Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-370/2021 05.02.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Ağakərim oğlu Kərimovun sədrliyi ilə, hakimlər Rasim Əkrəm oğlu Sadıxovdan və Azər İslah oğlu Paşayevdən ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi- Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 14 saylı vəkil bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1, onların nümayəndəsi fərdi qaydada fəaliyyət göstərən vəkil-X4 ştirakları ilə məhkəmə, Təqsirləndirilən şəxs qızınıın, xx xxxxxx 1966-cı ildə Tərtər rayonu, Hüsənli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmayan, işləməyən, Ağdam rayonu, İlxıçılar kəndində qeydiyyatda olmaqla faktiki Ağdam rayonu, Xındırıstan kəndində yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2 və 144-1.2.4-1ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə qapalı məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 2018-ci ilin yanvar ayının axırlarında ünvan 1 ünvanında yerləşən kirayəşin qismində yaşadığı mənzildə Zərərçəkmiş şəxs2 Türkiyə Respublikasının Yozqat şəhərində ona iş təşkil edəcəyini vəd edib aldatma yolu ilə onu cinsi istismar etmək məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb etmiş, Zərərçəkmiş şəxs2 da xx xxxxxx 2018-ci il tarixdə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə Yozqat şəhərinə Təqsirləndirilən şəxs yanına getmiş, sonuncu da Zərərçəkmiş şəxs2 qarşılayıb yaşadığı mənzildə yerləşdirdikdən sonra xx xxxxxx 2018-ci il tarixdən xx xxxx 2018-ci il tarixədək həmin şəhərdə müxtəlif ünvanlavra kişi müştəriləri ilə pul ödənişləri müqabilində görüşdürüb cinsi əlaqədə olmasını təşkil edərək onu cinsi istismar etməklə insan alveri etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən 2018-ci ilin fevral ayının əvvəllərində ünvan 1 ünvanında yerləşən kirayəşin qismində yaşadığı mənzildə Zərərçəkmiş şəxs3 Türkiyə Respublikasının Yozqat şəhərində tikiş fabrikində iş təşkil edəcəyini vəd edib aldatma yolu ilə cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb etmiş, Zərərçəkmiş şəxs3 da xx xxxxxx 2018-ci il tarixdə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə Yozqat şəhərinə Təqsirləndirilən şəxs yanına getmiş, sonuncu Zərərçəkmiş şəxs3 qarşılayıb yaşadığı mənzildə yerləşdirdikdən sonra xx xxxxxx 2018-ci il tarixdən xx xxxx 2018-ci il tarixədək həmin şəhərdə müxtəlif ünvanlarda kişi müştəriləri ilə pul ödənişləri müqabilində görüşdürüb cinsi əlaqədə olmasını təşkil edərək cinsi istismar etməklə iki şəxs barəsində insan alveri etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təkrarən 2018-ci ilin iyul ayının sonlarında ünvan 1 ünvanında yerləşən kirayəşin qismində yaşadığı mənzildə Zərərçəkmiş şəxs1 ilə danışaraq Türkiyə Respublikasının Yozqat şəhərində ona tikiş fabrikində iş təşkil edəcəyini vəd edib aldatma yolu ilə cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb etmiş, Zərərçəkmiş şəxs1 razılığını bildirdikdən sonra Təqsirləndirilən şəxs onun yol xərclərini ödəməklə xx xxxxxx 2018-ci il tarixdə özü ilə birlikdə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçirməklə Yozqat şəhərinə aparmış, yaşadığı mənzildə yerləşdirdikdən sonra xx xxxxxx 2018-ci il tarixdən xx xxxxxxxx 2018-ci il tarixədək həmin şəhərdə müxtəlif ünvanlarda kişi müştəriləri ilə pul ödənişləri müqabilində görüşdürüb cinsi əlaqədə olmasını təşkil edərək cinsi istismar etməklə iki və daha artıq şəxs barəsində insan alveri etmişdir. Bundan da sonra Təqsirləndirilən şəxs təkrarən 2018-ci ilin dekabr ayının ortalarında Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozu, Elşən Məhərrəmli küçəsində nömrəsiz evdə yaşayan Zərərçəkmiş şəxs4 Türkiyə Respublikasının Yozqat şəhərində ona iş təşkil edəcəyini vəd edib aldatma yolu ilə cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb etmiş, Zərərçəkmiş şəxs4 razılığını bildirdikdən sonra Təqsirləndirilən şəxs onun yol xərclərini ödəməklə xx xxxxxx 2018-ci il tarixdə özü ilə birlikdə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçirməklə Yozqat şəhərinə aparmış, yaşadığı mənzildə yerləşdirdikdən sonra xx xxxxxx 2019-cu il tarixdən xx xxxxxx 2019-cu il tarixədək həmin şəhərdə istintaqa məlum olmayan müxtəlif yerlərdə kişi müştəriləri ilə pul ödənişləri müqabilində görüşdürüb cinsi əlaqədə olmasını təşkil edərək cinsi istismar etməklə iki və daha artıq şəxs barəsində təkrarən insan alveri etmişdir. Təqsirləndirilən şəxs ifadələrində ona elan edilmiş ittihamda özünü təqsirli bilməyərək göstərdi ki, o, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs1, Salmanova Əfsanə Kamil qızını tanıyır. Onlarla adi münasibətələri olub, heç bir şəxsi qərəzçilikləri olmayıb. Onlardan heç birini nə Azərbaycanda, nə də Türkiyə Respublikasında fahişəliyə cəlb etməmişdir. Onları cinsi istismar etməmiş, cinsi əlaqəyə girmək üçün başqa kişilərlə tanış etməmişdir. Onlardan pul almamışdır. O özü Türkiyə Respublikasına yalnız müalicə məqsədi ilə getmişdir. İlk dəfə Türkiyə Respublikasının Yozqat şəhərinə getdikdən üç-dörd gün sonra da Ağcabədi şəhərindən tanıdığı Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 ondan xəbərsiz Türkiyə Respublikasına gəldilər. O, Svetlana və Ruhiyyənin yanında Şahid da görmüşdür. Zəkiyyə bildiyi qədəri ilə xarici işəgötürən şirkət vasitəsilə işləmək üçün Yozqata gəlmişdi. xx xxxx 2018-ci il tarixdə o, Azərbaycana qayıtmış, bundan sonra nə Zəkiyyəni, nə Svetlananı, nə də Ruhiyyəni görməmişdir. Zərərçəkmiş şəxs1 onun nömrəsini tanışından götürmüş, onunla əlaqə saxlamışdı ki, Türkiyə Respublikasına getmək istəyir, onun da gedəcəyini bildiyi üçün birlikdə getmək istəyir. Bundan sonra onlar Səadətlə birlikdə Türkiyənin Yozqat şəhərinə getmişlər. O orada müalicə olunub xəstəxanadan çıxdıqdan sonra Səadətlə də birlikdə Azərbaycana qayıtmışlar. O, Səadətin orada nə işlə məşğul olduğunu bilməmişdir. O, Zərərçəkmiş şəxs4 tanışı vasitəsilə tanımış, Əfsanə də onunla birlikdə Türkiyə Respublikasına getmək və ona köməklik etmək istədiyi dediyi üçün ona onunla Türkiyəyə getməyə razılıq vermişdir. Əfsanə Bakıda, o isə Goranboy rayonunda həmin avtobusa minib birlikdə dövlət sərhədini keçməklə Türkiyənin Yozqat şəhərinə getmişlər. Yozqatda o, xəstəxanada ürəyindən əməliyyat olunmuş, Əfsanə isə ona baxıcılıq edirdi. Bundan başqa aralarında hər hansı münasibət olmamışdır. Onların ona qarşı belə ifadə vermələrinin səbəbini bilmir. Halhazırda da qaraciyər serrozundan əziyyət çəkir. Zərərçəkmiş şəxs4 ifadələrində göstərdi ki, Təqsirləndirilən şəxs 2018-ci ilin dekabr ayının əvvəllərindən tanıyır, həmin vaxtlar o, anasının yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozu, Elşən Məhərrəmli küçəsində nömrəsiz evdə olmuş, Gülabə həmin evə gəlmiş, ona məlum olmuşdur ki, Gülabə atalığının tanıdığı şəxsin tanışıdır. Gülabə onunla tanış olduqdan sonra bildirdi ki, bir neçə günə Türkiyəyə gedəcək, müalicə olunacaqdır, getdiyi Yozqat şəhərində bir çox tanışları vardır, onu da xəstələrə baxıcı kimi işə düzəldə bilər. Bir neçə gün Gülabə ilə telefonda danışmış, 2018-ci ilin dekabr ayının ortalarında Gülabəyə razılığını bildirdikdən sonra o, dedi ki, xx xxxxxx 2018ci il tarixdə yola düşəcək, onunla bir avtobusa bilet aldıqdan sonra dedi ki, Goranboy rayonunda əyləşdiyi avtobusa əyləşəcəkdir. xx xxxxxx 2018-ci il tarixdə Gülabə ilə birlikdə dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə Gürcüstana, oradan isə Türkiyənin Yozqat şəhərinə getmişlər. Yozqat şəhərində Gülabə onu hotelə apardı və dedi ki, bir neçə gün orada qalacaqlar. Hoteldə yerləşdikdən sonra Gülabə telefonu ilə görüntülü şəkildə bir neçə nəfər türk kişilərlə danışmağa başlamış, Gülabədən işi barədə soruşanda isə ona dedi ki, onu həmin kişilərlə görüşdürəcək, fahişəliyə cəlb edəcəkdir. Sonuncuya etiraz edərək bildirmişdir ki, heç bir zaman fahişəlik etməyib, onu Azərbaycana yola salsın. Gülabə isə ona hədə-qorxu gəlib dedi ki, başqa çıxış yolu yoxdur, çünki müştəriləri onun gəldiyini artıq bilirlər, etiraz etsə başına oyun açar. O da Gülabənin hədələrindən qorxub kişilərlə görüşüb onlarla cinsi əlaqədə olmağa razılıq vermişdir. Bundan sonra Gülabə hotelə müştəriləri çağırıb onunla müştərilərin cinsi əlaqədə olmağını təşkil edirdi. Pulu müştəridən Gülabənin özü alırdı. Bu qaydada iki gün onu cinsi istismar etmişdir. Bu müddət ərzində Gülabə onun üç nəfər kişi ilə cinsi əlaqədə olmağını təşkil etdi. O isə iki gündən sonra artıq dözə bilmədiyi üçün Gülabə ilə mübahisə edərək bildirmişdir ki, əgər onu təcili olaraq Azərbaycana aparmasa küçəyə çıxıb polisə qaçacaqdır. Gülabə onun sakitləşmədiyini görüb razılıq verdi və onu xx xxxxxx 2019-cu il tarixdə Azərbaycana gətirdi. Azərbaycana gəldikdən sonra Gülabə dedi ki, Türkiyədə baş verənləri unutsun, çünki bu onun da adına ləkə gətirər. Zərərçəkmiş şəxs3 ifadələrində göstərdi ki, 2018-ci ilin əvvəllərindən 2018-ci ilin ortalarına kimi Ağcabədi şəhərində kirayə qalmış, həmin vaxtlarda qonşuluqda yaşayan Təqsirləndirilən şəxs ilə tanış olmuş, mütəmadi olaraq sonuncu ilə mobil telefon əlaqəsi saxlamışdır. Söhbət zamanı Gülabə onun işsiz olduğunu bilmişdi. 2018-ci ilin fevral ayının əvvəllərində Gülabə onu kirayə yaşadığı ünvan 1 ünvanına dəvət etdi və dedi ki, yenicə Türkiyədən gəlib, orada tikiş fabrikində inzibatçı işləyir, işçi qadınlar lazımdır, istədiyi halda onu da özü ilə birlikdə oraya aparıb işə düzəldə bilər. O da Gülabənin təklifini qəbul etmişdir. Gülabə Türkiyə Respublikasına gedərək oradan onunla əlaqə saxlayıb dedi ki, o, Yozqat şəhərindədir, avtobusa bilet alıb oraya getsin, avtovağzalda özü onu qarşılayacaqdır. xx xxxxxx 2018-ci il tarixdə o, Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə Gürcüstana, oradan isə Türkiyənin Yozqat şəhərinə getmişdir. Orada Gülabə onu qarşılayaraq kirayə yaşadığı mənzilə apardı. Növbəti gün Gülabə dedi ki, Yozqat şəhərində qadınları fahişəliyə cəlb edir, onu da məhz buna görə oraya gətizdirib. Tikiş fabrikinin olmadığını, onu Türkiyə Respublikasına gətirmək üçün yalan danışdığını deyib onu bir-iki nəfər kişi müştərisi ilə tanış edəcəyini, həmin şəxslərlə görüşüb pul qazanacağını dedi. Aldadılsa da başqa çıxış yolu olmamış, çünki nəinki Yozqatı, Türkiyədə hər hansı yeri tanımamışdır. Gülabəyə razılıq verdikdən sonra sonuncu evə müştərilərini dəvət edib gün ərzində onun üç-dörd nəfərlə yaşadıqları mənzildə cinsi əlaqədə olmalarını təşkil edirdi. Gülabə ona görə hər müştəridən 150 türk lirəsi pul alır, lakin həmin puldan ona vermirdi. Onu öz müştəriləri ilə məcburi görüşdürməyə davam edirdi. Ondan başqa Gülabə orada Ruhiyyə adlı qadını da fahişəliyə cəlb edib onu da başqa kişilərlə görüşdürüb pulunu alırdı. Rühiyyə də onun kimi Gülabədən ehtiyat edirdi. On-iyirmi gün ərzində o, Gülabə tərəfindən bu qaydada fahişəliyə cəlb edilmişdir. 2018-ci ilin mart ayının əvvəllərində Gülabə onu və Ruhiyyəni cinsi əlaqədə olmaq üçün müştərisinin olduğu hotelə aparmış, onlardan aralanarkən təsadüfən Zəkiyyə adlı qadınla tanış olub Zəkiyyəyə başına gələnləri bildirib ondan kömək istəmişdir. Zəkiyyə də Gülabə ilə danışdıqdan sonra bir daha Gülabə ilə əlaqə saxlamamağı tapşırdı. Bundan sonra da onlar Zəkiyyə ilə birlikdə xx xxxx 2018-ci il tarixdə Azərbaycana gəldilər. Zərərçəkmiş şəxs2 ifadələrində göstərdi ki, Təqsirləndirilən şəxs 2018-ci ilin yanvar ayının sonlarından Ağcabədi rayonunda yaşayan şəxs kimi tanıyır, həmin ərəfələr Ağcabədi rayonunda adsız kafedə xidmətçi işləmiş, Gülabə həmin kafeyə müştəri kimi gəlibgetmişdir. Gülabə ona cazibədar qadın olduğunu bildirib təklif etdi ki, onunla yaxın münasibət qursun, belə ki, sonuncu Türkiyə Respublikasına gedəcəyini, orada Yozqat şəhərində tanışları olduğunu, özünə iş tapdığını, istədiyi halda onunla birlikdə gedib orada işləməyi təklif etdi. Gülabədən hansı işlə məşğul olacağını soruşduqda sonuncu oraya getdikdə biləcəyini dedi. O da Gülabəyə razılıq vermişdir. Gülabə ona xx xxxxxx 2018-ci il tarixdə Türkiyəyə gedəcəyini dedi. O isə Gülabədən bir neçə gün sonraTürkiyəyə gələcəyini demişdir. O, xx xxxxxx 2018-ci il tarixdə Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə Türkiyənin Yozqat şəhərinə getmiş, Gülabə onu avtovağzalda qarşıladıqdan sonra yaşadığı mənzilə aprıb, növbəti gün Gülabə ilə şəhərə çıxanda, sonuncu ona başa saldı ki, ən yaxşı pul qazanmaq üsulu fahişəliklə məşğul olmaqdır, çünki onun üçün Yozqat kimi şəhərdə başqa iş tapa bilməyəcəkdir. O da maddi ehtiyacı olduğundan razılıq vermişdir. Bundan sonra Gülabə onların qaldıqları evə müştəriləri dəvət edib onunla cinsi əlaqədə olmasını təşkil edib onlardan pul alırdı. Gülabə aldığı pulun yarısını ona verib, qalan yarısını isə özünə götürürdü. Bu qaydada Gülabə gün ərzində onu üç-dörd nəfər kişi müştərisi ilə görüşdürüb cinsi əlaqədə olmağını təşkil edirdi. Gülabənin yanına gəldikdən iki-üç gün sonra Svetlana adlı qadın gəldi. Gülabə Svetlananı da fahişəliyə cəlb etdi. Gülabə onu da bir neçə dəfə Svetlana ilə birlikdə kişi müştərilərinin dedikləri ünvanlara göndərmişdi. 2018-ci ilin mart ayının əvvəllərində Gülabə onu və Svetlananı müştərisi ilə cinsi əlaqədə olmaq üçün hotelə apardı. Hotel də onlar Zəkiyyə adlı qadınla tanış olanda X1rı fahişəliyə cəlb etdiyini bildirib kömək istədi. Zəkiyyə də Gülabə ilə danışdıqdan sonra Gülabə dedi ki, gedə bilərlər, lakin bir daha Gülabə ilə əlaqə saxlamasınlar. Onlar da Gülabənin evindən əşyalarını götürüb Zəkiyyə ilə birlikdə xx xxxx 2018-ci il tarixdə Azərbaycana gəlmişlər. Zərərçəkmiş şəxs1 ifadələrində göstərdi ki, 2018-ci ilin iyul ayının axırlarında Ağcabədi şəhərində kafedə xidmətçi işləyərkən Təqsirləndirilən şəxs həmin kafeyə müştəri kimi gəlmişdi. O, Gülabə ilə söhbət edən zaman Gülabə yenicə Türkiyədən gəldiyini, orada tikiş fabrikində inzibatçı işlədiyini, işçi qadınlar lazım olduğunu, istədiyi halda onu da özü ilə birlikdə oraya apara bildiyini, razı olarsa yol biletini də özünün alacağını, özü ilə birlikdə onu Türkiyənin Yozqat şəhərinə aparıb orada onu işə düzəldəcəyini dedi. O, Gülabəyə xarici dövlətdə olmadığnı dedikdə Gülabə bildirdi ki, onu özü aparıb, özü gətirəcəkdir, narahat olmasın. Bundan sonra Gülabə onu Ağcabədi şəhərində yerləşən evinə apardı, orada Gülabə ilə birlikdə Türkiyəyə getməyə razılıq vermişdir. Gülabənin təşkil etdiyi avtobus bileti ilə xx xxxxxx 2018-ci il tarixdə dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə Gürcüstana, oradan isə Türkiyənin Yozqat şəhərinə getmiş, həmin gün istirahət etmiş, növbəti gün Gülabə ona dedi ki, o, Yozqat şəhərində qadınları fahişəliyə cəlb edir, onu də məhz buna görə oraya gətirmişdir. Tikiş fabrikində iş olsa da ona uyğun deyil, çox əziyyət çəkib az gəlir götürəcəkdir, yaxşısı budur onu bir-iki nəfər kişi müştərisi ilə tanış etsin, həmin şəxslərlə görüşüb pul qazansın. Aldadılsa da başqa çıxış yolu olmamış, çünki nəinki Yozqatı, Türkiyədə hər hansı yeri tanımamışdır. Buna görə də Gülabəyə razılıq vermişdir. Bundan sonra Gülabə evə kişi müştərilərini dəvət edib, gün ərzində iki-üç nəfərlə mənzildə cinsi əlaqədə olmağını təşkil etmişdir. İüyirmi gün Gülabə tərəfindən bu qaydada kişi müştərilər ilə görüşüb onlarla cinsi əlaqədə olmuşdur. Bir gün Gülabə ona dedi ki, birlikdə xəstəxanaya gedəcəklər, ürəyindən əməliyyat olunmalıdır. O da Gülabəyə köməklik edər, yanında qalar. Yozqatda heç bir yeri tanımadığı üçün razı olmuş, üç gün Gülabə ilə birlikdə xəstəxanada qalmışdır. Xəstəxanadan çıxdıqdan sonra yenidən Gülabə ilə qaldıqları yerə qayıtmış, sonuncu dedi ki, Türkiyədə bir aydan artıq qala bilməzlər, buna görə də onlar Azərbaycana qayıtmalıdırlar. xx xxxxxxxx 2018-ci il tarixdə Gülabənin hesabına bilet alıb Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə Azərbaycana gəlmişlər. Şahid ifadələrində göstərdi ki, xx xxxxxx 2018-ci il tarixdə dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə Türkiyənin Adana şəhərinə getmiş, orda on gün yaşlı şəxsə baxıcılıq etdikdən sonra işə götürmə şirkəti daha yüksək maaşlı, Yozqat şəhərində yerləşən tekstil fabrikində iş olduğunu bildirmiş və qərara gəlmişdir ki, Yozqata getsin. Yozqata 2018-ci ilin fevral ayının sonlarında getmiş, kirayə ev tutub tekstildə işləməyə başlamışdır. 2018-ci ilin mart ayının əvvəllərində Yozqatın mərkəzində gəzərkən Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2 və Nailə adlı qadınla tanış olmuş, sonuncular Təqsirləndirilən şəxs müşayiəti ilə hotelə gəlmişlər. Hotelin restoranında yemək yeyərkən həmin qadınlarla rastlaşmış, söhbət zamanı Svetlana ondan kömək istəyib bildirdi ki, Gülabə onları fahişəliyə cəlb edir, əlindən qurtula bilmirlər. Bir müddət sonra Gülabə də onlara yaxınlaşdıqda o, sərt formada Gülabədən Nailə, Svetlana və Ruhiyyədən əl çəkməyi tələb edib əks halda onun barəsində şikayət edəciyini demişdir. Gülabə Svetlana və Ruhiyyəyə dedi ki, hara istəyirlərsə getsinlər. Bundan sonra onlar Gülabənin kirayə götürdüyü evə gedib Svetlana və Ruhiyyənin əşyalarını götürmüş və hərə özünə avtobus bileti almaqla xx xxxx 2018-ci il tarixdə dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə Azərbaycana gəlmişlər. Azərbaycan sərhədini keçdikdən sonra o, Svetlana və Ruhiyyədən ayrılmışdır. Məhkəmədə elan edilib araşdırılmış Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə haqqında protokoldan görünür ki, üzləşdirmə zamanı, Zərərçəkmiş şəxs1 ifadələrində göstərdiyi halları təsdiq edib Təqsirləndirilən şəxs tərəfindən aldatma yolu ilə cinsi istismar edilməsi məqsədi ilə cəlb edildiyini göstərmişdir.. Məhkəmədə elan edilib araşdırılmış Zərərçəkmiş şəxs2 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə protokoldan görünür ki, üzləşdirmə zamanı Sumqayıt şəhəri, Zərərçəkmiş şəxs2 ilə Təqsirləndirilən şəxs barsində ifadəstndə göstərdiyi halları təsdiq edib onu aldatma yolu ilə cinsi istismar edilməsi məqsədi ilə cəlb etdiyi göstərmişdir. Məhkəmədə elan edilib araşdırılmış Zərərçəkmiş şəxs3 və Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə haqqında protokoldan görünür ki, üzləşdirmə zamanı Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs barsində verdiyi ifadələlrpini təsdiq edib onu aldatma yolu ilə cinsi istismar edilməsi məqsədi ilə cəlb etdiyini göstərmişdir. Məhkəmədə elan edilib araşdırılmış Zərərçəkmiş şəxs4 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə protokoldan görünür ki, Zərərçəkmiş şəxs4 ifadələrində Təqsirləndirilən şəxs barsində barsində ifadəstndə göstərdiyi halları təsdiq edib onu aldatma yolu ilə cinsi istismar edilməsi məqsədi ilə cəlb etdiyi göstərmişdir. Məhkəmədə elan edilib araşdırılmış Şahid ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə üzləşdirmə haqqında protokoldan görünür ki, üzləşdirmə zamanı Şahid ilə Təqsirləndirilən şəxs barsində verdiyi ifadələrini təsdiq edib onu aldatma yolu ilə cinsi istismar edilməsi məqsədi ilə cəlb etdiyini göstərmişdir. Məhkəmədə elan edilib araşdırılmış baxış keçirilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 xx xxxxxx 2018-ci il tarixdə saat 20:47 dəqiqədə «C01228586» nömrəli sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə Respublikanı tərk etmiş, xx xxxx 2018-ci il tarixdə saat 15:08 dəqiqədə həmin sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə ölkəyə daxil olmuşdur. Zərərçəkmiş şəxs3 xx xxxxxx 2018-ci il tarixdə saat 17:22 dəqiqədə «C01732308» nömrəli sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə Respublikanı tərk etmiş, xx xxxx 2018-ci il tarixdə saat 15:09 dəqiqədə həmin sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə ölkəyə daxil olmuşdur. Zərərçəkmiş şəxs1 xx xxxxxx 2018-ci il tarixdə saat 18:52 dəqiqədə «C01118934» nömrəli sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə Respublikanı tərk etmiş, xx xxxxxxxx 2018-ci il tarixdə saat 22:42 dəqiqədə həmin sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə ölkəyə daxil olmuşdur. Zərərçəkmiş şəxs4 xx xxxxxx 2018-ci il tarixdə saat 17:02 dəqiqədə «C01730755» nömrəli sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə Respublikanı tərk etmiş, xx xxxxxx 2019-cu il tarixdə saat 14:02 dəqiqədə həmin sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə ölkəyə daxil olmuşdur. Təqsirləndirilən şəxs xx xxxxxx 2018-ci il tarixdə saat 18:31 dəqiqədə «C01470677» nömrəli sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə Respublikanı tərk etmiş, xx xxxx 2018-ci il tarixdə saat 00:05 dəqiqədə həmin sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə ölkəyə daxil olmuşdur. Təqsirləndirilən şəxs xx xxxxxx 2018-ci il tarixdə saat 18:51 dəqiqədə «C01470677» nömrəli sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə Respublikanı tərk etmiş, xx xxxxxxxx 2018-ci il tarixdə saat 22:40 dəqiqədə həmin sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə ölkəyə daxil olmuşdur. Təqsirləndirilən şəxs xx xxxxxx 2018-ci il tarixdə saat 17:02 dəqiqədə «C01470677» nömrəli sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə Respublikanı tərk etmiş, xx xxxxxx 2019-cu il tarixdə saat 14:01 dəqiqədə həmin sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə ölkəyə daxil olmuşdur. Məhkəmə, yuxarıda sadalanan sübutları ittihamda nəzərdə tutulan cinayət hadisəsinin baş verməsini və bu əməlin Təqsirləndirilən şəxs tərəfindən qəsdən törədilməsini təsdiq edən sübutlar kimi qiymətləndirir. Məhkəmə, Təqsirləndirilən şəxs ittihamın mahiyyəti üzrə verdiyi ifadələrində ittihamda nəzərdə tutlan əməllərinin onun tərəfindən törədilməsini inkar etməsini özünün müdafəsinə yönələn cəhdi kimi qiymətləndirir. Çünki onun bu ifadələri zərərçəkmiş şəxslərin ifadələri, şahid ifadələri və işin faktiki halları ilə təkzib olundu. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlinin onun tərəfindən törədilməsi sübuta yetirildi. Məhkəmə, göstərilənləri nəzərə alıb, Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası CM-nin 144-1.2.1, 144-1.2.2 və 144-1.2.4-1-ci maddələrinin tərkib əlamətlərinin olduğu qənaətinə gəlib onun əməllərinin həmin maddələr ilə tövsif edilməsini əsaslı sayır. Məhkəmə, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlini qəsdən törətməsi qənaətinə gəlir. Çünki məhkəmədə bunun əksi sübuta yetirilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlini qəsdən törətməsi qənaətinə gəldiyindən onun bu əmələ görə qanunvericilikdə nəzərdə tutulan qaydada cəzalanmalı olmasını əsaslı sayır. Çünki onun təqsirli bilindiyi əməlin cinayət olmasını aradan qaldıran hallar və onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən olunmadı. Məhkəmə baxışı zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs məxsus cinayət qanununun tələblərinə uyğun müsadirə edilə bilən əmlak müəyyən edilmədi. İş üzrə mülki iddia verilməmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı “Yusifbəyli və Partnyorları” vəkil bürosunun vəkili X8 tərəfindən hüquqi yardım göstərilməsi ilə əlaqədar ona 180 (yüz səksən) manat ödənilməlidir. Təqsirləndirilən şəxs məhkəmədə Bakı şəhəri 14 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 30 (otuz) saat ərzində hüquqi yardım göstərilmişdir. Buna görə də ona 180 (yüz səksən) manat pul ödənilməlidir. Məhkəmə həmin məbləğlərin məhkəmə məsrəfləri qismində Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə ödənilməsinin əsaslı olması qənaətinə gəlir. Çünki onun həmin məbləğlərin ödənilməsindən azad edilməsi üçün əsas müəyyən olunmadı. İş üzrə maddi sübut yoxdur. Məhkəmədə elan edilib araşdırılmış DİN-nin BƏSİİ tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Məhkəmədə elan edilib araşdırılmış cinayət işnin materiallarından görünür ki, təqsirləndirilən şəxs X6 yaşayış yerindən müsbət xarakterizə olunur. Məhkəmə, həmin halı onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, yuxarıda göstərilən halları, həmçinin cinayət əməlinin xarakterini və təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə alıb Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini əsaslı sayır o, qəsdən ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrumetmə cəzasına məhkum olunduğundan təyin edilmiş cəzanın Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən, ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli olmasını nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəzalandırılmalı və barəsində azadlıqdan məhrumetmə cəzası tətbiq edilməli olması qənaətinə gəldiyindən onun barəsində qətimkan tədbiri qismində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirini ləğv edilib, barəsində həbs qətimkan tədbirinin seçilməsini və onun məhkəmə iclas zalından həbs edilməsini, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmasını əsaslı sayır. Məhkəmə, cinayət cəzasının təyin edilməsini tənzimləyən Azərbaycan Respublikası qanunvericiliyinin tələbləri baxımından X5 təyin ediləcək cəzanın əvvəlinin onun həbs edildiyi xx xxxxxx 2021-ci il tarixdən hesablanmalı olmasını əsaslı sayır. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın müddətini təyin edərkən, onun tərəfindən törədilmiş cinayət əməlinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, onun cəzasını ağırlaşdıran halların olmamasını və yüngülləşdirən halların olmasını, o cümlədən də, təyin ediləcək cəzanın onun islah olunmasına, ailə və həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 144-1.2.1, 144-1.2.2 və 144- 1.2.4-1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 8 (səkkiz) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin, onun barəsində həbs qətimkan tədbirinin seçilsin və o, məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın çəkilməsinin əvvəli xx xxxxxx 2021-ci il tarixdən hesab edilsin. O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı hüquqi yardım edilməsi ilə bağlı 180 (yüz səksən) manat vəsait müdafiəçi X7 ödənilməsi üçün “Yusifbəyli və Partnyorları” vəkil bürosunun hesabına, məhkəmədə hüquqi yardım göstərilməsi ilə bağlı 180 (yüz səksən) manat vəsait Müdafiəçi ödənilməsi üçün Bakı şəhəri 14 saylı vəkil bürosunun hesabına ödənilsin, həmin məbləğlər məhkəmə məsrəfləri qismində Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübutun olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti ona təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm yuxarıdakı müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Novruz Kərimov Hakimlər Rasim Sadıxov Azər Paşayev
Məhkəmə qərarları › İş №1(101)-370/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-370/2021
05.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver