Məhkəmə qərarları › İş №1(101)-361/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-361/2021

06.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-361/2021 06.05.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Samir İmamverdi oğlu (sədrlik edən), Hüseynov Cavid İbadulla oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə Məhkəmə iclasının katibi: Hüseynova Aytac Faiq qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı1, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi3, Müdafiəçi2, Müdafiəçi1 Elbrus oğlunun iştirakı ilə, xx xxxxxx 1983-cü ildə Abşeron rayonu, Giləzi kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi D\Y\Y\M, ev 7\8, mənzil 16-da qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə, xx xxxxxx 1977-ci ildə Cəlilabad rayonu, Privolnoye kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, Cəlilabad rayonu, Privolnoye kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında kirayə yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, xx xxxxxx 1987-ci ildə Cəlilabad rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Sumqayıt şəhəri, Corat qəsəbəsi, məhəllə-82, ev 165A-da qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs1 satış məqsədi ilə qanunsuz olaraq 10 dekabr 2019-cu il tarixdə, saat 18 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi, "Qurtuluş 93" yaşayış kompleksi, 3C 33-60 nömrəli ünvanın qarşısında Təqsirləndirilən şəxs3 külli miqdarda əldə etdiyi ümumi xalis çəkisi 3,939 qram kustar üsula hazırlanmış narkotik vasitə heroinin bir bükümdə olan 0,561 qramını 13 dekabr 2019-cu il tarixdə, saat 16 radələrində Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşən bazarın qarşısında Şahid3 50 (əlli) manata satmış və qalan iki ədəd sellofan bükümdə olan 3,378 qramını üstündə saxlamış, Xaçmaz RPŞ- nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 13 dekabr 2019- cu il tarixdə, saat 20 radələrində Şahid3 Xaçmaz rayonu, N.Nərimanov küçəsində yerləşən Xaçmaz rayon Mərkəzi Xəstəxanasının qarşısında saxlanılaraq Xaçmaz RPŞ-yə dəvət olunub üstündə şəxsi axtarış aparılarkən əynindəki gödəkçənin sağ yan cibindən bir ədəd sellofan bükümdə xalis çəkisi 0,561 qram olan heroin, keçirilmiş digər əməliyyat tədbirləri nəticəsində isə Təqsirləndirilən şəxs1 14 dekabr 2019- cu il tarixdə, saat 23 radələrində Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşən bazarın qarşısında saxlanılaraq Xaçmaz RPŞ-yə dəvət olunub üzərində şəxsi axtarış aparılan zaman əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən iki ədəd bükümdə ayrı-ayrılıqda xalis çəkiləri 0,693 və 2,685 qram, ümumi xalis çəkisi 3,378 qram külli miqdarda heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 satış məqsədi ilə qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən külli miqdarda əldə etdiyi ümumi xalis çəkisi 34,394 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroinin bir bükümdə xalis çəkisi 5,173 qramını 10 dekabr 2019-cu il tarixdə, saat 18 radələrində yaşadığı Abşeron rayonu, Masazır qəsəbəsi, "Qurtuluş 93" yaşayış kompleksi, 3C 33-60 nömrəli ünvanın qarşısında Təqsirləndirilən şəxs3 satmış, bir ədəd sellofan bükümdə xalis çəkisi 25,918 qramını üzərində və bir ədəd bükümdə xalis çəkisi 3,303 qramını kirayədə yaşadığı evdə saxlamış, satış məqsədi ilə qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən əldə etdiyi bir ədəd bükümdə xalis çəkisi 2,155 qram olan xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəki kirayədə yaşadığı evdə saxlamış, Xaçmaz RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 16 dekabr 2019-cu tarixdə, saat 20 radələrində Təqsirləndirilən şəxs3 yaşadığı Sumqayıt şəhəri, Corat qəsəbəsi, məhəllə 82, 165A nömrəli ünvanın qarşısında saxlanılaraq Xaçmaz RPŞ-yə dəvət olurnaraq üzərində şəxsi axtarış aparılan zaman əynindəki qara rəngli qolsuz gödəkçənin sağ yan cibindən bir ədəd sellofan bükümdə xalis çəkisi 1,234 qram olan heroin, keçirilmiş əməliyyat tədbirləri nəticəsində isə 16 dekabr 2019-cu il tarixdə, saat 21 radələrində Təqsirləndirilən şəxs2 yaşadığı Abşeron rayonu, Masazır qəsəbəsi, "Qurtuluş 93" yaşayış kompleksi, 3C 33-60 nömrəli ünvanın qarşısında saxlanılaraq Xaçmaz RPŞ-yə dəvət olunub üzərində şəxsi axtarış aparılan zaman əynindəki qara rəngli gödəkçənin sol yan cibindən üzərinə "Snax natural sun flavours" sözləri yazılmış sellofan paketin içərisində olan bir ədəd sellofan bükümdə xalis çəkisi 25,918 qram heroin, 17 dekabr 2019- cu il tarixdə, saat 16 radələrində onun kirayədə yaşadığı Abşeron rayonu, Masazır qəsəbəsi, "Qurtuluş 93" yaşayış kompleksi, ev 3C 33-60, mənzil 57-yə baxış keçirilən zaman üzərinə "925 silver" yazılmış üzük qutusunun içərisindən bir ədəd bükümdə xalis çəkisi 3,303 qram heroin və bir ədəd bükümdə xalis çəkisi 2,155 qram narkotik vasitə tiryək aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs3 satış məqsədi ilə qanunsuz olaraq 10 dekabr 2019-cu il tarixdə, saat 18 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi, "Qurtuluş 93" yaşayış kompleksi, 3C 33-60 nömrəli ünvanın qarşısında Təqsirləndirilən şəxs2 külli miqdarda əldə etdiyi ümumi xalis çəkisi 5,173 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroinin dörd bükümdə olan 3,939 qramını 10 dekabr 2019-cu il tarixdə, saat 18 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi, "Qurtuluş 93" yaşayış kompleksi, 3C 33-60 nömrəli ünvanın qarşısında Təqsirləndirilən şəxs1 satmış və qalan 1,234 qramını üstündə saxlamış, Xaçmaz RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 14 dekabr 2019-cu il tarixdə, saat 23 radələrində Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşən bazarın qarşısında saxlanılaraq Xaçmaz RPŞ-yə dəvət olunub üzərində şəxsi axtarış aparılan zaman əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən iki ədəd bükümdə ayrı-ayrılıqda xalis çəkiləri 0,693 və 2,685 qram, ümumi xalis çəkisi 3,378 qram külli miqdarda heroin, keçirilmiş digər əməliyyat tədbirləri nəticəsində isə 16 dekabr 2019-cu il tarixdə, saat 20 radələrində Təqsirləndirilən şəxs3 yaşadığı Sumqayıt şəhəri, 76-cı məhəllə, 9 nömrəli ünvanın qarşısında saxlanılaraq Xaçmaz RPŞ-yə dəvət olunub üzərində şəxsi axtarış aparılan zaman əynindəki qara rəngli qolsuz gödəkçənin sağ yan cibindən bir ədəd sellofan bükümdə xalis çəkisi 1,234 qram olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək, ifadəsində göstərmişdir ki, 0 təxminən 15 ildir ki, narkotik vasitə olan heroindən damara vurmaq yolu ilə istifadə edir. Gün ərzində təxminən 2-3 qr narkotik vasitə istifadə edir. 13 dekabr 2019-cu il tarixdə günorta saatlarında tanışı Xaçmaz şəhər sakini Telman adlı şəxs ona zəng etdi və Sumqayıt şəhəri, Zeynalabdin qəsəbəsinə gəldiyini bildirdi. Telmandan onun yanına gəlməsini Vüqar adlı şəxs istəmişdi. Vüqar ağrıları olduğu üçün narkotik vasitəyə ehtiyacı olduğunu dedi və ondan Telmanla görüşüb həmin narkotik vasitəni Telmana verməyini istədi. Saat 16 radələrində onlar həmin qəsəbədə yerləşən bazarın qarşısında Telmanla görüşdülər. O Telmanla elə görüşdüyü yerdə 3-4 ay əvvəl təsadüfən tanış olmuşdu. Onunla çox görüşməmişdi, bir–iki dəfə qonağı olmuşdu. Telman onu Əliağa yox, Əli kimi tanıyırdı. Görüşən zaman o bir büküm kakos kimi tanınan narkotik vasitə heroini Vüqara çatdırması üçün əvəzsiz olaraq, yəni hədiyyə verdi. Telman onunla sağollaşaraq Xaçmaz şəhərinə getdi. 14 dekabr 2019-cu il tarixdə saat 23 radələrində yaşadığı Sumqayıt şəhəri, Zeynalabdin qəsəbəsində yerləşən bazarın qarşısında ona yaxınlaşan 3-4 nəfər mülki geyimdə olan şəxs özlərini təqdim edərək, Xaçmaz RPŞ-nin əməkdaşları olduqlarını bildirdilər və onlar bir gün əvvəl Telman adlı şəxsə narkotik vasitə satdığını izah edərək, onu Xaçmaz rayon PŞ-nə dəvət etdilər. O üzərində narkotik olduğundan və özünü şübhəli aparmamaq üçün polis əməkdaşlarına heç bir etiraz etmədi və onlarla birlikdə Xaçmaz PŞ-nə getdi. Yolda üzərindəki içərisində narkotik vasitə olan bükümləri özündən kənarlaşdıra bilmədi. Polis şöbəsində müstəntiq tərəfindən ondan şöbəyə gətirilmə səbəbini soruşulduqda o bir gün əvvəl tanışı Telman adlı şəxsə narkotik vasitə olan heroini təmənnasız olaraq verdiyimi dedim, bu səbəbdən də şöbəyə gətirildiyimi izah etdim. Bundan sonra ona videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış aparılacağı izah olundu, mən isə etiraz etmədi. Şəxsi axtarış keçirilməzdən əvvəl üzərində qanunla qadağan edilən nə varsa, hamısını çıxararaq təqdim etməyi təklif olundu.O üzərində olan kakos, yəni narkotik vasitə heroini təqdim etmədiyi halda məcburi şəkildə götürüləcəyini başa düşüb könüllü olaraq əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən iki ədəd sellofan bükümünü, siqaret qutusunu və pul kisəsini çıxarıb masanın üzərinə qoydu. Bükümləri açarkən içərilərində qəhvəyi rəngli kütlələr aşkar olundu. O həmin kütlələrin kakos, yəni narkotik vasitə heroin olduğunu etiraf etdi, həmin heroin bükümlərini tutulmazdan bir neçə gün əvvəl məhəllədə sakini hazırda təqsirləndirilən Zaur deyil, eyni məhəllədə yaşadığı başqa Zaur adlı şəxsdən aldığını bildirdi, o narkotik vasitə istifadəçisi olsa da, satışı ilə məşğul deyil. Həmin narkotik vasitəni Telmana Vüqara çatdırması üçün təmənnasız olaraq vermişdi, üzərində ittihamda qeyd olunan qədər yox, daha az miqdarda narkotik vasitə aşkar olunub. Narkotik vasitənin istifadəsi əməlindən peşmandır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 oğlu ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək, ifadəsində göstərmişdir ki, o 2005-ci ildən narkotikdən istifadə edir. 2007-ci ildə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 8 il müddətinə azadlıqdan məhrum edilmişdir və 2015-ci ildə azadlığa buraxılmışdır. Tutulmazdan əvvəl təxminən 3 ay idi ki, narkotik vasitə heroini iyləmək yolu ilə qəbul edirdi. Narkotik vasitəni özünü Nemət kimi təqdim edən İran İslam respublikası vətəndaşından almışdı. Həmin şəxslə təsadüfən İrana gedərkən tanış olmuşdu. Nemət Azərbaycana gələrkən, kakos kimi tanınan narkotik vasitə heroinin bir qramını ona 10 manat satmışdı. Təxminən bir il əvvəl yaşadığı kənddə yas mərasimində olarkən Cəlilabad rayonundan olan Sumqayıt şəhər sakini əsl adı Zaur olan və Zaxar kimi tanınan şəxslə tanış oldu. Sonradan söhbət əsnasında o onun, o da onun narkotik qəbul etdiyini bildi. Polis əməkdaşları tərəfindən saxlanılan gün Zaur ona zəng edərək, ağrıdığını, özündə narkotik vasitə olduğunu bildirdi və birlikdə qəbul etmək üçün onu Masazır ərazisində yerləşən parka çağırdı. O Zaurun yanına narkotik vasitə qəbul etmək üçün getdi, ancaq o gedəndə Zaurun yanında 3-4 nəfər mülki geyimdə olan şəxs var idi. Onlar özlərini təqdim edərək, Xaçmaz RPŞ-nin əməkdaşları olduqlarını bildirdilər. Həmin şəxslər guya Zaura narkotik vasitə satdığını deyərək, onu Xaçmaz rayon PŞ-nə dəvət etdilər. Polis şöbəsində o müstəntiqə nə Zaura, nə də başqasına narkotik vasitə satmadığını bildirdi, o heç vaxt Zaura narkotik vasitə satmamış, polis əməkdaşları onu saxlayan zaman da üzərində narkotik vasitə olmayıb. Üzərində narkotik vasitə olmasa da evində 1 qram narkotik vasitə olan heroin var idi, ancaq onun evində tiryək olmayıb. Narkotik vasitənin istifadəsi əməlindən peşmandır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək, ifadəsində göstərmişdir ki, o bir ildir ki, kakos kimi tanınan narkotik vasitə heroini falqa kağızın içərisinə doldurub çəkmə üsulu ilə qəbul edir. Təxminən bir il əvvəl Cəlilabad rayonunda yas mərasimində olan zaman Rahimlə tanış olmuşdu. Rahimlə tanış olduqdan sonra söhbət əsnasında, birbirinin narkotik vasitə istifadəçisi olduqlarınını başa düşdülər. Rahim son vaxtlar Abşeron rayonu, Masazır qəsəbəsi, Qurtuluş 93 yaşayış kompleksində kirayədə yaşayırdı. Əliağanı isə bir il olar ki, tanıyırdı və onun da narkotik vasitə qəbul etdiyini bilirdi. Əliağa və Rahim bir-birlərini tanımırlar. O Rahimə zəng edərək, ona özündə 1 qr narkotik vasitə olduğunu, əgər ehtiyacı varsa birlikdə narkotik vasitə qəbul etməyi təklif etdi. Özündə olan narkotik vasitəni isə Əliağadan almışdı. Əliağa həmin narkotik vasitəni ona hədiyyə vermişdi. Rahim razılaşdı və onlar parkda görüşmək qərarına gəldilər. Polis əməkdaşları onu saxlayan zaman səhər-səhər 10 radələri idi. O çörək almağa gedirdi və ev paltarında idi. Polis əməkdaşları onu məcbur etdiyi üçün Zaura parkda görüşməyi təklif etdi. Daha sonra polis əməkdaşları onları ayrı-ayrı maşınlarda Xaçmaz RPŞ-nə apardılar. O heç kimə narkotik vasitə satmamışdır, ümumiyyətlə narkotik vasitələrin satışı ilə məşğul deyil, yalnız istifadəsi ilə məşğuldur. Bölmədə üzərimə baxış keçirildi, ancaq polis əməkdaşları heç nə aşkar edə bilmədi, o özü narkotik vasitəni çıxarıb polislərə təhvil verdi. Onu döydükləri və məcbur etdikləri üçün çəkiliş zamanı narkotik vasitəni Rahimdən aldığını dedi. Məhkəmə iş materiallarını araşdıb, sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs1 oğlu, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidirlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, Xaçmaz rayon X3 Mübarizə Qrupunun əməliyyat müvəkkili vəzifəsində işləyir. Şöbəyə Şahid3 adlı şəxs barəsində əməliyyat məlumatı daxil olmuşdu. Məlumatda onun Xaçmaz şəhər sakini olduğu və qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, saxlaması və qəbul etməsi əks olunmuşdu. Əməliyyat məlumatı rəhbərliyə məruzə olundu, qərar qəbul edildi və əməliyyat qrupu yaradıldı. Qrup üzvləri o, şöbə əməkdaşları Şahid1 və Şahid2 idi. o Şahid3 Xaçmaz şəhərində yerləşən Mərkəzi Xəstəxananın yaxınlığında olduğunu müəyyənləşdirdilər. 2019-cu il dekabr ayında ancaq dəqiq xatırlamadığı tarixdə həmin yerdə Şahid3 yaxınlaşdılar. Hava qaralmışdı, təxminən axşam saat 7-8 radələri olardı. Yaxınlaşdıqdan sonra özlərini təqdim edib Şahid3 şöbəyə dəvət etdilər. Şöbəyə gətirildikdən sonra Şahid3 hüquq və vəzifələri izah olunduqdan sonra videoçəkilişlə üzərində şəxsi axtarış aparılacağını bildirdi və təklif edildi ki, əgər üzərində qanunsuz hər hansı bir əşya varsa könüllü təqdim etsin. Xatırladığım qədərilə o özü könüllü olaraq cibindən kağız bükümünü çıxarıb təqdim etdi. Həmin bükümü açdıqda içərisindən tünd rəngli kütlə aşkar olundu. Telman özü etiraf etdi ki, həmin kütlə kakos, yəni narkotik vasitə olan heroindir. Bildirdi ki, heroini həmin gün Əli adlı tanışından öz istifadəsi üçün alıb. Şahid3 üzərindən əlavə qanunsuz heç bir predmet aşkar olunmadı. İçərisində heroin olan büküm zərfdə qablaşdırıldı, protokol tərtib olundu və iştirakçılar tərəfindən imzalandı. Tədbirin davamı kimi Telman Abbasova narkotik vasitəni satan şəxsin Sumqayıt sakini Təqsirləndirilən şəxs1 olduğunu müəyyən etdilər. Novzuzov Əliağa barəsində əməliyyataxtarış tədbirləri keçirilməsi haqqında qərar qəbul olunduqdan sonra o, Şahid1 və Zöhrab Hüseynovdan ibarət əməliyyat qrupu yaradıldı. Təqsirləndirilən şəxs1 Telmanı saxladıqları günün səhəri təxminən axşam saat 10-11 radələrində Sumqayıt şəhərində bazarın qarşısında olarkən müəyyən etdilər. Özlərini təqdim etdikdən sonra ona Telman adlı şəxsə narkotik satdığı üçün bizimlə Xaçmaz rayon Polis Şöbəsinə gəlməli olduğunu bildirdilər. Əliağa özü də etiraf etdi ki, həqiqətən Telmana narkotik vasitə satıb, narkotiki də Zaur adlı şəxsdən əldə edib. Şöbədə Təqsirləndirilən şəxs1 bildirildi ki, videoçəkilişlə üzərində şəxsi axtarış aparılacaq və təklif olundu ki, üzərində qanunla qadağan edilən bütün predmetləri könüllü şəkildə təhvil versin. Əliağa şalvarının cibindən sellofan bükümlər çıxarıb masanın üzərinə qoydu, bükümlərin içərisində tünd rəngli kütlələr aşkar edildi. O, həmin kütlələrin kakos, yəni heroin olduğunu etiraf etdi və tutulmazdan əvvəl Sumqayıt şəhərində bir nəfər şəxsdən aldığını bildirdi. Onun üzərindən başqa bir qanunsuz əşya və ya predmet aşkar olunmadı. Keçirilmiş daha bir əməliyyat nəticəsində Əliağaya narkotik satan şəxsin Sumqayıt sakini Təqsirləndirilən şəxs3 olduğu müəyyənləşdirildi. Şöbə əməkdaşları Şahid1, Zöhrab Hüseynov, Şahid2 və məndən ibarət tərkibdə əməliyyat qrupu yaradıldı. Təqsirləndirilən şəxs3 Sumqayıtda yaşadığı evin qarşısında saxladılar. Onu saxlayan zaman axşam saatları idi. Özlərini təqdim etdikdən sonra Təqsirləndirilən şəxs3 izah etdilər ki, Təqsirləndirilən şəxs1 narkotik vasitə satdığı üçün onlarla Xaçmaz rayon Polis Şöbəsinə gəlməlidir. Zaur Əliağaya narkotik vasitə satdığını boynuna aldı və bildirdi ki, narkotik vasitəni tanışı Rahimdən alıb. Özü könüllü olaraq Rahimin yaşadığı ünvanı göstərə biləcəyini dedi. Zaurla birlikdə Rahimin yaşadığı ünvana getdilər, o Rahimə zəng edərək onu binanın qarşısına çağırdı. Bir müddət sonra Rahim binanın qarşısına çıxdı. Onlar yaxınlaşıb Təqsirləndirilən şəxs2 özlərini təqdim etdikdən sonra ona narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu izah etdilər. Rahim Zaura həqiqətən də narkotik vasitə satdığını etiraf etdi. Rahim heç bir etirazı olmadığını bildirdikdən sonra onlarla Xaçmaz rayon Polis şöbəsinə gəldi. Daha sonra şöbədə olan zaman ilk öncə Təqsirləndirilən şəxs3 izah olundu ki, videoçəkilişlə üzərində şəxsi axtarış həyata keçiriləcək. Təqsirləndirilən şəxs3 şəxsi axtarışın keçirilməsinə etiraz etmədiyini bildirdi. Daha sonra müstəntiq tərəfindən Zaura hüquq və vəzifələri izah olundu, ona təklif olundu ki, üzərində qanunla qadağan olunan hər hansısa bir predmet olduğu təqdirdə onu könüllü olaraq təqdim etsin. Zaur cibindən bir ədəd sellofan bükülü çıxarıb masanın üzərinə qoydu. Həmin sellofan bükülünün içərisindən isə qəhvəyi rəngli kütlə aşkar olundu. Zaur bildirdi ki, həmin kütlə kakos, yəni narkotik vasitə heroindir. Heroin olan büküm qablaşdırıldı, protokol tərtib olundu və iştirakçılar tərəfindən imzalandı. Daha sonra Təqsirləndirilən şəxs2 da üzərinə videoçəkilişlə şəxsi axtarış keçiriləcəyi bildirildi. Rahim də özü könüllü olaraq cibindən bir ədəd selofon bükümü çıxarıb masanın üzərinə qoydu, həmin kütlənin kakos, yəni narkotik vasitə olan heroin olduğunu və tanışı olan İran vətəndaşı şəxsdən aldığını bildirdi. Təqsirləndirilən şəxs2 evinə özünün də iştirakı ilə baxış keçirilib və narkotik vasitə aşkar olunub. Təqsirləndirilən şəxs2 evinə baxış keçirilməsində xatırladığı qədərilə işlədikləri polis şöbəsinin əməkdaşlarından əməliyyat müvəkkili Zöhrab Hüseynov, kriminalist Fariz Muradov və digər polis əməkdaşları iştirak ediblər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1, Şahid2 Şahid4 ilə eyni məzmunlu ifadə vermişdir. İbtidai istintaqda şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, təxminən 5 il olar ki, “kakos” kimi tanınan narkotik vasitə olan heroindən damara iynə vasitəsilə vurmaq yolu ilə qəbul edir. 3-4 ay əvvəl o, Bakı şəhərindən Xaçmaz rayonuna qayıdan zaman Sumqayıt şəhəri, H.Z:Tağıyev qəsəbəsində düşmüşdür ki, kiminləsə münasibət yaradıb özünə narkotik alsın. Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşən bazarın qarşısında özünü Əli kimi təqdim edən şəxslə təsadüfən tanış olmuşdur. Əli ona həmin qəsəbədə yaşadığını bildirmişdir. Onlar söhbət əsnasında biri-birinin narkotik qəbul etdiyini biləndən sonra mobil telefon nömrələrini götürmüşlər ki, zəngləşib görüşsünlər. Bundan bir müddət sonra onlar həmin qəsəbədə görüşmüş və hətta ikisi birlikdə narkotik qəbul etmişlər. 13 dekabr 2019-cu il tarixdə, günorta saatlarında o, Əliyə zəng edərək Xaçıııazdan çıxıb Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsinə yola düşdüyünü bildirmişdir. Məqsədi bu olmuşdur ki, Əli ilə görüşüb söhbəti açaraq narkotik alsın. Onlar saat 16 radələrində həmin qəsəbədə yerləşən bazarın qarşısında görüşmüşlər. O, söhbəti açaraq Əlidən narkotik istəmişdir. Əli ona bir büküm “kakos” kimi tanınan narkotik vasitə olan heroini 50 manata satmışdır. O, Əli ilə sağollaşaraq Xaçmaza qayıtmışdır. 13 dekabr 2019-cu il tarixdə, saat 20 radələrində Xaçmaz rayonıı, N.Nərimanov küçəsində yerləşən Xaçmaz rayon Mərkəzi Xəstəxanasının qarşısında dayanmış taksilərdən birinə yaxınlaşıb xahiş etmişdir ki, onu yaşadığı ünvana aparsın. Taksiyə əyləşmişdir ki, ona yaxışlaşan 3-4 nəfər mülki geyimdə olan şəxs özlərini təqdim edərək Xaçmaz RPŞ-nin əməkdaşları olduqlarını bildirmiş və onu polis şöbəsinə dəvət etmişlər. O, özünü şübhələndirməmək üçün polis əməkdaşlarına heç bir etiraz etməmiş və onlarla birlikdə Xaçmaz rayon Polis Şöbəsinə getmişdir. Yolda gedərkən polis əməkdaşları onun hərəkətlərinə nəzarət etdikləri üçün üzərindəki narkotiki özündən kənarlaşdıra bilməmişdir. Polis şöbəsində videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış aparılacağı ona izah olunmuş və o, yenə də etiraz etməmişdir. Şəxsi axtarış keçrilməzdən əvvəl özünü Xaçmaz polis şöbəsinin müstəntiqi kimi təqdim edən Elxan adlı polis əməkdaşı ona üzərində qanunla qadağan olunan nə varsa, hamısını çıxardaraq təqdim etməyini təklif etmişdir. O, üzərində olan kakosu yəni, narkotik vasitə olan heroini təqdim etmədiyi halda, məcburi şəkildə götürüləcəyini başa düşüb, könüllü olaraq əynindəki gödəkçənin sağ yan cibindən salfet kağızına bükülmüş bir ədəd sellofan bükümü çıxardıb masanın üzərinə qoyaraq təqdim etmişdir. Bu bükümü açarkən içərisindən qəhvəyi rəngli kütlə aşkar olunmuşdur ki, o, bu kütlənin kakos, yəni narkotik vasitə olan heroin olduğunu etiraf edərək, həmin heroini saat 16 radələrində Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində Əli adlı tanışından 50 manata öz istifadəsi üçün aldığını bildirmişdir. Bundan sonra üzərindən aşkar edilmiş içərisində heroin olan büküm müstəntiq tərəfindən kağız zərfdə qablaşdırılaraq bu barədə protokol tərtib edilmişdir. Protokol ucadan oxunmuş, protokolun məzmunu olduğu kimi yazıldığı üçün əvvəlcə o, sonra isə iştirakçılar protokola və maddi sübut kimi götürülmüş içərisində narkotik vasitə kakosun olduğu bükümün qablaşdırıldığı kağız zərfin üzərinə imzalayaraq protokolun doğruluğunu və qablaşdırmamn tamlığım təsdiq etmişlər. Cinayət işi materiallardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş bir ədəd zərfdəki iki ədəd bükümdə ayrı- ayrılıqda təmiz çəkiləri 0,693 və 2,685 qram - ümumi təmiz çəkisi 3,378 qram heroinin, Təqsirləndirilən şəxs3 üzərindən aşkar edilərək götürülmüş bir ədəd zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 1,234 qram heroinin, Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilərək götürülmüş bir ədəd zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 25,918 qram heroin, sonuncunun kirayədə yaşadığı evdən bir ədəd zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 3,303 qram narkotik vasitə heroinin və bir ədəd bükümdə təmiz çəkisi 2,155 qram olan maddə xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkin, təqsirləndirilən şəxslər - Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilərkən və sonuncunun kirayədə yaşadığı evə baxış keçirilən zaman videoçəkilişlər aparılmış və video çəkilişdə təqsirləndirilən şəxslər hər biri ayrı ayrılqda narkotik vasitələrin onlara məxsus olmasını və satışını etiraf etmişdirlər, qeyd oluna videoçəkilişlər 4 (dörd) ədəd DVD diskə köçürülmüş və iş materiallarına əlavə edilmişdir. Məhkəmə iş üzrə sübutlara qiymət verərək, hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olmaları sübüta yetirilir və onların törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi ilə tövsif edilmişdir. Cinayət işində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasına dair 15 dekabr 2019-cu il tarixli, 30892 nömrəli ekspert rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs1...” sözlər və imzalar olan bir ədəd zərfdəki iki ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 0,693 və 2,685 qram - ümumi təmix çəkisi 3,378 qram olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindirləı* və onlar tərkiblərinə görə eynidirlər (tədqiqata sərf edildi: 0,1 qram, qalıq 3,278 qram). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasına dair 17 dekabr 2019-cu il tarixli, 31156 nömrəli ekspert rəyində göstərilmişdir ki, tədqiqata- təqdim1 'olunmuş üzərində “Təqsirləndirilən şəxs3...” sözlər və imzalar olan bir ədəd zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 1,234 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir (tədqiqata sərf edildi: 0,05 qram, qalıq 1,184 qram). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasına dair 17 dekabr 2019-cu il tarixli, 31157 nömrəli ekspert rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs2...” sözlər və imzalar olan bir ədəd zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 25,918 qram olan maddə və üzərində “Təqsirləndirilən şəxs3...” sözlər və imzalar olan bir ədəd zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 1,234 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və həmin heroinlər xarici görünüşünə və kimyəvi tərkibinə görə eynidirlər (tədqiqata sərf edildi: 0,05 qram, qalıq 25,868 qram). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasına dair 04 fevral 2020-ci il tarixli, 782 nömrəli ekspert rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs2 kirayədə yaşadığı...” sözlər və imzalar olan bir ədəd zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 3,303 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və bir ədəd bükümdə təmiz çəkisi 2,155 qram olan maddə xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkdir. Təqdim edilmiş 5 ədəd zərfdəki heroinlər xarici görünüşünə və kimyəvi tərkibinə görə eynidirlər. Tiryəkin təmiz çəkisi 2,155 qram, tədqiqata sərf edildi: 0,05 qram, qalıq 2,105 qram (obyekt Na 2) Heroinin təmiz çəkisi 3,303 qram, tədqiqata sərf edildi: 0,05 qram, qalıq 3,253 qram (obyekt Na 1) Heroiniıı təmiz çəkisi 25,868 qram, tədqiqata sərf edildi: 0,05 qram, qalıq 25,818 qr. (obyekt Na 3)Heroiniıı təmiz çəkisi 0,511 qram, tədqiqata sərf edildi: 0,05 qram, qalıq 0,461 qram (obyekt Na 4)Heroinin təmiz çəkisi 3,278 qram, tədqiqata sərf edildi: 0,08 qram, qalıq 3,198 qram (obyekt Na 5-6)Heroinin təmiz çəkisi 1,184 qram, tədqiqata sərf edildi: 0,05 qram, qalıq 1,134 qram (obyekt Na 7) Cinayət işində olan cinayət törətməkdə şübhə edilən şəxsin tutulması haqqında 15 dekabr 2019-cu il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işində olan cinayət törətməkdə şübhə edilən şəxsin tutulması haqqında 17 dekabr 2019-cu il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 həmin tarixdə şübhəli şəxs kimi tutulmuşlar. Cinayət işində olan məhkəmə narkaloji ekspertizasının 30.01.2020-ci il tarixli «242» nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyinin əlamətləri aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Cinayət işində olan məhkəmə narkaloji ekspertizasının 30.01.2020-ci il tarixli «245» nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs3 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyinin əlamətləri aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Cinayət işində olan məhkəmə narkaloji ekspertizasının 30.01.2020-ci il tarixli «243» nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyinin əlamətləri aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Cinayət işində olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 oğlu yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işində olan nikah və doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 ilə X1 birgə nikahından 23.02.2005-ci il təvəllüdlü Fərid və 31.08.2007-ci il təvəllüdlü Fatimə adlı azyaşlı övladları var. Cinayət işindən müəyyən olur ki, Təqsirləndirilən şəxs3 23.08.2008-ci il təvəllüdlü Xanım və 15.05.2010-ci il təvəllüdlü Aysu adlı, Təqsirləndirilən şəxs2 26.07.2004-cü il təvəllüdlü Səbinə adlı yetkinlik yaşına çatmıyan övladı vardır. Məhkəmə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən onların hər birinin şəxsiyyətini, törətmiş olduqları cinayətin xarakteri və ictimai təhlükəliliyini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxslərin üzərlərindən aşkar olunan narkotik vasitə hesab edilən heroinin satmaq niyyətində olmamaları barədə verdikləri ifadələlərinə eyni zamanda Təqsirləndirilən şəxs2 üzərində narkotik vasitənin olmaması barədə verdiyi ifadəsinə tənqidi yanaşır və onların ifadələrini özünü müdafiə edilməsi kimi qiymətləndirir və hesab edir ki, onlar cinayət məsuliyyətindən yayınmaq üçün digər sübutlarla öz təsdiqini tapan ilkin ifadələrindən imtina edirlər. Cinayət işindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs2 ACDİÜ Məhkəmənin 20.07.2007-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinməklə 8 il müddətinə azadlıqdan məhrum edilmiş, 15.03.2015-ci ildə cəzasının sonu ilə azad edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.2.2-ci maddəsinə əsasən qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə cinayətlərin təhlükəli residivini yaradır. Təqsirləndirilən şəxs2 ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını çəkməkdən azad edildiyi tarixdən qanunla müəyyən edilmiş 6 il müddət keçməmiş yənidən ağır cinayət törətməsi cinayətlərin təhlükəli residivini yaradır. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 törətdikləri cinayət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən ağır cinayətlər kateqoriyasına aiddir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcələnnin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin məcəllənin ümumi hissələrinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən cinayətin məqsədi və motivini, təqsirkarların cinayətin törədilməsində rolunu nəzərə alıb hər birinin barəsində təqsirli bilindiyi cinayət qanununun normasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə ilə əlaqədar cəzanın seçilməsini və cəzalarını tutulduqları vaxtdan, yəni Təqsirləndirilən şəxs1 oğlunun 15 dekabr 2019-cu il tarixdən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 17 dekabr 2019-cu il tarixdən hesablanmaqla, cəzalarını Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ümumi rejimli Təqsirləndirilən şəxs2 ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, himayəsində iki azyaşlı övladının olmasını, narkotik vasitənin istifadəsi əməlindən peşman olmasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs3 himayəsində iki azyaşlı övladının olmasını, narkotik vasitənin istifadəsi əməlindən peşman olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 əməlində iş üzrə cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs2 himayəsində yetkinlik yaşına çatmıyan övladının olmasını, narkotik vasitənin istifadəsi əməlindən peşman olmasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətlərin təhlükəli residivi cəzasını ağırlaşdıran haldır. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının CM-də dəyişikliklər edilməsi haqqında” 07.03.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübutlar olan və Xaçmaz RPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan ümumi təmiz çəkisi 3,253 qram heroin, 3,253 qram heroin 25,818 qram heroin, 0,461 qram heroin, 3,198 qram heroin, 1,134 qram heroin və 2,105 qram xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryək məhv edilməli, təqsirləndirilən şəxslər - Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 yə Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilərkən və sonuncunun kirayədə yaşadığı evə baxış keçirilən zaman aparılmış videoçəkilişlərin köçürüldüyü 4 (dörd) ədəd DVD diskin cinayət işində saxlanılması nəzərə alınmalı, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1.1-ci madddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli, iş üzrə ekspertiza xərci təşkil edən 260 (iki yüz atmış) manat Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 müştərək qaydada alınaraq dövlət büdcəsinə verilməli və barələrində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197 və 198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş üzrə mülki iddia verilməmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək, 6 (altı) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 15 dekabr 2019-cu il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 9 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 17 dekabr 2019-cu il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 17 dekabr 2019-cu il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93-1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Xaçmaz RPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan ümumi təmiz çəkisi 3,253 qram heroin, 3,253 qram heroin 25,818 qram heroin, 0,461 qram heroin, 3,198 qram heroin, 1,134 qram heroin və 2,105 qram xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryək məhv edilsin, təqsirləndirilən şəxslər - Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 yə Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilərkən və sonuncunun kirayədə yaşadığı evə baxış keçirilən zaman aparılmış videoçəkilişlərin köçürüldüyü 4 (dörd) ədəd DVD diskin cinayət işində saxlanılması nəzərə alınsın. İş üzrə ekspertiza xərci təşkil edən 260 (iki yüz atmış) manat Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 müştərək qaydada alınaraq dövlət büdcəsinə keçirilsin. Hökmdən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar