Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-361/2025 03.02.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əsgərova-X6 (sədrlik edən), Sadıxov Rasim Əkrəm oğlu və Kərimov Novruz Ağakərim oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X5, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxx 1989-cu il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, ünvan 1 ünvanda qeydiyyatda olan və faktiki həmin ünvanda yaşamış, barəsində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 14 fevral 2024-cü il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş və hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə olan metamfetamini əldə etmiş, üzərində saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə 01 ədəd şəffaf sellofan bükümdə külli miqdarda - təmiz çəkisi 13,828 qram təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirlərinə əsasən 12 fevral 2024-cü il tarixdə saat 20:40 radələrində yaşadığı ünvan 3 ünvanda saxlanılaraq 32-ci Polis Bölməsinə aparılmış, orada üzərində şəxsi axtarış keçirilərkən əyinindəki boz rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümdə külli miqdarda - təmiz çəkisi 13,828 qram təşkil edən psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilməyərək göstərmişdir ki, əvvəllər sürücü işləmiş və gündəlik 40-50 manat pul qazanmışdır.12 fevral 2024-cü il tarixdə Kərim İsmayılov küçəsində yerləşən yaşadığı evdə olan zaman polis əməkdaşları tərəfindən saxlanılaraq Polis Bölməsinə aparılmışdır. Saxlanılan zaman polis əməkdaşları tərəfindən fiziki təzyiqə məruz qalmamışdır. Əvvəllər narkotik vasitənin istifadəçisi olmağına görə saxlanılmışdır. Polis Bölməsində qarşısına narkotik vasitə qoyulmuş və “bu sənindir” deyilmişdir. 2022-ci ilin noyabr ayından sonra qolbaq ayağında ola-ola o, 200 qram narkotik vasitə daşınması ilə əlaqədar yenidən saxlanılsa da prokuror tərəfindən azad edilmişdir. Axırıncı dəfə polis əməkdaşları tərəfindən saxlanılarkən ona “narkotik vasitənin sənə məxsus olmasını qəbul etməsən ailə üzvlərini də saxlayacağıq” deyə bildirmişlər. Həmin vaxt növbətçi hissədən qadın səsinin gəldiyini eşitmişdir. O, həmin səsin arvadının səsi olduğunu güman edib ittihamı qəbul etmişdir. Sonradan istintaq təcridxanasında arvadı ilə danışan zaman sonuncu Polis Bölməsində olmadığını bildirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs elan edilərək tədqiq edilmiş ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, təxminən üç il olar ki, psixotrop maddənin “patı” kimi tanıdığı növündən çəkmək yolu ilə istifadə edir. O, narkotik vasitəni Bakı şəhərində müxtəlif ərazilərdən “zakladka” yolu ilə alır. Sonuncu dəfə xx.xx.2024-cü il tarixdə günorta saatlarında “İnstagram” sosial şəbəkəsində əlaqə qurduğu tanımadığı şəxsdən 100 manat ödəməklə öz şəxsi istifadəsi üçün psixotrop maddə sifariş etmiş və “zakladka” yolu ilə Qaraçuxur qəsəbəsində yerləşən “Araz” marketin yaxınlığından götürmüşdür. xx.xx.2024-cü il tarixdə saat 20 radələrində yaşadığı Qaraçuxur qəsəbəsi, K.İsmayılov küçəsi, ev 9, mənzil 9 ünvanda evində olduğu zaman iki nəfər mülki geyimdə polis əməkdaşı gəlib barəsində şikayət olduğunu bildirmişlər və onu Polis Bölməsinə dəvət etmişlər. Bu zaman o, üzərində narkotik vasitə olduğu üçün həyəcanlanmışdır. Bölmədə xidməti otaqların birində onun üzərinə şəxsi axtarış və baxış keçirmişlər və üzərində qanunla dövriyyəsi qadağan olunmuş hər hansı bir maddə və ya predmet varsa təqdim etməsi təklif edilmişdir. O, əynindəki olan boz rəngli cins şalvarının sağ yan cibindən şəffaf rəngli sellofana bükülmüş bükümü çıxarıb təqdim etmişdir. O, aşkar edilmiş maddənin “patı” olduğunu və Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkumluğu olduğundan ayağına qolbaq taxıldığını bildirmişdir. Bundan sonra üzərindən aşkar edilmiş bir büküm sellofan zərfə qoyularaq müvafiq qaydada qablaşdırılmışdır. O, ailəsi və anası X2 ilə birlikdə yaşayır, psixotrop maddə metamfetamin istifadəçisi olduğu üçün ola bilər ki, anlaqsız vəziyyətdə hər hansı bir əşyaya ziyan vurmuşdur, lakin onun ziyan vurmaq kimi bir fikri olmamışdır. O, Polis Bölməsinə gətirilərkən və Bölmədə olduğu zaman ona qarşı heç bir zorakılıq olunmamışdır. Onun üzərindən aşkar olunmuş psixotrop maddə metamfetamindən başqa heç bir yerdə narkotik vasitə və psixotrop maddə saxlamamışdır. O, psixotrop maddə metamfetamini aldığı şəxsin telefon nömrəsini, soyadını, atasının adını və adını bilmir.O, psixotrop maddəni «İnstagram» sosial şəbəkəsində əlaqə saxladığı tanımadığı şəxsdən 100 manat ödəməklə öz şəxsi istifadəsi üçün zakladka yolu ilə almışdır (cild 1, iş vərəqə 75-77). Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadə verərək göstərmişdir ki, 12 fevral 2024-cü il tarixdə X1 Rövşən Ağaşirin oğlunun narkotik vasitə əldə etmək üçün ondan pul tələb etməsi ilə bağlı Polis Bölməsinə ərizə ilə müraciət etmişdir. Bununla bağlı təhqiqatçı Məmməd Əliyev onlara əməliyyat tapşırığı vermiş, raportla rəisə məruzə edildikdən sonra əməliyyat qrupu yaradılmışdır. Təqsirləndirilən şəxsi Qaraçuxur qəsəbəsi, Kərəm İsmayılov küçəsində saxlayıb 32-ci Polis Bölməsinə dəvət etmişlər. Polis Bölməsində videoçəkiliş vasitəsilə təqsirləndirilən şəxsin üzərində şəxsi axtarış keçirilərkən əynindəki şalvarın sağ yan cibindən bir bükümdə psixotrop maddə olan metamfetamini çıxarıb onlara təqdim etmişdir. Təqsirləndirilən şəxs psixotrop maddəni 100 manat müqabilində “zakladka” yolu ilə əldə etdiyini bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadə verərək göstərmişdir ki, Təqsirləndirilən şəxs anasının 12 fevral 2024-cü il tarixdə şikayət ərizəsi ilə bağlı təhqiqatçının əməliyyat tapşırığı əsasında raportla rəisə müraciət etdikdən sonra təqsirləndirilən şəxsi Qaraçuxur qəsəbəsində saxlayıb özlərini təqdim etdikdən sonra Polis Bölməsinə aparmışlar. Polis Bölməsində təqsirləndirilən şəxs üzərində olan metamfetamin adlanan psixotrop maddəni onlara təqdim etmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspert rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. 12 fevral 2024-cü il tarixli Təqsirləndirilən şəxs anası X3 tərəfindən Bakı şəhəri Suraxanı rayonu Polis İdarəsinin 32-ci Polis Bölməsinə ünvanladığı ərizədən görünür ki, X4 Əliyevin xeyli müddətdir ki, narkotik vasitə istifadə etdiyini, evdə olan əşyaları sındırdığını bildirib, oğlunun barəsində tədbir görülməsini xahiş etmişdir ( cild 1, iş vərəqə 3). 12 fevral 2024-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan və ona əlavə edilmiş həmin istintaq hərəkətlərinin videogörüntülərini özündə əks etdirən 01 ədəd DVD diskdən görünür ki, Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki boz rəngli cins şalvarının sağ yan cibindən şəffaf rəngli sellofan bükümü çıxarıb təqdim etmişdir.Sorğu zamanı Təqsirləndirilən şəxs aşkar edilmiş maddənin “şüşə” kimi tanıdığı psixotrop maddə olduğunu, həmin maddəni 12 fevral 2024-cü il tarixdə 100 manat ödəməklə tanımadığı şəxsdən zakladka yolu ilə Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerləşən “Araz” marketin yanından əldə edərək şəxsi istifadəsi üçün üzərində saxlayıb gəzdirdiyini bildirmişdir ( cild 1, iş vərəqə 35-37). 13 fevral 2024-cü il tarixli məhkəmə-kimyəvi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №196” dairəvi möhür əksi olan, “şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar ...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd rəfdəki 01 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 13,828 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Ekspertiza tədqiqatından sonra metamfetaminin qalıq çəkisi 13,778 qram təşkil etmişdir (cild 1, iş vərəqə 52-54). 03 may 2024-cü il tarixli ambulator məhkəmə-psixiatrik ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törətdiyi zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də ona ittiham olunan əməl barədə anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21 və 22-ci maddələrinin təsiri altına düşmür (cild 1,iş vərəqə 134-135). Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**- **, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-** mobil telefon nömrələrinə dair məlumatların əldə edilməsi haqqında Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 10 may 2024-cü il tarixli qərarına əsasən əldə edilmiş CD disk məlumatlarından görünür ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 01 may 2023-cü il tarixli hökmü ilə məhkum edildikdən sonra Təqsirləndirilən şəxs istifadəsində olan ***-***- **-** mobil telefon nömrəsi vasitəsilə narkotik vasitələrin qanunsuz dövriyyəsinə dair danışıqlar aparılmışdır. Belə ki, 14 sentyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs istifadəsində olan həmin nömrəyə “qaqa.ncsn?qardawimsan.bideqaqaya.el.tutda.agridayiq.10uq.5de.pt.qardawimsan.xbr.din ,xbr.cxmadi?qardawim.cetde.olsa.yaxwi.olardi.axrnci.smsdi.yazdim.sene.brat”,“Qaqaşımçı x işimi bilimdə amma kimsə bilməsində mənə nəşə otursen, ki günü ölürəm sən ol qardaşım ” məzmunda məsajlar göndərilmişdir. 16 may 2024-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərarla Təqsirləndirilən şəxs üzərindən şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 13,828 qram psixotrop maddə metamfetamin maddi sübut hesab olunmuş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 13,778 qram təşkil edən psixotrop maddə metamfetaminin saxlanılması üçün Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, Təqsirləndirilən şəxs barəsində həyata keçirilən şəxsi axtarış və götürmə istintaq hərəkətinin videogörüntülərini özündə əks etdirən 01 ədəd DVD diskin sübut qismində tanınaraq cinayət işində saxlanılması müəyyən edilmişdir (cild 1, iş vərəqə 136-144). Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Şenk İsveçrəyə qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 12 iyul 1988-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir. “Yallo Almaniyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 11 iyul 2016cı il tarixli qərarında göstərilir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349-cu maddəsinə əsasən məhkəmə hökmü qanuni olmalıdır, yəni Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosesual Məcəlləsinin, Cinayət Məcəlləsinin və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın 1-ci Siyahısının 118-ci bəndinə əsasən təmiz halda 2 (iki) qram və daha artıq çəkidə psixotrop maddə metamfetamin külli miqdar təşkil edir. Məhkəmə, Təqsirləndirilən şəxs narkotik vasitənin satışını həyata keçirtməməsi, ümumiyyətlə şəxsi axtarış və götürmə zamanı aşkar edilmiş maddənin ona məxsus olmaması, məhkəmə iclasında və ibtidai istintaq dövründə verdiyi ifadələri arasındakı ziddiyyəti fiziki və psixi təzyiqə məruz qalması ilə əlaqələndirdiyi izahlarını onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Onun öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla - cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, narkotik vasitələrin qanunsuz dövriyyəsinə dair istifadəsində olan telefon nömrəsi vasitəsilə aparılan danışıqların məzmununu özündə əks etdirən CD disk məlumatları, iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə tam təkzib olunur. Belə ki, məhkəmə əvvəla qeyd edir ki, Təqsirləndirilən şəxs iş materiallarına əlavə edilmiş təqsirləndirilən şəxs barəsində həyata keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı üzərindən aşkar edilmiş narkotik vasitənin özünə məxsus olmasını bildirmişdir. Məhkəmə iclasında psixoloji təzyiqə məruz qalmasını qeyd etsə də təqsirləndirilən şəxs həmin halı təsdiq edə biləcək ağlabatan dəlillər təqdim edə bilməmişdir. Bundan başqa həmin istintaq hərəkətinin nəticələrinin mötəbərliliyinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125.2-ci maddəsinə əsasən şübhə altına alınması üçün əsaslar müəyyən edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, 13,828 qram metamfetaminin təqsirləndirilən şəxsə məxsus olması işin mübahisəsiz halını təşkil edir. Bundan başqa məhkəmə iclasında təqsirləndirilən şəxs ***-***-**-** mobil telefon nömrəsi vasitəsilə qeydə alınan narkotik vasitənin satılması məzmununda danışıqlarla bağlı dindirilərkən həmin telefon nömrəsinin özünə məxsus olmasını və danışıqların onun tərəfindən aparılmasını etiraf etmişdir. Beləliklə, məhkəmə, təqsirləndirilən şəxsin üzərindən aşkar edilən psixotrop maddənin miqdarını, onun istifadəsində olan telefon nömrəsi vasitəsilə əvvəllər narkotik vasitələrin satışının həyata keçirilməsinin təsdiq edilməsi barədə halları nəzərə alaraq, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetirilmişdir. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində göstərilən cinayət əməli həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətdir. Qeyd olunan əməl təqsirləndirilən şəxs tərəfindən qəsdən törədilmişdir və başa çatmış cinayətdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cəza təyin edərkən məhkəmə Təqsirləndirilən şəxs himayəsində 03 oktyabr 2017-ci il təvəllüdlü azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi qəbul edir və qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 03 oktyabr 2017-ci il təvəllüdlü uşağının olması kimi barəsində olan cəzanı yüngülləşdirən halların mövcudluğunu, cəzasını ağırlaşdıran halların müəyyən edilməməsini, törətdiyi cinayətin xarakteri və ictimai təlükəliliyini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədlərinə nail olunması prinsipi rəhbər tutulmaqla ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş sanksiyasının həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Bundan başqa iş materiallarına əlavə edilmiş Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 01 may 2023-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs 10 iyun 2023-cü il tarixdə Bakı şəhəri Probasiya İdarəsində qeydiyyatdan keçmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 27 mart 2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs təyin edilmiş 02 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının 14 fevral 2024-cü il tarixə çəkilməmiş 02 il 03 ay 22 gün hissəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.5-ci maddəsinə əsasən 01 il 01 ay 26 gün müddətinə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmişdir. Cəzaçəkməsinin əvvəli 27 mart 2024-cü il tarixdən hesablanması müəyyən edilmiş, barəsində həbs qətimkan tədbirinin seçilməsinin nəzərə alınması göstərilmişdir (cild 1, iş vərəqə 113-120). Məhkəmənin təşəbbüsü ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasından daxil olmuş 03 fevral 2025-ci il tarixli məktubdan görünür ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin qərarının icra olunmasına dair göstəriş verilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” qərarının hökmlərin məcmusu üzrə cəza tyin edilməsindən bəhs edən 21-ci bəndinin müddəalarından görünür ki, azadlıqdan məhrumetmə növündə cəza çəkən şəxs tərəfindən yeni cinayət törədildikdə cəzanın çəkilməmiş hissəsi törədilmiş yeni cinayətə görə həbs qismində qətimkan tədbirinin seçilməsindən sonra qalmış müddət hesab olunur. Ali Məhkəmənin Plenumunun mövqeyindən aydın olur ki, cəza çəkən şəxs barəsində həmçinin həbs qətimkan tədbiri seçildikdə cəzanın müddətinin axımı dayanır. Yəni şəxs barəsində həbslə azadlıqdan məhrum etmə cəzasının axımı üst-üstə düşə bilməz. Məhkəmə azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxsin barəsində belə həbs qətimkan tədbirinin seçildiyi halda cəza müddətinin axımının dayanması barədə Ali Məhkəmənin Plenum Qərarının mövqeyini, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 27 mart 2024-cü il tarixli qərarı ilə ona Suraxanı Rayon Məhkəməsinin 01 may 2023-cü il hökmü ilə təyin edilmiş və hazırki iş üzrə barəsində həbs qətimkan tədbiri seçildiyi günə, yəni 14 fevral 2024-cü il tarixə çəkilməmiş 02 il 03 ay 22 gün azadlığın məhdudlaşdırılması cəzasının 01 il 01 ay 26 gün müddətinə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilməsinə baxmayaraq, həmin qərarın icraya yönəldilməməsini, yəni təqsirləndirilən şəxsin faktiki olaraq azadlıqdan məhrum etmə növündə cəza çəkməməsini, qeyd olunan qərar qəbul edilməzdən əvvəl, 14 fevral 2024-cü il tarixdə təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsini nəzərə alaraq qeyd edir ki, təqsirləndirilən şəxsə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 01 may 2023-cü il hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının barəsində həbs qətimkan tədbiri seçilmiş gündən sonrakı hissəsi yəni, 02 il 03 ay 22 gün azadlığın məhdudlaşdırılması cəzası çəkilməmiş hesab edilməli, Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən 01 il 01 ay 26 gün müddətinə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilərək Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin ediləcək cəza ilə qismən birləşdirilməlidir. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 12 fevral 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş (cild 1, iş vərəqə 31), Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 14 fevral 2024-cü il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 12 fevral 2024-cü il tarixdən hesablanması qərara alınmışdır (cild 1, iş vərəqə 94-96). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 12 fevral 2024-cü il tarixdən hesablanmalıdır. 26 aprel 2024-cü il tarixli ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan aslılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır (cild 1, iş vərəqə 131-132). Məhkəmə qeyd edilən rəyi və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 13,778 qram təşkil edən psixotrop maddə metamfetamin məhv edilməli, Təqsirləndirilən şəxs barəsində həyata keçirilən şəxsi axtarış və götürmə istintaq hərəkətinin videogörüntülərini özündə əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsdən 65 (altmış beş) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir (cild 1, iş vərəqə 51). Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Başqa sözlə, təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi məhkəmə zamanı Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Cinayət-Prosessual Məcəllənin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla məhkəmə mərhələsində göstərilmiş 60 (altmış) iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi vəkil işlədiyi 12 saylı Vəkil Bürosunun hesabına 360 (üç yüz altmış) manat məbləğində pul köçürülməlidir. Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2024-cü il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 01 may 2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş və barəsində həbs qətimkan tədbiri seçilən günə çəkilməmiş 02 (iki) il 03 (üç) ay 22 (iyirmi iki) gün azadlığın məhdudlaşdırılması cəzası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 01 (bir) il 01 (bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilməklə hazırki hökmlə təyin edilmiş 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilsin və Təqsirləndirilən şəxs qəti olaraq 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 12 fevral 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin. İş üzrə maddi sübutlar: - Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 13,778 qram təşkil edən psixotrop maddə metamfetamin edilsin; - Təqsirləndirilən şəxs barəsində həyata keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkətinin videogörüntülərini özündə əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 65 (altmış beş) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. Məhkəmə mərhələsində göstərilmiş hüquqi yardımla bağlı 60 (altmış) iş saatı üçün dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 12 saylı Vəkil Bürosunun hesabına vəkil Müdafiəçi 360 (üç yüz altmış) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (sədrlik edən) Leyla Əsgərova-Məmmədova Rasim Sadıxov Novruz Kərimov
Məhkəmə qərarları › İş №1(101)-361/2025
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-361/2025
03.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver