Məhkəmə qərarları › İş №1(101)-365/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-365/2025

03.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-365/2025 03.11.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əsgərova-X12 (sədrlik edən), Sadıxov Rasim Əkrəm oğlu və Kərimov Novruz Ağakərim oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X6, dövlət ittihamçları- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı1 və Dövlət ittihamçısı2, zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Nümayəndə, müdafiəçi – Azərbaycan Respublikasının Vəkillər Kollegiyası Bakı şəhəri “Kəngərli və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Bakı şəhəri “Qanunçuluq” Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxxxxx 1981-ci il tarixdə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, ünvan 1 ünvanda qeydiyyatda olan, faktiki Abşeron rayonu, Xırdalan şəhəri, "xxxx" MTK, blok A, 14/18 ünvanında yaşamış, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 06 dekabr 2023-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasmda həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.4-cü, 308.2-ci və 313-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs tamah niyyəti ilə informasiya resursuna bilə-bilə yalan məlumatları vahid niyyətlə daxil etməklə vəzifə saxtakarlığı törətmiş, öz qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş özgə əmlakını vahid niyyətlə xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəməklə talamışdır. Belə ki, o, xx.xx.2022-ci il tarixli əmək müqaviləsi əsasında Bakı şəhəri, Yasamal rayonu Həsənbəy ünvan 4 ünvanında mebellərin alışı və satışı fəaliyyəti ilə məşğul olan Zərərçəkmiş şəxs MMC-də baş mühasib vəzifəsinə işə qəbul olunmaqla həmin tarixdən 2023-cü ilin noyabr ayınadək olan müddətdə qeyd edilən vəzifədə işləyərkən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi kollegiyasının 15 noyabr 2005-ci il tarixli 24-2 №-li qərarı ilə təsdiq edilmiş, 29 noyabr 2005-ci il tarixdə 3204 nömrə ilə qeydiyyata alınmış “Bütün sahələr üçün ümumi olan qulluqçu vəzifələrinin Vahid X9”na əsasən, mühasibat uçotunun müxtəlif sahələri üzrə əməliyyatları (əsas vəsaitlərin, əmtəəmaddi qiymətlilərin, istehsala çəkilən xərclərin, məhsulun satılmasının, təsərrüfat-maliyyə fəaliyyətinin nəticələrinin hesabının aparılması, sifarişçilərin-tədarükçülərin hesabı, eləcə də göstərilən xidmətlərə və s. hesabı) yerinə yetirmək, maliyyə intizamının yerinə yetirilməsinə və ehtiyatlardan səmərəli istifadəyə yönəlmiş tədbirlərin işlənib hazırlanmasında və həyata keçirilməsində iştirak etmək, sənədlərin hesab sahələrinə uyğun qəbulunu və nəzarətini həyata keçirmək və onları hesabı emala hazırlamaq, pul vəsaitlərinin, əmtəə maddi qiymətlilərinin hərəkəti ilə bağlı əməliyyatları mühasibat uçotunda əks etdirmək, dövlət büdcəsinə ödənişlərin, məcburi dövlət sosial sığorta və digər icbari sığorta haqlarının, fəhlə və qulluqçuların əmək haqqına yönəldilən maliyyə vəsaitlərinin ayrılmasını, vergilərin, ödənişlərin, eləcə də istehlak fonduna vəsaitin köçürülməsini həyata keçirmək, pul vəsaitlərinin, mal-material qiymətlilərinin hesablanması və ödənilmə öhdəliklərinin inventarizasiyasının aparılmasında iştirak etmək və digər səlahiyyətlərə malik təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən maddi məsul vəzifəli şəxs kimi xidməti vəzifəsinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə edərək həmin MMC-yə məxsus olmaqla ona etibar edilmiş pul vəsaitini öz qulluq mövqeyindən istifadə etməklə vahid niyyətlə mənimsəyərək talamaq məqsədilə cinayətdən xəbərsiz qohumları tərəfindən ona digər məqsədlərlə verilmiş mülki etibarnamələrdən istifadə edərək həmin qohumlarının adına "xxxx" ASC-də qeyd edilən müddətdə açdırdığı fərdi sahibkar hesablarına, habelə işlədiyi MMC-də cinayətkar niyyətlə əhatə olunmayan müxtəlif səbəblərdən ona verilmiş və təhvil verməli olduğu halda cinayətkar niyyətini həyata keçirmək məqsədilə özündə saxladığı kart hesablarına, eləcə də özünün əmək haqqı hesabına əsas olmadan müxtəlif məbləğdə pul vəsaitlərini MMCnin qeyd edilən ünvanda yerləşən ofisindəki xidməti otağında istifadəsində olan kompüterdə cinayətdən xəbərsiz direktor Şahid1 tərəfindən ona xidməti istifadəsi üçün verilmiş həmin MMC-nin adına açılmış 13121982 nömrəli ASAN imzadan etməklə MMCnin "xxxx" ASC-nin Azl9RBTA******************** saylı manatla kart və hesablaşma hesablarından həmin kart hesablarına informasiya resursuna tamah niyyətilə bilə-bilə yalan, yəni təhrif olunmuş və ya köçürülməsi üçün əsas olmadığı halda buna saxta zərurət görüntüsü yaradan məlumatlar daxil etməklə müxtəlif məbləğdə, o cümlədən, cinayətdən xəbərsiz qohumu Şahid2 tərəfindən ona digər məqsədlərlə verilmiş xx.xx.2021-ci il mülki etibarnamədən istifadə edərək sonuncunun adına "xxxx" ASC-də xx.xx.2021-ci il tarixdə açdırdığı fərdi sahibkar qismində Az39AZFİ41040Az**********001 nömrəli bank hesabına Zərərçəkmiş şəxs MMC-nin "xxxx" ASC-nin Ağsu filialındakı Az19RBTA******************** saylı manatla hesablaşma hesabından guya şirkətin məcburi DSMF ödənişlərinin edilməsi və aralarında ticarət müqavilələri olduğu başqa hüquqi şəxslərə qanuni pul köçürmələri edilməsi, həmçinin xidmət göstərilməsi ilə bağlı kompüter vasitəsilə yuxarıda qeyd edilən üsulda bilə-bilə yalan məlumatları onlayn qaydada informasiya resursuna daxil etməklə xx.xx.2022-ci il tarixdə 1687.05 manat, xx.xx.2022-ci il tarixdə 17427 manat, xx.xx.2022-ci il tarixdə 2500 manat, xx.xx.2022-ci il tarixdə 3899 manat, xx.xx.2022-ci il tarixdə 2314.85 manat, xx.xx.2022-ci il tarixdə 900 manat, xx.xx.2022-ci il tarixdə 720 manat, MMC-nin Az19RBTA******************** saylı manatla kart hesabından xx.xx.2022-ci il tarixdə 2980 manat, xx.xx.2022-ci il tarixdə 1400 manat, xx.xx.2022-ci il tarixdə 2000 manat, xx.xx.2022-ci il tarixdə 6997 manat, xx.xx.2022-ci il tarixdə 1997 manat, xx.xx.2022-ci il tarixdə 9480 manat, xx.xx.2022 -ci il tarixdə 2000 manat, xx.xx.2022- ci il tarixdə 2095 manat, xx.xx.2022 -ci il tarixdə 5700 manat, xx.xx.2022- ci il tarixdə 4080 manat, xx.xx.2022- ci il tarixdə 1700 manat, xx.xx.2022-ci il tarixdə 1400 manat, xx.xx.2022 -ci il tarixdə 6789 manat, xx.xx.2022 ci il tarixdə 3594 manat, xx.xx.2022-ci il tarixdə 5000 manat, xx.xx.2022- ci il tarixdə 1500 manat, xx.xx.2022-ci il tarixdə 7500 manat, xx.xx.2022-ci il tarixdə 1495 manat, xx.xx.2022-ci il tarixdə 6000 manat, xx.xx.2023-cü il tarixdə 2500 manat, xx.xx.2023-cü il tarixdə 3000 manat, xx.xx.2023-cü il tarixdə 1500 manat, xx.xx.2023-cü il tarixdə 8400 manat, xx.xx.2023-cü il tarixdə 1500 manat, xx.xx.2023-cü il tarixdə 2000 manat, xx.xx.2023-cü il tarixdə 3400 manat, xx.xx.2023-cü il tarixdə 6000 manat, xx.xx.2023-cü il tarixdə 2500 manat, xx.xx.2023-cü il tarixdə 4500 manat, xx.xx.2023-cü il tarixdə 10000 manat, xx.xx.2023-cü il tarixdə 5000 manat, xx.xx.2023-cü il tarixdə 990 manat, xx.xx.2023-cü il tarixdə 1500 manat, xx.xx.2023-cü il tarixdə 2495 manat, xx.xx.2023-cü il tarixdə 3995 manat, xx.xx.2023-cü il tarixdə 800 manat, xx.xx.2023-cü il tarixdə 1595 manat, xx.xx.2023-cü il tarixdə 5000 manat, xx.xx.2023-cü il tarixdə 5000 manat, 05.0.2023-cü il tarixdə 8000 manat, xx.xx.2023-cü il tarixdə 799 manat, xx.xx.2023-cü il tarixdə 1800 manat, xx.xx.2023-cü il tarixdə 3200 manat, xx.xx.2023-cü il tarixdə 8956 manat, xx.xx.2023-cü il tarixdə 5000 manat, cəmi 202.584,9 manat (iki yüz iki min beş yüz səksən dörd manat doqquz qəpik) məbləğində, eyni niyyətlə, cinayətdən xəbərsiz tanışı Şahid3 tərəfindən ona digər məqsədlərlə verilmiş xx.xx.2019-cu il tarixli mülki etibarnamədən istifadə edərək sonuncunun adına "xxxx" ASCdə xx.xx.2019-cu il tarixdə açdırdığı fərdi sahibkar qismində Az81AZFİ41040Azl**********01 nömrəli bank hesabına həmin MMC-nin eyni nörməli manatla hesablaşma hesabından eyni saxta əsaslarla kompüter vasitəsilə yuxarıda qeyd edilən üsulda bilə-bilə yalan məlumatları onlayn qaydada informasiya resursuna daxil etməklə xx.xx.2022-ci il tarixdə 2053.99 manat, xx.xx.2022-ci il tarixdə 2700 manat, xx.xx.2022-ci il tarixdə 4249.02 manat, xx.xx.2022-ci il tarixdə 414 manat, xx.xx.2022-ci il tarixdə 2053.99 manat, xx.xx.2022-ci il tarixdə 9992 manat, xx.xx.2022-ci il tarixdə 12984 manat, xx.xx.2022-ci il tarixdə 5688.25 manat, xx.xx.2022-ci il tarixdə 1300 manat, MMCnin Azl9RBTA**********094422451 saylı manatla kart hesabından xx.xx.2022-ci il tarixdə 12980 manat, xx.xx.2022-ci il tarixdə 7700 manat , xx.xx.2022-ci il tarixdə 9990 manat, xx.xx.2022-ci il tarixdə 2400 manat, xx.xx.2022-ci il tarixdə 5900 manat, xx.xx.2022-ci il tarixdə 1996 manat, xx.xx.2022-ci il tarixdə 2795 manat, xx.xx.2022-ci il tarixdə 2775 manat, xx.xx.2022-ci il tarixdə 1300 manat, xx.xx.2022-ci il tarixdə 3000 manat, xx.xx.2022-ci il tarixdə 6000 manat, xx.xx.2023-cü il tarixdə 3500 manat, xx.xx.2023cü il tarixdə 7650 manat, xx.xx.2023-cü il tarixdə 1230 manat, xx.xx.2023-cü il tarixdə 3500 manat, xx.xx.2023-cü il tarixdə 2995 manat, xx.xx.2023-cü il tarixdə 4590 manat, xx.xx.2023-cü il tarixdə 2495 manat, xx.xx.2023-cü il tarixdə 800 manat, xx.xx.2023-cü il tarixdə 6190 manat, xx.xx.2023-cü il tarixdə 5990 manat, xx.xx.2023-cü il tarixdə 800 manat, xx.xx.2023-cü il tarixdə 1800 manat, xx.xx.2023-cü il tarixdə 2900 manat, xx.xx.2023-cü il tarixdə 14950 manat, xx.xx.2023-cü il tarixdə 7900 manat, xx.xx.2023-cü il tarixdə 14961 manat olmaqla cəmi 180522.25 manat (bir yüz səksən min beş yüz iyirmi iki manat iyirmi beş qəpik) məbləğində, eyni niyyətlə, cinayətdən xəbərsiz qohumu Şahid4 tərəfindən ona digər məqsədlərlə verilmiş xx.xx.2020-ci il tarixli mülki etibarnamədən istifadə edərək sonuncunun adına "xxxx" ASC-də xx.xx.2020-ci il tarixdə açdırdığı fərdi sahibkar qismində AZ68AZF141040AZ**********001 nömrəli bank hesabına həmin MMCnin eyni hesabından eyni saxta əsaslarla kompüter vasitəsilə yuxarıda qeyd edilən üsulda bilə-bilə yalan məlumatları onlayn qaydada informasiya resursuna daxil etməklə xx.xx.2022-ci il tarixdə 2000 manat, xx.xx.2022-ci il tarixdə 7800 manat, xx.xx.2022-ci il tarixdə 2000 manat, xx.xx.2022-ci il tarixdə 600 manat, xx.xx.2022-ci il tarixdə 1670 manat, xx.xx.2022- ci il tarixdə 4000 manat, xx.xx.2022-ci il tarixdə 10900 manat, xx.xx.2022-ci il tarixdə 7900 manat, xx.xx.2022 -ci il tarixdə manat, 2993 manat, xx.xx.2022-ci il tarixdə 10000 manat, xx.xx.2022-ci il tarixdə 4991 manat, xx.xx.2022-ci il tarixdə 4790 manat, xx.xx.2022-ci il tarixdə 4500 manat, xx.xx.2022-ci il tarixdə 6000 manat, xx.xx.2023-cü il tarixdə 1300 manat, xx.xx.2023-cü il tarixdə 1000 manat, 06.01. 2023-cü il tarixdə 5000 manat, xx.xx.2023-cü il tarixdə 2900 manat, xx.xx.2023-cü il tarixdə 3000 manat, xx.xx.2023-cü il tarixdə 1200 manat, xx.xx.2023-cü il tarixdə 2750 manat, xx.xx.2023-cü il tarixdə 3500 manat, xx.xx.2023-cü il tarixdə 4990 manat, xx.xx.2023-cü il tarixdə 1100 manat, xx.xx.2023-cü il tarixdə 2455 manat, 08.02. 2023-cü il tarixdə 7300 manat, xx.xx.2023-cü il tarixdə 1000 manat, xx.xx.2023-cü il tarixdə 4000 manat, xx.xx.2023-cü il tarixdə 2400 manat, xx.xx.2023-cü il tarixdə 8000 manat, xx.xx.2023-cü il tarixdə 1600 manat, xx.xx.2023-cü il tarixdə 1600 manat, xx.xx.2023-cü il tarixdə 1000 manat, xx.xx.2023-cü il tarixdə 6300 manat, xx.xx.2023-cü il tarixdə 4000 manat, xx.xx.2023-cü il tarixdə 3000 manat, xx.xx.2023-cü il tarixdə 5500 manat, xx.xx.2023-cü il tarixdə 500 manat, xx.xx.2023-cü il tarixdə 6090 manat, xx.xx.2023-cü il tarixdə 4785 manat, xx.xx.2023-cü il tarixdə 3995 manat, xx.xx.2023-cü il tarixdə 2995 manat, xx.xx.2023-cü il tarixdə 1000 manat, xx.xx.2023-cü il tarixdə 8000 manat, xx.xx.2023-cü il tarixdə 2000 manat, xx.xx.2023-cü il tarixdə 7000 manat, xx.xx.2023-cü il tarixdə 850 manat, xx.xx.2023-cü il tarixdə 13000 manat, xx.xx.2023-cü il tarixdə 450 manat, xx.xx.2023-cü il tarixdə 400 manat, xx.xx.2023-cü il tarixdə 7000 manat, xx.xx.2023-cü il tarixdə 4000 manat, xx.xx.2023-cü il tarixdə 10000 manat, xx.xx.2023-cü il tarixdə 3490 manat, xx.xx.2023-cü il tarixdə 3000 manat, xx.xx.2023-cü il tarixdə 11100 manat, xx.xx.2023-cü il tarixdə 3000 manat, xx.xx.2023-cü il tarixdə 4000 manat, xx.xx.2023-cü il tarixdə 10000 manat, xx.xx.2023-cü il tarixdə 7000 manat, xx.xx.2023-cü il tarixdə 3000 manat, xx.xx.2023-cü il tarixdə 1500 manat, xx.xx.2023-cü il tarixdə 2490 manat, xx.xx.2023-cü il tarixdə 1000 manat, xx.xx.2023-cü il tarixdə 2300 manat, xx.xx.2023-cü il tarixdə 990 manat, xx.xx.2023-cü il tarixdə 900 manat, xx.xx.2023-cü il tarixdə 5000 manat, xx.xx.2023-cü il tarixdə 3000 manat, xx.xx.2023- cü il tarixdə 1400 manat, xx.xx.2023 cü il tarixdə 3000 manat, xx.xx.2023 cü il tarixdə 2500 manat, xx.xx.2023 cü il tarixdə 5000 manat, xx.xx.2023 cü il tarixdə 2990 manat olmaqla, cəmi 293.764 (iki yüz doxsan üç min yeddi yüz altmış dörd) manat məbləğində, ümumilikdə qeyd edilən qaydada özündə olan həmin kart hesablarına saxta əsaslarla cəmi 802.429,45 manat (səkkiz yüz iki min dörd yüz iyirmi doqquz manat qırx beş qəpik) məbləğində pul vəsaitini həmin müddətdə köçürməyə nail olub, qeyd edilən pul vəsaitinin bir hissəsini onlayn qaydada köçürmə vasitəsilə kart hesabları arasında dövr etdirməklə restoran, aptek, yanacaqdoldurma, mağaza, xəstəxana və digər ödənişlərinə sərf edərək, habelə bir hissəsini Bakı şəhərinin ayrı-ayrı ünvanlarında terminal vasitəsilə, o cümlədən, sonuncu dəfə xx.xx.2023-cü il tarixdə Yasamal rayonu H.Cavid prospekti 12 ünvanında yerləşən “ATM Space” adlı bankomatdan 30 manatını nağdlaşdırıb əldə etməklə, əldə etdiyi həmin pul vəsaitlərini özünün şəxsi ehtiyaclarına sərf edərək Zərərçəkmiş şəxs MMC-yə məxsus olmaqla ona etibar edilmiş cəmi 676.871,15( altı yüz yetmiş altı min səkkiz yüz yetmiş bir manat on beş qəpik ) manat məbləğində pul vəsaitini vahid niyyətlə öz qulluq mövqeyindən istifadə edərək xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəməklə talamış, tamah niyyətilə informasiya resursuna bilə-bilə yalan məlumatları vahid niyyətlə daxil etməklə vəzifə saxtakarlığı törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadə verərək göstərmişdir ki, əvvəllər “Gilan” holdingdə işləmişdir. 2021-ci ilin noyabr ayında Şahid1 yanında mühasib köməkçisi kimi çalışmışdır. Şahid1 Zərərçəkmiş şəxs MMC-nin rəhbəri olmuşdur. Sonuncunun göstərişi ilə mebel satışını qeyri-rəsmi formada həyata keçirmişdir. Ümumiyyətlə işlərin çox hissəsi qeyri-rəsmi formada aparılmışdır. İş çoxluğu səbəbilə qeyri-rəsmi mühasibatlığa daha çox ehtiyac olmuşdur. Qeyri-rəsmi mühasib kimi Mürsəlov Eyvaz fəaliyyət göstərmişdir. 2022-ci il aprel ayında rəsmi mühasib işdən çıxarıldığı üçün bütün etibarnamələr ona verilmiş, kadrlar, mühasibatlıq, kredit verilməsi, banka aid məsələlər üzrə bütün öhdəliklər onda olmuşdur. O, mal alışı və əmək haqqı üçün köçürmələr etmişdir. Təzə işə başladığı zaman tərəfindən yanlış köçürmələrə yol verilmişdir. Ona verilmiş ittihamda öz əksini tapan fiziki şəxslərə edilən köçürmələr yalnız Zərərçəkmiş şəxs MMC şirkətinə məxsus pullarla deyil, həmçinin özünün şəxsi işi ilə bağlı köçürmələr də olmuşdur. Onun övladı əlildir. Dəfələrlə həkimlərə aparmağına baxmayaraq uşağın səhhətində irəliləyiş olmadığı üçün falçı yanına getmiş və sonuncu ona uşağın cadulu olduğunu, sağalması üçün kömək edəcəyini bildirmişdir. Şahid1lə tanışlıqdan əvvəl, 2021-ci ildə falçı ilə tanış olmuş, ona elə həmin dövrdən ödənişlər etməyə başlamış və o vaxtlar borcları olmamışdır. Başqa şirkətlərin də mühasibatlığını apardığı üçün onlardan gələn pulları fiziki şəxslərin verdiyi etibarnamə əsasında onların hesabına köçürmüşdür. Fiziki şəxslər dedikdə əvvəldən tanıdığı, notarial qaydada etibarnamələrini aldığı, vöenləri olan tanışları Bagiri Əfruz, Emin Malikzadə və Şahid2 nəzərdə tutur. Onların hesablarına köçürülmüş pul vəsaitləri yalnız Zərərçəkmiş şəxs MMC-nin deyil, həmçinin müxtəlif şirkətlərin pulları olmuşdur. Həmin sənədlərin çıxarışları da mövcuddur. Tanışlarının adına dövriyyə yaratmaqla şəxsi biznesini artırmaq istəmişdir. Onun biznesi telefon və komputer satışından ibarət olmuşdur. Şahid2 yoldaşının qohumu, Elmin Malikzadə tanışı, Bagiri Əfruz dayısı qızıdır. Təqsirləndirilən şəxs məhkəmədə ona ünvanlanan sualları cavablandırarkən bildirmişdir ki, Zərərçəkmiş şəxs MMC-də rəsmi olaraq baş mühasib olmuş, rəsmi qaydada uçotlar aparmışdır. Köçürmələr zamanı rəhbərin imzasına ehtiyac olmamışdır. Vergilərin ödənilməsi ilə bağlı sistemə Şahid1 asan imzası vasitəsilə daxil olmuş və zəruri əməliyyatları həmin asan imzayla həyata keçirmişdir. Şahid1 asan imzası 2 il fasiləsiz onda olmuşdur. Şahid1 işlərin maliyyə hissəsindən çox rəsmi hissəsi ilə maraqlanmışdır. İttihamda göstərilən məbləğin 800000 (səkkiz yüz min) manatdan çox olmasını qəbul etmir. İttihamda adı çəkilən şəxslərin hesablarına pullar başqa şirkətlərdən köçürülmüşdür. Həmin hesablara köçürülən pullar milyon yarımı keçmişdir. Şahid2, Elmin Malikzadənin və Bagiri Əfruzun hesabına gələn pulların bir qismi həmçinin Zərərçəkmiş şəxs MMC-yə aiddir. Köçürmələrdə limit mövcudluğu 3 fərqli şəxsin - Şahid2, Elmin Malikzadə və Bagiri Əfruzun adına olan hesablara köçürülməsi zərurətini formalaşdırmışdır. Belə ki, fiziki şəxslərin adına olan hesablara 15000 (on beş min) manat, hüquqi şəxslərin adına olan hesablara isə 30000 (otuz min) manat köçürmə etmək mümkün olmuşdur. Köçürdüyü həmin pulları sonradan nağdlaşdırmışdır. Maaşlar həm köçürmə yolu ilə 315 (üç yüz on beş) manat məbləğində, həmçinin nağd qaydada əlbəəl ödənmişdir. Maaşların əlbəəl nağd qaydada ödənilməsi Şahid1 maaşla əlaqədar vergi ödəmək istəməməsi ilə əlaqədar olmuşdur. Pullar həmçinin Şahid1 öz qardaşlarının şirkətləri ilə nağdlaşdırılmışdır. Məhsul alındıqca vergiyə borclarının yaranmağa başladığını görmüşdür. Şahid1 hesabına pul köçürülən fiziki şəxsləri tanımamış və ona əsas nağd şəkildə pul lazım olduğu üçün pulların hansı qaydada kimin hesabına köçürülməklə nağdlaşdırılması Şahid1 üçün əhəmiyyət kəsb etməmişdir. Zərərçəkmiş şəxs MMC-də onun maaşı 1500 (min beş yüz) manat maaş təşkil etmişdir. Ümumilikdə rəsmi əmək haqqısı 2016-cı ildən 7000 (yeddi min)- 8000 (səkkiz min) min manat həddində olmuşdur. X40 yanında “Mersin Pizza” restoranını işlətmişdir. Şahid1 yanında işə başlamamışdan əvvəl onun aylıq gəliri təxminən 1500 (min beş yüz) manat, 2000 (iki min) manat olan hazırlıq kursu olmuşdur. Falçıya 612000 (altı yüz on iki min) manat pul vermişdir. 2021-ci ilə qədər uşağının müalicəsinə görə təxminən 200 000 (iki yüz min) manat - 250000 (iki yüz əlli min) manat pul xərcləmişdir. Aylıq gəliri ilə bağlı bank çıxarışları, portalda əmək müqaviləsi mövcuddur. İşçilərin işlədiyi müddəti onda olan əmək haqqı cədvəli ilə hesablamışdır. Əmək haqqı işçiyə pul lazım olduqca ödənilmişdir. İşçilərin maaşı bank hesabına köçürülsə vergi öhdəliyi və DSMF öhdəliyi yaranmışdır. Bu səbəbdən işçilərə verilən pullar həmişə rəsmiləşdirilməmiş, işçilərə həmçinin nağd qaydada əmək haqqı ödənilmiş, bəziləri ilə isə ümumiyyətlə əmək müqaviləsi bağlanmamışdır. Hesablarına pul köçürdüyü fiziki şəxslər Şahid2, Elmin Malikzadə və Bagiri Əfruzun da sonradan vergi öhdəliyi yaranmışdır. Şahid2, Elmin Malikzadə və Bagiri Əfruz sahibkar olmuşlar. Öz şirkətindən də fərdi sahibkarlara ödəniş etməklə telefon və komputer almışdır. Fövqəladə Hallar Nazirliyindən 30000 (otuz min) manat pul köçmüşdür. 80 nəfərə yaxın fiziki şəxs ona etibarnamə vermişdir. Restoranı 2023-cü il yanvar ayında öz adına açmışdır. Zərərçəkmiş şəxs MMC-yə gəlməmişdən əvvəl Şahid2, Elmin Malikzadənin, Bagiri Əfruzun və Rüfət Əliyevin kart hesablarına köçürdüyü pullar öz qazancı olmuşdur. İşə başlayarkən sahibkar olaraq başqa fəaliyyəti olmuşdur. Əvvəllər həmişə rəsmi şəkildə işləmiş, qeyri-rəsmi şəkildə uçot qabiliyyəti təcrübəsi olmadığı üçün bu işlərdə çox zəif olmuşdur. Orada işləməyə başlamaqda məqsədi də qeyri-rəsmi uçotu öyrənmək olmuşdur. ”Gilan holding”də işlədiyi zaman 300 manat maaş almış və getdikcə fiziki şəxslərin və onların hesabları artmağa başlamış, bununla da qazancı artmışdır. Zərərçəkmiş şəxs MMC mebel satışı ilə məşğul olmuşdur. Mebellərin dəyəri 1000 (min manat), 2000 (iki min) manat, 3000 (üç min) manat olmuşdur. İşçilərin maaşı 1500 (min beş yüz) manat olmuş və həmin əmək haqqı üzərinə həmçinin satışdan əldə edilmiş bonuslar gəlmişdir. Mebellərin qeyrirəsmi satışından şirkətə gələn pulları Şahid1 əmək haqqına yönəldə bilsə də həmin pul vəsaiti aylıq əmək haqqı ödənişlərinə kifayət etməmişdir. Şahid2, Elmin Məlikzadəyə və Bagiri Əfruza onlara DSMF yazılsın və onların adları sahibkar kimi olsun deyə onlardan VÖEN üçün ona etibarnamə vermələrini xahiş etmiş və onlar da razılaşmışdır. Kartlar onda olmuş və kartlara gələn pullardan fərdi sahibkarların məlumatları olmamışdır. Vergi ilə bağlı bildirişlər ona gəlmişdir. Şahid1 fərdi sahibkarlardan və ümumiyyətlə şirkətlə bağlı məsələlərdən məlumatsız olmuşdur. Şahid1lə sistem yaradıb fərdi sahibkarların adlarını ora qeyd edəcəkmişlər. Asan imzayla bağlı uçot hesabatlarını Eyvaz müəllimə və Adil adlı şəxsə məlumatları vermişdir. Əmək haqqı minimum 1500 (min beş yüz) manatdan başlayıb 3000 (üç min) manata 4000 (dörd min) manata qədər, qeyri-rəsmi formada əmək haqqı 250000 (iki yüz əlli min) manat olmuşdur. Əmək haqqlarını əsasən Adil adlı şəxsə vermiş, əmək haqlarını Adil adlı şəxsin kartından əməkdaşların kartlarına köçürmüşdür. O, əvvəllər də qeyri-rəsmi formada işləmişdir. Telefon lazım olduqda o, mağazadan almış, rəsmi şəkildə telefonun qaiməsini yazmış, onlarda onun kart hesabına pul köçürülmüşdür. Şahid1 qeyri-rəsmi formada aldığı pullar işçilərin əmək haqqlarına yönəldilmişdir. Şirkətdə rəsmi olaraq 50-60 nəfər işçi işləmişdir. Malları nağd şəkildə alıb nağdsiz şəkildə satmışlar. Gün sonunda gəlirlə bağlı hesabları Eyvaz və Sabir adlı şəxslər təhvil almışlar. Zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs MMC-nin təsisçisinin ifadəsi ilə əlaqədar ona ünvanlanan sualları cavablandıraraq təqsirləndirilən şəxs bildirmişdir ki, onun əmək haqqısı 1500 manat təşkil etmişdir. O, Şahid1 heç bir ziyan vurmamışdır. Pul vəsaitləri Elnurun qardaşlarının adından şirkətdən çıxarılmışdır. O, borclarının yaranması ilə bağlı Şahid1 mütəmadi məlumatlar vermişdir. Sanksiyalar o, işdən çıxmazdan üç-dörd ay əvvəl başlamış, bu zaman Şahid1 narahat olmağa başlamışdır. O, işlədiyi zaman şirkətdə qeydiyyatsız 250 nəfər işçi olmuşdur. Qeydiyyatlı 30 nəfər işçi olmuşdur, onlar həm Bakıda, həm rayonda fəəliyyət göstərmişdir. Onlara gələn qaimələr çox, xərcləri isə az olmuş, mənfəət yaranmış, buna görə Vergi Xidməti onlara sanksiyalar tətbiq etməyə başlamışdır. Onlar nağd şəkildə aldıqları malı rəsmi şəkildə bank yolu ilə ödəmə üsulu ilə satmışlar, bu zaman avtomatik olaraq hesablarına pul köçmüş, gələn pulları da bankdan çıxara bilməmişlər. Şahid1 özünün də bir milyona yaxın kredit borcu olmuşdur. “Damla” mebel evinə də pullar köçürmüşlər, həmin şirkətlər də Elnurun qohumlarına məxsus olmuşdur. Maliyyə direktoru Adil Mirzəyev olmuşdur. O, Adil Mirzəyevə pulu vermiş, sonuncu da əmək haqlarını paylamışdır. Falçıya Şahid1 şirkətində işləməzdən əvvəl öz hesabından 612 min manat vermişdir. Təqsirləndirilən şəxs Şahid7 ifadəsi ilə əlaqədar ona ünvanlanan sualları cavablandıraraq bildirmişdir ki, Şahid7 10 ildən çoxdur ki, həmin şirkətdə işləmiş və bütün səlahiyyətlərə sahib olmuşdur. Uçot bazasına yalnız Şahid7 daxil ola bilmişdir. Ödəniş tapşırıqlarını isə özü yazmışdır. Məsələn 10000 manat, 60000 manat ödəniş tapşırığı hazırladıqda hansı məbləğ keçirdisə avtomatik “Excel”də onu qeyd edib vermişdir. İş çoxluğundan məlumatları Şahid7 verə bilməmişdir. Vergiyə aid hesabatları onun tərəfindən, qeyri-rəsmi kassa məlumatları isə Şahid7 tərəfindən tərtib edilmişdir. Şahid7 özü könüllü şəkildə şirkətə aid olan asan imzanı ondan götürüb portala daxil ola bilmişdir. Ona 1500 manat məbləğində əmək haqqı təklif etdiyi üçün həmin şirkətdə işləməyə razılaşmışdır. Şahid7 Şahid1 sağ əli olmuşdur. O, həmin şirkətdə qeyri-rəsmi hesabların aparılmasını öyrənmək üçün işləmişdir. O, bank kassasından pulu götürüb qeyri-rəsmi şəkildə əmək haqqlarının ödənilməsi üçün vermişdir. Təqsirləndirilən şəxs Şahid9 ifadəsi ilə əlaqədar bildirmişdir ki, problemlər müştəri məmnuniyyətsizliyi ilə əlaqədar yaranmışdır. Şahid9 2022-ci ildən Yasamal mağazasında kassir kimi işləmiş və əmək haqqlarını işçilərə o vermişdir. Şahid9 işçilərin sayını bilmişdir. O, 2023-cü ilin aprel-may aylarında servis menceri vəzifəsində işləməyə başlamışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından zərərçəkmiş şəxsin, şahidin ifadələrini də iş üzrə sübut növü kimi qəbul edir Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadə verərək göstərmişdir ki, o, Təqsirləndirilən şəxs ərinin avtomobilini idarə etmişdir. Təqsirləndirilən şəxs xarici ölkədən onun adından uşaqlar üçün kitab gətirəcəyini bildirdiyinə görə sonuncunun xahişinə əsasən 2021-ci ildə Təqsirləndirilən şəxs etibarnamə vermişdir. Tarixini xatırlamadığı gündə Yasamal rayon prokurorluğundan ona zəng edib adına vergi borcu yığıldığı bildirilmişdir. Bankda adına plastik kart açılması ilə bağlı məlumatı olmamışdır. Təqsirləndirilən şəxs adına VÖEN olmuşdur. Taksi üçün fərqlənmə nişanı almağa görə həmin VÖEN-dən istifadə etmişdır. 2021-ci ildən əvvəlki dövrdə fərqlənmə nışanını almaq məqsədilə Təqsirləndirilən şəxs ilə birlikdə Asan Xidmətdən asan imza almışlar. Şahid2 məhkəmədə ona ünvanlanan sualları cavablandırarkən bildirmişdir ki, Təqsirləndirilən şəxs yoldaşının maşınından taksi kimi istifadə etmişdir. 2021-ci ildə maşını təhvil vermişdir. Sahibkarlıq fəaliyyəti ilə məşğul olmamış, Asan imzadan istifadə edə bilmədiyi üçün həmin imzanı Təqsirləndirilən şəxs vermişdir. Yaşadığı ünvana vergi ilə bağlı hər hansısa məktub daxil olmamışdır. “Finans Bank”a gedəndə kartın Təqsirləndirilən şəxs tərəfindən etibarnamə əsasında açıldığını demişdir. Sonradan öyrənmişdir ki, həmin açılmış karta görə vergi borcu 3000 (üç min) - 4 (dörd min) manatdan 50000 (əlli min) manata qədər olmuşdur. Bankda və Yasamal rayon prokurorluğunda görüntüləri əldə edilməsini xahiş etməsi barədə yazdığı ərizəyə cavab olaraq görüntüləri yalnız polisin götürə biləcəyini bildirmişlər. Bir ildir ki, həmin borcdan azad oluna bilməmişdir. Bununla bağlı ona hər hansısa məbləğ ödənilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid15 ifadə verərək göstərmişdir ki, 2021-ci idə tikinti idarəsində mühəndis vəzifəsində çalışmışdır. Təxminən 2021-ci ilin yaz aylarında ərazidən gələrkən Təqsirləndirilən şəxs görmüş və Təqsirləndirilən şəxs yeni işçi olduğunu bilmişdir. İdarə ləğv olunandan sonra Təqsirləndirilən şəxs işdən azad olunmuşdur. Təqsirləndirilən şəxs avtomobili ilə bir neçə dəfə qəza törətmiş və onun avtomobilini usta yanına göndərmişdir. Bir müddət sonra Təqsirləndirilən şəxs ilə şəxsi münasibəti yaranmışdır. 2023-cü ilin oktyabr ayının 23-də Samirə işlədiyi mebel şirkətində adına yeyinti yazıldığını demişdir. Tovuzlu falçı Sahibin hesabına 700000 (yeddi yüz min) - 800000 (səkkiz yüz min) manat məbləğində pul köçürdüyünü demişdir. Təxminən 10-15 gün sonra Yasamal rayon prokurorluğuna çağırılmış və orada yazılı şəkildə izahatını yazmışdır. Tərəfindən hər hansı pul köçürmələrini həyata keçirilmədiyi və mənimsəmə ilə əlaqəsi olmadığını bildirmişdir. Yoxlanılması üçün işi Yasamal rayon Polis İdarəsinə göndərilmişdir. Şahid15 məhkəmədə ona ünvanlanan sualları cavablandırarkən bildirmişdir ki, Təqsirləndirilən şəxs falçının Abşeron rayon prokurorluğu tərəfindən tutulduğunu demişdir. Təqsirləndirilən şəxs həbs olunduqdan sonra Yasamal rayon Polis İdarəsində saxlanılanda balaca oğlu ilə ona yemək aparmışlar. Telefon zənglərinin yoxlanışında zəng olunanların siyahısında ən çox onun nömrəsi olduğu üçün onu dindirilməyə dəvət etmişlər. Təqsirləndirilən şəxs kreditlə ev aldığını, telefon satışı ilə məşğul olduğunu , himayəsində dörd uşağının olduğunu və oğlunun ayağında problem olduğunu bilmişdir. Falçı ona uşağının sağalmasına və vəzifəyə gəlməsinə kömək edəcəyini demişdir. Təqsirləndirilən şəxs dörd dəfə qəza etmişdir. Təqsirləndirilən şəxs ilə Nərimanovda yerləşən 5 nömrəli xəstəxananın yanında kartından 200 (iki yüz) manat, 300 (üç yüz) manat pul çıxartdıqdan sonra təkər bazarından maşınına ehtiyyat hissələri almışlar. Kart Təqsirləndirilən şəxs istfadəsində olmuşdur. Avtomobil təmiri ilə əlaqədar ustalara verilən pul üçün kartdan 200 (iki yüz) manat, 3000 (üç yüz) manat pul çıxartmışlar və təxminən ustaya verilən pulların məbləği maksimum 6000 (altı min) manata, 7000 (yeddi min) manata qədər qalxmışdır. Təqsirləndirilən şəxs ustaya nağd və köçürmə şəklində ödəniş etmişdir. Təqsirləndirilən şəxs restoran açdığı ilə bağlı məlumatı olmuşdur. Təqsirləndirilən şəxs Yasamal rayon prokurorluğunda cinayət işi açılanda falçı məsələsini və falçının tutulduğunu demişdir. Falçının cinayət işinin istintaqı ilə bağlı məlumatı olmamışdır. Samirənin anasına ehtiyacı olduğu üçün 14970 (on dörd min doqquz yüz yetmiş) manat kart vasitəsilə pul köçürmüşdür. Ad günündə Təqsirləndirilən şəxs ona telefon hədiyə etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verərək göstərmişdir ki, o, Zərərçəkmiş şəxs MMC-nin təsisçisi və direktorudur, Təqsirləndirilən şəxs ona məxsus şirkətdə mühasib vəzifəsində fəaliyyət göstərmişdir. Rəhbərlik etdiyi şirkət mebel və məişət əşyalarının alqı-satqısı üzrə fəaliyyət göstərmiş, mebel istehsalını həyata keçirməmişlər. Təqsirləndirilən şəxs ilə işlədikləri dövr ərzində həmin əşyaların satışı Bakıda həyata keçirilmişdir. Şirkəti məcburiyyət qarşısında qalıb ləğv etdikdən sonra Cəlilabad rayonunda yaratdığı yeni mağazasında fəaliyyət göstərməyə başlamışdır. Zərərçəkmiş şəxs MMC-nin müflis olma səbəbi Təqsirləndirilən şəxs şirkətin hesabından qanunsuz olaraq pul vəsaitləri oğurlaması olmuşdur. Şahid1 məhkəmədə ona ünvanlanan sualları cavablandırarkən bildirmişdir ki, hadisəni aşkarladıqdan üç-dörd ay əvvəl bir şirkətə 30 min manat məbləğində pul köçürülməli olmuş, Təqsirləndirilən şəxs pulun köçürüldüyünü bildirsə də, şirkət pulun köçmədiyini bildirmiş və tələb etmişdir. Hər gün şirkətə Dövlət Vergi Xidməti sanksiyalar qoymuşdur. Həmin vaxt ona şirkətin hesablarındakı əskikliklərin səbəbinin Təqsirləndirilən şəxs pulları başqa şəxslərə köçürməsinin olduğu məlum olmuşdur. Şahid2, Mikayılzadə Elvin, Şahid4 adlı şəxsləri tanımamışdır. İbtidai istintaq dövründə bir çox tanımadığı adlar eşitmiş, onların hesablarına pul vəsaitlərinin köçürüldüyünü öyrənmişdir. Əldə etdiyi məlumata görə həmin şəxslər Təqsirləndirilən şəxs qohumları olmuşdur. Şirkətə maliyyə sanksiyaları tətbiq olunduqda belə, bu şəxslərin adlarını eşitməmişdir. Təqsirləndirilən şəxs ona heç bir ödəniş sənədi təqdim etməmiş, hər hansı sənəddə bu şəxslərin adı əks olunmamışdır. Təqsirləndirilən şəxs ona heç bir zaman hansısa şəxslər üçün hesab açmağı, onların hesablarına pul köçürməyi təklif etməmişdir. Mədaxil-məxaric barədə problemin olduğunu düşünməmişdir. Hər şirkətin öz hesabı mövcud olmuş, pullar həmin hesablara köçürülmüşdür. Təqsirləndirilən şəxs işlədiyi dövrdə bütün hesablar təsisatçılarla qarışdırılmışdır. Təsisatçılarla bir-bir üzləşməyə başlamış, bu zaman pul vəsaitlərinin başqa şəxslərin hesablarına köçürüldüyünü aşkar etmişdir. Həmin aylarda o, şirkətin hesabına Təqsirləndirilən şəxs məxaric etdiyi pullardan çox pul qoymuşdur. Təqsirləndirilən şəxs onun əsasən nağd pulla işləmək arzusu ilə bağlı ifadəsi yalandır, ona nağd pul lazım olmamışdır, o, özü şirkətin hesabına pul köçürmüşdür. Təqsirləndirilən şəxs dörd uşağının olduğunu, birinin isə xəstə olduğunu, sonradan həyat yoldaşından ayrıldığını bilmişdir. Təqsirləndirilən şəxs ailə üzvləri üçün xərclədiyi pullardan məlumatı olmamışdır. Təqsirləndirilən şəxs işlədiyi dövr ərzində 350-400 manat maaş almışdır, ona hər hansı qaydada əlavələr verilməmişdir. Onun eyni anda başqa iş yerlərində də işlədiyindən əvvəlcə məlumatı olmamış, sonradan bir şirkəti idarə etdiyini, şəxsi biznesinin olmasını, onun işçilərini də öz mebel mağazasında satıcı olaraq işə qəbul etdiyini öyrənmişdir. Onun işlətdiyi bağçadan xəbərdar olmamış, lakin restorandan məlumatı olmuş, özünün olub-olmadığını bilməmişdir. Audit yoxlaması 10-15 gün ərzində davam etmişdir. Bakı şəhərində 2023-cü il tarixdə şirkət və anbarla birlikdə 08 mağaza bağlanılmışdır. Zərərçəkmiş şəxs MMC-də heç kimlə şərikliyi yoxdur, şirkətin hesabındakı bütün pullar, nizamnamədə göstərilən kapital ona məxsusdur, şirkətin təsisçisi o özüdür. Ona 802 min manat ziyan Təqsirləndirilən şəxs bütün fəaliyyət dövrü ərzində dəymişdir. Təqsirləndirilən şəxs şirkətdə 2022-ci ilin aprel ayından 2023-cü ilin avqust ayına qədər fəaliyyət göstərmişdir. Onun pul vəsaitlərini köçürməsini 2023-cü ilin aprel-may aylarında aşkarlamışdır. Ümumi dövriyyə ilə bağlı hesabatlar ona təqdim olunmamışdır. Şirkətin hesabından pul vəsaitlərinin oğurlanması halını təsisatçıların borclarını ödəyə bilmədiklərində aşkar etmişdir. Mühasibatlıq şöbəsinə nəzarət, imzalar, hesablarla iş Təqsirləndirilən şəxs məxsus olmuşdur. Ona gəlirləri ilə bağlı şəffaf hesabatlar təqdim edilməmiş, gecikdirilmiş, bu problemləri həll etmək üçün çalışmışdır. Daha sonra köməkçi bir mühasib dəvət etmiş, Təqsirləndirilən şəxsyla birlikdə hesabları yoxlamışlar və şirkətin hesabından pul vəsaitləri oğurlandığı aşkar edilmişdir. Təqsirləndirilən şəxs ifadələrində bildirdiyi məqamlar: hesabatların qeyri-şəffaf olmasında, pul vəsaitlərinin şirkətin hesablarından oğurlanıb başqa şəxslərə verilməsində onun heç bir məsuliyyəti yoxdur. O, şirkətini təsis etmək istəyən zaman 2020-ci ildə İnsan Resursları üzrə fəaliyyət göstərən tanışı Natəvan xanımla məsləhətləşmişdir. O da əvvəllər eyni şirkətdə birlikdə işlədiyi Təqsirləndirilən şəxs ona təqdim etmişdir. Təqsirləndirilən şəxs ASAN Xidmətdə fəaliyyət göstərmək niyyətində olduğunu bilməmişdir. Mebellərin satışı haqqında müqavilələr onun razılığı əsasında bağlanılmış, tərəfi də Zərərçəkmiş şəxs MMC olmuş, alıcıların kimlər olduğunu bilmişdir. Onlar mebelləri müəyyən şirkətlər vasitəsilə çatdırmışlar, pullar birbaşa onlara köçürülməmişdir. Şirkətin hesabında pul olmadığını gördükdə, Təqsirləndirilən şəxs pulların şirkətə köçürülmədiyini bildirmişdir. Ona heç bir mənfəət-zərər hesabatı təqdim olunmamışdır. Ayrı-ayrı fiziki şəxslərə pul köçürmələri ilə bağlı Təqsirləndirilən şəxs ilə heç bir razılaşma olmamışdır. Hesabatlar hər rübdə, üç aydan bir alınmalı olmuşdur. Şirkəti təsis etdikdən sonra Təqsirləndirilən şəxs ondan iş istəmiş, o da iş olmadığını bildirmişdir. Daha sonra vəziyyətinin pis olduğunu bildirdiyi üçün işə qəbul etmişdir. Mebelləri istehsal edən şirkətlərə ay sonu, mebellər satıldıqca pullar hesabdan hesaba ödənilmişdir. Ona heç bir ziyan ödənilməmişdir, dəymiş zərərin ödənilməsini tələb edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid11 ifadə verərək göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır. Onunla "xxxx" MMC-də birlikdə işləmişlər. O, kredit mütəxəsissi vəzifəsində işləmişdir. "xxxx" MMC şirkəti hal-hazırda 4 filialdan ibarətdir. Təqsirləndirilən şəxs həmin şirkətdə mühasib olmuş, amma kredit mütəxəssisi kimi müştəriyə kredit vermək vəzifəsini də icra etmişdir. Kredit şərtlərini o müəyyənləşdirmiş, amma kredit hesablarına Təqsirləndirilən şəxs nəzarət etmişdir. İbtidai istintaq dövründə verdiyi ifadəni təsdiq edir. Mağazada işçi sayı çox olmuş, qeyri-rəsmi işçilər işləməmişdir. Hal-hazırda ofis Cəlilabad filialının daxilində yerləşir. Digər işçilərin əmək haqlarından xəbərdar olmaq kimi vəzifəsi yoxdur. Hal-hazırda 400 manat maaş alır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadə verərək göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır. Şirkətdə mühasib işlərinin qurulmasında köməklik göstərmiş və həmin şirkətdə mühasib kimi əmək fəaliyyətinə başlamışdır. Şirkətdə fəaliyyətə başladığı dövrdə bank hesabından çıxarışın işlənilməsinə aid məlumatları istədikdə Təqsirləndirilən şəxs ona məlumatları verməmişdir. Bu barədə şirkət rəhbərliyinə məlumat vermişdir. Bank hesablarından çıxarışlar, bütün şifrələr və asan imza Təqsirləndirilən şəxs olmuşdur. Onun həmin sistemə daxil olmaq kimi hüququ olmamışdır. Təqsirləndirilən şəxs bank hesabına aid məlumatları verməməyinə səbəb olaraq portala daxil olmaqda problem olduğunu göstərmişdir. Təqsirləndirilən şəxs tərəfindən yaradılmış Excel faylı onlar qarşı tərəflə yoxladıqda səhv məlumatlar ehtiva etdiyini aşkar etmişlər. O, üç ildir ki, həmin şirkətdə işləyir. Təqsirləndirilən şəxs ondan sonra işləməyə başlamışdır. Təqsirləndirilən şəxs işləməmişdən öncəki mühasibin dövründə də həmin sistemə daxil ola bilməmişdir. Şahid7 məhkəmədə ona ünvanlanan sualları cavablandırarkən bildirmişdir ki, işlə bağlı bank çıxarışına aid məlumatları istəmiş, amma Təqsirləndirilən şəxs həmin məlumatları verməmiş və sonradan onlara verilən məlumatların saxta olduğunu öyrənmişlər. 2022-2023-cü il aralığında bank çıxarışlarına aid məlumatları Təqsirləndirilən şəxs onlara verməmişdir. Məlumatların bank tərəfindən təsdiq olunmadığını öyrənmişlər. Şirkətin mühasibatlığından 800 000 manat yeyinti olduğunu görmüşdür. Təqsirləndirilən şəxs onlara bank hesabları ilə məlumatlar verməyə başladıqda artıq problemlər yaranmışdır. Hesabatları 2023-cü ilin iyul, avqust, sentyabr aylarında Təqsirləndirilən şəxs istəməklərinə baxmayaraq sonuncu, 2022-ci ilin aprelindən başlayaraq onları aldatmağa başlamış,məlumatları onlara verməmişdir və sonda sentyabr ayında məlumatlar ondan alınmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadə verərək göstərmişdir ki, təqsirləndirilən şəxsi tanıyır. "xxxx" MMC-də birlikdə işləmişlər. O, proqram təminatçısı vəzifəsində çalışmışdır. 2013-cü ildə proqram yazmaq üçün həmin müəssisəyə getmişdir. Proqram təminatı hazırlamaq üçün Təqsirləndirilən şəxs hesabdan çıxarışları istəmiş, amma Samirə hesabatları ona verməmişdir. O, proqramları yazıb Şahid7 vermişdir. Sonuncu çıxarışları sistemə işləmişdir. Şahid7 2015-ci ildən, Təqsirləndirilən şəxs isə 2022-ci ilin aprel ayından həmin şirkətdə çalışmışdır. Təqsirləndirilən şəxs işə başladıqdan, yəni 2022-ci ilin aprel ayından hesabatları istəmişlər. Lakin sonuncu onlara hesabatları verməmişdir. Təqsirləndirilən şəxs hesabatları verməməsi ilə bağlı şirkət rəhbərliyinə müraciət etmişlər və şirkət rəhbərliyi hesabatların onlara verilməsinə dair göstəriş verməsinə baxmayaraq, Təqsirləndirilən şəxs müxtəlif bəhanələr gətirərək məlumatları onlara verməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid9 ifadə verərək göstərmişdir ki, o, xüsusi servis meneceri vəzifəsində, Təqsirləndirilən şəxs baş mühasib vəzifəsində çalışmışdır. Təqsirləndirilən şəxs işdə olmayanda onu əvəz elədiyi üçün ümumi proseslərdən məlumatı olmuşdur. Müştərilərə alqı-satqı ilə bağlı kredit müqaviləsi bağlanmışdır. Vətəndaşlar posterminal vasitəsilə kredit ödənişlərini ödəmişlər. Müştərilər tərəfindən ödənişlərlə bağlı şikayət daxil olmuşdur. Müştərilər ödəniş elədikləri halda onlara ödəniş etməmələri ilə bağlı zəng gəldiyini bildirmişlər. Onlar baş mühasibə, yəni Təqsirləndirilən şəxs yaxınlaşıb belə problemlərin olduğunu bildirdikdə sonuncu onlardan şikayət edən müştərilərin nömrələrini alıb kömək edəcəyini bildirmişdir. Sonrakı proseslərdən məlumatları olmamışdır. Müştərilərin müqavilələrində hesab nömrəsi qeyd edilmişdir. Mağazada müqaviləsiz mal satışı olmamışdır. Kredit təşkilatları ilə yalnız baş mühasib əlaqə saxlaya bilmişdir. Şahid9 məhkəmədə ona ünvanlanan sualları cavablandırarkən bildirmişdir ki, ödənişlərin kimə ödənilməsi, Təqsirləndirilən şəxs apardığı hesabatlar və ya digər məsələlərlə bağlı məlumatı olmamışdır. 2023-cü ilin 20 noyabr tarixində mebel mağazasının Yasamal filialından ayrılmışdır. Hal-hazırda Cəlilabad filialında işləyir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid10 ifadə verərək göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə iş yoldaşı olmuşlar. 2019-cu ildən 2023-cü ilə qədər şirkətdə mühasib kimi çalışmışdır. Şirkətdə pulların təşkilatçılarla, məhsul aldıqları şirkətlərlə bölüşdürülməsinə və əmək haqqlarına aid olan pullara nəzarəti özü etmişdir. Müştəridən gələn pulları kassaya kassirlər mədaxil etmişdir. Müştəri məmnuniyyətilə bağlı məlumatları mağaza özü bildirmişdir. Şahid10 məhkəmədə ona ünvanlanan sualları cavablandırarkən bildirmişdir ki, Təqsirləndirilən şəxs baş mühasib olmuş, o isə şirkətdə qeyri-rəsmi işçi kimi çalışmış və əmək müqaviləsi olmamışdır. Şirkətdə işlədiyi 4 il ərzində rayonda əmək haqqı 500 manat, şəhərdə əmək haqqı isə 800 manat olmuşdur. Cəlilabad rayonunda mağazada maaş rəhbərliyin qoyduğu qaydaya əsasən kassadan verilmişdir. O vaxtlar Cəlilabad rayonunda kasada mühasib Şahid7 olmuşdur. Bakıya gəldiyində əvvəllər mühasib başqası, daha sonra Təqsirləndirilən şəxs mühasib olmuşdur. Təqsirləndirilən şəxs rəsmi əmək haqqlarını hesablamışdır. Qeyi-rəsmi əmək haqqları nağd şəkildə ödənilmişdir. Cəlilabad filialında 50 nəfər, Lənkəran filialında 40 nəfər, Salyan filialında təxminən 30-a yaxın, Biləsuvar filialında az sayda, Bakı filialında isə 63 nəfər işçi olmuşdur. Qeyri-rəsmi işçi sayı rəsmi işçi sayından çox olmuşdur. Qeyri-rəsmi işçilərin əmək haqqlarını Bakı filialında o özü vermişdir. Ümumiyyətlə mağazalarda qeyri-rəsmi işçilərin maaşlarını hər ay Təqsirləndirilən şəxs həmin işçilərin kart hesablarına köçürmüşdür. İşçi rəsmi işçi siyahısından çıxarılmış və bank hesablarına köçürülən pul geri qaytarılıb nağd şəkildə ödənilmişdir.”Rifah group”da Təqsirləndirilən şəxs ilə 2 ilə yaxın işləmişlər. Təqsirləndirilən şəxs bank hesablarına pul köçürdüyü 4 nəfər şəxsi tanımır və bu barədə məlumatı yoxdur. Əmək haqqı kartlarını işçilərə Təqsirləndirilən şəxs vermişdir. Qeyri-rəsmi işçilərin əmək haqlarının ödənilməsi ilə bağlı daxili sistem üzrə kassaya daxil olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid14 ifadə verərək göstərmişdir ki, o, taksi fəaliyyəti ilə məşğul olmuşdur. Təqsirləndirilən şəxs onu Beyləqan və Dəvəçi rayonunda olan ziyarəytgahlara göndərmişdir. Təqsirləndirilən şəxs xeyriyyəçi insan kimi tanımış, sonuncu kasıb insanlara yardım göndərmişdir. Təqsirləndirilən şəxs şirkətə vurduğu ziyan haqqında şirkətə məlumat verəcəyini dediyinə görə Təqsirləndirilən şəxs ona böhtan atıb 800000 pul məbləğini ona verdiyini deyərək onu polisə şikayət etmişdir və bu səbəbdən də hal-hazırda barəsində Abşeron Rayon Məhkəməsinin icraatında cinayət işi vardır. Samirə ona “bu şəkilləri apar ver falçıya və de ki, elə etsin ki şirkətin müdiri banka getməsin” demişdir. Samirə auditin şirkəti yoxlamağa gələcəyini və şirkət hesabında 500000 manat pulun əskik olduğunu, həmin pulun onun özündə olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs ona kart hesabından 2000 manatdan artıq pul çəkə bilmədiyini, pulu onun kartına göndərmək istədiyini və həmin pulu nağdlaşdırıb ona göndərməyini istəmişdir. O da ona öz yaxınlarının kartlarını göndərmiş və Samirənin kartlara köçürdüyü pulları kartlardan çəkərək Təqsirləndirilən şəxs geri vermişdir. Elməddin ona xalası qızına taksi lazım olduğunu bildirmiş və onun vasitəçiliyi ilə Təqsirləndirilən şəxsyla əlaqəsi yaranmışdır. Ona Təqsirləndirilən şəxs şəkillər göndərmiş və o da həmin şəkilləri Samirənin dediyi ünvanlardakı şəxslərə aparıb vermişdir. Şahid14 məhkəmədə ona ünvanlanan sualları cavablandırarkən bildirmişdir ki, Təqsirləndirilən şəxs ümumilikdə ona 100000 manata yaxın pul vəsaiti göndərmişdir.100000 manata yaxın pul məbləğindən ona 12500 manat pul verilmiş və qalan pulu Təqsirləndirilən şəxs qaytarmışdır. Təqsirləndirilən şəxs özünə şirkət açdığını bildirmişdir. Təqsirləndirilən şəxs xalası oğlu Ağayev Elməddin vasitəsilə tanımışdır. Elməddin onun kart hesabına pul göndərməmişdir. Elməddini makler kimi tanımışdır. Falçı ona gülab suyu və şam vermiş, o da onları Təqsirləndirilən şəxs aparıb vermişdir. Təqsirləndirilən şəxs öz işlədiyi yerə xəyanət etdiyi üçün ona falçıya verməyi üçün göndərdiyi müdirin şəkillərini falçıya aparmamışdır. Təqsirləndirilən şəxs maşının nömrəsini, ünvanı falçıya demiş, o da Təqsirləndirilən şəxs dediyi ünvanda maşını saxlamış və falçı maşına yaxınlaşmışdır. Samirə xeyriyyəçi insan olduğu üçün ona qohumlarının kart hesablarını göndərərək köməklik etmişdir. Təqsirləndirilən şəxs bayramlarda kasıblara yardım etmək üçün ona pul göndərmiş və o, həmin pullarla qurbanlar kəsib kasıblara paylamışdır. Fatma və Gülşən adlı xanımları tanımır. Məhkəmə iclasında elan edilərək tədqiq olunmuş Şahid14 ifadəsindən görünür ki, o, Təqsirləndirilən şəxs təxminən 2 il olar ki, tanıyır. Onu aldatmamış və ondan baxıcılıq adı ilə heç vaxt pul almamışdır. Samirə onu öz oyunun qurbanına çevirmişdir. Ona görə ki, o, mənimsədiyi pulları qaytarmamaq üçün onun üzərinə şər və böhtanlar atmışdır. Belə ki, Təqsirləndirilən şəxs ilə onun xalası oğlu Şahid13 Nəriman oğlunun vasitəsi ilə tanış olmuşdur. 2021-ci ilin sonlarında Xırdalan şəhərində özü yaşamaq üçün kirayə ev gəzirmiş və həmin vaxtlarda Elməddin makler kimi fəaliyyət göstərdiyi üçün onunla bu məqsədlə tanış olmuşdur. Özü xeyirxah insandır və tanıdığını bildiyi insanlara görə ziyarətgahlara gedərək onlara dualar oxuduğunu bildirmişdir. Bunun qarşılığında onlardan heç bir məbləğdə pul almamışdır. Elməddinlə ünsiyyəti yarandığı vaxtlarda söhbət əsnasında Elməddin onun bu işlərlə məşğul olduğundan xəbəri olmuş, həmçinin taksi kimi işlədiyini də bilmişdir. 2021-ci ilin sentyabr ayında Elməddin onun istifadəsində olan mobil telefon nömrəsinə zəng edərək Samirə adlı xalası qızı olduğunu, ona onun barəsində məlumat verdiyini, onun iş adamı olduğunu, onunla görüşmək istəməsini, ona zəng vuracağını və onunla danışmasını bildirmişdir. Həmin gün Samirə adlı həmin qadın ona zəng vuraraq “eşitmişəm sən ziyarətgahlara gedib gəlirsən” sözünü dedikdə o, taksi fəaliyyəti ilə məşğul olduğunu və ara bir yol üstü ziyarətgahlara getdiyini demiş, Samirə ona onun dediyi ziyarətgahlara gedib getməyə biləcəyini soruşduqda müştəri aparanda yol üstü olarsa gedə biləcəyini bildirmişdir. Samirə həmçinin bildirmişdir ki, özü də xeyirxah insandır, bu baxımdan kasıblara, kimsəsizlərə, şəhid ailələrinə çox yardımlar edir. Belə olan halda həmin vaxtlarda Samirə ona Beyləqan rayonuna getməsini, orada zəncir ziyarəti adlanan yerdə Fatma adlı qadının olduğunu, həmin şəxsin onu gözlədiyini və sonuncu ilə görüşərək ona 700 manat pul verməsini bildirmiş, pulu verdikdən sonra həmin Fatma adlı qadının ona dua verəcəyini və həmin duanı gətirib ona çatdırmasını bildirmiş, qalan 300 manatı isə yolda özünə istifadə etməsini dedikdə Samirə ilə razılaşmış, nömrəsini və kimə aid olduğunu xatırlamadığı kart hesabını Samirəyə vermiş və Samirə həmin kart hesabına 1000 manat pul köçürmüşdür. O bu məqsədlə Beyləqan rayonuna yollanmış və zəncir ziyarəti adlanan yerdə Fatma adlı qadınla görüşmüş və Samirənin verdiyi 700 manat pulu həmin Fatma adlı qadına vermişdir. Həmin Fatma adlı qadın ona vermiş olduğu 700 manat pulun 200 manatını ona qaytararaq Yevlaxdakı “kruqa” getməsini, orada onu bir kişinin gözləyəcəyini və 200 manatı həmin kişiyə verməsini demiş, pulu verdikdən sonra həmin şəxsin ona dualar verəcəyini və həmin duaları Samirəyə çatdırmalı olduğunu bildirmişdir. Daha sonra Fatma adlı qadın həmin kişiyə onun yanında zəng edərək danışmış və idarə etdiyi avtomobilin nömrəsini həmin şəxsə vermişdir. O, Yevlax dairəsinə gedərək həmin şəxsi tapmış, onu Fatmanın bura göndərdiyini demiş, ona çatmalı olan 200 manat pulu orada həmin şəxsə vermiş, həmin şəxs ona sellofanda dua vermiş, o həmin duanı götürüb Bakı şəhərinə gəlmişdir. Xırdalan şəhərində Samirənin evinin yanına gedərək həmin duanı ona vermişdir. Həmin vaxt Samirə ona 400 manat pul verərək Siyəzən rayonunda yerləşən “5 barmaq” ziyarətinə getməsini, orada Gülşən adlı bir qadının olduğunu, 400 manat pulu ona verməsini və həmin qadının ona gülab suyu, şam və sirkəli su verəcəyini demişdir. Həmin əşyaları götürüb gətirib ona çatdırmasmıı bildirmişdir. Əlavə olaraq da ona 100 manat yol pulu vermişdir. O həmin ziyarətə getmiş, orada Gülşən adlı qadını tapmış, həmin qadına çatmalı olan 400 manatı ona vermiş və sellofanda verdiyi əşyaları götürüb geri qayıdaraq Samirəyə çatdırmışdır. Samirəyə belə bir xidmət göstərmişdir. Həmçinin bundan başqa Samirə “WhatsApp” səhifəsinə bir neçə dəfə özünə aid olan fotoşəkillər göndərərək həmin şəkillərə də, dualar oxumağı və işlərinin yaxşı getməsini istəmişdir. Bunun üçün ziyarətgahlara gedərək həmin şəxslərə dualar etmişdir. 2023-cü ilin əvvəllərində Samirə ona bildirmişdir ki, Bakı şəhərində özünə məxsus mebel salonları, kafe-restoranları və s. bu kimi işləri vardır ki, həmin işlərə müəyyən yatırımlar etmiş və həmin yatırımları kart hesablarından əldə etmiş, həmin əldə ediləcək məbləğlərə görə də limitlər mövcud olduğundan ona əlavə kartlar lazım olduğunu deyib xahiş etmişdir ki, həmin kartlarda ona köməklik etsin. Həmçinin Samirə ona bildirmişdir ki, ona verdiyi həmin kart hesab nömrələrinə müxtəlif günlərdə və vaxtlarda müəyyən məbləğdə pullar köçürüləcək, həmin köçürülən məbləğlər onun tərəfindən çıxarılaraq ona veriləcək, bunun qarşılığında onun da hörməti olunacaqdır. O da Samirənin bu təklifi ilə razılaşmış və müxtəlif vaxlarda iki ədəd “UniBanka” aid kart hesab nömrələrini, tanışlarına aid “Kapital Bank”a məxsus kart hesabını Samirəyə vermişdir. Beləliklə Samirə qardaşı ona qeyd olunan kartlara ümumilikdə 101546 manat pul göndərmişdir. Həmin puldan Samirəyə tanışları vasitəsi ilə ümumilikdə 90000 manat hissəsini qaytarmışdır. 11546 manat hissəsi isə ona çatmışdır. Həmin pulun qarşılığında Samirəyə görə ziyarətgahlara getmiş, qurbanlar alıb kəsmiş, ona dualar etmiş, ziyarətgahlardan ona sular gətirmiş, müxtəlif pirlərə və ziyarətgahlara pullar qoymuş və s. bu kimi xidmətlər göstəmişdir. Sonradan bilmişdir ki, Təqsirləndirilən şəxs işlədiyi şirkətdə bir milyona yaxın pullar mənimsəyərək özünə iş qurmuşdur. Yəni, həmin pullarla özünə Əhmədli qəsəbəsində mebel salonu, kafe, onlayn mobil telefon satışı və s. bu kimi biznes yaratmışdır. Sonradan bilmişdir ki, Samirə şirkətdən oğurladığı pulları onun kartları vasitəsi ilə əldə etmişdir. Yəni ki, Samirə həmin şirkətdən oğurladığı pullara görə iz azdırmaq üçün onun kartlarından istifadə etmişdir. Təqsirləndirilən şəxs Rifah Qrup MMC-də audit yoxlaması olan zaman ona “WhatsApp”la zəng vuraraq ziyarətə getməsini, Fatma adlı qadını tapıb onun yanına getməsini, 500 000 manat pul yediyini, həmin qadın vasitəsi ilə ört basdır etməsini, müdirin əlini qolunu bağlayaraq banka getməməsini istədiyini xahiş etmişdir. Ona “WhatsApp”la həqiqətən şirkətin pulunu yediyini, pulları mənimsədiyini, 4 nəfərin adına pulları köçürtdüyünü demişdir. Sonradan o, Samirənin qanunsuz işlərlə məşğul olduğunu bilib ondan uzaqlaşmağa çalışmış və Zərərçəkmiş şəxs MMC-yə bütün bunlar barədə məlumat verəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs isə onu şər böhtan atmaqla, dələduzluq etməklə hədələmiş və tutduracağını demişdir. Həmin vaxtdan az keçməmiş Təqsirləndirilən şəxs onun barəsində Abşeron rayon polis idarəsinə guya ona qarşı 600 000 manatdan yuxarı məbləğdə dələduzluq etdiyinə görə şikayət etmişdir. Həmin şikayətlə əlaqədar o, xx.xx.2023-cü il tarixdə Abşeron rayon polis idarəsinin müstəntiqi tərəfindən CM-nin 178.3.2-ci maddəsi ilə tutulmuş və xx.xx.2024-cü il tarixədək həbsdə qalmış və həmin tarixdə ev dustaqlığına buraxılmışdır. Hazırda barəsində olan cinayət işi CM-nin 178.2.4-cü maddəsi ilə ilə Abşeron Rayon Məhkəməsinə göndərilmişdir (cild 5, iş vərəqə 234-239). Şahid14 elan olunmuş ifadə ilə bağlı məhkəmədə ona ünvanlanan sualları cavablandırarkən bildirmişdir ki, ilk dəfə onu falçıların yanına göndərəndə onun kart hesabına göndərdiyi pulu həmin şəxslərə vermiş, lakin sonradan Təqsirləndirilən şəxs ödənişi onun vasitəsilə deyil, falçıların kart hesablarına göndərməklə ödəmişdir. Fatma adında falçının nömrəsinə zəng çatmadığı üçün Təqsirləndirilən şəxs Fatmanı həmin yerə gedib tapmağını ondan xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid12 ibtidai istintaq dövründə verdiyi ifadəni təsdiq edərək bildirmişdir ki, Yardım Mərkəzinin direktoru vəzifəsində çalışır. İsgəndər adlı işçisi şirkətə mühasib lazım olduğu üçün onu Təqsirləndirilən şəxs ilə tanış etmişdir. Təqsirləndirilən şəxs arasında olan razılaşmaya əsasən sonuncu əmək müqaviləsi bağlamadan 2 ay onun şirkətinin mühasibatlığını aparmışdır.İşçilərin maaşlarının hesabatını hazırlanması qarşılığında təqsirləndirilən şəxsə 100 manat əmək haqqı ödəmişdir. Təqsirləndirilən şəxs həmçinin şirkətinin nizamnaməsini hazırlamışdır. Təqsirləndirilən şəxs ilə mühasib kimi çalışdığı 2-ci ayın əmək haqqının verilməsi üçün görüşdükdə o, hüquqi yardıma ehtiyacı olduğunu və ona kömək etməyini istəmişdir. Təqsirləndirilən şəxs bir nəfər şəxsin onu aldatdığını, xəstə uşağının müalicə olunması məqsədilə həmin şəxsə pul verdiyini və qeyd edilən şəxs tərəfindən şantaj edildiyini söyləmişdir. Belə ki, Təqsirləndirilən şəxs həmin şəxsin şirkətin sahibinə onun şirkətdən pul götürdüyünü deyəcəyi ilə hədələdiyini qeyd etmişdir. Samirədən həmin şəxsin məlumatlarını istədikdə o, ancaq həmin şəxsin adının Sahib olduğunu, dini işlərlə məşğul olduğunu və Tovuzda yaşadığını bildiyini, ona 200000 manat miqdarında hissə-hissə pul verdiyini söyləmişdir. Təqsirləndirilən şəxs ilə birlikdə Tovuza gedərək Tovuzun icra nümayəndəliyi vasitəçiliyi ilə Sahib haqqında məlumatları əldə edərək sonuncunu Abşeron rayon Polis İdarəsinə şikayət etmişlər. "xxxx" MMC-nin nümayəndəsi olan Nümayəndə əlaqə saxlayaraq təqsirləndirilən şəxsin pulu verdiyi adamdan pulu alacağını qeyd edərək pulun qaytarılması üçün sonuncudan 5-10 gün müddətlik möhlət istəmişdir. Təhqiqatçı təqdim etdikləri sənədlərə əsasən bank rekvizitlərindəki məbləği hesablayaraq hissə-hissə 685000 manat pul məbləğinin başqa kart hesablarına köçürüldüyünü bildirmişdir. Əməliyyat qrupu hazırlanmış və Sahib adlı şəxs saxlanılaraq bölməyə gətirilmişdir. Təqsirləndirilən şəxs Sahib adlı şəxsdən pulunu tələb etdikdə Sahib ona verilən pul məbləğinin 685000 manat deyil daha az bir məbləğ olduğunu bildirmişdir. Daha sonra müəyyən olunmuşdur ki,Sahibə 12000 manat taksi pulu verilmişdir. Daha sonra Elçin adlı şəxsin xahişi ilə Saray postunun yanında “Meqastore” kafesində sonuncu ilə görüşmüş, Samirəylə dost olduğunu və Samirənin etdiyi hərəkətlərdən xəbərdar olmadığını bildirmişdir. Abşeron Rayon Polis İdarəsində isə Təqsirləndirilən şəxs Elçinin bölməyə çağırılmamasını istəmişdir. Rəşad və Rəşadın qardaşı olan Elnurla mebel mağazasında görüşəndə özünü Təqsirləndirilən şəxs xalası oğlu kimi təqdim etmişdir. Həmin vaxt Elnur pul məbləğinin bəlkə də Sahibdə deyil, Elçində olduğunu bildirdikdə, Təqsirləndirilən şəxs “Elçinin adını çəkilməsinə etiraz etmişdir. Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X85 Zeynalovanın hüquqlarının müdafiəsi üçün müqavilə bağlamış, daha sonra Təqsirləndirilən şəxs vəkilindən imtina edərək onunla əlaqəni kəsmişdir. Təqsirləndirilən şəxs ona Tovuza gedib gəldikləri yol xərcləri və vəkillə müqavilə bağladığı üçün 3000 manat pul məbləği vermişdir. Şahid12 məhkəmə iclasında verilmiş suallara cavab verərkən bildirmişdir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs MMC-də işlədiyi barədə məlumatı olmamış, sadəcə onun başqa şirkətlə bağlanmış əmək müqaviləsi üzrə işlədiyini bildiyindən sonuncu ilə öz şirkəti arasında əmək müqaviləsi bağlamamışdır. 500000 manat pul məbləğini Təqsirləndirilən şəxs Prezident Adminstrasiyasında işə düzəlmək məqsədilə adını bilmədiyi şəxsə verdiyini eşitmişdir. Abşeron rayon Polis İdarəsinə şikayət ünvanlayarkən artıq Təqsirləndirilən şəxs fəaliyyəti barəsində audit yoxlaması aparılmağa başlamışdır. Təqsirləndirilən şəxs tərəfindən başqa kartlara ödənilmiş 685000 manat pul məbləği şirkətin puludur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ibtidai istintaq dövründə verdiyi ifadəni təsdiq edərək bildirmişdir ki, o, “Gilan İnşaat” şirkətində mühafizəçi kimi 4 ay müddətində fəaliyyət göstərmişdir. O işlədiyi dövrdə Təqsirləndirilən şəxs “Gilan İnşaat” şirkətində baş mühasib işləmişdir.Tahir adlı şəxslə birlikdə “Gilan İnşaat” şirkətinə mühafizəçi kimi işə düzəlmişlər və “Gilan İnşaat” şirkətində ümumi rəhbərləri olan Malik adlı şəxs onlara zəng edərək əmək haqqı kartlarının açılması üçün notariusa getməklərini bildirmişdir.O və Tahir hər ikisi notariusa gedərək sənədi imzalamışlar, lakin sənədi oxumadıqları üçün onun məzmumundan məlumatları olmamışdır.Daha sonra imzlaladıqları sənədlə Təqsirləndirilən şəxs etibarnamə verdiklərini öyrənmişlər. O və Tahirin onların adına VÖEN açılması barədə məlumatları olmamışdır.O, antiterror əməliyyatlarında iştirak etdiyi dövrdə Təqsirləndirilən şəxs atasına zəng edərək onun vəsiqəsinin surətini istəmişdir. Ona vergi borcu olması barədə heç kim məlumat verməmişdir. Şahid3 məhkəmə iclasında verilmiş suallara cavab verərkən bildirmişdir ki, Təqsirləndirilən şəxs atasına dəfələrlə zəng etmişdir. Onun əmək haqqı kartı olmamışdır.Yasamal rayon prokurorluğundan onu çağıranda vergi borcu olduğunu öyrənmişdir.37000 manat məbləğində vergi borcu var.Təlimlərdə olduğu dövrdə atasına zəng edərək etibarnamənin ləğvi ilə bağlı notariusa getməyinin laızm olduğunu bildirmiş və o da icazə alıb notariusa getmişdir. 2023-cü ilin sentyabrında antiterror əməliyyatında iştirak etmişdir. Hər dəfə atasına ona görə zəng edilmişdir. Belə ki, adına olan nömrəni sonralar işlətməsi üçün atasına vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid13 ibtidai istintaq dövründə verdiyi ifadəni təsdiq edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs mebel satışı ilə məşğul olan şirkətin açılması üçün etibarnamə vermişdir. Bank kartları onda olmamış və həmin kartlarda pul vəsaitinin olduğunu bilməmişdir.Bu məsələlər ortaya çıxdıqdan sonra kart hesabında pul vəsaitinin olduğunu müstəntiqdən öyrənmişdir. Şahid13 məhkəmə iclasında verilmiş suallara cavab verərkən bildirmişdir ki, X41 o, tanış etmişdir.Sahib Məmmədovu baxıcı kimi tanımışdır. X42 pul verməsindən məlumatı olmamışdır. Sahib Məmmədovun yanına baxıcı olduğu üçün o da getmişdir. Məhkəmə iclasında elan olunaraq tədqiq olunmuş Şahid4 ibtidai istintaq dövründə verdiyi ifadələrdən görünür ki, Təqsirləndirilən şəxs onun bibisi qızıdır. O, hazırda xatırlamadığı tarixdə notariat ofisində bibisi qızı Təqsirləndirilən şəxs etibarnamə vermiş, etibarnamədə bütün fəaliyyət istiqamətləri göstərilmişdir. Etibarnaməni vermək səbəbini xatırlamır. Həmçinin adıma açılmış VÖENİ-də ona təqdim etmişdir. Təqsirləndirilən şəxs 4 uşağı olmaqla ərindən boşanaraq Xırdalan şəhərində uşaqları ilə birlikdə yaşayır. 2023-cü ilin oktyabr ayında Yasamal rayon prokurorluğundan zəng gələndə bilmişdir ki, onuna adına "xxxx"da hesab açılmış və həmin hesaba Samirə xanımın işlədiyi MMC-nin bank hesabından 293.764 manat pul köçürülmüşdür. O, bank sənədləri ilə tanış olaraq bildirmişdir ki, bütün bunlardan xəbəri olmamışdır. Təqsirləndirilən şəxs ona verdiyi etibarnamədən istifadə etməklə bu əməliyyatları etmişdir. Samirə ilə bu barədə söhbət etdikdə ona hər şeyi özü etdiyini, pulu özü götürdüyünü demişdir. Onun isə heçnədən xəbəri olmamış, həmin puldan 1 manat da olsun ona verilməmişdir. Samirəyə bir bibi qızı kimi sözünə görə ona etibarnamə vermiş, onun məqsədini və səbəbini bilməmişdir. Dəqiq xatırlamadığı vaxtı onların Goranboy rayonunda olan evlərinə “Vergidən” VÖEN-lə əlaqədar pul borcunun olması ilə bağlı məktub gəlmiş, bununla bağlı Təqsirləndirilən şəxs dedikdə sonuncu narahat olmamasını, borcun ödəniləcəyini demişdir. Bundan sonra vergidən hər hansı məktub və ya məlumat daxil olmamışdır (cild 1, iş vərəqə 161-163). Məhkəmə iclasında elan olunaraq tədqiq olunmuş Şahid5 ibtidai istintaq dövründə verdiyi ifadələrdən görünür ki, 2019-ci il tarixdən etibarən Zərərçəkmiş şəxs MMC-də kiçik mühasib işləmişdir. 2020-ci il tarixdən Bakı şəhərinə gələrək Zərərçəkmiş şəxs MMC-nin Yasamal rayonu, Zərdabi prospektində yerləşən əsas mağazasında kiçik mühasib işləmişdir. O 2022-ci il tarixdə baş mühasib kimi Təqsirləndirilən şəxs işə başlamışdır. Şirkətin rəhbəri Şahid1 o, işdən qabaq tanımış, onunla ortaq tanışları vardır. İşlədiyi müddətdə Şahid1 və Zərərçəkmiş şəxs MMC tərəfindən hər hansı pis münasibətlə qarşılaşmamış, aylıq əmək haqqı 800 manat olmuşdur. Əmək haqqı kartları "xxxx"dan olmuş və həmişə özündə olmuşdur. Əmək haqqlarının bir qismi kartla, bir qismi isə əlbəəl verilmişdir. 2023-cü ilin mart aymadək Zərərçəkmiş şəxs MMC-də işləmiş və həmin MMCnin baş ofisinin bir müddətliyinə bağlanması ilə əlaqədar işdən azad olmuş və Bakıda fəhləliklə məşğul olmuşdur. Zərərçəkmiş şəxs MMC-də işlədiyi müddətdə əmək haqqı kartına dəfələrlə artıq pullar köçürülmüşdür. Bu barədə baş mühasib Samirə xanım və maliyyə şöbəsində işləyən Adil adlı şəxsin də xəbəri olmuş, onlar digər işçilərin əmək haqqlarını vermək üçün onun kartına köçürülən pulları çıxardıb maliyyə şöbəsinə verməsini demişlər. Çünki, dediklərinə görə "xxxx"dan özləri pul çıxartdıqda əlavə faizlər tutulmuş, ancaq işçilərin əmək haqqı kartlarından pul çıxarıldığı halda faizlər tutulmamışdır. O da ona məbləğini dəqiq xatırlamadığı hər bir köçürülən pulu tam şəkildə bankomatdan çıxardıb maliyyə şöbəsinə qaytarmışdır. Əlavə olaraq köçürülən hər hansı puldan götürməmişdir. Zərərçəkmiş şəxs MMC-də baş mühasib Təqsirləndirilən şəxs və ya başqa şəxslər tərəfindən hər hansı qanunsuzluqlar edilib-edilməməsi ilə bağlı hər hansı məlumatı olmamışdır. Onun adına olan əmək haqqı kartına o, Zərərçəkmiş şəxs MMC-dən işdən çıxdıqdan sonra 4000 manat və başqa məbləğdə pul köçürülməsi barədə hər hansı məlumatı yoxdur, həmin pulun köçürülmə tarixində o, maaş kartını çoxdan, yəni işdən çıxdığı vaxt baş mühasib Təqsirləndirilən şəxs təqdim etmişdir(cild 1, iş vərəqə 176-179). Məhkəmə iclasında elan olunaraq tədqiq olunmuş Şahid6 ibtidai istintaq dövründə verdiyi ifadələrdən görünür ki, 2022-ci ilin dekabr ayından 2023-cü ilin oktyabr ayının əvvəllinədək Zərərçəkmiş şəxs MMC-də işləmiş, işlədiyi mağazanın adı "xxxx" olmaqla Hövsanda yerləşmiş, vəzifəsi mağaza meneceri olmuşdur. Belə ki, MMC-nin ilkin olaraq Hökməlidəki, daha sonra isə 2023-cü ilin iyun ayından Hövsan mağazasında menecer işləmişdir. Aylıq əmək haqqı 1000 manat və satışlara görə əlavə olunan bonuslardan ibarət olmuş, əmək haqqı kartları "xxxx"dan olsa da o, kartını işlədiyi müddətdə əldə etməmiş, istifadə etməmişdir. Belə ki, kartı ona Zərərçəkmiş şəxs MMC təqdim etməmişdir. Bu barədə dəfələrlə baş mühasib işləyən Təqsirləndirilən şəxs desə də ona kartın hələ gəlmədiyini deyərək verəcəklərini bildirmişdir. O, öz əmək haqqını sistem üzərindən almaqla hər hansı problem yaşanmamış, öz satış kassalarından götürməklə bu barədə mühasibin razılığı sistem vasitəsi ilə olmuşdur. Ona görə də hər hansı şikayət və tələbi olmamışdır. 2023-cü ilin oktyabr ayında öyrənmişdir ki, Zərərçəkmiş şəxs MMC-də Təqsirləndirilən şəxs bir sıra qanunsuzluqları müəyyən edilmişdir. O, daxil bəzi işçilərin əmək haqqı kartlarına əlavə pullar ödənilərək çıxarılmış, onun da kartına dəqiq bilmədiyi qədər pulları köçürülmüşdür (cild 5, iş vərəqə 33-35). Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin, şahidin ifadələrini də iş üzrə sübut növü kimi qəbul edir. 15 sentyabr 2020-ci il tarixli mülki etibarnamədən görünür ki, Şahid4 tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Vergilər Nazirliyinin Asan sertifikat Xidmətləri Mərkəzində elektron imza üçün sertifikat əldə etmək məqsədi ilə və ya “sertifikatın statusunun dəyişdirilməsi məqsədi” məqsədilə təmsil etməyi, o cümlədən Azərbaycan Respublikası bütün banklarından kartları götürməyi, vəsait istifadə etməyi, cari hesabdan vəsait çıxarmağı, vəsaiti istifadə etməyi və digər hərəkətləri etibar etmişdir(cild 1, iş vərəqə 67). 28 yanvar 2020-ci il tarixli mülki etibarnamədən görünür ki, Şahid3 tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Vergilər Nazirliyinin Asan sertifikat Xidmətləri Mərkəzində elektron imza üçün sertifikat əldə etmək məqsədi ilə və ya “sertifikatın statusunun dəyişdirilməsi məqsədi” məqsədilə təmsil etməyi, o cümlədən Azərbaycan Respublikası bütün banklarından kartları götürməyi, vəsait istifadə etməyi, cari hesabdan vəsait çıxarmağı, vəsaiti istifadə etməyi və digər hərəkətləri etibar etmişdir (cild 1, iş vərəqə 111). 28 oktyabr 2021-ci il tarixli mülki etibarnamədən görünür ki, Şahid2 tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Vergilər Nazirliyinin Asan sertifikat Xidmətləri Mərkəzində elektron imza üçün sertifikat əldə etmək məqsədi ilə və ya “sertifikatın statusunun dəyişdirilməsi məqsədi” məqsədilə təmsil etməyi, o cümlədən Azərbaycan Respublikası bütün banklarından kartları götürməyi, vəsait istifadə etməyi, cari hesabdan vəsait çıxarmağı, vəsaiti istifadə etməyi və digər hərəkətləri etibar etmişdir (cild 2, iş vərəqə 339). 25 sentyabr 2023-cü il tarixli Audit proseduralarının aparılmasına dair aktlarından görünür ki, Təqsirləndirilən şəxs tərəfindən xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixinə kimi qeyri-qanuni ödənilmiş 686.518,09 (altı yüz səksən altı min beş yüz on səkkiz manat sıfır doqquz qəpik) manat ehtimal olunan çatışmazlıq ilkin sənədlərə uyğun olaraq düzgün və ədalətli təsəvvür yaradır. Həmin pul vəsaitləri Zərərçəkmiş şəxs MMC-nin Efruz Baqiri, Şahid2, Şahid3, Rüfət Əliyevin bank kartlarına ödənilmişdir (cild 1, iş vərəqə 13- 24). 24 oktyabr 2023-cü il tarixli Audit proseduralarının aparılmasına dair aktndan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən işçilərin əmək haqqı kartlarına 125.558,30 (bir yüz iyirmi beş min beş yüz əlli səkkiz manat otuz qəpik) manat artıq ödənilməklə ehtimal olunan çatışmazlıq ilkin sənədlərə uyğun olaraq düzgün və ədalətli təsəvvür yaradır. Belə ki, Təqsirləndirilən şəxs 36512,48 manat, Şahid6 73166,28 manat, Şahid5 15879,54 manat pul vəsaiti artıq ödənilmişdir (cild 1, iş vərəqə 25-28). 23 noyabr 2023-cü il tarixli məhkəmə-mühasibatlıq ekspertizasının rəyindən görünür ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli audit aktlarına və hesabdan çıxarış məlumatlarına əsasən Zərərçəkmiş şəxs MMC-nin sabiq baş mühasibi Təqsirləndirilən şəxs hesabı üzrə əlavə əmək haqqı ödənişləri üzrə 125558.30 manat, hesabdan köçürmələr üzrə 676871.15 manat olmaqla cəmi 802429.45 manat məbləğində çatışmazlıq müəyyən edilir. Təqsirləndirilən şəxs tərəfindən Rüfət Əliyevin bank hesabına köçürülmüş 9646, 94 manat pul vəsaitinin qanunsuz olmaması, həmin pul vəsaitinin 4823,47 manat hissəsinin şirkətin hesabına qayıtması, qalanı isə auditor X47 tərəfindən aparılmış audit yoxlaması ilə müqavilə üzrə X22 ödənilməsi müəyyən edilmişdir. Əmələ gələn çatışmazlıqla bağlı kimin (kimlərin) öhdəliyində yaranması və bu çatışmazlığa görə kimin (kimlərin) məsuliyyət daşıması məsələsi hüquqi xarakterli olduğundan bu xüsusata istintaq orqanı tərəfindən hüquqi qiymət verilməlidir (cild 1 vərəqə 191-197). 21 yanvar 2024-cü il tarixli "xxxx" ASC-dən götürülmüş Təqsirləndirilən şəxs, Şahid4, Şahid2, Şahid3 adlarına "xxxx" ASC-də açılmış bank hesablarına dair məlumatlara baxış keçirilməsi haqqında protokoldan görünür ki, Şahid3 adına olan sənədlərə baxış zamanı müəyyən edilmişdir ki, Şahid3 tərəfindən Təqsirləndirilən şəxs verilmiş xx.xx.2019-cu il tarixli mülki etibarnamə əsasında sonuncu tərəfindən "xxxx" ASC-də ********** nömrəli VÖEN əsasında xx.xx.2019-cu il tarixdə AZ81AZFİ41040AZ 1**********01 saylı rezident fərdi sahibkar hesabı açılmış, xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək həmin hesaba 289720.48 manat mədaxil olmaqla 289719.93 manat pul məxaric olunmuşdur. Həmin bank hesabına dair çıxarışlardan görünür ki, Zərərçəkmiş şəxs MMC-nin bank hesabından xidmət göstərilməsi, müqavilə üzrə, avans kimi, sosial ödənişlər və digər adlarla Şahid3 adına açılmış həmin hesaba xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək müxtəlif vaxtlarda müxtəlif məbləğlərdə pullar mədaxil olmuşdur. Bundan başqa, çıxarışlardan görünür ki, həmin hesabdan post terminal vasitəsi ilə müxtəlif restoran, mağaza, aptek və sair yerlərdə müxtəlif məbləğlərdə çoxsaylı ödənişlər edilmişdir. Şahid4 adına olan sənədlərə baxış zamanı müəyyən edilmişdir ki, Şahid4 tərəfindən Təqsirləndirilən şəxs verilmiş xx.xx.2020-ci il tarixli mülki etibarnamə əsasında sonuncu tərəfindən "xxxx" ASC-də **********2 nömrəli VÖEN əsasında xx.xx.2020-ci il tarixdə AZ68AZFİ41040AZ**********001 saylı rezident fərdi sahibkar hesabı açılmış, xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək həmin hesaba 356852.94 manat mədaxil olmaqla 357038 manat pul məxaric olunmuşdur. Həmin bank hesabına dair çıxarışlardan görünür ki, Zərərçəkmiş şəxs MMC-nin bank hesabından xidmət göstərilməsi, müqavilə üzrə, avans kimi, sosial ödənişlər və digər adlarla Şahid4 adına açılmış həmin hesaba 2022-ci ilin oktyabr ayından xx.xx.2023-cü il tarixədək müxtəlif vaxtlarda müxtəlif məbləğlərdə pullar mədaxil olmuşdur. Bundan başqa, çıxarışlardan görünür ki, həmin hesabdan post terminal vasitəsi ilə müxtəlif restoran, mağaza, aptek və. s yerlərdə müxtəlif məbləğlərdə çoxsaylı ödənişlər edilmişdir. Şahid2 adına olan sənədlərə baxış zamanı müəyyən edilmişdir ki, Şahid2 tərəfindən Təqsirləndirilən şəxs verilmiş xx.xx.2021- ci il tarixli mülki etibarnamə əsasında sonuncu tərəfindən "xxxx" ASC-də ********** nömrəli VÖEN əsasında xx.xx.2021-ci il tarixdə AZ39AZFİ41040AZ**********001 saylı rezident fərdi sahibkar hesabı açılmış, xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək həmin hesaba 352695.80 manat mədaxil olmaqla 352695.75 manat pul məxaric olunmuşdur. Həmin bank hesabına dair çıxarışlardan görünür ki, Zərərçəkmiş şəxs MMC-nin bank hesabından xidmət göstərilməsi, müqavilə üzrə, avans kimi, sosial ödənişlər və digər adlarla Şahid2 adına açılmış həmin hesaba xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək müxtəlif vaxtlarda müxtəlif məbləğlərdə pullar mədaxil olmuşdur. Bundan başqa, çıxarışlardan görünür ki, həmin hesabdan post terminal vasitəsi ilə müxtəlif restoran, mağaza, geyim dükanları, aptek, yanacaqdoldurma məntəqələri və. s yerlərdə müxtəlif məbləğlərdə çoxsaylı ödənişlər edilmişdir. Bundan başqa, "xxxx" ASC-də açılmış bank hesablarına dair sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs özünün adına müxtəlif tarixlərdə müxtəlif saylı rezident fərdi sahibkar hesabları açılmışdır. Lakin, həmin hesablara Zərərçəkmiş şəxs MMC-nin bank hesabından hər hansı məbləğdə pullar köçürülməmişdir (cild 2, vərəqə 114-360). 31 yanvar 2024-cü il tarixli "xxxx" ASC-dən daxil olmuş Təqsirləndirilən şəxs, Şahid6 və Şahid5 adlarına olan plastik kartlarla bağlı edilmiş əməliyyatlara dair məlumatlara, yəni çıxarışlara və məktuba əlavə edilmiş CD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, baxış zamanı Şahid5 adına 418980******1725 nömrəli plastik kart olmaqla xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək müxtəlif məbləğlərdə əmək haqqı və avans formasında pullar daxil olmuş, müxtəlif atmlərdə nağdlaşdırma və onlayn formada istifadə olunmaqla pullar məxaric olunmuşdur. Baxış Şahid6 adına 418980******89746 nömrəli, AZ38RBTA******************** iban nömrəli plastik kart əməliyyatları üzrə hesabdan çıxarışla davam etdikdə müəyyən olunmuşdur ki, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək müxtəlif məbləğlərdə əmək haqqı və avans formasında pullar daxil olmuş, müxtəlif atmlərdə nağdlaşdırma və onlayn formada istifadə olunmaqla pullar məxaric olunmuşdur. Baxış Təqsirləndirilən şəxs adına olan AZ63RBTA******************** nömrəli əmək haqqı kartı üzrə hesabdan çıxarışla davam etdikdə müəyyən olunmuşdur ki,xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək müxtəlif məbləğlərdə əmək haqqı formasında pullar daxil olmuş, müxtəlif ATM-lərdə nağdlaşdırma və onlayn formada istifadə olunmaqla pullar məxaric olunmuşdur. Sonuncu dəfə həmin kartdan xx.xx.2023-cü il tarixdə “atm space” adlı bankomatdan nağdlaşdırma olduğu müəyyən olunmuşdur (cild 3, iş vərəqə 12-30). 18 mart 2024-cü il tarixli "xxxx" ASC-dən daxil olmuş Zərərçəkmiş şəxs MMC-nin "xxxx"ın “Ağsu” filialında olan bütün hesablarından xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək müddətə pul köçürməsi və digər maliyyə əməliyyatlarına dair məlumatları əks etdiən diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, baxış zamanı Zərərçəkmiş şəxs MMC-nin "xxxx"ın “Ağsu” filialında AZ37RBTA**********095442251 nömrəli avro hesabı, AZ27RBTA******************** nömrəli və AZ14RBTA******************** nömrəli ABŞ dolları hesabı, AZ19RBTA******************** nömrəli və AZ06RBTA******************** AZN hesabları mövcud olması müəyyən edilmişdir. AZ19RBTA******************** nömrəli hesaba baxış keçirilərkən müəyyən edilmişdir ki, həmin hesabda son əməliyyat tarixi xx.xx.2023-cü il olmaqla 2022-2023-cü illər ərzində müxtəlif vaxtlarda Şahid3, Şahid2 və Şahid4 adlarına olan "xxxx"ASC-dəki hesablarına müxtəlif məbləğlərdə Z19RBTA******************** nömrəli hesabdan pullar köçürülmüşdür. Zərərçəkmiş şəxs MMC-nin "xxxx"ın “Ağsu” filialında olan digər hesablara baxış zamanı isə birbaşa olaraq Şahid3, Şahid2 və Şahid4 adlarına olan "xxxx" ASC-dəki hesablarına və ya başqa yerdə olan hesablara köçürmələr müəyyən olunmamışdır (cild 4, iş vərəqə 1-276). 22 aprel 2024-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, baxış zamanı Təqsirləndirilən şəxs xalası oğlu Şahid13 Nəriman oğlunun adına olan "xxxx" MMC üçün açılmış, faktiki olaraq Təqsirləndirilən şəxs tərəfindən idarə olunmuş "xxxx" “ASC”-dəki AZ83RBTA******************** saylı hesaba 07 aprel 2023-cü il tarixdən 24 fevral 2024-cü il tarixədək 97346.39 manat pul mədaxil olunması və 97346.39 manat isə pul məxaric olunmaqla qalıq pul qalmaması müəyyən edilmişdir (cild 5, vərəqə 109-121, 154). 22 aprel 2024-cü il tarixli "xxxx" ASC-dən məhkəmə qərarı əsasında daxil olmuş Təqsirləndirilən şəxs adına olan AZ80UBAZ**********1010AZN001 saylı hesabdan xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək müddətə pul köçürməsi və digər maliyyə əməliyyatlarına dair məlumatlara baxış keçirilməsi haqqında protokoldan görünür ki, "xxxx" ASC-də AZ80UBAZ**********1010AZN001 saylı hesaba qeyd edilən müddətdə 283814.02 manat pul mədaxil olmuş və 283803.44 manat isə pul məxaric olunmaqla 11.30 manat pul qalıq qalmışdır(cild 5, iş vərəqə 156-197). 22 aprel 2024-cü il tarixli cinayət işi üzrə şahid qismində dindirilmiş Təqsirləndirilən şəxs xalası oğlu Şahid13 Nəriman oğlunun adına açılmış, lakin faktiki olaraq Təqsirləndirilən şəxs tərəfindən idarə olunmuş "xxxx" ASC-dəki AZ89UBAZ**********1010AZN001 saylı hesabdan xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək müddətə pul köçürməsi və digər maliyyə əməliyyatlarına dair məlumatlara baxış keçirilməsi haqqında protokoldan görünür ki, baxış zamanı "xxxx" ASC-də AZ89UBAZ**********1010AZN001 saylı hesaba qeyd edilən müddətdə 207714.93 manat pul mədaxil olması və 207608.87 manat isə pul məxaric olunmaqla 106.06 manat pul qalıq qalması müəyyən edilmişdir (cild 5, iş vərəqə 122-153, 155). 29 mart 2024-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Şahid15 istifadəsində ***-***-**-** saylı mobil nömrə ilə çoxsaylı şəxslərlə danışıqları mövcuddur. Həmin danışıqlar Respublikanın müxtəlif yerlərində olmaqla müxtəlif anten dairələri tərəfindən qeydə alınmışdır. Həmin anten dairələrinin tədqiqi zamanı müəyən olunmuşdur ki, ***-***-**-** saylı mobil nömrənin istifadə yerləri iş üzrə "xxxx" Bankdan götürülmüş Şahid4 adına açılmış AFB Bank ASC-də **********2 nömrəli VÖEN əsasında xx.xx.2020-ci il tarixdə AZ68AZF141040AZ**********001 saylı rezident fərdi sahibkar hesabda olan kartın istifadə və tarixləri ilə üst-üstə düşür, Respublikanın müxtəlif yerlərində həmin kart və nömrənin tarixi eyni ərazinin dairəsindədir (cild 5, iş vərəqə 43). 06 aprel 2024-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Şahid15 istifadəsində ***-***-**-** saylı mobil nömrə ilə çoxsaylı şəxslərlə danışıqları mövcuddur. Həmin danışıqlar Respublikanın müxtəlif yerlərində olmaqla müxtəlif anten dairələri tərəfindən qeydə alınmışdır. Həmin anten dairələrinin tədqiqi zamanı müəyən olunmuşdur ki, ***-***-**-** saylı mobil nömrənin istifadə yerləri iş üzrə "xxxx" Bankdan götürülmüş Şahid4 adına açılmış AFB Bank ASC-də **********2 nömrəli VÖEN əsasında xx.xx.2020-ci il tarixdə AZ68AZF141040AZ**********001 saylı rezident fərdi sahibkar hesabda olan kartın istifadə və tarixləri ilə üst-üstə düşür, Respublikanın müxtəlif yerlərində həmin kart və nömrənin tarixi eyni ərazinin dairəsindədir (cild 5, vərəqə 97). Cinayət işi materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti xx.xx.2023-cü il tarixdə qeydiyyyata alınmışdır (cild 3, iş vərəqə 39). Məhkəmə iclasında elan edilərək tədqiq edilən X13 ifadələrindən, ifadəsinə əlavə edilmiş icarə müqaviləsindən və digər sənədlərdən görünür ki, anası X3 adına rəsmi qaydada 2001-ci il tarixli çıxarışla yaşayış sahəsi vardır. Həmin yaşayış sahəsi anası X14 ilə Təqsirləndirilən şəxs arasında bağlanmış xx.xx.2023-cü il tarixli icarə müqaviləsi əsasən Təqsirləndirilən şəxs 2 il müddətinə icarəyə verilmiş, 2023-cü il noyabr ayında Təqsirləndirilən şəxs üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyi üçün icarə münasibətlərinə xitam verilmişdir. Təqsirləndirilən şəxs icarə müddətində həmin obyekt “Mersin Pizza” adlı restoran kimi fəaliyyət göstərməklə dönər və sairə oxşar yeməklər təklif etmişdir. X13 ifadəsinə əlavə olaraq icarə müqaviləsindən görünür ki, həqiqətən də X14 ilə Təqsirləndirilən şəxs Mırəziz qızı arasında xx.xx.2023-cü il tarixli icarə müqaviləsi Bakı şəhəri, X86 (İnqilab) küçəsi ev 22, mənzil 2 ünvanında yerləşən, ümumi sahəsi 34 kv/m olan 2 otaqlı mənzilin paylı mülkiyyət üzrə onlara məxsus hissəsi icarəyə verilmişdir (cild 3, iş vərəqə 43-46). Cinayət işinə əlavə edilmiş Zərərçəkmiş şəxs MMC ilə bağlı məlumatlardan görünür ki, həmin MMC xx.xx.2020-ci il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən verilmiş ********** saylı şəhadətnamə (VÖEN) ilə qeydiyyata alınmışdır. Hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 9ət mebellərin alışı və satışı ilə məşğul olur . Cinayət işinə əlavə edilmiş əmək müqaviləsinin bağlanılması ilə bağlı bildirişdən görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs MMC-də xx.xx.2022-ci il tarixdə baş mühasib vəzifəsinə işə götürülmüşdür(cild 1, iş vərəqə 30). Cinayət işinə əlavə edilmiş əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2023-cü il tarixli əmrin surətindən görünür ki, Zərərçəkmiş şəxs MMC-də baş mühasib vəzifəsində işləyən Təqsirləndirilən şəxs əmək müqaviləsinə Əmək məcəlləsinin 72-ci maddəsinə əsasən həmin tarixdə xitam verilmişdir(cild 1, iş vərəqə 199). Cinayət işinə əlavə edilmiş xx.xx.2022-ci il tarixli 60 nömrəli əmrdən görünür ki, Şahid5 Zərərçəkmiş şəxs MMC-də kiçik mühasib vəzifəsində işə götürülmüş, xx.xx.2023-cü il tarixli 169 nömrəli əmrdən isə görünür ki, Şahid5 ilə Zərərçəkmiş şəxs MMC arasında bağlanılmış əmək müqaviləsinə xitam verilmişdir (cild 1, iş vərəqə 33,36) Cinayət işinə əlavə edilmiş əmək müqaviləsinin bağlanılması ilə bağlı xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, Şahid6 Zərərçəkmiş şəxs MMC-də həmin tarixdə mağaza rəhbəri vəzifəsində işə götürülmüşdür (cild 1, iş vərəqə 37) Cinayət işinə əlavə edilmiş Zərərçəkmiş şəxs MMC tərəfindən Yasamal rayon prokurorluğuna ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizə və ona əlavə edilmiş sənədlərdən görünür ki, 2023-cü ilin sentyabr-noyabr ayları ərzində şirkətin “Ev Ol” adlı 06 ədəd mağazası və bir ədəd anbarı fəaliyətini dayandırmışdır (cild 1, iş vərəqə 198-206) 16 yanvar 2024-cü il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis şöbəsinin məktubundan görünür ki, Təqsirləndirilən şəxs, övladları 2016-cı il təvəllüdlü X23, 2013-cü il təvəllüdlü X24, 2009-cu il təvəllüdlü X25, 2007-ci il təvəllüdlü X15, anası 1960-cı il təvəllüdlü X2, yaxın münasibətdə olduğu Şahid15 barəsində əməliyyat yolu ilə məlumatlar toplanılması məqsədilə "xxxx" MMC-dən xüsusilə külli miqdarda pul mənimsənilməsində başqa şəxslərin təhrikçiliyi və ya sifarişi, iştirakı olub-olmaması, Təqsirləndirilən şəxs tərəfindən əldə edilmiş pulların hara, nəyə xərclənməsi, yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri və ya digər rayonların ərazisində özünə və ya yaxın qohumlarına daşınmaz, həmçinin daşınmaz əmlak alıb-almaması, Təqsirləndirilən şəxs və ya yaxın qohumlarının 2022-2023-ci illər ərzində biznes və ya ticarət fəaliyyətlərinin yaranıb-yaranmamasmın müəyyən edilməsi məqsədilə müvafiq tədbirlər keçirilmiş, lakin müsbət nəticə əldə etmək mümkün olmamışdır (cild 2, iş vərəqə 107) . 11 iyul 2023-cü il tarixli "xxxx" Səbail filialından verilmiş kassa mədaxil orderindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən 34300 manat pul həmin tarixdə Zərərçəkmiş şəxs MMC-nin "xxxx" ASC-nin Ağsu filialındakı hesabına mədaxil edilmişdir(cildi 3, iş vərəqə 206). Azərbaycan Respublikası Baş Prokurorluundan daxil olmuş xx.xx.2023-cü il tarixli 035015/2023 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs DİN-in Vahid məlumat axtarış sistemində məhkumluğu barədə ilkin əməliyyat məlumatları aşkar edilməmişdir(cild 1, iş vərəqə 187). Cinayət işinə əlavə edilmiş Abşeron rayon Polis İdarəsinin İstintaq Şöbəsində istintaq olunmuş ********* nömrəli cinayət işinə aid prosessual sənədlərin surətindən görünür ki, Təqsirləndirilən şəxs ona qarşı 789000 manat məbləğində dələduzluq edilməsi ilə bağlı şikayəti əsasında Şahid14 ilkin olaraq 612000 manat məbləğində dələduzluqla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə ittiham elan edilmişdir. Həmçinin cinayət işinə əlavə edilmiş Abşeron rayon Polis İdarəsinin İstintaq Şöbəsində istintaq olunmuş ********* nömrəli cinayət işi üzrə tərtib edilmiş xx.xx.2024-cü il tarixli ittiham aktının surətindən görünür ki, Şahid14 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə 12546 manat məbləğində Təqsirləndirilən şəxs qarşı dələduzluq edilməsi ilə bağlı yekun ittiham elan olunaraq cinayət işi baxılması üçün məhkəməyə göndərilmişdir (cild 1, iş vərəqə 69-80, cild 5, iş vərəqə 240-254). 06 may 2024-cü il tarixli məhkəmə-psixoloji ekspertizasının rəyindən görünür ki, aparılmış eksperimental-psixoloji müayinə gedişində Təqsirləndirilən şəxs əqli-intellektual imkanlarının normaya uyğun olduğu müəyyən edilir. Psixi-emosional vəziyyətində iş üçün əhəmiyyət kəsb edəcək hər hansı dəyişiklik aşkar olunmur. Təqsirləndirilən şəxs həmin dövrdə psixi-emosional vəziyyətində situasiya ilə əlaqəli gərginlik, narahatlıq, sıxıntı əmələ gələ bilərdi. Buna baxmayaraq istintaq hərəkətlərində iştirak edə bilərdi. Hal-hazırkı psixiemosional vəziyyəti də onun istintaq hərəkətlərində iştirak etməsinə imkan verir. Təqsirləndirilən şəxs əqli-intellektual imkanlarına və psixi-emosional halına görə istintaq zamanı ifadə verərəkən cinayət işi üzrə əhəmiyyət kəsb edən halları düzgün dərk edə və düzgün ifadə verə bilərdi. Təqsirləndirilən şəxs hal-hazırda da cinayət işi üzrə düzgün ifadə vermək və onları düzgün dərk etmək qabiliyyətinə malikdir.Təqsirləndirilən şəxs əqliintellektual imkanlarına və psixi-emosional halına görə cinayət təqibi gedişatında dindirmə zamanı verdiyi ifadələrində cinayət işi üzrə əhəmiyyət kəsb edən halların mahiyyətini dərk edə və obyektiv ifadə verə bilərdi. Təqsirləndirilən şəxs hal-hazırda da cinayət işi üzrə əhəmiyyət kəsb edən hallanın mahiyyətini dərk etmək və onlar barəsində düzgün və obyektiv ifadə vermək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs əqli-intellektual imkanlarına və psixi-emosional halına görə ilkin dindirmə zamanı şüuruna və hərəkətlərinə təsir edə biləcək psixi-emosional vəziyyətdə olmadığı qənaətinə gəlinir. Təqsirləndirilən şəxs hal-hazırda psixi-emosional vəziyyətində hər hansı dəyişiklik aşkar olunmur. Hazırkı müayinə gedişində qavramaq, yadda saxlamaq və düzgün ifadə etmək qabiliyyəti olduğu müəyyən edilir. Həmin dövrdə Təqsirləndirilən şəxs situasiya ilə əlaqəli psixi-emosional vəziyyətində yaranmış gərginlik, narahatlıq, sıxıntı kimi hallar onun dərk etməsini, düşüncəsini məhdudlaşdırmadığı qənaətinə gəlinir. Təqsirləndirilən şəxs psixoloji vəziyyətinə və əqli-intellektual imkanlarına görə iş üçün əhəmiyyətli halları düzgün dərk edə bilərdi. Hazırda da düzgün dərk etmək qabiliyyətinə malikdir(cild 5, iş vərəqə 224- 227). Cinayət işinə əlavə edilmiş AZE №11167384 seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2007-ci il təvəllüdlü X15, AZE №11167383 seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.2009-cu il təvəllüdlü X25, AZE №11167380 seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.2016-cı il təvəllüdlü azyaşlı X23 və AA4156118 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.2013-cü il təvəllüdlü X24 adlı uşaqları vardır(cild 1, iş vərəqə 142-144). 04 iyun 2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Şahid4, Şahid2, Şahid3 adlarına "xxxx" ASC-də açılmış bank hesabları ilə edilmiş əməliyyatlara dair çıxarışlar, "xxxx" ASC-dən Təqsirləndirilən şəxs, Şahid5, Şahid6 adına olan əmək haqqı kartları vasitəsi ilə aparılmış əməliyyatlara dair çıxarışlar Zərərçəkmiş şəxs MMC-nin "xxxx"ın Ağsu filialında olan bütün hesablarından pul köçürməsi və digər maliyyə əməliyyatlarına dair çıxarışlar, Təqsirləndirilən şəxs adına olan AZ80UBAZ**********1010AZN001 saylı hesabdan pul köçürməsi və digər maliyyə əməliyyatlarına dair çıxarışlar, "xxxx" ASC-dəki AZ89UBAZ**********1010AZN001 saylı hesabdan pul köçürməsi və digər maliyyə əməliyyatlarına dair çıxarışlar, "xxxx" ASC-dəki AZ83RBTA******************** saylı hesabdan pul köçürməsi və digər maliyyə əməliyyatlarına dair çıxarışlar cinayət işi materiallarına əlavə edilmişdir (cild 6, iş vərəqə 157-194) Azərbaycan Respublikasının Vergilər Nazirliyinin yanında Dövlət Vergi Xidmətindən daxil olmuş 29 dekabr 2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs MMC-nin vergidən yayınması barədə daxil olmuş müraciətinə baxılmış, lakin sonuncunun müvafiq şirkətin vergidən yayınmasın əsas verə biləcək sənəd və sübutları araşdırmaya təqdim etmədiyindən hər hansı tədbir görmək mümkün olmamışdır (cild 2, iş vərəqə 77-78). 5 dekabr 2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs MMC-nin direktoru Şahid1 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə zamanı Şahid1 ifadələrində göstərdiklərini Təqsirləndirilən şəxsmn üzünə qarşı söylərək onun tərəfindən MMC-yə məxsus pulların başqa hesablara köçürülməsindən xəbərinin və razılığının olmadığını bildirmişdir (cild 1, iş vərəqə 241-243). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349-cu maddəsinə əsasən, məhkəmə hökmü qanuni olmalıdır, yəni Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosesual Məcəlləsinin, Cinayət Məcəlləsinin və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.2-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının CM-nin 3-cü maddəsinə əsasən yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını xüsusilə külli miqdarda talama əməlinə görə cinayət məsuliyyəti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.4-cü maddəsində, vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla ağır nəticələrə səbəb olmasına görə cinayət məsuliyyəti həmin Məcəllənin 308.2-ci maddəsində, vəzifə saxtakarlığı, yəni vəzifəli şəxs tərəfindən rəsmi sənədlərə və ya informasiya resurslarına bilə-bilə yalan məlumatların daxil edilməsi, habelə göstərilən sənədlərdə və ya informasiya resurslarında onların həqiqi məzmununu təhrif edən düzəlişlərin edilməsi, bu əməllərin tamah və ya sair şəxsi niyyətlərlə törədilməsi əməllərinə görə cinayət məsuliyyəti Cinayət Məcəlləsinin 313-cü maddəsində nəzərdə tutulur. Cinayət işi materiallarından görünür ki, təqsirləndirilən şəxsə CM-nin 179.4-cü, 308.2ci və 313-cü ilə elan edilən ittiham iki hissədən ibarətdir: Zərərçəkmiş şəxs MMC-nin işçilərinin əmək haqqı hesabına əsassız olaraq artıq ödənilmiş pul vəsaitlərinin, yəni Şahid5 əmək haqqı hesabına 15.879,54 manat, öz əmək haqqı hesabına 36.512,48 manat, Şahid6 əmək haqqı hesabına 73.166,28 manat pul vəsaitinin köçürülməsi yolu ilə tərəfindən mənimsənilməsi (ittiham aktından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixli əmək müqaviləsi əsasında Bakı şəhəri, Yasamal rayonu Həsənbəy ünvan 4 ünvanında mebellərin alışı və satışı fəaliyyəti ilə məşğul olan Zərərçəkmiş şəxs MMC-də baş mühasib vəzifəsinə işə qəbul olunmaqla həmin tarixdən 2023-cü ilin noyabr ayınadək olan müddətdə qeyd edilən vəzifədə işləyərkən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi kollegiyasının 15 noyabr 2005-ci il tarixli 24-2 №-li qərarı ilə təsdiq edilmiş, 29 noyabr 2005-ci il tarixdə 3204 nömrə ilə qeydiyyata alınmış “Bütün sahələr üçün ümumi olan qulluqçu vəzifələrinin Vahid X9”na əsasən, mühasibat uçotunun müxtəlif sahələri üzrə əməliyyatları (əsas vəsaitlərin, əmtəə-maddi qiymətlilərin, istehsala çəkilən xərclərin, məhsulun satılmasının, təsərrüfat-maliyyə fəaliyyətinin nəticələrinin hesabının aparılması, sifarişçilərin-tədarükçülərin hesabı, eləcə də göstərilən xidmətlərə və s. hesabı) yerinə yetirmək, maliyyə intizamının yerinə yetirilməsinə və ehtiyatlardan səmərəli istifadəyə yönəlmiş tədbirlərin işlənib hazırlanmasında və həyata keçirilməsində iştirak etmək, sənədlərin hesab sahələrinə uyğun qəbulunu və nəzarətini həyata keçirmək və onları hesabı emala hazırlamaq, pul vəsaitlərinin, əmtəə maddi qiymətlilərinin hərəkəti ilə bağlı əməliyyatları mühasibat uçotunda əks etdirmək, dövlət büdcəsinə ödənişlərin, məcburi dövlət sosial sığorta və digər icbari sığorta haqlarının, fəhlə və qulluqçuların əmək haqqına yönəldilən maliyyə vəsaitlərinin ayrılmasını, vergilərin, ödənişlərin, eləcə də istehlak fonduna vəsaitin köçürülməsini həyata keçirmək, pul vəsaitlərinin, mal-material qiymətlilərinin hesablanması və ödənilmə öhdəliklərinin inventarizasiyasının aparılmasında iştirak etmək və digər səlahiyyətlərə malik təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən maddi məsul vəzifəli şəxs kimi xidməti vəzifəsinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə edərək həmin MMC-yə məxsus olmaqla ona etibar edilmiş pul vəsaitini öz qulluq mövqeyindən istifadə etməklə vahid niyyətlə mənimsəyərək talamaq məqsədilə təhvil verməli olduğu halda cinayətkar niyyətini həyata keçirmək məqsədilə "xxxx" ASC-yə məxsus plastik kartlarını özündə saxladığı Zərərçəkmiş şəxs MMC-də MMC-də mühasib işləmiş, cinayətdən xəbərsiz Şahid5 418980******1725 nömrəli əmək haqqı kart hesabına kompüter vasitəsilə yuxarıda qeyd edilən üsulda bilə-bilə yalan məlumatları onlayn qaydada informasiya resursuna daxil etməklə 2022-ci ilin sentyabr ayından sonuncusu 2023-cü ilin iyul ayında olmaqla cəmi, 15.879,54 manat (on beş min səkkiz yüz yetmiş doqquz manat əlli dörd qəpik), öz adına həmin bankda olan AZ63RBTA******************** nömrəli əmək haqqı hesabına eyni üsulla ödənilməli olmadığı halda 2022-ci ilin oktyabr ayından sonuncusu 2023-cü ilin sentyabr ayında olmaqla müxtəlif vaxtlarda müxtəlif məbləğlərdə cəmi 36.512,48 manat (otuz altı min beş yüz on iki manat qırx səkkiz qəpik) məbləğində olmaqla və MMC-də menecer işləmiş, cinayətdən xəbərsiz Şahid6 adına həmin bankda olan AZ63RBTA******************** nömrəli əmək haqqı hesabına eyni üsulla ödənilməli olmadığı halda 2023-cü ilin iyun ayından sonuncusu 2023-cü ilin sentyabr ayında olmaqla, cəmi 73.166,28 manat (yetmiş üç min bir yüz altmış altı manat iyirmi səkkiz qəpik) pul vəsaitini vahid niyyətlə öz qulluq mövqeyindən istifadə edərək mənimsəməklə talama ilə əlaqədar ittiham irəli sürülmüşdür); - Ayrı-ayrı vətəndaşların, yəni Şahid2 bank hesabına 202.584,9 manat, Şahid3 bank hesabına 180522.25 manat, Şahid4 bank hesabına 293.764 manat pul vəsaitinin köçürülməsi yolu ilə tərəfindən mənimsənilməsi. Məhkəmə, istintaq orqanının Təqsirləndirilən şəxs Şahid4, Şahid3, Şahid2 bank hesablarına köçürülmüş pul vəsaitlərinin tərəfindən mənimsənilməsi ilə əlaqədar elan edilmiş ittihamla razılaşsa da, hesab edir ki, Şahid5, Şahid6 və özünün bank hesablarına köçürülmüş pul vəsaitlərinin tərəfindən mənimsənilməsi ilə əlaqədar ona elan edilmiş ittiham toplanmış sübutların təhlili zamanı mövcud şübhələrin onun xeyrinə həll edilməsi, təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə ümumi ittihamdan xaric edilməlidir. Belə ki, məhkəmə istintaqı dövründə tədqiq edilmiş sübutlardan görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaqın əvvəlindən də ayrı-ayrı vətəndaşların hesablarına köçürülmüş pul vəsaitlərini şəxsi ehtiyacları üçün sərf etdiyini qeyd etsə də əmək haqqı hesablarına köçürülmüş məbləğlərin ona aid olmamasını bildirmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs 31 yanvar 2023-cü il tarixli ərizəsindən görünür ki, ona verilmiş ittihamla razılaşmadığını, 612000 manat pul vəsaitini şirkətin icazəsi ilə borca götürdüyünü qeyd etmişdir(cild 1 iş vərəqə 109). 02 noyabr 2023-cü il tarixdə verdiyi izahatında Zərərçəkmiş şəxs MMC-dən Şahid3, Şahid4 və Şahid2 bank hesablarına məbləğini saymasa da pul köçürtməsini, həmin şəxslərin müvafiq pul köçürmələrindən xəbəri olmamasını, onlara hər hansı bir məbləğdə pul verilməməsini etiraf etmiş, Şahid1 həmin əməliyatlardan xəbəri olduğunu, sonuncudan müvafiq məbləği borc aldığını qeyd etmişdir. Eləcə də köçürülmüş pul vəsaitlərinin məbləğlərini bilməsə də həmin pulları Sahib adlı falçıya verməsini, sonuncudan şikayət etməsini, ona verdiyi 612000 manat pul vəsaitindən 500000 manata yaxın hissəsini Zərərçəkmiş şəxs MMC-dən götürməsini bildirmişdir. Lakin özünün, Şahid6 və Şahid5 əmək haqqı hesablarına müvafiq olaraq köçürülmüş 36.512,48 manat, 73166, 28 manat və 15879.54 manat pul vəsaitinin sonradan “Milli Ön” vasitəsilə şirkətə qaytarıldığını bildirmişdir. Bundan başqa o, özünün və Mehdinin maas kartlarının özündə olduğuna görə şirkətin hesablarına pul köçürülməsinin özü tərəfindən həyata keçirilməsinə baxmayaraq Şahid5 kartının sonuncunun özündə olması və müvafiq əməlliyyatların Şahid5 özü tərəfindən icra edilməsini qeyd etmişdir. Lakin 5 dekabr 2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, ibtidai istintaq dövründə Şahid1 ilə üzləşdirilərkən Şahid1 Təqsirləndirilən şəxs hər hansı məbləğdə borc pul vəsaiti vermədiyini qeyd etmişdir. Təqsirləndirilən şəxs isə Şahid1 ilə arasında olan münasibətlərin borc münasibətləri olmasına dair hər hansı sübut(yazışma, yazılı sənəd) təqdim edə bilməmişdir. Bundan başqa üzləşdirmə protokolundan da görünür ki, Şahid1 şirkətdə pul qıtlığı yaranması səbəbindən şübhələnmiş, Təqsirləndirilən şəxs dəfələrlə hesabat istəmiş, lakin sonuncu müxtəlif bəhanələrlə ya uşağının xəstələnməsi, ya dayısının ölməsi, ya avtomobilinin qəza keçirtməsi kimi halları əsas gətirərək hesabat verməkdən boyun qaçırtmış, başqa mühasib dəvət edərək Samirə ilə birlikdə portal üzərindən aparılmış əməliyyatlara baxış keçirilməsini xahiş etmiş, bu minvalla Şahid4 adına pul köçürülməsinə dair şübhəli əməliyyat aşkar olunmasından, həmin şəxsi tanımadığından şirkətin audit yoxlanmasının həyata keçirilməsi qəarına gəlmiş və nəticədə Şahid3, Şahid2, Şahid4 bank hesablarına qanunsuz olaraq Təqsirləndirilən şəxs tərəfindən pul köçürülməsinə şahid olduğunu bildirmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs Şahid2, Emil Malikzadənin və Bagiri Əfruzun adına açlmış hesablara Təqsirləndirilən şəxs tərəfindən pul köçürülərək tərəfindən mənimsənilməsini istintaqın ilkin mərhələlərində etiraf etsə də Şahid6, Şahid5 və öz əmək haqqı kartına artıq məbləğdə əmək haqqı məbləğinin ödənilməsini şirkətin vergidən yayınması üçün etdiyini bildirmişdir. Məhkəmə iclasında isə şirkətə Vergi Xidməti tərəfindən sərəncam qoyulduğu üçün şirkətin hesabına köçürülmüş məbləğlər vergiyə tutulmasın deyə maaş şəklində Zərərçəkmiş şəxs MMC-nin işçilərinə əmək haqqı formasında köçürüldüyünü, daha sonra həmin artıq köçürülmüş məbləğlərin şirkətin hesabına “milliön” vasitəsilə mədaxil edildiyini qeyd etmişdir. Bundan başqa üzləşmə zamanı da Təqsirləndirilən şəxs özünün və Şahid6 əmək haqqı kartını saxladığını etiraf etsə də Şahid5 kartının özündə olmasını söyləmişdir. Məhkəmə müdafiə tərəfinin həmin dəlillərini yoxlayarkən müəyyən etmişdir ki, Şahid5, Şahid6 və Təqsirləndirilən şəxs artıq ödənilmiş pul məbləğlərinə dair 24 oktyabr 2023-cü il tarixli Auditor aktı Şahid1 elə həmin tarixdə verilsə də yuxarıda göstərilən üzləşdirmə protokolundan da göründüyü kimi Şahid1 Təqsirləndirilən şəxs ilə 5 dekabr 2023-cü il tarixdə üzləşdirilərkən həmin hesablara köçürülmüş əmək haqqı məbləğlərinin təyinatı, istifadəsi barədə məsələni ümumiyyətlə mübahisələndirməmiş, şübhəli əməliyyat kimi yalnız tanımadığı şəxslərin Şahid4, Şahid3, Şahid2 bank hesabına pul köçürülməsinin səbəblərini aydınlaşdırmağa çalışmışdır. Belə ki, əmək haqqı kartlarına köçürülmüş artıq məbləğlərin sonradan şirkətin hesabına mədaxil edilməsi barədə Təqsirləndirilən şəxs üzləşdirmə zamanı verdiyi ifadələrə dair Şahid1 sual vermək imkanı yaradılsa da sonuncu bu hissə ilə bağlı ümumiyyətlə təqsirləndirilən şəxsə sual verməmişdir. Bundan başqa cinayət işi materiallarından görünür ki, ibtidai istintaq dövründə şahid qismində dindirilən Şahid5 onun əmək haqqı hesabına həqiqətən də artıq pul vəsaitinin ödənilməsini təsdiq etmiş və artıq pulların köçürülməsi barədə məlumatın ona Təqsirləndirilən şəxs və Şahid10 tərəfindən verilməsini, qeyd edilən pul vəsaitlərini şirkətin maliyyə şöbəsinə verdiyini bildirmişdir. Şahidin həmin ifadələri digər Şahid10 tərəfindən də təsdiq edilmişdir. İbtidai istintaq dövründə ifadə verən Şahid10 bir dəfə onun icazəsi ilə Təqsirləndirilən şəxs Şahid5 kartına artıq pul vəsaiti ödədiyini, həmin pul vəsaiti çıxarılaraq şirkətin xərclərinə sərf edildiyini bildirmiş, məhkəmə iclasında isə Şahid10 dindirilərkən şirkətdə qeyri-rəsmi işçilərin sayının çox olmasını, qeyri-rəsmi işçilərin maaşını onlara nağd qaydada verilməsini təsdiq etmişdir. Bundan başqa Şahid5 işdən çıxdıqdan sonra onun əmək haqqı kartına əlavə pul köçürülməsindən xəbəri olmamasını və əmək haqqı kartını Təqsirləndirilən şəxs verdiyini qeyd etsə də məhkəmə iclasında ifadə verərkən Şahid10 işdən çıxan şəxslərin əmək haqqı hesablarına son haqq hesab məbləğinin köçürülməsini və sonradan həmin məbləğlərin kart hesablarından çıxarılaraq qeyri-rəsmi şəkildə işləyən şəxslərin əmək haqqı hesablarına yönləndirilməsini bildirmişdir. Məhkəmə, Şahid5 pul vəsaitini maliyyə şöbəsinə verməsini, onun əmək haqqı hesabına artıq pul vəsaitinin keçirilməsi barədə həm Şahid10, həm də Təqsirləndirilən şəxs məlumatının olmasını, Şahid10 isə Təqsirləndirilən şəxs Şahid5 əmək haqqı kart hesabına bir dəfə artıq pul vəsaiti ödəməsinə razılıq verməsini bildirməsinə baxmayaraq ibtidai istintaq orqanı tərəfindən Şahid5 maliyyə şöbəsinə qaytardığı pul vəsaitlərinin məbləğinin, eləcə də Şahid10 tərəfindən Təqsirləndirilən şəxs hansı tarixdə və hansı məbləğdə Şahid5 kartına artıq pul məbləğlərinin köçürülməsinə razılıq verməsinin müəyyən edilməməsini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin öz əmək haqqı hesabına 36.512,48 manat, Şahid5 əmək haqqı hesabına 15.879,54 manat, Şahid6 əmək haqqı hesabına 73.166,28 manat pul vəsaitinin köçürülərək mənimsənilməsində təqsirliliyinin sübuta yetirilməməsi barədə müdafiə tərəfinin dəlilləri əsaslıdır. Məhkəmə belə qənaətə gələrkən həmçinin o halları əsas götürür ki, sübutların qiymətləndirməsi haqqında qərardan görünür ki, Şahid5 məxsus pul vəsaitlərinin mənimsəmə epziodu üzrə Şahid10 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179-cu maddəsi ilə cinayət işinin başlanması rədd edilmiş və bu zaman yalnız Şahid5 işdən çıxarkən əmək haqqı kartını Təqsirləndirilən şəxs qaytarılması barədə ifadəsi əsas götürülmüş, Şahid10 özünün Təqsirləndirilən şəxs Şahid5 kart hesabına pul vəsaitinin köçürülməsinə razılıq verməsi barədə ifadələrinə hüquqi qiymət verilməmiş, bununla da hansı miqdarda pul vəsaitinin məhz Şahid10 icazəsi ilə Şahid5 əmək haqqı kartı hesabına köçürülməsi müəyyən edilməmişdir. Halbuki, yuxarıda da qeyd edildiyi kimi Şahid10 məhkəmə iclasında ifadə verərkən işdən çıxan şəxslərin əmək haqqı hesablarına köçürülmüş son haqq hesab məbləğlərinin kart hesablarından çıxarılaraq qeyri-rəsmi şəkildə işləyən şəxslərin əmək haqqı hesablarına yönləndirildiyini bildirməklə yalnız Şahid5 işdən çıxarkən əmək haqqı kartını Təqsirləndirilən şəxs verməsi səbəbindən sonuncu tərəfindən Şahid5 əmək haqqı hesabına köçürülmüş bütün məbləğdə pul vəsaitini mənimsənilməsi barədə istintaq orqanının gəldiyi nəticəni şübhə altına almışdır. Bundan başqa məhkəmə öz qənaətini əsaslandırarkən ibtidai istintaq dövründə müdafiə tərəfindən 13 fevral 2024-cü il tarixdə X31, X53, X54, X75, X55, X31, X7, X16, X17, X26, X18, X19, X56, X57, X58, X32, X10, X8, X59, X33, X11, X60, X27, X34, Şahid10, X48, X20, X103, X61, X49, X4, X76, X21, X62, X5, X63, X64, X35, X60, X11, X28 adlı şəxslərin hansı müəssisədə işləmələri, Zərərçəkmiş şəxs MMC-də və ya onun törəmə müəssisəsində hansı əsasla çalışmaları, eləcə də həmin müəssisədə işlədikləri dövr ərzində aldığı əmək haqqlarına dair məlumatların və əmək qanunvericiliyinə əsasən tələb edilən digər zəruri məlumatların və sənədlərin Zərərçəkmiş şəxs MMC, "xxxx" MMC, eləcə də müvafiq dövlət orqanlarından sorğular əsasında əldə edilməsinə dair verilmiş vəsatətin istintaq orqanı tərəfindən təmin edilməsinə baxmayaraq, yalnız zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs MMC-nin nümayəndəsi Nümayəndə tərəfindən şifahi sorğu ilə əlaqədar Zərərçəkmiş şəxs MMC ilə X17, X5, X54, X18, X36, X34, X58, X37, X38, X16, X53, X64, X16, X77, X56, X49, X27, X103, X10, X39 arasında əmək müqavilələrinin bağlanmasını, digər şəxsərin isə Zərərçəkmiş şəxs MMC-yə aidiyyəti olmamasını bildirməsinə dair məktubu və məktuba əlavə edilmiş müvafiq əmək müqaviləsi bildirişləri ilə kifayətlənməsinə, müvafiq dövlət orqanlarına hər hansı sorğu göndərilməməsinə, Sübutların qiymətləndirilməsi haqqında qərarla həmin vəsatət baxılmış hesab edilməsinə, məhkəmə iclasında isə ittiham tərəfindən müvafiq sübutların arşadırılması üçün hər hansı sübut təqdim və tələb edilməməsinə istinad edir (cild 5, iş vərəqə 55-78). Göründüyü kimi istintaq dövründə təqsirləndirilən şəxs qeyri-rəsmi şəkildə işləyən şəxslərın adını, soyadını, ata adını bildirməklə məhz həmin şəxslərə pul vəsaitləri ödəməsi ilə bağlı halların yoxlanılmasını tələb etmiş, lakin ittiham tərəfi yalnız həmin şəxslərlə əmək bildirişlərinin olmaması ilə qane olmuş və mövcud sübutların təqsirləndirilən şəxsin təqsirliliyinin sübuta yetirilməsi üçün kifayət etməsi barədə qənaətə gəlmişdir. Məhkəmə həmçinin, təqsirləndirilən şəxsin məhkəmə iclasında və istintaq dövründə həm Şahid6, həm də özünə məxsus bank hesablarına ödənilmiş artıq əmək haqqı məbləğininin sonradan şirkətə qaytarılması barədə ifadələrini yoxlayarkən ibtidai istintaq dövründə toplanmış sübutlar əsasında müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən həqiqətən də 10 iyul 2023-cü il tarixdə öz əmək haqqı hesabına 30000+4300 =34300 manat pul mədaxil etmiş, 11 iyul 2023-cü il tarixində isə həmin məbləğdə pul vəsaitini Zərərçəkmiş şəxs MMC-nin "xxxx" ASC Səbail filialından məxaric etməklə Zərərçəkmiş şəxs MMC-nin "xxxx" ASC-nin Ağsu filialındakı hesabına mədaxil etmişdir. İbtidai istintaq orqanı pulun bank hesablarından çıxarılması ilə təqsirləndirilən şəxsin həmin vəsaitlərə sərəncam vermək hüququnun yarandığını əsas götürüərək artıq təqsirləndirilən şəxs tərəfindən mənimsəmə cinayətinin bitməsi qənaətinə gəlsə də məhkəmə istintaq orqanının gəldiyi nəticə ilə razılaşmır. Məhkəmə əvvəla qeyd edir ki, talama cinayətlərinin əsas məqsədi onların tamah məqsədilə törədilməsidir. Təqsirləndirilən şəxs istər ibtidai istintaq, istərsə də məhkəmə istintaqında müəssisədə işləyən bəzi işçilərin əmək haqqlarının özlərinə artıq məbləğdə əmək haqqı məbləğinin köçürülməsi ilə, bəzi hallarda isə köçürmə zamanı yanlışlıqlara yol verməsi səbəbindən artıq ödəmələr həyata keçirməsini, lakin sonradan həmin artıq ödənilmiş məbləğin şirkətin hesabına qaytarılmasını bildirmişdir. Məhkəmə Zərərçəkmiş şəxs MMC-nin hesabından məxaric edilmiş 34300 manat məbləğin ertəsi gün, yəni qısa zaman kəsiyində yenidən şirkətin hesabına mədaxil edilməsini nəzərə alaraq təqsirləndirilən şəxsin həmin hissədə verilmiş ifadəsini mötəbər hesab edərək belə qənaətə gəlir ki, onun öz kart hesabına köçürülmüş 36512, 48 manat, Şahid6 əmək haqqı kartına köçürülmüş 73166,28 manat, Şahid5 in əmək haqqı kartına köçürülmüş 15.879,54 manat məbləğində pul şirkətə geri qaytarılmışdır. Məhkəmə belə qənaətə gələrkən həmçinin Təqsirləndirilən şəxs Efruz Baqiri, Şahid2 və Elmin Mikayızadənin kart hesabına köçürülmüş pulların öz şəxsi istifadəsinə yönəltdiyini etiraf etsə də istintaqın əvvəlki mərhələsindən digər iki şəxs də daxil olmaqla öz əmək haqqı hesablarına köçürülmüş məbləğlərin şirkətin hesabına qaytarması barədə ifadələrinin iş üzrə şahid qismində ifadə vermiş Şahid14 və Şahid12 ifadələri ilə də təsdiq edilməsini əsas götürür. Belə ki, Şahid12 həm ibtidai istintaq, həm məhkəmə iclasında Təqsirləndirilən şəxs "xxxx" MMC-dən yalnız 685.000 manat pul vəsaitini götürdüyünü bildirmiş, məhkəmə iclasında isə həmçinin Şahid14 dindirilərkən Təqsirləndirilən şəxs dörd nəfər şəxsin(üç nəfər şəxs Efruz Baqiri, Şahid2 və Elmin Mikayızadənin bank hesablarına köçürmələrin edilməsi ekspertiza rəyi ilə təsdiq edilsə də Şahid13 birbaşa Zərərçəkmiş şəxs MMC-yə məxsus bank hesablarından pul köçürülməsi öz təsdiqini tapmamışdır) hesabına "xxxx" MMC-nin bank hesablarından pul köçürtməsini etiraf etdiyini qeyd etmişdir. Beləliklə, məhkəmə Azərbaycan Respublikasında cinayət mühakimə icraatının ittiham və müdafiə tərəfinin çəkişməsi əsasında həyata keçirilməsi barədə Cinayət- Prosessual Məcəlləsinin 32-ci, şəxsin təqsirli olduğuna əsaslı şübhələr olduğu təqdirdə onun təqsirli bilinməsinə yol verilməməsi, Cinayət-Prosessual Məcəlləsinin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilməsi, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu olmaması barədə həmin Məcəllənin 21-ci maddələrinin tələblərinə əsasən hesab edir ki, Şahid5, Şahid6 və özünün əmək haqqı hesablarına köçürülmüş pul vəsaitlərinin tərəfindən mənimsənilməsi ilə əlaqədar Təqsirləndirilən şəxs elan edilmiş ittiham təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə ona irəli sürülmüş ümumi ittihamdan xaric edilməlidir. Təqsirləndirilən şəxs tərəfindən ayrı-ayrı vətəndaşların, yəni Şahid2 bank hesabına 202.584,9 manat, Şahid3 bank hesabına 180522.25 manat, Şahid4 bank hesabına 293.764 manat pul vəsaitinin köçürülməsi yolu ilə mənimsənilməsi epizodu üzrə isə məhkəmə təqsirləndirilən şəxsin ifadələri ilə əlaqədar əvvəla qeyd edir ki, sonuncu istər ibtidai istintaq dövründə, istərsə də məhkəmə iclasında,bir-biri ilə uyğun gəlməyən, ziddiyyətli ifadə vermişdir. Belə ki, ibtidai istintaq dövründə yuxarıda qeyd edilən şəxslərə köçürülmüş pul məbləğlərindən Şahid1 xəbərinin olması, həmin vəsaitləri sonuncudan borc almasını bildirmiş, lakin Şahid1 ilə arasında olan münasibətlərin borc münasibətləri olmasına dair hər hansı sübut(yazışma, yazılı sənəd) təqdim edə bilməmişdir. 14 fevral 2024-cü il tarixli dindirmə protokolundan görünür ki, o, ayrı-ayrı vətəndaşların hesabına köçürülən pul vəsaitlərinin dəqiq məbləğini bilməsə də yalnız bir hissəsinin özünün şəxsi istifadəsi üçün xərclədiyini, qalan hissəsinin Zərərçəkmiş şəxs MMC-nin sərfiyatına yönəldildiyini, Şahid14 verdiyi 612000 manat pul vəsaitinin özünə məxsus olduğunu bildirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs ifadəsinin əvvəlində ayrı-ayrı fiziki şəxslərə köçürülən pullların yalnız bir hissəsinin Zərərçəkmiş şəxs MMC-yə məxsus olması, həmin pulların isə tərəfindən mənimsənilməməsi, əksinə sonradan nağdlaşdırılaraq məhz Zərərçəkmiş şəxs MMC-nin işçilərinə əmək haqqı ödənişi formasında təqdim edilməsini bildirmişdir. Sonradan isə o, Zərərçəkmiş şəxs MMC-nin direktoru tərəfindən malların da alqı-satqısının nağd qaydada aparıldığını qeyd edərkən sonuncudan satışın nağd qaydada həyata keçirildiyi təqdirdə əmək haqqı ödənişlərinin də niyə həmin nağd ödənişlər hesabına həyata keçirilməməsi barədə sualları təqsirləndirilən şəxs satışdan əldə edilmiş gəlirlərin əmək haqqı ödənişləri üçün kifayət etməməsi ilə izah etməyə çalışmışdır. Təqsirləndirilən şəxs daha sonra ifadəsini dəyişdirərək Zərərçəkmiş şəxs MMC-nin direktoru tərəfindən mebel alışını nağd, satışının isə nağdsız qaydada həyata keçirilməsini bildirmiş, sonuncuya belə olan təqdirdə mühasibatlıq sənədlərdə gəlir və xərc, eləcə də mədaxil olunan və məxaric olunan malların sayı arasında uyğunsuzluğun hansı qaydada aradan qaldırılması barədə sualları cavablandıra bilməmişdir. Digər tərəfdən o, əvvəllər yalnız rəsmi mühasibatlığı apardığını, Zərərçəkmiş şəxs MMC-yə qeyri rəsmi mühasibatlığı öyrənmək üçün işə düzəlməsini qeyd etsə də sonrakı ifadəsində Zərərçəkmiş şəxs MMC-yə işə düzəlməzdən əvvəllər də Şahid2, Emil Malikzadənin və Bagiri Əfruzun adına açılmış hesablara tərəflərindən göstərilməyən xidmətlərə görə pul köçürdüyünü qeyd etmişdir. Bundan başqa o, 2021-ci ilə qədər uşağının müalicəsinə görə təxminən 200 000 (iki yüz min) manat - 250000 (iki yüz əlli min) manat pul xərclədiyini, yüksək gəlirə sahib olduğunu, aylıq gəliri ilə bağlı bank çıxarışları, portaldan çıxarılmış əmək müqaviləsinin mövcudluğu ilə izah etmişdir. Məhkəmə əvvəla təqsirləndirilən şəxsin əvvəllər də kifayət qədər gəlirə mənsub olmasını bildirməsi ilə əlaqədar qeyd edir ki, iş materiallarına əlavə edilmiş 09 yanvar 2017-ci il tarixdə bağlanmış müqaviləyə əsasən onun aylıq əmək haqqı məbləği 400 AZN, 01 fevral 2020-ci il tarixli müqaviləyə əsasən 250 AZN, 07 yanvar 2020-ci il tarixli müqaviləyə əsasən 500 AZN, 10 dekabr 2018-ci il tarixli müqaviləyə əsasən 941 manat təşkil etmişdir. Digər tərəfdən məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həmçinin gəlirlərinin bir qismini sahibi olduğu biznes obyektlərindən (məsələn Mersin Pizza)əldə etdiyini bildirsə də, iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, “Mersin Pizza” adlı restoran kimi fəaliyyət göstərən obyekt xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən icarəyə götürülmüş, faktiki olaraq Təqsirləndirilən şəxs məxsus olan "xxxx" MMC isə sonuncunun xalası oğlu Şahid13 adına 26 yanvar 2023-cü il tarixdə qeydiyyata alınmışdır. Göründüyü kimi hər iki ticarət obyektinin fəaliyyət müddətinin başlanğıcı onun Zərərçəkmiş şəxs MMCdə işə düzəldikdən sonrakı dövrə təsadüf edir. Məhkəmə onu da qeyd edir ki, “Azərbaycan Beynəlxalq Bankı”ndan daxil olmuş məktubundan görünür ki, Təqsirləndirilən şəxs adına "xxxx" ASC-nin Səbail filialında 22 yanvar 2019-cu il tarixində bank hesabı açılmış və 39.320 manat məbləğində kredit rəsmiləşdirilmişdir. Qeyd edilən kredit müqaviləsinə əsasən 04 oktyabr 2023-cü il tarixdə 26.210,99 manat məbləğində tam ödəniş edilməklə xitam verilmişdir (cild V, iş vərəqə 20- 27). Göründüyü kimi kredit məbləğinin tam şəkildə və bir dəfəyə ödənilməsi də onun Zərərçəkmiş şəxs MMC-də işlədiyi vaxtda həyata keçirilmişdir. Şahid2, Elmin Malikzadənin və Bagiri Əfruzun adına açlmış bank hesablarına köçürülmüş pul məbləğinin yalnız Zərərçəkmiş şəxs MMC ilə bağlı olmadığı barədə ifadəsi ilə əlaqədar məhkəmə qeyd edir ki, əvvəla audit yoxlanması və mühasibatlıq ekspertizası yuxarıda sadalanan şəxslərin bank hesablarının təhlili deyil, Zərərçəkmiş şəxs MMC-nin fəaliyyətinin təhlili ilə əlaqədar əldə edilmiş bank hesab çıxarışlarının təhlili nəticəsində əldə edilmişdir. Ekspertiza rəyi ilə Zərərçəkmiş şəxs MMC-nin bank hesabından Şahid2, Emil Malikzadənin və Bagiri Əfruzun adına açılmış hesablara qanunsuz köçürmələrin edildiyi müəyyən edildikdən sonra həmin şəxslərin adlarına olan bank hesabları təhlil edilmişdir. Lakin həm audit aktı, həm də eskpertiza rəyi məhz Zərərçəkmiş şəxs MMC-dən Şahid2, Elmin Malikzadənin və Bagiri Əfruzun adına açılmış bank hesablarına köçürülmüş məbləğlər əsasında tərtib edilmişdir. Məhkəmə onu da qeyd edir ki, istintaq dövründə müdafiə tərəfindən Təqsirləndirilən şəxs şübhəli və təqsirləndirilən şəxs qismində 04 dekabr 2023-cü il tarixli dindirilmə protokollarını, eləcə də 5 dekabr 2023-cü il tarixli üzləşdirmə protokollarında əks edilən ifadələrini emosional stress və gərginlik nəticəsində verdiyi bildirilməklə təqsirləndirilən şəxs barəsində məhkəmə psixioloji ekspertizanın keçirilməsinə dair verilmiş vəsatətin təmin edilməsi nəticəsində iş materiallarına əlavə edilmiş ekspertiza rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs həmin dövrdə psixi-emosional vəziyyətində situasiya ilə əlaqəli gərginlik, narahatlıq, sıxıntı əmələ gələ bilərdi. Buna baxmayaraq istintaq hərəkətlərində iştirak edə bilərdi. Bundan başqa ekspertiza rəyi ilə Təqsirləndirilən şəxs situasiya ilə əlaqəli psixi-emosional vəziyyətində yaranmış gərginlik, narahatlıq, sıxıntı kimi hallar onun həmin dövrdə dərk etməsini, düşüncəsini məhdudlaşdırmadığı, psixoloji vəziyyətinə və əqli-intellektual imkanlarına görə iş üçün əhəmiyyətli halları düzgün dərk edə bilməsi barədə qənaətə gəlmişdir. Göründüyü kimi təqsirləndirilən şəxsin Şahid2, Elmin Malikzadənin və Bagiri Əfruzun adına açlmış bank hesablarına köçürülmüş pul məbləğinin tərəfindən nağdlaşdırılaraq əldə edilməsi barədə şübhəli və təqsirləndirilən şəxs qismində 04 dekabr 2023-cü il tarixli dindirilmə protokollarının, eləcə də 5 dekabr 2023-cü il tarixli üzləşdirmə protokollarının mötəbərliliyinin Cinayət-Prosessual Məcəlləsinin 125.2-ci maddəsinə əsasən şübhə altına alınması üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsin etirafedici ifadələrinin yalnız digər sübutların məcmusu ilə təsdiq edildiyi təqdirdə ona irəli sürülmüş ittihamın əsasına qoyula bilməsi barədə Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələblərinə əsasən qeyd edir ki, onun ifadələri həmçinin əvvəllər vəkil xidmətlərinin göstərilməsinə kömək etmiş Şahid12 ifadələri ilə təsdiq edilmişdir. Sonuncu Təqsirləndirilən şəxs ona mənimsəmədə ittiham olunduğunu, Sahib adlı şəxsə falçılıq adı ilə 685.000 (202.584,9+180522.25+293.764=676871,15) manat pul verdiyini, həmin pulları Zərərçəkmiş şəxs MMC-nin hesabından köçürdüyünü dediyini bildirmişdir. Bundan başqa Şahid2, Elmin Malikzadənin və Bagiri Əfruzun adına açılmış bank hesablarının çıxarış sənədlərindən görünmüşdür ki, nağdlaşdırma ilə yanaşı həmin kartlardan mağaza, yanacaq doldurma məntəqələri, xəstəxana, restoranlarda istifadə edilmiş, Təqsirləndirilən şəxs isə qeyd edilən çıxarış sənədləri ilə bağlı ibtidai istintaq dövründə dindirilərkən həmin ödəmələrin tərəfindən edildiyini təsdiq etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs şirkət rəhbərliyinin xahişi ilə pul vəsaitlərinin nağdlaşdırılması məqsədilə Şahid2, Elvin Mikayılzadə, Şahid4 bank hesablarına köçürülməsi barədə ifadələrini “ağlabatan” hesab etmir. Belə ki, əvvəla göstərilən şəxslər məhkəmədə və ibtidai istintaq dövründə dindirilərkən nə sonuncuların Şahid1lə, nə Şahid1 onlarla hər hansı tanışlığının, yaxın əlaqələrinin olması müəyyən edilməmişdir. Digər tərəfdən şirkətdə bir neçə mühasib işləsə də, habelə Təqsirləndirilən şəxs şirkətin qeyrirəsmi kassa məlumatlarının Şahid7 tərəfindən tərtib edilməsinə dair ifadə verməsinə baxmayaraq Şahid2, Şahid3, Şahid4 ibtidai istintaq dövründə və məhkəmə iclasında verdiyi ifadələrdən görünür ki, onlar yalnız Təqsirləndirilən şəxs tanımış, onun adına etibarnamə vermişdir. Digər tərəfdən təqsirləndirilən şəxs iddia etmişdir ki, mal alışı nağd, satışı nağdsız həyata keçirildiyindən şirkətin yenidən mal almaq üçün nağd pul vəsaitinə ehtiyacı olmuşdur. Belə ki mebel aldıqları şirkətlər də vergidən yayınmaq məqsədilə malı Zərərçəkmiş şəxs MMC –yə nağd qaydada satmışlar. Belə olan təqdirdə pul vəsaitinin niyə pul keçirtməli olduğu hüquqi şəxslərin yaxınlarının hesablarına deyil, öz yaxınlarının hesabına köçürülməsi barədə təqsirləndirilən şəxs suallara cavab verməmişdir. Təqsirləndirilən şəxs qeyd etmişdir ki, alış və satışın bu qaydada aparılması gəlir vergisinin daha yüksək olmasına səbəb olmuşdur. Vergidən yayınmaq məqsədilə pul vəsaitlərini Şahid2, Elvin Mikayılzadə, Şahid4 hesablarına köçürmüşlər. Məhkəmə müdafiə tərəfinin dəlili ilə əlaqədar əvvəla qeyd edir ki, Zərərçəkmiş şəxs MMC-nin vergidən yayınmaması barədə Dövlət Vergi Xidmətinə müraciət edilmiş, müvafiq qurumun məktubunda belə bir halın mövcud olmaması bildirilmiş, eləcə də zəruri sənədlərin təqdim edilməməsi əsası ilə müraciətin araşdırılmasının mümkün olmaması qeyd edilmişdir. Digər tərəfdən Təqsirləndirilən şəxs yenidən mal almaq üçün nağd pul vəsaitlərinə ehtiyac olmasını bildirsə də digər tərəfdən Şahid2, Elvin Mikayılzadə, Şahid4 bank hesablarına köçürülmüş pul vəsaitlərinin nağdlaşdıraraq yenidən şirkətin hesabına qaytarılmasını iddia etmiş, məhkəmə iclasında isə şirkət hesabına pul vəsaitlərinin mədaxil edilməsini təsdiq edən qəbzlərə və bank çıxarış sənədlərinə istinad edərək həmin pul vəsaitlərinin məhz Şahid2, Elvin Mikayılzadə, Şahid4 hesablarına köçürürlərək nağdlaşdırılan pul vəsaitləri olmasını qeyd etmişdir. Məhkəmə qeyd edir ki, nağd pul vəsaitlərinə ehtiyac olduğu üçün rəhbərliyin xahişi ilə ayrı-ayrı şəxslərin hesabına köçürülmüş pul vəsaitlərinin nağdlaşdırılması barədə təqsirləndirilən şəxs ifadələri həmin vəsaitlərin yenidən şirkətin hesabına mədaxil edilməsinə dair ifadələrini təkzib edir. Digər tərəfdən Zərərçəkmiş şəxs MMC mebel satışından nağdsız qaydada əldə etdiyi pul vəsaitlərinin mal aldığı şirkətlərin tanıdığı şəxslərin deyil, məhz Təqsirləndirilən şəxs yaxınlarının bank hesabına keçirilməsi halının ağlabatanlığını şübhə altına alır. Bundan başqa iş materiallarından da görünür ki, Zərərçəkmiş şəxs MMC-nin "xxxx" ASC-də olan hesablarından çıxarışlarından görünmüşdür ki, onun bank hesablarına mütəmadi olaraq hesabın möhkəmələnməsi təyinatlı ödəmələr həyata keçirilmişdir ki, bu da şirkətin nağd pul vəsaitinə “ehtiyacının” olması səbəbindən X46 Şükürov, Elvin Mikayılzadə, Şahid4 bank hesablarına pul köçürülməsi barədə ifadələrini təkzib edir. Digər tərəfdən şirkətin rəhbərliyinin Şahid2, Elvin Mikayılzadə, Şahid4 bank hesablarına köçürülməsindən xəbəri olmasını bildirsə də məhkəmə iclasında ifadə verən X96 Zeynalovadan sistemə işlənməsi üçün hesabatları istəməsinə baxmayaraq sonuncu tərəfindən hesabatların təqdim edilməməsini bildirmişdir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs Şahid2, Elvin Mikayılzadə, Şahid4 bank hesablarına ümumilikdə 676871,15 manat pul vəsaiti köçürülərək tərəfindən mənimsənilməməsi hisəsində məhkəmə iclasında verdiyi ifadələrini müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Onun öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla - zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin izahatı, şahidlərin ifadələri, cinayət işi materiallarında olan ekspert rəyi, habelə iş üzrə toplanmış və yuxarıda sadalanmış digər çoxsaylı sübutların məcmusu ilə təkzib olunur. Məhkəmə, şahid ifadələri, bank hesab çıxarışları, ekspertiza rəyi, habelə iş üzrə toplanmış və yuxarıda sadalanmış digər sübut növlərini bir-biri ilə müqayisə etməklə qiymətləndirərək hesab edir ki, vəzifə saxtakarlığı etməklə Şahid2, Elvin Mikayılzadə, Şahid4 bank hesablarına ümumilikdə 676871,15 manat pul vəsaiti köçürülərək tərəfindən mənimsənilməsi ilə əlaqədar Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.4 və 313-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini qəsdən törətmişdir. Həmin əməllər başa çatmış cinayətdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə də ittiham elan edilmiş, lakin məhkəmə baxışının gedişində, 20 oktyabr 2025-ci il tarixli məhkəmə iclasında dövlət ittihamçısı Cinayət Məcəlləsinin 17.4-cü maddəsinin tələblərinə əsasən həmin Məcəllənin 179.2.3-cü maddəsində cinayətin törədilmə üsulunun, yəni qulluq mövqeyindən istifadə etmənin mənimsəmə və ya israf etmə cinayətinin zəruri tərkib əlaməti olmaqla obyektiv cəhətin ünsürü kimi birbaşa nəzərdə tutulması əsası ilə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə elan edilmiş ittihamdan imtina etmiş, məhkəmənin 3 noyabr 2025-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə aparılan cinayət təqibinə xitam verilmişdir. Təsnifatına görə Cinayət Məcəlləsinin 179.4-cü maddəsində nəzərdə tutulmuş cinayət xüsusilə ağır, həmin Məcəllənin 313-cü maddəsində nəzərdə tutulan cinayət isə böyük ictimai təhlükə törətməyən cinayətdir. Onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.4-cü maddəsi ilə cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.4-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlərə törədildiyi gündən hökm qanuni qüvvəyə minənədək iki il keçdikdə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçmiş hesab edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə şəxs barəsində cinayət işi başlanılmır və ya başlanılmış cinayət təqibinə xitam verilir. Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçdikdə məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Cinayət-Prosessual Məcəlləsinin 44.2.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, lakin cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçmişdirsə məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etməməklə ittiham hökmü çıxarır. Cinayət işi materillarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə cinayət məsuliyyətinə səbəb olan əməlləri isə tərəfindən 2023-cü ilin avqust ayında törədilmişdir. Məhkəmə qeyd edilən səbəblərdən hesab edir ki, Cinayət-Prosessual Məcəlləsinin 44.2.1-ci maddəsinə əsasən Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi ilə əlaqədar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə cəza təyin edilməməlidir. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.4cü maddəsi ilə cəza təyin edərkən 58.3-cü maddəsinə əsasən onların şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarına əlavə edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir (cild 1, iş vərəqə 187). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ambulator Kitabçadan Çıxarışa əsasən Təqsirləndirilən şəxs oğlu 24 may 2016-cı il təvəllüdlü X1 iflic xəstəliyindən əziyyət çəkir (cild 1, iş vərəqə 145-152). Məhkəmə iclasında təqdim edilən sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.1960-cı il təvəllüdlü anası vardır və o, onkoloji xəstəlikdən əziyyət çəkir. Bundan başqa uşaqlarının atası X50 08 avqust 2024-cü il tarixdə vəfat etmişdir. Həmçinin məhkəmə iclasında təqdim edilmiş sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs şəkərli diabet xəstəliyindən əziyyət çəkir. Cəza təyin edərkən məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü, əvvəllər məhkum edilməməsini, azyaşlı uşağının serebral iflic, özünün şəkərli diabet xəstəliyindən əziyyət çəkməsini, ailədə yeganə qazanc mənbəyi olmasını, həbs edilənə kimi uşaqlarının anasının və keçmiş həyat yoldaşının himayəsində olmasını, hal –hazırda isə anasının xəstə, keçmiş həyat yoldaşının vəfat etməsini, himayəsində dörd uşağının olmasını, onlardan yalnız birinin yetkinlik yaşına çatmasını, tərəfindən mənmsənilmiş pul vəsaitinin bir hissəsini azyaşlı uşağının qeyri-tibbi yolla müalicəsinə sərf etməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır və qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Cinayət Məcəlləsinin 62-ci maddəsinə cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Məhkəmə Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilməməsi, ailədə yeganə qazanc mənbəyi olmasını, himayəsində bir xəstə anasının, dörd uşağının olması, uşaqlarından ikisinin azyaşlı, birinin yetkinlik yaşına çatmayan olması, azyaşlı uşağının serebral-iflic, özünün şəkərli diabet, anasının onkoloji xəstəlikdən əziyyət çəkməsi, əldə etdiyi pul vəsaitinin bir hissəsinin uşağının müalicəsinə xərcləməsi, uşaqlarının atasının vəfat etməsi kimi cəzasını yüngülləşdirici halların olmasını, barəsində cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə həmin Məcəllənin 179.4cü maddəsində nəzərdə tutulmuş sanksiyanın aşağı həddindən də az azadlıqdan məhrum etmə cəzası, eləcə də mənimsəmə cinayətini qulluq mövqeyindən istifadə edilməklə tərəfindən törədilməsinə görə 46.2-ci maddəsi tətbiq edilməklə, yəni dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilmsi cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.4-cü maddəsində nəzərdə tutulan əməl həmin Məcəllənin 15-ci maddəsinə əsasən cinayətlərin təsnifatına görə xüsusilə ağır cinayətlər təsnifatına daxildir. Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən qəsdən törədilmiş xüsusilə ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzalarını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 04 dekabr 2023-cü il tarixdə tutulmuş (cild 1, iş vərəqə 221-222), Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 06 dekabr 2023-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 04 dekabr 2023-cü il tarixdən hesablanması qərara alınmışdır (cild 1, iş vərəqə 270-274). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 04 dekabr 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə Təqsirləndirilən şəxs tərəfindən cinayət yolu ilə əldə etdiyi pul vəsaiti və ya digər əmlak, həmin əmlakın tam və ya qismən çevrildiyi digər əmlak və ya onun hissəsi, həmin əmlak dəyəri məbləğində təqsirləndirilən şəxsə məxsus başqa əmlakın müəyyən edilməsi istiqamətində bir sıra tədbirlər həyata keçirilsə də göstərilən tədbirlər müsbət nəticə verməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin Məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut qismində tanınmış Şahid3 adlarına "xxxx" ASC-də açılmış bank hesabları ilə edilmiş əməliyyatlara dair çıxarışlar, "xxxx" ASC-dən Təqsirləndirilən şəxs, Şahid5, Şahid6 adına olan əmək haqqı kartları vasitəsi ilə aparılmış əməliyyatlara dair çıxarışlar Zərərçəkmiş şəxs MMC-nin "xxxx"ın Ağsu filialında olan bütün hesablarından pul köçürməsi və digər maliyyə əməliyyatlarına dair çıxarışlar,Təqsirləndirilən şəxs adına olan AZ80UBAZ**********1010AZN001 saylı hesabdan pul köçürməsi və digər maliyyə əməliyyatlarına dair çıxarışlar, "xxxx" ASC- dəki AZ89UBAZ**********1010AZN001 saylı hesabdan pul köçürməsi və digər maliyyə əməliyyatlarına dair çıxarışlar, "xxxx" ASC-dəki AZ83RBTA******************** saylı hesabdan pul köçürməsi və digər maliyyə əməliyyatlarına dair çıxarışlar cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.17 və 346.1.21 ) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də mülki iddianın həlli və məhkəmə xərclərinin ödənilməsidir. İş materiallarından görünür ki, zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs nümayəndəsi Nümayəndə tərəfindən qanunun bu və digər tələblərinə əməl edilməklə mülki iddia verilmişdir. Mülki iddia ərizəsində o, törədilmiş cinayət nəticəsində müəssisəyə vurulmuş maddi ziyana görə 802.429 (səkkiz yüz iki min dörd yüz iyirmi doqquz), hüquqi yardım göstərilməsinə görə 5100, audit xidmətinin göstərilməsinə görə 4800 manat və dövlət rüsumunun ödənilməsi üçün sərf edilmiş 1103 (min yüz üç) manat məbləğində pul vəsaitinin Təqsirləndirilən şəxs tutularaq Zərərçəkmiş şəxs MMC-yə ödənilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia həmin Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Həmin Məcəllənin 179.2-ci maddəsinə əsasən mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Cinayət-Prosessual Məcəlləsinin 181.1-ci maddəsinə əsasən ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda və ya ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda, əmlakına dəymiş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır. Məhkəmə, Təqsirləndirilən şəxs elan edilmiş ittihamdan təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə Şahid5 əmək haqqı hesabına 15.879,54 manat, öz bank hesabına 36.512,48 manat, Şahid6 əmək haqqı hesabına 73.166,28 manat pul vəsaitinin köçürülməsi yolu ilə tərəfindən mənimsənilməsi epizodunun ona elan edilmiş ittihamdan xaric edilməsi, onun yalnız Şahid2 bank hesabına 202.584,9 manat, Şahid3 bank hesabına 180522.25 manat, Şahid4 bank hesabına 293.764 manat pul vəsaitinin köçürülməsi yolu ilə ümumi olaraq 676.871,15( altı yüz yetmiş altı min səkkiz yüz yetmiş bir manat on beş qəpik) tərəfindən mənimsənilməsi barədə qənaətə gəldiyindən hesab edir ki, mülki iddia 676.871,15( altı yüz yetmiş altı min səkkiz yüz yetmiş bir manat 15 qəpik) manat ziyan vurulması hissəsində təmin edilməlidir. Məhkəmə onu da qeyd edir ki, zərərçəkmiş şəxs öz iddiasını əks etdirən digər dəlillərini, yəni vəkil və audit xidmətlərinin göstərilməsinə dair ödənişləri əks etdirən sənədləri ərizəsinə əlavə etdiyindən zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs MMC-nin nümayəndəsi Nümayəndə tərəfindən verilmiş mülki iddia vəkil xidmətlərinin göstərilməsinə görə 5100, audit xidmətinin göstərilməsinə görə 4800 manatın təqsirləndirilən şəxsdən tutularaq Zərərçəkmiş şəxs MMC-yə ödənilməsi hissəsində təmin edilməlidir. Mülki iddia qismən təmin edildiyinə görə Təqsirləndirilən şəxs vurulmuş ziyan, vəkil və audit xidmətlərinin göstərilməsi ilə əlaqədar ümumilikdə 686771,15 manat (altı yüz səksən altı min yeddi yüz yetmiş bir manat on beş qəpik) və təmin edilmiş mülki iddia tələblərinə uyğun olaraq 976,77 (doqquz yetmş altı manat yetmiş yeddi qəpik) pul vəsaiti təqsirləndirilən şəxsdən tutularaq zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs MMC-yə ödənilməlidir. Məhkəmə xərcləri ilə əlaqədar məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsdən 100 (yüz) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir (cild 1, iş vərəqə 191-197). Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Dələduzluq cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 42, 44, 318, 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, Hökm etdi : Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Şahid5 əmək haqqı hesabına 15.879,54 manat, öz əmək haqqı hesabına 36.512,48 manat, Şahid6 əmək haqqı hesabına 73.166,28 manat pul vəsaitinin köçürülməsi yolu ilə tərəfindən mənimsənilməsində təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə həmin epizodlar ilə bağlı ona elan edilmiş ittiham ümumi ittihamdan xaric edilsin, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.4-cü və 313-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.4-cü maddəsi ilə həmin Məcəlləsinin 46.2-ci maddəsinə əsasən 3 (üç) il müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilərək 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən həmin Məcəllənin 313-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi ilə əlaqədar cəza təyin edilməsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 04 dekabr 2023-cü il tarixindən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İş üzrə maddi sübutlar: Şahid3 adlarına "xxxx" ASC-də açılmış bank hesabları ilə edilmiş əməliyyatlara dair çıxarışlar, "xxxx" ASC-dən Təqsirləndirilən şəxs, Şahid5, Şahid6 adına olan əmək haqqı kartları vasitəsi ilə aparılmış əməliyyatlara dair çıxarışlar Zərərçəkmiş şəxs MMC-nin "xxxx"ın Ağsu filialında olan bütün hesablarından pul köçürməsi və digər maliyyə əməliyyatlarına dair çıxarışlar, Təqsirləndirilən şəxs adına olan AZ80UBAZ**********1010AZN001 saylı hesabdan pul köçürməsi və digər maliyyə əməliyyatlarına dair çıxarışlar, "xxxx" ASC- dəki AZ89UBAZ**********1010AZN001 saylı hesabdan pul köçürməsi və digər maliyyə əməliyyatlarına dair çıxarışlar, "xxxx" ASC-dəki AZ83RBTA******************** saylı hesabdan pul köçürməsi və digər maliyyə əməliyyatlarına dair çıxarışlar cinayət işinin materiallarında saxlanılmalıdır. Mülki iddia qismən təmin edilsin. Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs MMC-yə vurulmuz ziyan məbləğində 676.871,15( altı yüz yetmiş altı min səkkiz yüz yetmiş bir manat on beş qəpik ) manat, vəkil və audit xidmətlərinin ödənilməsinə sərf edilmiş 9900(doqquz min doqquz yüz) manat , ümumilikdə 686771,15 (altı yüz səksən altı min yeddi yüz yetmiş bir manat on beş qəpik) manat və təmin edilmiş iddia məbləğinə uyğun olaraq dövlət rüsumu qismində ödənilmiş 976,77 (doqquz yetmş altı manat yetmiş yeddi qəpik) pul vəsaiti təqsirləndirilən şəxsdən tutularaq dövlət büdcəsinə ödənilsin. Təqsirləndirilən şəxs 100 (yüz) manat məbləğində məhkəmə-mühasibatlıq ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (sədrlik edən) Leyla Əsgərova-Məmmədova Rasim Sadıxov Novruz Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar