Məhkəmə qərarları › İş №1(101)-363/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-363/2023

28.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-363/2023 28.02.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Samir İmamverdi oğlu (sədrlik edən), Hüseynov Cavid İbadulla oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə Məhkəmə iclasının katibi: Bayramlı Ləman Bünyad qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Bakı şöbəsinin Bakı Ağır Cinayətlər məhkəməsi üzrə prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs müdafiəçisi Bakı şəhəri 33 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, xx xxxx 1980-ci ildə Bakı şəhərində anadan olmuş,Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, 1 azyaşlı uşağı olan, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşamış, barəsində “həbs” qismində qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Pentensİar Xidmərin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 21 iyun 2022-ci il tarixdə satış məqsədi ilə qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən ümumilikdə 1030,644 qram, yəni külli miqdarda qəhvəyi rəngli toz şəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini alaraq əldə edib, daşımaqla üzərində və yaşadığı evdə saxlamış və Suraxanı RPl-nin NMB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 22 iyun 2022-ci il tarixdə saat 10:00-da ünvan 2 ünvanının qarşısında narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün saxlanılıb ünvan 3 ünvanında yerləşən Suraxanı RPİnin inzibati binasına gətirilərək, orada üzərində şəxsi axtarış və götürmə həyata keçirilən zaman əynində olan açıq qara rəngli şalvarın sol yan cibindən 06 ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 1,953 qram, 2,296 qram, 3,420 qram, 1,629 qram, 2,678 qram və 2,694 qram olmaqla, ümumi təmiz çəkisi 14,670 qram qəhvəyi rəngli toz şəkilli maddələr, öz aralarında kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüş və əməliyat-axtarış tədbirlərinin davamı olaraq, Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə baxış və götürmə aparılan zaman həmin evin zirzəmisindən 04 ədəd bükümdə ayrı- ayrılıqda təmiz çəkiləri 1,926 qram, 3,657 qram, 3,346 qram və 4,045 qram olmaqla, ümumi təmiz çəkisi 12,974 qram və 01 ədəd qara rəngli bağlamada təmiz çəkisi 1003 qram qəhvəyi rəngli toz şəkilli maddələr, öz aralarında və üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroinlərlə kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 01 ədəd üzərində heroinin izləri olan elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, ifadəsində göstərmişdir ki, o özünü narkotik vasitə istifadəçisi kimi təqsirli bilsə də, narkotik vasitənin satışı ilə məşğul olmamış. Heroini satılan yerdən, satan şəxsdən əldə edirdi. Saxlanılarkən üzərində narkotik vasitə olmayıb. 22 iyun 2022-ci il tarixdə səhər saat saat 9-10 aralığında həyətdə idi və həyətin qapısı açıq idi, 4-5 nəfər şəxs gəlib həyətə daxil oldu və özlərini polis əməkdaşı kimi təqdim etdilər. Onlar qoluna qandal vurub onu polis idarəsinə apardılar. İdarədə arxayınlıqla evində heç nə olmadığını bildirdi. Təxminən 2-3 saat sonra evinə gəldilər. Ona təzyiq göstərdilər. Əgər evinə yerləşdirdikləri narkotik vasitəni boynuna götürməsə idi daha ağırı ilə onu məsuliyyətə cəlb edəcəklərini bildirdilər. O da nə dedilərsə, onu etdi. Evində videoçəkiliş etdilər. Ona verdikləri narkotik vasitəni və evində də evinə yerləşdirdikləri narkotik vasitəni təqdim etdi. Sonuncu dəfə saxlanıldığı gündən bir gün əvvəl narkotik vasitədən istifadə etmişdir. Təzyiq altında olduğu üçün bütün istintaq müddətində etirafedici ifadələr vermişdir. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 Ağababa qızı ifadəsində göstərmişdir ki, Zeynal onun oğludur. Oğlu Zeynal həyat yoldaşı və iki qızı ilə birlikdə onunla yaşayırdılar. Təxminən 10 ildən artıqdır ki, Zeynal narkotik vasitədən istifadə edirdi, lakin oğlunun narkotik maddələrin satışı ilə məşğul olmasına da inanmır. Zeynalın öz istifadəsi üçün narkotik vasitəni haradan alıb əldə etdiyini və harada istifadə etdiyini bilmir. İndiyə kimi Zeynal yanında narkotik maddə istifadə etməmişdir. 22 iyun 2022-ci il tarixdə təxminən səhər saat 08:45 radələrində o evdə olan zaman oğlu Zeynal həyətdə yerləşən əl damı kimi istifadə etdiyi yerdə idi və oğlunun orada nə etdiyini bilmədi. Bu zaman tanımadığı bir neçə nəfər şəxs evin həyətinə daxil oldular və həyətdəki zirzəmiyə yaxınlaşıb Zeynalı tutdular. Bundan sonra həmin tanımadığı şəxslərdən biri evin qapısını açdı və o qapıya yaxınlaşıb Zeynaldan bu insanların kim olmasını soruşduqda, Zeynal isə onların polis əməkdaşı olduqlarını bildirdi. Həmin şəxslərdən biri evə daxil olub bir neçə şkafı açaraq içərisinə baxdı. Zeynalın harada yatdığını soruşdu, o da Zeynalın yatdığı yeri göstərdi. Həmin şəxs Zeynalın yatdığı otağa elə-belə baxdıqdan sonra çıxıb getdi. Polis əməkdaşları getdikdən təxminən 5 dəqiqə sonra isə, o şəxsi işi ilə əlaqədar yaşadığı evdən çıxıb getdi və axşam təxminən saat 19 radələrində evə qayıtdı. Bu zaman evdə nəvəsi Firəngiz ona evdən getdikdən bir qədər sonra atasını əli qandallı halda evlərinə gətirdiklərini və videogörüntü ilə evə, sonra da həyətdəki əl damına baxdıqlarını, sonra isə atasını da götürüb getdiklərini dedi. Oğlu Zeynalın narkotik vasitələrin satışı ilə məşğul olması barədə heç bir məlumatı yoxdur, sadəcə oğlunun narkotik vasitə istifadəçisi olduğunu bilir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsi hadisə ilə bağlı tanıyır. Əməliyyat məlumatı daxil olmuşdu. Təqsirləndirilən şəxs narkotik vasitələrin gəzdirilməsində, istifadəsində və satışında şübhəli idi. Yay ayları iyun-iyul ayları idi. Səhər saatlarında Əmircan qəsəbəsi, aralıq məhəllədə köhnə məscid kimi bir yerdə mülki formada ona yaxınlaşdılar. Özlərini təqdim edib, onu rayon polis idarəsinə gətirdilər. Üzərinə baxış keçirildi. Səhv etmirsə, 4 ya da 6 büküm şəffaf selefon büküm çıxdı. Sonra evinə baxış keçirildi. Həyətə girəndə sol tərəfdə zirzəmi kimi bir yer var və ora baxış keçirildi. Xalçaların altından büküm çıxdı. Stolun üstündən büküm və bir ədəd də elektron tərəzi çıxdı. Dediyinə görə, İran vətəndaşından onlayn şəkildə almışdır. Satmağı barədə məlumat daxil olub, o da qrupun üzvü olmuşdur, özü də həm istifadəsi, həm də satışı üçün aldığını dedi. Narazılıq və etirazı olmayıb. Çəkilişlə olub, müdafiəçisi də olub, onu döyməmiş, təzyiq göstərməmiş, vurmamış, incitməmişdir. Məhkəmə iş üzrə sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli olması sübuta yetirilir və onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs üzərində və evində narkotik vasitənin olmamasına və satışı ilə məşqul olmamasına və eyni zamanda polis əməkdaşları tərəfindən təzyiqlərə məruz qalmasına dair verdiyi ifadəsi ilə məhkəmə iclasında şahid qismində dindirilmiş şəxslərin biri birinə, habelə işin faktiki hallarına uyğun olan ifadələri ilə, eyni zamanda iş materiallarında olan sübütlarla təkzib olunduğundan məhkəmə təqsirləndirilən şəxsin ifadəsinə tənqidi yanaşaraq, inandırıcı saymır və onun ifadəsini özünü müdafiə edilməsi kimi qiymətləndirir. Cinayət işində olan 22 iyun 2022-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan 22 iyun 2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə keçirilmiş, şəxsi axtarış Təqsirləndirilən şəxs əynində olan açıq qara rəngli şalvarın sol /an cibindən 06 ədəd büküm aşkar edilərək götürülmüşdür Cinayət işində olan 22 iyun 2022-ci il tarixli şəxsi evə baxış keçirilməsi haqqında protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə və onun həyətyanı sahəsinə baxış keçirilmiş, baxış zamanı həmin evin həyətində yerləşən zirzəmidə taxta taburetin üzərindən 04 ədəd büküm, bir ədəd elektron tərəzi və zirzəmidə olan xalçaralrın arasından 01 ədəd qara rəngli sellofan bağlama aşkar edilərək götürülmüşdür Cinayət işində olan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman çəkilmiş videogörüntüləri özündə əks etdirən bir ədəd DVD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində polis əməkdaşları tərəfindən şəxsi axtarış keçirilməsi, əvvəlcə ondan üzərində saxlanması, daşınması və ya gəzdirilməsi qadağan olunmuş hər hansı bir əşya və ya predmet varsa təqdim etməsi təklif edilməsi, Təqsirləndirilən şəxs əynində olan açıq qara rəngli şalvarın sol arxa cibindən 06 ədəd bükümü çıxarıb təqdim etməsi, həmin 06 ədəd bükümün açılaraq içərisinə baxış keçirildikdən sonra Təqsirləndirilən şəxsdan həmin bükümlərin içərisində nə olması və nə vaxt, kimdən, hansı üsulla və hansı məqsədlə əldə etməsi barədə soruşulması, bu zaman Təqsirləndirilən şəxs həmin 06 ədəd bükümün içərisində heroin kimi tanıdığı narkotik maddə olduğunu və həmin narkotik maddələrin onun özünə məxsus olduğunu, həmin narkotik maddələri Suraxanı rayonu, Əmircan qəsəbəsində adını bilmədiyi İİR-nın vətəndaşından onlayn qaydada 1 qramını 20-25 manata həm öz şəxsi istifadəsi, həm də satmaq məqsədilə alıb əldə etdiyini, bundan başqa, yaşadığı evdə də narkotik maddələr olduğunu və yaşadığı evə baxış keçirilməsinə etirazının olmadığını bildirməsi, sonra aşkar edilmiş həmin 06 ədəd bükümün götürülərək qablaşdırılıb üzəri imzalarla təsdiq olunduqdan sonra Təqsirləndirilən şəxs üzərində polis əməkdaşları tərəfindən şəxsi axtarışın davam etdirilməsi və onun üzərindən hər hansı bir əşya və ya predmet aşkar edilməməsi müəyyən olunmuşdur. Cinayət işində olan Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilən zaman çəkilmiş videogörüntüləri özündə əks etdirən bir ədəd DVD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evə və həyətyanı sahəsinə polis əməkdaşları tərəfindən baxış keçirilməsi, əvvəlcə ondan yaşadığı evdə və ya həyətyanı sahədə saxlanması, daşınması və ya gəzdirilməsi qadağan olunmuş hər hansı bir əşya və ya predmet varsa təqdim etməsi təklif edilməsi, Təqsirləndirilən şəxs isə həmin evin həyətində olan zirzəmiyə yaxınlaşaraq zirzəmidə taxta taburetin üzərindən 04 ədəd bükümü və bir ədəd elektron tərəzini, həmin zirzəmidə olan xalçaların arasından isə bir ədəd qara rəngli sellofanı çıxarıb təqdim etməsi, həmin bükümlərin və bağlamanın içərisində nə olması, nə vaxt, kimdən və hansı məqsədlə əldə etməsi barədə soruşulması və bu zaman Təqsirləndirilən şəxs təqdim etdiyi həmin 04 ədəd bükümün və bir ədəd qara rəngli bağlamanın içərisində heroin kimi tanıdığı narkotik maddə olduğunu, həmin narkotik vasitəni öz istifadəsi üçün İİR-nın vətəndaşı olan tanımadığı şəxsdən onlayn qaydada 1 qramını 20-25 manata həm satmaq, həm də öz istifadəsi üçün aldığını bildirməsi, sonra aşkar edilmiş həmin 04 ədəd bükümün, bir ədəd bağlamanın və bir ədəd elektron tərəzinin götürülərək qablaşdırılması müəyyən olunmuşdur Cinayət işində olan məhkəmə-kimyəvi ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi 6/3492 saylı 23 iyun 2022-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...” yazısı və imzalar olan zərfdəki 6 (altı) ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 1,953 qram, 2,296 qram, 3,420 qram, 1,629 qram, 2,678 qram və 2,694 qram olmaqla, ümumi təmiz çəkisi 14,670 qram qəhvəyi rəngli tozşəkİlli maddələr kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş üzərində : Vət. Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş...” yazısı və İmzalar olan zərfdə və bağlamadakı 4 (dörd) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,926 qram, 3,657 qram, 3,346 qram və 4,045 qram olmaqa, ümumi təmiz çəkisi 12,974 qram qəhvəyi rəngli tozşəkİlli maddələr kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 1 (bir) ədəd qara rəngli polietilen bağlamada təmiz çəkisi 1003 qram qəhvəyi rəngli tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə hedoindir. Tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş tərəzi..” yazısı və imzalar olan zərfdəki bir ədəd arxasında “200g/0.01g” yazısı olan “gümüşü” rəngli elektron tərəzinin üzərində heroinin izləri vardır. İz şəklində olduğu üçün heroinin təmiz çəkisini və bükümlərdə olan heroinlərlə eyni kimyəvi tərkibli olub- olmamasını müəyyən etmək mümkün deyildir. Vət. Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar edilərək götürülmüş heroinlərin ümumi təmiz çəkisi 1030,644 qramdır (1 kq 30,644 qr) və həmin heroinlər kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidirlər. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq edilmiş siyahılara əsasən heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin” İ siyahısına daxildir. Üzərindən aşkar edilmiş heroinin təmiz çəkisi 14,670 qram, tədqiqata sərf edildi 0,18 qram, qalıq 14,490 qram, evindən aşkar edilmiş heroinini təmiz çəkisi 1003 qram və 12,974 qram, tədqiqata sərf edildi 0,2 qram və 0,12 qram, qalıq 1002,8 qram və 12,854 qram (ekpertiza tədqiqatın dəyəri 114 (yüz on dörd) manat) Cinayət işi üzrə təyin edilmiş məhkəmə narkoloji ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X2 Şəxsin verdiyi narkoloji ekspertizasının 5419 saylı 22 sentyabr 2022-ci il tarixli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbul edilməsi nəticəsində yaranan asılılıq sindormu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə Təqsirləndirilən şəxsnа cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəliliyini halları nəzərə alır. Cinayət işi materiallarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs himayəsində bir nəfər yetkinlik yaşına çatmayan uşağı vardır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət tюrətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yцngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin məqsədi və motivini, təqsirkarın cinayətin törədilməsində rolunu nəzərə alıb barəsində təqsirli bilindiyi cinayət qanununun normasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə ilə əlaqədar cəzanın seçilməsini və cəzasını tutulduğu vaxtdan, yəni 22 iyun 2022-ci il tarixdən hesablanmaqla, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 1 nəfər yetkinlik yaşına çatmayan uşağının olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsi ilə nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının CM-də dəyişikliklər edilməsi haqqında” xx.xx.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan Suraxanı RPİ-də saxlanılan ümumi təmiz çəkisi ekspertiza tədqiqatından sonrakı qalıq 14,490 qram, 1002,8 qram və 12,854 qram heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və evində baxış keçirilməsi görüntülərini əks etdirən 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalı, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1.1-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, Təqsirləndirilən şəxs ekspertiza xərci təşkil edən 114 (yüz on dörd) manat alınıb dövlət büdcəsinə verilməli və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197 və 198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib, 8 (səkkiz) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 22 iyun 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93-1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs ekspertiza xərci təşkil edən 114 (yüz on dörd) manat alınaraq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut olan və Suraxanı RPİ-də saxlanılan ümumi təmiz çəkisi ekspertiza tədqiqatından sonrakı qalıq 14,490 qram, 1002,8 qram və 12,854 qram heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin, Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və evində baxış keçirilməsi görüntülərini əks etdirən 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Hökmdən 20 gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Bakı Ağır Cinayətlər məhkəməsinin hakimləri: Samir Əliyev (sədrlik edən) Cavid Hüseynov Eldar İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar