Məhkəmə qərarları › İş №1(101)-365/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-365/2021

17.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-365/2021 17.03.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Xankişiyev Mirzə Aslan oğlunun sədrliyi ilə, hakimlər Mahmudov İlham Ağa oğlu və Qəniyev Faiq Əsəd oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X13, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər Müdafiəçi2 və Müdafiəçi1 iştirakları ilə xx.xx.1980-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasnın vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, A.Abdullayev küçəsi, ev 23 A, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş və hal hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri ilə xx.xx.1991-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasnın vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Sülh küçəsi, ev 1, mənzil 25-də qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs2, satış məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 və şəxsiyyəti istintaqa məlum olmayan, lakin “Rais” kimi adlandırılan şəxslə qabaqcadan əlbir olub qrup təşkil edərək, aralarında aparılmış vəzifə bölgüsünə əsasən o, 2020-ci ilin mart ayının ortalarında Biləsuvar rayonunda İran İslam Respublikasının vətəndaşı, şəxsiyyəti istintaqa “Rais” kimi məlum olan şəxsdən qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələr əldə edib daşıyaraq Təqsirləndirilən şəxs1lə birlikdə kirayə yaşadıqları ünvan 2 saylı yaşayış evinə gətirmiş və həmin ünvanda saxlamış, əldə etdikləri külli miqdarda narkotik vasitə və psixotrop maddələrin bir qismini şəxsiyyəti istintaqla araşdırılan müxtəlif şəxslərə satmış, xx xxxxx 2020-ci il tarixdə saat 21:50-də Daxili İşlər Nazirliyinin “102 zəng mərkəzinə” edilmiş məişət səs-küyünə dair məlumat əsasında həmin gün qeyd olunan ünvana getmiş Nəsimi RPİ-nin 22-ci PŞ-nin əməkdaşları onun və mənzildə yaşayan Təqsirləndirilən şəxs1 razılığı əsasında mənzilə daxil olduqda, mənzildə olan sonunculara məxsus üzərində “Nike” yazısı, içərisində narkotik vasitə-heroin izləri və cüzi miqdarda narkotik təbiətli çətənə (kannabis) bitkisinin hissəcikləri olan qara rəngli idman çantasının içərisindən tərkiblərinə görə eyni olan 1 ədəd sellofan bükülüdə təmiz çəkisi 33, 098 qram və 1 ədəd parça kisəsinin üzərində təmiz çəkisi 0,379 qram, ümumilikdə çəkisi 33,477 qram olan bitki mənşəlli kütələlər, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuana, 01 ədəd bükümdə təmiz çəkisi 14,712 qram olan qəhvəyi rəngli, toz şəkilli kustar üsulla hazırlanmış narkotik vasitə olan külli miqdarda heroin, 01 ədəd polietilen torbacıqda təmiz çəkisi 1,696 qram olan ağ rəngli, kristal şəkilli kütlə, kustar üsulla hazırlanmış, psixotrop maddə metamfetamin, kimyəvi komponent tərkiblərinə görə öz aralarında uyğunluq təşkil edən 02 ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 56,203 qram və 903,2 qram, ümumilikdə təmiz çəkisi 959,403 qram olan tünd qəhvəyi rəngli qətrana bənzər kütlə, xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan külli miqdarda tiryək, üzərində heroin izləri müəyyən edilmiş 1 ədəd “SF-400” markalı və 01 ədəd “QC.pass5” markalı elektron tərəzilər aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs1, qəsdən, satış məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 və şəxsiyyəti istintaqa “Rais” kimi məlum olan şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək aralarında aparılmış vəzifə bölgüsünə əsasən Təqsirləndirilən şəxs2 2020-ci ilin mart ayının ortalarında Biləsuvar rayonunda İran İslam Respublikasının vətəndaşı, şəxsiyyəti istintaqa “Rais” kimi məlum olan şəxsdən qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələr əldə edib daşıyaraq Təqsirləndirilən şəxs1lə birlikdə kirayə yaşadıqları ünvan 2 saylı yaşayış evinə gətirmiş və həmin ünvanda saxlamış, əldə etdikləri külli miqdarda narkotik vasitə və psixotrop maddələrin bir qismini şəxsiyyəti istintaqla araşdırılan müxtəlif şəxslərə satmış, xx xxxxx 2020-ci il tarixdə saat 21:50-də Daxili İşlər Nazirliyinin “102 zəng mərkəzinə” edilmiş məişət səs-küyünə dair məlumat əsasında həmin gün qeyd olunan ünvana getmiş Nəsimi RPİ-nin 22-ci PŞ-nin əməkdaşları onun və mənzildə yaşayan Təqsirləndirilən şəxs2 razılığı əsasında mənzilə daxil olduqda, mənzildə olan sonunculara məxsus üzərində “Nike” yazısı, içərisində narkotik vasitəheroin izləri və cüzi miqdarda narkotik təbiətli çətənə (kannabis) bitkisinin hissəcikləri olan qara rəngli idman çantasının içərisindən tərkiblərinə görə eyni olan 1 ədəd sellofan bükülüdə təmiz çəkisi 33, 098 qram və 1 ədəd parça kisəsinin üzərində təmiz çəkisi 0,379 qram, ümumilikdə çəkisi 33,477 qram olan bitki mənşəlli kütələlər, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, 01 ədəd bükümdə təmiz çəkisi 14,712 qram olan qəhvəyi rəngli, toz şəkilli maddə kütləsi, kustar üsulla hazırlanmış narkotik vasitə olan külli miqdarda heroin, 01 ədəd polietilen torbacıqda təmiz çəkisi 1,696 qram olan ağ rəngli, kristal şəkilli kütlə, kustar üsulla hazırlanmış, psixotrop maddə metamfetamin, kimyəvi komponent tərkiblərinə görə öz aralarında uyğunluq təşkil edən 02 ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 56,203 qram və 903,2 qram, ümumilikdə təmiz çəkisi 959,403 qram olan tünd qəhvəyi rəngli qətrana bənzər kütlə, xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan külli miqdarda tiryək, üzərində heroin izləri müəyyən edilmiş 1 ədəd “SF-400” markalı və 01 ədəd “QC.pass5” markalı elektron tərəzilər aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 məhkəmə iclasında ifadə verərək göstərdi ki, o, 2020-ci ilin aprel ayında krayə yaşadıqları mənzildə olduqları zaman səs gücləndiriciyə səs verərək, yüksək səslə musiqiyə qulaq asmağa başlamışlar. Bir müddət sonra kiminsə qapını döydüyünü eşidib, Rüfət qapını açmağa getmiş və qapı açılan zaman polis əməkdaşların olduğunu görmüşlər. Polis əməkdaşları səs-küylə bağlı Rüfətin izahını gözləmişdir. O, polisləri görən kimi narkotik olan çantanı əlinə götürərək, başqa otaqa keçməyə çalışmışdır ki, çantanı gizlətsin. Lakin, həmin vaxt polislərdən biri onların narkotik aludəçisi olduğundan şübhə etmiş və çantanın içərisində nə olmasını və hansı məqsədlə çantanı gizlətdiyini soruşmuşdur. O da çıxış yolu olmadığından səmimi olaraq etiraf etmişdir ki, çantanın içərisində narkotik var. Sonra polislər onların razılığı və iştrakı ilə video çəklişlə çantaya baxış keçirmişlər. Sonra onları polis şöbəsinə aparmışlar. Təqsirləndirilən şəxs1 məhkəmə iclasında ifadə verərək göstərdi ki, 2020-ci ilin aprel ayında mənzildə olduqları zaman icarə götürdüyü evdə səs gücləndirici ilə musiqiyə ucadan səs verərək musiqi dinləmişlər. Sonra qapının döyüldüyünü eşitmişdir. Qapını açmağa getmiş, qapını açandan sonra polis əməkdaşların olduğunu görmüşdür. Özünü itirmiş və həycanlanmışdır. Polis əməkdaşı ona bildirmişdir ki, musiqini yüksək səslə qulaq asdıqları üçün qonşu 102 xidmətinə şikayət etmişdir. O da polislərin suallarına cavab vermək üçün evin içərisinə dəvət etmişdir. Polislər evin içərisində olanda Elnur narkotik vastə olan çantanı əlinə alaraq digər otağa apararaq gizlətməyə çalışmışdır. Həmin vaxt polis əməkdaşından biri onların narkotik təsir altında olduqlarından sübhə etmiş və çantanın içərisində nə olmasını soruşmuşdur. Bu vaxt çıxılmaz vəziyyətdə qaldıqları üçün səmimi olaraq Elnur etiraf etmiş, sonra video çəklişlə cantaya baxış keçirilmiş, Elnur çantanın içərisində olan bütün əşyaları masanın üzərinə qoymuşdur. Daha sonra çantadan çıxan bütün əşyaları polis əməkdaşı qablaşdıraraq götürmüş və sonra onları polis əməkdaşları sənədləşmə aparılması üçün polis şöbəsinə aparmışlar. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yuxarıda göstərilən cinayət əməlini törətmələri özlərinin etirafedici ifadələrindən başqa məhkəmə iclasında dindirilmiş, şahid ifadələri, ekspert rəyləri və digər sübutlarla kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində göstərdi ki, o, Nizami Rayon Polis İdarəsinin 22-ci Polis şöbsəsinin əməliyyat müvəkkili vəzifəsində çalışır. 2020ci ilin aprel ayının birində saat təxminən 22 radələrində Daxilli İşlər Nazirliyinin 102 xidmətinə ünvan 1 ünvanında yaşayan vətəndaş Şahid3 müraciət edərək, qonşusunun evindən gələn musiqi səs-küyündən narahat olduğunu bildirib, hadisə ilə bağlı qanuni tədbir görülməsini xahiş etmişdir. Həmin məlumata əsasən, Nəsimi Rayon Polis şöbənin əməkdaşları ilə məlumat daxil olmuş ünvana yollanmışlar. Ünvana gedən zaman şikayətçi onlara ünvanın harda yerləşdiyini göstərmiş, onlar həmin ünvana yaxınlaşaraq qapını döymüşlər, içəridəki səs-küyə görə qapıya yaxınlaşan olmamışdır. Təxminən 20 dəqiqədən sonra Təqsirləndirilən şəxs1 qapını açmış və həmin mənzildə kirayə yaşadığını bildirmişdir. Onlar, Təqsirləndirilən şəxs1 mənzildən gələn səs-küylə bağlı 102 xidmətinə məlumat daxil olduğunu bildirmişlər. Rüfətin həmin vaxt suallardan yayınması, özünü şübhəli aparması və dayanmadan evə göz gəzdirməsi onları şüphələndirmişdir. Sonra digər otaqdan iri addımla Təqsirləndirilən şəxs2 digər otaqa əlində qara çantası ilə keçərkən onların diqqətini çəkmişdir. Elnurdan çantanın içərisində nə olduğunu soruşanda, o səmimi etiraf edərək bildirmişdir ki, çantanın içərisində narkotik vasitə var. Sonra sumkaya videoçəkilişlə baxış kerilərkən sumkada narkotik vasitə olduğunu görmüşlər. Daha sonra onları polis şöbəsinə dəvət etmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş AR DİN-nin Nəsimi RPİ-nin 22ci PŞ-nin əməkdaşları X18 oğlu, X14 və Şahid7 şahid X1 ifadəsinə uyğun ifadə vermişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X9 ifadəsində göstərdi ki, maddi vəziyyəti yaxşı olmadığına görə evini kirayə verməyə qərara gəlmiş, xx xxxx 2020-ci il tarixdə Rüfətlə kirayə müqaviləsi bağlamışdır. Şərtlərə əsasən Rüfət ona ayda 800 manat pul vermişdir. Arada mənzilə gələrək nəzər yetrirmişdir. Ara sıra mənzildə Rüfətin dostu Elnuruda görmüşdür. Öncədən bildirmişdir ki, dostuda arada onunla qalacaq. xx xxxxx 2020-ci il tarixdə Nəsimi Rayon Polis İdarəsinin 22 Polis bölməsindən ona zəng edərək bildirmişlər ki, kirayə verdiyi mənzildən narkotik vasitə və psixotrop maddə aşkarlanıb. Dərhal polis bölməsinə getmiş və orda bildirmişdir ki, əvvəllər mənzilə gedərək hansısa şüphəli bir əşya yaxud maddə görməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, onun bu günə kimi heç bir qonşu ilə arasında pis münasibəti olmamış, həmişə mehriban olmuşdur. Qonşusunun evində kirayə kimi yaşıyan Rüfət və Elnur mənzildə dəfələrlə səsküy yaradaraq rahatçılıqlarını pozmuşlar. O, dəfələrlə bununla bağlı qapıların döysədə heç vaxt qapını açmamışlar. Sonuncu dəfə yenə musiqiyə yüksək səs verərəq sakitçiliyi pozmuşlar. O da bu səbəbdən 102 xidmətini yığaraq şikayətini bildirmişdir. Təxminən bir qədər keçəndən sonra Nəsimi Rayon Polis İdarəsinin Polis şöbəsinin əməkdaşları oraya gəlmişlər. Polis əməktaşları qapını döysələrdə qapını açan olmamışdır. Təxminən 15 dəqiqədən sonra qapını açmışlar. Qapını açan şəxsin razılığı ilə polis əməkdaşları mənzilə daxil olmuş, sonradan məlum olmuşdur ki, həmin şəxslər narkotik istifadəçisidirlər və həmin gün psixotrop maddələrin təsiri altında olmuşlar. İş üzrə şahid qismində dindirilmiş Şahid1 istintaqa verdiyi ifadəsində göstərmişdir ki, xx xxxxx 2020-ci il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsində olarkən atasının dostu Təqsirləndirilən şəxs1 görmüş və ondan onu Bakı şəhərinə aparmasını xahiş etmişdir. Həmin vaxt Rüfət ona razılq vermişdir və o, Rüfət və sonradan adını Elnur kimi bildiyi şəxslə birlikdə Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektində olan evə gəlmişdirlər. Bakı şəhərinə gəlib çatdıqda Elnur həmin avtomobilin yük yerindən idman bel çantasını götürmüşdür. Birlikdə Bakı şəhəri Nəsimi rayonu Azadlıq prospektində yerləşən Rüfətin müvəqqəti olaraq kirayə tutduğu mənzilə gəlmişlər. Mənzilin qonaq otağında sakit oturmuşdur. Ancaq Rüfət və Elnur mənzildə bütün otaqlara girsələr də onu girdikləri otaqlara qoymamışlar. xx xxxxx 2020-ci il tarixdə gecə saatlarında evdə Elnur və Rüfət mənzildə olan səs gücləndiricilərə tam səs verərək musiqiyə qulaq asmışlar. Bu vaxt evdə çox səs-küy olduğundan səs ətrafa da yayılmışdır. xx xxxxx 2020-ci il tarixdə gecə saat 23 radələrində Rüfət və Elnur evdə musiqiyə qulaq asarkən qaldıqları mənzilin qapısı döyülmüş, həmin vaxt Rüfət qapıya yaxınlaşaraq mənzilin qapısını açıb polis əməkdaşlarını evə dəvət etmişdir. Polis əməkdaşları qonaq otağına gəlib hansı məqsədlə musiqiyə yüksək səslə qulaq asdıqlarını və nə səbəbə qonşuları yüksək səslə narahat etdiklərini sorğu sual etmişlər. Bu zaman Rüfət onlarla söhbət edərkən polis əməkdaşları onun narkotik vasitə təsiri altında olub-olmadığını soruşduqda Elnur əlində olan avtomobildən gətirdiyi qara rəngli idman bel çantasını polis əməkdaşlarını görüb gizlətmək istədikdə həmin polis əməkdaşları Elnurdan çantanın içşərisində nələrin olmasını sorğu sual etməyə başlamışlar. Artıq Elnur çantanın içərisində olanları gizlədə bilməyəcəyini düşünüb həmin çantanın içərisində narkotik vasitələrin olduğunu etiraf etmişdir. Bundan sonra polis əməkdaşları 22-ci polis şöbəsi ilə əlaqə saxlayıb sənədləşmə işləri üçün əlavə əməkdaş dəvət etmişlər. Bundan sonra mənzilə gələn polis əməkdaşları həmin çantaya baxış keçiridikdə oradan müxtəlif ölçülərdə narkotik vasitələr və elektron tərəzilər aşkar edilərək götürülmüşdür. Bundan əlavə onların çantlarında boş və dolu kibrit qutuları olmuşdur. Həmin əşyalar da polis əməkdaşları tərəfindən götürülmüş və sənədləşmə aparılması üçün onları 22-ci PŞ-nə dəvət etmişlər. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə kimyəvi ekspertizasının xx xxxxx 2020-ci il tarixli, 6/351 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “ AR DİN “ Zərflər üçün N 190” möhür əksi və “Bakı şəhər Nəsimi rayonu, Azadlıq prospekti ev 43 mənzil 47-də aşkar olunmuş maddələr ” əl yazıları olan bir ədəd kağız paketdəki 01 ədəd bükümdə təmiz çəkisi 14.712 qram olan qəhvəyi rəngli, toz şəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir, 01 ədəd p/e torbacıqda təmiz çəkisi 1.696 qram olan ağ rəngli, kristal şəkilli kütlə kustar üsulla hazırlıanmış psixotrop maddə metamfetamindir, 02 ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 56.203 qram və 903.2 qram, ümumi təmiz çəkisi 959.403 qram olan tünd qəhvəyi rəngli qətrana bənzər kütləxaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-tiryəkdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-bioloji ekspertizasının xx xxxxx 2020-ci il tarixli, 7/120 nömrəli rəyindən görünür ki, -tədqiqata təqdim edilmiş kağız paketdəki l(bir) ədəd sellofan bükülüdə təmiz çəkisi -33, 098 qram və bir ədəd parça kəsiyinin üzərində təmiz çəkisi-0,379 qram , olan bitki mənşəlli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə , qurudulmuş marixuanadır. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə kimyəvi ekspertizasının xx xxx 2020-ci il tarixli 6/432 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Bakı ş. Nəsimi r-nu, azadlıq prospekti ev 43 mənzil 47-də aşkar olunmuş maddələr” kağız paketdə olan 02 ədəd bağlamadakı tiryək kütlələri kimyəvi komponenet tərkiblərinə görə öz aralarında uyğunluq təşkil edirlər. Üzərində “Nike” yazısı olan qara rəngli çantada və həmin çantadakı “SF-400” markalı, “QC.pass5” markalı elektron tərəzilərin səthlərində narkotik vasitə- heroinin izləri müəyyən edildi. İz mikrohissəcikləri cüzi miqdar təşkil etdiyindən eynilik tədqiqatlarının aparılması və çəkinin müəyyən edilməsi mümkün olmadı. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx xxxxx 2020-ci il tarixli 7/136 nömrəli məhkəmə-bioloji ekspertizasının rəyindən görünür ki, - təqdim edilmiş 01 (bir) ədəd qara rəngli, üzərində “Nike” yazısı olan idman çantasının içərisində cüzi miqdarda narkotik təbiətli çətənə (kannabis) bitkisinin hissəcikləridir. Həmin hissəciklər cüzi miqdarda olduğu üçün çəkisini müəyyən etmək və müqayisəli tədqiqat aparmaq mümkün olmadı. - Təqdim edilmiş 02 (iki) ədəd elektron tərəzilərin üzərində çətənə (kannabis) bitkisinin hissəcikləri yoxdur. - Təqdim olunmuş qəhvəyi rəngli kağız paketdəki 01 (bir) ədəd sellofan bükülüdə təmiz çəkisi -33, 078 qram və təmiz çəkisi -0,359 qram olan marixuanalar tərkiblərinə görə eynidirlər. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Ambulator məhkəmə psixiatrik ekspertizasının xx.xx.2020-ci il tarixli 924 və 926 saylı rəylərindən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hal-hazırda hər hansı bir psixi, xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmçinin törətdikləri əməl dövründə hər hansı bir psixi xəstəliyin və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri əşkar olunmayıb. Həmin dövrdə onlar, öz hərəkətlərinin faktiki xarakterinin və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşlar. Buna görə də Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri əməl barəsində “ANLAQLİ” hesab olunmalıdırlar. Onların əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxslər hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterinin və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadırlar. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məcburi müalicəyə ehtiyacları yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx xxxx 2020-ci il tarixli, 1632 nömrəli ambulator məcburi -narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 tiryək alkoloidlərinin tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində aslılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx xxxx 2020-ci il tarixli , 1709 nömrəli ambulator məcburi-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 tiryək alkoloidlərinin tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində aslılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müaəlicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx xxxxx 2020-ci il tarixli, axtarış aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yaşadığı ünvan 2 ünvanında axtarış aparılmış və mənzilin qonaq otağındakı masa üzərindən 1 ədəd dəftər üzlüyü, 1 ədəd üzərində “Manuscript Book” yazıları olan göy rəngli kitabça, 1 ədəd üzərində “Azko group” yazıları olan qara rəngli kitabça, 6 ədəd “Milli ön” elektron ödəmə sistemindən çıxarılmış qəbzlər, 1 ədəd pul kisəsinin içərisindən 2 ədəd “xxxx banka” və 1 ədəd “Muğanbanka “ məxsus plastik kartlar, 1 ədəd GSM nömrə, 2 ədəd “Milli ön” elektron ödəmə sistemindən çıxarılmış qəbzlər, 1 ədəd Təqsirləndirilən şəxs1 məxsus “Nokia” markalı mobil telefon və içərisində 070 ***-**-** saylı GSM nömrə maddi sübut əhəmiyyət kəsb etdiyi üçün aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş ünvan 2 ünvanında aşkar edilmiş əşyalara baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 müvəqqəti olaraq kirayədə yaşadığı ünvan 2 ünvanında axtarış aparılarkən oradan aşkar edilərək götürülmüş 1 ədəd dəftər üzlüyü, 1 ədəd üzərində “manuscrıpt book” yazıları olan göy rəngli kitabça və 1 ədəd qara rəngli üzərində “azko group” yazıları olan kitabça, sonuncu kitabçadan aşkar edilərək götürülmüş Milli ön terminalını 6 ədəd qəbzi, 1 ədəd qara rəngli “Nokia” markalı mobil telefon, 1 ədəd pul kisəsi və həmin kisədən aşkar edilmiş 3 ədəd bank hesab kartı, 1 ədəd metro və ictimai nəqliyyatda istifadə zamanı nəzərdə tutulmuş bakıkart, “bilayn” GSM kartı, 2 ədəd “milli ön” terminalından çıxarılmış qəbzə baxış keçirilmişdir. Bakıkart hər hansı bir maddi sübut əhəmiyyəti kəsb etmədiyi üçün Təqsirləndirilən şəxs1 qaytarıldı. Daha sonra üzərində “xxxx” yazıları olan İD NR ASC 5535 nömrəsi olan üzərində Təqsirləndirilən şəxs1 şəkli olan vəsiqə hər hansı maddi sübut əhəmiyyəti kəsb etmədiyi üçün Təqsirləndirilən şəxs1 qaytarıldı. Qara rəngli “Nokia” markalı mobil telefon Təqsirləndirilən şəxs1 iştirakı ilə açıldı və həmin mobil telefonun ayarlar və mesaj ismarıc sisteminə baxıldıqda iş üzrə əhəmiyyət kəsb edəcək hər hansı bir məlumat və ismarıc aşkar edilmədi. Həmin mobil telefonda olan GSM nömrənin 070544- 16-76 saylı GSM nömrə olması müəyyən olundu. Üzərində “Muğanbank” yazıları yazılmış pul kisəsindən aşkar olunmuş 2 ədəd Rüfətə məxsus şəkil, 1 ədəd vizitkart, telefon enerjisi yığılması zamanı istifadə olunan başlıq əhəmiyyət kəsb edilmədiyindən şəxsin özünə qaytarıldı. Daha sonra həmin pul kisəsindən aşkar olunmuş qəbzlərə baxış keçirildi həmin qəbzlərə baxış keçirilərkən müəyyən edilidi ki, həmin qəbzlərə əsasən xx/xx/2020-ci il tarixdə kart nömrəsi : 4****0342, hesab nömrəsi ******************** olan hesaba 2000 azn, habelə xx/xx/2020-ci il tarixdə kart nömrəsi 4****4190, ******************** saylı hesab nömrəsinə 600 Azn pul göndərilmişdir. Həmin qəbzlər barədə X3 narkotik vasitələrin satışından əldə etdiyi pulun həmin bank hesablarına göndərdiyini, lakin həmin qəbzdə adı soyadı atasının adı yazılmış şəxsi tanımadığı bildirdi. Pul kisəsindən aşkar edilərək götürülmüş xxxx banka məxsus olan “**********891757, yaralılıq müddəti 02/22, üzərində 112AZN ******* AZN 112 yazılan olan “Visa electron” yazıları yazılmış bank kartı, xxxx Banka məxsus olan, üzərində **********981472, yararlılıq müddəti 02/22, üzərində aşağı ön sol tərəfində 112 AZN ******* AZN 112 , sağ aşağı ön hissədə “Visa electron” yazılan olan bank kartı, Muğanbanka məxsus olan üzrində **********011062 nömrəsi yazılmış, yararlılıq müddəti 05/19 olan, sol aşağı ön hissəsində “MR. RUFAT ORUJALİYEV” yazısı olan bank kartına baxış keçirildikdə X20 Banka məxsus bank kartının aylıq məvacib kartı olduğunu, digər iki kartın isə narkotik vasitələrin və psixotrop maddələrin satışından əldə edilmiş pul vəsaitlərinin həmin bank kartlarına köçürüldüyünü bildirdi. Bundan sonra mənzildə axtarış aparılarkən qonaq otağında masanın üzərindən götürülmüş dəftər üzlüyünə baxış keçirildi və dəftər üzlüyünün içərisində sol tərəfində “cola-5qr”, “daş - 55+5.5”, “2 qr -Elç”, “3qr-Rah” , 2 qr-Elç”, “05-Elçin verdi-50m”, “1 qr-Rahib-verdi 150m, “ 10 luq Xəyyam verdi 10m”, “ 0,5-Elçin-ver 20m, 0,5 -Rüf, dəftər üzlüyünün sağ tərəfındəqrafa şəklində sütun başlığında “Pat, Cola, pul” söğzləri yazılmış həmin sütunların alktmda 1.7, cola altında 1+2, pul altında isə 20 sözləri yazılmış, həmin sütunların sol tərəfində isə Rakış, Çələb, Xəyyam sözləri yazılmışdır. İş üzrə Təqsirləndirilən şəxs1 baxış zamanı, habelə axtarış zamanı bildirdi ki, yuxarıda göstərilən “cola” yazısı kakos, yəni heroin deməkdir. Narkotik vasitəni qəbul edən və satan şəxslər arasında yayılmış adıdır. “Pat” yazısı “Patı deməkdir, yəni metamfetamin adlı psixotrop maddənin narkotik və psixotrop maddəni qəbul edən və satan şəxslər arasında verilmiş jarqon addır. Dəftər üzlüyünün içərisində sol tərəfində “cola-5qr”, “daş -55+5.5”, “2 qr -Elç”, “3qr-Rah” , 2 qr-Elç”, “05-Elçin verdi-50m”, “1 qr-Rahib-verdi 150m, “ 10 luq Xəyyam verdi 10m”, “ 0,5-Elçin-ver 20m, 0,5 -Rüf yazıları isə narkotik vasitə və psixotrop maddənin satışı zamanı adları yazılan şəxslərə verilən miqdar və həmin miqdara görə aldığı pul vəsaitlərinin məbləğidir. Həmin şəxslərin isə konkret olaraq kimlər olması barədə hər hansı bir məlumatı xatırlamır. Daha sonra isə üzərində “azko group” yazısı olan kitabçaya baxış keçirilməyə başlandı. Kitabçanın iç vərəqələri cırılmış vəziyyətdə olduğundan kənar sağ küncündə baxış zamanı anlaşılmazlıq yaratmaması üçün şərti olaraq sağ küncündə nömrələndi. Kitabçanın nömrələri yalnız yazılmış vərəqələrə qeyd edildi. İlk öncə kitabçadan cırılması ehtimal olunan vərəqələr nömrələndi. 1, 2, 4, 5, 6, 7, 8, 19, 20, 21, 22, 23, 26, 28, 29, 31, 32, 36, 40-cı vərəqələrdə “patı”, “P”, “Q”, “qara”, “Daş” “Ot”, “T”, “Cola”, “K” hərf və yazıları vardır və həmin yazıların önündə müxtəlif pul məbləğləri və müxtəlif çəki göstəriciləri və müxtəlif şəxslərin adları yazılmışdır. Baxış zamanı iştirak edən Təqsirləndirilən şəxs1 kitabçada qeyd olunan “patı”, i “P”, “Q”, “qara”, “Daş” “Ot”, “T”, “Cola”, “K” hərf və yazılarının narkotik vasitə və psixatrop maddə olan metamfetamin, tiryək, heroin və marixuana adlı narkotik vasitə və psixotrop maddə olduğunu həmin rəqəm, çəki və adların isə narkotik vasitə və psixotrop maddələrin satıldığı şəxslərin adlan, həmin maddə və vasitələrin çəkiləri və satışdan əldə olunan pul vəsaitlərinin məbləği olduğunu bildirdi. Həmin satışdan əldə olunan pul vəsaitlərini isə şəxsiyyəti istintaqa “Rais” kimi məlum olan şəxslə internet üzərindən danışıq aparılarkən qeyd etdiyi bank hesblarma “Milli ön” ödənniş terminalı vasitəsilə ödədiyini bildirdi. Daha sonra mənzildə axtarış aparılması zamanı mənzilin qonaq otağının masasından aşkar edilmiş qeyd olunan kitabçanın arasından aşkar edilmiş 6 ədəd qəbzə baxış keçirildi. Baxış zamanı pul vəsaitlərinin müxtəlif vaxtlarda kart nömrəsi: 4****0342, hesab nömrəsi ******************** olan hesaba və 4****5157 kart nömrəsi, ******************** saylı hesaba köçürüldüyü müəyyn oldu. Təqsirləndirilən şəxs1 narkotik vasitə və psixotrop maddənin satışı zamanı əldə olunmuş pul vəsaitlərinin “Milli ön “ ödəniş terminalı vasitəsilə qeyd olunan hesab nömrələrinə “Rais adlı şəxsə göndərdiyini qeyd etdi. Mənzildə axtarış zamanı aşkar edilmiş 1 ədəd göy rəngli üzərində manuscrıpt book” yazıları olan kitabçada iş üzrə əhəmiyyət kəsb edəcək hər hansı bir məlumat aşkar edilmədi. Mənzildə axtarış zamanı aşkar edilmiş 1 ədəd“Bilayn” nömrənin isə Təqsirləndirilən şəxs1 uzun müddətdir ki, işlətmədiyini və bağlı olduğunu qeyd etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilmiş və üzərindən 300 manat pul, “xxxx Bank” ASC-yə məxsus bank hesab kartı, “Xiaomi” markalı mobil telefon, siqaret qutusu və göz dərmanı aşkar edilmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilmiş və şəxsiyyət vəsiqəsi, bonus kartı, 02 ədəd iş vəsiqəsi və “Samsung” markalı mobil telefon aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxsin müdafiəçisi X10 iştirakı ilə “xxxx Bank” ASC-nin xx xxx 2020-ci il tarixli 157000/2-1656 saylı müşayət məktubu ilə cinayət işinin materiallarına əlavə edilmiş bank məlumatlarına baxış keçirilmişdir. Qeyd olunan bank məlumatları Təqsirləndirilən şəxs2, X4, X11 və X5 məxsus bank məlumatlandır. Baxış zamanı Təqsirləndirilən şəxs2 məxsus bank hesablarına keçirilmiş baxış zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs2 bank hesab nömrəsi ******************** saylı hesabdır, həmin hesaba müxtəlif vaxtlarda ödəniş terminalıdan pullar mədaxil edilmişdir. Təqsirləndirilən şəxs2 baxış zamanı bildir ki, o, narkotik vasitələrin və psixotrop maddələrin satışından əldə olunan pul vəsaitlərini qeyd olunan hesaba mədaxil etmişdir. Daha sonra X5 (******************** saylı), X6 məxsus (******************** saylı), X2 (********************) hesaba Təqsirləndirilən şəxs2 iştirakı ilə baxış keçirildi. Baxış zamanı müxtəlif vaxtlarda adları qeyd olunan şəxslərin hesablarına daxil olmuş pul vəsaitlərini göstərib qeyd etdi ki, o və Təqsirləndirilən şəxs1 narkotik vasitə və psixotrop maddələrin satışından əldə etdiyi pul vəsaitlərini “Rais” adlı şəxsin onlara qeyd etdiyi həmin hesablara göndərmələrini tələb etmiş və onlarda müxtəlif vaxtlarda ödəniş terminalı vasitəsilə həmin əldə olunan pul vəsaitlərini qeyd olunan şəxslərin hesablarına göndərmişdir. Lakin, həmin şəxsləri tanımır, onları görməmiş və onların harada yaşaması barədə konkret olaraq hər hansı bir məlumatı yoxdur. Həmin hesab nömrələrini konkret olaraq xatırlamadıqları vaxtda “Rais” adlı şəxs onlara demiş və onlarda narkotik vasitələrin satışından əldə etdikləri pul vəsaitlərini həmin hesaba mədaxil etmişdirlər. Cinayət işinin materiallarına əlavə edilmiş baxış keçirilməsi haqqında protokoldan görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs1 oğlu və təqsirləndirilən şəxsin müdafiəçisi Vüqar Xasayev və Müdafiəçi2 iştirakı ilə “xxxx Bank” ASC-nin xx xxx 2020-ci il tarixli 157000/2-1656 saylı müşayət məktubu ilə cinayət işinin materiallarına əlavə edilmiş bank məlumatlarına baxış keçirildi. Qeyd olunan bank məlumatları Təqsirləndirilən şəxs2, X4, X11 və X5 məxsus bank məlumatlarıdır. Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 məxsus bank hesablarına keçirilmiş baxış zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs2 bank hesab nömrəsi ******************** saylı hesabdır, həmin hesaba müxtəlif vaxtlarda ödəniş terminalıdan pullar mədaxil edilmişdir. Təqsirləndirilən şəxs1 baxış zamanı bildir ki, Təqsirləndirilən şəxs2 narkotik vasitələrin və psixotrop maddələrin satışından əldə olunan pul vəsaitlərini qeyd olunan hesaba mədaxil etmişdir. Daha sonra X5 (******************** (******************** saylı), X2 ( ********************) hesaba Təqsirləndirilən şəxs2 iştirakı ilə baxış keçirildi. Baxış zamanı müxtəlif vaxtlarda adlan qeyd olunan şəxslərin hesablarına daxil olmuş pul vəsaitlərini göstərib qeyd etdi ki, o və Təqsirləndirilən şəxs2 narkotik vasitə və psixotrop maddələrin satışından əldə etdiyi pul vəsaitlərini “Rais” adlı şəxsin onlara qeyd etdiyi həmin hesablara göndərmələrini tələb etmiş və onlarda müxtəlif vaxtlarda ödəniş terminalı vasitəsilə həmin əldə olunan pul vəsaitlərini qeyd olunan şəxslərin hesablarına göndərmişdir. Lakin həmin şəxsləri tanımır, onları görməmiş və onların harada yaşaması barədə konkret olaraq hər hansı bir məlumatı yoxdur. Həmin hesab nömrələrini konkret olaraq xatırlamadıqları vaxtda “Rais” adlı şəxs onlara demiş və onlar da narkotik vasitələrin satışından əldə etdikləri pul vəsaitlərini həmin hesaba mədaxil etmişdirlər. Beləliklə, məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələri, habelə cinayət işinin materialları üzrə toplanmış sübutların məcmusu onlara elan olunmuş ittihamın əsasını təşkil etdiyinə görə məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin ittiham olunduğu cinayət əməlini törətmələri kifayət qədər sübut olunmuşdur. Cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri ilə tövsüf edilməli və onlar, həmin maddələr ilə təqsirli bilinib cəzalandırılmalıdırlar. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışlar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmalarını, törətdikləri əməli etiraf edib səmimi peşmançılıq hissi keçirmələrini, Təqsirləndirilən şəxs2 himayəsində azyaşlı övladının olmasını məhkəmə onların cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ittiham olunduqları maddənin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən onlara təyin edilmiş cəza ümumi rejimli cəza çəkmə müəssisəsində çəkilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 xx xxxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşlar. Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.2-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Odur ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin ediləcək cəzaçəkmə müddətinin əvvəli onların şübhəli şəxs qismində tutulduğu, yəni xx xxxxx 2020-ci il tarixdən hesablanmalıdır. İş üzrə maddi sübut olan və Nəsimi rayon polis idarəsində saxlanılan Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 məxsus üzərində “Nike” yazısı, içərisində narkotik vasitəheroin izləri və cüzi miqdarda narkotik təbiətli çətənə (kannabis) bitkisinin hissəcikləri olan qara rəngli idman çantası, aparılmış ekspertiza tədqiqatlarından sonra qalıq qalmış 959,243 qram tiryək, 33,397 qram qurudulmuş marixuana, 14,662 qram heroin, 1,646 qram metamfetamin, üzərində heroin izləri müəyyən edilmiş 1 ədəd “SF-400” markalı və 01 ədəd “QC.pass5” markalı elektron tərəzilər, qara sellofan torbada olan kibrit qutuları, 1 ədəd dəftər üzlüyü, 1 ədəd qara rəngli üzərində “azko group” yazıları olan kitabça, kitabçadan aşkar edilərək götürülmüş “Milli ön” terminalından çıxarılmış 6 ədəd qəbz, 1 “bilayn” GSM kartı, pul kisəsindən aşkar edilmiş 2 ədəd “milli ön” terminalından çıxarılmış qəbz məhv edilməlidir 1 ədəd qara rəngli içərisində 070 544 16 -76 GSM nömrəsi olan “Nokia” markalı mobil telefon, bir ədəd içərisində 050 *** ** ** GSM nömrəsi olan “Samsung” markalı mobil telefon, pul kisəsindən aşkar edilərək götürülmüş xxxx banka məxsus olan “**********891757, yararlılıq müddəti 02/22, üzərində 112AZN ******* AZN 112 yazıları olan “Visa electron” yazıları yazılmış bank kartı, xxxx Banka məxsus olan , üzərində **********981472, yararlılıq müddəti 02/22, üzərində aşağı ön sol tərəfində 112 AZN ******* AZN 112 , sağ aşağı ön hissədə “Visa electron” yazıları olan bank kartı, Muğanbanka məxsus olan üzrində **********011062 nömrəsi yazılmış, yararlılıq müddəti 05/19 olan, sol aşağı ön hissəsində “MR. RUFAT ORUJALİYEV” yazısı olan bank kartı Təqsirləndirilən şəxs1 qohumlarına qaytarılmalıdır. ““xxxx” bank MMC-yə məxsus üzərində **********976584 nömrəsi olan bitmə tarixi 02/21 il tarixi göstərən, sol aşağı ön hissəsində 2xx xxx 0028139, AZN 208 nömrə və yazıları əks olunmuş bank kartı, ağ mirvari rəngli “Xiaomi” markalı “M1906G7G” modelli **********44670 və **********44679 İMEİ kodlu mobil telefon Təqsirləndirilən şəxs2 yaxın qohumlarına qaytarılmalıdır. 2 ədəd DVD disk və Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilən zaman video çəkilişin yazıldığı 2 ədəd DVD diski iş mateiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə xərcləri 457 manat 67 qəpik təqsirləndirilən şəxslər arasında bölünərək 228 manat 82 qəpik Təqsirləndirilən şəxs2 və 228 manat 82 qəpik Təqsirləndirilən şəxs1 dövlət nəfinə tutulmalıdır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmə istintaqı zamanı “İnsan hüquqlarını və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 3-cü hissəsinin c bəndinə, Azərbaycan Respublikası CPM-nin 19-cu maddəsinin 19.4.4-cü bəndinə və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001ci il tarixli, 31 nömrəli qərarına 3.05.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən Təqsirləndirilən şəxs2 müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Bakı şəhər 12 saylı vəkil bürosunun vəkili Müdafiəçi1, yardım göstərdiyi üçün dövlət büdcəsinin hesabından Bakı şəhər 12 saylı vəkil bürosunun hesabına 240 (iki yüz qırx) manat pul ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-346, 349, 351-354, 356-cı maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs2 Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 07 (yeddi) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli xx xxxxx 2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələblərinə əsasən, Təqsirləndirilən şəxs2 barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək, ona narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi özrə narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 07 (yeddi) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli xx xxxxx 2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələblərinə əsasən, Təqsirləndirilən şəxs1 barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək, ona narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi özrə narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Nəsimi rayon polis idarəsində saxlanılan üzərində “Nike” yazısı olan qara rəngli idman çantası, aparılmış ekspertiza tədqiqatlarından sonra qalıq qalmış 959,243 qram tiryək, 33,397 qram qurudulmuş marixuana, 14,662 qram heroin, 1,646 qram metamfetamin, 1 ədəd “SF-400” markalı və 01 ədəd “QC.pass5” markalı elektron tərəzilər, qara sellofan torbada olan kibrit qutuları, 1 ədəd dəftər üzlüyü, 1 ədəd qara rəngli üzərində “azko group” yazıları olan kitabça, kitabçadan aşkar edilərək götürülmüş “Milli ön” terminalından çıxarılmış 6 ədəd qəbz, 2 ədəd “milli ön” terminalından çıxarılmış qəbz məhv edilsin. 01 ədəd qara rəngli içərisində 070 544 16 -76 GSM nömrəsi olan “Nokia” markalı mobil telefon, bir ədəd içərisində 050 *** ** ** GSM nömrəsi olan “Samsung” markalı mobil telefon, pul kisəsindən aşkar edilərək götürülmüş xxxx banka məxsus olan “**********891757, yararlılıq müddəti 02/22, üzərində 112AZN ******* AZN 112 yazıları olan “Visa electron” yazıları yazılmış bank kartı, xxxx Banka məxsus olan , üzərində **********981472, yararlılıq müddəti 02/22, üzərində aşağı ön sol tərəfində 112 AZN ******* AZN 112 , sağ aşağı ön hissədə “Visa electron” yazıları olan bank kartı, Muğanbanka məxsus olan üzrində **********011062 nömrəsi yazılmış, yararlılıq müddəti 05/19 olan, sol aşağı ön hissəsində “MR. RUFAT ORUJALİYEV” yazısı olan bank kartı Təqsirləndirilən şəxs1 qohumlarına qaytarılsın. ““xxxx” bank MMC-yə məxsus üzərində **********976584 nömrəsi olan bitmə tarixi 02/21 il tarixi göstərən, sol aşağı ön hissəsində 2xx xxx 0028139, AZN 208 nömrə və yazıları əks olunmuş bank kartı, ağ mirvari rəngli “Xiaomi” markalı “M1906G7G” modelli **********44670 və **********44679 İMEİ kodlu mobil telefon Təqsirləndirilən şəxs2 yaxın qohumlarına qaytarılsın. 02 ədəd DVD disk və Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilən zaman video çəkilişin yazıldığı 2 ədəd DVD diski iş mateiallarında saxlanılsın. İş üzrə məhkəmə xərcləri 457 manat 67 qəpik təqsirləndirilən şəxslər arasında bölünərək 228 manat 82 qəpik Təqsirləndirilən şəxs2 və 228 manat 82 qəpik Təqsirləndirilən şəxs1 dövlət nəfinə tutulsun. Müdafiəçi1, hüquqi yardım göstərdiyi üçün dövlət büdcəsinin hesabından Bakı şəhər 12 saylı vəkil bürosunun hesabına 240 (iki yüz qırx) manat pul ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 isə hökmün surətinin onlara verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən, apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar