Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-370/2022 17.03.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ hakimlər Əhməd Qəhrəman oğlu Quliyevdən və Azər İslah oğlu Paşayevdən ibarət tərkibdə Zülfiyyə Asif qızı Salmanzadənin katibliyi ilə dövlət ittihamçıları Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokurorları Dövlət ittihamçısı və X3 zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə 1992-ci il dekabrın 20-də Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam orta təhsilli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2018-ci il 18 dekabr tarixli hökmü əsasında Azərbaycan Respublikasının CMnin 234.1.-ci maddəsi ilə təqsirli bilinib 01 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməklə 2021-ci il yanvarın 13-də cəza müddəti başa çatdığından qeydiyyatdan çıxarılmış, işləməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qismində qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1.-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs 2021-ci il aprelin 25-də saat 23 radələrində ünvan 2 ünvanının qarşısında tanışı Zərərçəkmiş şəxs ilə əvvəllər aralarında baş verən mübahisəni aydınlaşdıran zaman sonuncunun onun yanında olan qohumu Şahid2 ağız nahiyəsindən yumruqla zərbə vurduğuna görə qisas almaq niyyəti ilə üzərindən çıxartdığı, zavod üsulu ilə hazırlanan və soyuq silah hesab edilməyən cib bıçağı ilə bir dəfə qəsdən Zərərçəkmiş şəxs qarın nahiyəsindən vurub sonuncuya qarnın ön divarının qarın boşluğuna nüfuz edən, qaraciyəri zədələyərək daxili qanaxma törədən bir ədəd deşilmiş-kəsilmiş yarası kimi insan həyatı üçün təhlükəli olan xəsarət yetirməklə zərər çəkmiş şəxsin sağlamlığına qəsdən ağır zərər vurmuşdur. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 126.1.-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilib ifadəsində göstərdi ki, «Atabəy» adı ilə tanınan Zərərçəkmiş şəxs ilə 2021-ci ilin mart ayında aralarında sonuncunun özünü kriminal şəxs kimi apararaq ondan haqq (pul) almaq istəməsi nəticəsində narazılıq yaranmışdır, o, etiraz etdikdə Sudef ilə dalaşmışlar və bu vaxt sonuncunun yanında dostu X7 adlı şəxs də olmuşdur. Dava zamanı Sudef fiziki cəhətdən canlı olduğundan onu altına salanda qohumu Şahid2 köməyinə gəlməklə Sudefi vurub onlardan aralamışdır və bir daha sonuncu ilə görüşməmişlər. 2021-ci il aprelin 25-də saat 23 radələrində yaşadığı ünvan 1 ünvanında yerləşən evin ətrafındakı küçədə olarkən Sudef Hüseyn adlı şəxsin «Zapı» markalı avtomobili ilə gələrək onu görən kimi Tural ilə aşağı düşmüş, oraya yaxınlaşan Telmana «məni sən vurdun keçən dəfə» deməklə anidən sonuncunun ağzından yumruqla vurduğundan o, üzərində olan bıçağı çıxarıb Sudefi bir dəfə qarın nahiyəsindən vurmuş, Telman ilə üzbəüz dayanan Tural da üzərindəki bıçaqla sonuncuya xəsarət yetirmişdir. Sudef ilə Tural maşına doğru uzaqlaşmışlar, o isə Telmanın sinəsindən qan axdığından sonuncunu yaşadığı evə aparmış, nənəsi X2 ilkin tibbi yardım göstərdikdən sonra «103» xidməti mərkəzinə müraciət etmişdir və Telmanı 3 saylı şəhər klinik xəstəxanasına aparmışlar. Hadisə cəmi bir-iki dəqiqə çəkmiş, ətrafda heç kəs olmamışdır. Zərər çəkmiş şəxslə barışıq əldə etmişdir. Əməlindən həddindən artıq peşmandır. İş üzrə zərər çəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, hazırda Bakı İstintaq Təcridxanasında saxlanaraq əvvəllər məhkum olunmuş, 2021-ci il aprelin 25-də saat 23 radələrində dostu Hüseynə məxsus avtomobildə Bakı şəhəri, Nəsimi rayonu, «Papanin» adlanan ərazidə yaşadığı evin yanında gəzən vaxt ünvan 2 ünvanının qarşısında Təqsirləndirilən şəxs adlı şəxs ilə rastlaşmış, sonuncu ilə təxminən 2021-ci ilin mart ayında aralarında dava-dalaş olmuşdur. Nicatı görən kimi avtomaşından düşmüşdür. Sonuncu ilə mübahisə edən zaman dostu X7 hadisə yerində olmuşdur. Bundan sonra onlara yaxınlaşan Nicatın qohumu Şahid2 ilə mübahisə yaranmış və o, yumruqla sonuncunun ağız nahiyəsindən bir dəfə vurduqda Telman yerə yıxılmışdır. Bu vaxt Nicat üzərində olan bıçaqla ona bir dəfə qarın nahiyəsindən zərbə endirmişdir. X9 üzərindəki bıçaqla xəsarət yetirmişdir. Hüseyn davaya müdaxilə etməməklə kənarda dayanmışdır. O, qarnından qan gəldiyini görüb kömək istəmişdir, Hüseyn və Tural onu avtomobilə qoyaraq 5 saylı şəhər klinik xəstəxanasına aparmışlar. Təqsirləndirilən şəxslə barışmışdır. İş üzrə şahid qismində dindirilən X7 dostu olan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ilə uyğun ifadə verməklə yanaşı göstərdi ki, hadisə zamanı sonuncu Şahid2 görən kimi «məni sən vurdun keçən dəfə, «Killerin» yanındakı mağazada işləyən oğlan deyilsən?» deyib soruşduqda Telman üzrxaqlıq etməsinə baxmayaraq Sudef Telmanın ağız nahiyəsindən yumruqla bir dəfə vurmuşdur. Zərbənin təsirindən sonuncu yerə yıxılmış və o, anidən Sudefin üzərində qan olduğunu və yıxıldığını görəndə dostu Təqsirləndirilən şəxs onu bıçaqla vurmaqla xəsarət yetirdiyini bildirmiş, o da üzərindəki bıçaqla Telmanı hansısa nahiyəsindən bir dəfə vurmuşdur. Telman və Nicat oradan uzaqlaşmışlar, o isə Sudefi çiyninə alıb Hüseynin idarə etdiyi avtomobil ilə xəstəxanaya çatdırmışdır. Hadisə ümumilikdə bir-iki dəqiqə ərzində baş vermişdir. Dava yerində kənar şəxslər olmamışlar. İş üzrə şahid qismində dindirilən Şahid2 və X2 Təqsirləndirilən şəxs ilə analoji ifadələr vermişlər. İş materiallarındakı Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2021-ci il 26 aprel tarixli protokoldan görünür ki, X8 tərəfindən təqdim edilən Zərərçəkmiş şəxs məxsus bir ədəd qısaqol köynək götürülmüş, fotoşəkillər protokola əlavə olunmuşdur (1-ci cild, iş vərəqi 117-119 və 122). İş materiallarındakı Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2021-ci il 26 aprel tarixli protokoldan görünür ki, ünvan 2 ünvanındakı hadisə yerinə baxış vaxtı iş üzrə əhəmiyyət kəsb edən hər hansı predmet aşkarlanmamış, fotoşəkillər protokola əlavə olunmuşdur (1-ci cild, iş vərəqi 123-125). İş materiallarındakı Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2021-ci il 10 may tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 2021-ci il aprelin 25-də Zərərçəkmiş şəxs xəsarət yetirdiyini bildirərək təqdim etdiyi bir ədəd bıçaq götürülmüş, fotoşəkillər protokola əlavə olunmuşdur (1-ci cild, iş vərəqi 156-158 və 160- 161). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 2021-ci il mayın 17-də tərtib etdiyi tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs 2018-ci il dekabrın 18-də Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikasının CM-nin 234.1.-ci maddəsi ilə təqsirli bilinməklə 01 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və 2021-ci il yanvarın 13-də cəza müddəti başa çatdığından qeydiyyatdan çıxarılmışdır (1-ci cild, iş vərəqi 166-167 və 244-248). İş materiallarındakı Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2021-ci il 20 may tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 18:30-da Azərbaycan Respublikasının CM-nin 126.1.-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (1-ci cild, iş vərəqi 180-181). İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2021-ci il 22 may tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 126.1.-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunub ona göstərilən maddədə nəzərdə tutulan ittiham elan edilmişdir (1-ci cild, iş vərəqi 195- 196). İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2021-ci il 22 may tarixli qərarından görünür ki, Azərbaycan Respublikasının CM-nin 126.1.-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində əvvəli 2021-ci il mayın 20-dən hesablanmaqla həbs qismində qətimkan tədbiri seçilmişdir (1-ci cild, iş vərəqi 220-221). İş materiallarında olan 2021-ci il 22 iyun tarixli ərizədən görünür ki, iş üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ona dəymiş ziyan tamamilə ödənildiyindən Təqsirləndirilən şəxsla barışmışdır, sonuncuya qarşı heç bir şikayəti və tələbi yoxdur (1-ci cild, iş vərəqi 240). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə- Tibbi Ekspertiza və X5» publik hüquqi şəxsinin sağlamlığa zərərvurmanın təyini ekspertizasına dair 2021-ci il 18 iyun tarixli 426 nömrəli rəyindən görünür ki, 1994-cü il təvəllüdlü Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlər – qarnın ön divarının qarın boşluğuna nüfuz edən, qaraciyəri zədələyərək daxili qanaxma törədən bir ədəd deşilmiş-kəsilmiş yarası deşici-kəsici əşyanın (alətin), eləcə də tədqiqata təqdim edilən bıçağın və ona oxşar xüsusiyyətlərə malik digər bıçaqların tiyəsinin deşici-kəsici təsirindən törənməklə müddəti 2021-ci il aprelin 25-nə uyğun gəlir, insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir (2-ci cild, iş vərəqi 5-7). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə- Tibbi Ekspertiza və X5» publik hüquqi şəxsinin 2021-ci il 21 iyun tarixli 268-MTKŞ/2021 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edildiyi, Zərərçəkmiş şəxs məxsus qısaqol mayka tipli köynəyin ön səthində ortada aşkarlanan bir ədəd deşilmiş-kəsilmiş zədə kafi itilikdə ülgücü, iti ucu və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin təsirindən əmələ gələ bilərdi və bu zədənin eyni xüsusiyyətlərə malik hər hansı bir bıçaq ilə törənməsi inkar olunmur, həmin zədə sonuncunun bədənində olan bir ədəd eyni xarakterli xəsarətlə (qarnın ön divarında) yerləşməsinə görə nisbi olaraq uyğun gəlir (2-ci cild, iş vərəqi 9-10). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə- Tibbi Ekspertiza və X5» publik hüquqi şəxsinin 2021-ci il 14 iyun tarixli 1562-K nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs götürülən qan nümunəsindən metil, etil, propil, butil amil spirtləri, barbitur turşusu törəmələri, alkoidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri, salisilatlar və kannabinoid (çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən) aşkar edilməmişdir (2-ci cild, iş vərəqi 12-14). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə- Tibbi Ekspertiza və X5» publik hüquqi şəxsinin 2021-ci il 22 iyun tarixli 379/2021-MTBŞ nömrəli və 2021-ci il 25 iyun tarixli 380/2021-MTBŞ nömrəli ekspert rəylərindən görünür ki, Zərərçəkmiş şəxs qan qrupu ABO sistemi üzrə B alfa (İİİ) olmaqla tədqiqata təqdim edilən qısaqol köynək üzərində aşkarlanan insan qanı ləkələrinin qrup göstəriciləri ABO sistemi üzrə tədqiq olunduqda B (İİİ) qrupunun əsasını xarakterizə edən B antigeni alınmışdır, bu qan B (İİİ) qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs məxsus ola bilər (2-ci cild, iş vərəqi 16-17 və 31-34). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə- Tibbi Ekspertiza və X5» publik hüquqi şəxsinin 2021-ci il 01 iyul tarixli 269-MTKŞ/2021 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilən zavod üsulu ilə hazırlanmış soyuq silah hesab edilməyən cib bıçağının üzərində sonradan hər hansı əlavə və dəyişiklik edilməmişdir (2-ci cild, iş vərəqi 27-29). İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinin 2021-ci il 09 sentyabr tarixli 084-13729 №-li məktubundan görünür ki, Zərərçəkmiş şəxs Bakı şəhəri, Nəsimi rayonu, İİİ Alatava, Namiq Məlikov küçəsində bıçaqlanması ilə bağlı hadisə yerində hər hansı videomüşahidə kamerasının olmaması müəyyənləşdirilməklə Təqsirləndirilən şəxs sonuncuya xəsarət yetirdiyi bir ədəd bıçağı təqdim etsə də X4 istifadə etdiyi bıçaq aşkarlanmamışdır (2-ci cild, iş vərəqi 145). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika «Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi» publik hüquqi şəxsinin ambulator məhkəməpsixiatrik ekspertizasına dair 2021-ci il 15 oktyabr tarixli 2390 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs ittiham olunduğu əməllərin törədildiyi dövrdə hər hansı psixi xəstəliyin, eləcə də psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəliyin əlamətləri aşkar edilməməklə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olduğundan anlaqlı hesab olunmalıdır, sonuncunun məcburi müalicəyə ehtiyacı yoxdur (2-ci cild, iş vərəqi 172-173). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə- Tibbi Ekspertiza və X5» publik hüquqi şəxsinin 2021-ci il 15 oktyabr tarixli 628/2021 MTKŞ nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs məxsus köynək üzərindəki bir ədəd deşilmiş-kəsilmiş zədənin tədqiqata təqdim olunan bıçağın tiyəsinin təsirindən əmələ gəlməsi inkar olunur (2-ci cild, iş vərəqi 201-202). İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2021-ci il 19 oktyabr tarixli qərarından görünür ki, Zərərçəkmiş şəxs hadisə vaxtı əynində olan bir ədəd köynək və Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xəsarət yetirdiyi bir ədəd zavod üsulu ilə hazırlanmış bıçaq maddi sübut kimi tanınıb saxlanılması üçün idarənin növbətçi hissəsinə təhvil verilmişdir (2-ci cild, iş vərəqi 203-204). İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2021-ci il 19 oktyabr tarixli sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında, habelə eyni və 2021-ci il 22 oktyabr tarixli qərarlarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 126.1.ci maddəsi ilə yenidən ittiham elan olunmuş, sonuncu barəsində Azərbaycan Respublikasının CM-nin 126.2.1.-ci, 126.2.3.-cü, 126.2.4.-cü, 29, 120.1.-ci, 221.2.1.-ci və 228.4.-cü maddələri ilə cinayət təqibinin başlanması rədd edilmiş, maddi sübut kimi tanınan Zərərçəkmiş şəxs hadisə zamanı əynində olan bir ədəd köynəyin və Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xəsarət yetirdiyi bir ədəd zavod üsulu ilə hazırlanmış bıçağın saxlanılması üçün idarənin məsul saxlancına təhvil verilməsi nəzərə alınmışdır (2-ci cild, iş vərəqi 214-227, 230-231 və 237-238). Məhkəməyə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasının 2021-ci il 14 dekabr tarixli 17/38-8872 №-li məktubu ilə daxil olan eyni tarixli ərizədən görünür ki, iş üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmışdır, sonuncuya qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəməyə təqdim olunan 2022-ci il 17 mart tarixli hesabatdan görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaqda hüquqlarının müdafiəsi Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 40 iş saatı müddətində həyata keçirilmişdir. Məhkəmə mövcud sübutlara qiymət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 126.1.-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsini, əməlində cinayət tərkibinin olduğunu, bununla da onun təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 126.1.-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxs ittiham edildiyi cinayət əməlini törətməsi məhkəmə istintaqında hərtərəfli araşdırılmış, özünün tam etirafedici, zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları, eləcə də iş üzrə digər mötəbər sübutlarla tam təsdiq olunur. Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikasının CM-nin 8.1.-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının CMnin 41.2.-ci və 58.3.-cü maddələrinə əsaslanmaqla cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsi əsasında Təqsirləndirilən şəxs zərər çəkmiş şəxslə barışıq əldə etməsinin işdə cəzanı yüngülləşdirən hal olduğunu nəzərə almaqla əməlindən səmimi peşman olmasını cəzanı yüngülləşdirən hal kimi qəbul edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə görə cəzasını ağırlaşdıran hal yoxdur. Belə ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2018-ci il 18 dekabr tarixli hökmü əsasında Azərbaycan Respublikasının CM-nin 234.1.-ci maddəsi ilə təqsirli bilinib 01 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməklə 2021-ci il yanvarın 13-də cəza müddəti başa çatdığından qeydiyyatdan çıxarılmışdır. Azərbaycan Respublikasının CM-nin 18.4.4.-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Azərbaycan Respublikasının CM-nin 60-cı maddəsinə əsasən, bu Məcəllənin 59.1.8., 59.1.10.-59.1.13.-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib müəyyən müddətə azadlıqdan mərhumetmə cəzasına məhkum olunmalıdır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 56.1.2.-ci maddəsini əsas tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrumetmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 2012-ci il 7 mart tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2.-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Azərbaycan Respublikasının CPM-nin 132.0.1.-ci maddəsinə uyğun olaraq, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Qeyd edilən normaların tələbləri isə ona dəlalət edir ki, əmlak müsadirəsi məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra maddi sübut kimi tanınıb saxlanılmaq üçün Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin saxlancına təhvil verilmiş Zərərçəkmiş şəxs məxsus bir ədəd köynək, habelə cinayətin törədilməsində istifadə olunan bir ədəd bıçaq məhv edilməlidir. Məhkəmə eyni vaxtda hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 3 may tarixli 202 №-li qərarına uyğun olaraq, təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Azərbaycan Respublikasının CPM-nin 193.2.-ci və 193.4.-cü maddələrinə müvafiq olaraq, müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Bununla da Təqsirləndirilən şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 3 saylı Vəkil Bürosunun nəfinə (VÖEN: **********) 240 köçürülməlidir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2021-ci il 24 dekabr tarixli 15 saylı Qərarının 56-cı bəndində göstərilir ki, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzası təyin edilərkən hökmün nəticəvi hissəsində cəza çəkmə müddətinin hansı qaydada hesablandığı heç bir şübhə doğurmamalıdır. Nəzərə almaq lazımdır ki, hökmlə təyin olunan cəza müddətinə ibtidai həbs müddətindən başqa təqsirləndirilən şəxsin azadlığı faktiki məhdudlaşdırıldığı zaman da daxil olmaqla şübhəli şəxs qismində tutulduğu müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarına əsasən prosessual məcburiyyət tədbirlərinin tətbiqi qaydasında tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlanıldığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək davam edən müddət də daxildir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2006-cı il 30 mart tarixli 5 №-li qərarının 15-ci bəndində göstərilir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır. Məhkəmə «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2021-ci il 24 dekabr tarixli 15 saylı Qərarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq Azərbaycan Respublikasının CPM-nin 158.2.-ci maddəsinə əsaslanaraq hesab edir ki, cəzaçəkmənin əvvəli Təqsirləndirilən şəxs tutulduğu gündən, yəni 2021-ci il mayın 20-dən hesablanmalıdır. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 193-cü, 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci, 384-cü maddələrini rəhbər tutaraq hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 126.1.-ci maddəsi ilə təqsirli bilinib 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 2021-ci il mayın 20-dən hesablansın. Təqsirləndirilən şəxs məhkəmədə göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 3 saylı Vəkil Bürosunun nəfinə (VÖEN: **********) 240 manat köçürülsün. Hökm qanuni qüvvəyə mindikdən sonra maddi sübut kimi tanınıb saxlanılmaq üçün Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin saxlancına təhvil verilmiş Zərərçəkmiş şəxs məxsus bir ədəd köynək, habelə cinayətin törədilməsində istifadə olunan bir ədəd bıçaq məhv edilsin. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. Təqsirləndirilən şəxs haqqında seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən İradə Həsənzadə Hakimlər Əhməd Quliyev Azər Paşayev
Məhkəmə qərarları › İş №1(101)-370/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-370/2022
17.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver