Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-368/2025 10.04.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Məhkəmənin hakimləri Tağıyev Azər Heydər oğlunun sədrliyi, X33 və X3 ibarət tərkibdə, Bəşirli Pərvanə Böyükağa qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1981-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində 1 az yaşlı uşağı olan, orta təhsilli, işləməyən, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının CM-in) 221.1, 228.4 (xx.xx.2025-ci il tarixinədək qüvvədə olan), 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Cinayət işinin ibtidai istintaq materiallarına görə Təqsirləndirilən şəxs xx.xx.2023-cü ildə saat 16:40 radələrində Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 89A ünvanının yaxınlığında, “Lotos” ticarət mərkəzinin arxasında tanışı Şahid2 ona olan 150 manat borcunu qaytarmaması səbəbindən sonuncunun övladı Zərərçəkmiş şəxs ilə arasında yaranmış mübahisə zamanı öz şəxsiyyətini sonuncunun şəxsiyyətinin fövqündə qoyaraq ictimai və şəxsi mənafeyə əhəmiyyətli zərər vuran və cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeyidlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərərək heç bir əsaslı səbəb olmadan ictimai yerdə digər şəxslərin narahatçılığına səbəb olmaqla qəsdən Zərərçəkmiş şəxs baş nahiyəsindən əli ilə vuraraq onun təpə nahiyəsinin əzilmiş yarası ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərərvurmaya aid bədən xəsarəti yetirməklə qərəzli hərəkətlər edərək xuliqanlıq cinayətini törətmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik döyüş (hərbi) təyinatlı, üzərində sonradan əlavə və dəyişiklik edilməyən, qatlanmayan, soyuq silah hesab edilən 01 ədəd bıçağı qanunsuz olaraq əldə edib yaşadığı ünvan 1 ünvanına daşımaqla orada saxlamışdı. Həmçinin istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda – 9,188 qram çəkidə narkotik vasitə heroini əldə edərək bir hissəsini yaşadığı ünvan 1 ünvanına daşımaqla həmin evdə saxlamış, qalan hissəsini isə üzərində saxlamaqla ünvan 4 ünvanının yaxınlığına, “Lotos” ticarət mərkəzinin arxasına daşımışdır. DİN-in X42 Alayının 5-ci Patrul Bölüyünün əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs xx.xx.2023-cü ildə saat 16:45-də “Lotos” ticarət mərkəzinin arxasında saxlanılaraq Bakı şəhəri Nizami RPİ-nin 24cü PŞ-nə gətirilmişdir. Orada saat 17:45-dən üzərində şəxsi axtarış və götürmə keçirilərkən əynindəki qara rəngli şalvarın sağ yan cibindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı 01 ədəd bükümdə külli miqdarda təmiz çəkisi 5,426 qram olan narkotik vasitə heroin və səthində narkotik vasitə heroinə məxsus izlər olan 01 ədəd elekton tərəzi aşkar edilərək götürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanında xx.xx.2023-cü ildə saat 20:05-dən axtarış keçirilərkən evin mətbəxindəki mebelin rəfindən sonuncunun qanunsuz olaraq əldə edib saxladığı zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik döyüş (hərbi) təyinatlı, üzərində sonradan əlavə və dəyişiklik edilməyən, qatlanmayan, soyuq silah hesab edilən 01 ədəd bıçaq, evin yataq otağında olan taxta dolabın içərisindən isə Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq əldə edib daşımaqla saxladığı 01 ədəd bükümdə külli miqdarda təmiz çəkisi 3,762 qram olan narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik, üzərində təyinatını dəyişdirən əlavə və dəyişiklik edilməmiş, istifadəyə yararlı, soyuq silah hesab edilən ümumi təyinatlı ov bıçağını qanunsuz olaraq əldə edib idarə etdiyi “Hyundai Elantra” markalı **-HS-*** qeydiyyat nişanlı avtomobildə saxlamaqla ünvan 5 ünvanın yaxınlığına daşımış, həmçinin təkrarən istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda – 4,315 qram çəkidə psixotrop maddə olan metamfetamini əldə edib üzərində saxlamaqla ünvan 5 ünvanın yaxınlığına daşımışdır. Bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs xx.xx.2023-cü ildə saat 15:30-da yuxarıda qeyd olunun ünvanda saxlanılaraq BMCMİ-nin inzibati binasına gətirilmiş və orada saat 17:16-dan üzərində şəxsi axtarış və götürmə keçirilərkən əynindəki tünd göy rəngli gödəkcəsinin sağ iç cibindən təkrarən satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı 01 ədəd bükümdə təmiz çəkisi külli miqdarda – 4,315 qram olan psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa xx.xx.2023-cü ildə saat 18:11-dən etibarən Təqsirləndirilən şəxs razılığı və iştirakı ilə sonuncunun idarə etdiyi “Hyundai Elantra” markalı **-HS-*** qeydiyyat nişanlı avtomobilə baxış keçirmə və götürmə zamanı avtomobilin ön oturacaqlarının arasında yerləşən saxlanc yerindən sonuncunun qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik, üzərində təyinatını dəyişdirən əlavə və dəyişiklik edilməmiş, istifadəyə yararlı, soyuq silah hesab edilən ümumi təyinatlı ov bıçağı aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş yalnız xuliqanlıqla bağlı ittihamda özünü təqsirli bilirək və digər ittihamlarla təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü ildə Nizami rayonu, Q.Qarayev prospekti 89A saylı ünvanının qarşısında, yəni “Lotos” ticarət mərkəzinin arxasında mübahisə etdikləri üçün onu və Kənanı Nizami RPİ-nin 24-cü PŞ-nə aparmışlar. Orada polis əməkdaşları onu bir neçə saat saxladıqdan sonra narkotik vasitənin ona məxsus olmasını bildirməsinə təkid etmişlər və o da bununla razılaşmamışdır. Polis əməkdaşları şöbədə stolun üstünə qoyduqları bükümlərin ona məxsus olmasını bildirməsini ondan tələb etdikdə o da heç bir halda bunu etməyəcəyini bildirmişdir. Daha sonra ona qarşı fiziki zor tətbiq etməklə toka vermişlər baxmayaraq o, razılaşmamışdır. Daha sonra hər əlinə bir qandal vuraraq onu bir otağa aparmışlar. Onun iki telefonu olmuş, əvvəlcə birini götürmüşlər, o da digər telefonu ilə çəkiliş edərək şöbədə olduğunu və onu yüklədiklərini bildirmişdir. Daha sonra həmin videonu telefonunda silsələr də həmin görüntü telefonun yaddaşında qalmışdır. Videoçəkilişlə keçirilən şəxsi axtarış zamanı polis əməkdaşlarının tələb etdiyi kimi narkotik vasitənin ona məxsus olmasını bildirmədiyindən videoçəkilişi saxlayıb hal şahidi ilə şəxsi axtarış keçirəcəklərini bildirmişlər. Onu otağa gətirdikləri zaman orada hal şahidləri həmçinin stolun üstündə büküm də olmuş və orada fotoçəkiliş etmişlər. Onun barəsində daha əvvəl bəraət hökmü çıxarılan işdə iştirak edən əməliyyatçı olan polis əməkdaşı da həmin vaxt orada olmuşdur. Həmin polis əməkdaşı ona “gördün, düşdün əlimə” bildirmişdir. Bundan sonra onu 1 gün MSY-də saxlamışlar. Ondan harada yaşadığını soruşduqda isə evində yaşadığını bildirmiş və onu avtomobillə anasının evinə aparmışlar. Təxminən yarım saat, qırx dəqiqə getdikdən sonra evdən 100 metr uzaqlıqda saxlamışlar, polis əməkdaşları özləri evə getmişlər və onu aşağıda saxlamışlar. Polis əməkdaşları geri gəldikdən sonra isə onu da anasının evinə aparıb oraya baxış keçirmişlər. Evdən polis əməkdaşlarının özlərinin əvvəlcədən yerləşdirdiyi bir bükümü tapmışlar. Hətta o, evə daxil olarkən vəkili ilk dəfə gördüyünü bildirdikdə vəkil bunu təsdiq etmişdir. Daha sonra baxışın sonunda yenidən vəkilə eyni sualı verdikdə artıq videoçəkiliş olduğu üçün yalandan onu əvvəl də gördüyünü bildirmiş o, isə təkrar sual verdikdə müstəntiq buna imkan verməmişdir və bu halda çıkilişdə öz əksini tapmışdır. Həmçinin o, bildirmişdir ki, həmin evdə yaşamamış, onun evi başqa yerdə yerləşmişdir. Onun yaşadığı evdə kamera olduğu üçün onu ora aparmamışlar. Daha əvvəl barəsində bəraət hökmü çıxarılan işdə də kamera görüntüləri ilə polis əməkdaşlarının qanunsuz əməllərini sübut etmişdir. Bu hadisələrdən sonra o saxlanılması üçün 3 saylı İstintaq Təcridxanasına göndərilmiş, daha sonra da onu ev dustaqlığına buraxmışlar. xx.xx.2024-cü ildə o, müstəntiqin yanına işi ilə əlaqədar getmiş lakin müstəntiq hələ işinə baxılmadığını bildirmişdir. xx.xx.2024-cü ildə uşağına dostları ilə hədiyyə almaq üçün “Dəniz Mall” ticarət mərkəzinə gedib oradan çıxdıqdan sonra polis əməkdaşları onu tutub BMCMİ-nə aparmışlar. Orada da ona fiziki zor tətbiq etmişlər, o da məcbur qalaraq videoçəkilişdə polis əməkdaşlarının bildirdiklərini təsdiq etmiş lakin etirazını bildirmək üçün protokollarda “imza” yerinə “yalan” ifadəsi yazmışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o ifadəsində göstərmişdir ki, o, əvvəl narkotik vasitə olan qurudulmuş marixuana istifadəçisi olmuş, lakin son dövrlərdə narkotik vasitə və ya psixotrop maddədən istifadə etməmişdir. Saxlanılmamışdan bir neçə ay əvvəl özünə “Hyundai Elantra” markalı avtomobil almış və həmin avtomobili aldıqdan sonra içərisində 01 ədəd bıçaq olduğunu görmüşdür. Həmin dövrdən etibarən bıçaq avtomobildə qalmış və məişətdə istifadə etmək üçün bıçağı avtomobilində saxlamışdır. xx.xx.2023-cü ildə təxminən saat 14-15 radələrində Bakı şəhəri Səbail rayonunda yerləşən “Dəniz Mall” ticarət mərkəzinə getmiş, oradan çıxarkən yerdə 01 büküm görmüş, həmin bükümü götürərək baxmış, bükümün içərisində psixotrop maddə olan metamfetamin olduğunu müəyyən etmiş və həmin bükümü heç kimin əlinə keçməməyi üçün cibinə qoymuşdur. Belə ki, həmin ərazi dənizkənarı bulvarda yerləşir və orada çoxlu uşaqlar olmuş və o həmin bükümü hansısa uşağın əlinə keçməməyi üçün götürmüşdür. Hadisə ilə bağlı bildirmişdir ki, xx.xx.2023-cü ildə saat 15:30 radələrində ünvan 5 ünvanın yaxınlığında idarə etdiyi “Hyundai” markalı **-HS-*** qeydiyyat nişanlı avtomobilinin yanında olarkən ona 4 nəfər mülki geyimdə olan şəxs yaxınlaşaraq DİN-nin BMCMİ-in əməkdaşları olduqlarını bildirmişlər və ondan anket məlumatlarını soruşmuşlar. O, özünü təqdim etdikdən sonra polis əməkdaşları onun narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu bildirərək onu barəsində qəbul edilmiş “əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla tanış etmişlər. O, yalan danışmağın əhəmiyyət kəsb etmədiyini başa düşərək üzərində psixotrop maddə olan metamfetamin olduğunu etiraf etmişdir. Bundan sonra polis əməkdaşları onu avtomobili ilə birlikdə BMCMİ-inə gətirmişlər. İdarədə hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Ona hüquq və vəzifələri izah olunmuş, daha sonra video çəkilişdən istifadə edilməklə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı üzərində psixotop maddə metamfetamin olduğunu bildirmişdir. Bundan sonra əynində olan tünd göy rəngli gödəkcəsinin sağ iç cibindən 01 ədəd şəffaf sellofan bükümü, həmin gödəkcənin sol yan cibindən 03 ədəd “İphone” markalı mobil telefonları, həmin gödəkcənin sağ yan cibindən isə 01 ədəd “Hyundai” markalı avtomobilin açarını və əlavə 03 ədəd açarı çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Daha sonra əynində olan qara rəngli idman şalvarının sol yan cibindən içərisində özünə məxsus 01 ədəd şəxsiyyət vəsiqəsi və 01 ədəd sürücülük vəsiqəsi, 03 ədəd plastik bank kartları, onun adına verilmiş 01 ədəd “fiziki şəxsin vergi uçotu haqqında” şəhadətnamə, 90 manat və 01 ABŞ dolları məbləğində pul vəsaiti olan 01 ədəd qara rəngli pul qabını çıxardıb təqdim etməklə masanın üzərinə qoymuşdur. Bundan sonra boynunda daşıdığı 01 ədəd qızılı rəngli buyunbağını və sol qolunun bilək nahiyyəsində daşıdığı 01 ədəd qol saatını çıxardıb təqdim etmişdir. Daha sonra üzəri polis əməkdaşları tərəfindən yoxlanılmış və əlavə hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra təqdim etdiyi əşya və predmetlərə polis tərəfindən ardıcıllıqla baxış keçirilməyə başlanılmış, ilk öncə təqdim etdiyi 01 ədəd şəffaf sellofan bükümə baxış keçirilmiş və həmin büküm iştirakçıların şahidliyi ilə açıldıqda bükümün içərisindən psixotrop maddə olan metamfetamin olması müəyyən edilmişdir. Sorğu zamanı üzərindən aşkar edilmiş 01 ədəd sellofan bükümdə psixotrop maddə olan metamfetamini xx.xx.2023-cü ildə Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən “Dəniz Mall” ticarət mərkəzinin yaxınlığında tapdığını, kiminsə əlinə keçməməsi üçün üzərində saxladığını, həmin maddədən heç kimə vermədiyini və heç kimə satmadığını bildirmişdir. Bundan sonra üzərindən aşkar olunmuş 01 ədəd şəffaf sellofan bükümdə olan psixotrop maddə metamfetamin 01 ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Təqdim etdiyi mobil telefonlar, 01 ədəd qol saatı, 01 ədəd qızılı rəngli boyunbağı, həmçinin içərisində ona məxsus sürücülük vəsiqəsi, şəxsiyyət vəsiqəsi, vergi uçotu haqqında şəhadətnamə, 03 ədəd plastik bank kartı olan 01 ədəd qara rəngli pul qabı, 01 ədəd Hyundai markalı avtomobil açarı və əlavə olaraq təqdim etdiyi 03 ədəd açar polis tərəfindən götürülmüş, təqdim etdiyi pul isə özünə geri qaytarılmışdır. Daha sonra idarə etdiyi avtomobildə bıçaq saxladığını və avtomobilə baxışın keçirilməsinə etirazının olmadığını bildirmişdir. Bundan sonra şəxsi axtarış və götürmə keçirilməsi barədə protokol tərtib olunmuş, protokol düzgün tərtib edildiyi üçün o və digər iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Daha sonra idarə etdiyi «Hyundai» markalı, **-HS-*** qeydiyyat nişanlı avtomobilə öz razılığı ilə videoçəkiliş ilə baxış keçirilməyə başlanılmış, baxış zamanı ona idarə etdiyi avtomobildə narkotik vasitələr və psixotrop maddələr, qanunla dövriyyəsi qadağan edilmiş əşyalar varsa həmin maddələri və əşyaları təqdim etməsi təklif edilmişdir. O isə idarə etdiyi avtomobildə narkotik vasitələr və psixotrop maddələr saxlamadığını, lakin 01 ədəd bıçağın olduğunu bildirmiş, baxış zamanı avtomobilin ön hissəsində sürücü və sərnişin oturacağının arasında yerləşən saxlanc yerindən 01 ədəd bıçaq aşkar edilmiş və polis əməkdaşları tərəfindən 01 ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Baxış davam etdirilərkən avtomobildən başqa hər hansı qanunsuz əşya aşkar edilməmişdir. Bundan sonra baxış keçirilməsi barədə protokol tərtib olunmuş, protokol düzgün tərtib edildiyi üçün o və digər iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. O, avtomobilindən aşkar edilmiş bıçağı hansısa məqsəd üçün avtomobildə saxlamamış, məişətdə istifadə etmiş və həmin bıçaqdan hər hansı bir cinayətin törədilməsində istifadə olunmamışdır. O, polis əməkdaşları tərəfindən saxlanılarkən, üzərinə şəxsi axtarış keçirilərkən həmçinin avtomobilinə baxış keçirilərkən heç bir fiziki və ya psixi təyziqə məruz qalmamışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, onun yaşadığı evdə kameralar olması səbəbdən polis əməkdaşları narkotik vasitələri onun evinə deyil qabaqcadan planlaşdırılmış şəkildə anasının yaşadığı evinə yerləşdirilmişlər və sonrada evdə axtarış aparmışlar. Daha sonra barəsində ədalətli qərarın çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə məhkəmə istintaqı zamanı tədqiq olunan sübutlara məcmu halında hüquqi qiymət verərkən, Təqsirləndirilən şəxs şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək xuliqanlıq cinayəti törətmə, qanunsuz olaraq soyuq silah əldə etmə əməllərini törətməsi öz təsdiqini tapsa da, istintaq orqanı tərəfindən sonuncunun əməllərini təkrarən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin əldə etmə, saxlama və daşıma kimi qiymətləndirməsini və sonuncunun əməlinin Azərbaycan Respublikasının CM-in 234.4.2 və 234.4.3-cü maddələri ilə tövsif olunmasını düzgün hesab etmir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-in) 144-cü maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Bundan əlavə, Azərbaycan Respublikasının CPM-in 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, anası Şahid2 hadisə baş verməmişdən 20-25 gün əvvəl Təqsirləndirilən şəxs 150 manat məbləğində borc pul almış, lakin geri qaytara bilməmiş və buna görə xx.xx.2023-cü ildə anası ilə Təqsirləndirilən şəxs arasında borca görə mübahisə yaranmışdır. xx.xx.2023-cü ildə saat 16:00 radələrində Nizami rayonu, Q.Qarayev prospekti 89A saylı ünvanının qarşısında, yəni “Lotos” ticarət mərkəsinin arxasında dayanarkən Təqsirləndirilən şəxs oradan keçdiyini görüb onunla danışmağa başlamışdır. Sonuncuya anasının borc aldığı 150 manat məbləğində pulu özünün verəcəyini, sonuncunu məsələyə qatmamasını bildirmişdir. Təqsirləndirilən şəxs isə onun bu məsələyə aidiyyatı olmadığını, məsələnin anası ilə onun arasında olduğunu bildirmişdir. Həmin vaxt onlar iki avtomobilin arasında dayanmışlar. O, Təqsirləndirilən şəxs dediklərinə etiraz etdikdə, bir-birilərinin yaxasından tutmuş və o, əliylə Təqsirləndirilən şəxs itələdikdə ayağı yerdə olan kubikə ilişərək yıxılmışdır. Yıxılarkən başı avtomobilin şüşəsinə dəymişdir. Daha sonra isə polis əməkdaşları gəlmişlər və onları Nizami RPİ-nin 24-cü PŞnə aparmışlar. Şöbədə polis əməkdaşları onun başına Təqsirləndirilən şəxs vurubvurmamasını soruşduqda o, sonuncunun vurmadığını və özünün yıxıldığını bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs ona heç bir zor tətbiq etməmiş, hadisə zamanı sonuncunun əlində bıçaq olmamış, özündə isə cib bıçağı olmuş və Təqsirləndirilən şəxs ona xəsarət yetirməmişdir. Bundan başqa Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü ildə saat 16:00 radələrində Nizami rayonu, Q.Qarayev prospektində yerləşən “Lotos” ticarət mərkəzinin arxasında, adını xatırlamadığı gözəllik salonundan çıxaraq “Lotos” ticarət mərkəzi istiqamətində gedərkən təxminən 100 metr irəlidə oğlu Zərərçəkmiş şəxs ilə uzun müddətdir ki, tanıdığı və kirvələri olan Təqsirləndirilən şəxs mübahisə etdiklərini, həmçinin oğlunun baş nahiyəsindən qan axdığını görmüşdür. Bununla bağlı olaraq o, DİN-nin 102 qaynar xəttinə zəng edib məlumat vermişdir. Məhkəmə iclasında Şahid2 ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, o, hadisə vaxtı bıçaq görməmiş, 102 qaynar xəttinə zəng edərkən oğlunun bıçaqla vurulduğunu bildirməsinin səbəbi isə hadisə yerinə çatdıqda ordakı şəxslərin oğlunun bıçaqla vurulduğunu deməsi və oğlunun başından qan axdığını görməsi olmuşdur. Həmçinin polis şöbəsində Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə aşkar edilməsini eşitməmiş və sonuncunun narkotik vasitədən istifadə etməsini görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞnin əməliyyat müvəkkili Şahid5 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü ildə Zərərçəkmiş şəxs vuraraq qəsdən sonuncuya xəsarət yetirməkdə və narkotik vasitələrin istifadəsində şübhəli bilinərək saxlanılmış, Təqsirləndirilən şəxs yaşadığı ünvan 6 ünvanına sonuncunun anası R.Ə.Abbasova, vəkil və digər polis əməkdaşının iştirakları ilə baxış keçirilmişdir. Mənzilə axtarış keçirilməsinə dair tərəflərin heç bir etirazı olmamışdır. Baxış zamanı mənzildən bir neçə əşya və otaqların birində çəkməcədən 01 ədəd sellofan torbada narkotik vasitəyə bənzər maddə aşkar olunmuş və həmin vasitə qablaşdırılaraq götürülmüşdür. Məhkəmə iclasında Şahid5 ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, baxış keçirilən mənzil təqsirləndirilən şəxsin anasının mənzili və həmin mənzilə baxış keçirilməsinin səbəbi Təqsirləndirilən şəxs mütəmadi həmin mənzilə gedib-gəlməsi olmuşdur. Axtarış zamanı sonuncu mənzildən aşkar edilən narkotik vasitənin ona aid olmamasını, mənzilin mətbəxindən aşkar edilərək götürülmüş 01 ədəd bıçağın vəfat etmiş atasının olduğunu, həmçinin axtarışda iştirak edən vəkili ilk dəfə gördüyünü bildirmişdir. Həmçinin bildirmişdir ki, o və digər polis əməkdaşları təqsirləndirilən şəxsin anasının mənzilinə yalnız bir dəfə baxış keçirilən zaman iştirak etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş DİN-in BMCMİ-in əməliyyat müvəkkili X34 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü ildə Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olması, eləcə də soyuq silah əldə edib üzərində gəzdirməsi bərədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat raportla rəhbərliyə məruzə edildikdən sonra sonuncunun barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul edilmişdir. Həmin qərarın icrası ilə bağlı olaraq Şahid1 rəhbərliyi ilə əməliyyat qrupu yaradılmış və qrupa o, idarənin əməliyyat müvəkkilləri X5 və X16 daxil edilmişdir. xx.xx.2023-ci ildə saat 15:00 radələrində Təqsirləndirilən şəxs Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospektində olması müəyyən edilmiş və onlar da həmin yerə getmişlər. Saat 15:30-da həmin prospektdə yerləşən “Dəniz Mall” ticarət mərkəzinin yaxınlığında Təqsirləndirilən şəxs oxşar bir nəfər şəxsin “Hyundai Elantra” markalı avtomobilin yanında olduğunu müəyyən etmişlər. Həmin şəxsə yaxınlaşıb özlərini təqdim etmiş və sonuncudan özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Sonuncuya narkotik vasitə və ya psixotrop maddələrin qanunsuz dövriyyəsində, eləcə də soyuq silah əldə edib gəzdirmədə şübhəli olduğunu bildirərək barəsində qəbul edilmiş qərarla tanış etmiş və DİN-in BMCMİ-nə dəvət etmişlər. Sorğu zamanı Təqsirləndirilən şəxs “Hyundai Elantra” markalı avtomobilin ona məxsus olduğunu bildirdiyindən avtomobili də Baş İdarənin qarajına gətirmişlər. İdarənin inzibati binasının xidməti otaqlarının birində dəvət edilmiş müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş və Baş İdarənin Təhqiqat Şöbəsinin təhqiqatçısı Orxan Məmmədov tərəfindən həmin şəxsin üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı videoçəkilişdən istifadə edilmiş və ilk öncə Təqsirləndirilən şəxs üzərində olması ehtimal edilən qanunla dövriyyəsi qadağan edilmiş əşyaları könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan gödəkçəsinin ciblərindən 01 ədəd şəffaf sellofan bükümü, 03 ədəd “İphone” markalı mobil telefonları və açarları, əynində olan şalvarın cibindən isə içərisində sonuncuya məxsus şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi, bank kartları, şəhadətnamə və pul vəsaiti olan 01 ədəd qara rəngli pul qabını çıxardıb təqdim etdi. Bundan başqa Təqsirləndirilən şəxs boynunda olan 01 ədəd qızılı rəngli boyunbağını və qolunda olan 01 ədəd qol saatını çıxardıb təqdim etmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzəri yoxlanılmış və əlavə hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Sonuncunun təqdim etdiyi sellofan bükümə baxış keçirilərkən içərisində psixotrop maddə metamfetaminə bənzər maddə aşkar edilmiş və həmin maddə 01 ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Aşkar edilmiş pul vəsaiti Təqsirləndirilən şəxs geri qaytarılmış, digər əşyalar isə götürülmüşdür. Sorğu zamanı sonuncu üzərindən aşkar edilmiş maddəni saxlanıldığı gün Səbail rayonu ərazisində yerləşən “Dəniz Mall” ticarət mərkəzinin yaxınlığından tapdığını, üstündə saxlamasında hər hansı məqsədinin olmadığını, həmin maddədən heç kimə vermədiyini və heç kimə satmadığını, idarə etdiyi “Hyundai” markalı avtomobildə bıçaq saxladığını və avtomobilinə baxışın keçirilməsinə etirazının olmadığını bildirmişdir. Şəxsi axtarış başa çatdıqdan sonra bu barədə protokol tərtib olunmuş və protokol düzgün tərtib edildiyindən imzalarla təsdiq edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilə baxış zamanı avtomobilin ön hissəsində sürücü və sərnişin oturacaqlarının arasında olan saxlanc yerindən 01 ədəd bıçaq tipli dəmir predmet aşkar edilmişdir. Baxış davam etdirilərkən avtomobildən iş üzrə sübut əhəmiyyəti kəsb edə biləcək başqa hər hansı əşya və predmet aşkar edilməmişdir. Aşkar edilmiş bıçaq 01 ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Sorğu zamanı sonuncu avtomobilindən aşkar edilmiş bıçağı məişətdə istifadə üçün saxladığını bildirmişdir. Baxış başa çatdıqdan sonra bu barədə protokol tərtib edilmiş və həmin protokol imzalandı. Məhkəmə iclasında Ə.H.Şıxıyev ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, saxlanılarkən və idarədə Təqsirləndirilən şəxs qarşı onlar tərəfindən fiziki və psixi təzyiq göstərilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş DİN-in BMCMİ-in əməliyyat müvəkkili Şahid1 ondan əvvəl məhkəmə iclasında ondan əvvəl şahid qismində dindirilmiş Ə.H.Şıxıyevin ifadəsinə oxşar, eyni məzmunlu ifadə verərək göstərmişdir ki, həqiqətən də şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan gödəkçəsinin ciblərindən 01 ədəd şəffaf sellofan bükümü, 03 ədəd “İphone” markalı mobil telefonları və açarları, əynində olan şalvarın cibindən isə içərisində sonuncuya məxsus şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi, bank kartları, şəhadətnamə, pul vəsaiti olan 01 ədəd qara rəngli pul qabını, boynunda olan 01 ədəd qızılı rəngli boyunbağını və qolunda olan 01 ədəd qol saatını çıxardıb təqdim etmişdir. Sonuncunun təqdim etdiyi sellofan bükümə baxış keçirilərkən içərisində psixotrop maddə metamfetaminə bənzər maddə aşkar edilmiş və həmin maddə 01 ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Sonuncu üzərindən aşkar edilmiş maddəni saxlanıldığı gün “Dəniz Mall” ticarət mərkəzinin yaxınlığından tapdığını, üstündə saxlamasında hər hansı məqsədinin olmadığını, həmin maddədən heç kimə vermədiyini və heç kimə satmadığını, idarə etdiyi “Hyundai” markalı avtomobildə də bıçaq saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilə baxış zamanı avtomobilindən 01 ədəd bıçaq tipli dəmir predmet aşkar edilmiş və sonuncu avtomobilindən aşkar edilmiş bıçağı məişətdə istifadə üçün saxladığını bildirmişdir. Məhkəmə iclasında Şahid1 ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, saxlanılarkən və idarədə Təqsirləndirilən şəxs qarşı onlar tərəfindən fiziki və psixi təzyiq göstərilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş DİN-in X42 Alayının Patrul bölüyünün polisi Şahid3 ifadəsində göstərmişdir ki, hadisədən uzun müddət keçdiyi üçün olanları dəqiq olaraq xatırlamamışdır. Xatırladığı qədər “Lotos” ticarət mərkəzinin arxasında iki nəfər arasında mübahisə olmuş, onlarda həmin şəxslərin bölməyə təhvil verilməsini təmin etmişlər. Məhkəmə iclasında Şahid3 ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, onların işi raport yazaraq şəxsi növbətçi hissəyə təhvil verməkdən ibarət olmuşdur. Hadisə zamanı onlar 2 nəfər şəxsi 24-cü PB-nin növbətçi hissəsinə təhvil verib getmiş və bir neçə saat sonra onları ifadə vermək üçün idarəyə çağırmışlar. Həmin vaxt ərazidə başqa polis əməkdaşları olsa da şəxsləri növbətçi hissəyə təhvil verərkən onlar 2 nəfər olmuşlar. İdarəyə gəldikdən sonra şəxsi axtarış zamanı iştirak etmiş, video və foto çəkiliş olduqdan sonra da getmişdir. Şəxsi axtarış zamanı vəkil və bir yoxsa iki hal şahidi olmuşdur. Axtarış zamanı şəxsin üzərindən nələrin aşkar edilməsini xatırlamır. Polad adlı vəkili tanımamışdır. Həmçinin cinaytə işində olan ifadəsini o yazmamış, sadəcə imzalamışdır. Məhkəmə iclasında hal şahidi qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, işlədiyi yerdə pulunu vermədikləri üçün bu barədə bölməyə şikayət vermiş və həmin gün bu səbəbdən oraya getmişdir. Xatırladığı kimi həmin vaxt Təqsirləndirilən şəxs da mübahisə etdiyi üçün oraya gətirmişlər. Onu da polis əməkdaşları hal şahidi olmaq üçün dəvət etmişlər. Məhkəmə iclasında Şahid4 ibtidai istintaq dövründə verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində bildirmişdir ki, xx.xx.2023-cü ildə şəxsi işləri ilə əlaqədar olaraq Nizami RPİ-nin 24-cü PŞ-nin inzibati binasının qarşısından keçərkən polis əməkdaşları onu hal şahidi kimi şöbəyə dəvət etmişlər. O, etiraz etməmişdir. Nizami RPİ-nin 24-cü PŞ-nin inzibati binasının xidməti otaqlarının birində əvvəllər tanımadığı, sonradan adı ona məlum olan Təqsirləndirilən şəxs və onun hüquqlarını müdafiə etmək üçün dəvət olunmuş Bakı şəhəri 6 saylı vəkil Bürosunun vəkili X7 iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Sonuncu özünə xəsarət yetirməyə cəhd etdiyindən, xidməti otaqda qeyri-etik ifadələr işlətdiyindən, habelə şəxsi axtarış və götürmə zamanı videoçəkilişin aparılmasına etiraz etdiyindən baxış başlamazdan əvvəl bütün iştirakçılar baxış aparılarkən «Samsung» markalı fotokameradan istifadə olunmaqla foto çəkilişin həyata keçirilməsi barədə xəbərdar edilmiş, iştirakçılar tərəfindən foto çəkilişin həyata keçirilməsi ilə bağlı şikayət və ya etiraz daxil olmamışdır. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edilərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs üzərində olan əşyaları könüllü təqdim etməkdən imtina etmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən onun üzərində axtarış aparılarkən əynindəki qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd qızılı kağıza, həmin kağızın içərisində şəffaf sellofana bükülmüş halda, spesifik iyə malik olan qəhvəyi rəngli maddə, 01 ədəd boz rəngli, işlək vəziyyətdə olan elektron tərəzi aşkar edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sol yan cibindən 01 ədəd “İphone 12 pro” markalı mobil telefon, 01 ədəd açar və həmin açarın yanında boz rəngli maqnitli açar, 01 ədəd qırmızı rəngli alışqan və içərisində 90 manat nağd pul, 03 ədəd plastik bank kartları, Təqsirləndirilən şəxs adına verilmiş VÖEN, özünə aid şəxsiyyət vəsiqəsi, avtomobilin qeydiyyat şəhadətnaməsi olan 01 ədəd pul qabı aşkar edilmişdir. Təqsirləndirilən şəxs qeyd olunan əşyaların ona məxsus olduğunu, 01 ədəd qızılı kağıza, onun içərisində şəffaf sellofana bükülü halda, spesifik iyə malik olan qəhvəyi rəngli maddənin narkotik vasitə “heroin” olduğunu bildirmişdir. Buna baxmayaraq həmin maddəni və elektron tərəzini kimdən və hansı məqsədlə əldə etməsini, hansı məqsədlə üzərində gəzdirməsini bildirməkdən imtina edərək hər hansı bir sənədi imzalamayacağını bildirmişdir. Qeyd edilən bükümdə olan maddə və elektron tərəzi bir ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək götürülmüşdür. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən iş üçün əhəmiyyət kəsb edən digər əşya və ya predmet aşkar edilməmişdir. Aşkar olunmuş digər əşyalar bu barədə Təqsirləndirilən şəxs məlumat verildikdən sonra götürülərək protokola əlavə edilmişdir. Protokol iştirakçılara ucadan oxunmuş və protokol iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasında Şahid4 ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs polis bölməsində görmüş, həmin vaxt otaqda polis əməkdaşları və sonuncu olmuşdur. Polis əməkdaşları onu otağa dəvət etdikdən sonra, otaqda bir neçə şəxsin, həmçinin stolun üzərində tərəzi və 01 ədəd də bükümün olmasını görmüşdür. Həmin bükümün və tərəzinin kimdən və necə aşkar olunduğunu da bilmir və görməmişdir. Onun yanında Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparmamış, həmin otaqda ondan başqa bir nəfər də hal şahidi, iki polis əməkdaşı və bir nəfər də telefonla çəkiliş edən polis əməkdaşı olmuşdur. Həmçinin otaqda vəkilin olubolmamasını bilmir. Onun yanında Təqsirləndirilən şəxs dindirilməmiş sadəcə onlar kimi sakit şəkildə dayanmışdır. Bundan sonra fotoşəkil çəkilmiş, o oxuya və yaza bilmədiyindən hər-hansı izahat verməmiş və heç bir sənəd imzalamamışdır. İfadəsinin qarşısındakı olan imza onun deyil, həmçinin həmin gündən sonra onu bölməyə çağırmamışlar. Məhkəmə iclasında müdafiəçinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş Təqsirləndirilən şəxs anası X8 ifadəsində göstərmişdir ki, o, Nizami rayonu, Q.Qarayev 89 ünvanında, “Lotos” ticarət mərkəzinin arxasında yerləşən evdə olarkən oğlunun Kənanla mübahisə etdiyini eşitmiş, narahat olduğundan yaşadığı binanın həyətinə düşmüş və orada Kənanın anasının qışqıra-qışqıra Elnurun Kənanı döyməsi səbəbindən 102 xidmətini şikayət etdiyini bildirmişdir. Sonra da Kənanla Elnurun polis bölməsinə aparıldığını bilmişdir. Bundan sonra o, binanın həyətində olarkən balaca oğlu ona zəng edərək evə 3-4 polis əməkdaşının gəldiyini bildirmişdir. Həmin vaxt balaca oğlu və ailəsi də onlarda olmuşdur. O, dərhal evə getmiş və evə çatdıqda qapıda polis əməkdaşlarının dayandığını görmüş, nə olduğunu soruşduqda polis əməkdaşları evdə silah olduğunu və evə baxış keçirəcəklərini bildirmişlər, o da buna etiraz etməmişdir. Bu zaman oğlu və gəlni də orada olmuş, lakin sonra onlar evlərinə getmişlər. Polislərdən biri Elnurun harada yatdığını soruşmuş və o, Elnurun orada yaşamadığını, onun tək yaşadığını bildirmişdir. Gəlni əşyalarını apardığından otaqlardan biri boş olmuşdur. Polis əməkdaşları evə baxdıqdan sonra silah olmadığı üçün getmişlər. Daha sonra pəncərədən baxdıqda həyətdə adamların və çoxlu polislərin olduğunu görmüşdür. Biraz sonra evdən çıxmaq istəyərkən Elnuru qolunda qandalla gətirdiklərini görmüş, polis əməkdaşları axtarış keçirilməsi barədə qərarı ona göstərərək təkrarən evdə axtarış edəcəklərini bildirmişlər. O da yenicə evə baxdıqlarını bildirsə də, polislər yenə də evdə axtarış keçirəcəklərini bildirərək evə daxil olmuşlar. Elnur da onu yükləyəcəklərini və polislərə diqqət etməsini ona bildirmişdir. Polis əməkdaşları çox olduğundan o, hamısına diqqət edə bilməmiş, bu vaxt boş otaqda çəkməcədən nəsə tapdıqlarını bildirmişlər. Polislərin birinci dəfə və ikinci dəfə evə gəlmələrinin arasında 10-15 dəqiqə vaxt olmuşdur. İlk gəldiklərində polislərin hər biri otaqların hamısına tək-tək baxmışlar. Məhkəmə iclasında R.Ə.Abbasova ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, Elnurun özünün evi Yeni Günəşlidə yerləşir. Axtarış olan ev isə ona məxsus olmuşdur və orda özü tək yaşayır. Onun balaca oğlu əvvəl onla yaşamış, lakin daha sonra Günəşlidən ev alaraq ora köçmüşdür. Evdə olan kişi ayaqqabıları həmin oğluna məxsusdur. Videoçəkilişdə Elnurun onunla yaşamasını deməyinin səbəbi Elnur onun oğlu olduğu üçün istədiyi vaxt onun evində qala biləcəyi olmuşdur. Digər uşaqları da istədikləri vaxt gəlib qalmışdır. Elnur ondan küsdüyü üçün təxminən 10 gün müddət olardı ki, onun evinə gəlmirmiş. Məhkəmə iclasında müdafiəçinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X17 ifadəsində göstərmişdir ki, o, bazarda işləyir və polis əməkdaşları Elnurun evinə gələn günü binanın həyətində dayanmışdır. Həmin vaxt 3-4 nəfər polis əməkdaşları gəlib binaya daxil olmuş və xeyli vaxtdan sonra aşağı düşmüşlər. Daha sonra isə həmin polis əməkdaşları Elnuru post-patrul maşını ilə gətirib onu da binaya aparmışlar. Məhkəmə iclasında müdafiəçinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X20 ifadəsində göstərmişdir ki, o, məhlədə oturarkən 6-7 nəfər polis əməkdaşının gəldiyini görmüşdür. Sahə müvəkkili Nəzər müəllim də həmin vaxt orda olmuşdur. O, nəsə bir hadisənin olduğunu düşünmüşdür. 3 nəfər mülki geyimdə olan polis əməkdaşı binaya girərkən o da arxaları ilə binaya girmişdir. Onlar yuxarı qalxıb Elnurun anası Rahilə xanımın qapısını döymüşdür. Daha sonra 3 nəfər mülki geyimdə olan polis əməkdaşları evə daxil olmuşdur. Polis paltarında olan əməkdaşlar isə binanın ətrafında qalmışlar. O isə geri qayıtmışdır. Sahə müvəkkilindən nə olduğunu soruşduqda o, heç bir şey bildirməmişdir. Bir neçə dəqiqə sonra polis əməkdaşları düşüb getmişlər. Bir az vaxt keçdikdən sonra bir mülki avtomobil, bir də polis avtomobili gəlmiş, əvvəl gələn polislər Elnuru qolunda qandal polis avtomobilindən düşürüb evə qaldırmışlar. Məhkəmə iclasında müdafiəçinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X26 ifadəsində göstərmişdir ki, 2016-cı ildən Təqsirləndirilən şəxs tanımış və dost olmuşlar. xx.xx.2023-cü ildə Təqsirləndirilən şəxsla birlikdə 20 Yanvar ərazisində görüşmüşlər. Belə ki, günorta saatlarında sonuncu ona zəng edərək qızına buket alması üçün borc pul istəmişdir. O da pulunun olduğunu bildirdikdə Təqsirləndirilən şəxs onu da götürərək birlikdə gedib almağı təklif etmişdir. O da Təqsirləndirilən şəxs gəlməməyini onun 20 Yanvar ərazisinə gələcəyini və orada görüşüb gedə biləcəklərini bildirmişdir. Sonuncu 20 Yanvar ərazisinə gəldikdə telefonla danışacağı üçün avtomobilini onun idarə etməyini xahiş etmişdir. Bu zaman Təqsirləndirilən şəxs yanında Rüfət adlı dostları da olmuşdur. O da razılaşmışdır. Bundan sonra o avtomobili “Dəniz Mall” ticarət mərkəzinin qarşısında saxlamış, Təqsirləndirilən şəxs oradan aldığı kurtqanı qaytararaq onda olan pul və kurtqanın pulu ilə birlikdə Təqsirləndirilən şəxs qızına buket alacaqlarmış. Lakin kurtqanın qəbzi olmadığı üçün mağaza onu geri götürməmişdir. Bu zaman o və Rüfət mağazadan siqaret götürmək üçün getmiş, Elnur isə avtomobilin açarlarını ondan alıb onları avtomobildə gözləyəcəklərini demişdir. Rüfətlə o, “Dəniz Mall” ticarət mərkəzindən çıxarkən Təqsirləndirilən şəxs 5-6 nəfər şəxslə çəkişdiyini görmüşdür. Onlar Təqsirləndirilən şəxs yanına gələn kimi bir avtomobil yanlarında saxlamış, avtomobildən əməliyyatçılar düşmüş və onlardan biri qandalı gətirin dedikdə onların polis əməkdaşları olduqlarını başa düşmüşdür. Polis əməkdaşları ondan uzaqlaşmasını istəmiş, o da Rəşadı götürərək kənara çəkilmişdir. Məhkəmə iclasında M.İ.Qarayev ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, o, Təqsirləndirilən şəxsla birlikdə olduğu müddətdə sonuncu yerdən heç nə tapmamış, sonuncunun avtomobilini o idarə etmiş və avtomobili heç yerdə saxlamamışdır. Avtomobili “Dəniz Mall” ticarət mərkəzində də saxlayarkən onlar təhlükəsizlik aparatından keçərək birbaşa içəriyə daxil olmuşlar. Polis əməkdaşları orada həm Təqsirləndirilən şəxs, həm də onun üzərini yoxlamışlar, lakin üzərlərindən heç nə aşkar olunmamışdır. Məhkəmə iclasında müdafiəçinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X27 ifadəsində göstərmişdir ki, o, xx.xx.2023-cü ildə Təqsirləndirilən şəxs evində qalmışdır. Onlar səhərisi günü “Dəniz Mall” ticarət mərkəzinə gedib Təqsirləndirilən şəxs oradan aldığı kurtqanı qaytarıb sonuncunun qızına kinderli gül buketi alacaqlarmış. O, Mahal və Təqsirləndirilən şəxs birlikdə “Dəniz Mall” ticarət mərkəzinə getmişlər. Lakin pulları çatmadığına görə hədiyyəni bağlatdırmaq qərarına gəlmişlər. Oradan çoxlu şokoladlar almışlar, kassaya yaxınlaşdıqda Təqsirləndirilən şəxs pul qabısını avtomobildə unutduğunu görmüş və götürmək üçün avtomobilə getmişdir. Bundan sonra sonuncu Mahala zəng edərək maşına gəlməklərini bildirmiş, Mahal ona aldıqları şokoladları qaytarmağı və Elnurun onları çağırdığını bildirmişdir. Mahalla o, “Dəniz Mall” ticarət mərkəzindən çıxdıqdan sonra avtomobilin yanında təxminən 7-8 nəfərin olduğunu görmüşdür. Bu zaman onlar oraya yaxınlaşarkən Təqsirləndirilən şəxs da orda olduğunu, həmin şəxslərdən birinin Təqsirləndirilən şəxs sonuncuya məxsus avtomobilə zorla saldığını görmüşdür. Həmin şəxslərdən biri onları kənara çəkmiş, onun mobil telefonuna baxmış və telefonunu söndürərək ona verib uzaqlaşmaqlarını tələb etmişdir. Daha sonra Elnuru onun maşınına mindirərək aparmışlar. Məhkəmə iclasında R.T.Səfərov ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs sonuncunun evində qaldığı vaxtdan saxlanılana qədər hər hansı bir xəsarət olmamışdır. Cinayət işinin İİ cild 113-114-cü vərəqələrində olan xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin İİ cild 159-166-cı vərəqələrində olan Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2023-cü ildən hesablanmaqla 04 ay həddində, yəni xx.xx.2023-cü ilədək ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. Cinayət işinin İ cild 286-cı vərəqəsində olan xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin İ cild 281-283-cü vərəqələrində olan Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2023-cü ildən hesablanmaqla 04 ay həddində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin İİ cild 37-42-ci vərəqələrində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmiş, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilmişdir. Cinayət işinin İİ cild 230-231-ci vərəqələrində olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin İ cild 5-6-cı vərəqələrində olan Azərbaycan Respublikası DİN BMCMİnin əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməklə yaxanlanmasından ötrü əməliyyat qrupu yaradılmışdır. Cinayət işinin İ cild 114-116-cı vərəqələrində olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 5(005)-2131/2023 saylı qərarından görünür ki, Azərbaycan Respublikası DİN BMCMİ-nin əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair xx.xx.2023-cü il tarixli qərar qanuni hesab edilmişdir. Cinayət işinin İ cild 19-cu vərəqəsində olan xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin İ cild 143-147-ci vərəqələrində olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2023-cü ildən hesablanmaqla 04 ay həddində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin İİİ cild 40-44-cü vərəqələrində olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti xx.xx.2024-cü ilədək uzadılmışdır. Cinayət işinin İİİ cild 197-202-ci vərəqələrində olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti xx.xx.2024-cü ilədək uzadılmışdır. Cinayət işinin İV cild 20-21-ci vərəqələrində olan Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli məhkəmə hazırlıq iclasının qərarından (hakim Faiq Qəniyev) görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş olan həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin Vİ cild 82-ci vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi CMS – AZEMİS Elektron Məhkəmə İnformasiya Sistemindən görünür ki, hazırki cinayət işi məhkəmənin hakimi Azər Tağıyevin icraatına xx.xx.2024-cü il tarixdə verilmişdir. Cinayət işinin İ cild 65-69-cu vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-16-16/2-6/6454 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN-in Zərflər üçün №6” dairəvi möhür əksi olan, “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə olan bir ədəd sellofan bükümdə təmiz çəkisi 4,315 qram olan ağ rəngli kristallik formada olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Qeyd: metamfetaminin təmiz çəkisi – 4,315 qram, tədqiqata sərf edildi – 0,05 qram qalıq – 4,265 qram. Cinayət işinin İ cild 239-244-cü vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 6/4298 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “..Təqsirləndirilən şəxs aşkar edilmiş maddə...” sözləri olan 1 №-li zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 5,426 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 2 №-li zərfdəki bir ədəd elekton tərəzinin səthində narkotik vasitə heroinə məxsus izlər vardır. İz mikrohissəcikləri cüzi miqdarda olduğu üçün onların çəkisini müəyyən etmək mümkün olmadı. Qeyd: heroinin təmiz çəkisi – 5,426 qram, tədqiqata sərf edildi – 0,100 qram qalıq – 5,326 qram. Cinayət işinin İİ cild 44-47-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-16-16/2-3/1302 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd qatlanmayan bıçaq zavod üsulla hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik döyüş (hərbi) təyinatlı bıçaqdır, soyuq silah hesab edilir, üzərində sonradan əlavə və dəyişiklik edilməyib. Tədqiqata təqdim edilən digər 01 ədəd qatlanan bıçaq zavod üsulu ilə hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik ümumi təyinatlı ov bıçağıdır, soyuq silah hesab edilir, üzərində sonradan əlavə və dəyişiklik edilməyib. Cinayət işinin İİ cild 48-53-cü vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-16-16/2-6/4394 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN-in Zərflər üçün №162” dairəvi möhür əksləri olan, “Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar..” sözləri, ad, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfi açdıqda içərisində 01 ədəd selofan bükümdə təmiz çəkisi 3,762 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Təqdim olunmuş üzərində “E.Tabbasovun yaşadığı evdən aşkar...” sözləri, ad, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki heroin “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi №67” möhür əksləri olan, “6/4298 ...”xx.xx.2023cü il ... 2473 ... Nizami RPİ 24-cü PŞ ...” sözləri və imza qeyd edilmiş bir ədəd MEM-ə məxsus zərfdə olan heroinlə xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eynilik təşkil edir. Qeyd: heroinin təmiz çəkisi – 3,762 qram, tədqiqata sərf edildi – 0,050 qram qalıq – 3,712 qram. Heroinin təmiz çəkisi – 5,326 qram, tədqiqata sərf edildi – 0,050 qram qalıq – 5,276 qram. Cinayət işinin İİ cild 183-186-cı vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 5/1155 saylı ekspert rəyindən görünür ki, təqdim edilmiş 01 ədəd sensor ekran və “İOS” əməliyyat sistemi ilə təchiz olunmuş “İphone 12 Pro” markalı “A2341” modelli Sim danışıq kartı yuvasındakı qeydə görə **********72925 “İMEİ” kodlumobil smartfon hal-hazırda işlək vəziyyətdədir. Təqdim edilmiş mobil smartfona istifadəçi tərəfindən tətbiq edilmiş şifrələrlə mühafizə olunan ekran kilidini keçmək üçün “7.65.0.247 versiyalı UFED 4PC” adlı proqram təminatı vasitəsi ilə tədqiqat işləri aparmaq istədikdə qurğunun proqram təminatının metodlar bazasında mobil smartfonun yaddaşında olan məlumatları silmədən ekran kilidini sıfırlamaq üçün texniki imkanın olmaması müəyyən edildi. Təqdim edilmiş mobil smartfona istifadəçi tərəfindən tətbiq edilmiş şifrələrlə mühafizə olunan ekran kilidinin naməlum olması və rəyin tədqiqi hissəsinin 2-ci bəndində göstərilən səbəblərə görə mobil smartfonun yaddaşında hər hansı bir məlumatın olub-olmamasının müəyyən edilməsi üzrə tədqiqatın aparılması mümkün olmadı. Cinayət işinin İİİ cild 89-92-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-16-16/2-3/2203 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 (bir) ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağıdır, üzərində təyinatını dəyişdirən əlavə və dəyişiklik edilməmişdir, istifadəyə yararlıdır, soyuq silah hesab edilir. Cinayət işinin İ cild 66, İİ cild 45, 184 və İİİ cild 90-cı vərəqələrində olan ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 65 (altmış beş), 64 (altmış dörd) manat, 50 (əlli) və 64 (altmış dörd) manat olmaqla, cəmi 243 (iki yüz qırx üç) manat müəyyən edilmişdir. Cinayət işinin İ cild 284-286-cı vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X15 X37 xx.xx.2023-cü il tarixli, 770 saylı ekspert rəyindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində aşkar olunmuş - təpə nahiyəsinin 01 ədəd əzilmiş yarası - bərk küt əşyanın (əşyaların) təsirindən törənə bilərdi, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətə, yəni xx.xx.2023-cü ildə kənar şəxs tərəfindən yetirilməsi nəticəsində alınması istisna olunmur, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. Lokalizasiya və xüsusiyyətlərinə istinad edərək demək olar ki, qeyd olunan xəsarətlər müxtəlif şəraitlərdə törənə bilərdilər, lakin özünə yetirilməsi, eləcədə öz boyu hündürlüyündən yıxılması nəticəsində alınması inandırıcı deyildir. Ekspertizaya qərarın təsviri hissəsində göstərilən qatlanan tipli bıçaq və ya ona bənzər hər hansı bir əşya ekspertizaya təqdim edilməmişdir. Cinayət işinin İİİ cild 100-102-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X15 X37 canlı şəxsin ekspertizasının xx.xx.2023-cü il tarixli, 1773 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı xəsarət aşkar olunmadı. Cinayət işinin İİİ cild 94-97-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X15 X37 xx.xx.2023-cü il tarixli, 4578/K saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan və sidik nümunələrinin tərkibində tiryək qrupuna aid olan alkaloid, fenilalkilamin qrupuna aid olan metamfetamin və tramadol aşkar edildi. Barbitur turşusu törəmələri, fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri, salisilatlar və kannabinoid (çətənə bitkisindən alman və təbii mənşəli narkotik vasitə hesab edilən) aşkar edilmədi. Cinayət işinin İİ cild 56-57-ci vərəqələrində olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsi olan cinayət işi sonuncunun barəsində Azərbaycan Respublikası CM-in 221.1 və 234.4.3-cü maddələri ilə olan cinayət işinə birləşdirilmişdir. Cinayət işinin İİ cild 177-178-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X41 Şəxsi Ambulator X2 ekspert komissiyasının xx.xx.2023cü il tarixli, 5682 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı var. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin İİİ cild 121-147-ci vərəqələrində olan xx.xx.2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, şəxsi axtarış, avtomobilə baxış, mənzilə baxış və götürmənin gedişatını əks etdirən 03 ədəd DVD disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarında saxlanılmış, iş üzrə maddi sübut kimi tanınmış keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 4,265 qram psixotrop maddə olan metamfetamin, 8,988 qram narkotik vasitə olan heroin, 01 ədəd elektron tərəzi və soyuq silah hesab edilən 02 ədəd bıçaq saxlanılması üçün DİN-in BMCM-nin maddi sübutları saxlama yerinə təhvil verilmişdir. Cinayət işinin İ cild 120-123-cü vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs: 1) Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2004-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-in 170.1, 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 03 il sınaq müddəti tətbiq edilməklə 05 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş; 2) Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2005-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-in 178.2.2-ci maddələri ilə təqsirli bilinərək 04 il sınaq müddəti tətbiq edilməklə 04 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş; 3) Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəməsinin xx.xx.2006-cı il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-in 178.2.1, 178.2.2, 178.2.4, 180.2.1, 180.2.2, 180.2.4 və 228.4-cü maddələri ilə təqsirli bilinərək həmin Məcəllənin 66.3-cü maddəsi tətbiq edilməklə 06 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2005-ci tarixli hökmü ilə təyin olunmuş şərti məhkum etmə ləğv edilmiş, Azərbaycan Respublikasının CM-in 67-ci maddəsinə əsasən cəzalar qismən birləşdirilməklə 07 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx.xx.2012-ci ildə cəzasının sonu ilə azad olunmuş; 4) Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-in 263.1, 264-cü maddələri ilə təqsirli bilinərək həmin Məcəllənin 66.1, 66.2 və 66.4-cü maddələri tətbiq edilməklə 01 il 06 ay nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarı ilə Azərbaycan Respublikasının CM-in 70.5 və 76.2-ci maddələrinə əsasən 02 ay 26 gün müddətə vaxtından əvvəl şərti azad olunmuş,5) Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-in 186.1, 228.1 və 234.1-ci maddələri ilə təqsirli bilinərək 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikasının Milli Məclisinin xx.xx.2021-ci il tarixli amnistiya haqqında qərarının 4-cü bəndində əsasən cəzası 06 ay müddət azaldılmış, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə çəkilməmiş qalan 08 ay 09 gün müddət vaxtından əvvəl şərti azad edilmiş; 6) Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-in 128-ci maddəsi ilə təqsirli bilinərək 04 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən cəzası çəkilmiş hesab edilmişdir. Cinayət işinin İ cild 196-199-cu vərəqələrində olan xx.xx.2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan və fotoşəkillərdən görünür ki, xx.xx.2023-cü ildə saat 17:45-dan 18:03-dək Nizami RPİ-nin 24-cü PŞ-nin inzibati binasında Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarışda Nizami RPİ-nin 24-cü PŞ-nin baş təhqiqatçısı X12, DİN-in ƏÇPA-nın 5-ci Patrul Bölüyünün polisləri Şahid3 və E.T.Sadıqov, Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili X21, hal şahidləri X22 və Şahid4, şübhəli şəxs Təqsirləndirilən şəxs iştirak etmişlər. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuş, sonuncudan üzərindən hər hansı qanunsuz əşyanın olub olmaması əgər varsa təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs üzərində olan əşyaları könüllü surətdə təqdim etməkdən imtina etmiş, bunadn sonra polis əməkdaşları tərəfindən onun üzərində axtarış aparılarkən əynindəki qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd qızılı kağıza, onun içərisində şəffaf sellofana bükülü halda, spesifik iyə malik qəhvəyi rəngli maddə, 01 ədəd boz rəngli, işlək vəziyyətdə elektron tərəzi, şalvarın sol yan cibindən 01 ədəd “İpone” markalı mobil telefon, 01 ədəd açar, 01 ədəd alışqan və içərisində 90 manat pul, 03 ədəd plastik bank kartı, VÖEN kartı, şəxsiyyət vəsiqəsi, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi olan 01 ədəd pul qabı aşkar edilmişdir. 01 ədəd bükümün içərisində qəhvəyi rəngli maddə olması müəyyən edilmiş, həmin büküm və elektron tərəzi qablaşdırılaraq götürülmüş və protokol Təqsirləndirilən şəxs istisna olmaqla digər iştirakçılar tərəfindən imzalanmışdır. Cinayət işinin İ cild 30-cu vərəqəsində olan şəxsi axtarış və götürmənin gedişatını özündə əks etdirən DVD diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, həmin görüntülər xx.xx.2023-cü ildə saat 17:16-dan 17:34-dək BMCMİ-nin inzibati binasında qeydə alınmışdır. Şöbənin baş təhqiqatçısı X23 özünü və digər iştirakçıları təqdim edir. Daha sonra Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunur, sonuncudan üzərindən hər hansı qanunsuz əşyanın olub olmaması soruşulur. Sonuncu əynində olan gödəkcəsinin sağ iç cibindən 01 ədəd şəffaf sellofan büküm, həmin gödəkcənin sol yan cibindən 03 ədəd “İphone” markalı mobil telefon, sağ yan cibindən 04 ədəd açar, əynində olan idman şalvarının sol yan cibindən içərisində 01 ədəd şəxsiyyət vəsiqəsi, 01 ədəd sürücülük vəsiqəsi, 03 ədəd bank kartı, 01 ədəd “Fiziki şəxsin vergi uçotu haqqında” şəhadətnamə, 90 manat və 1 ABŞ dolları məbləğində pul vəsaiti olan 01 ədəd qara rəngli pul qabı, 01 ədəd buyunbağı və 01 ədəd qol saatını təqdim edir. 01 ədəd şəffaf sellofan bükümə baxış zamanı içərisində psixotrop maddə metamfetaminə oxşar maddə olması müşahidə edilir və Təqsirləndirilən şəxs həmin maddənin metamfetamin olduğunu, xx.xx.2023-cü ildə “Dəniz Mall” ticarət mərkəzinin yaxınlığında tapdığını, üstündə heç bir məqsəd olmadan daşıdığını, heç kimə həmin maddədən vermədiyini və heç kimə satmadığını bildirmişdir. Aşkar edilmiş maddə qablaşdırılaraq möhürlənir və götürülürür. Eləcə də aşkar edilmiş 90 manat və 1 ABŞ dolları pul vəsaiti Təqsirləndirilən şəxs geri qaytarılır. Cinayət işinin İ cild 35-ci vərəqəsində olan avtomobilə baxış və götürmənin gedişatını özündə əks etdirən DVD diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, həmin görüntülər xx.xx.2023-cü ildə saat 18:11-dən 18:22-dək BMCMİ-nin qarajında qeydə alınmışdır. Şöbənin baş təhqiqatçısı X23 özünü və digər iştirakçıları təqdim edir. Daha sonra Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunur, sonuncudan avtomobilində hər hansı qanunsuz əşyanın olub olmaması soruşulur. Bundan sonra Təqsirləndirilən şəxs məxsus “Hyundai” markalı **-HS-*** qeydiyyat nişanlı avtomobilin ön hissəsində sürücü və sərnişin oturacaqlarının arasında yerləşən saxlanc yerindən 01 ədəd bıçaq tipli dəmir predmet aşkar edilir və qablaşdırılıb möhürlənərək götürülür. Təqsirləndirilən şəxs bıçağı avtomobili alarkən içərisində olduğunu və məişətdə istifadə etmək üçün saxladığını bildirir. Cinayət işinin İ cild 238-ci vərəqəsində olan mənzilə baxış və götürmənin gedişatını özündə əks etdirən DVD diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, həmin görüntülər xx.xx.2023-cü ildə saat 20:05-dən 21:18-dək ünvan 1 ünvanında qeydə alınmışdır. Nizami RPİ-nin İŞ-nin müstəntiqi X24, Nizami RPİ-nin 24-cü PŞ-nin əməliyyat müvəkkilləri Şahid5, X1, sahə inspektoru X35, Nizami RPİ-nin CAŞ-nin kiçik inspektoru X25, Nizami RPİ-nin KTQ-nin inspektoru X28, şübhəli şəxs Təqsirləndirilən şəxs, sonuncunun vəkili X21 və şübhəli şəxsin anası R.Ə.Abbasovanın iştirakı ilə ünvan 1 ünvanında yerləşən mənzilə videoçəkilişlə baxış keçirilir. Baxış keçirilməzdən əvvəl iştirakçılar özlərini təqdim edir, bu zaman şübhəli şəxs Təqsirləndirilən şəxs vəkilini ilk dəfə gördüyünü bildirir. Vəkil P.N.Mehdiyev bunu təsdiq edir. Daha sonra mənzilə baxış keçirilməyə başlanılır. Mənzilə daxil olduqda şkaf görünür, şkafa baxış zamanı oradan bir neçə cüt ayaqqabılar, açarlar, şüşə qablar, plastik materialdan olan qablar və s əşyalar aşkar edilir. Mənzilə daxil olduqdan sonra sola, daha sonra sağa getdikdə sağ tərəfdə qonaq otağının olduğu görünür. Qonaq otağında çoxlu sayda kağız formada sənədlər, dəmir qablar, şüşə qablar və s əşyalar aşkar edilir. Həmin otağa giriş hissə ilə üzbəüz yataq otağı yerləşir. Yataq otağına baxış zamanı oradan paltarlar, videokamera, 01 ədəd “İphone” markalı mobil telefon və s əşyalar aşkar edilir və 01 ədəd “İphone” markalı mobil telefon götürülür. Mətbəxə baxış zamanı müxtəlif növ, böyük ölçülü və kiçik ölçülü qablar, müxtəlif növ ərzaq və qeyri-ərzaq məhsulları, 01 ədəd mətbəxdə mütəmadi istifadə olunmaq üçün nəzərdə tutulmayan bıçaq və s əşyalar aşkar edilir və həmin bıçaq götürülür. Digər yataq otağından boş sellefon torbalar, kağız formada sənədlər, adapter, boş qutular, disklər, 01 ədəd sellefon torbada narkotik vasitəyə bənzər maddə və s əşyalar aşkar edilir. İçərisində narkotik vasitəyə bənzər maddə olan 01 ədəd sellofon torba yataq otağına giriş hissədə, solda yerləşən şkafın siyirməsindən aşkar olunur. Baxış zamanı Təqsirləndirilən şəxs vəkili P.N.Mehdiyevi daha əvvəl görmədiyini, üzərinə narkotik vasitə qoymaq istədiklərini, tutularkən üzərində narkotik vasitə olmadığını, üzərində 02 ədəd mobil telefon olduğunu, mobil telefonlardan birini istintaqa verdiyini bildirir. Həmçinin vəkilinə çəkilişin sonunda yenidən ilk dəfə gördüyünü bildirdikdə vəkil P.N.Mehdiyev bunu inkar edərək Təqsirləndirilən şəxs 3-4 dəfə gördüyünü bildirir. Təqsirləndirilən şəxs vəkildən düzgün danışmasını istədikdə müstəntiq N.F.Osmanov buna maneə olur və danışmağa icazə vermir. Cinayət işinin İİ cild 86-cı vərəqəsində olan xx.xx.2023-cü il tarixli aktdan görünür ki, Təqsirləndirilən şəxs 34-cü PŞ-nin növbətçi hissəsinə verilərkən sonuncuya baxış zamanı saxlanılarkən öz-özünə sağ qol, sağ boğaz və üz nahiyyəsinə xəsarətlər yetirməsi müəyyən edilmişdir. Cinayət işinin İV cildinə əlavə edilmiş 3 saylı İstintaq Təcridxanasının xx.xx.2023-cü il tarixli, 20-12/701 nömrəli məktubu və tibbi kitabçanın surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü ildə 3 saylı İstintaq Təcridxanasına daxil olmuş, həkim baxışından keçirilərkən həbs olunarkən metal yad cisim udduğunu bildirmiş, rentgenoloji müayinə zamanı həzm traktında metal yad cism aşkarlanmışdır. Cinayət işinin İİİ cild 12-ci vərəqəsində olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Bakı Şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısının 2 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə qeydiyyatda olduğu ünvandan heç bir ərizə və şikayət daxil olmamışdır. Cinayət işinin İV cildinə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi CMS – AZEMİS Elektron Məhkəmə İnformasiya Sistemindən görünür ki, xx.xx.2015-ci il təvəllüdlü X29 və xx.xx.2003-cü il təvəllüdlü X13 atası Təqsirləndirilən şəxsdur. Cinayət işinin İV cildinə əlavə edilmiş Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dovlət Xidmətinin Bakı şəhəri Nizami rayon idarəsinin xx.xx.2021-ci il tarixli, 314 saylı arayışından görünür ki, təqsirləndirilən şəxsin atası X14 şəhidlik statusu verilmişdir. Cinayət işinin İV cildinə əlavə edilmiş xx.xx.2024-cü il tarixli, 012152 nömrəli vəsiqədən görünür ki, Təqsirləndirilən şəxs şəhid ailəsinin üzvüdür. Cinayət işinin İV cildinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli tibbi müayinə sənədlərindən görünür ki, təqsirləndirilən şəxsin azyaşlı qızı X29 beyin daxili təziqinin yüksək olması xəstəliyindən əziyyət çəkir. Cinayət işinin İV cildinə əlavə edilmiş xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxslə barışmış və sonuncuya vurulmuş ziyanı tam həcmdə ödəmişdir. Həmçinin Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur, sonuncuya yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsinin «Van Mexelen və başqalarının Niderlanda qarşı» işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən mili qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhs mili məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilibkeçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. B.Yusifavanın şikayəti üzrə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikasının cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikasının CPM-in 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız CPM-də göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-in həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikasının Konstitusiyasının, CPM-in, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-in 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikasının CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə isə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Balakən Rayon Məhkəməsinin müraciətinə dair” 23 iyul 2021-ci il tarixli qərardadı). Bununla da, məhkəmə ibtidai istintaq orqanının təqdim etdiyi sübutları hərtərəfli araşdıraraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs tərəfindən şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək xuliqanlıq və qanunsuz olaraq soyuq silah əldə etmə və gəzdirmə cinayətlərinin törədilməsi faktı mübahisəsiz olaraq tam sübuta yetirilir. Amma məhkəmə, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın təkrarən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə etmə, saxlama və daşıma cinayətinin törədilməsi faktı kimi qiymətləndirilməsini əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddəsinin tövsifedici əlaməti kimi həmin Məcəllənin 234.2, 234.3 və 234.3-1-ci maddələrində sadalanan əməllərin təkrar və külli miqdarda törədilməsi nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş ittihamın ikinci, yəni xx.xx.2023-cü ildə sonuncunun satış məqsədilə qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı 01 ədəd bükümdə külli miqdarda təmiz çəkisi 5,426 qram olan narkotik vasitə heroinin aşkar edilərək götürülməsi və üçüncü, yəni xx.xx.2023cü ildə ünvan 1 ünvanında yerləşən mənzildən Təqsirləndirilən şəxs qanunsuz olaraq əldə edib daşımaqla saxladığı 01 ədəd bükümdə külli miqdarda təmiz çəkisi 3,762 qram olan narkotik vasitə heroinin aşkar edilərək götürülməsi epizodları üzrə ittihamların elan olunması tamamilə əsassızdır. Azərbaycan Respublikasının CPM-nin 246-cı maddəsinə əsasən müstəntiq iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək, barəsində istintaq hərəkəti aparılan şəxsin paltarında, əşyalarında və ya bədənində ola bilən əşya və sənədləri, bir qayda olaraq, məhkəmənin qərarı əsasında götürə bilər. Məhkəmənin qərarı alınmadan şəxsi axtarış aşağıdakı hallarda aparıla bilər: 1. şübhəli şəxs tutulduqda və polis və ya digər hüquqmühafizə orqanına gətirildikdə; 2. təqsirləndirilən şəxs barəsində həbsə alma qətimkan tədbiri tətbiq edildikdə; 3. axtarış və ya götürmənin aparıldığı binada olan şəxsin cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək əşya və sənədləri gizlətməsini güman etməyə kifayət qədər əsaslar olduqda. Şəxsi axtarış və götürmə müstəntiq tərəfindən mütəxəssisin və barəsində şəxsi axtarış aparılan şəxslə eyni cinsdən olan azı 2 (iki) hal şahidinin iştirakı ilə aparılır. Həmin Məcəllənin 125.2.7-ci maddəsinə əsasən istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda bu istintaq və ya digər prosessual hərəkətlər nəticəsində əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. İttihamın ikinci epizodu üzrə xx.xx.2023-cü il tarixli protokolun məzmununa görə, bu istintaq hərəkəti Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirməkdən ibarətdir və axtarış keçirilərkən, sonuncunun əynindəki qara rəngli şalvarın sağ yan cibindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı 01 ədəd bükümdə külli miqdarda təmiz çəkisi 5,426 qram olan narkotik vasitə heroin və səthində narkotik vasitə heroinə məxsus izlər olan 01 ədəd elekton tərəzi aşkar edilərək götürülmüş və həmin protokol hal şahidlərinin iştirakı ilə tərtib olunmuşdur. Lakin məhkəmə iclasında hal şahidi qismində dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsində ümumiyyətlə iştirak etməmiş, narkotik vasitənin və tərəzinin aşkar olunmasının şahidi olmamış, onun yanında sonuncu dindirilməmiş, bundan sonra fotoşəkil çəkilmiş, o, oxuya və yaza bilmədiyindən hər-hansı izahat verməmiş və ifadəsinin qarşısındakı olan imza onun deyil, həmçinin həmin gündən sonra onu bölməyə çağırmamışlar. Həmçinin məhkəmə iclasında müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokolda və fotoşəkildə iki hal şahidin olmasına baxmayaraq, müstəntiq tərəfindən şəxsi axtarış zamanı iştirak etmiş digər hal şahidi X9 ifadəsi alınmamış və ittiham aktına əlavə edilmiş məhkəməyə iclasına çağırılmalı olan şəxslərin siyahısında onun adı qeyd edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman hal şahidi Şahid4 orada faktiki iştirak etməməsini və sonradan gəlməsini, həmin protokolu tərtib edərkən hal şahidi qismində iştirak etmiş digər hal şahidi K.B.Kərimovun ifadəsinin alınmamasını kobud prosesual qanun pozuntuları olmasını nəzərə alır və hesab edir ki, belə olan halda qanuna uyğun olmayan qaydada aparılmış həmin istintaq hərəkətinin nəticələri, yəni xx.xx.2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokol sübut növü baxımından da əhəmiyyətsiz hesab edilməlidir. Bundan başqa ittihamın üçüncü epizodu üzrə cinayət işinin materiallarından və DVD diskdə olan görüntülərdən müəyyən olunur ki, polis əməkdaları Təqsirləndirilən şəxs daimi yaşadığı evə deyil, anasının yaşadığı Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, məhəllə 2568, 26 saylı mənzilə təqsirləndirilən şəxsin və vəkilin iştirakı ilə baxış keçirmişlər. Baxış zamanı həmin mənzildən 01 ədəd sellefon torbada təmiz çəkisi 3,762 qram narkotik vasitə olan heroin aşkar edilmişdir. Məhkəmə istintaqı zamanı əlavə şahid qismində dindirilmiş R.Ə.Abbasovanın, C.M.Quliyevin və R.G.Eylasovun ifadələri ilə müəyyən edilmişdir ki, xx.xx.2023-cü ildə polis əməkdaşları daha öncədən qanunsuz olaraq təqsirləndirilən şəxsin anasına məxsus Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, məhəllə 2568, 26 saylı mənzilə gələrək guya mənzildə silah olması şübhəsi ilə baxış keçirəcəklərini bildirərək heç bir sənəd təqdim, protokol tərtib etmədən mənzilə daxil olmuşlar və bir müddət mənzildə otaqlara baxdıqdan sonra çıxıb getmişlər. Yarım saat sonra isə həmin polis əməkdaşları yenidən Təqsirləndirilən şəxs və vəkili ilə birlikdə qayıdaraq videoçəkiliş aparmaqla mənzilə baxış keçirmişlər. Bunula da, məhkəmə hesab edir ki, ünvan 1 ünvanında yerləşən mənzildən aşkar edilən narkotik vasitə olan heroin polis əməkdaşları tərəfindən qanunsuz olaraq mənzilə ilk dəfə Təqsirləndirilən şəxs olmadan daxil olarkən yerləşdirilməsi mübahisəsiz haldır. Həmçinin həmin mənzilə baxış keçirilməsinə dair DVD diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, mənzilə baxış keçirilməmişdən əvvəl mənzilin qapısının qarşısında Təqsirləndirilən şəxs vəkili P.N.Mehdiyevə sual verərək onu ilk dəfə olaraq gördüyünü bildirir və vəkil isə bunu təsdiq edir. Videoçəkilişin sonunda isə mənzildən narkotik vasitə hesab edilən heroin aşkar edildikdən sonra Təqsirləndirilən şəxs narazılığını bildirərək vəkil P.N.Mehdiyevə etirazını bildirir və vəkildən düzgün danışmasını istədikdə müstəntiq N.F.Osmanov buna maneə olur və danışmaqlarına icazə vermir. Bununla da məhkəmə hesab edir ki, iş üzrə aradan qaldırılması mümkün olmayan çoxsaylı ziddiyyətlərin mövcud olması, Təqsirləndirilən şəxs barəsində tərtib edilmiş və iş üzrə ittihamın əsaslarından şıxış edən sənədlərin, yəni xx.xx.2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında və xx.xx.2023-cü il tarixli mənzilə baxış aparılması haqqında protokollar baş vermiş hadisənin konkret hallarını və real mexanizmini əks etdirməməsi, eləcə də ibtidai araşdırma zamanı ittihamın əsasları üçün zəruri sübutların əlavə şahid ifadəsinin alınmaması və iş materiallarında əlavə edilməməsi, sübutların toplanması üçün aparılan prosessual hərəkətlərin qanunvericiliyin tələblərinin pozulması ilə icra edilməsi və natamam aparılması səbəbindən – ittihamın istinad etdiyi sübutların mötəbərsizliyini təsdiq edir (İ cild, i/v 196-199, 236-238). Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanının belə yanaşması cinayət mühakimə icraatının vəzifələri, habelə cinayət mühakimə icraatının əsas prinsipləri və şərtləri ilə ziddiyyət təşkil etməklə bərabər, həm də hüquq düşüncəsi anlayışı ilə də uzlaşmır. Cinayət-prosessual qanunvericiliyin tələblərinə əsasən konkret iş üzrə şəxsi qənaəti ifadə edən daxili inam və hüquqi biliklərin səviyyəsinin göstəricisi olan hüquq düşüncəsi yalnız sübutların tədqiqinə, sübutların qiymətləndirilməsi isə qanun və vicdan rəhbər tutulmaqla sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmalıdır. Cinayətin təkrar və külli miqdarda törədilməsini təsdiq edən heç bir sübutun mövcud olmadığı bir vəziyyətdə ehtimallar əsasında nəticəyə gəlinərək şəxsə həmin ittihamın irəli sürülməsi yolverilməzdir. Məhkəmə, daxili inamın və hüquq düşüncəsinin fərdi xarakterli olduğunu nəzərdə saxlamaqla, onların hər bir halda yalnız obyektiv, qərəzsiz və tam araşdırılmış sübutlara söykənməli olduğunun mübahisəsizliyini vurğulayır. Sadalananlara əsasən məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməllərin ittihamın ikinci və üçüncü epizodları üzrə təkrar olaraq satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama, daşıma və satma cinayəti kimi deyil, yalnız ittihamın dördüncü epizodu üzrə satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etməsi, saxlaması və daşıması cinayəti kimi qiymətləndirilməsini qanuni və əsaslı mövqe hesab edir. Sadalananlara əsasən məhkəmə Azərbaycan Respublikasının CPM-in 318.1-ci maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamdan ikinci və üçüncü epizodların çıxarılmasını əsaslı hesab edir. Azərbaycan Respublikasının CPM-in 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Cinayət və Cinayət-Prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Eyni zamanda, həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadələri müvafiq sübutlarla təkzib olunmadıqda və ya yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikasının CPM-in 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 351.2 və 351.3.4-cü maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxmaq hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası CM-in 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmçinin Cinayət-Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Məhkəmə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, cinayət işinə əlavə edilmiş və məhkəmə istintaqı zamanı baxış keçirilmiş DVD disklərdə olan videogörüntüləri, şəxsi axtarış və götürmə protokolonu, ekspert rəyləri, şahidlərin və əlavə şahidlərin məhkəmə iclasında verdikləri ifadələri ilə və digər iş materiallarını tədqiq edib Azərbaycan Respublikasının CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə olan ittihamın dördüncü epizodu üzrə əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının CM-in 234.4.2 və 234.4.3-cü maddələrindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməlidir. Belə ki, məhkəmə hesab edir ki, digər mötəbər sübutların mövcud olmadığı psixotrop maddə metamfetaminin külli miqdarda olması şəxsin ağır cinayət törətməkdə - satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə metamfetamini qanunsuz əldə etməkdə, saxlamaqda və daşımaqda təqsirli bilinməsinə əsas verə bilməz. Bu səbəbdən də məhkəmə Təqsirləndirilən şəxs aşkar edilmiş psixotrop maddə metamfetaminin yalnız bir bükümdə və külli miqdarda olması kriteriyasından yanaşılıb onun əməlinin satış kimi qiymətləndirilməsi üçün hüquqi əsas olmadığı qənaətinə gəlir. Təqsirləndirilən şəxs psixotrop maddə metamfetamini satış məqsədi ilə əldə etməsinə dair fikir ibtidai istintaq orqanının mülahizəsidir. Yaranmış şübhələr isə toplanmış sübutların məcmusu nəzərə alınmaqla Azərbaycan Respublikasının CPM-in 351.3.4-cü maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Azərbaycan Respublikasının CPM-in 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə, məhkəmə cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin qismən etirafedici ifadəsini (ittihamın birinci epizodu üzrə), zərərçəkmiş şəxsin, şahid və əlavə şahidlərin məhkəmə iclasında verdikləri ifadələri, cinayət işinə əlavə edilmiş və məhkəmə istintaqı zamanı baxış keçirilmiş DVD disklərdə olan videogörüntüləri, şəxsi axtarış və götürmə protokollarını, ekspert rəylərini və digər sübutları tədqiq edib, araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək, belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək xuliqanlıq, qanunsuz olaraq soyuq silah əldə etmə və gəzdirmə, satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etməsi, saxlaması və daşıması cinayətlərini törətməsində təqsirliliyi sübuta yetirildiyindən onun əməlləri məhkəmə tərəfindən Azərbaycan Respublikasının CM-in 221.1, 228.4 və 234.1-1-ci maddələri ilə tövsif edilməli, onun barəsində ittiham hökmü çıxarılmalıdır. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs özünü ittihamın dördüncü və beşinci epizodları üzrə təqsirli bilməyərək üzərindən aşkar olunmuş külli miqdarda psixotrop maddə olan metamfetaminin və şəxsi avtomobilindən aşkar olunmuş soyuq silahın ona aid olmaması barədə ifadələrini özünü müdafiə xarakterli vasitə kimi qiymətləndirir və iş üzrə mövcud olan sübutlarla təkzib edildiyini nəzərə alır. Belə ki, məhkəmə iclasında baxış keçirilmiş şəxsi axtarış və götürmənin gedişatını özündə əks etdirən DVD diskdə olan video görüntülərdən də müəyyən edilmişdir ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan gödəkcəsinin sağ iç cibindən 01 ədəd şəffaf sellofan büküm təqdim edərək həmin bükümün içərisində psixotrop maddə olan metamfetamin olduğunu və həmin maddəni xx.xx.2023-cü ildə “Dəniz Mall” ticarət mərkəzinin yaxınlığında taparaq üzərində heç bir məqsəd olmadan saxladığını bildirmişdir (İ cild, i/v 27-30). Həmçinin Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilərkən sonuncu məhkəmə də Azərbaycan Respublikasının CM-in 234.4.3-cü maddəsi ilə özünü təqsirli bilməmiş, həmin Məcəllənin 221.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətdiyini isə etiraf etmişdir (İ cild, i/v 281-283). Bundan başqa məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X41 Şəxsi Ambulator X2 ekspert komissiyasının xx.xx.2023cü il tarixli, 5682 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur və narkomaniyadan məcburi müalicəyə ehtiyacı var (İİ cild, i/v 177-178). Məhkəmə iclasında tədqiq edilmiş avtomobilə baxış və götürmənin gedişatını özündə əks etdirən DVD diskdə olan video görüntülərdən də müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs məxsus “Hyundai” markalı **-HS-*** qeydiyyat nişanlı avtomobilin ön hissəsində sürücü və sərnişin oturacaqlarının arasında yerləşən saxlanc yerindən 01 ədəd bıçaq tipli dəmir predmet aşkar edilmiş, Təqsirləndirilən şəxs avtomobili alarkən bıçağın içərisində olduğunu və məişətdə istifadə etmək üçün saxladığını bildirmişdir (İ cild, i/v 35). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-16-16/2-3/1302 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd qatlanmayan bıçaq zavod üsulla hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik döyüş (hərbi) təyinatlı bıçaqdır, soyuq silah hesab edilir, üzərində sonradan əlavə və dəyişiklik edilməyib. Tədqiqata təqdim edilən digər 01 ədəd qatlanan bıçaq zavod üsulu ilə hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik ümumi təyinatlı ov bıçağıdır, soyuq silah hesab edilir, üzərində sonradan əlavə və dəyişiklik edilməyib (İİ cild, i/v 44-47). Bununla da, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs tərəfindən məhkəmə iclasında verdiyi bu ifadələr cinayət məsuliyyətindən yaxa qurtarmaq üçün verilmişdir. Həmçinin məhkəmə təqsirləndirilən şəxsin anasının yaşadığı ünvan 1 ünvanında yerləşən mənzilin mətbəxindən aşkar edilmiş 01 ədəd ov bıçağı ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikasının CM-in 228.4-cü maddəsinin (xx.xx.2025ci il tarixədək qüvvədə olan) disposiyasına görə həmin maddə ilə şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsaslar kimi qanunsuz olaraq soyuq silahı əldə etmə, satma və gəzdirmə hərəkətləri nəzərdə tutulmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş mənzilə keçirilmiş baxışın gedişatını özündə əks etdirən DVD diskdə olan video görüntülərdən də müəyyən edilmişdir ki, xx.xx.2023-cü ildə ünvan 1 ünvanında yerləşən mənzilə baxış keçirilərkən mənzilin mətbəxindən aşkar edilmiş 01 ədəd ov bıçağı ilə bağlı Təqsirləndirilən şəxs anası R.Ə.Abbasova həmin bıçağın təqsirləndirilən şəxsin atasına məxsus ov bıçağı olduğunu və ondan xatirə qaldığını bildirmişdir. Həmçinin məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş R.Ə.Abbasova mənzilindən aşkar edilmiş ov bıçağı ilə bağlı videogörüntüdə bildirdiyi halları bir daha təsdiq etmişdir. Məhkəmə qeyd edir ki, qeyd olunan maddənin dispozisiyasında olan hərəkətlərdən hər hansı birinin Təqsirləndirilən şəxs tərəfindən törədilməməsi və mənzildən aşkarlanan ov bıçağının sonuncuya məxsus olması istintaq orqanı tərəfindən sübuta yetirilmədiyindən ittihamın üçüncü epizodu üzrə ona verilən ittiham qanunsuz və əsassız hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikasının CPM-in 21.2-ci maddəsinə əsasən bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Azərbaycan Respublikasının CPM-in 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il № 1 qərarında göstərilmişdir ki, Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin mənasına görə, təqsirkar şəxsin ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətləri yalnız həmin hərəkətlər vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq ediləcəyi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edildiyi hallarda cinayət məsuliyyətinə səbəb olur. Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. “Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 may 2005-ci il tarixli, 2 №-li qərarında göstərilmişdir ki, CM-nin 228.4-cü maddəsində (xx.xx.2025-ci il tarixinədək qüvvədə olan) milli geyim ləvazimatı hesab olunduğu ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla, qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən tullayıcı silahı əldə etmə, satma və ya gəzdirməyə görə cinayət məsuliyyəti nəzərdə tutulur. “Xidməti və mülki silah haqqında” Qanunun 2-ci maddəsinin 6-cı bəndinə əsasən soyuq silahlara konstruksiyasına, ölçülərinə və materiallarına görə birbaşa istehsalat və ya təsərrüfatməişət məqsədləri üçün nəzərdə tutulmayan xüsusi olaraq insanın əzələ qüvvəsindən istifadə etməklə zərərvurma obyekti ilə bilavasitə təmas zamanı xəsarət yetirmək təyinatına malik olan (milli geyim ləvazimatı hesab olunan hallar istisna edilməklə xəncər, beybut, ov bıçağı, qılınc, süngü bıçaqları və s.) sair kəsici-deşici və qarışıq təyinatlı silahlar, habelə insan əzələsinin və ya mexaniki qurğunun enerjisi hesabına istiqamətlənmiş hərəkət edərək müəyyən məsafədən hədəfi zədələmək təyintına malik olan (nizə, döyüş baltası və s.) eləcə də zərbə-dağıdıcı təsirli əşyalar (beşbarmaqlar, nunsaklar, gürzlər, toppuzlar və s.) aid edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının CM-in 221.1-ci maddəsinə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər– min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 228.4-cü (xx.xx.2025-ci il tarixinədək qüvvədə olan) maddəsinə əsasən qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla - üç yüz iyirmi saatdan dörd yüz saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 234.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə – üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Cinayətlərin məcmusuna daxil olan cinayətlərdən birinə görə ömürlük azadlıqdan məhrum etmə növündə cəza və ya iyirmi il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edildikdə isə az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə qəti cəza təyin edilir. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikasının CPM-in 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-in 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs qarşı zərərçəkmişin hər hansı şikayət və tələbinin olmamasını, himayəsində 1 azyaşlı beyin daxili təziqinin yüksək olması xəstəliyindən əziyyət çəkən qızının və şəhid ailəsi üzvü olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi yaranmışdır. Azərbaycan Respublikasının CM-in 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü və 83.3.4-cü maddələrinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə, ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluğu olmayan hesab edilir. Belə ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-in 186.1, 228.1 və 234.1-ci maddələri ilə təqsirli bilinərək 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikasının Milli Məclisinin xx.xx.2021-ci il tarixli amnistiya haqqında qərarının 4-cü bəndində əsasən cəzası 06 ay müddət azaldılmasına və Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə çəkilməmiş qalan 08 ay 09 gün müddət vaxtından əvvəl şərti azad edilməsinə baxmayaraq 2 il keçmədən, yəni xx.xx.2023-cü ildə yenidən qəsdən ağır cinayət törətmişdir (İİ cild, i/v 26-29). Azərbaycan Respublikasının CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 18.2-ci maddəsinə əsasən cinayətlərin residivi aşağıdakı hallarda təhlükəli sayılır: 18.2.1. qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda, 18.2.2. qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə. Məhkəmə həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olmasını cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, yüngülləşdirici və ağırlaşdırıcı halları, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CM-in 221.1, 228.4 və 234.1-1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Yuxarıdakılara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-in 221.1, 228.4 və 234.1-1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzlar qismən toplanılmaqla qəti cəza təyin edilməli və həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü ildən xx.xx.2023-cü ilədək ev dustaqlığında saxlanıldığı 01 (bir) ay 03 (üç) gün müddət, xx.xx.2023-cü ildən xx.xx.2023-cü ilədək həbsdə saxlanıldığı 20 (iyirmi) gün müddət, xx.xx.2023-cü ildən xx.xx.2023-cü ilədək ev dustaqlığında saxlanıldığı 03 (üç) ay 12 (on iki) gün müddət, ümumilikdə 05 (beş) ay 05 (beş) gün müddət ona təyin ediləcək cəzadan çıxılmaqla onun üzərində cəza saxlanılmalı və həmin Məcəllənin 56.1.3cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığı xx.xx.2023-cü ildən faktiki olaraq məhdudlaşdırılması təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli Azərbaycan Respublikasının CPM-in 158.2-ci maddəsinə əsasən həmin tarixdən hesablanmalıdır. Bundan başqa, Azərbaycan Respublikasının CM-in 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X2 ekspert komissiyasının xx.xx.2023-cü il tarixli, 5682 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır (İİ cild, i/v 177-178). Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-in 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 350.4-cü maddəsinə əsasən Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılan, maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra qalmış çəkisi 5,276 və 3,712 qram narkotik vasitə olan heroinin qanunsuz dövriyyəsi ilə bağlı cinayət təqibi məsələsinin həll edilməsi üçün hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işi üzrə müvafiq materiallar ayrılaraq ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməlidir. Maddi sübutlarla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanımış şəxsi axtarışın, avtomobilə, mənzilə baxış və götürmənin gedişatını əks etdirən 03 ədəd DVD disklər cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə digər maddi sübutlar DİN-in BMCMİ-nin maddi sübutların saxlanma yerində saxlanılan keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 4,265 qram psixotrop maddə olan metamfetamin, 01 ədəd elektron tərəzi və 02 ədəd bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərcinin cəmi 243 (iki yüz qırx üç) manat sonuncudan tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Bundan əlavə Azərbaycan Respublikasının CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikasının CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 221.1, 228.4 və 234.1-1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Bundan əlavə fəaliyyətlərində kobud qanun pozuntularına yol vermiş Nizami RPİ-nin İŞ-nin müstəntiqi N.F.Osmanovun və Nizami RPİ-nin 24-cü PŞ-nin baş təhqiqatçısı N.B.Əzizovun barəsində təsir tədbirlərinin görülməsi üçün xüsusi qərar çıxarılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərh olunanlara və AzərbaycanRespublikasının CPM-in 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1, 228.4 (xx.xx.2025-ci il tarixinədək qüvvədə olan) və 234.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, həmin Məcəllənin 221.1-ci maddəsi ilə 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, həmin Məcəllənin 228.4-cü maddəsi (xx.xx.2025-ci il tarixinədək qüvvədə olan) ilə 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, həmin Məcəllənin 234.1-1-ci maddəsi ilə 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 04 (dörd) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 08 iyul 2023-cü il tarixdən 10 avqust 2023-cü il tarixədək ev dustaqlığında saxlanıldığı 01 (bir) ay 03 (üç) gün müddət, 10 avqust 2023-cü il tarixdən 29 avqust 2023-cü il tarixədək həbsdə saxlanıldığı 20 (iyirmi) gün müddət, 29 avqust 2023-cü il tarixdən 10 dekabr 2023-cü il tarixədək ev dustaqlığında saxlanıldığı 03 (üç) ay 12 (on iki) gün müddət, ümumilikdə 05 (beş) ay 05 (beş) gün müddət ona təyin ediləcək cəzadan çıxılaraq sonuncunun üzərində qəti olaraq 03 (üç) il 09 (doqquz) ay 25 (iyirmi beş) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 17 dekabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış 03 ədəd DVD disklər cinayət işinin materiallarında saxlanılsın. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 350.4-cü maddəsinə əsasən Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılan, maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra qalmış çəkisi 5,276 və 3,712 qram narkotik vasitə olan heroinin qanunsuz dövriyyəsi ilə bağlı cinayət təqibi məsələsinin həll edilməsi üçün hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işi üzrə müvafiq materiallar ayrılaraq ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin. İş üzrə maddi sübutlar kimi tanınmış DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlanma yerində saxlanılan keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 4,265 qram psixotrop maddə olan metamfetamin, 01 ədəd elektron tərəzi və 02 ədəd bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərcinin cəmi – 243 (iki yüz qırx üç) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X4, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Nizami Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi X10 və Nizami RPİ-nin 24-cü PŞ-nin baş təhqiqatçısı X6 barəsində təsir tədbirlərinin görülməsi üçün xüsusi qərar çıxarılsın. Həmin tədbirlərin görülməsi üçün xüsusi qərar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə göndərilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən məhkum onu aldığı andan və elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər (sədrlik edən): Azər Tağıyev Elnur Nuriyev Kamran Muxtarov
Məhkəmə qərarları › İş №1(101)-368/2025
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-368/2025
10.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver