Məhkəmə qərarları › İş №1(101)-361/2020

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-361/2020

07.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-361/2020 07.09.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ hakim İradə Xəlil qızı Həsənzadənin sədrliyi ilə hakimlər Əhməd Qəhrəman oğlu Quliyevdən və Azər İslah oğlu Paşayevdən ibarət tərkibdə Zülfiyyə Asif qızı Salmanzadənin katibliyi ilə dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə X6 Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs müdafiəçilər Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və «Pro Bono» vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə 2001-ci il avqustun 01-də Beyləqan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməmiş, Beyləqan rayonunun Şitçilik qəsəbəsində qeydiyyatda olmaqla Bakı şəhəri, Nərimanov rayonu, Daş Karxanası küçəsindəki nömrəsiz fərdi yaşayış evində yaşamış, barəsində həbs qismində qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazir-liyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1.-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs yetkinlik yaşına çatmadığı dövrdə, yəni 2019-cu il iyulun 26-da saat 23 radələrində bacısının əri Zərərçəkmiş şəxs ilə aralarında qohumluq münasibətlərinin pozulması səbəbindən Bakı şəhəri, Nərimanov rayonu, Daş Karxanası küçəsi, 175 ünvanındakı 4 saylı Sənaye-Tikinti Trestinin həyətində yaranan mübahisə zamanı üzərində gəzdirdiyi kombinə olunmaqla məişət təyinatlı qatlanan tipli cib bıçağıalışqan ilə Zərərçəkmiş şəxs qurşaqdan yuxarı nahiyələrə 11 dəfə vurub yerə yıxaraq həmin vətəndaşa qəsdən döş qəfəsinin ön səthinin sol yarısındakı orta körpücük xətti üzrə 6-cı qabırğaarası sahədə bir ədəd; 5-ci qabırğaarası sahədə iki ədəd; sağ bazunun bayır səthində bir ədəd; başın ənsə nahiyəsində (sağ yarısında) bir ədəd; sağ bel nahiyəsinin sağ yarısında iki ədəd kəsilmiş-deşilmiş yaraları kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid, sağlamlığa zərər vurmadığından dərəcəsi təyin edilməyən bədənin çoxsaylı sıyrıqları kimi, hemopnevmotoraksla müşayiət olunan döş qəfəsinin ön səthinin sağ yarısından 2-ci qabırğaarası və arxa qoltuq xətti üzrə 6-cı qabırğaarası sahədən və döş qəfəsinin arxa səthinin sağ yarısından kürək xətti üzrə 7-ci qabırğa arasından sağ plevra boşluğuna nüfuz edən üç ədəd, qaraciyərin zədələnməsi ilə müşayiət olunan döş qəfəsinin ön səthinin sağ yarısından ön qoltuqaltı xətt üzrə 8-ci qabırğaarasından periton (qarın boşluğuna) nüfuz edən bir ədəd deşilmiş-kəsilmiş yaraları kimi insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərərvurmaya aid xəsarətlər yetirmişdir.İş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 126.1.-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilməklə ifadəsində göstərdi ki, bacısı X5 2008-ci ildə Zərərçəkmiş şəxs ilə bağladığı nikahından dörd qızı vardır. 2019-cu il iyun ayının ortalarında qısqanclıq və ailə-məişət münasibətləri zəminində baş verən münaqişə vaxtı yeznəsi Şəfiqəni döydüyünə görə bacısı əkiz qızları ilə birlikdə onların evində yaşamağa başlamış, 2019-cu il iyulun 25-də günorta saatlarında Şəfiqə böyük övladı Zəhra ilə məscidə gedib qayıtmış, Ceyhun qızından Şəfiqənin harada olduğunu öyrəndikdən sonra zəng edərək sonuncunu nalayiq söyüşlərlə təhqir etdikdə Şəfiqə boşanmaq üçün məhkəməyə müraciət etdiyini bildirmiş, yeznəsi göstərilən tarixdə gecə saatlarında sərxoş halda onların yaşadığı evə gəlib bütün ailə üzvlərini nalayiq söyüşlərlə təhqir etməklə çıxıb getmişdir. 2019-cu il iyulun 26-da saat 17-18 radələrində qardaşı Şahid4 onlara gəlmiş, saat 2330-da evin qarşısında əyləşdikləri vaxt qardaşının telefonuna zəng vurulmuş, sonuncunun Ceyhunla danışdığını başa düşməklə yaxınlıqdakı 4 saylı Sənaye-Tikinti Trestinə tərəf gedən Fəridin arxasınca getmiş, qardaşı ilə yeznəsinin mübahisə etdiyini, qohumları Şahid1 və Şahid2 sonuncuları ayırmağa çalışdıqlarını, Ceyhunun ailə üzvlərini söydüyünü görüb eşidəndə şalvarının arxa cibindəki həm alışqan, həm də bıçaq kimi istifadə edilə bilən aləti çıxararaq arxadan yeznəsinin iki-üç kürək, bir neçə qarın və sinə nahiyələrinə zərbə endirmişdir. Şok vəziyyətində olduğundan hadisəni yaxşı xatırlamır, birdən atası Şahid3 da onun yanında dayandığını, Ceyhunun isə qaçaraq trestin həyətini tərk etdiyini görmüşdür. Könüllü getməklə hadisə barədə polisə məlumat verib Ceyhunu vurduğu bıçağı təqdim etmişdir. Hazırda zərər çəkmiş şəxslə barışıq əldə etmişdir, hərəkətlərindən çox peşmandır. İş üzrə zərər çəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 2019-cu il iyulun 26-da günorta saatlarında qaynı Şahid4 onun mobil telefon nömrəsinə təhqir məzmunlu qısa mesaj yazmış, sonuncuya zəng etdikdə ona danışmağa imkan verməyərək nalayiq söyüşlər söymüşdür, onun təklifi ilə həmin tarixdə saat 2330-da Fəridlə 4 saylı Sənaye-Tikinti Trestinin həyətində görüşmüşlər, onlar mübahisə etməyə başlayanda yeznəsi Şahid1 Fəridi ondan ayırmış, bu zaman kürək nahiyəsinə iti uclu əşya ilə iki zərbə vurulduğunu hiss etməklə geri çevrilib qaynı Təqsirləndirilən şəxs onun arxasında əlində bıçaq tutmuş vəziyyətdə dayandığını görmüş, sonuncu qarın və sağ döş qəfəsi nahiyələrinə də bir neçə dəfə vurmuş, Cavidin atası Şahid3 isə dəmir parçası ilə başından zərbələr endirmişdir. Səs-küyə gələn üç nəfər tanımadığı şəxs Hüseyni, Fəridi və Cavidi ondan uzaqlaşdırmış, o da fürsətdən istifadə edərək çətinliklə də olsa oradan getmişdir. Hazırda təqsirləndirilən şəxslə barışmışdır, sonuncuya qarşı heç bir şikayəti və tələbi yoxdur. İş üzrə şahid qismində dindirilən Şahid1 ifadəsində göstərdi ki, 2019-cu il iyulun 26da saat 22 radələrində qaynı Zərərçəkmiş şəxs onun yaşadığı evə gəlməklə bir yerdə çay içəndən sonra sonuncu çıxıb getmişdir. Övladı Şahid2 bir qədər əvvəl Ceyhunun özünün qaynı Şahid4 ilə telefonda mübahisə etdiyini dedikdə ehtiyat edərək oğlu ilə bərabər yaxınlıqdakı 4 saylı Sənaye-Tikinti Trestinin həyətinə arxasınca girmişlər. X11 söhbət etməsi üçün onlardan kənarda, Təqsirləndirilən şəxs isə Fəridin arxa tərəfində 2-3 metr aralıda dayanmışdır. Ceyhun və Fərid mübahisə etməyə başlamış, o, Fəridi kənara çəkəndə Cavid arxadan yaxınlaşmaqla Ceyhuna bir neçə bıçaq zərbəsi vurmuş, sonuncu adamların səs-küyə toplaşmasından istifadə edib tez hadisə yerindən uzaqlaşmış, birazdan qaynının qarın və baş nahiyələrindən qan axmasını müşahidə etmiş və oğlu ilə birlikdə Ceyhunu Bakı şəhərinin Sabunçu rayonundakı 3 saylı X7 aparmışlar. İş üzrə şahid qismində dindirilən Şahid3 ifadəsində göstərdi ki, sözü gedən hadisə onun övladı X4 əri Zərərçəkmiş şəxs ilə ailə münasibətlərinin pozulması zəminində baş vermiş, bir gün əvvəl sonuncu onların evinə gələrək səbəbsiz mübahisəyə keçmiş, digər övladı Təqsirləndirilən şəxs yaxasından tutmaqla çölə çıxarmağa çalışmışdır, ünvanlarına nalayiq ifadələr işlətməyə başladıqda oğlanın qanunsuz hərəkətləri barədə polisi məlumatlandırmışlar. 2019-cu il iyulun 26-da saat 2330-da böyük övladı Şahid4 qardaşı ilə bərabər 4 saylı Sənaye-Tikinti Trestinə tərəf getdiyini bilən kimi həmin əraziyə yaxınlaşanda Ceyhunun yerdə uzanmış vəziyyətdə və köynəyinin qanlı olduğunu görmüşdür. Cavid yeznəsini bıçaqla yaraladığını deyib könüllü olaraq polisə təslim olmuşdur. O və Fərid Ceyhuna heç bir xəsarət yetirməmişlər. İş üzrə şahid qismində dindirilən Şahid4 atası olan Şahid3 ilə oxşar ifadə verdi. Məhkəmə iclasında ifadəsi elan edilərək tədqiq olunmuş Şahid2 ibtidai araşdırma zamanı şahid qismində dindirilərkən atası olan Şahid1 ilə analoji ifadə vermişdir (1-ci cild, iş vərəqi 46-48). İş materiallarındakı Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinin tərtib etdiyi 2019-cu il 27 iyul tarixli protokoldan görünür ki, həmin tarixdə saat 0020-də Təqsirləndirilən şəxs könüllü gəlib hadisə barədə məlumat verərək istifadə etdiyi bıçağı təqdim etmişdir (1-ci cild, iş vərəqi 8-9). İş materiallarındakı Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinin tərtib etdiyi 2019-cu il 27 iyul tarixli protokoldan görünür ki, ünvan 2 ünvanında yerləşən 4 saylı Sənaye-Tikinti Trestinin həyətinə baxış keçirilərkən torpaq örtükdə qana bənzər ləkələr müəyyən olunmuş, hadisə yerində hər hansı bir əşya, alət, paltar və iş üzrə əhəmiyyət kəsb edən digər predmet aşkar edilməmişdir (1-ci cild, iş vərəqi 10-12). İş materiallarında olan Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs 2001-ci il avqustun 01-də anadan olmuşdur, yəni ittiham olunduğu əməlin törədildiyi dövrdə yetkinlik yaşına çatmamışdır (1-ci cild, iş vərəqi 18). İş materiallarındakı Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2019-cu il 27 iyul tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs göstərilən tarixdə saat 1000-da Azərbaycan Respublikasının CM-nin 221.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (1-ci cild, iş vərəqi 31). İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2019-cu il 28 iyul tarixli qərarından görünür ki, Azərbaycan Respublikasının CM-nin 221.3.-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunan Təqsirləndirilən şəxs həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir (1-ci cild, iş vərəqi 69-70). İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2019-cu il 28 iyul tarixli qərarlarından görünür ki, Azərbaycan Respublikasının CM-nin 221.3.-cü maddəsi ilə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qismində qətimkan tədbiri seçilməklə sonuncu azad edilmişdir (1-ci cild, iş vərəqi 77 və 79). İş materiallarındakı Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2019-cu il 02 avqust tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılarkən sonuncu Zərərçəkmiş şəxs bıçaqla vurduğu yeri göstərərək ifadəsini təsdiq etmiş, fotoşəkillər protokola əlavə olunmuşdur (1-ci cild, iş vərəqi 101-107). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X9-Təcrübi və Tədris Birliyinin canlı şəxsin ekspertizasının 2019-cu il 31 iyul tarixli 664 nömrəli rəyindən görünür ki, 2001-ci il təvəllüdlü Şahid2 bədən səthində aşkar edilmiş sol dirsək oynağının sıyrığı kimi xəsarət müayinədən 1-2 gün əvvəl bərk küt əşyanın təsirindən törənməklə sağlamlığa zərər vurmayan xəsarət olduğundan dərəcəsi təyin edilmir (1-ci cild, iş vərəqi 120-121). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X9-Təcrübi və Tədris Birliyinin canlı şəxsin ekspertizasının 2019-cu il 29 iyul tarixli 656 nömrəli və 2019-cu il 01 avqust tarixli 671 nömrəli rəylərindən müvafiq qaydada görünür ki, 2001-ci il təvəllüdlü Təqsirləndirilən şəxs və 1970-ci il təvəllüdlü Şahid3 bədənlərinin səthlərində xəsarət və xəsarət izi aşkar edilməmişdir (1-ci cild, iş vərəqi 123- 124 və 134-135). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X9-Təcrübi və Tədris Birliyinin canlı şəxsin ekspertizasının 2019-cu il 29 iyul tarixli 655 nömrəli 2019-cu il 31 iyul tarixli 663 nömrəli rəylərindən müvafiq qaydada görünür ki, 1997-ci il təvəllüdlü Şahid4 bədən səthində aşkar edilən sağ saidin və sağ əlin birinci barmağının səthi əzilmiş yaraları, sol mil-bilək oynağının sıyrığı, 1977-ci il təvəllüdlü Şahid1 bədən səthində aşkar edilmiş sol dirsək oynağının sıyrığı kimi xəsarətlər küt əşyanın (əşyaların) təsirindən törənməklə 2019-cu il iyulun 26-da əmələ gələ bilərdi, sağlamlığa zərər vurmayan xəsarət olduğundan dərəcəsi təyin edilmir (1-ci cild, iş vərəqi 126-127 və 137-138). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X9-Təcrübi və Tədris Birliyinin canlı şəxsin ekspertizasının 2019-cu il 27 iyul tarixli 652 nömrəli rəyindən və 2019-cu il 30 oktyabr tarixli 32/652 nömrəli əlavə rəyindən (Təqsirləndirilən şəxs aid hissədə) görünür ki, 1979-cu il təvəllüdlü Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş döş qəfəsinin ön səthinin sol yarısında orta körpücük xətti üzrə 6-cı qabırğaarası sahədə bir ədəd; sağ yarısında orta körpücük xətti üzrə 2-ci qabırğaarası sahədə bir ədəd; 5-ci qabırğaarası sahədə iki ədəd; ön qoltuqaltı xətt üzrə 8ci qabırğaarası sahədə bir ədəd; sağ bazunun bayır səthində bir ədəd; < başın ənsə nahiyəsindəki sağ yarısında bir ədəd; döş qəfəsinin arxa səthinin sağ yarısında kürək xətti üzrə 7-ci qabırğaarası sahədə bir ədəd; arxa qoltuqaltı xətt üzrə 6-cı qabırğaarası sahədə bir ədəd; sağ bel nahiyəsinin sağ yarısında iki ədəd kəsilmiş-deşilmiş yaralar kimi xəsarətlər deşici-kəsici alətin (alətlərin), o cümlədən ekspertizaya təqdim olunan bıçağın və ya digər bu tipli bıçaqların deşici və kəsici təsirindən, bədənin çoxsaylı sıyrıqları isə bərk küt əşyanın (əşyaların) təsirindən törənməklə 2019-cu il iyulun 26-da əmələ gələ bilərdi; dərəcəsinə görə hemopnevmotoraksla müşayiət olmaqla döş qəfəsinin ön səthinin sağ yarısından 2-ci qabırğaarası və arxa qoltuq xətti üzrə 6-cı qabırğaarası sahədən və döş qəfəsinin arxa səthinin sağ yarısından kürək xətti üzrə 7-ci qabırğa arasından sağ plevra boşluğuna nüfuz edən üç ədəd, qaraciyərin zədələnməsi ilə müşayiət olunan döş qəfəsinin ön səthinin sağ yarısından ön qoltuqaltı xətt üzrə 8-ci qabırğaarasından periton (qarın boşluğuna) nüfuz edən bir (cəmi dörd) ədəd deşilmişkəsilmiş yaralar insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya, göstərilən digər yeddi ədəd kəsilmiş və deşilmiş-kəsilmiş yaralar sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir; bədənin çoxsaylı sıyrıqları sağlamlığa zərər vurmayan xəsarətlər olduğundan dərəcəsi təyin edilmir (1-ci cild, iş vərəqi 129-132 və 2-ci cild, iş vərəqi 80-83 ).İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2019-cu il 22 avqust tarixli qərarlarından görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 221.3.-cü maddəsindən Azərbaycan Respublikasının CM-nin 126.2.4.-cü və 221.3.-cü maddələrinə tövsif edilib ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan olunmuşdur (1-ci cild, iş vərəqi 162-171 və 177-179). İş materiallarındakı Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2019-cu il 22 avqust və 2019-cu il 21 oktyabr tarixli protokollardan görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs, şahidlər Şahid3 və Şahid4 ilə ayrı-ayrılıqda üzləşdirilərkən birincisi ifadəsini təsdiq etmiş, sonuncular isə deyilənləri təkzib etmişlər (1-ci cild, iş vərəqi 173-174; 2-ci cild, iş vərəqi 27-30 və 31-36). İş materiallarındakı Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2019-cu il 22 avqust tarixli protokoldan görünür ki, Şahid2 Təqsirləndirilən şəxs ilə üzləşdirilərkən birincisi ifadəsini təsdiq etmiş, ikincisi isə deyilənlərlə qismən razı olduğunu bildirməklə hadisənin Zərərçəkmiş şəxs uşaqlarına görə deyil, onu və ailə üzvlərini söyməsi ilə əlaqədar baş verdiyini göstərmişdir (1-ci cild, iş vərəqi 175-176). İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2019-cu il 22 avqust tarixli qərarından görünür ki, Azərbaycan Respublikasının CM-nin 126.2.4.-cü və 221.3.-cü maddələri ilə Təqsirləndirilən şəxs barəsində əvvəli 2019-cu il avqustun 22-dən hesablanmaqla həbs qismində qətimkan tədbiri seçilmişdir (1-ci cild, iş vərəqi 192-196). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X2 2019-cu il avqustun 22-də tərtib etdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir (1-ci cild, iş vərəqi 199). İş materiallarındakı Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2019-cu il 05 oktyabr tarixli protokoldan görünür ki, «Verbatim» markalanma göstəricisi olan CD-R formatlı diskin içindəki «WhatsApp Video 2019-07-30 at 18.44.51» adlı video fayla və «WhatsApp Audio 2019-07-30 at 18.44.29» adlı audio fayla baxış zamanı iş üzrə sübut əhəmiyyəti kəsb edə biləcək başqa heç bir məlumat aşkar olunmamış, CD-R formatlı disk iş materiallarına əlavə edilmişdir (1-ci cild, iş vərəqi 230- 231). İş materiallarındakı Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2019-cu il 22-23 oktyabr tarixli protokollardan görünür ki, Şahid1 şahidlər Şahid4 və Şahid3 ilə ayrı-ayrılıqda üzləşdirilərkən birincisi ifadəsini təsdiq etmiş, ikincisi deyilənləri qismən təsdiqləyərək özünün və atası Şahid3, sonuncu isə qeyd edilənləri təkzib etməklə zərər çəkmiş şəxsə hər hansı bir xəsarət yetirmədiklərini bildirmişlər (2-ci cild, iş vərəqi 37-44). İş materiallarındakı Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2019-cu il 23 oktyabr tarixli protokoldan görünür ki, şahidlər Şahid4 və Şahid3 bir-biri ilə üzləşdirilərkən birincisi sonuncunun hadisə yerinə necə gəldiyini xatırlamasa da onu orada gördüyünü bildirmiş, ikincisi də deyilənləri təsdiq etmişdir (2-ci cild, iş vərəqi 45- 47). İş materiallarındakı Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2019-cu il 29 oktyabr tarixli protokoldan görünür ki, Şahid3 və Təqsirləndirilən şəxs bir-biri ilə üzləşdirilərkən birincisi baş verən hadisədən sonra evə qayıdan vaxt sonuncunun Zərərçəkmiş şəxs bıçaqla vurduğunu öyrəndiyini və hadisə zamanı heç kimə hər hansı xəsarət yetirmədiyini göstərməklə ifadəsini təsdiq etmiş, Təqsirləndirilən şəxs onun dedikləri ilə razılaşdığını bildirmişdir (2-ci cild, iş vərəqi 59-61). İş materiallarındakı Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2019-cu il 30 oktyabr tarixli protokoldan görünür ki, Şahid1 və Təqsirləndirilən şəxs bir-biri ilə üzləşdirilərkən birincisi ifadəsini təsdiq etmiş, ikincisi onun dedikləri ilə qismən razılaşaraq atası Şahid3 hadisə vaxtı heç kimə hər hansı xəsarət yetirmədiyini bildirmişdir (2-ci cild, iş vərəqi 62-67). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-X3 ambulator məhkəmə-psixiatrik ekspertizasının 2019-cu il 25 oktyabr tarixli 2159 saylı rəyindən görünür ki, 2001-ci il 01 avqust təvəllüdlü Təqsirləndirilən şəxs hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar edilməməklə onun ittiham olunduğu əməl dövründə psixi vəziyyəti situasiya ilə əlaqəli nevrotik reaksiya kimi qiymətləndirilmiş, o, həmin müddətdə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur, buna görə də törədilən əməl barəsində anlaqlı hesab edilməlidir, məcburi müalicəyə ehtiyacı yoxdur (2-ci cild, iş vərəqi 68-69). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X9-Təcrübi və Tədris Birliyinin maddi sübutların ekspertizasına dair 2019-cu il 30 oktyabr tarixli 522/2019 MTKŞ nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim olunan predmet zavod üsulu ilə hazırlanıb kombinə olunmaqla məişət təyinatlı qatlanan tipli, soyuq silah hesab olunmayan cib bıçağı-alışqandır, üzərində heç bir əlavə və dəyişiklik edilməmişdir (2-ci cild, iş vərəqi 71-74). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X9-Təcrübi və Tədris Birliyinin maddi sübutların ekspertizasına dair 2019-cu il 29 oktyabr tarixli 779/2019-MTBŞ nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim olunan bir ədəd bıçağın üzərində qan izi aşkar edilməmişdir (2-ci cild, iş vərəqi 76- 78). İş materiallarındakı Bakı şəhəri Nərimanov Rayon MKTB-nin 55 saylı MKİS-nin tərtib etdiyi 2019-cu il 01 noyabr tarixli 252588 nömrəli arayışdan və 2019-cu il 01 noyabr tarixli 55/1597 nömrəli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Nərimanov rayonu, Böyuk X12 nömrəsiz fərdi yaşayış evində ailə üzvləri ilə birlikdə yaşayır, barəsində qonşular tərəfindən sahəyə heç bir şikayət daxil olmamışdır (2-ci cild, iş vərəqi 88-89). İş materiallarındakı Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2019-cu il 01 dekabr tarixli protokoldan görünür ki, şahidlər Şahid1 və Zərərçəkmiş şəxs bir-biri ilə üzləşdirilərkən birincisi ifadəsini təsdiq etmiş, ikincisi onun dedikləri ilə qismən razılaşaraq hadisə zamanı Şahid4 trestin həyətindən çıxıb işıqlı bir yerə çıxmağı təklif etsə də sonuncunun razılaşmamaqla qaranlıq tərəfə getməsini, yaranan mübahisə vaxtı Təqsirləndirilən şəxs iti uclu əşya ilə onun kürək nahiyəsindən iki zərbə, Şahid4 isə qarın nahiyəsindən bir bıçaq zərbəsi vurduğunu bildirmişdir (2-ci cild, iş vərəqi 113-117). İş materiallarındakı 2019-cu il 14 dekabr tarixli ərizədən görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs və Şahid3 ilə barışmışdır, onlara qarşı heç bir şikayəti və tələbi yoxdur (2-ci cild, iş vərəqi 125). İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2019-cu il 24 dekabr tarixli sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında, habelə 2019-cu il 25 dekabr tarixli qərarlarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 126.2.4.-cü və 221.3.-cü maddələrindən həmin Məcəllənin 126.1.-ci maddəsinə tövsif edilməklə ona yeni məzmunda ittiham elan edilmiş, əməlində Azərbaycan Respublikasının CM-nin 126.2.1.-ci, 126.2.4.-cü və 221.3.-cü maddələrinin tərkibi olmadığından cinayət təqibinə xitam verilmiş, əməlində Azərbaycan Respublikasının CM-nin 29,120-ci, 228.4.cü və 297-ci maddələrinin tərkibi olmadığından cinayət təqibinin başlanması rədd edilmiş; Şahid4, Şahid1 və Şahid2 əməllərində hər hansı bir cinayətin tərkibi olmadığından barələrində cinayət təqibinin başlanması rədd edilmiş; Şahid3 əməlində Azərbaycan Respublikasının CM-nin 126-cı və 221-ci maddələrinin tərkibi olmadığından barəsində cinayət təqibinin başlanması rədd edilməklə yanaşı o, Azərbaycan Respublikasının CMnin 127.1.-ci maddəsi ilə cinayət məsuliyyətindən Azərbaycan Respublikasının CPM-nin 39.1.11.-ci maddəsinə əsasən azad edilmiş; Zərərçəkmiş şəxs 2019-cu il iyulun 26-da gecə saatlarında X1 yaşadığı evin qarşısında səs-küy salması ilə bağlı Azərbaycan Respublikasının İXM-nin 39-cu maddəsinə müvafiq olaraq sonuncu inzibati məsuliyyətdən azad edilmiş, Təqsirləndirilən şəxs götürülən kombinə olunmaqla məişət təyinatlı qatlanan tipli bir ədəd cib bıçağı-alışqan maddi sübut kimi tanınıb saxlanılmaq üçün Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin maddi sübutların saxlanc anbarına təhvil verilmiş, hadisə yerinə baxış zamanı müşahidə kameralarından götürülən iki ədəd disk, X1 təqdim etdiyi bir ədəd disk, Zərərçəkmiş şəxs əlavə dindirilməsində aparılan videoçəkilişin qeydə alındığı bir ədəd disk cinayət işi materiallarında saxlanılmışdır (2-ci cild, iş vərəqi 130-153 və 157-158). Məhkəməyə təqdim olunan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs notariat qaydasında təsdiq olunan 2020-ci il 03 fevral tarixli ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti, tələbi və iddiası yoxdur. Məhkəmə mövcud sübutlara qiymət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 126.1.-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsini, əməlində cinayət tərkibinin olduğunu, bununla da onun təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 126.1.-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxs ittiham edildiyi cinayət əməlini törətməsi məhkəmə istintaqında hərtərəfli araşdırılmış, özünün tam etirafedici, zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, məhkəmə iclasında elan edilib tədqiq edilən ibtidai araşdırmadakı şahid ifadəsi, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları, eləcə də iş üzrə digər mötəbər sübutlarla tam təsdiq olunur. Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikasının CM-nin 8.1.-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının CMnin 41.2.-ci və 58.3.-cü maddələrinə əsaslanmaqla cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsi əsasında Təqsirləndirilən şəxs cinayəti yetkinlik yaşına çatmadığı dövrdə törətməsini, könüllü gəlib təqsirini boynuna almasını, zərər çəkmiş şəxslə barışıq əldə etməsinin işdə cəzanı yüngülləşdirən hal olduğunu nəzərə almaqla ilk məhkumluğunu və gənc olmasını cəzanı yüngülləşdirən hallar kimi qəbul edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə görə cəzasını ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikasının CM-nin 60-cı maddəsinə əsasən, bu Məcəllənin 59.1.8., 59.1.10.-59.1.13.-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib müəyyən müddətə azadlıqdan mərhumetmə cəzasına məhkum olunmalıdır. Məhkəmə habelə hesab edir ki, Təqsirləndirilən şəxs 2019-cu il iyulun 27-dən 2019cu il iyulun 28-dək həbsdə saxlanıldığı 01 (bir) gün Azərbaycan Respublikasının CPM-nin 158.2.1.-ci maddəsinin tələblərinə müvafiq olaraq təyin ediləcək cəzadan çıxılmalıdır. Azərbaycan Respublikasının CM-nin 62-ci maddəsinə uyğun olaraq, cinayətin məq-sədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Məhkəmə iş üzrə cəzanı yüngülləşdirən halların məcmusunu müstəsna hallar hesab edərək haqqında Azərbaycan Respublikasının CM-nin 62-ci maddəsi tətbiq edilən Təqsirləndirilən şəxs həmin Məcəllənin 126.1.-ci maddəsinin sanksiyasında müəyyən edilmiş aşağı həddən də az cəza təyin olun-maqla onun islah edilməsini və sosial ədalətin bərpasına nail olunmasını mümkün sayır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsl Təqsirləndirilən şəxs ilk dəfə qəsdən ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunduğu üçün ona təyin ediləcək azadlıqdan məhrumetmə növündə cəzanı ümumi rejimli cəza-çəkmə müəssisəsində çəkməlidir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 2012-ci il 7 mart tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2.-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Azərbaycan Respublikasının CPM-nin 132.0.1.-ci maddəsinə uyğun olaraq, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Qeyd edilən normaların tələbləri isə ona dəlalət edir ki, əmlak müsadirəsi məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş əm-lakı müəyyən edilmədıyin-dən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra maddi sübut kimi tanınıb saxlanılmaq üçün Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin maddi sübutların saxlanc anbarına təhvil verilmiş kombinə olunmaqla məişət təyinatlı qatlanan tipli bir ədəd cib bıçağı-alışqan məhv edilməli, hadisə yerinə baxış vaxtı müşahidə kameralarından götürülən bir ədəd diskin, X1 təqdim etdiyi bir ədəd diskin, Zərərçəkmiş şəxs əlavə dindirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı bir ədəd diskin cinayət işinin materiallarına əlavə olunması nəzərə alınmalıdır. Məhkəmə eyni vaxtda hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri dəyişdirilməməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X10 tərəfindən 04 iş saatı müddətində həyata keçirilmişdir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 3 may tarixli 202 №-li qərarına uyğun olaraq, təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Azərbaycan Respublikasının CPM-nin 193.2.-ci və 193.4.-cü maddələrinə müvafiq olaraq, müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Bununla da Təqsirləndirilən şəxs məhkəmədə göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından X8 vəkil işlədiyi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun nəfinə (VÖEN: **********) 24 manat köçürülməlidir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 1996-cı il 27 dekabr tarixli 4 saylı Qərarının 18-ci bəndində göstərilir ki, müttəhimə azadlıqdan məhrumetmə cəzası təyin edilərkən hökmün nəticəvi hissəsində cəza çəkmə müddətinin hansı qaydada hesablanması məsələsi heç bir şübhə doğurmamalıdır. Nəzərə almaq lazımdır ki, hökmlə təyin olunan ümumi cəza müddətinə ibtidai həbs müddətində başqa müttəhimin şübhəli şəxs qismində saxlandığı, onun təhqiqat ibtidai istintaq dövründə, yaxud məhkəmənin qərardadıəsasında məhkəmə-tibb müəssisələrində müayinədə olduğu müddət, həmçinin hərbi qulluqçunun, daxili işlər nazirliyi əməkdaşının həmin işlə əlaqədar intizam qaydasında hauptvaxtda saxlandığı müddət də daxildir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2006-cı il 30 mart tarixli 5 №-li qərarının 15-ci bəndində göstərilir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır. Məhkəmə «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 1996-cı il 27 dekabr tarixli 4 saylı Qərarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq Azərbaycan Respublikasının CPM-nin 158.2.-ci maddəsinə əsaslanaraq hesab edir ki, cəzaçəkmənin əvvəli Təqsirləndirilən şəxs tutulduğu gündən, yəni 2019-cu il avqustun 22-dən hesablanmalıdır. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 193-cü, 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci, 384-cü maddələrini rəhbər tutaraq hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 126.1.-ci maddəsi ilə təqsirli bilinib barəsində Azərbaycan Respublikasının CM-nin 62-ci maddəsi tətbiq olunmaqla 01 (bir) il 01 (bir) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun. Cavid Hüseyn oğlu 2019-cu il iyulun 27-dən 2019-cu il iyulun 28-dək həbsdə saxlanıldığı 01 (bir) gün təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti cəza kimi 01 (bir) il 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 2019-cu il avqustun 22-dən hesablansın. Təqsirləndirilən şəxs məhkəmədə göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından X8 vəkil işlədiyi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun nəfinə (VÖEN: **********) 24 manat köçürülsün. Hökm qanuni qüvvəyə mindikdən sonra maddi sübut kimi tanınıb saxlanılmaq üçün Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin maddi sübutların saxlanc anbarına təhvil verilmiş kombinə olunmaqla məişət təyinatlı qatlanan tipli bir ədəd cib bıçağı-alışqan məhv edilsin, hadisə yerinə baxış vaxtı müşahidə kameralarından götürülən iki ədəd diskin, X1 təqdim etdiyi bir ədəd diskin, Zərərçəkmiş şəxs əlavə dindirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı bir ədəd diskin cinayət işinin materiallarına əlavə olunması nəzərə alınsın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən İradə Həsənzadə Hakimlər Əhməd Quliyev Azər Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar