Məhkəmə qərarları › İş №1(101)-369/2020

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-369/2020

16.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-369/2020 16.11.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Qəniyev Faiq Əsəd oğlunun sədrliyi ilə, hakimlər Xankişiyev Mirzə Aslan oğlu və Mahmudov İlham Ağa oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X24, X25 və Əhmədli Səxavət Böyükağa oğlunun, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şöbəsinin prokuroru X45, Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2 və həmin şöbənin böyük prokuroru Dövlət ittihamçısı1, müdafiəçilər - Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi1, Zərərçəkmiş şəxs iştirakı ilə, xx xxxxxx 1989-cu il tarixdə Tovuz rayonunun Kirən kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, faktiki ünvan 2 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 274-cü və 134-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə qismən qapalı məhkəmə iclasında baxaraq, müəyyən e tdi: Təqsirləndirilən şəxs İran İslam Respublikasının xüsusi xidmət orqanı olan X95 Mühafizəçiləri Korpusu - “SEPAH” tərəfindən məxfi əməkdaşlığa cəlb edilərək, Azərbaycan Respublikasının vətəndaşı olaraq Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə xarici xüsusi xidmət orqanının nümayəndələrinin tapşırıqlarını yerinə yetirərək onlara kömək etməklə, xarici xüsusi xidmət orqanının tapşırığı ilə Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi zərərinə istifadə oluna bilən məlumatları toplayaraq casusluq etməklə dövlətə xəyanət etmiş, eləcə də xarici dövlətin xüsusi xidmət orqanının tapşırığı ilə xarici xüsusi xidmət orqanı nümayəndələrindən aldığı vəsait müqabilində onların verdiyi tapşırıqları icra etməkdən imtina edən Azərbaycan Respublikasının vətəndaşı Zərərçəkmiş şəxs öldürməklə hədələmişdir. Belə ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə xarici xüsusi xidmət orqanının nümayəndələrinin tapşırıqlarını yerinə yetirərək onlara kömək etmək, xarici xüsusi xidmət orqanının tapşırığı ilə Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi zərərinə istifadə oluna bilən məlumatları toplayaraq casusluq etmək məqsədilə İran İslam Respublikasının xüsusi xidmət orqanları olan “SEPAH” və İnformasiya və Təhlükəsizlik nazirliyinin (ETTELAAT) nəzarəti altında Bakı şəhərində fəaliyyət göstərən X36 dini nümayəndəlik şöbəsinin əməkdaşı Saevar X3 vasitəsilə 2007-ci ildə Bakı şəhərində məxfi əməkdaşlığa başlayaraq, həmin vaxtdan etibarən onun, həmçinin qeyd olunan mərkəzin sədr müavini və maliyyə məsələləri üzrə məsul şəxsi X76, İran Ali X11 Bakıdakı nümayəndəliyinin icraçı direktoru Mir X16, 2016-2018-ci illərdə İranın Azərbaycandakı səfirliyinin mətbuat xidmətinin müavini pərdəsi altında “SEPAH” rezidenturasında xidmət etmiş X4, habelə 2017-ci ilin oktyabr ayının 25-də məxfi əməkdaşlığı davam etdirmək üçün əlaqəsinə verildiyi İran İslam Respublikasının X69 şəhərində yaşayan X80 adlı şəxsin adına rəsmiləşdirilmiş **********09 telefon nömrəsindən faktiki istifadə edən adını Hadi kimi təqdim edən “SEPAH” əməkdaşından fəaliyyətini İran İslam Respublikasının Bakıdakı Mədəniyyət Mərkəzi ilə əlaqələndirməsi, fəaliyyət istiqamətləri xüsusi xidmət orqanı tərəfindən müəyyənləşdiriləcək qəzet və jurnalları təsis etməsi, rəhbərlik etdiyi və digər informasiya saytlarında xarici xüsusi xidmət orqanları ilə razılaşdırmış formada dini dövlət ideyalarının təbliği, Azərbaycan Respublikası ərazisində həmin xüsusi xidmət orqanının təsir edə biləcəyi radikal dini kontinqentin formalaşdırılmasına yönələn dinisiyasi məqalələrin dərc edilməsi, yayılması, dünyəvi dövlət ideyalarına və Azərbaycan hüquq mühafizə orqanlarının qanuni fəaliyyətinə kölgə salan, onların və digər dövlət qurumlarının işgüzar nüfuzuna xələl gətirən təxribat xarakterli məlumatların yayılması, etibarlı hesab etdiyi, o cümlədən jurnalistlər sırasından olan Azərbaycan Respublikası vətəndaşlarının İran ərazisinə çıxarılaraq xüsusi xidmət orqanı nümayəndələrinin əlaqəsinə verilməsi, Azərbaycan Respublikasının Silahlı Qüvvəllərində, hüquq-mühafizə orqanlarında və digər dövlət strukturlarında çalışan rəhbər şəxslərin, eləcə də Milli Məclisin ayrı-ayrı deputatlarının, o cümlədən ölkə ərazisində islam dininin digər təriqətinə ibadət edən şəxslər barəsində mümkün məlumatların toplanılması, xarici dövlətlərin Azərbaycandakı diplomatik fəaliyyətinin istiqamətləri və mahiyyəti, “Euirovizion-2012” mahnı müsabiqəsinin Bakı şəhərində keçirilmə səbəblərinin müəyyən edilməsi, Azərbaycan Respublikasında ictimai-siyasi, iqtisadi və digər sahələrdə cərəyan edən proseslərin izlənməsi, habelə Azərbaycan xüsusi xidmət orqanlarının Azərbaycan Respublikası vətəndaşlarının İran ərazisinə və İran vasitəsilə digər istiqamətlərdə dini ziyarətgahlara hərəkət etdiyi zəvvar marşrutu üzrə əks-kəşfiyyat imkanlarının zəiflədilməsi, nəticədə xarici xüsusi xidmət orqanının Azərbaycan dövlətinə qarşı maneəsiz aktiv kəşfiyyat-pozuculuq fəaliyyətinin, eləcə də həmin zəvvarlar sırasından şəxslərin məxfi əməkdaşlığa cəlb edilməsi üçün əlverişli şəraitin yaradılmasına dair və ümumilikdə göstərilən istiqamətlərdə məlumatların toplanıb uzun müddətli casusluq fəaliyyətini sərbəst həyata keçirməsi üçün məxfi əlaqə üsulu kimi şərti sözlərdən istifadə etməklə mobil telefonun “WhatsApp” və “Teleqram” proqram təminatları, həmçinin elektron poçt vasitəsilə əlaqə saxlayaraq müntəzəm ötürülməsi və sair hallara dair tapşırıqlar almışdır. Azərbaycan Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə xarici xüsusi xidmət orqanının nümayəndələrinin tapşırıqlarını yerinə yetirərək onlara kömək etmək, xarici xüsusi xidmət orqanının tapşırığı ilə Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi zərərinə istifadə oluna bilən məlumatları toplayaraq casusluq etmək məqsədilə İran İslam Respublikasının xüsusi xidmət orqanı olan “SEPAH”ın nümayəndələri tərəfindən verilmiş tapşırıqların icrası istiqamətində 2007-2019-cu illər ərzində tamah niyyəti ilə qəsdən fəaliyyət göstərərək dini dövlət ideyalarının təbliği və radikal dini kontinqentin formalaşdırılması istiqamətindəki fəaliyyəti ilə bağlı X36 ayırdığı maliyyə vəsaiti hesabına 2007-2012-ci illərdə Bakı şəhərində nəşr etdirdiyi “Gənc fikir” və “Gənc yazar” qəzetinin, “Məsum” jurnalının Azərbaycan Respublikası ərazisində İran xüsusi xidmət orqanı nümayəndələrinin əvvəlcədən müəyyən etdikləri məhdud dairələr arasında paylanmasını, “ZUHR” internet televiziya kanalını təsis edərək fəaliyyətini təmin etmiş, xarici dövlətlərin Azərbaycandakı diplomatik fəaliyyətinin istiqamətləri və mahiyyəti, “Euirovizion-2012” mahnı müsabiqəsinin Bakı şəhərində keçirilmə səbəblərinin müəyyən edilməsi ilə bağlı açıq mənbələrdən və digər üsullarla topladığı məlumatları yazılı və elektron formada X37 konspirativ görüş otağında X50 vasitəsilə xarici xüsusi xidmət orqanına ötürmüş, 2013-2016-cı illər ərzində Azərbaycan Respublikasında ictimai-siyasi, iqtisadi və digər sahələrdə cərəyan edən proseslər, həmçinin islam dininin digər təriqətlərinə ibadət edən şəxslər barəsində mümkün məlumatları açıq mənbələrdən və digər üsullarla əldə edib “Elektron ünvan 1” və “Elektron ünvan 2” elektron poçt ünvanlarından Türkiyə Respublikasındakı tanışı “Qlobal Düşüncə və Araşdırmalar Mərkəzi”nin rəhbəri Əlizadə Hakim Mərkəz oğlunun vasitəsilə İran xüsusi xidmət orqanlarına çatdırmış, verilmiş tapşırığa uyğun olaraq dünyəvi dövlət ideyalarına və Azərbaycan hüquq mühafizə orqanlarının qanuni fəaliyyətinə kölgə salan və digər dövlət orqanlarının işgüzar nüfuzuna xələl gətirən təxribat xarakterli məlumatları yayılması məqsədilə xx xxxxxx 2017-ci il tarixdə saat 01:22 dəqiqədə “Elektron ünvan 2” elektron poçt ünvanından İran İslam Respublikasının “Elektron ünvan 3”, “Elektron ünvan 4”, “irna.ir” və digər İnternet xəbər portallarının elektron poçt ünvanlarına göndərmiş, İran xüsusi xidmət orqanı “SEPAH”ın nəzarətində İran ərazisində azərbaycan dilində yayımlanan “Səhər TV” televiziya kanalında Azərbaycanın dövlət təhlükəsizliyi maraqları zərərinə əvvəlcədən məqsədyönlü hazırlanmış müsahibələrlə müntəzəm çıxışlar etmiş, aldığı tapşırıqlar istiqamətində 2017-ci ilin yay aylarında Bakı şəhərində tanışı olan Azərbaycan Respublikası vətəndaşı Şahid3 maddi maraq müqabilində xarici xüsusi xidmət orqanı nümayəndələrinin əlaqəsinə verilməsi məqsədi ilə onunla birlikdə İran ərazisinə getməsini təklif etmiş, 31 oktyabr - xx xxxxxx 2017-ci il, xx xxxxxx 2017-ci il - xx xxxxxx 2018-ci il və 10-xx xxxxxx 2018-ci il tarixlərində İran ərazisində olarkən həmin ölkənin xüsusi xidmət orqanı “SEPAH”ın Hadi, X96 kimi tanınan Hüseyn Dusti adlı və digər nümayəndələri ilə görüşərək onlardan cari tapşırıqlar almış, Azərbaycan Respublikasının Silahlı Qüvvəllərində, hüquq-mühafizə orqanlarında və digər dövlət idarə və təşkilatlarda işləyən şəxslər barədə əldə etdiyi, aldığı tapşırıqların icrası üzrə topladığı digər məlumatları həmin xüsusi xidmət orqanının nümayəndələrinə vermiş, 10-xx xxxxxx 2018ci il tarixlərində İran ərazisində olarkən Hadinin tapşırığı əsasında Tehran şəhərində konspirativ şəraitdə görüşdüyü Hüseyn Dusti və digər nümayəndələrdən məxfi əməkdaşlıq müddətində müxtəlif məbləğlərdə pul vəsaiti almasına dair müvafiq qəbzi imzalamış, Azərbaycan Respublikasının hüquq-mühafizə orqanları əməkdaşlarının zəvvarlardan səfərlə əlaqədar pul toplanmasına dair aşkar yalan məlumatlara dair məxfi əməkdaşlıq etdiyi şəxslərlə əvvəlcədən razılaşdırılmış materialı xx xxxxxx 2018-ci il tarixdən etibarən rəhbərlik etdiyi “Xeberman-az.com” və “Press-az.com” saytlarında yayımlamış və “Teleqram” mobil proqram tətbiqi vasitəsilə “SEPAH”ın Hadi adlı əməkdaşının +**********09 mobil nömrəsinə göndərmiş, qeyd olunan xarici xüsusi xidmət orqanı nümayəndələri tərəfindən “Whatsapp” proqramı ilə göndərilmiş azərbaycan dilində hazırlanan xüsusi təbliğat xarakterli məqalələri internet informasiya resurslarında, o cümlədən xx xxxx 2019cu il tarixdə Hadinin +**********09 nömrəsinin “Whatsapp” proqramı ilə göndərdiyi məzmunu İran xüsusi xidmət orqanının nümayəndəsi tərəfindən hazırlanaraq məqsədyönlü şəkildə Azərbaycan mətbuatında yayılan məqaləni sonuncunun tapşırığı ilə həmin gün rəhbərlik etdiyi “Xeberman-az.com” və “Press-az.com” saytlarında yerləşdirmiş, yayımlamış və dərhal tapşırığın icrası ilə bağlı Hadiyə məlumat vermiş, habelə həqiqi hərbi xidmətdən qayıtdıqdan sonra hərbi xidmətdə olduğu Naxçıvan Muxtar Respublikası ərazisində dislokasiya olunmuş “N” saylı hərbi hissənin həqiqi adı, hərbi hissənin təşkilatı strukturuna daxil olan zabitlər barədə və hərbi xidmətə dair digər məlumatları özündə əks etdirən sənədin fotoşəkilini Azərbaycan Respublikasının təhlükəsizliyi zərərinə istifadə edilməsi məqsədi ilə çəkərək xx xxxxx 2019-cu il tarixdə mobil telefonunun “Whatsapp” proqram vasitəsilə Hadinin istifadəsində olmuş +**********09 nömrəsinə göndərmiş, digər formada bütün davranış və fəaliyyətini xarici xüsusi xidmət orqanının nümayəndələri ilə razılaşdırmaqla əldə etdiyi Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi zərərinə hər hansı informasiyanı ötürmüş, casusluq və xarici xüsusi xidmət orqanı nümayəndələrinin müvafiq tapşırıqlarını yerinə yetirib kömək etməklə dövlətə xəyanət etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs əlaqəsində olduğu İran xüsusi xidmət orqanının nümayəndələrinin tapşırığı ilə, həmin xüsusi xidmət orqanının nümayəndəsi Mir X6 aldığı vəsait müqabilində ona verilmiş tapşırıqları icra etməkdən imtina edən, jurnalist fəaliyyəti ilə məşğul olan tanışı Zərərçəkmiş şəxs 2019-cu ilin may ayının sonunda Bakı şəhərində metronun “Nəriman Nərimanov” stansiyasının yaxınlığındakı parkda fəaliyyət göstərən “İstanbul” kafesində görüşə dəvət edərək sonuncudan İran xüsusi xidmət orqanı nümayəndəsindən aldığı tapşırıqları icra etməsini tələb etmiş, icra etməyəcəyi təqdirdə İrandan “fətvası” verilərək qətlə yetirilmiş jurnalist X51 (Rafiq Tağı) kimi naməlum şəraitdə öldürüləcəyini bildirərək Azərbaycan Respublikasının vətəndaşı Zərərçəkmiş şəxs öldürməklə hədələmişdir. Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs xx xxxx 2019-cu il tarixdə növbəti dəfə İran xüsusi xidmət orqanı “SEPAH”ın əməkdaşı Hadi ilə görüşüb ondan növbəti tapşırıqlarını almaq və uzun müddətli casusluq fəaliyyətini həyata keçirmək üçün ona ayrılacaq növbəti maliyyə vəsaitinin məbləğini dəqiqləşdirmək məqsədilə İran İslam Respublikasına keçərkən Biləsuvar rayon ərazisində saxlanılmış, ondan dövlətə xəyanət cinayət əməlləri üzrə istifadə edilmiş, xarici xüsusi xidmət orqanı nümayəndələri ilə yazışma və digər informasiya mübadiləsi daşıyıcısı olan “İphone 4s” markalı 1 ədəd mobil telefon, yaşadığı ünvan 2 ünvanında yerləşən evində keçirilmiş baxış zamanı üzərilərində Azərbaycan Respublikasının Silahlı Qüvvəllərində, hüquq-mühafizə orqanlarında və digər dövlət idarə və təşkilatlarda işləyən rəhbər şəxslərin və əməkdaşların ad və soyadları, eləcə də onların otaq və istifadələrində olan mobil telefon nömrələri barədə məlumatların əks olunduğu sənədlər və iş üçün əhəmiyyət kəsb edən digər əşya və sənədlər aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək göstərdi ki, o, 2007-ci ildə orta məktəbi bitirib, 2006-cı ildən blogger kimi jurnalistika fəaliyyəti ilə məşğul olub. “Xural”, “Hürriyət” kimi bir çox qəzetlərdə məqalələri çıxıb. 2007-ci ildə qəzet təsis etməklə maraqlanmış və bunun çətin olmadığını öyrənmişdir. 2007-ci ildə “Gənc Yazar” qəzetini yaratmış, çox keçmədən qəzet satılmadığı üçün Şahid15 təhvil vermişdir. Sonra “Gənc fikir” qəzetinin iki sayı çıxmış, amma qəzet elə də diqqət çəkmədiyi üçün oxuyan olmadığını görmüşdür. Elə də diqqət çəkməmişdir. Sonra əsasən dini mövzularla bağlı qəzet buraxmağı, əsasən dini məkanlarda oxunmasına nail olmağı planlaşdırmışdır. Dini “Məsum” jurnalı nəşr etmişlər, bu jurnala da gözlənilən reaksiya olmamışdır. X37 bir nəfərlə tanış olmuş, həmin qəzeti maliyyələşdirməyi təklif etmiş, onlar da ancaq qəzetə məqalə verə biləcəklərini demişlər. O, İran səfirliyində cəmi bir dəfə - 2018-ci ildə olmuş, həmin vaxt da ona yol xərci olaraq 100 manat verilməli olmuşdur. 2011-ci ildə il ərzində 1-2 qəzet çıxara bilmişlər, qərara almışlar ki, dini mövzularla bağlı internet kanalı açsınlar. X81 ilə şərikli olaraq “Zühur TV” adlı kanalı açmış, hüquqi statusunu müəyyənləşdirmiş, Məhdud Məsuliyyətli Cəmiyyət yaratmışlar. Texniki işi o özü, maliyyə işlərini Hacı Ramin görməli olmuşdur. Fəaliyyətə başlamalarından 6 ay keçmiş bir gün Hacı Ramin zəng vurub dərs dediyi yerə Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşlarının gəlib yoxlanış apardığını bildirmiş, sonra onları Milli Təhlükəsizlik Nazirliyinin Binəqədi rayon idarəsinə çağırmışlar. Orada onu qəbul edən əməkdaş “bura Azərbaycandır, buranın öz qayda-qanunu var, sən əgər istəyirsən ki, biz sənə “krışalıq” edək, bizə ayda 10 min manat verməlisən” deyə bildirmişdir. Cavabında ona “kanalımızı sputnikə, uyduya çıxara bilsən, 10 min yox, 5 min manat verərik” demişdir. Narahat olmaması ilə bağlı cavab almışdır. Əslində onun pul vermək fikri olmamış, oradan ayrıldıqdan sonra tanışlarla, vəkillərlə bu insanı necə cəzalandırmaq barədə məsləhətləşmişdir. Pulu alıb ona badalaq gələcəklərini bilmişdir. O, şikayətlər, elektron ərizələr yazmağa başlamış, bir müddət sonra həmin şəxsin vəzifədən çıxarıldığını eşitmişdir. Sonra onunla bir nəfər əməkdaş görüşmüş, çox kobud danışaraq, hədə-qorxu gələrək “kanalı bağla, MTN-in rüşvət istəməsi ilə bağlı xəbərlər verirsən, ehtiyatlı ol, elə etmə ki, səni həbs edək” deyə bildirmişdir. Bir müddət sonra onun uşağı dünyaya gəlmiş, buna görə Tovuza getmişlər. Hacı Raminlə kanalı bağlamaq barədə məsləhətləşmiş, o da “bağlasaq yaxşıdır, başımız rahat olar” demişdir. Çox keçmədən həmin kanalın direktoru kimi adı gedən şəxsi, daha sonra Hacı Ramini Milli Təhlükəsizlik Nazirliyinin istintaqına dindirməyə çağırmışlar. O, bildirmişdir ki, kanalın sahibi odur, digərlərinin nə aidiyyəti var ki çağırılırlar. Ondan kanalın onlara verilməsi tələb edilmişdir. Sonra da “Zühur TV”nin sputnikə çıxdığını eşitmişdir. Kanal ondan icazəsiz sputnikə çıxarıldığı üçün hətta “AzərKosmos”a zəng vurub şikayət edərək onları məhkəməyə verəcəyin bildirmişdir. Kanalın adı dəyişdirilib “Kanal 12” edilmiş, sonra “Zəhra TV” kanalı yaradılmışdır. O, təqib edilməyə başlanmış, işləri alınmamış, işlədiyi kuryer işindən çıxarılmışdır. Sonra Milli Təhlükəsizlik Nazirliyi dağılmış, artıq nəfəslik açıldığını, rahat nəfəs ala biləcəyini fikirləşmiş, həmin ərəfədə qeyri-hökumət təşkilatlarının xəbərlərini müxtəlif saytlarda yayıb pul qazanmış, “Xəbərmən” səhifəsini və saytını açmış, Nardaran hadisələrini və digər məsələləri işıqlandırmağa, diqqət mərkəzində saxlamağa başlamış, ailələrin bir qarın çörəyə möhtac vəziyyətdə yaşadıqlarını görmüş və bir qeyri-hökumət təşkilatı yaratmaq istəmişlər. Qafqazda din, etiqad, vidan azadlığı müdafiə mərkəzi yaratmışlar, amma Ədliyyə Nazirliyi onlara icazə verməmişdir. Hətta qeydiyyat işini Gürcüstanda həll etmək üçün həmin ölkəyə getmiş, amma orada da nəticə olmamışdır. Sonra yenə onun evinin yanında bir nəfər peyda olub görüşmək istəmiş, ona “o vaxt sənə hədə-qorxu gələn şəxs biabırçı şəkildə tutuldu, sən gəl bizimlə əməkdaşlıq et” demişdir. İstəmədiyini bildirdikdən sonra o şəxs hədə-qorxu gəlməyə başlamış, mərkəzi bağlamağı tələb etmişdir. Bundan sonra mətbuatda paylaşmışdır ki, əgər o, narkotik vasitə ilə, qadağan olunmuş kitab dövriyyəsi ilə, xuliqanlıqla və digər ittihamlarla həbs edilsə, buna inanılmasın. Sonra ona ziyarət inhisarçılığının yenidən bərpa olunduğu, Vüqar adlı şəxsin məşğul olduğu deyilərək onu işıqlandırmaq lazım olduğu bildirilmişdir. Kərbəlaya getmək məsələsində problem yaşamışlar, azərbaycanlılar, türklər sərhəddə günlərlə gözləmişlər. Sonra İraqın gömrük rəisinin əslən erməni olduğunu öyrənib bu məsələni ictimailəşdirmiş, Sistaniyə şikayətlərini çatdırmışlar. Hamının sənədləri hazırlanmış, amma onu gözlətmişlər. Ona Bakıdan zəng vurularaq vəziyyətin dəyişdiyi, yazını paylaşmaması deyilmişdir. Səfər zamanı başverən özbaşınalıqlar barədə, subay qızlara sataşanlar, insanlara kobudluq edənlər, aldadanlar barədə yazmış, 10-15 dollar verilir deyə istədiklərini etdiklərini qeyd etmiş, bunların arxasında dayanan məmurların adlarını açıqlayacağını bildirmişdir. Fəxri adlı tanışı ilə Məşhəd ziyarətinə getmək qərarına gəlmişlər. Suriyaya xanım Zəhra hərəminə getməyi təklif edərək oraya getmiş, orada təşkil olunan turlarda insanların qiymətlərdə aldatdıqlarını aşkarlamış və bu məsələni ictimailəşdirərək qarşısını almağa çalışmışlar. Məşhədi ziyarət edib qayıtmışdır. Hər ziyarətçiyə görə 10-15 dollar pul verildiyini bildikdən sonra buna dözməmiş və bu məsələni işıqlandırmışdır. Şahid5 ona zəng vurub “sənə sifarişi kim verib? o yazı silinməlidir” demiş, o da “Allahın sifarişidir, “Qurani Kərim”də yazılıb ki, zülmə dözmə, zalıma dözmə” deyə cavab vermişdir. Kənan “yox e, sifarişi kim verib? Gömrük Komitəsi verib?” deyə soruşmuş, o da məzələnmək üçün “hə” demişdir. Bir müddət sonra Dövlət Təhlükəsizlik Xidmətinin Gömrük Komitəsində əməliyyat keçirərək viza verən bir qrup şəxsi saxladığını eşitmişdir. Sonra ona hərbi biletini gətirməsi deyilərək əsgərliyə göndəriləcəyi bildirilmişdir. Bir dostunun sayəsində bu məsələ bir müddət təxirə düşmüşdür. Ziyarətdən qayıtdıqdan sonra anası zəng vurub onun hərbi komissarlıqdan axtarıldığını demişdir. “Oksigen” klinikasına gedib ürəyinin sənədlərini götürmək istəmiş, sonra onu polislərin, komissarlığın əməkdaşlarının iştirakı ilə saxlayaraq maşına mindirib aparmışlar. Maşında gedərkən metronun “Koroğlu” stansiyasını keçəndən sonra Naxçıvana hərbi xidmətə getdiyi deyilmişdir. Hərbi xidmətdən qayıtdıqdan sonra Ramazan ayı olmuş və o, demək olar ki, evdən bayıra çıxmamışdır. Dövlət Təhlükəsizlik Xidmətinin müstəntiqi Cavid Quluzadə ona zəng vurub istintaqa şahid qismində ifadə verməyə dəvət olunduğunu demiş, o isə səbəbi izah edilmədiyi üçün gəlməyəcəyini bildirmişdir. Sonra anası zəng vurub 2 nəfər əməkdaşının gəlib onu soruşduqlarını demişdir. İstintaqın rəisinin və müavinin onu çağırdığı bildirilmiş, amma o, getməmişdir. O, Naxçıvana havasını dəyişməyə, xeyir işə getmişdir. Biləsuvar gömrüyündə onu saxlayaraq ailəsi ilə birlikdə Dövlət Təhlükəsizliyi Xidmətinin Biləsuvar rayon şöbəsinə, oradan da Bakıya aparmışlar. Ona məcburi şəkildə ifadəsinə imza etdirilmiş və ifadəni əzbərlədib videoçəkiliş etmişlər. Sonra heç bir əşyayi-dəlil tapmadan qətimkan tədbirini daha 4 ay uzatmışlar. Yazdığı çoxsaylı məktublara müxtəlif cavablar gəlmişdir. Müstəntiqdən, istintaqın rəisindən baş prokurora şikayət yazmışdır. Hətta ombudsmana da şikayət etmişdir. O, bu məhkəmənin legitimliyini tanımır. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ona verilmiş sualları cavablandırarkən göstərdi ki, ona heç vaxt maliyyə vəsaiti ayrılmamış, kimsə ehsan kimi 100-200 manat Allah rizası üçün vermişdir. Kanalı açmağa iki kamera və internet lazım olmuşdur. Kanalda cəmi 10-15 saat çəkən 5-6 veriliş olmuşdur. Xoşsiyar Eyyubi adlı insanla bir neçə aylıq tanışlığı olmuş, sonuncu İran səfirliyinin mədəniyyət mərkəzinin sədr müavini olmuş, onu mühasib kimi tanımamışdır. Onlar bəzən əlamətdar dini günlərdə 500 say çap etmələrini istəmişlər. Onlar maliyyə yardımı göstərməmişlər. Eyyubi ilə necə tanış olmasını xatırlamır, ümumiyyətlə Eyyubinin hansı işlərə baxmasını bilmir. “Zühur TV” kanalının təsisində ona maliyyə yardımı edən olmamışdır. “Zühur production”un ona aidiyyəti yoxdur, zəng vurub şikayət etdikdən sonra adı dəyişdirilib “Kanal 12” qoyulmuşdur. Hacı Raminlə şərikli işləmişlər. Ramin kanalın maliyyə xərclərini görməli idi, amma belə olmamışdır. Sistanini qiyabi tanıyır, onun kitablarını oxumuşdur, amma onu şəxsən tanımamış, yaxın həndəvəri ilə əlaqəsi olmamışdır. Hadi adlı şəxslə bağlı onu deyə bilər ki, onun ad yaddaşı zəifdir, görüşəndə adını soruşsa da yadından çıxmışdır. Telefonu “İphone” olmuş, işlədə bilmədiyi üçün evdəkilərdən həmin nömrəyə ad yazmaqlarını istəmiş, yadında qalmadığı üçün Hadi yazmalarını istəmişdir. Ya Hadi, ya Amid, eyni insandan söhbət gedir. O, Hadini fevralın 11-i konfransa gedəndə Tehranda otelə çatanda tanımış, onların ətrafında olan 3-4 bələdçidən biri olmuşdur. Uzun yoldan sonra gecə Tehranda otelə çatanda acdıqlarını bildirdikləri üçün onlara sendviç hazırladıb gətirmişlər və həmin sendviçləri gətirən şəxs Hadi olmuşdur. Hadi ilə ümumi təklikdə görüşləri olmuş, amma təkbətək görüşməmişlər, oteldə onunla ikilikdə görüşləri olmamışdır. Azərbaycana qayıdanda Hadi digər bələdçilər kimi onlarla birgə Astara gömrüyünə kimi gəlmişdir. Onlar avtobusla gəlmişlər, avtobusda ikili söhbətləri olmamış, ortada oturmuşlar, yanlarında insanlar olmuş, avtobusda olduğu müddətdə yerini dəyişməmişdir. İrana “Müsavat” qəzetindən Kənan adlı əməkdaş ilə birgə gedib, Kənan orada həmişə onun yanında olmuşdur. Kənanla tanışlıqları təsadüfi olmuş, hər hansı düşmənçiliyi olmamışdır. Həmin səfər üçün İran səfirliyi Kənanla ona 200 manat yol xərci vermişdir. Hər ikisinin pulunu gedib o özü götürmüş, pulu siqaretə, yeməyə, taksiylə Astaraya getməyə xərcləmişlər. Əmir Eşqan adlı şəxsi tanımır. Murtuza Ərdəbilini haradan tanımasını dəqiq deyə bilmir, harada tanış olmasını xatırlamır. Murtuza molladır və Ayətullah Xomneyinin buradakı nümayəndəsi olmuşdur. Həmin şəxslə neçə dəfə görüşməsini xatırlamır, onunla heç bir məsləhətləşmə olmamış, onunla telefonda çox danışmış, şəriət mövzularında ümumi söhbətlər etmişlər. Zərərçəkmiş şəxs Murtuza Ərdəbili ilə görüşdüyünü istintaq zamanı müstəntiq Kənan Əliyevdən öyrənmişdir. Dəyanətlə onun söhbətindən xəbəri yoxdur, Dəyanətə hədə-qorxu gəlməmişdir. Ağstafada qalan Şahid3 sosial şəbəkə vasitəsilə tanımışdır. Bir dəfə Kərbəlaya, bir dəfə noyabrda ziyarətə, bir dəfə də konfransa olmaqla cəmi 3 dəfə İrana getmişdir. Əsgərlikdən qayıtdıqdan sonra İkram Rəhimov və digər dostlarının məhkəməsini işıqlandırmış, İranla bağlı isə heç nə işıqlandırmamışdır. Hakim Əlizadəni tanıyır, lakin necə tanış olmalarını xatırlamır. Hakim Türkiyədə işləyir, o vaxt Fətullah Gülənin şəbəkəsi onun telefon danışıqlarını izləmişdir. “Səhər” telekanalının nə təsisçisi, nə də əməkdaşıdır, həmin kanala müsahibə verib, 3-4 dəfə canlı verilişə bağlanmışdır. Hansısa məlumatı və ya məqaləni kimləsə razılaşdırmamış, ona yazı göndərmişlər , o da paylaşmışdır. Saytı, qaynar xətti var, sualları cavablandırıb. İranda heç kimlə əlaqə saxlamamış, İran dövlət qurumlarından heç kimlə, İran vətəndaşı olan şəxslərlə, İran dövlət qurumlarında işləyən şəxslərlə danışmamışdır. İslam inqilabının ildönümü ilə bağlı İran səfirliyinin Cavanşir adlı əməkdaşının dəvəti ilə başqa şəxslərlə birgə İrana getmək təklif edilmiş, sonra başqalarının olmayacağı, Kənan Rövşənoğlu ilə gedəcəkləri deyilmişdir. 100 manat yolxərcini Cavanşirdən almış, başqa heç bir məbləğ almamışdır, bununla bağlı heç bir sübut yoxdur. Hadi adlı şəxsin xüsusi xidmət orqanlarında işləməsi ilə bağlı heç bir məlumatı olmamışdır. Onda olan çoxsaylı nömrələr 2007-ci ilə aid siyahılardır, o nömrələrin çoxu indi işləmir. O siyahını “Hürriyyət” qəzetində işləyən vaxtı, müsahibələr götürmək məqsədilə əldə etmişdir. Arifəni 3-4 il əvvəldən tanımışdır. Şahid7 hərbi xidmətə getməmişdən qabaq ona zəng vurmuş, Masson lojasının üzvü olduğunu deyib əməkdaşlıq etməyi təklif etmiş, qeyri-ciddi insan təsiri bağışladığı üçün razılaşmamışdır. Hərbi xidmətdə olanda evdəkilər Şahid7 onun hüquqlarını müdafiə etmək istədiyini demiş, o da bunun lazım olmadığını bildirmişdir. Şahid3 onunla internetdən istifadə etmək üçün getdiyi çay evində tanış etmişlər. 1-ci qrup əlil, həm də hüquqşünas olduğunu demiş, sorğularına cavab verilmədiyini bildirərək kişiyə xas olmayan şəkildə ağlayıb yalvarmağa başlamış, o da məcbur olub ona vəsiqə vermişdir. Hərbi xidmətdə olarkən evə tapşırmışdır ki, dərhal ondan vəsiqəni geri alsınlar. O, Ağstafalı idi, onun saytı işlətməyə kömək etməyinə ehtiyac olmamış, həm də maddi resursları olmamışdır. Sübut Mehdiyevi bir dəfə İkram Həsənovun işi gedərkən Mirkənanın yanında görmüşdür. X72 Ramin vasitəsilə metronun “İçərşəhər” stansiyasının yaxınlığında görüşmüş, şikayətçi kimi onu dinləmişdir. Şahid10 bir dəfə İranda görmüş, Şahid11 İslam Partiyasının mətbuat xidmətinin rəhbəri kimi tanımış, bir dəfə “Gənc Fikir” qəzeti çıxararkən ondan müsahibə almış, bir dəfə də İranda konfransda görmüşdür. Şahid13 Kəbləğa oğlunu isə tanımır. 2007-2009-cu illərdə “Gənc Fikir” qəzetinin, eləcə də “Məsum” jurnalının buraxılması üçün X55 tərəfindən 300-500 manat və ya hər hansı vəsait ödənilməmiş, heç bir rəsmi, qeyri-rəsmi əlaqəsi olmamışdır. Onun müştehidlərin heç biri ilə əlaqəsi olmamışdır. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmə istintaqında elan edilərək tədqiq olunmuş ifadələrində, o cümlədən videoçəkilişlə aparılmış ifadəsində göstərmişdir ki, o, 2007-2009-cu illər ərzində X36 təşəbbüsü və maliyyə dəstəyi ilə “Gənc fikir”, 2009-2012-ci illər ərzində “Məsum” jurnalını təsis edərək buraxmış, həmin qəzetin hər sayının çapı üçün Mədəniyyət Mərkəzi tərəfindən ona 300-500 manat məbləğində pul ödənilmişdir. X37 maliyyə işlərinə “Sepah” və “Bəsic” əməkdaşı olmuş Xoşsiyar Eyyub tərəfindən rəhbərlik edilirmiş, sonuncu hazırda Tehran şəhərində yaşayır və “SEPAH” əməkdaşı kimi Mədəniyyət Mərkəzləri üzrə maliyyə idarəsinin rəisidir və onunla hər zaman normal münasibəti olmuşdur. O, 2012-ci ildə İran müşteyidlərinin maliyyə vəsaiti hesabına “ZUHR” televiziya kanalını təsis etmiş, həmin internet televiziyasının fəaliyyəti üçün Ayətullah Sistani, Ayətullah Həkimi və Məkarim Şirazinin ofisindən illik 3000-5000 (üç minbeş min) manat məbləğində maliyyə yardımı almışdır. İran İslam Respublikasının Bakı şəhərində yerləşən Mədəniyyət Mərkəzinin rəhbəri olmuş X130 ilə də normal münasibətləri olmuş və sonuncudan hər ay üçün 200-300 ABŞ dolları məbləğində pul vəsaiti almışdır. 2018-ci ilin fevral ayında İran İslam Respublikasının Bakıdakı səfirliyinin dəvəti ilə İran inqilabının ildönümü ilə əlaqədar Tehran şəhərində keçirilmiş konfransda iştirak etmiş, üç gün Tehran şəhərində qalmış, həmin səfər zamanı İran İslam Respublikasının xüsusi xidmət orqanı olan İran X22 Korpusu - “SEPAH”ın “Hadi” adlı əməkdaşı ilə tanış olmuş, sonuncu onu jurnalist kimi tanıdığı və fəaliyyətinə bələd olduğu üçün onunla yaxın əlaqə yaratmaqla ünsiyyət saxlamaq və verəcəyi tapşırıqları icra etmək istəyinə razılığını bildirmişdir. Tehran şəhərində olan görüşlərdə Hadi ondan Azərbaycan Respublikasındakı sosial-siyasi vəziyyət, dindarların vəziyyəti və şəraiti, habelə İsrail dövləti, Azərbaycan Parlamentinin deputatları barədə və sair mövzularla bağlı söhbətlər etmişdir. O, həmin mövzularla bağlı bildiyi məlumatları Hadiyə vermişdir. Hadi ilə olan növbəti görüşdə sonuncu ona “Sepah” tərəfindən maliyyələşən və birbaşa nəzarətində olan İran İslam Respublikasının Bakıdakı Mədəniyyət Mərkəzi ilə yenidən əlaqələri bərpa etməyi, İran İslam Respublikasının və İslam dinin təbliğatı məqsədilə mövzuları və məqalələri “Sepah” tərəfindən müəyyənləşdiriləcək yeni qəzet və jurnalların çap etməsini tapşırmış, qeyd olunan işləri görəcəyi təqdirdə yaxşı maliyyə vəsaitinin ayrılacağını, onun üçün istənilən şəraitin yaradılacağını bildirmişdir. O, Hadinin verdiyi tapşırıqları icra edəcəyinə razılığını bildirərək onun üçün nə qədər maliyyə vəsaitinin ayrılacağını soruşduqda, sonuncu ona növbəti görüşlərdə o barədə deyəcəyini söyləmişdir. Əlaqə saxlamaq üçün bir-birilərinə mobil telefon nömrələrini vermişlər. Hadi onunla olan görüşün və əlaqənin məxfi saxlanılmasını tapşırmışdır. Hadi ilə görüşdən sonra davranışları və danışığı ilə “Sepah” əməkdaşına bənzəyən Hüseyn adlı şəxs Hadinin tapşırığı ilə ona 100 manat pul verərək pulun alınmasına dair ondan yazılı qəbz almışdır. Səfərin sonuncu günü Tehran şəhərindən Astara rayonu istiqamətində yola düşəcək avtobusa mindikdə, o, Hadinin arxa oturacaqda əyləşdiyini görmüş, sonuncu başı ilə işarə verərək onu yanına dəvət etmiş, o, salonun arxa oturacağı tərəfə gedərək Hadinin yanında oturmuşdur. Avtobusda olan söhbət zamanı Hadi onun dediklərinə əməl edəcəyi və tapşırıqlarını yerinə yetirəcəyi təqdirdə ona lazımı maddi dəstəyi göstərəcəyini bildirməklə, onunla olan söhbətlərin və əlaqələrin məxfi saxlanılmasını bir daha ona tapşırmışdır. O, Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları barəsində sonuncuların zəvvarlardan pul yığması halları ilə bağlı hazırlayaraq açıq mətbuata verdiyi silsilə məqalələri İran xüsusi xidmət orqanı olan “Sepah”-a bağlı Bəsicin əməkdaşları Əmir və Eşkan adlı şəxslərin razılığı və məsləhətləri ilə hazırlamış, həmin məqaləni açıq mətbuata verdikdən sonra “Sepah”ın əməkdaşı olan Hadiyə məlumat verməklə həmin məqaləni “Teleqram” sosial şəbəkəsi vasitəsilə ilə ona göndərmişdir. xx xxxx 2019-cu il tarixdə yaşadığı ünvana keçirilmiş baxış zamanı digər əşya və sənədlərlə yanaşı aşkar edilərək götürülmüş üzərilərində Azərbaycan Respublikasının Silahlı Qüvvəllərində, hüquq-mühafizə orqanlarında və digər dövlət idarə və təşkilatlarda işləyən rəhbər şəxslərin və əməkdaşların ad və soyadları, eləcə də onların otaq və istifadələrində olan mobil telefon nömrələri barədə məlumatların əks olunduğu sənədlər ona 2007-ci ildə “Hürriyət” qəzetində işlədiyi vaxt müsahibələr almaq üçün istifadə məqsədilə redaksiyadan verilmişdir. Zərərçəkmiş şəxs bir bloqqer kimi, 2016-cı ildə Fikrət Fərəməzoğlunun barəsində olan cinayət işinə məhkəmədə baxıldığı vaxt tanımış, sonrakı vaxtlarda bilmişdir ki, Zərərçəkmiş şəxs onlar tərəfdə yaşayır, bir ərazidə yaşayan şəxs kimi də münasibəti normal olmuşdur. Onun 2012-ci ildə Bakı şəhərində keçiriləcək “Eurovizion-2012” mahnı müsabiqəsi, İsrail-Azərbaycan münasibətləri, “masson”ların respublikadakı fəaliyyəti və digər məsələlərlə bağlı topladığı məlumatları yazılı və elektron formada İran xüsusi xidmət orqanı “Sepah”la əlaqəli olan şəxsə - X13 ötürməsi halı ümumiyyətlə olmamışdır. İran Ali X11 Bakıdakı nümayəndəliyinin icraçı direktoru Mir X8 tanıyır, onunla nə vaxt, harada və hansı şəraitdə tanış olmağını xatırlamır. Mürtəzanı dini alim kimi tanımış, onunla münasibəti yalnız din sahəsində sualları yarandığı təqdirdə olmuşdur, yəni onunla münasibəti dini xarakterli olmuşdur. Mir X7 2019-cu ilin fevral ayının əvvəllərində Zərərçəkmiş şəxs və Şahid1 İranın xeyrinə məxfi əməkdaşlığa cəlb etmək üçün hərəkətlər etməsi, lakin sonuncular Mürtəzanın məxfi əməkdaşlıq təklifindən imtina etməsi barədə məlumatı yoxdur. Həmin dövrdə həqiqi hərbi xidmətdə olmuş, Mir X16 tərəfindən məxfi əməkdaşlığa cəlb edilməmişdir. ***-***-**-** saylı mobil telefon nömrəsi İranın Azərbaycandakı səfirliyinin mətbuat xidmətinin adını xatırlamadığı rəhbərinin nömrəsidir. Onunla 2017-ci ilin iyun ayında Ramazan ayında Qafqaz müsəlmanları İdarəsində təşkil olunmuş iftar süfrəsində tanış olmuş, İran səfirliyi tərəfindən təşkil olunaraq keçirilmiş dini tədbirlərdə təsadüfən görüşmüş, onunla “Whatsap” vasitəsilə əlaqə saxlamış və o səbəbdən də ***-***-**-** saylı telefon nömrəsini istifadəsindəki mobil telefonun yaddaşına “İran səfirliyi” qeydi kimi yazmışdır. Şahid9 “Yeni Musavat” qəzetinin müxbiri kimi tanıyır, onunla 2018-ci ilin fevral ayının 10-15 tarixlərində X63 39-cu ildönümü ilə bağlı Tehran şəhərində, daha sonra isə Qum və Məşhəd şəhərlərində olmuşlar. O, Hadini Şahid9 necə təqdim etməsini, hansı adla ona özünü təqdim etməsini bilmir. O, Hadini eyni adla tanıyır, sonuncunun fəaliyyətini isə bələdçi kimi bilir. Şahid9lə nəinki Tehran şəhərində, hətta Qum və Məşhəd şəhərlərindəki otellərdə bir yerdə və bir otaqda qalmışlar. 2018-ci ilin fevral ayının 10-15 tarixlərindəki səfərləri müddətində də Hadi onlarla, yəni Azərbaycandan gəlmiş nümayəndə heyəti ilə birlikdə olmuşdur. X64 şəhərinə, Məşhəddən Qum şəhərinə qatarla gələrkən də Hadi X63 39-cu ildönümü ilə bağlı İrana dəvət olunmuş Azərbaycan nümayəndə heyətinin yanında olmuşdur. Hadi onların əhvalları ilə, hansısa narahatçılığın və ehtiyaclarlarının olub-olmaması ilə bağlı maraqlanmışdır (cild 1, iş vərəqə 36-38, 56-58, 79-81; cild 2, iş vərəqə 17-19; cild 3, iş vərəqə 119-125, cild 5, iş vərəqə 162-167, 179- 183, 192-196, 211, 247-248). Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs göstərdi ki, o, 2017-2018-ci illər ərzində “Kanal 13” İnternet televiziyasında müxbir işləmiş, 2018-ci ildə “Azərbaycanreallığı.com” saytını təsis etmiş və həmin vaxtdan qeyd olunan saytın baş redaktorudur. “Facebook” sosial şəbəkəsində “Azərbaycanreallığı” səhifəsinin admini, yəni sahibidir və həmin səhifənin 171 mindən artıq sayda izləyicisi, 148 mindən çox isə bəyənəni vardır. O, Təqsirləndirilən şəxs 2015-ci ilin yay aylarından tanımışdır. Həmin ildə Neftçala rayonundakı evlərini satıb Bakı şəhərindəki yaşadıqları evi almışlar. Təqsirləndirilən şəxsla 2015-ci ilin yay aylarında metronun “Nəriman Nərimanov” stansiyasının yaxınlığındakı parkın içərisində “İstanbul” kafesində tanış olmuşdur. Təqsirləndirilən şəxsla onu tanış edən “Ulu yol” saytının təsisçisi, əslən Neftçala rayonundan olan Saday Fərəcov olmuşdur. Saday Fərəcov tanış etdikdən sonra onun Təqsirləndirilən şəxsla münasibəti yaranmış və sonuncuya Daş Karxanasında yaşadığını bildirmişdir. Təqsirləndirilən şəxs da həmin ərazidə yaşadığını söyləmiş və onlar əlaqə saxlamaq üçün bir-birinin nömrələrini götürmüşlər. Arabir də zəngləşmişlər, vaxtları olanda görüşüb birlikdə çayxanaya getmişlər. Bir sözlə, onun Təqsirləndirilən şəxsla münasibəti yaxşı olmuşdur. Tanış olduqdan sonra Təqsirləndirilən şəxs onu qiyabi olaraq tanıdığını, “Facebook”da çoxlu sayda izlənən və bəyənilən səhifənin admini (sahibi) olduğunu bildirmiş və ondan bir-iki məqaləsi olarsa səhifəsində yerləşdirmək üçün icazə istəmişdir. O da Təqsirləndirilən şəxs xahişinə etiraz etməmişdir. Lakin bir müddət sonra görmüşdür ki, Təqsirləndirilən şəxs tərəfindən yerləşdirilən məqalələrin sayı getdikcə artır, dediyi kimi bir-iki məqalə deyil. Ona görə də Təqsirləndirilən şəxs bir daha səhifəsinə məqalə yerləşdirməməsini xahiş etmiş, sonuncu da onunla razılaşmışdır. 2019-cu ilin iyun ayının ortalarında Təqsirləndirilən şəxs Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanıldığını və məhkəmənin qərarı ilə həbs olunduğunu, ona “Dövlətə xəyanət” maddəsi ilə rəsmi ittiham verildiyini eşitmişdir. O, bir məsələni və jurnalistlər arasında formalaşan bir fikri bildirmək istəmişdir ki, hər kəs Təqsirləndirilən şəxs İranın adamı olduğunu, İran tərəfindən çıxış etdiyini, İranı və oradakı rejimi təriflədiyini, İranın maraqlarına uyğun məqalələr yazdığını bilir. Təqsirləndirilən şəxsla münasibətinin kəskinləşməsi onun həqiqi hərbi xidmətdən gələndən sonrakı müddətə təsadüf etmişdir. Onun səhhətində ciddi problemləri var, ürək çatışmamazlığından əziyyət çəkir, maddi cəhətdən imkanı aşağı olduğu üçün ciddi şəkildə müalicəsi ilə məşğul ola bilmir və bunu ətrafındakı şəxslərin əksəriyyəti bilir. Azərbaycan İslam Partiyasının Qazax rayon komitəsinin sədri kimi tanıdığı Rəşad Ələkbərov da o barədə məlumatlı şəxslərdən biri olmuşdur. Rəşad Ələkbərov ona Bakı şəhərində fəaliyyət göstərən İranın Ali X11 Bakı şəhərindəki nümayəndəliyinə getməyini, orada nümayəndəliyin rəhbəri olan Ocaq Necatın müavini olan Mürtəza adlı iranlının yanına gedib onunla görüşməyini məsləhət görmüşdür. O isə Rəşad Ələkbərova Bakı şəhərində olan həmin yeri və şəxsi tanımadığını söyləmişdir. Rəşad Ələkbərovla görüşdə yazıçı Şahid1 da onunla birlikdə olmuşdur. Nəhayət qərara alınmışdır ki, Rəşad Ələkbərov onları Mürtəzanın yanına özü aparıb tanış edəcək. Təxminən 2019-cu ilin yanvar ayının sonu, fevral ayının əvvəllərində o, Rəşad Ələkbərov və Şahid1 Bakı şəhərində metronun “Gənclik” stansiyasının yaxınlığında fəaliyyət göstərən İran Ali X11 nümayəndəliyinə gəlmiş və orada Rəşad Ələkbərovun vasitəsilə o və Şahid1 Mürtəza adlı iranlı ilə tanış olmuşlar. Rəşad Ələkbərov onları təqdim edərkən Mürtəzaya “bunlar jurnalistlərdir, gətirmişəm Sizinlə tanış etməyə, gələcəkdə Sizə lazım olar” ifadələrini işlətmişdir. Mürtəza heç bir söz deməmiş, lakin onlar Mürtəzanın onları gözlədiyini hiss etmişlər. Görüş təxminən 30-40 dəqiqə çəkmişdir. Həmin görüşdə o və Şahid1 onu müşahidə etmişlər ki, Mürtəza onların haqqında kifayət qədər məlumata malikdir. Çünki şəxsən onun barəsində bildirmişdir ki, “səni tanıyıram, sən “Nardaran hadisələri” ilə bağlı həbs olunanları və digər “siyasi məhbusları” saytında işıqlandırırsan, onları diqqətdə saxlayırsan”. Mürtəza söhbətlərində Azərbaycanda bəzi dairələrin İran əleyhinə olduğunu və bunun səbəbinin köklü şəkildə araşdırılmasına ehtiyac olduğunu söyləmişdir. Daha sonra Mürtəza İranda yaşayan ayrı-ayrı müşteyidlərin Azərbaycana göstərdikləri maddi yardımlardan söz açmış və müşteyidlərin tərəfini saxlayan mövzularda söhbətlər etmişdir. Təxminən yarım saatdan sonra Rəşad Ələkbərov ona gözlə işarə etmişdir ki, gedək. Onlar sağollaşıb Mürtəza ilə görüşdən çıxmışlar. Çıxmamışdan əvvəl isə X38 da onun yanına gələ biləcəklərini söyləmişdir. Çıxan kimi Rəşad Ələkbərov ona irad tutmuşdur ki, onun ağzından spirtli içki iyi gəlir və o, istəmir ki, Mürtəza bilsin ki, o spirtli içki içən şəxsdir. Həqiqətən də bir gün əvvəl o, Şahid1la araq içmişdir. Şahid1 ağ ciyər xəstəliyindən əziyyət çəkmiş və onun da müayinə və müalicəyə ehtiyacı olmuşdur. Şahid1 həkim yanına getmək, müalicə olunmaq istəmiş, lakin maddi imkanı aşağı olduğu üçün bunu edə bilməmişdir. Bir neçə gündən sonra X104 Ələkbərovun telefon danışığı zamanı sonuncu Mürtəzanın telefon nömrəsini Şahid1 vermişdir ki, özləri əlaqə saxlasınlar. Şahid1 Mürtəzaya zəng etdikdə sonuncu onları yanına, birinci getdikləri yerə dəvət etmişdir. Bundan sonra o və Şahid1 Bakı şəhərində metronun “Gənclik” stansiyasının yaxınlığında fəaliyyət göstərən İran Ali X11 nümayəndəliyinə gedərək orada Mürtəza ilə görüşmüşlər. Həmin görüş 2019-cu ilin fevral ayının təxminən ya 8-i, ya da ki, 9-u tarixində olmuşdur. Çünki həmin görüşdən iki-üç gün sonra, yəni fevral ayının 12-də o, Şahid1 və X73 getmişlər. Mürtəza ilə həmin görüşləri təxminən bir saat çəkmişdir. Görüş zamanı Mürtəza, Şahid1 və ondan başqa heç kim olmamışdır. Mürtəza söhbətini dini dövlətlərin yaranması, hazırda dini dövlət olan ölkələrdən danışmağa başlamış, Azərbaycanın da dini dövlət olmasına münasibətlərini öyrənmək üçün onlara suallar vermiş, “Azərbaycan dini dövlət olarsa bunun nəyi pisdir ki?” deyə bildirmişdir. Mürtəza Azərbaycan dövlətinin dinlə bağlı siyasətini pisləmiş, dövlətin dindarlara qarşı kəskin mövqedə olduğunu bildirmişdir. Əsasən “KQB” deyə adlandırdığı Dövlət Təhlükəsizliyi Xidmətindən narazılığını ifadə etmişdir. Mürtəza görüşdə “KQB bizim uşaqları çox incidir, İranın xeyrinə, islami təbliğatla bağlı yazı yazanlara qarşı sərt davranır” ifadələrini işlətmişdir. Mürtəza həmin görüşdə Azərbaycanın Silahlı Qüvvələri ilə bağlı və hərbi hissələri ilə bağlı da məqamları diqqətə çəkərək söyləmişdir ki, Azərbaycanın hərbi sahədə gücü zəifdir. Misal olaraq, 2016-cı ilin aprel ayındakı döyüşləri önə çəkərək “gördünüz Azərbaycan ordusu məğlubiyyətlə üzləşmişdir” deyə bildirmişdir. Həmin an o və Şahid1 Mürtəzanın qeyd etdiyi fikirlə razılaşmamış və ona etirazlarını bildirmiş, Mürtəza isə “bir qədər səmimi olun” demişdir. Mürtəza onun və Şahid1 müayinə və müalicəsi ilə bağlı lazımi köməklik göstərəcəyini söyləyərək paketin içərisində ona 150 manat, Şahid1 isə 50 manat və bir ədəd Bakı şəhərindəki İran klinikasında müayinə və müalicədən pulsuz keçmək üçün kart vermişdir. Şahid1 demişdir ki, verdiyi kartı həmin klinikada göstərsin və onun üçün bütün xidmətlər pulsuz olacaqdır. Onlar pulu alarkən Mürtəzanın əyləşdiyi masanın üzərindəki noutbuk kompüteri vasitəsilə fotoşəkillərinin çəkildiyini görmüşlər, lakin orada heç nə deməmişlər. Mürtəza onunla əməkdaşlıqlarının mahiyyətini də onlara açıqlamış, onlara tapşırıq vermişdir ki, Azərbaycanda gedən proseslərlə bağlı material hazırlasınlar, hərbi hissələrlə bağlı çəkilişlər etsinlər, yaxud da A4 formatlı kağızlarda yazılar yazaraq ona təqdim etsinlər, özü razılıq verərsə onlar həmin materialı saytında yayımlasınlar. Mürtəza hətta demişdir ki, elə bir yazılar olacaqdır ki, özü həmin məqalələri verəcək və o da həmin məqalələri saytında yerləşdirəcəkdir. Həmin yerdə Təqsirləndirilən şəxs Mürtəza ilə görüşə gəlib-gəlməməsini öyrənmək, Təqsirləndirilən şəxs haqqında İranın adamı olması ilə bağlı fikirlərə özü üçün aydınlıq gətirmək məqsədilə Mürtəzadan Təqsirləndirilən şəxs onun yanına gəlib-gəlməməsini soruşmuşdur. Mürtəza da Təqsirləndirilən şəxs çoxdandır ki, yaxşı tanıdığını, onu jurnalist fəaliyyəti ilə məşğul olan, iki saytın rəhbəri kimi tanıdığını və münasibətlərinin yaxşı olduğunu ona söyləmişdir. Mürtəza “Polad İranın leyhinə yazılar yazdığı üçün KQB onu əsgərliyə göndərdi” ifadəsini işlətmişdir. Mürtəza Təqsirləndirilən şəxs da onun yanına gəlib-getdiyini bildirmişdir. O və Şahid1 başa düşmüşlər ki, Mürtəzanın Təqsirləndirilən şəxsla münasibətləri yaxşıdır. Görüşlərinin sonunda Mürtəza növbəti dəfə onun yanına gəlmələrini deyərək, geniş formada tapşırıqlarını məhz həmin görüşdə verəcəyini və həmin görüşdə həmçinin pul da verəcəyini onlara bildirmişdir. O və Şahid1 Mürtəzanın yanından çıxdıqdan sonra həmin işin təhlükəli olduğunu, Mürtəzanın onları məxfi əməkdaşlığa cəlb etmək istədyini başa düşərək çox qorxmuşlar. Daha sonra onlar Mürtəzanın telefon nömrələrini blok etmişlər və bir daha onunla əlaqə saxlamamışlar. Təqsirləndirilən şəxs həqiqi hərbi xidmətdən qayıtdıqdan sonra 2019-cu ilin may ayında ona zəng edərək onunla görüşmək istəyini israrla bildirmişdir. O, Təqsirləndirilən şəxs danışığındakı səsin tonunda ona qarşı aqressiyanı hiss etmiş, hətta Təqsirləndirilən şəxs bunun səbəbini də soruşmuşdur. Lakin Təqsirləndirilən şəxs ona telefon söhbəti olmadığını, görüşüb üzbəüz danışmağın lazım olduğunu bildirmişdir. O, həyacanlanaraq “ikidən bir Təqsirləndirilən şəxs onunla elə tonda danışmamışdır, niyə onunla belə danışır?” deyə düşünmüşdür. O, görüşə razılığını vermiş və Təqsirləndirilən şəxsla metronun “Nəriman Nərimanov” stansiyasının yaxınlığındakı parkda fəaliyyət göstərən “İstanbul” kafesində görüşmüşlər. Həmin görüşdə o, Təqsirləndirilən şəxsla tək görüşəcəkmiş, lakin Təqsirləndirilən şəxsla kafeyə daxil olduqda tanışları Rüfət Hacıbəyli və Şahid2 artıq kafedə əyləşdiklərini görmüşlər və sonuncuların təklifi ilə onların yanında əyləşmişlər. Bir qədər ümumi söhbətdən sonra o, Təqsirləndirilən şəxs telefon danışığı zamanı ona qarşı olan aqressiyanın səbəbini soruşduqda sonuncu birdən “açılmışdır”, əsəbi tonda irad və etiraz formasında ona “Mürtəza ağanın yanına gedib-gəlmisən, tapşırıq almısan, pul almısan, niyə həmin tapşırıqları icra eləmirsən, Mürtəzaya atırsan?” deyə bildirmişdir. Həmin vaxt o, Təqsirləndirilən şəxs dediklərinə əsasən artıq başa düşmüşdür ki, hərbi xidmətdən qayıtdıqdan sonra Təqsirləndirilən şəxs onu məxfi əməkdaşlığa cəlb etmək istəyən Mürtəza ilə görüşü olmuş və sonuncu onunla görüşü zamanı bütün olanları Təqsirləndirilən şəxs danışmışdır. Söhbətin nədən getdiyini bildikdən sonra o, Təqsirləndirilən şəxs sərt şəkildə cavab vermişdir ki, Mürtəza onu cinayət törətməyə, dövlətə qarşı cinayət törətməyə sürükləyir, Mürtəzanın dediklərini həyatı boyu edə bilməz və etməyəcək. Həmin cavablarından sonra Təqsirləndirilən şəxs onunla hədə tonunda danışmağa başlayaraq “Bilmirsən və qorxmursan ki, sənin fətvanı İrandan verərlər? Elə eləmə ki, səni də Rafiq Tağı kimi qətlə yetirsinlər, qətli törədəni də tapa bilməsinlər” deyə bildirmişdir. O bir daha şərt şəkildə Təqsirləndirilən şəxs “Mürtəza məni və Elşadı həkim müayinəsi və müalicəsi adı altında məxfi əməkdaşlığa cəlb etmək istəyir, bizi ələ almaq istəyir, biz də bunu etmək istəmirik, əgər edəriksə bu dövlətə xəyanətdir” demişdir. Təqsirləndirilən şəxs isə “mən Mürtəza ilə görüşürəm də, oradan pul da alıram, hazırladığım məqalələri də Mürtəza ilə razılaşdırıram, Mürtəzanın təqdim etdiyi qəbzə də qol çəkib pul alıram, burda nə var ki, nə təhlükəli bir iş var” deyərək Mürtəza ilə münasibətlərinin yaxşı səviyyədə olduğunu bildirmişdir. Söhbətin həmin yerində Cavid müdaxilə edərək Təqsirləndirilən şəxs “əgər sən orada qəbzə qol çəkib pul alırsansa deməli sən xəyanət edirsən” demiş, Təqsirləndirilən şəxs isə “xəyanət edirəmsə onda niyə məni tutmurlar?” deyə cavab vermişdir. O, bir tərəfdən Təqsirləndirilən şəxs cavabını versə də, digər tərəfdən Təqsirləndirilən şəxs onu Mürtəzanın tapşırıqlarını icra etməyəcəyi təqdirdə jurnalist Rafiq Tağı kimi Bakı şəhərində qətlə yetiriləcəyi ilə hədələməsindən sonra içərisində bərk narahat olmuşdur. Onsuz da uzun müddətdir ki, ürək çatışmazlığından əziyyət çəkmiş, Təqsirləndirilən şəxs hədə dolu sözlərindən sonra isə ürəyindəki ağrılar daha da şiddətlənmişdir. Səhhətinin pisləşdiyini demədən Təqsirləndirilən şəxs ünvanına söyüş söyüb oradan çıxıb getmişdir. Sonrakı günlərdə sakit başla oturub Təqsirləndirilən şəxs hədəsini özü üçün təhlil edərək bəlkə doğurdan da onu İran tərəfinin verdiyi fətva əsasında kiminsə öldürəcəyini fikirləşmiş, digər tərəfdən də bunu etməyəcəklərini düşünmüşdür. Beyinində dolaşan həmin fikirləri ona rahatlıq verməmişdir. Təqsirləndirilən şəxs onu hədələməsindən sonrakı vaxtda o, ürəyində yaranmış ciddi problemlərlə əlaqədar müayinə və müalicə məqsədilə Bakı şəhərində M.A.Topçubaşov adına X43, “VİP Milana hospital”ına, Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasına və digər səhiyyə ocaqlarına getmişdir. Təqsirləndirilən şəxs İran xüsusi xidmət orqanı nümayəndələri tərəfindən məxfi əməkdaşlığa cəlb edilməsi barədə dəqiq bir məlumatı olmamışdır. Lakin bütün mətbuat işçiləri Təqsirləndirilən şəxs İranın Azərbaycandakı səfirliyi, Bakı şəhərindəki X55, X122 Bakıdakı nümayəndəliyi ilə sıx əlaqələrinin olduğunu bilmişdir. Təqsirləndirilən şəxs hamı İranın adamı kimi tanımış və bunu onun üzünə də demişlər. Hazırda Poladı bağışlamış və barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Ona görə də yekun qərar qəbul edilərkən onun bu mövqeyinin nəzərə alınmasını xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 göstərdi ki, o, həm yazıçı, həm də ki, şairdir, 1 hekayə və 4 şer kitabının müəllifidir, Şahid1 adı ilə yazıb yaradır. İran İslam Respublikası ilə heç bir əlaqəsi yoxdur. Bütün qohum-əqrabası və tanışları bilir ki, təxminən 2011-ci ildən ağ ciyər xəstəliyindən əziyyət çəkir. Tanışı Zərərçəkmiş şəxs də ciddi şəkildə ürək çatışmamazlığından əziyyət çəkir. Hər ikisi maddi cəhətdən imkanları aşağı olduğu üçün lazımi şəkildə müayinə və müalicə oluna bilməmişlər. Düşdükləri ağır maddi vəziyyət barədə ətraflarındakı dost-tanışları da bilmişlər. Belə vəziyyətdə olmalarından məlumatlı olan şəxslərdən biri də Azərbaycan İslam Partiyasının Qazax rayon komitəsinin sədri kimi tanıdığı Rəşad Ələkbərov olmuşdur. Rəşadla təxminən iki il əvvəl Bakı şəhərində Zərərçəkmiş şəxs vasitəsilə “Delikates” kafesində tanış olmuş, münasibəti yaranmış və arada bir zəngləşib danışmışlar. Növbəti görüşlərinin birində Rəşad Ələkbərov ona və X99 X11 Bakı şəhərindəki nümayəndəliyinə gedib orada nümayəndəliyin rəhbəri olan Ocaq Necatın müavini olan Mürtəza adlı iranlı ilə görüşmələrini məsləhət görmüşdür. Onlar həmin yeri və Mürtəza adlı şəxsi tanımadıqlarını dedikdə Rəşad onları Mürtəza ilə görüşə özünün aparıb tanış edəcəyinə söz vermişdir. 2019-cu ilin fevral ayının əvvəllərində Rəşad onu və Dəyanəti Bakı şəhərində metronun “Gənclik” stansiyasının yaxınlığında fəaliyyət göstərən İran Ali X11 nümayəndəliyinə apararaq orada nüfuzlu dövlət adamına oxşayan, İran dövləti adından danışan Mürtəza adlı bir şəxslə görüşdürmüşdür. Getdikləri yerin rəhbəri X130, Mürtəza isə onun müavini olmuşdur. Rəşad Ələkbərov onları Mürtəzaya jurnalist kimi təqdim edərək gələcəkdə lazımlı şəxslər olduqlarını bildirmişdir. Mürtəzanın onları qarşılamasından hiss etmişlər ki, Rəşad Ələkbərov onların gəlişləri ilə bağlı əvvəlcədən Mürtəza ilə danışaraq razılaşmışdır. Təxminən yarım saat çəkən həmin görüşdə o, müşahidə etmişdir ki, Mürtəza kifayət qədər səlahiyyətli şəxsə oxşayır. Mürtəza ona müraciət edib yazıçı və şair olduğunu bildiyini demişdir. Zərərçəkmiş şəxs barədə də bildirmişdir ki, “səni tanıyıram, sən “Nardaran hadisələri” ilə bağlı həbs olunanları və digər siyasi məhbusları saytında işıqlandırırsan, onları diqqətdə saxlayırsan”. Mürtəza İranda yaşayan ayrı-ayrı müşteyidlərin Azərbaycana göstərdikləri köməkdən, maddi yardımlardan danışmış, müşteyidləri təbliğ edən söhbətlər aparmışdır. Təxminən yarım saatdan sonra Rəşad Ələkbərov onlara çıxıb getmələri barədə gözlə işarə vermişdir. Sağollaşıb çıxarkən Mürtəza onlara Rəşad Ələkbərovsuz da onun yanına gələ biləcəklərini demişdir. Çıxan kimi Rəşad ağızlarından spirtli içki iyi gəldiyi üçün onlara iradını bildirmiş, Mürtəzanın onların spirtli içki içən şəxslər olmalarını bilməsini istəmədiyini demişdir. Həqiqətən də bu görüşdən bir gün əvvəl Dəyanətlə araq içmişlər. Bu görüşdən bir neçə gün sonra o, Dəyanətlə birlikdə yenidən Mürtəza ilə görüşə getmişlər. Mürtəza ilə görüşməkdə məqsədləri yalnız pul qoparmaq olmuş, başqa heç bir niyyətləri olmamışdır. 2019-cu ilin fevral ayının təxminən 8-də, ya da 9-da Mürtəza ilə eyni məkanda görüşmüşlər. Təxminən bir saat çəkən görüş zamanı otaqda Mürtəza, Dəyanət və ondan başqa heç kim olmamışdır. Mürtəza Azərbaycan hökumətinin dinlə bağlı siyasətini pisləmiş, “KQB” adlandırdığı Dövlət Təhlükəsizliyi Xidmətinin fəaliyyətindən narazılığını ifadə etmiş, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən İslamın və İranın xeyrinə yazan, təbliğ edən şəxslərə qarşı sərt tədbirlər gördüyünü demiş, Azərbaycan Ordusu ilə bağlı da söhbət salaraq Azərbaycanın hərbi sahədə zəif olduğunu bildirmiş, 2016-cı ilin aprel döyüşlərini misal çəkərək Azərbaycan ordusunun məğlubiyyətlə üzləşdiyini dediklərinin sübutu kimi vurğulamışdır. Bu hissədə o və Dəyanət Mürtəzanın fikri ilə razılaşmamışlar. Mürtəza onların ikisinin də müayinə və müalicəsi ilə bağlı lazımi köməklik göstərəcəyini deyib yanındakı rəfdən iki kağız paket çıxardaraq birini ona, digərini isə Dəyanətə vermişdir. Sonradan bilmişdir ki, Dəyanətə verilən paketin içərisində 150 manat pul, ona verilən paketin içərisində isə 50 manat pul var. Kağız paketdən əlavə ona Bakı şəhərindəki İran klinikasında müayinə və müalicədən pulsuz keçmək üçün bir ədəd kart da verib demişdir ki, həmin kartı dediyi klinikada göstərəcəyi halda onun üçün bütün xidmətlər pulsuz olacaqdır. Onlar pulu alarkən Mürtəzanın əyləşdiyi masanın üzərindəki noutbuk kompüteri vasitəsilə fotoşəkillərinin çəkildiyini görmüşlər, lakin orada heç nə deməmişlər. Mürtəza onlara birgə əməkdaşlıqlarının mahiyyətini də açıqlayıb onlara demişdir ki, Azərbaycanda gedən proseslərlə bağlı material hazırlasınlar, hərbi hissələrlə bağlı çəkilişlər etsinlər, yaxud da A4 formatlı kağızlarda yazılar yazıb ona təqdim etsinlər, o özü baxandan sonra razılığını verərsə onlar həmin materialları saytda yayımlasınlar. Mürtəza hətta demişdir ki, elə məqalələr olacaqdır ki, özü həmin yazıları onlara verəcək və onlar da həmin məqalələri saytda yerləşdirəcəklər. Həmin görüşdə Zərərçəkmiş şəxs Mürtəzadan Təqsirləndirilən şəxs onun yanına gəlib-gəlməməsi ilə maraqlanmış, Mürtəza da Poladı bir jurnalist kimi, iki sayt rəhbəri kimi çoxdandır ki, yaxşı tanıdığını və münasibətlərinin yaxşı olduğunu bildirmiş, Təqsirləndirilən şəxs onların, yəni İranın maraqlarına uyğun məqalələr yazdığı üçün KQB tərəfindən hərbi xidmətə göndərildiyini də söyləmişdir. Təqsirləndirilən şəxs da onun yanına gəlib-getdiyini bildirən Mürtəzanın Təqsirləndirilən şəxsla münasibətlərinin yaxşı olduğunu başa düşmüşlər. Görüşlərinin sonunda Mürtəza növbəti dəfə onun yanına gəlmələrini tapşırmış, daha ətraflı tapşırıqlarını və əlavə pul vəsaitini də məhz növbəti görüşdə verəcəyini bildirmişdir. O və Dəyanət Mürtəzanın yanından çıxdıqdan sonra bu işin təhlükəli olduğunu, Mürtəzanın onları faktiki məxfi əməkdaşlığa cəlb etmək istədyini başa düşmüşlər. Öz aralarında danışıb hər ikisi bu məsələdən çox qorxmuş, Mürtəzanın telefon nömrəsini blok etmiş və bir daha onunla əlaqə saxlamamışlar. Aldıqları pulları isə şəxsi ehtiyaclarına xərcləmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 göstərdi ki, o, Təqsirləndirilən şəxs ilə hazırda Ukraynada yaşayan Ağaşirin adlı şəxs vasitəsilə 2015-ci ildə tanış olmuşdur. Sonradan Poladı bir dəfə də sonuncunun tutulmasından təxminən 3-4 ay əvvəl Zərərçəkmiş şəxslə birlikdə olarkən görmüşdür. Uzun illər əvvəl hazırda xatırlamadığı məclislərin birində tanış olduğu Dəyanəti isə təxminən 9 ildir ki, tanıyır. Dəyanətlə münasibətləri çox yaxşı olmuş, nə vaxtsa münasibətlərinin pozulmasına səbəb ola biləcək bir hal baş verməmişdir. Eyni zamanda, Dəyanətin özünün də Təqsirləndirilən şəxsla normal münasibətlərinin olduğunu bilmişdir. 2019-cu ilin may ayında günorta saatlarında dostu Rüfət Hacıbəyli ilə əvvəlcədən danışıb çay içib söhbətləşmək üçün “İstanbul” kafesində görüşmüşlər. Sifarişi əsasında ofisiant çayı masaya gətirdiyi anda yolun kənarında Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs də onların olduğu kafeyə tərəf gəldiklərini görmüş, əli ilə işarə edib yanlarına gəlmələrini təklif etmişdir. Dəyanət də işarə ilə bildirmişdir ki, onsuz da həmin kafeyə gəlirlər. Sonradan bilmişdir ki, Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs özlərinin görüşlərini əvvəlcədən razılaşdırmışlar. Onun təklifi ilə Polad və Dəyanət onların masasında əyləşmişlər. Polad onun sol tərəfində, Dəyanət isə üzbəüz əyləşmişdir. Kafedə həmin vaxt musiqi qoyulmamış, heç bir səs-küy olmamışdır. Yəni, masadakı bütün söhbətləri onların hər biri aydın eşitmişdir. Onun xahişi ilə ofisiant əlavə iki stəkan gətirmişdir. Bir qədər ümumi söhbətlərdən sonra Poladla Dəyanətin sözləri çəp gəlmiş və mübahisələri yaranmışdır. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs Mürtəza adlı iranlının yanına getdiyini, oradan pul və tapşırıq pul aldığını, amma bunun müqabilində heç bir iş görmədiyini deyib Dəyanətə iradını bildirmiş, bu sözlərdən sonra Dəyanət daha da əsəbiləşmişdir. Təqsirləndirilən şəxs daha sonra Dəyanətə demişdir ki, “Bilmirsən və qorxmursan ki, sənin fətvanı verərlər? Elə eləmə ki, səni də Rafiq Tağı kimi qətlə yetirsinlər”. Polad Mürtəza adlı şəxsi tanıdığı üçün Dəyanətə elə bir sözlər dediyini söyləmişdir. Dəyanət də Polada “sənin tanıdığın həmin Mürtəza Şahid1la onu həkim müayinəsi və müalicəsi adı altında məxfi əməkdaşlığa cəlb etmək istəyir, onları ələ almaq istəyir, onlar da bu işi etmək istəmirlər, çünki Mürtəzanın tapşırıqlarını icra edərlərsə dövlətə xəyanət cinayətini etmiş olarlar” deyə cavab vermişdir. Təqsirləndirilən şəxs Mürtəza ilə özünün görüşdüyünü, onlardan tapşırıq aldığını və icra etdiyini, onların tapşırıqları əsasında məqalələr yazdığını, oradan pul vəsaitini aldığını, Mürtəza ilə görüşə adam apardığını etiraf edərək bu işdə heç bir təhlükəli məsələ olmadığını bildirmiş, “burada nə var ki? mən də arada bir oradan pul almışam, elə olub ki, 150 manat, elə də olub ki, 300 manat pul almışam. İranlıların pulu bərəkətli olur, əgər cinayətdirsə hüquqmühafizə orqanları niyə məni tutmurlar?” deyə qeyd etmişdir. Polad oradan pul alarkən ona təqdim edilən boş kağıza soyadı, adı və atasının adını və aldığı məbləğin rəqəmini yazaraq bu barədə imza etdiyini də etiraf etmişdir. Polad iranlılarla həm də “Samsung” mağazası tərəfdə görüşdüyünü bildirmişdir. Poladın bütün bu dedikləri onu da özündən çıxartmış, Polada “əgər sən orada qəbzə qol çəkib pul alırsansa deməli sən xəyanət edirsən, boş kağıza necə qol çəkirsən?” deyə bildirmişdir. Polad isə bir daha bildirmişdir ki, xəyanət edirsə niyə onu tutmurlar? Rüfət Hacıbəyli də onun və Dəyanətin dediklərini dəstəkləmişdir. Dəyanət əsəbi halda Poladın ünvanına söyüş söyüb kafedən çıxıb getmişdir. Dəyanət çıxandan təxminən 2-3 dəqiqə sonra Polad, o və Rüfət də kafedən çıxıb dağılışıb getmişlər. Sonradan Təqsirləndirilən şəxsla heç bir əlaqə saxlamamış və görüşməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 göstərdi ki, o, 2007-2012-ci illər ərzində Azərbaycan İslam Partiyasının Ağstafa rayon komitəsinin üzvü olmuş, amma bir üzv kimi heç bir fəaliyyət göstərməmişdir. Sonradan İslam partiyasının İran dövlətinin kəşfiyyat orqanları tərəfindən maliyyələşməsi barədə məlumatlar eşitmiş, partiya daxilində də rayon komitələrinə aylıq paylanılan pulların və digər xərclərin İran tərəfindən maliyyələşdirildiyini bilmişlər. Bütün bu səbəblərə görə orada qalmağı özünə rəva bilməmiş və 2012-ci ildə APA informasiya agentliyi vasitəsilə Azərbaycan İslam partiyasından çıxdığını rəsmən elan edib oradan uzaqlaşmışdır. Qazaxlı şiə dindar kimi, Ağstafa şəhər məscidinə gəlib-gedən şəxs kimi 2008-2009-cu illərdən tanıdığı və münasibətinin normal olduğu Şahid4 onun vasitəsilə Təqsirləndirilən şəxs qiyabi olaraq tanımış, sonradan bilmişdir ki, onlar Bakı şəhərində görüşüblər və bir-biriləri ilə əlaqə saxlayırlar. Təqsirləndirilən şəxs ilə bilavasitə təxminən 2015-ci ildə Bakı şəhərində metronun “Nəriman Nərimanov” stansiyasının yaxınlığında yerləşən, Xıdır adlı, əslən Qərbi Azərbaycandan olan həmyerlisinin işlətdiyi “Qardaşlar” çayxanasında tanış olmuşdur. Çayxanada olduğu vaxt qonşu masada iki-üç nəfərin, o cümlədən sonradan tanıdığı Təqsirləndirilən şəxs siyasi mövzuda söhbətlər etdiyinin şahidi olmuş, özü də həmin söhbətə qatılmış və orada Poladla tanış olmuşdur. Tanışlıqdan sonra bilmişdir ki, Təqsirləndirilən şəxs “Xeberman.com” saytının təsisçisi və baş redaktorudur. Bir-birilərinə telefon nömrələrini vermiş, arabir zəngləşib görüşmüşlər. Hətta Polad ona həmin saytın müxbiri olmasını təsdiq edən vəsiqə də vermişdir. Belə ki, Polad “əşşi, onsuz da bu vəsiqəni beş manatdan paylayıram, sən də bir beş manat verərsən, sənə də bir vəsiqə verərəm, şellənərsən” demiş, o da Polada 5 manat verib vəsiqə almışdır. Amma həmin vəsiqədən heç vaxt istifadə etməmiş, qeyd olunan sayt üçün, yaxud saytın adından heç bir fəaliyyət göstərməmişdir. Bir il müddətinə verilmiş həmin vəsiqəni müddəti keçdikdən sonra cırıb tullamışdır. Polad növbəti dəfə də ona vəsiqə təklif etmiş, amma o, imtina edərək daha vəsiqə almamışdır. 2017-ci ilin təxminən yaz-yay aylarında Bakı şəhərində “Montin” tərəfdəki çayxanaların birində Təqsirləndirilən şəxsla görüşmüşdür. Çay süfrəsi arxasında Polad ona “mən bunlara bu qədər canfəşanlıq edirəm, bu qədər bunların işlərini görürəm, dedikləri və istədikləri formada məqalələr yazıram, jurnallar buraxıram, bunların mənə verdiyi pula bax, 1000 manat, 2000 manat, 3000 manat” deyə bildirmişdir. Söhbətin nədən və kimdən getdiyini Poladdan soruşduqda, sonuncu iranlıları, İranın Azərbaycandakı diplomatik nümayandəliklərdə çalışan şəxsləri nəzərdə tutduğunu bildirmişdir. Təqsirləndirilən şəxs İranın Azərbaycandakı səfirliyi ilə sıx əlaqələrinin olduğunu, səfirliyin mətbuat xidmətinin rəhbərləri və işçiləri ilə yaxşı münasibətlərinin olduğunu, İran səfirliyinin təşkil etdiyi bütün tədbirləri rəhbərlik etdiyi saytda işıqlandırdığını, oradan aylıq pul aldığını, daha sonra İran Ali X11 Bakı şəhərindəki nümayəndəliyinin rəhbəri X130 və onun müavini Mürtəza ağa ilə sıx əlaqələrinin olduğunu, oraya gedib həmin şəxslərlə görüşdüyünü, onların maliyyə dəstəyi ilə qəzet və jurnallar çıxartdığını da ona danışmışdır. Amma buna qədər də o, şəxsən Təqsirləndirilən şəxs haqqında onun iranlılalara işləməsi barədə gəzən söz-söhbətləri dəfələrlə eşitmişdir. Amma Təqsirləndirilən şəxs özünün bu məsələni birbaşa açıqlayıb etiraf etməsindən sonra deyilənlərin həqiqət olduğuna əmin olmuşdur. Təqsirləndirilən şəxs özü ona etiraf etmişdir ki, onun nəşr etdiyi jurnal əslində Ocaq Necata məxsus olmuş, jurnal bütünlüklə iranlıların sifarişi və maliyyə dəstəyi ilə çap edilmişdir. Ümumiyyətlə, tanışlıqlarından müəyyən vaxt keçəndən sonra Təqsirləndirilən şəxs xaraktercə olduqca özündən razı, lovğa-lovğa danışan birisi olduğunu görmüşdür. Polad hərbi xidmətə getməmişdən əvvəl də Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları barədə sərt yazı yazdığını hər yerdə bayraq edib danışmış, dəfələrlə “gördüz, mən Azərbaycanın kəşfiyyat orqanını necə susdurdum” deyə bildirmişdir. Həmin vaxtlar Təqsirləndirilən şəxs niyə elə etdiyini və həmin yazının sifarişçisinin kim olduğunu soruşmuş, Təqsirləndirilən şəxs da şəxsən ona həmin yazını canfəşanlıq etdiyi İran tərəfinin sifarişi ilə yazdığını etiraf etmişdir. O, Poladın həmin fikrini sərt qarşılamış və böyük səhvə yol verdiyini bildirmişdir. O, Təqsirləndirilən şəxs hərbi xidmətdə olduğu müddətdə tanışı Hacı Raminlə əlaqə saxlamış və sonuncu təklif etmişdir ki, bəlkə Təqsirləndirilən şəxs yanına Naxçıvana getsinlər. O da pulunun olmadığını, əgər biletini alarsa gedə biləcəyini Hacı Raminə demişdir. Hacı Ramin də razılığını bildirmiş və ondan xahiş etmişdir ki, Poladın arvadı Gülmira ilə əlaqə saxlayaraq sonuncudan onun hansı hərbi hissədə olduğunu dəqiqləşdirsin. O da Şahid17 ilə əlaqə saxlamış və niyyətlərini ona demişdir. Şahid17 sanki müstəntiq kimi onu sorğu-suala tutaraq “Poladın yanına niyə, kiminlə, nəyə görə gedirsən, kim deyib?” və sair kimi suallar verməyə başlamışdır. Bir sualın cavabını verməmiş Gülmira digər suallar ünvanlamışdır. Gülmiranın bu münasibətinə mat-məətəl qalmış, belə hərəkət etməsinin səbəbini anlaya bilməmişdir. Dayanmadan danışan Gülmiraya bircə onu deyə bilmişdir ki, Poladın yanına Hacı Raminlə getmək istəyir. Hacı Raminin adını eşidən Şahid17 “sən də, Hacı Ramin də KQB-nin adamlarısız” deyib sərt şəkildə onun üstünə təpinmiş və onlara Poladın yanına getmələrini qadağan etdiyini bildirmişdir. O da heç gözləmədiyi bu münasibəti, Gülmiranın onların barəsində dediyi hədyanları Hacı Raminə demiş və onlar Təqsirləndirilən şəxs yanına getmək fikrindən vaz keçmişlər. Təqsirləndirilən şəxsla növbəti əlaqəsi onun hərbi xidmətdən qayıtmasından sonra olan bir vaxta təsadüf etmişdir. Belə ki, o, Təqsirləndirilən şəxs mobil telefonuna zəng edib hərbi xidmətdən qayıtmağı ilə bağlı gözaydınlığı vermək qərarına gəlmişdir. Polad telefona cavab verib zəng edənin o olduğunu bilən kimi dərhal onun ünvanına nalayiq ifadələr işlətmişdir ki, guya o, Poladın və ailə üzvlərinin barəsində hansısa xoşagəlməz sözlər işlətmişdir. O, Polada həyatı boyu kiminsə ailə üzvləri barədə heç bir söz demək xarakterinə malik olmadığını bildirmişdir. Həmin danışıqdan sonra onun Poladla əlaqəsi və münasibətləri tam kəsilmişdir. Xatırlayır ki, İranla sıx bağlı olduğuna heç bir şübhə etmədiyi Təqsirləndirilən şəxs bir neçə dəfə ona da birlikdə İrana getməyi, orada dəfələrlə iştirak etdiyi konfranslarda onun da iştirak etməsi təklif etmiş, hətta “səni İranın yuxarı dairələri ilə tanış edərəm, heç uduzmazsan, maddi vəziyyətin də yaxşılaşar, tanınarsan” sözlərini demiş, onunla birlikdə İrana getməsi üçün şirnikləndirici təklif etmişdir. O cümlədən dəfələrlə ona demişdir ki, “gedək İrana, bir yeyinti kanalı tapaq dolanaq”. Yəni, söhbət kimlərləsə əlaqəyə girib pul almaqdan getmişdir. Polad ona bildirmişdir ki, “əgər istəyirsənsə, sənin adını İranın Azərbaycandakı səfirliyinə verim, sənin adını İranda konfransda iştirak edən şəxslərin siyahısına saldırım”. O, Poladın bu təklifindən dərhal imtina etmiş, Polad da “nə vaxt istəsən, mənə xəbər elə” deyə cavab vermişdir. Xatırlayır ki, Şahid4 həmçinin onun vasitəsi ilə “Azərbaycanreallığı.com” saytının baş redaktoru Zərərçəkmiş şəxslə tanış olmuşdur. Şahid4 İranda İsgəndər Hüseynov, Tohid İbrahimbəyli, İsgəndərin yanında işləyən Rövşən adlı şəxslərlə münasibəti və əlaqələri olmuşdur. O, bir Azərbaycan vətəndaşı olaraq İsgəndər Hüseynovun Azərbaycana qarşı apardığı fəaliyyəti barədə eşitmiş, Azərbaycanda onu tanımayan insanın olmadığını bilmişdir. Hamı bilir ki, İsgəndər Hüseynov hüquq-mühafizə orqanı tərəfindən rəsmi axtarışa verilib. Bir dəfə yadına gəlir ki, o, Şahid4 ilə birlikdə olduğu vaxt sonuncu “facebook”da canlı yayında Azərbaycan İslam Partiyasının sədr əvəzi Hacı İlham barədə tənqidi fikirlər söyləməyə başlamış və ona da söz vermişdir. O, əvvəlcə İslam Partiyası barədə tənqidi fikirlərini söyləmiş, daha sonra İran rejimini tənqid etməyə başlamış və həmin rejimin İsgəndər Hüseynov və digərlərinin timsalında Azərbaycana qarşı işlər apardığını bildirmişdir. O, həmin canlı yayında İsgəndər Hüseynov haqqında çox sərt danışmışdır. Canlı yayın bitdikdən bir neçə dəqiqə sonra onun əvvəllər istifadəsində olmuş ***-***-**-** saylı telefon nömrəsinə “Whatsap”la İran nömrəsindən zəng gəlmiş, zəng edən şəxs adının Rövşən olduğunu söyləyərək onu İsgəndər Hüseynovu tənqid etdiyi üçün qınamağa başlamış və tələb etmişdir ki, yenidən canlı yayına çıxmaqla İsgəndər Hüseynovdan üzr istəsin. O, bundan imtina etdikdə, zəng edən şəxs “sənin başına elə oyun açarıq, yolda getdiyin yerdə səni elə gülləyərik ki, müdafiə elədiyin Azərbaycan höküməti də harayına çata bilməz, səni qətlə yetirən şəxsi də tapa bilməzlər” deyərək onu hədələmişdir. O, canlı yayının bitməsindən sonra dərhal ona zəngin edilməsindən və həmin zəng zamanı bildirdiyi kəlmələri eşitməsindən sonra narahat olmuşdur. Nömrəsinin kimdən və haradan alıb zəng etməsini isə bilməmişdir. Sonradan o, istifadəsində olan həmin nömrəni dəyişmiş və başqa nömrə istifadə etməyə başlamışdır. İran İslam Respublikasında cəmi iki dəfə səfərdə olmuşdur. 2008 və 2016-cı illərdəki zəvvar qruplarındakı hər iki səfərinin məqsədi Məşəd şəhərindəki ziyarətgahları ziyarət etmək olmuşdur. İkinci səfəri zamanı hətta İraqın Kərbəla şəhərindəki ziyarətgahı ziyarət etmişdir. İran Ali X11 Bakı nümayəndəliyində və Bakı şəhərində fəaliyyət göstərən X37 olmamışdır. 2019-cu ilin iyun ayının ortalarında kütləvi informasiya vasitələrindən eşitmişdir ki, Təqsirləndirilən şəxs dövlətə xəyanət maddəsi ilə saxlanılmış və məhkəmənin qərarı ilə həbs olunmuşdur. Şəxsən onun əlində Poladın məhz casus olduğunu birbaşa təsdiq edən dəlil yoxdur, amma bütün yazılarında ancaq İran rejimini tərifləyən Təqsirləndirilən şəxs özü şəxsən iranlılara işləməsini, əməkdaşlığı müqabilində pullar almasını ona etiraf etmişdir. Poladın həbs xəbərindən sonra sonuncunun əlaqələri araşdırılarkən yəqin ki, onun da adının ortaya çıxacağını başa düşmüş və ona görə də qərara almışdır ki, nə vaxtsa istintaq onu dəvət edərsə gedib bildiyi bütün həqiqətləri danışacaqdır. Elə də olmuş və müstəntiqin çağırışı gələndən sonra o, gedib Poladla bağlı ona məlum olan hər şeyi obyektiv şəkildə danışmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 göstərdi ki, o, 2001-2013-cü illər ərzində “Hürriyət” qəzetinin baş direktoru olmuş, 2014-cü ildən “Bakunews.az” saytının baş redaktoru vəzifəsində işləmişdir. O, Təqsirləndirilən şəxs 2012-ci ildə qiyabi olaraq tanımışdır. Belə ki, həmin vaxt Təqsirləndirilən şəxs “Hürriyyət” qəzetinə çap etdirmək üçün özünün məqaləsini gətirmişdir. Poladla bilavasitə münasibəti isə 2015-ci ilin təxminən yay aylarından, xatırlamadığı jurnalist dostları ilə oturduqları məclislərdən birindən başlamışdır. Həmin məclisdə iştirak edən Polad özü ona yaxınlaşıb tanışlıq vermiş və münasibətləri yaranmışdır. Onlar bir-birinin telefon nömrələrini götürmüşlər. “Xeberman.azcom” və “press-az.com” saytlarının həm təsisçisi, həm də direktoru olan Təqsirləndirilən şəxsla münasibəti normal olmuşdur. Amma 2017-ci ilin əvvəllərindən başlayaraq Təqsirləndirilən şəxs özünün günahından münasibətlərində soyuqluq yaranmağa başlamışdır. Belə ki, Təqsirləndirilən şəxs Dövlət Təhükəsizliyi Xidmətinin əməkdaşlarının Məşəd və Kərbəla ziyarətlərinə gedən zəvvar qruplarından adambaşı 10-20 ABŞ dollar rüşvət almaları barədə hazırladığı məqaləni “Xeberman.com” saytına yerləşdirdikdən sonra həmin məqalənin keçid linkini ona ataraq rəhbərlik etdiyi “Bakunews.az” saytında dərc etməsini xahiş etmişdir. O, həmin məqaləni oxumuş və məqalədəki faktların əslində həqiqəti əks etdirmədiyi, bunun nə isə şübhəli məqsədinin və sifarişli ola biləcəyini fikirləşdiyi üçün Poladın xahişindən imtina etmişdir. Polad onun imtinasını bilən kimi ünvanına “DTX-ya işləyirsən, niyə vermirsən, qorxursan” kimi ifadələr işlətmişdir. O da Polada özünün heç bir yerə işləmədiyini, sadəcə uzun müddət mətbuat sahəsində çalışan bir sayt rəhbəri kimi zəvvarlarla bağlı yazıda həqiqət görmədiyini, yazının sifarişli olması qənaətinə gəldiyini bildirmişdir. Amma Polad onu əsassız yerə ittiham etməkdə davam etmişdir. Belə olan halda o, Poladdan birbaşa olaraq Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları barədə yazının sifarişinin xarici ölkədən, yoxsa daxildən aldığını soruşmuş, Polad isə bu sualına cavab verməyərək heç bir söz deməmişdir. Bununla belə Təqsirləndirilən şəxs həmin məqaləni öz saytında yerləşdirməsini tələb etmiş, o isə onun bu tələbinə əməl etməmişdir. Məhz bu səbəbdən onların münasibətlərində soyuqluq yaranmışdır. Hətta həmin ərəfədə o, Təqsirləndirilən şəxsla yaşadığı evin yaxınlığında yerləşən “Araz” supermarketinin qarşısında görüşmüş və ona yazdığı məqaləni saytında yerləşdirməsinə israrlı olmasının səbəblərini soruşmuşdur. Təqsirləndirilən şəxs isə ona “mən dəqiq bilirəm ki, bu belədir” deyə bildirmişdir. O Təqsirləndirilən şəxs “Dövlət Təhlükəsizliyi Xidmətinin işi-gücü qurtarıb ki, gedib hər zəvvardan 10-20 ABŞ dollar pul alsın” deyərək ona inanmadığını bildirmişdir. Bu söhbətdən iki-üç ay sonra Polad Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları ilə bağlı məqalənin saytında yerləşdirməsində israrlı olmasını onun Dövlət Təhlükəsizliyi Xidmətinə işləyib-işləməməsini sübut etmək üçün etdiyini ona söyləmişdir. O da həmin məqaləni yerləşdirməmiş və ona görə də Təqsirləndirilən şəxs ona “indi bildim ki, sən Dövlət Təhlükəsizliyi Xidmətinin adamısan” demişdir. Poladın Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşlarının zəvvarlardan ruşvət alması ilə bağlı məqalənin çıxarılması ilə bağlı DTX adından onun Təqsirləndirilən şəxs rüşvət təklif etməsini bildirməsini yalan, cəfəngiyyat və həqiqəti əks etdirməyən fikirlər kimi qiymətləndirir. X105 Respublikasının Azərbaycandakı səfirliyi ilə münasibətləri olmuşdur və bu bir faktdır. Təqsirləndirilən şəxs özü o barədə şəxsən ona danışaraq İranın Azərbaycandakı səfirliyi ilə əməkdaşlıq etdiyini, viza almaq istəyən şəxsin ona müraciət edə biləcəyini, səfirliyin Bakıdakı bütün tədbirlərinə, İranda təşkil olunan bütün konfranslara dəvət edildiyini, İranın Azərbaycandakı səfirliyinin tədbirlərini rəhbərlik etdiyi saytlarda işıqlandırdığını söyləmişdir. 2015-ci ilin iyul ayında “Papanin körpüsü”nün yanındakı “Dostluq” kafesində Poladla birlikdə çay içərkən də islamın təbliğatı ilə bağlı etdiyi söhbət zamanı X123 Respublikasının Azərbaycandakı səfirliyi ilə sıx münasibətlərinin olduğunu, səfirlə arabir görüşdüyünü, İranın Azərbaycandakı səfirliyi və səfirliyin keçirdiyi tədbirləri müsbət mənada rəhbəri olduğu saytlarda işıqlandırdığını və hər ay səfirlikdən 500 manat pul aldığını ona bildirmişdir. Saytların maliyyələşməsində çətinliklər barədə də danışmışlar. Həmin vaxt dediyi kafeyə əvvəllər “Azərbaycaninfo.az” saytının, sonradan isə “Aziya.az” saytının baş redaktoru işləmiş Sübut Mehdiyevin daxil olduğunu görmüşdür. Sübut Mehdiyev onların oturduqları masanın yanından keçərkən dayanıb onlarla görüşmüşdür. X65 Aslanov bir jurnalist kimi, bir mətbuat işçiləri kimi birbirilərini tanımışlar. Çox ani bir məqamda Sübutla Poladın sözü çəp gəlmişdir. Sübut Poladın özündən çox razı danışmasına iradını bildirmişdir. Polad da özünü bir jurnalist kimi tərifləmiş, yüksək vəzifəli şəxslərdən müsahibə alan nadir jurnalistlərdən biri olduğunu bildirmişdir. Daha sonra Polad Azərbaycan hökümətinə, dövlətinə qarşı qərəzli fikirlər demiş, o cümlədən “Vətən mənə nə verib ki, mən də ona neynəməliyəm, Vətən Vətən olsaydı mən hazırda özüm evimdə yaşayardım, kirayələrdə yaşamazdım” ifadələrini işlətmişdir. Poladın Azərbaycanla bağlı, Azərbaycan höküməti ilə bağlı dedikləri Sübutu özündən çıxartmış və bir daha Polada irad bildirmişdir. Amma Polad eyni qaydada danışmaqda davam etmişdir. O özü də Poladın Azərbaycan, Vətən haqqında dediklərinə etiraz etmiş, ona “Vətənin haqqında mənfi nə desələr onu yazacaqsan?” sualını vermiş, Polad da “əsas mənə pul gəlsin, başqa mən heç şeyi fikirləşmirəm” deyə cavab vermişdir. Bu söhbətdən 10-15 dəqiqə sonra Polad kafedən çıxıb getmişdir. Sonralar bir daha Poladla əlaqəsi olmamışdır. Poladın həbsi barədə kütləvi informasiya vasitələrindən məlumat almışdır. Onun həbsindən bir müddət sonra Poladın həyat yoldaşı Şahid17 ona zəng vurub ona qarşı əsasız ittihamlar irəli sürmüş, “sən ərimi tutdurmusan” deyə bildirmişdir. Halbuki, o vaxta qədər o heç Polad barədə bildikləri haqqında istintaqa heç bir ifadə verməmiş, heç nə açıqlamamışdır. Amma Gülmira əsassız şəkildə onun haqqında guya DTX agenti olması barədə 4 dəfə sosial şəbəkələrdə yazılar yazmış, bu yazıları oxuyan dost-tanışlar da artıq ona müəyyən replikalar atmağa başlamışlar. Bununla bağlı iradını bildirsə də, amma Gülmira öz bildiyini etməkdə davam etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X47 göstərdi ki, o, “Aziya.az” saytının baş redaktoru vəzifəsində işləmiş, əvvəllər “Ekspress”, “Ekspert” qəzetlərində müxbir, “Aydın fikir” qəzetində redaktor kimi çalışmışdır. Təqsirləndirilən şəxs “xeberman.az” saytının təsisçisi və baş redaktoru olduğunu eşitmiş, amma bu şəxslə heç bir ciddi tanışlığı, əlaqəsi və münasibəti olmamışdır. Poladla cəmi bir dəfə masa arxasında təsadüfən oturmuşdur. Belə ki, “Papanin körpüsü”nün yanındakı “Dostluq” kafesini işlədən şəxslərlə münasibəti olduğundan arabir oraya çay içməyə getmişdir. 2015-ci ilin iyul ayında həmin kafedə olduğu vaxtda Təqsirləndirilən şəxsla Şahid5 bir masa arxasında oturub çay içdiklərini görmüşdür. Onlarla görüşmüş və ayaqüstü bir qədər söhbətləşmişlər. Söhbət zamanı Polad özünü bir jurnalist kimi çox tərifləmiş, lovğalanaraq məhşur adamlardan, yüksək vəzifəli şəxslərdən müsahibə götürən nadir jurnalistlərdən biri olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs həm də Azərbaycan dövlətinə qarşı, “Vətən Vətən olsaydı mən kirayədə yaşamazdım” və sair bu kimi ifadələr işlətmiş, daha sonra islamın təbliğatı ilə bağlı söhbətlər etməyə başlamışdır. Şəxsən onu tanıyan hər kəs Vətəninə nə qədər sədaqətli, vətənpərvər olduğunu bilir. Belə xarakterinə görə Poladın Vətənlə bağlı dediklərindən dərhal qıcıqlanmış və əsəbləşmişdir. Həm də Təqsirləndirilən şəxs ümumiyyətlə manerasından, özünü aparmasından xoşu gəlməmiş və ona görə də dərhal Polada iradını bildirmişdir. Polad da “əsas mənə pul gəlsin, başqa mən heç nəyi fikirləşmirəm” cavabını vermişdir. O, həmin söhbətlərdən bərk əsəbiləşmiş və həmin masadan durub uzaqlaşmışdır. Bu beş dəqiqəlik söhbətdən başqa Təqsirləndirilən şəxsla heç bir başqa əlaqəsi, münasibəti olmamışdır. 2019-cu ilin iyun ayında mətbuatdan ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb və dövlətə xəyanətdə ittiham olunur. Sonralar istintaqa çağırılmış və bu görüş barədə obyektiv ifadə vermişdir. Sonralar isə istintaqda dindirildiyi üçün Poladın həyat yoldaşı onun barəsində sosial şəbəkələrdə təhqiramiz yazılar yazmağa, əsasız şəkildə ünvanına iftiralar yağdırmağa başlamışdır. Həmin qadının əsassız, haqsız bir şəkildə onun barəsində ağlına gələni yazması, hədyanlar yağdırıb tirajlaması bir insan kimi ona çox toxunur. Halbuki, onun Təqsirləndirilən şəxs heç bir pisliyi keçməmişdir. Poladla yeganə bircə dəfə rastlaşması barədə Kənan Mirseyidovun istintaqa ifadə verməsindən sonra onun da adı ortaya çıxmış və çağırış əsasında gedib olduğu kimi həmin görüş barəsində ifadə vermişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid7 göstərdi ki, o, Təqsirləndirilən şəxs ilə xx xxxxx 2018-ci il tarixdə tanış olmuşdur. Belə ki, həmin gün o özü X17 “Koroğlu” şirkətinin bəzi işçilərinə qarşı qanunsuz əməllər törədilməsi barədə mətbuat konfransı təşkil etmiş, zərərçəkən ailəsi də orada iştirak etmişdir. Onun bu tədbirindən əvvəl həmin məkanda başqa hansısa konfrans keçirilmiş və Polad da jurnalist kimi iştirak etmişdir. Tanışlıq verəndən sonra bilmişdir ki, Təqsirləndirilən şəxs “xeberman.az” saytının təsisiçisi və baş direktorudur. Təqsirləndirilən şəxs X17 bütün çəkilişləri etmiş və özünün saytında yerləşdirmişdir. Saat 15:00-da başlayan tədbiri də Polad çəkərək “Youtube” kanalına yerləşdirmişdir. Poladla sonrakı ünsiyyəti əsasən telefonla və digər sosial şəbəkə vasitəsilə davam etmişdir. Təqsirləndirilən şəxsla bərabər həmin vaxt digər saytın Zərərçəkmiş şəxs adlı bir işçisi də konfransda çəkiliş aparmış və o, Poladla birlikdə olmuşdur. 2018-ci ilin aprel ayının 19-da həmin “Koroğlu” şirkəti ilə bağlı X17 növbəti konfransı keçirməyi planlaşdırmış, bir gün əvvəl, yəni ayın 18-də “xeberman” saytının mesencer bölməsinə xəbər göndərib sabah mərkəzdə konfrans keçirməyi planlaşdırdığını demişdir. Poladın oraya Zərərçəkmiş şəxslə birlikdə, yaxud ayrılıqda gələ biləcəyini danışıb-danışmamalarını isə hazırda xatırlamır. Sadəcə əvvəlcədən konfrans keçirəcəyi barədə bu şəxslərə xəbər çatdırmışdır. Bir neçə dəqiqədən sonra onun facebook səhifəsinin mesaj bölməsinə “xeberman.az” saytından Təqsirləndirilən şəxs həqiqi hərbi xidmətə yollanması və hazırda Naxçıvanda hərbi xidmətdə olması barədə məlumat yazılmışdır. O da yenə facebook səhifəsinin mesaj bölməsindən Təqsirləndirilən şəxs nə kömək lazım ola bilsə edəcəyini yazmışdır. Bir müddət sonra bir nəfər sonradan Təqsirləndirilən şəxs həyat yoldaşı olduğunu bildiyi Şahid17 ona yazmışdır ki, Təqsirləndirilən şəxs hərbi xidmətdədir. O, yenə də Polada öz köməyini təklif etmişdir. Kömək təklifi Təqsirləndirilən şəxs hüquqi müstəvidə ayrı-ayrı idarə və təşkilatlara yazacağı əsaslı müraciətlərlə bağlı olmuşdur. Gülmira belə hesab etmişdir ki, Polad həqiqi hərbi xidmətə sifarişlə aparılmışdır, halbuki onun çəkisi əsgərliyə getməsinə imkan verməmişdir. Bununla bağlı bütün məsələlərin araşdırılması üçün də o müraciətlər etməyi öz boynuna götürməyi təklif etmişdir. xx xxxx 2018-ci il tarixdə Bakı şəhərində metronun “Nəriman Nərimanov” stansiyasının yaxınlığında, “McDonalds” kafesinin qarşısında əvvəllər heç vaxt görmədiyi və tanımadığı Şahid17 ilə görüşmüş, görüş zamanı Gülmira Poladın hərbi xidmətə qanunsuz aparıldığını deyərək onun səhhətindəki problemlərdən bəhs etmişdir. Gülmiranı dinlədikdən sonra bir haqq-ədalət tərəfdərı kimi ona kömək edəcəyinə söz vermişdir. O, Poladın məsələsi ilə əlaqədar Müdafiə Nazirliyinin Tibbi Xidməti İdarəsinin rəis müavini Firudin Nəbiyevin, Milli Məclisdə Hərbi və İnzibati qanunvericilik şöbəsinin müdiri Nizami Səfərovun qəbulunda olmuş, sonra Poladla bağlı ərizə ilə X27 ordusunun komandanı Kərəm Mustafayevə müraciət etmişdir. İbtidai istintaq vaxtı da dediyi kimi, indinin özündə də müraciət etdiyi bu şəxslərin hər birinə təşəkkürünü bildirir. Çünki, onun müraciətləri əsasında Polada həmişə diqqət və qayğı göstərilmiş, müntəzəm tibbi müayinə olunmuş və nəticə etibarı ilə Poladın səhhətində heç bir problem aşkarlanmamışdır. Daha sonra fəaliyyətini davam etdirib Poladın məzuniyyətə buraxılması ilə bağlı müraciət etmiş və Polad 10 günlük məzuniyyətə buraxılaraq Bakıya gəlmişdir. Təqsirləndirilən şəxs hərbi xidmətdə olduğu müddətdə 87 ərizə yazmış, bütün bu fəaliyyətinin texniki tərəfinin xərcləri ilə bağlı Şahid17 ona üst-üstə təxminən 250 manat pul vermişdir. 2018-ci ilin oktyabr ayından sonrakı müddətdə isə Polad və onun arvadı Gülmira ilə münasibətləri korlanmağa başlamışdır. Belə ki, Poladın hərbi xidmətdən məzuniyyətə gəlib geri qayıtmasını o sonradan eşitmişdir. Amma bu qədər zəhmətinin, əziyyətinin müqabilində Polad Bakıda olduğu vaxtda heç olmazsa bircə dəfə də olsun zəng edib “Allahın bir sağolunu da” deməmişdir. Bu ona bir insan kimi çox pis təsir etmiş, dərin təəssüf hissi keçirmiş, ona görə də bu barədə “Facebook” səhifəsində Poladın həyat yoldaşına bildirmişdir. Heç gözləmədiyi halda Gülmira ona kəskin cavab vermiş, daha sonra onu Dövlət Təhlükəsizliyi Xidmətinin agenti adlandırmış və dayanmadan bu fikri təkrarlamağa, yaymağa başlamışdır. O da Gülmiraya “əvvəla mən Dövlət Təhlükəsizliyi Xidmətinin agenti deyiləm, ikincisi də Dövlət Təhlükəsizliyi Xidməti ölkəmizin onurğa sütunu olan bir orqandır, hər kəs əslində oranın əməkdaşı və yaxud da agenti olmaqdan fəxr eləməlidir, çünki həmin orqanda çalışan azərbaycanlılar vətənimizin keşiyində gecəgündüz dayanırlar, Allah hamısını qorusun” deyə bildirmişdir. Onun bu sözləri və münasibəti Gülmiraya lap çox pis təmir etmiş və onun barəsində agent olmağını deməkdə səhv etmədiyini bildirmişdir. Ürəkdən yaxşılıq və kömək etdiyi Poladla Gülmiranın cavabında anlaşılmaz şəkildə ona qarşı belə münasibət göstərmələri bir insan kimi onun qəlbinə dəymiş, ona pis təsir etmişdir. Həmin vaxtlarda o, Poladın “Təqsirləndirilən şəxs” və ya “Polad Aslanlı” adlı facebook səhifəsindən özünün barəsində yazılanlarla tanış olmağa başlamış, yazılan şərhlər sırasında “Təqsirləndirilən şəxs İranın agentidir, Ayətullah Xomeynini təbliğ edəndir, İranın casusudur” kimi şərhlər olduğunu görmüş və bunlar onu əməlli-başlı təəccübləndirmiş, eyni zamanda, bu yazıları yazanların yəqin ki, əllərində bir əsasları, şübhələri olduğunu düşünmüşdür. Çünki, başqa cür bunu etmək mümkün ola bilməzdi, heç nədən ortaya belə məsələlər çıxa bilməzdi. Poladın facebook səhifəsi ilə yanaşı təsisçisi və baş redaktoru olduğu “xeberman-az.com” saytını izləmiş və Poladın həm facebook səhifəsində, həm də saytında X126 X28 təbliğatını apardığını, İran yönümlü siyasi məqalələr dərc etdiyini, Bakı şəhərində X55 ilə əlaqələr yaratdığını və bu istiqamətdə digər təbliğatı işləri apardığını görmüşdür. Hətta xatırlayır ki, Təqsirləndirilən şəxs redaktoru olduğu “Gənc fikir” qəzeti və “Məsum” jurnalının üz qabığında da vaxtilə X126 X28 fotoşəkili əks olunmuşdu. Bütün bunları görəndən sonra Gülmira ilə əlaqə saxlayıb Təqsirləndirilən şəxs özünün İranın agenti olduğunu demişdir. Dəqiq xatırlayır ki, Gülmira də sərt şəkildə, kəskin və acıqlı tonda ona “Təqsirləndirilən şəxs hər zaman həqiqəti söyləyir, həqiqəti söylədiyi üçün də İranın güc strukturlarında nüfuzu var, buna da dövlətə xəyanət demək olmaz” deyə cavab vermişdir. Daha sonra o, Təqsirləndirilən şəxs facebook səhifəsində İranın Azərbaycandakı səfirliyinin fəaliyyətini kəskin tənqid etməsi barədə məqaləsi ilə rastlaşıb tanış olmuşdur. 2018-ci ilin təxminən sonlarında o Polad və Şahid17lar tərəfindən “Azad söz” youtube kanalında Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbər şəxsləri və əməkdaşları barədə zəvvarlardan pul yığılması ilə bağlı iftira dolu müsahibəsini izləmiş, bir vətəndaş kimi bu şər-böhtan ona çox pis təsir etmiş və Gülmira ilə əlaqə saxlayıb iradını bildirmiş və tez bir zamanda bu iftiranın aradan yığışdırılmasını təklif etmiş, amma Gülmira ona daha da sərt, kəskin cavab vermişdir. 2019-cu ilin yanvar ayının 30-da səhər saat 10:30 radələrində Naxçıvan rabitə operatoruna məxsus tanımadığı telefon nömrəsindən istifadəsində olan ***-***-**-** saylı telefon nömrəsinə zəng gəlmiş, cavab verərkən zəng edənin Təqsirləndirilən şəxs olduğunu görmüşdür. Polad ona Naxçıvandan hərbi hissədən zəng etdiyini demiş və gözləmədiyi halda onu nalayiq söyüşlərlə söyməyə, təhqir etməyə başlamış, hətta vəfat etmiş anasının ünvanına, bacısının ünvanına, özünün və digər yaxınlarının ünvanına söyüşlər yağdırmağa başlamışdır. Nə baş verdiyini anlaya bilməmiş, səbəb və mahiyyətini bilmək üçün Poladı nəzakətli danışmağa, söyüş söyməməyə dəvət etsə də Poladı dayandırmaq mümkün olmamış, ona məhəl qoymadan küçə söyüşləri ilə söyməkdə davam etmişdir. Onu dinləməsini xahiş etdikdə Təqsirləndirilən şəxs “mən dinləmək üçün sənə zəng etməmişəm” deyə bildirmişdir. 2019-cu ilin fevral ayının əvvəllərində də bir dəfə Gülmira ilə danışarkən Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbərliyi və onun əməkdaşları barədə “youtube” kanalında yerləşdirdikləri materialla bağlı söz salaraq düz etmədiklərini demiş və həmin materialların çıxarılmalı olmasını demiş, Gülmira isə “başından böyük danışma” deyə cavab vermişdir. Daha sonra ona məlum olmuşdur ki, onun telefon nömrəsini öz telefonunda bloka salmış Şahid17 2019-cu ilin fevral ayında onun barəsində Nərimanov rayon Polis İdarəsinin 17-ci Polis Bölməsinə şikayət yazıb ki, guya o onların “Whatsap”ını izləyir, saytlarına qanunsuz müdaxilə edir və sair. O da qarşılıqlı şikayət etmişdir. Şikayətlə bağlı həmin bölmədə araşdırılma aparılmış və nəticədə onun barəsində edilmiş şikayətin əsassız olması sübuta yetirilmişdir. Ona da bildirilmişdir ki, xüsusi ittiham qaydasında məhkəməyə şikayət edə bilər. Həmin hadisədən sonra cəmi bir dəfə - 2019-cu ilin aprel ayının sonunda o Poladın ***-***-**-** saylı telefonun “Whatsap”ına yazıb onu təhqir etməsinin səbəblərini izah etməsi üçün görüşmələrini təklif etmişdir. Polad da onu blok etmiş və nə Poladın özü, nə də Gülmira ilə bir daha əlaqəsi olmamışdır. 2019-cu ilin iyun ayının 13-dən kütləvi informasiya vasitələrində yayılmış xəbərlərdən Təqsirləndirilən şəxs Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılması, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilməsi, Poladın Azərbaycan əleyhinə casusluq fəaliyyəti ilə məşğul olması, İran xüsusi xidmət orqanı əməkdaşı tərəfindən məxfi əməkdaşlığa cəlb edilməsi və tapşırıqlar icra etməsi barədə məlumatlarla tanış olmuşdur. Təqsirləndirilən şəxs Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən həbsindən sonra məhşur erməni saytları - “Armenian report.com”, “armedia.am”, “voskanapat.info”, “yerkir.am” və digər saytlar onun həbsi ilə bağlı bir neçə məqalələr dərc edib yayımlamışlar. Erməni saytlarındakı bu məqalələrlə indinin özündə həmin saytlara daxil olmaqla tanış olmaq asanlıqla mümkündür. Sosial şəbəkələrdə aktiv olan bir şəxs, həm də ictimai həyatın içində olan bir Azərbaycan vətəndaşı kimi bu məsələlərlə bağlı mövqeyini ifadə etməkdə haqlı olduğunu düşünür. Poladın erməni saytlarının diqqətində olmasının çox maraqlı və diqqətçəkən fakt olduğunu hesab edir. Azərbaycandakı proseslərlə bağlı erməni saytlarında dərc olunan yazıları oxuyub təhlillərini apardıqda şəxsən o elə bir nəticəyə gəlir ki, həmin saytlarda yalnız Azərbaycan dövlətinin ərazi bütovlüyünə və müstəqilliyinə zidd mövqedə qərarlaşmış şəxslərlə bağlı məqalələrin dərcinə üstünlük verilir. Buna dair çoxsaylı real nümunələr vardır. Özünü vicdanlı bir vətəndaş hesab edir, mövqeyini hər yerdə ifadə etməyə hazırdır və bundan heç vaxt çəkinmir. “Facebook” sosial şəbəkəsində Təqsirləndirilən şəxs İran casusu olması fikirlərini özündə əks etdirən, yaxud Təqsirləndirilən şəxs haqlı olaraq İran rejimini dəstəkləməsinə müsbət rəy bildirən şəxslərin fikirlərinin əks olunduğu səhifələri və profilləri çap etmiş və onları da dindirməyə çağırılarkən özü könüllü olaraq istintaq orqanına təqdim etmişdir. Həm də Təqsirləndirilən şəxs nəşr etdirdiyi “Gənc Fikir” qəzetinin manşet hissəsini tapıb çap etmiş və onu da istintaqa təqdim etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid8 göstərdi ki, o, “Eşq səfəri” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru işləmişdir. Özü ilk dəfə 2010-cu ilin dekabr ayında İran İslam Respublikasının Məşhəd şəhərinə ziyarətə getmiş, oradan gələndən sonra insanların ziyarət səfərlərini təşkil etmək qərarına gəlmiş, bu məqsədlə də 2011-ci ilin ortalarında ilk dəfə zəvvar yığıb “Hicaz turizm”lə müxtəlif ziyarətgahlara qrup halında zəvvarlar göndərmişdir. Bir qədər sonra o, qeyri-rəsmi olaraq “Eşq səfəri” adı altında zəvvarlar yığmağa başlamış və 2016-cı ildə “Eşq səfəri” Məhdud Məsuliyyətli Cəmiyyətini yaratmışdır. Həmin şirkətin məqsədi insanları müxtəlif ölkələrdə olan ziyarətgahlara aparmaqdan ibarət olmuşdur. İnsanları ziyarətlərə aparmağa başlamış, bu məqsədlə avtobusları həm İrandan, həm də Azərbaycandan kirayələmiş, əsasən İranın Məşhəd şəhərindəki İmam Rza ziyarətinə və İraqın Kərbəla, eləcə də Nəcəf şəhərlərində yerləşən İmam Əli və İmam Hüseynin ziyarətinə zəvvarlar aparmaqla məşğul olmuşdur. İlk vaxtlarda özü də zəvvarlarla birlikdə getmiş, sonralar isə gedişlərini azaltmışdır. Avtobusları 7 günlük Məşhəd ziyarəti üçün 1700, 11-12 günlük Nəcəf və Kərbəla ziyarətləri üçün 3200 ABŞ dolları ödəyərək kirayələmişdir. Bir zəvvar Məşəd ziyarətinə getmək 70 manat, Kərbəla və Nəcəf ziyarəti üçün isə 350 manat məbləğində pul ödəmişdir. Təxminən 2015-ci ildə taksi şirkətində işləyən dostu Vüsal Əliyevin vasitəsi ilə “Xeberman.com” saytının təsisçisi və baş redaktoru işlədiyini bildirən Təqsirləndirilən şəxsla tanış olmuşdur. Vüsal özü proqramçıdır və sayt yığmaqla məşğul olur, Təqsirləndirilən şəxs məxsus saytları da məhz Vüsal Əliyev yığmışdır. 2017-cı ilin payız aylarında Təqsirləndirilən şəxs zəvvarların ziyarətlərə getməsi ilə bağlı bir məqalə hazırlamaq istəmış və həmin vaxt Polad tur rəhbərlərinin zəvvarlardan artıq pul yığması barədə məlumatlara malik olduğunu demişdir. Amma o zəvvarlardan artıq pul yığılması ilə bağlı Təqsirləndirilən şəxs heç nə deməmışdir. Bütün bu fəaliyyət göstərdiyi müddətdə şəxsən ondan heç bir hüquq-mühafizə orqanının əməkdaşı zəvvar turları təşkili ilə bağlı pul almamışdır. Mövqeyini görən Polad onu zəvvar turlarına nəzarəti həyata keçirən Dövlət Təhlükəsizliyi Xidmətinin müvafiq əməkdaşları ilə əlbir olmaqda günahlandıraraq adının Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları ilə birgə məqalədə gedəcəyi ilə hədələmişdir. O da Polada tur rəhbərlərinin zəvvarlardan topladığı pullarla bağlı bəzi məlumatları ona danışmışdır. Təqsirləndirilən şəxs ona “Ərbein”də -İmamın qırxında Kərbəlada olmaq istədiyini demiş, eyni zamanda zəvvarlardan artıq pul yığılması ilə bağlı məqalə yazılması istiqamətində tədbirlər gördüyünü, o məqsədlə Ərbeində Kərbəlada olacağını, oraya getməkdə məqsədinin “həm ziyarət, həm ticarət” olduğunu bildirmişdir. O, Ərbein ziyarətində olan zaman Təqsirləndirilən şəxsla yolda görüşmüş, piyada addımlayarkən üz-üzə gəlmiş və o, Təqsirləndirilən şəxs nə üçün onun turu ilə gəlmədiyini soruşmuşdur. Təqsirləndirilən şəxs isə Əbdülxalid adlı şəxsin onu özü ilə ehsan olaraq, yəni pulsuz gətirdiyini qeyd etmişdir. Poladın bu sözündən sonra ona zəvvarlarla bağlı məlumatları verən şəxsin Əbdülxaliq olduğunu başa düşmüşdür. Polad həmişə onun Dövlət Təhlükəsizliyi Xidməti ilə bağlı olmasından şübhələnmiş, ona görə onun yanında artıq heç nə danışmamışdır. O da Poladın onun barəsində məqalə yazacağını, bundan sonra işlərinin getməyəcəyini fikirləşmişdir. X61yıtdıqdan sonra verdiyi məqalədə onun kirayələdiyi və şirkətinin adı yazılmış avtobusun Ərbeində çəkilmiş şəklini qoymuşdur. Faktiki olaraq zəvvar yığan bütün şirkətlər həmişə təhlükəsizlik orqanının nəzarətində olmuş, Dövlət Təhlükəsizliyi Xidməti yarandıqdan bir il sonra bu sahədə yeni işlər görülməyə başlamış və bu sahədə olan bəzi boşluqlar aradan qalxmışdır. Bir müddət sonra aşkar başa düşmüşdür ki, Təqsirləndirilən şəxs ona məlum olmayan məqsədlə qərəzli olaraq Dövlət Təhlükəsizliyi Xidmətinə hansısa formada zərbə vurmaq və nüfuzdan salmaq niyyətində olmuşdur. Yaxşı xatırlayır ki, söhbətlərinin birində Təqsirləndirilən şəxs ona həmin məqalələri yazmaqla “boss”dan yaxşı qonorar alacağını bildirmiş, amma “boss”un kim olduğunu deməmişdir. Eyni zamanda, Təqsirləndirilən şəxs ona 2013-cü illərdə “Gənc fikir” qəzeti buraxdığını və “Zuhr” internet televiziyası açdığını, həmin qəzetin və internet televiziyasının açılmasının və fəaliyyət göstərmələrinin İran tərəfindən maliyyələşdirildiyini bildirmişdir. Poladdan kasıb insan olduğunu və hazırda nə ilə dolandığını, saytı necə saxladığını soruşduqda Polad hər ay 600 manat maliyyə yardımı aldığını qeyd etmişdir. Ancaq maliyyə yardımını konkret kimdən və necə aldığını açıqlamamışdır. Zəvvar söhbəti ilə Polad həmişə onu əlində saxlamağa, bu məsələdən təsir üsulu kimi istifadə etməyə çalışmışdır. X33 “Karvan tur” şirkəti zəvvarların Suriyaya ziyarətlərini təşkil etdiyi barədə elan verəndən sonra onlar Xəyyamın zəvvarlar üçün biletləri Tehran şəhərində yerləşən hansısa tur şirkətindən əldə etdiyini öyrənmişlər. Bu məlumatı dəqiqləşdirmək üçün o, Təqsirləndirilən şəxsla birlikdə xx xxxxxx 2017-ci ildə onun təklifi ilə Tehrana getmiş, orada çoxsaylı turfirmalarda olmuş və Suriyaya bilet satışı ilə maraqlanmış, onlara orada bu məlumatın yanlış olduğunu, Suriyaya zəvvar gedişi qadağan olduğundan həmin ölkəyə bilet satışının mümkünsüz olduğu deyilmişdir. Yolda olarkən Təqsirləndirilən şəxs İranda yüksək dairələrdə çoxlu dostlarının olduğunu demiş, amma heç kimin adını çəkməmişdir. Amma xatırlayır ki, bir dəfə onun yanında telefonla danışan zaman Polad “Mürtəza ağa” deyə kiməsə müraciət etmiş, amma “Mürtəza ağa”nın kim olduğunu açıqlamamışdır. Tehranda olarkən Polad “boss”un yardım məqsədilə ona 5000 manat pul verəcəyini də bildirmişdir. Amma bu pulu onun alıbalmadığını bilmir. İranda olarkən onun şübhəli hal kimi müşahidə etdiyi başqa bir məqam isə Təqsirləndirilən şəxs “Səhər” kanalının nümayəndəsi ilə təklikdə görüşməsi olmuşdur. Həmin şəxslə görüşərkən Polad ona guya həmin müxbirlə kanal açmaq baradə danışmaq üçün görüşdüklərini bildirmiş və söhbətlərini eşitməməsi üçün kənarda dayanmasını xahiş etmişdir. Belə başa düşmüşdür ki, Polad həmin şəxslə mütləq görüşməli olmuşdur. Onlar Tehran şəhərində bir gün qaldıqdan sonra Quma, sonra Məşhədə getmişlər. Qumda Təqsirləndirilən şəxs Tohidlə görüşmək istəmişdir. O, Tohidi Məşhəddən tanıdığı üçün sonuncunun dostunun nömrəsini tapıb zəng vurmuş, həmin şəxs isə Tohidin Qumda olmadığını bildirmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs ona görüşəcəyi başqa adamların da olacağını demişdir. Həmin gecə o, saat 22 radələrində yatmış, gecə saat 3-4 radələrində ayılanda Poladın oteldə olmadığını görmüşdür. Səhəri gün Təqsirləndirilən şəxs ona oteldə darıxdığından gecə saatlarında küçəyə çıxıb gəzdiyini desə də, danışığından Poladın yalan dediyini başa düşmüşdür. Məşhəd şəhərində iki gün qaldıqdan sonra Azərbaycana qayıtmışlar. Qayıdarkən yolda olan zaman Təqsirləndirilən şəxs fikrini qətiləşdirmiş və Bakıya çatan kimi Dövlət Təhlükəsizliyi Xidmətinə “od qoyacağını” bildirmişdir. O, Təqsirləndirilən şəxsla birlikdə Tehran, Qum və Məşhəd şəhərlərində oteldə qalmış, Məşhəddə qaldıqları iki gün ərzində Təqsirləndirilən şəxsla bir yerdə çox az olmuşlar. Bakıya qayıtdıqdan sonra 2018-ci ilin yanvar ayının 3-də Təqsirləndirilən şəxs Dövlət Təhlükəsizliyi Xidməti haqqında geniş məqalə yazmışdır. Dövlətin təhlükəsizlik orqanı barədə belə bir yazı yazmağın elə də asan məsələ olmadığını başa düşdüyündən bu yazıdan sonra qorxmuşdur. Polad isə onun arxasında çox güclü insanların dayandığını və bu səbəbdən heç kimdən qorxmadığını deyib ona da narahat olmamasını bildirmişdir. Sonra Təqsirləndirilən şəxs onun özünü sığortalaması üçün ölkə prezidentinə müraciət etməsini, videomüraciət yaymasını təklif etmişdir. Polad onu qorxudaraq “qara maskalılar”ın onu öldürmək fikrində olduğunu demişdir. xx xxxxxx 2018-ci il tarixdə Təqsirləndirilən şəxs onu başa saldığı kimi videokamera vasitəsilə müraciəti çəkərək özünün youtube səhifəsində yerləşdirmiş, lakin heç kimin görməməsi üçün bağlı qoyaraq linki Təqsirləndirilən şəxs göndərmişdir. Təqsirləndirilən şəxsla aralarındakı razılığa əsasən bir məqalə də yazıb, guya Dövlət Təhlükəsizliyi Xidmətini tam ifşa etdikdən sonra ertəsi gün videonu yaymaq qərarına gəlmişlər. Bu məqsədlə Təqsirləndirilən şəxs onun “Youtube”dakı videosunu öz saytında yayımlamışdır. Bir müddət sonra Təqsirləndirilən şəxs ona Dövlət Təhlükəsizliyi Xidmətini “diz çökdürdüyünü” demiş, həmçinin guya 4 dəfə “maskalılar”ın gəlib onu evindən aparmaq istədiklərini, amma video yayıldığına görə guya risk etmədiklərini bildirmişdir. 2018-ci ilin fevral ayının əvvəllərində o, Poladın təklifi ilə Bakı şəhərində yerləşən “Four Seasons” otelində İran inqilabının 39 illiyi münasibəti ilə keçiriləcək tədbirdə iştirak etmişdir. Polad onu oraya jurnalist kimi salmışdır. Orada Polad əsasən hər kəslə salamlaşsa da, İran səfirinin müavini ilə təkbətək görüşmüş, 5-10 dəqiqə söhbət etmişdir. Sonra Polad ona səfirin müavini ondan səfir barədə yazdığı məqaləni çıxartmağı xahiş etdiyini demişdir. Növbəti günlər Tehranda baş tutacaq tədbirə Polad onu da aparmaq və oradakı dostları ilə tanış etmək istəmiş, ancaq sonradan nədənsə alınmamışdır. Bütün bu məsələlərin üstü açılandan sonra başa düşmüşdür ki, Poladın həmin vaxt onu İrana aparmaqda məqsədi İran xüsusi xidmət orqanlarının əməkdaşı ilə tanış etmək olmuşdur. Sonralar Polad hərbi xidmətə getmiş və 2019-cu ilin aprel ayının 1də xidmətdən qayıtmışdır. Hərbi xidmətdə olduğu müddətdə Poladın ailəsi ilə görüşmüş və hər hansı maddi ehtiyacları olarsa ona bildirmələrini xahiş etmişdir. Orucluq vaxtı Vüsalla birlikdə şərikli bazarlıq edib Poladın ailəsinə vermək qərarına gəlmişlər. Bu barədə onun arvadına dedikdə Gülmira imtina etmiş “boss”un onların ehtiyaclarını ödədiyini bildirmiş, həm də “Poladın müəllimləri sağ olsun, bizi görürlər, pulu əvvəlki kimi saxlayıblar” demişdir. “Boss” və “müəllim” dedikdə Gülmiranın konkret kimləri nəzərdə tutduğunu bilməmişdir. O, Təqsirləndirilən şəxs əsasən İran və alman nömrələri ilə “Whatsap” üzərindən mesajlaşdığını və danışdığını görsə də, sonuncu həmin şəxslərin kim olmasını ona açıqlamamışdır. Əsgərlikdən gələndən sonra demək olar ki, o Polada ümumiyyətlə inanmamışdır. Xatırlayır ki, iyun ayının əvvəllərində, ya da may ayının sonlarında Təqsirləndirilən şəxs onunla telefonda danışıb zəvvarların qiymətini çox aşağı qoyduğunu və qaldırmalı olduğunu bildirmişdir. Bu söz ona çox pis təsir etmiş və “sən deyildin başqalarını ittiham edən, indi özün deyirsən zəvvarların ziyarət haqqını qaldırım, sənə etibar yoxdu” sözlərini bildirmişdir. Polad da əgər onun dediyini həyata keçirməsə bundan sonra 1 reys ancaq edə biləcəyini və tutulacağını demişdir. Bu söhbətlərdə o, Poladın elə Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən onun üzərinə yönləndirildiyini fikirləşmiş, amma sonrakı gedişat yanıldığını göstərmişdir. O, Təqsirləndirilən şəxs hədə-qorxu gəldiyinə görə “102” xidmətinə zəng edəcəyini demiş, bu sözdən sonra Polad “sonra danışarıq” deyib söhbəti yekunlaşdırmışdır. O, Təqsirləndirilən şəxs bu danışığına görə həmin gecə “Facebook” sosial şəbəkəsindəki profilində “heç kimə güvən yoxdur” deyə status paylaşmışdır. Səhərisi gün Polad statusu görmüş və ona zəng edərək “məni yandırdın” deyə bildirmişdir. Aralarında mübahisə olmuş və o, Poladın Dövlət Təhlükəsizliyi Xidməti və digər orqanlarla onun əlaqəsinin olub-olmamasını yoxlamaq üçün etdiyini düşünmüşdür. Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarından heç kim ondan zəvvar turlarına görə pul tələb etməmiş, həmin videonu Poladın təsiri və təzyiqi ilə çəkmiş və sonuncunun dediklərini etmişdir. Polad həbs edildikdən sonra o da istintaqa çağırılmış, sorğu-sual edilmiş, Poladla bağlı bildiyi bütün məsələləri olduğu kimi danışmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid9 göstərdi ki, o, 2005-ci ilin yanvar ayından “Yeni Musavat” qəzetində müxbir kimi çalışır. Müxbir kimi əsas iş istiqaməti Yaxın Şərq ölkələrində baş verən sosial, siyasi, dini, hərbi və sair sahələrdəki hadisələrlə bağlı məqalələr hazırlamaqdan, Azərbaycanda dini məsələlərlə bağlı məqalələr yazmaqdan ibarətdir. Mövzuları qəzetin redaktorları ilə məsləhətləşib hazırlayır. Təqsirləndirilən şəxs təxminən 5 il əvvəldən jurnalist fəaliyyəti ilə məşğul olan şəxs kimi tanımışdır. Belə ki, o vaxtlar Təqsirləndirilən şəxs Beynəlxalq Mətbuat Konfransında keçirilən tədbirdə iştirak edərək çəkilişlər aparmışdır. Aralarında normal münasibətlər olmuşdur. Özü təxminən 20 ildir ki, jurnalistika sahəsində fəaliyyət göstərir və mətbuat aləmində çalışan insanların çoxu onu tanıyır. Yaxın Şərq ölkələri ilə bağlı onun yazdığı məqalələri çoxlarına bəllidir. Polad ona həmişə “Kənan müəllim” deyə müraciət etmiş, hörmətini saxlamışdır. Təqsirləndirilən şəxs jurnalistika sahəsinə təzə gəldiyini və bu sahədə yetərincə təcrübəsi olmadığını da bilmişdir. O, Təqsirləndirilən şəxsla birlikdə X63 39-cu ildönümü ilə bağlı 2018-ci ilin fevral ayının 10-dan 15-dək olan müddət ərzində İranda səfərdə olmuşdur. Belə ki, 2018-ci ilin fevral ayının əvvəllərində qəzetin baş redaktoru ona X63 39-cu ildönümü ilə bağlı Tehran şəhərində keçiriləcək tədbirdə jurnalist kimi iştirakla bağlı İranın Azərbaycandakı səfirliyinin mətbuat xidmətinin rəhbəri Nəcəfidən təklif gəldiyini demiş, həmin tədbirdə onun iştirak etməsini məsləhət bilib Nəcəfinin telefon nömrəsini verərək onunla əlaqə saxlamağını tapşırmışdır. O da Nəcəfiyə zəng etmiş və sonuncu da qeyd olunan tədbirdə jurnalist kimi iştirak etməyini təsdiqləmiş, həm də ona təyyarə ilə deyil, avtobus və ya minik avtomaşını ilə gedəcəyini söyləmişdir. O da rahatlıq üçün təyyarə ilə getmək arzusunda olduğundan bir qədər tərəddüd etmişdir. Amma çox da dərinə getməyib narazılığını nə Nəcəfiyə, nə də baş redaktoruna deməmişdir. Həmin səfərə çıxmazdan təxminən 2-3 gün əvvəl Təqsirləndirilən şəxs ona “facebook” sosial şəbəkəsi vasitəsilə məlumat vermişdir ki, ona da X63 39-cu ildönümü ilə bağlı İran səfirliyindən dəvət gəlib və deyib ki, onunla birlikdə gedəcəkdir. O barədə ona İranın Azərbaycan səfirliyindən deyiblər və yol pullarını da İran səfirliyindən Təqsirləndirilən şəxs veriblər. Sonuncu “Azərbaycandan İrandakı tədbirə jurnalist qrupu getməli idi, lakin İrandakı həmin tədbirdə biz ikimiz iştirak edəcəyik, biz isə Astaradan keçəcəyik” ifadələrini ona söyləmişdir. O da Təqsirləndirilən şəxs təyyarə ilə getmək istəyini söylədikdə, sonuncu ona “narahat olma, bütün texniki məsələlər mənlikdir, sən sadəcə razılıq ver ki, mənimlə getmək istəyirsən, elə təşkil edəcəm ki, rahatlıq olacaq” demiş, o da etiraz etməmişdir. Poladla razılaşmışlar ki, xx xxxxxx 2018-ci il tarixdə səhər saatlarında “Lökbatan dairəsi”ndə görüşəcəklər. xx xxxxxx 2018-ci il tarixdə səhər saat 08 radələrində həmin yerdə olmuş, təxminən bir saatdan sonra Polad gəlmişdir. Poladın gəldiyi gümüşü boz rəngli dördgöz “Mersedes” markalı avtomaşınla yola düşmüşlər. Maşında başqa daha iki nəfər tanımadığı sərnişin də olmuş və onlar Cəlilabad rayonu ərazisində düşmüşlər. Polad yolda ona həmin səfərlə bağlı İranın Azərbaycandakı səfirliyində olduğunu və oradan yol pulu kimi hərəyə 100 manat olmaqla cəmi 200 manat pul aldığını, pulu almağı barədə yazılı qəbz də verdiyini demişdir. Polad taksiyə 40 manat pul ödəmiş və yol xərci çıxılmaqla ona 80 manat pul vermişdir. xx xxxxxx 2018-ci il tarixdə saat 15 radələrində İrana keçəndən sonra hərədə verilən puldan qalan 80 manatı, cəmi 160 manatı İran puluna dəyişmişlər. Bu onun səfirlik xətti ilə İrana ilk səfəri olmuşdur. İrana keçdikdən sonra onları bir iranlı qarşılamışdır. Həmin iranlı onları Tehran şəhərində “Şirin” adlı otelə gətirmişdir. Oteldə onları başqa bir iranlı qarşılamış və həmin iranlının adı Hamid Nasiri olmuşdur. Sonuncu özünü onlara elə təqdim etmişdir. Hamid Nasiri səfərlərinin son günündə əlaqə saxlamaq üçün mobil telefonunu ona vermişdir. Hamid Nasirinin ad və telefon nömrəsini mobil telefonunun yaddaşına “**********09 Hamid Nasiri” kimi yazmışdır. X100 dövlət orqanı olan “İrşad” nazirliyində işlədiyini, həmin mərkəzin əməkdaşı olduğunu və tədbirin əsas təşkilatçılarından biri kimi iştirak etdiyini bildirmişdir. Tanış olduqdan sonra Hamid Nasiri onu Azərbaycanda Yaxın Şərqlə bağlı məqalələr yazan savadlı və məntiqli müxbir kimi tanıdığını, bütün məqalələrini oxuduğunu ona söyləmişdir. O, görmüşdür ki, Hamid Nasiri onun barəsində ətraflı məlumata malikdir. Otelin foyesində onunla görüşən kimi səfərlərinin təyyarə ilə təşkil olunmamasına etirazını bildirmişdir. Hamid Nasirin nəzarəti altında resepşindən Polad və ona, hər ikisinə ayrı-ayrı otaqların açarları verilmişdir. O, Poladın üzünə baxmış və o an Hamid Nasiri bildirmişdir ki, rahatlıqları üçün ayrı-ayrı otaqlarda qalacaqlar. Qalacaqları otaqlar otelin üçüncü mərtəbəsində olmuşdur. Piyada pilləkanlarla 3-cü mərtəbəyə qalxmışlar. O, ayrı otağa, Təqsirləndirilən şəxs isə onun otağından aralı başqa bir otağa daxil olmuşdur. Əşyalarını orada qoyub yenidən foyeyə qayıtmışlar ki, yemək yesinlər. Hamid Nasiri “narahat olmayın bir az gözləyin indi sendviç gətirirlər, yeyərsiz” demişdir. Bir qədər sonra Hamidin dediyi yeməyi gətirmişlər və onlar həmin yeməyi yeyib yenidən otaqlarına qalxmışlar. Səhər yuxudan durub foyeyə düşmüş, səhər yeməklərini yemiş, sonra isə parada yollanmışlar. Səhər yeməyi zamanı o, görmüşdür ki, Azərbaycan nümayəndə heyətinin tərkibində qadınlar, eləcə də Azərbaycan İslam Partiyasının ayrı-ayrı üzvləri də İran inqilabının ildönümü ilə bağlı tədbirdə iştirak etmək üçün İrana gəliblər. O orada Hacı İlhamı, X84 və başqalarını görmüşdür. O və Təqsirləndirilən şəxs digər şəxslərlə birlikdə Tehran şəhərinin mərkəzinə doğru getmişlər. Hamid Nasiri də onlarla olmuşdur. Orada insan kütləsi çox olmuş və müsəlman ölkələrindən onlar kimi gələn qonaqların sayı çox olmuşdur. Təqsirləndirilən şəxs və o paradla bağlı fotoşəkillər çəkmişlər. Sonra konfrans keçirilən yerə gəlmişlər. Hamid Nasiri də həmin konfransda iştirak etmişdir. Konfransda iştirak edib axşam otelə qayıtmışlar və oteldə hərə öz otağına getmişdir. Səhəri gün, yəni xx xxxxxx 2018-ci il tarixdə onların arxasınca avtobus gəlmiş və onları, yəni Azərbaycan nümayəndə heyətini Tehran şəhərində “Camaran” ev muzeyinə gətirmişlər. Oranı gəzdikdən sonra yenidən otelə qayıtmışlar. Həmin günün axşamı Təqsirləndirilən şəxs, o, Hamid Nasiri, İslam Partiyasının bəzi üzvləri qatarla Məşhəd şəhərinə gəlmişlər. Hamid Nasiri də onlarla vaqonda olmuşdur. xx xxxxxx 2018-ci il tarixdə səhər satlarında Məşhəd şəhərinə çatmışlar, orada Hamid Nasiri onları “Qəsri Aydın” otelində yerləşdirmişdir. Orada bilmişdir ki, Azərbaycan nümayəndə heyəti otelin 5 və 6-cı mərtəbələrindəki otaqlarda yerləşiblər. Onlara 6-8 nəfərlə birlikdə bir otaq vermişlər. O, etiraz etdikdən sonra ayrı bir otaq vermişlər ki, həmin otaqda da o və Təqsirləndirilən şəxs qalmışdır. xx xxxxxx 2018-ci il tarixdə axşam saatlarında qatarla Məşhəd-Qum reysi ilə Qum şəhərinə yola düşmüşlər. Onun reportaj hazırlamaq məqsədilə Tehran şəhərində düşmək fikri olmuşdur. Hamid Nasiri də onlarla geri qayıtmışdır. Tehran vağzalına çatandan sonra Poladgillə sağollaşıb qatardan düşmüşdür. Təbriz şəhərində reportaj hazırladıqdan sonra xx xxxxxx 2018-ci il tarixdə Biləsuvar nəzarət-buraxılış məntəqəsindən keçməklə Azərbaycana gəlmiş, qayıtdıqdan sonra Poladla əlaqə saxlamış, Polad İranda çəkilən şəkilləri ona göndərmişdir. 2019-cu ilin iyun ayının ortalarında Təqsirləndirilən şəxs Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanıldığını, məhkəmənin qərarı ilə həbs olunduğunu, ona dövlətə xəyanətlə bağlı ittiham verildiyini eşitmişdir. Təqsirləndirilən şəxs İran xüsusi xidmət orqanı olan “Sepah”ın Hadi adlı əməkdaşı tərəfindən məxfi əməkdaşlığa cəlb edilməsi barədə heç bir məlumatı olmamışdır. X63 39-cu ildönümü ilə bağlı keçirilmiş tədbirin əsas təşkilatçılarından birinin adının və telefon nömrəsinin Təqsirləndirilən şəxs “Hadi bey **********09” kimi, özünün isə həmin şəxsin adının və telefon nömrəsinin “Hamid Nasiri **********09” kimi qeyd etməsinin səbəbini bilmir. Hər halda bu şəxsin özünü Hamid Nasiri kimi təqdim etməsi onun yadında qalmış, ona görə də telefona adını belə yazmışdır. Həm də xatırlayır ki, İrandakı tədbir zamanı da onun üstündəki birkada adı “Hamid” kimi qeyd edilmişdir. İranda olan “İrşad” adlı qurum əsasən mədəniyyət işləri ilə məşğul olur. Hamid Nasiri özünün media sahəsində çalışdığını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid10 göstərdi ki, o, 2005-ci ildən ibadətlə məşğul olur, 2005-2010-cu illər ərzində kompüter ustası və fotoqraf kimi işləmişdir. Hazırda da sifariş olanda fotoqraf kimi toy məclislərində çəkilişlər aparır. 2010-2017-ci illərdə “Xəbər44.az” və “Cənubnew.com” internet qəzetlərində müxbir işləmiş, həmin saytların baş redaktoru Araz Quliyev həbsdə olduğundan həm də onun vəzifəsini icra etmişdir. 2017-ci ildən 2018-ci ilin may ayınadək olan müddət ərzində “Cənubpress” Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisiçisi və direktoru işləmiş, əsas fəaliyyəti Masallı rayonu ərazisində gündəlik baş verən ictimai-siyasi, mədəniyyət sahəsində və kriminal xəbərlərin verilməsindən ibarət olmuşdur. O, Təqsirləndirilən şəxs qiyabi olaraq təxminən beş ildir ki tanıyır. Polad bir müddət onun “Facebook” səhifəsindəki dostluğunda olmuş, amma buna baxmayaraq 2018-ci ilin fevral ayının 11-dək olan müddətdə Poladla heç bir əlaqəsi və münasibəti olmamışdır. 2018-ci ilin fevral ayının əvvəllərində Azərbaycan İslam Partiyasının sədri Hacı İlham ona zəng edərək X63 39-cu ildönümü ilə bağlı Tehran şəhərində keçiriləcək rəsmi dövlət tədbirinə dəvət etmiş və həmin səfər zamanı Məşhəd və Qum şəhərlərindəki ziyarətgahların da ziyarət olunacağını, həmin səfərin ehsan xarakterli olduğunu, səfər zamanı maliyyə xərclərinin İran tərəfindən ödəniləcəyini, İslam Partiyasının digər üzvlərinin də gedəcəyini bildirmişdir. xx xxxxxx 2018-ci il tarixdə İlhamgil onu Masallı rayonu ərazisindən götürmüş, “Sprinter” avtobusuna minəndən sonra orada qadınları və İslam Partiyasının bir neçə üzvlərini görmüşdür. İslam Partiyasından tanıdığı Vüqar İbayev də orada olmuş, qadınları isə tanımamışdır. 2018-ci ilin fevral ayının 09-dan 10-na keçən gecə İran Astarasına keçmişlər və təxminən 60 yaşlı bir iranlı kişi onları qarşılayaraq avtobusla Tehran şəhərindəki “Şirin oteli”nə gətirmişdir. Həmin iranlı ilə Vüqar İbayev ünsiyyətdə olmuşdur. Həmin iranlı onları otelə düşürdüb çıxıb getmiş və bir daha həmin şəxsi görməmişdir. Otelə çatanda artıq fevral ayının 10-u gecə saatları olmuş, sübh namazına bir neçə saat qalmışdır. Azərbaycan nümayəndə heyəti otelin 3-cü və 4-cü mərtəbələrindəki otaqlarda yerləşmişlər. “Şirin otel”də onları üç nəfər iranlı qarşılamış, yerləşdirilmə ilə isə iki nəfər iranlı məşğul olmuşdur. Bu iranlılar Azərbaycan nümayəndə heyətinə təhkim olunduqlarını, İranda səfər boyunca onları müşayiət edəcəklərini, ayrı-ayrı yerlərə aparacaqlarını bildirmişlər. Gördüyü ilk baxışda həmin iranlıları görkəmlərindən, özlərini aparma qaydalarından vəzifəli şəxslərə, dövlət adamlarına oxşatmışdır. Bir gün sonra, yəni xx xxxxxx 2018-ci il tarixdə X98 ilə bağlı təşkil olunmuş parad günü o “Canon 600D” markalı şəxsi fotoaparatı ilə paradın şəkillərini, o cümlədən Azərbaycan nümayəndə heyətinin şəkillərini, hətta Poladın da bir neçə şəkilini çəkmişdir. Çəkiliş zamanı həmin iranlılardan ikisi ona yaxınlaşaraq qulağına asta tonda “nə bayda bizim fotoşəkilimizi çəkəsən, bunu eləmə, buna icazə verilmir” deyə xəbərdarlıq etmişlər. Çəkiliş zamanı həmin o üç iranlıdan ikisi çəkdiyi fotoşəkillərdən bir neçəsinə təsadüfən düşmüş, bunu iranlıların özləri sanki hiss etmiş və bilmişlər. Həqiqətən də o, həmin iranlıların məxsusi olaraq fotoşəkillərini çəkmək niyyətində olmamış, sadəcə Azərbaycan nümayəndə heyətinin qarşısında və yaxud ortalarında olduqları üçün təsadüfən kadrlara düşmüşlər. Parad zamanı üç iranlıdan ikisi onu heç nə olmamış kimi kənara çəkərək fotoaparatında çəkdiyi şəkillərə baxmaq istədiklərini israr etmiş, o əli ilə fotoaparatında çəkilən şəkilləri birbir onlara göstərmiş və onlar özlərinin bir neçə şəkillərini tapdıqdan sonra ondan həmin şəkilləri silməsini tələb etmişlər. O, etiraz etməmiş və şəkillərini onların özlərinin gözü qarşısında fotoaparatından silmişdir. Siləndən sonra “bəs sənə demişdik axı bizim şəkilimizi çəkmək olmaz, bunu etmək qadağandır, bir daha belə bir şey eləmə” deyə xəbərdarlıq etmişlər. O da bilərəkdən bunu etmədiyini demişdir. Bu məsələdən sonra həmin iranlıların İranın təhlükəsizlik orqanlarının əməkdaşları olmaları qənaətinə gəlmişdir. Həmin iranlıların adlarını da bilməmişdir. Lakin onlara “Məşədi” və “Kərbəlayi” adı ilə müraciət edilmişdir. İranda səfərdə olduqları vaxt həmin iranlılar daim onların yanlarında olmuşlar. Məskunlaşdıqları otelin birinci mərtəbəsi kafe və restoran olmuş, otelin birinci mərtəbəsindəki foye də geniş olmuşdur. xx xxxxxx 2018-ci il tarixdə səhər saatlarında onları hansısa muzeyə aparmışlar və oranı gəzib yenidən otelə qayıtmışlar. xx xxxxxx 2018-ci il tarixdə elan etmişlər ki, X63 39-cu ildönümü ilə bağlı Tehran şəhərində keçirilən paradda iştirak etmək üçün Azərbaycan nümayəndə heyətini otelin qarşısında avtobus gözləyir. Avtobusa tərəf gəldikdə o, “Facebook”unda dostluğunda olan jurnalist Təqsirləndirilən şəxs avtobusun qarşısında iranlılarla təkbətək söhbət etdiklərini görmüşdür. Avtobusun o birisi tərəfində isə Azərbaycan nümayəndə heyətinin içərisində “Yeni Musavat” qəzetinin müxbiri Kənan Rövşənoğlunu görmüşdür. Sonuncu ilə heç bir tanışlığı olmamış, onu bir jurnalist kimi tanımış, heç bir əlaqəsi və münasibəti olmamışdır. İranda olduğu vaxt da onunla heç bir təması olmamışdır. Kənan Rövşənoğlunun onları qarşılayan həmin iranlılarla təmasını görməmişdir. Amma Təqsirləndirilən şəxs həmin iranlılarla mütəmadi olaraq təmasda olduğunun şahidi olmuş, parad günü və otelin foyesində geca saatlarında iranlılarla bir yerdə söhbət etdiklərini görmüşdür. xx xxxxxx 2018-ci il tarixdə onlar paradda iştirak etmişlər. Həmin gün Təqsirləndirilən şəxs və Kənan Rövşən oğlu harasa getmişlər və bir qədər vaxtdan sonra qayıdaraq Həsən Ruhaninin çıxışına qulaq asmaq üçün izdihamın keçirildiyi yerin mərkəz hissəsinə getdiklərini bildirmişlər. Onlar isə hansısa bir binanın üzərinə çıxıb oradan paradı izləyirmiş, şəkillər çəkmişlər və axşam otelə gəlmişlər. xx xxxxxx 2018-ci il tarixdə Azərbaycan nümayəndə heyətinin üzvlərinin bəziləri Tehran şəhərində “Camaran” ev muzeyini gəzdikdən sonra yenidən otelə qayıtmışlar. Həmin gün Tehran şəhərində 3 mərtəbədən ibarət bir binada “İslami oyanış” mövzusu ilə bağlı keçirilən tədbirdə iştirak etmişlər. Həmin tədbirdə o, partiyanın sədri Hacı İlham, onun müavini X101 və Akif Heydərli iştirak etmişlər. Konfransa İraq, Fələstin, Türkiyə, Livan, Nigeriya, Liviya, Suriya, Pakistan və adlarını hazırda xatırlamadığı digər müsəlman ölkələrindən dəvət almış şəxslər iştirak etmişlər. Konfransın keçirildiyi zal sahəsinə görə böyük olmuş və konfrans üzvləri dəyirmi masa arxasında əyləşmişlər. Həmin konfransda çoxlu sayda yerli və adlarını çəkdiyi ölkələrin mətbuat işçiləri olmuş, onlar konfransın keçirildiyi zalda hərəkət etmişlər, fotoşəkil çəkmişlər və sair. Təqsirləndirilən şəxs və Kənan Rövşən oğlunu orada görmüş, sonuncular da onun kimi həmin konfrans zamanı fotoşəkil çəkmişlər. xx xxxxxx 2018-ci il tarixdə axşam saatlarında Azərbaycan nümayəndə heyəti qatarla Məşhəd şəhərinə yola düşmüşdür. Hacı İlham və müavini X67 təyyarə ilə gəlmişlər. Məşhəd şəhərində Təqsirləndirilən şəxs və Kənan Rövşənoğlu da onlarla birlikdə olmuşlar. Məşhəd şəhərində “qəsri Aydın” otelində qalmışlar. Ziyarət etdikdən sonra otelə qayıdıb dincəlmişlər. Bir gün Məşhəd şəhərində qaldıqdan sonra fevral ayının 13-də qatarla yenidən Tehran şəhərinə qayıtmışlar. Oradan Qum şəhərinə ziyarətə getmişlər. Təqsirləndirilən şəxs və digər nümayəndə heyətinin hamısı onlarla olmuşdur. Qum şəhərində “Fədək” otelində yerləşmişlər. xx xxxxxx 2018-ci il tarixdə Qum şəhərindən bir avtobusla Tehran şəhərinə, oradan isə başqa bir avtobusla İran Astarasına gəlmişlər və artıq fevral ayının 15-də səhər saatlarında Azərbaycana keçmişlər. Qum şəhərindən Tehran şəhərinə avtobusla qayıdarkən avtobusun arxa oturacaqları boş olmuş və orada heç kim oturmamışdır. İrana həmin səfəri zamanı böyrəyindəki daş ona çox əziyyət və sancılar vermiş, amma Allahın köməkliyi ilə böyrəyindəki daş Məşhəd şəhərində düşmüşdür. Məhkəmədə şahid qismində dindirilmiş Şahid13 Kəbləğa oğlu göstərdi ki, o, 2013-cü ildə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 274-cü və 234.1-ci maddələri ilə təqsirli bilinərək 13 il müddətinə azadlıqdan məhrum edilib. X74 Azərbaycan İslam Partiyasının fəal üzvlərindən biri olmuş, digər partiya üzvləri ilə birlikdə 1996-cı ildə həbs edilmiş və həbsdə olarkən vəfat etmişdir. O, həyat yoldaşı və övladı ilə birlikdə müayinə və müalicəsi ilə bağlı bir neçə dəfə İrana səfər etmişdir. Təqsirləndirilən şəxs ilə 2010-cu ildə metronun “Nizami” stansiyasının yaxınlığında yerləşən və fəaliyyət göstərən X37 tanış olmuşdur. Özü 2009-cu ilin sonundan 2012-ci ilin aprel ayınadək olan müddətdə həmin mərkəzdə çayçı işləmişdir. Sonradan oradan işdən çıxmış və əvvəllər işlədiyi Bakı Lokomotiv deposuna qayıdaraq işini davam etdirmiş, amma işdən çıxdıqdan təxminən beş ay sonra həbs edilmişdir. X37 çayçı işlədiyi vaxt Təqsirləndirilən şəxs həmin mərkəzə teztez gedib-gələn, mədəniyyət mərkəzinin sədr müavini işləyən, maliyyə məsələləri üzrə rəhbər şəxs olan Xoşziyar Eyyubla yaxşı münasibətləri olan, müntəzəm əlaqə saxlayan şəxs kimi tanımışdır. Polad Xoşziyarın tapşırığı ilə məqalələr yazmış, yazdıqlarını göstərib çap etdirmiş, Mədəniyyət mərkəzinin maliyyəsi əsasında həm də “Gənc fikir” qəzetinin nəşr etmişdir. Poladın həmin qəzeti Xoşziyara gətirib təqdim etdiyinin şəxsən şahidi olmuşdur. Bir neçə dəfə Xoşziyar ona qonağı olduğunu deyib otağına çay gətirməsini tapşırarkən, o, çayı onun xidməti otağına apardıqda qonaq kimi deyilən Təqsirləndirilən şəxs orada oturduğunu görmüşdür. Təqsirləndirilən şəxs Xoşziyarın otağında özünü çox sərbəst və rahat aparmışdır. Yəni, onların münasibətləri çox yaxın olmuşdur. Xatırlayır ki, təxminən 2011-ci ilin sonu, 2012-ci ilin əvvəllərində Xoşziyar X36 həm də “Şəhriyar” klubunun rəhbəri olduğu vaxtlarda, Xoşziyarın tapşırığı ilə o Təqsirləndirilən şəxs Əhmədli qəsəbəsində yerləşən “Şəhriyar” klubundakı xidməti otağına getmişlər. Belə ki, Xoşziyarın verdiyi tapşırığa əsasən o, Təqsirləndirilən şəxs səfirliyə məxsus qırmızı rəngli diplomatik qeydiyyat nişanları olan xidməti minik avtomobilinə mindirərək səfirliyin tabeliyində olan həmin binaya aparmışdır. Səfirlikdə onun özünə böyük etibar və etimad olduğu üçün lazım olan vaxtlarda o səfirliyin maşınlarından istifadə edib tapşırılan yerlərə getmişdir. Həmin gün də səfirliyin avtomobilini o idarə etmiş, Polad isə yanında əyləşmişdir. Əhmədlidəki xidməti binaya çatarkən səfirliyin maşını olduğu üçün girişdə yoxlanılmamış və gözətçi onları yoxlamadan buraxmış, həyətə daxil olmuşdur. Xoşziyarın tapşırdığı qaydada onun xidməti otağına qalxmışlar. Xoşziyarın həmin xidməti otağının bir açarı avtomobilin açarının üstündə, digər bir açarı isə Təqsirləndirilən şəxs olmuşdur. Yəni otağın açarı ayrılıqda Poladda da olmuşdur. İkisi birlikdə xidməti otağa daxil olmuşlar. Xoşziyarın tapşırdığı kimi Təqsirləndirilən şəxs Xoşziyarın kompüterini işlək vəziyyətinə gətirmişdir. Belə ki, Polad oradan Xoşziyarın özünün deyəcəyi hansısa faylı fleşkada götürməli olmuşdur. Təqsirləndirilən şəxs kompüteri açdıqdan sonra Xoşziyara zəng etmiş və dediyi faylın harada olduğunu soruşmuşdur. Bir az danışdıqdan sonra Təqsirləndirilən şəxs həmin faylı tapdığını və müvafiq materialları fleşkasına köçürdüyünü bildirmişdir. Otaqdan çıxıb yenə səfirliyin qırmızı diplomatik nömrələrlə olan avtomobilinə minib şəhərə qayıtmışlar. Həmin mərkəzdə işlədiyi müddətdə Poladdan başqa heç vaxt heç kimi Xoşziyarın həmin xidməti otağına aparmamışdır. Heç bir başqa şəxs də X44 Polad kimi təsvir etdiyi şəkildə Xoşziyarın yanına gəlib-getməmişdir. 2012-ci ilin əvvəllərində qış aylarında Xoşziyarın sifarişi ilə onun otağına çay aparmış, yenə orada Təqsirləndirilən şəxs görmüşdür. Otaqda çox da qalmamış, həmişəki kimi çayı masaya qoyub çıxmışdır. Təqsirləndirilən şəxsla Xoşziyar həmin il Azərbaycanda keçiriləcək “Eurovizion-2012” mahnı müsabiqəsi ilə bağlı danışdıqlarını eşitmiş, konkret söhbətin məzmununu bilməmişdir. Təqsirləndirilən şəxs özünü olduqca özündənrazı aparmış, elə “mən-mən” demiş, “Ay mən elə elədim, ay mən belə elədim” deyərək özünü kifayət qədər əhatəli və güclü əlaqələri olan şəxs kimi göstərməyə meylli olmuşdur. Yazılarında da lazımsız məsələlərdən bəhs etmişdir. Hətta dəqiq xatırlayır ki, bir dəfə Mədəniyyət Mərkəzinin qapısı ağzında şəxsən özü Polada “belə yazma, aləm dəyər bir-birinə” demişdir. 2012-ci ilin mart ayının ortalarında, “Novruz” bayramından bir neçə gün əvvəl Təqsirləndirilən şəxs tək çayxanaya gəlmiş və çay sifariş etmişdir. O da Təqsirləndirilən şəxs yaxşı dəmli çay vermiş və çayı masaya qoyanda Təqsirləndirilən şəxs ona “səni MTN izləyir, ehtiyatlı ol, tutula bilərsən” deyib bir az da gülümsəmişdir. O, Təqsirləndirilən şəxs bu sözlərinə elə də ciddi yanaşmamış və “mən neynəmişəm ki e, məni tutsunlar” deyə cavab vermişdir. Polad daha bu mövzuya qayıtmamış və çayı içib çıxıb getmişdir. Həm də iş orasındadır ki, bu sözü o vaxtlar çoxları ona demişdir, ona görə də bir qədər öyrəncəli olduğundan əhəmiyyət verməmişdir. Amma bu söhbətin üstündən beş ay keçəndən sonra həqiqətən də tutulmuş, dövlətə xəyanətdə ittihamı olunmuşdur. 2012-ci ilin aprel ayında X37n işdən çıxdıqdan sonra bir daha Təqsirləndirilən şəxs görməmiş və onunla əlaqə saxlamamışdır. Vaxtilə işlədiyi X55 İran dövlətinin nəzarətində olan bir təşkilat olmuş, oraya həmişə İrandan çoxsaylı qonaqlar, o cümlədən də İranın xüsusi xidmət orqanlarının əməkdaşları gəlib-getmişlər. Hətta elələri də olmuşdur ki, hansısa şərti vəzifə və yaxud ad altında fəaliyyət göstərmişlər. Məsələn, onun özünün məxfi əməkdaşlıqlarında ittiham olunduğu şəxslərin hər ikisi, İran İslam Respublikasının xüsusi xidmət orqanı olan X95 Mühafizəçiləri Korpusunun əməkdaşları Yaqub Müseyyibpur və X127 X37 başqa adla işləyən şəxslər olmuşlar. Xoşziyar Eyyub müavin olmaqla yanaşı həm də bütün maliyyə məsələlərinin başında durmuşdur. Bütün verilən pullara, məsrəflərə ancaq Xoşziyar özü nəzarət etmişdir. Şəxsən o, X36 kiməsə yardım etməsini görməmişdir. Hətta xatırlayır ki, bir dəfə yardıma ehtiyacı olan işçiyə də müraciətinə baxmayaraq yardım edilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid16 göstərdi ki, o, 2004-cü ildən 2019-ilin əvvəllərinədək hüquqi və faktiki ünvanı ünvan 3 olan “Ekspress servis” şirkətinin baş direktoru vəzifəsində işləmişdir. 2019-ilin yanvar ayının 05-dən nəşriyyat fəaliyyət göstərmir. Şirkətin əsas fəaliyyət istiqaməti qəzetlərin çap edilməsindən ibarət olmuşdur. Şirkət tərəfindən “Ekspress”, “Lotomedia”, “Gənc fikir”, “Gənc yazar” və adlarını indi xatırlamadığı təxminən 25-yə yaxın qəzet çap edilmişdir. Bir neçə qəzetin krossvordları da çap olunmuşdur. Həmin qəzetlərdə çap ediləcək materiallar çap günü şirkətə plyonka şəklində təqdim olunmuş və çapa verilmişdir. Şirkətdə hər hansı qəzetin elektron formada olan nümunələri və yaxud qəzetin nüsxələri saxlanmamışdır. Çap edilmiş qəzetlərin bütün nüsxələri sifarişçiyə təqdim olunmuşdur. Təqsirləndirilən şəxs və Şahid14 tanıyır. Bu şəxslərlə 2007-2012-cu illərdə ünsiyyətdə olmuşdur. Həmin vaxtlarda Təqsirləndirilən şəxs və Şahid14 “Gənc fikir” və “Gənc yazar” qəzetini çap etdirmək üçün onun işlədiyi “Ekspress” nəşriyyatına gəlmişlər. Həmin qəzetlər ayda iki dəfə olmaqla 1000-1500 tirajla çap olunmuş, hər dəfə çap xərci 200-250 manat təşkil etmişdir. Çap xərcini həmişə Təqsirləndirilən şəxs vermişdir. Təqsirləndirilən şəxs həmin qəzetlərin nəşrinin X21 sifarişi və maliyyə dəstəyi əsasında həyata keçirildiyini şəxsən özü ona bildirmişdir. Sonralar Polad və Ramiz nəşriyyatla əlaqələrini kəsmiş və o vaxtdan etibarən bu şəxslərlə heç bir ünsiyyət saxlamamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid19 göstərdi ki, o, 16 yaşından ibadətlə məşğul olur və “Müsəlman birliyi hərəkatı”nın üzvüdür. Bir neçə dəfə İran İslam Respublikasında olmuş, səfərlərinin məqsədi övladının müayinə və müalicəsi, eləcə də ziyarətgahları ziyarət etmək olmuşdur. O, Təqsirləndirilən şəxs bir jurnalist kimi, “Nardaran hadisələri” ilə bağlı həbs olunan şəxslərin məhkəmə prosesini mətbuatda işıqlandıran, həmin hadisələrlə bağlı həbs olunan şəxslərin valideynlərindən müsahibə götürən şəxs kimi tanımışdır. Polad da onu “Müsəlman birliyi hərəkatı”nın fəal üzvlərindən biri kimi tanımışdır. 2019-cu ilin mayında, Ramazan ayında, Bakı şəhərində 8-ci mikrorayon ərazisində yerləşən “Musavat” partiyasının qərargahında “Nardaran” hadisələri ilə bağlı həbs olunan şəxslərlə bağlı keçirilən toplantı yekunlaşdıqdan və qərargahdan çıxmağa hazırlaşdıqdan sonra Təqsirləndirilən şəxs üzərində telefon nömrəsi yazılmış kağız parçasını ona verərək həmin nömrəni həbsdə olan Abbas Hüseynovun anası Şahid18 verməsini xahiş etmiş və bu nömrənin İrandakı hansısa şəxsin nömrəsi olduğunu, həmin şəxsin həkim və dərmanlarla bağlı ona köməklik göstərəcəyini demişdir. İndi bildirir ki, Polad nömrəni həkim nömrəsi kimi vermişdir. O da razılıq verib həmin kağız parçasını çantasına qoymuşdur. Amma sonradan həmin telefon nömrəsi yazılmış kağızı özünə məxsus digər kağızlarla birlikdə naməlum şəraitdə itirmişdir. Amma Şahid18 da Təqsirləndirilən şəxs ona çatdırmaq üçün bir nömrə verdiyini, amma onu itirdiyini bildirmiş, itirdiyi üçün də Rəhimədən üzr istəmişdir. Şahid18 da narazı tonda ona demişdir ki, “onun heç bir nömrəsi flanı lazım deyil”. Sonralar da Polad nömrəni çatdırıb-çatdırmadığını ondan soruşmamışdır. 2019-cu ilin avqust ayında onun istifadəsində olan ***-***-**-** saylı telefonun “Whatsap”ına tanımadığı nömrədən sms gəlmişdir. Sms yazan özünü təqdim edərək Təqsirləndirilən şəxs həyat yoldaşı Şahid17 olduğunu demişdir. Gülmiradan onunla əlaqə saxlamasının səbəbini soruşduqda sonuncu mesaj yazaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs işi ilə bağlı keçiriləcək dindirməyə şahid kimi onu da yazmışlar və o, dindirməyə gedib deməlidir ki, Təqsirləndirilən şəxs ona verdiyi nömrə həkim nömrəsidir, çünki həmin nömrə ilə bağlı Poladı tutmuşlar. O, dərhal Gülmiraya etirazını bildirib hər şeyi olduğu kimi danışacağını demişdir. Sonradan o həqiqətən istintaqa çağırılmış və orada hər şeyi olduğu kimi danışmış, Gülmiranın təhdidedici sözləri barədə bildirmiş, Gülmira ilə həmin yazışmalarını, səs yazılarını da könüllü şəkildə istintaqa təqdim etmişdir. Əvvəllər Şahid17 tanımamış, Polad tutulandan sonra görüb tanımışdır. Şahid18 isə eşitdiyinə görə hazırda yataq xəstəsidir. Şahid17 ona Dövlət Təhlükəsizlik Xidmətinə çağırılarkən gedib orada həmin nömrənin niyə məhz həkimə aid nömrə olduğunu deməsini təkidlə tələb etməsinin səbəblərini bilmir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid20 göstərdi ki, o, 2018-ci ilin əvvəllərindən etibarən “reportyor.info” saytının təsisçisi və baş redaktorudur. Rəhbəri olduğu saytda əsasən sosial problemlərlə bağlı məqalələr dərc olunur. Həmin saytın “Youtube” İnternet kanalı da fəaliyyət göstərir. O, Təqsirləndirilən şəxs “Nardaran hadisələri” ilə bağlı həbs olunan şəxslərin məhkəmə prosesini mətbuatda işıqlandıran, həmin hadisələrlə bağlı həbs olunan şəxslərin valideynlərindən müsahibə götürən jurnalist kimi tanımış, sonradan Təqsirləndirilən şəxsla jurnalist və sayt rəhbəri kimi normal münasibətləri olmuşdur. Sonuncu dəfə Təqsirləndirilən şəxs əsgərliyə getməzdən bir gün əvvəl Xırdalanda Abşeron rayon təhsil şöbəsinin yaxınlığındakı çayxanada görmüşdür. Belə ki, “Xebervaxt” saytının baş redatkoru Sakit Muradov və adlarını hazırda xatırlamadığı müxbir yoldaşları ilə oturub çay içdiyi vaxtda Təqsirləndirilən şəxs da oraya gəlib çıxmış, görüşüb onların masasında əyləşmişdir. Təqsirləndirilən şəxs oturan kimi “gördüz Dövlət Təhlükəsizliyi Xidmətini neylədim, onları diz çökdürdüm” ifadələrini işlətmiş, onu əsgər aparmaq istədiklərini, Dövlət Təhlükəsizliyi Xidmətinin zəvvarlara imkan vermədiyini, hər bir zəvvardan 15 dollar pul alındığını bildirmişdir. Poladın dedikləri orada olanların heç birinin xoşuna gəlməmiş və Təqsirləndirilən şəxs etirazlarını bildirmişlər. Bir sayt rəhbəri, uzun müddət ictmai-siyasi xarakterli məqalələr yazan və təhlil edən bir şəxs kimi bildirir ki, Təqsirləndirilən şəxs yazdığı məqalələrin əksəriyyəti İran meylli olmuşdur. Təqsirləndirilən şəxs yazdıqlarını müşahidə edib fərd olaraq özü üçün bu nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs İranın adamıdır. Onun haqqında eyni rəyi dəfələrlə digər jurnalist və sayt rəhbərlərindən də eşitmişdir. Bir dəfə o, Təqsirləndirilən şəxsla “Musavat” partiyasının qərargahında hansısa dindarın tutulması ilə bağlı keçirilən konfransda rastlaşarkən onun yazdığı məqalələrin İran meyilli olmasını birbaşa Poladın üzünə söyləmişdir. Polad da onu təsdiq edərək həqiqətən də İran meyilli yazılar yazdığını, İranın Azərbaycandakı səfirliyi ilə sıx münasibətlərdə olduğunu, İslam dini ilə bağlı məqalələri yazmaq üçün oradan sifariş aldığını, qeyri-rəsmi olaraq İran səfirliyinin mətbuat xidmətinin əməkdaşı olduğunu ona bildirmişdir. Polad açıq şəkildə həm də İranın Azərbaycandakı səfirliyindən ona məqalələr verildiyini və həmin məqalələri də saytında və həm də özünün münasibəti olan saytlarda yerləşdirdiyini demiş, həm də “Vaxt var idi ki, İran səfirliyindən yaxşı pullar alıb jurnalistlərə paylayırdım, özümə də yaxşı pullar götürürdüm” deyə bildirmişdir. Ümumiyyətlə, bir jurnalist olaraq bilir ki, mətbuat sahəsində çalışan insanların arasında Polad özünü İranın adamı kimi aparmış, özünü cəmiyyətdə məhz bu statusda olan bir şəxs kimi tanıtdırmaq çalışmışdır. Hesab edir ki, Təqsirləndirilən şəxs zəvvarlarla bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarını ittiham etməsi ilə bağlı yazdığı məqaləni də İranın sifarişi ilə yazmışdır. 2019-cu ilin iyun ayının ortalarında kütləvi informasiya vasitələrində Təqsirləndirilən şəxs Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanıldığı, ona rəsmi olaraq dövlətə xəyanət maddəsi ilə ittiham irəli sürüldüyü və barəsində həbs qətimkan tədbiri seçildiyi barədə məlumatla tanış olmuşdur. Həmin rəsmi məlumatı paylaşarkən o həm də “Tovuz rayonundan müxtəlif cinayətlər törədən çıxmışdı, amma dövlətinə xəyanət edən çıxmamışdı, Təqsirləndirilən şəxs bizlərdən deyil” məzmunlu şərh yazmışdır. Sonradan ona zəng edilərək həmin şərhi silməsi tələb olunmuşdur. Bu tələbin məqsədi ona məlum deyildir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid21 göstərdi ki, o, xx xxxx 2019-cu il tarixdə təxminən saat 16-17 radələrində əvəllər işlədiyi 36 saylı Mənzil Kommunal İstismar Sahəsindəki işi ilə bağlı xidməti ərazidə olan zaman iki nəfər mülki şəxs ona yaxınlaşaraq Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları olduqlarını bildirmiş və onlar tərəfindən keçiriləcək baxışda hal şahidi kimi iştirak etməsini xahiş etmişlər. O da razılaşıb Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları ilə birlikdə ünvan 4 ünvanına getmişdir. Oraya çatandan bir neçə dəqiqə sonra baxışda iştirak etmək üçün digər hal şahidi Şahid22 da oraya gəldiyini görmüş və birlikdə ünvana daxil olmuşlar. Orada bir qadın və bir uşaq olmuşdur. Adını sonradan bildiyi Gülmira adlı həmin qadına Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları baxış keçirilməsinə dair məhkəmə qərarını elan etmişlər. Gülmira qərarı özü oxuyub tanış olmuş və tanış olması barədə imzalamışdır. Sonra Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları ona və digər hal şahidinə hüquqlarını izah etmiş və Gülmiranın, onun və digər hal şahidinin iştirakı ilə baxış keçirilməyə başlanmışdır. Baxış zamanı ünvandan digər əşya və sənədlərlə yanaşı üzərilərində Azərbaycanda fəaliyyət göstərən müxtəlif hüquq-mühafizə orqanlarının, eləcə də müəyyən nazirlik və komitələrin rəhbərlərinin, deputatların iş və mobil telefon nömrələrinin yazıldığı sənədlər aşkar edilərək götürülmüşdür. Bunlardan başqa oradan hər hansı əşya və predmet tapılmamışdır. Baxış sakit tərzdə həyata keçirilmiş, heç bir təsir, təzyiq olmamışdır. Baxış qurtaran kimi Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları baxışa dair protokol tərtib etmiş, o da protokolu oxuyaraq və doruluğunu imzası ilə təsdiq etmişdir. Digər hal şahidi və ev yiyəsi Gülmira da protokolu oxuyub imzalamışlar. Məhkəmədə şahid qismində dindirilmiş Şahid22 göstərdi ki, xx xxxx 2019-cu il tarixdə təxminən saat 16-17 radələrində məşğulluq xidmətinin xətti ilə düzəldiyi işlə bağlı parkda səliqə-səhman işi ilə məşğul olduğu vaxtda iki nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları olduqlarını bildirmiş, xidməti vəsiqələrini göstərmiş və onlar tərəfindən keçiriləcək baxışda o, hal şahidi kimi iştirak etməsini xahiş edilmişdir. Həmin əməkdaşların hazırda adlarını xatırlamır. O, razılaşmış və Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları ilə birlikdə baxış keçiriləcək Daş Karxanası, A.Hacıyev küçəsi, ev 358 ünvanına getmişlər. Oraya çatandan az sonra baxışda iştirak etmək üçün digər hal şahidi Şahid21 da gəlmişdir. O, digər hal şahidi və Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları həmin ünvana daxil olmuşlar. Ünvanda adını sonradan bildiyi Gülmira adlı qadını görmüşdür. Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları əvvəlcə ünvanda baxış keçirilməsinə dair məhkəmə qərarını Gülmiraya elan etmişlər. Gülmira qərarı özü oxuyub tanış olmuş, oraya tanış olması barədə qeydini yazmışdır. Sonra Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları ona və digər hal şahidinə hüquq və zəifələri izah etmiş, bununla da həmin ünvana Gülmiranın, onun və digər hal şahidinin iştirakı ilə baxış keçirməyə başlamışlar. Baxış zamanı digər əşya və sənədlərlə yanaşı üzərilərində müxtəlif hüquq-mühafizə orqanlarının, başqa-başqa nazirliklərin və idarələrin rəhbərlərinin, deputatların şəhər və mobil telefon nömrələrinin yazıldığı sənədlər aşkar edilərək götürülmüşdür. Bunlardan başqa ünvanda hər hansı əşya və predmet aşkarlanmamış, heç bir narazılıq və narahatçılıq olmamışdır. Sonda keçirilmiş baxışa dair protokol tərtib edilmiş, o şəxsən özü protokolu oxuyub tanış olmuş və imzalamışdır. Digər hal şahidi və ev sahibi Gülmira da protokolu oxuyub imzalamışlar. Məhkəmədə şahid qismində dindirilmiş Şahid17 göstərdi ki, o, 2013-cü ildə Poladla ailə həyatı qurmuş, həmin ilin dekabrında uşaqları dünyaya gəlmişdir. Övladı dünyaya gəldikdən sonra bir müddət anasıgildə qalmış, 2014-cü ilin aprel ayından etibarən isə Nərimanov rayonundakı mənzildə ayrı olaraq öz ailəsi ilə yaşamağa başlamışdır. Həmin vaxtdan Polad hara getmişsə, işdən çıxarılmışdır. X106 birlikdə “Zühur TV” internet televiziyasını yaratmış, lakin imkansızlıq ucbatından bir müddət sonra bağlanmışdır. Həmin vaxt Poladı o vaxtkı Milli Təhlükəsizlik Nazirliyinin Binəqədi rayon İdarəsinə çağırmışlar və ondan 15 min manat pul istəmişlər, sonra 5 min manata düşmüşlər və Polada onu pul üzünə həsrət qoyacaqlarını bildirmişlər. Polad evə heç vaxt haram çörək gətirməmiş, çox kasıb şəraitdə yaşamışlar. Polad xarici pasport almış, Seyid Əbdülxaliqin şirkətinə sənədlərini vermiş, Kərbəla ziyarətinə getmişlər. Oradan tez-tez canlı yayım etmiş, hətta aprel şəhidləri ilə bağlı dövlət bayrağı ilə çıxışlar etmişdir. Onların 144 min izləyicisi olan səhifəsi oğurlanmışdır. O səhifədə Poladın ziyarətinin videogörüntülərini qoymuşlar. Saytın oğurlanması ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətininə müraciət etmişlər, lakin onlara saytın elə özlərində olduğu bildirilmişdi. Şahid8 çəkdiyi zəvvarlardan pul yığılması ilə bağlı videofaktlar adlı videogörüntü paylaşılmış, həmin videoda Fəxri görünürdü deyə onu tapmışlar. Həqiqətən də ziyarətlər zamanı orada insanlar çox əzilmişdir. “Karvan MMC”, “Siti Travel”, “Nur Travel”, “Qaim 313” şirkətləri bu işlə məşğul olmuş, rüşvət tələb edilmişdir. Polad Fəxri ilə birbaşa Kərbəlaya gedib qayıtmış, heç İranda yolda düşməmişlər. Fəxri Poladla razılaşıb Suriyaya getmək istəmişdir. O, telefonda Poladla savaşmış, getsə haqqını halal etməyəcəyini, uşağı olduğunu demişdir. 2018-ci ilin yanvarın 3-də ikinci yazı yerləşdirilmişdir. Fəxri xahiş etmişdir ki, anonim saxlanılsın. Vüqar adlı şəxsin pul tələb etməsi bildirilmişdir. Məşhədə gedənlərdən 10 dollar, Kərbəlaya gedənlərdən 20 dollar pul yığılması ilə bağlı Şahid8 bildirmişdir. Polad onda Fəxriyə “sən neynədin, özünü yandırdın, müraciətlərinə rəsmi cavab verilməsini gözləyərdin” demişdir. Sonra Şahid5 zəng vurub Poladla görüşmüşdür. Polada təzyiq edilmiş, rüşvət təklif edilmiş, razı olmayanda isə əməkdaşlıq təklif edilmişdir. 2018-ci ildə tədbirə getməsi ilə əlaqədar Polada və jurnalist Kənana yol xərci kimi verilən 200 manatı Polad gedib götürmüşdür. 2018-ci ilin fevralın 15-də qayıtmışlar. Polad Kənan Rövşənoğlundan görüntüləri götürüb paylaşmışdır. Polad yeni telefonunu işlədə bilmədiyi üçün ondan orada olan bir nömrənin telefonun yaddaşına qeyd etməyi xahiş etmişdir. O, Poladdan adını necə yazmağı soruşmuş, Polad da “Hadi yaz, mən özüm başa düşəcəm” demişdir. Sonradan Poladın ürəyindəki problemlər artmağa başlamışdır. Sabunçu xəstəxanasının baş həkimi Polada demişdir ki, “sən neynəmisən ki, sənə sağlam yazmağımızı istəyirlər”. Fəxri insanları ehsan olaraq müqəddəs ziyarətgahlara göndərmişdir. Anası zəng vurub Poladı hərbi komissarlıqdan axtardıqlarını dedikdə Polada təcili “Zəfəran Hospital”a gedib müayinə olunmasını bildirmişdir. Sonra komissarlıq nümayəndələri gəlmiş, onlara “icazə verin müayinə olunsun, başına bir hadisə gəlsə, kim cavab verəcək, dəfələrlə Polada möhlət hüququ verilib, sülh dövrü yararsız, müharibə dövrü qismən yararlı hərbi bileti olub” deyə bildirmişdir. Ona “qışqır-bağır salma, elə etmə ki, bura briqada tökək” deyə cavab verilmişdir. Həmin şəxsdən sənədini tələb edərək kim olmasını soruşmuş, o da “Polad yaxşı bilir, mən kiməm” deyə cavab vermişdir. Sonra Nərimanov rayon hərbi komissarı onları qəbul etmişdir. Avtomobildə Polad canlı yayım edib “əziz izləyicilər, artıq mən sizin görüşünüzə gələ bilməyəcəm, sifariş gəlib, məni əsgər aparırlar” demişdir. Hərbi xidmət zaman Polada bir müddət forma verilməmiş, müayinə edib onda süni qəbizlik yaratmışlar. Polad 43 kq çəkisi olduğu üçün narahat olmamağı, onsuz da onu geri qaytaracaqlarını bildirmişdir. Müxtəlif rəhbər şəxslərə müraciətlər etmiş, Müdafiə Nazirliyiin qaynar xəttinə dəfələrlə zəng vurmuşdur. Özünü ictimai fəal kimi təqdim edən Şahid7la birgə Firudin Nəbiyevin qəbulunda olmuşdur. Poladın dişində infeksiya olduğu üçün Poladın 3 dişinə lazerlə plomp da qoyulmuşdur. Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşı Anar Həmidov axtarışa rəhərliyi həyata keçirmiş, o, evlərindən sənədləri, pulların çeklərini, məktublara cavabları da götürmüşdür. 2018-ci ilin aprelində Polad əsgərlikdən qayıtmış, ona nümunəvi xasiyyətnamə verilmişdir. X57 zənglər gəlməyə başlamışdır. O, Polada “razılaş get dindirməyə, səhər 9-da gir, günorta 2-yə kimi çıxmasan, ictimailəşdirəcəm, vəkil tutacam” demişdir. Hətta Şahid8 da hərbi xidmətə aparmaq istəmişlər, o da “mənim 3 uşağım var, 35 yaşım var, psixoloji xəstəliklərim var, məni necə apara bilərsiz?” demişdir. Şantajla bağlı səs yazılarında söyüş olduğu üçün xahiş etsə də, Fəxri onu göndərməmişdir. Həmin vaxt Ramazan ayında ət alıb Fəxrigilə qonaq getmişlər, orada kabab çəkmişlər. O zaman münasibətləri yaxşı olmuşdur. Fəxri ilə ilk dəfə Polad hərbi xidmətdə olanda Vüsalla birlikdə bazarlıq edib onlara gələrkən tanış olmuşdur. X29 uşaqlıq tanışı olmuş, övladının toyunu qabağa çəkmişdir. Ayın 20-də “Gəlin Qaya” restoranında toy məclisi təyin olunmuşdur. Onlar da ayın 18-i evdən yola çıxmışlar. Həm Poladın özünün, həm də qızının skalioz xəstəliyi ilə əlaqədar getmişkən İranda onlara da baxdırmağı planlaşdırmışlar. Gecəni müxtəlif səbəblərdən yatmamışlar. Səhər 67 nömrəli avtobusla “20 Yanvar”a, avtovağzaldan da adama 15 manat verməklə “Vita” avtomobili ilə Biləsuvara getmişlər. Biləsvuvar sərhəd məntəqəsində onları təxminən 10 dəqiqə gözlətmişlər, o narahat olmuşdur. Poladı 2-3 nəfər sorğu-sual etməyə başlamışdır. Yarım saat sonra onları Dövlət Təhlükəsizliyi Xidmətinin Biləsuvar rayonundakı şöbəsinə gətirmişlər. Sonra ona məhkəmə qərarını göstərmişlər. Qərarda hədə-qorxu ilə tələb etməyə dair məlumat daxil olduğu bildirilmişdir. Noutbuku və fotoaparatı götürmüşlər. Sonra Poladın anasıgilə aparmışlar, orada axtarış etmişlər. Sonra onu dindirməyə çağırmışlar. Cavid Quluzadə onu Poladla hədələyəndən sonra ifadə verməyə razı olmuşdur. Ona “İrandan nə qədər pul almısınız” deyə eyni suallar vermişlər. Kondisionerin yanından ona tüstü gəlmiş, necə qol çəkdiyini də bilməmişdir. Sonra hər yerə yazmışdır ki, ondan hədə-qorxu, təhdidlə ifadə alınmışdır. Anası da gəlmiş, anasına “mənə çimdik at, elə bil narkoz altında idim” demişdir. Şahid17 məhkəmə istintaqı zamanı ona verilmiş sualları cavablandırarkən göstərdi ki, Polad hərbi xidmətdə olanda Fəxri ilə münasibətləri yaxın olmuş, sonra Fəxrinin yoldaşı ona “Fəxri deyir, Polad kimlərdənsə 600-700 dollar pul alıb. Mən Fəxrinin mənə xəyanətinə dözərdim, amma onun Polada xəyanət etməsinə dözə bilmirəm” demiş və sonra onu bloka atmışdır. Məsciddə ona yaxınlaşıb Poladın həyat yoldaşı olmasını dəqiqləşdirmiş, dini təhsilini soruşmuş, yarımçıq qaldığını bildirmiş və “Qurani-Kərim” istəmiş, həmin qadın ona kömək üçün həyat yoldaşının nömrəsini verib “bu ağamın nömrəsidir” demişdir. Sonra gedib ondan “Qurani-Kərim” götürmüş, dəfələrlə onunla telefonla danışmışlar. Fəxri dəfələrlə Naxçıvanda Əsabi-Kəf ziyarətgahında olsa da, bir dəfə də olsun yaxınlıqda olan Poladın yanına getməmişdir. Zərərçəkmiş şəxs ona demişdir ki, “Salam” tur şirkəti Ocaq Nicatındır. O bu haqda zəng vurub Murtuza Ərdəbilidən soruşmuş, Murtuza da “bizim burada tur şirkətimiz yoxdur” deyə cavab vermişdir. O, Murtuza Ərdəbiliyə zəng vurub çətin vəziyyətdə olan, sağlamlıq vəziyyətində problem olan Dəyanətə kömək etməsini xahiş etmiş, bir dəfə də sms yazaraq Poladın adından ona təşəkkür etmişdir. O, Dəyanətə Murtuzanın nömrəsini verməsini xatırlamır. Nardaran məhbusunun anası Rəhimə xanımın verdiyi ifadə ilə də razılaşmır. Şahid18 Poladdan həkim nömrəsi tapmağı xahiş etmiş, Polad da Şahid19 nömrəni vermişdir ki Rəhimə xanıma çatdırsın, amma çatdırmamışdır. Şahid20 tanıyır, amma şəxsən görməmişdir. Arifə qırmızı xətti keçdiyi üçün onu bloka atmış, nə qədər xahiş etsə də çıxarmamışdır. Hadi adlı şəxs Polad hərbi xidmətdə olanda salam yazmış, yoldaşı olduğunu bildirmişdir. Hadi heç Poladın hərbi xidmətdə olduğunu bilməmişdir. Bir də Novruz və Ramazan bayramı ilə bağlı şablon təbrik mesajları olmuşdur. Şahid7 onlara hüquqi xidmətini təklif etmiş, o da Samirə artıq Bəhruz Bayramovu tutduqlarını deyib razılaşmamışdır. Samir təmənnasız hüquqi yardım təklif etmiş, yenə razılaşmamışdır. “6 ay ərzində 250 manat verərsiniz, mən Poladın hərbi xidmətdən yarımçıq xidmətə yararsız qaytarılmasına nail olacam” deyə bildirmişdir. Polad heç vaxt Fəxrini hədələməmişdir. Hətta bronxial astma xəstəsi olan Fəxri xəstələnəndə Poladla birlikdə ət alıb onların evlərinə qonaq getmişlər. Fəxri Polada “sən satılmısan, DTX-ya işləyirsən” deyəndən sonra münasibət pozulmuşdur. Polad cəmi bir dəfə yol xərci məqsədilə Kənana və özünə verilən 200 manatı səfər qabağı götürmüşdür. Polad heç telefon işlətməmiş, “İphone” da işlətməmişdir. Polad gələndə telefonu ona verib “orada İran nömrəsi var, onun nömrəsini yaddaşa yaz, İranda bələdçimiz olub” deyə bildirmiş, adını soruşduqda isə “Hadi yaz” demişdir. Məntiqlə danışılsa, yazışmaları silmək çətin deyildi, Hadi heç Poladın hərbi xidmətdə olduğunu bilməmişdir. Hadi ilə bayramlaşmaqdan başqa yazışma olmayıb. Abbas Hüseynin anası Rəhimə xanımla Əbülfəz Bünyatovun tədbirində tanış olmuşdur. Rəhimənin evinə gedib “axı siz Poladdan xəstəliklə bağlı nömrə istəmisiniz, gəlin bunları deyin” deyə bildirmişdir. Təqsirləndirilən şəxsin həyat yoldaşı olan Şahid17 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunaraq tədqiq olunmuş ifadəsində göstərmişdir ki, o, ailəsi ilə birlikdə ünvan 5 ünvanında yaşayır. Orta məktəbi 2008-ci ildə Tovuz rayonu, Əlimərdanlı kəndində başa vurmuşdur. 2010-cu ilin əvvəlində əslən Tovuz rayonundan olan Leyla Məmmədova adlı xeyriyyəçi xanımın yardımı ilə Bakı şəhəri, Nizami rayonu, Əhmədli qəsəbəsindəki Şəhriyar mədəniyyət mərkəzində təşkil edilmiş “Qurani-Kərim” kursunda ibtidai dini təhsil almağa başlamışdır. Orada təxminən 6 aya yaxın təhsil almışdır. Həyat yoldaşı Təqsirləndirilən şəxsla da həmin dövrdə tanış olmuşdur. Təqsirləndirilən şəxs Şəhriyar mədəniyyət mərkəzində dərs deyən dostları ilə görüşmək üçün oraya tez-tez gəlib-getmişdir. Orada onu görüb maraqlanmış, sonradan hər ikisinin Tovuz rayonundan olduqlarını bilmişlər. Aralarında elə münasibət yaranmışdır. 2013-cü ildə rəsmi nikaha daxil olmuş və Bakı şəhərində kirayə yaşamağa başlamışlar. 2014-cü ildən isə anket məlumatlarında qeyd etdiyi ünvanda Təqsirləndirilən şəxs xalasının evində yaşayırlar. Əri Təqsirləndirilən şəxs 2007-ci ildə orta məktəbi, 2014-cü ildə isə Bakı İslam Universitetinin İlahiyyat fakültəsini bitirmiş, 2018-ci ilin aprel ayından 2019-cu ilin aprel ayınadək Naxçıvan Muxtar Respublikasında müddətli həqiqi hərbi xidmətdə olmuşdur. Təqsirləndirilən şəxs təxminən 4-5 ildir ki, “xəbərman.com” xəbər saytını, 1 il yarımdır ki, “press-az.com” xəbər saytının inzibatçısı kimi fəaliyyət göstərmişdir. Həmin saytlarda ölkədə və dünyada baş verən hadisələrlə bağlı xəbərlər paylaşılır. Təqsirləndirilən şəxs özü də məqalələr yazır. Məlumatları digər mənbələrdən götürdükdə isə istinad etmişlər. Bəzi hallarda Təqsirləndirilən şəxs və ona saytlarda dərc etdikləri xəbərlərin pul müqabilində silinməsi barədə təkliflər olub, lakin onlar heç vaxt kimlərdənsə pul alıb xəbər silməmişlər, nə də heç kəsdən pul tələb etməmişlər. Hətta onunla bağlı həyat yoldaşı “facebook” profilində status paylaşıb ki, heç kəs ona pul müqabilində hansısa xəbərin silinməsini təklif etməsin, əks halda həmin şəxslərin adlarını paylaşıb ictimailəşdirəcəkdir. Təqsirləndirilən şəxs yazdığı yazıları o korrektə etmiş, daha sonra saytda paylaşmışlar. Təqsirləndirilən şəxs öz məqalələrini ona diktə etmiş, o isə kompüterdə yığmış və paylaşmışdır. Əlavə olaraq bildirir ki, Təqsirləndirilən şəxs əvvəllər “Gənc fikir” qəzeti və “Məsum” adlı dini jurnalı təsis etmişdir. Həmin qəzet və jurnallar İran İslam Respublikasının Azərbaycandakı nümayəndəliyi tərəfindən maliyyələşdirilmişdir. İstifadəsində bir ədəd “Samsung” markalı telefon və ***-***-**-** saylı, Təqsirləndirilən şəxs istifadəsində isə “İphone” markalı telefon və ***-***-**-** saylı nömrəsi olmuşdur. Bildirmək istəyir ki, heç vaxt İrana səfər etməmiş, həyat yoldaşı Təqsirləndirilən şəxs səhv etmirsə, 3 dəfə İran İslam Respublikasına səfər etmişdir. O, iki dəfə Məşhəd ziyarətində, bir dəfə isə İran ərazisindən keçməklə Kərbəla ziyarətində olmuşdur. Təqsirləndirilən şəxs 2018-ci ildə Məşhəd ziyarətində olduğu zaman İran İslam Respublikasının yaranmasının 39 illiyi münasibətilə konfransa dəvət almış və iştirak etmişdir. Təqsirləndirilən şəxs Bakı şəhərinə qayıtdıqdan bir müddət sonra bərabər evdə oturduqları zaman telefonuna mesaj gəlmiş, telefon onda olduğuna görə Təqsirləndirilən şəxs mesajın kimdən gəldiyini ondan soruşmuşdur. O Hadi adlı şəxsin adının qeyd edildiyini bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs ona bildirmişdir ki, həmin şəxs iranlıdır və həmin konfransda tanış olublar, həmin iranlı barədə başqa bir söz deməmiş, ancaq onu demişdir ki, əsgərliyə getsə o nə desə onu etsin. Təqsirləndirilən şəxs əsgərlikdə olanda onun nömrəsini o işlətmişdir. Bir dəfə həmin Hadi adlı şəxsdən “Whatsapp” vasitəsilə mesaj gəlmiş, “Salam Polad, necəsən qardaş?” məzmunlu mesaj yazmışdır. O cavab yazaraq Təqsirləndirilən şəxs əsgərlikdə olduğunu, yazanın həyat yoldaşı olduğunu Hadiyə bildirmişdir. Sonuncu isə narahat etdiyi üçün üzr istəmiş, ondan sonra iki dəfə bayram təbriki yazmış, o da cavabında təbrik göndərmişdir. Hadi adlı şəxsi tanımır, onu görməmiş, qeyd etdiyi hallardan başqa əlaqə saxlamamış, profilində şəkli olmamışdır (cild 1, iş vərəqə 32-34). İbtidai istintaq zamanı şahid qismində dindirilmiş, məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq olunmuş Şahid4 göstərmişdir ki, o, 2011-2015-ci illərdə Azərbaycan İslam Partiyasının Qazax rayon komitəsinin sədri işləmiş, 2019-cu ilin əvvəllərindən isə X85 rəhbəri olduğu “X86” İctimai Birliyinin üzvüdür. İran İslam Respublikasında bir neçə dəfə səfərdə olmuş, səfərlərinin məqsədi müayinə və müalicə olunmaq, eləcə də ziyarətgahları ziyarət etmək olmuşdur. Təqsirləndirilən şəxs tanıyır, onunla 2015-ci ildə Azərbaycan İslam Partiyasının keçmiş üzvü Ağstafa rayonunun Yenigün kənd sakini Şahid3 vasitəsilə tanış olmuş, ilk vaxtlar Polad Aslanovla telefonla əlaqə saxlamışdır. Şahid3 Təqsirləndirilən şəxs baş redaktoru olduğu “Xeberman.com” saytının qərb bölgəsi üzrə müxbiri işləmişdir. Şahid3 eşitmişdir ki, Təqsirləndirilən şəxs öz saytının müxbir olmasına dair vəsiqələr paylayır. O da Təqsirləndirilən şəxs saytında müxbir kimi işləməyə razılığını bildirmişdir. Şahid3 vasitəsilə o, həm də “Azərbaycanreallığı.com” saytının baş redaktoru Zərərçəkmiş şəxs ilə də tanış olmuşdur. Sonrakı vaxtlarda Şahid3la Təqsirləndirilən şəxs münasibətləri pozulmuş, araları dəymişdir. Səbəbini dəqiq bilmir, eşitdiyi o olmuşdur ki, nəsə pul məsələsi ilə bağlı münasibətləri pozulmuşdur. O, Təqsirləndirilən şəxs əyani olaraq Zərərçəkmiş şəxs vasitəsilə Bakı şəhərində 2018-ci ilin yanvar ayının əvvəllərində görüb tanımışdır. Yadına gəlir ki, Təqsirləndirilən şəxsla telefon danışıqlarının birində sonuncuya bir banka qaymaq gətirəcəyinə söz vermişdir. Bakı şəhərinə gedəndə də qaymağı özü ilə apararaq Təqsirləndirilən şəxs yanına getmiş və onunla görüşdə 1 banka qaymağı ona vermişdir. Təqsirləndirilən şəxsla görüşü dediyi kimi Bakı şəhərində Mərkəzi Univermaqın yanında ünvanını bilmədiyi bir yerdə ofis kimi istifadə olunan əla təmirli bir yerdə olmuşdur. Arıq bədən quruluşlu, özündən razı insan olan Təqsirləndirilən şəxs ilk dəfə orada görmüşdür. Təqsirləndirilən şəxs özü haqqında danışmış və bildirmişdir ki, imkansızlıq ucbatından İran Ali X11 Bakı şəhərindəki nümayəndəliyindən şəxsən Mürtəza ağadan seyidliyinə görə pul alır. Təqsirləndirilən şəxs isə Mürtəzanın ona az pul verməsinə təəcüblənmişdir. O, Təqsirləndirilən şəxs Mürtəzanı tanıyıb-tanımamasını soruşduqda, Təqsirləndirilən şəxs İran Ali X11 Bakı nümayəndəliyinin rəhbəri X130nı və onun müavini olan Mürtəza ağanı tanıdığını, onlarla münasibətdə və əlaqədə olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs “mən Ocaq Necattdan və Mürtəza ağadan nə qədər pul istəyirəm verirlər, oradan istədiyim məbləğdə pul alıram, İran meyilli məqalələr yazıram, jurnal çıxardıram, onlarla əməkdaşlıq edirəm, görürsən bu zəvvar ofisini, bax bu ofisi Ocaq Necatın puluna zəvvar turları təşkil edirəm və işlədirəm” ifadələrini ona demişdir. O, həmin vaxt başa düşmüşdür ki, Təqsirləndirilən şəxsla onun görüşdüyü yer zəvvar turu təşkil edən hansısa firmanın ofisidir. Lakin dəqiq həmin zəvvar turu təşkil edən firmanın adını bilməmişdir. Təqsirləndirilən şəxs həmçinin Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarınının zəvvarlardan adam başı pul almaları barədə geniş bir məqalə müəllifi olduğunu və Dövlət Təhlükəsizliyi Xidmətini nüfuzdan salan yazını yazdığını ona söyləmişdir. Təqsirləndirilən şəxs həmin yazını İranda yaşayan əslən azərbaycanlı olan, hazırda hüquq mühafizə orqanları tərəfindən axtarışda olan İsgəndər Hüseynov və İranın digər möhtəbər şəxslərin sifarişi ilə yazdığını ona bildirmişdir. Demişdir ki, bir neçə gün əvvəl İranda olmuş və təzəlikcə İrandan qayıtmışdır. X58 və digər dediyi həmin möhtəbər şəxslərlə gizli bir görüşü olmuş, orada da Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarının zəvvarlardan pul alması ilə bağlı yazının ictimailəşdirilməsinə “dobro” verilmişdir. Ona görə də onu etmişdir. Sonda Təqsirləndirilən şəxs “Mənə problem yoxdur” ifadələrini də ona söyləmişdir. 2019-cu ilin iyun ayının ortalarında kütləvi informasiya vasitələrindən eşitmişdir ki, Təqsirləndirilən şəxs dövlətə xəyanət maddəsi ilə saxlanılmış və məhkəmənin qərarı ilə həbs olunmuşdur. Daha sonra eşitmişdir ki, Təqsirləndirilən şəxs Ocaq Necatın sifarişi ilə həbs olunmuşdur. Seyidliyinə görə növbəti dəfə Mürtəzadan pul almaq üçün Bakı şəhərinə getmiş, sonuncu ilə görüşdə Təqsirləndirilən şəxs tutulması ilə bağlı söhbət salaraq Mürtəzaya demişdir ki, “bəs danışırlar ki, Təqsirləndirilən şəxs Ocaq Necat tutdurub”. Mürtəza ağa isə Təqsirləndirilən şəxs Ocaq Necat tərəfindən tutdurulmadığını bildirmişdir. Mürtəza ona demişdir ki, Təqsirləndirilən şəxs sonuncu dəfə İrana getməmişdən əvvəl həyat yoldaşı Şahid17 ilə birlikdə onun yanına gəlmiş, İranda işlərinin olduğunu və görüşəcəkləri şəxslərin olduğunu deyərək ondan pul verməsini xahiş etmişlər. Mürtəza da onlara pul vermişdir. Lakin nə qədər pul verdiklərini isə xatırlamamışdır. Təqsirləndirilən şəxs həyat yoldaşı Şahid17 adını çəkdi deyə yadına bir məqam düşür və onu səmimi olaraq bildirir ki, Təqsirləndirilən şəxs hərbi xidmətdə olduğu dövrdə Mürtəza ağagil tərəfindən Şahid17 maliyyə yardımı edilmiş və sonuncuya hər ay pul verilmişdir. Bir dəfə Şahid17 Mürtəza ağanın daimi olduğu İran Ali X11 Bakı nümayəndəliyində gözləmə zalında oturduğunu görmüşdür. O, İran Ali X11 Bakı nümayəndəliyindən pulu almaqda hər hansı məqsədinin olmadığını, seyidliyinə görə 50- 100 manat arası ayrı-ayrı vaxtlarda Bakı şəhərində olduğu təqdirdə pul aldığını, həmin pulun müqabilində ona hər hansı tapşırığın verilmədiyini bildirmişdir. O, az miqdarda oradan pul almağını Təqsirləndirilən şəxs demiş, sonuncu isə oradan 2000, 3000 min manat, elə olub ki, 1500 manat və yaxud daha çox məbləğlərdə pul aldığını və orada ona təqdim edilən kağız parçasına imza etdiyini bildirmişdir. O, həmin fərqi gördükdə Təqsirləndirilən şəxs hətta sual vermişdir ki, “ay Polad niyə sa bu qədər pul verirlər? mənim bu qədər külfətim var mənə 50-100 manat arası pul verirlər”. Təqsirləndirilən şəxs da özünün onlar üçün, İranın maraqlarına uyğun çoxlu işlər gördüyü üçün, rəhbərlik etdiyi saytlarda Mürtəza ağagilin verdikləri məqalələri yerləşdirdiyi üçün ona o qədər çoxlu pul verildiyini söyləmişdir. Mürtəza ağa ilə onu tanış edən Azərbaycan İslam partiyasının Ağstafa rayonu üzrə və ümumiyyətlə qərb koordinatoru işləmiş Elxan Musayev olmuşdur. 2011-ci ildə Elxan Musayevlə Bakı şəhərinə gəlmiş və orada Dini liderin dəftərxanasının Bakı nümayəndəliyinin rəhbəri olan Ocaq Necatla görüşmüş, sonuncu ilə onu Elxan Musayev tanış etmişdir. O, Zərərçəkmiş şəxs vasitəsilə Şahid1 tanıdığını, sonuncuları Mürtəza ağa ilə tanış etdiyini bildirmişdir. Zərərçəkmiş şəxs ürək çatışmazlığı xəstəliyindən əziyyət çəkmiş və maddi imkansızlığı ucbatından müayinə və müalicə etdirə bilməmişdir. Dəqiq deyə bilmir ki, Şahid1 özünün xəstəliyi, yoxsa övladının xəstəliyi var idi? Bircə onu bilir ki, hər ikisinin imkanı olmamışdır ki, problemlərini həll etsinlər. O da onu bilirmiş. Bir gün o kömək məqsədilə Zərərçəkmiş şəxs və Şahid1 bildirmişdir ki, Ali X11 Bakı nümayəndəliyində Mürtəza ağa ilə onları tanış edər, Mürtəza ağa da onlara kömək edər. Onlar da razılıqlarını bildirmişlər. O da 2018-ci ilin yanvar ayının sonu fevral ayının əvvəllərində Zərərçəkmiş şəxslə Şahid1ı Mürtəzanın yanına aparıb tanış etmişdir. Bir qədər söhbət etdikdən sonra o, Zərərçəkmiş şəxs gözlə işarə etmişdir ki, görüşü yekunlaşdıraq. Səbəb isə Zərərçəkmiş şəxs və Şahid1 ağzından arağın iyisinin gəlməsi olmuşdur. Fikirləşmişdir ki, birdən Mürtəzanın o hal xoşuna gəlməz. Oradan sağollaşıb çıxıb getmişlər. Sonradan Zərərçəkmiş şəxs eşitmişdir ki, sonuncu və Şahid1 onsuz Mürtəzanın yanına gediblər. Mürtəza da Zərərçəkmiş şəxs 150 manat, Elşada isə 50 manat pul və bir ədəd tibbi kart vermişdir ki, Bakıdakı İran klinikalarında pulsuz müayinədən keçsin. Hətta Zərərçəkmiş şəxslə Şahid1 özlərinin Mürtəza ilə görüşlərindən 2-3 gün sonra o, Şahid1 və Zərərçəkmiş şəxs İrana getmişlər. Ondan xahiş etmişlər ki, onlara bələdçilik etsin və orada həkimdən müayinədən keçsinlər. 2019-cu ilin fevral ayının 12-də o, Şahid1 və Zərərçəkmiş şəxslə birlikdə İranın Ərbdəbil şəhərinə getmiş, orada həkim müayinəsindən keçmiş və dərmanlarını almışlar. Pulları qurtarmış və sonra onlar Qum şəhərinə gəlmişlər ki, X58 və Tohid İbrahimbəyli ilə görüşüb pul alsınlar. O, İsgəndər Hüseynovun yanında işləyən Rövşənə zəng edərək onunla görüşmüşdür. X59 və Tohid İbrahimbəyli onlarla görüşməmişdir. Sonradan Şahid1 İsgəndər Hüseynovun telefonuna mesaj yazmışdır ki, Cəlilabadlıyıq, buraya gəlmişik, Azərbaycana qayıtmağa pulumuz yoxdur. Bir qədər sonra özünü İsgəndər Hüseynovun oğlu kimi təqdim edən cavan bir oğlan onlara yaxınlaşmış, Azərbaycana qayıtmaq üçün avtobus biletini aldığını deyib Şahid1 100 iran tüməni pul verdikdən sonra oradan qayıtmışlar. Mürtəza ağanın Zərərçəkmiş şəxs və Şahid1 müalicə və müayinə adı altında məxfi əməkdaşlığa cəlb etmək niyyətində olması barədə məlumatı olmamışdır (cild 4, iş vərəqə 33-37). İbtidai istintaq zamanı şahid qismində dindirilmiş, məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq olunmuş Şahid11 göstərmişdir ki, o, 2005-ci ildən 2011-ci ilin aprel ayınadək Azərbaycan İslam Partiyasının mətbuat xidmətinin rəhbəri, 2011-ci ilin aprel ayından 2015-ci ilin avqust ayınadək partiyanın siyasi şöbəsinin müdiri, 2015-ci ilin sentyabr ayından yenidən mətbuat xidmətinin rəhbəri kimi işləmişdir. Mətbuat xidmətinin rəhbəri kimi vəzifəsi ölkə mətbuatında islam partiyası ilə bağlı gedən xəbər və məlumatlara reaksiya verməkdən, partiyada keçirilən tədbirlərlə bağlı ictimaiyyəti məlumatlandırmaqdan, mətbuat konfranslarını təşkil edərək keçirməkdən və sair bu kimi işlərin görülməsindən ibarətdir. Təqsirləndirilən şəxs 2008-ci ildən tanımışdır. Həmin ərəfədə Təqsirləndirilən şəxs Azərbaycan İslam Partiyasının qərargahına gələrək partiyanın keçmiş sədri hazırda həbsdə olan Mövsüm Səmədovdan müsahibə almaq istədiyini, həmin müsahibəni baş redaktoru olduğu “Gənc fikir” qəzetində dərc etdirəcəyini söyləmişdir. O, Təqsirləndirilən şəxs onlarla ünsiyyətdə özünü partiyaya yaxın insan kimi göstərmək cəhdlərini hiss etmişdir. Təqsirləndirilən şəxs açıq şəkildə İran dövlətini, İrandakı dövlət rejimini dəstəkləmiş, Azərbaycanda hökümətin dinə qarşı apardığı siyasəti açıq şəkildə pisləmişdir. O səbəblərə görə açığını desə Təqsirləndirilən şəxs şübhələnmişdir. Hətta Mövsüm Səmədova gedib demişdir ki, bir nəfər cavan oğlan gəlib ondan müsahibə götürmək istəyir. Mövsüm Səmədov isə onun fikrini öyrəndikdə müsahibənin əleyhinə olduğunu demişdir. O da Təqsirləndirilən şəxs dedikdən sonra sonucu çıxıb getmişdir. Həmin vaxtdan 2018-ci ilin fevral ayına qədər olan müddət ərzində Təqsirləndirilən şəxs görməmiş, onunla əlaqə və münasibət saxlamamışdır. Təqsirləndirilən şəxs 2018-ci ilin fevral ayında X63 39-cu ildönümü ilə bağlı İranın Tehran şəhərində keçirilən tədbirdə görmüş, həmin tədbirə o və İslam Partiyasının bir neçə üzvləri dəvət edilmişlər. Həmin tədbirə İranın Azərbaycan səfirliyinin dəvəti ilə getmişlər. Dəvəti qəbul edən partiyanın sədr müavini Emin Rahiloğlu olmuşdur və bütün təşkilatı işləri də o və sədrin köməkçisi Vüqar İbayev etmişlər. Onlar 2018-ci ilin fevral ayının 09-da “Sprinter” avtobusla İran Astarasına yola düşmüşlər. Salyan rayonu ərazisində partiyanın Neftçala rayon komitəsinin sədri Elnur Hüseynovu götürmüşlər. Avtobusda təxminən 20-22 nəfər olmuşlar. Yadına düşür ki, avtobusda gedənlərin biri hansısa sayt rəhbəri Şahid10 idi, sonra Məhəmmədəli Məmmədrzayev, əslən Lənkəran rayonundan olan xeyriyəçi kimi tanınan Ramin Əkbərli, Bakının Nardaran qəsəbəsindən Sudef Məmmədov adlı ağsaqqal bir kişi, Abdulla Əsgərov, Elşən Ələkbərov adlı və başqa adları yadında qalmayan şəxslər də olmuşdur. xx xxxxxx 2018-ci il tarixdə avtobus Astara sərhəd keçid məntəqəsinin qarşısında onları düşürdüb çıxıb getmişdir. O və avtobusda olan bütün şəxslər rəsmi sənədləri əsasında saat təxminən 15 radələrində İran ərazisinə keçmişlər. Vüqar İbayev kiminləsə telefonla danışmış və bir qədər sonra onları təxminən 56-58 yaşlı bir iranlı kişi qarşılayaraq avtobusla Tehran şəhərindəki “Şirin oteli”nə gətirmişdir. Otelə çatanda artıq fevral ayının 10-u gecə saatları olmuş və sübh namazına bir neçə saat qalmışdır. Azərbaycan nümayəndə heyəti otelin 3 və 4-cü mərtəbələrindəki otaqlarda yerləşdirilmişdir. “Şirin otel”də onları Məhəmməd adlı iranlı qarşılamış, sonuncunun yanında onun köməkçiləri təsirini bağışlayan iki nəfər cavan başqa iranlılar olmuşdur. Bir məsələni qeyd edir ki, həmin oteldə onları qarşılamış Məhəmməd və digər iki nəfər iranlı İran xüsusi xidmət orqanı “Sepah”ın Tehran şöbəsinin əməkdaşları olmuşlar. Məhəmmədin “Sepah” əməkdaşı olmasını yəginliklə ona görə deyir ki, o, Məhəmmədi hələ 2015-ci ilin yay aylarında Qum şəhərində görmüş və sonuncu özünü onlara elə təqdim etmişdir. O həmin dövrdə partiyanın keçmiş sədr əvəzi Şahid12la getmişdir. Qum şəhərinə ziyarət məqsədilə getmişlər, Qum şəhərində Məhəmmədin özü onlara yaxınlaşıb deyibmiş ki, özü “Sepah”ın əməkdaşıdır, onu Tehran şöbəsindən onların oteldə yerləşdirilməkləri üçün göndəriblər. Məhəmməd də onlar üçün Qumda otel məsələlərini həll etdikdən sonra çıxıb getmişdir. Qum şəhərində qaldıqları 2-3 gün ərzində ziyarətgahları ziyarət edib geri qayıtmışlar. Məhəmmədlə başqa görüşləri və söhbətləri olmamışdır. 2018-ci ilin fevral ayının 10-da gecə satlarında “Şirin otel”də Məhəmmədi görən kimi onu tanımış, sonuncu yanındakı iki nəfər iranlının da “Sepah” əməkdaşları olduğunu ona söyləmiş, lakin adlarını ona deməmişdir. Məhəmməd yanındakı iki nəfər iş yoldaşları ilə Azərbaycan nümayəndə heyətinə təhkim olunduqlarını, onları İranda səfər boyunca müşayiət edəcəklərini, qulluqlarında duracaqlarını, ayrı-ayrı yerlərə aparacaqlarını onlara bildirmişdir. Həqiqətən də Məhəmməd və onun yanındakı iki nəfər şəxs daim onların yanında olmuşlar. Otelin birinci mərtəbəsində kafe və restoran fəaliyyət göstərmiş, otelin birinci mərtəbəsindəki foye də geniş olmuşdur. xx xxxxxx 2018-ci il tarixdə yuxudan oyanan kimi şəkərinin qalxdığını görmüş və özünü piss hiss etmişdir. Ona görə də o həmin gün demək olar ki, otaqda çıxmamış, yaxınlıqdakı aptekə gedib gəlmişdir. xx xxxxxx 2018-ci il tarixdə X63 39-cu ildönümü ilə bağlı Tehran şəhərində keçirilən paradda iştirak etmişlər. Həmin gün foyedə onları parada aparacaq avtobusu gözləyirmişlər. O foyedə Azərbaycandan gəlmiş iki jurnalisti görmüş, onlardan biri Təqsirləndirilən şəxs, digəri “Yeni Musavat” qəzetinin müxbiri Şahid9 olmuşdur. Həmin gün Tehran şəhərində yolların əksəriyyəti bağlı olduğu üçün onlar tədbirin keçiriləcəyi yerə yaxın əraziyə qədər avtobusla getmişlər. Oradan isə piyada şəkildə getmişlər. İnsan kütləsinin sayı o qədər çox olmuşdur ki, arabir Azərbaycan nümayəndə heyətinin üzvləri bir-birindən aralı düşürərək, bir-birilərini itirmişlər. Paradda iştirak etdikdən sonra hamısı otelə qayıtmış və orada qalmışlar. Səhəri gün, yəni xx xxxxxx 2018-ci il tarixdə Azərbaycan nümayəndə heyətinin üzvlərinin bəziləri Tehran şəhərində “Camaran” ev muzeyini gəzdikdən sonra yenidən otelə qayıtmışlar. O isə oraya getməmişdir. Həmin gün Tehran şəhərində 3 mərtəbədən ibarət bir binada “İslami oyanış” mövzusu ilə bağlı keçirilən tədbirdə iştirak etmişlər. Həmin tədbirdə o, partiyanın sədri Hacı İlham və onun müavini X101 iştirak etmişlər. Konfransa Türkiyə, Livan, Liviya, İraq, Fələstin, Nigeriya, Pakistan, Suriya və adlarını hazırda xatırlamadığı digər müsəlman ölkələrindən dəvət almış şəxslər iştirak etmişlər. Konfransın keçirildiyi zal sahəsinə görə böyük olmuş, konfrans üzvləri dəyirmi masa arxasında əyləşmiş və saat əqrəbinin əksi istiqamətində çıxışlar etdirmişlər. Ən geniş və bəyənilən çıxış Fələstin və Liviya dövlətindən gəlmiş nümayəndə heyətinin üzvlərinin çıxışları olmuşdur. Konfrans saat 11:00-da başlamış və 12:30-a qədər davam etmişdir. Bir saat fasilədən sonra, yəni 13:30dan saat 15:00-a qədər ikinci hissə davam etmiş və bununla da konfrans yekunlaşmışdır. Onların nümayəndə heyətinə söz çatana qədər konfrans artıq yekunlaşmışdır. Həmin konfransda çoxlu sayda yerli və adlarını çəkdiyi ölkələrin mətbuat işçiləri olmuş, onlar konfransın keçirildiyi zalda hərəkət etmişlər, fotoşəkil çəkmişlər və sair. Təqsirləndirilən şəxs və Şahid9 orada uzaqdan görmüşdür. Onları oteldə qarşılayan Məhəmməd və onun iş yoldaşları da həmin konfransda iştirak etmişlər. Azərbaycan nümayəndə heyəti hissəhissə Məşhəd şəhərinə qatarla ziyarətə getmişlər. Konfransdan sonra o, Emin və İlham birlikdə Məhəmmədin başqa bir iş yoldaşı onları Tehran vağzalına gətirmişdir. Azərbaycan nümayəndə heyətinin qadın üzvlərindən kiminsə bileti ilə bağlı problem yaranmış, konfransın bitməsinə az qalmış Məhəmməd və onun iki nəfər iş yoldaşı Tehran vağzalına getmişlər. Məhəmməd və iki nəfər iranlı iş yoldaşları Azərbaycan nümayəndə heyəti ilə artıq Məşhədə getmişlər. Onlar isə vağzala gələndə artıq qatar tərpənirmiş və güc bəla ilə qətara çatmışlar. Onlar Məhəmmədlə və onun iki nəfər iş yoldaşı ilə Məşhəd şəhərində görüşmüşlər. Məşhəd şəhərində “… Aydın” otelində qalmışlar. Orada bilmişdir ki, ayrı-ayrı vaxtlarda həmin otelə gəlmiş Azərbaycan nümayəndə heyəti otelin 5 və 6-cı mərtəbələrindəki otaqlarda yerləşmişlər. Orada bilmişdir ki, Şahid9 və Təqsirləndirilən şəxs da həmin oteldədirlər. xx xxxxxx 2018-ci il tarixdə axşam saatlarında Azərbaycan nümayəndə heyəti, o cümlədən Təqsirləndirilən şəxs qatarla Tehran şəhərinə gəlmişlər. Qatarda olarkən o, Təqsirləndirilən şəxs və Şahid9 görmüş, sonuncular onların yanına gəlmişlər. “Sepahın” əməkdaşları olan Məhəmməd və onun digər iki iş yoldaşı isə qatarın birinci kupesində olmuşlar. Arabir yanlarına gəlirərək vəziyyətləri ilə maraqlanmışlar. Tehran şəhərinə çatdıqdan sonra Şahid9 onlarla sağolaşıb çıxıb getmişdir. Onlar isə avtobusla Qum şəhərinə gəlmiş, orada “Fədək” otelində qalmışlar. Təqsirləndirilən şəxs da onlarla birlikdə olmuşdur. xx xxxxxx 2018-ci il tarixdə Qum şəhərində “Cəmikəran” ziyarətgahını ziyarət etdikdən və bir qədər dincəldikdən sonra avtobusla axşam saatlarında yenidən Tehran şəhərinə qayıdaraq oradan da birbaşa başqa bir avtobusla İran Astarasına gəlmişlər. xx xxxxxx 2018-ci il tarixdə isə səhər saatlarında Azərbaycana keçmişlər. Qum şəhərindən Tehran şəhərinə avtobusla gələrkən avtobusun arxa oturacaqlarının əksəriyyəti boş olmuş və orada səhv etmirsə Məhəmmədin adını xatırlamadığı iş yoldaşı əyləşmişdir. Oteldə Azərbaycan nümayəndə heyətini qarşılamış şəxsin əsl adının Məhəmməd olub-olmaması barədə nə deyə bilərsiniz sualına cavab verən şahid Akif Heydərli ifadəsində göstərmişdir ki, onları, yəni Azərbaycan nümayəndə heyətini Tehran şəhərində “Şirin otel”də qarşılayan İran xüsusi xidmət orqanı “Sepah”ın Tehran şöbəsinin əməkdaşları Məhəmməd və onun adlarını bilmədiyi iki iş yoldaşı olmuşdur. Məhəmmədin adının dəqiq Məhəmməd olub-olmamasını bilmir, Məhəmməd olduğuna inanmır. Çünki onlar heç vaxt öz adlarını deməmişlər. Bəlkə də onu görüb tanımışdır ki, 2015-ci ildə ona adını Məhəmməd olduğunu demişdir. Tanımasaydı adını başqa ad deyərdi. O bir daha qeyd edir ki, adətən X63 ildönümü ilə bağlı İranda keçirilən tədbirinin əsas təşkilatçılarından biri İran xüsusi xidməti orqanı “Sepah”dır. İranın digər xüsusi xidmət orqanı olan “Ettelat”da həmin tədbirin keçirilməsində iştirak edir. X118 X11 nümayəndələri də həmin tədbirlərin əsas təşkilatçılarından biri sayılırlar. Ona görə də birmənalı olaraq deyir ki, istər Azərbaycandan, istərsə də digər ölkələrdən ildönümü ilə bağlı dəvət almış şəxslərin oteldə yerləşdirilməsini, onların müxtəlif ziyarətgahlara aparılmasını sırf həmin nümayəndə heyətinə təhkim edilmiş “Sepah” əməkdaşları həyata keçirirlər. Qeyd olunan faktı heç kim dana bilməz (cild 4, iş vərəq 225-229). İbtidai istintaq zamanı şahid qismində dindirilmiş, məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq olunmuş Şahid12 göstərmişdir ki, o, 2007-ci ildə Azərbaycan İslam Partiyasının sədri, hazırda həbsdə olan Hacı Mövsüm Səmədovun təklifi ilə İslam Partiyasına üzv qəbul olunmuş və ona partiya sədrinin mədəni-maarif məsələləri üzrə müavini vəzifəsini icra etmək tapşırılmışdır. Təxminən 4 il bu vəzifədə işlədikdən sonra partiya sədrinin 1-ci müavini vəzifəsinə təyin olunmuş, 2011-ci ilin payız aylarında partiya sədri Mövsüm Səmədov həbs olunduğu üçün onun vəzifəsini icra etmiş, 2015-ci ilin avqust ayının 26-da partiya sədri vəzifəsindən və üzvlükdən istefa vermiş, heç bir partiyanın üzvü deyil. O, Təqsirləndirilən şəxs Azərbaycan İslam Partiyasının sədri işlədiyi vaxtdan partiyanın yerləşdiyi binaya özünü tanıtmaq üçün gəlib-gedən bir jurnalist kimi tanımışdır. Polad özü ilə “Gənc fikir” qəzeti gətirib göstərmişdir ki, həmin qəzetdə onun islamın təbliğatı ilə bağlı məqalələri vardır. Sonrakı vaxtlarda Təqsirləndirilən şəxs 2015-ci ildə “Nardaran hadisələri” ilə bağlı həbs olunan şəxslərin məhkəmə prosesinə gəlib-gedən şəxs kimi tanımışdır. Hətta bir dəfə yadına gəlir ki, Təqsirləndirilən şəxs ona da yaxınlaşıb müsahibə götürmüşdür. Təqsirləndirilən şəxsla başqa hər hansı əlaqəsi olmamışdır. 2019cu ilin iyun ayının ortalarında eşitmişdir ki, Təqsirləndirilən şəxs Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılmış, məhkəmənin qərarı ilə həbs olunmuş və ona “Dövlətə xəyanət” maddəsi ilə rəsmi ittiham verilmişdir. İran İslam Respublikasında yaşayan Hadi və ya Amin adlı, Hüseyn adlı iranlı tanışının olub olmaması barədə istintaqa nə göstərə bilərsiniz sualına cavab verən Şahid12 ifadəsində göstərmişdir ki, X128 Respublikasında yaşayan Hüseyn Dusti adlı iranlı tanışı vardır, sonuncunun istifadəsində +**********23 telefon nömrəsi vardır. Sonradan bilmişdir ki, X119 xüsusi xidmət orqanı “Sepah”ın əməkdaşıdır. Sonuncu ilə 2011-ci ildə İranın Tehran şəhərində dövlət səviyyəsində təşkil olunmuş, Azərbaycanın bir sıra partiya rəhbərlərinin və jurnalistlərin, o cümlədən Azərbaycanın dövlət və ictimai xadimlərinin qatıldığı bir tədbirdə tanıdığı Vəli Cabbari adlı başqa bir “Sepah” əməkdaşının vasitəsilə tanış olmuşdur. X120 Cabbarinin müavini kimi fəaliyyət göstərmişdir. X120 Cabbarinin ən çox etibar etdiyi şəxslərdən biri olmuş və Vəli Cabbarinin tapşırığı ilə maliyyə məsələlərini həll etmiş, yəni kimə nə qədər pul vermək lazımdırsa, o Vəli Cabbarinin tapşırığı ilə həmin məbləği vermiş və pulun alınmasına dair qəbz almışdır. Hadi adlı İranlını isə tanımır. Təqsirləndirilən şəxs məxfi əməkdaşlıq etməsi barədə məlumatı olmamışdır (cild 4, iş vərəqə 65-67). İbtidai istintaq zamanı şahid qismində dindirilmiş, məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq olunmuş Şahid14 göstərmişdir ki, o, Təqsirləndirilən şəxs ilə 2001-2002-ci illərdə “Hüseyniyyə” məscidində iranlıların namaz otağı deyilən yerdə ibadət etdikləri vaxtlarda tanış olmuş, bir-birinin ev telefon nömrələrini götürmüşlər, ildə bir neçə dəfə əlaqə saxlayıb görüşmüşlər. Sonralar mobil telefonlardan istifadə etməyə başladıqları dövrlərdə əlaqələri daha da möhkəmlənmişdir. 2007-ci ildə hər ikisi Bakı İslam Universitetinə qəbul olmuşlar. Onun oxuduğu fakültə Bakı şəhərində əsas korpusda, Təqsirləndirilən şəxs fakültəsi isə Bakı İslam Universitetinin Sumqayıt filialında yerləşmişdir. Təqsirləndirilən şəxsla eyni vaxtda bacısı da Bakı İslam Universitetinin Sumqayıt filialında eyni fakültədə təhsil almışdır. O, qiyabi təhsil almağına baxmayaraq ictimai fəaliyyətlə məşğul olmuş, Bakı İslam Universiteti daxilində X30 təsis edilməsində iştirak etmişdir. Təqsirləndirilən şəxs da universitetin Sumqayıt filialında ictimai fəaliyyətlə məşğul olmuşdur. Tələbəlik vaxtlarındakı görüşlərinin birində Təqsirləndirilən şəxs ona təklif etmişdir ki, fəal gəncləri ətraflarına toplayıb qəzet təsis etsinlər. O ictimai fəal gənc olduğuna görə Təqsirləndirilən şəxs təklifi ilə razılaşmışdır. 2008-ci ildə Təqsirləndirilən şəxs təklifi ilə “Gənc Fikir” adlı qəzet təsis edərək çap etdirməyə başlamışlar. Qəzetin adını “Gənc fikir” qoymağı Təqsirləndirilən şəxs təklif etmiş, o da ona etiraz etməmişdir. Həmin qəzet 2008-2012-ci illərdə “Ekspress” çap evində ayda 1-2 dəfə 1000 tirajla çap edilmişdir. Elə vaxt olmuşdur ki, həmin qəzetin çapı “Ekspress” nəşriyatında deyil, Təqsirləndirilən şəxs tapdığı başqa onun xatırlamadığı çap evlərində də çap edilmişdir. Qəzetin maliyyələşməsi ilə bağlı bütün vəsaiti və məsələləri Təqsirləndirilən şəxs ödəmiş və həll etmişdir. Həmin qəzetin maliyyələşməsini Bakı şəhərində fəaliyyət göstərən X55 Təqsirləndirilən şəxs vasitəsilə həyata keçirmişdir. Onu da deyir ki, Təqsirləndirilən şəxs Ayətullah Xamneyinin Azərbaycan nümayəndəliyinin rəhbəri X102, onun müavini X108, Bakı şəhərində yerləşən X36 rəhbəri Nuri, onun müavini Xoşsiyar adlı şəxslərlə yaxın əlaqələri və münasibətləri olmuşdur. Təqsirləndirilən şəxs ona qəzetin maliyyəşməsilə bağlı X108 və Xoşsiyar adlı şəxslərdən maliyyə yardımı aldığını demişdir. X35yıtdıqdan sonra isə Mürtəza Ərdəbili adlı şəxs onun yerinə gəlmişdir. Təqsirləndirilən şəxs Mürtəza Ərdəbili ilə də yaxın münasibətləri və əlaqələri olmuşdur. Təqsirləndirilən şəxsla birlikdə bir neçə dəfə X44 gedib Xoşsiyar adlı şəxslə, Bakı şəhərində bir neçə dəfə Mürtəza Ərdəbili ilə görüşmüşlər. “Gənc Fikir” qəzetinin 1000 tirajı üçün 200-250 manat pul bəs etmişdir. Təqsirləndirilən şəxs hər dəfə çapdan sonra ona da 30-50 manat arası pul vermişdir. O, həmin qəzetdə məqalələri “Ramiz Şirvani” təxəllüsü ilə, Təqsirləndirilən şəxs isə “Aslanov” təxəllüsü ilə yazmışdır. O, yalnız dini mövzularda məqalələr yazmışdır. Onun təxəllüsü ilə olan İranmeyilli, o cümlədən, siyasi mövzuda olan məqalələrin müəllifi Təqsirləndirilən şəxs özü olmuşdur. Həmin qəzetin bir neçə nüsxəsinin özündə olduğunu və onları istintaqa təqdim edə biləcəyini bildirmişdir. Sonrakı vaxtlarda maliyyə məsələsində problemlər yarandığı üçün qəzetin fəaliyyətini dayandırmışlar. 2012-ci ildə Təqsirləndirilən şəxsla münasibətləri bərpa olduqdan sonra sonuncu artıq qəzet oxuyan olmadığına görə ona təklif etmişdir ki, jurnal çap etdirsinlər. 2012-2013-cü illərdə onlar “Məsum” adlı jurnal çap etdirmişlər. “Məsum” jurnalı metronun “Nəriman Nərimanov” stansiyası yaxınlığında yerləşən mətbəədə çap olunmuşdur. Jurnala “Məsum” adını qoymağı Təqsirləndirilən şəxs təklif etmişdir. Həmin jurnalla bağlı maliyyələşməni də Ayətullah Xamneyinin Azərbaycan nümayəndəliyinin rəhbərinin müavini Mürtəza Ərdəbili həyata keçirmişdir. Təqsirləndirilən şəxs Mürtəza Ərdəbilidən aldığı vəsaitlərlə jurnalı çap etdirmişlər, “Məsum” jurnalı 2-3 dəfə 1000 tirajla çap olunmuşdur. Jurnalın çapı üçün 700-800 manat pul bəs etmişdir. Həmin jurnalın çapı ilə bağlı Təqsirləndirilən şəxs ona bir dəfə 300 manat pul vermişdir. Məsum jurnalının da bir nüsxəsinin özündə olduğunu və onu da istintaqa təqdim edə biləcəyini söyləmişdir. Təqsirləndirilən şəxs həmin jurnalın maliyyələşməsi məsələsində X55 tərəfindən də köməkliyin olunduğunu bildirmişdir. “Gənc fikir” qəzetini və “Məsum” jurnalını arada bir dini dükanlarda satışa qoymuşlar, daha sonra X44 də 50-100 ədəd göndərmişlər. Sonradan satışı və oxunaqlığı zəif olduğuna görə həmin jurnalın da çap edilməsini dayandırmışlar. Təxminən 2013-cü ildə Təqsirləndirilən şəxs ona təklif etmişdir ki, “Zühr” TV adlı televiziya kanalı təsis etsinlər. O, Təqsirləndirilən şəxs onun üçün maliyyə vəsaitinin lazım olduğunu bildirdikdə, Təqsirləndirilən şəxs İran müşteyidlərinin dəstəyi ilə onu yaradacağını və fəaliyyət göstərəcəyini ona bildirmişdir. O da Təqsirləndirilən şəxs təklifinə yox deməmiş və razılaşmışdır. Təqsirləndirilən şəxs ona 300 manat maaş verəcəyini bildirmişdir. Maaş məsələsində narazılıqları yaranmış və mübahisələri olmuşdur. Elə həmin mübahisələri də əlaqələrinin kəsilməsinə səbəb olmuşdur. Həmin mübahisələrindən sonra Təqsirləndirilən şəxsla heç bir əlaqəsi olmamış, onunla görüşməmiş və ünsiyyət saxlamamışdır. Sonradan Təqsirləndirilən şəxs həmin telekanalı açmış və kanal bir müddət fəaliyyət göstərmişdir. Təqsirləndirilən şəxs İran xüsusi xidmət orqanı tərəfindən məxfi əməkdaşlığa cəlb edilməsindən isə xəbəri olmamışdır (cild 3, iş vərəqə 223-226; cild 4, iş vərəqə 280-281). İbtidai istintaq zamanı şahid qismində dindirilmiş, məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq olunmuş Şahid15 göstərmişdir ki, o, 2002-ci ildə ailəsi ilə birlikdə ünvan 8 ünvanına köçdükdən sonra Təqsirləndirilən şəxs qonşu kimi tanımış, onunla münasibəti isə 2006-cı ildən etibarən yaranmışdır. Təqsirləndirilən şəxs həmin vaxtlar “Hürriyət” qəzetində jurnalist kimi işləmiş və qəzetdə dərc olunmuş bir neçə məqaləsini ona göstərmişdir. Bildiyinə görə 2007-ci ildən etibarən Təqsirləndirilən şəxs özünə məxsus qəzet açmaq qərarına gəlmiş və ona təklif etmişdir ki, birlikdə qəzet açsınlar. Təqsirləndirilən şəxs söhbətlərindən sonra onda da qəzet dərc eləməyə maraq yaranmışdır. Təqsirləndirilən şəxsla aralarında olan söhbətə görə sonuncu qəzet dərc edəcək və ona həmin qəzetdə tibbi məqalə dərc eləmək üçün hissə ayıracaqdır. Təqsirləndirilən şəxs 2007-ci ilin oktyabr-noyabr aylarında “Gənc yazar” adlı qəzeti təsis edərək Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. Qəzetin ilk buraxılışı xx xxxxxx 2007ci ildə dərc edilmişdir. Həmin buraxılış da “Tibbi məlumatlar sərlövhəli” yazılar onun tərəfindən yazılmışdır. Qəzet dərc edildikdən sonra o qəzetdə baş redaktorun Təqsirləndirilən şəxs kimi qeyd edildiyini görmüşdür. Lakin razılaşmalarına görə təsisçi olaraq Polad Aslanovun adı, baş redaktor kimi isə onun adı qeyd edilməli olmuşdur. Təqsirləndirilən şəxsla aralarında olan razılaşmaya əsasən dərc edilən qəzetdə heç biri dini təbliğata yol verilməyəcək, dini ayrı-seçkilik mövzuları qabardılmayacaqdı. Qəzetin ilk buraxılışını gördükdə isə o çox əsəbləşmiş və Təqsirləndirilən şəxsla aralarında mübahisə yaranmışdır. O, Təqsirləndirilən şəxs qəzeti öz adına keçirmək istədiyini bildirmişdir. Təqsirləndirilən şəxs ilk öncə razılaşmasa da sonradan razı olmuş və xx xxxxxx 2007-ci il tarixli ərizəsinə əsasən Ədliyyə Nazirliyi tərəfindən “Gənc yazar” qəzeti xx xxxxxx 2008-ci il tarixdən rəsmən onun adına keçmiş və qəzetin hüquqi ünvanı kimi yaşadığı ünvan 9 ünvanı qeydə alınmışdır. Adına keçdikdən sonra qəzet dərc olunmamışdır. Əlavə olaraq onu bildirir ki, Təqsirləndirilən şəxs şiə təriqətinin qaydalarına uyğun olaraq ibadətlə məşğul olan şəxs olmuş, mütəmadi olaraq İranın Azərbaycandakı Mədəniyyət mərkəzinə gedib-gəlmiş və oradaki şəxslərlə əlaqə saxlamışdır. Onlar “Gənc yazar” qəzetini dərc etməmişdən öncə Təqsirləndirilən şəxs ona demişdir ki, İranın Mədəniyyət mərkəzindəki tanışı Xoş Siar adlı iranlı ilə görüşüb ondan xeyir-dua almaq lazımdır. Təqsirləndirilən şəxs Xoş Siar adlı iranlını Mədəniyyət Mərkəzinin rəhbəri olduğunu ona bildirmiş, Xoş Siardan bir böyük kimi xeyir-dua almağın lazım olduğunu qeyd etmişdir. O, Təqsirləndirilən şəxsla birlikdə qəzet dərc edilməmişdən bir müddət öncə X31 gedərək Xoş Siar adlı şəxslə görüşmüşlər, Xoş Siar qəzetin dərc edilməsinə dair öz xeyir-duasını vermişdir. Onlar həmin şəxsin qəbulunda cəmi bir neçə dəqiqə olmuşlar. Təqsirləndirilən şəxs mədəniyyət mərkəzinə daxil olduqda orada Təqsirləndirilən şəxs bir neçə şəxslə çox isti münasibətdə olduğunun şahidi olmuşdur. Qəzetin dərci ilə bağlı Təqsirləndirilən şəxsla aralarında bir müddət soyuq münasibət olsa da sonradan hal-əhval tutmağa başlamışlar. Təxminən 2011-ci ildə Təqsirləndirilən şəxs onunla əlaqə saxlayaraq çap etdirdiyi “Məsum” jurnalını onunla birlikdə X31 aparmağını xahiş etmişdir. O, idarə etdiyi maşınla Təqsirləndirilən şəxs həmin yerə aparmışdır. Təqsirləndirilən şəxs da baş redaktoru olduğu “Məsum” jurnalının çoxsaylı nüsxələrini “paçka” ilə mədəniyyət mərkəzinə apararaq orada kiməsə vermişdir. Sonradan Təqsirləndirilən şəxs ona demişdir ki, mədəniyyət mərkəzi tərəfindən həmin jurnallar ölkə ərazisindəki dindar şəxslərə “ehsan” olsun deyə paylanacaqdır. Nəzərdən keçirmək üçün “Gənc yazar” qəzetinin xx xxxxxx 2007-ci il tarixli 1-ci buraxılışı və xx xxxxxx 2008-ci il tarixli 2-ci buraxılışı Şahid15 təqdim edildikdən sonra sonuncu bildirmişdir ki, qəzetin 1-ci buraxılışındakı “Tibbi məlumatlar sərlövhəli” tibbi yazılar onun tərəfindən yazılmış, digər yazıların isə ona aidiyyəti yoxdur. 2-ci buraxılışın olmasını isə o birinci dəfədir eşidib görür. Çünki qəzetin 1-ci buraxılışı dərc edildikdən sonra xx xxxxxx 2008-ci il tarixdə qəzet rəsmən onun adına keçmiş və onun adına olduğu müddətdə qəzet dərc edilməmişdir. Görünür ki, Təqsirləndirilən şəxs ondan xəbərsiz olaraq həmin nüsxəni dərc elətdirmişdir. Həmin nüsxədə isə tibbi məqalələr dərc edilməmiş və orada ona məxsus hər hansı yazı olmamışdır. Təqsirləndirilən şəxs İranın xüsusi xidmət orqanının əməkdaşları tərəfindən məxfi əməkdaşlığa cəlb edilməsi və onların tapşırıqlarını yerinə yetirməsi barədə məlumatı olmamışdır (cild 4, iş vərəqə 221-223). İbtidai istintaq zamanı şahid qismində dindirilmiş, məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq olunmuş Şahid18 göstərmişdir ki, o, onun on bir övladı olmuş, onlardan Ələkbər adlı oğlu 2009-cu ildə Rusiyada çayda bataraq vəfat etmiş, digər oğlu Abbas Hüseynov “Müsəlman birliyi hərəkatı”nın üzvü olmuş, 2015-ci il tarixdə Nardaran hadisələri ilə bağlı həbs edilərək Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 20 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. X128 Respublikasında yaşayan hər hansı qohum-əqrabası, dost-tanışı olmamışdır. O, Təqsirləndirilən şəxs ilk dəfə oğlu Abbas Hüseynov və digərlərinin barəsində keçirilən məhkəmə prosesində görmüş, daha sonra Təqsirləndirilən şəxs “Nardaran məhbusları” və “siyasi məhbuslar” adı ilə keçirilən mətbuat konfranslarında iştirak edən jurnalist kimi tanımışdır. Təqsirləndirilən şəxs onun Abbas Hüseynovun anası olmasını bilmiş, məhkəmə proseslərində və mətbuat konfranslarında tutulan şəxslərin valideynlərinin, yaxınlarının fotoşəkillərini çəkmiş, eləcə də onlardan müsahibələr almışdır. Məhkəmə proseslərinin birində onun səhhəti pisləşərək huşunu itirmiş, ona yaxınlaşanlardan biri də Təqsirləndirilən şəxs olmuşdur. 2019-cu ilin may ayında metronun “Memar Əcəmi” stansiyasının yaxınlığında yerləşən mənzillərin birində “Nardaran hadislələri” ilə bağlı həbs olunmuş Əbülfəz Bünyadovun azadlığa buraxılması, xəstə olduğu üçün həbsdən azad olunması tələbi ilə toplantı keçirilmiş, həmin toplantıda o və digər tutulmuş şəxslərin yaxınları iştirak etmişlər, toplantıda jurnalist kimi Təqsirləndirilən şəxs da iştirak etmiş və həmişə olduğu kimi fotoşəkillər çəkərək müsahibələr almışdır. Təqsirləndirilən şəxs həmin toplantıda onun da fotoşəklini çəkmək istəsə də o buna razı olmamış, bu zaman onunla Təqsirləndirilən şəxs arasında söhbət baş tutmuşdur. Söhbət zamanı o, Təqsirləndirilən şəxs oğlunun həbs olunmasından narazı olduğunu demiş, habelə səhhətindəki problemlər barədə Təqsirləndirilən şəxs məlumat vermişdir. Təqsirləndirilən şəxs onun sözlərini dinlədikdən sonra İranda yaşayan və geniş əlaqələrə malik hörmətli dostunun olduğunu, həmin dostunun köməkliyi ilə həkim taparaq onu İrana həkim yanına göndərəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs ona İranda yaşayan Amin adlı dostu vasitəsilə həkim tapacağını demiş və Amin adlı iranlının dövlət işçisi olduğunu, sonuncu ilə münasibətinin olduğunu qeyd etmişdir. Sonda Təqsirləndirilən şəxs onun xahişini Amindən edəcəyini, həkimi tapdıqdan sonra nömrəsini verəcəyini bildirmişdir. Lakin, sonradan Təqsirləndirilən şəxs ona hər hansı nömrə verməmişdir. Təqsirləndirilən şəxs soradan nömrəni Elnurə adlı “Müsəlman birliyi hərəkatının” üzvünə vermişdir ki, ona çatdırsın, lakin Elnurə həmin nömrəni ona vermədən tullamışdır. O, Təqsirləndirilən şəxs həmin nömrəni Elnurəyə verməsini 2019-cu ilin iyul ayının sonlarında bilmişdir. Belə ki, 2019-cu ilin iyul ayının sonunda onun istifadəsindəki ***-***-**-** saylı mobil telefon nömrəsinə bir qadın tərəfindən zəng gəlmiş, zəng edən qadın onun evdə olub-olmaması ilə maraqlandıqdan sonra Təqsirləndirilən şəxs həyat yoldaşı olduğunu bildirərək onunla israrlı şəkildə görüşmək istədiyini qeyd etmişdir. O da zəng edən qadına “nə məsələdir buyurun eşidirəm” dedikdə Təqsirləndirilən şəxs həyat yoldaşı “telefon söhbəti deyil, telefonda danışa bilmərəm” sözlərini qeyd edərək onun evinə gəlmək istədiklərini, evlərini tanıdığını bildirmişdir. Bu zəngdən bir qədər sonra evin qapısı döyülmüş, o qapını açdıqda bir nəfər hicablı cavan yaşlı qadın və bir nəfər hicabsız yaşlı qadının gəldiyini görmüşdür. Hicablı qadın Təqsirləndirilən şəxs həyat yoldaşı olduğunu, digər qadının isə Təqsirləndirilən şəxs xalası olduğunu demişdir. Onlar evə daxil olduqdan sonra o, gəlişlərinin səbəbi ilə maraqlanmış, Təqsirləndirilən şəxs həyat yoldaşı isə Elnurənin ona verdiyi telefon nömrəsinə görə Təqsirləndirilən şəxs tutulduğunu bildirmişdir. Təqsirləndirilən şəxs həyat yoldaşı eyni zamandan ondan gələcəkdə keçiriləcək məhkəmə prosesində yalandan şahidlik edərək Elnurə tərəfindən verilmiş nömrənin həqiqətəndə İrandakı həkimə məxsus nömrə olmasını bildirməsini xahiş etmişdir. O da Təqsirləndirilən şəxs həyat yoldaşına Elnurənin ona hər hansı nömrə vermədiyini, bu səbəbdən də məhkəmədə yalandan şahidlik edə bilməyəcəyini demişdir. Təqsirləndirilən şəxs həyat yoldaşı isə təkrarən “sizdən nə gedir, eləcə deyin verilən nömrə həkim nömrəsidir” sözlərini demiş, o da buna qəti şəkildə etiraz edərək ona hər hansı nömrə verilmədiyini bildirmişdir. O, söhbətin hansı nömrədən getməsini təkrarən Təqsirləndirilən şəxs həyat yoldaşına demiş, sonuncu isə Hadi adlı iranlının nömrəsindən söhbət getdiyini, gələcəkdə olacaq məhkəmə prosesində həmin nömrənin yalandan həkim nömrəsi olduğunu deməsini ondan xahiş etmişdir. O bir daha buna etiraz etdikdən sonra Təqsirləndirilən şəxs həyat yoldaşı və xalası çıxıb getmişlər. Görüşün sonunda isə onlar Elnurəni axtardıqlarını qeyd etmişlər. 2017-ci ilin noyabr ayında o, İranın Qum şəhərində “Xanım Məsumə”nin ziyarətgahını ziyarət edən zaman orada Təqsirləndirilən şəxs görmüş, həm o həm də Təqsirləndirilən şəxs oraya zəvvar qrupu ilə getmişlər, Təqsirləndirilən şəxs orada çəkiliş aparmış, lakin Poladla aralarında heç bir söhbət olmamışdır. Azərbaycan İslam Partiyasının sədri X34 tutulan mömin insanlarla bağlı keçirilən toplantılarda görmüş, lakin həmin şəxslə heç bir tanışlığı və münasibəti olmamışdır. İrana səfəri yalnız ziyarət məqsədilə olmuşdur. Təqsirləndirilən şəxs isə bir dəfə İrandan zəvvar qrupu ilə gələn zaman görmüş və sonuncunun İrandan gəldiyini bilmişdir (cild 3, iş vərəqə 51-57). Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. İbtidai istintaq zamanı keçirilmiş fotoşəkil üzrə tanınma istintaq hərəkətinin xx xxxxxxx 2019-cu il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs fotoşəkili iş üzrə aidiyatı olmayan digər şəxslərin fotoşəkilləri ilə birlikdə Şahid13 təqdim edilmiş, Şahid13 ona təqdim olunmuş fotoşəkillərdən 2 sayı ilə qeyd olunmuş Təqsirləndirilən şəxs fotoşəklini sifət quruluşuna, üz cizgilərinə görə tanımış, həmin şəxsin X37 tanış olduğu, həmin mədəniyyət mərkəzinin keçmiş sədr müavini Xoşziyar Eyyubla yaxşı münasibətləri olan Təqsirləndirilən şəxs olduğunu, onun barəsində istintaqa verdiyi ifadəsini təsdiq etdiyini göstərmişdir (cild 4, iş vərəqə 237-240). Məhkəmə psixoloji ekspertizasının xx xxxxxxx 2019-cu il tarixli 2050 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs xx xxxx 2019-cu il tarixli şahid və şübhəli şəxs qismində istintaqa verdiyi ifadələrinin yazıldığı disklərdəki videolarda Təqsirləndirilən şəxs ona verilən suallara sərbəst, dərhal, səlis, məntiqli və ətraflı cavablar verir, danışıqlarında hər hansı qırılma yoxdur, danışıqlarındakı ardıcıllıq biri digərini tamamlayır. Hər iki dindirmə videolarında Təqsirləndirilən şəxs özü haqqında məlumat verdikdən sonra İran İslam Respublikasının Bakı şəhərində yerləşən Mədəniyyət Mərkəzi ilə münasibətləri, X39 xüsusi xidmət orqanı olan –“SEPAH”a bağlı olan rəhbərliyi ilə münasibətləri, qəzet, jurnal və internet televiziyası açması üçün onlardan və İran müşteyidlərindən aldığı maliyyə vəsaitləri, son illər İrana etdiyi səfərlər və orada “SEPAH” əməkdaşları ilə gizli görüşləri, orada qəbzə imza ataraq aldığı pul vəsaiti, İranda “SEPAH” əməkdaşı tərəfindən ona Bakıda yerləşən Mədəniyyət Mərkəzi ilə köhnə əlaqələrin yenidən bərpası ilə bağlı verilmiş tapşırıqlar, qəzet, jurnal çapı və digər işləri üçün zəruri maliyyə vəsaitinin ayrılması ilə bağlı növbəti görüşlərdə gələcəkləri razılaşma barədə, habelə “SEPAH” əməkdaşı ilə “Whatsap”, “Teleqram” və digər sosial şəbəkə vasitəsilə əlaqə saxlaması, həmin vasitələrlə yazdığı yazıları göndərməsi və digər hallar barədə ətraflı bildirir. Hər iki video diskdə cümlələr bir-birini tamamlamaqla, fikirlər arasında ziddiyyət yoxdur. Təqdim olunmuş videomaterialda Təqsirləndirilən şəxs ünsiyyətə sərbəst daxil olur. Əvvəlcə özü barəsində anket məlumatlarını açıqlayır. Sonra hadisə ilə əlaqədar ona verilən sualları cavablandırır. Suallara mahiyyətinə uyğun, kifayət qədər ətraflı cavab verir. Hadisələri xronoloji ardıcıllıqla danışır. Nitqində qüsur əlamətləri özünü biruzə vermir. Cavabları ardıcıl və məntiqlidir. Danışarkən intellektual-mnestik imkanlarında normadan kənaraçıxma halları müşahidə edilmir. Emosional cəhətdən sabit görsənir. Həyəcan, gərginlik, hirslilik, sıxıntı kimi hallar müşahidə olunmur. Emosional iradi sferasında, hərəkət və davranışını iradi olaraq tənzimləməsində hər hansı bir dəyişiklik nümayiş etdirmir. Görüntüyə əsasən, Təqsirləndirilən şəxs öz dediklərinin mahiyyətini dərk etmək, hərəkətlərini iradi olaraq tənzimləmək, iş üzrə əhəmiyyətli olan halları adekvat olaraq qavramaq, ifadə vermək, baş vermiş hadisələrin mahiyyətini anlamaq qabiyyətinə malik olduğu qənaətinə gəlinir. Ona görə də ekspert tədqiqatı bu nəticəyə gəlmişdir ki: - Təqsirləndirilən şəxs xx xxxx 2019-cu il tarixdə şahid və şübhəli şəxs qismində dindirilərkən (istintaq hərəkətləri zamanı videoçəkiliş aparılarkən) özü ilə əlaqədar vermiş olduğu ifadələri qavramaq və anlamaq qabiliyyətinə malik olmuşdur; - Təqsirləndirilən şəxs xx xxxx 2019-cu il tarixdə şahid və şübhəli şəxs qismində dindirilərkən (istintaq hərəkətləri zamanı videoçəkiliş aparılarkən) psixi-emosional vəziyyəti normaya uyğun olmuş, əhəmiyyət kəsb edəcək hər hansı bir dəyişiklik (stress, həyəcan, gərginlik və s.) müşahidə olunmur; - Təqdim olunmuş videomateriala əsasən, Təqsirləndirilən şəxs xx xxxx 2019-cu il tarixdə dindirilərkən (istintaq hərəkətləri zamanı videoçəkiliş aparılarkən) onun hər hansı psixi və fiziki təsir altında olması müşahidə olunmur; - Təqsirləndirilən şəxs xx xxxx 2019-cu il tarixdə şahid və şübhəli şəxs qismində dindirilmə istintaq hərəkətləri zamanı videoçəkiliş aparılan vaxt ifadə verərkən özündən uydurmağa patoloji meyllilik əlamətləri müşahidə olunmur (cild 4, iş vərəqə 276-278). Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanında yerləşən evində xx xxxx 2019-cu il tarixdə keçirilmiş baxışla bağlı tərtib edilmiş protokoldan müəyyən olunur ki, baxış zamanı evdən digər əşya və sənədlərlə yanaşı üzərilərində Azərbaycan Respublikasının Silahlı Qüvvəllərində, hüquq-mühafizə orqanlarında və digər dövlət idarə və təşkilatlarda işləyən rəhbər şəxslərin və əməkdaşların ad və soyadları, eləcə də onların otaq və istifadələrində olan mobil telefon nömrələri barədə məlumatların əks olunduğu sənədlər aşkar edilərək götürülmüşdür (cild 1, iş vərəqə 22-24). Təqsirləndirilən şəxs üzərinə xx xxxx 2019-cu il tarixdə keçirilmiş baxışla bağlı tərtib edilmiş protokoldan görünür ki, baxış zamanı Təqsirləndirilən şəxs dövlətə xəyanət cinayət əməlləri üzrə istifadə edilmiş, xarici xüsusi xidmət orqanı nümayəndələri ilə yazışma və digər informasiya mübadiləsi daşıyıcısı olan “İphone 4s” markalı 1 ədəd mobil telefon aşkar edilərək götürülmüşdür (cild 1, iş vərəqə 109). Təqsirləndirilən şəxs istifadə etdiyi “iphone 4s” markalı 1 ədəd mobil telefona xx xxxx 2019-cu il tarixdə keçirilmiş baxış protokoldan görünür ki, Təqsirləndirilən şəxs İran İslam Respublikasının xüsusi xidmət orqanları olan “SEPAH” və İnformasiya və Təhlükəsizlik nazirliyinin (ETTELAAT) nəzarəti altında Bakı şəhərində fəaliyyət göstərən X36 sədr müavini və maliyyə məsələləri üzrə məsul şəxsi X50 ad və istifadəsində olmuş telefon nömrəsini “Xoşziyar +**********67” və “Eyub +**********67” qeydləri kimi, İran Ali X11 Bakıdakı nümayəndəliyinin icraçı direktoru Mir X7 ad və istifadəsində olmuş telefon nömrəsini “Mürteza **********” və “Ağa +**********18” qeydləri kimi, 2016-2018-ci illərdə İranın Azərbaycandakı səfirliyinin mətbuat xidmətinin müavini pərdəsi altında “SEPAH” rezidenturasında xidmət etmiş X1 ad və istifadəsində olmuş telefon nömrəsini “İran Sefirliyi +**********91” qeydləri kimi, 2017-ci ilin oktyabr ayının 25-də məxfi əməkdaşlığı davam etdirmək üçün əlaqəsinə verildiyi İran İslam Respublikasının X69 şəhərində yaşayan X80 adlı şəxsin adına rəsmiləşdirilmiş **********09 telefon nömrəsindən faktiki istifadə edən adını Hadi kimi təqdim edən “SEPAH” əməkdaşının ad və telefon nömrəsini isə “Hadi Bey +**********09” qeydləri kimi mobil telefonunun yaddaşına yazmışdır (cild 2, iş vərəqə 2-4). Təqsirləndirilən şəxs məxsus və tutulanadək istifadəsində olmuş üzərində ***-***-**-** nömrəsi quraşdırılmış “İphone 4s2 markalı mobil telefonla bağlı keçirilmiş məhkəmətexniki ekspertizasının xx xxxxxx 2019-cu il tarixli 19481 nömrəli rəyindən görünür ki, tədqiq olunmuş mobil smartfonun yaddaşında “iPhone/var/mobile /Library/ Address Book/Address Book.sqlited” və “iPhone/Applications/ group.net.whatsapp.WhatsApp.shared/ ContactsV2.sqlite” ünvanında saxlanılan məlumatlara əsasən “+**********09” saylı mobil nömrədə (İran İslam Respublikası kodu) “Hadi Bey” adında abonent xx xxxxxxx 2017-ci il tarixdə “Whatsapp” proqram təminatında yaradılıb. Qeyd olunan tarix, yəni xx xxxxxxx 2017-ci il Təqsirləndirilən şəxs məxfi əməkdaşlığı davam etdirmək üçün İran İslam Respublikasının X69 şəhərində yaşayan X80 adlı şəxsin adına rəsmiləşdirilmiş **********09 telefon nömrəsindən faktiki istifadə edən adını Hadi kimi təqdim edən “SEPAH” əməkdaşının əlaqəsinə verildiyi dəqiq tarixdir. Daha sonra xx xxxxxx 2019-cu il tarixli 19481 nömrəli rəyi ilə həmçinin müəyyən olunur ki, mobil smartfonun yaddaşında “iPhone/var/mobile/Library/AddressBook/Address Book.sqlited” ünvanda saxlanılan məlumatlara əsasən, “+**********91” saylı mobil nömrədə “İran Sefirliyi” adında abonent xx xxxxxx 2017-ci il tarixdə yaddaşda yaradılmış, “+**********91” saylı mobil nömrədə “İran Sefirliyi” adında abonentə xx xxxxxx 2017-ci il tarixdən xx xxxxxx 2018-ci il tarixə qədər müddət ərzində “GSM” mobil rabitə şəbəkəsi üzərindən 17 ədəd zənglər icra edilmişdir. İbtidai istintaqla müəyyən edilir ki, həmin danışıqlar zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə olaraq xarici xüsusi xidmət orqanının tapşırıqlarını yerinə yetirərək, onlara və onların nümayəndələrinə kömək etməklə, xarici xüsusi xidmət orqanının tapşırığı ilə Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi zərərinə istifadə oluna bilən topladığı məlumatları casusluq məqsədilə X2 ötürmüşdür. İbtidai istintaqla həmçinin müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsindən istifadə edərək 2016-2018-ci illərdə İranın Azərbaycandakı səfirliyinin mətbuat xidmətinin müavini pərdəsi altında “SEPAH” rezidenturasında xidmət etmiş və xx xxxxxx 2018-ci il tarixdə Azərbaycan Respublikasını tərk etmiş X1 istifadəsində olmuş +**********91 telefon nömrəsinə 2018-ci ilin 1-5 fevral tarixlərində zəng cəhdləri olmuşdur. Bununla həm də müəyyən olunur ki, Təqsirləndirilən şəxs İran X22 Korpusu – “SEPAH”ın “Hadi” adlı əməkdaşı ilə tanışlığı ifadəsində israr etdiyi kimi 2018-ci ilin fevral ayında deyil, daha əvvələ, yəni 2017-ci ilin oktyabr ayının 25nə təsadüf edir (cild 3, iş vərəqə 17-27). Təqsirləndirilən şəxs istifadəsində olan “İphone 4s” markalı mobil telefona keçirilmiş xx xxxx 2019-cu il tarixli baxış protokolundan görünür ki, baxış zamanı Təqsirləndirilən şəxs telefonun yaddaşına 2017-ci ilin oktyabr ayının 25-də məxfi əməkdaşlığı davam etdirmək üçün əlaqəsinə verildiyi İran İslam Respublikasının xüsusi xidmət orqanı olan İran X22 Korpusu – “SEPAH”ın “Hadi” adlı əməkdaşı ilə açıq zəngləşmə aparmadan telefonun yalnız “Whatsap” və “Teleqram” proqram təminatları vasitəsilə şərti sözlərdən istifadə etməklə müntəzəm əlaqədə olub çoxsaylı yazışmalar apardığı, tapşırıqlar aldığı, icra etdiyi və məlumat ötürdüyü müəyyən edilmişdir. Müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs qeyd olunan xarici xüsusi xidmət orqanı nümayəndələri tərəfindən “Whatsapp” proqramı ilə göndərilmiş Azərbaycan dilində hazırlanan xüsusi təbliğat xarakterli məqalələri internet informasiya resurslarında, o cümlədən xx xxxx 2019-cu il tarixdə Hadinin +**********09 nömrəsinin “Whatsapp” proqramı ilə göndərdiyi məzmunu İran xüsusi xidmət orqanının nümayəndəsi tərəfindən hazırlanaraq məqsədyönlü şəkildə Azərbaycan mətbuatında yayılan məqaləni sonuncunun tapşırığı ilə həmin gün rəhbərlik etdiyi “Xeberman-az.com” və “Press-az.com” saytlarında yerləşdirmiş, yayımlamış və dərhal tapşırığın icrası ilə bağlı Hadiyə məlumat vermiş, habelə həqiqi hərbi xidmətdən qayıtdıqdan sonra hərbi xidmətdə olduğu Naxçıvan Muxtar Respublikası ərazisində dislokasiya olunmuş “N” saylı hərbi hissənin həqiqi adı, hərbi hissənin təşkilatı strukturuna daxil olan zabitlər barədə və hərbi xidmətə dair digər məlumatları özündə əks etdirən sənədin fotoşəkilini Azərbaycan Respublikasının təhlükəsizliyi zərərinə istifadə edilməsi məqsədi ilə çəkərək xx xxxxx 2019-cu il tarixdə mobil telefonunun “Whatsapp” proqram vasitəsilə Hadinin istifadəsində olmuş +**********09 nömrəsinə göndərmişdir (cild 1, iş vərəqə 186-204). Məhkəmə-linqvistik ekspertizasının xx xxxxxxxx 2019-cu il tarixli 22112 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilən sms yazışmalarında hər hansı bölgəyə xas olan, dialektoloji xarakterə malik konkret frazalardan istifadə edilməmişdir. Lakin bəzi qrammatik xüsusiyyətlər nəzərə çarpacaq dərəcədə intensiv işlədilmişdir. Məsələn, ● müəyyən hallarda şəkilçilərin sözün ahənginə tabe olmaması: - imkan olsa bu xəbəri saytinizda verin; - sagol mənim gözəl qardaşim; - Allah mənim qardaşimi sag salamat etsin; - Zəhra balani saxlasin; - Mumkun olsa bu xəbəri saytlarinizda verin; - Rəcəb ayi, tövbə və istigfar ayi, dua və münacat ayi mübarək; - Salam mənim əziz qardaşim...; - Buna görə danişmağa imkanim yoxdur; - Ailə və balaca qizimizada salam yetir və mənim tərəfimdən onlarida təbrik et; - İnşallah qismət olar birdə sənin kimi qardaşimla ziyarətdə olariq; - Qulluğunuzda variq; - hüseyn adli bir qardaşdi ki...; - Ramazan ayinda bizidə dualarinizdan unutmayin; - Sizində bayraminiz mübarək; - Adin söylədiyiniz qardaşi tanimiram... . ● saitlə bitən feillərdə indiki zaman şəkilçisinin bəzən – r şəkilçisi ilə ifadəsi: - hüseyn adli bir qardaşdi ki həkim və dərman məsələsi ilə işlər. Həmçinin, qeyd edilən “hüseyn adli bir qardaşdi ki həkim və dərman məsələsi ilə işlər” cümləsindəki söz sıralamasının Azərbaycan dilinin qrammatik xüsusiyyətlərinə tabe olmaması və yuxarıda göstərilən əlamətlər tədqiq olunan mətnin Cənubi Azərbaycan dialekt və şivələrinə uyğun olduğunu söyləməyə əsas verir. Tədqiq edilən mətndə qarşı tərəfə müntəzəm şəkildə müəyyən tapşırıqlar verilir və tapşırıq formasında cümlələrdən istifadə edilir: - İmkan olsa bu xəbəri saytinizda verin; - Mumkun olsa bu xəbəri saytlarinizda verin; - Bu nümrəni ver o xanima de getsin ərdəbilə və bu nümrəyə zəng eləsin. Qeyd edilən bu cümlələrlə qarşı tərəfə müəyyən tapşırıqlar verilir, qarşı tərəf isə “Heç bir narahatlığı yoxdu qardaşım”, “Yerleşdirdim” kimi cavablarla qarşı tərəfin tapşırıqlarını icra etdiyini bildirir. Bununla da belə nəticəyə gəlmək mümkündür ki, mətnlərin müəllifi ilə digər şəxs (Təqsirləndirilən şəxs və ya digəri) arasındakı münasibətlər tapşırıq verən – icraçı formasında tabeçilik münasibətləridir. İcraçı mətnlərin müəllifinin verdiyi tapşırıqları yerinə yetirir, o cümlədən verilən məlumatları Azərbaycan Respublikasına məxsus olan internet saytlarında yerləşdirir. Tədqiq edilən “Fotocədvəl № 6”da Təqsirləndirilən şəxs qarşı tərəfə hərbi xidmətin bitməsi ilə bağlı sənədin şəklini göndərmiş, qarşı tərəf isə digər fotocədvəldə “İnşallah yuxari vəzifələrdə olub və İslama xidmət edəsən” cümləsindən istifadə etmişdir. Cümlənin davamında həmin cümlədəki fikirləri inkişaf etdirən, genişləndirən hər hansı söz və ifadədən istifadə edilməsə də, “ İslama xidmət” sözü xüsusilə vurğulanmışdır. Təqdim edilən yazıların ümumi semantikasına nəzər saldıqda həmin “islama Xidmət” ifadəsinin öz ilkin mənasında – məhz İslam dininə xidmət mənasında deyil, implisist formada işləndiyini, sətiraltı məna ifadə etdiyini düşünmək olar. Yazışmalarda Təqsirləndirilən şəxs icraçı rolunda çıxış etdiyi aydın göründüyündən, tapşırıqları verən şəxsin gələcəkdə onun da (Təqsirləndirilən şəxs) İran İslam Respublikasına xidmət edəcəyinə, İranın maraqlarına cavab verən tapşırıqları verən şəxs olacağına gümanı əks etdirilmişdir. Odur ki, “İnşallah yuxari vəzifələrdə olub və İslama xidmət edəsən” cümləsindəki “İslama Xidmət” frazasının İslam dininə deyil, “İran İslam Respublikasına xidmət” mənasında işləndiyini söyləmək mümkündür. Tədqiq edilən mətndə mətn müəllifi tərəfindən müəyyən xəbərlərin Azərbaycan Respublikasına aid olan internet saytlarında yerləşdirilməsinin tapşırılması, həmin xəbərlərin İran İslam Respublikasının dövlət adamları ilə bağlı olması (“Ayətullah Xameneinin yaxın adamı Paşinyan qalmaqalına münasibət bildirib”), mətn müəllifi ilə qarşı tərəf arasında tapşırıq verən – icraçı münasibətlərinin mövcudluğu, yazışma zamanı müəyyən sətiraltı məna daşıyan sözlərdən istifadə (məs, “İslama Xidmət” – “İran İslam Respublikasına Xidmət”) və bu kimi səbəblər mətndəki sözlərin xüsusi xidmət orqanlarına xas xüsusiyyətlərlə səciyyələndiyini söyləməyə əsas verir. Tədqiqata təqdim edilmiş mətndəki yazışmaların qısa və lakonik xarakterdə olmasına baxmayaraq şəxslər arasında daim informasiya mübadiləsi (icraçı tərəf – Təqsirləndirilən şəxs hərbi xidmətdə olduğu vaxtlarda belə) baş vermişdir. Həmin məlumatların müəyyən qismi məişət xarakteri daşısa da, rəsmi qaydalar gözlənilmiş, qeyd etdiyimiz kimi İran İslam Respublikasının dövlət adamları ilə bağlı olan xəbərlərin Azərbaycan Respublikasına aid olan internet saytlarında yerləşdirilməsi (“Press-az.com” və “Xeberman.com”), qarşı tərəfin İran İslam Respublikasına Xidmət göstərməsi ilə bağlı həvəsləndirilməsi və bu kimi səbəblər həmin informasiyaların İran İslam Respublikasının mənafeyinə uyğun gəldiyini bildirməyə şərait yaratmışdır. Qeyd olunan rəyin nəticə hissəsinə əsasən, ekspertizaya təqdim edilmiş, “Salam aleykum, Mənim Polad qardaşıma hər zaman mənim salamlarımı çatdırın” sözləri ilə başlayıb “Salam qardaş İnşallah həmişə ailə yanında sağ salamat olasınız, Sagol, Salam aleykum qardaş, “Ayətullah Xameneinin yaxın adamı Paşinyan qalmaqalına münasibət bildirdi – Video” başlıqlı http:// musavatşcom /mobile/.nevs/ayetullah - xameneinin- yaxınadami- pasinyan- almaqlina- munasibet- bildiribvideo 596822.html adlı link (foto), İmkan olsa bu xəbəri saytinizda verin, Salam baci, Sizi narahat etdiyim üçün məni üzürlü hesab edin, Allah mənim qardaşimi sağ salamat etsin, Zəhra balani saxlasin, Mumkun olsa bu xəbəri saytlarınızda verin, Minnətdaram, İltimasi dua, Sagol, Çox sağ olun, Çox çox sago olun Minnət daram, RƏCƏB ayi, tövbə və istigfar ayi, dua və münacat ayi mübarek, Salam mənim əziz qardaşim sabahiniz xeyr əziz dostum, Novruz Bayramini təbrik edirəm. Birliyin, bərabərliyin, qardaşlığın bolluğun və bərəkətin bayrami olan Novruzunuz bərəkətli olsun, Salam qardaş, Məndə set zəifdi, Buna göre danışmağa imkanım yoxdur, Bəh bəh bəh bəəəəəəəh, Çooooooooox sevindim, İnşallah həmişə sag salamat olasan, Xidmət tamam bitdi?, Təbrik eliyirəm, İnşallah yuxari vəzifələrdə olub və İslama xidmət edəsən, Ailə və balaca qizimizada salam yetir və mənim tərəfimdən onlarida təbrik et, Qətiyyən ki, ocurdi. İnşallah qismət olar birdə sənin kimi qardaimla ziyarətdə olariq, Salam polad bəy Hər zaman ziyarət istəsəz ailəvi şəkildə gəlin. Qulluğunuzda variq, Salamaleykim qardaş, **********3, Bu nömrəni ver o xanıma de getsin ərdəbilə və bu nömrəyə zəng eləsin, Hüseyn adli bir qardaşdi ki həkim və dərman məsələsi ilə işlər, Xanim özün təqdim etsə o qardaş dərhal köməyinə gedər, Ramazan ayinda bizi də dualarinizdan unutmayin, Salam aleykum, Çox sağol”, Salam aleykum, Allah köməyiniz olsun, Sizində bayramınız mubarək, Adin söylədiyiniz qardaşı tanimiram Amma orada hər köməklik üçün imam cümənin evinə yaxınlaşa yaxşı olar, İnşallah, Salam qaqa, İran numrevi mene yazsan zeng elerem” sözləri ilə bitən mətn Cənubi Azərbaycan dialekt və şivələrinə uyğundur, mətnin məzmununa görə şəxslər arasında tabeçilik (asılılıq) münasibətləri müşahidə edilir, mətndə “İnşallah yuxari vəzifələrdə olub və İslama Xidmət edəsən” sözləri mətnin ümumi konteksti baxımından ilkin mənasından fərqli olaraq İslam dininə deyil, “İran İslam Respublikasına xidmət” mənasında işlənilir, mətndəki sözlərdən məqsədyönlü şəkildə istifadə edildikdə həmin sözlər xüsusi xidmət orqanlarına xas olan xüsusiyyətlərlə səciyyələnir, mətnin məzmununa görə şəxslər arasında informasiya alınması-ötürülməsi əlamətləri müəyyən edilir və həmin əlamətlər İran İslam Respublikasının mənafeyinə uyğundur (cild 3, iş vərəqə 101-105). Məhkəmə-müəllifşünaslıq ekspertizasının xx xxxxxx 2019-cu il tarixli 19473 №-li rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, 1 № li fotocədvəldə olan “Salam aleykum Mənim polad qardaşıma hər zaman mənim salamları çatdırın Salam qardaş İnşallah həmişə ailə yanında sağ salamat olasınız Sagol”, 2 № li fotocədvəldə olan “Salam aleykum qardaş, Ayətullah Xameneinin yaxın adamı Paşinyan qalmaqalına münasibət bildirdi – Video” başlıqlı http:// musavatşcom /mobile/ .nevs/ayetullah xameneinin- yaxın- adami- pasinyan- almaqlina- munasibet- bildirib- video 596822.html adlı link (foto), İmkan olsa bu xəbəri saytinizda verin Saqol mənim gözəl qardaşim”, 3 № li fotocədvəldə olan “Salam baci Sizi narahat elədiyim üçün əni üzürlü hesab edin Allah mənim qardaşimi sağ salamat etsin Zəhra balani saxlasin Mumkun olsa bu xəbəri saytlarinizda verin”, 4 № li fotocədvəldə olan “Minnət daram, İltimasi dua Sagol Çox sağ olun Çox çox sago olun Minnət daram”, 5 № li fotocədvəldə olan “RƏCƏB ayi, tövbə və istigfar ayi, dua və münacat ayi mübarek Salam mənim əziz qardaşim Sabahiniz xeyir əziz dostum, Novruz bayramını təbrik edirəm. Birliyin, bərabərliyin, qardaşlığın bolluğun və bərəkətin bayrami olan Novruzunuz bərəkətli olsun Salam qardaş Məndə set zəifdi Buna görə danişmağa imkanim yoxdur Bəh bəh bəh bəəəəəəəh”, 6 № li fotocədvəldə olan “Çooooooooox sevindim, İnşallah həmişə sag salamat olasan Xidmət tamam bitdi?” 7 № li fotocədvəldə olan “Təbrik eliyirəm, İnşallah yuxari vəzifələrdə olub və islama xidmət edəsən Ailə və balaca qizimizada salam yetir və mənim tərəfimdən onlarida təbrik et. Qətiyyən ki, ocurdi. İnşallah qismət olar birdə sənin kimi qardaşimla ziyarətdə olariq Salam polad bəy Hər zaman ziyarət istəsəz ailəvi şəkildə gəlin. Qulluğunuzda variq.”, 8 № li fotocədvəldə olan “Salamaleykim qardaş, **********3, Bu nümrəni ver o xanima de getsin ərdəbilə və bu nümrəyə zəng eləsin, hüseyn adli bir qardaşdi ki həkim və dərman məsələsi ilə işlər, Xanim özün təqdim etsə o qardaş dərhal köməyinə gedər, Ramazan ayinda bizidə dualarinizdan unutmayin”, 9 № li fotocədvəldə olan “Salam aleykum, Çox sagol”, 10 № li fotocədvəldə olan “Salam aleykum, Allah köməyiniz olsun, Sizində bayraminiz mubarək, Adin söylədiyiniz qardaşı tanimiram Amma orada hər köməklik üçün imam cümənin evinə yaxınlaşa yaxşı olar İnaşllah salam qaqa, İran numrevi mene yazsan zeng elerem” sözləri ilə bitən SMS yazışmalarının müəllifi eyni şəxsdir, mətnlərin (SMS yazışmalarının) müəllifinin ana dili ehtimal ki, Azərbaycan dilidir, mətnlərin (SMS yazışmalarının) müəllifinin təhsili ehtimal ki, fars təhsillidir, Azərbaycan dilinə münasibətdə savad səviyyəsi orta-aşağı, yazı nitqi vərdişi ortadır, dil vərdişinin formalaşdığı yer Cənubi Azərbaycandır (İran), Mətnlərin (SMS yazışmalarının) müəllifinin xüsusi xidmət orqanının nümayəndəsi və ya həmin nümayəndənin tapşırıqlarını yerinə yetirən, kişi cinsinə mənsub şəxs olduğu ehtimal edilir (cild 3, iş vərəqə 8-12). Təqsirləndirilən şəxs istifadəsində olmuş “İphone 4s” markalı mobil telefonunun “mail” qovluğunda özünün qeydiyyatdan keçirdiyi mailto:yazar313@mail.ruElektron ünvan 2 elektron poçt ünvanına keçirilmiş xx xxxxxxx 2019-cu il tarixli baxış protokolundan görünür ki, baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olmuş mailto:yazar313@mail.ruElektron ünvan 2 elektron poçt ünvanı ilə “Sepah”la əlaqəli şəxs olan X50 istifadəsində olmuş mailto:khoshsiar@gmail.comElektron ünvan 5 elektron poçt ünvanı arasında çoxsaylı yazışmalar aparıldığı müəyyən edilmişdir. Müəyyən olunmuşdur ki: - xx xxxx 2015-ci il tarixdə X76 istifadəsində olmuş mailto:khoshsiar@gmail.comElektron ünvan 5 elektron poçt ünvanından Təqsirləndirilən şəxs istifadəsində olmuş “Elektron ünvan 2” elektron poçt ünvanına “…… Tehrandan Sizə çoxlu salamlar…..” məzmunlu yazışma göndərmişdir; - xx xxxxxxx 2015-ci il tarixdə X76 istifadəsində olmuş mailto:khoshsiar@gmail.comElektron ünvan 5 elektron poçt ünvanından Təqsirləndirilən şəxs istifadəsində olmuş “Elektron ünvan 2” elektron poçt ünvanına “Salam Polad gardaw. uca Allaha sukurler olsun.men yaxsiyam, siz necesiniz? Menim mobil nömrəm 00**********67-dir. Zenginizi gozleyirem. Cox saq olun. Xudahafiz” məzmunlu mətn göndərmişdir; - Təqsirləndirilən şəxs xx xxxxxx 2016-cı ildə saat 23:44 dəqiqədə istifadənizdə olmuş “Elektron ünvan 2” elektron poçt ünvanından X50 istifadəsində olmuş mailto:khoshsiar@gmail.comElektron ünvan 5 elektron poçt ünvanına hüquqi ünvan kimi özünün qeydiyyatda olduğu ünvanı göstərdiyi “X109 və X12 Mərkəzi” (QDEVAMM) adlı ictimai birliyin nizamnaməsini göndərməklə yanaşı “Salam alekum aga necesiniz evdekiler necedir. men insallah fikirim var irana gelim bir heftelik vaxtiniz olsa gorusmek isterdim ayin 10-dan sonra. bilirdiniz sizi bakida olanda demisdim X92 azadliqginin mudafiyye merkezi yaratimisam. isterem gelim iranda da konfransi kecirim son aylar Azerbaycanda olan etiqadla bagli heps olunanarla bagli bu tek iranda olmayacaq konransi gurcustanda turkiyede ve iranda olacaq teskilat gurcustanda qediyyatdan kecib amma azerbaycanda hal hazirda sendi 2 defe edilye nazirliyine vermisik qediyatla bagli sunu engeler yaradirlar“ məzmunlu məktub göndərmişdir (cild 4, iş vərəqə 105-106). Təqsirləndirilən şəxs istifadəsində olmuş “iphone 4s” markalı mobil telefonunun “mail” qovluğunda özünün qeydiyyatdan keçirdiyi mailto:yazar313@mail.ruElektron ünvan 2 elektron poçt ünvanına keçirilmiş baxışa dair tərtib olunmuş xx xxxxxxx 2019-cu il tarixli protokoldan görünür ki, baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs İran xüsusi xidmət orqanı nümayəndələrindən aldığı dünyəvi dövlət ideyalarına və Azərbaycan hüquq-mühafizə orqanlarının qanuni fəaliyyətinə kölgə salan, onların və digər dövlət qurumlarının işgüzar nüfuzuna xələl gətirən təxribat xarakterli məlumatların yayılması tapşırığının icrası ilə bağlı xx xxxxxx 2017-ci il tarixdə saat 01:22 dəqiqədə “Elektron ünvan 2” elektron poçt ünvanından İran İslam Respublikasının “Elektron ünvan 3”, “Elektron ünvan 4”, “irna.ir” və digər İnternet xəbər portallarının elektron poçt ünvanlarına “Salam aleykum Bu gün Azərbaycanda insan haqqları sahəsində vəziyyətin çox bərbad olması artıq dünyada hər kəsə məlumdur. Bununla bağlı daha geniş məlumat QDEVAMM (X109 X40 Mərkəzi) - təşiklatının təsisçisi Azər Ramizoğlu verib. Yazı 3 dildedir isterdik ki, sizin media orqanında dərc olunsun. Dərc edildikdən sonra xəberi bizə də göndərməyinizi xahiş edirəm” məzmunlu müraciət ünvanlamısınız. Nəzərdən keçirmək üçün Sizə İrana göndərdiyiniz hesabat xarakterli həmin müraciətin bütün mətni təqdim olunur: “Bu gün Azərbaycanda insan haqları sahəsində vəziyyətin çox bərbad olması artıq dünyada hər kəsə məlumdur. Azərbaycanda Əliyev rejimi hakimiyyətə gəldiyi gündən, sistemli demokratik müxalifətin repressiyası, məhv edilməsi istiqamətində siyasət yeridib və bununla da rejimin özbaşınalıqları, cinayətləri, korrupsiyasi ilə mübarizə aparmağın yalnız zorakı yollarla mümkün olduğunu düşünən radikal qüvvələrin siyasi arenaya gəlməsinə münbit şərait yaratmışdır. Rejimin bu siyasəti, əsasən, dünya ictimaiyyəti və Qərbin siyasi dairələrinə, uydurma İran təhlükəsi və siyasi İslamın nüfuzunun artması və beləliklə, güya dünyavi dövlətin mövcudluğuna təhlükə kimi nümayiş etdirmək məqsədi güdür. Məhz dinc demokratik müxalifətin məhv edilməsinə nail olmaq üçün, rejim, həmçinin AŞPA- da, AŞ-da, ABŞ Konqresində və BMT-də fəaliyyət göstərən bir çox qərb siyasətçilərini müxtəlif yollarla ələ almağı bacarmışdır. Beləliklə, rejim bir çox demokratik dövlətlər tərəfindən onun cinayətlərinə- rejim başçısı və onun ailəsi də daxil olmaqla, hakimiyyətin bütün təbəqələrinin korrupsiya, dövlət vəsaitinin mənimsənilməsi, həmçinin, jurnalist, insan haqqları müdafiəçiləri, iş adamları, müxalifətçilərin öldürülməsi, qanunsuz həbsləri, qeyri-insani işgəncələr verilməsinə dözümlü münasibətinə nail olmuşdur. Özlərini demokratik siyasətçilər kimi qələmə verən bir çox qərbli işbazların Əliyev rejimi tərəfindən rüşvət və başqa müxtəlif yollarla ələ alınaraq, bu rejimin yalançı İslam təhlükəsi barədə yaydığı uydurmaları dəstəkləyərək ölkədə hüquqi nihilizm və polis özbaşınalığının vüsət almasına şərait yaratmışlar. Rejim, belə Qərb siyasətçilərinin dəstəyi ilə demokratik müxalifətin məhv olunmasına nail olmuş və bununla da siyasi arenada inanclı müxalif elektoratın əsas real müxalifət qüvvəsinə çevrilməyini təmin etmişdir. Müxalif inanclı elektorat əsasən 2 qrupdan ibarətdir. Bu qruplardan birincisi əvvəldən siyasi İslam mövqelərindən çıxış edənlər, ikincisi isə,qərbyönümlü demokratik müxalifət qeyri- legitim hakimiyyətlə mübarizədə tam yararsız vəziyyətə salındıqdan sonra inanclı müxalifətçilərə qoşulanlardan ibarətdir. Beleliklə inanclı muxalifət insan haqqları və azadlıqları uğrunda mubarizədə Qərb dairələrinə arxayın olmadığına görə zəiflədilib aradan aparıla bilməmiş, getdikcə daha çox vətəndaşın reğbətini qazana bilmişdir. Bu gün ölkə həbsxanalarında məhbus olan 160 siyasi məhbusun 105- nin inanclı şiə olması faktı da deyilənləri təsdiq edir. Radikal vəhhabi kəsim ilə isə rejim öz çirkin oyununu oynamaqdadır. Keçən il, daha gizlədilməsi mümkün olmayan cinayətlərə görə ləğv edilmiş MTN və bilavasıtə MT nazirinin özünün, İŞİD və An Nusra kimi terror teşkilatlarına radikal vəhhabilərin ötürülməsi və hər terrorçuya gorə həmin təşkilatlardan 30-50 min dollar cıvarında pul alması bu rejimin artıq neinki Azerbaycan, hetta bütün sivil dünya üçün ciddi təhlükəyə çevrildiyini deməyə tam əsas verir. Beləliklə,bəzi natəmiz qərb siyasətçilərinin dəstəyi ilə rejimin ölkədə yaratdığı vəziyyət çox təhlükəli həddə çatmışdır.Günün ən ümdə vəzifələrindən biri kimi isə, rejimin inanclı insanların radikallaşması və terror təşkilatlarına qoşulmasını təhrik edən siyasətinin durdurulması son dərəcə aktuallaşmışdır. Bunun üçün isə, inanclı müxalifət və narazı kəsimin radikallaşıb,vəhhabi terror təşkilatlarına qoşulmasının, düşünülməmiş addımlar atmasının qarşısını ala biləcək Tale Bağırzadə, Mövsüm Semedov, Abgül Süleymanov, Hacı Zülfüqar, Elçin Qasımov, Fuad Qəhrəmanlı, Ağəli Yəhyayev, Fərhad Muradov, Abbas Hüseynov, Şamil Abduləliyev, Nicat Əliyev, Fikrət Fərəməzoğlu və digər vicdan məhbusu həyatı yaşayan inanclı müxalifət liderlərinin və eləcə də bütün siyasi məhbusların dərhal azad olunmasına nail olmaq uğrunda hamılıqla hərəkətə keçilməlidi” məzmunlu təxribat xarakterli məlumatlar göndərmişdir (cild 4, iş vərəqə 104-105). Təqsirləndirilən şəxs istifadəsində olmuş “İphone 4s” markalı mobil telefonunun “mail” qovluğunda özünün qeydiyyatdan keçirdiyi mailto:yazar313@mail.ruElektron ünvan 2 elektron poçt ünvanına keçirilmiş baxışa dair tərtib olunmuş xx xxxxxxx 2019-cu il tarixli protokoldan görünür ki, baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs məxfi əməkdaşlıq etdiyi müddətdə 2013-2016-cı illər ərzində Azərbaycan Respublikasında ictimai-siyasi, iqtisadi və digər sahələrdə cərəyan edən proseslər, həmçinin islam dininin digər təriqətlərinə ibadət edən şəxslər barəsində mümkün məlumatları açıq mənbələrdən və digər üsullarla əldə edib “Elektron ünvan 1” və “Elektron ünvan 2” elektron poçt ünvanlarından Türkiyə Respublikasındakı tanışı “Qlobal Düşüncə və Araşdırmalar Mərkəzi”nin rəhbəri Əlizadə Hakim Mərkəz oğlunun vasitəsilə İran xüsusi xidmət orqanlarına çatdırmışdır. Baxış protokolu ilə həmçinin müəyyən edilir ki, xx xxxxxx 2014-cü il tarixdə saat 20:47 dəqiqədə Hakim Əlizadə Təqsirləndirilən şəxs “Salam aleykum qardaş. Necesen? Senden bir ricam var eger mümkünse Azerbaycanda Nurçuların yapılanması, şirketleri, media ve bildiyin vezifeli adamları haqqında mene melumat xarakterli bir şeyler yaza bilersen? Bunlar haqqında mene melumat versen sevinerdim” məzmunlu sms göndərmişdir. Sonrakı yazışmaların məzmunundan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2014-cü il tarixdə Hakim Əlizadəyə istədiyi həmin məlumatları yazıb ona ötürdükdən sonra sonuncu “Salam qardaş Allah razı olsun. çox deyerli yazılardı. Ama daha spesifik ve ya senin bildiyin özel isimler ve ya qrumlar varmı bu yazılardan başqa konkret adlar ve şirketler lazım” məzmunlu mətni Təqsirləndirilən şəxs göndərmiş, sonuncu isə xx xxxxxx 2014-cü il tarixdə saat 09:47 dəqiqədə “Ok yazaram” mətnli yazışmanı Hakim Əlizadəyə göndərmişdir (cild 4, iş vərəqə 106-118). Təqsirləndirilən şəxs ümumi internet portallarında, sosial şəbəkələrdə qeydiyyatdan keçmiş profillərinə və internet resurslarına baxış keçirilməsinə dair xx xxxxxx 2019-cu il tarixli protokoldan görünür ki, baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs İran xüsusi xidmət orqanı nümayəndələrindən aldığı tapşırıqların icrası istiqamətində rəhbərlik etdiyi və digər informasiya saytlarında xarici xüsusi xidmət orqanları ilə razılaşdırmış formada dini dövlət ideyalarının təbliğ etmiş, Azərbaycan Respublikası ərazisində həmin xüsusi xidmət orqanının təsir edə biləcəyi radikal dini kontinqentin formalaşdırılmasına yönələn dini-siyasi məqalələrin dərc etmiş, yaymış, dünyəvi dövlət ideyalarına və Azərbaycan hüquq mühafizə orqanlarının qanuni fəaliyyətinə kölgə salan, onların və digər dövlət qurumlarının işgüzar nüfuzuna xələl gətirən təxribat xarakterli məlumatların yayılmasını təmin etmiş, İran xüsusi xidmət orqanı “Sepah”ın nəzarətində İran ərazisində azərbaycan dilində yayımlanan “Səhər TV” televiziya kanalında Azərbaycanın dövlət təhlükəsizliyi maraqları zərərinə əvvəlcədən məqsədyönlü hazırlanmış müsahibələrlə müntəzəm çıxışlar etmişdir. Həmçinin müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan xüsusi xidmət orqanlarının Azərbaycan Respublikası vətəndaşlarının İran ərazisinə və İran vasitəsilə digər istiqamətlərdə dini ziyarətgahlara hərəkət etdiyi zəvvar marşrutu üzrə əks-kəşfiyyat imkanlarının zəiflədilməsi, nəticədə xarici xüsusi xidmət orqanının Azərbaycan dövlətinə qarşı maneəsiz aktiv kəşfiyyat-pozuculuq fəaliyyətinin, eləcə də həmin zəvvarlar sırasından şəxslərin məxfi əməkdaşlığa cəlb edilməsi üçün əlverişli şəraitin yaradılmasına dair və ümumilikdə göstərilən istiqamətlərdə məlumatların toplanması ilə bağlı aldığı tapşırıqların icrası ilə bağlı Azərbaycan Respublikasının hüquq-mühafizə orqanları əməkdaşlarının zəvvarlardan səfərlə əlaqədar pul toplanmasına dair aşkar yalan məlumatlara dair məxfi əməkdaşlıq etdiyi şəxslərlə əvvəlcədən razılaşdırılmış materialı xx xxxxxx 2018-ci il tarixdən etibarən rəhbərlik etdiyi “Xeberman-az.com” və “Press-az.com” saytlarında yayımlamışdır (cild 5, iş vərəqə 56- 117). Təqsirləndirilən şəxs nəşr etdirdiyi qəzet və jurnallara baxış keçirilməsinə dair xx xxxxxx 2019-cu il tarixli baxış protokolundan görünür ki, məxfi əməkdaşlıq etdiyi müddətdə dini dövlət ideyalarının təbliği və radikal dini kontinqentin formalaşdırılması istiqamətindəki fəaliyyəti ilə bağlı X36 ayırdığı maliyyə vəsaiti hesabına 2007-2012-ci illərdə Bakı şəhərində nəşr etdirdiyi “Gənc yazar” qəzetinin xx xxxxxx 2007 (№01 (01)), xx xxxxxx 2008 (№01 (02)), “Gənc fikir” qəzetinin 09-16 fevral 2008 (№01 (01)), xx xxxx 2011 (№01 (03)), xx xxxxxx 2011 (№05 (05)) və “Məsum” jurnalının xx xxx 2012 və noyabr 2013-cü il tarixli buraxılışlarındakı qəzet və jurnallardakı yazı üslubu ümumilikdə İranmeyllidir (cild 5, iş vərəqə 135-136). Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin Konstitusiya quruluşunun mühafizəsi və terrorçuluğa qarşı mübarizə baş idarəsindən İstintaq baş idarəsinin xx xxxx 2019-cu il tarixli 7-1718 saylı məktubunun çıxarışından görünür ki, Təqsirləndirilən şəxs hələ yeniyetmə illərində dini cərəyanlar, xüsusilə şiə məzhəbini təbliğ edən İran meylli qrupların təsiri altına düşmüş və ali təhsilini Bakı İslam Universitetində almışdır. Tələbəlik illərində Təqsirləndirilən şəxs müxtəlif mətbuat orqanlarında dini məzmunlu məqalələri dərc olunmuşdur. O, həmçinin 2006-2008-ci illər ərzində “Hürriyyət” qəzetində müxtəlif dini sektaların fəaliyyəti ilə bağlı yazılarla çıxış etmişdir 2008-ci ildən İran İslam Respublikasının Bakı şəhərində yerləşən səfirliyinin nəzdində fəaliyyət göstərən “Şəhriyar” adına Mədəniyyət Mərkəzinin dəstəyilə “Gənc Fikir” və “Məsum” adlı jurnallar nəşr etdirmişdir. Mədəniyyət Mərkəzi tərəfindən “Gənc fikir” jurnalının çapı üçün ona hər ay 2500 manat, “Məsum” jurnalının müqabilində isə 3500 manat verilmişdir. Həmin dövrdə Təqsirləndirilən şəxs fəaliyyəti Mədəniyyət Mərkəzinin rəhbəri olan X129 Ocaqnejad tərəfindən istiqamətləndirilmişdir. 2012-ci ildə İİR-in ölkəmizdəki səfirliyinin maliyyə dəstəyi ilə Gürcüstan Respublikasında yaradılan və AR ərazisində yayımlanan “Zühür TV” fəaliyyətə başlamamışdan öncə, Təqsirləndirilən şəxs jurnalistika sahəsində təkmilləşmək məqsədilə Türkiyənin “Bahar TV” telekanalında təlimlər keçmişdir. Fəaliyyət istiqaməti “İrançılıq ideologiyası” və şiə məzhəbini təbliğ etmək olsa da, “Zühür TV” daha çox Azərbaycan əleyhinə fəaliyyət göstərmişdir. Belə ki, Respublikanın müxtəlif regionlarında, o cümlədən, Bakı şəhərində yaşayan iranpərəst dindarlar tez-tez efirə çıxardılmış və sonuncuların vasitəsilə Tehran rejiminin maraqları müdafiə olunmuşdur. Həmin telekanalın maliyyə dəstəyi müxtəlif dindar şəxslərdən toplanmış ianələr hesabına formalaşmış və aylıq 17 min manat təşkil etmişdir. 2014-cü ildə X75 AR ərazisindən çıxarılmasından sonra, “Zühür TV”nin maliyyə xərclərinin Gürcüstan üzrə nümayəndəsi Məmmədbaqir Sayvər tərəfindən qarşılanacağı bildirilsə də, nəticədə heç bir dəstək olmadığından telekanal fəaliyyətini dayandırmışdır (cild 1, iş vərəqə 227). Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin Əks-kəşfiyyat baş idarəsinin xx xxxx 2019-cu il tarixli 7-1816 saylı məktubunun çıxarışından görünür ki, keçirilmiş əks-kəşfiyyat tədbirləri nəticəsində Azərbaycan Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs İran İslam Respublikasının “X22 Korpusu”nun (“Sepah”) əməkdaşları tərəfindən məxfi əməkdaşlığa cəlb olunaraq, onların tapşırığına əsasən Azərbaycan Respublikasının suverenliyi, toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə məlumatlar toplamaqla İran İslam Respublikasının xüsusi xidmət orqanlarına ötürməsi barədə məlumatlar əldə olunmuşdur. Həmçinin keçirilmiş tədbirlər nəticəsində, Təqsirləndirilən şəxsla yaxın əlaqələrə malik İran İslam Respublikasının vətəndaşı xx.xx.1960-cı ildə İİR-in Təbriz şəhərində anadan olmuş, milliyyətcə fars, ailəli, əvvəllər İranın Bakıdakı Şəhriyar adına mədəniyyət evinin rəhbəri və İranın Bakıdakı mədəniyyət mərkəzinin sədr müavini vəzifələrində çalışmış, “Sepah”la əlaqəli X68 (X124 Soleman. Pasport: D № 9005501) oğlu müəyyən edilmişdir. İran İslam Respublikasının operatoruna məxsus **********23 saylı telefon nömrəsi İran İslam Respublikasının xüsusi xidmət orqanı “Sepah” əməkdaşı ətrafda X96 kimi tanınan Hüseyn Dusti adlı İran vətəndaşının istifadəsindədir. X88 İslam Respublikasının xüsusi xidmət orqanları ilə əlaqəli olan Azərbaycan Respublikası vətəndaşlarını İran ərazisində yüksək rütbəli xüsusi xidmət orqanı əməkdaşlarının əlaqəsinə çıxarması, eləcə də onlarla məxfi əməkdaşlıq edən Azərbaycan Respublikası vətəndaşlarına pul vəsaiti verməklə özündə qeydiyyat aparması (qəbz alması) barədə Dövlət Təhlükəsizliyi Xidmətinin ll Baş İdarədə əməliyyat əhəmiyyətli məlumatlar mövcuddur. Müəyyən edilmişdir ki, xx xxxxxx 2018-ci il tarixdə Təqsirləndirilən şəxs X63 ildönümü ilə əlaqədar keçirilmiş tədbirdə iştirak etmək üçün İranda olarkən “Hadi” adlı İran İslam Respublikasının xüsusi xidmət orqanı əməkdaşının tapşırığına əsasən X110 Aslanova təqdim etdiyi məlumatların qarşılığında 100 manat məbləğində pul mükafatı vermiş və o barədə Təqsirləndirilən şəxs imzası ilə təsdiq etdiyi yazılı qəbz alınmışdır (cild 1, iş vərəqə 244). Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin Konstitusiya quruluşunun mühafizəsi və terrorçuluğa qarşı mübarizə baş idarəsinin xx xxxx 2019-cu il tarixli 7-1929 saylı məktubunun çıxarışından görünür ki, keçirilmiş əməliyyat tədbirləri zamanı məlum olmuşdur ki, İran İslam Respublikası mobil operatorlarına məxsus **********23 saylı nömrənin istifadəçisi X96, **********09 saylı nömrənin istifadəçisi Hadi adlı şəxsdir. **********23 saylı nömrə İran İslam Respublikasının xüsusi xidmət orqanı “Sepah”ın əməkdaşı Hüseyn Dusti (X89 kimi tanınan) adlı İran vətəndaşının istifadəsindədir. X111 xüsusi xidmət orqanları ilə əməkdaşlıq edən Azərbaycan Respublikası vətəndaşlarına maliyyə vəsaiti verməklə yanaşı zərurət yarandıqda təmsil etdiyi qurumun vəzifəli şəxsləri ilə görüşlərini təşkil edir. xx.xx.2018-ci il tarixdə Təqsirləndirilən şəxs X63 ildönümü ilə bağlı İİR-də olarkən Hadi adlı İran İslam Respublikasının xüsusi xidmət orqanının əməkdaşının tapşırığına əsasən X103 Aslanovun təqdim etdiyi məlumatların müqabilində sonuncuya pul vəsaiti vermiş və ondan yazılı qəbz almışdır. Təqsirləndirilən şəxs İran İslam Respublikasının xüsusi xidmət orqanının müəyyən etdiyi istiqamətdə rəhbəri olduğu “xeberman.com” informasiya portalında siyasi məqalələr dərc etməklə Azərbaycan Respublikası ərazisində həmin xüsusi xidmət orqanının təsir edə biləcəyi radikal dini kontingentin formalaşdırılması, həmin saytda Azərbaycan hüquq mühafizə orqanlarının qanuni fəaliyyətinə kölgə salan, hüquq mühafizə orqanlarının və digər dövlət orqanlarının işgüzar nüfuzuna xələl gətirən məqalələr dərc etmişdir. Bununla yanaşı o, bu səpgidə İran İslam Respublikasının “Səhər” telekanalına müsahibələr vermişdir (cild 2, iş vərəq 49). Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin Əks-kəşfiyyat baş idarəsinin xx xxxxxx 2019-cu il tarixli 7-2004 saylı məktubunun çıxarışından görünür ki, keçirilmiş əks-kəşfiyyat tədbirləri nəticəsində əlavə məlum olmuşdur ki, xx xxxxxx 2019-cu il tarixdə X63 ildönümü münasibətilə Tehran şəhərində keçirilən konfransda iştirak etmək üçün həmin ölkəyə səfər etmiş Azərbaycan Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs səfərdən əvvəl, 2018-ci ilin fevral ayının 1-dən 5-dək istifadəsində olan ***-***-**-** saylı mobil telefondan ***-***-**-** saylı nömrəyə dəfələrlə zəng etmiş, lakin danışıq aparılmamışdır. Müəyyən olunmuşdur ki, ***-***-**-** saylı telefon İran İslam Respublikasının X18 Korpusunun (İİMK) Azərbaycan Respublikasındakı səfirlikdaxili rezidenturasının müəyyən edilmiş sabiq əməkdaşı, səfirliyin 1-ci katibi kimi, mətbuat xidmətinin müavini pərdəsi altında fəaliyyət göstərmiş, xx xxxxxx 2018-ci il tarixdə xidməti ezamiyyətinin müddətinin başa çatması ilə əlaqədar ölkəsinə qayıtmış, İran İslam Respublikasının vətəndaşı X54 Mohammadin istifadəsindədir. İİMK-nin təşkilatçılığı ilə xx xxxxxx 2018-ci il tarixdə Tehran şəhərində İslam İnqilabının ildönümü ilə bağlı keçirilən tədbirlərə “xeberman.az” internet saytının rəhbəri Təqsirləndirilən şəxs İran İslam Respublikasının Bakıdakı səfirliyinin mətbuat xidməti tərəfindən dəvət almışdır. Həmçinin məlum olmuşdur ki, Təqsirləndirilən şəxs x xxxxxx 2019-cu il tarixdə islam İnqilabının 39-cu ildönümü münasibətilə Bakı şəhərindəki “Fairmont” hotelinin “Nizami Gəncəvi” zalında İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə iştirak etmiş, orada çəkdiyi fotoşəkilləri internet resurslarına yerləşdirmişdir. Məlumatların təhlili göstərir ki, İran İslam Respublikasının xüsusi xidmət orqanı X18 Korpusu tərəfindən məxfi əməkdaşlığa cəlbetmə prosesində öz maraqlarını təmin etmək məqsədilə iranyönümlü dini-siyasi və ideoloji təbliğatı rəhbər tutaraq “Allah xatirinə”, “İslama xidmət etmə”, “Şiəliyin müdafiə olunması” və sair şüarlarla pərdələnərək Azərbaycan vətəndaşlarına İsrail və ABŞ-ın Azərbaycan Respublikasındakı rəsmi nümayəndəlikləri və onların əməkdaşları, vəhhabi təriqətli şəxslər, Azərbaycanın İsrail və digər qərb dövlətləri ilə hərbi əməkdaşlığı çərçivəsində güclənən hərbi potensialı, eləcə də Azərbaycan Respublikasının təhlükəsizliyinə təhdid yaradan məlumatların toplanılması haqqında tapşırıqlar verirlər (cild 2, iş vərəq 84). Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətin xx xxxxxx 2019-cu il tarixli 7- 2245 saylı məktubunun çıxarışından görünür ki, **********09 və **********67 saylı telefon nömrələri ətrafında müəyyənetmə tədbirləri çərçivəsində aşağıdakılar məlum olmuşdur: İran İslam Respublikasının X18 Korpusunun əməkdaşı olması ehtimal edilən “Hadi” adlı şəxsə məxsus **********09 saylı nömrə əsasında “Bəhruz Kərimi” (Behrouz Karimi) adlı instagram hesabı yaradılmışdır. Həmin instagram hesabında şəxsin təvəllüdü İran hicri təqvimi ilə 1358 (Miladi təqvim ilə 1979-1980) göstərilmişdir. Qeyd edilən səhifənin izləyicilərinin bir çoxunun soyadının “Kərimi” olması və hüquq mühafizə orqanlarında çalışan şəxslərə məxsus olması həmin profilin saxta olmaması ilə bağlı fikir formalaşdırmışdır. “Truecallar” və “Eyecon” telefon-məlumat bazalarında təqdim edilmiş nömrə “X112 Vaccap”, “Hamid S” kimi qeyd edilmişdir; “Xoşsiyar Eyyuba” məxsus **********67 saylı mobil nömrə istifadəçisi isə İran İslam Respublikasının vətəndaşı, xx.xx.1960-cı il təvəllüdlü KHOS SİAR AYOUB olması müəyyən edilmişdir. Azərbaycan Respublikasında fəaliyyət göstərdiyi müddətdə həmin şəxs X36 (İMM) sədr müavini və maliyyə işləri üzrə məsul şəxs kimi bir sıra tədbirlərdə təşkilatçı kimi fəaliyyət göstərmişdir. Eyni zamanda dini təhsili olduğu istisna edilmir. Sözügedən şəxsin Azərbaycan Respublikasında olduğu müddətdə (2009-2013-cü illərdə) tələbə mühitində iş aparması və əməliyyat mənbələrindən daxil olan məlumatlar onun xüsusi xidmət orqanı əməkdaşı olması ehtimalını artırır. O, Azərbaycan Respublikası ilə yanaşı digər ölkələrdə də çalışmışdır. Əməliyyat məlumatlarına görə, Təqsirləndirilən şəxs 2012-ci ildə yaxın ətrafı ilə söhbətləri zamanı X37 işləyən Fərhad və əslən Masallıdan olan Quliyev Cavanşir adlı AR vətəndaşlarının keçmiş Milli Təhlükəsizlik Nazirliyinə çağırılacaqları, onların artıq sözügedən qurum tərəfindən nəzarətə götürüldükləri və həbs ediləcəkləri barədə fikirlər səsləndirmişdir. Təqsirləndirilən şəxs qeyd olunan fikirləri X36 sədr müavini Eyyub Xoşsiyara da demişdir. Bundan başqa, müəyyənləşdirilmişdir ki, həmin dövrdə Təqsirləndirilən şəxs müxbiri olduğu “Gənc fikir” qəzeti açıq satışa çıxarılmamış və həmin qəzet X55 tərəfindən “Şəhriyar” Mədəniyyət Mərkəzinə, “Hüseyniyyə” məscidinə, eləcə də X55 tərəfindən keçirilən tədbirlərə gələn qonaqlar arasında paylanılır. Sözügedən qəzet ayda yaxud iki ayda bir dəfə ***-**** tirajla nəşr edilir. Təqsirləndirilən şəxs E.Xoşsiyara yazılı və elektron şəkildə AR-də baş verən gündəlik hadisələrlə (xüsusilə Bakı şəhərində keçiriləcək “Eurovision-2012” mahnı müsabiqəsi, İsrailin Azərbaycan Respublikası ilə münasibətləri, “masson”ların respublikamızdakı fəaliyyəti) bağlı məlumatlar ötürmüşdür. Yazılı şəkildə təqdim olunan məlumatlar o zaman E.Xosşsiyar tərəfindən iş otağındakı seyfində saxlanılmışdır. Bundan başqa yuxarıda adı çəkilən qəzetə X55 tərəfindən maliyyə dəstəyinin göstərildiyi də məlumdur (cild 3, iş vərəqə 42). Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin Əks-kəşfiyyat baş idarəsinin xx xxxxxxx 2019-cu il tarixli 7-2683 saylı məktubunun çıxarışından görünür ki, keçirilmiş əməliyyat tədbirləri zamanı məlum olmuşdur ki, xx.xx.1968-ci ildə İranın Ərdəbil şəhərində anadan olmuş, milliyyətcə azərbaycanlı, ailəli, İran İslam Respublikasının vətəndaşı Mir X16 xx.xx.2012-ci ildə Tehran-Bakı aviareysi ilə D9013566 saylı diplomatik pasportla Azərbaycana gələrək, xx.xx.2013-cü ildə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə İran səfirliyinin diplomatı kimi akkreditasiyadan keçmiş və xx.xx.2019-cu ilədək İranın X113 Dəftərxanasının Bakıdakı nümayəndəliyinin icraçı direktoru vəzifəsində fəaliyyət göstərmişdir. M.Ərdəbilinin Azərbaycan Respublikasında olduğu müddətdə dini nümayəndəlik mövqeyindən respublika ərazisində iranyönümlü sosial bazanın genişləndirilməsi, İranda dini təhsil almış şəxslərə və ölkəmizdəki iranyönümlü dini icmalara maddi dəstəyin göstərilməsi istiqamətində fəaliyyəti müəyyən edilmişdir. M.Ərdəbilinin fəaliyyətinin rəqibin səfirlikdaxili İİMK (Sepah) və İTN (Ettelaat) rezidenturalarının maraqları ilə üst-üstə düşməsi müşahidə olunmuşdur. Belə ki, M.Ərdəbili Azərbaycana gəldiyi ilk gündən səfirlikdaxili İİMK və İTN rezidenturaların əməkdaşları ilə sıx ünsiyyət saxlamış, onlarla öz iş yerində, “Hüseyniyyə” namaz evində və “İİR” səfirliyinin inzibati binasında təkbətək görüşlər keçirmişdir. Onun səyləri nəticəsində İranda qanunsuz dini təhsil aldıqdan sonra AR-ə qayıdaraq iranmeyilli radikal şiəliyi təbliğ edən Azərbaycan vətəndaşlarının 8 ay ərzində dondurulmuş ianələrinin şəxsən özü tərəfindən (hər dindara ayda 150 manat şəhriyyə) verilməsi bərpa edilmiş, bunun müqabilində həmin şəxslərə verilmiş xüsusi anketlər vasitəsilə onların yaşadıqları və fəaliyyət göstərdikləri bölgələrdəki dini mühitlə bağlı kəşfiyyat məlumatlarının, eləcə də dini vergi kimi təbliğ olunan xüms-zəkatın toplanılmasını həyata keçirmişdir. Bundan əlavə M.Ərdəbili həftənin 4 günü (cümə, şənbə və bazar günləri istisna olunmaqla) İran səfirliyində təşkil olunan günorta namazlarında pişnamazlıq etmiş, namazdan sonra hər dəfə ən az yarım saat müddətində səfirlikdaxili “Ettelaat” və “Sepah” rezidenturalarının əməkdaşları ilə təklikdə gizli söhbətlər aparmışdır. M.Ərdəbili hiyləgər və ehtiyatlı şəxs kimi xarakterizə edilmişdir. Belə ki, onun üzərində döyüş və ov bıçaqları gəzdirməsi və onlarla ustalıqla davranması, eləcə də ümumiyyətlə silahlar barədə məlumatlı olması müşahidə edilmişdir. Bu da onun xüsusi təlim keçmiş şəxs olduğunu ehtimal etməyə əsas vermişdir. M.Ərdəbilinin tutduğu vəzifə ona Azərbaycan Respublikasında fəaliyyət göstərən dini saytların rəhbərləri və iranmeyilli jurnalist kontingentlə daim təmasda olmaq, onların vasitəsilə KİV-də və sosial şəbəkələrdə İranın maraqlarına uyğun məqalələr yerləşdirmək, eləcə də İranın Azərbaycana qarşı dini sferada pozuculuq fəaliyyəti ilə bağlı KİV-də yer alan məqalələrə adekvat cavabların verilməsində həmin jurnalist və sayt rəhbərlərinin imkanlarından istifadə etmək, həmçinin inanclı Azərbaycan vətəndaşları ilə birbaşa əlaqələr yaratmaq, onları İranda qanunsuz dini təhsilə cəlb etmək və ölkədə iranmeyilli sosial bazanın genişləndirilməsi istiqamətində fəaliyyət göstərmək baxımından əlverişli imkanlar yaratmışdır. X90 Respublikasının xüsusi xidmət orqanlarının M.Ərdəbilinin mövqeyindən yuxarıda göstərilən istiqamətlər üzrə öz maraqları çərçivəsində istifadə etməsi qənaətini formalaşdırmışdır. Təqsirləndirilən şəxs İranın X113 Dəftərxanasının Bakıdakı nümayəndəliyinin keçirilmiş tədbirlər zamanı M.Ərdəbili ilə tanış olmuşdur (cild 4, iş vərəqə 175). Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin Əks-kəşfiyyat baş idarəsinin xx xxxxxx 2019-cu il tarixli 7-3041 saylı məktubunun çıxarışından görünür ki, keçirilmiş əməliyyat tədbirləri zamanı məlum olmuşdur ki, xx.xx.1983-cü il tarixdə Fizuli rayonu Yağlıvənd kəndində anadan olmuş, Fizuli şəhəri Fizuli küçəsi 32 ünvanında qeydiyyatda olmaqla Türkiyə Respublikasında yaşayan, “Qlobal Düşüncə və Araşdırmalar Mərkəzi”nin rəhbəri Əlizadə Hakim Mərkəz oğlu əvvəllər İran İslam Respublikasının xüsusi xidmət orqanları tərəfindən maliyyələşdirilmiş, iranyönümlü “X91” ictimai birliyinin direktoru işləmişdir. H.Əlizadə 2013-cü ildə “X91” ictimai birliyinin sədri vəzifəsindən uzaqlaşdırıldıqdan sonra Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 274-cü maddəsilə azadlıqdan məhrum edilmiş Elşən Mustafayevlə münasibətlərində soyuqluq yaranmış, internet üzərindən qarşılıqlı tənqid xarakterli yazışmaları müşahidə edilmişdir. H.Əlizadə E.Mustafayevin “hardan (İİR) ? Necə? Kimin (lərin) vasitəsilə? Nə qədər (dollar) aldığı ?”nın ona məlum olmasını iddia edən fikirlər yazmışdır. Daxil olmuş məlumatlara əsasən H.Əlizadə Türkiyə Respublikasında müxtəlif ixtisaslar üzrə təhsil alan savadlı və dindar tələbələrin yurdlarda (tələbələrin məskunlaşdığı evlər) təmənnasız məskunlaşdırılması ilə məşğul olmuşdu. Əməliyyat məlumatlarına əsasən H.Əlizadə Türkiyə Respublikasında azərbaycanlıların İran İslam Respublikasının xüsusi xidmət orqanları ilə əlaqələndirilməsində vasitəçilik edir. Təqsirləndirilən şəxs müxtəlif vaxtlarda H.Əlizadəni Azərbaycanda mövcud dini vəziyyətlə bağlı məlumatlandırması, habelə xaricdə işə düzəlməsində ondan köməklik istəməsinə dair məlumatlar daxil olmuşdur. “X92 və X19 Mərkəzi”nin rəhbəri, xx.xx.1961-ci il tarixdə Bakı şəhərində anadan olmuş, hazırda X9 şəhərində yaşayan X62 şiə yönümlü dindardır, “facebook” sosial şəbəkəsində Azərbaycan və israil dövləti əleyhinə yönəlmiş paylaşımlar edir (cild 5, iş vərəqə 178). Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin Əks-kəşfiyyat baş idarəsinin xx xxxxxx 2019-cu il tarixli 7-3048 saylı məktubunun çıxarışından görünür ki, keçirilmiş əməliyyat tədbirləri zamanı məlum olmuşdur ki, Təqsirləndirilən şəxs İran İslam Respublikasının xüsusi xidmət orqanları tərəfindən ölkəmizə qarşı kəşfiyyat-pozuculuq, ideoloji təbliğat və təxribat fəaliyyətində mövqe kimi istifadə olunan İranın Bakıdakı Mədəniyyət Mərkəzi (Yasamal rayonu, Ə.Hüseynzadə küçəsi, ev 42), “Şəhriyar” adına Mədəniyyət Evi (Xətai rayonu, Gəncə prospekti, ev 42), “İranın Ali X11 nümayəndəliyi” (Nərimanov rayonu, K.Kazımzadə küçəsi ev 31) ilə əvvəllər mütəmadi əlaqə saxlamışdır. İran İslam Respublikasının xüsusi xidmət orqanları bu mövqelərindən geniş istifadə edərək, ölkə ərazisində vahid mərkəzdən idarə olunan iranyönümlü sosial bazanın genişləndirilməsi istiqamətində məqsədyönlü iş aparır. Belə ki, bu təşkilatlar səfirlikdaxili xüsusi xidmət orqanları rezidenturalarının maraqlarına və fəaliyyətlərinə dəstək olaraq, informasiyanın toplanılması, məxfi əməkdaşlığa cəlb etmək üçün namizədlərin seçilməsi, yoxlanılması, cəlbetmə üçün münbit şərait yaradılması üçün İrana çıxarılması məqsədilə yaxından həmkarlıq edirlər. Qeyd olunan təşkilatların əməkdaşları Azərbaycanda İslam dininin təbliği və iki ölkə arasında mədəni əlaqələrin inkişafı pərdəsi adı altında, faktiki olaraq, ölkəmizdə İslam inqilabına zəmin yaradılması, bu məqsədlə iranmodelli radikal şiəliyin yayılması və Azərbaycandakı siyasi proseslərə qonşu ölkənin maraqları dairəsində təsir göstərilməsi istiqamətlərində pozuculuq fəaliyyətini həyata keçirirlər. X36 xətti ilə Respublikanın elmi-ziyalı təbəqəsi, xüsusi xidmət orqanlarının marağını cəlb edə bilən və gələcəkdə iranyönümlü fəaliyyətdə istifadəsi mümkün sayılan AMEA, ali təhsil müəssisələri, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin əməkdaşları ilə kontaktlar yaradılır. Kontaktların möhkəmləndirilməsi məqsədilə göstərilən kontingentdən olan Azərbaycan vətəndaşları İrana elmi konfranslara, beynəlxalq və dini tədbirlərə çıxarılır. Eyni məqsədlə X55 tərəfindən Azərbaycanda və İranda xəttatlıq, kitab, rəsm sərgiləri, kino festivalları və sair mədəni tədbirlər təşkil olunur, Respublikanın ali təhsil ocaqlarında “İran otaqları”nın fəaliyyətinin bərpa olunmasına səy göstərilir. Bundan əlavə, iranyönümlü şiə dini təbliğatının aparılması üçün X36 və “İranın Ali X11 Bakıdakı Nümayəndəliyi”nin təşkilatçılığı ilə qəzet və jurnallar dərc etdirilmişdir. Mədəniyyət Mərkəzi və “Şəhriyar” adına mədəniyyət evində qeyri-rəsmi fəaliyyət göstərən müxtəlif kurslara (“fars dili”, “kompüter”, “rəssamlıq” və sair) AR vətəndaşlarının cəlb edilməsi və onlara iranyönümlü təbliğati təsir göstərilməsi, habelə nümayəndəlikdə təşkil olunan əksər tədbirlərdə səfirlikdaxili rezidentura əməkdaşlarının iştirakı halları müşahidə olunmaqdadır. “İranın Ali X11 Bakıdakı Nümayəndəliyi” tərəfindən qeyri-qanuni yollarla İran İslam Respublikasından gətirilən qanunazidd və Azərbaycan Respublikasının Dini X115 Dövlət Komitəsindən qeydiyyatdan keçirilməyən ədəbiyyatların yayılması, dini vergilərin (xüms) yığılması, dini disklərin çoxaldılaraq paylanması, dini təbliğat aparmaq üçün bölgələrə AR vətəndaşlarından olan təbliğatçıların göndərilməsi və onların maddi yardım göstərilməsi, eləcə də, iranyönümlü təşkilatların və dini icmaların maliyyələşdirilməsi istiqamətlərində fəaliyyətləri müəyyənləşdirilmişdir. “X93”-nin fəaliyyətinə İran İslam Respublikası vətəndaşlarının dini tələbatlarını ödəmək üçün icazə verilməsinə baxmayaraq, namazxanada təşkil olunan dini mərasimlərdə 600-800 AR vətəndaşlarının iştirakı, İranın rəsmi dili olan fars dilində deyil, iranlılar tərəfindən Azərbaycan dilində moizələrin oxunması, İran həyat tərzinin təbliği müşahidə edilmişdir. Dini əlamətdar günlərində İrandan dəvət olunan rouzəxanlar vasitəsilə tədbirlər həyata keçirilmişdir. “X94” haqqında Azərbaycan Respublikası Qanununa zidd olaraq moizələrin dini təbliğat məqsədilə CD və DVD disklər, internet resursları vasitəsilə Respublikası ərazisində yayılması barədə məlumatlar alınmışdır. “Hüseyniyyə”yə gələn bəzi gənc dindarların İrana dini təhsilə göndərilməsi halları müşahidə edilmiş, namazxananın ərazisində səfirlikdaxili rezidentura əməkdaşlarının yerli agenturası ilə vizual kontakt yaratması faktları qeydə alınmışdır (cild 5, iş vərəqə 185- 186). Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin Əks-kəşfiyyat baş idarəsinin xx xxxxxx 2019-cu il tarixli 7-3298 saylı məktubunun çıxarışından görünür ki, keçirilmiş əməliyyat tədbirləri zamanı məlum olmuşdur ki, İran İslam Respublikasının X41 Korpusunun (Sepah) əməkdaşı kimi məlum olan “Hadi” adlı şəxsin istifadəsində olan **********09 saylı mobil telefon nömrəsi İran İslam Respublikasnın X69 şəhərində yaşayan X60 adına sənədləşdirilmişdir. Həmin şəxsin digər anket məlumatlarının dəqiqləşdirilməsi istiqamətində əməliyyat tədbirləri davam etdirilir (cild 5, iş vərəqə 217). Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinin xx xxxx 2019-cu il tarixli 05/4181-14 №-li məktubundan görünür ki, mətbu nəşrlərin reyestrindəki məlumata əsasən, “Gənc fikir” qəzeti xx.xx.2008-ci il tarixdə 2505 nömrə ilə Ədliyyə Nazirliyində uçota alınmış, hüquqi ünvanı ünvan 10 mənzil 12, məqsədi cəmiyyəti obyektiv informasiya ilə təmin etmək, dövriliyi həftəlik, təsisçisi Təqsirləndirilən şəxs, redaktoru Nadir Fərzəliyevdir. “Məsum” jurnalı xx.xx.2012-ci il tarixdə 3585 nömrə ilə Ədliyyə Nazirliyində uçota alınmış, hüquqi ünvanı ünvan 10 mənzil 12, məqsədi cəmiyyəti obyektiv informasiya ilə təmin etmək, dövriliyi aylıq, təsisçisi Təqsirləndirilən şəxs, redaktoru X5r (cild 2, iş vərəqə 86). Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinin xx xxxxxxx 2019-cu il tarixli 05/5583-15 №-li məktubundan görünür ki, mətbu nəşrlərin reyestrində saxlanılan məlumata əsasən, “Gənc yazar” qəzeti xx.xx.2007-ci il tarixdə 2392 nömrə ilə uçota alınmışdır. Qəzetin hüquqi ünvanı ünvan 10 mənzil 12, xx.xx.2008-ci il tarixdə qeydə alınmış dəyişikliyə əsasən baş redaktoru və yeni təsisçisi Şahid15 qeyd olunmuşdur. Aslanov Təqsirləndirilən şəxs qəzetin əvvəlki təsisçisi olmuşdur (cild 4, iş vərəqə 90). Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** №-li telefon nömrəsi ilə Azərbaycan Respublikasının vətəndaşı Şahid3 istifadəsində olmuş ***-***-**-** və ***-***- **-** telefon nömrələri arasında aparılmış danışıqlarını özündə əks etdirən, Bakı şəhəri, Səbail rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qərarına əsasən xx xxxx 2019-cu il tarixli 7-1803 №-li məktubla “Azerfon” Məhdud Məsuliyyətli Cəmiyyətindən Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsinə təqdim edilmiş statistik kompyuter açıqlamalarına keçirilmiş xx xxxxxx 2019-cu il tarixli baxış protokolundan görünür ki, xx xxxx 2017-ci il tarixdən xx xxxxx 2019-cu il tarixədək olan müddət ərzində iş üzrə Təqsirləndirilən şəxsla Şahid3 arasında çoxsaylı, müntəzəm və uzun müddətli telefon danışıqları olmuşdur. Onların əlaqə saxladıqları tarixlər və saatlar Təqsirləndirilən şəxs 2017-ci ilin yay aylarında Bakı şəhərində tanışı olan Şahid3 maddi maraq müqabilində xarici xüsusi xidmət orqanı nümayəndələrinin əlaqəsinə verilməsi məqsədi ilə onunla birlikdə İran ərazisinə getməsini təklif etməsini təsdiq edən dəlillərdir (cild 5, iş vərəqə 200- 202). Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** №-li telefon nömrəsi ilə İran İslam Respublikasının Azərbaycan Respublikasınındakı səfirinin köməkçisi X15 otağında quraşdırılmış ***-***-**-** telefon nömrəsi arasında aparılmış danışıqlarını özündə əks etdirən, Bakı şəhəri, Səbail rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qərarına əsasən xx xxxx 2019-cu il tarixli 7-1803 №-li məktubla “Azerfon” Məhdud Məsuliyyətli Cəmiyyətindən Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsinə təqdim edilmiş statistik kompyuter açıqlamalarına keçirilmiş xx xxxxxx 2019-cu il tarixli baxış zamanı müəyyən edilmişdir ki, Cavanşir Quliyev ***-***-**-** telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsindəki ***-***-**-** telefon nömrəsinə xx xxxxxx 2018-ci il tarixdə saat 12:39 dəqiqədə zəng edərək 98 saniyə, eləcə də əks istiqamətdə Təqsirləndirilən şəxs ***-***-**- ** telefon nömrəsindən istifadə edərək Cavanşir Quliyevin otağında quraşdırılmış ***-***- **-** telefon nömrəsinə xx xxxxxx 2018-ci il tarixdə saat 12:18 dəqiqədə zəng edərək 121 saniyə, xx xxxxxx 2018-ci il tarixdə saat 10:33 dəqiqədə zəng edərək 54 saniyə, xx xxxxxx 2018-ci il tarixdə saat 13:19 dəqiqədə zəng edərək 73 saniyə ərzində danışıq aparmışlar (cild 2, iş vərəqə 89). Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** №-li telefon nömrəsi ilə İran xüsusi xidmət orqanı “Sepah”ın nəzarətində İran ərazisində Azərbaycan dilində yayımlanan “Səhər TV” televiziya kanalına məxsus +**********03 telefon nömrəsi arasında aparılmış danışıqlarını özündə əks etdirən, Bakı şəhəri, Səbail rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qərarına əsasən xx xxxx 2019-cu il tarixli 7-1803 №-li məktubla “Azerfon” Məhdud Məsuliyyətli Cəmiyyətindən Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsinə təqdim edilmiş statistik kompyuter açıqlamalarına keçirilmiş xx xxxxxx 2019cu il tarixli baxış baxış zamanı müəyyən edilmişdir ki, “Səhər TV” televiziya kanalına məxsus +**********03 telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***- **-** telefon nömrəsinə xx xxxx 2017-ci il tarixdə saat 18:28 dəqiqədə zəng edərək 228 saniyə, həmin gün saat 21:26 dəqiqədə zəng edərək 42 saniyə, həmin gün saat 21:45 dəqiqədə zəng edərək 34 saniyə, xx xxxx 2017-ci il tarixdə saat 21:29 dəqiqədə zəng edərək 35 saniyə, həmin gün saat 21:33 dəqiqədə zəng edərək 12 saniyə, xx xxxxxx 2017-ci il tarixdə saat 21:32 dəqiqədə zəng edərək 173 saniyə, həmin gün saat 21:48 dəqiqədə zəng edərək 466 saniyə, xx xxxxxxx 2017-ci il tarixdə saat 18:29 dəqiqədə zəng edərək 18 saniyə, xx xxxxxxx 2017-ci il tarixdə saat 21:38 dəqiqədə zəng edərək 108 saniyə, həmin gün saat 21:44 dəqiqədə zəng edərək 37 saniyə, xx xxxxxxx 2017-ci il tarixdə saat 21:48 dəqiqədə zəng edərək 176 saniyə, xx xxxxxx 2017-ci il tarixdə saat 21:47 dəqiqədə zəng edərək 87 saniyə, xx xxxxxx 2017-ci il tarixdə saat 21:30 dəqiqədə zəng edərək 21 saniyə, xx xxxx 2018-ci il tarixdə saat 21:00 dəqiqədə zəng edərək 110 saniyə, həmin gün saat 21:45 dəqiqədə zəng edərək 380 saniyə, xx xxxxx 2018-ci il tarixdə saat 21:34 dəqiqədə zəng edərək 118 saniyə, həmin gün saat 21:47 dəqiqədə zəng edərək 270 saniyə, xx xxxxxx 2018-ci il tarixdə saat 21:50 dəqiqədə zəng edərək 18 saniyə ərzində danışıq aparmışlar. Qeyd olunan danışıqlar İran xüsusi xidmət orqanı “Sepah”ın nəzarətində İran ərazisində azərbaycan dilində yayımlanan “Səhər TV” televiziya kanalında Təqsirləndirilən şəxs Azərbaycanın dövlət təhlükəsizliyi maraqları zərərinə əvvəlcədən məqsədyönlü hazırlanmış müsahibələrlə müntəzəm çıxışlar etməsini təsdiq edən dəlillərdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində İran ərazisində Azərbaycan dilində yayımlanan “Səhər TV” televiziya kanalına müsahibələr verdiyini etiraf etmişdir (cild 1, iş vərəqə 90-91) Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** №-li telefon nömrəsi ilə aparılmış danışıqlarını özündə əks etdirən, Bakı şəhəri, Səbail rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qərarına əsasən xx xxxx 2019-cu il tarixli 7-1803 №-li məktubla “Azerfon” Məhdud Məsuliyyətli Cəmiyyətindən Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsinə təqdim edilmiş statistik kompyuter açıqlamalarına keçirilmiş xx xxxxxx 2019cu il tarixli baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** №-li telefon nömrəsi ilə İran Ali X11 Bakıdakı nümayəndəliyinin icraçı direktoru, İran xüsusi xidmət orqanları ilə birbaşa əlaqəli olan Mir X7 istifadəsində olmuş ***-***-**-** №-li telefonla xx xxxx 2016-cı il tarixdən xx xxxx 2019-cu il tarixədək olan müddət ərzində, Şahid9 istifadəsində olan ***-***-**-** №-li telefonla xx xxxxxx 2018-ci il tarixdən xx xxxxxx 2018-ci il tarixədək olan müddət ərzində, Şahid5 istifadəsində olan ***-***-**-** №-li telefonla xx xxxxxxx 2016-cı il tarixdən xx xxx 2019-cu il tarixədək olan müddət ərzində, Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** №-li telefonla xx xxxxxx 2017-ci il tarixdən xx xxxx 2019-cu il tarixədək olan müddət ərzində, Şahid20 istifadəsində olan ***-***-**-** №-li telefonla xx xxxxxxx 2017-ci il tarixdən xx xxxxxx 2018-ci il tarixədək olan müddət ərzində, Şahid7 istifadəsində olan ***-***-**-** №-li telefonla xx xxxx 2018-ci il tarixdən xx xxxxxx 2019-cu il tarixədək olan müddət ərzində, Şahid4 istifadəsində olmuş ***-***-**-** №-li telefonla xx xxxxxx 2018-ci il tarixdən xx xxxxxx 2018-ci il tarixədək olan müddət ərzində və Şahid19 (“Müsəlman birliyi hərəkatı”nın fəal üzvü) istifadəsində olan ***-***-**-** №-li telefonla xx xxxxxxx 2017-ci il tarixdən xx xxxxxxx 2017-ci il tarixədək olan müddət ərzində çoxsaylı və müntəzəm danışıqlar aparmışdır (cild 5, iş vərəqə 36-50). Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-**, ***-***-**-** və ***-***-**-** №-li telefon nömrələri ilə aparılmış danışıqlarını özündə əks etdirən, Bakı şəhəri, Səbail rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qərarına əsasən, xx xxxxxx 2019-cu il tarixli 7- 2934 №-li məktubla “Azərfon” Məhdud Məsuliyyətli Cəmiyyətindən Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsinə təqdim edilmiş statistik kompyuter açıqlamalarına keçirilmiş xx xxxxxx 2019-cu il tarixli baxış zamanı müəyyən edilmişdir ki, iş üzrə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-**, ***-***-**-** və ***-***-**-** telefon nömrələri ilə İran Ali X11 Bakıdakı nümayəndəliyinin icraçı direktoru, İran xüsusi xidmət orqanları ilə birbaşa əlaqəli olan Mir X7 istifadəsində olmuş ***-***-**-** №-li, Şahid5 istifadəsində olan ***-***-**-** №-li, Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** №-li və Şahid20 istifadəsində olan ***-***-**-** №-li telefonlarla əlaqə saxlayaraq çoxsaylı danışıqlar aparmışdır (cild 5, iş vərəqə 139-140, 150-156). İran Ali X11 Bakıdakı nümayəndəliyinin icraçı direktoru İran İslam Respublikasının xüsusi xidmət orqanları olan “SEPAH” və İnformasiya və Təhlükəsizlik nazirliyi (ETTELAAT) ilə əlaqəli olan Mir X7 istifadəsində olmuş ***-***-**-** №-li telefon nömrəsi ilə aparılmış SMS yazışmaların statistik kompüter açıqlamalarına keçirilmiş xx xxxxxx 2019cu il tarixli baxış zamanı müəyyən edilmişdir ki, xx.xx.2018-ci il tarixdə saat 21:47-də və xx.xx.2018-ci il tarixdə saat 14:16-da Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** telefon nömrəsindən İran Ali X11 Bakıdakı nümayəndəliyinin icraçı direktoru, İran xüsusi xidmət orqanları ilə birbaşa əlaqəli olan Mir X7 istifadəsində olmuş ***-***-**-** telefon nömrəsinə müvafiq olaraq “Salam Ağa. Necesiz? Seher vaxtınız var? Men Polad beyin yanına gedecem” və “Salam Ağa. Necesiz? Polad beyin xanımıdı narahat eden sizi. Ağa Polad bey Bakıda idi. Sizinle görüşe bilmedi müeyyen sebebler üzünden.Size çox-çox salamları ve teşekkürleri var” məzmunlu SMS-lər göndərilmişdir (cild 5, iş vərəqə 157- 158). İran Ali X11 Bakıdakı nümayəndəliyinin icraçı direktoru İran İslam Respublikasının xüsusi xidmət orqanları olan “SEPAH” və İnformasiya və Təhlükəsizlik nazirliyi (ETTELAAT) ilə əlaqəli olan Mir X7 istifadəsində olmuş ***-***-**-** №-li telefon nömrəsi ilə aparılmış telefon danışıqlarının statistik kompüter açıqlamalarına keçirilmiş xx xxxxxx 2019-cu il tarixli baxış zamanı müəyyən edilmişdir ki, Mir X7 istifadəsində olmuş ***-***-**- ** №-li telefon nömrəsi ilə İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfirin köməkçisi X15 iş otağında quraşdırılmış ***-***-**-** telefon nömrəsi arasında xx xxxxxx 2013-cü il tarixdən xx xxxxxx 2019-cu il tarixədək olan müddət ərzində çoxsaylı və müntəzəm telefon danışıqları aparılmışdır (cild 5, iş vərəqə 159-161). Təqsirləndirilən şəxs barəsində “Giriş-çıxış və qeydiyyat” İAMAS üzrə xx xxxx 2019cu il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməllərini törətdiyi müddətdə İran İslam Respublikasına çoxsaylı səfərlər etmiş, o cümlədən xx xxxxxxx 2017-ci il tarixdə saat 10:27 dəqiqədə İran İslam Respublikasına getmiş, xx xxxxxx 2017-ci il tarixdə saat 16:07 dəqiqədə oradan geri qayıtmış, xx xxxxxx 2017-ci il tarixdə saat 13:44 dəqiqədə İran İslam Respublikasına getmiş, xx xxxxxx 2018-ci il tarixdə saat 10:27 dəqiqədə oradan geri qayıtmış, xx xxxxxx 2018-ci il tarixdə saat 15:12 dəqiqədə İran İslam Respublikasına getmiş, xx xxxxxx 2018-ci il tarixdə saat 10:11 dəqiqədə oradan geri qayıtmışdır. xx xxxx 2019-cu il tarixdə növbəti dəfə İran İslam Respublikasına keçərkən Təqsirləndirilən şəxs Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Biləsuvar rayon ərazisində saxlanılmışdır (cild 1, iş vərəq 13). Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının xx xxxx 2019-cu il tarixli 1242 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir xroniki psixi xəstəliyin əlamətləri aşkar olunmur, onda, həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəliyin və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Təqsirləndirilən şəxs ittiham olunan dövrdə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalı, onun hərəkətləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür, hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır, məcburi müalicəyə ehtiyacı yoxdur (cild 3, iş vərəq 1-3). Zərərçəkmiş şəxs məhkəməyə müraciət edərək və müvafiq yazılı ərizə təqdim etməklə Təqsirləndirilən şəxs ilə barışdığını və onu bağışladığını bildirmişdir. Ailə tərkibi haqqında arayışdan və şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2013-cü il təvəllüdlü bir azyaşlı uşağı vardır (cild 1, iş vərəqə 193). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin məlumatından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqə 61). Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Həmin əməllər qəsdən törədilmişdir, başa çatmış cinayətlərdir, təsnifata görə böyük ictimai təhlükə törətməyən və xüsusilə ağır cinayətlərdir. Məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 274-cü və 134-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Bununla belə, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.2-ci maddəsinin tələbinə əsasən, həmin Məcəllənin 134-cü maddəsində nəzərdə tutulmuş əməli törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Zərərçəkmiş şəxs məhkəməyə müraciət edərək və müvafiq yazılı ərizə təqdim etməklə Təqsirləndirilən şəxs ilə barışdığını və onu bağışladığını bildirmişdir. Ona görə də məhkəmə hesab edir ki, konkret halda zərərçəkmiş şəxsə ziyan dəymədiyi və hər hansı ziyanla bağlı zərərçəkmiş şəxsin Təqsirləndirilən şəxs qarşı bu və ya digər iddiasının da olmadığı nəzərə alınmaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 134-cü maddəsi üzrə cinayət məsuliyyətindən azad edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə, məhkəmə bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən törətdiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 274-cü maddəsi üzrə cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 274-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cəza təyin edərkən məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olmasını, həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən isə əvvəllər məhkum olunmamasını onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan Hüquqlarının və X32 Haqqında” Konvensiyanın 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx xxxx 2019-cu il tarixdə cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx xxxx 2019-cu il tarixdən hesablanmışdır (cild 1, iş vərəqə 50, 72-73, 98-100). Məhkəmə, göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı xx xxxx 2019-cu il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələyə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. İş üzrə maddi sübutlarla bağlı məsələni müzakirə edərək məhkəmə bu nəticəyə gəlir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə müvafiq olaraq, iş üzrə maddi sübut kimi tanınmış “Gənc yazar” qəzetinin xx xxxxxx 2007 (№01 (01)), xx xxxxxx 2008 (№01 (02)), “Gənc fikir” qəzetinin 09-16 fevral 2008 (№01 (01)), xx xxxx 2011 (№01 (03)), xx xxxxxx 2011 (№05 (05)) və “Məsum” jurnalının xx xxx 2012-ci il və noyabr 2013-cü il tarixli buraxılışları, Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanında yerləşən evindən aşkar edilərək götürülmüş, üzərlərində Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, hüquq-mühafizə orqanlarında və digər dövlət idarə və təşkilatlarda işləyən rəhbər şəxslərin və əməkdaşların ad və soyadları, eləcə də onların otaq və istifadələrində olan mobil telefon nömrələri barədə məlumatların əks olunduğu sənədlər, xarici xüsusi xidmət orqanı nümayəndələri ilə yazışma və digər informasiya mübadiləsi daşıyıcısı olan üzərinə ***-***-**-** saylı simkart quraşdırılmış “İphone 4s” markalı 1 ədəd mobil telefon aparatı cinayət işində saxlanmalıdır (cild 5, iş vərəq 275- 276). Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 392 (üç yüz doxsan iki) manat 34 (otuz dörd) qəpik məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir (cild 3, iş vərəqə 8-12, 17-27, 36-40, 101-105). Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və X32 haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 16 (on altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx xxxx 2019-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 134-cü maddəsi üzrə cinayət məsuliyyətindən azad edilsin. İş üzrə maddi sübut olan “Gənc yazar” qəzetinin xx xxxxxx 2007 (№01 (01)), xx xxxxxx 2008 (№01 (02)), “Gənc fikir” qəzetinin 09-16 fevral 2008 (№01 (01)), xx xxxx 2011 (№01 (03)), xx xxxxxx 2011 (№05 (05)) və “Məsum” jurnalının xx xxx 2012-ci il və noyabr 2013-cü il tarixli buraxılışları, Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanında yerləşən evindən aşkar edilərək götürülmüş, üzərlərində Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, hüquq-mühafizə orqanlarında və digər dövlət idarə və təşkilatlarda işləyən rəhbər şəxslərin və əməkdaşların ad və soyadları, eləcə də onların otaq və istifadələrində olan mobil telefon nömrələri barədə məlumatların əks olunduğu sənədlər, xarici xüsusi xidmət orqanı nümayəndələri ilə yazışma və digər informasiya mübadiləsi daşıyıcısı olan üzərinə ***-***-**-** saylı simkart quraşdırılmış “İphone 4s” markalı bir ədəd mobil telefon aparatı cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 392 (üç yüz doxsan iki) manat 34 (otuz dörd) qəpik məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən, apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar