Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-364/2019 22.07.2019 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ hakim İradə Xəlil qızı Həsənzadənin sədrliyi ilə hakimlər Əhməd Qəhrəman oğlu Quliyevdən və Azər İslah oğlu Paşayevdən ibarət tərkibdə Zülfiyyə Asif qızı Salmanzadənin katibliyi ilə dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X5 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru X50 zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 müdafiəçilər Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 iştirakı ilə 1988-ci il sentyabrın 28-də Şamaxı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində dörd nəfər azyaşlı uşağı olan, əvvəllər məhkum edilməmiş, işləməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2rəsində həbs qismində qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 29,120.2.4.-cü və 228.1.-ci maddələrində; 1987-ci il iyunun 24-də Şamaxı rayonunun Çarhan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində bir nəfər azyaşlı uşağı olan, əvvəllər məhkum edilməmiş, işləməmiş, ünvan 3 ünvanında qeydiyyatda olmaqla Şamaxı şəhərinin Ziya Bünyadov küçəsində yaşamış, barəsində həbs qismində qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 126.1.-ci və 228.4.-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs1 qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı və üzərində gəzdirdiyi odlu silahdan xüsusi amasızlıqla və ümumi təhlükəli üsulla qəsdən adam öldürməyə, yəni digər şəxsi həyatdan məhrumetməyə cəhd etmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 2018-ci il iyunun 6-da saat 22 radələrində xalası oğlu Təqsirləndirilən şəxs2 həmyerliləri X36 və Zərərçəkmiş şəxs1 tərəfindən döyülməsi barədə məlumat verməsindən sonra qisas almaq niyyəti ilə həmin tarixdə saat 2250 radələrində Şamaxı şəhəri, Xətai küçəsi, 40 «a» saylı evin yaxınlığına Təqsirləndirilən şəxs2 ilə birlikdə tanışı X37 idarə etdiyi ona məxsus «Lada Priora» markalı AZ-**-ZK-*** dövlət qeydiyyat nişanlı avtomobillə getdikdə küçə darvazasının qarşısında Zərərçəkmiş şəxs1 qohumları Zərərçəkmiş şəxs2, Şahid1 və Şahid2 ilə dayanaraq söhbət etdiklərini görüb Zərərçəkmiş şəxs1 qəsdən öldürməyi qərarlaşdırmaqla avtomobildən aşağı enəndə istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı və üzərində gəzdirdiyi, odlu silah hesab olunan «Makarov» tipli tapançadan göstərilən şəxslərdən təxminən 30-40 santimetr məsafədəki Zərərçəkmiş şəxs1 doğru yaxın adamı, faktiki olaraq əmisi, sənəd üzrə qardaşı sayılan Zərərçəkmiş şəxs2 gözü qarşısında aşkar surətdə əzab və işgəncə verdiyini dərk edərkən müstəsna qəddarlıq nümayiş etdirib bunu arzulamış, təxminən 5-6 metr məsafədən ümumi təhlükəli üsulla, yəni adı çəkilən şəxslərin həyatına təhlükə yaratmaqla atəş açmış, Zərərçəkmiş şəxs1 qaçaraq darvazadan içəri girməyə çalışdıqda ikinci dəfə atəş açıb sol əlindən vurmaqla sonuncuya sol əlin ovuc səthinin orta falanqaları proyeksiyasında İİ-İİİ-İV barmaqların yaraları ilə nəticələnən və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvumaya aid xəsarətlər yetirmiş, niyyətini həyata keçirmək üçün hərəkətlərini davam etdirərək üçüncü dəfə atəş açsa da Zərərçəkmiş şəxs1 qaçıb həyətə daxil olmaqla darvaza qapısını örtdüyündən güllənin qapıya dəyməsi ilə əlaqədar bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməlini iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırmayaraq avtomobilə əyləşib ərazidən uzaqlaşmaqla Zərərçəkmiş şəxs1 qəsdən öldürməyə, yəni qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı və üzərində gəzdirdiyi odlu silahdan xüsusi amasızlıqla və ümumi təhlükəli üsulla qəsdən həyatdan məhrumetməyə cəhd etmişdir. Təqsirləndirilən şəxs2 qanunsuz olaraq əldə edib üzərində gəzdirdiyi soyuq silah hesab olunan bıçaqla qəsdən başqasına insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs2 2018-ci il iyunun 6-da saat 22 radələrində həmyerliləri X36 və Zərərçəkmiş şəxs1 tərəfindən döyülməsi barədə xalası oğlu Təqsirləndirilən şəxs1 məlumat verdikdən sonra sonuncunun təşəbbüsü ilə qisas almaq niyyəti ilə həmin tarixdə saat 2250 radələrində Şamaxı şəhəri, Xətai küçəsi, 40 «a» saylı evin yaxınlığına sərxoş vəziyyətdə Təqsirləndirilən şəxs1 ilə bərabər tanışı X37 idarə etdiyi Təqsirləndirilən şəxs1 məxsus «Lada Priora» markalı AZ-**-ZK-*** dövlət qeydiyyat nişanlı avtomobillə getdikdə küçə darvazasının qarşısında Zərərçəkmiş şəxs1 qohumları Zərərçəkmiş şəxs2, Şahid1 və Şahid2 ilə dayanaraq söhbət etdiklərini görüb Təqsirləndirilən şəxs1lə birgə avtomobildən aşağı enəndə Təqsirləndirilən şəxs1 odlu silahdan atəş açmaqla qəsdən öldürməyə cəhd etdiyi Zərərçəkmiş şəxs1 qaçaraq həyətə daxil olub darvaza qapısını örtməsini müşahidə etdikdə ümumi niyyətlə əhatə olunmayan qəsdlə qisasını Zərərçəkmiş şəxs1 faktiki əmisi olmaqla sənəd üzrə qardaşı sayılan Elxan Əlbaba oğlun Qədimovdan almaq qərarına gəlmiş, bu məqsədlə istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə, qanunsuz olaraq əldə edib üzərində gəzdirdiyi, soyuq silah hesab edilən ümumi uzunluğu 230 mm olmaqla 115 mm uzunluğunda paslanmayan gümüşü rəngli parıltılı metal tiyədən və 125 mm uzunluğunda iki ədəd gümüşü rəngli yastı metal lövhəli dəstək hissədən ibarət, zavod üsulu ilə hazırlanmış bıçaqla Elxan Əlbaba oğlun Qədimovun sağ qolundan və qarın boşluğundan vuraraq göstərilən şəxsə müvafiq qaydada sağ saidin yuxarı üçdə birinin iç səthinin yarası ilə nəticələnən və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya, qarnın ön divarında boşluğa nüfuz edib nazik bağırsağın və bağırsaq müsariqələrinin zədələnmələri ilə müşahidə olunan yaraları ilə nəticələnməklə yetirilən andan həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid xəsarətlər yetirmişdir. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 29,120.2.4.-cü və 228.1.-ci maddələri ilə ona elan edilən ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, 2018-ci il iyunun 6-da saat 18 radələrində xalası oğlu Təqsirləndirilən şəxs2la birlikdə sonuncunun adına sənədləşdirsə də faktiki ona məxsus «Lada Priora» markalı AZ-**-ZK-*** dövlət qeydiyyat nişanlı ağ rəngli avtomobillə Şamaxı şəhəri ərazisində yerləşən «20 Yanvar» parkına çay içməyə getmişlər, Samir qonaq çağırıldığını deyib avtomaşını özünə verməyini xahiş etdikdə avtomobilin açarını sonuncuya ötürmüşdür. Parkdakı çay evində tanımadığı yaşlı kişilərlə «ayağa durdu» adlanan sistem üzrə domino, dostu X37 tanışı Mosu ləqəbli X8 ilə bilyard oynamışdır, Fuadın idarə etdiyi «VAZ-21015» markalı, dövlət qeydiyyat nişanını xatırlamadığı avtomaşına minməklə Şamaxı şəhəri ərazisində bir qədər gəzişərək söhbət etmişlər. Həmin ərəfədə Samir ona zəng edib Zərərçəkmiş şəxs1 və qeyrilərinin onu evlərinin qarşısına aparmaqla döydüklərini söyləmiş, yenidən «20 Yanvar» parkına çatanda Samirin sərxoş vəziyyətdə avtomobilin salonunda olduğunu görmüş, Fuad öz avtomaşınından düşərək onun avtomobilinin sükan arxasına keçmiş, o isə sürücü oturacağının altında olan «Makarov» tipli tapançanı götürmüş, Samirin qisasını almaq, Ceyhunu döyüb qorxutmağı fikirləşmişdir. Son nəticədə hadisə yerinə yaxınlaşdıqda onun avtomobilini Fuad idarə etmişdir, özü öndə, Samir isə arxada əyləşmişlər. Bir qədər getməklə Fuada avtomaşını tərk etməsini tapşırmış və avtomobili Ceyhungilin yaşadığı evədək özü sürmüşdür. Darvazanın qarşısında Ceyhun, istintaqda oğlanın əmisi olduğunu bildiyi və əvvəllər tanımadığı Zərərçəkmiş şəxs2 adlı şəxs və digər bir nəfər olmuşlar, avtomaşından aşağı enərək ünvanlarına nalayiq ifadələr işlədib «belə qudurmusuz, kişi kimi dava edə bilmirsiz, evinizdə adam döyürsünüz» söyləmişdir. Əlində olan tapança ilə havaya bir atəş açmış, ona tərəf gələn Elxana «sənlik deyil, sən qarışma» demiş, göstərilən vaxt Ceyhunun darvazanın qapısından içəri keçmək istədiyini gördükdə 2 metr məsafədən atəş açmaqla əlindən vurmuş, sonuncu həyətə girərək qapını örtəndə darvazanın aşağı tərəfindən də bir güllə atmışdır. Samir yanlarındakı olan Elxanın qarın boşluğundan bıçaqla bir zərbə vurduqda Elxan çönüb darvazadan içəri daxil olduqdan sonra avtomobilə minməklə oradan getmişlər. Bu zaman tapançada iki güllə qalmış, Ceyhunu öldürmək niyyəti olsaydı, dalbadal yaxın məsafədən, yaxud Elxanın ardınca darvazadan həyətə atılıraq yenidən atəş açmağa, Ceyhunu öldürməyə hər bir imkanı olmuş, əksinə, hirsi soyuduğundan, əməlinin baş verə biləcək nəticələrindən ehtiyatlanıb başqa bir hərəkət etməməklə hadisə yerindən uzaqlaşmış, Samiri Şamaxı şəhəri ərazisində düşürdərək Bakı şəhəri istiqamətində yoluna davam etmiş, Qobustan şəhərini, «Lukoyl» yanacaqdoldurma məntəqəsini ötüb silahı sağ tərəfdəki çöllüyə tullamış, bir qədər sonra avtomaşını yolun kənarında saxlamaqla zəng vurduğu Samirə yerini deyərək götürməsini bildirib naməlum şəxsin idarə etdiyi qara rəngli «Mercedes» markalı, dövlət qeydiyyat nişanını, dəqiq modelini bilmədiyi avtomobillə 5 manat müqabilində Bakı şəhərinə yollanmaqla 3-cü mikrorayon ərazisində skamyada gecələmiş, səhərisi gün telefonla danışdığı anası X19 ona təslim olmağını məsləhət etmiş, o da 2018-ci il iyunun 7-də axşam saatlarında Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Bölməsinin əməkdaşlarına müraciət etmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs1 ifadəsində göstərdi ki, cinayəti törədərkən yanında Samirdən başqa heç kim olmamışdır, özü ayıq, Samir içkili vəziyyətdə olmuşlar. Silahı atdığı ərazini təxmini göstərə bilər, həmin vaxt həyəcanlı olduğundan özündə olmamışdır, dəqiq yerini xatırlamır. «Makarov» tipli tapança hadisədən təqribən 1 il 6 ay əvvəldən etibarən onda olmuş, Şamaxı şəhər sakini olan dostu X27 silahı ona verərək getdiyi Rusiya Federasiyasında ürək xəstəliyindən öldüyündən tapança onda qalmış, silahı öz avtomaşınındakı sol oturacağın altında gizlətmiş, Şamaxı şəhər sakini kimi qiyabi tanıdığı X28 Bakı şəhərindən heç bir qutuda ona silah göndərməmişdir. 2018-ci il iyunun 6-da Samir ona Ceyhungil tərəfindən sonuncuların evlərinin yanında döyüldüyünü danışdıqdan sonra əsəbiləşib Samirlə bərabər Ceyhunun yaşadığı məhəlləyə məsələni sadəcə aydınlaşdırmaq üçün getmiş, aralarında qabaqcadan hər hansı bir razılaşma olmamışdır, konkret olmaqla orada kimisə öldürməyi istəməmişlər, üstündə silah olmasından Samirin və Fuadın məlumatı olmamışdır, adı çəkilən şəxslər hadisə yerində silahdan istifadə edəcəyini bilməmişlər, Samir üzərində bıçaq olmasını, kiməsə xəsarət yetirəcəyini söyləməmişdir. Ümumiyyətlə Elxanla onun heç bir işi olmamışdır. Hadisələr qısa ani surətdə baş verdiyindən heç bir şeyi planlaşdırmamışlar. Məqsədi Ceyhunu taparaq başa salmaq olmuş, Ceyhunu və başqa bir şəxsi öldürmək və ya ağır yaralamaq fikri, Samirlə ümumi niyyətləri olmamışdır. Hadisə baş verən zaman orada Ceyhunu, Elxanı və başqa bir şəxsi öldürmək, daha ağır xəsarətlər yetirmək üçün real imkanları olmuşdur, lakin buna cəhd etməmişlər. X52 əmisi olduğuna görə vurmuşdur. Hadisə yerində 2 dəqiqədən də az bir müddət ərzində olmuşlar, ətrafa kənar şəxslər toplaşmamış, Fuad hadisə yerində olmamışdır. Sonradan Samirin onun avtomobilində unutduğu bıçağı özü könüllü istintaqa təqdim etmişdir. Heç bir dini təbəqəyə xidmət etmir, Rusiya Federasiyasından və Ukraynadan başqa xaricdə olmamışdır, dövlət əleyhinə çıxan hər hansı bir təşkilatın üzvü olmayıb hökümətə qarşı hərəkətlərdə iştirak etməmiş, əvvəllər məhkum olunmamışdır və yaşadığı rayonda kriminal nüfuza malik deyildir, Samir ona nahaq döyülməsini deməsəydi, Ceyhungildən səbəbini araşdırarkən belə bir nəticə baş verməzdi. Əgər məqsədi olsaydı, 2 metr məsafədən silahda qalan iki güllə ilə açacağı atəşdən digərlərinə təhlükə yaratmadan oradakı hər bir şəxsi, o cümlədən Elxanı öldürə bilərdi, Ceyhun əlinin ovuc nahiyəsini yaralamaqla kifayətlənməzdi. Hadisə cəmi 2 dəqiqə, yəni çox qısa bir müddət ərzində baş verdiyndən Ceyhunun yanındakı, yaxın adamı olduğunu bilmədiyi Elxana hər hansı bir əzab, iztirab vermək arzusunda olmamış, bunları nəinki dərk edirdi və ya fikirləşirdi, heç ağlına da gəlməzdi. Hesab edir ki, Ceyhunu yalnız cəzalandırmaq istədiyindən, kimisə öldürmək, az ağır və ya ağır xəsarət yetirmək niyyəti olmadığından, qəsdi qeyri-müəyyən olduğundan əməlləri vurduğu zərərin nəticələrinə görə Azərbaycan Respublikasının CM-nin 128-ci, habelə 228.1.-ci maddələri ilə tövsif edilməlidir. Əməlindən həddindən artıq peşmandır, həmyerliləri olan zərər çəkmiş şəxslərlə barışıq əldə etmişdir. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 126.1.-ci və 228.4.-cü maddələri ilə ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 2018-ci il iyunun 4-də gecə saatlarında Şamaxı şəhəri ərazisindəki mərkəzi kolxoz bazarının arxasında yerləşən, oturduqları «Cəllad» kafesində xalası oğlu Təqsirləndirilən şəxs1 və həmyerlisi X40 ilə piti yeyərkən Elşadla birlikdə bir ədəd 750 qramlıq araq içmişdir, sonradan Şamaxı şəhərindəki «20 Yanvar» parkına çay içməyə getmişlər, X29 işlətdiyi çay evində Elşadla kart vasitəsilə qumar oynadıqdan sonra sonuncunun ona 300 manat məbləğində borcu əmələ gəlsə də vermədiyi üçün aralarında münaqişə yaranmış, şüşə külqabını başına çırpdıqda Elşadın qaş nahiyəsinə xəsarət yetirmişdir, hər ikisi sərxoş vəziyyətdə olduğuna görə Nadirlə Orxan onları sakitləşdirmişlər. Səhərisi gün günorta saatlarında Nadir, Orxan və Elşad ilə bərabər Orxanın idarə etdiyi «Nissan» markalı Rusiya Federasiyasına aid dövlət qeydiyyat nişanlı avtomobillə Ağsu dolayındakı «Mingəçevir» yeməkxanasında yeyib-içməklə onlar barışmış, qayıdaraq Şamaxı şəhərindəki Orxanın çayxanasında çay içmişlər. 2018-ci il iyunun 6-da saat 2030 radələrində adına rəsmiləşdirilsə də Nadirə məxsus «Lada Priora» markalı AZ-**-ZK-*** dövlət qeydiyyat nişanlı ağ rəngli avtomobillə qonaq getdiyi dostu X13 Müşviq və yeznəsi X14 ilə çörək yeyərək Qaliblə ilə 1 litr araq içib bağdakı çayxanaya gəldikdə Elşadın qardaşı uşağı Zərərçəkmiş şəxs1 və tanımadığı digər adamın xahişi ilə hər birini avtomaşına mindirməklə yaşadıqları küçəyə çatdırmışdır, həmin şəxslər ağsaqqalları Elşada bundan əvvəl xəsarət yetirdiyi üçün onu döyməyə başlamış, yumruqla sifət nahiyəsinə, gözlərinin altına vurmuşlar. O, avtomobili idarə edərək bağdakı çayxananın yanına qayıdarkən Nadirə zəng çalıb hadisəni danışanda Nadir möhkəm əsəbiləşməklə onu döyənlərə günlərini göstərəcəyini deyərək avtomaşının sükan arxasına əyləşmiş, yolda salona X43 otursa da Ceyhungilin məhəlləsinə çatan vaxt düşmüşdür. Küçədə Nadir silahdan bir-iki dəfə atəş açmış, güllənin biri Ceyhunun əlinə dəymiş, o isə həmyerlisi kimi tanıdığı Zərərçəkmiş şəxs2 Ceyhunun əmisi olduğuna görə bıçaqla vurmuşdur. Özünə gəlib Bakı şəhərində olduğunu görmüşdür. 2018-ci il iyunun 7-də səhər saatlarında əlaqə saxladığı anası X18 telefonda dünən axşam dava-dalaş saldıqlarını söyləmişdir. X2, X7, X41 və X44 ilə bərabər Siyəzən rayonuna çay içməyə yollandığı zaman postda polis işçiləri onu saxlamışlar, dostlarının onun cinayət törətməyindən məlumatları olmamış, sifətindəki xəsarətlərlə maraqlansalar da dalaşdığını bildirmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs2 ifadəsində göstərdi ki, cinayəti törədərkən yanlarında başqa heç kim olmamış, tam sərxoş vəziyyətdə olmuş, narkotik vasitə qəbul etməmiş, hadisədə istifadə etdiyi bıçaq Nadirin avtomobilində qalmışdır, bıçağı haradan almasını xatırlamır. Nadirin tətbiq etdiyi tapançanı haradan əldə etməsindən xəbəri olmamış, həmin silahı əvvəllər Nadirdə görməmiş, hadisə yerinə gedəndə sonuncunun üzərində odlu silah olmasını bilməmişdir. Polis əməkdaşları ona qarşı heç bir qanunsuz hərəkət etməmişlər. Nadirin «Lada Priora» markalı avtomaşını harada gizlətməsindən məlumatı yox idi. Elxanı Ceyhunun əmisi olduğu üçün bıçaqla vurmuş, hadisə yerinə kimisə öldürməyə gəlməmiş, belə bir planları olmamış, hər şey qəflətən baş vermiş, onun bıçaq gəzdirməsindən Nadirə və digər bir şəxsə danışmamışdır. Onunla Nadir hadisə yerində təxminən 2 dəqiqə olmuşlar, yanlarında heç kim olmamış, ətrafa heç kəs toplaşmamışdır. Nadirin Ceyhunu öldürməyə hər bir imkanı olmuş, lakin bunu etməmiş, sonradan bildiyi kimi Nadirin istifadə etdiyi silahda hələ iki güllə qalmışdır, kimisə, o cümlədən Ceyhunu öldürmək niyyətində olsaydı, olduqları 2 metr məsafədən atəş açmaqla arzusuna çata bilərdi, Elxanın dalınca həyətə girərək və yaxud darvazadan tullanıb yenidən Ceyhunu və başqasını güllələkməklə öldürməyi bacarardı. Əməlindən çox peşmandır, zərər çəkmiş şəxslərlə barışıq əldə etmişdir. İş üzrə zərər çəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, 2018-ci il iyunun 6-da saat 22 radələrində Şamaxı şəhərindəki «Aşıqlar Bağı» adlanan parkda dayandığı vaxt Təqsirləndirilən şəxs2 idarə etdiyi ağ rəngli «Lada Priora» markalı avtomobillə gələrək yanında saxlamış, avtomaşından düşəndən sonra kinayəli şəkildə salamlaşmış, ona qarşı nalayiq ifadə işlətmiş, «deyəsən, şişmisən» söyləmişdir. Samirə aqressiv cavab verib özünün şişdiyini bildirməklə sözlü mübahisə etməyə başlamışlar. Bundan sonra Samirə onu apararaq evlərinin yaxınlığında düşürməsini, orada təklikdə söhbət etmələrini demişdir. Samirin sürdüyü avtomobilə mindiyi zaman gələn əmisi oğlu X36 da arxa oturacaqda əyləşmiş və onu da aparmasını xahiş etmişdir. «Yeni City» ticarət mərkəzinə çatmamış yolun kənarında yerləşən dayanacaqda Samir avtomaşını saxlayıb mübahisə etməklə ona bir sillə atdıqda Samirin gözünün altından bir yumruq zərbəsi vurmuşdur. Səxavətlə birlikdə avtomobildən düşərək qaçdıqları vaxt Samir ona «gününü görərsən» qışqırmışdır. Səxavətin hansı istiqamətdə uzaqlaşdığını bilməmişdir. Küçələrinə çatdıqda bibisi X15 darvazasının qarşısında əmisi Zərərçəkmiş şəxs2 dayandığını görmüş, içəri keçərək su içib qayıtdıqda bibisinin əri Şahid1 onun dalınca həyətə çıxmışdır. Darvazanın qarşısında dayandıqları zaman əmisi oğlu Şahid2 da onlara qoşulmuşdur. Saat 2250 radələrində Maarif, Şirzad və Elxan ilə bərabər Maarifgilin yaşadığı evin giriş qapısının qarşısında durmaqla söhbət etdikləri vaxt həmin «Lada Priora» markalı avtomaşın yaxınlaşaraq onlara təxminən 1-2 metr qaldıqda dayanmış və qabaq sərnişin tərəfdən Samirin xalası oğlu Təqsirləndirilən şəxs1 düşüb əlindəki tapança ilə onlar tərəfə atəş açmağa başlayanda bir qədər əvvəl Samiri vurduğuna görə gəldiklərini düşünmüşdür. Nadirin arxasınca Samir də salonun arxa oturacağından enmiş, yanında olanlar ona içəri girməyi dediklərindən darvazanı açmaqla həyətə daxil olmaq istədiyi zaman Nadir yenə də atəş açdığı üçün güllə onun əlindən dəymiş, ovuc nahiyəsini sıyırmışdır. Elxan onların qabağına duraraq sakitləşdirməyə çalışdığı vaxt içəri girmiş və onun ardınca Maarif də içəri keçib qapını arxadan bağladığı zaman Nadir qapıya bir atəş açmışdır. Əlindən qan axdığından qorxmuş və özünü itirmişdir. Ayıldıqda özünü həyətdə olduğunu görmüşdür, artıq Samir və Nadir getdiklərindən qohumları onu xəstəxanaya aparmışlar. X35rnından bıçaqla vurmaqla xəsarət yetirdiyini bilmişdir. Bundan əlavə Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, nə Samir, nə də ki, Nadir ilə əvvəllər aralarında hər hansı bir qərəzçilik, düşmənçilik olmamışdır, yalnız hadisədən bir neçə saat öncə Samirlə mübahisə etmişlər, ona şillə atdığı üçün Samiri yumruqla vurmuşdur. Göstərilən avtomobildə Samirdən və Nadirdən başqa bir nəfər də şəxs olmuş, sonralar avtomaşını idarə edən şəxsin adının X43 olduğunu öyrənmişdir. Fuad ona və qohumlarına qarşı heç bir hərəkət etməmiş, avtomobilin arxa tərəfinə keçərək dayanmışdır, Samirlə Nadir isə onunla hesablaşmaq, əvəzini çıxmaqdan ötrü gəlmişlər. Nadir odlu silahdan ona ərəf atəş açanda onu qətlə yetirməyə imkanı olsa da bunu etməmiş, istintaqda Nadirin onu öldürməyə cəhd etməsini təsdiqləmiş, vaxt keçdikcə səhf fikirləşdiyini anlamışdır. Cünki Nadir darvazadan aşıb onu öldürə, daha ağır yaralıya bilərdi, lakin belə niyyət Nadirdə olmamışdır. Samir onu vurmağa cəhd göstərməmiş, sonuncunun hadisədən bir qədər əvvəl sərxoş olduğunu hiss etmişdir. Onlar hamısı qaçmaqla içəri girdikdən sonra Elxan küçədə tək qalmış və Samir bıçaqla əmisini vurmuşdur. Hadisə ani bir müddət ərzində baş verərək təxminən 2-3 davam etmişdir, Nadir ona doğru atəş açanda yanında, ondan təqribən 30-40 santimetr məsafədə Maarif, Şirzad və Elxan dayanmışlar. Nadir Elxana qarşı ümumiyyətlə heç bir hərəkət etməmiş, Fuad hadisə yerində olarkən heç kimi vurmamışdır. Samirin bir neçə gün qabaq faktiki əmisi olub sənəd üzrə qardaşı sayılan X33 aralarında narazılıq olmasını eşitməklə münaqişə zamanı Samirə buna görə öz iradını bildirməsi hadisəyə səbəb olmuşdur. Hazırda barışdıqlarından təqsirləndirilən şəxslərə qarşı şikayəti və tələbi yoxdur. Aralarında bu hadisə üstündə gələcəkdə ədavət yaransa, nəsillərinin tərbiyəsinə pis təsir edə bilər. İş üzrə zərər çəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2007-ci il 13 dekabr tarixli hökmü əsasında Azərbaycan Respublikasının CM-nin 120.2.4.-cü maddəsi ilə təqsirli bilinib 13 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qərarı ilə cəzasından şərti olaraq 11 il 1 bir ay vaxtından əvvəl azad edilmiş, azadlığa çıxdıqdan sonra bacısı X20 ünvan 5 ünvanında yerləşən yaşayış evində ailə üzvləri ilə birlikdə yaşamış, heç bir yerdə işləməmişdir. 2018-ci il iyunun 6-da saat 2250 radələrində bacısıgilin evinin darvazasının qarşısında yeznəsi Şahid1, qardaşı oğlu olmaqla sənəd üzrə qardaşı sayılan Zərərçəkmiş şəxs1 və əmisi oğlu Şahid2 ilə dayanıb söhbət etdiyi vaxt ağ rəngli «Lada Priora» markalı avtomobil üzü darvazaya tərəf onlardan təxminən 1-2 metr məsafədə saxlamışdır. Adı sonradan ona məlum olan X37 idarə etdiyi avtomaşının sağ ön oturacağından Təqsirləndirilən şəxs1 əlində «Makarov» tipli tapança və sağ arxa oturacağından Təqsirləndirilən şəxs2 əlində açılıb-qatlanan bıçaq düşərək Nadir onlara qudurduqlarını bildirmiş və Ceyhuna tərəf bir atəş açmışdır. Sonuncu həyətə girmək istədikdə Nadirin atdığı ikinci güllə Ceyhunun əlinə dəymişdir. Ceyhun, arxasınca Maarif içəri keçmişlər, Şirzad isə evlərinə tərəf qaçmışdır. Nadir dallarınca yenidən darvazanın qapısının aşağı tərəfindən atəş açmaqla «sən çəkil, sənlik bir şey yoxdu» söylədiyi zaman sağ tərəfdən yaxınlaşan Samir «bu da onların qohumudu» deyib bıçaqla onun qarnının sağ nahiyəsinə bir zərbə endirmiş, müqavimət göstərdikdə həmin alətlə sağ qolu yaralanmışdır. Darvazadan həyətə daxil olandan sonra Nadirlə Samir real imkanları olduğu halda onlara qarşı başqa heç bir zorakılıq hərəkət etmədən avtomobilə minərək oradan uzaqlaşmışlar. Səs-küyə gələn qohum-qonşuları onu və Ceyhunu xəstəxanaya aparmışlar. Hadisədən təqribən beş dəqiqə əvvəl Ceyhun bir qədər öncə dalaşmaqla Samiri vurduğunu danışdığından Nadirgilin oğlandan əvəzini çıxmaqdan ötrü gəldiklərini başa düşmüşdür. Hadisə ümumilikdə 2-3 dəqiqə çəkmişdir, ətrafa kənar şəxslər toplaşmamışlar. Bundan əlavə Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, Fuad adı səkilən şəxslərin əməllərində iştirak etməmiş, avtomaşının arxa tərəfində sakit durmuş, salonda başqa heç kim olmamışdır. Nadir Ceyhuna tərəf qısa məsafədən atəş açdığı üçün güllə ona, Maarifə və Şirzada dəyə bilməzdi. X39 öldürməyə cəhd etməsini təsdiq etsə də indiki vaxtda fikirləşir ki, Nadir darvazadan atılıb oğlanı öldürə, daha ağır xəsarət yetirə bilərdi, Samir onu Ceyhunun qohumu olduğuna görə bıçaqla qarnından bir dəfə vuraraq bədəninin diğər vacib nahiyələrinə xəsarətlər yetirmək imkanı olsa da bunu etməmiş, Ceyhunun qisasını ondan almışdır Hazırda barışdıqlarından təqsirləndirilən şəxslərə qarşı şikayəti və tələbi yoxdur. İş üzrə şahid qismində dindirilən Şahid1 və Şahid2 ayrı-ayrılıqda zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ilə eyni məzmunlu ifadələr verməklə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 2-3 dəqiqə ərzində hadisə yerində olarkən onların hamısını öldürmək və ağır xəsarətlər yetirmək imkanları olsa da bunları etməmiş, Ceyhundan qisas almaq məqsədi ilə Nadir tapancadan üç dəfə atəş açıb Samir isə Elxanı qarnından bıçaqla vuraraq oradan uzaqlaşmalarını bildirməklə tərəflərin hazırda barışdıqlarını, aralarında düşmənçilik olmadığını göstərmişlər. İş üzrə şahid qismində dindirilən yetkinlik yaşına çatmayanlar Şahid3 və Şahid4 ayrıayrılıqda zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ifadələrini təsdiqləyib hadisəni uzaqdan müşahidə etdiklərini, şəxsən onlara qarşı heç bir hər cinayət törədilmədiyini, Təqsirləndirilən şəxs1 Ceyhuna tərəf atəşlər açdıqdan, Təqsirləndirilən şəxs2 isə bıçaqla Elxanı vurduqdan sonra gəldikləri avtomobilə əyləşərək hadisə yerini tərk etməklə uzaqlaşdıqlarını göstərmişlər. İş materiallarındakı Şamaxı Rayon Prokurorluğunun tərtib etdiyi 2018-ci il 6 iyun və 2018-ci il 7 iyun tarixli protokollardan görünür ki, ilkin və əlavə baxışlar keçirilərkən hadisə yerində üç ədəd giliz, iki ədəd güllə, bir ədəd deformasiyaya uğrayan metal parçası, torpaq səthindən pambıq vasitəsilə götürülən qan nümunələri və üzərində qanabənzər ləkələr olan daş parçaları aşkar olunaraq müvafiq qaydada qablaşdırılmaqla götürülmüş; fotocədvəllər protokola əlavə edilmişdir (1-ci cild, 5-17-ci və 24-30-cu vərəqlər). İş materiallarındakı Şamaxı Rayon Prokurorluğunun tərtib etdiyi 2018-ci il 7 iyun tarixli protokollardan görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 hadisə zamanı əynindəki bir ədəd üçdüyməli, boyun və sol döş nahiyəsində parlaq naxışlarla bəzəklər, üzərində qanabənzər ləkələr olan ağ rəngli qısaqol köynək, həmçinin Şamaxı Mərkəzi Rayon Xəstəxanasında tibbi müayinə nəticəsində sol əlinin ovuc hissəsindən çıxarılan bir ədəd metal dəmir parçası, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 hadisə vaxtı əynindəki üzərində qanabənzər ləkələr, zədə izləri olan bir ədəd qara rəngli mayka, bir ədəd tünd göy rəngli, boğaz nahiyəsində «Canalı» yarlıqlı qısaqol köynək iş üçün əhəmiyyət kəsb etdiyindən götürülərək qablaşdırılmışdır (1-ci cild, 51-52-ci və 63-64-cü vərəqlər). İş materiallarındakı Şamaxı Rayon Prokurorluğunun tərtib etdiyi 2018-ci il 7 iyun tarixli protokollardan görünür ki, Şamaxı şəhərinin X53 küçəsi ilə Cəfər Cabbarlı küçələrinin kəsişməsindəki «Yeni City» ticarət mərkəzinin X53 küçəsini müşahidə altında saxlayan 4 saylı, Cəfər Cabbarlı küçəsini müşahidə altında saxlayan 2 saylı və 15 saylı kameralar vasitəsi ilə 2018-ci il iyunun 6-da saat 2244-dən saat 2300-a kimi qeydə alınan görüntülər iş üçün əhəmiyyət kəsb etdiyindən elektron məlumat daşıyıcısına (diskə) köçürülərək götürülməklə diskə və diskdə görüntülənən «VAZ-21150» markalı AZ-**-OV- *** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilərkən qeydiyyat şəhadətnaməsinin surəti və fotocədvəllər protokola əlavə olunmuşdur (1-ci cild, 71-80-ci vərəqlər). İş materiallarındakı Şamaxı Rayon Prokurorluğunun tərtib etdiyi 2018-ci il 8 iyun tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 29,120.2.1-ci, 29,120.2.4-cü və 29,120.2.7-ci maddələrində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs kimi tutulmuşdur (1-ci cild, 114-115-ci vərəqlər). İş materiallarındakı Şamaxı Rayon Prokurorluğunun tərtib etdiyi 2018-ci il 8 iyun tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 hadisə zamanı əynindəki bir ədəd tünd göy rəngli məxməri materialdan, ön hissəsi zəncirbəndlə bağlanan, ön sol tərəfində «Əjdaha» təsviri olan boyun nahiyəsində «Angelo Golosso» yarlıqlı gödəkçə, bir ədəd qara rəngli arxa sağ cibinin üzərində və kəmər hissəsində «Hermes» yarlıqlı cins şalvar, bir ədəd açılıb-qatlanan, dəmir metaldan hazırlanmaqla dəstəyinin üzərində müxtəlif naxışlar olan, kəsici hissəsinin uc tərəfində «Columbia» sözləri yazılan cib bıçağı götürülüb qablaşdırılmışdır (1-ci cild, 127-128-ci vərəqlər). İş materiallarındakı Şamaxı Rayon Prokurorluğunun tərtib etdiyi 2018-ci il 8 iyun tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 29,120.2.1-ci, 29,120.2.4-cü və 29,120.2.7-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrlə ittiham elan olunmuşdur (1-ci cild, 150-151-ci vərəqlər). İş materiallarındakı Şamaxı Rayon Məhkəməsinin 2018-ci il 8 iyun tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 2018-ci il iyunun 8-dən hesablanmaqla həbs qismində qətimkan tədbiri seçilmişdir (1-ci cild, 167-ci vərəq). İş materiallarındakı Şamaxı Rayon Prokurorluğunun tərtib etdiyi 2018-ci il 8 iyun tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 ifadəsində göstərdiyi Bakı-Şamaxı- Yevlax avtomobil yolunun Qobustan rayonu ərazisindən keçən 84-cü kilometrliyində və Bakı şəhəri istiqamətində yolun ehtiyat hissəsi ilə yolun sağ kənarında yerləşən torpaq yolun 74-cü və 90-cı kilometrliyinə kimi tam yoxlanılsa da «Makarov» tipli və hər hansı bir silah aşkar olunmamış; fotocədvəllər protokola əlavə olunmuşdur (1-ci cild, 181-185-ci vərəqlər). İş materiallarındakı Şamaxı Rayon Prokurorluğunun tərtib etdiyi 2018-ci il 9 iyun tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 29,120.2.1-ci, 29,120.2.4-cü və 29,120.2.7-ci maddələrində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs kimi tutulmuşdur (1-ci cild, 196-197-ci vərəqlər). İş materiallarındakı Şamaxı Rayon Prokurorluğunun tərtib etdiyi 2018-ci il 11 iyun tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 29,120.2.1-ci, 29,120.2.4-cü və 29,120.2.7-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrlə ittiham elan olunmuşdur (1-ci cild, 221-222-ci vərəqlər). İş materiallarındakı Şamaxı Rayon Məhkəməsinin 2018-ci il 11 iyun tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 2018-ci il iyunun 9-dan hesablanmaqla həbs qismində qətimkan tədbiri seçilmişdir (1-ci cild, 238-ci vərəq). İş materiallarındakı Şamaxı Rayon Prokurorluğunun tərtib etdiyi 2018-ci il 12 iyun tarixli protokollardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yaşadıqları, ataları müvafiq qaydada X21 və X10 məxsus ikimərtəbəli yaşayış evlərində aparılan hərtərəfli axtarış tədbirləri nəticəsində hər hansı silah, iş üçün əhəmiyyət kəsb edə biləcək digər əşya, predmet və sənəd aşkar olunmamış; fotocədvəllər protokola əlavə edilmişdir (1-ci cild, 244-251-ci vərəqlər; 2-ci cild, 1-12-ci vərəqlər). İş materiallarındakı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasının 2018-ci il 13 iyun tarixli 17/40-3081 nömrəli məktubundan görünür ki, Şamaxı Rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerinin əməkdaşları tərəfindən 2018-ci il iyunun 11-də saat 1330 radələrində təcridxanaya təhvil verilən Təqsirləndirilən şəxs2 2018-ci il iyunun 13-də saat 1530 radələrində Tibbi-sanitar hissəsində müayinə olunarkən onda hər iki gözətrafı nahiyənin və sol baldır nahiyəsinin ön səthinin bənövşəyi rəngli qançırları aşkar edilmiş, sonuncu həmin xəsarətləri cinayət hadisəsi törədilən vaxt qarşı tərəfin göstərdiyi müqavimət nəticəsində aldığını bildirmişdir (2-ci cild, 47-ci vərəq). İş materiallarındakı Şamaxı Rayonu İcra Hakimiyyəti başçısının Şamaxı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsinin 2018-ci il 22 iyun tarixli arayışından, habelə doğum haqqında şəhadətnamələrin kserosurətlərindən görünür ki, Təqsirləndirilən şəxs1 ailə tərkibi arvadı X22, qızları 2010-cu il təvəllüdlü Xədicədən və 2012-ci il təvəllüdlü Safiyədən, oğlanları 2013-cü il təvəllüdlü Mühəmməddən və 2017-ci il təvəllüdlü Sultandan ibarətdir (2-ci cild, 49-cu vərəq; 4-cü cild 37-39-cu və sair vərəqlər). İş materiallarındakı Şamaxı Rayonu İcra Hakimiyyəti başçısının Şamaxı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsinin tərtib etdiyi 2018-ci il 22 iyun tarixli xasiyyətnamələrdə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müsbət xarakterizə olunurlar (2-ci cild, 50-ci və 52-ci vərəqlər). İş materiallarındakı Şamaxı Rayonu İcra Hakimiyyəti başçısının Şamaxı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsinin 2018-ci il 22 iyun tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs2 Şamaxı şəhəri, 48 «a» saylı məhəllədə yaşayır və ailə tərkibi valideynlərindən, qardaşı X11 ibarətdir (2-ci cild, 51-ci vərəq). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 2018-ci il iyunun 22-də və 2018-ci il iyunun 28-də tərtib etdiyi tələbnamələrdən müvafiq qaydada görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər məhkum edilməmişlər (2-ci cild, 80-81-ci vərəqlər). İş materiallarındakı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 1 Nömrəli Respublika Psixiatriya Xəstəxanasının 2018-ci il 30 iyun tarixli 2464 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 və X30 arxiv məlumatına görə həmin tibb müəssisəsində müalicədə olmamışlar (2-ci cild, 88-ci vərəq). İş materiallarındakı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X51-Təcrübi və X47 rayon şöbəsinin sağlamlığa zərərvurmanın təyininə dair 2018-ci il 12 iyun tarixli 181 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 aşkar edilən sol alın nahiyəsinin, sol gözün bayır bucağının, sol almacıq (yanaq) nahiyəsinin qançırları, alt dodağın sol yarısının səthi yarası kimi xəsarətlər küt əşya təsirindən törənib kənar şəxs (şəxslər) tərəfindən 2018-ci il iyunun 6-da əl zərbələrindən yetirilməyə uyğun gəlməklə sağlamlığa zərər vurmadığından dərəcəsi təyin edilmir (2-ci cild, 91-92-ci vərəqlər). İş materiallarındakı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X51-Təcrübi və X47 rayon şöbəsinin sağlamlığa zərərvurmanın təyininə dair 2018-ci il 7 iyul tarixli 257 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 almış olduğu sağ saidin yuxarı 1/3-nin iç səthinin yarası, qarnın ön divarında boşluğa nüfuz edən, nazik bağırsağın və bağırsaq müsariqələrinin zədələnmələri ilə müşahidə olunan yaralar kimi xəsarətlər deşici-kəsici alət təsirindən törənib kənar şəxs tərəfindən 2018-ci il iyunun 6-da yetirilməyə uyğun gəlməklə dərəcəsinə görə sağ saidin yuxarı 1/3-nin iç səthinin yarası sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya, qarnın ön divarında boşluğa nüfuz edən, nazik bağırsağın və bağırsaq müsariqələrinin zədələnmələri ilə müşahidə olunan yaralar isə yetirilən anda insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir (2-ci cild, 94-96-cı vərəqlər). İş materiallarındakı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X51-Təcrübi və X47 rayon şöbəsinin sağlamlığa zərərvurmanın təyininə dair 2018-ci il 12 iyul tarixli 283 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 almış olduğu xəsarətlər sol əlin ovuc səthinin orta falanqaları proyeksiyasında İİ-İİİ-İV barmaqların yaraları odlu silahdan yaxın məsafədən açılmış atəş nəticəsində törənməklə (bunu yara kənarında hisin olması – güllənin əlavə faktorları – bir daha sübut edir) dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir (2-ci cild, 144-145-ci vərəqlər). İş materiallarındakı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X51-Təcrübi və Tədris Birliyinin maddi sübutların ekspertizasına dair 2018-ci il 3 avqust tarixli 378/2018MTKŞ nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 geyindiyi köynəyin və maykanın ön hissəsinin sağ-aşağı nahiyəsindəki bir ədəd deşilmişkəsilmiş zədənin iti ucu, iti ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin təsirindən əmələ gəlməklə ekspertizaya təqdim olunan bıçağın və ya oxşar bıçağın tiyəsi ilə törənməsi inkar olunmur; həmin köynəyin və maykanın ön hissəsinin sağ-aşağı nahiyəsində bir ədəd deşilmiş-kəsilmiş zədə onun bədənində qarının ön divarında olan eyni xarakterli xəsarətlə nisbi olaraq üst-üstə düşür; Zərərçəkmiş şəxs2 sağ said nahiyəsindəki yaranın ona məxsus paltarda öz əksini tapmaması göstərilən nahiyənin paltarla örtülməməsi ilə izah edilə bilər; ekspertizaya təqdim edilən dəstəyinin üzərində müxtəlif naxışlar olan, kəsici hissəsinin uc tərəfində «Columbia» sözləri yazılan bıçaq zavod üsulu ilə hazırlanmış qatlanan ov tipli bıçaqdır və deşici-kəsici xassəyə malik olmaqla soyuq silah hesab edilir; fotocədvəl rəyə əlavə olunmuşdur (2-ci cild, 172-176-cı vərəqlər). İş materiallarındakı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X51-Təcrübi və Tədris Birliyinin maddi sübutların ekspertizasına dair 2018-ci il 3 avqust tarixli 506/2018MTBŞ nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 ABO sistemi üzrə qrup göstəricisi A(İİ), Zərərçəkmiş şəxs1 ABO sistemi üzrə qrup göstəricisi A(İV)-dür; ekspertizaya təqdim edilən Zərərçəkmiş şəxs1 ağ rəngli qısaqol köynəyinin, Zərərçəkmiş şəxs2 qara rəngli qolsuz maykasının, tünd göy rəngli qısaqol köynəyinin, bir ədəd qatlanan bıçağın və hadisə yerindən götürülmüş daş parçalarının üzərində insan qanı ləkələri aşkar olunmuşdur. Zərərçəkmiş şəxs2 qara rəngli qolsuz maykasının, tünd göy rəngli qısaqol köynəyinin, bir ədəd qatlanan bıçağın, hadisə yerindən götürülmüş daş parçalarının üzərində olan ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə «A» antigeni, qara rəngli qolsuz maykasının, tünd göy rəngli qısaqol köynəyinin üzərində həmçinin beta aqqlyutinini də alındı. Bu qan ləkələri Abeta(İİ) qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs2 məxsus ola bilər. Zərərçəkmiş şəxs1 ağ rəngli qısaqol köynəyinin üzərində olan ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə «A» və «B» antigenləri alındı. Bu qan ləkələri AB(İV) qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs1 məxsus ola bilər (2-ci cild, 178-182-ci vərəqlər). İş materiallarındakı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 2018-ci il 1 sentyabr tarixli ərizəsindən görünür ki, 2018-ci il iyunun 6-da baş vermiş cinayət hadisəsi zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onu bıçaqla və silahla öldürmək üçün real imkanları olsa da bunu etməmiş, habelə digər xəsarətlər yetirməmişlər, onlardan heç bir şikayəti və ya tələbi yoxdur (2-ci cild, 213-cü vərəq). Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 2018-ci il 6 sentyabr tarixli 20359/20360 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilən üç ədəd giliz eyni zavod üsulu ilə istehsal edilmiş «Makarov» («PM»), «PA- 63», «P64», «RK59», «Ceska Zbrojovka» konstuksiyalı tapançalarda, «Steçkin» konstruksiyalı avtomatik tapançalarda («APS») və sair uyğun kalibrli tapançalarda istifadə olunmaqla döyüş sursatı hesab edilən 9x18 mm kalibrli birdəfəlik patronların atəş prosesində ayrılmış hissələri – gilizləridir, üzərindəki izləri «Makarov» konstruksiyalı eyni bir tapançanın yaratdığı izlərə uyğun gəlir; iki ədəd güllə eyni zavod üsulu ilə istehsal edilmiş «Makarov» («PM»), «PA-63», «P64», «RK59», «Ceska Zbrojovka» konstuksiyalı tapançalarda, «Steçkin» konstruksiyalı avtomatik tapançalarda («APS») və sair uyğun kalibrli tapançalarda istifadə olunmaqla döyüş sursatı hesab edilən 9x18 mm kalibrli birdəfəlik patronların atəş prosesində ayrılmış hissələri – güllələridir, üzərindəki izləri «Makarov» konstruksiyalı eyni bir tapançanın yaratdığı izlərə uyğun gəlir; iki ədəd predmet zavod üsulu ilə istehsal edilmiş «Makarov» («PM»), «PA-63», «P64», «RK59», «Ceska Zbrojovka» konstuksiyalı tapançalarda, «Steçkin» konstruksiyalı avtomatik tapançalarda («APS») və sair uyğun kalibrli tapançalarda istifadə olunmaqla döyüş sursatı hesab edilən 9x18 mm kalibrli birdəfəlik patronun atəş prosesində ayrılmış güllənin örtüyü daxilində olan özəkcik hissəsi olaraq eyniləşmə tədqiqatı üçün yararsızdır; Təqsirləndirilən şəxs1 gödəkçəsinin və cins şalvarının səthindən aşkar edilən atəşin əlavə faktoru olan tam yanmamış barıt hissəcikləri «Makarov» konstruksiyalı tapança ilə açılmış atəş nəticəsində hopa bilər; ekspertiza tədqiqatının dəyəri 230 manatdır (2-ci cild, 230-233-cü vərəqlər). İş materiallarındakı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik X17 Məhkəmə Psixiatrik Ekspertizasının 2018-ci il 27 iyul tarixli 1205 saylı və 1206 saylı rəylərindən müvafiq qaydada görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 hazırda hər-hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur, həmçinin onlara ittiham olunan əməl dövründə, yəni 2018-ci il iyunun 6-da cinayət əməlləri törədilərkən hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik əlamətləri aşkar olunmamış, həmin dövrdə onlar öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, hərəkətlərini idarə etmək iqtidarında olduqlarından hər biri ittiham edilən əməl barəsində anlaqlı hesab olunmalıdırlar, onların hərəkətləri Azərbaycan Respublikasının CM-nin 21-ci maddəsinin təsiri altına düşmür, hal-hazırda da onlar öz hərəkətlərini dərk etmək və hərəkətlərini idarə etmək iqtidarındadırlar, məcburi müalicəyə ehtiyacları yoxdur (2-ci cild, 235-238-ci vərəqlər). İş materiallarındakı Şamaxı Rayon Polis Şöbəsinin 2018-ci il 1 noyabr tarixli 188- 18313-1218 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 2018-ci il iyunun 6-da cinayət hadisəsi törədilən zaman istifadə etdiyi «Makarov» tipli tapançanı mərhum dostu X16 almasını, cinayət törədiləndən sonra harada saxlamasını, kimə verməsini müəyyən etmək mümkün olmamışdır (3-cü cild, 127-128-ci vərəqlər). İş materiallarındakı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 2018-ci il 10 noyabr və 2018-ci il 26 dekabr tarixli ərizələrindən görünür ki, Təqsirləndirilən şəxs1 silahdan atəş açaraq əlindən xəsarət yetirsə də Təqsirləndirilən şəxs2 ilə X43 onu vurmamışlar, onların heç birinə qarşı şikayət və ya tələbi yoxdur (3-cü cild, 163-cü vərəq; 4-cü cild, 78-ci vərəq). İş materiallarındakı zərər çəkmiş şəxslərin valideynləri Albaba Xanbaba oğlu X1 2018-ci il 22 noyabr tarixli notariat qaydasında təsdiq olunan ərizəsindən görünür ki, oğlanları Elxana və Ceyhuna aid münaqişə ilə əlaqədar Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, X42 qarşı heç bir şikayət və tələbləri yoxdur, gələcəkdə də olmayacaqdır (3-cü cild, 167-ci vərəq). İş materiallarındakı Təqsirləndirilən şəxs2 2018-ci il 21 dekabr tarixli ərizəsindən görünür ki, 2018-ci il iyunun 6-da saat 22 radələrində Şamaxı şəhər sakinləri Zərərçəkmiş şəxs1 və X31 onu döyüb xəsarət yetirmələri ilə bağlı sonunculardan heç bir şikayəti və tələbi yoxdur, onların məsuliyyətə cəlb olunmamasını xahiş edir (3-cü cild, 221-ci vərəq). İş materiallarındakı Şamaxı Rayon Prokurorluğunun sübutların qiymətləndirilməsi haqqında 2018-ci il 21 dekabr tarixli və cinayət işinin ayrılması haqqında 2018-ci il 23 dekabr tarixli qərarlarından görünür ki, ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 29,120.2.4.-cü və 228.1.-ci maddələri ilə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 126.1.ci və 228.4.-cü maddələri ilə yenidən ittiham elan edilmiş, barələrində seçilən həbs qismində qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış; cinayət tərkibi əlamətləri olmadığından Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikasının CM-nin 120.2.2-ci maddəsi ilə, Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikasının CMnin 126.2.4-cü və 126.2.3-cü maddələri ilə, barələrində Azərbaycan Respublikasının CMnin 221.3.3.-cü maddəsi ilə, X43 barəsində Azərbaycan Respublikasının CM-nin 221.2.1ci maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilmiş; X42 Azərbaycan Respublikasının CM-nin 228.4.-cü maddəsi ilə yenidən ittiham elan edilməklə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılmış, aidiyyət məsələsinin həlli üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilmiş, barəsində seçilən həbs qismində qətimkan tədbiri dəyişdirilmədən saxlanılmiş; cinayət hadisəsinin Təqsirləndirilən şəxs2 tərəfindən alkoqol sərxoşluğu vəziyyətində törədilməsi nəzərə alınmış; istintaq zamanı hadisə yerindən götürülən üç ədəd giliz, iki ədəd güllə, bir ədəd deformasiyaya uğrayan metal parçası, üzərində qanabənzər ləkələr olan daş parçaları, X42 məxsus avtomobilin salonunun ön sağ tərəfidəki saxlanc yerindən götürülən bir ədəd bıçaq, Zərərçəkmiş şəxs1 hadisə vaxtı əynindəki bir ədəd üçdüyməli, boyun və sol döş nahiyəsində parlaq naxışlarla bəzəkli, üzərində qanabənzər ləkələr olan ağ rəngli qısaqol köynək, tibbi müayinə nəticəsində sol əlinin ovuc hissəsindən götürülən bir ədəd metal parçası, Zərərçəkmiş şəxs2 hadisə zamanı əynindəki bir ədəd qara rəngli üzərində qanabənzər ləkələr, zədə izi olan mayka, bir ədəd tünd göy rəngli üzərində qanabənzər ləkələr, zədə izi olan qısaqol köynək, Təqsirləndirilən şəxs1 hadisə vaxtı əynindəki bir ədəd tünd göy rəngli məxməri materialdan, ön hissəsi zərcirbəndlə bağlanan gödəkçə, bir ədəd qara rəngli arxa sağ cibinin üzərində və kəmər hissəsində «Hermes» yarlığı olan cins şalvar, Təqsirləndirilən şəxs2 istifadə etdiyi bir ədəd açılıb-qatlanan, dəmir metaldan hazırlanmış, dəstəyinin üzərində müxtəlif naxışlar olan, kəsici hissəsinin uc tərəfində «Columbia» sözləri yazılan ov tipli bıçaq, Təqsirləndirilən şəxs1 ilə Samir Ədalət oğlu X3 idarə etdiyi avtomobillə hadisə yerinə girib-çıxmalarını əks etdirən görüntünün qeyd olunduğu bir ədəd elektron məlumat daşıyıcısı (disk) maddi sübut kimi tanınmaqla cinayət işinə əlavə edilmişdir (3-cü cild, 222-254-cü vərəqlər; 4-cü cild, 58-61-ci vərəqlər). İş üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 saxlandığı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 11 saylı Cəzaçəkmə Müəssisəsindən məhkəməyə daxil olmaqla təsdiq edilən 2019-cu il 28 yanvar tarixli ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə barışmışdır, onlardan heç bir şikayəti və ya tələbi yoxdur. İş materiallarındakı Şamaxı Rayon Polis Şöbəsinin 2019-cu il 25 yanvar tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində xüsusi, ictimai-xüsusi və ya ictimai ittiham qaydasında cinayət təqibi başlanmamışdır. İş materiallarındakı Şamaxı Rayonu İcra Hakimiyyəti başçısının Şamaxı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 2019-cu il 20 fevral tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 ailəlidir, onun hər hansı bir siyasi birliyə üzv olubolmaması, hər hansı bir dini təriqətlərə qoşulub-qoşulmaması barədə nümayəndəlikdə heç bir məlumat yoxdur. İş materiallarındakı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 2019-cu il 19 fevral tarixli notariat qaydasında təsdiq olunmuş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs1lə barışmışdır, ona qarşı heç bir iddia və tələbi yoxdur, onların qohumluq münasibəti var, hadisə aralarındakı münaqişə zamanı baş vermişdir, yetirilən xəsarətlərin yüngül olmasını nəzərə alaraq sonuncunun əməlinin Azərbaycan Respublikasının CM-nin müvafiq maddəsinə tövsüf edilib azadlıqdan məhrum olunmamaqla yüngül cəza verilməsini xahiş edir. Məhkəməyə təqdim olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Şamaxı Rayon Mərkəzi Xəstəxanasının 2019-cu il 26 aprel tarixli 376 №-li və 377 №-li arayışlarından, TSEK-də müayinə aktından çıxarışın kötüyünün kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs1 atası X32 hipertonik kriz, beyin qan dövranı pozğunluğu, anası X6 böyrəyin irinlənmiş exinokokuna görə aparılan cərrahiyyə əməliyyatından və uşaqlığın amputasiyasından sonrakı vəziyyət, ikitərəfli xroniki piyelonefrit, tez-tez kəskinləşmələrlə xroniki böyrək çatışmazlığı İİ dərəcə diaqnozları ilə poliklinika şöbəsində qeydiyyatdadırlar, sonuncu İİ qrup ömürlük əlildir. İş materiallarındakı hesabatlardan görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmədə hüquqlarını Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkilləri müvafiq olaraq Müdafiəçi1 və Müdafiəçi2 hər biri 108 iş saatı müddətində müdafiə etmişdir. Məhkəmə mövcud sübutlara qiymət verərək təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 29,120.2.4.-cü və 228.1.-ci maddələrində, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 126.1.-ci və 228.4.-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmələrini, əməllərində cinayət tərkibinin olmasını, bununla da onların təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. İbtidai araşdırma orqanı tərəfindən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 29,120.2.4.-cü və 228.1.-ci maddələri, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 126.1.-ci və 228.4.-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 öldürməyə cəhd etməməsi, öldürmək məqsədi ilə ona silahdan atəş açmaması, onu öldürmək üçün real imkanı olsa da buna cəhd etməməsi barədə ifadəsinə, zərər çəkmiş şəxslərin və şahidlərin bu hissədəki ifadələrinə tənqidi yanaşaraq hesab edir ki, onların göstərdikləri işin faktiki hallarına uygun deyildir və digər mötəbər sübutlarla təkzib olunur. Məhkəmə təqsirləndirilən şəxsin bu ifadəsini özünümüdafiə xarakteri daşıyan, cinayət məsuliyyətindən yayınmaqdan ötrü verilən yalan ifadə kimi qiymətləndirir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ittiham edildiyi cinayət əməllərini törətmələri məhkəmə istintaqında hərtərəfli araşdırılmış, təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs1 qismən, Təqsirləndirilən şəxs2 tam etirafedici, zərər çəkmiş şəxslərin, şahidlərin ifadələri, baxış, götürmə və başqa istintaq hərəkəti protokolları, maddi sübutlar, ekspertiza rəyləri, habelə cinayət prosessual qanunvericiliyin tələblərinə əsasən toplanılmış digər mötəbər sübutların məcmusu ilə tam təsdiq olunur. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri əməllərin cinayət olmasını aradan qaldıran hallar, cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur və onlar törətdikləri əməllərə görə təqsirli bilinib cəzalanmalıdırlar. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, eləcə də iş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onların islah olunmasına, ailə vəziyyətlərinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsi əsasında zərər çəkmiş şəxslə barışıq əldə etməsinin işdə cəzanı yüngülləşdirən hal olduğunu nəzərə almaqla ilk məhkumluğunu, əməlindən səmimi peşmançılığını, himayəsində dörd azyaşlı uşağının olmasını, yaşayış yeri üzrə müsbət xasiyyətləndirilməsini işdə cəzanı yüngülləşdirən hallar kimi qəbul edir. İbtidai istintaq orqanı Təqsirləndirilən şəxs1 ona ittiham olunduğu, Azərbaycan Respublikasının CM-nin 29,120.2.4.-cü və 228.1.-ci maddələrində nəzərdə tutulan cinayəti odlu silahdan istifadə etməklə törətməsini onun əməlində Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal kimi müəyyən etmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 cinayəti odlu silahdan istifadə etməklə törətməsi Azərbaycan Respublikasının CM-nin 61.1.10-cu maddəsinə əsasən onun məsuliyyətini ağırlaşdıran haldır. Azərbaycan Respublikasının CM-nin 29-cu maddəsinə görə, bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. Azərbaycan Respublikasının CM-nin 63.3.-cü maddəsinə əsasən cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 56.1.3.-cü maddəsini əsas tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 xüsusilə ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunduğu üçün ona təyin ediləcək azadlıqdan məhrumetmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsi əsasında zərər çəkmiş şəxslə barışıq əldə etməsinin işdə cəzanı yüngülləşdirən hal olduğunu nəzərə almaqla ilk məhkumluğunu, əməlindən səmimi peşmançılığını, himayəsində bir azyaşlı uşağının olmasını, yaşayış yeri üzrə müsbət xasiyyətləndirilməsini işdə cəzanı yüngülləşdirən hallar kimi qəbul edir. Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsi əsasında cəzasını ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikasının CM-nin 60-cı maddəsinə əsasən, bu Məcəllənin 59.1.8., 59.1.10.-59.1.13.-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.8., 59.1.10.-59.1.13.-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməməsindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 60-cı maddəsinin Təqsirləndirilən şəxs2 barəsində tətbiq edilməsi qanunamüvafiqdir. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 56.1.2.-ci maddəsini əsas tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 qəsdən ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunduğu üçün ona təyin ediləcək azadlıqdan məhrumetmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə mülki iddia yoxdur. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 2012-ci il 7 mart tarixli Azərbaycan Respublikasının Qanununun 99-1.2.-ci maddəsi əsasında, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Azərbaycan Respublikasının CPM-nin 132.0.1.-ci maddəsinə müvafiq olaraq, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Qeyd edilən normaların tələbləri isə ona dəlalət edir ki, əmlak müsadirəsi məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş əmlakları müəyyən edilmədiyindən onların barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmə hesab edir ki, maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs1 ilə Samir Ədalət oğlu X3 idarə etdiyi avtomobillə hadisə yerinə girib-çıxmalarını əks etdirən görüntünün qeyd olunduğu bir ədəd elektron məlumat daşıyıcısı (disk) cinayət işinin materiallarında saxlanılmalı; Şamaxı Rayon Prokurorluğunun maddi sübutlar otağında cinayət hadisəsi yerindən götürülmüş üç ədəd giliz, iki ədəd güllə, bir ədəd deformasiyaya uğrayan metal parçası, üzərində qanabənzər ləkələr olan daş parçaları, X42 məxsus avtomobilin salonunun ön sağ tərəfindəki saxlanc yerindən götürülən bir ədəd bıçaq, Zərərçəkmiş şəxs1 hadisə zamanı əynindəki bir ədəd üçdüyməli, boyun və sol döş nahiyəsində parlaq naxışlarla bəzəkli, üzərində qanabənzər ləkələr olan ağ rəngli qısaqol köynək, tibbi müayinə vaxtı sol əlinin ovuc hissəsindən götürülən bir ədəd metal parçası, Zərərçəkmiş şəxs2 hadisə zamanı əynindəki bir ədəd qara rəngli üzərində qanabənzər ləkələr, zədə izi olan mayka, bir ədəd tünd göy rəngli üzərində qanabənzər ləkələr, zədə izi olan qısaqol köynək, Təqsirləndirilən şəxs1 hadisə vaxtı əynindəki bir ədəd tünd göy rəngli məxməri materialdan, ön hissəsi zərcirbəndlə bağlanan gödəkçə, bir ədəd qara rəngli arxa sağ cibinin üzərində və kəmər hissəsində «Hermes» yarlığı olan cins şalvar, Təqsirləndirilən şəxs2 cinayət hadisəsini törədərkən istifadə etdiyi bir ədəd açılıb-qatlanan, dəmir metaldan hazırlanmış, dəstəyinin üzərində müxtəlif naxışlar olan, kəsici hissəsinin uc tərəfində «Columbia» sözləri yazılmış ov tipli bıçaq məhv edilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri – 230 manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birindən 115 manat məbləğində tutularaq dövlət nəfinə ödənilməlidir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmədə hüquqlarını Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkilləri müvafiq qaydada Müdafiəçi1 və Müdafiəçi2 hər biri 108 iş saatı müddətində müdafiə etmişdir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 3 may tarixli 202 №-li qərarına uyğun olaraq, təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Azərbaycan Respublikasının CPM-nin 193.2.-ci və 193.4.-cü maddələrinə müvafiq olaraq, müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Bununla da təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından Müdafiəçi1 və Müdafiəçi2 vəkil işlədikləri Bakı şəhəri 14 saylı Vəkil Bürosunun nəfinə (VÖEN: **********) hər birinə görə ayrı-ayrılıqda 648 manat köçürülməlidir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 1996-cı il 27 dekabr tarixli 4 saylı Qərarının 18-ci bəndində göstərilir ki, müttəhimə azadlıqdan məhrumetmə cəzası təyin edilərkən hökmün nəticəvi hissəsində cəza çəkmə müddətinin hansı qaydada hesablanması məsələsi heç bir şübhə doğurmamalıdır. Nəzərə almaq lazımdır ki, hökmlə təyin olunan ümumi cəza müddətinə ibtidai həbs müddətində başqa müttəhimin şübhəli şəxs qismində saxlandığı, onun təhqiqat ibtidai istintaq dövründə, yaxud məhkəmənin qərardadı əsasında məhkəmə-tibb müəssisələrində müayinədə olduğu müddət, həmçinin hərbi qulluqçunun, daxili İşlər Nazirliyi əməkdaşının həmin işlə əlaqədar intizam qaydasında qauptvaxtda saxlandığı müddət də daxildir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2006-cı il 30 mart tarixli 5 №-li qərarının 15-ci bəndində göstərilir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır. Məhkəmə «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 1996-cı il 27 dekabr tarixli 4 saylı Qərarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq Azərbaycan Respublikasının CPM-nin 158.2.-ci maddəsinə əsaslanaraq hesab edir ki, hazırki cinayət işi üzrə təqsirləndirilən şəxslərdə cəzaçəkmənin əvvəli tutulduqları gündən – Təqsirləndirilən şəxs1 2018-ci il iyunun 8-dən, Təqsirləndirilən şəxs2 2018-ci il iyunun 9-dan hesablanmalıdır. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 193, 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 384-cü maddələrini rəhbər tutaraq hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 29,120.2.4.-cü və 228.1.ci maddələri ilə təqsirli bilinib Azərbaycan Respublikasının CM-nin 29,120.2.4.-cü maddəsi ilə 14 (on dörd) müddətinə azadlıqdan məhrumetmə cəzasına, Azərbaycan Respublikasının CM-nin 228.1.-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun. Azərbaycan Respublikasının CM-nin 66.3.-cü maddəsi əsasında Təqsirləndirilən şəxs1 təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə o, qəti olaraq 14 (on dörd) il 6 ( altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs1 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının başlanğıcı 2018-ci il iyunun 8-dən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində xüsusi müsadirə tətbiq edilməsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 126.1.-ci və 228.4.-cü maddələri ilə təqsirli bilinib Azərbaycan Respublikasının CM-nin 126.1.-ci maddəsi ilə 3 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına, Azərbaycan Respublikasının CM-nin 228.4.-cü maddəsi ilə 1 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun. Azərbaycan Respublikasının CM-nin 66.3.-cü maddəsi əsasında Təqsirləndirilən şəxs2 təyin olunmuş cəzaları tamamilə toplamaq yolu ilə o, qəti olaraq 4 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının başlanğıcı 2018-ci il iyunun 9-dan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində xüsusi müsadirə tətbiq edilməsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri – 230 manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birindən 115 manat məbləğində tutularaq dövlət nəfinə ödənilsin. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından Müdafiəçi1 və X38 vəkil işlədikləri Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 14 saylı Vəkil Bürosunun nəfinə (VÖEN: **********) hər birinə görə ayrı-ayrılıqda 648 manat köçürülsün. İş üzrə maddi sübut kimi tanınan Təqsirləndirilən şəxs1 ilə Samir Ədalət oğlu X3 idarə etdiyi avtomobillə hadisə yerinə girib-çıxmalarını əks etdirən görüntünün qeyd olunduğu bir ədəd elektron məlumat daşıyıcısı (disk) cinayət işinin materiallarında saxlanılsın; Şamaxı Rayon Prokurorluğunun maddi sübutlar otağında cinayət hadisəsi yerindən götürülmüş üç ədəd giliz, iki ədəd güllə, bir ədəd deformasiyaya uğramış metal parçası, üzərində qanabənzər ləkələr olan daş parçaları, X42 məxsus avtomobilin salonunun ön sağ tərəfindəki saxlanc yerindən götürülən bir ədəd bıçaq, Zərərçəkmiş şəxs1 hadisə zamanı əynindəki bir ədəd üçdüyməli, boyun və sol döş nahiyəsində parlaq naxışlarla bəzəkli, üzərində qanabənzər ləkələr olan ağ rəngli qısaqol köynək, tibbi müayinə vaxtı sol əlinin ovuc hissəsindən götürülmüş bir ədəd metal parçası, Zərərçəkmiş şəxs2 hadisə zamanı əynindəki bir ədəd qara rəngli üzərində qanabənzər ləkələr, zədə izi olan mayka, bir ədəd tünd göy rəngli üzərində qanabənzər ləkələr, zədə izi olan qısaqol köynək, Təqsirləndirilən şəxs1 hadisə vaxtı əynindəki bir ədəd tünd göy rəngli məxməri materialdan, ön hissəsi zərcirbəndlə bağlanan gödəkçə, bir ədəd qara rəngli arxa sağ cibinin üzərində və kəmər hissəsində «Hermes» yarlığı olan cins şalvar, Təqsirləndirilən şəxs2 cinayət hadisəsini törədərkən istifadə etdiyi bir ədəd açılıb-qatlanan, dəmir metaldan hazırlanmış, dəstəyinin üzərində müxtəlif naxışlar olan, kəsici hissəsinin uc tərəfində «Columbia» sözləri yazılmış ov tipli bıçaqdır məhv edilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hökmün surətinin verildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən İradə Həsənzadə Hakimlər Əhməd Quliyev Azər Paşayev
Məhkəmə qərarları › İş №1(101)-364/2019
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-364/2019
22.07.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver