Məhkəmə qərarları › İş №1(101)-365/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-365/2022

18.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-365/2022 18.03.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hacıyev Əfqan Niyətulla oğlunun sədrliyi ilə Məmmədov Əli İrfan oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi: X4, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin böyük prokuror-metodisti Dövlət ittihamçısı1 və həmin idarənin prokuroru Dövlət ittihamçısı3, müdafiəçi: Bakı şəhər 16 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə xx xxxx 1983-cü ildə Sabirabad rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq psixotrop maddə əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, məlum olmayan mənbədən qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq - 18,414 qram psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla ünvan 3 ünvanın qarşısına daşımış, daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində 25 may 2021-ci il tarixdə, saat 17:00-da həmin ünvanın qarşısında saxlanılıb Baş İdarəyə gətirilərək üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan şalvarın sağ yan cibindən 01 ədəd bükümdə şəxsi istehlak miqdarından artıq 18,414 qram psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə dindirilmiş Təqsirləndirilən şəxs ittiham olunduğu əməl üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, əvvəllər Salyan Rayon Polis Şöbəsində narkotiklərlə mübarizə bölməsində əməliyyat müvəkkili işlədiyi üçün narkotik vasitə və psixotrop maddələri tanıyır. Daxili İşlər orqanlarından xaric edildikdən sonra idarə etdiyi avtomobillə taksi fəaliyyəti ilə məşğul olmuşdur. 25 may 2021-ci il tarixdə, saat 17 radələrində idarə etdiyi Nissan Maksima markalı, **- UR-*** qeydiyyat nişanlı avtomobili Binəqədi rayonunda faəliyyət göstərən “Lukoil” yanacaqdoldurma məntəqəsinin qarşısında yol kənarında saxlayıb düşən zaman 5-6 nəfər tanımadığı şəxs ani olaraq qoluna girib onu idarə etdiyi avtomobilin arxa oturacağına oturtmuşlar. Avtomobilə oturduqdan sonra polis əməkdaşları hal şahidinin iştirakı və ya hansısa bir videoçəkiliş olmadan dərhal avtomobilin salonuna yanında baxış keçirərək qolaltı hissəsindən dərman qabının içərisində 01 ədəd bükümdə psixotrop maddə metamfetamin çıxarılmış və ondan malın harada olmasını soruşmuşlar. O, təəccüblü şəkildə düşünmüşdür ki, avtomobilinin sol yan şüşəsi işləmədiyi üçün psixotrop maddənin əvvəlcədən kiminsə tərəfindən avtomobilin açıq vəziyyətdə olmasından istifadə edilməklə oraya qoyulub. Bundan sonra polis əməkdaşları onun avtomobilini idarə edib “Oazis” restoranın arxa tərəfinə sürüb orada saxlamışlar. 3 saat ərzində polis əməkdaşları orada onu saxlayıb 50.000 manat pulu varsa buraxacaqlarını demişlər. O isə polis əməkdaşlarına həmin məbləğdə pulunun olmadığını demişdir. Saat 20 radələrində Baş İdarəyə gəlmişlər. Baş İdarədə qarşısına 01 ədəd böyük büküm qoyulduqda o, avtomobildən kiçik bükümün aşkar edildiyini, nə üçün böyük büküm ilə sənədləşdirildiyini soruşmuşdur. Polis əməkdaşları demişlər ki, “bu sənindir", dediklərinə əməl etmədiyi halda həmin psixotrop maddəni yaşadığı ünvandan çıxaracaqlar. O da çıxılmaz vəziyyətdə qalıb onların yazdıqları ifadələri oxumadan imza etmiş və şəxsi axtarış zamanı psixotrop maddəni Binəqədi rayonu ərazisində yerləşən “Lukoil" yanacaq doldurma məntəqəsinin yaxınlığından tapdığını, həmin psixotrop maddəni polis əməkdaşlarına təhvil vermək məqsədi ilə avtomobilində saxladığını bildirmişdir. Əslində isə avtomobilində aşkar olunan psixotrop maddə də ona məxsus olmamış, saxlanılmamışdan əvvəl avtomobilinə kiminsə tərəfindən qoyulmuşdur. Barəsində həbs qətimkan tədbiri seçilərkən məhkəmədə yalandan bildirmişdir ki, tələbə yoldaşı Şahid4 kömək məqsədi ilə narkotik istifadəçiləri barədə məlumat olduğu halda sonuncuya bildirirdi. Bunun qarşılığında Elçin ona kiçik büküm verib məlumatı verən şəxslərə verməsi üçün göndərirdi. Elçin məzunuiyyətdə olduğundan üzərində aşkar olunan bükümü ona Elçin yox, başqası vermişdir. İbtidai istintaq zamanı üzərində aşkar edilən bükümün miqdarı çox göstərilmişdir. Ona görə bu məzmunda ifadə vermişdir ki, barəsində həbs qətimkan tədbiri seçilməsin. Hökmün təsviri hissəsində göstərilən cinayət əməlinin təqsirləndirilən şəxs tərəfindən törədilməsi aşağıdakı dəlillərlə tam sübuta yetirilir. Məhkəmədə dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvvəkkili vəzifəsində işləyir. 25 may 2021-ci il tarixdə Baş İdarəyə ünvan 4 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olduğundan sonuncunun barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul edilmişdir. O, əməliyyat qrupunun rəhbəri olmaqla İdarənin əməkdaşı polis baş serjantı Şahid2 ibarət əməliyyat qrupu yaradılaraq 25 may 2021-ci il tarixdə, günorta saatlarında birlikdə Baş İdarədən çıxıb Təqsirləndirilən şəxs olacağı ünvan 5 ünvana çatıb bir qədər müşahidə apardıqdan sonra saat 17:00-da ünvan 6 ünvanının qarşısında Təqsirləndirilən şəxs hərəkət etməsini görüb yaxınlaşaraq xidməti vəsiqələrini göstərməklə özlərini təqdim etmişlər. Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək onu əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərarla tanış edib Baş İdarəyə gətirmişlər. Baş İdarədə Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsindən ötrü dövlət hesabına müdafiəçi təyin edilmişdir. Müdafiəçi ona təqdim edildikdən sonra təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutularaq hüquq və vəzifələri izah edilmişdir. Sonra inzibati otaqların birində əməliyyat qrupunun və müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış keçirilməyə başlanılmışdır. Təqsirləndirilən şəxs ilk öncə üzərində qanunla dövriyyəsi qadağan edilən əşya və predmetlər varsa, həmin əşyaları təqdim etmək təklif olunmuş, o da əynində olan şalvarın sağ yan cibindən üzərində “Palmall” yazısı olan siqaret qutusunu çıxarıb təqdim edərək içərisində psixotrop maddə metamfetamin olduğunu demişdir. Təqdim etdiyi siqaret qutusunun içərisinə baxış zamanı 01 ədəd bükümdə ağ rəngli, kristall şəkilli, psixotrop maddə metamfetaminə bənzər maddə aşkar edilmişdir. Sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməyə başlanılmışdır. Əynində olan qara şalvarın sol yan cibindən özünə məxsus şəxsiyyət vəsiqəsi və 01 ədəd “İphone” markalı mobil telefon, 80 qəpik pul, şalvarın arxa cibindən isə 20 manat pul aşkar edilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi metamfetaminə bənzər kütlə elektron tərəzidə çəkilmiş və həmin siqaret qutusunun içərisinə qoyulub qablaşdırılmaqla üzəri iştirakçılar tərəfindən imzalanaraq götürülmüşdür. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 01 ədəd “İphone" markalı mobil telefon və özünə məxsus şəxsiyyət vəsiqəsi götürülmüş, 20 manat 80 qəpik pul isə özünə qaytarılmışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin psixotrop maddəni saxlanılmamışdan 3 gün öncə Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən “Lukoil” yanacaq doldurma məntəqəsinin yaxınlığından tapdığını bildirmişdir. Bundan sonra şəxsi axtarış və götürmə aparılması barədə protokol tərtib edilmiş və protokol iştirakçılara oxunmaqla tərəflərindən imzalanmışdır. Məhkəmədə dindirilmiş şahid DİN-in Baş Narkotiklərlə Mübarizə idarəsinin əməkdaşı Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə verərək həmin xüsusatları özünə aid hissədə bir daha təsdiq etdi. Məhkəmədə əlavə şahid qismində dindirilmiş Şahid3 Traiyel oğlu ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs DİN-ə daxil olduqları vaxtdan tanıyır. İş üzrə əməliyyat-axtraış tədbirlərini onun şöbəsinin əməkdaşları həyata keçirsə də özü əməliyyat-axtarış tədbirlərində iştirak etməmişdir. Təqsirləndirilən şəxs təhqiqatçının otağında görmüş, onun piyada olarkən tutduqlarını bilir, avtomobil olmayıb. Məhkəmədə əlavə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, o, Salyan rayonunda Polis İdarəsində cinayət axtarış şöbəsində, Təqsirləndirilən şəxs isə X2 polis əməkdaşı işləmişdir. Təqsirləndirilən şəxs 2018-ci ildə öz istəyi ilə işdən azad olunduqdan sonra yoldaşlıqları davam edib. Salyan rayonunda işləyən zaman Təqsirləndirilən şəxs əməliyyat-axtarış tədbiri zamanı 42 kiloqram narkotik vasitə aşkar etmişdir. Turalın Narkotik vasitənin dövriyyəsi ilə məşğul olması, nə vaxtsa narkotik vasitə istifadə etməsi barədə məlumatı, həmçinin, iş barədə hər hansı əməkdaşlığı olmayıb. Məhkəmədə əlavə şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərdi ki, keçirilmiş əməliyyatla bağlı BNMİ-də əməliyyat-qeydiyyat işi aparılmamışdır. Təqsirləndirilən şəxs BNMİ-nin əməkdaşları tərəfindən 25 may 2021-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi ərazisində yerləşən “Lukoil” yanacaq doldurma məntəqəsinin yaxınlığında piyada hərəkət edən zaman saxlanılaraq Baş İdarəyə gətirilmiş, onun tərəfindən Təqsirləndirilən şəxs barəsində müvafiq təhqiqat araşdırması aparıldıqdan sonra həmin materiallar BMCMİ-nin İstintaq və Təhqiqat idarəsinə göndərilmişdir. Toplanmış təhqiqat materiallarının aidiyyatı üzrə istintaq orqanına göndərilməsi Təqsirləndirilən şəxs izah edildikdən sonra sonuncu ona bildirmişdir ki, idarə etdiyi “Nissan” markalı **-UR-*** dövlət nömrə nişanlı avtomobili açarı üzərində olmaqla saxlandığı ünvanın yaxınlığında qalıb və xahiş etmişdir həmin avtomobili ailə üzvlərinə təhvil versinlər. O da avtomobilin təhlükəsizliyinin təmin olunmasından ötrü onu 4 saylı duracağa yerləşdirilmişdir. Cinayət işinin 29-31-ci vərəqlərində olan 25 may 2021-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında" protokoldan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və və psixotrop maddələri satış məqsədiilə əldə edib dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs 25 may 2021-ci il tarixdə, saat 17:00-da Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi 1 ünvanının qarşısında saxlanılaraq Baş İdarəyə gətirilmişdir. Baş İdarədə üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli şalvarın sağ yan cibindən üzərində “Palmall’ yazısı olan siqaret qutusunun içərisində olan 01 ədəd bükümdə ağ rəngli, kristall şəkilli, metamfetaminə bənzər maddə aşkar edilərək götürülmüşdür. Cinayət işinin 164-173-cü vərəqlərində olan Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış və götürmə aparılması "Samsung Galaxy" markalı mobil telefondan istifadə edilməklə videoçəkiliş ilə həyata keçirilmiş və 01 ədəd "DVD" diskə yazılaraq protokola əlavə edilmişdir. Cinayət işinin 38-43-cü vərəqlərində olan məhkəmə-kimyəvi ekspertizasının 26 may 2021-ci il tarixli, 6/2077 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 18,414 qram ağ rəngli, kristal şəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Cinayət işinin 83-85-ci vərəqlərində olan qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilmiş 18,414 qram çəkidə psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış, tədqiqatdan sonraki qalıq 18,364 qram metamfetamin saxlanılması üçün BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmişdir. Cinayət işinin 135-136-ci vərəqlərində protokoldan görünür ki, məhkəmə-narkoloji ekspertizasının 09.08.2021-ci il tarixli, 2762 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabiodlərdən istifadə etmə halları olub. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Mahmudov X3 xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 98-99-cu vərəqində olan məktubdan görünür ki, DİN-in BMCMİ-nin rəhbərliyi tərəfindən Təqsirləndirilən şəxs külli miqdarda psixotrop maddəni kimdən, nə vaxt əldə etməsi, onun psixotrop maddələrin satışı ilə məşğul olub-olmaması, əldə etdiyi psixotrop maddəni hansı məqsədlə əldə etməsi müəyyən edilməsi məqsədi ilə DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinə istintaq tapşırığı verilmişdir. DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin cinayət işinin 105-ci vərəqində olan cavab məktubunda qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs psixotrop maddəni haradan və kimdən əldə etməsinin müəyyən edilməsi istiqamətində əməliyyat tədbirləri keçirilsə də, müsbət nəticə əldə edilməmişdir. Həmçini 25 may 2021-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında" protokoldan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və və psixotrop maddələri satış məqsədiilə əldə edib dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olsa da onun üzərində narkotik vasitə aşkar olunmamışdır. Yəni, “etibarlı və qərəzsiz” adlandırılan mənbədən daxil olan məlumatın narkotik vasitələrlə bağlı olan hisəsi hələ cinayət işi başlanmamışdan əvvəl öz təsdiqini tapmamışdır. Təqsirləndirilən şəxs üzərində psixotrop maddə aşkar edilsə də onun satış məqsədi ilə əldə edilməsi də istintaqın sonrakı mərhələlərində öz təsdiqini tapmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, istər ibtidai istintaq, istərsə də məhkəmə istintaqı zamanı əldə edilmiş sübutlar özündə mövcud obyektiv həqiqəti əks etdirməli, həmin sübutlar özlüyündə heç bir şübhəli hal əks etdirməməli və cinayət prosessusl qanunvericiliyinə uyğun əldə edilməlidir. Eyni zamanda, bu sübutlar kifayət və yetərli qədər olmalıdır ki, məhkəmə araşdırması zamanı şəxsin təqsirli olub-olmamasının müəyyənləşdirilməsi mümükün olsun. Azərbaycan Respublikasi Cinayət Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübut hesab olunur. Bu sübutlar: a) cinayət prosessusl qanunvericiliyinin tələblərinə əməl əməl edilməkə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; b) hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə kollegiyası təqsirləndirilən şəxslə əlaqədar keçirilmiş 25.05.2021-ci il tarixli əmliyyat-axtarış tədbiri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında”olan 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarını 6-cı bəndində deyilir ki, “CPM-in 137-ci maddəsinə əsasən əməliyyat-axtarış fəaliyyətinin gedişində əldə edilmiş materiallar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Əməliyyat-axtarış tədbirləri nəticəsində əldə olunmuş materialların cinayət prosesində sübut kimi qəbul edilənliyi ilə bağlı əlaqədar onu nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 12 fevral 2015-ci il tarixli qərarına görə, əməliyyat-axtarış tədbirinin aparılması barədə qərara əsasən əldə edilmiş materiallar CPM-in 137-ci maddəsində göstərilən tələblərə uyğun şəkildə əldə edilməklə və təqdim edilməklə yanaşı, məhkəmə nəzarəti qaydasında ətraflı yoxlanıldıqda cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Odur ki, əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə olunaraq cinayət işindəki sübutlar sırasında məhkəməyə təqdim olunmuş materiallar məhkəmə baxışında tədqiq edilərkən məhkəmə müvafiq əməliyyat-axtarış tədbiri üzərində (əməliyyat-axtarış tədbirinin keçirilməsinə əsasların olub-olmaması məsələsinin yoxlanılması da daxil olmaqla) məhkəmə nəzarətinin keçirilib-keçirilmədiyini araşdırmalıdır. Bununla belə, əməliyyat-axtarış təbirinin məhkəmə nəzarəti qaydasında yoxlanılması onun nəticəsində əldə olunaraq cinayət işinə sübut kimi daxil edilmiş materialı məhkəmə baxışında mövcud prosedura daxilində tədqiq etmək, o cümlədən CPM-in 125, 144-146-cı maddələrinin tələblərinə əməl etməklə yoxlamaq, aidiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmək zərurətini ortadan qaldırmır. Avropa Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə də (bax, “Kobiaşvili Gürcüstana qarşı” (Kobiashvili v. Georgia, № 36416/06, §§ 67-69, 14 mart 2019-cu il), “İbrahimov və Məmmədov Azərbaycana qarşı” (İbrahimov and Mammadov v. Azerbaijan, №№ 63571/16 və 5 digəri, § 121, 13 fevral 2020-ci il; “Meqrelişvili Gürcüstana qarşı” [Komitə] (Megrelishvili v. Georgia [Committee], № 30364/09, § 33, 7 may 2020-ci il); “X5rşı” (Ayetullah Ay v. Turkey, №№ 29084/07 və 1191/08, § 143, 27 oktyabr 2020-ci il; “Tlaşadze və Kakaşvili Gürcüstana qarşı” [Komitə] (Tlashadze and Kakashvili v. Georgia [Committee], № 41674/10, §§ 45-48; 25 mart 2021-ci il) əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanın səlahiyyətli şəxsi tərəfindən müvafiq qərarın əsaslı şübhənin mövcud olduğunu təsdiq edən və tədbiri məhz əvvəlcədən məhkəmə qərarı almadan təxirəsalınmaz qaydada keçirilməsini əsaslandıran mümkün qədər geniş məlumatlar göstərilmədən qəbul edilməsi, belə qərarın daha sonra məhkəmə nəzarəti qaydasında yoxlanılmaması və yaxud ətraflı təhlil edilmədən təsdiq edilməsi, ayrı-ayrılıqda və birlikdə baş verdikdə, pozuntu təşkil edir. Avropa Məhkəməsinin tövsiyəsinə görə məhkəməyədək araşdırma dövründə bu cür pozuntuya yol verilmişdirsə, onun aradan qaldırılması üçün işə mahiyyəti üzrə baxılarkən bununla bağlı irəli sürülən dəlillər məhkəmə tərəfindən araşdırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Mənkəməsi Plenumunun "Azərbaycan Respublikası CPM-nin 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 12 fevral 2015-ci il tarixli qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası CPM-nin 445.2-ci maddəsinə müvafiq olaraq əməliyyat-axtarış tədbirinin aparılması barədə qərar məhkəməyə daxil olduqda, insan hüquq və azadlıqlarının təmin edilməsi baxımından onun qanuniliyi və əsaslılığı məhkəmə nəzarəti qaydasında yoxlanılmalıdır, ehtiyac olduğu halda isə əməliyyat axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar məxfiliyi təmin edilməklə tələb edilə bilər. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsin 01.03.2022-ci il tarixli məktubunda göstərmişdir ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-qeydiyyat işi açılmamışdır. Əlavə şahid qismində dindirilmiş DİN-yi Baş Narkotiklərlə Mübarizə İdarəsin təhqiqatçısı Şahid8 da ifadəsində bildirmişdir ki, keçirilmiş əməliyyarla bağlı əməliyyat-qeydiyyat işi açılmamışdır. Halbuki “Əməliyyat-axtarış fəaliyyəti” haqında Azərbaycan Respublikası qanununun 15-ci maddəsinin tələbinə əsasən belə bir işin olması zəruridir. Cinayət işinin 8-ci vərəqində olan sənəddən görünür ki, Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair qərar qanuniliyinin yoxlanılması məqsədi ilə aidiyyəti üzrə Binəqədi rayon məhkəməsinə göndərilmişdir. Binəqədi rayon məhkəməsinin cinayət işinin 107-109-cu vərəqlərində olan 31.05.2021-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 tərəfindən qəbul edilmiş və Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi, polis polkovniki İslam Hümbətov tərəfindən təsdiq edilmiş “Əməlıiyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” 25 may 2021-ci il tarixli qərarının qanuniliyinin yoxlanılmasına dair müraciət geri qaytarılmışdır. Yəni Təqsirləndirilən şəxs ətrafında keçirilmiş əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərarın, həmçinin əməliyyat-axtarış fəaliyyətinin gedişində əldə edilmiş materialların qanuniliyi buna nəzarət etməli olan məhkəmə tərəfindən yoxlanılmamışdır. Məhkəmə hazıkı iş üzrə keçirilmiş əməliyyat nəticəsində əldə olunmuş materialları məhkəmə baxışında mövcud prosedur daxilində tədqiq edərək bu qənaətə gəlir ki, keçirilmiş əməliyyarla bağlı əməliyyat-qeydiyyat işi aparılmasa da bu əməliyyatla bağlı cinayət işində olan materiallar ittihamın həlli üzrə sübut qismində qəbul edilə bilər. İş üzrə şahid olan əməliyyat-axtarış tədbirini həyata keçirmiş hər iki polis əməkdaşı Təqsirləndirilən şəxs saxlanılarkən avtomobillə olmadığını, onun idarə etdiyi avtomobilin də Baş İdarəyə gətirilmədiyini bildirsələr də, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin 04.06.2021-ci il tarixli ***-**** saylı arayışında göstərilir ki, Təqsirləndirilən şəxs idarə etdiyi Nissan Maksima markalı, **-UR-*** qeydiyyat nişanlı avtomobil 4 saylı duracaqda saxlanılır. Bu fakt eyni zamanda, 4 saylı duracadakı qeydiyyat kitabında olan qeydlərdə də öz təsdiqini tapır. Həmin qeydiyyat kitabında olan qeyddə göstərilmişdir ki, Nissan Maksima markalı, **-UR-*** qeydiyyat nişanlı avtomobil 04.06.2021-ci il tarixdə saat 16:50-də duracağa yerləşdirilmiş və 29.06.2021-ci il tarixdə saat 23:50-də oradan aparılmışdır. Bununla əlaqədar məhkəmədə ifadə verən Şahid6 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun oğludur. Turalı saxladıqları zaman istifadə etdiyi maşın BNMİ-nin həyətində olub, Nissan Maxima markalı avtomobili götürmək üçün BNMİ-nə getsə də avtomobili ona verməmişlər. Maşını götürmək üçün Turalın qaynı Şahid5 göndərmişlər, Elnura demişlər ki, 300 AZN cərimə ödənilməlidir, sonra maşını götürə bilər. Bir müddətdən sonra Şahid3 yanına getmiş, o da kimlərəsə zəng edəndən sonra demişdir ki, səhər gedib maşını götürərlər. Elnur da səhər gedib maşını götürmüşdür. Maşın Təqsirləndirilən şəxs tutulandan götürülənə kimi cərimə meydançasında qalmış, maşını götürən zaman bu barədə sənəd vermişlər. Avtomobillə əlaqədar Şahid5 ifadəsində göstərdi ki, Tural onun bacısının yoldaşıdır. Turalın istifadə etdiyi Nissan Maxima markalı avtomobili etibarnamə ilə Turala vermişdir. Tural tutulan gün avtomobillə olmuş və tutulanda avtomobili də özü ilə birlikdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparılıb bir neçə gün orada saxlanıldıqdan sonra 04.06.2021-ci il tarixdə duracağa yerləşdirilmiş və 29.06.2021-ci il tarixdə onun tərəfindən duracaqdan götürülmüşdür. Məhkəməyə təqdim edilmiş “Elektron Notariat” X1 Çıxarışla müəyyən olunur ki, Nissan Maksima markalı, **-UR-*** qeydiyyat nişanlı avtomobil etibarnamə əsasında 13.02.2021-ci il tarixdən 10.901.2022-ci il tarixədək Şahid5 tərəfindən Təqsirləndirilən şəxs Həsənağa oğlunun idarə etməsinə verilmişdir. Taksi xidməti göstərən "xxxx" AZ.MMC-nin məhkəmənin sorğusuna cavab olaraq göndərdiyi arayışda göstərilir ki, “09 fevral 2022-ci il tarixli sorğunuzla əlaqədar sözü gedən Təqsirləndirilən şəxs Həsənağa oğlunun 25 may 2021-ci ildə icra etdiyi gedişlər barəsində aşağıdakı məlumatları Sizə təqdim edirik:

1. 2021-05-25 14:33:22 - 2021-05-25 14:49:11 X9 3, Xırdalan ünvanından X10 Kompleksi ünvanına;

2. 2021-05-25 15:47:27 - 2021-05-25 16:11:55 Cavadxan 54 ünvanından Həsən Əliyev küçəsi 129a ünvanına;

3. 2021-05-25 16:12:01 - 2021-05-25 16:29:42 Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalı ünvanından X6 14 ünvanına”. Bununla da bir daha sübuta yetirilir ki, 25 may 2021-ci il tarixdə Təqsirləndirilən şəxs saxlanılmamışdan bir neçə dəqiqə əvvəl idarə etdiyi Nissan Maksima markalı, **-UR-*** qeydiyyat nişanlı avtomobillə müştərilərə xidmət göstərmişdir, sonuncu müştərini düşürdükdən bir neçə dəqiqə sonra saxlanıldığından təbii ki, o, saxlanılarkən avtomobillə olmuşdur. Təqsirləndirilən şəxs saxlanılarkən idarə etdiyi avtomobilin də onunla birlikdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparılıb-aparılmamasını müəyyən etmək məqsədi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Növbətçi Hissələri İdarəetmə Xidmətindən “Nissan Maksima” markalı, **-UR-*** qeydiyyat nişanlı avtomobilin 25.05.2021-ci il tarixdə saat 16:20-dən saat 20:00-dək olan müddət ərzində təhlükəsiz şəhər kameralarında və ağıllı kamera sistemindən şəkil və videogörüntüləri və hərəkət troyektoriyası barədə məlumatın məhkəməyə göndərilməsi xahiş olunsa da Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Növbətçi Hissələri İdarəetmə Xidmətinin məhkəməyə ünvanladığı 26.01.2022-ci il tarixli məktubunda göstərilmişdir ki, Təhlükəsiz Şəhər Xidmətində arxivlərin saxlanılma müddəti bitdiyindən (1 ay) sorğuda göstərilən müvafiq məlumatların Sizə təqdim edilməsi mümkün deyil. Bununla əlaqədar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsindən məhkəmənin sorğusuna cavab olaraq 21.02.2022-ci il tarixli cavabda bildirilmişdir ki, “Təqsirləndirilən şəxs BNMİ-nin əməkdaşları tərəfindən 25.may 2021-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi ərazisində yerləşən “Lukoyl” yanacaq doldurma məntəqəsinin yaxınlığında piyada hərəkət edən zaman saxlanılaraq Baş İdarəyə gətirilmiş, barəsində müvafiq tədqiqat araşdırması aparıldıqdan sonra həmin materiallar BMCMİ-nin İstintaq və Təhqiqat idarəsinə göndərilmiş və Azərbaycan Respublikasının CM-mim 234.4.3-cü maddəsi ilə ibtidai istintaq aparılmışdır. Təqsirləndirilən şəxs toplanmış təhqiqat materiallarının aidiyyatı üzrə istintaq orqanına göndərilməsi barədə ona izah edildikdən sonra şifahi formada təhqiqatçı Şahid8 müraciət edərək idarə etdiyi “Nissan” markalı **- UR-*** dövlət nömrə nişanlı avtomobili açarı üzərində olmaqla saxlandığı ünvanın yaxınlığında olduğunu bildirilmiş və həmin avtomobilin ailə üzvlərinə təhvil verilməsini xahiş etmişdir. Həmin şifahi müraciət əsasında təhqiqatçı Şahid8 tərəfindən sözü gedən avtomobil təhlükəsizliyinin təmin olunmasından ötrü 4 saylı duracağa yerləşdirilmiş və Təqsirləndirilən şəxs ailə üzvlərinə təhvil verilmişdir.” Bununla və Şahid8 yuxarıda qeyd edilən ifadəsi ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs saxlanılarkən piyada olmuş, onu saxlayan əməkdaşlar Turalın avtomobillə olmasından xəbərsiz olmuşlar. Cinayət işinin 88-ci vərəqində olan protokolla müəyyən olunur ki, Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş “İphone” markalı, içərisində ***-***-**-** saylı nömrə olan mobil telefonun yaddaşında olan məlumatlara baxış keçirilmiş, yaddaşda müxtəlif məzmunlu SMS mətnləri olsa da narkotik vasitələrin və psixotrop maddələrinn qanunsuz dövriyyəsi ilə əlaqədar sübut əhəmiyyət kəsb edəcək hallar müəyyən edilməmişdir. Cinayət işinin 134-cü vərəqində olan protokolla müəyyən olunur ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsi ilə əlaqədar "xxxx" MMC-dən daxil olmuş özündə giriş-çıxış zənglərini, SMS mətnlərini və anten əhatə dairələri barədə məlumatları əks etdirən CD diskə baxış keçirilərək cinayət işi üzrə əhəmiyyət kəsb edəcək hallar müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş mobil telefonun yaddaşında olan məlumatlara və Azercell” MMC-dən daxil olmuş CD diskə baxış keçirilərək təqsirləndirilən şəxsin narkotik vasitələrin və psixotrop maddələrinn qanunsuz dövriyyəsi ilə əlaqədar sübut əhəmiyyət kəsb edəcək hallar müəyyən edilməməsinə baxmayaraq istintaq orqanı bu məlumatları ittiham aktına daxil etməyərək bir daha sübutlara düzgün qiymət verməmiş, yalnız Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilinməsi üçün əlindən gələni etmişdir ki, bu da istintaq orqanının cinayət işinin istintaqına ittiham yönündən yanaşmasını, sübutlara birtərəfli qaydada qiymət verməsini və nəticə etibarı ilə cinayət işi üzrə səhv nəticəyə gəlinməsini təsdiq edir. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli, 961 №-li Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş İİ siyahının 67-ci bəndinə görə 2 qram psixotrop maddə olan metafetamin külli miqdar hesab edilmişdir. Məhkəmə, CPM-nin 139-cu maddəsinə əsasən, cinayət hadisəsinin baş vermə faktı və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi və əməlin törədilməsində təqsirliliyi yuxarıda geniş şəkildə təhlil edib bir-biri ilə müqayisə edərək sübutlar üzrə tam, hərtərəfli və obyektiv yoxlama apararaq belə nəticəyə gəlir ki, iş üzrə şahid ifadələri, baxış, götürmə protokolları, maddi sübut, eləcə də məhkəmə ekspertiza rəyləri ilə tam sübuta yetirilir, həmin sübutlar iş materiallarına uyğun və əsaslı olmaqla biri digərini əlaqəli şəkildə tamamlayaraq iş üzrə mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. Buna görə də, məhkəmə, şərh olunan ifadələri, protokolları və ekspertiza rəylərini iş üzrə irəli sürülmüş ittihamın həlli üçün mötəbər sübut növləri kimi qəbul edir. Məhkəmə, göstərilənlərə yanaşı, iş üzrə irəli sürülmüş sübutlara əsasən təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin psixotrop vasitəni əldə edərək saxlaması və daşıması düzgün olaraq müəyyən edilsə də, həmin psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlaması və daşıması sübuta yetirilməmişdir. Belə ki, təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş psixotrop maddənin onun tərəfindən məhz satış məqsədi ilə əldə edilməsini təsdiq edən, ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün zəruri olan sübutlar nə ibtidai istintaqda müəyyən olunmamış, nə də məhkəmə baxışı zamanı müəyyən olunmadı. Nəzərə alınmalıdır ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışı dəqiq və birmənalı şəkildə müəyyənləşdirilmişdir. Belə ki, qeyd olunan Qanunun həmin maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Lakin məhkəmə baxışı zamanı araşdırılmış sübutlarda və işin materiallarında təqsirləndirilən şəxs tərəfindən ondan aşkar edilmiş psixotrop maddəni əvəzli və ya qazanc əldə etmək, yaxud sair şəxsi maraq məqsədi ilə yayılmasına yönəlmiş hər hansı hərəkət edilməsini, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, onların hazırlanması üçün avadanlığın olmasını təsdiq edən sübut aşkar olunmamışdır. Cinayət işinin 4-cü vərəqində olan 25.05.2021-ci iltarixli raportda göstərilmişdir ki, “...Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək dövriyyəsi ilə məşğul olması bildirilir.” Lakin həmin raportu tərtib edən və əməliyyatı həyata keçirən Şahid1 və həmin əməliyyatın həyata keçirilməsində iştirak edən Şahid2 həm ibtidai istintaqdakı, həm də məhkəmədəki ifadələrində göstərirlər ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Yuxarıda qeyd olunan Qanununun 1.0.5-ci maddəsində göstərilir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlər başa düşülür. Göründüyü kimi, bu Qanunun mənasına görə qanunsuz dövriyyə geniş anlayışdır və satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarda əldə edilməsi əməlini də özündə ehtiva edir. Hətta əməliyyat məlumatında da təqsirləndirilən şəxsin psixotrop maddənin satışı ilə məşğul olması barədə hər hansı məlumat qeyd edilməmiş, qeyri-müəyyənliyə yol verilmişdir. Bundan başqa, yuxarıda şərh olunan əməliyyat-axtarış orqanının məktubundan görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddələrin satışı ilə məşğul olmasını təsdiq edə bilən şəxsləri müəyyən etmək mümkün olmamışdır. Məhkəmə hesab edir ki, digər mötəbər sübutların mövcud olmadığı şəraitdə psixotrop maddələnin yalnız külli miqdarda olması, şəxsin ağır cinayət törətməkdə - satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixatrop maddəni qanunsuz əldə etməkdə və saxlamada təqsirli bilinməsinə əsas ola bilməz. Bu səbəbdən də məhkəmə, təqsirləndirilən şəxsdə aşkar edilmiş psixatrop maddə olan metamfetaminin yalnız külli miqdarda – 18,414 qram olması kriteriyasından yanaşılıb onun əməlinin satış kimi qiymətləndirilməsi üçün hüquqi əsas olmadığı qənaətinə gəlir. Azərbaycan Respublikası Ali Məhkəməsinin «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» olan 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, «Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Həmin Plenum qərarının 11-ci bəndinin üçüncü hissəsində göstərilir ki, «təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Bununla əlaqədar məhkəmələr digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyini, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlib-gəlməməsini, özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsini araşdırmalıdır. Belə razılığın və ya mənfəətin əldə edilməsi təsdiq edilmədiyi halda digər şəxsin xahişi ilə və ya sonuncu ilə birlikdə satış məqsədi olmadan narkotik vasitə almış təqsirkarın əməli narkotiki satanla qabaqcadan əlbir olma kimi deyil, habelə narkotik vasitə satma kimi deyil, satış məqsədi olmadan narkotik vasitə əldə etmə kimi qiymətləndirilməlidir.» İbtidai istintaq orqanı təqsirləndirilən şəxsə CM-in 234.4.3-cü maddəsi ilə ittiham irəli sürərkən sırf psixotrop maddənin külli miqdarda olmasına əsaslanmış, həqiqiliyi təsdiq olunmayan şübhəyə istinad etmişdir. Halbuki iş materialları ilə, eləcə də ittiham tərəfinin irəli sürdüyü şahid ifadələri ilə də təsdiq olunmuşdur ki, təqsirləndirilən şəxsin psixotrop maddəni satması təsdiq edilməmişdir. Təqsirləndirilən şəxsin həmin psixotrop maddəni hansı məbləğə satacağı, həmin satışdan nə qədər mənfəət və ya gəlir əldə edəcəyi, satacağı şəxslərin dairəsi, satışın baş tutacağı yer, alıcının olduğu yer və ya təxmini kimliyi, satacağı şəxslərə hər hansı danışığı, mobil telefonunda hər hansı zəng və ya digər bu kimi əlamətlər müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs üzərində aşkar edilən psixotrop maddəni qanunsuz olaraq əldə edərək saxlaması və daşıması onun özünün müdafiəçinin iştirakı ilə ibtidai istintaq zamanı verdiyi ifadələri, baxış və götürmə barədə protokollar, əməliyyatı keçirmiş polis əməkdaşlarının ifadələri, məhkəməkimyəvi ekspertizasının rəyi ilə tam sübuta yetirilir. Satış məqsədi isə irəli sürülən heç bir sübutda konkret olaraq müəyyən edilməmişdir. Eyni zamanda, məhkəmədə dindirilmiş təqsirləndirilən şəxsin tutulması zamanı bilavasitə iştirak etmiş polis əməkdaşı da ifadəsində göstərdi ki, onlarda təqsirləndirilən şəxsin psixotrop maddəni satması barədə məlumat təsdiqini tapmamışdır. CPM-nin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə muvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə Cinayət və Cinayət-Prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən, cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadələri müvafiq sübutlarla təkzib olunmadıqda və ya yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. CPM-nin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. CPM-nin 351.2 və 351.3.4-cü maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. CPM-nin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyu ilə təsdiq olunmalıdır. CPM-nin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxmaq hüququna malikdir. CPM-in 327-ci maddəsinə əsasən ittiham hökmü mülahizələrə əsaslana bilməz. Qanunun mənasına görə ittihamın sübut olunması barədə aradan qaldırılması mümkün olmayan bütün şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll olunur. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, məhkəmədə təqsirləndirilən şəxsin psixotrop maddəni satış məqsədi ilə əldə etməsi sübuta yetirilmədiyindən və təqsirləndirilən şəxs şəxsi istehlak miqdarından artıq psixotrop maddəni əldə edib saxlayaraq daşıdığına görə onun əməli CM-nin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməli və ona həmin maddə ilə cəza təyin edilməlidir. Odur ki, məhkəmə təqsirləndirilən şəxsin əməlini CM-nin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edir. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən “Oazis” restoranın arxa tərəfidə 3 saat ərzində saxlanılaraq ondan 50.000 manat pul verəcəyi halda buraxacaqlarını bildirmələri, avtomobilində aşkar olunan psixotrop maddənin ona məxsus olmaması, onun saxlanılmamışdan əvvəl avtomobilinə kiminsə tərəfindən qoyulmasına, Baş İdarədə qarşısına 01 ədəd böyük büküm qoyularaq polis əməkdaşlarının dediklərinə əməl etmədiyi halda həmin psixotrop maddəni yaşadığı ünvandan çıxacaqından ehtiyat edərək çıxılmaz vəziyyətdə qalıb onların yazdıqları ifadələri oxumadan imza etməsinə, və şəxsi axtarış zamanı psixotrop maddəni Binəqədi rayonu ərazisində yerləşən “Lukoil" yanacaq doldurma məntəqəsinin yaxınlığından tapdığını, həmin psixotrop maddəni polis əməkdaşlarına təhvil vermək məqsədi ilə avtomobilində saxladığını bildirməsinə dair ifadəsi aşağıda şərh edilənlərlə təkzib edildiyindən məhkəmə onun bu ifadəsini ittihamı təkzib edən sübut qismində qəbul etmir. Belə ki, məhkəmədə əlavə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, BMCMİdə əməliyyat müvəkkili işləyir. Təqsirləndirilən şəxs tanıyır, o, Salyan rayon Polis İdarəsində cinayət axtarış şöbəsində, Tural isə X2 işləmişlər. Təqsirləndirilən şəxs 2018-ci ildə öz istəyi ilə işdən azad olunsa da yoldaşlıqları davam etsə də iş barədə hər hansı əməkdaşlıqları olmamışdır. Təqsirləndirilən şəxs da Şahid4 ifadəsində göstərdiklərini təkzib etməyərək məhkəmədə bildirmişdir ki, həbs qətimkan tədbiri seçilərkən Şahid4la bağlı yalan ifadə vermişdir ki, barəsində həbs qətimkan tədbiri seçilməsin. Digər tərəfdən, iş materialları ilə müəyyən olunur ki, təqsirləndirilən şəxs əvvəllər polis orqanlarında işləmiş istefada olan polis mayorudur, saxlanıldıqdan sonra ona qarşı fiziki zor tətbiq olunmamış, üzərində axtarış aparılması ilə əlaqədar olan videogörüntüdən görünür ki, üzərində axtarış aparılarkən o, sərbəstdir, ona qarşı fiziki və psixi təsirin göstərilmədiyini bildirir. Eyni zamanda, Təqsirləndirilən şəxs cinayət işinin 52-54, 64-66-cı vərəqlərində olan ifadəsində göstərmişdir ki, ona qarşı fiziki və psixii təsir göstərilməmişdir. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Cinayət işinin 19-20 və 72-74-cü vərəqlərində olan protokol və qərardan görünür ki, Təqsirləndirilən şəxs 25 may 2021-ci il tarixdə hazırkı iş üzrə şübhəli şəxs qismində tutulmuş və barəsində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 89-90-cı vərəqində olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Səmədağa oğlu əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 191-ci vərəqində olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin 192-194-cü vərəqlərində olan şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs himayəsində üç nəfər azyaşlı uşağı var. Himayəsində üç nəfər azyaşlı uşağın olması, yaşayış yeri üzrə müsbət xarakterizə olunması, əvvəllər məhkum olunmaması CM-nin 59.1.4 və 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallardır. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə, CM-nin 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimaitəhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar CM-nin 9.2-ci maddəsində isə deyilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən onun tərəfindən törədilmiş cinayətin ictimai təhlükəliyini, xarakterini, onun şəxsiyyətini, barəsində cəzanı yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını, törətdiyi əməlin az ağır cinayətlər katerqoriyasına aid edilməsini, əvvəllər məhkum olmamasını nəzərə alaraq hesab edir ki, ona ittiham olunduğu maddənin sanksiyasında ən ağır cəza növü kimi nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilməz. Buna görə də məhkəmə ona CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. CPM-nin 158.2 və 158.6-cı maddəsinə əsasən «təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanmalıdır. Tutulduğu, həbsdə və ya ev dustaqlığında saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxil edilir. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhəkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunan cəza müddətinə daxil edilir. Belə olan halda Təqsirləndirilən şəxsn 25 may 2021-ci il tarixdən hazırkı tarixədək tutularaq həbsdə saxlanıldığı müddət təyin olunacaq cəzaya daxil edilməlidir. CM-nin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Məhkəmə, təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması cəzasını təyin etmək qənatinə gəldiyinə görə hesab edir ki, onun həbsdə olduğu 9 (doqquz) ay 21 (iyirmi bir) gün CM-nin 69.3-cü maddəsinə müvafiq olaraq bir günə iki gün hesabı ilə hesablanaraq 1 (bir) il 7 (yeddi) ay 12 (on iki) günə bərabər tutulmaqla təyin edilən cəzaya hesablanmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinin tələbinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur, cinayət işi üzrə CM-nin 99-1.1.1- 99-1.1.4 maddəsində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. Məhkəmə məsrəfini təşkil edən ekspertiza tədqiqinə sərf olunmuş 109 (bir yüz doqquz) manat Təqsirləndirilən şəxs tutulmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Maddi sübutlar- Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılan- kimyəvi tədqiqatlardan sonra qalıq çəkisi 18,364 qram olan metamfetamin CPM-nin 132.1.4-cü maddəsinə əsasən məhv edilməli və onun məhv edilməsi «Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası» tərəfindən həyata keçirilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürülmə barədə görüntünü əks etdirən disk CPM-nin 132.1.6-cı maddəsinə əsasən cinayət işinin materiallarında saxlanılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344- 349, 351-358-ci maddələrini rəhbər tutaraq məhkəmə

hökm etdi:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 3 (üç) il azadlığın məhdudlaşdırıması cəzasına məhkum edilsin. 25 may 2021-ci il tarixdən hazırkı tarixədək tutularaq həbsdə saxlanıldığı 9 (doqquz) ay 21 (iyirmi bir) gün CM-nin 69.3-cü maddəsinə müvafiq olaraq bir günə iki gün hesabı ilə hesablanaraq 1 (bir) il 7 (yeddi) ay 12 (on iki) günə bərabər tutulmaqla təyin edilən cəzaya hesablanaraq ondan çıxılmaqla üzərində 1 (bir) il 4 (dörd) ay 18 (on səkkiz) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs saat 00.00-dan 05.00-a qədər daimi yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün xidmət etmək, habelə Bakı şəhəri və Abşeron rayonu ərazisində hərəkət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin və yaşayış yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. Təqsirləndirilən şəxs davranışı üzərində nəzarət Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı Şəhəri Probasiya İdarəsinə həvalə edilsin, cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilərək barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad olunsun “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Məhkəmə məsrəfini təşkil edən 109 (bir yüz doqquz) manat Təqsirləndirilən şəxs tutulmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Maddi sübutlar- Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılan- kimyəvi tədqiqatlardan sonra qalıq çəkisi 18,364 qram olan metamfetamin məhv edilsin və onun məhv edilməsi «Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası» tərəfindən həyata keçirilsin, bir ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Sədrlik edən hakim Əfqan Hacıyev Hakimlər Əli Məmmədov Telman Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar