Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-363/2020 25.02.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hüseynov Cavid İbadulla oğlunun sədrliyi, hakimlər İsmayılov Eldar Herov oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, X1-liyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Proku-ror-lu-ğu- Dövlət İttiha-mı-nın Müdafiəsi üzrə X6 Məhkəmələrində Dövlət İttiha-mı-nın Müdafiəsi üzrə Şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, “Mərkəz” vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə açıq məhkəmə iclasında xx xxxx 1976-ci il tarixdə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 1 mənzil 42-də qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, xx xxxxxx 2019-cu il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, faktiki həbsdə olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cina-yət işinə baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilir ondan ötrü ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq, satış məqsədi ilə külli miqdarda, yəni 2 ədəd sellofan bükümdə ayrı-ayrılıqda çəkiləri 3,897 qram və 2,260 qram olmaqla ümumi təmiz çəkisi 6,157 qram təşkil edən kustar üsulla hazırlanmış heroini və 8 ədəd ümumi çəkisi 0,32 qram metadon həbləri əldə edərək özündə saxlamış, xx xxxxxxxx 2019-cu ildə saat 23:54-də metronun “Koroğlu” stansiyasında daşıyarkən xxxxxxxxxxxxxxxxxxndə Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq Polis Şöbəsinə aparıldıqdan sonra üzərinə keçirilmiş baxış zamanı sonuncuya məxsus qara rəngli kişi əl çantasından 2 ədəd sellofan bükümdə ayrı-ayrılıqda 3,897 qram və 2,260 qram olmaqla ümumi çəkisi 6,157 qram külli miqdarda kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroin və 8 ədəd ümumi çəkisi 0,32 qram metadon həblər aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs münasibətdə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittihamla bağlı məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq naməlum vaxt və mənbədən qanunsuz olaraq külli miqdarda, yəni 2 ədəd sellofan bükümdə ayrı-ayrılıqda çəkiləri 3,897 qram və 2,260 qram olmaqla ümumi təmiz çəkisi 6,157 qram təşkil edən kustar üsulla hazırlanmış heroini və 8 ədəd ümumi çəkisi 0,32 qram metadon həbləri şəxsi istehlak miqdarından artıq miqdarda əldə edərək özündə saxlamış, xx xxxxxxxx 2019-cu il tarixdə, saat 23:54-də əldə etdiyi həmin narkotik vasitələri metronun “Koroğlu” stansiyasında daşıyarkən xxxxxxxxxxxxxxxxxxndə Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq Polis Şöbəsinə aparıldıqdan sonra onun üzərinə keçirilmiş baxış nəticəsində sonuncuya məxsus qara rəngli kişi əl çantasından satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə etdiyi 2 ədəd sellofan bükümdə ayrıayrılıqda 3,897 qram və 2,260 qram olmaqla ümumi çəkisi 6,157 qram külli miqdarda kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə olan heroin və 8 ədəd ümumi çəkisi 0,32 qram təşkil edən metadon həblər aşkar edilərək götürülmüşdür, yəni Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə deyil, həmin Məcəllənin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə irəli sürülən ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, tutulmazdan təxminən iki il əvvəl narkotik maddələrdən istifadə etməyə başlamış, bunun nəticəsində qan azlığı və hepatit xəstəliyindən əziyyət çəkmişdir. Vəziyyəti kəskinləşdiyi vaxtlarda isə Bakı şəhərinə gəlib qanını yudurtmuş, yüngül müalicələr almışdır. Polis tərəfindən saxlanılandan 7-8 gün əvvəl yenə də müalicə alması üçün yaşadığı Mingəçevir şəhərindən Bakı şəhərinə gəlmiş və gündəlik kirayə verilən evlərdə yaşamışdır. xx xxxxxxxx 2019-cu il tarixdə təxminən saat 17 radələrində müalicəsi ilə əlaqədar Yasamal rayonu ərazisində yerləşən Respublika Kliniki Xəstəxanasına müraciət etmək üçün gedən zaman yolüstü xəstəxananın yaxınlığındakı “Oba” marketə daxil olmuşdur. Marketdə olarkən oranın bir nəfər oğlan işçisinin həmin marketin digər işçiləri olan qızlara və xüsusi geyim formasında olan mühafizəçiyə sellofan torpada olan kibrit qutularında nəsə göstərdiyini görmüş və həmin qutunu marketdən tapdığını, narkotik maddəyə oxşatdığını dediyini eşitmişdir. Ona maraqlı gəldiyindən gedən söhbətə qulaq asmağa başlamışdır. Əlində kibrit qutusu olan oğlan iş yoldaşlarına polisə məlumat vermək istədiyini bildirdikdə, digər işçilər ona polisə məlumat verəcəyi təqdirdə onun başının ağrıdılacağını bildirmiş və aparıb atmasını ona məsləhət görmüşlər. Adını bilmədiyi həmin oğlan marketdən çıxıb yaxınlıqdakı zibil qutularına tərəf gedərkən o, oğlanı izləməyə başlamış və oğlanın əlindəki torbanı marketin yaxınlığında olan zibil qutularının yanına atdığını görmüşdür. Oğlan çəkilib getdikdən və onu heç kimin görmədiyinə əmin olduqdan sonra zibil qutularına yaxınlaşmış, həmin sellofan torbanı götürüb içində olan iki ədəd kibrit qutularını götürüb bir-bir açmış, birində iki bükümdə narkomanlar arasında kakos adlandırılan heroin narkotik maddəsi və 9 ədəd dərman kimi həblərin olduğunu, digərində isə limon duzuna oxşar ağ kristal toz maddə olduğunu görmüşdür. İçərisində limon duzuna oxşar maddə olan qutunu maddə ilə birlikdə tullamışdır. Özü əvvəllər narkotik vasitə və psixotrop maddə qəbul etdiyindən 9 ədəd həblərin də metadon tərkibli dərman olmasını təqribi anlamış və həblərdən birini elə oradaikən qəbul etmiş, sellofan torbanın içərisində olan narkotik vasitəni və həblərin qalan hissəsini özünə məxsus qara rəngli kişi əl çantasına qoyub üzərində saxlamışdır. Həmin vaxt ayaqlarımda ağrı olduğuna görə Respublika Klinik Xəstəxanasına getmiş, orada ona ağrıkəsici smes vurulmuş, lakin Mingəçevir xəstəxanasında qeydiyyatda olduğundan orada qanının yuyulmasından imtina olunmuş, qeydiyyatda olduğu xəstəxanaya müraciət etməsi məsləhət görülmüşdür. Təqsirləndirilən şəxs ifadəsinin davamında göstərdi ki, xx xxxxxxxx 2019-cu il tarixdə xəstəxanadan çıxdıqdan sonra, saxlanılana qədər mağazalardan birindən limon duzu almış, tapdığı kakosdan, yəni heroindən az bir miqdar ayırıb limon duzu ilə qarışdırıb su halına gətirmiş və sonra aptekdən aldığı şprislə dəri altına vurmuşdur. Saat 23 radələrində isə o, metronun “Neftçilər” stansiyasına getmək üçün “20 yanvar” stansiyasına daxil olub həmin istiqamətdə hərəkət edən qatara daxil olmuşdur. Oturacaqda oturduqdan sonra qəbul entdiyi narkotik vasitənin təsirindən və yorğun olduğundan qatarda yuxlamış, qatar metronun stansiyalarından birinə çatdıqda ayılıb metronun “Neftçilər” stansiyası olduğunu zənn edərək düşüb stansiyanı tərk emiş və küçəyə çıxmışdır. Lakin küçədə “Neftçilər” stansiyasının ərazisi olmadığını görüb təkrarən “Koroğlu” stansiyasına qayıtmış, stansiyada girişdə xidmət aparan bir nəfər polis əməkdaşına “Neftçilər” stansiyasına getmək istədiyini, lakin səhv çıxdığını bildirib “Neftçilər”ə necə gedə biləcəyini soruşmuş, həmçinin telefonuna enerji yükləmək üçün ondan adapter istəmişdir. Həmin vaxt başqa bir polis əməkdaşı yaxınlaşıb onun şəxsiyyət vəsiqəsini istəmiş, ona «sən kayfdasan» deyib, narkotik vasitələr qəbul edib etmədiyini soruşmuşdur. O, inkar etməmiş, cavabında narkotik vasitələrdən istifadə etdiyini və hətta əl çantasında narkotik vasitələr olduğunu səmimi olaraq etiraf etmişdir. Bundan sonra polis əməkdaşları onu Şöbəyə aparmaq istədikdə o, etiraz etmədən könüllü olaraq polis işçiləri ilə birlikdə “Nizami” metrostansiyasının ərazisində yerləşən xxxxxxxxxxxxxxxxxxndə Polis Şöbəsinə getmişdir. Polis şöbəsində olarkən xidməti otaqların birində dəvət olunmuş vəkilin və hal şahidlərinin iştirakı ilə onun üzərinə və əlində olan özünə məxsu qara rəngli əl çantasına baxış keçirilmişdir. Çantasında “Oba” marketin yaxınlığından tapıb götürdüyü, istifadəsi üçün saxladığı və azacıq istifadə etdiyi həmin narkotik tərkibli heroin və metadon həblərin qalıq hissəsi aşkar olunaraq polis əməkdaşları tərəfindən götürülmüş və protokollaşdırılmışdır. Protokola artıq heç nə yazılmamış, doğru tərtib edildiyindən o da həmin protokolu imzalamışdır. Ona qarşı fiziki və ya mənəvi təsir göstərilməmişdir. Təqsirləndirilən şəxs ifadəsinin yekununda göstərdi ki, o, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamış, əksinə özü narkoman olduğundan ordan-burdan əldə etməyə çalışmışdır. Çantasından da aşkar olunaraq götürülmüş heroini və metadon həblərini satmaq niyəti olmamış, yalnız özünün istifadəsi üçün saxlamışdır. Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Bakı şəhər BPİ-yə bilavasitə tabe olan xxxxxxxxxxxxxxxxxxndə Polis Şöbəsinin polis nəfəri Şahid4 məhkəməyədək icraat mərhələsində verdiyi ifadəsinə uyğun ifadə verib göstərdi ki, 2014-cü ilin sentyabr ayından DİOda xidmətə qəbul edilməklə xxxxxxxxxxxxxxxxxxndə Polis Şöbəsinin 5-ci tağımında polis nəfəri vəzifəsində xidmət etmişdir. xx xxxxxxxx 2019-cu il tarixdə saat 23 radələrində metronun “Koroğlu” stansiyasında xidmət apararkən əvvəllər görmədiyi və tanımadığı Təqsirləndirilən şəxs ona yaxınlaşıb metronun “Neftçilər” stansiyasına necə getməyin mümkün olduğunu soruşmuşdur. Onun deməsinə görə «Neftçilər” metrostansiyasına getməli olduğunu, lakin qatarda yatdığından ayılarkən səhvən “Koroğlu” stansiyasında düşmüşdür. O, həmin vaxt Təqsirləndirilən şəxs danışığından, xarici görkəmindən və davranışlarından şübhələnmiş, onu bir narkomana bənzətmişdir. Aydınlaşdırmaq üçün o, Təqsirləndirilən şəxs şəxsiyyətini təsdiq edən sənədini təqdim etməsini tələb etmiş və ondan narkotik vasitlərədən istifadə edib-etməməsini soruşmuşdur. Təqsirləndirilən şəxs etiraz etmədən özünün şəxsiyyət vəsiqəsini ona təqdim etmiş və həqiqətən də narkotik vasitələrin aludəçisi olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs deməsinə görə müalicə üçün Respublika Xəstəxanasına getmiş, oradan çıxdıqdan sonra Alatava qəsəbəsində zibil qutularının yanından kibrit qutusunda narkotik vasitə tapmış, hətta bir kibrit qutusunda ağ kristala oxşar maddə olduğundan və nə olduğunu bilmədiyindən həmin maddəni tullamış, narkotik vasitəni isə özünün istifadəsi üçün götürüb əl sumkasına qoymuşdur. Təqsirləndirilən şəxs özünə məxsus dəri materialdan olan əd çantasını açıb həmin narkotik vasitə dediyi predmetləri onlara da göstərmişdir. Həmin vaxt post yoldaşı, yəni polis nəfəri Şahid5 da onun yanına gəlmiş və Təqsirləndirilən şəxs vəziyyətini o da görmüşdür. O, yaranmış vəziyyət barədə tabeçilik üzrə rəhbərliyə məruzə etmiş və şəxsin xxxxxxxxxxxxxxxxxxndə Polis Şöbəsinə aparılması barədə göstəriş almışdır. Odur ki, polis nəfəri Şahid5 xidməti davam etdirmiş, o isə şübhəli Təqsirləndirilən şəxs metronun «Nizami» stansiyasının ərazisində yerləşən xxxxxxxxxxxxxxxxxxndə Polis Şöbəsinə aparıb raport yazaraq sonuncunu aidiyatı üzrə təhvil vermişdir. Şahid polis nəfəri Şahid4 ifadəsinin davamında göstərdi ki, Şöbədə Təqsirləndirilən şəxs üzərinə və əşyalarına baxış keçirilməsi üçün iki nəfər hal şahidi, vəkil dəvət olunmuş və özünün və digər polis əməkdaşlarının da iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə və əşyalarına baxış keçirilmişdir. Baxış nəticəsində Təqsirləndirilən şəxs məxsus qara rəngli süni dəridən olan əl çantasından iki ədəd şəffaf rəngli sellofana bükülmüş toz şəkilli spesifik iyi olan maddə və 8 ədəd açıq qəhvəyi rəngdə üzərində FM40 sözləri yazılmış həblər aşkar edilərək götürülmüş və təhqiqatçı tərəfindən protokollaşdırılmışdır. Təqsirləndirilən şəxs çantasından çıxan iki bükümdə olan həmin kütləni və 8 ədəd həblərin hamısını zibil qabılarının yanından tapdığını, narkoman olduğundan özünün istifadəsi üçün götürüb saxladığını və hətta bir tablet də istifadə etdiyini səmimi etiraf etmişdir. Şahid4 ifadəsinin yekununda göstərdi ki, Təqsirləndirilən şəxs saxlanılarkən, Polis Şöbəsinə aparılarkən və ya Polis Şöbəsində onun üzərinə və ya əşyalarına baxış keçirilərkən heç bir müqavimət göstərməmiş, narotik vastələrin aludəçisi olduğunu səmimi etiraf etmiş və narkotik vasitələrin satışı ilə məşğul olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması, konkret olaraq kiməsə narkotik vasitə satması barədə onlarda hər hansı məlumat olmamışdır. Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Bakı şəhər BPİ-yə bilavasitə tabe olan xxxxxxxxxxxxxxxxxxndə Polis Şöbəsinin digər polis nəfəri Şahid5 məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş həmikarı – polis nəfəri Şahid4 ilə oxşar məzmunlu ifadə verib sonuncunun göstərdiyi xüsusatları bir daha təsdiq etdi, həmçinin ifadəsində xx xxxxxxxx 2019-cu il tarixdə, saat 23 radələrində metronun “Koroğlu” stansiyasında qalıb xidmətini davam etdirdiyini, Təqsirləndirilən şəxsla birlikdə Polis Şöbəsinə getmədiyini, Polis Şöbəsində baxış nəticəsində Təqsirləndirilən şəxs əl çantasından iki ədəd şəffaf rəngli sellofana bükülmüş toz şəkilli narkotik vasitəyə bənzər spesifik maddə və 8 ədəd açıq qəhvəyi rəngdə həblər aşkar edilərək götürüldüyünü göstərdi. Bundan başqa, məhkəmə istintaqı zamanı iş üzrə şahid qismində dindirilən, Bakı şəhər BPİ-yə bilavasitə tabe olan xxxxxxxxxxxxxxxxxxndə Polis Şöbəsinin X3 əməliyyat müvəkkili Şahid3 ifadəsində göstərdi ki, xx xxxxxxxx 2019-cu il tarixdən xx xxxxxxxx 2019-cu il tarixə keçən gecə, saat 00:15 radələrində Şöbənin PPX-nin polis nəfəri Şahid4 xidmət apardığı metronun “Koroğlu” stansiyasında tanımadıqları bir nəfər şəxsin narkotik vasitələri qəbul etməsi ilə bağlı etiraf etməsini bildirdiyinə görə o, həmin şəxsi xxxxxxxxxxxxxxxxxxndə Polis şöbəsinə gətirməyi polis əməkdaşına tapşırmışdır. Bir müddət sonra polis nəfəri Şahid4 hazırda barəsində cinayət işinə baxılan Təqsirləndirilən şəxs Şöbəyə gətirmişdir. Təqsirləndirilən şəxs Şöbəyə daxil olarkən əlində bir ədəd kişi əl çantası olmuş, onun sərxoşluq təsiri altında olduğu açıq-aşkar hiss olunmuş və söhbət əsnasında həqiqətən də narkotik vasitələrin aludəçisi olduğunu sonuncunun özü dg etiraf etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə və əşyalarına baxış keçirilməsi üçün iki hal şahidi, onun hüquqlarının müdafiəsi üçün vəkil dəvət olunmuş, onların, polis əməkdaşlarının və özünün iştirakı ilə onun üzərinə, eləcə də ona məxsus qara rəngli süni dəridən olan əl çantasına baxış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərində şübhəli bir şey aşkar olunmasa da, onun əl çantasından iki ədəd şəffaf rəngli sellofana bükülmüş, toz şəkilli, spesifik iyi olan heroin narkotik vasitəsinə bənzər maddə və 8 ədəd açıq qəhvəyi rəngdə, üzərində FM40 sözləri yazılmış həblər aşkar edilərək götürülmüş və bu proses təhqiqatçı tərəfindən protokollaşdırılmışdır. Təqsirləndirilən şəxs onun çantasından aşkar olunan iki bükümdə olan heroin narkotik vasitəsinə bənzər həmin kütləni və 8 ədəd həbləri ünvanını unutduğu yerdə zibil qutularının yanından kibrit qutularında tapdığını, narkoman olduğu üçün tapdığı narkotik vasitəni özünün istifadəsi üçün götürüb əl çantasına qoyduğunu bildirmişdir. Namiqin deməsinə görə narkotik tərkibli olması şübhəli olan həblər 9 ədəd olmuş, o, həmin həblərdən birini istifadə etmişdir. Təqsirləndirilən şəxs saxlanılan zaman heç bir müqavimət göstərməmiş, polis işçiləri ilə onun arasında heç bir insident yaranmamışdır. Şahid3 ifadəsinin yekununda göstərdi ki, Təqsirləndirilən şəxs saxlanılarkən narkotik vasitələrin satışı ilə məşğul olmadığını bildirmiş, onun narkotik vasitələrin satışı ilə məşğul olması, konkret olaraq kiməsə narkotik vasitə satması barədə onlarda hər hansı məlumat olmamışdır. İş üzrə məhkəmə baxışı zamanı şahid qismində dindirilən Şahid1 ifadəsində göstərdi ki, o, “xxxxxxxxxxxxxxxxxx” QSC-də təmizləyici işində işləmiş, qrafik üzrə iş gecə saatlarında, yəni metropolitenin fəaliyyəti dayandırıldıqdan sonra başlanmışdır. xx xxxxxxxx 2019-cu il tarixdə, saat təxminən 00:30 radələrində metronun “Nizami” stansiyasında təmizlik işləri ilə məşğul olan zaman xxxxxxxxxxxxxxxxxxndə Polis Şöbəsinin əməkdaşları tərəfindən Şöbəyə dəvət olunmuş, saxlanılmış bir nəfər şəxsin üzərinə və əşyalarına baxış keçirilməsi prosesində hal şahidi qismində iştirak etmək təklif olunmuşdur. İştirak etmək imkanı olduğundan etiraz etməmiş və hazırda baxılan iş üzrə Təqsirləndirilən şəxs üzərinə və əl çantasına “Nizami” metrostansiyasının yaxınlığında yerləşən xxxxxxxxxxxxxxxxxxndə Polis Şöbəsinin inzibati binasında keçirilən baxışda hal şahidi qismində iştirak etmişdir. O, təqsirləndirlən şəxsi Təqsirləndirilən şəxs əvvəllər görməmiş və tanımamışdır. Baxışda ondan başqa daha bir hal şahidi, vəkil və polis əməkdaşları iştirak etmişlər. Baxış nəticəsində Təqsirləndirilən şəxs əl çantasından iki ədəd şəffaf rəngli sellofana bükülmüş, toz şəkilli, spesifik iyi olan maddə və 8 ədəd açıq qəhvəyi rəngdə, üzərində FM40 sözləri yazılmış dərman həblərinə oxşar həblər aşkar edilərək götürülmüş, lakin onun üzərindən şübhəli heç nə tapılmamışdır. Bütün proses protokollaşdırılmış, bütün iştirak edənlər, o cümlədən Təqsirləndirilən şəxs özü tərtib olunan protokolu imzalamışlar. Təqsirləndirilən şəxs onun çantasından çıxan iki bükümdə olan həmin kütləni və həblərin hamısını tapdığını, özünün qəbul etməsi üçün həmin maddələri özü ilə gəzdirdiyini bildirmişdir. Baxış prosesində o, hər hansı qanun pozuntusu müşahidə etməmişdir. Qanunla müəyyən olunan qaydada məhkəmənin yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq məhkəmə baxışı zamanı iştirak etməmiş, Təqsirləndirilən şəxs üzərinə və əl çantasına baxış keçirilməsi prosesində hal şahidi qismində iştirak etməklə məhkəməyədək icraat mərhələsində şahid qismində dindirilmiş Şahid2 şahid ifadəsi məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olundu və müəyyən edildi ki, Şahid2 məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 ilə oxşar məzmunlu ifadə verərək sonuncunun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir (iş vərəqə: səh. 102-104). Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Şahid6 ifadəsində göstərdi ki, oğlu, baxılan iş üzrə Təqsirləndirilən şəxsla birlikdə Mingəçevir şəhərində yaşamışdır. Namiq ailəli olmuş, onun həyat yoldaşı və 3 uşağı Rusiyada yaşamışlar. Oğlunun narkotik vasitələrlə xxxxxxxxxxxxxxxxxxndə Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılmasını və onun barəsində cinayət işi başlanaraq istintaq aparıldığını sonradan bilmişdir. X4 aşkar edilib götürülmüş narkotik vasitəni haradan alıb əldə etməsini o, bilməmiş, onun narkotik vasitə qəbul etdiyini görməmiş və eşitməmişdir. Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan, ifadənin yerində yoxlanılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadələri hadisə yerində yoxlanılmış və təqsirləndirilən şəxs sərbəst ifadələrində göstərdiyi xüsusatları bir daha təsdiq edərək hadisə yerində əyani şəkildə göstərmişdir (iş vərəqə: səh. 226-228). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan, məhkəmə-kimyəvi ekspertizasının xx xxxxxxxx 2019-cu il tarixli, 23137 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd zərfdə içərisində 2 ədəd sellofan bükümdə qəhvəyi rəngli maddələr təmiz çəkisi ayrı-ayrılıqda 3,897 qram və 2,260 qram (ümumi təmiz çəkisi 6,157 qram ) kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə - heroindir. Tədqiq olunan həmin rəydən görünür ki, təqdim olunmuş 8 ədəd açıq qəhvəyi rəngli, üzərində M-40 yazısı olan, həblər- metadondur. Təsir edici maddəsinin miqdarı 1 ədədinin 40 mq, ümumi 8 ədədində 0,32 qram müəyyən edilmişdir. Həmçinin xx xxxx 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitlərərin psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların siyahısının” Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin İİ siyahısının İ bəndinə (sıra № 6) daxildir (iş vərəqə: səh. 37-41). İşdə olan və məhkəmə baxışı zamanı elan olunmaqla tədqiq edilmiş, ambulator məhkəmə-narkoloji ekspertizasının xx xxxxxxxx 2019-cu il tarixli, 2266 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür (iş vərəqə: səh. 98-99). Bundan başqa, məhkəmə baxışı zamanı elan olunmaqla tədqiq edilmiş, ambulator məhkəmə-psixiatrik ekspertizasının xx xxxxxxxx 2019-cu il tarixli, 1821 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görədə Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur (iş vərəqə: səh. 96-97). Məhkəmə baxışı zamanı tədqiq olunan, metronun “Koroğlu” stansiyasında quraşdırılmış müşahidə kamerası vasitəsi ilə qeydə alınmış video görüntülərin köçürüldüyü 1 ədəd DVD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, xx xxxxxxxx 2019-cu il tarixdə, saat 23:55 radələrində metronun “Koroğlu” stansiyasında Təqsirləndirilən şəxs orada xidmət aparan polis serjantı Şahid4 yaxınlaşaraq sonuncu ilə danışması və Təqsirləndirilən şəxs həmin vaxt qara rəngli əl çantasını qoltuğunda saxlaması stansiyada quraşdırılmış müşahidə kamerası vasitəsi ilə qeydə alınmışdır (iş vərəqə: səh. 57). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan müvafiq sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs metronun “Koroğlu” stansiyasında xidmət aparan polis serjantına yaxınlaşmasını və sonuncu ilə danışmasını özündə əks etdirən videogörüntülərin qeydə alındığı 01 ədəd informasiya daşıyıcı (DVD) disk, həmçinin, təqsimrləndirilən şəxs Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın təsdiqi üçün sübut əhəmiyyəti kəsb etməsə də belə, Bakcell MMCdən daxil olmaqla Təqsirləndirilən şəxs istifadə etdiyi ***-***-**-** və ***-***-**-** nömrələrindən xx xxxxxx 2019-cu il tarixdən xx xxxxxxxx 2019-cu il tarixədək çıxan və həmin nömrələrə daxil olan zənglərin açıqlamalarını əks etdirən 01 ədəd informasiya daşıyıcı (CD) disk, Təqsirləndirilən şəxs məxsus əl çantasından aşkar edilərək götürülmüş 2 ədəd sellofan bükümdə, ümumi təmiz çəkisi 6,157 qram olmaqla ekspertiza tədqiqatı zamanı 0,10 qram sərf edildikdən sonra qalmış 6,057 qram çəkidə heroin narkotik vasitəsi və 8 ədəd metadon həbləri ekspertiza tədqiqatı zamanı 0,5 ədəd sərf edildikdən sonra qalmış 7,5 ədəd metadon həbləri iş üzrə maddi sübut kimi tanınmış, iki ədəd CD disk iş materiallarına əlavə edilmiş, maddi sübut kimi tanınmış narkotik vasitələr isə saxlanılması üçün xxxxxxxxxxxxxxxxxxndə Polis Şöbəsinin Növbətçi Hissəsində saxlanca təhvil verilmişdir (iş vərəqə: səh. 58; 160; 54). Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələr əldə etməyə, saxlamağa və daşımağa görə, yəni Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinə və cəzalandırıla bilməz. Azərbaycan Respublikası CM-nin 7.1-ci maddəsinin tələbinə görə yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Məhkəmə kollegiyası iş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparıb, tədqiq olunan sübutlar toplusuna məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə düzgün ixtisaslaşdırılmamış, onun əməlinə düzgün hüquqi qiymət verilməmişdir. Lakin məhkəmə baxışı nəticəsində Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq naməlum vaxtda və naməlum mənbədən 2 ədəd sellofan bükümdə, ayrı-ayrılıqda çəkisi 3,897 qram və 2,260 qram, ümumi təmiz çəkisi isə 6,157 qram təşkil edən kustar üsulla hazırlanmış heroin və 1 ədədinin təsir edici maddəsinin miqdarı 40 mq, 8 ədədində isə ümumi miqdarı 0,32 qram təşkil edən metadon narkotik vasitələrini şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib özündə saxlaması və daşıması təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun cinayət əməli Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməli, Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmaqla o, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Belə ki, məhkəmə baxışı zamanı müəyyən edildiyi kimi ilk növbədə qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs o, saxlanılanadək satış məqsədilə qanunsuz olaraq narkotik vasitələr əldə etməsi, saxlaması, daşıması və s. və ya satması barədə hər hansı əməliyyat məlumatı daxil olmamış, onun ətrafında hər hansı əməliyyat-axtarış tədbiri keçirilməmiş, təqsirləndirilən Təqsirləndirilən şəxs narkotik vasitələri satarkən və ya satmağa cəhd edərkən yaxalanmamış, yalnız narkotik vasitələrdən istifadə etməkdə şübhəli şəxs qismində saxlanılmışdır. İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan xxxxxxxxxxxxxxxxxxndə Polis Şöbəsinin xxxxxxxxxxxxxxxxxxnin “Koroğlu” stansiyasında təqsirləndirilən Təqsirləndirilən şəxs saxlanılan an xidmətdə olmuş və məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş polis nəfəri Şahid4 tərəfindən Polis Şöbəsinin rəisinə ünvanlanan xx xxxxxxxx 2019-cu il tarixli raport sənədindən görünür ki, polis serjantı Şahid4 baxılan iş üzrə Təqsirləndirilən şəxs metronun “Koroğlu” stansiyasında xx xxxxxxxx 2019-cu il tarixdə, saat 23:54-də xidmət apararkən narkotik vasitələrdən istifadə etməkdə şübhəli şəxs qismində saxlamış, sonuncu narkotik vasitələrin istifadəçisi olduğunu etiraf etmişdir. Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən polis nəfəri Şahid4 Polis Şöbəsinin rəisinə ünvanladığı xx xxxxxxxx 2019-cu il tarixli raport sənədində göstərdiyi xüsusatları bir daha təsdiq etdi, hətta həmin ifadəsində xx xxxxxxxx 2019-cu il tarixdə, saat 23:54-də metronun “Koroğlu” stansiyasında xidmət apararkən Təqsirləndirilən şəxs özünün ona yaxınlaşdığını, metronun «Neftçilər» stansiyasına getməli olduğu halda, səhvən “Koroğlu” stansiyasında çıxdığını bildirdiyini, metronun «Neftçilər» stansiyasına necə getməli olduğunu ondan soruşduğunu göstərdi. Təqsirləndirilən şəxs hər hansı əməliyyat tədbiri nəticəsində saxlanılmadığı, onun özünün metronun “Koroğlu” stansiyasında xidmət aparan polis nəfəri Şahid4 yaxınlaşıb onunla söhbət etməsi məhkəmə baxışı zamanı tədqiq olunmuş metronun “Koroğlu” stansiyasında quraşdırılmış müşahidə kamerası vasitəsi ilə qeydə alınmış video görüntülərlə də təsdiq olunur. Bundan başqa, məhkəmə istintaqı zamanı iş üzrə şahid qismində dindirilən xxxxxxxxxxxxxxxxxxndə Polis Şöbəsinin polis nəfəri Şahid5, həmin Şöbəsinin X3 əməliyyat müvəkkili Şahid3 Şahid4 göstərdiyi xüsusatları bir daha təsdiq etdilər. İşdə olan Təqsirləndirilən şəxs tutma haqqında xx xxxxxxxx 2019-cu il tarixli protokoldan da görünür ki, sonuncu Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində şübhəli şəxs qismində tutulmuşdur. Həmçinin hər üç şahid - polis nəfərləri Şahid4, Şahid5 və polis mayoru Şahid3 məhkəmə baxışı zamanı verdikləri ifadələrində Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması, konkret olaraq kiməsə narkotik vasitə satması barədə onlarda hər hansı məlumat olmadığını bildirdilər. Məhkəmə baxışı zamanı tədqiq edilmiş ambulator məhkəmə-narkoloji ekspertizasının xx xxxxxxxx 2019-cu il tarixli, 2266 saylı rəyindən də göründüyü kimi, Təqsirləndirilən şəxs narkomandır, onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ondan aşkar edilb götürülmüş narkotik vasitələri satış məqsədilə qanunsuz olaraq əldə etməsini, saxlamasını, daşıması və s. təsdiq edə biləcək, həmçinin onun aşkar edilb götürülmüş narkotik vasitələri tapıb əldə etməsini, özünün şəxsi istifadəsi üçün saxlamasını və eyni məqsədlə daşımasını təkzib edə biləcək hər hansı sübut növü müəyyn edilməmişdir. Belə ki, məhkəmə baxışı zamanı müəyyən edildi ki, məhkəməyədək icraat mərhələsində cinayət işi üzrə əməliyyat tapşırıqları ətrafında keçirilən əməliyyat-istintaq tədbirləri müsbət nəticə verməmiş, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması, bu istiqamətdə konkret şəxslərlə əlaqəsinin olması təsdiq olunmamış, həmçinin ondan aşkar olunub götürülən heroin narkotik vasitəsinin mənbəyi müəyyənləşdirilməmişdir (iş vərəqə: səh. 156, 206, 229,236). Məhkəmə baxışı zamanı tədqiq olunan şahidi dindirmə protokollarından görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Mingəçevir şəhərində sonuncunun narkotik vasitələrin satışı ilə məşğul olub-olmaması istiqamətində konkret şəxslər dindirilmiş, lakin müsbət nəticə əldə olunmamışdır(iş vərəqə: səh. 163-165, 166-168, 169-171, 172-174, 175-177, 178-180, 182-184, 185-187, 189-191). Bundan başqa, məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan axtarış və baxış keçirilməsi haqqında xx xxxxxx 2019-cu il tarixli protokoldan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 mənzil 42 ünvanda axtarış aparılmış, lakin mənzildə hər hansı bir şübhəli predmet, o cümlədən narkotik vasitələr və ya psixotrop maddələr aşkar edilməmiş və götürülməmişdir(iş vərəqə: səh. 192-205). İş üzrə Təqsirləndirilən şəxs isə narkotik vasitələri qanunsuz olaraq satış məqsədilə əldə edib saxladığını, həmin narkotik vasitələrin satışı ilə məşğul olmasını hələ ibtidai istintaqın ilk günündən ibtidai istintaq yekunlaşdırılanadək, həmçinin məhkəmə baxışı zamanı dindirilərkən inkar etmiş, aşkar olunan narkotik vasitələri tapıb əldə etdiyini və narkotik vasitələrə aludə olduğu üçün özünün istifadə etməsi məqsədilə çantasına qoyub saxladığını və hətta elə həmin gün də istifadə etdiyini etiraf etmişdir. Baxılan cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs aşkar olunub götürülən heroin və metadon narkotik vasitələrinin mənbəyi müəyyənləşdirilmədiyindən onun barəsində istintaq olunmuş cinayət işindən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə başqa bir cinayət işi ayrıca icraata ayrılmışdır. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs narkotik vasitələr aşkar olunub götürülməsi faktına görə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanılmış, Təqsirləndirilən şəxs həmin maddə ilə şübhəli şəxs qismində tutulmuş və ona həmin maddə ilə ittiham irəli sürülmüşdür. İbtidai istintaq orqanının xx xxxxxx 2019-cu il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsindən həmin Məcəllənin 234.4.3-cü maddəsinə tövsif edilmişdir. Qeyd olunan qərarın məzmunundan görünür ki, istintaq orqanı Təqsirləndirilən şəxs əməlini CM-nin 234.4.3-cü maddəsinə tövsif edərkən konkret sübutlara deyil, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2011-ci il tarixli qərarının doqquzuncu və on dördüncü bəndində nəzərdə tutulan tövsiyələrinə əsaslanmışdır. Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi zamanı ibtidai istintaq orqanının əsaslandığı «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2011-ci il tarixli qərarının doqquzuncu bəndində məhkəmələrə tövsiyə olunur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2011-ci il tarixli həmin qərarının doqquzuncu bəndindən göründüyü kimi təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları ilə yanaşı başqa sübutların da olması zəruridir ki, istintaq orqanı tərəfindən belə sübutlar müəyyən edilməmişdir. Belə ki, Təqsirləndirilən şəxs aşkar olunub götürülmüş heroin narkotik vasitəsinin külli miqdarda olması, ayrı-ayrı iki ədəd bükümdə olması, sonuncudan götürülmüş narkotik vasitələrin növ müxtəlifliyi bir fakt oldsa da, Təqsirləndirilən şəxs adı çəkilən bu narkotik vasitələri satış məqsədilə əldə etməsini, eyni məqsədlə saxlaması və daşımasını, həmçinin istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsini və ya onun üzərindən və ya yaşayış ünvanından hər hansı avadanlıq aşkar edilməsini təsdiq edən heç bir sübut növü müəyyən edilməmişdir. İbtidai istintaq orqanı tərəfindən istinad olunan Ali Məhkəməsi Plenumunun xx xxxx 2011ci il tarixli həmin qərarının on dördüncü bəndindən irəli gələn tövsiyyələrə gəldikdə isə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 234.4-cü maddəsinin mənasına görə narkotik vasitələr yalnız satış məqsədi ilə külli miqdarda əldə edildikdə, saxlanıldıqda, hazırlandıqda, istehsal və emal edildikdə, daşındıqda, göndərildikdə və yaxud satıldıqda təqsirkar şəxsin əməli Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə tövsif edilməlidir. Lakin baxılan iş üzrə Təqsirləndirilən şəxs ondan aşkar olunub götürülmüş narkotik vasitələri qanunsuz olaraq satış məqsədilə əldə etməsi öz təstiqini tapmamış, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs əməlini Cinayət Məcəllənin 234.4.3-cü maddəsi ilə tövsif edərkən fərziyyə və şübhələrə əsaslanmışdır ki, bu şübhələrin digər sübutlarla aradan qaldırılması mümkün olmamışdır. Azərbaycan Respublikası CPM-nin 145.3-cü maddəsinin tələblərinə görə isə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Məhkəmə Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə hüquqi tövsifi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının xx xxxx 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş "Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrinin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya" əsasən heroin narkotik vasitənin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2,0 qram, metadon narkotik vasitənin isə şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,02 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 1,6 qram müəyyən edilmişdir. Yəni Təqsirləndirilən şəxs götürülən heroin narkotik vasitəsinin ümumi kütləsi 6,157 qram olduğundan bu, külli miqdar kimi, metadon narkotik vasitənin isə ümumi kütləsi 0,32 qram təşkil etdiyindən bu miqdar şəxsi istehlak miqdarından artıq miqdar kimi qəbul edilməlidir. Lakin Təqsirləndirilən şəxs götürülən heroin narkotik vasitəsinin kütləsinin 6,157 qram olmaqla külli miqdar təşkil etməsi, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarından da göründüyü kimi, təqsirləndirilən şəxsin həmin narkotik vasitəni satış məqsədilə əldə etməsi kimi qiymətləndirilə bilməz. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülən heroin narkotik vasitəsinin kütləsinin 6,157 qram olmaqla külli miqdar təşkil etməsi, həmin narkotik vasitənin satış məqsədilə qanunsuz olaraq əldə edilməsi və saxlanılması təsdiq olunmadığından, onun əməlinin Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətə tövsifinə öz təsirini göstərə bilməz. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinəyətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxarmaq hüququna malikdir. Məhkəmədə təqsirləndirilən Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar və onu cinayət məsuliyyətindən azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin əməliyyat-sorğu arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (iş vərəqə: səh. 116). Məhkəmə baxışı nəticəsində Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran və ya yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası təqsirləndirilən Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəldi ki, törədilmiş cinayət əməlinin ictimai təhlükəliliyi nəzərə alınmalı, sosial ədalətin bərpası, təqsirləndirilən Təqsirləndirilən şəxs islah olunması və həm təqsirləndirilən Təqsirləndirilən şəxs, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan sanksiya daxilində, ədalətli və şəxsiyyətinə uyğun azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə kollegiyası təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən, onun az ağır cinayətə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunacağını nəzərə alır və Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini qanuna uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinin tələblərinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər təyin olunan cəzalarını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli ilə bağlı məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun barəsində həbs qətimkan tədbirinin seçildiyi və faktiki məhkəmə hökmü çıxarılanadək fasiləsiz olaraq həbsdə saxlanıldığı xx xxxxxx 2019-cu il tarixdən hesablanmalı, lakin onun həmin tarixədək baxılan iş üzrə şübhəli şəxs qismində tutulub həbsdə saxlanıldığı 1 (bir) gün ona təyin olunan azadlıqdan məhrum etmə müddətinə hesablanmaqla çıxılsın və üzərində qəti cəza saxlanılmalıdır. Belə ki, məhkəməyədək icraat mərhələsində Təqsirləndirilən şəxs baxılan iş üzrə xx xxxxxxxx 2019-cu il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx xxxxxxxx 2019-cu il tarixədə isə haqqında başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməklə həbsdən azad edilmişdir. Azərbaycan Respublikası CPM-nin 90 və 90.1.2-ci maddələrinin tələbinə görə cinayət törətməkdə şübhələnildiyinə görə tutulmuş şəxs şübhəli şəxs hesab edilir. Həmin Məcəllənin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanır. Həmin Məcəllənin 158.2 və 158.2.1-ci maddəsinin tələbinə görə isə təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi nəzərə alınmalı və onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Həmçinin məhkəmə, işdə olan ambulator məhkəmə-narkoloji ekspertizanın xx xxxxxxxx 2019-cu il tarixli, 2266 saylı rəyini nəzərə alıb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi-xarakterli məcburi tədbir təyin olunmalı və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə kollegiyası işdə olan maddi sübutlarla əlaqədar məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs metronun “Koroğlu” stansiyasında xidmət aparan polis serjantına yaxınlaşmasını və sonuncu ilə danışmasını özündə əks etdirən videogörüntülərin qeydə alındığı 01 ədəd informasiya daşıyıcı (DVD) disk cinayət işinin materiallarında saxlanılmalı, Bakcell MMC-dən daxil olmaqla Təqsirləndirilən şəxs istifadə etdiyi ***-***-**-** və ***-***-**-** nömrələrindən xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək çıxan və həmin nömrələrə daxil olan zənglərin açıqlamalarını əks etdirən 01 ədəd informasiya daşıyıcı (CD) disk cinayət işinin materiallarında saxlanılmalı, xxxxxxxxxxxxxxxxxxndə Polis Şöbəsinin Növbətçi Hissəsinin saxlanc yerində saxlanılan, iki ədəd sellofan bükümdə, ekspertiza tədqiqatlarından sonra qalıq qalmış, ümumilikdə 6,057 qram çəkidə heroin narkotik vasitəsi və ekspertiza tədqiqatlarından sonra qalıq qalmış, ümumilikdə 7,5 ədəd metadon həbləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə məhkəmə məsrəfləri - 93,40 (doxsan üç manat 40 qəpik) manat məbləğində ekspertiza xərci məhkum Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur, əmlak üzərinə həbs qoyulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351-354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs xx xxxxxxxx 2019-cu il tarixdə şübhəli şəxs qismində tutulub xx xxxxxxxx 2019-cu il tarixədək həbsdə saxlanıldığı 1 (bir) gün ona təyin olunan azadlıqdan məhrum etmə müddətinə hesablanmaqla çıxılsın və üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 29 (iyirmi doqquz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun barəsində həbs qətimkan tədbirinin seçildiyi xx xxxxxx 2019-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, narkotik vasitələrdən sui-istifadə etməsi ilə əlaqədar ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübutların taleyi aşağıdakı qaydada həll edilsin: - Təqsirləndirilən şəxs metronun “Koroğlu” stansiyasında xidmət aparan polis serjantına yaxınlaşmasını və sonuncu ilə danışmasını özündə əks etdirən videogörüntülərin qeydə alındığı 01 ədəd informasiya daşıyıcı (DVD) disk cinayət işinin materiallarında saxlanılsın; - Bakcell MMC-dən daxil olmaqla Təqsirləndirilən şəxs istifadə etdiyi ***-***-**-** və ***- ***-**-** mobil nömrələrdən xx xxxxxx 2019-cu il tarixdən xx xxxxxxxx 2019-cu il tarixədək çıxan və həmin nömrələrə daxil olan zənglərin açıqlamalarını əks etdirən 01 ədəd informasiya daşıyıcı (CD) disk cinayət işinin materiallarında saxlanılsın; - xxxxxxxxxxxxxxxxxxndə Polis Şöbəsinin Növbətçi Hissəsinin saxlanc yerində saxlanılan, iki ədəd sellofan bükümdə, ekspertiza tədqiqatlarından sonra qalıq qalmış, ümumilikdə 6,057 qram çəkidə heroin narkotik vasitəsi və ekspertiza tədqiqatlarından sonra qalıq qalmış, ümumilikdə 7,5 ədəd metadon həbləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə məhkəmə məsrəfləri - 93,40 (doxsan üç manat 40 qəpik) manat məbləğində ekspertiza xərci məhkum Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə ödənilsin. İş üzrə mülki iddia yoxdur, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu vaxtdan, məhkum Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-363/2020
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-363/2020
25.02.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver