Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-366/2023 13.01.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ saat 15 : 30 - da Hakim Quliyev Əhməd Qəhrəman oğlunun sədrliyi, hakimlər Paşayev Azər İslah oğlu və Həsənzadə İradə Xəlil qızından ibarət tərkibdə, Əlizadə Orxan Arzuxan oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Qanuni nümayəndə1, Qanuni nümayəndə2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxxxx 1988-ci il tarixdə Füzuli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, Füzuli rayonu, Merdinli kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Daş Karxanası, nömrəsiz ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.4, 29, 120.2.7, 29, 186.2.2 və 228.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs qanunsuz olaraq əldə edib daşıyaraq saxladığı və gəzdirdiyi döyüş sursatı ilə qəsdən özgənin əmlakını partlatmaqla məhv etməyə cəhd edərək iki və ya daha çox şəxsi ümumi təhlükəli üsulla öldürməyə, yəni digər şəxsləri qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Belə ki, o, qardaşı X9 ilə birgə yaşadığı evin bölgüsünə dair öz aralarında baş vermiş mübahisələrə aidiyyəti olmadan müdaxilə etmiş özündən yaşca kiçik qardaşı Qanuni nümayəndə1 ona mütəmadi olaraq spirtli içki qəbul edib sərxoş vəziyyətdə ailədə heç bir əsas olmadan mübahisə yaratmasına dair iradlar bildirməsini, habelə sonuncunun evində təmir işləri aparsa da ona olan 770 manat məbləğində borcunu ödəməkdən yayınmasını özünə qarşı təhqir kimi qəbul edib, xx.xx.2022-ci il tarixdə Qanuni nümayəndə1 ilə bu məzmunda aralarında baş vermiş növbəti mübahisədən sonra hiddətlənərək şəxsi münasibətlərin pozulması zəminində qisas almaq niyyəti ilə qardaşı Qanuni nümayəndə1 və onun ailə üzvlərini yəni iki və daha çox şəxsi qəsdən öldürmək qərarına gəlib cinayətkar niyyətini həyata keçirmək məqsədi ilə istintaqa məlum olmayan tarixdə və mənbədən qanunsuz olaraq əldə edib yaşadığı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evindəki gizli saxlanc yerində saxladığı döyüş sursatı hesab edilən 1 (bir) ədəd “F-1” markalı qəlpəli əl qumbarası ilə silahlanıb üzərində gəzdirərək xx.xx.2022-ci il tarixdə gecə saat 01 radələrində qardaşı Qanuni nümayəndə1 öz ailə üzvləri ilə birlikdə yaşadığı ünvan 2 ünvanının qarşısına gəlib həmin vaxtı işıqların yanılı vəziyyətdə olması səbəbindən Qanuni nümayəndə1, arvadı Qanuni nümayəndə2, 2 azyaşlı övladı Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 oyaq olmaları qənaətinə gələrək onların qaçmasına mane olmaqla öz cinayət əməlinin törədilməsini asanlaşdırmaq məqsədi ilə əvvəlcə küçədə olan elektrik qovşağından elektrik naqilini ayıraraq qardaşının evində işıqların sönməsinə nail olub vahid niyyətlə qisas almaq məqsədi ilə seçdiyi vasitənin ətrafda olan digər şəxslərin həyatı üçün də təhlükəli olduğunu şüurlu surətdə dərk edərək ümumi təhlükəli üsulla qəsdən öldürmək məqsədi ilə, həmçinin partlatmaqla zərərçəkmiş şəxsə məxsus ümumi dəyəri 45000 (qırx beş min) manat məbləğində olan fərdi yaşayış evinə xeyli miqdarda ziyan vurub özgə əmlakını qəsdən məhv etmək məqsədi ilə əlində saxladığı həmin qumbaranın qoruyucu milini çəkib küçədən evin yataq otağının pəncərəsi istiqamətində atsa da, qumbaranın evin divar örtüyünə dəyərək içəri daxil olmayıb həyətdə partlaması nəticəsində evin plastik pəncərəsinə 250 manat, beton döşməyə 20 manat olmaqla ümumilikdə evə 270 manat maddi ziyan vurması səbəbindən öz iradəsindən asılı olmayan səbəblərə görə qəsdən adam öldürməyə yönəlmiş əməllərini başa çatdıra bilməyərək, partlatmaqla zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurub özgə əmlakını qəsdən məhv etməyə, iki və ya daha çox şəxsi ümumi təhlükəli üsulla qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,120.2.4, 29,120.2.7, 29,186.2.2 və 228.1-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək, AR CM-in 29,120.2.4, 29,120.2.7, 29,186.2.2-ci maddələri ilə təqsirli bilməyərək, AR CM-in 228.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərdi ki, təxminən 20 ildir ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Daş Karxanası yaşayış massivi nömrəsiz ünvanda yerləşən fərdi yaşayış evinin 2-ci mərtəbəsində ailə üzvləri ilə birlikdə yaşamış, uzun illər müxtəlif şəxslərin evində usta kimi tikinti fəaliyyəti ilə məşğul olmuş, Qanuni nümayəndə1 onun qardaşıdır. Rəşaddan başqa onun Şahid2 və X17 adında iki qardaşı və iki bacısı vardır. Qardaşı Qanuni nümayəndə1 qardaşı ilə birlikdə onun yaşadığı ünvanın qonşuluğunda öz ailəsi ilə birlikdə iki mərtəbəli evdə yaşamışdır. Eyni zamanda atası və anası da yaşadığı ünvanın yaxınlığında, qonşuluqda özlərinə məxsus fərdi yaşayış evində yaşayırlar. Qardaşı Qanuni nümayəndə1 də usta kimi fəaliyyət göstərmiş, o, yaşadığı fərdi evin birinci mərtəbəsində böyük qardaşı Şahid2 ailəsi ilə qalmış, ikinci mərtəbəsində isə o, ailəsi ilə birlikdə yaşamışdır. Bir neçə dəfə qardaşı Şahid2 torpaq sahəsini sataraq ayrı-ayrı ev almağı təklif etmiş, lakin sonuncu onunla razılaşmamış və bu səbəbdən aralarında münaqişələr olmuş, Şahid2la aralarında olan münaqişəyə sonradan valideynləri, eyni zamanda kiçik qardaşı Qanuni nümayəndə1 də qarışmışdır. Bu səbəbdən də bütün ailə üzvləri ilə münasibəti pisləşmiş, aralarında ara-sıra münaqişələri olmuşdur. Təxminən 2-3 ay əvvəl tanışı “Ataş” adlı şəxs ona bir ədəd əl qumbarası vermiş, həmin əl qumbarasının yararlı olduğunu görərək özü ilə götürüb yaşadığı evə gətirmiş, qış paltarlarının arasında gizlətmişdir. Onun fikrinə görə əl qumbarasını “Ataş” adlı şəxsin ona verməkdə məqsədi onu ilişdirərək, tutdurmaq olmuşdur. 06 iyul 2022-ci il tarixdə spirtli içki qəbul edərək, axşam saatlarında qumbaranı cibinə qoyaraq yaşadığı məhəllədə, bir neçə ev aralıda yaşayan kiçik qardaşı Qanuni nümayəndə1 evinə getmiş, bu zaman özündə olmadığından, əl qumbarasını Qanuni nümayəndə1 yaşadığı evin həyətinə atmışdır. Qardaşı Rəşad ilə aralarında hər hansı pul borcu olmamış, əl qumbarasını evin içərisinə deyil, həyətə atmış, qumbaranı atarkən qardaşının və onun ailəsinin evdə olmamasını güman etmişdir. O, onları öldürmək, sağlamlıqlarına zərər vurmaq, eləcə də evi məhv etmək və ya zədələmək niyyəti olmamışdır. O, uşaq yaşlarında yıxılaraq, xəsarət aldığından müəyyən vaxtlarda hərəkətlərini anlamaqda çətinlik çəkmişdir. Hərbi xidmətdə olmamış, onda yalnız bir qumbara olmuş, 7-8 ədəd qumbara onda olmamış, ibtidai istintaq qərəzli şəkildə aparılmışdır. Təqsirləndirilən şəxs məhkəmə iclasında əlavə ifadə verərək, əl qumbarasını qardaşı Qanuni nümayəndə1 yaşadığı evin həyətinə özünün atmadığını, həmin əl qumbarasının “Ataş” ləqəbli şəxs tərəfindən atıldığını, lakin, ibtidai istintaq zamanı həmin xüsusatların araşdırılmadığını bildirdi. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Qanuni nümayəndə1 ifadəsində göstərdi ki, o, 2014-cü ilin aprel ayında Qanuni nümayəndə2 ilə ailə həyatı qurmuş, həmin evlilikdən xx.xx.2015-ci il tarixdə qızı Zərərçəkmiş şəxs3, xx.xx.2016-ci il tarixdə X3, xx.xx.2018-ci il tarixdə isə oğlu Zərərçəkmiş şəxs4 anadan olmuşdur. Təxminən 20 ildir ki, Bakı şəhəri, ünvan 4 ünvanında yaşayır. Ailə qurduqdan sonra da ailə üzvləri ilə birlikdə həmin ünvanda yaşamış, uzun illərdir müxtəlif şəxslərin evində usta kimi tikinti fəaliyyəti ilə məşğul olur. Təqsirləndirilən şəxs onun doğma qardaşıdr, ondan başqa onun Şahid2 və X17 adlı iki qardaşı və iki bacısı da vardır. Təqsirləndirilən şəxs öz ailəsi ilə birlikdə onun yaşadığı ünvanın qonşuluğunda digər qardaşı Şahid2la birlikdə eyni evin fərqli mərtəbələrində yaşamışdır. Atası Şahid1 və anası Ofelya Abbasova da yaşadığı ünvanın yaxınlığında, qonşuluqda özlərinə məxsus fərdi yaşayış evində qalmışlar. Qardaşı Ramində usta kimi fəaliyyət göstərmiş, onun yaşadığı ev imkansızlıq ucbatından təxminən 11 ildir ki, təmir olunmuş, həmin evin təmirində qardaşı Ramində onunla birlikdə iştirak etmiş, müxtəlif işlər görmüşdür. 2022-ci ilin aprel-may aylarında sonuncu ona yaxınlaşaraq evində işlədiyi üçün müəyyən məbləğdə pul verməli olduğunu bildirmiş, bu söhbətdən sonra o, Təqsirləndirilən şəxsla birlikdə sonuncuya verilməli olan məbləği hesablamış, nəticədə həmin məbləğ 1850 manat miqdarında hesablanmışdır. İlk dəfə Təqsirləndirilən şəxs həmin məbləğlə razılaşmasa da, sonradan düzgün hesablandığını və razılaşdığını bildirmiş, bundan sonra müxtəlif tarixlərdə hər dəfəsində müəyyən miqdarda pul vəsaitini sonuncuya əlbəəl vermiş, sonuncu dəfə isə 26 iyun 2022-ci il tarixdə 60 manat məbləğində vəsaiti Təqsirləndirilən şəxs əlbəəl vermişdir. Bundan sonra onun sonuncuya 770 manat borcu qalmış, 05 iyul 2022-ci il tarixdə Təqsirləndirilən şəxs yenidən ona yaxınlaşıb 770 manat məbləğində borcu olduğunu və həmin vəsaiti qaytarmalı olduğunu bildirmişdir. O da qardaşına cavabında borcu olduğunu bildiyini, lakin hazırda imkan olmadığını ona görə də qaytara bilmədiyini, zamanla qaytaracağını demişdir. Lakin qardaşı Ramin onunla razılaşmayaraq həmin pulu təcili olaraq qaytarmağını tələb etmişdir. Bundan bir neçə dəqiqə sonra qardaşı yaşadığı evin həyət qapısını açıb qapının qarşısında durub, onu yanına dəvət etmiş, o isə kənardan durub qardaşından getməsini tələb etmişdir. Çünki o, ona yaxınlaşsa aralarında mübahisə yaranacağını bilmiş, həmin vaxt Təqsirləndirilən şəxs əlində parçaya bükülü vəziyyətdə olan əl qumbarasını ona göstərib, onu qorxutmaq məqsədi ilə bir daha yanına çağırmış, o isə qardaşının əlində əl qumbarasını görüb hər an partlada biləcəyini düşünüb qorxduğu üçün yanına getməmiş, həmin vaxt Təqsirləndirilən şəxs ona verməli olduğu 770 manat məbləğində vəsaiti verməsə, bir gün gəlib onu partladacağını bildirmişdir. O da ona cavabında çıxıb getməsini, işi ilə məşğul olmasını bildirmiş, bundan sonra Təqsirləndirilən şəxs çıxıb getmişdir. xx.xx.2022-ci il tarixdə axşam saatlarında Maştağa qəsəbəsində yerləşən kafelərin birində oturub çay içən zaman Təqsirləndirilən şəxs özünə məxsus olan ***-***-**-** saylı mobil nömrə ilə onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng edib, harada olduğunu soruşmuş, o da cavabında şəhərdə olduğunu gec gələcəyini, sabah söhbət edə biləcəklərini demiş, Təqsirləndirilən şəxs isə ona evə qayıdanda xəbər verməyini bildirmişdir. O da qardaşına əl qumbarasına güvənməməsini, bununla bağlı hüquq mühafizə orqanlarına xəbər verəcəyini demiş, həmin vaxt Təqsirləndirilən şəxs cavabında “iş verən” deyib telefonu söndürmüş, bundan sonra o bir neçə saat kafedə oturduqdan sonra öz evinə qayıtmış, evdə olan zaman artıq saat təxminən 23 radələri olmuş, həmin vaxt evdə arvadı Qanuni nümayəndə2, böyük qızı Zərərçəkmiş şəxs3 və oğlu Zərərçəkmiş şəxs4 olmuş, ortancıl qızı Ofelya İsakzadəni isə anası ilə birlikdə evlərinə göndərmişdir. Evdə olan zaman bütün ailə üzvləri oyaq olmuş, bir müddət sonra yemək yeməyə başlamış, həmin vaxt artıq xx.xx.2022-ci il saat 01 radələri olmuş, təxminən 00:20-də evin işıqlarının söndüyünü görmüş, həmin vaxt yaşadığ evin birinci mərtəbəsində qonaq otağında ailə üzvləri ilə birlikdə olmuşdur. Həmin ev 2 mərtəbəlidir, birinci mərtəbəsində 01 ədəd qonaq otağı, 01 ədəd yataq otağı, 01 ədəd mətbəx və 01 ədəd təmirsiz sanitar qovşağı mövcud olmuşdur. Evin 2-ci mərtəbəsində isə hazırda uşaqlar üçün yataq otağı təmir etmiş, hazırkı vaxtadək övladları o və arvadı ilə bərabər 1-ci mərtəbədə yataq otağında qalmışlar. Həmin vaxtı işıqlar söndükdən sonra Təqsirləndirilən şəxs gəldiyini və işıqları söndürdüyünü düşünüb, evin pəncərəsinə doğru getmiş, oradan digər qonşuların evlərinə baxdıqda işıqlarının sönmədiyini görmüş və Təqsirləndirilən şəxs gəldiyini anlamışdır. O, sonra həyətə çıxıb sonuncunun nə məqsədlə bu vaxtı evə gəldiyini və nə üçün işıqları söndürdüyünü soruşmaq istəyərkən, evin yataq otağına tərəf nəyinsə atıldığını və atılan predmetin evin divarına dəyib həyətə düşdüyünü hiss etmiş, bir neçə saniyə sonra isə həyətdə güclü partlayış səsi eşitmiş, həmin vaxt yataq otağının pəncərləri sınmış, ev silkələnmişdir. Bundan sonra dərhal qonaq otağına tərəf gedib ailə üzvlərinə baş çəkmək qərarına gəlmiş, ailə üzvlərinin yanına gəldikdə çox qorxduqlarını görüb, xəsarət alıb-almadıqlarını soruşmuşdur. Arvadı xəsarət almadıqlarını, lakin çox qorxduqlarını demiş, bundan sonra dərhal evin həyətinə çıxıb işıqların elektrik qovşağından söndürülüdüyünü görüb, yenidən işıqları birləşdirmiş, bir neçə saniyə sonra patlayış səsinə atası Şahid1 da hadisə yerinə gəlmişdir. Atası gəldikdən sonra dərhal bu barədə DİN-nin “102” zəng xidmətinə məlumat vermiş, bundan bir neçə dəqiqə sonra polis əməkdaşları gəlib yaşadığı evə baxış keçirmiş, həmin vaxt polis əməkdaşlarına qardaşı Təqsirləndirilən şəxs ünvanını deyərək, yaşadığı evə əl qumbarası atdığını bildirmişdir. bundan sonra polis əməkdaşları yaşadığı evdən uzaqlaşıb Təqsirləndirilən şəxs yaşadığı ünvana getmiş, Təqsirləndirilən şəxsla əvvəllər bir neçə dəfə mübahisələri olmuş, həmin mübahisələr zamanı bir neçə dəfə dalaşmış, lakin sonradan öz aralarında həll edib qaydasına qoymuş, bir-birilərindən şikayətləri olmamışdır. Qardaşı Təqsirləndirilən şəxs onu və ailə üzvlərini öldürmək niyyəti olmamış, sadəcə olaraq qorxutmaq məqsədi ilə qumbaranı atmışdır. Hazırda qardaşı Təqsirləndirilən şəxs qarşı hər hansı şikayəti, tələbi yoxdur. Məhkəmədə zərərçkəmiş şəxs qismində dindirilmiş Qanuni nümayəndə2 ifadəsində göstərdi ki, 2014-cü ilin aprel ayında Qanuni nümayəndə1 ilə ailə həyatı qurmuş, həmin evlilikdən xx.xx.2015-ci il tarixdə qızı Zərərçəkmiş şəxs3, xx.xx.2016-ci il tarixdə X3, xx.xx.2018-ci il tarixdə isə oğlu Zərərçəkmiş şəxs4 anadan olmuş, ailə qurduqdan sonra da Rəşadla birlikdə Bakı şəhəri, ünvan 4 ünvanda yaşamışdır. Heç bir yerdə işləmir. Əri Rəşad isə müxtəlif şəxslərin evlərində usta kimi fəaliyyət göstərmiş, Təqsirləndirilən şəxs onu əri Qanuni nümayəndə1 doğma qardaşı olmuş, Təqsirləndirilən şəxs öz ailəsi ilə onun yaşadığı ünvanın qonşuluğunda digər qardaşı Şahid2la birlikdə eyni evin fərqli mərtəbələrində yaşamış, belə ki, hər iki qardaş bir ünvanda 2 mərtəbəli evdə yaşamış, qaynatası Şahid1 və qaynanası Ofelya İsakova da yaşadığı ünvanın yaxınlığında, qonşuluqda özlərinə məxsus fərdi yaşayış evində yaşamış, həmçinin Təqsirləndirilən şəxs da usta kimi fəaliyyət göstərmişdir. Hazırda yaşadığı ev imkansızlıq ucbatından təxminən 11 ildir ki, təmir olunmuş, həmin evin təmirində Təqsirləndirilən şəxs da Qanuni nümayəndə1 ilə birlikdə iştirak edib, müxtəlif işlər görümüş, 2022-ci ilin aprel-may aylarında Təqsirləndirilən şəxs Qanuni nümayəndə1 yaxınlaşaraq evin təmirində işlədiyi üçün müəyyən məbləğdə pul verməli olduğunu bildirmiş, bu söhbətdən sonra iki qardaş arasında bəzi mübahisələr yaranmağa başlamış, beləki Qanuni nümayəndə1 Təqsirləndirilən şəxs verməli olduğu 1850 manat məbləğində vəsaiti ayrı-ayrı vaxtlarda müəyyən hissəsini vermiş, lakin 770 manat borcu qalmış, sonuncu da Qanuni nümayəndə1 həmin 770 manat məbləğində vəsaiti istəmiş, sonuncunun isə həmin vəsaiti qaytarmağa kifayət qədər imkanı olmadığı üçün həmin pulu Təqsirləndirilən şəxs verməkdə çətinlik çəkmiş, sonuncu isə təkidlə həmin 770 manat məbləğində vəsaiti tələb etmiş, ona görə də aralarında mübahisələr getdikçə şiddətlənmiş, sonuncu dəfə isə 05 iyul 2022-ci il tarixdə təxminən saat 18 radələrində yaşadığ evdə olarkən həyət qapısının qarşısında qışqırıq səsləri eşitmiş, pəncərədən baxanda Təqsirləndirilən şəxs həyət qapısının qarşısında dayanıb yüksək səslə Qanuni nümayəndə1 qapının qarşısına çağırdığını görmüş, sonuncu isə Təqsirləndirilən şəxsla mübahisə etməkdən yayındığı üçün oradan uzaqlaşmasını istəmiş, aralarında təxminən 3-4 dəqiqə sözlü mübahisə olduqdan sonra Təqsirləndirilən şəxs çıxıb getmiş, bundan sonra Qanuni nümayəndə1 yaşadığı evə daxil olmuş, həmin vaxt sonuncudan nə baş verdiyini soruşduqda Təqsirləndirilən şəxs 770 manat məbləğində vəsaiti tələb etdiyini bildirmiş, əks halda onu partladaraq öldürəcəyini demişdir. Həmçinin Qanuni nümayəndə1 ondan Təqsirləndirilən şəxs əlində olan əl qumbarasını görüb-görmədiyini soruşmuş, o isə cavabında evin içərisində olduğu üçün Təqsirləndirilən şəxs əlində dəqiq olaraq nə olduğunu görmədiyini demişdir. xx.xx.2022-ci il tarixdə axşam saatlarında Qanuni nümayəndə1 yaşadığı evdən çıxıb gedərək kafelərin birinə gedəcəyini və gecə qayıdacağını bildirmiş, təxminən saat 23 radələrində sonuncu yaşadığı evə gəlmiş, həmin vaxt evdə böyük qızı Zərərçəkmiş şəxs3 və oğlu Zərərçəkmiş şəxs4 olmuş, ortancıl qızı Ofelya İsakzadə isə qaynansıgildə olmuş, Qanuni nümayəndə1 evə gələndə hər biri oyaq olmuş, evdə olanda sonuncuya nahar yeməyi hazırlamış, yedikdən sonra evin qonaq otağında oturub uşaqlarla birlikdə vaxt keçirməyə başlamış, həmin vaxt artıq xx.xx.2022-ci il saat 01 radələri olmuş, təxminən 00:20-də evin işıqlarının söndüyünü görmüş, həmin vaxt yaşadığ evin birinci mərtəbəsində qonaq otağında ailə üzvləri ilə birlikdə olmuşdur. Həmin ev 2 mərtəbəli olub, birinci mərtəbəsində 01 ədəd qonaq otağı, 01 ədəd yataq otağı, 01 ədəd mətbəx və 01 ədəd təmirsiz sanitar qovşağı mövcuddur. Evin 2-ci mərtəbəsində isə hazırda uşaqlar üçün yataq otağı təmir edilir. Hazırki vaxtadək uşaqlar da o və əri ilə bərabər 1-ci mərtəbədə yataq otağında qalmış, işıqlar söndükdən sonra hər biri qorxmuş, Qanuni nümayəndə1 onlara qorxmamaqlarını, gedib həyətə baxacağını demiş, əri onların yanından uzaqlaşıb həyətə tərəf gedən zaman, evin yataq otağına nəyinsə atıldığını, lakin həmin atılan predmetin divara dəyərək həyətə düşdüyünü hiss etmiş, bir neçə saniyə sonra isə yataq otağı tərəfdən güclü partlayış səsi eşidilmiş, bundan uşaqlar ağlamağa başlamış, hər biri çox qorxmuş, evin içərisini qışqırıq səsləri bürümüş, o, ağlayaraq Qanuni nümayəndə1 oraya çağırmış, bir neçə saniyə sonra sonuncu qaçaraq onların yanına gəlmiş, ailə üzvlərinin salamat olduğunu, xəsarət almadıqlarını bilib, Təqsirləndirilən şəxs evə əl qumbarası atdığını bildirmiş, bundan sonra o, sonuncuda həqiqətən əl qumbarası olduğuna inanmış, evin işıqları sönülü olduğu üçün heç bir yerə hərəkət edə bilməmiş, bundan sonra Qanuni nümayəndə1 dərhal evin həyətinə çıxıb işıqların elektrik qovşağından söndürülüdüyünü görüb, yenidən işıqları birləşdirmiş, işıqlar yanmışdır. Hazırda Təqsirləndirilən şəxs qarşı hər hansı şikayət və tələbləri yoxdur. Məhkəmədə ifadəsi elan edilmiş yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, hazırda 225 saylı orta məktəbin 2-ci sinfində oxuyur. Qanuni nümayəndə1 onun doğma atası, Qanuni nümayəndə2 isə doğma anasıdır. Bundan başqa onun Zərərçəkmiş şəxs4 adlı qardaşı və X5 adlı bacısı da var. Təqsirləndirilən şəxs isə onun atasının doğma qardaşı, yəni əmisidir. Təqsirləndirilən şəxs isə öz ailəsi ilə birlikdə qonşuluqda olan fərdi yaşayış evində yaşayır. xx.xx.2022-ci il tarixdə axşam saat təxminən 23 radələrində yaşadığı evdə anası Qanuni nümayəndə2, qardaşı Yusif İsakzdə və özü olmuş, həmin vaxt evin qonaq otağında toplaşmış, digər bacısı Ofleya İsakzadə isə babası Şahid1 yaşadığı evdə olmuşdur. Həmin gün Qanuni nümayəndə1 günortadan evdən çıxmış, bir müddət sonra isə evə qayıtmış, evə gəldikdən sonra ac olduğu üçün Qanuni nümayəndə2 Qanuni nümayəndə1 axşam yeməyi hazırlayıb vermiş, yemək yedikdən sonra onlar hər biri evin qonaq otağında yığışıb atası ilə birlikdə oynamış, artıq saat təxminən 01 radələri olmuş, sonra anidən evin işıqları sönmüş, həmin an o və qardaşı qorxduğu üçün ağlamağa başlamış, Qanuni nümayəndə1 onları sakitləşdirib həyətə çıxaraq işığa baxmağa getmiş, elə həmin an həyətdən güclü partlayış səsi eşidilmiş, ətrafa parlaq işıq saçılmış, ev silkələnmişdir. Bundan sonra anası, o və qardaşı yenidən qorxaraq hər biri ağlamağa başlamış, çox qorxmuşlar. İlk dəfə idi ki, belə bir halla qarşılaşmış, nə edəcəklərini bilməmişlər. Qanuni nümayəndə2 onu və qardaşını sinəsinə basaraq möhkəm sıxmış, bir müddət sonra isə atası qaçaraq yanlarına gəlmiş, anasından xəsarət alıb-almadıqlarını soruşmuş, həmin vaxt Qanuni nümayəndə2 ağlaya-ağlaya salamat olduqlarını bildirmiş, Qanuni nümayəndə1 onları sakitləşdirib Təqsirləndirilən şəxs evə əl qumbarası atdığını demiş, onlar sakitləşdikdən sonra isə Qanuni nümayəndə1 həyətə çıxıb evin işıqlarını yandırmış, bir müddət sonra isə küçədə çoxlu sayda insanların toplaşdığını görmüş, artıq həyətdə polis əməkdaşları da olmuşdur. O, həmçinin hazırda evlərinin təmir edildiyini, ona görə də qardaş və bacısı üçün ayrıca otaq olmadığını, müvəqqəti olaraq atasıgilin otağında yatdıqlarını bildirmişdir. Qanuni nümayəndə1 ilə Təqsirləndirilən şəxs arasında əvvəllər bir neçə dəfə mübahisə olmuş, lakin həmin mübahisələrin nə üçün baş verdiyini dərk etməmiş, hər dəfə atasından bu barədə soruşanda ona hər hansı məlumat verməmişdir. O, Təqsirləndirilən şəxs yaşadığı evin yataq otağına əl qumbarası atmaqda məqsədinin nə olduğunu bilməmiş, ümumiyyətlə əl qumbarasını necə olduğunu belə bilməmiş, Təqsirləndirilən şəxs evin yataq otağına atmaq istədiyi, lakin həyətə düşən əl qumbarasının partlaması nəticəsində o və ailə üzvlərindən hər hansı biri xəsarət almamış, lakin həmin partlayış nəticəsində evin yataq otağının pəncərələri, həmin otağın həyətdə olan divarı zədə almış, bundan başqa əl qumbarasının qəlpələrindən bir neçəsi yataq otağının pəncərəsindən daxil olaraq tavanı deşərək oradan çıxmışdır. həmin qumbarasının partlaması nəticəsində o və qardaşı, həmçinin anası da çox qorxmuş, pis bir hadisə baş verdiyini dərk etmiş, lakin nə olduğunu bilməmişdir. Təqsirləndirilən şəxs yaşadığı evin yataq otağına atmaq istədiyi əl qumbarasını haradan əldə etməsi barədə hər hansı bir məlumatı olmamış, əvvəllər Təqsirləndirilən şəxsla Qanuni nümayəndə1 arasında mübahisələr olduğunu bilsə də, həmin mübahisələrin şahidi olmamış, sadəcə olaraq valideynləri bu barədə söhbət edəndə eşitmiş, ona görə də əvvəllər Təqsirləndirilən şəxs atasını ölümlə hədələdiyini eşitməmiş, görməmişdir. Məhkəmədə ifadəsi elan edilmiş yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, Qanuni nümayəndə1 onun doğma atası, Qanuni nümayəndə2 isə doğma anasıdır. Bundan başqa onun Zərərçəkmiş şəxs3 və X5 adlı bacıları da var. Təqsirləndirilən şəxs isə onun atasının doğma qardaşı, yəni əmisidir. Əmisi Ramin öz ailəsi ilə birlikdə qonşuluqda olan fərdi yaşayış evində yaşamışdır. xx.xx.2022-ci il tarixdə axşam saat təxminən 23 radələrində yaşadıqları evdə anası, bacısı Yusif və o olmuşdur. Həmin vaxt onlar evin qonaq otağında toplaşmışlar. Digər bacısı Ofleya isə babası Şahid1 yaşadığı evdə olmuşdur. Atası isə günortadan evdən çıxmışdır. Bir müddət sonra isə atası da evə qayıtmışdır. Atası evə gəldikdən sonra ac olduğu üçün anası ona axşam yeməyi hazırlayıb vermişdir. Yemək yedikdən sonra onlar hər biri evin qonaq otağında yığışıb atasıyla birlikdə oynamışlar. Artıq saat təxminən 01 radələri olmuşdur. Sonra anidən evin işıqları sönmüşdür. Həmin an o və bacısı qorxduqları üçün ağlamağa başlamışlar. Atası onları sakitləşdirib həyətə çıxaraq işığa baxmağa getmişdir. Elə həmin an həyətdən güclü partlayış səsi eşidilmişdir. Ətrafa parlaq işıq saçılmış, ev silkələnmişdir. Bundan sonra anası, o və bacısı yenidən qorxaraq ağlamağa başlamışlar. Onlar çox qorxmuşlra. İlk dəfə idi ki, belə bir halla qarşılaşırmışlar. Nə edəcəklərini bilməmişlər. Anası onu və bacısını sinəsinə basaraq möhkəm sıxmışdır. Bir müddət sonra isə atası qaçaraq yanlarına gəlmiş, anasından xəsarət alıb-almadıqlarını soruşmuş, həmin vaxt anası ağlaya-ağlaya salamat olduqlarını bildirmişdir. Atası onları sakitləşdirib əmisi Raminin evə əl qumbarası atdığını demişdir. Onları sakitləşdirdikdən sonra isə atası həyətə çıxıb evin işıqlarını yandırmışdır. Bir müddət sonra isə küçədə çoxlu sayda insanların toplaşdığını görmüşdür. Artıq həyətlərində polis əməkdaşları da olmuşdur. Onların evi hazırda təmir edilir deyə bacıları və onun üçün ayrıca otaq yoxdur. Ona görə də hər zaman atasıgilin yatdığı otaqda qalırlar. Əmisi Raminlə atası arasında əvvəllər bir neçə dəfə mübahisə olubdur, lakin həmin mübahisələrin nə üçün baş verdiyini dərk etməmişdir. Hər dəfə atasından bu barədə soruşanda ona hər hansı məlumat verməmişdir. Ümumiyyətlə mən əl qumbarasının necə olduğunu belə bilmir. Təqsirləndirilən şəxs evin yataq otağına atmaq istədiyi, lakin həyətə düşən əl qumbarasının partlaması nəticəsində o və ailə üzvlərindən hər hansı biri xəsarət almamışdır. Amma, həmin partlayış nəticəsində evin yataq otağının pəncərləri, həmin otağın həyətdə olan divarı zədə almış, bundan başqa əl qumbarasının qəlpələrindən bir neçəsi yataq otağının pəncərəsindən daxil olaraq tavanı deşərək oradan çıxmışdır. Həmin qumbaranın partlaması nəticəsində o və bacısı, həmçinin anası da çox qorxmuşlar. Başlarına nəyisə pis bir hadisə gəldiyini dərk edirmiş. Lakin nə olduğunu bilmirmiş. Əvvəllər atası ilə əmisi arasında mübahisələr olduğunu bilsə də, həmin mübahisələrin şahidi olmamışdır. Sadəcə olaraq atası ilə anası söhbət edəndə eşitmişdir. Sonradan onlar onun eşitməməyi üçün yanında heç nə danışmayıblar. Ona görə də əvvəllər əmisi Raminin atasını ölümlə hədələdiyini eşitməmiş, görməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 1980-ci il tarixdə X4 ilə evlənmiş, həmin evlilikdən X10, Şahid2, X17, X11, Təqsirləndirilən şəxs, Qanuni nümayəndə1 anadan olmuş, evləndiyi ilk illərdən Füzuli rayonunun Merdinli kəndində yaşamış, 1982-ci il tarixdən etibarən isə məcburi köçkün olaraq Bakı şəhərinə gəlib burada yaşamağa başlamış, həmin müddətlərdə Buzovna qəsəbəsində düşərgədə yaşamış, 2010cu il tarixdən etibarən isə ailəsi ilə birlikdə Bakı şəhəri, Maştağa qəsəbəsində yaşamağa başlamış, bu müddət içərisində qızları ailə həyatı qurub öz ailəsi ilə birlikdə müxtəlif yerlərdə yaşamış, hazırda arvadı Ofelya Abbasova ilə birlikdə Bakı şəhəri, Maştağa qəsəbəsi, Daş Karxanası yaşayış massivi, nömrəsiz ünvanda yaşayır. Oğlu Təqsirləndirilən şəxs və Şahid2 yaşadığı ünvanın qonşuluğunda iki mərtəbəli evin müxtəlif mərtəbələrində öz ailələri ilə birlikdə yaşamış, kiçik oğlu Qanuni nümayəndə1 isə öz ailəsi ilə birlikdə həmin küçədə ev 5, mənzil 11 ünvanında yaşamış, digər oğlu Zaur isə öz ailəsi ilə birlikdə həmin küçədə qonşuluqda yaşamış, belə ki, qızlarından başqa digər övladları onunun qonşuluğunda yaşamış, övladları yetkinlik yaşına çatdıqdan sonra usta kimi fəaliyyət göstərmiş, Təqsirləndirilən şəxs uşaqlıq vaxtlarından epilepsiya xəstəliyindən əziyyət çəkmiş, elə həmin vaxtlarda müxtəlif müalicələr alıb, müxtəlif dərman preparatları qəbul etmiş, həmin dərmanları qəbul etməsi nəticəsində psixioloji problemləri yaranmış, belə ki, sonuncu tez özündən çıxan, daima səbəbsiz yerə evdə mübahisələr yaradan birisi olmuş, psixioloji problemləri ilə bağlı dəfələrlə xəstəxanalara müraciət etmiş, bu məqsədlə müxtəlif psixiatriya xəstəxanalarında stasionar qaydada müalicələr almış, lakin, almış olduğu müalicələri bir nəticə verməmişdir. Təqsirləndirilən şəxs daima Şahid2la səbəbsiz mübahisələr etmiş, daima sonuncuya problemlər yaratmış, birlikdə yaşamaq istəmədiyini qeyd etmiş, bütün bu mübahisələrə sonradan o, qarışmalı olmuş, onun qarışdığını görüb Təqsirləndirilən şəxs onunla da sözlü mübahisələr etmiş, sonuncu dəfə isə oğluna məsləhət verərək birlikdə yaşamaq istəmirsə Şahid2la razılaşıb evi satıb başqa-başqa yerlərdə ev almalarını bildirmiş, lakin Təqsirləndirilən şəxs bu dəfə də razılaşmayaraq həmin evin çox hissəsinin özünə düşməli olduğunu demiş, elə bu söz söhbətlər zamanla şiddətlənərək bütün ailə üzvləri ilə Təqsirləndirilən şəxs arasında böyük mübahsiələrə səbəb olmuş, həmin mübahisələrə sonradan Qanuni nümayəndə1 də qarışmış, sonuncunun həmin mübahisələrə qarışması Təqsirləndirilən şəxs daha da hiddətləndirmiş, çünki Qanuni nümayəndə1 Təqsirləndirilən şəxs yaşda kiçik olduğu üçün sonuncunun kiçik qardaşının nəyisə irad bildirməsi, izah etməsi xoşuna gəlməmişdir. Ona görə də onlar arasında baş verən mübahisələr artıq Qanuni nümayəndə1 və Təqsirləndirilən şəxs arasında daha da şiddətli davam etmiş, bundan başqa Təqsirləndirilən şəxs Qanuni nümayəndə1 hazırda yaşadığı Bakı şəhəri, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin tikintisində iştirak etdiyi üçün sonuncudan pul tələb etmiş, birlikdə həmin pulu hesablayıb 1850 manat məbləğində vəsait olduğunu hesablamışlar. Qanuni nümayəndə1 bundan sonra həmin pulun müəyyən hissəsini Təqsirləndirilən şəxs qaytarmış, lakin yerdə qalan 770 manat məbləğində vəsaiti isə imkansızlıq səbəbindən qaytara bilməmiş, ona görə də aralarında mübahisələr artmağa başlamış, Təqsirləndirilən şəxs təkidlə həmin pulu istəmiş, Qanuni nümayəndə1 isə hazırda qaytara bilməyəciyini demiş, sonuncu dəfə isə 05 iyul 2022-ci il tarixdə Təqsirləndirilən şəxs yenidən Qanuni nümayəndə1 yaxınlaşıb 770 manat məbləğində borcu olduğunu və həmin vəsaiti qaytarmalı olduğunu bildimiş, sonuncu da cavabında borcu olduğunu bildiyini, lakin hazırda imkan olmadığını, ona görə də qaytara bilmədiyini, zamanla qaytaracağını demiş, lakin Təqsirləndirilən şəxs qardaşına nalayiq ifadə işlədərək təcili olaraq həmin pulun çatdırılmasını istəmişdir. xx.xx.2022-ci il tarixdə saat 01 radələrində yaşadığı evdə oturub televizora baxarkən işıqların keçdiyini görmüş, dərhal pəncərədən qonşuya baxanda evinin işıqlarının yandığını görmüş, bundan sonra Qanuni nümayəndə1gilə zəng etmiş, həmin vaxt oğlunun yaşadığı evin də işıqlarının keçdiyini bilmiş, elə bu zaman Qanuni nümayəndə1gil tərəfdən güclü partlayış səsi eşidilmiş, ətrafa işıq saçılmış, dərhal arvadı Ofelya Abbasova ilə birlikdə Qanuni nümayəndə1 həyətinə tərəf qaçmış, səsə digər qonşular da yığılmış, orada olan zaman Qanuni nümayəndə1 ona Təqsirləndirilən şəxs evə əl qumbarası atdığını, xoşbəxtlikdən xəsarət alan olmadığını, lakin evin müəyyən hissələrinə zərər dəydiyini demiş, o, oğlunun dediklərinə inana bilməmiş, bundan sonra Qanuni nümayəndə1 ona xx.xx.2022ci il tarixdə Təqsirləndirilən şəxs əlində bükülü vəziyyətdə olan qumbara ilə yaşadığı evin həyət qapısının qarşısına gələrək 770 manat pulu verməyəcəyi halda qumbaranı ağzında partladaraq öldürəcəyini dediyini bildirmiş, bundan sonra o, dərhal DİN-nin “102” zəng xidmətinə məlumat vermiş, bir neçə dəqiqə sonra polis əməkdaşları gəlib Qanuni nümayəndə1 yaşadığı evə baxış keçirmiş, həmin vaxt polis əməkdaşlarına oğlu Təqsirləndirilən şəxs ünvanını deyərək, sonuncunun evə əl qumbarası atdığını bildirmiş, bundan sonra polis əməkdaşları Təqsirləndirilən şəxs yaşadığı ünvana getmiş, sonradan sonuncu polis əməkdaşları tərəfindən saxlanılmışdır. Təqsirləndirilən şəxsla əvvəllər bir neçə dəfə mübahisələri olmuş, çünki sonuncu böyük sözü eşitməmiş, nəyisə məsləhət etdikdə daima mübahisə etmiş, evdə mübahisə yaratmış, lakin, onları öldürəcəyi barədə hər hansı söz deməmiş, onu və ailə üzvlərini öldürməyə cəhd etməmişdir. Təqsirləndirilən şəxs son zamanlar narkotik vasitələrə aulədiçisi olduğundan hərəkətlərini bilməmiş, tez-tez səbəbsiz yerə mübahisələr yaratmış, aralarında olan mübahisələrlə bağlı dəfələrlə 14-cü PB-nə müraciət etmiş, həmin bölmədə münaqişəli ailə kimi qeydiyyata götürülmüşdür. Təqsirləndirilən şəxsla aralarında olan mübahisə uzun illərdir ki, davam etmiş, belə ki, Təqsirləndirilən şəxs nəinki onunla, digər qardaşları ilə mülklə bağlı problemləri olmuş, elə ki, oğlu Şahid2la əvvəllər Təqsirləndirilən şəxs bu cür narazılıqlarından sonra sonuncuya evlərini ayırmağını, hər kəsin öz ailəsi ilə başqa-başqa evlərdə yaşamalı olduqlarını demiş, Təqsirləndirilən şəxs isə bununla razılaşacağını lakin, evin çox hissəsinin özünə məxsus olmasının istəmiş, ona görə də aralarında evin bölgüsü ilə bağlı mübahisələr yaranmış, Təqsirləndirilən şəxs həmçinin onunla da evin bölgüsü ilə bağlı bir neçə dəfə mübahisələr etmiş, yəni, sonuncu mübahisə Təqsirləndirilən şəxs birinci dəfə yaratdığı mübahisəsi olmamış, sonuncu dəfə isə Qanuni nümayəndə1 ilə aralarında olan mübahisəyə səbəb Təqsirləndirilən şəxs qardaşının evinin tikintisində iştirak etdiyi üçün Qanuni nümayəndə1 pul tələb etməsi, sonuncun da hazırda imkanı olmadığına görə pulu verə bilmədiyini deməsi olmuşdur. Hadisələrdən sonra Qanuni nümayəndə1 ona Təqsirləndirilən şəxs hadisədən 2 gün əvvəl, yəni xx.xx.2022-ci il tarixdə yaşadığı evin həyət qapısının qarşısına gələrək əlində parçaya bükülmüş vəziyyətdə olan əl qumbarasını göstərib dedikləri ilə razı olmadığı halda, yəni verməli olduğu 770 manat pulu ödəməyəcəyi halda həmin qumbara ilə Rəşadı partladacağını dediyini qeyd etmişdir. Ona sonradan məlum olmuşdur ki, oğlu Təqsirləndirilən şəxs əl qumbarasını “Ataş” ləqəbli şəxs vermiş, həmçinin, onun düşündüyünə görə əl qumbarasını ataraq partlayış yaradan şəxs onun oğlu Təqsirləndirilən şəxs deyil, məhz, “Ataş” ləqəbli şəxs olmuşdur. Oğlu Təqsirləndirilən şəxs ümumiyyətlə hərbi xidmətdə olmadığından onun əl qumbarasından istifadə edə bilməsi də mümkün deyildir. Belə ki, həmin “Ataş” ləqəbli şəxs oğlu Ramini içkiyə və narkotikə də aludə etmişdir. Lakin, ibtidai istintaq qərəzli aparılmış və “Ataş” ləqəbli şəxs barəsində heç bir tədbir görülməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, ailəlidir, 2 az yaşlı övladı vardır. Uzun illərdir ki, usta kimi fəaliyyət göstərib ailəsini saxlamağa çalışmış, İsakovlar ailəsini qonşu kimi tanımış, belə ki, o yaşadığı evlə Təqsirləndirilən şəxs, Şahid2, Qanuni nümayəndə1 və sonuncuların valideynləri yaşadığı evlərin arasında çox qısa məsafələr olmuş, hətta Qanuni nümayəndə1 yaşadığı evlə onu evi arasında sadəcə 2 qonşu yaşamış, Təqsirləndirilən şəxsla əvvəllər dəfələrlə müxtəlif şəxslərin evlərində usta kimi işləmiş, sonuncu işlədiyi müddətlərdə də aqressiv, tez özündən çıxan, tez əsəbləşən biri olmuş, lakin ona qarşı hər hansı pis bir əməli, pis hərəkəti olmamış, adətən öz ailə üzvləri ilə atası, anası və qardaşları ilə daima mübahisələr etmiş, dava-dalaş salmış, bunun səbəbini özündən soruşmasa da bir qonşu kimi Təqsirləndirilən şəxs daha çox Şahid2la yaşadıqları 2 mərtəbəli evin bölgüsünə dair problemləri olduğunu bilmişdir. xx.xx.2022-ci il tarixdə yaşadığı evdə olarkən gecə saat 01 radələrində televizora baxmış, həmin an həyətdən güclü patlayış səsi eşidilmiş,dərhal pəncərədən həyətə baxdıqda Qanuni nümayəndə1 həyətindən tüstü qalxdığını, həmçinin evin işıqlarının söndüyünü görmüş, həmin vaxt onun və digər evlərin işıqları yanılı olmuş, dərhal qaçaraq həyətə çıxmış, həyətdə olanda hələ qonşulardan heç kim olmamış, həmin an küçənin baş tərəfiində bir nəfər şəxsin qaçdığını görmüş, ilk növbədə həmin şəxsin şəxsiyyətini müəyyən etmək məqsədi ilə arxası ilə qaçmış, bir neçə saniyə qaçdıqdan sonra qərar Rəşadgilə qayıdıb vəziyyətin nə yerdə olduğunu maraqlanmış, Rəşadgilə yaxınlaşıb sonuncunu bir neçə dəfə səsləmiş, bir neçə saniyə sonra Qanuni nümayəndə1 içəridən səs verərək salamatlıq olduğunu bildirmiş, həmin vaxt o, öz ailəsinin də həyətə çıxdığını görüb ailə üzvlərinəı yaxınlaşmış, sonra onları evə yola salıb Rəşadgilə qayıtmış, artıq o, Rəşadgilə qayıdan da digər qonşular və polis əməkdaşlar da əraziyə yaxınlaşmış, orada olanda Qanuni nümayəndə1 bütün hadisəni danışaraq Təqsirləndirilən şəxs 2 gün əvvəl yaşadığı evin həyət qapısının qarşısına gələrək əlində gizlətdiyi əl qumbarasını göstərib bir gün ağzında partaladacağını və Rəşadı öldürəcəyini dediyini bildirmiş, xx.xx.2022-ci il tarixdə isə Ramin Rəşadgil yaşayan evə gələrək əlində gətirdiyi əl qumbarasını evin yataq otağından içəri atmaq istəmiş, lakin qumbara evin divarına dəyərək həyətə düşmüş, xoşbəxtlikdən xəsarət alan olmamışdır. O, əvvəllər Təqsirləndirilən şəxs və Qanuni nümayəndə1 arasında dəfələrlə sözlü mübahisələrə şahidlik etmiş, bu mübahisələrə səbəb isə Qanuni nümayəndə1 Təqsirləndirilən şəxs dəfələrlə avaraçılıq etməməsi, ata anasının sözünü eşitməsini söylməməsi olmuş, çünki Qanuni nümayəndə1 Təqsirləndirilən şəxs kiçik olduğu üçün dediyi sözlər sonuncuya pis təsir etmiş, ona görə də tez-tez mübahisə etmiş, son zamanlar isə Təqsirləndirilən şəxs istər Şahid2la, istərsə də Qanuni nümayəndə1 ilə mübahisələrinə şahidlik etmiş, bütün bunlara səbəb isə Təqsirləndirilən şəxs Şahid2la aralarında olan evin bölgügüsə dair problemləri, bu məsələyə Qanuni nümayəndə1 qarışması və Raminin İsakovun qardaşının evində işlədiyi üçün pul tələb etməsi olmuşdur. Onun ümumiyyətlə Təqsirləndirilən şəxs əl qumbarası olduğu barədə yalnız hadisə baş verdikdən sonra məlumatı olmuş, əvvəllər sonuncuda əl qumbarası olduğunu bilməmiş, həmin əl qumbarasını isə haradan əldə etməsi barədə ona sonradan Qanuni nümayəndə1 məlumat vermişdir ki, Təqsirləndirilən şəxsla birlikdə fəhləlik edən Əmrah adlı şəxs bildirmişdir ki, Təqsirləndirilən şəxsla birlikdə Pirşağı qəsəbəsində yerləşən evlərin birində işləyən zaman həmin əl qumbarasını Ataş adlı iş yoldaşları tapmış və həmin tapılan əl qumbaralarının sayı 7-8 ədəd olmuş və sonradan Raminlə Ataş həmin qumbaraları aralarında bölmüşlər. Təqsirləndirilən şəxs nə məqsədlə Rəşadgilin evinin yataq otağına əl qumbarası atdığını dəqiq deyə bilməmiş, lakin Təqsirləndirilən şəxs evə əl qumbarası atmağının heç də yaxşı hal olmadığını, həmin əl qumbarasının evin yataq otağına düşməsi nəticəsində içəridə olan hər bir şəxsin ölə biləcəyini, ən yaxşı halda isə ağır xəsarət ala biləcəklərini demişdir. Partlayış baş verən zaman onun və digər qonşuların evininin işıqları yanılı olmuş, Rəşadgilin işıqları isə sönülü olmuşdur. Şahid2 və Şahid1 yaşadığı evlərlə ilə onun evi arasında olan məsafə sonuncularınn işıqlarının yanıb-yanmadığını görməyə imkan verməmiş, ona görə də bu barədə bir soz deyə bilməmişdir. Məhkəmədə ifadəsi elan edilmiş Şahid2 ifadəsində göstərmişdir ki, ailəlidir, 2 az yaşlı övladı var. Belə ki, o, 2010-cu il tarixdə X6 ilə evlənmiş, həmin evlilikdən 2 övladı anadan olmuş, təxminən 20 ildir ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Daş Karxanası yaşayış massivi, nömrəsiz ünvanda yaşamış, beləki həmin ev 2 mərtəbəli olub, ikinci mərtəbəsində qardaşı Təqsirləndirilən şəxs öz ailəsi ilə birlikdə yaşamış, o və ailəsi isə evin birinci mərtəbəsində yaşamış, Təqsirləndirilən şəxs elə uşaq vaxtlarından problemli bir insan olmuş, hər zaman dəcəllik etmiş, atasının, anasının sözlərinə qulaq asmamış, sonuncuları saymamışdır. Təqsirləndirilən şəxs uşaqlıqdan epilepsiya xəstəliyindən əziyyət çəkmiş, həmin xəstəliyi ilə əlaqadər müxtəlif dərman preparatları qənbul etmiş, həmin dərmanlar zamanla başqa psixioloji xəstəliklərin yaranmasına səbəb olmuş, Təqsirləndirilən şəxs yaşlandıqca daha da aqressivləşmiş, ailədə ata-ana sözlərinə qulaq asmamış, böyük nəsihəti dinləmək istəməmiş, kim nəsə məsləhət versə dərhal mübahisə yaratmış, davadalaş salmışdır. Təqsirləndirilən şəxs bu xüsusiyyətləri zamanla onların bir evdə yaşamalarına da təsir etmiş, ona görə aralarında müxtəlif məzmunlu mübahisələr yaranmağa başlamış, zamanla valideynləri onlara evi satıb başqa bir yerdə hər kəs özünə ev alsın və ayrı yaşamağa başlasın kimi məsləhətlər vermiş, əvvəlcə Təqsirləndirilən şəxs bununla razılaşmayıb bir daha ailədə mübahisələr, dava-dalaşlar yaratmağa başlamış, sonradan evin satılmasını ev satıldıqdan sonra pulun çox hissəsinin özünə qalması şərti ilə razılaşmış, o da razılaşmayanda aralarında olan mübahisələr artmağa başlamış, mübahsiələrinə digər ailə üzvləri anası, atası və kiçik qardaşı Qanuni nümayəndə1 də qarışmış, Təqsirləndirilən şəxs bütün ailə üzvlərinə qarşı çıxmış, heç kimlə yol getməmiş, Rəşad İsakovun bu məsələyə qarışması Təqsirləndirilən şəxs daha da qıcıqlandırmış, çünki Rəşad kiçik olduğu halda Raminə məsləhət vermiş, sonuncu da bundan əsəbləşmiş, daima mübahisə etmiş, bu mübahisələrlə bağlı dəfələrlə 14-cü PB-nə müraciət etmiş, həmin bölmədə münaqişəli ailə kimi qeydiyyata alınmış, bundan başqa Təqsirləndirilən şəxs Qanuni nümayəndə1 hazırda yaşadığı Bakı şəhəri, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin tikintisində iştirak etdiyi üçün sonuncudan evin tikintisində çəkdiyi zəhmət haqqını tələb etmiş, sonradan birlikdə hesablayıb həmin vəsaitin 1850 manat olduğunu müəyyən etmiş, Qanuni nümayəndə1 də müxtəlif vaxtlarda həmin vəsaitin müəyyən qismini Təqsirləndirilən şəxs vermiş, lakin 770 manat pul qalıq qalmış, son zamanlar isə Təqsirləndirilən şəxs Qanuni nümayəndə1 həmin 770 manat vəsaiti təkidlə tələb etmiş, Qanuni nümayəndə1 isə hazırda imkanı olmadığını, zamanla həmin pulu qaytarmasını tələb etmiş, ona görə də aralarında olan mübahisələr şiddətlənmişdir. xx.xx.2022-ci il tarixdə gecə saat 01 radələrində yaşadığı evdə yatan zaman, arvadı onu oyadaraq təcili olaraq durmağını, Rəşadgil yaşayan tərəfdən güclü partlayış səsi gəldiyini, evin işıqlarının isə keçdiyini bildirmiş, o durub həqiqətən evin işıqlarının keçdiyini görmüş, ilk növbədə dərhal qaçaraq Rəşadgil yaşayan istiqamətə getmiş, orada olan zaman Təqsirləndirilən şəxs gələrək Qanuni nümayəndə1 yaşayan evin yataq otağından içəriyə əl qumbrası atmaq istədiyini, lakin həmin qumbaranın divara dəyərək həyətə düşdüyünü, nəticədə güclü partlayış baş verdiyini bilmiş, orada olan zaman artıq atası, anası və bir sıra qonşular da gəlmiş, artıq atası Şahid1 polisə məlumat vermiş, bir müddət sonra isə polis əməkdaşları həmin əraziyə gəlib baxış keçirmiş, sonra isə Təqsirləndirilən şəxs və onun birlikdə fərqli mərtəbələrdə yaşadığı evə gedib Təqsirləndirilən şəxs oradan götürüb bölməyə aparmışlar. Xoşbəxtlikdən partlayış nəticəsində xəsarət alan olmasa da Rəşadgil yaşayan evə müəyyən dərəcədə ziyan dəymişdir. Əvvəllər Təqsirləndirilən şəxs onu və digər ailə üzvlərini yəni qardaşını, atasını, anasını öldürməyə cəhd etməsə də aralarında çox sayda mübahisə olmuş, bütün mübahsiələrin səbəbi isə Təqsirləndirilən şəxs dəlisov olması, səbəbsiz yerə əsəbləşib münaqişə yaratması, söz eşitməməsi, ata ananı saymaması, sonradan isə evin bölgüsü ilə bağlı məsəsələr olmuşdur. Təqsirləndirilən şəxs əsəbi olduğu halda gözünə heçnə görünməmiş, ağlına nə gəlsə danışmış, hətta dəfələrlə bütün ailəni qıracağı, öldürəcəyi barədə bildirmiş, lakin onlar sadəcə sözdə dediyini, bunu etməyə cəsarət etməyəcəyini düşünmüş, lakin son baş verən hadisə bir daha göstərmişdir ki, Təqsirləndirilən şəxs Qanuni nümayəndə1 evinə qumbara atmaqla hamını öldürmək istəməsini dildə deyil əməldə də bildirmiş, lakin xoşbətlikdən ölən və ya xəsarət alan olmamış, Təqsirləndirilən şəxsla aralarında olan mübahisə uzun illərdir ki, davam etmiş,buna səbəb isə Təqsirləndirilən şəxs öz başınalıqları, söz eşitməməsi, heçkimi saymaması, sonradan isə yaşadığı evin bölgüsünə dair aralarında yaranmış problem olmuşdur. Sonuncu hadisədə isə Qanuni nümayəndə1 ilə aralarında olan mübahisəyə səbəb Təqsirləndirilən şəxs evin tikintisində iştirak etdiyi üçün Qanuni nümayəndə1 pul tələb etməsi, sonuncun da hazırda imkanı olmadığına görə pulu verə bilmədiyini deməsi olmuşdur. O, Təqsirləndirilən şəxs nə məqsədlə Rəşadgilin evinin yataq otağına əl qumbarası atdığını dəqiq deyə bilməmiş, lakin bütün baş verən hadisələr, yəni Təqsirləndirilən şəxs əvvəllər onları öldürəcəyi barədə danışması, hadisədən 2 gün əvvəl Qanuni nümayəndə1 evinə gələrək əl qumbarası göstərib bir gün həmin qumbaranı ağzında partladacağını deməsi və sonda xx.xx.2022-ci il tarixdə əl qumbarasını Rəşadgilin yatdığı otağa atmaq istəməsi göstərir ki, Təqsirləndirilən şəxs məqsədi həqiqətən Qanuni nümayəndə1 və ailəsini öldürmək olmuşdur. Rəşadgil adətən evin birinci mərtəbəsində, yataq otağında toplaşmış, 2-ci mərətəbədə isə təmir işləri getdiyi üçün hər dəqiqə ora çıxmamışlar. Təqsirləndirilən şəxs da bunu bildiyi üçün evin yataq otağına əl qumbarası atmaqda məqsədi hər birini öldürmək olmuş, xoşbəxtlikdən həmin vaxt Rəşadgil yataq otağında olmamış, əks halda həmin otağa əl qumbarası düşsə otaqda olan hər kəs ölə bilərdi. Bundan başqa əl qumbarasının qəlpələri otağın pəncərəsini sındırıraraq içəri daxil olmuş, həmin vaxt Rəşadgil orada olsalar ağır xəsarət ala bilərdilər. Məhkəmədə ifadəsi elan edilmiş Şahid4 ifadəsində göstərmişdir ki, ailəlidir, 2 övladı var. Uzun illərdir ki, müxtəlif işlərdə çalışıb ailəsini saxlamağa çalışır. İsakovlar ailəsini qonşu kimi tanımış, belə ki, o yaşadığı evlə Təqsirləndirilən şəxs yaşadığı evlər bir birinə üzbəüz olmuş, Təqsirləndirilən şəxs digər qardaşı Şahid2la eyni evin müxtəlif mərtəbələrində yaşamış, Qanuni nümayəndə1 isə onun evindən təxminən 4-5 ev uzaqlıqda yerləşən fərdi yaşayış evində öz ailəsi ilə birlikdə yaşamış, Təqsirləndirilən şəxsla qonşu kimi münasibəti olmuş, sonuncu ilə hər hansı bir problemi olmamış, Təqsirləndirilən şəxs adətən öz ailə üzvləri ilə atası, anası və qardaşları ilə daima mübahisələr etmiş, dava-dalaş yaratmış, bunun səbəbini özündən soruşmasa da bir qonşu kimi Təqsirləndirilən şəxs daha çox Şahid2la yaşadıqları 2 mərtəbəli evin bölgüsünə dair problemləri olduğunu bilmişdir. xx.xx.2022-ci il tarixdə yaşadığm məhlədə olarkən gündüz saatlarında Təqsirləndirilən şəxs həyətdə görmüş, yaxınlaşıb bir qonşu kimi hal-əhval tutmuş, həmin vaxt bir müddət söhbət etdikdən sonra Təqsirləndirilən şəxsla sağollaşıb əvvəllər fələliklə məşğul olduğum əraziyə getmiş, xx.xx.2022-ci il tarixdə isə axşam saatlarında işlədiyi yerdən qayıdıb evə gələn zaman Təqsirləndirilən şəxs küçədən sürətlə evlərinə tərəf getdiyini görmüş, həmin vaxt artıq küçədə demək olarki bütün qonşular toplaşmış, küçədə toplaşan qonşulara yaxınlaşıb nə baş verdiyini soruşduqda Rəşadgilin evindən güclü partlayış səsi gəldiyini, ona görə həmin əraziyə toplaşdıqlarını demişlər. Bir müddət sonra isə əraziyə polis əməkdaşları da gəlmiş, polislər gəldikdən sonra Qanuni nümayəndə1 qardaşı Təqsirləndirilən şəxs yaşadığı evə əl qumbarası atdığını bildirmiş, bir neçə saniyə sonra isə polislər Təqsirləndirilən şəxs saxlayaraq bölməyə aparmışlar. Bundan sonra o, Qanuni nümayəndə1 nə baş verdiyini soruşmuş, Qanuni nümayəndə1 isə Təqsirləndirilən şəxsla aralarında olan pul məsələsinə görə sonuncunun gələrək yaşadığı evin yataq otağına əl qumbarası ataraq ailə üzvlərini öldürmək istədiyini, lakin qumbaranın evin divarına dəyərək həyətə düşdüyünü, xəsarət alan olmadığını demişdir. O, əvvəllər Təqsirləndirilən şəxs və Qanuni nümayəndə1 arasında dəfələrlə sözlü mübahisələrə şahidlik etmiş, bu mübahisələrə səbəb isə Qanuni nümayəndə1 Təqsirləndirilən şəxs dəfələrlə avaraçılıq etməməsi, ata anasının sözünü eşitməsini söylməməsi olmuş, çünki Qanuni nümayəndə1 Təqsirləndirilən şəxs kiçik olduğu üçün dediyi sözlər sonuncuya pis təsir etmiş, ona görə də tez-tez mübahisə etmiş, son zamanlar isə Təqsirləndirilən şəxs istər Şahid2la, istərsə də Qanuni nümayəndə1 ilə mübahisələrinə şahidlik etmiş, bütün bunlara səbəb isə Təqsirləndirilən şəxs Şahid2la aralarında olan evin bölgügüsə dair problemləri, bu məsələyə Qanuni nümayəndə1 qarışması və Raminin İsakovun qardaşının evində işlədiyi üçün pul tələb etməsi olmuşdur. Onun ümumiyyətlə Təqsirləndirilən şəxs əl qumbarası olduğu barədə yalnız hadisə baş verdikdən sonra məlumatı olmuş, əvvəllər sonuncuda əl qumbarası olduğunu bilməmiş, Təqsirləndirilən şəxs nə məqsədlə Rəşadgilin evinin yataq otağına əl qumbarası atdığını dəqiq deyə bilməmiş, lakin Təqsirləndirilən şəxs evə əl qumbarası atmağının heç də yaxşı hal olmadığını, həmin əl qumbarasının evin yataq otağına düşməsi nəticəsində içəridə olan hər bir şəxsin ölə biləcəyini, ən yaxşı halda isə ağır xəsarət ala biləcəklərini demişdir. Partlayış baş verən zaman o, evdə olmamış, həmin vaxt o, işlədiyi yerdən küçəyə gələn zaman artıq bütün qonşuları həyətdə görmüş, ona görə də yaşadığı evin işıqlarının sönübsönmədiyini deyə bilməmiş, lakin sonradan yaşadığı evə gedəndə evin işıqlarının yandığını görmüşdür. Təqsirləndirilən şəxs Qanuni nümayəndə1 yaşadığı evin yataq otağına əl qumbarası atan zaman görməmiş, nə də ki hər hansı partlayış görməmiş, axşam saatlarında küçəyə gələndə Təqsirləndirilən şəxs yaşadığı evə sürətlə hərəkət etdiyini görmüş, bundan sonra qonşuların Rəşadgilin evinin qarşısında toplaşdığını görüb, dərhal onlara tərəf getmiş, orada olan zaman isə artıq Təqsirləndirilən şəxs Qanuni nümayəndə1 evinə əl qumbarası atdığını bilmiş, sonradan isə polis əməkdaşları Təqsirləndirilən şəxs aparmışlar. İş materiallarında olan zərərçəkmiş şəxs Qanuni nümayəndə1 barəsində təyin edilmiş məhkəmə-tibb ekspertizasının 05 avqust 2022-ci il tarixli 1757 nömrəli rəyindən görünür ki, vət. Qanuni nümayəndə1 bədənində xəsarət aşkar edilməmişdir. (cild 02, iş vərəqə 28-29) İş üzrə zərərçəkmiş şəxs Qanuni nümayəndə2 barəsində təyin edilmiş məhkəmə-tibb ekspertizasının 05 avqust 2022-ci il tarixli 1758 nömrəli rəyindən görünür ki, vət. Qanuni nümayəndə2 bədənində xəsarət aşkar edilməmişdir. (cild 02, iş vərəqə 24-25) İş materiallarında olan məhkəmə-ballistik ekspertizasının 26 avqust 2022-ci il tarixli 3/1073 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 02 (iki) ədəd predmet zavod üsulu ilə istehsal edilmiş, “Ф-1, РГ-42, РГД-5” əl qumbara gövdələrinin partladılması üçün istifadə edilən, “УЗPГM” markalı partladıcının hissələridir, bir ədədi partladıcının qoruyucu dəstəyidir, digəri halqası ilə birlikdə qoruyucu milidir, qoruyucu dəstəyin üzərində “УЗPГM- 82, 583” rəqəmləri-zavod işarələri həkk edilmiş, üzərində və zavod nişanlarında dəyişiklik edilməmişdir. Tədqiqata təqdim edilmiş 15 (on beş) ədəd predmet zavod üsulu ilə hazırlanmış, döyüş sursatı hesab edilən, müdafiə təyinatlı “Ф-1” markalı qəlpəli əl qumbara gövdəsinin, partlayış nəticəsində əmələ gəlmiş hissələridir-qəlpələridir. Təqdim edilmiş “УЗPГM” markalı alışdırıcı “Ф -1” markalı qəlpəli əl qumbara gövdəsinə bağlanaraq partladılmışdır. “Ф-1” markalı qumbara partladıqda, təxminən 1000-qədər qəlpələri 0,1-1,0 qr. çəkidə, müxtəlif formalı olmaqla, surətdə 700-800 m/san-də ətrafa səpələnir, səpələnmə radiusu 200 metr, təxminən 50-60 m radiusda yaıyılan qəlpələr məhvetmə gücünə malikdir. (cild 02, iş vərəqə 145-146) İş materiallarında olan kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 2089 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə üzvi (epilepsiya nəticəsində) şəxsiyyət pozuntusu formasında psixi patologiya qeyd olunmuşdur. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə onun barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs aşkar edilən “üzvi (epilepsiya nəticəsində) şəxsiyyət pozuntusu” onu törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etməmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs üzvi (epilepsiya nəticəsində) şəxsiyyət pozuntusu formasında psixi patologiya aşkar olunur. Təqsirləndirilən şəxs halhazırda öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM- nin 21.3-cü maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hadisə zamanı emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən psixi-emosional halında hirslilik yaranmışdır. Həmin halın yaranma səbəbləri situasiya ilə şərtləşmişdir. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt vəziyyətində olmamışdır.(cild 02, iş vərəqə 149-152) İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 4310 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı "Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” Qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq hal-hazırda Təqsirləndirilən şəxs İİİ dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (cild 02, iş vərəqə 31-32) İş materiallarında olan hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Daş Karxanası yaşayış massivində yerləşən ev 5, mənzil 11 ünvanıdır. Belə ki, həmin evin həyətyanı sahəsinə daxil olduqda sağ tərəfdə yerləşən yardımçı tikili ilə üzbəüz plastik materialdan hazırlanmış pəncərənin şüşəsinin sındığı müəyyən edilir, bundan başqa həmin yardımçı tikilinin qarşısında yerdə kiçik ölçülü çuxurun əmələ gəldiyi, həmçinin fərdi yaşayış evinin həyətyanı hissəsində əl qumbarasına məxsus dəmir parçası və qırıntılar olduğu aşkar olunur. Qeyd edilən hissəciklər müvafiq formada qablaşdırılaraq götürülmüşdür. (cild 01, iş vərəqə 05-14) İş materiallarında olan fərdi evə baxış keçirilməsi haqqında protokoldan görünür ki, həmin evə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Daş Karxanası yaşayış massivində yerləşir. Evin giriş qapısı gğy rəngli dəmir materialldan hazırlanmışdır. Giriş qapısı ilə üzbəüz 2 mərtəbəli fərdi yaşayış evi vardır, həmin evin 2-ci mərtəbəsinin giriş qapısı isə seyf qapıdır. Baxış zamanı Təqsirləndirilən şəxs könüllü şəkildə qardaşı Qanuni nümayəndə1 yaşadığı evə atdığı əl qumbarasının qoruyucu halqasını mili ilə birlikdə təqdim etmiş, qeyd edilən hissəciklər müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. (cild 01, iş vərəqə 66-67) İş materiallarında olan X7 yaşadığı ünvan 7 ünvanda yerləşən evinə və saxlanc yerlərində axtarış aparılması haqqında protokoldan görünür ki, qeyd edilən ünvandan hər hansı odlu silah, onun komplekt hissələri, döyüş sursatı, partlayıcı maddə və qurğu aşkar edilmədi. Axtarış zamanı hər hansı bir odlu silah, onun komplekt hissələri, döyüş sursatı, partlayıcı maddə və qurğu, bundan başqa şübhəli hər hansı bir predmet götürülməmişdir.(cild 02, iş vərəqə 57-65) Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı araşdırılmış sübutların məcmusuna əsaslanıb, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs yuxarıda təsvir edilmiş cinayət əməllərini törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə özünü AR CM-in 29, 120.2.4, 29, 120.2.7, 29, 186.2.2-ci maddələri ilə təqsirli bilməyərək, Əl qumbarasını qardaşı Qanuni nümayəndə1 və onun ailə üzvlərinin yaşadığı evin içərisinə deyil, həyətə atması, qumbaranı atarkən qardaşının və onun ailəsinin evdə olmamasını güman etməsi, onları öldürmək, sağlamlıqlarına zərər vurmaq, eləcə də evi məhv etmək və ya zədələmək niyyətinin olmaması, daha sonra isə ümumiyyətlə əl qumbarasını qardaşı Qanuni nümayəndə1 yaşadığı evin həyətinə özünün atmaması, həmin əl qumbarasının “Ataş” ləqəbli şəxs tərəfindən atılması barədə ziddiyyətli ifadələrinə hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, onun bu ifadələri məsuliyyətdən boyun qaçırmaq məqsədi daşıyaraq, həqiqəti əks etdirmir, iş üzrə zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, özünün ibtidai istintaq zamanı verdiyi qismən etirafedici ifadəsi, ekspertiza rəyləri və iş üzrə digər mötəbər sübutlarla təkzib edilir. Digər tərəfdən, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında ona sərbəst ifadə verməyə kifayət qədər vaxt və şərait yaradılmasına baxmayaraq, qısa zaman kəsiyində bir-birinə ziddiyyətli ifadələr səsləndirərək, öncə əl qumbarasının onun özü tərəfindən, daha sonra isə “Ataş” ləqəbli şəxs tərəfindən atılması barədə bir-birinə əks olan fikirləri də Təqsirləndirilən şəxs qeyri-səmimiliyinə dəlalət edən hal kimi qiymətləndirilməlidir. Məhkəmə, həmçinin, iş üzrə zərərçəkmiş şəxs olan təqsirləndirilən şəxsin doğma qardaşı Qanuni nümayəndə1 qardaşı Təqsirləndirilən şəxs onu və ailə üzvlərini öldürmək niyyətinin olmaması, sadəcə olaraq qorxutmaq məqsədi ilə qumbaranı atması, iş üzrə şahid olan təqsirləndirilən şəxsin doğma atası Şahid1 isə əl qumbarasını ataraq partlayış yaradan şəxsin onun oğlu Təqsirləndirilən şəxs olmaması, məhz, “Ataş” ləqəbli şəxsin olması barədə ifadələrinə tənqidi yanaşaraq, həmin ifadələri öz ailə üzvləri olan Təqsirləndirilən şəxs məsuliyyətdən yayındırmaq məqsədi daşıyan ifadələr kimi nəzərə alır. Eyni zamanda, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ifadələrində göstərmişdir ki, təxminən 20 ildir ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Daş Karxanası yaşayış massivi nömrəsiz ünvanda yerləşən fərdi yaşayış evinin 2-ci mərtəbəsində yaşamış, ailə qurduqdan sonra da ailə üzvləri ilə birlikdə həmin ünvanda yaşamış, uzun illər müxtəlif şəxslərin evində usta kimi tikinti fəaliyyəti ilə məşğul olmuşdur. Qanuni nümayəndə1 onun doğma qardaşıdır. Rəşaddan başqa onun Şahid2 və X17 adında iki qardaşı və bundan başqa 2 bacısı da var. Qanuni nümayəndə1 öz ailəsi ilə onun yaşadığı ünvanın qonşuluğunda öz ailəsi ilə birlikdə yaşamış, belə ki, hər iki qardaşı həmin ünvanda 2 mərtəbəli evdə yaşamış, atası və anası da yaşadığı ünvanın yaxınlığında, qonşuluqda özlərinə məxsus fərdi yaşayış evində yaşamış, həmçinin Qanuni nümayəndə1 də usta kimi fəaliyyət göstərmiş, o, yaşadığı fərdi evin birinci mərtəbəsində böyük qardaşı Şahid2 öz ailəsi ilə birlikdə yaşamış, ikinci mərtəbəsində isə özü ailəsi ilə birlikdə yaşamış, bir neçə dəfə Şahid2 torpaq sahəsini sataraq ayrı-ayrı ev almağı təklif etmiş, lakin sonuncu onunla razılaşmamış və bu səbəbdən aralarında münaqişələr olmuş, Şahid2la aralarında olan münaqişəyə sonradan valideynləri, eyni zamanda kiçik qardaşı Qanuni nümayəndə1 də qarışmış, bu səbəbdən bütün ailə üzvləri ilə münasibəti pisləşmiş, aralarında mütəmadi olaraq münaqişələr yaranmağa başlamış, dəfələrlə aralarında olan münaqişə ilə bağlı Sabunçu RPİ-nin 14-cü PB-nə müraciət etdiklərində bölmədə münaqişəli ailə kimi qeydiyyata alınmış, bundan başqa Rəşad İsakovla sonuncunun evinin tikintisində işlədiyi üçün ona borclu olduğuna görə münaqişələri olmuş, belə ki, o Qanuni nümayəndə1 hazırda yaşadığı evin tikintisində işlədikdən sonra sonuncu ilə birlikdə ona verməli olduğu vəsaiti hesablamış, həmin vəsait 1850 manat miqdarında hesablanmış, bundan sonra Qanuni nümayəndə1 müxtəlif vaxtlarda həmin pulun 1080 manatını ona əlbəəl qaytarmış, lakin 770 manat borclu qalmış, 05 ya da 06 iyul 2022-ci il tarixdə bununla bağlı sonuncu ilə görüşüb ona verməli olduğu 770 manat vəsaiti tələb etmiş, qardaşı isə pulunun olmadığını, ona görə də ona borcunu qaytara bilməyəcəyini demiş, o israrla pulu qaytarmasını tələb etdikdə, qardaşı onunla kobud danışmağa başlamış, Qanuni nümayəndə1 ondan yaşda kiçik olması və kobud danışması onu qıcıqlandırmışdır. Təxminən 2-3 ay əvvəl Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən “112” nömrəli orta məktəbin qarşısında yerləşən, Vüsal adlı şəxsə məxsus fərdi yaşayış evində usta kimi Əmrah və Ataş ləqəbli tanışları ilə birlikdə işlədiyi zaman həmin evin tavan hissəsindən “Ataş” adlı tanışı 01 ədəd bükümdə olan əl qumbarası tapmış, həmin əl qumbarasını Ataş ona vermiş, o da həmin əl qumbarasının yararlı olduğunu görərək özü ilə götürüb yaşadığı evə gətirmiş, qış paltarlarımın arasında gizlətmiş, 06 iyul 2022-ci il tarixdə, axşam saatlarında cibinə qoyaraq yaşadığı məhəllədə, bir neçə ev aralıda yaşayan kiçik qardaşı Qanuni nümayəndə1 evinə getmiş, buna səbəb isə qardaşının onunla kobud rəftar etməsi, ona nalayiq ifadələr işlətməsi və ona verməli olduğu 770 manat vəsaiti qaytarmaması olmuş, Qanuni nümayəndə1 yaşadığı evin giriş qapısında dayanıb sonuncuya yaşadığı evin tikintisində işlədiyini, ona görə də verməli olduğu 770 manat pulu nə üçün vermədiyini soruşmuş, bu zamanı Qanuni nümayəndə1 yenidən onunla kobud şəkildə danışaraq ünvanına nalayiq ifadələr işlətmiş, o, qardaşının nalayiq ifadələr işlətdiyini görüb cibindən bükülü vəziyyətdə olan əl qumbarasını çıxardaraq Qanuni nümayəndə1 göstərərək həmin əl qumbarası ilə onu partladıb bir gün öldürəcəyini demiş, bu sözündən sonra Rəşad onda əl qumbarası olması ilə bağlı polisə məlumat verəcəyini və onu tutduracağını bildirmiş, bu zaman o, qardaşına “işverən” olduğunu deyərək oradan çıxaraq getmiş, getdiyi zaman Rəşad yenidən ünvanına nalayiq ifadələr işlətmiş, ancaq sonuncunun sözlərinə məhəl qoymayaraq həmin yerdən çıxaraq getmiş, 07 iyul 2022-ci il tarixdə, axşam saatlarında özünə məxsus olan 055 *** ** ** saylı mobil telefon nömrəsi ilə kiçik qardaşı Qanuni nümayəndə1 077 *** ** ** saylı mobil telefon nömrəsinə zəng edərək harada olduğunu soruşmuş, bu zaman qardaşı onunla kobud şəkildə danışaraq nə lazım olduğunu soruşmuş, o da pulunun olmadığını deyərək evə gəldiyi zaman pulunu verməsini tələb etmiş, Rəşad isə yenidən onunla kobud şəkildə danışaraq ona veriləcək pulunun olmadığını demiş, Rəşadın telefonda nalayiq ifadələr işlətdiyini görüb evə gəldiyi zaman xəbər etməsini deyərək danışığı kəsmiş, 08 iyul 2022-ci il tarixdə, saat 00:15 radələrinədək Rəşadın zəngini gözləmiş, ancaq sonuncunun zəng etmədiyini görüb, pulu verməyəcəyini başa düşmüş, həmin gün xeyli miqdarda spirtli içki qəbul etdiyi üçün həmin əl qumbarasını götürüb Rəşad yaşadığı evə ataraq bununla da Rəşadla aralarında olan məsələnin həllini tapması qərarına gəlmiş, bundan sonra evdə gizlətdiyi əl qumbarasını Rəşadın yaşadığı evin yataq otağına atıb partladaraq sonuncunu və arvadını öldürməyi qərara almış, bu məqsədlə 08 iyul 2022-ci il tarixdə, saat 00:15 radələrində əl qumbarasını gizlətdiyi yerdən götürərək cibinə qoymuş, kiçik qardaşı Qanuni nümayəndə1 bir neçə ev uzaqlıqda yerləşən fərdi evinin qarşısına gəlmiş, ilk əvvəl küçənin baş hissəsində yerləşən transformatordan məhəllədə yerləşən fərdi evlərin işıqlarını söndürərək qaranlıq yaratmaq istəmiş, lakin sonradan bu fikrindən daşınaraq yalnız kiçik qardaşı Rəşadın, eyni zamanda onlarla birlikdə qonşuluqda yaşayan valideynlərinin evinin işıqlarını söndürməyi qərara almış, ilk əvvəl valideynlərinin yaşadığı fərdi evin işığını, daha sonra isə kiçik qardaşı Qanuni nümayəndə1 fərdi evinin işığını küçədə yerləşən elektrik avtomatından söndürmüş, işıqları söndürdükdən sonra Rəşadın fərdi evinin həyətyanı sahəsinin qapısının qarşısına gəlmiş, həyətə baxış keçirdikdən sonra özü ilə gətirdiyi əl qumbarasını Rəşadgilin yatdığı otağın pəncərəsinin şüşəsinə zərbə ilə ataraq əl qumbarasının pəncərənin şüşəsini sındıraraq içəri düşüb içəridə partlayışın baş verməsini planlaşdırmış, bu məqsədlə əl qumbarasının təhlükəsizlik pimini çəkərək Rəşad və arvadı yatdığı otağın pəncərəsinə doğru atmış, lakin əl qumbarası pəncərənin şüşəsinə dəyməmiş, divara dəyərək pəncərənin həyət tərəfdən qarşısına düşmüş, əl qumbarasını atdıqdan sonra qumbaranın “təhlükəsizlik pimini” cibinə qoyub hərəkət edərək oradan uzaqlaşmış, bir neçə saniyə sonra yüksək səsli partlayış baş vermiş, partlayış baş verdikdən sonra səsə qonşuların küçəyə çıxdığını görüb sürətini artıraraq yaşadığı evin həyətinə daxil olmuşdur. Qanuni nümayəndə1 ondan kiçik olduğu, ona qarşı kobud rəftar etməsi, nalayiq ifadələr işlətməsi və ona verməli olduğu 770 manat məbləğində vəsaiti qaytarmaması səbəbindən yaşadığı evdə saxladığı əl qumbarasını götürüb Qanuni nümayəndə1 evinə gəldiyi zaman məqsədi əl qumbarasını qardaşıgilin yatdığı otağa ataraq oranı partlatmaq və qardaşını öldürmək olmuşdur. Qanuni nümayəndə1 yaşca ondan kiçik olsa da, mütəmadi olaraq onunla kobud danışması, nalayiq ifadələr işlətməsi, ona borclu olduğu 770 manat pulu verməməsi səbəbindən qardaşını öldürmək istəmiş, sonuncunun arvadını isə Rəşaddan sonra tək qalmaması üçün öldürməyi planlaşdırmışdır. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 12 dekabr 2002-ci il tarixli Qərarının 8-ci bəndinə əsasən, Ümumi təhlükəli üsulla adam öldürmə cinayətində təqsirkar hər hansı şəxsi öldürmək istərkən şüurlu surətdə elə vasitə seçir ki, bu vasitə nəinki zərərçəkmişin, həmçinin başqalarının (heç olmasa bir nəfərin) da həyatı üçün təhlükəli olur. Ümumi təhlükəli üsulla adam öldürməyə yandırmaqla, partlatmaqla, zəhərləməklə, dağıtmaqla, qəzalar törətməklə, zərərçəkmiş şəxsi qətlə yetirmək məqsədilə onun olduğu qapalı yerə qaz buraxmaqla, kütləyə nizamsız atəş açmaqla adam öldürmə hallarını aid etmək olar. X15 qeyd edilmişdir ki, təqsirkar iki və ya daha çox şəxsi öldürməyə görə CM-nin 120.2.7-ci maddəsi ilə o vaxt məsuliyyət daşıya bilər ki, onun hərəkətləri vahid qəsdlə əhatə olunsun və bir qayda olaraq eyni vaxtda törədilmiş olsun. Belə cinayət hərəkəti ayrıayrı vaxtlarda da törədilə bilər, bu şərtlə ki, təqsirkarın iki və ya daha çox şəxsi öldürməkdən ibarət niyyəti əvvəlcədən yaranmış olsun. Bir nəfərin öldürülməsi və digər şəxsin həyatına suiqəsd edilməsi iki nəfərin öldürülməsindən ibarət başa-çatmış cinayət kimi tövsif edilə bilməz. İkinci şəxsin öldürülməsi təqsirkarın iradəsindən asılı olmayan səbəbdən həyata keçmədiyinə görə belə hallarda onun əməli 120.1, yaxud 120.2-ci və 29, 120.2.7-ci maddəsi ilə tövsif edilməlidir. X16 21-ci bəndinə əsasən, qəsdən adam öldürməyə görə cəza təyin edilərkən cinayətin baş verməsinin bütün halları, qəsdin növü, motivi və məqsədi, üsulu, edilmə mərhələsi və şəraiti, həmçinin təqsirkarın şəxsiyyəti, törətdiyi əmələ münasibəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Eyni zamanda zərərçəkmişin şəxsiyyətinə aid məlumatlar, onun təqsirkarla qarşılıqlı münasibəti, həmçinin hadisəyə qədərki davranışı təhqiq olunmalıdır. “Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 27 may 2005-ci il tarixli, 2 nömrəli Qərarında qeyd edilmişdir ki, «Xidməti və mülki silah haqqında» Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən, silah dedikdə, canlı qüvvənin və digər obyektlərin, o cümlədən texnikanın və tikililərin məhv edilməsi və yaxud işarə vermə üçün nəzərdə tutulmuş, lakin canlı qüvvənin və digər obyektivlərin məhv edilməsi üçün istifadə oluna bilən qurğu və vasitə başa düşülməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228-ci maddəsinə və «Fərdi şəxslərin odlu silah əldə etməsi və saxlanılması üzərində nəzarət haqqında» 1978-ci il 28 iyun tarixli Avropa Konvensiyasının müddəalarına əsasən, döyüş sursatına - hədəfi məhv etmək üçün nəzərdə tutulan artilleriya mərmi və minaları, hərbi mühəndis atımları (partlayış törədici qanadlı ballistik raket və qurğular), minalar, tank əleyhinə olan qumbaralar, əl qumbaraları, piyada əleyhinə olan və reaktiv qumbaralar, kalibirindən asılı olmayaraq hədəfi məhv etmək elementi (karteç, qırma, mərmi-güllə və s.) ilə yanaşı digər bütün elementləri olan müxtəlif odlu silah patronlarına aid edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməllərinin hüquqi tövsifi məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.4, 29, 120.2.7, 29, 186.2.2 və 228.1-ci maddələri ilə tövsif olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.4, 29, 120.2.7, 29, 186.2.2 və 228.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək cəzalandırılmalıdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (cild 01, iş vərəqə 242-243) İş materiallarında olan xx.xx.2022-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, zərərçəkmiş şəxs, eyni zamanda yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs3 qanuni nümayəndəsi - anası Qanuni nümayəndə2 Təqsirləndirilən şəxs qarşı şikayəti, tələbi yoxdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, zərərçəkmiş şəxs, eyni zamanda yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs4 qanuni nümayəndəsi - atası Qanuni nümayəndə1 Təqsirləndirilən şəxs qarşı şikayəti, tələbi yoxdur. İş materiallarında olan AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 991145 nömrəli arayışından və digər tibbi sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs “qıcolma sindromu” ilə üçüncü qrup əlillik dərəcəsi verilmişdir. (cild 01, iş vərəqə 29-59) İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2013-cü il təvəllüdlü X12 və xx.xx.2014-cü il təvəllüdlü X8 olmaqla iki azyaşlı uşağı var. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsini rəhbər tutaraq Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışmasını, zərərçəkmiş şəxslərin ona qarşı şikayət, tələblərinin olmamasını, 3-cü dərəcəli əlil olmasını, himayəsində iki azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi, cinayətin azyaşlı şəxslərə qarşı törədilməsini AR CM-in 61.1.7-ci maddəsinə əsasən, həmin Məcəllənin 29, 120.2.4 və 29, 120.2.7-ci maddələrinə münasibətdə ağırlaşdırıcı hal kimi nəzərə alır. AR CM-nin 60-cı maddəsinə əsasən, bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. İşdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsində nəzərdə tutulan cəzanı yüngülləşdirən hal olduğundan və AR CM-in 29, 186.2.2 və 228.1-ci maddələrinə dair hissədə ağırlaşdırıcı hallar olmadığından, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 186.2.2 və 228.1-ci maddələri ilə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinin qaydaları əsasında, yəni sanksiyada nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq olmamaqla təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 63.3-cü maddəsinə əsasən, cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı qərarına əsasən, başa çatmamış cinayətə görə CM-nin 60-cı maddəsində nəzərdə tutulmuş əsaslarla cəza təyin edilərkən nəzərə almaq lazımdır ki, bu zaman daha ciddi cəza növünün son həddinin dörddə üçü qanunla cinayətə hazırlıq və cinayətə cəhd üçün müəyyən edilən cəzanın yuxarı həddindən hesablanmalıdır. Yəni cinayətə hazırlığa görə CM-nin Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş ən ciddi cəza növünün yuxarı həddinin yarısının dörddə üçündən, cinayətə cəhd üçün isə dörddə üçünün dörddə üçündən artıq ola bilməz. Beləliklə, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 186.2.2-ci maddəsinə görə cəza sanksiyada nəzərdə tutulmuş ən ciddi cəza növünün yuxarı həddinin dörddə üçünün dörddə üçündən artıq ola bilməz. Məhkəmə törədilmiş cinayətin xarakteri və ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o, cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah edilməsi mümkün olmadığından, ona təqsirli bilindiyi maddələrin sanksiyaları daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs törətdiyi cinayətlərin məcmusuna az ağır və xüsusilə ağır cinayətlər daxil olduğundan, məcmuya daxil olan cinayətlərə görə təyin olunan cəzalar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə uyğun olaraq qismən toplanılmalı və bu yolla təqsirləndirilən şəxsə qəti cəza təyin edilməlidir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan və Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(008)-582/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilərək, həbsetmənin əvvəli 08 iyul 2022-ci il tarixdən hesablanmışdır. (cild 01, iş vərəqə: 81,114-116) Odur ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 08 iyul 2022-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Respublika Narkoloji Mərkəzi X26»-inin Ambulator X1 xx.xx.2022-ci il tarixli 4310 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs İİİ dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edlməsi mümkün olmadığından, lakin, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görüldüyündən, ona narkomaniyadan müalicə üçün tibbi xarakterli məcburi tədbirlər tətbiq olunmamalı, lakin, o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs cinayət əməlləri nəticəsində iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlakı müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübutla bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Bakı şəhəri Sabunçu rayon Prokurorluğunun maddi sübutları saxlama otağında saxlanılan hadisə yerindən və fərdi yaşayış evindən götürülmüş “Ф-1” markalı qəlpəli əl qumbara gövdəsinin partlayış nəticəsində əmələ gəlmiş 15 ədəd dəmir hissələri, 01 ədəd bir ədəd üzərində zavod işarələri ilə həkk edilmiş “УЗPГM-82, 583” rəqəmləri yazılan qoruyucu dəstəyi, 01 ədəd halqası ilə birlikdə qoruyucu mili hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq iş üzrə məhkəmə xərci – məhkəmə-ballistik ekspertiza tədqiqatının dəyərini təşkil edən 64 (altmış dörd) manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış, onun hüquqlarını müdafiə etmiş və təqsirləndirilən şəxsin digər müdafiəçi ilə müqavilə bağlaması səbəbindən iştirakına xitam verilmiş Müdafiəçi1 Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 27 yanvar 2010-cu il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsə göstərilmiş 05 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 2 saylı Vəkil Bürosunun hesabına 30 manat məbləğində pul ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345,346,347,351-353,356-cı maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.4, 29, 120.2.7, 29, 186.2.2 və 228.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona AR CM-nin 29, 120.2.4, 29, 120.2.7-ci maddələri ilə 14 il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 186.2.2-ci maddəsi ilə 03 il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə 01 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən, təyin olunmuş cəzalar qismən toplanılsın və Təqsirləndirilən şəxs qəti olaraq 14 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 08 iyul 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübutlar - Bakı şəhəri Sabunçu rayon Prokurorluğunun maddi sübutları saxlama otağında saxlanılan hadisə yerindən və fərdi yaşayış evindən götürülmüş “Ф-1” markalı qəlpəli əl qumbara gövdəsinin partlayış nəticəsində əmələ gəlmiş 15 ədəd dəmir hissələri, 01 ədəd üzərində zavod işarələri ilə həkk edilmiş “УЗPГM-82, 583” rəqəmləri yazılan qoruyucu dəstəyi, 01 ədəd halqası ilə birlikdə qoruyucu mili hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə məhkəmə xərci – məhkəmə-ballistik ekspertiza tədqiqatının dəyərini təşkil edən 64 (altmış dörd) manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Müdafiəçi1 təqsirləndirilən şəxsə göstərilmiş 05 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 2 saylı Vəkil Bürosunun hesabına 30 manat miqdarında pul ödənilsin. Hökmdən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün ona verildiyi andan 20 (iyirmi) gün müddətində verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Əhməd Quliyev hakimlər: Azər Paşayev İradə Həsənzadə
Məhkəmə qərarları › İş №1(101)-366/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-366/2023
13.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver