Məhkəmə qərarları › İş №1(101)-368/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-368/2021

02.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-368/2021 02.02.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Samir İmamverdi oğlu (sədrlik edən),Hüseynov Cavid İbadulla oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə Məhkəmə iclas katibi: Hüseynova Aytac Faiq qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs müdafiəçisi: Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxx 1985-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 yaşamış, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3 və 181.2.5-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs başqaları ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında hücuma məruz qalmış şəxsin həyat və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edəcəyi hədəsi ilə bağlı olan basqınla özgənin əmlakını ələ keçirmək məqsədi ilə xx.xx.2020-ci il tarixdə saat 01 radələrində qabaqcadan əldə olunmuş razılaşmaya əsasən Zərərçəkmiş şəxs yaşadığı Sumqayıt şəhəri 4-cü mikrorayon ev 13/15 mənzil 4-ə tamah niyyəti ilə qanunsuz daxil olmaq məqsədi ilə binanın blokunda gözləyərək, kənar şəxs gəldikdə məlumat vermək üçün ətrafı müşahidə etmiş, Təqsirləndirilən şəxs mənzilin qapısını döyüb, Zərərçəkmiş şəxs qapını açmasına nail olduqdan sonra başqaları əlində olan silah qismində istifadə etdiyi beşbarmaqla mənzilə qanunsuz daxil olaraq Zərərçəkmiş şəxs baş nahiyəsindən bir zərbə vurub sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarəti yetirdikdən sonra, mənzilin qonaq otağında saxlanc yeri olan dolabin rəfindən 1 ədəd 50 (əlli) manat dəyəri olan üzərində “LUÇ- Quartz” sözləri yazılmış qol saatı, 1 ədəd 700 (yeddi yüz) manat məbləğində qol saatı, dəyəri 60 (altmış) manat olan pul kisəsi və 1450 manat (min dörd yüz əlli) manat nağd pulu, Şahid3 isə həmin dolabın digər rəfindən 1 ədəd 35 (otuz beş) manat dəyəri olan üzərində “Roza de Prive” yazıları olan 50 faiz istifadə edilmiş ətiri, evin giriş qapısında isə sonuncuya məxsus olan 1 cüt 80 (səksən) manat dəyərində Türkiyə Respublikası istehsallı ayaqqabını götürərək evdən çıxıb getmiş və nəticədə Zərərçəkmiş şəxs ümumilikdə 2375 (iki min üç yüz yetmiş beş) manat məbləğində əmlakını ələ keçirərək, quldurluq etmişlər. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, o Zərərçəkmiş şəxs ilə Sumqayıt şəhərində yerləşən kafelərdən birində işləyərkən tanış olmuşdur. Tanışlıqdan sonra münasibətləri yarandı və onlar birlikdə yaşamağa başladılar. Özü narkotik vasitə istifadəçisidir. Mübariz də narkotik vasitə satışı ilə məşğul olurdu. xx xxxxxx 2020-ci il tarixdə axşam saatlarında, Mübarizlə evdə olan zaman Mübarizdən ona narkotik vasitə verməsini xahiş etdikdə, Mübariz ona narkotik vasitə verməyəcəyini dedi və onu evdən qovdu. O da tanışı Rəşadın evinə getdi. Rəşad əvvəl Sumqayıt şəhərində 17-ci mikrorayonda yaşayarkən Rəşadla qonşu idilər. O Rəşadın evinə gedəndə, o onun Mübarizlə dalaşdıqlarını bildi və Mübarizin ona narkotik vasitə istədiyi üçün onu evdən qovduğunu dedi. Rəşad özü də narkotik vasitə istifadəçisi idi. Bir qədər sonra Rəşadın dostu Sahib adlı şəxs gəldi. O Rəşada 40 manat pul verdi ki, narkotik vasitə alsın. Rəşad heroin və metamfetamin aldı və üçü ondan istifadə etdilər. Sonradan evə Rəşadın digər dostu Roma ləqəbli Rauf gəldi. Rauf Mübarizdə narkotik olub-olmadığını soruşduqda o Mübarizdə çox vaxt narkotik olduğunu dedi. Rauf narkotik almağa pulu olmadığı və özünü pis hiss etdiyi üçün Mübarizin evinə basqın etməyi və onda olan narkotikləri götürməyi təklif etdi. O onlarla getmək istəməsədə, onu məcbur etdilər və dedilər ki Mübariz onu görməsə qapını açmayacaq. xx xxxxxx 2020-ci il tarixdə saat 01 radələrində onlar Sahibin maşını ilə Mübarizin yaşadığı binanın qarşısına getdilər. Rəşad binanın 1-ci mərtəbəsində, o isə 2-ci mərtəbədə, Sahiblə Rauf isə 3-cü mərtəbədə idi. O qapını döydü, Mübariz onu görüb qapını açdı, o binanın həyətinə düşüb Rəşadla onların düşməyini gözlədilər. Rəşad ətrafa göz gəzdirmək üçün binanı fırlanırdı, o da hava soyuq olduğundan digər blokun girişində gözlədi. 1-2 saat sonra o gözləməkdən yorulub Rəşadın evinə getdi. Qapı bağlı olduğu üçün onları gözləməli oldu. Onlar gəldikdən sonra evə daxil oldular. O sadəcə Mübarizin evindən heroinlə, metamfetamin götürdüklərini bildi, başqa nə götürdüklərindən xəbərsiz idi. Rəşad ona oğurladıqları narkotik vasitədən bir az verdikdən sonra Rauf və Sahib getdi, Rəşadla o həmin narkotik vasitəni birlikdə qəbul etdilər. Əməlindən peşmandır. Məhkəmə iş materiallarını araşdıb, işdə olan sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3 və 181.2.5ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Zərərçəkmiş şəxs məhkəməyə teleqram vuraraq təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını, səhhəti ilə əlaqədar məhkəmə iclaslarında iştirak edə bilməməsini nəzərə alıb, onun iştirakı olmadan məhkəmə proseslərini keçirilməsini və təqsirləndirilən şəxsə qanunvericiliklə nəzərdə tutulmuş qaydada yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının fikirini nəzərə alıb, məhkəmə proseslərini zərərçəkmiş şəxsin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. İbtidai istintaqda Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2019-cu ilin dekabr ayından xx.xx.2020-ci il tarixədək Sumqayıt şəhəri 4-cü mikrorayon ev 13/15 mənzil 4-də kirayəşin yaşamış, təxminən 3 il bundan əvvəl Özünü Aysel adlandıran Təqsirləndirilən şəxs ilə Sumqayıt şəhəri ərazisində yerləşən Türkan kafesində tanış olmuş, o, arada yaşadığım evə gələrək evdə təmizlik işləri görür və birgə yaşayırmış, sonuncu dəfə xx.xx.2020-ci il tarixdə Adilə evdə olarkən ondan özünə qış gödəkçəsi almaq üçün pul istəmiş, o pulunun olmadığını deyərək, keçən dəfə ona aldığı gödəkçəni nə etdiyini soruşduqda Adilə gödəkçəni iş yerində qaldığını deyərək təkidlə ondan pul istəmiş, bu səbəbdəndə ona 15 manat pul vermişdir. xx.xx.2020-ci il tarixdə saat 01 radələrində evin çöl qapısı döyülmüş, o, qapıya yaxınlaşaraq qapıdan baxdıqda qaranlıq olduğu üçün kimsəni görməmiş, o, qapıda kimin olmasını soruşduqda Adilə olduğunu dediyi üçün qapını açmış, bu zaman iki nəfər şəxs içəri daxil olmuş, içəri daxil olan kimi onlardan biri əvvəllər tanımadığı qarabuğdayı, yaşı təxminən 32-35 arası, idman bədən quruluşlu, təxminən 178 sm boyunda, əynində qara rəngli kapeşonlu gödəkçə olan oğlan sol əli ilə boğazından tutaraq əlindəki beşbarmaqla sol qulağından və baş nahiyəsindən bir neçə zərbə vurmuş, bu zaman evə daxil olmuş əvvəllər tanımadığı sarışın, yaşı təxminən 40 yaşlı olan, arıq bədən quruluşlu boyu təxminən 185 sm olan, əynində sarımtıl bənövşəyi rəngli gödəkçə olan digər şəxs otaqda axtarış aparamağa başlamış, lakin heçnə tapa bilməmişdir. Həmin şəxs tanışına onu vurmamasını dedikdə, həmin şəxs haradansa tapança çıxararaq qarın nahiyəmi sıxaraq pulların harada olmasını soruşmuş, ona pulun servantda olduğunu demişdir. Digər şəxs bu zaman servantda olan özünə məxsus 1450 manat pulu götürərək cibinə qoymuş, pulun yanında isə ona məxsus 01 ədəd “Luç" markalı saat və 01 ədəd markasını xatırlamadığı İsveçrə istehsallı saatı isə onu vuran şəxs onların da götürməsini sarışın oğlana demiş, O, saatları götürərək onu vuran şəxsə vermiş, həmin şəxs də “Luç” markalı saatı digərinə qaytarmışdır, hər ikisi saatı qollarını taxmış, sarışın oğlan servantdan 300 manat dəyərində markasını xatırlamadığım 01 ədəd ətiri, onu vuran qarabuğdayı oğlan isə divanın üzərindən ona məxsus 01 ədəd pul qabı və dəhlizdən ona məxsus qara rəngli ayaqqabını götürərək şikayət etməməyi deyərək evdən çıxıb getdiyini bildimişdır. Eyni zamanda ifadəsində evində narkotik vasitə olmadığını və həmin şəxsləri polis bölməsində görərək tanıdığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanışı Şahid2 vasitəsilə tanıyır. Rəşadla münasibətləri həmişə yaxşı olub. Raufu da isə təxminən hadisədən 2-3 ay əvvəl Rəşadın tanışı kimi tanıyır. Birlikdə narkotik də qəbul etmişlər. xx xxxxxx 2020-ci il tarixində Rəşadın evində olanda, Adilə də orda idi. Rəşad dedi ki, Adilə ilə əvvəllər qonşu olub, gedəsi yeri olmadığı üçün onun evində qalır. Rauf da ondan bir az sonra Rəşadın evinə gəldi. Adilə Rəşada 40 manat verdi ki, gedib narkotik alsın. Rəşad da gedib həmin pula narkotik aldı, hammısı ondan istifadə etdilər. Söhbət əsnasında Adilənin qeyrirəsmi nikah münasibətində olduğu Mübariz adlı şəxslə arasının dəydiyi üçün Rəşadın evində qaldığını öyrəndilər. Adilə onlara Mübarizin narkotik vasitə satdığını da dedi. Rauf təklif etdi ki, Adiləni aparıb Mübarizin evinə qoysunlar, onları barışdırıb, həm də narkotik alsınlar. Onlar təxminən xx xxxxxx 2020-ci il tarixdə saat 01 radələrində onun maşını ilə Sumqayıt şəhəri 4-cü mikrorayon ərazisinə, Mübarizin yaşadığı binanın qarşısına getdilər. Rəşad binanın girişində dayanmışdı ki, gələn-gedən olsa xəbər versin. Adilə 2-ci mərtəbədə idi. Raufla o isə 3-cü mərtəbədə dayanmışdılar. Adilə qapını bir neçə dəfə döydü, Mübariz Adilə olduğunu görüb qapını açdı, Adilə isə aşağı düşdü, evə girmədi. Birinci Rauf evə daxil oldu, sonra isə o. O evə daxil olanda Raufla Mübariz dalaşırdı, o onları araya girib onları ayırdı. Daha sonra hər ikisi sakitləşdi. Onlar Mübarizdən narkotik vasitə aldılar. Həmçinin Mübariz ona bir ədəd ətir, Raufa isə saat verdi. Rauf həmin saatı daha sonra ad günündə ona hədiyyə etmişdi. Onlar evdən çıxdıqda, Rəşad aşağıda idi, ancaq Adiləni tapmadılar. Evə çatanda Adilə qapının qarşısında onları gözləyirdi. Onlar birlikdə evə qalxıb, Mübarizdən aldıqları narkotik vasitəni birlikdə qəbul etdilər. Onun Raufda beşbarmaq olmasından xəbəri olmayıb. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 oğlu Şahid3 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iş üzrə sübutlara qiymət verərək, hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxsnn Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3 və 181.2.5-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması sübüta yetirilir və onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3 və 181.2.5-ci maddələri ilə tövsif edilmişdir. Cinayət işində olan Sumqayıt şəhər məhkəməsinin xx xxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs əvvəli xx xxx 2020-ci il tarixdən hesablanmaqla xx xxxxxxxx 2020-ci il tarixədək barəsində həbs qətimkan tədbiri seçilmişdir. Bakı Ağır Cinayətlər məhkəməsinin xx xxxxxxxx 2020-cı il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3 və 181.2.5-ci maddələri ilə təqsirləndiriləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilmiş və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmışdır. Cinayət işində olan Bakı Ağır Cinayətlər məhkəməsinin xx xxxxxxx 2020-cı il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3 və 181.2.5-ci maddələri ilə təqsirləndiriləndirilməsinə dair cinayət işi məhkəmə baxışına verilməklə, Təqsirləndirilən şəxs məhkəmə zalından həbsdən azad edilmiş və barəsində başqa yerə getməmək haqqında qətimkan tədbiri seçilmişdir. Cinayət işində olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2020-ci tarixli 87 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində başın təpə nahiyyəsinin, sol qulaq seyvanının, ənsə nahiyyəsinin yarası kimi sağlamlığın qısa müddətli pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid xəsarətlər var və küt əşyanın təsirindən yetirilməklə xx.xx.2020-ci il tarixə uyğundur. Cinayət işində olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2020-ci il tarixli 9/283 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş, 1 ədəd Çində istehsal edilmiş üzərndə “LUÇ-Quartz” yazıları olan, qolbaq hissəsi süni dəri materialından hazırlanmış qol saatının istifadə olunması nəzərə alınmaqla 2020-ci ilin yanvar ayına olan orta bazar qiyməti təxminən 50.00 manat müəyyən edilmişdir. Digər bir ədəd üzərində “ROSE D PRİVE”yazıları olan 50 ml tutumlu ətirin təzə vəziyyətdə 2020-ci ilin yanvar ayında olan orta bazar qiyməti təxminən 35 manat, hal hazırda təxminən yarıdan çoxu istifadə edildiyindən qitmətləndirilmir. Cinayət işində olan narkoloji ekspertizasının xx.xx.2020-ci il tarixli 742 saylı rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs müayinə zaman narkomaniya xəstəliyinin əlamətləri aşkar olunur. Hal-hazırda narkomaniya xəstəliyiyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində profilatkit qeydiyyata götürülməsi məsləhət görülür. Cinayət işində olan Zərərçəkmiş şəxs tərəfindən yazılmış və məhkəmə ünvanlamış ərizəsindən görünür ki, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəliliyini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərəalır. Cinayət işində olan dogum haqqında şəhadətnamənin sürətindən görünür ki, xx xxxxxx 2004-cü il tarixdə X1 dogulmuşdur, anası Təqsirləndirilən şəxs, atası X2r. Təqsirləndirilən şəxs törətdiyi cinayət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən ağır cinayətlər kateqoriyasına aiddir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxshaqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcələnnin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin məcəllənin ümumi hissələrinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün ilə hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs cinayəti etiraf edib, səmimi peşman olmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, onun qadın olmasını, himayəsində yetkinlik yaşına çatmayan övladının olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirilir Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsi ilə nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə cəza təyin edərkən, Təqsirləndirilən şəxs cinayəti etiraf edib səmimi peşman və qadın olmasını, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsi bağışladığını, ona qarşı heç bir şikayəti və tələbi olmadığını, himayəsində yetkinlik yaşına çatmayan uşağının olmasını və işdə cəzanı ağırlaşdıran halların müəyyən olunmadığını, cinayətin məqsədi və motivini, təqsirkarın cinayətin törədilməsində rolunu və cinayət hadisəsindən sonra onun davaranışını məhkəmə müstəsna hal kimi nəzərə alaraq, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsini tətbiq etməklə, onun təqsirli bilindiyi maddədə müəyyən edilən aşağı həddən də az cəza təyin edilməsini məqsədə müvafiq və mümkün hesab edir və cəzasını tutulduğu vaxtdan, yəni xx.xx.2021-ci il tarixdən hesablanmaqla, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” xx.xx.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla ) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan Zərərçəkmiş şəxs məxsus 1 ədəd Çində istehsal edilmiş üzərində “LUÇ-Quartz” yazıları olan, qolbaq hissəsi süni dəri materialından hazırlanmış qol saatı, bir ədəd üzərində “ROSE D PRİVE”yazıları olan 50 ml tutumlu ətir sahibinə qaytarılması nəzərə alınmalı, ekspertiza xərci 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3 və 181.2.5-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə 4 (dörd) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx xxx 2020-ci il tarixdən xx xxxxxxx 2020-cı il tarixə qədər həbsdə saxlanıldığı 5 (beş) ay 1 (bir) günün hər günü azadlıqdan məhrum etmə cəzanın 1 (bir) gününə bərabər tutulmaqla, həmin günlər təyin edilmiş cəza müddətindən çıxmaqla, Təqsirləndirilən şəxs qəti olaraq 4 (dörd) il 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin, çəzasını ümumi rejimli rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli xx xxxxxx 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək, barəsində “həbs” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından həbs edilsin, “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası CM-nin 93-1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan Zərərçəkmiş şəxs məxsus 1 ədəd Çində istehsal edilmiş üzərində “LUÇ-Quartz” yazıları olan, qolbaq hissəsi süni dəri materialından hazırlanmış qol saatı, bir ədəd üzərində “ROSE D PRİVE”yazıları olan 50 ml tutumlu ətir sahibinə qaytarılması nəzərə alınsın. İş üzrə ekspertiza xərci 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar