Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-370/2025 24.02.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Muxtarov Kamran Nüsrət oğlunun sədrliyi, X10 və X6 ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru, ədliyyə müşaviri X1, Təqsirləndirilən şəxs, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxx 1972-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində 01 (bir) azyaşlı uşağı olan, işləməyən, əvvəllər məhkum olunmuş, üzərində ödənilməyən məhkumluğu olmayan, ünvan 1-da qeydiyyatda olan, həbs olunanadək həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 03 saylı İstintaq Təcridxansında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü və 237.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etmiş, (əkmiş, yetişdirmiş, onların hissələrini toplamış), satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə, xeyli miqdarda narkotik vasitə və psixotrop maddə əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, 2023-cü ilin sentyabr ayında yaşadığı ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində qanunsuz olaraq əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə(kannabis) bitkilərini külli miqdarda kultivasiya etmiş (əkmiş, yetişdirmiş, onların hissələrini toplamış), həmin əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkilərinin hissələrindən qanunsuz olaraq satış məqsədilə toplayaraq əldə etdiyi külli miqdarda 1034,8 qram çəkidə narkotik vasitəqurudulmuş marixuananı və satış məqsədi ilə qanunsuz olaraq ümumi təmiz çəkisi xeyli miqdarda 0,608 qram-psixotrop maddə metamfetamin və ümumi təmiz çəkisi xeyli miqdarda 0,271 qram narkotik vasitə heroini 16 fevral 2023-cü il tarixdə saat 09 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsində istintaqa məlum olmayan mənbədən 20 manat müqabilində əldə edib daşıyaraq yaşadığı evdə saxlamış, 16 fevral 2024-cü il tarixdə saat 10:00 radələrində Bakı şəhəri Suraxanı rayon polis idarəsinin 31-ci Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, N.Abdullayev küçəsində yaşadığı evin qarşısında saxlanılaraq, Suraxanı RPİ-nin 31-ci PŞ-nə aparılıb orada üzərində şəxsi axtarış və götürmə aparılan zaman əynində olan qara rəngli gödəkçəsinin sol yan cibindən 02 (iki) ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri 1,12 qram, 1,04 qram ümumi çəkisi 2,16 qram kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuana aşkar edilərək götürülmüş, həmin gün əməliyyat tədbirlərinin davamı olaraq yaşadığı ünvan 2 ünvana baxış keçirilən zaman yaşadığı evin mətbəxindəki dolabdan və yataq otağındakı dolabdan iki ədəd şüşə bankanın içərisində olan ayrı-ayrılıqda təmiz çəkiləri 3,61 qram, 2,65 qram və bir ədəd sarı rəngli sellofan torbada təmiz çəkisi 905,0 qram olmaqla, ümumi təmiz çəkisi külli miqdarda 911,26 qram olan bitki mənşəli tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuana, iki ədəd şüşə bankada ayrı- ayrılıqda təmiz çəkiləri 6,38 qram, 25,0 qram, bir ədəd plastik bankada təmiz çəkisi 90,0 qram, ümumi təmiz çəkisi xeyli miqdarda 121,38 qram bitki mənşəli tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış tərkiblərinə görə eyni olan narkotik vasitə-qurudulmuş marixuana, yataq otağındakı dolabın içərisndən 05 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,025 qram, 0,027 qram, 0,08 qram, 0,038 qram, 0,101 qram ümumi təymiz çəkisi xeyli miqdarda - 0,271 qram xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə-heroin, 12 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,020 qram, 0,045 qram, 0,054 qram, 0,046 qram, 0,042 qram, 0,032 qram, 0,038 qram, 0,037 qram, 0,029 qram, 0,024 qram, 0,072 qram, 0,169 qram, ümumi təmiz çəkisi xeyli miqdarda 0,608 qram xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eyni olan kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamin və həmin dolabdan üzərində «AOSAİ» yazısı olan elektron tərəzi, evin arxasındakı yardımçı tikilidən saxlanılan 01 ədəd sintetik torbadan 03 (üç) ədəd quru vəziyyətdə ümumi çəkisi 600,0 qram əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri, bundan başqa fərdi yaşayış evinin həyətyani sahəsindən 14 (on dörd) ədəd yaş vəziyyətdə ümumi təmiz çəkisi 175,0 qram əkilib-becərilməsi qadağan olunmuş aqrotexniki qaydada qulluq edilmiş narkotik tərkibli çətənə (kannabis) bitkiləri aşkar edilib kökündən çıxarılaraq götürülmüşdür. Təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı Azərbaycan Respublikası CM-nin 234.4.3-cü və 237.2.3-cü maddələri ilə elan ona edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, polislər onun evindəki nərdivandan istifadə edərək həyətinə daxil olmuşlar. Həmin vaxt o yatmışdır. Polislər onu yuxudan oyadaraq “nəşə haradadır?” deyə soruşmuşlar. Onun evdə sellofan paketdə 300 qram marixuanası olmuşdur. Həmin narkotik vasitəni stolun üzərinə qoymuşdur. Sonradan polislər evində axtarış etmiş, oğlunun bank kartını götürmüş, kartdan pul da çıxardıblar. Oğlu DİN-in 102 xidmətinə zəng edərək evinin qarət edildiyin, atasının, yəni onun da harasa aparıldığını demişdir. Özü bir neçə müddət əvvəl marixuana əkmiş, onu yığıb qurutmuşdur. Yalnız həmin marixuana ona məxsus olmuşdur. Həmin çətənənin toxumlarından müəyyən hissəsi təsadüfən torpağa düşmüş və ikinci dəfə öz-özünə torpaqdan çətənə çıxmışdır. Həyət otluq olduğu üçün həmin 14 ədəd koldan xəbəri olmamışdır. Astma xəstəsi olduğu üçün narkotik vasitə istifadə etmişdir. Təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmə iclasında elan edilərək tədqiq edilmiş ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, ünvan 3 ünvanında arvadı İlahə, 18 və 21 yaşlı oğlanları Cəfər və Hacı ilə birlikdə yaşayır. Uzun müddətdir ki, narkotik vasitələrdlən istifadə edir, narkomandır. Sonuncu dəfə 2010-cu ildə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş, azadlığa çıxandan sonra da narkotik vasitələrin istifadəsi ilə məşğul olmuşdur. 2023-ü ilin sentyabr ayında yaşadığı evin yan tərəfindən həyətyanı sahədə çətənə kollarının yetişdiyini aşkar etmiş, həmin çətənə kollarını əkməmiş, öz-özünə yetişmişdir. Narkotikdən istifadə etdiyinə görə çətənə kollarının yarpaqlarını (hissələrini) ağ rəngli un torbasına yığıb təxminən bir kiloqram çəkidə həyətdə saxlamış, hərdən bir üzərindən götürüb istifadə etmişdir. xx.xx.2024-cü il tarixdə saat 09 radələrində yaşadığı Suraxanı rayonu Əmircan qəsbəsində dəmir yol stansiyasının yanında üzdən tanıdığı, lakin adını, soyadını ünvanını bilmədiyi şəxsdən 20 manat müqabilində bir “çet” narkotik vasitə heroin və bir “çet” də psixotrop maddə metamfetamin alıb yaşadığı evə gətirərək istifadə etməsi üçün dolabda saxlamışdır. Narkotiki aldığı şəxs taksafonla onun istifadəsində olan ***-***-**-** nömrəsinə zəng edib özü görüş yerini təşkil etmiş, buna görə də həmin şəxsin mobil nömrəsini bilməmişdir. Bundan sonra xx.xx.2024-cü il tarixdə təxminən saat 10 radələrində yaşadığı Suraxanı rayonu, Əmircan qəsəbəsi N.Abdullayev küçəsindəki evinin yaxınlığında olarkən mülki geyimdə olan üç nəfər şəxs ona yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşı olduqlarını bildirmişlər və ondan özünü təqdim etməyini istəmişlər. O, özünü təqdim etmiş Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Polis əməkdaşları onun narkoitk maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək üzərinə baxış keçirilməsi zərurətinin yarandığını deyib 31-ci PŞ-nə dəvət etmişlər. O, razılaşmış və polis əməkdaşları ilə birlikdə 31-ci PŞ-nə gəlmişdir. 31-ci PŞ-də şəxsiyyəti müəyyən olunduqdan sonra xidməti otaqların birində hüquq və vəzifələri izah edilmiş və hüquqlarını müdafiə etməsi üçün dövlət hesabına müdafiəçi dəvət edilmişdir. Vəkili gəldikdən sonra onunla görüşmüş, daha sonra polis əməkdaşları videoçəkiliş aparılmaqla üzərinə baxış keçirmişlər. Əvvəlcə ondan üzərində olan bütün əşyaları çıxarıb təqdim etməyi təklif olunmuş, o əynində olan qara rəngli gödəkçənin sol yan cibindən özünə məxsus sürücülük və şəxsiyyət vəsiqələrini, mobil telefonunu, gödəkçənin sağ yan cibindən 02 ədəd içərisində qurudulmuş marixuana olan kibrit qutusunu çıxarıb təqdim etmiş və kibrit qutularının içərisində olan kütlənin qurudulmuş marixuana olduğunu, marixuananı öz həyətində əkib becərdiyini bildirmişdir. Sonra onun üzərində axtarış keçirilmiş, amma özünün təqdim etdiyi iki kibrit qutusundan başqa heç nə aşkar edilib götürülməmişdir. O, evinə baxış keçirilməsinə razı olmağı barədə ərizə vermiş, onun və müdafiəçisinin iştirakı ilə yaşadığı evə baxış keçirilmişdir. Sonra polis əməkdaşları ilə birlikdə yaşadığı evə gəlmiş, və mətbəx otağna daxil olmuş, mətbəx otağında polis əməkdaşları narkotik vasitələri və psixotrop maddələri saxladığı yeri təqdim etməsini bildirmişdir. O, mətbəx otağında divara bərkildilmiş dolabı açıb dolabın içində boş vəziyyətdə iki ədəd kibrit qutusu, iki ədəd şüşə və bir ədəd plasmas materialından olan plasmas qabları, hər birinin içərisində qurudulmuş ot kütlələri olan plasmas qabları təqdim etmiş, sonra o, yataq otağında dolabın sirtməsini açaraq dolabın aşağı hissəsində saxladığı ağ rəngli sellofan torbanı götürüb baxış iştirakçılarına təqdim etmiş, sellofan torpanın açaraq içərisində qurudulmuş ot kütləsinin, paltar şkafının yuxarı sirtməsində üzərinə “Aosai” yazısı olan elektron tərəzini, yanında üzərində “bizim tarla” sözləri yazılmış şüşə qab, içərisində qurudulmuş ot şəkilli kütləni, bir ədəd gümüşü rəngli kağıza bükülmüş qurudulmuş ot şəkilli kütlə, bir ədəd kiçik ağzı bağlı vəziyyətdə şüşə qab və narıncı rəngli plasmas qabları götürüb polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları tərəfindən gümüşü rəngli kağıza bükülmüş içərisində “şüşə” kimi tanıdığı psixotrop maddəni, bir ədəd göy rəngli kağıza bükülmüş psixotrop maddə “şüşə”, narıncı rəngli plasmas qabı açıb içərisində bir ədəd narıncı rəngli kağıza bükülmüş psixotrop maddə “şüşə”, 1 ədəd ağ rəngli kağıza bükülmüş heroini, beş ədəd ağ rəngli kağıza bükülmüş psixotrop maddə “şüşə” aşkar olundu. Bundan başqa yataq otağında olan göy rəngli kağız karton qutunu polis əməkdaşlarına təqdim etmiş, polis əməkdaşları qutunu içərisini açaraq 4 ədəd göy rəngli kağız bükümdə içərisində “şüşə”kimi tanıdığı psixotrop maddə aşkar olunmuşdur. Sonra yaşadığı evin sağ yan tərəfindən həyat yani sahədə 14 ədəd kol şəkilli bitkilər aşkar olunmuş, sonra fərdi yaşayış evinin arxasında olan yardımçı tikilini polis əməkdaşlarına təqdim etmiş, polis əməkdaşları ilə birlikdə yardımçı tikiliyə daxil olunnaraq oradan üzərində “Kannet” yazısı olan un kisəsinin içərsində 3 ədəd qurudulmuş bitki məşəli kol aşkar olunaraq polis əməkdaşları tərəfindən götürülmüşdür. Onlar ayrı-ayrı zərflər qablaşdırılaraq zərflər möhürləndi. Baxış keçirilən zaman o, evində saxladığı narkotik vasitə heroini, psixotrop maddə metamfetamini, qurulumuş marixuananı, əkib becərdiyi narkotik tərkibi çətənə bitkilərini polis əməkdaşlarına təqdim etmişdir. Onlar ayrıayrı zərflərə qoyularaq qablaşdırılmış zərflər möhürlənmişdir. Bu barədə protokol tərtib olunmuş, o, protokolun məzmunu ilə tanış olmuş və möhürlənmiş zərflərin üzərini və protokolunu imzalamışdır. Azərfon MMC dən daxil olmuş bir ədəd diskə baxış keçirilən zaman müəyyən olundu ki, “xx.xx.2024-cü il tarixdə saat 02:12-də sizin istifadə etdiyiniz **********28 nömrəsinə **********12 nömrəsindən “emoğlu tebii verdiylerin hecnee coox coox zeifdi. Axrıncıdan 5 defe zeifdi. Dedim bilesen bratka”, xx.xx.2024-cü il tarixdə 22:24 də **********28 nömrəsinə “çox xahiw edirem otdaa tewkil ele emoğlu” və xx.xx.2024-cü il tarixdə 06:43 də əmoğlu sənə qurban gəlməy istiyirəme ağrıyıram kola idtiyrem imkan var gəlim naxadu” sms mətni daxil olmuşdur” Bu barədə nə deyə bilərsiniz” sualına cavab olaraq bildirmişdir ki, sms göndərən şəxslər barədə heç bir məlumatı yoxdur, yəqin ki, onu tanıyan şəxslər narkotik vasitələrdən istifadə etdiyini bilərək ondan narkotik vasitə istəmişlər, lakin o, heç kimə narkotik vasitə satmamışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi özünün ifadəsindən başqa ibtidai araşdırma dövründə qanuni üsullarla toplanmış və hazırki məhkəmə iclasında tam, hərtərəfli və obyektiv şəkildə tədqiq edilmiş sübutlarla, yəni özünün istintaq zamanı verdiyi ilkin ifadələri, şahidlərin ifadələri, şəxsi axtarış və götürmə aparılması haqqında protokol, məhkəmə ekspertizasının rəyləri, maddi sübutlar və digər sənədlərlə tam təsdiq edilmişdir. Şahid1 07 oktyabr 2024-cü il tarixli məhkəmə iclasında vermiş olduğu və 03 fevral 2025-ci il tarixli məhkəmə iclasında elan edilərək ararşdırılmış ifadəsində göstərmişdir ki, Elşən adlı şəxsin Suraxanı rayonu, Əmircan qəsəbəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş və rəhbərliyə məruzə edilmişdir. Elşən adlı şəxsin saxlanılması ilə bağlı əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunda ondan başqa əməliyyat müvəkkili Şahid2 və yetkinlik yaşına çatmayanların işləri üzrə inspektor Mirzəyev Mirrəşad daxil olmuşdur. Deyilən ərazidə şəxsə yaxınlaşaraq Suraxanı RPİ-nin 33-cü PB-nin əməkdaşları olduqlarını, onun narkotik vasitələrin qanunsuz dövrüyyəsində şübhəli bilindiyini, onlarla birlikdə Suraxanı RPİ-nin 33-cü PB-ə getməli olduğunu bildirmişlər. Elşən onlarla birlikdə maşına əyləşərək Polis bölməsinə getmişdir. Polis bölməsində təhqiqatçının otağında onun üzərində şəxsi axtarış aparılmışdır. Axtarış zamanı özü üzərində olan narkotik vasitəni könüllü surətdə təqdim edərək həmin narkotik vasitəni istifadə etdiyini bildirmişdir. Bundan sonra evində də narkotik vasitələrin olduğunu bildirdi və bu səbəbdən onun evində də axtarış həyata keçirilmişdir. Deyilən ünvanda müxtəlif çəkilərdə və növlərdə narkotik vasitələr aşkar edilmişdir. Aşkar edilmiş narkotik vasitələr sənədləşdirilmiş ekspertizaya təqdim edilmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir təzyiq edilməmişdir. Şahid1 Təqsirləndirilən şəxs məhkəmə baxış iclasında vermiş olduğu ifadəsi ilə əlaqədar verilmiş suallara cavab olaraq göstərdi ki, sonununcunun məhkəmə istintaqında vermiş olduğu ifadəsi özünümüdafiə xarakteri daşıyır. Onlar Elşənin evinə öz icazasi ilə daxil olmuş, təhqiqatçının iştirakı ilə evinə baxmışlar. Demək olar ki, onun evinin hər yerindən narkotik vasitələr aşkar edilmişdir. Elşənin həyətindəki otları narkotikin üzərinə əlavə etməmişlər. Sonuncunun həyətində həm əkilmiş şəkildə, həm də qurudulmuş şəkildə marixuana aşkar edilmişdir. Şahid2 07 oktyabr 2024-cü il tarixli məhkəmə iclasında vermiş olduğu və 03 fevral 2025-ci il tarixli məhkəmə iclasında elan edilərək ararşdırılmış ifadəsində göstərmişdir ki, baxılan cinayət işi üzrə baş vermiş hadisələr 2024-cü ilin əvvəlində baş vermişdir. Təqsirləndirilən şəxs barəsində əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat qrupunun rəhbəri Şahid1 olmuşdur. Barəsində məlumat daxil olan vətəndaşı küçədə saxlamış, Polis bölməsinə dəvət etmişlər. Bölmədə üzərində baxış zamanı narkotik vasitələr aşkar edildi. Bundan sonra Elşənin evinə baxış keçirilmişdir. Onun evindən də müxtəlif yerlərdən müxtəlif növlərdə narkotik vasitələr aşkar edilmişdir. Təqsirləndirilən şəxs saxlanıldığı zaman heç bir təzyiqə məruz qalmamışdır. Elşəni saxlayan zaman videoçəkilişdən istifadə edilməmişdir. Bu barədə plenum qərar yeni qəbul edildiyi üçün həmin zaman videoçəkilişdən istifadə etməmişlər. Şahid3 ibtidai istintaq zamanı vermiş olduğu məhkəmə baxışı zamanı elan edilərək araşdırılmış ifadəsindən görünür ki, Bakı şəhəri, Suraxanı RPİ-nin 31-ci Polis şöbəsinin baş əməliyyat müvəkkili vəzifəsində işləyir, polis mayorudur. Xidməti vəzifənin icrası zamanı 16 fevral 2024-cü il tarixdə daxil olmuş məlumat əsasında Polis Şöbəsinin rəisinin əmri ilə yaradılmış əməliyyat qrupunun üzvü kimi, şöbənin baş əməliyyat müvəkkili Şahid1 və polis mayoru Şahid2 ilə keçirilən əməliyyat-axtarış tədbirlərində iştirak etmişlər. Keçirilən tədbir zamanı xx.xx.1972-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatları yoxlanılmış, əməliyyat qrupunun rəhbəri kimi şəxs barəsində malik olduğu məlumatlara əsasən tədbirin vaxtını keçiriləcək ərazini müəyyənləşdirmişdir. 16 fevral 2024-cü il tarxidə saat 10:00 radələrində Təqsirləndirilən şəxs Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, N.Abdullayev küçəsinin yaxınlığında müşahidə aparmağa başlamışlar və ona yaxınlaşıb özlərini polis əməkdaşları kimi təqdim edərək, Təqsirləndirilən şəxs özünü təqdim etməsini tələb etmişlər, sonuncu özünü təqdim etmiş və ona narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumatların yoxlanıması məqsədi ilə saxlanıldığını bildirmişdir. Onlar Təqsirləndirilən şəxs araşdırmanın davam etdirilməsi üçün Suraxanı RPİ-nin 31-ci Polis şöbəsinə getməli olduğunu bildirmişlər, Təqsirləndirilən şəxs etiraz etməmiş və avtomobilə oturub Polis şöbəsinə gəlmişlər. Polis şöbəsinə gətiriləndən sonra araşdırmanın aparılması şöbənin təhqiqatçısı, polis baş leytenantı X4 tapşırılmışdır. Polis şöbəsinə gətiriləndə, sonradan polis şöbəsində olan zaman təhqiqatçıya təqdim olunana qədər Təqsirləndirilən şəxs nəzarət altında olduğundan diqqətindən kənar olaraq üstündən nə isə atmaq imkanı olmamışdır. Təhqiqatçı Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması haqqında qərar vermiş, sonra sonuncunun üstündə videoçəkilişlə şəxsi axtarış aparmışdır. Şəxsi axtarışdan əvvəl təhqiqatçı Təqsirləndirilən şəxs müdafiə hüquqlarını izah etmiş, vəkil ilə bağlı mövqeyini soruşmuş, Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı vəkil istəmədiyini və vəkilin iştirakına ehtiyac olmaması barədə ərizə ilə müraciət etmişdir. Şəxsi axtarış zamanı təhqiqatçı Rəşad Quliyev tutulan şəxs Təqsirləndirilən şəxs hüquqlarını izah etmiş, sonuncuya üstündə qanunsuz saxlanılan nə varsa təqdim etməsini bildirmişdir. Təqsirləndirilən şəxs bu təklifdən sonra əynindəki qara rəngli gödəkcəsinin sol yan cibindən özünə məxsus şəxsiyyət və sürücülük vəsiqələrini, qara rəngli dəri pul kisəsini, mobil telefonunu, əynindəki qara rəngli gödəkcəsinin sağ yan cibindən isə 02 ədəd içərisində yaşıl rəngli qurudulmuş ot kütləsi olan kibrit qutularını çıxardıb masanın üstünə qoydu. Hər iki kibrit qutusu barədə təhqiqatçının suallarına cavab olaraq Təqsirləndirilən şəxs bildirdi ki, iki ədəd kibrit qutusunda olan yaşıl rəngli qurudulmuş ot marixuanadır, qurudulmuş marixuananı öz istifadəsi üçün yaşadığı evin həyətində əkdiyini və qurutduğunu bildirdi. Təhqiqatçı içində qurudulmuş ot kütləsi olan iki ədəd kibrit qutularını bir kağız zərfə qoyub zərfi möhürləmiş, üstündə yazılı qeydlər aparmış və iştirakçılar zərfi imzalamışlar. Şəxsi axtarışın aparılması barədə təhqiqatçı protokol tərtib edərək iştirakçıları onunla tanış etmiş, iştirakçılar protokolu imzalamışlar. Bundan sonra Təqsirləndirilən şəxs iştirakı ilə onun yaşadığı Suraxanı rayonu, Əmircan qəsəbəsi, N.Abdullayev küçəsi ev 6 ünvanına baxış keçirtmişlər. Baxış keçirilən zaman Təqsirləndirilən şəxs yaşadığı evin mətbəxində olan qaz sobasının yuxarı hissəsində divara bərkidilmiş dolabdan 3 ədəd içərisində yaşıl rəngli qurudulmuş ot kütləsi, yataq otağında olan paltar dolabının aşağı hissəsində qara rəngli sellofan paketdə içərisində qurudulmuş ot kütləsi, dolabın yuxarı hissəsində iki ədəd üzərində “neskafe” sözləri yazılmış şüşə qab, içərisində yarımçıq şəkildə qurudulmuş ot kütləsi, şüşə qabın yanında gümüşü rəngli kağıza bükülmüş içərisində ağ rəngli kristal şəkilli metamfetaminə bənzər psixotrop maddə, bundan başqa elə həmin dolabın yuxarı sirtməsində ağ rəngli kağıza bükülmüş içərisində qəhvəyi rəngli heroinə bənzər maddə və onun yanında narıncı rəngli plasmas qab, həmin plasmas qabı açaraq içərisində 10-11 büküm olan içərisində ağ rəngli kristal şəkilli metamfetaminə bənzər maddə aşkar olunduğunu görmüşdür. Təqsirləndirilən şəxs yaşadığı evin giriş qapısının sağ tərəfində boş sahədən əkilib becərilməsi qadağan olunmuş çətənə kolları, baxış zamanı 14 ədəd çətənə koluna bənzər bitkilər aşkar olunmuşdur. Baxışda iştirak edən aqronom bildirmişdir ki, həmin kollar əkilib-becərilməsi qadağan olunmuş çətənə bitkiləridir. Bundan başqa həyət evinin arxa hissəsində yerləşən yarımtikilidən isə 1 kisə içərisi yaşıl rəngli qurudulmuş ot şəkilli kütlə aşkar olunaraq tərəfindən qablaşdırılaraq götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, 14 ədəd kol, 3 ədəd kol və s. özünündür. Şahid4 ibtidai istintaq zamanı vermiş olduğu məhkəmə baxışı zamanı elan edilərək araşdırılmış ifadəsindən görünür ki, 16 fevral 2024-cü il tarixdə Suraxanı rayon polis idarəsinin 31-ci polis şöbəsinin təhqiqatcısının dəvəti ilə Suraxanı rayonu, Əmircan qəsəbəsi, N.Abdullayev küçəsi ev 6 ünvanında yerləşən həyət evinə baxış keçirilən zaman aqronom qismində iştirak etmişdir. Mənzilə baxış keçirilən zaman evin mətbəxində olan qaz sobasının yuxarı hissəsində divara bərkidilmiş dolabdan 3 ədəd içərisində yaşıl rəngli, spesifik qoxuya malik olan qurudulmuş ot və ot şəkilli kütlə, yataq otağında olan paltar dolabının aşağı hissəsində qara rəngli sellofan paketdə içərisində qurudulmuş ot və ot şəkilli kütlə, dolabın yuxarı hissəsində iki ədəd üzərində “neskafe” sözləri yazılmış şüşə qab, içərisində yarımçıq vəziyyətdə qurudulmuş ot və ot şəkilli kütlə aşkar olunmuşdur. Otların spesifik iyindən çətənə bitkisinin qurudulmuş yarpaqları olduğunu bilmişdir. Bundan başqa, elə həmin şüşə qabın yanında gümüşü rəngli kağıza bükülmüş içərisində ağ rəngli kristal şəkilli metamfetaminə bənzər psixotrop maddə, yanında ağ rəngli kağıza bükülmüş içərisində qəhvəyi rəngli heroinə bənzər maddə və onun yanında narıncı rəngli plasmas qab aşkar olunmuş, plasmas qab polis tərəfindən açıldıqda içərisində 10-11 büküm olan ağ rəngli kristal şəkilli metamfetaminə bənzər maddə aşkar olunmuşdur. Sonra həyət evinin sağ hissəsində yerləşən boş sahəyə baxış keçirilmiş və oradan təxminən hündürlyü 20-30 sm olan əkilib becərilməsi qadağan olunmuş çətənə kolları, həyət evinin arxa hissəsində yerləşən yarımtikiliyə baxış keçirilən zaman un kisəsinin içində spesifik iyə malik olan qurudulmuş ot aşkar olunmuşdur. Bundan başqa həmin torbada 3 ədəd quru vəziyyətdə kol aşkar edilmişdir. Təqdim olunmuş çətənə bitkilərinə dair mütəxəssis rəyi tərtib edərək təqdim edilən bitkilər yarpaqlarına, gövdəsinə, zoğuna və yarpaqlarının iyinə görə narkotik xassəli çətənə bitkisidir, həmin bitkilər həyətyanı sahədə əkilib yetirilmişdir. Bitkilərin ətrafı ot örtüyündən təmizlənmiş, dibləri boşaldılmış, torpağında suvarılma əlamətləri aşkar edilmişdir. Həyət yani sahədə əkilmiş cəmi 14 ədəd narkotik xasəli çətənə bitkilərinin hündürlüyü təxminən fərqli ölçülərdə 20-30 sm-dir, gövdələrin inkişafda olması, budaqların və yarpaqların inkişaf müddətinə uyğun kifayət qədər inkişaf etməsi həmin bitkiyə aqrotexniki qaydada qulluq göstərilməsini və kultivasiya edilməsini göstərir. Həmin bitkilərin sayı ümumilikdə 14 ( on dörd ) ədəddir. Bundan başqa həyətdəki yardımçı tikilidə olan sintetik torbanın içərisində olan quru vəziyyətdə 3 ədəd gövdəsinə, zoğuna və üzərində olan az sayda qurumuş yarpaqlarının iyinə görə narkotik xassəli çətənə bitkisidir. Zoğların quruması vəziyyətinə görə demək olarki, həmin üç ədəd narkotik xassəli çətənə bitkiləri təxminən 1,5-2 ay əvvəl torpaqdan çıxarıldığını bildirmişdir. 16 fevral 2024-cü il tarixli raportdan görünür ki, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Suraxanı rayonu, Əmircan qəsəbəsi, N.Abdullayev küçəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan xx xxxxxxx 1972-ci ildə Bakı şəhərində anadan olmuş ünvan 1-da qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Suraxanı rayonu, Əmircan qəsəbəsi, N.Abdullayev küçəsində yaşadığı evin qarşısında saat 10:00da saxlanılaraq Suraxanı RPİ-nin 31-ci PŞ-ə gətirilmişdir. (cild 1 i.v. 3) 16 fevral 2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, həmin gün saat 11:20-də (faktiki tutulma 10:00-da) Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. (cild 1 i.v. 10) 18 fevral 2024-cü il tarixli Suraxanı Rayon Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs izahat verərək bildirmişdir ki, narkotik vasitələr onun evindən aşkar olunsa da, o, həmin narkotik vasitəni öz istifadəsi üçün almışdır. Belə ki, o, 2010-ci ildə narkotik vasitə istifadə etməsinə görə məhkum olunmuş və hazırda da heroindən istifadə edir. Onun evindən aşkar olunmuş marixuana, heroin və metamfetamin onun özünə məxsusdur. Bundan başqa onun həyətində 3 ədəd çətənə kolu bitmiş və o, onları çıxararaq qurutmuş və öz istifadəsi üçün saxlamışdır. Digər on dörd ədəd kol isə düşən toxumlardan bitmişdir. Ona polis tərəfindən hər hansı təzyiq edilməmişdir. (cild 1 i.v 108- 113) 16 fevral 2024-cü il tarixli şəxsi axtarış keçirilməsi və əşyaların götürülməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkcəsinin sol cibindən bir ədəd qara rəngli pul kissəsi, pul kisəsinin içərisində sürücülük vəsiqəsi, şəxsiyyətini təsdiq edən sənəd, bir ədəd ”b110 katel markalı” mobil telefon, sağ cibindən isə iki ədəd içərisində yaşıl rəngli qurudulmuş ot kütləsi olan kibrit qutuları aşkar edilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi iki ədəd içərisində yaşıl rəngli qurudulmuş ot kütləsinin narkotik maddə marixuana olduğunu, marixuananı öz istifadəsi üçün yaşadığı evin həyətində əkərək qurutduğunu bildirmişdir. (Cild 1 i.v. 32-33) 16 ferval 2024-cü il tarixli baxış keçirilməsi və əşyaların götürülməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evin mətbəx otağında dolabı açıdqda dolabın içində boş vəziyyətdə iki ədəd kibrit qutusu, iki ədəd şüşə və bir ədəd plasmas materialından olan qablar vardır, qabların hər birinin içərisində qurudulmuş ot kütlələri aşkar olunur. Sonra evin giriş qapısının sol tərəfində yataq otağına daxil olunur, Təqsirləndirilən şəxs dolabın sirtməsini açaraq dolabın aşağı hissəsində saxladığı ağ rəngli sellofan torbanı götürüb baxış iştirakçılarına təqdim edir və sellofan torpanın açaraq içərisində qurudulmuş ot kütləsi aşkar edilir. Paltar şkafının yuxarı sirtməsində üzərinə “Aosai” yazısı olan elektron tərəzi, yanında üzərində “bizim tarla” sözləri yazılmış şüşə qab, içərisində qurudulmuş ot şəkilli kütlə, bir ədəd gümüşü rəngli kağıza bükülmüş qurudulmuş ot şəkilli kütlə, bir ədəd kiçik ağzı bağlı vəziyyətdə şüşə qab və narıncı rəngli plasmas qab aşkar olunmuşdur. Kiçik şüşə qabını açıb içərisinə baxış keçirən zaman gümüşü rəngli kağıza bükülmüş içərisində spesifik iyə malik ağ rəngli kristal şəkilli maddə, bir ədəd göy rəngli kağıza bükülmüş içərisində spesifik iyə malik olan ağ rəngli kristal şəkilli maddə aşkar edildi.Narıncı rəngli plasmas qabı açıb içərisinə baxış keçirilən zaman içərisində bir ədəd narıncı rəngli kağıza bükülmüş kristalşəkilli spesifik iyə malik olan maddə, 5 ədəd ağ rəngli kağıza bükülmüş içərisində tünd qəhvəyi rəngli kəskin iyli maddə, bir ədəd ağ rəngli kağıza bükülmüş kristalşəkilli kəskin iyli maddə aşkar olunur. Bundan başqa göy rəngli kağız karton qutunun içərisindən 4 ədəd göy rəngli kağız bükümdə içərisində kristalşəkilli spesifik iyli psixotrop maddə aşkar olunur. Təqsirləndirilən şəxs yaşadığı evin sağ yan tərəfindən həyatyani sahəyə baxış keçirilən zaman hasara yaxın tərəfdə 14 ədəd kol şəkilli bitkilər aşkar edilir. Həmin bitkilərə baxış keçirdən aqronom Şahid4 bildirdi ki, bu bitkilər xarici görünüş əlamətlərinə və yarpaqlarının iysinə görə narkotik tərkibli çətənə bitkiləridir, çətənə bitkilərinin dibi bellənmiş, ot-alaqdan təmizlənmiş və xüsusi qulluq göstərilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirdi ki, həmin 14 ədəd çətənə bitkisini özü əkib becərərək yarpaqlarını qurudub istifadə etmişdir. Aşkar olunmuş 14 ədəd çətənə bitkilərinə bənzər kollar tərəfimizdən kökündən çıxardılaraq ekspertizaya təqdim edilməsi üçün götürüldü. Bundan sonra fərdi yaşayış evinin arxasında olan yardımçı tikiliyə daxil olub baxış keçirdərkən oradan üzərində “Kannet” yazısı olan un kisəsinin içərsində qurudulmuş ot şəkilli kütlə və 3 ədəd qurudulmuş bitki mənşəli kol aşkar edilir. (Cild 1 i.v. 36-38) 15 mart 2024-cü il tarixli mobil telefona baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus bir ədəd “B110 KGTEL” markalı mobil telefona baxış keçirilən zaman iş üzrə əhəmiyyət kəsb edən hər hansı məlumat aşkar olunmamışdır. (Cild 1 i.v. 133) 15 mart 2024-cü il tarixli CD diskdə olan məlumatlara baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus ***-***-**-** saylı mobil nömrəyə ***- ***-**-** mobil nömrəsindən “emoğlu tebii verdiylerin hecnee coox coox zeifdi.axırıncıdan 5 defe zeifdi. Dedim bilesen bratka”, 10 fevral 2024-cü cü il tarixdə saat 22:24:02-də +99470 ***-**-** mobil nömrəsindən “cox xahiş edirəm otda teşkil ele emoğluu”, xx.xx.2024-cü il tarixdə saat 06:43:27-də +99470 ***-**-** mobil nömrəsindən “əmoğlu sənə qurban gəlməy istiyirəm ağrıyıram “kola” istəyirəm imkan var gelim naxadu” smslərin göndərilmişdir. (Cild 1 i.v. 147) 16 fevral 2024-cü il tarixli Suraxanı rayonu, Yaşıllaşdırma İdarəsinin sahə rəisi Şahid4 tərəfindən verilmiş təqdim edilmiş bitkilərə baxış keçirilməsi barədə rəydən görünür ki, təqdim edilən bitkilər yarpaqlarına, gövdəsinə, zoğuna və yarpaqlarının iyinə görə nakotik xassəli çətənə bitkisidir, həmin bitkilər həyətyanı sahədə əkilib yetişdirilmişdir. Bitkilərin ətrafı ot örtüyündən təmizlənmiş, dibləri boşaldılmış, torpağında suvarılma əlamətləri aşkar edilmişdir. Həyətyanı sahədə əkilmiş cəmi 14 ədəd narkotik xassəli çətənə bitkilərinin hündürlüyü təxminən fərqli ölçülərdə 20-30 sm-dir, gövdələrin inkişafda olması, budaqların və yarpaqların inkişaf müddətinə uyğun kifayət qədər inkişaf etməsi həmin bitkiyə aqrotexniki qaydada qulluq göstərilməsini və kultivasiya edilməsini göstərir. Həmin bitkilərin sayı ümumilikdə 14 (on dörd) ədəddir. Bundan başqa həyətdəki yardımçı tikilidə olan un kisəsinin içərisində olan quru vəziyyətdə 3 ədəd gövdəsinə, zoğuna və üzərində olan az sayda qurumuş yarpaqlarının iyinə görə narkotik xassəli çətənə bitkisidir. Zoğların quruması vəziyyətinə görə demək olar ki, həmin üç ədəd narkotik xassəli çətənə bitkiləri təxminən 1,5-2 ay əvvəl torpaqdan çıxarılmışdır. (Cild 1 i.v. 42) Məhkəmə-bioloji ekspertizasının 17 fevral 2024-cü il tarixli 7\267 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Şübhəli şəxs: Ə.Elşən” sözləri yazılmış kağız paketdə bir ədəd qızıllı rəngli kağız bükülüdə təmiz çəkisi 0,13 qram olan bitki toxumları narkotik təbiətli çətənə (kannabis) bitkisinin toxumalarıdır, onlar narkotik vasitələrə aid deyildir. (Cild 1 i.v. 52-53) Məhkəmə-bioloji ekspertizasının 17 fevral 2024-cü il tarixli 7\265 saylı rəyindən görünür ki, 1.)tədqiqata təqdim olunmuş üzərində “Şübhəli şəxs: Təqsirləndirilən şəxs” sözləri yazılmış 1№-li kağız paketdə iki ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri: 1,12 qram, 1,04 qram, bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsülla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Ümumi çəkisi-2,16 qramdır. 2.) Tədqiqata təqdim olunmuş üzərində “şübhəli şəxs Ə.Elşən” sözləri yazılmış 2№-li kağız paketdə bir ədəd kibrit qutusunda təmiz çəkisi 0,45 qram və bir ədəd sellofan bükülüdə təmiz çəkisi 0,44 qram olan bitki toxumları narkotik təbiətli çətənə (kannabis) bitkisinin toxumalarıdır, onlar narkotik vasitələrə aid deyilldir.3.) Tədqiqata təqdim olunmuş ağ kağız üzərinddə “şübhəli şəxs Təqsirləndirilən şəxs” sözləri yazılmış 3№-li skoçla bağlanmış qara rəngli polietilen torbada skoçla bağlanmış sarı rəngli sellofanda iki ədəd şüşə bankada ayrı-ayrılıqda təmiz çəkiləri: 3,61 qram, 2,65 qram, bir ədəd sarı rəngli sellofan torbada təmiz çəkisi 905,0 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsülla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Ümumi çəkisi 911,26 qramdır. 4.) Tədqiqata təqdim olunmuş ağ kağız üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs” sözləri yazılmış 4№-li skoçla bağlanmış qara rəngli polietilen torbada iki ədəd şüşə bankada ayrı-ayrılıqda təmiz çəkiləri 6,38 qram, 25,0 qram bir ədəd plastik bankada təmiz çəkisi 90,0 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsülla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır.Ümumi çəkisi 121,38 qramdır. 4.1) Tədqiqata təqdim olunmuş bir ədəd kağız paketdə və iki ədəd skoçla bağlanmış qara rəngli polietilen torbada olan marixuanalar tərkiblərinə görə eynidirlər. 5.) Tədqiqata təqdim olunmuş ağ kağız üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs” sözləri yazılmış 5№-li skoçla bağlanmış qara rəngli polietilen torbada 14 (on dörd) ədəd, yaş vəziyyətdə, ümumi çəkisi 175,0 qram bitki nümunəsi əkilib becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. 6.) Tədqiqata təqdim olunmuş ağ kağız üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs" sözləri yazılmış 6№-li sintetik torbada 03 (üç) ədəd, quru vəziyyətdə, ümumi çəkisi 600,0 qram bitki nümunəsi əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. (Cild 1 i.v. 53-57) Məhkəmə-fiziki-kimyəvi ekspertizasının 17 fevral 2024-cü il tarixli 6\972 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Azərbaycan Respublikası DİN Arayışlar üçün №195” dairəvi möhür əksi, “şübhəli şəxs Ə.Elşən (imza)” yazısı imzalar olan zərfdəki 17 (on yeddi) ədəd bükümdə, onlardan 5(beş) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,025 qram,0,027qram, 0,008qram, 0,038qram, 0,101qram, ümumi təmiz çəkisi 0,271 qram qəhvəyi rəngli tozşəkilli maddələr xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olub, kustar üsülla hazırlanmış narkotik vasitə- heroindir və 12 (on iki) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,020 qram,0,045 qram, 0,054 qram,0,046 qram,0,042 qram,0,032 qram, 0,038 qram, 0,037 qram, 0,029 qram, 0,024 qram, 0,072 qram, 0,169 qram, ümumi təmiz çəkisi 0,608 qram ağ rəngli kristalşəkilli maddələr xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. (Cild 1 i.v. 61-62) Məhkəmə-narkoloji ekspertizasının 16 may 2024-cü il tarixli 3361 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və kannabioidlərin birgə qəbulu nəticəsində yaranan asıllıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (Cild 1 i.v. 152-153) Məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixli,1537 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur.Təqsirləndirilən şəxs hal-hazırda xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması,kəmağıllıq və sair psixi xəstəlik qeyd olunmur, Təqsirləndirilən şəxs cinayət hadisəsini törətdiyi zaman dövrdə xroniki psixi xəstəlik,psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir, Təqsirləndirilən şəxs əməl Azərbaycan Respublikası CM-nin 21.3-cü və 22-ci maddələrinin təsiri altına düşmür.Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21.1 -ci və 22-ci maddələrinin təsiri altına düşmür. (Cild 1 i.v. 156-157) Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 03 may 2010-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 01 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. (Cild 1 i.v. 150-151) Əməliyyat tədbirlərinin nəticələri barədə məktubdan görünür ki, xx.xx.1972-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən,məhkumluğu olmayan, ünvan 4 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət törətdiyi müddətdə istifadəsində olan 070 ***-**-** nömrəsindən istifadə etmişdir.Onun nömrəsinə göndərimiş sms mətnində yazılmış “kola” sözü psixotrop maddə metamfetamin istifadəçilər arasında üstü örtülü danışıqlarda istifdə etdiklərinin adıdır. Tədbir zamanı Təqsirləndirilən şəxs sms göndərən şəxslər müəyyən edilib istintaqa təqdim olunması mümkün olmamışdır. Bundan başqa metamfetamin “şüşə’ və “potpres” kimidə adlandırılır. Təqsirləndirilən şəxs mobil nömrəsinin anten əraziləri barədə məlumatlar isə Suraxanı rayon ərazisinə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar gəlməsini təsdiq edir ki, bu hallar barədə onun saxlanılmasına qədər əməliyyat məlumatları da daxil olmuşdur. (Cild 1 i.v. 160) Bakı şəhəri, Suraxanı rayon məhkəməsinin 23 fevral 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinə dair Bakı şəhəri, Suraxanı RPİ-nin 31-ci PŞ-nin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1 16 fevral 2024-cü il tarixli qərarı qanuni və əsaslı hesab edilmişdir. (Cild 1 i.v. 114) 18 fevral 2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 237.2.3-cü və 234.4.3-cü maddələri ilə ittiham elan edilmişdir. (Cild 1 i.v. 77-78) 03 iyun 2024-cü il tarixli sübutların qiymətləndirilməsi qərardan görünür ki, Təqsirləndirilən şəxs məxsus olan ekspertizadan sonra qalıq qalmış 1034,4 qram marixuana, 774,15 qram çətənə bitkisi, 488 qram metamfetamin və 0,221 qram heroinin və bir ədəd elektron tərəzinin maddi sübutun taleyinə məhkəmədə aydınlıq gətirilənə kimi saxlanılması üçün Bakı şəhəri Suraxanı RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir. (Cild 1 i.v. 174-188) 11 dekabr 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Suraxanı RPİ-nin əməkdaşları tərəfindən əməkdaşları tərəfindən zoakılığa məruz qalması barədə toplnmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. (Cild 2 i.v. 87-88) Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs üzərinə keçirilən baxış və götürmə zamanı çəkilmiş videogörüntünün olduğu 01 ədəd diskə baxılmışdır. Diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkcəsinin sol cibindən bir ədəd qara rəngli pul kissəsi, pul kisəsinin içərisində sürücülük vəsiqəsi, şəxsiyyətini təsdiq edən sənəd, bir ədəd ”b110 katel markalı” mobil telefon, sağ cibindən isə iki ədəd içərisində yaşıl rəngli qurudulmuş ot kütləsi olan kibrit qutuları aşkar edilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi iki ədəd içərisində yaşıl rəngli qurudulmuş ot kütləsinin narkotik maddə marixuana olduğunu, marixuananı öz istifadəsi üçün yaşadığı evin həyətində əkərək qurutduğunu bildirmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs yaşadığı evə keçirilən baxış və götürmə zamanı çəkilmiş videogörüntünün olduğu 01 ədəd diskə baxılmışdır. Diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs yaşadığı evin mətbəx otağında dolabı açıdqda dolabın içində boş vəziyyətdə iki ədəd kibrit qutusu, iki ədəd şüşə və bir ədəd plasmas materialından olan qablar vardır, qabların hər birinin içərisində qurudulmuş ot kütlələri aşkar olunur. Sonra evin giriş qapısının sol tərəfində yataq otağına daxil olunur, Təqsirləndirilən şəxs dolabın sirtməsini açaraq dolabın aşağı hissəsində saxladığı ağ rəngli sellofan torbanı götürüb baxış iştirakçılarına təqdim edir və sellofan torpanın açaraq içərisində qurudulmuş ot kütləsi aşkar edilir. Paltar şkafının yuxarı sirtməsində üzərinə “Aosai” yazısı olan elektron tərəzi, yanında üzərində “bizim tarla” sözləri yazılmış şüşə qab, içərisində qurudulmuş ot şəkilli kütlə, bir ədəd gümüşü rəngli kağıza bükülmüş qurudulmuş ot şəkilli kütlə, bir ədəd kiçik ağzı bağlı vəziyyətdə şüşə qab və narıncı rəngli plasmas qab aşkar olunmuşdur. Kiçik şüşə qabını açıb içərisinə baxış keçirən zaman gümüşü rəngli kağıza bükülmüş içərisində spesifik iyə malik ağ rəngli kristal şəkilli maddə, bir ədəd göy rəngli kağıza bükülmüş içərisində spesifik iyə malik olan ağ rəngli kristal şəkilli maddə aşkar edildi.Narıncı rəngli plasmas qabı açıb içərisinə baxış keçirilən zaman içərisində bir ədəd narıncı rəngli kağıza bükülmüş kristalşəkilli spesifik iyə malik olan maddə, 5 ədəd ağ rəngli kağıza bükülmüş içərisində tünd qəhvəyi rəngli kəskin iyli maddə, bir ədəd ağ rəngli kağıza bükülmüş kristalşəkilli kəskin iyli maddə aşkar olunur. Bundan başqa göy rəngli kağız karton qutunun içərisindən 4 ədəd göy rəngli kağız bükümdə içərisində kristalşəkilli spesifik iyli psixotrop maddə aşkar olunur. Təqsirləndirilən şəxs yaşadığı evin sağ yan tərəfindən həyatyani sahəyə baxış keçirilən zaman hasara yaxın tərəfdə 14 ədəd kol şəkilli bitkilər aşkar edilir. Həmin bitkilərə baxış keçirdən aqronom Şahid4 bildirdi ki, bu bitkilər xarici görünüş əlamətlərinə və yarpaqlarının iysinə görə narkotik tərkibli çətənə bitkiləridir, çətənə bitkilərinin dibi bellənmiş, ot-alaqdan təmizlənmiş və xüsusi qulluq göstərilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirdi ki, həmin 14 ədəd çətənə bitkisini özü əkib becərərək yarpaqlarını qurudub istifadə etmişdir. Aşkar olunmuş 14 ədəd çətənə bitkilərinə bənzər kollar tərəfimizdən kökündən çıxardılaraq ekspertizaya təqdim edilməsi üçün götürüldü. Bundan sonra fərdi yaşayış evinin arxasında olan yardımçı tikiliyə daxil olub baxış keçirdərkən oradan üzərində “Kannet” yazısı olan un kisəsinin içərsində qurudulmuş ot şəkilli kütlə və 3 ədəd qurudulmuş bitki mənşəli kol aşkar edilir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Şenk İsveçrəyə qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 12 iyul 1988ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir. “Yallo Almaniyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 11 iyul 2016cı il tarixli qərarında göstərilir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlüyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların, o cümlədən maddi sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçisi vasitəsi ilə suallar vermişdir. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349-cu maddəsinə əsasən, məhkəmə hökmü qanuni olmalıdır, yəni Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosesual Məcəlləsinin, Cinayət Məcəlləsinin və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının CM-nin 3-cü maddəsinə əsasən yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə “Siyahıları”nın 1-ci siyahısının 83-cü bəndinə əsasən - təmiz halda 0,15 (sıfır tam yüzdə on beş) qramdan 2 (iki) qramadək çəkidə narkotik vasitə heroin xeyli miqdar, 109.1-ci bəndinə əsasən 500 (beş yüz) qramdan 50000 (əlli min) qramadək çəkidə narkotik vasitə qurudulmuş marixuana külli miqdar, 0,15 (sıfır tam yüzdə on beş) qramdan 2 (iki) qramadək çəkidə psixotrop maddə metamfetamin xeyli miqdar, 3-cü siyahısının 1.2-ci bəndinə əsasən 16-800 ədəd (31-1550 hissə) çətənə növlü bitkilər külli miqdar təşkil edir. Məhkəmə ilk olaraq şəxsi axtarışın qanunun tələblərinə müvafiq aparılıbaparılmamasını, eləcə də, təqsirləndirilən şəxsin gətirdiyi dəlilərin əsaslı olub-olmamasını araşdırmağı zəruri hesab edir. CPM-nin 207-ci maddəsinə əsasən də cinayət işi başlamadan Təqsirləndirilən şəxs üzərində axtarış keçirilməsi qanununun tələblərinə uyğun olmuşdur. Belə ki, CPM-nin 207.4-cü maddəsində göstərilmişdir ki, …cinayət törətməkdə şübhələnildiyinə görə tutulmuş şəxsə münasibətdə bu Məcəllənin 90.11.2-90.11.5-ci maddələrində müəyyən edilmiş vəzifələrin yerinə yetirməsi ilə bağlı həyata keçirilən prosessual hərəkətlər istisna olmaqla cinayət işinin başlanmasından əvvəl digər istintaq hərəkətlərinin aparılması, habelə tutulma istisna olmaqla digər prosessual məcburiyyət tədbirlərinin tətbiqi qadağandır. CPM-nin 90.11.2-ci maddəsində isə şübhəli şəxsin tutularkən baxışa və şəxsi axtarışa məruz qalmaq vəzifəsi təsbit olunmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs şəxsi axtarışı zamanı CPM-nin 246-cı maddəsinin və yaşadığı evə baxış zamanı 236-cı maddəsinin tələblərinə də riayət edilmişdir. Belə ki, 16 fevral 2024-cü il tarixli şəxsi axtarış videoçəkilişlə aparılmış və orada təqsirləndirilən Təqsirləndirilən şəxs videoçəkilişlə üzərində olan marixuananı könüllü təqdim etmişdir. Bundan başqa o, yaşadığı mənzilə baxış keçirilməsinə etiraz etməmiş, bu barədə qəbul edilən qərar əsasında ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə baxış keçirilmiş və Təqsirləndirilən şəxs ona məxsus elektron tərəzi, çətənə tərkibli bitkilər, metamfetamin və heroini təqdim etmişdir. O, məhkəmə baxışı zamanı narkotik vasitə istifadəçisi olduğunu, ondan aşkar edilmiş narkotik vasitələrdən yalnız 300 qram çəkidə qurudulmuş marixuananın ona məxsus olduğunu bildirmiş, evində olarkən polis əməkdaşlarının icazəsiz olaraq evinə daxil olduğunu və ona qarşı təzyiqlər etdiyini göstərməklə ona qarşı irəli sürülmüş ittihamı bütövlükdə mübahisələndirmişdir. Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı polis əməkdaşları tərəfindən təzyiqlərə məruz qalması ilə bağlı qeyd edilməlidir ki, ibtidai araşdırma zamanı qeyd edilən hallar barədə araşdırma aparılmış, araşdırma zamanı Təqsirləndirilən şəxs qarşı polis əməkdaşları tərəfindən işgəncələrə və fiziki və psixi zorakılığa məruz qalması təsdiq olunmadığından cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ifadə verərkən polis əməkdaşlarının təzyiqinə məruz qalması ilə bağlı həmçinin qeyd etməyi zəruri hesab edir ki, məhkəmədə tədqiq edilmiş sübutlardan məlum olmuşdur ki, Təqsirləndirilən şəxs idarəyə aparıldıqdan sonra orada müdafiəçi ilə təmin olunmuş və və nədə şübhəli olması ona elan edilməklə müdafiəçisinin iştirakı şübhəli şəxs qismində tutulmuşdur. Daha sonra isə o, könüllü şəkildə ərizə təqdim etməklə üzərinə şəxsi axtarışın müdafiəçinin iştirakı olmadan keçirilməsinə etiraz etməmişdir. O, şəxsi axtarış zamanı üzərinə olan marixuananı təqdim etmiş, barəsində həbs qətimkan tədibiri seçilməsi məsələsinə baxılarkən məhkəmədə satış məqsədinin olmadığını bildirsə də, evindən aşkar edilmiş narkotik vasitələr – marixuana, heroin və metamfetaminin ona məxsus olduğunu, həyətində bitən 3 ədəd çətənə kolunu çıxararaq qurutduğunu və şəxsi istifadəsi üçün saxladığını, bundan başqa digər on dörd ədəd kolun isə düşən toxumlardan bitdiyini və polis əməkdaşları tərəfindən hər hansı təzyiqlə üzləşmədiyini bildimişdir. Bundan başqa, Təqsirləndirilən şəxs müdafiəçisi şəxsi axtarış və götürmə barədə protokolla tanış olmuş və sonuncunun iştirakı ilə 17 fevral 2024-cü il tarixdə etirafedici ifadələr vermişdir. Məhkəmə Təqsirləndirilən şəxs saxlanması ilə bağlı qeyd edir ki, sonuncu məhkəmə baxışı zamanı evində olarkən polis əməkdaşlarının qanunsuz olaraq evinə daxil olduğunu göstərsə də, ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə vermiş olduğu ifadəsində Bakı şəhəri, Suraxanı rayonu, Əmircanov qəsəbəsi, N.Abdullayev küçəsinə evinin yaxınlığında olarkən saxlanıldığını demişdir. Onun məhkəmə baxışı zamanı yaşadığı evdən saxlanılması ilə bağlı hissədə vermiş olduğu ifadəsi iş üzrə şahidlər Şahid1, Şahid2 məhkəmə, Şahid3 ibtidai istintaq zamanı vermiş olduğu ifadələri ilə təkzib edilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən fiziki təzyiqə məruz qalması və narkotik vasitə, psixotrop maddə və təkibində narkotik vasitələr olan bitkilərin onun üzərinə polis əməkdaşları tərəfindən qoyulması, eləcə də, onun evində olarkən saxlanılması öz təsdiqini tapmamış və məhkəmə baxışı zamanı vermiş olduğu ifadəsi deyil, ibtidai istintaq zamanı vermiş olduğu xx.xx.2024-cü il tarixli ifadələri daha mötəbər və inandırıcı hesab edilməlidir. Belə ki, üzərindən metamfetamin aşkar edilməsi ilə bağlı istintaq zamanı vermiş olduğu həmin ifadələri digər sübutlarla - videoçəkiliş zamanı aparılmış şəxsi axtarış və baxış protokolları ilə də dəstəklənmişdir. Həmçinin istintaq zamanı vermiş olduğu ifadəsinin inandırıcılığı ilə bağlı qeyd edilməlidir ki, inandırıcılığın ən önəmli meyarı ayrıntıdır. Burada önəmli olan təqsirləndirilən hadisənin ayrıntılı bir şəkildə anlada bilməsidir. Hazırki iş üzrə də görünür ki, Təqsirləndirilən şəxs isintaq zamanı yuxarıda qeyd olunan ifadələrində və videoçəkilişlə aparılmış şəxsi axtarış zamanı hadisə ilə, yəni narkotik vasitə, psixtrop maddələrin və tərkibində narkotik vasitələr olan bitkilərin əldə edilməsi, saxlanılması bağlı halları bir-biri ilə əlaqəli, zəncir kimi bağlı, detallı ayrıntılarla anlatmış, özü könüllü şəkildə üzərində olan və evindəki narkotik vasitələri təqdim etmişdir. Azərbaycan Respublikası CM-nin 234.4.3-cü və 237.2.3-cü maddələrinin dispozisiyasında satış məqsədi subyektiv cəhətin zəruri əlaməti kimi nəzərdə tutulmuş və məhkəmə bu halın hazırki işdə sübuta yetirilib-yetirilmədiyini araşdırmalıdır. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə: miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 14 iyun 2024-cü il 2 №-li qərarında məhkəmələrə tövsiyyə olunur ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilən narkotik vasitələrin və tərkibində narkotik vasitə olan bitkilərin şəxsi istifadə üçün müəyyən edilmş miqdardan dəfələrlə artıq olması, ondan müxtəlif növlərdə narkotik vasitə, psixotorp maddə və tərkibində narkotik vasitə olan bitkilərin aşkar edilməsi, aşkar edilmiş metamfetaminin ayrı-ayrı xırda bükümlərə ayrılaraq satış üçün hazır vəziyyətə gətirilməsi, ondan bir ədəd tərəzi aşkar edilməsi onun satış məqsədinə təsdiq edən haldır. Bundan başqa, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə daxil olan və çıxan mesajlar məhkəmə istintaqında tədqiq olunmuş, həmin mesajların narkotik vasitələr və psixotrop maddələrin satışı ilə bağlı olması müəyyən edilmişdir. Göstərilən mesajların mahiyyəti və məzmunu ona dəlalət edir ki, təqsirləndirilən şəxs narkotik vasitələri satış məqsədilə əldə etmişdir. Məhkəmə məhkəmə istintaqı zamanı hərtərəfli, tam və obyektiv şəkildə araşdırılmış sübutları ayrı-ayrılıqda və məcmu halında təhlil edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin polis əməkdaşları tərəfindən onun üzərinə qoyulması, narkotik vasitənin satışı ilə məşğul olmamasına dair verdiyi ifadəsini törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, buna nail olmadıqda isə məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, iş üzrə toplanmış digər sübutların məcmusu ilə təsdiq olunur. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü və 237.2.3-cü maddələrində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət hadisəsi məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü və 237.2.3-cü maddələrinin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs himayəsinə bir azyaşlı övladının olmasını əməlində Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi müəyyən etmişdir. Təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il tarixli Qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 aprel 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını özündə əks etdirən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərindən görünür ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə, 237.2.3-cü maddəsinin sanksiyasında üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.4.3-cü və 237.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini cəzanın məqsədlərinə çatmaq baxımından qanuni, əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkmə müddətinin əvvəli onun faktiki tutulduğu vaxtdan, yəni 16 fevral 2024-cü il tarixdən hesab edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Həmin Məcəllənin 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin Məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra Suraxanı RPİ-nin saxlanc otağında saxlanılan iş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspert tədqiqatından sonra qalıq qalmış 1034,4 qram marixuana, 774,15 qram çətənə bitkisi, 0,488 qram metamfetamin və 0,221 qram heroin və bir ədəd elektron tərəzi məhv edilməli, 2 (iki) ədəd disk sübut kimi tanınaraq cinayət işinin materiallarında salanılmaılıdır. İş üzrə məhkəmə-bioloji ekspertizalarına sərf edilmiş 178 (yüz yetmiş səkkiz) manat, məhkəmə-kimyəvi ekspertizasına sərf edilmiş 114 (yüz on dörd) manat, ümumilikdə 292 (iki yüz doxsan iki) manat məbləğində ekspertiza xərci təqsirləndirilən Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin büdcəsinə keçirilməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təyin edilmişdir. Cinayət-Prosessual Məcəllənin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla məhkəmə mərhələsində göstərilmiş 55 iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi üçün vəkil işlədiyi Bakı şəhəri 19 saylı Vəkil Bürosunun hesabına ödənilməsi üçün 330 (üç yüz otuz) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia yoxdur, xüsusi müsadirə edilməli əmlak müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, H Ö K M E T D İ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü və 237.2.3-ci maddələrində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 05 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, 237.2.3-ci maddəsi ilə 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzasının əvvəli onun tutulduğu vaxtdan, yəni 16 fevral 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Hökm qanuni qüvvəyə mindikdən sonra Suraxanı RPİ-nin saxlanc otağında saxlanılan iş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspert tədqiqatından sonra qalıq qalmış 1034,4 qram marixuana, 774,15 qram çətənə bitkisi, 0,488 qram metamfetamin və 0,221 qram heroin və bir ədəd elektron tərəzi məhv edilsin, 2 (iki) ədəd disk sübut kimi tanınaraq cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə-bioloji ekspertizalarına sərf edilmiş 178 (yüz yetmiş səkkiz) manat, məhkəmə-kimyəvi ekspertizasına sərf edilmiş 114 (yüz on dörd) manat, ümumilikdə 292 (iki yüz doxsan iki) manat məbləğində ekspertiza xərci təqsirləndirilən Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin büdcəsinə keçirilsin. Məhkəmə mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 19 saylı Vəkil Bürosunun hesabına Müdafiəçi ödənilməsi üçün 330 (üç yüz otuz) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Kamran Muxtarov Hakimlər: Elnur Nuriyev Azər Tağıyev
Məhkəmə qərarları › İş №1(101)-370/2025
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-370/2025
24.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver