Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-367/2024 13.02.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Sadıxov Rasim Əkrəm oğlu (sədrlik edən), Kərimov Novruz Ağakərim oğlu və Əsgərova-X5 ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X26 və onun nümayəndəsi Bakı şəhəri 26 saylı Vəkil Bürosunun vəkili X6, müdafiəçi Saatlı rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə açıq məhkəmə iclasında xx.xx.2002-ci il tarixdə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Mingəçevir şəhəri, Nizami prospekti, ev 6 a, mənzil 13-də qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yerləşən Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzin yataqxanasında, 204 saylı otaqda kirayədə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.2.2 və 120.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs xuliqanlıq niyyəti ilə və xüsusi amansızlıqla qəsdən adam öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 08 fevral 2023-ci il tarixdə saat 02:00 radələrində ünvan 1 ünvanında yerləşən Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzin yataqxanasındakı 204 saylı otaqda onunla birlikdə yaşayan həmin Mərkəzin tələbəsi Zərərçəkmiş şəxs yatmaq istədiyini bildirərək ondan otaqdakı işığı söndürməsini, mobil telefonunun da səsini azaltmasını tələb etdikdə sonuncunun onun tələbini yerinə yetirməməsindən narazı qalmış və Zərərçəkmiş şəxs bu hərəkətini cüzi səbəb kimi bəhanə edərək heç bir əsaslı səbəb olmadan mübahisə yaradaraq xuliqanlıq niyyəti ilə Əliəkbər Mərəyəvi öldürmək qərarına gəlmiş və bu məqsədlə həmin otaqdakı masanın üzərində olan ağ-göy-qırmızı rəngli dəstəyi olan qatlanmayan, soyuq silah hesab edilməyən mətbəx bıçağını sağ əlinə götürərək, qəsdən öldürmək məqsədi ilə həmin anda müqavimət göstərə bilməməsi üçün əli ilə itələyib arxası üstə çarpayının üzərinə yıxdığı Əliəkbər Mərəyəvin döş qəfəsinə bir neçə bıçaq zərbəsi vurmuş və bundan sonra Ələkbər Mərəyevin aldığı bıçaq zərbələrinin təsiri nəticəsində artıq halsız vəziyyətə düşərək müqavimət göstərmək iqtidarında olmamasına baxmayaraq, sonuncuya xüsusi əzab və işgəncə verərək və bunu dərk etməklə arzulayaraq müstəsna dərəcədə qəddarlıq və rəhimsizlik göstərərək Zərərçəkmiş şəxs bədəninin ön və arxa nahiyələrindən çoxsaylı bıçaq zərbələri endirməkdə davam edib sonuncunun döş qəfəsinin ön səthinin sol yarısından orta körpücük xətti ilə ön qoltuqaltı xətt arasında İV-V qabırğalararası sahədən sol döş boşluğuna nüfuz edən, sol V qabırğa qığırdağının döş ucunu, sol ağciyərin yuxarı payının divararalığı kənarını, ürək kisəsini və ürəyin sol mədəciyinin ön divarını zədələyən 3 (üç) ədəd, döş qəfəsinin sağ yan səthində, orta və arxa qoltuqaltı xətti üzrə İİİ-İV qabırğalararası sahədən sağ döş boşluğuna nüfuz edən, sağ ağciyərin yan qabırğalar səthini zədələyən 2 (iki) ədəd və döş qəfəsinin arxa səthində solda, arxa qoltuqaltı xətlə sol onurğayanı xətt arasında sol döş boşluğuna nüfuz edən, sol ağciyərin arxa qabırğalar səthini zədələyən 3 (üç) ədəd kəskin daxili (sağ plevra boşluğunda 150-200 ml-dək, sol plevra boşluğunda 250-300 ml-dək qan) və xarici qanaxma ilə nəticələnməklə bilavasitə zərərçəkmiş şəxsin ölümünə səbəb olmuş, dərəcəsinə görə hər biri ayrılıqda, eləcə də ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malik olan deşilmiş-kəsilmiş yaraları, sağ yanağın ağız boşluğuna nüfuz etməyən 1 (bir) ədəd, döş qəfəsinin ön səthinin sağ yarısında, ön qoltuqaltı xətt üzrə V-Vİ qabırğalararası sahədə 1 (bir) ədəd, döş qəfəsinin sağ arxa-yan səthində, orta qoltuqaltı xətlə arxa qoltuqaltı xətt arasında İİİ-İV qabırğalararası sahədə 1 (bir ədəd), sağ arxa qoltuqaltı xətt üzrə İİİ-İV qabırğalararası sahədə 1 (bir) ədəd, döş qəfəsinin arxa səthində solda, arxa qoltuqaltı xətlə sol onurğayanı xətt arasında, kürəküstü və kürək nahiyəsində yerləşmiş 21 (iyirmi bir) ədəd, döş qəfəsinin arxa səthinin sağ yarısında, kürək xətti ilə arxa qoltuqaltı xətt arasında İİ qabırğaarası sahədə 1 (bir) ədəd, sağ kürəküstü nahiyə səviyyəsində, onurğayanı xətt üzrə İİİ qabırğaarası sahədə 1 (bir) ədəd, sağ arxa qoltuqaltı xətt üzrə qoltuqaltı nahiyədə 2 (iki) ədəd, sol çiyinüstü nahiyədə 2 (iki) ədəd, sol bazunun yuxarı 1/3-nin ön səthində 4 (dörd) ədəd, sol bazunun orta 1/3-nin arxa və bayır səthlərində 4 (dörd) ədəd, sağ bazunun yuxarı 1/3-nin arxa səthində 1 (bir) ədəd və sağ bazunun orta-yuxarı 1/3-nin bayır səthində 2 (iki) ədəd boşluqlara nüfuz etməyən, yumşaq toxuma və əzələləri zədələyən, kəskin xarici qanaxmaya səbəb olmuş dərəcəsinə görə hər biri ayrılıqda, eləcə də, ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmanın əlamətlərinə malik deşilmiş-kəsilmiş yaraları, bundan başqa həm ümumilikdə, həm ayrıayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərə aid olub dərəcələri təyin edilməyən sol diz oynağının və sol baldırın yuxarı 1/3-nin ön, sol ayaq pəncəsinin ayaqarxası səthlərinin sıyrıqları ilə müşayiət olunan, ümumilikdə xarici və daxili qanaxmaya səbəb olmuş, həm sayına, həm də xarakterinə görə zərərçəkmiş şəxsə xüsusi əzab verən çoxsaylı bədən xəsarətləri yetirərək Zərərçəkmiş şəxs xuliqanlıq niyyəti ilə və xüsusi amansızlıqla qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, xx.xx.2002-ci il təvəllüdlü olmaqla Mingəçevir şəhərində anadan olmuş və həmin şəhərdə Səməd Vurğun adına 16 nömrəli tam orta məktəbi bitirmiş, səhhəti ilə bağlı həqiqi hərbi xidmətdə olmamış, 2022-ci ilin sentyabr ayının əvvəllərində «Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi»nə təhsilini davam etmək üçün qəbul olunmuş, yaşamağa yeri olmadığı üçün bu mərkəzin yataqxanasına yerləşdirilmişdir. Həmin vaxtdan Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin yataqxanasında 204 saylı otaqda yaşamağa başlamış, orada mərhum Zərərçəkmiş şəxs, Şahid13 və Şahid12lə yaşamış, həmin uşaqlarla ayrı qruplarda təhsil almış, həmçinin onlardan yaşca daha böyük olmuşdur. Həmin uşaqlarla münasibətləri yaxşı olmuş, lakin Əliəkbərlə sonuncu onunla söyüşlə etdiyi zarafatlara görə münasibətləri pisləşmişdir. O, belə zarafatları qəbul etmədiyindən Əliəkbərə iradlarını bildirirmiş, Əliəkbər isə «Zarafatdır da edirəm, sən də mənə söy» deyə cavab verirdi. xx.xx.2023-cü il tarixdə saat 15 radələrində yuxudan oyanmış, həmin gün özünü yaxşı hissə etmədiyindən dərsə getməmişdir. Yuxudan oyandıqdan sonra bir az otaqda olub «28 Mall»-a gedərək orada vaxt keçirmiş, saat 22 radələrində yataqxanaya geri qayıtmışdır. Əliəkbər otaqda olmuş, digər otaq yoldaşları Məhəmməd və Elcan isə 2-3 gün idi ki, yaşadıqları rayona getmişlər. O, otağa daxil olanda Əliəkbər öz yerində uzanmışdır. O, Əliəkbərə salam versə də, sonuncu onun salamını almamış, telefonla oynamağa davam etmişdir. Bundan sonra o, heç nə demədən əynini soyunub yatağa uzanmışdır. Həmin gün saat 23 radələrində komendant Şamil otağa gələrək yoxlanış aparıb getmiş, o, yenidən yatmaq istəsə də Əliəkbərin telefonla oynamağına görə telefonun səsi və işığına görə yata bilməmiş, bu səbəbdən Əliəkbərdən telefonu söndürməsini tələb etmiş, lakin sonuncu ona məhəl qoymayaraq işinlə məşğul ol demişdir. Əliəkbərlə buna görə mübahisə etmiş və ona «sənə 10 dəqiqə vaxt verirəm, telefonun səsini al, yatıram» deyə tələbini qoymuşdur. Əliəkbər isə onun sözlərinə məhəl qoymayaraq telefonla oynamağa davam etmişdir. Onun bu hərəkətindən əsəbləşərək ondan ona su gətirməsini istəmiş, sonuncu isə onu söyüşlə təhqir edərək ona niyə su gətirməlidir demişdir. Əliəkbərin söyüşü onu özündən çıxarmış, o, ayağa qalxaraq onun üstünə getmiş, Əliəkbərdən üzr istəməsini tələb etmiş, «məni səni vurmağa vadar etmə» deyə bildirərək onu hədələmişdir. Əliəkbər isə «get işinlə məşğul ol» deyə bildirmişdir. O, bir daha Əliəkbərə «məni işə salma, üzr istə, yoxsa səni vuracağam, bax tumbanın üstündə bıçaq var» deyə bildirmiş, Əliəkbər isə gülərək «get …..» deyə söyüşlü cavab vermişdir. Artıq Əliəkbərin sözlərinə dözə bilmədiyindən, sonuncunun yatağının sol tərəfində olan tumbanın üzərindəki dəstəyi göy rəngli, qatlanmayan mətbəx bıçağını götürüb Əliəkbərin uzandığı yatağa tərəf getmiş, bunu görən Əliəkbər ayağa qalxaraq onunla əlbəyaxa olmaqla bıçağı onun əlindən almağa çalışmış, lakin ala bilməmişdir. O, Əliəkbəri iki əli ilə itələmiş və Əliəkbər arxaya doğru gedib öz yatağının üstünə arxası üstə düşmüş, bu zaman o Əliəkbərin üzərinə gedərək əlində tutduğu bıçaqla onun döş qəfəsinə bir neçə zərbə endirmişdir. Bıçaq onun sağ əlində olmuşdur. Əliəkbər özünü müdafiə etmək üçün geri doğru çəkilmiş, ayaqları iləonu itələyib özündən uzaqlaşdırmağa çalışmış, lakin o, yenə də Əliəkbərə bıçaqla zərbələr endirmişdir. O, Əliəkbərə zərbələr endirdikcə, sonuncu yenə də ona qarşı nalayiq ifadələr işlədirmiş, üzr istəmirmiş. Əliəkbər ona qarşı nalayiq ifadələr işlətməyə davam etdiyinə görə o da sonuncuya zərbələr vurmağı davam etmişdir. Zərbələrin sayını bilmir. Əliəkbər üzü üstə yataqda yıxılı vəziyyətdə qalmış, aldığı zərbələrdən ölümcül halda olmuşdur. Hadisə vaxtı o, Əliəkbərə bıçaqla zərbələr endirən zaman bıçaq əlindən sürüşərək onun sağ əlini kəsmişdir. Əliəkbərin hərəkətsiz qalmasını görərək təcili yardım xidmətinə zəng etmiş, hadisə haqqında məlumat vermişdir. Daha sonra atasına və ondan sonra anasına zəng edərək adam bıçaqladığını demişdir. Daha sonra işıqları söndürüb həkimlərin gəlməsini gözləmişdir. Etdiyi əməldən peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X26 ifadəsinöə göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər görmüş, onunla heç bir düşmənçiliyi və ədavəti yoxdur. Mərhum Zərərçəkmiş şəxs isə onun bacısı oğludur. Hadisə haqqında ona polisdən zəng edib məlumat vermişlər. Polisə getdikdə bilmişdir ki, bacısı oğlu Əliəkbər otaq yoldaşı Təqsirləndirilən şəxs tərəfindən qətlə yetirilmişdir. Belə ki, onun bacısı oğlu Lənkəran rayonunun Şağlaküçə kəndində böyüyüb başa çatmış, 9-cu sinifdən sonra 2022-ci ildə Əliəkbər «Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Liseyinin» «Avtomatika sistemlərinin istismarı» ixtisasına qəbul olmuş, təxminən 15 sentyabr 2022-ci il tarixdən həmin liseyin yataqxanasında 204 nömrəli otaqda yaşamağa başlamışdır. Əliəkbərə sözügedən liseyə qəbul olmağı özü məsləhət görmüş və liseyə qəbul olunduqdan sonra dərs sezonu başladığı tarixlərdə özü Əliəkbəri liseyin yataqxanasına apararaq qeydiyytadan keçirmişdir. Bir dəfə Elcanla Rəşadı yolda görüb öz maşınına götürmüş, onlarla söhbət etmiş, hətta onlara telefon nömrəsini verərək demişdir ki, bir problemləri olsa ona zəng etsinlər. Əliəkbər heç vaxt otaq yoldaşlarından ona şikayət etməmiş, ailə tərbiyəsi almış, söyüş söyən olmamışdır. Tələbi odur ki, Təqsirləndirilən şəxs qanuni cəzası verilsin. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanımır. O, X28 Stansiyasının 9 saylı bölməsində səyyar həkim vəzifəsində işləyir. 08 fevral 2023-cü il tarixdə gecə bölmənin feldşeri Şahid7 ilə birlikdə növbətçisi olmuşdur. Həmin gün saat 03:00 radələrində Ayna Sultanova küçəsi, X17 Mərkəzi Yataqxanasında kişi cinsli şəxsin bıçaqlanması barədə çağırış daxil olmuşdur. Daxil olmuş çağırış əsasında iki briqada çağırış daxil olan ünvana getmişlər. Həmin vaxt polis əməkdaşları da orada olmuşlar. O və Reyhan yataqxananın 2-ci mərtəbəsində yerləşən 204 nömrəli otağa qalxmışlar. İçəri daxil olduqda sağ divar tərəfdə olan yatağın üzərində bir nəfər kişi cinsli meyitin ağzı üstə olduğunu görmüşdür. Meyitin bədəni, o cümlədən döşəmə və yatağın üzəri qana bənzər ləkələrlə əhatə olunmuşdur. Şəxsin, yəni Zərərçəkmiş şəxs yaşaya biləcəyi ehtimalını nəzərə alaraq onu sağ çiynindən tutub arxası üstə çevirərək göz bəbəklərini yoxlamış, çünki oturduğu vəziyyətdə onu müayinə edə bilməmişdir. Bundan sonra prokurorluq əməkdaşları gələrək hadisə yerini müayinə etməyə başlamış, o isə X28 briqadası ilə birlikdə hadisə yerini tərk etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun oğludur. O, əri və övladları ilə birlikdə Mingəçevir şəhərində yaşayır. Oğlu qıcolmalarla əlaqədar hərbi xidmətə yararsız hesab olunmaqla orduya çağırılmamışdır. Rəşad 2022-ci ildə «Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Liseyinin» «Elektron Avadanlıqların təmiri və istismarı» ixtisasına qəbul olmuş və həmin müddətdən litseyin yataqxanasında digər 3 tələbə ilə yaşamağa başlamışdır. Rəşadla əlaqə saxlayan zaman o, mərhum Zərərçəkmiş şəxs və digər otaq yoldaşları olan Şahid12 və Şahid13 narazılıq etməmiş, onlarla hər hansı problemin olmasından gileylənməmişdir. Rəşadla sonuncu dəfə 2023-cü ilin fevral ayının 07-dən 08-nə keçən gecə telefon vasitəsilə əlaqə saxlamış, həmin vaxt Rəşad yuxulu olmuş, Rəşadın vəziyyəti ilə maraqlanıb vaxtında yatmasını bildirmiş, Rəşad isə yatağında olduğunu və yatmağa hazırlaşdığını demişdir. Daha sonra Rəşadla sağollaşıb yatmışdır. 08 fevral 2023-cü il tarixdə gecə vaxtı Rəşad ona zəng edib otaq yoldaşı olan Zərərçəkmiş şəxs söyüş söydüyünə görə bıçaqla vurduğunu demiş, o isə ona əsəbləşmiş və X28a zəng etməsini demişdir. Rəşadla danışdıqdan dərhal sonra yataqxananın komendantı Ülviyə zəng edib harada olmasını, Rəşadın bir nəfərlə dalaşdığını və onu bıçaqla vurduğunu bildirmişdir. Daha sonra təkrar-təkrar Rəşada zəng etsə də, sonuncu cavab verməmişdir. Bir müddət sonra yenidən zəng etdikdə Rəşad cavab vermiş, ona X28a zəng etməsini bildirdikdə, Rəşad artıq təcili-tibbi yardıma məlumat veridyini, həmçinin otağın qapısının içəri tərəfdən kilidli olduğunu, açarı olmadığından qapını aça bilmədiyini demişdir. Bir müddət sonra yenidən oğluna zəng etdikdə telefonu özünü polis əməkdaşı kimi təqdim edən şəxs açaraq oğlunun saxlanıldığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanımır, mərhum Zərərçəkmiş şəxslə 2022-ci ildən təhsil aldığı «Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi»ndə «avtomatika sistemlərinin istismarı» fakultəsində bir qrupda oxumuşdur. Əliəkbər mehriban, ünsiyyəti sevən adam olmuş, qrup yoldaşlarının hər biri ilə səmimi münasibətlərdə olmuşdur. Qrupda hər kəs onun xatirini istəmişdir. Əliəkbərdən başqa şəxslərlə problemi olması barədə heç nə eşitməmişdir. O, Əliəkbərdən fərqli olaraq yataqxanada yaşamamışdır. xx.xx.2023-cü il tarixdə dərsə gəldikdə qrup yoldaşlarından Əliəkbərin peşə liseyinin yataqxanasında otaq yoldaşı Rəşad adlı şəxs tərəfindən bıçaqlanaraq öldürüldüyünü bilmişdir. Rəşadın Əliəkbəri hansı səbəbdən öldürməsi barədə hər hansı məlumatı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, o, "xxxx" MMC-nin rəhbəridir. "xxxx" MMC ilə «Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi» arasında olan müqaviləyə əsasən MMC həmin mərkəzdə təhsil alan tələbələrin yataqxanalarında və yeməkxanasında maddi-texniki təminatının həyata keçirilməsini öz üzərinə götürmüşdür. Bununla bağlı "xxxx" MMC ilə mərkəz arasında müqavilə bağlanmışdır. Yataqxanada həm tələbə oğlanlar, həm də tələbə qızlar yaşayırdılar. Yataqxanada nizam-intizama nəzarət edən iki işçi olmuşdur. Oğlanların yaşadığı hissəyə Şahid11, qızlar olan hissəsinə isə Şahid10 nəzarət etmişlər. O, özü isə hər gün müxtəlif saatlarda yataqxanaya gəlib-gedir. Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs tanımışdır. 2022-ci ilin sentyabr ayının əvvəllərində, yeni dərs ili başladığı üçün həm Əliəkbər, həm də Rəşad mərkəzin yataqxanasında qeydiyyatdan keçməklə həmin yataqxanada 204 nömrəli otaqda yaşamışlar. Bunlardan başqa həmin otaqda daha iki tələbə qalırdı. X18 münasibətləri barədə bir söz deyə bilməz, heç bir məlumatı olmamışdır. Lakin onu deyə bilər ki, hadisədən əvvəl Əliəkbərin dayısı ona müraciət edərək Əliəkbərin yaşadığı otağı dəyişməyi xahiş etmişdir. Lakin dayısı xahişin səbəbini ona deməmişdir. Ona görə də o, Əliəkbərin otağını dəyişməyi lüzum bilməmişdir. xx.xx.2023-cü il tarixdə gün ərzində yataqxanada olmuş, Şamil həmin tarixdə axşam saat 22:00-da gündəlik rejimə uyğun olaraq yataqxanada yaşayan bütün tələbələrin otaqlarına daxil olub, otaqlarda səliqə-sahmana və digər zəruri təhlükəsizlik qaydalarına riayət edilib-edilməməsini yoxlamış və bu barədə ona məruzə etmişdir. Bundan sonra həm o, həm də Şamil öz evlərinə getmişlər. 08 fevral 2023-cü il tarixdə saat 02:30 radələrində Rəşadın anası onunla telefon əlaqəsi saxlayıb harada olduğunu soruşmuş, oğlunun yataqxanada başqası ilə dalaşdığını və nə isə bıçaqlanmaq söhbəti etdiyini bildirmişdir. Şamil yataxananın yaxınlıqda yaşadığından dərhal onunla əlaqə saxlayıb yataqxanaya gedib hər hansı hadisənin baş verib-verməməsi ilə maraqlanmasını demişdir. Daha sonra isə yataqxananın oğlanlar yaşayan korpusu ilə qarşılıqda yerləşən qızların yaşadığı korpusuna baxan Gülyanağa zəng edib hadisə haqqında ona da məlumat verərək özü gələnə qədər 204 saylı otağa gedib maraqlanmağı xahiş etmişdir. Yolda olduğu zaman Şamil onunla telefon əlaqəsi saxlayıb Rəşadın Əliəkbəri bıçaqla vurduğunu bildirmişdir. O, yataqxanaya çatdıqda 204 saylı otağın qapısını döyərək Rəşaddan xahiş etmişdir ki, qapını açsın ki, Əliəkbərə kömək olunsun. Bir neçə dəfə onu səsləsə də Rəşad cavab verməmişdir. Bu vaxt həyətdə polis və X28 maşınlarının səsi gəlmiş, polis əməkdaşları Rəşadı saxlayıb polisə aparmış, otağa baxış keçirildikdən sonra isə Əliəkbərin meyiti də ekspertizaya aparılmışdır. Qeyd etmək istəyir ki, yataqxanaya gedən zaman polis əvə X28a zəng edib məlumat vermişdir.Əlavə olaraq bildirir ki, Şamil və Gülyanaqdan eşitmişdir ki, Şamil qapını döyüb Rəşadı səsləmiş, lakin içəridən heç bir reaksiya gəlmədiyini görüb qapını çiyni ilə vurub açmış, işıqları yandırmış və Rəşadın əlində bıçaq olduğunu, Əliəkbərin isə yatdığı öz çarpayısının üzərində ayaqları yerə doğru hərəkətsiz olduğunu görüb dərhal otaqdan çıxıb qapını bağlayaraq polisin gəlməsini gözləmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid10 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır. Belə ki, o, 2021-ci ilin dekabr ayından ünvan 1 ünvanında yerləşən Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət peşə təhsili liseyinin yataqxanasının qızlar korpusunda işləyir. Həmin yataqxananın iki korpusu var. Korpuslardan birində oğlanlar, digərində isə qızlar yaşayırlar. O, qızlar olan yataqxanada yaşayır, əsasən orada olur, həmçinin qız tələbələrə nəzarət edir. Hər gün saat 22:00-da yataqxanada axşam yoxlaması keçirilir və otaqlarda olan səliqə sahman yoxlanılır. Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs yataqxanada yaşayan tələbələr kimi tanımış, onların arasında hər hansı bir ədavət və ya düşmənçiliyi müşahidə etməmişdir. Əliəkbəri sakit təbiətli, ünsiyyətcil, Rəşadın isə özünə qapalı şəxslər kimi tanmışdır. xx.xx.2023-cü il tarixdə gün ərzində qızlar yaşadığı yataqxanada olmuş, axşam saat 22:00-da gündəlik rejimə uyğun olaraq qızlar yaşayan korpusda bütün tələbələrin otaqlarına daxil olub, otaqlarda səliqə-sahmana və digər zəruri təhlükəsizlik qaydalarına riayət edilib-edilməməsini yoxlamışdır. Həmçinin oğlanlar yaşayan yataqxananın nəzarətçisi Şamil də oğlanlar olan yataxanada axşam yoxlaması keçirmişdir. Bundan sonra həm Şamil, həm də yataqxananın ümumi rəhbəri Ülvi yataqxanadan getmişlər, o da qaydalara müvafiq olaraq yataqxananın giriş qapılarını kilidləmişdir. 08 fevral 2023-cü il tarixdə təxminən saat 02:30-03:00 radələrində qızlar yataqxanasında yaşadığı 204 nömrəli otaqda yatdığı zaman Ülvi ona zəng edərək Rəşadın anasının zəng etdiyini, oğlunun otaqda kiminləsə dalaşdığını bildirərək onun təcili həmin otağa getməsini bildirmişdir. O, dərhal Rəşadın yaşadığı 204 nömrəli otağa getmiş, ora çatdıqda otaqdan Rəşadın qışqırıq səslərini eşitmişdir. O, qapını döysə də qapını açan olmamışdır. Qısa müddət sonra Şamil də ora gəlmiş, qapını döyüb Rəşadı səsləmiş, lakin içəridən heç bir reaksiya gəlmədiyini görüb qapını çiyni ilə vurub açmışdır. Həmin vaxt otağın işıqları sönülü olmuşdur. Şamil içəri keçib işıqları yandırmış və Rəşadın əlində bıçaq olduğunu görüb geri çəkilmişdir. İşıq yanan kimi o, Rəşadın öz yatağının yanında dayanıb otaqda olan ümumi istifadə üçün nəzərdə tutulmuş böyük şkafın arxası tərəfinə doğru əlini uzatdığını və əlində dəstəyi ağ-göy-qırmızı rəngdə bıçaq olduğunu görmüşdür. Həmin anda o da otağa daxil olmuşdur. Əliəkbərin yatdığı çarpayı tərəfə baxanda görmüşdür ki, Əliəkbər öz çarpayısının üzərində sol böyrünü çarpayının ayaq ucunda olan taxta hissəyə söykəyərək ayaqları yerə doğru, oturaq vəziyyətdədir. Həmçinin də Əliəkbərin hərəkətsiz dayanmasından onun artıq öldüyü görünürdü. Bundan başqa Əliəkbər yalnız alt paltarında olmuş, bədəni tamamilə qana bulanmışdır və döşəmədə də qan izləri olmuşdur. O, Rəşadın əlində bıçaq olduğu və Əliəkbəri ölmüş vəziyyətdə gördüyünə görə qışqırıb ağlamağa başlamış və dərhal otaqdan çıxmış və həyəcandan huşunu itirmişdir. Ayılanda görmüşdür ki, artıq hadisə yerinə X28 stansiyasının və polis əməkdaşları gəlmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid13 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır, həmçinin mərhum Zərərçəkmiş şəxsdə tanımışdır. O, «Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi»ndə «Maşın diaqnostikası və təmiri ustası» ixtisası üzrə təhsil alırdı. Həmin fakültəyə 2022-ci ildə qəbul olmuşdur. Ailə üzvləri Ağdaş rayonunda yaşadıqlarından peşə məktəbinə qəbul olduqdan sonra 15 sentyabr 2022-ci il tarixdən «Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi»nin ünvan 4 ünvanında yerləşən tələbə yataqxanasında 204 nömrəli otaqda yaşamağa başlamışdır. Həmin otaqda onunla birlikdə Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs yaşamışlar. Rəşadla və ya Əliəkbərlə hər hansı ədavət və ya düşmənçiliyi olmamış, nə də ki bu şəxslərin bir-birilə düşmənçiliyi və ədavəti olmamışdır. Düzdür onlar arasında şit zarafatlar olmuş, lakin həmin zarafatlar düşmənçilik xarakteri daşımamışdır. Sadəcə Zərərçəkmiş şəxs gecə vaxtı işığı yandırıb söndürdüyünə görə Təqsirləndirilən şəxs əsəbləşib ona irad tutub. Hadisə haqqında onu bildirir ki, o, 03 fevral 2023-cü il tarixdə Ağdaş rayonuna getmişdir. 08 fevral 2023-cü il tarixdə tələbə yoldaşı Məhəmməd onunla telefon əlaqəsi saxlayaraq Rəşadın Əliəkbəri bıçaqlayıb öldürdüyün bildirmişdir. Həmin vaxt o, Ağdaş rayonunda olmuş və təxminən xx.xx.2023-cü il tarixdə yenidən Bakı şəhərinə qayıtmışdır. Bakı şəhərinə qayıtdıqdan sonra sözügedən hadisə ilə əlaqədar narahatçılıq keçirtdyindən yataqxanadan çıxıb Hövsan qəsəbəsində yaşayan qohumları ilə birlkdə yaşamağa başlamışdır. Qeyd etmək istəyir ki, Zərərçəkmiş şəxs ona hadisədən əvvəl bildirmişdir ki, həmyerliləri yaşadığı otağa keçmək istəyir, lakin Rəşadla bağlı hər hansı narahatçılığı barədə ona bir söz deməmişdir. Həmçinin onuda bildirmək istəyir ki, yataqxanya yerləşdirilən zaman müqaviləyə imza atmışlar ki, öz başına otaqdan çıxdıqları və yataqxananı tərk etdikləri zaman yataqxananın ödənişini məcburən etməlidirlər.Bu səbəbdən yataqxanada yaşayan tələbələr otaqlarını dəyişə bilmirdilər. Təqsirləndirilən şəxs otağı dəyişmək istəməsi barədə məlumatı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid14 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qrup yoldaşı, bir qədər əsəbi adam kimi tanımış, buna baxmayaraq münasibətləri yaxşı olmuşdur. Mərhum Zərərçəkmiş şəxs isə ümumiyyətlə tanımamışdır. O, yataqxanada yaşamamış, yataqxanada baş vermiş hadisələrdən yalnız ölüm hadisəsi baş verdikdən sonra bilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs təhsil aldığı «Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi»ndə «elektrik avadanlıqlarına xidmət və təmiri üzrə elektrik montyoru» ixtisası üzrə qrup yoldaşı kimi tanıyır. Münasibətləri normal olmuşdur. X23 ümumiyyətlə tanımamışdır. Belə ki, yataqxanada yaşamamış, Mərəyevi heç zaman görməmişdir. Həmçinin Təqsirləndirilən şəxs da Mərəyev haqqında ona və yaxud da onun yanında digər qrup yoldaşlarına heç bir söz deməmişdir. Təqsirləndirilən şəxs özünü sakit aparmış, yalnız müəllim ona dərslə bağlı suallar verdikdə cavab verirdi. Rəşad qapalı idi, qrupda heç kəslə yaxın münasibətdə olmamışdır. Rəşadın kiminləsə mübahisə etdiyini görməmişdir. xx.xx.2023-cü il tarixdə dərsə getdikdə Rəşadın peşə liseyinin yataqxanasında otaq yoldaşı olan Əliəkbər adlı şəxsi öldürdüyünü bilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsi tanıyır, mərhum Zərərçəkmiş şəxs tanıyır. Belə ki, o, «Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi»nin tələbəsi olmaqla mərkəzin yataqxanasında yaşamış, otağı Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs qaldıqları otaqdan bir otaq aralı idi. Hadisəyə qədər Rəşadla Əliəkbərin yaşadıqları otaqdan mübahisə və yaxud dava-dalaş səslərini eşitməmiş, onların arasında hər hansı bir narazılıq olmasından xəbəri olmamışdır. xx.xx.2023-cü il tarixdə dərsdən sonra yataqxanada olmuş, həmin gün axşam saat 22:00-da yataqxanada nəzarətçi Şamil tərəfindən axşam yoxlaması keçirilmiş, daha sonra yatmışdır. 08 fevral 2023-cü il tarixdə gecə saat 02:30 radələrində yataqxanada xadimə işləyən Gülyanağın səsinə yuxudan oyanaraq dəhlizə çıxıb Gülyanaqdan öyrənmişdir ki, Rəşad otağında kiminləsə dalaşmışdır. Rəşadgilin otağının qarşısına digər tələbələrlə birlikdə keçdikdə görmüşdür ki, Gülyanaq Rəşadgilin qapısını döysə də qapını heç kəs açmamışdır. Bir qədər sonra Şamil də gəlmiş, qapını döyüb Rəşadı səsləmiş, lakin içəridən heç bir reaksiya gəlmədiyini görüb qapını çiyni ilə vurub açmışdır. Həmin vaxt otağın işıqları sönülü olmuşdur. Şamil içəri keçib işıqları yandırmış və qorxmuş vəziyyətdə geri çəkilib otağın işığını yandırmış, o zaman görmüşdür ki, Rəşad əlində bıçaq var idi. Zərərçəkmiş şəxs isə o görə bilməmişdir. Belə ki, Əliəkbərin yatağı qapıdan görünmürdü. Amma otağın döşəməsində qan izlərini görmüşdür. Şamil də Rəşadın əlində bıçaq olduğunu gördüyündən dərhal qapını ortmüş, onlara da kənarlaşmalarını bildirmişdir. Gülyanaq da qışqırıb ağlamağa başlamışdır.Bir qədər sonra polis əməkdaşları və təcili-tibbi yardım həkimləri hadisə yerinə gəlmiş, o zaman bilmişdir ki, Zərərçəkmiş şəxs öldürülmüşdür. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərində təqsirliliyi özünün, zərərçəkmiş şəxsin hüqui varisinin və şahidlərin verdikləri ifadələri ilə yanaşı məhkəmədə tədqiq edilən digər sübut növləri ilə də tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Binəqədi rayon prokuroru baş ədliyyə müşaviri Fuad Məmmədova ünvanlanan xx.xx.2023-cü il tarixli təqrirdən müəyyən olunur ki, xx.xx.2023-cü il tarixdə saat 04 radələrində Binəqədi RPİ-nin 5-ci polis bölməsinin növbətçi hissəsindən xx.xx.2007-ci il təvəllüdlü Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən qəsdən öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur. Məhkəmədə elan edilib araşdırılmış “hadisə yerinə baxışin keçirilməsi haqqında» xx.xx.2023-cü il tarixli protokoldan müəyyən olunur ki, hadisə yeri ünvan 1 ünvanında yerləşən Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzin yataqxanasının 204 saylı otağıdır. Otaqda olan yatağın birinci mərtəbəsində üzərində qara rəngli tuman və ağ rəngli mayka olan kişi cinsli meyit vardır. Həmin meyit Zərərçəkmiş şəxs məxsusdur. Meyitin əynində olan maykda və bədənində qana bənzər ləkələr vardır. Meyitin sağ qolu dirsəkdən bükülərək qarın nahiyəsinin üzərindədir. Meyitin sol qolu isə düzünə uzanıqlıdır, bilək nahiyyədən bükülmüşdür. Meyitin ayaqları isə yataqdan aşağıya doğru salanmış, döşəmənin üstündədirlər. Yatağın ayaq tərəfində üzərində qana bənzər ləkələr olan 01 ədəd üzərində naxışları olan ağ rəngdə, 01 ədəd ağ rəngdə və 01 mavi rəngdə olan dəsmallar vardır. Həmin dəsmallar müvafiq qaydada qablaşdırılaraq götürüldü. Yataq ilə 4 nömrəli divar arasında hündürlüyü 53sm, eni 47 sm, uzunluğu 40 sm olan tumba vardır. 4 nömrəli divardakı pəncərənin alt hissəsində olan 20 pillə istilik radiatorunda sürahisində qana bənzər ləkə vardır. Yataqla üzbəüzdə qarşısında hündürlüyü 75 sm, eni 68 sm, uzunluğu 140 sm olan masa vardır. Masanın üstündə gündəlikdə istifadə edilən məişət əşyaları vardır. Hər hansı kəsici-deşici alət aşkar edilmədi. Həmin masanın qarşısında eyni ölçüdə olan masa vardır. Masanın üzərində istintaq üçün əhəmiyyət kəsb edən bir halla aşkar edilmədi. Yatağın qarşısında iki dədə üzbəüz olan oturacaq vardır. Həmin oturacaqlardan sol tərəfdə olan masanın qarşısında üzərində “Arlight” sözləri yazılmış yay çəkməsinin sol tayı vardır. Çəkmənin sağ tayı isə meyitin sağ ayağına bitişik vəziyyətdədir. Çəkmənin altında qanabənzər ləkə vardır. Həmin çəkmələr arasında məsafə 140 sm-dir. Həmin çəkmələr müvafiq qaydada qablaşdırılaraq götürüldü. Qeyd edilən yatağın qarşısında olan oturacağın üstündəki üzərində “hak life” sözləri yazılmış qolsuz gödəkcə vardır, gödəkcənin üzərində qanabənzər ləklər olduğundan həmin gödəkcə müvafiq qaydada qablaşdırılaraq götürüldü. Həmin gödəkcənin altında boz rəngli üzərində qana bənzər ləklər olan tuman vardır. Həmin tuman müvafiq qaydada qablaşdırılaraq götürüldü. Yatağın dəhlizə doğru genişlən hissəsində də hündürlüyü 75 sm, eni 68 sm, uzunluğu 140 sm olan masa vardır. Masanın üstündə gündəlikdə istifadə edilən məişət əşyaları vardır. Hər hansı kəsici-deşici alət aşkar edilmədi. Masa ilə üzbəüzdə isə eni 157, uzunluğu 210 sm olan hamam otağı vardır. Hamam otağının giriş qapısının eni 80 sm, hündürlüyü 210 smdir. Hamam otağında olan əlüzyuyanın ətrafında qana bənzər ləkələr vardır.Otağın döşəməsi sarı rəngli parketdir. Aşkar olunmuş qanabənzər ləkələr pambığa hompdurulmaqla götürülmüşdür. Həmçinin yataqda olan ağ rəngli mələfə müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Yatağın üzərində olan Zərərçəkmiş şəxsm oğluna məxsus meyit müayinə olunması üçün MTE və PA birliyinin Binəqədi rayon şöbəsinə göndərildi. Yataqda üzərində göy rəngli gül naxışları olan 01 ədəd yastıq, üzərində göy rəngli gül naxışları olan 01 ədəd yorğan, üzərində göy rəngli gül naxışları olan 01 ədəd mələfə, ağ rəngli mələfə və ağ rəngli yorğan üzərində qanabənzər ləkələr olduğundan müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Məhkəmədə elan edilib araşdırılmış “şübhəli şəxsin tutulması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 120.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli bilinərək xx.xx.2023-cü il tarixdə saat 07.00 dəqiqədə müdafiəçisi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X13 iştirakı ilə tutulmuşdur. Məhkəmədə elan edilib araşdırılmış “şübhəli şəxsin əşyalarını könüllü təqdim etməsi və götürməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan müəyyən olunur ki,Təqsirləndirilən şəxs müdafiəçisnin iştirakı ilə hadisə zamanı əynində olmuş 01 ədəd qara rəngli uzunqol isti köynəyi, 01 ədəd qara rəngli qısaqol isti maykanı, 01 ədəd qaramtıl-boz rəngli cins şalvarı, 01 ədəd ağımtıl-boz rəngli alt tumanı və 01 ədəd “KGTEL” markalı mobil telefon könüllü olaraq təqdim edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış “tədqiqat üçün nümunələrin götürülməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs tədqiqat üçün iş üzrə sübuti əhəmiyyə malik ola biləcək yanaq epiteli qaşıntısı götürülmüşdür. Məhkəmədə elan edilib araşdırılmış “baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan müəyyən olunur ki, Zərərçəkmiş şəxs üzərində olmuş 01 ədəd ağ rəngli maykanın ön və arxa səthləri qanabənzər ləkəyə bulaşıq vəziyyətdədir və maykanın ön və arxa səthlərində çoxsaylı kənarları hamar zədələr vardır. 01 ədəd üzərində “BOXERLAND” yazılmış qara rəngli alt tumanın ön səthi və bel hissəsi qanla bulaşıq vəziyyətdədir, üzərində gözlə görünən hər hansı zədə yoxdur. Məhkəmədə elan edilib araşdırılmış “telefona baxış keçirilməsi haqqında” xx.xx.2023cü il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs istifadəsində “KGTEL B110” markalı mobil telefon və ***-***-**-** saylı sim kart olmuşdur. “***-***-**-**” saylı mobil nömrədən mobil telefonda “MAMA” adı ilə qeyd olunmuş “***- ***-**-**” saylı mobil nömrəyə xx.xx.2023-cü il tarixdə saat 02:28-də 03 dəfə cavablandırılmayan zəng edilmişdir. “***-***-**-**” saylı mobil nömrədən mobil telefonda “Ata” adı ilə qeyd olunmuş “***-***- **-**” saylı mobil nömrəyə xx.xx.2023-cü il tarixdə saat 02:43-də 05 dəfə cavablandırılmayan zəng edilmişdir. Mobil telefonda “Ata” adı ilə qeyd olunmuş “***-***-**-**” saylı nömrədən “050-648- 71- 92” saylı mobil nömrəyə xx.xx.2023-cü il tarixdə saat 02:46-da zəng daxil olmuş və 01 dəqiqə 04 saniyə danışıq aparılmışdır. “***-***-**-**” saylı mobil nömrədən X28 Stansiyasının “103” X27 xx.xx.2023-cü il tarixdə saat 03:08-də zəng edilmiş və 51 saniyə danışıq aparılmışdır. “+**********85” saylı mobil nömrədən “***-***-**-**” saylı mobil nömrəyə xx.xx.2023-cü il tarixdə saat 03:09-da zəng daxil olmuş və 51 saniyə danışıq aparılmışdır. Mobil telefonda “MAMA” adı ilə qeyd olunmuş “***-***-**-**” saylı mobil nömrədən “***- ***-**-**” saylı mobil nömrəyə xx.xx.2023-cü il tarixdə saat 03:16-da zəng daxil olmuş və 34 saniyə danışıq aparılmışdır. Məhkəmədə elan edilib araşdırılmış “telefona baxış keçirilməsi haqqında” xx.xx.2023cü il tarixli protokoldan müəyyən olunur ki, Zərərçəkmiş şəxs istifadəsində olan “X32 8” markalı mobil telefon ağ rənglidir, telefonun əməliyyat sisteminin dili azərbaycan dilindədir, üzərində “Azercell” mobil operatoruna məxsus “***-***-**-**” saylı işlək vəziyyətdə olan sim kart vardır, telefon parolda olduğu üçün baxış keçirilməsi mümkün olmamışdır Məhkəmədə elan edilib araşdırılmış “baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs məxsus olan və könüllü olaraq təqdim edilən paltarlar 01 ədəd qara rəngli uzunqol isti köynəyin üzərində gözlə görünən hər hansı zədə yoxdur, 01 ədəd qara rəngli qısaqol isti maykanın üzərində gözlə görünən hər hansı zədə yoxdur, 01 ədəd qaramtıl-boz rəngli cins şalvarın üzərində gözlə görünən hər hansı zədə yoxdur, 1 ədəd ağımtıl-boz rəngli alt tumanın ön və arxa tərəflərində qanabəznər ləkələr vardır, üzərində isə gözlə görünən hər hansı zədə yoxdur. Məhkəmədə elan edilib araşdırılmış “şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs əməli ilə bağlı hadisələri olduğu kimi danışıb əyani şəkildə göstərməsi təklif olunmuşdur. Hadisə yeri ünvan 7 ünvanında yerləşən Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət peşə təhsili liseyinin yataqxanasının 204 saylı otağıdır. Şübhəli şəxs Təqsirləndirilən şəxs ifadə verərək bildirmişdir ki, hadisədən öncə saat 22 radələrində o Zərərçəkmiş şəxs işıqları söndürməsini və telefonun səsini azaltmasını bildirmiş və yatmaq istədiyini demişdir. Zərərçəkmiş şəxs ona söyüşlə cavab vermişdir, bu səbəbdən onlar arasında mübahisə olmuşdur. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs söyüş söyməməsini və bunun yaxşı nəticələnməyəcəyini bildirmiş və Əliəkbərin yatağının sol tərəfində olan tumbanın üstündəki bıçağı ona göstərmişdir. Əliəkbər isə buna qarşılıq olaraq ona qarşı nalayiq söz istifadə edərək, anasını təhqir etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs tumbanın üzərində olan bıçağı götürmüşdür, Zərərçəkmiş şəxs onun əlindən bıçağı almaq məqsədi ilə otağın ortasına qədər mübahisə edərək gəlmişlər, lakin Əliəkbər onun əlindən bıçağı ala bilməmişdir, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs itələyərək yatağın üzərinə yıxmışdır. O yataqda olarkən sağ əlinə aldığı bıçaqla onun ürək nahiyyələrinə zərbələr endirmişdir. Əliəkbər yenədə ona qarşı nalayiq ifadələr işlətməkdə davam edirmiş. O isə bıçaqlamaqda davam edərək Əliəkbərin kürək və qabırğa nahiyyələrinə zərbələr endirmişdir. Əliəkbər üzü ona tərəf olanda sinəsindən zərbə vurmuşdur. Əliəkbərə ümumilikdə 5-6 bıçaq zərbəsi endirmişdir, Əliəkbər 5-6 bıçaq zərbəsindən sonra artıq can verməyə başlamış və yerində qıvranmağa, ayağı ilə Təqsirləndirilən şəxs özündən uzaqlaşdırçağa çalışmışdır. Əliəkbərin halına yazığı gəldiyi üçün X28a zəng etmiş, peşman olmuşdur. Daha sonra atasına və anasına zəng edərək bu hadisə ilə bağlı məlumat vermişdir. Ailə üzvləri komendanta zəng etmişlər. Həmin vaxt meyitə baxa bilmdəyi üçün işıqları söndürmüş və X28ın gəlməsini gözləmişdir. Hadisə zamanı bıçaq sürüşkən olmuş və sağ əli kəsilmişdir. Əvvəllər Əliəkbərlə heç bir mübahisələri olmamışdır. Bıçaqı təmizləməmiş, otağa tullamışdır, etdiyi əməldən peşmandır. Çəkiliş dayandırıldıqdan sonra Təqsirləndirilən şəxs könüllü olaraq bıçağı yerini göstərmək istəyir. İfadənin yerində yoxlanılması istintaq hərəkəti yenidən başlanılmış, Təqsirləndirilən şəxs hamam otağına keçərək əl-üz yuyanın alt hissəsinə doğru əyilib, suyun axmasını təmin edən borunun arxasından dəstəyi göy, qırmızı və ağ rəngdə olan mətbəx bıçağı götürərək istintaqa təqdim etmişdir. Qeyd olunan bıçaq qablaşdırılaraq götürülümüşdür. Məhkəmədə elan edilib araşdırılmış “baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan müəyyən olunur ki, bıçaq qatlanmayan olmaqla, tiyə və dəstək hissəsindən ibarətdir. Bıçağın ümumi uzunluğu 232 mm-dir. Bıçağın tiyəsi gümüşü rəngli metaldan olmaqla 125 mm uzunluqdadır. Bıçağın dəstəyi dəstəyin metal hissəsi və həmin hissənin üzərinə bərkidilmiş ağ-göy-qırmızı rəngli plastmas parçalardan ibarət olmaqla 107 mm-dir. Bıçağın üzərində gözlə görünən hər hansı qan izi və ya zədə yoxdur. Məhkəmədə elan edilib araşdırılmış 4(001)-108/2023 saylı xx.xx.2023-cü il tarixli Bakı şəhəri Binəqədi rayon məhkəməsinin qərarından müəyyən olunur ki, təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 120.2.4-cü maddəsilə barəsində 04 (dörd) ay müddətinə həbs seçilmiş, həbs etmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. Məhkəmədə elan edilib araşdırılmış “hadisə yerinə əlavə baxış keçiriıməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan müəyyən olunur ki, hadisə yeri ünvan 1 ünvanında yerləşən Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzin yataqxanasının inzibati binasıdır. Hadisə yerinə əlavə baxışda iştirak edən Şahid6 video-müşahidə kameralarının yaddaş blokunun inzibati binanın 107 saylı otağında olduğunu bildirdi. İnzibati binanın birinci mərtəbəsində yerləşən 107 saylı otağa daxil olduqda otağa daxil olan kimi sol tərəfdə yerləşən stolun üzərində “HP” markalı kompüter dəsti vardır. Həmin stoldan sağda döşəmədə yataqxananın video-müşahidə kameralarının görüntülərinin yazıldığı “Alhua technology” markalı yaddaş bloku vardır. Baxış zamanı qeyd olunan yaddaş blokunun sönülü vəziyyətdə olduğu müəyyən olundu. Yaddaş blokunu işə salmaq üçün ona əlavə adapter birləşdirildiyi zaman yaddaş blokunun işə düşdüyü və qeydiyyat apardığı müşahidə olundu. “Alhua technology” markalı yaddaş aparatı işə salındıqda aparatın yaddaşında 09 fevral 2023-cü il tarixədək video-görüntü olmadığı müəyyən edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”-dən daxil olmuş PHŞ-6-96/2-79/2023 saylı xx.xx.2023-cü il tarixli məktubdan müəyyən olunur ki, xx.xx.2023-cü tarixdə saat 03.00-da ***-***-**-** saylı mobil nömrədən, daha sonra isə saat 03.03-də ***-***-**-** mobil nömrəsindən, saat 03.08-də və 03.11-də təkrar həmin mobil nömrələrdən “103” xidmətinə çağırış daxil olmuşdur. Məhkəmədə elan edilib araşdırılmış “baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan müəyyən olunur ki, təqdim edilən CD diskdə səslər mövcuddur, qeyd olunan səslər “103” xidmətinin əməkdaşı və Təqsirləndirilən şəxs, Şahid6 arasında olmuşdur, aparılan telefon danışıqları aşağıdakı kimi olmuşdur: “səs 1” faylını açdıqda səs yazısı 01 dəqiqə 21 saniyəlikdir. Səs yazısının qadın cinsli tibb işçisi və Təqsirləndirilən şəxs arasında aparılan telefon danışığı olduğu görünür. Danışıqlar aşağıdakı formada aparılır: - Təqsirləndirilən şəxs: “Ayna Sultanova tərəfə “skoru” zəhmət olmasa” - tibb işçisi: “Binəqədidir sizdə ünvan?” - Təqsirləndirilən şəxs: “Ayna Sultanova tərəfdir” - tibb işçisi: “xəstə hal-hazırda evdədir, yoxsa küçədədir?” - Təqsirləndirilən şəxs: “yox, adam bıçaqlanıbdır, zəhmət olmasa “skoru” çağırın” - tibb işçisi: “xəstə hal-hazırda haradadır?” - Təqsirləndirilən şəxs: “Ayna Sultanova tərəfdə, Peşə İnnovasiyalar məktəbidir” - tibb işçisi: “xəstə hal-hazırda haradadır, aydın şəkildə deyin?” - Təqsirləndirilən şəxs: “otaqda” - tibb işçisi: “evdədir də düzdür?” - Təqsirləndirilən şəxs: “hə burda, Ayna Sultanova, Peşə İnnovasiyalar məktəbidir, təcili “skoru” zəhmət olmasa” - tibb işçisi: “Peşə İnnovasiyalar məktəbi düzdür?” - Təqsirləndirilən şəxs: “bəli, Ayna Sultanova tərəfdə” - tibb işçisi: “yaxşı, xəstənin adını deyin, adı, yaşı” - Təqsirləndirilən şəxs: “bilmirəm də “skoru” çağırın” - tibb işçisi: “adını deyin də qadındır, kişidir?” - Təqsirləndirilən şəxs: “qan aparıbdır, kişidir” “səs 2” adlı səs faylını açdıqda səs yazısı 47 saniyəlikdir. Səs yazısının başqa bir qadın cinsli tibb işçisi və Təqsirləndirilən şəxs arasında aparılan telefon danışığı olduğu görünür Danışıqlar aşağıdakı formada aparılır: - Təqsirləndirilən şəxs: “zəhmət olmasa bayaq dediyim ünvana “skoru” çağırıldı?” - tibb işçisi: “bu nömrə ilə çağırış vermişdiz?” - Təqsirləndirilən şəxs: “bəli, skoru çağırıldı?” - tibb işçisi: “bir dəqiqə gözləyin baxım, gəlirlər sizin ünvana, Ayna Sultanova, Binəqədi, gəlirlər” - Təqsirləndirilən şəxs: “Ayna Sultanova, Peşə İnnovasiyalar liseyi” - tibb işçisi: “Peşə İnnovasiya məktəbi, yazılıb, gəlirlər, yoldadırlar” “səs 3” adlı səs faylını açdıqda səs yazısı 42 saniyəlikdir. Səs yazısının qadın cinsli tibb işçisi və Şahid6 arasında aparılan telefon danışığı olduğu görünür. Danışıqlar aşağıdakı formada aparılır: - tibb işçisi: “alo, təcili yardım, buyurun” - Şahid6: “Alo, xahiş edirəm, birdənə şeyə, Elit Ticarət Mərkəzinin arxasına təcili yardım çağırın, yataqxananın rəhbəridir sizinlə danışan, uşaq uşağı bıçaqlayıb, bilmirəm ölüb, ölmüyüb, qan oraları aparıbdır, xahiş edirəm” - tibb işçisi: “Elit Ticarət haradadır?” - Şahid6: “Elit Ticarət Mərkəzinin arxasındadır, tanımırsız Elit Ticarət Mərkəzini?” - tibb işçisi: “hansı rayon gedir ora, Yasamal, Binəqədi?” - Şahid6: “Binəqədiyə də yaxındır, Yasamala da, Nərimanova da, Ayna Sultanovanın arxa tərəfləri” - tibb işçisi: “oldu yaxşı” - Şahid6: “tez eləyin, xahiş edirəm tez eləyin” - tibb işçisi: “yaxşı, yaxşı” Məhkəmədə elan edilib araşdırılmış Bakı İstintaq Təcridxanasından daxil olmuş xx.xx.2023-cü il tarixli “Xüsusi Məlumatdan” müəyyən olunur ki, xx.xx.2023-cü il tarixdə saat təxminən 14.20 radələrində DİN-nin Binəqədi RPİ-nin müvəqqəti saxlama yerinin əməkdaşları tərəfindən Bakı İstintaq Təcridxanasına təhvil verilmiş Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman sağ əlinin ovuc nahiyyəsində və sağ əlinin 4-cü və 5-ci barmaqlarının içəri səthində kəsilmiş qərtməkli yara xəsarəti aşkar olunmuşdur. Məhkəmədə elan edilib araşdırılmış “Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi” Publik hüquqi şəxsindən daxil olmuş 16 fevral 2023-cü il tarixli 1452 saylı məktubdan və xasiyyətnamədən müəyyən olunur ki, Zərərçəkmiş şəxs mərkəzinin “avtomatika sistemlərinin istismarı” ixtisası üzrə təhsil alırmış və müsbət xarakterizə olunur. Təqsirləndirilən şəxs mərkəzinin “elektrik avadanlıqlarına xidmət və təmiri üzrə elektrik montyoru ” ixtisası üzrə təhsil alırmış və müsbət xarakterizə olunur. Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, Şahid13 və Şahid12 ilə "xxxx" MMC arasında mərkəzə məxsus yataqxanada yaşamağa dair müqavilələr bağlanmışdır. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Binəqədi RPİ-nin 5-ci PB-nin rəisinə ünvanlanan “Raport 1-NK-306”-dan müəyyən olunur ki, vətəndaş X20 xx.xx.2023-cü il tarixdə saat 03.17 radələrində 102 xidmətinə zəng edərək Bakı şəhəri Binəqədi rayonu 6 saylı Peşə məktəbinin yanı iki gəncin münaqişə edib birinin digərini bıçaqlaması barədə məlumat vermişdir. Məhkəmədə elan edilib araşdırılmış “Respublika Psixatriya Xəstəxanasın”dan daxil olmuş 1948 saylı xx.xx.2023-cü il tarixli məktubdan müəyyən olunur ki, Təqsirləndirilən şəxs xx.xx.2020-xx.xx.2020-ci il tarixdə arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxananın gündüz stasionarı şöbəsində ambulator müayinədə olmuşdur. Zərərçəkmiş şəxs Sehran oğlu isə qeyd olunan müəssisədə müalicədə olmayıb. Məhkəmədə elan edilib araşdırılmış vətəndaş Şahid8 tərəfindən Binəqədi rayon prokuroruna ünvanlanan xx.xx.2023-cü il tarixli ərizədən müəyyən olunur ki, Zərərçəkmiş şəxs anası Şahid8 qardaşı X15 zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmasını xahiş etmişdir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 234 saylı rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər - sağ əlin ovuc səthində lll-İV daraq sümükləriarası sahənin, V daraq sümüyü proyeksiyasının, V daraq sümüyünün ön-iç səthinin və V barmağın əsas-orta falanqalarıarası oynağının ovuc səthinin kəsilmiş yaralan iti kənarlı əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilən müddətdə və müayinə olunanın göstərdiyi şəraitdə, yəni 08 fevral 2023-cü il tarixli hadisə zamanı digər şəxsə bıçaqla zərbələr yetirərkən öz əlindəki bıçağın tiyəsinin iti kənarının təsirindən əmələ gələ bilərdi və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 33 saylı rəyindən müəyyən olunur ki, Mərhum Zərərçəkmiş şəxs bədəni üzərində aşağıdakı xəsarətlər vardır və onlar 3 (üç) qrupa bölünür: “a” - döş qəfəsinin ön səthinin sol yarısında, orta körpücük xətti ilə ön qoltuqaltı xətt arasında İV-V qabırğalararası sahədən sol döş boşluğuna nüfuz edən, sol V qabırğa qığırdağının döş ucunu, sol ağciyərin yuxarı payının divararalığı kənarını, ürək kisəsini və ürəyin sol mədəciyinin ön divarını zədələyən 3 (üç) ədəd (2-3-4 №-li), döş qəfəsinin sağ yan səthində, orta və arxa qoltuqaltı xətti üzrə İİİ-İV qabırğalararası sahədən sağ döş boşluğuna nüfuz edən, sağ ağciyərin yan qabırğalar səthini zədələyən 2 (iki) ədəd (6 və 37№-li) və döş qəfəsinin arxa səthində solda, arxa qoltuqaltı xətlə sol onurğayanı xətt arasında sol döş boşluğuna nüfuz edən, sol ağciyərin arxa qabırğalar səthini zədələyən 3 (üç) ədəd (9-10- 11№-li), kəskin daxili (sağ plevra boşluğunda 150-200 ml-dək, sol plevra boşluğunda 250- 300 ml-dək qan) və xarici qanaxmaya səbəb olmuş deşilmiş-kəsilmiş yaralar; “b” - sağ yanağın ağız boşluğuna nüfuz etməyən 1 (bir) (№1), döş qəfəsinin ön səthinin sağ yarısında, ön qoltuqaltı xətt üzrə V-Vİ qabırğalararası sahədə 1 (bir) (№5), döş qəfəsinin sağ arxa-yan səthində, orta qoltuqaltı xətlə arxa qoltuqaltı xətt arasında İİİ-İV qabırğalararası sahədə 1 (bir) (№7), sağ arxa qoltuqaltı xətt üzrə İİİ-İV qabırğalararası sahədə 1 (bir) (№8), döş qəfəsinin arxa səthində solda, arxa qoltuqaltı xətlə sol onurğayanı xətt arasında, kürəküstü və kürək nahiyəsində yerləşmiş 21 (iyirmi bir) (№№ 12-32), döş qəfəsinin arxa səthinin sağ yarısında, kürək xətti ilə arxa qoltuqaltı xətt arasında İİ qabırğaarası sahədə 1 (bir) (№33), sağ kürəküstü nahiyə səviyyəsində, onurğayanı xətt üzrə İİİ qabırğaarası sahədə 1 (bir) (№34), sağ arxa qoltuqaltı xətt üzrə qoltuqaltı nahiyədə 2 (iki) (№35-36), sol çiyinüstü nahiyədə 2 (iki) (№38-39), sol bazunun yuxarı 1/3-nin ön səthində 4 (dörd) (№№ 40-41-42-43), sol bazunun orta 1/3-nin arxa və bayır səthlərində 4 (dörd) (№№ 44-45-46-47), sağ bazunun yuxarı 1/3-nin arxa səthində 1 (bir) (№48) və sağ bazunun orta-yuxarı 1/3-nin bayır səthində 2 (iki) (№ 49-50) ədəd boşluqlara nüfuz etməyən, yumşaq toxuma və əzələləri zədələyən, kəskin xarici qanaxmaya səbəb olmuş deşilmiş-kəsilmiş yaralar; “c” - sol diz oynağının və sol baldırın yuxarı 1/3-nin ön, sol ayaq pəncəsinin ayaqarxası səthlərinin sıyrıqları
2. “a” və “b” - bəndində göstərilmiş bədən xəsarətlərindən döş qəfəsinin ön, sağ yan və arxa səthlərindən sol və sağ döş boşluqlarına nüfuz edən (2-3-4, 6, 9-10-11 və 37№-li) 8 (səkkiz) ədəd, sağ yanağın, döş qəfəsinin ön, arxa, sağ və sol yan səthlərinin, sol çiyinüstü nahiyənin, sağ və sol bazunun orta və yuxarı 1/3-nin ön, arxa və bayır səthlərinin 42 (qırx iki) ədəd boşluqlara nüfuz etməyən deşilmiş-kəsilmiş yaraları deşici-kəsici əşyanın (əşyaların) deşici-kəsici təsirindən mərhumun ölümündən az əvvəl və ya ölüm anında törənmişdir, həyati əlamətlərə malik olmaqla ümumilikdə ölümlə bilavasitə səbəbli əlaqələri vardır, qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilən müddətdə və şəraitdə, yəni 08 fevral 2023-cü il tarixdə kənar şəxs tərəfindən qeyd olunan nahiyələrə bıçaqla yetirilmiş çoxsaylı zərbələr nəticəsində əmələ gələ bilərdi; “c”- bəndində göstərilmiş bədən xəsarətləri küt əşyanin (əşyaların) təsirindən mərhumun ölümündən az əvvəl və ya ölüm anında törənmişdir, həyati əlamətlərə malik olmaqla ölümlə səbəbli əlaqələri yoxdur və belə xəsarətlər ümumilikdə sağlamlığa zərər vurmayan xəsarətlərin əlamətlərinə malik olduğuna görə dərəcələri təyin edilmir.
3. “a” - bəndində göstərilmiş, döş qəfəsinin ön səthinin sol yarısından döş boşluğuna nüfuz edən, sol V qabırğa qığırdağının döş ucunu, sol ağciyərin yuxarı payının divararalığı kənarını, ürək kisəsini və ürəyin sol mədəciyini zədələyən 3 (üç) ədəd (2-3-4 №-li) deşilmişkəsilmiş yaranın yara kanalının istiqaməti öndən-arxaya, qismən soldan-sağa, döş qəfəsinin sağ yan səthində, orta və arxa qoltuqaltı xətti üzrə İİİ-İV qabırğalararası sahədən sağ döş boşluğuna nüfuz edən, sağ ağciyərin yan qabırğalar səthini zədələyən 2 (iki) ədəd (6 və 37№-li) deşilmiş-kəsilmiş yaranın yara kanalının istiqaməti sağdan-sola və bir qədər aşağıdan-yuxarıya və döş qəfəsinin arxa səthinin sol yarısında kürəküstü nahiyədən sol döş boşluğuna nüfuz edən, sol ağciyərin yuxarı payının arxa qabırğalar səthini zədələyən 3 (üç) ədəd (9-10-11№-li) yaranın yara kanalının istiqaməti arxadan-önə, qismən soldan-sağa və bir qədər yuxarıdan-aşağıya olmaqla ölümlə bilavasitə səbəbli əlaqələri vardır və dərəcəsinə görə hər biri ayrılıqda, eləcə də ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvurmanın əlamətlərinə malikdir; “b”- bəndində göstərilmiş, boşluqlara nüfuz etməyən, qeyd olunan nahiyələrdə yumşaq toxuma və əzələləri zədələyən, xarici qanaxmaya səbəb olmuş yaraların ölümlə bilavasitə səbəbli əlaqələri yoxdur, dərəcəsinə görə hər biri ayrılıqda, eləcə də, ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmanın əlamətlərinə malikdir;
4. Mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb döş qəfəsinin sağ və sol döş boşluqlarına nüfuz edən, hər iki ağciyəri, ürək kisəsinin və ürəyi zədələyən çoxsaylı deşilmiş-kəsilmiş yaraları nəticəsində inkişaf etmiş kəskin daxili və xarici qanitirmə olmuşdur. İlkin meyit ələmətlərinin inkişaf dərəcəsinə əsasən güman etmək olur ki, Zərərçəkmiş şəxs ölümü onun meyitinin meyitxanada müayinəsindən 6-8 saat əvvəl baş vermişdir.
5. Mərhum Zərərçəkmiş şəxs meyitinin döş qəfəsinin ön səthinin sol və sağ yarısından, arxa səthinin sol yarısından və sol bazunun yuxarı 1/3-nin ön səthindən götürülmüş dəri parçalarının tibbi-kriminalistik müayinəsi ona dəlalət edir ki, qeyd olunan xəsarətlər deşilmiş-kəsilmiş yaralar olub ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (əşyanın) təsirindən əmələ gəlmişdir. Mərhumun bədəni üzərində aşkar edilmiş yaralarda bəzi xüsusiyyətlərinə görə oxşarlıq (yara kənarları, divarları və ucların xarakterinə görə), bəzi xüsusiyyətlərinə görə fərqlənmələr (ölçülərinə və formasına görə) aşkar edilmiş, yaralar üzərində iztörədən alətin fərdi xüsusiyyətləri müəyyən edilməmişdir. Bu baxımdan aşkar edilmiş fərqli əlamətlər iztörədən alətin konstruktiv xüsusiyyətləri ilə əlaqəli olmamış, yaraların əmələgəlmə mexanizmi və şəraitdən asılı olmuşdur. Qeyd olunanları nəzərə alaraq yaraların eyni bir deşici-kəsici alətin tiyəsinin təsirindən əmələ gələ bilinmələri barədə fikir söyləmək mümkündür və ekspertizaya təqdim olunmuş mətbəx tipli bıçağın tiyəsinin təsirindən, eləcə də bu tipli, onunla eyni konstruktiv xüsusiyyətlərə malik digər bıçaqların tiyəsinin təsirindən törənə bilinmələri inkar olunmur. Bununla belə, suala daha konkret cavab vermək üçün xəsarətlər yetirilən anda Zərərçəkmiş şəxs əynində olmuş paltarların (maykanın), onun meyitindən götürülmüş dəri parçalarının və maddi sübut qismində götürülmüş bıçağın birgə tibbi-kriminalistik müayinəsi əhəmiyyət kəsb edə bilərdi.
6. Mərhum Zərərçəkmiş şəxs xəsarətlər bədənin müxtəlif duruş vəziyyətlərində, o cümlədən, ayaq üstə, gövdənin önə, yanlara doğru əyilmiş, diz-dirsək və s. vəziyyətlərində yetirilə bilərdi. Xəsarətlərin gövdənin həm ön, həm arxa, eləcə də sağ və sol yan səthlərində yerləşmələrini nəzərə alsaq xəsarətlər yetirilərkən zərərçəkmişin zərbələrdən qaçmaq və ya əmələ gələn ağrılar səbəbindən hərəkətdə olması (qıvrılması) və hər bir yetirilən konkret zərbə zamanı gövdəsinin həmin nahiyəsinin xəsarət yetirən şəxsə tərəf olması barədə mülahizə yürütmək mümkündür. Zərərçəkmiş şəxs xəsarətlər qısa bir müddət ərzində yetirildiyindən onların yetilmə ardıcıllığı barədə fikir söyləmək mümkün deyildir.
7. Mərhum Zərərçəkmiş şəxs meyitinin müayinəsi zamanı onunla arxa keçəcək dəliyi vasitəsilə qeyri-təbii yolla cinsi əlaqədə olmağa dəlalət edə biləcək hər hansi bir əlamət müəyyən edilməmiş və meyitin arxa keçəcək dəliyi nahiyəsindən götürülmüş yaxma və tamponun məhkəmə-tibbi tədqiqi zamanı spermatozoidlər aşkar olunmamışdır.
8. Mərhum Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil, metil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu), fenilkilamin qrupuna aid olan amfetamin və metamfetamin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli, 628/K saylı rəyindən müəyyən olunur görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan və sidik nümunələrində barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri, salisilatlar və kannabinoid (çətənə bitkisindən alman və təbii mənşəli narkotik vasitə hesab edilən) aşkar edilməmişdir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-genetik ekspertizasının xx.xx.2023-cü il tarixli 23/187R saylı rəyindən müəyyən olunur ki, 1) 01 (bir) ədəd qəhvəyi rəngli odeyalda 1- 13 №-li qanabənzər ləkələr, 01 (bir) ədəd göy rəngli gül naxışlı yorğanda 14-17 №-li qanabənzər ləkələr, 01 (bir) ədəd ağ rəngli yorğanda 18-19 №-li qanabənzər ləkələr, 01 (bir) ədəd göy rəngli gül naxışlı yastıqda 20-21 №-li qanabənzər ləkələr, 01 (bir) ədəd göy rəngli gül naxışlı mələfədə 22-23 №-li qanabənzər ləkələr, 01 (bir) ədəd ədəd ağ rəngli mələfədə 24-25 №-li qanabənzər ləkələr, digər 01 (bir) ədəd ədəd ağ rəngli mələfədə 26 №li qanabənzər ləkə, üzərində “Arlight” yazılı 01 (bir) cüt çəkmənin sağ tayında 27-30 №-li qanabənzər ləkələr, üzərində “hak life” yazılı 01 (bir) ədəd qara rəngli qolsuz gödəkçənin astarında 31 №-li qanabənzər ləkələrdən, 01 (bir) ədəd naxışlı ağ rəngli dəsmalda 32-33 №-li qanabənzər ləkələr, 01 (bir) ədəd ağ rəngli dəsmalda 34-35 №-li qanabənzər ləkələr, 01 (bir) ədəd mavi rəngli dəsmalda 36-37 №-li qanabənzər ləkələr, 01 (bir) ədəd boz rəngli tumanda 38 №-li qanabənzər ləkələr, qanabənzər maddələrin hopdurulduğu – üzərində 1 yazılı 01 (bir) ədəd kağız zərfdə olan 01 (bir) ədəd tənzif tampon, üzərində 2 yazılı 04 (dörd) ədəd kağız zərfdə ola 04 (dörd) tənzif tampon, üzərində 3 yazılı 03 (üç) ədəd kağız zərfdə olan 03 (üç) ədəd tənzif tampon, üzərində 4 yazılı 01 (bir) ədəd kağız zərfdə olan 01 (bir) ədəd tənzif tampon, üzərində 5 yazılı 01 (bir) ədəd kağız zərfdə olan 01 (bir) ədəd tənzif tampon, üzərində 6 yazılı 02 (iki) ədəd kağız zərfdə olan 02 (iki) ədəd tənzif tampon, üzərində 7 yazılı 02 (iki) ədəd kağız zərfdə olan 02 (iki) ədəd tənzif tampon, üzərində 8 yazılı 02 (iki) ədəd kağız zərfdə olan 02 (iki) ədəd tənzif tampon, üzərində "8 tumbuçka" yazılı 01 (bir) ədəd kağız zərfdə olan 01 (bir) ədəd tənzif tampon, üzərində "9 yer kafel", "9 əl-üz yuyulan yer", "9 yer taxta döşəmə" və "9 qapı çöl hissəsi" yazılı 04 (dörd) ədəd kağız zərfdə olan 04 (dörd) ədəd tənzif tampon, Zərərçəkmiş şəxs əynində olmuş – 01 (bir) ədəd qara rəngli tuman və 01 (bir) ədəd ağ rəngli maykada olan qanabənzər ləkələr, 01 (bir) ədəd bıçağın dəstəyi, tiyəsi və dəstəyi ilə tiyəsinin birləşdiyi hissədən yaxma, Təqsirləndirilən şəxs əynində olmuş – 01 (bir) ədəd qara rəngli uzunqol isti köynəyin - ön hissəsində 39 №-li qanabənzər ləkələr, boyun hissəsində 40 №-li qanabənzər ləkələr, arxa qoltuq hissəsində 41 №-li qanabənzər ləkələr, arxa sol çiyin hissəsində 42 №-li qanabənzər ləkələr, arxa ətək hissəsində 43 №-li qanabənzər ləkələr, sağ qolun arxa dirsək hissəsində 44 №-li qanabənzər ləkələr, sağ qolun ön yuxarı hissəsində 45 №-li qanabənzər ləkələr, 01 (bir) ədəd qara rəngli qısaqol isti maykanın - ön sinə hissəsində 46 №-li qanabənzər ləkələr, ön qarın hissəsində 47-48 №-li qanabənzər ləkələr, ön ətək hissəsində 49 №-li qanabənzər ləkələr, 01 (bir) ədəd qara rəngli cins şalvarın - sağ cibinin içəri hissəsində 50 №-li qanabənzər ləkələr, sağ cib hissəsində 51 №-li qanabənzər ləkələr, sağ ayağının diz hissəsində 52 №-li qanabənzər ləkələr, sağ ayağının ətək hissəsində 53 №-li qanabənzər ləkələr, sol ayağının diz hissəsində 54 №-li qanabənzər ləkələr və 01 (bir) ədəd ağımtıl-boz rəngli tumanda 55 №-li qanabənzər ləkələr insan qanıdır. 2) Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş 01 (bir) ədəd bıçağın dəstəyi, tiyəsi və dəstəyi ilə tiyəsinin birləşdiyi hissədən götürülmüş yaxmada olan qan nümunələri və Təqsirləndirilən şəxs əynində olmuş 01 (bir) ədəd qara rəngli cins şalvarın sol ayağının diz hissəsində 54 №-li qan ləkələrində olan bioloji mənşəli materiallar, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs məxsus bioloji mənşəli materialların qarışığından ibarətdir. 3) Hadisə yerindən götürülmüş, 01 (bir) ədəd qəhvəyi rəngli odeyalda 1-13 №-li qan ləkələri, 01 (bir) ədəd göy rəngli gül naxışlı yorğanda 14-17 №-li qan ləkələri, 01 (bir) ədəd ağ rəngli yorğanda 18-19 №-li qan ləkələri, 01 (bir) ədəd göy rəngli gül naxışlı yastıqda 20-21 №-li qan ləkələri, 01 (bir) ədəd göy rəngli gül naxışlı mələfədə 22-23 №-li qan ləkələri, 01 (bir) ədəd ədəd ağ rəngli mələfədə 24-25 №-li qan ləkələri, üzərində “Arlight” yazılı 01 (bir) cüt çəkmənin sağ tayında 27-30 №-li qan ləkələri, 01 (bir) ədəd ağ rəngli dəsmalda 34-35 №-li qan ləkələri, 01 (bir) ədəd mavi rəngli dəsmalda 36-37 №-li qan ləkələri, üzərində 3 yazılı 02 (iki) ədəd kağız zərfdə olan 02 (iki) ədəd tənzif tamponda qan nümunələri, üzərində 4 yazılı 01 (bir) ədəd kağız zərfdə olan 01 (bir) ədəd tənzif tamponda qan nümunəsi, üzərində 5 yazılı 01 (bir) ədəd kağız zərfdə olan 01 (bir) ədəd tənzif tamponda qan nümunəsi, üzərində 6 yazılı 02 (iki) ədəd kağız zərfdə olan 02 (iki) ədəd tənzif tamponda qan nümunələri, üzərində 7 yazılı 02 (iki) ədəd kağız zərfdə olan 02 (iki) ədəd tənzif tamponda qan nümunələri, Zərərçəkmiş şəxs əynində olmuş – 01 (bir) ədəd qara rəngli tuman üzərində qan ləkələri və 01 (bir) ədəd ağ rəngli mayka üzərində qan ləkələri və Təqsirləndirilən şəxs əynində olmuş 01 (bir) ədəd qara rəngli cins şalvarın sağ ayağının ətək hissəsində olan 53 №-li qan ləkələri, Zərərçəkmiş şəxs məxsusdur. 4) Hadisə yerindən götürülmüş, digər 01 (bir) ədəd ədəd ağ rəngli mələfədə 26 №-li qan ləkəsi, üzərində “hak life” yazılı 01 (bir) ədəd qara rəngli qolsuz gödəkçənin astarında 31 №-li qan ləkələri, 01 (bir) ədəd naxışlı ağ rəngli dəsmalda 32-33 №-li qan ləkələri, 01 (bir) ədəd boz rəngli tumandan tədqiqat nümunəsi, 01 (bir) ədəd boz rəngli tumanda 38 №-li qan ləkələri, üzərində 1 yazılı 01 (bir) ədəd kağız zərfdə olan 01 (bir) ədəd tənzif tamponda qan nümunəsi, üzərində 2 yazılı 4 (dörd) ədəd kağız zərfdə olan 04 (dörd) tənzif tamponda qan nümunələri, üzərində 3 yazılı 01 (bir) ədəd kağız zərfdə olan 01 (bir) ədəd tənzif tamponda qan nümunəsi, üzərində 8 yazılı 02 (iki) ədəd kağız zərfdə olan 02 (iki) ədəd tənzif tamponda qan nümunələri, üzərində "8 tumbuçka" yazılı 01 (bir) ədəd kağız zərfdə olan 01 (bir) ədəd tənzif tamponda qan nümunəsi, üzərində "9 yer kafel" yazılı 01 (bir) ədəd kağız zərfdə olan 01 (bir) ədəd tənzif tamponda qan nümunəsi, üzərində "9 yer taxta döşəmə" yazılı 01 (bir) ədəd kağız zərfdə olan 01 (bir) ədəd tənzif tamponda qan nümunəsi, üzərində "9 qapı çöl hissəsi" yazılı 01 (bir) ədəd kağız zərfdə olan 01 (bir) ədəd tənzif tamponda qan nümunəsi, Təqsirləndirilən şəxs əynində olmuş – 01 (bir) ədəd qara rəngli uzunqol isti köynəyin - boyun hissəsindən tədqiqat nümunəsi, ön hissəsində 39 №-li qan ləkələri, arxa qoltuq hissəsində 41 №-li qan ləkələri, arxa sol çiyin hissəsində 42 №-li qan ləkələri, arxa ətək hissəsində 43 №-li qan ləkələri, sağ qolun arxa dirsək hissəsində 44 №-li qan ləkələri, sağ qolun ön yuxarı hissəsində 45 №-li qan ləkələri, 01 (bir) ədəd qara rəngli qısaqol isti maykanın - boyun hissəsindən tədqiqat nümunəsi, ön sinə hissəsində 46 №-li qan ləkələri, ön qarın hissəsində 47-48 №-li qan ləkələri, ön ətək hissəsində 49 №-li qan ləkələri, 01 (bir) ədəd qara rəngli cins şalvarın - cib hissəsindən tədqiqat nümunəsi, sağ cibinin içəri hissəsində 50 №-li qan ləkələri, sağ cib hissəsində 51 №-li qan ləkələri, sağ ayağının diz hissəsində 52 №-li qan ləkələri, 01 (bir) ədəd ağımtıl-boz rəngli tumandan tədqiqat nümunəsi və 01 (bir) ədəd ağımtıl-boz rəngli tumanda 55 №-li qan ləkələri, Təqsirləndirilən şəxs məxsusdur. 5) Hadisə yerindən götürülmüş, üzərində “hak life” yazılı 01 (bir) ədəd qara rəngli qolsuz gödəkçənin cib və boyun hissəsindən götürülmüş tədqiqat nümunələrində olan bioloji mənşəli materiallar kişi cinsindən olan naməlum şəxsə məxsusdur və bu nümunələrdən əldə olunmuş DNT profili, DİN-nin Kriminalistik Tədqiqatlar İdarəsindəki DNT məlumat bankında olan DNT profilləri ilə eynilik təşkil etmir. 6) Hadisə yerindən götürülmüş, üzərində “Arlight” yazılı 01 (bir) cüt çəkmədən götürülmüş tədqiqat nümunələrində olan bioloji mənşəli materiallar qarışıq tiplidir və müqayisəli DNT tədqiqatının keçirilməsi üçün yararlı deyildir. 7) Hadisə yerindən götürülmüş, üzərində "9 əlüz yuyulan yer" yazılı 01 (bir) ədəd kağız zərfdə olan 01 (bir) ədəd tənzif tamponda qan nümunəsi və Təqsirləndirilən şəxs əynində olmuş 01 (bir) ədəd qara rəngli uzunqol isti köynəyin boyun hissəsində 40 №-li qan ləkələrində kifayət qədər yararlı bioloji mənşəli materiallar mövcud deyil və ya deqradasiya əlamətlərini özündə əks etdirdiyi üçün DNT profilinin əldə olunması üçün yararlı deyildir. Bu səbəbdən müqayisəli DNT tədqiqatının keçirilməsi mümkün olmadı. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-kompüter texniki ekspertizasının 14 mart 2023-cü il tarixli 5/230 saylı rəyindən müəyyən olunur ki, təqdim edilmiş bir ədəd sensor ekran və “Android” əməliyyat sistemi ilə təhciz olunmuş “X32 8” markalı arxa məlumat lövhəsinə görə “M1908C3JG" modelli mobil smartfon hal-hazırda işlək vəziyyətdədir. Təqdim edilmiş “X32 8” markalı arxa məlumat lövhəsinə görə “M1908C3JG” modelli mobil telefona “Şifrələrlə” mühafizə olunan ekran kilidi tətbiq edilməsi səbəbindən “Menyu” hissəsinə daxil olmaq mümkün olmadığından, arxa məlumat löhvəsində və “SİM” danışıq kartı olan yuvada “İMEİ” kod göstərilmədiyindən tədqiq olunun mobil smartfonun “İMEİ” kodun müəyyən etmək mümkün olmadı. əqdim edilmiş “X32 8” markalı arxa məlumat lövhəsinə görə “M1908C3JG” modelli mobil smartfona istifadəçi tərəfindən tətbiq edilmiş “Şifrələrlə” mühafizə olunan ekran kilidini keçmək üçün “UFED TOUCH 2” markalı qurğuya qoşduqda qurğunun proqram təminatının metodlar bazasında mobil smartfonun yaddaşında olan məlumatları silmədən ekran kilidini sıfırlamaq üçün texniki imkanın olmaması müəyyən edildi. Rəyin “Tədqiqi hissəsi”nin 2-ci bəndində göstərilən səbəblərə görə təqdim edilmiş “X32 8” markalı arxa məlumat löhvəsinə görə “M1908C3JG” modelli mobil smartfona istifadəçi tərəfində tətbiq edilmiş “Şifrələrlə” mühafizə olunan (parol-password) ekran kilidini mobil cihaz yaddaşında olan informasiyanı silmədən keçmək mümkün olmadığından, mobil smartfonun yaddaşında hər hansı bir məlumatın olub-olmamasının müəyyən edilməsi üzrə təhqiqat işlərinin aparılması mümkün olmadı. Məhkəmədə elan edilib araşdırılmış kompleks komisyon ambulator məhkəməpsixiatrik və psixoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 853 saylı rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs aşkar edilən şəxsiyyət pozuntusu o dərəcədə ifadə olunmayıb ki, törətdiyi əməl dövründə onu öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etsin. Hal-hazırkı psixiatrik müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə xroniki psixi xəstəliyin və psixi fəaliyyətin müvəqqəti pozulmasının əlamətləri aşkar olunmayıb. Həmin dövrdə Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkəti Azərbaycan Respublikası CM-nin 21.1, 21.3 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək, baş verənləri düzgün qavrayıb təsvir etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə onun istintaq və digər prosessual hərəkətlərdə iştirak etmək və öz prosessual hüquq və vəzifələrini icra etmək iqtidarındadır. Təqsirləndirilən şəxs idrak prosseslərinin tədqiqi zamanı Emosional və assosiativ yaddaşının aktiv olduğu, Təfəkkürünün tənqidilik, proqnozlaşdırma kimi keyfiyyətlərinin normaya uyğun olması, diqqətində bir qədər dayanıqsızlıq müəyyən edilir. Emosional iradi sferasında, fərdi-psixi xüsusiyyətlərində qıcığa qarşı həssaslıq, impulsivlik, tez özündən çıxmaq, oqosentrizim neqativ amillərin təsirinə qarşı dözümsüzlük, emosional reaksiyalara meyillilik müəyyən edilir. Qərarın təsviri hissəsində qeyd olunan əməli törədən zaman Təqsirləndirilən şəxs psixi-emosional sferasında qəzəb, implusivlik kimi hallar yaranmış, həmin halların yaranması onda müəyyən edilən şəxsiyyətin emosional davamsız tip pozuntusu ilə şərtləşmişdir. Təqsirləndirilən şəxs hadisə baş verən vaxt emosional halından asılı olaraq öz hərəkətlərini dərk etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs intellektual imkanları normaya uyğundur, əqli inkişafında gerilik əlamətləri aşkar olunmur. Məhkəmədə elan edilib araşdırılmış kompleks məhkəmə-tibbi kriminalistik və məhkəmə-kriminalistik ekspertizasının xx.xx.2023-cü il tarixli, 7/188 saylı rəyindən müəyyən olunur ki, ekspertizaya təqdim olunmuş və mərhum Zərərçəkmiş şəxs məxsus maykanın ön səthinin sağ yarısının yuxan hissəsində 01 (bir) ədəd, sol yarısının yuxan hissəsində 03 (üç) ədəd, arxa səthinin sol yarısının yuxarı hissəsində 20 (iyirmi) ədəd, arxa səthinin sağ yarısının yuxarı hissəsində 01 (bir) ədəd, sağ qoltuqaltı nahiyyəsində 02 ədəd (cəmi 28(iyirmi səkkiz)) ədəd deşilmiş-kəsilmiş zədələr vardır. Bu zədələr kafi itilikli ucu, kafi itilikli ülgücü və zəif büruzə olunan küpü olan hər hansı yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən əmələ gəlmişdirlər. Ekspertizaya təqdim olunmuş və mərhum Zərərçəkmiş şəxs məxsus maykanın üzərində olan deşilmiş-kəsilmiş zədələrin ekspertizaya təqdim edilmiş bıçağın tiyəsi və ya oxşar konstruktiv xüsusiyyətli bıçağın (bıçaqların) tiyəsinin təsirindən əmələ gəlməsinin mümkünlüyü inkar olunmur.Ekspertizaya təqdim olunmuş və məhrum Zərərçəkmiş şəxs məxsus maykanın ön səthinin sağ yarısının yuxan hissəsində olan 01 ədəd deşilmiş-kəsilmiş zədə onun meyitinin bədənində olan döş qəfəsinin sağ yan səthində, qoltuqaltı nahiyədə, orta qoltuqaltı xətt üzrə İİİ qabırğalararası sahədə olan eyni xarakterli yara ilə; maykanın ön səthinin sol yarısının yuxan hissəsində olan 03 ədəd deşilmişkəsilmiş zədələr onun meyitinin döş qəfəsinin səthində solda, orta körpücük xətti ilə ön qoltuqaltı xətt arası, İV-V qabırğalararası sahədə, döş giləsindən aşağıda olan 03 ədəd eyni xarakterli yaralarlarka, maykanın arxa səthinin sol yanrısının yuxarı hissəsində olan 20 ədəd deşilmiş-kəsilmiş zədələr onun meyitinin döş qəfəsinin arxa səthində solda, arxa qoltuqaltı xətlə sol onurğa xətti arasında, kürəküstü, kürək nahiyəsində olan eyni xarakterli yaralarla; maykanın arxa səthinin orta nahiyəsinin yuxan hissəsində olan 01 ədəd deşilmişkəsilmiş zədə onun meyitinin sağ kürəküstü nahiyə səviyyəsində, onurğayanı xətt üzrə İİİ qabırğaarası sahədə olan 01 ədəd eyni xarakterli yara ilə; maykanın arxa səthinin sağ yansının yuxan hissəsində olan 01 ədəd deşilmiş-kəsilmiş zədə onun meyitinin döş qəfəsinin arxa səthinin sağ yarısında, kürək xətti ilə qoltuqaltı xətt arasında İİ qabırğaarası sahəsində olan 01 ədəd eyni xarakterli yara ilə; maykanın nisbi arxa səthinin sağ yarısının yuxarı hissəsi, sağ qoltuqaltı nahiyəsində olan 01 ədəd deşilmiş-kəsilmiş zədə onun meyitinin sağ arxa qoltuqaltı xətt üzrə İİİ-İV qabırğalararası sahəsində olan 01 ədəd eyni xarakterli yara ilə və maykanın arxa səthinin sağ yansının yuxan hissəsində, sağ qoltuqaltı nahiyəsində olan 01 ədəd deşilmiş-kəsilmiş yara onun meyitinin arxa qoltuqaltı xətt üzrə müəyyən edilmiş 01 ədəd deşilmiş-kəsilmiş yara ilə yerləşmə nahiyələrinə görə, nisbi olaraq uyğun gəlirlər. Ekspertizaya təqdim olunmuş və mərhum Zərərçəkmiş şəxs məxsus bir ədəd tumanın üzərində əhəmiyyət kəsb edən heç bir zədə aşkar olunmadı. Ekspertizaya təqdim olunmuş və Təqsirləndirilən şəxs məxsus bir ədəd sviter, bir ədəd köynək, bir ədəd şalvar və bir ədəd tumanın üzərində əhəmiyyət kəsb edən heç bir zədə aşkar olunmamışdır. Ekspertizaya təqdim olunmuş və hadisə yerindən götürülmüş bir ədəd gödəkçə, bir ədəd tuman və bir cüt ayaqqabı üzərində əhəmiyyət kəsb edən heç bir zədə aşkar olunmadı. Ekspertizaya təqdim edilmiş bir ədəd yataq örtüyü, iki ədəd yorğan üzlüyü və yorğan, bir ədəd yastıq üzlüyü və yastıq, iki ədəd döşək üzlüyü, bir ədəd mələfə, bir ədəd məhrəba və iki ədəd dəsmalın üzərində əhəmiyyət kəsb edən heç bir zədə aşkar olunmadı. Ekspertizaya təqdim edilmiş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı, deşici-kəsici xassəyə malik mətbəx bıçağıdır və soyuq silah hesab olunmur, bıçağın üzərində heç bir düzəliş edilməmişdir. Məhkəmədə elan edilib araşdırılmış "xxxx" MMC-dən 29 mart 2023-cü il tarixli 7068 saylı və 28 aprel 2023-cü il tarixli 9588 saylı məktublarla Binəqədi rayon prokurorluğuna daxil olmuş disklərə baxış protokolundan müəyyən olunur ki, Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** saylı sim kartla Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı sim kartlar arasında qeydə alınmış danışıq aşkar edilməmiş, Zərərçəkmiş şəxs sonuncu dəfə xx.xx.2023-cü il tarixdə saat 12:01:05-də istifadəsində olan ***-***-**-** saylı sim kartın dayısı X15 istifadəsində olan ***-***-**-** saylı sim kartla danışıq apardığı müəyyən edilmişdir. Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı sim kartla atası Elşad Muxtarovun istifadəsində olan ***-***-**-** saylı sim kartla, anası Şahid1 istifadəsində olan ***-***-**-** saylı sim kartla və 103 çağrı mərkəzi ilə əlaqə saxlamışdır. Danışıqlar aşağıdakı ardıcıllıqla olmuşdur. ********** 506487192 2023-02-08 02:32:17 84 ********** 506487192 2023-02-08 02:34:47 205 ********** 506487192 2023-02-08 02:39:44 62 ********** 506487192 2023-02-08 02:44:13 88 ********** 506487192 2023-02-08 02:46:32 64 ********** 506487192 2023-02-08 02:57:13 124 ********** 506487192 2023-02-08 02:59:40 1 **********92 103 2023-02-08 02:59:58 86 ********** 506487192 2023-02-08 03:05:08 34 **********92 103 2023-02-08 03:08:30 51 ********** 506487192 2023-02-08 03:09:35 51 ********** 506487192 2023-02-08 03:16:54 33 Məhkəmədə elan edilib araşdırılmış Mingəçevir Şəhər İcra Hakimiyyətindən 22 fevral 2023-ci il tarixli, 5-3/2-211/2023 saylı məktubla daxil olmuş xasiyyətnamədən və arayışdan müəyyən olunur ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Muxtarov X12 şəhəri, Nizami küçəsi, ev 6a, mənzil 13 ünvanında 1977-ci il təvəllüdlü atası X10, 1984-cü il təvəllüdlü anası X1, 2005-ci il təvəllüdlü qardaşı X11 ilə birgə qeydiyyatdadır. Məhkəmədə elan edilib araşdırılmış “Bakı şəhər Narkoloji Mərkəzi” və “Respublika Narkoloji Mərkəzi” X14 daxil olmuş xx.xx.2023 və xx.xx.2023-cü il tarixli məktubladan Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs adları qeyd olunan müəssisəslərdə qeydiyyatda yoxdur. Məhkəmədə elan edilib araşdırılmış Lənkəran Şəhər İcra Hakimiyyətindən 06 mart 2023-ci il tarixli, 5-2-7/2-291/2023 saylı məktubdan müəyyən olunur ki, Mərəyev X8 şəhəri, Z.Əliyeva küçəsi, ev 78/7, mənzil 13 ünvanında pasport qeydiyyatında olsa da həmin ünvanda yaşamır. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikasi Səfərbərlik və Hərbi Xidmətə Çağiriş Üzrə Dövlət Xidmətinin Mingəçevir Şəhər Şöbəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli 3-43-45/2-365/2023 saylı məktubdan müəyyən olunur ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mingəçevir şəhər şöbəsinin qeydiyyat sənədlərinə əsasən ehtiyatda olan əsgər 2002-ci il təvəllüdlü Muxtarov X12 şəhər hərbihəkim komissiyyasının xx.xx.2020- ci il tarixli qərarı ilə Nazirlər Kabinetinin 29 fevral 2008-ci il tarixli 59 saylı Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəlinin İ qrafasının 18-ci maddəsinin “b” bəndinə əsasən, “dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” hesab edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən müəyyən olunur ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmədə elan edilib araşdırılmış 05 may 2023-cü il -cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan müəyyən olunur ki, hadisə yerinə baxış zamanı götürülmüş, qəhvəyi rəngli ədyal, ağ rəngli ədyal, “Arlight” sözləri yazılmış 01 cüt çəkmə, üzərində “hak life” sözləri yazılmış qolsuz gödəkcə, üzərində göy rəngli gül naxışları olan 01 ədəd yastıq, üzərində göy rəngli gül naxışları olan 01 ədəd yorğan, üzərində göy rəngli gül naxışları olan 01 ədəd mələfə, ağ rəngli mələfə və ağ rəngli yorğan, 01 ədəd üzərində naxışları olan ağ rəngdə, 01 ədəd ağ rəngdə və 01 mavi rəngdə olan dəsmallar, “1”,“2”,“3”,“4”,5“”,“6“,”7”,“8”,“9” rəqəmi ilə işarə edilmiş qana bənzər ləkələrdən nümunələr, 01 ədəd bıçaq, meyitə baxış zamanı Zərərçəkmiş şəxs üzərində olan 01 ədəd qara rəngli tuman və 01 ədəd ağ rəngli mayka və 01 ədəd qan nümunəsi, 01 ədəd qara rəngli uzunqol isti köynək, 01 ədəd qara rəngli qısaqol isti mayka, 01 ədəd qaramtıl-boz rəngli cins şalvar, 01 ədəd ağımtıl-boz rəngli alt tuman Təqsirləndirilən şəxs məxsus olan və könüllü olaraq təqdim edilən paltarlar 01 ədəd qara rəngli uzunqol isti köynək, 01 ədəd qara rəngli qısaqol isti mayka, 01 ədəd qaramtıl-boz rəngli cins şalvar, 01 ədəd ağımtıl-boz rəngli alt tuman Zərərçəkmiş şəxs məxsus 01 ədəd “Redmi” (model M1908C3JG) markalı mobil telefon və Təqsirləndirilən şəxs məxsus “KGTEL B110” markalı mobil telefon Binəqədi rayon prokurorluğunun maddi sübutların saxlanma otağına təhvil verilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.2.2 və 120.2.4cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməsi özünün ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin hüquqi varisi və şahidlərin ifadələri, ekspertiza rəyləri və işdə olan digər istintaq sənədləri ilə tam sübuta yetirilmişdir. Məhkəmə tərkibi hesab edir ki, ibtidai araşdırma orqanı Təqsirləndirilən şəxs əməlini düzgün olaraq Azərbaycan Respublikası CM-nin 120.2.2 və 120.2.4-cü maddələri ilə tövsif etmişdir. Məhkəmə tərkibi hesab edir ki, məhkəmə istintaqı zamanı araşdırılan cinayət hadisəsinin baş vermə faktı və halları təqsirləndirilən şəxsin hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilən cinayət hadisəsi ilə əlaqəsi və həmin cinayət əməlini törədilməsində cinayət məsuliyyətinə cəlb edilən şəxsin təqsirliliyi toplanmış sübutların məcmusu ilə tam müəyyən edilmiş və ittiham hökmünün çıxarılması üçün kifayətdir. Belə ki, “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 12 dekabr 2002-ci il tarixli qərarın 21-ci maddəsinə əsasən qəsdən adam öldürməyə görə cəza təyin edilərkən cinayətin baş verməsinin bütün halları, qəsdin növü, motivi və məqsədi, üsulu, edilmə mərhələsi və şəraiti, həmçinin təqsirkarın şəxsiyyəti, törətdiyi əmələ münasibəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Eyni zamanda zərərçəkmişin şəxsiyyətinə aid məlumatlar, onun təqsirkarla qarşılıqlı münasibəti, həmçinin hadisəyə qədərki davranışı təhqiq olunmalıdır. Plenumunun qərarının 1-ci bəndinə əsasən işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən bütün hallar, yəni təqsirin xarakteri, dərəcəsi, təqsirləndirilən və zərərçəkmiş şəxslərin hadisədən əvvəlki münasibətləri, cinayətin məqsədi, motivi, törədilmə üsulu, təqsirləndirilən şəxsin hadisədən əvvəl, hadisə vaxtı və hadisəni törətdikdən sonrakı davranışı, təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə kömək edən digər hallar hər tərəfli araşdırılmalıdır. Həmin qərarın 6-cı bəndinə əsasən isə qəsdən adam öldürmə o vaxt CM-nin 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (məsələn heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək). Eyni Plenum qərarının 8-ci bəndinə əsasən təqsirkarın əməli xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi CM-nin 120.2.4-cü maddəsi ilə tövsif edilərkən nəzərə almaq lazımdır ki, burada xüsusi amansızlıq anlayışı həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın cinayət törədərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olur. Əməl xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi zərərçəkmişi məhz xüsusi amansızlıqla həyatdan məhrum etməyə yönəldilmişdir. Xüsusi amansızlığın əlamətləri həyatdan məhrumetmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət ac-susuz saxlanması və s.) yetirilməsi hallarında mövcud olur. Xüsusi amansızlıq həmçinin təqsirkarın zərərçəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda öldürməkdə də ifadə oluna bilər. Məhkəmə nəzərə alır ki, "Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan RespublikasıAli Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli 1№-li qərarının 5-ci bəndinə əsasən xuliqanlıq niyyətilə qəsdən adam öldürmə, yaxud qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərini törətmiş şəxsin əməli müvafiq olaraq Cinayət Məcəlləsinin 120.2.2 yaxud 126.2.4 və ya 127.2.3-cü maddələri ilə tövsüf edilməlidir. Bu zaman qeyd edilən cinayətlərdən hər hansı birinin törədilməsi ilə yanaşı təqsirləndirilən şəxsin həm də ictimai qaydanın kobud surətdə pozulmasına və cəmiyyətə qarşı açıqdan-açığa hörmətsizlik etməyə səbəb olan qəsdən sair hərəkətlər də etməsi müəyyən edilərsə onda həmin şəxsin əməli cinayətlərin məcmuyu qaydasında həm də Cinayət Məcəlləsinin 221-ci maddəsilə tövsüf olunmalıdır. Beləliklə məhkəmə baxışında ibtidai araşdırma orqanının gəldiyi nəticə, yəni Təqsirləndirilən şəxs tanışı Zərərçəkmiş şəxs bıçaqla çoxsaylı xəsarətlər yetirərək xuliqanlıq niyyəti ilə və xüsusi amansızlıqla qəsdən həyatdan məhrum etməsi tam təsdiqini tapmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən hər bir şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cinayətin törədilməsində rolunu və iştirakçılıq dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, təyin olunan cəzanın onun islah edilməsinə və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. «İnsan Hüquqlarının və X9 haqqında» Avropa Konvensiyasının yaşamaq hüququ adlanan 2-ci maddəsinin 1-ci bəndində göstərilmişdir: «Hər kəsin yaşamaq hüququ qanunla qorunur. Heç kəs qanunla ölüm cəzası nəzərdə tutulmuş cinayət törətməyə görə, məhkəmə tərəfindən çıxarılmış belə hökmün icrasından başqa həyatından məhrum edilə bilməz». Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 2 nömrəli qərarının 2-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası «İnsan Hüquqlarının və X9 haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu 2002-ci ilin aprel ayının 15-də ratifikasiya etmiş dövlət kimi Konvensiya və onun protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yuridiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdikdən sonra yuridiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 27-ci maddəsində yaşamaq hüququ konstitusiya təminatlarından biri kimi öz əksini tapmışdır. Həmin maddənin İ bəndində göstərilmişdir ki, hər kəsin yaşamaq hüququ vardır. Bu isə bir daha əsas verir ki, həmin maddədə göstərilən digər hallar istisna olmaqla hər hansı bir şəxs başqa şəxsi yaşamaq hüququndan, yəni həyatdan məhrum edə bilməz. Bu hüququ təqsirli olaraq pozanlar isə cəza təhdidi altında qadağan olunmuş ictimai – təhlükəli əməl törətməklə, mövcud cinayət qanunvericiliyinin müvafiq normaları ilə cəzaya məruz qalır. Təqsirləndirilən şəxs 08 fevral 2023-ci il tarixdə saat 02:00 radələrində ünvan 1 ünvanında yerləşən Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzin yataqxanasındakı 204 saylı otaqda onunla birlikdə yaşayan həmin Mərkəzin tələbəsi yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs yatmaq istədiyini bildirərək ondan otaqdakı işığı söndürməsini, mobil telefonunun da səsini azaltmasını tələb etdikdə sonuncunun onun tələbini yerinə yetirməməsindən narazı qalmış və Zərərçəkmiş şəxs bu hərəkətini cüzi səbəb kimi bəhanə edərək heç bir əsaslı səbəb olmadan mübahisə yaradaraq xuliqanlıq niyyəti ilə Əliəkbər Mərəyəvi öldürmək qərarına gəlmiş və bu məqsədlə həmin otaqdakı masanın üzərində olan ağ-göy-qırmızı rəngli dəstəyi olan qatlanmayan, soyuq silah hesab edilməyən mətbəx bıçağını sağ əlinə götürərək, qəsdən öldürmək məqsədi ilə həmin anda müqavimət göstərə bilməməsi üçün əli ilə itələyib arxası üstə çarpayının üzərinə yıxdığı Əliəkbər Mərəyəvin ümumilikdə xarici və daxili qanaxmaya səbəb olmuş, həm sayına, həm də xarakterinə görə zərərçəkmiş şəxsə xüsusi əzab verən çoxsaylı bədən xəsarətləri yetirərək xuliqanlıq niyyəti ilə və xüsusi amansızlıqla Zərərçəkmiş şəxs qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum edilməsinə yönəlmiş qəsdini başa çatdırmışdır. Məhkəmə tərkibi hesab edir ki, məhkəmə istintaqı zamanı araşdırılan cinayət hadisəsinin baş vermə faktı və halları təqsirləndirilən şəxsin hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilən cinayət hadisəsi ilə əlaqəsi və həmin cinayət əməlini törədilməsində cinayət məsuliyyətinə cəlb edilən şəxsin təqsirliliyi toplanmış sübutların məcmusu ilə tam müəyyən edilmiş və ittiham hökmünün çıxarılması üçün kifayətdir. Məhkəmədə elan edilib araşdırılmış cinayət işinə əlavə edilmiş sənədələrdən tərəflər arasında barışığın əldə olunmadığı müəyyən olunur belə ki, məhkəmə baxışı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi X26 tərəfindən məhkəməyə barışıqla bağlı heç bir ərizə təqdim edilməmiş və məhkəmə baxışı zamanı verdiyi ifadəsində Təqsirləndirilən şəxs qanuni cəza almasını istəmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ədalət prinsipini nəzərdə tutan 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədləri açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Bundan əlavə, Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və X9 haqqında” Konvensiyanın 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri təyin edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir . Beləliklə, hər bir şəxs barəsində verilən ittihamla bağlı qərəzsiz və ədalətli məhkəmə baxışı qeyd olunan X4 təməl prinsiplərindəndir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməlin ictimai təhlükəliyini nəzərə alaraq hesab edir ki, onun islah olunması yalnız cəmiyyətdən təcrid olunması yolu ilə mümkündür. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası CM-nin 15.5-ci maddəsinə əsasən CM-nin 120.2.2 və 120.2.4-cü maddələri xüsusilə ağır cinayətlərə aiddir. Azərbaycan Respublikası CM-nin CM-nin 56.1.3-cü maddəsinə əsasən qəsdən törədilmiş xüsusilə ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxs kimi Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Həmçinin, Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı təqsirləndirilən şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Belə olan halda, məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin etdikdə cəzaçəkmə müddətinin əvvəlini şübhəli şəxs qismində tutulduğu 08 fevral 2023-cü il tarixdən saat 07:00-dan hesablamalıdır. “Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında” 7 mart 2012-ci il tarixli Azərbaycan Respublikasının Qanununa 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. “Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında” 7 mart 2012-ci il tarixli Azərbaycan Respublikasının Qanununa 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Belə olan halda iş üzrə maddi sübut olan və Bakı şəhəri Binəqədi rayon prokurorluğunun maddi sübutları saxlama otağında saxlanılan hadisə yerinə baxış zamanı götürülmüş, qəhvəyi rəngli ədyal, ağ rəngli ədyal, “Arlight” sözləri yazılmış 01 cüt çəkmə, üzərində “hak life” sözləri yazılmış qolsuz gödəkcə, üzərində göy rəngli gül naxışları olan 01 ədəd yastıq, üzərində göy rəngli gül naxışları olan 01 ədəd yorğan, üzərində göy rəngli gül naxışları olan 01 ədəd mələfə, ağ rəngli mələfə və ağ rəngli yorğan, 01 ədəd üzərində naxışları olan ağ rəngdə, 01 ədəd ağ rəngdə və 01 mavi rəngdə olan dəsmallar, “1”,“2”,“3”,“4”,5“”,“6“,”7”,“8”,“9” rəqəmi ilə işarə edilmiş qana bənzər ləkələrdən nümunələr, 01 ədəd bıçaq, meyitə baxış zamanı Zərərçəkmiş şəxs üzərində olan 01 ədəd qara rəngli tuman və 01 ədəd ağ rəngli mayka və 01 ədəd qan nümunəsi, 01 ədəd qara rəngli uzunqol isti köynək, 01 ədəd qara rəngli qısaqol isti mayka, 01 ədəd qaramtılboz rəngli cins şalvar, 01 ədəd ağımtıl-boz rəngli alt tuman Təqsirləndirilən şəxs məxsus olan və könüllü olaraq təqdim edilən paltarlar 01 ədəd qara rəngli uzunqol isti köynək, 01 ədəd qara rəngli qısaqol isti mayka, 01 ədəd qaramtıl-boz rəngli cins şalvar, 01 ədəd ağımtıl-boz rəngli alt tuman məhv edilməli, Zərərçəkmiş şəxs məxsus 01 ədəd “Redmi” (model M1908C3JG) markalı mobil telefon onun hüquqi varisi olan atası X19, Təqsirləndirilən şəxs məxsus “KGTEL B110” markalı mobil telefon onun anası Şahid1 Məhəmədiyə qızına qaytarılmalıdır. İş üzrə ekspertiza xərcləri olan 160 (yüz altmış) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Hökmdə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351- 353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.2.2 və 120.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 19 (on doqquz) il müddətinə azadlıqdan məhrum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli “08” fevral 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. İş üzrə maddi sübut olan və Bakı şəhəri Binəqədi rayon prokurorluğunun maddi sübutları saxlama otağında saxlanılan hadisə yerinə baxış zamanı götürülmüş, qəhvəyi rəngli ədyal, ağ rəngli ədyal, “Arlight” sözləri yazılmış 01 cüt çəkmə, üzərində “hak life” sözləri yazılmış qolsuz gödəkcə, üzərində göy rəngli gül naxışları olan 01 ədəd yastıq, üzərində göy rəngli gül naxışları olan 01 ədəd yorğan, üzərində göy rəngli gül naxışları olan 01 ədəd mələfə, ağ rəngli mələfə və ağ rəngli yorğan, 01 ədəd üzərində naxışları olan ağ rəngdə, 01 ədəd ağ rəngdə və 01 mavi rəngdə olan dəsmallar, “1”,“2”,“3”,“4”,5“”,“6“,”7”,“8”,“9” rəqəmi ilə işarə edilmiş qana bənzər ləkələrdən nümunələr, 01 ədəd bıçaq, meyitə baxış zamanı Zərərçəkmiş şəxs üzərində olan 01 ədəd qara rəngli tuman və 01 ədəd ağ rəngli mayka və 01 ədəd qan nümunəsi, 01 ədəd qara rəngli uzunqol isti köynək, 01 ədəd qara rəngli qısaqol isti mayka, 01 ədəd qaramtıl-boz rəngli cins şalvar, 01 ədəd ağımtıl-boz rəngli alt tuman Təqsirləndirilən şəxs məxsus olan və könüllü olaraq təqdim edilən paltarlar 01 ədəd qara rəngli uzunqol isti köynək, 01 ədəd qara rəngli qısaqol isti mayka, 01 ədəd qaramtıl-boz rəngli cins şalvar, 01 ədəd ağımtıl-boz rəngli alt tuman məhv edilsin. Zərərçəkmiş şəxs məxsus 01 ədəd “Redmi” (model M1908C3JG) markalı mobil telefon onun hüquqi varisi olan atası X19 qaytarılsın. Təqsirləndirilən şəxs məxsus “KGTEL B110” markalı mobil telefon onun anası Şahid1 Məhəmədiyə qızına qaytarılsın. İş üzrə ekspertiza xərci 160 (yüz altmış) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Sədrlik edən: Rasim Sadıxov Hakimlər: Novruz Kərimov Leyla Əsgərova-Məmmədova