Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-364/2025 02.10.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Kərimova Mahirə Nəzər qızının sədrliyi ilə, Hakimlər: Məmmədov Fəxri Afiq oğlu və X2 ibarət tərkibdə, Abbasov Fəxrəddin Səlahəddin oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Zərərçəkmiş şəxslər – Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 (mülki iddiaçı), Müdafiəçi – Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs (mülki cavabdeh) iştirakı ilə, xx.xx.1993-cü il tarixdə, Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam”qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (təsviri əsaslandırıcı hissəsində – CM) 179.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs təkrarən ona etibar edilmiş özgənin əmlakını talamaqla ələ keçirib zərərçəkmiş şəxslərə xeyli və külli miqdarda ziyan vurmaqla mənimsəmişdir. Belə ki, o, tamah niyyəti ilə Zərərçəkmiş şəxs1 tərəfindən 2022-ci ilin iyun ayının ortalarında istintaqla müəyyən edilməsi mümkün olmayan tarixdə və saatda Bakı şəhəri, Səbail rayonu, Azərbaycan prospekti 10 ünvanında fəaliyyət göstərən “Mərkəzi Univermaq” ticarət mərkəzində ona etibar edilmiş 750 əyarlı 54.5 qram, 585 əyarlı 1069 qram olmaqla ümumillikdə 79462,5 manat dəyərində qızıl-zinət əşyalarını satışını həyata keçirmək adı ilə təhvil alıb 12 may 2023-cü il tarixdə ünvan 3 ünvanında yerləşən "xxxx" MMC adı ilə fəaliyyət göstərən lombarda və 12 iyun 2023-cü il tarixdə ünvan 4 ünvanında yerləşən "xxxx" ASC-in “Mərkəz” filialına girov qoyaraq müvafiq məbləğdə pul vəsaiti götürüb öz şəxsi məqsədləri üçün istifadə etməklə 79462,50 manat dəyərində qızıl-zinət əşyalarını talayıb ələ keçirərək ona etibar edilmiş külli miqdarda yəni, 79462,50 manat dəyərində qızıl-zinət əşyalarını mənimsəmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə Zərərçəkmiş şəxs2 tərəfindən 07 yanvar 2023-cü il tarixdə Bakı şəhəri, Səbail rayonu, Azərbaycan prospekti 10 ünvanında fəaliyyət göstərən “Mərkəzi Univermaq” ticarət mərkəzində ona etibar edilmiş 750 əyarlı 14.9 qram, 585 əyarlı 116 qram olmaqla ümumillikdə 10377,30 manat dəyərində qızıl-zinət əşyalarını satışını həyata keçirmək adı ilə təhvil alıb 12 may 2023-cü il tarixdə ünvan 3 ünvanında yerləşən "xxxx" MMC adı ilə fəaliyyət göstərən lombarda və 12 iyun 2023-cü il tarixdə ünvan 4 ünvanında yerləşən "xxxx" ASC-in “Mərkəz” filialına girov qoyaraq müvafiq məbləğdə pul vəsaiti götürüb öz şəxsi məqsədləri üçün istifadə etməklə 10377,30 manat dəyərində qızıl-zinət əşyalarını talayıb ələ keçirərək ona etibar edilmiş xeyli miqdarda yəni, 10377,30 manat dəyərində qızıl-zinət əşyalarını mənimsəmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə, Zərərçəkmiş şəxs3 tərəfindən 2023-cü ilin aprel ayında istintaqla müəyyən edilməsi mümkün olmayan tarixdə və saatda Bakı şəhəri, Səbail rayonu, Azərbaycan prospekti 10 ünvanında fəaliyyət göstərən “Mərkəzi Univermaq” ticarət mərkəzində ona etibar edilmiş 750 əyarlı 91,47 qram, 585 əyarlı 70,22 qram olmaqla ümumillikdə 13147,7 manat dəyərində qızıl-zinət əşyalarını satışını həyata keçirmək adı ilə təhvil alıb 12 may 2023-cü il tarixdə ünvan 3 ünvanında yerləşən "xxxx" MMC adı ilə fəaliyyət göstərən lombarda və 12 iyun 2023-cü il tarixdə ünvan 4 ünvanında yerləşən "xxxx" ASC-in “Mərkəz” filialına girov qoyaraq müvafiq məbləğdə pul vəsaiti götürüb öz şəxsi məqsədləri üçün istifadə etməklə 13147,7 manat dəyərində qızıl-zinət əşyalarını talayıb ələ keçirərək ona etibar edilmiş xeyli miqdarda yəni, 13147,7 manat dəyərində qızıl-zinət əşyalarını mənimsəmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 179.3.2-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, o, Mərkəzi Univermaqda rəfdə satıcı işləyirdi. Daha sonra pandemiya olmuş, pandemiyadan sonra müdirləri rəfin bağlanmasına qərar vermişdir. O, artıq rəfi özü götürmüş və işlətməsi üçün ona verilməsini xahiş etmişdir. Vergilər Nazirliyindən yoxlamalar gəldiyi üçün rəflərin hamısında VÖEN olmalı idi. Onlarda rəflərin hamısı demək olar ki, VÖEN-siz işləyirdi. Sonra o, özünə asan imza və VÖEN açdırmış və rəfi öz üzərinə götürmüşdür, amma onlar hamısı nisyə mallarla işləyirdilər. Rəfdə bir neçə nəfərin qızılları var idi, o, onları satırdı. Pandemiyada onlarda iş olmadı, iş olmadığına görə maaş verilmədi. Daha doğrusu bütün univermağın işçilərinə maaş verdilər, ona vermədilər. Oranın mühasibatı ona pul düşmədiyini bildirdi. 1 il yarım onlar işləmədilər, evdə ondan başqa işləyən olmadığına görə 1 il yarım o, evi dolandırmaq üçün faizə pul götürmüşdür. Faiz verən Şükür adlı şəxsin səhifəsini tapmış, o, sonuncuya instaqramda kompüter satmaq istəmişdir, evində noutbuk var idi. Onun səhifəsində faizə pul verilirdi. Əvvəlcə 100 manata noutbuku satmışdır. Daha sonra həmin adamın adını görmüş və sonuncuya yazmışdır. Həmin adam ondan girov istəmədiyini, pulun ona verilməsi üçün onunla görüşmək lazım olduğunu, şəxsiyyət vəsiqəsinin şəklinin çəkilməsini, həmin vəsiqə əlində yazı yazmağını, möhür qoyulub şəkil çəkiləcəyini bildirmişdir. O, fərqli-fərqli vaxtlarda 50 manat, 100 manat pul almışdır. Qalan vaxtlarda o, müxtəlif yerlərdə işləmişdir. Daha sonra işi açıldığı üçün həmin adama işinin açılması barədə bildirmiş və faizin dayandırmasını, aybaay götürdüyü pulun verilməsini xahiş etmişdir. Ümumilikdə həmin adamdan 6000 -7000 manat pul götürmüşdür. Həmin adam onu arxayın salaraq işdəyib pulunu verməyini bildirmişdir. O da faizin ondan alınmayacağını fikirləşmişdir. Amma il ərzində ona faiz və pul vermişdir. Hafizin rəfi bağlandığı üçün sonuncunun qızılları onun rəfinə qoyulmuşdur. Bir müddət qızılları satıb pullarını vermişdir. Hamısını dəftərində qeyd etmişdir. 2023-cü ilin iyun ayında faizlə pul götürdüyü adam onu hədələməyə başlamışdır. Univermağa gəlmiş, kənardan şəklini çəkmiş, qapılarına getmiş, onu biabır edəcəyi barədə, evinə gedəcəyini bildirərək hədə-qorxu gəlmişdir. Ona borcunun 35.000 manat olduğunu və verməli olduğunu, verməyəcəyi təqdirdə qol çəkdiyi kağızlarla, şəkillərlərlə polisə gedəcəyini, internetdə yayacağını bildirmişdir. Ona univermağa gəlib rəfə əl atacağını deyərək pulunu verməyini tələb etmişdir. O da rəfdən qızıl götürüb lombarda qoymaq, 2-3 gün ərzində Uni bankdan biznes krediti götürəcəyini fikirləşmişdir. Qızılı lombarda qoyub ordan 35.000 manat pul götürüb həmin adama vermişdir. Sonra o, Uni banka kredit götürməyi barədə zəng edib müraciət etmişdir. Uni bankdan gəlib rəfin şəklinin çəkilməsini və iki zamin lazım olduğunu bildirmişlər. Bank dövlət işində işləyənlərdən zamin istədiyinə görə, bir zamin tapmış, ikinci zamin tapmaq üçün vaxt lazım olmuşdur. Həmin müddətdə Hafiz onlarla hesabat edirdi. Hesabatdan sonra malının olmadığını bildirdi. O, sonuncuya həmin qızılların lombarda qoymağını deyə bilməmiş, müştəriyə verdiyini, ona vaxt verilməsini, satılıb pulunun verəcəyini, ya da qızılı yerinə qoyacağını bildirmişdir. Hafiz dayının həyat yoldaşı Lətafət xanım və oğlu Tural ona hədə-qorxu gəlməyə başlamışlar. Oğlu Tural univermağa gəlib onunla dalaşmağa başlamış, ona əl-qol atmışdır, kənardan insanlar gəlib müdaxilə etmişlər. Ordan çıxandan sonra sonuncular artıq onun üstünə gəlib pulu verilməli olduğunu bildirdilər. Hay-küy düşdüyünə görə işçilər gəlib qızıllarını götürdülər, onların qızıllarının da götürüldüyünü düşündülər. Hafiz dayının oğlu ondan pulun qaytarılmasını tələb etdikdə tapıb verəcəyini bildirmişdir. O, təzədən rəfdən qızıl götürüb Rabitə banka aparıb qoymuşdur. Fikirləşmişdir ki, ordan götürdüyü pulları Hafizə verəcək, o da bir həftə müddətində qızılları bankdan çıxardacaq. O, Rabitə bankdan 15.000 manat pulu gətirib Hafizə vermiş, sonuncuya pulu götürməyini, qalanını da 2-3 gün sonra verəcəyini bildirmişdir. Hafiz pulu götürmüş, amma qızılların hamısını tələb etdiyini bildirmişdir. Yenə hay-küy salmışlar. X10 xanım yenə üstünə gəlmişlər. Bu müddət ərzində Hafiz ona heç nə deməmişdir. Onun üstünə gələndə o, çantasını götürüb arxa qapıdan çıxmışdır. O, 102 xidmətinə zəng edib belə bir hərəkət etdiyini, gəlib onun aparılmasını bildirmişdir. 102 xidmətinin əməkdaşları gəlib ona yaxınlaşanda o, qeyri anlaqlı halda olmuşdur, əli və bədəni əsmişdir. Ona özündə olmadığını bildirmişlər. O, onlarla razılaşmayaraq ordan Nəsimi Polis İdarəsinə getmişdir. Orda müstəntiq ondan izahat götürmüşdür. Onun barəsində şikayət olmadığı üçün onu saxlaya bilməyəcəyini bildirmişdir. Turalgilin evinə getdikləri üçün işə və evə gedə bilməmişdir. Onun anası insult keçirib, xəstədir. Onun əvvəlki müdiri olan Abidin onların evinə gedib anasını götürüb univermağa gətirmişdir. Univermaqda artıq onun götürdüyü 35.000 manatdan daha böyük məbləğ barədə demişlər, 15000 manat pulu da Hafizə vermişdir. Univermaqda Azər adında adamın ofisinə anasını salıb, sonuncuya onun əxlaqsız olduğunu demişlər. Səhərisi gün o, ora gedəndə onu Ramilgilin ofisinə salmışlar. Orda o, Abidin, anası gəlmiş, daha sonra Hafiz gəlmişdir. Orda onun 100.000 manat dəyərində olan qızıl götürdüyü barədə, bir kilo qızılın götürülməsi barədə söhbət etmişlər. O, bu qədər qızıl götürdüyünə etiraz etmişdir. Onun “panik atak” keçirdiyini görüb getməyini bildirdilər. Həmin gün bazar günü idi, univermaqdan çıxıb qış parkına tərəf gedəndə ona zəng gəlmişdir. Ona zəng edən şəxs Səbail rayonunun 9-cu polis bölməsindən zəng etdiyini, onun Turalgilin qızıllarını götürdüyünü demişdir. O, sonuncuya atası ilə işinin olduğunu, Turalla işinin olmadığını bildirərək hara gəlməli olduğunu soruşmuşdur. Ona zəng edən şəxs iş günü olmadığını, bölməyə gəlməməyini demişdir. O, iş günü deyilsə niyə ona zəng etdiyini soruşmuş, adını Rəşad demişdir. Həmin Rəşad adında şəxs ona cinayət əməlini törətdiyini, tutulacağını, qızılı hara veribsə gedib götürməyini demişdir. Onda panik atak olduğundan halı pisləşmiş, anası qışqırmış, həmin şəxs telefonu söndürmüşdür. Daha sonra evlərinə gəldiklərinə görə o, səhər saat 7-dən çıxıb axşam 12-dən sonra evə gəlmişdir. Hamısı ona zəng edirdi, Hafiz dayının həyat yoldaşı ilə oğlu ona hədə-qorxu gəlirdilər. Ardınca Abidin onu Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinə vermişdir. Onu ordan çağırmışlar, eyni müddətdə də Hafiz ondan Səbail rayonunun 9-cu polis bölməsinə şikayət vermişdir. O, həftənin bir günü gedib Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsində, bir günü 9-cu polis bölməsində izahat vermişdir. Daha sonra Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi onlarda olan işi polis bölməsində olan iş ilə birləşdirib işin orda getdiyini demişlər. Həmin müddətdə o, makler kimi işləmiş, hal-hazırda da makler işləyir. İşlədiyi müddətdə yığılan pulları, lombardda olan qızılı Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsində Telman adında müstəntiqə vermişdir, malların hamısına həbs qoyulduğuna görə çıxarda bilmirdi. Onların əli ilə prosesdə qızıllar çıxarıldı, Kazımın qızılları, Hafizdən götürdüyü bütün qızıllar təhvil verildi. Rabitə bankda olan qızıllar 18.000 manat pul edirdi. Arifə fevral ayında 2000 manat pul ödəmişdir. Bu pulları işləyə-işləyə ödəmişdir. O, Hafizə qızıllarını və 15.000 manat pul vermişdir. Hafiz daha çox pul verməli olduğunu bildirmişdir. Qızılların bəzilərinin olmadığını demişdir. O, götürdüklərinin hamısını qeyd etdiyi üçün sonuncu ilə razılaşmamışdır. İstintaq vaxtı Hafizin fikri onunla üs-üstə düşməmişdir, amma Ariflə Kazımın dedikləri ilə tam razılaşmışdır. Rabitə bankın əməkdaşları Hüseyn, bir də Elçin, qızıllara həbs qoyulduğu üçün ona zəng edib banka gəlməli olduğunu demişlər. Ayın 18-i banka getdikdə ona ödəniş etmədiyini, malların həbsdə olduğunu və işinin prokurorluqda olduğunu, onun banka tarix qeyd etmədən ərizə yazmalı olduğunu, ərizədə o, olmadığı təqdirdə qızılların satılmasına etirazının olmadığını qeyd etməyini bildirmişlər. O, səhər saat 10-da banka gəlib həmin ərizəni yazıb Hüseyn bəyə təhvil vermişdir. Üstündən beş gün keçəndən sonra onun qızıllarının satıldığı barədə sms gəlmişdir. Ərizədə tarix qeyd etmədiyi üçün orada tarixi dəyişdirib, onsuz qızılı Moskva univermağında işləyən Azər adında şəxsə satmışlar. Ona görə o, Ariflə Kazıma 15.000 manat məbləğində pul borclu qalmışdır. İşi Səbail rayon Prokurorluğuna vermişlər. O, gedib orada eyni ifadə vermişdir. Orada işi aparan müstəntiq Kamran müəllimə Hafiz hər dəfə siyahıda başqa-başqa qızılları qeyd edərək onun sonuncuya 40.000 və 25.000 manat borcu olduğunu bildirmiş, amma onun Hafizə borcu yoxdur, götürdüyü qızılı və əlavə olaraq 15.000 manat pulu ona vermişdir. O, suallara cavab olaraq bildirmişdir ki, Hafiz satış qiyməti ilə hesablayır, amma o, sırf götürdüyü qızılı lombarda qoymuşdur, ordan götürdüyü qızılın hamısını Hafizə təqdim etmişdir. 550 qram qızıl olmuşdur. Əvvəlcədən ondan tələb etdiklərinə görə qoyduğu qızıla görə 15.000 Rabitə bankdan götürüb Hafizə vermişdir. Daha sonra qızılları çıxardanda onların hamısını Hafizə vermişdir, lakin sonuncu 25.000 manat pul verməli olduğunu bildirmişdir. Kazımın qızıllarını vermişdir, bankda batan qızılların toplam 3 mindən artıq borc qalmışdır. Arifə 2.000 manat vermişdir, bankda batan qızılların, hansı ki, bank onları satıb, orda toplam 11.000 manat borc qalmışdır. Toplamda ikisinə 15.000 manat borcu qalmışdır. Hafizə 15.000 manatı əvvəldən vermişdir, daha sonra qızılları lombarddan çıxardıb vermişdir. Amma Hafiz əlavə 25.000 manat pul verməli olduğunu bildirir. Hafizin dediyinə görə müəyyən qızıllar satılıb pulunu verməmişdir, müəyyən qızıllar da ümumiyyətlə yoxdur. Toplamda 1.800 qram qızıl olmuşdur. Hafiz qızıllarla dəftərini ona verib, qızılları bir-bir sayaraq götürməsini bildirmişdir. O, da qızılları bir-bir sayıb, siyahıda qızılların qabağına üstəgəl işarəsini qoyub götürmüşdür. Amma qızıl satanda o, Hafizə qol çəkib verməmişdir. Qızılı satıb özündə olan ağ vərəqdə qızılın qramını, pulunu qeyd edib Hafizə verirdi. O, 800 qram qızılını satmış, onu da qeyd etmişdir, bütün qeydlər hamısı satış dəftərində var. Hafizin 560 qram qızılını lombarda qoymuş, hamısını da geri qaytarmışdır. Rəfdə qalan qızılları Hafiz götürüb, onların da şəkillərini çəkib təhvil vermişdir. O, işləyirdi, onun şəklini sayta qoyduqlarına görə işdən çıxmalı olmuş, amma indi işləyir, ona vaxt versələr işləyib borcunu ödəyəcək. O, işlədiyi müddətdə bankdan qızılları çıxardıb vermişdir. Qazanmadığı müddətdə pul verə bilməmişdir. Onun zərərçəkmiş şəxs Arifə 11.190 manat borcu var. Rabitə bankdan götürdüyü pulu o, Hafizə vermişdir. Hafiz qızılları gətirəndə tablolarda gətirmiş, ona Akif müəllimin yanında vermiş, qeydlər apardığı dəftərini də vermişdir. O, qızılların şəkillərini çəkib öz dəftərinə köçürdüb təhvil vermişdir. Qızılları satdıqca qramını, probunu, qiymətini balaca kağızlara yazıb kağızı da, pulu da Hafiz dayıya verib çıxıb getmişdir. Birinci dəfə satış edəndə xaricilər idi, qızılları gəlib ondan almışlar, onun da yanında Hafiz dayının qohumu Fuad adında oğlan olmuşdur. Ondan da qızıl almışlar. Müştəri qızılı götürüb tərəziyə qoyanda çəkisinin düz gəlmədiyini demişdir. O da qızılı tərəziyə qoyub, tərəzidə göstərilən çəki ilə qızılın pulunu müştəridən almışdır. Sonra qızılın qramının düz gəlmədiyi barədə Hafizə demişdir. Hafiz qızılları ona yuyub verdiklərini, ola bilər yaş-yaş verdiklərini, ona görə tərəzidə çəkisinin çox gəldiyini, ya da tərəziyə nəsə təsir edə biləcəyini demişdir. Elə olurdu tərəziyə müştəri qoyurdu qızılın qramı əskik gəlirdi, o da həmin qiymətə pulunu sayıb götürürdü. O, bütün bunların şəkillərini də çəkirdi ki, sabah çəkisi əskik olanda göstərə bilsin. Bu dəfələrlə olmuşdur. Bankdan alınan qızılların böyük əksəriyyəti Arifin, bir qismi Kazımın, hardasa 4- 5 ədəd qızıl da Hafizin qızılları olmuşdur. Həmin puldan ona ümumiyyətlə heç nə verilməmişdir. Ona bankdan qızılların 16.206 manata satılması barədə SMS gəlmişdir. O, qızılları banka qoymuş, qızılların üstünə həbs qoyulmuşdur. Bank ona ödənişi vaxtında etmədiyinə, gecikməyə görə onun banka gəlməyini bildirmişdir. O, banka anası ilə getmişdir. Orda Hüseyn adında oğlan var idi. Ona işi ilə əlaqədar ərizə yazmağını, işinin prokurorluqda olduğunu bildirərək, adi kağızda gələcəkdə o, olmadığı təqdirdə qızılın satılmasına icazə verməyi barədə ərizə yazdırmışdır. O, ərizəni yazıb altdan imza etmişdir. Ərizəni o, ayın 18-i yazmışdır, 23-də qızılların satılması ilə bağlı ona SMS gəlmişdir. Amma yazdığı ərizədə başqa tarix yazıblar. O, həqiqətən də Arifdən götürdüyü qızılı bir nəfərə nisyə vermişdir, amma pulunu ödəmədilər. Belə hal, yəni müştərinin onu aldatması halı bir dəfə də baş vermişdir. Hafiz dayının qızılından olmuşdur. Müştəri pulu atıb karta, sonra geri çəkmişdir. O, bu barədə Hafiz dayıya deməmişdir, işləyib özü pulunu ödəmişdir. Qızıllar anasının adından girov qoyulmuş və qarşılığında 35.000 manat pul almışlar. Qoyduğu qızılların əksəriyyəti Hafizə, bir qismi isə Kazıma məxsus idi. Hafizə məxsus 560 qram qızıl, Kazıma məxsus isə təminən 80 qram qızıl qoyulmuşdur. Yetər MMC-də götürdüyü pulları faizə pul götürdüyü kişiyə olan borcunu bağlamışdır. Həmin kişiyə 17.000 manat borcu var idi, sadəcə həmin pulun üzərinə faiz borc gəldiyindən aldığı pulu sonuncuya verəsi olmuşdur. Pandemiya ərəfəsində işsiz qaldığı üçün həmin kişidən faizə pul götürmüşdür. O, zərərçəkmiş şəxslərin bütün qızıllarını girov qoymamışdır. Hərəsinin qızılından bir qismini Yetər MMC-yə girov qoymuşdur. Zərərçəkmiş şəxs Hafiz haqq-hesab edən zaman qızıllarında əskiklik olduğunu görmüşdür. Onların Laçın Ticarət Mərkəzində də qızıl rəfləri olmuşdur. Laçın Ticarət Mərkəzindəki qızılları girov qoymuşduki sahibləri bilməsinlər. Zərərçəkmiş şəxslərin pullarını qaytarmaq üçün bu səfər Arifin qızıllarını Rabitə Banka girov qoymuşdur. Girov qoyulan qızıllara görə 16.100 manat pul çıxarılmışdır, amma müəyyən xərcləri çıxdıqdan sonra 15.000 manat pul almışdır. Həmin pulu da Hafizə vermişdir. Sonra yenə qızılların əskik olduğunu görmüşlər. Sonra o, işlədiyi univermaqdan çıxmış, 102-yə zəng etmiş və sonra baş verənlər göz önündədir. Kazıma qalıq qalan 3800 manat borcdan 200 manat ödədikdən sonra 3600 manat borcu qalmışdır. Arifə 13177 manat borcdan 2000 manat, 1000 manat pul ödəmişdir. Satdığı qızlların pulların hamısını vermişdir. Onlar satdıqlarını sənədləşdirmirdilər. Hər günün sonunda Hafizlə haqq-hesab edirdilər. Hafiz hər gün saat 12-də iş yerinə gəlirdi, saat 4-də gedirdi. Nə satırdısa hamısını balaca kağızlara qeyd edib Hafizə verirdi. Ariflə Kazımın qızılları ilə bağlı dəftərə imza edirdilər. Ümumilikdə 860 qram qızıl ona verilib. Onun 173 qramını satmışdır, amma Hafiz qeyd etməmişdir. Daha sonra 513 qram qızıl qalıb onu qaytarmışdır. Əlavə də 15.000 manat pul vermişdir. Hafizə heç bir borcu yoxdur. İş materiallarında Hafizin təqdim etdiyi dəftərlə onda olan dəftər eynidir. O, öz dəftərində satılanların qabağına qeyd etmişdir. Lombarda qoyduqlarını da qeyd etmişdir. Dəftərdə qeyd etdiklərinin Hafizə aid olub-olmamasını sübuta yetirmək üçün iş materiallarında olan dəftərlə sadəcə müqayisə etmək lazımdır. Ariflə, Kazıma nisbətdə heç bir problemi yoxdur. Hafizə heç bir borcu yoxdur, hətta artıq vermişdir. 1800 qram qızıldan 540 qram lombarddan çıxarıb qaytarmışdır, 819 qramını satıb pulunu vermişdir. Hafizin 1-ci dəfə ona verdiyi qızılların siyahısını telefonu ilə çəkmişdir. 600 neçəsə ədəd qızıl idi. Sonra əlavə verən qızılların siyahısı davamlı olaraq 601, 602, 603 kimi qeyd edirdi. İşləyir, işləyə-işləyə ziyanları qaytarır. Hafizə 25000 manat borcu yoxdur. Götürdüyü qızılları qaytarmışdır və əlavə 15000 manat pul vermişdir. Arifə 13117 manat ziyan dəymişdir. Həmin ziyandan 3000 manat bir və bu gün 500 manat ödəmişdir. Hafizə münasibətdə heç bir sübut yoxdur. Anasına ondan başqa baxan yoxdur. Barəsində həbslə bağlı olmayan cəzanın verilməsini xahiş edir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində göstərmişdir ki, o, 21 yanvar 2019-cu il tarixdən Bakı şəhəri, Səbail rayonu, Azərbaycan prospekti 10 ünvanında yerləşən Mərkəzi Univermaqda Şahid1 yanında satıcı kimi işləməyə başlamışdır. Ölkə ərazisində baş vermiş pandemiya ilə əlaqədar 2020-ci ilin mart ayından fəaliyyətləri dayandırılmış və onlar 2021-ci ilin iyun ayından yenidən fəaliyyətə başlamışlar. O, təxminən 3 ay Şahid1 yanında satıcı kimi işləmişdir. Şahid1 ilə işlədiyi müddətdə o, univermaqda müxtəlif şəxslərdən nisyə qızıl məmulatlarını alaraq vitrinə qoymuş, həmin qızılları sataraq sahiblərinə pulları ödənilmişdir. 2021-ci ilin oktyabr ayında Abdin həmin vitrini tərk etdiyi üçün o, həmin vitrini təkbaşına idarə etməyə başlamışdır. O, qızıl satan şəxslərlə danışıqlar aparmış və onlar özləri ona nisyə qızıl məmulatları verməyə başlamışlar. O, nisyə qızıl verən şəxslərə məxsus qızıl məmulatlarını vitrinə qoyaraq satdıqdan sonra sahiblərinə pullarını ödəmişdir. O, bu üsulla özü də qazanc əldə etmişdir. Həmin vitrinin VÖEN-i də onun adına olmuşdur. O, həmin vitrini ********** nömrəli VÖEN ilə işlətmişdir. O, tək işləməsinə baxmayaraq univermaqda hamı onu Abdinin işçisi kimi bilmişdir. O, univermaqda Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 adlı şəxslərdən nisyə qızıl məmulatları almaqla satışını həyata keçirmişdir. O, pandemiya dövründə heç bir yerdə işləmədiyi üçün çox sayda tanışlarından borc pullar almış və ümid etmişdir ki, işləyərək həmin borclarını bağlaya bilər. Lakin o, işə başladıqdan sonra da işlər yaxşı getmədiyi üçün həmin borcları bağlaya bilməmiş, əksinə daha da çox borc pul almışdır. Anası heç bir yerdə işləmədiyi üçün ailənin bütün maddi yükü onun üzərindədir. O, buna görə də ailəni saxlamaq üçün məcburiyyət qarşısında borc pullar almış və anasına heç vaxt kimdənsə borc pul almağı barədə məlumat verməmişdir. 2023-cü ilin may aylarında o, Laçın ticarət mərkəzində üçüncü mərtəbəsində qızıl məmulatlarının satışı ilə məşğul olmaq üçün vitrin icarəyə götürmüşdür. Bakı şəhəri, Səbail rayonu, Azərbaycan prospekti 10 ünvanında yerləşən Mərkəzi Univermaqda olan qızıl məmulatlarının bir qismini Laçın ticarət mərkəzində yerləşən vitrinə apararaq orada satışı həyata keçirməyə başlamışdır. Bu barədə Abdinin və ona nisyə qızıl verən bütün şəxslərin məlumatları olmuşdur. O, özü Mərkəzi Univermaqda satışla məşğul olduğu üçün Laçın ticarət mərkəzindəki vitrinə satıcı kimi dayısı oğlu X3 qoymuşdur. Laçın ticarət mərkəzində də qızıllar satıldıqda ona nisyə qızıl məmulatları verən şəxslərə pullarını ödəmişdir. Dayısı oğlu Səxavət hər gün axşam pulu evə gətirirmiş, o da Səxavətdən pulu götürürmüş. Səxavətə aylıq 300 manat əmək haqqı verirmiş. Laçın ticarət mərkəzində vitrinə görə aylıq 500 manat icarə haqqı ödəyirmiş. 2023-cü ilin may ayının əvvəllərindən etibarən borc aldığı şəxslər artıq ondan qəti şəkildə borclarını qaytarmağını istəmişlər. Həmin şəxslər borclarını qaytarmayacağı təqdirdə yaşadığı ünvana gələrək anasına, işlədiyi yerə gələrək iş yoldaşlarına məlumat verəcəklərini bildirirmişlər. O isə istəmirmiş ki, anası və ya iş yoldaşları onun kimlərdənsə borc aldığını bilsinlər. Buna görə də belə bir fikrə gəlmişdir ki, vitrində olan, müxtəlif şəxslərə məxsus qızıl-zinət əşyalarını onların sahiblərinin məlumatları olmadan götürüb lombarda qoyaraq pul əldə etsin və əldə etdiyi pulla borclarını qaytarsın. Ona satmaq üçün nisyə qızıl məmulatlarını verən şəxslər heç vaxt onunla sayım etmədikləri üçün o, əmin olmuşdur ki, həmin şəxslər qızıllarını lombarda qoyaraq girov götürməyindən məlumatları olmayacaqdır. Həmin zaman lombardın aylıq pulunu kredit götürək ödəyəcəyini planlamışdır. Amma onun adına heç bir əmlak olmadığı üçün ona kredit verilməmiş, 2 nəfər zamin istənilmiş, o da elə bir münasib adam tapa bilməmişdir. O, 13 may 2023-cü il tarixdə Səxavətə zəng edərək vitrini bağlayacağını bildirmiş və ondan bütün qızılları qutuya qoyaraq evə aparmasını xahiş etmişdir. Səxavət onun dediyi kimi bütün qızılları qablaşdıraraq aparıb yaşadığı ünvanda onun anasına vermiş və bu barədə ona mesaj yazmışdır. O, bundan sonra anasına zəng edərək ayrı-ayrı şəxslər tərəfindən ona verilmiş qızıl-zinət əşyalarını lombarda qoyaraq pul götürməsi barədə tapşırıldığını yalandan demişdir. O, buna görə də anasından xahiş etmişdir ki, qızılları götürərək Memar Əcəmi metro stansiyası yaxınlığında yerləşən lombarda gedərək qızıl məmulatlarını girov qoymaqla pul götürsün. Anası onunla razılaşmışdır. Anası ona zəng edərək Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsində yerləşən "xxxx" adlı lombardda olmasını bildirmişdir. O da işdən çıxaraq saat 20 radələrində həmin lombarda getmişdir. Lombardan qızılların qarşılığında 35.000 manat verilmişdir. O, lombarda pulun alınması prosesinə gedib çatmışdır. O, lombarda gedənə qədər anası Şahid5 ilə lombard arasında müqavilə bağlanmışdır. Lombardda ondan nə üçün qızılları girov qoyaraq pul götürdüyünü soruşulduqda o, onlara yalandan bildirmişdir ki, guya əldə etdiyi pullarla yeni qızıllar alacaqdır. Lombarddan pul götürməyinin əsl səbəbi barəsində anası Şahid5 heç bir məlumat verməmişdir. Onun müxtəlif şəxslərə ümumilikdə 35.000 manat borcu olmuşdur. Lombarddan götürdüyü həmin pul vəsaitini həmin günü borclu olduğu şəxslərə paylamışdır. xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs1 vitrinə yaxınlaşaraq ona qızıl əşyalarını sayımını etmək istədiyini bildirmişdir. Hafiz vitrində olan məhsullarla ona nisyə verməsi barədə öz qeydiyyatlarını müqayisə etmişdir. Hafiz sayım etdikdən sonra qızıl məmulatının əksik olmasını ona bildirmişdir. Yaranmış ziddiyyətlə əlaqədar Hafiz ona təklif etmişdir ki, Laçın ticarət mərkəzindəki qızıl məmulatlarını da gətirsin və bundan sonra tam hesabat aparsın. O, Hafizin bildirdiyi qızılın çəkisi ilə razılaşmadığı üçün sonuncu yenidən sayım edərək təxminən 1000 qram çəkidə qızıl məmulatın əskik olmasını bildirmişdir. O, isə bu zaman ərzində Hafizə bildirmimişdir ki, onun qızıllarını lombarda qoymaqla pul götürmüşdür. O, Hafizə yalandan bildirmişdir ki, onun əslində lombarda girov qoyduğu qızıllar guya Laçın ticarət mərkəzindədir. Hafiz də ondan təkidlə Laçın ticarət mərkəzindəki qızıl məmulatlarını gətirməsini istəsə də, o, bəhanələr uyduraraq anasının xəstə olmasını, buna görə də qızılları gətirə bilməcəyini bildirmişdir. Hafiz Laçın ticarət mərkəzində olan vitrinin yerini bilmədiyi üçün ora getməmişdir. O, xx.xx.2023-cü il tarixdə səhər saatlarında Abdinə zəng edərək daima onunla alış-veriş edən müştərinin olduğunu, ondan qızılları nağd şəkildə alaraq aparacağını, sata bilməyəcəkləri halda qaytarma ehtimalı olmasını bildirmişdir. Danışıq zamanı Abdin ondan həmin müştərinin pulu nağd ödəyəcəyini soruşduqda o, sonuncuya təsdiq cavabı verərək həmin müştərinin pulu nağd ödəyəcəyini bildirmişdir. Əslində isə belə bir müştəri ümumiyyətlə olmamışdır. Onun bu barədə Abdinə bildirdiklərinin hamısı yalan olmuşdur. Onun niyyəti o olmuşdur ki, ondan qızılların azlığının səbəbi soruşulduqda o, onlara bildirsin ki, bu qızılları guya satmışdır. xx.xx.2023cü il tarixdə saat 12 radələrində Abdin ilə Hafiz ona yaxınlaşmışlar. O, Abdinə və Hafizə müştərinin inandığı şəxs olduğu üçün ona 48.000 manat dəyərində qızılları satdığını, həmin qadın müştərinin qızılların pulunu nağd ödəmədiyini, gün ərzində kart hesabına yollayacağını bildirmişdir. O, həmin gün günorta saatlarında Abdinə yalandan bildirmişdir ki, guya qadın müştəri onun hesabına pul göndərmişdir və o, bankdan pulu çıxarmaq adı ilə univermaqdan çıxmışdır. O, univermaqdan çıxarkən vitrində olan Zərərçəkmiş şəxs3 məxsus qızılları götürmüşdür. O, univermaqdan çıxdıqdan sonra həmin qızılların etiketlərində olan məlumatları kağız vərəqdə qeyd etmişdir. O, həmin qızıllarla birlikdə univermağın yaxınlığında ünvan 6 ünvanında yerləşən "xxxx"-ın Mərkəz filialına yaxınlaşmışdır. O, "xxxx"-ın Mərkəz filialında qızılları üzərində olan kağız etiketlərlə birlikdə girov qoymuş və 16.100 manat məbləğində pul götürmüşdür. Həmin puldan 200 manat komissiya tutulmuşdur. O, həmin puldan 800 manatı yer puluna vermişdir. O, həmin pulu götürdükdən sonra univermağa qayıtmışdır. O, 15.000 manat pulu Abdinə göstərərək bildirmişdir ki, guya bu məbləği qızılları satdığı qadın müştəri onun hesabına göndərmişdir. Abdin həmin pulu seyfə qoymasını istəmişdir. Abdin ondan pulun qalan hissəsi barədə maraqlandıqda o, sonuncuya bildirmişdir ki, pulun qalan hissəsi ya bu gün, ya da növbəti gün göndəriləcəkdir. Həmin gün, yəni xx.xx.2023-cü il tarixdə Hafiz univermaqda olan şəxslərə onunla aralarında olan qızıl sayımındakı çatışmazlıq barədə məlumat verdiyi üçün ona nisyə qızıl verənlər- Kazım və Arif də gələrək onunla sayım etmişlər. Sayım zamanı Kazımda ona 750 əyarlıq 14.9 qram, 585 əyarlıq 116 qram qızılının əskik olmasını bildirmişdir. Arif isə sayım zamanı 750 əyarlı 91,47 qram, 585 əyarlı 70,22 qram qızıl-zinət əşyalarının çatışmadığını müəyyən etmişdir. Bu da təxminən 10.000 manat civarında pul vəsaitini təşkil etmişdir. O, Kazıma və Arifə narahat olmamalarını, qadın müştərinin pulu onun hesabına göndərdiyi anda onların pullarını verəcəyini bildirmişdir. Çünki o, Kazıma və Arifə yalandan demişdir ki, sayımda əskik gələn qızılları guya müştəriyə satmışdır. Reallıqda həmin qızılları banka girov qoymaqla pul götürdüyünü onlara bildirməmişdir. Həmin gün, yəni, xx.xx.2023-cü il tarixdə onunla Hafizin oğlu Tural arasında vitrinin yanında mübahisə olmuş və o, əl çantasını belə götürmədən oradan çıxıb getmişdir. O, xx.xx.2023-cü il tarixdə işə gəlməmiş, yalandan anasının xəstə olmasını bildirmişdir. O, sonradan Abdin ilə mesajlaşaraq işə gələcəyini, müştərinin də pulu ödəyəcəyini bildirmişdir. O, xx.xx.2023-cü il tarixdə işə getmiş, yalandan anasının xəstə olmasını bildirərək işdən tez çıxmışdır. xx.xx.2023-cü il tarixdə Abdin onun yaşadığı ünvana gələrək anası ilə söhbət etmiş və olanları anasına bildirmişdir. O, həmin vaxta kimi bu barədə anasına heç bir məlumat verməmişdir. O, xx.xx.2023-cü il tarixdə axşam evə getdikdə Abdinin evə gəlməsini ona bildirmişlər və evdə ondan pulu hara xərclədiyini soruşmuşlar. O, pulu borcunun bağlanmasına xərclədiyini bildirsə də, evdəkilər ona inanmamışlar. O, bundan sonrakı müddətdə işə getməmişdir. O, xx.xx.2023-cü il tarixdə saat 13 radələrində anası ilə birlikdə Mərkəzi Univermağın yan tərəfində Abdin və Hafizlə görüşmüşdür. O, orada olan bütün şəxslərə elədiyi hər şeyi, eləcə də danışdığı bütün yalanları bildirmişdir. Belə ki, o, Hafizlə sayım edəndə aralarında anlaşılmazlıq yaranmışdır. Çünki o, hissəhissə satıb Hafizə verdiyi pulları sonuncu hesablamamışdır. Sayım zamanı Hafiz ona demişdir ki, onun 1000 qramdan çox qızılı yoxdur. Amma onun hesabına görə o, 550 qram 585 əyarlı, 15 qram 750 əyarlı, ümumillikdə 39775 manat dəyərində qızıl-zinət əşyalarını qanunsuz olaraq ələ keçirmişdir. Həmin vaxt Hafiz orada səs-küy salmış, hətta kənardakı işçilər də gəlib Hafizi demişlər ki, axı sənin heç burada 1 kiloqram qızılın olmamışdır. Belə ki, Hafiz onun hissə-hissə satıb pulunu ona verdiyi qızılları özündə qeyd etmədiyi üçün belə şişirdilmiş məbləği qeyd etmişdir. O, Arifə, Kazıma və Hafizə məxsus qızılları sadəcə olaraq 2 ünvana girov qoyub pul götürmüşdür. O, birinci dəfə Yetər adlı lombarda Kazıma və Hafizə məxsus qızılları girov qoyub 35.000 manat pul götürmüşdür. O, həmin vaxt lombarda 600 qrama yaxın qızıl vermişdir. Rabitə banka isə 230 qrama yaxın qızıl girov qoymuşdur. Onun lombarda girov qoyduğu qızılların demək olar ki, çoxu Hafizə məxsus olmuş, yerdə qalanı isə Kazıma məxsus olmuşdur. O, Rabitə banka isə əksərən Arifə məxsus və bir neçə ədəd də Hafizə məxsus qızıl əşyalarını vermişdir. Həmin hesablardan da görünür ki, o, Hafizə təxminən 600 qrama yaxın qızılını ələ keçirərək girov qoyub pul götürmüşdür. Ona görə də o, Hafizin dediyi məbləğlə razı deyildir. Çünki Hafiz hesabı düzgün aparmır. Lombardan həmin qızılları götürəndə orta bazar qiyməti kimi onları 55.000 manata, Rabitə bank isə 23.000 manata hesablamışdır. Bunlar da göstərir ki, o, Hafizin qeyd etdiyi qədər qızılını ələ keçirməmişdir. Bu da orta hesabla 35-40 min manat təşkil edir. O, Zərərçəkmiş şəxs3 məxsus ümumillikdə 91,47 qram çəkidə 750 əyarlı, 70,22 qram çəkidə 585 əyarlı, ümumillikdə 13147,7 manat dəyərində qızıl-zinət əşyalarını qanunsuz olaraq ələ keçirmişdir. O, Zərərçəkmiş şəxs2 məxsus ümumillikdə 14.9 qram çəkidə 750 əyarlı, 116 qram çəkidə 585 əyarlı, ümumillikdə 10377,30 manat dəyərdə qızılzinət əşyalarını qanunsuz olaraq ələ keçirmişdir. O, Hafiz Zahirova məxsus 550 qram 585 əyarlı, 15 qram 750 əyarlı ümumillikdə 39775 manat dəyərində qızıl-zinət əşyalarını qanunsuz olaraq ələ keçirmişdir. Hafiz Zahirovun əlavə olaraq 39687,5 manat dəyərində qızıl-zinət əşyalarını mənimsəməsi ilə bağlı göstərmiş olduğu xüsusatlar yalandır. Ona təqdim olunan dəftərdə olan əl-xəttləri ona məxsusdur. O, həmçinin Zərərçəkmiş şəxs2 ifadəsində göstərdikləri xüsusatlarla razıdır. O, Zərərçəkmiş şəxs3 ona məxsus 13147,7 manat dəyərdə qızıl-zinət əşyalarını 2023-cü ilin aprel ayında Bakı şəhəri, Səbail rayonu, Azərbaycan prospektində 10 ünvanında yerləşən Mərkəzi Univermaq ticarət mərkəzində təklikdə almışdır. O, həmin qızıl-zinət əşyalarını Zərərçəkmiş şəxs3 satış məqsədi ilə almış və həmin qızl-zinət əşyalarını ondan alan zaman həmin qızılları ələ keçirmə niyyəti olmamışdır və bu barədə aralarında hər hansı bir formada sənədləşdirmə aparılmamışdır. O, Zərərçəkmiş şəxs2 ona məxsus 10377,30 dəyərdə qızıl-zinət əşyalarını 07 yanvar 2023-cü il tarixdə Bakı şəhəri, Səbail rayonu, Azərbaycan prospekti 10 ünvanında yerləşən Mərkəzi Univermaq ticarət mərkəzində təklikdə almışdır. Qızıl-zinət əşyalarını Zərərçəkmiş şəxs2 almağı barədə aralarında hər hansı formada sənədləşmə aparılmamışdır. Lakin o, Zərərçəkmiş şəxs2 məxsus olan qızıl-zinət əşyalarını satışını həyata keçirən zaman bu barədə öz əl xətti ilə dəftərdə qeydiyyat aparmışdır. Həmin dəftər Zərərçəkmiş şəxs2 tərəfindən istintaqa təqdim edilmişdir. O, Zərərçəkmiş şəxs1 ona məxsus 39775 manat dəyərdə qızıl-zinət əşyalarını 2022-ci ilin iyun ayının 15-də Bakı şəhəri, Səbail rayonu, Azərbaycan prospekti 10 ünvanında yerləşən Mərkəzi Univermaqda təklikdə almışdır. O, həmin qızıl-zinət əşyalarını Zərərçəkmiş şəxs1 satış məqsədi ilə almış və bu barədə aralarında hər hansı bir formada sənədləşdirmə aparılmamışdır. O, həmin qızl-zinət əşyalarını ondan alan zaman onun həmin qızıl-zinət əşyalarını ələ keçirmə niyyəti olmamışdır. Onun Zərərçəkmiş şəxs3 məxsus olan qızıl-zinət əşyalarını ələ keçirmə niyyəti həmin qızl-zinət əşyaları ona etibar edildikdən sonra yaranmışdır. Həmin qızıl-zinət əşyaları ona verildiyi vaxt belə bir niyyəti olmamışdır. Lakin sonradan külli miqdarda borcu olduğuna görə həmin qızıl-zinət əşylarını ələ keçirərək borclarını bağlamışdır. Onun Zərərçəkmiş şəxs2 məxsus olan qızıl-zinət əşyalarını ələ keçirmə niyyəti həmin qızl-zinət əşyaları ona etibar edildikdən sonra yaranmışdır. Həmin qızıl-zinət əşyaları ona verildiyi vaxt belə bir niyyəti olmamışdır. Lakin sonradan külli miqdarda borcu olduğuna görə o, həmin qızıl-zinət əşyalarını ələ keçirərək borclarını bağlamışdır. Onun Zərərçəkmiş şəxs1 məxsus olan qızıl-zinət əşyalarını ələ keçirmə niyyəti həmin qızl-zinət əşyaları ona etibar edildikdən sonra yaranmışdır. Həmin qızıl- zinət əşyaları ona verildiyi vaxt belə bir niyyəti olmamışdır. Lakin sonradan külli miqdarda borcu olduğuna görə həmin qızıl-zinət əşyalarını ələ keçirərək borclarını bağlamışdır. O, Zərərçəkmiş şəxs3 vurmuş olduğu 13147,7 manat məbləğində ziyandan ona 2 dəfə 1000 manat məbləğlərində olmaqla ümumillikdə 2000 manat məbləğində pul vəsaitini geri qaytarmışdır. O, Zərərçəkmiş şəxs2 vurmuş olduğu 10.377,30 manat məbləğində ziyandan ona 1,68 qram 750 əyar, 83,07 qram 585 əyar qızıl-zinət əşyalarını geri qaytarmışdır. Ona qaytarmış olduğu qızıl-zinət əşyalarının qiyməti 6559,35 manat təşkil edir. O, Zərərçəkmiş şəxs1 nağd şəkildə 15000 manat, 39090 manat məbləğində olan qızıl-zinət əşyalarını ümumillikdə 54090 manat dəyərində qızıl-zinət əşyalarını geri qaytarmışdır. O, Şahid1 ilə 5 il müddətində satıcı kimi çalışmışdır. Pandemiya ilə bağlı 2020-ci ilin mart ayından fəaliyyətləri dayanmış və 2021-ci ilin iyun ayından yenidən fəaliyyətə başlamışlar. O, təxminən 3 ay Şahid1 yanında satıcı kimi işləmişdir. Şahid1 ilə işlədiyi müddətdə o, univermaqda müxtəlif şəxslərdən nisyə qızıl məmulatları alaraq vitrinə qoymuş, həmin qızılları sataraq sahiblərinə pulları ödənilmişdir. 2021-ci ilin oktyabr ayında Abdin həmin vitrini tərk etdiyi üçün o, həmin vitrini tək başına idarə etməyə başlamış və Şahid1 həmin vitrində hər hansı bir qızıl-zinət əşyası olmamış və onun hər hansı bir qızıl-zinət əşyasını ələ keçirməmişdir. O, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 məxsus olan qızıl-zinət əşyalarının bir qismini Laçın ticarət mərkəzində icarəyə götürmüş olduğu rəfdə saxlamış, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 məxsus olan digər qızıl-zinət əşyalarını, o cümlədən Zərərçəkmiş şəxs3 məxsus olan qızıl-zinət əşyalarını isə Bakı şəhəri, Səbail rayonu, Azərbaycan prospekti 10 ünvanında yerləşən Mərkəzi Univermaq ticarət mərkəzində satışını həyata keçirmişdir. Onun ayrı-ayrı şəxslərə borcu olduğuna görə həmin borcu bağlamaq məqsədi ilə Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 məxsus olan qızıl-zinət əşyalarını ələ keçirmək qərarına gəlmiş və ilk növbədə Laçın ticarət mərkəzində Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 məxsus olan qızıl-zinət əşyalarının bir qismini götürərək 12 may 2023-cü il tarixdə ünvan 3 ünvanında yerləşən "xxxx" MMC adı ilə fəaliyyət göstərən lombarda girov qoyub 35000 manat məbləğində pul vəsaitini götürmüşdür. O, daha sonra Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 məxsus olan digər qızıl-zinət əşyalarını 12 iyun 2023-cü il tarixdə ünvan 4 ünvanında yerləşən "xxxx" ASC-in “Mərkəz” filialına girov qoyaraq müəyyən məbləğdə pul vəsaitini götürüb öz şəxsi məqsədləri üçün istifadə etmişdir. Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, hadisə 2022-ci ildə olmuşdur. Mərkəzi Univermaqda müdriyyət dəyişikliyi olmuş, təzə müdir gəlmiş və yer haqlarını həddindən çox qaldırmışdır. Günay orda satıcı kimi işləyirdi. Günayın müdiri Abidin idi. Bu gün Abidinin adı hər yerdə çıxır, amma heç yerdə çəkilmir. Bu qızı atıb ortaya özü qırağa çəkilib. 30 ildir həmin adamı tanıyır, ortada yeyib, qıraqda gəzib. O, yer haqqının aşağı salınması üçün müdirin yanına getmişdir, müdir hazırda qiyməti sala bilmədiyini, sonradan aşağı salacağını bildirmişdir. Üç ay yer qiymətini salmamışdır. O, Abidinə rəfi bağlansa malları onun rəfinə verəcəyi üçün sonuncudan icazə almışdır. Abidin də razılaşmışdır. O, mallarını yığıb qablarında Günaya təhvil verəndə Abidin də orda olmuşdur. Günay qızılları telefona çəkmişdir, o, dəftərində qeyd olunanları köçürmək üçün Günaya vermişdir. Günay satılan pullurı Abidinin iştirakı ilə ona verirdi, Abidinin iştirakı olmadan vermirdi, sonuncunun gəlməsini gözləyirdi. Günayın öz əli ilə yazdığı və ona aybaay verdiyi kağızların hamısını yığmışdır. Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinə müstəntiqə 11 ay ona verdiyi kağızları təqdim etmişdir. Satılan mallar nömrəsi ilə hamısı orda var. 2023-cü ilin mart ayında o, şübhələnmişdir. Bir gün Günay onun mallarının eyni malları Laçın Univermağına göndərmək üçün ondan icazə istəmişdir. O, razılaşmadığını, orda mallara cavabdeh olmadığını bildirmişdir və mallarının burda onlardan tələb edəcəyini bildirmişdir. 6 ay ora getməmiş, Günay malları satırdı. O, satılan malların yerinə mal gətirib rəfinə qoyurdu. O, onlara elə inanırdı ki, 11 ay malları yoxlamamışdır, yoxlamağa utanırdı. Rəfdə olan malların gün-günə azaldığını görüb bir gün malları yoxlamağa məcbur qalmışdır. Mərkəzi Univermaqda olan malları çıxartmışlar. O, Günaya Laçında olan malların necə yoxlanılmasını soruşanda, Günay ona anasının şəkəri qalxdığını, işə çıxmadığını bildirərək sonradan orda olan malları bura gətirib burda yoxlayacaqlarını demişdir. Günay onu belə üç-dörd gün yubatmışdır. Sonra işin üstü açılmış, Günay ona Rabitə bankın kartını verib bir saata bu karta 40.000 manat pul oturacağını bildirmişdir. Sonradan Günay gətirib ona 15.000 manat pul vermişdir. Sonra Günayın yoxladıqları maldan ondan götürdüyü 6-7 ədəd malını, Arifdən götürdüyü müəyyən malları aparıb Rabitə Banka qoyduğunu və 16.000 manat bankdan götürdüyü məlum olmuşdur. Həmin 16.000 manat puldan Günay ona 15.000 manat pulu gətirib vermişdir, 1000 manatı onda olan başqa qadının malına görə həmin qadına vermişdir. Sonra işin üzü açılanda məlum olmuşdur ki, Laçında rəf olmamış, Günay müdiri ilə birlikdə bu işi görmüşlər, çünki Günay tək bu işi görə bilməzdi. Sonra anası gəlmiş, onlarla söhbət etmiş, pulu qaytaracağına söz verərək 10 gün vaxt istəmişdir. Günayın müdiri olan Abidin heç kimdən xəbərsiz Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinə getmişdir, güya Günay hər şeyi öz üzərinə götürəcək, o da ona kömək edəcəkdir. Onları ora çağırmışlar, burda söylədiklərini istintaqda demişdir, sənədlərin hamısını təqdim etmişdir. O, verilmiş suallara cavab olaraq bildirmişdir ki, ona 79.462 manat ziyan vurulmuşdu, ziyandan 15.000 manat bir qaytarılıb, 40.000 manat da lombarddakı malın pulu qaytarılıb. İbtidai istintaqda verdiyi ifadəni təsdiq edir. O, mallarını onların rəfinə qoymağına Abidindən icazə almışdır. O, kilo ilə qızıl verməmişdir, hamısı çəkilib qramı üstündə yazılıb sellofanla vermişdir, Günay qızılların hamısının şəkillərini telefonuna çəkib, sonradan qramlarla qeyd olunan dəftəri də Günaya vermişdir. O, rəfdə qızıllarının az olmasını gördükdə, rəfdə qalan qızılların qalığını çıxartdıb yoxlamışdır. O, rəfdə qalan qızıllarını siyahı ilə götürmüşdür. O, qızılları Abidinin və Günayın iştirakı ilə götürmüşdür. Mərkəzi Univermaqda qalan qızılları o, götürmüşdür. Götürdüyü qızılların qiyməti hamısı sənədlərdə yazılıb, qeyd olunub. Laçına qoyduğu qızılların qramını bilmir. O, olmayan malların siyahısını çıxarıb vermişdir. Mərkəzi Univermaqda malların qalığını yoxlayanda 125 qram qızılın satılması müəyyən olunub, satış dəftərində var, amma pulu ona çatmamışdır. Hal-hazırda ona 25.000 manat dəyərində ziyan dəmişdir. Şikayətçidir, Günayın ona borclu olduğu 25.000 manat pulunun ödənilməsini tələb edir. Qızılları birkalı, çəkili vəziyyətdə gətirib onlara vermişdir. Verdiyi qızılların qramı yadında deyil, nə qədər vermişdir, onların siyahısı da var idi. 30 ildir o, qızıl alqı-satqısı ilə məşğuldur. Çəkinin azalması kimi Günayın dediyi bi hal 40 maldan ikisində, üçündə ola bilər. Bu ümumi çəkiyə təsir edə bilməz. Birinci dəftərdə satılan qızılların üstündə qeydlər aparmışlar deyə müstəntiq bu dəftərdə yazılanları başa düşmədiyini, başqa dəftərə köçürüb gətirilməsini demişdir, o da yoxlamada çıxmayan malların siyahısını tutub gətirib müstəntiqə vermişdir, 12 vərəqəlik dəftər olmuşdur. Ona 15.000 manat bir verilmişdir, lombarddan götürülən qızılların dəyəri 34.000-dən artıq verilib, dəqiq xatırlamır, hal-hazırda ona 25.000 manat ziyan qaytarılmalıdır. Malı yoxlayıb qalığı çıxartmışdır. Laçında bunlar güya rəf (taxça) götürmüşlər. Həmin adla onun mallarının bir hissəsini ora aparmışlar. O, ora getməyəcəyini demişdir, malları Mərkəzi Univermaqda tələb edəcəyini demişdir. Mərkəzi Univermaqda olan malları yoxlamışdır, Laçında olan malları gətirməklərini bildirmişdir. Anasının xəstəliyi ilə 3-4 gün yubatmışdır. Sonrada Laçında rəf olmadığı, həmin qızılların lombarda qoyulduğu məlum olmuşdur. Lombarddan çıxarılan qızılları yoxlayıb, Günayın özü ilə birlikdə qalığı çıxartmışlar. İş materiallarında qeyd olunan qızılların siyahısı Günaya verdiyi qızılların siyahısıdır. Lombardakıları və rəfdəkiləri qaytarmışdır. Sonra yenə haqqhesab etdikdə çatışmayanlar olmuşdur. 15000 manat pulu satış dəftərində satılıb, amma pulu verilməyən qızıllara görə almışdır. Siyahıda olan qızıllar olmayan qızıllardır. 15.000 manat pul siyahıda olmayan qızılların puludur. Qızılları verəndə təhvil-təslim aktı olmamışdır. Bir-birilərinə inanırdılar. Qızılları müdürinə Günayın iştirakı ilə vermişdir. Günayın ona verdikləri qeyd olunmuşdur. Hamısını ayrı-ayrı sellofanlara qoymuşdur. Satılan qızılların pulları ilə yeni qızıllar alıb verirdi. Satılan qızıllarla bağlı sənədləri KMBİyə vermiş və iş materiallarına əlavə olunmuşdur. Pulları Günayın və Abdinin iştirakı ilə alırdı. Abdinsiz ona pul vermirdi. Bu adam Abdinin adını vermir, hər şeyi öz boynuna götürür. 12 vərəqli dəftərdəki qızıllarla müqayisə edəndən sonra əskik qızıllar qalır. O, təxminən 2200 qram qızıl vermişdir. Ona 25.000 manat ziyan dəyib, yəni 25000 manat ödəniləsi məbləğ qalıb. Qızılları verdiyi vaxtdakı qiymətlə 154000 manat dəyərində qızıl vermişdir. 34000, 15000 manat pul və malların geri qaytarıb. 25000 manat bu günə ona borcu qalıb. Qızılların əskikliyi ilə bağlı heç bir təhvil-təslim aktları yoxdur, qarşılıqlı imzaladıqları sənəd yoxdur. Abdinə də verdiyi qızılların aktı yoxdur. Günayın ona nə qədər verdiyini öyrənib deyə bilər. Günayın satdıqlarını ayrı-ayrı sellofanlara qoymuşdur. Məhkəmədən təqsirləndirilən şəxsə 7 il müddətinə azadlıqdan məhrumetmə cəzası tətbiq edilməsini xahiş edir. Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Mərkəzi Univermaqda işləyəndə Günay xanıma satmağa qızıl vermişlər. Onun dəftərində hamısı qeyd olunmuşdur. Sonra bir müddət keçəndən sonra Hafiz dayı öz mallarını yoxlayanda bəzi qızılların olmadığı məlum olmuşdur. Mallarını yoxlayıb qeyd edəndə Günay xanımın anasının vəziyyəti yaxşı olmadığına görə apteka, ordan da evə getmişdir. Günay xanımın getdiyinə görə onlar malları başqa adamdan götürüb yoxlayanda olmayan malların qabağına çıxma işarəsi qoyulmuşdur. Hazırda olmadığı malların bir çoxu lombarddan götürülüb verilmiş, qalanı qalmışdır. Günay xanımın dediyinə görə qalan mallar bankda qaldığına görə onları bank satmışdır. O, verilmiş suallara cavab olaraq bildirmişdir ki, hal-hazırda lombarddan qayıdan malların qiyməti çıxıldıqda, qalan malların qiyməti 3.860 manat təşkil edir. Mallar qızıl formasında verilib, onlar pula çevirib onun qiymətini saymışlar. Ona 3.860 manat dəyərində ziyan dəymişdir. Verdiyi qızılın qramı yadında deyil, nə qədər vermişdir, nə qədər qaytarılıb hamısı yazılmışdır və bütün sənədlər onda var. Ümumi mayasını hesablayanda 11.000-12.000 civarında borc olmuşdur. Lombardda olan malları gedib götürmüşlər, qalan malların dəyəri 3860 manat təşkil etdi. İbtidai istintaqda verdiyi ifadəni təsdiq edir. Təqsirləndirilən şəxsdən şikayətini geri götürür, barışmışdır. Günayın tutulmasının ona heç bir xeyri yoxdur, sonuncuya cəza verilməməsini xahiş edir. Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, o, Günaya müəyyən qədər qızıl vermişdir. Sonradan sonuncunun qızılları Rabitə banka qoyduğu məlum olmuşdur. Günay özü ona qızılları banka qoyduğunu demişdir, lakin o, inanmayıb özü banka getmişdir. Orda qızılları almaq istədiyini bildirmişdir. Ona qızılları göstərdikdə qızılların onun olduğunu görüb çıxıb gəlmişdir. Sonra şikayət olmuşdur, Günay da ondan götürdüklərini düzgün qeyd etmişdir. Günay qızıllarını qoyub pul götürdüyünü və 15.000 manat pulu aparıb Hafizə verdiyini özü ona bildirmişdir. Həmçinin Günay qızılları çıxarıb ona verəcəyini, lakin bankda tarixi qeyd olmayan ərizə yazdırıb qol çəkdiyini, onu aldatdıqlarını, arxa tarixlə qızılları satdıqlarını bildirmişdir. Qızılın qiyməti qalxdığına görə ona 20.000 manat ziyan dəmişdir, amma qızın başına iş gəlmişdir, ona olan borcun qaytarılmasını istəyir. O, verilmiş suallara cavab olaraq bildirmişdir ki, ona 14.350 manatdan 2000 manat pulu ödəmiş, qalanı qalmışdır. İbtidai istintaqda verdiyi ifadəni təsdiq edir. Şikayətçidir, ona borclu olduğu 11.190 manat pulunun ödənilməsini tələb edir. O, çəki ilə verdiyi qızılını tələb edir. Günay ona cəmi 2000 manat pul vermişdir. İş materiallarına əlavə olunmuş siyahı Günayın götürdüyü və ona geri qaytarmadığı qızılların siyahısıdır. İbtidai istintaq zamanı Günay ona 14000 manat borcdan 2000 manat, məhkəmə istintaqı zamanı da 3500 manat pul qaytarmışdır. İbtidai istintaq zamanı 13000 manatdan yuxarı ziyan dəyməsini demişdir. Mülki iddiada 25000 manat pul tələb etməyini onunla əlaqələndirir ki, o, Günaya pul yox qızıl vermişdir. Hal-hazırda da qızılın qiymətini indiki qiymətlə deyil aşağı qiymətlə hesablayır və Günaydan tələb edir. Ona verilən 3500 manat pulu mülki iddiada tələb etdiyi 25000 manat puldan çıxır. 21500 manat pulun verilməsini tələb edir. Ona dəymiş ziyanın qaytarılmasını istəyir, Günayın cəza çəkməsini istəmir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Günay ilə 2018-1019-cu ildən bir yerdə işləmişlər. O, Mərkəzi Univermaqda yer götürmüş, amma hamısını Günayın adında rəsmiləşdirmişdir ki, stajı olsun. Rəfi ona vermişdilər, Günay ilə rəfi bir işlətmişlər. Günaya qızı kimi baxmışdır, ondan narahatçılığı olmamışdır. Bir gün o, malların azaldığını görüb, bu barədə soruşanda, Günay malların bir qisminin Laçına apardığını bildirmişdir. Mallar Hafiz dayının malları olmuşdur. Günaydan Hafiz dayının bu barədə xəbəri olduğunu soruşanda, xəbəri olduğunu demişdir. Hafiz dayıdan soruşanda bildiyini, özü verdiyini demişdir. Sonra Hafiz dayı gəlib mallarını götürəndə çatışmamazlıq çıxmışdır. Sonra 35.000-lik malların lombardda olduğu, 16.000-lik malların da bankda olduğu aşkar olunmuşdur. O, verilmiş suallara cavab olaraq bildirmişdir ki, ibtidai istintaqda verdiyi ifadəni təsdiq edir. Malların az olduğu aşkar olunandan sonra, səhərisi gün Hafiz də, Arif də öz mallarını gəlib yazıb qızdan götürdülər. Rəfdə təxminən 200.000 manatlıq mal olmuşdur. Mallar üçünün malı olmuşdur, amma bir nəfər də mallarını ona vermişdir. Mallar sayılandan sonra çatışmamazlığın ümumi dəyəri aşağı düşürdü.İstintaqda göstərdikləri, həmin vaxt olan dəyərlə demişdir. O, Hafizə 15.000 manat pul vermişdir. Qaytarılan mallar bölmədə olub, orda qaytarıblar, 556 qram Hafizin malı qayıdıb, 80 qram da Kazımın malı qayıdıb. Bu mallar lombarddan çıxıb qayıdıb. Əvvəli belə olub, iş başlayanda çatışmamazlıq aşkar olunub. Lombardda 35.000 manatlıq mal idi, Kazımla Hafizin malı idi. Bankda Arifin malı olub. İstintaqda verdiyi ifadələri təsdiq edir. Malların qaytarılması onun yanında olub, o, özü aparıb Hafizə vermişdir. Günay yazırdı, malın şəkilini çəkirdi, o aparıb Hafizə verirdi, o da yazırdı. Hafiz gəlib ona mal qoymaq istədiyini demişdir. O da Günaya verməsini demişdir. Özləri malları təhvil-təslim etmişlər, malları satılıb özləri haqq-hesab etmişlər. Heç bir alverə, haqq-hesaba müdaxilə etməmişdir. Hər şey Günayın adına olmuşdur. Günay ora rəsmi sənədləşdirilmişdir. Hafiz sözlə malları ona vermiş, amma real olaraq Günaya vermişdir. Pulları özləri haqq-hesab etmişlər. Hafiz Günayın yanında oturub yazı-pozu aparırdı, pulları götürüb gedirdi. O, heç rəfin arxası tərəfə belə keçmirdi. Kazım və Arif də ona gəlib bu barədə demişlər, amma özləri aparıb özləri qızıllarını qoymuşlar, haqq-hesab etmişlər. Satışdan əldə olunan qazancı Günaya özündə qalmasını demişdir. Özü haqq-hesab edirdi, yəni hər şey Günayda idi. Hafiz verən malları qızılların üzərindəki kağızla təhvil-təslim edirdilər. Kağızlar düz olmayanda, qızılla uyğun gəlməyəndə Hafizə deyirdi, düzəldirdi. Bu məsələlər başlayanda qızılları qab-qab aparıb Günayla Hafiz haqqhesab edirdilər. Neçə qram qızıl qoyulub-götürüldüyündən xəbəri yoxdur. 570 qram qızılın qaytarıldığını bilir, amma həmin qızılın qaytarılmasında iştirak etməmişdir, orda olmamışdır. 570 qram qızıl və 15000 manat pul qaytarılandan sonra Günayın Hafizə borcunun bağlanıb-bağlanmadığını bilmir, çünki nə qədər qızıl verilmədiyindən xəbəri yoxdur. 570 qram qızılı Hafizə polis qaytarıb, 15000 manat pulu isə Günay ona vermişdir, o da Hafizə vermişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, "xxxx" MMC-də zərgər kimi fəaliyyət göstərir. Orada qızılları təhvil alıb yoxlayır. Həmin günü saat 05 radələrində təqsirləndirilən şəxs Günay işlədiyi yerə yaxınlaşmışdır. Verilən qızılların təmiz olub-olmamasını yoxlamışdır. Sonra müqavilə bağlanmış və pul verilmişdir. O, verilmiş suallara cavab olaraq bildirmişdir ki, Günaya 28.000 və ya 30.000 manat civarında pul verilmişdir. Üzərindən 3 il keçdiyinə görə tam dəqiq xatırlamır, həm də onun orada vəzifə borcu sadəcə qızılların təmin olub-olmamasını yoxlamaqdır. O, "xxxx" MMCdə zərgər kimi fəaliyyət göstərirdi. İbtidai istintaqda verdiyi ifadəni təsdiq edir. Qızıllar gətirilən zaman 2 nəfər gəlmişlər. Səhv etmirsə həmin xanım Günayın anası idi. Müqaviləni səhv etmirsə Günay ilə bağlamışlar. Üzərindən 3 il keçdiyinə görə tam dəqiq bilmir. Onun həmin yerdə vəzifə borcu qızılları yoxlamaq olub. İbtidai istintaqda verdiyi geniş ifadəni təsdiq edir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, qızı Günay qızıl satmaq üçün vitrin götürmüşdür. Orada qızıllar var idi. O da orada çalışırdı. Bir gün qızı Günay zinət əşyası itirdiyini demişdir. Günay vitrindəki qızılları yığıb gətirməyini və həmin qızılları lombarda qoyacağını demişdir. Qızılları Yetər adlı lombarda qoymuşlar. Qızılları lombarda qoyub pulu götürmüşlər. Daha sonra isə Günay qızıllara görə götürdüyü borcu aparıb ödədiyini demişdir. O, verilmiş suallara cavab olaraq bildirmişdir ki, Lombarda qızılları qoyub 35.000 manat pul götürmüşlər. Lombarddan qoyulan qızıllara görə qaytarılan borc qaytarılmışdır. İstintaq zamanı kimlərin qızıllarının lombarda qoyulduğunu bilmişdir. Lombarda bu iş üzrə zərərçəkmiş şəxslərin qızılları qoyulmuşdur. Zərərçəkmiş şəxs Hafizin qızıllarını qaytarmışlar. Zərərçəkmiş şəxs Arifə az miqdarda ödəniş olmuşdur, zərərçəkmiş şəxs Kazıma isə hissə-hissə ödəniş edəcəklərini demişlər. Heç vaxt ailələrində belə hadisə baş verməmişdir. Ona qızıl itirdiyini demişdir. Ona görə lombarda qoyulan qızılların Günayın işlədiyi işlə əlaqədar olduğunu fikirləşmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, onu Rabitə bankdan qızıla qiymət qoymaq üçün çağırmışlar. Bir dəfə gəlib qiymət qoyub getmişdir. Sonra bankın rəhbəri tərəfindən qızılın satışı ilə bağlı qərar çıxardılmış, ikinci dəfə banka 2023-cü ilin avqust ayının 23-də getmişdir, kassaya 16.606 manat ödəniş edib qızılı təhvil almışdır. O, verilmiş suallara cavab olaraq bildirmişdir ki, o, Rabitə banka qızıl qoymamışdır. Onu bankdan məsul şəxslər qiymətləndirmə ilə bağlı çağırmışlar, gedib qiymət qoymuşdur, elə bilir ki, başqa zərgərlər də qiymət qoyublar, kim yüksək qiymət qoyur, ona qərar çıxardırlar. O, yəqin yüksək qiymət qoymuşdur ki, onu çağırıb qızılı vermişlər, yəni o, Günayı tanımır. O, qızıla qiymət qoyan mütəxəssis kimi banka çağırılmışdır. Zərgərlər qızıla qiymət qoyurlar, sonra bank öz aralarında qərar çıxardır. O, qızıllara 16.206 manat qiymət qoymuşdur. Həmin qızılları o, həm qiymətləndirmişdir, həm də özü almışdır. Hərrac təşkil olunub, kim yuxarı qiymət deyirsə malı ona satırlar. Qəbzdə avqust ayının 23-ü yazılıbdır. İbtidai istintaqda verdiyi ifadəni təsdiq edir. Bundan başqa qanunla müəyyən olunan qaydada məhkəmənin yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq, məhkəmə baxışı zamanı iştirak etməmiş, məhkəməyədək icraat zamanı iş üzrə şahid qismində dindirilmiş, məhkəməyə ibtidai istintaqda verdiyi ifadəni təsdiq etməsinə dair teleqram ünvanlamış Şahid2 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində göstərmişdir ki, "xxxx" MMC xx.xx.2019-cu ildə təsis edilmişdir. O, "xxxx" MMC-nin təsisçisi və qanuni təmsilçisidir. "xxxx" MMC lombard təşkilatı kimi fəaliyyət göstərir. “Yetər Lombard” ünvan 8 ünvanında yerləşir. Şahid5 müxtəlif vaxtlarda lombarda qızıl məmulatları girov qoyaraq pul götürmüş və vaxtında da ödəniş etməklə qızıl məmulatlarını geri almışdır. O, Şahid5 şəxsən tanımasa da, qeydiyyat vərəqlərində onun adını çox gördüyü üçün onun daimi müştərisi olmasını bilmişdir. O, müştərilər ilə hər hansı ünsiyyətə girmir. Müştərilərlə onun işçiləri məşğul olur. O, 12 may 2023-cü il tarixdə xəstə olduğu üçün işə getməmişdir. Ona verilən məlumata görə həmin gün saat 18 radələrində Şahid5 lombarda gəlmişdir. Şahid5 həmin vaxta kimi lombarda qoyduğu girov qızılların həcmi həmişə az olmuşdur. Lakin son dəfə o, çox sayda qızılla gəlmişdir. Bununla bağlı ona məlumatı işçiləri vermişdir. Şahid5 təqdim etdiyi qızıllara ilk olaraq Şahid4 baxış keçirmişdir. Şahid4 həmin qadından bu qədər qızılı haradan əldə etməsini soruşduqda Şahid5 qızının “Laçın” ticarət mərkəzində qızıl məmulatlarının satış vitrini olduğunu, həmin univermaqda olan obyekti bağlayaraq “Mərkəzi” Univermaqda vitrin açmaq istədiyini, bu səbəbindən bu qızılları girov qoymaqla əldə etdikəri pul vəsaiti hesabına yeni qızıl məmulatları alacaqlarını bildirmişdir. Bundan sonra müqavilənin tərtib edilməsi və müştəriyə təqdim edilməsi ilə Şahid3 məşğul olmuşdur. Əməkdaşlar tərəfindən girov qismində qəbul edilmiş bütün qızıl-zinət əşyalarının fotoşəkilləri çəkilmişdir. Şahid5 qısa zaman ərzində girov pulunu ödəyərək qızıl məmulatlarını geri alacağını bildirmişdir. xx.xx.2023-cü il tarixdə ödəniş vaxtı çatsa da, Şahid5 tərəfindən heç bir ödəniş edilməmişdir. Bununla əlaqədar Şahid5 ilə əlaqə saxlanılmağa çalışılmışdır. Şahid5 işçilərin zənglərinə cavab verməmiş, zəngə cavab verdiyi zaman isə tezliklə ödənişi edəcəyini bildirmişdir. Üzərindən bir ay müddət keçməsinə baxmayaraq o, borcunu ödəməmişdir. O da lombardın daxilində çox qızıl əşyaları saxlamaqdan ehtiyat etdiyi üçün qızılların təhlükəsizliyini təmin etmək məqsədilə onları saxlanc məqsədilə 24 iyun 2023-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsində yerləşən “BTB” banka saxlanca qoymuşdur. Qanunla müəyyən olunan qaydada məhkəmənin yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq, məhkəmə baxışı zamanı iştirak etməmiş, məhkəməyədək icraat zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində göstərmişdir ki, o, 2015-ci ildən etibarən "xxxx" MMC adlı lombard təşkilatında kredit şöbəsində mütəxəssis kimi çalışır. Belə ki, Şahid5 Səxəvət qızı bir neçə dəfə lombarda az miqdarda qızıl əşyalarını girov qoyub, pul götürüb və qısa zaman ərzində pulunu ödəməklə qızıllarını geri götürmüşdür. Belə ki, 12 may 2023-cü il tarixdə axşam saat 18 radələrində Şahid5 lombarda gəlmişdir. Həmin vaxtı işdə yalnız o və digər işçi Şahid4 olmuşdur. Tahirə xanım onlara yaxınlaşmış və demişdir ki, ona 35.000 manat pul lazımdır, əgər onlarda o qədər məbləğ varsa, qızılları girov qoymaq istəyir. Onlar da məbləğ böyük olduğu üçün rəhbərliyə, yəni, Şahid2 zəng edərək demişlər ki, müştəri 35.000 manat pul istəyir. Şahid2 da soruşmuşdur ki, kimdir həmin adam, onlar da demişlər ki, həmin adam daimi müştəridir. Şahid2 da razılaşmışdır ki, pulu göndərir, qızılları qəbul etsinlər. Bir müddət sonra Şahid5 qızı Günay da lombarda gəlmişdir. Belə ki, o, qızılları təqdim etmiş və zərgər Şahid4 həmin qızılları yoxladıqdan sonra qızılları qiymətləndirmişdir. O, həmin vaxt öz iş masasında Şahid5 şəxsiyyət vəsiqəsini götürüb onun adına girov müqaviləsi tərtib etmiş və tərəflər həmin müqaviləni imzalamışlar. Bundan sonra onlar 35.000 manat pulu Tahirə xanıma və onun qızı Günaya vermişlər. Tahirə xanım demişdir ki, qısa zamanda borcunu ödəyib qızılları geri götürəcəkdir. Belə ki, o, 12 iyun 2023-cü il tarixdə Tahirə xanıma zəng edib ona xatırlatmışdır ki, ödənişin vaxtıdır. Şahid5 ona demişdir ki, bir-iki günə ödənişi edəcəkdir. O, bundan sonra bir neçə dəfə Şahid5 zəng etsə də, sonuncu hər dəfə ona demişdir ki, qısa zaman ərzində gəlib ödənişi edəcəkdir. Onlar qızılları lombardın ofisində saxladıqdan sonra Sevinc xanıma təhvil verirlər. Sevinc xanım isə qızılları saxlancda saxlayır. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli qərardan görünür ki, CM-in 178.3.2-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmışdır. (l cild i.v. 1) "xxxx" MMC tərəfindən tərtib edilmiş 204018 nömrəli girov biletindən görünür ki, Təqsirləndirilən şəxs anası Şahid5 tərəfindən həmin MMC-yə 12 may 2023-cü il tarixdə 505,6 qram 585 əyarlı, 113,1 qram 750 əyarlı qızıl-zinət əşyaları girov qoyulmuş və həmin qızıl-zinət əşyalarının müqabilində 35000 manat məbləğində ssuda üzrə pul vəsaiti verilmişdir. (l cild i.v. 30, 41-42) "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli MFLMB-02626 nömrəli saxlanc girovunun qiymətləndirilməsi və kassaya təhvil verilməsi dair aktdan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ümumullikdə qeyd olunan banka 232,3 qram məbləğində qızıl-zinət əşyaları girov qoyulmuş, həmin qızıl-zinət əşyaları bank tərəfindən 23863,13 manat məbləğində qiymətləndirilmiş və Təqsirləndirilən şəxs girov qoyulmuş qızıl-zinət əşyalarının müqabilində 16100 manat məbləğində kreditə pul vəsaiti verilmişdir. (l cild i.v. 31-33) “Bank VTB” tərəfindən tərtib edilmiş 24 iyun 2023-cü il tarixli, QKG-02763-14/23A nömrəli qızıl əşyalarının qiymətləndirilməsi və banka girov qoyulması üzrə aktdan görünür ki, Təqsirləndirilən şəxs anası Şahid5 tərəfindən "xxxx" MMC-yə 12 may 2023-cü il tarixdə 505,6 qram 585 əyarlı, 113,1 qram 750 əyarlı qızıl-zinət əşyaları həmin MMC-nin direktoru Şahid2 tərəfindən saxlanılması üçün “Bank VTB”-yə təhvil verilmiş və qeyd olunan bank tərəfindən girov qoyulmuş qızıl-zinət əşyaları 55960,45 manat məbləğində qiymətləndirilmişdir. (l cild i.v. 44) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16- 16/2-6/600-9/794 saylı, xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş ümumi kütləsi 640,47 qram olan zərgərlik məmulatlarından cədvəl 1 üzrə sıra nömrələri; -50, 165, 166 və 189 olanlar 750 əyarlı qızıldan, digərləri 583/585 əyarlı qızıldan hazırlanmışdır. -Tədqiqata təqdim edilmiş, zərgərlik məmulatlarının üzərlərində olan qaşlar qiymətli qaşlara aid deyildir. -Təqdim edilmiş məmulatların ayrı-ayrılıqda tərkibi, əyarı və digər göstəriciləri (qaşlarının təbiəti, damğası, adları və s.) cədvəl 1-də göstərilmişdir. Aparılmış fiziki-kimyəvi tədqiqatın nəticələrinə görə ekspertiza tədqiqatına təqdim edilən əşyaların əyarı, modeli və digər göstəricləri nəzərə alınmaqla 2023-cü ilin may-iyun aylarına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 54687,00 manat müəyyən edilir. Həmin malların ayrı-ayrılıqda adları və qiymətləri cədvəl 1-də göstərilmişdir. Qeyd: bazarlarda mövcud olan tələb və təklifdən asılı olaraq müəyyən edilmiş qiymətlərdə dəyişikliklərin olması istinad edilmir. (İ cild i.v. 197-204) xx.xx.2024-cü il tarixli üzləşdirmə haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 ifadəsində qeyd olunanları Təqsirləndirilən şəxs üzünə qarşı deməklə bir daha təsdiq etmişdir. (İ cild i.v. 229-232) xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 178.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. (İİ cild i.v. 9-11) xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (İİ cild i.v. 25-27) xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli CM-in 178.3.2-ci maddəsindən həmin Məcəllənin 179.3.2-ci maddəsinə tövsif edilmişdir. (İİ cild i.v. 32-34) Zərərçəkmiş şəxs1 xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ona vurmuş olduğu 79.462,5 manat məbləğində ziyandan ona 12 iyun 2023-cü il tarixdə nağd şəkildə 15000 manat, 07 mart 2024-cü il tarixdə isə 39090 manat məbləğində olan qızıl-zinət əşyalarını geri qaytarılmışdır. Ona dəymiş zərər 25372,5 manat məbləğində təşkil edir. (İİ cild i.v. 62) Zərərçəkmiş şəxs2 xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ona vurmuş olduğu 10.377,30 manat məbləğində ziyandan ona 1,68 qram 750 əyar, 83,07 qram 585 əyar qızıl-zinət əşyalarını mənə geri qaytarmışdır. Ona qaytarmış olduğu qızıl-zinət əşyalarının qiyməti 6559,35 manat təşkil edir. Onə dəymiş olan zərər 3817,95 manat məbləğində təşkil edir. (İİ cild i.v. 63) Zərərçəkmiş şəxs3 xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ona vurmuş olduğu 13147,7 manat məbləğində ziyandan ona 2 dəfə 1000 manat məbləğlərində olmaqla ümumillikdə 2000 manat məbləğində pul vəsaitini geri qaytarmışdır. Ona dəymiş olan zərər 11147,7 manat məbləğində təşkil edir. (İ cild, i.v. 207- 209, İİ cild i.v. 64) Sənədə baxış keçirilməsi barədə xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 tərəfindən təqdim edilmiş Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs1 məxsus olan ələ keçirmiş olduğu qızıl-zinət əşyalarının siyahısını özündə əks etdirən dəftərin kserosurətinə baxış keçirilən zaman Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs1 məxsus ümumillikdə 585 əyarlı olmaqla 1069 qram, 750 əyarlı olmaqla 54,5 qram qızıl-zinət əşyalarının ələ keçirildiyi müəyyən edilmişdir. (İİ cild i.v. 65-81) Sənədə baxış keçirilməsi barədə xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 tərəfindən təqdim edilmiş Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs2 məxsus olan ələ keçirmiş olduğu qızıl-zinət əşyalarının siyahısını özündə əks etdirən dəftərin kserosurətinə baxış keçirilən zaman Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs2 məxsus ümumillikdə 750 əyarlı olmaqla 14,9 qram, 585 əyarlı olmaqla 116 qram qızıl-zinət əşyalarının ələ keçirildiyi müəyyən edilmişdir. Həmçinin baxış zamanı həmin dəftərdə olan qızıl-zinət əşyalarının siyahısının Təqsirləndirilən şəxs tərəfindən öz əl xətti ilə tərtib edildiyi, həmin siyahıda olan qızıl-zinət əşyalarının qarşısında çıx(-) işarəsi qoyulan Təqsirləndirilən şəxs tərəfindən mənimsənilmiş qızl-zinət əşyaları olduğu, qarşısında müsbət(+) işarəsi qoyulan və Təqsirləndirilən şəxs tərəfindən öz imzası ilə qol çəkmiş olduqları isə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 məxsus olan qızıl-zinət əşyalarından satışını həyata keçirtmiş olduğu qızıllardır. Siyahıda qeyd edilmiş və qabaqlarında 750 əyar işarəsi qoyulan qızıllar 750 əyardır. Qarşısında əyarı qoyulmayan qızıllar isə 585 əyar qızıllar olduğu müəyyən edilmişdir. (İİ cild i.v. 82-100) Sənədə baxış keçirilməsi barədə xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs3 tərəfindən istintaqa təqdim edilmiş Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs3 məxsus olan ələ keçirmiş olduğu qızıl-zinət əşyalarının siyahısını özündə əks etdirən dəftərin kserosurətinə baxış keçirilən zaman Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs3 məxsus ümumillikdə 585 əyarlı olmaqla 70,22 qram, 750 əyarlı olmaqla 91,47 qram qızıl-zinət əşyalarının ələ keçirildiyi müəyyən edilmişdir. (İİ cild i.v. 101-102) İnternet informasiya resurslarında olan elektron xəritəyə baxış keçirilməsi barədə xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Səbail rayon icra hakimiyyətinin rəsmi internet səhifəsi olan “sabail-ih.gov.az” səhifəsində yerləşən http://sabailih.gov.az/az/map.html linkə daxil olaraq Səbail rayonunun inzibati ərazi dairəsinin yurisdiksiyasma aid olan əraziləri özündə əks etdirən elektron xəritəyə baxış keçirilən zaman “Mərkəzi Univermaq” ticarət mərkəzinin Bakı şəhəri, Səbail rayonu, Azərbaycan prospekti 10 ünvanında yerləşdiyi, Rabitə Bank ASC-nin “Mərkəz” filialının isə ünvan 4 ünvanında yerləşdiyi müəyyən edilmişdir. (İİ cild i.v. 103-105) Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin əməliyyat-sorğu kartotekasında Təqsirləndirilən şəxs məhkumluğu barədə heç bir məlumat yoxdur. (İİ cild, i.v. 120-122) xx.xx.2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur. (İİ cild i.v. 126) xx.xx.2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs2 tərəfindən təqdim edilmiş Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs2 məxsus olan ələ keçirmiş qızıl-zinət əşyalarının siyahısını özündə əks etdirən dəftərin kserosurəti maddi sübut kimi tanınaraq cinayət işinin materiallarında saxlanılmışdır. (İ cild, i.v. 127-162) xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 179.3.2-ci maddəsi ilə yenidən təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. (İİ cild i.v. 164-165) xx.xx.2025-ci il tarixli qəbzdən və ərizdən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs3 1000 manat ödənilmiş, bununla da 25000 manat mülki iddia tələbindən ona 3000 manat qaytarılmışdır. Cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq zərərçəkmiş şəxslərin, şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkəmə belə nəticəyə gəlir ki; Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə CM-in 179.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsində təqsirli olması kifayət qədər sübuta yetirildi. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli CMin 179.3.2-ci maddəsi ilə düzgün olaraq tövsif olunmuş və o, həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilməsi, Zərərçəkmiş şəxs1 vurmuş olduğu ziyanın ittihamda qeyd olunan məbləğdə olmaması və s. ilə bağlı verdiyi ifadələri iş üzrə toplanmış sübutlar, o cümlədən Zərərçəkmiş şəxs1 ifadəsi, şahidlərin ifadələri, üzləşdirmə protokolu, sənədə baxış keçirilməsi barədə xx.xx.2024-cü il tarixli protokol və işin faktiki halları ilə tam təkzib edildiyindən, həmçinin iş materiallarında olan sübutlarla təsdiq edilmədiyindən və işin faktiki halları ilə uyğunluq təşkil etmədiyindən məhkəmə Təqsirləndirilən şəxs həmin ifadələrini işin faktiki hallarına uyğun olmayan və özünü müdafiə xarakterli ifadə, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yayınmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək sübut qismində qəbul etmir. Eyni zamanda Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə bağlı ibtidai istintaq zamanı dindirilərkən verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş qismən etirafedici ifadələri iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadələri də sübut kimi qəbul edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 23-cü bəndində qeyd edilir ki, “Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Deveyer Belçikaya qarşı» iş üzrə qərarında göstərmişdir ki, «ittiham» termininə formal cəhətdən deyil, məzmun cəhətdən anlayış verilməlidir və Məhkəmə ittihamın zahiri təzahürlərinin arxasında nəyin durduğunu nəzərdən keçirməli və ittihamın irəli sürülməsi prosedurunun reallıqlarını araşdırmalıdır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə CM-in 59-cu maddəsinə əsaslanmaqla təqsirləndirilən şəxsin cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsini, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2lə barışıq əldə edilməsini, əvvəllər məhkum olunmamasını, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını, gənc olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. CM-in 61-ci maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 179.3.2-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı, CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edilməklə həmin cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcəyindən, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməli, onun barəsində həbs qətimkan tədbiri seçilməli, o, məhkəmə iclas zalında dərhal həbs edilməlidir. Habelə, Təqsirləndirilən şəxs barəsində seçiləcək həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. Məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 300 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs2 tərəfindən təqdim edilmiş Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs2 məxsus olan ələ keçirmiş qızıl-zinət əşyalarının siyahısını özündə əks etdirən dəftərin kserosurəti cinayət işinin materiallarında saxlanılmalıdır. Müdafiəçi Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, məhkəmə iclaslarında iştirak edərək Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə 28 aprel 2025-ci il tarixədək 56 saat olmaqla ümumilikdə 88 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin: 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə 28 aprel 2025-ci il tarixədək 56 saat olmaqla ümumilikdə 88 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 88 saat hüquqi yardıma görə Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi üçün 28 aprel 2025-ci il tarixədək hər iş saatına 6 manat, sonrakı vaxt üçün hər iş saatına 11 manat hesab edilməklə, cəmi 688 manat məbləğində pul köçürülməlidir. Zərərçəkmiş şəxs3 mülki iddia ilə məhkəməyə müraciət edərək X1 ona olan 25000 manat borcun və ödənilmiş 165 manat dövlət rüsumunun tutularaq ona qaytarılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs3 məhkəməyə ərizə təqdim edərək, həm də məhkəmə iclasında bildirmişdir ki, 25000 manat mülki iddianın 3500 manatının qaytarıldığını təsdiq edib 21500 manat mülki iddianı tələb etdiyini bildirmişdir. Mülki iddia onunla əsaslandırılmışdır ki, o, 2015-ci ildən Bakı Mərkəzi Univermağında (MUM) işləyir, qızılın alqı-satqısı ilə məşğuldur. Cavabdeh Təqsirləndirilən şəxs digər şöbədə qızıl alqı-satqısı ilə məşğul olub. Təqsirləndirilən şəxs ondan təqribən bir-neçə il əvvəl cinayət işinin materiallarında olan 25.000 (iyirmi meş min) manat dəyərində zinət əşyalarını sataraq pulunu ona verməsi məqsədi ilə götürmüş və bu günədək ona faktiki olaraq qaytarmamışdır (il yarım əvvəl cəmi 2000 manat pul qaytarmışdır). Bu səbəbdən məcbur olub hüquq-mühafizə orqanlarına şikayət ərizəsi ilə müraciət etmişdir və cavabdehin barəsində cinayət işi açılmışdır. Hal-hazırda iş Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatındadır. Məhkəmə mülki iddianın dəlillərini, cinayət işinin materiallarını araşdırıb, tədqiq edərək belə hesab edir ki, mülki iddia qismən təmin edilməlidir. Zərərçəkmiş şəxs - mülki iddiaçı məhkəmə baxışı zamanı mülki iddianı müdafiə edərək mülki iddianın(azaldılmış məbləğdə) təmin olunmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs - mülki cavabdeh məhkəmə baxışı zamanı mülki iddiaya etiraz edərək təmin olunmamasını xahiş etmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 89.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki və ya hüquqi şəxs mülki iddiaçı qismində tanınır. 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. 181.1.1-ci maddəsinə əsasən ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda əmlakına vurulmuş ziyana görə fiziki şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır. Azərbaycan Respublikasınınnın Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, mülki cavabdeh – Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə təqsiri məhkəmə araşdırılması zamanı təsdiqini tapdığından onun vurulmuş zərərlə bağlı həm də mülki məsuliyyəti yaranmışdır. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs – mülki cavabdeh Təqsirləndirilən şəxs ona etibar edilmiş zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs3 əmlakını talamaqla onun xeyli miqdarda - 13.147,7 manat dəyərində qızıl-zinət əşyalarını ələ keçirib mənimsəmiş, ona maddi ziyan vurmuş, vurduğu maddi ziyandan 3.500 manat ödəniş etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs - mülki cavabdeh Təqsirləndirilən şəxs vurulmuş maddi ziyana görə 9.647,7 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 117 manat, ümumilikdə 9.764,7 (doqquz min yeddi yüz altmış dörd manat yetmiş qəpik) manat məbləğində pulu tutularaq zərərçəkmiş şəxs – mülki iddiaçı Zərərçəkmiş şəxs3 ödənilməli, iddia tələbi üzrə ödənilmiş dövlət rüsumunun 48 manat məbləğində hissəsi mülki iddiaçıya adi edilməlidir. Zərərçəkmiş şəxs1 mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququ izah olunmalıdır. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin, onun barəsində həbs qətimkan tədbiri seçilsin, o, məhkəmə iclas zalında dərhal həbs edilsin və onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Bu hissədə hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə olunsun. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəkməklə ona təyin edilmiş cəzanın əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın. İş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs2 tərəfindən təqdim edilmiş Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs2 məxsus olan ələ keçirmiş qızıl-zinət əşyalarının siyahısını özündə əks etdirən dəftərin kserosurəti cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 300 (üç yüz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 88 saat hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi üçün 28 aprel 2025-ci il tarixədək hər iş saatına 6 manat, sonrakı vaxt üçün hər iş saatına 11 manat hesab edilməklə, cəmi 688 (altı yüz səksən səkkiz) manat məbləğində pul köçürülsün. İş üzrə mülki iddia qismən təmin edilsin. Mülki cavabdeh Təqsirləndirilən şəxs vurulmuş maddi zərərin əvəzi olaraq 9.647,7 manat (doqquz min altı yüz qırx yeddi manat yetmiş qəpik) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 117 (yüz on yeddi) manat, ümumilikdə 9.764,7 (doqquz min yeddi yüz altmış dörd manat yetmiş qəpik) manat məbləğində pul vəsaiti tutularaq mülki iddiaçı Zərərçəkmiş şəxs3 ödənilsin. İddia tələbi üzrə ödənilmiş dövlət rüsumunun 48 manat məbləğində hissəsi mülki iddiaçıya adi edilsin. Zərərçəkmiş şəxs1 mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququ izah olunsun. Cinayət işi üzrə xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən hakim Mahirə Kərimova Hakimlər: Fəxri Məmmədov Anar Sadıqov
Məhkəmə qərarları › İş №1(101)-364/2025
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-364/2025
02.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver