Məhkəmə qərarları › İş №1(101)-369/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-369/2023

22.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-369/2023 22.05.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Ağalarov Mahmud Muradxan oğlunun sədrliyi ilə, hakimlər Hacıyev Siyavuş Həbib oğlu və Salmanov Rahib Vaqif oğlundan ibarət tərkibdə, X1 və Əfəndiyev Emil Habil oğlunun katibliyi ilə, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi: Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Zərərçəkmiş şəxs iştirakları ilə, 8 oktyabr 2000-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, "xxxx" MMC-də anbardar işləmiş, məhkum olunmamış, Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Dərvişlər kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri Sabunçu rayonu, Zabrat qəsəbəsi, Ş.Əzizbəyov küçəsində fərdi evdə yaşamış, Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq Müəyyənetdi: Təqsirləndirilən şəxs 06 aprel 2022-ci il tarixdə, saat 16 radələrində ünvan 1 ünvanının yaxınlığında qarşılıqlı baxışmaları ilə bağlı əvvəllər tanımadığı Zərərçəkmiş şəxs ilə mübahisə edərək aralarında yaranmış münaqişəni aydınlaşdırmaq məqsədi ilə oradan ünvan 2 ünvanda yerləşən “Safa” qadın gözəllik salonunun qarşısına gəlmiş, həmin gün saat 16:52-də orada sonuncunu əli ilə geriyə doğru itələdikdə Zərərçəkmiş şəxs bir qədər uzaqlaşsa da mübahisəni davam etdirmək məqsədi ilə yenidən oraya qayıtmış, Təqsirləndirilən şəxs isə ətrafdakılara və qanunla qorunan ictimai qaydalara etinasızlıq göstərməklə heç bir əsaslı səbəb olmadan üzərində gəzdirdiyi silah qismində istifadə etdiyi istintaqa məlum olmayan bıçaqla qəsdən Zərərçəkmiş şəxs sol bel nahiyəsinə bir dəfə vurub ona sol tərəfli peritonarxası hematoma, sol böyrəyin və enən çənbər (yoğun bağırsaq) bağırsağın yaralanması ilə nəticələnən qarnın sol yan divarının daxilə nüfüz edən bir ədəd deşilmiş-kəsilmiş yarası ilə müşayiət edilən və yetirilən anda insan həyatı üçün təhlükəli olan xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, tutulanadək "xxxx" MMCdə satıcı işləmişdir. Zərərçəkmiş şəxs əvvəllər tanımamışdır. Şahid2 ilə Şahid1 onun dostlarıdır. 6 aprel 2022-ci il tarixdə saat 16 radələrində kredit götürmək məqsədlə iş yoldaşı "xxxx" MMC-də satış meneceri işləyən Şahid1 və dostu Şahid2la birlikdə «Kapital Bank»ın Neftçilər filialına getmiş, lakin, bankdan ona kredit verməkdən imtina edilmişdir. Bundan sonra bankdan çıxıb birlikdə yaxınlıqda yerləşən köşkdən siqaret almışdır. Bu zaman Zərərçəkmiş şəxs «Türkoğlu» restoranının qarşısında dayandığını görmüş və yanından ötüb keçərkən tanış gəldiyi üçün Elgizin sifətinə baxmışdır. Həmin vaxta qədər Elgizi tanımamışdır. Elgizdən bir neçə addım aralandıqdan sonra sonuncu onu səsləyib, ondan baxmasının səbəbini soruşmuşdur. Elgizə əhəmiyyət vermədən yoluna davam etmişdir. Elgiz yenidən ona: «sənə demirəm ə, niyə mənə elə baxırsan?»-deyə sual vermişdir. Odur ki, Tural və Rüfətlə birlikdə Elgizə yaxınlaşıb salam verəndən sonra: «baxdım baxdım da, insanıq, paltarın xoşuma gələ bilər, tanış gələ bilərsən»-deyə cavab vermişdir. Bu mövzuda bir qədər söhbət etdikdən sonra Elgiz ona sakit bir yerə keçib söhbəti davam etdirməyi demişdir. Elgizə «nə danışırsan, get işinlə məşğul ol»-deyə cavab vermişdir. Elgiz israrla ondan sakit yerə keçməyi təkid etdiyindən dostları Rüfət və Tural ilə birlikdə onun ardınca ünvan 4 binanın həyətində yerləşən «Safa» qadın gözəllik salonunun qarşısına gəlib söhbəti davam etdirmişlər. Söhbət zaman Elgiz ondan yüksək tonla nə səbəbə ona baxdığını soruşmuşdur. Elgizə səbəbini yenidən izah etsə də, sonuncunun qəsdən ona sataşdığını düşünüb, əlini onun çiyninə qoyub: «ikimiz də evdən işimizin dalınca çıxmışıq, sən də get, mən də gedib öz işimi həll edim»-deyə cavab vermişdir. Bu zaman Elgiz onun qolundan tutub, binanın kənarına tərəf çəkilib, məsələni təklikdə aydınlaşdırmağı tələb etmişdir. Elgizin qolundan tutub əl çəkmədiyini görüb, onu sinə nahiyəsindən itələmiş və sonuncu geriyə doğru bir neçə addım atmışdır. Bundan sonra Elgiz: «gözləyin burda gələcəm, indi gör nə olacaq» deyib sürətlə binanın həyəti ilə əks istiqamətdə hərəkət etmişdir. Elgizin artıq getdiyinə əmin olub, dostları Rüfət və Turalın ardınca hərəkət etməyə başlamışdır. Üzünü çevirib geriyə baxanda, bir qədər aralıdan Elgizin onun və ailə üzvlərinin ünvanına nalayiq söyüşlər söyə-söyə iti addımlarla üzərinə gəldiyini görmüşdür. Bundan əsəbləşərək cibindəki açılıb-qatlanan bıçağı açıb Elgizə tərəf fırlatmış, lakin, bıçaq Elgizə dəyməmişdir. Bu zaman Turalın bıçaqdan istifadə etməməsi barədə qışqırıq səsini eşitmişdir. Həmin an Elgiz onun sağ qulağının üst tərəfinə yumruqla zərbə endirmişdir. O, da öz növbəsində əlidə olan bıçaqla Elgizin sol bel nahiyyəsindən bir dəfə vurmuş və Elgiz binanın qarşısına doğru qaçıb getmişdir. Bundan sonra dostları Tural və Rüfətlə birlikdə oradan çıxıb Neftçilər metrosu istiqamətinə getmişlər. Hadisə zamanı istifadə etdiyi bıçağı metrostansiya tərəfdə unutduğu zibil yeşiklərindən birinin içərisinə tullamışdır. Zərərçəkmiş şəxs onunla mübahisə edib, ailəsinin ünvanına söyüş söydüyünə bıçaqla vurmuşdur. Əməlindən peşmandır. Barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, «Be on way» şirkətində anbadar vəzifəsində işləyir. İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Təqsirləndirilən şəxs və onun dostları Şahid2 ilə Şahid1 baş vermiş hadisə ilə bağlı tanımışdır. 6 aprel 2021-ci il tarixdə saat 16 radələrində yaşadığı evdən çıxıb Nizami rayonu Qara Qarayev prospektində yerləşən «Türkoğlu» restoranı istiqamətində hərəkət edərkən sonradan adını bildiyi Tural, Rəvan və Rüfətin dayandıqlarının görmüşdür. Tural ilə bir-birilərinə baxmış və bir söz demədən hərəkətinə davam etmişdir. Həmin vaxt Turalın əynində qəhvəyi rəngli gödəkcə və gözündə eynək olmuşdur. Nizami rayonu Qara Qarayev prospektində yerləşən «Türkoğlu» restoranın qarşısına gəlib, dostunu gözləməyə başlamışdır. Bir neçə dəqiqə sonra Tural, Rəvan və Rüfət gəlib yanından keçmişdir. Bu zaman Tural dönüb ona baxıb, başını yelləmişdir. Odur ki, Turalı səsləyib nə səbəbə ona baxdığını, tanış olub-olmadıqlarını soruşmuşdur. Sonuncu ona: «nə danışırsan, get işinlə məşğul ol»-deyə cavab vermişdir. İctimai yer olduğundan, həm də ətrafda tanış adamların olmasından ehtiyyat edərək, məsələni aydınlaşdırılması üçün Turalı sakit yerə dəvət etmişdir. Birlikdə Nizami rayonu R.Rüstəmov küçəsi 48 saylı binanın həyətində yerləşən «Safa» qadın gözəllik salonunun qarşısına gəlib söhbət etməyə başlamışdır. Turaldan nə üçün ona baxmasının səbəbini soruşmuş, sonuncu isə sol əlini onun sağ çiyninə qoyub: «evdən çıxmısan get işini həll et, mən də gedim öz işimi həll edim»-deyə cavab vermişdir. Davanın qaçılmaz olduğunu görüb Turala kənara çəkilib mübahisəyə ikilikdə aydınlıq gətirməsini təklif etmişdir. Həm də Turalgil sayca çox olduğundan anlaşılmazlığı Tural ilə təklikdə həll etmək qənaətinə gəlmişdir. Bunu Turala deyib irəliyə doğru hərəkətdə olarkən sonuncu onu səsləyərək yanına çağırmışdır. Turalın yanına çatan zaman sonuncu heç nə demədən bir dəfə yumruqla onun sol göz nahiyəsinə vurmuşdur. Zərbənin təsirindən bir-iki metr arxaya doğru getmiş, lakin, yıxılmamışdır. Bu zaman Tural cibindən qara rəngli beşbarmaq çıxardıb əlinə taxandan sonra ona tərəf gəlmişdir. Odur ki, bir neçə addım geriyə çəkilmişdir. Bundan sonra Tural, Rəvan və Rüfət üzlərini çevirib getməyə başlamışdır. Döyülməyini özünə sığışdıra bilmədiyindən: «vurub hara gedirsiz»-deyə sonuncuların arxasınca hərəkət etməyə başlamışdır. Onun bu sözünü eşitdikdən sonra ilk olaraq Rəvan, ardınca da Tural və Rüfət geriyə qayıtmışdır. O, Rəvanın əli ilə gödəkcəsinin cibindən əlamətlərini xatırlamadığı bıçağı çıxararaq üzərinə gəldiyini görüb, Rəvanın sifət nahiyəsinə bir yumruq zərbəsi vurmuş, lakin, zərbənin ona dəyib-dəymədiyini xatırlamır. Həmin vaxt Rəvan əlində olan bıçaqla bir dəfə ona zərbə endirmiş, lakin, bıçaq ona dəyməmişdir. Rəvan ikinci dəfə bıçaqla onu sol bel nahiyəsindən vurub, ona xəsarət yetirmişdir. Xəsarət aldıqdan sonra geriyə çəkilib əyilərək belini tutmuşdur. Bundan sonra Rəvan, Tural və Rüfət qaçaraq görmədiyi istiqamətdə getmişdir. Ağrının təsirindən həyətdə olan oturacaqlardan birinə əyləşmiş, həmin vaxt kənarda olan şəxslər yanına gələrək köməklik göstərməyə çalışmışlar. Sonradan TTY avtomobili ilə X4 Mərkəzinə aparılaraq əməliyyat olunmuşdur. Təqsirləndirilən şəxsə qarşı şikayətçidir. Onu bağışlamır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, cinayət hadisəsindən sonra iki dəfə qəza keçirmişdir. Bununla əlaqədar hələ də müalicə aldığı üçün hadisəni təfərrüatı ilə xatırlamaqda çətinlik çəkir. Bununla belə Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs arasında mübahisə yarandığını, Elgizin Rəvanı təhqir etdiyini, bundan sonra Rəvanın Elgizi bıçaqla vurduğunu xatırlayır. Rəvanın Elgizə xəsarət yetirməsinə səbəb Elgizin Rəvanı təhqir etməsi olmuşdur. Hadisəyə kimi Rəvan və Elgiz bir-birini tanımamışdır. X2 arasında baş vermiş, sonuncu ilə Tural arasında mübahisə olmamışdır. Hadisəyə kimi Rəvan və Elgiz bir-birini tanımamışdır. Mübahisənin yaranmasına səbəb Elgizin səbəbsiz yerə Rəvana baxması və bunun Rəvana xoş gəlməməsi olmuşdur. Mübahisə zamanı Tural Elgizi vurmamış, Rəvanın Elgizi vurma anını isə təxminən 7-8 metr məsafədən görmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, Nizami rayonu R.Rüstəmov küçəsində yerləşən «Safa» gözəllik salonunda dırnaq ustası işləyir. 6 aprel 2022-ci il tarixdə saat 16 radələrində rəfiqəsi Günay ilə gözəllik salonunda olarkən səs eşidib pəncərədən çölə baxdıqda, bir nəfər şəxsin sol bel nahiyəsini əli ilə tutduğunu, 3 nəfər gənc oğlanın isə qaçdıqlarını görmüşdür. Belini tutan şəxsin bıçaqlandığını düşünüb salondan küçəyə çıxmışdır. Bu zaman rəfiqəsi Günayın da əlində salonda istifadə etdikləri dəsmal ilə gəldiyini görmüşdür. Günay əlindəki dəsmal ilə qanaxmanın dayanması üçün xəsarət alan şəxsin sol bel nahiyəsinə qoymuşdur. Bu vaxt yaxınlıqda olan şəxslər onlara yaxınlaşmış, lakin, həmin şəxsləri tanımır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 Oktyar qızı Şahid5 ifadəsinə oxşar ifadə verdi. İbtidai istintaq zamanı dindirilmiş və ifadəsi məhkəmədə tədqiq edilmiş Şahid2 ifadəsindən görünür ki, yunan-roma güləş idman növü üzrə məşqçi işləyir. Təqsirləndirilən şəxs və Şahid1 onun uşaqlıq dostlarıdır. Zərərçəkmiş şəxs isə baş vermiş hadisədən sonra tanımışdır. Bir müddətdir ki, dostu Rəvan yaşadığı evin həyətyanı sahəsində tikinti işləri aparmaq üçün kredit götürmək qərarına gəlmişdir. 6 aprel 2022-ci il tarixdə günorta saatlarında dostları Rəvan və Rüfətlə görüşüb birlikdə «Kapital Bank»ın Neftçilər filialına getmiş, lakin, Rüfət və Rəvan iş yerindən əmək haqqlarını kart vasitəsi ilə almadıqlarından bank tərəfindən kredit verilməsindən imtina edilmişdir. Rüfət bankdan çıxararaq imtinanın səbəblərini izah etdikdən sonra birlikdə təxminən 20-30 metr məsafədə yerləşən siqaret satılan köşkə yaxınlaşmış, köşkdən siqaret alıb Rüfətə təqdim etdikdən sonra birlikdə sifariş verdikləri taksinin gələcəyi istiqamətdə hərəkət etməyə başlamışdır. Rüfət və Rəvanla birlikdə «Türkoğlu» restoranının qarşısından keçən vaxt sonradan adını bildiyi Zərərçəkmiş şəxs arxadan onları səsləyərək: «ə sən niyə mənə elə baxırsan-deyə sual vermişdir. Rəvan müraciətin onlara edildiyini dəqiqləşdirmək məqsədi ilə: «mənimləsən?»deyə Elgizə sual verdikdə sonuncu «hə səninləyəm, yaxına gəl deyəcəm» deyə cavab vermişdir. O, da dostları ilə birlikdə Elgizin yanına gəlmiş, salamlaşdıqdan sonra Elgiz üzünü Rəvana tutaraq baxmasının səbəbini soruşmuşdur. Rəvan isə ümumi cavab verərək: «insanıq tanış gələ bilərsən, nə var ki, burda?»-deyə cavab verdikdə Elgiz məsələni aydınlaşdırmaq üçün sakit yerə keçmələrini tələb etmişdir. Rəvan isə problem çıxmaması üçün çalışsa da Elgiz sakit yerə keçməkdə israrlı olmuşdur. O, nəticədə Elgizin istəyi ilə dostları Rəvan və Rüfətlə birlikdə ünvan 4 binanın həyətində yerləşən «Safa» qadın gözəllik salonunun qarşısına gəlmişlər. Binanın həyətində olan zaman Elgiz və Rəvan eyni mövzu barədə söhbət etməyə başlamışdır. O, da digər dostu Rüfətlə birlikdə hər iki şəxsin yanında dayanıb mübahisəni sülh yolu ilə bitirməyə çalışsa da, Elgiz yüksək səslə danışaraq mövzunu davaya yönəltmək istəmişdir. Elə həmin vaxt Rəvan əlini Elgizin çiyninə qoyub: «ikimiz də evdən işimizin ardı ilə çıxmışıq, sən də get, mən də gedib öz işimi həll edim»-deyə müraciət etmişdir. Elgiz isə Rəvanın qolundan tutub məsələni aydınlaşdırmaq üçün sonuncunu kənara çəkmək istəmiş, Rəvan da öz növbəsində qolunu çəkib Elgizin sinə nahiyəsindən əli ilə geriyə doğru itələmişdir. Elgiz geriyə bir neçə addım atıb: «gözləyin burda, gələcəm indi, gör nə olacaq» deyib təxminən 4-5 metr məsafədə sürətlə binanın həyəti ilə əks istiqamətdə hərəkət etməyə başlamışdır. O, da dostları Rəvan və Rüfət ilə bir neçə addım Elgizin arxası ilə getsə də sonuncunun qaçdığını görüb geriyə çevrilərək getməyə başlamışdır. O, digər dostu Rüfətlə öndə hərəkət etmiş, Rəvanla isə aralarında təxminən 3-4 metr məsafə olmuşdur. O, irəliyə doğru hərəkətdə olan zaman Elgizin arxa tərəfdən Rəvanın ailə üzvlərinin ünvanına nəlayiq söyüşlər söydüyünü eşitmiş, geriyə çevrildikdə Rəvan və Elgizin bir-birilərinin üzərlərinə qaçdığını, Rəvanın isə əlində bıçaq olduğunu görmüşdür. O, da dostu Rəvanın əlində bıçaq gördüyündən «Rəvan bıçaq yox!» deyə qışqırmışdır. Rəvan isə çatan zaman əlində olan bıçaqla Elgizin yan tərəfinə bir zərbə endirmiş, lakin, zərbənin dəyib-dəymədiyini bilməmişdir. Elgiz də hücum edərək Rəvanın baş nahiyəsinə bir yumruq zərbəsi vurmuş və bu anda Rəvan bıçaqla Elgizə daha bir zərbə vurmuşdur. Yaxınlıqda olan tanımadığı bir nəfər şəxs isə əlində olan torbaları yerə qoyaraq Rəvanın belindən tutub sakitləşdirdikdə Elgiz qaçaraq çıxıb getmişdir. Rəvan da yanlarına gəldikdən sonra birlikdə Sahil metrostansiyasına getmiş, baş vermiş hadisədən qorxduğundan Rəvanın bıçağı nə vaxt və hara tullamasını görməmişdir. Hadisə vaxtı Elgizi vurmamışdır. İbtidai istintaq zamanı dindirilmiş və ifadəsi məhkəmədə tədqiq edilmiş Şahid3 ifadəsindən görünür ki, əmisi X3 rayonu R.Rüstəmov küçəsi 25/20 ünvanda yerləşən «Türkoğlu» kafesində aşpaz işləyir. Boş vaxtlarında əmisinə kömək etmişdir. 6 aprel 2022ci il tarixdə saat 16 radələrindən sonra kafenin arxa tərəfinə gələn göyərti məhsullarını kafenin içərisinə daşıyan zaman təxminən 30 metr məsafədə dörd nəfər oğlanın olduğunu görmüşdür. Kafenin arxasına gələn zaman isə 4 nəfər oğlanın ayaq üstə dayanaraq normal söhbət etdiyini görmüş, lakin, söhbətin məzmunundan məlumatı olmamışdır. Anidən bir nəfər digərinə yumruqla zərbə vurmuş, zərbənin təsirindən digər şəxs yerə yıxılmış, xəsarət yetirən və yanında olan digər iki nəfər şəxs oradan gedərkən yerə yıxılan şəxs ayağa qalxaraq onu vuran şəxsin ünvanına nalayiq ifadələr işlətmişdir. Bu zaman təhqir olunan şəxs bel nahiyəsində olan bıçağı çıxararaq söyüş söyən şəxsə yaxınlaşmağa başlamışdır. O, da bunu görüb yaxınlıqda olduğundan hadisənin qarşısını almaq üçün əlində bıçaq olan şəxsə tərəf qaçıb bel nahiyəsindən tutaraq geri çəkmişdir. Həmin anda xəsarət yetirən şəxsin birinci bıçaq zərbəsi dəyməsə də, ikinci bıçaq zərbəsi zərərçəkmişə sol tərəfindən dəymiş, xəsarət almış şəxs əli ilə bel nahiyəsini tutub təcili tibbi yardım avtomobilinin çağrılmasını istəmişdir. Bıçaqla xəsarət yetirən və yanında olan iki nəfər şəxs isə hadisə yerindən uzaqlaşmışdır. Hadisədən qorxduğundan kafeyə daxil olmuş və sonrakı hadisələrdən məlumatı olmamışdır. İşin 1-ci cildinin 114-116-cı vərəqlərindəki məhkəmə-tibbi ekspertizasının 23 aprel 2022-ci il tarixli 293 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs daxili qanaxma ilə müşayiət olunan sol tərəfli peritonarxası hematoma, sol böyrəyin və enən çənbər (yoğun bağırsaq) bağırsağın yaralanması ilə nəticələnən qarnın sol yan divarının daxilə nüfüz edən bir ədəd deşilmiş-kəsilmiş yarası olmuşdur. Qeyd olunan xəsarət deşici-kəsici əşyanın, ola bilsin ki, bıçağın təsirindən törənmişdir. Qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni, 6 aprel 2022-ci il tarixdə yarana bilər. Dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid edilir. İşin 1-ci cildinin 161-162-ci vərəqlərindəki kompleks məhkəmə tibbi-bioloji və məhkəmə trasoloji ekspertizasının kriminalistika şöbəsinin 25 may 2022-ci il tarixli №221- MTKŞ/2022-ci il tarixli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus bir ədəd köynəyin ön səthində solda bir ədəd kənarı kəsilmiş zədə aşkar olundu. Bu zədə küpü, kafi itilikdə olan ülgücü və iti ucu olan yastı tiyə tipli deşici-kəsici alətin, ola bilsin ki, bıçağın tiyəsinin təsirindən törənmişdir. Ekpertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus bir ədəd köynəyin ön səthində solda bir ədəd kənari zədə, qarnın sol yan divarının daxilə nüfuz edən bir ədəd deşilmiş kəsilmiş yarası ilə nisbi olaraq üst-üstə düşürlər. İşin 1-ci cildinin 164-167-ci vərəqlərindəki kompleks məhkəmə tibbi-bioloji və məhkəmə trasoloji ekspertizasının tibbi-bioloji şöbəsinin 31 may 2022-ci il tarixli 267/2022 MTBŞ-in rəyindən görünür ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu B-alfa/lll. Ekspertizaya təqdim edilən Zərərçəkmiş şəxs məxsus köynək üzərindəki ləkələrdə insan qanı aşkar olundu. Ləkələrdə qanın qrup mənsubiyyəti tədqiq olunduqda B antigeni və həmçinin bəzi ləkələrdə alfa aqqlyutinini alındı. Beləliklə, bu qan ləkələri B-alfa/lll/ qruplu şəxsə o, cümlədən ABO sistemi üzrə Zərərçəkmiş şəxs məxsus ola bilər. Təqdim olunan Zərərçəkmiş şəxs məxsus köynək üzərində tər ifrazatı aşkar olundu. Tərin qrup mənsubiyyəti ABO sistemi üzrə tədqiq olunduqda yalnız B antigeni alındı. Belə olan halda köynək üzərində olan tər ifrazatı B/lll/ qruplu şəxsə o, cümlədən Zərərçəkmiş şəxs məxsus ola bilər. Zərərçəkmiş şəxs məxsus köynək üzərində spermaya və ağızsuyu ifrazatına şübhəli hər hansı bir ləkə, tükəbənzər hər hansı bir obyekt, insan orqanizmi toxumasına şübhəli hər hansı bir hissəcik aşkar olunmadı. İşin 1-ci cildinin 169-172-ci vərəqlərindəki kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 11 iyun 2022-ci il tarixli 1504 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə psixi (ruhi) xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görədə Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 21 və 22-ci maddələrinin təsiri altına düşmür və onun hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. İşin 1-ci cildinin 4-8-ci vərəqlərindəki protokoldan görünür ki, hadisə yeri ünvan 4 ünvandır. Hadisə yerində fotoşəkillər çəkilərək istintaq materiallarına əlavə edilmişdir. İşin 1-ci cildinin 102-104-cü vərəqlərindəki protokoldan görünür ki, Şahid5 tərəfindən təqdim edilən hadisənin görüntülərini özündə əks etdirən bir ədəd CD disk baxış keçirilib götürülmüşdür. İşin 1-ci cildinin 155-156-cı vərəqlərindəki protokoldan görünür ki, Zərərçəkmiş şəxs iştirakı ilə CD diskdə olan ilk görüntüyə baxış keçirilən zaman müəyyən edilmişdir ki, 6 aprel 2022-ci il tarixdə, saat 16:52-də bir nəfər üzərində qara rəngli geyim olan şəxsin arxası ilə gələn digər qara rəngli geyim olan şəxsdən ilk öncə bir neçə addım qaçaraq, daha sonra isə addımlayaraq bina istiqamətində uzaqlaşdığı, digər şəxsin isə təqibi davam etdirməyərək çardaqlı oturacağın yanında dayanıb yanına gələn biri qara, digəri isə ağ şalvarda olan şəxslərlə birlikdə geriyə çevrilərək getdiyi, bina istiqamətində hərəkət edən şəxsin geriyə çevrildikdə digər üç nəfər şəxsin getdiyini görməsi səbəbindən yenidən həmin şəxslər istiqamətində geri qayıtması, bu zaman isə hər iki əlində polietilen torba olan bir nəfər qolu uzun rəngli köynəkdə olan şəxsin yanları ilə hərəkət etməsi, ekranın sol tərəfində olan şəxsin çardaqlı oturacaqın yanına gəldikdə bir anlıq dayandığı, lakin, yenidən hərəkətini davam etdirərək kiminsə üzərinə yeridiyi, bu zaman ağ şalvarda olan şəxsin çataraq əlində olan bıçağa bənzər alətlə həmin şəxsə zərbə endirdiyi, bıçaqla zərbə endirən şəxsin müvazinətini saxlaya bilməyərək sağa doğru meyilləndiyi, lakin, yenidən toparlanaraq hər iki şəxsin bir-biriləri ilə əlbəyaxa olduqları, əlbəyaxa zamanı birinin digərinin baş nahiyəsinə yumruqla vurduğu, digərinin isə bıçaq olan əlini digərinə tərəf istiqamətləndirdiyi, zərbədən sonra xəsarət alan şəxsin sol bel nahiyəsini tutaraq əks istiqamətdə qaçdığı, əlində polietilen torba olan şəxsin isə torbaları yerə qoyaraq hadisəyə müdaxil edib əlində bıçaq olan şəxsin belindən tutub saxladığı, bundan sonra isə əlində bıçaq olan şəxsin çıxıb getdiyi, xəsarət almış şəxsin isə binanın qarşısına gedərək dayanıb əli ilə sol bel nahiyəsini tutduğu, daha sonra isə avtomobillərin arası ilə keçib oturacaq istiqamətində getdiyi müəyyən edilmişdir. Diskdə olan ikinci videogörüntüyə baxış keçirilərkən bir nəfər şəxsin çardaqlı oturacağın yanından qaçaraq binanın qarşısına doğru getdiyi, ətrafda isə bir-iki nəfər şəxsin olduğu, qısa müddət sonra həmin bir nəfər şəxsin avtomobillərin arasından çıxaraq oturacaqda gəlib əyləşdiyi, yanına isə kömək məqsədi ilə iki nəfər cavan oğlanın yaxınlaşdığı müəyyən edilmişdir. Baxış keçirilən zaman Zərərçəkmiş şəxs hadisədən öncə adını sonradan bilib tanıdığı Şahid2 arxası ilə gəlməsi səbəbindən binanın qarşısına doğru qaçan şəxsin özü olduğunu, Turalın yanına gəlib dayanan şəxslərin Rəvan və Rüfət olduğunu, hadisə baş verən zaman Rəvanın ağ şalvar geyindiyini, ona bıçaqla xəsarət yetirən şəxsin Rəvan olduğunu, xəsarət aldıqdan sonra oturacaqda gəlib əyləşən şəxsin özü olduğunu bildirmişdir. İşin 2-ci cildinin 27-28-ci vərəqlərindəki protokoldan görünür ki, Təqsirləndirilən şəxs iştirakı ilə CD diskdə olan ilk görüntüyə baxış keçirilən zaman müəyyən edilmişdir ki, 6 aprel 2022-ci il tarixdə, saat 16:52-də bir nəfər üzərində qara rəngli geyim olan şəxsin arxası ilə gələn digər qara rəngli geyim olan şəxsdən ilk öncə bir neçə addım qaçaraq, daha sonra isə addımlayaraq bina istiqamətində uzaqlaşdığı, digər şəxsin isə təqibi davam etdirməyərək çardaqlı oturacağın yanında dayanıb yanına gələn biri qara, digəri isə ağ şalvarda olan şəxslərlə birlikdə geriyə çevrilərək getdiyi, bina istiqamətində hərəkət edən şəxsin geriyə çevrildikdə digər üç nəfər şəxsin getdiyini görməsi səbəbindən yenidən həmin şəxslər istiqamətində geri qayıtması, bu zaman isə hər iki əlində polietilen torba olan bir nəfər qolu uzun rəngli köynəkdə olan şəxsin yanları ilə hərəkət etməsi, ekranın sol tərəfində olan şəxsin çardaqlı oturacaqın yanına gəldikdə bir anlıq dayandığı, lakin yenidən hərəkətini davam etdirərək kiminsə üzərinə yeridiyi, bu zaman ağ şalvarda olan şəxsin çataraq əlində olan bıçağa bənzər alətlə həmin şəxsə zərbə endirdiyi, bıçaqla zərbə endirən şəxsin müvazinətini saxlaya bilməyərək sağa doğru meyilləndiyi, lakin yenidən toparlanaraq hər iki şəxsin bir-biriləri ilə əlbəyaxa olduqları, əlbəyaxa zamanı birinin digərinin baş nahiyəsinə yumruq vurduğu, digərinin isə bıçaq olan əlini digərinə tərəf istiqamətləndirdiyi, zərbədən sonra xəsarət alan şəxsin sol bel nahiyəsini tutaraq əks istiqamətdə qaçdığı, əlində polietilen torba olan şəxsin isə torbaları yerə qoyaraq hadisəyə müdaxil edib əlində bıçaq olan şəxsin belindən tutub saxladığı, bundan sonra isə əlində bıçaq olan şəxsin çıxıb getdiyi, xəsarət almış şəxsin isə binanın qarşısına gedərək dayanıb əli ilə sol bel nahiyəsini tutduğu, daha sonra isə avtomobillərin arası ilə keçib oturacaq istiqamətində getdiyi müəyyən edilmişdir. Diskdə olan ikinci videogörüntüyə baxış keçirilərkən bir nəfər şəxsin çardaqlı oturacağın yanından qaçaraq binanın qarşısına doğru getdiyi, ətrafda isə bir-iki nəfər şəxsin olduğu, qısa müddət sonra həmin bir nəfər şəxsin avtomobillərin arasından çıxaraq oturacaqda gəlib əyləşdiyi, yanına isə kömək məqsədi ilə iki nəfər cavan oğlanın yaxınlaşdığı müəyyən edilmişdir. Baxış keçirilən zaman Təqsirləndirilən şəxs ağ şalvar geyinmiş şəxsin özü, yanında olan qara geyimli şəxslərin isə dostları Tural və Rüfət olduğunu, hadisədən öncə binanın önünə doğru qaçıb sonra nəlayiq ifadələr işlədərək geri qayıdan şəxsin Zərərçəkmiş şəxs olduğunu, Elgizin hadisə baş verən zaman yumruqla başına vurduğunu, elə həmin vaxtda özünün əlində olan bıçaqla Elgizə xəsarət yetirdiyini, bıçaq zərbəsindən sonra Elgizin qaçaraq getdiyini, onu isə bir nəfər gənc oğlanın belindən tutaraq saxladığını bildirmişdir. İşin 1-ci cildinin 122-124, 125-127, 128-130-ci vərəqlərindəki protokollardan görünür ki, ibtidai istintaq zamanı Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs, şahidlər Şahid2 və Şahid1 arasında üzləşdirmə keçirilmişdir. Üzləşdirmə istintaq hərəkəti yalnız Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vurması hissəsində əsas götürülmüşdür. İşin 1-ci cildinin 105-107-ci vərəqlərindəki protokol və fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs ifadəsi yerində yoxlanılarkən 6 aprel 2022-ci il tarixdə saat 16 radələrində Bakı şəhəri Nizami rayonu, R.Rüstəmov küçəsi 48 ünvanda yerləşən «Safa» gözəllik salonunun yanında Təqsirləndirilən şəxs bıçaqla onu vurduğu yeri, bıçaq xəsarəti aldıqdan sonra halsız vəziyyətə düşərək əyləşdiyi oturacağı göstərmişdir. İşin 1-ci cildinin 55-58-ci vərəqlərindəki protokol və fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılarkən 6 aprel 2022-ci il tarixdə saat 16 radələrində Bakı şəhəri Nizami rayonu, R.Rüstəmov küçəsi 48 ünvanda yerləşən «Safa» gözəllik salonunun yanında Zərərçəkmiş şəxs bıçaqla xəsarət yetirdiyi yeri göstərmişdir. İşin 2-ci cildinin 14-cü vərəqindəki sənəddən görünür ki, iş üzrə Nizami Rayon Polis İdarəsinə ünvanlanmış əməliyyat tapşırığına 31 iyul 2022-ci il tarixli, 15634 saylı cavab məktubunda əməliyyat-axtarış tədbirləri həyata keçirilməsinə baxmayaraq hadisədə istifadə olunan bıçağın, hadisəyə şahid ola bilən şəxslərin müəyyən olunmasının mümkün olmadığı, eyni zamanda Şahid2 üzərində hadisə baş verən zaman beşbarmaq alətinin olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. İşin 1-ci cildinin 12-14-cü vərəqlərindəki 7 aprel 2022-ci il tarixli protokoldan görünür ki, istintaq zamanı Zərərçəkmiş şəxs məxsus bir ədəd uzunqol köynək təqdim etmə, baxış keçirmə və götürmə haqqında protokol tərtib edilməklə götürülmüş, fotoşəkilləri çəkilərək istintaq materiallarına əlavə edilmişdir. İşin 2-ci cildinin 99-120-ci vərəqlərindəki 7 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs məxsus bir ədəd uzunqol köynək və hadisənin görüntülərini özündə əks etdirən bir ədəd CD disk maddi sübut qismində tanınmış, bir ədəd uzunqol köynək Səbail Rayon Polis İdarəsinin saxlanc kamerasına təhvil verilmiş, disk isə cinayət işinin materiallarına əlavə edilmişdir. İşin 1-ci cildinin 108-cü vərəqindəki Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistika İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. İşin 1-ci cildinin 41-42-ci vərəqlərindəki protokoldan görünür ki, Təqsirləndirilən şəxs 9 aprel 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutların məcmusuna hüquqi qiymət verərək nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsi maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirildi. Təqsirləndirilən şəxs təqsirini təkzib edən hal müəyyən edilmədi. Təqsirləndirilən şəxs məhkəmədə özünü qismən təqsirli bilərək zərərçəkmiş şəxsə xuliqanlıq niyyəti ilə deyil, onun və ailəsinin ünvanına söyüşlər söydüyünə görə əsəbiləşib üstündəki bıçaqla xəsarət yetirdiyini göstərdi. Onun bu ifadəsi məhkəmədə dindirilmiş zərərçəkmiş şəxs və şahid ifadələri, maddi sübutlar, ekspertiza rəyləri, cinayət işi materiallarına əlavə edilmiş çoxsaylı protokollar və işin digər faktiki halları ilə təkzib edildiyindən, məhkəmə onun ifadəsinə tənqidi yanaşır, cəzasını yüngülləşdirmək məqsədi güdən ifadə kimi qiymətləndirir. Yuxarıda sadalanan və bir-birini tamamlayan sübutları isə mötəbər hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hadisədən bir qədər əvvəl qarşılıqlı baxışmalarını bir-birinə irad tutmaları səbəbindən aralarında yaranmış mübahisəni aydınlaşdıran zaman heç bir əsaslı səbəb olmadan, məhz xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs bıçaqla vuraraq, ona insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığına ağır zərər vuran xəsarət yetirmişdir. Məhkəmə Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini müzakirə edərək hesab edir ki, onun əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir, Odur ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinməli və ona cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə baxışında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59 və 61-ci maddələrində nəzərdə tutulmuş cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olması müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərək qərara gəlir ki, ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, CM-nin 56.1.2-ci maddəsinə əsasən o, cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 9 aprel 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə mülki iddianın olmadığı nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-in 132-ci maddəsinə əsasən maddi sübutlar Səbail Rayon Polis İdarəsinin saxlanc kamerasına təhvil verilmiş Zərərçəkmiş şəxs məxsus bir ədəd uzunqol köynək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, hadisənin görüntülərini özündə əks etdirən bir ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə məsrəflərinin olmadığı nəzərə alınmalıdır. Təqsirləndirilən şəxsin hüquqlarını məhkəmədə dövlət hesabına dəvət edilmiş Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193-cü maddəsi və müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən Müdafiəçi təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə ödənilməsi üçün dövlət büdcəsi vəsaiti hesabına 360 (üç yüz altmış) manat onun işlədiyi Bakı şəhəri 2 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 9 aprel 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə mülki iddianın olmadığı nəzərə alınsın. Maddi sübut kimi tanınaraq Səbail Rayon Polis İdarəsinin saxlanc kamerasına təhvil verilmiş Zərərçəkmiş şəxs məxsus bir ədəd uzunqol köynək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Hadisənin görüntülərini özündə əks etdirən bir ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəflərinin olmadığı nəzərə alısın. Müdafiəçi göstərdiyi hüquqi yardıma görə ödənilməsi üçün dövlət büdcəsi vəsaiti hesabına 360 (üç yüz altmış) manat onun işlədiyi Bakı şəhəri 2 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar