Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-361/2022 14.04.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Zeynal Qurban oğlu Ağayevin sədrliyi ilə, Hakimlər: X3 və Səbuhi Sabir oğlu Hüseynovdan ibarət tərkibdə, Məhəmməd Arif oğlu Kazımovun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri “Yusifbəyli və Partnyorları” vəkil bürosunun vəkili X2, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs iştirakı ilə, Təqsirləndirilən şəxs – (xx.xx.1969-cu il tarixdə Masallı rayonu, Kalinovka kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, Masallı rayonu, Şıxlar ərazisi dairəsi, Şıxlar kəndində qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Belə ki, o, 20 iyul 2021-ci il tarixdə saat 03:30 radələrində ünvan 1 ünvanda sərxoş vəziyyətdə birlikdə kirayə yaşadığı otaq yoldaşı Zərərçəkmiş şəxs onu yuxudan oyatmasını bəhanə gətirib heç bir əsaslı səbəb olmadan, hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoyub, ümumi davranış qaydalarına saymamazlıq nümayiş etdirərək xuliqanlıq niyyəti ilə otaqda masanın üzərindəki soyuq silah hesab edilməyən zavod üsulu ilə istehsal olunmuş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan təsərrüfat-məişət təyinatlı mətbəx bıçağını götürüb Zərərçəkmiş şəxs bir dəfə vuraraq, ona döş qəfəsi nahiyəsinin sol yarısının ön divarından daxilə-sol plevra və qarın boşluqlarına nüfuz edən sol tərəfli hemotoraks, diafraqmanın sol yarısının, qaraciyərin və kiçik piyliyin kəsilmiş-deşilmiş yaraları, daxili qanaxma və hemorragik şok ilə nəticələnən bir ədəd deşilmiş - kəsilmiş yara ilə müşayiət olunan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, ünvan 2 ünvanda bir neçə şəxslərin ümumi kirayədə yaşadığı evdə kiryədə yaşamış və “Həzi Aslanov” metrostansiyasının qarşısında avtomobil dayanacağında avtomobillərə nəzarət edərək çorək pulu qazanmışdır. Zərərçəkmiş şəxs da 3 gün imiş ki, onunla birlikdə mənzildə kirayədə qalırmış. 19 iyul 2021-ci il tarixdə saat 23 radələrində işdən çıxıb evə gəlmiş, qonşularla həyətdə oturub söhbət etdikdən 2 saat sonra yaşadığı evə getmişdir. Həmin vaxt evdə olan Elvin telefonunda yüksək səslə nəyəsə baxırmış. O, Elvinə demişdir ki, telefonu söndürsün, hər ikisi işdən gəlmişlər və yorğundur. Bu da Elvinin xoşuna gəlməmiş, təxminən 30 dəqiqə sonra yatmış vəziyyətdə olduğu zaman Elvin və onun yanında olan tanışları Şamo və Əhməd onu vuraraq döymüşlər, onun qabırğasını və çənəsini sındırmışlar. O da özünü qorumaq üçün masanın üstündə olan mətbəx bıçağını götürüb Elvinin ayağından vurmuşdur ki, onu döyməsinlər. O, Elvini bıçaqla vurandan sonra Elvin qışqırmış və səsə kirayədə yaşayan qonşular gəlmişdir. Elvini vurandan sonra otaqdan çıxmamış, sonra Təcili Tibbi Yardım maşını gələrək Elvini xəstəxanaya aparmışdır. Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı verdiyi ifadəsi ilə məhkəmədə verdiyi ifadə arasında ziddiyət olduğu üçün onun ibtidai araşdırma zamanı verdiyi ifadəsi məhkəmədə elan olunmuşdur. Həmin ifadəsində o özünü Azərbaycan Respublikası CM-in 126.2.4-cü maddəsi ilə ona elan edilmiş ittihamda təqsirli bilərək ifadəsində göstərmişdir ki, Masallı rayonu, Şıxlar ərazi dairəsi, Şıxlar kəndində qeydiyyatdadır. O, Bakı şəhərində gündəlik evlərdə yaşamış və çörək pulu qazanmaq üçün metroların qarşısında avtomobil dayanacaqlarında avtomobillərə nəzarət edərək pul qazanmışdır. Həbs olunmazdan təxminən bir aya yaxın müddət ərzində Bakı şəhəri, Xətai rayonu, 8-ci Əhmədli küçəsi, 2-ci döngə, ev 8 ünvanında günü 2 manat olmaqla kirayədə yaşamışdır. Həmin vaxtlar isə «Həzi Aslanov» metrostansiyasının qarşısında avtomobillərə nəzarət edərək çörək pulu qazanmışdır. Onun kirayədə yaşadığı ev bir otaqdan ibarət olmuşdur. Son 3 gün olmuşdur ki, kirayədə yaşadığı evə Elvin adlı oğlan gəlmiş və o da gündəlik kirayədə yaşamışdır. O, səhər saat 09:00 radələrində evdən çıxıb işinə getmiş və axşam saat 23:00 radələrində evə qayıdıb yatmışdır. Elvinin isə nə işlə məşğul olmasını bilməmişdir. 19 iyul 2021-ci il tarixdə axşam saat 23 radələrində o, işini bitirib evə qayıdarkən özünə marketdən bir butulka pivə almış və həmin pivəni içə-içə kirayədə yaşadığı evə getmişdir. Evə gələn zaman qonşuların həyətdə əyləşdiyini görüb o da qonşularla əyləşib yeyib içməyə başlamış və 2 saat sonra kirayədə yaşadığı evə getmişdir. Həmin vaxt onunla bir otaqda yaşayan Elvin də evdə olmuşdur. Elvin çarpayısında yatmış olmuş, o da evə gəldikdən sonra yorğun olduğu üçün öz çarpayısına uzanıb dincəlməyə başlamışdır. Saat təxminən 03:30 radələrində görmüşdür ki, Elvin onu yuxudan oyadır. O da yuxudan durub əsəbi olduğundan, həm də gecə içkinin təsiri altında yatdığından yatdığı yerdən ayağa qalxmışdır. Elvin onu səbəbsiz yerə yuxudan oyatmış, o da əsəbləşərək masanın üzərində olan mətbəx bıçağını götürüb bir dəfə Elvinin qarın nahiyəsindən vurmuşdur. Sonra səs-küyə kirayədə yaşadığı evin yan otağında kirayədə yaşayan qonşu gəlmiş, X6 maşını gəlmiş və Elvini xəstəxanaya aparmışlar. Mübahisəyə səbəb Elvinin onu heç bir səbəb olmadan yuxudan oyatması olmuşdur. Təqsirləndirilən şəxs istintaq zamanı verdiyi ifadəsinin bir qismini təsdiq etmədiyini, Elvinə xəsarət yertirməsinə səbəbi Elvin və dostlarının onun döyudükləri üçün olduğunu, həmin ifadənin müstəntiq tərəfindən düzgün yazılmadığını, həmin ifadələri oxumadan imzaladığını bildirmişdir. Məhkəmədə ifadə vermiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Xətai rayonu ərazisində avtomobil təmiri məntəqəsində avtomobil ustası işləyir. Əvvəllər Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində kirayədə yaşamış, lakin hadisədən 3 gün əvvəl Bakı şəhəri, Xətai rayonu, 8-ci Əhmədli küçəsi, 2-ci döngə, ev 8 ünvanında günü 2 manata kirayə yaşamışdır. Həmin yerdə 4 ayrı-ayrı otaqlar olmuş və həmin otaqlarda da başqa adamlar kirayə yaşamışlar. Onun qaldığı otaqda ondan başqa Təqsirləndirilən şəxs də kirayədə yaşamışdır. Həsən spirtli içki düşgünü olmuş və hər axşam evə sərxoş vəziyyətdə gəlmişdir. Birinci və ikinci gün o, işdən sonra evə gəldikdə yorğun olduğu üçün çarpayıya uzanıb yatmışdır. Həsən də evə sərxoş vəziyyətdə gec gələrək öz çarpayısına uzanıb yatmışdır. O, Həsənlə heç bir söhbət belə etməmiş və aralarında heç bir narazılıq belə olmamışdır. 19 iyul 2021-ci il tarixdə saat 22 radələrində işdən evə gəlmiş, evə gələrkən Həsənin çöldə evin həyətində qonşularla spirtli içki içdiyini görmüşdür. Yorğun olduğu üçün evə gedib çarpayıya uzanmış, saat 23 radələrində Həsən də sərxoş vəziyyətdə evə gələrək öz çarpayısına uzanmışdır. Gecə saat təxminən 03:30 radələrində qarın nahiyəsindən bərk ağrı hiss etmiş, gözlərini açdıqda Həsənin bıçaqla onun qarın nahiyəsindən vurduğunu görmüşdür. Sonra Həsən onu boğmağa başlamış, o, Həsənin əllərini tutaraq aralamış və sonuncunu özündən kənara itələyərək çarpayıdan qalxmışdır. O, bıçağın hələ də qarnında batıb qaldığını görüb əli ilə bıçağı dartaraq qarnından çıxardaraq stolun üzərinə atmışdır. O, qarın nahiyəsindən qan axtıdığını görüb tez bayıra qaçaraq qonşu otağın qapısını döyərək köməyə adam çağırmışdır. Həmin vaxt Həsənin onun arxasınca gəldiyini görüb yenidən onu vuracağından qorxaraq bərkdən qışqırmışdır. Həmin vaxt qonşu otaqlarda kirayədə yaşayan adlarını bilmədiyi şəxslər bayıra çıxaraq onu qucaqlayaraq «qorxma-qorxma» deyə onu sakitləşdirmişlər. O da qonşulara «qoymuyun o, məni öldürmək istəyir» demişdir. Həmin şəxslərdən biri Həsənin üstünə qışqıraraq «bundan nə istəyirsən?» soruşmuş, Həsən isə «o, mənim pulumu oğurlayıb» demişdir. Sonra qarın nahiyəsindən həddindən artıq qan axdığı üçün huşunu itirmişdir. Gözlərini açanda özünü xəstəxanada görmüş və əməliyyat olunduğunu bilmişdir. Hadisənin nə səbədən olmasını bilməmiş, Həsən onu səbəbsiz yerə bıçaqla vurmuşdur. Təqsirləndirilən şəxsə qarşı şikayətçidir və ona ağır cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid2 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Xətai rayonu, 8-ci Əhmədli küçəsi, 2-ci döngə, ev 8 ünvanında kirayədə qaldığı otaqda Raqif adlı əslən Yevlax rayonundan olan orta yaşlı kişi ilə birlikdə yaşamışdır. Özü tikintilərdə fəhlə işləmiş, hər gün saat 09:00 radələrində işə getmiş, işi bitirdikdən sonra axşam saat 20 radələrində kirayədə yaşadığı evə getmişdir. 19 iyul 2021-ci il tarixdə saat 22:00 radələrində işdən evə getmiş və yeməyini yeyib həyətə hava almağa çıxmışdır. Həmin vaxt saat təxminən 23 radələri olmuşdur. Həyətədə onunla birlikdə yaşayan Raqif və digər otaqda kirayə yaşayan Həsənin həyətdə stol arxasında oturaraq yemək yeyib spirtli içki içdiklərini görmüşdür. O, Raqif və Həsənə salam verib yanlarında oturmuş, lakin yemək yeməmiş və spirtli içki içməmişdir. O, Həsən və Raqifin yanında saat 02:00 radələrinə kimi əyləşmiş, sonra yuxusu gəldiyi üçün qaldığı otağa gedib yatmışdır. Saat 03:30 radələrində yuxudan səs-küyə ayılıb dəhlizə çıxanda görmüşdür ki, Həsən ilə bir otaqda kirayədə yaşayan cavan oğlan qarın nahiyəsini tutub oturmuşdür. Həmin şəxsin qarın nahiyyəsində qan izləri olmuş, onun yanında isə Raqif dayanmışdır. Həmin vaxt Həsən isə kənarda dayanıb baxırmış. O, tez evin sahibəsi Minayənin yuxudan oyadıb hadisə olması barədə məlumat vermişdir. Minayə ilə birlikdə yaxınlaşıb nə olmasını soruşduqda orada olanlar bildirmişlər ki, Həsən bıçaqla həmin oğlanın qarın nahiyəsindən vurmuşdur. Bundan sonra həyətdə kirayədə yaşayan Hikmət adlı oğlan da onlara yaxınlaş, Minayə X6a zəng vurmuş və həmin yerə X6 gələrək xəsarət almış oğlanı xəstəxanaya aparmışdır. Sonra həmin yerə polis əməkdaşları gəlmiş və Həsəni Xətai RPİ-nə aparmışlar. Hadisənin nə səbəbdən olmasını bilməmişdir, Həsəndən bunun səbəbini soruşanda sonuncu həmin oğlanın ona qarşı «çaşdığını» və bu səbədən onu vurduğunu demişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid4 ifadəsində göstərmişdir ki, ünvan 4 ünvanda ona məxsus həyətdə «ayrı-ayrı otaqlar vardır və həmin otaqların hər birində 2 nəfər olmaqla günü 2 manata kirayəşinlər yaşamışdır. Kirayəşinlərdən əslən Zaqatala rayonundan olan Hikmət və əslən Göyçay rayonundan olan Ramil adlı oğlanla birlikdə yaşamışdır. Digər otaqda Şamo və adını bilmədiyi kök kişi birlikdə kirayədə yaşamışdır. Bundan başqa həmin otaqlardan birində təxminən 1 ay olarmış ki, Masallı rayonundan olan Təqsirləndirilən şəxs kirayədə yaşamışdır. O, Həsəni çox vaxt işdən gələndən sonra görmüş, bildiyinə görə Həsən metronun qarşısında avtomobil nəzarətçisi kimi işləmiş, içki düşgünü olmuşdur. Həsən hər gün kirayədə yaşadığı evə sərxoş gəlmişdir. Həsənlə kirayədə qalan Zərərçəkmiş şəxs isə həmin yerə təxminən 3 gün olmuşdur ki, gəlmişdir. 20 iyul 2021-ci il tarixdə təxminən saat 03:30 radələrində evdə yatdığı zaman həyətdən səs-küy eşidib həyətə çıxanda görmüşdür ki, Zərərçəkmiş şəxs qarın nahiyəsini tutub oturmuşdur Həmin vaxt Elvinin qarın nahiyyəsin qan izləri olmuş, sonununun yanında isə bədəncə kök olan kişi və Şamo olmuşdur. O, nə olmasını soruşduqda ona bildirmişlər ki, Həsən adlı kişi bıçaqla Elvinin qarın nahiyəsindən vurmuşdur. Həmin vaxt Həsən də kənarda sərxoş vəziyyətdə dayanaraq baxırmış. Sonra digər kirayəşin Hikmət də yaşadığı otaqdan çıxaraq onlara yaxınlaşdır. Bundan sonra həmin yerə X6 çağırılmış və xəsarət almış oğlanı xəstəxanaya aparılmışdır. Sonra polis əməkdaşları hadisə yerinə gələrək Həsəni Xətai RPİ-nə aparmışlar. Mübahisənin səbəbini o, bilməmişdir. Məhkəmədə Şahid1 ibtidai istntaq zamanı verdiyi ifadəsi elan olunmuşdur. O həmin ifadəsində Şahid4 ifadəsindəki xüsusatları təsdiq etmişdir. Məhkəmədə Şahid3 ibtidai istntaq zamanı verdiyi ifadəsi elan olunmuşdur. O həmin ifadəsində göstərmişdir ki, Bakı şəhəri, ünvan 5 ünvanda həyətdə «ayrı-ayrı otaqlar olmuş və həmin otaqların hər birində 2 nəfər olmaqla günü 2 manata kirayəşinlər yaşamışdır. Həyətdə ev sahibəsi Minayə yaşamışdır. O, kirayədə qaldığı otaqda Şamo adlı şəxslə birlikdə yaşamışdır. Hər gün saat 08:00 radələrində işə getmiş, axşam saat 20 radələrində kirayədə yaşadığı evə gəlmişdir. 19 iyul 2021-ci il tarixdə təxminən saat 22:00 radələrində işdən evə gəlmiş və yemək yemək üçün həyətə çıxmışdır. Saat təxminən 23 radələrində həyətdə qoyulmuş masa arxasında əyləşib yemək yeməyə başlamışdır. Sonra ora qonşu otaqda kirayədə yaşayan Həsən də gəlmişdir. Həsən onun yemək yediyini görüb içki almaq üçün marketə getmiş və araq alıb geri qayıtmışdır. Həsən onunla birlikdə həyətdə stol arxasında oturaraq yemək yemiş və spirtli içki də qəbul etmişlər. Həmin vaxt onunla bir otaqda yaşayan Şamo da həyətə çıxaraq onların yanında əyləşmişdir. Şamo onlarla yemək yeməmiş və içki içməmişdir. Saat 02:00 radələrinə kimi onlar həyətdə oturub söhbət edib danışıb gülmüşlər. Bundan sonra Şamo onlarla sağollaşıb yatmaq üçün otağa keçmişdir. Təxminən 5 dəqiqə sonra o da yatmaq üçün qaldığı otağa keçib yatmışdır. O, otağa keçərkən Həsən hələ də həyətdə masa arxasında əyləşmişdir. Təxminən saat 03:30 radələrində yuxudan səs-küyə ayılmış və qaldığı otağın qapısının bərkdən döyüldüyünü eşitmişdir. Qapını açanda görmüşdür ki, Həsən ilə bir otaqda qalan adını dəqiq bilmədiyi cavan oğlan qarın nahiyəsini tutmuşdür həmin oğlanın qarın nahiyyəsində qan izləri olmuş və ondan kömək istəmişdir. O, tez həmin oğlanı qucaqlayıb dəhlizdə olan oturacaqda əyləşdirmiş, Həsən isə həmin vaxt kənarda dayanıb baxmışdır. Həmin vaxt səs-küyə Şamo da dəhlizə çıxaraq tez evin sahibəsi Minayənin yaşadığı evə getmiş və Minayəni yuxudan oyadıb hadisə olması barədə məlumat vermişdir. Minayə də onlara yaxınlaşmış, sonra həyətdə kirayədə yaşayan Hikmət də ora gəlmişdir. Minayə X6a zəng vurmuş və həmin yerə X6 gələrək xəsarət almış oğlanı xəstəxanaya aparmışdır. Eyni zamanda polis əməkdaşları hadisə yerinə gəlib Həsəni də Xətai RPİ-nə aparmışlar. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli üzrə təqsirli olması özünün qismən etirafı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, müvafiq ekspertiza rəyləri ilə yanaşı məhkəmədə tədqiq edilən digər sübut növləri ilə tam sübuta yetirilmişdir. Cinayət işinin materiallarında olan 22.07.2021-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisə ünvan 1 ünvanda yerləşən bir otaqlı evdə baş vermiş, otaqda olan masanın üzərində bir ədəd dəstəyi bənövşəyi rəngli və qırmızı zolaqlı, tiyəsində qızırmı rəngli qana bənzər ləkələr olan bıçağın olması aşkar edilmişdir. Cinayət işinin materiallarında olan 20.07.2021-ci il tarixli “götürmə aparılması haqqında” protokoldan görünür ki, 20 iyul 2021-ci il tarixdə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vuraraq xəsarət yetirdiyi 01 ədəd bıçaq Bakı şəhəri, Xətai rayonu, 8-ci Əhmədli küçəsi, 2-ci döngə, ev 8 ünvanından maddi sübut kimi götürülmüşdür. Cinayət işinin materiallarında olan "şübhəli şəxsin tutulması haqqında" protokoldan görünür ki, Təqsirləndirilən şəxs 20 iyul 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan Bakı şəhəri Xətai rayon Məhkəməsinin 22 iyul 2021ci il tarixli 4(011)-305/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 20 iyul 2021-ci il tarixdən hesablanmaqla “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan edilmiş məhkəmə-tibbi ekspertizasının 23.09.2021-ci il tarixli, 858 saylı rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs bədənində müəyyən edilmiş xəsarət - döş qəfəsi nahiyəsinin sol yarsının ön divarından daxilə - sol plevra və qarın boşluqlarına nüfuz edən sol tərəfli hemotoraks, diafraqmanın sol yarsının, qaraciyərin və kiçik piyliyin kəsilmiş-deşilmiş yaraları, daxili qanaxma və hemorragik şok ilə nəticələnən bir ədəd deşilmiş - kəsilmiş yara deşici - kəsici əşyanın, ola bilsin bıçağın təsirindən törənmişdir , qərarın təsviri hissəsində göstərilən və xəstəlik tarixində qeyd olunan 20.07.2021-ci il tarixdə və şəraitdə, yəni kənar şəxs tərəfindən yetirilə bilərdi və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir. Cinayət işinin materiallarında olan məhkəmə-tibbi bilolji ekspertizasının 05.08.2021ci il tarixli, 540/2021-MTBŞ saylı rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qrup göstəricisi: A/İİ/. (Təqdim edilmiş sənədə əsasən). Ekspertizaya təqdim edilmiş mayka üzərində insan qanı aşkar olundu. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə təyin olunduqda A və H antigenləri alındı. Göstərilən qan ləkələri A/H//İİ/ qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs məxsus ola bilər. (Əgər onun qanında müşayiətçi H antigeni varsa). Cinayət işinin materiallarında olan məhkəmə-tibbi kriminalistik ekspertizasının 26.08.2021-ci il tarixli, 374/2021-MTKŞ saylı rəyində göstərilmişdir ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynəyin ön hissəsinin sağ-orta nahiyəsində bir ədəd deşilmiş-kəsilmiş zədə aşkar edildi. Bu zədə iti ucu, iti ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin təsirindən əmələ gəlmişdir. Cinayət işinin materiallarında olan məhkəmə-ballistik ekspertizasının 30.07.2021-ci il tarixli, 3/1284 saylı rəyində göstərilmişdir ki, təqdim edilmiş 01 (bir) ədəd bıçaq zavod üsulu ilə istehsal olunmuş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan təsərrüfat-məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. Cinayət işinin materiallarında olan kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 04.09.2021-ci il tarixli, 2046 saylı rəyində göstərilmişdir ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda hər hansi bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Bunu cinayət işi materialları, həmin cinayət işindəki anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, şahid ifadələrində onda hər hansı psixi pozuntu əlamətləri tesvir olunmamış, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Məhkəmə-psixoloji ekspertizası üzrə motivləşdirici hissə: aparılmış eksperimental-psixoloji müayinə gedişində idrak prosessləri, dünya görüşü, intellektual imkanlarının normaya uyğun olması müəyyən edilir. Emosional- iradi sferasında qıcığa qarşı həssalığı, emosional qeyri-sabitliyi aşkar olunur. Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, kəmağıllılıq, psixi fəaliyyətin müvəqqəti pozulması və ya hər hansı bir psixi xdstəliyin əlamətləri aşkarlanmır. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs hər hansı bir psixi xəstəliyin əlamətləri müəyyən edilmir, onun barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs 12.05.2011-ci il tarixdə Xəzər Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 04 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və 25.09.2014cü il tarixdə Salyan Rayon Məhkəməsinin 24.09.2014-cü il tarixli qərarı ilə 10 ay 14 gün cəzadan vaxtından əvvəl şərti azad edilm iş və 10.08.2015-ci il tarixdə cəza müddəti başa çatmışdır. Hazırda məhkumluğu yoxdur. Cinayət işinin materiallarından məlum olur ki, Zərərçəkmiş şəxs hadisə zamanı əyinində olmuş 1 ədəd köynək maddi sübut kimi tanınmış və saxlanması üçün Xətai RPİnin saxlanc anbarına təhvil verilmişdir. Məhkəmə araşdırılmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsində nəzərdə tutulan əməli törətməsini, əməlində cinayət tərkibinin olmasını, bununla da onun təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. İbtidai araşdırma orqanı tərəfindən onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadələrini özünü müdafiə məqsədi ilə uydurulmuş ifadələr kimi qiymətləndirir. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. O, törətdiyi əmələ görə təqsirli bilinib cəzalanmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, eləcə də iş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə almışdır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrində nəzərdə tutulan cəzasını ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs ilk dəfə ağır cinayət törətdiyinə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduğu üçün o, cəzasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. "Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında" 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə istintaqı nəticəsində təqsirləndirilən şəxsin cinayət yolu ilə əldə etdiyi əmlak müəyyən edilməmişdir. Qeyd edilən normaların tələblərinə əsasən əmlak müsadirəsi məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Cinayət işi üzrə mülki iddia və ekspertiza xərci yoxdur. Bundan əlavə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1 və 132.1.7-ci maddələrinə əsasən şəxsin cinayət törədərkən istifadə etdiyi alət və vasitələr müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Cinayət işi üzrə maddi sübut olan Xətai RPİ-nin saxlanc anbarına təhvil verilmiş 01 ədəd mətbəx bıçağı və 01 ədəd köynək hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş "həbs" qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan – 20 iyul 2021-ci il tarixdən hesablanmalıdır. Cinayət işi üzrə ekspertiza tədqiqatının dəyəri 64 (altmış dörd) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri “Yusifbəyli və Partnyorları” vəkil bürosunun vəkili X1 180 (yüz səksən) manat məbləğində pul ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193, 346, 347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan – 20 iyul 2021-ci il tarixdən hesablansın. Barəsində xüsusi müsadirə təbiq edilməsin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cinayət işi üzrə maddi sübut olan Xətai RPİ-nin saxlanc anbarına təhvil verilmiş 01 ədəd mətbəx bıçağı və 01 ədəd köynək hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Cinayət işi üzrə ekspertiza tədqiqatının dəyəri 64 (altmış dörd) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri “Yusifbəyli və Partnyorları” vəkil bürosunun vəkili X1 180 (yüz səksən) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan məhkuma hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə hökm çıxarılandan 20 (iyirmi) gün sonra qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-361/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-361/2022
14.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver