Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-368/2020 06.03.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Sadıxov Rasim Əkrəm oğlu (sədrlik edən), x1 və Kərimov Novruz Ağakərim oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi x3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi Qanuni nümayəndə, müdafiəçi: Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 qızının iştirakı ilə açıq məhkəmə iclasında xx.xx.1991-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Sumqayıt şəhəri Corat qəsəbəsi ev 22/82p-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq müəyyən etdı: Təqsirləndirilən şəxs 19 avqust 2019-cu il tarixdə, saat 23 radələrində Sumqayıt şəhəri 45-ci məhəllə 11A/14 saylı binanın həyətində yerləşən “Xatirə” xeyr-şər evinin qarşısındakı dayanacaqda əmisi Zərərçəkmiş şəxs spirtli içki qəbul etdikdən sonra ünvansız nalayiq sözlər, daha sonra onun ünvanına nalayiq sözlər deməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı üzərində olan bıçağın arxa hissəsi ilə sonuncunun başına və sol gözünə vurub yerə yıxaraq təpiklə bədəninin müxtəlif nahiyyələrinə bir neçə dəfə vuraraq ənsə nahiyyəsinin səthi əzilmiş yarası, sol baldırın sıyrığı kimi sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcələri təyin edilməyən və sol gözdə görmənin tam itirilməsi ilə müşayiət olunan sol göz almasının ağır dərəcəli kontuziyası, üst qapağının yaralanması, buynuz qişanın dəlib keçməyən yaralanması, büllurun sublifikasiyası, orbitanın tamlığının pozulması, sol göz yuvasının içəri divarının xətti sınığı, ümumilikdə görmə funksiyasının tam itirilməsinə səbəb olan xəsarətlər yetirib insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, əmisi Zərərçəkmiş şəxslə birlikdə Sumqayıt şəhəri Corat bağları ev 22/82p-də yaşamış, əmisi ruhi xəstə olduğu üçün ona qulluq etmişdir. Əmisi ayıq olanda heç bir problem yaratmırdı. Lakin sərxoş olanda idarəolunmuz vəziyyətə düşürdü. Onlar əvvəllər Sumqayıt şəhəri, 45-ci məhəllə, ev 11 A-da yaşamış, köhnə qonşuları görmək üçün tez-tez oraya baş çəkirdilər. 19.08.2019-cu il tarixdə, saat 23 radələrində Sumqayıt şəhəri 45-ci məhəllə 11A saylı binanın, yəni yaşadığı köhnə məhəllənin qarşısına gəldikdə əmisi Zərərçəkmiş şəxs sərxoş halda qonşuları və onların ailə üzvülərini nalayiq söyüşlərlə söyməsini görmüşdür. Onu oradan uzaqlaşdırmağa çalışsa da bunu bacarmamış, əksinə əmisi onun özünü də söyərək üstünə gəlmişdir. Bu zaman əsəblərini cilovlaya bilməyərək cibində olan bıçağın qundağı ilə əmisinin baş nahiyəsinə bir neçə dəfə vurmuş, qonşuları Şahid1 və Şahid2 onu əmisindən aralamış və o, oradan uzaqlaşaraq çıxıb getmişdir. Etdiyi əməldən peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs mərhum qardaşı Şəkərəlinin oğludur. Novruzla Corat bağları massivində birlikdə aldıqları evdə yaşamışlar. Belə ki, o, ruhi xəstədir və Sumqayıt şəhər poliklinikasında şizofreniya xəstəliyi ilə əlaqədar qeydiyyatdadır. Ona Novruz və Novruzun anası Sevinc qayğı göstərirdilər. O, içkiyə meyilli olmaqla spirtli içki qəbul etdikdən sonra etdiklərini xatırlamır. Elə hadisə günü də sərxoş olmuşdur. Həmin gün saat 22-23 radələrində yaşadığı Corat bağları massivindən avtobusla əvvəllər yaşadığı Sumqayıt şəhəri 45-ci məhəlləyə gəlmiş, orada köhnə qonşuları Amil və Ziyadı görüb söhbət etmişdir. Təxminən 5-10 dəqiqə sonra qardaşı oğlu Təqsirləndirilən şəxs onların yanına gəlmişdir. Bundan sonra nə baş verdiyini xatırlamır. O, sonradan bilmişdir ki, içkili olduğu üçün məhəllədə söyüş söymüş, qardaşı oğlu Novruz da onu sakitləşdirməyə çalışmış, lakin onu sakitləşdirə bilməmiş, əksinə o, Novruzu da söyməyə başlamışdır. Novruz da bıçağın arxa hissəsi ilə onun başından və gözündən vurmuş, o, da zərbənin təsirindən yerə yıxılmış, sonra yerdə onu təpiklə vurarkən qonşuları x7 aralayıb kənara çəkmişlər. 20.08.2019-cu il tarixdə «Zərifə Əliyeva» adına göz xəstəxanasında gözündən əməliyyat olunmuşdur. Hazırda sol gözü görmür. Bununla belə, qardaşı oğlu Təqsirləndirilən şəxs bağışlamış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun doğma oğlu, Zərərçəkmiş şəxs isə qaynıdır. Qaynı Zərərçəkmiş şəxs ruhi əsəb xəstəsi olmaqla psixiatrik xəstəxanada qeydiyyatdadır, dəfələrlə psixiatriya xəstəxanasında müalicə olunmuşdur. Mail sərxoş olarkən özünü apara bilmir və hər kəsi söyərək təhqiramiz sözlər işlədir. Əvvəllər Sumqayıt şəhəri, 45-ci məhəllə, ev 11 A, mənzil 38-də yaşamışlar, lakin əri dünyasını dəyişdikdən sonra oğlu Novruzla qaynı Mail birlikdə Sumqayıt şəhəri Corat bağlarına köçüb orada yaşamağa başlamışlar. Hadisə barədə hadisə baş verəndən sonra ona məlum olmuşdur ki, Novruz 19.08.2019-cu il tarixdə saat 23 radələrində Sumqayıt şəhəri 45-ci məhəllə 11A saylı binanın, yəni yaşadıqları köhnə məhəllənin içərisindən keçərkən əmisi Mailin uca səslə söyüş söydüyünü eşidib məhəllədə yerləşən “Xatirə” xeyr-şər evinin qarşısına gəlmiş, köhnə qonşuları Amil, Ziyad və dayanacağa baxan İlqarın yanında sərxoş vəziyyətdə olan Mailə yaxınlaşıb söyüş söyməməsini, sakit olmasını tələb etmiş, lakin buna cavab olaraq Mail Novruzun üstünə gedib onu da söydüyü üçün Novruz Mailin bu biyabırçı hərəkətlərindən, küçədə nalayiq söyüşlər işlətməsindən bezərək üzərində olan bıçağın arxa hissəsi ilə Mailin baş və sifət nahiyəsinə bir neçə zərbə vurub ona xəsarət yetirmişdir. Mailə bu gün də o qulluq edir, yeməyini bişirir, paltarını yuyur. Məhkəmədən oğluna güzəşt olunmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs köhnə qonşuları kimi tanımış, həmçinin Zərərçəkmiş şəxs də qonşuları olmuşdur. Mail ruhi xəstədir, Novruzun əmisi olmaqla Novruzun himayəsində aldıqları fərdi evdə yaşayır. Buna baxmayaraq hər ikisi, Sumqayıt şəhəri, 45-ci məhəlləyə, yəni köhnə məhəllələrinə demək olar ki, hər gün gəlib-gedirdilər. Zərərçəkmiş şəxs ruhi xəstə olmaqla yanaşı həm də spirtli içkilər aludəsidir. Sərxoş vəziyyətdə məhəlləyə gələrək böyük-kiçiyə əhəmiyyət vermədən, nalayiq söyüşlər söyür, sakinləri narahat edirdi. Buna oxşar vəziyyət hadisə günü axşamı da baş vermişdir. Belə ki, 19 avqust 2019-cu il tarixdə, təxminən saat 22 radələrində dostu Ziyad ilə yaşadığı məhəllədə yerləşən “Xatirə” xeyir-şər evinin qarşısındakı dayanacaqda olan zaman Mailin sərxoş vəziyyətdə məhəllədə gəzdiyini, yenə qışqırıb söyüş söyməsini görüb eşitmişlər. Həmin vaxt dayanacağa baxan İlqar da onlarla birlikdə olmuşdur. Mail sərxoş olduğu üçün məhəllədə ünvansız söyüşlər söymüşdür. Bu vaxt Novruz Fərziyev məhəlləyə, onların yanına gəlmişdir. Novruz onlarla söhbət edən vaxt Mail yaxınlaşıb Novruzu da söyməyə başlamışdır. Novruz Maili sakitləşdirməyə çalışmış, lakin Mail buna məhəl qoymayıb, nalayiq söyüşlər söyməyə davam etmiş, həmçinin onlarla birlikdə olan İlqara sataşmışdır. Novruz yenidən Maili sakitləşdirməyə çalışmış, lakin Mail Novruzun üzərinə getməyə başlamışdır. Bu an Novruz yumruqla Mailin sol gözündən bir dəfə möhkəm vurmuş, zərbənin təsirindən Mail yerə yıxılmışdır. Novruz Maili yumruqla vuran zaman əlində bıçaq olub-olmamasını görməmişdir. Belə ki, hava artıq qaralmış, həmçinin Novruz Maili ani surətdə vurmuşdur. Bu zaman o və x8 aralayıb kənara çəkmiş, Maili isə yerdən qaldırıb məhəllədə olan oturacağa uzatmışlar. Elə bu zaman Mailin gözünün qan içində olduğunu görmüşdür. Sonra Novruz məhəllədən çıxıb getmişdir. O da Ziya ilə birlikdə oradan yaxınlıqdakı kafeyə getmişlər. Təxminən 15 dəqiqə sonra hadisə yerinə qayıtdıqda orada nə Maili, nə də Novruzu görməmişlər. Məhkəmə iclasnda şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs köhnə qonşuları kimi tanımış, həmçinin Zərərçəkmiş şəxs də qonşuları olmuşdur. Mail ruhi xəstədir, Novruzun əmisi olmaqla Novruzun himayəsində aldıqları fərdi evdə yaşayır. Buna baxmayaraq hər ikisi, Sumqayıt şəhəri, 45-ci məhəlləyə, yəni köhnə məhəllələrinə demək olar ki, hər gün gəlib-gedirdilər. Zərərçəkmiş şəxs ruhi xəstə olmaqla yanaşı həm də spirtli içkilər aludəsidir. Sərxoş vəziyyətdə məhəlləyə gələrək böyük-kiçiyə əhəmiyyət vermədən, nalayiq söyüşlər söyür, sakinləri narahat edirdi. Buna oxşar vəziyyət hadisə günü axşamı da baş vermişdir. Belə ki, 19 avqust 2019-cu il tarixdə, təxminən saat 22 radələrində dostu Şahid1 ilə yaşadığı məhəllədə yerləşən “Xatirə” xeyir-şər evinin qarşısındakı dayanacaqda olan zaman Mailin sərxoş vəziyyətdə məhəllədə gəzdiyini, yenə qışqırıb söyüş söyməsini görüb eşitmişlər. Həmin vaxt dayanacağa baxan İlqar da onlarla birlikdə olmuşdur. Mail sərxoş olduğu üçün məhəllədə ünvansız söyüşlər söymüşdür. Bu vaxt Novruz Fərziyev məhəlləyə, onların yanına gəlmişdir. Novruz onlarla söhbət edən vaxt Mail yaxınlaşıb Novruzu da söyməyə başlamışdır. Novruz Maili sakitləşdirməyə çalışmış, lakin Mail buna məhəl qoymayıb, nalayiq söyüşlər söyməyə davam etmiş, həmçinin onlarla birlikdə olan İlqara sataşmışdır. Novruz yenidən Maili sakitləşdirməyə çalışmış, lakin Mail Novruzun üzərinə getməyə başlamışdır. Bu an Novruz yumruqla Mailin sol gözündən bir dəfə möhkəm vurmuş, zərbənin təsirindən Mail yerə yıxılmışdır. Novruz Maili yumruqla vuran zaman əlində bıçaq olub-olmamasını görməmişdir. Belə ki, hava artıq qaralmış, həmçinin Novruz Maili ani surətdə vurmuşdur. Bu zaman o və x9 aralayıb kənara çəkmiş, Maili isə yerdən qaldırıb məhəllədə olan oturacağa uzatmışlar. Elə bu zaman Mailin gözünün qan içində olduğunu görmüşdür. Sonra Novruz məhəllədən çıxıb getmişdir. O da Amil ilə birlikdə oradan yaxınlıqdakı kafeyə getmişlər. Təxminən 15 dəqiqə sonra hadisə yerinə qayıtdıqda orada nə Maili, nə də Novruzu görməmişlər. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməli üzrə təqsirli olması özünün, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, cinayət işinin digər materialları ilə də tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə tədqiq edilmiş Sumqayıt ŞPİ-nin 3-cü PB-nin rəisinə Sumqayıt ŞPİ-nin 3cü PB-nin təhqiqatçısının ünvanlanan 20.08.2019-cu il tarixli raportdan müəyyən olunur ki, 20.08.2019-cu il tarixdə Oftomologiya mərkəzindən Sumqayıt şəhəri, Corat qəsəbəsi, bağlar massivində yaşayn Zərərçəkmiş şəxs Sumqayıt şəhəri 45-ci məhəllə ərazisində döyülərək sol gözündə kontuziya xəsarəti alması alması barədə məlumat daxil olmuşdur. Məhkəmədə elan edilib araşdırılmış Zərərçəkmiş şəxs Sumqayıt ŞPİ-nin 3-cü PB-nin rəisinə ünvanladığı 23.08.2019-cu il tarixli ərizəsindən müəyyən olunur ki, 19 avqust 2019-cu il tarixdə, saat 23 radələrində Sumqayıt şəhəri 45-ci məhəllə “Xatirə” xeyr-şər evinin qarşısında yaranmış mübahisə zamanı üç nəfər tanımadığı şəxs yumruq və təpiklə onu döyərək xəsarət yetirmişlər. Məhkəmədə elan edilib araşdırılmış “hadisə yerinə baxış keçirilmsi haqqında” 28.08.2019-cu il tarixli protokoldan müəyyən olunur ki, hadisə yeri Sumqayıt şəhəri, 45-ci məhəllə 11A/14 saylı binanın qarşısında yerləşən «Xatirə» xeyir-şər evinin qarşısıdır. Xeyir-şər evinin yaxınlığında ağaclara bərkidilmiş taxta oturacağa keçirilmiş, taxta parçasının üzərində qırmızı rəngli ləkələr müşahidə olunmuşdur. Zərərçəkmiş şəxs həmin qan ləkələrinin ona aid oluğunu bildirmişdir. Zərərçəkmiş şəxs bildirmişdir ki, 19.08.2019-cu il tarixdə həmin oturacaqda oturan zaman qorhumu Təqsirləndirilən şəxs zərbəsi nəticəsində gözündən xəsarət almışdır. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Suraxanı RPİ-nin 32-ci RB-nin 099-2931-1119 saylı, 05.09.2019-cu il tarixli məktubundan müəyən olunur ki, x5 xəsarət yetirmiş şəxs x6 əməliyyat axtrış tədbirləri nəticəsində müəyyən edilərək istintaqa təqdim edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış «şübhəli şəxsin tutulması haqqında» 30.10.2019-cu il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmədə elan edilib araşdırılmış Sumqayıt şəhər məhkəməsinin 01.11.2019-cu il tarixli qərarından müəyyən olunur ki, həmin tarixdə Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 30.10.2019-cu il tarixdən hesablanmışdır. Məhkəmədə elan edilib araşdırılmış “ifadənin yerində yoxlanılması haqqında” 27.12.2019-cu il tarixli protokoldan müəyyən olunr ki, Təqsirləndirilən şəxs hadisə yerində verdiyi ifadəsini bir daha əyani olaraq göstərmiş və təsdiq etmişdir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-tibbi ekspertizasının 30 sentyabr 2019-cu il tarixli, 1327 saylı rəyindən müəyyən olunur ki, 1969-cu il təvəllüdlü Zərərçəkmiş şəxs bədəni üzərində aşağıdakı xəsarətlər aşkar edilmişdir: sol gözdə görmənin tam itirlməsi ilə müşayiət olunan sol göz almasının ağır dərəcəli kontuziyası, üst qapağının yaralanması, buynuz qişanın dəlib keçməyən yaralanması, büllurun sublifikasiyası, orbitanın tamlığının pozulması, sol göz yuvasının içəri divarının xətti sınığı, ənsə nahiyəsinin səthi əzilmiş yarası, sol baldırın sıyrığı. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən yaranmışdırlar, onun tibbi yardıma müraciət etdiyi vaxtdan az əvvəl olmaqla göstərilən vaxtda və şəraitdə, yəni 19 avqust 2019-cu il tarixdə təpiklə yetirilən zərbənin (zərbələrin) təsiri nəticəsində əmələ gələ bilərdilər və dərəcəsinə görə sol gözdə görmənin tam itirlməsi ilə müşayiət olunan sol göz almasının ağır dərəcəli kontuziyası, üst qapağının yaralanması, buynuz qişanın dəlib keçməyən yaralanması, büllurun sublifikasiyası, orbitanın tamlığının pozulması, sol göz yuvasının içəri divarının xətti sınığı ümumilikdə görmə funksiyasının tam itirlməsinə səbəb olan sağlamlığa ağır zərərvurmaya aiddir, digər xəsarətlər isə – yəni ənsə nahiyəsinin səthi əzilmiş yarası və sol baldırın sıyrığı həm ümumilikdə, həm də ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğundan dərəcələri təyin edilmir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-psixiatrik ekspertizasının 29 noyabr 2019-cu il tarixli, 2468 saylı rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəliyin əlamətləri aşkar olunmamışdır. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs istintaq hərəkətlərində iştirak etmək qabiliyyətinə malikdir. Məhkəmədə elan edilib araşdırılmış kompleks ambulator məhkəmə-psixiatrik və məhkəməpsixoloji ekspertizasının 28 noyabr 2019-cu il tarixli, 2462 saylı rəyindən müəyyən olunur ki, Zərərçəkmiş şəxs hal-hazırda şizofreniya, paranoid forma, natamam remissiya vəziyyəti aşkar olunur. Bunu Zərərçəkmiş şəxs 1995-ci ildən etibarən dəfələrlə stasionar psixiatrik müalicələr alması, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Sumqayıt psixiatriya xəstəxanasında 19.10.2019-cu il tarixdən hazırkı vaxtadək «Paranoid Şizofreniya, fasiləsiz gedişli. Dərin psixiqüsur vəziyyəti» diaqnozu ilə müalicədə olması və hazırkı psixiatrik müayinə zamanı aşkarlanan əlamətlər (psixoproduktiv simptomatika – sayıqlama fikirləri, qavrama pozuntularının olmaması, psixoneqativ (defisitar) simptomlar – emosional reaksiyaların solğunluğu, psixi aktivliyin və iradi funksiyaların enməsi) sübut edir. Zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs kobud intellektual yaddaş pozuntuları aşkar olunmadığından göstərilən hadisəni bildirərkən ona qarşı edilmiş hərəkətlər barəsində ifadə vermək qabiliyyətinə malikdir. Cinayət işi üzrə Zərərçəkmiş şəxs qismində keçdiyindən həmin şəxsin anlaqlı olub olmaması, məcburi müalicəyə ehtiyyacının olub olmaması, həmçinin Azərbaycan Respublikası CM-nin 21, 22-ci maddələrinin təsiri altına düşüb düşməməsi ona şamil edilmir. Zərərçəkmiş şəxs hazırki psixi vəziyyətinə görə prosessual fəaliyyət qabiliyyətli hesab edilir. Məhkəmədə elan edilib araşdırılmış kompleks ambulator məhkəmə-psixiatrik və məhkəməpsixoloji ekspertizasının 28 noyabr 2019-cu il tarixli, 2462 saylı rəyindən olunur ki, Zərərçəkmiş şəxs bilik ehtiyatları, yaddaşı, diqqəti normaya uyğun olmaqla əqli inkişafında gerilik əlamətləri, intellektual imkanlarının enməsi halı müəyyən olunmur. Keçirilən təfəkkür testləri zamanı təfəkkürünün paralogikliyi, tənqidinin zəifləməsi, abstrakt anlayışların dərk edilməsinin zəif çıxış etməsi, həmin anlayışları məhdud şəkildə şərh etməsi müəyyən edilir. Özünü qiymətləndirməsi bitərəf xarakter daşıyır. Müayinə gedişatında şəxsi keyfiyyətlərinə emosional-iradi sferasında biganəlik, laqeydlik reaksiyalarının solğun olması müəyyən edilir. Zərərçəkmiş şəxs ona qarşı qərarın təsviri hissəsində göstərilən hərəkətlər zamanı psixi-emosional sferasında fizioloji affekt vəziyyəti yaranmamışdır. Zərərçəkmiş şəxs intellektual-mnestik pozuntular müəyyən edilmədiyindən o, baş vermiş hadisəni qavraya, təsvir edə və bu barədə məlumat verə bilər. Zərərçəkmiş şəxs hadisə ilə əlaqədar yalan danışmaq, özündən qondarma fikirlər söyləmək müşahidə edilmədi. Məhkəmədə elan edilib araşdırılmış Təqsirləndirilən şəxs məhkumluğuna dair sorğuya cavabdan müəyyən olunur ki, o əvvəllər məhkum olunmamışdır. Məhkəmədə elan edilib araşdırılmış Təqsirləndirilən şəxs xarakterizə edən digər sənədlərdən müəyyən olunur ki, o yaşayış yeri üzrə müsbət xarakterixə olunur. Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs məhkəməyə 07.02.2020-ci il tarixli ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını, müalicə xərcinin ödənildiyini göstərmişdir. Məhkəmə tərkibi hesab edir ki, məhkəmə istintaqı zamanı araşdırılan cinayət hadisəsinin baş vermə faktı və halları təqsirləndirilən şəxsin hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilən cinayət hadisəsi ilə əlaqəsi və həmin cinayət əməlini törədilməsində cinayət məsuliyyətinə cəlb edilən şəxsin təqsirliliyi toplanmış sübutların məcmusu ilə tam müəyyən edilmiş və ittiham hökmünün çıxarılması üçün kifayətdir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunası cəzanın bu şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin CM-nin 59.1.12-ci maddəsinə uyğun olaraq zərərçəkmiş şəxslə barışıq əldə etməsini, CM-nin 59.2-ci maddəsinə uyğun olaraq törətdiyi əməli səmimi etiraf etməsini, əməlindən peşman olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halları müəyyən etməmişdir. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası CM-nin 60-cı maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-50.1.13-cü maddələrinin hər hansı birində tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dördə üçündən artıq ola bilməz. Yəni Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsinin sanksiyasına uyğun olaraq 6 il müddətinə azadlıqdan məhrum etmə cəzasından ağır cəza təyin etmək olmaz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ədalət prinsipini nəzərdə tutan 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədləri açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ədalət prinsipini nəzərdə tutan 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədləri açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etdikdə onun məsuliyyətini yüngülləşdirici halları nəzərə alır və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə azadlıqdan məhrum etmə cəzasını təyin etməklə islah olunmasını mümkün sayır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzanı ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Həmçinin, Azərbaycan Respublikası Cinayət– Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı təqsirləndirilən şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Belə olan halda, məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin etdikdə cəzaçəkmə müddətinin əvvəlini barəsində həbs qətimkan tədbiri seçilmiş 30 oktyabr 2019-cu il tarixdən hesablamalıdır. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının CM-də dəyişikliklər edilməsi haqqında” 07.03.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə baxılan cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-99- 1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlak müəyyən edilmədiyindən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. İş üzrə maddi sübut, mülki iddia və ekspertiza xərcləri yoxdur. Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə iclaslarında məhkəmənin qərarına əsasən təyinatla Bakı şəhər 14 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi2 müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda hüquqi yardımın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən təqsirləndirilən şəxslərə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi2 üçün 90 AZN (doxsan manat) pul Bakı şəhər 14 saylı Vəkil Bürosunun nəfinə ödənilməlidir. Hökmdə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinməklə 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 30 oktyabr 2019-cu il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Göstərdiyi hüquqi yardımla bağlı Müdafiəçi2 üçün 90 AZN (doxsan manat) pul Bakı şəhər 14 saylı Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-368/2020
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-368/2020
06.03.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver