Məhkəmə qərarları › İş №1(101)-367/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-367/2025

01.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-367/2025 01.09.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əsgərova-X8 (sədrlik edən), Sadıxov Rasim Əkrəm oğlu və Kərimov Novruz Ağakərim oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X5, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı1 və Dövlət ittihamçısı2, zərərçəkmiş şəxsin hüquqi varisi X16 və onun nümayəndəsi Nümayəndə, müdafiəçilər – Azərbaycan Respublikasının Vəkillər Kollegiyası 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Azərbaycan Respublikasının Vəkillər Kollegiyası 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Azərbaycan Respublikasının Vəkillər Kollegiyası 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 iştirakları ilə, xx xxxxxx 1999-cu il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanda qeydiyyatda olmaqla faktiki həmin ünvanda yaşamış, barəsində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 13 mart 2024-cü il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.1 və 221.3-cü maddələri ilə, xx xxxxxx 1981-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində fiziki tərbiyə müəllimi işləmiş, ünvan 3 ünvanda qeydiyyatda olmaqla faktiki həmin ünvanda yaşamış, barəsində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 13 mart 2024-cü il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.1 və 221.3-cü maddələri ilə, xx xxxxxx 1981-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, "xxxx" MMC-də yanğından mühafizə sistemləri üzrə sahə rəisi işləmiş, ünvan 4 ünvanda qeydiyyatda olmaqla faktiki həmin ünvanda yaşamış, barəsində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 12 mart 2024-cü il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1 bir qrup şəxs halında xuliqanlıq yəni, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, silah qismində istifadə olunan əşyadan istifadə etməklə zərərçəkmiş şəxsə zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər etmiş, bir qrup şəxs halında qəsdən adam öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir. Belə ki, o, 2024-cü ilin yanvar ayının ortalarında məktəb vaxtlarında tanıyıb dostluq münasibətində olduğu Zərərçəkmiş şəxs ilə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Mehmandarov küçəsində yerləşən “Bazarstore” mağazasının yaxınlığında təsadüfən rastlaşan zaman sonuncuya narkotik vasitələrin alüdəçisi kimi həmyaşıdları arasında bunu təbliğ edib, maraq yaratmasını irad bildirməsi səbəbindən aralarında baş vermiş mübahisə zamanı bir-birlərinin ünvanına ağır söyüşlər işlətdikdən sonra Zərərçəkmiş şəxs üzərində gəzdirdiyi istintaqa məlum olmayan bıçaqla Təqsirləndirilən şəxs1 zərbə vurub ona sol bud nahiyəsinin deşilmiş-kəsilmiş yarası kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid 1 (bir) ədəd xəsarət yetirib uzaqlaşdığından o, Zərərçəkmiş şəxs bu hərəkətini özünə təhqir kimi qəbul edib, hiddətlənərək ondan qisas almaq niyyəti ilə sonuncunu qəsdən öldürmək qərarına gəlib, rastlaşdıqları məqamda cinayətkar niyyətini həyata keçirmək məqsədilə üzərində bıçaq gəzdirmiş, xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs ilə arasında olan bu ədavətdən xəbərsiz tanışları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə görüşüb birlikdə siqaret almaqdan ötrü həmin gün saat 20:02-də ünvan 6 ünvanında yerləşən “SPAR” marketə tərəf gedən zaman təsadüfən Zərərçəkmiş şəxs özünün də həmin anda marketdən çıxdığını görüb qəsdən adam öldürməyə yönəlmiş cinayətkar niyyətini həyata keçirmək üçün üzərində saxladığı bıçağı çıxardıb nümayiş etdirərək tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə birlikdə bir qrup şəxs halında ictimai yer hesab olunan marketin qarşısında cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qanunvericiliklə müəyyən edilmiş davranış və birgəyaşayış qaydalarına zidd olaraq ətrafdakı insanların gözləri qarşısında ictimai qaydaya əhəmiyyətli laqeydlik və etinasızlıq göstərərək öz üstünlüklərini ətrafdakılara nümayiş etdirmək məqsədilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərərək silah qismində istifadə olunan əşyadan istifadə etməklə zor tətbiq edib küçədə olan şəxslərin narahatçılığına və marketin fəaliyyətinin pozulmasına səbəb olan qərəzli xuliqanlıq hərəkətləri edərək aqressiv şəkildə Təqsirləndirilən şəxs2la birlikdə onu görüb qaçmağa çalışan Zərərçəkmiş şəxs arxasınca qaçaraq onu təqib etmiş, bu zaman marketin qarşısında dayanıb onları müşahidə edən Təqsirləndirilən şəxs3 özünü qorumaqdan ötrü marketə girmək məqsədi ilə ona tərəf istiqamətlənmiş Zərərçəkmiş şəxs qarşısına çıxaraq hər hansı bir əsaslı səbəb olmadan öz üstünlüyünü ətrafdakılara nümayiş etdirmək məqsədilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə qəflətən sağ yumruğu ilə sifət nahiyəsindən bir dəfə zərbə vurub zor tətbiq etməklə ona burun sümüyünün xətti sınığı kimi canlı şəxslərdə sağlamlığa yüngül zərərvurmanın əlamətlərinə malik xəsarət yetirməklə bir qrup şəxs halında silah qismində istifadə olunan əşyadan istifadə etməklə qərəzli xuliqanlıq edib bununla kifayətlənməyərək Zərərçəkmiş şəxs zərbənin nəticəsində müvazinətini itirməyərək qaçışını davam etdirib marketə daxil olmaq istəyərkən ayağının giriş qapısının qarşısında olan səkiyə ilişib büdrəməsi səbəbindən içəri daxil ola bilməməsini görüb Zərərçəkmiş şəxs yaxalayaraq artıq aralarında yaranmış qərəzli şəxsi münasibətlər zəminində qisas niyyəti ilə qəsdən adam öldürməyə yönəlmiş cinayətkar niyyətini başa çatdırmaqdan ötrü məqam yaranmasından istifadə edib sağ əlində olan bıçaqla əvvəlcə ayaqüstü vəziyyətdə olan Zərərçəkmiş şəxs bədən səthinə ardıcıl zərbələr vuraraq ona sağ əlin İ və İİ barmaqlarının kəsilmiş səthi yaraları kimi canlı şəxslərdə sağlamlığa zərərvurmayan, döş qəfəsinin sağ yarısının ön səthinin daxilə nüfuz edərək ürək kisəsinin və ürəyin zədələnməsinə səbəb olan 1 (bir) ədəd, döş qəfəsinin sol yarısının arxa səthinin daxilə nüfuz edərək sol ağciyərin zədələnməsinə səbəb olan 1 (bir) ədəd cəmi 2 (iki) ədəd ümumilikdə və hər biri ayrı-ayrılıqda canlı şəxslərdə sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malik olmaqla daxilə nüfuz edib daxili üzvlərin yaralanması nəticəsində baş vermiş daxili və xarici qanitirmə səbəbindən ölümü ilə birbaşa səbəbli əlaqəli deşilmiş-kəsilmiş yaralar ilə müşayət olunan bədən xəsarətləri yetirib sonuncunu yerə yıxdıqdan sonra ona tərəf təpik zərbələri atarkən arxalarınca gələn Təqsirləndirilən şəxs2 da özünü onlara çatdırıb Zərərçəkmiş şəxs bir qədər əvvəl qaçarkən ünvanlarına söyüşlər işlətməsini özünün şəxsiyyətini, şərəf və ləyaqətini alçaldan hərəkətlər kimi qəbul edib hiddətlənərək qisas almaq niyyəti ilə Zərərçəkmiş şəxs qəsdən öldürmək qərarına gəlib, cinayətkar niyyətini həyata keçirmək üçün qəsdən adam öldürmə prosesinin gedişində Təqsirləndirilən şəxs1 qoşularaq bir qrup şəxs halında birləşməklə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə yerdən tapdığı taxta yeşikdən silah qismində istifadə edib zor tətbiq edərək qərəzli xuliqanlıq hərəkətləri edib həmin an yerdə uzanıqlı vəziyyətdə aktiv müdafiə olunmağa çalışan Zərərçəkmiş şəxs üzərinə hücum edərək ona tərəf bir neçə dəfə zərbə atıb alın və təpə nahiyələrinin qançırı, hər iki diz oynağı və sol baldır nahiyələrinin sıyrıqları kimi canlı şəxslərdə sağlamlığa zərərvurmayan xəsarətlər yetirməklə ölümünə səbəb olacaq həyatı üçün təhlükəli olan zərbələr yetirməsə də, həyatdan məhrum edilməsi prosesində bilavasitə iştirak edib müqavimətini qırdığından Təqsirləndirilən şəxs2 ilə birlikdə Zərərçəkmiş şəxs bir qrup şəxs halında qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Təqsirləndirilən şəxs2 bir qrup şəxs halında xuliqanlıq yəni, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, silah qismində istifadə olunan əşyadan istifadə etməklə zərərçəkmiş şəxsə zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər etmiş, bir qrup şəxs halında qəsdən adam öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir. Belə ki, o, xx.xx.2024-cü il tarixdə saat 20:02 radələrində siqaret almaqdan ötrü tanışları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 ilə birlikdə ünvan 6 ünvanında yerləşən “SPAR” marketə tərəf gedərkən həmin anda təsadüfən marketdən çıxan Zərərçəkmiş şəxs tanmamasına, eləcə də Təqsirləndirilən şəxs1la aralarında olan ədavətdən xəbərsiz olmasına baxmayaraq tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə birlikdə bir qrup şəxs halında ictimai yer hesab olunan marketin qarşısında cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qanunvericiliklə müəyyən edilmiş davranış və birgəyaşayış qaydalarına zidd olaraq ətrafda insanların olmasına baxmayaraq ictimai qaydaya əhəmiyyətli laqeydlik və etinasızlıq göstərərək öz üstünlüklərini ətrafdakılara nümayiş etdirmək məqsədilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərərək silah qismində istifadə olunan əşyadan istifadə etməklə zor tətbiq edib küçədə olan şəxslərin narahatçılığına və marketin fəaliyyətinin pozulmasına səbəb olan qərəzli xuliqanlıq hərəkətləri edərək Təqsirləndirilən şəxs1 üzərində saxladığı bıçağı çıxardıb nümayiş etdirməklə həmin an onu görüb qaçmağa çalışan Zərərçəkmiş şəxs təqib edərkən özü də aqressiv şəkildə onların arxasınca qaçaraq sonuncunu təqib etmiş, bu zaman marketin qarşısında dayanıb onları müşahidə edən Təqsirləndirilən şəxs3 özünü qorumaqdan ötrü marketə girmək məqsədi ilə ona tərəf istiqamətlənmiş Zərərçəkmiş şəxs qarşısına çıxaraq hər hansı bir əsaslı səbəb olmadan öz üstünlüyünü ətrafdakılara nümayiş etdirmək məqsədilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə qəflətən sağ yumruğu ilə onun sifət nahiyəsindən bir dəfə zərbə vurub zor tətbiq etməklə ona burun sümüyünün xətti sınığı kimi canlı şəxslərdə sağlamlığa yüngül zərərvurmanın əlamətlərinə malik xəsarət yetirməsinə baxmayaraq, Zərərçəkmiş şəxs bu zərbə nəticəsində müvazinətini itirməyərək qaçışını davam etdirib marketə daxil olmaq istəyərkən ayağının giriş qapısının qarşısında olan səkiyə ilişib büdrəməsi səbəbindən içəri daxil ola bilməməsini görən Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs yaxalayaraq sağ əlində olan bıçaqla əvvəlcə ayaqüstü vəziyyətdə olan Zərərçəkmiş şəxs bədən səthinə ardıcıl zərbələr vuraraq ona sağ əlin İ və İİ barmaqlarının kəsilmiş səthi yaraları kimi canlı şəxslərdə sağlamlığa zərərvurmayan, döş qəfəsinin sağ yarısının ön səthinin daxilə nüfuz edərək ürək kisəsinin və ürəyin zədələnməsinə səbəb olan 1 (bir) ədəd, döş qəfəsinin sol yarısının arxa səthinin daxilə nüfuz edərək sol ağciyərin zədələnməsinə səbəb olan 1 (bir) ədəd cəmi 2 (iki) ədəd ümumilikdə və hər biri ayrı-ayrılıqda canlı şəxslərdə sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malik olmaqla daxilə nüfuz edib daxili üzvlərin yaralanması nəticəsində baş vermiş daxili və xarici qanitirmə səbəbindən ölümü ilə birbaşa səbəbli əlaqəli deşilmiş-kəsilmiş yaralar ilə müşayiət olunan bədən xəsarətləri yetirib sonuncunu yerə yıxdıqdan sonra ona tərəf təpik zərbələri atarkən arxalarınca gəlib özünü onlara çatdıraraq Zərərçəkmiş şəxs bir qədər əvvəl qaçarkən ünvanlarına söyüşlər işlətməsini özünün şəxsiyyətini, şərəf və ləyaqətini alçaldan hərəkətlər kimi qəbul edib hiddətlənərək qisas almaq niyyəti ilə Zərərçəkmiş şəxs qəsdən öldürmək qərarına gəlib, cinayətkar niyyətini həyata keçirmək üçün qəsdən adam öldürmə prosesinin gedişində Təqsirləndirilən şəxs1 qoşularaq bir qrup şəxs halında birləşməklə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə yerdən tapdığı taxta yeşikdən silah qismində istifadə edib zor tətbiq edərək qərəzli xuliqanlıq hərəkətləri edib həmin an yerdə uzanıqlı vəziyyətdə aktiv müdafiə olunmağa çalışan Zərərçəkmiş şəxs üzərinə hücum edərək ona tərəf bir neçə dəfə taxta yeşiklə zərbələr atıb alın və təpə nahiyələrinin qançırı, hər iki diz oynağı və sol baldır nahiyələrinin sıyrıqları kimi canlı şəxslərdə sağlamlığa zərərvurmayan xəsarətlər yetirməklə onun ölümünə səbəb olacaq həyatı üçün təhlükəli olan zərbələr yetirməsə də, həyatdan məhrum edilməsi prosesində bilavasitə iştirak edib müqavimətini qırdığından Təqsirləndirilən şəxs1 ilə birlikdə Zərərçəkmiş şəxs bir qrup şəxs halında qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Təqsirləndirilən şəxs3 bir qrup şəxs halında xuliqanlıq yəni, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, zərərçəkmiş şəxsə zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər etmişdir. Belə ki, o, xx.xx.2024-cü il tarixdə saat 20:02 radələrində sərxoş vəziyyətdə siqaret almaqdan ötrü tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə birlikdə ünvan 6 ünvanında yerləşən “SPAR” marketə tərəf gedərkən həmin anda təsadüfən marketdən çıxan Zərərçəkmiş şəxs tanımamasına, eləcə də Təqsirləndirilən şəxs1la aralarında olan ədavətdən xəbərsiz olmasına baxmayaraq tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə birlikdə bir qrup şəxs halında ictimai yer hesab olunan marketin qarşısında cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qanunvericiliklə müəyyən edilmiş davranış və birgəyaşayış qaydalarına zidd olaraq ətrafdakı insanların gözü qarşısında ictimai qaydaya əhəmiyyətli laqeydlik və etinasızlıq göstərərək öz üstünlüklərini ətrafdakılara nümayiş etdirmək məqsədilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərərək zor tətbiq edib küçədə olan şəxslərin narahatçılığına və marketin fəaliyyətinin pozulmasına səbəb olan qərəzli xuliqanlıq hərəkətləri edərək Təqsirləndirilən şəxs1 üzərində saxladığı bıçağı çıxardaraq nümayiş etdirib Təqsirləndirilən şəxs2la birlikdə həmin an onu görüb qaçmağa çalışan Zərərçəkmiş şəxs arxasınca qaçıb onu təqib edərkən marketin qarşısında dayanıb onları müşahidə etmiş, bu zaman özünü qorumaqdan ötrü marketə girmək məqsədi ilə ona tərəf istiqamətlənmiş Zərərçəkmiş şəxs qarşısına çıxaraq heç bir əsaslı səbəb olmadan öz üstünlüyünü ətrafdakılara nümayiş etdirmək məqsədilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə qəflətən sağ yumruğu ilə sonuncunun sifət nahiyəsindən bir dəfə zərbə vurub zor tətbiq etməklə ona burun sümüyünün xətti sınığı kimi canlı şəxslərdə sağlamlığa yüngül zərərvurmanın əlamətlərinə malik xəsarət yetirməklə qərəzli hərəkətlər edərək xuliqanlıq etmiş, Zərərçəkmiş şəxs bu zərbənin təsirindən müvazinətini itirməyərək qaçışını davam etdirib marketə daxil olmaq istəsə də, ayağı giriş qapısının qarşısında olan səkiyə ilişib büdrədiyindən qrupun digər iştirakçılarından olan Təqsirləndirilən şəxs1 onun niyyəti ilə əhatə olunmayan cinayətkar hərəkətlərini davam etdirib Zərərçəkmiş şəxs yaxalayaraq sağ əlində olan bıçaqdan silah qismində istifadə edib zor tətbiq etməklə qərəzli xuliqanlıq hərəkətləri edib qisas almaq məqsədi ilə qəsdən öldürməkdən örtu Zərərçəkmiş şəxs bədən səthinə ardıcıl zərbələr vurmuş, həmin an arxalarınca gəlib özünü onlara çatdıran Təqsirləndirilən şəxs2 isə Zərərçəkmiş şəxs bir qədər əvvəl qaçarkən ünvanlarına söyüşlər işlətməsindən hiddətlənərək qisas almaq məqsədi ilə onu qəsdən öldürməyə yönəlmiş cinayətkar niyyətini həyata keçirməkdən ötrü qəsdən adam öldürmə prosesinin gedişində Təqsirləndirilən şəxs1 qoşularaq bir qrup şəxs halında birləşməklə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərib yerdən tapdığı taxta yeşikdən silah qismində istifadə edib zor tətbiq edərək qərəzli xuliqanlıq hərəkətləri edib həmin an yerdə uzanıqlı vəziyyətdə aktiv müdafiə olunmağa çalışan Zərərçəkmiş şəxs üzərinə hücum edərək ona tərəf bir neçə dəfə həmin taxta yeşiklə zərbələr atıb ölümünə səbəb olacaq həyatı üçün təhlükəli olan zərbələr yetirməsə də, həyatdan məhrum edilməsi prosesində bilavasitə iştirak edib müqavimətini qırdığından Qasımov X14 Əli Həmid oğlu ilə birlikdə Zərərçəkmiş şəxs bir qrup şəxs halında qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişlər. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 özünü elan edilmiş ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, tərəfindən törədilən cinayət əməlini dərk edir. Lakin niyyəti Zərərçəkmiş şəxs öldürmək olmamışdır. Əməl törədildikdən sonra 11 mart 2024-cü il tarixdə səhər saatlarında könüllü prokurorluğa gələrək təqsirini etiraf etmişdir. Baş verən hadisələrdən peşmandır. İbtidai istintaq dövründə izahatı düzgün yazılmamışdır. Belə ki, Səbuhinin ailəsi istintaqın gedişatına təsir etmişdir. Zərərçəkmiş şəxsin yaxın qohumlarının təsiri nəticəsində Təqsirləndirilən şəxs2 və onun əməlinin tövsifi ağırlaşdırılaraq məhkəməyə verilmişdir.O, Səbuhi ilə birlikdə ibtidai sinifdən 169 nömrəli məktəbdə oxumuşdur. Səbuhi ondan bir iki pillə yuxarı sinifdə təhsil almışdır. 2018-2019-cu illərdə onların arasında yaxın münasibət yaranmışdır, bir neçə dəfə görüşmüşdürlər. Nevroloji xəstəlikdən əziyyət çəkdiyinə görə həqiqi hərbi xidmətdə olmamışdır. Onun tərəfindən Səbuhiyə xəsarət yetirilməzdən əvvəl Səbuhi onun ailəsini təhqir etmiş, pnevmatik tapançadan ona atəş açmış, bıçaqla onun ayaq nahiyəsinə xəsarət yetirmişdir. Baş varmiş sonuncu hadisənin də səbəbi məhz Səbuhinin ona qarşı təhqiredici ifadələrinə görə onu cəzalandırmaq və qorxutmaq olmuşdur. Səbuhini cəzalandırmaq üçün etdiyi hərəkətin onun ölümünə səbəb olmasından təəssüf hissi keçirir. Səbuhi ilə ilk mübahisələri sonuncunun onun yaşadığı məhlədə narkotik vasitə istifadə etməsilə bağlı olmuşdur. Əvvəllər 19-20 yaşlarında özü də Səbuhinin təklifi ilə narkotik vasitə marixuana istifadə etmişdir. Lakin Səbuhi narkotik vasitəni məktəbdə 18 yaşdan kiçik uşaqlar arasında yaydığı üçün sonuncuya etirazını bildirmişdir. O, Səbuhinin hərəkətlərinə etiraz edərək narkotik vasitəni başqa yerdə istifadə etməsini xahiş etmişdir. Yanvar ayının sonlarında Səbuhiyə öz sağlamlığını qoruması üçün yenidən irad bildirdikdə münasibətləri pozulmuşdur və ona qarşı söyüş söyməyə başlamışdır. Yanvar ayının sonlarında gecə saatlarında yaşadığı məhlədə yerləşən “BAZARSTORE” marketin yanında narkotik vasitə satışı ilə məşğul olduğu üçün Səbuhiyə iradını bildirdikdə sonuncu onu təhqir etmişdir. Bu anda o, sonuncuya sol əli ilə zərbə endirmişdir. Səbuhi zərbədən sonra biraz yırğalanmış və sol əli ilə bıçaq çıxartmışdır. Sonuncu üç dəfə ona bıçaq zərbəsi endirməyə cəhd etdikdə zərbənin biri ayaq nahiyəsinə dəymişdir. Səbuhi söyüş söyərək hadisə yerindən qaçmışdır. Həmin hadisədən sonra o, yavaş-yavaş öz yaşadığı məhləyə getmişdir. Orada Mehman adlı tanışı ona yarasını sarımağa və dezinfeksiya etməyə kömək etmişdir. Mehman bu hadisə barədə ailə üzvlərinə xəbər verməyi tapşırsa da, o heç kimə bu barədə danışmamışdır. Səbuhi ona bıçaqla xəsarət yetirdikdən sonra üzərində bıçaq saxlamağa başlamışdır. Üzərində bıçaq saxlamaqda məqsədi Səbuhini qorxutmaq və cəzalandırmaq olmuşdur. Təxmini bir ay keçdikdən sonra fevral ayının sonlarında yaşadığı məhlədə yerləşən “BAZARSTORE” marketdən öz yaşadığı evə qayıdarkən Səbuhi onu qarşılamış və pnevmatik silahla ona atəş açmışdır. Sonradan həmin silahın pnevmatik silah olduğunu bilmişdir. Atəş nəticəsində yaranan xəsarətlərin izləri uzun müddət qalmamışdır. Mehman adlı tanışı onu həm bıçaq zərbəsindən zədə aldığı zaman, həm də silah atəşindən yaralandığı zaman görmüşdür. Fərrux və Eminin isə onun xəsarətləri və Səbuhi ilə mübahisələri barədə məlumatları olmamış, sonuncunu tanımamışdırlar. Səbuhi 2021-ci ildə başqa şəxsi bıçaqladığına görə də məsuliyyətə cəlb olunmuş, lakin bir gün sonra azad olmuşdur. Bu səbəbdən o, özü barəsində Səbuhinin yol verdiyi hərəkətlərə görə hüquq-mühafizə orqanlarına müraciət etməmişdir. Səbuhi ilə ədavəti olduğundan və qarşılaşacaqlarını güman etdiyinə görə üzərində həmişə bıçaq saxlamışdır. Hadisə günü Fərrux, Emin və Səbuhi ilə görüşmək üçün aralarında hər hansı razılıq olmamışdır.O, yaşadığı evdən çıxıb “quşxana” adlanan əraziyə getmişdir. Oradan qayıdan zaman Emin və Fərrux ilə rastlaşmışdır. Emindən siqaret istəmiş, Emin isə bir dənə siqaretinin olduğunu bildirmiş, hər üçü siqaret almaq üçün marketə yollanmışlar. Onlar birlikdə siqaret almaq üçün getdikləri “SPAR” marketə daxil olarkən İslam adlı şəxslə Səbuhinin həmin marketdən çıxdığını görmüş, sonuncunu yanına çağırmışdır, sonuncu isə söyüş söyərək oradan qaçmağa başlamışdır. Səbuhi ona qarşı söyüş söyərkən yanında Fərrux və Emin də olmuşdur, Səbuhi həmin zaman onunla yanaşı Fərrux və Eminə qarşı da söyüş söymüşdür. Fərrux və Emin Səbuhini tanımamalarına baxmayaraq Səbuhinin onlara qarşı hansı səbəbdən söyüş söydüyünü başa düşməmişdir. Səbuhi qaçan zaman o və Fərrux da onun arxasınca getmişdir. Eminin isə həmin zaman harada olduğunu görməmişdir. Hadisə zamanı hava çox tutqun olmasa da qaçarkən küçənin bəzi hissələri qaranlıq olmuşdur. Səbuhinin arxasınca qaçmaqda məqsədi ona qarşı söyüş söydüyü üçün Səbuhiyə çatıb sonuncunu qorxutmaq və cəzalandırmaq olmuşdur. Bundan başqa qaçarkən Səbuhinin alət çıxardığını görmüşdür, gözü zəif gördüyü üçün Səbuhinin əlindəki alətin bıçaq olduğunu güman etmişdir. Onlar təxminən 100 metr məsafəni qaçmış və geriyə qayıtmışdırlar. Hadisə gününə qədər məqsədi Səbuhinin ayaq nahiyəsindən xəsarət yetirmək olsa da söyüş söydüyünə görə onda qisas niyyəti formalaşmışdır və sonuncuya həmçinin bədən xəsarəti yetirmişdir. O, Səbuhiyə neçə xəsarət yetirdiyini və hansı nahiyəsinə birinci xəsarət yetirdiyini xatırlamır. Səbuhiyə bir neçə dəfə bıçaq zərbəsi yetirsə də, ancaq birinin dəydiyini güman etmişdir. Hadisə zamanı Fərruxun hərəkətlərini müşahidə etməmiş, yalnız sonradan kamera görüntülərində Fərruxun da arxadan gələrək Səbuhini iki dəfə yeşiklə vurmasının şahidi olmuşdur. O, Səbuhiyə bıçaqla xəsarət yetirdikdən sonra Fərrux yeşiklə Səbuhini vurmuşdur. Daha sonra zərərçəkmiş şəxsə təpiklə vurduqdan sonra sonuncu yerə yıxılmışdır. Səbuhi əlində olan bıçağı Fərruxun qarın nahiyəsinə, daha sonra onun qoluna vurmuşdur. Hətta sol biləyində vətər kəsilmişdir. Eminin arxadan Fərruxu ayırmasını, eləcə də Səbuhinin çiyin nahiyəsinə zərbə vurduğunu videogörüntülərdən görmüşdür. Onları heç kim ayırmamışdır, o, özü Səbuhidən uzaqlaşmışdır. Hadisə zamanı market işçiləri marketin içərisində olmuş, hər kəs tərəfindən eşidiləcək və izdiham yaradacaq dərəcədə səs-küy olmamışdır, heç kim hadisə yerinə yaxınlaşmamışdır. Hadisədən sonra o, Fərrux və Emin oradan qaçmışdırlar. Emin onlardan ayrılmışdır, Fərruxla o isə birlikdə məhləyə qaçmışdırlar. Hadisə yerindən ayrıldıqdan sonra Fərruxa Səbuhiyə bıçaqla xəsarət yetirdiyini söyləmiş, Fərrux isə cavabında “çox nahaq, bilsəydim bıçaq zərbəsi dəyib mən onu yeşiklə vurmazdım” demişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, o, Əli ilə Bakıxanov qəsəbəsində yerləşən meşəlik sahədə idmanla məşğul olan zaman tanış olmuşdur. O, nə təqsirləndirilən şəxslərlə, nə də zərərçəkmiş şəxslə hadisə baş verən günü görüşmək üçün əvvəlcədən plan qurmamışdır. Səbuhi ilə heç bir münasibəti və tanışlığı olmamışdır. Sonuncunun Əli ilə aralarında mübahisələrinin olmasından, Əliyə pnevmatik silahdan atəş açmasından xəbərdar olmamışdır. Emin adlı şəxsi isə əvvəllər görmüş, lakin adını bilməmişdir. Eminlə Səbuhi arasında mübahisə olub-olmamasından və onun Səbuhiyə xəsarət yetirmək istəyib-istəməməsindən xəbərdar olmamışdır. O, 09 mart 2024-cü il tarixdə Əli və Emin adlı tanışları ilə birlikdə Əlinin yaşadığı məhlənin qarşısında yerləşən “quşxana” adlanan göyərçinlərin saxlanıldığı məkanda oturmuşdurlar. Hadisə günü o, spirtli içki qəbul etməmişdir. “Quşxana” adlı məkanda oturduqdan sonra təqsirləndirilən şəxslər birlikdə siqaret almaq üçün “SPAR” marketə getmişdirlər. Onlar marketə çatdıqda sonradan adının Səbuhi olduğu bildiyi şəxs “SPAR” marketdən çıxmışdır. Səbuhi marketin qarşısında onları gördükdə hər üçünə ümumilikdə söyüş söyməyə başlamış və üzərindən bıçaq çıxartmışdır. Səbuhinin sol əlində olan bıçaq təxminən 30 sm-dən böyük olmuşdur. Sonuncunun əlindəki bıçağı Əli qaranlıqda zəif gördüyü üçün görməmişdir. Həmin an Səbuhinin əlində bıçağı almağa cəhd etməsə də sonuncu marketdən çıxdıqdan sonra qaçdığından Əli də onun arxasınca qaçmış, o da Əlinin xəsarət almasının qarşısını almaq və Səbuhinin əlindən bıçağı almaq üçün Səbuhi və Əlinin arxasınca qaçmışdır. Sonuncuların arasında mübahisənin olmasından xəbərdar olmamışdır. Emin həmin zaman marketin qarşısında olmuşdur. Səbuhi və Əli əks istiqamətdə qaçaraq yenidən marketin qarşısına gəldikdən 3-5 saniyə sonra o da marketin qarşısına gəlmişdir. Bu zaman Səbuhi Eminə tərəf gəldikdə Emin mağazanın qarşısında olmuş və Səbuhiyə çiyin ilə zərbə vurmuşdur. Emin öz sinəsinə baxdıqda bıçaq zərbəsindən yaralandığını güman etmişdir. Səbuhiyə yumruqla zərbə vurmuşdur. Bu zaman Əli də Səbuhiyə yumruq zərbələri endirməyə başlamışdır. Yumruq və ya təpik zərbəsinin təsirindən Səbuhi yerə yıxılmışdır. Sonuncunun bir neçə zərbə aldığını görmüşdür. O, əvvəlcə Səbuhidən uzaqlaşması üçün Əliyə yumruqla vurmuşdur. Sonra Səbuhinin əlindəki bıçağın yerə düşməsi, Əli və Səbuhinin bir-birindən uzaqlaşması və eləcə də Səbuhinin əlində bıçaq olduğu üçün özünü müdafiə məqsədilə “SPAR” marketin qarşısında olan göyərtilər üçün istifadə olunan nazik və balaca yeşiklə Səbuhinin ayaq, əl və baş nahiyələrinə zərbə endirmişdir. Sonuncu həmin zaman onun qarın nahiyəsinə bıçaqla xəsarət yetirmişdir. Daha sonra Səbuhi oturaqlı vəziyyətdə qapıya söykənmiş, Əli isə ayaqüstə olmuşdur. O, Səbuhinin yaralı olduğunu görməmişdir. Səbuhiyə zərbə endirdikdən sonra sonuncu onlardan uzaqlaşmışdır. Hadisə yerindən uzaqlaşdıqdan sonra Əli ona Səbuhiyə bıçaqla zərbə endirməyə cəhd etdiyini, lakin sonuncuya xəsarət yetirib-yetirmədiyini bilmədiyini demişdir. Əliyə Səbuhinin yaralı olduğunu bilmiş olsaydı, ona zərbə endirməyəcəyini söyləmişdir. Sonuncuya bıçağı haradan götürdüyünü soruşduqda, o, bıçağın üzərində olduğunu bildirmişdir.O, Səbuhinin Əliyə bıçaq xəsarəti yetirdiyini görməmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, o, nə Fərruxu, nə də Səbuhini tanımamışdır. Səbuhini birinci dəfə hadisə günü görmüşdür, onun haqqında əvvəllər heç bir məlumatı olmamışdır. Əli və Səbuhinin arasında olan mübahisələrdən xəbərdar olmamışdır. Hadisə günü təqsirləndirilən şəxslərlə və ya zərərçəkmiş şəxslə görüşmək üçün əvvəlcədən aralarında hər hansı formada razılıq olmamışdır. Hadisə günü “quşxana” adlanan məkanda Faiq adlı şəxslə birlikdə oturub yemək yeyən zaman Əli də təsadüfən oraya gəlmişdir. Onun siqareti bitdiyi üçün təqsirlədirilən şəxslər birlikdə “SPAR” marketə getmişdirlər. Onlar “SPAR” marketə çatdığı zaman Səbuhi də həmin marketdən çıxmışdır. Bu zaman Səbuhi və Əli bir-birinə qışqırmağa və söyüş söyməyə başlamış,daha sonra Səbuhi hadisə yerindən qaçmış, Əli və Fərrux da Səbuhinin arxasınca getmişlər. Daha sonra sonuncular əks istiqamətdə, yəni marketə tərəf qaçmağa başlamışdırlar. O, Səbuhinin əlində bıçaq gördüyü zaman qorxmuş və ona qarşı qaçdığını gördükdə sonuncunun çiyninə yumruq zərbəsi edirmişdir. Səbuhi onun bədəninin sağ nahiyəsinə zərbə endirdikdə, həmin hissədə istilik hiss etmiş, həmin nahiyənin göyərdiyini görmüş və ona bıçaqla xəsarət yetirdiyini güman etmişdir. Daha sonra Əli və Fərruxun Səbuhi ilə yerdə dalaşdığını görmüşdür. Fərruxun Səbuhiyə yeşiklə bir neçə dəfə zərbə endirdiyini görmüş, lakin bunun səbəbini bilməmişdir. O, Fərruxun kəmərindən tutub çəkərək sonuncunu hadisə yerindən uzaqlaşdırmışdır. Bu zaman Səbuhi oturaqlı vəziyyətdə, çiyin hissəsi divara söykənmiş vəziyyətdə olmuşdur. Əli və Fərux Səbuhinin qarşısında ayaqüstə olmuşdurlar. Əli özü Səbuhidən uzaqlaşmışdır. Hadisə zamanı Əlinin əlində bıçaq, eləcə də Səbuhinin xəsarət almasını müşaiyət etməmişdir. Hadisələrin baş vermə müddəti 3-5 saniyə çəkmişdir. Səbuhi hadisə yerində qalmış, təqsirləndirilən şəxslər isə qaçaraq hadisə yerindən uzaqlaşmışdırlar. Bu zaman Səbuhinin sağ vəziyyətdə olduğunu güman etmişdir. O, Fərrux və Əlidən ayrılıb fərqli istiqamətə getmişdir. Səbuhinin ölüm xəbərini bir gün sonra xəbər saytlarından öyrənmişdir. Hadisədən sonra zərərçəkmiş şəxsin ailəsi ilə barışıq əldə etməmişdir. Polis Bölməsində olan zaman Səbuhinin Əli tərəfindən öldürüldüyü bildirilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi X9 nümayəndəsi Nümayəndə izahat verərək bildirmişdir ki, Səbuhi 5 yaşından müxtəlif idman növləri ilə məşğul olmuş, ailə üzvlərinə qarşı heç bir hörmətsizliyi olmamış, yaşadıqları ərazidə yaşayan qonşulardan Səbuhi haqqında heç bir mənfi fikir eşitməmişdir. Onun narkotik vasitə satışı ilə məşğul olması mümkünsüzdür. Səbuhinin bir-iki dəfə narkotik vasitədən istifadə etməsi barədə məlumatı isə sonuncunun dostlarından eşitmişdir. Səbuhi hadisə zamanı təqsirləndirilən şəxslərlə dalaşmaq istəməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadə verərək göstərmişdir ki, yanvar ayının axırları və ya fevral ayının əvvəlləri, bir dəfə Təqsirləndirilən şəxs1 onlara gəlmiş, ayaq nahiyəsindən bıçaqlandığını bildirmişdir. Sonuncunu evə qəbul edib yarasını “perekis”dərmanı ilə təmizləmiş, yara nahiyəsinə məlhəm çəkib bintlə sarımışdır. Əlidən necə yaralandığını soruşduqda, sonuncu ona zərərçəkmiş şəxs Səbuhi ilə dava etdiyini və Səbuhi tərəfindən bıçaqla yaralandığını bildirmişdir. Aralarındakı mübahisənin səbəbi kimi Səbuhinin narkotik vasitələri yaymasından narazı olduğunu göstərmişdir. O, Təqsirləndirilən şəxs1 hüquq-mühafizə orqanlarına müraciət etməyini tapşırdıqda, sonuncu bunun faydasız olacağını, Səbuhinin əvvəllər də bir nəfər şəxslə mübahisəsinin yarandığını, polis orqanları tərəfindən saxlanıldığını, lakin tez bir zamanda azad olunduğunu bildirmişdir. Bu hadisədən bir neçə gün sonra Əli ona Səbuhi ilə yenidən dava etdiyini bildirmişdir. O, yenidən hüquq-mühafizə orqanlarına müraciət etmədiyi üçün Əliyə narazılığını bildirmişdir. Bu zaman sonuncunun əlinin üst hissəsinin göyərmiş formada olduğunu görmüşdür. Səbuhini yaxından tanımadığı üçün iş yeri, ailəsi barədə və haqqında başqa məlumatları olmamışdır. Səbuhinin narkotik vasitələrin satışı ilə məşğul olduğunu Əlidən eşitmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadə verərək göstərmişdir ki, “Spar” marketdə işləyir.Zərərçəkmiş şəxs Səbuhini müştəri qismində tanımışdır. Hadisə günü, axşam saat 8-9 radələrində, zərərçəkmiş şəxs Səbuhi dostu ilə onun işlədiyi mağazaya daxil olub siqaret almışdır. Səbuhi mağazadan alış-veriş edərkən əhvalı normal olmuş, davranışlarında təlaş hiss olunmamışdır. Mağazadan çıxıb maşına tərəf irəliləmiş, sonra yenidən qayıdıb mağazadan şirniyyat almışdır. O, mağazanın daxilində kassa bölməsində olduğu zaman zərərçəkmiş şəxs Səbuhi mağazadan çıxmış, təqsirləndirilən şəxsləri gördüyü an əvvəl əks istiqamətdə qaçmağa başlamış, daha sonra geri qayıdaraq mağazaya daxil olmaq istəmiş, lakin mağazanın pilləkənlərinə ilişib yıxılmışdır. Mağazanın qarşısında yerə yıxılan zaman zərərçəkmişin əlindəki şirniyyat və siqaret yerə düşmüşdür. Hər iki əli boş olmuşdur. Həmin əşyaları polis əməkdaşları hadisə yerinə gəldikdə, götürmüşdürlər. Mağazanın qarşısında Səbuhi yıxıldığı an yarı oturaq vəziyyətdə, arxası mağazanın şüşəsinə söykənən zaman təqsirləndirilən şəxs Əli Səbuhiyə zərbə endirmiş və zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Səbuhi mağazanın qapısının qarşısına çatdıqda, sonuncunun üzərindən qan axdığını görmüş, bıçaq zərbəsindən olduğunu ehtimal edib geri çəkilmişdir. Həmin zaman digər təqsirləndirilən şəxslər də orada olmuşdur. Digər təqsirləndirilənlərin Səbuhiyə qarşı heç bir hərəkətini görməmişdir. Mağazanın qarşısındakı yeşik onun işlədiyi mağazaya deyil, meyvə mağazasına aid olmuşdur. Kiminsə Səbuhiyə yeşiklə zərbə endirdiyini görməmişdir. O gördüyü zaman Səbuhi artıq vurulmuş vəziyyətdə yerdə olmuşdur. Səbuhi yerdə olan zaman yeşik də yanında olmuşdur. Yeşik yerə düşən zaman təqsirləndirilən şəxslər hadisə yerindən uzaqlaşmışdırlar. Səbuhinin son sözü “qoymayın ki, mən ölüm” olmuşdur. Səbuhinin kiməsə zərbə endirdiyini görməmişdir. O həmin zaman şirniyyat mağazasında işləyən Şahid3 çağırmışdır. Daha sonra “Pirius” markalı avtomobil ilə mağazaya gələn müştəriyə müraciət etmiş, zərərçəkmişi maşına mindirmişdirlər. Təqsirləndirilən şəxslərin və zərərçəkmiş şəxsin əlində silah qismində bir alət, bıçaq və ya başqa bir alət görməmişdir. Səbuhinin əlində isə yalnızca mağazadan aldığı şirniyyat və siqareti görmüşdür. Hadisənin nə qədər müddət ərzində davam etdiyini bilməmişdir. Məhkəmə iclasında elan edilərək tədqiq edilən Şahid2 ibtidai istintaq dövründə verdiyi ifadələrdən görünür ki, təxminən 5 ay olar ki, işləmək üçün Bakı şəhərinə gəlmiş, Bakı şəhərinə gəldikdən sonra qohumlarının köməkliyi ilə Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, M.Gəncəvi küçəsi 19 ünvanında yerləşən “Spar” market adlı obyektdə kassirsatıcı işinə düzəlib işləməyə başlamışdır. Market hər gün saat 08-dən saat 23-ə qədər fəaliyyət göstərmiş, özü də saat 13- dən etibarən işə başlamışdır. xx.xx.2024-cü il tarixdə də həmişə olduğu kimi saat 13-də işə gəlib marketi müdirdən təhvil alaraq işləməyə başlamışdır. Təxminən saat 20 radələrində əvvəllər bir neçə dəfə marketə müştəri qismində gəlmiş Zərərçəkmiş şəxs və onun üzdən tanısa da, ancaq adını bilmədiyi dostu marketə girib ondan iki ədəd “Redbul” alıb, pulunu bank kartı vasitəsi ilə ödəyərək, çölə çıxıb marketin qarşısında olan boş sahədə içməyə başlamışlar. Həmin vaxt marketdə tək olmuş, ətrafda hər hansı bir şübhəli hal hiss etməmişdir. Onlar marketə daxil olan zaman da bir-biriləri ilə mehriban şəkildə söhbət edir, danışıqlarından hansısa problemlərinin olması hiss olunmamışdır. Onlar “Redbulu” içdikdən sonra yenidən marketə daxil olub bank kartı vasitəsi ilə ödəniş edib bir ədəd “Winston” markalı siqaret və iki ədəd vafli alıb çölə çıxmışlar. O, elə kassadan çeki çəkmişdir ki, çöldən Səbuhinin qışqırıq səsinin gəldiyini, yanında olan dostuna “Qaç” dediyini eşidib marketin qapısını aralayıb çölə boylanmış, Səbuhi və yanında olan adını bilmədiyi dostunun yolun əks tərəfində yerləşən şirniyyat mağazasına tərəf qaçmasının, iki nəfər şəxsin də onları arxasınca qaçmalarının şahidi olmuşdur. Bir nəfər təxminən 40-50 yaşlarında tanımadığı şəxs isə marketin qarşısında dayanıb siqaret çəkə-çəkə səkinin kənarında dayanmış “BMW” markalı avtomobilin sağ tərəfinə doğru hərəkət edib, avtomobilin arxa hissəsinə çatanda dayanmışdır. O, aralıda olduğu üçün onlar qaçışan zaman bir-birlərinin ünvanına nə kimi sözlər və ya söyüşlər işlətdiyini eşidə bilməmişdir. Bir qədər sağa-sola qaçdıqdan sonra görmüşdür ki, Səbuhi adlı şəxs qaçaraq marketin giriş qapısına tərəf gəlmişdir. Həmin vaxtı avtomobilin arxa hissəsində dayanmış həmin 40-50 yaşlı şəxs sağ əli ilə Səbuhiyə yumruq zərbəsi endirmişdir. Lakin Səbuhi müvazinətini itirmədən qaçışını davam etdirib marketin giriş qapısına tərəf qaçmışdır ki, içəri daxil olsun. Bu zaman ayağı marketin giriş qapısının qarşısında olan səkinin kənarına ilişdiyindən yerə yıxılmışdır. Onun arxasında gələn təxminən 25-30 yaşlarında tanımadığı şəxs isə əlində olan bıçaqla Səbuhiyə tərəf zərbələr vurmağa başlamışdır. O, həmin şəxsin əlində bıçaq olduğunu görüb bir qədər kənara çəkilmişdir. Bu zərbələrdən sonra Səbuhi yerdə qalmış, həmin şəxs isə onu yerdə təpiklə vurmuşdur. Həmin an digər 30-35 yaşlı tanımadığı şəxs də özünü onlara çatdırıb taxta yeşiklə Səbuhiyə tərəf bir neçə dəfə zərbə atmışdır. Həmin zərbələrin onun hansı nahiyəsinə dəydiyini bilməmişdir. O, qorxudan kənarda dayanıb qışqıraraq köməyə ətrafda olan şəxsləri çağırdığı üçün həmin şəxslər qaçıb getmişlər. Bu zərbələrdən sonra Səbuhi təxminən 20-30 saniyə ayaq üstə qaldıqdan sonra huşunu itirib yerə yıxılmışdır. Dərhal şirniyyat dükanında işləyən şəxs də qaçıb ona yardım etməyə çalışmışdır. O öz istifadəsində olan mobil telefonundan əvvəlcə təcili tibbi yardım stansiyasına zəng vurub bıçaqlanma barədə məlumat vermiş, sonra isə marketin müdiri Orxan Humbatov adlı şəxsə zəng vurub hadisə barədə onu da xəbərdar etmişdir. Onlar təcili tibbi yardımın gəlməsini gözləyirmişlər ki, təsadüfən “Tayota Prius” markalı dövlət nömrə nişanını unutduğu taksi avtomobilinin marketin qarşısında dayandığını görüb ondan xahiş etmişlər ki, yaralı şəxsi xəstəxanaya çatdırmaqda köməklik etsin. Həmin şəxs marketə müştəri qismində gəlmişdir. Onların xahişlərini nəzərə alıb Səbuhini avtomobilin arxa oturacağında əyləşdirib özü tək maşını idarə edərək Səbuhini aparmışdır. Səbuhi maşına minən zaman huşu özündə olmamış, heçnə danışmamışdır. Taksi sürücüsün də tanımamış, onun barəsində heç bir məlumatı yoxdur. Bir qədər keçmiş hadisə yerinə polis əməkdaşları gəlmişlər. Özü hadisənin hansı səbəbdən baş verdiyini bilmir. Dediyi kimi onların danışıqlarında da hər hansı bir problemlərinin olmasını eşitməmişdir. Hadisəni törətmiş şəxsləri üzdən görsə də heç birini tanımır, heç bir əlaqəsi olmamışdır. Onlar ondan 3-4 metr aralıda olduqları üçün üzləri yadında qalmamışdır. Hadisə vaxtı 3 nəfər şəxsdən yalnız bir nəfərinin əlində bıçaq görmüş, həmin zaman Səbuhinin əlində də bıçaq olubolmamasına fikir verməmişdir. O, ilk əvvəl elə bilmişdir ki, həmin şəxslər Səbuhini yumruq və təpiklə vururlar. Yalnız sonradan həmin 25-30 yaşlı şəxsin vuran zaman əlində bıçaq olduğunu görmüşdür. Hadisənin hansı səbəbdən baş verdiyini bilmir. Səbuhi adlı şəxsin nə işlə məşğul olmasından, münasibətdə olduğu şəxslər, kiminləsə ədavətinin olubolmamasından xəbərsizdir (cild 1, iş vərəqə 22-25). Şahid2 məhkəmə istintaqı və ibtidai istintaq dövründəki ifadələri arasındakı ziddiyyətəri izah edərkən məhkəmə iclas zalında verdiyi ifadəni təsdiq etmişdir.İbtidai istintaq dövründə verdiyi ifadədə qeyd olunmuş “qaç” sözünü eşitdiyi an kassada olmuşdur. Zərərçəkmiş şəxs Səbuhi mağazanın qapısını bağlamış, o da kassanı bağlayıb çölə çıxmışdır. Səbuhinin hər hansı söyüşdən istifadə etdiyini və “qaç” sözündən başqa bir söz dediyini eşitməmişdir. İbtidai istintaq dövründə ifadəsində 40-50 yaşlarında olan, mağazanın xaricində siqaret çəkərkən gördüyünü qeyd etdiyi şəxs görünüşünə görə məhkəmə iclas zalındakı təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs3 uyğun gəlir. 40- 50 yaşındakı şəxsin sağ əli ilə Səbuhiyə yumruq zərbəsi endirdiyini kamera görüntülərindən izləmişdirr. 25-30 yaşlarında olan şəxsin əlində olan bıçaqla Səbuhiyə zərbələr endirməyə çalışdığını kamera görüntülərindən izləmişdir. Həmin şəxsin görünüşünün məhkəmə iclas zalındakı təqsirəndirilən şəxslərdən Təqsirləndirilən şəxs1 uyğun gəlir. Səbuhinin bədən nahiyəsindən qan axdığını gördüyüdən ona bıçaq xəsarəti yetirilməsini güman etdiyi üçün geri çəkilmişdir. Mağazanın vitrininin şüşədən ibarət olduğu üçün həmin şüşədən mağazanın xarici görünmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadə verərək göstərmişdir ki, 10 ildir ki, Təqsirləndirilən şəxs1 tanıyır. Zərərçəkmiş şəxsi də tanışıdır. Zərərçəkmiş şəxsin Təqsirləndirilən şəxs1la ədavətinin olduğunu eşitmişdir. Hadisə günü İslam adlı şəxs ona zəng edərək Səbuhinin bıçaqlandığını bildirmişdir. Onlar Sabunçu xəstəxanasına gedən zaman Səbuhinin ölüm xəbərini almışlar. Səbuhinin mobil telefonu hadisədən sonra İslamda olmuş, Səbuhinin ailə üzvlərinə qaytarmaq üçün İslamdan mobil telefonu almışdır. Hadisədən bir gün sonra mobil telefonu polis əməkdaşına təhvil vermişdir. Şahid X10 məhkəmədə ona ünvanlanan sualları cavablandırarkən bildirmişdir ki,onun Səbuhi ilə daha yaxın münasibəti olmuşdur. Əli onun dostunun qardaşı ilə də işləmişdir.Səbuhi idman müəllimi işləmişdir.Səbuhinin pis vərdişi kimi ancaq siqaret çəkdiyini bilmişdir. Səbuhi ona öz problemləri barədə məlumat verməmişdir.Səbuhi ilə Əlinin əvvəllər əlbəyaxa olmasını eşitməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verərək göstərmişdir ki, hadisə baş verən günü o, Səbuhinin yanında olmuşdur. O, özü taksi fəaliyyəti ilə məşğul olur. Hadisə günü Səbuhini şəhərə aparmalı olmuş, Səbuhi marketə girməli olduğunu bildirdikdə o, avtomobili marketin yaxınlığında saxlamışdır. Səbuhi marketdən su aldıqdan sonra avtomobilə gəlmiş və siqaret almağı yadından çıxdığını demişdir. İkinci dəfə marketə o özü də Səbuhi ilə birlikdə daxil olmuşdur. Marketdən çıxan zaman təqsirləndirilən şəxslər qarşı tərəfdən gələn zaman Səbuhi ona oradan qaçmağını bildirmişdir. Səbuhi bir tərəfə, o da bir tərəfə qaçmağa başlamışdır. Hadisə zamanı eşitdiyi söyüşlər Səbuhi tərəfindən səslənməmişdir. Hadisə zamanı o, Təqsirləndirilən şəxs1 əlində bıçaq görmüşdür. Onların arxasınca Əlidən əlavə xatırlamadığı bir təqsirləndirilən şəxs də qaçmışdır. O, hadisə yerinə qayıdan zaman təqsirləndirilən şəxslərin oradan qaçdığını görmüşdür. Şahid1 məhkəmədə ona ünvanlanan sualları cavablandırarkən bildirmişdir ki, onların arxasınca qaçan şəxslərdən biri alçaq boylu olmuşdur. Əli bıçağı çıxardıb onların üzərinə hücum çəkdiyi üçün onlar qaçmışlar. Hadisə zamanı o, sol tərəfə, Səbuhi isə sağ tərəfə qaçmışdır. Təxminən 2-3 dəqiqə sonra o, hadisə yerinə qayıtmış, həmin vaxt Səbuhi yaralı vəziyyətdə olmuşdur. Hadisə günü Səbuhinin belində bıçaq olduğunu hiss etmiş, Səbuhi özü də üzərində bıçaq olduğunu təsdiq etmişdir. Səbuhi bıçağı ədavəti olduğu üçün üzərində saxladığını bildirmişdir. O, Səbuhini sakit və problemsiz biri kimi tanımışdır. Səbuhi ilə dostluq münasibəti olmuşdur. Səbuhi çox vaxt alveri həmin marketdən etmişdir. İkinci dəfə marketə daxil olan zaman orada satıcı olmuşdur. O, binanın arxasında olduğu üçün Səbuhinin vurulma anını görməmişdir. Hadisədən sonra bıçağı yerdən o, götürmüşdür. Səbuhinin narkotik vasitə istifadə etdiyinin şahidi olmamışdır.O, hadisənin səbəbini bilməmişdir. Səbuhinin əlində bıçaq görməmişdir. Məhkəmə iclasında elan edilərək tədqiq edilən Şahid3 ibtidai istintaq dövründə verdiyi ifadədən görünür ki, təxminən 2023-cü ilin oktyabr ayından Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, M.Gəncəvi küçəsi 19 ünvanında yerləşən “Magnolia Ləziz dada” adlı obyekti icarəyə götürüb atası ilə birlikdə şirniyyat məhsullarının satışı ilə məşğul olur. Obyekt hər gün saat 07-dən saat 22-ə qədər fəaliyyət göstər. xx.xx.2024-cü il tarixdə də həmişə olduğu kimi saat 07-də işə gəlib işləməyə başlamışdır. Səhəri gün məktəbdə imtahan baş tutacağı üçün həmin gün şirniyyat məhsulu bişirildiyindən işləri çox olmuşdur. Təxminən saat 20 radələrində obyektdə olan zaman çöldən qışqırıq səslərinin gəldiyini eşidib çölə çıxmışdır. Görmüşdür ki, bir nəfər şəxs sağa-sola qaçır, iki nəfər şəxs isə onun arxasınca qaçaraq onu təqib edir. Onun gözləri uzağı zəif gördüyündən, eləcə də həmin vaxtı hava qaranlıq olduğundan qaçan şəxslərin kim olduğunu görə bilməmişdir. Yalnız eşitmişdir ki, həmin şəxslər qaça-qaça bir-birlərinin ünvanına nalayiq söyüşlər işlədirlər. Həmin bir nəfər şəxs “Spar” marketə tərəf qaçmış, digər iki şəxsdə onun arxasınca həmin istiqamətdə getmişlər. Həmin iki nəfər şəxsdən biri bir qədər arxadan gəlmiş və marketə tərəf gedən zaman yerdən əyilib taxta yeşik götürmüşdür. O, marketə tərəf boylananda görmüşdür ki, bir nəfər yerə yıxılıb digəri isə onu yumruq təpiklə vurmuşdur. Sonradan isə əlində taxta yeşik olan şəxs də həmin vaxtı yerə yıxılmış şəxsə yaxınlaşıb onu yeşiklə vurmuşdur. O, aralıda olduğu üçün həmin zərbələrin dəqiq olaraq yerdə yıxılmış şəxsin hansı nahiyələrinə dəydiyini görə bilməmişdir. Sonradan həmin şəxslər qaçıb getmişlər. O, bir qədər irəli gəlib marketə çatanda görmüşdür ki, vurulan şəxs arada onların obyektinə müştəri qismində gəlib-gedən Zərərçəkmiş şəxs olmuşdur. O, ona çatanda Səbuhi artıq halsız vəziyyətdə olmuş, ağzından qan gəlmişdir. Səbuhi “məni ürəyimdən” vurdu deyib yerə yıxılmışdır. Marketdə işləyən Maqsud adlı şəxs öz istifadəsində olan mobil telefondan əvvəlcə təcili tibbi yardım stansiyasına zəng vurub bıçaqlanma barədə məlumat vermişdir. Onlar təcili tibbi yardımın gəlməsini gözləyirmişlər ki, təsadüfən “Toyota Prius” markalı dövlət nömrə nişanını unutduğu taksi avtomobilinin marketin qarşısında dayandığını görüb ondan xahiş etmişdir ki, yaralı şəxsi xəstəxanya çatdırmaqda köməklik etsin. Həmin şəxs marketə müştəri qismində gəlmişdir. Onların xahişlərini nəzərə alıb Səbuhini avtomobilin arxa oturacağında əyləşdirib özü tək maşını idarə edərək Səbuhini xəstəxanaya aparmışdır. Səbuhi maşına minən zaman huşu özündə olmamış, heçnə danışmamışdır. Bir qədər keçmiş hadisə yerinə polis əməkdaşları gəlmişlər. O özü hadisənin hansı səbəbdən baş verdiyini bilmir. Dediyi kimi onların danışıqlarında da hər hansı bir problemlərinin olmasını eşitməmişdir. Yalnız bir-birinin ünvanına söyüşlər işlətdiklərini eşitmişdir. Hadisəni törətmiş şəxsləri üzdən görməmiş, tanımır. Hadisə zamanı onlar ondan xeyli aralıda olmuşlar. O, həmin şəxslərdən dəqiq olaraq hansının Səbuhini bıçaqladığını bilmir, ümumiyyətlə Səbuhinin bıçaqlanmasını yalnız ona yaxınlaşandan sonra bilmişdir. Hadisə vaxtı Səbuhinin əlində bıçaq görməsə də, lakin onu taksiyə mindirib aparan zaman yerdə böyük bir bıçaq olduğunu görmüşdür. Sonradan həmin bıçağı hadisə yerinə gəlmiş Səbuhinin dostu götürmüşdür. Hətta Səbuhinin mobil telefonu və bıçağın qabı da yerə düşmüşdür. Hadisənin hansı səbəbdən baş verdiyini bilmir. Səbuhi adlı şəxsin nə işlə məşğul olmasından, münasibətdə olduğu şəxslər, kiminləsə ədavətinin olub-olmamasından xəbərsizdir. Yaxın münasibəti olmadığı üçün onun barəsində heç bir məlumatı yoxdur. Hadisəni törətmiş Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 da tanımır, həmin şəxslərlə Səbuhi arasında əvvəllər nə kimi ədavət olmasından xəbərsizdir. Hadisə barədə başqa heç bir məlumatı yoxdur. Yalnız hadisədən sonra camaat arasında gedən söhbətlərdən eşitdiyinə görə Səbuhi ilə onu bıçaqla vurmuş Əli adlı şəxs arasında əvvəlcədən ədavət olmuş, hadisədən bir müddət əvvəl Səbuhi Əlini ayağından bıçaqla vurmuş, hətta bir-birlərinin ünvanına ağır söyüşlər söymüşlər. O özü şəxsən bu hadisələrin şahidi olmamış, başqa heç bir məlumatı yoxdur (cild 2, iş vərəqə 206-209). Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, işin materiallarında olan istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. 09 mart 2024-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən, 01 ədəd CD diskdən görünür ki, hadisə yeri ünvan 6 ünvanında yerləşən “SPAR” marketin qarşısıdır. Həmin marketin sol tərəfindən 5 mərtəbəli yaşayış binası, sağ tərəfindən isə 196 nömrəli tam orta məktəb yerləşir. Məktəblə marketin arasında eni 40 metr olan asfalt yol keçir. Market bir mərtəbəli olmaqla mişar daşı ilə inşa edilmişdir. Marketin giriş qapısı dəmir materialdan hazırlanmışdır, iki taylıdır, hər bir tayı şüşə ilə təchiz olunmuşdur. Giriş qapısının sol tərəfində iki ədəd pəncərə yerləşir. Marketin giriş qapısından sağ tərəfdə isə meyvə-tərəvəz məhsullarının satışını həyata keçirən obyekt vardır. Marketin giriş qapısı ilə həmin obyektin giriş qapısı arasında olan sahədə iki ədəd taxta şkaf vardır. Marketin qarşısında təxminən 50 sm enində baş piltələr döşənmişdir. Həmin döşəmə yerdən 30 sm hündürlükdədir. Döşəmənin qarşısında uzunluğu 30 metr, eni 25 metr olan asfalt örtüklü boş sahə, ondan əvvəl isə ağaclıq sahə yerləşir. Marketin giriş qapısı ilə üzbəüz yerdə asfalt örtüyü üzərində bir ədəd qara rəngli bıçaq qabı vardır. İş üçün əhəmiyyət kəsb etdiyindən həmin bıçaq qabı qablaşdırılaraq götürülmüşdür. Giriş qapısından 2,5 metr sol tərəfdə daş piltələr üzərində, eləcə də asfalt örtüyü üzərində qeyri-müəyyən formalı qanabənzər ləkələr, onun yanında isə üzərində qanabənzər ləkələr olan karton parçası vardır. İş üçün əhəmiyyət kəsb etdiyindən həmin qanabənzər ləkələr tonpula hopdurulmaqla, eləcə də karton parçası qablaşdırılaraq götürülmüşdür. Həmin karton parçasının yerləşdiyi yerdən bir metr sol tərəfdə isə taxta materialdan hazırlanmış yeşik vardır. Yeşik üzərində zədə izlərinin olması nəzərə alınmaqla iş üçün əhəmiyyət kəsb etdiyindən qablaşdırılaraq götürülmüşdür. Baxış zamanı kafenin içərisində və giriş qapısı qarşısında video müşahidə kameralarının quraşdırıldığı aşkar edilmişdir. Həmin kameraların yaddaş qurğusuna baxış zamanı müəyyən edilmişdir ki, qurğu “Prolens” markalıdır. Həmin yaddaş qurğusunun arxiv görüntülərində sonuncu çəkilişin xx.xx.2024-cü il tarixdə qeydə alınması aşkar edilmiş, ona görə də xx.xx.2024-cü il tarixdə saat 19:45-dən saat 20:15-dək video müşahidə kamerası vasitəsi ilə qeydə alınmış görüntülər bir ədəd yaddaş kartından istifadə etməklə CD diskə köçürülərək qablaşdırılaraq götürülmüşdür (cild 1, iş vərəqə 5-9). 9 mart 2024-cü il tarixli meyitə baxış protokolundan görünür ki, təşrih masası üzərində arxası üstə,əynində qana bulaşmış ağ rəngli uzunqol sviter,ağ mayka, qara rəngli idman şalvarı, qara trusik,ayaqlarında bir cüt ağ corab və bir cüt qara ayaqqabı olan kişi cinsli meyit qoyulmuşdur. Sviterin ön hissəsində 1 ədəd, arxa hissəsində isə 1 ədəd, maykanın ön hissəsində 1 ədəd kənarları hamar zədələr vardır.Meyit üzərinə baxdıqda 25-30 yaşlarına uyğun gəlmişdir .Döş qəfəsinin sağ yarısının ön səthində sağ döşyanı xətt üzrə İİİ-İV qabırğaarası nahiyədə 2,0x0,7sm ölçüdə kənarları hamar, bucaqlarından biri iti ,digəri küt olan,qansızmalı yara aşkar edilmişdir.Döş qəfəsinin sol yarısının arxa səthində kürək xətti üzrə İV-V qabırğaarası nahiyədə 2,0x0,5 sm ölçüdə kənarları hamar bucaqlarından biri iti digəri küt olan qansızmalı yara aşkar edilmişdir.Baxış zamanı Zərərçəkmiş şəxs oğluna məxsus bir ədəd bıçaq,eləcə də hadisə zamanı əynində olmuş 1 ədəd ağ rəngli uzunqol kofta 1 ədəd ağ rəngli mayka 1 ədəd qara rəngli şalvar ,1 ədəd trusik, 1 cüt corab və bir cüt qara ayyaqabı qablaşdırılaraq göturülmüşdür (cild 1 iş, vərəqə 10-14) . 10 mart 2024-cü il tarixdə ünvan 6 ünvanında yerləşən “SPAR” marketin qarşısında baş vermiş hadisənin əks olunduğu saat 19:45-dən 20:15-a qədər olan video görüntülərə baxış protokolundan və həmin görüntüləri özündə əks etdirən DVD diskdən görünür ki, xx.xx.2024-cü il tarixdə saat 19:45-də marketin qarşısında 3 nəfər şəxs dayanıb söhbət edirlər. Saat 19:58-də “Toyota Prius” markalı **-HJ-*** dövlət nömrə nişanlı avtomobil marektə tərəf gəlib üzbəüz çəkinin kənarında parklanır. Sərnişin tərəfdən Zərərçəkmiş şəxs maşından düşərək əlini belinə tərəf aparıb, sonradan marketə tərəf gedib içəri daxil olur, sürücü Şahid1 isə avtomobildə qalır. Saat 19:59-da Zərərçəkmiş şəxs marketdən çıxıb avtomobilə tərəf gələrək sərnişin oturacağında əyləşir. Saat 20:00:52-də hər ikisi də yenidən avtomobildən düşür, Səbuhi əlində olan içkini avtomobilin damın qoyub marketə tərəf gedir, yanında olan Şahid1 bir qədər telefona baxdıqdan sonra onun arxasında marketə daxil olur. Həmin vaxtı marketin qarşısında Post Patrul avtomobili dayanır, bir nəfər polis əməkdaşı marketə daxil olub, sonradan çıxaraq avtomobilə əyləşib çıxıb gedir. Bundan başqa bir nəfər yaşlı şəxs də marketdən çıxıb yolun əks tərəfi istiqamətində gedir. Saat 20:02:34-də marketin sol tərəfindən yerləşən 169 nömrəli tam orta məktəbin qarşısındakı küçədən marketə tərəf 3 nəfər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 gəlir. Həmin şəxslərdən biri Təqsirləndirilən şəxs1 bir qədər irəlidə hərəkət edir, onun arxasında isə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3dur. Onlar marketin qarşısına çatan zaman saat 20:02:38-də həmin an marketdən çıxan Zərərçəkmiş şəxs və onun yanında olan Şahid1la rastlaşırlar. Zərərçəkmiş şəxs bir qədər irəlidə gələn Təqsirləndirilən şəxs1 görən kimi onun üzərinə bıçaqla gəldiyini görüb yanında olan Şahid1 adlı şəxslə birlikdə marketin sağ tərəfi, üzbəüz küçə istiqamətinə dərhal qaçmağa başlayır. Təqsirləndirilən şəxs1 özü də dərhal Zərərçəkmiş şəxs qaçdığı istiqamətdə qaçmağa onu təqib etməyə başlayır. Bunu görən Təqsirləndirilən şəxs2 da onların arxasında qaçır, Təqsirləndirilən şəxs3 isə marketin qarşısında qalır, onlar qaçan tərəfə boylanır, siqaret çəkə-çəkə marketlə üzbəüz səkinin kənarında dayanmış “BMW” markalı avtomobilin sağ kənarı ilə dolanıb arxasına tərəf keçib dayanır. Həmin an saat 20:02:58-də Zərərçəkmiş şəxs qaçaraq marketin giriş qapısına tərəf gələn zaman Təqsirləndirilən şəxs3 sağ əli ilə ona bir dəfə yumruq zərbəsi vurur, həmin zərbədən sonra Zərərçəkmiş şəxs bir qədər yavaşlasa da, yıxılmayıb öz qaçışını davam etdirib marketin giriş qapısına tərəf qaçır, Təqsirləndirilən şəxs3 isə sağ çiyin nahiyəsinə baxaraq sonra isə asta addımlarla marketin giriş qapısına tərəf gedir. Zərərçəkmiş şəxs marketin giriş qapısına çatıb içəri daxil olmaq istəyəndə ayağı marektin giriş qapısının qarşısında olan səkiyə ilişdiyi üçün büdrəyərək içəri daxil ola bilmir, həmin an saat 20:03:03-də Təqsirləndirilən şəxs1 özünü ona çatdıraraq sağ əlində olan alətlə Zərərçəkmiş şəxs tərəf 3 dəfə zərbə vurur, bu zaman marketin işçisi qapının yanında olsa da, kənara çəkilir, bu zərbələrdən sonra Zərərçəkmiş şəxs yerə yıxıldığı üçün Təqsirləndirilən şəxs1 ona yerdə təpik zərbələri atır, saat 20:03-06-da onların arxasınca qaçan Təqsirləndirilən şəxs2 əlində olan taxta yeşiklə yerdə yarım oturaq vəziyyətdə olan Zərərçəkmiş şəxs tərəf 3 dəfə zərbələr atır. Həmin şəxs Zərərçəkmiş şəxs taxta yeşiklə vuran zaman Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs yalnız təpik zərbələri atır. Zərərçəkmiş şəxs isə əlində olan bıçaqla özünü qorumaq üçün onlara tərəf zərbələr atır, bu zaman Təqsirləndirilən şəxs3 arxadan əlində taxta yeşik olan Təqsirləndirilən şəxs2 tutub geri çəkərək ayırmağa çalışır, saat 20:03:10-da Zərərçəkmiş şəxs ayağa qaxıb onlardan aralanır, saat 20:03:11-də Təqsirləndirilən şəxs2 taxta yeşiyi Zərərçəkmiş şəxs tərəf atıb, növbəti zərbələri vurmadan hər üç şəxs qaçıb hadisə yerindən uzaqlaşırlar. Bundan sonra Zərərçəkmiş şəxs yerə düşən əşyasını götürüb cibinə qoyur, sonra isə səndələyərək yerə yıxılır. Bundan sonra köməyə gəlmiş şəxslər saat 20:04-də Zərərçəkmiş şəxs “Toyota Prius” markalı avtomobilin arxa oturacağında əyləşdirib yol salırlar, Zərərçəkmiş şəxs yanında olan tanışı da öz istifadəsində olan “Toyota Prius” markalı **-HJ-*** dövlət nömrə nişanlı avtomobil onların arxasınca sürür. Saat 20:08:56-da yenidən həmin avtomobil hadisə yerinə qayıdır, yerə düşmüş əşyaları götürüb gedir( cild 1, iş vərəqə 26-32). 10 mart 2024-cü il tarixli avtomobilə baxış keçirilməsi haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, “Toyota Prius” markalı, boz yaşıl rəngli **-HJ-*** dövlət nömrə nişanlı avtomobil 2016-cı ilin istehsallı olmaqla dörd qapısı ilə təchiz edilmişdir. Avtomobilin qabaq, arxa və yan səthlərində hər hansı bir zədələnmə izləri müşahidə edilməmişdir, mühərrikdə nasazlıq yoxdur. Avtomobilin salon hissəsi parça materialdadır, salon təmiz və səliqəlidir, hər hansı bir qanabənzər ləkələr aşkar olunmamışdır. Avtomobilin qabaq tarpedosunda olan saxlanc yerindən bir ədəd dəstəyi qara rəngli yapışqanla dolanmış, tiyəsi isə dəmir materialdan olan bıçaq vardır. Bıçağın uzunluğu 30 sm təşkil edir, üzərində hər hansı bir zədə, eləcə də qanabənzər ləkələr aşkar edilməmişdir. Baxış iştirakçısı Şahid1 həmin bıçağın mərhum dostu Zərərçəkmiş şəxs məxsus olduğunu bildirmişdir. Baxış zamanı həmin bıçaq sübuti əhəmiyyət kəsb etdiyindən qablaşdırılaraq götürülmüşdür. Avtomobilin salonun arxa hissəsində, eləcə də digər saxlanc yerlərində iş üçün əhəmiyyət kəsb edən hər hansı bir maddi sübut aşkar edilməmişdir (cild 1, iş vərəqə 43-47). 10 mart 2024-cü il tarixli götürmə aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 könüllü olaraq təqdim etdiyi tünd rəngli cins şalvar, tünd rəngli pulover, bir cüt yaşıl rəngli idman ayaqqabısı, əl çantası və bir ədəd “Oppo” markalı mobil telefon götürülmüş, müvafiq qaydada qablaşdırılmaqla protokola əlavə olunmuşdur (cild 1, iş vərəqə 95-96). 11 mart 2024-cü il tarixli götürmə aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 könüllü olaraq təqdim etdiyi tünd rəngli idman rəngli şalvarı, tünd rəngli gödəkçə, papaqlı pulover və bir cüt idman ayaqqabısı götürülmüş, müvafiq qaydada qablaşdırılmaqla protokola əlavə olunmuşdur (cild 1, iş vərəqə 137-138). 11 mart 2024-cü il götürmə aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 könüllü olaraq təqdim etdiyi göy rəngli cins şalvarını, dəri gödəkçəsini, boz rəngli boğazlı puloveri və “Nokia” markalı mobil telefonu götürülmüş, müvafiq qaydada qablaşdırılmaqla protokola əlavə olunmuşdur (cild 1, iş vərəqə 170-171). 12 mart 2024-cü il tarixli təqsirləndirilən şəxsin ifadəsinin yerinə yoxlanılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 ifadəsinin yerində yoxlanması istintaq hərəkəti keçirilərkən Zərərçəkmiş şəxs yumruqla vurduğu yeri, cinayət hadisənin baş vermə hallarını və şəraitini hadisə yerində əyani şəkildə göstərmişdir. Həmin istintaq hərəkəti zamanı müvafiq fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir (cild 1, iş vərəqə 196-202). 13 mart 2024-cü il tarixli təqsirləndirilən şəxsin ifadəsinin yerinə yoxlanılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 ifadəsinin yerində yoxlanması istintaq hərəkəti keçirilərkən Zərərçəkmiş şəxs bıçaqla vurduğu yeri, cinayət hadisənin baş vermə hallarını və şəraitini hadisə yerində əyani şəkildə göstərmişdir. Həmin istintaq hərəkəti zamanı müvafiq fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir (cild 1, iş vərəqə 247-253). 13 mart 2024-cü il tarixli təqsirləndirilən şəxsin ifadəsinin yerinə yoxlanılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 ifadəsinin yerində yoxlanması istintaq hərəkəti keçirilərkən Zərərçəkmiş şəxs əlində olan taxta yeşiklə vurduğu yeri, cinayət hadisənin baş vermə hallarını və şəraitini hadisə yerində əyani şəkildə göstərmişdir. Həmin istintaq hərəkəti zamanı müvafiq fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir (cild 2, iş vərəqə 25-31). X2 X3 X18 X6 X22 X7 Haqqında 14 mart 2024-cü il Aktından görünür ki, müayinə zamanı X12 götürülmüş sidik nümunələrində Opi (+ ) müsbət aşkar edilmişdir (cild 2, iş vərəqə 53). 13 mart 2024-cü il tarixli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Şahid1 xx.xx.2024-cü il tarixə uyğun xəsarət aşkar edilməmişdir (cild 2, iş vərəqə 120-122). 13 mart 2024-cü il tarixli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs3 xəsarət aşkar edilməmişdir (cild 2, iş vərəqə 124-126). 14 mart 2024-cü il tarixli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 sol mil-bilək oynağı nahiyəsinin kəsilmiş səthi yarası və sol bud nahiyəsinin deşilmiş-kəsilmiş yarası müəyyən edilmişdir. Xəsarətlər deşici-kəsici əşya təsirindən törənmişdir, bıçaqla yetirilə bilər. Müddətinə görə sol mil-bilək oynağı nahiyəsinin kəsilmiş səthi yarası qərarda göstərilən xx.xx.2024-cü il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğu üçün dərəcəsi təyin edilmir. Sol bud nahiyəsinin deşilmiş-kəsilmiş yarası isə şəxsin məhkəmə-tibbi ekspertizasından 1-2 ay əvvələ uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir (cild 2, iş vərəqə 128-130). 15 mart 2024-cü il tarixli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 Vidadi oğlunda qarın nahiyəsinin kəsilmiş səthi yarası müəyyən edilmişdir. Xəsarət kəsici kənara malik əşya təsirindən törənmişdir, bıçaqla yetirilə bilər. Törənmə müddəti qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğu üçün dərəcəsi təyin edilmir (cild 2, iş vərəqə 132-134). 19 mart 2024-cü il tarixli kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə psixoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs1 həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs1 ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs1 hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci və 21.3-cü maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs1 hal-hazırda öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs1 məcburi müalicəyə ehtiyac yoxdur.Təqsirləndirilən şəxs1 törətdiyi əməl zamanı emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək qabliyyətinə malik olmuşdur. Cinayət əməlini törədən zaman Təqsirləndirilən şəxs1 psixi-emosional sferasında hirslilik, gərginlik kimi hallar əməl gəlmiş, həmin halların yaranması fərdi-psixi xüsusiyyətləri fonunda əvvəllər Zərərçəkmiş şəxs ilə aralarında yaranmış mübahisə zamanı sonuncunun onun ünvanına nalayiq ifadələr işlətməsi səbəbindən onu cəzalandırmaq istəməsi ilə əlaqədar olmuşdur. Təqsirləndirilən şəxs1 cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır (cild 2, iş vərəqə 150-153). 19 mart 2024-cü il tarixli kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə psixoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs2 həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs2 ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs2 hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci və 21.3-cü maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs2 hal-hazırda öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs2 məcburi müalicəyə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs2 emosional halından asılı olaraq hadisə zamanı öz hərəkətlərini tam dərk etmək qabliyyətinə malik olmuşdur. Cinayət əməlini törədən zaman Təqsirləndirilən şəxs2 psixiemosional sferasında situasiya ilə əlaqədar hirslilik halı əməl gəlmişdir. Təqsirləndirilən şəxs2 cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır (cild 2, iş vərəqə 154- 157). 19 mart 2024-cü il tarixli ambulator məcburi narkoloji tibbi yoxlama rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 kannabinoidlərdən və opioidlərdən istifadə etmə halları olub. Lakin hal-hazırda Təqsirləndirilən şəxs1 müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs1 narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur (cild 2, iş vərəqə 160-161). 19 mart 2024-cü il tarixli ambulator məcburi narkoloji tibbi yoxlama rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 kannabinoidlərdən istifadə etmə halları olub. Lakin hal-hazırda Təqsirləndirilən şəxs2 müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs2 narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur (cild 2, iş vərəqə 163-164). 29 mart 2024-cü il tarixli ambulator məcburi narkoloji tibbi yoxlama rəyindən görünür ki, hal-hazırda Təqsirləndirilən şəxs3 narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. O, narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur (cild 2, iş vərəqə 166-167). 06 aprel 2024-cü il tarixli kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə psixoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs3 cinayət əməlini törədərkən xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqətin pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs3 barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs3 hər hansı psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs3 hadisə zamanı öz hərəkətlərinə cavab vermək və onlara rəhbərlik etmək qabliyyətində olmuşdur. Təqsirləndirilən şəxs3 cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs3 ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs3 hazırda da öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Onun hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs3 barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur.Təqsirləndirilən şəxs3 ona ittiham olunan cinayət əməlini törətdikdən sonra hər hansı psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs3 hərəkətləri Azərbaycan Respublikası CM-nin 21.3-cü maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs3 hadisə zamanı emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək qabliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs3 cinayət əməlini törədərkən psixiemosional halında situasiya ilə əlaqədar gərginlik, həyəcan yaranmışdır. Təqsirləndirilən şəxs3 cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır (cild 2, iş vərəqə 257- 261). 25 aprel 2024-cü il tarixli kompleks məhkəmə-bioloji və tibbi-kriminalistik ekspertizasının rəyindən görünür ki, təqdim edilmiş X1 məxsus uzunqol koftanın ön səthinin orta hissəsində bir ədəd və arxa səthinin sol yarısında bir ədəd deşilmiş-kəsilmiş zədə, qolsuz maykanın ön səthinin yuxarı hissəsində bir ədəd deşilmiş-kəsilmiş zədə var. Bu zədələr ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən törənmişlər.Mərhum Zərərçəkmiş şəxs məxsus paltarların üzərində olan deşilmiş- kəsilmiş zədələrin, ekspertizaya təqdim olunmuş bıçağın tiyəsinin təsirindən törənməsi inkar olunur. İz törədən alət (alətlər) ekspertizaya təqdim edilmədiyindən, mərhum Zərərçəkmiş şəxs məxsus paltarların üzərində olan deşilmiş-kəsilmiş zədələrin bir və ya iki alətin (əşyanın) təsirindən törənib-törənməməsi barədə sualı cavablandırmaq mümkün deyildir. Mərhum Zərərçəkmiş şəxs məxsus paltarların üzərində olan deşilmiş-kəsilmiş zədələrin lokalizasiyasına əsasən demək olar ki, bu zədələrin yetirildiyi zaman zədə yetirənlə zərərçəkmiş şəxs müxtəlif qarşılıqlı vəziyyətlərdə ola bilər.X1 məxsus idman şalvarının, tumanın, bir cüt corabın və bir cüt ayaqqabının üzərində zədə aşkar edilməmişdir. Təqdim edilmiş Təqsirləndirilən şəxs3 məxsus gödəkcənin sağ yan cibinin yuxarı kənarında bir ədəd, sol yan tikişinin üzərində bir ədəd, sağ qolunun dairəvi tikişinin arxa hissəsində bir ədəd, sol qolunun dirsək nahiyəsində bir ədəd, jaketin sol çiyin nahiyəsində bir ədəd sökülmüş zədələr, gödəkçənin arxa səthinin sol yarısında bir ədəd cırılmış zədə var. Bu zədələr küt yaranma mexanizmi ilə paltarın həmin hissələrinin kəskin dartılması nəticəsində törənməyə uyğun gəlir. Təqsirləndirilən şəxs3 məxsus qolsuz maykanın, cins şalvarın, iki cüt corabın, iki tay (ayrı-ayrı) corabın, bir cüt ayaqqabının və əl çantasının üzərində zədə aşkar edilmədi.Təqdim edilmiş Təqsirləndirilən şəxs1 məxsus gödəkçənin ön səthinin sağ yarısının aşağı hissəsində iki ədəd dəlib-keçməyən kəsilmiş zədə var. Bu zədələr kəsici kənara malik hər hansı bir iti alətin (əşyanın) təsirindən törənməyə uyğun gəlir, o cümlədən təqdim edilmiş bıçağın kəsici kənarının təsirindən də törənə bilər. Təqsirləndirilən şəxs1 məxsus gödəkçənin sol qolunun alt tikişi üzərində bir ədəd sökülmüş zədə var. Bu zədə küt yaranma mexanizmi ilə paltarın həmin hissəsinin dartılması nəticəsində əmələ gəlmişdir. Təqsirləndirilən şəxs1 məxsus gödəkçənin ön səthinin sağ yarısında bir ədəd termiki zədə var. Bu zədə yüksək hərarətin (alovun) yerli termiki təsirindən törənmişdir. Təqsirləndirilən şəxs1 məxsus idman şalvarının, uzunqol koftanın və bir cüt ayaqqabının üzərində zədə aşkar edilməmişdir. Təqdim edilmiş Təqsirləndirilən şəxs2 məxsus gödəkçənin, cins şalvarın və jaketin üzərində zədə aşkar edilməmişdir. Təqdim olunmuş bıçaq kustar üsulu ilə hazırlanmış, ümumi təyinatlı qatlanmayan ov bıçağıdır və deşici-kəsici xassəyə malik soyuq silah hesab edilir. Bıçağın üzərində zədə aşkar edilməmişdir, üzərində sonradan hər hansı bir əlavə və dəyişiklik edilməmişdir.Təqdim edilmiş paltarların üzərində məhkəmə-tibbi-bioloji tədqiqat nəticəsində aşkar edilmiş qan ləkələrinin əmələgəlmə mexanizmi aşağıdakı kimidir: - mərhum Zərərçəkmiş şəxs məxsus koftanın üzərində olan ləkələr əsasən qan mənbəyi ilə (qanlı səthlə) statik kontakt və fiziki-kapilyarlıq faktoru üzrə əmələ gəlmiş hopma xarakterli, ön səthdə olan bəzi ləkələr qan mənbəyindən (qanlı səthdən) öz ağırlığı ilə az hündürlükdən düşən damcı xarakterli ləkələrdir; - mərhum Zərərçəkmiş şəxs məxsus idman şalvarının üzərində olan ləkələr qan mənbəyindən (qanlı səthdən) öz ağırlığı ilə az hündürlükdən düşən damcı və səthi statik kontakt nəticəsində əmələ gəlmiş ləkələrdir; - mərhum Zərərçəkmiş şəxs məxsus maykanın üzərində olan ləkələr qan mənbəyi ilə (qanlı səthlə) statik kontakt və fiziki-kapilyarlıq faktoru üzrə əmələ gəlmiş hopma xarakterli və qan mənbəyindən (qanlı səthdən) öz ağırlığı ilə az hündürlükdən düşən damcı xarakterli ləkələrdir; - mərhum Zərərçəkmiş şəxs məxsus tumanın üzərində olan ləkə qan mənbəyi ilə (qanlı səthlə) statik kontakt və fiziki-kapilyarlıq faktoru üzrə əmələ gəlmiş hopma xarakterli ləkələrdir; - mərhum Zərərçəkmiş şəxs məxsus corabın bir tayının üzərində olan ləkə qan mənbəyi ilə (qanlı səthlə) səthi statik kontakt nəticəsində əmələ gəlmiş ləkədir; - mərhum Zərərçəkmiş şəxs məxsus bir cüt ayaqqabının hər iki tayının üzərində olan ləkə qan mənbəyi ilə (qanlı səthlə) səthi statik kontakt nəticəsində əmələ gəlmiş ləkədir; - Təqsirləndirilən şəxs3 məxsus uzunqol gödəkçənin sağ qolunun və bir cüt ayaqqabının hər iki tayının üzərində olan ləkələr qan mənbəyi ilə (qanlı səthlə) səthi statik kontakt nəticəsində əmələ gəlmiş ləkələrdir; - Təqsirləndirilən şəxs1 məxsus idman şalvarının sol ayağının ön səthində olan ləkə qan mənbəyi ilə (qanlı səthlə) səthi statik kontakt nəticəsində əmələ gəlmiş ləkədir; - Təqsirləndirilən şəxs1 məxsus koftanın sol qolunun üzərində olan ləkə qan mənbəyi ilə (qanlı səthlə) statik kontakt və fiziki-kapilyarlıq faktoru üzrə əmələ gəlmiş hopma xarakterli ləkədir; - Təqdim edilmiş digər paltarların və bıçağın üzərində məhkəmə-tibbi-bioloji tədqiqat zamanı qana şübhəli ləkə aşkar edilməmişdir (cild 2, iş vərəqə 264-272). 19 aprel 2024-cü il tarixli kompleks məhkəmə-bioloji və tibbi-kriminalistik ekspertizasının rəyindən görünür ki, 1 .Əhmədli(Əhmədov) Səbuhi Arif oğlunun ABO sistemi üzrə qrup göstəricisi: Abeta\H\(ll);

2. Təqsirləndirilən şəxs1 ABO sistemi üzrə qrup göstəricisi: B(lll) /şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən/;

3. Təqsirləndirilən şəxs2 ABO sistemi üzrə qrup göstəricisi: O(1) /şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən/;

4. Təqsirləndirilən şəxs3 ABO sistemi üzrə qrup göstəricisi: B(lll)/şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən/;

5. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus bir ədəd trusik, qolsuz mayka, idman şalvarı, uzunqol kofta, corabın bir tayı və bir cüt ayaqqabı, Təqsirləndirilən şəxs1 məxsus bir ədəd papaqlı idman koftası və idman şalvarı, Təqsirləndirilən şəxs3 məxsus bir ədəd uzunqol gödəkçə və bir cüt ayaqqabı, yeşik, qutu, iki ədəd paket və iki ədəd çubuqlu pambıq tampona hopdurulmuş nümunələr üzərində insan qanı ləkələri aşkar olundu. Zərərçəkmiş şəxs məxsus bir ədəd trusik, qolsuz mayka, idman şalvarı, uzunqol kofta, corabın bir tayı və bir cüt ayaqqabı, Təqsirləndirilən şəxs3 məxsus bir ədəd uzunqol gödəkçə və bir cüt ayaqqabı, yeşik, qutu, iki ədəd paket və iki ədəd çubuqlu pambıq tampona hopdurulmuş nümunələr üzərində olan ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə “A” və “H” antigenləri, Zərərçəkmiş şəxs məxsus bir ədəd trusik və qolsuz mayka, qutu və iki ədəd çubuqlu pambıq tampona hopdurulmuş nümunələr üzərində həmçinin beta aqqlyutinini də alındı. Bu qan ləkələri Abeta/H/(ll) qruplu şəxsə, o cümlədən Əhmədli(Əhmədov) Səbuhi Arif oğluna məxsus ola bilər. Lakin göstərilən ləkələrdə bir neçə şəxsin qanı olduğu halda, bu ləkələrdə həmçinin 0(1) qruplu şəxsin, o cümlədən Təqsirləndirilən şəxs2 da (əgər onda hadisə zamanı qanaxma ilə müşahidə olunan xəsarətlər olmuşdursa) qarışmış qanının olması mümkündür. Bu ləkələrdə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 qanının olması inkar olunur; -Təqsirləndirilən şəxs1 məxsus bir ədəd papaqlı idman koftası və idman şalvarı üzərində olan ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə “B” və “H” antigenləri alındı, “A” antigeni və aqqlyutininlər isə alınmadı. Bu qan ləkələri Balfa/H/(lll) qruplu bir şəxsə, o cümlədən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 (əgər onlarda hadisə zamanı qanaxma ilə müşahidə olunan xəsarətlər olmuşdursa və qanlarında müşayiətçi “H” antigeni varsa) məxsus ola bilər. Lakin göstərilən ləkələrdə bir neçə şəxsin qanı olduğu halda, bu ləkələrdə həmçinin 0(İ) qruplu şəxsin, o cümlədən Təqsirləndirilən şəxs2 da (əgər onda hadisə zamanı qanaxma ilə müşahidə olunan xəsarətlər olmuşdursa) qarışmış qanının olması mümkündür. Bu ləkələrdə Əhmədli(Əhmədov) Səbuhi Arif oğlunun qanının olması inkar olunur.

6. Təqdim olunmuş Təqsirləndirilən şəxs2 məxsus bir ədəd şalvar və uzunqol dəri gödəkçə, Təqsirləndirilən şəxs3 qolsuz maykası, bıçaq, bıçaq qabı üzərində qan, Zərərçəkmiş şəxs corabının digər tayı, Təqsirləndirilən şəxs1 məxsus bir ədəd idman gödəkçəsi və bir cüt ayaqqabı ayaqqabı, Təqsirləndirilən şəxs2 boğazlı sviter, Təqsirləndirilən şəxs3 məxsus bir ədəd şalvar, uzunqol kofta, iki cüt qara rəngli corab, bir tay açıq boz rəngli corab, bir tay tünd boz rəngli corab və bir ədəd əl çantası, yumurta qabı üzərində isə qana şübhəli hər hansı bir ləkə aşkar olunmamışdır (cild 3, iş vərəqə 2-11). 09 mart 2024-cü il tarixli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, mərhum X11 meyitində döş qəfəsinin sağ yarısının ön səthinin daxilə nüfuz edərək ürək kisəsinin və ürəyin zədələnməsinə səbəb olan 1 (bir) ədəd, döş qəfəsinin sol yarısının arxa səthinin daxilə nüfuz edərək sol ağciyərin zədələnməsinə səbəb olan 1 (bir) ədəd deşilmiş-kəsilmiş yaraları (cəmi 2 iki) ədəd, burun sümüyünün xətti sınığı, sağ əlin İ və İİ barmaqlarının kəsilmiş səthi yaraları, alın və təpə nahiyələrinin qançırı, hər iki diz oynağı və sol baldır nahiyələrinin sıyrıqları kimi xəsarətlər müəyyən edilmişdir. Xəsarətlər həyati olub, mərhumun ölümündən az əvvəl törənmişlər. Xəsarətlərdən-döş qəfəsinin sağ yarısının ön səthinin daxilə nüfuz edərək ürək kisəsinin və ürəyin zədələnməsinə səbəb olan 1 (bir) ədəd, döş qəfəsinin sol yarısının arxa səthinin daxilə nüfuz edərək sol ağciyərin zədələnməsinə səbəb olan 1 (bir) ədəd (cəmi 2 iki) ədəd deşilmiş- kəsilmiş yaraları, sağ əlin İ və İİ barmaqlarının kəsilmiş səthi yaraları küpü və ülgücü olan yastı tiyə tipli deşicikəsici alətin( alətlərin) təsirindən törənmişdir, bıçaqla yetirilə bilər, burun sümüyünün xətti sınığı, alın və təpə nahiyələrinin qançırı, hər iki diz oynağı və sol baldır nahiyələrinin sıyrıqları isə bərk-küt əşya (əşyalar) təsirindən törənmişlər.Dərəcəsinə görə-döş qəfəsinin sağ yarısının ön səthinin daxilə nüfuz edərək ürək kisəsinin və ürəyin zədələnməsinə səbəb olan 1 (bir) ədəd, döş qəfəsinin sol yarısının arxa səthinin daxilə nüfuz edərək sol ağciyərin zədələnməsinə səbəb olan 1 (bir) ədəd (cəmi 2 iki) ədəd deşilmiş-kəsilmiş yaraları ümumilikdə və hər biri ayrı-ayrılıqda canlı şəxslərdə sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malik olmaqla mərhumun ölümü ilə birbaşa səbəbli əlaqəlidir, burun sümüyünün sınığı canlı şəxslərdə sağlamlığa yüngül zərərvurmanın əlamətlərinə, sağ əlin İ və İİ barmaqlarının kəsilmiş səthi yaraları, alın və təpə nahiyələrinin qançırı, hər iki diz oynağı və sol baldır nahiyələrinin sıyrıqları isə canlı şəxslərdə sağlamlığa zərərvurmayan xəsarətlərin əlamətlərinə malik olmaqla ölümlə səbəbli əlaqəsi yoxdur. Mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb döş qəfəsinin daxilə nüfuz edən deşilmişkəsilmiş yaraları ilə əlaqədar daxili üzvlərin yaralanması nəticəsində baş vermiş daxili və xarici qanitirmə olmuşdur. Ölümün baş vermə müddəti meyitin meyitxanada müayinəsindən 3-5 saat əvvələ uyğun gəlir. Mərhum Zərərçəkmiş şəxs xəsarətləri alarkən bədəninin müxtəlif vəziyyətlərində ola bilərdi. Mərhum Zərərçəkmiş şəxs meyitində aşkar edilmiş xəsarətlər qısa müddət ərzində yetirildiyindən yetirilmə ardıcıllığını müəyyən etmək mümkün deyil. Mərhum Zərərçəkmiş şəxs almış olduğu xəsarətlərin xarakterinə, lokalizasiyasına və təqdim edilmiş hadisəni əks etdirən videogörüntüyə əsasən demək olar ki, döş qəfəsi nahiyəsində olan 2 ədəd deşilmiş-kəsilmiş yara deşici-kəsici alətlə, burun sümüyünün sınığı yumruqla, alın və təpə nahiyəsinin qançırı, hər iki diz oynağı və sol baldır nahiyələrinin sıyrıqları isə taxta yeşiklə vurub yıxması nəticəsində törənə bilərdi. Mərhum Zərərçəkmiş şəxs xəsarətləri aldığı anda və xəsarətləri aldıqdan sonra qısa zaman çərçivəsində müqavimət göstərmək iqtidarında ola bilərdi. Mərhum Zərərçəkmiş şəxs paltar-sviter və maykada olan zədələr onun döş qəfəsində olan xəsarətlər yerləşən nahiyələrə uyğundur. Mərhum Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda və sidikdə məhkəmə-kimya tədqiqatı nəticəsində çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən kannabionid aşkar edilmişdir. Etil, metil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir (cild 3, iş vərəqə 13-21). 10 iyun 2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, marketin qarşısındakı daş piltə və asfalt örtüyü üzərindən götürülmüş qan bənzər ləkələrdən nümunələr, bir ədəd taxta yeşik, bir ədəd içərisinə sellofan olan karton yeşik, bir ədəd bıçaq qabı, avtomobilə baxış zamanı aşkar edilmiş Zərərçəkmiş şəxs məxsus bir ədəd bıçaq, eləcə də hadisə zamanı əynində olmuş bir ədəd ağ rəngli uzunqol kofta, bir ədəd ağ rəngli mayka, bir ədəd qara rəngli şalvar, bir ədəd trusik, bir cüt corab və bir cüt qara ayaqqabı, bir ədəd “İphone X” markalı mobil telefon, Təqsirləndirilən şəxs1 əynində olmuş bir ədəd tünd rəngli idman şalvarı, bir ədəd tünd rəngli gödəkçə, bir ədəd papaqlı pulover, bir cüt idman ayaqqabısı, Təqsirləndirilən şəxs3 əynində olmuş bir ədəd tünd rəngli cins şalvar, bir ədəd tünd rəngli pulover, bir ədəd tünd rəngli gödəkçə, bir cüt yaşıl rəngli idman ayaqqabısı, əl çantası, bir ədəd “OPPO” markalı mobil telefon, Təqsirləndirilən şəxs2 əynində olmuş bir ədəd dəri gödəkçə, bir ədəd boz rəngli boğazlı pulover və bir ədəd göy cins şalvar, bir ədəd “Nokia” markalı mobil telefon maddi sübut kimi tanınmış və Bakı şəhəri Sabunçu rayon prokurorluğunun maddi sübutların saxlama yerinə təhvil verilmişdir (cild 3, iş vərəqə 156-202). “Kondisioner MTK” tərəfindən təqdim olunmuş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 1985-ci ilin may ayından ünvan 7 ünvanında yerləşən “Kondisioner MTK”-ya məxsus binanın 68-ci mənzilində yaşamışdır, yaşadığı dövr ərzində özünün intizamı, tərbiyəsi, ədəb-ərkanı ilə həmişə fərqlənmiş, qonşularla, böyüklərlə davranışı həddindən artıq mülayim olmuş, bütün etik normaları gözləmiş, qonşularla münasibətdə heç bir neqativ hal müşahidə edilməmiş, həyətin xeyirində və şərində aktiv iştirak etmişdi, gözəl ailəsi vardır və yaxşı ailə başçısıdır (cild 2, iş vərəqə 65). Bakı şəhəri Sabunçu rayon Mənzil-Kommunal Təsərrüfat Birliyi 47 saylı mənzilkommunal istismar sahəsi tərəfindən təqdim olunmuş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs3 barəsində heç bir şikayət daxil olmamışdır, qonşular arasında xüsusi hörməti vardır, yaşlılara və uşaqlara qayğı ilə yanaşır (cild 2, iş vərəqə 90). Bakı şəhəri Mənzil Kommunal Təsərrüfatı Departamenti 3 saylı xüsusi təyinatlı mənzil kommunal təsərrüfat birliyi 146 saylı mənzil kommunal istismar sahəsi tərəfindən təqdim olunmuş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 barəsində heç bir dövlət orqanı tərəfindən şikayət daxil olmamışdır (cild 2, iş vərəqə 231-232). 09 aprel 2024-cü il tarixli Azərbaycan Respublikası Respublikası Səhiyyə Nazirliyinin Respublika X4 Hüquqi Şəxsinin məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 göstərilən xəstəxanada müalicədə olmamışlar. Arxiv məlumatına əsasən Təqsirləndirilən şəxs1 xx.xx.2020-xx.xx.2020-ci il tarixdə həmin xəstəxanada “Mülayim dərəcədə ifadə olunmuş nevrasteniya, özünü kəsmələrlə” diaqnozu ilə gündüz stasionarı şöbəsində yarım stasionar rejimdə müayinədə olmuş, təkrarən xx.xx.2020-ci il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabunçu rayon idarəsinin xx.xx.2020-ci il tarixli, 103 nömrəli göndərişinə əsasən həmin xəstəxanada gündüz stasionarı şöbəsində yarım stasionar rejimdə müayinədə olmuş,xx.xx.2020-ci il tarixdə Həkim Psixiatr Komissiyasına təqdim olunmuş və həmin tarixdə evə buraxılmışdır (cild 2, iş vərəqə 211-212). 12 aprel 2024-cü il tarixli Azərbaycan Respublikası Respublikası Səhiyyə Nazirliyinin Respublika X15 Hüquqi Şəxsinin məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 göstərilən mərkəzdə qeydiyyatda olmamışlar. Təqsirləndirilən şəxs1 xx.xx.2024-cü il tarixdə “Opioid qəbulu nəticəsində asılılıq sindromu” diaqnozu ilə mərkəzdə narkoloji qeydiyyatdadır (cild 2, iş vərəqə 214). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olan 30 mart 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır ( cild 2, iş vərəqə 191-192). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olan 30 mart 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 26 fevral 2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2-ci maddələri ilə təqsirli bilinib şərti maliyyə vahidinin-500 misli miqdarında cərimə cəzasına məhkum olunmuşdur ( cild 2, iş vərəqə 193-194). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olan 30 mart 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 əvvəllər məhkum olunmamışdır ( cild 2, iş vərəqə 195-196). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349-cu maddəsinə əsasən məhkəmə hökmü qanuni olmalıdır, yəni Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosesual Məcəlləsinin, Cinayət Məcəlləsinin və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının CM-nin 3-cü maddəsinə əsasən yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsində nəzərdə tutulan qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə əməlinə görə cinayət məsuliyyəti həmin əməl bir qrup şəxs tərəfindən törədildikdə Cinayət Məcəlləsinin 120.2.1-ci maddəsində, xüsusi amasızlıqla törədildikdə Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsində nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulan xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərin bir qrup şəxs tərəfindən törədilməsi Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi, silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunması Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tövsif edilir. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli, 3 saylı qərarının 2-ci bəndində məhkəmələrə tövsiyyə olunmuşdur ki, qəsdən adam öldürmə cinayəti həm birbaşa, həm də dolayı qəsdlə törədilə bilər. Həmin qərarın 3-cü bəndində göstərilir ki, qəsdən adam öldürməni ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan qəsdən sağlamlığa ağır zərər vurmadan fərqləndirmək lazımdır. Nəzərə almaq lazımdır ki, qəsdən adam öldürmədə təqsirkarın niyyəti zərərçəkmişi həyatdan məhrum etməyə yönəldiyi halda, Azərbaycan Respublikası CM-nin 126.3-cü maddəsində nəzərdə tutulan əməldə ölümün baş verməsinə münasibəti ehtiyatsızlıqda ifadə olunur. Burada təqsirkarın niyyətinin məhz nəyə yönəlməsi məsələsi həll edilərkən işin bütün halları, o cümlədən cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətlərinin sayı, xarakteri və lokalizasiyası (məsələn həyat üçün mühüm orqana xəsarət yetirilməsi), həmçinin təqsirkarın və zərərçəkmiş şəxsin hadisədən əvvəlki qarşılıqlı münasibətləri, təqsirkarın hadisədən sonrakı hərəkətləri nəzərə alınmalıdır. Həmin qərarın 5-ci bəndində göstərilir ki, qəsdən adam öldürmə cinayəti CM-nin 120.2.1-ci maddəsi ilə tövsif edilməli olduğu hallarda nəzərə almaq lazımdır ki, bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) anlayışları CM-nin 34-cü maddəsində şərh edilmişdir. Adam öldürmə cinayəti o zaman bir qrup şəxs tərəfindən törədilmiş hesab olunur ki, insanın həyatdan məhrum edilməsi qabaqcadan razılaşmadan iki və ya daha çox icraçının birgə iştirakı ilə həyata keçirilmiş olsun. Bu zaman mütləq deyildir ki, iştirakçılardan hər biri zərərçəkmişə onun ölümünə səbəb olan xəsarət yetirmiş olsun. Nəzərə almaq lazımdır ki, zərərçəkmişin həyatdan məhrum edilməsi prosesində bilavasitə iştirak edənlər, onun müqavimətini qırmaqla, özünü müdafiə etmə imkanını aradan qaldırmaqla, yaxud məhdudlaşdırmaqla zərərçəkmişin həyatdan məhrum edilməsinə kömək etdiklərini dərk etmiş və bunu arzu etmiş, yaxud da belə nəticəni arzu etməsə də ona şüurlu surətdə yol vermiş şəxslər də cinayətin icraçıları sayılırlar. Bir şəxs tərəfindən həyata keçirilən qəsdən adam öldürmə prosesinin gedişində başqa şəxsin (şəxslərin) təqsirkara qoşulub zərərçəkmişi öldürmək məqsədilə ona kömək etməsi hallarında da bir qrup şəxs tərəfindən adam öldürmə cinayətinin törədilməsi mövcud olur. Bir qrup şəxs tərəfindən qəsdən adam öldürmə həm birbaşa, həm də dolayı qəsdlə törədilə bilər. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarına müvafiq olaraq xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyillilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Xuliqanlıq zamanı silah və ya silah qismində istifadə edilən əşyaların tətbiqi – ondan birbaşa sağlamlığa zərər vurulması, habelə zərərçəkmiş şəxsin həyat və ya sağlamlığı üçün real təhlükə yaradan üsulla istifadə olunmasıdır. Silah və ya silah qismində istifadə edilən əşyaların tətbiqi ilə insanların həyat və ya sağlamlığı üçün real təhlükə yarandığı sübuta yetirilərsə, bu əməl Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tövsif olunmalıdır. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli qərarının 2-ci bəndində qeyd edilir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onlara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1-ci və 221.3-cü maddələri ilə ittiham elan edilməsi üçün əsas olan faktiki halları mübahisələndirərək Zərərçəkmiş şəxs öldürmək niyyətlərinin olmaması, habelə hər üç təqsirləndirilən şəxsin öz əməllərində xuliqanlıq əməllərinin istisna olunması barədə məhkəmədə verdiyi ifadələrini onların müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək ittiham olunduğu cinayət əməlini törətmələrini sübuta yetirilmiş hesab edir. Onların öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla - cinayət işinin materialları ilə və şahidlərin ifadələri ilə, ekspert rəyləri ilə, habelə iş üzrə toplanmış digər çoxsaylı sübutların məcmusu ilə təkzib olunur. Belə ki, İrlandiyanın İngiltərəyə qarşı işi üzrə 20 mart 2018-ci il tarixli Avropa Məhkəməsinin qərarında göstərilmişdir ki, sübutun qiymətləndirməsi üçün “əsaslı şübhələrdən kənar” standartını rəhbər tutaraq sübutetmə prosesini həyata keçirən məhkəmə belə sübut qismində yalnız işin faktiki halları ilə uyğun olan və ya həmin hallarla təkzib edilməyən, habelə, kifayət qədər güclü, aydın əlamətlərə məxsus olan hallar istifadə edə bilər. Bu nöqteyi nəzərdən sübutların toplanılması zamanı tərəflərin davranışı da nəzərdən keçirilməlidir. “Hüseyn və digərləri Azərbaycana qarşı” iş üzrə Avropa Məhkəməsinin 26 iyun 2011-ci il tarixli qərarında göstərilmişdir ki, ədalətli və çəkişməli məhkəmə araşdırması anlayışı, əksini sübut edəcək hallar olmadıqca, prinsipcə, məhkəmənin iclasda verilən şahid ifadəsinə ittiham tərəfindən öncədən qeydə alınmış ibtidai araşdırmadakı ifadədən daha çox önəm verməsini ifadə edir. Bunun səbəbi ibtidai araşdırma sorğu-sualının ittiham tərəfinin işi məhkəmədə dəstəkləmək üçün məlumat topladığı proses olmasıdır.Lakin mühakiməni aparan məhkəmə sübutların birbaşa olaraq məhkəmədə qiymətləndirilməsinə əsaslanaraq, təqsirləndirilən şəxsin təqsirliliyini məhkəmədə təqdim edilən bütün sübutların qiymətləndirilməsinin ardından müəyyənləşdirməlidir. Məhkəmə əvvəla qeyd edir ki, insanın motivasiyası onun fəaliyyət məqsədləri ilə sıx əlaqədardır. Motivi aydınlaşdırmadan insanın müəyyən məqsədə çatmağa nə üçün səy etdiyini, beləliklə onun hərəkətinin əsl mənasını anlamaq mümkün deyildir. Şəxsin hər hansı əməli törətməsində qəsdinin nəyə yönəldiyinin müəyyən edilməsi üçün onun həm hadisədən əvvəl, həm də hadisədən sonrakı hərəkətlərinin motivi müəyyən edilməlidir. Məhkəmə əvvəla Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1la bir qrup şəxs halında hərəkət etməməsi, nə xuliqanlıq, nə də qəsdən adam öldürmə cinayətlərində hər hansı iştirakının olmaması ilə əlaqədar bildirir ki, sonuncu zərərçəkmiş şəxs Səbuhini gördüyü andan digər Təqsirləndirilən şəxs1la birgə təqib etmişdir. Məhkəmə iclasında niyyətinin nəyə yönəldilməsinin müəyyən edilməsi məqsədilə onun bu hərəkətlərinin səbəbləri aydınlaşdırılarkən Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxsin dalınca qaçmasının səbəbi kimi sonuncunun onları görən kimi bıçaq çıxarması və söyüş söyməsini bildirsə də məhkəmə həmin ifadələrini mötəbər hesab etmir. Belə ki, əvvəla iş üzrə ilkin ifadə vermiş Şahid1 hadisəni təsvir edəkən göstərmişdir ki, o, Zərərçəkmiş şəxs ilə marketdən çıxarkən Təqsirləndirilən şəxs1 ilə 2 nəfər şəxsin gəldiyini, Əlinin Səbuhiyə tərəf gələrək əlini sol tərəfdən belinə ataraq “ə bura gəl ” deyə bildirib ona tərəf qaçdığını, bu anda Səbuhinin ona “qaç get” deməsini göstərmişdir. Şahid1 nə zərərçəkmiş şəxsin bıçaq çıxarmasını, nə də təqsirləndirilən şəxslərin ona arxasınca qaçmasına səbəb kimi sonuncunun söyüş söyməsini müşahidə etməmişdir. Onun bu ifadələri iş üzrə şahid qismində dindirilmiş zərərçəkmiş şəxslə Şahid1 alış veriş etdiyi marketin satıcısı tərəfindən də təsdiq edilmişdir. Bundan başqa iş üzrə dindirilmiş Təqsirləndirilən şəxs1 da ibtidai istintaq dövründə verdiyi ilkin ifadəsində əvvəlcədən aralarında formalaşan qərəzli münasibətlər zəminində üstündə bıçaq gəzdirdiyini, zərərçəkmiş şəxsi görən kimi onu cəzalandırmaq niyyətilə belində olan bıçağı çıxararaq və söyüş söyərək “dayan..., səni cəzalandıracam” dedikdən sonra zərərçəkmiş şəxsin qaçdığını, hətta ondan yayınmaq məqsədilə zərərçəkmiş şəxsin sağa-sola qaçaraq marketə tərəf istiqamətləndiyini, Zərərçəkmiş şəxs əlində hər hansı alət müşayiət etmədiyini qeyd etmişdir.Təqsirləndirilən şəxs yalnız verilmiş sualları cavablandırakən Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxsi vurmasının səbəblərini Səbuhinin qaçarkən söyüş söyməsi ilə əlaqələndirdiyini güman etdiyini bildirmişdir. İş üzrə dindirilmiş digər Təqsirləndirilən şəxs3 da yuxarıda göstərilən ifadələri təsdiq edərək hadisənin Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs “bura gəl ə” deyərək sonuncunun üzərinə qaçmasından başlanmasını, zərərçəkmiş şəxsin onlara əks istiqamətdə qaçmasını, Fərruxla Əlinin zərərçəkmiş şəxsin arxasına qaçmasının səbəbini başa düşmədiyini, zərərçəkmiş şəxsin əlində bıçaq görməməsini bildirmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxsi tərk silah etməsi məqsədilə onun arxasınca qaçması və üzərinə yeşik parçası atması barədə ifadələri iş materialları ilə təkzib edilmişdir. Məhkəmə belə qənaətə gələrkən həm də o halları əsas götürür ki, həm şahid ifadələrindən, həm hadisənin görüntülərini özündə əks etdirən disklərdən görünür ki, zərərçəkmiş şəxs təqsirləndirilən şəxslərdən qaçmaq istəyir. Belə olan təqdirdə hətta Zərərçəkmiş şəxs əlində bıçaq gördüyü halda belə Təqsirləndirilən şəxs2 mübahisəni dayandırmaq məqsədilə Təqsirləndirilən şəxs1 kənarlaşdırmaq əvəzinə (əgər məqsəd Təqsirləndirilən şəxs1 qorumaqdırsa) inadla “əlində bıçaq olduğunu” iddia etdiyi şəxsin dalınca qaçaraq sonuncunu tərk silah etmək istəməsi, habelə yanında olan digər Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxsin əlində bıçaq görmədiyi halda Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxsin əlindəki bıçağı görməsi, lakin yanında olan Təqsirləndirilən şəxs1 əlində bıçaq görməməsi barədə ifadələrini “ağlabatan” hesab etmir. Məhkəmə belə qənaətə gələrkən həm də onu əsas götürür ki, zərərçəkmiş şəxs yerə yıxıldıqdan sonra da Təqsirləndirilən şəxs2 sonuncu yerə yıxılana qədər ona münasibətdə zorakılıq hərəkətlərini etməyə davam etdirmişdir. Video görüntülərdən də görünür ki, Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs3 müdaxiləsi sayəsində zərərçəkmiş şəxsdən aralanmışdır. Bundan başqa məhkəmə iclasında videogörüntülərə baxış keçirilərkən Təqsirləndirilən şəxs2 əgər məqsədi yalnız Təqsirləndirilən şəxs1la Zərərçəkmiş şəxs aralaşdırmaq olmuşdursa hansı səbəblərdən zərərçəkmiş şəxs yerə yıxıldıqdan sonra da sonuncuya yeşiklə xəsarət yetirməsi barədə verilmiş suallara “ağlabatan” məzmunda cavab verməyərək mübahisə edən tərəfləri aralamaq tərzinin belə olduğunu bildirmişdir. Digər tərəfdən hər üç təqsirləndirilən şəxsə münasibətdə müdafiə tərəflərinin hadisə baş verənədək təqsirləndirilən şəxslərin əvvəlcədən hər hansı razılığının olmaması, hadisə günü təsadüfən qarşılaşması barədə dəlilləri ilə əlaqədar məhkəmə qeyd edir ki, həmin hallar nə ibtidai istintaq orqanı, nə də məhkəmə tərəfindən təkzib edilmir. İttiham aktından da görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 adam öldürmə ilə əlaqədar, habelə həmin təqsirləndirilən şəxslərlə Təqsirləndirilən şəxs3 xuliqanlıq ilə əlaqədar elan edilmiş ittiham sadalanan şəxslərin qabaqcadan əlbir olmuş bir qrup şəxs halında deyil, bir qrup şəxs halında hərəkət etməsi ilə əsaslandırılmışdır. Cinayətin bir qrup şəxs halında törədilməsi əlamətinin mövcudluğu üçün iştirakçılar arasında qabaqcadan razılaşmanın olması tələb olunmur. Təqsirləndirilən şəxslər arasında qabaqcadan razılığın müyyən edilməməsi səbəbindən onların əməli bir qrup şəxs tərəfindən törədilən əməl kimi qiymətləndirilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs2 bir qrup şəxs halında birləşərək zərərçəkmiş şəxsin həyatdan məhrum edilməsinə səbəb olmuşlar. Belə olan təqdirdə təqsirləndirilən şəxslərdən hansı tərəfindən zərərçəkmiş şəxsə yetirilmiş xəsarətlərin sonuncunun ölümünə səbəb olması əməlin tövsifinə təsir etməməklə təqsirləndirilən şəxslərin törədilmiş cinayətdə iştirakının müəyyən edilməsinə xidmət edir və təyin ediləcək cəzanın fərdiləşməsi baxımdan əhəmiyyət kəsb edir. Digər tərəfdən hər üç təqsirləndirilən şəxs bir qrup şəxs halında xuliqanlıq etməsi, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə həmçinin silah qismində əşyadan istifadə etməklə xuliqanlıq etməsi yuxarıda sadalanan təkzib edilməz və mötəbər sübutlarla öz təsdiqini tapmışdır. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs1 qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.1ci və 221.3-cü maddələrində, Təqsirləndirilən şəxs2 qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.1-ci və 221.3-cü maddələrində, Təqsirləndirilən şəxs3 qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətmələri tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən təsnifatına görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməli xüsusilə ağır, Cinayət Məcəlləsinin 221.3-cü və 221.2.1-ci maddələrində nəzərdə tutulan cinayət əməli az ağır cinayətlər kateqoriyasına daxildir. Qeyd olunan əməllər təqsirləndirilən şəxslər tərəfindən qəsdən törədilmişdir və başa çatmış cinayətlərdir. Onların cinayət məsuliyyətindən və cəzadan azad olunmaları üçün əsaslar yoxdur. Qanunla müəyyən edilmiş qaydada təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.1-ci və 221.3-cü maddələrinin, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onların şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. 11 mart 2024-cü il tarixli şəxsin könüllü gəlməsi barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 11 mart 2024-cü il tarixdə saat 15:30-da özü könüllü olaraq Sabunçu rayon prokurorluğuna gedərək 09 mart 2024-cü il tarixdə ünvan 8 ünvanında yerləşən “SPAR” marketin qarşısında baş vermiş hadisə zamanı Zərərçəkmiş şəxs kəsicideşici alətlə xəsarət yetirdiyini etiraf etmişdir (cild 1, iş vərəqi 111). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli qərarına əsasən Cinayət Məcəlləsinin 59.1.10-cu maddəsində nəzərdə tutulan könüllü gəlib təqsirini boynuna alma halının mövcud olub-olmaması məsələsinə baxarkən məhkəmələr “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəlarının şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2012-ci il tarixli qərarında “könüllü gəlib təqsirini boynuna alma” müddəasının “törədilmiş və ya hazırlanan cinayətdə iştirak etməsi barədə şəxsin azad və könüllü surətdə (hər hansı bir psixi və ya fiziki təsirə məruz qalmadan) istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanlara və ya digər dövlət orqanına gələrək yazılı və ya şifahi şəkildə məlumat verməsi” kimi təfsir olunduğunu nəzərə almalı və bu təfsirlə şərtləndirilən halların, o cümlədən şəxsin qeyd olunan orqanlara gəlməsinin onun azad iradə ifadəsi, verdiyi məlumatın isə düzgün olubolmamasını tam, hərətərfli və obyektiv yoxlamalıdırlar. Nəzərə almaq lazımdır ki, Konstitusiya Məhkəməsinin Plenumunun qərarına görə cinayət təqibini həyata keçirən orqanda cinayət hadisəsinin baş verməsi, hətta hadisəni törədənin şəxsiyyəti barədə digər mənbələrdən məlumatın olması təqsirkarın yuxarıda qeyd olunan orqanlara könüllü gəlməsi və törədilmiş və ya hazırlanan cinayətdə iştirak etməsi barəsində düzgün məlumat verməsi halında bunun Cinayət Məcəlləsinin 59.1.10cu maddəsinə müvafiq olaraq cəzanı yüngülləşdirən hal kimi qiymətləndirilməsinə mane olmur. Cinayət törətmiş şəxsin müvafiq orqana gəlməsi və əməlini etiraf etməsi onun azad iradə ifadəsi olduğu halda, sözü gedən cəzanı yüngülləşdirən hal barədə məsələnin həlli üçün onun hansı motivlərlə bu cür davranması əhəmiyyət kəsb etmir. Məhkəmə könüllü gəlib təqsirini boynuna alma halının olub-olmamasını müvafiq sübutları tədqiq etməklə araşdırmalı, o cümlədən buna dair ibtidai araşdırma dövründə tərtib olunmuş protokolu Cinayət-Prosessual Məcəllənin 144-cü maddəsinin tələblərinə müvafiq qaydada yoxlamalı, həmin cəzanı yüngülləşdirən halın müəyyən edilməsi və yaxud mövcud olmaması haqqında nəticələrini bu məsələ üzrə qəti qənaətə gəlmək üçün kifayət edən mümkün və mötəbər sübutların məcmusu üzərində qurmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs1 könüllü gəlib təqsirini boynuna almasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.10-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hal qismində nəzərə alır və qiymətləndirir. Cinayət işi materiallarına əlavə olunmuş şəxsiyyət vəsiqəsinin və doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs2 himayəsində 07 oktyabr 2016-cı il təvəllüdlü bir azyaşlı uşağı vardır (cild 2, iş vərəqə 66,68). Məhkəmə Təqsirləndirilən şəxs2 himayəsində bir azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü əsasən cəzasını yüngülləşdirən hal qismində nəzərə alır və qiymətləndirir. Cinayət işi materiallarına əlavə olunmuş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs3 himayəsində 28 may 2021-ci il təvəllüdlü bir azyaşlı uşağı vardır (cild 2, iş vərəqə 91). Məhkəmə Təqsirləndirilən şəxs3 himayəsində 28 may 2021-ci il təvəllüdlü bir azyaşlı övladının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü əsasən cəzasını yüngülləşdirən hal qismində nəzərə alır və qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 barəsində cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cinayət Məcəlləsinin 64.1-ci maddəsinə əsasən iştirakçılıqla törədilmiş cinayətə görə cəza təyin edilərkən iştirakçılardan hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakteri və dərəcəsi, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyəti, vurulmuş zərərin həcminə və xarakterinə onun təsiri nəzərə alınır. Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs1 könüllü gəlib təqsirini boynuna alması, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 hər birinin himayəsində bir azyaşlı uşağının olmasını kimi barələrində cəzasını yüngülləşdirən halların olmasını, cəzalarını ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1 və 221.3, Təqsirləndirilən şəxs3 Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsinin sanksiyası həddində, təqsirləndirilən şəxslərdən hər birinə istinad edilən əməldə iştirakının dərəcəsindən asılı olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 təyin edilmiş cəzalar Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən qismən toplanmalıdır. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində, Təqsirləndirilən şəxs3 təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində, Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslərin, habelə cinayətlərin residivi zamanı, əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkən məhkumlar, cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən olunmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayt işi materiallarına əlavə edilmiş şübhəli şəxs qismində tutma protokollarından və məhkəmə qərarlarından görünür ki: - Təqsirləndirilən şəxs1 11 mart 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş (cild 1, iş vərəqi 124), Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 13 mart 2024-cü il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 11 mart 2024-cü il tarixdən hesablanması qərara alınmışdır (cild 1, iş vərəqə 259-264); - Təqsirləndirilən şəxs2 11 mart 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş (cild 1, iş vərəqi 157), Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 13 mart 2024-cü il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 11 mart 2024-cü il tarixdən hesablanması qərara alınmışdır (cild 2, iş vərəqə 38-43); - Təqsirləndirilən şəxs3 10 mart 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş (cild 1, iş vərəqi 83), Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 12 mart 2024-cü il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 10 mart 2024cü il tarixdən hesablanması qərara alınmışdır (cild 1, iş vərəqə 209-214). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 11 mart 2024-cü il tarixdən, Təqsirləndirilən şəxs3 təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 10 mart 2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. İş üzrə cinayətin aləti olan bıçağın tapılması istiqamətində aparılmış əməliyyat axtarış tədbirləri nəticəsiz qalmışdır (cild 3, iş vərəqə 103). Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən, şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, cinayət işi üzrə maddi sübut olub, Bakı şəhəri Sabunçu rayon prokurorluğunun maddi sübutlar otağına saxlanılması üçün verilmiş marketin qarşısındakı daş piltə və asfalt örtüyü üzərindən götürülmüş qan bənzər ləkələrdən nümunələr, bir ədəd taxta yeşik, bir ədəd içərisində sellofan olan karton yeşik, bir ədəd bıçaq qabı, Zərərçəkmiş şəxs məxsus bir ədəd bıçaq, hadisə zamanı sonuncunun əynində olmuş bir ədəd ağ rəngli uzunqol kofta, bir ədəd ağ rəngli mayka, bir ədəd qara rəngli şalvar, bir ədəd trusik, bir cüt corab və bir cüt qara ayaqqabı, Təqsirləndirilən şəxs1 əynində olmuş bir ədəd tünd rəngli idman şalvarı, bir ədəd tünd rəngli gödəkçə, bir ədəd papaqlı pulover, bir cüt idman ayaqqabısı, Təqsirləndirilən şəxs3 əynində olmuş bir ədəd tünd rəngli cins şalvar, bir ədəd tünd rəngli pulover, bir ədəd tünd rəngli gödəkçə, bir cüt yaşıl rəngli idman ayaqqabısı, əl çantası, Təqsirləndirilən şəxs2 əynində olmuş bir ədəd dəri gödəkçə, bir ədəd boz rəngli boğazlı pulover və bir ədəd göy cins şalvar məhv edilməli, 01 ədəd “İphone X” markalı mobil telefon Zərərçəkmiş şəxs ailə üzvlərinə, 01 ədəd ədəd “OPPO” markalı mobil telefon Təqsirləndirilən şəxs3 ailə üzvlərinə, 01 ədəd “Nokia” markalı mobil telefon Təqsirləndirilən şəxs2 ailə üzvlərinə qaytarılmalıdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2002-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, Hökm etdi:

Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.1-ci və 221.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Cinayət Məcəlləsinin 120.2.1-ci maddəsi ilə 17 (on yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplanmaqla Təqsirləndirilən şəxs1 qəti olaraq 18 (on səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməsi müddətinin başlanğıcı 11 mart 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.1-ci və 221.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Cinayət Məcəlləsinin 120.2.1-ci maddəsi ilə 15 (on beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplanmaqla Təqsirləndirilən şəxs2 qəti olaraq 16 (on altı) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməsi müddətinin başlanğıcı 11 mart 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs3 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməsi müddətinin başlanğıcı 10 mart 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs3 ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İş üzrə maddi sübutlar: - Bakı şəhəri Sabunçu rayon prokurorluğunun maddi sübutlar otağına saxlanılması üçün verilmiş marketin qarşısındakı daş piltə və asfalt örtüyü üzərindən götürülmüş qan bənzər ləkələrdən nümunələr, bir ədəd taxta yeşik, bir ədəd içərisində sellofan olan karton yeşik, bir ədəd bıçaq qabı, Zərərçəkmiş şəxs məxsus bir ədəd bıçaq, hadisə zamanı sonuncunun əynində olmuş bir ədəd ağ rəngli uzunqol kofta, bir ədəd ağ rəngli mayka, bir ədəd qara rəngli şalvar, bir ədəd trusik, bir cüt corab və bir cüt qara ayaqqabı, Təqsirləndirilən şəxs1 əynində olmuş bir ədəd tünd rəngli idman şalvarı, bir ədəd tünd rəngli gödəkçə, bir ədəd papaqlı pulover, bir cüt idman ayaqqabısı, Təqsirləndirilən şəxs3 əynində olmuş bir ədəd tünd rəngli cins şalvar, bir ədəd tünd rəngli pulover, bir ədəd tünd rəngli gödəkçə, bir cüt yaşıl rəngli idman ayaqqabısı, əl çantası, Təqsirləndirilən şəxs2 əynində olmuş bir ədəd dəri gödəkçə, bir ədəd boz rəngli boğazlı pulover və bir ədəd göy cins şalvar məhv edilsin; - Bakı şəhəri Sabunçu rayon prokurorluğunun maddi sübutlar otağına saxlanılması üçün təhvil verilmiş 01 ədəd “İphone X” markalı mobil telefon Zərərçəkmiş şəxs ailə üzvlərinə, 01 ədəd ədəd “OPPO” markalı mobil telefon Təqsirləndirilən şəxs3 ailə üzvlərinə, 01 ədəd “Nokia” markalı mobil telefon Təqsirləndirilən şəxs2 ailə üzvlərinə qaytarılsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 isə hökmün surətinin onlara verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Hakimlər: (sədrlik edən) Leyla Əsgərova-Məmmədova

Rasim Sadıxov

Novruz Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar