Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-363/2021 06.04.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Mahmudov İlham Ağa oğlu (sədrlik edən), Xankişiyev Mirzə Aslan oğlu və Qəniyev Faiq Əsəd oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi X4, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı oğlunun, Müdafiəçilər – Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkilləri X12 və Abulova Radmila Abul qızının iştirakları ilə, xx.xx.1993-cü il tarixində Gürcüstan Respublikasının Dmanisi rayonunda anadan olmuş, Gürcüstan Respublikasının vətəndaşı, subay, əvvəllər məhkum olunmuş, işləməyən, natamam orta təhsilli, ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs1 İsımkhan oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri xx.xx.1993-cü il tarixində Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, məhkumluğu olan, subay, işləməyən, ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 İsımkhan oğlu və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini və külli miqdarda psixotrop maddə metamfetamini əldə edib daşıyaraq üzərlərində saxlamış və satmışlar. Belə ki, aparılmış istintaqla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 İsımkhan oğlu qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddəni əldə edib satmaq məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 və şəxsiyyəti müəyyən edilməmiş şəxslə əlbir olub cinayət əlaqəsinə girərək istintaqa məlum olmayan tarix, ərazi və mənbədən külli miqdarda ümumi 5.066 qram çəkidə narkotik vasitə olan heroin və külli miqdarda ümumi 3.635 qram çəkidə psixotrop maddə olan metamfetamini əldə edib daşıyaraq üzərində saxlamış, həmin əldə etdiyi külli miqdarda heroini və külli miqdarda metamfetamini bükümlərə bölərək satmaq üçün bir hissəsini Təqsirləndirilən şəxs2 vermiş, xx.xx.2020-ci il tarixdə saat 18:30-da Binəqədi RPİ-nin 6-cı PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, Təqsirləndirilən şəxs2lə birlikdə Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 68 ünvanında saxlanılıb ünvan 4ədi RPİ-nin 6-cı PBnə gətirilərək orada hər ikisinin üzərinə şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs2 əynindəki göy rəngli idman şalvarının sağ cibindən şəffav sellofan bükümdə təmiz çəkisi 0.924 qram, əlində saxladığı açar qabının içərisində 05 ədəd şəffav sellofan bükümdə ayrı ayrılıqda təmiz çəkiləri 0.864, 0.494, 0.442, 0.461, 0.450 qram olan küllli miqdarda ümumi 3.635 qram çəkidə ağ rəngli kristall şəkilli kütlə kustar üsulla hazırlanmış, Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddə metamfetamin və 03 ədəd şəffav sellofan bükümdə ayrıayrılıqda təmiz çəkiləri 0.623, 0.671, 0.380 qram olan ümumi 1.674 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, üzərində «Aosai pocret scale» sözləri yazılmış elektron tərəzi və Shirkhan Mamedovun əynindəki qara rəngli şalvarının sağ cibindən bir ədəd şəffav sellofan bükümdə küllli miqdarda təmiz çəkisi 3.392 qram olan maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. İbtidai istintaq zamanı iş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs1 İsımkhan oğlu ona Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o özünü narkotik vasitələrin satışında yox, istifadəsində təqsirli bilir. Belə ki, xx.xx.2020-ci il tarixdə avtomobil idarə etmək üçün sənədi olmadığından bir neçə müddətdir ki, tanıdığı X8 adına “Hyundai Azera” markalı **-MJ-*** dövlət qeydiyyat nişanlı avtomobili icarəyə götürüb idarə edirmiş. Bir neçə müddətdir ki, narkotik vasitələrdən istifadə edir. Belə ki, xx.xx.2020-ci il tarixdə saat 18 radələrində Əmirbəylə görüşdüm. Onunla görüşərkən Əmirbəyə bir büküm istifadəsi üçün metamfetamin verdim. Həmin metamfetamini ona təmənnasız verdim. Daha sonra biz birlkdə idarə etdiyim “Hyundai Azera” markalı **-MJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə Günəşli qəsəbəsinə gərək tanışım Sabirlə görüşdüm. Həmin vaxtı Əmirbəy avtomobildə qaldı. Mən Sabirlə görüşüb ona bir büküm təmənnasız metamfetamin verdim. Həmin metamfetamini açar qabının içindən verdim. Daha sonra Sabirlə saqollaşıb idarə etdiyim avtomobillə Neftçilər metrosunun yaxınlığına gəldik. Mən kartdan pul çıxartmaq üçün avtomobili metronun yaxınlığında yolun kənarında saxladım. Həmin içərisində narkotik vasitələr olan açar qabı və tərəzini isə avtomobildən düşərkən saxlaması üçün Əmirbəyə verdim. Avomobildən düşüb bir neçə addım aralanmışdım ki, üç nəfər mülki geyimdə olan polis əməkdaşları mənə yaxınlaşaraq özlərini təqdim etdilər və məni qanunsuz olaraq üzərimdə narkotik vasitə saxlamaqda şübhəli bilindiyim üçün Binəqədi RPİ-nin 6-cı PB-nə getməli olduğumu bildirdilər. Həmin polis əməkdaşları məni və Əmirbəyi polis bölməsinə gətirdilər. Bölmədə xidməti otaqda mənə hüquq və vəzifələrim izah olunduqdan sonra mənim xahişimlə mənə dövlət hesabına müdafiəçi təqdim edildi və mən təqdim edilən müdafiəçıyə etiraz etmədim. Binəqədi RPİ-nin 6-cı PB-nin inzibati binasında xidməti otaqlardan birində üzərimə videoçəkiliş altında şəxsi axtarış keçirilərkən üzərimdə hər hansı bir qanunsuz əşya oluması və vardırsa təqdim etməyim təklif olundu. Bu zaman mən sağ cibimdə saxladığım bir büküm heroini və həmçinin iki ədəd telefonu cibimdən çıxararaq masanın üzərinə qoydum. Üzərimdən aşkar olunmuş “heroin” adlanan narkotik vasitə zərfə qoyularaq qablaşdırıldı və möhürləndi. Bu barədə tərtib olunmuş protokolun doğruluğunu və zərfi imzamla təsdiq etdim. Bir daha qeyd edirəm ki, ilkin ifadələrimdə yalan məlumat vermişdim. Hazırda verdiyim ifadəm doğrudur. Bir daha qeyd edirəm ki, xx.xx.2020-ci il tarixdə Təqsirləndirilən şəxs2 üzərindən aşkarlanmış açar qabının içində olan heroin və metamfetamin, həmçinin tərəzi mənə məxsusdur. Ara bir özümə pul lazım olduğundan narkotik vasitəni tanıdığım adamlara satmışam. Həmçinin Əmirbəyin üzərindən çıxan metamfetamini də mən ona təmənnasız istifadəsi üçün vermişəm. Qeyd edim ki, dost tanış məndən narkotik istəyəndə mən onlara təmənnasız pay vermişəm. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Təqsirləndirilən şəxs1 İsımkhan oğlu özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, özünü narkotik vasitələrin satışında yox, istifadəsində təqsirli bilir. xx.xx.2020-ci il tarixdə sürücülük vəsiqəsi olmadığından tanışı Nəbiyev Əlinin adına “Hyundai Azera” markalı avtomobili icarəyə götürüb idarə edirmiş. Bir neçə müddətdir ki, narkotik vasitələrdən istifadə edir. xx.xx.2020-ci il tarixdə saat 18 radələrində uşaqlıq dostu Əmirbəylə görüşmüşdür. Əmirbəy ona deyib ki, Sabir onlar çağırır, ona borclu olduqları pulu tələb edir. Əmirbəylə birlikdə Günəşli qəsəbəsinə gərək tanışları Sabirlə görüşmüşlər. Çünki ona borcları var imiş. Sabirlə görüşüb ona hərəsi 150 manat borcunu vermiş sonra Sabirlə saqollaşıb avtomobillə Neftçilər metrosunun yaxınlığına getmişlər. Kartdan pul çıxartmaq üçün avtomobili metronun yaxınlığında yolun kənarında saxlamışdır. Avomobildən düşüb bir neçə addım aralandığı zaman üç nəfər mülki geyimdə polis əməkdaşları ona yaxınlaşaraq narkotik saxlamaqda şübhəli bilindiyi üçün Binəqədi RPİ-nin 6-cı PB-nə getməli olduğunu bildirmişlər. Həmin polis əməkdaşları onu və Əmirbəyi polis bölməsinə aparmışlar. Bölmədə onun cibindən heç bir narkotik vasitə çıxmamışdır. Amma polislər ona orda çox fiziki təsir göstərmişlər. Onu döymüşlər. Zorla boynuna qoyub yazdırmışlar ki, guya videoçəkilişlə onun üzərindən narkotik vasitə çıxıb. Maşınnan çıxan tərəzi isə Sabirin olub. İbtidai istintaq zamanı təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, özünü narkotik vasitələrin satışı ilə yox, istifadə etməyimdə təqsirli bilirəm. Belə ki, ara bir bədənimdə ağrılar olduğundan metamfetamindən istifadə edirəm Əvvəllər həmin metamfetamini tanımadığım şəxslərdən bir sitifadəlik üçün nəzərdə tutulmuş bükümü 20-25 manata alırdım. Lakin sonradan Şirxanla tanış olduqdan sonra mən öz istifadəm üçün Şirxandan metamfetamini alırdım. Lakin Şirxanla dost olduğumdan Şirxan bunu qarşılığında məndən pul almırdı. Belə ki, xx.xx.2019-cu il tarixdə saat 18 radələrində mən yaşadığım evdən çıxaraq Şirxanın yaşadığı evin yaxınlığına gəldim. Mən Şirxan görüşərək onun idarə etdiyi «90-MJ-02» dövlət qeydiyyat nişanlı «Hundai Azera» markalı avtomobillə əyləşdim. Həmin vaxtı Şirxan əlində olan qara rəngli avtomobil açarqabının içindən bir büküm metamfetamin çıxararaq mənə verdi. Mən də Şirxana çox saqol deyərək onu cibimə qoydum. Həmin metamfetamini istifadəm üçün Şirxandan qəbul etdim. Daha sonra Şirxan mənə dedi ki, ümumi tanışımız olan Sabirlə görüşəcək. Belə olan halda biz Suraxanı rayonu, Günəşli qəsəbəsinə gəldik. Həmin vaxtı Şirxan avtomobildən düşərək həmin Sabirlə görüşdü. Qeyd edim ki, mən Sabiri Şirxana görə tanıyırdım. Bir neçə dəfə Sabir Şirxandan istifadəsi üçün narkotik vasitə almışdır. Həmin vaxtı Şirxan Sabirlə görüşəndə əlində olan açar qabını və avtomobilin bardaçokundan qara kiçik plasmas qabı götürüb düşdü. Mən isə avtomobildə qaldım. Şirxan Sabirlə görüşən də həmin qara açar qabının içindən nəsə çıxararaq Sabirə verdi. Amma Sabirdən qarşılığında pul almadı. Mən anladım ki, həmin vaxtı Sabirə də narkotik vasitə verdi. Çünki, mənə verdiyi bir büküm metamfetamini də həmin açar qabının içindən vermişdir. 3-5 dəiqədən sonra Şirxan geri qayıdaraq avtomobilə əyləşdi. Şirxan avtomobili idarə edərək «Neftçilər» metrosunun yanına gəldik. Şirxan avtomobili saxladı və mənə dedi ki, bankomatdan pul çıxarıb gəlir. Mən isə avtomobildə qaldım. Şirxan avtomobildən 1-2 metr aralandıqdan sonra geri qayıdaraq əlində olan həmin qara rəngli açar qabını və həmçinin eyni zamanda qara rəngli kiçik plasmas qabı mənə verdi ki, bunu bidənə saxla gəlirəm. Mən açar qabının içindəkinin narkotik vasitə olduğunu bilirdim. Amma qara rəngli kiçik plasmas qabının nə olduğunu bilmədim. Mən Şirxandan həmin açar qabını təzəcə almışdım ki, elə bu zaman mülki geyimdə olan şəxslər maşının qapısını anidən açaraq açar qabı olan əlimdən tutdular və bildirdilər ki, əlində və üzərində nə varsa heç yerə atma. Mən onlara oldu deyərək göstərişlərinə uyğun hərəkət etdim. Həmin vaxtı gördüm ki, Şirxanı da tutub avtomobilə mindirdilər. Məni və Şirxanı Binəqədi RPİ-nin 6-cı PB-nə gətirdilər. Hər birimizi ayrı-ayrı xidməti otaqlara saldılar. Mənə hüquqlarım izah olunmaqla vəkil yardımından istifadə etməyim barədə bildirdilidi. Daha sonra üzərimə axtarış aparılması izah edilərək üzərimdə hər hansı bir qanunsuz əşya və vasitə olub olmadığı soruşularaq vardırsa masanın üzərinə qoymağım bildirdildi. Həmin vaxtı mən əynimdə olan göy rəngli idaman şalvarımın sağ cibində saxladığım 1 büküm metamfetamini, üzərində ***-***-**-** saylı mobil nömrə olan «LG» markalı mobil telefonu, Şirxna məxsus içində narkotik vasitə olan həmin açar qabını masanın üzərinə qoydum. Həmin vaxtı izah etdim ki, 1 büküm metamfetamin və mobil telefon mənə məxsusdur. Həmin vaxtı Şirxanı satmamaq üçün yalandan dedim ki, metamfetamini xx.xx.2020-ci il tarixdə «Günəşli» Sabirdən 40 manata aldığımı qeyd etdim. Həmin açar qabı açıldıqda isə onun içindən 08 ədəd şəffaf sellofana bükülmüş bükülülər çıxdı. Amma həmin açar qabının içində neçə büküm olduğundan məlumatım yox idi. Qara rəngli kiçik plasmas qab açıldıqda isə həmin vaxtı bildim ki, həmin plasmas qab narkotik vasitələrin çəkilməsi üçün nəzərdə tutulmuş tərəzidir. Daha sonra üzərimdən çıxan mənə məxsus olan 1 büküm metamfetamin və Şirxana məxsus 08 ədəd bükümlər, həmçinin tərəzi ayrı ayrılıqda zərflərə qoyularaq möhürləndi. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, özünü narkotik vasitələrin satışı ilə yox, istifadə etməsi ilə təqsirli bilir. Ara bir bədənində ağrılar olduğundan metamfetamindən istifadə edirmiş. Əvvəllər həmin metamfetamini tanımadığı şəxslərdən bir isitifadəlik üçün nəzərdə tutulmuş bükümü 20-25 manata alırmış. Şirxan ona metamfetamin verməyib. xx.xx.2019-cu il tarixdə saat 18 radələrində o, yaşadığı evdən çıxaraq Şirxanın yaşadığı evin yaxınlığına gəlmiş, o, Şirxanla görüşərək maşınına əyləşmişdir. Şirxanla ümumi tanışları olan Sabirlə görüşmək üçün Günəşli qəsəbəsinə getmişlər. Çünki hər ikisi Sabirə borclu imişlər. O, Sabiri Şirxana görə tanıyırmış. Bir neçə dəfə Sabirdən narkotik almışlar. Onlar Sabirlə görüşüb borclarını qaytarmışlar. O, Sabirdən 1 qram narkotik almışdır. Şirxanla «Neftçilər» metrosunun yanına gəlmişlər. Şirxan avtomobili saxlamış. Ona demişdir ki, bankomatdan pul çıxarıb gəlir. O, isə avtomobildə qaldım. Şirxan avtomobildən 1-2 metr aralandıqda bu zaman mülki geyimdə olan şəxslər maşının qapısını anidən açaraq onu tutmuşlar. Həmin vaxtı görmüşdür ki, Şirxanı da tutub avtomobilə mindirdilər. Onu və Şirxanı Binəqədi RPİ-nin 6-cı PB-nə aparmışlar. Hər birini ayrı-ayrı xidməti otaqlara salmışlar. şalvarının sağ cibində saxladığı 1 büküm metamfetamini, masanın üzərinə qoymuşdur və 1 büküm metamfetamini «Günəşli» Sabirdən 40 manata aldığını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilən Binəqədi RPİ-nin 6-cı PB-nin CA üzrə əməliyyat müvəkkiili polis baş leytenantı Şahid3 ifadəsində göstərmişdir ki, Binəqədi RPİ-nin 6-cı PB-nin CA üzrə əməliyyat müvəkkili vəzifəsində xidmət edirəm. Polis baş leytenantıyam. Təqsirləndirilən şəxs2 üzərindən çıxan heroin və psixotrop maddə metamfetamin barədə qeyd edə bilərəm ki, etimad doğuran, qərəzsiz mənbədən daxil olmuş məlumatda Təqsirləndirilən şəxs1 İsımkhan oğlunun və Təqsirləndirilən şəxs2, habelə «Əli» və «Sabir» adlı şəxslərin qrup halında narkotik vasitələrin satışı ilə məşğul olmaları və mütamadi olaraq üzərlərində gəzdirmələri barədə məlumat daxil olmuşdur. Onıarın bu məqsədlə «Hundai Azero» markalı **-MJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkət etdikləri müəyyənləşdirilmişdir. Həmin məlumatın əməliyyat yolu ilə yoxlanılması, adları qeyd edilən şəxslərin qansus olaraq narkotik vasitələrin satışı ilə məşğul olmaları, mütəmadi olaraq üzərində gəzdirmələri və cinayət əməllərinin ifşa olunması məqsədi ilə yaradılmış əməliyyat qrupunun üzvlərinin iştirakı ilə təxirəsalınmaz tədbirlər görülməklə qanunvericilikdə nəzərdə tutulmuş qaydada aşkar və gizli üsullarla müvafiq əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair raportla bölmə rəisinə məruzə edilmişdir. Məlumat əsasənda tərəfimzdən əməliyyat qrupu təşkil edilmiş və xx xxxx 2020-ci il tarixdə Binəqədi RPİ-nin 6-cı PB-nin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitələrin satışında və gəzdirməkdə şübhəli bilinən Təqsirləndirilən şəxs1 İsımkhan oğlu və Təqsirləndirilən şəxs2 həmin tarixdə saat 18:30-da Bakı şəhəri Nizami rayonu, Q.Qarayev prospekti 68 ünvanında saxlanıldı və idarə etdikləri «Hundai Azero» markalı **-MJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə birlikdə Binəqdi RPİ-nin 6-cı PB-nə gətirilərək təhvil verildi. Daha sonra həmin şəxslər barələrində araşdırma aparılması üçün ayrı-ayrı təhqiqatçılara həvalə edildi. Bundan sonra Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilən zaman ona üzərində hər hansı bir qanunsuz əşya və yaxud da maddə olub olmadığı sual verildikdə o, sağ əlində saxladığı qara rəngli dəridən olan avtomobil açarları üçün nəzərdə tutulmuş açar qabını və qara rəngli plasmas qabı, sol cibindən üzərində «LG» markalı mobil telefonu, şalvarımın sağ cibindən 01 ədəd bükümü çıxarıb masanın üzərinə qoydu. Açar qabı açıldıqda isə onun içindən 08 ədəd şəffaf sellofana bükülmüş narkotik vasitəyə bənzər bükülülər çıxdı. Bundan başqa həmin qara plasmas qab açıldıqda həmin qabın narkotik vasitələrin çəkilməsi üçün nəzərdə tərəzi olması müəyyən edildi. Həmin vaxtı Təqsirləndirilən şəxs2 izah etdi 01 büküm olan şüşə adlandırdığı metamfetamindir, onu Sabir adlı şəxsdən öz istifadəsi üçün 40 manata almışdır, həmçinin mobil telefon da özünə məxsusdur, açar qabı daxil olmaqla içərisindən çıxan 08 bükülü və həmçinin tərəzi isə Şirxana məxsusdur. İş üzrə Binəqədi RPİ-nin 6-cı PB-nin polis əməkdaşları Şahid8, Şahid9 və Şahid7 eyni məzmunlu ifadə verərək Şahid3 ifadəsində qeyd etdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmədə şahid qismində dindirilən Binəqədi RPİ-nin CA üzrə kiçik inspektoru Şahid4 ifadəsində göstərmişdir ki, Binəqədi RPİ-nin CA üzrə kiçik inspektoru vəzifəsində xidmət edirəm. Polis baş serjantıyam. Təqsirləndirilən şəxs1 İsımkhan oğlunun üzərindən çıxan heroinlə bağlı qeyd edə bilərəm ki, etimad doğuran, qərəzsiz mənbədən daxil olmuş məlumatda Təqsirləndirilən şəxs1 İsımkhan oğlunun və Təqsirləndirilən şəxs2, habelə «Əli» və «Sabir» adlı şəxslərin qrup halında narkotik vasitələrin satışı ilə məşğul olmaları və mütamadi olaraq üzərlərində gəzdirmələri barədə məlumat daxil olmuşdur. Onıarın bu məqsədlə «Hundai Azero» markalı **-MJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkət etdikləri müəyyənləşdirilmişdir. Həmin məlumatın əməliyyat yolu ilə yoxlanılması, adları qeyd edilən şəxslərin qansus olaraq narkotik vasitələrin satışı ilə məşğul olmaları, mütəmadi olaraq üzərində gəzdirmələri və cinayət əməllərinin ifşa olunması məqsədi ilə yaradılmış əməliyyat qrupunun üzvlərinin iştirakı ilə təxirəsalınmaz tədbirlər görülməklə qanunvericilikdə nəzərdə tutulmuş qaydada aşkar və gizli üsullarla müvafiq əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair raportla bölmə rəisinə məruzə edilmişdir. Məlumat əsasənda tərəfimzdən əməliyyat qrupu təşkil edilmiş və xx xxxx 2020-ci il tarixdə Binəqədi RPİ və Binəqədi RPİ-nin 6-cı PB-nin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitələrin satışında və gəzdirməkdə şübhəli bilinən Təqsirləndirilən şəxs1 İsımkhan oğlu və Təqsirləndirilən şəxs2 həmin tarixdə saat 18:30-da Bakı şəhəri Nizami rayonu, Q.Qarayev prospekti 68 ünvanında saxlanıldı və idarə etdikləri «Hundai Azero» markalı **-MJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə birlikdə Binəqdi RPİ-nin 6-cı PB-nə gətirilərək təhvil verildi. Daha sonra həmin şəxslər barələrində araşdırma aparılması üçün ayrı-ayrı təhqiqatçılara həvalə edildi. Bundan sonra Təqsirləndirilən şəxs1 İsımkhan oğlunun üzərinə şəxsi axtarış keçirilən zaman ona üzərində hər hansı bir qanunsuz əşya və yaxud da maddə olub olmadığı sual verildikdə o, əynindəki şalvarın sağ cibindən bir bükümü və 2 ədəd mobil telefonu çıxarıb masanın üzərinə qoydu. Həmin bükülü açıldıqda narkotik vasitə heroinə bənzər maddə aşkar edildi. Həmin vaxtı Shirkhan Mamedov izah etdi 01 ədəd büküm olan heroindir. Mobil telefon da özünə məxsusdur. Daha sonra həmin büküm iştirakçıların iştirakı ilə zərfə qoyularaq möhürləndi və bu barədə protokol tırtib edilərək imzalandı. İş üzrə Binəqədi RPİ-nin 6-cı PB-nin polis əməkdaşları Şahid5, Şahid6 Xaris oğlu və Şahid7 eyni məzmunlu ifadə verərək Şahid4 ifadəsində qeyd etdiyi xüsusatları təsdiq etmişlər. İş materiallarındakı xx xxxx 2020-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokolla müəyyən edilmişdir ki, şübhəli şəxs Təqsirləndirilən şəxs1 İsımkhan oğlunun üzərinə polis əməkdaşlarının iştirakı ilə şəxsi axtarış aparılarkən üzərində olan qanunsuz əşyaları könüllü olaraq təqdim etməsi təklif edilmiş, həmin vaxt o, əynindəki şalvarın sağ cibindən bir bükülünü və 2 ədəd mobil telefonları çıxararaq masanın üzərinə qoymuş, Təqsirləndirilən şəxs1 İsımkhan oğlu həmin bükülünün içində heroin olduğunu bildirmişdir. İş materiallarındakı xx xxxx 2020-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokolla müəyyən edilmişdir ki, şübhəli şəxs Təqsirləndirilən şəxs2 üzərinə polis əməkdaşlarının iştirakı ilə şəxsi axtarış aparılarkən üzərində olan qanunsuz əşyaları könüllü olaraq təqdim etməsi təklif edilmiş, həmin vaxt o, əynindəki idamn şalvarının sağ cibindən bir ədəd bükülünü, əlindəki qara rəngli açar qabını və 1 ədəd elektron tərəzini masanın üzərinə qoymuş, Təqsirləndirilən şəxs2 həmin bükülünün içində metamfetamin olduğunu, əlindəki açar qabı və tərəzi isə Təqsirləndirilən şəxs1 İsımkhan oğluna məxsus olmasını bildirmiş, açar qabı açıldıqda isə həmin açar qabının içindən 03 büküm heroin və 05 büküm metamfetamin aşkarlanmışdır. İş üzrə məhkəmə-kimyəvi ekspertizasının xx xxxx 2020-ci il tarixli, 6/1141 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “şübhəli şəxs Məmmədov Şirxan” yazıları olan 1 ədəd kağız paketdəki 01 bükümdə təmiz çəkisi 3.392 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. İş üzrə məhkəmə-kimyəvi ekspertizasının xx xxxx 2020-ci il tarixli, 6/1142 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, üzərində "Şübhəli şəxs Təqsirləndirilən şəxs2 üzərindən...” və s. yazılar olan paketdəki (№1) 01 ədəd bükümdə təmiz çəkisi 0.924 qram ağ rəngli, kristal şəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamindir, üzərində "Şübhəli şəxs Təqsirləndirilən şəxs2 əlində olan qara rəngli dəri mprqabının içərisində...” və s. yazılar olan paketdəki (№2) 01 ədəd qara rəngli dəri açar qabının içərisində 05 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0.864 qram; 0.494 qram; 0.442 qram; 0.461 qram; 0.450 qram; ümumi təmiz çəkisi 2.711 qram ağ rəngli, kristal şəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamindir, 03 ədəd bükümdə ayrı- ayrılıqda təmiz çəkiləri 0.623 qram; 0.671q ram; 0.380 qram; ümumi təmiz çəkisi 1.674 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. №1-paketdəki metamfetaminlə №2 -paketdəki metamfetamin kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş siyahılar üzrə: heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ), Metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir. İş üzrə məhkəmə - narkoloji ekspertizasının xx.xx.2020-ci il tarixli, 2175 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 İsımkhan oğlunda tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş üzrə məhkəmə - narkoloji ekspertizasının xx.xx.2020-ci il tarixli, 2231 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş üzrə ambulator məhkəmə psixatrik ekspertizasının xx.xx.2020-ci il tarixli 1428 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 İsımkhan oğlunda emosional davamsız şəxiyyət pozuntusu aşkar olunur. Təqsirləndirilən şəxs1 İsımkhan oğlunda aşkar edilən şəxsiyyət pozuntusu onu törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etməmişdir. Təqsirləndirilən şəxs1 İsımkhan oğlu törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs1 İsımkhan oğlu ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs1 İsımkhan oğlu hal-hazırda da, öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malikdir, yəni anlaqlıdır. Təqsirləndirilən şəxs1 İsımkhan oğlunun əməli Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür, hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. İş üzrə ambulator məhkəmə psixatrik ekspertizasının xx.xx.2020-ci il tarixli 1432 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur.Onda xasiyyətin, xəstəliyin əlamətləri aşkar olunmur, Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs2 törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etməmişdir. Buna görə də Təqsirləndirilən şəxs2 ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs2 hal-hazırda da, öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malikdir, yəni anlaqlıdır. Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür, hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. İş üzrə Təqsirləndirilən şəxs1 İsımkhan oğlundan götürülmüş ümumi təmiz çəkisi 3.392 qram çəkidə narkotik vasitə olan heroin cinayətin predmeti olduğundan ekspertiza təqdiqatından sonra qalıq qalmış 3.342 qram narkotik vasitə olan heroin cinayət işi üzrə maddi sübut kimi tanınmış və məhkəmənin yekun hökmünədək saxlanması üçün Binəqədi RPİ-nin saxlanc yerinə təhvil verilmişdir. Həmçinin iş üzrə Təqsirləndirilən şəxs2 götürülmüş ümumi təmiz çəkisi 3.635 qram çəkidə psixotrop maddə metamfetamin və 1.674 qram çəkidə narkotik vasitə olan heroin cinayətin predmeti olduğundan ekspertiza təqdiqatından sonra qalıq qalmış 3.475 qram çəkidə psixotrop maddə metamfetamın və 1.614 qram çəkidə narkotik vasitə heroin cinayət işi üzrə maddi sübut kimi tanınmış və məhkəmənin yekun hökmünədək saxlanması üçün Binəqədi RPİ-nin saxlanc yerinə təhvil verilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 İsımkhan oğlunun üzərində şəxsi axtarış və götürmə aparılması zamanı qeydə alınmış videogörüntülərin olduğu 02 ədəd DVD disk üzərində hadisənin izləri saxlanıldığına görə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarında saxlanılmışdır. İş üzrə Təqsirləndirilən şəxs1 İsımkhan oğlunun istifadəsində olan «Samsung» markalı mobil telefonun votsap bölməsinə baxış keçirilmiş və Təqsirləndirilən şəxs1 İsımkhan oğlunun narkotik vasitələrin satışı ilə məşğul olması bir daha öz təsdiqini tapmışır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış tələbnamə ilə müəyyən edilmişdir ki, Mamedov X3 rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 69.4-cü maddələri ilə təqsirləndirlərək 2000 manat cərimə cəzası təyin edilmiş, həmin məhkəmənin xx.xx.2019-cu il tarixli qərarı ilə cərimə cəzası 08 ay 15 gün islah işləri-15 % cəzası ilə əvəz edilmiş, xx.xx.2020-ci il tarixdə cəzasını tam çəkib qurtarmışdır. İş üzrə Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış tələbnamə və həmçinin Suraxanı rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinib 05 ay müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə müvafiq olaraq qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayət törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 18.4-cü maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı bu Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar, habelə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Azərbaycan Respublikası CM-nin 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs1 İsımkhan oğlu əvvəllər məhkum olunsa da, ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş, belə olan halda əməlində cinətin residivi yoxdur. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Göründüyü kimi, Təqsirləndirilən şəxs2 tərəfindən hazırki cinayət işi üzrə törədilmiş cinayət əməli (xx.xx.2020) birinci iş üzrə hökm çıxarılmazdan (xx.xx.2020) əvvəl törədilmişdir. Belə olan halda Təqsirləndirilən şəxs2 CM-nin 66.5-ci maddəsinə əsasən cəza təyin edilməlidir. Məhkəmə mövcud sübutlara qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs1 İsımkhan oğlunun və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi, əməllərində cinayət tərkibinin olması tam sübuta yetirilmişdir. İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs1 İsımkhan oğlunun və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Məhkəmə təqsirləndirilən şəxslərin törətdiyi cinayətlərdə özlərini qismən təqsirli bilmələrinə, yəni narkotik vasitənin istifadəçisi olmaqla yanaşı alqı-satqısı ilə məşğul olmadığına dair həm ibtidai istintaqda, həm də məhkəmədə verdiyi ifadələrinə tənqidi yanaşaraq hesab edir ki, onların göstərdikləri işin faktiki hallarına uyğun deyildir və digər mötəbər sübutlarla təkzib olunur. Məhkəmə onların bu ifadələrini özünümüdafiə xarakteri daşıyıb cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə yalan ifadələr verməsi qənaətinə gəlir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanununun 1.0.11.-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlərdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2011-ci il 4 mart tarixli 2 nömrəli Qərarının 9-cu bəndinə görə, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun həmin Qərarında həmçinin göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında» 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanununun şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə İ siyahısında narkotik vasitə marixuananın-kannabis (qurudulmuş) şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 5 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 500 qram müəyyən olunmuşdur. Beləliklə, Təqsirləndirilən şəxs1 İsımkhan oğlunun və Təqsirləndirilən şəxs2 ittiham edildikləri cinayət əməlini törətmələri məhkəmə istintaqında hərtərəfli araşdırılmışdır, şahid ifadələri, məhkəmədə elan edilərək tədqiq olunmuş özünün ibtidai araşdırmada verdiyi etirafedici izahatlar, şübhəli və təqsirləndirilən şəxslər qismindəki eyni məzmunlu ifadələr, videoçəkiliş aparılmaqla baxış, axtarış və götürmə, sair istintaq hərəkətlərinin aparılması haqqında protokollar, ekspertiza və məcburi-narkoloji yoxlamanın rəyləri, maddi sübutların mövcudluğu, iş üzrə başqa mötəbər sübutlarla tam təsdiq olunur. Təqsirləndirilən şəxslərin törətdikləri əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikasının CM-nin 8.1.-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının CM-nin 41.2.-ci və 58.3.-cü maddələrinə əsaslanmaqla cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs1 İsımkhan oğlunun məsuliyyətini yüngülləşdirən hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 İsımkhan oğlunun məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs2 məsuliyyətini yüngülləşdirən hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 56.1.2.-ci maddəsini əsas tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 İsımkhan oğlu və Təqsirləndirilən şəxs2 ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunduqları üçün onlara təyin ediləcək azadlıqdan məhrumetmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işi üzrə məcburi-narkoloji tibbi yoxlamaya əsasən Azərbaycan Respublikasının CM-nin 93.1.-ci və 93.1.2.-ci maddələrinə müvafiq olaraq təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 İsımkhan oğlunun narkomaniyadan müalicə edilmək üçün tibbi xarakterli məcburi tədbirlər təyin olunmamalı, o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. İş materiallarından göründüyü kimi təqsirləndirilən şəxs Mamedov X2 Respublikası vətəndaşıdır. Məhkəmədə təqdim edilmiş şəxsiyyət vəsiqəsinin ksereosurətindən görünür ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs1 İsımkhan oğlunun anası X9 (AZE ********) Azərbaycan Respublikası vətəndaşıdır. Azərbaycan Respublikasının CM-nin 52.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. Bir ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına və ya azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə bu Məcəllənin 58.3-cü maddəsində göstərilmiş hallar nəzərə alınmaqla Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edilə bilər. Həmin Məcəllənin 52.2.4-cü maddəsinə əsasən valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşı olan şəxslərə Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəza növü şamil edilmir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 2012-ci il 7 mart tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2.-ci maddəsi əsasında, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Azərbaycan Respublikasının CPM-nin 132.0.1-ci maddəsinə uyğun olaraq, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Qeyd edilən normaların tələbləri isə ona dəlalət edir ki, əmlak müsadirəsi məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 İsımkhan oğlunun Azərbaycan Respublikasının CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq saxlanılmaq üçün Binəqədi RPİ-nin saxlanc yerinə təhvil verilmiş iş üzrə maddi sübut- Təqsirləndirilən şəxs1 İsımkhan oğlundan götürülmüş ümumi təmiz çəkisi 3.392 qram çəkidə narkotik vasitə olan heroin cinayətin predmeti olduğundan ekspertiza təqdiqatından sonra qalıq qalmış 3.342 qram narkotik vasitə olan heroin, Təqsirləndirilən şəxs2 götürülmüş ümumi təmiz çəkisi 3.635 qram çəkidə psixotrop maddə metamfetamin və 1.674 qram çəkidə narkotik vasitə olan heroin cinayətin predmeti olduğundan ekspertiza təqdiqatından sonra qalıq qalmış 3.475 qram çəkidə psixotrop maddə metamfetamın və 1.614 qram çəkidə narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli; İş üzrə maddi sübut 02 ədəd DVD disk və 1 ədəd SD disk cinayət işinə əlavə olunması nəzərə alınmalıdır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 İsımkhan oğlunun barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə ekspertiza tədqiqatının dəyəri – 300 manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 İsımkhan oğlundan müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Təqsirləndirilən şəxslərin hüquqlarını Azərbaycan Respublikası Vəkillər Kollegiyasının vəkilləri Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkilləri X12 və Abulova Radmila Abul qızı 50 iş saatı müddətində müdafiə etmişlər. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 3 may tarixli 202 №-li qərarına uyğun olaraq, təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Azərbaycan Respublikasının CPM-nin 193.2.-ci və 193.4.-cü maddələrinə müvafiq olaraq, müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Bununla da təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs1 İsımkhan oğlunun hüquqlarının müdafiəsini həyata keçirən X5 işlədiyi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesabına 336 manat, Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsini həyata keçirən X1 işlədiyi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesabına 348 manat, məhkəmədə təqsirləndirilən şəxslərin hüquqlarını Azərbaycan Respublikası Vəkillər Kollegiyasının vəkilləri Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkilləri X12 və Abulova Radmila Abul qızının hər birinin hesablarına isə 300 manat pul ödənilməlidir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 1996-cı il 27 dekabr tarixli 4 saylı Qərarının 18-ci bəndində göstərilir ki, müttəhimə azadlıqdan məhrumetmə cəzası təyin edilərkən hökmün nəticəvi hissəsində cəza çəkmə müddətinin hansı qaydada hesablanması məsələsi heç bir şübhə doğurmamalıdır. Nəzərə almaq lazımdır ki, hökmlə təyin olunan ümumi cəza müddətinə ibtidai həbs müddətində başqa müttəhimin şübhəli şəxs qismində saxlandığı, onun təhqiqat ibtidai istintaq dövründə, yaxud məhkəmənin qərardadı əsasında məhkəmə-tibb müəssisələrində müayinədə olduğu müddət, həmçinin hərbi qulluqçunun, daxili işlər nazirliyi əməkdaşının həmin işlə əlaqədar intizam qaydasında qauptvaxtda saxlandığı müddət də daxildir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2006-cı il 30 mart tarixli 5 №-li qərarının 15-ci bəndində göstərilir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır. Məhkəmə «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 1996-cı il 27 dekabr tarixli 4 saylı Qərarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq Azərbaycan Respublikasının CPM-nin 158.2.-ci maddəsinə əsaslanaraq hesab edir ki, cəzaçəkmənin əvvəli Təqsirləndirilən şəxs1 İsımkhan oğluna təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının əvvəli tutulduğu gündən, yəni xx xxxx 2020-ci il tarixdən, Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının əvvəli xx xxxx 2020-ci il tarixdən hesablanmalıdır. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 193-cü, 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci, 384-cü maddələrini rəhbər tutaraq hökm etdi: Təqsirləndirilən şəxs1 İsımkhan oğlu Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilisin, ona 6(altı) il 6(altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respubılikasının 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 İsımkhan oğlunun həbsdə olduğu 2 gün ona təyin olunmuş cəzadan çıxılaraq ona qəti olaraq 6 (altı) il 5(beş) ay 28 (iyirmi səkkiz) müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 İsımkhan oğlu cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 İsımkhan oğluna təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının əvvəli xx xxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 İsımkhan oğlu barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 İsımkhan oğlu Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsində nəzərdə tutulmuş narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilisi, ona 6(altı) il 6(altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən yeni hökm üzrə təyin edilmiş 6 il 6 ay azadlıqdan məhrum etmə cəzasına əvvəlki hökm üzrə (Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmü ilə təyin edilmiş 4 (dörd) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 qəti olaraq 06 il 08 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respubılikasının 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 həbsdə olduğu 2 gün ona təyin olunmuş cəzadan çıxılaraq ona qəti olaraq 6 (altı) il 7 (yeddi) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının əvvəli xx xxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsində nəzərdə tutulmuş narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə ekspertiza tədqiqalarının dəyəri –300 manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 İsımkhan oğlu və Təqsirləndirilən şəxs2 hər birindən 150 manat tutularaq dövlət nəfinə ödənilsin. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs1 İsımkhan oğlunun hüquqlarının müdafiəsini həyata keçirən X5 işlədiyi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesabına 336 manat, Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsini həyata keçirən X1 işlədiyi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesabına 348 manat, məhkəmədə təqsirləndirilən şəxslərin hüquqlarını müdafiəsini həyata keçirən Azərbaycan Respublikası Vəkillər Kollegiyasının vəkilləri Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkilləri X12 və Abulova Radmila Abul qızının hər birinin hesablarına isə 300 manat pul köçürülsün. Hökm qanuni qüvvəyə mindikdən sonra hazırki cinayət işi üzrə, maddi sübut kimi tanınaraq saxlanılmaq üçün Binəqədi RPİ-nin saxlanc yerinə təhvil verilmiş iş üzrə maddi sübut- Təqsirləndirilən şəxs1 İsımkhan oğlundan götürülmüş ümumi təmiz çəkisi 3.392 qram çəkidə narkotik vasitə olan heroin cinayətin predmeti olduğundan ekspertiza təqdiqatından sonra qalıq qalmış 3.342 qram narkotik vasitə olan heroin, Təqsirləndirilən şəxs2 götürülmüş ümumi təmiz çəkisi 3.635 qram çəkidə psixotrop maddə metamfetamin və 1.674 qram çəkidə narkotik vasitə olan heroin cinayətin predmeti olduğundan ekspertiza təqdiqatından sonra qalıq qalmış 3.475 qram çəkidə psixotrop maddə metamfetamın və 1.614 qram çəkidə narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin; İş üzrə maddi sübut 02 ədəd DVD disk və 1 ədəd SD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs1 İsımkhan oğlu və Təqsirləndirilən şəxs2 hökmün surətinin verildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-363/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-363/2021
06.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver