Məhkəmə qərarları › İş №1(101)-37/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(101)-37/2024

27.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(101)-37/2024 27.12.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X38 (sədrlik edən), X125 və X39 ibarət tərkibdə, Məhkəmə iclasının katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X15 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs Əsgərov Mirdamət Mirhüseyn oğlunun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs Əsgərov Mirdamət Mirhüseyn oğlunun iştirakları ilə xx xxxxxx 1964-cü il tarixdə Masallı rayonunun Şərəfə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta-ixtisas təhsilli, məhkumluğu olmayan, "xxxx" MMC-nin direktoru vəzifəsində işləmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2ş, 15 may 2015-ci il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatında olan cinayət işi üzrə barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Əsgərov Mirdamət Mirhüseyn oğlunun Azərbaycan Respublikası CM-in 179.3.2-ci, 195.2-ci və 313-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Əsgərov Mirdamət Mirhüseyn oğlu "xxxx" MMC-nin direktoru vəzifəsində işləyərkən Dünya Bankının «X86 İnkişafı və Kreditləşməsi Layihəsi» üzrə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyindən güzəştli şərtlərlə kənd təsərrüfatı kreditlərinin verilməsi üçün Zərərçəkmiş şəxs ASC-nin hesabına köçürüləcək özgə əmlakı olan külli miqdarda pul vəsaitlərini talama məqsədilə Masallı rayon Ağakişibəyli kəndində fəaliyyət göstərən hüquqi şəxs "xxxx" MMC tərəfindən kənd təsərrüfatı məhsullarının istehsalı və satışının təşkili adı ilə 3 istiqamət üzrə fəaliyyət, yəni 1-ci istiqamət kimi 60000 ABŞ dolları vəsait xərclənməklə hər birinin qiyməti 600 ABŞ dolları olmaqla 100 baş ətlik istiqamətli danalar alınması, 2-ci istiqamət kimi 190000 ABŞ dolları vəsait xərclənməklə hər birinin qiyməti 1267 manata olmaqla 150 baş cins südlük istiqamətli boğaz inəklər alınması, 3-cü istiqamət kimi müştərinin, yəni "xxxx" MMC-nin öz vəsaiti hesabına 130000 ABŞ dolları vəsait xərclənməklə yem bazasının yaradılması və 50000 ABŞ dolları xərclənməklə tikinti işlərinin aparılması və avadanlıqların alınması planını özündə əks etdirən ayın tarixi göstərilməmiş « » noyabr 2007-ci il tarixli "xxxx" MMC tərəfindən ətlik və südlük heyvandarlığın inkişafı üzrə investisiya layihəsini hazırlamış, "xxxx" MMC-yə kənd təsərrüfatının inkişafı məqsədilə 300000 ABŞ dolları məbləğində uzun müddətli kredit ayrılmasına dair 12 dekabr 2007-ci il tarixli ərizə və 08 fevral 2008-ci il tarixli məktubla Zərərçəkmiş şəxs ASC-yə müraciət edərək investisiya layihəsini və müəssisəyə dair sənədləri banka təqdim etmiş, Zərərçəkmiş şəxs ASC-nin "xxxx" filialından "xxxx" MMC-yə «Kənd təsərrüfatının genişləndirilməsi yönümlü İnvesitisiya layihəsinə» əsasən 7 il müddətinə, illik 13 faiz hesablanılmaq şərti ilə 250000 ABŞ dolları məbləğində kredit ayrılmasına dair 07 may 2008-ci il tarixli 488\KTN saylı kredit müqaviləsini imzalamış, kreditin təminatı olaraq Zərərçəkmiş şəxs ASC ilə X79 arasında bağlanmış 30 may 2008-ci il tarixli 488VKTN saylı ipoteka müqaviləsinə əsasən İ.Z.Eyvazova məxsus olmaqla Bakı şəhəri, Binəqədi rayon, 6-cı mikrorayon, Mirmahmud Kazımovski küçəsində istifadədə olan 16 a saylı binanın 19 saylı (2 otaqlı) mənzilinin, X69 arasında bağlanmış 30 may 2008-ci il tarixli 488 A\KTN saylı ipoteka müqaviləsinə əsasən M.E.Məmmədova məxsus olmaqla Bakı şəhəri, Binəqədi rayon, 6-cı mikrorayon, Mirmahmud Kazımovski küçəsində istifadədə olan 16a saylı binanın 17 saylı (2 otaqlı) mənzilinin, X142 arasında bağlanmış 06 iyun 2008-ci il tarixli 488 B\KTN saylı ipoteka müqaviləsinə əsasən Z.Y.Hacıyevə məxsus olmaqla Bakı şəhəri, Nizami rayon, Qara Qarayev prospektində istifadədə olan 82 a saylı binanın 69 saylı (3 otaqlı) mənzilinin, yəni mülkiyyət hüquqi əsasında özünə və "xxxx" MMC-yə aidiyyəti olmayan özgə əmlaklarının ipotekaya qoyulmasını təşkil etmiş, "xxxx" MMC-nin hesabına daxil olmuş 250000 ABŞ dolları kredit vəsaitinin manata konvertasiya olunmasını sifariş edərək 244,07 manat bank xərcləri çıxılmaqla 20 may 2008-ci il tarixli ÇEK MUĞ № 068751 saylı çeklə 24786 manat, 02 iyun 2008-ci il tarixli ÇEK MUG № 068754 saylı çeklə 90211 manat, 03 iyun 2008-ci il tarixli ÇEK MUĞ № 068755 saylı çeklə 32800 manat, 10 iyun 2008-ci il tarixli ÇEK MUĞ № 068757 saylı çeklə 57000 manat pulu Zərərçəkmiş şəxs ASC-nin "xxxx" filialının kassasından nağd qaydada alıb 20 may 2008-ci il tarixli Seriya BÖO № 213401 saylı kassa mədaxil orderi ilə 24786 manat, 02 iyun 2008-ci il tarixli Seriya BÖO № 213402 saylı kassa mədaxil orderi ilə 90211 manat, 03 iyun 2008-ci il tarixli Seriya BÖO № 213403 saylı kassa mədaxil orderi ilə 32800 manat, 10 iyun 2008-ci il tarixli Seriya BÖO № 213404 saylı kassa mədaxil orderi ilə 57000 manatı "xxxx" MMC-nin kassasına mədaxil etdikdən sonra həmin pulun "xxxx" MMC-nin kassasından təh-təl hesabla öz adına ödənilməsi barədə 24786 manatın məxaricinə dair 20 may 2008-ci il tarixli 000002 saylı, 90211 manatın məxaricinə 01 iyun 2008-ci il tarixli 000001 saylı, 32800 manatın məxaricinə dair 03 iyun 2008-ci il tarixli 000003 saylı, 57000 manatın məxaricinə dair 10 iyun 2008-ci il tarixli 000004 saylı kassa məxaric orderlərini tərtib etdirərək «Rəhbərin imzası», «Alanın imzası» və «Verdim kassir» qrafalarında imzaları icra edib "xxxx" MMCnin kassasından yuxarıda göstərilən kassa məxaric orderləri üzrə 204797 manat kredit pulunu qanunsuz olaraq götürmüş, külli miqdarda özgə əmlakını talamasını gizlətmək niyyəti ilə investisiya layihəsi üzrə inək, dana almadığı və pul ödəmədiyi halda, güzəştli kreditdən təyinatı üzrə istifadə etməsi görünüşünü yaratmaq üçün bilə-bilə yalan məlumatlar daxil etdiyi "xxxx" MMC-yə Masallı rayonunun Ağakişibəyli kənd sakini X70 39550 manata 35 baş inək almasına dair 25 iyun 2008-ci il tarixli aktı və 39550 manatın X93 ödənişinə dair 29 iyun 2008-ci il tarixli 000012 saylı kassa məxaric orderini, Şəhriyar kənd sakini X71 33110 manata 22 baş inək və 11 baş dana almasına dair 13 iyun 2008-ci il tarixli aktı və 33110 manatın X143ma ödənişinə dair 13 iyul 2008-ci il tarixli 000018 saylı kassa məxaric orderini, Şərəfə kənd sakini olan qardaşı X31 34968 manata 31 baş inək almasına dair 25 iyun 2008-ci il tarixli aktı və 34968 manat pulun X50 ödənişinə dair 02 iyul 2008-ci il tarixli 000013 saylı kassa məxaric orderini, mərhum qardaşı Mirələm Əsgərovun arvadı X13 26664 manata 12 baş inək və 18 bas dana almasına dair 12 iyun 2008-ci il tarixli aktı, 26664 manat pulun X20 ödənişinə dair 12 iyul 2008-ci il tarixli 000015 saylı kassa məxaric orderini tərtib edərək həmin şəxslərə imzalatdırmış, Səmidxanlı kənd sakinləri X21 43810 manata 20 baş inək və 20 baş dana alması barədə 25 iyun 2008-ci il tarixli aktı və 43810 manat pulun X40 ödənişinə dair 25 iyun 2008-ci il tarixli 000011 saylı kassa məxaric orderini tərtib edərək həmin akt və kassa məxaric orderində Ə.R.Allahverdiyevin imzalarını, X16 24405 manata 15 baş inək və 10 baş dana alması barədə 25 iyun 2008-ci il tarixli akt, 24401 manat pulun X32 ödənişinə dair 06 iyul 2008-ci il tarixli 000017 saylı kassa məxaric orderini tərtib edərək həmin akt və kassa məxaric orderində S.Ə.Allahverdiyevanın imzalarını istintaqa məlum olmayan şəxsə icra etdirməklə saxtalaşdırmış, həmin aktları və kassa məxaric orderlərinin «Rəhbərin imzası» və «Verdim kassir» qrafalarında imzaları icra edərək külli miqdarda ziyan vuraraq güzəştli kreditdən təyinatı üzrə istifadə etməmiş, qulluq mövqeyindən istifadə edərək etibar edilmiş özgə əmlakını, yəni Banka məxsus 204797 manat pulu Zərərçəkmiş şəxs ASC-yə külli miqdarda ziyan vurmaqla mənimsəyərək talamış, sair şəxsi niyyətlərlə vəzifə saxtakarlığı törətmişdir. Bundan başqa Mirdamət Əsgərov yenə həmin vəzifədə işləyərkən külli miqdarda özgə əmlakını talamasını gizlətmək niyyəti ilə investisiya layihəsi üzrə inək, dana almadığı halda, güzəştli kreditdən təyinatı üzrə istifadə etməsi görünüşünü yaratmaq üçün bilə-bilə yalan məlumatlar daxil etdiyi "xxxx" MMC-nin fermasında 45 baş buzovun doğulmasına dair xx.xx.2008-ci il, 57 baş buzovun doğulmasına dair xx.xx.2008-ci il, 20 baş buzovun doğulmasına dair xx.xx.2008-ci il, 10 buzovun doğulmasına dair xx.xx.2009-cu il, 15 baş buzovun doğulmasına dair xx.xx.2009-cu il, 12 baş buzovun doğulmasına dair xx.xx.2009cu il, 20 baş buzovun doğulmasına dair xx.xx.2009-cu il, 20 baş buzovun doğulmasına dair xx.xx.2009-cu il, 20 baş buzovun doğulmasına dair xx.xx.2009-cu il, 10 baş buzovun doğulmasına dair xx.xx.2009-cu il, 15 baş buzovun doğulmasına dair xx.xx.2010-cu il, 18 baş buzovun doğulmasına dair xx.xx.2010-cu il, 12 baş buzovun doğulmasına dair xx.xx.2010-cu il, 14 baş buzovun doğulmasına dair xx.xx.2010-cu il, 16 baş buzovun doğulmasına dair xx.xx.2010-cu il, 13 baş buzovun doğulmasına dair xx.xx.2010-cu il, 6 baş buzovun doğulmasına dair xx.xx.2010-cu il, 12 baş buzovun ölməsinə dair xx.xx.2010cu il, 10 baş buzovun doğulmasına dair xx.xx.2011-ci il, 13 baş buzovun doğulmasına dair xx.xx.2011-ci il, 10 baş buzovun doğulmasına dair xx.xx.2011-ci il, 14 baş buzovun doğulmasına dair xx.xx.2011-ci il, 20 baş buzovun doğulmasına dair xx.xx.2011-ci il, 20 baş buzovun doğulmasına dair 30.09 2011-ci il 17 baş buzovun doğulmasına dair xx.xx.2012-ci il, 12 baş buzovun doğulmasına dair xx.xx.2012-ci il, 14 baş buzovun doğulmasına dair xx.xx.2012-cı il, 16 baş buzovun doğulmasına dair xx.xx.2012-ci il, 13 bas buzovun doğulmasına dair xx.xx.2012-ci il, 12 baş buzovun doğulmasına dair xx.xx.2012-ci il, 18 baş buzovun doğulmasına dair xx.xx.2012-ci il, 10 bas buzovun doğulmasına dair xx.xx.2013-cü il, 10 baş buzovun doğulmasına dair xx.xx.2013-cü il tarixli aktları, həmçinin "xxxx" MMC-nin fermasından 25760 manata 55 baş mal-qaranın satılmasına dair 25 iyul 2008-ci il tarixli akt və 25760 manatın mədaxilinə dair 25 iyul 2008ci il tarixli BÖO № 213406 saylı kassa mədaxil orderi, 7000 manata 20 baş dananın satılmasına dair 31 mart 2009-cu il tarixli akt və 7000 manatın mədaxilinə dair 31 mart 2009-cu il tarixli BÖO № 213415 saylı kassa mədaxil orderi, 7000 manata 20 baş dananın satılmasına dair 04 aprel 2009-cu il tarixli akt və 7000 manatın mədaxilinə dair 04 aprel 2009-ci il tarixli BÖO № 213416 saylı kassa mədaxil orderi, 8050 manata 23 baş dananın satılmasına dair 10 aprel 2009-cu il tarixli akt və 8050 manatın mədaxilinə dair 10 aprel 2009-ci il tarixli BÖO № 213417 saylı kassa mədaxil orderi, 5950 manata 17 baş dananın satılmasına dair 12 aprel 2009-cu il tarixli akt və 5950 manatın mədaxilinə dair 12 aprel 2009-ci il tarixli BÖO № 213418 saylı kassa mədaxil orderi, 16000 manata 32 baş dananın satılmasına dair 30 avqust 2009-cu il tarixli akt, 16000 manatın mədaxilinə dair 30 avqust 2009-ci il tarixli BÖO № 213419 saylı kassa mədaxil orderi, 9900 manata 22 baş dananın satılmasına dair 30 dekabr 2009-cu il tarixli akt və 9900 manatın mədaxilinə dair 30 dekabr 2009-ci il tarixli BÖO № 213420 saylı kassa mədaxil orderi, 9000 manata 20 baş dananın satılmasına dair 02 yanvar 2010-cu il tarixli akt və 9000 manatın mədaxilinə dair 02 yanvar 2010-cu il tarixli BÖO № 213421 saylı kassa mədaxil orderi, 12600 manata 28 baş dananın satılmasına dair 06 yanvar 2010-cu il tarixli akt və 12600 manatın mədaxilinə dair 06 yanvar 2010- cu il tarixli BÖO № 213422 saylı kassa mədaxil orderi, 10220 manata 17 baş dananın satılmasına dair 30 yanvar 2010-cu il tarixli akt və 10220 manatın mədaxilinə dair 30 yanvar 2010-cu il tarixli BÖO № 213423 saylı kassa mədaxil orderi, 9000 manata 20 baş dananın satılmasına dair 30 noyabr 2011- ci il tarixli akt və 9000 manatın mədaxilinə dair 30 noyabr 2011-ci il tarixli BÖO № 213424 saylı kassa mədaxil orderi, 8100 manata 18 baş dananın satılmasına dair 05 dekabr 2011-ci il tarixli akt və 8100 manatın mədaxilinə dair 05 dekabr 2011-ci il tarixli BÖO № 213425 saylı kassa mədaxil orderi, 7650 manata 17 baş dananın satılmasına dair 07 dekabr 2011-ci il tarixli akt və 7650 manatın mədaxilinə dair 07 dekabr 2011-ci il tarixli BÖO № 213426 saylı kassa mədaxil orderi, 7650 manata 17 baş dananın satılmasına dair 09 dekabr 2011-ci il tarixli akt və 7650 manatın mədaxilinə dair 09 dekabr 2011-ci il tarixli BÖO № 213427 saylı kassa mədaxil orderi, 5000 manata 10 baş dananın satılmasına dair 30 dekabr 2011-ci il tarixli akt və 5000 manatın mədaxilinə dair 30 dekabr 2011-ci il tarixli BÖO № 213428 saylı kassa mədaxil orderi, 7800 manata 20 baş dananın satılmasına dair 30 iyun 2012-ci il tarixli akt və 7800 manatın mədaxilinə dair 30 iyun 2012-ci il tarixli BÖO № 213429 saylı kassa mədaxil orderi, 7800 manata 20 baş dananın satılmasına dair 05 iyul 2012-ci il tarixli akt və 7800 manatın mədaxilinə dair 05 iyul 2012- ci il tarixli BÖO № 213430 saylı kassa mədaxil orderi, 13500 manata 27 baş dananın satılmasına dair 30 noyabr 2012-ci il tarixli akt və 13500 manatın mədaxilinə dair 30 noyabr 2012-ci il tarixli BÖO № 213431 saylı kassa mədaxil orderi, 11000 manata 20 baş dananın satılmasına dair 02 noyabr 2013-ci il tarixli akt və 11000 manatın mədaxilinə dair 02 noyabr 2013-cü il tarixli BOO № 213407 saylı kassa mədaxil orderi, 15950 manata 29 baş dananın satılmasına dair 06 noyabr 2013-ci il tarixli akt və 15950 manatın mədaxilinə dair 06 noyabr 2013-cü il tarixli BÖO № 213408 saylı kassa mədaxil orderi, 12250 manata 35 baş inək buzovunun satılmasına dair 15 noyabr 2013-ci il tarixli akt və 12250 manatın mədaxilinə dair 15 noyabr 2013- cü il tarixli BÖO № 213409 saylı kassa mədaxil orderi, 12250 manata 35 baş inək buzovunun satılmasına dair 18 noyabr 2013-ci il tarixli akt və 12250 manatın mədaxilinə dair 18 noyabr 2013-cü il tarixli BÖO № 213410 saylı kassa mədaxil orderi, 18900 manata 42 baş dananın satılmasına dair 04 dekabr 2013-ci il tarixli akt və 18900 manatın mədaxilinə dair 04 dekabr 2013-cü il tarixli BÖO № 213411 saylı kassa mədaxil orderi, 42300 manata 47 baş dananın satılmasına dair 06 dekabr 2013-ci il tarixli akt və 42300 manatın mədaxilinə dair 06 dekabr 2013-cü il tarixli BÖO № 213412 saylı kassa mədaxil orderi, 31500 manata 35 baş inəyin satılmasına dair 09 dekabr 2013-ci il tarixli akt və 31500 manatın mədaxilinə dair 09 dekabr 2013-cü il tarixli BÖO № 213413 saylı kassa mədaxil orderi, 47700 manata 53 baş inəyin satılmasına dair 14 dekabr 2013-ci il tarixli akt və 47700 manatın mədaxilinə dair 14 dekabr 2013-cü il tarixli BÖO № 213414 saylı kassa mədaxil orderi, 35100 manata 39 baş inəyin satılmasına dair 16 dekabr 2013-ci il tarixli akt və 35100 manatın mədaxilinə dair 16 dekabr 2013-cü il t arixli BÖO № 213432 saylı kassa mədaxil orderi tərtib etdirib imzalamaqla, həmçinin yuxarıda göstərilən aktları qardaşı Faiq Əsgərzadənin arvadı X62, qardaşı Baxış Əsgərovun arvadı X94, bacısı oğlu X95, bibisi oğlu X96 və X72, sinif yoldaşı və uzaq qohumu X22, baytar həkimi Çingiz Muradova imzalatdırmış, sair şəxsi niyyətlərlə vəzifə saxtakarlığı törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs Əsgərov Mirdamət Mirhüseyn oğlu ona Azərbaycan Respublikası CM-nin 179.3.2-ci, 195.2-ci və 313-cü maddələri ilə elan olunmuş ittihamda özünü tam təqsirli bilərək göstərdi ki, Masallı rayonunun Şərəfə kəndində olan 3 hektara yaxın pay torpaq sahəsindən qardaşları və bacısının həmin kənddə olan sahibkar kimi istifadə edib, qardaşları və bacısı, həmçinin onların uşaqları da həmin torpaq sahəsində çalışıblar. 2005-ci ildə Şərəfə kəndində yaşayan qohumu X96 "xxxx" MMC-ni təsis etmiş, 2007-ci ildə onunla qeyri-rəsmi şərik işləməyə başlayaraq Rafətə müəyyən qədər pul vermiş, sonuncu həmin pula heyvan almış, Rafətlə şərikli işləmişdir. 2007-ci ilin sonu və ya 2008-ci ilin əvvəlində "xxxx" MMC-yə direktor təyin olunduqdan MMC-nin ferma və mal-qarasını Rafət Abbasovdan təhvil almış, təhvil-təslimə qədər müxtəlif vaxtlarda Rafət Abbasova 35000 manat pul vermiş, 2008-ci ilin iyul ayında Rafət Abbasova 5000 manat da verib tək işləməyə başlamışdır. 2008-cı ildə yaxın qohumları X170 Abbasov, Suliddin Abbasov, Rafiq Abbasov və başqaları öz pay torpaq sahələrini istifadə etmək üçün ona vermiş, həmin sahələrdə taxıl, arpa, yonca əkirdirmişdir. Kredit almamışdan əvvəl 2008-ci ildə fermasında 20 baş kökəltmə məqsədli dana, 15 baş südlük inək və 15 bas balası, 3 baş camış və 2 baş da balası olmuş, 12 hektar yonca əkmiş, bir artezian quyusu, bir əl quyusu qazdırmış, fermanın arxasında 30 metr x 6 metr uzunluğunda əlavə tövlə tikintisi aparmış, orada ferma üçün ofis, işçilər üçün 2 otaq, mətbəx, hamam, tualet tikdirmişdir. 2008-ci ilin əvvəlində fəaliyyətini genişləndirmək üçün kredit almaq qərarına gəlib Kənd Təsərrüfatı Nazirliyinə aşağı faizlə, uzun müddətli kənd təsmərrüfatı krediti almaq üçün müraciət etmiş, Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyindən bildirilmişdir ki, «ZaminBank», Zərərçəkmiş şəxs və ya «TuranBank»a müraciət etsin. Təsadüfi olaraq qarşısına Zərərçəkmiş şəxs ASC-nin "xxxx" filialı çıxdığından həmin filiala yaxınlaşmış, orada bildirilmişdir ki, bankın baş ofisinə müraciət edilməlidir. Buna görə də Zərərçəkmiş şəxs ASC-nin «Nizami» kinoteatrının yaxınlığında yerləşən baş ofisinə getmiş, baş ofisin kredit şöbəsinin rəisi Şakirlə görüşməyə məsləhət bilmişlər. Şakirlə həmin gün görüşə bilməsə də, səhəri günü ora gəlib saat 10:00 radələrində onunla görüşüb şəxsi ferması olmasını və heyvandarlıqla məşğul olduğunu Şakirə bildirərək sənədlərini təqdim etmişdir. Şakir bir nəfər mütəxəssis çağırıb bu işlə məşğul olmağı tapşırmış, sonra bütün sənədlərini hazırda adını xatırlamadığı həmin mütəxəssisə təqdim etmişdir. Bundan bir müddət sonra həmin mütəxəssis fermaya gəlib fotoçəkiliş aparmış, sənədlərlə yerində tanış olub fermanı və heyvanları, həmçinin oradakı əlavə tikililəri görüb demişdir ki, kredit şöbəsinə məruzə edəcək. Mütəxəssis tapşırmışdır ki, girov qoyulacaq daşınmaz əmlakları təqdim edin. Buna görə də Bakı şəhərində Məmməd Məmmədovun 2 otaqlı, İftixar Eyvazovun 2 otaqlı, Hacıyev Zaurun 3 otaqlı mənzillərini banka girov üçün təqdim etmiş, mütəxəssis evlərə baxmış, evlər qiymətləndirilmişdir. Kredit müqaviləsi bağlamaq üçün Zərərçəkmiş şəxs ASC-nin "xxxx" filialına göndərilmiş və filialda baş mühasib İlhamə xanım və adını unutduğu kredit mütəxəssisi sənədləri yoxlamış və 07 may 2008-ci ildə filialın müdiri Rəna Hacıyeva ilə arasında 488\KTN saylı kredit müqaviləsi imzalanmışdır. Müqaviləyə əsasən kənd təsərrüfatının, yəni heyvandarlıq məhsullarının istehsalı və satışı məqsədilə 7 il müddətinə, illik 13 faizlə 250000 ABŞ dolları kredit ayrılmış, 250000 ABŞ dolları kredit pulunu manatla bir neçə dəfədə çeklərlə nağd qaydada Zərərçəkmiş şəxs ASC-nin "xxxx" filialından bankın qanunla müəyyən olunmuş rüsumları tutulmaqla tam həcmdə almış, banka qarşı hər hansı bir narazılığı olmamışdır. Bundan sonra 06 iyun 2008-ci ildə həmin filialla arasında 06 iyun 2008-cı il tarixli 488VKTN saylı ipoteka müqaviləsi bağlanmış, əmlakını girov qoyan şəxslərin hər biri bankın işçisi ilə birlikdə notariat kontoruna gedərək ipoteka müqaviləsini imzalamışdır. Ona qarşı irəli sürülmüş ittiham üzrə özünü tam təqsirli bilmişdir. Həmçinin ifadəsində onu da göstərmişdir ki, zərər çəkmiş bank tərəfindən ona məxsus olan iki ədəd mənzilin satılmış, borc üzrə tutma mənzillərin satışından əldə olunmuş pul vəsaitinə yönəldilmiş, buna baxmayaraq, banka vurduğu maddi ziyanın ümumi məbləği həmin mənzillərin dəyərindən daha az olmuşdur. Sonda cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə hazırki cinayət təqibi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, Əsgərov Mirdamət Mirhüseyn oğlu Azərbaycan Respublikası CM-nin 179.3.2-ci, 195.2-ci və 313-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci, 75.1.2-ci və 75.1.3-cü maddələrinə əsasən Əsgərov Mirdamət Mirhüseyn oğlunun cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsinə müvafiq olaraq cinayət təqibi üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş ləğv prosesində olan Zərərçəkmiş şəxs ASC-nin nümayəndəsi Nümayəndə ifadəsində göstərmişdir ki, "xxxx" MMC-nin direktoru Mirdamət Əsgərov ona Dünya Bankının «X86 İnkişafı və Kreditləşməsi Layihəsi» üzrə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyindən güzəştli şərtlərlə kənd təsərrüfatı kreditlərinin verilməsi üçün Zərərçəkmiş şəxs ASC-yə müraciət etmiş, təqdim etdiyi İnvestisiya layihəsinə əsasən Masallı rayon Ağakişibəyli kəndində fəaliyyət göstərən hüquqi şəxs "xxxx" MMC tərəfindən kənd təsərrüfatı məhsullarının istehsalı və satışının təşkili adı ilə 3 istiqamət üzrə fəaliyyət, yəni 1-ci istiqamət kimi 60000 ABŞ dolları vəsait xərclənməklə hər birinin qiyməti 600 ABŞ dolları olmaqla 100 baş ətlik istiqamətli danalar alınması, 2-ci istiqamət kimi 190000 ABŞ dolları vəsaitlə hər birinin qiyməti 1267 manata olmaqla 150 baş cins südlük istiqamətli boğaz inəklər alınması, 3-cü istiqamət kimi müştərinin, yəni "xxxx" MMC-nin öz vəsaiti hesabına 130000 ABŞ dolları vəsait xərclənməklə yem bazasının yaradılması və 50000 ABŞ dolları xərclənməklə tikinti işlərinin aparılması və avadanlıqların alınması planlaşdırılmışdır. Zərərçəkmiş şəxs ASCnin "xxxx" filialı ilə Mirdamət Əsgərov arasında "xxxx" MMC-yə «Kənd təsərrüfatının genişləndirilməsi yönümlü İnvesitisiya layihəsinə» əsasən 7 il müddətinə, illik 13 faiz hesablanılmaq şərti ilə 250000 ABŞ dolları məbləğində kredit ayrılmasına dair 07 may 2008-ci il tarixli 488\KTN saylı kredit müqaviləsini imzalanmış, Mirdamət Əsgərovun təqdim etdiyi daşınmaz əmlaklar, yəni Bakı şəhərində olan mənzillər girov qoyulmuş, "xxxx" MMC- nin hesabına daxil olmuş 250000 ABŞ dolları kredit vəsaiti manata konvertasiya olunaraq 244,07 manat bank xərcləri çıxılmaqla 20 may 2008-ci il tarixli ÇEK MUĞ № 068751 saylı çeklə 24786 manat, 02 iyun 2008-ci il tarixli ÇEK MUG № 068754 saylı çeklə 90211 manat, 03 iyun 2008-ci il tarixli ÇEK MUG № 068755 saylı çeklə 32800 manat, 10 iyun 2008-ci il tarixli ÇEK MUĞ № 068757 saylı çeklə 57000 manat pulu Zərərçəkmiş şəxs ASC-nin "xxxx" filialının kassasından nağd qaydada Mirdamət Əsgərova ödənilmiş, monitorinqlər aparılarkən müəyyən olunmuşdur ki, Mirdamət Əsgərov həmin pulu aldıqdan sonra təyinatı üzrə istifadə etməyərək mənimsəmişdir. Lakin hazırki mərhələdə vurulmuş ziyan ödənilmişdir, hazırda təqsirləndirilən şəxsə qarşı şikayət və tələbləri yoxdur. Məhkəmənin 09 iyul 2015-ci il tarixli iclasında şahid qismində dindirilmiş X33 ifadəsində göstərmişdir ki, X126 ifadəsində göstərmişdir ki, işsiz olduğundan mal-qara alveri ilə məşğul olmuş, özünə məxsus 7-8 baş inəyi də kənddə saxlamışdır. Uzaq qohumu Əsgərov Mirdamət Mirhüseyn oğlu 2008-ci ilin iyun ayında demişdir ki, heyvan alıb saxlamaq istəyir, fermer təsərrüfatı yaradır, ona bazardan heyvan almaqda, tapmaqda köməklik göstərsin. Etiraz etməyib demişdir ki, pul qazanmaq üçün mal bazarında olur. Zaur Əsgərov, Qəhrəman Ələkbərov və başqaları da bazarda olmuşlar. Təxminən bir neçə dəfə Mirdamətə mal-qara alınmasında iştirak etmiş, özü ona mal satmamış, ancaq onun mal-qara almasında iştirakçı olmuşdur. Mirdamətin Səmidxan kəndinin yanında mal ferması var, aldığı malları orada saxlamış, fermasında Mirdamətin öz yaxın qohumları işləmiş, Səmidxanlı kəndindən olan Əli kişi fermanın gözətçisi işləmişdir. Əsgərov Mirdamət Mirhüseyn oğluna 35 baş inək satmağına dair tərtib olunmuş 29 iyun 2008-ci il tarixli aktı və 39550 manatın "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən X93 ödənişinə dair 29 iyun 2008-ci il tarixli 000012 saylı kassa məxarici orderini nəzərdən keçirib bildirir ki, həmin aktda və kassa məxaric orderində «X126» sözləri qarşısındakı imzanın özünə məxsus olub- olmadığını dəqiq deyə bilmir, çünki müxtəlif vaxtlarda müxtəlif cür imzalar çəkmiş, hazırda da imzası başqa cürdür. Lakin şəxsən özünün 35 baş inəyi olmamışdır. Bazarda alqı-satqı yolu ilə həmin heyvanları tanımadığı adamlardan Masallı bazarında Mirdamətin iştirakı ilə almış, Mirdamət pulunu mal satan şəxslərə vermiş, malları da təhvil almışdır. Aktda nə üçün adının yazılmasının səbəbini bilmir. Mirdamətin fermasında 2-3 ay işləmiş, həmin fermada Mirdamətin qohumları Qəhrəman, Zaur, Əli, Baxşəli, Əlinin qızı da işləmişdir. Mirdamət Əsgərovun kredit götürməsini eşitməmişdir. Məhkəmənin 09 iyul 2015-ci il tarixli iclasında şahid qismində dindirilmiş X127 ifadəsində göstərmişdir ki, 2002-ci ildən Zərərçəkmiş şəxs ASC-də çalışır, hazırda Layihələrin maliyyələşdirilməsi şöbəsinin müdiri vəzifəsində işləyir, işi layihələrin maliyyələşdirilməsinə aid olan müştərilərə veriləcək kreditlərin təhlili, monitorinqi, kreditlərin verilməsi, ödənişlərin qəbulu və hesabatların hazırlanmasından ibarətdir. xx.xx.2014-cü ildə "xxxx" MMC-yə aid olan heyvandarlıq sahəsində müəssisəyə verilmiş 250000 ABŞ dolları məbləğində güzəştli kreditin istifadə vəziyyətinə dair Masallı rayon Ağakişibəyli kəndi ərazisində iş yoldaşı, monitorinq şöbəsinin müdiri Samir Məmmədov və Zərərçəkmiş şəxs ASC-nin «Masallı» filialının əməkdaşı Cahangir Cahangirovun iştirakı ilə monitorinq keçirmiş, müəyyən olunmuşdur ki, "xxxx" MMC-nin fermasında Azərbaycana xaricdən idxal olunmuş 45 baş cins mal-qara saxlanılır və həmin heyvanlar fermaya 2 ay əvvəl gətirilmişdir. Mirdamət Əsgərov fermada olmamış, özünü Mirdamətin qohumu kimi təqdim edən bir nəfər cavan oğlan olmuş, akt tərtib olunmağını bildirdikdə həmin cavan oğlan aktı imzalamaqdan imtina etmişdir. Orada həmin vaxt ot tayalarının daşınması ilə məşğul olan fəhlə də aktı imzalamaqdan imtina etmişdir. Orada saxlanılan mal-qaranın kimə məxsus olması soruşulduqda, həmin oğlan mal-qaranın kimə məxsus olduğunu bilmədiyini söyləmişdir. Bundan əvvəl isə 06 iyun 2013-cü ildə həmin fermada monitorinqdə olmuş, Masallı rayon Ağakişibəyli kəndində "xxxx" MMC-yə məxsus bu lermada ümumiyyətlə heç bir mal-qara olmamış, ərazini ot basmış, ərazinin baxımsız vəziyyətdə olması müşahidə edilmiş, həyətdə olan özünü Mirdamət Əsgərovun qohumu kimi təqdim edən şəxs burada mal-qara olmadığını, çoxdan mal-qara saxlanmadığını bildirmişdir. xx.xx.2014-cü ildə aparılan monitorinqlə əlaqədar bir gün əvvəl Mirdamət Əsgərovla telefon əlaqəsi saxlayıb səhəri gün monitorinq keçiriləcəyi barədə məlumat vermişdir. Mirdamət Əsgərov demişdir ki, qardaşı monitorinqə gələnləri qarşılayıb bütün suallara cavablandıracaqdır. Monitorin keçiriləcəyi barədə məlumatlandırılmaması, monitorinqdə iştirakının təmin olunmaması barədə Mirdamət Əsgərov yalan ifadə vermişdir. Monitorinq gedişatında Mirdamət Əsgərov telefonla zəng edərək narazığını bildirib demişdir ki, «mənsiz mənə aid obyektə soxulub işimə müdaxilə edirsiniz.» Məhkəmənin 09 iyul 2015-ci il tarixli iclasında şahid qismində dindirilmiş X111 ifadəsində göstərmişdir ki, 2010-2011-ci illərdə Zərərçəkmiş şəxs ASC-nin monitorinq şöbəsində baş mütəxəssis vəzifəsində çalışmış, 2011-ci ilin payızından isə monitorinq şöbəsinin müdiri vəzifəsində işləyir. Vəzifəsi verilmiş kreditlərin təyinatı üzrə istifadəsini yoxlamaqdan ibarətdir. "xxxx" MMC-nin direktoru Əsgərov Mirdamət Mirhüseyn oğlunu bankın müştərisi kimi banka gəlib-getməsi ilə əlaqədar tanımışdır. Monitorinq şöbəsinin fəaliyyətinə uyğun olaraq, "xxxx" MMC-yə xx.xx.2008-ci ildə 7 il müddətinə, 36 ay güzəşt müddəti olmaqla, illik 13 faiz hesablanmaq şərti ilə, heyvandarlığın inkişafı məqsəldilə verilmiş 250000 ABŞ dolları kreditin təyinatı üzrə istifadəsini yoxlamaq məqsədilə, xx.xx.2014-cü ildə bankın işçisi X155 Əsgərovla telefon əlaqəsi yaradaraq ona Ağakişibəyli kəndində yerləşən təsərrüfatına baxış keçiriləcəyini bildirib baxışın növbəti gün, yəni xx.xx.2014-cü ildə olacağını demişdir. Bundan sonra isə «SMS» yazmışdır. xx.xx.2014-cü ildə Elman Eminov, Cahangir Cahangirovun iştirakı ilə "xxxx" MMC-nin təsərrüfatına baxış keçirərkən tövlədə dəyəri təxminən 67500 manat olan 45 baş südlük inək olması müəyyən olunmuş, ətlik təyinatlı danalar mövcud olmamışdır. Baş çoban X80 verdiyi şifahi məlumata görə göstərilən mal-qara fermaya 2 ay əvvəl gətirilmiş və həmin mal-qara Aqrolizanq şirkətindən alınmış, həmçinin son illər ərzində bu fermada ümumiyyətlə fəaliyyət mövcud olmamışdır. "xxxx" MMC-nin İnvestisiya layihəsinə əsasən 190000 ABŞ dolları dəyərində 150 baş südlük inəklərin və 60000 ABŞ dolları dəyərində ətlik danaların alınması planlaşdırılmışdır. Bundan əlavə investisiya layihəsində nəzərdə tutulduğuna baxmayaraq, borcalan tərəfindən tikinti işlərinin aparılması, yem ehtiyyatının artırılması üçün öz vəsaitini xərcləməsi təsdiq olunmamışdır. Bununla da "xxxx" MMC-yə verilmiş 250000 ABŞ dolları kreditin təyinatı üzrə xərclənməməsi qənaətinə gəlinmiş, monitorinq hesabatı tərtib olunmuş, hesabat onun, Elman Eminov və Cahangir Cahangirov tərəfindən imzalanmış, bundan əlavə Mirdamət Əsgərovun aktı irnZalamaması barədə ayrıca akt yazılaraq imzalanmışdır. Bu monitorinqdən əVvəl isa Elman Eminovla 06 iyun 2013-cü ildə həmin təsərrüfata baxış içirmək üçün Masallı rayon Ağakişibəyli kəndində "xxxx" MMC-nin fermasında olmuş, baxış keçirilərkən fermada mal-qara olmamışdır. Fermanın həyətində olan adamdan soruşduqda cavabı belə olmuşdur ki, burada mal-qara çoxdan yoxdur. Həmin adam Mirdamətin uzaq qohumu olduğunu bildirmişdir. Buna görə də monitorinq hesabatı tərtib edilərək imzalanmışdır. Monitorinq aparılmasında iştirakının təmin edilməməsi, monitorinqin qərəzli aparılması barədə Mirdamət Əsgərov yalan ifadə vermişdir. Mirdamət Əsgərova monitorinqin keçirilməsində iştirak etməsi barədə irəlicədən məlumat verilsə də, o iştirak etməkdən imtina etmişdir. Bu da ona dəlalət edir ki, Mirdamət Əsgərov aldığı 250000 ABŞ dolları krediti təyinatından yayındırmış, investisiya layihəsində nəzərdə tutulan işlərə sərf etməyərək öz şəxsi məqsədlərinə sərf etmişdir. Məhkəmənin 09 iyul 2015-ci il tarixli iclasında şahid qismində dindirilmiş X97 ifadəsində göstərmişdir ki, 2007-ci ildən MuğanBank» Bankın Layihələrin Maliyyələşdirilməsi şöbəsində baş mütəxəssis vəzifəsində işləyir. Baş mütəxəssis kimi işi Kredit Komitəsi tərəfindən kredit verilməsi təsdiqləndikdən sonra sənədləri toplayıb kreditlərin ayrılması üçün müvafiq qurumlara müraciət və sifariş hazırlamaqdır. "xxxx" MMC xx.xx.2008-ci il tarixli kredit müqaviləsinə əsasən Zərərçəkmiş şəxs ASC-nin "xxxx" filialından 250000 ABŞ dolları kredit almış, lakin kredit ödənişinin əsasının başlanmasından sonra ödənişlər yubanmağa başlamış, bunun səbəbini aydınlaşdırmaq üçün "xxxx" MMC-nin direktoru Mirdamətlə bir neçə dəfə telefonla əlaqə saxlamış, Mirdamət bildirmişdir ki, ödənişlər bərpa olunacaqdır. "xxxx" MMC-nin götürdüyü 250000 ABŞ dolları kreditin təyinatı üzrə istifadə olunub-olunmaması ilə əlaqədar heç vaxt monitorinqdə olmamışdır. Nəzərdən keçirilmək üçün təqdim olunmuş 08 sentyabr 2008-ci il tarixli aktda adları göstərilmiş "xxxx" MMC-yə mal-qara satan şəxsləri görməmiş və həmin alqı-satqı prosesində iştirak etməmiş, göstərilən aktda imzası və bankın möhürü yoxdur. "xxxx" MMC-nin yerləşdiyi ərazini tanımır. Vidadi Carçıyevin "xxxx" MMC-nin təsərrüfatında dəfələrlə olması, akt yazması barədə Mirdamət Əsgərov yalan ifadə vermişdir. Mirdamət Əsgərovu tanımır, onunla dəfələrlə mobil telefonla danışaraq ödənişlərdə problem olmasının səbəblərini soruşmuş, onu bir dəfə bankın baş ofisində görmüş, heç vaxt onun təsərrüfatında olmamış və monitorinq aparmamışdır. Məhkəmənin 09 iyul 2015-ci il tarixli iclasında şahid qismində dindirilmiş X51 ifadəsində göstərmişdir ki, 2003-cü ildən hal-hazıra qədər Zərərçəkmiş şəxs ASC-də Kredit Komitəsinin sədridir, işi kredit verildikdə komitənin səlahiyyəti çərçivəsində olan kreditlərin verilməsinin müzakirəsini komitənin iclasına çıxarmaqdan ibarətdir. "xxxx" MMC-nin direktoru Əsgərov Mirdamət Mirhüseyn oğlunu əvvəllər tanımamış, "xxxx" MMCyə kredit ayrılması üçün Mirdamət Əsgərov 08 fevral 2008-ci il tarixli ərizə ilə Bankın "xxxx" filialının müdiri işləmiş Rəna Hacıyevaya müraciət etmiş, Rəna Hacıyeva xx.xx.2008-ci il tarixli məktubla ASC-nin Kredit Komitəsinə müraciət etmişdir. Həmin dövrdə Rəna Hacıyevanın əri Zaur Hacıyev Zərərçəkmiş şəxs ASC-də Audit Komitəsinin sədri işləmişdir. Filialın müdiri kimi Rəna Hacıyeva yazılı şəkildə məlumat vermişdir ki, filial tərəfindən araşdırma aparılmışdır, "xxxx" MMC-yə kredit ayrılması məqsədəuyğundur. Rəna Hacıyeva bildirmişdir ki, müştərini tanıyır, müştəri etibarlı müştəridir, veriləcək kreditin qaytarılmasında problem yaranmayacaqdır, bu kreditin təminatı kimi əri Zaur Hacıyevin adına Bakı şəhərində olan mənzil də banka girov qoyulur. Bundan sonra həmin məsələyə xx.xx.2008-ci ildə Kredit Komitəsində baxılmış və müsbət rəy verilmişdir. Müsbət rəy verilməsinə əsas o olmuşdur ki, "xxxx" MMC-nin ilkin olaraq təsərrüfat fəaliyyəti olmuş, həm də qoyulan girovlar 3 mənzil olmuş, bu mənzillərdən biri də filial müdiri Rəna Hacıyevanın əri Zaur Hacıyevin adına olan mənzil olmuşdur. Qoyulmuş girovlar məqbul hesab edilərək kreditin gələcəkdə qaytarılması üçün yetərli hesab edilmişdir. Bundan sonra 07 may 2008-ci ildə filial müdiri ilə Mirdamət Əsgərov arasında kredit müqaviləsi, sonradan isə ipoteka müqavilələri imzalanmış, xx.xx.2008-ci ildə həmin müştəriyə 7 il müddətinə, illik 13 faizlə 250000 ABŞ dolları kredit ayrılmış, yəni pul müştərinin cari hesabına otuzdurulmuş, müşətəri pulu bankdan almışdır. Biznes plana uyğun olaraq müştəri kənd təsərrüfatı məhsullarının istehsalı və satışı üçün dəyəri 60000 ABŞ dolları təşkil edən 100 baş ətlik dana almalı, həmçinin dəyəri 190000 ABŞ dolları olan 150 baş südlük inək almalı idi. Öz vəsaiti hesabına 130000 ABŞ dolları dəyərində yem bazası yaratmalı idi, 50000 ABŞ dolları dəyərində isə tikinti işlərini yerinə yetirməli idi. Qüvvədə olan təlimata görə məqsədli kredit verildikdən ən azı üç ay sonra kreditin istifadəsinin məqsədli monitorinqi keçirilməlidir. Həmin məqsədlə 2008-ci payızında Monitorinq şöbəsinin əməkdaşı Elman Eminov "xxxx" MMC-nin təsərrüfatına baxış keçirmiş, orada mal-qaranı aşkar etməmiş, Mirdamət Əsgərovdan aldığı malların harada olduğunu soruşmuş, Mirdamət demişdir ki, aldığı mallar dəniz kənarındadır, yollar palçıqlı, yararsız olduğundan ora getmək qeyri-mümkündür, heç U AZ markalı maşınla da ora getmək mümkün deyildir. Bu səbəbdən də monitorinq aparılması və akt tərtib olunması mümkün olmamışdır. Bu hallar bir neçə dəfə təkrar olunmuş, monitorinq keçirilməsinə Mirdamət Əsgərov şərait yaratmamış, əksər hallarda monitorinq keçirilməsi üçün təsərrüfata gəlməmişdir. Bundan şübhələr yaranmışdır ki, Mirdamət Əsgərov krediti təyinatı üzrə istifadə etməmişdir. xx.xx.2013-cü ildə təkrar olaraq yenidən monitorin keçirilməsi üçün şöbənin əməkdaşları Samir Məmmədov və X163 rayonunun Ağakişibəyli kəndinə ezamiyyə getmiş, monitorinq keçiriləcəyi barədə Mirdamət Əsgərova irəlicədən məlumat verilsə də, o monitorinqə gəlməmiş, monitorinq zamanı məlum olmuşdur ki, kredit təyinatı üzrə istifadə olunmamışdır. Buna görə də akt yazılmışdır. Bundan sonra məhkəmə çəkişməsi başlanmışdır. 06 mart 2014-cü ildə təkrar olaraq monitorinq edilmiş və akt yazılmışdır. Bununla da Mirdamət Əsgərovun həmin krediti təyinatı üzrə istifadə etmədiyi təsdiqlənmişdir. Zaur Hacıyevin öz mənzilini Mirdamət Əsgərovun götürdüyü kredit üzrə girov qoması onu təsdiq edirdi ki, Zaur və onun həyat yoldaşı Rəna ilə Mirdamət Əsgərovun yaxın münasibəti vardır, əks halda onlar öz mənzillərini girov qoymazdılar. Lakin Mirrdamətin adma ayrılmış kreditdə, həmçinin Mirdamətin fermer təsərrüfatında Rəna və Zaurun marağının, əlaqəsinin olub-olmamasını bilmir və bu barədə də məlumatı olmamışdır. "xxxx" MMC-yə 250000 ABŞ dolları kreditin ayrılmasına əsas verən məlumatlar da "xxxx" filialında toplanılmış və ASC-nin baş ofisinə təqdim olunmuşdur. "xxxx" MMC haqqında ASC-yə təqdim olunmuş məlumatların doğruluğuna görə "xxxx" MMC-nin direktoru Mirdamət Əsgərov və "xxxx" filialının rəhbərliyi məsuliyyət daşıyır, çünki "xxxx" MMC-nin filiala təqdim etdiyi məlumat və hesabatların doğruluğu filial tərəfindən yoxlanılmalı idi. Məhkəmənin 23 iyul 2015-ci il tarixli iclasında şahid qismində dindirilmiş X142 ifadəsində göstərmişdir ki, 2003-cü ilin noyabr ayından 2010-cu ilin iyul ayına qədər Zərərçəkmiş şəxs ASC-də Audit Komitəsinin sədri vəzifəsində işləmiş, mərhum əmisi X52 vasitəsi ilə təxminən 10 il əvvəl Əsgərov Mirdamət Mirhüseyn oğlunu tanımış, ailəvi dostluq münasibətləri olmuş, hətta X2. Mirdamət Əsgərovun həm Bakı şəhərində, həm də Masallı rayonunda olan evində ailəvi qonaq olmuş, Mirdamət Əsgərov onun bank sistemində işlədiyini bilsə də, Zərərçəkmiş şəxs ASC-də işlədiyini bilməmişdir. Mirdamətin Masallıda ferması olmasını, heyvandarlıqla məşğul olmasını bilmişdir. 2008-ci ilin iyun ayının əvvəllərində Zərərçəkmiş şəxs ASC-nin baş ofisində iş yerində foyedə təsadüfən Mirdamədə rastlaşmış, hal-əhval tutmuş, bankda olmasının səbəbini soruşmuş, Mirdamət demişdir ki, heyvandarlığını inkişaf etdirmək üçün kənd təsərrüfatı krediti götürür, bütün sənədləri verib, kredit ayrılıb, indi isə ipoteka sənədləşməsini aparır, rayonda olan fermasını ipotekaya qəbul etmirlər, likvid hesab etmirlər. Mirdamətə demişdir ki, öz evini nə üçün girov qoymursan, sonuncu demişdir ki, öz evinin reyestr çıxarışı yoxdur, hazırda evinə çıxarış almaq üçün çalışır, qısa vaxtda reyestr çıxarışını alacaqdır. Onunla olan yaxın münasibətini və ona olan inamını nəzərə alaraq Mirdamət Əsgərovun xahişinə əsasən özünə məxsus, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində 82 A saylı binanın 69 saylı mənzili ipotekaya qoymağa razılaşmış, mənzilinin reyestr çıxarışını götürüb, həyat yoldaşı və bankın nümayəndəsi ilə birlikdə notariat kontoruna getmiş, orada 06 iyun 2008-ci il tarixli 488 B\ KTN saylı ipoteka müqaviləsini imzalamışdır. Nəzərdən keçirilmək üçün təqdim olunan 06 iyun 2008-ci il tarixli 488B\KTN saylı ipoteka müqaviləsinin 2-ci vərəqində Z.Y.Hacıyev soyadı qarşısındakı imza öz imzasıdır. Mirdamət Əsgərov 250000 ABŞ dolları kredit götürmüşdür. Ona həmin kreditin verilməsində Zərərçəkmiş şəxs ASC-nin əməkdaşı kimi heç bir rolu, həmçinin həmin kreditlə də, yəni kreditin istifadəsi ilə də əlaqəsi olmamışdır. Mirdamətin götürdüyü krediti necə xərcləməsini bilməmiş, aldığı kreditdən Mirdamət ona pul verməmiş, Mirdamətin Masallıda olan ferma təsərrüfatında olmamışdır. Sadəcə olaraq yaxın bir dost-tanış, həm də kirvə kimi ona inanaraq evinin girov qoyulmasına razılıq vermişdir. Onun təsərrüfatı ilə də heç bir əlaqəsi olmamışdır. Evi girovdan çıxarılmamışdır. Mirdamət Əsgərova qarşı hər hansı bir iddiası, narazılığı və ya şikayəti də yoxdur. 2003-cü ildə Rəna Hacıyeva ilə ailə qurmuş, birgə nikahdan 2 övladı vardır. Təxminən 2005-ci ildə Rəna Hacıyeva Zərərçəkmiş şəxs ASC-nin "xxxx" filialının müdiri vəzifəsinə təyin olunmuş, X116 Əsgərovu Zərərçəkmiş şəxs ASC-də görməsini, sonuncunun götürəcəyi kreditin "xxxx" filialında sənədləşdirilməsini Şakir Allahverdiyevin də təklif etməsini, bunun filialın gəliri üçün də sərfəli olduğunu söyləmiş. Rəna Hacıyeva da təkliflə razılaşmışdır. 2010-cu ildə işdən öz ərizəsi ilə çıxmış, Rəna Hacıyeva isə 2009-cu ildə öz ərizəsi ilə işdən Çıxmışdır. 2012, ya da 2013-cü ilin əvvəlində Zərərçəkmiş şəxs ASC-dən zəng olunaraq Mirdamətin krediti ödəməsində problemləı yaranması barədə məlumatlandırıldıqdan sonra Mirdamədə əlaqə saxlamış, Mirdamət bildirmişdir ki, xəstəliyi ilə əlaqədar problemi olmuş, krediti ödəyəcəkdir. Mirdamət Əsgərovun direktoru olduğu "xxxx" MMC-yə 250000 ABŞ dolları kənd təsərrüfatı kreditinin ayrılmasında özünün və həyat yoldaşı Rəna Hacıyevanın heç bir maddi, tamah və ya sair şəxsi marağı olmamışdır. Həmin İcredit üzrə Mirdamət Əsgərov istər kreditin ayrılması, istərsə də evini girov qoymaq üçün ona və həyat yoldaşı Rəna Hacıyevaya pul verməmiş, hörmət etməmişdir. Məhkəmənin 23 iyul 2015-ci il tarixli iclasında şahid qismində dindirilmiş X152 ifadəsində göstərmişdir ki, 2004-cü ilin əvvəllərində "xxxx" ASC-nin "xxxx" filialına baş mühasib vəzifəsinə təyın olunmuş, 2 ay müddətində analıq məzuniyyətində olub işə qayıtdiqdan sonra isə filial müdirinin vəzifəsini icra etmiş, bir il ərzində imtahan verdikdən sonra filialın müdiri təyin edilmişdir. Həyat yoldaşı Zaur Hacıyevlə «ParaBank»da işlədiyi zaman tanış olub 2003-cü ildə rəsmi nikaha girmiş, birgə nikahdan 2 övladı vardır, oğlu Cəlal, qızı Leyladır. 2003-cü ildə «Parabank»dan işdən çıxıb «DəmirBanka»a «Biləcəri» filialına baş mühasib təyin olunmuş, həmin vaxtı Zaur «ParaBank»dan işdən çıxıb Zərərçəkmiş şəxsa işə qəbul olunmuş, Zərərçəkmiş şəxs ASC-nin "xxxx" filialına işə qəbul edilərkən Zaur da "xxxx" ASC-də işləmişdir. "xxxx" filialının müdiri kimi işi filiala müştərilərin cəlb edilməsi, kredit və depozit portfeli üzrə planları yerinə yetirmək, əməliyyat gəlirləri planlarını yerinə yetirmək, filialın işinə rəhbərlik etmək və sairdən ibarət olmuşdur. "xxxx" ASC-nin daxili qaydalarına əsasən filial tərəfindən 50000 manata qədər olan məbləğdə kredit verilə bilər, bu məbləğdən artıq məbləğdə kreditin verilməsinə filial müdirinin səlahiyyəti yoxdur. Bundan əlavə isə fond kreditlərinə xüsusi yanaşma mövcud olmuşdur, yəni həmin kreditlərin verilməsi üçün müvafiq qərarlar ASC-nin Kredit Departamenti tərəfindən qəbul edilmişdir. Əsgərov Mirdamət Mirhüseyn oğlunu adına kredit ayrılana qədər şəxsən tanımamış, həyat yoldaşı Zaurla da Mirdamətin tanışlıq münasibətinin olub-olmamasını əvvəllər bilməmişdir. 2008-ci ilin yaz aylarında, günü dəqiq xatırlamır, Zaur zəng edib demişdir ki, ASC-də köhnə tanışını görüb, həmin şəxs əmisinin tanışı Mirdamət Əsgərovdur, sonuncu "xxxx" ASC-dən uzunmüddətli güzəştli kənd təsərrüfatı krediti götürür. Mirdamət onun tanışıdır, yaxşı olar ki, Mirdamətin götürəcəyi kredit "xxxx" filialından sənədləşdirilsin, həmin əməliyyat üzrə "xxxx" filialının xeyiri olsun. Bu təklifi də Zaura Kredit Departamentinin direktoru Şakir Allahverdiyev vermişdir. Zaurun təklifi ilə razılaşdıqdan sonra Mirdamət Əsgərov filiala gəlmiş, fermanın videoçəkilişini göstərib sənəd toplusunu filiala təqdim etmiş, həmin sənədlər də filialdan ASC-yə göndərilmiş, bundan sonra ASC-nin mütəxəssislərindən kimsə Mirdamətin təsərrüfatına baxmışdır. Kredit ayrılmazdan əvvəl iki nəfərin mənzilinin, həmçinin başqa şəxslərin torpaq sahəsinin girov qoyulmasından söhbət getmiş, yəni həmin iki ev və torpaq sahələrinə dair sənədlər Kənd Təsərrüfatı Nazirliyinə göndərilmişdir. Kənd Təsərrüfatı Nazirliyinin Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyindən vəsaitin ayrılmasına razılıq verildikdən sonra "xxxx" ASC Mirdamətdən, yəni "xxxx" MMC-dən torpaq girovlarını başqa daşınmaz əmlakla dəyişməyi tələb etmişdir. Mirdamət rayon qeydiyyatında olan daşınmaz əmlakları girova təqdim etmək istədikdə bank Bakıda qeydiyyatda olan əmlak istəmiş, belə olan halda Mirdamət Zaurdan evini 3 ay müddətinə girov qoymağı xahiş edib demişdir ki, 3 ay müddətinə onun öz evinin reyestr çıxarışı hazır olacaq, bundan sonra Mirdamət öz evim girov qoyub evi girovdan çıxaracaqdır. Bu səbəbdən də evin girov qoyulmasına razılaşıb ipoteka müqaviləsini imzalamışdır. Kredit müqaviləsi 07 may 2008-cı ildə ipoteka müqaviləsi isə 06 iyun 2008-ci ildə imzalanmışdır. 20 may 2008-cı il tarixdə ayrılmış 250000 ABŞ dolları Mirdamətə məxsus "xxxx" MMC-nin "xxxx" ASC-nin "xxxx" filialında olan ssuda hesabına daxil olmuş, xx.xx.2008-ci ildə ipoteka müqaviləsi bağlandıqdan sonra həmin kredit pulu ABŞ dollarından hissə-hissə manata konvertasiya edilib və hissəhissə "xxxx" MMC-nin direktoru Mirdamət Əsgərova ödənilmişdir. Mirdamət 0sgərovun həmin pulu necə xərclədiyini bilməmiş, çünki bu işə müdaxilə etməyə səlahiyyəti yoxdur, lakin Mirdamətin danışığından eşitmişdir ki, o həmin pula heyvan, yem və torpaq sahələri almışdır. Bu kreditdən sonra Mirdamətlə Zaur arasında olan münasibətə görə Mirdamət oğlu Cəlalın kirvəsi olmuşdur. Ayrılmış kredit pulu çeklərlə nağd şəkildə Mirdamət Əsgərova ödənilmiş, bu kreditə görə Mirdamət ona hörmət etməmiş, pul verməmişdir. Mirdamətin götürdüyü kreditdə istər özünün, istərsə də əri Zaurun hər hansı bir tamah marağı, şərikliyi, onun fermer təsərrüfatına da qarışacağı olmamışdır. Səhv etmirsə 2009cu ildə işdən öz ərizəsi ilə çıxmış, sonra isə Zaur da öz arzusu ilə işdən çıxmışdır. Əvvəllər Mirdamətin krediti ödəməsində problem olmamış, sonralar Mirdamət ürəyindən əməliyyat olunduğu səbəbdən onun tərəfindən kreditin qaytarılmasında problemlər yaranmışdır. Mirdamətdən evi girovdan çıxarmasını istəmiş, lakin bu mümkün olmamış, Mirdamət çalışır ki, krediti ödəyib girovları çıxarsın. Mirdamətə inanır, ona qarşı da şikayəti yoxdur. X136 əmisinin yaxın dostu olduğu üçün ona kömək məqsədilə ev girov qoyulmuş, başqa maddi maraqları olmamışdır. Yeganə maraq o olmuşdur ki, həmin kreditin hesabına filialın kredit portfeli artsın, plan yerinə yetirilsin, bütün xidmət haqları və gələcəkdə hesablanmış faizlər filialın gəlirinə aid edilsin. Bu isə filial müdirinin birbaşa vəzifə borcuna daxildir. Həmin kredit üçün girov qoyulmuş mənzillərdən birinin sahibi X41 xatırlamır, şəxsən tanımır, ola bilsin ki, ipoteka müqaviləsini rəsmiləşdirmə zamanı bankda olub, ya da bəlkə də bankda olmamış, çünki ipoteka müqaviləsi notariat kontorunda rəsmiləşdirilir. Məhkəmənin 06 avqust 2015-ci il tarixli iclasında şahid qismində dindirilmiş X42 ifadəsində göstərmişdir ki, Mirdamət Əsgərov mərhum əri X23 qardaşıdır. 1997-ci ilin yayında Mirələmlə ailəvi Rusiyanın Omski şəhərinə köçmüş, xx.xx.2003-cü ildə Mirələm Rusiyada vəfat etmiş, 3 uşaqla yenidən Masallıya- Şərəfə kəndinə gəlmiş, Rusiyadan qayıdarkən orada olan evini, maşını satmış, əldə edilən pula Masallıda mal-qara almışdır ki, təsərrüfat yaradıb övladlarını böyütsün. 2003-cü ilin yayında aldığı mal-qaranı 2008-ci ilin iyun ayına qədər saxlayıb sayını artırmış, sonra mal-qaranı satıb kənddə ev tikdirmək qərarına gəlmiş, Mirdamət kənddə fermer təsərrüfatı yaradan zaman 12 baş inəyi, 18 baş dananı Şərəfə kəndində Mirdamətə 26664 manata satmış və əldə etdiyi pula ev tikdirmişdir. Malları satarkən Mirdamət hansısa kağıza imza etdirmiş, səhv etmirsə həmin kağızda akt yazılmış, aktda satdığı heyvanların sayı, cinsi göstərilmişdir. Əsgərov Mirdamət Mirhüseyn oğluna 12 baş inək, 18 baş dana satmağı ilə əlaqədar tərtib olunmuş 12 iyun 2008-ci il tarixli aktı və 26664 manatın "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən X20 ödənişinə dair 12 iyul 2008-ci il tarixli 000015 saylı kassa məxarici orderini nəzərdən keçirib bildirir ki, həmin aktda və kassa məxaric orderində «X42» sözləri qarşısındakı imza öz imzasıdır, aktda göstərilənləri təsdiq edir, həqiqətən də aktda göstərilən inək və danalan Mirdamətə satmış, pulunu da almışdır. Aktda imzası olan X8 bibisi oğludur, X43 və X96 da Şərəfə kənd sakinləridir. Aktı imzalamaq üçün Mirdamət təqdim etmiş, aktda ona görə Şərəfə kəndi yazılmayıb ki, Mirdamətin ferması Ağakişibəyli kəndində yerləşir. Mirdamət gsgərovun kredit götürməsini eşitmiş, lakin onun nə qədər kredit almasını bilməmişdir. Mirdamət krediti fermer təsərrüfatı yaratmaq üçün götürmüş, yəqin ki, həmin pula da heyvan almışdır. Mirdamətin uzun illərdir ki, ferması var, hal-hazırda da heyvandarlıqla məşğuldur. Onun ferması böyükdür, heyvanları da çoxdur, həmin fermada əvvəllər bir müddət işləmiş, sonralar işləməmişdir. Məhkəmənin 06 avqust 2015-ci il tarixli iclasında şahid qismində dindirilmiş X81 ifadəsində göstərmişdir ki, Şərəfə kəndində ailə üzvləri ilə birlikdə yaşayır, həyat yoldaşı X118 Əsgərovun kiçik qardaşıdır. Mirdamət Əsgərov "xxxx" MMC-nin direktorudur, MMCnin əsas fəaliyyəti heyvandarlıqdan ibarətdir. Yarandığı vaxtdan "xxxx" MMC-nin fermasında sağıcı işləyir, ondan başqa Zivər adlı bir qadın da sağıcı, Vəfa adlı bir qadın isə fermada aşbaz işləyir. 2008-ci ildə Mirdamət "xxxx" MMC-ni Rafət Abbasovdan aldıqdan sonra hansısa bankdan kredit götürmüş, heyvan almış, bir hissəsini kökəldib satmış, bir hissəsini isə südçülük üçün saxlamışdır. Kredit götürənə qədər fermada təxminən 50 başdan çox iribuynuzlu mal-qara olmuş, kredit götürəndən soma Mirdamət təxminən 200 başdan çox heyvan almış, həmin heyvanları Əjdər, Oəhrəman. Zaur, Əli alıb fermaya gətirib Mirdamətə təhvil vermiş, Mirdamət də heyvan alınması barədə akt tərtib etmiş, heyvanları gördüyü üçün bir şahid kimi həmin aktları imzalamışdır. Şəxsən özü heyvan alınmasında iştirak etməmişdir Nəzərdən keçirilmək üçün təqdim olunmuş "xxxx" MMC-yə mal-qara alınmasına dair 13 iyul 2008-ci il tarixli aktda 5-ci sırada G.Ə.Həsənova soyadı qarşısındakı imza öz imzasıdır. Nəzərdən keçirilmək üçün təqdim olunmuş aktlarda: 45 baş buzovun doğulmasına dair xx.xx.2008-ci il, 57 baş buzovun doğulmasına dair xx.xx.2008-ci il, 20 baş buzovun doğulmasına dair xx.xx.2008-ci il, 10 buzovun doğulmasına dair xx.xx.2009-cu il, 15 baş buzovun doğulmasına dair xx.xx.2009-cu il, 12 baş buzovun doğulmasına dair xx.xx.2009-cu il, 20 baş buzovun doğlulmasına dair xx.xx.2009-cu il, 20 baş buzovun doğulmasına dair xx.xx.2009-cu il, 20 baş buzovun doğlulmasına dair xx.xx.2009-cu il, 10 baş buzovun doğulmasına dair xx.xx.2009-cu il, 15 baş buzovun doğlulmasına dair xx.xx.2010-cu il, 18 baş buzovun droğulmasına dair xx.xx.2010-cu il, 12 baş buzovun doğldumasına dair xx.xx.2010-cu il, 14 baş buzovun doğulmasına dair xx.xx.2010-cu il, 16 baş buzovun doğlulmasına dair xx.xx.2010-cu il, 13 baş buzovun doğlulmasına dair xx.xx.2010-cu il, 6 baş buzovun doğulmasına dair xx.xx.2010-cu il tarixli aktlarda G.A.Həsənova soyadfı qarşısındakı imza Öz imzasıdır. Həqiqətən də aktlarda göstərilən sayda buzovlar doğulmuşdur. Nəzərdən keçirilmək üçün təqdim olunmuş aktlarda: 55 baş mal-qaranın satılmasına dair xx.xx.2008-ci il, 25 baş dananın satılmasına dair xx.xx.2009-cu il, 20 baş dananın satılmasına dair xx.xx.2009-cu il, 23 baş dananın satılmasına dair xx.xx.2009-cu il, 17 baş dananın satılmasına dair xx.xx.2009-cu il, 32 baş dananın satılmasına dair xx.xx.2009-cu il, 22 baş dananın satılmasına dair xx.xx.2009-cu il, 20 baş dananın satılmasına dair xx.xx.2010- cu il, 28 baş dananın satılmasına dair xx.xx.2010-cu il, 17 baş dananın satılmasına dair xx.xx.2010-cu il, 20 baş dananın satılmasına dair xx.xx.2011-ci il, 18 baş dananın satılmasına dair xx.xx.2011-ci il, 17 baş dananın satılmasına dair xx.xx.2011-ci il, 17 baş dananın satılmasına dair xx.xx.2011-ci il, 10 baş dananın satılmasına dair xx.xx.2011-ci il, 20 baş dananın satılmasına dair xx.xx.2012-ci il, 20 baş dananın satılmasına dair xx.xx.2012-ci il, 27 baş dananın satılmasına dair xx.xx.2012-ci il, 29 baş dananın satılmasına dair xx.xx.2013-cü il, 20 baş dananın satılmasına dair xx.xx.2013-cü il, 35 baş inək buzovu satılmasına dair xx.xx.2013-cü il, 35 baş inək buzovu satılmasına dair xx.xx.2013-cü il, 42 baş dananın satılmasına dair xx.xx.2013-cü il, 47 baş inəyin satılmasına dair xx.xx.2013cü il, 35 baş inəyin satılmasına dair xx.xx.2013-cü il, 53 baş inəyən satılmasına dair xx.xx.2013-cü il tarixli aktlarda G.A.Həsənova soyadı qarşısındakı imzalar öz imzasıdır. Həqiqətən də Mirdamət tərəfindən fermada olan inək və danalar həmin aktlarda göstərilən sayda satılmış və pulunu Mirdamət götürmüşdür. Malların kimə satılmasında şəxsən iştirak etməmiş, malları Mirdamət satmış, aktları da imzalamaq üçün Mirdamət təqdim etmiş, malların satılmasını bildiyi üçün aktları imzalamışdır. Yerli malları satdıqdan sonra Mirdamət Rusya mənşəyli cins düyələr almış, hal-hazırda onun fermasında 200 başdan artıq iribuynuzlu mallar vardır, bu gün də həmin heyvanlara baxır, həm də sağıcılıq edir. Mirdamət Əsgərov yerli cins malları aldıqdan sonra Bakıdan 2-3 nəfər gəlmiş, onun fermasının və malların fotoşəklini çəkmişdir. Həmin şəxslərin kim olduğunu bilməmiş, nə də bu məsələyə aidiyyəti olmamışdır. Məhkəmənin 18 avqust 2015-ci il tarixli iclasında şahid qismində dindirilmiş X98 ifadəsində göstərmişdir ki, X98 ifadəsində göstərmişdir ki, Şərəfə kəndində yaşayır, fərdi qaydada ev təmiri ilə məşğuldur. Əsgərov Mirdamət Mirhüseyn oğlu dayısı oğlu, X96 isə xalası oğludur. Qohum kimi münasibətlə, yaxşıdır, dayısı öləndən sonra demək olar ki, nəslin ağsaqqalı Mirdamətdır. Mirdamət Bakı şəhərində yaşayır, Şərəfə kəndində də atasTevi vardır. Şərəfə kəndi ilə Agakışibəyli kəndi qonşu-bitişik kəndlərdir. "xxxx" MMCnin təsisçisi Rafət Abbasov olmuş, Mirdamədə Rafət əvvəlcə şərikli heyvandarlıqla məşğul olmuş, bir müddət sonra Rafət öz pulunu Mitdamətdən alaraq "xxxx" MMC-nin fermasını və iribuynuzlu heyvanlarını Mirdamətə satmışdır. "xxxx" MMC-ni Rafətin Mirdamətə təhvil verməsinə dair 12 yanvar 2008-ci il tarixli aktda Z.N.Əsgərov soyadı qarşısındakı imza öz imzasıdır. Təhvil-təslimin iştirakçısı kimi aktı imzalamış, ancaq onların arasında nə qədər pul haqq-hesabı olmasını bilməmişdir. Rafət heyvandarlıq sahəsini bildiyindən Mirdamətə məsləhətlər vermiş, hər gün onun fermasına getmişdir. Mirdamətin kredit alıb-almadığını bilməmiş, Mirdamət fermanı Rafətdən aldıqdan sonra heyvandarlığı inkişaf etdirmək üçün təxminən 60 başdan çox iribuynuzlu heyvanlar almış, həmin heyvanlar səmərəli olmadığı üçün yerli cins heyvanları satmış, əvəzində baha qiymətə cins inəklər almışdır. Onun həmin heyvanları haradan, hansı qiymətə aldığını dəqiq bilmir, bunlar südçülük təyinatlı heyvanlardır. Hazırda Mirdamətin fermasında 200 başdan artıq heyvan vardır. Mirdamət Rafətdən fermanı aldıqdan sonra Əjdər, Baxış və başqaları Mirdamət üçün heyvan alıb gətirmişlər. Rafət həmin mallara baxırdı, Əli kişi dəfələrlə Mirdamət üçün heyvan aldıb gətirmişdir. Onlar əsasən Masallı bazarından, Qızılağac kəndindən heyvanlar alıb gətirərək Mirdamətə təhvil verirmişlər. Heyvanlar Mirdamətə təhvil verildikdən sonra aktlar yazılmış, şahid kimi həmin aktları imzalamışdır. Şəxsən Mirdamət üçün mal almamış, ancaq görmüşdür ki, Mirdamət üçün alınmış mallar fermaya gətirilmişdir. Mirdamət də malları təhvil almışdır. Mirdamət aldığı malları kökəldib satmış, sonra isə əvəzinə başqalarını almış, yenə də kökəldib satmışdır. Onun təxminən 20 nəfərə yaxın işçisi olmuş, ştat üzrə işçisi 10-14 nəfər olmuşdur, iki nəfər gözətçi, iki nəfər nəzarətçi, 3 ailə fermada yaşayıb işləmiş, işlərə Əli və Əjdər nəzarət etmişlər. Nəzərdən keçirilmək üçün təqdim olunmuş "xxxx" MMC-yə mal-qara alınmasına dair 13 iyul 2008-ci il tarixli aktda 3cü sırada Z.N.Əsgərov soyadı qarşısındakı imza öz imzasıdır. Həmin aktlarda Mirdamət üçün kimlərdən heyvan alınması göstərilmişdir. Mirdamətin təsərrüfatı üçün ayr-ayrı kəndlərdən və ya mal bazarından iri buynuzlu mal alınmasında iştirak etməmiş, lakin həmin heyvanların fermaya gətirilməsini görmüş, fermada yerləşdirilməsinə kömək etmiş, buna görə də həmin aktı imzalamışdır. Nəzərdən keçirilmək üçün təqdim olunmuş 12, 13 və 25 iyun 2008-cı ıl tarixli aktlarda 2-ci sırada X98 ad və soyadı qarşısındakı imzalar öz imzasıdır, üstündən xeyli vaxt keçdiyinə gorə X13, X73, X16, X34, X70 və X6 hesabı ilə nə qədər mal alındığını, onlara nə qədər pul verildiyim dəqiq bilmir. Lakin bilir ki Əjdər Abbasov və Əli Allahverdiyev mal alverçiləridir, onlar həm də həmin fermada işləmişlər. X61 mərhum qardaşı Mırələmın arvadı, Baxış isə Mirdamətin qardaşıdır. Sədət və Səbinəni tanımır, onlardan mal alınmasında iştirak etməmiş, lakin mallar gətirildikdən sonra aktlar yazılmış, həmin malları gördüyü üçün aktları imzalamışdır. Aktları imzalamaq uçun Mırdamət təqdim etmişdir. Sonralar Mirdamət tərəfindən də lermadakı heyvanların kimə, hansı qiymətə satıldığını bilməmişdir. Nəzərdən keçirilmək üçün təqdim olunmuş aktlarda: 45 baş buzovun doğulmasına dair xx.xx.2008-ci il, 57 baş buzovun doğulmasına dair xx.xx.2008-ci il, 20 baş buzovun doğulmasına dair xx.xx.2008-ci il, 10 buzovun doğlulmasına dair xx.xx.2009-cu il, 15 baş buzovun doğulmasına dair xx.xx.2009-cu il, 12 baş buzovun doğulmasına dair xx.xx.2009-cu il, 20 baş buzovun doğlulmasına dair xx.xx.2009-cu il, 20 baş buzovun doğulmasına dair xx.xx.2009-cu il, 20 baş buzovun doğlulmasına dair xx.xx.2009-cu il, 10 baş buzovun doğulmasına dair xx.xx.2009-cu il, 15 baş buzovun doğlulmasına dair xx.xx.2010-cu il, 18 baş buzovun droğulmasına dair xx.xx.2010-cu il, 12 baş buzovun doğldumasına dair xx.xx.2010-cu il, 14 baş buzovun doğulmasına dair xx.xx.2010-cu il, 16 baş buzovun doğlulmasına dair xx.xx.2010-cu il, 13 baş buzovun doğlulmasına dair xx.xx.2010-cu il, 6 baş buzovun doğulmasına dair xx.xx.2010-cu il tarixli aktlarda öz imzasıdır. 2012-ci ildən başlayaraq həyat yoldaşının xəstəliyi ilə əlaqədar olaraq İran İslam Respublikasına tez-tez gedib-gəldiyindən, öz şəxsi işlərinə başı qarışdığından Mirdamətin təsərrüfatı ilə əlaqəsi azalmış, 2014-cü ilin yanvar ayında eşitmişdir ki, X89 gətirilmə cins inək düyələri almışdır. Bu düyələrin alınmasında iştirak etməsə də, həmin düyələri görmüş, hazırda da Mirdamətin təsərrüfatında çoxlu sayda cins inəklər və balaları vardır. Mirdamət Əsgərovun krediti hansı təşkilatdan aldığını bilmir, lakin kredit ayrıldıqdan bir müddət sonra, yəni heyvanlar alınandan təxminən 5-6 ay sonra Mirdamətin təsərrüfatına səhv etmirsə ya Vahid, ya da Vidadi adlı bir cavan oğlan gəlmiş, işçilərdən eşitmişdir ki, həmin oğlan kredit təşkilatının nümayəndəsidir, təsərrüfatı yoxlamağa gəlmişdir. Həmin oğlan təsərrüfata tək gəlmişdir. Onunla heç bir söz-söhbəti olmamış, onun da akt yazıb-yazmadığını bilməmiş, ancaq onu görmüşdür ki, həmin oğlan fermanın, inəklərin fotoşəkillərini çəkir, onun yazı yazdığını görməmişdir. Məhkəmənin 18 avqust 2015-ci il tarixli iclasında şahid qismində dindirilmiş X128 ifadəsində göstərmişdir ki, Şərəfə kəndində ailə üzvləri ilə birlikdə yaşayır, Mirdamət Əsgərovla həmkəndli kimi uzaq qohumdur. Mirdamət Əsgərov "xxxx" MMC-nin direktorudur. MMC-nın əsas fəaliyyəti heyvandarlıqdır, mal alıb kökəldib satır, həm də sudçuluklə də məşğuldur. Yarandığı vaxtdan "xxxx" MMC-nin fermasında heyvanlara baxır. 2008-ci ildə Mirdamət "xxxx" MMC-ni Rafətdən aldıqdan sonra Bakıdan hansısa bankdan kredit götürmüş, 200 başdan çox heyvan almışdır. Həmin heyvanları Əjdər, Qəhrəman, Zaur, Əh alıb fermaya gətirmiş və Mırdamətə təhvil verirmişlər. Mirdamət də heyvan alınması barədə akt tərtib etmis heyvanları gorduyu üçün aktı bir şahid kimi imzalamış, şəxsən özü heyvan alınmasında iştirak etməmişdir. Nəzərdən keçirilmək üçün təqdim olunmuş "xxxx" MMC-yə mal-qara alınmasına dair 13 iyul 2008-ci il tarixli aktda 6cı sırada K.A.Musayev soyadı qarşısındakı imza öz imzasıdır. Nəzərdən keçirilmək üçün təqdim olunmuş aktlarda: 45 baş buzovun boğulmasına dair xx.xx.2008-ci il, 57 baş buzovun doğulmasına dair xx.xx.2008-ci il, 20 baş buzovun doğulmasına dair xx.xx.2008ci il, 10 buzovun doğlulmasına dair xx.xx.2009-cu il, 15 baş buzovun doğulmasına dair xx.xx.2009-cu il, 12 baş buzovun doğulmasına dair xx.xx.2009-cu il, 20 baş buzovun doğlulmasına dair xx.xx.2009-cu il, 20 baş buzovun doğulmasına dair xx.xx.2009-cu il, 20 baş buzovun doğlulmasına dair xx.xx.2009-cu il, 10 baş buzovun doğulmasına dair xx.xx.2009-cu il, 15 baş buzovun doğlulmasına dair xx.xx.2010-cu il, 18 baş buzovun droğulmasına dair xx.xx.2010-cu il, 12 baş buzovun doğldumasına dair xx.xx.2010-cu il, 14 baş buzovun doğulmasına dair xx.xx.2010-cu il, 16 baş buzovun doğlulmasına dair xx.xx.2010-cu il, 13 baş buzovun doğulmasına dair xx.xx.2010-cu il, 6 baş buzovun doğulmasına dair xx.xx.2010-cu il tarixli aktlarda K.A.Musayev soyadı qarşısındakı imza özünə məxsusdur. Həqiqətən də aktlarda göstərilən sayda buzovlar doğulmuş və Mirdamətin hesabına mədaxil edilmişdir. Nəzərdən keçirilmək üçün təqdim olunmuş aktlarda: 55 baş mal-qaranın satılmasına dair xx.xx.2008-ci il, 25 baş dananın satılmasına dair xx.xx.2009-cu il, 20 baş dananın satılmasına dair xx.xx.2009-cu il, 23 baş dananın satılmasına dair xx.xx.2009-cu il, 17 baş dananın satılmasına dair xx.xx.2009- cu il, 32 baş dananın satılmasına dair xx.xx.2009-cu il, 22 baş dananın satılmasına dair xx.xx.2009-cu il, 20 bah dananın satılmasına dair xx.xx.2010-cu il, 28 baş dananın satılmasına dair xx.xx.2010-cu il, 17 baş dananın satılmasına dair xx.xx.2010-cu il, 20 baş dananın satılmasına dair xx.xx.2011-ci il, 18 baş dananın satılmasına dair xx.xx.2011-ci il, 17 baş dananın satılmasına dair xx.xx.2011-ci il, 17 baş dananın satılmasına dair xx.xx.2011-ci il, 10 baş dananın satılmasına dair xx.xx.2011-ci il, 20 baş dananın satılmasına dair xx.xx.2012-ci il, 20 baş dananın satılmasına dair xx.xx.2012-ci il, 27 baş dananın satılmasına dair xx.xx.2012-ci il, 29 baş dananın satılmasına dair xx.xx.2013-cü il, 20 baş dananın satılmasına dair xx.xx.2013-cü il, 35 baş inək buzovu satılmasına dair xx.xx.2013cü il, 35 baş inək buzovu satılmasına dair xx.xx.2013-cü il, 42 baş dananın satılmasına dair xx.xx.2013-cü il, 47 baş inəyən satılmasına dair xx.xx.2013-cü il, 35 baş inəyin satılmasına dair xx.xx.2013-cü il, 53 baş inəyən satılmasına dair xx.xx.2013-cü il tarixli aktlarda K.A.Musayev soyadı qarşısındakı imzalar öz imzasıdır, həqiqətən də Mirdamət tərəfindən fermada olan inək və danalar həmin aktlarda göstərilən sayda satılmış və pulunu Mirdamət götürmüşdür. Malların kimə satılmasında şəxsən iştirak etməmiş, malları Mirdamət satmışdıı, aktları da imzalamaq üçün Mirdamət təqdim etmiş, malların satılmasını bildiyi üçün aktları imzalamışdır. 2013-cü ilin sonlarında yerli cins malları satdıqdan sonra Mirdamət Rusya mənşəyli cins inək düyələri almışdır, hal-hazırda onun fermasında 100 başdan artıq iribuynuzlu mallar vardır, bu gün də həmin heyvanlara baxır, fəhləlik edir. Vaxtı dəqiq xatırlamır, ancaq onu deyə bilər Mirdamət Əsgərovun fermasına Bakıdan nümayəndə gəlməsini, onun fermasının və malların fotoşəklımn çəkilməsini görmüş, lakin gələn adamların kim olduğunu bilməmişdir. Məhkəmənin 18 avqust 2015-ci il tarixli iclasında şahid qismində dindirilmiş X74 ifadəsində göstərmişdir ki, qardaşı X119 rayon Ağakişibəyli kəndində yerləşən fermasını genişləndirmək, heyvanldarlığı inkişaf etdirmək məqsədi ilə Zərərçəkmiş şəxs ASC-dən kredit götürmüş, Mirdamətin xahişini nəzərə alaraq ona heyvan almaqda köməklik göstərmiş, özünün 6-7 baş inəyini Mirdamətə satmış, bundan başqa Masallı, Astara, Biləsuvar rayonlarından Mirdamətin ferması üçün mal alıb fermaya gətirmiş, malın alınması, daşınması pulunu Mirdamət vermişdir. Malları müxtəlif adamlardan müxtəlif saylarda almış, mallar alındıqdan sonra həmin malları ondan, yəni Bağış Əsgərovdan alması barədə Mirdamətin yazmış olduğu aktı imzalamışdır. Malların alınmasında Qəhrəman, Zaur, Əjdər, Rafət və başqa yaxın adamlar da iştirak etdiklərindən onlar da aktı imzalamışlar. Həm özü, həm də digər qohumlar Mirdamətin işinə köməklik etmişdir. Əsgərov Mirdamət Mirhüseyn oğluna 31 baş inək satmağı ilə əlaqədar tərtib olunmuş 25 iyun 2008-ci il tarixli aktı və 34968 manatın "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən X50 ödənişinə dair 02 iyul 2008-ci il tarixli 000013 saylı kassa məxarici orderini nəzərdən keçirib bildirir ki, həmin aktda və kassa məxaric orderində «X74» sözləri qarşısındakı imza öz imzasıdır, özünə məxsus 6- 7 baş inəyi Mirdamətə satmış, qalan heyvanları da Mirdamətin verdiyi pula ifadəsinin əvvəlində göstərdiyi kimi mal alıb Mirdamətə verimişdir. Aktda imzası olan X9 bibisi oğludur, X43, X96 qohumudur. Mallar müxtəlif adamlardan alındığına görə akt onun adıma yazmışdır ki, kredit pulunun təyinatı üzrə xərclənməsinə dair sənəd olsun. Aktı imzalamaq üçün Mirdamət təqdim edib, aktda ona görə Şərəfə kəndi yazılmayıb ki, Mirdamətin ferması Ağakişibəyli kəndində yerləşir. Mirdamət bibisi oğlu Rafət Abbasovla şərikli fermer təsərrüfatı yaratmış, fermasında 40 başa yaxın malqarası olmuş, sonra Rafət öz payını Mirdamətə satmış, Mirdamət təsərrüfatı genişləndirmiş, kredit puluna inəklər, danalar, yem, ot presləri almış, təsərrüfat gəlirlə işləmiş, sonradan Mirdamət xəstələndiyindən təsərrüfatın idarəçiliyi və gəliri zəifləmiş, kreditin qaytarmasında çətinlik yaranmışdır. Məhkəmənin 03 sentyabr 2015-ci il tarixli iclasında şahid qismində dindirilmiş X43 ifadəsində göstərmişdir ki, Bakı şəhərində pasport qeydiyyatında olsa da, 2003-cü ildən faktiki olaraq Masallı rayonunun Şərəfə kəndində ailəsi ilə birlikdə yaşayır, fərdi qaydada həyətində kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğuldur. Əsgərov Mirdamət Mirhüseyn oğlu ilə orta məktəbi bir sinifdə oxumuş, həm də əmisi arvadı Mirdamətin bibisidir. Mirdamət Əsgərov uzun illər ərzində qohumu Rafət Abbasovla şərikli heyvan saxlamış, 100 başa yaxın yerli cins irnibuynuzlu heyvanları olmuş, hərdən gedib onlara ferma işlərində köməklik etmişdir. 2008-ci ilin əvvəlində X164 kənd bələdiyyəsinə üzv seçilmiş, fermanı, yəni "xxxx" MMC-ni mallarla birlikdə 12 yanvar 2008-ci il arixli aktla Mirdamətə satmışdır. Həmin aktda Q.R.Ələkbərov soyadı qarşısındakı imza öz imzasıdır. 2008-ci ildə Mirdamət kredit götürmüş, fermanı genişləndirməyə başlamış, təxminən 200 başa yaxın iri buynuzlu heyvan almışdır. Mirdamət üçün heyvanları Böyük bazar adlanan bazardan, qonşu kəndlərdən Əjdər, Əli, Baxış və başqaları alıb gətirib Mirdamətə təhvil vermiş, kimin heyvan satmasını eşitdikdə Mirdamətə məlumat veımiş, heyvanlaıın alınmasına dair Mirdamət aktlar tərtib etmiş, bunun şahidi kimi həmin aktları imzalamışdır. Nəzərdən keçirilmək üçün təqdim olunmuş 12, 13 və 25 iyun 2008-ci il tarixli aktlarda 3-cü sırada X43 ad və soyadı qarşısındakı imzalar oz imzasıdır, üstündən xeyli vaxt keçdiyinə görə X87 q,zindan, X167 q,zindan X16, X34’ X70 və X6 hesabı ilə nə qədər mal alındığını, onlara nə qədər pul verildiyini dəqiq xatırlamır, Əjdər Abbasov, Əli Allahverdiyev mal alverçiləridir, onlar Mirdamətin fermasında işləmirdilər, onların işi yalnız alınacaq heyvanları müəyyən etmək və Mirdamətdən pulunu götürüb vermək, heyvanları da fermaya gətirməkdən ibarət olmuşdur. X66 mərhum qardaşı Mirələmin arvadıdır, Baxış isə Mirdamətin qardaşıdır. Sədət və Səbinəni tanıyır, onlar da heyvandarlıqla məşğul olub öz heyvanlarını satırmışlar. Şəxsən özü mal almamış, onlardan mal alınmasında iştirak etməmiş, lakin mallar gətirildikdən sonra aktlar yazmış, həmin malları gördüyü üçün şahid kimi aktları imzalamışdır. İmzalamaq üçün aktları Mirdamət təqdim etmişdir. Sonralar Mirdamət malların erkəklərini diri çəkidə satmış, bəzilərini kəsdirib ətini satmış, sonra isə cins heyvanlar almağa başlamışdır. Əvvəlki heyvanları kimə satdığını bilməmiş, 2012- 2013-cü illərdə Mirdamət təxminən 80-100 baş xarici cins heyvan almışdır. Nəzərdən keçirilmək üçün təqdim olunmuş aktlara: 45 baş buzovun doğulmasına dair xx.xx.2008-ci il, 57 baş buzovun doğulmasına dair xx.xx.2008-ci il, 20 baş buzovun doğulmasına dair xx.xx.2008-ci il, 10 buzovun doğlulmasına dair xx.xx.2009-cu il, 15 baş buzovun doğulmasına dair xx.xx.2009-cu il, 12 baş buzovun doğulmasına dair xx.xx.2009-cu il, 20 baş buzovun doğlulmasına dair xx.xx.2009-cu il, 20 baş buzovun doğulmasına dair xx.xx.2009-cu il, 20 baş buzovun doğlulmasına dair xx.xx.2009-cu il, 10 baş buzovun doğulmasına dair xx.xx.2009-cu il, 15 baş buzovun doğlulmasına dair xx.xx.2010-cu il, 18 baş buzovun droğulmasına dair xx.xx.2010-cu il, 12 baş buzovun doğldumasma dair xx.xx.2010-cu il, 14 baş buzovun doğulmasına dair xx.xx.2010-cu il, 16 baş buzovun doğlulmasına dair xx.xx.2010-cu il, 13 baş buzovun doğlulmasına dair xx.xx.2010-cu il, 6 baş buzovun doğulmasına dair xx.xx.2010-cu il, 12 baş buzovun ölməsinə dair xx.xx.2010cu il, 10 baş buzovun doğulmasına dair xx.xx.19011-ci il, 13 baş buzovun doğulmasına dair xx.xx.2011-ci il, 10 baş buzovun doğulmasına dair xx.xx.2011-ci il, 14 baş buzovun doğlulmasına dair xx.xx.2011-ci il, 20 baş buzovun doğlulmasına dair xx.xx.2011-ci il, 20 baş buzovun doğlulmasına dair xx.xx.2011-ci il, 17 baş buzovun doğulmasına dair xx.xx.2012-ci il, 12 baş buzovun doğlulmasına dair 30 07 2012-ci il, 14 baş buzovun doğlulmasına dair xx.xx.2012-ci il, 16 baş buzovun doğulmasına dair xx.xx.2012-ci il, 13 baş buzovun doğulmasına dair 30 10 2012-ci il 12 baş buzovun doğulmasına dair xx.xx.2012-ci il, 18 baş buzovun doğulmasına dair xx.xx.2012-ci il, 10 baş buzovun doğlulmasına dair xx.xx.2013-cü il 10 baş buzovun doğlulmasına dair xx.xx.2013-cü il tarixli aktlarda 3-cü sırada Q.R.Ələkbərov soyadı qarşısındakı imzalar öz imzasıdır. Aktlarda göstərilən sayda buzovların doğlumasını, Mirdamət Əsgərovun öhdəsinə təhvil verilməsini, həmçinin də buzov ölumu ilə əlaqədar olan aktda yazılanları da təsdiq edir. "xxxx" MMC-yə məxsus iri buyuzlu heyvanların kimə, nə qədər, hansı qiymətə satılmasını dəqiq bilməmiş, malların satışı və pulunun alınması ilə j^irdamət Əsgərov şəxsən özü məşğul olmuşdur. Malın satılmasına dair aktları imzalamaq uçun Mırdamət təqdim etmiş, o da imzalamış, faktiki olaraq isə kiməsə mal satmamışdır. Ancaq görmüşdür ki, malları Mirdamət satır, lakin alqı-satqı söhbətlərinə qarışmamışdır. Malların satılmasına dair nəzərdən keçirilmək üçün təqdim olunmuş aktlarda 3-cü sırada Q.R.Ələkbərov soyadı qarşısındakı imzalar öz imzasıdır. Bundan başqa fermada heyvanların ölməsinin də şahidi olmuş, heyvan ölümü ilə əlaqədar olaraq baytar həkimi Çingiz tərəfindən akt yazılmış, heyvanın ölməsini gördüyü üçün həmin aktları da imzalamışdır. Əslində hesab etmişdir ki, həmin mallar Mirdamətin şəxsi heyvanlarıdır, həmin heyvanlara görə də cavabdeh Mirdamətin özüdür. Mirdamət Əsgərov ürəyindən əməliyyat olunub müəyyən müddət Bakıda müalicə olunduğu üçün təsərrüfatla əlaqəsi zəifləmiş, qardaşı və yaxın qohumları təsərrüfata nəzarət etmişdir. Hazırda onun 80-100 baş heyvanı vardır. Təsərrüfatı fəaliyyət göstərir. Mirdamət Əsgərovun kredit götürməsindən məlumatı olmamışdır. İstər Zərərçəkmiş şəxs ASC, istərsə də Kənd Təsərrüfatı Nazirliyinin Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyinin nümayəndələrini tanımır, ancaq kiminsə tərəfindən Mirdamət Əsgərovun təsərrüfatında monitorinq aparılmasını görmüş, bu səhv etmirsə 2008-ci ildən əvvəl və ya sonra idi, bir dəfə bir nəfər, sonrakı dəfə isə 3 nəfər Mirdamətin təsərrüfatına gəlmiş, heyvanların və fermanın fotoşəklini çəkmişdir. Onların adlarını bilmir, orada hansısa bir aktın yazılmasını görməmiş və onlarla da söhbəti olmamışdır. Məhkəmənin 15 sentyabr 2015-ci il tarixli iclasında şahid qismində dindirilmiş X24 ifadəsində göstərmişdir ki, "xxxx" ASC-nin «Masallı» filialında 2010-cu ildən hal-hazıra qədər kredit şöbəsinin mütəxəssisi vəziyəsində işləyir, nəzərdən keçirilmək üçün təqdim olunan 06 mart 2014-cü il tarixli Monitorinq aktında «Şahidlərin imzası» qrafasındakı imza öz imzasıdır, həmin qrafada «Cahangirov C.M.» sözlərini də əlyazma ilə özü yazmışdır. Belə ki, 06 mart 2014-cü ildə "xxxx" ASC-nin baş ofisinin əməkdaşları Samir Məmmədov və X173 «Masallı» filialına gələrək bildirmişlər ki, Masallı rayon Ağakişibəyli kəndində yerləşən "xxxx" MMC-yə ayrılmış 250000 ABŞ dolları kənd təsərrüfatı kreditinin təyinatı üzrə istifadəsinin monitorinqini keçirəcəklər, həmin kəndi tanımırlar. Filial müdiri X35 tapşırığı ilə Samir və Elmanı Ağakişibəyli kəndinə aparmış, orda Samirlə Elman "xxxx" MMC-nin direktoru Mirdamət adlı şəxsə mobil telefonuna zəng edərək monitorinq üçün gəldiklərini demişlər. Səhv etmirsə, Mirdamət onlara uzaqda olduğunu, monitorinqdə iştirak üçün gələ bilməyəcəyini söyləmiş, bundan sonra Samir, Elmanla birlikdə fermaya daxil olub orada olan malları saymış, fermada irili-xırdalı 45 baş cins heyvanlar mövcud olmuş, bu barədə Samir və Elman akt yazmış, səhv etmirsə Samir və Elman fermanın və malların fotoşəklini çəkmişlər. Orada ferma işçilərindən cəmi bir nəfər çoban Kamal adlı oğlan olmuş, Elman həmin çobanla danışa- danışa Mirdamətə də zəng etmiş, lakin onların nə danışdıqlarını diqqətlə dinləməmişdir. Mirdamət adlı şəxsi görməmiş və tanımır. Monitorinqin nəticəsinə dair tərtib olunan aktı bir şahid kimi imzalamış, Mirdamətə nə qədər kreditin verilməsindən, onun nə qədər heyvan almalı olmasından məlumatı olmamışdır. Məhkəmənin 15 sentyabr 2015-ci il tarixli iclasında şahid qismində dindirilmiş X161 ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Masallı rayonunun Şəhriyar kəndində yaşamaqla fərdi təsərıüfatında ailəsinin ehtiyacını ödəmək üçün həyətyanı sahəsində əkin əkmək və mal-qoyun saxlamaqla məşğuldur. Əsgərov Mirdamət Mirhüseyn oğlunu təxminən 2008-ci ilin yay aylarında sanıncunun qardaşı Baxış vasitəsi ilə tanımışdır. Belə ki, həmin vaxtlarda Mirdamət Əsgərovun öz təsərrüfatı üçün almaqdan ötrü inək malı axtarmmasını Baxışdan eşitmiş, Baxış xahiş etmişdir ki, yaşadığı kənddə mal satan olarsa məlumat versin, Mirdamət heyvan almaq istəyir. Bundan sonra Baxış onu Miıdamətlə tanış etmiş, Mirdamət 2-3 dəfə Şəhriyar kəndinə golmiş. Mirdamətə 5 baş inək satmış, bacısı Şəbinə də Mirdamətə 5 baş inək satmış Mirdamətdən nə qədər pul aldığını hazırda dəqiq xatırlamır. Qardaşı İsaq da hazırda adlarını xatırlamadığı digər kənd sakinləri də Mirdamətə mal satmışlar. Köməkliyi ilə kənd ərazisindən təxminən 37-38 baş inək və danalar müəyyən edilərək Mirdamət Əsgərova satılmışdır. Mirdamət kimdən mal almışdırsa, həmin şəxsə də heyvanının pulunu vermişdir. Nəzərdən keçirilmək üçün təqdim olunmuş, X113 tərəfindən Əsgərov Mirdamət Mirhüseyn oğluna 22 baş inək, 11 baş dana satması ilə əlaqədar tərtib olunmuş 13 iyun 2008-ci il tarixli Aktda və 33110 manatın "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən X143ma ödənişinə dair 13 iyul 2008-ci il tarixli 000018 saylı kassa məxarici orderind «X129» sözləri qarşısındakı imzanın bacısı Şəbinə Əsədovaya məxsus olub-olmadığını bilmir. Həmin aktı birinci dəfədir ki, görür, aktı imzalamaq üçün Səbinəyə kimin təqdim etdiyini də bilmir. Mirdamədə arasında akt söhbəti olmamışdır. Fakitiki olaraq bacısı Şəbinə Mirdamətə 22 baş inək və 11 baş dana deyil, cəmi 5 baş inək və inək düyəsi satmışdır. Həmin heyvanların da pulunu Mirdamət Səbinəyə vermişdir. Həmin aktın nə üçün yazıldığını, nə üçün Səbinəyə imzalatdırıldığını bilmir. Mirdamət Əsgərovun kredit götürməsini eşitməmişdir, lakin Mirdamətin fermer təsərrüfatı olmasını sonralar eşitmiş, 2-3 dəfə onun fermasında olmuş, yoldaşcasına onun təsərrüfatına baxmağa getmişdir. Məhkəmənin 02 oktyabr 2015-ci il tarixli iclasında şahid qismində dindirilmiş X96 ifadəsində göstərmişdir ki, Şərəfə kəndində qeydiyyatda olsa da, faktiki Ağakişibəyli kəndində yaşayır, ərazi isə Şərəfə ərazi nümayəndəliyi hesab edilir. Əsgərov Mirdamət Mirhüseyn oğlu dayısının oğludur, Mirdamət Şərəfə kəndində yaşayır. Şərəfə kəndi ilə Ağakişibəyli kəndi qonşu-bitişik kəndlərdir. Heyvandarlıqla məşğul olmaq məqsədilə "xxxx" MMC-ni təsisçisi etmiş, Mirdamət Əsgərovla şərikli işləmiş, yəni mal- qara və yem alınmasına, tövlə tikilməsinə pul verməklə Mirdamət Əsgərov şərik olmuşdur. 2006-cı ildə Mirdamətlə köməkləşib mal-qaranın sayını artırıb 80 başa çatdırmış, sonra feramanı satmaq qərarına gəlib Mirdamətlə razılaşmışdır ki, sonuncu hissə-hissə onun pulunu verəcək, ferma və mal-qara Mirdamətin olacaq, o da oraya gedib-gələcək, məsləhətlər verəcəkdir. Bunun üçün ondan pul istəməmişdir. 2008-ci ilin yanvar ayında Mirdamət qalan pulu ödəmiş, 12 yanvar 2008-ci il tarixli aktla fermanı-təsərrüfatı Mirdamətə təhvil vermişdir. Bundan sonra da həmin təsərrüufata bir qohum kimi baş çəkmiş, ona məsləhətlər vermişdir. Mirdamət təsərrüfatı aldıqdan sonra heyvandarlığı inkişaf etdirmək üçün kənd təsərrüfatı krediti götürmüş, çoxlu sayda, səhv etmirsə 250 başa yaxın südlük və ədlik inək və dana almışdır. Mirdamətin həmin malların kimlərdən hansı qiymətə alınmasını bilmir, lakin onu deyə bilər ki, Ağakişibəyli kənd sakini heyvan alveri ilə məşğul olan Əjdər Abbasov, Zaur Əsgərov başqaları rayonun müxtəlif kəndlərindən Mirdamətin verdiyi pula iribuynuzlu heyvan alaraq Mirdamətin təsərrüfatına gətirmişlər. Kənddə Mirdamətə heyvan almaqda köməklik etmiş, Mirdamət hər dəfə heyvan aldıqca başqa kəndlərdən alman heyvanları Əjdərin, Zaurun və ya başqa yaxın adamlarının adlarına alış aktı tərtib etməklə təsərrüfatına mədaxil emişdir. Nəzərdən keçirilmək üçün təqdim olunmuş "xxxx" MMC-yə mal-qara alınmasına dair 13 iyul 2008-ci il tarixli aktda 7-ci sırada R.F.Abasov soyadı qarşısındakı imza öz imzasıdır. Mirdamətin təsərrüfatı üçün ayr-ayrı kəndlərdən və ya mal bazarından iribuynuzlu mal alınmasında iştirak etmiş, çünki heyvandarlıq üzrə səriştəsi var, hansı malın necə olduğunu müşahidə etməklə alınmasına məsləhət vermiş, buna görə də həmin aktı imzalamış, lakin kimə nə qədər pul verilməsində iştirak etməmiş, aldığı malların pulunu Mirdamət özü vermişrdir. Ümumilikdə Mirdamət ferması üçün təxminən 250 başdan yuxarı iribuynuzlu heyvan almış, malları aldıqdan sonra akt yazmışdır. Nəzərdən keçirilmək üçün təqdim olunmuş 12, 13 və 25 iyun 2008-ci il tarixli aktlarda X96 ad və soyadı qarşısındakı imzalar özünə məxsusdur, üstündən xeyli vaxt keçdiyinə görə X13, X71, X16, X34, X70 və X7 hesabı ilə nə qədər mal alındığını, onlara nə qədər pul verildiyini dəqiq bilmir. Lakin onu deyə bilər ki Əjdər Abbasov, Əli Allahverdiyev mal alverçiləridir, X66 mərhum qardaşı Mirələmin arvadıdır, Baxış Mirdamətin qardaşıdır. Sədət və Səbinəni üzdən tanıyır, qonşu kəndlərdəndirlər. Aktları imzalamaq üçün Mirdamət təqdim etmişdir. Onların mütəmadi olaraq heyvan alıb gətirdiklərini, özünün də həmin heyvanları gördüyünü əsas götürərək həmin aktları imzalamışdır. Təxminən bir-iki ildən sonra Mirdamət həmin heyvanları satmağa başlamış, demişdir ki, yerli heyvanlarda məhsuldarlıq yoxdur. Onun heyvandarlıq təsərrüfatında artım olub-olmadığını, Mirdamət tərəfindən də fermadakı heyvanların kimə, hansı qiymətə satıldığını bilmir. Lakin eşitmişdir ki, Mirdamət heyvanları satır. 2012-ci ildən başlayaraq həyat yoldaşının xəstəliyi ilə əlaqədar olaraq İran İslam Respublikasına tez-tez gedibgəlməyə başlamış, şəxsi işlərinə başı qarışdığından Mirdamətin təsərrüfatı ilə əlaqəsi azalmışdır. 2014-cü ilin yanvar ayında eşitmişdir ki, X89 gətirilmə cins inək düyələri almışdır. Bu düyələrin alınmasında iştirak etməsə də, həmin düyələri görmüş, hazırda da Mirdamətin təsərrüfatında çoxlu sayda cins inəklər və balaları vardır. Mirdamət Əsgərovun krediti hansı təşkilatdan aldığını bilmir. Lakin kredit ayrıldıqdan bir müddət sonra, yəni heyvanlar almandan təxminən 5-6 ay sonra Mirdamətin təsərrüfatına səhv etmirsə ya Vahid, ya da Vidadi adlı bir cavan oğlan gəlmiş, işçilərdən eşitmişdir ki, həmin oğlan kredit təşkilatının nümayəndəsidir, təsərrüfatı yoxlamağa gəlmişdir. Həmin oğlan təsərrüfata tək gəlmişdir. Onunla heç bir söz-söhbəti olmamış, akt yazıb-yazmadığını bilməmişdir. Ancaq onu görmüşdür ki, həmin oğlan fermanın, inəklərin fotoşəkillərini çəkir. Yazı yazdığını görməmişdir. Cinayət işinin ibtidai istintaqı zamanı şahid qismində dindirilmiş X36 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, ailə üzvləri, yəni həyat yoldaşı, iki oğlu Əfqan və Cəmaləddin, bir gəlini, 5 nəvəsi və əlavə olaraq qızı Səadət Allahverdiyeva ilə birlikdə Masallı rayonunun Birinci Səmidxanlı kəndində yaşayır, xəstəliyə görə təqayüdədir, heç bir yerdə işləmir, cəmi 2 baş inəyi vardır. Əsgərov Mirdamət Mirhüseyn oğlunu təxminən 2008-ci ildə yay ayında tanımış, onun ferması evindən 200 metr aralıdadır. Mirdamət Əsgərov tərəfindən həmin fermaya gözətçi işinə götürülmüş, təxminən 6 ay, yəni 2008-ci ilin yayından qışına qədər orada işləmiş, çox az miqdarda, yəni hər ay 60 manat maaş verildiyi üçün işləməkdən imtina etmiş, xəstələnmiş, işdən çıxarılmışdır. Əmək haqqı verilərkən hər hansı bir cədvələ imza etməmişdir. Gözətçi işlədiyi müddətdə Mirdamətin fermasında cəmi 50 baş inək, 40 baş da balası olmuşdur. Fermada Mirdamət, Cavid, Əjdər və Mirdamətin qardaşı işləmişdir. Gözətçi işləyərkən elə hallar olmuşdur ki, Mirdamətgil bazardan mal alarkən onu da bazara aparmışlar ki, aldıqları malın yanında dayansın, belə də etmiş, sonra həmin mallar fermaya gətirilmişdir. Mal-qara alveri ilə məşğul olmamış və bu sahədə səriştəsi də yoxdur. Fermada bir «naves» adlanan yerin tikintisindən başqa hər hansı bir tikinti işləri aparılmamışdır. İstər özü, istərsə də qızı Səadət Allahverdiyeva tərəfindən Mirdamət Əsgərova mal-qara satılmamış, çünki 2008-ci ildə cəmi 2 baş inəyi olmuşdur. Nəzərdən keçiriləmk üçün təqdim olunmuş, X26 26 baş inək, 20 baş dana satmağına dair tərtib olunmuş 25 iyun 2008-ci il tarixli Akt və 43810 manatın "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən X40 ödənişinə dair 25 iyun 2008-ci il tarixli 000011 saylı kassa məxarici orderində, yəni aktda «X63» sözləri qarşısındakı imza, həmçinin kassa məxaric orderində «Alanın imzası» qrafasındakı imza öz imzası deyil, həmin imzaların kim təıəfindən icra edildiyini bilmir, qəti şəkildə göstərir ki, həmin aktda və kassa məxaric orderində yazılanlar saxtadır, X139 mal satmamış və ondan pul almamışdır. İstintaq orqanına çağırıldığını eşitdikdən sonra, yəni 20 yanvar 2015-ci ildə Mirdamət Əsgərov onun evinə gəlib demişdir ki, “istintaq zamanı sənədləri imzalayarkən «Ə» hərfi ilə başlayan imza edərsən və Mirdamət özü imza çəkmiş və ona göstərmişdir ki, bu cür imza edərsən”. Mirdamət Əsgərova demişdir ki, bunu edə bilməz, istintaqa doğru ifadə verəcək və öz həqiqi imzasını çəkəcəkdir. Mirdamət Əsgərovun kredit götürmüsini eşitməmişdir. Cinayət işinin ibtidai istintaqı zamanı şahid qismində dindirilmiş X27 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, hal-hazırda üç övladı ilə Masallı rayonunun Birinci Səmidxanlı kəndində atası X44 evində atası, anası, qardaşları Əfqan və Cəmaləddin, bir gəlin və uşaqları ilə birlikdə yaşayır. 2006-cı ildən 2015-cilin yanvar ayına qədər övladları ilə birlikdə Bakı şəhərində müxtəlif ünvanlarda kirayədə yaşamış, müxtəlif şadlıq evləri və restoranlarda xadimə işləmişdir. Göstərdiyi müddət ərzində heç vaxt heyvana baxmamış, heyvan saxlamamış və heyvan satmamışdır. Atasının Masallı rayon Birinci Səmidxanlı kəndində olan həyətində isə cəmi 2 baş inək olmuşdur. Əsgərov Mirdamət Mirhüseyn oğlunu tanımamış və görməmişdir. Onu yalnız 20 yanvar 2015-ci ildə atası evinə gələn zaman görmüş, Mirdamət atasına bir imza çəkib göstərmişdir ki, səni istintaqa çağıranda sənədlərə bu cür imza edərsən, atası da ona demişdir ki, mən istintaqda sənədlərə öz imzamı qoyacağam, Mirdamət ona (Səadətə) demişdir ki, sən də istintaqa demə ki, məni tanımırsan, deyərsən ki, məni tanıyırsan. Mirdamətdən soruşmuşdur ki, “sən nə əsasla mənim şəxsiyyət vəsiqəmi atamdan götürmüsən, atamı aldatmısan”. Mirdamət demişdir ki, “axı necə ola bilər ki, sən məni tanımırsan”. Mirdamətə demişdir ki, “sizi tanımıram, görməmişəm, nə haqla mənim adımı hansısa sənədə yazmısınız”. Miıdamət isə suallara cavab verməkdən yayınaraq demişdir ki, “sən qorxma, sənə heç kim heç nə edə bilməz, sən istintaqın çağırışına getmə”. Mirdamətə demişdir ki, “mən Çağırışa gedəcəyəm və nə suallar versələr doğru cavab verəcəyəm”. Bundan sonra Mirdamət evdən getmişdir. Atasının deməsindən bilmişdir ki, 2008-ci təxminən yayından qışına qədər, yəni təxminən 6 ay müddətində atası X68 fermasında gözətçi işləmiş, sonra xəstələndiyi üçün, həm də maaş az olduğu üçün işdən çıxmışdır, istər özü, istərsə də atası X91 Əsgərova inək və dana satmamış, ondan pul almamışdır. Nəzərdən keçirilmək üçün təqdim olunmuş, Əsgərov Mirdamət jvlirhüseyn oğluna 15 baş inək, 10 baş dana satmasına dair tərtib olunmuş 25 iyun 2008-ci il tarixli X10 yazıları qarşısında və 24405 manatın "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən X32 ödənişinə dair 06 iyul 2008-ci il tarixli 000017 saylı kassa məxarici orderində «Alanın imzası» qrafasındakı imza öz imzası deyil, həmin imzaların kim tərəfindən icra edildiyini bilmir, həmin aktda və kassa məxaric orderində yazılanlar saxtadır. X139 mal satmamış və ondan pul almamışdır. Ailədə olan söhbətdən bilmişdir ki, Bakıda işlədiyi zaman Mirdamət Əsgərov hansısa adla atasını aldadaraq onün şəxsiyyət vəsiqəsini almış, öz məqsədi üçün istifadə edib qaytarmışdır. Mirdamət Əsgərovun kredit götürməsi barədə məlumatı olmamışdır. Cinayət işinin ibtidai istintaqı zamanı şahid qismində dindirilmiş X37 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, 2008-ci ilin əvvəlindən axırına qədər Zərərçəkmiş şəxs ASC-nin "xxxx" filialının kredit şöbəsinin mütəxəssisisi işləmiş, işi problemli avtokredillərlə məşğul olmaq olmuşdur. Filialın müdiri Rəna Hacıyeva olmuş, onun əri Zaur Hacıyev isə Zərərçəkmiş şəxs ASC-nin Audit Komitəsinin sədri işləmişdir. Zərərçəkmiş şəxs ASC-nin "xxxx" filialından "xxxx" MMC-yə 250000 ABŞ dolları kənd təsərrüfatı kreditinin verilməsinə dair "xxxx" filialının Kredit Komitəsinin 07 may 2008-ci il tarixli protokolunda Mirzəyev A.Z. soyadı qarşısındakı imza öz imzasıdır. Ümumi şəkildə bilmişdir ki, "xxxx" MMC Masallı rayonunda yerləşir və direktoru Mirdamətdur, sonuncunu kredit sənədləşdirilməzdən əvvəl "xxxx" filialında Zaur və Rənanın yanına gəlməsi ilə əlaqədar tanımış, çünki Zaur bir gündən bir filiala arvadı Rənanın yanına gəlib baş çəkmiş, Mirdamətlə də orada görüşmüşdür. Mirdamət Əsgərovu polis işçisi kimi tanıyır, sonradan bilmişdir ki, o polisdən işdən çıxarılmışdır. Həmin protokolu nlıalda kompüterdə işləyən qızlar yazmış, imzalamaq üçün filial müdiri Rəna Hacıyeva öz iş otağında təqdim etmişdir. Həmin kreditin sənədləşdirilməsi üçün Zaur və Rəna öz evini banka girov qoymuşdur. Səhv etmirsə Mirdamətlə Zaur ya şərikli iş görəcəkdilər, ya da ayrı-ayrılıqda biznes quracaqdılar. Rəna xanımın və əri Zaurun öz evini Mirdamətə ayrılan kreditə görə görov qoyması maraq yaratdığından. Rəna xanıma sual vermişdir ki, siz Mirdamədə şərik işləyirsiniz, Rəna xanım demişdir ki, bu Zaurla Mirdamətin öz işidir, sən nə üçün belə işlərə qarışırsan, öz işinlə məşğul ol. Bundan sonra maraqlanmamış, lakin kredit verilməzdən əvvəl həm Zaur, həm də Mirdamətin bankda öz aralarında danışıqlarından eşitmişdir ki, Zaur Masallıya gedib fermaya baxıb. Kreditin ayrılması barədə məlumatı ancaq bunlardır. Həmin kredit bir başa Rəna və Zaurun nəzarətində olmuş, heç kim də bu işə qarışmamışdır. Mirdamətə pulun ödənilməsi prosesində iştirak etməmişdir. Filialda bütün tapşırıqları filial müdiri vermiş, Mirdamətə ayrılmış kreditlə bağlı müdir tərəfindən ona hər hansı bir tapşırıq verilməmişdir. Həmin kreditin təyinatı üzrə istifadəsinin monitorinqi Zərərçəkmiş şəxs ASC-nin mütəxəssislərinin səlahiyyətinə aiddir. Ona görə də Mirdamətin həmin krediti təyinatı üzrə istifadə edib-etməməsindən məlumatı olmamışdır. Cinayət işinin ibtidai istintaqı zamanı şahid qismində dindirilmiş X82 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, 2012-ci ilə qədər Masallı rayonunun Şəhriyar kəndində yaşamaqla fərdi təsərrüfatında ailəsinin ehtiyacını ödəmək üçün həyətyanı sahəsində əkinçilik və heyvandarlıqla məşğul olmuşdur. X157 tanışı kimi X28 bir dəfə təxminən 2008-ci ildə görmüş, Mirdaməti görməyi onunla əlaqədar olmuşdur ki, həmin vaxtlarda Mirdamət inək-dana alırdı. Özünə məxsus 5 baş inək və inək düyələrini Mirdamətə satmış, buna görə Mirdamətdən nə qədər pul aldığı yadında deyil, bunu qardaşı Oruc bilər, çünki Mirdaməti qapıya Oruc gətirmiş, Oruc da Mirdamətə mal satmış, lakin Orucun Mirdamətə nə qədər mal satmasını, nə qədər pul almasını dəqiq bilməmiş, bunu Oruc özü izah edə bilər. Nəzərdən keçirilmək üçün təqdim olunmuş, Əsgərov Mirdamət Mirhüseyn oğluna 22 baş inək, 11 baş dana satmağı ilə əlaqədar tərtib olunmuş 13 iyun 2008-ci il tarixli Aktda və 33110 manatın "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən X99 ödənişinə dair 13 iyul 2008-ci il tarixli 000018 saylı kassa məxaric orderində «X129» sözləri qarşısındakı imza öz imzasıdır. Mirdamət Əsgərova aktda göstərilən qədər yəni, 22 baş inək və 11 baş dana deyil, cəmi 5 baş inək və inək düyəsi satmış, buna görə Mirdamətdən nə qədər pul aldığını hazırda xatırlamır, lakin Mirdamət tərəfindən ona 33110 manat pul verilməmişdir, ona yalnız satdığı heyvanların dəyərini ödəmişdir. Həmin aktı imzalamaq üçün kimin təqdim etdiyini də hazırda xatırlamır. Heç bir təhsili yoxdur, oxumağı və yazmağı bacarmır, çünki ümumiyyətlə məktəbə getməmiş, təhsil almamış, sağlamlağında da problemlər vardır. Oxumağı bilmədiyi halda, həmin aktı və xəzinə məxaric orderini imzalamışdır. Mirdamət Əsgərovu tanımadığı üçün onun kredit götürmüsini eşitməmiş, Mirdamətin fermer təsərrüfatı olub-olmaması barədə məlumatı olmamışdır. Cinayət işinin ibtidai istintaqı zamanı şahid qismində dindirilmiş X14 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, 2007-ci ilin may ayında əməliyyatçı mühasib kimi Zərərçəkmiş şəxs ASC-nin "xxxx" filialına işə qəbul olunmuş, 2007-ci ilin dekabr ayında isə filialın baş mühasibi təyin olunmuş, filialın müdiri Rəna Hacıyeva olmuş, onun əri Zaur Hacıyev isə Zərərçəkmiş şəxs ASC-nin Audit Komitəsinin sədri işləmişdir. Zərərçəkmiş şəxs ASC-nin "xxxx" filialından "xxxx" MMC-yə 250000 ABŞ dolları kənd təsərrüfatı kreditinin verilməsinə dair "xxxx" filialının Kredit Komitəsinin 07 may 2008-ci il tarixli protokolunda Mirzəyeva İ.C. soyadı qarşısındakı imza öz imzasıdır. Filialın baş mühasibi işləmiş, kredit ayrılması ilə bağlı işlərlə kredit işçiləri məşğul olmuş, hər bir kredit müdriyyətin razılığına əsasən verilmişdir. Protokolu imzalamaq üçün Rəna Hacıyeva təqdim etmişdir. "xxxx" MMC-nin direktoru Əsgərov Mirdamət Mirhüseyn oğlunu kredit alması ilə əlaqədar tanımış, yəni kredit sənədləşdirilərkən hüquqi şəxs kimi ona hesab açmış, kredit pullarını da Mirdamət Əsgərov özü çeklərlə almışdır. Kredit ABŞ dolları ilə ayrılsa da, manata konvertasiya olunub Mirdamət Əsgərova ödənilmişdir. Konvertasiya sənədlərini tərtib etmiş, xəzinədar isə çeklə pulu ödəmişdir. Kredit verildikdən sonra bilmişdir ki, Mirdamət Əsgərov filial müdiri Rəna Hacıyevanın əri Zaur Hacıyevlə dostdur. Mirdamət Əsgərovun aldığı kreditin təminatı kimi Zaur Hacıyev də öz mənzilini girov qoymuşdur Bu cür hərəkət etməkdə onun məqsədinin nədən ibarət olmasını bilməmiş qeyd edilən kreditlə əlaqədar X140 Hacıyev və ya onun həyat yoldaşı olan filial müdiri Rəna Hacıyevanın arasında nə kimi söhbətlər olmasından məlumatı olmamışdır. Cinayət işinin ibtidai istintaqı zamanı şahid qismində dindirilmiş X29 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, 2004-cü ildə X54 ilə ailə qurmuş, Cəmalənin atası, anası, bacıları və qardaşları Masallıda yaşadığından bəzən iş olanda Masallı rayonuna da gedib fəhləlik edərək pul qazanmışdır. Əsgərov Mirdamət Mirhüseyn oğlunu təxminən 2007-2008-ci ildə tanımış, belə ki, ona məxsus fermada bəzi hallarda fəhlə kimi işləmiş, yəni yem, ot presləri boşaltmış, iş görən günü də pulu verilmişdir, arada heç bir narazılıq olmamışdır. Mirdamətin fermasında təxminən 50 başa yaxın heyvanlar olmasını görmüş, qaynatası Əli Allahverdiyev də əvvəllər həmin fermada qısa müddətdə gözətçi işləmiş, fermada işlədiyi müddətdə orada olan çoban evində həyat yoldaşı və uşağı ilə birlikdə qalmış, bu proses təxminən 2 aya yaxın davam etmişdir. Bundan sonra həmin fermadan uzaqlaşmışdır. Orada işləməyi 2008-ci ilin təxminən payız aylarına təsadüf etmiş, həmin vaxtda da fermada təxminən 50 başa qədər yerli cins danalar mövcud olmuşdur. Mirdamət Əsgərov üçün kimdənsə mal almamış və bu məqsədlə Mirdamət ona pul verməmiş, qaynatası Əli Allahverdiyev və baldızı Səadət Allahverdiyeva tərəfindən də Mirdamət Əsgərova mal satılmamış, çünki onların satmaq üçün iribuynuzlu heyvanı olmamışdır. Elə hallar olmuşdur ki, Mirdamət Əsgərovgil kimdənsə mal alıb maşınla fermaya gətirdikdə həmin malların maşından düşürülməsinə kömək etmiş, lakin onların malları kimdən almasını bilməmişdir. Mirdamət Əsgərovun mal alması barədə akt yazmasından xəbəri olmamış, Səadət Allahverdiyevaya imzalatmaq üçün Mirdamət ona akt verməmiş, Səadət Allahverdiyevanın şəxsiyyət vəsiqəsini Mirdamət Əsgərova verməmişdir. Bu barədə Mirdamət Əsgərovun ifadəsi həqiqətə uyğun deyildir. Akt və pul görməmiş, kimin üçünsə də mal almamışdır. Mirdamət Əsgərovun da nə üçün belə ifadə verməsinin səbəblərini bilmir. Masallı rayonunun Səmidxanlı kəndində təxminən 5-6 il ailəsi ilə birlikdə yaşamış, çox yerlərdə qul bazarında iş axtarıb işləmiş, Mirdamətgil də iş olanda onu çağırmışlar, işləmiş, əmək haqqını dərhal yerində heç bir sənəd imzalamadan vermişlər. Mirdamətə qarşı hər hansı bir narazılığı olmamışdır. Cinayət işinin ibtidai istintaqı zamanı şahid qismində dindirilmiş X83 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, Masallı rayon Şərəfə kəndində ailə üzvləri ilə birlikdə yaşayır, 2008-ci ildən hal-hazıra qədər Mirdamət Əsgərova məxsus "xxxx" MMC-nin fermasında yemək bişirməklə məşğuldur, özünün və həyat yoldaşı X123 Əsgərovla heç bir qohumluğu yoxdur. Gülər və Zivər adlı qadınlar da Mirdamət Əsgərovun fermasında sağıcı işləyir. 2008-ci ildə Mirdamət Əsgərov "xxxx" MMC-ni Rafətdən aldıqdan sonra hansısa bankdan kredit götürmüş, həmin pula mal-qara alıb bir hissəsini kökəldib satmış, bir hissəsini isə südçülük üçün saxlamışdır. Mirdamətin nə qədər kredit götürməsini bilmir, lakin kredit götürünə qədər fermada təxminən 50 başdan çox iribuynuzlu mal-qara olmuş, kredit götürəndən sonra Mirdamət Əsgərov təxminən 200 başdan çox heyvan almış, həmin heyvanları Əjdər, Qəhrəman, Zaur, Əli alıb fermaya gətirib Mirdamət Əsgərova təhvil verirmiş, Mirdamət də heyvan alınması barədə akt tərtib etmiş, alınmış heyvanları gördüyü üçün bir şahid kimi aktı imzalamışdır. Nəzərdən keçirilmək üçün təqdim olunmuş, "xxxx" MMC-yə mal-qara alınmasına dair 13 iyul 2008-ci il tarixli aktda 4-cü sırada V.V.Əsgərova soyadı qarşısındakı imza öz imzasıdır. Heyvan alınmasında iştirak etməmişdir. Mirdamətgil malların bir hissəsini südçülük, bir hissəsini isə kökəldib satmaq üçün alır, satdıqları malların əvəzinə yenə də mal alırdılar. 2013-cü ilin sonlarında yerli cins malları satdıqdan sonra X149 mənşəyli cins düyələr almış, halhazırda fermada 200 başdan artıq iribuynuzlu heyvanlar vardır, bu gün də həmin fermada işəyir. Xatırlayır ki, ferma yaranandan, yəni 2008-ci ildən sonra Bakıdan dəfələrlə adam gəlmiş, Mirdamətin fermasının və malların fotoşəklini çəkmişdir. Həmin şəxslərin kim olduğunu bilməmişdir. Cinayət işinin materiallarında olan Masalı Rayon İcra Hakimiyyəti başçısının Şərəfə inzibati ərazi dairəsi üzrə nümayəndəsindən daxil olmuş xx.xx.2015-ci il tarixli saylı arayışlardan görünür ki, X55 və X74 həqiqətən də Əsgərov Mirdamət Mirhüseyn oğlunun qardaşlarıdır. X42, X130 və X11 Mirdamət Mirhüseyn oğlunun qardaşlarının arvadıdır X18 Əsgərovun bacısı oğlu, X96 və X12 Əsgərovun bibisi oğlu, X3 Əsgərovun bibisinin yeznəsidi Cinayət işinin materiallarında olan Masalı Rayon İcra Hakimiyyəti başçısının Şərəfə inzibati ərazi dairəsi üzrə nümayəndəsindən daxil olmuş xx.xx.2015-ci il tarixli arayışlardan görünür kı rayonun Ağakişibəyli kənd sakini X5 sakinləri X63, X1 sakini X129 ilə Əsgərov Mirdamət Mirhüseyn oğlu arasında qohumluq əlaqəsi olması barədə nümayəndəlikdə məlumat yoxdur. Cinayət işinin materiallarında olan Masalı Rayon İcra Hakimiyyəti başçısının Şərəfə inzibati ərazi dairəsi üzrə nümayəndəsindən daxil olmuş xx.xx.2015-ci il tarixli arayışlardan və həmin arayışlara əlavə edilmiş «Təsərrüfatbaşı kitabı»nın müvafiq vərəqlərinin çıxarışından görünür ki, 2007, 2008 və 2009-cu illər üzrə Şərəfə inzibati ərazi dairəsi üzrə 03 saylı Təsərrüfatbaşı kitabın 61-ci səhifəsində X17, 57-ci səhifəsində 2007, 2008 və 2009-cu illər üzrə X45, 13 saylı «Təsərrüfatbaşı kitab»ın 121-ci səhifəsində 2007, 2008 və 2009-cu illər üzrə Ağakişibəyli kənd sakini X84 adına iri və xırda buynuzlu mal-qaranın olması barədə heç bir qeydiyyat aparılmamışdır. Cinayət işinin materiallarında olan Masalı Rayon İcra Hakimiyyəti başçısının Birinci Səmidxanlı inzibati ərazi dairəsi üzrə nümayəndəsindən daxil olmuş xx.xx.2015-ci il tarixli arayışlardan görünür ki, Birinci Səmidxanlı kənd sakinləri X63 və X27 Əsgərov Mirdamət Mirhüseyn oğlu ilə qohumluq əlaqəsi barədə nümayəndəlikdə məlumat yoxdur. Cinayət işinin materiallarında olan Masalı Rayon İcra Hakimiyyəti başçısının Birinci Səmidxanlı inzibati ərazi dairəsi üzrə nümayəndəsindən daxil olmuş xx.xx.2015-ci il tarixli arayışlardan və həmin arayışlara əlavə edilmiş «Təsərrüfatbaşı kitabı»nın müvafiq vərəqlərinin çıxarışından görünür ki, nümayəndəliyin 2007, 2008 və 2009-cu illər üzrə inzibati ərazi dairəsi üzrə 01 saylı Təsərrüfatbaşı kitabın 02-ci səhifəsində X36 adma 2007-ci ildə 4 baş, 2008-ci ildə 2 baş və 2009-cu ildə 4 baş iri buynuzlu mal-qaranın mövcudluğu barədə qeydiyyat aparılmış, həmin kitabın 06-cı səhifəsində 2007,2008 və 2009-cu illər üzrə X27 adına iri və xırda buynuzlu mal-qaranın olması barədə heç bir qeydiyyat aparılmamışdır. Cinayət işinin materiallarında olan Masalı Rayon İcra Hakimiyyəti başçısının Qarqalıq inzibati ərazi dairəsi üzrə nümayəndəsindən daxil olmuş xx.xx.2015-ci il tarixli arayışdan görünür ki, Şəhriyar kənd sakini X82 Şərəfə kəndində anadan olmuş Əsgərov Mirdamət Mirhüseyn oğlu ilə qohumluq əlaqəsi barədə nümayəndəlikdə məlumat yoxdur. Cinayət işinin materiallarında olan Masallı Rayon İcra Hakimiyyəti başçısının Qarqalıq inzibati ərazi dairəsi üzrə nümayəndəsindən daxil olmuş xx.xx.2015-ci il tarixli arayışdan və həmin arayışlara əlavə edilmiş «Təsərrüfatbaşı kitabı»nın müvafiq vərəqlərinin çıxarışından görünür ki, Şəhriyar kənd sakini X129 2007, 2008 və 2009-cu illər üzrə təsərrüfatbaşına kitabda atası X100 ilə bir təsərrüfatda olmuşdur və həmin illərdə, yəni 2007-ci ildə 12 baş iri buynuzlu, 63 baş xırda buynuzlu, 2008-ci ildə 12 baş iri buynuzlu, 60 baş xırda buynuzlu, 2009-cu ildə 13 baş iri buynuzlu və 62 baş xırda buynuzlu mal-qaranın mövcudluğu barədə qeydiyyat aparılmışdır. Cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs ASC tərəfindən təqdim olunmuş 07 iyun 2013-cü il tarixli kreditin monitorinq hesabatından görünür ki, 06 iyun 2013-cü ildə Masallı rayonunun Ağakışıbəyli kəndində yerləşən "xxxx" MMC-nin fermasında Zərərçəkmiş şəxs ASC-nin monitorinq şöbəsinin müdiri X111 və layihələrin maliyyələşdirilməsi şöbəsinin müdiri Elman Eminov tərəfindən monitorinq keçirilmiş, 07 may 2008-ci il tarixli 488/KTN saylı kredit müqaviləsinə əsasən Zərərçəkmiş şəxs ASC tərəfindən "xxxx" MMC-yə ayrılmış 250000 ABŞ dolları kənd təsərrüfatı kreditinin təyinatı üzrə istifadə edilmədiyi müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs ASC tərəfindən təqdim olunmuş 06 mart 2014-cü il tarixli kreditin monitorinq hesabatından görünür ki, 06 mart 2014-cü ildə Masallı rayonunun Ağakişibəyli kəndində yerləşən "xxxx" MMC-nin fermasında Zərərçəkmiş şəxs ASC-nin monitorinq şöbəsinin müdiri X111 və layihələrin maliyyələşdirilməsi şöbəsinin müdiri Elman Eminov tərəfindən Zərərçəkmiş şəxs ASC-nin «Masallı» filialının əməkdaşı Cahangir Cahangirovun iştirakı ilə monitorinq keçirilmiş, 07 may 2008-ci il tarixli 488\KTN saylı kredit müqaviləsinə əsasən Zərərçəkmiş şəxs ASC tərəfindən "xxxx" MMC-yə ayrılmış 250000 ABŞ dolları kənd təsərrüfatı kreditinin təyinatı üzrə istifadə edilmədiyi müəyyən edilmişdir. Həmin vaxt "xxxx" MMC- nin fermasında 45 baş südlük inəklərin olması aşkarlanmışdır. Cinayət işinin materiallarında olan 05 yanvar 2014-cü il tarixli müqavilə, akt və 05 yanvar 2014-cü il tarixli 000028 №-li kassa məxaric orderi, aktda ad və soyadları göstərilmiş X132, X101 və X30 ifadələri ilə müəyyən olunmuşdur ki, həmin südlük inəklər 50 baş olmaqla 125000 manata S.R.Rzayev tərəfindən Mirdamət Əsgərova satılmışdır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyindən daxil olmuş 06 noyabr 2014-cü il tarixli 03\29-08-l 539 saylı məktubda göstərilmişdir ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyinin əməkdaşları tərəfindən "xxxx" MMC-nin təsərrüfatında monitorinq aparılmamışdır. Cinayət işinin materiallarında olan məhkəmə-xəttşünaslıq ekspertizasının 05 fevral 2015-ci il tarixli 2263 saylı rəyinin nəticə hissəsində göstərilmişdir ki, ekspertizaya təqdim olunmuş cinayət işinin 2-ci cildinin 18-ci vərəqində olan X40 43810 manat pulun ödənilməsinə dair "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 25 iyun 2008-ci il tarixli 000011 №-lı kassa məxaric orderində “Alanın imzası” qrafasındakı, 19-cu vərəqində olan "xxxx" MMC-nin icraçı direktoru Əsgərov Mirdamət Mirhüseyn oğlunun X21 26 baş inək, 20 baş dana almasına dair 25 iyun 2008-ci il tarixli aktda 5-ci sırada “X63” soyadı qarşısındakı imzalar X63 tərəfindən yox, Əsgərov Mirdamət Mirhüseyn oğlu tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim olunmuş cinayət işinin 2ci cildinin 24-cü vərəqində olan X32 24405 manat pulun ödənilməsinə dair "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 06 iyul 2008-ci il tarixli 000017 №-li kassa məxaric orderində “Alanın imzası” qrafasındakı, 25-ci vərəqində olan "xxxx" MMC-nin icraçı direktoru Əsgərov Mirdamət Mirhüseyn oğlunun X16 15 baş inək, 10 baş dana almasına dair 25 iyun 2008-ci il tarixli aktda 5-ci sırada “X53” soyadı qarşısındakı imzalar X53 tərəfindən yox, Əsgərov Mirdamət Mirhüseyn oğlu tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Cinayət işinin materiallarında olan "xxxx" MMC üzrə xx.xx.2007-ci il tarixli 191 №-li əmrdən görünür ki, Əsgərov Mirdamət Mirhüseyn oğlu "xxxx" MMC-nin direktoru vəzifəsinə təyin olunmuşdur. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin xx.xx.2014-cü il tarixli arayışından görünür ki, Əsgərov Mirdamət Mirhüseyn oğlu əvvəllər məhkum olunmamışdır. Beləliklə, yuxarıda göstərilən sübutlarla Əsgərov Mirdamət Mirhüseyn oğlunun Azərbaycan Respublikası CM-nin 179.3.2-ci, 195.2-ci və 313-cü maddələri ilə müəyyən olunmuş cinayətlərin törədilməsində təqsiri tam sübuta yetirilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci, 15.3-cü və 15.4-cü maddələrinə əsasən əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən, qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər, qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə 75.1.2-ci maddəsinə əsasən az ağır cinayətin törədildiyi gündən yeddi il keçdikdə və 75.1.3-cü maddəsinə əsasən ağır cinayətin törədildiyi gündən on iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.2-ci maddəsinə əsasən müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmü qanuni qüvvəyə mindiyi anadək hesablanır. Azərbaycan Respublikası CM-nin 15-ci maddəsinə əsasən Əsgərov Mirdamət Mirhüseyn oğlunun təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 313-cü ilə nəzərdə tutulan cinayət böyük ictimai təhlükə törətməyən, Azərbaycan Respublikası CM-nin 195.2ci ilə nəzərdə tutulan cinayət az ağır və Azərbaycan Respublikası CM-nin 179.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət ağır cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 53.7-ci maddəsinə əsasən təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxsin istintaqdan və ya məhkəmədən gizlənməsi, ömürlük azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutulan cinayətin törədilməsi, habelə sülh və insanlıq əleyhinə, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə və müharibə cinayətləri törədilməsi halları istisna edilməklə, cinayət məsuliyyətinə cəlb etmə müddətlərinin keçməsi ilə əlaqədar cinayət törətmiş şəxslərin müəyyən edildiyi cinayət təqibi üzrə dayandırılmış icraata xitam verilir. Cinayət işinin materiallarından görünür ki, Əsgərov Mirdamət Mirhüseyn oğlu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə edərək etibar edilmiş özgə əmlakını külli miqdar mənimsəyərək talaması, külli miqdarda ziyan vurmaqla güzəştli kreditdən təyinatı üzrə istifadə etməməsi və sair şəxsi niyyətlə vəzifə saxtakarlığı törətməsi cinayətlərinin üzərindən 16 ildən artıq müddət keçmişdir. Təqsirləndirilən şəxs özünü təqsirli bilmiş, müdafiə tərəfi cinayət təqibinə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçməsi səbəbindən xitam verilməsi barədə razılıq vermişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, Əsgərov Mirdamət Mirhüseyn oğlu Azərbaycan Respublikası CM-nin 179.3.2-ci, 195.2-ci və 313-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci, 78.1.2-ci və 75.1.3-cü maddələrinə əsasən Əsgərov Mirdamət Mirhüseyn oğlunun cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verilməlidir. Məhkəmə hesab edir ki, Əsgərov Mirdamət Mirhüseyn oğlunun Azərbaycan Respublikası CM-nin 179.3.2-ci, 195.2-ci və 313-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməsinə dair cinayət işi üzrə icraata Əsgərov Mirdamət Mirhüseyn oğlunun cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə xitam verildiyindən Əsgərov Mirdamət Mirhüseyn oğlunun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Məһkəmə һesab edir ki, iş üzrə müsadirə edilməli əmlak yoxdur. Hazırki cinayət işi ilə bağlı mülki iddia verilməmişdir, lakin Bakı şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən 2(009)-406/2014 saylı, 02 iyun 2014-cü il tarixli Zərərçəkmiş şəxs ASC-nin "xxxx" MMC-yə, X133, X46, X112, Təqsirləndirilən şəxs, X56, X47, X64 və X65 qarşı “Kredit və borc məbləğinin qaytarılması, tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə iddianın təmin olunması barədə qətnamənin qəbul edilməsi nəzərə alınmalıdır. Belə ki, cinayət işinin materiallarında olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-406/2014 saylı, 02 iyun 2014-cü il tarixli qətnaməsindən görünür ki, "xxxx" MMCdən 07 may 2008-ci il tarixli 488/KTN saylı kredit müqaviləsinə əsasən iddiaçı Zərərçəkmiş şəxs ASC-nin xeyrinə 199.760 (yüz doxsan doqquz min yedi yüz altmış) ABŞ dolları 02 (iki) sent, faiz borcu üzrə 63.222 (altmış üç min iki yüz iyirmi iki) ABŞ dolları 16 (on altı) sent (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə), nümayəndəyə çəkilən 250 (iki yüz əlli) manat xərcin və 20 (iyirmi) manat dövlət rüsumunun, cəmi 262 982 (iki yüz altmış iki min doqquz yüz səksən iki) ABŞ dolları 18 (on səkkiz) sent və 270 (iki yüz yetmiş) manat məbləğində pul vəsait tutulması, X112 məxsus olan Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində istifadədə olan 82a nömrəli, 16 mərtəbəli binanın 1-ci girişində, 15-ci mərtəbəsində 99.33 kv.m ümumi, 60.57 kv.m yaşayış sahəsindən ibarət olan 3 otaqlı 69 nömrəli mənzilə tutma yönəldilməsi, ipoteka predmeti olan X112 məxsus olan Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində istifadədə olan 82a nömrəli, 16 mərtəbəli binanın 1-ci girişində, 15-ci mərtəbəsində 99.33 kv.m ümumi, 60.57 kv.m yaşayış sahəsindən ibarət olan 3 otaqlı 69 nömrəli mənzilin ilkin satış qiyməti 110.000 (yüz on min) manat müəyyən olunması, həmin mənzilin açıq hərracda satılaraq, əldə olunmuş pul vəsaitindən borcalanın MuğanBank” ASC-yə olan borcunun ödənilməsini, ipoteka qoyan X142, llacıyeva Rəna Ağa qızı və onunla birlikdə yaşayan ailə üzvləri 1 ay ərzində həmin mənzildən çıxarılması və mənzilin boşaldılması, X46 məxsus olan Bakı şəhəri, Səbail rayonu, İqor Ağayev küçəsində istifadədə olan 2 nömrəli, 5 mərtəbəli binada 69.43 kv.m ümumi, 46.75 m yaşayış sahəsindən ibarət olan 3 otaqlı 45 nömrəli mənzilə tutma yönəldilməsi, ipoteka predmeti olan X46 məxsus olan Bakı şəhəri, Səbail rayonu, İqor Ağayev küçəsində istifadədə olan 2 nömrəli, 5 mərtəbəli binada 69.43 kv.m ümumi, 46.75 kv.m yaşayış sahəsindən ibarət olan 3 otaqlı 45 nömrəli mənzilin ilkin satış qiymətinin 70.000 (yetmiş min) manat müəyyən olunması və həmin mənzilin açıq hərracda satılaraq, Bakı şəhəri, Səbail rayonu, İ.Ağayev küçəsi 2 saylı evin 45 saylı mənzil ipoteka qoyan X46 məxsus əşyalardan boşaldılması, əldə olunmuş pul vəsaitindən borcalan Zərərçəkmiş şəxs ASC-yə olan borcunun ödənilməsi qət edilmişdir. Bundan başqa məhkəmə təqsirləndirilən şəxs Əsgərov Mirdamət Mirhüseyn oğlunun zərər çəkmiş bank tərəfindən ona məxsus olan iki ədəd mənzilin satılması, borc üzrə tutmanın mənzillərin satışından əldə olunmuş pul vəsaitinə yönəldilməsi, buna baxmayaraq, banka vurduğu maddi ziyanın ümumi məbləğinin həmin mənzillərin dəyərindən daha az olması barədə ifadəsinə münasibətdə qeyd edir ki, təqsirləndirilən şəxsin sözügedən iddiası mülki məhkəmə icraatının mübahisə predmetidir və sonuncunun bu barədə mülki qaydada məhkəməyə müraciət etmək hüququ var. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 65.4-cü maddəsinə əsasən, iddianın təmin edilməsi hüququnu təsdiq edən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü mülki işə baxılarkən məhkəmə üçün bu hissədə məcburidir. Həmçin Məcəllənin 142.2-ci maddəsinə əsasən, mülki iş, kommersiya və ya inzibati mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmənin qərarı cinayət işi üzrə icraatda təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəməyə yalnız hadisənin yaxud hərəkətin olubolmaması hissəsində məcburidir və təqsirləndirilən şəxsin təqsirli olub-olmaması nəticəsini əvvəlcədən həll etmir. Məhkəmə məsrəfləri ilə bağlı məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs Əsgərov Mirdamət Mirhüseyn oğluna məhkəmə iclasında hüquqlarını müdafiə etmiş Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili X75 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 06 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Əsgərov Mirdamət Mirhüseyn oğluna məhkəmə iclaslarında göstərdiyi pulsuz hüquqi yardıma görə 120 (yüz iyirmi) iş saatı üçün 720 (yeddi yüz iyirmi) manat məbləğində vəsait Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili X75 ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 2 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ : Əsgərov Mirdamət Mirhüseyn oğlu Azərbaycan Respublikası CM-nin 179.3.2-ci, 195.2-ci və 313-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci, 75.1.2-ci və 75.1.3-cü maddələrinə əsasən Əsgərov Mirdamət Mirhüseyn oğlunun cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsinə müvafiq olaraq cinayət təqibi üzrə icraata xitam verilsin. Əsgərov Mirdamət Mirhüseyn oğlu barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən 2(009)-406/2014 saylı, 02 iyun 2014-cü il tarixli Zərərçəkmiş şəxs ASC-nin "xxxx" MMC-yə, X133, X46, X112, Təqsirləndirilən şəxs, X56, X47, X64 və X65 qarşı “Kredit və borc məbləğinin qaytarılması, tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə iddianın təmin olunması barədə qətnamənin qəbul edilməsi nəzərə alınsın. Əsgərov Mirdamət Mirhüseyn oğluna məhkəmə iclasında göstərdiyi pulsuz hüquqi yardıma görə 120 (yüz iyirmi) iş saatı üçün 720 (yeddi yüz iyirmi) manat məbləğində vəsait Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili X75 ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 2 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan elan olunduğu (təqsirləndirilən şəxsə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Elnur Nuriyev (sədrlik edən) Azər Tağıyev Kamran Muxtarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar