Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-370/2023 30.03.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Hüseynov Telman Qulaməli oğlu (sədrlik edən), Məmmədov Əli İrfan oğlu və Məmmədzadə Səbinə Adil qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, müdafiəçi, Bakı şəhəri 3 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1990-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum edilmiş, məhkumluğu ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.3-1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq saxlanc yerinə daxil olmaqla özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmiş, təkrarən, informasiya texnologiyalarından istifadə etməklə özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmiş, satış məqsədi ilə qanunsuz olaraq kulli miqdarda narkotik vasitəni əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 25 fevral 2022-ci il tarixdə, saat 23:00 radələrində ünvan 2 ünvanında yaşayan Zərərçəkmiş şəxs1 yaşadığı mənzilə açıq vəziyyətdə olan giriş qapısından qanunsuz daxil olub qonaq otağından sonuncuya məxsus 01 ədəd işlənmiş vəziyyətdə 800 manat dəyərində “Samsung” markalı televizor və 01 ədəd işlənmiş vəziyyətdə 50 manat dəyərində laqondanı gizli olaraq talayıb, ümumilikdə Zərərçəkmiş şəxs1 850 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq informasiya texnologiyalarından istifadə etməklə talama məqsədi ilə 26 aprel 2022-ci il tarixdə saat 20:00 radələrində Zərərçəkmiş şəxs2 yaşadığı ünvan 3 ünvanına qanunsuz daxil olaraq mənzilin dəhlizində olan sonuncuya məxsus əl çantasının içindən bank kartını talayıb həmin gün "xxxx" ASC-ə məxsus Bakı şəhəri, Yasamal rayonu, Azərbaycan prospekti 42A nömrəli ünvanda yerləşən bankomatdan saat 21:00 radələrində 100 manat, saat 21:01 radələrində 500 manat, saat 21:02 radələrində 500 manat və saat 21:04 radələrində 100 manat nağd şəkildə çıxartmaqla gizli olaraq talayıb, ümumilikdə Zərərçəkmiş şəxs2 1200 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə, o, 27 aprel 2022-ci il tarixdə Nəsimi rayonu ərazisində yerləşən “Kubinka” adlandırılan sahədə şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən satış məqsədi ilə qanunsuz olaraq 01 ədəd bükümdə təmiz çəkisi 5,562 qram qəhvəyi rəngli toz şəkilli maddə kütləsi kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə olan heroini əldə edib özündə saxlamaqla daşımış, 27 aprel 2022-ci il tarixdə saat 23:25 dəqiqədə DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin və Yasamal rayon Polis İdarəsinin 27-ci Polis bölməsinin əməkdaşları tərəfindən birgə keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin və ya psixotrop maddələrin istehlakı üçün tiryəkxanalar təşkil etmə, saxlama və ya bu məqsədlər üçün binalar vermədə şübhəli bilinən və narkotik vasitəni qəbul etmək üçün getdiyi tanışı X2 yaşadığı Bakı şəhəri, Yasamal rayonu, Mustafa Sübhi küçəsi, dalan 6, ev 2-də saxlanılaraq Yasamal rayon Polis İdarəsinin 27-ci Polis bölməsinin inzibati binasına gətirilmiş, orada üzərinə şəxsi axtarış və götürmə aparılan zaman əynində olan gödəkçənin sol iç cibindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxladığı 01 ədəd bükümdə təmiz çəkisi 5,562 qram qəhvəyi rəngli toz şəkilli maddə kütləsi kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə olan heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.3- 1 maddələri ilə təqsirli, Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə qismən təqsirli, yəni CM-in 234.1-ci maddəsi ilə təqsirli bildi və ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs1 evindən oğurluq hadisəsini o, özü tək olaraq etmişdir. Belə ki, sonradan adını bildiyi və tanımadığı İlqarın yaşadığı mənzilin giriş qapısının açıq olduğunu görüb həmin evdən oğurluq etmək üçün evə daxil olmuşdur. O, evə daxil olduqdan sonra ətrafa baxmış, masanın üzərində televizor olduğunu və şkafda laqonda olduğunu görüb onları oğurlamaq qərarına gəlmişdir. Ona görə də o, evdə olan “Samsung” markalı televizoru və laqondanı oğurlamışdır. O, həmin günün səhəri İlqarın evindən oğurladığı televizor və laqondanı aparıb cəmi 400 manata satmışdır. İkinci epizod üzrə bildirir ki, Nizami küçəsində Fəvvarələr meydanında gəzişərkən orada olan yaşayış binasının giriş qapısının açıq olduğunu görüb mənzilə daxil olmuş və mənzilin dəhlizində olan çantanın içindən pul qabını və bank kartını götürmüşdür. Daha sonra “Şahmat” klubunun yanındakı "xxxx"a məxsus bankomatdan 1200 manat pul çıxarmışdır. Narkotiklə bağlı bildirmək istəyir ki, əvvəllər həbsdə bir yerdə olduğu İsmayılın evinə gəlmişlər. Gəldikdən yarım saat sonra ora polis əməkdaşları gəlmişdir. Onların üzərində heç nə olmamışdır. Onları döymüşlər və onları Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tutduqlarını, məhkəmədə buraxılacaqlarını bildirmişlər. O da polislərin dediyi bütün sənədlərə oxumadan qol çəkmişdir. Məhkəmdə verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirdi ki, o, narkotikin çəkisinin nə qədər olduğunu bilmir. O, narkotik vasitə istifadəçisidir, tutulan vaxt da istifadə etmişdir. Onun satış məqsədi olmamışdır. O, narkotiki üzdən tanıdığı, adını bilmədiyi şəxslərdən almışdır. Oğurladığı pulları borcuna vermişdir. Onun cibində 500 manat pul qalmış, həmin pulu polislər cibindən götürmüşlər. Oğurluqdan əldə etdiyi pulla narkotik almamışdır. O, cəmi 50-100 manatı narkotikə xərcləmiş, uzağı yarım qram heroin almışdır. Kiməsə hədiyyə narkotik vasitə verməmişdir. Tutulan günü polislər evdə stolun üstünə özləri şprislər qoymuşlar. Bununla yanaşı, ibtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində verdiyi və məhkəmədə tədqiq olunan ifadəsində Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 234.4.3-cü maddəsi ilə ona elan olunmuş ittihama münasibətdə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, oğurluqdan əldə etdiyi pulları öz ehtiyaclarına və narkotik vasitələrə xərcləmişdir. 27 aprel 2022-ci il tarixdə saat təxminən 19:00 radələrində tanışı Muradla birlikdə Yasamal rayonu, M.Sübhi küçəsində yaşayan əvvəllər bir yerdə həbsdə olduğu İsmayılın yaşadığı evə gəlmişlər. Onların həmin evə gəlməkdə niyyətləri sonuncunun özünün də narkotik vasitə aludəçisi olduğundan həmin evdə rahat narkotik vasitədən istifadə etmək olmuşdur. Bir müddət deyib gülmüş, sonra çay içmiş, daha sonra isə hər biri özü ilə gətirdiyi narkotik maddədən istifadə etmişlər. Bir müddət sonra Şahin adlı onun əvvəllər tanımadığı şəxs də oraya İsmayılın yanına gəlmişdir. Sonra İsmayıl nəsə almaq üçün çölə çıxmış, bir müddət sonra isə İsmayıl polislərlə birlikdə evə daxil olmuşdur. Həmin vaxt üzərlərində olan narkotik maddədən istifadə etmişlər və iynələr də stolun üstündə olmuşdur. Polis əməkdaşları onların nə üçün İsmayılın evində olduğlarını soruşmuş, sonra onları 27-ci Polis bölməsinə gətirmişlər. Polis bölməsinə gətirilərkən o, bildirmişdir ki, narkotik vasitələrdən istifadə edir və hazırda da üzərində narkotik vasitə vardır. Bölməyə gətirildikdən sonra müdafiəçi dəvət etmişlər və hər birinə müdafiəçilərinin iştirakı ilə üzərlərində hər hansı qanunsuz əşya olub-olmaması ilə bağlı sual vermişlər. O, əynində olan gödəkçənin sol iç cibindən saxladığı içərisində "kakos” deyilən bir ədəd bükülüdə olan narkotik vasitəni cibindən çıxarıb təqdim etmişdir. Narkotik vasitəni bir gün əvvəl “Kubinka” deyilən yerdə üzdən tanıdığı şəxsdən 40 manata şəxsi istifadəsi üçün əldə etmişdir (cild 5, iş vərəqi 135-138). Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, o, ünvan 5 ünvanında yaşayır. Hadisə baş verən günü işdən yaşadığı mənzilə gəlmiş və çantasını dəhlizdəki dolabın üzərinə qoymuşdur. Ramazan ayı olduğundan o, mətbəxə keçib iftar üçün yemək hazırlamağa başlamışdır. Ard-arda telefonununa xəbərdarlıq sms-ləri gəlməyə başlamışdır. Telefonuna baxanda görmüşdür ki, ona məxsus bank kartından 1200 manat məbləğində pul çıxarılmışdır. O, 102 xidmətinə zəng edərək şikayət etmişdir. Məhkəmdə verilən suallara cavab olaraq Zərərçəkmiş şəxs2 bildirdi ki, yaşadığı binanın 2 girişi olmuş, dəhlizin qapısı açıq olmuşdur. Kartı götürüləndə o, evdə olmuşdur. Çantasının birində kartın kodu, birində isə kart olmuşdur. Onun əmək haqqı kartında 1336 manat pul olmuş, kartdan 500, 500, 100 və 100 manat çıxarılmışdır. O, şikayətçidir, pulunu tələb edir. Zərərçəkmiş şəxs2 məhkəməyə yazılı ərizə təqdim edərək ona vurulmuş ziyanın ödənilmədiyini və təqsirləndirilən şəxslə barışmadığını bildirmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, o, ünvan 6 ünvanında ailəsi ilə birlikdə yaşayır. Oğurluq hadisəsi olan zaman evdə olmamış, işlərinin dalınca getmiş, gəldikdə görmüşlər ki, evinin qapısı açıq qaldığından evindən oğurluq hadisəsi olmuşdur. Həmin hadisə nəticəsində evindən “LG” markalı televizor və laqonda oğurlanmışdır. O da bununla bağlı polisə şikayət etmişdir. Ona dəymiş ziyan ödənilməmiş, amma təqsirləndirilən şəxsə qarşı şikayəti yoxdur və təqsirləndirilən şəxslə barışmışdır. Zərərçəkmiş şəxs1 məhkəməyə yazılı ərizə təqdim edərək ona vurulmuş ziyanın ödənilmədiyini, lakin təqsirləndirilən şəxslə barışdığını, ona qarşı tələb və şikayətinin olmadığını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin 27-ci Polis bölməsinin cinayət axtarışı üzrə əməliyyat müvəkkili vəzifəsində xidmət edir. İsmayıl adlı şəxsin evində qrup halında narkotik vasitələrin istifadə edilməsi barədə əməliyyat məlumatı daxil olmuş, onlar Mustafa Sübhi küçəsində yerləşən ünvana yaxınlaşmış, İsmayıl adlı şəxsi dalanda saxlamışlar və ona evə baxış keçirmək lazım olduğunu bildirmişlər. İsmayılla birlikdə mənzilə daxil olmuşlar və mənzildə 3-4 nəfər şəxs olmuşdur. Onlardan biri də Təqsirləndirilən şəxs olmuşdur. Onları 27-ci Polis bölməsinə dəvət etmişlər və üzərlərinə şəxsi axtarış keçirilmişdir. Baxış zamanı üzərlərindən heroin aşkar olunmuşdur. Məhkəmdə verilən suallara cavab olaraq Şahid2 bildirdi ki, Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarışda iştirak etmiş, sonuncunun üzərindən 1 büküm heroin aşkar olunmuşdur. Namiq özü bildirmişdir ki, narkotiki şəxsi istifadəsi üçün əldə etmişdir, kiməsə narkotik satması barədə heç nə deməmişdir. Təqsirləndirilən şəxs narkotik satması barədə məlumat daxil olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş digər polis əməkdaşları Şahid3 və Şahid4 eyni məzmunlu ifadə verərək Şahid2 göstərdiyi xüsusatları təsdiq etdi. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid4 bildirdi ki, təqsirləndirilən şəxsin döyülməsi ilə bağlı ifadəsində göstərdikləri yalandır, polislər təqsirləndirilən şəxsi döyməmişlər və kiminsə döyməsinin şahidi olmamışlar. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, tutulduğuqları gün İsmayılgilin küçəsindən keçirmişlər. İsmayıl Namiqin köhnə həbs yoldaşı olmuşdur. İsmayılın oğlu rəhmətə getmiş, onlar da küçədə söhbət etmiş, İsmayıl onları içəri dəvət etmişdir. Onlar mənzilə daxil olmuşlar və 5-10 dəqiqə sonra polislər evi basmış, onları döyməyə başlamışlar. Daha sonra videoçəkiliş aparmağa başlamışlar. Onlara evin içində mal verib bildirmişlər ki, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə onları rəsmiləşdirəcəklər. Bundan sonra onları 27-ci Polis bölməsinə aparmışlar. Orada videoçəkiliş olmuş, məcbur olub narkotik vasitəni boyunlarına götürmüşlər. Bununla yanaşı, ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tədqiq edilmiş ifadəsində Şahid1 göstərmişdir ki, o, təxminən bir ilə yaxındır ki, narkotik vasitələrdən istifadə edir. 27 aprel 2022-ci il tarixdə saat təxminən 19:00 radələrində tanışı Namiqlə birlikdə Bakı şəhəri Yasamal rayonu, M.Sübhi küçəsində yaşayan Namiqin əvvəllər bir yerdə həbsdə olduğu İsmayıl adlı tanışının yaşadığı evə gəlmişlər. Onların həmin evə gəlməkdə niyyətləri, sonuncunun özünün də narkotik vasitə aludəçisi olduğundan həmin evdə rahat narkotik vasitədən istifadə etmək olmuşdur. Bir müddət söhbət edib sonra çay içmiş, daha sonra isə hər biri özü ilə gətirdiyi narkotik maddədən istifadə etmişlər. Sonra Şahin adlı əvvəllər tanımadığı şəxs də oraya İsmayılın evinə gəmişdir. Bir müddət sonra İsmayıl nəsə almaq üçün çölə çıxmış, bir neçə dəqiqə sonra polislərlə birlikdə evə daxil olmuşdur. Həmin vaxt onlar üzərlərində olan narkotik maddədən istifadə etmişlər və iynələr də stulun üstündə olmuşdur. Polis əməkdaşları onların nə üçün İsmayılın evində olduğlarını soruşmuş, onlar da İsmayılın tanışları olduğunu və sonuncunun yanına gəldiklərini bildirmişlər. Sonra onları 27-ci Polis bölməsinə gətirmişlər. Polis bölməsinə gətirilərkən o, bildirmişdir ki, narkotik vasitələrdən istifadə edir və hazırda da üzərində narkotik vasitə vardır. Bölməyə gətirildikdən sonra müdafiəçi dəvət etmişlər və hər birinə müdafiəçilərin iştirakı ilə üzərlərində hər hansı qanunsuz əşya olub-olmaması ilə bağlı sual vermişlər. O, üzərində saxladığı əynində olan gödəkçənin sol iç cibindən “kakos” deyilən bir ədəd bükülüdə narkotik vasitəni cibindən çıxarıb təqdim etmişdir. Narkotik vasitəni bir gün əvvəl “20 Yanvar” deyilən yerdə İran İslam Respublikası vətəndaşının telefon vasitəsi ilə dediyi yerdən götürmüş və sonuncunun dediyi karta 20 manat köçürmüşdür. Həmin narkotik vasitəni sonradan istifadə etmək üçün əldə etmişdir (cild 1, iş vərəqi 232-235). İfadəsi elan edildikdən sonra verilən suallara cavab olaraq Şahid1 bildirdi ki, iş yerinə yaxın olduğuna görə həmin ərazidən kirayə ev axtarmış, bu məqsədlə o ərazidə gəzəndə İsmayılın evinə getmiş, İsmayıl ona evində bir otağını kirayə qalması üçün verə biləcəyini söyləmiş, bu səbəbdən həmin vaxt İsmayılın evində olmuşdur. O, narkotik vasitə istifadə edən olmuş, lakin hadisə zamanı isə narkotik vasitə istifadə etməmişdir. Narkotik vasitə olan heroindən gündə 1-2 dəfə istifadə etmiş, heroinin 0,1 qramını 5 manata almış, gündəlik dozası 0,1-0,2 qram olmuş, 5-10 manat xərci çıxmışdır. Namiq ona narkotik vasitə satmayıb, hədiyyə kimi verməyib, o da Namiqə narkotik vasitə satmamış və verməmişdir. Müəyyən vaxtlar Namiqlə birlikdə narkotik vasitə istifadə etmişlər. Bu zaman hər ikisi ayrı-ayrılıqda 5 manat miqdarında narkotik vasitə alıb istifadə etmişlər. Məhkəmədə verdiyi ifadəni deyil, ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etmir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, o, təqsirləndirilən şəxsi tutulduqdan sonra tanımış, əvvəllər tanışlığı olmamışdır. Özü usta olduğundan İsmayıl adlı şəxs evini təmir etməsi üçün onu evinə çağırmış, o, İsmayılın evinə gedəndən 5-6 dəqiqə sonra qapı möhkəm şəkildə döyülmüş, daha sonra bir neçə polis əməkdaşı evə girmiş və onları tutub döyməyə başlamışlar. Polis əməkdaşları onlara “siz narkotik vasitənin satışı ilə məşğul olursunuz” deyə bildirmiş, o, polis əməkdaşlarına nə narkotik vasitə istifadə edən, nə də satan olduğunu, oraya da evi təmir etmək məqsədilə gəldiyini demişdir. Lakin polis əməkdaşları onların dediklərinə qulaq asmayaraq onları döyməyə davam etmişlər, ən çox da onu döymüşlər. Polislər təzyiq və şiddət göstərərək guya onlar narkotik vasitənin satışı ilə məşğul olmalarını onların boyunlarına qoymuş, evin içərisində videoçəkilişi də 4 dəfə saxlayıb yenidən başlatmışlar. Polislər üzərlərini də heç axtarmamış, özləri narkotik vasitəni gətirib evdəki stolun üstünə qoymuşlar. Onun cibində pul olmuş, polislər o pulu götürüb gedib kolbasa, çörək, siqaret almış və gətirib stolun üstünə qoymuşlar. Polislər onları təxminən 3-4 saat evin içərisində saxlamış, sonra polis bölməsinə aparmışlar. Polislər onlara “sizə heç nə olmayacaq, sadəcə olaraq deyin ki, İsmayıl narkotik vasitənin satışı ilə məşğul olur” deyə öyrətmiş, o, məcburiyyət qarşısında protokollara imza atmışdır. Məhkəmdə verilən suallara cavab olaraq Şahid5 bildirdi ki, o, Təqsirləndirilən şəxs əvvəllər heç vaxt görməmiş, Namiqin narkotik vasitə istifadə etdiyini, habelə Namiqdə narkotik vasitə və ya hər hansı qanunsuz əşya görməmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini və digər sənədləri sübut növləri kimi qəbul edir. Belə ki, işdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2022-ci il tarixli raportun məzmunundan görünür ki, xx.xx.1965-ci ildə ünvan 7 ünvanında qeydiyyatda olmaqla yaşayan X12, xx.xx.1990-cı ildə ünvan 8 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs, xx.xx.1993-cü ildə Bakı şəhərində anadan olmuş ünvan 9 ünvanında qeydiyyatda olmaqla yaşayan Şahid1 və xx.xx.1985-cil ildə ünvan 10 ünvanda qeydiyyatda olmaqla yaşayan Şahid5 Yasamal rayonu, M.Sübhi küçəsində qanunsuz olaraq narkotik vasitələrin istifadəsində və dövriyyəsində şübhəli olması barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə və Yasamal rayon Polis İdarəsinin 27-ci Polis bölməsinə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumatın yoxlanılması məqsədi ilə 27 aprel 2022-ci il tarixdə keçirilmiş əməliyyat tədbirləri nəticəsində saat 23:25-də X12, Təqsirləndirilən şəxs, Şahid1, Şahid5 Yasamal rayonu, M.Sübhi küçəsi, dalan 6, ev 2 ünvanında saxlanılmış, onlara narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olması barədə polis bölməsinə məlumat daxil olması barədə məlumat verilmiş və onların polis əməkdaşları ilə birlikdə Yasamal rayon Polis İdarəsinin 27-ci Polis bölməsinin inzibati binasına getmələri təklif olunmuş, X13, Təqsirləndirilən şəxs, Şahid1, Şahid5 polis əməkdaşları ilə birlikdə polis bölməsinin inzibati binasına gəlmişdir (cild 1, iş vərəqi 9). Belə ki, işdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2022-ci il tarixli raportun məzmunundan görünür ki, xx.xx.1965-ci ildə ünvan 7 ünvanında qeydiyyatda olmaqla yaşayan X12, xx.xx.1990-cı ildə ünvan 8 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs, xx.xx.1993-cü ildə Bakı şəhərində anadan olmuş ünvan 12 ünvanında qeydiyyatda olmaqla yaşayan Şahid1 və xx.xx.1985-cil ildə ünvan 10 ünvanda qeydiyyatda olmaqla yaşayan Şahid5 Yasamal rayonu, M.Sübhi küçəsində qanunsuz olaraq narkotik vasitələrin istifadəsində və dövriyyəsində şübhəli olması barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə və Yasamal rayon Polis İdarəsinin 27-ci Polis bölməsinə əməliyyat məlumatı daxil olmuşdur (cild 1, iş vərəqi 10). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş binalara, yaşayış yerlərinə, hasarlanmış tikinti obyektlərinə, qurğulara və torpaq sahələrinə baxış keçirilməsinə dair xx.xx.2022-ci il tarixli qərardan görünür ki, X2, Təqsirləndirilən şəxs, Şahid1, Şahid5 barələrində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır (cild 1, iş vərəqi 12-13). İşdə olan mənzilə baxış keçirilməsi və götürmə aparılması haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, X2 yaşadığı Yasamal rayonu, M.Sübhi küçəsi, dalan 6, ev 2 ünvanına baxış keçirilmiş, müəyyən edilmişdir ki, ev giriş hissədən və bir otaqdan ibarətdir, evin giriş qapısı plastikdəndir, təmirə ehtiyacı vardır, evin giriş hissəsində təxminən 10 kvadrat metr dəhliz və dəhlizdən keçməklə bir otaq yerləşir, dəhlizdə stol və iki ədəd dolab vardır, dəhliz səliqəsiz vəziyyətdədir. Dəhlizdən sağ tərəfdə təxminən 18-20 kvadrat metr sahəsi olan bir otaqdır. Otaqda əşyalar dağınıq vəziyyətdədir. Bir neçə köhnə stol və kreslolar, həmçinin sınıq çarpayı və dolab vardır. Ev səliqəsiz vəziyyətdədir. Evə daxil olarkən evdə üç nəfərin olduğu aşkar edildi, onların qarşısında kapron materialdan olan tünd qəhvəyi rəngli taburetkanın üzərində 5 ədəd iynə (şpris), üç ədəd üzərində toz dənəcikləri görsənən kağız parçaları, bir ədəd kağız parçasında öz dediklərinə görə narkotik maddəni qarışdırıb istifadə etmək üçün limon duzu və iki ədəd içi boş balaca şüşə qab vardır. Ev sahibinə həmin şəxslərin kimliyi barədə sual verildikdə ev sahibi onların özünün tanışları olduğunu bildirdi. Evə daxil olduqdan sonra evdə olan şəxslərin (öz dediklərinə görə) şəxsiyyətləri müəyyən edildi. Hər üç şəxsə harada yaşadıqları və hazırda nə üçün həmin evdə olmaları barədə sual verildi. Hər üç şəxs İsmayılın tanışı olduğunu bildirdilər və sorğu-sual zamanı narkotik vasitə istifadəçiləri olduğunu və həmin evdə birlikdə narkotik vasitə qəbul etdiklərini bildirdilər. Evə vizual baxış keçirildi, ev sahibinə evində hər hansı qanunsuz saxladığı əşya olub-olmaması soruşuldu, İ.Muradov evində qanunuz saxladığı əşya olmadığını bildirdi. Evdə olan taburetkanın üzərində olan 5 ədəd iynə (şpris), üç ədəd üzərində toz dənəcikləri görsənən kağız parçaları, bir ədəd kağız parçasında öz dediklərinə görə narkotik maddəni qarışdırıb istifadə etmək üçün limon duzu və iki ədəd içi boş balaca şüşə qab şəffaf rəngli sellofan kuloka qoyuldu və həmin şpris-iynələr nə üçün istifadə edildiyini müəyyənləşdirmək üçün qablaşdırılaraq ekspertizaya göndərilməsi üçün Polis bölməsinə gətirildi. Evdə olan hər üç şəxs və ev sahibi İ.Muradov Polis bölməsinə dəvət edildilər. Polis bölməsində İ.Muradovun yaşadığı evdən aşkar edilərək götürülmüş 5 ədəd iynə (şpris), üç ədəd üzərində toz dənəcikləri görsənən kağız parçaları, bir ədəd kağız parçasında öz dediklərinə görə narkotik maddəni qarışdırıb istifadə etmək üçün limon duzu və iki ədəd içi boş balaca şüşə qablar ekspertizaya təqdim edilməsi üçün zərfə qoyularaq qablaşdırıldı və DİN-nin zərflər üçün olan 168 saylı möhürü ilə möhürləndi və zərf bütün iştirakçılar tərəfindən imzalandı (cild 1, iş vərəqi 19-20). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə Yasamal rayon Polis İdarəsinin 27-ci Polis bölməsinin inzibati binasında X12, Təqsirləndirilən şəxs, Şahid1 və Şahid5 üzərinə şəxsi axtarış keçirilmişdir. Əvvəlcə şübhəli şəxs X2 üzərinə şəxsi axtarış və götürmə hərəkəti keçirildi və İ.Muradov bildirdi ki, uzun müddətdir ki, narkotik vasitələrdən istifadə edir və dəfələrlə narkotik vasitələrdən istifadə etdiyinə görə həbs edilmişdir, hal-hazırda da üzərində narkotik vasitə var vǝ İ.Muradov əynindəki göy rəngli cins şalvarın sol yan cibində saxladığı bir ədəd şəffaf rəngli sellofana bükülmüş öz dediyinə görə narkotik vasitəni çıxarıb təqdim etdi. İ.Muradovun təqdim etdiyi bükülüyə baxış keçirilərkən müəyyən olundu ki, təqdim edilmiş bükülünün içərisində qəhvəyi rəngli toz şəkilli maddə vardır. İştirak edənlər və müdafiəçinin iştirakı ilə X6 üzərindən aşkar edilmiş bükülünün içərisindəki maddənin nədən ibarət olduğu barədə sual verildi. İ.Muradov bildirdi ki, təqdim etdiyi bükülünün içərisindəki maddə "kakos" deyilən heroindir, həmin narkotik vasitəni bir gün əvvəl axşam saatlarında "Nizami" metrostansiyasının yaxınlığında adını bilmədiyi İran vətəndaşından almış, bir qismindən istifadə etmiş, qalanını isə sonradan istifadə etmək üçün şalvarının cibində saxlamışdır. 27 aprel 2022-ci il tarixdə saat 23:25 radələrində yaşadığı Yasamal rayonu, M.Sübhi küçəsi, dalan 6, ev 2 ünvanının qarşısında olarkən polis əməkdaşları tərəfindən saxlanılmış və əvvəlcə razılığı əsasında yaşadığı evə baxış keçirilmiş, sonra isə yaşadığı evdə olan tanışları ilə birlikdə 27-ci Polis bölməsinə gətirilmişlər. Polis bölməsinə gətirilərkən X13 ilə söhbət zamanı İsmayıl polis əməkdaşlarına uzun müddətdir ki, narkotik vasitələrdən istifadə etdiyini, əvvəllər də narkotik vasitələrdən istifadə etdiyinə görə bir neçə dəfə məhkum olunduğunu və hal-hazırda da üzərində narkotik vasitə olduğunu bildirmişdir. Şəxsi axtarış zamanı X2 üzərində iş üçün əhəmiyyət kəsb edən digər hər hansı bir əşya və predmet aşkar edilmədi. Sonra şübhəli şəxs Şahid5 üzərinə şəxsi axtarış və götürmə hərakəti keçirildi və Şahid5 bildirdi ki, o da narkotik vasitələrdən istifadə edir və hal-hazırda da üzərində narkotik vasitə var və Şahid5 əynindəki qara rəngli gödəkçəsinin sol üst cibində saxladığı bir ədəd şəffaf rəngli sellofana bükülmüş öz dediyinə görə narkotik vasitəni çıxarıb təqdim etdi. Şahid5 təqdim etdiyi bükülüyə baxış keçirilərkən müəyyən olundu ki, təqdim edilmiş bükülünün içərisində qəhvəyi rəngli toz şəkilli maddə vardır. İştirak edənlər və müdafiəçinin iştirakı ilə Şahid5 üzərindən aşkar edilmiş bükülünün içərisindəki maddənin nədən ibarət olduğu barədə sual verildi. Şahid5 bildirdi ki, təqdim etdiyi bükülünün içərisindəki maddə "kakos" deyilən heroindir. Sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə hərəkəti keçirildi və Təqsirləndirilən şəxs bildirdi ki, o da narkotik vasitələrdən istifadə edir və hal-hazırda da üzərində narkotik vasitə var və Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçəsinin sol iç cibində saxladığı bir ədəd şəffaf rəngli sellofana bükülmüş öz dediyinə görə narkotik vasitəni çıxarıb təqdim etdi. Təqsirləndirilən şəxs təqdim etdiyi bükülüyə baxış keçirilərkən müəyyən olundu ki, təqdim edilmiş bükülünün içərisində qəhvəyi rəngli toz şəkilli maddə vardır. İştirak edənlər və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bükülünün içərisindəki maddənin nədən ibarət olduğu barədə sual verildi. Təqsirləndirilən şəxs bildirdi ki, təqdim etdiyi bükülünün içərisindəki maddə "kakos" deyilən heroindir. Sonra şübhəli şəxs Şahid1 üzərinə şəxsi axtarış və götürmə hərəkəti keçirildi və Şahid1 bildirdi ki, o da narkotik vasitələrdən istifadə edir və hal-hazırda da üzərində narkotik vasitə var və Şahid1 əynindəki qara rəngli gödəkçəsinin sol iç cibində saxladığı bir ədəd şəffaf rəngli sellofana bükülmüş öz dediyinə görə narkotik vasitəni çıxarıb təqdim etdi. Şahid1 təqdim etdiyi bükülüyə baxış keçirilərkən müəyyən olundu ki, təqdim edilmiş bükülünün içərisində qəhvəyi rəngli toz şəkilli maddə vardır. İştirak edənlər və müdafiəçinin iştirakı ilə Şahid1 üzərindən aşkar edilmiş bükülünün içərisindəki maddənin nədən ibarət olduğu barədə sual verildi, Şahid1 bildirdi ki, təqdim etdiyi bükülünün içərisindəki maddə "kakos" deyilən heroindir. Şəxsi axtarış və götürmə zamanı saxlanılan şəxslərin hər birinə yaşadıqları ünvan və nə üçün İsmayıl Muradova məxsus evdə olduqları soruşulduqda onlar hər biri ayrı-ayrı ünvanlarda yaşadıqlarını və Muradova məxsus evǝ tanışları İsmayılın yanına gəldiklərini və İsmayılın evində birlikdə narkotik maddə istifadə etdiklərini bildirdilər. Daha sonra İ.Muradova məxsus evə keçirilən baxış zamanı həmin şəxslərin qarşısındakı taburetkanın üzərində olan 5 ədəd iynə (şpris), üç ədəd üzərində toz dənəcikləri görsənən kağız parçaları, bir ədəd kağız parçasında öz dediklərinə görə narkotik maddəni qarışdırıb istifadə etmək üçün limon duzu və iki ədəd içi boş balaca şüşə qab müdafiəçilərin iştirakı ilə həmin evdən aşkar edilərək götürülmüş əşyalar olduğu soruşuldu, saxlanılan şəxslər hər biri təsdiq etdi ki, təqdim olunmuş həmin iynələr İ.Muradova məxsus evdən götürülmüş əşyalardır və həmin kağızlrada narkotik vasitələr olub və onlar təqdim olunmuş iynələr vasitəsi ilə evdə narkotik maddə qəbul ediblər. X12, Təqsirləndirilən şəxs, Şahid5 və Şahid1 üzərlərindən aşkar edilmiş bükülülər zərflərə qoyularaq qablaşdırıldı, DİN-nin zərflər üçün olan 168 saylı möhürü ilə möhürləndi və zərf bütün iştirakçılar tərəfindən imzalandı (cild 1, iş vərəqi 100-103). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş materialların məhkəmə ekspertizasının xx.xx.2022-ci il tarixli, 6/2439 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 168” dairəvi möhür əksi və “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...” yazısı, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 5,562 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Aparılmış tədqiqatın dəyəri 114 (yüz on dörd) manat təşkil edir (cild 1, iş vərəqi 142-145). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş materialların məhkəmə ekspertizasının xx.xx.2022-ci il tarixli, 6/2442 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş: - üzərində "X2 üzərindən..." və s. sözlər olan zərfdə 01 ədəd bükümdə təmiz çəkisi 2,401 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. - üzərində "X3 evindən...” və s. sözlər olan digər zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,339 qram şəffaf, rəngsiz kristallardan ibarət maddə kütləsi limon turşusudur, baş hissəsi sınmış 01 ədəd dərman ampulunda, 01 ədəd şüşə flakonda, 03 ədǝd 2 ml-lik və 02 ədəd 1 ml-lik boş şprislərdə heroinin izləri müəyyən edildi. Həmin predmetlərdə heroin iz şəklində olduğundan təmiz çəkisinin və eyniləşdirmə üzrə tədqiqatın aparılması mümkün olmadı. 01 ədəd gümüşü və 01 ədəd göy rəngli siqaret kağızlarının kəsiklərində izlər müəyyən edilmədi (cild 1, iş vərəqi 132-135). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş materialların məhkəmə ekspertizasının xx.xx.2022-ci il tarixli, 6/2593 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş: - "X2 üzərindən..." qeydli zərfdəki 01 ədəd bükümdə olan heroin kütləsi, "Şahid1 üzərindən..." qeydli zərfdəki 01 ədəd bükümdə olan heroin kütləsi, "Şahid5 üzərindən aşkar edilmiş..." qeydli zərfdəki 01 ədəd bükümdə olan heroin kütləsi və "Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş..." qeydli zərfdəki 01 ədəd bükümdə olan heroin kütləsi kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. - - xx.xx.2022-ci il tarixli 6/2442 saylı ekspert rəyinin nəticələrinə əsasən "X3 evindən..." qeydli zərfdəki 01 ədəd şüşə flakonda, 03 ədəd 2 ml-lik və 02 ədəd 1 ml-lik boş şprislərdə narkotik vasitə-heroinin izləri müəyyən edilmişdir. Həmin predmetlərdə heroin iz şəklində olduğundan təmiz çəkilərinin müəyyən edilməsi və eyniləşdirmə üzrə tədqiqatların aparılması mümkün deyildir (cild 2, iş vərəqi 248-252). İşdə olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Yasamal rayon Polis İdarəsinin 27-ci Polis bölməsinnin əməliyyat müvəkkili Şahid2 tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli qərar qanunauyğun hesab edilmişdir (cild 1, iş vərəqi 175). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş videoyazı məlumatlarına baxış keçirilməsi barədə xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, DVD diskdə əks edilmiş görüntülər 28 aprel 2022-ci il tarixdə saat 02:15-də qeydə alınır. Süni işıqlandırma ilə işıqlandırılmış otaq Yasamal rayon Polis İdarəsinin 27-ci Polis bölməsinin təhqiqatçısı, polis mayoru Səyyad Gözəlov əyləşdiyi xidməti otaqdır. Video görüntüdən müəyyən edilir ki, təhqiqatçı Səyyad Gözəlovun qarşısının sağ tərəfində, masa arxasında əyləşmiş şəxs, Bakı şəhəri 22 saylı Vəkil bürosunun vəkili X14r. Xidməti otaqda olan masanın yanında üzbəüz tərəfdə əynindəki göy rəngli cins şalvarda ayaq üstə dayanmış şəxs isə X7r. Bundan başqa Bakı şəhəri 22 saylı Vəkil bürosunun vəkili X4r. Xidməti otaqda olan masanın yanında üzbəüz tərəfdə əynindəki qara rəngli gödəkçədə ayaq üstə dayanmış şəxs isə Şahid5dur. Bundan başqa Bakı şəhəri 22 saylı Vəkil bürosunun vəkili X9r. Xidməti otaqda olan masanın yanında üzbəüz tərəfdə - əynindəki qara rəngli gödəkçədə ayaq üstə dayanmış şəxs isə Təqsirləndirilən şəxsdur. Bundan başqa Bakı şəhəri 22 saylı Vəkil bürosunun vəkili X10r. Xidməti otaqda olan masanın yanında üzbəüz tərəfdə - əynindəki qara rəngli gödəkçədə ayaq üsta dayanmış şəxs isə Şahid1dur. Baxış və götürmə keçirilən zaman X13, Məmmədov Şahid Faiq oğlu, Təqsirləndirilən şəxs və Şahid1 sol və sağ yanında dayanmış şəxslər - adları video çəkiliş zamanı təhqiqatçı tərəfindən sadalanan va istintaq zamanı şahid qismində dindirilmiş DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili polis leytenantı Şahid4 və Yasamal rayon Polis İdarəsinin 27-ci Polis bölməsinin cinayət axtarışı üzrə əməliyyat müvəkkili polis baş leytenantı Şahid2 və həmin bölmənin cinayət axtarışı üzrə əməliyyat müvəkkili polis leytenanti Şahid3dir. Video çəkilişin davamında təhqiqatçı Səyyad Gözəlov tərəfindan X13, Şahid5, Təqsirləndirilən şəxs və Şahid1 qanunla nəzərdə tutulmuş huquq va vəzifələrini izah edir, bundan başqa sonunculara üzərlərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etmələrini təklif edir. Görüntünün sonunda X13 əynindəki göy rəngli cins şalvarın sol yan cibində saxladığı bir ədəd şəffaf rəngli sellofana bükülmuş bükümü, Şahid5 əynindəki qara rəngli gödəkçəsinin sol üst cibində saxladığı bir ədəd şəffaf rəngli sellofana bükülmüş bükümü, Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçəsinin sol iç cibində saxladığı bir ədəd şəffaf rəngli sellofana bükülmüş bükümü və Şahid1 isə əynindəki qara rəngli gödəkçəsinin sol iç cibində saxladığı bir ədəd şəffaf rəngli sellofana bükülmüş bükümü könüllü olaraq təqdim etmələri video görüntü zamanı qeydə alınır. Bundan sonra X12 əynindəki göy rəngli cins şalvarın sol yan cibində saxladığı bir ədəd şəffaf rəngli sellofana bükülmüş büküm, Şahid5 əynindəki qara rəngli gödəkçəsinin sol üst cibində saxladığı bir ədəd şəffaf rəngli sellofana bükülmüş büküm, Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçəsinin sol üst cibində saxladığı bir ədǝd səffaf rəngli sellofana bükülmüş büküm və Şahid1 isə əynindəki qara rəngli gödəkçəsinin sol iç cibində saxladığı bir ədəd şəffaf rəngli sellofana bükülmüş büküm görüntüdəki şəxslərin gözü qarşısında zərfə qoyularaq qablaşdırılır və möhürlənir. Həmin zərfin üzəri X12, Şahid5, Təqsirləndirilən şəxs və Şahid1, onların hüquqlarını müdafiə edən vəkilləri X17, X11, X15 və X8 və əməliyyat müvəkkili polis leytenantı Şahid4, Yasamal rayon Polis İdarəsinin 27-ci Polis bölməsinin cinayət axtarışı üzrə əməliyyat müvəkkili polis baş leytenantı Şahid2 və həmin bölmənin cinayət axtarışı üzrə əməliyyat müvəkkili polis leytenantı Şəhriyar Huseynzadə tərəfindən imzalanır (cild 1, iş vərəqi 208-209). İşdə olan Yasamal rayon Polis İdarəsinin 27-ci Polis bölməsinin 093-9765-1222 saylı, xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Şahid1, Təqsirləndirilən şəxs və Şahid5 əldə etdikləri narkotik vasitələri hansı mənbədən əldə etməsi istiqamətində əməliyyat-axtarış tədbirləri keçirilmiş, lakin müsbət nəticə əldə etmək mümkün olmamışdır (cild 2, iş vərəqi 236). İşdə olan "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs adına Azercell şəbəkəsində aktiv nömrə qeydə alınmamışdır (cild 2, iş vərəqi 203). İşdə olan "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs adına Bakcell şəbəkəsində aktiv nömrə qeydə alınmamışdır (cild 2, iş vərəqi 237-238). İşdə olan əşyanın maddi sübut kimi tanınması və saxlanca verilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş təmiz çəkisi 5,562 qram qəhvəyi rəngli tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroin, həmin cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Bakı şəhəri Yasamal RPİ-nə təhvil verilməsi qərara alınmışdır (cild 3, iş vərəqi 63- 66). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 3405 saylı rəyindən görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 3, iş vərəqi 73- 74). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2022-ci il tarixli, 1623 nömrəli rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Onda cinayət əməlini törədən anda xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik qeyd edilməyib. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs cinayət əməlini törədən anda öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəlik aşkar edilmir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hazırda ifadə vermək və onun baş verənləri düzgün qavrayıb təsvir edə bilmək imkanına malikdir (cild 3, iş vərəqi 84-85). İşdə olan cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işindən Şahid1, Təqsirləndirilən şəxs, Şahid5 barələrində Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddələri ilə ********* nömrəsi altında ayrıca icraata cinayət işi ayrılmışdır (cild 3, iş vərəqi 131-134). İşdə olan sübutların qiymətləndirilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işindən Təqsirləndirilən şəxs və Şahid5 barələrində Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddələri ilə ********* nömrəsi altında ayrıca icraata cinayət işi ayrılmışdır (cild 3, iş vərəqi 250-264). İşdə olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında Yasamal rayon prokurorluğunun xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs tutulan zaman polis əməkdaşları tərəfindən qanunsuz hərəkətlərə məruz qalması barədə Yasamal Rayon Məhkəməsindən daxil olmuş məlumat əsasında rayon prokurorluğunda araşdırma aparılmış, əməldə cinayət tərkibi olmaması səbəbindən toplanmış 260-c-22 nömrəli material üzrə cinayət işinin başlanılması rədd edilmişdir (cild 4, iş vərəqi 10-11). İşdə olan cinayət işlərinin bir icraatda birləşdirilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi Azərbaycan Respublikası CM-nin 234.4.3cü maddəsi ilə ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilmişdir (cild 4, iş vərəqi 15-19). İşdə olan 1NK-305 nömrəli raportdan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 00:38 radələrində DİN-in 102 ZXM-dən məlumat daxil olmuşdur ki, ünvan 13 ünvanında yaşayan Zərərçəkmiş şəxs1 evindən 1200 manat dəyərində TV və təmir alətinin (laqunda) oğurlanmasını aşkar etməsi barədə məlumat vermişdir (cild 4, iş vərəqi 27). İşdə olan məhkəmə istintaqında tədqiq edilmiş şifahi ərizə barədə xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs1 polis bölməsinə müraciət edərək bir gün əvvəl saat 23-də anasını qarşılamaq məqsədilə evdən çıxarkən qapını kilidə bağlamamış və 15-20 dəqiqiqə sonra evə qayıdarkən yaşadığı ünvan 13 ünvanından bir ədəd televizor və təmir alətinin (laqonda) oğurlanmasını aşkar etdiyini bildirmişdir (cild 4, iş vərəqi 27). İşdə olan zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (cild 4, iş vərəqi 53). İşdə olan məhkəmə istintaqında tədqiq edilmiş hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, hadisə yerinə baxış ünvan 15 ünvanında yaşayan Zərərçəkmiş şəxs1 məxsus mənzildə keçirilmişdir. Mənzilə daxil olan zaman soldan qabaq masası, 2 ədəd oturacaq kreslosu, 1 ədəd qabaq masası, zalda iki yataq çarpayısı müəyyən edildi. Mənzilin otaqlarında təmir işləri getdiyindən səliqə və sahmansızdır. Zərərçəkmiş şəxs1 bildirdi ki, xx.xx.2022-ci il tarixdə anasına baş çəkmək məqsədi ilə saat 23 radələrində evdən çıxmış, qapını kilidlə bağlamamışdır. Həmin tarixdə təxminən 15-20 dəqiqədən sonra anası ilə birlikdə evə qayıdan zaman evlərindən televizor və 1 ədəd təmir-tikintidə istifadə olunan laqonda naməlum şəxs tərəfindən oğurlanmışdır. Hadisə yeri kriminalist-ekspert E.Ağayev tərəfindən müayinə olunmuş, əl-barmaq izləri aşkar edilməmişdir (cild 4, iş vərəqi 29-31). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2022-ci il tarixli, 9/3760 saylı rəyindən görünür ki, 1 adda malın orta istismar intensivliyi parametrlərinə uyğun orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 450,00 manat müəyyən olunur. Digər 1 adda mal üzrə qiymətləndirmə aparmaq mümkün olmamışdır. Aparalmış tədqiqatın dəyəri 50 (əlli) manat təşkil edir (cild 4, iş vərəqi 59-61). İşdə olan xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs2 26 aprel 2022-ci il tarixdə saat 18:30 radələrində yaşadığı mənzilə gəlmiş və əl çantasını evin dəhlizində qoyub mətbəxdə olmuşdur. Axşam saat 21:01-də onun telefonuna xəbərdarlıq bildirişi gəlmişdir ki, istifadəsində olan maaş kartından 100 manat pul çıxarılmışdır. Bunun ardınca daha dörd sms gəlmişdir ki, kartından 1100 manat çıxarılmışdır.O dəhlizə keçdikdə və çantasına baxdıqda görmüşdür ki, çantasında olan əl kisəsi oğurlanmışdır cild 4, iş vərəqi 163). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş hadisə yerinə baxış keçirilməsi barədə xx.xx.2022-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, hadisə yeri ünvan 16 ünvanında yerləşən yaşayış binasının 3-cü mərtəbəsində yerləşir, 41 nömrəli mənzildir. Mənzildən içəri daxil olduqda dəhliz var. Dəhlizdə sol tərəfdə dolab var. Ev sahibi Zərərçəkmiş şəxs2 bildirdi ki, içindən kart oğurlanan çanta həmin dolabın üstündə olmuşdur. Evin giriş qapısında və qıfıl üzərində zədə əlamətləri yoxdur. Dəhlizdən sol tərəfə keçdikdə qonaq otağı, ondan sol tərəfdə mətbəx və eyvan var, sağ tərəfdə isə yenə də otaq və eyvan vardır. Otaqların səliqəsi pozulmamışdır. Dəhlizdən sağa keçdikdə dəhliz qapısı olan kilidlənmiş otaq var. Bir qədər qarşıda sağ tərəfdə hamam otağı var. Dəhlizin yanında ağ rəngli qapı var. Qapı və qapının kilidləri üzərində zədə əlamətləri müşahidə olunmur. Baxış zamanı mənzildən 17 ədəd əl-barmaq izləri götürülmüşdür. Baxış zamanı hadisə yerindən iş üzrə maddi sübut əhəmiyyəti kəsb edəcək heç nə götürülməmişdir (cild 4, iş vərəqi 164-168). İşdə olan zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (cild 4, iş vərəqi 171). İşdə olan cinayəti könüllü etiraf etmə barədə xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs bildirmişdir ki, bu günə qədər törətdiyi cinayətləri etiraf etsə də, istintaq hərəkətləri aparılarkən törətdiyi digər cinayətləri istintaqdan gizlətmişdir. Bakı İstintaq təcridxanasının əməliyyat şöbəsinin əməkdaşlarının onunla apardığı izahedici söhbətlər nəticəsində etiraf etmək istəyir ki, həbs olunmamışdan əvvəl azadlıqda olarkən 2022-ci ilin 26 aprel tarixində ünvan 3 ünvana girərək evin girəcəyində olan əl çantasının içərisindən pul kisəsini oğurlamış və içərisindən bank kartlarını götürmüşdür. Götürdüyü bank kartlarından Bakı şəhərində Şahmat məktəbinin yanında olan bankomtdan bir neçə dəfə olmaqla ümumilikdə 1200 manat çıxararaq təlabatları üçün xərcləmişdir. Törətdiyi cinayətdən çox peşmandır, odur ki, bu barədə müvafiq hüquqmühafizə orqanlarına məlumat veriməsini Bakı İstintaq təcridxanasının əməkdaşlarından xahiş edir (cild 4, iş vərəqi 221). İşdə olan məhkəmə istintaqında tədqiq edilmiş “Unibankın” HTİD/6432 nömrəli, xx.xx.2022-ci il tarixli məktubundan və diskdən görünür ki, 537609******9314 saylı kartdan Unibanka məxsus ATM vasitəsilə (ATM) ünvanı: Bakı şəhəri, Azərbaycan prospekti 42A) 26 aprel 2022-ci il tarixində saat 21:00 radələrində 100 manat, saat 21:01 radələrində 500 manat, saat 21:02 radələrində 500 manat və 21:04 radələrində 100 manat məbləğində olmaqla həyata keçirilmiş nağdlaşdırma əməliyyatları barədə videogörüntülər əks olunur (cild 5, iş vərəqi 38-39). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş videogörüntü məlumatlarına baxış keçirilməsi barədə xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, "xxxx" ASC-na məxsus Yasamal rayonu, Azərbaycan prospektində yerləşən bankomatdan vahid niyyətlə 21 aprel 2022-ci il tarixdə pulu nağd şəkildə çıxarması ilə bağlı cinayət işinin materiallarına əlavə edilmiş 01 ədǝd DVD diskdəki görüntülərə baxış keçirməzdən əvvəl həmin disk cinayət işinin materiallarına əlavə edilmiş zərfdən götürülərək kompyuterin disklər üçün yuvasına salındı və diskin açılması düyməsinə basıldıqda ekranda “ATM 032 Shahmat klub C3 202” səhifə açıldı. Həmin səhifənin açılması düyməsinə basıldıqda ekranda başında papaq olan bir nəfər şəxsin terminaldan pul çıxarılması ilə bağlı görüntülər başlanır. Həmin vaxt saat 21:00:00 dəqiqədən başlayaraq saat 21:04:00 dəqiqǝyǝdək davam edir. Bundan sonra materiala əlavə edilmiş həmin diskdə olan açılması düyməsinə basıldıqda ekranda “ATM 032 Shahmat klub C4 202” səhifə açıldı. Həmin səhifənin açılması düyməsinə basıldıqda ekranda başında papaq olan bir nəfər şəxsin terminaldan pul çıxarılması ilə bağlı görüntülər başlanır. Həmin vaxt saat 21:00:00 dəqiqədən başlayaraq saat 21:04:50 saniyəyə qədər davam edir. Həmin görüntüdə düşən başında papağı olan şəxsin 4 dəfə qeyd olunan terminaldan plastik kartı daxil etməklə pul vəsaitlərini çıxarması görüntülənir. Təqsirləndirilən şəxs iştirakı ilə videogörüntüyə baxış zamanı o, görüntüdə olan şəxsin özünün olduğunu bildirərək "xxxx" ATM 32 terminalına daxil edərək dörd dəfə çıxardığı pulların cəminin 1200 manat olmasını və həmin pulları çıxardığı plastik kartı da 26 aprel 2022-ci il tarixdə Zərərçəkmiş şəxs2 yaşadığı Səbail rayonu, Mirzə İbrahimov küçəsi, ev 1, mənzil 41 ünvana qanunsuz daxil olaraq oradan oğurladığı bank kartı olmasını bildirdi (cild 5, iş vərəqi 48). İşdə olan sübutların qiymətləndirilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, "xxxx" Bankının xx.xx.2022-ci il tarixli HTİD/6432 nömrəli müşayiət məktubu ilə daxil olmuş ünvan 18 ünvanda yerləşən bankomat vasitəsilə 26 aprel 2022-ci il ci il tarixdə saat 21:00 radələrində 100 manat, saat 21:01 radələrində 500 manat, saat 21:02 radələrində 500 manat və saat 21:04 radələrində 100 manat məbləğində pulların çıxarılması əməliyyatlarının aparılmasına dair görüntünü özündə əks etdirən 1 ədəd CD disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir (cild 5, iş vərəqi 106-122). Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs oğurluq cinayətinə münasibətdə əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.3-1 maddələri ilə düzgün tövsif olunmuşdur. Bununla yanaşı, məhkəmə araşdırması zamanı Təqsirləndirilən şəxs qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş bütün sübutlar məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırıldı, bu zaman təqsirləndirilən şəxsin ondan aşkar olunmuş narkotik vasitəni qanunsuz olaraq satış məqsədi ilə əldə etməsi, saxlaması və daşıması faktı öz təsdiqini tapmadı. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli, 1 nömrəli Qərarının 1-ci, 7-ci, 19 və 20-ci bəndlərində məhkəmələrə izah edilmişdir ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək) oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir. Yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. Yaşayış sahəsi dedikdə yaşayış və qeyri yaşayış sahələri də daxil olmaqla mülkiyyət formasından asılı olmayaraq mənzil fonduna daxil olan, daimi və ya müvəqqəti yaşamaq üçün yararlı hesab edilən, həmçinin mənzil fonduna daxil olmasa da müvəqqəti yaşamaq üçün nəzərdə tutulmuş fərdi yaşayış evi, mənzil sahəsi başa düşülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16.1-ci maddəsinə əsasən bu Məcəllənin eyni bir maddəsi ilə nəzərdə tutulmuş cinayətin iki dəfə və ya iki dəfədən çox törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinin 3-cü bəndinə görə, bu Məcəllənin 177-183-cü, habelə 213-3, 217, 227, 232 və 235-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərdən hər hansı birini və ya bir neçəsini törətmiş şəxs tərəfindən bu Məcəllənin 177-183-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin hər hansı birinin yenidən törədilməsi (bu Məcəllənin 16.3-cü maddəsində göstərilən hallar istisna olunmaqla) onların təkrar törədilməsi hesab olunur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən heroinin təmiz halda 0,15 qrama qədəri şəxsi istehlak miqdarı, 2 qram və ondan artıq miqdarı külli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarının 33-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, hökmün təsviri-əsaslandırıcı hissəsində təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin polislər tərəfindən saxlanılarkən üzərində narkotik vasitəsi olmaması, polislər tərəfindən döyülməsi ilə bağlı məhkəmədə məhkəmədə verdiyi ifadələri bağlı qeyd etməyi lazım bilir ki, iş materiallarına görə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulub videoçəkiliş aparılmaqla müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış keçirilərkən özü heç bir kənar təsir və təzyiq olmadan üzərində saxladığı narkotik vasitə heroini polis əməkdaşlarına təqdim etmiş, həmin maddi sübut prosessual qaydada qablaşdırılaraq götürülmüşdür. O, istintaqa şübhəli şəxs və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində üzərindən aşkar edilən narkotik vasitənin özünə məxsus olduğunu, lakin həmin narkotiki satış məqsədilə deyil, öz şəxsi istifadəsi üçün əldə edib saxladığını bildirmişdir. Həmin hal iş üzrə toplanmış digər sübutlarla da öz təsdiqini tapmışdır. Döyülməsi barədə ifadəsinə gəldikdə isə məhkəmə baxışı zamanı dindirilmiş polis əməkdaşlarına verilmiş sualların cavablarından da görünür ki, təqsirləndirilən şəxsə qarşı hər hansı təzyiq göstərilməmişdir. İş materisallarına əlavə edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında Yasamal rayon prokurorluğunun xx.xx.2022-ci il tarixli qərarından da görünür ki, Təqsirləndirilən şəxs tutulan zaman polis əməkdaşları tərəfindən qanunsuz hərəkətlərə məruz qalması barədə Yasamal Rayon Məhkəməsindən daxil olmuş məlumat əsasında rayon prokurorluğunda araşdırma aparılmış, təqsirləndirilən şəxsin və polis əməkdaşlarının izahatları alınmış, məhkəmə tibbi ekspertizası keçirilmişdir. Ekspert rəyində qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs adına Bakı İstintaq təcridxanasında tərtib olunmuş tibbi kitabçada qeyd olunan hər iki said nahiyəsində olan çapıqlar köhnədir, xx.xx.2022-ci il tarixə, yəni onun saxlanması tarixinə uyğun deyildir. Bu səbəblərdən əməldə cinayət tərkibi olmaması səbəbindən toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Odur ki, məhkəmədə təqsirləndirilən şəxsin həmin hallarla bağlı məhkəmədə verdiyi ifadələrinə, həmin ifadələrdə qeyd edilənlər heç bir sübuta əsaslanmadığından tənqidi yanaşır, bunu onun müdafiə mövqeyi kimi dəyərləndirir və hesab edir ki, belə ifadələr verməklə o, məsuliyyətdən yaxa qurtarmaq məqsədi daşıyır. Eyni zamanda, işin digər halları ilə tam uzlaşdığınan məhkəmə Təqsirləndirilən şəxs və Şahid1 ibtidai istintaq zamanı verdikləri ifadələrini sübut kimi qəbul edir və qiymətlədirir. Bütün bunlarla yanaşı, məhkəmə kollegiyası yuxarıda sadalanan və məhkəmədə tədqiq edilmiş bütün sübutları məcmu halında qiymətləndirərək belə hesab edir ki, Təqsirləndirilən şəxs 1 bükümdə 5,562 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini satış məqsədi ilə qanunsuz olaraq əldə etməsi, saxlaması və daşıması ilə bağlı verilmiş ittiham məhkəmə iclasında sübuta yetirilmədi. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli 2 saylı Qərarının 9cu bəndində məhkəmələrə tövsiyə edilir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən, ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Həmin Məcəllənin 144-cü maddəsinin tələblərinə görə, cinayət təqibi üzrə toplanmış sübutlar tam, ərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 145.1, 145.2-ci maddələrinin tələblərinə müvafiq olaraq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən hüquqi qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, cinayət işinə əlavə edilmiş təhqiqat materiallarında, yəni 27 aprel 2022-ci il tarixli və 28 aprel 2022-ci il tarixli raportlarda, əməliyyat qrupunun yaradılması haqqında qərarda və əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərarda, şəxsi axtarış və götürmə aparılması haqqında protokolda Təqsirləndirilən şəxs narkotik vasitəni məhz satış məqsədi ilə əldə etməsi, saxlaması və daşıması cinayətlərinin törədilməsində şübhəli bilinməsi barədə məlumat olmamışdır. Eyni zamanda, məhkəmə iclasında şahid qismində dindirilmiş polis əməkdaşları Şahid2, Şahid3 və Şahid4 da daxil olmuş əməliyyat məlumatında Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədi ilə əldə etməsi, saxlaması və daşıması barədə heç nə deyilmədiyini bildirdilər. Məhkəmə həmçinin qeyd etməyi lazım bilir ki, iş materiallarına görə toplanmış sübutlar əsasında Təqsirləndirilən şəxs 29 aprel 2022-ci il tarixdə CM-nin 234.1-ci maddəsi ilə ittiham verilmişdir. İstintaq zamanı sonradan keçən müddət ərzində təqsirləndirilən şəxsin ondan aşkar olunmuş narkotik vasitəni məhz satış məqsədi ilə əldə edilməsini təsdiq edə biləcək hər hansı sübut əldə edilməmiş, bütün bunlara baxmayaraq ibtidai istintaq orqanı təqsirləndirilən şəxsə istintaqın ilkin mərhələsində Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə verdiyi ittihamı dəyişərək, narkotik vasitənin kütləsinin külli miqdar təşkil etməsi səbəbi ilə 05 iyul 2022-ci il tarixdə Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif etmişdir. Ali Məhkəmə Plenumunun yuxarıda adı çəkilən qərarının təfsirinə əsasən, şəxsə CM-nin 234.4.3-cü maddəsi ilə ittiham verilərkən narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Baxılan cinayət işi üzrə isə ittiham tərəfi bu cür halların mövcudluğunu müəyyən edib məhkəməyə təqdim etməmişdir. Göründüyü kimi, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs 5,562 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini satış məqsədi ilə qanunsuz olaraq əldə etməsi, saxlaması və daşımasına dair hər hansı birbaşa və ya yanakı sübut əldə edə bilməmiş, məhkəmədə də bu hal öz təsdiqini tapmamışdır. Buna baxmayaraq, ibtidai istintaq orqanı tərəfindən heç bir əsas və sübut olmadan, yalnız fərziyyə və mülahizələrə əsaslanaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham verilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayətprosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 351.2-ci və 351.3.4-cü maddəsilərə əsasən, ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxmaq hüququna malikdir. Təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni isə CPM-nin 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən (cinayət hadisəsinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət tərkibinin olmasının sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyətinin sübuta yetirilib-yetirilməməsi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin əməlinin ittihamda CM-nin müvafiq maddəsi əsasında ona isnad edilən cinayətin əlamətlərinə uyğun olub-olmaması kimi) məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı, yəni təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir. Beləliklə, məhkəmə kollegiyası məhkəmə iclasında tədqiq olunan mötəbər və təkzibedilməz sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə verilmiş ittiham məhkəmə iclasında öz təsdiqini tapmadığından, lakin onun hərəkətlərində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin cinayət tərkibi olduğundan, əməl Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməlidir. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən, şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə, məhkəmə kollegiyası məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.3-1 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini qəsdən törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən, Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.3-1 və 234.1-ci maddələrində nəzərdə tutulmuş əməllər qəsdən törədilmiş, başa çatmış cinayətlərdir, təsnifatına görə az ağır cinayətlər kateqoriyasına aiddirlər. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən, qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin tələbnaməsindən və hökmdən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 10 (on) ay 28 (iyirmi səkkiz) gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. O, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək CM-nin 68.1.1-1 və 66.5-ci maddələri tətbiq edilməklə qəti olaraq 02 (iki) il 02 (iki) ay 29 (iyirmi doqquz) gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. O, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasının əvvəli hökmün elan edildiyi gündən, yəni 06 oktyabr 2022-ci il tarixdən hesablanmış, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi qərara alınmışdır (cild 2, iş vərəqi 204-207, 223-228). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinin tələbinə görə cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə onların məhkumluğu ödənilmiş hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə ona təyin edilmiş cəzanı çəkib qurtardığı gündən iki ildən çox vaxt keçmədiyindən qüvvədə olan cinayət qanunvericiliyinə görə, onun məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və o, məhkumluğu olan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin tələbinə görə, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Göründüyü kimi, Təqsirləndirilən şəxs Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından azad edildiyi xx.xx.2021-ci il tarixdən sonra məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətdiyindən onun törətdiyi əməl cinayətin residivi kimi qiymətləndirilməlidir. Təqsirləndirilən şəxs əməlində residivin olmasını məhkəmə Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi qiymətləndirir. Məhkəmədə zərərçəkmiş şəxslərdən biri Zərərçəkmiş şəxs1 ilə barışıq əldə etməsini Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi qəbul edir. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini cəza təyin edilməsinin ümumi əsaslarını, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən, residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəlləsinin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə azadlıqdan məhrum etmə növündə cəzanın ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İşdə olan tutma protokolundan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs 28 aprel 2022-ci ildə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qərarı ilə barəsində 29 aprel 2022-ci il tarixdə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 28 aprel 2022-ci il tarixdən hesablanmış və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır (cild 1, iş vərəqi 77; cild 2, iş vərəqi 86-87; cild 3, iş vərəqi 225-226, 244-245; cild 5, iş vərəqi 42). Məhkəmə iclasında müəyyən edildi ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs 2021-ci ilin oktyabr ayında törətdiyi cinayətə görə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzaçəkmə müddətinin başlanğıcı 06 oktyabr 2022-ci il tarixdən hesablanmışdır. Hazırkı iş üzrə ittiham olunduğu cinayət əməllərini isə 2022-ci ilin fevral və aprel aylarında, yəni Bakı şəhəri Səbail Rayon Məhkəməsinin qeyd olunan hökmü elan edilməmişdən əvvəl törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona cinayətlərin məcmusu üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Odur ki, Təqsirləndirilən şəxs hazırkı hökm üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsi 177.2.2, 177.2.3, 177.2.3-1 və 234.1-ci maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, həmin cəzalar Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən tamamilə toplanılmalı, toplanmış cəza Cinayət Məcəlləsinin 66.5-ci maddəsində göstərilən qaydalar üzrə ona Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təyin edilmiş 02 (iki) il 06 (altı) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaq yolu ilə ona qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunmalı, cəzaçəkmə müddətinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu 28 aprel 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə nəzərə alır ki, hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Yasamal rayon Polis İdarəsində saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 5,562 qram çəkidə heroin məhv edilməli, "xxxx" Bankının təqdim etdiyi, pulların çıxarılması əməliyyatlanının aparılmasına dair görüntünü özündə əks etdirən 1 ədəd CD disk iş materiallarında saxlanılmalıdır. Məhkəmə məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü və 198.1-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizası ilə əlaqədar 114 (yüz on dörd) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.3-1 və 234.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.3-1-ci maddələrilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 234.1-ci maddəsilə 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları tamamilə toplamaq yolu ilə ona 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs oğluna hazırkı hökm üzrə təyin edilmiş cəza ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 06 oktyabr 2022-ci il tarixli hökmü ilə təyin edilmiş 02 (iki) il 06 (altı) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzasını qismən toplamaq yolu ilə cinayətlərin məcmusu üzrə Təqsirləndirilən şəxs qəti olaraq 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 28 aprel 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Bakı şəhəri Yasamal rayon Polis İdarəsində saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 5,562 qram çəkidə heroin məhv edilsin; Digər maddi sübut - "xxxx" Bankının təqdim etdiyi, pulların çıxarılması əməliyyatlanının aparılmasına dair görüntünü özündə əks etdirən 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İbtidai istintaq zamanı aparılmış məhkəmə ekspertizası ilə əlaqədar 114 (yüz on dörd) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən onun elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (Sədrlik edən) Telman Hüseynov Əli Məmmədov Səbinə Məmmədzadə
Məhkəmə qərarları › İş №1(101)-370/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-370/2023
30.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver