Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-364/2021 01.03.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Əli İrfan oğlunun sədrliyi, hakimlər Hüseynov Telman Qulaməli oğlu və Ağayev Zeynal Qurban oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X15, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1973-cü ildə Dəvəçi (indiki Şabran) rayonu, Yenikənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində 2 (iki) yetkinlik yaşına çatmayan uşağı olan, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmayan, Siyəzən rayonu, Yenikənd kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri külli miqdarda kultivasiya etmiş, yəni əkib yetişdirmişdir. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən əldə etdiyi 35 (otuz beş) ədəd çətənə bitkisi toxumlarını 2020-ci ilin may ayının əvvəllərində yaşadığı Siyəzən rayonu, Yenikənd kəndində yerləşən evinin həyətyanı torpaq sahəsində yerləşən yarımçıq tikilidə torpaqda əkmiş, həmin toxumlardan əmələ gələn tərkibində narkotik maddələr olan külli miqdarda, yəni 35 (otuz beş) ədəd çətənə (kannabis) bitkilərinə qanunsuz olaraq aqrotexniki qaydada qulluq göstərib yetişdirməklə kultivasiya etmişdir. xx xxxx 2020-ci il tarixdə saat 17:00 radələrində Siyəzən rayon Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan ünvanda yerləşən evin həyətyanı torpaq sahəsindəki yarımçıq tikiliyə baxış keçirilən zaman nəm vəziyyətdə, ümumi çəkisi 1005,0 qram təşkil edən tərkibində narkotik maddələr olan həmin 35 (otuz beş) ədəd çətənə bitkiləri torpaqda əkilmiş vəziyyətdə aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, 1-ci Qarabağ müharibəsində iştirak etmişdir. Həmin müharibə zamanı bədəninin müxtəlif yerlərindən güllə yaraları almış və hətta hal-hazırda da bədəninin bəzi nahiyələrində qəlpələr qalmışdır. Həmin güllə və qəlpə yaraları ona tez-tez ağrılar vermişdir. Onun ağrıları başladığından təxminən 2 (iki) il müddətdir ki, o, ağrılarının qarşısını almaq üçün narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə etməyə başlamışdır. O, narkotik vasitə qurudulmuş marixuananı qəbul etdikdə, ağrıları bir qədər azalmışdır. O, rəsmi olaraq heç bir yerdə işləməmişdir. O, müharibədə aldığı yaralar ilə əlaqədar ağır fiziki əmək tələb edən işlərdə işləyə bilməmişdir. O, adətən balıqçıların yanında dənizə getməklə balıqçılara sonuncuların işlərində fəhlə qismində kömək edərək günəmuzd pul qazanmaqla ailəsini dolandırmışdır. Təxminən 2020-ci ilin aprel ayının sonlarında balıqçılıq mövsümü ilə əlaqədar o, Xaçmaz rayonunun Nabran qəsəbəsində işlədiyi zaman balıqçı torlarını təmizləyərkən dəniz kənarında yerdə olan ağ rəngli sellofan torba onun diqqətini cəlb etmişdir. O, həmin sellofan torbanı götürüb baxdıqda torbanın içərisində narkotik vasitə tərkibli çətənə bitkilərinin toxumlarının olduğunu görmüşdür. O, narkotik vasitə qurudulmuş marixuanadan istifadə etdiyindən özünün narkotik vasitəyə olan tələbatını ödəmək üçün həmin toxumları gələcəkdə əkmək məqsədilə götürüb özündə saxlamışdır. Lakin o, əvvəllər narkotik xassəli bitkilər əkib becərməmişdir. O, ilk dəfə narkotik vasitə qurudulmuş marixuanaya olan tələbatını ödəmək üçün çətənə bitkilərinin toxumlarını əkmək fikrinə düşmüşdür. O, həmin çətənə bitkisinin toxumlarını tapdıqdan sonra yaşadığı evə aparmış və həmin toxumları evin həyətində yerləşən yarımçıq tikilidə əkmişdir. Həmin tikili sökülüb-dağıldığı üçün istifadəsiz vəziyyətdə olmuş və ona görə də onun ailə üzvlərindən heç kim ora getməmişdir. O da öz ailə üzvlərinin və başqa şəxslərin ora getmədiyindən həmin yeri münasib yer hesab edərək tapdığı çətənə toxumlarını orada əkmişdir. O, həmin çətənə toxumlarını orada əkdikdən sonra vaxtıvaxtında onlara su vermiş və diblərini yumşaltmışdır. Onun 2020-ci ilin may ayının əvvəllərində əkdiyi həmin çətənə toxumlarından ümumilikdə 35 (otuz beş) ədəd çətənə bitkisi əmələ gəlmişdir. xx xxxx 2020-ci il tarixdə səhər saat 06:00 radələrində o, evdən çıxaraq Siyəzən rayonu, Tağay kəndinə iş dalınca getmişdir. O, orada tikilməkdə olan evin damını vuran ustaya fəhlə kimi köməklik etmişdir. O, evdən çıxıb gedərkən həmin çətənə bikilərinə baxmamışdır. O, Siyəzən rayonu, Tağay kəndində işlədiyi zaman axşam təxminən saat 18:00 radələrində onun mobil telefonuna zəng gəlmiş və telefonu açdıqda, zəng edən şəxs Siyəzən rayon Polis şöbəsinin əməkdaşı olduğunu deyərək onun yaşadığı evin həyətyanı sahəsində narkotik tərkibli çətənə bitkiləri aşkar olunduğuna görə onu yaşadığı evə dəvət etmişdir. O, Siyəzən rayonu, Tağay kəndində işdə olduğunu deyərək 15 dəqiqə ərzində yaşadığı evə gələcəyini bildirmişdir. O, törətdiyi əməldən çox utandığı və peşman olduğu üçün yaşadığı ünvana getməmişdir. Sonradan o, polis əməkdaşları tərəfindən onun aravadı Şahid6, müdafiəçinin və aqronumun iştirakı ilə onun evinin həyətyanı sahəsindəki yarımçıq tikiliyə videoçəkiliş vasitəsi ilə baxış keçirildiyini və oradan 35 (otuz beş) ədəd çətənə bitkisi kollarının aşkar olunaraq götürüldüyünü öyrənmişdir. Bundan sonra o, xx xxxx 2020-ci il tarixdə könüllü olaraq Siyəzən rayon Polis şöbəsinə gedərək təslim olmuşdur. Təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olduğunu, himayəsində 2 (iki) azyaşlı uşağının olduğunu, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunduğunu, 1-ci Qarabağ müharibəsində döyüşçü kimi iştirak etdiyini və ağır xəstə olduğunu bildirərərk barəsində azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında araşdırılmış mötəbər və obyektiv sübutlar əsasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam şəkildə öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 oğlu ifadəsində göstərdi ki, o, Siyəzən rayon Polis şöbəsinin Cinayət Axtarış Bölməsinin rəisi vəzifəsində işləyir. Siyəzən rayonu, Yenikənd kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı torpaq sahəsində yerləşən yarımtikilinin içərisində qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilər əkib-becərməsi barədə Siyəzən rayon Polis şöbəsinə əməliyyat məlumatı daxil olmuşdur. O, xx xxxx 2020ci il tarixdə həmin məlumatın yoxlanılması və Təqsirləndirilən şəxs yaxalanaraq ifşa olunması məqsədi ilə əməliyyat tədbirlərinin keçirilməsinə icazə verilməsi üçün rəhbərliyə raportla məruzə etmişdir. Bununla bağlı şöbədə müvafiq sənədləşmə aparılmış və Təqsirləndirilən şəxs ətrafında əməliyyat tədbirlərinin keçirilməsi məqsədi ilə onun rəhbərliyi altında əməliyyat qrupu yaradılmışdır. Əməliyyat-axtarış tədbirləri keçirilən zaman Siyəzən rayon Polis şöbəsinin əməliyyat müvəkkili olmuş, hal-hazırda Kürdəmir rayon Polis şöbəsində əməliyyat müvəkkili vəzifəsində işləyən, polis leytenantı Şahid3, Siyəzən rayon Polis şöbəsinin kiçik inspektoru, polis baş serjantı Şahid4 və Siyəzən rayon Polis şöbəsinin X4 baş inspektoru, polis mayoru Şahid2 qrupun tərkibinə daxil edilməklə keçiriləcək tədbirlə bağlı təlimatlandırılmışlar. Faktla bağlı araşdırma aparılması Siyəzən rayon Polis şöbəsinin təhqiqatçısı, polis kapitanı X5 həvalə olunmuşdur. Bundan sonra keçiriləcək baxışda mütəxəssis-aqronom qismində iştirak etmək üçün Şahid5 və fərdi qaydada fəaliyyət göstərən vəkil X19 şöbəyə dəvət olunmuşlar. Mütəxəssis-aqronom Şahid5 və vəkil Arif Həbibzadə keçiriləcək tədbir barədə məlumatlandırılmışlar. Mütəxəssis-aqronom Şahid5 mütəxəssis kimi hüquq və vəzifələri izah olunduqdan sonra onlar birlikdə Təqsirləndirilən şəxs yaşadığı Siyəzən rayonu, Yenikənd kəndində yerləşən evinin qarşısına getmişlər. Onlar Təqsirləndirilən şəxs yaşadığı ünvana çatdıqdan sonra Təqsirləndirilən şəxs faktiki yaşadığı evin giriş darvazasını döymüşlər. Qapını Təqsirləndirilən şəxs arvadı Şahid6 açmış və əri Cavidin evdə olmadığını onlara bildirmişdir. X10 Şahid6 əri Təqsirləndirilən şəxs tərəfindən yaşadığı evin həyətyanı sahəsində tərkibində narkotik maddələr olan çətənə bitkiləri əkilməsi ilə bağlı Siyəzən rayon Polis şöbəsinə əməliyyat məlumatının daxil olduğunu və bu məlumatla əlaqədar olaraq evin həyətyanı sahəsinə baxış keçiriləcəyini bildirərək Şahid6 yaşadıqları evin həyətyanı sahəsinə baxış keçirilməsinə etirazının olub-olmadığını soruşmuşdur. Şahid6 heç nədən xəbərinin olmadığını və yaşadıqları evin həyətyanı sahəsinə baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir. Şahid6 qeyd edilənlərlə bağlı yazdığı ərizəni X10yə təqdim etmiş və bundan sonra baxış keçirilməsi üçün onları yaşadıqları evin həyətinə dəvət etmişdir. Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilərkən həyətyanı sahədə olan yarımtikilinin içərisində torpaqda əkilmiş vəziyyətdə ümumilikdə 35 (otuz beş) ədəd çətənə bitkilərinə oxşar bitkilər aşkar olunmuşdur. Baxışda iştirak edən mütəxəssis-aqronom Şahid5 həmin bitkiləri nəzərdən keçirib onlara aqrotexniki qaydada qulluq göstərilib-göstərilmədiyini müəyyən etməsi təklif olunmuşdur. Şahid5 həmin bitkiləri nəzərdən keçirib bitkilərin mütəmadi olaraq su və gübrə verilməklə aqrotexniki qaydada becərildiyini, həmin bitkilərin hündürlüklərinin 8 (səkkiz) sm-dən 90 (doxsan) sm-ə qədər olduqlarını bildirmişdir. Bununla bağlı mütəxəssis-aqronom Şahid5 tərəfindən rəy tərtib edilmişdir. Bundan sonra həmin bitkilər basdırıldıqları yerdən bir-bir köklərindən çıxarılaraq 1 (bir) ədəd ağ rəngli sintetik torbaya qoyularaq qablaşdırılmış və ağzı möhürlənmişdir. Bağlamanın üzərinə o və digər iştirakçılar tərəfindən imza edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə baxış davam etdirilmiş, lakin həyətyanı sahədə qanunla qadağan olunmuş digər əşya və predmet aşkar edilməmişdir. Baxışın keçirilməsinə dair X10 tərəfindən protokol tərtib olunaraq ucadan oxunmuş və baxışda iştirak edən bütün şəxslər həmin protokolu imzalamışlar. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 və Şahid4 oxşar məzmunlu ifadə verməklə Şahid1 ifadəsində göstərdikləri xüsusatları təsdiq etmişlər. Şahid3 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, o, Kürdəmir rayon Polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. Bundan əvvəl o, Siyəzən rayon Polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləmişdir. O, həmin vəzifədə işlədiyi zaman Siyəzən rayonu, Yenikənd kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı torpaq sahəsində yerləşən yarımtikilinin içərisində qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilər əkib-becərməsi barədə Siyəzən rayon Polis şöbəsinə əməliyyat məlumatı daxil olmuşdur. xx xxxx 2020-ci il tarixdə polis əməkdaşı Şahid1 həmin məlumatın yoxlanılması və Təqsirləndirilən şəxs yaxalanaraq ifşa olunması məqsədi ilə əməliyyat tədbirlərinin keçirilməsinə icazə verilməsi üçün şöbə rəhbərliyinə raportla məruzə etmişdir. Bununla bağlı şöbədə müvafiq sənədləşmə aparılmış və Təqsirləndirilən şəxs ətrafında əməliyyat tədbirlərinin keçirilməsi məqsədi ilə Şahid1 rəhbərliyi altında əməliyyat qrupu yaradılmışdır. O, Siyəzən rayon Polis şöbəsinin kiçik inspektoru, polis baş serjantı Şahid4 və Siyəzən rayon Polis şöbəsinin X4 baş inspektoru, polis mayoru Şahid2 qrupun tərkibinə daxil edilmişlər və keçiriləcək tədbirlə bağlı təlimatlandırılmışlar. Faktla bağlı araşdırma aparılması Siyəzən rayon Polis şöbəsinin təhqiqatçısı, polis kapitanı X5 həvalə olunmuşdur. Bundan sonra keçiriləcək baxışda mütəxəssis-aqronom qismində iştirak etmək üçün X29 X2 rayonu üzrə baş aqronomu Şahid5 və fərdi qaydada fəaliyyət göstərən vəkil X19 şöbəyə dəvət olunmuşlar. Mütəxəssis-aqronom Şahid5 və vəkil Arif Həbibzadə keçiriləcək tədbir barədə məlumatlandırılmışlar. Mütəxəssis-aqronom Şahid5 mütəxəssis kimi hüquq və vəzifələri izah olunduqdan sonra onlar birlikdə Təqsirləndirilən şəxs yaşadığı Siyəzən rayonu, Yenikənd kəndində yerləşən evinin qarşısına getmişlər. Onlar həmin ünvana çatdıqdan sonra Təqsirləndirilən şəxs faktiki yaşadığı evin giriş darvazasını döymüşlər. Qapını Təqsirləndirilən şəxs həyat yoldaşı Şahid6 açaraq həyat yoldaşı Cavidin evdə olmadığını onlara bildirmişdir. X10 Şahid6 həyat yoldaşı Cavid tərəfindən yaşadığı evin həyətyanı sahəsində tərkibində narkotik maddələr olan çətənə bitkiləri əkilməsi ilə bağlı Siyəzən rayon Polis şöbəsinə əməliyyat məlumatının daxil olduğunu və bu məlumatla əlaqədar evin həyətyanı sahəsinə baxış keçiriləcəyini bildirərək Şahid6 yaşadıqları evin həyətyanı sahəsinə baxış keçirilməsinə etirazının olubolmamasını soruşmuşdur. Şahid6 heç nədən xəbərinin olmadığını, yaşadıqları evin həyətyanı sahəsinə baxış keçirilməsinə etirazının olmadığını bildirmiş və bununla bağlı müvafiq ərizəni X10yə təqdim etdikdən sonra baxış keçirilməsi üçün baxış iştirakçılarını yaşadıqları evin həyətinə dəvət etmişdir. Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilərkən həyətyanı sahədə olan yarımtikilinin içərisində torpaqda əkilmiş vəziyyətdə ümumilikdə 35 (otuz beş) ədəd çətənə bitkilərinə oxşar bitkilər aşkar olunmuşdur. Baxışda iştirak edən mütəxəssis-aqronom Şahid5 həmin bitkiləri nəzərdən keçirib onlara aqrotexniki qaydada qulluq göstərilib göstərilməməsini müəyyən etməsi təklif olunmuşdur. Şahid5 həmin bitkiləri nəzərdən keçirərək bitkilərin mütəmadi olaraq su və gübrə verilməklə aqrotexniki qaydada becərildiyini, həmin bitkilərin hündürlüklərinin 8 sm-dən 90 sm-ə qədər olduqlarını bildirmişdir. Bununla bağlı mütəxəssis-aqronom Şahid5 tərəfindən rəy tərtib edilmişdir. Bundan sonra həmin bitkilər basdırıldıqları yerdən bir-bir köklərindən çıxarılaraq 1 (bir) ədəd ağ rəngli sintetik torbaya qoyularaq qablaşdırılmış və ağzı möhürlənmişdir. Bağlamanın üzəri o və digər iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə baxış davam etdirilsə də evin həyətyanı sahəsində qadağan olunmuş əlavə əşya və predmet aşkar edilməmişdir. Faktla bağlı X10 tərəfindən protokol tərtib olunaraq ucadan oxunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Şahid5 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, o, ali təhsilli aqronomdur, ixtisası alim-aqronomdur və hazırda X29 X2 rayonu üzrə baş aqronom vəzifəsində işləyir. xx xxxx 2020-ci il tarixdə təxminən saat 17:00 radələrində Siyəzən RPŞ-nin əməkdaşları tərəfindən Siyəzən rayonu, Yenikənd kəndində qeydiyyatda olmaqla həmin ünvanda yerləşən fərdi yaşayış evdə yaşayan Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə videoçəkiliş vasitəsilə keçiriləcək baxışda mütəxəssis-aqronom qismində iştirak etmək üçün dəvət olunmuşdur. O, keçiriləcək baxış ilə bağlı polis əməkdaşları tərəfindən məlumatlandırıldıqdan sonra Siyəzən rayonu, Yenikənd kənd sakini Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində narkotik vasitə olan çətənə bitkilərini qanunsuz əkib-becərməsi barədə şöbəyə daxil olmuş məlumata əsasən həmin evin həyətyanı sahəsinə baxış keçiriləcəyi məlum olmuşdur. Siyəzən RPŞ-nin təhqiqatçısı, polis kapitanı X8 tərəfindən ona mütəxəssis kimi hüquq və vəzifələri izah edilmiş və bundan sonra o, Siyəzən RPŞ-nin əməkdaşları ilə birlikdə Təqsirləndirilən şəxs faktiki yaşadığı Siyəzən rayonu, Yenikənd kəndində yerləşən evinin qarşısına getmişlər. Onlar həmin ünvana çatdıqdan sonra Təqsirləndirilən şəxs yaşadığı evin giriş darvazası polis əməkdaşları tərəfindən döyülmüşdür. Qapını Təqsirləndirilən şəxs həyat yoldaşı Şahid6 açaraq həyat yoldaşı Cavidin evdə olmadığını bildirmişdir. X10 Şahid6 həyat yoldaşı Cavid tərəfindən yaşadığı evin həyətyanı sahəsində tərkibində narkotik maddələr olan çətənə bitkiləri əkilməsi ilə bağlı Siyəzən RPŞ-nə əməliyyat məlumatının daxil olduğunu və bu məlumat ilə əlaqədar olaraq evin həyətyanı sahəsinə baxış keçiriləcəyini bildirərək, Şahid6 yaşadıqları evin həyətyanı sahəsinə baxış keçirilməsinə etirazının olub-olmamasını soruşmuşdur. Şahid6 heç nədən xəbərinin olmadığını, yaşadıqları evin həyətyanı sahəsinə baxış keçirilməsinə hər hansı etirazının olmadığını bildirmiş və bununla bağlı müvafiq ərizəni X10yə təqdim etdikdən sonra baxış keçirilməsi üçün baxış iştirakçılarını yaşadıqları evin həyətinə dəvət etmişdir. Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilərkən həyətyanı sahədə olan yarımtikilinin içərisində torpaqda əkilmiş vəziyyətdə ümumilikdə 35 (otuz beş) ədəd çətənə bitkilərinə oxşar bitkilər aşkar olunmuşdur. O, həmin bitkiləri nəzərdən keçirib bitkilərin diblərindəki torpaqlarının yumşaq və nəm vəziyyətdə olduğunu görüb həmin bitkilərə mütəmadi olaraq su və gübrə verilməklə aqrotexniki qaydada becərildiyini, həmin bitkilərin hündürlüklərinin 8 sm-dən 90 sm-ə qədər olduqlarını bildirmişdir. Bununla bağlı o, rəy tərtib etmişdir. Bundan sonra həmin bitkilər onun tərəfindən basdırıldıqları yerdən bir-bir köklərindən çıxarılıb sayılmaqla 01 (bir) ədəd ağ rəngli sintetik torbaya qoyularaq qablaşdırılmışdır. Qablaşdırmanın ağzı polis əməkdaşları tərəfindən möhürlə möhürlənmişdir. Bağlamanın üzəri onun və digər iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə baxış davam etdirilmiş, lakin orada qadağan olunmuş əlavə əşya və predmet aşkar edilməmişdir. Faktla bağlı X10 tərəfindən protokol tərtib olunaraq ucadan oxunmuşdur. Protokolun doğruluğu iştirakçılar tərəfindən imzalanmışdır. Şahid6 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, o, Siyəzən rayonu, Yenikənd kəndində ailə üzvləri ilə birlikdə yaşayır. O, heç yerdə işləmir və evdar qadındır. Təqsirləndirilən şəxs onun əridir. Onların ər-arvad kimi münasibətləri yaxşıdır və aralarında heç bir narazılıq yoxdur. O, xx xxxx 2020-ci il tarixdə saat təxminən 17:00 radələrində yaşadıqları evdə olduğu zaman evlərinin küçə qapısı döyülmüşdür. Onun əri Təqsirləndirilən şəxs həmin vaxtı evdə olmadığından o, küçə qapısını açmışdır. O, qapını açdıqda qapını döyən şəxslərin polis əməkdaşlarının və mülki geyimdə bir neçə şəxsin olduğunu görmüşdür. Həmin şəxslər ona Siyəzən RPŞ-nin əməkdaşları olduqlarını, mülki geyimdə olan şəxslərin isə aqronom-mütəxəssis və vəkil olduqlarını ona deyərək əri Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində tərkibində narkotik maddələr olan çətənə bitkilərini qanunsuz əkib-becərməsində şübhəli olduğunu və buna görə yaşadıqları evin həyətyanı sahəsinə baxış keçirəcəklərini bildirmişlər. O, həmin şəxslərə heç nədən xəbərinin olmadığını bildirmişdir. Daha sonra o, yaşadıqları evin həyətyanı sahəsinə baxış keçirilməsinə etirazının olmadığını polislərə bildirərək bu barədə ərizə ilə müraciət etmiş və polis əməkdaşlarını yaşadığı evin həyətinə dəvət etmişdir. Onun yaşadığı evin həyətinə baxış keçirilərkən həyətdə olan yarımtikilinin içərisində ümumilikdə 35 (otuz beş) ədəd tərkibində narkotik maddələr olan çətənə bitkiləri aşkar olunmuşdur. O, həmin bitkiləri ilk dəfə orada görmüşdür. O, həmin bitkilərin adlarını da ilk dəfə oradaki polis əməkdaşlarından öyrənmişdir. Həyətyanı torpaq sahəsində əkib-becərmə, ağaclara qulluq və digər işlərlə əsasən Cavid özü məşğul olmuşdur. O isə ev işləri ilə məşğul olduğundan onun həyətyanı torpaq sahəsində işləməyə vaxtı olmamışdır. Həmçinin qeyd olunan yarımtikili istifadəsiz vəziyyətdə olduğu üçün, həmin tikilinin içərisinə heç kim girməmişdir. Buna görə də o, əri Təqsirləndirilən şəxs həyətyanı torpaq sahəsindəki həmin istifadəsiz yarımçıq tikilinin içərisində torpaqda tərkibində narkotik maddələr olan bitkiləri əkibbecərməsini bilməmiş və polis əməkdaşları onların evlərinə gələnə qədər onun bu barədə heç bir məlumatı olmamışdır. Təqsirləndirilən şəxs özü də evdə bu barədə ona heç nə bildirməmişdir. O, bu məsələni polis əməkdaşları gəlib videoçəkiliş vasitəsilə onların yaşadıqları evin həyətyanı sahəsinə baxış keçirib orada 35 (otuz beş) ədəd tərkibində narkotik maddələr olan çətənə bitkilərini aşkar etdikdən sonra bilmişdir. Aşkar olunmuş həmin 35 (otuz beş) ədəd çətənə bitkiləri 01 (bir) ədəd ağ rəngli sintetik torbanın içərisinə yığılaraq qablaşdırılmışdır. Qablaşdırmanın üzəri möhürlə möhürlənmişdir. O və digər iştirakçılar həmin qablaşdırmanın üzərini imzalamışlar. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, elan olunmuş şahid ifadələrini, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxx 2020-ci il tarixli raportdan (cild 1, iş vərəqə 5) görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində narkotik vasitə əkib-becərməsi barədə Siyəzən rayon Polis şöbəsinə əməliyyat məlumatı daxil olmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxx 2020-ci il tarixli əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərardan (cild 1, iş vərəqə 7) görünür ki, Təqsirləndirilən şəxs Siyəzən rayonu, Yenikənd kəndində yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilməsi və onun ifşa olunması məqsədi ilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxx 2020-ci il tarixli baxış keçirilməsi və götürmə haqqında protokoldan (cild 1, iş vərəqə 20-21) görünür ki, Siyəzən rayonu, Yenikənd kəndində Təqsirləndirilən şəxs məxsus evin həyətindəki yarımtikilidə qanunsuz olaraq tərkibində narkotik maddələr olan, ümumi sayı 35 (otuz beş) ədəd olan, yəni külli miqdarda çətənə kolları aşkar edilərək götürülmüşdür. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxx 2020-ci il tarixli mütəxəssis rəyindən (cild 1, iş vərəqə 23) görünür ki, Siyəzən rayonu, Yenikənd kəndində Təqsirləndirilən şəxs məxsus evin həyətindəki yarımtikilidə əkilmiş və ümumi sayı 35 (otuz beş) ədəd təşkil edən çətənə kollarına suvarma və qulluq işlərinin mütəmadi olaraq vaxtıvaxtında aparılması müəyyən edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxx 2020-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 7/342 saylı məhkəmə-bioloji ekspertiza rəyindən (cild 1, iş vərəqə 31-32) görünür ki, tədqiqata təqdim edilmiş sayı 35 (otuz beş) ədəd, nəm vəziyyətdə ümumi çəkisi 1005,0 qram olan bitkilər əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisidir. Aqronomun rəyinə əsasən həmin bitkilərə aqrotexniki qaydada qulluq edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxx 2020-ci il tarixli maddi sübut kimi tanıma haqqında qərardan (cild 1, iş vərəqə 38-39) görünür ki, yaş vəziyyətdə (tədqiqatdan sonra ümumi çəkisi 1004,3 qram təşkil edən) və ümumi sayı 35 (otuz beş) ədəd olan çətənə kolları maddi sübut kimi tanınmış və saxlanılması üçün Siyəzən rayon Polis şöbəsinin maddi sübutları saxlama otağına təhvil verilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxx 2020-ci il tarixli könüllü gəlmə haqqında protokoldan (cild 1, iş vərəqə 42) görünür ki, Təqsirləndirilən şəxs Siyəzən rayon Polis şöbəsinə könüllü gələrək törətdiyi cinayət barədə xəbər vermiş, eləcə də yaşadığı Siyəzən rayonu, Yenikənd kəndində yerləşən evinin həyətyanı sahəsində olan yarımtikilidə 35 (otuz beş) ədəd çətənə kollarını əkdiyini etiraf etmiş və törətdiyi əməldən peşman olduğunu bildirmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxx 2020-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan (cild 1, iş vərəqə 49) görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxx 2020-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 1, iş vərəqə 50) görünür ki, həmin gün Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxx 2020-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 1, iş vərəqə 65-66) görünür ki, həmin gün Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə ittiham elan edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxx 2020-ci il tarixli maddi sübut kimi tanıma haqqında qərardan (cild 1, iş vərəqə 63) görünür ki, özündə Təqsirləndirilən şəxs yaşadığı Siyəzən rayonu, Yenikənd kəndində yerləşən evin həyətyanı sahəsinə videoçəkiliş vasitəsilə keçirilmiş baxışın videogörüntüsünü əks etdirən 1 (bir) ədəd disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxx 2020-ci il tarixli tutulmuş şəxsin azad edilməsi və qətimkan tədbirinin seçilməsi haqqında qərardan (cild 1, iş vərəqə 85-86) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Siyəzən rayon Polis şöbəsinin MSY-dən azad edilməsi və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxx 2020-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X6 tələbnaməsindən (cild 1, iş vərəqə 98) görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxx 2020-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X23 Şəxsin Ambulator X3 1979 saylı rəyindən (cild 1, iş vərəqə 114) görünür ki, Təqsirləndirilən şəxs çətənə bitkisi preparatlarından sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur, onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır və ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxx 2020-ci il tarixli arayışdan (cild 1, iş vərəqə 106) görünür ki, Təqsirləndirilən şəxs ailə üzvləri - arvadı 1980-ci il təvəllüdlü Şahid6, oğlu 1998-ci il təvəllüdlü X11, qızları 2004-cü il təvəllüdlü X9 və 2006-cı il təvəllüdlü X12 ibarətdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxx 2020-ci il tarixli xasiyyətnamədən (cild 1, iş vərəqə 107) görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxxxx 2020-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Məhkəmə X13 X27 1705 saylı rəyindən (cild 1, iş vərəqə 123-124) görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı psixi xəstəlikdən əziyyət çəkmir. Cinayət işi materiallarından və hal-hazırki psixiatrik müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs, həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmamışdır. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxxx 2020-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan (cild 1, iş vərəqə 129-140) görünür ki, Təqsirləndirilən şəxs irəli sürülmüş ittihamın dəyişdirilmədən saxlanılması, 1 (bir) ədəd diskin maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilməsi, ümumi sayı 35 (otuz beş) ədəd təşkil edən və yaş vəziyyətdə (tədqiqatdan sonra ümumi çəkisi 1004,3 qram olan) olan çətənə kollarının maddi sübut kimi tanınması və saxlanılması üçün Siyəzən rayon Polis şöbəsinə təhvil verilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş tibbi sənəd olan epikrizdən (cild 1, iş vərəqə 56) görünür ki, Təqsirləndirilən şəxs xx xxxx 1993-cü ildə 3 nömrəli ŞKX-yə döş qəfəsinin sol yarısının bayır səthinin qəlpəli yarası, sol dirsək oynağının qəlpəli yarası və sol baldırın geniş sıyrıntısı diaqnozu ilə daxil olmuşdur. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Andrey X1rşı” işi üzrə X22 Məhkəməsinin xx xxxx 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə verən şahidlərə bilavasitə, həmçinin müdafiəçisinin vasitəsi ilə suallar vermiş, ümumilikdə isə ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirməmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən toplanmış sübutların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr yoxdur və həmin sübutlar əsasında cinayət hadisəsinin həqiqətən baş verməsi və Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin bütün zəruri tərkib əlamətlərinin olması, eləcə də qeyd olunan cinayət əməlinin onun tərəfindən qəsdən törədilməsi tam şəkildə təsdiq olunmuşdur. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.6-cı maddəsinə əsasəb tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası dedikdə - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tərkibində narkotik maddələr olan bitkilərin əkilməsi, yetişdirilməsi və ya onların (onların hissələrinin) toplanması başa düşülür. Həmin Qanunun 1.0.7-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz hazırlanması dedikdə - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla istehlaka yarayan və ya yaramayan narkotik vasitələrin və psixotrop maddələrin bilavasitə hazırlanmasına, yəni narkotik vasitələrin və psixotrop maddələrin istehsalına, emalına, saflaşdırılmasına və ya bir narkotik vasitənin, yaxud psixotrop maddənin digər narkotik vasitəyə və ya psixotrop maddəyə çevrilməsi yolu ilə narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, yaxud onların təsirinin gücləndirilməsinə, tərkibində narkotik maddələr olan bitkilərin kultivasiyasına, narkotik vasitələrin və psixotrop maddələrin alınmasına yönəldilmiş hərəkətlər başa düşülür. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 5.2-ci maddəsinə əsasən dərman vasitələrinin təcrübəvi nümunələrinin işlənib hazırlanması halları istisna olmaqla, Azərbaycan Respublikasının ərazisində narkotik vasitələrin istehsalı və tərkibində narkotik maddələr olan bitkilərin kultivasiyası qadağandır. Sözügedən Qanunun 21.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq və külli miqdarı, habelə onların prekursorlarının və qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) xeyli və külli miqdarı müvafiq qanunlarla müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının (3-cü Siyahı) 1-ci bəndinə əsasən - 16 (on altı) ədəd (31 hissə) çətənə növlü bitkilər külli miqdar təşkil edir. Məhkəmə istintaqında obyektiv araşdırılmış mötəbər sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 2020-ci ilin may ayının əvvəlində istintaqa məlum olmayan mənbədən əldə etdiyi və Azərbaycan Respublikasının ərazisində əkilibbecərilməsi qadağan olunmuş, tərkibində narkotik maddələr olan bitki toxumlarını Siyəzən rayonu, Yenikənd kəndində özünə məxsus evin həyətyanı torpaq sahəsində yerləşən yarımçıq tikilinin içərisində torpaq səthində əkmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs tərkibində narkotik maddələr olan bitki toxumlarını haradan, kimdən, hansı şəraitdə, əvəzli və ya əvəzsiz qaydada əldə etdiyini, eləcə də onun yaşadığı evin həyətyanı torpaq sahəsində yerləşən yarımçıq tikilidə neçə ədəd toxum əkdiyini müəyyən etmək mümkün olmadı. Lakin məhkəmə istintaqında xx xxxx 2020-ci il tarixdə saat 17:00 radələrində Siyəzən rayon Polis şöbəsinin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı torpaq sahəsində yerləşən yarımçıq tikiliyə qanuni əsaslarla baxış keçirilməsi və bunun nəticəsində oradan ümumilikdə 35 (otuz beş) ədəd, ümumi təmiz çəkisi 1005,0 qram olan yaş halda narkotik tərkibli çətənə (kannabis) kollarının aşkar edilərək maddi sübut kimi götürülməsi öz təsdiqini tapmışdır. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarını təşkil edir. Belə ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında etirafedici ifadə verərək yaşadığı Siyəzən rayonu, Yenikənd kəndində yerləşən evinin həyətyanı sahəsində olan yarımçıq tikilidən aşkar olunaraq götürülmüş 35 (otuz beş) ədəd çətənə bitkisini əkibbecərdiyini ətraflı şəkildə bildirmişdir. Bundan başqa, o, xx xxxx 2020-ci il tarixdə könüllü olaraq Siyəzən rayon Polis şöbəsinə gedərək törətdiyi cinayət barədə xəbər vermiş, yəni yaşadığı evin həyətyanı sahəsində olan yarımçıq tikilidə 35 (otuz beş) ədəd çətənə kollarını əkdiyini etiraf etmiş və törətdiyi əməldən peşman olduğunu bildirmişdir. Həmçinin, məhkəmə istintaqında şahid qismində dindirilmiş polis əməkdaşları da xx xxxx 2020-ci il tarixdə saat 17:00 radələrində Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı torpaq sahəsində yerləşən yarımçıq tikiliyə baxış keçirdiklərini və həmin vaxt oradan ümumilikdə 35 (otuz beş) ədəd narkotik tərkibli çətənə (kannabis) kollarını aşkar etdiklərini bildirmişlər. Bundan başqa, Təqsirləndirilən şəxs nə ibtidai araşdırma zamanı, nə də ki, məhkəmə istintaqı zamanı ona irəli sürülmüş ittihamı, eləcə də yaşadığı evin həyətindəki yarımtikilidə aşkarlanmış çətənə kollarının sayını və çəkisini mübahisələndirməmişdir. Əksinə o, etirafedici ifadələr verərək şəxsi istifadəsi üçün yaşadığı evin həyətyanı sahəsindəki yarımtikilidə çətənə toxumlarını əkdiyini, daha sonra həmin bitkilərə qulluq edərək yetişdirdiyini dəfələrlə bildirmişdir. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarıdır. Eyni zamanda məhkəmə istintaqında Təqsirləndirilən şəxs 35 (otuz beş) ədəd çətənə kollarını satmaq məqsədi ilə əkib-becərməsi, habelə onun narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olması öz təsdiqini tapmamışdır. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 35 (otuz beş) ədəd çətənə kollarını məhz öz şəxsi istifadəsi üçün əkib-becərmiş və onlara aqrotexniki qaydada qulluq etmişdir. Qeyd edilən hallar da cinayət işinin mübahisəsiz hallarıdır. Beləliklə, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan və yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası CPM-nin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə, onları CPM-nin 143- 146 maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin bütün tərkib əlamətləri mövcuddur. Həmin cinayət hadisəsi həqiqətən baş vermiş və qeyd edilən cinayət əməli onun tərəfindən qəsdən törədilmişdir. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə tövsif edir. Cinayət hadisəsi məhz Təqsirləndirilən şəxs tərəfindən törədilmiş və bu cinayətin törədilməsində o, təqsirlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə təqsirli bilinməklə həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs Siyəzən rayon Polis şöbəsinə gedərək könüllü təslim olmasını və törətdiyi cinayət əməlini etiraf etməsini, ibtidai araşdırma və məhkəmə istintaqı zamanı etirafedici ifadələr verməsini, törətdiyi əməldən peşman olmasını, eləcə də ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, evli olmasını, himayəsində 2 (iki) yetkinlik yaşına çatmayan qız övladının olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, arvadının uzun müddət ağır xəstə olmasını, özünün Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edərək döş qəfəsinin sol yarısının bayır səthinin qəlpəli yarası, sol dirsək oynağının qəlpəli yarası və sol baldırın geniş sıyrıntısı xəsarətləri alaraq yaralanmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır və qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.10-cu maddəsinə əsasən şəxsin könüllü gəlib təqsirini boynuna alması, cinayətin açılmasına, onun digər iştirakçılarının ifşa edilməsinə, cinayət nəticəsində əldə edilmiş əmlakın axtarışına və tapılmasına fəal kömək etməsi cəzanı yüngülləşdirən hallar kimi müəyyən edilmişdir. Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən - Cinayət Məcəlləsinin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə təqsirləndirilən şəxsin əməlindəki cəzanı yüngülləşdirən bütün halların məcmusunu, ələlxüsus Təqsirləndirilən şəxs Siyəzən rayon Polis şöbəsinə gedərək könüllü təslim olmasını və orada törətdiyi cinayət əməlini etiraf etməsini, ibtidai araşdırma və məhkəmə istintaqı zamanı etirafedici ifadələr verməsini, törətdiyi əməldən peşman olmasını, eləcə də ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, evli olmasını, himayəsində 2 (iki) yetkinlik yaşına çatmayan qız övladının olmasını və onların ata qayğısına daha çox ehtiyaclarının olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, arvadının uzun müddət ağır xəstə olmasını, özünün Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edərək döş qəfəsinin sol yarısının bayır səthinin qəlpəli yarası, sol dirsək oynağının qəlpəli yarası və sol baldırın geniş sıyrıntısı xəsarətləri alaraq yaralanmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsində nəzərdə tutulmuş müstəsna hallar kimi qəbul edir və qiymətləndirir. Məhkəmə qeyd edilən müstəsna halları məcmu halda nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməli və ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasından daha yüngül cəza, yəni azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Belə ki, azadlığın məhdudlaşdırılması cəzasına nisbətdə ona daha ağır cəzanın, yəni azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi onun üzərində daha çox məhrumiyyətlər yaradacaq. Bu isə ona və onun ailəsinə (uşaqları və arvadına), o cümlədən onun səhhətinə, ailə münasibətlərinə və qız övladlarının tərbiyəsinə mənfi təsir göstərəcək. Bu səbəbdən də məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzası onu islah etməyə kifayət edəcək. Bu səbəbdən də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə cəza təyini zamanı cinayət hüququ nəzəriyyəsində öz əksini tapmış cəzanın fərdiləşdirilməsi prinsipinə və Azərbaycan Respublikası Cinayət Məcəlləsində nəzərdə tutulmuş ədalət prinsipinə ciddi şəkildə əməl olunmalıdır. Buna isə təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 62-ci maddəsini tətbiq etməklə nail olmaq olar. Odur ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməli və həmin maddənin tələbləri nəzərə alınmaqla ona azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62.1-ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Həmin Məcəllənin 62.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Bundan başqa, Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək həbsdə saxlanıldığı 2 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesablamaqla ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasına daxil edilməklə həmin cəzadan çıxılmalıdır. Eyni zamanda, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində, yəni Siyəzən rayonunda çəkməli, cəzanın çəkildiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün gecə saat 23:00-dan səhər saat 05:00dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyəcəyi halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, eləcə də Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək onun yaşayış yeri üzrə Siyəzən rayon Probasiya şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Həmçinin, cinayət işində olan xx xxxx 2020-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X23 Şəxsin 1979 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs çətənə bitkisi preparatlarından sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur, onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı var və ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hazırki cinayət işi üzrə məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra maddi sübut olub Siyəzən rayon Polis şöbəsində saxlanılan ümumi sayı 35 (otuz beş) ədəd, tədqiqatdan sonra ümumi təmiz çəkisi 1004,3 qram təşkil edən narkotik tərkibli çətənə (kannabis) kolları məhv edilməli, özündə Təqsirləndirilən şəxs yaşadığı Siyəzən rayonu, Yenikənd kəndində yerləşən evin həyətyanı torpaq sahəsinə baxış keçirilməsini əks etdirən 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Eyni zamanda məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 72 (yetmiş iki) manat məbləğində ekspertiza xərci var və həmin məbləğ Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyərini təşkil edən 72 (yetmiş iki) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 1173-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək həbsdə saxlanıldığı 2 (iki) gün müddət azadlığın məhdudlaşdırılması cəzasının müddətinə bir günə iki gün hesablanmaqla 4 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına daxil edilərək həmin cəzadan çıxılsın və onun üzərində 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Siyəzən rayonu, Yenikənd kəndində yaşadığı ünvanı gecə saat 23:00-dan səhər saat 05:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq və kütləvi tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Siyəzən rayon Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs üzərində saxlanılan cəzanın əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Hökm qanuni qüvvəyə mindikdən sonra maddi sübut olub Siyəzən rayon Polis şöbəsində saxlanılan və ümumi sayı 35 (otuz beş) ədəd, tədqiqatdan sonra ümumi təmiz çəkisi 1004,3 qram təşkil edən narkotik tərkibli çətənə (kannabis) kolları məhv edilsin, 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 72 (yetmiş iki) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-364/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-364/2021
01.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver