Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-364/2024 31.05.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Ağakərim oğlu Kərimovun sədrliyi ilə, hakimlər Rasim Əkrəm oğlu Sadıxovdan və X6-Məmmədovadan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X5, X1, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvüləri, “Alyans” Vəkil Bürosunun vəkili Müdafiəçi1, fərdi qaydada fəaliyyət göstərən vəkillər Müdafiəçi3, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2, zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə iştirakları ilə məhkəmə, Təqsirləndirilən şəxs, xx xxxx 1974-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, əvvəllər məhkum olunmamış, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olan və hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq təcridxanasında saxlanılan, Azərbaycan Respublikası CM-nin 179.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İttiham aktına əsasən, Təqsirləndirilən şəxs "xxxx" MMC-nin baş mühasibi olaraq həmin şirkətin faktiki sahibi və rəhbəri olmuş Şahid1 və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin (keçmiş Əmlak Məsələləri Dövlət Komitəsi) sifarişi əsasında dövlət büdcəsindən 2018-2019-cu illərdə Bakı şəhəri, X10 küçəsi 4 ünvanında yerləşən "Azərbaycan Milli Tarix Muzeyinin ekspozisiyasının yüksək texnologiyalar əsasında təkmilləşdirilməsi, işıqlandırma və yanğın siqnalizasiya sistemlərinin yenidən qurulması, təmir-bərpa işlərinin aparılması, avadanlıqla təchizatı" layihəsi üzrə ayrılmış xüsusilə külli miqdarda pul vəsaitini, yəni onlara etibar olunmuş dövlət əmlakını mənimsəmə və israfetmə yolu ilə qəsdən talama məqsədilə, 2018-ci ilin iyun ayından 2019-cu ilin dekabr ayınadək olan müddət ərzində faktiki olaraq müqavilə üzrə təmirtikinti öhdəliklərinin iş həcmi dəyərlərində yerinə yetirilmədiyi, onların, eləcədə mebel və avadanlıqların dəyərlərinin artırılması nəticəsində öz qulluq mövqeyindən istifadə etməklə 101.889,91 manat (yüz bir min səkkiz yüz səksən doqquz manat doxsan bir qəpik) məbləğində külli miqdarda dövlət əmlakını mənimsəmə və həmin layihə üzrə 2 nömrəli Forma aktlarda nəzərdə tutulmadığı halda digər istiqamətlərə yönəltməklə 1.716.673,28 manat (bir milyon yeddi yüz on altı min altı yüz yetmiş üç manat iyirmi səkkiz qəpik) məbləğində xüsusilə külli miqdarda dövlət əmlakını israf etmə yolu ilə olmaqla, ümumilikdə 1.818.563,19 manat (bir milyon səkkiz yüz on səkkiz min beş yüz altmış üç manat on doqquz qəpik) özgə əmlakını talamışdır. Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadələrində göstərdi ki, o, Azərbaycan Bina Tikinti Kompaniyasında 2017-ci ilə qədər baş mühasib vəzifəsində işləmişdir. O, ibtidai istintaq zamanı müstəntiqlə razılığa gəlmişdir ki, dəymiş zərərin əvəzi kimi 100000 manat pulu ödəyəcək. O, heç kim üçün problem yaranmasın deyə deyib, öz boynuna 100000 manat pulu ödəməyi götürmüşdür. O, mühasib işlədiyi dövrdə sadəcə olaraq vergi orqanına elektron hesabatlar təqdim etmişdir. Onun digər məsələlərin heç birindən məlumatı yoxdur. O, zərərçəkmişə heç bir ziyan vurmamışdır. Onun işlədiyi şirkətin hesabından başqa hesablara köçürülən məbləğlərdən məlumatı yoxdur. O, ibtidai istintaq zamanı razılığa gəlmişdir ki, 100000 manat pulu ödəyəcək, sonra azadlığa buraxılacaq. Sonradan onun axtarışda olduğunu deyib onu buraxmamışlar. O, ittiham aktında göstərilən müddətdə ölkədən xaricdə olmuşdur. 2017-ci ildə rəsmi olaraq işdən çıxmışdır. İfadələrinə başqa əlavəsi yoxdur. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı özünü təqsirli bilməyərək ifadlərində göstərmişdir ki, o, 2009-cu ildə tanışı Sona adlı xanımın vasitəsilə Şahid1 ilə tanış olmuş və onun yanında mühasib kimi işləməyə başlamışdır. 2010-cu ildə Şahid1 ona Malik Həsənovun xahişi ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hacıqabul rayonu, Nəvahi qəsəbəsində “Mərkəzi silah və sursat anbarlarının kompleks bina və qurğuları, xarici və ərazidaxili kommunikasiya xətləri, ərazinin abadlaşdırılması işlərinin layihələndirilməsi, tikintisi və mebel avadanlıqlarının quraşdırılması” ilə bağlı lahiyənin icrası üçün “Azərbaycan Bina-Tikinti Kompaniyası" MMC adlı şirkət yaradıldığını bildirmişdir. Formal olaraq şirkətin təsisçisi Şahid1 qohumu Şahid3, direktoru isə Şahid2 olmuşdur. O isə şirkətin baş mühasibi olmuşdur. “Azərbaycan Bina-Tikinti Kompaniyası" MMC-nin faktiki sahibi və işlərə nəzarət edən şəxs Şahid1 olmuşdur. Bütün hesabatlar ona təqdim edilmiş, şirkətin fəaliyyətinə də ümumi rəhbərliyi Şahid1 həyata keçirmişdir. X18 birbaşa əlaqəsi olmamış, bildiyi qədəri ilə Şahid1 təqdim etdiyi hesabatların bir nüsxəsi sonuncu tərəfindən Malik Həsənova təqdim edilmişdir. Baş mühasib kimi onun vəzifəsi vergi orqanlarına hesabatların hazırlanması, tikintidən gələn forma 2 sənədlərinin elektron formada yığılması və Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə hesabatların tərtib edilməsindən, çəkilmiş xərclər və işlərin görülməsi üçün tələb olunan vəsaitlər barədə arayışların hazırlanmasından ibarət olmuşdur. Bu sənədlərin bir nüsxəsini də Şahid1 təqdim edirmiş. Ona qeyd olunan məsələrlə bağlı tapşırıqlar Şahid2 tərəfindən deyil, məhz Şahid1 tərəfindən verilirdi. Aylıq məvacibi isə 2.000 manat təşkil edirdi. Müdafiə Nazirliyi İlə "xxxx" MMC arasında qeyd etdiyi layihə ilə bağlı ƏDV ilə birgə təxminən 200.000.000 AZN dəyərində müqavilə bağlanmış, həmin müqavilə üzrə işlərin yerinə yetirilməsi zamanı mühasibatlıq onun tərəfindən həyata keçirilmişdir. 2015-ci ilə kimi həmin layihə üzrə şirkətin hesabına ümumilikdə, ƏDV daxil 88.000.000 manat pul köçürülmüşdür. Müqavilə üzrə qalan məbləğ köçürülmədiyinə görə layihə üzrə icra edilməli olan digər işlər qarşılıqlı razılaşma əsasında dayandırılmışdır. 2015-ci ildə bütün zəruri sənədlər təqdim edilməklə layihə üzrə görülmüş işlər Müdafiə Nazirliyinə təhvil verilmişdir. "xxxx" MMC-nin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hacıqabul rayonu, Nəvahi qəsəbəsindəki hərbi hissəsinin tikintisi ilə bağlı 2011- 2017-ci illərdə yerinə yetirdiyi layihə üzrə həmin şirkətin ”Xalq Bank" ASC-dəki hesabına köçürülmüş vəsaitlərdən 2014-cü ildə 5.955.000 manatı, 2015-ci ildə 6.475.000 manatı, 2016-cı ildə 2.423.813 manatı baş mühasib kimi şirkət tərəfindən ona verilmiş rəsmi etibarnamə əsasında hissə-hissə olmaqla çıxartmışdır. Həmin vəsaitləri şirkətin faktiki sahibi Şahid1 tapşırığı ilə həmişə onun bacısı oğlu Əli Allahverdiyevlə birlikdə idarə etdiyi avtomobildə banka gedərək hesabdan çıxartmış, sonra həmin vəsaitləri Əli ilə birlikdə ofisə gətirmiş, Əli də öz növbəsində həmin vəsaitləri Şahid1 təhvil vermişdir. Şahid1 özü həmin vəsaitlərin layihə üzrə hara istifadə edilməsi ilə bağlı qərar verirdi. Həmin vəsaitlərin bir hissəsinin layihə üzrə mal-materialın alınmasına, fəhlələrin və ustaların əmək haqqlarının ödənilməsinə istifadə olunduğunu bilmiş, qalan hissəsinin isə hara istifadə olunduğu barədə dəqiq məlumatı olmamışdır. Lakin qeyd olunan vəsaitlərin layihə üzrə istifadə edilməsi ilə bağlı sənədləşmə apanlıb-aparılmadığını bilməmiş, həmin vəsaitlərin hara istifadə olunduğu və sənədləşmə aparı11b-aparıİmadığı barədə ona məlumat verilməmiş, şəxsən həmin sənədləri görməmişdir. Həmin layihə üzrə Forma 2 sənədləri Şahid1 tapşırığı ilə onun tərəfindən smetada Fövqəladə Hallar Nazirliyinin təsdiq etdiyi qiymətlərə uyğun hazırlanıb təsdiq olunaraq imzalanması üçün Müdafiə Nazirliyinin Əsaslı Tikinti şöbəsinə təqdim edilmiş, həmin Forma 2 sənədlərinə də şirkət tərəfindən formal direktor kimi Şahid2 Şahid1 tapşırığı ilə imza atmışdır. Ona istintaq zamanı məlum olmuşdur ki, qeyd olunan layihə üzrə 7 milyon manat dəyərində Forma 2 sənədləri üzrə işlər icra edilməmişdir. Oun həmin lahıyənin icrası zamanı Forma 2 sənədləri üzrə hansısa işlərin icra edilməməsindən məlumatı olmamış, şirkətin sahibi kimi bu lahiyənin həyata keçirilməsinə Şahid1 məsuliyyət daşımışdır. Tikintinin həyata keçirilməsi üçün mal-materialların alınması bəzi hallarda müxtəlif şirkətlərdən köçürmə yolu ilə, bəzi hallarda isə bazardan pərakəndə formada alınırdı. Bu işlərə Şahid3 nəzarət edirdi. Bundan başqa, Əmlak Məsələləri Dövlət Komitəsi ilə "xxxx" MMC arasında 2018-ci ildə ünvan 4n Azərbaycan Milli Tarix Muzeyinin təmir-bərpa işləri ilə bağlı ƏDV ilə birgə təxminən 8.000.000 manat dəyərində müqavilə bağlanmışdır. Bu layihə üzrə də şirkətin mühasibatlıq işlərini həyata keçirmiş və müqavilə üzrə vergi orqanlarına hesabatları hazırlayıb göndərmişdir. Şahid9 ‘Azərbaycan Bina Tikinti Kompaniyası” MMC tərəfindən 2018-2019-cu illərdə “Azərbaycan Milli Tarix Muzeyi”ndə həyata keçirilən yenidənqurma və təmir işləri ilə bağlı layihə üzrə "xxxx" MMC-yə pul vəsaitləri köçürülən zaman tanımışdır. Belə ki, həmin şirkətə köçürülən pul vəsaitləri Şahid9 tərəfindən nağdlaşdırılaraq onun vasitəsilə Şahid1 çatdırılmışdır. Şahid9 "xxxx" MMC-nin fəaliyyətinə nəzarət edirdi. Bundan başqa aralarında hər hansı digər işgüzar və ya dostluq münasibətləri olmamışdır. "xxxx" MMC tərəfindən 2018-2019-cu illərdə Azərbaycan Milli Tarix Muzeyində həyata keçirilən yenidənqurma və təmir işləri ilə əlaqədar "xxxx" MMC-yə “videomüşahidə kamera sisteminin alınması və qurulması adı altında" xx.xx.2018-ci il tarixdə 200.000 manat, xx.xx.2018-ci il tarixdə 136.000 manat, xx.xx.2018-ci il tarixdə 160.000 manat, ümumilikdə 496000 manat məbləğində pul vəsaitləri köçürülərək həmin vəsaitlər Şahid9 tərəfindən hissə-hissə olmaqla nağdlaşdırılıb ona təqdim edilmişdir. O, həmin vəsaitləri Şahid1 tapşırığı İlə gedib Şahid9la görüşərək ondan təhvil alıb, sonra gətirib ofisdə Şahid1 çatdırırdı. "xxxx" şirkəti ona "xxxx" MMC tərəfindən 2018-2019-cu illərdə köçürülən vəsaitlər qarşılığında həmin şirkətə heç bir vaxt videokamera satmamış və Azərbaycan Milli Tarix Muzeyində həyata keçirilən layihə üzrə hər hansı kamera quraşdırma işləri həyata keçirməmişdir. "xxxx" MMC ona köçürülən vəsaitləri nağdlaşdırıb geri qaytarmışdır. Həmin şirkəti Şahid1 haradan tanıması barədə isə məlumatım olmamışdır. Şahid1 həmin vəsaitləri Azərbaycan Milli Tarix Muzeyində həyata keçirilən layihə ilə bağlı işlərə sərf edəcəyini bildirmişdi. Lakin hansı işlərə sərf olunduğunu bilmirdi. İstintaq zamanı ona məlum olmuşdur ki, "xxxx" MMC tərəfindən 2018-2019-cu illərdə Azərbaycan Milli Tarix Muzeyində həyata keçirilən yenidənqurma və təmir işləri ilə bağlı layihə üzrə 101,889.91 manat dəyərində işlər görülməyərək mənimsənilmişdir. Yəni, Şahid1 "xxxx" şirkətinə köçürülərək nağdlaşdırılmış 496000 manat pulun bir hissəsinə hər hansı iş görməyərək mənimsəmişdir. Lakin Üzeyir tərəfindən ona həmin vəsaitdən hər hansı məbləğdə pul verilməmişdir. Sadəcə həmin nağdlaşdırıİmiş vəsait onun vasitəsilə Şahid1 çatdırılmışdır. O, ümumiyyətlə "xxxx" MMC tərəfindən 2018-2019-cu illərdə Azərbaycan Milli Tarix Muzeyində həyata keçirilən layihə üzrə ancaq mühasibatlıq işlərini icra etmiş və Forma 2 sənədlərini hazırlamışdır. Buna görə də, ona aylıq 2.000 manat maaş verilmişdir. Qeyd olunan layihə üzrə Forma 2 sənədlərində nəzərdə tutulmadığı halda digər istiqamətlərə yönəldilməklə 1.716.000 manat məbləğində vəsaitin israf edilməsindən isə məlumatı olmamışdır. Həmin layihə üzrə Forma 2 sənədləri Şahid1 tapşırığı ilə onun tərəfindən smetada Fövqəladə Hallar Nazirliyinin təsdiq etdiyi qiymətlərə uyğun hazırlanıb təsdiq olunaraq imzalanması üçün keçmiş Əmlak Məsələləri Dövlət Komitəsinə təqdim edilmişdir. Həmin Forma 2 sənədlərinə də şirkət tərəfindən formal direktor kimi Şahid2 Şahid1 tapşırığı ilə imza atmışdır. O, Forma 2 sənədlərini hazırlayanda orada qeyd olunan işlərin tam olaraq görülüb-görülməməsindən məlumatsız olmuşdur. Həmçinin Şahid1 tərəfindən ona 1.716.000 manat məbləğində vəsaitin həmin layihə üzrə Forma 2 sənədlərində nəzərdə tutulmayan digər işlərə israf edilməsi barədə də məlumat verilməmişdir. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə ibtidai istintaq zamanı göstərmişdir ki, 2010-cu ildən hazıradək Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin baş məsləhətçi-hüquqşünası vəzifəsində işləyir. İstintaq zamanı ona məlum oldumuşdur ki, ********* nömrəli cinayət işi DTX İstintaq baş idarəsi tərəfindən ibtidai istintaqı aparılmış ********* nömrəli cinayət işindən 28 oktyabr 2022-ci il tarixdə Azərbaycan Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs və qeyriləri barəsində, eləcədə digər xüsusatlarla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.4 və 313-cü maddələri ilə ayrıca icraata ayrılmışdır. 2018-2019-cu illərdə Təqsirləndirilən şəxs "xxxx" MMC-nin baş mühasibi olaraq həmin şirkətin faktiki sahibi və rəhbəri olan Şahid1 və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında öz qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş xüsusilə külli miqdarda özgə əmlakını mənimsəmə və israf etmə yolu ilə talamışdır. İstintaqla müəyyən edilir ki, Təqsirləndirilən şəxs "Azərbaycan Bina Tikinti Kompaniyası” MMC-nin baş mühasibi olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin (keçmiş Əmlak Məsələləri Dövlət Komitəsi) sifarişi əsasında dövlət büdcəsindən 2018-2019-cu illərdə Bakı şəhəri, X10 küçəsi 4 ünvanında yerləşən "Azərbaycan Milli Tarix Muzeyinin ekspozisiyasının yüksək texnologiyalar əsasında təkmilləşdirilməsi, işıqlandırma və yanğın siqnalizasiya sistemlərinin yenidən qurulması, təmir-bərpa işlərinin aparılması, avadanlıqla təchizatı" layihəsi üzrə ayrılmış xüsusilə külli miqdarda pul vəsaitini, yəni ona etibar olunmuş dövlət əmlakını mənimsəmə və israf etmə yolu ilə qəsdən talama məqsədilə, 2018-ci ilin iyun ayından 2019-cu ilin dekabr ayınadək olan müddət ərzində faktiki olaraq müqavilə üzrə Azərbaycan Milli Tarix Muzeyinin təmirtikinti öhdəliklərinin iş həcmi dəyərlərində yerinə yetirilməməsi, onların, eləcədə mebel və avadanlıqların dəyərlərinin artırılması nəticəsində xüsusilə külli miqdarda dövlət əmlakını öz qulluq mövqeyindən istifadə edərək mənimsəmə və israf etmə yolu ilə talamışdır. Bu səbəbdən istintaq Təqsirləndirilən şəxs və qeyrilərinin cinayət əməlləri nəticəsində dövlət büdcəsinə maddi ziyanın vurulmasını, Maliyyə Nazirliyinin də Azərbaycan Respublikasında maliyyə siyasətini həyata keçirən və dövlət maliyyəsinin idarə olunmasını təşkil edən mərkəzi icra hakimiyyəti orqanının olmasını nəzərə alaraq, Maliyyə Nazirliyini cinayət işi üzrə zərər çəkmiş şəxs qismində tanımış və Nazirlik tərəfindən istintaqa təqdim edilmiş etibarnaməyə əsasən, ona nümayəndə qismində təmsil olunmaq səlahiyyəti verilmişdir. O, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsi qismində iştirak etməyə hazır olduğunu bildirmişdir. Şahid1 ifadələrində göstərdi ki, məhkəmədə ona təqsirləndirilən şəxs qismində təqdim olunan Təqsirləndirilən şəxs oğlunu tanıyır. Onunla ədavəti və yaxınlığı yoxdur. 2017-ci ildən əvvəl Təqsirləndirilən şəxs onlarla birlikdə işləyirdi. 2017-ci ildən bəri Təqsirləndirilən şəxs Azərbaycan Respublikasında deyil, ölkə xaricində olub. O, Tenderdə iştirak etməmişdir. Emil muzey təmir edildikdə onun tabeliyində olmayıb. 2017-ci ilə kimi onunla Emil arasında normal işçi münasibəti olub. Emil onunla əlaqə saxlamayıb. Özü ev tikintisi ilə məşğul olmuşdur. İbtidai istintaq zamanı verdiyi ifadələri yadında deyil. Muzeyin təmiri üçün altı milyon manat pul ödənilib, lakin görülməli işlərin həcmi 10 milyon manata yaxın idi. Muzeyin müdüri dedi ki, siz işlərinizi görün, əlavə xərcəlriniz ödəniləcəkdir. "xxxx" MMC Malik Həsənova məxsus olub. Şahid2 direktor olub. Layihənin icrasında Emil iştirak etməmişdir. Emil 2017-ci ildən işdən çıxmışdı. Muzeydə təmir işləri 2018-2019-cu illərdə həyata keçirilib. Özünün rolu muzeydəki təmirə nəzarət etməkdən ibarət olub. Nazim Həsənov dost kimi ona kömək etmişdir. Muzeydə təmir zamanı pula dair hesabatların kimi verdiyi barədə məlumatı yoxdur. Orada nə Emil, nə də onun tərəfindən heç bir yeyinti olmayıb. İşin içində təhvil-təslim aktı var. Onlara qarşı olan ittihamların heç birini qəbul etmir. O, heç özünə elan olunmuş ittiiham üzrə də özünü təqsirli bilmir. Azərbaycan Tarix Muzeyinin tikintisi zamanı heç bir yeyinti olmayıb. Təmirə əlavə iki milyon manata yaxın pul qoyulub. Həmin pulu da o, özü qoyub. Təmirdə görülən bütün işlər muzey tərəfindən qəbul olunub. Həmin işlər görülməmişdən qabaq muzey rəhəbərliyinə əlavə işlərin smetada nəzərdə tutulmaması barədə məlumat verilib. Muzeyin rəhbərliyi həmin işləri görməyə dair tapşırıq verdikdən sonra işlər görülüb və muzey rəhbərliyi də işlər görüldükdən sonra işi qəbul edib. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Şahid1 ibtidai istintaq zamanı ittihamın sübut etmə predmetinə dair ifadələrində göstərmişdir ki, …. Təxminən 2002-2003cü illərdə ailəsi ilə birlikdə yaşamaq üçün Bakı şəhərinə qayıtmış, 2003-cü ildə Bakı- Sumqayıt yolunun 16-cı kilometrliyində yerləşən 2 hektar torpaq sahəsini almış, həmin torpaq sahəsində mebel və qapı istehsalı ilə məşğul olan sex qurmuş, sonradan həmin torpaq sahəsində iki mərtəbəli ofis, eləcədə Royal Castle şadlıq sarayı və restoran tikdirmişdir. Təxminən 2007-2008-ci illərdə ortaq tanış vasitəsilə Kərəm Həsənov və qardaşı Malik Həsənovla tanış olmuşdur. Kərəm Həsənov həmin vaxt Əmlak Məsələləri Dövlət Komitəsinin sədri vəzifəsində işləmişdir. Qardaşı Malik isə "Azinko Holdinq" şirkətlər qrupuna rəhbərlik edirdi. Həmin illərdə 'Azinko Holdinq" şirkətlər qrupu ona Cəlilabad rayonunda yerləşən Göl adlı otel üçün bir neçə ədəd qapı sifariş vermişdir. O da sifariş əsasında sexində düzəldilən qapıların həmin otelə quraşdırılmasını təşkil etmişdir. Həmin otelin "Azinko Holdinq" şirkətlər qrupu ilə hansı əlaqəsinin olduğunu bilmir. Bundan sonra Malik Həsənovla münasibətləri daha da yaxınlaşmışdır. Təxminən 2008-2009-cu illərdə Malik təklif etmişdir ki, onun "Alyans MTK" adlı şirkətinin adına ünvan 3 ünvanında yerləşən 1 hektardan artıq torpaq sahəsində yaşayış kompleksinin tikintisini həyata keçirsin. O, Malikə Rusiyada yaşayanda tikinti ilə məşğul olduğu barədə məlumat vermişdi. Malikin təklifini qəbul edib tikintini aparması üçün qaynı Şahid3 adına "xxxx" MMC-ni təsis etdirmişdir. Şirkətə direktor isə Şahin Mehtiyev adlı şəxs təyin edilmişdir. Şahin onun tapşırığı ilə həmin yaşayış kompleksinin tikintisinə nəzarət edirdi. Şahid2 isə həmin tikintidə prorab kimi fəaliyyət göstərirdi. Mobillə tanışlığı təsadüfən olmuşdu. Belə ki, onlara həmin tikinti üçün prorab kimi Mobili məsləhət bilmişdilər. Yaşayış kompleksi təxminən 2011-2012-cü illərdə tikilib yekunlaşdırılmışdı. Təxminən 2010-2011-ci illərdə X3 təklif etmişdi ki, bir şirkət açsın, sonra həmin şirkəti "Azinko Holdinq" şirkətlər qrupunun tərkibinə keçirərək Müdafiə Nazirliyinin Nəvahi hərbi şəhərciyinin tikintisi ilə bağlı lahiyəni icra etsin. Lahiyənin dəyəri ƏDV daxil 200 milyon manat idi. O, təklifi qəbul edib qaynı Şahid3 adına Azərbaycan Bina Tikinti Kompaniyası MMC-ni təsis etdirdi. Şirkətə direktor Şahid2 təyin edildi. Mobilin direktor təyin edilməsini Maliklə birlikdə razılaşdırdılar. Çünki həm o, həm də Malik Mobilin "xxxx" şirkətinin adından aparılan yaşayış kompleksinin tikintisindəki fəaliyyətindən razı qalmışdılar. Sonra Malik ona demişdir ki, tikintiyə nəzarət səndə olacaq, ancaq tikintinin maliyyə tərəfinə qarışmayacaqsan. Lahiyə yekunlaşdırıldıqdan sonra ona çatmalı olan qazancın məbləği barədə danışacaqdılar. O da razılaşmışdır. Bundan sonra Müdafiə Nazirliyinin elan etdiyi tenderdə Azərbaycan Bina Tikinti Kompaniyası MMC iştirak edərək qalib gəlmişdir. Şirkətlə Müdafiə Nazirliyi arasında ƏDV daxil 200 milyon manat dəyərində Nəvahi hərbi şəhərciyinin tikintisi ilə bağlı müqavilə bağlanmışdır. Lahiyənin icrası ilə bağlı 2010-2017-ci illərdə şirkətə ümumilikdə nə qədər pul köçürüldüyünü xatırlamır. Həmin layihə icra edildiyi müddətdə sadəcə tikinitinin aparılmasına va işlərin vaxtında icra edilməsinə nəzarət etmişdir. Lahiyə üçün köçürülmüş vəsaitin istifadəsinə isə Malik Həsənov nəzarət etmişdir. 2017-ci ildə layihə yarımçıq dayandırılmışdı. Səbəb isə vəsait çatışmazlığı idi. Lahiyə yarımçıq dayandırıldığı üçün də ona həmin lahiyədən hər hansı məbləğdə qazanc qalmadı. Bundan sonra 2018-ci ildə Kərəm Həsənov ondan xahiş etdi ki, Azərbaycan Bina Tikinti Kompaniyası MMC Əmlak Məsələləri Dövlət Komitəsinin elan etdiyi tenderdə iştirak etsin. Lahiyə üzrə ƏDV daxil 8 milyon manat dəyərində Azərbaycan Milli Tarix Muzeyində təmir-bərpa və tikinti-quraşdırma işləri icra edilməli idi. Kərəm müəllim ona demişdi ki, təmirtikintiyə özün nəzarət edərsən, işlər yüksək keyfiyytlə icra edilməlidir. O da razılaşmışdı. Sonra Azərbaycan Bina Tikinti Kompaniyası MMC Əmlak Məsələləri Dövlət Komitəsinin Azərbaycan Milli Tarix Muzeyində təmir-bərpa və tikinti-quraşdırma işləri ilə bağlı elan etdiyi tenderində iştirak edərək qalib gəlmişdi. Şirkətlə Əmlak Məsələləri Dövlət Komitəsi arasında ƏDV daxil 8 milyon manat dəyərində müqavilə bağlanmışdı. Müqavilə bağlandıqdan sonra Malik Həsənovla görüşmüş, sonuncu ona bu lahiyənin yüksək səviyyədə icra edilməli olduğunu demişdi. O, layihə üzrə icra ediləcək təmir və quraşdırma işlərinə nəzarət etməli idi. Muzeyə invertarın alınmasına isə Maliklə aralarındakı razılığa əsasən özü nəzarət etməli idi. Lahiyə 2018-2019-cu illərdə Azərbaycan Bina Tikinti Kompaniyası MMC tərəfindən icra edildi. Şahid2 tikinti işlərində köməklik göstərməsi üçün oraya prorab kimi Şahid4 adlı tanışını dəvət etmişdi. Ramiz də lahiyədə işləmək üçün kənardan günəmuzd işləyən fəhlələlər və təmir işlərini aparan ustalar gətirmişdi. Onların gördüyü işlərin qarşılığında pullar nağd formada ödənilirdi. Onlarla müqavilə bağlanmamışdı. Malik ondan ustaların və fəhlələrin pullarını öz şəxsi cibimdən ödəməsini xahiş etmişdi. Lahiyənin yekununda öz cibindəm çəkdiyi xərcin əvəzində hesablaşacaqdılar. O da öz cibindən şirkətin işçisi olan Şahid5 müxtəlif məbləğlərdə pul verirdi ki, lahiyədə işləyən ustaların və fəhlələrin pullarını ödəmək üçün Şahid2 təqdim etsin. O, ayda iki dəfə layihə üzrə aparılan təmir işləri barədə Malik Həsənova hesabat verirdi. Lahiyə üzrə muzeyə invertar və tikinti materiallarının alınmasına Malik özü nəzarət edirdi. Muzeyə gətirilib təhvil verilən invertar və tikinti materialları isə Əmlak Komitəsinin tikinti üzrə işçiləri Adil Cəfərov və Şahid7 qəbul edirdilər. Şirkətin direktoru Şahid2 isə muzeyin təmir bətpa işlərinin icrasına nəzarət edirdi və bu barədə mütəmadi ona məlumat verirdi. Bundan başqa Muzeyin direktoru Nailə xanım onu çağırıb demişdi ki, muzeydə lahiyədə nəzərdə tutulmayan işıqlandırma sisteminin alınıb gətirilərək quraşdırılması, server otağının və Wl- Fl sisteminin quraşdırılması™ təşkil etsin. O da bu barədə Kərəm Həsənova məlumat vermişdi. Kərəm Həsənov demişdi ki, nə istəyirlər icra edin. O, bunların lahiyədə nəzərdə tutulmadığını Kərəm Həsənovun nəzərinə çatdıranda sonuncu demişdi ki, sən icra elə, sonra layihə üzrə əlavə smeta dəyəri çıxardarıq. Sonra o, Nailə xanımın yanına gəlib demişdi ki, bu işlər bizim smetada yoxdu, mən gərək öz cibimdən bu işləri gördürüm. Nailə xanım da cavab vermişdi ki, narahat olma, mən rəhbərlikdən xahiş edəcəm, sizin xərcləriniz qarşılanacaq. O da şəxsi vəsaitinə həmin işləri gördürmüşdü. Həmçinin layihə üzrə əvvəlcədən smetada nəzərdə tutulmuş 3894 kvadrat metr sahəni əhatə edən muzeyin tavanlarının təmiri və bərpası işlərini də Mobil Hüzeynov onun nəzarətində tam icra etmişdi. Lakin həm tavanların təmiri və bərpa işləri, həm də smetada olan muzeyin həyətində və binanın ətrafında bərpa-təmir işləri və sair işlər yekunda Adil Cəfərov və Şahid7 tərəfindən tərtib edilmiş Forma 2 sənədlərində göstərilməmişdi. Forma 2 sənədlərində göstərilməyən həmin işlərin dəyəri təxminən 1,5 milyon manatdan yuxarı təşkil edirdi. Həmin xərcləri də o, öz cibindən şəxsi hesabına ödəmişdi. Ümumilikdə həmin layihə üzrə şirkətə ƏDV daxil 6 milyon manat vəsait köçürülmüşdü. ƏDV-siz həmin vəsait təxminən 5 milyon manat təşkil edirdi. Lahiyə üzrə köçürülməli olan qalan ƏDV daxil 2 milyon manat şirkətin hesabına köçürülmədi. Adil Cəfərov ona xəbər verdi ki, biz layihə üzrə Forma 2 sənədlərini şirkətə köçürülmüş ƏDV daxil 6 milyon manat vəsaitlə bağlı hazırlamışıq, layihə üzrə qalan məbləğ köçürülməyəcək. Lakin səbəbini bilmədiyini dedi. O, Maliyyə Nazirliyinin mütəxəssilərinin tərtib etdiyi aktla tanış olaraq Azərbaycan Bina Tikinti Kompaniyası MMC tərəfindən Azərbaycan Milli Tarix Muzeyində görülmüş işlərin dəyərinin ƏDV daxil 2.150.000 manat artırıldığının müəyyənləşdirildiyini görmüşdür. Həmin aktın nəticəsi ilə razı deyildir. Həmin aktda invertarların dəyəri aşağı qiymətlə göstərilmişdir, eləcədə şirkət tərəfindən muzeydə lahiyədən kənar əlavə görülmüş işlər Forma 2 sənədlərində qeyd edilməmişdir. Azərbaycan Bina Tikinti Kompaniyası MMC tərəfindən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hacıqabul rayonu, Nəvahi qəsəbəsində “Mərkəzi silah və sursat anbarlarının kompleks bina və qurğuları, xarici və ərazidaxili kommunikasiya xətləri, ərazinin abadlaşdırılması işlərinin layihələndirilməsi, tikintisi və mebel avadanlıqlarının quraşdırılması” ilə bağlı görülmüş işlərin maliyyə məsələlərinə onun heç bir aidiyyəti olmamışdır. O, Malik Həsənovun tapşırığı əsasında Azərbaycan Bina Tikinti Kompaniyası MMC tərəfindən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hacıqabul rayonu, Nəvahi qəsəbəsində “Mərkəzi silah və sursat anbarlarının kompleks bina və qurğuları, xarici və ərazidaxili kommunikasiya xətləri, ərazinin abadlaşdırılması işlərinin layihələndirilməsi, tikintisi və mebel avadanlıqlarının quraşdırılması" ilə bağlı yerinə yetirilmiş işlərin texniki tərəfinə nəzarət etmişdir. Belə ki, həmin obyektin tikintisi zamanı Forma 2 sənədləri tərtib edildikdən sonra o, baxırdı və Malik Həsənova göndərirdi. Bütün maliyyə məsələləri, mal-materialların alınmasını Malik Həsənov özü həyata keçirirdi. İşçilərin əmək haqları ilə bağlı o, X21 danışmış, Malik Həsənov da pul vəsaitlərini göndərmişdir və həmin pullar Şahid5 vasitəsilə işçilərə paylanmışdır. Onun bu işlərin görülməsinin maliyyə tərəfinə aidiyyəti olmadığına görə sualda qeyd edilən iş həcmi dəyərlərinə yerinə yetirilməmiş işlər və onların dəyərlərinin daxil edilməsindən yerinə yetirilmiş işlərin dəyərinin ƏDV daxil 11.665.984,10 manat artırılması barədə və bu işlərlə bağlı hər hansı məbləğin artırılması və mənimsənilməsi barədə heç bir məlumatı yoxdur. Malik Həsənov ona bildirmişdi ki, həmin obyektin tikintisindən sonra ona əmək haqqı kimi pul ödəyəcək. Lakin həmin ödənilməli olan məbləğ də ödənilməmişdir. Ona əlavə verilən suallara cavab olaraq bildirmişdir ki, keçmiş Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovun və Milli Azərbaycan Tarixi Muzeyinin direktoru Nailə Vəlixanlının tapşırıqları əsasında "xxxx" MMC tərəfindən həmin Muzeydə yerinə yetirilməli olan işlərin layihə üzrə smeta sənədlərində göstərilənlərdən əlavə işlər görülmüşdür. Bu məqsədlə o, həmin əlavə işlərin yerinə yetirilməsi üçün özünə məxsus təxminən 2 milyon manata yaxın pul vəsaiti sərf etmişdir. Ekspertlər tərəfindən aparılan yoxlama zamanı həmin layihə üzrə görülməyən iş kimi çıxarılan ƏDV-siz 101,889.91 manat pul vəsaiti də qeyd etdiyi 2 milyon manata daxildir. Smetada olan işlərlə bağlı 3 ədəd Forma 2 sənədi tərtib edilmişdir. Smetadan kənar olan qeyd etdiyi işlərlə bağlı isə dördüncü Forma 2 sənədi tərtib edilmişdir. "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hacıqabul rayonu, Nəvahi qəsəbəsində “Mərkəzi silah və sursat anbarlarının kompleks bina və qurğuları, xarici və ərazidaxili kommunikasiya xətləri, ərazinin abadlaşdırılması işlərinin layihələndirilməsi, tikintisi və mebel avadanlıqlarının quraşdırılması" ilə bağlı görülmüş işlərin maliyyə məsələlərinə onun heç bir aidiyyəti olmamışdır. O, Malik Həsənovun tapşırığı əsasında “Azərbaycan Bina Tikinti Kompaniyası" MMC tərəfindən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hacıqabul rayonu, Nəvahi qəsəbəsində “Mərkəzi silah və sursat anbarlarının kompleks bina və qurğuları, xarici və ərazidaxili kommunikasiya xətləri, ərazinin abadlaşdırılması işlərinin layihələndirilməsi, tikintisi və mebel avadanlıqlarının quraşdırılması” ilə bağlı layihə üzrə yerinə yetirilmiş işlərin texniki tərəfinə nəzarət etmişdir. Belə ki, həmin obyektin tikintisi zamanı Forma 2 sənədləri tərtib edildikdən sonra o, baxıb Malik Həsənova göndərirdi. Bütün maliyyə məsələləri, mal-materialların alınmasını Malik Həsənov özü həyata keçirirdi. İşçilərin əmək haqları ilə bağlı X21 danışmışa, Malik Həsənov da pul vəsaitlərini göndərmişdir və həmin pullar Şahid5 vasitəsilə işçilərə paylanmışdır. Onun bu işlərin görülməsinin maliyyə tərəfinə aidiyyətm olmadığına görə ekspertlər tərəfindən aparılan yoxlama zamanı həmin layihə üzrə görülməmiş işlərin dəyərinin ƏDV- siz 7.000.353,75 manat təşkil etməsi barədə heç bir məlumatı olmamışdır. Malik Həsənov ona bildirmişdi ki, həmin obyektin tikintisindən sonra ona əmək haqqı kimi pul ödəyəcək. Lakin həmin ödənilməli olan məbləğ də ödənilməmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hacıqabul rayonu, Nəvahi qəsəbəsində yerləşən hərbi hissəsinin tikilişi ilə bağlı heç bir gəlir etmədiyi üçün düşünmüşdür ki, heç olmazsa, ikinci layihə üzrə, yəni Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyində təmir- quraşdırma işlərində nəsə qazanc əldə edə bilər. Əksinə Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyində təmir-quraşdırma işlərində gəlir əldə etmək əvəzinə ziyana getmişdir. "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hacıqabul rayonunun Nəvahi qəsəbəsində yerləşən hərbi hissəsinin tikilişi ilə bağlı layihə üzrə obyektin layihə-smeta işlərinin görülməsi məqsədilə şirkət tərəfindən 25 oktyabr 2011-ci il tarixli “Mallar, işlər və xidmətlər” üzrə satın alma müqaviləsində nəzərdə tutulmuş qaydada “Ra Architect LTD" MMC-yə 100.000 manat ödəniş edilməsindən məlumatı olmamış, lakin layihə-smeta sənədləri "xxxx" MMC-yə təhvil verilməsə idi işlərin görülməsinə başlamaq mümkün olmadığını qeyd etmişdir. Bu baxımdan da layihə-smeta sənədlərinin hazırlanması ilə bağlı ayrılmış pul vəsaiti ödənilməsə idi, həmin işlər də yerinə yetirilib təhvil verilməzdi. "xxxx" MMC-dən hazırda adlarını xatırlamadığı bəzi şəxslərlə görüşmüş, lakin onun tərəfindən həmin şəxslərə hər hansı ödəniş edilməmişdir. Təqsirləndirilən şəxs "xxxx" MMC-nin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hacıqabul rayonu, Nəvahi qəsəbəsində, eləcə də Milli Azərbaycan Tarixi Muzeyində icra etdiyi layihələrlə bağlı işlərdə Forma 2 sənədlərinə əsasən maliyyə hesabatlarını tərtib etmiş və Malik Həsənovdan həmin sənədlərə müvafiq olan pul vəsaitlərinin ayrılmasını təmin etməklə bağlı işləri yerinə yetirmişdir. Təqsirləndirilən şəxslə yaxşı münasibətləri olmuşdur. Onda olan məlumata görə Təqsirləndirilən şəxs Malik Həsənov tərəfindən həmin şirkətdə işə götürülmüşdür. Təqsirləndirilən şəxs rəsmi və yaxud qeyri-rəsmi işçi olub-olmaması barədə məlumatı olmamışdır. Şahid3 ifadələrində göstərdi ki, məhkəmədə ona təqsirləndirilən şəxs qismində təqdim olunan Təqsirləndirilən şəxs şəxsi işi ilə əlaqədar tanıyır. Onunla heç bir ədavəti və yaxınlığı yoxdur. Özü "xxxx" MMC-nin təsisçi olmuşdur. Lakin o, şirkətin daxili işləri ilə maraqlanmamışdır. İşə arada gedib gələndə Emilin mühasib kimi işlədiyini bilmişdir. Onun şirkəti təsis etməkdə məqsədi proyektlərlə, yəni layihələrlə məşğul olmaq olmuşdur. İttiham aktında sözügedən hesabdan köçürülən 7 milyon manatdan xəbəri olmayıb. Şahid1 tanıyır, qohumluq əlaqələri olub. 2017-ci ildən sonra Emili görməmişdir. Tarix muzeyi ilə bağlı Təqsirləndirilən şəxs hansısa əlaqəsi olduğunu görməmiş, bilməmişdir. Onun maliyyə işləri ilə heç bir əlaqəsi olmayıb. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində ibtidai istintaq zamanı Şahid3 göstərmişdir ki, 1993-cü ildən 35 nömrəli aptekdə əczaçı kimi əmək fəaliyyətinə başlamış, 1996-cı ildə Azərbaycan Dövlət Tibb Universitetinin Əczaçılıq fakültəsini bitirmişdir. 2011-cİ ildə yeznəsi Şahid1 Malik Həsənovla razılığı əsasında Şahid1 tərəfindən onun adına Azərbaycan Bina Tikinti Kompaniyası MMC təsis edilmişdir. Lakin onun həmin şirkətin fəaliyyəti və idarəçiliyinə heç bir aidiyyəti olmamışdır. Həmin şirkətə Şahid2 direktor təyin edilmişdir. Təqsirləndirilən şəxs isə Azərbaycan Bina Tikinti Kompaniyası MMC-nin mühasibatlıq işləri ilə məşğul olan şəxs idi. Şirkətin maliyyə istiqamətində olan işlərinin görülməsi və hesabatların hazırlanması ilə Təqsirləndirilən şəxs məşğul olmuşdur. Azərbaycan Bina Tikinti Kompaniyası MMC tərəfindən 2011-2017-ci illərdə Müdafiə Nazirliyinin Nəvahi qəsəbəsində yerləşən hərbi hissəsinin tikilişi ilə bağlı lahiyənin icra edilməsində və aparılan işlərdə iştirak etməmiş, eləcə də həmin layihə üzrə 2 nömrəli forma aktlar üzrə görülməyən işlərin dəyərinin 7.000.353,75 manat təşkil etməsindən məlumatsız olmuşdur. Həmiçinin onun "xxxx" MMC tərəfindən 2018-2019- cu illərdə Azərbaycan Milli Tarix Muzeyində təmiri ilə bağlı lahiyənin İcra edilməsi zamanı 2 nömrəli forma aktlar üzrə görülməyən işlərin dəyərinin 101,889.91 manat təşkil etməsindən də məlumatı olmamışdır. O, həmin layihə üzrə bir neçə dəfə Şahid1 xahişi ilə şirkət tərəfindən Azərbaycan Milli Tarix Muzeyində görülən işlərlə bağlı tikinti materiallarının alınmasına köməklik etmişdir. Bununla yanaşı bir neçə dəfə işçilərin maaşlarını şirkətin işçisi Şahid5 götürüb Milli Tarix Muzeyində təmir işlərini icra edən Şahid4 vermişdir. İşçilərin maaşlarını da Şahid1 xahişi ilə vermişdir. Həmin layihə üzrə digər aparılan işlərdən və köçürülən vəsaitlərdən xəbərsiz olmuşdur. Şahid6 ifadələrində göstərdi ki, məhkəmədə ona təqsirləndirilən şəxs qismində təqdim olunan Təqsirləndirilən şəxs tanımır. Onunla ədavəti və yaxınlığı yoxdur. Onların işi texniki nəzarəti həyata keçirtmək olub. Onların pul ilə əlaqələri olmayıb. O, Milli Tarix Muzeyinin mühəndis təchizat sistemlərinin təmir-bərpa işlərinə texniki nəzrəti həyata keçirtmişdir. Oradakı işlərə 6 milyon manat vəsait ayrılmışdı. "xxxx" MMC-nin direktoru Şahid2 idi. Həmin qiymətlərin orta bazar qiymətləri ilə müəyyən edib-etmədiklərini bilmir. Məhsulların invoys sənədini vermədiklərinə görə məhsulların real qiyməti bilinməyib. Komissiyanın üzvləri ixtisaslı Maliyyə Nazirliyinin əməkdaşları idi. Tarix muzeyinin tikintisi 2018-ci ilin əvvəllərində başlanılıb. 2018-2019-cu illərdə tikinti həyata keçirilib. Özü bu müddət ərzində ayda iki dəfə işə gedib işlərə baxmışdır. Təqsirləndirilən şəxs heç vaxt görməmişdir. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində ibtidai istintaq zamanı Şahid6 göstərmişdir ki, 2018-ci ilin may ayından İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin "xxxx" MMC-nin direktoru vəzifəsində çalışır. Həmin MMC-nin təsisçisi Əmlak Məsələləri Xidmətidir. Onun fəaliyyəti Əmlak Məsələləri Xidmətinin tikinti və təmirlə bağlı podratçılarla imzaladığı müqavilələr üzrə gördükləri işlərə texniki nəzarət həyata keçirməkdən ibarətdir. Yəni həmin MMC hər hansı təmir və tikinti işlərində sifarişçi kimi, eləcədə hər hansı müqavilənin bağlanması, qiymətlərin müəyyən edilməsində iştirak etmir. İşləri podratçıların gördüyü təmir-tikinti işlərinə texniki nəzarət həyata keçirməkdən ibarətdir. Əmlak Məsələləri Dövlət Xidmətinin sifarişçisi olduğu "xxxx" MMC tərəfindən 2018-2019-cu illərdə “Azərbaycan Milli Tarix Muzeyi”ndə həyata keçirilən təmir-tikinti işləri ilə əlaqədar texniki nəzarət tədbirləri “Tikilməkdə olan obyektlər müdiriyyəti" MMC tərəfindən həyata keçirilmişdir. Orada təmir işləri görülərkən onlar mütəmadi olaraq işlərin keyfiyyətli və standartlara uyğun görülməsinə nəzarət etmişlər. O, "xxxx" MMC-nin muzeydə işlərini görən şəxs və şirkətin direktoru kimi Şahid2 tanımışdır. Şahid2 demək olar bütün təmir-tikinti işinə özü nəzarət edir, əksər hallarda orada olurdu. "xxxx" MMC-nin faktiki sahibi kimi isə Şahid1 tanımışdır. Təmir işləri başlayan ilk vaxtlarda Şahid1 özü tez-tez gəlib işlərə baxırdı, nəzarət edirdi. Onlar Şahid2 daha çox iş icraçısı, Şahid1 isə şirkətin rəhbəri kimi tanıyırdılar. O, “Tikilməkdə olan obyektlər müdiriyyəti" MMC-nin rəhbəri olaraq tez-tez muzeyə gedib işlərə nəzarət edirdi və ya bunun üçün işçilərini ora göndərirdi. Muzeydə görülən işlərin təhvil-təslim sənədləri, yəni Forma2 sənədləri "xxxx" MMC və işlədiyi Xidmətin rəhbərliyi tərəfindən imzalanaraq təsdiq edilmişdir. Texniki nəzarətçi kimi həmin sənədlərə o və mühəndisi Şahid7 imza etmişdir. “Azərbaycan Milli Tarix Muzeyi"ndə həyata keçirilən təmir-tikinti işləri ilə əlaqədar sifarişçi Əmlak Xidməti olsa da, muzeyin rəhbərliyi özü də iş icraçılarına müxtəlif əlavə işlər tapşırmışdır. Bu layihə üzrə ilkin olaraq aparılmış qiymətləndirmələrə əsasən dövlət büdcəsindən “Azərbaycan Bina Tikinti Kompaniyası" MMC-yə təxminən ƏDV daxil 8.000.000 manat ayrılması nəzərdə tutulurdu. Həmin məbləğdə ehtimal olunan smeta hazırlanmışdı. Həmin smeta hazırlanarkən onun rəhbəri olduğu şirkətin hər hansı formada iştirakı olmamışdır. Bildiyi qədərilə smeta xərclərinin təxminən 2 milyonu təmir-tikintiyə, 6 milyonu isə avadanlıq alınması üçün nəzərdə tutulmuşdu. "xxxx" MMC muzeydə söküntü və təmir işlərinə başlayandan bir müddət sonra smetada nəzərdə tutulan müxtəlif avadanlıqların alınması zərurəti yarandı. Həmin avadanlıqlar xaricdən topdan şəkildə hamısı birlikdə alınmalı idi. Buna görə də şirkətin rəhbəri Şahid1 və Şahid2 onlara müraciət edərək işlər tam olaraq görülmədən avadanlıq alınması üçün pul almaq üçün tərtib etdikləri “Forma 2” sənədlərinin imzalanmasını xahiş etdilər və bildirdilər ki, gələcəkdə işlər tam görülən zaman sənədlərdə həm işlər, həm də qiymətlər baxımından müəyyən dəqiqləşdirmələr aparılacaq və yeni “Forma2” sənədləri tərtib ediləcəkdir. O da Şahid1la Şahid2 bu xahişini rəhbərliyinə məruzə etmiş, Şahid1 özü də rəhbərliklə danışmış, ümumi olaraq işlərin sürətlənməsi və ləngiməməsi üçün rəhbərlik bu məsələ ilə razılaşmışdır. Daha sonra şirkət təxminən 6.000.000 manat dəyərində (ƏDV daxil) müvafiq təhvil-təslim sənədləri tərtib etdi. Həmin sənədlər həm xidmətin rəhbərliyi (ləğv edilmiş Komitə), həm şirkət, həm də o və mühəndisi tərəfindən imzalanmışdır. Bundan sonra müvafiq sənədlər əsasında "xxxx" MMC-yə köçürmələr edilmişdir. Ehtimal olunan smetadakı təxminən 2 milyon manat isə sifarişçi tərəfindən gələcəkdə dəqiqləşdirmələr aparalacağından şirkətə köçürülməmişdir. Bundan sonra şirkət tərəfindən müvafiq işlər görüldü və avadanlıqlar alındı. Muzeyin rəhbərliyi tərəfindən şirkətə smetada nəzərdə tutulmayan təxminən ƏDV daxil 1-1.5 milyon manatlıq əlavə işlər gördürüldü. Şirkət bu işləri təhvil-təslim forma2 sənədlərinə daxil etməmişdi. Şirkət ilkin olaraq smetada nəzərdə tutulmuş işlərə uyğun forma2 tərtib etmiş və onlar da həmin sənədləri pulun köçürülməsi və işin ləngiməməsi üçün imzalamışdılar. İşlər yekunlaşandan sonra onlar Şahid1 və Şahid2 faktiki yerində olan işlərə və avadanlıqlara uyğun yenidən yoxlama aparılmasını, dəqiqləşdirmələr edilməsini və yeni forma2 sənədləri tərtib edilməsini təklif etmişlər. Onlara demişlər ki, smetadan əlavə muzeyin rəhbərliyinin göstərişi ilə görülən işləri və alınan avadanlıqları da bu forma2 sənədlərinə əlavə etsinlər. Amma şirkətin rəhbəri Şahid1 və direktoru Şahid2 bu barədə heç bir fikir bildirmədilər və yenidən faktiki baxış keçirilməsində iştirak etmədilər. O, min bir əziyyətlə sadəcə şirkətin iş icraçısı Şahid4 və muzeyin rəhbərliyinin iştirakı ilə faktiki olaraq avadanlıqların təhvil-təslim aktını tərtib etdilər. Həmin aktda şirkətin əlavə olaraq gördüyü və lakin forma 2 sənədlərinə salınmayan bəzi avadanlıqların da adı vardır. Maliyyə Nazirliyinin mütəxəssisləri tərəfindən tərtib edilmiş aktda yoxlama zamanı aşkar edilmiş "xxxx" MMC tərəfindən 2018-2019-cu illərdə “Azərbaycan Milli Tarix Muzeyi”ndə həyata keçirilən təmir-tikinti işləri ilə əlaqədar iş həcmi dəyərlərinə yerinə yetirilməmiş işlər və onların dəyərlərinin daxil edilməsindən, mebel və avadanlıqların vahidinin dəyərlərinin artırılması səbəbindən yerinə yetirilmiş işlərin dəyərinin ƏDV daxil 2.150.211 manat artırılmasından məlumatı olmamış, yoxlamanın aparıldığı “Forma2” sənədlərinə işlər görülmədən və avadanlıqlar alınmadan imza edilmiş, orada qeyd edilmiş qiymətlərin çox və ya az olmasının müəyyən edilməsi onun səlahiyyətində olmamışdır. Şirkət forma 2 sənədlərində qiymətləri ehtimal olunan smetada göstərilən həddə qeyd etmişdir. Bu qiymətlər isə Fövqəladə Hallar Nazirliyi və digər orqanlardan keçmişdir. Ancaq qiymətlərin şişirdilməsi ilə bağlı hissədə onun məlumatı olmamışdır. Müvafiq “forma2" sənədləri imzalanarkən bu həm onun səlahiyyətində olmadığından, həm də işlərin ləngiməməsi baxımından şirkətin rəhbərliyi ilə sifarişçi qurumun rəhbərliyi arasında olan razılaşma olduğundan onlar bu məsələyə o qədər də diqqət yetirməmişdilər. O, Əmlak Məsələləri Dövlət Komitəsinin nümayəndəsi kimi muzeydə həyata keçirilən həmin smetadan əlavə işlərin texniki tərəfinə nəzarət etmişdir. Muzeyin direktoru Nailə xanım şirkətin faktiki sahibi Şahid1 Azərbaycan Milli Tarix Muzeyində smetada nəzərdə tutulmamış əlavə işlərin görülməsini sifariş etmişdi. Smetada qeyd olunandan əlavə görülən işlərə görə vəsaitlər də Şahid1 tərəfindən ayrılmışdır. İşlərin real dəyəri barədə heç bir məlumatı yox idi. Smetadan əlavə işlərin görülməsi üçün tələb olunan materiallar Şahid1 tərəfindən əksər hallarda Milli Tarix Muzeyinə göndərilirdi və onun işçiləri tərəfindən muzeydə təhvil alınırdı. Smetadan kənar işlərin icrasına nəzarəti isə şirkətin direktoru Şahid2 və prorabı Şahid4 həyata keçirirdi. Şahid4 ifadələrində göstərdi ki, məhkəmədə ona təqsirləndirilən şəxs qismində təqdim olunan Təqsirləndirilən şəxs tanımır. Onunla ədavəti və yaxınlığı yoxdur. O, Milli Tarix Muzeyində işlədiyi zaman Emil mühasib işləyirmiş, lakin Emili əyani olaraq heç vaxt görməmişdir. Onun vəzifəsi yalnız texniki nəzarəti həyata keçirtməkdən ibarət olub. O, Təqsirləndirilən şəxs ilə Şahid1 arasındakı əlaqə barədə heç nə bilmir. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində ibtidai istintaq zamanı Şahid4 göstərmişdir ki, 2018-ci ilin iyun ayında tanışı Azərbaycan Bina Tikinti Kompaniyası MMC-nin direktoru Şahid2 dəvəti ilə Milli Tarix Muzeyində görüləcək təmir işlərinə nəzarət etmiş, eləcə də görüləcək təmir işlərinə usta və fəhlə tapmışdır. Şahid2 onu həmin muzeyə apararaq görüləcək işlərlə tanış etmişdir. 0, təmir işlçəri üçün 15-ə yaxın fəhlə və 5-10 usta taparaq həmin muzeyə gətirmişdir. Ustaların qiyməti ilə razılaşdıqdan və təmirə lazım olacaq malmaterial Şahid2 tərəfindən ona çatdırıldıqdan sonra qeyd edilən muzeydə təmir işlərinə başlamışdır. Təmir işlərində gördükləri işə görə fəhlə və ustalara ayda iki dəfə əmək haqqı ödənilirdi. Əmək haqları onun tərəfindən verilmişdir. Fəhlələr əmək haqlarını almalarını jurnalda öz imzaları ilə təsdiq edirdilər. O, fəhlələrin pulunu gündəlik 20 manatdan, ustaların pulunu isə gördükləri işin kvadrat metrinə görə hesablayaraq şirkətin işçisi Şahid5 götürürdü. Şahid5 Nəqliyyat Nazirliyinin yaxınlığında yerləşən Salamzadə küçəsindəki ofisdə otururdu. O, ayda iki dəfə olmaqla fəhlələrin, ustaların və öz əmək haqqını ondan götürmüşdür. Həmçinin görülən təmir işlərinə görə lazım olan mal-material onun Şahid2 verdiyi sifariş əsasında şirkətin Cavid adlı əməkdaşı tərəfindən gətirilərək ona çatdırılırdı. Muzeydə təmir işləri təxminən 2 il müddətətinə davam etdi. Mobilin ona dediyinə görə həmin şirktətin faktiki rəhbəri Şahid1 idi. Şahid2 isə həmin şirkətdə formal direktor idi və şirkətdə işləyərək təmir işlərinin təşkilinə nəzarət edirdi. Fəhlələrin pulları köçürmə yolu ilə deyil nağd formada ona verilirdi. Həmçinin onunla da rəsmi olaraq hər hansı müqavilə bağlanmamışdı. O, bütün vəsaitləri qeyd etdiyi formada onlardan nağd şəkildə alırdı. Maliyyə Nazirliyinin mütəxəssisləri tərəfindən tərtib edilmiş aktda yoxlama zamanı aşkar edilmiş, Azərbaycan Bina Tikinti Kompaniyası MMC tərəfindən 2018-2019-cu illərdə “Azərbaycan Milli Tarix Muzeyi”ndə həyata keçirilən təmir-tikinti işləri ilə əlaqədar iş həcmi dəyərlərinə yerinə yetirilməmiş işlər və onların dəyərlərinin daxil edilməsindən, mebel və avadanlıqların vahidinin dəyərlərinin artırılması səbəbindən yerinə yetirilmiş işlərin dəyərinin ƏDV daxil 2.150.211 manat artırılmasından məlumatı olmamış, bu barədə Şahid1 özünün daha ətraflı məlumat verə biləcətini qeyd etmişdir. O, yalnız görülən təmir işlərinə texniki nəzarət etmiş, usta və fəhlələrin pullarını hesablamışdır. Təmirə sərf edilən mal-materialın qiymətindən, eləcə də mebel və avadanlıqlara sərf edilən vəsaitdən məlumatı olmamışdır. O, Milli Tarix Muzeyində təmir işlərinə prorab- nəzarətçi kimi Şahid2 dəvəti ilə qoşulmuş, şirkətin rəhbəri kimi Şahid1 tanımışdır. Smeta sənədlərində qeyd olunandan əlavə görülən işlərə görə vəsaitlər Şahid1 tərəfindən ayrılmış, işlərin real dəyəri barədə heç bir məlumatı olmamışdır. Çünki maliyyə işləri ilə ümumiyyətlə məşğul olmamışdır. Ona tapşırılan smetadan əlavə işlərin görülməsi üçün tələb olunan materiallar əksər hallarda Milli Tarix Muzeyinə göndərilirdi, bəzi hallarda isə materialları Şahid1 ofisindən təhvil alırdı. Ofis Nəsimi rayonu, Salamzadə küçəsində yerləşirdi və şirkətin işçiləri həmin ofisdə oturudu. Şirkətə aid layihə üzrə bütün sənədlər də həmin ofisdə saxlanılırdı. Qeyd etdiyi əlavə işlərə görə əmək haqlarını şirkətin mühasibi vəzifəsində çalışan Şahid5 alırdı. Muzeydə aparılan rəssamlıq işlərində isə Şahid12 iştirak edirdi. Şahid12 zəhmət haqqı kimi ödənilməli olan 160.000 manat məbləğində pul vəsaiti Şahid5 tərəfindən Azərə verilməsi üçün hissə-hissə ona təqdim olunmuşdu. O da həmin vəsaiti Şahid12 təqdim edib bu barədə Şahid1 məlumat verilməsi üçün Şahid2 demişdi. Şahid11 ifadələrində göstərdi ki, məhkəmədə ona təqsirləndirilən şəxs qismində təqdim olunan Təqsirləndirilən şəxs tanımır. Onunla ədavəti və yaxınlığı yoxdur. O, 1998-ci ildən Milli Azərbaycan Tarixi Muzeyinin baş direktoru vəzifəsində işləyir. 2018-ci ildə Azərbaycan Milli Tarix Muzeyinin cari təmiri ilə əlaqədar cənab prezidentə müraciət ünvanlamışlar. Həmin ildə də ünvan 4n Milli Azərbaycan Tarixi Muzeyində təmir-bərpa və tikinti-quraşdırma işlərinin aparılması ilə bağlı Əmlak Məsələləri üzrə Dövlət Komitəsi tender keçirdi. Daha sonra Əmlak Məsələləri üzrə Dövlət Komitəsi ilə tenderin qalibi olan "xxxx" MMC arasında bağlanmış müqavilə əsasında həmin şirkət Milli Azərbaycan Tarixi Muzeyində təmir-bərpa və tikinti-quraşdırma işlərini yerinə yetirməyə başladı. O, Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı olduğu üçün bu layihənin icra edilməsində hər hansı formada iştirak etməmişdir. Təmir və bərpa işləri bitdikdən sonra işin keyfiyyəti ilə bağlı narazılıqları olmuşdur. Azərbaycan Milli Tarix Muzeyində qurşadırılan siqnalizasiya sistemi indiyədək normal vəziyyətdə deyil. İttiham aktında deyilən miqdarda, yəni altı milyon manat vəsait barədə yayılan şayiələr əsasında məlumatı var. Təmirçi şirkət tərəfindən onlara verilən siyahıda yalnız görülən işlərin adları qeyd olunmuşdu. O, imza çəkdiyi heç bir sənəddə qiymət cədvəli yox idi. Həmin sənədləri ona imzalamağa Ramiz müəllim təqdim etmişdi. O isə həmin sənədə qiymət cədvəli olmadığı üçün uzun müddət qol çəkməmişdir. Dövlət Əmlak Komitəsindən isə muzeyə Şahid6 və Şahid7 gəlirdi. Onun qətiyyən pul məsələsi ilə əlaqəsi olmayıb. İfadələrinə başqa əlavəsi yoxdur. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində ibtidai istintaq zamanı Şahid11 göstərmişdir ki, 1998-ci ildən Milli Azərbaycan Tarixi Muzeyinin baş direktoru vəzifəsində işləyir. 2018-ci ildə Azərbaycan Milli Tarix Muzeyinin cari təmiri ilə əlaqədar cənab prezidentə müraciət etmişdir. Bundan sonra həmin zaman Əmlak Məsələləri Dövlət Komitəsinin sədri X19 gələrək binanın vəziyyəti ilə tanış olmuşdur. Beləliklə, 2018-ci ildə ünvan 4n Milli Azərbaycan Tarixi Muzeyində təmir-bərpa və tikinti-quraşdırma işlərinin aparılması ilə bağlı Əmlak Məsələləri Dövlət Komitəsi tender keçirmişdir. Daha sonra Əmlak Məsələləri Dövlət Komitəsi ilə tenderin qalibi olan "xxxx" MMC arasında bağlanmış müqavilə əsasında həmin şirkət Milli Azərbaycan Tarixi Muzeyində təmir-bərpa və tikinti-quraşdırma işlərini yerinə yetirməyə başlamışdır. O, Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı olduğu üçün bu layihənin icra edilməsində hər hansı formada iştirak etməmişdir. Bildiyi qədərilə həmin layihənin dəyəri təxminən 6 milyon manata yaxın olmuşdur. İşlər icra edilib başa çatdıqdan sonra Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təhvil alınmışdır. Ümumiyyətlə, heç bir layihə-smeta və Forma 2 sənədlərinin tərtibatında Muzey əməkdaşları iştirak etməmişdir. Azərbaycan Bina Tikinti Kompaniyası MMC-nin sahibi Şahid1 özü Milli Azərbaycan Tarixi Muzeyinə Əmlak Məsələləri Dövlət Komitəsinin sədr müavini Rüstəm müəllimlə birlikdə gələrək işlərə baxırdı. O, əvvəllər Şahid1 şəxsən tanımırdı. Sonradan işlərdə gedən yubanma və çatışmazlıqlarla əlaqədar Şahid1 zəng edərək danışmışdır. Ondan başqa həmin şirkətin direktoru Şahid2, işlərin texniki tərəfinə nəzarət edən Şahid4 və digər işçilərini işlər zamanı görürdü. Dövlət Əmlak Komitəsindən isə muzeyə Şahid6 və Muxtar Ağaev gəlirdi. 2021-ci ilin aprel ayında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin mütəxəssisləri tərəfindən keçirilən yoxlama zamanı onlara məlum olmuşdur ki, Azərbaycan Bina Tikinti Kompaniyası” MMC tərəfindən Milli Azərbaycan Tarixi Muzeyində yerinə yetirilmiş işlərin dəyəri təxminən 2 milyon manata yaxın artırılmışdır. Təmirbərpa və tikinti-quraşdırma işlərin icra olunmasında iştirak etmədiyinə görə bu barədə əvvəlcədən məlumatı olmamışdır. Həmçinin smetada qeyd olunandan əlavə görülən işlər barədə də məlumatı olmamışdır. O, əvvəldən görülməli işlərin qeyd olunduğu smeta ilə tanış deyildi. Yalnız "xxxx" MMC-nin işçilərinə həyata keçirilməsi əvvəlcədən nəzərdə tutulan bir sıra işlərin görülməsini bildirmişdir. Lakin ödənişin necə olunacağı ilə bağlı hər hansı məlumat verməmişdir. O, maliyyə və ödəniş məsələləri ilə məşğul olmadığına görə hesablaşmaların Əmlak Məsələləri Dövlət Komitəsi ilə icraçı şirkət olan Azərbaycan Bina Tikinti Kompaniyası MMC arasına həll edilməli olduğunu demişdir. Azərbaycan Bina Tikinti Kompaniyası MMC tərəfindən Milli Azərbaycan Tarixi Muzeyində Forma 2 sənədlərində göstərilmiş işlərdən kənar işlərin görüldüyünü təsdiq edərək həmin işlərə nə qədər vəsait xərcləndiyindən məlumatsız olmuşdur. Şahid10 ifadələrində göstərdi ki, məhkəmədə ona təqsirləndirilən şəxs qismində təqdim olunan Təqsirləndirilən şəxs tanımır. Onunla ədavəti və yaxınlığı yoxdur. İbtidai istintaq zamanı müstəntiqin Təqsirləndirilən şəxs ilə bağlı deyil, Şahid1 ilə bağlı suallarına cavab vermişdir. O, Şahid1 cəmi iki dəfə görmüşdür. Təqsirləndirilən şəxs ilə Şahid1 arasındakı əlaqədən məlumatı yoxdur. 1992-ci ildən Milli Azərbaycan Tarixi Muzeyində işləyir və hazırda həmin muzeyin Təchizat şöbəsinin müdiridir. 2018-ci ildə cənab Prezidentin sərəncamına əsasən Milli Azərbaycan Tarixi Muzeyində təmir-bərpa və tikinti-quraşdırma işlərinin aparılması ilə bağlı Əmlak Məsələləri üzrə Dövlət Komitəsi tender keçirmişdir. Daha sonra Əmlak Məsələləri üzrə Dövlət Komitəsi ilə tenderin qalibi olan "xxxx" MMC arasında bağlanmış müqavilə əsasında həmin şirkət Milli Azərbaycan Tarixi Muzeyində təmir-bərpa və tikinti-quraşdırma işlərini yerinə yetirməyə başlamışdır. Ümumiyyətlə, Muzeyə heç bir layihəsmeta verilməmişdir, bu sənədlərin tərtibatında o, iştirak etməmişdir. Həmin işləri Əmlak Məsələləri üzrə Dövlət Komitəsi həyata keçirib. Şirkət tərəfindən muzeydə quraşdırılmış işlər yarımçıq qalıb. Azərbaycan Milli Tarix Muzeyində qurşadırılan siqnalizasiya sistemi indiyədək normal vəziyyətdə deyil. Şirkət tərəfindən alınmış məhsullar keyfiyyətli deyildi. Şahid2 tanıyır. Təqsirləndirilən şəxs tanımır. Muzeydəki təmir və bərpa işləri ilə əlaqədar özündə mal, material qəbulunu əks etdirən sənədlər imzalanması üçün Nailə xanıma verilmişdi. Lakin, o, uzun müddət həmin sənədlərdə qiymət cədvəli əks olunmadığına görə imzalamadı. Qiymət cədvəli ilə bağlı məsələləri Əmlak Məsələləri üzrə Dövlət Komitəsi həyata keçirirdi. Onlar Əmlak Məsələləri üzrə Dövlət Komitəsindən maraqlandıqda tikinti və bərpa işlərinin "xxxx" MMC-ə tapşırıldığını dedi. Onlar Milli Azərbaycan Tarixi Muzeyində təmir-bərpa işləri ilə bağlı olan maliyyə məsələləri ilə məşğul olmamışlar. Milli Azərbaycan Tarixi Muzeyi hal-hazırda Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin nəzdindədir. İfadələrinə başqa əlavəsi yoxdur. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində ibtidai istintaq zamanı Şahid10 göstərmişdir ki, 1992-ci ildən Milli Azərbaycan Tarixi Muzeyində işləyir və hazırda həmin muzeyin Təchizat şöbəsinin müdiridir. 2018-ci ildə ünvan 4n Milli Azərbaycan Tarixi Muzeyində təmir-bərpa və tikinti-quraşdırma işlərinin aparılması ilə bağlı Əmlak Məsələləri Dövlət Komitəsi tender keçirmişdir. Daha sonra Əmlak Məsələləri Dövlət Komitəsi ilə tenderin qalibi olan Azərbaycan Bina Tikinti Kompaniyası MMC arasında bağlanmış müqavilə əsasında həmin şirkət Milli Azərbaycan Tarixi Muzeyində təmir-bərpa və tikinti-quraşdırma işlərini yerinə yetirməyə başlamışdır. O, Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı olduğu üçün bu layihənin icra edilməsində hər hansı formada iştirak etməmişdir. Bildiyi qədərilə həmin layihənin dəyəri təxminən 6 milyon manata yaxın olmuşdur. İşlər icra edilib başa çatdıqdan sonra Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təhvil alınmışdır. Ümumiyyətlə, Muzeyə heç bir layihə-smeta, eləcə də Forma 2 sənədi verilməmişdir, bu sənədlərin tərtibatında Muzey əməkdaşları iştirak etməmişdir. Azərbaycan Bina Tikinti Kompaniyası MMC-nin sahibi Şahid1 özü Milli Azərbaycan Tarixi Muzeyinə gəlib baş direktor Nailə Vəlixanlı ilə görüşmüşdür. Ondan başqa həmin şirkətin direktoru Şahid2, işlərin texniki tərəfinə nəzarət edən Şahid4 və digər işçilərini tanıyırdı. 2021-ci ilin aprel ayında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin mütəxəssisləri tərəfindən keçirilən yoxlama zamanı ona məlum olmuşdur ki, Azərbaycan Bina Tikinti Kompaniyası MMC tərəfindən Milli Azərbaycan Tarixi Muzeyində yerinə yetirilmiş işlərin dəyəri təxminən 2 milyon manata yaxın artırılmışdır. Qeyd etdiyi ki, təmir-bərpa və tikintiquraşdırma işlərin icra olunmasında iştirak etmədiyimə görə bu barədə əvvəlcədən məlumatı olmamışdır. Bundan başqa, smetada qeyd olunandan əlavə görülən işlər Muzey rəhbərliyi tərəfindən "xxxx" MMC-yə tapşırılmışdır. Odur ki, "xxxx" MMC tərəfindən Milli Azərbaycan Tarixi Muzeyində Forma 2 sənədlərində göstərilmiş işlərdən kənar işlər də görülmüşdür. Bu işlərin ödənişinin isə sonradan köçürüləcək əlavə pul vəsaitləri hesabına edilməsi razılaşdırılmışdı. Lakin bununla bağlı hər hansı vəsait köçürülmədiyinə görə bu ödənişlər “Azərbaycan Bina Tikinti Kompaniyası" MMC-yə ödənilməmişdir. "xxxx" MMC-nin sonradan bu pul vəsaitlərini Muzeydən tələb edib-etməməsi barədə dəqiq məlumatm yoxdur. Qeyd etdiyi hallara görə 2021-ci ilin aprel ayında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin mütəxəssisləri tərəfindən keçirilən yoxlama zamanı onlara bu işlər barədə hər hansı sənəd təqdim edilməmişdir. Maliyyə Nazirliyinin müfəttişləri tərəfindən aparılan yoxlama zamanı aktda qeyd olunan smetadan əlavə görülmüş iş həcmləri barədə Muzeydə hər hansı sənəd olmadığına görə görülmüş xidmətlərin və alınmış materialların dəyəri ilə bağlı istintaqa hər hansı məlumat verə bilmir. Həmçinin Azərbaycan Milli Tarix Muzeyində aparılan rəssamlıq işlərində Şahid12 adlı rəssam iştirak edirdi. Şahid12 gördüyü işlərə görə 160.000 manat ödənildiyini eşitmişdir. Şahid7 ifadələrində göstərdi ki, məhkəmədə ona təqsirləndirilən şəxs qismində təqdim olunan Təqsirləndirilən şəxs oğlunu tanımır. Onunla ədavəti və yaxınlığı yoxdur. O, ibtidai istntaq zamanı verdiyi ifadəni üzərindən çox uzun müddət keçib deyə tam xatırlamır. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. O, 2018- ci ilin iyun 1-dən o, Azərbaycan Milli Tarix Muzeyində aparılan təmir-bərpa işləri üzrə nəzarətçi kimi fəaliyyət göstərmişdir. O, təmirin smetası ilə tanış olmuşdu. Smetada göstərilən rəqəmlərlə ölçdüyü işlər arasında fərq olmurdu. Fərq olsa belə, olduğu kimi yazırdı. Təmiri həyata keçirilənlər əlavə işlər gördüklərini deyirdilər. Həqiqətən də onların gördüyü işlərin bəziləri smetada və forma 2-də yox idi. X13 Nazirliyi tərəfindən təsdiq olunmuşdu. Sonradan smetada dəyişiklik edilməsi barədə məlumatı yoxdur. O, sadəcə olaraq muzeydə apapılan təmir işlərinə nəzarət etmişdir. O, Təqsirləndirilən şəxs heç vaxt görməmişdir. Maliyyə Nazirliyinin əlavə işlər görülməsi barədə yazdıqları barədə məlumatı yoxdur. Ozü sənaye və tikinti ixtisası üzrə mühəndisdir. Onun işlədiyi müddətdə vəzifəsi aparıcı mühəndis olub. O, Azərbaycan Milli Tarix Muzeyində görülən təmir işlərini yoxlayırdı. O, Üzeyiri, Şahid3 tanımır. « Azərbaycan Bina Tikinti Kompaniyası MMC-ni» kimin təsis etdiyini bilmir. İfadələrinə başqa əlavəsi yoxdur. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində ibtidai istintaq zamanı Şahid7 göstərmişdir ki, 2018-ci ilin may ayının 22-dən Əmlak Məsələləri Dövlət Komitəsinin tabeliyində Tikilməkdə olan obyektlər müdriyyəti MMC-nin aparıcı mühəndisi işləyir. 2018- ci ilin iyun ayının sonunda həmin cəmiyyətin direktoru Şahid6 göstərişi ilə Azərbaycan Milli Tarix Muzeyində aparılan təmir-bərpa işləri üzrə nəzarətçi təyin edilmişdir. Həmin zaman muzeydə aparılan təmir-bərpa işlərini Azərbaycan Bina Tikinti Kompaniyası MMC həyata keçirirdi. Muzeydə aparılan təmir-bərpa işlərinin həyata keçirilməsi zamanı Azərbaycan Bina Tikinti Kompaniyası MMC-nin nümayəndəsi kimi şirkətin direktoru Şahid2 iştirak edirdi. Onunla yanaşı tikinti işlərində şirkətin işçisi kimi iştirak edən, özü ilə işçi heyəti gətirən Şahid4 tez-tez muzeyə gəlirdi. Mu layihə üzrə ilkin olaraq aparılmış qiymətləndirmələrə əsasən dövlət büdcəsindən Azərbaycan Bina Tikinti Kompaniyası MMC-yə ƏDV daxil 8 milyon manat ayrılması nəzərdə tutulurdu. Həmin məbləğdə ehtimal olunan smeta hazırlanmışdı. Həmin smeta hazırlanarkən onun çalışdığı şirkətin hər hansı formada iştirakı olmamışdır. Bildiyi qədəri ilə smeta xərclərinin təxminən 2 milyon manatı təmir-tikintiyə, 6 milyon manatı isə avadanlıq alınması üçün nəzərdə tutulmuşdu. Azərbaycan Bina Tikinti Kompaniyası MMC muzeydə söküntü və təmir işlərinə başlayandan bir müddət sonra smetada nəzərdə tutulan müxtəlif avadanlıqların alınması zərurəti yarandı. Həmin avadanlıqların xaricdən topdan şəkildə hamısının birlikdə alınması planlaşdırılmışdı. Buna görə də şirkətin rəhbəri Şahid1 və direktoru Şahid2 onlara müraciət edərək işlər tam olaraq görülmədən avadanlıq alınması məqsədilə pul almaq üçün tərtib etdikləri Forma2 sənədlərinin imzalanmasını xahiş etmiş, gələcəkdə işlər tam görülən zaman sənədlərdə həm işlər, həm də qiymətlər baxımından müəyyən dəqiqləşdirmələr aparılaraq yeni Forma2 sənədləri tərtib ediləcətini bildirmişlər. Daha sonra şirkət təxminən ƏDV daxil 6 milyon manat dəyərində müvafiq təhvil-təslim sənədləri tərtib etdi və bu sənədlər imzalandı. Sonra münafiq sənədlər əsasında Azərbaycan Bina Tikinti Kompaniyası MMC-yə köçürmələr edildi. Lahiyə üzrə qalan 2 milyon manat isə sifarişçi tərəfindən gələcəkdə dəqiqləşdirmələr aparılacağından şirkətə köçürülmədi. Muzeyin rəhbərliyi tərəfindən şirkətə smetada nəzərdə tutulmayan və Forma2 sənədlərinə daxil edilməyən təxminən 1-1,5 milyon manatlıq əlavə işlərin görülməsi təşkil edildi. Beləliklə şirkət ilkin olaraq smetada nəzərdə tutulmuş işlərə uyğun Forma2 sənədi tərtib etmiş və pulun köçürülməsi, işin ləngiməməsi üçün həmin sənəd imzalanmışdır. İşlər yekunlaşandan sonra onlar Şahid1 və Şahid2 faktiki yerində olan işlərə və avadanlıqlara uyğun yenidən yoxlama aparılmasını, dəqiqləşdirmələr edilməsini və yrni Forma2 sənədləri tərtib edilməsinin təklif etmişlər. Amma Şahid1 və Şahid2 bu barədə heç bir fikir bildirməmiş və yenidən baxış keçirilməsində iştirak etməmişlər. O, sadəcə şirkətin iş icraçısı Ramiz Səfəroun, muzeyin rəhbərliyinin iştirakı ilə faktiki olaraq avadanlıqların təhvil-təslim aktını tərtib etmişlər. Həmin aktda şirkətin əlavə gördüyü, lakin Forma2 sənədlərinə salınmayan bəzi avadanlıqların da adı vardır. Maliyyə Nazirliyinin mütəxəssisləri tərəfindən tərtib edilmiş aktda yoxlama zamanı aşkar edilmiş "xxxx" MMC tərəfindən 2018-2019-cu illərdə “Azərbaycan Milli Tarix Muzeyi”ndə həyata keçirilən təmir-tikinti işləri ilə əlaqədar iş həcmi dəyərlərinə yerinə yetirilməmiş işlər və onların dəyərlərinin daxil edilməsindən, mebel və avadanlıqların vahidinin dəyərlərinin artırılması səbəbindən yerinə yetirilmiş işlərin dəyərinin ƏDV daxil 2.150.211 manat artırılmasından məlumatı olmamış, yoxlamanın aparıldığı “Forma2” sənədlərinə işlər görülmədən və avadanlıqlar alınmadan imza edilmiş, orada qeyd edilmiş qiymətlərin çox və ya az olmasının müəyyən edilməsi onun səlahiyyətində olmamışdır. Şirkət forma2 sənədlərində qiymətləri ehtimal olunan smetada göstərilən həddə qeyd etmişdir. Bu qiymətlər isə Fövqəladə Hallar Nazirliyi və digər orqanlardan keçmişdir. Ancaq qiymətlərin şişirdilməsi ilə bağlı hissədə onun məlumatı olmamışdır. Müvafiq “forma2” sənədləri imzalanarkən bu həm onun səlahiyyətində olmadığından, həm də işlərin ləngiməməsi baxımından şirkətin rəhbərliyi ilə sifarişçi qurumun rəhbərliyi arasında olan razılaşma olduğundan onlar bu məsələyə o qədər də diqqət yetirməmişdilər. İfadələrinə əlavə olaraq bildirmişdir ki, o, Əmlak Məsələləri Dövlət Komitəsinin nümayəndəsi kimi muzeydə həyata keçirilən həmin smetadan əlavə işlərin texniki tərəfinə nəzarət olunmasında iştirak etmişdir. Muzeyin direktoru Nailə xanım şirkətin faktiki sahibi Şahid1 Azərbaycan Milli Tarix Muzeyində smetada nəzərdə tutulmamış əlavə işlərin görülməsini sifariş etmişdi. Smetada qeyd olunandan əlavə görülən işlərə Şahid1 vəsait ayırmışdı. Smetadan əlavə işlərin görülməsi üçün tələb olunan materiallar Şahid1 tərəfindən əksər hallarda Milli Tarix Muzeyinə göndərilirdi və onun işçiləri tərəfindən muzeydə təhvil alınırdı. Smetadan kənar işlərin icrasına nəzarəti isə şirkətin direktoru Şahid2 və prorabı Şahid4 həyata keçirirdi. Həmin işlərin real dəyəri barədə heç bir məlumatı yox idi. Şahid9 ifadələrində göstərdi ki, məhkəmədə ona təqsirləndirilən şəxs qismində təqdim olunan Təqsirləndirilən şəxs tanıyır. Onunla ədavəti və yaxınlığı yoxdur. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Təqsirləndirilən şəxs baş mühasib idi. Emil Azərbaycan tarix muzeyində dövlət xərcini çıxaraq qalan məbləğin özünə verilməli olduğunu dedi. Bankdan 400000 manat çıxardılaraq Emilə verildi. Şirkətin rəhbəri Şahid1 idi. O, pulun Emilə verildiyini bilir. Xaricdən ləvazimatlar gəldiyinə görə, pulu nağdlaşdırmaq lazım olanda pulu xaricə göndərirdilər. Xarici ölkədən mallar gəlib, lakin muzeyin təmiri ilə əlaqəli mallar deyildi. İbtidai istintaq zamanı Emil əməli törətdiyni etiraf edib. Bankdan direktorun imzası ilə çıxarış verilib. Emil ilə onu altı-yeddi il əvvəl Elnur tanış edib. "xxxx" MMC "xxxx" MMC-yə heç vaxt videokamera satmamış, orada hər hansı quraşdırma işi görməmişdir. O, oktyabrda pulu Emilə vermişdir. Pul hesaba daxil oduqdan sonra bir gün ərzində çıxarılaraq Emilə verilirdi. O, "xxxx" MMC-nin nümayəndəsi idi. İttiham aktında göstərilən məbləğin muzeyin hesabından çıxarılması barədə qaimə verilmişdi. Qaimə mühasib tərəfindən verilmişdi. X14 küçəsindəki iş yerində işləyirdi. Təqsirləndirilən şəxs baş mühasib kimi tanınmışdır. İfadələrinə başqa əlavəsi yoxdur. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində ibtidai istintaq zamanı Şahid9 göstərmişdir ki, 2018-ci ilin oktyabr ayından 2019-cu ilin may ayına kimi ləğv edilmiş "xxxx" ASC-nin Yasamal Filialında müdir müavini vəzifəsində işləmişdir. 2018-ci ilin oktyabr ayında ləğv edilmiş "xxxx" ASC-nin Yasamal Filialına müdir müavini kimi işə düzəldikdən sonra müxtəlif şirkətlərin bank hesablarının açılması və maliyyə əməliyyatları ilə əlaqədar həmin şirkətlərin nümayəndələri və müxtəlif vasitəçilərlə əlaqədə olmuşdur. Bankda işlədiyi zaman 2017-ci ildə tanış olduğu Zaur Şahniyarovun adına tətsis edilmiş "xxxx" MMC-nin bank hesabı həmin filialda olmuşdur. Həmin filialda "xxxx" MMC-nin müxtəlif maliyyə əməliyyatları həyata keçirilmişdir. "xxxx" MMC-ni həmin şirkəti baş mühasibi olan Təqsirləndirilən şəxs vasitəsilə tanımışdır. şirkətin direktorunu şəxsən tanımır. 2018-ci ilin oktyabr ayında hazırda dəqiq xatırlamadığı tanışlarından birinin vasitəsilə Təqsirləndirilən şəxs ona müraciət edərək "xxxx" MMC-nin əmtəəsiz maliyyə əməliyyatı həyata keçirmək istədiyini dedi. Onlar da bu əməliyyatı ı Zaur Şahniyarovun adına təsis edilmiş "xxxx" MMC-nin vasitəsilə həyata keçirmişlər. Belə ki, Azərbaycan Bina Tikinti Kompaniyası MMC və "xxxx" MMC arasında formal olaraq alqı-satqı müqaviləsi bağlandı. "xxxx" MMC "xxxx" MMC-yə “videomüşahidə kamera sisteminin alınması və qurulması adı altında” xx.xx.2018-ci il tarixdə 200.000,00 manat, xx.xx.2018-ci il tarixdə 136.008,50 manat, xx.xx.2018-ci il tarixdə 160.001,24 manat, ümumilikdə cəmi 496009,74 manat məbləğində pul vəsaiti köçürdü. Bu məbləğ ƏDV-siz məbləğdir. Bu müqavilə üzrə ƏDV təxminən 75-80 min manat idi. Pullar köçürüldükdən sonra o, "xxxx" MMC-yə köçürülmüş həmin vəsaitləri nağdlaşdırıb əsas məbləğin, yəni 496009,74 manatın hamısını, ƏDV məbləğinin (75000- 80000 min manat) təxminən 30 faizini əlbəəl nağd formada Təqsirləndirilən şəxs qaytardı. Formal olaraq isə elektron-qaimə fakturalar tərtib edildi. Əslində isə Azərbaycan Bina Tikinti Kompaniyası MMC və “NESİL-A" MMC arasında hər hansı əmtəə mübadiləsi baş vermədi. "xxxx" MMC Azərbaycan Bina Tikinti Kompaniyası MMC-yə heç vaxt videokamera satmamış, orada hər hansı quraşdırma işi görməmişdir. "xxxx" MMC sırf “obnaliçka” yəni pulu nağdlaşdırma üçün istifadə edilmişdir. Azərbaycan Bina Tikinti Kompaniyası MMC-dən köçürülən vəsaitlər də nağdlaşdırılaraq şirkətin baş mühasibi kimi tanıdığı Təqsirləndirilən şəxs verilmişdir. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində ibtidai istintaq zamanı Şahid8 göstərmişdir ki, 2018-ci ildə tanışı Aslanın vasitəsilə Şahid1la tanış olmuşdur. Şahid1 onun santexnika işlərini bacardığını bildikdən sonra onu Xırdalanda yerləşən “Piramida” zavoduna işçi kimi götürmüşdür. O, təxminən 1-2 ay orada işləmiş, işlədiyi müddətdə mebel işləri az olduğundan əsasən KİA markalı avtomobil vasitəsilə taxtaların daşınmasını həyata keçirmişdir. Şahid1 ona aylıq 250-300 manat maaş verirdi. Maaşının az olması ilə bağlı Şahid1 müraciət etdikdə sonuncu onu Azərbaycan Milli Tarix Muzeyində aparılan işlərə cəlb edəcəyini bildirmişdir. Təxminən 2018-ci ilin sentyabr ayında Azərbaycan Milli Tarix Muzeyində aparılan təmir-bərpa işlərinə qoşulmuşdur. İşlərin miqyasının böyük olduğunu gördükdə əvvəl tikinti materialalrı bazarından tanıdığı Fəxri adlı tanışı ilə görüşmüşdür. O, Fəxri ilə şərik kimi işləməyə razılaşmışlar. Bundan sonra işlərə başlamaqla bağlı müsbət qərarını Şahid1 bildirmişdir. O, öz VÖEN-ini və Bank of Baku-da açdırdığı hesabları Şahid1 təqdim etmişdir. 2018-ci ilin sentyabr ayının 26-da onun hesabına 6200 manat məbləğində ilk ödəniş edilmişdir. O, Fəxri ilə birlikdə bu pulla borular almışla. 28 sentyabr tarixində köçürülən 10.000 manat, 15 oktyabr tarixində köçürülən 20.000 manat məbləğində vəsaitlə istilik sistemləri, sanitar qovşaq üçün materiallar və sairə alınmış, yerdə qalan vəsaitlər isə onun gətirdiyi təxminən ümumi 20 nəfər fəhlənin xərclərinə ödənilmişdir. 5 dekabr tarixdə köçürülmüş 15.000 manat isə muzeyin ətrafında istilik sisteminin çəkilməsi üçün xərclənmişdir. Azərbaycan Bina Tikinti Kompaniyası MMC-nin rəhbəri olan Şahid1 tərəfindən ona ümumilikdə 51.200 manat məbləğində pul ödənilmişdir. Həmin işin yekununda onunla Fəxriyə 3800 manat qazanc qalmışdır. Bütün işlərin görülməsinə Şahid1 şəxsən nəzarət etmişdir. O, mütəmadi olaraq muzeyə gələrək görülən işlərin nəticəsi ilə tanış olurdu. Muzeydə daha çox olan Şahid2 isə onlara görülməli olan işlərlə bağlı məlumat verirdi. Alınan materiallar üzrə qaimələr Şahid2 təqdim olunurdu. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində ibtidai istintaq zamanı Şahid5 göstərmişdir ki, 2013-2019-cu illərdə Azərbaycan Bina Tikinti Kompaniyası MMC-də kadr məsələləri üzrə mütəxəssis işləmiş, şirkətin təsisçisi Cavid Hüseynov, direktoru formal olaraq Şahid2 olsa da, şirkətin faktiki rəhbəri və sahibi kimi Şahid1 tanımışdır. Şirkətin baş mühasibi Təqsirləndirilən şəxs olmuşdur. Şirkət Müdafiə Nazirliyində və Milli Tarix Muzeyində dövlət lahiyələri icra etmişdir. Lahiyələr zamanı görülən işlərdən ətraflı məlumatı olmamışdır. Şirkətdə fəaliyyət göstərdiyi müddətdə malların alınması və xidmətlərin göstərilməsi ilə bağlı olan ödəniş sənədləri və qaimələr əsasında Şahid1 tapşırığına əsasən şirkətin prorabı olan Şahid4, Şahid3 və Şahid1 təlimatına əsasən işlər görən digər şəxslərə pul vəsaitləri verirdi. Həmin pul vəsaitləri ona Şahid1 və qohumu Əli Allahverdiyev tərəfindən nağd formada çatdırılırdı. Pullar müvafiq sənədlərə imza edilməklə götürülürdü. Verilən pulların məbləğinə, qaimələrdə göstərilən mallara və digər bütün işlərə Şahid1 özü nəzarət edirdi. Lahiyələrin icrası zamanı işçilərə və fəhlələrə məvacib və digər pul vəsaitləri nağd formada verilirdi. Milli Tarix Muzeyində görülən işlərlə bağlı işçilərə və fəhlələrə məvacibi Şahid4 təqdim edirdi. Şahid4 ona görülmüş işlərlə, eləcədə ustaların və fəhlələrin əmək haqları ilə bağlı hesabatları əlyazma ilə kağız parçasında verirdi, o da həmin yazıları kompyuterdə excell proqramına daxil edrərək qeydiyyatını aparmışdır. Sonra bu barədə Şahid1 mütəmadi hesabat vermişdir. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində ibtidai istintaq zamanı Şahid2 göstərmişdir ki, 2010-2019-cu "xxxx" MMC- nin direktoru olmuşdur. Hazırda şirkətin fəaliyyəti dayandırılsa da, şirkətin direktor kimi onun adı qeyd edilmişdir. Lakin şirkətin faktiki sahibi Şahid1dur və fəaliyyətinə rəhbərlik onun tərəfindən həyata keçirilmişdir. Şahid1 şirkəti qaynı Şahid3 adına təsis etdirmişdir. O, şirkətin formal direktoru kimi sırf texniki tikinti fəaliyyəti ilə məşğul olmuşdur və faktiki olaraq Şahid1 tapşırıqlarını icra etmişdir. Şirkətin fəaliyyəti tikintitəmir fəaliyyəti ilə əlaqədar olmuşdur. Şirkətin bütün maliyyə və digər fəaliyyətinə Şahid1 nəzarət edir və rəhbərlik edirdi. Yəni onun işi sırf Şahid1 tərəfindən ona tapşırılan işləri icra etməkdən ibarət olmuşdur. Şirkətin Müdafiə Nazirliyi və Əmlak Komitəsi ilə podrat müqavilələri olmuşdur. Həmin müqavilələrin bağlanması ilə bağlı bütün danışıqları Şahid1 özü aparmışdır. O isə formal olaraq direktor kimi müqavilələrə imza etmiş və işlərin icrasının texniki tərəflərinə nəzarət etmişdir. Maliyyə və digər məsələlərə isə Şahid1 özü nəzarət etmişdir. O, aylıq 1500 manat maaş almış, bundan əlavə bir neçə aydan bir maaşına 500 manat əlavə edilirmiş. Müdafiə Nazirliyi ilə 2010-2011-ci illərdə Nəvahi hərbi şəhərciyinin tikintisi ilə bağlı təxminən ƏDV daxil 200 milyon manatlıq müqavilə bağlanmışdır. Həmin müqavilə üzrə tikinti işlərinin aparılmasına nəzarət etmiş, texniki məsələlərə cavabdeh olmuşdur. 2015-ci ilə kimi həmin layihə üzrə şirkətin hesabına ümumilikdə təxminən ƏDV daxil 88 milyon manat pul köçürülmüşdür. Müqavilə üzrə qalan məbləğ köçürülmədiyinə görə layihə üzrə icra edilməli olan digər işlər qarşılıqlı razılaşma əsasında dayandırılmışdır. Köçürülmüş məbləğə uyğyn olaraq müqavilə üzrə öhdəliklər təxminən 2017-ci ildə tam icra edilmiş, qəbul aktı Müdafiə Nazirliyi tərəfindən imzalanmışdır. Amma faktiki olaraq həmin tikinti obyektlərinə 2015-ci ildən hərbçilər köçürülmüşdür. Qalan işlər isə sonradan Müdafiə Nazirliyi tərəfindən cəlb edilmiş "xxxx" MMC tərəfindən başa çatdırılmışdır. Sözügedən müqavilə üzrə köçürülən vəsaitlərin bölgüsünə, mal-materialların alınmasına birbaşa Şahid1 və şirkətin mühasibathğı nəzarət etmişdir. O, sadəcə işlərin texniki tərəflərini icra etmişdir. Tikintinin həyata keçirilməsi üçün mal-materialların alınması bəzi hallarda müxtəlif şirkətlərdən köçürmə yolu ilə bəzi hallarda isə bazardan pərakəndə formada alınırdı. Şirkətə köçürülən pullann bir qismi müxtəlif "obnaliçka" şirkətlərinə köçürülüb nağdlaşdırılaraq geri qaytarılırdı və həmin pullar Şahid1 təqdim edilirdi. Bu məsələlərlə Şahid1 tapşırığı ilə şirkətin baş mühasibi Təqsirləndirilən şəxs məşğul olurdu. Onun bu şirkətlər barədə, habelə onlar tərəfindən hansı məbləğlərdə nağdlaşdırma əməliyyatlarının aparılmasından məlumatı olmamışdır. O, tikinti üçün lazım olan mal-materialı Şahid1 və mühasibathğa deyirdi, onlar da mal- materialın alınmasını təşkil edirdilər. Bu mal-materialların alınması üçün vəsaitlərin dəqiq hansı şirkətlərə köçürülməsini xatırlamır. Bu müvafiq sənədlərdə öz əksini tapmışdır. O, əksər hallarda tikinti sahəsində olaraq tikinti işlərinə nəzarət edirdi. Maliyyə işlərindən məlumatı olmurdu. İş üzrə Forma2-lər şirkətin baş mühasibi Təqsirləndirilən şəxs və prorabı Mehman Səfərov tərəfindən hazırlanırdı. O, həmin forma2-lərin hazırlanmasında formal olaraq iştirak edirdi. Sonra həmin forma2-lər Müdafiə Nazirliyinin Tikinti idarəsi ilə yoxlanılıb razılaşdırılırdı. Sonra şirkətin nümayəndələri kimi onunla Mehman Səfərov və Müdafiə Nazirliyinin Tikinti idarəsinin əməkdaşları forma2-lərə imza edirdilər. Mehman Səfərov 2015-ci ildə vəfat etmişdir. Əmlak Komitəsi ilə 2018-ci ildə ünvan 4n Azərbaycan Milli Tarix Muzeyinin təmiri ilə bağlı təxminən ƏDV daxil 8 milyon manatlıq müqavilə bağlanmışdır. Həmin müqavilə üzrə təmir işlərinə nəzarət etmiş, texniki məsələlərə cavabdeh olmuşdur. Lahiyə üzrə maliyyə məsələlərinə, müqavilənin bağlanmasına, tenderdə şirkətin qalib olmasına birbaşa Şahid1 rəhbərlik etmişdir. O isə təmir işlərinə nəzarət etmişdir. Bu layihə üzrə də şirkətə köçürülən pulların bir qismi müxtəlif "obnaliçka" şirkətlərinə köçürülüb nağdlaşdırılaraq geri qaytarılmış və həmin pullar da Şahid1 təqdim edilmişdir. Bu məsələlərlə də Şahid1 tapşırığı ilə şirkətin baş mühasibi Təqsirləndirilən şəxs məşğul olmuşdur. Onun bu dəfə də şirkət tərəfindən hansı məbləğlərdə nağdlaşdırma əməliyyatlarının aparılmasından məlumatı olmamışdır. İş üzrə Forma2-lər şirkətin baş mühasibi Təqsirləndirilən şəxs tərəfindən hazırlanmışdır. O isə həmin forma2-lərin hazırlanmasında formal olaraq iştirak etmişdir. Sonra həmin forma2-lər Əmlak Komitəsinin Tikinti şöbəsi ilə yoxlanılıb razılaşdırılmışdır. Əmlak Komitəsinin tikinti şöbəsindən onlara bildirilmişdir ki, qalan 2 milyon manatlıq işləri də həmin forma 2-lərə əlavə etmək lazımdır. Lakin müqavilə dəyəri 8 milyon manat olduğuna görə Şahid1 buna razı olmamış və qalan 2 milyon manatın da köçürülməli olduğunu bildirmişdir. Bu səbəbdən şirkətin nümayəndəsi kimi o və Əmlak Komitəsinin Tikinti şöbəsinin əməkdaşları tərtib olunan forma2-lərə imza etmişlər. Ümumilikdə həmin layihə üzrə şirkətə ƏDV daxil təxminən 6 milyon manat pul köçürülmüşdür. Şirkət həmin məbləğə layihəni 2019cu ildə icra edib təhvil vermişdir. Layihədən şirkətə qalan ƏDV daxil 2 milyon manat köçürülməmişdir. Qeyd olunan lahiyələr üzrə hər hansı kənarlaşma, müqavilə dəyərinin şişirdilməsi, mənimsəmə halları olmuşdursa da, maliyyə işlərinə nəzarət etmədiyindən bu barədə məlumatı olmamışdır. Bu işlərə Şahid1 və şirkətin mühasibatlığı nəzarət etmişdir. O, sırf tikinti işlərinə nəzarət etmişdir. Maliyyə Nazirliyinin mütəxəssisləri tərəfindən tərtib edilmiş aktda yoxlama zamanı aşkar edilmiş, Azərbaycan Bina Tikinti Kompaniyası MMC tərəfindən 2018-2019-cu illərdə “Azərbaycan Milli Tarix Muzeyi”ndə həyata keçirilən təmir-tikinti işləri ilə əlaqədar iş həcmi dəyərlərinə yerinə yetirilməmiş işlər və onların dəyərlərinin daxil edilməsindən, mebel və avadanlıqların vahidinin dəyərlərinin artırılması səbəbindən yerinə yetirilmiş işlərin dəyərinin ƏDV daxil 2.150.211 manat artırılmasından məlumatı olmamışdır. İfadələrinə davam edərək bildirmişdir ki, Azərbaycan Bina Tikinti Kompaniyası MMC Azərbaycan Respublikası Müdafiə Nazirliyinin keçirdiyi qapalı tenderdə iştirak edərək 05 may 2011-ci il tarixdə tender komissiyasının yekun protokoluna əsasən ƏDV daxil 208.625.471 manat təkliflə qalib elan edilmişdir. 06 iyun 2011-ci il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil istismar idarəsi ilə direktoru olduğu Azərbaycan Bina Tikinti Kompaniyası MMC arasında Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hacıqabul rayonu, Nəvahi qəsəbəsində “Mərkəzi silah və sursat anbarlarının kompleks bina və qurğuları, xarici və ərazidaxili kommunikasiya xətləri, ərazinin abadlaşdırılması işlərinin layihələndirilməsi, tikintisi və mebel avadanlıqlarının quraşdırılması”na dair işlərin yerinə yetirilməsi ilə bağlı müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən işlərin 29 may 2015-ci ilədək yekunlaşdırıb təhvil verilməsi barədə öhdəlik götürülsə də, ödənişdə olan gecikmələrlə əlaqədar ayrı-ayrı tarixlərdə bağlanılan əlavə razılaşmalarla təhvil verilmə vaxtı son olaraq 30 dekabr 2017-ci ilə qədər uzadılmışdır. Həmin müqavilənin bağlanması ilə bağlı bütün danışıqları Şahid1 özü aparmışdır. O, direktor kimi müqaviləyə imza atmış və müqavilə üzrə işlərin icrasına nəzarət etmiş, texniki məsələlərə cavabdeh olmuşdur. Görülmüş işlər barədə isə mütəmadi Şahid1 məruzə etmişdir. Bu layihə üzrə şirkətin hesabına ümumilikdə ƏDV daxil 85.596.146 manat pul köçürülmüşdür. Müqavilə üzrə qalan məbləğ köçürülmədiyinə görə layihə üzrə icra edilməli olan digər işlər qarşılıqlı razılaşma əsasında dayandırılmışdır. Köçürülmüş məbləğə mütənasib olaraq müqavilə üzrə öhdəliklər təxminən 2017-ci ildə tam icra edilmiş, qəbul aktı Müdafiə Nazirliyi tərəfindən imzalanmışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hacıqabul rayonu, Nəvahi hərbi şəhərciyi kompleksində bina və qurğuların layihələndirilməsi ilə bağlı işlər “Ra Architect” şirkətilə bağlanmış müqavilə əsasında layihənin baş mühəndisi Çingiz Şəfiyev tərəfindən yerinə yetirilmişdir. Həmin layihə ilə bağlı 350 nəfərlik əsgər yeməkxanası, 350 nəfərlik əsgər yataqxanası, hamam, camaşırxana və qazanxana kompleksi, 1 nömrəli Nəzarət buraxılış məntəqəsi, hər biri 300 kubmetr olmaqla 2 ədəd su anbarı, hər biri 1000 kilovatııq olmaqla 2 ədəd transformator yarımstansiyası, magistral su kəməri və nasosxana, təsərrüfat məişətdaxili yanğın söndürən sistemi üçün nasosxana, qarovulxana binası, yanğınsöndürmə binası, 15 ədəd isidilən yeraltı anbar, 11 ədəd isidilməyən yeraltı anbar və 6 ədəd AN-50 tipli anbar tikilib təhvil verilmişdir. Bundan əlavə beşmərtəbəli yaşayış binasının təmir, beton və hörgü işləri 70% yerinə yetirilmişdir. Sözügedən müqavilə üzrə direktoru olduğu Azərbaycan Bina Tikinti Kompaniyası MMC-nin "xxxx" ASC-də olmuş bank hesabına köçürülən vəsaitlərin bölgüsünə, eləcə də işlərin yerinə yetirilməsi zamanı mal-materialların alınmasına birbaşa Şahid1 və şirkətin mühasibatlığı nəzarət etmişdir. O, sadəcə işin texniki tərəflərini görmüşdür. Tikintinin həyata keçirilməsi üçün mal-materialların alınması bəzi hallarda müxtəlif şirkətlərdən köçürmə yolu ilə, bəzi hallarda isə bazardan pərakəndə formada alınırdı. Şirkətə köçürülən pulların bir qismi baş mühasib Təqsirləndirilən şəxs tərəfindən "xxxx" ASC-dən nağd qaydada götürülməklə Şahid1 təqdim edilirdi. Bu məsələlərlə Şahid1 tapşırığı ilə şirkətin baş mühasibi Emil Dadaşov məşğul olurdu. O, özü heç vaxt banka gedib şirkətin hesabından pul nağdlaşdırmamışdır. Tikinti üçün lazım olan mal-materialı Şahid1 və mühasibatlığa deyirmiş, onlar isə həmin mal-materialın alınıb ona təqdim erdilməsini təşkil edirdilər. Azərbaycan Bina Tikinti Kompaniyası MMC tərəfindən görülmüş işlər zamanı Maliyyə Nazirliyinin mütəxəssisləri tərəfindən tərtib edilmiş akta əsasən Müdafiə Nazirliyində icra edimiş layihə üzrə iş həcmi dəyərlərinə yerinə yetirilməmiş işlər və onların dəyərlərinin daxil edilməsindən yerinə yetirilmiş işlərin dəyərinin ƏDV daxil 11.665.984,10 manat artırılmasından məlumatı olmamışdır. Bu işlərə Şahid1 və şirkətin baş mühasibi Təqsirləndirilən şəxs nəzarət etmişdir. O, əksər hallarda Hacıqabul rayonunun Nəvahi qəsəbəsində yerləşən tikinti sahəsində olmuş, tikinti işlərinə nəzarət etmiş, maliyyə işlərindən məlumatı olmamışdır. İş üzrə Forma 2 sənədləri Üzeyir Hıəsənovla razılaşdırmaqla şirkətin baş mühasibi Emil Dadaşov və iş icraçısı Mehman Səfərov tərəfindən hazırlanmışdır. O, həmin Forma 2 sənədlərinin hazırlanmasında şirkət rəhbəri Şahid1 tapşırığı ilə formal olaraq iştirak etmiş, sonra həmin Forma 2 sənədləri Müdafiə Nazirliyinin Əsaslı tikinti idarəsi ilə yoxlanılıb razılaşdırılmışdır. Sonra şirkətin nümayəndələri kimi o, Mehman Səfərov və Müdafiə Nazirliyinin Əsaslı tikinti idarəsinin əməkdaşları Forma 2 sənədlərinə imza etmişlər. İfadələrinə əlavə olaraq qeyd etmişdir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hacıqabul rayonu, Nəvahi hərbi şəhərciyi kompleksində bina və qurğuların layihələndirilməsi ilə bağlı işlər Azərbaycan Bina Tikinti Kompaniyası MMC və "xxxx" MMC ilə bağlanmış müqavilə əsasında həyata keçirilmişdir. Müqaviləni Azərbaycan Bina Tikinti Kompaniyası MMC adından o, "xxxx" MMC adından isə Rafael Əsgərov imzalamışdır. Azərbaycan Bina Tikinti Kompaniyası MMC və "xxxx" MMC ilə bağlanmış müqavilədə göstəriləcək xidmətin dəyəri sənəd üzrə 100.000 manat müəyyən edilmişdir. Lahiyənin real dəyəri barədə isə məlumatı yoxdur. O, özü həmişə Hacıqabul rayonu Nəvahi qəsəbəsində görülən işlərə nəzarət edirdi. İşin maliyyə tərəfi Şahid1 və "xxxx" MMC-nin mühasibi Təqsirləndirilən şəxs tərəfindən həyata keçirilirdi. "xxxx" MMC-dən Rafael Əsgərovdan başqa Rafiq Mirzəyev və Çingiz Şəfiyevi də tanıyırdı. X11 rayonu Nəvahi qəsəbəsindəki obyektin layihələndirilməsi işinin baş mühəndisi olmuşdur. Adını çəkdiyi şəxslərlə layihə-smeta işləri bağlı görüşürdülər. Maliyyə məsələləri və layihəsmeta işlərinin görülməsilə bağlı "xxxx" MMC-dən "xxxx" MMC-yə ödənişlər isə Şahid1 tapşırığı ilə baş mühasib Təqsirləndirilən şəxs tərəfindən Rafiq Mirzəyevə və ya Rafael Əsgərova təqdim olunurdu. O özü heç vaxt "xxxx" MMC-dən kiməsə pul verməmişdir. Bundan başqa, Azərbaycan Milli Tarix Muzeyində smetada qeyd olunandan əlavə görülən işlərə görə vəsaitlər Şahid1 tərəfindən verilmişdir. İşlərin real dəyəri barədə heç bir məlumatı olmamışdır. Çünki maliyyə işləri ilə ümumiyyətlə məşğul olmamışdır. Smetadan əlavə işlərin görülməsi üçün tələb olunan materiallar Şahid1 tərəfindən alınaraq Azərbaycan Milli Tarix Muzeyinə göndərilirdi və onlar da quraşdırırdılar. Azərbaycan Milli Tarix Muzeyində aparılan rəssamlıq işlərində Şahid12 adlı rəssam iştirak edirdi. Şahid12 zəhmət haqqı kimi ödənilməli olan 160.000 manat məbləğində pul vəsaiti Şahid1 tapşırığı ilə baş mühasib Şahid5 alınaraq Şahid4 tərəfindən verilmişdir. İfadəsinə əlavə olaraq verilən sualları cavablandırıb bildirmişdir ki, Azərbaycan Bina Tikinti Kompaniyası MMC tərəfindən 2018-2019-cu illərdə Azərbaycan Milli Tarix Muzeyində təmiri ilə bağlı lahiyənin icra edilməsi zamanı 2 nömrəli forma aktlar üzrə görülməyən işlərin dəyərinin 101,889.91 manat təşkil etməsindən məlumatı olmamışdır. O, Azərbaycan Milli Tarix Muzeyindəki işin texniki tərəfinə nəzarət etmiş, görülən işlərin dəyəri barədə təqribi məlumatı olmuşdur. Çünki lahiyənin icrası zamanı maliyyə işləri ilə ümumiyyətlə məşğul olmamışdır. O, yalnız hazırlanmış forma-2 sənədlərini imzalamışdır. Maliyyə işlərini, eləcə də forma-2 sənədlərinin hazırlanmasını Şahid1 baş müfasib Təqsirləndirilən şəxs tapşırmışdı. Odur ki, mühasibatlıq və maliyyə işləri ilə əlaqədar məsələlər Təqsirləndirilən şəxs fəaliyyət istiqamətinə aid idi. Smetadan əlavə görülmüş işləri də konkret olaraq Şahid1 özü nizamlayaraq idarə edirdi. Həmçinin şirkət tərəfindən 2011- 2017-ci illərdə Müdafiə Nazirliyinin Nəvahi qəsəbəsində yerləşən hərbi hissəsinin tikilişi ilə bağlı lahiyənin icra edilməsi zamanı 2 nömrəli forma aktlar üzrə görülməyən işlərin dəyərinin 7.000.353,75 manat təşkil etməsindən məlumatsız olmuşdur. Müdafiə Nazirliyinin Hacıqabul rayonu, Nəvahi qəsəbəsində “Mərkəzi silah və sursat anbarlarının kompleks bina və qurğuları, xarici və ərazidaxili kommunikasiya xətləri, ərazinin abadlaşdırılması işlərinin layihələndirilməsi, tikintisi və mebel avadanlıqlarının quraşdırılması” ilə bağlı aparılan işlərin maliyyə tərəfi və idarə olunması Şahid1 rəhbərliyi və tapşırığı əsasında baş mühasib Təqsirləndirilən şəxs məşğul olmuşdur. O, özü isə Şahid1 tapşırığı ilə işlərin icrası ilə bağlı işçi və fəhlələrə tövsiyələr vermiş, gündəlik işlərin aparılmasına nəzarət etmişdir. Odur ki, görülməyən işlərin də daxil edildiyi sənədlər Şahid1 tapşırığı əsasında Təqsirləndirilən şəxs tərəfindən tərtib edilmiş və formal direktor kimi onun tərəfindən imzalanmışdır. O, yalnız hazır sənədləri imzalamışdır. Həmin layihə ilə bağlı aparılan işlərin layihə-smeta sənədlərinin hazırlanmasını Şahid1 şəxsən tanıdığı Rəfail Əsgərova həvalə etmişdi. Bir qayda olaraq aparılan tikinti işlərinin ümumi dəyərinin 2-3%-i layihələndirmə üçün ayırlmaqdadır. Bildiyim qədərilə, qeyd edilən işlərin layihələndirilməsi üçün ayrılmış 2.577.208,0 manat ƏDV-siz (3.041.105,44 manat ƏDV daxil) vəsait layihələndirmə üçün xərclənmişdir. X12 Həsənov öz aralarında olan razılıq əsasında layihələndirmə işlərini RA Architect Ltd MMC şirkəti vasitəsilə həyata keçirmişdirlər. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində ibtidai istintaq zamanı Şahid12 göstərmişdir ki,1975-ci ildən 1995-ci ilədək Respublika Elmi Bərpa İstehsalat İdarəsində memar kimi fəaliyyət göstərmiş, 1995-ci ildən hazırkı vaxtadək ixtisası üzrə müxtəlif layihələrdə interyerin bədii dekorunun bərpa və yenidən qurulmasında müəllif kimi iştirak etmişdir. Təxminən 2000-ci illərdə Şahid1la tanış olmuş, həmin dövrdən hazırki vaxtadək ona məxsus bir sıra obyektlərin layihə icra işlərini həyata keçirmişdir. Belə ki, Şahid1 məxsus “Şuşa” restoranının və onun bütün mənzil və evlərinin proyekt və dekor işlərini onun komandası İcra etmişdir. Bundan başqa, faktiki olaraq Şahid1 məxsus Azərbaycan Bina- Tikinti Kompaniyası MMC-nin 2018-ci ilin avqust ayından 2019-cu ilin fevral ayınadək olan dövr ərzində ünvan 5 ünvanında yerləşən Azərbaycan Milli Tarix Muzeyində daxili interyerin bədii dekorunun bərpa işlərinin həyata keçirilməsində komandası ilə birlikdə iştirak etmişdir. Onların gördüyü işlərin həcmi təxminən 500 kv.m ərazini əhatə etmişdir. Gördükləri işlərə görə əvvəlcədən gəlinmiş şifahi razılığa əsasən ona hissə-hissə olmaqla 160.000 manat məbləğində pul vəsaiti ödənilmişdir. Həmin vəsaiti Şahid1 göstərişi ilə müəssisənin iş icraçısı Şahid4 ona çatdırırdı. Aldığımız vəsaitin qeydiyyatını həm mən, həm də Üzeyir müəllim özündə aparırdı. Onların arasında hər hansı rəsmi sənədləşmə olmamışdır. Gördüyü işlərə görə tələb olunan mal- materialları müəssisənin təchizat şöbəsi onlara çatdırırdı. Gördükləri ümumi işə görə mal- materiala hansı məbləğdə vəsait xərclənməsindən məlumatı olmamışdır. Onlar yalnız Tarix muzeyində icra etdikləri işlərə görə qeyd etdiyi məbləğdə zəhmət haqqı almışdır. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarından görünür ki, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Xidmətinin müfəttişləri tərəfindən 22 aprel 2021-ci il tarixdə tərtib edilmiş aktda Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin (keçmiş Əmlak Məsələləri Dövlət Komitəsi) sifarişi əsasında Azərbaycan Bina Tikinti Kompaniyası MMC-nin 2018-ci ilin iyun ayından 2019-cu ilin dekabr ayına qədər olan dövrdə Bakı şəhəri, X10 küçəsi 4 ünvanında yerləşən Azərbaycan Milli Tarix Muzeyinin əsaslı təmirində, mebel və avadanlıqlarla təchizatında yerinə yetirdiyi 5.932.072,34 manat (ƏDV daxil) dəyərində təmir-tikinti işlərinin sənədli və seçmə üsulu ilə nəzarət ölçü qaydada yoxlanıldığı, nəticədə iş həcmi dəyərlərinə yerinə yetirilməmiş işlər və onların dəyərlərinin daxil edilməsindən, mebel və avadanlıqların vahidinin dəyərinin artırılması səbəbindən yerinə yetirilmiş işlərin dəyərinin cəmi 2.150.211,10 manat (ƏDV daxil) artırıldığının müəyyən edildiyi qeyd edilmişdir. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin müfəttişləri tərəfindən 02 dekabr 2021-ci il tarixdə tərtib edilmiş aktda “Azərbaycan Bina Tikinti Kompaniyası" MMC-nin 2018-ci ilin avqust ayından 2019-cu ilin fevral ayına qədər olan dövrdə Bakı şəhəri, X10 küçəsi 4 ünvanında yerləşən Azərbaycan Milli Tarix Muzeyində bağlanılmış müqaviləyə əsasən forma-2 sənədlərində göstərilmiş işlərdən kənar yerinə yetirilmiş əlavə iş həcmlərinin nəzarət-ölçü qaydasında yoxlanıldığı və cəmi 375.085,00 (ƏDV-siz) manat məbləğində layihə üzrə smetada nəzərdə tutulmamış işlərin görüldüyünün müəyyən edildiyi qeyd edilmişdir. Həmin aktda əlavə görülmüş işlərdən "Giriş sahəsi, pilləkən qəfəsi, Şərq zalı, yataq otağı və Avropa zalında tavanda, sütunda və divarlarda təmir və bərpa işləri" bölməsində göstərilən (təxminən 1.040.000 manat dəyərində) Bərpa işləri, restovrasiya və material daxil rəssam işinin normativ sənədlərdə tənzimlənmədiyinə görə yoxlanılmasının mümkün olmadığı qeyd edilmişdir. Məhkəmədə elan olunub araşdırılmış 21 oktyabr 2022-ci il tarixli 10/555-10/589- 10/590-9/711-9/613 saylı ekspert rəyindən görünür ki, tərəflər arasında rəsmiləşdirilmiş 16 aprel 2018-ci il və 15 yanvar 2019-cu il tarixli müqavilələrin icrası üçün 2018-2019-cu illərdə Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən «Azərbaycan Bina Tikinti Kompaniyası MMCnin» hesablaşma hesabına 5.027.179,95 manat ƏDV-siz vəsait köçürüldüyü, məhkəmə əmtəəşünas və məhkəmə tikinti-texniki ekspertləri tərəfindən aparılmış baxış zamanı əldə olunmuş və iş materiallarında olan məlumatlar əsasında aparılmış hesablamalar nəticəsində 2 nömrəli Forma aktları üzrə (razılaşdırılmış qiymətlərə nəzərə alınmaqla) Azərbaycan Milli Tarix Muzeyində yerinə yetirilmiş iş növlərinin ümumi dəyərinin 3.208.616,76 manat ƏDV-siz, əlavə görülmüş işlərin dəyərinin 1.716.673,28 manat ƏDV-siz təşkil etdiyi, ƏDV (əlavə dəyər vergisi) nəzərə alınmadığı halda görülməyən işlərin dəyərinin 101.889,91 manat və 2 nömrəli Forma aktlarda nəzərdə tutulmayaraq digər istiqamətlərə yönəldilmiş işlərin dəyərinin isə 1.716.673,28 manat təşkil etdiyi müəyyən edilmişdir. İstintaq orqanı yuxarıda təsvir olunan halları ittihamı təsdiq edən sübutlar kimi qiymətləndirib Təqsirləndirilən şəxs əməllərini qulluq mövqeyindən istifadə etməklə 101.889,91 manat (yüz bir min səkkiz yüz səksən doqquz manat doxsan bir qəpik) məbləğində külli miqdarda dövlət əmlakını mənimsəmə və layihə üzrə 2 nömrəli Formada nəzərdə tutulmadığı halda digər istiqamətlərə yönəltməklə 1.716.673,28 manat (bir milyon yeddi yüz on altı min altı yüz yetmiş üç manat iyirmi səkkiz qəpik) məbləğində xüsusilə külli miqdarda dövlət əmlakını israf etmə yolu ilə olmaqla, ümumilikdə 1.818.563,19 manat (bir milyon səkkiz yüz on səkkiz min beş yüz altmış üç manat on doqquz qəpik) özgə əmlakını talama kimi qiymətləndirmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs ifadələrində ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək, «Azərbaycan Bina Tikinti Kompaniyasında» 2017-ci ilə qədər baş mühasib vəzifəsində işlədiyini, qeyri-rəsmi şəkildə sadəcə olaraq vergiyə elektron hesabatlar təqdim etdiyini, digər məsələlərin heç birindən məlumatı olmadığını, zərərçəkmişə heç bir ziyan vurmadığını, şirkətin hesabından köçürülən məbləğlərdən məlumatı olmadığını, 2009cu ildən 2017-ci ilə qədər Azərbaycan Respublikası Müdafiə Nazirliyinin layihəsi iə bağlı baş mühasib vəzifəsini icra etdiyini, ittiham aktında sözügedən müddətdə ölkədən xaricdə olduğunu göstərdi. Məhkəmədə Təqsirləndirilən şəxs ifadələrində göstərdiyi hallar araşdırılarkən onun ibtidai istintaq zamanı "xxxx" MMC-yə “videomüşahidə kamera sisteminin alınması və qurulması adı altında" xx.xx.2018-ci il tarixdə 200.000 manat, xx.xx.2018-ci il tarixdə 136.000 manat, xx.xx.2018-ci il tarixdə 160.000 manat, ümumilikdə 496000 manat məbləğində pul vəsaitləri köçürülərək həmin vəsaitlər Şahid9 tərəfindən hissə-hissə olmaqla nağdlaşdırılıb ona təqdim edildiyini, həmin məbləğləri Şahid1 tapşırığı ilə gedib Şahid9la görüşərək ondan təhvil alıb, sonra gətirib ofisdə Şahid1 çatdırdığını, "xxxx" şirkəti ona "xxxx" MMC tərəfindən 2018-2019cu illərdə köçürülən vəsaitlər qarşılığında həmin şirkətə heç bir vaxt videokamera satmadığını, Azərbaycan Milli Tarix Muzeyində həyata keçirilən layihə üzrə hər hansı kamera quraşdırma işləri həyata keçirmədiyini, "xxxx" MMC ona köçürülən vəsaitləri nağdlaşdırıb geri qaytardığını, Şahid1 həmin vəsaitləri Azərbaycan Milli Tarix Muzeyində həyata keçirilən layihə ilə bağlı işlərə sərf edəcəyini ona bildirdiyini, lakin hansı işlərə sərf olunduğunu bilmədiyini, istintaq zamanı "xxxx" MMC tərəfindən 2018-2019-cu illərdə Azərbaycan Milli Tarix Muzeyində həyata keçirilən yenidənqurma və təmir işləri ilə bağlı layihə üzrə 101,889.91 manat dəyərində işlər görülməyərək mənimsənildiyini, Şahid1 "xxxx" şirkətinə köçürülərək nağdlaşdırılmış 496000 manat pulun bir hissəsinə hər hansı iş görməyərək mənimsədiyinin məlum olduğunu, Şahid9 2018-ci ilin oktyabr ayından 2019-cu ilin may ayına kimi ləğv edilmiş "xxxx" ASC-nin Yasamal Filialında müdir müavini vəzifəsində işləyərkən həmin filialda "xxxx" MMC-nin müxtəlif maliyyə əməliyyatları həyata keçirildiyini, həmin şirkəti "xxxx" MMC-ni həmin şirkəti baş mühasibi olan Təqsirləndirilən şəxs vasitəsilə tanıdığını, şirkətin direktorunu şəxsən tanıdığını, 2018-ci ilin oktyabr ayında hazırda dəqiq xatırlamadığı tanışlarından birinin vasitəsilə Təqsirləndirilən şəxs ona müraciət edərək "xxxx" MMC-nin əmtəəsiz maliyyə əməliyyatı həyata keçirmək istədiyini deməsini, özünün də razılaşıb bu əməliyyatı Zaur Şahniyarovun adına təsis edilmiş "xxxx" MMC-nin vasitəsilə həyata keçirib, «Azərbaycan Bina Tikinti Kompaniyası MMC» və "xxxx" MMC arasında formal olaraq alqısatqı müqaviləsi bağlandığını, "xxxx" MMC-dən "xxxx" MMC-yə “videomüşahidə kamera sisteminin alınması və qurulması adı altında” xx.xx.2018-ci il tarixdə 200.000,00 manat, xx.xx.2018-ci il tarixdə 136.008,50 manat, xx.xx.2018-ci il tarixdə 160.001,24 manat, ümumilikdə cəmi 496009,74 manat məbləğində pul vəsaiti köçürüldüyünü, bu məbləğin ƏDVsiz məbləğ olduğunu, pullar köçürüldükdən sonra o, "xxxx" MMC-yə köçürülmüş həmin vəsaitləri nağdlaşdırıb əsas məbləğin, yəni 496009,74 manatın hamısını, ƏDV məbləğinin (75000- 80000 min manat) təxminən 30 faizini əlbəəl nağd formada Təqsirləndirilən şəxs qaytardığını, formal olaraq isə elektron-qaimə fakturalar tərtib edildiyini, əslində isə “Azərbaycan Bina Tikinti Kompaniyası MMC” və “NESİL-A" MMC arasında hər hansı əmtəə mübadiləsi baş vermədiyini, "xxxx" MMC Azərbaycan Bina Tikinti Kompaniyası MMC-yə heç vaxt videokamera satmadığını, orada hər hansı quraşdırma işi görülmədiyini, "xxxx" MMC sırf “obnaliçka” yəni pulu nağdlaşdırma üçün istifadə edildiyini, «Azərbaycan Bina Tikinti Kompaniyası MMC » dən köçürülən vəsaitlər də nağdlaşdırılaraq şirkətin baş mühasibi kimi tanıdığı Təqsirləndirilən şəxs verildiyini göstərmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətindən daxil olmuş sərhədkeçmə məlumatlarından görünür ki, onun "xxxx" MMC "xxxx" MMC-yə “videomüşahidə kamera sisteminin alınması və qurulması adı altında” xx.xx.2018-ci il tarixdə 200.000,00 manat, xx.xx.2018-ci il tarixdə 136.008,50 manat, xx.xx.2018-ci il tarixdə 160.001,24 manat, ümumilikdə 496009,74 manat məbləğində pul vəsaiti köçürüldüyünün göstərlidiyi tarixlərdə, yəni ona pul verildiyi idda olunan 10 oktyabr 2018 –ci il tarixdən bir gün qabaq 09 oktyabr 2018-ci il tarixdən Azərbaycan Respublikasından Rusiya Federasiyasına getmiş və 25 fevral 2019-cu il tarixə qədər Azərbaycan Respublikasında olmamışdır. Məhkəmə, Təqsirləndirilən şəxs, Şahid9 və digər şahidlərin ifadələrinin, işin faktiki hallarının Dövlət Sərhəd Xidmətindən daxil olmuş məlumatlarla nisbi uyğunsuzluğunu müzakirə edib, 496009,74 manat məbləğində pulun əldə olunub başqa şəxsə verilməsində Təqsirləndirilən şəxs iştirakının bu və ya digər şəkildə olmadığı qənaətinə gəlməyə əsas vermədiyini qeyd edir. Çünki Şahid9 həm ibtidai istintaq zamanı, həm də məhkəmədə Bankda işlədiyi zaman 2017-ci ildə tanış olduğu Zaur Şahniyarovun adına tətsis edilmiş "xxxx" MMC-nin bank hesabı həmin filialda olduğunu, "xxxx" MMC-ni şirkətin baş mühasibi olan Təqsirləndirilən şəxs vasitəsilə tanıdığını, şirkətin direktorunu şəxsən tanımadığını, xatırlamadığı tanışlarından birinin vasitəsilə Təqsirləndirilən şəxs ona müraciət edərək "xxxx" MMC-nin əmtəəsiz maliyyə əməliyyatı həyata keçirmək istədiyini deməsini, onların da bu əməliyyatı Zaur Şahniyarovun adına təsis edilmiş "xxxx" MMC-nin vasitəsilə həyata keçirdiklərini təsdiq etdi. Onun bu ifadələrini təkzib edən sübutlar müəyyən olunmadı. Bu səbəbdən də məhkəmə, istinaq orqanın gəldiyi bu nəticənin obyektiv həqiqətə uyğun hal kimi qiymətləndirir. Məhkəmənin gəldiyi qənaətə əsasən, bu vəsait Təqsirləndirilən şəxs tərəfindən bankdan alınıb başqa şəxsə verilmiş və başqa şəxs tərəfindən də həmin məbləğin, yəni 101.889,91 (yüz bir min səkkiz yüz səksən doqquz manat doxsan bir qəpik) manatın qulluq mövqeyindən istifadə etməklə mənimsənilməsində Təqsirləndirilən şəxs iştirak etmişdir. Məhkəmənin bu qənəati işin faktiki halları, Təqsirləndirilən şəxs özünün bu hissədəki etirafedici ifadələri və həmin ifadələri təsdiq edən Şahid9 ifadələri baxmından da əsaslıdır. Məhkəmə, bu qənaətə gəldiyindən Təqsirləndirilən şəxs istər ibtidai istintaq, istərsə də məhkəmədə verdiyi inkar edici ifadələrini təqsirləndirilən şəxsin malik olduğu sərbəst ifadə vermək hüququndan yarararlanmaq cəhdi kimi qiymətləndirib, onun işin faktiki hallarına uyğun olan etirafedici ifadələrinə istinad edilməsini əsaslı sayır, işin faktiki hallarına uyğun olmayan ifadələrini isə özünün müdafiəsinə yönələn ifadələr kimi qiymətləndirir. İstintaq orqanı həmin ittiham həcmində Təqsirləndirilən şəxs əməllərini əlavə olaraq Azərbaycan Milli Tarix Muzeyində həyata keçirilən layihə üzrə 2 nömrəli Forma aktlarda nəzərdə tutulmayan digər işləri görməklə 1.716.673,28 manat (bir milyon yeddi yüz on altı min altı yüz yetmiş üç manat iyirmi səkkiz qəpik) məbləğində xüsusilə külli miqdarda dövlət əmlakını israf etmək kimi qiymətləndirmişdir. Məhkəmədə, ittihamın bu hissəsi təqdim olunmuş və məhkəmədə araşdırılmış sübutların məcmusu ilə müqayisəli təqdiq edildikdə Təqsirləndirilən şəxs israf etmə əməllərində iştirakını təsdiq edən sübut müəyyən olunmadı. Həmçinin Təqsirləndirilən şəxs özü də ittihamın bu hissəsini inkar etdi. İş üzrə dindirilmiş şahidlər və zərərçəkmişin nümayəndəsi ifadələrində məhkəməyə Təqsirləndirilən şəxs israf etmə əməllərində iştirakını təsdiq edən sübut təqdim etmədilər. İşin faktiki halları ittihamın bu hissəsinə uyğun olmadı. Məhkəmədə araşdırılmış sübutların tam məcmusundan çıxan nəticədən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Milli Tarix Muzeyində həyata keçirilən layihə üzrə təmir işləri üçün ayrılmış pul vəsitlərinin istifadə olunmasında, istiqamətləndirilməsində, smeta layihəsində nəzərdə tutulumuş işlərin görülməsində səlahiyyətli olmamış, pul vəsitləri başqa şəxslər tərəfindən Təqsirləndirilən şəxs iştirakı olmadan istifadə edilmişdir. Təqsirləndirilən şəxs həmin əmliyyatlardan məlumatı olmamış və o bu məbləğin təmir zamanı smetada nəzərdə tutulmayan təmir işlərinə sərf edilməsini bilməmişdir. Bu səbəbdən də, məhkəmə, Təqsirləndirilən şəxs elan olunmuş ittihamdan Azərbaycan Milli Tarix Muzeyində həyata keçirilən layihə üzrə 2 nömrəli Forma aktlarda nəzərdə tutulmayan digər işləri görməklə 1.716.673,28 manat (bir milyon yeddi yüz on altı min altı yüz yetmiş üç manat iyirmi səkkiz qəpik) məbləğində xüsusilə külli miqdarda dövlət əmlakını israf etmək hissəsinin xaric olunmasını əsaslı sayır. Çünki Təqsirləndirilən şəxs Azərbaycan Milli Tarix Muzeyində həyata keçirilən layihə üzrə təmir işlərinin icra edilməsində, bu məqsədlə vəsaitlərin bölünməsində iştirak etməkdə de fakto və de yure fəaliyyət qabiliyyətinə malik olmamışdır. Məhkəmənin gəldiyi qənaətə əsasən, sözügüdən əməlləri başqa şəxslər törətmişlər. Məhkəmənin bu qənəati, Bakı Ağır Cinayətlər Məhkəməsində başqa şəxs barəsində araşdırılıb yekunlaşdırılmış 1(101)-106/2024 saylı cinayət işi üzrə məhkum olunmuş Şahid1 tutulub ödənilməsi məqsədi ilə ona məxsus Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şosesi, 16-cı kilometr, əmlak kompleksinin (Reyestr nömrəsi: **********50-12301, ümumi dəyəri 8.535.000 (səkkiz milyon beş yüz otuz beş min manat) və Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şosesi, 16-cı kilometr, əmlak kompleksinin (Reyestr nömrəsi: **********50-12301, ümumi dəyəri 1.674.000 (bir milyon altı yüz yetmiş dörd min manat) müsadirə olunması qərarı baxmından da əsaslıdır. Beləliklə məhkəmə, Təqsirləndirilən şəxs elan olunmuş ittihamda nəzərdə tutulan, 2018- 2019-cu illərdə Bakı şəhəri, X10 küçəsi 4 ünvanında yerləşən "Azərbaycan Milli Tarix Muzeyinin ekspozisiyasının yüksək texnologiyalar əsasında təkmilləşdirilməsi, işıqlandırma və yanğın siqnalizasiya sistemlərinin yenidən qurulması, təmir-bərpa işlərinin aparılması, avadanlıqla təchizatı" layihəsi üzrə ayrılmış külli miqdarda pul vəsaitini, yəni etibar olunmuş dövlət əmlakını mənimsəmə yolu ilə qəsdən talama məqsədilə, 2018-ci ilin iyun ayından 2019-cu ilin dekabr ayınadək olan müddət ərzində faktiki olaraq müqavilə üzrə təmir-tikinti öhdəliklərinin iş həcmi dəyərlərində yerinə yetirilmədiyi, onların, eləcə də mebel və avadanlıqlarının dəyərlərinin artırılması nəticəsində öz qulluq mövqeyindən istifadə etməklə 101.889,91 manat (yüz bir min səkkiz yüz səksən doqquz manat doxsan bir qəpik) məbləğində külli miqdarda dövlət əmlakını mənimsəməsinin sübuta yetiriliyi qənaətinə gəlib, həmin layihə üzrə 2 nömrəli Forma aktlarda nəzərdə tutulmadığı halda digər istiqamətlərə yönəltməklə 1.716.673,28 manat (bir milyon yeddi yüz on altı min altı yüz yetmiş üç manat iyirmi səkkiz qəpik) məbləğində xüsusilə külli miqdarda dövlət əmlakının israf etməsinin sübuta yetirilmədiyi qənaətinə gələrək həmin məbləğin ona elan olunmuş ittihamın həcmindən xaric olunmasını əsaslı sayır və ittihamdan xaric edir. Məhkəmə qeyd edir ki, gəldiyi bütün nəticələri əsaslandırmalıdır, lakin bu o demək deyildir ki, məhkəmə gəldiyi nəticəyə əsas olmuş bütün halları təsvir etməlidir. Məhkəmənin bu qənaəti İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin X9rşı (19 aprel 1994-cü il) işində (51 b bəndi) gəldiyi qənaəti baxımından da əsaslıdır. Məhkəmə həmin qərarında qeyd etmişdir ki, ədalətli məhkəmə araşdırması hüquqi tələb edir ki, məhkəmə çıxardığı qərarları əsaslandırsın. Bu o, demək deyil ki, tərəflərin irəli sürdüyü hər bir arqumentə ətraflı cavab verilməlidir. Məhkəmə, göstərilənləri nəzərə alıb Təqsirləndirilən şəxs əməllərinin Azərbaycan Respublikası CM-nin 179.3.2-ci maddəsinin dispozitiv əlamətləri ilə əhatə olunduğu qənaətinə gəlib onun əməllərinin həmin maddə ilə tövsif edilməsini əsaslı sayır. Məhkəməyə müdafiə tərəfindən təqdim olunmuş 29 may 2024-cü il tarixli ödəniş tapşırığından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs tərəfindən iş üzrə zərərçəkmiş şəxsə dəymiş zərərin əvəzi kimi 101.889,91 (yüz bir min səkkiz yüz səksən doqquz manat doxsan bir) qəpik, həmçinin Azərbaycan Respublikası CM-in 73-1.3-cü maddəsində göstərilən tələblər baxımından dəymiş ziyanın əlli faizi olaraq 50.945 ( əlli min doqquz yüz qırx beş manat) dövlətə ödənilmişdir. Azərbaycan Respublikası CM-in 73-1.3-cü maddəsinə əsasən, həmin məcəllənin 179.3.2-ci maddəsində nəzərdə tutulmuş əməlləri törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və dəymiş zərəri tam ödədikdə, həmçinin cinayət nəticəsində vurulmuş ziyanın əlli faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad oluna bilər. Məhkəmə bu iş üzrə qərar qəbul edərkən cinayət qanunun tələblərini nəzərə alır. Məhkəmə həmin halı nəzərə alaraq, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 73-1.3-cü maddəsində göstərilən əsaslarla təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 179.3.2-ci maddəsinə münasibətdə cinayət məsuliyyətindən azad edilməsini və onun barəsində olan cinayət işinə xitam verilməsini əsaslı sayır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məxsus cinayət qanununun tələblərinə uyğun müsadirə edilə bilən əmlak müəyyən edilmədi. İş üzrə mülki iddia verilməmişdir və məhkəmə xərci yoxdur. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, “Alyans” Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən 20 (iyirmi) saat hüquqi yardım göstərilməsi müəyyən olundu. Bu səbəbdən də ona 120 ( yüz iyirmi) manat ödənilməlidir. Məhkəmə həmin məbləğin dövlət büdcəsi hesabına ödənilib Təqsirləndirilən şəxs həmin ödəmədən azad olunmasını əsaslı sayır. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi və cinayət işinin icraatına xitam verilməsi qənaətinə gəldiyindən onun barəsində qətimkan tədbiri qismində seçilmiş həbsin ləğv edilməsini və onun həbsdən azad olunmasını əsaslı sayır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökmetdi. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 179.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, Azərbaycan Respublikası CM-nin 73-1.3-cü maddəsində göstərilən əsaslarla cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri qismində seçilmiş həbs ləğv olunsun və o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilsin. Dövlət büdcəsi hesabına Təqsirləndirilən şəxs göstərmiş olduğu hüquqi yardıma görə 120 ( yüz iyirmi) manat Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, “Alyans” Vəkil Bürosunun vəkili Müdafiəçi1 ödənilməsi üçün Azərbaycan Respublikası Vəkillər X4 və Tədris Mərkəzinin hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm yuxarıdakı müddət başa çatdığı gündən sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Novruz Kərimov Hakimlər: Rasim Sadıxov Leyla Əsgərova-Məmmədova
Məhkəmə qərarları › İş №1(101)-364/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-364/2024
31.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver