Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-367/2020 04.03.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məcidov Azad Əli Ağa oğlunun sədrliyi, hakimlər Ağayev Zeynal Qurban oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi x36, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, tərcüməçi x37, müdafiəçilər Bakı şəhəri 02 saylı vəkil bürosunun vəkili Müdafiəçi3, Bakı şəhəri 14 saylı vəkil bürosunun vəkili Müdafiəçi1, Bakı şəhəri 16 saylı vəkil bürosunun vəkili Müdafiəçi4 iştirakları ilə, xx xxxx 1991-ci il tarixdə İran İslam Respublikasının Şahindej şəhərində anadan olmuş, İran İslam Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, subay, əvvəllər məhkum olunmamış, İran İslam Respublikası Şahindej şəhəri, Xiyabani Azərbaycan küçəsi ünvanında qeydi-y-yatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə, xx xxxxx 1991-ci il tarixdə İran İslam Respublikasının Şahindej şəhərində anadan olmuş, İran İslam Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, subay, əvvəllər məhkum olunmamış, İran İslam Respublikası Şahindej şəhəri, x49 küçəsi 14, ev 7 ünvanında qeydi-y-yatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə, xx xxxx 1959-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işsiz, evli, Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 05 sentyabr 1996-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 120.1, 207.3 və 38-ci maddələri ilə təqsirli bilinərək 05 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Prezidentinin 19 may 2000-ci il tarixli, 3A 339 №-li fərmanı ilə Əfv edilmiş; x50 İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 17 avqust 2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1, 234.4.3-cü maddələri ilə təqsirli bilinərək, CM-nin 66.3 və 93.1.4-cü maddələri tətbiq edilməklə 06 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 31 iyul 2013-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs3 barəsində narkotikdən məcburi müalicə tədbiri ləğv edilmiş; 19 mart 2014-cü il tarixdə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 18 mart 2014-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş 01 il 01 ay 05 gün əvvəl cəzadan azad olunub, Bakı Apellyasiya Məhkəməsinin 30 oktyabr 2014-cü il tarixli qərarına əsasən Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 18 mart 2014-cü il tarixli qərarı ləğv edilmiş və cəzanın çəkilməmiş 01 il 01 ay 05 gününü çəkməsi üçün Təqsirləndirilən şəxs3 cəzaçəkmə müəssisəsinə qaytarılıb, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 06 mart 2015-ci il tarixli qərarına əsasən MTCM-ə keçirilib, 05 dekabr 2015-ci il tarixdə cəzasının sonu ilə azad edilib, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydi-y-yatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs2qəsdən külli miqdarda narkotik vasitənin satış məqsədi ilə qanunsuz olaraq əldə edilməsi, saxlanılması və daşınaraq gömrük sərhədindən gömrük nəzarətindən gizli bəyan etməməklə, yəni qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına gətirilməsi barədə razılaşaraq qabaqcadan bir qrup şəxs halında İran İslam Respublikasında həmin külli miqdarda narkotik vasitəni qanunsuz olaraq əldə edib, saxlayaraq daşımaqla Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, bəyan etməməklə qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 İran İslam Respublikasında olarkən qəsdən tamah niyyəti ilə, yəni qazanc əldə etmək üçün İran İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs1, şəxsiyyətləri istintaqa “Səid” və “Tohid” kimi məlum olan İran İslam Respublikası vətəndaşları və digər şəxslərlə külli miqdarda narkotik vasitənin qanunsuz olaraq satış məqsədi ilə əldə edilməsi, saxlanılması və daşınaraq gömrük sərhədindən gömrük nəzarətindən gizli, bəyan etməməklə qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına gətirilməsi və cinayətkar qrupun ayrı-ayrı üzvlərinə təhvil verilməsi barədə razılaşaraq qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, əldə olunmuş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ümumi cinayətkar niyyətlərini həyata keçirmək üçün 02 yanvar 2019-cu il tarixdə İran İslam Respublikasında qanunsuz olaraq 5 bükümdə külli miqdarda narkotik vasitə olan təmiz halda çəkisi 307,193 qram heroini şəxsiyyətləri istintaqa “Səid” və “Tohid” kimi məlum olan İran İslam Respublikası vətəndaşlarından satış məqsədi ilə əldə edib, saxlayaraq, həmin bükümlərin aşkar edilməsini çətinləşdirən üsuldan istifadə etməklə Təqsirləndirilən şəxs2 2 bükümdə külli miqdarda narkotik vasitə olan təmiz halda çəkisi 154,533 qram heroini, Təqsirləndirilən şəxs1 isə 3 bükümdə külli miqdarda narkotik vasitə olan təmiz halda çəkisi 152,66 qram olan heroini düz bağırsağında gizlətmiş, həmin tarixdə günorta saatlarında Dövlət Sərhəd Xidmətinin x27 rayonunda yerləşən «Biləsuvar» sərhəd nəzarəti məntəqəsindən keçməklə İran İslam Respublikasından qanunla müəyyən edilmiş qaydada Azərbaycan Respublikası istiqamətində gələrkən düz bağırsağında gizlətdikləri həmin külli miqdarda narkotik vasitələri Azərbaycan Respublikasının gömrük sərhədindən, gömrük nəzarətindən gizli, bəyan etməməklə qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına daşıyaraq keçirdikdən sonra, Dövlət Sərhəd Xidmətinin və Biləsuvar gömrük İdarəsinin əməkdaşları tərəfindən saxlanılmış, daxili orqanlarının müayinəsi zamanı Təqsirləndirilən şəxs2 düz bağırsağından 2 bükümdə külli miqdarda narkotik vasitə təmiz halda çəkisi 154,533 qram olan heroin, Təqsirləndirilən şəxs1 düz bağırsağından isə 3 bükümdə külli miqdarda narkotik vasitə təmiz halda çəkisi 152,66 qram olan heroin aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs1 qəsdən külli miqdarda narkotik vasitənin satış məqsədi ilə qanunsuz olaraq əldə edilməsi, saxlanması və daşınaraq gömrük sərhədindən gömrük nəzarətindən gizli bəyan etməməklə, yəni qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına gətirilməsi barədə razılaşaraq qabaqcadan bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, aralarında olan razılaşmaya və ümumi cinayətkar niyyətə uyğun olaraq İran İslam Respublikasında həmin külli miqdarda narkotik vasitəni qanunsuz olaraq əldə edib, saxlayaraq daşımaqla Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli bəyan etməməklə qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 İran İslam Respublikasında olarkən qəsdən tamah niyyəti ilə, yəni qazanc əldə etmək üçün İran İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs2, şəxsiyyətləri istintaqa “Səid” və “Tohid” kimi məlum olan İran İslam Respublikası vətəndaşları və digər şəxslərlə külli miqdarda narkotik vasitənin qanunsuz olaraq satış məqsədi ilə əldə edilməsi, saxlanması və daşınaraq gömrük sərhədindən gömrük nəzarətindən gizli, bəyan etməməklə qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına gətirilməsi və cinayətkar qrupun ayrı-ayrı üzvlərinə təhvil verilməsi barədə razılaşaraq qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, əldə olunmuş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ümumi cinayətkar niyyətlərini həyata keçirmək üçün 02 yanvar 2019-cu il tarixdə İran İslam Respublikasında qanunsuz olaraq 5 bükümdə külli miqdarda narkotik vasitə olan təmiz halda çəkisi 307,193 qram heroini şəxsiyyətləri istintaqa “Səid” və “Tohid” kimi məlum olan İran İslam Respublikası vətəndaşlarından satış məqsədi ilə əldə edib, saxlayaraq, həmin bükümləri aşkar edilməsini çətinləşdirən üsuldan istifadə etməklə Təqsirləndirilən şəxs2 2 bükümdə külli miqdarda narkotik vasitə olan təmiz halda çəkisi 154,533 qram heroini, Təqsirləndirilən şəxs1 isə 3 bükümdə külli miqdarda narkotik vasitə olan təmiz halda çəkisi 152,66 qram olan heroini düz bağırsağında gizlətmiş, həmin tarixdə günorta saatlarında Dövlət Sərhəd Xidmətinin x27 rayonunda yerləşən «Biləsuvar» sərhəd nəzarəti məntəqəsindən keçməklə İran İslam Respublikasından qanunla müəyyən edilmiş qaydada Azərbaycan Respublikası istiqamətində gələrkən düz bağırsağında gizlətdikləri həmin külli miqdarda narkotik vasitələri Azərbaycan Respublikasının gömrük sərhədindən, gömrük nəzarətindən gizli, bəyan etməməklə qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına daşıyaraq keçirdikdən sonra, Dövlət Sərhəd Xidmətinin və Biləsuvar gömrük İdarəsinin əməkdaşları tərəfindən saxlanılmış, daxili orqanlarının müayinəsi zamanı Təqsirləndirilən şəxs2 düz bağırsağından 2 bükümdə külli miqdarda narkotik vasitə təmiz halda çəkisi 154,533 qram olan heroin, Təqsirləndirilən şəxs1 düz bağırsağından isə 3 bükümdə külli miqdarda narkotik vasitə təmiz halda çəkisi 152,66 qram olan heroin aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs3İran İslam Respublikası vətəndaşları və qeyriləri ilə külli miqdarda narkotik vasitənin satış məqsədi ilə qanunsuz olaraq əldə edilməsi, saxlanması və daşınaraq gömrük sərhədindən gömrük nəzarətindən gizli, bəyan etməməklə, yəni qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına gətirilməsi barədə razılaşaraq qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, aralarında olan razılaşmaya və ümumi cinayətkar niyyətə uyğun olaraq, cinayətkar qrupun üzvləri olan İran İslam Respublikası vətəndaşlarından qəsdən qanunsuz olaraq satış məqsədilə əldə edib, saxladıqları və Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, bəyan etməməklə qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirtdikləri külli miqdarda narkotik vasitəni qəsdən qanunsuz olaraq satış məqsədilə əldə edib, saxlayıb, daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs3 qazanc əldə etmək niyyəti ilə, qəsdən şəxsiyyətləri istintaqa “Səid” və “Tohid” kimi məlum olan İran İslam Respublikası vətəndaşları və digər şəxslərlə külli miqdarda narkotik vasitənin qanunsuz olaraq satış məqsədi ilə əldə edilməsi, saxlanması və daşınaraq gömrük sərhədindən gömrük nəzarətindən gizli, bəyan etməməklə qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına gətirilməsi barədə razılaşaraq qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, əldə olunmuş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq cinayətkar qrupun üzvləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ümumi cinayətkar niyyətlərini həyata keçirmək üçün 02 yanvar 2019-cu il tarixdə İran İslam Respublikasında qanunsuz olaraq 5 bükümdə külli miqdarda narkotik vasitə olan təmiz halda çəkisi 307,193 qram heroini şəxsiyyətləri istintaqa “Səid” və “Tohid” kimi məlum olan İran İslam Respublikası vətəndaşlarından qanunsuz olaraq satış məqsədi ilə əldə edib, saxlayaraq, həmin bükümləri aşkar edilməsini çətinləşdirən üsuldan istifadə etməklə Təqsirləndirilən şəxs2 2 bükümdə 154,533 qram heroini, Təqsirləndirilən şəxs1 isə 3 bükümdə külli miqdarda narkotik vasitə olan təmiz halda çəkisi 152,66 qram olan heroini düz bağırsaqlarında gizlətmiş, həmin tarixdə günorta saat 15 radələrində Dövlət Sərhəd Xidmətinin x27 rayonunda yerləşən «Biləsuvar» sərhəd nəzarəti məntəqəsindən İran İslam Respublikasından qanunla müəyyən edilmiş qaydada Azərbaycan Respublikasına gələrkən düz bağırsağında gizlətdikləri həmin külli miqdarda narkotik vasitələri Azərbaycan Respublikasının gömrük sərhədindən, gömrük nəzarətindən gizli, bəyan etməməklə qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına daşıyaraq keçirdikdən sonra, Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılmış, daxili orqanlarının müayinəsi zamanı Təqsirləndirilən şəxs2 düz bağırsağından 2 bükümdə külli miqdarda narkotik vasitə təmiz halda çəkisi 154,533 qram olan heroin, Təqsirləndirilən şəxs1 düz bağırsağından isə 3 bükümdə külli miqdarda narkotik vasitə təmiz halda çəkisi 152,66 qram olan heroin aşkar olunaraq götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs3 İran İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs2dan aşkar edilərək götürülmüş 2 bükümdə ümumi təmiz çəkisi 154,533 qram olan heroini 03 yanvar 2019-cu il tarixdə saat 13:30-da Bakı şəhərində yerləşən “Boulvard Hotel” mehmanxanasında sonuncudan qəsdən qazanc əldə etmək niyyəti ilə, qanunsuz olaraq satış məqsədi ilə əldə edib saxlayıb, daşıyarkən Dövlət Sərhəd Xidmətinin və Daxili işlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 həmyerli kimi tanıyır. Onunla uşaqlıqdan dostluq etmiş, münasibətləri yaxşı olmuşdur. Digər Təqsirləndirilən şəxs3 isə əvvəllər tanımamışdır. O, İran İslam Respublikasında mebel fabrikində usta köməkçisi işləyərək ailəsini dolandırmışdır. Lakin qazancı az olduğundan bir qədər də borcu yaranmışdır. Tutulmazdan təxminən bir həftə əvvəl təqsirləndirilən şəxs dostu x55 Respublikasının Aslandüz şəhərinə getmiş və orada tanışı olan Həsən Əşrəfi adlı şəxslə görüşüb. Söhbət zamanı Əşrəfi Həsənin ona tanışı olan Tohid və Sərvi Səid adlı tanışlarında narkotik vasitə olduğunu, həmin narkotik vasitələri İrandan qaçaq yolla, yəni daxili orqanlarda gizlətməklə Azərbaycana keçirmək lazım olduğunu demişdir. Hətta əgər tanışı olarsa həmin şəxsi də bu işə cəlb edə biləcəyini bildirmişdir. Tooraj ondan birlikdə narkotik vasitələri daxili orqanında gizlətməklə İrandan Azərbaycana apara bilib-bilməyəcəyini soruşmuş, buna görə hər birinə 5 milyon İran realı yəni 800 AZN pul veriləcəyini demişdir. O, borclarının olduğunu düşünüb dostu Tooraja daxili orqanında narkotik vasitə gizlədərək qaçaq yolla İrandan Azərbaycana keçirməyə razılıq vermişdir. 31.12.2018-ci il tarixdə x51 ilə telefonla əlaqəsi saxlamışlar və Həsən Əşrəfi onları Aslandüz şəhərinə dəvət etdiyindən onlar Aslandüz şəhərinə Həsən Əşrəfinin evinə getmişlər. 02.01.2019-cu il tarixdə Həsən Əşrəfinin tanışları olan və narkotik vasitələrin sahibləri Tohid və Səid adlı şəxslər Həsən Əşrəfinin evinə gəlmiş və orada gətirdikləri narkotik vasitələri onlara təqdim etmişlər. Həmin narkotik vasitələri udmaqlarını təklif ediblər. Lakin narkotik vasitələr olan bağlamalar böyük bükümdə olduğundan udmaqları mümkün olmayıb. Həmin vaxt Səid onlara həmin bağlamaları arxa keçəcək nahiyyələrindən anal dəliklərinə yerləşdirmələrini istəyib. Onlar buna etiraz etsələr də, Səidlə Tohid artıq Azərbaycana gəlməkləri üçün vizalara pul xərclədiklərini demişlər. Buna görə də onlar razılaşıb içərisində narkotik vasitələr olan bağlamaları arxa keçəcək nahiyyələrindən anal dəliyinə salmağa razılıq vermişlər və içərisində narkotik vasitələr olan 5 bükümü onlardan götürmüşlər. O, həmin bükümlərdən 3 ədəd nisbətən balaca bükümləri götürmüş və tualetə girib, həmin 3 bükümü anal dəliyindən daxili orqanlarına yerləşdirmişdir. Digər 2 bükümü isə Tooraj götürüb və daxili orqanlarında yerləşdirmişdir. 02.01.2019-cu il tarixdə saat 14-15 radələrində «Biləsuvar» məntəqəsindən keçməklə Azərbaycana gəlmişlər. «Biləsuvar» məntəqəsindən Azərbaycan Respublikası tərəfə keçdikdən sonra onlar saxlanılmış və otağa aparılaraq üzərlərində narkotik vasitə olub-olmaması soruşulmuşdur. Onlar olmadığını demişlər. Bundan sonra üstləri axtarılmağa başlanılsa da üzərlərindən heç nə aşkar olunmamışdır. Sonra onlar xəstəxanaya aparılmış, müayinə zamanı onun və dostu Toorajın düz bağırsağında yad cisim olduğu bilinmişdir. Həkim onun düz bağırsağında gizlətdiyi içərisində narkotik vasitələr olan 3 bükülünü, Toorajın düz bağırsağından isə içərisində narkotik vasitələr olan 2 bükülünü çıxarmışdır. Saxlanıldıqdan sonra onlar əməliyyatçılara hər şeyi olduğu kimi danışmışlar və həmçinin bildiriblər ki, narkotik vasitələri Azərbaycanda Səidin onlara dediyi 4 nəfər şəxs gəlib götürəcək. Əməliyyatçılar onlara təklif edib ki, əməliyyatçılar keçirdiyi əməliyyat tədbirində onlar da iştirak etsinlər və narkotik vasitələrin arxasınca gələn şəxslərin ifşa edilərək tutulmasına köməklik göstərsinlər. Onlar öz razılıqlarını vermişlər. 03 yanvar 2019-cu il tarixdə əməliyyatçılar onları hotelə apararaq orada müxtəlif yerlərdə dayanaraq müşahidə etməyə başlamışlar. Onlardan aşkar olunaraq götürülmüş narkotik vasitə olan bükümləri onlara vermişlər və əməliyyatçılar müxtəlif mövqelərdə dayanmışlar. Narkotik vasitələrin sahibi Tohid və Səidlə telefon əlaqəsi saxlamışlar. Onlara hansı hoteldə olduqlarını deyiblər. Səid həmin narkotik vasitələri götürəcək şəxslərin hotelə gələcəklərini onlara deməli imiş. Səid həmin narkotik vasitənin 4 nəfərə veriləcəyini onlara qabaqcadan demişdir. İrandan Səid onların telefonuna zəng edərək bir nəfər şəxsin hotelə gələcəyini bildirib. x52 görüntülü və azərbaycanca danışmışlar. Bundan sonra əməliyyatçıların gizləndiyi və müşahidə etdikləri, onların qaldıqları hotelə bir nəfər gələrək, Səid tərəfindən göndərildiyini və onlardan narkotik vasitə götürəcəyini demişdir. Bir müddət keçəndən sonra əvvəllər tanımadığı, şəxsiyyəti ona sonradan məlum olan x32 hotelə gəlmiş və stolun üstünə 100 manat qoyub narkotik istəmişdir. Danil avtomobilində narkotik vasitəni çəkmək üçün tərəzi olduğunu bildirmişdir. Danil 100 manatı stolun üstünə qoyub, stolda olan iki bükümdə narkotik vasitəni götürmüşdür. Bu vaxt əməliyyatçılar müşahidə etdikləri yerdən çıxaraq Təqsirləndirilən şəxs3 saxlamışlar. Danil həmin anda narkotiki yerə atdığı vaxt onu əməliyyatçılar yaxalamışlar. Əməlindən peşmandır. Proses iştirakçılarının suallarını cavablandıraraq Arash Bigham bildirmişdir ki, İranda onlara təqsirləndirilən şəxs Danil barədə deməmişlər, Danil barədə yalnız Bakıda olanda Səid onlara zəng edib bildirmişdir. Danilə 100 manatın müqabilində 1,05 qram narkotik vasitə verməliymişlər, lakin Danil iki bükümü masanın üstündən götürüb. Orada narkotikin çəkisi çox olub. Bakıdan onlara zəng edən şəxsə tərəzilərinin olmadığını demişlər, həmin şəxs narkotiki alan şəxsin özündə tərəzi olduğunu bildirmişdir. 307,093 qram narkotik vasitəni təxminən 20.000 manata satılmalı ımış. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyətlər olduğu üçün təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi ifadəsi elan edilmiş və ifadənin sonundakı imza təqsirləndirilən şəxsə təqdim edilmişdir. Belə ki, cinayət işinin 1-ci cild 224-227-ci vərəqəsində olan təqsirləndirilən şəxs qismində dindirmə protokolunda Bigham Arash aşağıdakıları bildirmişdir: “... biz həmin narkotik vasitələri Səidin bizim yanımıza göndərəcəyi və özünün bizə dediyi kimi 4 nəfər şəxsə verəcəkdik və narkotik vasitələrin qarşılığında 2000 (iki min) manat pul alıb həmin pulu İranda Səid və Tohid adlı şəxslərə verəcəkdik...Danil bizə narkotik vasitələri aldıqdan sonra 1000 manat pul verməli idi, lakin narkotik vasitəni bizdən götürməzdən öncə bizə narkotik vasitənin qarşılığında 100 manat verdi.. .” Məhkəmə iştirakçıların suallarını cavablandıraraq Arash Bigham bildirmişdir ki, ifadənin sonunda olan imza onun imzasıdır. İfadəsində Danilə narkotikə görə 1000 manat verəcəyi halda nə üçün 100 manat verməsini deməsini xatırlamır. Həmin vaxt həyacanlı olduğuna görə ola bilər ki, səhv demişdir. İfadəsində narkotik vasitəni Azərbaycanda 2000 manata satmaqları düz yazılmayıb, narkotikə görə ümümilikdə 20.000 manat verməliymişlər. Ona təzyiq və təsir göstərilməyib. O, hamısını könülü demiş və əməliyatçılara kömək etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxs Bigham x10 həmyerli kimi tanıyır. Onunla uşaqlıqdan dostluq etmiş, münasibətləri yaxşı olub. Digər Təqsirləndirilən şəxs3 isə əvvəllər tanımamışdır. O, İranda bərbər işləmişdir. Tutulmazdan təxminən bir həftə əvvəl o, pasportunu yeniləmək üçün İran İslam Respublikasının Aslandüz şəhərinə getmişdir. x58 adlı tanışını görmüşdür. Həsən Əşrəfi ilə söhbət zamanı dolanışığının zəif olduğunu ona bildirdikdə H.Əşrəfi ona qaçaq yolla, yəni daxili orqanlarında narkotik vasitəni gizlədərək İrandan Azərbaycana apara bilsə bunun müqabilində yaxşı pul qazana biləcəyini, hətta tanışı varsa onu da bu işə daxil edə biləcəyini bildirmişdir. O, bu barədə fikirləşəcəyini demişdir. O, bu barədə dostu Arasha bildirmişdir. Onunla birlikdə narkotik vasitələri qaçaq yolla, yəni daxili orqanlarında gizlətməklə İrandan Azərbaycana apara bilib-bilməyəcəyini soruşmuşdur. Bunu edəcəkləri halda onların hər birinə ayrı-ayrılıqda İran pulu ilə 5 milyon yəni, 800 AZN pul veriləcəyini demişdir. Arash da tanışı Həsən Əşrəfinin ona etdyi təkliflə razılaşmış və onunla narkotik vasitələri İrandan qaçaq yolla, yəni daxili orqanlarda gizlətməklə Azərbaycana keçirməyə razılıq vermişdir. Bundan sonra o, Həsən Əşrəfi ilə əlaqə saxlamış və ona həm özünün, həm də dostu Arashın qaçaq yolla narkotik vasitə keçirəcəklərinə razılaşdıqlarını demişdir. Bundan sonra Həsən Əşrəfi onlara bir qədər pul göndərib və bildirmişdir ki, həmin pulu Tohidlə Səid adlı şəxslər özlərinə pasport və viza almaqları üçün göndərib. Onlar özlərinə pasport almış, 31.12.2018-ci il tarixdə Həsən Əşrəfi ilə telefon əlaqəsi saxlayıb Həsən Əşrəfinin dəvəti ilə Aslandüz şəhərinə onun evinə getmişlər. Həsən Əşrəfinin evində olduqları zaman 02.01.2019-cu il tarixdə Həsən Əşrəfinin tanışları olan və narkotik vasitələrin sahibləri Tohid və Səid adlı şəxslər Həsən Əşrəfinin evinə gəlmiş və orada onlara özləri ilə gətirdikləri narkotik vasitələri təqdim edərək həmin narkotik vasitələri udmaqlarını istəyiblər. İçərisində narkotik vasitələr olan bağlamaların böyük bükümdə olduğunu, həmin bağlamaları udmaqlarının mümkün olmadığını bildirmişlər. Səid onlara əgər bağlamaları uda bilmirlərsə, onda həmin bağlamaları arxa keçəcək nahiyyələrindən anal dəliyinə yerləşdirmələrini demişdir. Onlar buna etiraz etdikdə, Səidlə Tohid artıq Azərbaycana gələ bilmələri üçün vizalara pul xərclədiklərini deyiblər. Buna görə də onlar narkotik vasitələr olan həmin bağlamaları arxa keçəcək nahiyyələrindən anal dəliyinə salmağa razılıq vermişlər. Bundan sonra Tohid onlara ümumilikdə 5 büküm içərisində narkotik vasitələr olan bükümlər vermişdir. Dostu Arash həmin bükümlərdən 3 ədəd nisbətən balaca bükümləri götürüb, o, isə digər içərisində narkotik vasitələr olan 2 bükümü götürüb tualetə girib həmin bükümləri anal dəliyindən keçirməklə yerləşdirmişlər. 02.01.2019-cu il tarixdə saat 14-15 radələrində «Biləsuvar» məntəqəsindən keçməklə Azərbaycana gəlmişlər. «Biləsuvar» məntəqəsindən Azərbaycan Respublikası tərəfə keçdikdən sonra onlar saxlanılaraq otağa aparılaraq üzərlərində narkotik vasitə olub-olmaması soruşulmuş, onlar olmadığını demişlər. Bundan sonra üstləri axtarılsa da üstlərindən heç nə aşkar olunmamışdır. Bundan sonra onlar xəstəxanaya aparılmış, müayinə zamanı onun və Arashın düz bağırsaqlarında yad cisim olduğu müəyyən olunmuşdur. Bundan sonra həkim onların düz bağırsaqlarında gizlətdikləri içərisində narkotik vasitələr olan bükülünü çıxarmışdır. Saxlanıldıqdan sonra narkotik vasitələri Azərbaycanda Səidin onlara dediyi kimi 4 nəfər şəxsin qəbul edəcəyini onları saxlayan şəxslərə demişlər. Əməliyyatçılar onlara təklif ediblər ki, əməliyyatçılar keçirdiyi əməliyyat tədbirində onlar da iştirak edərək, narkotik vasitələrin arxasınca gələn şəxsləri ifşa edilərək tutulmasına köməklik göstərsinlər. Onlar buna öz razılıqlarını vermişlər. 03 yanvar 2019-cu il tarixdə əməliyyatçılar onları hotelə apararaq orada müxtəlif yerlərdə dayanaraq müşahidə etməyə başlamışlar. Onlardan aşkar olunaraq götürülmüş narkotik vasitə olan bükümləri onlara verərək, müxtəlif mövqelərdə dayanmışlar. Narkotik vasitələrin sahibi Tohid və Səidlə telefon əlaqəsi saxlayaraq, onlara hansı hoteldə olduqlarını demişlər. Səid həmin narkotik vasitələri götürəcək şəxslərin hotelə gələcəklərini onlara deməliymiş. Səid həmin narkotik vastənin 4 nəfərə veriləcəyini demişdir. İrandan Səidin dediyi 4 nəfərin hansına narkotik vasitə veriləcəyini Səid telefonda onlara deməliymiş. Həmin şəxslərin adlarını onlara əvvəldən deməmişdir. Bundan sonra Səid onlarla telefon əlaqəsi saxlayaraq, bir nəfərin hotelə gələrək onlardan narkotik vasitə götürəcəyini bildirmişdir. Hotelin qapısı döyüləndə telefonda İrandan zəng edən şəxs onun xarici görünüşünü dediyi üçün həmin şəxsin dediyi adam olduğunu bilmişlər. Bir müddət keçəndən sonra əvvəllər tanımadığı, şəxsiyyəti ona sonradan məlum olan x32 hotelə gəlib, stolun üstünə 100 manat qoyub narkotik istəmişdir. Danil avtomobilində narkotik vasitəni çəkmək üçün tərəzi olduğunu bildirmişdir. Danilə narkotiki onlar verməmişlər. Danil 100 manatı stolun üstünə qoyub, stolda çəkisi çox olan iki bükümdə narkotik vasitəni götürmüşdür. Bu vaxt əməliyyatçılar müşahidə etdikləri yerdən çıxaraq Təqsirləndirilən şəxs3 saxlamışlar. Danil həmin anda narkotiki yerə atdığı vaxt onu əməliyyatçılar yaxalamışlar. Əməlindən peşman olmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyətlər olduğu üçün təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi ifadəsi elan edilmiş və ifadənin sonundakı imza təqsirləndirilən şəxsə təqdim edilmişdir.Belə ki, cinayət işinin 2-ci cild 14-17-ci vərəqələrində olan təqsirləndirilən şəxs qismində dindirmə protokolunda Təqsirləndirilən şəxs2 aşağıdakıları bildirmişdir: “... biz həmin narkotik vasitələri Səidin bizim yanımıza göndərəcəyi və özünün bizə dediyi kimi 4 nəfər şəxsə verəcəkdik və narkotik vasitələrin qarşılığında 2000 (iki min) manat pul alıb həmin pulu İranda Səid və Tohid adlı şəxslərə verəcəkdik...Danil bizə narkotik vasitələri aldıqdan sonra 1000 manat pul verməli idi, lakin narkotik vasitəni bizdən götürməzdən öncə bizə narkotik vasitənin qarşılığında 100 manat verdi.. .” Məhkəmə iştirakçıların suallarını cavablandıraraq Təqsirləndirilən şəxs2 bildirmişdir ki, ifadənin sonunda olan imza onun imzasıdır. İfadəsini qismən təsdiq edir. İfadəsində narkotik vasitəni 4 nəfərə cəmi 2000 manata satmaqları və həmçinin Danilin onlara 1000 manat əvəzində 100 manat verməsi düz yazılmayıb. Narkotik vasitəni İrandan Səidin dediyi 4 nəfər gəlib hissə-hissə götürməliymişlər. Ümumilikdə narkotik vasitəyə görə 20.000 manat pul onlara verilməli və onlar da həmin pulu İranda Səidə verməliymişlər. Onlara cəmi 800 manat qalmalı imiş. Ona təzyiq və təsir olmayıb, onlar könüllü istintaqa köməklik göstərmişlər. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsləri əvvəllər tanımamışdır. O, özü narkotik vasitələrdən istifadə edir, lakin narkotikin satışı ilə məşğul olmamışdır. Narkotik vasitələri tanımadığı şəxslərdən alaraq qəbul etmişdir. Səhv etmirsə 2009-cu ildə narkotik vasitə ilə tutulmuş və 6 il azadlıqdan məhrum edilmiş, 2014-cü ildə isə azadlığa buraxılmışdır. O, taksi sürücüsü kimi fəaliyyət göstərərək ailəsini dolandırmışdır. Taksi sürücüsü kimi fəaliyyət göstərən zaman təxminən 2018-ci ilin dekabr ayının əvvəllərində müştəri kimi idarə etdiyi avtomobilə əyləşən İran vətəndaşı Səid adlı şəxslə tanış olmuşdur. Onunla söhbət zamanı Səid özündə narkotik vasitələrin olduğunu, nə vaxt lazım olarsa ona narkotik vasitələr göndərə biləcəyini demişdir. O da narkotik vasitədən istifadə etdiyi üçün onunla razılaşmış və onlar biri-birilərinə telefon nömərələrini vermişlər. 03.01.2019-cu ildə Səid İrandan ona zəng vurub Azərbaycana narkotik vasitə göndərdiyini, həmin narkotik vasitələrin Bakı şəhərində “Boulevardd” hoteldə qalan İran İslam Respublikası vətəndaşlarında olduğunu bildirmişdir. O, Səidə 100 manat müqabilində narkotik vasitə alacağını bildirmişdir. Onun Səidlə 100 manat müqabilində 1,5 qram heroin almaq barədə danışıqları olub və o, 03.01.2019-cu il tarixdə günorta saatlarında “Boulevard” hotelinə getmişdir. Orada Səidin ona dediyi nömrəyə qalxıb, həmin nömrədə qapıdan içəriyə girdikdə 2 nəfər İran vətəndaşlarının içəridə olduğunu görmüş və Səidin narkotik vasitələr göndərdiyi şəxslərin həmin şəxslər olduğunu dəqiqləşdirdikdən sonra narkotik vasitələri almağın müqabilində 100 manat pulu stolun üstünə qoymuşdur. Onlara avtomobilində tərəzi olduğunu və aşağı düşüb narkotiki tərəzidə çəkib götürəcəyini demişdir. Bu vaxt əməliyyatçılar tərəfindən saxlanılmışdır. Narkotik vasitəni özü istifadə etmək üçün almışdır. Tutulduqdan sonra bilib ki, onun narkotik vasitələri əldə etmək üçün 100 manat pul verdiyi şəxslər İran Respublikasının vətəndaşları Arash Bigham və Təqsirləndirilən şəxs2dır. O, narkotik vasitəni istifadə etmək üçün almış, satmaq məqsədi olmayıb. Hərəkətindən peşman olmuşdur. Cinayət işinin 1-ci cild 62-63-cü vərəqəsində olan 03 yanvar 2019-cu il tarixli əməliyyat-axtarış tədbirinin keçirilməsinin gedişatı barədə protokol Təqsirləndirilən şəxs3 təqdim olunmuş. Təqdim edilmiş protokola əsasən Təqsirləndirilən şəxs3 bildirmişdir ki, protokolda olan imza onundur, o, təsdiq edir ki, 100 manat pulu verib, lakin, o, iki büküm - 169 qram narkotik götürməmişdir. Protokolu oxumadan imza etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs3 əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyətlər olduğu üçün təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi ifadəsi elan edilmişdir. Belə ki, cinayət işinin 1-ci cild 74-cü vərəqəsində olan izahatında Təqsirləndirilən şəxs3 aşağıdakıları göstərmişdir: “...02 yanvar 2019-cu ildə günorta saatlarında Səid İİRdan mobil telefonla mənə zəng vuraraq mal göndərdiyini və göndərdiyi mal Bakı şəhərinə çatdıqdan sonra mənə zəng vuracağını, bundan sonra həmin malı qəbul etməyimi bildirdi. Səidlə həmin malı 1500 manata danışmışdıq, malı qəbul etdikdən sonra onu satıb pulları ona verməli idim... .” Məhkəmə iştirakçıların suallarını cavablandıraraq Təqsirləndirilən şəxs3 bildirmişdir ki, izahatdakı imza ona məxsusdur, lakin izahatı təsdiq etmir, o, Səidlə narkotik vasitələri 1500 manata alacağını danışmamışdır. İzahatı oxumadan imzalamışdır. Həmçinin cinayət işinin 1-ci cild 101-103-cü vərəqələrində olan təqsirləndirilən şəxs qismində dindirmə protokolunda Təqsirləndirilən şəxs3 aşağıdakıları göstərmişdir: “... 03.01.2019-cu ildə Səid İrandan mənim istifadəmdə olan ***-***-**-** mobil nömrəmə zəng vurdu və Azərbaycana narkotik vasitə göndərdiyini, həmin narkotik vasitələrin Bakı şəhərində «Bulvar» adlı hoteldə qalan İİR-sı vətəndaşlarında olduqlarını, onların həmin hotelin hansı nömrəsində qaldıqlarını bildirdi. Mən Səidlə mobil telefon vasitəsi ilə 50 qram heroin alacağımı və həmin narkotik vasitələrə görə İran vətəndaşlarına 1000 manat (yəni hər qramına 20 manat) pul verəcəyimə dair razılığa gəldim... .” Məhkəmə iştirakçıların suallarını cavablandıraraq Təqsirləndirilən şəxs3 bildirmişdir ki, ifadənin sonunda olan imza onun imzasıdır, ifadəsini qismən təsdiq edir. O, ifadəsində 1000 manat verəcəyi barədə deməyib. Həmçinin ifadəsində Səidlə telefon vasitəsi ilə danışdığı zaman onunla 50 qram heroin alacağına və həmin narkotik vasitələrə görə İran vətəndaşlarına 1000 manat, yəni hər qramına 20 manat verəcəyi barədə söhbətləri olmayıb. Narkotik vasitələri əldə etdikdən sonra sataraq pullarını Səidə göndərəcəyi ilə bağlı Səidlə aralarında razılıq olmayıb. Protokolu oxumadan imzalamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsləri əvvəllər tanımamışdır. O, x27 x31 sərhəd nəzarəti bölməsinin zabit nəzarətçisi işləyir. 02 yanvar 2019-cu il tarixdə saat 09:00-dan 03 yanvar 2019-cu il tarixdə saat 09:00-dək Biləsuvar sərhəd nəzarəti məntəqəsində «Sənədlərin yoxlanışı giriş» sərhəd naryadı xidmətində olmuşdur. Həmin gün saat 15:36 radələrində İran İslam Respublikası vətəndaşı olan Bigham x4 İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini keçərkən pasportunu rəsmiləşdirilməsi üçün ona təqdim etmişdir. Xidmətə təyin olunmazdan əvvəl son zamanlar əsasən milliyyətcə azərbaycanlı olan, Azərbaycan Respublikasına 1-ci və ya 2-ci dəfə səfər edən, təqribən 20-30 yaş arası şəxslər tərəfindən İran İslam Respublikasının Parsabad, Aslandüz və Germi şəhərlərindən narkotik maddələrin daxili orqanlarında gizlədilmiş şəkildə Azərbaycan Respublikasına keçirilməsi hallarının olması və həmin şəxslərə vizaların da onları Azərbaycan Respublikasına göndərən şəxslər tərəfindən alınıb verilməsi barədə mütəmadi olaraq təlimatlandırılılmışlar. O da verilmiş təlimata əsasən həmin İran vətəndaşı olan Bigham x7 Azərbaycan Respublikasına gəlişinin səbəbinin öyrənilməsi məqsədilə onunla söhbət aparmağa başlamışdır. Həmin şəxslə söhbət zamanı onun hərəkətləri onda şübhə yaratdığından həmin şəxsin pasportunu rəmiləşdirdikdən dərhal sonra aidiyyəti üzrə növbə rəisi xidmətində olan Şahid3 bu barədə məlumat vermişdir. Onunla apardığı söhbət zamanı ondan üzərində qanunazidd əşya və ya narkotik olub-olmamasını soruşduqda o, təkidlə üzərində qanunazidd heç bir əşya və ya maddənin olmadığını bildirmişdir. Bir neçə dəqiqə sonra kapitan Şahid3 gələrək həmin şəxsin pasportunu götürüb, onunla təkrar söhbət aparmış və bundan sonra Bigham x7 üzərinə və əl yükünə baxış keçirilməsinə baxmayaraq onun üzərində və əl yükündə qadağan olunmuş əşya aşkar olunmamışdır. Bundan sonra həmin şəxs həkim müayinəsindən keçirilməsi üçün Biləsuvar rayon xəstəxanasına aparılmışdır. Sonradan ona məlum olub ki, müayinə zamanı Bigham x7 düz bağırsağında 3 bükümdə narkotik vasitəyə oxşar maddələr aşkar edilərək götürülmüşdür. Həmin maddələr hal şahidlərinin və saxlanılan şəxsin iştirakı ilə elektron tərəzidə qablaşdırılması ilə birlikdə çəkilmiş, 3 bükümdə olan maddənin təqribi çəkisinin 169 qram olması müəyyən edilmişdir. Müvafiq sənədləşdirmə işləri aparıldıqdan sonra materiallarla birlikdə saxlanılmış şəxslər aidiyyəti üzrə göndərilmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş x27 x31 sərhəd nəzarəti bölməsinin zabit nəzarətçisi Şahid3 eyni məzmunlu ifadə verərək Şahid2 dediklərini bir daha təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, o, x28 Axtarış Şöbəsində əməliyyat müvəkkili işləyir. Təqsirləndirilən şəxsləri əvvəllər tanımamışdır. 02 yanvar 2019-cu il tarixdə qaçaqmalçılıq yolu ilə külli miqdarda narkotik vasitəni İran İslam Respublikasından Azərbaycan Respublikasına gətirən İran İslam Respublikası vətəndaşları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 saxlanıldıqdan sonra aparılan sorğu zamanı həmin şəxslər qaçaqmalçılıq yolu ilə gətirdikləri narkotik vasitəni Azərbaycan Respublikasında kimlərə çatdıracaqlarını bilmədiklərini, bununla bağlı narkotik vasitəni İran İslam Respublikasında onlara verən Səid və Tohid adlı şəxslərlə əlaqə saxladıqdan sonra Səid və Tohid adlı şəxslərin narkotik vasitəni onlardan qəbul edəcək şəxsləri onların yanına göndərəcəyini bildirmişlər. Həmçinin narkotik vasitələri onlardan əldə edəcək şəxslərin cinayət başında yaxalanmaları məqsədi ilə keçiriləcək əməliyyat ekspermentində könüllü olaraq iştirak etmək istədiklərini demişlər. Bundan sonra Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birlikdə əməliyyat tədbirinin keçirilməsi ilə bağlı qərar qəbul edilmiş və İran İslam Respublikası vətəndaşları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 03 yanvar 2019-cu il tarixdə Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən “Boulevard” hotelinin 25/20-ci otağında əməliyyat heyətindən olan bəzi zabitlər və hal şahidləri ilə birlikdə yerləşdirilmişlər. 2 bükümdə təxmini çəkisi 169 qram olan narkotik vasitə əməliyyat tədbirində istifadə edilməsi üçün İran vətəndaşları olan Təqsirləndirilən şəxs2 və Bigham Arasha təqdim olunmuşdur. Təqsirləndirilən şəxs1 istifadəsində olan mobil telefon nömrəsi ilə “Whatsapp” proqramı vasitəsi ilə narkotik vasitələri İran İslam Respublikasından Azərbaycan Respublikasına qaçaqmalçılıq yolu ilə keçirmələri üçün onlara verən şəxslərdən Səid adlı şəxslə əlaqə saxlamış və aparılan danışıq zamanı Səid video görüntülü əlaqə quraraq hotelin yerini müəyyən edərək oraya 1-2 saat ərzində 1 nəfər şəxsin gələrək narkotik vasitələri onlardan qəbul edəcəyini bildirmişdir. Bir qədər sonra 1 nəfər naməlum şəxs İran İslam Respublikası vətəndaşlarının yerləşdirildiyi hotelin otağına gəlmişdir. Həmin vaxt otaqda əməliyyat heyətinin bəzi üzvləri və keçiriləcək əməliyyat tədbirinə cəlb edilmiş hal şahidləri müxtəlif yerlərdən əməliyyat tədbirini müşahidə edirmişlər. Narkotik vasitəni İran İslam Respublikası vətəndaşlarından əldə etmək üçün gələn şəxs otağa daxil olduqdan sonra Təqsirləndirilən şəxs1 telefonu vasitəsi ilə Səid adlı şəxslə əlaqə saxlayaraq narkotik vasitələri gətirən şəxslərin yanında olduğunu bildirmişdir. Bundan sonra isə İran vətəndaşlarından 2 büküm narkotik vasitə almaq üçün onlara 100 manat vermiş və Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməliyyat tədbirində istifadə edilməsi üçün verilmiş 2 bükümdə narkotik vasitəni götürüb otaqdan çıxmaq istəyərkən otaqda gizlənmiş əməliyyat heyətinin işçiləri tərəfindən saxlanılmışdır. Həmin şəxs saxlanıldıqdan sonra onun Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs3 olduğu müəyyən edilmiş və aparılan sorğu-sual zamanı Təqsirləndirilən şəxs3 səmimi olaraq narkotik vasitə əldə etmək üçün hotelə gəldiyini etiraf etmişdir. Təqsirləndirilən şəxs3 saxlanılarkən əlində olan narkotik vasitəni yerə atmaq istədikdə buna imkan verilməmiş və narkotik əlində tutulmuşdur. Şahid7 cinayət işinin 1-ci cild 61-63-cü vərəqələrində olan protokol elan edilmiş və protokolun sonundakı imza ona təqdim edilmişdir. Elan olunmuş protokola əsasən Şahid7 bildirmişdir ki, həmin protokolu təsdiq edir və ona təqdim olunmuş imza onun imzasıdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, o, H.x24 Sərnişin nəzarət şöbəsi rəisinin əməliyyat axtarış işləri üzrə müavini işləyir. 5 ildən çoxdur ki, əməliyyatçı kimi işləyir. Təqsirləndirilən şəxsləri əvvəllər tanımamışdır. 02 yanvar 2019-cu il tarixdə qaçaqmalçılıq yolu ilə külli miqdarda narkotik vasitəni İran İslam Respublikasından Azərbaycan Respublikasına gətirən İran İslam Respublikası vətəndaşları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 saxlanıldıqdan sonra aparılan sorğu zamanı həmin şəxslər qaçaqmalçılıq yolu ilə gətirdikləri narkotik vasitəni Azərbaycan Respublikasında kimlərə çatdıracaqlarını bilmədiklərini, bununla bağlı narkotik vasitəni İran İslam Respublikasında onlara verən Səid və Tohid adlı şəxslərlə əlaqə saxladıqdan sonra Səid və Tohid adlı şəxslərin narkotik vasitəni onlardan qəbul edəcək şəxsləri onların yanına göndərəcəyini bildirmişlər. Əlavə olaraq narkotik vasitələri onlardan əldə edəcək şəxslərin cinayət başında yaxalanmaları məqsədi ilə keçiriləcək əməliyyat eksperimentində könüllü olaraq iştirak etmək istədiklərini bildirmişlər. Bundan sonra Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birlikdə əməliyyat tədbirinin keçirilməsi ilə bağlı qərar qəbul edilib və İran İslam Respublikası vətəndaşları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Bakı şəhəri Xətai rayonu ərazisində yerləşən “Boulevard” hotelinin 25/20-ci otağında əməliyyat heyətindən olan bəzi zabitlər və hal şahidləri ilə birlikdə yerləşdirilmişlər. Təqsirləndirilən şəxs2 düz bağırsağından aşkar edilərək götürülmüş 2 bükümdə narkotik vasitə əməliyyat tədbirində istifadə edilməsi üçün İran vətəndaşları olan Təqsirləndirilən şəxs2 və Bigham Arasha təqdim olunmuşdur. Təqsirləndirilən şəxs1 istifadəsində olan mobil telefon nömrəsi ilə “Whatsapp” proqramı vasitəsi ilə narkotik vasitələri İran İslam Respublikasından Azərbaycan Respublikasına qaçaqmalçılıq yolu ilə keçirmələri üçün onlara verən şəxslərdən Səid adlı şəxslə əlaqə saxlamış və aparılan danışıq zamanı Səid video görüntülü əlaqə quraraq hotelin yerini müəyyən edərək oraya 1-2 saat ərzində 1 nəfər şəxsin gələrək narkotik vasitələri onlardan qəbul edəcəyini bildirmişdir. Bir qədər sonra 1 nəfər naməlum şəxs adları qeyd olunan İran İslam Respublikası vətəndaşlarının yerləşdirildiyi hotelin otağına gəlmişdir. Həmin vaxt otaqda əməliyyat heyətinin bəzi üzvləri və keçiriləcək əməliyyat tədbirinə cəlb edilmiş hal şahidləri yerləşdirilərək pərdənin arxasından, hamamdan əməliyyat tədbirini müşahidə etmişlər. Otaqda olan söhbətləri eşitmişlər və otaqda hər hansı münaqişə olmayıb. Narkotik vasitəni İran İslam Respublikası vətəndaşlarından əldə etmək üçün gələn şəxs otağa daxil olduqdan sonra Təqsirləndirilən şəxs1 telefonu vasitəsi ilə Səid adlı şəxslə əlaqə saxlayaraq narkotik vasitələri gətirən şəxslərin yanında olduğunu bildirmişdir. Bundan sonra isə İran vətəndaşlarından 2 büküm narkotik vasitə almaq üçün onlara 100 manat vermiş və Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməliyyat tədbirində istifadə edilməsi üçün verilmiş 2 bükümdə narkotik vasitəni götürüb otaqdan çıxmaq istəyərkən otaqda gizlənmiş əməliyyat heyətinin işçiləri tərəfindən saxlanılmışdır. Həmin şəxs saxlanıldıqdan sonra onun Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs3 olduğu müəyyən edilmiş və aparılan sorğu-sual zamanı Təqsirləndirilən şəxs3 səmimi olaraq narkotik vasitə əldə etmək üçün hotelə gəldiyini etiraf etmişdir. Təqsirləndirilən şəxs3 əməliyatçıları görən kimi əlində olan narkotik vasitəni yerə atmaq istəmiş, lakin buna imkan verilməyib narkotik əlində tutulmuşdur. Şahid8 cinayət işinin 1-ci cild 61-63-cü vərəqələrində olan protokol elan edilmiş və protokolun sonundakı imza ona təqdim edilmişdir. Elan olunmuş protokola əsasən Şahid8 bildirmişdir ki, həmin protokolu təsdiq edir və ona təqdim olunmuş imza onun imzasıdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş x29 Axtarış Şöbəsinin baş əməliyyat müvəkkili Şahid6 eyni məzmunlu ifadə verərək şahidlər Şahid7 və Şahid8 dediklərini bir daha təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsləri əvvəllər tanımayıb. O, heç yerdə işləmir. O, 03.01.2019-cu il tarixdə “Boulevard” hotelin yanında olduğu vaxt ona polis əməkdaşları yaxınlaşıb həmin oteldə keçiriləcək əməliyyat tədbirində hal şahidi qismində iştirak etməyini xahiş etmişlər. O, razılaşıb. Ona bildiriblər ki, 02 yanvar 2019-cu il tarixdə külli miqdarda narkotik vasitəni İran İslam Respublikasından Azərbaycan Respublikasına gətirən 2 nəfər İran İslam Respublikası vətəndaşları adları ona sonradan məlum olan təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 saxlanılmış, həmin şəxslərin gətirdikləri narkotik vasitəni Azərbaycan Respublikasında kimlərə çatdıracaqlarını bilmək üçün əməliyyat tədbiri keçirilir. Narkotik vasitəni təqsirləndirilən şəxslərin bağırsaqlarında keçirdiklərini bilmişdir. Narkotik vasitəni İran İslam Respublikasında onlara verən şəxslərlə əlaqə saxladıqdan sonra narkotik vasitəni onlardan qəbul edəcək şəxslərin həmin narkotik vasitələri götürəcəklərini və əlavə olaraq narkotik vasitələri onlardan əldə edəcək şəxsin cinayət başında yaxalanması məqsədi ilə polis əməkdaşları ilə birlikdə otelə getmişdir. Orada ondan başqa da hal şahidi olub. Təqsirləndirilən şəxslərdən götürülmüş narkotik vasitə əməliyyat tədbirində istifadə edilməsi üçün İran vətəndaşları Təqsirləndirilən şəxs2 və Bigham Arasha təqdim olunmuşdur. Onlar istifadələrində olan mobil telefon nömrəsi ilə “Whatsapp” proqramı vasitəsilə narkotik vasitələri İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirtmələri üçün narkotik vasitəni onlara verən Səid adlı şəxslə əlaqə saxladıqda Səid video görüntülü əlaqə quraraq hotelin yerini müəyyən edib oraya 1-2 saat ərzində 1 nəfər şəxsin gələrək narkotik vasitələri onlardan qəbul edəcəyini bildirmişdir. Bir qədər sonra 1 nəfər şəxsiyyəti ona sonradan məlum olan təqsirləndirilən şəxs x14 İslam Respublikası vətəndaşlarının yerləşdirildiyi otelin otağına gəlmişdir. Həmin vaxt əməliyyat heyətinin bəzi üzvləri, o, və digər hal şahidi əməliyyat tədbirini müşahidə etmək üçün görünməyən müxtəlif yerlərdə dayanmışlar. O, pərdənin arxasında dayanıb müşahidə etmişdir. Narkotik vasitəni İran İslam Respublikası vətəndaşlarından əldə etmək üçün gələn Təqsirləndirilən şəxs3 otağa daxil olduqdan sonra Təqsirləndirilən şəxs1 telefonu vasitəsi ilə Səid adlı şəxslə əlaqə saxlayaraq narkotik vasitələri gətirən şəxslərin yanında olduğunu bildirmişdir. Bundan sonra isə İran vətəndaşlarından 2 büküm narkotik vasitə almaq üçün onlara 100 manat verərək, narkotik vasitəni götürüb otaqdan çıxmaq istəyərkən həmin şəxs otaqda gizlənmiş əməliyyatçılar tərəfindən saxlanılmışdır. Sorğusual zamanı Təqsirləndirilən şəxs3 səmimi olaraq narkotik vasitə əldə etmək üçün otelə gəldiyini etiraf etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid10 ifadəsində göstərmişdir ki, o, taksi fəaliyyəti ilə məşğul olur. Təqsirləndirilən şəxsləri əvvəllər tanımamışdır. 03.01.2019cu il tarixdə “Boulevard” otelin yanında olduğu vaxt polis əməkdaşları yaxınlaşıb “Boulevard” oteldə keçiriləcək əməliyyat tədbirində hal şahidi qismində iştirak etməyini xahiş etdikdə, o, razalaşmışdır. Daha sonra onlar bildiriblər ki, 02 yanvar 2019-cu il tarixdə külli miqdarda narkotik vasitəni İran İslam Respublikasından Azərbaycan Respublikasına gətirən 2 nəfər İran İslam Respublikası vətəndaşları adları ona sonradan məlum olan təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 saxlanılmış, həmin şəxslərin gətirdikləri narkotik vasitəni Azərbaycan Respublikasında kimlərə çatdıracaqlarını bilmək üçün əməliyyat tədbiri keçirilir. Narkotik vasitəni İran İslam Respublikasında onlara verən şəxslərlə əlaqə saxladıqdan sonra narkotik vasitəni onlardan qəbul edəcək şəxslərin həmin narkotik vasitələri götürəcəklərini və əlavə olaraq narkotik vasitələri onlardan əldə edəcək şəxsin cinayət başında yaxalanması məqsədi ilə polis əməkdaşları ilə birlikdə hotelə getmişdir. Orada ondan başqa da hal şahidi olub. Təqsirləndirilən şəxslərdən götürülmüş narkotik vasitə əməliyyat tədbirində istifadə edilməsi üçün İran vətəndaşları Təqsirləndirilən şəxs2 və Bigham Arasha təqdim olunmuşdur. Onlar istifadələrində olan mobil telefon nömrəsi ilə “Whatsapp” proqramı vasitəsilə İran İslam Respublikasında olan onlara narkotik vasitəni verən Səid adlı şəxslə əlaqə saxladıqda Səid video görüntülü əlaqə quraraq hotelin yerini müəyyən edib oraya 1- 2 saat ərzində 1 nəfər şəxsin gələrək narkotik vasitələri onlardan qəbul edəcəyini bildirmişdir. Bir qədər sonra 1 nəfər şəxsiyyəti ona sonradan məlum olan təqsirləndirilən şəxs x14 İslam Respublikası vətəndaşlarının yerləşdirildiyi hotelin otağına gəlmişdir. Həmin vaxt əməliyyat heyətinin bəzi üzvləri, o, və digər hal şahidi əməliyyat tədbirini müşahidə etmək üçün müxtəlif yerlərdə dayanmışlar. O, hamamda dayanıb müşahidə etmişdir. Bütün danışıqları eşitmişdir. Narkotik vasitəni İran İslam Respublikası vətəndaşlarından əldə etmək üçün gələn Təqsirləndirilən şəxs3 otağa daxil olduqdan sonra telefon vasitəsi ilə Səid adlı şəxslə əlaqə saxlayaraq narkotik vasitələri gətirən şəxslərin yanında olduğunu, heç bir problemin olmadığını bildirmişdir. Bundan sonra isə İran vətəndaşlarından 2 büküm narkotik vasitə almaq üçün onlara 100 manat verərək, narkotik vasitəni götürmüşdür. O, gizləndikləri yerdən çıxarkən görüb ki, həmin ərəfədə gizlənmiş əməliyyatçılar Danil tərəfə yaxınlaşıblar. Bu an təqsirləndirilən şəxs əlində olan narkotiki dərhal yerə atmaq istəyib, lakin əməliyyatçılar ona belə imkan verməyib onu saxlamışlar. Sorğu zamanı Təqsirləndirilən şəxs3 narkotik vasitə əldə etmək üçün hotelə gəldiyini etiraf etmişdir. Proses iştirakçılarının suallarını cavablandıraraq bildirmişdir ki, narkotik vasitənin təqsirləndirilən şəxslərin bağırsağından aşkar olunduğunu bilib. O və digər hal şahidi hoteldə otaqda olanda təqsirləndirilən şəxslər İİR vətəndaşları artıq polis əməkdaşlarının tapşırığı ilə hərəkət etmiş, yəni polislərlə artıq əməkdaşlıq etmişlər. Həm təqsirləndirilən şəxslər, həm də İİR-dan danışan Səid adlı şəxs azərbaycan dilində danışmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsləri əvvəllər tanımamışdır. O, x27 x31 sərhəd nəzarəti bölməsində nəzarətçisi işləyir. 02 yanvar 2019-cu il tarixdə o, işdə olarkən onu və digər nəzarətçi Şahid5 «Biləsuvar» sərhəd nəzarəti məntəqəsinin inzibati binasına hal şahidi kimi dəvət etmişlər və bildirmişlər ki, İran İslam Respublikası vətəndaşları Təqsirləndirilən şəxs1 düz bağırsağından aşkar edilərək götürülmüş 3 bükülüyə, Təqsirləndirilən şəxs2 düz bağırsağından aşkar edilərək götürülmüş 2 bükülüyə baxış keçiriləcək və həmin baxışda hal şahidi kimi iştirak edəcəklər. Bundan sonra xidməti otaqlardın birində baxış başlanmışdır. Baxış zamanı Təqsirləndirilən şəxs1 götürülmüş ağ sellofana bükülmüş 3 bükümə baxış keçirilmiş, həmin bükümlərdə narkotik vasitələrə oxşar maddələr aşkar olunmuş, həmin maddələr elektron tərəzidə çəkilərək, təqribi çəkisinin 223 qram olması müəyyən edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 götürülmüş ağ sellofana bükülmüş 2 bükümdə narkotik vasitələrə oxşar maddələr aşkar olunmuş, həmin maddələr də elektron tərəzidə çəkilmiş və 2 bükümdə olan maddənin ümumilikdə təqribi çəkisinin 169 qram olması müəyyən edilmişdir. Həmin narkotik vasitələrə oxşar maddələr qablaşdırılaraq möhürlənmiş, bu barədə protokollar tərtib edilmiş və bütün iştirakçılar tərəfindən həmin protokol imzalanmışdır.Təqsirləndirlən şəxslərə qarşı hər hansı bir təsir və təzyiq olmayıb. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 eyni məzmunlu ifadə verərək Şahid1 dediklərini bir daha təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsləri əvvəllər tanımamışdır. O, 02 yanvar 2019-cu il tarixdə saat 09:00dan 03 yanvar 2019-cu il tarixdə saat 09:00-dək Biləsuvar sərhəd nəzarəti məntəqəsində «Sənədlərin yoxlanışı giriş» sərhəd naryadı xidmətində olmuşdur. Saat 15:36 radələrində İran İslam Respublikası vətəndaşı olan Təqsirləndirilən şəxs2 İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini keçərkən pasportunu rəsmiləşdirilməsi üçün ona təqdim etmişdir. Son zamanlar əsasən milliyyətcə azərbaycanlı olan, Azərbaycan Respublikasına bir neçə dəfə səfər edən, təqribən 20-30 yaş arası şəxslər tərəfindən İran İslam Respublikasının Parsabad, Aslandüz və Germi şəhərlərindən narkotik maddələrin daxili orqanlarında gizlədilmiş şəkildə Azərbaycan Respublikasına keçirilməsi hallarının olması və həmin şəxslərə vizaların da onları Azərbaycan Respublikasına göndərən şəxslər tərəfindən alınıb verilməsi barədə mütəmadi olaraq təlimatlandırıldıqlarından, verilmiş təlimata əsasən həmin şəxsin Azərbaycan Respublikasına gəlişinin səbəbinin öyrənilməsi məqsədilə onunla söhbət aparmağa başlamışdır. Həmin vaxt İran vətəndaşı olan Təqsirləndirilən şəxs2 özünü şübhəli apardığından həmin şəxsin pasportunu rəmiləşdirdikdən dərhal sonra aidiyyatı üzrə növbə rəisi Şahid3 bu barədə məlumat vermişdir. Onunla apardığı söhbət zamanı ondan üzərində qanunazidd əşya və ya narkotik olub-olmamasını soruşduqda Təqsirləndirilən şəxs2, təkidlə üzərində qanunazidd heç bir əşya və ya maddənin olmadığını bildirmişdir. Bundan sonra Şahid3 gələrək həmin şəxsin pasportunu götürüb, Təqsirləndirilən şəxs2 ilə təkrar söhbət aparmışdır. Təqsirləndirilən şəxs2 üzərinə və əl yükünə baxış keçirilməsinə baxmayaraq onun üzərində və əl yükündə qadağan olunmuş əşya aşkar olunmamışdır. Bundan sonra həmin şəxs həkim müayinəsindən keçirilməsi üçün Biləsuvar rayon xəstəxanasına aparılmışdır. Sonradan ona məlum olub ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 düz bağırsağından 2 bükümdə narkotik vasitəyə oxşar maddələr aşkar edilərək götürülmüşdür. Məhkəmə təqsirləndirilən şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin 1-ci cild 7-ci vərəqəsində olan Biləsuvar sərhəd nəzarəti məntəqəsinin rəisi, mayor Rauf Məmmədovun 02 yanvar 2019-cu il tarixli raportundan görünür ki, 02.01.2019-cu il tarixdə, saat 15:35 radələrində İran İslam Respublikasından Azərbaycan Respublikasına gələn İİR vətəndaşları Şahindej şəhər sakinləri Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 nakotik maddə əldə edərək AR-na gətirəcəkləri barədə daxil olmuş məlumat əsasında saxlanılaraq üzərlərinə və əl yüklərinə baxış keçirilərkən heç bir qanunazidd maddə və ya əşya aşkar edilmədiyi üçün, Biləsuvar Rayon Mərkəzi Xəstəxanasında daxili orqanları müayinə edilmiş, tibbi müdaxilə zamanı Təqsirləndirilən şəxs2 Hassanalinin daxili orqanı olan düz bağırsaqdan 2 (iki) bükümdə, ümumi təqribi çəkisi 169 qram, Təqsirləndirilən şəxs1 daxili orqanı olan düz bağırsaqdan isə 3 (üç) bükümdə ümumi çəkisi təqribi 223 qram olan, ümumilikdə qablaşdırmaları ilə birlikdə çəkisi 392 qram olan narkotik vasitə sayılan “heroin”ə bənzər kütlələr aşkar olunaraq götürülmüşdür. Cinayət işinin 1-ci cild 32-33-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 02 yanvar 2019-cu il tarixli götürmə və aşkar edilmiş bükümlərə baxış keçirilməsi barədə protokoldan görünür ki, İran İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs1 düz bağırsağından tibbi müdaxilə ilə xaric edilmiş ağ salafana bükülmüş 3 (üç) xırda bükülüyə baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs1 bükümlərin içərisində narkotik vasitə olan “heroin”ə oxşar kütləni İİR-nın Aslandüz şəhərində yaşayan “Səid” adlı İİR vətəndaşından aldığını, 800 manat müqabilində həmin bükülüləri düz bağırsağına yeridərək dövlət sərhədindən Azərbaycan Respublikasına keçirtdiyini bildirmişdir. Həmin bükülülərin salafanla birlikdə çəkisinin təqribi 223 qram olduğu məlum olmuşdur. Cinayət işinin 1-ci cild 34-35-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 02 yanvar 2019-cu il tarixli götürmə və aşkar edilmiş bükümlərə baxış keçirilməsi barədə protokoldan görünür ki, İran İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs2 düz bağırsağından tibbi müdaxilə ilə xaric edilmiş ağ salafana bükülmüş 2 (iki) bükülüyə baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs2 həmin bükümlərin içərisində narkotik vasitə olan “Heroin”ə oxşar kütləni İİR-nın Aslandüz şəhərində yaşayan Səid adlı İİR vətəndaşından aldığını, 800 manat pul müqabilində həmin bükülüləri düz bağırsağına yeridərək dövlət sərhədindən Azərbaycan Respublikasına keçirtdiyini bildirmişdir. Həmin bükülülərin salafanla birlikdə çəkisinin təqribi 169 qram olduğu məlum olmuşdur. Cinayət işinin 1-ci cild 41-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 02 yanvar 2019-cu il tarixli şəxsi axtarış, fiziki şəxsdə olan əşyaları yoxlama, əşyaların və sənədlərin götürülməsi haqqında protokoldan görünür ki, İranla Azərbaycan sərhədinin Biləsuvar sərhəd məntəqəsində saxlanılan İİR vətəndaşı Təqsirləndirilən şəxs1 üzərindən bir ədəd İİR-na aid pasport və sürücülük vəsiqəsi, həmçinin 1 ədəd “Xiaomi” markalı mobil telefon, 2 ədəd pul kartı, 1 ədəd 50, 1 ədəd 20, 1 ədəd 10, 2 ədəd 5, 10 ədəd 1, ümumilikdə cəmi 100 AZN, 1 ədəd mobil nömrə kartı, 1 ədəd üzərində “TOSHİBA” 16 GB yazılmış yaddaş kartı, 1 ədəd dəridən olan qəhvəyi rəngli kart qabı şəxsi axtarış zamanı götürülərək müvafiq qaydada qablaşdırılmışdır. Cinayət işinin 1-ci cild 43-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 02 yanvar 2019-cu il tarixli şəxsi axtarış, fiziki şəxsdə olan əşyaları yoxlama, əşyaların və sənədlərin götürülməsi haqqında protokoldan görünür ki, İranla Azərbaycan sərhədinin Biləsuvar sərhəd məntəqəsində saxlanılan İİR vətəndaşı Təqsirləndirilən şəxs2 üzərindən 1 ədəd İİR-na aid pasport, sürücülük vəsiqəsi, kimlik, bir ədəd hərbi xidmət kartının surəti, həmçinin 1 ədəd “NOKİA TA-1053” markalı mobil telefon, 1 ədəd gümüşü rəng saat, 1 ədəd sarı və gümüşü rəngli boyunbağı, 2 ədəd üzərində xaki rəngli qaşı olan üzük və üzərində qara rəngli qaşı olan gümüş üzük, 1 ədəd yanacaqdoldurma kartı, 3 ədəd pul kartı, 2 ədəd iş üçün icazə kartı, iki ədəd 20000, bir ədəd 10000, ümumilikdə 50000 İran rialı, 1 ədəd ətir, 16 ədəd fotoşəkil, 4 ədəd vizit kart, 1 ədəd açıq qəhvəyi rəngli köhnə pul qabı şəxsi axtarış zamanı götürülərək müvafiq qaydada qablaşdırılmışdır. Cinayət işinin 1-ci cild 61-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 03 yanvar 2019-cu il tarixli protokoldan görünür ki, 02.01.2019-cu il tarixdə Biləsuvar SNM-dən keçməklə İİR-dan Azərbaycan Respublikasına daxili orqanlarında narkotik vasitə gətirdikləri üçün saxlanılmış Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 sonuncunun daxili orqanından aşkar edilərək götürülmüş təxmini çəkisi 169 qram olan narkotik vasitə heroinə bənzər 2 bükümdə maddəni həmin narkotik maddələri qəbul etmək üçün “Boulevard Hotel”ə gələcək ilk şəxsin saxlanılması üçün qurulmuş əməliyyat tədbirində istifadə olunması məqsədilə onlara təqdim edilmişdir. Cinayət işinin 1-ci cild 62-63-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 03 yanvar 2019-cu il tarixli “14 nömrəli 03.01.2019-cu il tarixli əməliyyataxtarış tədbirinin keçirilməsinin gedişatı barədə” protokoldan görünür ki, İran İslam Respublikasından Azərbaycan Respublikasına daxili orqanlarında narkotik vasitə heroin keçirtmək istəyən iki nəfər İran vətəndaşı – Bigham x18 və Təqsirləndirilən şəxs2, SN-nin əməliyyatçıları və hal şahidlərinin iştirakı ilə 03 yanvar 2019-cu il tarixdə narkotik vasitələrin qeyri-qanuni dövriyyəsində iştirak edən AR vətəndaşlarının aşkar edilməsi üçün Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən “Boulevard hotel”in 25/20-ci otağında əməliyyat-axtarış tədbiri keçirilmiş və əməliyyat tədbiri zamanı saat 13:30-da Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs3 İran vətəndaşlarından təxmini çəkisi 169 qram olan 2 bükümdə heroinə oxşar maddəni alaraq onun müqabilində 100 manat verərkən SN-nin əməliyyatçıları tərəfindən saxlanılmışdır. Cinayət işinin 1-ci cild 73-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 03 yanvar 2019-cu il tarixli şəxsi axtarış, fiziki şəxsdə olan əşyaları yoxlama, əşyaların və sənədlərin götürülməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 üzərindən baxış zamanı 1 ədəd şəxsiyyət vəsiqəsi, 1 ədəd “MERCEDES BENZ- 230” markalı maşına aid qeydiyyat şəhadətnaməsi, 1 ədəd sahibkarlıq uçotu haqqında şəhadətnamə, 1 ədəd sürücülük vəsiqəsi, 1 ədəd nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında şəhadətnamə, həmçinin, qara rəngli, ekranı sınmış “HOFFMAN” markalı mobil telefon, bir ədəd 5 AZN, 2 ədəd maşın açarı, 1 ədəd avtomobil pultu, 1 ədəd avtomobil üçün brelok, 1 ədəd mobil telefon nömrəsi, 3 ədəd vizit kart, 3 ədəd yazılı kağız, asan gömrük xidməti kartı, 1 ədəd qara rəngli sənəd saxlamaq üçün qab, 1 ədəd mavi rəngli təsbeh və az miqdarda duza oxşar kristal kütlə götürülərək müvafiq qaydada qablaşdırılmışdır. Cinayət işinin 1-ci cild 75-76-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 03 yanvar 2019-cu il tarixli saxlanılan avtomaşına baxış keçirilməsi barədə prootkoldan görünür ki, Təqsirləndirilən şəxs3 idarə etdiyi “Mersedec Benz-230” markalı, “**-DH-***” dövlət nömrə nişanlı avtomobilə baxış keçirilmiş və baxış zamanı avtomaşının içərisindən narkotik vasitələr və ya digər iş üçün əhəmiyyət kəsb edən əşyalar aşkar edilməmişdir. Cinayət işinin 1-ci cild 81-83-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 03 yanvar 2019-cu il tarixli, 95 №-li ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd zərfdəki ağ kağız üzərində Təqsirləndirilən şəxs2 sözləri yazılmış 2 (iki) ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri – 78,218 qr., 76,315 qr., ümumi təmiz çəkisi – 154,533 qram və ağ kağız üzərində Təqsirləndirilən şəxs1 sözləri yazılmış 3 (üç) ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri – 50,685 qr., 56,765 qr., 45,210 qr., ümumi təmiz çəkisi – 152, 660 qram olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və ağ kağız üzərində Təqsirləndirilən şəxs3 sözləri olan bir ədəd bükümdə təmiz çəkisi – 0, 382 qram olan maddə narkotik vasitə, psixotrop maddə, güclü təsir edən və zəhərli maddələrə aid deyidlir. Tədqiqata təqdim edilmiş bir ədəd zərfdəki 5 (beş) ədəd bükümlərdə olan heroinlərin ümumi təmiz çəkisi – 307,193 qramdır. Cinayət işinin 2-ci cild 72-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 05 yanvar 2019-cu il tarixli mobil telefona baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 məxsus “Hoffman” markalı telefona baxış keçirilmiş, mobil telefonda olan simkart yerləri boş olmuş, telefonun ekranı zədələndiyindən istifadəyə yararsız olmuşdur. Cinayət işinin 2-ci cild 73-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 05 yanvar 2019-cu il tarixli mobil telefona baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 məxsus “Xiaomi’ markalı telefona baxış keçirilmiş, həmin telefonun üzərində “+98-***-***-**-**” saylı nömrə ilə 02 yanvar 2019-cu il tarixdə şəxsiyyəti istintaqa “Tohid” adı ilə məlum olan şəxsin istifadəsində olan +98-***-***- **-** saylı nömrə arasında 59 saniyəlik, şəxsiyyəti istintaqa “Səid” adı ilə məlum olan şəxsin istifadəsində olan +98-***-***-**-** nömrəsi ilə 20 saniyəlik, şəxsiyyəti istintaqa “Həsən Əşrəfi” adı ilə məlum olan şəxsin istifadəsində olan +98-***-***-**-** nömrəsi ilə zənglər olması müəyyən edilmişdir. Cinayət işinin 2-ci cild 74-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 05 yanvar 2019-cu il tarixli mobil telefona baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 məxsus “Nokia” markalı mobil telefona baxış keçirilmiş, telefonun ekranı zədələndiyindən istifadəyə yararsız olmuşdur. Cinayət işinin 2-ci cild 91-96-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 12 yanvar 2019-cu il tarixli sorğuya cavab məktubundan və məktuba əlavə edilmiş sərhədkeçmə məlumatlarından görünür ki, İİR vətəndaşı Təqsirləndirilən şəxs2 02.01.2019-cu il tarixdə İrandan Biləsuvar sərhəd məntəqəsindən Azərbaycan Respublikası ərazisinə keçmiş; İİR vətəndaşı Təqsirləndirilən şəxs1 02.01.2019-cu il tarixdə İrandan Biləsuvar sərhəd məntəqəsindən Azərbaycan Respublikası ərazisinə keçmiş; Təqsirləndirilən şəxs3 müxtəlif vaxtlarda bir neçə dəfə Biləsuvar və Culfa sərhəd məntəqəsindən Azərbaycan Respublikası ərazisindən çıxış və giriş etmişdir. Cinayət işinin 2-ci cild 97-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 14 yanvar 2019-cu il tarixli sorğuya cavab məktubundan görünür ki, İİR vətəndaşları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1, Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs3 dövlət sərhədini qanunsuz keçməsi, qaçaqmalçılıqla məşğul olması və digər hüquqazidd hərəkətləri barədə Əməliyyat Axtarış Baş İdarəsində məlumat mövcud deyil. Cinayət işinin 2-ci cild 138-ci vərəqəsidnə olan “xxxxxxxx” MMC-dən daxil olmuş 23 yanvar 2019-cu il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs3 istifadəsində “xxxxxxxx Telekom” MMC-də qeydə alınmış “***-***-**-**” mobil nömrəsi mövcuddur. Cinayət işinin 2-ci cild 140-cı vərəqəsində olan 22 yanvar 2019-cu il tarixli Sərhəd Nəzarətindən daxil olmuş əməliyyat tapşırığına cavab məktubundan görünür ki, İİR vətəndaşları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə əlaqəli olan Səid, Tohid və Həsən Əşrəfi adlı şəxslərin İİR Aslandüz məntəqə sakinləri təxminən 30-32 yaşlarında olan Səid Sərvi (mobil nömrə: +98-***-***-**-**), x47 (mobil nömrə: +98-***-***-**-**) və İİR Urmiya məntəqəsinin Şahindej kənd sakini 28-30 yaşlarında olan x48 olması müəyyən edilmiş, narkotik maddələri qarşılayacaq və ya qəbul edəcək şəxslər barədə məlumat əldə etmək mümkün olmamışdır. Cinayət işinin 2-ci cild 141-ci vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasından daxil olmuş 21 yanvar 2019-cu il tarixli, 602 №-li məktubdan görünür ki, İİR vətəndaşları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 və Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs3 arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmayıblar. Cinayət işinin 2-ci cild 145-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Cənub Ərazi Baş Gömrük İdarəsindən daxil olmuş 24 yanvar 2019-cu il tarixli, 1800-013/001-21/000301 №li məktubdan görünür ki, İİR vətəndaşları Təqsirləndirilən şəxs2 və Bigham x2 gömrük postunda İİR-dan Azərbaycan Respublikasına piyada gələrkən üzərlərində olan mallar barədə elektron və yazılı sadələşdirilmiş bəyannamə tədqim etməmişlər, həmçinin sorğusual zamanı gizlədilmiş və gömrük nəzarətinə mütləq bəyan olunmalı predmetin, həmçinin narkotik vasitə və psixotrop maddənin olmadığını bildirmişlər. Cinayət işinin 2-ci cild 146-147-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 28 yanvar 2019-cu il tarixli maddi sübut kimi tanınma haqqında qərardan görünür ki, 307,093 qram narkotik vasitə olan heroin maddi sübut kimi tanınmışdır. Cinayət işinin 2-ci cild 155-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsindən daxil olmuş 24 yanvar 2019-cu il tarixli, 1000-151/150-22/001899 №-li məktubdan görünür ki, İİR vətəndaşları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 haqqında hər hansı bir təqsirləndirici və nüfuzdansalıcı məlumat qeydə alınmamışdır. Cinayət işinin 2-ci cild 158-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 01 fevral 2019-cu il tarixli Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsindən daxil olmuş diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, 1-ci videogörüntüdə İİR vətəndaşları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 02 yanvar 2019-cu il tarixdə İran İslam Respublikasından Azərbaycan Respublikasına gəlişləri görünür. 2-ci videogörüntüdə həmin şəxslərin ayrı-ayrılıqda Biləsuvar Gömrük Postunun inzibati binasına daxil olmaları və sənədləri yoxlanışa verdikləri müəyyən olunur. Sonrakı görüntülərdə həmin şəxslərin rentgen aparatından keçməsi və daha sonra sərhədçilərin müşayiəti ilə Biləsuvar Gömrük Postunun inzibati binasından çölə çıxmaları görünür. Cinayət işinin 2-ci cild 159-cu vərəqəsində olan “xxxxxxx” MMC-dən daxil olmuş 30 yanvar 2019-cu il tarixli, AZF/LGL-2942/19 №-li məktubdan görünür ki, Təqsirləndirilən şəxs3 istifadəsində “xxxxxxx” MMC-yə aid “***-***-**-**” mobil nömrəsi mövcud olmuşdur. Cinayət işinin 2-ci cild 166-cı vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzindən daxil olmuş 21 yanvar 2019-cu il tarixli, 19/51-346 №-li məktubdan görünür ki, İİR vətəndaşları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 və Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs3 qeyd olunan ünvan üzrə Respublika Narkoloji Mərkəzində qeydiyyatda yoxdurlar. Cinayət işinin 2-ci cild 167-ci vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Biləsuvar Rayon Polis Şöbəsindən daxil olmuş 06 fevral 2019-cu il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, İİR vətəndaşları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası ərazisinə keçirdikləri narkotik vasitələri Azərbaycanda kimlərə veriləcəyi barədə hər hansı məlumat əldə etmək mümkün olmamışdır. Cinayət işinin 2-ci cild 179-181-ci vərəqələrində olan Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin x26 daxil olmuş 15 fevral 2019-cu il tarixli, 108-2-6/371/19 №-li məktubdan və məktuba əlavə edilmiş çıxarışlardan görünür ki, İİR-sı vətəndaşı Təqsirləndirilən şəxs2 məxsus “+**********00” saylı telefondan 04.10.2018-04.10.2019-cu il dövrü ərzində Azərbaycana daxil olan və çıxan zənglər aşkar edilməmişdir. Cinayət işinin 2-ci cild 182-184-cü vərəqələrində olan Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin x26 daxil olmuş 15 fevral 2019-cu il tarixli, 108-2-6/370/19 №-li məktubdan və məktuba əlavə edilmiş çıxarışlardan görünür ki, İİR-sı vətəndaşı Təqsirləndirilən şəxs1 məxsus “+**********22” saylı telefondan 04.10.2018-04.10.2019-cu il dövrü ərzində şəxsiyyəti istintaqa “Tohid” adı ilə məlum olan, narkotik vasitəni İran İslam Respublikasından Azərbaycan Respublikasına göndərən şəxsin istifadəsində olan “+98-***-***-**-**” saylı nömrə arasında 02.01.2019-cu il tarixdə 61 saniyəlik telefon danışığı olmuşdur. Cinayət işinin 2-ci cild 195-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 23 fevral 2019-cu il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, İİR-sı vətəndaşı Təqsirləndirilən şəxs2 məxsus +**********00 saylı nömrədən nə Azərbaycan Respublikası, nə də İran İslam Respublikasına məxsus nömrə ilə telefon danışığı aparılmamış və SMS yazışmaları qeydə alınmamışdır. Cinayət işinin 2-ci cild 196-cı vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 23 fevral 2019-cu il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, İİR-sı vətəndaşı Təqsirləndirilən şəxs1 məxsus “+**********22” saylı nömrə ilə şəxsiyyəti istintaqa “Tohid” adı ilə məlum olan, narkotik vasitəni İran İslam Respublikasından Azərbaycan Respublikasına göndərən şəxsin istifadəsində olan “+98-***-***-**-**” saylı nömrə arasında 02.01.2019-cu il tarixdə 61 saniyəlik telefon danışığı olmuşdur. Cinayət işinin 2-ci cild 200-201-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 25 fevral 2019-cu il tarixli “xxxxxxxx” MMC-in diskinə və məktubuna baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 istifadəsində olan “***- ***-**-**” saylı nömrə ilə İran operatoruna məxsus “+98-***-***-**-**” saylı nömrə arasında 29 dekabr 2018-ci il tarixdə saat 01:06-da 6 saniyəlik, 31 dekabr 2018-ci il tarixdə saat 19:42-də 42 saniyəlik, “+98-***-***-**-**” saylı nömrə arasında 30 dekabr 2018-ci il tarixdə saat 00:45-də 5 saniyəlik, saat 00:46-da 14 saniyəlik, “+98-***-***-**-**” saylı nömrə arasında 31 dekabr 2018-ci ildə saat 14:46-da 6 saniyəlik, 02 yanvar 2019-cu il tarixdə saat 18:03-də 4 saniyəlik, 03 yanvar 2019-cu il tarixdə saat 11:32-də 62 saniyəlik, “+98- ***-***-**-**” saylı nömrə arasında 03 yanvar 2019-cu il tarixdə saat 13:25-də 5 saniyəlik, şəxsiyyəti istintaqa Tohid adı ilə məlum olan şəxsin istifadəsində olan “+98-***-***-**-**” saylı nömrə arasında 03 yanvar 2019-cu il tarixdə saat 11:28-də 3 saniyəlik danışıqlar olmuşdur. Həmçinin Təqsirləndirilən şəxs3la “***-***-**-**” saylı nömrə arasında 26 dekabr 2018-ci ildə “Qardaşım sən deyən oldu, boş çıxdılar”, 27 dekabr 2018-ci ildə “Qaqaş mənə zəng eləmə, ortaya nə FRT çıxsa payımı demişəm gətirəcəyəm, uzağı səhər”, 02 yanvar 2019-cu ildə “Danil işin düzəldi” məzmununda sms yazışmaları, “***-***-**-**” mobil nömrəsi ilə “Qaqaş mən uşaqların pulunu almışam əllərindən, denən ya əmanəti verməliyəm, ya da pullarını qaytarmalıyam, ona görə dilxor olmuşam, mənə də cavab vermir, ona görə dilxor olmuşam, sən də söndürdün cavab vermirsən, pul lazım olanda mən verdim”, məzmunda sms yazışmaları, 30 dekabr 2018-ci ildə “***-***-**-**” saylı nömrə arasında “Qardaşım mən uşaqların pulunu almışam, dedim axşam əmanəti verim uşaqlara, sənnən bir cavab olmadı, onlar da dəqiqədə mənə zəng edirlər, xəstə uşaqdı deyir ya əmanəti ver, ya da pulu, gedim başqa yerdən başıma əlac edim”... “İş nə yerdədir, səndən cavab gözləyirəm, pulu kimdən götürmüşəm o da qardaşdı, Seymur xəstə uşaqlardı nə deyim onlara, deyir düzəlmir pulu ver gedib başımıza əlac edək”... “Məndədi əmanət inşallah dediyim vaxtda çataram, mən yaxşıyam” məzmununda sms yazışmaları olmuşdur. Cinayət işinin 2-ci cild 230-237-ci vərəqələrində olan Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin x26 daxil olmuş 15 mart 2019-cu il tarixli, 108-2-14/564-19 №-li məktubdan və cinayət işinin 2-ci cild 238-246-cı vərəqələrində olan 23 mart 2019-cu il tarixli baxış keçirilməsi haqqında protokollardan görünür ki, şəxsiyyəti istintaqa x48 adı ilə məlum olan şəxsin istifadəsində olan +98-***- ***-**-** saylı nömrə ilə İran operatoruna məxsus olan +98-***-***-**-** saylı nömrə arasında 19.10.2018-ci il tarixdə 1 halda (14 saniyəlik olmaqla) telefon danışığı aparılmış; Təqsirləndirilən şəxs3 istifadəsində olmuş “***-***-**-**” saylı nömrə ilə şəxsiyyəti istintaqa “Tohid” adı ilə məlum olan, narkotik vasitəni İran İslam Respublikasından Azərbaycan Respublikasına göndərən şəxsin istifadəsində olan “+98-***-***-**-**” saylı nömrə arasında 03.01.2019-cu il tarixdə saat 11:28-də 3 saniyəlik telefon danışığı olmuşdur. Zəng çıxarışlarında iş üçün əhəmiyyət kəsb hər hansı məlumat aşkar edilməmişdir. Cinayət işinin 3-cü cild 123-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsindən daxil olmuş 24 iyun 2019-cu il tarixli, 101-22781 №-li məktubdan görünür ki, Təqsirləndirilən şəxs3 03 yanvar 2019-cu il tarixdə saat 19:50 radələrində Xətai RPİ-nin MSY-nə daxil olmuşdur. 04.01.2019-cu il tarixdə saat 09:00 radələrində 38 saylı poliklinikanın həkimi Əliağa Ağayev tərəfindən müayinədən keçirilmiş, xəsarət aşkar edilməmiş və şikayəti olmaması barədə məlumat vermişdir. Cinayət işinin 3-cü cild 124-cü vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Suraxanı Rayon Polis İdarəsindən daxil olmuş 25 iyun 2019-cu il tarixli, 096- 15565-1219 №-li məktubdan görünür ki, Təqsirləndirilən şəxs3 barəsində Suraxanı RPİnə təqsirləndirici materiallar daxil olmamışdır. Cinayət işinin 3-cü cild 199-cu vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 09 avqust 2019-cu il tarixli saxlanılan avtomaşının təhvil verilməsi haqqında aktdan görünür ki, “Mersedes Benz-230” markalı “**-DH-***” dövlət nömrə nişanlı avtomobil Təqsirləndirilən şəxs3 oğlu x19 və işlək vəziyyətdə təhvil verilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs3 ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində “Boulevard” hoteldə olan İİR vətəndaşlarından birinə 100 manat pul verib, əvəzində narkotik vasitəni götürüb 100 AZN dəyərində olan hissəsini avtomobilində olan tərəzi ilə çəkə biləcəyini bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs3 göstərmişdir ki, narkotik vasitələri satış məqsədilə deyil, yalnız istifadə etməsi üçün əldə etmişdir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs3 narkotik vasitələrin satış məqsədilə deyil, istifadəsi üçün əldə etməsi barədə inkar edən ifadələri işin həmin hallarla bağlı məhkəmədə araşdırılmış sübutlarla müqayisəli təhlil edib onun həmin ifadələrinin həqiqətə uyğun olmayan və təqsirləndirilən şəxsin güman etdiyi cəzasını yüngülləşdirməyə cəhdi kimi qiymətləndirir. Belə ki, cinayət işinin 1-ci cild 75-76-cı vərəqələrində olan 03 yanvar 2019-cu il tarixli saxlanılan avtomaşına baxış keçirilməsi barədə prootkoldan görünür ki, Təqsirləndirilən şəxs3 idarə etdiyi “Mersedec Benz-230” markalı, “**-DH-***” dövlət nömrə nişanlı avtomobilə baxış keçirilmiş və baxış zamanı avtomaşından hər hansı tərəzi aşkar edilməmişdir. Cinayət işinin 2-ci cild 200-201-ci vərəqələrində olan 25 fevral 2019-cu il tarixli “xxxxxxxx” MMC-in diskinə və məktubuna baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 istifadəsində olan “***-***-**-**” saylı nömrə ilə 30 dekabr 2018-ci ildə “***-***-**-**” saylı nömrə arasında “Qardaşım mən uşaqların pulunu almışam dedim axşam əmanəti verim uşaqlara… onlar da dəqiqədə mənə zəng edirlər… deyir ya əmanəti ver, ya da pulu…” məzmununda sms yazışmaları olmuşdur. Cinayət işinin 1-ci cild 62-63-cü vərəqələrində olan 03 yanvar 2019-cu il tarixli “14 nömrəli 03.01.2019-cu il tarixli əməliyyat-axtarış tədbirinin keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 “Boulevard” hoteldə Təqsirləndirilən şəxs2 aşkar olunmuş 2 (iki) bükümdə olan, ümumi çəkisi 154,533 qram olan ( bax 03 yanvar 2019-cu il tarixli, 95 №-li ekspert rəyinə 1-ci cild 81-83-cü vərəqə) narkotik vasitəni götürən ərəfədə Sərhədə Xidmətinin əməkdaşları tərəfindən yaxalanmışdır. Bu isə bir daha ona dəlalət edir ki, Təqsirləndirilən şəxs3 154,533 qram narkotik vasitəni ibtidai istintaq vaxtı verdiyi izahat və ifadəsinə uyğun olaraq satış məqsədilə əldə etmişdir. Belə ki, cinayət işinin 1-ci cild 74-cü vərəqəsində olan izahatında Təqsirləndirilən şəxs3 aşağıdakıları göstərmişdir: “...02 yanvar 2019-cu ildə günorta saatlarında x61 Respublikasından mobil telefonla mənə zəng vuraraq mal göndərdiyini və göndərdiyi mal Bakı şəhərinə çatdıqdan sonra mənə zəng vuracağını, bundan sonra həmin malı qəbul etməyimi billdirdi. Səidlə həmin malı 1500 manata danışmışdıq, malı qəbul etdikdən sonra onu satıb pulları ona verməli idim... .” Bundan başqa cinayət işinin 1-ci cild 101-103-cü vərəqələrində olan Təqsirləndirilən şəxs3 şübhəli şəxs qismində dindirmə protokolunda Təqsirləndirilən şəxs3 aşağıdakıları göstərmişdir: “...Mən Səidlə mobil telefon vasitəsi ilə 50 qram heroin alacağımı və həmin narkotik vasitələrə görə İran vətəndaşlarına 1000 manat (yəni hər qramına 20 manat) pul verəcəyimə dair razılığa gəldim... .” Həmçinin Təqsirləndirilən şəxs1 cinayət işinin 1-ci cild 131-134-cü vərəqələrində olan ifadəsində göstərmişdir ki, Danil narkotik vasitələri aldıqdan sonra onlara 1000 manat pul verməli imiş, lakin 100 manat vermişdir. Göstərilən halı Təqsirləndirilən şəxs2 cinayət işinin 1-ci cild 156-159-cu vərəqələrində olan ifadəsində də təsdiq etmişdir. Məhkəmə kollegiyası nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs3 məhkəməyədək icraat zamanı verdiyi ilkin ifadəsi düzgün və həqiqətə uyğun gələn ifadədir, onun məhkəmə iclasında verdiyi ifadəsi isə həqiqətə uyğun olmayan, özünü cinayət məsuliyyətdən yayındırmaq məqsədi ilə verilmiş ifadədir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs3 verdiyi həmin ifadələr məhkəmədə araşdırılmış sübutlarla vəhdət təşkil edir və onları tamamlayır. Beləliklə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslərin, və şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkəmə belə nəticəyə gəlir ki; təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 onlara elan edilmiş ittiham üzrə cinayət əməlini törətməsində təqsirli olmaları kifayət qədər sübuta yetirildi. Məhkəmə təqsirləndirilən şəxslərin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 törətdikləri cinayət əməlləri düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif olunmuş, onlar, həmin maddələrdə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdırlar. Onların cinayət məsuliyyətindən və cəzadan azad olunmaları üçün əsaslar yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 25.06.2005-ci il tarixli və «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» 28.06.2005-ci il tarixli qanunlarının tələbləri baxımından da əsaslı hesab edir. Belə ki, «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanununa əsasən beynəlxalq adı «heroin» olan narkotik vasitənin 0,15 qramı şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. 2 qram və ondan artıq olan hissəsi isə külli miqdar hesab olunur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25.06.2005-ci il tarixli Qanununun tələblərinə və izahına əsasən isə həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (mad.1.0.9): məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyinə olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasiətələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad 1.0.8) hesab edilir. Bundan əlavə, həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər-narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respulikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli Qərarının 9-cu bəndində göstərilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitəni çəkib xırda bağlamalara bükməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 barəsində cəza təyin edərkən onların törətmiş olduqları cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətlərini, o cümlədən cəzalarını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onların islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin 2-ci cild 82-ci vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş x20 İdarəsindən daxil olmuş 07 yanvar 2019-cu il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 məhkumluğu olmamışdır. Cinayət işinin 2-ci cild 208-209 vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik x21 Məhkəmə Psixiatrik Ekspertizasının 22 yanvar 2019-cu il tarixli, 113 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Cinayət işi materiallarından və hal-hazırki psixiatrik müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs2 ona ittiham olunan əməl dövründə də xroniki psixi xəstəliyin, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəliyin əlamətləri aşkar olunmayıb. Təqsirləndirilən şəxs2 ona elan ittiham olunan əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs2 ona ittiham olunan əməl barəsində ANLAQLİ hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CMnin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır, yəni anlaqlıdır. Təqsirləndirilən şəxs2 öz psixi vəziyyətinə görə iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavrayıb təsvir etmək və istintaqa düzgün ifadə vermək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs2 hazırki psixi vəziyyətinə görə istintaq hərəkətlərində iştirak etmək qabiliyyətinə malikdir. Bigham Təqsirləndirilən şəxs2 hal-hazırda məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin 3-cü cild 70-71-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Ambulator x9 27 fevral 2019-cu il tarixli, 401 №-li rəyindən görünür ki, hal-hazırda Təqsirləndirilən şəxs2 müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmayır. Oghba x13 xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs2 Hassanlı oğlunun Azərbaycan Respublikası CMnin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran halları müəyyən etmədi. Cinayət işinin 2-ci cild 83-cü vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş x20 İdarəsindən daxil olmuş 07 yanvar 2019-cu il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 məhkumluğu olmamışdır. Cinayət işinin 2-ci cild 205-206-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik x21 Məhkəmə Psixiatrik Ekspertizasının 22 yanvar 2019-cu il tarixli, 114 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Cinayət işi materiallarından və hal-hazırki psixiatrik müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs1 ona ittiham olunan əməl dövründə də xroniki psixi xəstəliyin, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəliyin əlamətləri aşkar olunmayıb. Təqsirləndirilən şəxs1 ona elan ittiham olunan əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs1 ona ittiham olunan əməl barəsində ANLAQLİ hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CMnin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır, yəni anlaqlıdır. Təqsirləndirilən şəxs1 öz psixi vəziyyətinə görə iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavrayıb təsvir etmək və istintaqa düzgün ifadə vermək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs1 hazırki psixi vəziyyətinə görə istintaq hərəkətlərində iştirak etmək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs1 hal-hazırda məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin 3-cü cild 67-68-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Ambulator x9 20 fevral 2019-cu il tarixli, 342 №-li rəyindən görünür ki, hal-hazırda Təqsirləndirilən şəxs1 müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmayır. Bigham x1 xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən və Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran halları müəyyən etmədi. Cinayət işinin 2-ci cild 202-203-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik x21 Məhkəmə Psixiatrik Ekspertizasının 22 yanvar 2019-cu il tarixli, 115 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs3 hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Cinayət işi materiallarından və hal-hazırki psixiatrik müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs3 ona ittiham olunan əməl dövründə də xroniki psixi xəstəliyin, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəliyin əlamətləri aşkar olunmayıb. Təqsirləndirilən şəxs3 ona elan ittiham olunan əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs3 ona ittiham olunan əməl barəsində ANLAQLİ hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır, yəni anlaqlıdır. Təqsirləndirilən şəxs3 öz psixi vəziyyətinə görə iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavrayıb təsvir etmək və istintaqa düzgün ifadə vermək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs3 hazırki psixi vəziyyətinə görə istintaq hərəkətlərində iştirak etmək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs3 hal-hazırda məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin 3-cü cild 64-65-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Ambulator x9 13 fevral 2019-cu il tarixli, 292 №-li rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs3 TİRYƏK alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən NARKOMANİYA xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 3-cü cild 113-cü vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzindən daxil olan 25 may 2019-cu il tarixli, 19/51-4845 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs3 qeydiyyatda olduğu ərazi üzrə Respublika Narkoloji Mərkəzində dispanser qeydiyyata götürülmüşdür. Cinayət işinin 2-ci cild 227-ci vərəqəsində olan Azərbaycan Respublikası Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti Başçısının Əmircan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən daxil olmuş 24 fevral 2019-cu il tarixli, 25 №-li arayışdan görünür ki, Təqsirləndirilən şəxs3 ailə tərkibinə həyat yoldaşı 16.05.1962-ci il təvəllüdlü x25, oğulları 13.03.1990-cı il təvəllüdlü x41, 28.10.1992-ci il təvəllüdlü x41 və qızı 06.07.1994cü il təvəllüdlü x38 daxildir. Cinayət işinin 2-ci cild 228-ci vərəqəsində olan Azərbaycan Respublikası Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti Başçısının Əmircan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən daxil olmuş 24 fevral 2019-cu il tarixli, 26 №-li xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs3 barəsində Əmircan qəsəbə nümayəndəliyinə heç vaxt şikayət daxil olmayıb. Cinayət işinin 2-ci cild 84-85-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş x20 İdarəsindən daxil olmuş 07 yanvar 2019-cu il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 05 sentyabr 1996-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 120.1, 207.3-cü maddələri ilə təqsirli bilinərək, CM-nin 38-ci maddəsi tətbiq edilməklə 05 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Prezidentinin 19 may 2000-ci il tarixli, 3A 339 №-li fərmanı ilə Əfv edilmiş; cinayət işinin 2-ci cild 218-221-ci vərəqələrində olan x50 İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 17 avqust 2009-cu il tarixli, 1(101)-965/2009 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1, 234.4.3-cü maddələri ilə təqsirli bilinərək, CM-nin 66.3 və 93.1.4-cü maddələri tətbiq edilməklə 06 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş; Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 31 iyul 2013-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs3 barəsində narkotikdən məcburi müalicə tədbiri ləğv edilmiş; cinayət işinin 3-cü cild 237-240-cı vərəqələrində olan Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 18 mart 2014-cü il tarixli qərarı ilə 19 mart 2014-cü il tarixdə cəzasının çəkilməmiş 01 il 01 ay 05 gün müddətini çəkməkdən azad olunmuş; cinayət işinin 4-cü cild 86-87-ci vərəqələrində olan Bakı Apellyasiya Məhkəməsinin 30 oktyabr 2014-cü il tarixli qərarına əsasən Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 18 mart 2014cü il tarixli qərarı ləğv edilmiş və cəzasının çəkilməmiş 01 il 01 ay 05 gününü çəkməsi üçün Təqsirləndirilən şəxs3 cəzaçəkmə müəssisəsinə qaytarılmış; Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 06 mart 2015-ci il tarixli qərarına əsasən MTCM-ə keçirilib, 05 dekabr 2015-ci il tarixdə cəzasının sonu ilə azad edilib. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı x50 işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 25 may 2009-cu il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3, 83.4-cü maddələrinin mənasına görə şəxs cinayətlərin və ya hökmlərin məcmusu üzrə məhkum olunduqda, məhkumluğun ödənilmə müddətinin axımı cinayətlərin və ya hökmlərin məcmusu üzrə təyin edilmiş qəti cəzanın çəkilib qurtarması və ya cəzadan azad edilməsi anından başlayaraq, cinayətlərin hər təsnifatı üçün müstəqil şəkildə hesablanmalıdır. Azərbaycan Respublikası CM-in 83.1-ci maddəsinə müvafiq olaraq cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. “Azərbaycan Respublikası CM-nin 83.2-ci maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 08 iyul 2008-ci il tarixli qərarında göstərilmişdir ki, CM-nin 83.1-ci maddəsindən göründüyü kimi məhkumluq cinayət törətməyə görə müəyyən cəza növünə məhkum edilmiş şəxs barəsində məhkəmənin ittiham hökmünün qanuni qüvvəyə mindiyi gündən başlanır və bütün cəzaçəkmə müddəti ərzində və cəzaçəkmə müddətindən sonrakı dövrdə qanunla müəyyən edilmiş müddətlər çərçivəsində davam edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən 06 il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası CM-nin 18.2.2-ci maddəsinə qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə, cinayətlərin təhlükəli residivini yaradır. Göründüyü kimi Təqsirləndirilən şəxs3 məhkumluğu ödənilməmiş və cinayətin təhlükəli residivini yaradır. Məhkəmə Təqsirləndirilən şəxs3 müsbət xasiyyətləndirilməsini Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə müvafiq olaraq cinayətlərin təhlükəli residivini Təqsirləndirilən şəxs3 cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs3 əməli cinayətlərin təhlükəli residivini yaratdığından, məhkəmə cəza təyini zamanı Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsini nəzərə alır. Belə ki, təhlükəli residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin üçdə ikisindən az ola bilməz. Həmçinin məhkəmə Təqsirləndirilən şəxs3 narkomaniya xəstəliyi aşkar olunduğu və narkomaniyadan məcburi müalicəyə ehtiyacının olmasını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93-1-ci maddəsinə əsasən onun barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilməsini və ərazi narkoloji dispanserində qeydiyyata alınmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə kollegiyası belə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Bigham x17 və Təqsirləndirilən şəxs3 yalnız azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Bununla yanaşı, cinayət işinin materiallarından görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Bigham x4 İslam Respublikası vətəndaşlarıdırlar. Məhkəmə belə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Bigham x4 İslam Respublikası vətəndaşı olduqlarından, onlara cəza təyin edilərkən, onlar əsas cəza növünü çəkdikdən sonra barələrində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-ci maddəsində nəzərdə tutulan Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma növündə əlavə cəzanın da təyin edilməsi məqsədə uyğundur. Belə ki, Azərbaycan Respublikası 52.1-ci maddəsində qeyd edilmişdir ki, Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Bigham x12 təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə görə, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən olunur. Təqsirləndirilən şəxs3 təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə görə, cinayətlərin residivi zamanı azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən olunur. Qeyd edilənlərlə yanaşı, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Bigham x17 və Təqsirləndirilən şəxs3 barəsində seçilmiş həbs qətimkan tədbirlərinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. Belə ki, Təqsirləndirilən şəxs2 ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı müvafiq olaraq 02 yanvar 2019-cu il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin 1-ci cild 42-ci vərəqəsində olan inzibati qaydada tutma protokolu 02 yanvar 2019-cu il tarixdə tərtib edilmişdir. Həmçinin cinayət işinin 2-ci cild 33-35-ci vərəqələrində olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 04 yanvar 2019-cu il tarixli, 4(009)-6/2019 №-li təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi barədə qərarı ilə Təqsirləndirilən şəxs2 barəsində həbsetmənin əvvəli 02 yanvar 2019-cu ildən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Digər təqsirləndirilən şəxs Bigham x12 ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı müvafiq olaraq 02 yanvar 2019-cu il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin 1-ci cild 40-cı vərəqəsində olan inzibati qaydada tutma protokolu 02 yanvar 2019-cu il tarixdə tərtib edilmişdir. Həmçinin cinayət işinin 1-ci cild 242-244-cü vərəqələrində olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 04 yanvar 2019-cu il tarixli, 4(009)-7/2019 №-li təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi barədə qərarı ilə Bigham x17 barəsində həbsetmənin əvvəli 02 yanvar 2019-cu ildən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs3 ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı müvafiq olaraq 03 yanvar 2019-cu il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin 1-ci cild 72-ci vərəqəsində olan inzibati qaydada tutma protokolu 03 yanvar 2019-cu il tarixdə tərtib edilmişdir. Cinayət işinin 1-ci cild 95-ci vərəqəsində olan cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokol da 03 yanvar 2019-cu il tarixdə tərtib edilmiş və cinayət işinin 1-ci cild 208-210-cu vərəqələrində olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 04 yanvar 2019cu il tarixli, 4(009)-8/2019 №-li təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi barədə qərarı ilə Təqsirləndirilən şəxs3 barəsində həbsetmənin əvvəli 03 yanvar 2019-cu ildən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 91,76 (doxsan bir manat yetmiş altı qəpik) Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 müştərək qaydada tutularaq dövlət nəfinə keçirilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99.1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99.1.1-ci maddəsində qeyd edilmişdir ki, xüsusi müsadirə cinayət hüquqi tədbiri aşağıda göstərilən əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla). Azərbaycan Respublikası CM-nin 99-3.1-ci maddəsinə əsasən müsadirə məsələsi həll olunarkən ilk növbədə cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan ödənilməlidir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 cinayət yolu ilə əldə etdiyi əmlakları müəyyən edilməmiş, istintaq zamanı onlara məxsus hər hansı bir əmlak üzərinə həbs qoyulmamış, mülki iddia yoxdur. Buna əsasən məhkəmə hesab edir ki, onlara xüsusi müsadirə tətbiq olunmamalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsinin maddi sübutların saxlanc yerində saxlanılan 307,093 qram heroin məhv edilməlidir. Həmçinin, DSX-nin Maliyyə-Plan İdarəsində saxlanılan və əməliyyat axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs3 İİR vətəndaşlarından narkotik vasitə alarkən təqdim etdiyi 100 manat dövlət nəfinə müsadirə edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsində qeyd edilmişdir ki, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə hökm çıxararkən məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti və dəyəri olmayan digər əşyalar olmadıqda isə məhv edilməlidir; maraqlı şəxslərin vəsatəti olduqda isə onlara verilə bilər; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; cinayət yolu ilə əldə edilmiş və ya cinayətin predmeti olan pul və qiymətli əşyalar məhkəmənin hökmü ilə cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilir, zərər çəkmiş şəxs məlum olmadıqda isə dövlətin nəfinə keçirilir, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılır və ya maraqlı təşkilatlara və şəxslərə verilir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25.06.2003-cü il tarixli və “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04.03.2011-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H ö k m e t d i:
1. Təqsirləndirilən şəxs2Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə 06 (altı) il müddətə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 08 (səkkiz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 qəti olaraq 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəli 02 yanvar 2019-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-ci maddəsinə əsasən təyin olunmuş əsas cəzasını çəkib qurtardıqdan sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın. Təqsirləndirilən şəxs2 barəsində xüsusi müsadirə tətbiq edilməsin.
2. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə 06 (altı) il müddətə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 08 (səkkiz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 qəti olaraq 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. A.E.Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. A.E.Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli 02 yanvar 2019-cu il tarixdən hesablansın. A.E.Təqsirləndirilən şəxs1barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. A.E.Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-ci maddəsinə əsasən təyin olunmuş əsas cəzasını çəkib qurtardıqdan sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın. A.E.Təqsirləndirilən şəxs1barəsində xüsusi müsadirə tətbiq edilməsin.
3. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə 06 (altı) il müddətə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs3 qəti olaraq 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs3 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs3 cəzaçəkmə müddətinin əvvəli 03 yanvar 2019-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 barəsində xüsusi müsadirə tətbiq edilməsin. Təqsirləndirilən şəxs3 barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Ekspertiza xərcləri olan 91,76 (doxsan bir manat yetmiş altı qəpik) Təqsirləndirilən şəxs2, Bigham x22 və Təqsirləndirilən şəxs3 müştərək qaydada tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış və Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsinin maddi sübutların saxlanc yerində saxlanılan 307,093 qram heroin məhv edilsin, həmçinin, DSX-nin Maliyyə-Plan İdarəsində saxlanılan və əməliyyat axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs3 İİR vətəndaşlarından narkotik vasitə alarkən təqdim etdiyi 100 manat dövlət nəfinə müsadirə edilsin. Hökmdən elan olunduğu vaxtdan, təqsirləndirilən şəxslərə isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarıldıqdan 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir.