Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-370/2020 27.02.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər məhkəməsinin hakimi Əliövsəd Məzahir oğlu Abasovun sədrliyi ilə, hakimlər Mahmud Muradxan oğlu Ağalarov və Eldar Əli oğlu Mikayılovdan ibarət tərkibdə, Kəminə Elşad qızı Məmmədovanın katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhər 14 saylı vəkil bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 iştirakları ilə, « 27 » fevral 2020-ci il Bakı şəhərində xx.xx.1994-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, məhkumluğu olmayan, orta təhsilli, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Əfəndiyev küçəsi 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı istintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1 və 221.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs xx xxxxxxxx 2019-cu il tarixdə saat 21:30 radəsində Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Aydınbəyov küçəsində işlətdiyi meyvə-tərəvəz mağazasının yaxınlığında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərə yol verərək, həmin yerdə ilk öncə heç bir əsaslı səbəb olmadan qonşusu Zərərçəkmiş şəxs1 ağız nahiyyəsindən əlinin yumruq zərbəsi ilə bir dəfə qəsdən vuraraq, zərərçəkmiş Zərərçəkmiş şəxs1 sağlamlığa zərər vurmayan və dərəcəsi təyin edilməyən üst və alt dodaq nahiyəsinin qançırları və səthi əzilmiş yaraları xəsarətləri yetirib xuliqanlıq etmiş, daha sonra həmin gün saat 23:45 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Aydınbəyov küçəsində yerləşən parkın yaxınlığında Zərərçəkmiş şəxs1 oğlu Zərərçəkmiş şəxs2 yeznəsi Şahid1 bıçaqla vurmasına qəzəblənərək üzərində saxladığı bıçaqla Zərərçəkmiş şəxs2 qarın nahiyyəsinə bir dəfə qəsdən zərbə vuraraq ona həyat üçün təhlükəli olan qarının ön divarının sağ yarısından qarın boşluğuna keçərək nazik bağırsağın və böyük piyliyin zədələnməsinə səbəb olan bir ədəd kəsilmiş-deşilmiş yara xəsarətləri yetirərək qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Aydınbəyov küçəsində yerləşən meyvə-tərəvəz mağazasını işlədir. xx.xx.2019-cu il tarixdə saat 21:30-da qonşuluqda yaşayan Məhəbbət adlı şəxsin tanışı Elnur adlı şəxsi telefonda küçə sözləri ilə söyərək gəldiyini görmüş və Məhəbbətə iradını bildirirək ətrafda ailə uşaq olmasını bildirmişdir. Bu zaman Məhəbbət də Elnuru müdafiə etdiyinə görə ona nalayiq sözlər deyərək təhqir etmişdir. O da təhqirlərinə görə Məhəbbətin ağız nahiyyəsindən bir dəfə yumuruqla zərbə endirmiş, sonuncunun ağzı qanamışdır. Bundan sonra Məhəbbət onun üzərinə cummuş, lakin oraya toplaşan məhlə adamları onları aralamışlar. Hadisə zamanı onların səs-küyünə yeznəsi Şahid1 gəlmiş, onları orada sakitləşdirmiş və evinə getmişdir. Təxminən 5 dəqiqədən sonra Məhəbbət yenə onun işlətdiyi mağazanın yanına gələrək onunla mübahisə etməyə başlayaraq oğlu Ədalətlə onu hədələməyə başlamış və Məhəbbət yenə də, onun üzərinə cummaq istəyəndə orada olan şəxslər onları aralaşdırmışlar. O, mağazanı bağlamış və özünü müdafiə etmək üçün mağazada olan bıçağı özü ilə götürmüşdür. Təxminən 10 dəqiqədən sonra Məhəbbət yeznəsi Zakirin yaşadığı evin qapısını döyməsini və yüksək səslə onu eləcə də Zakiri çölə küçəyə çağırmışdır. Zakir çölə çıxmış və arxası ilə o çölə çıxmışdır. O çöldə Məhəbbəti və onun qardaşını görmüş, Məhəbbət onlara “gözləyin oğlum Ədalət gəlir” sözlərini deyərək yenə onları hədələmişdir. X2 gəlmiş, o Məhəbbətin qardaşı ilə, yeznəsi isə Məhəbbət və Ədalətlə söhbət edirmişlər. O, görmüşdür ki, Ədalət yeznəsi Zakiri yumruqla vuraraq yerə yıxmış, sonra isə əlində olan bıçaqla Zakirin bədən nahiyyəsindən bıçaqla vurmuşdur. Bunu gördükdə ona tərəf getmiş və üzərində saxladığı bıçağı çıxardaraq Ədalətin qarın nahiyyəsindən bir dəfə zərbə vurmuşdur. Ədalət də onun üzərinə tərəf cumaraq gəlmiş və vurmaq istəsə də o özünü qorumuşdur. Sonra isə xəsarət alan Zakir, Məhəbbət, Ədalət və Məhəbbətin qardaşı oradan aralaşıb getmişlər. Atası Zakiri avtomobilə qoyub 3 saylı şəhər kiliniki xəstəxanaya aparmışdır. O, Zakiri xəstəxanaya aparan zaman naməlum şəraitdə bıçağı tullamışdır. Məhəbbət onu söydüyü, Ədalət isə bacısının ərini bıçaqla vurduğuna görə əməlindən peşman deyil. Təqsirləndirilən şəxsin ittiham olunduğu cinayət əməllərini törətməsi özünün etirafedici ifadəsi ilə yanaşı zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, ekspertizaların rəyləri, cinayət işinin materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs qonşu kimi tanıyır. xx.xx.2019-cu il tarixdə saat 21:30 radələrində o yaşadığı evə məhlənin arası ilə piyada getdiyi zaman mobil telefonla tanışı ilə danışmışdır. Bu zaman Ramin ona yaxınlaşmış və ona heçbir söz demədən onun ağız nahiyyəsindən bir neçə dəfə yumruqla vurmuşdur. O, Raminin zərbələrinin təsirindən yerə yıxılmışdır. Bundan sonra o ayağa qalxmış və Raminin arxası ilə qaçmış, lakin Ramin, həmin vaxtadək öz yaşadığı evə daxil olmuşdur. Bundan sonra o Raminin yaşadığı evin qapısını döymüş, atasını çağırmış, Raminin kürəkəni Zakir bayıra çıxmışdır. O orada olan zaman oğlu Ədalət də oraya gəlmişdir. Ədalət gəlib çatdıqda onun ağız nahiyyəsinin qan olmasını görmüş və nə baş verdiyini ondan soruşmuşdur. O da oğluna baş verənləri deyən zaman Zakir onu vurmaq istəyəndə oğlu Ədalət araya girib mane olmuş, mübahisə baş vermiş, oraya toplaşmış tanımadığı bir neçə şəxs onları aralamışdır. Mübahisədən sonra o oğlu Ədalət ilə evə getmək istəyəndə oğlu Ədalət ona qarın nahiyyəsini göstərərək mübahisə zamanı bıçaqla vurulmasını bildirmişdir. Oda bunu görüb onu 3 saylı şəhər kiliniki xəstəxanasına çatdırmışdır. Sonradan isə ona məlum olmuşdur ki, onunla mübahisə edən Təqsirləndirilən şəxs oğlu Ədaləti münaqişə zamanı bıçaqla vuraraq xəsarət yetirmişdir. Bundan başqa, ona məlum olmuşdur ki, mübahisə zamanı Zakir onu vurmaq istəyəndə oğlu Ədalət də bıçaqla Zakirə xəsarət yetirmişdir. Zərərçəkmiş şəxs1 məhkəməyə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir tələb və şikayətinin olmadığını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, ünvan 1 mənzil 16 ünvanında ailəsi ilə birlikdə yaşayır. xx.xx.2019-cu il tarixdə saat 21:45 radələrində piyada yaşadığı evə gələn zaman parkın baş tərəfində atası Məhəbbətin ağız nahiyyəsinin qanamış və şişmiş vəziyyətdə olmasını görmüşdür. O atasından nə baş verdiyini maraqlandıqda, atası qonşu Təqsirləndirilən şəxs onunla mübahisə edərkən onu ağzına yumruq zərbəsi ilə vuraraq xəsarət yetirməsini danışmışdır. Bir müddət keçdikdən sonra oraya Raminin qohumu Zakir gəlmiş, onunla Zakirin arasında mübahisə yaranmış, o elə zənn etmişdir Zakir həmin Ramin adlı şəxsdir. Onlar bir-birinin yaxasından tutaraq çəkişməyə başlamış, o Zakirin ayağına badalaq vuraraq onu yerə yıxmış və cibindən çıxardığı cib bıçağı ilə onun kürək nahiyəsindən bir dəfə vurmuş və bu zaman Ramin özünü oraya çatdırıb onun üzərinə gələrək ətrafa toplaşan şəxslərlə birlikdə onları aralaşdırmışdır. Bu zaman o qarın nahiyəsində qan olmasını görüb Təqsirləndirilən şəxs onun üstünə hücum çəkərkən qarnından bıçaqlanmasını anlamışdır. O, hadisə zamanı istifadə etdiyi bıçağı hadisədən sonra tullamışdır. Zərərçəkmiş şəxs2 məhkəməyə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir tələb və şikayətinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2019-cu il tarixdə saat 21:50 radələrində qaynı Raminin qonşuluqda yaşayan Məhəbbət adlı şəxslə mübahisə etməsini görüb oraya yaxınlaşaraq onları sakitləşmiş və çıxıb yaşadığı evə getmişdir. Həmin gün təxminən saat 23 radələrində o yaşadığı evdə olan zaman qonşuluqda yaşayan Zərərçəkmiş şəxs1 sərxoş vəziyyətdə onun yaşadığı ünvana gəlmiş və ona “oğlum Ədalət gəlir, gör nələr olacaq” deyərək hədələmişdir. O da əynini geyinib bayıra çıxmışdır ki, məsələni aydınlaşdırsın. Bundan sonra, qaynı Ramin də evdən çıxaraq oraya yaxınlaşmışdır. Təxminən 10 dəqiqə sonra həmin yerə Məhəbbətin oğlu Ədalət də gəlmiş bu zaman orada Ramin Məhəbbətin qardaşı ilə o isə Məhəbbət və onun oğlu Ədalət ilə söhbət edirmiş. O münaqişə yaratmamaq üçün Ədalətin qoluna girib onu bir qədər kənara çəkib bildirmişdir ki, atası Məhəbbət içkilidir, götürüb aparsın, ayılandan sonra məsələyə aydınlıq gətirərlər. Lakin, Ədalət onu ani anda sinəsindən yumruqla vurmuş və o həmin zərbəni gözləmədiyindən səndələyib yerə yıxılmış və Ədalət bıçaqla onun kürəyindən bir dəfə vurmuşdur. Bu zaman Ramin cəld Ədaləti tutub ondan aralaşdırmışdır və üzərində saxladığı bıçaqla qarın nahiyyəsindən bir dəfə zərbə vurmuşdur. Həmin vaxt Ədalət Raminin üzərinə tərəf cumaraq gəlsə də, Ramin ondan özünü qorumuş və onu oradan aralaşdırmışdır. Bundan sonra Məhəbbət, Ədalət və qardaşı oradan aralaşıb getmişlər. Qaynatası Məhəbbət onu öz avtomobilinə qoyaraq 3 saylı şəhər kiliniki xəstəxanaya aparıb yerləşdirmişdir. Məhkəmə-tibbi ekspertizasının 1421 saylı xx.xx.2019-cu il tarixli rəyindən görünür ki, vət. Zərərçəkmiş şəxs1 bədəni üzərində üst və alt dodaq nahiyəsinin qançıqları və səthi əzilmiş yaraları xəsarətləri müəyyən edilir. Xəsarətlər bərk küt əşya təsərindən törənmişdir, xx.xx.2019-cu il tarixə və şəraitə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir. Məhkəmə-tibbi ekspertizasının 24 saylı xx.xx.2019-cu il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 qarının ön divarının sağ yarısından qarın boşluğuna keçərək nazik bağırsağın və böyük piyliyin zədələnməsinə səbəb olan bir ədəd kəsilmiş-deşilmiş yara müəyyən edilmişdir. Xəsarət kəsici-deşici alət təsirindən törənmişdir, bıçaqla yetirilə bilər, müddəti xx.xx.2019-cu il tarixinə uyğun gəlir və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və X1 daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxxxx 2019-cu il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsi, zərərçəkmiş şəxsləri və şahidləri dinləyərək, cinayət işinin materiallarını nəzərdən keçirib, iş üzrə əldə olunmuş sübutlara hərtərəfli və obyektiv qiymət verməklə hesab edir ki, Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması məhkəmə istintaqı zamanı tədqiq edilmiş obyektiv sübutların məcmusu, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, ekspertizaların rəyləri və digər istintaq materialları ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməllərini törətməkdə təqsirini təkzib edə biləcək hal məhkəmə tərəfindən müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməllərinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1 və 221.1-ci maddələri ilə düzgün tövsif edilmiş, ona görə də o, həmin maddələr ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməli və o, cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq onun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən cəzasını yüngülləşdirilən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ona təyin olunacaq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı xx xxxxxxxx 2019-cu il tarixdən hesablanmalıdır. İş üzrə maddi sübut, mülki iddia və ekspertiza xərcinin olmadığı nəzərə alınmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1 və 221.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaqla qəti olaraq 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı xx xxxxxxxx 2019-cu il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut, mülki iddia və ekspertiza xərcinin olmadığı nəzərə alınsın. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxsə isə verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Məhkəmə baxışının nəticələrinə dair məhkəmənin yekun qərarı ondan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, bu Məcəllənin 384.1-ci maddəsində nəzərdə tutulmuş müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN Ə.M.ABASOV HAKİMLƏR M.M.AĞALAROV E.Ə.MİKAYİLOV
Məhkəmə qərarları › İş №1(101)-370/2020
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-370/2020
27.02.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver