Məhkəmə qərarları › İş №1(101)-363/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-363/2022

28.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-363/2022 28.04.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Mahmudov İlham Ağa oğlunun sədrliyi ilə, hakimlər Qəniyev Faiq Əsəd oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları X1 və Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və zərərçəkmiş şəxslər X5, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs4 iştirakları ilə xx.xx.1985-ci il tarixdə Cəbrayıl rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində 2 azyaşlı uşağı olan, məhkumluğu olmayan, işləməyən, Cəbrayıl rayonu, Xudafərin stansiyasında pasport qeydiyyatında olan və halhazırda barəsində həbs qətimkan tədbiri seçilməklə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4, 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi Təqsirləndirilən şəxs etibardan sui-istiladə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə ev tikmək üçün torpaq sahəsi axtaran Zərərçəkmiş şəxs1 özünü torpaqların alqı-satqısı ilə məşğul olan şəxs kimi təqdim edib etibarını qazanaraq ünvan 1 ünvanında yerləşən 0.02 ha torpaq sahəsini göstərib özününkü kimi təqdim edərək satacağı adı ilə aldadıb 2018-ci ilin aprel ayının sonlarında həmin ünvanında yerləşən torpaq sahəsində ümumilikdə 4600 manat pulunu ələ keçirərək Zərərçəkmiş şəxs1 4600 manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi tanışı Zərərçəkmiş şəxs3 ünvan 2 ünvanındakı torpaq sahəsində olan evi göstərib mülkiyyətində olmadığı halda özününkü kimi təqdim edərək evi satacağı və adına sənədləşdirəcəyi adı ilə aldadaraq 2018-ci ilin avqust ayının sonlarında ünvan 3 ünvanında yerləşən 4 saylı Bakı Asan Xidmət Mərkəzinin qarşısında 10.000 manat, eyni adla 2018-ci ilin sentyabr ayının əvvəllərində Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində, 90 nömrəli orta məktəbin yanında 1.000 manat olmaqla ümumilikdə 11.000 manat pulunu vahid niyyətlə əhatə olunan qəsdlə etibardan sui-istifadə etmə və aldatma yolu ilə alıb ələ keçirərək Zərərçəkmiş şəxs3 11000 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs4 ünvan 2 ünvanında 0.01 ha torpaq sahəsində ev tikib adına rəsmi sənədlə verəcəyi barədə yalan vəd verib aldadaraq 14 oktyabr 2019-cu il tarixdə sonuncunun yaşadığı ünvan 6 ünvanında verləşən evində 4.000 manat pulu etibardan sui-istifadə etmə və aldatma yolu ilə alıb ələ keçirərək Zərərçəkmiş şəxs4 4000 manat məbləğində ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs2 ünvan 7 ünvanında 0,01 ha torpaq sahəsində torpaq sahəsində olan 2 otaqlı evi göstərib mülkiyyətində olmadığı halda özününkü kimi təqdim edərək evi satacağı və adına sənədləşdirəcəyi adı ilə yalan vəd verib aldadaraq ünvan 8 ünvanında sözü gedən evdə 2019-cu il noyabrın ortalarında 10.000 manat pulu, 2 gün sonra sənədləşmə üçün əlavə olaraq eyni ünvanda 200 manat, 2-3 gün sonra sənədləşmə üçün venə də eyni ünvanda 200 manat pulunu etibardan sui-istifadə etmə və aldatma yolu ilə v a hid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək Zərərçəkmiş şəxs2 10400 manat məbləğində xeyli miqdar ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs etibardan sui-islifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs5 Bahadur oğluna ünvan 9 ünvanında 0,01 ha torpaq sahəsini göstərib mülkiyətində olmadığı halda özününkü kimi təqdim edib satacağı adı ilə aldadaraq 10 mart 2021-ci il tarixdə təxminən günorta saatlarında ünvan 10 ünvanında yerləşən «Sevinc» kinoteatrının qarşısında ümumilikdə 6000 manat pulu etibardan sui-istifadə etmə və aldatma yolu ilə alıb ələ keçirərək zərərçəkmiş şəxs Elçin Bünyatova 6000 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq təmiz çəkisi 4.791 qram çəkidə külli miqdarda psixotrop maddə olan metamfetamin, təmiz çəkisi 6.474 qram külli miqdarda narkotik vasitə olan heroin əldə edib, üzərində saxlamaqla daşımış, 22 mart 2021 -ci il tarixdə saat 20:00 radələrində Sabunçu RPİ-nin 12 ci PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Müsavat küçəsi 46 ünvanı yaxınlığında saxlanılaraq 12-ci Polis Şöbəsinə gətirilmiş, üzərində aparılmış şəxsi axtarış zamanı əynində olan qəhvəyi rəngli gödəkcənin sol yan cibindən bir ədəd salfetə bükülmüş 05 ədəd şəffaf polietilen bükümdə ayrıayrılıqda təmiz çəkiləri 0,867 qram, 0980 qram, 1,037 qram, 0,879 qram, 1.028 qram ümumi təmiz çəkisi 4,791 qram narkotik vasitə olan heroin, 02 ədəd şəffaf polictılcn bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 2,042 qram, 4.432 qram ümumi təmiz çəkisi 6.479 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 20 mart 2021-ci il tarixdə taksi sürücüsü olan tanışı İmana zəng vurub demişdir ki, onu gəlib işlədiyi Ramana qəsəbəsi, Samir Əliyev küçəsi 284 ünvanından götürüb Balaxanı qəsəbəsinə aparsın orada tanışı Zaurun ona olan 367 manat borcunu alıb qayıtsın. Saat təxminən 19 radələrində İmanın idarə etdiyi Daevoo Centra markalı avtomobil ilə gəlib Balaxanı qəsəbəsinə Zaurun yaşadığı evin qarşısına çatmışlar. Taksidən düşüb həyətə daxil olanda Zaurun oğlu çıxıb demişdir ki, atası evdə yoxdur. Qayıtsın İmanın idarə etdiyi avtomobilə oturanda qəflətən polis əməkdaşları mülki geyimdə avtomobilin qarşısını saxlamışlar. Sonra onu öz maşınlarına mindirib, İmamı isə öz maşını ilə 12-ci Polis Bölməsinə aparmışlar. Bölmədə otaqların birində təxminən 15 nəfər mülki geyimli polis əməkdaşları onu döyməyə başlamışlar. Əvvəlcə onu bölmənin rəis müavini döyərək demişdir ki, «siz müxalifətçilər xainsiz, ölkəni bəyənmirsiz». Sonra onu tutan adını unutduğu əməliyyatçı ona bir neçə dəfə sillə vurmuşdur. Bölməyə çatmamış polis maşınında əməliyyatçılardan biri onun cibində olan 2100 ABŞ dolları pulu götürmuş və qaytarmamışdır. Təxminən 4-5 saat sonra əməliyyatçı salfet arasında üzərinə narkotik vasitə qoyub demişdir ki, bunun heç nəyə dəxli yoxdur. Sonra telefonu ilə çəkiliş etmişdir. Səhəri gün müavin gəlib onun facebook səhifəsinə baxmağa başlamışdır. 22 mart 2021-ci tarixdə saat təxminən 11 radələrində onu əməliyyatçıların otaqlarına aparıb ailəsi ilə olan intim görüntüləri telefonda göstərmişlər. intim görüntüləri ona göstərən şəxslər Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə idarəsi əməkdaşları kimi təqdim etmişlər. Ona videoların yayılmasını istəmirsə külli miqdarda narkotiki etiraf etməli olduğunu demişlər. O demişdir ki, onun üçün fərqi yoxdu videonu yaysınlar. Sonra onu yenidən MSY-ə salmışlar. Sonra o, bir neçə saat düşündükdən sonra polis əməkdaşlarına yaxınlaşıb demişdir ki, onu tutan Oqtay adlı əməliyyatçı ilə görüşdürsün. Oqtay ilə görüşdə bildirmişdir ki, videonu yaymasınlar, o külli miqdarda narkotik vasitəni etiraf edəcək. Sonra özlərinin cibinə qoyduqları və əvvəlcədən başa saldıqları kimi o videokamera qarşısında cibindən çıxarıb etiraf etmişdir ki, narkotik vasitə ona məxsusdur. Əvvəlcə o imtina etmək istəyəndə əməliyyatçılar Oqtayı çağırmışlar, yenidən Oqtay onu döydüyü üçün məcbur olub kamera qarşısında etiraf etmişdir. Həmin narkotik vasitə ona məxsus deyildir. Bundan başqa o, Zərərçəkmiş şəxs2 2019-cu ilin sonlarından tanıyır. Zərərçəkmiş şəxs2 təxminən 2019-cu ilin sonlarında onun istifadəsində olan mobil telefon nömrəsinə zəng edib nömrəsini ofisinin üzərində götürdüyünü bildirmiş və Suraxanı rayonu, Yeni Ramana qəsəbəsi ərazisindən 10.000 manat dəyərində ev almaq istədiyini bildirmişdir. Onunla görüşmüş, həmin vaxt onun yanında tanımadığı bir nəfər şəxs və oğlu olmuşdur. Onlara bildirmişdir ki, Suraxanı rayonu, Yeni Ramana qəsəbəsi ərazisində 2 otaqlı ev satır. Onları aparıb satdığı evi göstərmişdir. Həmin ev təxminən 0,01 hektar torpaq sahəsində yerləşirdi, 2 otaqdan ibarət idi, evin hörgü işi görülmüş və dam örtüyü vurulmuş vəziyyətdə idi. Evin digər təmir işləri yarımçıq vəziyyətdə idi. Mən evi 15.000 manata satdığımı bildirdim. Dostu cəmi 10.000 manat pulu olduğunu bildirdikdə, mən ona təklif etdim ki, 10.000 manat pulu nağd şəkildə və qalan 5.000 manat pulu isə hər ay 200 manat olmaqla ödəyə bilər. Dostu isə mənimlə razılaşdı. Mən evi Zərərçəkmiş şəxs2 satdım və ilkin olaraq nağd şəkildə ondan 10.000 manat pul aldım. Hal-hazırki vaxtadək onun mənə 5.000 manat məbləğndə borcu qalıb. Zərərçəkmiş şəxs3 2018-ci ilin yay aylarından tanıyır. Həmin dövrdə yəni 2018-ci ilin avqust ayının sonlarında əvvəllər tanımadığı Müslüm adlı şəxs onun istifadəsində olan mobil telefon nömrəsinə zəng edib Yeni Ramana qəsəbəsi ərazisində ev almaq istədiklərini bildirmişlər. Həmin günü Müslüm adlı şəxs sonradan adını bildiyi Zərərçəkmiş şəxs3 ilə birlikdə gəlib Yeni Ramana qəsəbəsində onunla görüşmüşlər. Orada bildirmişdir ki, evi Zərərçəkmiş şəxs3 almaq istəyir. Onları aparıb Suraxanı rayonu, Yeni Ramana qəsəbəsi ərazisində yerləşən, 0,01 hektar torpaq sahəsində yerləşən 3 otaqlı ev göstərmişdir. Həmin evi o, özü tikdirmiş, təmir işləri isə görülmüşdür. O evi 25.000 manata satdığını bildirmiş, Günay isə 11.000 manat pulunun olduğunu bildirmişdir. Onlar danışıb razılaşmışlar ki, Günay 10.000 manat pulu nağd şəkildə qalan pulu isə ayda 500 manat olmaq şərti ilə ödəyəcək. Bundan sonra onlar 2018-ci ilin avqust ayının sonlarında Bakıxanov qəsəbəsində yerləşən 4 saylı Asan xidmət mərkəzinin qarşısında Günayla görüşmüş və orada Günay ona 10.000 manat pulu ona vermişdir. Həmin vaxt Günayın yanında adını xatırlamadığı bibisi oğlu və onun tanışı Müslüm adlı şəxs vardır. Günay pulu verdikdən sonra o, qeyd olunan evin pulunun bir hissəsini bir neçə günə verəcəyini bildirmişdir. Həmin gündən bir müddət sonra Günay ona Ramana qəsəbəsində əlavə 1000 manat pul vermiş, ümumilikdə ondan 11.000 manat pul almışdır. Ondan sonra Günayın işlərini həll edə bilməmiş və aralarında narazılıqlar yaranmağa başlamışdır. Zərərçəkmiş şəxs1 2018-ci ilin aprel ayından tanıyır, Əli ilə onu Sahib adlı şəxs tanış etmişdir. Həmin dövrdə Sahib ona müraciət edib Əli adlı tanışı olduğunu və onun Suraxanı rayonu, Yeni Ramana qəsəbəsi ərazisində torpaq sahəsi almaq istədiyini bildirmişdir. O, torpaq alqı-satqısı ilə məşğul olduğundan Ramana qəsəbəsində kimin torpaq satdığını bilmişdir. Həmin ərəfələrdə Gəray adlı Tovuz rayon sakini ona demişdir ki, onun Qala Ramana adlanan ərazidə 0,02 hektar torpaq sahəsi vardır. Torpağı Gəray 5000 manata satırdı. Ona demişdir ki, 3 tərəfi daş hasarla əhatələnmiş torpağın qabaq tərəfini də hasara alınmış vəziyyətdə satır ki, hasar çəkmək də həmin pulun içindədir və pul ona verildikdən sonra həmin hasarı inşa etdirəcəkdir. Həmin zaman Sahib ona dedikdə o, 02 hektar torpaq sahəsinin satıldığını ona demişdir. Sahib də Zərərçəkmiş şəxs1 onun yanına gətirmişdir ki, torpağı alan şəxs bu adamdır. O, Əli ilə danışıb torpağın özünə məxsus olduğunu bildirib qiymətinin 5.000 manat olduğunu demişdir. Gəray söz vermişdir ki, torpaq satılsa ona hörmət edəcəkdir. O, Sahibin iştirakı ilə 2018-ci ilin aprel ayının sonlarında Əlidən 4600 manat pul almışdır. Aralarında olan razılığa görə həyətin hasarı özü inşa etdirməli idi. O, Əliyə söz vermişdir ki, 1 ay ərzində torpağa dair bələdiyyə sənədi düzəldib ona verəcək. O Əli üçün həmin torpaq sahəsində ev tikməyi də öhdəsinə götürmüşdür ki, evin onun verdiyi pula aidiyyəti olmamışdır. Bu səbəbdən o, torpağın üzərində eskiz layihə çəkib bir aydan sonra həmin kağız parçasını Əliyə vermişdir. O, sonradan Əlinin pulu ilə torpaqda hasar da inşa etdirmişdir. Sonradan Əli demişdir ki, torpaq sahəsində ev tikilib. O, həqiqətən gedib torpağa baxdıqda ona məlum olmuşdur ki, Gəray başqa adama da torpağı satıb ki, həmin adam orada ev tikib. Zərərçəkmiş şəxs4 2009-cu ildən tanıyır. Həmin vaxt o, Ramana qəsəbəsində əlillər evi deyilən yerdə həyət evi tikmişdir. Nahidə ailəsi ilə həmin yerə yaxın yerdə kirayənişin yaşamışlar. Nahidənin əri Arif ona yaxınlaşıb demişdir ki, ev tikməyə 0,1 hektar torpaq sahəsi almaq istəyirlər. Ondan xahiş etmişlər ki, onlara torpaq tapsınlar. Ramana qəsəbəsi Bünyadzadə küçəsində onun 0.2 hektar torpaq sahəsi var idi ki, o Ariflə arvadı Nahidəyə həmin torpağın 01.hektarını sata biləcəyini demişdir. Torpağın qiymətini 3500 manata razılaşmışlar, Nahidə ona 3000 manat pul verib 500 manat borclu qalmışdır. Evi tikməyə başlayanda qalan 500 manatı verəcəklərini bildirmişlər. Təxminən bir neçə il keçdikdən sonra 2019-cu ildə Nahidə ona yaxınlaşıb demişdir ki, 4000 manat pulu var, həmin pulu və satdığı torpağı götürüb ona başqa yerdə ev tikib versin. Ona razılıq vermiş və pulu ondan alıb 1 ay ərzində Ramana qəsəbəsində 01.hektar yerdə iki otaqlı ev tikib verəcəyinə dair vəd vermişdir. O, evi tiksə də icra hakimiyyəti qanunsuz olduğundan həmin evi sökmüşdür. Bundan sonra Nahidə ondan şikayət etmişdir. Həmçinin bildirir ki, həbs olunmasaydı pul aldığı şəxslərin pullarını geri qaytaracaqdı. Sadəcə həbs olunduğu üçün qaytara bilməmişdir. Elçin Bünyatov 2021-ci ilin mart ayının əvvəllərində ona müraciət edərək sənədi qaydasında olan torpaq sahəsi və həmin torpaq sahəsində ev tikmək üçün icazənin alınmasını istəmişdir. O da Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi ərazisində torpaq sahəsini ona göstərmiş və sənədi və icazə məsələsini həll edəcəyini demişdir. Bu məqsədlə ünvan 12 ünvanında yerləşən «Sevinc» kinoteatrının qarşısında görüşmüş və 6000 manat pulu ondan almışdır. Qalan 15000 manat pulu isə sonradan verməyə razılaşmışdır. Həmin pulu tikinti üçün icazə almaq məqsədi ilə müvafiq adamlara verdikdən sonra Elçin qalan pulu verməmək üçün ona müraciət edərək pulunu geri istəmiş və torpağı almaq istəmədiyini demişdir. O isə pulları müvafiq icazə üçün verdiyindən gözləməsini və qaytaracağını demişdir. Elçinə 03 sot torpaq satmış və o, ev tikmişdir. Sonradan o həbs olunmuşdur. Hal-hazırda Elçin Bünyatovun ona 15000 manat məbləğində borcu qalıb. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4 və 234.4.3cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi onun ilkin etirafedici ifadələri, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, üzləşdirmə protokolları, ifadələrin yerində yoxlanması protokolu, şəxsi axtarış və götürmə protokolu, videogörüntüyə baxış keçirilməsi protokolu, məhkəmə-kimyəvi və məhkəmə narkoloji eksperğtiza rəyləri və digər mötəbər sübutlarla sübuta yetirilmişdir. Belə ki, təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxs ona ibtidai istintaq zamanı Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, əvvəllər Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə məhkum olunmuşdur. Narkotik vasitələri bir müddətdir ki, istifadə edir. 17.03.2021 -ci il tarixdə yaşadığı Sabunçu rayonu, Yeni Ramana qəsəbəsi, Bünyatzadə küçəsində yerləşən əlillər evinin yaxınlığında olan zaman ağacın altında selofana bükülü maddə tapmış və həmin maddənin bir neçə qramını Balaxanı qəsəbəsində yaşayan istifadəsində 077 *** ** ** saylı mobil nömrə olan Zaur adlı şəxsə metamfetamini və heroini iki dəfə ayrı-ayrılıqda satmaqla Zaurdan ümumilikdə 320 manat pul almışdır. Qalan hissəsini isə Zaura vermək məqsədi ilə Balaxanı qəsəbəsi Müsavat küçəsi ev 46 ünvanının qarşısında olan zaman polis əməkdaşları ona yaxınlaşaraq şəxsiyyəti təsdiq edən sənəd istəmişlər. Lakin üzərində heç bir sənəd olmadığından, həmçinin cibində heroin və metamfetamin olduğundan oradan qaçmağa cəhd etmiş və polis əməkdaşları ondan şübhələnərək 12-ci PŞ-nə aparmışlar. 12-ci Polis Şöbəsində inzibati otaqların birində hüquq və vəzifələrim izah olunduqdan sonra üzərinə videogörüntü ilə baxış keçirilmişdir. Baxışdan öncə üzərində dövriyyəsi qadağan olunmuş hər hansısa maddə və ya predmet olduğu halda təqdim etməsi təklif edilmişdir. Odur ki, əynində olan qəhvəyi rəngli gödəkçənin sol yan cibindən solfetə bükülmüş içərisində 2 ədəd sellofana bükülmüş narkotik vasitə olan heroini və 5 ədəd şəffaf sellofana bükülmüş psixotrop maddə olan metamfetamini təqdim etmişdir. Həmin narkotik vasitə və pisxotrop maddələr qablaşdırılmışdır. Zərərçəkmiş şəxs2 2019-cu ilin sonlarından tanıyır. Zərərçəkmiş şəxs2 təxminən 2019-cu ilin sonlarında onun istifadəsində olan mobil telefon nömrəsinə zəng edib nömrəni ofisin üzərində götürdüyünü bildirmiş və Suraxanı rayonu, Yeni Ramana qəsəbəsi ərazisindən 10.000 manat dəyərində ev almaq istədiyini bildirmişdir. O, Dostu ilə görüşmüş, həmin vaxt Dostunun yanında tanımadığı bir nəfər şəxs və oğlu olmuşdur. O, Dostuya bildirmişdir ki, Suraxanı rayonu, Yeni Ramana qəsəbəsi ərazisində 2 otaqlı ev satır. O, aparıb satdığı evi göstərmişdir. Həmin ev təxminən 0,01 hektar torpaq sahəsində yerləşirmiş. 2 otaqdan ibarət olmuşdur, evin hörgü işi görülmüş və dam örtüyü vurulmuş vəziyyətdə imiş. Evin digər təmir işləri yarımçıq vəziyyətdə olmuşdur. O evi 15.000 manata satdığım bildirmişdir. Dostu cəmi 10.000 manat pulu olduğunu bildirdikdə, o təklif elmişdir ki, 10.000 manat pulu nağd şəkildə və qalan 5.000 manat pulu isə hər ay 200 manat olmaq ödəyə bilər. O 10.000 manat pulu aldıqdan sonra 1 ay müddətində evi təmir edib ona təhvil verəcəyinə söz vermişdir. Dostu isə onunla razılaşmışdır. O evi Zərərçəkmiş şəxs2 satmış və ilkin olaraq nağd şəkildə ondan 10.000 manat pul almışdır. Bundan sonra 1 ay müddətində təmir işlərini görüb evi Dostuya təhvil verə bilməmişdir. Bundan sonra aralarında narazılıqlar yaranmışdır. Sonradan Dostudan torpaq sahəsini sənədləşdimək adı ilə daha 200 manat pul almışdır. 2-3 gün sonra yenidən zəng vurub sənədin hazır olduğunu və daha 200 manat almışdır, lakin işlərini görə bilməmişdir. Bundan əlavə bildirmişdir ki, Zərərçəkmiş şəxs3 2018-ci ilin yay aylarından tanıyır. Həmin dövrdə yəni 2018-ci ilin avqust ayının sonlarında əvvəllər tanımadığı Müslüm adlı şəxs onun istifadəsində olan mobil telefon nömrəsinə zəng edib Yeni Ramana qəsəbəsi ərazisində ev almaq istədiklərini bildirmişlər. Həmin günü Müslüm adlı şəxs sonradan adını bildiyi Zərərçəkmiş şəxs3 ilə birlikdə gəlib Yeni Ramana qəsəbəsində onunla görüşmüşdür. Orada bilmişdir ki, evi Zərərçəkmiş şəxs3 almaq istəyir. O Günayı aparıb Suraxanı rayonu. Yeni Ramana qəsəbəsi ərazisində yerləşən, 0,01 hektar torpaq sahəsində yerləşən 3 otaqlı ev göstərmişdir. Həmin evi özü tikdirmişdir, təmir işləri isə görülmüşdür. O evi 25.000 manata satdığını bildirmişdir. Günay isə 11.000 manat pulunun olduğunu bildirmiş, danışıb razılaşmışlar ki, Günay 10.000 manat pulu nağd şəkildə qalan pulu isə ayda 500 manat olmaq şərti ilə ödəsin. Bundan sonra 2018-ci ilin avqust ayının sonlarında Bakıxanov qəsəbəsində yerləşən 4 saylı Asan xidmət mərkəzinin qarşısında Gunayla görüşmüş və orada Günay ona 10.000 manat pulu vermişdir. Həmin vaxt Günayın yanında adını xatırlamadığı bibisi oğlu və onun tanışı Müslüm adlı şəxs olmuşdur. Günay pulu verdikdən sonra qeyd olunan evin pulunun bir hissəsini bir neçə günə verəcəyini bildirmişdir. Həmin gündən bir müddət sonra Günay ona Ramana qəsəbəsində əlavə 1000 manat pul vermişdir. Ümumilikdə ondan 11.000 manat pul almışdır. Həmçinin guya sənədlərini hazırlatmalı imiş. Ondan sonra Günayın işlərini həll edə bilməmiş və aralarında narazılıqlar yaranmağa başlamışdır. Bundan başqa bildirmişdir ki, Zərərçəkmiş şəxs1 2018-cı ilin aprel ayından tanıyır. Əli ilə tanışı Sahib adlı şəxs tanış etmişdir. Həmin dövrdə Sahib ona müraciət edib Əli adlı tanışı olduğunu və onun Suraxanı rayonu, Yeni Ramana qəsəbəsi ərazisində torpaq sahəsi almaq istədiyini bildirmişdir. O, torpaq alqı-satqısı ilə məşğul olduğundan Ramana qəsəbəsində kimin torpaq satdığını bilirmişdir. Həmin ərəfələrdə Gəray adlı Tovuz rayon sakini ona demişdir ki, onun guya Ramana adlanan ərazidə 0,02 hektar torpaq sahəsi vardır. Torpağı Gəray 5000 manata satırmış. Ona demişdir ki, 3 tərəfi daş hasarla əhatələnmiş torpağın qabaq tərəfinidə hasara alınmış vəziyyətdə satır ki, hasar çəkmək də həmin pulun içindədir və pul ona verildikdən sonra həmin hasarı inşa etdirəcəkdir. Həmin vaxt Sahib ona dedikdə o, 0.02 hektar torpaq sahəsinin satıldığını Sahibə demişdir. Sahib də Zərərçəkmiş şəxs1 onun yanına gətirmişdir ki, «torpağı alan şəxs bu adamdır». O, Əli ilə danışıb torpağın özünə məxsus olduğunu bildirib qiymətinin 5.000 manat olduğunu demişdir. Gəray söz vermişdi ki, torpaq satılsa ona hörmət edəcəkdir. O, Sahibin iştirakı ilə 2018-ci ilin aprel ayının sonlarında Əlidən 4600 manat pul almışdır. Aralarında olan razılığa görə həyətin hasarı özü inşa etdirməli imiş. O Əliyə söz vermişdir ki, 1 ay ərzində torpağa dair bələdiyyə sənədi düzəldib ona verəcək. O, Əli üçün həmin torpaq sahəsində ev tikməyi də öhdəsinə götürmüşdür ki, evin onun verdiyi pula aidiyyəti yox idi. Bu səbəbdən torpağın üzərində eskiz layihə çəkib bir aydan sonra həmin kağız parçasını Əliyə vermişdir. O, sonradan Əlinin pulu ilə torpaqda hasar da inşa etdirmişdir. Sonradan Əli ona demişdir ki, torpaq sahəsində ev tikilib. O, həqiqətən gedib torpağa baxdıqda məlum olmuşdur ki, Gəray başqa adama da torpağı satıb ki, həmin adam orada ev tikib. Əli bundan sonra bilmişdir ki, ona yalandan torpağı özününkü kimi təqdim etmişdir. Bundan sonra Əliyə aldığı pulu qaytarmağı söz vermişdir. Maddi imkansızlıq səbəbindən pulu qaytara bilməmişdir. Bundan başqa bildirmişdir ki, X6 2009-cıı ildən tanıyır. Həmin vaxt Ramana qəsəbəsində əlillər evi deyilən yerdə həyət evi tikdirmişdir. Nahidə ailəsi ilə həmin yerə yaxın yerdə kirayənişin yaşamışlar. Nahidənin əri Arif ona yaxınlaşıb demişdir ki, ev tikməyə 0,1 hektar torpaq sahəsi almaq istəyirlər. Ondan xahiş etmişdir ki, onlara torpaq tapsın alsınlar. Ramana qəsəbəsi Bünyadzadə küçəsində 0.2 hektar torpaq sahəsi var imiş, Ariflə arvadı Nahidəyə həmin torpağın 01 hektarını sata biləcəyini demişdir. Torpağın bələdiyyə sənədi olmuşdur. Torpağın qiymətini 3500 manata razılaşmışlar ki, Nahidə ona 3000 manat pul verib 500 manat borclu qalmışdır. Demişlər ki, evi tikməyə başlayanda qalan 500 manatı verəcəklər. Təxminən bir neçə il keçdikdən sonra 2019-cu ildə Nahidə ona yaxınlaşıb demişdir ki, 4000 manat pulu var, həmin pulu və satdığı torpağı götürüb ona başqa yerdə ev tikib versin. O, razılıq vermiş və pulu Nahidədən alıb 1 ay ərzində Ramana qəsəbəsində 0,1 hektar yerdə iki otaqlı ev tikib verəcəyinə dair vəd vermişdir. O, evi tiksə də icra hakimiyyəti qanunsuz olduğundan həmin evi sökmüşdür. Bundan sonra Nahidə şikayət etmişdir. Həmçinin bildirir ki, həbs olunmasaydı pul aldığı şəxslərin pullarını geri qaytaracaqmış. Sadəcə həbs olunduğu üçün qaytara bilməmişdir. Eləcə də bildirmişdir ki, Elçin Bünyatov 2021-ci ilin mart ayının əvvəllərində ona müraciət edərək sənədi qaydasında olan torpaq sahəsi və həmin torpaq sahəsində ev tikmək üçün icazənin alınmasını istəmişdir. O da Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi ərazisində torpaq sahəsini Elçinə göstərmiş, sənədi və icazə məsələsini həll edicəyini demişdir. Bu məqsədlə ünvan 10 ünvanında yerləşən «Sevinc» kinoteatrının qarşısında görüşmüş və 6000 manat pulu ilkin olaraq Elçindən almışdır. Qalan 15000 manat pulu isə sonradan verməyə razılaşmışdır. Həmin pulu tikinti üçün icazə almaq məqsədi ilə müvafiq adamlara verdikdən sonra Elçin qalan pulu verməmək üçün ona müraciət edərək pulunu geri istəmişdir və torpağı almaq istəmədiyini demişdir. O isə pulları müvafiq icazə üçün verdiyindən gözləməsini və qaytaracağını demişdir. 20 mart 2021-ci il tarixdə Elçinə zəng vurub pulunu götürməsini demiş, lakin həbs olunmuş və verə bilməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, o Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi ərazisində torpaq sahəsi alıb ev tikmək qərarına gəlmişdir. Bu məqsədlə 2021-ci ilin mart ayının əvvəllərində daşınmaz əmlak alqı satqısı ilə məşğul olan şəxs kimi tanıdığı Təqsirləndirilən şəxs müraciət etmişdir. Laçın ona Ramana qəsəbəsində bir sot torpaq sahəsi göstərərək özünə məxsus olduğunu bildirərək həmin torpaq sahəsini ona 4500 manata satacağını demişdir. 1500 manata isə torpaq sahəsinə dair sənəd və tikintiyə icazə alaraq ona təqdim edəcək. O razılaşmış və 10.03.2021-ci il tarixdə təxminən günorta saatlarında ünvan 10 ünvanında yerləşən «Sevinc» kinoteatrının qarşısında görüşmüş və 6000 manat pul vermişdir. Pulu verərkən qardaşı Elsevər də yanında olmuşdur. Laçın 6000 manat pulu aldıqdan sonra bildirmişdir ki, 5 gün ərzində torpağı tam sənədləşdirib ona təqdim edəcəyini bildirmişdir. Lakin verdiyi vədə əməl etməmişdir. Dəfələrlə pulunu geri almağa çalışsa da müxtəlif bəhanələr gətirərək qaytarmaqdan imtina etmişdir. 22 mart 2021-ci il tarixdə isə həbs olunduğunu eşitmişdir. Aydın olmuşdur ki, qeyd olunan torpaq sahəsi Laçına məxsus olmamışdır. Sonradan bilmişdir ki, ondan başqa bir neçə nəfəri də aldadaraq pul alaraq guya torpaq satacağı barədə yalan vədlər vermişdir. Ona Təqsirləndirilən şəxs tərəfindən vurulmuş olan 6000 manat maddi ziyanın ödəniilməsini tələb edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Məmmədov X19 ifadəsində göstərmişdir ki, o 2018-ci ilin əvvəllərində Bakı şəhərində torpaq sahəsi alıb oğluna ev tikdirmək qərarına gəlmiş, bu məqsədlə də orada yaşayan tanışı Sahib adlı şəxslə əlaqə saxlamış və ondan xahiş etmişdir ki, Bakı şəhəri ətrafında münasib qiymətə torpaq sahəsi olsa ona məlumat versin. Sahib Bakı şəhərində Ramana qəsəbəsi ərazisində işlədiyini və həmin ərazidə yerləşən torpaq sahələri ilə maraqlana biləcəyini bildirmişdir. O da Sahiblə razılaşmışdır. Bundan bir neçə ay sonra Sahib onunla əlaqə salayıb Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Qala Ramana ərazisində 0,02 hektar torpaq sahəsi olduğunu, həmin torpaq sahəsini Laçın adlı şəxsin 5.000 (beş min) manata satdığını bildirmişdir. O rayondan gəlib Bakı şəhərində tanışı Sahib adlı şəxslə görüşmüşdür. Sahib onu aparıb torpağı satan Laçın adlı şəxslə tanış etmiş, söhbət əsnasında Laçın Bakı şəhəri, Sabunçu rayonu, Yeni Ramana qəsəbəsində yaşadığını və əslən Cəbrayıl rayonundan olduğunu bildirmiş, sonra onlar birlikdə gedib Laçının satmaq istədiyi torpaq sahəsinə baxmışlar. Həmin sahə üç tərəfdən mişar daşı ilə əhatə olunmuş, bir tərəfi isə açıq vəziyyətdə olmuşdur. Torpaq sahəsinin sənədləri ilə maraqlandıqda Laçın narahat olmamağı, bir ay müddətində torpaq sahəsinə dair onun öz adına bələdiyyədən sənədləri alıb verəcəyini bildirmişdir. Onlar orada torpaq sahəsinin qiyməti ilə bağlı söhbət etmiş, Laçın torpağı ona sonu 4.600 (dörd min altı yüz) manata satacağını bildirmişdir. O da Laçınla razılaşmış, sonra rayona gedib həmin pulu düzəldib yenidən 2018-ci ilin aprel ayının sonlarında Bakı şəhərinə qayıdıb gəlib Sahiblə görüşərək onunla birlikdə Laçının yanına getmişlər. Laçınla görüşdükdən sonra onlar birlikdə gedib bir daha həmin torpaq sahəsinə baxmış və orada aldığı torpaq sahəsinin 4.600 (dörd min altı yüz) manat pulu Sahibə və sonuncu isə onun yanında pulu Laçına vermişdir. Laçın pulu götürüb cibinə qoymuş və sonra onlar birlikdə Ramana qəsəbəsi bələdiyyəsinə gəlmişlər. Bələdiyyədə əməkdaşlar olmadığı üçün Laçın ondan şəxsiyyət vəsiqəsinin surətini alıb, bir ay müddətində sənədi hazırlayıb ona göndərəcəyini bildirmişdir. Bundan sonra o rayona qayıtmışdır. Təxminən bir aydan sonra Laçın onunla əlaqə saxlayıb torpağa dair sənədlərin bələdiyyədən alıb ona göndərmişdir. 2018-ci ilin iyul ayının sonlarında Laçın adlı şəxsdən aldığı torpaq sahəsində tikinti işləri aparmaq məqsədi ilə rayondan Bakı şəhərinə gəlmişdir. Həmin torpaq sahəsinə getdiyi zaman sahədə başqa şəxs tərəfindən tikinti işlərinin aparıldığını görmüşdür. Qonşulardan maraqlandıqda məlum olmuşdur ki, həmin sahədə Abbas adlı şəxs tərəfindən tikinti işləri aparılır, o həmin şəxsin mobil telefon nömrəsini qonşulardan alıb onunla əlaqə saxlamış və Abbas adlı şəxs həmin torpaq sahəsini aldığını və torpaq sahəsinə dair rəsmi şəkildə sənədləri olduğunu bildirmişdir. O Laçın adlı şəxs tərəfindən aldadıldığını başa düşüb Laçının istifadəsində olan ***-***-**-** nömrəli telefona zəng edərək onunla danışmıqda Laçın ona narahat olmamağ ı, Abbas adlı şəxsi həmin torpaq sahəsindən çıxarıb sahəni ona verəcəyini bildirmişdir. O də bir müddət gözləmiş, bir neçə dəfə gedib Laçınla görüşdükdə, sonuncu hər dəfə bir bəhanə gətirib ondan vaxt istəyərək torpaq sahəsini ona qaytaracağını bildirmişdir. Lakin sonradan o Laçından torpaq sahəsi almaq üçün ona verdiyi 4.600 (dörd min altı yüz) manat pulumu geri qaytarmasını tələb etmiş, Laçın əvvəlcə pulu qaytaracağına söz versə də sonradan onun telefon zənglərinə cavab verməməyə və ondan qaçıb gizlənməyə başlamışdır. O bir neçə ay Laçını gözləmiş, pulunu qaytarmadığı üçün onun barəsində 2019-cu ildə Bakı şəhəri, Sabunçu Rayon Polis İdarəsinə şikayət etmişdir. Ona Təqsirləndirilən şəxs tərəfindən vurulmuş olan 4600 manat maddi ziyanın ödəniilməsini tələb edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 oğlu ifadəsində göstərmişdir ki, o Təqsirləndirilən şəxs 2018-ci ilin yay aylarından tanıyır. Tanış olduqları zaman Təqsirləndirilən şəxs ona bildirmişdir ki, o, uzun illərdi Yeni Ramana qəsəbəsi ərazisində torpaq və ev alqı-satqısı ilə məşğul olur, eyni zamanda torpaq sahələri alıb özü ev tikərək satışını təşkil edir. O Təqsirləndirilən şəxs bildirmişdir ki, Ramana qəsəbəsi ərazisində həyət evi almaq istəyir. Laçın onu aparıb Yeni Ramana qəsəbəsi ərazisində bir otaqlı ev göstərib və həmin evi 25.000 (iyirmi beş min) manata satdığını bildirmişdir. Ev təxminən 0,01 hektar sahəsində yerləşmişdir. Laçın evin bələdiyyə sənədinin olduğunu və evi onun adına sənədləşdirəcəyini bildirmişdir. O sənədsiz ev almağa qorxduğu üçün Laçından xahiş etmişdir ki, evin sənədlərini tez hazırlayıb ona versin. Laçın isə narahat olmamağı, 5-6 gün ərzində evi onun adına sənədləşdirib və sənədləri ona verəcəyinə söz vermişdir. Laçın onunla çox inamlı şəkildə danışmış, Yeni Ramana qəsəbəsində çox adama ev və torpaq satdığını, indiyə kimi ondan heç kimin narazı qalmadığını bildirmişdir. O cəmi 11.000 (on bir min) manat pulum olduğunu bildirdikdə, Laçın ona təklif etmişdir ki, həmin pulu ödəsin və qalan 14.000 (on dörd min) manat pulu isə hər ay 500 (beş yüz) manat olmaq şərti ilə ona versin. O da Laçının təklifi ilə razılaşmış, O uzun illərdi iki övladı ilə birlikdə kirayələrdə qalmış və hər ay 250-300 manat olmaqla kirayə pulu vermişdir. Kirayədə qalmaqdansa həmin evi almağı və hər ay Laçına ayda 500 manat pul ödəməyi qəbul etmişdir. Razılaşdıqdan sonra o 2018-ci ilin avqust ayının sonlarında ünvan 3 ünvanında yerləşən 4 saylı Bakı Asan Xidmət Mərkəzinin qarşısında Laçına 10.000 (on min) manat pul vermişdir. Qalan 1.000 (bir min) manat pulu isə bir neçə gündən sonra verəcəyini bildirmişdir. Söz verdiyi kimi təxminən 5- 6 gündən sonra, 2018-ci ilin sentyabr ayının əvvəllərində o X16 qəsəbəsində görüşüb ona əlavə olaraq 1.000 (bir min) manat pulu vermişdir. Evin sənədlərini hazırlayıb ona verməsini xahiş etmişdir. Laçın isə 2-3 gün ərzində evin sənədlərinin hazır olacağını bildirmişdir. O 3 gündən sonra Laçınla əlaqə saxlamış və evin sənədlərini istəmişdir. Laçın isə evin sənədlərini hazırlaya bilmədiyini bildirmişdir. O başa düşmüşdür ki, Təqsirləndirilən şəxs evi satan zaman sənədinin olmasını bildirməklə onu aldatmışdır. Buna görə də aralarında narazılıq yaranmışdır. O isə evə görə Laçına verdiyi 11.000 (on bir min) manat pulu qaytarmasını bildirmişdir. Laçın ona pul qaytara bilməyəcəyini və əvəzində torpaq sahəsi verə biləcəyini qeyd etmişdir. O əvvəlcə Laçınla razılaşmamış, bir neçə dəfə gedib onunla görüşüb pulunu qaytarmasını tələb etsə də, Laçın ona pul qaytarmayacağını bildirmişdir. O sonradan məcbur olub Laçınla razılaşıb pulun əvəzində ona torpaq sahəsi verməsinə razılaşmışdır. Laçın ona Yeni Ramana qəsəbəsində yerləşən 0,02 hektar torpaq sahəsi göstərərək həmin sahənin ona məxsus olduğunu, 11.000 (on bir min) manat pulun əvəzində həmin torpaq sahəsini ona verə biləcəyini bildirmişdir. Laçın onun pulunu qaytarmadığı üçün həmin torpaq sahəsini ondan almışdır. Torpaq sahəsini alan zaman dəfələrlə onu aldatmamasını, özünə məxsus olmayan torpaq sahəsini ona verməməsini demişdir. Laçın isə and içib ona bildirmişdir ki, həmin torpaq sahəsi onun özünə məxsusdur. Torpaq sahəsi 3 tərəfdən qonşuların daş hasarı ilə əhatə olunmuş, bir tərəfi isə açıq vəziyyətdə olmuşdur. O torpağı aldıqdan təxminən 10-15 gün sonra bir yük avtomobili mişar daşı alıb həmin sahəyə tökmüşdür. Bir neçə gündən sonra torpaq sahəsinə gedib baxdıqda görmüşdür ki, sahəyə tökdüyü mişar daşlarının yeri dəyişdirilib. Bundan sonra ətrafda olan qonşulardan soruşub maraqlanmış və bir nəfər yaşlı qadın gəlib onunla görüşərək torpaq sahəsinin ona məxsus olduğunu bildirmişdir. O bu barədə zəng edib Laçına məlumat verib onu torpaq sahəsinə çağırmışdır. Laçın gəlib həmin qadınla danışsa da heç bir nəticə əldə olunmamışdır. Sonradan isə həmin qadın onu qeyd olunan torpaq sahəsinə buraxmamışdır. Ona Təqsirləndirilən şəxs tərəfindən vurulmuş olan 11000 manat maddi ziyanın ödəniilməsini tələb edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o 2019-cu ilin noyabr ayının ortalarında təsadüfən Təqsirləndirilən şəxslə tanış olmuşdur. Laçın həmin ərazidə maklerlik edir, ev tikib satmışdır. O da ev almaq üçün Laçına müraciət etmişdir. Həmin vaxt Laçın nə qədər pulunun olduğunu soruşduqda o da 10.000 manat pulu olduğunu bildirmişdir. Bu zaman Laçın Əlində 0.01 ha ərazidə tikilmiş 2 otaqlı evin evin olduğunu deyərək 15.000 manata satdığını bildirmişdir. Bundan sonra onu bir evə apararaq həmin evi ona göstərmişdir. Həmin ev onun xoşuna gəlmişdir. Həmin vaxt o Laçına 10.000 manat pulunun olduğunu bildirmiş, lakin Laçın həmin qiymətə evi sata bilməyəcəyini deyərək 10000 manatı ona verməyini, qalan 5.000 manatı isə hər ay 200 manat olmaqla vermək təklifini etmişdir. O da məcbur qalıb onun dediyi lə razılaşmışdır. O kirayə mənzildə yaşadığı üçün kirayədə mənzildə qalmaqdansa həmin evi almağıvə hər ay Təqsirləndirilən şəxs ayda 200 manat verməyi fikirləşmişdir. Təqsirləndirilən şəxs ona təklif etdiyi ev 2 otaqdan ibarət olan ev təmirsiz vəziyyətdə olmuşdur. Təqsirləndirilən şəxs evi satan zaman söz vermişdir ki, evi 1 ay müddətində tam təmir edəcək və sənədlərini hazırlayıb ona təhvil verəcək. O da Laçınla razılaşaraq 2019-cu ilin noyabr ayının ortalarında Bakı şəhəri, Suraxanı rayonu, Ramana qəsəbəsində Laçına 10.000 manat pulu vermişdir. Həmin günün səhərisi Laçın ona zəng edərək evin sənələrinin hazırlanması üçün 200 manat pula ehtiyac olduğunu bildirmişdir. Onda həmin gün eyni ünvanda ona 200 manat vermişdir Laçının deməsinə görə evin sənədi 2 gün ərzində verilməli olmuşdur. Bundan 2-3 gün keçəndən sonra yəni 2019-cu ilin noyabr ayının ortalarında Laçın ona zəng edərək evin sənədinin hazır vəziyyətdə maşınında olduğunu bildirmiş və əlavə 200 manat lazım olduğunu demişdir. O da həmin gün eyni ünvanda Laçına 200 manat vermişdir. Həmin vaxtdan uzun müddət keçməsinə baxmayaraq Laçın evi təmir etməmiş, həmçinin mənzilin sənədini verməmişdir. Bundan sonra o dəfələrlə Laçına zəng etmiş, lakin o telefonlarına cavab verməmiş, və ya müxtəlif bəhanələr işlədərək onu aldatmışdır. Sonradan ona məlum olmuşdur ki, Laçın onun etibarından istifadə edərək onu aldatmışdır. Ona Təqsirləndirilən şəxs tərəfindən vurulmuş olan 10400 manat maddi ziyanın ödəniilməsini tələb edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, o Təqsirləndirilən şəxs 2009-cu ildən tanıyır. Təqsirləndirilən şəxs uzun illərdir Yeni Ramana qəsəbəsi ərazisində torpaq və ev alqı-satqısı ilə məşğul olur. Eyni zamanda torpaq sahələri alıb özü ev tikərək satışını təşkil edir. O və həyat yoldaşı Arif Məmmədov birinci dəfə 2009-cu ilin aprel ayında Təqsirləndirilən şəxs müraciət edib Ramana qəsəbəsi ərazisində torpaq sahəsi almaq istədiklərini bildirmişlər. Onlar ona 3.000 manat pulu olduqlarını və həmin məbləğdə torpaq sahəsi almaqda köməklik göstərməsini xahiş etmişlər. Təqsirləndirilən şəxs 3.000 manata Yeni Ramana qəsəbəsində 0,01 hektar torpaq sahəsi ala biləcəklərini bildirmişdir. Onlar da Laçınla razılaşmışlar. Təqsirləndirilən şəxs onları aparıb Yeni Ramana qəsəbəsi ərazisində yerləşən 0,01 hektar torpaq sahəsini göstərib, həmin torpaq sahəsinin satıldığını bildirmişdir. Torpaq sahəsinin yerləşdiyi ərazini bəyəndikləri üçün onlar Təqsirləndirilən şəxslə razılaşmışlar və həmin torpaq sahəsinin alınması üçün 2009-cu ilin aprel ayının ortalarında Bakı şəhəri Suraxanı rayonu Yeni Ramana qəsəbəsində ona 3.000 manat pul vermişlər. Təqsirləndirilən şəxs təxminən 2-3 gündən sonra torpaq sahəsi ilə bağlı onun adına yazılmış bələdiyyə sənədini gətirib ona vermişdir. O da tam şəkildə inanmışdır ki, artıq həmin torpaq sahəsi ona məxsusdur. Təxminən 1 aydan sonra abadlıq işlərinin aparılması üçün aldıqları torpaq sahəsinə getdikdə, həmin sahədə başqa bir şəxsin ev tikdiyini görmüşlər. Soruşduqda bir nəfər şəxs Təqsirləndirilən şəxs qohumu olduğunu və həmin torpaq sahəsinin Təqsirləndirilən şəxs tərəfindən təxminən 15 gün əvvəl ona satıldığını bildirmişdir. Həmin şəxsə etiraz etdikdə bu məsələni gedib Təqsirləndirilən şəxslə danışmalarını bildirmişdir. Buna baxmayaraq həmin şəxsin kim olduğunu dəqiq bilmir. Onlar gedib Təqsirləndirilən şəxslə görüşmüş, sonuncu onlara başqa bir ərazidə torpaq sahəsi verəcəyini bildirmiş və onları aparıb Yeni Ramana qəsəbəsi ərazisidə başqa bir torpaq sahəsi göstərmişdir. Eyni zamanda bildirmişdir ki, həmin torpaq sahəsinə görə onlara bələdiyyə sənədi verəcəkdir. Lakin təxminən 2 aydan sonra məlum olmuşdur ki, həmin torpaq sahəsi başqa şəxsə məxsusdur. Bundan sonra Təqsirləndirilən şəxslə onların arasında narazılıq yaranmış və 2019-cu ilə kimi bu narazılıq davam etmişdir. Hər dəfə gedib onunla görüşmüşlər, Laçın isə onlara torpaq sahəsi verəcəyini bildirib vaxt istəmişdir. 2019-cu ilin oktyabr ayında Təqsirləndirilən şəxslə görüşən zaman sonuncu bildirmişdir ki, ona Yeni Ramana qəsəbəsi ərazisində 0,01 hektar torpaq sahəsində 2 otaqlı ev tikib verəcək, bunun üçün əlavə olaraq 4.000 manat pul lazımdır. Təqsirləndirilən şəxs onu və həyat yoldaşını aparıb Yeni Ramana qəsəbəsi ərazisində yerləşən torpaq sahəsini göstərmişdir. Onlar da danışıb Təqsirləndirilən şəxs əlavə olaraq 4.000 manat pul verməyi və onlara həmin torpaq sahəsində 2 otaqlı ev tikib verməsini razılaşmışlar. 14.10.2019-cu ildə o Yeni Ramana qəsəbəsi ərazisində həyat yoldaşı Ariflə birlikdə Təqsirləndirilən şəxs əlavə olaraq 4.000 manat pul vermişlər. Təqsirləndirilən şəxs onunla müqavilə bağlamış və müqavilədə onlardan ümumilikdə 7.000 manat pul aldığını, həmin pul müqabilində onlara 2 otaqlı ev tikib verəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs təxminən 1 ay müddətində həmin torpaq sahəsində 2 otaqlı ev tikmiş, lakin sonradan onlara məlum olmuşdur ki, Təqsirləndirilən şəxs həmin evi 15.000 manata başqa bir şəxsə satmışdır. Bundan sonra aralarında ciddi şəkildə narazılıq yaranmış və Təqsirləndirilən şəxs başqa bir ev tikib onlara verəcəyini bildirmişdir. Lakin sonuncu evi də təxminən 2 ay bundan əvvəl 10.000 manata başqa bir şəxsə satmışdır. Təqsirləndirilən şəxs sonradan onların telefonlarına cavab verməmiş, onları aldatmağa başlamışdır. Ona Təqsirləndirilən şəxs tərəfindən vurulmuş olan 4000 manat maddi ziyanın ödənilməsini tələb edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o Sabunçu RPİ-nin 12-ci PŞ-də əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 22.03.2021-ci il tarixdə saat 20:00 radələrində ünvan 16 ünvanının qarşısında inzibati ərazidə xidmət apararkən bir nəfər şəxsin özünü şübhəli aparması onların diqqətini cəlb etyindən ona yaxınlaşaraq özlərini təqdim edib şəxsiyyətini təsdiq edən sənədi təqdim etməsini bildirmişlər. O dağınıq cavab verərək yayınmaq istəmiş və onun üzərində qanunla qadağan olunmuş maddə və ya predmet olmasından şübhələnərək 12-ci PŞ-nə dəvət etmişlər. Şöbədə həmin şəxsin Təqsirləndirilən şəxs olduğu müəyyənləşdirildikdən sonra Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunaraq üzərində şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Bundan sonra xidməti otaqların birində təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs oğlunun üzərində videoçəkiliş ilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində qanunla saxlanması daşınması qadağan olunmuş maddə və ya predmet varsa özü təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs cibindən bir ədəd solfetə bükülmüş içərisində 02 ədəd şəffaf sellofana bükülmüş qəhvəyi rəngli maddə, 05 ədəd şəffaf sellofana bükülmüş kristal formalı ağ rəngli maddələri çıxararaq təqdim etmişdir. Həmin bükülülərdəki maddələr heroin və metamfetamin olduğunu, onları təxminən 5 gün əvvəl Sabunçu rayonu, Yeni Ramana qəsəbəsi Bünyatzadə küçəsində yerləşən Əlillər evinin yaxınlığında ağacın altından tapdığını, bir neçə qramını adını Zaur kimi bildiyi şəxsə satdığını, qalanını isə üzərində saxladığını bildirmişdir. Bundan sonra həmin maddələr zərfə qoyularaq möhürlənərək ekspertizya göndərilmişdir. Tərtib edilmiş protokol iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3, Şahid4 Şahid1 ifadəsinə uyğun eyni məzmunlu ifadə vermişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Elçin Bünyatov onun qardaşıdır. Qardaşı Elçin bir müddət əvvəl ev şəraitini yaxşılaşdırmaq istəmişdir. Bu məqsədlə 2021-ci ilin mart ayının əvvəllərində daşınmaz əmlak alqı satqısı ilə məşğul olan şəxs kimi tanıdığı Təqsirləndirilən şəxs müraciət etmişdir. Laçın qardaşına Ramana qəsəbəsində bir sot torpaq sahəsi göstərərək özünə məxsus olduğunu bildirərək demişdir ki, həmin torpaq sahəsini ona 4500 manata satacaq. 1500 manata isə torpaq sahəsinə dair sənəd və tikintiyə icazə alaraq ona təqdim edəcək. Elçin razılaşaraq 10.03.2021-ci il tarixdə təxminən günorta saatlarında ünvan 10 ünvanında yerləşən «Sevinc» kinoteatrının qarşısında onun yanında görüşərək 6000 manat pulu Laçına vermişdir. Laçın 6000 manat pulu Elçindən aldıqdan sonra bildirmişdir ki, 5 gün ərzində torpağı tam sənədləşdirib Elçinə təqdim edəcəyini bildirmişdir. Laçın verdiyi vədə əməl etməmişdir. Elsevər dəfələrlə pulu geri almağa çalışsa da Laçın müxtəlif bəhanələr gətirərək qaytarmaqdan imtina etmişdir. 22 mart 2021-ci il tarixdə isə Laçının həbs olunduğunu eşitmişlər. Məlum olmuşdur ki, qeyd olunan torpaq sahəsi Laçına məxsus olmamışdır. Sonradan bilmişlərki, onlardan başqa bir neçə nəfəri də aldadaraq pul alaraq guya torpaq satacağı barədə yalan vədlər vermişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid2 ibtidai istintaq orqanına vermiş olduğu ifadədən görünür ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsinə uyğun eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin materiallarından görünür ki, iş üzrə X5, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs ilə üzləşmə zamanı ifadələrində göstərdiklərini sonuncunun üzünə qarşı deyib bir daha təsdiq etmişlər. Cinayət işinin materiallarından görünür ki, iş üzrə Şahid3, Şahid1, X11, Şahid4 Təqsirləndirilən şəxs ilə üzləşmə zamanı ifadələrində göstərdikləri xüsusatları sonuncunun üzünə qarşı deyib bir daha təsdiq etmişlər. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə-kimyəvi ekspertizasının 23.03.2021-ci il tarixli 6/1157 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN Zərflər üçün №159 möhür əksi vət. Təqsirləndirilən şəxs üzərindən ... və s. Yazılar olan zərfdəki zərfdə 05 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0.867 qram. 0980 qram, 1.037 qram. 0.879 qram, 1,028 qram ümumi təmiz çəkiləri 4591 qram ağ rəngli kristalşəkilli kütlələr kustar üsulla hazırlanmış psixotrop maddə- metamfetamindir, 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 2,042 qram. 4.432 qram ümumi təmiz çəkiləri 6.474 qram qəhvəyi rəngli maildə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş «Azərbaycan Respublmkası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin» siyahısına, metamfetamin «Azərbaycan Respublmkası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısına daxildir. İş üzrə təyin olunmuş əlavə məhkəmə-kimyəvi ekspertizasının 14,10,202 1 -ci il tarixli 6/4050 saylı rəyindən görünür ki,Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş zərfdəki 05 ədəd bükümdə olan metamfetamin kütlələri kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər, 02 ədəd bükümdə olan heroin kütlələri də həmçinin kimvəvi tərkiblərinə görə öz. aralarında eynilik təşkil edirlər. İş üzrə təyin olunmuş məhkəmə-narkoloji ekspertizasının 29.05.2021-ci il tarixli 1642 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə halları olub, lakin hal hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Video diskə baxış protokolundan görünür ki. Sabunçu RPİ-nin 12-ci PŞ-nin baş təhqiqatçısı polis kapitanı Elşən Abbasov tərəfindən əməliyyat müvəkkilləri Şahid1, Şahid3 iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə xidməti otaqda şəxsi axtarış keçirilir. Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunduqdan sonra videoçəkilişin aparılması barədə bildirilir. Təqsirləndirilən şəxs heç bir etiraz etmədiyini bildirdikdə üzərində hər hansı qanunsuz əşyanın olub olmaması soruşulur. Bundan sonra Təqsirləndirilən şəxs əynindəki qəhvəyi rəngli gödəkçənin sol yan cibindən bir ədəd solfetə bükülmüş içərisində 2 ədəd şəffaf sellofana bükülmüş qəhvəyi rəngli maddə, 5 ədəd şəffaf sellofana bükülmüş kristal formalı ağ rəngli maddələri çıxararaq təqdim etmişdir. Verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirdi ki, həmin bükülülərdəki maddələr heroin və metamfetaminlərdir. Təxminən 5 gün əvvəl Sabunçu rayonu. Yeni Kamana qələbəsi Bünyatzadə küçəsində yerləşən Əlillər evinin yaxınlığında ağacın ahından tapdığını, bir neçə qramını adını Zaur kimi bildiyi şəxsə satdığını qalanım isə üzərində saxladığını bildirdi. Bundan sonra, içərisində narkotik vasitə olan heroinə və pcixotrop maddə metamfetaminə oxşar maddələr zərfə qoyularaq möhürləndi və üzərində imza edildi. Bu barədə protokol tərtib olundu və iştirakçılar tərəlhıdən imzalarla təsdiq olundu. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamədən və Sabunçu rayon Məhkəməsindən alınmış hökmün surətindən görünür ki, Vəliyev X9 rayon Məhkəməsinin 26,12,2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirli bilinib 2500 manat cərimə cəzasına məhkum olunmuş, və cərimə cəzası ödənilmişdir. Cinayət işi materiallarına əlavə olunmuş qərardan görünür ki, Sabunçu rayon prokurorunun köməkçisi Fərid Həsənov tərəfindən Təqsirləndirilən şəxs döyülməsi faktı ilə əlaqədar araşdırma aparılaraq cinayət işinin başlanması Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə əsasən rədd olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə vermiş olduğu ifadəsinə hüquqi qiymət verərək hesab edir ki, o, məhkəmədə ibtidai istintaq zamanı vermiş olduğu ifadəsindən fərqli ifadə verərək, narkotik vasitənin ona məxsus olmamasını və ona təzyiq göstərib imza etdirdikləri və zərərçəkmiş şəxsləri aldatmaq fikri olmadığını, Nahidə və Günayla bağlı epizodlar üzrə həbs olunduğundan işlərinin yarımçıq qalması və digər zərərçəkmişlərə isə borcunun olmadığını bildirməkdə yalnız məsuliyyətdən yaxa qurtarmaq məqsədi güdmüşdür, məhkəmə bu hissədə onun ifadəsinə tənqidi yanaşır və inandırıcı hesab etmir. Beləliklə, Təqsirləndirilən şəxs oğlunun törətmiş olduğu cinayət əməlləri məhkəmə iistintaqı zamanı da öz təsdiqini tapdığından o, təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə əməlin tövsifi məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4, 234.4.3-ci maddələri ilə tövsif edilməli və o, həmin maddələr ilə təqsirli bilinib cəzalandırılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə, cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4, 234.4.3-cü maddələri ilə cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən himayəsində 02 azyaşlı uşağın olması Təqsirləndirilən şəxs oğlunun cəzasını yüngülləşdirən haldır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin əməllərində onun cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. İş materiallarından görünür ki, təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3 ümumilikdə 11.000 manat, Zərərçəkmiş şəxs4 ümumilikdə 4.000 manat, Zərərçəkmiş şəxs2 ümumilikdə 10.400 manat, Zərərçəkmiş şəxs1 ümumilikdə 4600 manat və X3 6000 manat maddi ziyan dəymişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs tərəfindən məhkəmə istintaqı müddətində dəymiş ziyandan heç bir məbləq ödənilməmişdir. Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 183.1-ci maddəsinin tələblərinə əsasən zərərçəkmiş şəxslərin məhkəmədə mülki iddia vermə hüquqları vardır. Zərərçəkmiş şəxs X12 mülki iddia verərək 6000 manat məbləqində pulu Təqsirləndirilən şəxs alınaraq ona ödənilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, zərərçəkmiş şəxs X8 vermiş olduğu mülki iddia təmin edilməlidir. Zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 tərəfindən məhkəmə istintaqı zamanı mülki iddia verilməmişdir. Odur ki, zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 mülki mühakimə icraatı qaydasında iddia vermək hüquqları izah edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cinayət işinin materiallarından görünür ki, Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 24 mart 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 22 mart 2021-ci il tarixdən hesablanmışdır. Məhkəmə bütün bunları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs ona təyin ediləcək cəzanın çəkilmə müddətinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu gündən, yəni 22 mart 2021-ci il tarixdən hesablanmalıdır. İş üzrə ekspertiza xərcləri 219 (iki yüz on doqquz) manat 08 (səkkiz) qəpik Təqsirləndirilən şəxs tutulmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə maddi sübut olan və Bakı şəhər Sabunçu RPİ-də saxlanılan təhqiqatdan sonra qalıq çəkisi 6,374 qram heroin və 4,651 qram metamfetamin məhv edilməlidir. 02 ədəd SD diski iş mteriallarında saxlanılmalıdır. Məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-346, 349, 351-354, 356-cı maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4, 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4-cü maddələri ilə 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq Təqsirləndirilən şəxs 07 (yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 22 mart 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlansın. Zərərçəkmiş şəxs X5 tərəfindən verilmiş mülki iddia təmin olunsun, Təqsirləndirilən şəxs 6000 (altı min) manat alınaraq zərərçəkmiş şəxs X4 ödənilsin. Zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs qarşı mülki mühakimə icraatı qaydasında iddia vermək hüququ izah edilsin. İş üzrə ekspertiza xərcləri 219 (iki yüz on doqquz) manat 08 (səkkiz) qəpik Təqsirləndirilən şəxs tutulmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. İş üzrə maddi sübut olan və Bakı şəhər Sabunçu Rayon Polis İdarəsində saxlanılan təhqiqatdan sonra qalıq çəkisi 6,374 qram heroin və 4,651 qram metamfetamin məhv edilsin. 02 ədəd SD diski iş mteriallarında saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayə Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə tətbiq olunmasın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona təqdim olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən, apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar