Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-369/2021 16.09.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Quliyev Əhməd Qəhrəman oğlunun sədrliyi, hakimlər Paşayev Azər İslah oğlu və Həsənzadə İradə Xəlil qızından ibarət tərkibdə, Əlizadə Orxan Arzuxan oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs MMC-nin nümayəndələri Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili X6, Xırdalan şəhər Vəkil Bürosunun vəkili X7, Təqsirləndirilən şəxs3, onun müdafiəçisi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, təqsirləndirilən şəxs X3, onun müdafiəçisi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 iştirakları ilə, xx xxxx 1980-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, Zərərçəkmiş şəxs MMC-də təchizat departamentinin müdiri vəzifəsində işləmiş, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs1, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 193.2.1, 193.2.2 və 193- 1.3.2 və 313-cü maddələri ilə, xx xxxxxx 1981-ci il tarixdə Lənkəran rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, əvvəllər məhkum olunmuş, işləməyən, ünvan 2 ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin, 178.3.2, 193-1.3.2 və 313-cü maddələri ilə, xx xxxx 1959-cu il tarixdə Neftçala rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, məhkumluğu olmayan, işləməyən, ünvan 3 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 178.3.2, 32.5, 193-1.3.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs1 əmlak mənfəəti əldə etmək məqsədi ilə sahibkarlıq fəaliyyətini həyata keçirmək niyyəti olmadan hüquqi şəxs yaradıb külli miqdarda ziyan vurmaqla və külli miqdarda gəlir əldə etməklə yalançı sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş, öz qulluq mövqeyindən istifadə etməklə qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında və qeyrisinin məsləhətləri, məlumatları, habelə maneələri aradan qaldırıb yardım etməklə, qanunsuz köçürülmüş pul vəsaitlərini əldə edib, onlara sahiblik və onlardan istifadə etməyi, o cümlədən, həmin pul vəsaitləri üzərində sərəncam verməyi qabaqcadan vəd etmədə ifadə olunan köməkçiliyi ilə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgəyə məxsus külli miqdarda əmlakı vahid niyyətlə ələ keçirib talamaqla dələduzluq etmiş, öz qulluq mövqeyindən istifadə etməklə qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində və qeyrisinin məsləhətləri, məlumatları, habelə maneələri aradan qaldırıb yardım etməklə, qanunsuz əldə olunmuş əmlak üzərində sərəncam verməyi qabaqcadan vəd etmədə ifadə olunan köməkçiliyi ilə cinayət yolu ilə əldə edildiyini bilə-bilə pul vəsaitinin əldə edilməsinin həqiqi mənbəyini gizlətmək məqsədilə həmin pul vəsaitlərindən istifadə etməklə maliyyə əməliyyatları həyata keçirmə və əqdlər bağlama yolu ilə külli miqdarda pul vəsaitini vahid niyyətlə leqallaşdırmış, vəzifəli şəxs kimi qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində tamah niyyəti ilə və qeyrisinin məsləhətləri, məlumatları, habelə maneələri aradan qaldırıb yardım etməklə, qanunsuz əldə olunmuş əmlak üzərində sərəncam verməyi qabaqcadan vəd etmədə ifadə olunan köməkçiliyi ilə rəsmi sənədlərə və informasiya resurslarına bilə-bilə yalan məlumatlar daxil edib, informasiya resurslarında onun həqiqi məzmununu təhrif edən düzəlişlər edərək vahid niyyətlə vəzifə saxtakarlığı törətmişdir. Belə ki, o, əvvəlcədən tanıdığı Şahid1 və sonuncunun biznes ortağı Şahid2 təsisçilikləri ilə Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində 02 mart 2017-ci il tarixdə qeydiyyatdan keçməklə yaradılmış "xxxx" MMC-nin (VÖEN: **********) faktiki olaraq yarandığı 02 mart 2017-ci il tarixdən, rəsmi olaraq isə 05 aprel 2017-ci il tarixdən 06 iyul 2017-ci il tarixədək olan müddət ərzində 01 nömrəli əmək müqaviləsi ilə təchizat departamentinin müdiri vəzifəsində işlədiyi müddət ərzində 05 aprel 2017-ci il tarixli nömrəsiz tam maddi məsuliyyət haqqında müqavilədə və əmək müqaviləsində nəzərdə tutulmuş əmək funksiyalarına əsasən, səlahiyyətlərinə müvafiq olaraq qərarların qəbul edilməsi, şirkətin təchizat fəaliyyətinin müqavilə və hesabat sənədlərində əks etdirilməsi üzrə fəaliyyəti təşkil etmə və nəzarət etmə, şirkət tərəfindən həyata keçirilən bütün satınalma əməliyyatlarının qeydiyyatının düzgün əks etdirilməsini və müəyyən edilmiş müddətdə tərtib və təqdim edilməsini təşkil etmək, buna nəzarət etmək, prosedurlar, normalar və təlimatlara uyğun olaraq təchizat prosesi üçün risk qiymətləndirməsi aparmaq, biznes planın tələblərinə, qanunvericiliyə, siyasət və prosedurlara uyğun olaraq müvafiq mal və xidmətləri satın almaq məqsədi ilə seçimləri müəyyən etmək, qiymətləndirmək və təyin etmək üçün bazarı araşdırmaq, təchizat prosesinin məqsədlərindən kənarlaşmaları və ya nöqsanları müəyyən etmək, təşkilatın tələblərinə uyğun olaraq operativ şəkildə təkmilləşdirmə tədbirləri görmək və digər səlahiyyətlərə malik vəzifəli şəxs kimi qanunsuz olaraq əmlak mənfəəti əldə etmək məqsədi ilə sahibkarlıq fəaliyyətini həyata keçirmək niyyəti olmadan Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində 27 yanvar 2017-ci il tarixdə qeydiyyatdan keçirməklə cinayətdən xəbərsiz olan Şahid5 adına təsis etdiyi və faktiki olaraq özünün rəhbərliyi ilə həyata keçirdiyi "X41" MMC-ni (VÖEN: **********) yaradıb külli miqdarda ziyan vurmaqla və külli miqdarda gəlir əldə etmək məqsədi ilə yalançı sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq "xxxx" MMC-də təchizat departamentinin rəhbəri kimi öz qulluq mövqeyindən istifadə etməklə tanışları Təqsirləndirilən şəxs2 və qeyrisi ilə (X20) qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşərək özünə etibar edilmiş özgə əmlakını vahid niyyətlə ələ keçirmək məqsədilə qanunsuz köçürüləcək pul vəsaitlərini əldə etməyi, onlara sahiblik və onlardan istifadə etməyi, həmin pul vəsaitləri üzərində sərəncam verməyi qabaqcadan vəd etmiş Təqsirləndirilən şəxs3 köməkliyi ilə əvvəldən planlaşdırdıqları cinayətkar niyyətə uyğun olaraq hərəkət etmək qərarına gəlmişlər. Belə ki, 2017-ci ilin mart ayının istintaqla müəyyən edilməyən günündə ünvan 5 ünvanında yerləşən "xxxx" MMC-nin inzibati binasında həmin cəmiyyətin direktoru Nümayəndə və təsisçisi Şahid1 qabaqcadan əlbir olduğu qeyrisini "X41" MMC-nin səlahiyyətli nümayəndəsi kimi təqdim edərək onun təmsil etdiyi şirkətin guya neft avadanlıqları və neft məhsulları satmaqla məşğul olması və bu sahədə tanınmış "AZFEN" BM, "BP" və "Standart Oil" kimi iri şirkətlərlə əlaqəli işlər görməsi, "X41" MMC ilə əməkdaşlıq etdikləri, yəni həmin şirkətə lazım olan avadanlıqların digər şirkətlərdən alınıb sonuncu şirkətə satılacağı halda böyük məbləğdə qazanc əldə edəcəklərinə sonuncu ilə birlikdə yalan vədlər verərək aldatmaqla inandırıb, Zərərçəkmiş şəxs MMC ilə “X41” MMC arasında cinayətdən xəbərsiz olan faktiki olaraq sonuncu cəmiyyətin təsisçisi və direktoru Şahid5 məlumatı olmadığı halda, qeyrisinin məsləhətləri, məlumatları, habelə maneələri aradan qaldırıb yardım etməklə, qanunsuz əldə olunmuş əmlak üzərində sərəncam verməyi qabaqcadan vəd etmədə ifadə olunan köməkliyi ilə tamah niyyəti ilə rəsmi sənəd hesab edilən malların alqı-satqısına dair 17.03.2017-ci il tarixli, 01 nömrəli müqaviləyə istintaqla müəyyən edilməyən ünvanda bilə-bilə yalan, yəni guya Zərərçəkmiş şəxs MMC-nin “X41” MMC-yə mallar satacağı ilə bağlı məlumatlar daxil edərək, Şahid5 əvəzindən saxta imza çəkərək və üzərində “X41” MMC ifadəsi olan dairəvi möhürlə müqaviləni təsdiq etməklə, habelə törədəcəkləri cinayətlə bağlı qarşı tərəfdə əminlik yaratmaq üçün qeyrisinin köməkliyi və tamah niyyəti ilə informasiya resurslarına bilə-bilə yalan məlumatlar daxil etmişdir. O cümlədən 16 mart 2017-ci il tarixli 42719,73 ABŞ dolları (həmin günün məzənnəsinə uyğun olaraq 73828,24 manat), 29 mart 2017-ci il tarixli 40147,20 ABŞ dolları (həmin günün məzənnəsinə uyğun olaraq 69133,13 manat), 11 aprel 2017-ci il tarixli 12700 ABŞ dolları (həmin günün məzənnəsinə uyğun olaraq 21629,37 manat), 25 aprel 2017-ci il tarixli 1990,12 ABŞ dolları (həmin günün məzənnəsinə uyğun olaraq 3387,60 manat) və həmin tarixli 43.937,12 ABŞ dolları (həmin günün məzənnəsinə uyğun olaraq 74789,76 manat), 10 may 2017-ci il tarixli 87996,34 ABŞ dolları (həmin günün məzənnəsinə uyğun olaraq 149822,56 manat) və 22 may 2017-ci il tarixli 66480 ABŞ dolları (həmin günün məzənnəsinə uyğun olaraq 113168,90 manat), ümumilikdə 295.970,51 ABŞ dolları (həmin dövrün məzənnələrinə uyğun olaraq 505759,56 manat) dəyərində nömrəsiz, guya malların “X41” MMC-yə zəruri olması ilə bağlı cəmi yeddi sayda sifarişləri Elvin Əliyevə məxsus olduğunu bildirdiyi elvin.jabrailov@chainsupplygroup elektron poçt ünvanı vasitəsilə Zərərçəkmiş şəxs MMC-nin direktoru Nümayəndə aid Elektron ünvan 1 və cəmiyyətə aid Elektron ünvan 2 elektron poçt ünvanlarına göndərməklə, həmçinin qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs MMC-nin direktoru Nümayəndə və cəmiyyətin digər vəzifəli şəxslərinə təqdim edərək sonuncunun “X41” MMC-dən daxil olmuş sifarişlərdə qeyd olunan müxtəlif adlı və ölçülü avadanlıqları Təqsirləndirilən şəxs2 məxsus müxtəlif cəmiyyətlər vasitəsilə Zərərçəkmiş şəxs MMC-ə satacağına dair yalandan vədlər verərək inandırmasından sonra planlaşdırdıqları cinayətkar niyyətlərə uyğun hərəkətlərini davam etdirib Təqsirləndirilən şəxs2 və qeyd olunan cinayətlərdən xəbərsiz olan qeyriləri ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə vəzifə saxtakarlığı cinayət əməlinin törədilməsində qabaqcadan əlbir olaraq və qeyrisinin köməkliyi ilə əvvəlcədən müxtəlif müqavilələr bağlamaqla Təqsirləndirilən şəxs2, Şahid10 və Şahid9 rəhbərlik etdikləri cəmiyyətlərə pullar köçürəcəyi, həmin pulların qabaqcadan əlbir olduğu cinayətkar qrupun üzvü Təqsirləndirilən şəxs2 rəhbərlik etdiyi şirkətlərin bank hesablarından birbaşa, rəhbərlik etmədiyi şirkətlərin bank hesablarından isə cinayətlərdən xəbərsiz olan Şahid10 və Şahid9 vasitəsilə çıxarılmasının təmin edilməsi, habelə nağdılaşdırılmış pul vəsaitlərinin birbaşa və ya cinayətkar qrupun üzvü Təqsirləndirilən şəxs3 vasitəsilə ona verilməsi, yəni sonuncunun məsləhətləri və məlumatları, habelə pulun çatdırılmasını həyata keçirib maneələri aradan qaldırmaqla yardım etməsinə, qanunsuz olaraq əldə etdiyi pul vəsaitləri üzərində sərəncam verib sahiblik etməklə gətirib onun özünə təqdim edəcəyinə dair razılaşdırmışlar. Daha sonra Təqsirləndirilən şəxs2 rəhbərlik etdiyi "xxxx" MMC (VÖEN: **********) ilə Zərərçəkmiş şəxs MMC arasında bağlanmış 03.03.2017-ci il tarixli alqı-satqı müqaviləsi, həmin tarixli müqaviləyə “qiymətin razılaşdırılması haqqında 1 saylı əlavə protokol”la alınması razılaşdırılmış 16 mart 2017-ci il tarixli təhvil-qəbul aktı əsasında guya qəbul etdiyi müxtəlif adlı və ölçülü avadanlıqların alınması məqsədi ilə 16 mart 2017-ci il tarixli 07/17 nömrəli, 511298 kodlu elektron hesab faktura və həmin tarixli 023056 nömrəli qaimə faktura ilə "xxxx" MMC-nin "xxxx" bankın 12 saylı filialında olan AZ10NİCB**********0001A40060 saylı bank hesabına 60.120 (altmış min yüz iyirmi) manat, Təqsirləndirilən şəxs2 rəhbərlik etdiyi "xxxx" MMC (VÖEN: **********) ilə Zərərçəkmiş şəxs MMC arasında bağlanmış 27.03.2017-ci il tarixli alqı-satqı müqaviləsi, həmin tarixli müqaviləyə “qiymətin razılaşdırılması haqqında 1 saylı əlavə protokollarla” alınması razılaşdırılmış 30 mart 2017-ci il tarixli və 19 may 2017-ci il tarixli təhvil-qəbul aktı əsasında guya qəbul etdiyi müxtəlif adlı və ölçülü avadanlıqların alınması məqsədi ilə tarixsiz və nömrəsiz 511298 kodlu elektron hesab faktura və 30 mart 2017-ci il tarixli 020109 nömrəli qaimə faktura ilə 58046 (əlli səkkiz min qırx altı) manat, 27 aprel 2017-ci il tarixli 020110 nömrəli qaimə-faktura ilə 4000 (dörd min) manat, 19 may 2017-ci il tarixli 054 nömrəli hesab-faktura ilə 17019,52 (on yeddi min on doqquz manat əlli iki qəpik) manat və 31 may 2017-ci il tarixli ödənişlə 35080 (otuz beş min səksən) manat olmaqla cəmi 114145,52 (yüz on dörd min yüz qırx beş manat əlli iki qəpik) manat məbləğində pul vəsaitlərini "xxxx" MMC-nin "xxxx" bankın 12 saylı filialında olan AZ15NİCB**********0001A40060 saylı bank hesabına, Təqsirləndirilən şəxs2 rəhbərlik etdiyi "xxxx" MMC (VÖEN: **********) ilə Zərərçəkmiş şəxs MMC arasında bağlanmış 10.04.2017-ci il tarixli alqı-satqı müqaviləsi, həmin tarixli müqaviləyə “qiymətin razılaşdırılması haqqında 1 saylı əlavə protokol”la alınması razılaşdırılmış 13 aprel 2017-ci il tarixli 01 (bir) ədəd, 27 aprel 2017-ci il tarixli 03 (üç) ədəd təhvil-qəbul aktları əsasında guya qəbul etdiyi müxtəlif adlı və ölçülü avadanlıqların alınması məqsədi ilə 11 aprel 2017ci il tarixli 007 nömrəli hesab faktura və 13 aprel 2017-ci il tarixli 022551 nömrəli qaimə faktura ilə 37.820 (otuz yeddi min səkkiz yüz iyirmi) manat məbləğində pul vəsaitlərini "xxxx" MMC-nin "xxxx" bankın 12 saylı filialında olan AZ64NİCB**********0001A40060 saylı bank hesabına, 26 aprel 2017-ci il tarixli 013 nömrəli hesab faktura və tarixi qeyd olunmayan 022554 nömrəli qaimə faktura ilə 63840 (altmış üç min səkkiz yüz qırx) manat, tarixi qeyd olunmayan 022555 nömrəli qaimə faktura ilə 20,5 (iyirmi manat əlli qəpik) manat, tarixi qeyd olunmayan 022561 nömrəli qaimə faktura ilə 1420,50 (min dörd yüz iyirmi manat əlli qəpik) manat və tarixi qeyd olunmayan 022562 nömrəli qaimə faktura ilə 1396 (min üç yüz doxsan altı) manat, cəmi 66.677 (altmış altı min altı yüz yetmiş yeddi) manat məbləğində pul vəsaitlərini "xxxx" MMC-nin "xxxx" ASC-nin “28 May” filialında olan AZ69AMRA******************** saylı bank hesabına, Təqsirləndirilən şəxs2 faktiki rəhbərlik etdiyi, lakin Şahid10 direktoru olduğu "xxxx" MMC (VÖEN: **********) ilə Zərərçəkmiş şəxs MMC arasında bağlanmış 10.04.2017-ci il tarixli alqı-satqı müqaviləsi, həmin tarixli müqaviləyə “qiymətin razılaşdırılması haqqında 1 saylı əlavə protokol”la alınması razılaşdırılmış 13 aprel 2017-ci il tarixli təhvil-qəbul aktı əsasında guya qəbul etdiyi müxtəlif adlı və ölçülü avadanlıqların alınması məqsədi ilə 11 aprel 2017-ci il tarixli 012 nömrəli hesab faktura və günü qeyd olunmayan aprel 2017-ci il tarixli 208542 nömrəli qaimə faktura ilə 14.960 (on dörd min doqquz yüz altmış) manat məbləğində pul vəsaitlərini "xxxx" MMC-nin "xxxx" bankın 12 saylı filialında olan AZ18NİCB**********0001A40060 saylı bank hesabına, Təqsirləndirilən şəxs2 faktiki rəhbərlik etdiyi, lakin Şahid9 direktoru olduğu "xxxx" MMC (VÖEN: **********) ilə Zərərçəkmiş şəxs MMC arasında bağlanmış 10.04.2017-ci il tarixli alqı-satqı müqaviləsi, həmin tarixli müqaviləyə “qiymətin razılaşdırılması haqqında 1 saylı əlavə protokol”la alınması razılaşdırılmış 13 aprel 2017-ci il tarixli təhvil-qəbul aktı əsasında guya qəbul etdiyi müxtəlif adlı və ölçülü avadanlıqların alınması məqsədi ilə 11 aprel 2017-ci il tarixli 017/007 nömrəli hesab faktura və 13 aprel 2017-ci il tarixli 152102 nömrəli qaimə faktura ilə 14.940 (on dörd min doqquz yüz qırx) manat məbləğində pul vəsaitlərini "xxxx" MMCnin "xxxx" bankın 12 saylı filialında olan AZ09NİCB**********0001A40060 saylı bank hesabına, Təqsirləndirilən şəxs2 faktiki rəhbərlik etdiyi, lakin Şahid9 direktoru olduğu “X43” MMC (VÖEN: **********) ilə Zərərçəkmiş şəxs MMC arasında bağlanmış 10.04.2017ci il tarixli alqı-satqı müqaviləsi, həmin tarixli müqaviləyə “qiymətin razılaşdırılması haqqında 1 saylı əlavə protokol”la alınması razılaşdırılmış 13 aprel 2017-ci il tarixli təhvilqəbul aktı əsasında guya qəbul etdiyi müxtəlif adlı və ölçülü avadanlıqların alınması məqsədi ilə 11 aprel 2017-ci il tarixli 007 nömrəli hesab faktura və 13 aprel 2017-ci il tarixli 108803 nömrəli qaimə faktura ilə 14.030 (on dörd min otuz) manat məbləğində pul vəsaitlərini “X43” MMC-nin "xxxx" bankın 12 saylı filialında olan AZ13NİCB**********0001A40060 saylı bank hesabına, Təqsirləndirilən şəxs2 rəhbərlik etdiyi "xxxx" MMC (VÖEN: **********) ilə Zərərçəkmiş şəxs MMC arasında bağlanmış 11.05.2017-ci il tarixli alqı-satqı müqaviləsi, həmin tarixli müqaviləyə “qiymətin razılaşdırılması haqqında 1 saylı əlavə protokol”la alınması razılaşdırılmış 11 may 2017-ci il tarixli təhvil-qəbul aktı əsasında guya qəbul etdiyi müxtəlif adlı və ölçülü avadanlıqların alınması məqsədi ilə 11 may 2017-ci il tarixli 034401 nömrəli qaimə faktura ilə 28208,75 (iyirmi səkkiz min iki yüz səkkiz manat yetmiş beş qəpik) manat, 11 may 2017-ci il tarixli 034402 nömrəli qaimə faktura ilə 15269,12 (on beş min iki yüz altmış doqquz manat on iki qəpik) manat olmaqla cəmi 43.477,87 (qırx üç min dörd yüz yetmiş yeddi manat səksən yeddi qəpik) manat məbləğində pul vəsaitlərini "xxxx" MMC-nin "xxxx" ASC-nin “28 May” filialında olan AZ46AMRA******************** saylı bank hesabına, Təqsirləndirilən şəxs2 rəhbərlik etdiyi "xxxx" MMC (VÖEN: **********) ilə Zərərçəkmiş şəxs MMC arasında bağlanmış 11.05.2017-ci il tarixli alqı-satqı müqaviləsi, həmin tarixli müqaviləyə “qiymətin razılaşdırılması haqqında 1 saylı əlavə protokol”la alınması razılaşdırılmış 11 may 2017-ci il tarixli təhvil-qəbul aktı əsasında guya qəbul etdiyi müxtəlif adlı və ölçülü avadanlıqların alınması məqsədi ilə 11 may 2017-ci il tarixli 021171 nömrəli qaimə faktura ilə 42.224 (qırx iki min iki yüz iyirmi dörd) manat məbləğində pul vəsaitlərini "xxxx" MMC-nin "xxxx" ASCnin “28 May” filialında olan AZ17AMRA******************** saylı bank hesabına, Təqsirləndirilən şəxs2 rəhbərlik etdiyi "xxxx" MMC (VÖEN: **********) ilə Zərərçəkmiş şəxs MMC arasında bağlanmış 11.05.2017-ci il tarixli alqı-satqı müqaviləsi, həmin tarixli müqaviləyə “qiymətin razılaşdırılması haqqında 1 saylı əlavə protokol”la alınması razılaşdırılmış 11 may 2017-ci il tarixli təhvil-qəbul aktı əsasında guya qəbul etdiyi müxtəlif adlı və ölçülü avadanlıqların alınması məqsədi ilə 11 may 2017-ci il tarixli 022679 nömrəli qaimə faktura ilə 40.991,50 (qırx min doqquz yüz doxsan bir manat əlli qəpik) manat məbləğində pul vəsaitlərini "xxxx" MMC-nin "xxxx" ASC-nin “28 May” filialında olan AZ16AMRA******************** saylı bank hesabına, Təqsirləndirilən şəxs2 rəhbərlik etdiyi "xxxx" MMC (VÖEN: **********) ilə Zərərçəkmiş şəxs MMC arasında bağlanmış 22.05.2017-ci il tarixli alqı-satqı müqaviləsi, tarixi qeyd olunmayan müqaviləyə “qiymətin razılaşdırılması haqqında 1 saylı əlavə protokol”la alınması razılaşdırılmış 23 may 2017-ci il tarixli təhvil-qəbul aktı əsasında guya qəbul etdiyi müxtəlif adlı və ölçülü avadanlıqların alınması məqsədi ilə 23 may 2017-ci il tarixli 065 nömrəli hesab faktura ilə 59.400 (əlli doqquz min dörd yüz) manat, 31 may 2017-ci il tarixli ödənişlə isə 34.920 (otuz dörd min doqquz yüz iyirmi) manat olmaqla cəmi 94.320 (doxsan dörd min üç yüz iyirmi) manat məbləğində pul vəsaitlərini "xxxx" MMC-nin "xxxx" ASC-nin “28 May” filialında olan AZ83AMRA******************** saylı bank hesabına, ümumilikdə 10 cəmiyyətin bank hesablarına Zərərçəkmiş şəxs MMC-ə məxsus olan "xxxx" ASC-də olan AZ12BRES******************** saylı və "xxxx" ASC-də olan AZ37PAHA40060AZNHC********** saylı bank hesablarından 543.705.89 (beş yüz qırx üç min yeddi yüz beş manat səksən doqquz qəpik) manat məbləğində pul vəsaitinin köçürülməsini təmin etməklə Təqsirləndirilən şəxs2 və qeyriləri ilə yuxarıda qeyd olunmuş bank hesablarından Bakı şəhəri Nəsimi rayonu 28 May küçəsi 717-ci məhəllədə yerləşən "xxxx" ASC-nin “28 May” filialından və ünvan 6 ünvanında yerləşən "xxxx" bankın 12 saylı filialından müxtəlif vaxtlarda müxtəlif məxaric çekləri və məxaric orderləri əsasında nağdılaşdırma və digər üsullarla Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tərəfindən müxtəlif vaxtlarda özünə çatdırılması ilə Zərərçəkmiş şəxs MMC-nin direktoru Nümayəndə yuxarıda qeyd olunan müqavilələr əsasında adları göstərilən ümumilikdə 10 cəmiyyətdən alınmış müxtəlif ölçülü və adlı avadanlıqların guya “X41” MMC-ni təmsil edən, faktiki olaraq isə həmin soyad, ad və ata adında mövcud olmayan X8 17 mart 2017ci il tarixli, 30 mart 2017-ci il tarixli, 13 aprel 2017-ci il tarixli, 14 aprel 2017-ci il tarixli, 27 aprel 2017-ci il tarixli nömrəsiz təhvil-qəbul aktlarına saxta imzalar etməklə faktiki heç bir məhsulu təhvil vermədən rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edərək özünün hazırladığı həqiqətdə mövcud olmayan X4 adı və imzası ilə istintaqa məlum olmayan şəraitdə, yerdə və tarixdə imzalayaraq “X41” MMC-nin möhürü ilə təsdiq edib Zərərçəkmiş şəxs MMC-nin direktoru Nümayəndə təhvil verdiyi 05 (beş) ədəd saxta təhvil-qəbul aktlarını vəzifəli şəxs qismində qrupun üzvü olan qeyrisinin köməkçiliyi ilə hazırlayıb tamah niyyəti ilə rəsmi sənədlərə və informasiya resurslarına bilə-bilə yalan məlumatlar daxil edib, informasiya resurslarında onun həqiqi məzmununu təhrif edən düzəlişlər edərək vahid niyyətlə vəzifə saxtakarlığı törətmişdir. O, həmçinin qrupun üzvü olan qeyrisinə guya təmsil etdiyi “X41” MMC-nin nümayəndəsi qismində malların təhvil alınmasına dair Nümayəndə sorğularına müsbət cavab verməsini bildirib əvvəlcədən razılaşdıqları cinayətkar niyyəti davam etdirərək gördükləri işdə formalaşan etibarı daha da möhkəmləndirmək məqsədi ilə ələ keçirtdikləri əmlak üzərində sərəncam vermək hüququ yarandıqdan sonra guya satılmış malların bir hissəsinin ödənişi kimi 83.091,46 (səksən üç min doxsan bir manat qırx altı qəpik) manat məbləğində pul vəsaitini görüntü yaratmaq və törətmiş olduqları cinayət əməlini pərdələmək niyyəti ilə 30 may 2017-ci il tarixdə “X41” MMC-nin "xxxx" ASC-də olan AZ12BRES******************** saylı bank hesabından Zərərçəkmiş şəxs MMC-nin "xxxx" ASC-də olan AZ63BRES******************** saylı bank hesabına köçürərək Təqsirləndirilən şəxs2 və qeyrisi ilə öz qulluq mövqeyindən istifadə etməklə qabaqcadan əlbir olan bir qrup şəxs halında, habelə Təqsirləndirilən şəxs3 məsləhətləri, məlumatları, qanunsuz köçürülmüş pul vəsaitlərini əldə etməyi, onlara sahiblik və onlardan istifadə etməyi, o cümlədən, həmin pul vəsaitləri üzərində sərəncam verməyi qabaqcadan vəd etmədə ifadə olunan köməkçiliyi ilə Zərərçəkmiş şəxs MMC-nin təsisçisi Şahid1 və cəmiyyətin direktoru Nümayəndə aldatma və etibarlarından sui-istifadə etmə yolu ilə özgəyə, Zərərçəkmiş şəxs MMC-ə məxsus külli miqdarda, yəni ümumilikdə 543.705.89 (beş yüz qırx üç min yeddi yüz beş manat səksən doqquz qəpik) manat məbləğində pul vəsaitlərini vahid niyyətlə ələ keçirib talayaraq dələduzluq etmiş, öz qulluq mövqeyindən istifadə etməklə Təqsirləndirilən şəxs2 və qeyrisi ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində Təqsirləndirilən şəxs3 məsləhətləri, məlumatları, habelə maneələri aradan qaldırıb yardım etməklə, qanunsuz əldə olunmuş əmlak üzərində sərəncam verməyi qabaqcadan vəd etmədə ifadə olunan köməkçiliyi ilə cinayət yolu ilə əldə edildiyini bilə-bilə pul vəsaitinin əldə edilməsinin həqiqi mənbəyini gizlətmək məqsədilə həmin pul vəsaitlərindən istifadə etməklə maliyyə əməliyyatları həyata keçirmə və əqdlər bağlama yolu ilə külli miqdarda, yəni 543.705.89 (beş yüz qırx üç min yeddi yüz beş manat səksən doqquz qəpik) manat məbləğində pul vəsaitlərini vahid niyyətlə leqallaşdırmış, əmlak mənfəəti əldə etmək məqsədi ilə sahibkarlıq fəaliyyətini həyata keçirmək niyyəti olmadan “X41” MMC-nin yaradılması ilə Zərərçəkmiş şəxs MMC-yə külli miqdarda, yəni 543.705.89 (beş yüz qırx üç min yeddi yüz beş manat səksən doqquz qəpik) manat məbləğində maddi ziyan vurmuş və külli miqdarda, yəni sonuncu məbləğdə gəlir əldə edərək yalançı sahibkarlıq etmiş və vəzifəli şəxs kimi tamah niyyəti ilə qeyrisinin məsləhətləri, məlumatları, habelə maneələri aradan qaldırıb yardım etməklə, qanunsuz əldə olunmuş əmlak üzərində sərəncam verməyi qabaqcadan vəd etmədə ifadə olunan köməkçiliyi ilə rəsmi sənədlərə və informasiya resurslarına bilə-bilə yalan məlumatlar daxil edib, informasiya resurslarında onun həqiqi məzmununu təhrif edən düzəlişlər etməklə, habelə vəzifəli şəxs kimi Təqsirləndirilən şəxs2 və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində tamah niyyəti ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edərək vahid niyyətlə vəzifə saxtakarlığı törətmişdir. Təqsirləndirilən şəxs2 öz qulluq mövqeyindən istifadə etməklə qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında və qeyrisinin məsləhətləri, məlumatları, habelə maneələri aradan qaldırıb yardım etməklə, qanunsuz köçürülmüş pul vəsaitlərini əldə edib, onlara sahiblik və onlardan istifadə etməyi, o cümlədən, həmin pul vəsaitləri üzərində sərəncam verməyi qabaqcadan vəd etmədə ifadə olunan köməkliyi ilə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgəyə məxsus külli miqdarda əmlakı vahid niyyətlə ələ keçirib talamaqla dələduzluq etmiş, öz qulluq mövqeyindən istifadə etməklə qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində və qeyrisinin məsləhətləri, məlumatları, habelə maneələri aradan qaldırıb yardım etməklə, qanunsuz əldə olunmuş əmlak üzərində sərəncam verməyi qabaqcadan vəd etmədə ifadə olunan köməkçiliyi ilə cinayət yolu ilə əldə edildiyini bilə-bilə pul vəsaitinin əldə edilməsinin həqiqi mənbəyini gizlətmək məqsədilə həmin pul vəsaitlərindən istifadə etməklə maliyyə əməliyyatları həyata keçirmə və əqdlər bağlama yolu ilə külli miqdarda pul vəsaitini vahid niyyətlə leqallaşdırmış, vəzifəli şəxs kimi qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində tamah niyyəti ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edərək vahid niyyətlə vəzifə saxtakarlığı törətmişdir. Belə ki, o, cinayətdən xəbərsiz olan Şahid1 və sonuncunun biznes ortağı Şahid2 təsisçilikləri ilə Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində 02 mart 2017-ci il tarixdə qeydiyyatdan keçməklə yaradılmış "xxxx" MMC-nin (VÖEN: **********) faktiki olaraq yarandığı 02 mart 2017-ci il tarixdən, rəsmi olaraq isə 05 aprel 2017-ci il tarixdən 06 iyul 2017-ci il tarixədək olan müddət ərzində 01 nömrəli əmək müqaviləsi ilə təchizat departamentinin müdiri vəzifəsində işləyən Təqsirləndirilən şəxs1 və sonuncunun tanışı olan qeyrisi ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşərək Təqsirləndirilən şəxs1 öz qulluq mövqeyindən istifadə etməsi ilə etibar edilmiş özgə əmlakını vahid niyyətlə aldatma və etibardan sui istifadə etməklə ələ keçirmək məqsədilə qanunsuz köçürüləcək pul vəsaitlərini əldə etməyi, onlara sahiblik və onlardan istifadə etməyi, həmin pul vəsaitləri üzərində sərəncam verməyi qabaqcadan vəd etmiş Təqsirləndirilən şəxs3 köməkliyi ilə əvvəldən planlaşdırdıqları cinayətkar niyyətə uyğun olaraq hərəkət etməklə cinayətkar qrupun üzvü olan qeyrisi ilə 2017-ci ilin mart ayının istintaqla müəyyən edilməyən günündə ünvan 5 ünvanında yerləşən "xxxx" MMC-nin inzibati binasında həmin cəmiyyətin direktoru Nümayəndə və təsisçisi Şahid1 Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində 27 yanvar 2017-ci il tarixdə qeydiyyatdan keçirməklə qabaqcadan əlbir olduqları Təqsirləndirilən şəxs1 tərəfindən cinayətdən xəbərsiz olan Şahid5 adına təsis edilmiş və faktiki olaraq Təqsirləndirilən şəxs1 rəhbərlik etdiyi "X41" MMC-in guya (VÖEN: **********) səlahiyyətli nümayəndəsi kimi özünü təqdim edərək təmsil etdiyi şirkətin neft avadanlıqları və neft məhsulları satmaqla məşğul olması və bu sahədə tanınmış "AZFEN" BM, "BP" və "Standart Oil" kimi iri şirkətlərlə əlaqəli işlər görməsi, "X41" MMC ilə əməkdaşlıq etdikləri, yəni həmin şirkətə lazım olan avadanlıqların digər şirkətlərdən alınıb sonuncu şirkətə satılacağı halda böyük məbləğdə qazanc əldə edəcəklərinə Təqsirləndirilən şəxs1lə birlikdə yalan vədlər verərək aldatmaqla inandırıb, Zərərçəkmiş şəxs MMC ilə “X41” MMC arasında cinayətdən xəbərsiz olan faktiki olaraq sonuncu cəmiyyətin təsisçisi və direktoru Şahid5 məlumatı olmadığı halda, qeyrisinin məsləhətləri, məlumatları, habelə maneələri aradan qaldırıb yardım etməklə, qanunsuz əldə olunmuş əmlak üzərində sərəncam verməyi qabaqcadan vəd etmədə ifadə olunan köməkçiliyi və tamah niyyəti ilə rəsmi sənəd hesab edilən malların alqı-satqısına dair 17.03.2017-ci il tarixli, 01 nömrəli müqaviləyə Təqsirləndirilən şəxs1 tərəfindən istintaqla müəyyən edilməyən ünvanda bilə-bilə yalan, guya Zərərçəkmiş şəxs MMC-nin “X41” MMC-yə mallar satacağı ilə bağlı məlumatlar daxil edilərək Şahid5 əvəzindən müqaviləni imzalanmasından, habelə törədəcəkləri cinayətlə bağlı qarşı tərəfdə əminlik yaratmaq üçün qeyrisinin köməkçiliyi ilə tamah niyyəti ilə informasiya resursuna bilə-bilə yalan məlumatlar daxil etməklə, o cümlədən 16 mart 2017-ci il tarixli 42719,73 ABŞ dolları (həmin günün məzənnəsinə uyğun olaraq 73828,24 manat), 29 mart 2017-ci il tarixli 40147,20 ABŞ dolları (həmin günün məzənnəsinə uyğun olaraq 69133,13 manat), 11 aprel 2017-ci il tarixli 12700 ABŞ dolları (həmin günün məzənnəsinə uyğun olaraq 21629,37 manat), 25 aprel 2017-ci il tarixli 1990,12 ABŞ dolları (həmin günün məzənnəsinə uyğun olaraq 3387,60 manat) və həmin tarixli 43.937,12 ABŞ dolları (həmin günün məzənnəsinə uyğun olaraq 74789,76 manat), 10 may 2017-ci il tarixli 87996,34 ABŞ dolları (həmin günün məzənnəsinə uyğun olaraq 149822,56 manat) və 22 may 2017ci il tarixli 66480 ABŞ dolları (həmin günün məzənnəsinə uyğun olaraq 113168,90 manat), ümumilikdə 295.970,51 ABŞ dolları (həmin dövrün məzənnələrinə uyğun olaraq 505759,56 manat) dəyərində nömrəsiz, guya malların “X41” MMC-yə lazım olması ilə bağlı cəmi yeddi sayda sifarişləri özünə məxsus olmasını bildirdiyi elvin.jabrailov@chainsupplygroup elektron poçt ünvanı vasitəsilə Zərərçəkmiş şəxs MMCnin direktoru Nümayəndə aid Elektron ünvan 1 və cəmiyyətə aid Elektron ünvan 2 elektron poçt ünvanlarına göndərmələrindən sonra Təqsirləndirilən şəxs1 tərəfindən Zərərçəkmiş şəxs MMC-nin direktoru Nümayəndə və cəmiyyətin digər vəzifəli şəxslərinə təqdim edilməsi ilə “X41” MMC-dən daxil olmuş sifarişlərdə qeyd olunan müxtəlif adlı və ölçülü avadanlıqları özünə məxsus müxtəlif cəmiyyətlər vasitəsilə Zərərçəkmiş şəxs MMC-ə satacağına dair yalandan vədlər verərək inandırmasından sonra planlaşdırdıqları cinayətkar niyyətlərinə uyğun hərəkətlərini davam etdirib Təqsirləndirilən şəxs1 və qeyd olunan cinayətlərdən xəbərsiz olan qeyriləri ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə vəzifə saxtakarlığı cinayət əməlinin törədilməsində qabaqcadan əlbir olaraq və qeyrisinin köməkçiliyi ilə əvvəlcədən müxtəlif müqavilələr bağlamaqla faktiki rəhbərlik etdikləri cəmiyyətlərə Təqsirləndirilən şəxs1 tərəfindən köçürüləcək pulların rəhbərlik etdiyi şirkətlərin bank hesablarından özü tərəfindən birbaşa, rəhbərlik etmədiyi şirkətlərin bank hesablarından isə cinayətlərdən xəbərsiz olan Şahid10 və Şahid9 vasitəsilə çıxarılmasının təmin edilməsi, habelə nağdılaşdırılmış pul vəsaitlərinin birbaşa və ya cinayətkar qrupun üzvü Təqsirləndirilən şəxs3 vasitəsilə, yəni sonuncunun məsləhətləri və məlumatları, habelə pulun çatdırılmasını həyata keçirib maneələri aradan qaldırmaqla yardım etməsinə, qanunsuz olaraq əldə etdiyi pul vəsaitləri üzərində sərəncam verib sahiblik etməklə gətirib Təqsirləndirilən şəxs1 təqdim edəcəyinə dair razılaşdıqdan sonra özünün rəhbərlik etdiyi "xxxx" MMC (VÖEN: **********) ilə Zərərçəkmiş şəxs MMC arasında bağlanmış 03.03.2017-ci il tarixli alqı-satqı müqaviləsi, həmin tarixli müqaviləyə “qiymətin razılaşdırılması haqqında 1 saylı əlavə protokol”la alınması razılaşdırılmış 16 mart 2017-ci il tarixli təhvil-qəbul aktı əsasında guya qəbul etdiyi müxtəlif adlı və ölçülü avadanlıqların alınması məqsədi ilə 16 mart 2017-ci il tarixli 07/17 nömrəli, 511298 kodlu elektron hesab faktura və həmin tarixli 023056 nömrəli qaimə faktura ilə "xxxx" MMC-nin "xxxx" bankın 12 saylı filialında olan AZ10NİCB**********0001A40060 saylı bank hesabına 60.120 (altmış min yüz iyirmi) manat, özünün rəhbərlik etdiyi "xxxx" MMC (VÖEN: **********) ilə Zərərçəkmiş şəxs MMC arasında bağlanmış 27.03.2017-ci il tarixli alqı-satqı müqaviləsi, həmin tarixli müqaviləyə “qiymətin razılaşdırılması haqqında 1 saylı əlavə protokol”larla alınması razılaşdırılmış 30 mart 2017-ci il tarixli və 19 may 2017-ci il tarixli təhvil-qəbul aktı əsasında guya qəbul etdiyi müxtəlif adlı və ölçülü avadanlıqların alınması məqsədi ilə tarixsiz və nömrəsiz 511298 kodlu elektron hesab faktura və 30 mart 2017-ci il tarixli 020109 nömrəli qaimə-faktura ilə 58046 (əlli səkkiz min qırx altı) manat, 27 aprel 2017-ci il tarixli 020110 nömrəli qaimə-faktura ilə 4000 (dörd min) manat, 19 may 2017-ci il tarixli 054 nömrəli hesab-faktura ilə 17019,52 (on yeddi min on doqquz manat əlli iki qəpik) manat və 31 may 2017-ci il tarixli ödənişlə 35080 (otuz beş min səksən) manat olmaqla cəmi 114145,52 (yüz on dörd min yüz qırx beş manat əlli iki qəpik) manat məbləğində pul vəsaitlərini "xxxx" MMC-nin "xxxx" bankın 12 saylı filialında olan AZ15NİCB**********0001A40060 saylı bank hesabına, özünün rəhbərlik etdiyi "xxxx" MMC (VÖEN: **********) ilə Zərərçəkmiş şəxs MMC arasında bağlanmış 10.04.2017-ci il tarixli alqı-satqı müqaviləsi, həmin tarixli müqaviləyə “qiymətin razılaşdırılması haqqında 1 saylı əlavə protokol”la alınması razılaşdırılmış 13 aprel 2017-ci il tarixli 01 (bir) ədəd, 27 aprel 2017-ci il tarixli 03 (üç) ədəd təhvil-qəbul aktları əsasında guya qəbul etdiyi müxtəlif adlı və ölçülü avadanlıqların alınması məqsədi ilə 11 aprel 2017-ci il tarixli 007 nömrəli hesab faktura və 13 aprel 2017-ci il tarixli 022551 nömrəli qaimə faktura ilə 37.820 (otuz yeddi min səkkiz yüz iyirmi) manat məbləğində pul vəsaitlərini "xxxx" MMC-nin "xxxx" bankın 12 saylı filialında olan AZ64NİCB**********0001A40060 saylı bank hesabına, 26 aprel 2017-ci il tarixli 013 nömrəli hesab faktura və tarixi qeyd olunmayan 022554 nömrəli qaimə faktura ilə 63840 (altmış üç min səkkiz yüz qırx) manat, tarixi qeyd olunmayan 022555 nömrəli qaimə faktura ilə 20,5 (iyirmi manat əlli qəpik) manat, tarixi qeyd olunmayan 022561 nömrəli qaimə faktura ilə 1420,50 (min dörd yüz iyirmi manat əlli qəpik) manat və tarixi qeyd olunmayan 022562 nömrəli qaimə faktura ilə 1396 (min üç yüz doxsan altı) manat, cəmi 66.677 (altmış altı min altı yüz yetmiş yeddi) manat məbləğində pul vəsaitlərini "xxxx" MMC-nin "xxxx" ASC-nin “28 May” filialında olan AZ69AMRA******************** saylı bank hesabına, özünün faktiki rəhbərlik etdiyi, lakin Şahid10 direktoru olduğu "xxxx" MMC (VÖEN: **********) ilə Zərərçəkmiş şəxs MMC arasında bağlanmış 10.04.2017-ci il tarixli alqı-satqı müqaviləsi, həmin tarixli müqaviləyə “qiymətin razılaşdırılması haqqında 1 saylı əlavə protokol”la alınması razılaşdırılmış 13 aprel 2017-ci il tarixli təhvil-qəbul aktı əsasında guya qəbul etdiyi müxtəlif adlı və ölçülü avadanlıqların alınması məqsədi ilə 11 aprel 2017-ci il tarixli 012 nömrəli hesab faktura və günü qeyd olunmayan aprel 2017-ci il tarixli 208542 nömrəli qaimə faktura ilə 14.960 (on dörd min doqquz yüz altmış) manat məbləğində pul vəsaitlərini "xxxx" MMC-nin "xxxx" bankın 12 saylı filialında olan AZ18NİCB**********0001A40060 saylı bank hesabına, özünün faktiki rəhbərlik etdiyi, lakin Şahid9 direktoru olduğu "xxxx" MMC (VÖEN: **********) ilə Zərərçəkmiş şəxs MMC arasında bağlanmış 10.04.2017-ci il tarixli alqı-satqı müqaviləsi, həmin tarixli müqaviləyə “qiymətin razılaşdırılması haqqında 1 saylı əlavə protokol”la alınması razılaşdırılmış 13 aprel 2017-ci il tarixli təhvil-qəbul aktı əsasında guya qəbul etdiyi müxtəlif adlı və ölçülü avadanlıqların alınması məqsədi ilə 11 aprel 2017-ci il tarixli 017/007 nömrəli hesab faktura və 13 aprel 2017-ci il tarixli 152102 nömrəli qaimə faktura ilə 14.940 (on dörd min doqquz yüz qırx) manat məbləğində pul vəsaitlərini "xxxx" MMC-nin "xxxx" bankın 12 saylı filialında olan AZ09NİCB**********0001A40060 saylı bank hesabına, özünün faktiki rəhbərlik etdiyi, lakin Şahid9 direktoru olduğu “X43” MMC (VÖEN: **********) ilə Zərərçəkmiş şəxs MMC arasında bağlanmış 10.04.2017-ci il tarixli alqı-satqı müqaviləsi, həmin tarixli müqaviləyə “qiymətin razılaşdırılması haqqında 1 saylı əlavə protokol”la alınması razılaşdırılmış 13 aprel 2017-ci il tarixli təhvil-qəbul aktı əsasında guya qəbul etdiyi müxtəlif adlı və ölçülü avadanlıqların alınması məqsədi ilə 11 aprel 2017-ci il tarixli 007 nömrəli hesab faktura və 13 aprel 2017-ci il tarixli 108803 nömrəli qaimə faktura ilə 14.030 (on dörd min otuz) manat məbləğində pul vəsaitlərini “X43” MMC-nin "xxxx" bankın 12 saylı filialında olan AZ13NİCB**********0001A40060 saylı bank hesabına, özünün rəhbərlik etdiyi "xxxx" MMC (VÖEN: **********) ilə Zərərçəkmiş şəxs MMC arasında bağlanmış 11.05.2017-ci il tarixli alqı-satqı müqaviləsi, həmin tarixli müqaviləyə “qiymətin razılaşdırılması haqqında 1 saylı əlavə protokol”la alınması razılaşdırılmış 11 may 2017-ci il tarixli təhvil-qəbul aktı əsasında guya qəbul etdiyi müxtəlif adlı və ölçülü avadanlıqların alınması məqsədi ilə 11 may 2017-ci il tarixli 034401 nömrəli qaimə faktura ilə 28208,75 (iyirmi səkkiz min iki yüz səkkiz manat yetmiş beş qəpik) manat, 11 may 2017-ci il tarixli 034402 nömrəli qaimə faktura ilə 15269,12 (on beş min iki yüz altmış doqquz manat on iki qəpik) manat olmaqla cəmi 43.477,87 (qırx üç min dörd yüz yetmiş yeddi manat səksən yeddi qəpik) manat məbləğində pul vəsaitlərini "xxxx" MMC-nin "xxxx" ASC-nin “28 May” filialında olan AZ46AMRA******************** saylı bank hesabına, özünün rəhbərlik etdiyi "xxxx" MMC (VÖEN: **********) ilə Zərərçəkmiş şəxs MMC arasında bağlanmış 11.05.2017-ci il tarixli alqı-satqı müqaviləsi, həmin tarixli müqaviləyə “qiymətin razılaşdırılması haqqında 1 saylı əlavə protokol”la alınması razılaşdırılmış 11 may 2017-ci il tarixli təhvil-qəbul aktı əsasında guya qəbul etdiyi müxtəlif adlı və ölçülü avadanlıqların alınması məqsədi ilə 11 may 2017-ci il tarixli 021171 nömrəli qaimə faktura ilə 42.224 (qırx iki min iki yüz iyirmi dörd) manat məbləğində pul vəsaitlərini "xxxx" MMC-nin "xxxx" ASCnin “28 May” filialında olan AZ17AMRA******************** saylı bank hesabına, özünün rəhbərlik etdiyi "xxxx" MMC (VÖEN: **********) ilə Zərərçəkmiş şəxs MMC arasında bağlanmış 11.05.2017-ci il tarixli alqı-satqı müqaviləsi, həmin tarixli müqaviləyə “qiymətin razılaşdırılması haqqında 1 saylı əlavə protokol”la alınması razılaşdırılmış 11 may 2017-ci il tarixli təhvil-qəbul aktı əsasında guya qəbul etdiyi müxtəlif adlı və ölçülü avadanlıqların alınması məqsədi ilə 11 may 2017-ci il tarixli 022679 nömrəli qaimə faktura ilə 40.991,50 (qırx min doqquz yüz doxsan bir manat əlli qəpik) manat məbləğində pul vəsaitlərini "xxxx" MMC-nin "xxxx" ASC-nin “28 May” filialında olan AZ16AMRA******************** saylı bank hesabına, özünün rəhbərlik etdiyi "xxxx" MMC (VÖEN: **********) ilə Zərərçəkmiş şəxs MMC arasında bağlanmış 22.05.2017-ci il tarixli alqı-satqı müqaviləsi, tarixi qeyd olunmayan müqaviləyə “qiymətin razılaşdırılması haqqında 1 saylı əlavə protokol”la alınması razılaşdırılmış 23 may 2017-ci il tarixli təhvil-qəbul aktı əsasında guya qəbul etdiyi müxtəlif adlı və ölçülü avadanlıqların alınması məqsədi ilə 23 may 2017-ci il tarixli 065 nömrəli hesab faktura ilə 59.400 (əlli doqquz min dörd yüz) manat, 31 may 2017-ci il tarixli ödənişlə isə 34.920 (otuz dörd min doqquz yüz iyirmi) manat olmaqla cəmi 94.320 (doxsan dörd min üç yüz iyirmi) manat məbləğində pul vəsaitlərini "xxxx" MMC-nin "xxxx" ASC-nin “28 May” filialında olan AZ83AMRA******************** bank hesabına, ümumilikdə 10 cəmiyyətin bank hesablarına Zərərçəkmiş şəxs MMC-ə məxsus olan "xxxx" ASC-də olan AZ12BRES******************** saylı və "xxxx" ASC-də olan AZ37PAHA40060AZNHC********** saylı bank hesablarından 543.705.89 (beş yüz qırx üç min yeddi yüz beş manat səksən doqquz qəpik) manat məbləğində pul vəsaitinin köçürülməsini qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs1 və qeyrisi ilə birlikdə təmin etməklə özü, Şahid10 və Şahid9 tərəfindən yuxarıda qeyd olunmuş bank hesablarından Bakı şəhəri Nəsimi rayonu 28 May küçəsi 717-ci məhəllədə yerləşən "xxxx" ASC-nin “28 May” filialından və ünvan 6 ünvanında yerləşən "xxxx" bankın 12 saylı filialından müxtəlif vaxtlarda müxtəlif məxaric çekləri və məxaric orderləri əsasında nağdılaşdırma və digər üsullarla özü və Təqsirləndirilən şəxs3 tərəfindən müxtəlif vaxtlarda Təqsirləndirilən şəxs1 çatdırılması yolu ilə sonuncu tərəfindən Zərərçəkmiş şəxs MMC-nin direktoru Nümayəndə yuxarıda qeyd olunan müqavilələr əsasında adları göstərilən ümumilikdə 10 cəmiyyətdən alınmış müxtəlif ölçülü və adlı avadanlıqların guya “X41” MMC-ni təmsil edən faktiki olaraq isə həmin soyad, ad və ata adında mövcud olmayan X8 17 mart 2017-ci il tarixli, 30 mart 2017-ci il tarixli, 13 aprel 2017-ci il tarixli, 14 aprel 2017-ci il tarixli, 27 aprel 2017-ci il tarixli nömrəsiz təhvil-qəbul aktlarına saxta imzalar etməklə faktiki heç bir məhsulu təhvil vermədən rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edilərək, hazırlanmış həqiqətdə mövcud olmayan X4 adı və imzası ilə istintaqa məlum olmayan şəraitdə, yerdə və tarixdə Təqsirləndirilən şəxs1 tərəfindən imzalanması təmin edilməklə “X41” MMC-nin möhürü ilə təsdiq edilib Zərərçəkmiş şəxs MMC-nin direktoru Nümayəndə təhvil verilmiş 05 (beş) ədəd saxta təhvil-qəbul aktlarını qrupun üzvü olan qeyrisinin köməkliyi ilə Təqsirləndirilən şəxs1 tərəfindən hazırlanıb tamah niyyəti ilə rəsmi sənədlərə və informasiya resurslarına bilə-bilə yalan məlumatlar daxil edib, informasiya resurslarında onun həqiqi məzmununu təhrif edən düzəlişlər edərək vahid niyyətlə vəzifə saxtakarlığı törətməklə qrupun üzvü olan qeyrisinə guya təmsil etdiyi “X41” MMC-in nümayəndəsi qismində malların təhvil alınmasına dair Nümayəndə sorğularına müsbət cavab verməsinə dair qabaqcadan əlbir olduğu cinayətkar qrupun üzvü olan Təqsirləndirilən şəxs1 bildirdiklərini Nümayəndə ilə aralarında müxtəlif tarixlərdə baş tutan telefon danışıqları zamanı icra edərək Təqsirləndirilən şəxs1 ilə əvvəlcədən razılaşdıqları cinayətkar niyyəti davam etdirib gördükləri işdə formalaşan etibarı daha da möhkəmləndirmək məqsədi ilə ələ keçirtdikləri əmlak üzərində sərəncam vermək hüququ yarandıqdan sonra guya satılmış malların bir hissəsinin ödənişi kimi 83.091,46 (səksən üç min doxsan bir manat qırx altı qəpik) manat məbləğində pul vəsaitinin görüntüsünü yaratmaq və törətmiş olduqları cinayət əməlini pərdələmək niyyəti ilə 30 may 2017-ci il tarixdə “X41” MMC-nin "xxxx" ASC-də olan AZ12BRES******************** saylı bank hesabından Zərərçəkmiş şəxs MMC-nin "xxxx" ASC-də olan AZ63BRES******************** saylı bank hesabına köçürərək öz qulluq mövqeyindən istifadə etməklə Təqsirləndirilən şəxs1 və qeyrisi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, habelə Təqsirləndirilən şəxs3 məsləhətləri, məlumatları, qanunsuz köçürülmüş pul vəsaitlərini əldə etməyi, onlara sahiblik və onlardan istifadə etməyi, o cümlədən, həmin pul vəsaitləri üzərində sərəncam verməyi qabaqcadan vəd etmədə ifadə olunan köməkçiliyi ilə Zərərçəkmiş şəxs MMC-nin təsisçisi Şahid1 və cəmiyyətin direktoru Nümayəndə aldatma və etibarlarından sui-istifadə etmə yolu ilə özgəyə, Zərərçəkmiş şəxs MMC-ə məxsus külli miqdarda, yəni ümumilikdə 543.705.89 (beş yüz qırx üç min yeddi yüz beş manat səksən doqquz qəpik) manat məbləğində pul vəsaitlərini vahid niyyətlə ələ keçirib talayaraq dələduzluq etmiş, öz qulluq mövqeyindən istifadə etməklə Təqsirləndirilən şəxs1 və qeyrisi ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində Təqsirləndirilən şəxs3 məsləhətləri, məlumatları, habelə maneələri aradan qaldırıb yardım etməklə, qanunsuz əldə olunmuş əmlak üzərində sərəncam verməyi qabaqcadan vəd etmədə ifadə olunan köməkçiliyi ilə cinayət yolu ilə əldə edildiyini bilə-bilə pul vəsaitinin əldə edilməsinin həqiqi mənbəyini gizlətmək məqsədilə həmin pul vəsaitlərindən istifadə etməklə maliyyə əməliyyatları həyata keçirmə və əqdlər bağlama yolu ilə külli miqdarda, yəni 543.705.89 (beş yüz qırx üç min yeddi yüz beş manat səksən doqquz qəpik) manat məbləğində pul vəsaitlərini vahid niyyətlə leqallaşdırmış və vəzifəli şəxs kimi tamah niyyəti ilə Təqsirləndirilən şəxs1 və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edərək vahid niyyətlə vəzifə saxtakarlığı törətmişdir. Təqsirləndirilən şəxs3 qabaqcadan əlbir olan bir qrup şəxsin öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgəyə məxsus əmlakın vahid niyyətlə ələ keçirilib külli miqdarda ziyan vurulmaqla dələduzluq edilməsində və qabaqcadan əlbir olan bir qrup şəxsin cinayət yolu ilə əldə etdiyini bilə-bilə pul vəsaitinin əldə edilməsinin həqiqi mənbəyinin gizlədilməsi məqsədilə həmin pul vəsaitlərindən istifadə edilməklə maliyyə əməliyyatlarının həyata keçirilməsi və əqdlər bağlanılması yolu ilə külli miqdarda pul vəsaitinin vahid niyyətlə leqallaşdırılması cinayətinin törədilməsində məsləhətləri, məlumatları, habelə maneələri aradan qaldırıb yardım etməklə, qanunsuz əldə olunmuş əmlak üzərində sərəncam verməyi qabaqcadan vəd verib köməkçi qismində iştirak etmişdir. Belə ki, o, cinayətdən xəbərsiz olan Şahid1 və sonuncunun biznes ortağı Şahid2 təsisçilikləri ilə Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində 02 mart 2017-ci il tarixdə qeydiyyatdan keçməklə yaradılmış "xxxx" MMC-nin (VÖEN: **********) faktiki olaraq yarandığı 02 mart 2017-ci il tarixdən, rəsmi olaraq isə 05 aprel 2017-ci il tarixdən 06 iyul 2017-ci il tarixədək olan müddət ərzində 01 nömrəli əmək müqaviləsi ilə təchizat departamentinin müdiri vəzifəsində işləyən əvvəlcədən tanıdığı Təqsirləndirilən şəxs1 öz qulluq mövqeyindən istifadə etməklə sonuncunun tanışı olan qeyrisi ilə və tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşərək Təqsirləndirilən şəxs1 etibar edilmiş "xxxx" MMC-in külli miqdarda əmlakını aldatma və etibardan sui-istifadə etməklə vahid niyyətlə ələ keçirmək niyyətlərində olduqlarından məlumatlı olub, bu məqsədlə, yəni dələduzluq yolu ilə ələ keçirilməsi planlaşdırılan həmin pul vəsaitlərini tapacağı müxtəlif şirkətlərin hesablarına qanunsuz köçürülərək əldə etməyi, onlara sahiblik və onlardan istifadə etməyi, həmin pul vəsaitləri üzərində sərəncam verməyi qabaqcadan vəd etməkdə ifadə olunan köməkliyi ilə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və qeyrisinin əvvəldən planlaşdırdıqları cinayətkar niyyətlərinə uyğun olaraq hərəkət etməklə istəklərinə nail olmaları üçün cinayətkar qrupun üzvləri olan Təqsirləndirilən şəxs2 ilə Təqsirləndirilən şəxs1 əvvəlcədən müxtəlif müqavilələr bağlamaqla Cavid Baxşıyevin faktiki rəhbərlik etdiyi cəmiyyətlərin bankda olan hesablarına Təqsirləndirilən şəxs1 işlədiyi şirkətdən pul köçürtdükdən sonra, həmin pulu Təqsirləndirilən şəxs2 məxaric edərək özünə verməsi və cinayətkar qrupun üzvü kimi özü qanunsuz olaraq əldə etdiyi həmin pul vəsaitləri üzərində sərəncam verib sahiblik etməklə gətirib Təqsirləndirilən şəxs1 təqdim edəcəyinə dair razılaşdıqdan sonra Təqsirləndirilən şəxs2 rəhbərlik etdiyi "xxxx" MMC (VÖEN: **********) ilə Zərərçəkmiş şəxs MMC arasında bağlanmış 03.03.2017-ci il tarixli alqı-satqı müqaviləsi, həmin tarixli müqaviləyə “qiymətin razılaşdırılması haqqında 1 saylı əlavə protokol”la alınması razılaşdırılmış 16 mart 2017-ci il tarixli təhvil-qəbul aktı əsasında guya qəbul etdiyi müxtəlif adlı və ölçülü avadanlıqların alınması məqsədi ilə 16 mart 2017-ci il tarixli 07/17 nömrəli, 511298 kodlu elektron hesab faktura və həmin tarixli 023056 nömrəli qaimə faktura ilə "xxxx" MMC-nin "xxxx" bankın 12 saylı filialında olan AZ10NİCB**********0001A40060 saylı bank hesabına 60.120 (altmış min yüz iyirmi) manat, Təqsirləndirilən şəxs2 rəhbərlik etdiyi "xxxx" MMC (VÖEN: **********) ilə Zərərçəkmiş şəxs MMC arasında bağlanmış 27.03.2017-ci il tarixli alqı-satqı müqaviləsi, həmin tarixli müqaviləyə “qiymətin razılaşdırılması haqqında 1 saylı əlavə protokol”larla alınması razılaşdırılmış 30 mart 2017-ci il tarixli və 19 may 2017-ci il tarixli təhvil-qəbul aktı əsasında guya qəbul etdiyi müxtəlif adlı və ölçülü avadanlıqların alınması məqsədi ilə tarixsiz və nömrəsiz 511298 kodlu elektron hesab faktura və 30 mart 2017-ci il tarixli 020109 nömrəli qaimə faktura ilə 58046 (əlli səkkiz min qırx altı) manat, 27 aprel 2017-ci il tarixli 020110 nömrəli qaimə-faktura ilə 4000 (dörd min) manat, 19 may 2017-ci il tarixli 054 nömrəli hesab-faktura ilə 17019,52 (on yeddi min on doqquz manat əlli iki qəpik) manat və 31 may 2017-ci il tarixli ödənişlə 35080 (otuz beş min səksən) manat olmaqla cəmi 114145,52 (yüz on dörd min yüz qırx beş manat əlli iki qəpik) manat məbləğində pul vəsaitlərini "xxxx" MMC-nin "xxxx" bankın 12 saylı filialında olan AZ15NİCB**********0001A40060 saylı bank hesabına, Təqsirləndirilən şəxs2 rəhbərlik etdiyi "xxxx" MMC (VÖEN: **********) ilə Zərərçəkmiş şəxs MMC arasında bağlanmış 10.04.2017-ci il tarixli alqı-satqı müqaviləsi, həmin tarixli müqaviləyə “qiymətin razılaşdırılması haqqında 1 saylı əlavə protokol”la alınması razılaşdırılmış 13 aprel 2017-ci il tarixli 01 (bir) ədəd, 27 aprel 2017-ci il tarixli 03 (üç) ədəd təhvil-qəbul aktları əsasında guya qəbul etdiyi müxtəlif adlı və ölçülü avadanlıqların alınması məqsədi ilə 11 aprel 2017ci il tarixli 007 nömrəli hesab faktura və 13 aprel 2017-ci il tarixli 022551 nömrəli qaimə faktura ilə 37.820 (otuz yeddi min səkkiz yüz iyirmi) manat məbləğində pul vəsaitlərini "xxxx" MMC-nin "xxxx" bankın 12 saylı filialında olan AZ64NİCB**********0001A40060 saylı bank hesabına, 26 aprel 2017-ci il tarixli 013 nömrəli hesab faktura və tarixi qeyd olunmayan 022554 nömrəli qaimə faktura ilə 63840 (altmış üç min səkkiz yüz qırx) manat, tarixi qeyd olunmayan 022555 nömrəli qaimə faktura ilə 20,5 (iyirmi manat əlli qəpik) manat, tarixi qeyd olunmayan 022561 nömrəli qaimə faktura ilə 1420,50 (min dörd yüz iyirmi manat əlli qəpik) manat və tarixi qeyd olunmayan 022562 nömrəli qaimə faktura ilə 1396 (min üç yüz doxsan altı) manat, cəmi 66.677 (altmış altı min altı yüz yetmiş yeddi) manat məbləğində pul vəsaitlərini "xxxx" MMC-nin "xxxx" ASC-nin “28 May” filialında olan AZ69AMRA******************** saylı bank hesabına, Təqsirləndirilən şəxs2 faktiki rəhbərlik etdiyi, lakin Şahid10 direktoru olduğu "xxxx" MMC (VÖEN: **********) ilə Zərərçəkmiş şəxs MMC arasında bağlanmış 10.04.2017-ci il tarixli alqı-satqı müqaviləsi, həmin tarixli müqaviləyə “qiymətin razılaşdırılması haqqında 1 saylı əlavə protokol”la alınması razılaşdırılmış 13 aprel 2017-ci il tarixli təhvil-qəbul aktı əsasında guya qəbul etdiyi müxtəlif adlı və ölçülü avadanlıqların alınması məqsədi ilə 11 aprel 2017-ci il tarixli 012 nömrəli hesab faktura və günü qeyd olunmayan aprel 2017-ci il tarixli 208542 nömrəli qaimə faktura ilə 14.960 (on dörd min doqquz yüz altmış) manat məbləğində pul vəsaitlərini "xxxx" MMC-nin "xxxx" bankın 12 saylı filialında olan AZ18NİCB**********0001A40060 saylı bank hesabına, Təqsirləndirilən şəxs2 faktiki rəhbərlik etdiyi, lakin Şahid9 direktoru olduğu "xxxx" MMC (VÖEN: **********) ilə Zərərçəkmiş şəxs MMC arasında bağlanmış 10.04.2017-ci il tarixli alqı-satqı müqaviləsi, həmin tarixli müqaviləyə “qiymətin razılaşdırılması haqqında 1 saylı əlavə protokol”la alınması razılaşdırılmış 13 aprel 2017-ci il tarixli təhvil-qəbul aktı əsasında guya qəbul etdiyi müxtəlif adlı və ölçülü avadanlıqların alınması məqsədi ilə 11 aprel 2017-ci il tarixli 017/007 nömrəli hesab faktura və 13 aprel 2017-ci il tarixli 152102 nömrəli qaimə faktura ilə 14.940 (on dörd min doqquz yüz qırx) manat məbləğində pul vəsaitlərini "xxxx" MMCnin "xxxx" bankın 12 saylı filialında olan AZ09NİCB**********0001A40060 saylı bank hesabına, Təqsirləndirilən şəxs2 faktiki rəhbərlik etdiyi, lakin Şahid9 direktoru olduğu “X43” MMC (VÖEN: **********) ilə Zərərçəkmiş şəxs MMC arasında bağlanmış 10.04.2017ci il tarixli alqı-satqı müqaviləsi, həmin tarixli müqaviləyə “qiymətin razılaşdırılması haqqında 1 saylı əlavə protokol”la alınması razılaşdırılmış 13 aprel 2017-ci il tarixli təhvilqəbul aktı əsasında guya qəbul etdiyi müxtəlif adlı və ölçülü avadanlıqların alınması məqsədi ilə 11 aprel 2017-ci il tarixli 007 nömrəli hesab faktura və 13 aprel 2017-ci il tarixli 108803 nömrəli qaimə faktura ilə 14.030 (on dörd min otuz) manat məbləğində pul vəsaitlərini “X43” MMC-nin "xxxx" bankın 12 saylı filialında olan AZ13NİCB**********0001A40060 saylı bank hesabına, Təqsirləndirilən şəxs2 rəhbərlik etdiyi "xxxx" MMC (VÖEN: **********) ilə Zərərçəkmiş şəxs MMC arasında bağlanmış 11.05.2017-ci il tarixli alqı-satqı müqaviləsi, həmin tarixli müqaviləyə “qiymətin razılaşdırılması haqqında 1 saylı əlavə protokol”la alınması razılaşdırılmış 11 may 2017-ci il tarixli təhvil-qəbul aktı əsasında guya qəbul etdiyi müxtəlif adlı və ölçülü avadanlıqların alınması məqsədi ilə 11 may 2017-ci il tarixli 034401 nömrəli qaimə faktura ilə 28208,75 (iyirmi səkkiz min iki yüz səkkiz manat yetmiş beş qəpik) manat, 11 may 2017-ci il tarixli 034402 nömrəli qaimə faktura ilə 15269,12 (on beş min iki yüz altmış doqquz manat on iki qəpik) manat olmaqla cəmi 43.477,87 (qırx üç min dörd yüz yetmiş yeddi manat səksən yeddi qəpik) manat məbləğində pul vəsaitlərini "xxxx" MMC-nin "xxxx" ASC-nin “28 May” filialında olan AZ46AMRA******************** saylı bank hesabına, Təqsirləndirilən şəxs2 rəhbərlik etdiyi "xxxx" MMC (VÖEN: **********) ilə Zərərçəkmiş şəxs MMC arasında bağlanmış 11.05.2017-ci il tarixli alqı-satqı müqaviləsi, həmin tarixli müqaviləyə “qiymətin razılaşdırılması haqqında 1 saylı əlavə protokol”la alınması razılaşdırılmış 11 may 2017-ci il tarixli təhvil-qəbul aktı əsasında guya qəbul etdiyi müxtəlif adlı və ölçülü avadanlıqların alınması məqsədi ilə 11 may 2017-ci il tarixli 021171 nömrəli qaimə faktura ilə 42.224 (qırx iki min iki yüz iyirmi dörd) manat məbləğində pul vəsaitlərini "xxxx" MMC-nin "xxxx" ASCnin “28 May” filialında olan AZ17AMRA******************** saylı bank hesabına, Təqsirləndirilən şəxs2 rəhbərlik etdiyi "xxxx" MMC (VÖEN: **********) ilə Zərərçəkmiş şəxs MMC arasında bağlanmış 11.05.2017-ci il tarixli alqı-satqı müqaviləsi, həmin tarixli müqaviləyə “qiymətin razılaşdırılması haqqında 1 saylı əlavə protokol”la alınması razılaşdırılmış 11 may 2017-ci il tarixli təhvil-qəbul aktı əsasında guya qəbul etdiyi müxtəlif adlı və ölçülü avadanlıqların alınması məqsədi ilə 11 may 2017-ci il tarixli 022679 nömrəli qaimə faktura ilə 40.991,50 (qırx min doqquz yüz doxsan bir manat əlli qəpik) manat məbləğində pul vəsaitlərini "xxxx" MMC-nin "xxxx" ASC-nin “28 May” filialında olan AZ16AMRA******************** saylı bank hesabına, Təqsirləndirilən şəxs2 rəhbərlik etdiyi "xxxx" MMC (VÖEN: **********) ilə Zərərçəkmiş şəxs MMC arasında bağlanmış 22.05.2017-ci il tarixli alqı-satqı müqaviləsi, tarixi qeyd olunmayan müqaviləyə “qiymətin razılaşdırılması haqqında 1 saylı əlavə protokol”la alınması razılaşdırılmış 23 may 2017-ci il tarixli təhvil-qəbul aktı əsasında guya qəbul etdiyi müxtəlif adlı və ölçülü avadanlıqların alınması məqsədi ilə 23 may 2017-ci il tarixli 065 nömrəli hesab faktura ilə 59.400 (əlli doqquz min dörd yüz) manat, 31 may 2017-ci il tarixli ödənişlə isə 34.920 (otuz dörd min doqquz yüz iyirmi) manat olmaqla cəmi 94.320 (doxsan dörd min üç yüz iyirmi) manat məbləğində pul vəsaitlərini "xxxx" MMC-nin "xxxx" ASC-nin “28 May” filialında olan AZ83AMRA******************** saylı bank hesabına, ümumilikdə 10 cəmiyyətin bank hesablarına Zərərçəkmiş şəxs MMC-ə məxsus olan "xxxx" ASC-də olan AZ12BRES******************** saylı və "xxxx" ASC-də olan AZ37PAHA40060AZNHC********** saylı bank hesablarından 543.705.89 (beş yüz qırx üç min yeddi yüz beş manat səksən doqquz qəpik) manat məbləğində pul vəsaitinin Təqsirləndirilən şəxs2 tərəfindən yuxarıda qeyd olunmuş bank hesablarından Bakı şəhəri Nəsimi rayonu 28 May küçəsi 717-ci məhəllədə yerləşən "xxxx" ASC-nin “28 May” filialından və ünvan 6 ünvanında yerləşən "xxxx" bankın 12 saylı filialından müxtəlif vaxtlarda müxtəlif məxaric çekləri və məxaric orderləri əsasında nağdılaşdırma və digər üsullarla ona çatdırılması, daha sonra isə Təqsirləndirilən şəxs1 ilə razılaşdıqları şəkildə, yəni həmin pul vəsaitlərindən müəyyən hissəsini özünə götürməklə qalan hissəsini nağdılaşdırılmış pul vəsaitlərini şəxsən sonuncuya çatdırmaqla Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 və qeyrisi ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində və Təqsirləndirilən şəxs2 ilə Təqsirləndirilən şəxs1 öz qulluq mövqelərindən istifadə etmələri ilə Zərərçəkmiş şəxs MMC-nin təsisçisi Şahid1 və cəmiyyətin direktoru Nümayəndə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgəyə, Zərərçəkmiş şəxs MMC-ə məxsus əmlakın vahid niyyətlə ələ keçirilib külli miqdarda, yəni ümumilikdə 543.705.89 (beş yüz qırx üç min yeddi yüz beş manat səksən doqquz qəpik) manat məbləğində ziyan vurulmaqla dələduzluq edilməsində və Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 və qeyrisi ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşdiyi və Təqsirləndirilən şəxs2 ilə Təqsirləndirilən şəxs1 öz qulluq mövqelərindən istifadə etməklə cinayət yolu ilə əldə etdiyini bilə-bilə pul vəsaitinin əldə edilməsinin həqiqi mənbəyinin gizlədilməsi məqsədilə həmin pul vəsaitlərindən istifadə edilməklə maliyyə əməliyyatlarının həyata keçirilməsi və əqdlər bağlanılmsı yolu ilə külli miqdarda 543.705.89 (beş yüz qırx üç min yeddi yüz beş manat səksən doqquz qəpik) manat məbləğində pul vəsaitinin vahid niyyətlə leqallaşdırılması cinayətinin törədilməsində Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və qeyrisinə məsləhətləri, məlumatları, habelə maneələri aradan qaldırıb yardım etməklə, qanunsuz əldə olunmuş əmlak üzərində sərəncam verməyi qabaqcadan vəd verib köməkçi qismində iştirak etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona qarşı irəli sürülmüş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, Şahid1lə təxminən 2006-2007-ci ildə tanış olmuş və sonuncu pul müqabilində onun üçün müxtəlif tikinti layihələrinin çəkilməsini xahiş etmişdir. Sonradan fərqli işlərlə məşğul olduqları üçün yolları ayrılmış və təsadüfən 2016-cı il tarixdə "xxxx" plazada Şahid1lə görüşmüşlər. Sonuncu onun işçi heyəti ilə görüşməyi və onlarla əməkdaşlıq etməyi təklif etmiş, o da təklifi qəbul edərək İlhamə və Təranə xanımla tanış olmuşdur. Şahid1 meyvə-tərəvəz satışı ilə məşğul olmasını görərək ona köməklik etmiş, bir neçə şirkətlə müqavilələr bağlamış, həmin ərəfələrdə ona məxsus “X2” MMC-ni işlətmiş və tanışlarından böyük məbləğdə pullar alaraq şirkətə yatırmışdır. Lakin həmin Cəmiyyətdə gördüyü işlər alınmamış və böyük məbləğdə zərər düşmüş, pul götürdüyü şəxslər isə qısa müddət ərzində pullarının geri qaytarılmasını tələb etdiklərindən, borclarının bir hissəsini qaytarması, lakin onlara olan borcunun təxminən 100-110 min manat hissəsinin qalması səbəbindən qısa müddət ərzində pul əldə etməyin yollarını düşünmüşdür. Həmin zaman Şahid1 dəvəti ilə "xxxx" MMC-də işləmiş və Cəmiyyəti idarə edən Təranə xanımın, həmçinin İlhamə xanımın idarəçiliyində boşluqların, səhlənkarlıqların olması, onların bazardan, yəni bazarda olan şirkətlərdən xəbərsiz olmasını görmüşdür. Eyni zamanda, yəni təxminən 2016-cı ilin sonlarında Elvin Əliyev adlı köhnə tanışı ilə təsadüfən görüşmüş, Elvinin "xxxx" şirkətində işlədiyini, müxtəlif təlimlər keçdiyini və MMC-lərin idarə olunmasında böyük təcrübəsinin olmasını öyrənmişdir. Bu zaman plan quraraq əlavə bir şirkət yaratmağı, işlədiyi "xxxx" MMC-nin neft şirkətləri ilə əməkdaşlıq etmək və neft avadanlıqları satışında böyük gəlirin olması səbəbindən həmin sahəyə investisiya yatırmaq niyyətlərinin olduğunu bildiyi üçün onları həmin sahəyə şirnikləndirməyin daha rahat olacağını, yeni bir şirkət yaradaraq “Azfen”, “BP”, “Standart Oil” və digər nəhəng neft maqnatı olan şirkətlərlə əməkdaşlıq görüntüsünü yaratmaq və belə bir şirkətlə işlədiyi şirkətin rəhbərliyini əməkdaşlığa qısa zaman ərzində cəlb edəcəyini düşünərək qısa müddət ərzində böyük həcmdə pullar əldə edib həm borclarını qaytaracağını, həm də əldə etdiyi maliyyənin bir hissəsini foreks şirkətlərinə yatıraraq qazanc əldə etməklə işlədiyi şirkətin pullarını geri qaytara biləcəyini düşünmüşdür. Bu sahədə də xüsusi bilikləri olan Elvinlə danışmağı və sonuncunun təcrübəsindən yararlanmağı düşünərək sonuncu ilə dəfələrlə görüşüb bu barədə danışıqlar aparmış və əldə olunacaq pulların yarısını ona vermək, onun heç bir sənəddə imzasının olmayacağı, yalnız yaradılacaq şirkəti təmsil edəcəyinə dair Elvinlə razılaşmışdır. Lakin Elvinlə pulları hansı şəkildə şirkətə geri qaytarması, qaytarıb-qaytarmayacağına dair Elvinlə nə danışığı, nə də razılığı olmamış, pulların qaytarılması onun üstündə qalmışdır. Həmçinin Elvin ona bildirmişdir ki, yaradılacaq “X41” MMC-ni "xxxx" MMC-nin rəhbərliyi və təsisçisi Şahid1 təqdim edəcək və onların razılığını alacaq, həmçinin bəzi hallarda telefonla şirkətin rəhbərliyi ilə əlaqə saxlamaqla malların alınmasında onun dediklərini təsdiq edəcəkdir. Lakin Elvin həmçinin heç kimdən pul almayacağını, pulların nağdılaşdırılmasında da iştirak edəcəyini və pulları nağdılaşdırıb ona nağd şəkildə verəcəyini, yəni bu sahədə də onun heç kimlə görüşməyəcəyini bildirmişdir. Bundan sonra tanışı olan Rizvan adlı şəxsə dəmir barmaqlıqların hazırlanması üçün borcu qaldığından həm borcunu verəcəyi, həm də onun adına şirkət yaratmaqla ona da fayda verəcəyini bildirib sonuncu ilə birlikdə onun adına “X41” MMC-ni yaratmış və həmin zaman Rizvan ona şirkətin adı ilə müəyyən əməliyyatlar aparılması üçün notariusda etibarnamə vermişdir. Lakin Rizvanın onun niyyətindən xəbəri olmamış, daha sonra plana uyğun olaraq “X41” MMC-ni əslində "xxxx" şirkətinin törəmə şirkəti olduğunu, onların ofisə gələrək anbarla və işçilərlə tanış olmaq istədiklərini bildirmiş və işlədiyi şirkətin rəhbərliyini, təsisçilərini razı salaraq Elvin Əliyevi şirkətə dəvət etmişdir. Elvin Əliyev 2017-ci ilin mart ayında “X41” MMC-ni "xxxx" MMC-də şirkətin rəhbər heyətinə və təsisçilərinə qurduqları plana uyğun olaraq təqdim etmiş və neft sahəsində böyük təcrübəyə malik olduğunu bildirməklə həmin şirkətin əslində "xxxx" şirkətinin törəmə şirkəti olduğunu, “Standart Oil”, “BP” və “Azfen” kimi şirkətlərlə bir işlədiklərini qeyd edərək əməkdaşlıqdan böyük gəlir götürəcəklərini bildirmişdir. Həmçinin "xxxx" MMC-nin direktoru olan Şahid3 ilə tanış çıxmaqla daha əvvəl birlikdə işləmələrinin müəyyən olunması şirkətin rəhbərliyini qurduqları yalana inandırmağın rahat başa gəlməsinə kömək olmuşdur. Elvin Əliyev getdikdən sonra "xxxx" MMC-də şirkət daxili söhbət zamanı həmin şirkətlə əməkdaşlığı bir daha məsləhət görmüş, qərara alınmışdır ki, “X41” MMC ilə əməkdaşlıq üçün Zərərçəkmiş şəxs MMC yaradılsın və "xxxx" MMC-nin təsisçiləri Şahid1 və Şahid2 həmin şirkətin təsisçiləri olsun. Təbii ki, nə Şahid1, nə də ki, Şahid2 onunla Elvin Əliyevin və digərlərinin birlikdə qurduqları plandan xəbərləri olmamış, həmçinin nə Zərərçəkmiş şəxs MMC-ə direktor təyin olunmuş Nümayəndə, nə də ki, "xxxx" MMC-nin direktoru Təranə xanımın bundan məlumatı olmamışdır. Bundan sonra yeni yaranmış iki şirkət arasında müqavilə imzalanmış və o, “X41” MMC-nin direktoru Şahid5 xəbəri olmadan alqı-satqı müqaviləsi bağlamaqla sonuncunun yerinə imza etmişdir. “X41” MMC-nin dairəvi möhürü də onda olduğu üçün müqaviləni cəmiyyətin dairəvi möhürü ilə təsdiq etmişdir. Bundan sonra Elvin özünə məxsus e-mail, yəni elektron poçt ünvanı yaradaraq həmin ünvanla Zərərçəkmiş şəxs MMC üçün yaradılmış elektron poçt ünvanlarına elektron sifarişlər göndərmiş, həmin elektron sifarişləri isə onlar birlikdə hazırlamışlar. Hətta bir-iki dəfə elektron sifarişləri gecikdirməklə Nümayəndə Elvinə zəng etməyə və sifarişlərlə bağlı maraqlanmağa sövq etmişlər. Bir-iki sifarişdən sonra isə bir qədər ara verərək fasilə olması ilə bağlı maraqlanan Nümayəndə böyük məbləğli sifarişlər etdiklərini, kiçik sifarişləri etməkdə maraqlarının olmadığını, böyük sifarişləri isə onlara vermək üçün satışdan əldə olunacaq puldan 10 faizinin Elvinə verilməsi halında sifarişin onlara verilməsində maraqlı olacağını bildirməklə özlərini tam şəkildə böyük iş görən şirkətin nümayəndəsi kimi aparmış, hətta gəlirdən 10 faizinin Elvinə verilməsinin bazarın qaydası olması bildirilməklə buna da razılıq almışlar. O, ofisdə olmaqla aparılan danışıqları Elvinlə bölüşmüş və birlikdə hansı addım atacaqlarını razılaşaraq niyyətlərinin həyata keçirilməsi üçün fəaliyyətlərini planlaşdırmışlar. Həmçinin eyni zamanda, yəni Elvin Əliyevlə şirkəti aldatmağı düşündüyü zaman köçürüləcək pulları nağdılaşdırmağı və əldə etməyi planlaşdırmış və daha əvvəldən Dərnəgül bazarında işləyən, tanışı olan və birlikdə Təqsirləndirilən şəxs3la əlaqə saxlamışdır. Həmçinin Təqsirləndirilən şəxs3 “X41” MMCdən göndərilən sifarişlərin qiymətlərinin, həmçinin sifarişlərin təmin olunması üçün bazardan alınacaq malların qiymətlərinin öyrənilməsi üçün onunla məsləhətləşmiş, real məhsulların qiymətlərini Təqsirləndirilən şəxs3 öyrənmiş, lakin sonuncunun onun niyyətindən məlumatı olmamışdır. Malların qiymətləndirilməsi və nağdılaşdırılmış pul vəsaitlərinin ona çatdırılmasında Təqsirləndirilən şəxs3 ona köməklik etmişdir. Cavid Baxşıyevi isə ümumiyyətlə tanımamış, onu yalnız məhkəmədən öncə iki dəfə ibtidai istintaq zamanı görmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs3 Zərərçəkmiş şəxs MMCə apararaq Nümayəndə və şirkətin digər rəhbərliyinə təqdim etmiş, Nümayəndə ilə Əbdülhəsən arasında görüş olmuş, lakin, onun bu görüşdə müzakirə edilən məsələlərdən ətraflı məlumatı olmamışdır. Həmçinin malların “X41” MMC-ə təhvil verilməsi barədə təhviltəslim aktlarını da özü tərtib etmiş, orada olan özündən uydurduğu X8 və ya digər şəxslərə malları təhvil verməsinə dair qeydləri özü etmiş və saxta imza və bəzi hallarda özündə olan “X41” MMC-nin dairəvi möhürü ilə təsdiq etmişdir. Beləliklə köçürülmüş pul vəsaitlərinin nağdılaşdırılması üçün Əbülhəsən hər dəfə on faiz məbləği çıxmaq şərtilə ona pulları qaytarmışdır. Həmçinin baş vermiş hadisələrin başlamasından axıra qədər İlhamə xanımla, Ziya bəylə əlaqə saxlaması, onları köçürülmüş malların “X41” MMC-nin nümayəndələrinin götürməsini təsdiq etməsi üçün az məbləğdə, ümumilikdə 2400-2500 manat məbləğində nağd pul vəsaitlərini Elvin Əliyevə vermişdir. Həmçinin “İnvest-az” broker firmasına, yəni foreks firmasına həmin dövrdə pullar yatırmış və böyük hissəsini qazanmaq əvəzinə zərər etmiş, qalan pullarını isə borclu olduğu şəxslərin borclarını ödəməyə, kiçik bir hissəsini isə çıxararaq ailəsi ilə birlikdə Rusiya Federasiyasına qaçmaq barədə qərar aldıqdan sonra özü ilə aparmışdır. 03 iyul 2017-ci il tarixdə övladları və arvadı Olqa ilə birlikdə Rusiya Federasiyasının Soçi şəhərinə köçmüş, hazırda qaynanası, arvadı və uşaqları orada yaşayırlar. Cinayətkar niyyətindən Əbdülhəsən Sədərovun, Cavid Baxşıyevin və digər şəxslərin məlumatı olmamışdır. Törətdiyi cinayət əməlindən çox peşmandır, vurulmuş zərərin qısa müddət ərzində qaytarılmasına çalışacaqdır. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 ona qarşı irəli sürülmüş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, 2010- 2015-ci illərdə Bakı şəhəri, Dərnəgül qəsəbəsində yerləşən ticarət mərkəzində metal alqısatqısı ilə məşğul olmuşdur. Təqsirləndirilən şəxs1 2014-cü ildən müştəri kimi tanımış, həmin vaxt “Dursun” adlı Türkiyə Respublikası vətəndaşının bazardan mallar almaq istədiyi zaman görüşüb tanış olmuşlar. Bundan sonra yenə də Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən metrostansiyanın yaxınlığındakı çayxanada onlarla təkrar görüşmüşlər. Həmin vaxt adını xatırlamadığı Türkiyə Respublikası vətəndaşı Ramillə birlikdə görüşə gəlmiş, söhbət edən zaman 5000 metr neft borusu lazım olduğunu demişdir. Bir gün sonra Ramilə həmin boruları göstərmiş, Ramildə ona pul gəldikdən sonra boruları alacaqlarını demişdir. Bir ay sonra Ramil yenidən onun yanına gələrək menecer işlədiyi yeni qurduqları şirkət vasitəsi ilə «Socar» şirkətinə satmaq üçün iri həcmli neft avadanlıqları lazım olduğunu demişdir. Üç-dörd gündən sonra Ramil ona zəng edərək işlədiyi şirkətin sahiblərinin onunla görüşmək istədiyini bildirmiş, onlar "Gənclik" metrostansiyasının yaxınlığında yerləşən «Gəncə» restoranında görüşmüşlər. Həmin vaxtı Ramilin yanında iki nəfər tanımadığı şəxs olmuş, həmin şəxslərdən biri Rusiya Federasiyasından gəldiyini və özünü şirkətin faktiki sahibi kimi təqdim etmişdir. O, həmin vaxtı Ramilin satış müdiri olduğunu, özü isə Azərbaycan Respublikasında yaşamadığını, ticarət işlərini isə Ramil ilə həyata keçirəcəyini bildirmişdir. Həmin şəxslərə bazardan lazım olan malları alıb onlara verməyə razılıq verdikdən sonra qarşı tərəfin ödənişlərin köçürmə yolu olacağını dediyindən onlara yalnız alışların nağd pul ilə həyata keçirdiklərini bildirmişdir. Sonra Ramil onunla zəngləşərək aralarında olan razılığa əsasən ingilis dilində olan malların adları yazılmış vərəqləri ona təqdim edərək malların qiymətinin qarşısında yazılmasını istəmişdir. Həmin danışıqlar 2016-2017-ci illərdə olmuş, o da həmin siyahını övladına tərcümə etdirdikdən sonra Ramilin qeyd edilən malları ondan xəbərsiz alıb apardığını öyrənmişdir. Bundan sonra Ramil onun yanına gəlmiş "Baksol" yolunda yerləşən mağazadan mal almaq üçün pul verdiyini, lakin mal və pulu ala bilmədiyini deyib ona köməklik göstərməsini xahiş etmiş, o da Ramil ilə birlikdə həmin mağazaya gedib Ramilin malını almasına köməklik etmişdir. Bundan təxminən 5-6 gün sonra Ramilin sözünə əsasən Bakı şəhəri Nərimanov rayonu ərazisində yerləşən Şuşa İcra Hakimiyyətinin inzibati binasının yaxınlığında şirkət rəhbəri kimi ona təqdim edilən İlhamə adlı xanımla görüşmüşdür. Həmin xanımın təklifi ilə Ramilin gətirəcəyi pulla mal almaq barədə razılığa gəlmiş, 2-3 gün sonra Ramilin onun yanına gələrək İlhamənin nağd pul çıxarmaq mümkün olmadığını, bunun üçün nağdılaşdırma aparan şirkət lazım olduğunu bildirmişdir. Beş-altı gün sonra Ramilin tapdığı şirkətə İlhamənin pul köçürməsindən sonra Ramilin pulu nağdılaşdırıb başqa şəxslərdən neft avadanlıqlarını almasını eşitmişdir. Ramilin deməsi ilə İlhamənin nağdılaşdırma aparan şirkətin sahibi ilə görüşdükdən sonra Ramilin pulları həmin şirkətdən çıxardıb İlhamənin tələbi ilə ona qaytardığını öyrənmişdir. Daha sonra Ramil ondan 1500 ton üç künc metal əşya istəmiş, İlhamənin malı nisyə istəməsini dedikdən sonra İlhamə ilə danışmış, aralarında olan razılaşmaya əsasən İlhaməyə pul köçürüldükdən sonra malı verəcəyini demişdir. İlhamənin pulu köçürtməsini deməsindən sonra isə Ramillə əlaqə saxlayıb nə səbəbə ondan mal almamalarının səbəbini soruşmuş, Ramil isə nağdılaşdırdığı pulu İlhaməyə qaytaracağını demişdir. Təxminən 1 həftə sonra İlhamə ona zəng edib Ramili görüb-görmədiyini soruşmuş, cavabında Ramili 2 gün əvvəl gördüyünü, ondan yasının olduğu üçün 300 manat borca pul istədiyini o da ona 300 manat əvəzsiz pul verdiyini bildirmişdir. Həmin vaxtı İlhamə xanım Ramili tapa bilməmiş və bir müddət sonra onu Babək prospektində yerləşən ofislərinə çağırıb onunla Zərərçəkmiş şəxs MMC-nin rəhbərliyi söhbət etmiş, baş verən hadisələri orada İlhamə, Rafiq adlı şəxsə və hüquqşünaslarına danışmış, Ramillə İlhamənin nağdılaşdırma işində əlbir olmalarını Rafiqə demişdir. 2016-2017-ci illərdə İlhamənin və şirkətin digər rəhbərlərinin bu barədə Vergilər Nazirliyinə müraciət etdiyini, istintaq zamanı şirkət rəhbəri Cavid adlı şəxsin məhkəməyə göndərildiyini, İlhamənin Zərərçəkmiş şəxs MMC-nin direktoru olduğu üçün Ramilin onun icazəsi olmadan heç bir iş görə bilməməsini düşünmüşdür. Zərərçəkmiş şəxs MMC-nin direktoru İlhamə xanımla Ramilin onu tanış etdikdən sonra mal alınması üçün cəmiyyətə getdiyində orada Nümayəndə ilə müqavilə bağlayan şəxsin sonradan adının Təqsirləndirilən şəxs2 olduğunu öyrənmiş, həmin zaman onlara mane olmamaq üçün onların yanlarına getməmişdir. 2018-ci ildə Azərbaycan Respublikası Vergilər Nazirliyinin İstintaq idarəsindən müstəntiq onu Zərərçəkmiş şəxs MMC-nin şikayəti üzrə çağıraraq dindirmiş və Təqsirləndirilən şəxs2lə üzləşdirmişdir. Üzləşdirmə zamanı Təqsirləndirilən şəxs2 sonuncunun ittiham olunduğu şirkətlərin heç birinin ona aid olmadığını və özünün pulları nağdılaşdırdığını, həmin pulları da şirkətin sahibinə verdiyini bildirmişdir. O, heç bir cinayət əməli törətməmiş, heç kimin cinayət əməlini törətməsində köməkçilik etməmiş, heç kimdən nə pul almamış, nə də ki, pul verməmişdir. Təqsirləndirilən şəxs2lə heç bir işin görülməsində şərik olmamış, onun, nə Təqsirləndirilən şəxs1, nə də ki, digər bir şəxsin cinayət əməllərində onlara köməklik etməmişdir. Şirkətlər arasında bağlanmış müqavilələrdə onun ümumiyyətlə iştirakı olmamışdır. Təqsirləndirilən şəxs3 məhkəmə iclasında ifadəsinə əlavə olaraq qeyd etdi ki, Zərərçəkmiş şəxs MMC-nin direktoru X14 Azərbaycan Respublikası Baş Prokurorluğunda yazdığı ərizələrdə onun direktoru olduğu qeyd edilən MMC-dən Təqsirləndirilən şəxs1 485.000 manat məbləğində pul vəsaitini götürüb qaçdığını göstərmişdir. Həmin rəqəmlər saxtalaşdırılmışdır, qeyd edilən məlumatlar yalandır. Paşa Bankdan təqdim edilmiş hesabatlardan görünür ki, İlhamə Hacıyevə 01.05.2017-ci il tarixli, 01.07.2017-ci il tarixli və 01.07.2017-ci il tarixli bank köçürmələri (14 firma və 6 fiziki şəxs) müxtəlif təyinatlı köçürmələri və öz şəxsi hesabına mədaxil etməklə ümumilikdə 54.047 manat məbləğində pul vəsaitini Zərərçəkmiş şəxs MMC-nin hesabından çıxartmışdır. Eyni zamanda "xxxx" MMC-nin direktoru X14 həmin müddət ərzində “Paşa Bank”da olan şəxsi kartına 44.254 manat məbləğində pul köçürdərək götürmüşdür. Həmin müddət ərzində Təqsirləndirilən şəxs1 tərəfindən “X41” MMC-nin adından 25.01,2017-ci il tarixdə 13.098,92 manat , 30.01.2017-ci il tarixdə 70.000 manat, 10.03.2017-ci il tarixdə 40.000 manat, 05.04.2017ci il tarixdə 40.000 manat pul vəsaiti "xxxx" MMC-nin hesabına ödənilmişdir. Həmin müddət ərzində 3 firma tərəfindən "xxxx" MMC, Avanasiya SP MMC, X49 MMC Zərərçəkmiş şəxs MMC-nin hesabına 43.930 manat pul köçürülmüşdür. "xxxx" MMC-nin təsisçisi Şahid2 həmin cəmiyyətin hesabına 450.816 manat məbləğində Kapital yerləşdirilmişdir. Zərərçəkmiş şəxs hesabına qaytarılmış (bank sənədləri) və direktor Nümayəndə götürdüyü (bank sənədləri və şəxsi hesab kartı) pullar hesablanarsa məlum olur ki, MMC-nin direktoru Nümayəndə MMC-yə məxsus 305320 manat məbləğində pulu şəxsən özü mənimsəmişdir. Bu barədə təsisçilərə hüquq mühafizə orqanlarına yalan məlumat vermiş işin obyektiv hallarına gizlətməyə nail olmuşdur. Bütün bu saxtakarlıqda qabaqcadan Nümayəndə ilə ortaq olan Zərərçəkmiş şəxs MMC-nin təsisat şöbəsinin direktoru Təqsirləndirilən şəxs1 də bilərəkdən yalan ifadələri ilə guya 485.000 AZN pulu öz borcuna verdiyini söyləmişdir. Cinayət işi saxta ittiham üzərində qurulmuşdur. X14 tərəfindən iş materialları saxtalaşdırılmış, pul vəsaitinin onun tərəfindən mənimsənilməsi faktları ibtidai istintaq orqanı tərəfindən araşdırılmamış, daxil olan məlumatların həqiqiliyi yoxlanılmamış, nəticədə "xxxx" MMC-yə məxsus pul vəsaitinin başqa şəxslər tərəfindən mənimsənilməsi barədə düzgün olmayan və faktlarla təsdiqlənməyən nəticəyə gəlinmişdir. Bütün bunlardan belə aydın olur ki, Zərərçəkmiş şəxs MMC-nin direktoru Nümayəndə təsisçilər Şahid2 və Şahid1 eyni zamanda hüquq mühafizə orqanlarını aldadaraq firmaya Təqsirləndirilən şəxs1 tərəfindən qaytarılmayan pulun 145.496 AZN göstərilməli olduğu halda rəqəmləri bilərəkdən saxtalaşdıraraq, götürdüyü pulları göstərməmişdir. Hüquq mühafizə orqanlarını aldadaraq şikayət ərizəsində 485.000 AZN pulun mənimsədildiyini göstərmişdir. Bütün bu sübutlar cinayət materiallarındakı sənədlərlə təsdiq edilmişdir. Bütün bunlar onun bir daha günahsız olduğunu göstərmişdir. Bütün bu pul köçürmələrində onun heç bir imzası, göstərişi və möhürü olmamışdır. Nə də bu işlər barədə əmr vermək səlahiyyəti olmamışdır. Zərərçəkmiş şəxs MMC-nin direktoru Nümayəndə bilərəkdən bütün faktları gizlətmişdir. Təqsirləndirilən şəxs1lə əlbir olub, saxta rəqəmlərlə guya 485.000 AZN oğurlandığını və bu işdə onun iştirakı olduğunu qərəzli şəkildə göstərmək istəmişlər. Təqsirləndirilən şəxs1 də öz ifadəsində göstərmişdir ki, bu cinayət işini özü şəxsən qurub qabaqcadan onunla heç bir iş birliyi olmamışdır. Nə də qabaqcadan heç kimlə cinayət əlaqəsinə girməmişdir. Onun heç bir bank əməliyyatında müqavilələrdə danışıqlarda pul köçürmələrində nə də alqı-satqı əməliyyatlarında iştirakı olmamışdır. Bu cinayəti Təqsirləndirilən şəxs1 özü törətmiş, pul mənimsənilməsində onunla qabaqcadan heç bir sövdələşməsi olmamışdır. Zərərçəkmiş şəxs MMC-nin təsisçiləri Şahid1 Hümmət oğlu və Şahid2 Fəraməz oğlu da ona qarşı heç bir mülki iddia, tələb və cinayət işi ilə əlaqədar heç bir şikayətlərinin olmamasını bildirmişlər. Qeyd edilənləri nəzərə alaraq, barəsində bəraət hökmünün çıxarılmasını xahiş etdi. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona qarşı irəli sürülmüş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, müxtəlif şirkətlərin direktoru kimi sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur. Dövlət vergilərini ödəməkdən yayındığı üçün Bakı şəhəri Yasamal rayon məhkəməsinin 03 aprel 2019-cu il tarixli hökmü ilə 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasının çəkilməsi həbs olunduğu vaxtdan hesablanmış və 2020-ci ilin aprel ayında cəzadan şərti olaraq vaxtından əvvəl azad olunmuşdur. Təqsirləndirilən şəxs1 təmsil etdiyi Zərərçəkmiş şəxs MMC-nin sifarişi əsasında onun faktiki rəhbərliyində olan "xxxx" MMC ilə bağlanmış 03.03.2017-ci il tarixli, "xxxx" MMC ilə bağlanmış 27.03.2017-ci il tarixli, "xxxx" MMC ilə bağlanmış 10 aprel 2017-ci il tarixli, "xxxx" MMC ilə bağlanmış 11.05.2017-ci il tarixli, "xxxx" MMC ilə bağlanmış 11.05.2017-ci il tarixli, "xxxx" MMC ilə bağlanmış 11.05.2017-ci il tarixli və "xxxx" MMC ilə bağlanmış 22.05.2017-ci il tarixli alqı-satqı müqavilələri əsasında daxil olmuş sifarişlər hesablanmışdır. Bundan sonra razılaşdırılmış şəkildə müvafiq olaraq qeyd olunmuş firmalara 15.03.2017-ci il tarixdə 60120 manat, 27- 30.03.2017-ci il tarixlərdə cəmi 110145,52 manat, 13.04.2017-ci il tarixdə 104476,50 manat, 12.05.2017-ci il tarixdə 43477,87 manat, 12.05.2017-ci il tarixdə 40991,50 manat, 12.05.2017-ci il tarixdə 42224 manat və 23.05.2017-ci il tarixdə 94320 manat məbləğində pul vəsaitləri köçürülmüşdür. Müvafiq qaydada qeyd olunan köçürmələr onun tərəfindən "xxxx" ASC-nin 12 saylı filialı və "xxxx" ASC-nin 28 may filialından götürmüşdür. Lakin onların Zərərçəkmiş şəxs MMC ilə olan işlərinin alınmadığı üçün qeyd olunan ödənişləri nağd şəkildə Təqsirləndirilən şəxs1 göndərmişdir. O, Təqsirləndirilən şəxs1 və ya Zərərçəkmiş şəxs MMC-nin heç bir işçisi ilə görüşməmiş və Təqsirləndirilən şəxs1 adını Əbülhəsən Səfərovdan eşitmiş, Əbülhəsən Səfərovun tanışı olduğu üçün o, Təqsirləndirilən şəxs1lə şəxsi münasibətdə olmamışdır. Qeyd olunan işləri də alınmadığı üçün həmin pulları tanışı Şahid6 vasitəsilə Əbülhəsən Səfərova, yəni öz aralarında “Hacı” deyə çağırdıqları şəxsə vermişdir. O, bankdan nağdılaşdırdığı pulları Şahid6 vermiş, Şahid6 isə həmin pulları Əbülhəsən Səfərova vermişdir. Qeyd olunan məsələni onun barəsində Azərbaycan Respublikası Vergilər Nazirliyinin İstintaq idarəsində istintaqı aparılan cinayət işi üzrə də Əbülhəsən Səfərovla aralarında aparılmış üzləşdirmə zamanı da bildirmişdir. O, sonralarda eşitmişdir ki, Təqsirləndirilən şəxs1 işlədiyi MMC-dən onun şirkətlərinə köçürülmüş pulları şirkətə geri qaytarmayaraq ələ keçirmiş və talamışdır. Onun barəsində bildirilənlər yalandır, onun faktiki sahibliyində olan MMC-lərlə Zərərçəkmiş şəxs MMC arasında bağlanmış, müqavilələr əsasında boru məhsullarının və bir sıra digər ləvazimatların satılması ilə bağlı razılaşma olmuşdur. Onun faktiki rəhbərlik etdiyi şirkətlərə edilmiş pul köçürmələrini qeyd olunan banklarda nağdılaşdıraraq bazardan boru və digər məhsulların alınmasına verməli olmuşdur. Lakin Təqsirləndirilən şəxs1 təmsil etdiyi şirkətlə razılaşmaları alınmadığı üçün o, qeyd olunan şəxslərin pullarını nağd şəkildə qaytarmışdır. O, Təqsirləndirilən şəxs1lə ünsiyyətdə olmamış, bu sifarişləri ona Əbülhəsən Səfərov çatdırmışdır. X23 işlərinin alınmadığını və pulları qaytarmaq lazım olduğunu bildirdikdə, onun bank hesablarında kifayət qədər pul vəsaitləri olmadığı üçün köçürülmüş pulları nağd şəkildə geri qaytarmışdır. Pulları tanışı Şahid6 vasitəsilə Əbülhəsən Səfərova çatdırmış və sonuncu da həmin pulları Təqsirləndirilən şəxs1 vermişdir. Həmin ərəfədə onun istifadəsində ***-***-**-**, ***-***-**-** və ***-***-**-** saylı mobil telefon nömrələri olmuşdur. "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC-nin adlarını əvvəllər heç vaxt eşitməmiş, həmin cəmiyyətlərin təsisçilərinin, direktorlarının və faktiki rəhbərlərinin kimlər olması barədə heç bir məlumatı olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, uzun müddətdir ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olur. "xxxx" MMC-ni 2013-cü ilin hazırda xatırlamadığı ayında təsis etmiş, həmin şirkət ərzaq məhsullarının idxalı, tədarükü və satışı ilə məşğul olmuşdur. Şirkət yarandığı vaxtdan az müddət sonra uzun müddət tanıdığı və etibar etdiyi Şahid3 şirkətin direktoru vəzifəsinə təyin etmiş, 2016-cı ilin aprel ayında isə maliyyə şöbəsinin rəisi vəzifəsinə Nümayəndə işə qəbul etmişdir. 2016-cı ilin təxminən sentyabr ayında o, 2008-2009-cu illərdə tanış olduğu Təqsirləndirilən şəxs1 ilə Xətai rayonunda fəaliyyət göstərən “Babək Plaza” adlı binada təsadüfən görüşmüş, söhbət əsnasında Təqsirləndirilən şəxs1 ona təchizat məsələləri ilə məşğul olduğunu və onun təsisçisi olduğu “X5” MMC-nin neft sənayesində tikinti quraşdırma işlərini həyata keçirən “Azfen” şirkəti ilə əməkdaşlıq etdiyini və sonuncu şirkətin sifariş verdiyi şirkətlərin siyahısında olduğunu bildirmişdir. O, tam sərbəst və özünə güvənli danışdığından onun söhbəti maraq yaratmış və onunla ayrıca olaraq "xxxx" şirkətinin ünvan 7 ünvanında yerləşən ofisində görüş təyin etmişdir. Az müddətdən sonra o, "xxxx" MMC-nin yerləşdiyi ofisə gəlib, özü ilə gətirdiyi sənədləri ona və şirkətin direktoru Şahid3 göstərmiş, onun təqdim etdiyi sənədlərə baxdıqda onun həqiqətən də “Azfen” şirkətindən sifariş qəbul etdiyini görmüş, bu da onda Təqsirləndirilən şəxs1 tam olaraq inam yaratmışdır. Sonra aralarında olan qarşılıqlı razılaşmaya görə Ramili əmək müqaviləsi əsasında "xxxx" şirkətinə təchizatçı vəzifəsinə qəbul etmişdir. Belə ki, Ramilin sözlərinə görə o, "xxxx" şirkətini də Azfen şirkətinin sifariş olunan təşkilatların siyahısına salacaqdı. Təsisçisi olduğu şirkət “Azfen”lə özü sərbəst əməliyyatlar aparacağını, həmin ərəfələrdə Təqsirləndirilən şəxs1 “Azfen” şirkəti ilə əməkdaşlığın yüksək gəlir gətirəcəyi barədə etdiyi söhbətləri ilə onu şirinikləşdirdiyindən və daha artıq məbləğdə sərmayənin yatırılması zərurətini bildirdiyindən o, qərara almışdır ki, bu işləri "xxxx" MMC-dən ayırmaqla ayrıca şirkət təsis edib sərmayəni ora yatırsın. Bu məqsədlə o, əlavə sərmayə cəlb etmək məqsədi ilə iş adamı Şahid2 və Təqsirləndirilən şəxs1 iştirakı ilə görüşmüş, Şahid2la arasında etibarlı münasibətin yaranması üçün ortaq tanışı Şahid4, Şahid2 yanında şifahi formada özünün etibarlı adam olmağı barədə zamin olmuşdur. Belə ki, Şahid2la münasibətlər yaranmamışdan əvvəl Təqsirləndirilən şəxs1lə Şahid4 görüşmüş, sonuncu Ramilin təklifini və təqdim etdiyi sənədləri öyrəndikdən sonra Təqsirləndirilən şəxs1 yaxşı təklif verdiyini və bu işə qoşulmağın perspektivli olmasını ona bildirmişdir. Həmin ərəfələrdə Təqsirləndirilən şəxs1 istədiyi həcmdə işlərin görülməsi üçün sərmayəsi olmadığından Şahid4 əlavə sərmayənin cəlb olunması barədə onun razılığını istəmiş, o da ona öz razılığını bildirmişdir. Daha sonra 2017-ci ilin yanvar fevral aylarında Şahid4 Şahid2 bu işə sərmayə qoymaq fikrində olduğunu bildirmiş, bu məqsədlə yuxarıda göstərdiyi kimi, həmin ərəfələrdə Şahid2, atası Fərəməz Məmmədov, Təqsirləndirilən şəxs1 və Şahid4 iştirakı ilə "xxxx" şirkətinin ünvan 7 ünvanında yerləşən ofisində görüşmüşlər. Görüş zaman yeni şirkətin yaradılması, həmin şirkətə bərabər paylarla ikisi, yəni həm onun, həm də Şahid2 tərəfindən birlikdə təxminən 1 000 000 manata yaxın sərmayənin qoyulması qərarına gəlinmişlər. İlkin razılaşmaya görə ilkin sərmayəni Şahid2 qoymalı olmuş, razılaşdıqdan sonra 02 mart 2017-ci il tarixdə bərabər paylarla o, Şahid2la birgə Zərərçəkmiş şəxs MMC şirkətini təsis etmiş və şirkətin direktoru kimi Nümayəndə təyin etmişdir. Şirkət təsis olunduqdan sonra Təqsirləndirilən şəxs1 “X41” MMC şirkətini BP-nin podratçıları olan "xxxx" və “Azfen” şirkətinin sifarişlərini yerinə yetirən şirkət kimi təqdim edərək onunla müqavilə bağlanmasını təklif etmişdir. Belə ki, Zərərçəkmiş şəxs MMC şirkəti “X41” MMC şirkətinə "xxxx" və “Azfen” şirkətindən daxil olmuş sifarişləri yerinə yetirməli və bu məqsədlə Zərərçəkmiş şəxs MMC şirkəti ilə “X41” MMC şirkəti arasında 17 mart 2017-ci il tarixdə “Alqı-Satqı” müqaviləsi bağlanmışdır. Bundan başqa Təqsirləndirilən şəxs1 sonuncu şirkətin məsul işçisi kimi departament direktoru vəzifəsində işləyən X15 təqdim etmiş, həmin ərəfələrdə sərmayəni Şahid2 yatırdığından və başı "xxxx" MMC-nin maliyyə məsələlərinə qarışdığından növbəti iki ayda yəni, aprel-may aylarında mütəmadi olaraq Nümayəndə işlər barədə məlumat alsa da, Elvin Əliyevlə və Təqsirləndirilən şəxs1 təqdim etdiyi digər şəxslərlə görüşməmişdir. Lakin Nümayəndə ona məlumat vermişdir ki, Təqsirləndirilən şəxs1 Elvin Əliyevin şirkətə verdiyi sifariş siyahısında olan malların alınması məqsədi ilə “Dərnəgül Bazarı” deyilən ərazidə metal boruların satışını təşkil edən Təqsirləndirilən şəxs3 təqdim etmişdir. Bundan sonra sonuncunun göstərdiyi hazırda adlarını xatırlamadığı şirkətlərə Şahid2 sərmayə etdiyi pullar rəsmi olaraq banklar vasitəsi ilə köçürülmüş və pullar köçürüldükdə sonra alınmış mallar barədə Təqsirləndirilən şəxs1 tərəfindən qaimələr tərtib olunmuş və şirkətə təqdim edilmişdir. 2017-ci ilin iyun ayında Nümayəndə ona Təqsirləndirilən şəxs1 təqdim etdiyi, mal alıb satdıqları “X41” MMC-nin ödənişləri gecikdirməsi barədə məlumat verdikdən sonra o, Təqsirləndirilən şəxs1lə həmin ərəfələrdə “Babək Plaza”-da görüşmüş, ödənişlərin nəyə görə gecikdiyini soruşduqda sonuncu bildirmişdir ki, ödənişlər sifarişlər edildikdə 60 gün sonra ödəniləcəkdir. Bundan başqa həmin ərəfələrdə “BP” şirkəti tərəfindən “Azfen” şirkətinə ödənişlərin gecikdirildiyini, buna görə ödəniş müddətlərinin uzandığını bildirmişdir. O isə, Zərərçəkmiş şəxs şirkətə ödənişlərin gecikdirilmə səbəblərini başa düşdüyünü bildirmiş, lakin onun yalan danışmasından şübhələnmişdir. Buna görə Təqsirləndirilən şəxs1 getdikdən sonra o, sonuncudan şübhələnməyi barədə Şahid3 bildirib Ramili izləməyinə tapşırıq vermişdir. Az müddətdən sonra təxminən iyul ayının əvvəllərində Şahid3 və Nümayəndə ona Ramilin istifadəsində olan mobil nömrələrə zəng çatmaması barədə məlumat vermiş, o da onlara Ramili tapmaları barədə göstəriş vermişdir. Bir neçə gün ərzində ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs1 kirayə qaldığı evdən çıxmış və Azərbaycan Respublikası hüdudlarını tərk etmişdir. Sonrakı günlərdə o, İlhamə, Təranə, Əsəd, Ziya ilə birlikdə Ramilin təqdim etdiyi Elvin Əliyevlə və Təqsirləndirilən şəxs3la görüşmüş, söhbət əsnasında Təqsirləndirilən şəxs3 ona bildirmişdir ki, Ramilin göstərişi ilə Zərərçəkmiş şəxs şirkətindən pullar qanunsuz olaraq nağdılaşdırılma işi ilə məşğul olan şirkətlərə köçürülmüş, pullar çıxarılmış, həmin pulların 1 faizini özünə götürmüş, 9 faizi işi görən şirkət sahiblərinə qalmış, yerdə qalan pulları Ramilə vermişdir. Elvin Əliyev isə Təqsirləndirilən şəxs1 onu da aldatdığını, sonuncunun əməllərindən xəbərsiz olduğunu, şirkətə Ramilin təlimatı əsasında yalan danışdığını, bunun müqabilində Ramilin ona 1800 manat ödəyəcəyinə söz vermiş, lakin bunu ödəməmiş. Həmin ərəfələrdə apardığı danışıqlardan Ramilin onun, Şahid2 və digər ona yaxın şəxslərin etibarını qazanmaqla onları aldatdığını və külli miqdarda pulları mənimsədiyinə tam əmin olmuşdur. Buna görə də az müddətdən sonra Nümayəndə ərizə ilə hüquq mühafizə orqanlarına müraciət etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, 09 fevral 2016cı il tarixindən hal-hazırkı dövrə qədər "xxxx" MMC-də direktor vəzifəsində işləmişdir. Rəhbərlik etdiyi müəssisənin əsas fəaliyyəti mülki dövriyyəsi qadağan edilməmiş məhsulların Azərbaycan Respublikasında topdan satışını həyata keçirtmək olmuşdur. 2016-cı ilin oktyabr ayında Təqsirləndirilən şəxs1 rəhbərlik etdiyi müəssisənin ofisinə gələrək onlarla əməkdaşlıq etmək istədiyini, həmçinin özünün təsisçisi olduğu şirkətlərin BP şirkətinin podratçıları olan və Azərbaycanda neft və qaz sektorunda fəaliyyət göstərən AZFEN və NOBEL OİL kimi şirkətlərə malların və avadanlıqların təchizatında iştirak edən şirkətlərin siyahısında olduğunu bildirmişdir. Sadəcə əlində lazımi miqdarda maliyyə vəsaiti olmadığı üçün həmin təchizatlarla bağlı müvafiq sifarişlərin təchiz edilməsi üçün onlarla edəcəyi əməkdaşlığın hər iki tərəfə yetərli miqdarda mənfəət əldə ediləcəyini onlara bildirmişdir. Daha sonra Ramilin təchizat sahəsində onlara köməklik etməsi üçün onu əvvəlcə "xxxx" MMC-də işə götürülmüşdür. Sonradan "xxxx" MMC-nin təsisçisi Şahid1 tərəfindən neft və qaz sektorunun təchizat prosesində biznes fəaliyyətinin daha da genişləndirilməsi, bu sektorda işləyən böyük şirkətlərə material və avadanlıq təchizinin daha da artırılması təşəbbüsü ilə 2017-ci ilin fevral ayının sonlarında Zərərçəkmiş şəxs MMC-ni təsis etmək qərarına gəlmiş və 02 mart 2017-ci il tarixində Zərərçəkmiş şəxs MMC dövlət qeydiyyatına alınmışdır. Həmçinin Zərərçəkmiş şəxs MMC-ni təsis etməkdə əsas məqsəd rəhbərlik etdiyi "xxxx" MMC-nin banklara olan kredit borclarına və digər kreditor borclarına görə müəssisənin hesablaşma hesabına mədaxil ediləcək vəsaitin banklar tərəfindən silinməsinin qarşısının alınması və eyni şirkətlər qrupuna daxil olan və neft və qaz sektorunda fəaliyyət göstərən şirkətlərə malların və avadanlığın təchiz edilməsinin yeni bir müəssisə vasitəsilə aparılması olmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs1 ilə əməkdaşlıq etməyə başladıqları dövrdən 2-3 ay sonra Təqsirləndirilən şəxs1 onlara BP Şirkətinin podratçısı olan NOBEL OİL Şirkətinin də təchizat sisteminə daxil olan şirkətlər siyahısına düşmək məqsədi ilə onlarla "xxxx" Şirkətinin törəmə müəssisəsi kimi təqdim edilən “X41” MMC-nin rəhbərliyi arasında görüş təşkil etmişdir. Onlarla görüş zamanı X25 özünün “X41” MMC-nin səlahiyyətlisi olduğunu bildirməklə yanaşı, həmçinin “X41” MMC-nin NOBEL OİL şirkəti ilə əlaqəli bir şirkət olduğunu, özünün NOBEL OİL Şirkətinin təchizat işlərinə baxdığını onlara bildirmişdir. X25 ilə o, əvvəllər də onun tabeliyində olmaqla "xxxx" MMC-də birlikdə işləmiş, bu xüsusat onun həmin şəxsə inanmağına və gələcəkdə də onun rəhbərlik etdiyi şirkətlə həmin şəxsin özünü səlahiyyətlisi kimi təqdim etdiyi “X41” MMC arasında əməkdaşlığın davam etdiriləcəyinə olan inamını gücləndirmişdir. Zərərçəkmiş şəxs MMC tərəfindən Təqsirləndirilən şəxs1 ilə 05 aprel 2017-ci il tarixində müvafiq qaydada əmək müqaviləsi bağlanılmış, adı qeyd edilən şəxs Cəmiyyətdə təchizat departamentinin müdiri vəzifəsinə təyin edilmiş, həmin şəxslə bağlı bütün əmək münasibətləri müvafiq qaydada rəsmiləşdirilmişdir. Hər nə qədər Təqsirləndirilən şəxs1 onun rəhbərlik etdiyi müəssisədən ayrılaraq şirkətlər qrupuna daxil olan digər müəssisədə əmək fəaliyyətinə başlasa da, həmin şəxslə əlaqələri davam etmişdir. Sonradan Təqsirləndirilən şəxs1 onları tanış etdiyi “X41” MMC-nin pulları ödəməməsi səbəbindən onu axtardıqda, yəni təxminən 2017-ci ilin iyul ayında Ramilin mobil telefonuna zəng çatmamış, sonra isə onun ailəsi ilə birlikdə Azərbaycan Respublikasının hüdudlarını tərk etdiyini öyrənmişdir. Məhkəmədə ifadəsi elan olunmuş Şahid2 ifadəsində göstərmişdir ki, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Şahid4 2017-ci ilin fevral ayında tanımış, onunla qonşu olmuşdur. 2017-ci ilin fevral ayında sonuncu ilə görüşdükdə tanış şirkətinin olduğunu, sadəcə olaraq maliyyə sıxıntılarının olduğunu, böyük layihələr üzərində işlədiklərini və yaxşı pul qazanmaq imkanının olduğunu bildirmişdir. Ziyanın təklifinə görə onlar böyük neft şirkətlərinə neft avadanlıqlarının və inşaat materiallarının alınıb çatdırılması ilə məşğul olacaqdırlar. Təklifə görə o, 2017-ci ilin may ayına qədər şirkətə 450-500 min manat pul köçürtməli olmuş və pulları əvvəlcə "xxxx" MMC-ə köçürülməli olmuş, sonradan isə yeni Zərərçəkmiş şəxs MMC yaranmış və o, həmçinin Ziyanın dostu olan, "xxxx" MMC-nin təsisçisi Şahid1 həmin şirkətin təsisçisi, "xxxx" MMC-nin işçisi olan Nümayəndə direktor, Təqsirləndirilən şəxs1 isə bu sahədə xüsusi bilikləri olduğu üçün təchizat departamentinin müdiri olmuşdur. İlk yatırdığı pul 15.03.2017-ci ildə baş vermiş, 60120 manat məbləğində pulu MMC-nin bank hesabına köçürmüş, Zərərçəkmiş şəxs MMC isə həmin məbləği əməkdaşlıq etməli olduqları “X41” MMC-nin sifarişi əsasında mal almaq üçün "xxxx" MMCnin hesabına köçürmüşdür. Hələ ilkin yatırımı etməmişdən Zərərçəkmiş şəxs MMC-nin işçiləri ilə tanış olmuş, bundan sonra sağlam kollektiv təəssüratı bağışladıqları üçün onlarla birlikdə işləyərək yatırım etmək qərarına gəlmişdir. Ümumi söhbətlər ilə ona aydın olmuşdur ki, bu sahədə təcrübəsi olan Təqsirləndirilən şəxs1 bütün alqı-satqı prosesində iştirak etməklə malların alınması və təhvil verilməsini təşkil edəcəkdir. Bundan sonra Zərərçəkmiş şəxs şirkətinin hesabına 30.03.2017-ci ildə 58200 manat pul köçürmüş, həmin pul "xxxx" MMC şirkətinin hesabına köçürülmüşdür. 12.04.2017-ci il tarixdə əlavə 82250 manat pulu Zərərçəkmiş şəxs MMC-nin hesabına köçürmüş və həmin pulla müqavilə bağlanmış "xxxx" MMC, "xxxx" MMC, “X43” MMC, "xxxx" MMC şirkətlərinə ödəniş edilmişdir. 13.04.2017-ci il tarixdə 3500 manat, 26.04.2017-ci il tarixdə 68000 manat, 10.05.2017-ci ildə 19900 manat, 11.05.2017-ci il tarixdə isə 127000 manat, 17.05.2017-ci il tarixdə 3000 manat, 19.05.2017-ci il tarixdə 17000 manat pulu şirkətin bank hesabına köçürmüş və həmin pullarla da müxtəlif şirkətlərə ödənişlər edilmişdir. Ümumi olaraq qısa müddət ərzində Zərərçəkmiş şəxs şirkətinin hesabına 444816 manat pul köçürtmüş, həmçinin şirkətin yaradılması və işləməsi üçün əlavə 6000 manat xərc etmişdir. Sonra Ziya ondan 60000 manat da verməli olduğunu bildirdikdə verdiyi pulları alıb gəlir qazandıqdan sonra əlavə ödəniş edəcəyini və qalan pulları Şahid1 verməli olduğunu bildirmişdir. Bu müddət ərzində dəfələrlə Zərərçəkmiş şəxs şirkətinin işçiləri Təqsirləndirilən şəxs1 və Nümayəndə ilə görüşmüş və hər dəfəsində ona işlərin qaydasında olması bildirilmiş, qazancın 60 gündən sonra götürəcəkləri deyilmiş, lakin 60 gün keçdikdən sonra heç bir ödəniş olmamışdır. O, isə Şahid1 və Nümayəndə Təqsirləndirilən şəxs1 pulları mənimsəməklə ölkədən qaçmasını və sonuncuların hüquqmühafizə orqanlarına şikayət etdiklərini öyrənmişdir. Lakin o, Təqsirləndirilən şəxs1 bu cinayət əməlini tək törətməsinə inanmadığını, onun şirkətin direktoru Nümayəndə ilə əlbir olduğunu düşündüyünü, əlavə olaraq dəfələrlə sonunculara “X41” MMC-nin nümayəndəsi Elvin Əliyevlə onu görüşdürmələrini istədiyini bildirməyinə baxmayaraq müxtəlif bəhanələrlə onu sonuncu ilə görüşdürməmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Şahid1 2000ci ildən, vaxtilə Mərkəzi Bankda birlikdə çalışdıqları dövrdən tanımışdır. Şahid1 özəl biznes qurmaq üçün işdən ayrıldıqdan sonra da əlaqələri davam etmiş və dərin dostluq münasibətləri saxlanmışdır. Şahid1 olan yaxın münasibətləri onun müəssisələrinin rəhbərləri ilə də tanışlığına şərait yaratmış, həmçinin öz təcrübə və biliklərini onlara müəyyən epizodik hallarda bölüşmüşdür. 2016-cı ilin noyabr ayında Şahid1 sahibi olduğu və ticarətlə məşğul olduğu müəssisənin rəhbər və aparıcı şəxsləri – Şahid3, Nümayəndə və bir qədər sonra Təqsirləndirilən şəxs1lə tanış olmuşdur. Müəssisə həmin dövrdə neft və qaz sektorunda fəaliyyət göstərən iri şirkətlərin təchizat sisteminə daxil olmağa çalışmış və bu məqsədlə təchizat zəncirində çalışan şirkətlərlə alqı-satqı əməliyyatları aparmışdır. Görüşlərin birində Təqsirləndirilən şəxs1 bu sahədə çalışan iri şirkətlərlə yaxşı əlaqələrinin olduğunu, bu sahədə 4 illik təcrübəyə malik olduğunu və vəsait qoyularsa yaxşı gəlir əldə etmək imkanı verən ticarət dövriyyəsi yarada biləcəyi haqqında təqdimat etmişdir. Neft və qaz sektorunun nəhəngi olan “BP” şirkətinin 3 milyard dollar illik kapital və əməliyyat xərclərinə malik olduğu, onun təchizat üçün yerli şirkətlərə də üstünlük verdiyini bildirmişdir. Təqsirləndirilən şəxs1 gətirdiyi məntiqi və inandırıcı arqumentləri müəssisənin rəhbərliyi bu sektorda daha ixtisaslı fəaliyyət göstərmək üçün yeni bir şirkət – Zərərçəkmiş şəxs MMC-ni təsis etməyə və ora vəsaiti artırmağa motivasiya etmişdi. Təqsirləndirilən şəxs1 o dövrdə təchizat sahəsində təcrübəli, yüksək mühəndislik biliklərinə malik şəxs kimi tanınmaqla bərabər, həm də hamının etibarını qazanmışdı. Bu səbəbdən yeni təsis edilən şirkətdə ona yüksək məsul vəzifə verilmiş və o, müştəri şirkətləri cəlb etmək və onların sifariş etdiyi malları tapıb onlara göndərilməsinə məsul edilmişdir. Təqsirləndirilən şəxs1 şəxsi əlaqələri hesabına sözü gedən sektorda fəaliyyət göstərən bir neçə sağlam şirkətləri müştəri kimi cəlb etmiş və Zərərçəkmiş şəxs MMC ilə əlaqələr qurmuşdu. 2017-ci ilin mart ayında Zərərçəkmiş şəxs MMC-nin direktoru İlhamə xanım ona "xxxx" şirkətinin məsul şəxsi ilə görüş planlaşdırıldığını, həmin görüşün Təqsirləndirilən şəxs1 tərəfindən təşkil olunduğunu və həmin görüşdə iştirak edib onlarla fikrini bölüşməyi xahiş etmişdir. Təqsirləndirilən şəxs1 "xxxx" şirkətinə şəxsi əlaqələri vasitəsilə getdiyini, orada Zərərçəkmiş şəxs MMC barədə təqdimat etdiyini və onlar tərəfindən bəyənildiyini, bu səbəbdən də "xxxx" şirkətinin təchizat departamentinin rəhbərini şirkətlə tanışlıq üçün məsul edildiyini bildirmişdi. Həmin görüşdə Şahid3, Nümayəndə, Təqsirləndirilən şəxs1 ilə birlikdə iştirak etmişdir. Həmin görüşdə ilk dəfə gördüyü Elvin Əliyev görüş otağına yaxınlaşdıqda Şahid3 ilə tanış olduğunu, əvvəllər birlikdə çalışdıqlarını, ona yüksək hörməti olduğunu bildirmişdir. Həmin görüşdə Elvin Əliyev özünü "xxxx" şirkətinin təchizat işlərinə rəhbərlik etdiyini, “BP”, “Azfen”, “Standart Oil” və “Socar” şirkətlərinin əksər layihələrində iştirak etdiklərini bildirmişdir. Elvin Əliyev "xxxx" şirkətinin “BP” şirkəti ilə əməkdaşlıq etməsini, həmin şirkətin sifarişlərini alması üçün “X41” MMC-ni yaratdığını və onun da həmin şirkəti təmsil etdiyini bildirmişdir. Elvin Əliyev “BP”-dən böyük sifarişlər alındığını və əgər Zərərçəkmiş şəxs MMC arzu edərsə, bu şirkətə hər biri minimum 150 min dollar dəyərində olan sifarişlər verməyə hazır olduğunu bildirmişdir. Həmçinin əlavə etmişdir ki, Zərərçəkmiş şəxs şirkətinə sifariş vermələrində əsas amil onun Şahid3 olan hörmətidir. O dövrdə Zərərçəkmiş şəxs MMC sektorda çalışan daha iri şirkətlərin təchizatçı siyahısına düşmək üçün “Keyfiyyətin idarə olunması” sertifikatını almağa çalışmışdır. Bu sahədə təcrübəsi böyük olduğu və onu almaq üçün İlhama xanıma kömək məqsədi ilə həftədə bir-iki dəfə axşam saatlarında onların ofisinə getdiyindən şirkətin iş prosesi ilə tanış olmuşdur. Təqsirləndirilən şəxs1 də daxil olmaqla bütün orada işləyənlər Şirkətin inkişafı üçün çalışdıqlarının, hətta Təqsirləndirilən şəxs1 şirkətin veb-səhifəsi üzərində gərgin çalışdığının şahidi olmuşdur. Odur ki, Təqsirləndirilən şəxs1 şirkətin sahibinin və rəhbərinin etibarından istifadə edərək böyük bir maliyyə fırıldağını qurduğunu və ora bir neçə nəfəri, o cümlədən Elvin Əliyevi cəlb edəcəyi variantı o dövrdə qətiyyən ağla gələn bir şey olmamışdır. İyul ayının əvvəllərində Elvin Əliyev ona zəng edərək görüşmək istədiyini və bunun Zərərçəkmiş şəxs MMC ilə əlaqəsi olmadığını bildirdi. Onunla “Mariott Abşeron” hotelində axşam saat 6-da görüş təyin etmiş, görüşdə sonuncu ona Təqsirləndirilən şəxs1 ölkədən qaçdığını və onu da, şirkəti də aldatdığını, “X41” MMC-nin "xxxx" ilə heç bir əlaqəsinin olmadığını, Təqsirləndirilən şəxs1 öz şirkətinin olduğunu bildirmişdir. Elvin Əliyevə bu barədə nə səbəbə şirkətə gələrək yalan danışmasını soruşmuş və şirkətin sahibi ilə görüşməli olduqlarını demişdir. Bundan sonra o, Şahid1 zəng etmiş və bu barədə bildirməklə həmin yerdə görüşmək barədə razılaşmışlar. Bir neçə saat sonra Şahid1, Nümayəndə və Rafiq Hacıyevin dostu olan vəkil Asəflə birlikdə orada təkrar görüşmüş, orada Elvin Əliyev onlara hər şeyi etiraf etmiş və Təqsirləndirilən şəxs1 onu da aldadaraq təlimatlandırdığını, “X41” MMC-nin əslində Təqsirləndirilən şəxs1 məxsus olduğunu, onu sınaq müddəti ilə işə götürdüyünü, həmin müddət ərzində ona hər ay 1800 manat maaş verəcəyini bildirərək qeyd olunan müddət ərzində hissə-hissə olmaqla ümumilikdə 1800 manat verdiyini, Təqsirləndirilən şəxs1 onu Zərərçəkmiş şəxs MMC-ə gələrək özünü necə təqdim edəcəyi, nə söyləyəcəyi barədə təlimatlandırdığını, həmçinin görüşdə daha inandırıcı görünmək üçün bu sahədə xeyli əlavə məlumat topladığını, tamamilə Ramilin təlimatı ilə hərəkət etdiyini, nə mal, nə də maliyyə sənədləri görmədiyini bildirmişdir. Əlavə olaraq İhama Hacıyevanın onunla əlaqə saxladığı zaman malların götürülməsi barədə bildirməsi və sonuncuya təşəkkür etməsi barədə dediklərində Ramilin tapşırığı ilə belə etdiyini, Ramilin əvvəlcədən “X41” MMC-nin ona məxsus olması, Zərərçəkmiş şəxs MMC-dən aldığı malları “AzFen” şirkətinə satdığını və oradan əlavə özü üçün gəlir qazandığını bildirdiyini, lakin alınıb-satılan malları, onlarla bağlı sənədləri gözü ilə heç vaxt görmədiyini demişdir. İlhama Hacıyeva həmin zaman “X41” MMC-ə “satmaq” üçün sifariş” edilən dəmir məmulatlarını “Hacı” deyilən Əbdülhəsən adlı şəxsin sahibi olduğu müəssisələrdən aldıqlarını, belə ki, həmin malları bazarda ən aşağı qiymətə Əbdülhəsənin satdığını bildirmişdir. Bundan sonra onlar “Hacı” deyə çağırdıqları Təqsirləndirilən şəxs3la görüşmüş, görüşdə sonuncu səmimi olmamış, lakin Ramilin ona bir neçə dəfə məhsul qiymətləndirməsi üçün müraciət etməsini təsdiq edərək ondan son 7- 8 ayda cəmi 7-8 min manatlıq məhsul aldığını, ondan 500000 (beş yüz min) manatlıq məhsul almadığını bildirmişdir. Sonra bir daha sonuncu ilə görüşdükləri zaman Nümayəndə maraqlandığını və Təqsirləndirilən şəxs1 ümumiyyətlə mal almadığını, Əbdülhəsənin köməkliyi ilə sonuncunun onlarla tanış etdiyi Cavidin şirkəti ilə nağdılaşdırdığını bildirmiş, Əbdülhəsən də bundan sonra nağdılaşdırılmış puldan 3%-ni özünə götürdüyünü, qalan hissəsindən bir qismini nağdılaşdıran şəxslərə, qalanını isə Ramilə verdiyini demişdir. Həmçinin ondan da hüquq-mühafizə orqanlarına müraciət etməmələrini və müəyyən vaxt içərisində Ramili tapacağını və pulları ödətdirəcəyini bildirmişdir. Lakin bundan sonra Zərərçəkmiş şəxs MMC müvafiq sənədlərlə şikayət ərizəsi hazırlayaraq hüquq-mühafizə orqanlarına müraciət etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində tornaçı kimi fəaliyyət göstərdiyini, Təqsirləndirilən şəxs1 5-7 il əvvəl müştəri kimi tanıdığını onun sifarişləri əsasında işlər gördüyünü. 2016-cı ildə Bakı şəhəri Nərimanov rayonu “Kia Motors” servisinin yaxınlığında icarəyə yer götürdükdən sonra təsadüfən Təqsirləndirilən şəxs1lə yenidən gördüyünü, Ramilin neft şirkətləri ilə layihəsi olduğundan ona metal tor lazım olmasını demişdir. Ramilin təklifi ilə əlaqədar tanıdığı şəxsin sifarişini 2800 manat müqabilində icra edə biləcəyini bildirdikdən sonra ondan 800 manat beh almış, sifarişi icra etdikdən sonra qalan 2000 manat pulu isə ala bilməmişdir. 2017-ci ilin əvvəllərində Ramilin neft şirkətləri ilə münasibətləri olmasını deyib onun adına şirkət yaradıb tikinti işləri, neft avadanlıqlarının alqı-satqısı ilə məşğul olmağı təklif etmişdir. Ramillə razılaşıb qısa zaman sonra Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən “Nizami” metro stansiyasından bir qədər aşağıda yerləşən, 5 saylı notariat kontorunda ona etibarnamə vermişdir. Ramilin onun adına rəsmiləşdirilmiş, lakin adını belə bilmədiyi şirkət yaradaraq sənədləri, ştamp və möhürünü özündə saxlamışdır. Ramil müxtəlif vaxtlarda ona sənədlər təqdim edərək həmin sənədləri imzalamaq lazım olmasını və tezliklə ona pul verəcəyini demişdir. O, da ona inanıb Ramilin təqdim etdiyi sənədləri oxumadan imza etdiyini, Ramil işlədiyi dövr ərzində ona hər hansı məbləğdə pul verməmişdir. 2017-ci ilin yaz fəslinin sonu, yay fəslinin əvvəllərində Ramil telefon zənglərinə cavab verməmiş, sonra Abdulla adlı şəxs Təqsirləndirilən şəxs1 yanında işləmiş şəxsin onu Ramilin işlədiyi Zərərçəkmiş şəxs MMCyə dəvət etdiyini, oraya getdiyi zaman bir neçə nəfər şəxslə görüşdüyünü, İlhamə adlı xanımın Ramilin onları aldatmasını, onların şirkətindən külli miqdarda pul talamasını onun adına şirkət açmasını və Azərbaycan Respublikası sərhədini tərk etməsini göstərmişdir. Onun Ramilin əməllərindən heç bir məlumatı olmamış, Ramilin adına açdığı şirkətin adının "xxxx" MMC olmasını İlhamə xanımdan öyrənmişdir. İstintaq zamanı adına qeyd olunan müqavilələrin bir hissəsi ona təqdim edilmiş, lakin imzaların ona aid olmamışdır. İmzaların əksəriyyətini Təqsirləndirilən şəxs1 icra etmiş, "xxxx" MMC-in hesabından heç vaxt pul nağdılaşdırмаmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, X11 ilə tanış olmuş, adlarının eyni olduğu üçün bir qədər münasibətləri yaranmış, Cavidin pul işləri ilə məşğul olduğunu öyrənmişdir. Cavidlə yaranmış münasibətlərinə görə ona 2017-ci ilin əvvəllərində iki ya üç dəfə “Hacı” deyərək adlandırdığı Əbdülhəsən adlı şəxsə pul vermək lazım olduğunu bildirmiş, o da Cavidlə olan münasibətlərinə görə onun xahişi əsasında iki ya üç dəfə bağlamada olan, miqdarını bilmədiyi pul vəsaitlərini Əbdülhəsən adlı şəxsə çatdırmışdır. Caviddən pulları haradan götürdüyünü dəqiq xatırlamasa da, içərisində pul vəsaitləri olan bağlamaları Əbdülhəsənə Bakı şəhəri Nəsimi rayonu 3-cü mikrorayonun dairəsi adlandırılan yerdə vermişdir. Əbdülhəsənin hazırda xatırlamadığı mobil telefon nömrəsinə öz istifadəsində olan səhv etmirsə ********** saylı mobil telefon nömrəsi ilə zəng edərək qeyd olunan yerdə görüşməklə bağlamaları Əbdülhəsənin özünə vermişdir. Pul vəsaitləri ona bağlamada verilmiş və həmin bağlamaların içərisində hansı məbləğdə pul olduğunu nə Təqsirləndirilən şəxs2 soruşmamış, nə də özü baxmamışdır. Həmin pul vəsaitlərini Təqsirləndirilən şəxs2 xahişi əsasında aralarında olan yoldaşlıq münasibətlərinə görə Əbdülhəsənə vermiş və bağlamaların daxilində pul olmasını da ona Cavid bildirmişdir. Qeyd olunan pulların nə üçün Cavid tərəfindən Əbdülhəsənə verilməsi, haradan əldə olunması və hansı məqsədlərlə sərf olunması haqqında heç bir məlumatı olmamışdır. Cavidin məşğuliyyətini, yəni pul vasitələrinin nağdılaşdırılması ilə məşğul olduğunu öyrənərək onun fəaliyyətini bəyənməmiş və onunla münasibətlərini kəsmişdir. Təqsirləndirilən şəxs1 tanımır, onunla heç bir münasibətləri olmamışdır. X3 2017-ci ilin əvvəllərində iki-üç dəfə ona içərisində pul olduğunu bildirdiyi bağlamaları Təqsirləndirilən şəxs3 verərkən həmin pul vəsaitlərinin hansı məbləğdə olmasını bilməmiş və bağlamalarda olan pullara baxmamış, onları saymamışdır. Təqsirləndirilən şəxs2 onda Bakı şəhəri Nəsimi rayonu ərazisində olan 3-cü mikrorayon dairəsi yaxınlığında yerləşən ərazidə Təqsirləndirilən şəxs3la görüşməsini və ona bilmədiyi məbləğdə pul vəsaitlərinin olduğu bağlamaları verməsini xahiş etmiş, onunla olan münasibətlərinə görə həmin pul vəsaitlərini apararaq nömrəsini götürməklə əlaqə saxladığı Təqsirləndirilən şəxs3 iki-üç dəfəyə vermişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs1 "xxxx" MMC-dən tanımış, belə ki, Təqsirləndirilən şəxs1 həmin şirkətin direktoru olmuş və o, həmin şirkətdə Təqsirləndirilən şəxs1 işçisi olmuşdur. Təxminən 2017-ci ilin əvvəllərindən Təqsirləndirilən şəxs1 təklifi ilə razılaşaraq maaşı yüksək olduğu üçün o, 4-5 ay müddətində Zərərçəkmiş şəxs MMC-də təchizat üzrə mütəxəssis vəzifəsində işləmiş və onu həmin işə MMC-nin direktoru İlhamə Quliyeva götürmüşdür. İşlədikləri müddət ərzində iki şirkətlə müqavilə bağlamaqla həmin şirkətlərə müxtəlif növ təmir-tikinti alətləri satmışlar, sifarişlərin məbləğləri isə az olmuşdur. Birinci şirkətin adı “İOSC”, ikinci şirkətin adını isə xatırlamır. İş zamanı təchizat departamentinin müdiri vəzifəsində işləyən Təqsirləndirilən şəxs1lə yalnız xidməti zərurətlə bağlı olaraq əlaqə saxlamışdır. Departamentdə Şahid8 da işləmiş və ümumiyyətlə o, və Şahid8 başqa cəmiyyətdə direktor Nümayəndə, təchizat departamentinin direktoru Təqsirləndirilən şəxs1 və bir nəfər xadimə işləmiş, ofisləri isə "xxxx" plazada yerləşmişdir. Şirkətin təsisçiləri Şahid1 və Şahid2 olmuş, lakin əvvəl cəmiyyətdə işə başladığı bir həftə və ya 10 gün müddətində o, Koroğlu Rəhimov küçəsində yerləşən "xxxx" MMC-nin yanında işləmiş, sonradan isə onlar öz ofislərinə köçmüşlər. 2017-ci ilin avqust ayının sonlarında ona və şirkətin digər işçilərinə departament müdiri olan Təqsirləndirilən şəxs1 şirkətdən külli miqdarda pul vəsaitlərini ələ keçirməsi bildirildikdən sonra, onlara əvvəlcə öz hesablarına məzuniyyətə çıxmaqları bildirilmiş, lakin sonradan isə ərizə yazaraq işdən çıxmaları və şirkətin bağlanacağı deyilmişdir. Buna görə o, və Şahid8 ərizə yazaraq işdən çıxmaq istəklərini bildirdiklərindən onların əmək müqavilələrinə xitam verilmişdir. Onların Təqsirləndirilən şəxs1 hansı şirkətlərlə müqavilə bağlayaraq satış etməsi, hansı fəaliyyətlə məşğul olması barədə məlumatları olmamış, sonuncu dəfə Təqsirləndirilən şəxs1 ofisdə təxminən 2017-ci ilin iyun ayının sonları və ya iyul ayının əvvəllərində görmüş, həmin ərəfədə də Təqsirləndirilən şəxs1 ofisdə olan kompüterini götürərək guya kompüterinin pis işlədiyi üçün onu təmirə apardığını bildirib kompüterini götürərək getmiş, bu hadisədən sonrakı tarixlərdə isə Təqsirləndirilən şəxs1 ofisə gəlməsini görməmişdir. O, X12, X20 və Şahid5 tanımır, Təqsirləndirilən şəxs1lə çox ünsiyyətdə olmasa da, iş zamanı Təqsirləndirilən şəxs1 forex, yəni birjalarla maraqlanmasının, həmçinin müxtəlif forex firmalarında yatırım etməsini özündən eşitmişdir. Təqsirləndirilən şəxs1 hansı bank hesablarında pullarının olması, o cümlədən valyuta birjalarına hansı bank hesabları vasitəsilə ödənişlər etməsi barədə isə məlumatı yoxdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs1 təxminən 2014-cü ildə sonuncunun məşğul olduğu dizayner işlərinin icrası zamanı usta fəaliyyəti ilə məşğul olduğu üçün tanımış və o, Təqsirləndirilən şəxs1 dizayn etdiyi bir sıra mənzillərdə usta kimi işləmişdir. Bundan sonra o, Təqsirləndirilən şəxs1 aid “X2” MMC firmasında işləmiş, təxminən 2017-ci ilin əvvəllərindən isə Təqsirləndirilən şəxs1 təklifi ilə maaşı yüksək olduğu üçün təxminən 4-5 ay müddətində Zərərçəkmiş şəxs MMCdə təchizat üzrə mütəxəssis vəzifəsində işləmiş və onu həmin işə MMC-nin direktoru İlhamə Quliyeva götürmüşdür. İşlədikləri müddət ərzində iki şirkətlə müqavilə bağlamaqla həmin şirkətlərə müxtəlif növ təmir-tikinti alətləri satmışlar, sifarişlərin məbləğləri isə az olmuşdur. Birinci şirkətin adı “İOSC”, ikinci şirkətin adını isə xatırlamır. İş zamanı təchizat departamentinin müdiri vəzifəsində işləyən Təqsirləndirilən şəxs1lə yalnız xidməti zərurətlə bağlı olaraq əlaqə saxlamışdır. Departamentdə Şahid7 da işləmiş və ümumiyyətlə o, və Şahid7 başqa cəmiyyətdə direktor Nümayəndə, təchizat departamentinin direktoru Təqsirləndirilən şəxs1 və bir nəfər xadimə işləmiş, ofisləri isə "xxxx" plazada yerləşmişdir. Şirkətin təsisçiləri Şahid1 və Şahid2 olmuş, lakin əvvəl cəmiyyətdə işə başladığı bir həftə və ya 10 gün müddətində o, Koroğlu Rəhimov küçəsində yerləşən "xxxx" MMC-nin yanında işləmiş, sonradan isə onlar öz ofislərinə köçmüşlər. 2017-ci ilin avqust ayının sonlarında ona və şirkətin digər işçilərinə departament müdiri olan Təqsirləndirilən şəxs1 şirkətdən külli miqdarda pul vəsaitlərini ələ keçirməsi bildirildikdən sonra, onlara əvvəlcə öz hesablarına məzuniyyətə çıxmaqları bildirilmiş, lakin sonradan isə ərizə yazaraq işdən çıxmaları və şirkətin bağlanacağı deyilmişdir. Buna görə o, və Şahid7 ərizə yazaraq işdən çıxmaq istəklərini bildirdiklərindən onların əmək müqavilələrinə xitam verilmişdir. Onların Təqsirləndirilən şəxs1 hansı şirkətlərlə müqavilə bağlayaraq satış etməsi, hansı fəaliyyətlə məşğul olması barədə məlumatları olmamış, sonuncu dəfə Təqsirləndirilən şəxs1 ofisdə təxminən 2017-ci ilin iyun ayının sonları və ya iyul ayının əvvəllərində görmüş, həmin ərəfədə də Təqsirləndirilən şəxs1 ofisdə olan kompüterini götürərək guya kompüterinin pis işlədiyi üçün onu təmirə apardığını bildirib kompüterini götürərək getmiş, bu hadisədən sonrakı tarixlərdə isə Təqsirləndirilən şəxs1 ofisə gəlməsini görməmişdir. O, X12 və X15 tanımır, Şahid5 isə tanımışdır. Belə ki, onlara elan olunmuş sifarişlərdən birində dəmir barmaqlıqlar hazırlanmalı olmuş və Ramil onu Şahid5 ilə tanış etmişdir. Həmin zaman Şahid5 qaynaq işi görən sexi olmuş və qeyd olunan sifariş Şahid5 tərəfindən yığılmışdır. O, Təqsirləndirilən şəxs1lə çox ünsiyyətdə olmasa da, iş zamanı Təqsirləndirilən şəxs1 forex, yəni birjalarla maraqlanmasının, həmçinin müxtəlif forex firmalarında yatırım etməsini özündən eşitmişdir. Təqsirləndirilən şəxs1 hansı bank hesablarında pullarının olması, o cümlədən valyuta birjalarına hansı bank hesabları vasitəsilə ödənişlər etməsi barədə isə məlumatı yoxdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərmişdir ki, 2016-cı ilin sonları, 2017-ci ilin əvvəllərində Bakı şəhərində yerləşən tikintilərdən birində fəhlə işlədiyi zaman Şahid10 ilə tanış olmuş və sonuncu onun adına şirkət açmağı, beləliklə də nağdlaşdırma əməliyyatları aparmaqla pul qazanacaqlarını bildirmiş və onu Əlisahib adlı şəxslə tanış etmişdir. Bundan sonra adına olan bir sıra şirkətlərlə nağdılaşdırma etmiş, əsasən köçürülmüş pulları "xxxx" ASC-nin 12 saylı filialında və "xxxx" ASC-nin xatırlamadığı filiallarından birində nağdılaşdırmış, götürdüyü pul vəsaitlərini ya birbaşa nağdılaşdırma üçün müraciət etmiş şəxsə, ya da Şahid10 və ya Əlisahib adlı tanışına vermişdir. Sonradan fəaliyyətlərini saxlamış və Azərbaycan Respublikası Vergilər Nazirliyinin əməkdaşları onu axtararaq tutmuş və məhkəmənin hökmü ilə 1,400,000 manat məbləğində vergiləri ödəməkdən yayındığı üçün Azərbaycan Respublikası CM-in 213.2.2ci maddəsi ilə təqsirləndirilməklə 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum edilmişdir. Bundan sonra o, ifadəsində göstərmişdir ki, "xxxx" və “X43” MMC-lərin direktoru olmuş, həmin cəmiyyətlərin adından Təqsirləndirilən şəxs1 adına verilmiş qaimə fakturalar, həmçinin "xxxx" ASC-nin 12 saylı filialına köçürülmüş 14490 manat və 14030 manat məbləğində köçürmələri bankda nağdılaşdırmaqla bu barədə tərtib olunmuş sənədləri və verilmiş 12 aprel 2017-ci il tarixli 129054 nömrəli və 125729 nömrəli çekləri imzalamış, Təqsirləndirilən şəxs1 tanımamış və heç bir zaman görməmiş, ümumiyyətlə köçürmələr üzrə müştəriləri çox zaman tanımamış, onları bir dəfə görmüş və pullarını nağdılaşdırmaqla ya birbaşa özlərinə təqdim etmiş, ya da ki, Şahid10 və ya Əlisahib vasitəsilə onlara göndərmişdir. Baş vermiş nağdılaşdırma əməliyyatlarına görə isə hər dəfə ona 40-50 manat pul ya İntiqam, ya da ki Əlisahib tərəfindən verilmişdir. Qeyd olunan köçürmələri isə bankda nağdılaşdırdıqdan sonra dəqiq olaraq kimə verdiyini xatırlamır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid10 da şahid Şahid9 ilə eyni məzmunlu ifadə verərək 14960 manat məbləğində edilmiş köçürməni nağdılaşdırdığını, lakin həmin pulları kimə verdiyini xatırlamadığını, adətən köçürməni edən şəxslərin özlərinin banka gəlməklə pulları aldıqlarını və ya pulları Əlisahibə verdiyini qeyd etdi. İş materiallarında olan 09 yanvar 2020-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs1 ondan mal almasını inkar etmişdir. Həmçinin həmin istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs3 üzünə qarşı onunla Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs3 tanış etdiyini, onları birlikdə Zərərçəkmiş şəxs MMC-ə apararaq Nümayəndə ilə tanış etdiyini, həmçinin Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs2lə tanış olmaması, birlikdə iş görməmələri və Zərərçəkmiş şəxs MMC-ə birlikdə getməmələri barədə bildirdiklərinin yalan olmasını deyərək ifadəsində bildirdiklərini təsdiq etmişdir. (Cild 02, i.v.32-34) İş materiallarında olan, 21 sentyabr 2020-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, istintaq zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs2 arasında aparılmış üzləşdirmə istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs1 ifadəsində bildirdiklərini, yəni Təqsirləndirilən şəxs2 ilə Təqsirləndirilən şəxs3 vasitəsilə tanış olduğunu, pulları nağdılaşdırmaq üçün sonuncunun faktiki rəhbərliyində olan şirkətlərə köçürəcəyi barədə onunla razılaşdığını, sonuncuya köçürəcəyi pulların cinayət yolu ilə ələ keçirəcəyi və şirkətə məxsus olan pulları nağdılaşdırdıqdan sonra ona verilməsini, şirkətin isə pullar və ya alınmış mallar barədə ondan soruşmaması üçün malların təhvil verilməsinə dair müvafiq sənədlər təşkil edəcəyini və malların ona təhvil verilməsi barədə Cavidin ona qaimə verməsini, bir neçə dəfə ona nağdılaşdırılmış pulları özünün, bəzi hallarda isə Təqsirləndirilən şəxs3 vasitəsilə çatdırdığını, Təqsirləndirilən şəxs3 köməkçiliyi ilə cinayət əməllərini törətdiyini, həmçinin Təqsirləndirilən şəxs2 xahişi və istəyi ilə onunla yalnız “Whatsapp messenger” proqramı ilə danışdığını, onunla əlaqə saxlaya bilmədikdə isə Təqsirləndirilən şəxs3la əlaqə saxlayaraq hansı hərəkətləri etməsi və hansı sözləri Zərərçəkmiş şəxs MMC-nin rəhbərliyinə deməsini bildirdiyini, nağdılaşdırılmış pul vəsaitlərinin cinayət yolu ilə nağdılaşdırılmasını bildiyi üçün Təqsirləndirilən şəxs2 ondan 10%-lə deyil, nağdılaşdırılmış pulların 15-20%-i məbləğində, sonralar 30% məbləğində pulları özünə saxlamaqla ona vermədiyini, bu qaydada Təqsirləndirilən şəxs2 nağdılaşdırılmış pullardan 85-90 min manatını özünə götürdüyünü sonuncunun üzünə qarşı bildirməklə ifadəsində dediklərini bir daha təsdiq etmişdir. (Cild 10, i.v. 164-166) İş materiallarında olan, 25 iyun 2020-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 ilə üzləşən X20 üzləşdirmə istintaq hərəkəti zamanı X44 Quliyevin bildirməsi ilə “X41” MMC-ni təmsil etməsi, həmçinin onun tapşırıqları ilə müxtəlif vaxtlarda Nümayəndə zənglərinə cavab verərək alqı-satqı müqaviləsində göstərilən malların Təqsirləndirilən şəxs1 tərəfindən guya onun təmsil etdiyi “X41” MMC-nin nümayəndələrinə verilməsi və malların qəbul edildiyini bildirməsini sonuncunun üzünə qarşı bir daha bildirməklə təsdiq etmişdir. (Cild 6, i.v. 246-249) İş materiallarında olan, 06 oktyabr 2018-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Nümayəndə X20 ilə üzləşməsi zamanı Nümayəndə Elvin Əliyevin üzünə qarşı sonuncunun “X41” MMC-ni təmsil edən şəxs kimi onların ofislərinə gəlməklə onlarla tanış olması, təmsil etdiyi şirkətin “Standart Oil”, “Azfen” və “BP” kimi nəhəng şirkətlərlə iş görməsini bildirdiyini, şirkətlər arasında alqı-satqı müqavilələri bağlandıqdan sonra hətta sifarişləri onlara vermək üçün gəlirin 10 faizinin ona verilməsini bildirməsi və bunun bazarın qanunu olduğunu deməsi, həmçinin mütəmadi olaraq köçürmələr edilməklə Təqsirləndirilən şəxs1 təqdim etdiyi şirkətlərdən malların alınması və onun təmsil etdiyi şirkətə təhvil verilməsi barədə Ramilin ona bildirmələrindən sonra onunla mobil telefon vasitəsilə əlaqə saxladığı zaman onun da “X41” MMC-nin nümayəndələrinin sifarişlər əsasında malları qəbul etdiklərini təsdiq etməsini bildirməklə ifadəsində göstərdiklərini bir daha təsdiq etmişdir. (Cild 1, i.v. 180-195 İş materiallarında olan, 29 dekabr 2019-cu il tarixli, Nümayəndə Təqsirləndirilən şəxs1 ilə üzləşməsi zamanı Nümayəndə Təqsirləndirilən şəxs1 üzünə qarşı Zərərçəkmiş şəxs MMC-nin təchizat departamentinin müdiri işlədiyi müddət ərzində onları “X41” MMCnin təmsilçisi Elvin Əliyevlə, həmçinin bazarda mal alacaqlarını bildirdiyi Təqsirləndirilən şəxs3la və Təqsirləndirilən şəxs2lə onun tanış etməsi, pulları köçürdükdən sonra Təqsirləndirilən şəxs2 aid şirkətlərdən malların alınması və “X41” MMC-nin nümayəndələrinə verməsini hər dəfə təsdiq etməsi, Təqsirləndirilən şəxs2 onunla müqavilə bağlamasından və bir dəfə də onların şirkətlərinə gəlməsindən sonra malların alınması və təhvil verilməsi, həmçinin yeni müqavilələrin bağlanması, hətta “X41” MMC ilə Zərərçəkmiş şəxs MMC arasında bağlanmış alqı-satqı müqaviləsinin belə alıcı şirkətin direktoruna imza etdirməklə Təqsirləndirilən şəxs1 ona təqdim etməsini, hər köçürmədən sonra malları təhvil alması və təhvil verməsi barədə ona məlumat verməklə bu barədə tərtib olunmuş zəruri sənədləri imzalı şəkildə ona təqdim etməsini və onun da həmin sənədləri bundan sonra təsdiq etməsini bildirməklə ifadəsində göstərdiklərini bir daha təsdiq etmişdir. (Cild 2, i.v. 8-19) İş materiallarında olan, 26 dekabr 2019-cu il tarixli üzləşdirmə protokolundan görünür ki, Şahid1 ilə Təqsirləndirilən şəxs1 arasında aparılan üzləşdirmə istintaq hərəkəti zamanı Şahid1 Təqsirləndirilən şəxs1 üzünə qarşı onları aldatması, “X41” MMC-nin nümayəndəsi kimi Elvin Əliyevlə onları Təqsirləndirilən şəxs1 tanış etməsi, sonuncu şirkətin onlarla əməkdaşlıq etmək istəməsi və nümayəndələri Elvin Əliyevin onlarla tanış olmaq istəməsini onun deməsi, “X41” MMC-nin sifarişlərini alacaqları şəxs kimi Təqsirləndirilən şəxs3 və malları alacaqları şirkətləri onlara onun təqdim və tanış etməsi, həmçinin mütəmadi olaraq malları götürməklə təhvil verməsini bildirərək bu barədə müvafiq sənədləri MMC-nin direktoruna onun təhvil verməsi və bununla da onlara qarşı aralarında olan etibardan suiistifadə etməklə cinayət əməlləri törətməsini Təqsirləndirilən şəxs1 üzünə qarşı bir daha bildirməklə ifadəsində dediklərini təsdiq etmişdir. (Cild 1, i.v. 264-273 İş materiallarında olan, 31 yanvar 2020-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Şahid5 Təqsirləndirilən şəxs1 ilə üzləşdirmə istintaq hərəkəti zamanı Şahid5 Təqsirləndirilən şəxs1 üzünə qarşı sonuncu üçün dəmir barmaqlıqlar hazırladığı zaman tanış olduğunu və sonuncunun ona borclu qaldığını, sonradan Təqsirləndirilən şəxs1 onun adına şirkət yaratmaqla işləyəcəyini və pul qazanaraq həm onun borcunu verəcəyini, həm də əlavə pullar qazanaraq ona da verəcəyini, bundan sonra onların birlikdə Azərbaycan Respublikası Vergilər Nazirliyində qeydiyyatdan keçməklə “X41” MMC-ni yaratdığını, şirkətin dairəvi möhürünü hazırlatmaqla Təqsirləndirilən şəxs1 verdiyini, “X41” MMC ilə Zərərçəkmiş şəxs MMC arasında bağlanmış müqavilədə onun imzasının olmadığını, həmin müqavilədən və aparılmış əməliyyatlardan heç bir xəbərinin olmadığını bildirməklə ifadəsində göstərdiklərini bir daha təsdiq etmişdir. (Cild 3, i.v. 31-33) İş materiallarında olan "Azercell" mobil operatorundan götürülmüş Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** və ***-***-**-**, Nümayəndə istifadəsində olmuş ***- ***-**-**, X13 istifadəsində olmuş ***-***-**-**, Təqsirləndirilən şəxs3 istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrələrindən 01 yanvar 2017-ci il tarixdən 01 avqust 2017-ci il tarixədək daxil olan danışıq məlumatlarını əks etdirən 28 fevral 2020-ci il tarixli “5047” nömrəli məktubla göndərilmiş 01 (bir) ədəd diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, baxış zamanı Təqsirləndirilən şəxs1 istifadəsində olması müəyyən edilmiş ***- ***-**-** və ***-***-**-** telefon nömrələrinə aid məlumatlarla müəyyən edilmişdir ki, ***-***- **-** saylı mobil telefon nömrəsi 30.10.2006-cı il tarixdən deaktivdir və nömrənin müqaviləsinə xitam verilmişdir. ***-***-**-** saylı mobil telefon nömrəsi isə Təqsirləndirilən şəxs1 adına qeydiyyata alınmış və 06.02.2018-ci il tarixdən deaktivdir. Müəyyən edilmişdir ki, 10.01.2017-ci il tarixdə “İnstaforex” adlı beynəlxalq broker “web-səhifə”sində qeydiyyatdan keçmiş və ona “İnstaForex privetstvuet Vas! Schet: 9181226. Parol: Ykculo1980. PİN-kod: 321084.” məzmunlu mesaj gəlmişdir. Bundan başqa həmin tarixdə “alpari.com” adlı beynəlxalq broker “web-səhifə”sində qeydiyyatdan keçmiş, həmin saytda olan hesabına 50 ABŞ dollarına qədər məbləğdə pul vəsaitləri yatırmaqla çəkmişdir. 26.01.2017-ci il tarixdə həmin saytda olan hesabına 1950 ABŞ dolları, 27.01.2017-ci il tarixdə isə 11620, 34303, 49018, 14683 və 19588 ABŞ dolları məbləğində pullar yatırmaqla həmin tarixdə 63100, 64010, 68855 ABŞ dolları məbləğində pul vəsaitlərini geri çəkmişdir. Bundan başqa X13 istifadəsində olması müəyyən edilən +99***-***-**-** saylı mobil telefon nömrəsi ilə mütəmadi olaraq danışaraq Elvin Əliyevin ofisə getdiyi zaman Şahid4 tərəfindən onun təmsil etdiyi firmanın rəhbərliyi və üzvləri barədə suallardan yayınmasını, Nümayəndə ilə əlaqə saxlayaraq ona malların götürülməsini və ya malların götürülməsi üçün avtomobillərin hazır olmasını, ödənişlərin ediləcəyinə dair vədlər verilməsi, Elvin Əliyevin ödənişlərin keçməsi barədə verdiyi suallara müsbət cavab verərək onu arxayın salması və narahat olmaması barədə bildirməsi müəyyən edilmişdir. Həmin SMS-lərdən iş üçün əhəmiyyət kəsb edənlərinin mətnləri cinayət işi materiallarına əlavə olunmuşdur. Bundan başqa baxış zamanı müəyyən edilmişdir ki, Nümayəndə mütəmadi olaraq Elvin Əliyevin istifadəsində ********** saylı mobil telefon nömrəsi ilə danışmış, lakin 2017-ci ilin iyun ayından Elvin Əliyevin telefonu götürməkdən yayınaraq telefona cavab verməmişdir. Həmçinin Nümayəndə mütəmadi olaraq Təqsirləndirilən şəxs1lə və Təqsirləndirilən şəxs3la əlaqə saxlaması müəyyən edilmişdir. (Cild 06, i.v. 29-50) İş materiallarında olan "xxxx" QSC-nin 21.02.2020-ci il tarixli İÇ-3772-20 nömrəli məktubu ilə müəyyən edilmişdir ki, "xxxx" QSC-nin 27 fevral 2016-cı il tarixli 1340/6 saylı müqaviləsinə əsasən, müştərisi olan Təqsirləndirilən şəxs1 26 fevral 2016-22 may 2017-ci il tarixləri ərzində öz müştəri hesabına ümumilikdə 176104 (yüz yetmiş altı min yüz dörd) manat və 45660 (qırx beş min altı yüz altmış) ABŞ dolları məbləğində mədaxil etmiş, 71495 (yetmiş bir min dörd yüz doxsan beş) manat və 25638,09 (iyirmi beş min altı yüz otuz səkkiz dollar doqquz sent) ABŞ dolları məbləğində məxaric etmişdir. Bu dövr ərzində müştəri apardığı ticarət və mübadilə əməliyyatları zamanı 104608,52 (yüz dörd min altı yüz səkkiz manat əlli iki qəpik) manat və 20021,81 (iyirmi min iyirmi bir dollar səksən bir sent) ABŞ dolları məbləğində zərər etmişdir. Həmçinin həmin məktubla verilmiş siyahıya əsasən, Təqsirləndirilən şəxs1 tərəfindən edilmiş əsas böyük məbləğli yatırımlar 21 aprel 2017-ci il tarixdə 5500 (beş min beş yüz) ABŞ dolları, 28.04.2017-ci il tarixdə 36000 (otuz altı min) manat və 16 may 2017-ci il tarixdə 85000 (səksən beş min) manat olmaqla edilmiş və həmin pullardan 23 may 2020-ci il tarixdə 71495 (yetmiş bir min dörd yüz doxsan beş) manat məbləğində pul vəsaitini çıxartmışdır. (Cild 3, i.v. 118-119) Azərbaycan Respublikası Maliyyə Monitorinqi xidmətindən daxil olmuş 10 sentyabr 2020-ci il tarixli MMX-X/0-3/4/369/2020 nömrəli məktubuna əlavə edilmiş arayışla müəyyən edilmişdir ki, “Təqsirləndirilən şəxs1 adına olan "xxxx" ASC-dəki hesablarından xarici ölkələrin bank hesablarına köçürmələrin olması müəyyən edilmişdir. Belə ki, onun bankda olan hesablarından 2017-2018-ci illər ərzində xarici ölkələrə 37857,2 (otuz yeddi min səkkiz yüz əlli yeddi manat iyirmi qəpik) manat və 76219, 36 (yetmiş altı min iki yüz on doqquz dollar otuz altı sent) ABŞ dolları məbləğində vəsaitlər köçürməsi müəyyən edilmişdir: Vəsaitlər “QİWİ” elektron pul kisəsi və “SOREX” (qeydiyyat ünvanı: Kipr, Limassol şəhəri; qeydiyyat nömrəsi: HE323592) ödəniş provayderinin Rusiya Federasiyasındakı hesablarına, “SKRİLL” (qeydiyyat ünvanı: Böyük Britaniya, London şəhəri; qeydiyyat nömrəsi: 4260907) elektron pul kisəsi və ödəniş provayderinin Böyük Britaniyadakı hesablarına, eləcə də “Lider Forex” və “Binomo” broker şirkətlərinin Kiprdəki hesablarına köçürülmüşdür. 2017-ci ilin mart-iyun ayları ərzində Təqsirləndirilən şəxs1 "xxxx" ASC-dəki hesablarına xarici ölkələrdən ümumilikdə 78 253 ABŞ dolları məbləğində pul vəsaiti daxil olmuşdur. Qeyd olunan vəsaitlərin 12 689 ABŞ dolları Böyük Britaniyada qeydiyyatda olan “SKRİLL” elektron pul kisəsindən, 65 563 ABŞ dolları isə Rusiya Federasiyasında hesabı olan “SOREX” ödəniş provayderindən daxil olmuşdur. Daxil olmuş vəsaitlərin əsas hissəsi Təqsirləndirilən şəxs1 tərəfindən nağd məxaric olunmuş, digər hissəsi isə "xxxx" ASC-dəki digər hesabına köçürülmüşdür. Həmçinin 2017-ci ilin may ayında Təqsirləndirilən şəxs1 "xxxx" QSC- dəki (VÖEN: **********) hesabından "xxxx" ASC-dəki hesabına 71 495 manat məbləğində pul vəsaiti köçürmüşdür. Bundan əlavə, 2017-ci ilin mart ayında Təqsirləndirilən şəxs1 "xxxx" ASC-dəki hesabından “Alpari” (qeydiyyat adı: “Alpari Limited”; qeydiyyat ünvanı: Sent-Vinsent və Qrenadin, Kinqstoun şəhəri; qeydiyyat nömrəsi: 20389 İBC 2012) investisiya platformasının Böyük Britaniyadakı hesabına 6 ABŞ dolları məbləğində pul vəsaiti köçürülmüşdür.” (Cild 9, i.v. 176-261) Cinayət işi materiallarından görünür ki, Zərərçəkmiş şəxs MMC (VÖEN **********) 02 mart 2017-ci il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində qeydiyyatdan keçmiş, MMC-nin təsisçiləri bərabər paylarla Şahid2 və Şahid1, hüquqi ünvanı Bakı şəhəri Səbail rayonu İstiqlaliyyət küçəsi ev 31, cəmiyyətin qanuni təmsilçisi Nümayəndədır. Zərərçəkmiş şəxs MMC-nin yaradılması təsisçilər Şahid2 və Şahid1 28 fevral 2017-ci il tarixli birgə qərarı ilə yaradılması haqqında müəyyənləşmə edilmiş, həmçinin cəmiyyətin nizamnaməsi də təsisçilər tərəfindən 28 fevral 2017-ci il tarixdə tərtib edilərək təsdiq edilmişdir. Cəmiyyətin nizamnaməsində əsas fəaliyyət istiqaməti kimi qanunvericiliklə qadağan olunmayan bütün kommersiya fəaliyyətlərinin həyata keçirilməsi, xüsusilə də, satış məqsədi ilə müəssisə, idarə və təşkilatlarla hesablaşma yolu ilə məhsulların alqı-satqısı, idxal-ixrac əməliyyatları, ticarət və vasitəçilik xidmətlərinin göstərilməsi, malların komissiya qəbulu, saxlanılması və satışı üzrə xidmətlərin təşkili, kənd təsərrüfatı məhsullarının istehsalı, emalı və satışı, müxtəlif mühəndis işlərinin aparılması və s. daxildir. (Cild 3, i.v. 188, 168-169, 207-216) “X41” MMC (VÖEN **********) 27 yanvar 2017-ci il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində qeydiyyatdan keçmiş, MMC-nin təsisçisi və qanuni təmsilçisi Şahid5, hüquqi ünvanı isə Bakı şəhəri Yasamal rayonu Hüseyn Cavid prospekti ev 16 mənzil 17 ünvanıdır. “X41” MMC-nin nizamnaməsi Şahid5 tərəfindən təsdiq edilmişdir. Cəmiyyətin nizamnaməsində əsas fəaliyyət istiqaməti kimi Azərbaycan Respublikası qanunvericiliyi qadağan olunmayan bütün fəaliyyət növləri ilə məşğul ola bilər. Müvafiq xüsusi icazə (lisenziya) tələb olunan fəaliyyət növləri ilə isə belə xüsusi icazə (lisenziya) alınmasından sonra məşğul olması qeyd olunmuşdur. (Cild 3, i.v. 186, 217-218) Cinayət işi materiallarından görünür ki, "xxxx" MMC (VÖEN **********) 23 sentyabr 2016-cı il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində qeydiyyatdan keçmiş, hüquqi ünvanı Bakı şəhəri Yasamal rayonu Ə.Salamzadə küçəsi ev 5 ünvanı, MMC-nin təsisçisi və qanuni təmsilçisi X26 olunmuşdur. (Cild 3, i.v. 185, 197-198) "xxxx" MMC (VÖEN **********) 15 mart 2017-ci il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində qeydiyyatdan keçmiş, hüquqi ünvanı Bakı şəhəri Nizami rayonu İ.Əliyev küçəsi ev 8 mənzil 10 ünvanı, MMC-nin təsisçisi X21, qanuni təmsilçisi isə X27 olunmuşdur. (Cild 3, i.v. 190, 205-206) "xxxx" MMC (VÖEN **********) 28 mart 2016-cı il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində qeydiyyatdan keçmiş, hüquqi ünvanı ünvan 12 və qanuni təmsilçisi X18 olunmuşdur. (Cild 3, i.v. 229) "xxxx" MMC (VÖEN **********) 28 dekabr 2018-ci il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyinin 6 saylı ərazi vergi idarəsində qeydiyyatdan keçmiş, hüquqi ünvanı ünvan 13uni təmsilçisi X16 olunmuşdur. (Cild 3, i.v. 239-241) "xxxx" MMC (VÖEN **********) 05 yanvar 2017-ci il tarixdə Vergilər Nazirliyinin 6 saylı ərazi vergi idarəsində qeydiyyatdan keçmiş, hüquqi ünvanı ünvan 13uni təmsilçisi X16 olunmuşdur. (Cild 3, i.v. 230-232) "xxxx" MMC (VÖEN **********) 05 yanvar 2017-ci il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyinin 6 saylı ərazi vergi idarəsində qeydiyyatdan keçmiş, hüquqi ünvanı ünvan 13uni təmsilçisi X16 olunmuşdur. (Cild 3, i.v. 233-235) "xxxx" MMC (VÖEN **********) 05 yanvar 2017-ci il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyinin 6 saylı ərazi vergi idarəsində qeydiyyatdan keçmiş, hüquqi ünvanı ünvan 14uni təmsilçisi X10 olunmuşdur. (Cild 3, i.v. 236-238) Cinayət işi materiallarından görünür ki, "xxxx" MMC (VÖEN **********) 13 yanvar 2016-cı il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində qeydiyyatdan keçmiş, hüquqi ünvanı ünvan 15 qanuni təmsilçisi X28 olsa da, sonuncunun 03.06.2016-cı il tarixli 03 nömrəli əmri ilə Şahid10 cəmiyyətin direktoru təyin olunmuşdur. (Cild 3, i.v. 183, 201- 202) "xxxx" MMC (VÖEN **********) 22 yanvar 2016-cı il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində qeydiyyatdan keçmiş, hüquqi ünvanı ünvan 15 qanuni təmsilçisi X22 olsa da, sonuncunun 27.07.2016-cı il tarixli nömrəsiz əmri ilə Şahid9 cəmiyyətin direktoru təyin olunmuşdur. (Cild 3, i.v. 184, 203-204) “X43” MMC (VÖEN **********) 27 sentyabr 2015-ci il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində qeydiyyatdan keçmiş, hüquqi ünvanı Bakı şəhəri Nərimanov rayonu X36 prospekti ev 33 mənzil 60 ünvanı, MMC-nin təsisçisi və qanuni təmsilçisi X29 olsa da, sonuncunun 29.12.2016-cı il tarixli təsisçinin nömrəsiz qərarı ilə Şahid9 cəmiyyətin direktoru təyin olunmuşdur. (Cild 3, i.v. 191, 199-200) Cinayət işi materialları ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs MMC-nin direktoru Nümayəndə 05 aprel 2017-ci il tarixli 01-k nömrəli əmri ilə təchizat departamentinin müdiri vəzifəsində işə götürmüş, onlar arasında 05 aprel 2017-ci il tarixli 01 nömrəli əmək müqaviləsi bağlanmışdır. Əmək müqaviləsi həmin tarixdə “Əmək müqaviləsinin bağlanması ilə bağlı” sistemə daxil edilmişdir. Əmək müqaviləsi 03 (üç) ay müddətinə sınaq müddəti ilə olmaqla müddətsiz bağlanmış və Təqsirləndirilən şəxs1 əmək müqaviləsi üzrə əmək vəzifələrinə cəmiyyəti neft və qaz sektorunda fəaliyyət göstərən şirkətləri material və avadanlıqla təmin edəcək təchizat şirkətlərinin siyahısına salmaq üçün çalışmalar aparmaq, biznes planın tələblərinə, qanunvericiliyə, siyasət və prosedurlara uyğun olaraq müvafiq mal və xidmətləri satın almaq məqsədi ilə seçimləri müəyyən etmək, qiymətləndirmək və təyin etmək üçün bazarı araşdırmaq, mal və ya xidmətlərin təchizat tələblərinə və arzu edilən nəticələrə uyğun gəlməsini təmin etmək üçün keyfiyyətə təminat prosesini həyata keçirmək daxil olmuşdur. 05 aprel 2017-ci il tarixdə Təqsirləndirilən şəxs1 ilə Zərərçəkmiş şəxs MMC arasında "xxxx" müqavilə bağlanmış və MMC-nin direktoru Nümayəndə və Təqsirləndirilən şəxs1 tərəfindən imzalanmışdır. Zərərçəkmiş şəxs MMC-nin direktoru Nümayəndə 06 iyul 2017ci il tarixli ƏX01 nömrəli əmri ilə cəmiyyətin Təchizat departamentinin direktoru Təqsirləndirilən şəxs1 etdiyi ciddi nöqsanlara görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə sonuncu ilə olan əmək müqaviləsinə xitam verilmiş və bu məlumat həmin tarixdə “Əmək müqaviləsinin bağlanması ilə bağlı” sistemə daxil edilmişdir. (Cild 2, i.v. 119-137) İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-xətşünaslıq ekspertizasının 16.07.2020-ci il tarixli 4/257 saylı rəyindən görünür ki, “cinayət işinin 6-cı cildində 16.03.2017-ci il, 17.03.2017-ci il, 30.03.2017-ci il, 13.04.2017-ci il, 14.04.2017-ci il, 27.04.2017-ci il, 11.05.2017-ci il, 23.05.2017-ci il, 27.04.2017-ci il tarixli təhvil-qəbul aktlarında “Aktı öz imzalarımızla təsdiq edirik 1” qrafalarındakı Təqsirləndirilən şəxs1 adından olan imzalar, 13.04.2017-ci il tarixli 108803 nömrəli, 27.04.2017-ci il tarixli 020110 nömrəli, 30.03.2017-ci il tarixli 020109 nömrəli, 04.2017-ci il tarixli 208542, 022554, 022555, 022562, 022561, 13.04.2017-ci il tarixli 022551, 152102 nömrəli qaimə-fakturalarda “Təhvil aldım” qrafalarındakı imzalar, 7ci cilddə 06.11.2016-cı il tarixli alqı-satqı müqaviləsinin 1-ci və 2-ci vərəqələrinin aşağı sağ küncündə, 3-cü vərəqəsində isə “Təqsirləndirilən şəxs1” qrafasındakı imzalar, 25.11.2016cı il, 22.12.2016-cı il tarixli məxaric xəzin orderlərində “İmza/Siqnature” qrafalarındakı imzalar, cild 2-də olan 05.04.2017-ci il tarixli 01 nömrəli əmək müqaviləsində “İşçi Təqsirləndirilən şəxs1” qrafasındakı imza, 05.04.2017-ci il tarixli tam maddi məsuliyyət haqqında müqavilədə “İşçi Təqsirləndirilən şəxs1” qrafasındakı imza, əksləri ekspertizaya təqdim olunmuş 16.03.2017-ci il 023056 nömrəli, 11.05.2017-ci il tarixli 034401, 034402, 022679, 022171-ci il tarixli qaimə-fakturaların kserosurətlərində “Təhvil aldım” qrafalarındakı imzalar - Təqsirləndirilən şəxs1 tərəfindən icra olunmuşdur”. (Cild 08, i.v. 154-158) İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-xətşünaslıq ekspertizasının 10.08.2020-ci il tarixli 4/451 saylı rəyindən görünür ki, “.....Ekspertizaya təqdim edilmiş, 30.03.2017-ci il, 13.04.2017-ci il tarixli, 14.04.2017-ci il tarixli, 27.04.2017-ci il tarixli (2 ədəd) təhvil-qəbul aktlarında “Aktı öz imzalarımızla təsdiq edirik 2” qrafasında “X12” yazıları - Təqsirləndirilən şəxs1 tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş ,"xxxx" MMC ilə Zərərçəkmiş şəxs MMC arasında bağlanmış 03.03.2017-ci il tarixli alqı-satqı müqaviləsinin 3-cü vərəqəsində “Təqsirləndirilən şəxs2” qrafasındakı imza, 16.03.2017-ci il tarixli hesab-fakturada “Təqsirləndirilən şəxs2” qrafasındakı imza, FBP seriyalı 023056 nömrəli 16.03.2017-ci il tarixli qaimə-fakturada “Təhvil verdim” və “Rəhbər” qrafalarındakı imzalar, "xxxx" MMC ilə Zərərçəkmiş şəxs MMC arasında bağlanmış 27.03.2017-ci il tarixli alqı-satqı müqaviləsinin 3-cü vərəqəsində “Təqsirləndirilən şəxs2” qrafasındakı imza, həmin müqaviləyə 1 saylı (2 ədəd) əlavələrdə “Təqsirləndirilən şəxs2” qrafalarındakı imzalar, 30 mart 2017-ci il tarixli təhvil-qəbul aktında “Aktı öz imzalarımızla təsdiq edirik 2” qrafasında “Təqsirləndirilən şəxs2” yazıları qarşısındakı imza, əlavə olunmuş tarixsiz və nömrəsiz hesab-akturada “Təqsirləndirilən şəxs2” qrafasındakı imza, 19 may 2017-ci il tarixli 054 nömrəli hesabfakturada “Təqsirləndirilən şəxs2” qrafasındakı imza, 19 may 2017-ci il tarixli təhvil-qəbul aktında “Aktı öz imzalarımızla təsdiq edirik 1” qrafasında “Təqsirləndirilən şəxs2” yazıları qarşısındakı imza, "xxxx" MMC tərəfindən verilmiş tarixsiz 022561 nömrəli və 022562 nömrəli qaimə-fakturalarda “Təhvil verdim” və “Rəhbər” qrafalarındakı imzalar, "xxxx" MMC tərəfindən verilmiş 04 may 2017-ci il tarixli 034401 nömrəli, 11 may 2017-ci il tarixli 034402 nömrəli qaimə-fakturalarda “Təhvil verdim” və “Rəhbər” qrafalarındakı imzalar, "xxxx" MMC tərəfindən verilmiş 11 may 2017-ci il tarixli 022171 nömrəli və "xxxx" MMC tərəfindən verilmiş 11 may 2017-ci il tarixli 022679 nömrəli qaimə-fakturalarda “Təhvil verdim” və “Rəhbər” qrafalarındakı imzalar, "xxxx" ASC-dən götürülmüş 12 may 2017-ci il tarixli (03 ədəd) 014, 015 və 028 nömrəli ödəniş tapşırıqlarının kserosurətlərində “Müştərinin imzası (ları) 1” qrafalarında əks olunan imzalar, 24 may 2017-ci il tarixli 02 (iki ədəd) nömrəsi olmayan və 037 nömrəli və 31 may 2017-ci il tarixli 039 nömrəli ödəniş tapşırıqlarının kserosurətlərində “Müştərinin imzası(ları) 1” qrafalarında əks olunan imzalar, "xxxx" ASC-dən götürülmüş 31 mart 2017-ci il tarixli 128509 nömrəli çekdə “İmzalar” və “Çekdə göstərilən məbləği aldım” qrafalarındakı imzalar, 15 mart 2017-ci il tarixli alqı-satqı müqaviləsində “Alıcı” qrafasındakı imza, həmin tarixli hesab-fakturada “Direktor” qrafasındakı imza, 01 mart 2017-ci il tarixli (03 ədəd) alqı-satqı müqavilələrində, 02 (iki) ədəd 01 nömrəli və 01 (bir) ədəd 02 nömrəli əlavələrində Təqsirləndirilən şəxs2 adından olan imzalar, ********* nömrəli ödəmə tapşırığının kserosurətində “Müştərinin imzası 1” qrafasında əks olunan imza, 29 mart 2017-ci il tarixli alqı-satqı müqaviləsinin kserosurətində “Alıcı” və “Satıcı” qrafalarında əks olunan imzalar, hesab-fakturanın kserosurətində “Direktor” qrafasında əks olunan imza, ********* nömrəli ödəmə tapşırığının kserosurətində “Müştərinin imzası 1” qrafasında əks olunan imza, 16 mart 2017-ci il tarixli alqı-satqı müqaviləsinin kserosurətində “Satıcı” və “Alıcı” qrafalarında əks olunan imzalar, KOD 511298 nömrəli hesab-fakturanın kserosurətində “Direktor” qrafasında əks olunan imza,23 may 2017-ci il tarixli alqı-satqı müqaviləsinin kserosurətində “İcraçı” və “Sifarişçi” qrafalarında əks olunan imzalarda, 01 nömrəli əlavəsinin kserosurətində “Satıcı” və “Alıcı” qrafalarında əks olunan imzalar, 23.05.2017-ci il tarixli hesab-fakturanın kserosurətində “Direktor” qrafasında əks olunan imza, 14 aprel 2017-ci il tarixli alqı-satqı müqaviləsinin kserosurətində “Satıcı” və “Alıcı” qrafalarında əks olunan imzalar, 01 nömrəli əlavəsinin kserosurətində “Satıcı” və “Alıcı” qrafalarında əks olunan imzalar, 14.04.2016-cı il tarixli hesab-fakturanın kserosurətində “Direktor” qrafasında əks olunan imza, ********* nömrəli ödəmə tapşırığının kserosurətində “Müştərinin imzası 1” qrafasında əks olunan imza, 05 aprel 2017-ci il tarixli alqı-satqı müqaviləsinin kserosurətində “Satıcı” və “Alıcı” qrafalarında əks olunan imzalar, 01 nömrəli əlavəsinin kserosurətində “Satıcı” və “Alıcı” qrafalarında əks olunan imzalar, 05.04.2016-cı il tarixli hesab-fakturanın kserosurətində “Direktor” qrafasında əks olunan imza, 31 may 2017-ci il tarixli alqı-satqı müqaviləsində “İcraçı” və “Sifarişçi” qrafasındakı, 01 nömrəli əlavəsində “Satıcı” və “Alıcı” qrafalarındakı imzalar, 31 may 2017-ci il tarixli hesab-fakturada “Direktor” qrafasındakı imza, 30 mart 2017-ci il tarixli, 17 aprel 2017-ci il tarixli, 03 aprel 2017-ci il tarixli köçürmə haqqında ərizələrinin kserosurətlərində Təqsirləndirilən şəxs2 adından əks olunan imzalar, 21 fevral 2017-ci il tarixli 01, 02, 03, 04 nömrəli ödəniş tapşırıqlarının kserosurətlərində “Müştərinin imzası(ları) 1” qrafalarında əks olunan imzalar, 15 mart 2017-ci il tarixli ********* nömrəli ödəmə tapşırığının kserosurətində “Müştərinin imzası 1” qrafasında əks olunan imza, 28 mart 2017-ci il tarixli 008 nömrəli ödəniş tapşırığında “Müştərinin imzası(ları) 1” qrafasında olan imza, 31 mart 2017-ci il tarixli 005, 010 nömrəli ödəniş tapşırığında “Müştərinin imzası(ları) 1” qrafasındakı imzalar, 12 aprel 2017-ci il tarixli 009 nömrəli ödəniş tapşırığında “Müştərinin imzası(ları) 1” qrafasındakı imza, 14 aprel 2017-ci il tarixli 005 nömrəli ödəniş tapşırığının kserosurətində “Müştərinin imzası(ları) 1” qrafasında əks olunan imza, 28 aprel 2017-ci il tarixli 023 nömrəli ödəniş tapşırığında “Müştərinin imzası(ları) 1” qrafasındakı imza, 28 aprel 2017-ci il tarixli 020, 021, 022, 006 nömrəli ödəniş tapşırıqlarının kserosurətlərində “Müştərinin imzası 1” qrafalarında əks olunan imzalar, 31 may 2017-ci il tarixli 040 nömrəli ödəniş tapşırığının kserosurətində “Müştərinin imzası(ları) 1” qrafasında əks olunan imza, 16 iyun 2017-ci il tarixli 025 nömrəli ödəniş tapşırığında “Müştərinin imzası(ları) 1” qrafasındakı imza, 16 iyun 2017-ci il tarixli 010, 011, 012, 013, 014, 015, 016, 027, 028 nömrəli ödəniş tapşırıqlarının kserosurətlərində “Müştərinin imzası(ları) 1” qrafalarında əks olunan imzalar, 29 iyun 2017-ci il tarixli 029 nömrəli ödəniş tapşırığında “Müştərinin imzası(ları) 1” qrafasında olan imza, 29 iyun 2017ci il tarixli 077 nömrəli ödəniş tapşırığının kserosurətində “Müştərinin imzası(ları) 1” qrafasında əks olunan imza, 05 iyul 2017-ci il tarixli 109, 123, 124, 125, 126, 127 nömrəli, 14 iyul 2017-ci il tarixli 114 nömrəli və 18 iyul 2017-ci il tarixli 034 nömrəli ödəniş tapşırıqlarının kserosurətlərində “Müştərinin imzası(ları) 1” qrafalarında əks olunan imzalar, 01 mart 2017-ci il tarixli və 11 aprel 2017-ci il tarixli kassa mədaxil orderlərində “İmza” qrafasındakı imzalar, 18 iyul 2017-ci il tarixli 129 nömrəli ödəniş tapşırığının kserosurətində “Müştərinin imzası(ları) 1” qrafasında əks olunan imza - Təqsirləndirilən şəxs2 tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, "xxxx" MMC ilə Zərərçəkmiş şəxs MMC arasında bağlanmış 17 mart 2017-ci il tarixli alqı-satqı müqaviləsinin 3-cü səhifəsində sağ tərəfdə “Direktor: Şahid5 İmza” qrafasındakı imza - Şahid5 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim olunmuş 17.03.2017-ci il tarixli təhvil-qəbul aktında “Aktı öz imzalarımızla təsdiq edirik 2” qrafasında “X12” yazıları – X20 tərəfindən yox, Təqsirləndirilən şəxs1 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim olunmuş, "xxxx" MMC ilə Zərərçəkmiş şəxs MMC arasında bağlanmış 03.03.2017-ci il tarixli alqı-satqı müqaviləsinə 1 saylı əlavədə “Təqsirləndirilən şəxs2” qrafasındakı imza, 16 mart 2017-ci il tarixli təhvilqəbul aktında “Aktı öz imzalarımızla təsdiq edirik 2” qrafasında “Təqsirləndirilən şəxs2 Ə” yazıları qarşısındakı imza, "xxxx" MMC ilə Zərərçəkmiş şəxs MMC arasında bağlanmış 27.03.2017-ci il tarixli alqı-satqı müqaviləsinə 2 saylı əlavədə “Təqsirləndirilən şəxs2” qrafasındakı imza (1 ədəd), 27 aprel 2017-ci il tarixli 020110 nömrəli və 30 mart 2017-ci il tarixli 020109 nömrəli qaimə-fakturalarda “Təhvil verdim” və “Rəhbər” qrafalarındakı imzalar, "xxxx" MMC tərəfindən verilmiş 13 aprel 2017-ci il tarixli 022551 nömrəli, tarixsiz 022554 nömrəli, 022555 nömrəli qaimə- fakturalarda “Təhvil verdim” və “Rəhbər” qrafalarındakı imzalar - Təqsirləndirilən şəxs2 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur.” (Cild 08, i.v. 246-258) İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-xətşünaslıq ekspertizasının 14.09.2020-ci il tarixli 4/646 saylı rəyindən görünür ki, “Ekspertizaya təqdim edilmiş, "xxxx" ASC-nin 12 saylı filialına dair NİK seriyalı 087905 nömrəli 12 aprel 2017-ci il tarixli çekin üz tərəfində “İmzalar” qrafasındakı imza, arxa tərəfində “İmzalar” qrafasındakı imza və “Çekdə göstərilən məbləği aldım imza” qrafasındakı imza - ŞİRALİYEV İNTİQAM MEHDİ oğlu tərəfindən icra olunmuşdur”. (Cild 10, i.v. 1-6) İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-fonoskopik ekspertizasının 09.09.2020-ci il tarixli 4/314- 4/452 saylı rəyindən görünür ki, “Ekspertizaya təqdim olunmuş 1 ədəd “SAMSUNG” markalı mobil telefonda olan və tədqiqatı tələb olunan mübahisəli fonoqramlardakı danışıqların məzmunu tədqiqi hissədə verilmiş yazılı mətnlərdən ibarətdir. Təqdim olunmuş 1 ədəd “SAMSUNG” markalı mobil telefonda olan və tədqiqatı tələb olunan mübahisəli fonoqramlardakı danışıqların tədqiqi hissədə verilmiş yazılı mətnlərində «K1» kimi işarə olunmuş diktorun səsi və nitqi X17, «K2» kimi işarə olunmuş diktorun səsi və nitqi Şahid1, «K3» kimi işarə olunmuş diktorun səsi və nitqi Təqsirləndirilən şəxs3, «Q1» kimi işarə olunmuş diktorun səsi və nitqi Nümayəndə məxsusdur. Təqdim olunmuş 1 ədəd “SAMSUNG” markalı mobil telefonda olan və tədqiqatı tələb olunan mübahisəli fonoqramlarda montaj əlamətləri müəyyən olunmadı”. Həmin ekspertiza rəyinin təsviri hissəsində ekspertiza tədqiqatına təqdim edilmiş 1 ədəd “SAMSUNG” markalı mobil telefonda olan mübahisəli fonoqramlardakı danışıqların iş üçün ittiham elan edilən hallarla bağlı əhəmiyyət kəsb etməsi, həmçinin bu və ya digər halların müəyyən edilməsi üçün zəruri olmasını nəzərə alaraq istintaq üçün əhəmiyyətli olan hissəsi cinayət işi materiallarına əlavə olunmuşdur. (Cild 9, i.v. 143-175) İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə mühasibatlıq ekspertizasının 21.08.2020-ci il tarixli 9/2391 saylı rəyinə qeyd olunmuşdur ki, “Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, ümumilikdə 10 cəmiyyətin bank hesablarına Zərərçəkmiş şəxs MMC-ə məxsus olan "xxxx" ASC-də olan AZ12BRES******************** saylı və "xxxx" ASC-də olan AZ37PAHA40060AZNHC********** saylı bank hesablarından 543.705.89 (beş yüz qırx üç min yeddi yüz beş manat səksən doqquz qəpik) manat məbləğində pul vəsaitini köçürmüş və həmin puldan satılmış malların bir hissəsinin ödənişi kimi 83.091,46 (səksən üç min doxsan bir manat qırx altı qəpik) manat məbləğində pul vəsaitini 30 may 2017-ci il tarixdə “X41” MMC-nin "xxxx" ASC-də olan AZ12BRES******************** saylı bank hesabından Zərərçəkmiş şəxs MMC-nin "xxxx" ASC-də olan AZ63BRES******************** saylı bank hesabına köçürməklə yekun olaraq Zərərçəkmiş şəxs MMC-ə məxsus ümumilikdə isə 460.614,43 (dörd yüz altmış min altı yüz on dörd manat qırx üç qəpik) manat məbləğində pul vəsaitinin çatışmazlığı müəyyən edilir. (Cild 9, i.v. 130-137) İş materiallarında olan sübutların qiymətləndirilməsi haqqında 21 sentyabr 2020-ci il tarixli qərardan görünür ki, cinayət işinin istintaq materiallarından X20 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 193-1.3.2, 32.5, 313-cü maddələri ilə başqa cinayət işi ayrıca icraata ayrılmışdır. Həmçinin, Şahid9 və Şahid10 əməllərində dələduzluq və ya cinayət yolu ilə əldə olunmuş pul vəsaitlərini leqallaşdırılması cinayət əməllərinin tərkib əlamətləri olmadığından barələrində Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən, həmin xüsusatla bağlı cinayət təqibinin başlanması rədd edilmişdir. Şahid9 və Şahid10 barələrində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə aparılan cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.3-cü, yəni şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi müddətinin keçməsi maddəsinin tələblərinə əsasən bəraətverici əsaslar olmadan xitam verilmişdir. Zərərçəkmiş şəxs MMC-nin təsisçisi Şahid1 və cəmiyyətin direktoru Nümayəndə əməllərində hər hansı bir cinayətin tərkib əlamətləri olmadığından Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinin tələblərinə əsasən barələrində cinayət təqibinin başlanılması rədd edilmişdir. İş materiallarında olan Rusiya Federasiyasının Baş prokurorunun müavini, N.A.Vinniçenkonun 17 avqust 2020-ci il tarixli 81/2-637-19 №-li məktubundan görünür ki, Azərbaycan Respublikası Baş Prokurorluğunun 11.07.2019-cu il tarixli sorğusu ilə Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunması üçün 06 dekabr 2019-cu il tarixdə Azərbaycan Respublikasının hüquq-mühafizə orqanlarına təhvil verilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 178.3.2, 193.2.1, 193.2.2, 193-1.3.2 və 313-cü maddələri ilə əlavə cinayət məsuliyyətinə cəlb olunmasına Rusiya Federasiyasının Baş Prokurorluğu tərəfindən razılıq verilmişdir. Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı araşdırılmış sübutların məcmusuna əsaslanıb, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 yuxarıda təsvir edilmiş cinayət əməlini törətməkdə təqsirli olmaları kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 özünü qismən təqsirli bilməsi, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 isə özlərini təqsirli bilməmələri barədə verdikləri ifadələrinə qiymət verərək belə hesab edir ki, onların bu ifadələri işin faktiki hallarına uyğun deyil və məsuliyyətdən boyun qaçırmaq məqsədi daşıyır. Onların məhkəmədə verdikləri bu ifadələri iş üzrə dindirilmiş şahid ifadələri, üzləşdirmə protokolları, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-fonoskopik ekspertizasının 09.09.2020-ci il tarixli 4/314-4/452 saylı, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-xətşünaslıq ekspertizasının 14.09.2020-ci il tarixli 4/646 saylı, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-xətşünaslıq ekspertizasının 10.08.2020-ci il tarixli 4/451 saylı, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-xətşünaslıq ekspertizasının 16.07.2020-ci il tarixli 4/257 saylı, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə mühasibatlıq ekspertizasının 21.08.2020-ci il tarixli 9/2391 saylı rəyləri ilə və digər sənədlərlə tam təkzib olunur. Həmçinin, Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs MMC-nin mal alacağı şirkətləri də təşkil etməklə cinayətkar planına nail olmağı Elvinlə planlaşdırmış və daha əvvəldən Dərnəgül bazarından tanışı olan və birlikdə işlədiyi Təqsirləndirilən şəxs3la əlaqə saxlamışdır. Təqsirləndirilən şəxs3 “X41” MMC-dən göndərilən sifarişlərin qiymətlərinin, həmçinin sifarişlərin təmin olunması üçün bazardan alınacaq malların qiymətlərinin öyrənilməsi üçün onunla məsləhətləşmiş, real məhsulların qiymətlərini Təqsirləndirilən şəxs3 öyrənmiş, sonuncunun onun niyyətindən məlumatı olmuş və pul vəsaitlərini də nağdılaşdırması üçün bu sahədə fəaliyyət göstərən Təqsirləndirilən şəxs2lə onu Təqsirləndirilən şəxs3 tanış etmişdir. Malların qiymətləndirilməsi və nağdılaşdırılmış pul vəsaitlərinin ona çatdırılmasında Təqsirləndirilən şəxs3 ona köməklik etmişdir. Təqsirləndirilən şəxs2lə tanış olduqdan sonra görəcəyi işləri sonuncuya izah etmiş, Təqsirləndirilən şəxs2 köçürüləcək pulları hansı qaydada köçürəcəyini və nağdılaşdırılmış pul vəsaitlərini ona verəcəyini, malların köçürülməsinin təsdiqi üçün bütün sənədləşdirməni aparacağını və pullar köçürülən Zərərçəkmiş şəxs MMC-nin rəhbərliyi tərəfindən ondan köçürülmüş pullar və mallar barədə soruşulduqda pulları aldığını və lazım olan malları ona verəcəyini bildirmişdir. Sonuncu isə pulları ona verməyin və şirkətin rəhbərliyinin aldadılmasının cinayət olduğunu, bu səbəbdən nağdılaşdırılmış pul vəsaitlərinin 10%-nin deyil, 15-20 %-nin ona veriləcəyini bildirmiş, onlarda razılaşmışlar. Bundan sonra Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Zərərçəkmiş şəxs MMC-ə apararaq Nümayəndə və şirkətin digər rəhbərliyinə təqdim etmiş, orada Təqsirləndirilən şəxs3 malların alınacağı şirkətin Təqsirləndirilən şəxs2 məxsus olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 Nümayəndə ilə əlavə müqavilə bağlanması üçün bir dəfə də şirkətə getmiş, həmçinin digər müqavilələr və qaimə-fakturaları nağdılaşdırılaraq ona təqdim etdiyi pul vəsaitləri ilə birlikdə imzalayaraq ona təqdim etmiş və ya Təqsirləndirilən şəxs3la ona göndərmiş, o da, öz növbəsində həmin sənədləri Nümayəndə təqdim etmişdir. Həmçinin malların “X41” MMC-ə təhvil verilməsi barədə təhvil-təslim aktlarını da özü tərtib etmiş, orada olan özündən uydurduğu X8 və ya digər şəxslərə malları təhvil verməsinə dair qeydləri özü etmiş və saxta imza və bəzi hallarda özündə olan “X41” MMC-nin dairəvi möhürü ilə təsdiq etmişdir. Beləliklə köçürülmüş pullardan, yəni 543.705.89 (beş yüz qırx üç min yeddi yüz beş manat səksən doqquz qəpik) manat məbləğində nağd pul vəsaitlərinin nağdılaşdırılması üçün 85-90 min manata yaxın məbləği Təqsirləndirilən şəxs2 verilmiş və o da pulların hamısını Təqsirləndirilən şəxs2, bir-iki dəfə isə onun göndərdiyi Təqsirləndirilən şəxs3 və ya digər tanımadığı şəxslərdən almışdır. Həmçinin baş vermiş hadisələrin başlamasından axıra qədər İlhamə xanımla, Ziya bəylə əlaqə saxlaması, onları köçürülmüş malların “X41” MMC-nin nümayəndələrinin götürməsini təsdiq etməsi üçün ümumilikdə 150-160 min manat məbləğində nağd pul vəsaitlərini Elvin Əliyevə vermişdir. Özünə isə axırıncı dəfə yeni müqavilələr bağlamaq və Nümayəndə və şirkətin digər rəhbərliyini guya keçirilmiş əməliyyatlara görə pulları, ödənişlərin edilməsinə inandırmaq, həmçinin yeni köçürmələrin edilməsinə nail olmaq üçün çıxartdığı pul vəsaitlərindən 83.091,46 (səksən üç min doxsan bir manat qırx altı qəpik) manat məbləğində pul vəsaitini “X41” MMC-nin bank hesabından Zərərçəkmiş şəxs MMC-nin hesabına köçürmüş, özünə isə ümumilikdə 200 min manatdan bir qədər artıq məbləğdə pul qalmışdır. Təqsirləndirilən şəxs3 isə etdiyi köməkçiliyə görə pullar Təqsirləndirilən şəxs2 tərəfindən verilmiş, lakin sonuncunun hansı məbləğdə pul alması barədə məlumatı olmamışdır. Pulların nağdılaşdırılmasında yalnız Təqsirləndirilən şəxs2lə razılaşmış, çox hallarda sonuncunun mobil telefona cavab verməməsi səbəbindən, həm də onun bu barədə xüsusi xahişi olduğu üçün “Whatsapp messenger” proqramı vasitəsilə onunla əlaqə saxlamış, əksər hallarda isə onunla əlaqə saxlaya bilmədiyi zaman Təqsirləndirilən şəxs3la əlaqə saxlayaraq məlumat almışdır. Həmin şirkətlərə də köçürülmüş pullar ona ya Təqsirləndirilən şəxs2, ya da Təqsirləndirilən şəxs3 tərəfindən çatdırılmışdır. Məhkəmə işdə toplanmış hüquqi sənədləri, məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxslərin, zərərçəkmiş hüquqi şəxslərin nümayəndələrinin və şahidlərin məhkəmədə verdikləri ifadələrini tədqiq edib, onlar əsasında müəyyən edilmiş hallara qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 193.2.1, 193.2.2 və 193-1.3.2 və 313-cü maddələri ilə, Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 193-1.3.2 və 313-cü maddələri ilə, Təqsirləndirilən şəxs3 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 178.3.2, 32.5, 193-1.3.2-ci maddələri ilə düzgün tövsif edilmişdir və onlar həmin maddələr əsasında təqsirli bilinməlidirlər. Məhkəmə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı irəli sürülmüş vəzifə saxtakarlığı (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsi) cinayətini törətmələri hissəsinə hüquqi qiymət verərək belə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçdiyindən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin ittihamla təqsirli bilinməli, lakin cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən AR CM-in 313-cü maddəsi ilə onlara cəza təyin edilməməlidir. Belə ki, iş materiallarında olan alqı-satqı müqavilələri, təhvil-qəbul aktları, hesab fakturalar və qaimə fakturalar ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 vəzifə saxtakarlığı cinayətini 2017-ci ilin mart, aprel, may aylarında törətmişlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.2-ci maddəsinə əsasən müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Azərbaycan Respublikası CPM-in 39.1.3-cü maddəsində göstərilir ki, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdikdə cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanmış cinayət işi üzrə icraata isə xitam verilməlidir): Azərbaycan Respublikası CPM-in 44-cü maddəsinin mətnindən aydın olur ki, bu Məcəllənin 39.1.3-cü maddəsində nəzərdə tutulmuş halda məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etməməklə ittiham hökmü çıxarır. Odur ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 193.2.1, 193.2.2 və 193-1.3.2-ci maddələri ilə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 193-1.3.2-ci maddələri ilə, Təqsirləndirilən şəxs3 isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 178.3.2 və 32.5, 193-1.3.2ci maddələri əsasında cəza təyin edilməlidir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş 15.09.2020-ci il tarixli arayışa əsasən, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. (cild 8, iş vərəqə 206) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş 15.09.2020-ci il tarixli arayışa əsasən, Təqsirləndirilən şəxs3 məhkumluğu yoxdur. (cild 10, iş vərəqə 134) İş materiallarında olan Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 03 aprel 2019-cu il tarixli 1(004)-13/2019 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 213.2.1 və Azərbaycan Respublikası CM-in 01.12.2017-ci il tarixədək qüvvədə olan 213.2.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib 02 il 06 ay (iki il altı ay) müddətinə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilməklə 03 il (üç il) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami rayon məhkəməsinin 24.04.2020-ci il tarixli qərarı ilə 02 ay, 28 gün cəzasını çəkməkdən şərti olaraq vaxtından əvvəl azad olunmuşdur. İş materiallarında olan DİN-in Vahid məlumat axtarış sistemindən alınmış məktubdan görünür ki, onun cəzası 22.07.2020-ci il tarixdə bitmişdir. (Cild 5, i.v. 206-219, cild 4, iş vərəqə 198, cild 11, iş vərəqə 130) İş materiallarına əlavə olunmuş, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Lənkəran rayon İcra və Probasiya Şöbəsinin 200 saylı, 27 iyul 2021-ci il tarixli məktubundan görünür ki, X9 Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 03 aprel 2019-cu il tarixli 1(004)-13/2019 nömrəli hökmü ilə təyin edilmiş 02 il, 06 ay müddətinə sahibkarlıq fəaliyyəti ilə məşğul olma hüququndan məhrum etmə cəzası hazırda icraatlarında olmaqla həmin cəzanın sonu 24.10.2022-ci il tarixə hesablanmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsindən görünür ki, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona cinayətlərin məcmusu üzrə cəza təyin edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanmalı olduğundan, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 03 aprel 2019-cu il tarixli 1(004)-13/2019 nömrəli hökmü ilə təyin edilmiş 02 il 06 ay müddətinə sahibkarlıq fəaliyyəti ilə məşğul olma hüququndan məhrum etmə cəzasının əvvəli 24.04.2020-ci il tarixdən hesablanmaqla, hazırki hökmlə təyin olunan əlavə cəza ilə qismən toplanılmalı və bu yolla təqsirləndirilən şəxsə qəti əlavə cəza təyin edilməlidir. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında AR Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli qərarının 23-cü bəndinin 2-ci abzasında qeyd edilir ki, AR CM-in 46.1-ci maddəsinə müvafiq olaraq, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə yalnız dövlət orqanlarında və yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın və ya konkret peşə və digər fəaliyyətlə məşğul olmağın qadağan edilməsindən ibarətdir. Məhkəmələr nəzərə almalıdırlar ki, həmin maddənin geniş təfsirinə yol verilmir. Məhkəmə qərarları ilə digər orqanlarda müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə qismində əlavə cəza təyin edilə bilməz. İş materiallarında olan Nizami rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 müsbət xarakterizə olunur. (cild 9, iş vərəqə 51) İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində 23 fevral 2009-cu il təvəllüdlü və 11 iyun 2011-ci il təvəllüdlü iki azyaşlı uşağı vardır. (cild 8, iş vərəqə 208, 209) İş materiallarında olan Zərərçəkmiş şəxs MMC-nin təsisçiləri tərəfindən Bakı Ağır Cinayətlər Məhkəməsinə təqdim edilmiş ərizədən görünür ki, zərərçəkmiş hüquqi şəxsin Təqsirləndirilən şəxs1 qarşı şikayəti yoxdur, ona qarşı verilmiş mülki iddianın qüvvədə saxlanılmasını, cəza təyin edilərkən isə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini məhkəmədən xahiş etmişlər. Həmçinin, Zərərçəkmiş şəxs MMC-nin təsisçiləri tərəfindən Bakı Ağır Cinayətlər Məhkəməsinə təqdim edilmiş notarial qaydada təsdiq edilən 04.08.2021-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs1 qarşı şikayətləri yoxdur, onunla öz aralarında razılaşmışlar və o, işləyərək vurulmuş zərəri ödəyəcək, eyni zamanda Təqsirləndirilən şəxs1 qarşı mülki iddianın qüvvədə saxlanılmasını, onun barəsində cəza tədbiri seçilərkən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə AR CM-in 59-cu maddəsini rəhbər tutaraq, Təqsirləndirilən şəxs1 ilk dəfə olaraq cinayət əməli törətməsini, himayəsində iki azyaşlı uşağının olmasını, müsbət xarakterizə olunmasını, zərərçəkmiş hüquqi şəxsin ona qarşı şikayətinin olmamasını, zərərçəkmiş hüquqi şəxsin onun barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növünün seçilməsini məhkəmədən xahiş etməsini cəzanı yüngülləşdirən hallar kimi, Azərbaycan Respublikası CM-in 313-cü maddəsinə münasibətdə CM-in 61.1.3-cü maddəsinə əsasən cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs qismində törədilməsini isə onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. İş materiallarına əlavə olunmuş, Lənkəran Şəhər 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 müsbət xarakterizə olunur. (cild 10, iş vərəqə 136) İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının vətəndaşının şəxsiyyət vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs2 himayəsində 03.05.2005-ci il təvəllüdlü bir yetkinlik yaşına çatmayan uşağı vardır. (cild 10, iş vərəqə 137) Həmçinin, Zərərçəkmiş şəxs MMC-nin təsisçiləri tərəfindən Bakı Ağır Cinayətlər Məhkəməsinə təqdim edilmiş notarial qaydada təsdiq edilən 04.08.2021-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs2 qarşı şikayətləri yoxdur, onunla öz aralarında razılaşmışlar və o, işləyərək vurulmuş zərəri ödəyəcək, eyni zamanda Təqsirləndirilən şəxs2 qarşı mülki iddianın qüvvədə saxlanılmasını, onun barəsində cəza tədbiri seçilərkən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə AR CM-in 59-cu maddəsini rəhbər tutaraq, Təqsirləndirilən şəxs2 himayəsində bir yetkinlik yaşına çatmayan uşağının olmasını, zərərçəkmiş hüquqi şəxsin ona qarşı şikayətinin olmamasını, müsbət xarakterizə olunmasını, zərərçəkmiş hüquqi şəxsin onun barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növünün seçilməsini məhkəmədən xahiş etməsini cəzanı yüngülləşdirən hallar kimi, Azərbaycan Respublikası CM-in 313-cü maddəsinə münasibətdə CM-in 61.1.3-cü maddəsinə əsasən cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs qismində törədilməsini isə onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. İş materiallarına əlavə olunmuş, Azərbaycan Respublikası Bakı şəhəri İcraiyyə Komitəsi yanında mənzil-tikinti kooperativi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs3 müsbət xarakterizə olunur. (cild 10, iş vərəqə 138) İş materiallarına əlavə edilmiş DSMF-nin Nəsimi rayon şöbəsi tərəfindən verilmiş vəsiqədən görünür ki, Təqsirləndirilən şəxs3 İİİ qrup əlilidir. (cild 10, iş vərəqə 135) İş materiallarında olan Zərərçəkmiş şəxs MMC-nin təsisçiləri tərəfindən Bakı Ağır Cinayətlər Məhkəməsinə təqdim edilmiş notarial qaydada təsdiq edilən 09.05.2021-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs3 qarşı heç bir mülki iddiaları, tələbləri və şikayətləri yoxdur. Məhkəmə AR CM-in 59-cu maddəsini rəhbər tutaraq, Təqsirləndirilən şəxs3 ilk dəfə olaraq cinayət əməli törətməsini, yaşlı olmasını, səhhətini, İİİ qrup əlil olmasını, müsbət xarakterizə olunmasını, zərərçəkmiş hüquqi şəxsin ona qarşı şikayət, tələbinin olmamasını, ailənin yeganə qazanc gətirəni olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır, ona münasibətdə cəzanı ağırlaşdıran halların olmadığını qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62.1-ci maddəsinə əsasən, cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli qərarının 8-ci bəndindən görünür ki, Cinayət Məcəlləsinin 62-ci maddəsinə görə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilməsi şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli surətdə azaldan müstəsna hallar mövcud olduqda, yaxud qrup halında törədilmiş cinayətin açılmasına fəal kömək göstərdikdə mümkündür. Bu zaman nəinki cinayətin məqsədi və motivi, habelə təqsirkarın cinayətin törədilməsində rolu, cinayəti törədərkən və ondan sonrakı davranışı nəzərə alınmalıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli dərəcədə azaldan bütün müstəsna hallar qanunda birbaşa nəzərdə tutulmadığından məhkəmə müstəsna hal kimi həm ayrı-ayrı yüngülləşdirici halları, həm də onların məcmusunu tanımağa haqlıdır. Bu zaman məhkəmə bu məsələ barədə qəbul etdiyi qərarı hökmdə əsaslandırmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs1 tərəfindən törədilmiş cinayətin xarakteri və ictimaitəhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o, cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və təqsirləndirilən şəxsin ailəsinin həyat şəraitinə təsirini, təqsirləndirilən şəxsin öz əməlini səmimi etiraf edərək, peşman olmasını, vurulmuş zərəri işləyərək ödəmək niyyətində olmasını, zərərçəkmiş hüquqi şəxsin də mütəxəssis kimi onun əməyinə ehtiyac duymasını və cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan digər halları nəzərə alır və belə nəticəyə gəlir ki Təqsirləndirilən şəxs1 cəmiyyətdən tam təcrid edilmədən islah edilməsi mümkün olduğundan, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi AR CM-in 178.3.2 və 193-1.3.2-ci maddələri ilə cəza təyin edilərkən, onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsinin tətbiq edilməsini və qeyd edilən maddələrin sanksiyalarında nəzərdə tutulan cəzalardan daha yüngül cəza növünün, yəni azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi məqsədəmüvafiqdir. Təqsirləndirilən şəxs1 üzərinə cəzasını çəkdiyi müddətdə yaşayış yerini saat 23:00dan 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Bakı şəhərinin inzibati ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs3 tərəfindən törədilmiş cinayətin xarakteri və ictimaitəhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o, cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və təqsirləndirilən şəxsin ailəsinin həyat şəraitinə təsirini, zərərçəkmiş hüquqi şəxsin ona qarşı şikayət, tələbinin olmamasını, ona qarşı mülki iddiadan imtina etməsini və cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan digər halları nəzərə alır və Təqsirləndirilən şəxs3 cəmiyyətdən təcrid edilmədən islah edilməsi mümkün olduğundan, Təqsirləndirilən şəxs3 təqsirli bilindiyi 32.5, 178.3.2, 32.5, 193-1.3.2-ci maddələri ilə cəza təyin edilərkən, onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsini tətbiq edilərək, qeyd edilən maddələrin sanksiyalarında nəzərdə tutulan cəzalardan daha yüngül cəza növünün, yəni cərimə cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs2 barəsində cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 cəmiyyətdən təcrid edilmədən islah edilməsi mümkün olduğundan ona təqsirli bilindiyi maddənin sanksiyası daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin edərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilərək ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilməli və üzərində sınaq müddəti müəyyən olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs1 törətdiyi cinayətlərin məcmusuna az ağır və ağır cinayətlər, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 törətdikləri cinayətlərin məcmusuna isə ağır cinayətlər daxil olduğundan, məcmuya daxil olan cinayətlərə görə təyin olunan cəzalar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə uyğun olaraq qismən toplanılmalı və bu yolla təqsirləndirilən şəxslərə qəti cəza təyin edilməlidir. AR CM-in 66.4-cü maddəsinə əsasən, cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. Odur ki, AR CM-in 66.4-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 təyin edilmiş əlavə cəza, onlara cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya birləşdirilməlidir. Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzasının əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs1 barəsində hökmün icrası Bakı şəhəri Probasiya İdarəsinə və Bakı şəhəri Nizami rayon İcra Şöbəsinə tapşırılmalıdır. Təqsirləndirilən şəxs2 barəsində sınaq müddətinin əvvəli hökmün qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs2 barəsində hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Lənkəran şəhər İcra və Probasiya Şöbəsinə tapşırılmalıdır. Təqsirləndirilən şəxs3 barəsində hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhəri Probasiya İdarəsinə və Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsinə tapşırılmalıdır. İş materiallarında olan 22 oktyabr 2018-ci il tarixli ittiham elan etmək üçün şəxsin tutulması və barəsində axtarışın elan edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 qərarla Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin tarixli qərarla axtarış elan edilmiş, Bakı şəhəri Xətai rayon məhkəməsinin 25 oktyabr 2018-ci il tarixli qərarı ilə barəsində qiyabi olaraq 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və beynəlxalq axtarışa verilmişdir. 04 aprel 2019-cu il tarixdə Təqsirləndirilən şəxs1 Rusiya Federasiyasının Kobardin Balkan Respublikasının DİN-in Leskensk RPŞ-nin İstintaq idarəsinin müstəntiqi, ədliyyə kapitanı A.X.Karov tərəfindən tutulmuş, Rusiya Federasiyasının Kobardin Balkan Respublikasının Leskensk rayon məhkəməsinin 06 aprel 2019-cu il tarixli qərarı ilə “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 22.01.1993-cü il tarixli Minsk Konvensiyanın tələblərinə əsasən Təqsirləndirilən şəxs1 barəsində 40 (qırx) gün müddətinə, yəni 14.05.2019-cu il tarixədək olan müddətə həbs qətimkan tədbiri seçilmiş və onun həbsdə saxlanma müddəti həmin məhkəmənin qərarı ilə 10 sentyabr 2019-cu il tarixədək, Rusiya Federasiyasının Kobardin Balkan Respublikasının Nartkala şəhəri, Urvansk Federal rayon məhkəməsinin 09 sentyabr 2019-cu il tarixli qərarı ilə 09 dekabr 2019-cu il tarixədək uzadılmışdır. 06 dekabr 2019-cu il tarixdə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasına təhvil verilmiş və saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına yerləşdirilmişdir. Bakı şəhəri Səbail rayon məhkəməsinin 20 may 2020-ci il tarixli qərarı ilə həbsdə saxlanma müddəti, yəni 29 iyul 2020-ci il tarixədək uzadılmışdır. 29 iyul 2020-ci il tarixdə Təqsirləndirilən şəxs1 həbsdə saxlanmasının son müddətinin başa çatması səbəbi ilə həbsdən buraxılmış və həmin tarixli qərarla onun barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs1 məhkəmənin çağırışlarına gəlməkdən yayındığından Bakı Ağır Cinayətlər Məhkəməsinin 30 oktyabr 2020-ci il tarixli qərarı ilə onun barəsində axtarış elan edilərək, həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Bakı İstintaq Təcridxanasının 18.03.2021-ci il tarixli məktubundan görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 30 oktyabr 2020-ci il tarixli qərarı icra edilərək, Təqsirləndirilən şəxs1 08 mart 2021-ci il tarixdə Səbail RPİ-nin CAŞ-ın əməkdaşları tərəfindən tutularaq 10.03.2021-ci il tarixdə Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.4-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət təqsirləndirilən şəxsin həbsdə saxlanma müddətinə daxil edilir. AR CM-in 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Odur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs1 04 aprel 2019-cu il tarixdən 29 iyul 2020-ci il tarixədək və 08 mart 2021-ci il tarixdən hökm elan olunduğu vaxta, yəni 16 sentyabr 2021-ci il tarixədək həbsdə saxlanıldığı müddət, ümumilikdə 01 il 09 ay 07 gün həbs müddəti 03 il 08 ay 06 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı, üzərində qəti əsas və əlavə cəza saxlanılmalıdır. İş materiallarında olan 14 sentyabr 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 21 sentyabr 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 barəsində seçilmiş qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək, “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilməli, o, dərhal məhkəmə iclas zalında həbsdən azad olunmalı və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin, məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barələrində seçilmiş qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barələrində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək, barələrində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə edilmiş Məhkəmə Ekspertiza Mərkəzinin rəylərindən, alqısatqı müqavilələrindən, təhvil-qəbul aktlarından, hesab fakturalarından və qaimə fakturalarından və digər sənədlərlə də müəyyən edilmişdir ki, ümumilikdə 10 cəmiyyətin bank hesablarına Zərərçəkmiş şəxs MMC-ə məxsus olan "xxxx" ASC-də və "xxxx" ASCdə olan bank hesablarından 543.705.89 (beş yüz qırx üç min yeddi yüz beş manat səksən doqquz qəpik) manat məbləğində pul vəsaitinin köçürülməsini təmin etməklə, ümumilikdə 543.705.89 manat məbləğində pul vəsaitlərini vahid niyyətlə leqallaşdırıb, əmlak mənfəəti əldə etmək məqsədi ilə sahibkarlıq fəaliyyətini həyata keçirmək niyyəti olmadan “X41” MMC-nin yaradılması ilə Zərərçəkmiş şəxs MMC-yə külli miqdarda, yəni 543.705.89 manat məbləğində maddi ziyan dəymişdir. İş materialından görünür ki, cinayət işi üzrə 543.705.89 (beş yüz qırx üç min yeddi yüz beş manat səksən doqquz qəpik) manat maddi ziyan və həmin maddi ziyandan 83.091,46 (səksən üç min doxsan bir manat qırx altı qəpik) manat ödənilmişdir. Zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs MMC-nin nümayəndəsi cinayət işi üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 qarşı 01.04.2021-ci il tarixdə mülki iddia verərək, 543.705.89 (beş yüz qırx üç min yeddi yüz beş manat səksən doqquz qəpik) manat məbləğində pulun təqsirləndirilən şəxslərdən tutularaq, zərərçəkmiş hüquqi şəxsə ödənilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinə zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs MMC-nin nümayəndəsi tərəfindən 24.06.2021-ci il tarixdə təqdim edilmiş “mülki iddia ərizəsinə əlavələr və dəyişikliklər edilməsi barədə” ərizədən görünür ki, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi cinayət nəticəsində vurulmuş ziyanın Təqsirləndirilən şəxs1 340.000 manat, X1 60.000 manat məbləğində tutularaq zərərçəkmiş hüquqi şəxsə ödənilməsi barədə qərara qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan 09.05.2021-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs MMC-nin Təqsirləndirilən şəxs3 qarşı şikayəti, tələbi və mülki iddiası yoxdur. Odur ki, zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs MMC-nin nümayəndəsinin mülki iddia ərizəsinə əlavələr və dəyişikliklər edilməsi barədə ərizəsi nəzərə alınmaqla mülki iddia təmin edilməli, cinayət nəticəsində zərərçəkmiş hüquqi şəxsə vurulmuş ziyandan 340.000 manat pul Təqsirləndirilən şəxs1, 60000 manat pul X1 tutularaq zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs MMC-yə ödənilməli, Təqsirləndirilən şəxs3 dair hissədə isə mülki iddiaya xitam verilməlidir. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 cinayət əməli nəticəsində iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlakları müəyyən edilmədiyindən Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyərini təşkil edən 830 manat puldan, 276,67 manatı Təqsirləndirilən şəxs1, 276,67 manatı Təqsirləndirilən şəxs2, 276,67 manatı Təqsirləndirilən şəxs3 tutularaq dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübutlarla bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, cinayət işi üzrə aparılan ibtidai istintaq zamanı götürülmüş 03.03.2017-ci il tarixli "xxxx" MMC ilə bağlanmış alqı-satqı müqaviləsi, müqaviləyə 01 saylı əlavə, 16.03.2017-ci il tarixli malların təhvil verilməsinə dair təhvil-qəbul aktı, həmin tarixli 07/17 saylı hesabfaktura və 023056 nömrəli qaimə faktura, 10.04.2017-ci il tarixli “X43” MMC ilə bağlanmış alqı-satqı müqaviləsi, müqaviləyə 01 saylı əlavə, 11.04.2017-ci tarixli 007 saylı hesabfaktura, 13.04.2017-ci il tarixli malların təhvil verilməsinə dair təhvil-qəbul aktı və həmin tarixli 108803 nömrəli qaimə faktura, 27.03.2017-ci il tarixli "xxxx" MMC ilə bağlanmış alqısatqı müqaviləsi, müqaviləyə 01 və 02 saylı əlavələr, 30.03.2017-ci il tarixli malların təhvil verilməsinə dair təhvil-qəbul aktı, tarixsiz və nömrəsiz hesab-faktura və 19.05.2017-ci il tarixli 054 saylı hesab faktura və həmin tarixli təhvil-qəbul aktı, 30.03.2017-ci il tarixli 020109 saylı və 27.04.2017-ci il tarixli 020110 saylı qaimə fakturalar, 10.04.2017-ci il tarixli "xxxx" MMC ilə bağlanmış alqı-satqı müqaviləsi, müqaviləyə 01 saylı əlavə, 13.04.2017-ci il tarixli malların təhvil verilməsinə dair təhvil-qəbul aktı, 11.04.2017-ci il tarixli 012 saylı hesab-faktura və 13.04.2017-ci il tarixli 208542 nömrəli qaimə faktura, 10.04.2017-ci il tarixli "xxxx" MMC ilə bağlanmış alqı-satqı müqaviləsi, müqaviləyə 01 saylı əlavə, 13.04.2017-ci il tarixli malların təhvil verilməsinə dair təhvil-qəbul aktı, 11.04.2017-ci il tarixli 007 saylı və 26.04.2017-ci il tarixli 003 saylı hesab-fakturalar, 27.04.2017-ci il tarixli malların təhvil verilməsinə dair 03 ədəd təhvil-qəbul aktları, 13.04.2017-ci il tarixli 022551 nömrəli, tarixsiz 022554 nömrəli, 022555 nömrəli, 022561 nömrəli və 22562 nömrəli olmaqla, cəmi 05 (beş) ədəd qaimə fakturalar, 10.04.2017-ci il tarixli "xxxx" MMC ilə bağlanmış alqı-satqı müqaviləsi, müqaviləyə 01 saylı əlavə, 13.04.2017-ci il tarixli malların təhvil verilməsinə dair təhvil-qəbul aktı, 11.04.2017-ci tarixli 017/007 saylı hesab-faktura və 13.04.2017-ci il tarixli 152102 nömrəli qaimə faktura, 01.05.2017-ci il tarixli "xxxx" MMC ilə bağlanmış alqı-satqı müqaviləsi, müqaviləyə 01 saylı əlavə, 11.05.2017-ci il tarixli malların təhvil verilməsinə dair təhvil-qəbul aktı və 11.05.2017-ci il tarixli 022679 nömrəli qaimə faktura, 11.05.2017-ci il tarixli "xxxx" MMC ilə bağlanmış alqı-satqı müqaviləsi, müqaviləyə 01 saylı əlavə, 11.05.2017-ci il tarixli malların təhvil verilməsinə dair təhvil-qəbul aktı, 11.05.2017-ci il tarixli 034401 və 034402 nömrəli qaimə fakturalar, 11.05.2017-ci il tarixli "xxxx" MMC ilə bağlanmış alqı-satqı müqaviləsi, müqaviləyə 01 saylı əlavə, 11.05.2017-ci il tarixli malların təhvil verilməsinə dair təhvil-qəbul aktı, 11.05.2017-ci il tarixli 022171 nömrəli qaimə faktura, 22.05.2017-ci il tarixli "xxxx" MMC ilə bağlanmış alqı-satqı müqaviləsi, müqaviləyə 01 saylı əlavə, 23.05.2017-ci il tarixli malların təhvil verilməsinə dair təhvil-qəbul aktı, həmin tarixli 065 saylı hesab-faktura, həmçinin “X41” MMC tərəfindən təqdim edilmiş Zərərçəkmiş şəxs MMC ilə olan ticarətə dair 16.03.2017-ci il tarixli 002 nömrəli sifariş orderi, 17.03.2017-ci il tarixli alqı-satqı müqaviləsi, 17.03.2017-ci il tarixli təhvil-qəbul aktı, 22.03.2017-ci il tarixli 03 saylı hesab-faktura, 22.05.2017-ci il tarixli 701027 nömrəli elektron qaimə, 29.03.2017-ci il tarixli 004 nömrəli sifariş orderi, 30.03.2017-ci il tarixli təhvil-qəbul aktı, 11.06.2017-ci il tarixli 004 saylı hesab-faktura, 01.06.2017-ci il tarixli 903446 elektron qaimə, 11.04.2017-ci il tarixli 006 saylı sifariş orderi, 13.04.2017-ci il tarixli təhvil-qəbul aktı, 23.06.2017-ci il tarixli 006 saylı hesab-faktura, 11.04.2017-ci il tarixli 007 saylı sifariş orderi, 14.04.2017-ci il tarixli təhvil-qəbul aktı, 23.06.2017-ci il tarixli 007 saylı hesab-faktura, 25.04.2017-ci il tarixli 008 saylı sifariş orderi, 27.04.2017-ci il tarixli təhvil-qəbul aktı, 29.06.2017-ci il tarixli 008 saylı 02 (iki) ədəd hesab-fakturalar, 25.04.2017-ci il tarixli 009 saylı sifariş orderi, 27.04.2017-ci il tarixli təhvilqəbul aktı, 10.05.2017-ci il tarixli 010 saylı sifariş orderi, 11.05.2017-ci il tarixli təhvil-qəbul aktı, 03.07.2017-ci il tarixli 009 saylı hesab-faktura, 19.05.2017-ci il tarixli 013 saylı sifariş orderi, 10.07.2017-ci il tarixli 013 saylı hesab-faktura, 22.05.2017-ci il tarixli 014 saylı sifariş orderi, 14.07.2017-ci il tarixli 014 saylı hesab-faktura, "xxxx" MMC-nin "xxxx" bankın 12 saylı filialında olan AZ10NİCB**********0001A40060 saylı bank hesabına köçürülmüş 60.120 (altmış min yüz iyirmi) manat, "xxxx" MMC-nin "xxxx" bankın 12 saylı filialında olan AZ15NİCB**********0001A40060 saylı bank hesabına köçürülmüş 114145,52 (yüz on dörd min yüz qırx beş manat əlli iki qəpik) manat, "xxxx" MMC-nin "xxxx" bankın 12 saylı filialında olan AZ64NİCB**********0001A40060 saylı bank hesabına köçürülmüş 37.820 (otuz yeddi min səkkiz yüz iyirmi) manat, "xxxx" ASC-nin “28 May” filialında olan AZ69AMRA******************** saylı bank hesabına köçürülmüş 66.677 (altmış altı min altı yüz yetmiş yeddi) manat, "xxxx" MMC-nin "xxxx" ASC-nin “28 May” filialında olan AZ46AMRA******************** saylı bank hesabına köçürülmüş 43.477,87 (qırx üç min dörd yüz yetmiş yeddi manat səksən yeddi qəpik) manat, "xxxx" MMC-nin "xxxx" ASCnin “28 May” filialında olan AZ17AMRA******************** saylı bank hesabına köçürülmüş 42.224 (qırx iki min iki yüz iyirmi dörd) manat, "xxxx" MMC-nin "xxxx" ASC-nin “28 May” filialında olan AZ16AMRA******************** saylı bank hesabına köçürülmüş 40.991,50 (qırx min doqquz yüz doxsan bir manat əlli qəpik) manat, "xxxx" MMC-nin "xxxx" ASC-nin “28 May” filialında olan AZ83AMRA******************** saylı bank hesabına köçürülmüş 94.320 (doxsan dörd min üç yüz iyirmi) manat, "xxxx" MMC-nin "xxxx" bankın 12 saylı filialında olan AZ18NİCB**********0001A40060 saylı bank hesabına köçürülmüş 14.960 (on dörd min doqquz yüz altmış) manat, "xxxx" MMC-nin "xxxx" bankın 12 saylı filialında olan AZ09NİCB**********0001A40060 saylı bank hesabına köçürülmüş 14.940 (on dörd min doqquz yüz qırx) manat və “X43” MMC-nin "xxxx" bankın 12 saylı filialında olan AZ13NİCB**********0001A40060 saylı bank hesabına köçürülmüş 14.030 (on dörd min otuz) manat məbləğində pul vəsaitlərinin Təqsirləndirilən şəxs2, Şahid9 və Şahid10 tərəfindən "xxxx" ASC-nin “28 May” filialından və "xxxx" bankın 12 saylı filialından nağdlaşdırılmasına dair banklardan götürülmüş qaimə fakturalar, ödəmə tapşırıqları, bununla bağlı digər sənədlər, mobil operatorlardan götürülmüş telefon danışıq məlumatlarını əks etdirən disklər cinayət işi materiallarında saxlanılmalı, Baş Prokurorluğun İstintaq idarəsinin maddi sübutlar otağında saxlanılan Nümayəndə məxsus, cinayət işi üzrə maraqlı şəxslər arasında olan danışıqları əks etdirən fonoqramların qeydə alındığı və həmin fonoqramlar yaddaşında olan 01 (bir) ədəd “SAMSUNG” markalı mobil telefon isə sahibinə, Nümayəndə qaytarılmalıdır. (Cild 10, i.v. 167-252) Məhkəmədə Təqsirləndirilən şəxs1 müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Müdafiəçi3 Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 27 yanvar 2010-cu il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsə göstərilmiş 40 (qırx) iş saatı həcmində hüquqi yardımla bağlı 240 (iki yüz qırx) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası CPM-in 345, 346, 347, 351-353, 356-cı maddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 193.2.1, 193.2.2, 193-1.3.2, 313-cü maddələri ilə təqsirli bilinsin, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə AR CM-in 62-ci maddəsi tətbiq olunmaqla 03 il müddətə azadlığın məhdudlaşdırılması cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 193.2.1, 193.2.2-ci maddələri ilə 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 193-1.3.2-ci maddəsi ilə AR CM-in 62-ci maddəsi tətbiq olunmaqla, 03 il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 03 il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs1 təyin edilmiş cəzalar qismən toplanılsın, həmin Məcəllənin 66.4-cü maddəsinə əsasən əlavə cəza əsas cəzaya birləşdirilsin və ona 03 il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə, 05 il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs1 CM-nin 313-cü maddəsi ilə cəza təyin edilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs1 04 aprel 2019-cu il tarixdən 29 iyul 2020-ci il tarixədək və 08 mart 2021-ci il tarixdən hökm elan olunduğu vaxta, yəni 16 sentyabr 2021-ci il tarixədək həbsdə saxlanıldığı müddət, ümumilikdə 01 il 09 ay 07 gün həbs müddəti 03 il 08 ay 06 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq ona təyin edilmiş 05 il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 03 il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə, 01 il 03 ay 24 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzasının əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 üzərinə cəzasını çəkdiyi müddətdə yaşayış yerini saat 23:00dan 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Bakı şəhərinin inzibati ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Bakı şəhəri Probasiya İdarəsinə və Bakı şəhəri Nizami rayon İcra Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək, “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilsin, o, dərhal məhkəmə iclas zalında həbsdən azad olunsun və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 193- 1.3.2, 313-cü maddələri ilə təqsirli bilinsin, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə 05 il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 193-1.3.2 maddəsi ilə 02 il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 07 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən, X9 təyin edilmiş cəzalar qismən toplanılsın, həmin Məcəllənin 66.4-cü maddəsinə əsasən əlavə cəza əsas cəzaya birləşdirilsin və X9 qəti olaraq 02 il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 07 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 03 aprel 2019-cu il tarixli 1(004)-13/2019 nömrəli hökmü ilə təyin edilmiş 02 il, 06 ay müddətinə əlavə cəzasının bu günə qədər qalan hissəsi, hökmlə təyin edilmiş əlavə cəzaya qismən birləşdirilsin və ona qəti olaraq 02 il 06 ay müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 07 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən, X9 CMnin 313-cü maddəsi ilə cəza təyin edilməsin. X3 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 02 il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilsin. Sınaq müddətinin əvvəli hökmün qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. X3 üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. X3 barəsində hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Lənkəran şəhər İcra və Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin, “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 178.3.2, 32.5, 193-1.3.2-ci maddələri ilə təqsirli bilinsin, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 178.3.2-ci maddəsi ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq olunmaqla 7000 (yeddi min) manat məbləğində cərimə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 193-1.3.2-ci maddələri ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq olunmaqla 02 il dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 7500 (yeddi min beş yüz) manat cərimə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs3 təyin edilmiş cəzalar qismən toplanılsın, həmin Məcəllənin 66.4-cü maddəsinə əsasən əlavə cəza əsas cəzaya birləşdirilsin və Təqsirləndirilən şəxs3 qəti olaraq 02 il dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 8000 (səkkiz min) manat məbləğində cərimə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs3 barəsində hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhəri Probasiya İdarəsinə və Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin, “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs MMC-nin mülki iddiası təmin edilsin, cinayət nəticəsində vurulmuş ziyandan 340.000 (üç yüz qırx min) manat pul Təqsirləndirilən şəxs1, 60.000 (altmış min) manat məbləğində pul X1 tutularaq zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs MMC-yə qaytarılsın, Təqsirləndirilən şəxs3 dair hissədə isə mülki iddiaya xitam verilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyərini təşkil edən 830 manat məbləğində puldan, Təqsirləndirilən şəxs1 276,67 manat, Təqsirləndirilən şəxs2 276,67 manat, Təqsirləndirilən şəxs3 276,67 manat pul tutularaq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübutlar - cinayət işi üzrə aparılan ibtidai istintaq zamanı götürülmüş 03.03.2017-ci il tarixli "xxxx" MMC ilə bağlanmış alqı-satqı müqaviləsi, müqaviləyə 01 saylı əlavə, 16.03.2017-ci il tarixli malların təhvil verilməsinə dair təhvil-qəbul aktı, həmin tarixli 07/17 saylı hesab-faktura və 023056 nömrəli qaimə faktura, 10.04.2017-ci il tarixli “X43” MMC ilə bağlanmış alqı-satqı müqaviləsi, müqaviləyə 01 saylı əlavə, 11.04.2017-ci tarixli 007 saylı hesab-faktura, 13.04.2017-ci il tarixli malların təhvil verilməsinə dair təhvil-qəbul aktı və həmin tarixli 108803 nömrəli qaimə faktura, 27.03.2017-ci il tarixli "xxxx" MMC ilə bağlanmış alqı-satqı müqaviləsi, müqaviləyə 01 və 02 saylı əlavələr, 30.03.2017-ci il tarixli malların təhvil verilməsinə dair təhvil-qəbul aktı, tarixsiz və nömrəsiz hesab-faktura və 19.05.2017-ci il tarixli 054 saylı hesab faktura və həmin tarixli təhvil-qəbul aktı, 30.03.2017-ci il tarixli 020109 saylı və 27.04.2017-ci il tarixli 020110 saylı qaimə fakturalar, 10.04.2017-ci il tarixli "xxxx" MMC ilə bağlanmış alqı-satqı müqaviləsi, müqaviləyə 01 saylı əlavə, 13.04.2017-ci il tarixli malların təhvil verilməsinə dair təhvil-qəbul aktı, 11.04.2017-ci il tarixli 012 saylı hesab-faktura və 13.04.2017-ci il tarixli 208542 nömrəli qaimə faktura, 10.04.2017-ci il tarixli "xxxx" MMC ilə bağlanmış alqı-satqı müqaviləsi, müqaviləyə 01 saylı əlavə, 13.04.2017-ci il tarixli malların təhvil verilməsinə dair təhvil-qəbul aktı, 11.04.2017-ci il tarixli 007 saylı və 26.04.2017-ci il tarixli 003 saylı hesab-fakturalar, 27.04.2017-ci il tarixli malların təhvil verilməsinə dair 03 ədəd təhvil-qəbul aktları, 13.04.2017-ci il tarixli 022551 nömrəli, tarixsiz 022554 nömrəli, 022555 nömrəli, 022561 nömrəli və 22562 nömrəli olmaqla, cəmi 05 (beş) ədəd qaimə fakturalar, 10.04.2017-ci il tarixli "xxxx" MMC ilə bağlanmış alqı-satqı müqaviləsi, müqaviləyə 01 saylı əlavə, 13.04.2017-ci il tarixli malların təhvil verilməsinə dair təhvil-qəbul aktı, 11.04.2017-ci tarixli 017/007 saylı hesab-faktura və 13.04.2017-ci il tarixli 152102 nömrəli qaimə faktura, 01.05.2017-ci il tarixli "xxxx" MMC ilə bağlanmış alqı-satqı müqaviləsi, müqaviləyə 01 saylı əlavə, 11.05.2017-ci il tarixli malların təhvil verilməsinə dair təhvil-qəbul aktı və 11.05.2017-ci il tarixli 022679 nömrəli qaimə faktura, 11.05.2017-ci il tarixli "xxxx" MMC ilə bağlanmış alqı-satqı müqaviləsi, müqaviləyə 01 saylı əlavə, 11.05.2017-ci il tarixli malların təhvil verilməsinə dair təhvil-qəbul aktı, 11.05.2017-ci il tarixli 034401 və 034402 nömrəli qaimə fakturalar, 11.05.2017-ci il tarixli "xxxx" MMC ilə bağlanmış alqı-satqı müqaviləsi, müqaviləyə 01 saylı əlavə, 11.05.2017-ci il tarixli malların təhvil verilməsinə dair təhvil-qəbul aktı, 11.05.2017-ci il tarixli 022171 nömrəli qaimə faktura, 22.05.2017-ci il tarixli "xxxx" MMC ilə bağlanmış alqı-satqı müqaviləsi, müqaviləyə 01 saylı əlavə, 23.05.2017-ci il tarixli malların təhvil verilməsinə dair təhvil-qəbul aktı, həmin tarixli 065 saylı hesab-faktura, həmçinin “X41” MMC tərəfindən təqdim edilmiş Zərərçəkmiş şəxs MMC ilə olan ticarətə dair 16.03.2017-ci il tarixli 002 nömrəli sifariş orderi, 17.03.2017-ci il tarixli alqı-satqı müqaviləsi, 17.03.2017-ci il tarixli təhvil-qəbul aktı, 22.03.2017-ci il tarixli 03 saylı hesab-faktura, 22.05.2017-ci il tarixli 701027 nömrəli elektron qaimə, 29.03.2017-ci il tarixli 004 nömrəli sifariş orderi, 30.03.2017-ci il tarixli təhvil-qəbul aktı, 11.06.2017-ci il tarixli 004 saylı hesab-faktura, 01.06.2017-ci il tarixli 903446 elektron qaimə, 11.04.2017-ci il tarixli 006 saylı sifariş orderi, 13.04.2017-ci il tarixli təhvil-qəbul aktı, 23.06.2017-ci il tarixli 006 saylı hesab-faktura, 11.04.2017-ci il tarixli 007 saylı sifariş orderi, 14.04.2017-ci il tarixli təhvil-qəbul aktı, 23.06.2017-ci il tarixli 007 saylı hesab-faktura, 25.04.2017-ci il tarixli 008 saylı sifariş orderi, 27.04.2017-ci il tarixli təhvil-qəbul aktı, 29.06.2017-ci il tarixli 008 saylı 02 (iki) ədəd hesab-fakturalar, 25.04.2017-ci il tarixli 009 saylı sifariş orderi, 27.04.2017-ci il tarixli təhvilqəbul aktı, 10.05.2017-ci il tarixli 010 saylı sifariş orderi, 11.05.2017-ci il tarixli təhvil-qəbul aktı, 03.07.2017-ci il tarixli 009 saylı hesab-faktura, 19.05.2017-ci il tarixli 013 saylı sifariş orderi, 10.07.2017-ci il tarixli 013 saylı hesab-faktura, 22.05.2017-ci il tarixli 014 saylı sifariş orderi, 14.07.2017-ci il tarixli 014 saylı hesab-faktura, "xxxx" MMC-nin "xxxx" bankın 12 saylı filialında olan AZ10NİCB**********0001A40060 saylı bank hesabına köçürülmüş 60.120 (altmış min yüz iyirmi) manat, "xxxx" MMC-nin "xxxx" bankın 12 saylı filialında olan AZ15NİCB**********0001A40060 saylı bank hesabına köçürülmüş 114145,52 (yüz on dörd min yüz qırx beş manat əlli iki qəpik) manat, "xxxx" MMC-nin "xxxx" bankın 12 saylı filialında olan AZ64NİCB**********0001A40060 saylı bank hesabına köçürülmüş 37.820 (otuz yeddi min səkkiz yüz iyirmi) manat, "xxxx" ASC-nin “28 May” filialında olan AZ69AMRA******************** saylı bank hesabına köçürülmüş 66.677 (altmış altı min altı yüz yetmiş yeddi) manat, "xxxx" MMC-nin "xxxx" ASC-nin “28 May” filialında olan AZ46AMRA******************** saylı bank hesabına köçürülmüş 43.477,87 (qırx üç min dörd yüz yetmiş yeddi manat səksən yeddi qəpik) manat, "xxxx" MMC-nin "xxxx" ASC-nin “28 May” filialında olan AZ17AMRA******************** saylı bank hesabına köçürülmüş 42.224 (qırx iki min iki yüz iyirmi dörd) manat, "xxxx" MMC-nin "xxxx" ASC-nin “28 May” filialında olan AZ16AMRA******************** saylı bank hesabına köçürülmüş 40.991,50 (qırx min doqquz yüz doxsan bir manat əlli qəpik) manat, "xxxx" MMC-nin "xxxx" ASC-nin “28 May” filialında olan AZ83AMRA******************** saylı bank hesabına köçürülmüş 94.320 (doxsan dörd min üç yüz iyirmi) manat, "xxxx" MMC-nin "xxxx" bankın 12 saylı filialında olan AZ18NİCB**********0001A40060 saylı bank hesabına köçürülmüş 14.960 (on dörd min doqquz yüz altmış) manat, "xxxx" MMC-nin "xxxx" bankın 12 saylı filialında olan AZ09NİCB**********0001A40060 saylı bank hesabına köçürülmüş 14.940 (on dörd min doqquz yüz qırx) manat və “X43” MMC-nin "xxxx" bankın 12 saylı filialında olan AZ13NİCB**********0001A40060 saylı bank hesabına köçürülmüş 14.030 (on dörd min otuz) manat məbləğində pul vəsaitlərinin Təqsirləndirilən şəxs2, Şahid9 və Şahid10 tərəfindən "xxxx" ASC-nin “28 May” filialından və "xxxx" bankın 12 saylı filialından nağdlaşdırılmasına dair banklardan götürülmüş qaimə fakturalar, ödəmə tapşırıqları, bununla bağlı digər sənədlər, mobil operatorlardan götürülmüş telefon danışıq məlumatlarını əks etdirən disklər cinayət işi materiallarında saxlanılsın, Baş Prokurorluğun İstintaq idarəsinin maddi sübutlar otağında saxlanılan Nümayəndə məxsus, cinayət işi üzrə maraqlı şəxslər arasında olan danışıqları əks etdirən fonoqramların qeydə alındığı və həmin fonoqramlar yaddaşında olan 01 (bir) ədəd “SAMSUNG” markalı mobil telefon sahibinə, Nümayəndə qaytarılsın. (Cild 10, i.v. 167-252) Məhkəmədə Təqsirləndirilən şəxs1 müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Müdafiəçi3 təqsirləndirilən şəxsə göstərilmiş 40 (qırx) iş saatı həcmində hüquqi yardımla bağlı 240 (iki yüz qırx) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına ödənilsin. Hökmdən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-369/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-369/2021
16.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver