Məhkəmə qərarları › İş №1(101)-364/2020

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-364/2020

17.02.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-364/2020 17.02.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Paşayev Azər İslah oğlu, (sədrlik edən), Quliyev Əhməd Qəhrəman oğlu və Həsənzadə İradə Xəlil qızından ibarət tərkibdə, məhkəmənin iclas katibi, məsləhətçi x5, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarənin böyük prokuroru Dövlət ittihamçısı, müdafiəçilər, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili x4, Qanuni nümayəndə1 və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakı ilə xx xxxxxx 2003-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, natamam orta təhsilli, işləməyən, məhkum olunmamış, Bakı şəhəri, Nərimanov rayonu, Hidayətzadə küçəsi ev 49A, mənzil 7-də pasport qeydiyyatında olan və Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunda yaşayan, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə, xx xxxx 2001-ci ildə Biləsuvar şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, natamam orta təhsilli, işləməyən, məhkum olunmamış, Biləsuvar şəhəri, H.Əliyev küçəsi PMK ev 19-da pasport qeydiyyatında olan və Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində yaşayan, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs1 oğlu və tanışı Təqsirləndirilən şəxs2 18 iyul 2019-cu il tarixdə, təxminən saat 16:00 radələrində birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən Heydər parkına gedərək, orada Zərərçəkmiş şəxs ilə görüşüb söhbət edən zaman sonuncunun Təqsirləndirilən şəxs1 qardaşının ünvanına internet sosial şəbəkəsində nalayiq ifadələr işlətməsi və bundan sonra onları da söyüb təhqir etməsi səbəbindən aralarında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı Təqsirləndirilən şəxs2 yerdən götürdüyü şüşə parçası ilə Zərərçəkmiş şəxs sol qol nahiyyəsindən qəsdən bir dəfə vurmaqla ona sol bazu oynaq nahiyyəsinin kəsilmiş yarası ilə müşayiət olunan dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarəti yetirməklə qəsdən sağlamlığa yüngül zərər, Təqsirləndirilən şəxs1 isə üzərində olan bıçaqla Zərərçəkmiş şəxs bədəninə qəsdən bir dəfə vuraraq qarının ön divarının daxilə nüfuz edərək nazik bağırsağın zədələnməsi ilə müşayiət olunan kəsilmiş-deşilmiş yarası ilə nəticələnən və insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarəti yetirməklə qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs1 oğlu qanuni nümayəndəsi Qanuni nümayəndə1 və müdafiəçisinin iştirakı ilə məhkəmə iclasında verdiyi ifadəsində özünü təqsirli bilərək göstərmişdir ki, anası Qanuni nümayəndə1 evdar xanımdır, atası Yaşar Süleymanlı isə dindarlıqla məşğuldur. O, 6-cı sinifdən sonra məktəbə getməmişdir. Ona görə də hal hazırda heç bir işlə məşğul olmur. Təxminən 2019-cu ilin may ayında axşam saat 19:00 radələrində qardaşı x2 ilə “Tarqovıy” adlanan yerdə gəzən zaman 10-11 nəfər bəzilərini yaxından tanıdığı, bəzilərini isə tanımadığı şəxslər ilə rastlaşmışlar. Onlarla görüşüb Fəvvarələr meydanında oturacaqlarda oturub söhbət etməyə başlamış, sonra o, qardaşı ilə birlikdə ayaqyoluna getmək üçün yaxınlıqdakı kafeyə getmişlər. Geri qayıtdıqda birlikdə oturduqları oğlanların bir nəfər oğlanı tutduğunu və dalaşdıqlarını görmüş və onların arasına girib sakitləşdirməyə başlamışdır. Bu zaman səs-küyə polis əməkdaşlarının gəldiyini görmüş və uşaqların demək olar ki hamısı qaçmış, onunla dostu Nurlan, Aydın və yanlarında olan üç dostu qalmışlar. Polislər onları polis bölməsinə aparmış, orada onların izahatları alınmış, Aydının şikayəti olmadığı üçün sərbəst buraxmışlar. Polis bölməsində olan zaman Zərərçəkmiş şəxs əlaqə yaratmaq üçün ondan instagram hesabını soruşmuş, o, da vermişdir. Sonradan arada onunla yazışmışlar. Aydın qardaşı ilə dostunun şəklini götürüb elə bilmişdir ki, “Tarqovı”da ona bıçaqla vuran odur və ona görə də qardaşının şəklinin üstündən küçə söyüşləri yazaraq profil hesabında paylaşmışdır. O, da ona instagramda yazaraq şəkli silməsini və onun qardaşı olmasını demişdir. Aydın da elə başa düşmüşdür ki, onun dost mənasında qardaşıdır. Bir müddət sonra Aydın profilini dəyişsə də, profili qarşısına çıxmış və o, Aydına sms yazıb hal-əhval tutduqdan sonra ona görüşməyi demiş, Aydın isə ona bıçaqla vuran oğlanın lazım olduğunu demişdir. O, isə görüşüb danışmaq istədiyini bildirmişdir. O, Aydına Qaraçuxura gəlməsini demiş, o, isə uzaq olduğunu demiş və sonda Hövsanda görüşməyi razılaşmışlar. 18 iyul 2019-cu il tarixdə təxminən saat 16 radələrində o, tanışı Təqsirləndirilən şəxs2la birlikdə Hövsan qəsəbəsində yerləşən dörd yol deyilən yerdə Aydınla görüşmüşlər. Onlar iki nəfər gəlmişlər. Aydının yanındakı oğlanı tanımamışdır. Dükana girib siqaret almış, ordan da Aydın onları Hövsan qəsəbəsində yerləşən Suraxanı RPİ-nin 30-cu PB-nin yaxınında olan parkın ətrafında tanımadıqları çay evinə aparmışdır. Orada oturub birinci dəfə “Tarqovı”da vurduğu oğlan haqqında danışmağa başlamışlar. O, həmin oğlanı tanımadığını, elə həmin günü orada gördüyünü demişdir. Aydın da onu söyməyə başlamışdır. Oradan durub polis bölməsinin yaxınlığındakı Hövsan parkına getmişlər. O, Aydının telefonunda instagramda paylaşdığı şəkli göstərib nəyə görə paylaşdığını soruşmuş, Aydın da onu vuranın ünvanına nalayiq ifadə işlətmiş və ona görə də, onu söydüyünü demişdir. O, isə ona şəkildəkinin onun doğma qardaşı olduğunu və onun heç nə etmədiyini demişdir. Aydın da onu vuranı qardaşına oxşatdığı üçün şəkli söyüş yazaraq paylaşdığını demişdir. O, Aydına bilmədiyi üçün bu hərəkətini bağışladığını demiş, Aydın isə onu bağışlamamağı demişdir. Bu zaman Aydın onun qardaşı İsmayılın və onların ünvanına nalayiq ifadələr işlətməyə başlamış və Mustafa da Aydının qolundan tutub nə demək istədiyini deyərək əlindəki şüşə parçası ilə onun sol qolundan vurmuş, bu zaman o da Aydına bunun az olduğunu deyərək əvvəlcədən üzərində olan açılıb-qatlanan bıçaqla sonuncunun qarın nahiyyəsindən bir dəfə vurmuşdur. Aydın qarnından tutub arxaya getmiş və yerə yıxılmışdır. O, Aydının yanındakı dostu ilə onu ayağa qaldırıb yol ilə gedərək parkdan çıxıb bir az getmiş və orta yaşlı bir kişi onu tanıdığı üçün Aydını ona verib oradan uzaqlaşmışlar. Əlində olan bıçağı da 2-3 gün keçdikdən sonra Mustafa ilə dənizkənarı bulvarda olan zaman dənizə atmışdır ki, üstündə birdən polislər tutar. Təxminən 2-3 gün keçdikdən sonra Aydına instagramda yazıb hal-əhval tutmuşdur. O, isə cavab yazaraq yaxşı olduğunu demişdir. Onların Aydını vuraraq xəsarət yetirmək niyyətləri olmamış və onu vurmaq üçün görüşə getməmişlər. Onların niyyəti Aydınla söhbət edib bu məsələni yoluna qoymaq olmuşdur. Lakin söhbət zamanı Aydının onun qardaşı İsmayılın və onların ünvanına nalayiq ifadələr işlətməsi və artıq-əskik danışmasına əsəbiləşdikləri üçün Mustafa əvvəlcədən yerdən götürdüyü şüşə parçası ilə Aydını qolundan vurmuş, o, isə üzərində olan bıçaqla Aydını vuraraq xəsarət yetirmişdir. Hadisə zamanı istifadə etdiyi bıçağı hadisə günü yaşadığı evdən gizlincə götürmüşdür. Hadisə vaxtı Aydının yanında olan tanımadığı oğlan hadisəyə heç bir formada müdaxilə etməmiş və kənarda dayanıb gözləmişdir. Əməlindən səmimi peşimandır. Təqsirləndirilən şəxs2 məhkəmə iclasında verdiyi ifadəsində özünü təqsirli bilərək göstərmişdir ki, anası x1 evdar xanımdır, atası x7 isə dindarlıq və ticarətlə məşğuldur. O, 8-ci sinifdən sonra məktəbə getməmişdir. Ona görə də, hal hazırda heç bir işlə məşğul olmur. Təqsirləndirilən şəxs1 oğlu ilə 10 ilə yaxındır dostluq edir. Hadisədən bir qədər əvvəl Osman ona telefonla şəkil göndərmiş və həmin şəkildə Osmanın qardaşının şəklinin üstündə küçə söyüşləri yazıldığını görmüşdür. Ona olduğu kimi hadisəni danışmış, əvvəlcədən tanıdığı Aydın adlı şəxsin şəkli paylaşdığını bildirmiş və səbəb olmadan söydüyünü demişdir. Sonra gəlib onunla görüşə getməyi demişdir. 18 iyul 2019-cu il tarixdə saat təminən 16:00 radələrində o, Təqsirləndirilən şəxs1 ilə birlikdə Hövsan qəsəbəsində yerləşən dörd yol deyilən yerdə Osmanın dediyi və göstərdiyi Aydınla görüşmüşlər. Onlar iki nəfər gəlmişlər və heç birini əvvəlcədən tanımamışdır. Dükana girib siqaret almışlar, ordan da Aydın onları Hövsan qəsəbəsində yerləşən Suraxanı RPİ-nin 30-cu PB-nin yaxınında olan parkın ətrafında olan tanımadıqları çay evinə aparmışdır. Orada oturub birinci dəfə “Tarqovı”da vurduğu oğlan haqqında danışmağa başlamışlar. Osman həmin oğlanı tanımadığını, elə həmin günü orada gördüyünü demişdir. Aydın da onu söyməyə başlamışdır. Oradan durub polis bölməsinin yaxınlığındakı Hövsan parkına getmişlər. Osman da Aydının telefonunda instagramda paylaşdığı şəkli göstərib nəyə görə paylaşdığını soruşmuşdur. O, da onu vuranın həmin şəxs olduğunu və ona görə də onu söydüyünü demişdir. Osman isə ona şəkildəkinin onun doğma qardaşı olduğunu və onun heç nə etmədiyini demişdir. Aydın da onu vuranla qardaşını oxşatdığı üçün şəkli söyüş yazaraq paylaşdığını demişdir. Osman isə bilmədiyi üçün onu bağışladığını demişdir. Aydın isə bağışlamamağı demiş və Osman ona gedib işi ilə məşğul olmasını bildirmişdir. Bu zaman sonuncunun Osmanın qardaşı İsmayılın ünvanına nalayiq ifadələr işlədib artıqəskik danışdığı, instagramda onu söyməsi və onları söyüb təhqir etməsi səbəbindən o, Aydının qolundan tutub nə demək istədiyini deyərək əlindəki şüşə parçası ilə onun sol qolundan vurmuşdur. Bu zaman Osman da Aydına bunun az olduğunu deyərək əvvəlcədən üzərində olan açılıb-qatlanan bıçaqla onun qarın nahiyyəsindən bir dəfə vurmuşdur. Aydın qarnından tutub arxaya getmiş və yerə yıxılmışdır. Osman Aydının yanındakı dostu ilə onu ayağa qaldırıb yol ilə gedərək parkdan çıxıb bir az getmişlər və orta yaşlı bir kişi onu tanıdığı üçün Aydını ona verib oradan uzaqlaşmışlar. Osman üzərində olan bıçağı 2-3 gün keçdikdən sonra onunla dənizkənarı bulvarda olan zaman dənizə atmışdır. Onun və Osmanın əvvəlcədən Aydını vuraraq xəsarət yetirmək niyyətləri olmamış və onu vurmaq üçün görüşə getməmişlər. Onların niyyəti Aydınla söhbət edib bu məsələni yoluna qoymaq olmuşdur. Lakin söhbət zamanı Aydının İsmayılın və onların ünvanına nalayiq ifadələr işlətməsi və artıq-əskik danışmasına əsəbiləşdikləri üçün o, əvvəlcədən yerdən götürdüyü şüşə parçası ilə Aydını qolundan bir dəfə vurmuş, Osman da üzərində olan bıçaqla Aydını vuraraq xəsarət yetirmişdir. O, dostu Osman xahiş etdiyi üçün onunla birlikdə Aydınla söhbət etmək üçün getmişdir. O, Osmanla Aydını vurub xəsarət yetirmək barədə qabaqcadan razılığa gəlməmiş və onların ümumiyyətlə belə bir planı və razılığı olmamışdır. Yalnız Osman onunla birlikdə Ayınla görüşə gedən zaman onunla getməyini xahiş etdiyi üçün onunla birlikdə Aydınla söhbət etmək üçün getmişdir. Aydının hansı instagram profil hesabı ilə İsmayılı söyüb təhqir etməsi barədə məlumatı yoxdur. Hadisədən sonra o, həmin şüşə parçasını parkın çıxışında kolluğun içinə atmışdır. Əməlindən səmimi peşimandır. Məhkəmə hesab edir ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslərin yuxarıda qeyd olunan cinayət əməllərini törətmələri özlərinin səmimi etirafları ilə yanaşı aşağıdakı sübut növləri ilə də tam təsdiq olunur. Belə ki, məhkəmədə zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, təxminən 2019-cu ilin may ayında axşam saat 19:00 radələrində dostu Ələsgər Hüseynovla birlikdə Səbail rayonunda yerləşən “Tarqovıy” adlanan yerə gəzməyə getmiş və ikisinin də adları Nəzrin olan qızlarla görüşmüşlər. Dənizkənarı bulvara gəzməyə gedərkən orada olan 15 nəfər tanımadıqları şəxslər onunla Ələsgəri kənara çağırmış, onlardan biri ona nə üçün “borzu-borzu” baxdığını soruşmuş və sonra da əl qol atmağa başlamışlar. O, isə onlara bura dava yeri olmadığını demişdir. Bu zaman onlar əl qol atmağa davam etmişlər və o, da həmin oğlanlardan birini yumruqla bir dəfə vurmuşdur. Bu zaman digər arxasında dayananlardan biri onu sağ ayağının baldır hissəsindən bıçağın azacıq ucu ilə deşmişdir. Onlardan ikisini ətrafda olan polis əməkdaşları tutmuş, digərləri isə qaçaraq oradan uzaqlaşmışlar. Sonra onlar polislərə yaxınlaşmış və Səbail RPİ-nin 9-cu PB-nə aparılmışlar. Orada ondan izahat almışlar və o, şikayətinin olmadığını bildirmişdir. Bölmədən çıxanda onlar onunla danışanda onu vuranın Elşad olduğunu və onunla necə əlaqə saxlayacaqlarını demişlər. O, da onlara instagram sosial şəbəkəsində olan öz şəxsi profil hesabını vermişdir. Çünki onlar Elşadın nəyə görə onu bıçaqla vurduğunu öyrənib aydınlaşdırmaq üçün onunla gəlib görüşüb deyəcəklərini bildirmişlər. Təxminən iki aya yaxın ondan instaqram hesabını istəyən oğlanla danışmış və hal-əhval tutmuşdur. 18 iyul 2019-cu il tarixdə ona yazıb Elşadın onu vurmağı ilə əlaqədar olaraq Qaraçuxur qəsəbəsinə gəlməyini xahiş etmişdir. O, isə gələ bilməyəcəyini və Hövsana gəlməsini demişdir. Onlar razılaşıb elə həmin tarixdə saat 16:00 radələrində tanışı Abbasla birlikdə Hövsan qəsəbəsində yerləşən dörd yol deyilən yerdə tanımadığı başqa bir şəxslə birlikdə görüşmüşlər. Onlar iki nəfər gəlmiş və Hövsan qəsəbəsində yerləşən Suraxanı RPİ-nin 30-cu PB-nin yaxınında olan parka getmişlər. Orada söhbət edəndə onunla instagramda yazışan oğlan ona nə üçün qardaşını söydüyünü soruşmuş, o, isə instagramda onunla danışanda onun öz səhifəsində qardaşı ilə birlikdə çəkib paylaşdığı şəkli öz telefonuna köçürdərək onun yanındakının əvvəl onu vuran Elşada oxşadığı üçün o olduğunu düşünüb onun üzünü işarələyərək söyüb təhqir edərək öz hesabında paylaşmışdır. Ona şəkildəkinin qardaşı olmasını bilmədiyini, Elşada oxşadığı üçün həmin şəxs olduğunu düşünüb onu vurub qaçdığı üçün o hərəkəti etdiyini demişdir. Bu zaman onun yanındakı tanımadığı oğlan əlindəki qırıq şüşə ilə onun sol çiynindən vuraraq çiynini kəsmiş, o biri isə elə yox belə edəcəyini deyərək cibindən açılıb-qatlanan bıçağı çıxardıb onun qarın nahiyyəsindən göbəyinin alt hissəsindən bir dəfə vurmuşdur. O, halsızlaşıb yıxılan zaman Abbas onu arxadan tutmuşdur. Onlar da onun qoluna girib parkdan çıxardıb qohumu Mahu adlı şəxsin yanında qoyub qaçmışlar. O, daha sonra göstərmişdir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2la barışmış və onları bağışlayır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəylərini də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinə əlavə olunmuş məhkəmə-tibbi ekspertizasının 17 avqust 2018ci il tarixli, 670 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs aşağıdakı xəsarətlər aşkar edilmişdir: qarının ön divarının daxilə nüfuz edərək nazik bağırsağın zədələnməsi ilə müşayiət olunmuş deşilmiş-kəsilmiş yarası, sol bazu oynağı nahiyyəsininn kəsilmiş yarası deşici-kəsici əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarda göstərilən müddət vəşəraitdə, yəni 18 iyul 2019-cu il tarixdə əmələ gələ bilərdilər və dərəcələrinə görə qarının ön divarının daxilə nüfuz edərək nazik bağırsağın zədələnməsi ilə müşayiət olunmuş deşilmiş-kəsilmiş yarası həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir, digər xəsarət isə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Cinayət işinə əlavə olunmuş ambulator məhkəmə-psixiatrik ekspertizasının 29 avqust 2019-cu il tarixli, 1621 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 oğlunda hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Cinayət işi materiallarından və hal-hazırkı psixiatrik müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs1 oğlunda həmçinin törətdiyi əməl dövründə hər hansı xroniki psixi xəstəliyin, psixi fəaliyyətin müvəqqəti pozulmasının, kəmağıllığın və sair psixi xəstəliyin əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterinin və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs1 oğlu törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterinin və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs1 oğlunun məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinə əlavə olunmuş ambulator məhkəmə-psixiatrik ekspertizasının 28 avqust 2019-cu il tarixli, 1612 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Cinayət işi materiallarından və hal-hazırkı psixiatrik müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs1 oğlunda həmçinin törətdiyi əməl dövründə hər hansı xroniki psixi xəstəliyin, psixi fəaliyyətin müvəqqəti pozulmasının, kəmağıllığın və sair psixi xəstəliyin əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterinin və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs2 törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterinin və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs2 məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinə əlavə olunmuş kompleks məhkəmə tibbi-kriminalistik ekspertizasının 07 oktyabr 2019-cu il tarixli, 481-MTKŞ/2019 saylı rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş Zərərçəkmiş şəxs məxsus maykanın ön səthində, ortada bir ədəd deşilmiş-kəsilmiş zədə aşkar olundu. Ekspertizaya təqdim olunmuş Zərərçəkmiş şəxs məxsus mayka üzərində olan deşilmiş-kəsilmiş zədə yastı tiyə tipli deşici-kəsici alətin təsirindən əmələ gəlmişdir. Ekspertizaya təqdim olunmuş Zərərçəkmiş şəxs məxsus maykanın üzərində aşkar olunmuş bir ədəd deşilmiş-kəsilmiş zədənin yerləşməsinə əsasən, Zərərçəkmiş şəxs xəsarət alan zaman xəsarət yetirən şəxslə müxtəlif qarşılıqlı vəziyyətdə olmuşdur. Cinayət işinə əlavə olunmuş kompleks məhkəmə tibbi-bioloji ekspertizasının 23 oktyabr 2019-cu il tarixli 723/2019-MTBŞ saylı rəyindən görünür ki, maddi sübutların məhkəmə tibbi tədqiqinə əsasən aşağıdakı nəticəyə gəlinir. Ekspertizaya təqdim olunan Zərərçəkmiş şəxs məxsus bir ədəd mayka üzərindəki ləkələrdə qan aşkar olundu. Hal hazırda şöbədə olan növ təyinedici zərdablarla bu qan ləkəsinin növünü təyin etmək mümkün olmadı. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində, Təqsirləndirilən şəxs2 isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətmələri və onların həmin əməlləri törətməkdə təqsirli olmaları tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qeyd edilən cinayət əməlləriri törətməkdə təqsirlidirlər, onların əməllərinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən və cəzadan azad olunmaları üçün əsaslar yoxdur, onlara qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs1 oğlunun ilk dəfə cinayət törətməsini, əməlindən səmimi peşimançılıq çəkməsini, yetkinlik yaşına çatmamasını, zərər çəkmiş şəxslə barışmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. “Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun, 30 iyun 2008-ci il tarixli, 6 saylı qərarının, 11-ci bəndində qeyd olunmuşdur ki, yetkinlik yaşına çatmayanların törətdiyi cinayətə görə cəza təyin olunması haqqında məsələ həll edilərkən, Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində qeyd olunan (törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti haqqında məlumatlar, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar) hallardan başqa, həmçinin Azərbaycan Respublikası CM-nin 86-cı maddəsində nəzərdə tutulan şərtlər də (yetkinlik yaşına çatmamış şəxsin həyat və tərbiyə şəraiti, əqli və psixi inkişaf səviyyəsi, şəxsiyyətinin digər xüsusiyyətləri, yetkinlik yaşına çatmış şəxslərin ona təsiri və s.) nəzərə alınmalıdır. İlk növbədə, azadlıqdan məhrum etməklə əlaqədar olmayan cəzanın tətbiq olunmasının mümkünlüyü müzakirə olunmalıdır. Yetkinlik yaşına çatmayanlara cəza təyin edərkən məhkəmələr nəzərə almalıdırlar ki, cəza maksimum dərəcədə məhkumun islah və yenidən tərbiyə olunması məqsədinə xidmət etməlidir. Məhkəmə yalnız yetkinlik yaşına çatmayan şəxsin törətdiyi cinayətin ağırlığı baxımından onun cəmiyyətdən təcrid olunmadan islah olunmasının mümkün olmadığı hallarda, qəbul olunmuş qərarı hökmdə mütləq əsaslandırmaqla ona azadlıqdan məhrumetmə növündə cəza təyin olunması haqqında qərar qəbul etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs1 təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanın ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Təqsirləndirilən şəxs1 14 avqust 2019-cu il tarixdən 16 avqust 2019-cu il tarixədək tutulduğu 02 (iki) gün ona təyin ediləcək müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq ona qəti cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs1 barəsində cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin “cəzanı yüngülləşdirən hallar olduqda cəzanın təyin edilməsi”ndən bəhs edən 60-cı maddəsinin tələblərini də nəzərə alır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən, həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və həcmi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən, cəza təyin edən məhkəmə, şəxsin cəza çəkmədən islah olunmasını mümkün hesab edərsə, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə Təqsirləndirilən şəxs1 şəxsiyyətini, yetkinlik yaşına çatmadığını məhkəmə iclasındakı davranışını, habelə cəzanı yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 azadlıqdan məhrum etmə növündə cəza çəkmədən islah olunması mümkündür. Ona görə də ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.3-cü maddəsinin tələbinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Həmin Məcəllənin 70.5-ci maddəsinə görə məhkəməşərti məhkum etmə təyin edərkən həmin şəxsin üzərinə onun islah olunmasına kömək edən bir sıra vəzifələr qoya bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində sınaq müddəti müəyyən edilməli və sınaq müddətinin əvvəli hökmün qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmalı, üzərinə davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv olunaraq barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Təqsirləndirilən şəxs2 ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, əməlindən səmimi peşman olmasını, zərər çəkmiş şəxslə barışmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən, həmin Məcəllənin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməli, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən həmin hissədə cinayət təqibinə xitam verilməlidir. Belə ki, Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən, həmin Məcəllənin 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həmdə başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərə təyin olunacaq cəza ilə cəzanın məqsədini təmin etmək mümkündür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinəəsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Cinayət Məcəlləsinin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin, məhkumun cinayət yolu iləəldə etdiyi pul vəsaitləri və ya digər əmlakın, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlərin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə nəzərdə tutulmuş müsadirə edilməli əmlak olmadığından yuxarıda qeyd olunan müddəa tətbiq olunmamalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.0.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi Suraxanı rayon Polis İdarəsində saxlanılan bir ədəd mayka məhv edilməlidir. İbtidai istintaq zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsindən x9 və x3 vəkil işlədikləri Bakı şəhəri 9 saylı Vəkil bürosunun hesabına hər biri üçün 384 (üç yüz səksən dörd) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 oğlunun 14 avqust 2019-cu il tarixdən 16 avqust 2019-cu il tarixədək tutulduğu 02 (iki) gün ona təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi (şərti məhkum etmə) tətbiq edilməklə, Təqsirləndirilən şəxs1 oğluna təyin edilmiş azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilsin. Onun barəsində 01 (bir) il sınaq müddəti müəyyən edilsin. Sınaq müddətinin əvvəli hökmün qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 oğlunun üzərinə davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Onun davranışına nəzarət Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Xəzər rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 oğlunun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv olunsun. Təqsirləndirilən şəxs1 oğlunun barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128ci maddəsi ilə olan cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv olunsun. İş üzrə maddi sübut kimi Suraxanı rayon Polis İdarəsində saxlanılan bir ədəd mayka məhv edilsin. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsindən x9 və x3 vəkil işlədikləri Bakı şəhəri 9 saylı Vəkil bürosunun hesabına hər biri üçün 384 (üç yüz səksən dörd) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qadasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar