Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-369/2024 22.04.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Namazov Fərid Arif oğlunun sədrliyi, hakimlər Quliyev Əhməd Qəhrəman oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X3, X1 və X5, dövlət ittihamçıları- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokurorları Dövlət ittihamçısı və X4, müdafiəçi – Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1986-cı il tarixdə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, Gülüstan küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməsi ilə əlaqədar Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1 və 234.1-1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında 6 nömrəli məhkəmə iclası zalında saat 15:20-də açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İttiham aktına görə, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə edib saxlayaraq daşımış, bundan başqa satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə edib saxlayaraq daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs 14 sentyabr 2022-ci il tarixdə saat 10 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində yerləşən “Fəhlələr” parkı ərazisində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 0,170 qram çəkidə narkotik vasitə heroin əldə edib üzərində saxlayaraq daşımış, həmin tarixdə saat 12:30 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində yerləşən “Üçlər” adlı marketin yaxınlığında piyada hərəkət edən zaman Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq, Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 191 ünvanında yerləşən 4-cü Polis Şöbəsinə gətirilmiş, orada üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki tünd göy rəngli cins şalvarın arxa sağ yan cibindən 01 ədəd ağ rəngli kağız bükümdə təmiz çəkisi 0,170 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs 13 oktyabr 2022-ci il tarixdə saat 00:10 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində yerləşən “Lallar Fabriki” adlanan ərazidə istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda 2,808 qram narkotik vasitə heroin əldə edib üzərində saxlayaraq daşımış, həmin tarixdə saat 00:30 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 3-cü mədən ərazisində yerləşən “Rahat” marketin yaxınlığında Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq, ünvan 4 ünvanında yerləşən Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin inzibati binasına gətirilmiş, orada üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki qəhvəyi rəngli şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 2,808 qram olan külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, 14 sentyabr 2022-ci il tarixdə səhər vaxtlarında polis əməkdaşları ona yaxınlaşıb üzərində olan pul qabını tələb etdikdən sonra orada baxış keçirilən zaman həmin pul qabının içərisindən narkotik vasitə olan heroin aşkar edildiyi üçün o, Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinə aparılmışdır. Həmin vaxt polis əməkdaşları tərəfindən ona qarşı hər hansı fiziki və psixi zorakılıq edilməmişdir. İkinci dəfə, yəni 13 oktyabr 2022-ci il tarixdə polis əməkdaşları yaşadığı evinə gəlsələr də həmin vaxt evdə olmamış, polis əməkdaşları onu Bakı şəhəri, Binəqədi qəsəbəsi, Mehdiabad qəsəbəsində “Şəhərcik” adlanan yerdə saxlayaraq Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinə aparmışlar. Həmin polis bölməsində polis əməkdaşları fiziki zor tətbiq edərək müvafiq istintaq hərəkəti zamanı videoçəkiliş aparılarkən nümayiş etdirməsi üçün narkotik vasitə verib ona məxsus olduğunu bildirməsini tələb etmiş, lakin həmin vaxt üzərində yalnız bank kartı və açar olmuşdur. Zorakılıq nəticəsində həmin gecə saat 02 radələrində o, təqdim edilən sənədləri imzalamağa razılaşmış, ittiham aktında saxlanıldığı yer səhv qeyd edilmiş, həqiqətdə “Gənclər şəhərciyi” adlanan ərazidə saxlanılsa da, “Socar” yanacaqdoldurma məntəqəsinin yaxınlığında saxlanıldığı yazılmışdır. Məhkəmə iclasında verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs qonşusunun şikayəti əsasında polis əməkdaşlarının polis bölməsinə dəvət edib izahat almaq üçün evinə gəldiklərini, həmin qonşusu ilə tez-tez mübahisələri olduğundan sonuncunun onu polis orqanlarına şikayət etdiyini, polis əməkdaşlarının nəyə görə narkotik vasitəni nümayiş etdirməsi üçün təqdim etmələrinin səbəbini bilmədiyini, 43-cü Polis Bölməsində polis əməkdaşlarının gecə saat 2-ə qədər ona fiziki zor tətbiq etdiyini, fiziki zorakılıq nəticəsində bədəni üzərində hər hansı xəsarət yaranmadığını, hər hansı dövlət orqanına bu barədə məlumat vermədiyini, araşdırmanın aparılmadığını bildirdi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən, təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi ifadə ilə məhkəmə iclasında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyət olduğundan, onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, 14 sentyabr 2022-ci il tarixdə saat 10 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi ərazisində yerləşən “Fəhlələr” parkının girişində olarkən yerdə 1 ədəd ağ rəngli kağız büküm tapıb açdıqda içərisində “kakos”, yəni narkotik vasitə olan heroin olduğunu gördükdən sonra götürüb əynindəki tünd göy rəngli cins şalvarının sağ arxa cibinə qoymuşdur. 14 sentyabr 2022-ci il tarixdə saat 12:30 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Üçlər adlı marketin yaxınlığında piyada hərəkət edən zaman iki nəfər şəxs yaxınlaşıb ona polis əməkdaşları olduqlarını bildirərək özlərini təqdim etdikdən sonra polis əməkdaşları üzərində narkotik vasitə olması barədə şübhələrinin olduğunu bildirib onu Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinə dəvət etmişlər. Orada hüquq və vəzifələri izah edildikdən sonra polis əməkdaşlarının iştirakı ilə videoçəkilişdən istifadə edilməklə axtarış keçirilən zaman o, əynindəki tünd göy rəngli cins şalvarın sağ arxa cibindən ağ rəngli kağız bükümü təqdim edərək həmin bükümün narkotik vasitə heroin olduğunu və yerdən tapıb istifadəsi üçün üzərində daşıdığını bildirmişdir. Bundan sonra aşkarlananlar zərfdə qablaşdırılıb ekspertizaya göndərilmiş, polis bölməsinə gətirilərkən və polis bölməsində olarkən polis əməkdaşları tərəfindən ona heç bir psixi və ya fiziki təsir edilməmişdir. Bundan başqa, 13 oktyabr 2022-ci il tarixdə saat 00:10 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, “Lallar fabriki” adlanan ərazidə bir nəfər tanımadığı şəxsdən 50 manat müqabilində bir bükümdə narkotik vasitə olan heroin aldıqdan sonra evinə getmək üçün Binəqədi qəsəbəsindəki 3-cü mədən ərazisindən keçərək piyada hərəkət edərkən “Rahat” marketin yaxınlığında olduğu vaxt ona iki nəfər şəxs yaxınlaşıb polis əməkdaşları olduqlarını bildirərək özlərini təqdim etmiş, polis əməkdaşları üzərində narkotik vasitə olmasından şübhələndiklərini deyib onu Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinə dəvət etmişlər. Orada hüquq və vəzifələri izah edildikdən sonra polis əməkdaşlarının iştirakı ilə videoçəkilişdən istifadə edilməklə axtarış keçirilən zaman o, əynindəki qəhvəyi rəngli şalvarın sağ yan cibində saxladığı bir ədəd şəffaf sellofan bükümü təqdim edərək həmin bükümün içərisində narkotik vasitə heroin olduğunu və bir qədər əvvəl istifadə üçün əldə etdiyini bildirmişdir. Bundan sonra aşkarlananlar qablaşdırılmışdır. Polis əməkdaşları tərəfindən saxlanılarkən, saxlanıldıqdan sonra polis bölməsinə gətirildikdə və orada olarkən ona heç bir psixi və ya fiziki təsir edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsində əməliyyat müvəkkili vəzifəsində xidmət etməklə, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, aralarında ədavət və ya düşmənçilik olmamışdır. Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs polis şöbəsinin digər əməliyyat müvəkkili X6 ilə birgə 14 sentyabr 2022-ci il tarixdə saat 12:30 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində saxlanılaraq 4-cü Polis Şöbəsinə dəvət edilmiş, həmin polis şöbəsində videoçəkilişdən istifadə etməklə təhqiqatçı tərəfindən şəxti axtarış və baxış keçirilərkən Təqsirləndirilən şəxs üzərindən 1 ədəd bükümdə narkotik vasitə heroin aşkarlandıqdan sonra sonuncu həmin narkotik vasitəni şəxsi istifadəsi üçün üzərində daşıdığını bildirmiş, aşkar edilən həmin narkotik vasitə heroin qablaşdırılıb ekspertizaya göndərilmiş, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin əməliyyat müvəkkili Şahid2 Şahid1 ifadəsində göstərdiklərinə oxşar məzmunda ifadə verməklə aparılmış şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs üzərindən 1 ədəd bükümdə narkotik vasitə heroinin aşkarlandığını bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, o, hazırda Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsində əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Bakı şəhəri Binəqədi Rayon 43-cü Polis Bölməsində xidmət edərkən, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, aralarında ədavət və ya düşmənçilik olmamışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında əməliyyat qrupu yaradılaraq Binəqədi rayonu, Binəqədi qəsəbəsi, “3-cü mədən” adlı ərazidə “Rahat” marketin yaxınlığında 13 oktyabr 2022-ci il tarixdə gecə, yəni saat 00:30 radələrində Təqsirləndirilən şəxs saxlanılıb 43-cü Polis Bölməsinə gətirilmiş, həmin polis bölməsində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış və baxış aparılarkən Təqsirləndirilən şəxs üzərindəki şalvarın cibindən narkotik vasitə olan heroin aşkar edilərək götürülmüş, şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin narkotik vasitəni 50 manat müqabilində əldə etdiyini bildirmişdir. Aşkarlanmış narkotik vasitə şəffaf sellofan bükümdə olmuş, lakin uzun müddət keçdiyinə görə bükümün sayını dəqiq xatırlamır. Rəsmiləşdirmə aparıldıqdan sonra aşkarlanmış narkotik vasitə ekspertizaya göndərilmişdir. Məhkəmə iclasında verilən suallara cavab olaraq Şahid3 Təqsirləndirilən şəxs müvafiq istintaq hərəkəti zamanı narkotik vasitəni şəxsi istifadəsi məqsədilə üzərində gəzdirdiyini bildirdiyini, daxil olmuş əməliyyat məlumatının Təqsirləndirilən şəxs narkotik vasitənin qanunsuz dövriyyəsi, yəni istifadəsi və saxlaması ilə bağlı olduğunu, Təqsirləndirilən şəxs əməliyyat məlumatı əsasında saxlanıldığını, əməliyyat qrupunun tərkibinin o və digər əməliyyat müvəkkili Şahid4dan ibarət olduğunu, Təqsirləndirilən şəxs Binəqədi rayonu, Binəqədi qəsəbəsi, “3-cü mədən” adlı ərazidə “Rahat” marketin yaxınlığında saxlanılarkən polis əməkdaşlarına heç bir müqavimət göstərmədiyini, başqa polis əməkdaşlarının Təqsirləndirilən şəxs saxlanılmasında iştirak etmədiyini, Təqsirləndirilən şəxs nümayiş etdirməsi üçün hər hansı çəkidə narkotik vasitə təqdim edilmədiyini, Təqsirləndirilən şəxs o və ya digər polis əməkdaşı tərəfindən fiziki və ya psixi zorakılıq edilmədiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsində əməliyyat müvəkkili Şahid4 Şahid3 ifadəsində göstərdiklərinə oxşar məzmunda ifadə verməklə aparılmış şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs üzərindən 1 ədəd bükümdə narkotik vasitə heroinin aşkarlandığını bildirdi. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə gəzdirməsi, istifadə etməsi və saxlaması barədə məlumat daxil olmuşdur. (Cild 1, iş vərəqə 91) xx.xx.2022-ci il tarixli “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərar və “Əməliyyat qrupunun təşkil edilməsi barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməklə yaxalanmasından ötrü Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin əməliyyat müvəkkilləri Şahid2 və Şahid1 ibarət əməliyyat qrupu yaradılmışdır. (Cild 1, iş vərəqə 92- 94) xx.xx.2022-ci il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 12:30-da Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, “Üçlər” adlı marketin yaxınlığında saxlanılaraq Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinə gətirilmişdir. (Cild 1, iş vərəqə 95) xx.xx.2022-ci il tarixli “Şübhəli şəxsin tutulması haqqında” qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, tutulmanın əvvəli onun azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni xx.xx.2022-cü il tarixdə, saat 12:30-dan hesablanmışdır. (Cild 1, iş vərəqə 108-109) “Şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2022-ci il tarixli qərar və protokoldan, xx.xx.2022-ci il tarixli “Diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, müvafiq qərara əsasən, Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin inzibati binasında videoçəkilişdən istifadə etməklə şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılarkən Təqsirləndirilən şəxs əynindəki tünd göy rəngli parça materialdan olan cins şalvarının sağ arxa yan cibindən səliqəli bükülmüş A4 kağız parçasında olan 1 ədəd bükümü təqdim etmiş, həmin kağız büküm açıldıqda, içərisindən kəskin spesifik iyə məxsus qəhvəyi rəngli tozşəkilli narkotik vasitə heroinə oxşar kütlə aşkarlanmışdır. Təqsirləndirilən şəxs həmin kütlənin “kakos”, yəni heroin olduğunu, yerdən tapdığını və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmiş, bundan sonra həmin kütlə 01 ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 173 nömrəli möhürü ilə möhürlənmişdir. (Cild 1, iş vərəqə 118; 121-122; 140) Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 6/5198 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “ Azərbaycan Respulkası DİN Zərflər üçün №174” dairəvi möhür əksi və “...Vətəndaş Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 1 ədəd bükümdə olan narkotik vasitə heroinə oxşar kütlə... Təqsirləndirilən şəxs-imza, üç imza... tərtib etdi: Pərvin Cəfərov-imza ” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,170 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in siyahısına (Siyahı İ) daxildir. Qeyd: heroinin ümumi təmiz çəkisi 0,170 qram olmuş, 0,05 qram tədqiqata sərf edildikdən sonra 0,120 qram qalıq qalmışdır.) (Cild 1, iş vərəqə 128-129) xx.xx.2022-ci il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, ona həmin maddə ilə ittiham elan olunmuşdur. (Cild 1, iş vərəqə 142-143) xx.xx.2022-ci il tarixli “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi barədə” və “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi və saxlanıldığı müvəqqəti saxlama yerindən azad edilməsi barədə” qərarlardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı müstəntiqin müvafiq vəsatətindən imtina edilərək o, müvəqqəti saxlama yerindən azad olunmaqla, barəsində “Polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (Cild 1, iş vərəqə 153-156) Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” X9 ambulator məcburi-narkoloji tibbi yoxlama üzrə xx.xx.2022-cü il tarixli, 5307 nömrəli ekspert rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (Cild 1, iş vərəqə 162-163) Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 5(001)-2346/2022 nömrəli qərarından görünür ki, “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərarın qanuniliyinin yoxlanılmasına dair müraciət geri qaytarılmışdır. (Cild 1, iş vərəqə 168-169) xx.xx.2022-ci il tarixli “Cinayət işlərinin bir icraatda birləşdirilməsi haqqında” qərardan görünür ki, cinayət işləri bir icraatda birləşdirilib eyni nömrə altında istintaqının davam etdirilməsi qərara alınmışdır. (Cild 1, iş vərəqə 84) xx.xx.2022-ci il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə heroini əldə edərək gəzdirməsi barədə məlumat daxil olmuşdur. (Cild 1, iş vərəqə 4) xx.xx.2022-ci il tarixli “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərar və “Əməliyyat qrupunun təşkil edilməsi barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməklə yaxalanmasından ötrü Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin əməliyyat müvəkkilləri Şahid3 və Şahid4 ibarət əməliyyat qrupu yaradılmışdır. (Cild 1, iş vərəqə 5-7) xx.xx.2022-ci il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs həmin gün saat 00:30-da Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 3-cü mədəndə olan “Rahat” marketin yanında saxlanılaraq Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinə gətirilmişdir. (Cild 1, iş vərəqə 8) xx.xx.2022-ci il tarixli “Şübhəli şəxsin tutulması haqqında” qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuş, tutulmanın əvvəli onun azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni xx.xx.2022-cü il tarixdə, saat 00:30-dan hesablanmışdır. (Cild 1, iş vərəqə 19; 20-21) “Şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2022-ci il tarixli qərar və protokoldan, həmin tarixli “Diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, müvafiq qərara əsasən, Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin inzibati binasında videoçəkilişdən istifadə etməklə şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılarkən Təqsirləndirilən şəxs əynində olan qəhvəyi rəngli şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümü masanın üzərinə qoymuş, Təqsirləndirilən şəxs həmin bükümün nə olduğu soruşulduqda o, həmin şəffaf sellofan bükümdə olan kütlənin “heroin” olduğunu, həmin gün təxminən saat 00:10 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, “Lallar fabriki” kimi adlanan yerdə tanımadığı şəxsdən ümumilikdə 50 manat müqabilində şəxsi istifadəsi üçün aldığını bildirmiş, bundan sonra həmin büküm zərfə qoyularaq Binəqədi Rayon Polis İdarəsinin zərflər üçün nəzərdə tutulmuş 243 nömrəli möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. (Cild 1, iş vərəqə 29; 32-33; 58) Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 6/5921 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №243” dairəvi möhür əksləri olan, “1. Təqsirləndirilən şəxs “imza”...” soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 2,808 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə -heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Qeyd: Heroinin ümumi təmiz çəkisi 2,808 qram olmuş, 0,050 qram tədqiqata sərf edildikdən sonra 2,758 qram qalıq qalmışdır.) (Cild 1, iş vərəqə 41-43) Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 5(001)-2477/2022 nömrəli qərarından görünür ki, “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərarın qanuniliyinin yoxlanılmasına dair müraciət geri qaytarılmışdır. (Cild 1, iş vərəqə 48-50) xx.xx.2022-ci il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, ona həmin maddə ilə ittiham elan olunmuşdur. (Cild 1, iş vərəqə 60-61) xx.xx.2022-ci il tarixli “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi barədə” və “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməsi və saxlanıldığı müvəqqəti saxlama yerindən azad edilməsi barədə” qərarlardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı müstəntiqin müvafiq vəsatətindən imtina edilərək o, müvəqqəti saxlama yerindən azad olunmaqla, barəsində “Polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (Cild 1, iş vərəqə 72- 73; 74-75) Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər 3 dəfə məhkum olunmuş, sonuncu dəfə isə Yevlax Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli amnistiya qərarının 2.4-cü bəndi tətbiq edilməklə, amnistiya qərarının 36-cı bəndinə əsasən cəzadan azad edilməsi, barəsində olan narkomaniya məcburi müalicə ləğv edildikdən sonra həyata keçirilməsi qərara alınmışdır. (Cild 1, iş vərəqə 172- 174; 175-178) Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 22 noyabr 2021-ci il tarixli, 7(011)-489/2021 nömrəli qərarından görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 7 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Təqsirləndirilən şəxs Yevlax Rayon Məhkəməsinin 1(039)-13/2020 saylı, xx.xx.2020-ci il tarixli hökmü ilə təyin edilmiş narkomaniyadan məcburi müalicə ləğv edilmişdir. (Cild 1, iş vərəqə 179-181) xx.xx.2022-ci il tarixli “Əməlin tövsif olunması haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli həmin tarixdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsindən həmin Məcəllənin 234.1 və 234.1-1-ci maddələrinə tövsif edilmişdir. (Cild 1, iş vərəqə 190-191) xx.xx.2022-ci il tarixli “Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1 və 234.1-1-ci maddələri ilə yenidən ittiham elan edilmişdir. (Cild 1, iş vərəqə 198-199) xx.xx.2023-cü il tarixli “Təqsirləndirilən şəxsin tutulması üçün barəsində axtarış elan edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə axtarış elan edilmişdir. (Cild 1, iş vərəqə 217-218) Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X9 xx.xx.2023-cü il tarixli, 501 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. (Cild 1, iş vərəqə 231-233) xx.xx.2023-cü il tarixli, “Axtarışda olanın tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə yaşadığı ünvanın yaxınlığında tutulmuşdur. (Cild 1, iş vərəqə 235) Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(001)-488/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatət təmin edilməmiş və o, həmin tarixdə məhkəmə iclas zalından azad edilmişdir. (Cild 1, iş vərəqə 249-256) xx.xx.2023-cü il tarixli “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi və saxlanıldığı müvəqqəti saxlama yerindən azad edilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimat Binəqədi Rayon Məhkəməsi tərəfindən təmin olunmadığından, o, müvəqqəti saxlama yerindən azad olunmaqla, həmin tarixdə barəsində “Polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (Cild 1, iş vərəqə 257-259) xx.xx.2023-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, 0,170 qram narkotik vasitə olan heroin və 2,808 qram narkotik vasitə olan heroin maddi sübut kimi tanınmaqla, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,120 qram və 2,758 qram çəkidə narkotik vasitə heroin saxlanılması üçün Binəqədi Rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixdə aparılmış şəxsi axtarış və götürmə istintaq hərəkətlərini özündə əks etdirən 02 ədəd CD disk maddi sübut kimi tanınmaqla, cinayət işinin materiallarında saxlanılmış, şahid ifadələri, ekspert rəyləri, istintaq hərəkəti protokolları və digər sənədlər sübut növü kimi tanınmışdır. (Cild 1, iş vərəqə 262-270) Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(101)-1412/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “Polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilməklə, barəsində axtarış elan edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasının xx.xx.2023-cü il tarixli, 3-16-17/38/2-5666/2023 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən tutularaq Bakı İstintaq Təcridxanasına gətirilmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Növbətçi Hissələri İdarəetmə Xidmətinin xx.xx.2023-cü il tarixli, 313-7/223880/23 nömrəli məktubundan görünür ki, arxivlərin saxlanılma müddəti bitdiyindən informasiyanın təqdim edilməsi mümkün deyil. Bakı şəhəri Binəqədi rayon prokurorluğunun xx.xx.2023-cü il tarixli, 1714-xid nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs işgəncəyə və ya qeyri-insani rəftara məruz qalması ilə bağlı rayon prokurorluğunda hər-hansı bir araşdırma aparılmamışdır. Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin xx.xx.2024-cü il tarixli, 46/2-2457/24 nömrəli məktubundan görünür ki, xx.xx.2022-ci il tarixdə polis idarəsinin Müvəqqəti saxlama yerinə gətirilərkən baxış keçirilən zaman Təqsirləndirilən şəxs bədəninin müxtəlif yerlərində köhnə və təzə yaralar aşkar olunmuşdur. Tutulan şəxsin deməsinə görə həmin xəsarətləri tutulmazdan əvvəl almışdır. Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli, 3-13-46-1/2-2111/2024 nömrəli məktubundan görünür ki, şöbənin balansında zərflərin möhürlənməsi və arayışların təsdiqlənməsi üçün 2 ədəd “173” nömrəli möhür mövcuddur. Azərbaycan Respublikası Baş Prokurorluğunun xx.xx.2024-cü il tarixli, 2-2-110/3- 006465/2024 nömrəli məktubuna əlavə edilmiş həmin tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs zorakılıq edilməsi faktı öz təsdiqini tapmadığından cinayət işinin başlanması rədd edilmişdir. Əməlin tövsifi və hüquqi məsələlər: Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı mövqeyə görə, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir. Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla, bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlüyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulub-pozulmamasının, pozuntu olduğu təqdirdə, onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların, o cümlədən maddi sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçi vasitəsi ilə suallar verilmiş, eyni zamanda öz lehinə ifadə verə biləcək şahidi dindirilmək imkanı təqdim edilmiş, öz alibisini sübut etmək üçün ona şərait yaradılmışdır. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarına əsasən, hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibətini öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Məhkəmə təqsirləndirilən şəxsin məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirməsinin səbəblərini araşdırmış, müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirmişdir. Təqsirləndirilən şəxs məhkəməyə verdiyi ifadəsində ibtidai istintaq zamanı fiziki və psixi təzyiq altında ifadə verdiyini, polis əməkdaşları tərəfindən döyüldüyünü desə də, şahidlər Şahid2 və Şahid1 xx.xx.2022-ci il tarixdə, Şahid4 və Şahid3 isə xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs tutulmazdan əvvəl və ya sonra heç bir zorakılıq edilmədiyini bildirmişlər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin qərarından görünür ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən şəxsin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıbqaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Cinayət işinin materialları və məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı ona qarşı hər hansı fiziki və ya psixi zorakılıq edilməsi ilə bağlı məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırmamış, habelə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə bildirməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ona zorakılıq edilməsi ilə bağlı məhkəmə istintaqı zamanı verdiyi ifadəsində göstərdiyi xüsusatın araşdırılması üçün Binəqədi Rayon Polis İdarəsinə və prokurorluq orqanlarına müraciət etmişdir. Binəqədi Rayon Polis İdarəsinin xx.xx.2024-cü il tarixli, 46/2-2457/24 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Binəqədi Rayon Polis İdarəsinin Müvəqqəti saxlama yerinə gətirilən zaman baxış keçirilərkən bədəninin müxtəlif yerlərində köhnə və təzə yaralar aşkar olunmuş, həmin vaxt Təqsirləndirilən şəxs müvafiq xəsarətləri tutulmazdan əvvəl aldığını bildirmişdir. Xəsarətlə bağlı məlumat verildiyindən həmin xüsusatla bağlı araşdırmanın aparılması üçün məhkəmə tərəfindən ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora məlumat verilmiş, aparılan araşdırmanın nəticəsində cinayət işinin başlanması rədd edilmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.” Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olubolmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür. Göründüyü kimi, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən ona fiziki və psixi zorakılıq edilməsi ilə bağlı məhkəmədə verdiyi ifadəsi hər hansı dəlillərə söykənməmiş, həmin halı təsdiq edən tibbi sənəd olmamış, əsaslı şübhə mövcud deyil. O, bu barədə məhkəməyədək icraatda qaldırmadığı halda məhkəmə baxışında bildirmiş, fikirlərini heç bir dəlillə möhkəmləndirməmiş, sadəcə ifadənin fiziki və psixi zorakılığın tətbiq edilməsi ilə alınmasını deməklə kifayətlənmişdir. Bu səbəbdən, məhkəmə həmin xüsusatla bağlı Təqsirləndirilən şəxs dediklərini özünü müdafiə xarakterli verdiyi ifadə kimi qiymətləndirir və göstərdiyi xüsusatı rədd etməklə, həqiqətə uyğun olmayan hesab edir. Bundan başqa, məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində göstərdiyi halları digər sübutlarla müqayisəli surətdə araşdıraraq qiymət vermişdir ki, onun həmin ifadəsi qismən cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadədir. Belə ki, Təqsirləndirilən şəxs məhkəməyə verdiyi ifadəsində 14 sentyabr 2022-ci il tarixdə polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra üzərindən 1 ədəd bükümdə narkotik vasitə heroinin aşkarlandığını qəbul etsə də, üzərinə baxışın keçirildiyi yeri mübahisəndirib saxlanıldığı yerdə üzərinə baxış keçirildiyini bildirmişdir. Həmin xüsusatla bağlı şahidlər Şahid1 və Şahid2 Təqsirləndirilən şəxs həmin tarixdə saat 12:30 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində yerləşən “Üçlər” adlı marketin yaxınlığında saxlanıldığını, sonuncunun üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkətinin Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin inzibati binasında videoçəkilişindən istifadə edilməklə aparıldığını, həmin vaxt Təqsirləndirilən şəxs aşkarlanmış narkotik vasitəni könüllü şəkildə təqdim etdiyini, Təqsirləndirilən şəxs qarşı polis əməkdaşları tərəfindən fiziki və ya psixi zorakılığın edilmədiyini söyləmişlər. Cinayət işinin materiallarının 95-ci vərəqində olan raportdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 12:30-da Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Üçlər” adlı marketin yaxınlığında saxlanılaraq Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinə aparılmışdır. Həmin tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokol və ona əlavə edilmiş disk məhkəmə baxışı zamanı nəzərdən keçirildikdə müəyyən olunur ki, Təqsirləndirilən şəxs əynindəki tünd göy rəngli parça materialından olan cins şalvarının sağ arxa yan cibindən səliqəli bükülmüş A4 kağız parçasında olan 1 ədəd bükümü təqdim etmiş, aşkarlanan maddə kağız zərfdə qablaşdırılıb möhürlənmişdir. Videogörüntüdə əks olunanlar tam olaraq əvvəldən sonadək aydın şəkildə müşahidə edilir. Həmçinin, məhkəmə baxışı zamanı həmin videoyazının tədqiqindən də görünür ki, videogörüntüdə kəsinti olmamış, ardıcıl olaraq, fasiləsiz videoçəkiliş aparılmışdır. Həmin protokoldan görünür ki, zərf “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 173 nömrəli möhürü ilə möhürlənmiş, Təqsirləndirilən şəxs və digərləri tərəfindən hər hansı etirazın olması ilə bağlı protokola qeyd edilməmiş, heç bir şikayət və ya vəsatətin daxil olmadığı ilə bağlı qeyd də əlavə olunmuşdur. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 6/5198 nömrəli ekspert rəyinə əsasən, Təqsirləndirilən şəxs müvafiq istintaq hərəkəti zamanı təqdim etdiyi 1 ədəd bükümün içərisində 0,170 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroinin olması müəyyənləşmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəllənin 33.4, 338.1.2 və 349.5.1-ci maddələrinə müvafiq olaraq məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Göründüyü kimi, Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində göstərdiyi xüsusatlar mötəbər sübutlarla təkzib edilmişdir. Bundan savayı, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə polis əməkdaşları tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 3-cü mədən ərazisində yerləşən “Rahat” marketin yaxınlığında yox, Binəqədi rayonu, Mehdiabad qəsəbəsində yerləşən “Gənclər şəhərciyi” adlanan yerdə saxlanıldığını, Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinə aparıldıqdan sonra polis əməkdaşları tərəfindən ona fiziki və psixi zorakılıq edildiyini, həmin vaxt üzərində narkotik vasitə olmadığını, ona edilən fiziki və psixi təzyiqlər nəticəsində təqdim edilmiş narkotik vasitənin özünə məxsus olduğunu videoçəkiliş zamanı dediyini bildirsə də, şahidlər Şahid3 və Şahid4 ifadələrində Təqsirləndirilən şəxs 13 oktyabr 2022-ci il tarixdə saat 00:30 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 3-cü mədən ərazisində yerləşən “Rahat” marketin yaxınlığında saxlanılaraq Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinə dəvət edildiyini, videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılarkən Təqsirləndirilən şəxs könüllü şəkildə əynindəki qəhvəyi rəngli şalvarın sağ yan cibindən bir ədəd bükümdə narkotik vasitə-heroinə bənzər maddəni təqdim etdiyini, aşkarlananların qablaşdırılaraq ekspertizaya göndərildiyini, nümayiş etdirməsi üçün əlavə kütlənin təqdim edilmədiyini bildirmişlər. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Növbətçi Hissələri İdarəetmə Xidmətinin xx.xx.2023-cü il tarixli, 313-7/223880/23 nömrəli məktubundan görünür ki, arxivlərin saxlanılma müddəti bitdiyindən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə iddia etdiyi saxlanıldığı yerə dair informasiyanın əldə edilməsi mümkün olmamışdır. Cinayət işinin materiallarının 1-ci cildinin 7-ci vərəqində olan protokoldan görünür ki, yaradılmış əməliyyat qrupunun tərkibində Şahid4 və Şahid3 olmuşdur. Başqa şəxsin əməliyyat qrupuna daxil olması cinayət işinin materialları ilə, habelə məhkəmə baxışı zamanı müəyyən edilməmişdir. Cinayət işinin materiallarının 1-ci cildinin 32-33-cü vərəqlərində olan “Şəxsi axtarış və götürmə aparılması haqqında” və 58-ci vərəqində olan “Diskə baxış keçirilməsi haqqında” protokollardan, habelə məhkəmə istintaqı zamanı həmin protokola əlavə edilmiş diskə baxışdan müəyyən edilir ki, şəxsi axtarış və götürmə istintaq hərəkəti Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin inzibati binasında aparılmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs könüllü olaraq əynində olan əynində olan qəhvəyi rəngli şalvarın arxa sağ cibindən 1 ədəd şəffaf sellofan bükümdə narkotik vasitə olan heroini təqdim etmiş, aşkarlananlar kağız zərfdə qablaşdırılıb möhürlənmişdir. Videogörüntüdə əks olunanlar tam olaraq əvvəldən sonadək aydın şəkildə müşahidə edilir. Həmçinin, məhkəmə baxışı zamanı həmin videoyazının tədqiqindən də görünür ki, videogörüntüdə kəsinti olmamış, ardıcıl olaraq, fasiləsiz videoçəkiliş aparılmışdır. Həmin protokollardan görünür ki, zərf “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 243 saylı möhürü ilə möhürlənmiş, Təqsirləndirilən şəxs və digərləri tərəfindən hər hansı etirazın olması ilə bağlı protokola qeyd edilməmiş, heç bir şikayət və ya vəsatətin daxil olmadığı ilə bağlı qeyd də əlavə olunmuşdur. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 6/5921 nömrəli ekspert rəyinə əsasən, bir ədəd bükümün tamlığının pozulması ilə bağlı hər hansı qeyd aparılmamış, təqdim olunanlar əsasında keçirilmiş ekspertizanın nəticəsində 1 ədəd bükümdə ümumi təmiz çəkisi 2,808 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə-heroinin təqdiqata təqdim edildiyi müəyyənləşmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində göstərdiyi həmin xüsusatlar öz təsdiqini tapmamış, digər sübutlarla tam şəkildə təkzib edilmişdir. Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində göstərdiyi hallar hər hansı dəlillərə söykənməmiş, həmin halları təsdiq edən sübut olmamışdır. Bununla bağlı əsaslı şübhələr yoxdur. Bu səbəbdən, məhkəmə həmin xüsusatlarla bağlı Təqsirləndirilən şəxs dediklərini özünü müdafiə xarakterli ifadə kimi qiymətləndirərək onun göstərdiyi xüsusatları rədd etməklə, həqiqətə uyğun olmayan hesab edir. Odur ki, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda təsvir olunanlara zidd olaraq dəlil kimi göstərdiyi hallar mötəbər sübutlarla təkzib olunduğundan, məhkəmə təqsirləndirilən şəxsin həmin hissələrdə verdiyi ifadəsini şübhə altına alır və ifadəsində göstərdiyi həmin xüsusatları həqiqətə uyğun olmayan, hər hansı dəlilə söykənməyən, özünümüdafiə xarakterli hesab edir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs ittihamda təsvir olunanlara zidd olaraq məhkəmə istintaqında başqa məzmunda ifadə verməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, bu alınmadıqda isə məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Bu səbəbdən, məhkəmə cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışında təqsirləndirilən şəxsə bilavasitə dinlənilməsi ilə məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaradaraq, sübutetmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli ifadələrini əsas götürür. Məhkəmə baxışı zamanı təqsirsizik prezumpsiyası rəhbər tutulmuş, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxılmış və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edilmiş, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanmış, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh ediləcəyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəlinmişdir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, iş üzrə dindirilmiş şəxslərin ifadələrindən başqa, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, digər sənədləri də mötəbər sübut növləri kimi qəbul edir. Bundan başqa, məhkəmə qeyd edir ki, ibtidai araşdırma dövründə təqsirləndirilən şəxsin müdafiə hüquqları qorunmuş, cinayət-prosessual qanunvericiliyinə əsasən müdafiəçinin zəruri iştirakı nəzərdə tutulmuş bütün istintaq hərəkətlərində müdafiəçisi iştirak etmişdir. İstintaq hərəkəti protokolları və ona əlavələr qanunvericiliyə uyğun tərtib edilmişdir. Məhkəmə bir halı qeyd etməyi zəruri hesab edir ki, xx.xx.2022-ci il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, aşkarlanmış 1 ədəd bükümdə narkotik vasitə heroin 173 nömrəli möhürlə möhürlənmişdir. Lakin Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli, 6/5198 nömrəli ekspert rəyinə əsasən müvafiq zərf 174 nömrəli möhürlə möhürlənərək tədqiqata təqdim edilmişdir. Həmin ziddiyyət məhkəmə baxışı zamanı araşdırılmış, 4-cü Polis Şöbəsinin balansında zərflərin möhürlənməsi və arayışların təsdiqlənməsi üçün 2 ədəd “173” nömrəli möhürün mövcud olması müəyyən olunmuşdur. Habelə bir hal da zəruridir ki, təqsirləndirilən şəxs həmin vaxt polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra üzərindən aşkarlanmış 1 ədəd bükümdə narkotik vasitə heroini mübahisələndirməmişdir. Bu, işin mübahisəsiz halıdır. Göstərilənlərə əsasən, məhkəmə belə qənaətə gəlir ki, müvafiq ekspert rəyində texniki səhvə yol verilmişdir. Beləliklə, məhkəmə baxışı zamanı ibtidai istintaq dövründə toplanmış sübutların mötəbərliyinə xələl gətirən hər hansı hal müəyyən edilmədiyindən, cinayət işi üzrə mövcud olan məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadığına görə məhkəmə onları təqsirləndirilən şəxsin xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli ifadələrini, şahid ifadələrini, ekspert rəylərini, istintaq hərəkəti protokollarını və ona əlavələri, işdə olan digər sənədləri sübut kimi qəbul edir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından Cinayət Qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1 və 234.1-1-ci maddələri ilə, yəni satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə heroini əldə edib saxlamaqla daşıdığına, həmçinin satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə heroini külli miqdarda əldə edib saxlamaqla daşıdığına görə ittiham irəli sürülmüşdür. Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə görə, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma, 234.1-1-ci maddəsinə əsasən isə həmin Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə müvafiq cinayətin tərkibi yaranır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.1-ci maddəsinə əsasən, narkotik vasitələr - BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərdir. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər, 1.0.9-cu maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda, 21.3-cü maddəsinə əsasən isə, şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq və külli miqdarı, habelə onların prekursorlarının və qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) xeyli və külli miqdarı müvafiq qanunlarla müəyyən edilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2011-ci il tarixli qərarına əsasən, narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri əldə etmə, təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama, narkotik vasitənin, psixotrop maddənin və prekursorların şəxsin özündə nəqliyyat vasitələri ilə və ya belə vasitələrdən istifadə etməməklə yerinin dəyişdirilməsi daşınma kimi qiymətləndirilməlidir. Cinayətin Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunması təqsirkarın həmin cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və ya daşıması, həmin Məcəllənin 234.1-1-ci maddəsi ilə tövsif olunması həmin cinayətin predmetini külli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və ya daşıması müəyyən edildikdə mümkündür. Cinayət işinin materiallarından görünür ki, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 1 ədəd bükümdə narkotik vasitə olan heroinin təmiz çəkisi 0,170 qram, xx.xx.2022-ci il tarixdə isə üzərindən aşkar edilərək götürülmüş 1 ədəd bükümdə narkotik vasitə olan heroinin təmiz çəkisi 2,808 qram təşkil edir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə” Siyahıların 1-ci Siyahısının 83-cü bəndinə əsasən- təmiz halda narkotik vasitə olan heroinin çəkisi 0,15 qramdan artıq olduqda şəxsi istehlak miqdarından artıq, 2 (iki) qramdan artıq olduqda isə külli miqdar təşkil edir. Göründüyü kimi, Təqsirləndirilən şəxs üzərindən müxtəlif vaxtlarda aşkarlanmış narkotik vasitə olan heroinin miqdarı (təmiz halda qramlarla) istifadəsinin təmiz çəkisi üçün nəzərdə tutulmuş aşağı həddindən çoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Həmin Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Beləliklə, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixli şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı təqdim etdiyi narkotik vasitə olan heroinin təmiz çəkisinin şəxsi istehlak miqdarından artıq, xx.xx.2022-ci il tarixli şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı təqdim etdiyi narkotik vasitə olan heroinin təmiz çəkisinin külli miqdarda olmasına, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi etirafedici, məhkəmə istintaqı zamanı verdiyi qismən etirafedici ifadələrinə əsasən, habelə şahidlərin ifadələrini, cinayət işinin materiallarında olan, cinayət təqibi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1 və 234.1-1-ci maddələrinə düzgün tövsif edilmiş, onun həmin cinayət əməllərini törətməsi və əməlləri törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1 və 234.1-1-ci maddələri ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsində və Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinin tələbinə görə, ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.3.4-cü maddəsinə əsasən, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli qərarından görünür ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1 və 234.1-1-ci maddələrində nəzərdə tutulan cinayətin bütün tərkib əlamətləri vardır. Həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət əməlləri məhz onun tərəfindən törədilmişdir. Həmçinin, bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməllərini qəsdən törətmişdir. Onun əməlləri başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə az ağır və ağır cinayətlər kateqoriyasına aiddir. Təqsirləndirilən şəxsin əməllərinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1 və 234.1-1-ci maddələri ilə təqsirli bilinməklə həmin maddələrin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə görə, həmin əməli törətmiş şəxs bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə, həmin Məcəllənin 234.1-1-ci maddəsinə görə isə, həmin əməli törətmiş şəxs üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, onun şəxsiyyətini, cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59cu maddəsinə əsasən, cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran müəyyən edilməmişdir. Cinayət işinin materiallarına əlavə olunmuş tələbnamə və hökmdən görünür ki, Təqsirləndirilən şəxs Yevlax Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli amnistiya qərarının 2.4-cü bəndi tətbiq edilməklə, amnistiya qərarının 36-cı bəndinə əsasən cəzadan azad edilməsi, barəsində olan narkomaniya məcburi müalicə ləğv edildikdən sonra həyata keçirilməsi qərara alınmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 22 noyabr 2021-ci il tarixli qərarına əsasən, Təqsirləndirilən şəxs həmin hökmlə təyin edilmiş narkomaniyadan məcburi müalicə ləğv edilmişdir. Sözügedən amnistiya qərarının 7-ci bəndinə əsasən, əsas və əlavə cəzanı çəkməkdən azad edilən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş şəxslərin üzərindən məhkumluq götürülür. Bu səbəbdən, Təqsirləndirilən şəxs məhkumluğu olmayan hesab edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, irəli sürülmüş ittihamın az ağır və ağır cinayətlər təsnifatına aid olduğunu, ictimai təhlükəliliyini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, eləcə də işin digər hallarını nəzərə alaraq hesab edir ki, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1 və 234.1-1-ci maddələrində nəzərdə tutulmuş sanksiya həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 17.1-ci maddəsinə əsasən, həmin Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, həmin cinayətləri törətmiş şəxs onlardan heç birinə görə məhkum olunmamışdırsa və ya qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmişdirsə, habelə bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçməmişdirsə, cinayətlərin məcmusunu yaradır. Cinayət Məcəlləsinin 17.3-cü maddəsinə əsasən, şəxs bu Məcəllənin müvafiq maddələrinə uyğun olaraq cinayətlərin məcmusunu yaradan hər cinayətə görə cinayət məsuliyyətinə cəlb edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən, cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinin tələbləri nəzərə alınmalı, yəni onun təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.1 və 234.1-1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən, cinayətlərin təsnifatına görə Cinayət Məcəlləsinin 234.1-ci maddəsində göstərilən cinayət əməli az ağır, həmin Məcəllənin 234.1-1-ci maddəsində göstərilən cinayət əməli isə ağır cinayətlər təsnifatına daxildir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum edilmiş şəxslərin cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi müəyyən edilir. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.2.1-ci maddəsinə əsasən, tutulduğu və həbsdə saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-ci maddəsinə əsasən, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə bir halı qeyd edir ki, ittiham aktında Təqsirləndirilən şəxs ittiham elan edilməsi üçün tutulması ilə əlaqədar saxlanıldığı tarix xx.xx.2023-cü il kimi göstərilsə də, cinayət işinin materiallarının 1-ci cildinin 235-ci vərəqlərindəki “axtarışda olan şəxsin tutulması haqqında” protokola əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsi tərəfindən tutulmuşdur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 3 (üç) gün, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 2 (iki) gün, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək 3 (üç) gün olmaqla, cəmi 8 (səkkiz) gün müddətində tutulmuş, daha sonra barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 1(101)-1412/2023 nömrəli qərarı əsasında Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri dəyişdirilərək barəsində həbs qətimkan tədbiri seçilməklə axtarış elan edilmişdir. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən bugünədək davamlı olaraq həbsdə saxlanılır. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Ona görə də, məhkəmə hesab edir ki, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 3 (üç) gün, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 2 (iki) gün, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək 3 (üç) gün olmaqla, tutulduğu 8 (səkkiz) gün müddət bir günə bir gün hesabı ilə cəmi 8 (səkkiz) gün azadlıqdan məhrumetmə cəzasına bərabər tutulmalı və təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməli və təyin ediləcək cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 13 avqust 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmə tərkibi Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə-kimyəvi ekspertizası ilə əlaqədar Təqsirləndirilən şəxs 157 (bir yüz əlli yeddi) manat məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə hesab edir ki, hazırki məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra maddi sübut kimi tanınaraq, Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan və ekspertiza tədqiqatından sonra 1 ədəd bükümdə qalıq çəkisi 0,120 qram və 1 ədəd bükümdə qalıq çəkisi 2,758 qram olan heroin məhv edilməli, xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokollara əlavə olunmuş 2 (iki) ədəd CD disk cinayət işində saxlanılmalıdır. Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll edir. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla); 99-1.1.2-ci maddəsinə əsasən isə şəxsin cinayət yolu ilə əldə etdiyi əmlak, habelə həmin əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalıdır. Bununla belə, hazırki iş üzrə qeyd edilən xarakterli, başqa sözlə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən olunmamışdır. Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 26-cı bəndində göstərilmişdir ki, məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Narkomaniyadan məcburi müalicənin belə şəxslərə zərərli təsir göstərməsi həkim rəyində qeyd olunduğu halda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2006-cı il tarixli 39 №-li qərarının 3-cü bəndində nəzərdə tutulan digər hallarda məhkəmə hökmdə Cinayət Məcəlləsinin 93.1.4-cü maddəsinin tətbiq edilməməsinin səbəblərini əsaslandırmalı, belə şəxslərin ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi təmin edilməlidir. Belə ki, cinayət işində olan Azərbaycan Respubikasının Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” X9 xx.xx.2022-ci il tarixli, 5307 nömrəli ekspert rəyinə əsasən, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli, o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Göstərilənlərə əsasən və Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1 və 234.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası, Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən, təyin edilmiş cəzalar qismən toplanılmaqla, Təqsirləndirilən şəxs qəti olaraq 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 03 (üç) gün, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 02 (iki) gün, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək 03 (üç) gün müddət bir günə bir gün hesabı ilə ümumilikdə cəmi 08 (səkkiz) gün azadlıqdan məhrumetmə cəzasına bərabər tutulsun və təyin edilmiş cəzadan çıxılaraq Təqsirləndirilən şəxs üzərində 04 (dörd) il 05 (beş) ay 22 (iyirmi iki) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 13 avqust 2023-cü il tarixdən hesablansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 157 (bir yüz əlli yeddi) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökm qanuni qüvvəyə mindikdən sonra, iş üzrə maddi sübut kimi tanınmış Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,120 qram və 2,758 qram çəkidə narkotik vasitə olan heroin məhv edilsin, xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokollara əlavə olunmuş 2 ədəd CD diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlakın olmadığı nəzərə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanısın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim Fərid Namazov Hakimlər Əhməd Quliyev Telman Hüseynov
Məhkəmə qərarları › İş №1(101)-369/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-369/2024
22.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver