Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-367/2023 26.04.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Ağakərim oğlu Kərimovun sədrliyi ilə, hakimlər Rasim Əkrəm oğlu Sadıxovdan və X3 Məmmədovadan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, X5, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, müdafiəçi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, 4 saylı Vəkil bürosunun vəkili X6 iştirakları ilə Təqsirləndirilən şəxs, xx xxxxxx 1997-ci il ildə Masallı rayonu, Qızılağac kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, məhkumluğu olmayan, Masallı rayonu, Qızılağac kəndində qeydiyyatda olub Bakı şəhəri, Suraxanı rayonu, Hövsan kəndi, Mağaza küçəsi, 13 saylı evdə yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidməti 3 saylı İstintaq Təcridxanasında saxlanılan. Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 28 oktyabr 2021-ci il tarixdə saat 23:00 radələrində Zərərçəkmiş şəxs1 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, S.Qılmanov küçəsi, ev 173-də yerləşən fərdi yaşayış evinin darvazasını açıb həyətə daxil olaraq, orada saxlanc yeri kimi istifadə olunan qarajın giriş qapısının üzərində olan qıfılı sındırıb qanunsuz olaraq ora daxil olaraq, oradan 1000 manat dəyərində bir ədəd işlənmiş vəziyyətdə olan “Dəmir Döküm” markalı kombi istilik aparatını gizli talayaraq, Zərərçəkmiş şəxs1 1000 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 27 mart 2022-ci il tarixdən 03 aprel 2022-ci il tarixədək olan müddət ərzində usta olaraq işlədiyi Zərərçəkmiş şəxs2 Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar massivində olan nömrəsiz fərdi yaşayış evinin həyətindən, zirzəmisindən və 1-ci mərtəbəsində olan otaqlarından 60 ədəd 700 manat dəyərində armaturları, 500 manat dəyərində elektrik naqillərini, 900 manat dəyərində avtomobil ehtiyyat hissəsi olan ötürücülər qutusunu vahid niyyətlə əhatə olunan qəsdlə gizli yolla talayaraq zərərçəkmiş Zərərçəkmiş şəxs2 2100 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 06 aprel 2022-cü il tarixdə saat 03:00 radələrində Zərərçəkmiş şəxs3 Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Dədə Qorqud massivində yerləşən fərdi yaşayış evinə hasarın üzərindən aşmaq yolu ilə evinin həyətinə qanunsuz daxil olaraq yaşayış sahəsi hesab olunan evin plastik pəncərəsini özü ilə gətirdiyi vintaçan ilə açaraq evdən bir ədəd 30 manat dəyərində perefaratoru, bir ədəd 30 manat dəyərində direl, bir ədəd 30 manat dəyərində kəsər, bir ədəd 25 manat dəyərində elektrik peçini, bir ədəd 35 manat dəyərində elektrik su qızdırıcını, bir top 20 manat dəyərində televizor antena naqlini, bir top 26 manat dəyərində internet naqilini, bir bağlaması 27 manat, ümumi dəyəri 54 manat olan iki bağlama qaya markalı dördlük elektrik naqillərini gizli yolla talayaraq zərərçəkmiş Zərərçəkmiş şəxs3 ümumilikdə cəmi 250 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs satış məqsədi ilə 07 iyun 2022-ci il tarixdə, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən külli miqdarda narkotik vasitə heroin alaraq üzərində saxlayaraq daşımış, Suraxanı RPİ-nin 30-cu polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində satış məqsədi ilə qanunsuz olaraq narkotik maddələri əldə etmə, saxlamasında, daşınmasında şübhəli bilinərək 11 iyun 2022-ci il tarixdə saat 17:15 dəqiqədə Suraxanı rayonu, Hövsan qəsəbəsi, Məktəbli küçəsində yaşadığı ünvanın yaxınlığında saxlanılıb, Suraxanı RPİ-nin 30-ci PŞ-nə aparılaraq, üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilərkən əynində olan boz cins şalvarın sağ yan cibindən üç ədəd şəffaf sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,177 qr, 1,750 qr, 0,705 qram ümumilikdə külli miqdarda 3,632 qram təmiz çəkidə kustar üsulla hazırlanmış qəhvəyi rəngli narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs ifadələrində ona Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3-cü və 234.4.3-cü maddələri ilə elan edilmiş ittihamda Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə özünü tam təqsirli, Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittihamda nəzərədə tutulan əməli törətməkdə isə özünü qismən təqsirli bilib ifadələrində göstərdi ki, 28 oktyabr 2021-ci il tarixdə saat 23:00 radələrində yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, S.Qılmanov küçəsi ilə piyada hərəkət edən vaxtı həmin küçədə həyət evlərinin birinin qapısının açıq olmasını görmüşdür. Pula ehtiyacı olduğu üçün həmin evdən oğurluq etmək qərarına gəlib həyətə daxil olmuşdur. Həyətdə evin sağ tərəfində yerləşən qarajın qapısını yerdən götürdüyü armaturla açıb içəri daxil olub orada “Dəmir Döküm” markalı kombini görüb kombinin alt hissəsinə birləşdirilmiş plastik borunu əli ilə açıb ayırdıqdan sonra kombini götürüb yaşadığı evin həyətinə aparmışdır. Sonra isə həmin günü aparıb Hövsan qəsəbəsində yerləşən əlvan metal qəbulu emalatxanasında işləyən Orxan adlı şəxsə 47 manata sataraq, əldə etdiyi pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Özü suvaq və malyar ustasıdır. Bəzən atası ilə birlikdə, bəzən də tək işləmişdir. 2021-ci ilin mart ayının əvvələrində atası ona Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar massivində Zərərçəkmiş şəxs2 həyətindəki evinin arxasında olan hasarı hörmək lazım olmasını dedi. O da gedib atası ilə birlikdə hasarı bir gün ərzində hörmüşdür. Zərərçəkmiş şəxs2 da onların zəhmət haqqını tam olaraq ödəmişdir. Həmin ev zirzəmindən və iki mərtəbədən ibarət idi. Evin həyəti tam olaraq mişar daşları ilə hasarlansa da darvazası, eləcədə yaşayış evinin qapısı və giriş-çıxış qapısının qarşısında pilləkən yox idi. Evə daxil olmaq üçün müvəqqəti qoyulmuş taxta piləkənlə qalxmaq mümkün idi. Evə daxil olan kimi evin holl tipində mətbəx və qonaq otağı var. Birinci və ikinci mərtəbələr arasında beton pilləkan var. Evin yataq otaqları ikinci mərtəbədədir. Evin birinci mərtəbəsi mətbəx və qonaq otağından ibarətdir. Onun usta olaraq həmin otaqlara keçmək hüququ olmuşdur. Sonrakı günlərdə həmin evin həyətinin torpağını hamarlamaq işi də ona tapşırılmışdır. Bunun üçün Zərərçəkmiş şəxs2 ona 300 manat ödəyəcəyini demişdi. O da 27 mart 2022-ci il tarixdə işə başlamış, 04 aprel 2022-ci il tarixədək orada işləmişdir. Həmin günlərdə evdən oğurluq etmək qərarına gəlmişdir. 30 mart 2022-ci il tarixdə evin içərisində olan naqilləri, eləcədə su matoruna gedən naqilləri söküb torbalara yığmışdır. Bundan sonra Suraxanı rayonu, Hövsan qəsəbəsi, Dənizkənarı küçəsində olan Orxan adlı şəxsin işlətdiyi metal qəbulu məntəqəsinə apamaq üçün işlədiyi evin yaxınlığından yük daşıyan “Qaz 31” markalı avtomobil saxlayaraq oğurladığı həmin əşyları avtomobilə yükləyərək aparıb, Orxan adlı metal qəbulçusuna 30 manata satmış, avtomobilin sürücüsünə həmin puldan 5 manat yol haqqı vermişdir. Avtomobilin sürücüsünə, eləcə də metal qəbul edən Orxana həmin naqilərin özünə məxsus olduğunu metallom olduğundan satdığını bildirmişdir. Sonrakı günlərdə həyətdən və evdən armatur və digər metalları götürərək aparıb, Orxana satmışdır. Axırıncı dəfə 3 aprel 2022-ci il tarixdə işlədiyi həmin evin mətbəxində olan avtomobilin sürət ötürücü qutusunu həyətdən götürdüyü torbaya qoyub və 210 saylı marşurutda işləyən avtobusla Orxanın işlətdiyi metal qəbulu məntəqəsinə gedib, həmin ötürücü qutusunu 30 manata sataraq, əldə etdiyi pulu xərcləmişdir. Sabahısı gün ev sahibi Zərərçəkmiş şəxs2 gəlib, həyətə və evə baxdıqda oğurluqda ondan şübhələndiyini bildirmiş və həmin malları geri qaytarmasını tələb etdi. O isə oğurluq etdiyini inkar etmişdir. Bundan sonra Zərərçəkmiş şəxs2 ətrafda olan müşahidə kameralarına baxmış və onun Familin evindən oğurladığı avtomobil sürətötürücüsü qutusunu Orxanın metal qəbul məntəqəsinə verdiyini aşkar edərək, kamera görüntülərini çıxararaq ona göstərmişdir. O da ona göstərilən görüntülərdə əynində göy rəngli paltar olan şəxsin həqiqətən də özü olduğunu etiraf etmişdir. Zərərçəkmiş şəxs2 bildirdiyi əşyaları onun evindən və həyətindən həqiqətən də o oğurlamışdır. Zərərçəkmiş şəxs2 evindən və həyətindən oğurladığı əşyaların ümumi dəyəri 700 manatdan çox olmazdı. Avtomobil sürət qutusu istismara yararsız idi. Ona görə də Zərərçəkmiş şəxs2 həmin əşyaları ümumilikdə 2100 manat olaraq qiymətləndirməsi ilə razı deyildir. O, 06 aprel 2022-ci il tarixdə saat 03:00 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Dədə Qorqud qəsəbəsində, Bağlar massivində yaşayış olmayan nömrəsiz fərdi yaşayış evinə plastik pəncərəsindən daxil olmaqla ordan bir ədəd perefarator, bir ədəd direl, bir ədəd kəsər, 1 ədəd elektrik peçini, bir ədəd elektrik su qızdırıcını, bir top televizor antena naqlini, bir top internet naqilini, elektrik naqilləri topunu oğurlayıb müxtəlif ünvanlarda satıb pul əldə etmiş və həmin pulu şəxsi ehtiyaclarına xərcləmişdir.O, narkotik vasitə heroindən istifdə edir. Təxminən 7 iyun 2022-ci il tarixdə Bakı şəhəri Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində uzdən tanıdığı, adını, ünvanını bilmədiyi şəxsə 20 manat verməklə ondan şəxsi istifadəsi üçün üç bükümdə heroin alıb, həmin gün bir qismini istifadə edib, qalan hissəsini sonra istifadə etmək üçün üzərində saxlamışdır. 11 iyun 2022-ci il tarixdə saat 17:15 radəsində Suraxanı rayonu, Hövsan qəsəbəsi, Məktəbli küçəsi ünvanında yaşadığı evin yaxınlığında olan zaman iki nəfər mülki geyimli polis əməkdaşı onu yaxınlaşanda o həyəcanlanmışdır. Bunun səbəbini ondan soruşanda o da üzərində narkotik vasitə heroin olduğunu demişdir. Bundan sonra polis əməkdaşı onu yaxınlıqda olan 30-cü PŞ-nə aparmışlar. 30-cu PŞ-də şəxsiyyəti müəyyən olunduqdan sonra polis əməkdaşları tərəfindən video çəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçirildi. Axtarış zamanı ona üzərində hər hansı bir qanunsuz olaraq əldə edilmiş maddə və ya əşya olduğu halda təqdim etməsi təklif edilmişdir. O da üzərində saxladığı üç bükümdəki heroini təqdim dərək, bükümlərdə olan kütlələrin narkotik vasitə heroin olduğunu, tutulmamışdan dörd gün əvvəl, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində tanımadığı şəxsdən 20 manata aldığını bildirmişdir. Ondan aşkar edilmiş narkotik maddə zərfə qoyuldu və bu barədə protokol tərtib edildi. Onun üzərindən aşkar olunmuş narkotik vasitə heroini hər hansı bir şəxsə satmaq və ya vermək məqsədi olmamış, şəxsi istifadəsi üçün alıb əldə etmiş və üzərində saxlamış, daşımışdır. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs ifadələrini yerində yoxlanılan zaman da ifadələrində istinad etdiyi halları baş verdiyi yerləri əyani şəkildə göstərmişdir. Zərərçəkmiş şəxs ƏlZərərçəkmiş şəxs1 ifadələrində göstərdi ki, məhkəmədə ona təqsirləndirilən şəxs qismində təqdim olunan Təqsirləndirilən şəxs tanımır, onunla birbaşa və dolayısı yolla hər hansı əlaqəsi olmayıb. O özü Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti, M.Müşviq küçəsi ev 4-də yaşayır. 27 oktyabr 2021-ci il tarixdə ona məxsus, yaşayış olmayan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan kəndi, Soltan Qılmanov küçəsi 173 nömrəli evə gedən zaman həyətin darvazasının açıq olduğunu görüb evə nəzər yetirdikdə həyətdə olan qarajın giriş qapısının qıfılının sındırıldığını görmüşdür. Qaraja nəzər yetirdikdə içəridə olan 2017-ci il tarixdə 1600 manata aldığı, işlək vəziyyətdə hazırda təxmini dəyəri 1000 manat olan “Dəmir Töküm” markalı kombi aparatının oğurlandığını aşkar etmişdir. Bu barədə polisə məlumat vermişdir. İstintaq zamanı da həmin kombinin məhkəmədə ona təqsirləndirilən şəxs qismində təqdim olunan Təqsirləndirilən şəxs tərəfindən oğurlanıldığını bilmişdir. Zərərçəkmiş şəxs2 ifadələrində göstərdi ki, 2021-ci ilin fevral ayında Bakı şəhəri Suraxanı rayonu Hövsan qəsəbəsində Bağlar massivində üç sot torpaq alıb orada özü üçün fərdi yaşayışı evi tikdirir. Ev zirzəmidən, 1-ci mərtəbəsi qonaq otağı, mətbəxdən, 2-ci mərtəbə yataq otaqlarından ibarətdir. Torpaq sahəsinin ətrafı mişar daşlı hasarla əhatələnmişdir, lakin darvazası yoxdur. Eləcə də evin girş-çıxış qapısı, evin girişində kürsü hissədə pilləkan yoxdur. Evin birinci mərtəbəsini tikintidə işləyən şəxslər paltarlarını dəyişmələri və yemək yemələri üçün istifadə edirlər. Məhkəmədə ona təqsirləndirilən şəxs qismində təqdim olunan Təqsirləndirilən şəxs həmin evdə atası Qafil Muradovla birlikdə 2022-ci ilin mart ayının ortalarında evin arxasında hasarı hörmüşlər. Hörgü başa çatdıqdan sonra o, onlara 50 manat ödəmişdir. Bundan sonra onlarla həyət hamarlanmasını 300 manata razılaşmışdır. Ancaq həmin torpaq işini Təqsirləndirilən şəxs özü tək görürdü. Sonrakı günlərdə, yəni 2022-ci ilin aprel ayının əvvəllərində o, həyətinə baxan zaman orda olan 60 ədəd 12-lik 700 manat dəyərində armaturların, zirzəmidən 500 manat dəyərində elektrik mis naqillərinin və qonaq otağından 900 manat dəyərində avtomobil ötürücülər qutusunun yerində olmadığını görmüşdür. Evə və həyətə Muradxandan başqa giribçıxanın olmadığından o, həmin əşyaların harda olmasını Muradxandan soruşmuşdur. Muradxan da həmin mallardan xəbəri olmadığını və götürmədiyini dedi. O, ətrafda olan obyektlərin müşahidə kameralarını yoxlamışdır. Yaxınlıqda yerləşən Orxan adlı şəxsin işlətdiyi metal qəbulu məntəqəsinə baxan zaman ona məxsus avtomobil ötürücülər qutusunun həmin metal qəbulu məntəqəsində olduğunu görmüşdür. Metal qəbulu məntəqəsində quraşdırılmış müşahidə kamerasının yaddaşında olan görüntülərə baxdıqda həmin ötürücülər qutusunun əyinində göy rəngli köynək olan Təqsirləndirilən şəxs tərəfindən həmin məntəqəyə verildiyini görmüşdür. Bundan sonra həmin görüntünü istifadəsində olan telefonun yaddaşına köçürmüşdür. Təqsirləndirilən şəxs həmin görüntüləri göstərdikdən sonra o, ötürücülər qutusunu, armaturları, mis naqilləri evdən oğurladığını etiraf etmişdir. Oğurluq nəticəsində ona ümumilikdə 2100 manat məbləğində maddi ziyan dəymişdir. Həmin məbləğ ona ödənilməmişdir və təqsirləndirilən şəxsdən həmin məbələğin ödənilməsini tələb edir. Zərərçəkmiş şəxs3 ifadələrində göstərdi ki, məhkəmədə ona təqsirləndirilən şəxs qismində təqdim olunan Təqsirləndirilən şəxs tanımır. Onunla birbaşa və dolayısı yolla hər hansı əlaqəsi olmayıb. ünvan 4 ünvanında yaşayır. Bundan başqa Suraxanı rayonu, Hövsan qəsəbəsi, Dədə Qorqud massivində ailəsi üçün fərdi ev tikdirir. Evin həyəti mişar daşı ilə hasarlanmışdır, giriş-çıxış qapısı dəmir darvazadandır. Evin qapı və pəncərələri qoyulub. Evə giriş bağlıdır. 06 aprel 2022-ci il tarixdə, günorta saatlarında o, evə gəlib baxdıqda birinci mərtəbəsindəki plastik pəncərənin açıq olduğunu görmüşdür. Giriş-çıxış qapısını açıb, içəri daxil olub baxdıqda, otaqda işlək vəziyyətdə olan bir ədəd, dəyəri təxminən 30 manat olan preparatorun, bir ədəd dəyəri təxminən 30 manat olan elektrik drelinin, bir ədəd dəyəri təxminən 30 manat olan kəsərin (lobzikin), bir ədəd dəyəri təxminən 25 manat olan elektrik sobasının, bir ədəd dəyəri təxminən 35 manat olan elektrik tefal su qızdırıcısının, bir bağlama dəyəri təxminən 20 manat olan televizor anten kabelinin, bir bağlama dəyəri təxminən 26 manat olan internet kabelinin, 2 bağlama ümumi dəyəri təxminən 54 manat olan “Qaya” markalı 4-lük elektrik naqillərinin oğurlandığını aşkar etmişdir. Oğurluq nəticəsində ona ümumilikdə təxminən 250 manat maddi zərər dəymişdir. Sonradan həmin əşyaların Təqsirləndirilən şəxs tərəfindən oğurlanıldığını bilmişdir. Şahid1 ifadələrində göstərdi ki, hazırda Suraxanı RPİ-nin 30-cu PŞ-nin CA üzrə əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Təqsirləndirilən şəxs narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında onun ifşa olunması istiqamətində ondan və Suraxanı RPİ-nin kiçik əməliyyat müvəkkili, polis serjantı Şahid2 ibarət əməliyyat qrupu yaradıldı. 11 iyun 2022-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saat 17:15 radəsində ünvan 6 ünvanının yaxınlığında xarici əlamətlərindən Təqsirləndirilən şəxs bənzəyən şəxsə yaxınlaşaraq özlərini təqdim edib, həmin şəxsin həqiqətən də, Təqsirləndirilən şəxs olduğunu müəyyən etdikdən sonra, ona narkotik vasitələrin qanunsuz olaraq əldə edilməsi və üzərində saxlanılmasında, daşımasında şübhəli olduğunu, üzərinə şəxsi axtarış keçirilməsi zərurətinin yarandığını bildirib, onu Bakı şəhəri Suraxanı RPİ-nin 30-cu PŞ-nə dəvət etmişlər. Polis Şöbəsinə getdikdən sonra xidməti otaqların birində təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutuldu və Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə şəxsi axtarış keçirildi. Axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki şalvarın cibindən üç ədəd sellofan bükümlərini çıxarıb masanın üzərinə qoydu. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi üç ədəd bükümün içərisində olan kütlənin narkotik vasitə heroin olduğunu, saxlanmamışdan dörd gün əvvəl Bakı şəhəri Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində üzdən tanıdığı şəxsdən 20 manata aldığını, şəxsi istifadəsi üçün üzərində saxlayaraq daşıdığını bildirdi. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş həmin üç ədəd içərisində narkotik vasitə olan bükümlər kağız zərfə qoyularaq qablaşdırıldı, zərfin üzəri imzalanaraq möhürləndi və bu barədə müvafiq protokol tərtib olundu. Bundan sonra Təqsirləndirilən şəxs razılığı onun yaşadığı Suraxanı rayonu, Hövsan qəsəbəsi, Məktəbli küçəsi, ev 13 ünvanına baxış keçirildi, lakin iş üçün əhəmiyyət kəsb edən hər hansı vasitə aşkar olunmadı. Təqsirləndirilən şəxs saxlanılarkən və Suraxanı RPİ-nin 30-cu PŞ-də olduğu zaman ona qarşı hər hansı bir fiziki güc və ya psixi təsir olmamışdır. Şahid2 da ifadələrində Şahid1 ifadələrində göstərdiyi halları təsdiq edib onunla eyni məzmunlu ifadələr verdi. Şahid3 ifadələrində göstərdi ki, məhkəmədə ona təqsirləndirilən şəxs qismində təqdim olunan Təqsirləndirilən şəxs ona metal qırıntısı verən şəxs kimi tanıyır. Onunla birbaşa və dolayısı yolla hər hansı şəxsi münasibəti olmayıb. Özü təxminən dörd ilə yaxındır ki, metal qəbulu ilə məşğuldur. Sexi Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Dənizkənarı küçəsində yerləşir. Orada əlvan və qara metal olan əşyalar qəbul edir və metal qəbulu bazasına satır. Təxminən 2021-ci ilin oktyabr-noyabr aylarında Təqsirləndirilən şəxs sexə gəlib, özü ilə gətirdiyi kombi aparatını göstərib, həmin kombi aparatını satmaq istədiyini bildirdi. O da ondan həmin malın oğurluq olub-olmadığını soruşmuşdur. Muradxan da gətirdiyi kombi aparatının özünün olduğunu, metallom kimi satdığını demişdir. O da həmin şəxsdən şəxsiyyətini təsdiq edən sənədi istəmiş, Muradxan da sənədinin evdə qaldığını demişdir. O da ona inanıb, kombini metallom kimi 40 manata ondan almışdır. Ancaq sonradan həmin kombini yoxladıqda işlək olduğunu görmüşdür. Ona görədə metallom kimi satmaq istəməmişdir, alıcı olmadığından, satmamışdır. Təxminən 2022-ci ilin aprel ayının əvvəlində Muradxan sexə gəlib, gətirdiyi avtomobilin sürət ötücüsüsünü göstərib özünə məxsus olduğunu, istifadəyə yararsız olduğundan metallom kimi satmaq istədiyini dedi. Ondan həmin malın oğurluq olub-olmadığını soruşduqda, Muradxan özünün olduğunu, istifadəyə yararsız olduğundan metallom kimi satdığını demişdir. Muradxandan sənədini istədikdə, o, sənədinin evdə qaldığını bildirmişdir. O da Muradxana inanıb həmin sürət qutusunu yadında qalmayan qiymətə almışdır. Ancaq sonradan polis əməkdaşı olduğunu bildiyi bir nəfər şəxs sexə gəlib, sexdə olan metallomlara baxdıqda həmin sürət qutusunu görüb, ona məxsus olduğunu bildirdi. Sonra sexdə quraşdırılmış müşahidə kameralarının yaddaşına baxdıqda həmin sürət qutusunun göy rəngli paltarda olan həmin şəxs - Muradxan tərəfindən gətirildiyini aşkar etdi. Müşahidə kamerasında olan həmin görüntüləri sexə gələn və sürət qutusunun ona məxsus olduğunu deyən şəxs özündə olan mobil telefonunun yaddaşına köçürərək götürdü. O da həmin sürət qutusunun arxasınca gələn olacağını düşünüb, bir neçə gün gözləmişdir. Ancaq gələn olmadığından aparıb metallom kimi satmışdır. Məhkəmədə elan olunub araşdırılmış məhkəmə-kimyəvi ekspertizasının 6/3312 saylı 12 iyun 2022-ci il tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “.... (imza) Təqsirləndirilən şəxs ....” sözləri olan zərfdəki 03 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,177 qram, 1,750 qram, 0,705 qram ,ümumi təmiz çəkisi 3,632 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroindir. Məhkəmədə elan olunub araşdırılmış məhkəmə-əmtəəşünaslıq ekspertizasının 9/4535 saylı xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd 30 kw “Dəmir Döküm” markalı kombi aparatının istifadədə olması nəzərə alınmaqla, 2021-ci ilin oktyabr ayına orta bazar qiyməti təxminən 550,0 manat müəyyən edilir. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş 11 iyun 2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə polis əməkdaşlarının iştirakı ilə şəxsi axtarış keçirilmiş, əvvəlcə Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq əldə edilmiş hər hansı bir əşya və ya maddə olduğu təqdirdə təqdim etməsi təklif edilmiş, bundan sonra Muradxan əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən içərisində qəhvəyi rəngli maddə olan üç ədəd bükümü təqdim edərək, həmin bükümlərin içərisində olan kütlənin narkotik vasitə heroin olduğunu, polis əməkdaşları tərəfindən saxlanılmamışdan dörd gün əvvəl Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində yerləşən tanımadığı şəxsdən 20 manata aldığını bildirmişdir. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması zamanı çəkilmiş videogörüntünü özündə əks etdirən həmin bir ədəd rəqəmsal video (DVD) disk iş üzrə maddi sübut qismində tanınmışdır. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə keçirilən zaman aşkar edilərək götürülmüş üç ədəd bükümdə təmiz çəkisi 3,632 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin iş üzrə maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatına sərf edilən miqdar 0,120 qram nəzərə alınmaqla qalmış 3,512 qram narkotik vasitə heroin saxlanılması üçün Bakı şəhəri Suraxanı RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarından görünür ki, iş üzrə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, S.Qılmanov küçəsi, ev 173-də yerləşən fərdi yaşayış evinin qarajından oğurlayaraq metal qəbulçusu Şahid3 satdığı bir ədəd “Dəmir Döküm” markalı kombi aparatı Şahid3 götürülmüşdür. Götürülmüş “Dəmir Döküm” markalı kombi aparatı Zərərçəkmiş şəxs1 tanımaya təqdim edilmiş, Zərərçəkmiş şəxs1 həmin əşyanı tanıyaraq tanınmaya təqdim olunan 01 ədəd 30 kw “Dəmir Döküm” markalı kombi aparatının özünə məxsus olduğunu bildirmiş, həmin əşya iş üzrə maddi sübut kimi tanınıb Zərərçəkmiş şəxs1 saxlancına verilmişdir. Məhkəmədə elan olunub araşdırılmış kompleks məhkəmə-psixoloji və ambulatorpsixiatrik ekspertizasının 2067 saylı 06 avqust 2022-ci il tarixli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs xroniki-psixi, psixi fəailiyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs qeyd edilən əməlləri törətdiyi zaman öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunur. Təqsirləndirilən şəxs öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci və ya 22-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroini satış məqsədi ilə deyil, şəxsi istifadəsi üçün əldə etdiyini göstərdi. Onun bu iddiası araşdırıldıqda öz təsdiqini tapmadı. Çünki onun bu iddiası iş üzrə dindirilmiş şahid ifadələri, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış və götürmə aparılmasına dair tərtib edilmiş protokol, həmin istintaq hərəkətinin görüntülərini özündə əks etdirən diskə baxış keçirilməsinə dair tərtib edilmiş baxış protokolu, iş üzrə keçirilmiş məhkəmə-kimyəvi ekspertizasının rəyi və işin faktiki halları ilə təkzib olundu. Bu səbədən də məhkəmə, Təqsirləndirilən şəxs bu ifadələrini özünün müdafiəsinə və məsuliyyətini azaltmağa yönələn ifadələr kimi qiymətləndirir. Beləliklə də, məhkəmə, yuxarıda təsvir olunan ittihamı təsdiq edən sübutlar əsasında Təqsirləndirilən şəxs elan olunmuş ittihamda nəzərdə tutulan cinayət əməllərinin onun tərəfindən anlaqlı vəziyyətdə, qəsədən törədilməsinin sübuta yetirildiyi qənaətinə gəlib, onun əməllərinin Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 234.4.3-cü maddələri ilə tövsif olunmasını əsaslı sayır. Məhkəmə, Təqsirləndirilən şəxs təqsirli bilinib onun bu əmələ görə həmin maddələrdə nəzərdə tutulan qaydada cəzalanmasını əsaslı sayır. Çünki onun təqsirli bilindiyi əməllərin cinayət olmasını aradan qaldıran hal və onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas müəyyən olunmadı. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məxsus cinayət qanununun tələblərinə uyğun müsadirə edilə bilən əmlak müəyyən edilmədi. İş üzrə mülki iddia verilməmişdir. Məhkəmədə ibtidai istintaq zamanı materialların məhkəmə ekspertizasının keçirilməsinə 81 ( səksən bir ) manat xərclənməsi müəyyən olundu. Məhkəmə bu məbləği məhkəmə məsrəfi kimi Təqsirləndirilən şəxs tutulub Məhkəmə Ekspertizasının hesabına ödənilməsini əsaslı sayır. Məhkəmə, iş üzrə maddi sübut kimi tanınıb saxlanılması üçün Bakı şəhəri Suraxanı RPİnin saxlanc anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs oğlunun şəxsi axtarış zamanı onun üzərindən götürülmüş üç ədəd bükümd,ə təmiz çəkisi 3,632 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroinin, ekspertiza tədqiqatına sərf edilən miqdar 0,120 qram nəzərə alınmaqla qalıq qalmış 3,512 qram narkotik vasitə heroin sərbəst dövriyyəsi qadağan olunmuş əşya kimi məhv edilməsini əsaslı sayır. Məhkəmə, cinayət işinin predmetini təşkil edən və iş üzrə maddi sübut kimi tanınmış narkotik vasitələrin və maddələrin miqdarları arasında yaranmış fərqi onların ekspertiza tədqiqatı zamanı istifadə edilib aşınmasının nəticəsi kimi qəbul edir. Məhkəmə, narkotik xassəli vasitələrin məhv edilməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq, yaradılmış komissiya tərəfindən həyata keçirilməsini nəzərə alır. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhər Hərbi Məhkəməsinin 29 fevral 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.1 və 333.5-ci maddələri ilə təqsirli bilinərək 02 il 12 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Salyan rayon Məhkəməsinin 02 dekabr 2016-cı tarixli qərarı ilə 177.1-ci maddə hökmdən xaric edilmiş, üzərində 11 ay 06 gün azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. 29 dekabr 2016-cı ildə Salyan rayon məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası CMnin 76-cı maddəsinə əsasən 07 ay 06 gün cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmişdir. 01 avqust 2017-ci ildə təyin edilmiş müddət başa çatdığından şöbənin qeydiyyatından çıxarılmışdır. Muradov X4 rayon məhkəməsinin 16 avqust 2022-ci il tarixli iş №1(010)-227/2022 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təsqirli bilinərək, 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs məhkum olunmasına dair Suraxanı rayon məhkəməsinin 16 avqust 2022-ci il tarixli iş №1(010)-227/2022 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs hazırıkı əməlləri onun barəsində Suraxanı rayon məhkəməsinin 16 avqust 2022-ci il tarixli hökmü çıxarılmamışdan qabaq törətmişdir. İttiham tərəfi bu halı Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hal kimi qiymətləndirmişdir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin müsuliyyətini ağırlaşdıran halların siyahısı Azərbaycan CM-nin 61-ci maddsində müəyyən olunmuşdur. Həmin maddədə şəxsin məhkum olmamışdan qabaq cinayət törətməsi məsuliyyəti ağarlaşdıran hal kimi müəyyən etməmişdir. Bu səbəbdən də məhkəmə həmin halı Təqsirləndirilən şəxs məsulliyyətini ağırlaşdıran hal kimi nəzərə almamağı və Suraxanı rayon məhkəməsinin 16 avqust 2022-ci il tarixli hökmü ilə ona təyin olunmuş 1 (bir) il azadlıqdan məhrumetmə cəzasını hazırkı hökmlə cəza təyin edərkən nəzərə alınmasını əsaslı sayır. Məhkəmədə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs ittiham olunduğu əməllərin törədilməsi barəsində ətraflı ifadələr verib cinayətlərin açılmasında fəal iştirak etməsini onun məsüliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs hazırkı iş üzrə 11 iyun 2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulması, 13 iyun 2022-ci il tarixdə həmin maddə ilə təqsirləndirilən şəxs qismində cəlb olunub barəsində qətimkan tədbiri qismində həbsə alma seçilib hazırkı vaxta qədər həbsdə saxlanılması müəyyən olundu. Məhkəmə, yuxarıda göstərilən halları, həmçinin cinayət əməlinin xarakterini və Təqsirləndirilən şəxs şəxsiyyətini xarakterizə edən məlumatları nəzərə alıb ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini əsaslı sayır və onun qəsdən az ağır və ağır cinayət törətməyə görə azadlıqdan məhrumetmə cəzasına məhkum olunduğunu nəzərə alıb təyin edilmiş cəzanın Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli olmasını nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəzalandırılmalı və barəsində azadlıqdan məhrumetmə cəzası tətbiq edilməli olması qənaətinə gəldiyindən hökm qanuni qüvvəyə minənə qədər onun barəsində qətimkan tədbiri qismində seçilmiş həbsin dəyişdirilmədən saxlanılmasını əsaslı sayır. Məhkəmədə elan edilib araşdırılmış, cinayət işinin materiallarına əlavə olunmuş məhkəmə-narkoloji ekspertizasının 11 avqust 2022-ci il tarixli 4420 nömrəli rəyinə əsasən müayinə zamanı Təqsirləndirilən şəxs Opioidlərin qəbulu nəticəsində Asılılıq Sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserdə qediyyata alınması məsləhət görülür. Məhkəmə Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmasını və onun narkomaniya ilə əlaqədar ərazi narkoloji dispanserində qeydiyyata alınmasını əsaslı sayır. Məhkəmə, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın müddətini müəyyən edərkən, onun tərəfindən törədilmiş cinayət əməlinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, onun cəzasını yüngülləşdirən halın olmasını, ağırlaşdıran halın olmamasını, o cümlədən də, təyin ediləcək cəzanın onun islah olunmasına, həyat və ailə şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3-cü və 234.4.3-cü maddələri ilə təqsirli bilinsin və ona Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3-cü və maddələri ilə 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin olunsun. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzaları qismən toplamaqla ona qəti olaraq 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Təqsirləndirilən şəxs Suraxanı rayon məhkəməsinin 16 avqust 2022-ci il tarixli hökmü ilə təyin olunmuş 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinin tələbələrinə əsasən hazırkı hökmlə ona təyin edilmiş 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanılmaqla qəti olaraq ona 7 (yeddi) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin olunsun. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın başlanğıcı 11 iyun 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri qismində seçilmiş həbs hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəsisəsində çəksin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, narkomaniya ilə əlaqədar ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Dövlət büdcəsi hesabına 81 (səksən) manat Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin, Təqsirləndirilən şəxs göstərilən hüquqi yardıma görə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, 4 saylı Vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün 240 (iki yüz qırx) manat Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Hüquqi yardım və Tədris mərkəzinin hesabına ödənilsin. Təqsirləndirilən şəxs həmin ödəmədən azad olunsun, ekspertiza xərcini təşkil edən 81 (səksən bir) manat məhkəmə məsrəfi kimi Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut kimi tanınıb saxlanılması üçün Bakı şəhəri Suraxanı RPİ-nin saxlanc anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı onun üzərindən götürülmüş üç ədəd bükümdə qablaşdırılmış təmiz çəkisi 3,632 qram kustar üsulla hazırlanmış narkotik vasitənin ekspertiza tədqiqatına sərf edilən miqdar 0,120 qram nəzərə alınmaqla ,qalmış 3,512 qram narkotik vasitə heroin sərbəst dövriyyəsi qadağan olunmuş əşya kimi məhv edilsin. Zərərçəkmiş şəxs1 məxsus oğurlanmış bir ədəd 1000 manat dəyərində kombinin Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınsın və maddi sübutlar siyahısından çıxarılıb onun mülkiyyətinə verilsin. Zərərçəkmiş şəxs2 dəymiş 2100 manat ziyan, Zərərçəkmiş şəxs3 dəymiş 250 manat ziyanla bağlı mülki icraat qaydasında mülki iddia vermək hüquqlarının olması izah olunsun. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti ona təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm yuxarıdakı müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Novruz Kərimov Hakimlər: Rasim Sadıxov Leyla Əsgərova - Məmmədova
Məhkəmə qərarları › İş №1(101)-367/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-367/2023
26.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver