Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-362/2024 27.03.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Ağakərim oğlu Kərimovun sədrliyi ilə, hakimlər Rasim Əkrəm oğlu Sadıxovdan və Leyla Əsgərova-Məmmədova Səyavuş qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X6, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin prokuroru - Dövlət ittihamçısı, müdafiəçilər Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs, zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə və müəllim-psixoloq X1 iştirakları ilə məhkəmə, Təqsirləndirilən şəxs, xx xxxxxx 1995-ci ildə Lerik rayonu, Şivlə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Lerik rayonu, Şivlə kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan, Azərbaycan Respublikası CM-nin 29, 120.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 21 yanvar 2023-cü il tarixdə, saat 05 radələrində yaşadığı ünvan 1 ünvanında əri Zərərçəkmiş şəxs onun istifadəsində olan “Xiaomi” markalı, “Redmi 10C” modelli mobil telefona “Whatsapp” proqramı vasitəsi ilə “Əli M” adı ilə qeyd edilən şəxsdən gəlmiş “darıxmaq şərt deyil” məzmunundakı mesajı aşkar etməsinə görə aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs onu xəyanətdə ittiham edərək bu barədə onun qardaşı X7 deyəcəyini bildirərək sonuncunu yaşadıqlara evə çağırmasından sonra onun qardaşına hadisələr barədə danışmasına mane olmaq üçün Zərərçəkmiş şəxs öldürmək qərarına gələrək həmin tarixdə saat 06:00 radələrində evin dəhlizindəki saxlanc yerində olan baltanı götürərək kəsici hissəsi ilə evin qonaq otağındakı masanın yanında, stulda əyləşmiş Zərərçəkmiş şəxs baş nahiyəsinin arxa hissəsindən iki dəfə zərbə vurmuş, ikinci zərbədən sonra baltanın əlindən yerə düşməsi və Zərərçəkmiş şəxs yaralı vəziyyətdə evdən çıxaraq kömək çağırmasından sonra ora gələn qonşuların onu tutub saxlaması nəticəsində öz iradəsindən asılı olmayan səbəblərdən cinayəti başa çatdıra bilməyib Zərərçəkmiş şəxs açıq kəllə beyin travması, baş beynin yüngül dərəcəli əzilməsi və pnevmosefaliya ilə müşayiət olunan sol təpə sümüyünün sınığı, başın sol təpə və başın ənsə nahiyələrinin əzilmiş-çapılmış yaraları ilə nəticələnən, dərəcələrinə görə ümumilikdə həyat üçün təhlükəli olan, sağlamlığa ağır zərərvurmaya aid edilən bədən xəsarətləri yetirməklə qəsdən öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda nəzərdə tutulan cinayət əməllini törətməkdə özünü qismən təqsirli bilib ifadələrində göstərdi ki, Zərərçəkmiş şəxs onun əridir. Onunla evlilik müddətində münasibətləri normal olmamışdır. Bəzi vaxtlarda evdə aralarında mübahisələr olmuş, hətta Ceyhun tez-tez onu döymüşdür. O isə ailənin dağılmaması üçün şikayət etməmişdir. 20 yanvar 2023-cü il tarixdə axşam saat 23:00 radələrində o, əri Ceyhun ilə yatmağa gedən zaman qızı Sevinc ondan informatika fənninin dərslərini etmək üçün telefonunu istədi. O da öz telefonunu qızına verərək yatmışdır. 21 yanvar 2023-cü il tarixdə saat 05 radələrində həyat yoldaşı Zərərçəkmiş şəxs işə getmək üçün oyandı. Onun mobil telefonu axşam qızı Sevincin əlində qalmışdı. Ceyhun telefonu səhər Sevincin əlindən götürmüşdü. Həmin vaxt Ceyhun ona telefonunu göstərib Əli adlı müəllimdən mesaj gəldiyini və mesajda “darıxmaq şərt deyil” sözləri yazıldığını göstərib Əli adlı müəllimin nə üçün bu məzmunlu mesaj yazdığını soruşanda, o, xəbərinin olmadığını, axşam telefonun qızları Sevincdə olduğunu demişdir. Ceyhun yenidən bu şəxsin hansı səbəblə belə mesaj yazdığını soruşdu. O, Əli müəllimin özünə zəng etməyini və səbəbini soruşmağını demişdir, lakin Ceyhun müəllimə zəng etmədi. Əli müəllimdən mesaj gecə saat 12-də gəlmişdir. Sonra, Ceyhun “Whatsapp” sosial şəbəkəsində “Əli M” adlı şəxsə xatırladığı qədəri ilə “Salam kimdi” məzmununda mesaj yazdı. Ceyhun Əli müəllimin bu mesajını onun qardaşlarına göndərdi və əsəbləşərək yenə qardaşlarına zəng vurdu və öz-özünə təhqiramiz ifadələr işlətməyə başladı. Onlar dalaşa-dalaşa dəhlizə çıxmışlar. Ceyhun mətbəxə onu öldürmək üçün bıçaq götürməyə gedəndə, onu zərərsizləşdirmək üçün o da balta ilə Ceyhuna bir dəfə vurmuşdur. Sonra yenə onun üzərinə onu döymək üçün gələndə bir dəfə də qulağının dibindən balta ilə zərbə vurmuşdur. Sonra balta əlindən yerə düşmüşdür. Ceyhun isə çölə qaçdı. Qızı sosial şəbəkədə status qoymuşdu deyə, müəllim uşağa cavab yazıb. Əvvəllər də qızı öz şəkillərindən ibarət status qoyurdu. Yoldaşı nə vaxt istəsə o, telefonunu yoldaşına vermişdir. Bu mesaj söhbətinə görə Ceyhun ilə aralarında mübahisə yarandı. Ceyhun onun üstünə döyməyə gəldiyi üçün onu zərərsizləşdirmək üçün balta ilə Ceyhunu vurmuşdur. Ceyhun onun saçını yolmuşdur, başını dəhlizə vurmuşdur. Onun özünü müdafiə etmək üçün başqa yolu olmamışdır. Ona görə məcbur qalıb belə hərəkət etmişdir. Onun Ceyhunu öldürmək niyyəti olmayıb. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı özünü təqsirli bilməyərək göstərmişdir ki, Lerik rayonu, Şivlə kəndində qeydiyyatda olsa da, ünvan 2 ünvanında ailəsi ilə birlikdə yaşamışdır. Heç bir yerdə işləmir. Əvvəllər məhkum olunmamışdır. 3 övladı var 2011-ci ildə Zərərçəkmiş şəxs ilə ailə qurmuşdur. Evlilik müddətində münasibətləri normal olmamışdır. Bəzİ vaxtlarda evdə aralarında mübahisələr olmuş, hətta Ceyhun tez-tez onu döymüş, lakin ailəsinin dağılmaması üçün o, şikayət etməmiş və xəstəxanayada getməmişdir. xx.xx.2023-cü il tarixdə axşam saatlarında ailə münaqişəsi zəminində onun əri Ceyhun ilə arasında sözlü mübahisə olmuşdur. Həmin gün axşam saat 23 radələrində o, əri Ceyhun ilə yatmağa gedən zaman qızı Sevinc ondan informatika fənninin dərslərini etmək üçün telefonunu istəmiş, o da Öz telefonunu qızma verərək gedib yatmışdır. xx.xx.2023-cü il tarixdə saat 05 radələrində həyat yoldaşı Zərərçəkmiş şəxs işə getmək üçün oyanmışdır. Səhər saatlarında yenə onlar dəqiq xatırlmadığı məsələyə görə yenidən mübahisə etmişdir. Onun mobil telefonu axşam qızı Sevincin əlində qalmışdır. Əri Ceyhun isə telefonu səhər Sevincin əlindən götürmüşdür. Həmin vaxt Ceyhun ona telefonunu göstərib Əli adlı müəllimindən mesaj gəldiyini və mesajda “darıxmaq şərt deyil” sözləri yazıldığını göstərmişdir. Bu zaman Ceyhun Əli adlı müəllimin nə üçün bu məzmunlu mesaj yazdığını soruşmuş, o da xəbərinin olmadığını axşam telefonun qızı Sevincdə olduğunu bildirmişdir. Ceyhun daha da əsəbiləşərək ondan bu şəxsin hansı səbəblə belə mesaj yazdığını soruşmuşdur. O da cavabında Əli müəllimin özünə zəng etməyini və səbəbini soruşmağını istəmiş, lakin Ceyhun müəllimə zəng etməmişdir. Ceyhun sonra da təkidlə Əli adlı müəllimin bu mesajı nə üçün yazdığını ondan soruşmuşdur. O da yenidən Ceyhuna bu barədə xəbərinin olmadığını bildirmişdir. Daha sonra Ceyhun işə gedəcəyini və onun telefonunu da aparacağını demiş, o da buna razılıq vermişdir. Həmin vaxt əri Ceyhun “Whatsapp” sosial şəbəkəsində “Əli M” adlı şəxsə xatırladığım qədəri ilə “Salam kimdi” məzmununda mesaj yazmışdır. Daha sonra o, Ceyhundan işə getməməyini və bu məsələni araşdırmağı xahiş etmişdir. Ceyhun ona qardaşı Ağəliya zəng edəcəyini bildirmiş və o da buna etiraz etməmişdir. Daha sonra Ceyhun bu mesajı onun qardaşına göndərmiş və əsəbləşərək öz-özünə təhqiramiz ifadələr işlətməyə başlamışdır. Ceyhun qonaq otağında olarkən əsəbləşib onun başına yumruqla vurmuş və onun başı divara dəymişdir. Bu zaman o, dəhlizə qaçmışdır. Daha sonra Ceyhun dəhlizdə saçından tutub başını 2-3 dəfə döşəməyə vurmuşdur. Daha sonra Ceyhun onu öldürəcəyini bildirmişdir. Həmin vaxt Ceyhunun ayağı büdrəyərək yerə yıxılmışdır. Ceyhun bıçağı götürüb başını kəsəcəyini deyərək bıçaq götürmək üçün dəhlizdən otağa qaçmışdır. Ceyhun bıçağı götürmək üçün gedəndə o, düşünmüşdür ki, əgər o, qaçmaq istəsə darvaza evdən uzaq olduğu üçün Ceyhun ona çatıb yaxalayacaqdır və ya o, həyətdən bayıra çıxdıqdan sonra həmişə olduğu kimi səhər sübh vaxtı olduğundan hamı yatdığı üçün qonşular onu Ceyhunun əlindən almağa çata bilməyəcəklər. Qonşuların yuxudan oyanıb onu Ceyhunun əlindən almalarına çatdıra bilmədiklərini düşünüb Ceyhunun onu öldürməsinin qarşısını almaq qərarına gəlmişdir. Həmin anda Ceyhunun onun boğazını necə kəsəcəyini və ya ürəyinə neçə zərbə vuracağını düşünərək bərk həyəcanlanmış, yalnız Ceyhunun qarşısını almaq üçün zərərsizləşdirmək qərarına gəlmişdir. Bu zaman dəhlizdə pilləkənlərin altında olan kiçik anbardakı balta gözümə dəymişdir. Dərhal baltanı götürüb qonaq otağına getmişdir. Ceyhun stola tərəf ayaqüstə arxası ona dayanmışdır. Həmin vaxt Ceyhun stolun üzərində bıçağı götürmüşdür. Ceyhun arxası ona tərəfə olduğu üçün baş nahiyəsindən bir dəfə balta ilə vurmuşdur. O, Ceyhunun bıçaq ilə onu öldürəcəyindən qorxduğu üçün balta ilə zərbə endirmişdir. Bu zaman Ceyhun çevrilib onun boğazından tutub boğmağa çalışmışdır. Həmin vaxt onlar əlbayaxa olmuşlar. Belə ki, həmin vaxt əri Ceyhunla birlikdə baltadan tutmuşlar. Həmin vaxt balta Ceyhunun səhv etmirəmsə boyun nahiyəsinə dəymişdir. Daha sonra balta ikimizin də əlindən yerə düşmüşdür. Ceyhun yenidən qalxıb onu boğmaq istəyən zaman o, Ceyhunun əlindən qaçıb evdən çölə çıxmışdır. Ceyhun onun arxası ilə gələrək onu həyətdə boğmağa başlamışdır. Daha sonra onun səsimə qonşular həyətə gəlmişlər və onu Ceyhunun əlindən almışlar. Bundan sonra onu qardaşının evinə, Ceyhunu isə xəstəxanaya aparmışlar. O, ilkin ifadəsində həyəcanlı olduğu üçün tam dəqiq ifadə verə bilməmişdir. Hadisə baş verən vaxt Ceyhun stolun üzərində bıçağı götürmüşdür. Ceyhunun arxası onun tərəfə olduğu üçün Ceyhuna baş nahiyəsindən bir dəfə balta ilə vurmuşdur. O, Ceyhunun bıçaq ilə onu öldürəcəyindən qorxduğu üçün balta ilə zərbə vurmuşdur. Bu zaman Ceyhun çevrilib onun boğazından tutub boğmağa çalışmışdır. Həmin vaxt onlar əlbayaxa olmuşlar. Belə ki, həmin vaxt əri Ceyhun da baltadan tutmuşdur. Həmin vaxt balta Ceyhunun boyun nahiyəsinə dəymişdir. Daha sonra balta ikisinin də əlindən yerə düşmüşdür. Ceyhun yenidən qalxıb onu boğmaq istəyən zaman o, Ceyhunun əlindən qaçıb evdən çölə çıxmışdır. O, həmin vaxt Ceyhunun bıçaq ilə onu vuraraq öldürəcəyindən qorxub özünü müdafiə etmək məqsədilə Ceyhunu bir dəfə balta ilə başına vurmuşdur. Həmin vaxt onun Ceyhunu öldürmək niyyəti olmamışdır. O, həyəcanlı olduğu üçün Ceyhuna baltanın kəsici və ya küp hissəsi ilə zərbə vurduğunu bilməmişdir. O, özünü müdafiə etmək üçün Ceyhuna baltanın küp hissəsi ilə vuraraq Ceyhunu özündən uzaqlaşdırmaq və Ceyhunun onu öldüməsinin qarşısını almağı düşünmüşdür. Hadisə vaxtı uşaqları oyaq olsalarda, yataq otağında olmuşlar. O, özünü qorumaq üçün Ceyhunu vurmuşdur. Çünki Ceyhun dəhlizdən qonaq otağına keçərkən onu başını kəsəcəyi ilə hədələmişdir. Ona görə də Ceyhunun onu Öldürəcəyindən qorxmuşdur. Əvvəllər mübahisələri çox olsa da bu həddə gəlib çamamışdır. Hadisə zamanı o da boynundan, başından və ayağından xəsarət almışdır. Mübahisə 25-30 dəqiqə davam etmişdir. Zərərçəkmiş şəxs ifadələrində göstərdi ki, təqsirləndiirlən şəxs Təqsirləndirilən şəxs onun həyat yoldaşıdır. Onunla ədavəti yoxdur. Arvadı Təqsirləndirilən şəxs ilə həmişə münasibətləri yaxşı olmuşdur. O, 21 yanvar 2023-cü il tarixdə 05:15 radələrində işə getmək üçün yuxudan oyanıb uşaqların yatdığı qonaq otağına keçmişdir. Qızı Sevincin əlində Lalənin telefonunu görüb Lalənin telefonunu qızı Sevincin əlindən götürmüşdür. Telefonda olan “Whatsapp” tətbiqinə baxdıqda “Əli M” adlı şəxsdən mesaj gəldiyini görmüşdür. Həmin vaxt öz mobil telefonu ilə həmin mesajın şəklini çəkmişdir. Daha sonra həmin mobil nömrəyə “Whatsapp” tətbiqi ilə “salam kimdi”, “tanımadım” məzmunlu mesaj yazdı. Daha sonra yataq otağına keçib Lalədən bu mesajı kimin yazdığını arvadı soruşmuşdur. Lalə mobil nömrəyə baxıb tanımadığını dedi. Lakin o, Laləyə mobil nömrəyə ad yazıldığını, necə tanımadığını soruşdu. Bu zaman Lalə müxtəlif bəhanələr gətirməyə başladı və tanımadığını dedi. Bundan sonra o, dərhal Lalənin qardaşı Ağəliyə zəng etmiş, həmin vaxt o, Laləyə işə getməyəcəyini və bu məsələni bugün həll edəcəyini demişdir. Bu zaman Lalə öz telefonunu ondan almaq istədi, lakin o, mobil telefonu Laləyə verməmişdir. Daha sonra Lalə onun mobil telefonunu almaq istədi ki, o, heçkimə zəng etməsin. Bundan sonra Lalə ona səhər yeməyi yeməsi üçün süfrə açdı. Hətta ona “aşkım, gəl otur çörək ye” dedi. O da yemək yeyib çay içmişdir. Çay içən zaman anidən arxadan başına zərbə endirildiyini hiss etmişdir. Dönüb arxaya baxmaq istədikdə ikinci zərbə də onun başına dəymişdir. Geriyə döndükdə Laləni əlində balta olduğunu görmüşdür. Balta Lalənin əlindən yerə düşdükdən sonra Lalə baltanın üzərində oturaraq onun ayaqlarından qucaqlayıb getməyinə mane olmağa başladı. O, əyilib baltanı Lalədən almaq istədikdə Lalə baltanı uşaqlardan birinə verərək onu aparmağı tapşırdı. O isə çölə çıxmaq istəsə də Lalə təkidlə onu tutub buraxmayaraq ona öl burada dedi. Bundan sonra o, Lalənin boğazından tutub sıxmışdır ki, onu buraxsın və qışqıraraq qonşuları Kamran və Zülfiqarı köməyə çağırmışdır. Az sonra Zülfiqar hasardan boylanıb ona baxdı. O da Zülfıqara gəlib ona kömək etməyi demişdir. Lalə isə Zülfıqara həyətə keçməməyini və əgər keçərsə onu tutduracağını dedi. Bundan sonra Kamran hasardan tullanıb onlara yaxınlaşıb Laləni ondan aralamışdır. Sonra isə dərhal təcili tibbi yardıma zəng edildi. Lalə ona heç cür kömək etmədi. Lalə ilə heç vaxt barışmayacaqdır. Barışmaq fikri də yoxdur. Lalə ona dəfələrlə xəyanət edib. Ona xəyanət etdiyini özü dəfələrlə bilmişdir. Arada Lalənin telefonuna girib baxmışdır. İfadələrinə başqa əlavəsi yoxdur. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı göstərmişdir ki, Lerik rayonu, Bülüdül kəndində qeydiyyatda olsa da, ünvan 3 ünvanında ailəsi ilə birlikdə yaşayır. 13 ilə yaxındır ki, Təqsirləndirilən şəxs ilə evlidir, 3 övladı var. Özü qaynaqçı kimi fəaliyyət göstərmişdir. Arvadı Təqsirləndirilən şəxs ilə həmişə münasibətləri yaxşı olmuşdur. 21 yanvar 2023-cü il tarixdə 05:15 radələrində işlədiyi Hövsan qəsəbəsinə getmək üçün yuxudan oyanmışdır. Daha sonra arvadı Laləni oyatmış, bundan sonra uşaqların yatdığı qonaq otağına keçmişdir. Qızı Sevincin əlində Laləni telefonunu görmüşdür. Bu zaman Laləni telefonunu qızı Sevincin əlindən götürmüşdür. Telefonda olan “Whatsapp” tətbiqinə “Əli M” adlı şəxsdən mesaj gəldiyini görmüşdür. Həmin vaxt öz mobil telefonu ilə həmin mesajın şəklini çəkmişdir. Daha sonra həmin mobil nömrəyə “Whatsapp” tətbiqi ilə “salam kimdi”, “tanımadım” məzmunlu mesaj yazmışdır. Daha sonra yataq otağına keçib bu mesajı kimin yazdığını arvadı Lalədən soruşmuş, Lalə mobil nömrəyə baxıb tanımadığını bildirmişdir. Lakin o, Laləyə mobil nömrəyə ad yazıldığını, necə tanımadığım soruşmuşdur. Bu zaman Lalə müxtəlif bəhanələr gətirməyə başlamış və tanımadığını bildirmişdir. Bundan sonra o, dərhal Lalənin qardaşı Ağəliyə zəng etmişdir, Bu zaman Lalə qorxudan əsməyə başlamışdır. Həmin vaxt o, Laləyə işə getməyəcəyini və bu məsələni bugün həll edəcəyini bildirmişdir. Bu zaman Lalə öz telefonunu ondan almaq istəmiş, lakin o, mobil telefonu Laləyə verməmişdir. Daha sonra Lalə onun mobil telefonunu da almaq istəmişdir ki, o, heçkimə zəng etməsin. Daha sonra Lalə ona səhər yeməyi yeməsi üçün süfrə açmışdır. O, səhər yeməyi yeyən zaman Lalə Cəsur və Sevinc adlı övladarını oyadıb digər otağa keçmələrini və onunla söhbət edəcəyini demişdir. O, bu zaman yemək yeyib çay içmişdir. Həmin vaxt o, Lalənin həyətə çıxdığını hiss etmişdir. Çay içən zaman anidən arxadan başına zərbə endirildiyini hiss etmişdir. Dönüb arxaya baxmaq istədikdə ikinci zərbə də başına dəymişdir. Geriyə döndükdə Laləni əlində balta olduğunu görmüdür. Balta Lalənin əlindən yerə düşdükdən sonra sonra Lalə baltanın üzərində oturaraq onun ayaqlarından qucaqlayıb getməyinə mane olmağa başlamışdır. O, əyilib baltanı Lalədən almaq istədikdə Lalə baltanı uşaqlardan birinə verərək onu aparmağı istəmişdir. Lakin o, özündə olmadığı üçün hansı uşağın baltanı aparmasını bilməmişdir. Bu zaman o, çölə çıxmaq istəsə də Lalə təkidlə onu tutub heç yerə buraxmaq istəməmiş və ona “öl burda” demişdir. O, oğlu Cəsura gedib qonşu Zülfuqarı çağırmağı istəsə də, Lalə Cəsura qışqırıb heçyerə getməməyini bildirmişdir. Bu zaman o, hərəkət edə bilmədiyi üçün Lalə onu buraxsın deyə onun başına yumruqla vurmağa başlamışdır. Bundan sonra o, sol əli ilə Lalənin saçını əlinə dolayıb sürüyərək həyətə çıxartmışdır. Bu zaman Lalə hələ də onun ayaqlarından tutmuşdur. Daha sonra həyətə çıxıb Lalənin onu buraxması üçün başından tutub daş yerə çırpmağa başlamışdır. Bundan sonra Lalənin boğazından tutub sıxmağa başlamışdır ki, onu buraxsın. Bu zaman qışqıraraq qonşuları Kamran və Zülfıqarı çağırmağa başlamışdır. Lakin ilkin olaraq səsə çıxan olmamışdır. Onlar çölə çıxan zaman uşaqlarından Cəsur və Sevinc evin dəhlizində olmuşlar və çölə çıxmamışlar. Bir neçə dəqiqə sonra Zülfiqar evdən çıxıb hasardan boylanıb ona baxmışdır. Bu zaman Zülfıqardan gəlib ona köməklik etməsini istəmişdir. Həmin vaxt Lalə Zülfıqara həyətə keçməməyini və əgər keçərsə onu tutduracağını bildirmişdir. Bundan sonra Kamran hasardan çıxıb baxmağa başlamışdır. Həmin vaxt o, Lalənin boğazından tutaraq ondan uzaqlaşmasına çalışmışdır. Kamran hasardan tullanıb ona yaxınlaşmış və Laləni ondan uzaqlaşdırmışdır. Bu zaman o, dərhal mobil telefonu ilə qardaşı Aqilə zəng etmiş və qan itirdiyini və təcili gəlməyini istəmişdir. Ondan sonra dərhal təcili tibbi yardıma zəng etmişdir. Bundan sonra Kamran evdən yod alıb başına vurub sarğı ilə başını bağlamışdır. Hadisə zamanı Lalə ətrafda gəzərək onu evə salmaq istəmişdir. Təxminən 20 dəqiqədən sonra qardaşları Aqil, İsmayıl və Aslan gəlmişlər. Onu dərhal Aqilin idarə etdiyi avtomobilə qoyub Qızıldaş qəsəbəsində həkim işləyən Saməddin adlı şəxsin evinə aparmışlar. Həkimin evinə gəldikdə bura tikiş atılacağını, lakin bu işin onluq olmadığını və təcili şəhərə həkimə aparılmağını istəmişdir. Daha sonra qardaşı Aqil Qızıldaş qəsəbəsində onu təcili tibbi yardım maşınına qoymuşdur. Aqil də onunla birlikdə təcili tibbi yardım avtomobilinə əyləşmişdir. Təcili tibbi yardım maşını onu 1 saylı şəhər klinik xəstəxanasına aparmışdır. Burada ona tibbi yardım göstərmişlər və başına 8 ədəd tikiş atmışlar. Hadisə zamanı Təqsirləndirilən şəxs onun evdə qan itirib ölməyi üçün evdə qalmağını istəmişdir. O İsə çölə çıxmaq istəmişdir ki, qonşulardan kömək istəsin. Təqsirləndirilən şəxs ona balta ilə xəsarət yetirdikdən sonra balta Cəsur və Sevinc adlı övladlarından birinə vermişdir. Dəqiq hansına verdiyi yadımda deyil. Oğlu Cəsuru arvadı Lalə öyrətmişdir. Belə ki, hadisə onun yuxarıda qeyd etdiyi kimi olmuşdur. O, oğlu Cəsura gedib qonşu Zülfuqarı çağırmağı istəsə də, Lalə Cəsura qışqırıb heçyerə getməməyi bildirmişdir. Bu zaman o, hərəkət edə bilmədiyi üçün Lalə onu buraxsın deyə Lalənin başına yumruqla vurmağa başlamışdır. Bundan sonra o, sol əli ilə Lalənin saçını əlinə dolayıb onu sürüyərək həyətə çıxartmışdır. Bu zaman Lalə hələ də onun ayaqlarından tutmuşdur. Daha sonra həyətə çıxıb Lalənin onu buraxmağı üçün başından tutub daş yerə çırpmağa başlamışdır. Bundan sonra Laləni boğazından tutub sıxmağa başlamışdır. Həmin vaxt Lalə onun ayağımdan tutduğu üçün o, Laləni özündən aralamaq üçün boğazından tutmuşdur. Təqsirləndirilən şəxs onu balta ilə vurmamışdan əvvəl övladlarım Cəsur və Sevinci otaqdan çıxarıb onların yataq otağına göndərmişdir. Onlar yalnız hadisədən sonra otağa səs-küyə gəlmişlər. Həsən adlı 3 yaşlı övladı isə hadisə baş verən vaxtı başqa otaqda yatmışdır. O səs-küyə oyanmamışdır. O, çöldə olarkən övladlarını çöldə görməmişdir. O, Laləni bıçaq ilə hədələməmişdir. O, Lalənin qardaşı Ağəliyə zəng etdikdən sonra sadəcə oturub yemək yemişdir. Bu zaman Lalə arxadan ona balta ilə iki dəfə zərbə endirmişdir. Hadisə təxminən 25-30 dəqiqə davam etmişdir. O, sadəcə Kamranla Zülfıqarın hadisənin şahidi olduğunu bilmişdir. Başqa şəxslərin hadisənin şahidi olması barədə onun məlumatı olmamışdır. Şahid1 ifadələrində göstərdi ki, o, 2001-ci il tarixdən Qaradağ rayonu, Qızıldaş qəsəbəsində yerləşən 180 saylı tam orta məktəbdə işləyir. Təqsirləndirilən şəxsi və zərərçəkmiş şəxsi tanıyır. 26 yanvar “X4”-lər aparıldıqdan sonra şagirdlərin sinifləri dəyişilmişdir. Həmin ərəfələrdə uşaqlarda onun onların müəllimləri olmayacağı ilə bağlı düşüncələr mövcud idi. O həmişə nömrələri uşaqların adları ilə qeyd etmişdir. O, bu düşüncələr mövcud olduğu üçün həmin mesajı atmışdır. Ondan sonrakı gün isə ona mesaj gəldi ki, “Salam, kimdir, tanımadım”. Ona gələn mesaja o, günorta baxmışdır. Ona gəlmiş mesajdan başqa heç nə yazılmamışdır. Bu səbəbdən onların artıq onun kim olduğunu bildiklərini düşünmüşdür, buna görə də cavab yazmamışdır. Ona gələn mesaja cavab verməmişdir. Valideyn iclaslarında Lalə xanımın üzünü görmüşdür. O, Azərbaycan dili-ədəbiyyat müəllimidir, sinif rəhbəri olmamışdır. Onlarla hər hansı bir ədavəti yoxdur. Sevinc ona onun üçün darıxdığını demişdir. O mesajı sadəcə Lalə xanımın telefonuna göndərmişdir. Darıxmaqla bağlı yalnız Sevincin statusu var idi, o da buna görə yalnız ona yazmışdır. Lalə xanımla aralarında heç bir münasibətləri olmamışdır. Telefonun kimin adına olduğunu və o an kimin istifadə etdiyini bilmirdi. Nömrə onda şagirdin adı və sinfi şəklində qeyd edilmişdir. İfadələrinə başqa əlavəsi yoxdur. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Şahid1 ibtidai istintaq zamanı ifadələrində göstərmişdir ki, 2001-ci İl tarixdən Qaradağ rayonu, Qızıldaş qəsəbəsində yerləşən 180 saylı tam orta məktəbdə Azərbaycan dili-Ədəbiyyat müəllimi vəzifəsində işləyir. Hal hazırda 5 sinfə dərs deyir. Dərs dediyi siniflər 5C, 6D, 9E, 10C, 11C sinifləridir. Təqsirləndirilən şəxsnm qızı Sevinc İmaşova dərs dediyi 5C sinfində oxuduğuna görə Təqsirləndirilən şəxs onunla qızının dərslər ilə maraqlanmaq üçün əlaqə saxlamışdır. O, Təqsirləndirilən şəxs ilə müəllim-valideyn münasibətində olmuşdur. Dərs dediyi sinfin rəhbəri Ruhanə xanım “Whatsapp” proqramında müəllimlərin və valideynlərin olduğu yazışma qrupu yaratmışdır. Valideynlər bu qrup vasitəsi ilə müəllimlərin nömrəsini götürmüş, uşaqlarının təhsili ilə bağlı suallarını “Whatsapp” proqramında ona vermişlər. O, 20 yanvar 2023-cü il tarixdə tanışı şəhid İmaməlİnin qəbrinə ziyarət etmək üçün Lənkəran şəhərinə getmişdir. Ziyarətini bitirdikdən sonra axşam təxminən 19:00 radələrində Lənkəran şəhərini tərk etmiş və Bakı şəhəri istiqamətində dostu Çingiz Rzayev ilə hərəkət etmişdir. 21 yanvar 2023-cü il tarixdə, saat 01:00-da Lalə xanımın işlətdiyi “Whatsapp” proqramında darıxmaqla bağlı video görmüşdür. Həmin ərəfələr onların məktəbində “X4” aparılmış və həmin qiymətləndirmənin nəticəsindən asılı olaraq şagirdlərin sinifləri dəyişilmişdir. Bu səbəbdən də şagirdləri ona “sinfimizi dəyişmək istəmirik, sizin üçün darıxacıyıq” kimi sözlər demişlər. O, da qeyd etdiyi “Whatsapp” paylaşımınm bu məsələ ilə bağlı olduğunu fikirləşmiş və ona görə “darıxmaq şərt deyil” məzmununda mesaj yazmışdır. Mesajına cavab gözləmədən telefonu kənara atmışdır. Yol onu yorduğu üçün evə çatan kimi yatmışdır. 21 fevral 2023-cü il tarixində o, günorta saat 12:00-13:00 radələrində yuxudan durmuş və telefonuna baxdıqda axşam mesaj yazdığı Lalə xanımın mobil nömrəsindən “Salam kimdi, tanımadım” məzmunlu mesajları görmüşdür. Telefona çox mesaj gəldiyi üçün bu mesaja əhəmiyyət verməmişdir. 14 fevral 2023-cü il tarixdə Təqsirləndirilən şəxs əri Zərərçəkmiş şəxs sağlamlığına balta ilə ağır zərər vurulması ilə bağlı şahid qismində Qaradağ RPİ-ə çağırılaraq ifadə vermişdir. O, Təqsirləndirilən şəxs 2022-ci ilin oktyabr ayından tanımışdır. O, məktəblə əlaqədar "Whatsapp” proqramında qrupunda olmuşdur. Təqsirləndirilən şəxs onun şəxsi hesabıma test kitabı ilə bağlı mesaj yazaraq həmin kitabın fotoşəklini istəmişdir. Onun Təqsirləndirilən şəxs ilə arasında valideyn-müəllim münasibətindən başqa heç bir münasibət olmamışdır. Onun müxtəlif sosial şəbəkələrdə şəkilləri olduğudan ola bilsin ki, Lalə şəkili həmin sosial şəbəkələrdən götürmüşdür. Şahid X9 ifadələrində göstərdi ki, məhkəmə tərəfindən ona təqsirləndirilən şəxs qismində təqdim olunan Təqsirləndirilən şəxs onun anasıdır. Hadisə günü səs-küy olduğu üçün yuxudan ayılıb atası ilə anasının dalaşdığını görmüşdür. Atası anasına şiddət tətbiq etdi. Anası isə baltanı qardaşına verdi, qardaşı isə həyətə qaçdı və kömək istəməyə getdi. O, atasının anasını boğduğunu, bu zaman atasının başından qan gəldiyiyni görmüşdür. Sonra qonşular gəldilər. O, status qoymuşdur. Əli müəllimə əvvəllər də yazdığı olub. Zülfiqar və Kamran əmini tanıyır. Hadisə olan gün onların evə gəlməyinə heç kim etiraz etmədi. Ata və anasını qonşuları Kamran əmi ayırdı. Atası hadisə zamanı deyil, xəstəxanada olarkən ondan Əli müəllimə yazıb-yazmadığını soruşdu. Hadisə baş verən zaman o, evdə olmuşdur. Əli müəllim zəif yazan uşaqları tərk edəcəyini demişdi, o isə zəif qiymət aldığından ona sinifi tərk etməməsini demişdir. O, mesajı sonra silmişdir. Atasından qorxduğu üçün ona müəllimə mesaj yazdığını deməmişdir. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində şahid X9 ibtidai istintaq zamanı göstərmişdir ki, Lerik rayonu, Bülüdül kəndində qeydiyyatda olsa da, ünvan 2 ünvanında valideynləri ilə birlikdə yaşayır. Qızıldaş qəsəbəsində yerləşən 180 saylı tam orta məktəbdə 5-ci sinifdə təhsil alır. 21 yanvar 2023-cü il tarixdə 05:30 radələrində o, qonaq otağında böyük qardaşı Cəsur və balaca qardaşı Həsən ilə birlikdə yatarkən birdən atası Ceyhun ilə anası Lalənin səsküyünə oyanmışdır. O, oyandıqda atası ilə anasının mübahisə edib qışqırdıqlarını görmüşdür. Atası ilə anası dalaşan zaman atasının anasını sillə ilə vurduğunu görmüşdür. O, atasının anasının köynəyinin üzərində qan gördüyü üçün çox qorxmuşdur. Bu zaman atası qardaşı Cəsura qaçıb qonşudan kömək istəməyini bildirmişdir. Qardaşı Cəsur dərhal həyətə qaçıb Zülfıqar dayını çağırmışdır. Lakin Zülfıqar dayı hasardan həyətə tullanmamışdır. Bu zaman anası qapını açıb həyətə qaçmışdır. Atası isə onun arxasınca qaçıb həyətdə onu boğmağa başlamışdır. Anası Lalə qışqıraraq kömək istəmişdir. Qardaşı Cəsur yenidən qışqıran zaman qonşuları Kamran hasara çıxmış və daha sonra hasardan tullanıb gəlib anasını atasının əlindən almışdır. Anası şok vəziyyətində olduğu üçün danışa bilməmişdir. O, daha sonra evə keçmişdir. 15-20 dəqiqə sonra əmilərim Aslan və İsmayılın gəldiklərini görmüşdür. Saat 08 radələrində dayısı Ağəli gəlib onları Lökbatan qəsəbəsində öz evlərinə aparmışdır. O, ümumiyyətlə evdə balta görməmişdir. O, anasının atasını balta ilə vuruduğunu görməmişdir. O, oyandıqda onlar artıq mübahisə edib qışqırırmışlar. Atası isə anasını əli ilə vurmuşdur. Qaranlıq olduğu üçün o, atasının başındakı xəsarəti görməmişdir. Anası özü atası ilə mübahisə edən zaman qaçaraq həyətə çıxmışdır. Bundan sonra atası gəlib çöldə anasını tutub boğmağa başlamışdır. Onun atası ilə anasının nəyə görə mübahisə etməsi barədə heç bir məlumatı yoxdur. Gecə yatan zaman anasından icazə alaraq onun mobil telefonunda “Youtube” video platformasından videolara baxmışdır. O, 20 yanvar 2023-cü il saat 23 radələrində Azərbaycan dili və Ədəbiyyat müəllimim Əli müəllimə mesaj yazmışdır. Sinifdə o da daxil olmaqla şagirdlərin çoxunun "X4” imtahanında zəif qiymət aldığı üçün və müəllim də onlara əgər zəif qiymət alsalar sinifi tərk edib başqa sinifə dərs deyəcəyini bildirdiyi üçün o Əli müəllimə dərslərini yaxşı oxuyacaqları demiş və onları tərk etməməsi, darıxacaqlarını bildirmişdir. Daha sonra anası dərslərinin pis olduğunu bilməsin deyə qorxub mesajı silmişdir. Şahid4 ifadələrində göstərdi ki, məhkəmə tərəfindən ona təqsirləndirilən şəxs qismində təqdim olunan Təqsirləndirilən şəxs onun anasıdır. Hadisə günü səs-küy olduğu üçün yuxudan ayılmışdır. Yuxudan ayıldıqda atası ilə anasının dalaşdığını görmüşdür. Atası anasına şiddət tətbiq etdi. Anasının yanında balta var idi, o, baltanı götürüb gizlətmişdir. Bundan sonra anası həyətə qaçdı, atası da onun arxasınca getdi. O da dərhal gedib qonşuları çağırmışdır. Atasının başından qan axdığını görmüşdür. Anası atasının başına vurmuşdur. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Şahid4 ibtidai istintaq zamanı göstərmişdir ki, Lerik ayonu, Şivlə kəndində qeydiyyatda olsa da, ünvan 4 ünvanında valideynləri ilə birlikdə yaşayır. Qızıldaş əsəbəsində yerləşən 180 saylı tam orta məktəbdə 4-cü sinifdə təhsil alır. 21 yanvar 2023-cü il tarixdə 05:30 radələrində o, qonaq otağında bacısı və balaca qardaşı ilə birlikdə yatarkən birdən atası Ceyhun ilə anası Lalənin səs-küyünə oyanmışdır. O, oyandıqda atası ilə anasının mübahisə edib qışqırdıqlarını görmüşdür. Oyanıb ayağa qalxdıqda yerdə balta olduğunu görmüş və dərhal baltanı yerdən götürüb çarpayının altına atmışdır. Atası ilə anası dalaşan zaman atasının anasını əli ilə vurduğunu görmüş, atası ilə anasının üzərində qan gördüyü üçün çox qorxmuşdur. Bu zaman atası ona qaçıb qonşudan kömək istəməyi bildirmişdir. O, dərhal həyətə qaçıb Zülfıqar dayını çağırmışdır. Bir neçə dəqiqə sonra Zülfiqar dayı hasardan çıxıb baxmışdır. Lakin hasardan həyətə tullanmamışdır. Bu zaman anası qapını açıb həyətə qaçmışdır. Atası isə onun arxasınca qaçıb həyətdə onu boğmağa başlamışdır. Anası Lalə qışqıraraq kömək istəmişdir. O, yenidən qışqıran zaman qonşusu Kamran hasara çıxmış və daha sonra hasardan tullanıb gəlib anasını atasının əlindən almışdır. Anası şok vəziyyətində olduğu üçün danışa bilməmişdir. Daha sonra Zülfıqar dayı da gəlib atasının başına sarğı bağlamışdır. Atasının telefonla danışdığını görmüşdür. 15-20 dəqiqə sonra əmiləri Aslan və İsmayılın gəldiklərini görmüşdür. Onlar atasını avtomobilə qoyub aparmışlar. Saat 08 radələrində dayısı Ağəli gəlib onları Lökbatan qəsəbəsində Öz evlərinə aparmışdır. O, anasının atasını balta ilə vuruduğunu görməmişdir. O, oyandıqda onlar mübahisə edib qışqırırmışlar. Atası isə anasnı əli ilə vurmuşdur. Qaranlıq olduğu üçün o, atasının başındakı xəsarəti görməmiş, lakin qan axdığını bilmişdir. Anası özü atası ilə mübahisə edən zaman qaçaraq həyətə çıxmış, bundan sonra atası gəlib çöldə anasını tutub boğmağa başlamışdır. Onun atası ilə anasının nəyə görə mübahisə etməsi barədə heç bir məlumatı yoxdur. Şahid3 ifadələrində göstərdi ki, məhkəmədə ona təqsirləndirilən şəxs qismində təqdim olunan Təqsirləndirilən şəxs qonşusudur. Onunla heç bir ədavəti və yaxınlığı yoxdur. Zərərçəkmiş şəxs da Lalənin əridir. Hadisə olan günü səs gəldi deyə o, evdən çıxıb hasardan Ceyhungilin həyətinə keçmək istəyəndə Lalə dedi ki, hasardan keçsən səni polisə verərəm. Buna baxmayaraq o, həyətə keçmişdir. Lalə ilə Ceyhunun dalaşırdı. O da onları ayırmışdır. Ceyhun dedi ki, Lalə onu balta ilə vurub. Ceyhun ondan kömək istədi, o da Ceyhunun başını sarımışdır. Lalə yerdə idi, Ceyhun Lalənin boğazından tutub saxlayırdı ki, Laləni zərərsizləşdirsin. O, Laləni Aytən kimi tanıyırdı. O, Lalənin əlində balta görməmişdir. O, Ceyhunun səsinə evdən çölə çıxmışdır. Davanın səs-küyünə ən birinci o getmişdir. O, Ceyhunun başını sarıdıqdan sonra Lalənin qardaşı Ağaəli gəldi. Lalənin eşitmədiyi, görmədiyi deməsinin səbəbəi barəsində heç nə deyə i demir. O, nə görmüş-eşitmişdirsə onu da deyir. İfadələrinə başqa əlavəsi yoxdur. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Şahid3 ibtidai istintaq zamanı göstərmişdir ki, Yardımlı rayonu, Qabağdili kəndində qeydiyyatda olsam da, ünvan 5 ünvanında ailəsi və valideynləri ilə birlikdə yaşayır. 21 yanvar 2023-cü il tarixdə səhər saat 06 radələrində evdə yatarkən yoldaşı onu qəfil oyatmış və çöldə qışqırıq səsləri gəldiyini bildirmişdir. Bu zaman atası xəstə olduğundan ona nəsə olduğunu zənn edib dərhal atasının yatdığı otağa baxmış və salamatçılıq olduğunu gördükdən sonra əyninə paltar geyinib qapıdan çölə çıxmışdır. Bu zaman səsin daş hasarın o biri tərəfində Ceyhunun yaşadığı evin həyətindən gəldiyini eşitmişdir. Daha sonra hasara dırmaşıb onların həyətinə baxdıqda Ceyhunun yoldaşı Aytən kimi tanıdığı Lalə adlı qadının yerdə uzandığını, Ceyhunun isə onun üstündə uzandığını görmüşdür. Bu zaman Ceyhun onu gördükdə qışqıraraq kömək istəmişdir. O, dərhal hasardan həyətə tullanıb onlara tərəf getmişdir. Lalənin əynində ağ rəngli köynək var idi. Köynək bütün qanın içində idi. Bu zaman o, Ceyhunun Laləni bıçaqla vurduğunu zənn etmişdir. Dərhal yaxınlaşıb Ceyhunu Lalənin üzərindən kənarlaşdırmışdır. Bundan sonra qanın Ceyhunun başından gəldiyini və ona görə də Lalənin köynəyinin qan olduğu ona aydın olmuşdur. Bundan sonra Ceyhuna dərhal bir stəkan su vermişdir. Sonra evdən yod gətirmiş və anasından parça alıb onun başına yodla tibbi yardım göstərmişdir. Bu zaman Lalə də həyətdə dayanmışdır. O, təkidlə Ceyhuna heçnə olmadığını və içəri keçməyini istəmişdir. Bundan sonra Ceyhun qardaşlarına zəng etmiş, bu vaxt ərzində Qızıldaş qəsəbəsində olan bir həkimə zəng etmişdir. Lakin o, bu işlərə baxmadığını bildirmişdir. Bir qədər keçdikdən sonra Ceyhunun 3 qardaşı gəlmişdir. Onlardan Aqili və İsmayılı tanımışdır. Ceyhun öz mobil telefonu ilə təcili tibbi yardıma da zəng etmişdir. Onlar həyətdə olarkən Ceyhunun oğlu və qızı da həyətdə idi. Digər kiçik uşağı isə evdə yatmışdır. Ceyhunun qardaşları gəldikdən sonra onu avtomobilə qoyub xəstəxanaya aparmışlar. Bundan sonra o, çıxıb evə getmişdir. O, onları aralayan vaxt Ceyhun Lalənin onu balta ilə vurduğunu ona bidlirmişdir. Lakin o, həyətdə baltanı görməmişdir. O, əvvəllər onlar arasında belə mübahisələrin şahidi olmamışdır. O, hasarda tullanıb həyətə düşdükdə Ceyhunun Lalənin üzərində uzandığını görmüş və həmin vaxt Ceyhun onu çağırıb köməklik etməyini istəmişdir. Hadisədən sonra eşitdiyinə görə Lalənin telefonunda mesaj səbəbindən onların arasında mübahisə olmuşdur. Şahid X3 ifadələrində göstərmişdir ki, məhkəmədə ona təqsirləndirilən şəxs qismində təqdim olunan Təqsirləndirilən şəxs qonşusudur. Onunla heç bir ədavəti və yaxınlığı yoxdur. Həm Lalə, həm də zərərçəkmiş Zərərçəkmiş şəxs onun qonşusu olub. Hadisə olan günü o, evdən çıxanda Lalə ilə Ceyhunun dalaşdığını, Ceyhunun başının yaralandığını görmüşdür. O, Ceyhungilin həyətinə gələndə artıq həkim çağrılmışdı. O, balta görməmişdir. Lalə ilə Ceyhunu ayıranda Ceyhunun başında qan olduğunu görmüşdür. X10 balta ilə vurduğunu dedilər. O, Ceyhunla Lalə arasında hadisə olana qədər münaqişə olduğunu görməmişdir. Hadisə olan vaxtı səhər saatları idi. Ceyhunla Lalə yerdə alt-üst uzanmışdı. Hadisənin olduğu tarixi xatırlamır. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində şahid X3 ibtidai istintaq zamanı göstərmişdir ki, Yardımlı rayonu, Qabağdili kəndində qeydiyyatda olsa da, ünvan 5 ünvanında ailəsi ilə birlikdə yaşayır. 21 yanvar 2023-cü il tarixdə səhər saat 06 radələrində evdə yatarkən qəflətən çöldə qışqırıq səsləri gəldiyini eşitdiyi üçün yuxudan oyanmışdır. Daha sonra paltarını geyinib çölə çıxmışdır. Bu zaman səsin daş hasarın o biri tərəfində Ceyhunun yaşadığı evin həyətindən gəldiyini eşitmişdir. Daha sonra hasara dırmaşıb onların həyətinə baxdıqda Ceyhunun yoldaşı Aytən kimi tanıdığım Lalə adlı qadının yerdə uzandığını, Ceyhunun isə onun üstündə uzandığını görmüşdür. Lalə bu zaman qışqıraraq onu həyətə keçməməyi ilə bağlı hədələmiş və “əgər həyətə keçsən səni polisə verəcəm” demişdir. Bu zaman o, həyətə keçməyə ehtiyat etmişdir. Bu zaman qardaşı oğlu Kamran da yuxudan oyanıb həyətə gəlmişdir. O, Kamranla eyni həyətdə, lakin ayr-ayrı evlərdə qalmışdır. Kamran da hasara qalxıb həyətə baxmışdır. Ceyhun Kamranı gördükdə qışıqıraraq kömək istəmişdir. Kamran dərhal hasardan həyətə tullanıb onlara tərəf getmişdir. Kamran dərhal yaxınlaşıb Ceyhunu Lalənin üzərindən kənarlaşdırmışdır. Daha sonra o da Kamrana kömək etmək üçün hasardan tullanıb həyətə daxil olmuşdur. Lalənin əynində ağ rəngli köynək var idi. Köynək bütün qanın içində idi. Bundan sonra qanın Ceyhunun başından gəldiyini və ona görə də Lalənin köynəyinin qan olduğu ona aydın olmuşdur. Kamran Ceyhuna dərhal bir stəkan su vermişdir. Həmin vaxt Ceyhunun rəngi ağarmışdır. Ceyhun Lalənin onu balta ilə evdə başından vurduğunu bildirmişdir. Bu zaman Kamran evdən yod gətirmiş və anasından parça alıb onun başına yodla tibbi yardım göstərmişdir. Bu zaman Lalə də həyətdə dayanmışdır. O, təkidlə Ceyhuna heçnə olmadığını və içəri keçməyini istəmişdir. Bundan sonra Ceyhun qardaşlarına zəng etmişdir. Bir qədər keçdikdən sonra Ceyhunun 2 qardaşı və Lalənin 1 qardaşı gəlmişdir. Onlardan Aqili və İsmayılı tanımışdır. Ceyhun öz mobil telefonu ilə təcili tibbi yardıma da zəng etmişdir. Onlar həyətdə olarkən Ceyhunun oğlu və qızı da həyətdə olmuşdur. Digər kiçik uşağı isə evdə yatmışdır. Ceyhunun qardaşları gəldikdən sonra onu avtomobilə qoyub xəstəxanaya aparmışlar. Bundan sonra o, çıxıb evə getmişdir. Həyətdə olarkən Ceyhun Lalənin evdə onu balta ilə vurduğunu bidlirmişdir. Lakin o, həyətdə olduğu üçün baltanı görməmişdir. O, əvvəllər onlar arasında belə mübahisələrin şahidi olmamışdır. O, hasarda baxdıqda Ceyhunun Lalənin üzərində uzandığını görmüş və həmin vaxt Ceyhun onları çağırıb köməklik etməyi istəmişdir. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs hadisə yerinə baxış keçirilməsi zamanı 21 yanvar 2023-cü il tarixdə saat 06 radələrində baş vermiş cinayət hadisəsini törətdiyi yeri kimi ünvan 1 ünvanını göstərmişdir. Məhkəmədə elan olunub araşdırılmış məhkəmə-tibbi ekspertizasının 02 fevral 2023-cü il tarixli 68 nömrəli rəyindən görünür ki, 1995-ci il təvəllüdlü Təqsirləndirilən şəxsnm məhkəmətibbi ekspertizası zamanı bədən səthində aşkar edilmiş xəsarətlər - başın alın, sol qulaq seyvanı, sol yanaq, sol gicgah, sağ bazu, sol said və sağ baldır nahiyələrinin qançırları, boyun və sol dirsək oynağı nahiyələrinin sıyrıqları bərk küt əşya (əşyalar) təsirindən, müayinədən 3-5 gün əvvəl, qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə törənmələri mümkündür və dərəcələrinə görə həm ümumilikdə və həm də ayrı- ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir. Təqsirləndirilən şəxs bədən səthində aşkar edilmiş xəsarətlərin xarakter və lokalizasiyalarını nəzərə alıb demək olar ki, həmin xəsarətlər şəxsin özü tərəfindən yetirməsi inkar olunur. Məhkəmədə elan olunub araşdırılmış məhkəmə-tibbi ekspertizasının 25 mart 2023-cü il tarixli 131 nömrəli rəyindən görünür ki, 1987-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər - başın təpə və başın ənsə nahiyələrinin kəsilmiş çapılmış yaraları iti kənara və iti uca malik əşya (alət) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən və tibbi yardım üçün X11 müraciət etdiyi xx.xx.2023-cü il tarixdə əmələ gələ bilərdilər. Qeyd olunan xəsarətlərin sağlamlığa zərərvurma dərəcəsi, əmələ gəlmə mexanizmi onun adına olan xəstəlik tarixinin təqdim edildikdən sonra əlavə olaraq təyin ediləcəkdir. Məhkəmədə elan olunub araşdırılmış məhkəmə-tibbi ekspertizasının 01 may 2023-cü il tarixli 16/131 nömrəli rəyindən görünür ki, 1987-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər - açıq kəllə beyin travması, baş beynin yüngül dərəcəli əzilməsi və pnevmosefaliya ilə müşayiət olunan sol təpə sümüyünün sınığı, başın sol təpə və başın ənsə nahiyələrinin əzilmiş - çapılmış yaralan iti kənara və iti uca malik əşya (alət) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən, onun tibbi yardım üçün X12 müraciət etdiyi xx.xx.2023-cü il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid edilir. Zərərçəkmiş şəxs almış olduğu xəsarətlərin xarakteri və lokalizasiyalarım nəzərə alıb demək olar ki, həmin xəsarətlər şəxsin özü tərəfindən yetirilməsi inkar olunur. Məhkəmədə elan olunub araşdırılmış kompüter-texnikİ ekspertizasının 21 fevral 2023-cü il tarixli 5/1595 nömrəli rəyindən görünür ki, təqdim edilmiş bir ədəd sensor ekranlı “Android 11” əməliyyat sistemi ilə təhciz olunmuş “Xiaomi Redmi 10C” markalı “220333QAG” modelli “**********78664, **********78672” “ımeı” kodlu mobil smartfon hal- hazırda işlək vəziyyətdədir. Tədqiq olunan “Xiaomi Redmi 10C” markalı “220333 QA G” modelli mobil smartfonun yaddaşında (kontaklar, zənglər, “SMS” mesajlar, audio, foto, video fayllar, “WhatsApp”, “GB WhatsApp”, “Snapchat” proqram təminatları vasitəsilə aparılmış məlumat mübadilələri və sairə) mövcud olan və yaddaşından pozulmuş məlumatlar müəyyən olundu. Məhkəmədə elan olunub araşdırılmış Məhkəmə-kriminalistik ekspertizasının xx.xx.2023cü il tarixli 53- MTKŞ/2023/MTKŞ saylı rəyindən görünür ki, təqdim olunan balta zavod üsulu ilə hazırlanmış ümumi təyinatlı təsərrüfat-məişət təyinatlı baltadır və soyuq silah hesab edilmir. Təqdim olunmuş baltanın üzərində sonradan əlavə və dəyişiklik edilməmişdir. Məhkəmədə elan olunub araşdırılmış məhkəmə-bioloji ekspertizasının xx.xx.2023-cü il tarixli 74/2023-MTBŞ saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs qan qrupu şəxsiyyəti təsdiq edən sənədlər üzrə axtarış vərəqəsinin kserosurətinə əsasən ABO sistemi üzrə AB(İV)-dir. Ekspertizaya təqdim olunmuş mələfə (yataq örtüyü), balta, 04 ədəd pambıq ucluqlu çubuq, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs məxsus əski parçası, qısaqol köynək, mayka, boğazlı sviter(vodolaska) üzərində olan ləkələrdə insan qanı aşkar olundu. Bu qan ləkələrinin ABO sistemi üzrə qrupu tədqiq olunduqda A və B antigenləri alındı. Beləliklə bu qan ləkələri ABO sistemi üzrə AB(İV) qruplu şəxsə, o cümlədən də Zərərçəkmiş şəxs məxsus ola bilər. Məhkəmədə elan olunub araşdırılmış kompleks ambulator məhkəmə psixiatriya və məhkəmə-psixoloji ekspertizasnın 17 dekabr 2022-ci il tarixli 3360 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs barəsində qərarda qoyulmuş sualların ambulator şəraitdə cavablandırılması mümkün olmamışdır. Qeyd olunanları nəzərə alaraq Təqsirləndirilən şəxs psixiatrik və psixoloji müayinəsini stasionar şəraitdə davam etdirmək, ekspertlər qarşısında qoyulmuş sualları cavablandırmaq məqsədilə onun stasionar məhkəmə psixiatrik ekspertiza şöbəsinə göndərilməsinin zəruri olduğunu göstərilmişdir. Məhkəmədə elan olunub araşdırılmış kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 03 may 2023-cü il tarixli, 1214 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs qeyd olunan cinayət törədilən anda xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törədilən anda hər hansı psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs öz hərəkətlərini ölçüb-biçmək və ona qarşı törədilənləri düzgün qavrayıb təsvir edə bilmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs hazırda qeyd olunan cinayət əməlini törədilən anda hər hansı psixi xəstəlik aşkar edilmir. Təqsirləndirilən şəxs göstərilən cinayəti törədən anda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları İdarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəlik aşkar edilmir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” müalicə müəssisəsi deyil. Təqsirləndirilən şəxsnm hər hansı psixi xəsstəliklə əlaqədar olaraq müalicə alması ilə bağlı tibbi sənəd bizə təqdim edilməmiş və eləcə də, ifadəsində hər hansı psixi xəstəlikdən müalicə alması ilə bağlı məlumat qeyd edilməmişdir. Təqsirləndirilən şəxs qeyd olunan cinayət törədilən anda əqli inkişafında ruhi xəstəliklə bağlı olmayan gerilik əlamətləri olmamışdır. Təqsirləndirilən şəxs əqli inkişafında hal-hazırda gerilik əlamətləri aşkar olunmadı. O, ünsiyyətçillik, adaptivlik, özünü psixoloji müdafiə etməyə meyillilik və s. kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs özündən uydurmağa və başqalarının təsiri altında hərəkət etməyə meyillilik əlamətləri müşahidə edilmədi. Təqsirləndirilən şəxs hazırda ifadə vermək qabilliyyətinə və baş verənləri düzgün qavrayıb təsvir etmək imkanına malikdir. Təqsirləndirilən şəxs cinayət törədən zaman fizioloji affekt vəziyyətində olmamışdır. Təqsirləndirilən şəxs cinayət törədildiyi zaman onun şüuruna və fəaliyyətinə təsir göstərə biləcək emosional vəziyyətdə olmamışdır. Məhkəmədə elan olunub araşdırılmış kompleks komisyon stasionar məhkəmə psixiatrik və psixoloji ekspertizasının 27 sentyabr 2023-cü il tarixli 140 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs qeyd olunan cinayət törədilən anda və ondan əvvəl xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törədilən anda hər hansı psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs öz hərəkətlərini ölçüb-biçmək və ona qarşı törədilənləri düzgün qavrayıb təsvir edə bilmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21.1-ci və 22.1-ci maddəsinin təsiri altına düşmür. İbidai istintaq zamanı keçirilmiş kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizasının 03 may 2023-cü il tarixli 1214 saylı ekspert rəyinin psixiatrik və psixoloji hissəsinin nəticəsində hər hansı ziddiyaət aşkar olunmadı. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs istifadəsində olan “Xiaomi” markalı, “Redmi 10C” modelli mobil telefona baxış keçirilməsi haqqında protokoldan görünür ki, baxış keçirilən əşya “Xiaomi” markalı, “Redmi 10C” modelli mobil telefondur. Həmin mobil telefonun şifrəsi “121213” rəqəmlərindən ibarətdir. Mobil telefon açıldıqda orada müxtəlif proqramların olduğu aşkar edildi. Həmin mobil telefonun “Whatsapp” sosial proqramına daxil olundu. Həmin proqramda müstəlif şəxslər ilə yazışmalar aşkar edildi. “Əli M” adı ilə qeyd olunmuş şəxsin səhifəsinə daxil olundu və həmin səhifədə “Darıxmaq şərt deyil”, “salam kimdi, tanımadım” məzmununda yazışma aşkar olunmuşdur. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə edilmiş Şahid1 istifadəsində olan “Samsung” markalı mobil telefona baxış keçirilməsi haqqında protokoldan görünür ki, baxış keçirilən əşya “Samsung” markalı mobil telefondur. Ekrana barmaqla toxunduqda mobil telefon işə düşür və ekranı işıqlanır. Bu zaman mobil telefonu işlətmək üçün şifrə tələb olunur. Həmin mobil telefonun şifrəsi “2103” rəqəmlərindən ibarətdir. Həmin şifrə yığıldıqda mobil telefon açıldı. Mobil telefonun “Whatsapp” sosial proqramına daxil olduqda heç bir yazışma aşkar edilməmişdir. Məhkəmədə, Təqsirləndirilən şəxs ifadələrində əri Zərərçəkmiş şəxs öldürmək niyyətinin olmadığını, Zərərçəkmiş şəxs zərərsizləşdirmək məqsədi ilə onu vurduğunu göstərdi. Məhkəmə onun bu iddialarının əsaslı şübhələrlə müşahidə olunduğu qənaətinə gəlir. Məhkəmədə də həmin şübhələri Təqsirləndirilən şəxs xeyrinə aradan qaldırmaq mümkün olmadı. Məhkəmə onun bu ifadələrini işin faktiki halları, şahid ifadələri və digər sübutlarla müqayisəli təhlil edib Təqsirləndirilən şəxs həmin ifadələrini işin faktiki hallarına uyğun olmayan özünün müdafiəsinə yönələn ifadələr kimi qiymətləndirir. Çünki o, Zərərçəkmiş şəxs iki dəfə balta zərbəsi ilə xəsarət yetirdikdən sonra, sonuncu onun əlindən çıxıb qaçmaq istədikdə o ,Zərərçəkmiş şəxs ayağından tutub çölə çıxmasına mane olub, ona “öl burada” demiş, qonşuların hadisə yerinə Zərərçəkmiş şəxs kömək etməyə gəlməsinin qarşını almağa çalışmışdır, lakin o, öz iradəsindən asılı olmayaraq Zərərçəkmiş şəxs kənar köməklərin edilməsinin qarşısını ala bilməmiş və onu öldürə bilməmişdir. İlkin olaraq Zərərçəkmiş şəxs iki dəfə balta xəsarəti aldıqdan sonra onun əlindən çıxması, sonra qonşuların onu Təqsirləndirilən şəxs əlindən almaları, daha sonra isə ona vaxtında tibbi yardım göstərilməsi İmaşova Lələnin qəsdinin başa çatmasının qarşısını almışdır. Məhkəmə gəldiyi bu qənaətlə bağlı qeyd edir ki, Təqsirləndirilən şəxs sərbəst ifadə vermək hüquna malikdir. O, bilə-bilə yalan xəbərçilik etməkdən başqa özünün müdafiəsi üçün göstərdiyi hallara görə məsuliyyət daşımır. O, xəbərçilik etdikdə isə bunu təsdiq edən sübutları da təqdim etməlidir. Əks halda özündə dəqiq faktı nəzərdə tutmayan məlumatın əsassız olaraq yoxlanılması hüquq müstəvisinə çıxarılardı. Bu da hüququ müəyyənlikdən “in abstrakto”-ya, yəni mücərəddiyə, qeyri-müəyyənliyə çevirərdi. Buna isə qanunla yol verilmir. Məhkəmə, yuxarıda sadalanan sübutları təhlil edib hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini onun tərəfindən qəsdən və anlaqlı şəkildə törədilməsi öz təsdiqini tapdı. Buna görə də məhkəmə, Təqsirləndirilən şəxs əməllərini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120-ci maddəsi ilə tövsif olunmasını əsaslı sayır. Məhkəmə, Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlini qəsdən və anlaqlı şəkildə törətməsi qənaətinə gəldiyindən məhkəmə onun təqsirli bilənməsini əsaslı sayır. Məhkəmə, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlini qəsdən və anlaqlı vəziyyətdə törətməsi qənaətinə gəldiyindən onun bu əmələ görə qanunvericilikdə nəzərdə tutulan qaydada cəzalanmalı olmasını əsaslı sayır. Çünki onun təqsirli bilindiyi əməlin cinayət olmasını aradan qaldıran hal və onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas müəyyən olunmadı. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məxsus cinayət qanununun tələblərinə uyğun müsadirə edilə bilən əmlak müəyyən edilmədi. İş üzrə mülki iddia verilməmişdir. İş üzrə məhkəmə ekspertizasının keçirilməsi 80 ( səksən ) manat xərcələnməsi müəyyən olundu. Məhkəmə həmin məbələğin dövlət büdcəsi hesabına ödənilib, Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə qaytarılmasını əsaslı sayır. Çünki onun bu ödəmədən azad olunması üçün əsas müəyyən olunmadı. Məhkəmə, maddi sübutları mahiyyəti üzrə həll edərkən, iş üzrə maddi sübut kimi tanınıb saxlanılması Qaradağ rayon prokurorluğunun arxivinə təhvil verilmiş 01 ədəd balta, 01 ədəd yataq örtüyü, 04 ədəd pambıq uclu çubuq, 01 ədəd qısaqol köynək, 01 ədəd mayka, 01 ədəd boğazlı sviterin istehlak dəyərələrini ittirdikləri üçün məhv olunmasını, 01 ədəd “Xiaomi” markalı “Redmi 10C” modelli mobil telefonun Təqsirləndirilən şəxs iradəsinə uyğun olaraq yaxın qohumlarına və 01 ədəd “SAMSUNG” markalı mobil telefonun sahibi Şahid1 qaytarılmasını əsaslı sayır. Məhkəmədə elan edilib araşdırılmış cinayət işin materiallarından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi himayəsində üç azyaşlı uşağının olması müəyyən olundu. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmə, yuxarıda göstərilən halları, həmçinin cinayət əməlinin xarakterini və təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə alıb Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini əsaslı sayır və o, xüsusilə ağır cinayətə görə məhkum olunduğundan təyin edilmiş cəzanın Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən, ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli olmasını nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəzalandırılmalı və barəsində azadlıqdan məhrumetmə cəzası tətbiq edilməli olması qənaətinə gəldiyindən onun barəsində eçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin həbs qətimkan tədbiri ilə əvəz olunmasını və onun məhkəmə iclas zalından dərhal həbsə alınmasını və hökm qanuni qüvvəyə minənə qədər onun barəsində qətimkan tədbiri qismində seçilmiş həbsin dəyişdirilmədən saxlanılmasını əsaslı sayır. Məhkəmədə Təqsirləndirilən şəxs hazırkı cinayət işi 22 yanvar 2023-cü il tarixdən 24 yanvar 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulub saxlanılması müəyyən olundu. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69-cu maddəsinin tələbləri baxımından Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanıldığı müddətin cəzaçəkmə müddətinə daxil edilməsini və təyin ediləcək cəzanın əvvəlinin onun tutulduğu vaxtdan, yəni 27 mart 2024-cü il tarixdən hesablanmasını əsaslı sayır. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın müddətini təyin edərkən, onun tərəfindən törədilmiş cinayət əməlinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, onun cəzasını yüngülləşdirən halın olmasını, ağırlaşdıran halın olmamasını o cümlədən də, təyin ediləcək cəzanın onun islah olunmasına, həyat və ailə şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29, 120.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 09 (doqquz) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin olunsun. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın başlanğıcı 27 mart 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs 22 yanvar 2023-cü il tarixdən 24 yanvar 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulub saxlanıldığı müddət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən ona təyin edilmiş cəza müddətinə daxil edilsin və onun tərəfindən çəkilməli olan azadlıqdan məhrumetmə cəzası qəti olaraq 8 səkkiz) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün olaraq hesablansın. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri qismində seçilmiş başqa yerə getməmək barədə iltizam həbs qətimkan tədbiri ilə əvəz olunsun və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İş üzrə maddi sübut kimi tanınıb saxlanılması üçün Qaradağ rayon prokurorluğunun arxivinə təhvil verilmiş 01 ədəd balta, 01 ədəd yataq örtüyü, 04 ədəd pambıq uclu çubuq, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs məxsus 01 ədəd əski parçası, 01 ədəd qısaqol köynək, 01 ədəd mayka, 01 ədəd boğazlı sviter istehlak dəyərini itirmiş əşyalar kimi məhv edilsin. 01 ədəd “ Xiaomi” markalı “Redmi 10 C” modelli mobil telefon Təqsirləndirilən şəxs iradəsinə uyğun olaraq yaxın qohumlarına, 01 ədəd “Samsung” markalı mobil telefon şəxsi əşya kimi sahibi Şahid1 qaytarılsın. Dövlət büdcəsi hesabına materialların məhkəmə ekspertizasının keçirilməsinə sərf olunmuş 80 ( səksən ) manat pul vəsaiti Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. Həmin məbləğ Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə qaytarılsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti ona təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm yuxarıdakı müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Novruz Kərimov Hakimlər Rasim Sadıxov Leyla-Əsgərova Məmmədova
Məhkəmə qərarları › İş №1(101)-362/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-362/2024
27.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver