəsilə müvafiq torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edən deyil, həmin torpaq sahəsinə dair icarə hüququ barədə “Çıxarış” verilməsini təmin etmək imkanına malik olmasını və həmin məsələnin həlli ilə əlaqədar qeyd edilən dövlət qurumunda işləyən vəzifəli şəxslərə xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 xeyrinə edəcəkləri hərəkətə, yəni həmin torpaq sahəsinə dair icarə hüququnu təsdiq edən “Çıxarış”ın verilməsinə görə 100.000 (bir yüz min) manat məbləğində pul vəsaitinin birbaşa yolla özü və ya qabaqcadan əlbir olduğu şəxslər vasitəsilə rüşvət qismində verilməsinin zəruri olmasını Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 bildirməsindən sonra həmin şəxslərin razılığını alıb 2021-ci ilin fevral ayında 50.000 (əlli min) manat, 2021-ci ilin mart ayında 30.000 (otuz min) manat, 2021-ci ilin aprel ayında isə 20.000 (iyirmi min manat) olmaqla, ümumilikdə 100.000 (bir yüz min) manat məbləğində, həmçinin eyni niyyətlə qeyd olunan 0.83214 ha ölçüdə torpaq sahəsinin üzərindən keçən və mühafizə zonası ümumi ərazinin 0.2755 ha ölçüdə olan hissəsini təşkil edən X5 Xətti nəzərə alınmadan ümumilikdə 0.83214 ha torpaq sahəsinin tam ölçüsünə dair icarə çıxarışının verilməsi üçün əlavə olaraq 15.000 (on beş min) manat məbləğində pul vəsaitinin verilməsinin zəruri olduğunu 2021-ci ilin avqust ayında eyni qaydada Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 bildirib, bu barədə də onların razılığını almaqla həmin dövrdə 15.000 (on beş min) manat məbləğində olmaqla, ümumilikdə 115.000 (bir yüz on beş min) manat pul vəsaitini Bakı şəhəri ərazisində alıb, cinayətkar niyyətini davam etdirərək Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 verdiyi vədə inandırmaq və özünə olan inamı möhkəmləndirmək məqsədilə rəsmi sənəd hesab edilən, guya Bakı şəhəri, Xətai rayonu, Süleyman Əhmədov küçəsi ünvanında yerləşən ümumi sahəsi 0.83214 ha ölçüdə olan torpaq sahəsinin Zərərçəkmiş şəxs1 ayrılması və həmin torpaq sahəsində anbar təsərrüfatının yaradılmasına icazə verilməsi görüntüsü yaradan xx.xx.1995-ci il tarixli, 18/03-8/3157 nömrəli Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin Xətai Rayon İcra Hakimiyyətinə ünvanlanmış məktubunu qabaqcadan əlbir olduğu şəxslərlə birlikdə istintaqa məlum olmayan vaxtda və şəraitdə hazırlayıb “Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi: E.Qasımzadə” qrafasının qarşısında istintaqa məlum olmayan şəraitdə qabaqcadan əlbir olduğu şəxslərlə birlikdə həmin sənədin surətinin üzərində olan öncədən rəsmi məktublardan əldə etdiyi X3 məxsus imzanı eyni imzadan istifadə etməklə texniki vasitələrin köməyi ilə sənədin üzərinə əks etdirməklə həmin məktubun, eyni məqsədlə rəsmi sənəd hesab edilən Bakı şəhəri, Xətai rayonu, Süleyman Əhmədov küçəsi ünvanında yerləşən ümumi sahəsi 0.83214 ha ölçüdə olan torpaq sahəsində Zərərçəkmiş şəxs1 razılaşdırılmış layihə əsasında qeyriyaşayış obyektinin tikintisinə icazə verilməsi haqqında 25 oktyabr 2013-cü il tarixli, 344 nömrəli Xətai Rayon İcra Hakimiyyəti Başçısının Sərəncamını qabaqcadan əlbir olan şəxslərlə birlikdə istintaqa məlum olmayan vaxtda və şəraitdə hazırlayıb həmin sərəncamda “Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri: N.Nəsirov” qrafasının qarşısında istintaqa məlum olmayan şəraitdə qabaqcadan əlbir olduğu şəxslərlə birlikdə qəsdən fərqli formada imzalamaqla həmin sərəncamın, müvafiq torpaq sahəsinə dair “Torpaq sahəsinin yerləşmə cizgisi” adlı sənəd və eskiz layihəni qabaqcadan əlbir olan şəxslərlə birlikdə istintaqa məlum olmayan vaxtda və şəraitdə hazırlayıb 1 vərəqdən ibarət olan “Torpaq sahəsinin yerləşmə cizgisi” adlı sənəddə və 6 vərəqdən ibarət eskiz layihənin 1-2 və 4-6-cı səhifələrində “V.Surxayev” yazılarını və həmin yazıların qarşısında istintaqa məlum olmayan şəraitdə qabaqcadan əlbir olduğu şəxslərlə birlikdə X12 məxsus imzanı eyni imzadan istifadə etməklə texniki vasitələrin köməyi ilə sənədlərin üzərinə əks etdirməklə həmin sənədin surətlərini Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 təqdim etdikdən sonra əldə etdikləri pul vəsaitlərini qeyriləri ilə aralarında bölməklə şəxsi ehtiyaclarına sərf edərək, sonuncularla qabaqcadan əlbir olan bir qrup şəxs qismində aldatma və etibardan sui-istifadə yolu ilə Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 məxsus olan ümumilikdə 115.000 (bir yüz on beş min) manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirib onlara külli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar Zərərçəkmiş şəxs1 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü və sonuncular vasitəsilə maddi nemət olan pul vəsaitinin rüşvət qismində verilməsinə Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 təhrik etmiş, qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında bilə-bilə hüquq verən rəsmi sənədi istifadə etmək məqsədilə qanunsuz olaraq saxtalaşdırmaqla hazırlamışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamlar üzrə bütün sübutlar tam, hərtərəfli və obyektiv şəkildə araşdırıldı. Bu zaman onun Cinayət Məcəlləsinin 178.3.2 və 320.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsiri sübuta yetirilsə də, Cinayət Məcəlləsinin 32.4,312.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi öz təsdiqini tapmadı. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan olunmuş ittihamlar üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, «SOCAR»ın tərkibində «X36» MMC-də sürücü işləyir, həmin şirkətin rəhbəri Rasim Salmanov adlı şəxsdir. Rasim Salmanov «SOCAR»ın keçmiş vitse-prezidenti Bədəl Bədəlovla qudadır. Şahid3lə əvvəllər onun heç bir tanışlığı olmamışdır. Bir dəfə o, hal-hazırda yaşadığı ünvana çıxarış almaq istəmiş, lakin hara müraciət etsə də, bunu edə bilməmişdir. Bu səbəbdən özündə olan sənədləri maşına qoymuşdur. Bir gün dostu Amil ona zəng edərək Naxçıvandan gəldiyini, aeroportda olduğunu bildirmiş və gəlib onu götürməsini istəmişdir. O da, Amili qarşılamaq üçün aeroporta getmişdir. Amil öz çantasını maşına qoyanda sənədləri görmüş və ondan bunların nə sənədlər olduğunu soruşmuşdur. O, evinə çıxarış almaq istədiyini, lakin hara müraciət etsə də, ala bilmədiyini demişdir. Amil bir nəfər Hüseynağa adlı tanışının olduğunu və bu işlərlə məşğul olduğunu deyib onun yanına getməsini məsləhət görmüşdür. Sonra onlar Hüseynağanın yanına gedib sənədləri göstərmişlər. Hüseynağa sənədləri nəzərdən keçirəndən sonra bəzi sənədlərin çatışmadığını bildirmiş və həmin sənədləri də alıb digərlərinə əlavə etməsini, sonra onları aparıb Əmlak Xidmətinə verməsini və heç bir problem olmayacağını ona demişdir. O, Hüseynağanın dediyi kimi etmiş və sənədləri tam düzəltdikdən sonra aparıb Əmlak Xidmətinə vermiş və ona yaşadığı ünvan üçün çıxarış verilmişdir. Bu söhbətdən onun dostlarının da xəbəri olmuşdur. Təqsirləndirilən şəxs ifadəsinə görə, bir gün tanışları ilə oturan zaman orada "sağ olsun Hüseynağa, mənim evimin kupçasını almağa köməklik elədi" sözlərini demişdir. Bu söhbət olan zaman Bədəl Bədəlovun oğlu, həmçinin onun dostu Adil adlı şəxs də orada olmuşdur. Həmin vaxt Adil özünün də evinə sənəd ala bilmədiyini deyib, köməklik göstərməsini xahiş etmişdir. Onlar Adilin evinin səndlərini götürüb Hüseynağanın yanına getmiş, sonuncu, lazım olan sənədləri əldə edib birlikdə Əmlak Xidmətinə verilməsini məsləhət görmüş və ona da çıxarış veriləcəyini demişdir. Hər dəfə də bu işlər alınanda Hüseynağaya şirinlik kimi 200-300 manat pul vermişlər. Adil də özünün evinə aid sənədləri alandan sonra Bədəl Bədəlovun oğlunun yanında "sağ olsun Hüseynağa, mənim evimin sənədinin alınmasına köməklik elədi" sözlərini demişdir. Bundan sonra onlarda Hüseynağaya qarşı bir etibar yaranmışdır. Bir neçə ay keçdikdən sonra Bədəl Bədəlovun qardaşı rəhmətə getmiş və onlar da yas mərasimində iştirak etmişlər. X20 yaxınlaşıb «SOCAR»da bir torpaqları olduğunu, oraya çıxarış almaq istədiklərini, onun Əmlak Xidmətində tanışı olmasını eşitdiklərini bildirib köməklik göstərməsini istəmişdir. O, Əmlak Xidmətində tanışı olmadığını, tanışı Hüseynağanın bələdiyyədə işlədiyini və ona deyə biləcəyini bildirmişdir. Bədəl də elə Hüseynağanı nəzərdə tutduğunu söyləmiş, işçilərinin onunla əlaqə saxlayacağını bildirmişdir. Üstündən bir neçə ay keçəndən sonra telefonuna zəng gəlmiş, zəng edən Məhəbbət adlı şəxs onun adını Bədəl müəllimin verdiyini bildirmişdir. Məhəbbət sənədlərlə bağlı zəng etdiyini, sənədlərin onda olduğunu demişdir. O, Məhəbbətlə görüşə getmiş, Məhəbbət ona «SOCAR»ın bir məktubunu vermiş, o da, həmin məktubu götürüb Hüseynağanın yanına getmişdir. Hüseynağa özünün danışması üçün həmin şəxsin, yəni Məhəbbətin nömrəsini ondan istəmiş, o da, Məhəbbətin nömrəsini Hüseynağaya vermiş və sonra oradan çıxıb işə getmişdir. İşə çatdıqdan sonra Məhəbbət ona zəng etmiş, qiymətdə razılaşdıqlarını, rəhbərliyə deyəcəyini, rəhbərlik nə desə, onu da edəcəklərini bildirmişdir. Bir neçə ay keçəndən sonra Məhəbbət ona zəng edib qiymətdə razılaşdıqlarını demiş və ondan pulu aparıb Hüseynağaya çatdırmasını xahiş etmişdir. O, razılaşdıqları halda niyə özlərinin pulu aparıb vermədiklərini soruşmuş, Məhəbbət ona onların «SOCAR»da işlədiklərini, iş yerini bilmələrini istəmədiklərini, onun kənar adam olmadığını bildirib, pulu onun aparıb verməsini təkrar xahiş etmişdir. O da, ümumi işin xətrinə bununla razılaşmışdır. 2-3 gün sonra telefonuna Rafiq adlı şəxs zəng etmiş və onun nömrəsini Bədəl müəllimin verdiyini bildirmişdir. Daha sonra o, pulu aparıb Hüseynağaya çatdırmışdır. Hər dəfə ona verilmiş pulları aparıb Hüseynağaya çatdırmışdır. Pullar ona verilən zaman rüşvət olduğu deyilməmiş, torpağın sənədləşdirilməsi üçün pulların verildiyi deyilmişdir. O da, verilmiş pulları aparıb çatdırmış, sonradan onların arasında narazılıq yaranmışdır. Sonra o, Hüseynağaya zəng edib ya sənədi verməsini, ya da pulu qaytarmasını istəmişdir. Hüseynağa isə pulun onda olmadığını, pulun yarısını camaata, yarısını isə əmlaka verdiyini demişdir. Daha sonra isə iş gedib korrupsiya idarəsinə çıxmışdır. Proses iştirakçılarının suallarını cavablandıran Təqsirləndirilən şəxs iş üçün əvvəlcə 100.000 manat verildiyini, həmin məbləği Hüseynağaya verdiyini, pulu hissə-hissə verdiyini, 15.000 manatı Məhəbbətdən, 100.000 manatı isə Rafiqdən götürdüyünü, 15.000 manatın elektrik dirəyinin götürülməsinə görə verildiyini, Məhəbbət və X18 işçiləri olduğunu, yas mərasimində Bədəlin onunla əlaqə saxlayacaqlarını dediyini və həmin söhbətdən 3-4 ay sonra Məhəbbətin ona zəng etdiyini, Bədəlin isə ona zəng edib işlə maraqlanmadığını, işlərin görülməsi ilə bağlı özlərinin danışdıqlarını, Hüseynağa ilə münasibətinin olmadığını, Hüseynağanın Eminin, yəni onun ümumi pulun üstündən 35.000 manat götürdüyünü dediyini, istintaq vaxtı onun özü tərəfindən korrusiya idarəsində 35.000 manat pulun ziyanın ödənilməsi üçün depozitə qoyulduğunu, bunu istintaq orqanının tələbi ilə etdiyini, ümumilikdə 115.000 manat pul verildiyini, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, lakin həmin vaxt Bədəlin adını çəkmədiyini, Bədəl müəllimin adını çəkməməsini sonuncunun özünün ondan xahiş etdiyini məhkəməyə bildirdi. İfadələri arasında ziddiyyətlər olduğundan məhkəmə iclasında təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olundu. Təqsirləndirilən şəxs həmin ifadəsində bildirmişdir ki, «SOCAR»ın tabeliyində olan “X36” MMC-də sürücü işləyir. Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 təqribən 1 il əvvəl Bakı şəhəri, Xətai rayonu, S.Əhmədov küçəsində yerləşən 0,83214 ha torpaq sahəsinin özəlləşdirilməsi məsələsi ilə əlaqədar tanımış, həmin vaxtadək onların heç biri ilə tanışlığı olmamışdır. Belə ki, 2021-ci ilin fevral ayında dəqiq xatırlamadığı tarixdə Zərərçəkmiş şəxs2 onunla əlaqə saxlayıb Bakı Metropoliteninin “Neftçilər” stansiyasının yaxınlığında görüşmüş, Bakı şəhəri, Xətai rayonu, S.Əhmədov küçəsində yerləşən, «SOCAR»ın balansında olan 0.83214 ha torpaq sahəsinə xüsusi mülkiyyət hüququ əsasında çıxarış almaq istədiyini, bununla bağlı Bakı şəhəri, Xətai rayonu, S.Əhmədov küçəsində yerləşən 0.83214 ha torpaq sahəsinin Zərərçəkmiş şəxs1 məxsus olan adını xatırlamadığı şirkətin balansına keçirilməsinə və orada anbar təsərrüfatının yaradılmasına etiraz olunmaması məzmununda tərtib edilərək «SOCAR» rəhbərliyinin imzası ilə təsdiq edilmiş məktubun olduğunu bildirmişdir. Bundan sonra tanışı, hazırda Bakı şəhəri, Nizami rayonu, Keşlə bələdiyyəsinin sədr müavini vəzifəsində işləyən Şahid3 bu barədə məlumat vermişdir. Belə ki, əvvəllər müxtəlif sənədləşmə məsələləri ilə bağlı Şahid3 müraciət etmiş və sonuncu həmin məsələlərin müsbət həll edilməsində ona köməklik göstərmiş, ona görə də Şahid3 güvəni yaranmışdır. Hüseynağa həmin torpaq sahəsinin özəlləşdirilməsinin mümkün olduğunu bildirdikdən sonra şərtləri müzakirə etmədən onunla Zərərçəkmiş şəxs2 arasında telefon əlaqəsi saxlanmasına şərait yaratmışdır. Adları çəkilən şəxslər arasında danışıq aparıldıqdan sonra onlar həmin torpaq sahəsinin ən geci 3 ay ərzində özəlləşdirilməsi və daşınmaz əmlakın dövlət reyestrindən xüsusi mülkiyyət hüququna dair çıxarış verilməsi üçün 100.000 (bir yüz min) manat pulun verilməsinə razılıq əldə etdiklərini bildirmişlər. Lakin Şahid3 100.000 (bir yüz min) manat pulun konkret olaraq nə qədər hissəsini, kimlərə verəcəyini, məsələni kimlər vasitəsilə həll edəcəyini, həmin puldan özünə nə qədər mənfəət qalacağını və s. təfərrüatları ona deməmişdir. O isə, bu barədə heç nə soruşmamışdır. Çünki Zərərçəkmiş şəxs2la Şahid3 əlaqələndirərək öz aralarında danışıb razılaşmalarına şərait yaratmış, qalan məsələlərə qarışmamış, pul məsələsində maraqlı olmamışdır. Sadəcə olaraq, Zərərçəkmiş şəxs2 da, Zərərçəkmiş şəxs1 da, özü də SOCAR-ın işçiləri olduqlarına görə iş yoldaşları arasında nüfuz və hörmət qazanmaq naminə heç bir maddi mənfəət güdmədən həmin məsələnin müsbət həll olunmasında maraqlı olmuşdur. 100.000 (bir yüz min) manat pul tam həcmdə verildikdən bir neçə ay sonra Şahid3 həmin məsələni Şahid4 vasitəsilə həll etdiyini, pulun 50.000 (əlli min) manat olan hissəsini Şahid4la birlikdə ƏMDX-nin adını demədiyi rəisinə, qalan məbləğin bir hissəsini ƏMDX-da “qara otaqlara” verdiyini, yerdə qalan pulu isə Şahid4la aralarında bölüb xərclədiyini demiş, lakin o vaxta qədər pulun kimə çatması barədə ona heç bir məlumat verməmişdir. O, Şahid3 pulun bölüşdürülməsi barədə verdiyi məlumatı Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 bildirməmişdir. Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadəsinə görə, bir müddət sonra Zərərçəkmiş şəxs2 onunla əlaqə saxlayıb Şahid3 tələb etdiyi 100.000 (bir yüz min) manat pulu hissələrlə ona vermək istədiyini deyərək, həmin vəsaiti onun Şahid3 təqdim etməsini xahiş etmiş, o isə, etiraz etmədən razılaşmışdır. Beləliklə, Şahid3 Zərərçəkmiş şəxs2 tələb etdiyi pulun 50.000 (əlli min) manat olan hissəsini 2021-ci ilin fevral ayında, 30.000 (otuz min) manat olan hissəsini 2021-ci ilin mart ayında, 20.000 (iyirmi min) manat olan hissəsini isə 2021-ci ilin aprel ayında dəqiq xatırlamadığı tarixlərdə sonuncu ilə ünvan 4ndə «SOCAR»ın X21rşısında həmin vaxt idarə etdiyi, dövlət qeydiyyat nişanını hazırda xatırlamadığı “Mercedes Benz E320” markalı avtomobildə təklikdə görüşüb ona vermiş, o isə, hər dəfə pul vəsaitlərini götürdükdən dərhal sonra həmin gün Bakı şəhəri, Nizami rayon, Keşlə qəsəbəsində Şahid3 yaşadığı fərdi yaşayış evinin yaxınlığında sonuncunun şəxsən özünə təklikdə təqdim etmişdir. Beləliklə, Zərərçəkmiş şəxs2 ona verdiyi 100.000 (bir yüz min) manat pulu tam həcmdə Şahid3 çatdırmış, həmin məbləğdən özünə hər hansı məbləğdə mənfəət qalmamışdır. Təqsirləndirilən şəxs həmin ifadəsinədə həmçinin göstərmişdir ki, 100.000 (bir yüz min) manat pul verildikdən sonra dəqiq xatırlamadığı tarixdə bir gün Zərərçəkmiş şəxs1 onunla əlaqə saxlayaraq, Şahid3 onu sənədləşmə üçün Əmlak Xidmətləri Məkanına dəvət etdiyini bildirib özünün də getməsini xahiş etmiş, o da, buna etiraz etməmişdir. Zərərçəkmiş şəxs1la “Ulduz” metrostansiyasının yaxınlığındakı Əmlak Xidmətləri Məkanında görüşmüşlər. Görüşdə ondan başqa Zərərçəkmiş şəxs1, Şahid3 və Şahid4 olmuşdur. Özü Şahid4la həmin vaxta qədər sadəcə telefonla danışmış, onu həmin vaxta qədər şəxsən görməmiş, ilk dəfə orada rastlaşmışdır. Şahid3 orada Şahid4 əvvəllər ƏMDX-da çalışdığını, məsələni onun vasitəsilə həll etdiyini deyərək, sonuncunu onunla əyani tanış etmişdir. Həmin gün ƏXM-də zəruri sənədləşmə prosesləri icra edilmiş, Zərərçəkmiş şəxs1 zəruri sənədlərə qol çəkmiş, Şahid3 və Şahid4 tezliklə xüsusi mülkiyyət hüququna dair çıxarışın veriləcəyini bildirmişlər. Təxminən 2021-ci ilin avqust ayında Zərərçəkmiş şəxs2 ona zəng edərək, Şahid3 ilə danışdığını, sonuncunun deməsinə görə, həmin torpaq sahəsinin 0,27 ha hissəsindən 10.000 voltluq X5 xətti keçdiyindən müvafiq hissənin özəlləşdirilən sahəyə aid edilməyəcəyini, həmin sahənin tərkibinə daxil edilməsi üçün əlavə 15.000 (on beş min) manat pul tələb olunduğunu bildirib, tələb olunan vəsaiti vermək barədə Şahid3lə razılıq əldə etdiklərini və sözügedən məbləği Zərərçəkmiş şəxs1 ona verəcəyini deyərək, həmin pulu Şahid3 verməsini xahiş etmişdir. O isə, razılaşaraq, 2021-ci ilin avqust ayında dəqiq xatırlamadığı tarixdə “Koroğlu” metrostansiyasının yaxınlığında Zərərçəkmiş şəxs1la təklikdə görüşüb 15.000 (on beş min) manat pulu alaraq Bakı şəhəri, Heydər Əliyev prospektində körpünün altında Şahid3 ilə görüşüb sonuncunun idarə etdiyi markasını və nömrəsini xatırlamadığı avtomobildə təklikdə onun özünə vermişdir. 2021-ci ilin sentyabr-oktyabr aylarında Zərərçəkmiş şəxs1 ona zəng edərək torpaq sahəsinə dair çıxarışın hazır olduğunu, çıxarışı götürmək üçün birlikdə “Ulduz” metrostansiyasının yaxınlığındakı Əmlak Xidmətləri Məkanına getməyi təklif etmiş, o da, sonuncu ilə razılaşmışdır. Onlar dördlükdə qeyd olunan ünvanda görüşüb çıxarışı götürərkən orada torpaq sahəsinin xüsusi mülkiyyət deyil, 2 illik icarə hüququ əsasında verildiyini görüb, buna görə Şahid3 və Şahid4 etirazlarını bildirmiş, sonuncular isə əsassız bəhanələrlə verdikləri vəddən yayındıqlarına haqq qazandırmağa çalışmışlar. Bundan sonra o, Şahid4 və Şahid3 dələduzluq etdiklərini başa düşüb, verilən 115.000 (bir yüz on beş min) manat pul vəsaitini tam həcmdə Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 geri qaytarmalarını dəfələrlə tələb etsə də, həmin vəsait geri qaytarılmamışdır. Təqsirləndirilən şəxs həmin ifadələrində Zərərçəkmiş şəxs2 ifadəsində göstərilənlərlə razılaşmayaraq müvafiq torpaq sahəsinə görə tələb olunan pul vəsaitinin məbləğinin Şahid3lə Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 aralarındakı müzakirələrlə müəyyən edildiyini, həmin torpaq sahəsinə dair müvəqqəti icarə müqaviləsi bağlanan zaman Zərərçəkmiş şəxs2 ödənilməli olan icarə haqqının əvvəlcədən verilmiş pul vəsaitindən ödəniləcəyi, icarə haqqı ödənişi qismində əlavə pul xərclənməsinə ehtiyac olmayacağı barədə bildirmədiyini, 115.000 (bir yüz on beş min) manat məbləğində pul vəsaitini Şahid3 verdiyini, həmin puldan 32.500 (otuz iki min beş yüz) manat məbləğində olan hissənin Şahid1 verilməsi barədə heç bir məlumatının olmadığını, təqdim olunan audio yazılarda olan telefon danışıqlarının özü, Zərərçəkmiş şəxs1 və Şahid3 arasında aparıldığını, həmin danışıqlarda müvafiq torpaq sahəsinə görə xüsusi mülkiyyət hüququ əsasında çıxarış verilməsi üçün tələb olunan pul vəsaitinin verilməsinə baxmayaraq çıxarış verilməməsinin müzakirə olduğunu göstərmişdir. Təqsirləndirilən şəxs cinayət işi üzrə verdiyi əlavə ifadələrində müvafiq torpaq sahəsinə dair çıxarışın verilməsinə əsas olan sənədlər toplusunda kiril əlifbası ilə yazılmış Bakı Şəhər İcra Hakimiyyətinin Arxitektura və Şəhərsalma Baş İdarəsinin xx.xx.1995-ci il tarixli məktubunu Şahid4 və Şahid3 əlində gördüyünü, həmin məktub barədə onlardan soruşan zaman həmin şəxslərin ona “sənin başın çıxmaz, əvvəlki sənədlər kiril əlifbası ilə yazılırdı, həmin məktub torpaq sahəsinin əvvəlcədən ayrılmasını təsdiq edir” dediklərini bildirmişdir (cild 1, iş vərəqi 116-122, cild 3, iş vərəqi 37-39, cild 4, iş vərəqi 183-184). Elan olunmuş ifadə ilə bağlı sualları cavablandıran Təqsirləndirilən şəxs «SOCAR»da ailə sürücüsü işlədiyini, Bədəl Bədəlov özünün adının hallanmamasını ona bildirdiyini, Rafiqin və X9 işçiləri olduqlarını, pulu əvvəlcə Rafiqdən 100.000 manat, daha sonra isə Məhəbbətdən 15.000 manat aldığını, Hüseynağa ilə görüşdüyünü və pulları ona verdiyini, bir də Hüseynağanı əmlakda gördüyünü məhkəməyə bildirdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 Oktay oğlu ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs verilən pullar ona məxsus pullardır. Belə ki, o, Eminə 100.000 manat, Məhəbbət isə 15.000 manat pul vermişdir. Sənədləşməli olan torpaq Məhəbbətin adına olmuşdur. O, Hüseynağanı tanımamış, söhbəti Eminlə aparmış, pulu da Eminə vermişdir. Torpağa sənəd çıxarılana qədər Hüseynağanı tanımamışdır. Elşəni korrupsiya idarəsində görmüşdür. Proses iştirakçılarının suallarını cavablandıran Zərərçəkmiş şəxs2 həmin torpağın neft şirkətinin balansında olduğunu və qeyd olunan ərazidə torpaq zəbt etdiklərini, özünün zavodda mühəndis işlədiyini, sonradan torpağı yaşıllaşdırmaq üçün sənəd aldıqlarını, torpağa çıxarış almaq istədiklərini, Emini sonradan tanıdığını, Eminin belə işlər görə bildiyinin, yəni torpağı sənədləşdirə bildiyinin ona deyildiyini, Bədəl müəllimlə bacanaq olduğunu, torpağın sənədləşdirilməsindən Bədəl müəllimin xəbəri olmadığını, Emini əvvəllər tanımadığını, Eminin nömrəsinin ona verildiyini, o da, həmin nömrəyə zəng etdiyini, zavodun qarşısında Eminlə görüşdüyünü və Eminin ona 100.000 manat verdiyi halda torpağı özəlləşdirə biləcəyini dediyini, Eminə bu təklif barədə Elvinin dediyini, həmin torpağa 100.000 manat verməyin onlar üçün sərfəli olduğunu, həmin məbləği 3 dəfəyə verdiklərini, Emin Əmlak xidmətində adamının olduğunu və həmin şəxsin vasitəsi ilə işi həll edəcəyini bildirdiyini, Emindən başqa heç kimlə telefonla danışmadığını, Emin 27 sot torpağa sənəd verilməyəcəyini, həmin ərazinin X5 xəttinin altına düşdüyünü də dediyini, əlavə olaraq həmin torpağı da səndləşdirmək üçün Eminin 15.000 manat pul istədiyini, o da, Məhəbbətə zəng etdiyini və aparıb həmin pulu Eminə verdiyini, icarə müqaviləsində 5.300 manat göstərildiyini, sənədlərin götürülməsinə Məhəbbət, Hüseynağa və Elşənin getdiyini, sənədlərin alınmasının bir il altı ay müddət çəkdiyini, lakin həmin sənədi qəbul etmədiklərini, çünki həmin sənədin iki illik icarə müqaviləsi olduğunu, 115.000 manatdan əlavə 39.000 manat da pul verdiklərini, torpağın sənədləşməsi ilə bağlı Bədəl müəllimlə danışmadığını, Elvinə də bu barədə heç nə demədiyini, Elvin Eminin tanışı olduğunu, o, Eminə işi həll etmirsə, verdiyi pulu qaytarmasını dediyini, həmin vaxt Eminin Hüseynağa və Elşənlə davaya çıxdığını, Hüseynağa və Elşənin 115.000 manat pulu aldıqlarını etiraf etdiklərini, Təqsirləndirilən şəxs pul tələblərinin olmadıqlarını, vurulmuş ziyan ödənildiyi halda şikayətçi olmayacaqlarını məhkəməyə bildirdi. İfadələri arasında ziddiyyətlər olduğundan məhkəmə iclasında zərərçəkmiş şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq edildi. Zərərçəkmiş şəxs2 həmin ifadəsində bildirmişdir ki, SOCAR-ın tabeliyindəki "xxxx" QSC-də mühəndis işləyir. Zərərçəkmiş şəxs1 isə SOCAR-ın tabeliyində olan "xxxx" MMC-də inşaat mühəndisi vəzifəsində işləyir. Uzun illərdir ki, aralarında dostluq münasibəti mövcuddur. Zərərçəkmiş şəxs1, həmçinin sifarişlər əsasında podratçı qismində təmir-tikinti işlərinin görülməsi növündə sahibkarlıq fəaliyyətini həyata keçirən "xxxx" MMC-nin təsisçisi və direktorudur. Təxminən 2021-ci ilin fevral ayında Zərərçəkmiş şəxs1 onunla əlaqə saxlayaraq Bakı şəhəri, Xətai rayonu, S.Əhmədov küçəsi ünvanında yerləşən 0,83214 ha torpaq sahəsini rəhbərlik etdiyi şirkətin fəaliyyəti üçün istifadə etmək məqsədilə özəlləşdirmək istədiyini bildirmişdir. Sözügedən torpaq sahəsi dövlət mülkiyyətindədir, lakin Bakı şəhəri, Xətai rayonu, S.Əhmədov küçəsində SOCAR-a məxsus neft çənlərinin olduğu ərazinin ətrafına çəkilmiş hasarın xaricində yerləşsə də, həmin çənlər mühafizə zonasında olduğuna görə özəlləşdirilməsi üçün SOCAR rəhbərliyinin rəsmi razılığının alınması vacibdir. Ona görə də, hələ 2020-ci ilin əvvəllərində Zərərçəkmiş şəxs1 müvafiq torpaq sahəsinin anbar təsərrüfatı yaradılması məqsədilə "xxxx" MMC-ə ayrılması üçün SOCAR rəhbərliyinə rəsmi müraciət etmiş, qurumun o vaxtkı vitse-prezidenti Mikayıl İsmayılov rəsmi qaydada SOCAR adından xx.xx.2020-ci il tarixli məktubla sözügedən məsələyə razılığını ifadə etmişdir. Torpaq sahəsinin ayrılmasına SOCAR tərəfindən razılıq verildiyi üçün Zərərçəkmiş şəxs1 həmin sahəni bütövlükdə özəlləşdirərək xüsusi mülkiyyətinə keçirmək istədiyini, lakin məsələnin qısa müddət ərzində problemsiz həll olunması üçün kimə, hansı quruma müraciət etməli olduğunu bilmədiyini deyərək, ona köməklik göstərməsini xahiş etmişdir. O isə, tanışlarından bu barədə maraqlandıqda Bakı şəhərində Təqsirləndirilən şəxs adlı şəxsin öz əlaqələri vasitəsilə bu qəbildən olan məsələlərin həlli ilə məşğul olduğunu öyrənib, Təqsirləndirilən şəxs telefon nömrəsini əldə edərək, sonuncu ilə əlaqə saxlayıb 2021-ci ilin fevral ayında məsələni müzakirə etmək üçün Bakı Metropoliteninin “Neftçilər” stansiyasının yaxınlığında təklikdə görüşüb söhbət etmişdir. Söhbət əsnasında Təqsirləndirilən şəxs Əmlak Məsələləri Dövlət Xidmətinin məsul vəzifələrdə işləyən əməkdaşları ilə əlaqələrinin olduğunu, Bakı şəhəri, Xətai rayonu, S.Əhmədov küçəsində yerləşən 0,83214 ha torpaq sahəsinin xüsusi mülkiyyət hüququ əsasında Zərərçəkmiş şəxs1 adına özəlləşdirilməsi məsələsini həmin şəxslər vasitəsilə müsbət həll edə biləcəyini, bunun müqabilində Əmlak Məsələləri Dövlət Xidmətində məsul vəzifələrdə işləyən tanışlarına 100.000 manat pul verilməsinin zəruri olduğunu, tələb olunan pul verildikdən sonra ən geci 3 ay ərzində torpaq sahəsi üzərində daimi istifadə və ya müvəqqəti icarə hüququna dair çıxarış veriləcəyini, müvəqqəti icarə hüququna dair çıxarış veriləcəyi təqdirdə xüsusi mülkiyyət hüququna dair çıxarış verilənədək icarə haqqının alınacaq 100.000 manat vəsait hesabına ödəniləcəyini, 100.000 manatdan əlavə icarə haqqı kimi hər hansı məbləğdə pul tələb edilib alınmayacağını, pulu verdikdən sonra ən geci 6 ay ərzində torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüququna dair çıxarış alacaqlarını bildirmişdir. Lakin Təqsirləndirilən şəxs konkret olaraq 100.000 (bir yüz min) manat pulu hansı hissələrlə, kimlərə verəcəyini, həmin puldan özünə nə qədər mənfəət qalacağını və s. təfərrüatları açıqlamamış, o isə, bu barədə heç nə soruşmadan tələb olunan pulun hissə-hissə veriləcəyini demişdir. Təqsirləndirilən şəxs isə buna etiraz etməmişdir. Lakin sonradan Zərərçəkmiş şəxs1 ona tələb olunan pulu vermək üçün vəsaitinin olmadığını bildirərək, həmin pulu onun ödəməsini, əvəzində isə torpaq sahəsinin 0,20 ha hissəsini qeyri-rəsmi formada ona verməyi, həmçinin şirkətin fəaliyyətində ortaq kimi iştirak etməyini təklif etmiş, o isə, Zərərçəkmiş şəxs1 bu təklifi ilə razılaşaraq, Təqsirləndirilən şəxs tələb etdiyi pulun 50.000 (əlli min) manat olan hissəsini 2021-ci ilin fevral ayında, 30.000 (otuz min) manat olan hissəsini 2021-ci ilin mart ayında, 20.000 (iyirmi min) manat olan hissəsini isə 2021-ci ilin aprel ayında dəqiq xatırlamadığı tarixlərdə ünvan 4 ünvanında yerləşən SOCAR-ın X21rşısında Təqsirləndirilən şəxs idarə etdiyi markasını və nömrəsini xatırlamadığı avtomobildə təklikdə onun özünə vermişdir. Pul vəsaitlərinin verilməsi ərəfəsində Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs, Şahid3 və Şahid4la Əmlak Xidmətləri Məkanında görüşüb torpaq sahəsinə dair zəruri sənədləri təqdim etmiş, həmçinin torpaq sahəsinin özəlləşdirilməsi üçün rəsmi müraciət edərək, ona təqdim olunan sənədləri imzalamışdır. Özü isə heç vaxt Şahid3 və Şahid4la görüşməmiş və telefonla əlaqə yaratmamışdır. Onun ünsiyyəti yalnız Təqsirləndirilən şəxsla olmuş, Şahid3 və Şahid4 Zərərçəkmiş şəxs1la görüşüb telefon əlaqəsi saxlamışdır. Təxminən 2021-ci ilin iyun ayında Zərərçəkmiş şəxs1la ƏMDX arasında sözügedən torpaq sahəsinin müvəqqəti icarəyə verilməsi barədə müqavilə bağlanmış, müqaviləni Zərərçəkmiş şəxs1 verdiyi etibarnamə əsasında icarəyə götürənin adından özü imzalamışdır. Müqavilədə torpaq sahəsinin icarəsinə görə icarəçinin aylıq 5.200 (beş min iki yüz) manat haqq ödəməsi nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxs icarə haqqının aldığı vəsait hesabına ödəniləcəyini, icarəyə görə əlavə pul verilməyəcəyini bildirmişdir. İcarə müqaviləsi müvafiq ayın ortasında bağlandığı üçün həmin aya görə icarə haqqı məbləği 2.600 (iki min altı yüz) manat təşkil etmiş, Təqsirləndirilən şəxs deməsinə görə, qeyd olunan məbləğ ona verdiyi vəsait hesabına ödənilmişdir. Lakin 2.600 (iki min altı yüz) manat məbləğində pul vəsaitinin ödənilməsinə dair hər hansı çek təqdim olunmamışdır. Aralarındakı razılaşmaya görə, xüsusi mülkiyyət hüququna dair çıxarışın verilməsi üçün alt müqavilə kimi icarə müqaviləsinin bağlanması zəruri olduğundan buna etiraz etməmiş, icarə müqaviləsi bağlandıqdan sonra ən geci 3 ay ərzində daşınmaz əmlakın dövlət reyestrindən Bakı şəhəri, Xətai rayonu, S.Əhmədov küçəsində yerləşən 0,83214 ha torpaq sahəsinin xüsusi mülkiyyət hüququ əsasında Zərərçəkmiş şəxs1 adına özəlləşdirilməsi barədə çıxarış təqdim olunması şərti ilə razılaşmışlar. Təxminən 2021-ci ilin avqust ayında Təqsirləndirilən şəxs onunla əlaqə saxlayaraq, 0,83214 ha torpaq sahəsinin 0,27 ha ölçüdə olan hissəsindən X5 xəttinin keçdiyini, həmin sahənin də özəlləşdirilən hissənin tərkibinə daxil edilməsi üçün məsul vəzifələrdə işləyən tanışlarına əlavə olaraq 15.000 (on beş min) manat pul verilməsinin zəruri olduğunu, tələb olunan pul verilməyəcəyi təqdirdə torpaq sahəsinin 0,27 ha hissəsinin xüsusi mühafizə zonası kimi özəlləşdirilən ərazidən çıxarılacağını bildirmiş, o isə, bu barədə Zərərçəkmiş şəxs1 məlumatlandırdıqda, sonuncu 15.000 (on beş min) manat pulu verməyə razılaşıb özü Təqsirləndirilən şəxsla danışaraq, elə həmin ərəfədə dəqiq xatırlamadığı tarixdə Bakı Metropoliteninin “Neftçilər” stansiyasının yaxınlığında sonuncu ilə təklikdə görüşüb tələb olunan vəsaiti tam həcmdə vermişdir. 2021-ci ilin sentyabr-oktyabr aylarında Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 zəng edib çıxarışın hazır olduğunu, çıxarışı götürmək üçün Əmlak Xidmətləri Məkanına getməli olduğunu bildirmiş, Zərərçəkmiş şəxs1 onsuz deyilən ünvana getdikdə ona təqdim olunan çıxarışda Bakı şəhəri, Xətai rayonu, S.Əhmədov küçəsində yerləşən 0,83214 ha torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüququna dair hər hansı qeyd aparılmadığını, sözügedən torpaq sahəsinin 2 illik icarəyə verildiyini görərək buna etiraz etmiş və çıxarışı Təqsirləndirilən şəxs qaytararaq oradan uzaqlaşmışdır. Bundan sonra Təqsirləndirilən şəxs, Şahid3 və Şahid4la o və Zərərçəkmiş şəxs1 arasında baş tutan telefon danışıqları və görüşlərdə onlar torpaq sahəsinin xüsusi mülkiyyətə deyil, qısamüddətli icarəyə verilməsini müxtəlif əsassız bəhanələrlə izah edərək, məsələdə bir-birlərini təqsirləndirməyə başlamışlar. Onlar isə bundan sonra dələduzluq yolu ilə aldadıldıqlarını başa düşüb müvafiq məsələnin müsbət həll olunması üçün Təqsirləndirilən şəxs verdikləri 115.000 (bir yüz on beş min) manat məbləğində pulun geri qaytarılmasını tələb etsələr də, həmin vəsait qaytarılmamışdır. Bəhs edilən torpaq sahəsinə dair ƏMDX-lə bağlanmış icarə müqaviləsi üzrə icarə haqları da Təqsirləndirilən şəxs tərəfindən əvvəlcədən verilmiş vədə uyğun olaraq ödənilmədiyinə görə ƏMDX Zərərçəkmiş şəxs1 qarşı icarə haqqının ödənilməsi barədə iddia ərizəsi ilə Bakı şəhəri, Suraxanı rayon məhkəməsinə müraciət etmiş, lakin məhkəmənin icraatında mülki işə baxıldığı dövrdə o, ümumilikdə 39.000 (otuz doqquz min) manat icarə haqqı borcunu ƏMDX-a ödəmiş, bundan sonra ƏMDX məhkəməyə ünvanladığı iddia tələbini geri götürmüş və sözügedən torpaq sahəsinə dair icarə müqaviləsinə xitam verilmişdir. Zərərçəkmiş şəxs2 həmçinin ifadələrində Zərərçəkmiş şəxs1 "xxxx" MMC-nin formal direktoru deyil, şirkətin təsisçisi və direktoru olmaqla fəaliyyətində faktiki iştirak və şirkəti şəxsən idarə etdiyini, Bakı şəhəri, Xətai rayonu, S.Əhmədov küçəsində yerləşən 0,83214 ha torpaq sahəsinin qeyri-rəsmi olaraq əvvəllər SOCAR-ın Neft Kəmərləri İdarəsinin rəisi vəzifəsində işləmiş Zöhrab Quliyevə və hal-hazırda SOCAR-ın vitse-prezidenti vəzifəsində işləyən Bədəl Bədəlova məxsus olduğunu, lakin həmin şəxslər tərəfindən hasarlanmadığını, 2020-ci ildən bəri torpaq sahəsini real olaraq özəlləşdirmək istəyən şəxsin Zöhrab Quliyev və Bədəl Bədəlov deyil, həqiqətən də Zərərçəkmiş şəxs1 olduğunu, sonuncunun həmin torpaq sahəsini rəhbərlik etdiyi şirkətin fəaliyyəti ilə bağlı istifadə etməkdən, torpaq sahəsi üzərində qeyri-yaşayış təyinatlı obyektlər tikməkdən ötrü xüsusi mülkiyyətinə keçirmək istədiyini, bununla yanaşı, həmin ərəfədə Zərərçəkmiş şəxs1 ona torpaq özəlləşdirildikdən sonra orada müxtəlif təyinatlı sahibkarlıq obyektləri tikilib istifadəyə verilərkən Zöhrab Quliyevin də onlarla şəriklik etməsi ehtimalının olduğunu, lakin sonuncunun bununla bağlı qəti fikir bildirmədiyini dediyini, Zöhrab Quliyevin bu barədə mövqeyi qəti olmadığına görə torpağın özəlləşdirilməsi üçün Zərərçəkmiş şəxs1 hər hansı məbləğdə pul vəsaiti vermədiyini, sonunucunun isə pulu ondan istəyərək qarşılığında şəriklik təklif etdiyini, Şahid1 tanımadığını, onlardan alınan vəsaitin 32.500 (otuz iki min beş yüz) manat məbləğində olan hissəsinin Şahid1 verilməsi barədə heç bir məlumatının olmadığını bildirmişdir. Həmçinin Zərərçəkmiş şəxs2 əlavə dindirilən zaman Təqsirləndirilən şəxs guya ki, müvafiq torpaq sahəsinə dair sənədləşmə işinə başlamazdan əvvəl Şahid3lə özünü və Zərərçəkmiş şəxs1 tanış etməsi və müvafiq sənədləşmə üçün lazım olan 100.000 (bir yüz min) manat məbləğində pul vəsaitinin Şahid3 özü tərəfindən o və Zərərçəkmiş şəxs1 tələb olunması barədə olan xüsusat üzrə göstərmişdir ki, Təqsirləndirilən şəxs bu barədə ifadəsində göstərdikləri yalandır. Müvafiq sənədləşmə işinin 100.000 (bir yüz min) manat qarşılığında həll ediləcəyi barədə məlumat Təqsirləndirilən şəxs tərəfindən verilmişdir. Belə ki, onlar Təqsirləndirilən şəxs ilkin olaraq daimi istifadə hüququna dair çıxarış tələb etmişdirlər. Təqsirləndirilən şəxs da şəxsən ona Əmlak Məsələləri Dövlət Xidmətində işləyən vəzifəli şəxslərlə tanışlığının olmasını, həmin vəzifəli şəxslərə veriləcək rüşvət qismində pul vəsaitləri qarşılığında bu məsələni həll edəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs deməsinə görə veriləcək 100.000 (bir yüz min) manat məbləğində pul vəsaitindən sənədləşmə zamanı dövlət rüsumu qismində olan xərclər də ödənilməli imiş. Yəni, Təqsirləndirilən şəxs verilən 100.000 (bir yüz min) manat qarşılığında torpaq sahəsinin daimi istifadəsinə dair çıxarış alacaqmış. Həmin pulun hansı hissəsinin rüşvət qismində veriləcəyi, hansı hissəsinin rüsum qismində ödəniləcəyi, hansı hissəsinin isə digər hər hansı bir xərclərə sərf olunacağı barədə məlumatı olmamışdır (cild 1, iş vərəqi 93-99, cild 4, iş vərəqi 73-75, 228-231). Elan olunmuş ifadə ilə bağlı sualları cavablandıran Zərərçəkmiş şəxs2 onları Eminlə Elvinin tanış etdiyini, sonra qalan məsələləri özləri öz aralarında danışdıqlarını, verdiyi pulun da ona məxsus olduğunu, Hüseynağa və Elşəni tanımadığını, Elşənlə hadisədən sonra bir dəfə görüşdüyünü, ifadədə 100.000 manat verməyib barədə yazılanların düzgün olduğunu, pulu 3 dəfəyə, yəni əvvəlcə 50.000 manat, sonra 30.000 manat və 20.000 manat olaraq verdiyini, pulu Heydər Əliyev adına zavodun qarşısında verdiyini, pulun ona məxsus olduğunu, torpağın da onlarda olduğunu, torpağln Zöhrab və Bədələ aid olmadığını, özəlləşdirməyə qədər torpağın dövlətə məxsus olduğunu, onlar isə həmin torpağı özəlləşdirmək istədiyini, o, torpağan Zöhraba və Bədələ məxsus olmasını demədiyini və ibtidai istintaq zamanı verdiyi ifadəsini oxumadan imzaladığını məhkəməyə bildirdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində bildirdi ki, zərərçəkmş şəxs Zərərçəkmiş şəxs2 onun dostudur. Xətai rayonu, S.Əhmədov küçəsində 83 sot torpaq sahəsi olmuş və onlar həmin torpaq sahəsini sənədləşdirmək istəmişlər. Onun pulu olmadığı üçün Zərərçəkmiş şəxs2 şəriklik təklif etmiş, Rafiq bununla razılaşmışdır. Sonra torpağın sənədləşdirilməsinə tələb olunan pulu Rafiq vermişdir. O, Rafiqlə torpaq satılandan sonra pulunu yarı böləcəkləri barədə razılığa gəlmişlər. Sualları cavablandıran Zərərçəkmiş şəxs1 özünün Neft Şirkətində mühəndis işlədiyini, 83 sot torpaq sahəsinin zavodun sərhədində yerləşdiyini, həmin vaxt özünün ya müavin, ya da mühəndis işlədiyini, "xxxx" adlı MMC yaratdığını, həmin vaxt 50-60 nəfər işçisi olduğunu, həmin MMC-nin faktiki rəhbərinin də özünün olduğunu, qeyd olunan torpaq sahəsindən anbar kimi istifadə etmək istədiklərini, Rafiqin sənədləşmə işlərini Eminlə gördüyünü, o, əvvəllər Emini tanımadığını, sənədləşmə işlərini görmək üçün Rafiq ona Eminin nömrəsini verdiyini, pul məbləğləri barədə onun danışmadığını, pulu Rafiqin verdiyini, çatışmayan 15.000 manatı özünün Eminə verdiyini, sənədləşmə işləri tamamlandıqdan sonra torpaq sahəsində anbar tikməyi planlaşdırdıqlarını, həmin torpaq sahəsinin onun adına olduğunu, torpaqla bağlı «SOCAR»a onun müraciət etdiyini, «SOCAR»a məktubu poçtla göndərdiyini və cavabın da poçtla gəldiyini, Rafiqə onun təklif etdiyini, Rafiqin onun dostu olduğunu, onun həmin torpağın bazar qiymətini bilmədiyini, Eminlə ilk danışığının telefonla olduğunu, sənədləşməni aparacaq şəxslərlə onu Eminin tanış etdiyini, Eminin vasitəsilə sənədləri Hüseynağa ilə Elşənin düzəltdiklərini, Eminlə danışıqlarının Əmlak komitəsinə getməmişdən 1-2 gün əvvəl olduğunu məhkəməyə bildirdi. İfadələri arasında ziddiyyətlər olduğundan məhkəmə iclasında zərərçəkmiş şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq edildi. Zərərçəkmiş şəxs1 həmin ifadəsində göstərmişdir ki, «SOCAR»ın tabeliyində "xxxx" MMC-də inşaat mühəndisi vəzifəsində işləyir. Həmçinin sifarişlər əsasında podratçı qismində təmir-tikinti işlərinin görülməsi növündə sahibkarlıq fəaliyyətini həyata keçirən "xxxx" MMC-nin təsisçisi və direktorudur. Şirkətə faktiki olaraq rəhbərliyi həyata keçirməklə fəaliyyətinə nəzarət edir. Zərərçəkmiş şəxs2 onun dostudur, sonuncu «SOCAR»ın tabeliyindəki "xxxx" QSC-də mühəndis işləyir. Zərərçəkmiş şəxs1 mahiyyəti üzrə bildirmişdir ki, Bakı şəhəri, Xətai rayonu, S.Əhmədov küçəsində yerləşən 0,83214 ha torpaq sahəsi qeyri-rəsmi olaraq əvvəllər SOCAR-ın Neft Kəmərləri İdarəsinin rəisi vəzifəsində işləmiş Zöhrab Quliyevə və hal-hazırda SOCAR-ın vitse-prezidenti vəzifəsində işləyən Bədəl Bədəlova məxsus olmuş, lakin həmin şəxslər tərəfindən hasarlanmamışdır. Qeyd olunan torpaq sahəsinin əvvəllər qeyri-rəsmi formada Zöhrab Quliyev və Bədəl Bədəlova məxsus olduğunu deyərkən nəzərdə tutur ki, sonuncular əvvəllər həmin torpaq sahəsini özəlləşdirərək orada müxtəlif obyektlər tikmək niyyətində olmuşlar, SOCAR əməkdaşları bunu bildiyinə görə qeyd olunan sahənin Zöhrab Quliyev və Bədəl Bədəlova məxsus olduğunu düşünmüşlər. Lakin 2020-ci ildən bəri torpaq sahəsini real olaraq özəlləşdirmək istəyən şəxs Zöhrab Quliyev və Bədəl Bədəlov deyil, həqiqətən də özü olmuşdur. Belə ki, həmin torpaq sahəsini rəhbərlik etdiyi şirkətin fəaliyyəti ilə bağlı istifadə etməkdən, torpaq sahəsi üzərində qeyri-yaşayış təyinatlı obyektlər tikməkdən ötrü xüsusi mülkiyyətinə keçirmək istəmişdir. Bununla yanaşı, həmin ərəfədə Zöhrab Quliyev ona torpaq sahəsinin özəlləşdirilməsindən sonra orada müxtəlif təyinatlı sahibkarlıq obyektləri tikilib istifadəyə verilərkən onunla şəriklik etməsi ehtimalının olduğunu, lakin bununla bağlı qəti qərara gəlmədiyini bildirmişdir. Ona görə də, torpaq sahəsinin özəlləşdirilməsi üçün ona hər hansı məbləğdə pul verməyəcəyini, lakin sonradan şərik kimi onunla birgə fəaliyyət göstərəcəyi halda, torpaq sahəsində tikintiyə sərmayə qoyacağını demişdir. Təxminən 2021-ci ilin fevral ayında Zərərçəkmiş şəxs2la əlaqə saxlayaraq Bakı şəhəri, Xətai rayonu, S.Əhmədov küçəsində yerləşən 0,83214 ha (83 sot) torpaq sahəsini rəhbərlik etdiyi şirkətin fəaliyyəti üçün istifadə etmək məqsədilə özəlləşdirmək istədiyini bildirmişdir. Məlumat üçün bildirir ki, sözügedən torpaq sahəsi dövlət mülkiyyətindədir, lakin həmin torpaq sahəsi Bakı şəhəri, Xətai rayonu, S.Əhmədov küçəsində SOCAR-a məxsus neft çənlərinin olduğu ərazinin ətrafına çəkilmiş hasarın xaricində yerləşsə də, həmin çənlərin mühafizə zonasında olduğuna görə özəlləşdirilməsi üçün SOCAR rəhbərliyinin rəsmi razılığının alınması vacibdir. Ona görə də, hələ 2020-ci ilin əvvəllərində müvafiq torpaq sahəsinin anbar təsərrüfatı yaradılması məqsədilə "xxxx" MMC-ə ayrılması üçün SOCAR rəhbərliyinə rəsmi müraciət etmiş, qurumun o vaxtkı vitse-prezidenti Mikayıl İsmayılov isə rəsmi qaydada SOCAR adından xx.xx.2020-ci il tarixli məktubla sözügedən məsələyə razılığını ifadə etmişdir. Torpaq sahəsinin ayrılmasına SOCAR tərəfindən razılıq verildiyi üçün Zərərçəkmiş şəxs2 həmin sahəni bütövlükdə özəlləşdirərək xüsusi mülkiyyətinə keçirmək istədiyini, lakin məsələnin qısa müddət ərzində problemsiz həll olunması üçün kimə, hansı quruma müraciət etməli olduğunu bilmədiyini deyərək, ondan köməklik göstərməyi xahiş etmiş, Zərərçəkmiş şəxs2 tanışlarından bu barədə maraqlanıb məlumat verəcəyini bildirmişdir. Bir müddət sonra Zərərçəkmiş şəxs2 həmin məsələ ilə maraqlandığını, Bakı şəhərində Təqsirləndirilən şəxs adlı şəxsin öz əlaqələri vasitəsilə bu qəbildən olan məsələlərin həlli ilə məşğul olması barədə öyrəndiyini, Təqsirləndirilən şəxs telefon nömrəsini əldə edərək sonuncu ilə əlaqə saxlayıb 2021-ci ilin fevral ayında məsələni müzakirə etmək üçün Bakı Metropoliteninin “Neftçilər” stansiyasının yaxınlığında təklikdə görüşüb söhbət etdiyini, söhbət əsnasında Təqsirləndirilən şəxs Əmlak Məsələləri Dövlət Xidmətinin məsul vəzifələrdə işləyən əməkdaşları ilə əlaqələrinin olması, Bakı şəhəri, Xətai rayonu, S.Əhmədov küçəsində yerləşən 0,83214 ha (83 sot) torpaq sahəsinin xüsusi mülkiyyət hüququ əsasında onun adına özəlləşdirilməsi məsələsini həmin şəxslər vasitəsilə müsbət həll edə biləcəyi, bunun müqabilində Əmlak Məsələləri Dövlət Xidmətində məsul vəzifələrdə işləyən tanışlarına 100.000 (bir yüz min) manat pul verilməsinin zəruri olması, tələb olunan pul verildikdən sonra ən geci 3 ay ərzində torpaq sahəsi üzərində daimi istifadə və ya müvəqqəti icarə hüququna dair çıxarış veriləcəyi, müvəqqəti icarə hüququna dair çıxarış veriləcəyi təqdirdə xüsusi mülkiyyət hüququna dair çıxarış verilənədək icarə haqqının alınacaq 100.000 (bir yüz min) manat vəsait hesabına ödəniləcəyi, 100.000 (bir yüz min) manatdan əlavə icarə haqqı kimi hər hansı məbləğdə pul tələb edilib alınmayacağı, pulu verdikdən sonra ən geci 6 ay ərzində torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüququna dair çıxarış alacaqları barədə məlumat verdiyini və həmin məsələləri həll etməyi vəd etdiyini bildirmişdir. Lakin, Təqsirləndirilən şəxs konkret olaraq 100.000 (bir yüz min) manat pulu hansı hissələrlə, kimlərə verəcəyini, həmin puldan özünə nə qədər mənfəət qalacağını və s. təfərrüatları açıqlamadığını, özünün isə bu barədə heç nə soruşmadan tələb olunan pulun hissə-hissə veriləcəyini dediyini, Təqsirləndirilən şəxs isə buna etiraz etmədiyini bildirmişdir. Ardınca o, 100.000 (bir yüz min) manat müqabilində torpağın adına özəlləşdirilməsinə razılaşmışdır. Lakin sonradan Zərərçəkmiş şəxs2 tələb olunan pulu vermək üçün vəsaitinin olmadığını bildirərək, həmin pulu onun ödəməyini, əvəzində isə torpaq sahəsinin 0,20 ha hissəsini qeyri-rəsmi formada ona verməyi, həmçinin şirkətin fəaliyyətində ortaq kimi iştirak etməyini təklif etmişdir. Zərərçəkmiş şəxs2 həmin təkliflə razılaşaraq, öz deməsinə görə, Təqsirləndirilən şəxs tələb etdiyi pulun 50.000 (əlli min) manat olan hissəsini 2021-ci ilin fevral ayında, 30.000 (otuz min) manat olan hissəsini 2021-ci ilin mart ayında, 20.000 (iyirmi min) manat olan hissəsini isə 2021-ci ilin aprel ayında dəqiq xatırlamadığı tarixlərdə ünvan 4ndə yerləşən SOCAR-ın X21rşısında Təqsirləndirilən şəxs idarə etdiyi markasını və nömrəsini xatırlamadığı avtomobildə təklikdə sonuncuya vermişdir. Pul vəsaitlərinin verilməsi ərəfəsində o, Təqsirləndirilən şəxs, Şahid3 və Şahid4la “Əmlak Xidmətləri Məkanı” adlı idarədə görüşüb torpaq sahəsinə dair zəruri sənədləri təqdim etmiş, həmçinin torpaq sahəsinin özəlləşdirilməsi üçün rəsmi müraciət edərək ona təqdim olunan sənədləri imzalamışdır. Təqsirləndirilən şəxs, Şahid4 və Şahid3 rəsmi sənədləşmə apardıqdan sonra onların işi həll etmək niyyətlərinin olduğuna daha da inanmışdır. Təqsirləndirilən şəxs onu Şahid4 və Şahid3 ilə görüşdürsə də, onların harada işlədiyini, kimlərlə əlaqələrinin olduğunu, cari məsələni kimlər vasitəsilə həll edəcəklərini, onlardan alınan pulun nə qədərinin onlara çatdığını və s. barədə məlumat verməmiş, sadəcə olaraq “sizin məsələni bu adamlar həll edəcək” deyə bildirmişdir. Özü isə sonradan Şahid3 Nizami rayonu, Keşlə bələdiyyəsində işlədiyini öyrənmişdir. Təxminən 2021-ci ilin iyun ayında onunla Əmlak Məsələləri Dövlət Xidməti arasında sözügedən torpaq sahəsinin müvəqqəti icarəyə verilməsi barədə müqavilə bağlanmış, müqaviləni verdiyi etibarnamə əsasında icarəyə götürənin adından Zərərçəkmiş şəxs2 imzalamışdır. Müqavilədə torpaq sahəsinin icarəsinə görə icarəçinin aylıq 5.200 (beş min iki yüz) manat haqq ödəməsi nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxs icarə haqqının onlardan aldığı vəsait hesabına ödəniləcəyini, icarəyə görə əlavə pul verməyəcəklərini bildirmişdir. İcarə müqaviləsi müvafiq ayın ortasında bağlandığı üçün həmin aya görə icarə haqqı məbləği 2.600 (iki min altı yüz) manat təşkil etmiş, Təqsirləndirilən şəxs deməsinə görə, qeyd olunan məbləğ ona verdikləri vəsait hesabına ödənilmişdir. Lakin 2.600 (iki min altı yüz) manat məbləğində pul vəsaitinin ödənilməsinə dair hər hansı çek təqdim olunmamışdır. Aralarındakı razılaşmaya görə, xüsusi mülkiyyət hüququna dair çıxarışın verilməsi üçün alt müqavilə kimi icarə müqaviləsinin bağlanması zəruri olduğundan buna etiraz etməmiş, icarə müqaviləsi bağlandıqdan sonra ən geci 3 ay ərzində daşınmaz əmlakın dövlət reyestrindən Bakı şəhəri, Xətai rayonu, S.Əhmədov küçəsində yerləşən 0,83214 ha (83 sot) torpaq sahəsinin xüsusi mülkiyyət hüququ əsasında özünün adına özəlləşdirilməsi barədə çıxarış təqdim olunması şərti ilə razılaşmışlar. Təxminən 2021-ci ilin avqust ayında Zərərçəkmiş şəxs2 onunla əlaqə saxlayaraq, Təqsirləndirilən şəxs 0,83214 ha (83 sot) torpaq sahəsinin 0,27 ha ölçüdə olan hissəsindən X5 xəttinin keçdiyini, həmin sahənin də özəlləşdirilən hissənin tərkibinə daxil edilməsi üçün məsul vəzifələrdə işləyən tanışlarına əlavə olaraq 15.000 (on beş min) manat məbləğində pul vəsaitinin verilməsinin zəruri olduğunu, tələb olunan pul verilməyəcəyi təqdirdə torpaq sahəsinin 0,27 ha ölçüdə olan hissəsinin xüsusi mühafizə zonası kimi özəlləşdirilən ərazidən çıxarılacağını bildirdiyini demişdir. O isə 15.000 (on beş min) manat pulu verməyə razılaşıb özü Təqsirləndirilən şəxsla danışaraq, elə həmin ərəfədə dəqiq xatırlamadığı tarixdə Bakı Metropoliteninin “Neftçilər” stansiyasının yaxınlığında sonuncu ilə təklikdə görüşüb tələb olunan vəsaiti tam həcmdə ona vermişdir. 2021-ci ilin sentyabr-oktyabr aylarında Təqsirləndirilən şəxs ona zəng edib çıxarışın hazır olduğunu, çıxarışı götürmək üçün Əmlak Xidmətləri Məkanına getməli olduğunu bildirmişdir. Təklikdə deyilən ünvana getdikdə ona təqdim olunan çıxarışda Bakı şəhəri, Xətai rayonu, S.Əhmədov küçəsində yerləşən 0,83214 ha torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüququna dair hər hansı qeyd aparılmadığını, sözügedən torpaq sahəsinin 2 illik icarəyə verildiyini görərək buna etiraz etmiş və çıxarışı Təqsirləndirilən şəxs qaytararaq oradan uzaqlaşmışdır. Təqsirləndirilən şəxs da torpaq sahəsinin mülkiyyət hüququ əsasında deyil, icarə hüququ əsasında verilməsinə görə həmin vaxt orada olan Şahid3 və Şahid4 qəti iradını bildirdi. Bundan sonra Təqsirləndirilən şəxs, Şahid3 və Şahid4la özü və Zərərçəkmiş şəxs2 arasında baş tutan telefon danışıqları və görüşlərdə onlar torpaq sahəsinin xüsusi mülkiyyətə deyil, qısamüddətli icarəyə verilməsini müxtəlif əsassız bəhanələrlə izah edərək məsələdə bir-birlərini təqsirləndirməyə başlamışlar. Onlar isə bundan sonra dələduzluq yolu ilə aldadıldıqlarını başa düşüb müvafiq məsələnin müsbət həll olunması üçün Təqsirləndirilən şəxs verdikləri 115.000 (bir yüz on beş min) manat məbləğində pulun geri qaytarılmasını tələb etsələr də həmin vəsait qaytarılmamışdır. Bəhs edilən torpaq sahəsinə dair ƏMDX-lə bağlanmış icarə müqaviləsi üzrə icarə haqları da Təqsirləndirilən şəxs tərəfindən əvvəlcədən verilmiş vədə uyğun olaraq 115.000 (bir yüz on beş min) manat vəsait hesabına ödənilmədiyinə görə ƏMDX-in bir neçə əməkdaşı onunla əlaqə saxlayıb ödənişin icra olunmasını tələb etmişlər. Ödəniş icra olunmadığına görə ƏMDX ona qarşı icarə haqqının ödənilməsi barədə iddia ərizəsi ilə Bakı şəhəri, Suraxanı rayon məhkəməsinə müraciət etmiş, lakin məhkəmənin icraatında mülki işə baxıldığı dövrdə özünün pulu olmadığına görə Zərərçəkmiş şəxs2 ümumilikdə 39.000 (otuz doqquz min) manat icarə haqqı borcunu ƏMDXa ödəmiş, bundan sonra ƏMDX məhkəməyə ünvanladığı iddia tələbini geri götürmüş və sözügedən torpaq sahəsinə dair icarə müqaviləsinə xitam verilmişdir. Zərərçəkmiş şəxs1 həmçinin ifadələrində Şahid1 tanımadığını, onlardan alınan vəsaitin 32.500 (otuz iki min beş yüz) manat məbləğində olan hissəsinin Şahid1 verilməsi barədə heç bir məlumatının olmadığını, ifadə verən zaman özünə təqdim olunan audio yazılarda danışıq aparan şəxslərin özü, Təqsirləndirilən şəxs və Şahid3 olmasını, müvafiq səs yazılarında olan telefon danışıqlarının sözügedən məsələnin həlli ilə əlaqədar pul vəsaitlərinin verilməsindən sonra olan danışıqlar olmasını, danışıqlarda müvafiq torpaq sahəsinə dair mülkiyyət hüququ əsasında çıxarışın verilməsi üçün tələb olunan pulun ödənilməsinə baxmayaraq çıxarışın verilməməsinin müzakirə edilməsini bildirmişdir. Zərərçəkmiş şəxs1 həmçinin istintaqa verdiyi əlavə ifadələrində bildirmişdir ki, Təqsirləndirilən şəxs ilə onu Zərərçəkmiş şəxs2 tanış etmişdir. "xxxx" MMC-ni faktiki idarə etmişdir. Həmin şirkəti Zərərçəkmiş şəxs2 məsləhəti ilə təsis etmişdir. Zərərçəkmiş şəxs2 SOCAR-da vitseprezident vəzifəsində işləyən Bədəl Bədəlovun qohumudur. Müvafiq torpaq sahəsinin özəlləşdirmək barədə təklif də Zərərçəkmiş şəxs2 tərəfindən edilmişdir. Həmin torpaq sahəsi özəlləşdirildikdən sonra yarısı Zərərçəkmiş şəxs2 digər yarısı isə onun istifədəsində olmalı imiş. Bədəl Bədəlovu və Zöhrab Quliyevi tanısa da həmin şəxslərlə yaxın münasibəti olmamışdır. Şahid3 isə təxminən 2021-ci ilin mart-aprel ayından etibarən tanımışdır. Belə ki, təxminən 2021-ci ilin mart ayının sonu və ya aprel ayının əvvəllərində Təqsirləndirilən şəxs onu Əmlak Məsələləri Dövlət Xidmətinin “Məkan” adlı idarəsinə dəvət etmişdir. Həmin vaxta qədər özü Təqsirləndirilən şəxsla yalnız mobil telefon vasitəsilə danışmışdır. Həmin idarəyə gedən zaman Təqsirləndirilən şəxs birinci dəfə görmüşdür. Həmin vaxt Təqsirləndirilən şəxs onu Şahid3 və Şahid4la tanış etmişdir. Təqsirləndirilən şəxs müvafiq işlərin həmin şəxslər tərəfindən icra olunacağını bildirmişdir. Həmin vaxt o, şəxsiyyət vəsiqəsini və SOCAR-ın "xxxx" MMC-yə ünvanlandığı məktubu ya Şahid3, ya da ki, Şahid4 vermişdir. Həmin vaxt onlarla birlikdə idarəyə daxil olmuşdur. Lakin, idarəyə Təqsirləndirilən şəxs daxil olmamışdır. İdarədə növbə götürülmüş, növbə çatan zaman qeydiyyatçıya gətirdiyi sənəd və Şahid4 gətirdiyi digər məzmunu ilə tanış olmadığı sənədlər təqdim olunmuşdur. Həmin gün yadında qalan qədər sənədlərdə hansısa çatışmazlıq olduğuna görə sənədlər qəbul olunmamışdır. Şahid4 və Şahid3lə tanışlığı bu qaydada yaranmışdır. Zərərçəkmiş şəxs1 həmçinin ifadələrində Bakı şəhəri, Xətai rayonu, S.Əhmədov küçəsi ünvanında yerləşən 0.83214 ha ölçüdə torpaq sahəsinə dair icarə çıxarışının verilməsi üçün əsas olan sənədlərin qovluğunda olan saxta sənədlərlə bağlı bildirmişdir ki, 1995-ci il tarixdə Bakı şəhəri, İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinə müraciət etməmiş, həmin dövrdə ümumiyyətlə belə bir torpaq sahəsinin mövcudluğundan məlumatı olmamışdır. Müvafiq sənəddə İ Qarabağ Müharibəsi iştirakçısı olması barədə qeydlər olsa da həmin müharibə iştirak etməmişdir və müharibə veteranı deyildir. Müvafiq saxta sənəddən hər hansı bir məlumatı olmamışdır. Bütün sənədləşmə işləri ilə Şahid3 və Şahid4 məşğul olmuşdurlar. Ola bilsin ki, həmin şəxslərin bu barədə məlumatları olmuşdur. Özü yalnız SOCAR-ın vitse-prezidenti tərəfindən imzalanmış məktubu görmüşdür. Həmin məktubun da əslini ya Şahid3, ya da ki, Şahid4 vermişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə adından ərizə ilə müraciət edən X14 rəhbəri olduğu MMC-də mühasib vəzifəsində işləyir. Sonuncuya adından müvafiq sənədləşmə işlərində iştirak etməsi üçün etibarnamə vermişdir. Zərərçəkmiş şəxs1 həmçinin ifadələrində Təqsirləndirilən şəxs guya ki, müvafiq torpaq sahəsinə dair sənədləşmə işinə başlamazdan əvvəl Şahid3lə özünü və Zərərçəkmiş şəxs2 tanış etməsi və müvafiq sənədləşmə üçün lazım olan 100.000 (bir yüz min) manat məbləğində pul vəsaitinin Şahid3 özü tərəfindən o və Zərərçəkmiş şəxs2 tələb olunması barədə olan xüsusat üzrə göstərmişdir ki, Təqsirləndirilən şəxs bu barədə ifadəsində göstərdikləri yalandır. Müvafiq pul vəsaitlərini onlardan Təqsirləndirilən şəxs özü tələb etmişdir (cild 1, iş vərəqi 83-89, 208-213, cild 4, iş vərəqi 68-70, 215-218). Elan olunmuş ifadə ilə bağlı sualları cavablandıran Zərərçəkmiş şəxs1 dindirmə protokolundakı imzaların və sonda yazılan qeydlərin ona məxsus olduğunu, elan olunmuş ifadənin doğru olduğunu, o, torpaq sahəsinin əvvəl Bədəl Bədəlova məxsus olduğunu, lakin sonradan ona icazə verilmədiyini eşitdiyini, əvvəlcə Zöhrabla danışdığını, lakin Zöhrab pul qoymadığı üçün onunla razılaşmadığını, ona görə Rafiqi tapdığını, Fəridin onun firmasının mühasibi işlədiyini, o, olmadığı üçün Fəridə etibarnamə verdiyini, icarə haqqını ödəyə bilmədiyinə görə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin onları məhkəməyə verdiyini və onlar məhkəmənin qərarı ilə 39.000 manat pul ödədiklərini, sənədləşmə işləri qurtardıqdan sonra bankdan kredit götürüb tikinti işləri aparacaqlarını, özünün neft şirkətində işlədiyini və 3.000 manatdan çox əmək haqqı aldığını, torpağın daimi icarəyə verilməsi ilə bağlı söhbətin olduğunu, lakin düzəldilən sənəd icarə müqaviləsi 2 illik olduğu üçün razılaşmadığını, Bədələ və Zöhraba həmin torpaq sahəsini icarəyə verilməsinə razılıq verilmədiyini, Rafiqə şərikliklə bağlı müraciət etdiyini, çıxarışın hazır olması barədə ona Əmlak Xidmətindən SMS gəldiyini, dəqiq xatırlamadığını, ya Eminin ona, ya da onun Eminə zəng edib məlumat verdiyini, 2 illik icarə müqaviləsi ilə çıxarış ala bilməyəcəyini, uzun müddətli müqavilə olduğu halda icarə haqqını ödəyəcəyini, 2 illik müqavilə ilə torpağı sənədləşdirə bilməyəcəyini, böyük məbləğdə pulu olmadığı üçün həmin müddətdə sənədləşdirə bilməyəcəyini, Eminin özünün də sənədlər veriləndə etirazını dediyini məhkəməyə bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, təqsirləndirilən şəxsi tanıyır, onunla düşmənçiliyi və ədavəti olmamışdır. Günlərin bir günü Emin onun evinə gəlmişdir. Həmin vaxta qədər də o, Emini tanımış, belə ki, Emin onun qaynının oğlu ilə bir sinifdə oxumuşdur. Söhbət zamanı Emin ona bir torpaq sahəsi olduğunu və həmin torpağa çıxarış almaq lazım olduğunu bildirmişdir. Hələ bundan əvvəl Eminin təklifi ilə o, bir evin özəlləşdirilməsində ona köməklik göstərmiş və həmin evə çıxarış almışdır. Bunun üstündən 10-15 gün keçəndən sonra Emin yenidən onun yanına gələrək başqa bir ev olduğunu, həmin evə sənəd ala bilmədiklərini demiş, o da, Elşənə zəng eləmiş və həmin evə sənəd alınmasında köməklik göstərməyi xahiş etmişdir. Elşən də onun xahişinə əsasən həmin evə də çıxarış alıb vermişdir. Bu yolla o, Eminin müraciətlərinə əsasən bir neçə evə və torpaq sahələrinə çıxarışlar almışdır. Bir gün də Emin ona Məhəbbət müəllimin adına olan bir sənəd vermiş və həmin torpağı özəlləşdirmək lazım olduğunu və torpaqdan istifadəyə dair çıxarış almaq istədiklərini bildirmişdir. O da, bu barədə Elşənlə danışmışdır. Elşən həmin torpağın hasarın içində olub-olmadığına baxmaq lazım olduğunu deişdir. Bir neçə dəfə Əmlak xidmətindən gəlib oranın qapısını qaynaqla kəsib açmışlar. O da, Eminə həmin yer onlara məxsusdursa, nəyə görə hər gələndə içəri girmək üçün oranı sökmələri ilə maraqlanmışdır. Sonra həmin torpaq sahəsinin sənədləşdirilməsini 85.000 manata danışmışlar. Emin isə torpaq sahiblərinə 100.000 manat dediyini bildirmişdir. O isə, bunun ona aidiyyəti olmadığını, Elşənlə həmin işi 85.000 manata danışdığını demişdir. Emin həmin torpağın sənədləşməsi işinə başlayan kimi pulun üstündən 15.000 manat götürmüşdür. O, həmin torpağın sahibinin kim olması ilə maraqlanmış, torpağın sahibinin Bədəl Bədəlov olub-olmamasını soruşmuş, lakin ona demişlər ki, yox, torpağın sahibi cavan oğlanlardır. Emin onu Konstitusiya məhkəməsinin yanında bir restorana aparmış, Elşənlə gedəndə demişdir ki, orada 50.000 manat verdiklərini bildirsinlər. Elşən isə onların 15.000 manata aidiyyəti olmadığını və 50.000 manat verilməsini deməkdə də problem olmadığını bildirmişdir. Onlar həmin restorana gələndə orada üç nəfər cavan oğlan görmüş, həmin oğlanlar orada Elşəndən nə qədər pul aldığını soruşmuşlar, Elşən də 50.000 manat aldığını bildirmişdir. Əslində isə həmin vaxt onlar 35.000 manat almışlar. Bu cür deməklə onlar həmin oğlanların yanında Emini müdafiə etmişlər. Həmin vaxt torpaq sahələrinin istifadəyə verilməsinin mümkün olmaması, yalnız icarəyə verilə bilməsi, ya da özəlləşdirilməli olması barədə qərar çıxarıldığından, onlar Eminin müraciəti əsasında qeyd olunan torpaq sahəsinin icarəyə verilməsi haqqında sənəd almışlar və həmin sənədi onlara vermişlər. Bu işin görülməsi 85.000 manata danışılsa da, ona 80.000 manat pul verilmişdir. Sonralar Emin onun üstünə müxtəlif adamlar gətirmiş, ona demişlər ki, onları Əmlak xidmətinə aparsın və özləri orada danışsınlar. O da, həmin şəxsləri Əmlak xidmətinin qarşısına çağırmış və onlar gəlib Elşənlə görüşmüşlər. Həmin şəxslər Elşənlə iki dəqiqə danışandan sonra bunların təqsiri olmadığını bildirmiş və çıxıb getmişlər. Sonra Maşalla, ya da İnşalla adlı bir nəfər ona təzyiqlər gösərib onu sıxmağa başlamışdır. Sonra onlar Elşənlə görüşmüş, Elşən də pulu istəyirlərlə, pulu verə biləcəklərini demişdir. O, Maşallanın onun üstünə çox gəldiyini görmüş və Nizami rayon polis idarəsinə onun barəsində şikayət etmişlər. Sonra onu idarədən çağırıb «Fırtına Həsən»in adamlarına niyə baş qoşduğunu soruşmuşlar. O isə, həmin adamları tanımadığını bildirmişdir. Maşalla torpağın sahibinin gah özü olduğunu demiş, gah da Emin öz qaynatasını gətirib torpağın yiyəsi olduğunu bildirmişdir. Beləliklə də, onlar torpağın yiyəsini görməmişlər. Zərərçəkmiş şəxs1la onlar çıxarış alınanda görüşmüşlər. O, pulu Məhəbbətdən almamışdır, onu çıxarış alanda görmüşdür. Eminin bu işlərlə bağlı ona müraciət etməyinin səbəbi o olmuşdur ki, onun özəlləşdirmə işlərini görmək imkanına malik tanışları olmuşdur. Emin ona demişdir ki, o, 85.000 manatı ona verəcəkdir, həmçinin bildirmişdir ki, ondan maraqlananda, həmin şəxslərə 115.000 manat aldığını bildirsin. Onlar həmin torpağın sənədləşdirilməsi işlərini görərkən «SOCAR»ın adından 3 dəfə ayrıayrılıqda müxtəlif məktublar almışlar. İstintaq getdiyi müddətdə o, 35.000 manat pulu korrupsiya idarəsində depozitə qoymuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, təqsirləndirilən şəxsi Təqsirləndirilən şəxs əvvəllər tanımamış, torpağın sənədləşdirilməsi ilə bağlı ona müraciət edildiyindən Emini işin sonunda tanımışdır. Belə ki, tanışı Şahid3 bir torpaq sahəsi olduğunu və onun sənədləşdirilməsinə köməklik göstərilməsini ondan xahiş etmişdir. O da, Hüseynağa ilə münasibətləri olduğuna bu işə razılaşmış və işin sonunda sənədləri götürərkən ilk dəfə Emini görmüşdür. Hüseynağa ona bildirmişdir ki, həmin torpağın sənədləşdirilməsi üçün 63.000 manat pul təklif edirlər. Müraciət Dövlət fondunda olan torpağın icarəyə götürülməsi ilə əlaqədar icarə müqaviləsinin bağlanması barədə olmuşdur. Müraciət edən şəxslərin əlində «SOKAR»ın verdiyi məktub da olmuşdur. Məktubda göstərilmişdir ki, həmin torpaq sahəsinin neft avadanlıqlarının saxlanılması üçün anbarların tikilməsi məqsədi ilə icarəyə verilməsinə etiraz edilmir. Şəxsən onun özünün Əmlak xidməti ilə əlaqəsi olmamış, Şahid2 adlı şəxslə əlaqəsi olmuşdur. Musa da vəzifəli şəxs olmamış, adi makler olmuşdur. O, müraxiət barədə Musaya demiş, sonuncu da bir neçə gündən sonra ona 35.000 manata işi həll etməyin mümkün olduğunu bildirmişdir. Həmin şəxslər 35.000 manat pul göndərmiş və həmin pulu Hüseynağa gətirib ona, o isə, Musaya vermişdir. Musa isə həmin pulu aparıb işi görəcək adama çatdırmışdır. Sonra Əmlak xidmətindən əməkdaşlar gəlmiş, torpağı ölçüb-biçmiş, daha sonra sənədlər hazır olmuşdur. Bundan sonra onlar Əmlak xidmətinə çağırmışlar. O da, hər dəfə çağırılanda Hüseynağaya da bu barədə məlumat vermişdir. Torpaq Məhəbbət adlı şəxsin adına olmuş, o da, Əmlak xidmətinə gəlmişdir. Orada sənədlər tam hazır vəziyyətdə olmuş, onlar tərəfindən imza edilmiş və icarə müqaviləsini ona vermişlər. Sonra həmin müqaviləni Reyestr xidmətinə təqdim edərək çıxarış və texniki pasport almışlar. Sonradan onların barəsində şikayət edilmiş və həmin vaxt orada bilmişdir ki, həmin işin görülməsi üçün müraciət edən şəxslərdən 115.000 manat pul alınmışdır. Sualları cavablandıran Şahid4 Hüseynağanın həmin işin görülməsi üçün 80.000 manat pul lazım olmasını dediyini ona bildirdiyini, əvvəlcə Hüseynağanın ona 35.000 manat verdiyini, onun da həmin pulu Musaya verdiyini, Musanın həmin puldan ona 2500 manat verdiyini, Musanın həmin pulu Nurlan adlı bir nəfərə verəcəyini dediyini, ona torpağın icarəsi üçün çıxarış alınması barədə müraciət olunduğunu, söhbətin Hüseynağa ilə onun arasında olduğunu, şirkət rəhbərini sənədi almağa gedərkən gördüyünü, ona ümumi puldan əvvəlcə 63.000 manat, daha sonra isə 28.000 manat verildiyini, 28.000 manatın hamısının ona çatmadığını, həmin puldan 2600 manat bir dəfə, 5000 manat bir dəfə, 2400 manat da bir dəfə rüsum ödədiyini, 6000 manatı Hüseynağaya verdiyini, ona ümumi puldan 12000 manat pul çatdığını, çıxarışı götürməyə gedəndə Eminin də orada olduğunu, Eminlə özünün söhbəti olmadığını, orada icarə müqaviləsi istəmədiklərini deyib narazılıq etdiklərini, orada Eminin onunla pul söhbəti etmədiyini, telefonla çəkilib kənarda Hüseynağa ilə danışdığını, istintaq zamanı həmin şəxslərdən ümumilikdə 115.000 manat alındığını bildiyini, Bədəl Bədəlovun adını eşitdiyini, sonradan Hüseynağanın həmin sənədlərin Bədəl Bədəlova məxsus olduğunu dediyini, Zöhrab Quliyevi tanımadığını, onu əvvəllər bir dəfə Hüseynağa ilə gördüyüyünü, sonda cəmi 20.000 manat pulun ona çatdığını, icarə müqaviləsi hazır olandan sonra həmin şəxslərin icarə haqqını ödəməmələri səbəbindən özünün məcbur olub həmin ödənişləri etdiyini, Nurlanı tanımadığını, onu Şahid2 vasitəilə sonradan tanıdığını, işlər uzanandan sonra Musa ilə bu barədə maraqlananda, sonuncunun Şahid1la danışdığını, Nurlan pulu aldığını etiraf etdiyini, hazırda onların barəsində də cinayət işinin məhkəmə baxışı getdiyini, istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, təqsirləndirilən şəxsi əvvəllər tanımamış, onu məhkəmədə görüb tanımışdır. O, Elşəni tanımış, Elşən ona 83 sot torpaq sahəsi olduğunu və onu sənədləşdirlmək lazım olduğunu bildirmişdir. Bunun üçün onlara 35.000 manat pul vermişlər, həmin pulu da onlar Nurlan müəllim adlı şəxsə vermişlər. Danışığa görə, layihə çəkilmiş, sonra sənədlər Əmlak komitəsinə verilmiş, orada icarə müqaviləsi bağlanılmışdır. Sonradan isə torpağın sahibləri icarə haqqını ödəməmişlər. Bundan sonra Əmlak komitəsi onları məhkəməyə verib icarə müqaviləsini ləğv etmişdir. Sonra da həmin pul onu verən şəxslərə qaytarılmışdır. Təqsirləndirilən şəxs tanımır, onunla heç bir alış-verişi olmamışdır. Sualları cavablandıran Şahid2 özünün əvvəllər 1998-ci ilədək Əmlak komitəsində işlədiyini, Elşənlə də həmin müddətdə orada tanış olduğunu, özü orada işlədiyi üçün digər işçilərlə yaxın olduğunu, ona müraciət vətəndaş olduqda, onun icarə müqaviləsi məsələsini həll etdiyini, Taleh idarədə şöbə rəisi işlədiyini, o, sənədləri aparıb təqdim etdiyini, Taleh müəllimin isə sənədlərə baxıb, çatışmamazlıqlar olduqda onların aradan qaldırılması yollarını dediyini, onların da həmin sənədləri düzəldib təqdim etdiklərini, ona Emin vasitəsilə xahiş olunmuş işə görə 32.500 manat pul verildiyini, 5200 manat isə icarə haqqının ödənilməli olduğunu, Nurlan sənədlərin düzəlməsi üçün 35.000 manat pul istədiyini, həmin puldan ona vasitəçi olduğu üçün 2500 manat pul verildiyini, sonradan Nurlanın 32.500 manatı ona qaytardığını, onun da özünə çatan 2500 manatı həmin pulun üstünə qoyub qaytardığını, həmin torpaq sahəsində 6000 kv.m. sahəsi olan anbar tikilməli olduğunu, Elşən torpağın ilkin sərəncamının və layihəsinin düzəldilməsinə söz verdiyini, 83 sot torpaq sahəsi «SOKAR»ın ərazisi olmaqla Məhəbbətin adına sənədləşməli olduğunu, həmin torpaq sahəsinin faktiki sahibini tanımadığını, Nurlan maşın göndərdiyini, onun da həmin pulu sürücüyə verərək Nurlana çatdırmalı olduğunu, sonradan Nurlanla maraqlananda, sonuncu, pulun ona çatdığını dediyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Dövlət əmlakının icarəyə verilməsi və Dövlət ehtiyacları şöbəsinin müdiri işləyən Şahid5 ifadəsində göstərdi ki, o, təqsirləndirilən şəxsi tanımır, birinci dəfədir görür. Zərərçəkmiş şəxs1 isə bir dəfə sənədləri imzalamaq üçün gələndə görmüşdür. Zərərçəkmiş şəxs1 işi ilə bağlı icarə müqaviləsinin bağlanması üçün bir dəfə onlara müraciət olunmuşdur. Onun qəbuluna gələn şəxs etibarnamə ilə iştirak edəcəyini bildirmiş, lakin onlar Zərərçəkmiş şəxs1 özünün mütləq iştirak etməli olduğunu demişlər. İzah olunmuşdur ki, ona icarə müqaviləsinin bağlanıldığı, gəlib ərizələrə onun özünün imza etməli olması bildirilməlidir. İcarə müqaviləsi bağlanıldıqdan bir müddət sonra 4-5 ay ödəniş olmadığı üçün vətəndaşa qanunamüvafiq bildiriş göndərilmiş və ona izah edilmişdir ki, ödəniş edilməyəcəyi təqdirdə, məhkəməyə müraciət olunacaqdır. Ondan sonra Rafiq adlı bir şəxs gəlmiş, özünü torpağın əsl sahibi kimi təqdim edərək bildirmiş ki, ondan bu işin görülməsi üçün külli miqdarda pul alınmış və ona söz verilmişdir ki, özəlləşmə olacaqdır. Rafiqin dediynə görə, arada vasitəçi olmuş, sənədləri həmin şəxs düzəldib onlara vermişdir. Deyilənlərdən bilmişdir ki, «SOKAR»dan məktubu Rafiqgil özləri almış, qalan sənədləri isə vasitəçilər düzəltmişdir. Bu zaman Rafiq vasitəçilərin adlarını çəkməmişdir. Rafiqə bildirilmişdir ki, torpağa görə icarə müqaviləsi bağlanılmışdır və hal-hazırda həmin müqavilə qüvvədədir, ödəniş də mütləq təmin olunmalıdır. Rafiqə izah edilmişdir ki, korrupsiyaya qarşı mübarizə idarəsinə müraciət etsin, əks təqdirdə, onlar özləri müraciət edəcəklər. Sonradan korrupsiya idarəsinə müraciət olunmuş və onlar da gedib öz ifadələrini vermişlər. Məhkəmə iclasında Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olundu. Həmin ifadəsində Şahid1 göstərmişdir ki, Şahid4 və Şahid2 bir neçə ildir tanıyır. Təqsirləndirilən şəxs, Şahid3, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 isə şəxsən tanımır. 2021-ci ilin fevral ayında tanışı Şahid2 ona müraciət edərək Bakı şəhəri, Xətai rayonu, S.Əhmədov küçəsində yerləşən, dövlət mülkiyyətində olan 0,83 ha torpaq sahəsinə dair Zərərçəkmiş şəxs1 adlı şəxsin adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsinin mümkün olub-olmadığını soruşmuş, o isə, tanışlarından bu barədə maraqlanıb məlumat verəcəyini bildirmişdir. Bundan sonra məsələnin həlli yolları barədə makler fəaliyyəti ilə məşğul olan Bayram adlı tanışı ilə maraqlanmışdır. Bayramı təxminən 10 ildir ki, işlə əlaqədar tanıyır. Sonuncu ona Əmlak Məsələləri Dövlət Xidmətində məsul vəzifələrdə işləyən şəxslərlə əlaqələrinin olduğunu, ehtiyac yaranarsa, daşınmaz əmlak obyektləri üzərində hüquqların dövlət qeydiyyatı ilə bağlı məsələlərin həllində köməklik göstərə biləcəyini demişdir. Ona görə də, Şahid2la danışdıqdan sonra bu barədə Bayramla məsləhətləşmiş, Bayram isə öz növbəsində Daşqın adlı tanışının olduğunu, sonuncunun ƏMDX ilə yaxşı əlaqələrə malik olduğunu, məsələni Daşqın vasitəsilə həll edəcəyini bildirmişdir. Özü Daşqın adlı şəxsi tanımır, soyadını, ata adını, iş yerini və s. anket məlumatlarını bilmir, sonuncu ilə heç vaxt görüşməmiş, danışmamışdır. O cümlədən, Bayramla tanış olsa da, onun soyadını, ata adını və əlaqə vasitələrini xatırlamır. Bir neçə gün sonra Bayram onunla əlaqə saxlayıb məsələni Daşqınla müzakirə etdiyini, müsbət həll edilməsi müqabilində 30.000 (otuz min) manat pul tələb olunduğunu, həmin vəsaiti Daşqına verəcəyini, həmçinin qeyd olunan vəsait hesabına torpaq sahəsinin sənədləşdirilməsi üçün dövlət rüsumlarının ödəniləcəyini bildirmiş, lakin Daşqın adlı şəxsin işi konkret olaraq kimlərlə həll edəcəyi barədə heç nə deməmiş, o isə, təfərrüatlarla maraqlanmadan bu barədə Şahid2 məlumat vermişdir. Bayram ona iş həll olunduqdan sonra yekunda 1.000-1.500 manat pul verəcəyini demiş, o da, razılaşmışdır. Bir müddət sonra Şahid2 ona zəng edərək pulun hazır olduğunu, Şahid4 32.500 (otuz iki min) manat pul alacağını, pulun üstündən 2.500 (iki min beş yüz) manat özünə götürəcəyini və 30.000 (otuz min) manatı ona verəcəyini bildirmişdir. O isə, həmin ərəfədə anası X6 və atası X1 hər ikisinin xəstəliklərinin müalicəsi ilə əlaqədar sonuncularla birlikdə Türkiyə Respublikasında olduğu üçün Şahid2 pulu başqa şəxsin ondan götürəcəyini bildirmişdir. 2021-ci ilin fevral ayında hazırda adını xatırlamadığı taksi sürücüsünü Şahid2la əlaqələndirmiş, həmin şəxs Şahid2la görüşüb 30.000 (otuz min) manat pulu götürüb apararaq Bayrama vermişdir. Bundan sonra Bayramla əlaqə saxlayıb pulun ona verildiyinə əmin olmuş, Bayram əvvəlcədən vəd etdiyi kimi məsələləri problemsiz həll edəcəyini bildirmişdir. O isə, işin Bayram və Daşqın tərəfindən həll olunduğunu Şahid2 və Şahid4 deməmiş, sadəcə olaraq ƏMDX-da işləyən tanışları vasitəsilə məsələni müsbət həll edəcəyini bildirmişdir. Pul verildikdən sonrakı aylar ərzində torpaq sahibinin iştirakı ilə ƏMDX tərəfindən zəruri sənədləşmə prosesləri icra olunmuş, ƏMDX-la torpağın sahibi Zərərçəkmiş şəxs1 arasında icarə müqaviləsi bağlanmış və Bayramın ona verdiyi məlumata görə, sənədləşmələr üçün tələb olunan dövlət rüsumları alınan 30.000 (otuz min) manat vəsait hesabına ödənilmişdir. Təxminən 2021-ci ilin sentyabr-oktyabr aylarında torpaq sahəsinin 2 illik icarə hüququ ilə yüklü edilməsi haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilərkən Şahid2 Zərərçəkmiş şəxs1 icarəyə etiraz etdiyini, sonuncunun torpağın xüsusi mülkiyyətə verilməsi haqqında çıxarış tələb etdiyini, əks təqdirdə pulun geri qaytarılmasını istədiyini bildirmişdir. Bundan sonra məsələnin təfərrüatları və mülkiyyət hüququna dair çıxarış verilməsinin şərtləri ilə maraqlandıqda, torpaqla bağlı təqdim edilmiş bəzi sənədlərdə yanlışlıq olduğu bildirilmişdir. Lakin həmin yanlışlıq və çatışmazlıqların konkret nədən ibarət olduğunu bilməmişdir. Sonradan Şahid4 pulun qaytarılması barədə ərizə ilə Bakı şəhəri, Nərimanov RPİ-nə müraciət etmiş, polis idarəsində araşdırma aparılarkən özünə məxsus olmaqla Bakı şəhəri, 20-ci sahədə yerləşən ticarət obyektini girov qoyaraq borc pul götürüb 32.500 (otuz iki min beş yüz) manat pulu tam həcmdə Şahid4 qaytarmışdır. Bayram adlı şəxs məsələnin yekununda ona 1.000-1.500 manat pul verəcəyini bildirsə də, sonradan torpaq sahibi ilə narazılıqlar yarandığına görə həmin puldan özünə hər hansı məbləğdə gəlir çatmamışdır. Heç bir gəlir götürmədiyi halda 32.500 (otuz iki min beş yüz) manat pulu qaytarmasının səbəbi ondan ibarət olmuşdur ki, həmin ərəfədə əldə etdiyi məlumata görə ƏMDX-nin Zərərçəkmiş şəxs1la bağladığı icarə müqaviləsi ləğv olunmuş, Bayram isə bütün vəsaiti onun qaytarmasını xahiş edərək, sonradan onunla hesablaşacağını bildirmiş, o da, aralarındakı münasibət xatirinə həm Bayrama verilmiş 30.000 (otuz min) manatı, həm də Şahid2 götürdüyü 2.500 (iki min beş yüz) manat özü qaytarmış, sonradan Musa 2.500 (iki min beş yüz) manatı ona vermişdir (cild 1, iş vərəqi 169-173). Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan 23 may 2022-ci il tarixli üzləşdirmə protkoluna əsasən, Təqsirləndirilən şəxsla və Şahid3 arasında keçirilmiş həmin istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs müvafiq Bakı şəhəri, Xətai rayonu, S.Əhmədov küçəsi ünvanında yerləşən 0.83214 ha ölçüdə torpaq sahəsinə görə çıxarış alınması ilə bağlı Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 aldığı ümumilikdə 115.000 (bir yüz on beş min) manat məbləğində pul vəsaitini tam həcmdə Şahid3 verdiyini bildirsə də, sonuncu, istintaq hərəkəti zamanı həmin faktı tam olaraq təkzib edərək, Təqsirləndirilən şəxs həmin məsələ ilə bağlı özünə yalnız 80.000 (səksən min) manat məbləğində pul vəsaitini verdiyini qeyd etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs üzləşdirmə zamanı Şahid3 sual verərək, 2021-ci ilin oktyabr ayında torpaq sahəsinə dair icarə hüququ əsasında çıxarış verildikdən sonra 115.000 (bir yüz on beş min) manat məbləğində pulun qaytarılması üçün Abşeron rayonu, Masazır qəsəbəsi, "xxxx" MTK-nın həyətində olan görüşləri vaxtı söhbət zamanı Şahid3 ona verilən ümumi məbləğin yalnız 4-5 min manat olan hissəsinin özünə çatmasını dediyini, lakin istintaqa özünə yalnız 2.500 (iki min beş yüz) manat pul vəsaitinin qalması barədə ziddiyyətli məlumat verdiyini bildirmiş və ondan bu faktı necə izah etməsini soruşan zaman Şahid3 cavabında həmin görüş zamanı Təqsirləndirilən şəxsla sözügedən torpaq sahəsindən başqa məsələlərdən də danışdıqlarını, həmin danışıq zamanı özünə 4-5 min manat məbləğində pul çatması barədə bildirdiyini, lakin həmin sözünün cari məsələ ilə deyil, başqa bir məsələ ilə əlaqədar olduğunu qeyd etmişdir (cild 1, iş vərəqi 153-158). Cinayət işinə əlavə olunmuş 07 yanvar 2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, həmin istintaq hərəkəti zamanı Şahid4la Şahid3 arasında keçrilmişdir. Şahid4 əvvəl verdiyi ifadələrindən fərqli olaraq sözügedən torpaq sahəsinə görə Şahid2 ondan 35.000 (otuz beş min) manat məbləğində pul tələb etməsini, özünün də Şahid3 müvafiq torpaq sahəsinin sənədləşdirilməsi üçün 70-80 min manat məbləğində pul vəsaitinin lazım olmasını bildirdiyini, Şahid3 həmin məsələyə görə ona təxminən 75-76 min manat məbləğində pul vəsaitini verdiyini, həmin pul vəsaitindən 35.000 (otuz beş min) manat məbləğində olan hissəsini Şahid2 verdiyini, çıxarış alınan zaman təxminən 1.900 (bir min doqquz yüz) manat məbləğində pul vəsaitini dövlət rüsumunun ödənilməsi qismində istifadə etdiyini, icarə çıxarışı əldə edildikdən sonra vətəndaşlar tərəfindən icarə haqqının ödənilməməsi səbəbindən təxminən bir dəfə 2.600 (iki min altı yüz) manat, bir dəfə 8.400 (səkkiz min dörd yüz) manat olmaqla icarə haqqını ödədiyini, bundan başqa 5.100 (beş min bir yüz) manat məbləğində pul vəsaitini Şahid3 verdiyini və özünə yalnız 24-25 min manat məbləğində pul vəsaitinin qaldığını bildirmişdir. Şahid3 isə üzləşdirmə zamanı verdiyi ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs əvvəlcədən tanımamışdır. Həmin dövrdə onları tanışları tanış etmiş və həmin şəxsin SOCAR-ın sabiq prezidenti Rövnəq Abdullayevin bacısının sürücü olması bildirilmişdir. Təqsirləndirilən şəxs müvafiq sözügedən ərazi barədə istifadə hüququna dair çıxarış almaq istədiklərini demişdir. Bundan sonra o, Şahid4 müraciət etmişdir. Həmin işin 85.000 (səksən beş min) manat məbləğində pul vəsaiti qarşılığında həll edilməsinə razılaşmışlar. Təqsirləndirilən şəxs məlumat verdikdə, sonuncu ona vətəndaşdan 100.000 (bir yüz min) manat pul alacağını, 85.000 (səksən beş min) manat məbləğində olan hissəsi Şahid4 verildikdən sonra qalan hissəni aralarında böləcəklərini bildirmişdir. Bir neçə ay sonra Təqsirləndirilən şəxs ona 100.000 (bir yüz min) manat puldan 15.000 (on beş min) manat məbləğində olan hissəsini özünün götürəcəyini, qalan 85.000 (səksən beş min) manat məbləğində pulu Elşənə təqdim etmək üçün verəcəyini bildirmişdir. O da, bu barədə Şahid4 məlumat vermiş və digər tərəfdən də Təqsirləndirilən şəxs onlardan bu barədə söz çıxmayacağını demişdir. Həmçinin, pul götürülən vaxtlarda Emin ona ümumilikdə 1.000 (bir min) manat məbləğində pulun da kiməsə verilməli olduğunu bildirmişdir. Beləlikə, ümumilikdə 16.000 (on altı min) manat pul vəsaiti Təqsirləndirilən şəxs qalmışdır. Sonradan Elşən ona istifadə hüququna dari çıxarış verilməyəcəyini, buna səbəb kimi ərazinin boş olmasını və həmin ərazidə bir tikili olacağı təqdirdə həmin istifadə hüququna dair çıxarışın veriləcəyini bildirmişdir. Qarşı tərəf bununla razılaşmamışdır. Elşən həmin tikilinin özü tərəfindən tikilməsini təklif etsə də, bununla da razılaşmamışlar. Bu zaman o, Təqsirləndirilən şəxs belə olan halda icarə hüququna dair çıxarış veriləcəyi barədə məlumat vermişdir. Sonuncu bununla razılaşmışdır. Lakin istifadə deyil, icarə çıxarışının veriləcəyi səbəbindən Təqsirləndirilən şəxs onlara veriləcək puldan 20.000 (iyirmi min) manat pul da kəsmişdir. Sonradan X5 xəttinə görə tələb olunan 15.000 (on beş min) manat pulu da verməmişdir. Müvafiq torpaq sahəsini faktiki özəlləşdirmək istəyən şəxs SOCAR-ın vitse-prezidenti Bədəl Bədəlov olmuşdur. Hətta həmin vaxt Təqsirləndirilən şəxs onu Bədəl Bədəlovun adını xatırlamadığı oğlu ilə də tanış etmişdir. Həmin şəxslə o, Şahid4 və Eminin özü Ali Məhkəmənin yanında yerləşən restoranda görüşmüşlər. Görüş başlamazdan öncə Təqsirləndirilən şəxs Elşənə “deyərsən ki, 50.000 manat məndədir” sözlərini demişdir. Belə ki, Təqsirləndirilən şəxs ilk dəfə onlara 40.500 manat pul vermişdir. X10 yenə də daimi istifadəyə dair çıxarış almaq istədiyini bildirmişdir. İcarəyə dair çıxarış verildikdən sonra Zərərçəkmiş şəxs1 ona etirazını bildirmişdir. Bu Məhəbbətin öz etizarı deyil, Bədəl Bədəlovun etirazı olmuşdur. Məhəbbət heç oranın yerini belə tanımır. Həmin torpaq faktiki olaraq Bədəl Bədəlovundur. X33, istərsə də Zərərçəkmiş şəxs1 ona etiraz bildirmələri əsassız olmuşdur. Çünki, o, Təqsirləndirilən şəxs çıxarışın icarə hüququna dair olacağını bildirmişdir. Sonda ümumiləşdirərək bildirmişdir ki, Təqsirləndirilən şəxs ona 80.000 (səksən min) manat pul vermişdir. Qalan 35.000 (otuz beş min) manat pul Təqsirləndirilən şəxsdır. 80.000 (səksən min) manat pulu o, Şahid4 vermişdir. Sonuncu həmin puldan da ona 5.000 (beş min) manat pul vermişdir. Onun bu işdə çox da maddi marağı olmamışdır. Təqsirləndirilən şəxs ona oğlunu SOCAR-da işə düzəldəcəyini vəd etmişdir. Sonuncuya kömək etməkdə əsas məqsədi bu olmuşdur. Şahid4 üzləşdirmə istintaq hərəkəti zamanı Şahid3 daimi istifadə hüququna dair anbar tikilməsinin zəruri olması barədə göstərdiyi xüsusat barədə ifadəsində həmin məlumatın ona Şahid2 tərəfindən verilməsini, Şahid3 ona 85.000 (səksən beş min) manat məbləğində pul verəcəyi barədə qabaqcadan razılaşmadıqlarını, həmçinin, sonuncunun Təqsirləndirilən şəxs tərəfindən vətəndaşlardan 100.000 (bir yüz min) manat məbləğində pul vəsaitini alması barədə məlumat vermədiyini bildirmişdir. Bundan başqa, Şahid4 üzləşdirmə zamanı Şahid3 ifadəsində göstərdiyi Bədəl Bədəlovun oğlu ilə görüşləri zamanı Bədəl Bədəlovun oğluna çıxarışın icarə hüququna dair olacağı barədə məlumat verdiyini, qarşılığında sonuncunun ona “biz icarənin üzərində hər hansı tikili tikə bilərikmi?” deyə sualla müraciət etdiyini və özünün isə qarşılığında “bəli, tikə bilərsiniz, ona görə ki, icarə çıxarışını Şəhərsalma tanıyır, onun üzərindəki tikilinin layihəsinin təsdiqini, o birisini, bu birisini təsdiqləyir” dediyini, qarşılığında Bədəl Bədəlovun oğlunun “narahat omayın, işinizi görün” dediyini bildirmişdir (cild 4, iş vərəqi 76-81). Cinayət işinə əlavə edilmiş "xxxx" MMC-nin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə ünvanladığı xx.xx.2019-cu il tarixli, 01-L-S-12.19 nömrəli məktubuna əsasən, «Bakı şəhəri, Xətai rayonu, Süleyman Əhmədov küçəsinin yaxınlığında yerləşən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Heydər Əliyev adına NEZ-ə məxsus neftlə çirklənmiş 0.82 ha torpaq sahəsini ekoloji cəhətdən təmizləyib bərpa edərək anbar təsərrüfatı yaradılması məqsədilə "xxxx" MMC-yə ayrılmasına münasibət bildirməyinizi Sizdən xahiş edirəm” sözləri qeyd olunmuş və həmin məktub direktor Zərərçəkmiş şəxs1 tərəfindən imzalanmışdır (cild 1, iş vərəqi 186). Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "xxxx" MMC-yə ünvanladığı 07 fevral 2020ci il tarixli SOCAR**********30490075X00071 nömrəli məktubundan görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Bakı şəhəri, Xətai rayonu, Süleyman Əhmədov küçəsinin yaxınlığında yerləşən 0.82 ha ölçüdə torpaq sahəsinin anbar təsərrüfatı yaradılması məqsədilə ayrılmasına münasibət bildirilməsi barədə xx.xx.2019-cu il tarixli, 01-L-S-12.19 nömrəli məktubuna Azərbaycan Respublikasının Dövlət Neft Şirkətində (SOCAR) baxılmışdır. Bununla əlaqədar olaraq, SOCAR cizgisi bu məktuba əlavədə verilmiş 0.82 ha torpaq sahəsinin anbar təsərrüfatı yaradılması məqsədilə "xxxx" MMC-nə ayrılmasına etiraz etmir” sözləri qeyd olunmuş və həmin məktub vitse-prezidenti vəzifəsində işləmiş Mikayıl İsmayılov tərəfindən imzalanmışdır (cild 1, iş vərəqi 189). Cinayət işi üzrə Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd diskə 11 may 2022-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, diskin içərisində 5 (beş) ədəd audio fayl vardır, onlar aşağıdakılardır: 1. 2. 3. 4. 5. 1-ci fayla səsləndirilməklə baxış keçirilərkən müəyyən edilmişdir ki, audio faylın müddəti 2 dəqiqə 38 saniyədir. Faylda səsləndirilən danışıq fonoqramlarına əsasən müəyyən edilir ki, Təqsirləndirilən şəxs (bundan sonra - İ.E) ilə Şahid3 (bundan sonra – Ə.H) arasında telefon danışığı zamanı aşağıdakı məzmunda dialoq baş tutmuşdur: İ.E: Danışdın Elşənlə sən? Uje bıçaq dirənib sümüyə, camaat Elşənlə görüşmək istəyir Ə.H: Elşənlə danışdım, Emin, o yer Bədəllə ..... (İ.E onun sözünü kəsir) İ.E: Qardaş mən nə Bədəl, nə də Zöhrab tanıyıram Ə.H: Dedilər ki, torpağın sənədi kimin adınadırsa .... (İ.E onun sözünü kəsir) İ.E: Qardaş, kimin adınadırsa, davernusları var əlində. Bu adam dedi ki, mən bu gün Elşənlə görüşmək istəyirəm, görüşdürməyəcəksənsə, gəlib sənin yaxandan yapışacam. Başa düşürsənsə, deyirəm ki, get Elşəni tap görüşsünlər Ə.H: Mən Elşəni indi hardan tapım? İ.E: Evini tanımırsan? Ə.H: Yox İ.E: Burda nəsə var ha. Adam deyir ki, mən heç nə bilmirəm, məni Elşənlə görüşdür Ə.H: Emin, mənim qapıma adam gətirsən, məndən incimə İ.E: Axşam sənin qapında olacam Ə.H: Dedim ki, inciməyin İ.E: Dedim ki, axşam sənin qapında olacam. Pulu basıb yemisiniz, neynəmisiniz, 100 mindən çox puldu. Qardaş, mənə uje hədə-qorxu gəlmə Ə.H: Sən elə hər yoldan keçəni mənim qapıma gətirirsən İ.E: Əcəb eləyirəm, nəsə sözün var? Ə.H: Get əlindən gələni elə, mən sənə nə dedimsə, başa düşmədin İ.E: Ə, sən kimsən ki, məni başa salasan. Mən sənə deyirəm ki, mən səni başa salıram ki .... (səs yazısı kəsilir). 2-ci fayla səsləndirilməklə baxış keçirilərkən müəyyən edilmişdir ki, audio faylın müddəti 9 dəqiqə 53 saniyədir. Faylda səsləndirilən danışıq fonoqramlarına əsasən müəyyən edilmişdir ki, İ.E ilə Zərərçəkmiş şəxs1 (bundan sonra – B.M) arasında telefon danışığı zamanı aşağıdakı məzmunda dialoq baş tutmuşdur: İ.E: Sabah qurtarır da, yəqin ki, bunların vaxtları? B.M: Bayramdan sonra, bu ayın axırına qədər mənə söz veriblər İ.E: 8-9 aydır, belə iş olmaz B.M: Uje 1 ildir, amma mənə 3 ay demişdilər İ.E: Sabah Hüseynağaya yenə zəng vurun, deyin ki, 8 günün qalıb. Mən ondan dəfələrlə soruşmuşam ki, kupça alınandan sonra aylıq 5.200 manat bizdən istənilməyəcək ki? O da deyib yox. Mən ona zəng vurmuşdum, indi Naxçıvandadı, dedim kefindən də qalmırsan B.M: Bələdiyyədə işləyir o İ.E: Bilirəm. Sabah ona yenə zəng vurun, şirin danışmayın onla, sərt üzünüzü göstərin, deyin ki, nə vermişik hamısını geri qaytar. Siz hələ səbirlisiz, mən Hüseynağanın yanında Elşəni tutdum, ona dedim ki, hələ sənin yaşına hörmət edirəm, onun cavabını verdim. Bir dənə bu zibildən qurtarım, dilimin bəlasına düşmüşəm. (İ.E ilə B.M arasında Şahid3 və Şahid4 verdikləri vədə əməl etməmələri məzmununda ümumi müzakirə aparılır). 3-cü fayla səsləndirilməklə baxış keçirilərkən müəyyən edilmişdir ki, audio faylın müddəti 1 dəqiqə 33 saniyədir. Faylda səsləndirilən danışıq fonoqramlarına əsasən müəyyən edilmişdir ki, İ.E ilə Ə.H arasında telefon danışığı zamanı aşağıdakı məzmunda dialoq baş tutmuşdur: İ.E: Hüseynağa, necəsən? Qardaş, Məhəbbət zəng vurmuşdu indi, bu, dolamaqdır, oyun oynamaqdır, sizə nə demişdik? Demişdik ki, ödəniş olmayacaq, camaatı məhkəməyə veriblər Ə.H: Boş söhbətdi İ.E: Boş söhbətdisə, niyə zəng vururlar camaata? Deyirlər ki, ya bu gün gətir ödənişi elə, ya da sabah verəcəyik məhkəməyə. O gün gətirib əlimlə sizə 15.000 manat pul vermişəm, camaata niyə zəng getməlidir? Ə.H: Bezmişəm e bu şeydən. Gözlə, qoy yenə zəng vururam ora. Bu saat səni yigacam İ.E: Ə, qardaş, sən niyə indi yığmalısan e? Niyə camaata zəng getməlidir? Bu, uje oyun oynamaqdır Ə.H: Gözlə, yığacam indi səni (səs yazısı kəsilir). 4-cü fayla səsləndirilməklə baxış keçirilərkən müəyyən edilmişdir ki, audio faylın müddəti 6 dəqiqə 19 saniyədir. Faylda səsləndirilən danışıq fonoqramlarına əsasən müəyyən edilmişdir ki, İ.E ilə B.M arasında telefon danışığı zamanı aşağıdakı məzmunda dialoq baş tutmuşdur: B.M: Emin, sən pulu kimə veribsən? İ.E: Hüseynağaya B.M: İndi mənə Qurban adlı bir nəfər zəng vurub, deyir siz pul ödəməlisiz. Mən də dedim ki, əlimdə sənəd olmasa, ora pul ödəməyəcəm. İ.E: Qoy indi Hüseynağaya zəng vururam B.M: Emin, hələ heç kəsə heç nə eləmə, sonra arada sən qalarsan, pis olarsan İ.E: Bilirsiz necədir, dolamasın da, 8 aydır bütün gün əsəbləşirəm, dava-qırğın. Sizdən bir xahişim var, zəng vurun indi Hüseynağaya, deyin ə, gündə mənim nömrəmi niyə bir adama verirsən mənə zəng edirlər, mənim sənədimi ver B.M: Mən indi Hüseynağa ilə danışacam, sən hələ səbirli ol İ.E: Baxmayın da, mənim başım niyə aşağı olsun ki?! Niyə hörmətsiz olum ki?! Deyin ta günün qalmır e, Hüseynağa, ayın axırı vaxtın qurtarır (İ.E ilə B.M arasında Şahid3 və Şahid4 verdikləri vədə əməl etməmələri məzmununda ümumi müzakirə aparılır). 5-ci fayla səsləndirilməklə baxış keçirilərkən müəyyən edilmişdir ki, audio faylın müddəti 1 dəqiqə 43 saniyədir. Faylda səsləndirilən danışıq fonoqramlarına əsasən, Ə.H İ.E-yə aşağıdakı məzmunda səsli mesaj göndərmişdir: “Salam Emin, zəng elədim nəsə telefonun bağlıdır, açanda oxuyarsan. Ay Emin, Elşənlə danışmışam da, deyib verəcəm pulu. Tutdurduq onu nə xeyri olacaq?! Nə polisdən qorxur, nə insanlardan qorxur, dünyadan küsmüş adamdır da. Bizim abrımız-həyamız var. Mən bundan ancaq xırda-xırda ala bilərəm pulu. Tutdursaq nə xeyri? Yenə qoy xırda-xırda versin da. Mən telefonu qaldıra bilmirəm rayondayam. Yenə telefonu qoyuram maşına. Yaxşı, sağol.” (cild 1, iş vərəqi 78- 81). Cinayət işində əlavə edilmiş Bakı şəhəri, Xətai rayonu, Süleyman Əhmədov küçəsi ünvanında yerləşən 0.83214 ha ölçüdə torpaq sahəsinə dair ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli çıxarışın verilməsinə əsas olmuş arxiv qovluğuna baxış keçirilməsi haqqında 30 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, həmin qovluğun birinci səhifəsində xx.xx.2021-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli, **********00 reyestr nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” Çıxarışdır. Həmin Çıxarışın “Xeyrinə hüquq yüklü edilən şəxs(şəxslər)” qrafasının qarşısında “Zərərçəkmiş şəxs1” sözləri, “Hüququ yüklü edilən şəxs(şəxslər)” qrafasının qarşısında “Dövlət” sözü, “Yüklü edilən əmlakın (əmlak hissəsinin) növü və ünvanı” qrafasının qarşısında “Bakı şəhəri, Xətai rayonu, S.Əhmədov küçəsi/torpaq sahəsi” sözləri, “Yüklü edilən əmlakın (əmlak hissəsinin) ölçüsü (torpaq sahəsinin ölçüsü hektarla, digər daşınmaz əmlakın ölçüsü kvadratmetrlə)” qrafasının qarşısında “0.83214 ha” rəqəmi və ölçü vahidi, “Yüklü edilən torpaq sahəsinin kateqoriyası” qrafasının qarşısında “Sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar” sözləri, “Yüklülüyün növü” qrafasının qarşısında “İcarə” sözü, “Yüklülüyün müddəti” qrafasının qarşısında “xx.xx.2021-ci ildən-xx.xx.2023-cü il tarixinədək” sözləri, “Əsas öhdəliyin mahiyyəti və icra müddəti” qrafasının qarşısında “xx.xx.2021-ci il tarixli Hüquqi və fiziki şəxslərin istifadəsinə verilmiş torpaq sahəsinin icarəyə verilməsi barədə 499 saylı müqaviləyə və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2021-ci il tarixli, 96 saylı sərəncamına əsasən verilmişdir” sözləri, “Hüququn əvvəlki yüklülüyü” qrafasının qarşısında “Yoxdur” sözü, “Yüklü edilən əmlakın reyestr nömrəsi” qrafasının qarşısında “**********00” rəqəmləri, “Qeydiyyat nömrəsi” qrafasının qarşısında “**********” rəqəmləri, “Qeydiyyat tarixi” qrafasının qarşısında “xx.xx.2021” tarixi, “İpoteka kağızı” qrafasının qarşısında “Yoxdur” sözü qeyd olunmuşdur. Qovluğun ikinci səhifəsində olan kiçik vərəq parçasında müvafiq torpaq sahəsinin döngə nöqtələrinin koordinatları barədə məlumat qeyd olunmuşdur. Müvafiq sənədlər qovluğunda olan üçüncü sənəd Ərazi İdarəsinin rəisi vəzifəsində işləyən Mustafa Rəşidovun imzaladığı xx.xx.2021-ci il tarixli dərkənardır. Qovluğun dördüncü səhifəsində olan sənəd müvafiq torpaq sahəsinə dair plan və ölçü sənədidir. Qovluğun beşinci səhifəsində olan sənəd 13 avqust 2021-ci il tarixli “Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktı” adlı sənəddir. Müvafiq müayinə aktında torpaq sahəsinin yerləşdiyi ünvan, ərizəçinin adı, soyadı və atasının adı, sənədin, yəni müraciətin tarixi və nömrəsi qrafası əlyazma ilə müvafiq məlumatlar əsasında doldurulmuşdur. Həmin sənəddə “Daşınmaz əmlak haqqında ümumi məlumat” bölməsində sahənin faktiki ölçüsü 8321.4 m2 kimi qeyd olunmuşdur. Müayinə aktının qeyd hissəsində əlyazma şəklində “Torpaq sahəsində tikili yoxdur” sözləri qeyd edilmişdir. Həmin müayinə aktı mühəndis vəzifəsində işləyən S.Mirişov və şöbə müdirinin imzaları ilə təsdiq edilmişdir. Qovluğun altıncı səhifəsində Dövriyyə Vərəqəsidir. Həmin dövriyyə vərəqəsində “Sənədlərin qəbulu sektoru”, “ƏXM-də işin təşkili şöbəsi”, “Arxiv şöbəsi”, “Texniki inventarlaşdırma şöbəsi”, “Kadastr sektoru”, “Hüquq şöbəsi”, “Sənədlərin ekspertizası sektoru”, “Baş mühəndis, rəis müavini”, “Texniki sənədlərin hazırlanması sektoru” və “qeydiyyat şöbəsi” qrafalarının qarşısında müvafiq imzların qeyd edilməsi müəyyən edilmişdir. Qovluğun yeddinci səhifəsində Ekspertiza vərəqəsidir. Ekspertiza vərəqəsində də “Sənədlərin qəbulu sektoru”, “ƏXM-də işin təşkili şöbəsi”, “Arxiv şöbəsi”, “Texniki inventarlaşdırma şöbəsi”, “Kadastr və ünvan məsələləri şöbəsi”, “Hüquq şöbəsi”, “Sənədlərin ekspertizası sektoru”, “Rəis müavini” qrafalarının qarşısında imzalar icra olunmuşdur. Ekspertiza vərəqəsində “Texniki inventarlaşdırma şöbəsi” qrafasında başlayıb “Kadastr və ünvan məsələləri şöbəsi” qrafasında keçməklə “Sənədlərin ekspertizası sektoru” qrafasında bitən qeyddə “Faktiki sahə 8321.4 m2-dir. Qərb və Cənub tərəfdən ARDNŞ şirkətinə məxsus “5 saylı stansiya (Yanacaq əmtəə parkı) ilə həmsərhəddir. Şm tərəf sərhəddən yeraltı neft borusu keçir. Torpaq sahəsinin 2755 m2-i YGEX-nin mühafizəsində yerləşir. İcarəyə verilməsinə dair müqavilə işə əlavə edilib. RİH tərəfindən verilmiş cizgidə sahə-8200 m2, icarə müqaviləsində isə 8321.4 m2 göstərilib. Yerləşmə cizgisi uyğun gəlir” sözləri qeyd olunmuşdur. Ekspertiza vərəqəsində “Hüquq şöbəsi” qrafasının qarşısındakı qeyddə “Ərizədə əmlak növü kimi qeyri-yaşayış binasının qeydiyyatı nəzərdə tutulsa da mühəndisin qeydinə əsasən torpaq sahəsində tikili yoxdur” qeydi vardır. Ekspertiza vərəqəsində “Rəis müavini” qrafasının qarşısında “Q/y binasının qey-tı ilə bağlı müayinə aktına əsasən t/s-i üzərində tikili yoxdur” qeydi vardır. Qovluğun səkkizinci səhifəsində vətəndaş Zərərçəkmiş şəxs1 tərəfindən ünvanlanmış xx.xx.2021-ci il tarixli ərizədir. Həmin ərizəyə Zərərçəkmiş şəxs1 nümayəndəsi qismində X4 imza çəkməsi müəyyən olunur. Müvafiq ərizədə “Əmlak haqqında məlumatlar” bölməsində “əmlakın növü” qrafasında “qeyri-yaşayış binası” sözləri yazılsa da həmin sözlərin üzərində göy rəngli, diyircəkli qələmlə xətt çəkilməsi və “torpaq sahəsi” sözləri yazılması müəyyən edilmişdir. Qovluğun doqquzuncu səhifəsində Zərərçəkmiş şəxs1 nümayəndəsi qismində səkkizinci səhifədə olan ərizəyə imza çəkmiş X4 şəxsiyyət vəsiqəsinin surətidir. Həmin səhifədə şəxsiyyət vəsiqəsinin altından ***-***-**-** saylı mobil nömrənin göy rəngli, diyircəkli qələmlə yazılması müəyyən edilmişdir. İbtidai istintaq zamanı həmin mobil nömrənin Şahid3 məxsus olması müəyyən edilmişdir. Qovluğun onuncu səhifəsində Zərərçəkmiş şəxs1 tərəfindən X7 verilmiş 19 avqust 2021-ci il tarixli, AR-İİ, № 406525 nömrəli etibarnəmənin surətidir. Qovluğun on birinci səhifəsində Zərərçəkmiş şəxs1 ünvanlanmış icarə haqqının ödənilməli olması barədə hesabın nömrəsi haqqında bildirişdir. Qovluğun on ikinci səhifəsində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) 07 fevral 2020-ci il tarixli, SOCAR**********30490075X00071 nömrəli "xxxx" MMC-yə ünvanlanmış məktubunun surətidir. Qovluğun on üçüncü səhifəsində “SOCAR-ın 07 fevral 2020-ci il tarixli, SOCAR**********30490075X00071 nömrəli məktubuna əlavə” adlı xəritədən çıxarışdır. Həmin sənədin alt hissəsində “nəzərdə tutulan 0.82 ha torpaq sahələrinin hüdudları” sözləri qeyd olunmuşdur. Qovluğun on dördüncü səhifəsində sözügedən torpaq sahəsinin koordinatları barədə məlumatlar qeyd olunmuşdur. Qovluğun on beşinci səhifəsində “Hüquqi və fiziki şəxslərin istifadəsinə verilmiş torpaq sahəsinin icarəyə verilməsi barədə” 499 nömrəli, 16 iyun 2021-ci il tarixli müqavilədir. Həmin müqavilənin 1.1-ci bəndində “İcarəyəverənin icarəyə verdiyi Bakı şəhəri, Xətai rayonu, S.Əhmədov küçəsi ünvanındakı qeyri-yaşayış binasının yerləşdiyi 8321.4 kv.m torpaq sahəsi icarəçi tərəfindən icarə şərtləri əsasında müvəqqəti istifadəyə qəbul edilir” sözləri qeyd olunmuşdur. Müqavilənin 1.2-ci bəndində “Torpaq sahəsi qeyri-yaşayış binasının tikintisi üçün verilir” sözləri qeyd olunmuşdur. Müqavilənin 2-ci maddəsində tərəflərin hüquq və vəzifələri öz əksini tapmışdır. Müqavilənin 3-cü maddəsinin 1-ci bəndində torpaq sahəsinin illik icarə haqqının 62.400 manat, aylıq icarə haqqının isə 5.200 manat olması barədə qeydlər vardır. Müqavilənin 4.1-ci maddəsində “Bu müqavilə ilə icarə müddəti xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək müəyyən edilir” sözləri qeyd olunmuşdur. Müqavilənin 5-ci maddəsində “Xüsusi şərtlər”, 6-cı maddəsində “Məhdudiyyətlər və servitutlar”, 7-ci maddəsində “Müqaviləyə xitam verilməsi”, 8-ci maddəsində isə “Yekun müddəlar” göstərilmişdir. Müqavilənin sonunda “İcarəyəverən” qrafasında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini Elçin Yusubov tərəfindən imza çəkilməsi, həmçinin, həmin imzanın altında daha 4 ədəd imzanın olması müəyyən edildi. “İcarəçi” qrafasında isə “Zərərçəkmiş şəxs1” sözlərinin qeyd olunması və həmin imzanın alt hissəsində göy rəngli, diyircəkli qələmlə imzanın icra olunması müəyyən edildi. Cinayət işi üzrə şahid qismində dindirmə protokollarında olan imza nümunələrinə əsasən müəyyən edilir ki, həmin, Zərərçəkmiş şəxs1 adının altında olan imza sonuncunun özü tərəfindən deyil, Zərərçəkmiş şəxs2 tərəfindən icra olunmuşdur. Qovluğun on altıncı və on yeddinci səhifələrində “Əmlak Məsələləri Dövlət Xidmətinin sənəd məlumatları” adlı sənəd vardır. Həmin sənəddə istintaq üçün əhəmiyyət kəsb edən hər hansı bir sənəd yoxdur. Qovluğun on səkkizinci səhifəsində Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinin Xətai Rayon İcra Hakimiyyətinə ünvanlandığı xx.xx.1995-ci il tarixli, 18/03-8/3157 nömrəli məktubun surətidir. Məktub ümumilikdə kiril əlifbası ilə yazılmışdır. Məktubun sol yuxarı küncündə nömrəsi və həmin nömrənin alt hissəsində tarixi qeyd olunmuşdur. Məktubun sol yuxarı küncündə nömrə və tarixdə müəyyən qədər aşağı hissədə, sağ tərəfdə isə kiril qrafikalı Azərbaycan əlifbasının hərfləri ilə “Xətai Rayon İcra Hakimiyyətinin başçısı G.Cəlilov cənablarına” sözləri, məktubun məzmun hissəsində kiril qrafikalı Azərbaycan əlifbasının hərfləri ilə “Xətai Rayon İcra Hakimiyyəti Başçısı xx.xx.1995-ci il tarixli p-57 saylı məktubla Bakı Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinə müraciət edərək Müharibə Veteranı Zərərçəkmiş şəxs1 Xətai rayonu, Süleyman Əhmədov küçəsində istifadəsində olan 8200 kv.m torpaq sahəsində anbar təsərrüfatı yaradılması məqsədi ilə anbar binasının tikintisi üçün təqdim etdiyi eskiz layihəsinin razılaşdırılmasını xahiş etmişdir. Qeyd olunanları nəzərə alaraq, Zərərçəkmiş şəxs1 istifadəsində olan 8200 kv.m torpaq sahəsində anbar təsərrüfatı yaradılması məqsədi ilə anbar binasının tikintisinə dair Memarlıq və Şəhərsalma Baş İdarəsi ayrıc aktını sizə göndərməklə bu məsələni Xətai rayon İcra hakimiyyətində müvafiq qaydada sənədləşdirilməsinə etiraz etmir. Ayrıca dair göstəriş:

1. AB xətti asfalt yola parallel ayırmalı, AB=126,66m

2. BV xətti AB xəttinə 90 dərəcə burcaq altında ayırmalı, BV=27,43m

3. BQ xətti AB xəttinə parallel ayırmalı, BQ-48,05m

4. QD xətti BQ xəttinə 110 dərəcə bucaq altında ayırmalı, QD=25.00m

5. DE xətti BQ xəttinə parallel ayırmalı, DE=119,99m

6. EF xətti DE xəttinə 155 dərəcə bucaq altında ayırmalı, EF=51,80m

7. FA xətti BV xəttinə parallel ayırmalı, FA=72,46m

Qoşma:ayrıc aktı 2 nüsxə” sözləri, məktubun imza hissəsinə kiril qrafikalı Azərbaycan əlifbasının hərfləri ilə “Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi” sözləri və “E.Qasımzadə” inisialı, inisialın qarşısında isə sonuncunun imza əksi, “Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi” sözlərindən aşağı hissədə “Əsli ilə düzdür” sözləri, sonuncu sözlərin aşağısında imza, həmin imzanın sağ tərəfində “03/1821” rəqəmləri və “09.08.95” tarixi qeyd edilmişdir. Müvafiq hissədə “Əsli ilə düzdür” sözlərinin yuxarı hissəsində dairəvi möhürün izi vardır. Lakin, həmin iz çox qısa olduğundan və möhürün əksi üzərində hər hansı bir yazını müəyyən etmək mümkün olmadığından möhürə dair hər hansı bir xüsusat müəyyən edilməmişdir. Qovluğun on doqquzuncu səhifəsində Bakı şəhəri, Xətai Rayon İcra Hakimiyyəti Başçısının 25 oktyabr 2013-cü il tarixli, 344 nömrəli sərəncamından çıxarışın surətidir. Həmin sərəncamdan çıxarışın sol tərəf yuxarı hissəsində “№344” rəqəmi, sağ yuxarı küncündə “xx.xx.2013 il” tarixi qeyd olunmuşdur. Müvafiq tarixin aşağı hissəsində “Bakı şəhəri, Xətai rayonu, Süleyman Əhmədov küçəsinin yaxınlığında yerləşən qeyri-yaşayış obyektinin tikintisinə icazə verilməsi haqqında” sözləri qeyd olunmuşdur. Həmin sənədin məzmununda “Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsindən daxil olmuş 18/03-8/3157 saylı, xx.xx.1995-ci il tarixli məktubda vətəndaş Zərərçəkmiş şəxs1 razılaşdırılmış layihə əsasında qeyriyaşayış obyektinin tikintisinə etiraz edilmədiyi bildirilir. Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsindən daxil olmuş 18/03-8/3157 saylı, xx.xx.1995-ci il tarixli məktubunu və yuxarıda qeyd olunanları nəzərə alaraq:

1. Vətəndaş Zərərçəkmiş şəxs1 məxsus Xətai rayonu, Süleyman Əhmədov küçəsinin yaxınlığında ona ayrılmış torpaq sahəsində təsdiq edilmiş layihə əsasında qeyri-yaşayış obyektinin tikintisinə icazə verilsin.

2. Ətraf ərazinin abadlığına və sanitariya qaydalarına riayət edilməsi vətəndaşa həvalə edilsin.

3. Sərəncamın surətləri Rayon Polis İdarəsinə, GEM-nə, Yanğından Mühafizə İdarəsinə, rayon İcra Hakimiyyətinin Memarına və vətəndaşa göndərilsin.

4. Sərəncamın icrasına nəzarət rayon İcra Hakimiyyətinin Memarına həvalə edilsin.” sözləri qeyd edilmişdir. Müvafiq yazıların qeyd olunduğu hissədən sağ, aşağı tərəfdə “R.Məmmədov” sözləri qeyd edilmişdir. Həmin sözlərdən aşağı sol tərəfdə “Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri” sözləri, həmin sözlərin qarşısında “N.Nəsirov” sözləri qeyd edilmiş və həmin sözlərin yuxarı hissəsində imza icra edilmişdir. Müvafiq imzanın üzərində dairəvi möhürün izləri vardır. Həmin möhürün əksi zəif olduğundan möhürün üzərində olan yazıların oxunması və izlərinin dəqiq müəyyən edilməsi mümkün olmamışdır. Qovluğun iyirminci səhifəsində “Xətai rayonu, Süleyman Əhmədov küçəsinin yaxınlığında Vətəndaş Zərərçəkmiş şəxs1 məxsus istifadəlikdə olan torpaq sahəsinin yerləşmə cizgisi” adlı sənəd vardır. Həmin sənədin aşağı hissəsində “V.Surxayev” sözləri qeyd olunmuş və həmin sözlərin sol tərəfində imza icra edilmişdir (cild 3, iş vərəqi 49-74). İş materiallarına əlavə edilmiş Bakı şəhəri, Xətai rayonu, Süleyman Əhmədov küçəsinin yaxınlığında Zərərçəkmiş şəxs1 istifadəsində olan eskiz layihənin surətindən görünür ki, həmin eksiz layihənin hər səhifəsində onun tərtibatçısı qismində "xxxx" MMC sözləri qeyd olunmuş, həmçinin həmin sözlərdən sol tərəfdən olan qrafada “Memar: Süleymanov.R sözləri qeyd olunaraq həmin sözlərin qarşısında imza icra edilmiş və həmin eskiz layihənin 1-2 və 4-6-cı səhifələrində “V.Surxayev” yazıları və həmin yazıların qarşısında imza icra edilmişdir (cild 3, iş vərəqi 177-183). Məhkəmə-xətşünaslıq və sənədlərin məhkəmə-texniki ekspertizasının 09 fevral 2023-cü il tarixli 4/144-5/151 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş, Bakı Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinin adından olan xx.xx.1995-ci il tarixli, 18/03- 8/3157 nömrəli məktubunun kserosurətində “Memarlıq və Şəhərsalma Baş idarəsinin rəisi” qrafasında əks olunmuş imza - QASİMZADƏ ELBAY ƏNVƏR oğlu tərəfindən icra olunmuş imzanın əksidir. Ekspertizaya təqdim olunmuş, Bakı şəhər, Xətai Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2013-cü il tarixli, 344 nömrəli sərəncamından çıxarışın kserosurətinə əlavə olunmuş torpaq sahəsinin yerləşmə cizgisinin kserosurətinin aşağı hissəsində əks olunmuş “V.Surxayev” yazıları və yazıların qarşısında əks olunmuş imza; Bakı şəhəri, Xətai rayonu, Süleyman Əhmədov küçəsinin yaxınlığında Zərərçəkmiş şəxs1 istifadəsində olan tikilinin eskiz layihəsi adlı sənədin kserosurətinin 1-2, 4-6-cı səhifələrində əks olunmuş “V. Surxayev” yazıları və yazıların qarşısında əks olunmuş imzalar - X16 tərəfindən icra olunmuş yazıların və imzaların əksləridir. Ekspertizaya təqdim olunmuş, Bakı Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinin adından olan xx.xx.1995-ci il tarixli, 18/03-8/3157 nömrəli məktubun kserosurətində tarix hissəsində əks olunmuş “09.08.95” rəqəmləri, məktubun nömrəsi hissəsində əks olunmuş 18/03- 8/3157” rəqəmləri; Bakı Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş idarəsinin adından olan xx.xx.1995-ci il tarixli, 18/03-8/3157 nömrəli məktubun kserosurətində əks olunmuş “Əsli ilə düzdür 03/182109.08.95” yazıları və yazılardan aşağıda əks olunmuş imza; Bakı şəhər, Xətai Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2013-cü il tarixli, 344 nömrəli sərəncamından çıxarışın kserosurətində tarixi hissəsində əks olunmuş “xx.xx.2013” rəqəmləri, nömrə hissəsində əks olunmuş “344” rəqəmləri və “Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri” qrafasında əks olunmuş imza - Şahid2 tərəfindən yox, X17 tərəfindən yox, Şahid1 tərəfindən yox, X16 tərəfindən yox, Təqsirləndirilən şəxs tərəfindən yox, Şahid3 tərəfindən yox, Şahid4 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Tədqiqata təqdim edilmiş Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti Memarlıq və şəhərsalma idarəsinin xx.xx.1995-ci il tarixli 18/03-8/3157 nömrəli məktubunun surətindəki imzanın montaj edilərək hazırlanması ehtimal edilir. Tədqiqata təqdim edilmiş Torpaq sahəsinin yerləşmə cizgisinin surətində olan torpaq sahəsinin sxematik təsvirində montaj edilməsi ehtimal edilir. Tədqiqata təqdim edilmiş Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti Memarlıq və şəhərsalma idarəsinin xx.xx.1995-ci il tarixli 18/03-8/3157 nömrəli məktubunun, Xətai Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2013-cü il tarixli 344 nömrəli Sərəncamdan çıxarışın, Torpaq sahəsinin yerləşmə cizgisinin, Eskiz layihəsinin surətlərində olan möhür əksləri və imzalar surət olduğundan, tam və aydın əks olunmadığı üçün, həmin möhür əkslərinin və imzaların hansı üsulla icra edilməsi üzrə tədqiqatı aparılmadı (cild 4, iş vərəqi 150-157). Cinayət işinə əlavə edilmiş 3 ədəd CD diskə baxış keçirilməsi haqqında 02 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Şahid1 istifadəsində olan ***-***-**-** və ***-***-**-** saylı mobil telefon nömrələri ilə Şahid4 ifadəsində olan ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələr arasında çoxsaylı telefon danışıqları aparılmışdır. Baxış zamanı müəyyən edilmişdir ki, Şahid1la Şahid4 mobil telefon nömrələri arasında xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, ümumilikdə 437 dəfə danışıq aparılmış, həmin danışıqların əksər hissəsi cinayət işi üzrə əhəmiyyət kəsb edən, yəni Bakı şəhəri, Xətai rayonu, Süleyman Əhmədov küçəsi ünvanında yerləşən 0.83214 ha torpaq sahəsinə görə pul vəsaitlərinin verildiyi mart, aprel və may aylarında, həmçinin, müvafiq çıxarış verildikdən sonra narazılıq yarandığı dövrü əhatə edən oktyabr və noyabr aylarında aparılması müəyyən edilmişdir. Baxış istintaq hərəkəti zamanı Şahid1 istifadəsində olan ***-***-**- ** saylı mobil telefon nömrəsindən Şahid3 istifadəsində ***-***-**-** saylı mobil telefon nömrəsinə yalnız bir dəfə xx.xx.2021-ci il tarixdə zəng edilməsi və 21 saniyə danışıq aparılması müəyyən edilmişdir. Şahid1 istifadəsində olan ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələri ilə Bakı şəhəri, Xətai rayonu, S.Əhmədov küçəsi ünvanında yerləşən torpaq sahəsi üzrə olan epizodda adı keçən Təqsirləndirilən şəxs istifadəsində ***-***-**-** saylı, həmin epizod üzrə pul vəsaitlərini təqdim edən şəxslər Zərərçəkmiş şəxs1 istifadəsində olan ***-***-**-** və ***-***-**-** saylı və Zərərçəkmiş şəxs2 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrələri ilə hər hansı bir danışıq aparılmaması müəyyən edilmişdir. Zərərçəkmiş şəxs2 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə daxil olan və çıxan zənglərə baxış keçirilən zaman sonuncunun istifadəsində olan mobil nömrə ilə Zərərçəkmiş şəxs1 istifadəsində ***-***-**-** saylı və ***-***-**-** saylı mobil nömrə arasında xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək çoxsaylı danışıqların aparılması müəyyən edilmişdir. Həmçinin, Zərərçəkmiş şəxs2 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi arasında xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, ümumilikdə 76 dəfə danışıq aparılması müəyyən edilmişdir. Baxış zamanı Zərərçəkmiş şəxs2 istifadəsində olan mobil telefon nömrəsi ilə Şahid3, Şahid4, Şahid2 və Şahid1 məxsus mobil telefon nömrələri arasında hər hansı bir telefon danışığının aparılmaması müəyyən edilmişdir. Daha sonra Zərərçəkmiş şəxs1 istifadəsində olan ***-***-**-** və ***-***-**-** saylı mobil telefon nömrələrinə daxil olan və çıxan zənglərə baxış keçirilən zaman müəyyən edilmişdir ki, Məhbbət Bağırovun istifadəsində olan mobil telefon nömrələri ilə Təqsirləndirilən şəxs məxsus ***- ***-**-** saylı mobil telefon nömrəsi arasında xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək, ümumilikdə 92 dəfə, Şahid3 məxsus ***-***-**-** saylı mobil telefon nömrəsi arasında xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, ümumilikdə 54 dəfə, Şahid4 məxsus ***-***-**-** və ***-***-**-** saylı mobil telefon nömrələri arasında xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək, ümumilikdə 16 dəfə telefon danışığı aparılmışdır. Zərərçəkmiş şəxs1 istifadəsində olan mobil telefon nömrəsi ilə Şahid2 və Şahid1 məxsus mobil telefon nömrələri arasında hər hansı bir telefon danışığının aparılmaması müəyyən edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə daxil olan və çıxan zənglərə baxış keçirilən zaman Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefon nömrəsi ilə Şahid3 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə arasında xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, ümumilikdə 516 dəfə, Şahid4 məxsus ***-***-**- ** və ***-***-**-** saylı mobil telefon nömrələri arasında xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, ümumilikdə 241 dəfə telefon danışığı aparılması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefon nömrəsi ilə Şahid2 və Şahid1 məxsus mobil telefon nömrələri arasında hər hansı bir telefon danışığının aparılması müəyyən edilməmişdir. Şahid3 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə daxil olan və çıxan zənglərə baxış keçirilən vaxt Şahid3 istifadəsində olan həmin mobil telefon nömrəsi ilə Şahid4 istifadəsində olan ***-***-**-** və ***-***-**-** saylı mobil telefon nömrələri arasında xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, ümumilikdə 2.716 (iki min yeddi yüz on altı) dəfə telefon danışığının aparılması müəyyən edilmişdir. Yuxarıda qeyd olunduğu kimi, Şahid3 istifadəsində olan mobil nömrə ilə Şahid1 istifadəsində olan ***-***-**-** saylı nömrə arasında yalnız bir dəfə, xx.xx.2021-ci il tarixdə danışıq aparılması müəyyən edilmişdir. Şahid3 istifadəsində olan mobil nömrə ilə Şahid2 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə arasında xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 4 dəfə danışıq aparılması müəyyən edilmişdir. Şahid4 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə daxil olan və çıxan zənglərə baxış keçirilən zaman müəyyən edilmişdir ki, Şahid4 məxsus həmin mobil nömrə ilə Şahid2 məxsus ***-***-**-** və ***-***-**-** saylı mobil telefon nömrələri arasında xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarxədək, Şahid1 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi arasında isə xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək çoxsaylı danışıqlar aparılmışdır (cild 4, iş vərəqi 146-148). Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin 06 iyun 2022-ci il tarixli, e-2(010)-724/2022 nömrəli məktubundan görünür ki, Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin icraatında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin cavabdeh Zərərçəkmiş şəxs1 qarşı “torpaq sahəsinə dair icarə haqqı borcunun ödənilməsi” tələbi barədə iddia ərizəsi üzrə mülki iş olmuşdur. İş üzrə məhkəmə baxışı iclası 11 mart 2022-ci il tarixə, saat 11:50-yə təyin edilmişdir. İddiaçının nümayəndəsi X11 xx.xx.2022-ci il tarixdə “Elektron kabinet” vasitəsi ilə ərizə təqdim edərək, cavabdeh tərəfindən icarə müqaviləsi üzrə yaranmış borc ödənildiyindən mülki işin baxılmamış saxlanılmaqla iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin qaytarılmasını xahiş etmişdir. Bakı şəhəri, Suraxanı Rayon məhkəməsinin e-2(010)-724/2022 nömrəli iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərardadı ilə iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin cavabdeh Zərərçəkmiş şəxs1 qarşı “torpaq sahəsinə dair icarə haqqı borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsinin baxılmadan sənədlərin iddiaçıya geri qaytarılması qərara alınmışdır (cild 1, iş vərəqi 179-181). Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 29 iyun 2022-ci il tarixli, **********14 nömrəli məktubundan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Süleyman Əhmədov küçəsi ünvanında yerləşən 8321.4 m2 torpaq sahəsinə dair Zərərçəkmiş şəxs1 ilə bağlanmış 499 nömrəli, xx.xx.2021-ci il tarixli icarə müqaviləsi icarəçinin notarial təsdiq edilmiş imtina ərizəsi nəzərə alınaraq 28 fevral 2022-ci il tarixdə ləğv edilmişdir (cild 1, iş vərəqi 219). İş materiallarına əlavə edilmiş torpaq sahəsinə dair icarə haqqının ödənilməsini təsdiq edən şəxsi hesab vərəqəsindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Süleyman Əhmədov küçəsi ünvanında yerləşən 8321.4 m2 torpaq sahəsinin icarə haqqı qismində xx.xx.2021-ci il tarixdə 2.600 manat, xx.xx.2021-ci il tarixdə 2.600 manat, xx.xx.2022-ci il tarixdə 2.600 manat, xx.xx.2022-ci il tarixdə 23.400 manat və xx.xx.2022-ci il tarixdə isə 15.600 manat olmaqla, ümumilikdə icarə ödənişi qismində 44.200 manat pul vəsaiti ödənilmişdir (cild 3, iş vərəqi 174). İbtidai istintaq orqanının 21 aprel 2023-cü il tarixli qərarı ilə Bakı şəhəri, Binəqədi rayon məhkəməsinin 29 iyun 2022-ci il tarixli, 5(001)-1509/2022 nömrəli qərarı əsasında 06 iyul 2022-ci il tarixli aktla Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı ünvan 7 ünvanında yerləşən 0.83214 ha ölçüdə torpaq sahəsinə dair ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli çıxarış ilə bağlı olan, 20 (iyirmi) vərəqdən ibarət arxiv qovluğunda olan sənədlərin surətləri, Şahid5 dindirmə protokoluna əlavə etdiyi 7 vərəqdən ibarət Bakı şəhəri, Xətai rayonu, Süleyman Əhmədov küçəsinin yaxınlığında Zərərçəkmiş şəxs1 istifadəsində olan tikilinin eskiz layihəsinin surəti, Təqsirləndirilən şəxs tərəfindən araşdırmaya təqdim edilmiş 1 ədəd CD disk, "xxxx" MMC-nin 01 aprel 2022-ci tarixli BKC/LGL-4680/22 nömrəli, "xxxx" MMC-nin 10 iyun 2022-ci il tarixli, 10208 nömrəli və "xxxx" MMC-nin 13 iyun 2022-ci il tarixli, BKC/LGL-9071 nömrəli məktublarına əsasən göndərilmiş 3 ədəd CD disk iş üzrə maddi sübut qismində tanınmışdır (cild 5, iş vərəqi 1-81). Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 13 iyun 2022-ci il tarixli, **********19 nömrəli məktubuna əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs adına icarə hüququ əsasında Abşeron rayonu, Ramana südçülük sovxozu ərazisində yerləşən 0.03 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xx.xx.2012-ci il tarixdə qeydiyyata alınmışdır (cild 1, iş vərəqi 201-207). Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2022-ci il tarixli 68987- 1222 nömrəli məktubuna əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs mülkiyyətində **- BE-*** dövlət qeydiyyat nişanlı, “RENAULT YÜK” markalı və **-BC-*** dövlət qeydiyyat nişanlı, “KİA RİO MİNİK” markalı nəqliyyat vasitəsi vardır (cild 1, iş vərəqi 191-198). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” Publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli 5086 nömrəli məktubuna əsasən müəyyən edilmişdir ki, arxiv məlumatına əsasən Təqsirləndirilən şəxs həmin xəstəxanada müalicədə olmamışdır (cild 4, iş vərəqi 259). İş materiallarına əlavə edilmiş Naxçıvan MR, Culfa Rayon İcra Hakimiyyətinin Culfa Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyindn verilmiş 25 may 2022-ci il tarixli 437 nömrəli arayışdan və həmin tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 8 ünvanında yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur (cild 1, iş vərəqi 174-175). İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs 31 yanvar 2017-ci il təvəllüdlü X8 və 01 iyul 2020-ci il təvəllüdlü X22 adlı iki azyaşlı uşaqları vardır (cild 4, iş vərəqi 233). İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə ərizə ilə müraciət edərək cinayət işi üzrə dəymiş ziyandan 35.000 (otuz beş min) manat məbləğində pul vəsaitinin Azərbaycan Respublikasının Baş Prokurorluğunun "xxxx" ASC-də olan depozit hesabına ödənilməsini bildirmiş və bu barədə qəbzləri istintaqa təqdim etmişdir (cild 4, iş vərəqi 186-189). Cinayət işinə əlavə olunmuş zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 12 iyun 2024-cü il tarixli ərizələrindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən onlara vurulmuş maddi ziyan tam ödənilmişdir, sonuncu ilə barışmışlar, hazırda ona qarşı iddiası və şikayəti yoxdur, gləcəkdə də olmayacaqdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 28 may 2022-ci il tarixli tələbnaməsindən görünür ki, Baş idarənin əməliyyat-sorğu kartotekasında Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur (cild 1, iş vərəqi 177). Məhkəmə iclasında Təqsirləndirilən şəxs elan olunmuş ittihamlar üzrə özünü təqsirli bilməyərək, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 tanıdığını. onların xahişinə əsasən qeyd olunan torpaq sahəsinə çıxarış alınmasına köməklik göstərəcəyinə söz verdiyini, iş üçün əvvəlcə 100.000 manat verildiyini, həmin məbləği Hüseynağaya verdiyini, pulu hissə-hissə verdiyini, 15.000 manatı Məhəbbətdən, 100.000 manatı isə Rafiqdən götürdüyünü, 15.000 manatın elektrik dirəyinin götürülməsinə görə verildiyini, alınmış pulların hamısının Hüseynağaya verildiyini, iş alınmadığına görə pul sahiblərinin ondan pulu tələb etməyə başladıqlarını, onun isə həmin pulun Hüseynağaya, sonuncunun isə Elşənə verdiyini bildirdiyini, bildiyinə görə, sonradan alınmış pul vəsaitinin qaytarıldığını, cinayət işi başlandıqdan sonra istintaq orqanının tələbi ilə ziyanın ödənilməsi üçün depozitə 35.000 manat yerləşdirdiyini qeyd edərək öz müdafiəsi üçün dəlillər gətirdi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli Qərarının 33-cü bəndində məhkəmələrə tövsiyyə edilir ki, hökmün təsviriəsaslandırıcı hissəsində təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələbinə görə, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə kollegiyası iş üzrə toplanmış və məhkəmədə tədqiq edilmiş hazırkı hökmdə sadalanan bütün sübutları qiymətləndirərək belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 178.3.2 və 320.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsiri onun özünün ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələri ilə yanaşı, iş üzrə dindirilmiş zərərçəkmiş şəxslərin ifadələri və çoxsaylı şahid ifadələri ilə, maddi sübutlarla, ekspertiza rəyləri və istintaq hərəkətlərinin protokolları ilə, həmçinin digər sübutlarla tam təsdiq olunur. Odur ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs məhkəmədə ibtidai istintaq zamanı verdiyi ifadələrdən fərqli ifadələr verməsini onun tərəfindən məsuliyyətdən yayınmaq üçün seçilmiş müdafiə taktikası kimi qiymətləndirir, digər sübutlarla təsdiq olunduğuna görə Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələrini iş üzrə obyektiv həqiqəti əks etdirən sübut kimi qəbul edir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamlar üzrə yuxarıda sadalanan sübutları məcmu halında təhlil edib qiymətləndirərək belə hesab edir ki, məhkəmə baxışı zamanı onun Cinayət Məcəlləsinin 178.3.2 və 320.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi sübuta yetirilmişdir. Lakin ona Cinayət Məcəlləsinin 32.4,312.1-ci maddəsi ilə verilmiş ittiham üzrə məhkəmə aşağıdakıları qeyd etməyi lazım bilir: Məhkəmə baxışı zamanı ittiham nitqi ilə çıxış edən dövlət ittihamçısı təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4,312.1-ci maddəsi ilə verilmiş ittihamdan imtina etdiyini bildirərək, həmin hissədə cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 312.1-ci maddəsinə əsasən rüşvət vermə, yəni xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətin edilməsi və ya belə hərəkətin edilməsindən imtina olunması müqabilində vəzifəli şəxsə onun özü və ya üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair nemət, imtiyaz və ya güzəşt təklif olunması, vəd edilməsi və ya verilməsini nəzərdə tutur. Məhkəmə kollegiyası qeyd etməyi lazım bilir ki, cinayət-hüquq elmində səlahiyyətli vəzifəli şəxsə çatdırmaq adı ilə rüşvət verən şəxsdən pulu və ya digər əmlakı alan və vədinə əməl etmək niyyətində olmayaraq həmin pulu (əmlakı) öz xeyrinə ələ keçirən şəxsin hərəkətləri yalançı vasitəçilik (psevdovasitəçilik) adlandırılır. “CM-in 73-1, 178-ci maddələrinin və 312-ci maddəsinin “Qeyd” hissəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 iyul 2022-ci il tarixli qərarına əsasən, rüşvət verməyə təhrik kimi görünən hərəkətlər əslində dələduzluğun üsuludur. Bundan əlavə, yalançı vasitəçi rüşvət verənlə rüşvət alan arasında korrupsiya razılaşmasının əldə olunmasına çalışmır, ona görə də onun əməli korrupsiya cinayətinin obyektinə zərər vura, yəni dövlət orqanlarını nüfuzdan sala bilməz. Yalançı vasitəçinin niyyəti dövlət qulluğunun mənafeyinə deyil, müstəsna olaraq əmlak münasibətlərinə zərər vurmağa yönəlib. Qeyd olunmalıdır ki, yalançı vasitəçinin hərəkətləri rüşvət verməyə təhrik kimi qiymətləndirilə bilməz, çünki yalançı vasitəçinin niyyəti bütün digər iştirakçılarla birgə bir cinayət əməlini törətməyə (rüşvət verməyə) deyil, digər şəxslərin əmlakını ələ keçirməyə şərait yaratmağa yönəlmişdir. Hətta yalançı vasitəçiyə qarşı rüşvət verməyə cəhdə təhrik etmə ittihamının irəli sürülməsi də burada vəziyyəti dəyişmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun həmin tarixli qərarına əsasən, yalançı vasitəçilik birbaşa olaraq dələduzluğun üsulu kimi göstərilmişdir. Cinayət işinin materiallarından görünür ki, təqsirləndirilən şəxsin niyyəti zərərçəkmiş şəxslərin pullarını ələ keçirmək məqsədi daşıdığından və ümumiyyətlə hər hansı bir korrupsiya razılaşmasının əldə olunmasına çalışmadığından göstərilən əməllərin korrupsiya cinayətinin obyektinə zərər vura, yəni dövlət orqanlarını nüfuzdan sala bilmədiyindən, əksinə əmlakla bağlı olan ictimai münasibətlərə zərər vurmağa yönəldiyindən və bu əməllər yekunda Azərbaycan Respublikası CM-nin 178-ci maddəsi ilə tam əhatə olunduğundan, təqsirləndirilən şəxsin CM-nin 32.4,312.1-ci maddəsi ilə məhkum olunmasına və cəzalandırılmasına dair ittiham hökmünün çıxarılması əsassız hesab edilməlidir. Məhkəmə kollegiyası belə qənaətə gələrkən "Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında " Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarında qeyd edilən məsələ barəsində izahını da nəzərə alır. Beləliklə, təqdiq olunmuş iş materiallarından aydın olur ki, ibtidai istintaq orqanı təqsirləndirilən şəxsə qarşı CM-nin 32.4,312.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə yekun nəticəyə gələrkən sübutların tədqiqinə və qiymətləndirilməsinə dair CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl etməmiş, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun və "Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında " Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarlarını düzgün təhlil etməmiş və nəticədə işin faktiki hallarına uyğun olmayan qənaətə gələrək, təqsirləndirilən şəxsə CM-nin 32.4,312.1-ci maddəsi ilə ittiham vermişdir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə əsasən, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. X19 Konvensiyasının 6-cı maddəsini 2-ci bəndində göstərilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Avropa İnsan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Avropa Konvensiyasının 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidir. Avropa Məhkəməsi xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir. Adətən bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında tədqiq edilməlidir. Bu prinsipdən istisna ola bilər, lakin istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli və o, ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsi “Telfner Avstriyaya qarşı (2001)” işində qeyd etmişdir ki, məhkəmə araşdırması gedişində təqsirsizlik prezumpsiyası prinsipinin əhəmiyyəti sübutetmə yükünün ittiham tərəfinin üzərinə düşməsi, irəli sürülən ittihamın əsaslılığına dair şübhələrin isə təqsirləndirilən şəxsin xeyrinə şərh olunmasıdır. “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 23-cü bəndinə əsasən, məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən, məhkəmə hakimləri ədalət mühakiməsini həyata keçirərkən, cinayət prosesini həyata keçirən orqanların ibtidai araşdırmada gəldikləri nəticələrlə bağlı deyildirlər. Həmin Məcəllənin 38.4-cü maddəsinin tələbinə görə, cinayət təqibi cinayət məsuliyyətini istisna edən hallar aşkar edilənədək və ya bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada dövlət ittihamçısı cinayət təqibindən imtina edənədək həyata keçirilməlidir. Həmin Məcəllənin 39.2-ci maddəsinin tələbinə görə, hər hansı şəxs barəsində başlanılmış cinayət təqibinə onun cinayət törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə xitam verilir. Həmin Məcəllənin 40.1-ci maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 41.6-cı maddəsinə əsasən, dövlət ittihamçısı bu Məcəllənin 40.2-ci maddəsində göstərilən cinayət təqibinin həyata keçirilməməsinə imkan verən halları məhkəmədə aşkar edərsə, təqsirləndirilən şəxsin barəsində cinayət təqibindən imtina edilməsini bildirməyə haqlıdır. Həmin Məcəllənin 43.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində dövlət ittihamçısı cinayət təqibindən imtina etdikdə, təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4,312.1-ci maddəsi ilə verilmiş ittiham üzrə dövlət ittihamçısının imtinası qəbul edilməli və həmin maddə ilə onun barəsində cinayət təqibinə xitam verilməlidir. Həmçinin, məhkəmə kollegiyası hazırkı hökmdə sadalanan sübutlara və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 320.1-ci maddələri ilə törətdiyi əməllər düzgün tövsif edilmişdir, həmin əməllər qəsdən törədilmiş cinayətlərdir, təsnifatına görə böyük ictimai təhlükə törətməyən və ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən, qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər, həmin Məcəllənin 15.4-cü maddəsinə əsasən, bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən, şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 2021-ci ilin fevral-aprel aylarında zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 məxsus 100.000 manat, həmin ilin avqust ayında isə əlavə 15.000 manat olmaqla, ümumilikdə 115.000 (bir yüz on beş min) manat pul vəsaitini Bakı şəhəri ərazisində dələduzluq yolu ilə alıb ələ keçirmələri, daha sonra cinayətkar niyyətini davam etdirərək Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 verdiyi vədə inandırmaq və özünə olan inamı möhkəmləndirmək məqsədilə rəsmi sənəd hesab edilən müxtəlif sənədləri qabaqcadan əlbir olduğu şəxslərlə birlikdə hazırlayıb zərərçəkmiş şəxslərə təqdim etmələri öz təsdiqini tapmışdır. Yəni, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə yanaşı, Cinayət Məcəlləsinin 320.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi tam sübuta yetirilmişdir. Qüvvədə olan cinayət qanunvericiliyinə əsasən, qeyd edilən əməl böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən, böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid cinayət törətmiş şəxs cinayətin törədildiyi gündən iki il keçdikdə cinayət məsuliyyətinə cəlb edilə bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsinə əsasən, cinayət məsuliyyətinə cəlbetmə müddətlərinin keçməsi cinayət təqibini istisna edən hallardan biridir və belə hallarda, cinayət təqibi başlana bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir. Həmin Məcəllənin 44.2.1-ci maddəsinin tələblərinə görə, bəraət hökmü və ya cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün bu Məcəllənin 42 və 43-cü maddələrində göstərilən əsaslar mövcud olmadıqda, məhkəmə CPM-nin 39.1.3-cü maddəsində nəzərdə tutulmuş halda təqsirləndirilən şəxsə cəza təyin etməməklə ittiham hökmü çıxarır. Qeyd olunanları ümumiləşdirən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək barəsində ittiham hökmü çıxarılmalı, lakin cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən ona həmin maddə ilə cəza təyin edilməməlidir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 320.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini qəsdən törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir, onun cinayət məsuliyyətindən azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə qanunla müəyyən edilmiş qaydada, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, həmçinin Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 320.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli, lakin cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən ona həmin maddə ilə cəza təyin edilməməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən, himayəsində iki nəfər azyaşlı uşağın olması, 59.1.12-ci maddəsinə əsasən, zərərçəkmiş şəxslərlə barışıq əldə edilməsi və həmin Məcəllənin 59.1.13-cü maddəsinə əsasən, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq ödənilməsi, həmçinin ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsi və müsbət xarakterizə olunması Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Cinayət Məcəlləsinin 59.1.12 və 59.1.13-cü maddələrində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən halların olması, eləcə də cəzanı ağırlaşdıran halların olmaması Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinin tətbiqini mümkün edir. Belə ki, həmin maddəyə görə, bu Məcəllənin 59.1.8, 59.1.10- 59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs şəxsiyyətini, himayəsində azyaşlı uşaqlarının olmasını, zərərçəkmiş şəxslərlə barışıq əldə edilməsini, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq ödənilməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini və müsbət xarakterizə olunmasını nəzərə alaraq, onun cəza çəkmədən də islah oluna biləcəyini mümkün hesab edir. Bu səbəbdən, məhkəmə kollegiyası təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinin tətbiq edilməsini, həmin Məcəllənin 70.3-cü maddəsində göstərilən hədlər daxilində sınaq müddəti təyin olunmaqla onun şərti məhkum edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası CM-nin 70.1-ci maddəsinə görə islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.3-cü maddəsinə əsasən, şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Azərbaycan Respublikası CM-nin 70.5-ci maddəsinə əsasən, təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının şərti olaraq tətbiq edilməsi zamanı Təqsirləndirilən şəxs üzərinə həmçinin vəzifələr qoyulmalı və həmin Məcəllənin 70.6-cı maddəsinə əsasən onun üzərində nəzarət müvafiq dövlət orqanlarına həvalə olunmalıdır. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 aprel 2021-ci il tarixli qərarının 2-ci bəndində nəzərdə tutulan “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli qərarında dəyişiklik edilmiş və həmin dəyişikliyə əsasən məhkəmələrə tövsiyə edilmişdir ki, cəza şərti olaraq tətbiq edilərkən nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 70.1-ci maddəsi məhz təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsini təsbit etdiyindən, təqsirləndirilən şəxsin hökm çıxarılanadək həbsdə, ev dustaqlığında olduğu müddətlər təyin edilən cəza müddətinə hesablanmamalı və qərar çəkilməli olan deyil, təyin olunmuş cəzanın şərti olaraq tətbiq edildiyini əks etdirməlidir. Həmçinin, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-nin 132.0.5-ci maddəsinin tələbinə görə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə hökm çıxararkən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılır və ya maraqlı təşkilatlara və şəxslərə verilir. Cinayət-prosessual qanunvericiliyinin qeyd olunan müddəasına əsasən, məhkəmə hesab edir ki, iş üzrə maddi sübutlar - Bakı şəhəri, Binəqədi rayon məhkəməsinin 29 iyun 2022-ci il tarixli, 5(001)-1509/2022 nömrəli qərarı əsasında 06 iyul 2022-ci il tarixli aktla Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı ünvan 7 ünvanında yerləşən 0.83214 ha ölçüdə torpaq sahəsinə dair ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli çıxarış ilə bağlı olan, 20 (iyirmi) vərəqdən ibarət arxiv qovluğunda olan sənədlərin surətləri, Şahid5 dindirmə protokoluna əlavə etdiyi 7 vərəqdən ibarət Bakı şəhəri, Xətai rayonu, Süleyman Əhmədov küçəsinin yaxınlığında Zərərçəkmiş şəxs1 istifadəsində olan tikilinin eskiz layihəsinin surəti, Təqsirləndirilən şəxs tərəfindən araşdırmaya təqdim edilmiş 1 ədəd CD disk, "xxxx" MMC-nin 01 aprel 2022-ci tarixli BKC/LGL-4680/22 nömrəli, "xxxx" MMC-nin 10 iyun 2022-ci il tarixli, 10208 nömrəli və "xxxx" MMC-nin 13 iyun 2022-ci il tarixli, BKC/LGL-9071 nömrəli məktublarına əsasən göndərilmiş 3 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Baş Prokurorluğunun "xxxx" ASC-də olan depozit hesabına yerləşdirilmiş 35.000 (otuz beş min) manat məbləğində pul vəsaiti iş üzrə vurulmuş maddi ziyanın ödənilməsinə yönəldilməli, həmin pul vəsaiti hər birinə 17.500 (on yeddi min beş yüz) manat olmaqla zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 ödənilməlidir. Cinayət işi üzrə ibtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatı 135 (yüz otuz beş) manat dəyərində qiymətləndirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkumun üzərinə qoyula bilər. Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən 135 (yüz otuz beş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülməlidir. Cinayət işi üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 320.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinsin. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 320.1ci maddəsi ilə cəza təyin olunmasın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4,312.1-ci maddəsi ilə verilmiş ittiham üzrə dövlət ittihamçısının imtinası qəbul edilsin və Təqsirləndirilən şəxs həmin maddə ilə cinayət təqibinə xitam verilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində şərti məhkumetmə tətbiq edilsin və ona təyin olunmuş 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası 1 (bir) il 6 (altı) ay sınaq müddəti ilə şərti hesab olunsun. Sınaq müddəti ərzində öz davranışı ilə islah olunmasını sübut etmək, davranışı üzərində nəzarəti həyata keçirən orqanın məlumatı olmadan daimi yaşayış yerini dəyişməmək vəzifələri qoyulsun. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində hökmün icrasına nəzarət faktiki yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya idarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə maddi sübutlar - Bakı şəhəri, Binəqədi rayon məhkəməsinin 29 iyun 2022-ci il tarixli, 5(001)-1509/2022 nömrəli qərarı əsasında 06 iyul 2022-ci il tarixli aktla Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı ünvan 7 ünvanında yerləşən 0.83214 ha ölçüdə torpaq sahəsinə dair ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli çıxarış ilə bağlı olan, 20 (iyirmi) vərəqdən ibarət arxiv qovluğunda olan sənədlərin surətləri, Şahid5 dindirmə protokoluna əlavə etdiyi 7 vərəqdən ibarət Bakı şəhəri, Xətai rayonu, Süleyman Əhmədov küçəsinin yaxınlığında Zərərçəkmiş şəxs1 istifadəsində olan tikilinin eskiz layihəsinin surəti, Təqsirləndirilən şəxs tərəfindən araşdırmaya təqdim edilmiş 1 ədəd CD disk, "xxxx" MMC-nin 01 aprel 2022-ci tarixli BKC/LGL-4680/22 nömrəli, "xxxx" MMC-nin 10 iyun 2022-ci il tarixli, 10208 nömrəli və "xxxx" MMC-nin 13 iyun 2022-ci il tarixli, BKC/LGL-9071 nömrəli məktublarına əsasən göndərilmiş 3 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Baş Prokurorluğunun "xxxx" ASC-də olan depozit hesabına yerləşdirilmiş 35.000 (otuz beş min) manat məbləğində pul vəsaiti iş üzrə vurulmuş maddi ziyanın ödənilməsinə yönəldilsin, həmin pul vəsaiti hər birinə 17.500 (on yeddi min beş yüz) manat olmaqla zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 ödənilsin. Məhkəmə məsrəfləri hesab edilən 135 (yüz otuz beş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülsün. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Cavid Hüseynov Səbuhi Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar