Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-363/2024 25.04.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ saat 17:30-da Hakim Quliyev Əhməd Qəhrəman oğlunun sədrliyi, hakimlər Hüseynov Telman Qulaməli oğlu və Namazov Fərid Arif oğlundan ibarət tərkibdə, X4 və X12 oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1, onların nümayəndəsi Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Nümayəndə, zərərçəkmiş şəxslər X2, Zərərçəkmiş şəxs3, Təqsirləndirilən şəxs və onun müdafiəçisi “Arbitrium” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1954-cü il tarixdə Ağdam rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, təqayütçü, Qarabağ əlili, Bakı şəhəri, Nizami rayonunun, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 134, 221.3 və 234.1-1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 2022-ci ilin sentyabr ayının sonlarında yaşadığı Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsi, 23/99 məhəllə, 59 saylı yaşayış binasının həyətində qonşusu Zərərçəkmiş şəxs4 qarşısını kəsərək əvvəlki günlərdə sonuncunun azyaşlı nəvəsinə verdiyi özünəməxsus təsbehi geri qaytarmasını tələb etməsinə Ramziyyə Qənbərovanın nəvəsinin həmin təsbehi hara atmasını bilmədiyi cavabı verməsi səbəbindən üzərində olan təyinatı istintaqa məlum olmayan bıçağı çıxararaq Zərərçəkmiş şəxs4 nümayiş etdirib təsbehin tapılıb qaytarılmayacağı təqdirdə hədənin icra ediləcəyi üçün real əsaslar olmaqla sonuncunu öldürməklə hədələmişdir. Bundan başqa o, 10 oktyabr 2022-ci ii tarixdə günorta saatlarında yaşadığı Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsi, 23/99 məhəllə, 59 saylı yaşayış binasının liftində qonşusu Zərərçəkmiş şəxs3 qarşısını kəsərək əvvəlki günlərdə sonuncunun bacısının azyaşlı övladına verdiyi Özünə məxsus təsbehi geri qaytarmasını tələb etməsinə Zərərçəkmiş şəxs3 bacısı oğlunun həmin təsbehi hara atmasını bilmədiyi cavabı verməsi səbəbindən üzərində olan təyinatı istintaqa məlum olmayan bıçağı çıxararaq Zərərçəkmiş şəxs3 qarın nahiyəsinə dirəyib təsbehin tapılıb qaytarılmayacağı təqdirdə hədənin icra ediləcəyi üçün real əsaslar olmaqla sonuncunu öldürməklə hədələmişdir. Bundan başqa, o, 09 oktyabr 2022-ci il tarixdə saat 18:50 radələrində yaşadığı Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsi, 23/99 məhəllə, 59 saylı yaşayış binasının lift kabinəsində həmin ünvanda 13 saylı mənzildə yaşayan qonşusu Zərərçəkmiş şəxs2 ona yaşadığı mənzildə uca səslə musiqiyə qulaq asmasına haqlı irad bildirməsi səbəbindən üzərində olan təyinatı istintaqa məlum olmayan bıçağı çıxararaq Zərərçəkmiş şəxs2 qarın nahiyəsinə dirəyib hədənin icra ediləcəyi üçün real əsaslar olmaqla sonuncunu öldürməklə hədələmişdir. Bundan başqa o, 14 oktyabr 2022-ci il tarixdə saat 17 radələrində ünvan 3 ünvanda yaşayan qonşusu Zərərçəkmiş şəxs1 yaxınlaşıb sonuncudan qardaşı Zərərçəkmiş şəxs2 ondan üzür istəməsini tələb edərək Zərərçəkmiş şəxs1lə mübahisə edib heç bir əsaslı səbəb olmadan özünün şəxsiyyətini sonuncunun şəxsiyyətinin fövqündə qoyaraq ictimai və şəxsi mənafeyə əhəmiyyətli zərər vuran və cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, İctimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeyidlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərərək ətrafda olan şəxslərin narahatçılığına səbəb olmaqla Zərərçəkmiş şəxs1 ünvanına nalayiq ifadələr işlədərək üzərində gəzdirdiyi təyinatı istintaqa məlum olmayan bıçağı silah qismində İstifadə edərək həmin bıçaqla qəsdən Zərərçəkmiş şəxs1 sağ əlindən və sol qolundan, daha sonra yumruqla sonuncunun bədəninin müxtəlif nahiyələrinə qəsdən bir neçə dəfə vuraraq Zərərçəkmiş şəxs1 ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid alının, sağ qaşüstü nahiyənin sıyrıqları, sağ gözaltı nahiyənin qansızması, sol bazunun hematoması, sağ əlin İ barmağının səthi kəsilmiş yaralarından ibarət xəsarətlər yetirməklə qərəzli hərəkətlərlə xuliqanliq etmişdir. Bundan başqa, o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan külli miqdarda, təmiz çəkisi 65,443 qram narkotik vasitə tiryəki qanunsuz əldə edərək üzərində saxlamaqla daşımış, 14 oktyabr 2022-ci il tarixdə saat 18:50 radələrində Nizami Rayon Polis İdarəsinin 24-cü Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində ünvan 4 ünvanında Zərərçəkmiş şəxs1 qarşı xuliqanliq cinayətini törətməkdə şübhəli şəxs qismində saxlanılaraq Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 81 ünvanında yerləşən Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 24-cü Polis şöbəsinə gətirilmiş və şöbədə üzərində şəxsi axtarış aparılan zaman əynində olan qəhvəyi rəngli gödəkcənin sol iç cibindən 01 ədəd bükümdə, külli miqdarda, təmiz çəkisi 65,443 qram tünd qəhvəyi rəngli qətranəbənzər, spesifik iyli maddə, xaşxaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə tiryək aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamlar üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, əvvəllər Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə məhkum olunmuşdur. O, ara-bir yaşadığı ünvanda musiqiyə səs verib qulaq asmışdır. Bunun da səbəbi mənzilində üst qonşunun uşağının mənzilin döşəməsinə vurması olmuşdur. 11 oktyabr 2022-ci il tarixdə həmin mənzildə yaşayan şəxslə bir liftdə qalxan zaman o, həmin şəxsə öz iradını bildirmişdir. Bu zaman həmin şəxs onu yumruqla vurduqdan sonra qaçaraq yaşadığı mənzilə getmişdir. 14 oktyabr 2022-ci il tarixdə saat 17 radələrində o, yaşadığı binanın həyətində olan zaman bir nəfər şəxs ona yaxınlaşmış və kobud surətdə “sən birdə musiqiyə səs vermə” demişdir. O, həmin şəxsə bildirmişdir ki, uşaq səs saldığı üçün belə edir. Həmin şəxs onu yerə yıxmış, ətrafda olan şəxslər onları ayırmışlar. Zərərçəkmiş şəxs1 söylədikləri həqiqətə uyğun deyildir. Belə ki, toya gedən zaman arxadan təxminən 2 metr boyunda bir nəfər ona yaxınlaşaraq qonşusunun qardaşı olduğunu bildirərək, “sən kimsən onunla yekəxana danışırsan” demişdir. O, həmin şəxsdən kimliyini soruşan zaman həmin şəxs qəflətən onu vurmuşdur. O, qorxudan üzərində olan bıçağı çıxarmış, onu qorxutmaq istəmişdir. Zərərçəkmiş şəxs1 isə əlindən yapışaraq oturacağa yıxmış və onu oturacağa sıxmışdır. Kənardan bir nəfər xatırlamadığı şəxs bıçağı əlindən almışdır. O, oradan uzaqlaşaraq toya getmişdir. Bundan sonra toyda polis əməkdaşları gələrək onu tutub bölməyə gətirmişlər. Bölmədə onun üzərinə tiryək qoymaq istəmişlər. O, tiryəki itələyib yerə düşürmüşdür. Bu zaman bölmə rəisi gəlmiş və bildirmişdir ki, onu «yükləsinlər». O, razı olmamış, sonra üzərinə şəxsi axtarış keçirmişlər. Əynində olan gödəkcənin iç yan cibindən əməliyyatçı daş parçası çıxarmışdır. O, həmin daş parçasını bölmənin pəncərəsindən bayıra atmışdır. Sonra əməliyyatçı gedib onun atdığı sellofona bükülmüş daşı gətirmişdir. Bu sahə müvəkkili Xosrovun təxribatı olmuş, sonuncunun 102 nəfər agenti vardır, agentlərin 18 nəfəri yüngül həyat tərzi keçirən qadınlardır. Onun üzərinə baxış keçirilən zaman əynində olan gödəkcəni soyunaraq stolun üzərinə qoymuşdur. Həmin vaxt çəkilən videonu dayandırmışlar və rəis içəri girib orada olan polis əməkdaşlarına öz iradını bildirmişdir ki, bu qoca kişini necə yükləyə bilmirsiniz, bundan sonra çəkilişə davam edərək stolun üzərinə qoyduğu gödəkcəni təhqiqatçı götürüb cibinə nəyisə qoymuş və əli ilə daş parçasına oxşar əşya çıxarıb stolun üzərinə qoymuşdur. O, həmin əşyanın ona aid olmamasını bildirmiş və götürüb pəncərədən bayıra tullamışdır. Orada olan əməkdaşlar bayıra çıxaraq təxminən 2 dəqiqə sonra otağa gəlib şəffaf sellofon paketə bükülü qara rəngli maddəni gətirib stolun üzərinə qoymuşlar. O, onlara küçə söyüşləri söyərək həmin maddənin ona aid olmadığını bildirmişdir. Bu zaman onlar çəkilişi dayandırıb onu döyməyə başlamışlar. Çəkiliş bir neçə dəfə dayandırılıb və sonra davam etdirilmişdir. Həmin maddə və ya əşya onun olmamış, polis əməkdaşları tərəfindən onun gödəkcəsinə yerləşdirilmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, O, binanın 4-cü mərtəbəsində, Təqsirləndirilən şəxs isə onun mənzilinin alt hissəsində, yəni 3-cü mərtəbədə yaşayır. Təqsirləndirilən şəxs mütəmadi olaraq gecə saatlarında yaşadığı mənzildə səsgücləndiricidən istifadə etməklə musiqiyə qulaq asmışdır. Həmin musiqinin səsi onu və yaşadığı binada olan digər qonşuları hədsiz dərəcədə narahat etrmişdir. O və qonşuluqda yaşayan şəxslər Adilə bu barədə dəfələrlə sözlə irad bildirsələr də, sonuncu bundan heç bir nəticə çıxarmamışdır. 09 oktyabr 2022-ci il tarixdə saat 18:50 radələrində o, yaşadığı binanın blokunda Təqsirləndirilən şəxs ilə rastlaşmışdır. Hər ikisi liftə minmiş, həmin vaxt o, Adildən gecə saatlarında musiqiyə bir az aşağı tonda qulaq asmasını xahiş etmişdir. Adil onu nalayiq küçə söyüşləri ilə təhqir edərək əynində olan şalvarın sol bel hissəsindən tiyəsinin uzunluğu təxminən 20-25 sm olan bıçaq çıxararaq bir əli ilə sinəsindən digər əlində olan bıçağın uc hissəsini onun qarın hissəsinə dirəyib onu öldürəcəyini bildirmişdir. Liftin içərisi qaranlıq olduğundan bıçağı dəqiq görə bilməmişdir. Həmin vaxt liftin qapısı açılmış, özünü liftdən bayıra atmışdır. Münaqişə 1 dəqiqə davam etmiş, o, 3-cü mərtəbədən 4-cü mərtəbəyə qalxarkən baş vermişdir. Bıçağın tiyəsinin bədəninə toxunduğunu hiss etmiş, əgər istəsəydi onu bıçaqlaya bilərdi. Liftdəki hadisədən sonra o, polisə şikayət etmiş, Adil ona bir də irad bildirəcəyi təqdirdə onu öldürəcəyini bildirmişdir. O, Adilə qonşu olduqlarını və onun bu hərəkətlərinin yersiz olmasını bildirdikdə, Adil kriminal aləmdə müəyyən nüfuza sahib olmasını, həbsxanadan qorxmadığını və onu öldürməyin çox asan bir addım olmasını bildirmişdir. O, yaşadığı mənzilə gedərək DİN-nin 102 xidmətinə zəng edib bu barədə məlumat vermişdir. Bu hadisədən sonra Təqsirləndirilən şəxs onu həqiqətən öldürməsindən qorxaraq o, binanın liftinə minməmişdir. 14 oktyabr 2022-ci il tarixdə qardaşı Vaqif həyətdə olan zaman Təqsirləndirilən şəxs Vaqifin o olduğunu düşünüb bıçaqla Vaqifə hücum etmişdir. Adil onu digər qonşular kimi susdurmaq məqsədilə bıçaqla hədələmişdir. Adil onların binasında 10 nəfəri hədələmiş, polis gəldikdə isə heç bir tədbir görməmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, yaşadığı binada qardaşı Məhəd də öz ailəsi ilə başqa mənzildə 4-cü mərtəbədə, Təqsirləndirilən şəxs isə ondan bir mərtəbə aşağı 3-cü mərtəbədə yaşamışdır. Bildiyinə görə hadisədən 4-5 gün əvvəl o, rayonda olanda, qardaşı Məhədlə Adilin arasında mübahisə olmuş və Adil Məhədi bıçaqla vurmaq istəmiş, Məhəd də sonuncunun barəsində polisin 102 xidmətinə məlumat vermişdir. 14 oktyabr 2022-ci il tarixdə, saat 17 radələrində o, mənzildən həyətə düşmüş, görmüşdür ki, binada yaşayan bir ağsaqqal kişi oturacaqda əyləşmiş, sonuncunun yanında bir nəfər də arxası ona tərəf oturmuşdur. O, sonunculara salam verib keçəndə arxası ona tərəf olan şəxs çevrilib ondan soruşmuşdur ki, «haralısan», həmin şəxsin Təqsirləndirilən şəxs olduğunu görmüş, özünün də «Ermənistanlı» olduğunu demişdir. Adil ondan bir mərtəbə yuxarıda yaşayanın onun olub-olmamasını soruşmuş, o isə həmin şəxsin qardaşı olduğunu bildirmişdir. Adil onun qardaşının yaxşı hərəkət etmədiyini demiş, o isə cavabında «mənim qardaşım heç kimin xətrinə dəyən deyil, ancaq sən burada qışqır-bağır salırsan, camaatı narahat edirsən» deyə bildirmişdir. Adil onun qardaşının gəlib ondan üzr istəməsini tələb etmiş və həmin səbəbdən aralarında mübahisə yaranmışdır. Gözləmədiyi halda Adil ayağa qalxıb arxasından cib bıçağı çıxarıb açaraq onu vurmaq istəyəndə o, kənara çəkilmiş, Adil onu vura bilməmiş, ikinci dəfə bıçaqla onu vurmaq istəyəndə o, bıçağı Adilin əlindən almaq istəyərkən, bıçaq onun sağ əlinin baş barmağını kəsmiş, ancaq bıçağı Adilin əlindən yerə salmışdır. Adil yumruqla bir neçə dəfə onun başına, sifətinin sağ tərəfinə, çənəsinin sol tərəfinə və sol qoluna dirsəkdən yuxarı vuraraq ona müxtəlif xəsarətlər yetirmişdir. Sonra da Adil tez öz maşınından başqa bir xəncərə oxşar, təxminən 35 santimetr olan kəsici aləti götürüb onun üstünə gələndə qonşulardan Qəmbər və Məhəbbət tez gəlib Adili çəkib ondan aralayıb aparmışlar. Sonra o da polisin 102 xidmətinə zəng vurub hadisə barədə məlumat vermişdir. Hadisə günü Təqsirləndirilən şəxs üzərində olan kurtkanın rəngini xatırlamır. Küçədə hər kəs Təqsirləndirilən şəxs səs-küylü adam olmasını bilərək uzaq gəzmişdir. Qardaşıyla aralarında olan mübahisənin səbəbi Adilin qardaşına bıçaq çəkməsi olmuşdur. Adil ona bıçaqdan əlavə yumruqla da xəsarət yetirmiş, o, dava əsasında onun qolunu tutub bıçağı əlindən almaq məqsədi olmuşdur. Həmin zaman bəlkə yüngül zərbələr yetirmiş ola bilər, amma əsas məqsədi bıçağı əlindən almaq olmuşdur. Hazırda Təqsirləndirilən şəxs ilə barışmamış, onun qanuna uyğun olaraq cəzasını çəkməsini istəyir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, o, ünvan 7 ünvanında yaşayır. O, evdə olmayan vaxt, Təqsirləndirilən şəxs əlində bıçaqla onların evinə gələrək, qapıya zərbələr endirmiş və nalayiq söyüşlər söymüşdür. Təqsirləndirilən şəxs daha sonra onunla qarşılaşdıqda ona hücum çəkərək iti alətlə zərbələr endirmək istəmiş, o, Adilin əlindən güclə çıxmışdır. Bu hadisənin baş verməsinə səbəb, bir dəfə evin balkonundan aşağı qızıl bilərzik düşməsi olmuşdur. Onun bacısı oğlu Amil aşağı düşərək həmin bilərziyi götürmək istədikdə Təqsirləndirilən şəxs cəld davranaraq öz pəncərəsindən aşağı sadə bilərzik atmış və beləcə bilərziklərin qarışıq düşərək, özünün qiymətcə daha dəyərli olan qızıl bilərziyə yiyələnməsinə çalışmışdır. Adil daha sonra əlində bıçaqla gələrək onu və digər ailə üzvlərini hədələmiş, “mənim bilərziyimi verin“ demişdir. Daha əvvəl Adil ilə aralarında hər hansı bir problem olmamışdır. Münasibətlər bilərzik haqqhesabından sonra pozulmuşdur. Adilin onunla qarşılaşması ilk dəfə bıçaqla evə hücum çəkdikdən təxminən 1-2 gün sonra baş vermişdir. Təqsirləndirilən şəxs şikayətçidir, amma ona qarşı hər hansı xüsusi tələbi yoxdur. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərdi ki, qızı Qənbərova Xanım onlara qonaq gəlmişdir. Nəvəsi, yəni qızının uşağı qızının qolbağını həyətə atmışdır. Uşaq həyətdə bu qolbağı axtararkən, Təqsirləndirilən şəxs uşaq ağlamasın deyə əvvəlcə ona konfet atmış, daha sonra uşağın konfeti götürmədiyini görərək ona bir ədəd qolbaq atmışdır. Uşaq da bu qolbağı götürərək evə gəlmişdir. Qızı evə gəldikdə ona bildirmişdir ki, 2-ci mərtəbədə bir kişi uşağın ağladığını görərək bunu uşağa vermişdir. Təqsirləndirilən şəxs bir neçə gündən sonra evə gələrək qolbağını tələb etmişdir. Oğlu Zərərçəkmiş şəxs3 ona bildirmişdir ki, “bu kişinin əlindən bloka girə bilmirəm, sanki hər dəqiqə məni güdür“. Adillə bir dəfə yolda qarşılaşdıqda onu da təhdid etmiş, lakin, onun üzərinə bıçaq çıxarmamışdır. Bir dəfə evdə olmayanda evə əlində bıçaqla gələrək qızlarını təhdid edərək qorxutmuşdur. Qızları qorxmuş və zəng edərək ona xəbər vermişlər. O, qaçaraq gəlmiş və 102-yə zəng etmişdir. Polislər gəlmiş və o, şikayətini bildirmişdir. İbtidai istintaq zamanı müstəntiqə verdiyi ifadəsini təsdiq edir. Həmin ifadəni öz əlyazmasıyla yazmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Binəqədi rayon Polis İdarəsinin 40-cı PŞ-nin polis sahə inspektoru Şahid1 ifadəsində göstərdi ki, 2022-ci ilin oktyabr ayında onunla eyni şöbədə baş əməliyyat müvəkkili işləmiş, hazırda Bakı şəhər BPİ-də işləyən Şahid2 ona yaxınlaşaraq 102 xidməti vasitəsilə müraciət daxil olduğunu, vətəndaşın bıçaq xəsarəti aldığını bildirmişdir. Onlar dərhal Şahid2 ilə birlikdə deyilən ünvana yollanmışlar. Onlar Nizami rayonu, B.Çobanzadə, 23/99 ünvanına yaxınlaşmış və hadisəni törətməkdə şübhəli bilinən şəxsin Təqsirləndirilən şəxs olduğunu müəyyənləşdirmişlər. Qısamüddətli əməliyyataxtarış tədbirləri nəticəsində Bəkir Çobanzadə küçəsində, “şadlıq saraylarının” yerləşdiyi məhəllədə axtarışda olan Təqsirləndirilən şəxs tərəflərindəndən saxlanılaraq Nizami rayonu 24-cü polis şöbəsinə gətirilmişdir. Təqsirləndirilən şəxs ilk olaraq Şahid2 yaxınlaşmış, o, təqribən 15 metr uzaqlıqda, binanın tinində dayanmışdır. Təqsirləndirilən şəxs tərəfindən həmin dövrdə kifayət qədər çoxlu şikayətlər daxil olurmuş, onun təcili tibbi yardım çağıraraq işçiləri hədələdiyi və ona morfin iynəsi vurulmasını əmr etdiyi barədə onlara daha əvvəl məlumatlar daxil olmuşdur. Onlar Təqsirləndirilən şəxs polis bölməsinə gətirdikdən sonra təhqiqatçı Şahid5 rəhbərliyi altında onun üzərinə baxış keçirilmişdir. Bu istintaq hərəkətləri videogörüntülərdə də öz əksini tapmışdır. Onlar Adilin üzərinə şəxsi axtarış keçirən zaman onun kurtkasının iç cibində nəyisə gizlətməyə çalışdığını müşahidə etmişlər. Elə həmin cibdən də bir bükümdə narkotik vasitə olması ehtimal olunan maddə aşkar olunmuşdur. Həmin zaman Təqsirləndirilən şəxs ifşa olunduğunu görərək həmin bükümü pəncərədən aşağı atmış, onları nalayiq sözlərlə təhqir etməyə başlamışdır. Onlar daha sonra pəncərədən çölə atılan bükümü gətirərək onun tərkibinə baxış keçirmiş, həmin maddənin tiryək olması müəyyən olunmuşdur. Onlar Təqsirləndirilən şəxs saxladıqda o tək olmuş, videoçəkilişi kimin apardığını xatırlamır, bölmənin əməkdaşlarından biri olmuşdur. Videoçəkilişin aparıldığı cihazın markasını xatırlamır. Videoçəkiliş heç bir formada dayandırılmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhər Baş Polis İdarəsinin baş əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərdi ki, 2022-ci ilin oktyabr ayında Vaqif adlı şəxsin bıçaq xəsarəti alması barədə 102 xidməti vasitəsilə müraciəti daxil olmuşdur. Həmin vaxtlar o, Nizami RPİ 24-cü PŞ-də işləmişdir. O, Şahid1 ilə birlikdə hadisə yerinə yollanmışdır. Bəkir Çobanzadə küçəsində Təqsirləndirilən şəxs saxlanılaraq Nizami rayonu 24-cü polis şöbəsinə gətirilmiş və təhqiqatçı Şahid5 təhvil vermişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərində baxış, şəxsi axtarış və götürmə istintaq hərəkətləri həyata keçirilmişdir. Baxış zamanı o, orada iştirak etməmiş, amma Şahid1 həmin istintaq hərəkətində iştirak etmişdir. Təqsirləndirilən şəxs üzərindən daş bükümdə narkotik vasitəyə bənzər maddə aşkar edilmişdir. O, buna etiraz edərək həmin bükümü pəncərədən aşağı atmışdır. Onlar daha sonra həmin bükümü gedib Təqsirləndirilən şəxs atdığı yerdən götürüb yenidən geri gətirmişlər. Aşkar olunmuş 01 ədəd büküm narkotik vasitəyə bənzər kütlə bir ədəd kağız zərfdə qablaşdırlıb Nizami RPİ-in 24-cü PŞ-in “Zərflər üçün” 165 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Aparılmış şəxsi axtarış və götürmə zamanı video çəkilişdən istifadə edilmişdir. Yekunda tərtib edilmiş protokol ucadan oxunmuş, protokola əlavə və düzəlişlər olunmamış, video çəkilişin əks olunduğu məlumat daşıyıcısı protokola daxil edilərək imzalanmışdır. Şəxsən o, Təqsirləndirilən şəxs ilə heç bir profilaktik söhbət aparmamışdır. Təqsirləndirilən şəxs morfin qəbul etdiyindən, məhz buna görə onun narkotik vasitələrin istifadəçisi olmasından şübhələnmişlər. O, Təqsirləndirilən şəxs ilə kiminsə profilaktik söhbət apardığına şahid olmamış, Təqsirləndirilən şəxs saxlanıldığı andan nə qədər müddətə polis bölməsinə gətirildiyini xatıralmır. Hadisənin üzərindən artıq 2 ilə yaxın vaxt keçmiş, Təqsirləndirilən şəxs saxlanıldığı yerdən şəxsi avtomobillə idarəyə gətirmişlər. Şahid1 və o, əməliyyatı birgə keçirmiş, videoçəkilişdə təhqiqatçı Şahid5, müdafiəçi, o, Orxan və kamera ilə çəkiliş aparan şəxs iştirak etmişdir. Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin edilmiş, onun üzərində baxış keçirilmiş və təklif olunmuşdur ki, üzərində qanunla dövriyyəsi qadağan olunan və ya məhdudlaşdırılan hər hansı əşya yaxud predmet varsa könüllü olaraq təhvil versin. O, videoçəkilişin dayandırıldığını xatırlamır. Pəncərədən atılan bükümü gedib kimin gətirdiyini hazırda yadında deyil. Adilin təcili tibbi yardım işçilərini ona morfin vurması üçün hədələdiyi onlara məlum olmuşdur. Həmin ərazidə işləmədiyi üçün hadisənin təfərrüatlarını bilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Nizami rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi Şahid5 ifadəsində göstərdi ki, hadisə vaxtı Nizami RPİ-nin 24-cü PŞ-nin baş təhqiqatçısı vəzifəsində çalışmışdır. O, belə hesab edir ki, onun bu gün şahid qismində dindirilməsinə səbəb şəxsi axtarış və baxış istintaq hərəkətlərinin keçirilməsi zamanı baş verən hadisələr olmuşdur. 2022-ci ilin 14 oktyabr tarixində Təqsirləndirilən şəxs tərəfindən fiziki zorakılığa məruz qalması ilə bağlı vətəndaş müraciəti daxil olmuşdur. Həmin müraciətə baxılmış və həmin gün saat 18:50 radələrində Kəngərli X1 saxlanılaraq polis idarəsinə gətirilmişdir. Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin edilmiş, onun üzərində baxış keçirilmiş və təklif olunmuşdur ki, üzərində qanunla dövriyyəsi qadağan olunan və ya məhdudlaşdırılan hər hansı əşya yaxud predmet varsa könüllü olaraq təhvil versin. Təqsirləndirilən şəxs həmin vaxt gödəkcəsinin cibindən biri maqnitli, biri mənzil açarı olmaqla iki açarı çıxarıb təhvil vermiş, üzərində başqa hər hansı əşya olmadığını bildirmişdir. Həmin vaxt sabiq baş əməliyyat müvəkkili Orxan İsgəndərli tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, onun köynəyinin cibindən pul əskinazları aşkar olunmuş və müdafiəçiyə təqdim olunmuşdur. Daha sonra onun pencəyinin iç cibindən bir ədəd şəffaf rəngdə qara büküm aşkar olunmuşdur. Təqsirləndirilən şəxs tərəfindən həmin büküm ələ keçirilərək pəncərədən aşağı atılmış və Təqsirləndirilən şəxs nalayiq ifadələrdən və söyüşlərdən istifadə edərək içəridə olan polis əməkdaşlarını təhqir etmişdir. Bu dedikləri video görüntülərdə də öz əksini tapmışdır. Orxan bayıra çıxıb həmin pəncərədən aşağı atılan bükümü geri gətirmək istəyəndə Təqsirləndirilən şəxs ona mane olaraq qapının qarşısını kəsmiş, həmin vaxt o və digər polis əməkdaşı Pərviz onu tutaraq kənara çəkmişlər. Orxan həmin bükümü gətirdikdən sonra Təqsirləndirilən şəxs bildirmişdir ki, “bayaq yarım qram idi, indi oldu 1 kiloqram”. Aşkar olunmuş 01 büküm halda narkotik vasitəyə bənzər kütlə bir ədəd kağız zərfdə qablaşdırlıb Nizami RPİ-in 24-cü PŞ-in “Zərflər üçün” 165 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Aparılmış şəxsi axtarış və götürmə zamanı tərəfindən video çəkilişdən istifadə edilmişdir. Yekunda tərtib edilmiş protokol ucadan oxunmuş, protokola əlavə və düzəlişlər olunmamış, video çəkilişin əks olunduğu məlumat daşıyıcısı protokola daxil edilərək imzalanmışdır. Lakin Təqsirləndirilən şəxs yuxarıda sadalanan sənədlərə imza etməkdən imtina etmişdir. Onlar məcburi olaraq videoçəkilişi dayandırmış, digər əməkdaş gedib həmin bükümü aşağıdan gətirmiş, daha sonra videoçəkilişi qaldığı yerdən davam etmişdir. Onlara əməliyyat məlumatı daxil olmamış, onlara birbaşa olaraq şəxs barədə müraciət daxil olmuşdur. Həmin müraciət Vaqif tərəfindən daxil olmuşdur. Həmin gün də bu iş icraatına daxil olmuş, o, əvvəlcə müraciətin məzmunu ilə tanış olmuş, daha sonra əməliyyat tapşırığı vermişdir. Onlar Təqsirləndirilən şəxs ya da onun hər hansı bir yaxınının əlaqə nömrəsi ilə əlaqə saxlamağa çalışmış, lakin əlaqə saxlaya bilməmişlər. Daha sonra o, rəisə məruzə etmiş və əməliyyatçıları Təqsirləndirilən şəxs yerini müəyyənləşdirmək üçün əməliyyata yollanmışlar. Təqsirləndirilən şəxs təxminən saat 19:00 radələrində idarəyə gətirilmişdir. Daha sonra müdafiəçinin gəlməsi və s. hərəkətlər səbəbilə ən azı 30 dəqiqə yubanmışlar və videoçəkilişə başlamışlar. Çəkiliş Samsung markalı cihaz vasitəsilə aparılmışdır. Həmin cihaz polis idarəsinə məxsusdur. Həmin cihazı daha əvvəl görüb-görmədiyini xatırlamır. Videoçəkiliş dayandırılan zaman “saxla“ demiş, amma videoçəkilişin dayandırılması barədə iştirakçılara əvvəlcədən elan etməmişdir. O, ümumiyyətlə Təqsirləndirilən şəxs o ana qədər izahatını almamışdır. Təqsirləndirilən şəxs saxlanılaraq şübhəli şəxs qismində gətirilməsi üçündə sadəcə bildiriş raportu kifayət etmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələri qanunsuz olaraq əldə etməsi, saxlaması və daşıması barədə daha əvvəl ona məlumat daxil olmamışdır. Onun Təqsirləndirilən şəxs üzərində axtarış aparmalarına səbəb onun bir neçə saat əvvəl adam yaralaması və bununla bağlı iş üzrə əhəmiyyət kəsb edə biləcək sübutların onun üzərində ola bilməsi ehtimalı olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Nizami RPİ-nin 24-cü PŞ-nin operatoru Şahid6 ifadəsində göstərdi ki, sonradan adını bildiyi Təqsirləndirilən şəxs əvvəllər tanımamış, sonuncu ilə heç bir münasibəti olmamışdır. 14 oktyabr 2022-ci il tarixdə saat 18:50 radələrində Təqsirləndirilən şəxs Bakı şəhəri, Nizami rayonu, Çobanzadə küçəsi 2403 saylı ünvanda saxlanılaraq Nizami RPİ-nin 24-cü PŞ-nə gətirilmişdir. Şahid5 tərəfindən onun üzərinə PŞ-də keçirilən şəxsi axtarış zamanı, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qəhvəyi rəngli gödəkcəsinin yan ciblərini, əynindəki cins şalvarın yan ciblərini çıxararaq boş olmasını, gödəkcəsinin üst sol döş cibinin boş olmasını demiş, üst sağ cibində isə 2 ədəd qara rəngli avtomobil açarı, bir ədəd mənzil qapısı üçün açar, bir ədəd göy rəngli elektron kilidinin maqnit açarını təqdim edərək masanın üzərinə qoymuş və üzərində qanunla qadağan edilmiş heç bir əşya olmadığını bildirmişdir. Bundan sonra PŞ-nin baş əməliyyat müvəkkili Şahid1 tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi başlanılmışdır. Təqsirləndirilən şəxs əynindəki qəhvəyi gödəkcəni çıxararaq masanın üzərinə qoymuşdur. PŞ-nin baş əməliyyat müvəkkili Şahid1 tərəfindən onun əynindəki göy rəngli qısaqol köynəyin döş cibindən pulları çıxarılaraq masanın üzərinə qoymuş və müdafiəçisi tərəfindən həmin pullar sayılaraq bir ədəd 100 manatlıq, bir ədəd 5 manatlıq və üç ədəd 1 manatlıq pul əskinası olmaqla cəmi 108 manat olması müəyyən edilmişdir. PŞ-nin baş əməliyyat müvəkkili Şahid1 tərəfindən şübhəli şəxsin şalvarının yan və arxa cibləri, ayağındakı qəhvəyi rəngli ayaqqabılar çıxarılaraq içərisi yoxlanılmış və heç bir şey aşkar edilməmişdir. Bundan sonra müdafiəçinin qarşısına masanın üzərinə qoyulmuş qəhvəyi rəngli gödəkcənin üst və yan cibləri yoxlanılaraq heç bir şey aşkar edilməmişdir. Gödəkcənin sol iç cibindən bir ədəd şəffaf sellofan paketin içərisində qara rəngli bərk strukturlu (daş halında) maddə kütləsi olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin şəffaf sellofan bükümdə olan maddəni götürərək açıq pəncərədən çölə tullamış və nalayiq ifadələr işlədərək bizi təhqir etmişdir. Daha sonra PŞ-nin baş əməliyyat müvəkkili Şahid1 tərəfindən Təqsirləndirilən şəxs çölə tulladığı sellofan bağlamanı götürmək istəyərkən otağın qapısının qarşısında dayanaraq onu bayıra buraxmamağa çalışmışdır. Şahid1 kütləni gətirərək masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs həmin maddənin ona aid olmadığını bildirərək yenidən nalayiq ifadələr işlətmişdir. Həmin sellofan bağlamada olan maddə açılıb içərisinə baxılan zaman içərisində qara rəngli spesifik iyə malik maddə olması müəyyən edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs aşkar edilmiş bir ədəd şəffaf sellofan bağlamada olan maddə zərfə qoyularaq qablaşdırılmış, üzəri möhürlənmiş, iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs həmin zərfin üzərini imzalamaqdan imtina etmişdir. Təqsirləndirilən şəxs nalayiq ifadələr işlədərək, «bayaq yarım qram idi oldu 50 qram» ifadəsini işlətmişdir. Bundan sonra şəxsi-axtarış və götürmə hərəkəti başa çatmışdır. Qeyd olunan bütün bu proses onun tərəfimdən “Samsung” markalı video kamera vasitəsi ilə çəkilmişdir. Təqsirləndirilən şəxs üzərində keçirilən şəxsi axtarış və götürmə aparılması zamanı onun gödəkcəsinin sol iç cibindən bir ədəd şəffaf sellafon paketin içərisində qara rəngli bərk strukturlu (daş halında) maddə kütləsi olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin şəffaf sellafon bükümdə olan maddəni götürərək açıq pəncərədən həyətə tullamış və nalayiq ifadələr işlədərək onları təhqir etmişdir. Daha sonra PŞ-nin baş əməliyyat müvəkkili Şahid1 tərəfindən Təqsirləndirilən şəxs həyətə tulladığı sellafon bağlamanı götürmək istəyərkən otağın qapısının qarşısında dayanaraq onu bayıra buraxmamağa çalışmış, onlar isə onu sakitləşdirmək üçün onu tutub saxlayan zaman məcbur olaraq video çəkiliş dayandırılmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Onlar Təqsirləndirilən şəxs ilə bir binada yaşamışlar. Həmin binada əsasən müharibə veteranları, qazilər, şəhid ailələri məskunlaşmışdır. Təqsirləndirilən şəxs ilə uzun müddətdir qonşu kimi münasibətləri olmuşdur. Müstəntiqin ibtidai istintaq zamanı onu bu hadisəyə şahid kimi cəlb etməyinə səbəb o olmuşdur ki, o da həmin günü hadisə yerində dayanmışdır. Onlar həyətdəki söhbətgahda əyləşmişlər. Adilgil isə onlardan təxminən 10-15 metr aralıda, skamyada əyləşmişlər. Bu zaman qonşular, yəni Adil və Məhəd arasında mübahisə yarandığını görmüşlər. O, yaşadığı binada müəyyən ictimai və sosial işlərə rəhbərlik etdiyi üçün müstəntiq hadisə ilə bağlı onu çağırıb dindirmişdir. Müstəntiq ondan nə gördüyünü soruşmuş, o isə sadəcə həmin ərazidə olduğunu, hadisə ilə bağlı çox da təfərrüat görmədiyini ona bildirmişdir. Bu zaman müstəntiq kamera görüntülərini açaraq ona göstərmiş və görüntülərdəki şəxslərin kim olduğunu ondan soruşmuşdur. O da həmin şəxslərin Adil, Vaqif və digər qonşular olduğunu bildirmişdir. O, sadəcə arada mübahisə yarandığını və araya girərək tərəfləri araladığını, başqa məlumatının olmadığını bildirmişdir. Müstəntiqə verdiyim ifadəni təsdiq edir. Adili təxminən 4 ildir tanıyır, Qarabağ veteranı, müharibə qazisi olduğunu bilir. Adili normal xarakterizə edir, münasibətləri pis deyil, Adil səs-küylü, narahat adam olmamış, bıçağı Adilin əlindən Tariyel almışdır. Adilin gedib ikinci dəfə bıçaq götürüb gəlməsi barədə məlumatı olmamış, Adilin kiməsə bıçaqla xəsarət yetirdiyini görməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, o, hadisə baş verən günü söhbətgahda qonşusu Qənbər kişi ilə birlikdə əyləşmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs onlardan bir az kənarda 20-25 metr məsafədə əyləşib qonşularla söhbət etmişdir. Qəfildən dava düşdüyünü görmüş, amma nə səbəbə baş verdiyini bilməmişlər. Adilin Vaqiflə mübahisəsi yaranmışdır. O, heç kimin əlində silah, taxta, dəmir görməmiş, Vaqifin barmağı kəsilmişdir. O, sadəcə olaraq barmaq kəsildiyini görmüş, amma kimin və nə ilə onun barmağını kəsdiyini görməmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 15 oktyabr 2022-ci il tarixli, 6/5961 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «Azərbaycan Respublikası DİN Zərflər üçün №164» dairəvi möhür əksi, «Təqsirləndirilən şəxs aşkar edilmiş maddə» yazısı və imzalar olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 65,443 qram tünd qəhvəyi rəngli qətranabənzər, spesifik iyli maddə xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkdir. Tiryək Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısına (Siyahı İ) daxildir. (cild 01, iş vərəqə 44-48) İş materiallarında olan ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx.xx.2023-cü il tarixli, 138 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (cild 02, iş vərəqə 49-50) İş materiallarında olan məhkəmə-tibb ekspertizasının 16 noyabr 2022-ci il tarixli, 19/964 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 tibbi müayinəsi zamanı aşağıdakı xəsarətlər aşkar edilmişdir: alının, sağ qaşüstü nahiyənin sıyrıqları, sağ gözaltı nahiyənin qansızması, sol bazunun hematoması, sağ əlin İ barmağının səthi kəsilmiş yaraları. Qeyd edilən səthi kəsilmiş yaralar iti kənara malik əşyanın (əşyaların, ola bilsin bıçaq), digər xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2022-ci il tarixdə alınmaları mümkündür və dərəcələrinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. (cild 02, iş vərəqə 51-53) İş materiallarında olan ambulator məhkəmə-psixiatrik ekspertizasının 14 yanvar 2023-cü İl tarixli 57 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzvi şəxsiyyət pozuntusu müəyyən edilir. Təqsirləndirilən şəxs müəyyən edilən üzvi şəxsiyyət pozuntusu o dərəcədə ifadə olunmayıb ki, o, qərarda göstərilən əməli törətdiyi zaman öz əməllərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmasın. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22- ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törədərkən qəflətən baş vermiş güclü ruhi həyacan (affekt) vəziyyətində olub-olmaması barəsində qoyulmuş sual ekspert psixoloqun səlahiyyətlərinə aiddir. (cild 02, iş vərəqə 67-70) İş materiallarında olan 14 oktyabr 2022-cİ il tarixli «şəxsi axtarış və götürmə aparılması haqqında» və 20 oktyabr 2022-ci il tarixli «diskə baxış keçirilməsi haqqında» protokollardan görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qəhvəyi rəngli gödəkcəsinin yan ciblərini, əynindəki cins şalvarının yan ciblərini çıxararaq boş olmasını, gödəkcəsinin üst sol döş cibinin boş olmasını, üst sağ cibində isə 2 ədəd qara rəngli avtomobil açarı, bir ədəd mənzil qapısı üçün açarı, bir ədəd göy rəngli elektron kilidinin maqnit açarını təqdim edərək masanın üzərinə qoymuş və üzərində qanunla qadağan edilmiş heç bir əşya olmadığını bildirmişdir. Bundan sonra polis əməkdaşı Şahid1 tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi başlanmışdır. Təqsirləndirilən şəxs əynindəki qəhvəyi gödəkcəni çıxararaq masanın üzərinə qoymuşdur. Şahid1 tərəfindən onun əynindəki göy rəngli qısaqol köynəyin döş cibindən pulları çıxararaq masanın üzərinə qoymuş və müdafiəçisi tərəfindən həmin pullar sayılaraq-bir ədəd 100 manatlıq, bir ədəd 5 manatlığı və üç ədəd 1 manatlıq pul əskinası olmaqla cəmi 108 manat olması müəyyən edilmişdir. Şahid1 tərəfindən şübhəli şəxsin şalvarının yan və arxa cibləri yoxlanılmış ayağındakı qəhvəyi rəngli ayaqqabılar çıxarılaraq içərisi yoxlanılmış və heç bir şey aşkar edilməmişdir. Bundan sonra müdafiəçinin qarşısına masanın üzərinə qoyulmuş qəhvəyi rəngli gödəkcənin üst və yan cibləri yoxlanılaraq heç bir şey aşkar edilməmişdir. Sol iç cibindən bir ədəd şəffaf sellofan paketin içərisində qara rəngli bərk strukturlu (daş halında) maddə kütləsi olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin şəffaf sellofan bükümdə olan maddəni götürərək açıq pəncərədən çölə tullamış və nalayiq ifadələr işlədərək polis əməkdaşlarını təhqir etmişdir. Daha sonra Şahid1 Təqsirləndirilən şəxs çölə tulladığı sellofan bağlamanı götürmək istəyərkən otağın qapısının qarşısında dayanaraq onu bayıra buraxmamağa çalışmış, Orxan İsgəndərli həmin kütləni gətirərək masanın üzərinə qoymuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin maddənin ona aid olmadığını bildirərək yenidən nalayiq ifadələr işlətmişdir. Həmin selefon bağlamada olan maddə açılıb içərisinə baxılan zaman içərisində qara rəngli spesifik iyə malik maddə olması müəyyən edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs aşkar edilmiş bir ədəd şəffaf sellofan bağlamada olan maddə zərfə qoyularaq qablaşdırılmış, üzəri möhürlənmiş, iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs həmin zərfin üzərini imzalamaqdan imtina etmişdir. Təqsirləndirilən şəxs nalayiq ifadələr işlədərək, «bayaq yarım qram idi oldu 50 qram» ifadəsini işlətmişdir. Bundan sonra şəxsi-axtarış və götürmə hərəkət başa çatmışdır. (cild 01, iş vərəqə 38-39; 130-131) İş materiallarında olan 14 oktyabr 2022-ci il tarixli «hadisə yerinə baxış keçirilməsi barədə» protokoldan görünür ki, hadisə yeri ünvan 13 ünvanda yerləşən yaşayış binasının qarşısında yerləşir. (cild 01, iş vərəqə 9-11) İş materiallarında olan Nizami rayon Prokurorluğunun 01 dekabr 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində saxlanılarkən Nizami RPİ-nin 24-cü PŞ-nin əməkdaşları tərəfindən döyülməsi və xəsarət alması barədə daxil olmuş məlumat əsasında toplanmış material üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. (cild 02, iş vərəqə 1-3) İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, xx.xx.2022-ci il tarixdə çağırışa gəlmiş TTY həkimi X5 və tibb işçisi X3 qarşı bıçaq nümayiş edilərək, “morfi” iynəsinin vurulmasının tələb edilməsi, qapını bağlayaraq azadlıqlarının məhdudlaşdırılması xüsusatı üzrə ayrıca cinayət işi ayrılmışdır. (cild 02, iş vərəqə 187-189) Zərərçəkmiş şəxs1 nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş 01 ədəd DVD diskə baxış keçirilmiş, həmin diskdəki videogörüntüdə Zərərçəkmiş şəxs1 və Təqsirləndirilən şəxs arasında baş verən dava-dalaş zamanı Təqsirləndirilən şəxs əlində metal predmetin olması müəyyən edilmişdir. Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı araşdırılmış sübutların məcmusuna əsaslanıb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 134, 221.3 və 234.1-1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmədə özünü təqsirli bilməməklə, zərərçəkmiş şəxsləri hədələməməsi, ictimai qaydanı pozan qərəzli hərəkətlərə yol verməməsi və üzərində narkotik vasitə olmaması, həmin narkotik vasitənin polis əməkdaşları tərəfindən onun cibinə yerləşdirilməsi barədə ifadəsinə hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, onun bu ifadəsi məsuliyyətini yüngülləşdirmək məqsədi daşımaqla, həqiqəti əks etdirməyərək, iş üzrə şahidlərin, zərərçəkmiş şəxslərin ifadələri, məhkəmə-kimyəvi ekspertizasının 15 oktyabr 2022-ci il tarixli, 6/5961 saylı rəyi, məhkəmə-tibb ekspertizasının 16 noyabr 2022-ci il tarixli, 19/964 saylı rəyi, 14 oktyabr 2022-cİ il tarixli «şəxsi axtarış və götürmə aparılması haqqında» və 20 oktyabr 2022-ci il tarixli «diskə baxış keçirilməsi haqqında» protokollar, Nizami rayon Prokurorluğunun 01 dekabr 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı və digər mötəbər sübutlarla tam təkzib edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə qeyd edir ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışı dəqiq və birmənalı şəkildə müəyyənləşdirilmişdir. Belə ki, qeyd olunan qanunun həmin maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekurslarının dövriyyəsi haqqında” xx.xx.2011-ci il tarixli qərarında izah edilir ki, “narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Nəzərə alınmalıdır ki, narkotik vasitələrin qanunsuz dövriyyəsinin anlayışı «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 1.0.5-ci maddəsində dəqiq müəyyən edilmişdir. Belə ki, həmin maddəyə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlər başa düşülür. Göründüyü kimi, bu Qanunun mənasına görə qanunsuz dövriyyə geniş anlayışdır və satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarda əldə edilməsi əməlini də özündə ehtiva edir. Təqsirləndirilən şəxs götürülmüş 65,443 qram tünd qəhvəyi rəngli qətranabənzər, spesifik iyli maddə xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryək 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları»na əsasən şəxsi istehlak miqdarından artıq olmaqla, külli miqdar təşkil edir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” AR Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli qərarının 2-ci bəndində qeyd edilir ki, AR Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. "Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli Qərarının 3-cü bəndində qeyd edilmişdir ki, Məhkəmələrin diqqəti xuliqanlıq cinayətinin digər oxşar cinayətlərdən fərqləndirilməsi zəruriyyətinə cəlb edilsin. İctimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud pozmağa və cəmiyyətə qarşı açıq aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” AR Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli qərarının 2-ci bəndində qeyd edilir ki, AR Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Xuliqanlığın əsas tərkibini təsbit edən CM-nin 221.1-ci maddəsinin dispozisiyasından, eləcə də “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2004-cü il 23 mart tarixli qərarında, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 17 fevral 2006-cı il tarixli, habelə “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarlarında xuliqanlıq cinayətinə verilmiş təfsirlərindən aydın olur ki, xuliqanlıq cinayəti ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik göstərən qərəzli hərəkətlərdə ifadə olunmalı, həmin hərəkətlər isə vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Məhkəmə tərkibi belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 134, 221.3 və 234.1-1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 134, 221.3 və 234.1-1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. İş materiallarında olan DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, Kəngərli X6 şəhər Xalq Məhkəməsinin 23 noyabr 1976-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 143-cü maddəsinin 2-cİ hissəsi ilə təqsirli bilinib 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Ağdam rayon Xalq Məhkəməsinin 11 may 1979-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 129-cu maddəsinin 1-ci hissəsi ilə təqsirli bilinib 02 il 02 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, Ağdam rayon Xalq Məhkəməsinin 16 iyun 1983-cü il tarixli hökmünə əsasən 208-ci maddəsinin 1-ci hissəsi ilə təqsirli bilinib 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, Mir-Bəşir rayon Xalq Məhkəməsinin 13 iyun 1988-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 145-ci maddəsinin 2-ci hissəsinin 1,2,6,8-ci bəndləri, 220-ci maddəsinin 1-ci hissəsi ilə təqsirli bilinib 07 il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Xətai rayon Məhkəməsinin 27 avqust 2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 228.1 və 228.4-cü maddələri ilə təqsirli bilinib 02 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. AR Prezidentinin xx.xx.2020-ci il tarixli 1970 saylı sərəncamına əsasən əfv olunaraq cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir. (cild 01, iş vərəqə 206-209) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Odur ki, Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. Məhkəməyə təqdim edilmiş vəsiqələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs müharibə veteranı olmaqla, 2-ci dərəcəli Qarabağ müharibəsi əlilidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən, Təqsirləndirilən şəxs müharibə veteranı olmaqla, 2-ci dərəcəli Qarabağ müharibəsi əlili olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır və AR CM-nin 61-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah edilməsi mümkün olmadığından ona təqsirli bilindiyi maddənin sanksiyası daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs törətdiyi cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlər daxil olduğundan, məcmuya daxil olan cinayətlərə görə təyin olunan cəzalar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə uyğun olaraq qismən toplanılmalı və bu yolla təqsirləndirilən şəxsə qəti cəza təyin edilməlidir. İş materiallarında olan 14 oktyabr 2022-ci il tarixli “şübhəli olan şəxsin tutulması haqqında” protokoldan və Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 4(007)-553/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 14 oktyabr 2022-ci il tarixdən hesablanmışdır. (cild 01, iş vərəqə 22; 115-117) Odur ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 14 oktyabr 2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlakı müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin xx.xx.2023-cü il tarixli, 138 nömrəli rəyinə əsasən, Təqsirləndirilən şəxs narkomaniyadan müalicə üçün tibbi xarakterli məcburi tədbirlər tətbiq olunmamalı, lakin, o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq işi üzrə aparılmış ekspertiza tədqiqatının dəyərini təşkil edən 114 (yüz on dörd) manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə AR Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən, maddi sübutlarla bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Bakı şəhəri Nizami rayon Polis İdarəsində saxlanılan Təqsirləndirilən şəxs aşkar olunub götürülmüş təmiz çəkisi 65,443 qram tünd qəhvəyi rəngli qətranabənzər, spesifik iyli maddə xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkdən ekspertiza tədiqatından sonra qalıq qalmış 65,243 qram çəkidə tünd qəhvəyi rəngli qətranabənzər, spesifik iyli maddə xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə şəxsi axtarış və götürmə protokolunun videoyazısı olan 01 ədəd DVD disk, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345-347, 349, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 134, 221.3 və 234.1-1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 134-cü maddəsi ilə 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə 03 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən, təyin olunmuş cəzalar qismən toplanılsın və Təqsirləndirilən şəxs qəti olaraq 03 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 14 oktyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübutlar – Bakı şəhəri Nizami rayon Polis İdarəsində saxlanılan Təqsirləndirilən şəxs aşkar olunub götürülmüş ekspertiza tədiqatından sonra qalıq qalmış 65,243 qram çəkidə tünd qəhvəyi rəngli qətranabənzər, spesifik iyli maddə xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, iş üzrə şəxsi axtarış və götürmə protokolunun videoyazısı olan 01 ədəd DVD disk, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərcləri - ekspertiza tədqiqatının dəyərini təşkil edən 114 (yüz on dörd) manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə təqdim edildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Əhməd Quliyev hakimlər: Telman Hüseynov Fərid Namazov
Məhkəmə qərarları › İş №1(101)-363/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-363/2024
25.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver