Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-361/2023 20.04.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əsgərova-X3 (sədrlik edən), Sadıxov Rasim Əkrəm oğlu və Kərimov Novruz Ağakərim oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X4, X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X2, müdafiəçi – Azərbaycan Respublikasının Vəkillər Kollegiyası “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxx 1978-cu il tarixdə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Kürdəmir rayonu, Topalhəsənli kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.4 və 157.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs zor tətbiq etməklə mənzildə yaşayan şəxsin iradəsi ziddinə mənzilə daxil olmaqla xüsusi amansızlıqla qəsdən həmin şəxsi öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir. Belə ki, 03 iyul 2022-ci il tarixdə, saat 14 radələrində sevgi münasibətlərində olduğu Zərərçəkmiş şəxs son günlər onunla əlaqələrini kəsib başqa şəxslərlə görüşməsini qısqandığı üçün, həmçinin onun və ailə üzvlərinin ünvanına mobil telefonda nalayiq ifadələr işlətməsindən qəzəblənərək ondan qisas almaq məqsədilə şalvarının arxa sağ cibində saxlayıb gəzdirdiyi məişət təyinatlı, qatlanan tipli cib bıçağı ilə Zərərçəkmiş şəxs yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, X17 kompleksi, bina 6, mənzil 18 ünvanının qarşısına gəlib Zərərçəkmiş şəxs qapını açmasından istifadə edərək sonuncunun boğazından tutub və içəriyə doğru itələyib mənzilin dəhlizinin döşəməsi üzərinə yıxmaqla sonuncunun iradəsi ziddinə mənzilə daxil olmuş və üzərindəki bıçaqla əsasən bədənin həyat üçün vacib orqanlarının yerləşdiyi döş qəfəsi, qarın və kürək nahiyəsinə olmaqla, müxtəlif nahiyələrinə çoxsaylı zərbələr vuraraq, sonuncunun aldığı çoxsaylı xəsarətlərdən ağrı və iztirab çəkməklə öldürülməməsinə dair yalvarışlarına məhəl qoymadan müstəsna dərəcədə qəddarlıq və rəhmsizlik göstərərək Zərərçəkmiş şəxs özünü müdafiə etmək üçün əlləri və ayaqları ilə müqavimət göstərən zaman o, zərbələr vurmaqda davam edərək sonuncunun müqavimətini qırdıqdan sonra bıçaq zərbələri vurmağa davam etmiş, Zərərçəkmiş şəxs və səs-küyə gələn qonşu Şahid1 qışqıraraq kömək çağırması səbəbindən hadisə yerini tərk etmək üçün mənzildən çıxaraq binanın həmin mərtəbəsindəki dəhlizində olan liftə yaxınlaşdığı zaman, liftin qarşısında Zərərçəkmiş şəxs onun arxasınca gəldiyini görüb öz cinayətkar niyyətini başa çaldırmaqda israrlılıq nümayiş etdirərək bıçaqla Zərərçəkmiş şəxs kürək nahiyəsinə daha iki zərbə vurub sonuncuya hər biri ayrı-ayrılıqda və ümumilikdə canlı şəxslərdə sağlamlığa zərərvurmayan dərəcəsi təyin edilməyən xəsarətlər olan sol bazunun orta 1/3-nin bayır səthinin və sol budun orta 1/3-nin bayır səthinin səthi kəsilmiş yaraları, hər biri ayrıayrılıqda və ümumilikdə canlı şəxslərdə sağlamlığa yüngül zərərvurmanın əlamətlərinə malik döş qəfəsinin sol və sağ aşağı iç səthlərinin döş boşluğuna nüfuz etməyən iki ədəd, sağ süd vəzi üzərində döş boşluğuna nüfuz etməyən üç ədəd, gövdənin arxa səthində kürəkarası nahiyənin solda döş boşluğuna nüfuz etməyən iki ədəd, sol kürəkaltı nahiyənin boşluqlara nüfuz etməyən iki ədəd, sol saidin aşağı 1/3-nin ön-iç səthinin bir ədəd, sol budun orta 1/3-nin bayır səthinin bir ədəd, sol diz oynağı nahiyəsinin ön səthinin iki ədəd (cəmi on üç ədəd) deşilmiş-kəsilmiş yaraları və sol əlin İİİ barmağının dırnaq falanqasının ovuc səthinin bir ədəd kəsilmiş yarası, kəskin qanitirmə, qanitirmə şoku ilə müşayiət olunan döş qəfəsinin sol yan səthinin döş boşluğuna nüfuz edən ürək kisəsini zədələyən bir ədəd, qarının aşağı şöbəsinin sol yan səthinin qarın və döş boşluqlarına nüfuz edən diafraqmanı zədələyən bir ədəd qarının aşağı şöbəsinin sol yuxarı səthinin qarın boşluğunu nüfuz edən bir ədəd, sol kürək nahiyəsinin döş boşluğunu nüfuz edən ağ ciyərin sol yuxarı payını zədələyən bir ədəd (cəmi dörd ədəd) deşilmiş-kəsilmiş yaraları kimi hər biri ayrı-ayrılıqda və ümumilikdə canlı şəxslərdə sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malik olan zərərçəkmişin ölümünə səbəb olan xəsarətlər yetirərək Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan mənzildə yaşayan Zərərçəkmiş şəxs zor tətbiq elməklə iradəsi ziddinə yaşadığı mənzilə daxil olmuş və sonuncunu xüsusi amansızlıqla qəsdən öldürmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə 3 ildir ki münasibətləri yaranmışdır. O, Aynurə ilə əvvəllər eyni binada yaşamış, o zamandan bəri bir-birini tanımışdırlar. Aynurəgilin həyat yoldaşı həbs olunmuşdur. Həmin zaman onlar sevgili olmamışdırlar. Daha sonra məclislərin birində onunla səmimi münasibəti yaranmış və hadisə baş verən günə kimi davam etmişdir. O, Aynurəyə ipotekaya ev götürməsi, həmin evi təmir etməsi və fərqli-fərqli məsələlərə görə dəfələrlə maddi yardım etmişdir. Onun tanıdığı zamandan bəri Aynurə gözəllik salonunda çalışmışdır. Zərərçəkmiş şəxs onların münasibətlərini anasının və böyük oğlunun bilməsini heç vaxt istəməmiş, lakin balaca oğlu dəfələrlə onları birlikdə görmüşdür. O, uzun müddətdir ki, meyvə-tərəvəzlərin satışı ilə məşğul olur, bu səbəbdən Aynurənin balaca oğlu vasitəsilə onların evlərinə meyvə tərəvəz göndərmişdir. O, ailəli olsa da, “Aynurə” ilə sevgi münasibətində olmuşdur. O, aylıq olaraq 200-300 manat arasında ona pul vəsaiti göndərməklə Aynurənin ipoteka krediti vasitəsilə əldə etdiyi evin ilkin ödənişinə, aylığına, təmirinə və bu kimi bütün xərclərinə kömək etmişdir. Aynurə onların yaşadığı yerdən “Zığ” adlanan əraziyə köçsə də onların münasibəti yenə də davam etmişdir. Uşaqları evdə olmayan zaman o, Aynurənin yanına gedib-gəlmişdir. Hadisə baş verməmişdən bir neçə gün əvvəl Aynurə ona rayona gedəcəyini bildirmişdir. O, Aynurənin dediklərini yoxlamaq üçün sonuncunun balaca oğlunun telefon nömrəsinə zəng etmişdir. Zənginə cavab verən Aynurənin anası qızının rayona gəlmədiyini, Bakıda olduğunu bildirmişdir. O da bu səbəbdən Aynurənin yaşadığı evə getmiş, evin qapısını dəfələrlə döymüş, lakin qapını açan olmamışdır. Əvvəlcə Aynurənin yatdığı üçün onun zənglərinə cavab vermədiyini düşünmüş, blokun qarşısında bir az gözləmək qərarına gəlmişdir. Blokun qarşısında gözləyən zaman isə Zərərçəkmiş şəxs tanımadığı bir avtomobildən düşdüyünü görmüşdür. O, Aynurədən hansı səbəbdən ona yalan danışmasını soruşduğu zaman sonuncu ona qarşı nalayiq ifadələr işlətmişdir. Aynurə ona “həyat yoldaşının yanına 3-4 oğlan gətizdirəcəm, sənin atan məlum deyildir” kimi və buna oxşar məzmunlu nalayiq ifadələr işlətmiş, o, Aynurəyə təhqir etməsini dayandırmasını bildirmişdir. Onun Aynurəyə qarşı həddən artıq sevgisi olmuş, hər zaman hər bir çətinliyində kömək olmuş, amma Aynurə bunu göz ardı edərək, ona yalan danışaraq başqa şəxslərlə münasibətdə olmuşdur. O, hadisə baş verən günü Aynurə qapını açdıqdan sonra içəri necə girdiyini, sonuncuya necə və neçə dəfə zərbə vurduğunun heç birini xatırlamır. O, Aynurənin yaşadığı mənzilin qapısını açan kimi ona və ailəsinə qarşı işlətdiyi nalayiq ifadələri eşitməmək üçün sonuncunun boğazından tutaraq içəri girmiş, onu divara dirəmiş, lakin daha sonra baş verənləri xatırlamır. Aynurə ona qələt eləmişəm, “pox yemişəm” dedikdən sonra o, zərbə vurmağı dayandırmışdır. O, bir gün sonra dərk etmişdir ki, Aynurəni öldürmüşdür. O, qısqanc olduğu üçün Aynurənin başqa şəxslərlə danışmasını, münasibəti olmasını qəbul edə bilməmişdir. O, Aynurənin ailəsinə öz ailəsi kimi baxmışdır. Həmin gün bıçaq məqsədli şəkildə onun üzərində olmamışdır.Daima üzərində bıçaq daşımasa da, meyvə-tərəvəz satışı ilə məşğul olduğu üçün bıçaq ona tez-tez lazım olmuş, həmin gün də üzərində bıçaq o səbəbdən olmuşdur. Aynurə ilə hadisə baş verməmişdən 1-2 gün öncə münasibəti pozulmuşdur. Aynurə onu anasına zəng etdiyi üçün dəfələrlə təhqir etmişdir. Aynurə ona rayonda olduğunu bildirdikdən sonra telefonu söndürmüşdür. Hadisə baş verən günün səhəri Aynurə ona telefonda nalayiq “mesajlar” göndərmiş, ona və ailəsinin ünvanına söyüşlər ünvanlamışdır. O, Aynurəyə bu qədər dəyər verdiyi halda ona və ailəsinin ünvanına nalayiq ifadələr işlətməsinin səbəbini öyrənmək üçün ora getmişdir. Aynurə yaşadığı mənzilin qapısını hirsli şəkildə açdıqdan sonra ona hansı səbəbdən nalayiq ifadələr işlətməsinin səbəbini aydınlaşdırmaq istəmişdir. Əgər o, Aynurəni vurmaq istəsəydi bu hərəkəti binanın qarşısında maşından düşən zaman edərdi. O, bir gün sonra Polis İdarəsində başa düşmüşdür ki, adam öldürüb. O hadisəni törətdikdən sonra oğluna səs atmışdır ki, adam vurub, lakin kimi və necə vurduğu barədə heç nə deməmişdir. O, hadisə yerindən qaçmamış, sadəcə bir siqarət çəkmək üçün polis əməkdaşlarından icazə istəmişdir. Əvvəllər Aynurəyə dəfələrlə demişdir ki, ondan başqa heç kimlə görüşməsin. Belə ki, ona dəyər verdiyi üçün başqa şəxslə münasibətinin olmasını istəməmişdir. Münasibətləri pozulmamışdan qabaq demək olar ki, 2-3 gündən bir görüşmüşdürlər. Məhkəmə iclasında elan edilərək tədqiq edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə verdiyi ifadələrindən görünür ki, o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4 və 157.2-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək bildirmişdir ki, evlidir, iki övladı var, ünvan 3 ünvanında ailəsi ilə birlikdə yaşayır. 2002-ci ildə qəsdən sağlamlığa ağır zərər vurmaya görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə məhkum olunmuş, 5 il 10 ay azadlıqdan məhrum etmə növündə cəza çəkmişdir, Zərərçəkmiş şəxs təxminən 3 ildir ki, tanıyır. Aynurə ilə həmin vaxt eyni binada yaşamışdır. Aynurənin əri ölmüş, 2 oğlu ilə birlikdə onunla eyni binada yaşamış və Nizami rayonunda gözəllik salonlarının birində işləmişdir. Həmin vaxt onlar görüşməyə başlamış, onlar Aynurənin evində, yaxud oteldə görüşmüşdür. Aynurə 1 ildən artıqdır ki, övladları ilə birlikdə Suraxanı rayonu, Zığ qəsəbəsi, X17 Kompleksinə köçmüş, onlar yenə də görüşməyə davam etmişdir. Aynurə kafedə ofisiant işləmiş, o, Aynurəyə ayda təxminən 200-300 manat pul vermiş, arabir isə evinə ərzaq almışdır. Aynurənin uşaqları Ömər və Rizvan onu tanımış, o, ayda bir neçə dəfə Aynurənin evinə getmiş, həmin vaxt Aynurə uşaqlarını həyətə oynamaq üçün göndərmişdir. Aynurə onunla birlikdə olduğu vaxt başqa heç kimlə münasibəti olmadığını desə də o, sonuncunun başqalarıyla da münasibəti olduğundan şübhələnmişdir. Aynurə isə bunu boynuna almamış, görüşdükləri kişilərin dostları olduğunu demişdir. Aynurənin ondan öncə çox kişi ilə münasibəti olmuşdur. O. iyul ayının 15-də Rusiya Federasiyasına getməsini planlaşdırdığından Aynurəyə gedənə kimi tez-tez görüşməyi demişdir. Aynurənin uşaqları Yevlax rayonuna getsə də bunu ona bildirməmiş, o, Aynurənin kiçik oğlu Rizvanla danışdıqda Rizvandan qardaşı ilə birlikdə Yevlaxda olduğunu öyrənmiş, o, bunu bildiyini Aynurəyə deməmişdir. 01 iyul 2022-ci il tarixdə Aynurəyə mesaj yazaraq 02 iyul 2022-ci il tarixdə saat 18-də evinə gedəcəyini bildirmiş. Aynurə ona gəl, yaxud gəlmə deməmişdir. 02 iyul 2022-ci il tarixdə səhər saat 11 radələrində yenidən axşam Aynurənin evinə gedəcəyini demiş, axşam saat təxminən 19 radələrində onun evinə getmiş, qapını döysə də açan olmamış. Aynurənin yatdığını düşünüb bir qədər gözlədikdən sonra həyətə düşmüş, həyətdə bir qədər gəzişdikdən sonra yenidən qalxıb qapını döysə də, qapını açan olmamışdır. O, saat 21-ə qədər Aynurənin yaşadığı binanın həyətində gəzişmiş, bir neçə dəfə qalxıb qapını döysə də, açan olmamışdır. Aynurəyə dəfələrlə zəng vursa da telefona cavab verməmiş, sonradan Aynurə ona "Whatsapp" sosial şəbəkəsində mesaj yazaraq rayonda olduğunu bildirmiş, yenidən Aynurəyə zəng vurduqda artıq telefona zəng çatmamış, telefonu söndürmüşdür. Aynurənin oğlu Rizvana zəng vurmuş, telefonu Aynurənin anası götürmüş, o, Aynurənin iş yerindən zəng vurduğunu, Aynurənin Yevlax rayonunda olub-olmadığını soruşmuşdur. Aynurənin anası ona qıznın rayonda olmadığını dedik də Aynurənin yalan dediyini anlamışdır. O, binanın həyətində Aynurənin gəlməyini gözləmiş, saat təxminən 00:00 radələrində həyətdə olarkən Aynurənin ağ rəngli “Kia Rio" markalı maşından düşdüyünü görmüş, maşını sürən şəxs kişi olmuş, o, Aynurədən hardan gəldiyini, maşını sürənin kim olduğunu soruşduqda sonuncu ona müştərisinin saçını düzəltməkdən gəldiyini, gəldiyi maşının taksi olduğunu demişdir. O, Aynurədən niyə yalan danışdığını, Yevlaxda olduğunu dediyini soruşduqda Aynurə onun əsəbi olduğunu görmüş, vuracağından qorxmuşdur. Bu zaman onlar binanın həyətindəki oturacaqlarda oturmuşdur. Aynurə qorxduğu üçün ona sakitləşməsini, evə qalxıb orada söhbət etmələrini bildirmiş və evin açarının mühafizədə olduğunu deyərək mühafizəçinin olduğu yerə getmiş, tez içəri girərək, mühafizəçidən kömək istəmiş, polisə xəbər verməyi bildirmişdir. Mühafizəçi yaşca ondan böyük olmuş, oranı tərk etməsini tələb etmişdir. Orada bir nəfər də gənc oğlan olmuş, həmin oğlan ona əsəbi olduğunu, sakitləşmək üçün oradan getməsini bildirmişdir. Aynurənin həmin şəxslərin yanından uzaqlaşmadığını görüb taksi çağıraraq öz yaşadığı evə getmişdir. Bu vaxt gecə təxmini saat 01 radələri olmuşdur. O, səhər işə getməmiş, saat 10:30 radələrində Aynurə ona mesaj yazdıqda o, 10-15 dəqiqə sonra yazmasını, evdə olduğunu demiş, lakin Aynurə ona artıq-əksik sözlər yazmış, "whatsapp” da səs ataraq "sənin ailənin, arvadının başına oyun açdıracam, 3-4 nəfər adamla sizin evə gəlib sənin və sənin arvadının başına oyun açdıracam” sözlərini demişdir. Bu sözlər onu əsəbləşdirmiş, saat təxminən 11 radələrində taksi ilə Aynurənin yaşadığı evə doğru getmişdir. Aynurə yenə ona təhqiramiz sözlər demiş, o da eyni qaydada cavab vermişdir. Aynurənin yaşadığı evə çatmış, bir qədər binanın həyətində gəzişə-gəzişə Aynurə ilə danışmış, sonuncu yenə də onun ailəsini təhqir elmişdir. Bundan sonra o, liftlə binanın 4cü mərtəbəsində yerləşən Aynurənin yaşadığı evə qalxmışdır. O, çox əsəbi olmuş, koridorda olarkən Aynurənin evinin içərisindən səs gəldiyini sonuncunun kiminləsə telefonla danışdığını eşitmişdir. Bir qədər gözləyib qapını döymüşdür. Aynurə qapı döyülən kimi qapını açmış, qapını açan kimi o, Aynurənin boğazından tutub itələmiş, Aynurə yerə yıxılmış, o dərhal evin içinə girib Aynurənin üzərinə hücum etmiş, özü ilə gəzdirdiyi qara rəngli dəstəyi olan, qatlanan bıçağı çıxardıb Aynurənin bədəninin müxtəlif nahiyələrinə bıçaqla zərbə endirməyə başlamışdır. O, daha çox Aynurənin bədəninin yuxarı hissəsinə, döş qəfəsi və qarın nahiyəsinə zərbə vurmuşdur. Aynurə yerdə olarkən əli ilə ona mane olmağa, bıçaq zərbələrinin qarşısını almağa çalışmış, bıçaqdan tutub "vurma, qələt eləmişəm, balam var məni öldürmə” deyə yalvarmış, o, isə balanı fikirləşirdinsə belə hərəkət eləməzdin deyərək yenidən Aynurəyə bıçaq zərbəsi endirmişdir. Aynurə qışqırıb kömək istəmiş, qapı açıq olmuşdur. Aynurənin səsinə bir nəfər qonşu qadın gəlmiş, qadın onu görəndə qorxmuş, o, qadına getməsini demiş, qonşu qadın uzaqlaşıb getmiş, kömək üçün qışqırmış, bundan sonra o, evdən çıxıb liftə tərəf hərəkət etmiş, liflə çatanda qonşu qadını görmüş, həmin qadın qışqırıb kömək çağırmış, əlində telefon olmuşdur. O, qadının həkimə ya da polisə zəng vurduğunu düşünmüşdür. O, liftin qarşısında olarkən Aynurə arxası ilə gəlmiş, nəsə desə də o, həmin vaxt nə dediyini eşilməmiş, orada Aynurənin kürək nahiyəsinə bıçaqla vurmuş, daha sonra bir bıçaq zərbəsi də vurmuşdur. O, bundan sonra liftə minib aşağı düşmüş, əlində bıçaq, üst-başı qan içində olmuş, həyətdən çıxıb yola tərəf gedib, avtobusa getsə də avtobus onu görüb saxlamamış, bundan sonra yolu keçib getdikdə arxası ilə tanımadığı şəxslər qışqırıb təslim olmağını bildirmiş, o, həmin şəxslərə getmələrini demişdir. O, cəld hərəkət etmiş, bir qədər oradan uzaqlaşdıqda bir nəfər mülki maşın saxlamış, həmin maşından mülki geyimdə polis əməkdaşı olduğunu deyən şəxs düşmüş və ondan bıçağı yerə atmasını və ya onlara təhvil verməsini tələb elmişdir. O, bıçağı polis əməkdaşına təhvil vermiş, bundan sonra post patrul xidmətinin maşını gəlib onu polis bölməsinə aparmışdır. O, həmçinin, qapını döyən kimi qapının açıldığını. Qapını döyənin kim olması barədə sual vermədiyini, sanki Aynurənin özünün çölə çıxdığını, qapını vurmağı ilə qapının açılmağı anlarının bir-birinə çox yaxın olduğunu bildirmişdir. Onların davası hadisədən bir gün əvvəl başlamış, görüşmək üçün Aynurənin evinə gedib gəlməsinə baxmayaraq sonuncunun onun zənglərinə cavab verməyərək, mesajla yalandan Yevlaxda olduğunu deməsinə çox əsəbləşmişdir. Buna görə gecə Aynurə gələnə qədər gözləmiş və yalanının üstünü açmışdır. Onların həmin vaxtadək də Aynurənin onun zənglərinə cavab vermədiyinə və yalan danışdığına görə bir neçə dəfə mübahisələri olmuşdur. O, hadisə günü spirtli içki və ya narkotik vasitə istifadə etməmiş, sonuncu hələ hadisədən bir gün qabaq 2 ədəd dəmir qabda pivə içmiş, narkotik vasitə istifadə etməmişdir. Aynurəni bıçaqla vuran zaman səs küyə qonşu qadın gəlmiş, Aynurəni bıçaqla vuran zaman görmüşdür. Aynurəni bıçaqlamağının başqa şahidi olmamışdır. O, həmin bıçağı bir neçə il əvvəl 8-ci kilometr bazarında xatırlamadığı mağazadan almış, hadisə günü Aynurənin sözlərinə görə əsəbi olmuş, bıçağı isə həmişə üzərində daşımışdır. Bıçağı özü ilə götürməkdə məqsədi Aynurəni qorxutmaq olmuş, həmin qara rəngli dəstəyi olan və qatlanan bıçağı şalvarının arxa sağ cibində saxlamışdır. İstifadəsində ***-***-**-** telefon nömrəsini olmuş, həmin nömrə öz adına qeydiyyatda olmuş, telefonunun şifrəsi "8081“ olmuşdur. Zərərçəkmiş şəxs xatırlamadığı savda zərbə vurmuş, məqsədi Aynurəni öldürmək olmamış, liftin qabağında olan zaman Aynurə onun arxası ilə gəlmiş, üzərinə sanki heçnə olmamış kimi gəldiyi üçün yenidən Aynurəyə 2 ədəd bıçaq zərbəsi vurmuşdur. O, təcili tibbi yardım çağırmamışdır. Aynurəni vurduqdan sonra oğluna telefonla səsli mesaj göndərib adam vurduğunu demişdir. O, Zərərçəkmiş şəxs bıçaq zərbələri vuran zaman sonuncunun qışqıraraq kömək çağırdığını, yalvararaq "vurma, qələt eləmişəm, balam var məni öldürmə" dediyini, lakin Aynurəyə "balasını fikirləşən adam belə hərəkət etməzdi” dediyini və yenə bıçaqla zərbə endirdiyini bildirmişdir. Məhkəmə iclasında verdiyi ifadələr ilə ibtidai istintaq dövründə verdiyi ifadələr arasında ziddiyyət müəyyən edilərkən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı yazdığı izahatı tam xatırlamadığını, hadisənin təsiri altında olduğunu,ifadələri oxumadan imza etdiyini, ibtidai istintaq dövründə ifadə verən zaman zərərçəkmiş şəxsin “vurma, qələt eləmişəm, balam var məni öldürmə” məzmunlu sözlər işlətmədiyini bildirmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli ilə bağlı qismən etirafını, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X5 ifadə verərək göstərmişdir ki, hadisədən bir gün əvvəl Aynurənin oğlunun telefonuna gələn zəngə cavab vermişdir. Həmin şəxs mağazada işləyən bir şəxs olaraq qızı Aynurənin evdə olub-olmamasını soruşmuşdur. O, bir cavab demədən zəngi bitirmişdir. Zəngi bitirdikdən sonra dərhal qızı Aynurəyə yığsa da, o telefonu götürməmişdir. Həmin günün səhəri qardaşının yas mərasiminə getmişdir. Yas mərasimi rayonda olmuşdur. Hadisə olan günü tanımadığı şəxs ona zəng edərək qızı Aynurənin bıçaqlandığını bildirmişdir. O, rayondan bir neçə qohumla birlikdə Aynurənin yerləşdirildiyi xəstəxanaya gəlmişdir. Aynurənin bıçaqlanma nəticəsində vəfat etməsi ağlına gəlməmişdir. Aynurə xəstəxanada üç gün qaldıqdan sonra onun vəfat etdiyini bildirmişdirlər. Onun təqsirləndirilən şəxslə qızı arasında olan münasibətdən xəbəri olmamışdır. O, Təqsirləndirilən şəxs Aynurənin əvvəllər yaşadığı binada qonşusu kimi tanımışdır. Qızı “Xalqlar Dostluğu” adlanan ərazidə olan evindən yeni binaya köçən zaman bu şəxs əşyaların daşınmasına kömək etmiş və o həmin zaman bu şəxsi görmüşdür. Vaxt olmuşdur ki, o uşaqları evdə ac qoymuş, bütün pul vəsaitlərini qızına göndərmiş, dəfələrlə qızına rayondan ərzaq göndərmişdir. Təqsirləndirilən şəxs qızı ilə münasibəti olmasını o, qızı öldürdükdən sonra, Sahil məhkəmədə ifadə verən zaman bilmişdir. Qızının başqa şəxslərlə münasibəti olduğunu bilməmişdir. Lakin Aynurənin münasibəti olmasının əleyhinə olmamışdır. Əgər qızının hər hansı bir şəxslə münasibəti olduğunu bilsəydi, çox normal qarşılayardı. Qızının öz həyatını yaşamasını və yanında bir kişinin olmasını dəstəkləyərdi. Zərərçəkmiş şəxsin hüquqi varisi əlavə olaraq bildirmişdir ki, Aynurə ipoteka krediti vasitəsilə əldə etdiyi evdə yaşamışdır. O ipoteka krediti vasitəsilə ev alan zaman bankdan 10 000 AZN pul vəsaiti kredit götürərək evin ilkin ödənişini vermişdir. Aynurənin ipoteka krediti vasitəsilə əldə etdiyi evin ilkin ödənişi 15 000 AZN olmuş, həmin vəsaitin 10 000 AZN-ni özü, 5 000 AZN-ni isə qızı Aynurə vermişdir. O, krediti Beynəlxalq Bankdan götürmüşdür, lakin hansı tarixdə götürdüyünü xatırlamır. Bankdan götürdüyü kreditin ödənilməsi başa çatdırılmışdır. O, ümumilikdə 10 000 AZN pul vəsaiti təşkil etməklə hissəhissə 2000, 3000 AZN pul vəsaitləri götürərək Aynurənin aldığı evin ipoteka ödənişini həyata keçirmişdir. Sonuncunun 2000 AZN götürdüyü krediti hələ ödəyib sona çatmamışdır. Qızı ona torbalarda tərəvəzlər göndərmiş, lakin o həmin meyvə-tərəvəzlərin Təqsirləndirilən şəxs vasitəsilə göndərildiyini bilməmişdir. Aynurə ona demişdir ki, “ana özüm almışam”. Hətta təqsirləndirilən şəxsin onun qızına maddi cəhətdən kömək etməsi onun canını almağa sonuncuya haqq qazandırmır. Qızı öldükdən sonra himayəsində qızının geridə qoyduğu iki balası var. Göstərdiyi səbəblərdən təqsirləndirilən şəxsi bağışlamır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verərək göstərmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, X17 kompleksi, mənzil 22 ünvanında yaşayır. Binanın 4-cü mərtəbəsinin dəhlizindən səslər gəldiyini eşitmiş, səs-küydən narahat olmuş, yaşadığı mənzildən dəhlizə çıxmış, dəhlizdə olan zaman Aynurənin yaşadığı mənzilin qapısının açıq olduğunu görmüş, qadın qışqırıq səsləri eşitmişdir. Səs gələn mənzilə tərəf gedərkən o, birinci elə düşünmüşdür ki, ya xanımın qıcolma tutması baş verir, ya təqsirləndirilən şəxslə zarafatlaşırlar. Qadın səsləri ağrıdan qışqıran şəxsin səslərinə bənzəmişdir. Kişi cinsindən olan şəxsə məxsus səs isə eşitməmişdir. O, bir az daha yaxınlaşan zaman təqsirləndirilən şəxsi Aynurənin üzərində, əlində isə bıçaq olduğunu görmüşdür. Təqsirləndirilən şəxs ona “çıx get burdan” demişdir. O, təqsirləndirilən şəxsin Aynurəyə bıçaq vurmasını görməmişdir. Aynurənin hansı sözlər deməsini isə eşitməmişdir. Təqsirləndirilən şəxs ona sadəcə “rədd ol” ifadəsini işlətmiş, əlavə olaraq o, heç bir söz eşitməmişdir. Aynurə xanım mənzildə kürəyi üstə uzanmış, təqsirləndirilən şəxs də onun üzərində olmuşdur. Aynurə həmin zaman “mənə kömək elə” demişdir. O, mənzilə qayıtmaq istəyən zaman təqsirləndirilən şəxs əlində bıçaqla liftin qabağına gəlmiş, o, bu zaman pilləkənə doğru getmişdir. O, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsə zərbə yetirdiyini görməmişdir. O, Aynurənin mənzilində təqribi olaraq bir dəqiqəyə yaxın müddət qalmış, bu müddət ərzində zərərçəkmiş şəxsə zərbə yetirdiyini görməmişdir. O, Aynurənin mənzilində olan zaman təqsirləndirilən şəxsin əlində bıçaq olsa da, xanım müqavimət göstərdiyini müşaiyət etmişdir. Təqsirləndirilən şəxs ona ya “rədd ol burdan”, ya da “çıx get burdan” demişdir.O, daha sonra evin döşəməsində qanı görərək binanın dəhlizinə çıxmış və insanları köməyə çağırmışdır. O, özü də bilmədən insanları köməyə səslədikdən sonra hadisə baş verən mənzilə doğru getmişdir. Bu zaman Aynurənin mənzilindən təqsirləndirilən şəxsin əlində bıçaqla ona tərəf gəldiyini görmüş, geri pilləkənə tərəf çəkilmişdir. Aynurə isə həmin şəxsin arxası ilə gəlmişdir. Daha sonra lift açılmış, təqsirləndirilən şəxs liftə daxil olmuşdur. Aynurə isə ona tərəf gəlmişdir. Aynurəni bıçaqlayan şəxs oradan uzaqlaşdıqda Aynurəni qucaqlayıb pilləkana gətirərək otuzdurmuşdur. Aynurəni blokun pilləkanında otuzduran zaman tez-tez özündən getmişdir. Zərərçəkmiş şəxs hər hansısa bir söz və ya ifadə işlətməsini xatırlamır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadə verərək göstərmişdir ki, Ukraynadan gəldikdən sonra Xətai rayonunda yerləşən Qəsir restoranında 3 nəfər dostları ilə kabinetdə yemək yeyərkən, adını sonradan bildiyi Aynurə başqa otaqda olmuşlar. Xanımların oturduğu otaq çox səs-küylü olmuşdur. Otağın yanından keçərkən qapının arasından qonşu otaqda da 3 nəfər xanımın yemək yediyini görmüşdür. Xanımların spirtli içki və siqaret çəkməsini müşaiyət etməmişdir. Həmin qadınlar tualetə gedərkən ayaqqabının səsindən onların çıxdığını bilmiş, tualetin qarşısında Zərərçəkmiş şəxs nömrəsini istəmiş, bir neçə dəfə baxışdıqdan sonra sonuncu nömrəni ona vermişdir. Həmin restoran bahalı olduğundan ora hər insan gedə bilmir. Görüşmədiyinə görə hıyat tərzi barədə məlumat verə bilmir. Başqa görüşləri, danışıqları olmamışdır.Belə ki tanışlıqlarının səhərisi gün Whatsapp-da “Salam, Necəsən” yazmış, sms oxunsa da ona cavab verilməmişdir. Axırıncı gün isə “heç nə yazmırdınsa bu nömrəni mənə niyə yalandan verdin” yazmışdır. Zərərçəkmiş şəxsi bir dəfə restoranda görmüş, onunla qeyd etdiklərindən başqa heç bir söhbəti olmamışdır. 3 gün sonra isə belə bir hadisə olması ilə bağlı Suraxanı Rayon Prokrorluğuna çağırılmışdır. İstintaqa da bu şəkildə ifadə vermişdir. Şahid7 məhkəmə zalında elan edilərək tədqiq olunmuş ifadəsindən görünür ki, Şahid7 evlidir, 3 uşağı var. Zərərçəkmiş şəxs ilə 2022-ci ilin iyul ayının 1-i yaxud 2-si Bakı şəhərində restoranların birində tanış olmuşdur. O, həmin restoranda öz dostları ilə birlikdə olmuşdur. “Aynurə” də yan masada öz rəfiqələri ilə oturmuşdur. Bu zaman Aynurədən xoşu gəlmiş, yaxınlaşaraq bir qədər söhbət etmişdir. Aynurə ona ərinin öldüyünü, 2 oğlunun olduğunu, özünün Zığ qəsəbəsində yaşadığını demişdir. Aynurənin deməsinə görə heç kimlə sevgi münasibəti olmamışdır. Bir qədər söhbət etdikdən sonra sonuncunun telefon nömrəsini almışdır. Daha sonra onlar ayrılmış, növbəti gün Aynurəyə mesaj yazsa da ona cavab verməmişdir. Bundan sonra Aynurədən xəbər çıxmamış, Aynurə ona "əlaqə saxlayıb görüşərik" desə də, görüşə bilməmişdirlər. Zərərçəkmiş şəxs cəmi bir dəfə gördüyü üçün həyat tərzi, kimlərlə münasibətinin olması barədə çox məlumatı olmamışdır. Aynurəni gördüyü gün sonuncu öz rəfiqələri ilə yeyib-içmiş, siqaret çəkmişdir. Aynurə ilə tanış olmaqda məqsədi yaxınlıq etmək olsa da cinsi münasibətdə olmamışdır. Aynurənin hər hansı şəxslə dava-dalaşı və ya mübahisəsi olması barədə məlumatı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid9 ifadə verərək göstərmişdir ki, o, obyekt işlətmiş, zərərçəkmiş şəxsi orada tanımış, öz işindən əlavə işlətdiyi kafeyə kömək üçün getmişdir. Bildiyinə görə zərərçəkmiş şəxs Aynurə xanımın 2 övladı olmuş, əri isə rəhmətə getmişdir. O, Aynurə xanımın kiminləsə danışdığını, kiminsə işlədiyi iş yerinin qarşısından onu götürüb aparmasını müşahidə etməmişdir. Hadisə barədə sonradan məlumat almışdır. Təqsirləndirilən şəxsi isə birinci dəfədir ki, görür. Aynurə xanımın onunla ailəsi və dostları barəsində şəxsi söhbətləri olmamışdır. Aynurə xanımın subay olduğunu və iki uşağının olduğunu ona elə özü demişdir. Aynurə xanımın başqa kişilərlə görüşə getməsinin şahidi olmamışdır. Obyekt bağlandıqdan 2 ay sonra isə bu hadisə baş vermişdir. Aynurə xanımı nə üçün öldürüldüyünü isə bilmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ibtidadi istintaq dövründə verdiyi ifadəyə uyğun olaraq göstərmişdir ki, Aynurə xanımın yaşadığı evin mühafizəçisi vəzifəsində çalışır. Hadisədən bir gün əvvəl Aynurə mühafizə otağına girərək ərinin onun döydüyünü demiş, onlar təqsirləndirilən şəxsi sakitləşdirərək, “taxi” ilə yola salmışdırlar. Təqsirləndirilən şəxsin ona qarşı heç bir hədəsi olmamışdır. Aynurənin həyat tərzi ilə bağlı ona deyə bilər ki, sakit bir xanım olmuşdur. Təqsirləndirilən şəxsi isə bir neçə dəfə onlara gəlib-gedərkən görmüşdür. Zərərçəkmiş şəxs təqsirləndirilən şəxsdən başqa digər kişilərlə münasibətdə olduğunu, maşınından istifadə etdiyini görməmiş, bir dəfə təxminən xatırladığı “Ford” markalı yük maşınında gəldiyini görmüşdür. Hadisədən bir gün əvvəl isə Zərərçəkmiş şəxs avtomobillə və ya piyada gəlməsi haqqında məlumatı yoxdur. Məhkəmə iclasında elan edilərək tədqiq edilən Şahid3 oğlunun ibtidai istintaq dövründə verdiyi ifadələrdən görünür ki, 9-cu sinifdən etibarən məktəbdən çıxmışdır, hazırda işləmir və təhsil almır. Atası Suraxanı rayonu, Zığ qəsəbəsi ərazisində yerləşən X17 kompleksinin tikintisində fəhlə işlədiyindən atasına baş çəkmək üçün ora gedib gəlmişdir. Həmin vaxtdan orada olan şəxslərlə münasibəti yaranmışdır, hazırda orada tanışları işləyir. Həmin yerdə tanışları olduğu üçün tez-tez gedib-gəlmişdir. 02 iyul 2022-ci il tarixdə gecə saatlarında X17 kompleksində olmuş, dostlarından ayrılıb, mühafizəçi üçün ayrılmış yerdə Wİ-Fİ olduğu üçün bir qədər oturmuş, həmin vaxt atasının tanışı Elçin də orada olmuşdur. Onlar söhbət edən zaman bina sakinlərindən olan Aynurə onlara yaxınlaşaraq pəncərədən yanında olan kişinin narahat etdiyini, qorxduğunu demişdir. Bu zaman Aynurədən 2-3 metr aralıda bir kişi olmuşdur. Elçin Aynurəyə içəri gəlməsini bildirmiş, Aynurə mühafizəçi üçün ayrılmış yerə daxil olduqda həmin kişi gəlib Aynurəyə çölə çıxmasını söz deyəcəyini demişdir. Aynurə həmin kişiyə sözünü onların yanında deməsini bildirərək şəxsin israrına baxmayaraq çıxmamışdır. Bundan sonra o, həmin şəxsə uzaqlaşmasını bildirmiş və özü də hər hansı problem olmaması üçün həmin şəxslə bərabər getmişdir. Yenidən tanımadığı həmin kişi geri qayıdıb Aynurəyə yaxınlaşıb söz demək istədikdə Elçin həmin kişini oradan qovmuş, o, yolun kənarınadək kişini ötürmüş, həmin kişini taksi ilə uzaqlaşmışdır. O, geri qayıdıb Aynurərə qorxduğu üçün Aynurəni binanın blokuna qədər yola salmış, məsələ böyümədiyi üçün polis çağırmamışdır. Bundan sonra isə öz evinə getmiş, növbtli gün orada yaşayan şəxslərdən Aynurənin bıçaqlandığını, sonuncunu bir gün əvvəl gələn, onların oradan uzaqlaşdırdıqları həmin şəxsin bıçaqladığını eşitmişdir. O, Zərərçəkmiş şəxs həyat tərzi barədə məlumatının olmadığını, sonuncunu bina sakini kimi tanıdıdığını, 2 uşağının olduğunu bildiyini, harada işləməsi barədə məlumatının olmadığını bildirmişdir. 02 iyul 2022-ci il tarixdə Zərərçəkmiş şəxs yanında olan şəxsin əlində bıçaq və ya hər hansı kəsici-deşici alət olmasını görməmiş, həmin şəxsin Aynurəni hədələməsinə şahid olmamış, həmin şəxs sadəcə israrla söz demək üçün Aynurəni çağırmışdır. O, cinayət işinin materiallarından ona təqdim edilmiş Təqsirləndirilən şəxs fotoşəklinə baxmış, həmin şəxsin 02 iyul 2022-ci il tarixdə Aynurənin yanındakı olduğunu, Aynurənin həmin şəxsdən qorxub onlara yaxınlaşdığını, həmin şəxsi daha əvvəl görmədiyini bildirmişdir. Məhkəmə iclasında elan edilərək tədqiq edilən Şahid5 ibtidai istintaq dövründə verdiyi ifadələrindən görünür ki, o, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olur, evlənib boşanmışdır, uşağı yoxdur. Zərərçəkmiş şəxs təxminən 2022-ci ilin mart ayında Əhmədli metrostansiyasının yaxınlığında görmüş, bir-birindən xoşları gəlmişdir. Bu zaman onlar tanış olmuş, telefon nömrələrini götürmüşdürlər. Aynurənin istifadəsində olan ”***-***-**-**" telefon nömrəsi vasitəsilə əlaqə saxlamış, onun istifadəsində isə ”***-***-**-**" telefon nömrəsi olmuşdur. Tanış olduqları gün Aynurəni aparıb yaşadığı Zığ qəsəbəsi, X17 kompleksinə düşürmüş, bundan 2-3 gün sonra onlar görüşmüş, restoranların birində yemək yeyib hər ikisi spirtli içki qəbul eldikdən sonra Aynurə ilə gecəni birlikdə keçirmiş, orada cinsi münasibətləri olmuşdur. Aynurə ilə görüşdən qabaq sonuncu ondan evinə bazarlıq etməsini xahiş eldiyindən o, Aynurənin evinə bazarlıq etmişdir. Aynurə ilə bundan sonra görüşməmiş, cəmi 1 dəfə münasibətdə olmuşdur. Bundan sonra da Aynurəyə bir neçə dəfə yazsa da sonuncu onunla görüşməmişdir. Daha sonra Aynurə ilə əlaqəsi olmamışdır. Zərərçəkmiş şəxs həyat tərzi barədə çox məlumatının olmadığını, sonuncunun 2 uşağı olduğunu, ərinin olmadığını, özünün gözəllik salonunda işlədiyini, Aynurə ilə pul qarşılığında görüşmədiyini sadəcə evinə bazarlıq eldiyini və yeyib-içmək xərclərini ödədiyini bildirmişdir. Aynurənin kimlərlə münasibətdə olması, hər hansı şəxslə dava-dalaşı və ya mübahisəsi olması barədə məlumatı olmamışdır. Məhkəmə iclasında elan edilərək tədqiq edilən Şahid6 ibtidai istintaq dövründə verdiyi ifadələrdən görünür ki, taksi fəaliyyəti ilə məşğuldur. Zərərçəkmiş şəxs təxminən 2020-ci ildən tanıyır, taksi kimi Aynurəni oğlu ilə birlikdə Balaxanı qəsəbəsinə sonuncunun qohumu evinə bir neçə dəfə apardıqdan sonra aralarında dostluq yaranmış, arada telefon vasitəsilə danışmışdır. Onun istifadəsində ***-***-**-** telefon nömrəsi olmuş, Aynurənin istifadəsində olan ”***-***-**-**" telefon nömrəsi ilə əlaqə saxlamışlar. Aynurə Zığ qəsəbəsi ərazisində yerləşən X17 kompleksində övladları ilə birlikdə yaşamışdır. Aynurənin evinə bazarlıq edib apardığı üçün evinə getmiş, həmin bazarlığın pulunu Aynurədən almış, aralarında heç vaxt cinsi münasibət olmamışdır. Aynurəni sonuncu dəfə 1 həftə qabaq görmüşdür. Aynurənin evinə bazarlıq etmiş, sonuncu həmin bazarlığın pulunu ödəmişdir. Bundan sonra görüşləri olmamış, onun Aynurənin ölməsindən xəbəri olmamışdır. Zərərçəkmiş şəxs həyat tərzi barədə çox məlumatının olmadığını, sonuncunun 2 uşağı olduğunu, ərinin öldüyünü, kimlərlə münasibətdə olmasını, hər hansı şəxslə dava-dalaşı və ya mübahisəsi olduğunu biİmədiyini bildirmişdir. Məhkəmə iclasında elan edilərək tədqiq edilən Şahid8 ibtidai istintaq dövründə verdiyi ifadələrindən görünür ki, mebel fabrikində usta işləyir. Zərərçəkmiş şəxs təxminən 4 ildir ki, tanıyır. Aynurə işlədiyi fabrikə mətbəx mebeli sifarişi üçün gəlmiş, bundan sonra münasibətləri yaranmışdır. İlk vaxtlar yalnız işlə bağlı danışsalar da yavaş-yavaş səmimi münasibətləri yaranmışdır. O, Aynurə ilə müxtəlif vaxtlarda müxtəlif yerlərdə bir neçə dəfə cinsi münasibətdə olmuşdur. Aynurə ilə sonuncu dəfə təxminən 10 gün qabaq görüşmüşdür. O, Aynurənin oğlunu yükləri ilə birgə yaşadıqları Zığ qəsəbəsindən götürüb "Laçın Ticarət Mərkəzi“nin yanından Yevlax rayonuna yola salmışdır. Bundan sonra onlar görüşməmişdir. Aynurənin evinə gedərək, evdə mətbəx mebeli yığsa da, sonuncunun evində cinsi münasibətdə olmamışdır. O, Zərərçəkmiş şəxs ilə ciddi münasibətləri olmadığından həyat tərzi, kimlərlə münasibətinin olması barədə çox məlumatı olmamışdır. Aynurənin 2 uşağı olduğunu, ərinin öldüyünü, özünün gözəllik salonunda işlədiyini, Aynurə ilə pul qarşılığında görüşmədiyini, yeyib içmək xərclərini ödədiyini bildirmişdir. Aynurənin hər hansı şəxslə dava-dalaşı və ya mübahisəsi olması barədə məlumatı olmamışdır. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, işin materiallarında olan istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. 03 iyul 2022-ci il tarixli hadisə yerinə baxış protokolundan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, 03 iyul 2022-ci il tarixdə saat 18:00 radələrində Zərərçəkmiş şəxs çoxsaylı bıçaq xəsarətləri ilə X13 çatdırılması barədə rayon prokurorluğuna daxil olmuş məlumat əsasında Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, X17 kompleksi, bina 6, mənzil 18 ünvanına və həmin binanın 4-cü mərtəbəsinə baxış keçirilmişdir. Keçirilmiş baxış nəticəsində müəyyən edilmişdir ki, baxış keçirilən mənzildə, habelə mənzilin yerləşdiyi binanın litfindən çıxdıqda daş döşəmənin üzərində, liftdən çıxdıqda sol tərəfdə eyvanda, pilləkəndən aşağı düşəndə pilləkənin üzərində, pilləkənin dəmir tutacağında, dəhlizdə qana bənzər ləkələrin olduğu, həmin ləkələrin hadisənin baş verdiyi mənzilin qarşısına qədər uzandığı müəyyən edilmişdir(cild 1, iş vərəqə 5-18). 04 iyul 2022-ci il tarixli götürmə və baxış protokolundan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıçaqlayarkən üzərində olmuş qırmızı rəngli qısa qol köynək, göy rəngli cins şalvar və qəhvəyi rəngli ayaqqabı götürülmüş və həmin əşyalara baxış zamanı üzərində qana bənzər ləkələrin olması müşahidə edilmişdir(cild 1, iş vərəqə 41-43). 04 iyul 2022-ci il tarixli götürmə və baxış protokolundan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Zərərçəkmiş şəxs X13 gətirilən zaman əynində olmuş xələt götürülmüşdür(cild 1, iş vərəqə 45). 05 iyul 2022-ci il tarixli şəxsin tanınmaya təqdim edilməsi haqqında protokoldan və ona əlavə edilmiş şəkillərdən görünür ki, Şahid1 ona təqdim olunmuş şəxslər arasından əlində 2 şərti nömrəsi yazılmış zərf olan Təqsirləndirilən şəxs tanıyaraq 03 iyul 2022-ci il tarixdə qonşusu Zərərçəkmiş şəxs evində sonuncuya bıçaqla xəsarət yetirən şəxs olduğunu bildirmişdir (cild 1, iş vərəqə 68-70). 05 iyul 2022-cİ il tarixli əşyanın tanınma üçün təqdim edilməsi haqqında protokoldan və ona əlavə edilmiş şəkillərdən görünür ki, Təqsirləndirilən şəxs təqdim edilən bıçaqları nəzərdən keçirib 2 rəqəmi ilə nömrələnmiş bıçağı göstərərək 03 iyul 2022-ci il tarixdə Zərərçəkmiş şəxs sonuncunun yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, X17 kompleksi, bina 6, mənzil 18 ünvanında yerləşən evdə həmin bıçaqla vurduğunu bildirmişdir (cild 1, iş vərəqə 71-72). 05 iyul 2022-ci il tarixli təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanması haqqında protokoldan və ona əlavə edilmiş şəkillərdən görünür ki, təqsirləndirilən şəxsin ifadəsi yerində yoxlanılarkən zərərçəkmiş şəxsin hadisə zamanı sonuncunun ifadəsində göstərmiş olduğu vəziyyətdə olması, təqsirləndirilən şəxs qismində vermiş olduğu ifadəsi bir daha təsdiq olunmuşdur. (cild 1, iş vərəqə 73-76). 07 iyul 2022-ci il tarixli mobil telefona baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisə yerinə baxış zamanı götürülmüş bir ədəd qızılı rəngli 'Samsung” markalı mobil telefona baxış zamanı qeyd olunan mobil telefonun "WhatsApp" proqramına daxil olduqda ***-***-**-** nömrəsinin blok edildiyi görünür, həmin yazışmaya daxil olduqda, bütün mesajlar silinmişdir, heç bir mesaj aşkar edilməmişdir (cild 1, iş vərəqə 155-156). 07 iyul 2022-ci il tarixli mobil telefona baxış keçiriliməsi haqqında protokoldan görünür ki, hadisə yerinə baxış zamanı götürülmüş bir ədəd qızılı rəngli "Samsung" markalı mobil telefona baxış zamanı ***-***-**-** telefon nömrəsindən daxil olmuş çoxsaylı cavabsız, rədd edilmiş zənglər aşkar edilmişdir. xx.xx.2022-ci il tarixdə saat 00:20-də ***-***-**-** telefon nömrəsindən zəng daxil olmuş, 12 dəqiqə telefon danışığı olmuş, həmin tarixdə saat 13:48-də ***-***-**-** telefon nömrəsindən daxil olmuş zəng rədd edilmişdir. Telefonun "WhatsApp" proqramına daxil olduqda ***-***-**-** telefon nömrəsi ilə 26 yanvar 2022-ci il tarixdən 03 iyul 2022-ci il saat 14:06-a qədər olan çoxsaylı mütəmadi mesajlar və səsli mesajları aşkar edilmişdir. xx.xx.2022-ci il tarixdə saat 21:47-də ***-***-**-** telefon nömrəsindən daxil olmuş səsli mesajda səs atan şəxs "Aynur eşidirsən mən qınama, səni qısqanıram çox qısqanıram, kömək də eliyə bilmirəm, o da mənə dərd olur, səni kiminləsə nəinki yatağa girməyinə, çay içməyinə, telefonla danışmağına qısqanıram” deyir. Gedən mesajda isə "məni qısqanma", "hər problemimi həll etsən onda qısqan" yazılmışdır. Həmin tarixdə 21:48-də daxil olmuş səs yazısında “dərd orasıdır, problemini də həll edə bilmirəm, qısqancdığım da tərgidə bilmirəm, başa düşdün, ürəyim partlayır yaşaya bilmirəm, istiyirəm nə isə bir şey eliyəm, bu şeyə son qoyam” deyilir. Həmin tarixdə saat 21:50 də gedən səsli mesajda deyilir: ” vallah. Sahil, sən çox uzadırsa, çox arvad kimi uzadırsan, amma yaxşı deyil, çünki mən 50 kişi ilə, 100 kişi ilə danışmışam, amma belə şey görməmişəm, kişi bir kəlmə sözlə söhbəti bağlıyar. sən saqqız kimi uzadırsan, səndə heç bəyənmədiyim şeylərdir." 21:51-də daxil olmuş səs yazısında "vallah Özümdən asılı deyil, elə bil sənin harasa getdiyin mənə əyan olur, ürəyim partlayır, bu dəqiqə inanırsan and olsun allaha, tikə-tikə eləsəm səni əgər ruhum incisə oğraşam, o dərəcə səni qısqanıram, ürəyim partlayıra” deyilir. Həmin tarixdə oxşar xarakterdə çoxsaylı səsli mesajlar vardır. ***-***-**-** telefon nömrəsindən səs atan şəxs Zərərçəkmiş şəxs qısqandığını, onu çox sevdiyini, başqaları ilə görüşməsinə dözmədiyini bildirir. 30 iyun 2022-ci il tarixdə ***-***-**-** telefon nömrəsindən cavabsız zənglər daxil olmuşdur, daha sonra daxil olmuş səsli mesajlarda səs göndərən şəxs Zərərçəkmiş şəxs israrla harada olmasını, kimin yanında olmasını, evə nə vaxt gələcəyini soruşur, telefona cavab verməsini tələb edir. 01 iyul 2022-ci il tarixdə saat 00:29-da ***-***-**-** telefon nömrəsinə "Bəs demişdin", "Denən başqa yerdəyəm". "Səni narahat edən kişi deyil", "bəs nə oldu” mesajları, saat 02:31-də "Evdəyəm". "Yatmışam". "Yığma" mesajları göndərilmişdir. Həmin tarixdə ***-***-**-** telefon nömrəsindən daxil olmuş mesajlarda Zərərçəkmiş şəxs qapını açması, ona pul verəcəyi, telefona cavab verməsi, yoxsa qapısını döyəcəyi deyilsə də, Zərərçəkmiş şəxs "Sənin pulun mənə lazım deyil". "Yığma məni". "Yatmışam". "Əl çək". "Sabah səni polisə verəcəm", "məni narahat etdiyinə görə" deyə mesaj göndərmişdir. 01 iyul 2022-ci il tarixdə gün ərzində ***-***-**-** telefon nömrəsindən səsli mesajlar və zənglər daxil olmuşdur, səsli mesaj göndərən şəxs görüşməyi, 15 iyulda Rusiya Federasiyasına gələcəyini bildirmiş, israrla görüşmələrini xahiş etmişdir. Zərərçəkmiş şəxs isə ondan əl çəkməsini, yoxsa axırının yaxşı olmuyacağını bildirmiş və bu xahişləri rədd etmişdir. 02 iyul 2022-ci il tarixində ***-***-**-** telefon nömrəsindən daxil olan səsli mesajlarda səsli mesaj göndərən şəxs yenidən görüşmələrini xahiş etmiş, axşam 6-da gələcəyini bildirmişdir. Həmin gün saat 17:42-dən etibarən çoxsaylı zəng vurmuş, səsli mesaj göndərərək telefona cavab verməsini tələb elmişdir. Zərərçəkmiş şəxs mesaj yazaraq həmin şəxslə görüşməyi rədd etmiş, rayonda olduğunu bildirmişdir. Həmin gün ***-***-**-** telefon nömrəsindən sonuncuya saat 23:58də olmaqla səsli mesajlar göndərilmiş, səsli mesaj göndərən şəxs telefona cavab verməsini, rayonda olmadığını bildirmiş, onu görmək istədiyini demişdir. xx.xx.2022-ci il tarixdə həmin kontakt blok edilmiş, daha sonra blokdan çıxarılmışdır. xx.xx.2022-ci il tarixdə saat 00:52-də ***-***-**-** telefon nömrəsinə "Ə qəhbə". "Çındır". "Mənim uşağımı yığmısan?" mesajları göndərilmişdir. Həmin vaxtdan etibarən saat 14:06-a kimi çoxsaylı qarşılıqlı səsli və yazılı mesajlar göndərilmişdir. Mesajlarda şəxslər tərəfindən qarşılıqlı olaraq bir-birinin və ailə üzvlərinin ünvanına təhqiramiz ifadələr işlədilmişdir. ***-***-**-** telefon nömrəsinə göndərilmiş bir sıra mesajlar silinmişdir. ***-***-**-** telefon nömrəsindən daxil olmuş səsli mesajlarda səsli mesaj göndərən şəxs Zərərçəkmiş şəxs həmin gün təhqirlərə görə arvadına, uşaqlarına dediklərinə cavab verəcəyini, evində yaşamağa qoymayacağını, qabağına çıxan kimi onu deşik-deşik edəcəyini bildirmişdir. ***- ***-**-** telefon nömrəsinə 03 iyul 2022-ci il tarixdə saat 14:06-da göndərilmiş səsli mesajda Zərərçəkmiş şəxs şəxsin nömrələrini blok edəcəyini, ona yaxın gedib, narahat etməməsini, əks halda bu işin qanla bitəcəyini, balalarının meyitini qoşa düzdürəcəyini bildirmişdir (cild 1, iş vərəqə 157-164). 07 iyul 2022-ci il tarixli mobil telefona baxış keçirilməsi haqqında protokoldan və ona əlavə edilmiş şəkillərdən görünür ki, saxlanılan zaman Təqsirləndirilən şəxs üzərində olan sonuncunun istifadəsində olmuş "Samsung" markalı mobil telefona baxış zamanı Telefonun "WhatsApp” proqramına daxil olduqda çoxsaylı şəxslərlə yazışmalar aşkar edilmişdir. "Seid" adlı kontakta xx.xx.2022-ci il tarixdə saat 14:30-da göndərilmiş səsli mesajda deyilir: "Səid, atadır danışan, adam vurmuşam mən. Narahat olmayın, oldu?", həmin tarixdə saat 15:45-də daxil olmuş səsli mesajda deyilir: " nə adam vurmuşam? Kimi?". Bundan sonra həmin kontaktdan bir neçə buraxılmış səsli zəng daxil olmuşdur. "WhatsApp" proqramında Asim adlı kontaktla olan yazışmaya baxıldı. Həmin kontaktın məlumatlarına daxil olduqda telefon nömrəsinin Zərərçəkmiş şəxs məxsus ***-***-**-** telefon nömrəsi olması görünür. xx.xx.2022-ci il tarixdə saat 09:52-də ***-***-**-** telefon nömrəsindən "Ə qəhbə". "Çındır". "Mənim uşağımı yığmısan?" mesajları daxil olmuşdur. Həmin vaxtdan etibarən saat 14:06-ya dək çoxsaylı qarşılıqlı səsli və yazılı mesajlar göndərilmişdir. Mesajlarda şəxslər qarşılıqlı olaraq bir birinin və ailə üzvlərinin ünvanına təhqiramiz, ifadələr işlətmişdir. ***-***-**-** telefon nömrəsindən daxil olmuş bir sıra mesajlar silinmişdir. Təqsirləndirilən şəxs ***-***-**-** telefon nömrəsinə göndərdiyi səsli mesajlarda qarşıdakı şəxsin həmin gün təhqirlərə görə, arvadına, uşaqlarına dediklərinə cavab verəcəyini, evində yaşamağa qoymayacağını, qabağına çıxan kimi onu deşik-deşik edəcəyini bildirmişdir. ***-***-**-** telefon nömrəsindən xx.xx.2022-ci il tarixdə saat 14:06da daxil olmuş səsli mesajda səs göndərən şəxs Təqsirləndirilən şəxs nömrələrini blok edəcəyini, ona yaxın gedib, narahat etməməsini, əks halda bu işin qanla bitəcəyini, balalarının meyitini qoşa düzdürəcəyini bildirmişdir (cild 1, iş vərəqə 165-169). 17 may 2022-ci il tarixli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, mərhum Zərərçəkmiş şəxs meyiti üzərində kəskin qanitirmə, qanitirmə şoku ilə müşayiət olunan döş qəfəsinin sol yan səthinin döş boşluğuna nüfuz edən ürək kisəsini zədələyən bir ədəd, qarının aşağı şöbəsinin sol yan səthinin qarın və döş boşluqlarına nüfuz edən diafraqmanı zədələyən bir ədəd və qarının aşağı şöbəsinin sol yan səthinin qarın boşluğuna nüfuz edən bir ədəd, sol kürək nahiyəsinin döş boşluğuna nüfuz edən ağ ciyərin sol yuxarı payını zədələyən bir ədəd (cəmi dörd ədəd) deşilmiş-kəsilmiş yaraları, döş qəfəsinin sol və sağ aşağı iç səthlərinin döş boşluğuna nüfuz etməyən iki ədəd, sağ süd vəzi üzərində döş boşluğuna nüfuz etməyən üç ədəd, gövdənin arxa səthində kürəkarası nahiyənin solda döş boşluğuna nüfuz etməyən iki ədəd, sol kürəkaltı nahiyənin boşluqlara nüfuz etməyən iki ədəd, sol saidin aşağı 1/3-nin ön-iç səthinin bir ədəd, sol budun orla 1/3-nin bayır səthinin bir ədəd, sol diz oynağı nahiyəsinin ön səthinin iki ədəd (cəmi on üç ədəd) deşilmiş-kəsilmiş yaraları; sol əlin İİİ barmağının dırnaq falanqasının ovuc səthinin 1 ədəd kəsilmiş yarası, sol bazunun orta 1/3-nin bayır səthinin və sol budun orta 1/3-nin bayır səthinin səthi kəsilmiş yaraları xəsarətləri müəyyən edilmişdir. Qeyd olunan xəsarətlər həyatidirlər, mərhumun xəstəxanaya daxil olmasından az əvvəl törənmişlər, xəsarətlər deşici uca, kəsici kənara malik alətin (alətlərin) təsirindən törənmişdir. Qərarın təsviri hissəsində göstərilən şəraitdə eyni bıçaqla yetirilə bilərdi. Dərəcəsinə görə, döş qəfəsinin sol yan səthinin döş boşluğuna nüfuz edən ürək kisəsini zədələyən 1 ədəd, qarının aşağı şöbəsinin sol yan səthinin qarın və döş boşluqlarına nüfuz edən diafraqmanı zədələyən bir ədəd və qarının aşağı şöbəsinin sol yan səthinin qarın boşluğuna nüfuz edən bir ədəd; sol kürək nahiyəsinin döş boşluğuna nüfuz edən ağ ciyərin sol yuxarı payını zədələyən bir ədəd (cəmi dörd ədəd) deşilmiş-kəsilmiş yaraları hər biri ayrı-ayrılıqda və ümumilikdə canlı şəxslərdə sağlamlığa zərərvurmanın əlamətlərinə malik olmaqla mərhumun ölümü ilə səbəbli əlaqəlidir. Döş qəfəsinin sol və sağ aşağı iç səthlərinin döş boşluğuna nüfuz etməyən iki ədəd, sağ süd vəzi üzərində döş boşluğuna nüfuz etməyən üç ədəd, gövdənin arxa səthində kürəkarası nahiyənin solda döş boşluğuna nüfüz etməyən iki ədəd, sol kürəkaltı nahiyənin boşluqlara nüfuz etməyən iki ədəd, sol saidin aşağı 1/3-nin ön-iç səthinin bir ədəd, sol budun orta 1/3-nin bayır səthinin bir ədəd, sol diz oynağı nahiyəsinin ön səthinin iki ədəd (cəmi on üç ədəd) deşilmiş-kəsilmiş yaraları və sol əlin İİİ barmağının dırnaq falanqasının ovuc səthinin 1 ədəd kəsilmiş yarası hər biri ayrı-ayrılıqda və ümumilikilə canlı şəxslərdə sağlamlığa yüngül zərər vurmanın əlamətlərinə malikdirlər. Sol bazunun orta 1/3-nin bayır səthinin və sol budun orta 1/3-nin bayır səthinin səthi kəsilmiş yaraları hər biri ayrı-ayrılıqda və ümumilikdə canlı şəxslərdə sağlamlığa zərərvurmayan dərəcəsi təyin edilməyən xəsarətlərin əlamətlərinə malikdirlər. Zərərçəkmiş şəxs ölümünə səbəb aldığı xəsarətlərlə əlaqədar baş vermiş kəskin qanitirmə, qanitirmə şoku olmuşdur. Ölüm xəstəxanada xx.xx.2022-ci il tarixdə saat 21:35-də baş vermişdir. Zərərçəkmiş şəxs xəsarətləri alarkən bədənin istənilən duruş vəziyyətlərində ola bilərdi. Xəsarətlər yetirilərkən, xəsarət yetirənlə zərərçəkən istənilən qarşılıqlı vəziyyətlərdə ola bilərdi. Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə-kimya təhqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu) fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir ( cild 2, vərəqə 1-8). 15 avqust 2022-ci il tarixli məhkəmə-tibbi bioloji ekspertizasının rəyindən görünür ki. Zərərçəkmiş şəxs qan qrupu, ABO sistemi üzrə O alfa beta (İ), Təqsirləndirilən şəxs qan qrupu, şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən B /İİİ/-dür. Ekspertizaya təqdim edilmiş 04 ədəd çubuqlu tampon, 01 ədəd pampıq tampon, 01 ədəd bıçaq, Zərərçəkmiş şəxs məxsus sarafon don, Təqsirləndirilən şəxs məxsus şalvar, köynək və 01 cüt ayaqqabı üzərində insan qanı ləkələri aşkar olunmuşdur. Bu qan ləkələrinin qrup mənsubiyyəti ABO sistemi üzrə tədqiq olunduqda ”H" antigeni, əksər ləkələrdə, həmçinin alfa və beta aqqlyutininləri də alınmışdır. Bu qan ləkələri O alfa, beta/İ/ qrupla şəxslə, o cümlədən Zərərçəkmiş şəxs məxsus ola bilər (cild 2, iş vərəqə 9-14). 17 avqust 2022-ci il tarixli məhkəmə-tibbi kriminalistik və kriminalistik ekspertizasının rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş və mərhum Zərərçəkmiş şəxs məxsus donun ön səthində cəmi 20 (iyirmi) ədəd və arxa səthində cəmi 04 (dörd) ədəd deşilmişkəsilmiş zədələr vardır. Bu zədələr iti ülgücü, iti ucu və küpü olan yastı tiyə tipli deşicikəsici alətin (alətlərin) təsirindən əmələ gəlmişdirlər. Ekspertizaya təqdim olunmuş və mərhum Zərərçəkmiş şəxs məxsus donun üzərində aşkar olunmuş deşilmiş-kəsilmiş zədələrin ekspertizaya təqdim edilmiş bıçağın tiyəsinin təsirindən və ya oxşar konstruktiv xüsusiyyəili alətin (alətlərin) təsirindən əmələ gəlməsi istisna olunmur. Ekspertizaya təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmışdır, məişət təyinatlı, qatlanan tipli cib bıçağıdır və soyuq silah hesab olunmur. Ekspertizaya təqdim olunmuş və Təqsirləndirilən şəxs məxsus şalvarın, köynəyin və bir cüt ayaqqabıların üzərində əhəmiyyət kəsb edən heç bir zədə aşkar olunmadı. Ekspertizaya təqdim edilmiş, mərhum Zərərçəkmiş şəxs məxsus donun və Təqsirləndirilən şəxs məxsus şalvarın üzərində aşkar olunmuş qan ləkələri qan mənbəyi ilə (qanlı səthlə) statik (hərəkətsiz) kontakt nəticəsində əmələ gəlmiş və sonra fiziki kapilarlıq faktoru üzrə səthə hopmuşdur. Təqdim olunmuş şalvarın üzərində aşkar olunmuş bəzi qan ləkələri və köynəyin ön səthinin yuxarı hissələrində, sol çiyinlik hissəsində olan qan ləkələri qan mənbəyindən (qanlı səthdən) bucaq altında olmaqla, düşən damcılar nəticəsində əmələ gəlmişdirlər. Ayaqqabı cütünün və bıçağın üzərində aşkar olunmuş qan ləkələri isə, qan mənbəyi və va qanlı səthlə dinamik (hərəkətli) kontakt nəticəsində əmələ gəlmişdirlər və yaxma xarakterlidir (cild 2, iş vərəqə 15-25). 20 avqust 2022-ci il tarixli kompleks ambulator məhkəmə psixiatriya və məhkəməpsixoloji ekspertizasını rəyindən görünür ki, müayinədən keçən Təqsirləndirilən şəxs hazırda hər hansı psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyvən edilir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmamışdır. Həmin dövrdə o öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1, 21.3-cü və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə elmək iqtidarındadır. Həmçinin Təqsirləndirilən şəxs qıcığa qarşı həssaslıq, hövsələsizlik, inadkarlıq, tez özündən çıxmaq, eqosentrizm, kinlilik kimi tərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs cinayət əməlini törədən zaman psixi-emosional sferasında qəzəb, hirslilik yaranmışdır. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt (qəflətən baş vermiş güclü ruhi həyəcan) halında olmamışdır (cild 2, iş vərəqə 26-30). 01 sentyabr 2022-ci il tarixli ambulator məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya və alkoqolizm xəstəliyindən əzab çəkmir. Narkomaniyadan və alkoqolizmdən məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür (cild 2 vərərqə 31-32). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Bakı şəhər Narkoloji Mərkəzin”ndən daxil olmuş məktubdan görünür ki, Zərərçəkmiş şəxs “Respublika Psixiatriya Xəstəxanası”nda və “Bakı şəhər Narkoloji Mərkəzin”də qeydiyyatda olmamışdır (cild 2, iş vərəqə 40-41). 05 oktyabr 2022-ci il tarixli “Baxış keçirilməsi haqqında” protokolundan görünür ki, "xxxx" MMC-dən təqdim edilmiş 02 (iki) ədəd kompakt diskə baxış keçirilmiş və həmin diskdə olan fayllarda iş üçün əhəmiyyətli hər hansı məlumat aşkar edilməmişdir (cild 1, iş vərəqə 46). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin məlumatından görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 21 avqust 2002-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələri ilə təqsirli bilinərək ona həmin Məcəllənin 66.3-cü maddəsi ilə qəti olaraq 07 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. (cild 1, iş vərəqə 179-180). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin məlumatından görünür ki, X6 əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqə 181). Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Şenk İsveçrəyə qarşı” Avropa İnsan Hüquqları Məhkəməsinin 12 iyul 1988-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir . “Yallo Almaniyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 11 iyul 2016cı il tarixli qərarında göstərilir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özülyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçisi vasitəsi ilə suallar vermişdir. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349-cu maddəsinə əsasən məhkəmə hökmü qanuni olmalıdır, yəni Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosesual Məcəlləsinin, Cinayət Məcəlləsinin və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının CM-nin 3-cü maddəsinə əsasən yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Xüsusi amansızlıqla qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə əməlinə görə cinayət məsuliyyəti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsində nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan, zor tətbiq etməklə mənzildə yaşayanın iradəsi ziddinə mənzilə daxil olma əməlinə görə cinayət məsuliyyəti isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 157.2-ci maddəsində nəzərdə tutulmuşdur. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli, 3 saylı qərarının 2ci bəndində məhkəmələrə tövsiyyə olunmuşdur ki, Qəsdən adam öldürmə cinayəti həm birbaşa, həm də dolayı qəsdlə törədilə bildiyi halda belə cinayəti törətməyə cəhd yalnız birbaşa qəsdlə həyata keçirilə bilər. Bu zaman təqsirkar öz əməlinin (hərəkət və hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk edir, onun nəticələrini qabaqcadan görür və bunları arzu edir. Lakin ölüm hadisəsi onun iradəsindən asılı olmayan səbəblərdən (məsələn başqa şəxslərin işə qarışması, zərərçəkmişin fəal müqaviməti, ona vaxtında tibbi yardım göstərilməsi) baş vermir. Həmin qərarın 3-cü bəndində göstərilir ki, qəsdən adam öldürməni ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan qəsdən sağlamlığa ağır zərər vurmadan fərqləndirmək lazımdır. Nəzərə almaq lazımdır ki, qəsdən adam öldürmədə təqsirkarın niyyəti zərərçəkmişi həyatdan məhrum etməyə yönəldiyi halda, Azərbaycan Respublikası CM-nin 126.3-cü maddəsində nəzərdə tutulan əməldə ölümün baş verməsinə münasibəti ehtiyatsızlıqda ifadə olunur. Burada təqsirkarın niyyətinin məhz nəyə yönəlməsi məsələsi həll edilərkən işin bütün halları, o cümlədən cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətlərinin sayı, xarakteri və lokalizasiyası (məsələn həyat üçün mühüm orqana xəsarət yetirilməsi), həmçinin təqsirkarın və zərərçəkmiş şəxsin hadisədən əvvəlki qarşılıqlı münasibətləri, təqsirkarın hadisədən sonrakı hərəkətləri nəzərə alınmalıdır. Həmin qərarın 8-ci bəndində qeyd edilir ki, təqsirkarın əməli xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə tövsif edilərkən nəzərə almaq lazımdır ki, burada xüsusi amansızlıq anlayışı həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın cinayət törədərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olur. Əməl xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi zərərçəkmişi məhz xüsusi amansızlıqla həyatdan məhrum etməyə yönəldilmişdir. Xüsusi amansızlığın əlamətləri həyatdan məhrumetmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət ac-susuz saxlanması və s.) yetirilməsi hallarında mövcud olur. Məhkəmə əvvəla qeyd edir ki, məhkəmə iclasında ifadə verərkən təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin həm 157-ci maddəsi, həm də 120-ci maddəsi ilə ittiham elan edilməsi üçün əsas olan faktiki halları mübahisələndirmişdir. Belə ki, o istər ibtidai istintaq dövründə, istərsə də məhkəmədə ifadə verərkən bildirmişdir ki, zərərçəkmiş şəxs Aynur Əliyarovanı öldümək niyyəti olmamışdır. Meyvə tərəvəz satdığı üçün üzərində həmişə bıçaq gəzdirmişdir. Cinayət işi materiallarına əlavə edilən və məhkəmə iclasında tədqiq edilən ekspertiza rəyindən görünür ki, zərərçəkmiş şəxsə 20 bıçaq zərbəsilə xəsarət yetirilmiş,onlardan dördü sağlamlığa ağır zərərvurma əlamətlərinə malik olmaqla mərhumun ölümü ilə səbəbli əlaqədədir. 07 iyul 2022-ci il tarixli protokollardan görünür ki, həm hadisə yerinə baxış zamanı götürülən zərərçəkmiş şəxsə məxsus mobil telefona, həm də Təqsirləndirilən şəxs üzərində olan sonuncunun istifadəsində olmuş "Samsung" markalı mobil telefona baxış zamanı 03 iyul tarixdə zərərçəkmiş şəxslə təqsirləndirilən şəxsin bir-birinin ünvanına nalayiq ifadələr işlətdikdən sonra təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs həmin gün təhqirlərə görə arvadına, uşaqlarına dediklərinə cavab verəcəyini, evində yaşamağa qoymayacağını, qabağına çıxan kimi onu deşik-deşik edəcəyini bildirmişdir. Bundan başqa təqsirləndirilən şəxsin ibtidai istintaq dövründə dindirilməsi, ifadəsinin yerində yoxlanılması protokollarından, habelə məhkəmə iclasında verdiyi ifadələrdən görünür ki, Aynurə qapı döyülən kimi qapını açmış, qapını açan kimi o, Aynurənin boğazından tutub itələmiş, Aynurə yerə yıxılmış, o dərhal evin içinə girib Aynurənin üzərinə hücum etmiş, özü ilə gəzdirdiyi qara rəngli dəstəyi olan, qatlanan bıçağı çıxardıb Aynurənin bədəninin müxtəlif nahiyələrinə bıçaqla zərbə endirməyə başlamışdır. O, daha çox Aynurənin bədəninin yuxarı hissəsinə, döş qəfəsi və qarın nahiyəsinə zərbə vurmuşdur. Aynurə yerdə olarkən əli ilə ona mane olmağa, bıçaq zərbələrinin qarşısını almağa çalışmış, bıçaqdan tutub "vurma, qələt eləmişəm, balam var məni öldürmə” deyə yalvarmış, o, isə balanı fikirləşirdinsə belə hərəkət eləməzdin deyərək yenidən Aynurəyə bıçaq zərbəsi endirmişdir. Zərərçəkmiş şəxsə bıçaq xəsarətləri yetirdiyi zaman qonşu gəlmiş, həmin qadına getməsini bildirmiş, qonşu qadın uzaqlaşıb getmiş və kömək üçün qışqırmışdır, bundan sonra o, evdən çıxıb liftə tərəf hərəkət etmişdir, liftin qabağında olanda Aynurənin gəldiyini görmüş, onun dediyi sözləri eşidə bilməmiş, lakin sanki ona heçnə olmamış kimi arxasından gəldiyinə görə sonuncuya kürək nahiyyəsinə bıçaq vurmuş, sonra daha bir bıçaq xəsarəti də yetirmişdir. Məhkəmə iclasında dindirilərkən təqsirləndirilən şəxsə zərərçəkmiş şəxsə liftin qabağında daha iki bıçaq xəsarəti yetirməsinin səbəbi araşdırılarkən sonuncu ibtidai istintaq dövründə verdiyi ifadəni bir daha təsdiq edərək sonuncunun heçnə olmamış kimi gəlməsini əsas göstərməklə onun qəsdinin məhz Zərərçəkmiş şəxs qəsdən həyatdan məhrum etməsinə yönəldiyini və bu hərəkətlərini israrla tamamlamaq arzusunu bir daha təsdiq etmişdir. Cinayət işi materiallarına əlavə edilmiş 06 iyul 2022-ci il tarixli meyitə baxış protokolu və ona əlavə edilmiş fotoşəkillər, habelə zərərçəkmiş şəxsin barəsində həyata keçirilmiş 06 iyul 2022-ci il tarixli məhkəmə-tibb ekspertiza rəyi ilə xəsarətlərin lokalizasiyası ilə əlaqədar müəyyən edilən hallar ilə təqsirləndirilən şəxsin ifadəsində göstərdiyi xüsusatlar üst-üstə düşmüşdür. Təqsirləndirilən şəxsin ibtidai istintaq dövründə zərərçəkmiş şəxsin bıçaqdan tutub "vurma, qələt eləmişəm, balam var məni öldürmə” deyə yalvarması, o, isə balam fikirləşirdinsə belə hərəkət eləməzdin deyərək yenidən Aynurəyə bıçaq zərbəsi endirməsi barədə verdiyi ifadələri məhkəmə iclasında təkzib etsə də, bunun üçün hər hansı tutarlı səbəb gətirə bilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək Zərərçəkmiş şəxs öldürmək istəmədiyinə dair məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək ittiham olunduğu cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab edir. Onun öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla – hadisə baş verməmişdən əvvəl zərərçəkmiş şəxslə təqsirləndirilən şəxs arasında telefon danışıqları, təqsirləndirilən şəxsin ibtidai istintaq dövründə dindirimə və ifadəsinin yerində yoxlanılması protokolları, ekspert rəyləri ilə, habelə iş üzrə toplanmış digər çoxsaylı sübutların məcmusu ilə təkzib olunur. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs zor tətbiq etməklə, yəni zərərçəkmiş şəxs qapını açan kimi sonuncunu içəri dəvət etməsinə məhəl qoymadan bogazından tutaraq mənzilin içərisinə salaraq yerə yıxmaqla onun iradəsinə zidd olaraq mənzilinə daxil olmuş, onun yalvarışlarına məhəl qoymadan 20 bıçaq zərbəsi xəsarəti yetirməklə onu xüsusi amansızlıqla həyatdan məhrum etmişdir. Bununla da onun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.4 və 157.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini qəsdən törətmişdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla həmin Məcəllənin 120.2.4 və 157.2-ci maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarına əlavə edilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Kürdəmir rayonu, Tophəsənli kəndində yaşadığı müddətdə özünü nizamlı-intizamlı bir gənc kimi göstərmiş, özündən kiçik və yaşlılara diqqət və qayğı ilə yanaşdığından kənd əhalisinin arasında hörmət qazanmışdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs himayəsində 23 sentyabr 2010-cu il təvəllüdlü bir azyaşlı və 19 dekabr 2008-ci il təvəllüdlü yetkinlik yaşına çatmayan övladı vardır (cild 2 iş vərəqə 33, 38). Cinayət işi materiallarına əlavə edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 20 fevral 2019-cu il tarixli çıxarışından görünür ki, Təqsirləndirilən şəxs övladı X7 epilepsiya, tez-tez təkrarlanan qıcolmalarla diaqnozu qoyulmuşdur. Cəza təyin edərkən məhkəmə, Təqsirləndirilən şəxs himayəsində 23 sentyabr 2010-cu il tarixli azyaşlı uşağın olmasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4cü maddəsinə, 19 dekabr 2008-ci il tarixli yetkinlik yaşına çatmayan uşağının olmasını, uşaqlarından birinin epilepsiya xəstəliyindən əziyyət çəkməsini, əməlindən peşmançılıq hissi keçirməsini həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır və qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olunmasını, himayəsində bir azyaşlı, bir yetkinlik yaşına çatmayan övladının olmasını, uşaqlarından birinin epilepsiya xəstəliyindən əziyyət çəkməsini, əməlindən peşmançılıq hissi keçirməsini nəzərə alaraq hesab edir ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4 və 157.2-ci maddələrində nəzərdə tutulmuş sanksiya həddində həmin Məcəllənin 66.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, həmin maddəyə əsasən, xüsusilə ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzalarının ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilmişdir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6) Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 03 iyul 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 05 iyul 2022-ci il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 03 iyul 2022-ci il tarixdən hesablanması qərara alınmışdır (cild 1, iş vərəqə 34, 86-90). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 03 iyul 2022ci il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən, şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, cinayət işi üzrə maddi sübut olub, Bakı şəhəri Suraxanı rayon prokurorluğunun maddi sübutların saxlanma otağına təhvil verilmiş hadisə yerinə baxış zamanı hadisə yerindən götürülmüş (bir ədəd zərfin içərisində) 05 ədəd qanabənzər nümunə, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs müalicə aldığı xəstəxanadan götürülmüş, hadisə vaxtı əynində olun xələt, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılarkən polis əməkdaşlarına təqdim etdiyi cinayətin aləti olan 01 ədəd bıçaq və təqsirləndirilən şəxsin hadisə vaxtı əynində olmuş 01 ədəd qırmızı rəngli qısaqol köynək, 01 ədəd göy rəngli cins şalvar, 01 cüt qəhvəyi rəngli ayaqqabı məhv edilməli, hadisə yerindən götürülmüş Zərərçəkmiş şəxs məxsus 02 ədəd “Samsung" markalı mobil telefon onun, Təqsirləndirilən şəxs məxsus 01 ədəd “Samsung" markalı mobil telefon isə sonuncunun ailə üzvlərinə qaytarılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmə zamanı onun hüquqlarını dövlət büdcəsi vəsaiti hesabına Mərkəz Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Cinayət-Prosessual Məcəllənin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla məhkəmə mərhələsində 56 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Müdafiəçi işlədiyi Bakı şəhəri Mərkəz Vəkil Bürosunun hesabına 336 (üç yüz otuz altı) manat məbləğində pul köçürülməlidir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli, “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.4 və 157.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə 16 (on altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası, 157.2-ci maddəsi ilə 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzalar tam toplanmaqla ona qəti olaraq 16 il 6 ay müddətinə il azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməsi müddətinin başlanğıcı 03 iyul 2022ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübutlar: - Bakı şəhəri Suraxanı rayon prokurorluğunun maddi sübutların saxlanma otağına təhvil verilmiş 05 ədəd qanabənzər nümunə, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs müalicə aldığı xəstəxanadan götürülmüş, hadisə vaxtı əynində olun xələt, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılarkən onlara təqdim etdiyi cinayətin aləti olan 01 ədəd bıçaq və təqsirləndirilən şəxsin hadisə vaxtı əynində olmuş 01 ədəd qırmızı rəngli qısaqol köynək, 01 ədəd göy rəngli cins şalvar, 01 cüt qəhvəyi rəngli ayaqqabı məhv edilsin; - Bakı şəhəri Suraxanı rayon prokurorluğunun maddi sübutların saxlanma otağına təhvil verilmiş, hadisə yerindən götürülmüş Zərərçəkmiş şəxs məxsus 02 ədəd “Samsung" markalı mobil telefon onun ailə üzvlərinə qaytarılsın; - Təqsirləndirilən şəxs məxsus 01 ədəd “Samsung" markalı mobil telefon onun ailə üzvlərinə qaytarılsın. Məhkəmə mərhələsində göstərilmiş 56 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına Müdafiəçi üçün 336 (üç yüz otuz altı) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (sədrlik edən) Leyla Əsgərova-Məmmədova Rasim Sadıxov Novruz Kərimov
Məhkəmə qərarları › İş №1(101)-361/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-361/2023
20.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver