Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-371/2020 28.08.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Qəribov Fikrət Atlıxan oğlu (sədrlik edən), Hüseynov Telman Qulaməli oğlu və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi: X8, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları X9, Dövlət ittihamçısı Elburus oğlunun, X5, müdafiəçilər: Bakı şəhər 2 saylı vəkil bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1 iştirakları ilə, xx xxxxxx 1964-cü ildə Ermənistan Respublikasının İrəvan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, məhkumluğu olmayan, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyində müxtəlif vəzifələrdə işləmiş, hazırda təqaüdçü, Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti, ev 41, mənzil 3/8-də qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4, 32.4,312.2-ci maddələri ilə, xx xxx 1975-ci ildə Ermənistan Respublikasının İrəvan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, Nizani Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinərək 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, həbsdə saxlandığı müddət nəzərə alınaraq cəzasını çəkmiş hesab edilməklə məhkəmə iclas zalından həbsdən azad edilmiş, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmünə əsasən Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinib 02 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 4 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, işləməyən, Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev küşəsi ev 71-də qeydiyyatda olan, Hacıqabul şəhəri, Məhsəti Gəncəvi küçəsi, ev 1-də yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4 və 32.4,312.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs qismində öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgəyə məxsus əmlakı vahid niyyətlə ələ keçirib xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs qismində vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar qeyrisinin xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemətin rüşvət qismində verilməsinə qeyrisini təhrik etmişdir. Belə ki, o, xx xxxxx 2014-cü il tarixdən x xxx 2016-cı il tarixədək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin rəis müavini vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs qismində birləşib 2015-ci ilin yanvar ayının əvvəllərində sonuncu vasitəsilə özünə Azərbaycan Respublikası DİN-nin Baş X1 İdarəsi tərəfindən istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində Bakı şəhəri, Nərimanov rayon məhkəməsi tərəfindən xx xxxxxx 2014-cü il tarixdə həbs qətimkan tədbiri seçilmiş X6 əməlinin CM-nin 234.1-ci maddəsinə tövsif edilməklə sonuncunun həbsdən azad etdirilməsində köməklik göstərilməsi məqsədilə müraciət edən sonuncunun qardaşı, Təqsirləndirilən şəxs2 tanışı - Hacıqabul şəhər sakini Şahid2 özünün Azərbaycan Respublikası DİN-də işləməklə həmin Nazirliyin səlahiyyətli yüksək vəzifəli şəxsləri ilə yaxın münasibətlərinin olmasını, həmin vəzifəli şəxs vasitəsilə qeyd edilən cinayət işi üzrə Əlibaba Axundovun əməlinin tövsifi və həbsdən azad edilməsində köməklik göstərmək imkanında olmasını bildirib aldatmaqla, həmin məsələnin müsbət həlli üçün qeyd edilən vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar Əlibaba Axundovun xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını yalandan bildirib aldatmaqla qabaqcadan əlbir olan bir qrup şəxs qismində Şahid2 inam və etibarını qazanıb razılığını almaqla onunla sövdələşib, həmin adla sonuncudan xx xxxxxx 2015-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, Y.Səfərov küçəsi, 45 saylı ünvanın qarşısında 2.500 manat, 2015-ci ilin yanvar ayının sonlarında Təqsirləndirilən şəxs2 vasitəsi ilə Bakı şəhəri, Xətai rayonu, Y.Səfərov küçəsi, 45 saylı ünvanın qarşısında 2.500 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 1.961 manat, 2015-ci ilin mart ayında Təqsirləndirilən şəxs2 vasitəsi ilə Hacıqabul rayonu ərazisində üç dəfəyə hissə-hissə olmaqla cəmi 7.500 manat, 2015-ci ilin aprel ayında Təqsirləndirilən şəxs2 vasitəsi ilə Bakı şəhəri, Xətai rayonu, Y.Səfərov küçəsi, 45 saylı ünvanın qarşısında 5.000 manat olmaqla, ümumilikdə 16.961 manat məbləğində pul vəsaitini alıb Təqsirləndirilən şəxs2la aralarında bölüb şəxsi ehtiyaclarına xərcləyərək sonuncu ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə Şahid2 məxsus 16.961 (on altı min doqquz yüz altmış bir) manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirib ona xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, Təqsirləndirilən şəxs2la qabaqcadan əlbir olan bir qrup şəxs qismində vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar Əlibaba Axundovun xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemətin rüşvət qismində verilməsinə Şahid2 təhrik etmişdir. Bundan başqa, o, x xxx 2016-cı il tarixdən xx xxxxxx 2019-cu il tarixədək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsinin Səbail rayon polis idarəsinin İstintaq şöbəsinin rəisi vəzifəsində işləyərkən, təkrarən öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs qismində birləşib 2016-cı ilin yanvar ayının əvvəllərində sonuncu vasitəsilə özünə oğlu Şahid3 Səbail rayon polis idarəsinə polis nəfəri kimi işə düzəldilməsində köməklik göstərilməsi məqsədilə müraciət edən Təqsirləndirilən şəxs2 tanışı-Hacıqabul şəhər sakini Şahid1 özünün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyində işləyən səlahiyyətli vəzifəli şəxsləri ilə yaxın münasibətlərinin olmasını, həmin vəzifəli şəxslər vasitəsilə Şahid3 qeyd edilən məsələdə köməklik göstərmək imkanında olmasını aldatmaqla bildirib, həmin məsələnin müsbət həlli üçün vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar Şahid3 xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 6.000 manat pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını qabaqcadan əlbir olan bir qrup şəxs qismində yalandan bildirib aldatmaqla Şahid1 inam və etibarını qazanıb razılığını alaraq onunla sövdələşib, həmin adla sonuncudan Təqsirləndirilən şəxs2 vasitəsi ilə xx xxxx 2016-cı il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mikrorayon ərazisində yerləşən “Sarı market” adlanan ərzaq mağazasının yaxınlığında 2.000 manat, xx xxxx 2016-cı il tarixdə Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən Atatürk parkında 2.000 manat, xx xxxx 2016-cı il tarixdə “xxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, 16 saylı ünvanında yerləşən “Yasamal” filialının qarşısında 2.000 manat olmaqla, ümumilikdə 6.000 (altı min) manat məbləğində pul vəsaitini alıb Təqsirləndirilən şəxs2la aralarında bölüb şəxsi ehtiyaclarına xərcləyərək sonuncu ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan suiistifadə etmə yolu ilə Şahid1 məxsus 6.000 (altı min) manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirib ona xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, təkrarən Təqsirləndirilən şəxs2la qabaqcadan əlbir olan bir qrup şəxs qismində vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar Şahid3 xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemətin rüşvət qismində verilməsinə Şahid1 təhrik etmişdir. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs qismində aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgəyə məxsus əmlakı vahid niyyətlə ələ keçirib xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs qismində vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar qeyrisinin xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla qeyrisi vasitəsilə maddi nemətin rüşvət qismində verilməsinə qeyrisini təhrik etmişdir. Belə ki, o, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə tanışı olmaqla Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin rəis müavini vəzifəsində işləmiş Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs qismində birləşib 2015-ci ilin yanvar ayının əvvəllərində özünə Azərbaycan Respublikası DİN-nin Baş X1 İdarəsi tərəfindən istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində Bakı şəhəri, Nərimanov rayon məhkəməsi tərəfindən xx xxxxxx 2014-cü il tarixdə həbs qətimkan tədbiri seçilmiş qardaşı X6 əməlinin CM-nin 234.1-ci maddəsinə tövsif edilməklə sonuncunun həbsdən azad etdirilməsində köməklik göstərilməsi məqsədilə müraciət edən tanışı - Hacıqabul şəhər sakini Şahid2 həmin işin müsbət həll edilməsində köməklik göstərilməsi adı ilə qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs1lə tanış etdikdən sonra sonuncu özünün Azərbaycan Respublikası DİN-də işləməklə həmin Nazirliyin səlahiyyətli yüksək vəzifəli şəxsləri ilə yaxın münasibətlərinin olmasını, həmin vəzifəli şəxs vasitəsilə qeyd edilən cinayət işi üzrə Əlibaba Axundovun əməlinin tövsifi və həbsdən azad edilməsində köməklik göstərmək imkanında olmasını, həmin məsələnin müsbət həlli üçün qeyd edilən vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar Əlibaba Axundovun xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla Təqsirləndirilən şəxs1 vasitəsilə maddi nemət olan pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını yalandan bildirib aldatmaqla sonuncu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Şahid2 inam və etibarını qazanıb razılığını almaqla onunla sövdələşib, həmin adla Təqsirləndirilən şəxs1 vasitəsilə xx xxxxxx 2015-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, Y.Səfərov küçəsi, 45 saylı ünvanın qarşısında 2.500 manat, 2015-ci ilin yanvar ayının sonlarında şəxsən Bakı şəhəri, Xətai rayonu, Y.Səfərov küçəsi, 45 saylı ünvanın qarşısında 2.500 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 1.961 manat, 2015-ci ilin mart ayında şəxsən Hacıqabul rayonu ərazisində üç dəfəyə hissə-hissə olmaqla cəmi 7.500 manat, 2015-ci ilin aprel ayında şəxsən Bakı şəhəri, Xətai rayonu, Y.Səfərov küçəsi, 45 saylı ünvanın qarşısında 5.000 manat olmaqla, ümumilikdə 16.961 manat məbləğində pul vəsaitini Şahid2 almaqla Təqsirləndirilən şəxs1lə aralarında bölüb şəxsi ehtiyaclarına xərcləyərək sonuncu ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində aldatma və etibardan sui-istifadə etmə yolu ilə Şahid2 məxsus 16.961 (on altı min doqquz yüz altmış bir) manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirib ona xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, Təqsirləndirilən şəxs1lə qabaqcadan əlbir olan bir qrup şəxs qismində vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar Əlibaba Axundovun xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla Təqsirləndirilən şəxs1 vasitəsilə maddi nemətin rüşvət qismində verilməsinə Şahid2 təhrik etmişdir. Bundan başqa, o, təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə tanışı olmaqla Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsinin Səbail rayon polis idarəsinin İstintaq şöbəsinin rəisi vəzifəsində işləyən Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, bir qrup şəxs qismində birləşib 2016-cı ilin yanvar ayının əvvəllərində oğlu Şahid3 Səbail rayon polis idarəsinə polis nəfəri kimi işə düzəldilməsində köməklik göstərilməsi məqsədilə özünə müraciət edən tanışı- Hacıqabul şəhər sakini Şahid1 həmin işin müsbət həll edilməsində köməklik göstərilməsi adı ilə qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs1lə tanış etdikdən sonra sonuncu özünün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyində işləyən səlahiyyətli vəzifəli şəxslərlə yaxın münasibətlərinin olmasını, həmin vəzifəli şəxslər vasitəsilə Şahid3 qeyd edilən məsələdə köməklik göstərmək imkanında olmasını, həmin məsələnin müsbət həlli üçün vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar Şahid3 xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla Təqsirləndirilən şəxs1 vasitəsilə maddi nemət olan 6.000 manat pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını sonuncu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında yalandan bildirib aldatmaqla Şahid1 inam və etibarını qazanıb razılığını alaraq onunla sövdələşib, həmin adla şəxsən xx xxxx 2016-cı il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mikrorayon ərazisində yerləşən “Sarı market” adlanan ərzaq mağazasının yaxınlığında 2.000 manat, xx xxxx 2016-cı il tarixdə Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən Atatürk parkında 2.000 manat, xx xxxx 2016-cı il tarixdə “xxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, 16 saylı ünvanında yerləşən “Yasamal” filialının qarşısında 2.000 manat olmaqla, ümumilikdə 6.000 (altı min) manat məbləğində pul vəsaitini Şahid1 alıb Təqsirləndirilən şəxs1lə aralarında bölməklə şəxsi ehtiyaclarına xərcləyərək sonuncu ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində aldatma və etibardan sui-istifadə etmə yolu ilə Şahid1 məxsus 6.000 (altı min) manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirib ona xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, təkrarən Təqsirləndirilən şəxs1lə qabaqcadan əlbir olan bir qrup şəxs qismində vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar Şahid3 xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla Təqsirləndirilən şəxs1 vasitəsilə maddi nemətin rüşvət qismində verilməsinə Şahid1 təhrik etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4, 32.4,312.2-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, xx xxxxxx 1964-cü il tarixdə Qərbi Azərbaycanın İrəvan şəhərində anadan olmuşdur. 1986-ci ildən X13 xidmətə başlamış, 1994-cü ildə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasını fərqlənmə diplomu ilə bitirdikdən sonra Nəqliyyatda Baş Polis İdarəsinin İstintaq şöbəsinə müstəntiq vəzifəsinə təyin olunmuşdur. 2002-ci ilin fevral ayından 2005-ci ilin dekabr ayınadək X18 İdarəsinin İstintaq bölməsinin rəisi, 2005-2011-ci illər ərzində Nəqliyyatda Baş Polis İdarəsin İstintaq şöbəsinin rəisi, 2012-2016-cı illər ərzində Bakı şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin rəis müvini, 2016-2019-cu illər ərzində Səbail RPİ-nin İstintaq şöbəsinin rəisi vəzifəsində işləmişdir. 2019-cu ilin noyabr ayından 34 il 11 ay 25 gün təqvim ili, 40 il 25 gün imtiyazlı olmaqla yaş həddi ilə əlaqədar təqaüdə çıxmışdır. Xidmət illərində üç dəfə qüsursuz xidmətlərinə görə medalla təltif olunmuşdur. Qarabağ müharibəsi veteranı, Prezident təqaüdçüsüdür. Ailəlidir, iki övladı və iki nəvəsi var. İşin mahiyyəti üzrə bildirir ki, Təqsirləndirilən şəxs2 2008 və ya 2009-cu illərdən tanımışdır. Təqsirləndirilən şəxs2la tanışlığına səbəb mərhum qardaşına məxsus Vaz və Mercedes markalı avtomobilləri satması üçün ona verməyi olmuşdur. Təqsirləndirilən şəxs2 həmin avtomobilləri satsa da bugünkü günə kimi pulunu ödəməmişdir. Təqsirləndirilən şəxs2 avtomobilləri satdıqdan sonra təxminən iki il müddətində o onu axtarsa da tapa bilməmişdir. Təxminən 2012-ci ilnin əvvəllərində Təqsirləndirilən şəxs2 özü onunla əlaqə yaradaraq tutulduğu üçün onun pulunu ödəyə bilmədiyini, maddi durumunun yaxşı olmadığını, evinin bankda girovda olduğunu, bank tərəfindən evinin əlindən alınma təhlükəsi olduğunu bildirmiş və Hacıqabul rayonunda yerləşən evini sataraq banka olan borcunu və ona olan borcunu ödəyəcəyini bildirmişdir. Həmin vaxtdan sonra Təqsirləndirilən şəxs2 onunla mütəmadi olaraq əlaqə saxlamış, hətta çörək pulu adı ilə ondan müxtəlif vaxtlarda müxtəlif məbləğlərdə pul almışdır. 2012-ci ilin sentyabr ayında Təqsirləndirilən şəxs2 onun işlədiyi Bakı şəhər Baş Polis İdarəsinin qarşısına gələrək övladlarının məktəbə getmələri üçün pulunun olmadığını bildirmiş və idarə etdiyi Volksvagen Passat markalı avtomobilini 6000 manata satdığını, 1200 manat ödəməklə ondan almağını, avtomobilin dəyərinin qalan hissəsini isə ona olan borcundan çıxmağını xahiş etmişdir. Beləliklə o onun dedikləri ilə razılaşaraq pulunun bir hissəsinin qaytarılmasını nəzərə alaraq Təqsirləndirilən şəxs2 1200 manat ödəməklə həmin avtomobili ondan almış, lakin sonradan məlum olmuşdur ki, həmin avtomobil başqa şəxsə məxsus olduğu üçün Təqsirləndirilən şəxs2 ona etibarnamə verə bilmir. Buna görə də o dəfələrlə Təqsirləndirilən şəxs2 barəsində qanuni tədbir görülməsi üçün müraciət edəcəyini bildirdikdə o ondan ailəsini, uşaqlarını nəzərə almağını qısa müddətdə evini sataraq pulunu ödəyəcəyini bildirərək onu inandırmışdır. 2013-cü ilin yaz aylarında Təqsirləndirilən şəxs2 ondan Volksvagen Passat markalı avtomobili götürərək qısa müddətdə pulunu ödəyəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs2 avtomobili ondan götürdükdən təxminən on gün sonra ona zəng edərək həmin avtomobillə yol nəqliyyat hadisəsi törətdiyini, hadisə nəticəsində bir nəfərin öldüyünü həyat yoldaşının isə ağır xəsarət aldığını, ona görə də bir müddət pulunu ödəyə bilməyəcəyini, o cümlədən evini sataraq pulunu ödəyəcəyini bildirmişdir. Lakin Təqsirləndirilən şəxs2 pulunu ödəməsə də daim onunla əlaqə saxlamışdır. Həmin dövrdə Təqsirləndirilən şəxs2 ödəmə qabiliyyətinin olmadığını, aldandığının öz səhvi olduğunu anlayaraq barəsində tədbir görülməsi üçün aidiyyəti orqanlara müraciət etməmişdir. 2014-cü ilin noyabr ayının sonu və ya dekabr ayının əvvəllərində yenə də Təqsirləndirilən şəxs2 onunla telefonla əlaqə saxlayaraq Bakı şəhər Baş Polis İdarəsinin qarşısında olduğunu, onunla təcili görüşmək istədiyini bildirmiş, o isə nahara çıxanda onunla görüşəcəyini bildirmişdir. Həmin vaxt o nahar fasiləsinə çıxanda Təqsirləndirilən şəxs2 narkotik vasitələrin satışına görə tanışının DİN-nin Baş X1 İdarəsinin əməkdaşları tərəfindən saxlanıldığını bildirmiş və ona kömək etməyini xahiş etmişdir. O isə öz növbəsində ona köməklik göstərə bilməyəcəyini və onun da bu işlərə qarışmamağını məsləhət görmüşdür. 2016-cı ilin yay aylarında o artıq Səbail RPİ-nin İstintaq şöbəsinin rəisi vəzifəsində işləyən zaman Təqsirləndirilən şəxs2 onunla əlaqə saxlayaraq vəkil tapmaqda ona köməklik etməyini xahiş etmişdir. Həmin vaxt tanıdığı Qubad adlı vəkil İstintaq şöbəsində olduğuna görə Təqsirləndirilən şəxs2la görüşməsini xahiş etmişdir. Sonradan Qubad müəllim ona bildirmişdir ki, Təqsirləndirilən şəxs2la müqavilə bağlamışlar. 2016-cı ilin sonlarında əvvəllər tanımadığı Hüseyn adlı şəxs onun mobil telefonuna zəng edərək qardaşının həbsdən buraxılması üçün Təqsirləndirilən şəxs2 pul verdiyini və həmin pulun Təqsirləndirilən şəxs2 tərəfindən ona çatdırıldığını bildirmişdir. O isə Təqsirləndirilən şəxs2 ona heç bir məbləğdə pul vermədiyini, əgər elə bir hal olubsa aidiyyəti üzrə müraciət etməsini ona bildirərək bir daha ona zəng etməməsini tələb etmişdir. Qeyd edilən dövrdən sonra Hüseyn adlı şəxs onunla əlaqə saxlamamış, pul tələb etməmişdir. xx xxxxxx 2019-cu il tarixli təqsirləndirilən şəxs qismində cəlb olunmağı barədə qərarda qeyd edilmişdir ki, guya 2015-ci ilin yanvar ayının 15-də Bakı şəhər Baş Polis İdarəsinin qarşısında Hüseyn adlı şəxsdən 2500 manat, yanvar ayının sonlarında həmin ünvanda 2500 ABŞ dolları, 2015-ci ilin mart ayında Hacıqabul rayonu ərazisində üç dəfəyə hissə-hissə olmaqla 7500 manat, 2015-ci ilin aprel ayında Bakı şəhər Baş Polis İdarəsinin qarşısında 5000 manat olmaqla ümumilikdə 16.961 manat pul almışdır. Lakin Şahid2 ifadəsində 2500 ABŞ dollarını 2015-ci ilin fevral ayında Təqsirləndirilən şəxs2 verdiyini və Təqsirləndirilən şəxs2 Bakı şəhər Baş Polis İdarəsinin qarşısında deyil İnzibati binaya daxil olaraq onun xidməti otağında verdiyini göstərmişdir. Həmçinin Şahid2 ifadəsində 5000 manatın 2015-ci ilin aprel ayında Təqsirləndirilən şəxs2 verdiyini və Təqsirləndirilən şəxs2 Bakı şəhər Baş Polis İdarəsinin qarşısında deyil İnzibati binaya daxil olaraq onun xidməti otağında verdiyini göstərmişdir. Qeyd etmək istəyir ki, Bakı şəhər Baş Polis İdarəsinin inzibati binasına daxil olmaq üçün xidmət rəisi tərəfindən sifariş verilməli və onun əsasında buraxılış vərəqəsi yazılaraq vətəndaş inzibati binaya müşayət olunmaqla daxil ola bilər. Odur ki, Şahid2 ifadəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmağı barədə qərarda qeyd olunanlar ziddiyət təşkil etdiyindən araşdırılmasını xahiş edir. Həmçinin Şahid2 ifadəsində guya xatırlamadığı tarixdə Təqsirləndirilən şəxs2la birlikdə Səbail rayonu ərazisində “Azneft” dairəsinin yaxınlığında onunla görüşmüş və o ona 9000 manat pul qaytarmış, qalan pulu qaytarmadığına görə 2018-ci ilin mart ayında DİN rəhbərliyinə şikayət etdikdən sonra Təqsirləndirilən şəxs2 vasitəsi ilə qalan pulu qaytarmışdır. Lakin bildirir ki, 2019-cu ilin iyun ayının ortalarında Baş prokurorluq DİN rəhbərliyinə müraciət etdikdən sonra, araşdırma aparılan zaman rəhbərliyin tapşırığı ilə 2400 ABŞ dolları və 5600 manat pulu Təqsirləndirilən şəxs2 vasitəsi ilə deyil başqa şəxslə Şahid2 göndərmişdir. Qeyd etdiyindən başqa onun tərəfindən Şahid2 heç bir vaxt heç bir məbləğdə pul ödənilməyib. Həmçinin Şahid2la “Azneft” dairəsi yaxınlığında görüşüb-görüşməmələrini yoxlamaq məqsədi ilə telefonlarının anten dairəsinin çıxarılmaqla yoxlanılmasını, Şahid2 ifadəsində qeyd etdikləri təsdiqini tapmadıqda bilə-bilə yalan ifadə verdiyinə görə Azərbaycan Respublikası CM-nin 297 maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunması üçün müvafiq tədbirlər görülməsini, rüşvət kimi verdiyi, lakin sonradan ona qaytarılmış pulların dövlət nəfinə keçirilməsi məsələsinə baxılmasını xahiş edir. Bundan başqa ikinci epizod üzrə bildirir ki, 2016-cı ilin iyun ayında Təqsirləndirilən şəxs2 Səbail RPİ-yə gələrək tanışının polis orqanlarında işə düzəlməsi üçün köməklik etməyini xahiş etmiş, o isə birmənalı olaraq həmin işlərin ona aidiyyəti olmadığını, DİN rəhbərliyi tərəfindən sıra baxışından sonra polis orqanlarına qəbul olunduğunu və qəbulla bağlı kütləvi informasiya vasitələrində elanların verildiyini bildirmişdir. 2017-ci ilin qış və ya yaz aylarında Səbail RPİ-də xidməti otağında olan zaman idarənin giriş qapısında olan nəzarət buraxılış məntəqəsindən ona telefonla bildirmişlər ki, bir xanım vətəndaş qəbulunuza gəlmək istəyir. O dərhal həmin xanımı müvafiq qaydada qeydiyyata alaraq qəbuluna buraxmalarını tapşırmışdır. Həmin qadın bir neçə dəqiqədən sonra xidməti otağına daxil olaraq adının Zərifə olmasını, Yaqub adlı şəxsin ondan oğlunu polis orqanlarında işə düzəltmək adı ilə 6000 manat pul alaraq ona verməsini bildirmişdir. O Zərifə adlı şəxsə Təqsirləndirilən şəxs2 hər kimi isə polis orqanlarında işə düzəldilməsi üçün ona pul vermədiyini və polis orqanlarında işə qəbulun onun səlahiyyətlərinə aid olmadığını, əgər elə bir hal varsa aidiyyəti üzrə polis orqanlarına müraciət etməsini bildirmişdir. Bundan sonra o Təqsirləndirilən şəxs2la telefon vasitəsi ilə əlaqə saxlayaraq bir daha onun yanına gəlməməsini, ondan heç nəyi xahiş etməməsini və ona olan borcunu qısa müddətdə qaytarmasını tələb etmişdir. Həmin vaxtdan sonra onun Təqsirləndirilən şəxs2la heç bir əlaqə və münasibəti olmamışdır. Ancaq bir dəfə Yasamal RPİ-nin İstintaq şöbəsində axtarışla tutulub gətirilən zaman üzləşmə vaxtı görmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs2la onun görüşü Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində olmuşdur. Həmin vaxtdan sonra Təqsirləndirilən şəxs2 mütəmadi olaraq ona çox saylı zənglər etmişdir. Təqsirləndirilən şəxs qismində cəlb olunmağı barədə qərarda guya 2016-cı ilin yanvar ayının əvvəllərində Təqsirləndirilən şəxs2la əlbir olaraq Şahid1 oğlunu polis orqanlarında işə düzəltmək üçün 6000 manat müqabilində razılaşaraq xx xxxx 2016-cı il tarixdə Binəqədi rayonu, 6-cı mikrorayon ərazisində yerləşən “Sarı market” mağazasının yaxınlığında 2000 manat, xx xxxx 2016-cı il tarixdə Nərimanov rayon ərazisində yerləşən Atatürk parkında 2000 manat, xx xxxx 2016-cı il tarixdə “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin Yasamal rayonu, İnşaatçılar prospekti, 16 saylı ünvanda yerləşən Yasamal filialının qarşısında 2000 manat olmaqla cəmi 6000 manat pulunu ələ keçirmişdir. Lakin Təqsirləndirilən şəxs2 ifadəsində 2016-cı ilin iyun ayında Şahid1 aldığı 2000 manat pulu Binəqədi rayonu, 6-cı mikrorayon ərazisində yerləşən “Sarı market” mağazasının yaxınlığında deyil, Səbail RPİ-nin inzibati binasında xidməti otaqda, Şahid1 aldığı 2000 manat pulu xx xxxx 2016-cı il tarixdə deyil təxminən 10 gün sonra Nərimanov rayon ərazisində yerləşən Atatürk parkında yox yaşadığı evin qarşısında, Şahid1 aldığı 2000 manat pulu xx xxxx 2016-cı il tarixdə deyil təxminən 15-20 gün sonra “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin Yasamal rayonu, İnşaatçılar prospekti, 16 saylı ünvanda yerləşən Yasamal filialının qarşısında deyil yaşadığı evin qarşısında ona verdiyini göstərmişdir. Bildirir ki, qeyd olunan epizod üzrə cinayət məsuliyyətinə cəlb olunmağı yalnız Təqsirləndirilən şəxs2 ifadəsi əsasındadır, ona görə də Təqsirləndirilən şəxs2 ifadəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmağı barədə qərarda qeyd olunanlar ziddiyət təşkil etdiyindən araşdırılmasını xahiş edir. İfadəsində onu da qeyd etmək istəyir ki, Təqsirləndirilən şəxs2 heç bir vaxt Şahid1 aldığı 6000 manat pulun qaytarılması haqqında ona bildirməyib. Həmçinin bildirir ki, şahid qismində dindirilmiş Şahid4 ifadəsinin giriş hissəsində göstərmişdir ki, guya onunla 2000-ci ildən o Dəmiryol X3 işləyən vaxtdan tanışdır, lakin ifadəsinin sonunda onu 2010-cu ildən tanıdığını, guya ona borca pul verdiyini və o pulu vaxtında qaytardığına görə etibarını qazandığını bildirmişdir. Bildirir ki, o heç bir vaxt Dəmir yolu X3 işləməmiş, o nə günə qalmışdır ki, Hacıqabul-Bakı yolunda taksi fəaliyyəti ilə məşğul olaraq 5-10 manat pul qazanan şəxsdən borc pul alsın. İfadəsində qeyd etdiklərinə əsasən təqsirləndirilən şəxs qismində cəlb olunmağı barədə qərarda xx xxxx 2016-cı il tarixdə Binəqədi rayonu, 6-cı mikrorayon ərazisində yerləşən “Sarı market” mağazasının yaxınlığında 2000 manat, xx xxxx 2016-cı il tarixdə Nərimanov rayon ərazisində yerləşən Atatürk parkında 2000 manat, xx xxxx 2016-cı il tarixdə “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin Yasamal rayonu, İnşaatçılar prospekti, 16 saylı ünvanda yerləşən Yasamal filialının qarşısında 2000 manat pulun həmin ünvanlarda ona verilib verilməməsini yoxlamaq məqsədi ilə telefonlarının anten dairəsinin çıxarılmasını, Şahid4 ifadəsində qeyd etdikləri təsdiqini tapmadıqda bilə-bilə yalan ifadə verdiyinə görə Azərbaycan Respublikası CM-nin 297 maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunması üçün müvafiq tədbirlər görülməsini, Şahid1 rüşvət kimi verdiyi, lakin sonradan ona qaytarılmış pulların dövlət nəfinə keçirilməsi məsələsinə baxılmasını xahiş edir. 2019-cu ilin iyun ayının ortalarında ona məlum olmuşdur ki, Yasamal rayon prokurorluğunda Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə başlanmış və istintaq aparılması üçün Yasamal RPİ-nin İstintaq şöbəsinə göndərilmiş ********* nömrəli cinayət işinin Azərbaycan Respublikası Baş prokurorluğu vasitəsi ilə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilməsi üçün qərar qəbul olunaraq Baş prokurorluğa təqdim olunmuş, lakin həmin qərar ləğv edilərək iş üzrə yazılı göstəriş verilmiş və onun barəsində DİN-nin rəhbərliyinə müraciət olunmuşdur. Həmin müraciət əsasında DİN-nin X11ndə araşdırma aparılaraq əvəllər dəfələrlə məhkum olunmuş, müəmmalı həyat tərzi keçirən Təqsirləndirilən şəxs2la əlaqələri olduğuna görə DİN rəhbərliyi tərəfindən intizam məsuliyyətinə cəlb olunmuşdur. Həmçinin bildirir ki, DİN-nin X11 tərəfindən aparılan araşdırma zamanı rəhbərliyin tapşırığına əsasən Hüseyn adlı şəxsə 2400 ABŞ dolları və 5600 manat, Zərifə adlı şəxsə isə 6000 manat pul göndərmişdir. İfadəsində onu da bildirmək istəyir ki, qeyd edilən cinayət işinin istintaqı zamanı ciddi qanun pozuntularına yol verilmişdir. Belə ki, ********* nömrəli cinayət işi 2018-ci ilin aprel ayında başlanmasına baxmayaraq cinayət təqibi üzrə icraatın tezliyi təmin olunmamış, Azərbaycan Respublikası CPMnin 48-ci maddəsinin tələbləri pozularaq süründürməçiliyə yol verilmiş, ********* nömrəli cinayət işinin 2019-cu ilin iyun ayında Azərbaycan Respublikası Baş prokurorluğu vasitəsi ilə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilməsi barədə qərar qəbul olunaraq Baş prokurorluğa təqdim olunmuş, lakin həmin qərar ləğv edilərək iş üzrə yazılı göstəriş verilmiş, cinayət işi üzrə Azərbaycan Respublikası Baş prokurorluğunun yazılı göstərişi olmasına baxmayaraq Yasamal RPİ-nin İstintaq şöbəsində həmin göstəriş cinayət-prossesual qanunvericiliyinin tələblərinə zidd olaraq cinayət işinin materiallarına əlavə edilməmiş, zəruri sənədlər cinayət işinin materiallarından çıxarılaraq bir il üç aydan sonra Baş prokurorluq vasitəsilə deyil, birbaşa xx xxxxxx 2019-cu il tarixdə Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilmişdir. xx xxxxxx 2019-cu il tarixdə süni istintaq müddəti yaratmaq üçün ********* nömrəli cinayət işi Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində X14 barəsində Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4, 311.3.2, 311.3.3, 32.4, 312.2 və 313-cü maddələri ilə istintaqı aparılan ********* nömrəli cinayət işi ilə Azərbaycan Respublikası CPM-nin 49-cu maddəsinin tələblərinə zidd olaraq bir icraatda birləşdirilmişdir. xx xxxxxx 2019-cu il tarixdə X10 barəsində və digər faktlar üzrə Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4, 311.3.2, 311.3.3, 32.4, 312.2 və 313-cü maddələri ilə ********* nömrəli cinayət işindən ayrıca icraata ********* nömrəli cinayət işi ayrılmış və ********* nömrəli cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Göründüyü kimi Yasamal rayon prokurorluğu tərəfindən başlanmış ********* nömrəli cinayət işi süni şəkildə yox olmuşdur. Hüquqi normativ aktlara əsasən müxtəlif nömrə altında olan cinayət işləri bir icraatda birləşdirilərkən bir nömrə saxlanılmalı, ayrıldıqda isə birləşdirilən cinayət işinin nömrəsi bərpa edilərək həmin nömrə altında məhkəməyə göndərilməlidir. Əks halda bir cinayət əməli təkrar olaraq yeni fakt kimi qeydiyyata alınır və həmin cinayət faktı nəticəsiz qalır. Qeyd etdiklərinə əsasən 2018-ci ilin aprel ayında Yasamal rayon prokurorluğu tərəfindən Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə başlanmış və istintaq aparılması üçün Yasamal RPİ-nin İstintaq şöbəsinə göndərilmiş ********* nömrəli cinayət işi üzrə qəbul olunmuş qərarlarla tərtib olunmuş müvafiq uçot kartlarının uyğunluğunun yoxlanılması üçün Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və X2 sorğu göndərilməsini, istintaq müddəti olmadığı halda istintaq hərəkətlərinin yerinə yetirilməsinə hüquqi qiymətin verilməsini, həmçinin qeyd edilən cinayət işlərinin bir icraatda birləşdirilməsinin və ayrılmasının cinayət-prosessual qanunvericiliyin tələblərinə, o cümlədən müvafiq normativ aktlara uyğunluğunun yoxlanılmasını xahiş edir. Yaqubu 2008-2009-cu illər ərzində onda olan avtomaşınları satan zaman tanımışdır. Yaqub onun adından pul alıb başqalarından. O Zərifə adlı xanıma 6.000 (altı min) manat qaytarmamışdır. O pul qaytarmışdırsa o, demək deyil ki, o təqsirlidir. Şikayəti Zərifə xanım edib. Zərifə xanım şikayəti Yaqubdan edib. -9.000 (doqquz min) manat söhbəti olmayıb. Axundovla heç bir münasibəti olmayıb. Pulu o qaytarmışdır. Adam var pulu onunla göndərmişdir. Rəşadı o tanımamış, ondan pul almamışdır. O Dəmir yol stansiyası vasitəsilə Yaqubu tanımamışdır. Yaqub onun adından pul almışdır. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4 və 32.4,312.2-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Hacıqabul rayonunda 17-il “Dəmir Yol” vağzalının kassasında bilet kassiri işləmişdir. Həmin ərəfələrdə Təqsirləndirilən şəxs1 Bakı “Dəmir Yol” vağzalında işləyirmiş, bilet satışları ilə bağlı olaraq Təqsirləndirilən şəxs1lə həmin o, vaxtdan münasibətləri yaranmışdır. Təqsirləndirilən şəxs1lə təxminən 15-20 ildir ki, tanışlığı yaranıbdır. O evdə olduğu zaman Hüseyin Axundov yaşadığı evə gələrək, qardaşının həbs olunduğunu və qardaşına kömək edəcək adam varsa xahiş etmişdir ki, onlara kömək etsin. O telefon vaistəsilə Təqsirləndirilən şəxs1 zəng vurmuş və Hüseyin Axundovun ona danışdığı məsələni Təqsirləndirilən şəxs1 danışaraq nə dərəcədə kömək edə biləcəyini soruşmuşdur. Namiq müəllim isə maraqlanıb ona xəbər deyəcəyini bildirmişdir. Təxminən bir həftə keçdikdən sonra Təqsirləndirilən şəxs1 təkrarən telefon vaistəsilə zəng edərək, Bakı şəhərinə gəlmişlər və Təqsirləndirilən şəxs1lə görüşmüşlər. Təqsirləndirilən şəxs1 bildirmişdir ki, nə köməklik olunsa ancaq məhkəmədə köməklik oluna bilər və həmən vaxt Təqsirləndirilən şəxs1 onlara heç bir köməklik etməmişdir. Təqsirləndirilən şəxs1 köməkliyi onlara məhkəmə vaxtı etmişdir. Məhkəmə vaxtı Təqsirləndirilən şəxs1 gedib məhkəmədə hakimlə görüşmələrini demiş, həmən hakimin adını xatırlamır. Həmən məhkəmə zamanı onlara köməklik olunmuşdur. Ondan sonra iş gəlmişdir Ali məhkəməyə, Ali məhkəmədə bir adam var imiş, Hüseyin Axundov gedib görüşməli imiş, görüşməmişdir. 6.000 (altı min) manat, 2.500 (iki min beş yüz) ABŞ dolları pul verilib və həmin pulda qaytarılıbdır. Həmin qeyd olunan 6.000 (altı min) manat, 2.500 (iki min beş yüz) ABŞ dollar pulu alıb özündə saxlamışdır ki, işin yekununu gözləyirmiş, ona görə ki, Təqsirləndirilən şəxs1 və on kimlərəsə söz vermişlər. Qeyd olunan 6.000 (altı min) manat, 2.500 (iki min beş yüz) ABŞ dollar puldan müəyyən hissəsini öz xərclərini ödəmək üçün xərcləmişdir. Düzü olaraq onu bildirmək isdəyir ki, Hüseyin Axundov və o, Təqsirləndirilən şəxs1lə görüşməyə getmişlər, pulu vermişlər, iş düzəlibdir ondan sonra pulu geri istədikdə Təqsirləndirilən şəxs1 pulu geri qaytarlbdır. Təqsirləndirilən şəxs1 həmən ərəfələrdə “Dəmir Yol” vağzalında işlədiyi üçün tanımış,Təqsirləndirilən şəxs1 köməkliyi ondan ibarət olacaqmış ki, həmən məhkəmədə olan cinayət işində maddə dəyişiləcəkmiş, bu işlə əlaqədar Təqsirləndirilən şəxs1 müraciət etdikdə, köməkliyin yalnız məhkəmədə olacağını bildirmişdir. Təqsirləndirilən şəxs1, Axundov Hüseyin və o ilk görüşlərində Axundov Hüseyin 2.500 (iki min beş yüz) ABŞ dolları pul vermiş, pulu o götürmüşdür. Təqsirləndirilən şəxs1 vaistəsilə köməklik olunacaqmış, Təqsirləndirilən şəxs1 isə köməkliyin məhkəmədə olacağını bildirmişdi. Axundov Hüseyin və Təqsirləndirilən şəxs1 onun vaistəsi ilə danışırmışlar. Əlavə pul lazım olunduğunu məhkəmədə demişlər. Ağır cinayətlər Məhkəməsində, Appeliyasiya məhkəməsində və Ali məhkəmədə iş həll olunmalı imiş. 16.000 (on altı min) manatı təsdiq etmir. 6.000 (altı min) manat, 2.500 (iki min beş yüz) ABŞ dollarını təsdiq edir. Axundov Hüseyini əvvəllərdə tanıyırmış, pulun bir qismini Təqsirləndirilən şəxs1 evlərinə gedərək, 2.000 (iki min) manat pul vermiş, ona görə vermişdir ki, özündə saxlasa xərcləyəcəkmiş pulu, ona görə Təqsirləndirilən şəxs1 qalmasını istəmişdir, vaxtı gəldiyində götürüb lazım olan yerə aparıb verəcəkmiş, pulun qaytarılmasında o iştirak etməmişdir. Məhkəmədə verilmiş suallara cavab olaraq isə göstərmişdir ki, X16 məhkəməsi və Appeliyasiya məhkəməsini həll etməyi o üzərinə götürmüşdür, Ali məhkəməni isə onlar özləri həll edəcəkmiş, Ali məhkəmə isə işi ləğv etdi. Təqsirləndirilən şəxs1 10-15 ildi ki, tanıyır. O Təqsirləndirilən şəxs1 tanıdığı vaxt ərzində ilk dəfə imiş ki, hansısa işi həll etmək üçün onunla əlaqə saxlamışdır. O ilk dəfə Təqsirləndirilən şəxs1 müraciət etdikdə o, Qoraddeldə işləyirmiş, ilk dəfə Qoraddeldə görüşmüşlər. İlk dəfə gəldikdə Axundov Hüseyin ilə görüşə getmişdir. Təqsirləndirilən şəxs1lə bu işlə əlaqədar Azneft dairəsində və Hacıqabul rayonunda görüşləri olmayıb. Təqsirləndirilən şəxs1lə telefon danışıqları olub, oda işlə əlaqədar. Təqsirləndirilən şəxs1, Hüseyin Axundovdan pul almayıb, pulu o almışdır. 9.000 (doqquz min) manat pulu onlar almamışlar. Axundov Hüseyin 9.000 (doqquz min) manat pulu onlardan istəmirmiş, onlara 6.000 (altı min) manat, 2.500 (iki min beş yüz) ABŞ dollar pul verilib, geri qalan pullar isə onlara gəlib çatmamışdır. Bütün pullar geri qaytarılıbdır. 6.000 (altı min) manat, 2.500 (iki min beş yüz) ABŞ dollar pulu Təqsirləndirilən şəxs1, Hüseyin Axundova geri qaytarıbdır. Axundov Hüseyinə bu işi həll etmək üçün nə qədər pul lazım olduğunu o deməmişdir, deyilən qiyməti o Axundov Hüseyinə demişdir. Qiyməti Məhkəmə deyib nə qədər lazımdır işin həll olunması üçün. Məhkəmə iclas zalında verdiyi ifadəsini təsdiq edir. Polisə düzələn adam isə baxışa getməli idi, Təqsirləndirilən şəxs1 zəng edib xahiş etdik, Təqsirləndirilən şəxs1 demişdir sənədlərə baxmaq lazmdır, ondan sonra Təqsirləndirilən şəxs1 bildirmişdir ki, o işin yolunu izini göstərər bizə, ondan sonra o həmən adamlardan üç dəfə olmaqla 2.000 (iki min) manat pul almış, həmən puldan Təqsirləndirilən şəxs1 pul verməmiş, özü xərcləmiş, sonra isə xərclədiyi pulu geri qaytarmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, qardaşı Şahid3 polis işçisi kimi işə düzəltmək istəmişdir. Dayısı oğlu Şahid4 Yaqub adlı adamın müəyyən miqdar pul qarşılığında qardaşı Şahid3 polis işçisi kimi işə düzəldə biləcəyini demişdir. Təqsirləndirilən şəxs2 pulu ilk dəfə qardaşı Şahid3 2.000 (iki min) manat dəyərində pulu yaşadıqları binanın giriş qapısında vermiş və o bu hadisəni yaşadıqları binanın pəncərəsindən baxaraq görmüşdür. Ondan sonra Təqsirləndirilən şəxs2 2.000 (iki min) manat yenidən verilmiş, lakin pulun verildiyi vaxtı və ünvanı dəqiq xatırlamır. Uzun müddət keçdiyi üçün pulun verilmə tarixini dəqiq xatırlamır, xatırladığı qədəri ilə 2016-cı il olmuşdur. O Yaqubu tanımır, sadəcə olaraq bir rayondan olduqları üçün onun haqqında eşitmişdir. Yaqub sistemdə işləyən dostunun olduğunu və polisə adam düzəldə biləcəyini demişdir. Yaqub baxış olacağını və baxışdan sonra düzələcəyini deyirmiş, o işlədiyi yerdə bir nəfər tanıdığı polis işçisindən maraqlanmış və o, ona bildirmişdir ki, xeyir baxış bir neçə dəfə olub və qurtarıb. Yaqubun qardaşı Cavidi polisə hansı vəzifəyə düzəldəcəyini bilmir. Rəşad onun dayısı oğludur, Hacıqabul rayonunda taksi fəaliyyəti ilə məşğul olur. Yaqubun bildiridyi sistemdə işləyən adamı dayısı oğlu Rəşadın görüb görmədiyini bilmir. Yaqubun işi düzəltdirəcəyi adam əgər yanılmırsa Səbail rayonunda hansısa sistem işində işləyirmiş. Yaquba zəng edib onları aldatdığını baxışın dəfələrlə olduğunu bildirmişdir. Pulu geri maması və qardaşı götürüb, lakin kimdən və necə götürdüklərini dəqiq bilmir. Şikayət olunduqdan uzun müddət sonra pul qaytarılmışdır. Dayısı oğlu Rəşad pul veriləndə və alanda orada olmayıb, sadəcə Yaqubla onların arasında vasitəçi olub. Şikayəti maması edibdir, onu dəqiq bilmir şikayəti necə və harada veribdir. Onlara dəyən zərər ödənilibdir. Üçüncü pulda Yaquba verilib. Pul verilməmişdən öncə Yaqubla söhbət aparılmasında iştirak etməmişdir. Söhbət edib sonradan pul verilməsi arasında qısa müddət keçmişdir. O bilirmiş ki, Yaqub qardaşı Cavidi işə düzəldə bilməz. İlk dəfə 2.000 (iki min) manat pul verilən zaman xatırladığı qədəri ilə Yaqubun yanında bir nəfər şəxs var imiş. İstintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, o polis işçisi kimi işə düzəlmək istəyirmiş, dayısı oğlu Rəşad ona demişdir ki, Yaqub adında bir şəxs var o, sənə bu barədə köməklik edə bilər. Dayısı oğlu Rəşad onları Yaqub Məmmovla tanış etmiş, ondan sonra maması, o və Yaqub iş barəsində danışmışlar. Yaquba əvvəlcədən 2.000 (iki min) manat verəcəklərini geri qalan hissəsini isə iş düzəldikdən sonra verəcəklərini bildirmişlər. Təqsirləndirilən şəxs2 ilk dəfə pul verilən zaman anası və o orada olmuşlar və Təqsirləndirilən şəxs2 2.000 (iki min) manat pul vermişlər və həmən an bacısı isə evlərinin pəncərəsindən onlara baxırmış. İki gün keçdikdən sonra Təqsirləndirilən şəxs2 yenidən 2.000 (iki min) manat pul istəmişdir, Təqsirləndirilən şəxs2 istədiyi 2.000 (iki min) manatı ona vermişdir. Bir neçə gün keçdikdən sonra Təqsirləndirilən şəxs2 zəng edərək pulun geri qalan hissəsini istəmişdir və onuda vermişdir. Seçimlərin olacağını demişdir, ondan sonra uzun müddət keçdikdən sonra xəbər gəlmədiyini gördükdə Təqsirləndirilən şəxs2 sənədlərini və pullarını götürmək istəmişlər. Sənədlərini götürmüşlər, pulu isə götürə bilməmişlər. Təqsirləndirilən şəxs2 pulu istədikdə pulu Namiq müəllimə verdiyini ondan pulu aldığı zaman bizə qaytaracağını bildirmişdir. Ondan sonra pul gəlmədiyi üçün anası polisə şikayət etmişdir. Şikayət etdikdən sonra pul qaytarılmışdır. Lökbatan dairəsində bir xanım ilə görüşmüşlər, o anası ilə getmişdir, həmən qadın ilə idarəyə gedib şikayətlərini geri götürdükdən sonra pulları geri qaytarılmışdır. Lökbatan dairəsində onlara yaxınlaşan xanım Namiq müəllimin tanışı olduğunu bildirmişdir. Polis əməkdaşı kimi işə düzəlmək üçün pul vermişlər. Yaqub onu işə Namiq müəllim vasitəsi ilə düzəldəcəyini demişdir. Yaqub işə düzəltmək müddəti deməmişdir, sadəcə 1-2 aya seçimlər olacağını demişdir. Pullar Yaquba hissəhissə verilibdir. 6.000 (altı min) manat pulun yarı hissəsi onun, yarı hissəsi isə anasına məxsus olmuşdur. Yaqubdan pulu tələb etdikdə, pulu Namiq müəllimə verdiyini və Namiq müəllimində pulu vermədiyini deyirmiş. Onu Lökbatan dairəsinə anası zəng edib çağırmışdır, həmən an o işdə olmuşdur. Lökbatan dairəsinə anası ilə gəldikdə xanım onlara yaxınlaşmış, onun onları necə tanıdğını bilməmişlər, xanım bildirmişdir ki, Namiq müəllimin tanışıyam, ondan sonra danışmışlar şikayəti geri götürmüşlər. Lökbatan dairəsində onların yanında yaxınlaşan xanım onlar şikayəti geri götürmək üçün Daxili İşlər Nazirliyinə getdikdə, anası idarəyə girmiş xanim isə onunla birlikdə Daxili İşlər Nazirliyinin həyətində dayanmış, anası şikayətini götürüb onların yanına gəldikdən sonra xanım onların pulunu qaytarmışdır. Rəşad onun dayısı oğludur. Rəşad telefon zəngi vasitəsilə bildirdikən 2-3 gün sonra Yaqubla görüşmüşlər. Əvvəllər Yaqubla görüşməmişdir. Yaqub, Namiq müəllimin vasitəsilə düzəldəcəyini bildirmişdir. O Namiq müəllimlə danışmamışdır. Onun yanında Yaqubun Namiq müəllimlə telefon vasitsəi ilə danışmasını xatırlamır. Şikayət etməmişdən öncə Yaqubdan pullarını tələb etmişlər, Yaqub pulun Namiq müəllimdə olduğunu bildirirmiş. O Veysəloğlu MMC-də işləyir. İstintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, oğlu Şahid3 əsgərlikdən gəldikdən sonra ona rayonda iş axtarsalarda tapa bilməmişlər. Bakı şəhərindədə tanışları olmadığı üçün oğlu Cavidə iş tapa bilmirmiş, qohumu Rəşaddan xahiş etmişdir ki, əgər tanışları varsa oğlunu işə düzəltməyinə köməklik etsin. Rəşad ona demişdir ki, onun Yaqub adında dostunun tanışı var onun əli çatan bir iş olsa deyər o, düzəldə bilər. Bir neçə gün keçdikdən sonra Rəşad ona demişdir ki, “Yaqubla danışmaq istəyirsənsə nömrəsini verim danış.” Rəşad Yaqubun nömrəsini ona vermiş və o Yaqubla danışmışdır, Yaqub demişdir ki, o Namiq müəllimlə danışıb ona deyər. Bir gündən sonra Yaqub ona əvvəlcədən 2.000 (iki min) manat verməyini, pulun geri qalan hissəsini isə oğlu Cavidin əmri verildikdən sonra alacağını demiş və oda Yaqubun dedikləri ilə razılaşmışdır. Bu işi düzəlməsinin müqabilində o Yaquba ümumilikdə 6.000 (altı min) manat pul verəcəkmiş, 2.000 (iki min) manatı ilk əvvəlldən, pulun qalan hissəsini isə oğlu Cavidin əmri verildikdən sonra verəcəkmiş, onların danışığı Yaqubla bu qaydada olubdur. Yaquba ilk əvvəldən 2.000 (iki min) manat verdikdən təxmninən iki gün keçməmiş, Yaqub telefon ilə zəng edərək sənədlərin yoxlamaya getdiyi üçün 2.000 (iki min) manat pulu təcili çatdırmağını istəmişdir. O işdə olduğu üçün Yaqubun istədiyi 2.000 (iki min) manat pulu oğlu Cavid vasitəsilə Yaquba göndərmişdir. İki gün keçmiş Yaqub yenidən telefon vasitəsilə zəng edərək qalan 2.000 (iki min) manatıda verməyini istəmişdir. Yaqubun ondan sonuncu dəfə istədiyi 2.000 (iki min) manatı Yaquba vermək üçün, oğlu Cavidin Bankda olan ABŞ dolları məzənnəsində olan pulu bankdan çıxardaraq Yaquba vermişlər. Yaqubun istədiyi pul miqdarını yəni ümumilikdə 6.000 (altı min) manat pulu Yaquba versələrdə, Yaquba hər telefon zəngi etdiklərində Yaqub onlara darıxmamalarını yaxşı olacağını deyirmiş. Gedişat belə olduğu üçün Səbail rayonu istintaq idarəsinin rəisi vəzifəsində işləyən Namiq müəllimin qəbuluna gedərək ona bütün baş vermiş hadisələri ətraflı qaydada danışmışdır. Namiq müəllimə tək qadın olduğunu, özünün əziyyətlə işləyib iki övlad saxladığını, vəziyyətinin yaxşı olmadığını bildirib, pulunu verməsini və pulunu aldıqdan sonra çıxıb gedəcəyini demişdir. Namiq müəllim ona bildirmişdir ki, onda pul yoxdur və onun yanında Yaquba zəng edərək telefon vasitəsilə danışmışlar, lakin onların telefon danışıqlarından o heçnə anlamamışdır. Namiq müəllimin otaqından çıxdıqdan sonra qohumu Rəşada zəng edərək onu aldatdıqlarını demişdir. O nə edəcəyini pulunu necə geri alacağını bilmədiyi üçün polis mühafizə orqanlarına ərizə ilə şikayət edərək pulunun geri qaytarılmasını tələb etmiş və nəticədə 6.000 (altı min) manat pul ona geri qaytarılmışdır. Məhkəmədə verilmiş suallara cavab olaraq isə göstərmişdir ki, oğlu Cavidi polis mühafizə orqanlarına serjant vəzifəsi ilə işə düzələcəyinə onlara vəd verilmişdir. 6.000 (altı min) manat üç hissə ilə verilib. Yaquba pul verdikdə, pulun Namiq müəllimə çatacağını deyirmiş. Namiq müəllimin qəbuluna getdikdə, Namiq müəllim onda pul olmadığını heç kimin ona pul vermədiyini demişdir. Yaquba deyəndə ki, Namiq müəllim deyir ki, məndə pul yoxdur, ona pul verilməyib, Yaqub ona demişdir ki, Namiq müəllim özü helə deyir. Yaqub təsdiq edirmiş ki, pulu Namiq müəllimə verib. 102 xidmətinə zəng edərək şikayət etmişdir. Axundov Hüseyin ona zəng etdikdə Namiq müəllimin pulu ödəmək istədiyini demişdir. Lökbatan dairəsində olduqları zaman orada Namiq müəllimin adından gələn xanım şikayəti geri götürdükdən sonra pulu ona verəcəyini bildirmişdir. Riyaziyyat müəlliməsi işləyir. Rəşaddan soruşduqda Rəşad ona deyirmiş ki, o, elə insan deyil əgər deyibsə həll edəcək. Pul verilməsində Rəşad iştirak etməyib. Hər iki təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi yoxdur. İlk əvvəl Yaquba pul verdikləri zaman onların yanında heç kimlə telefon ilə danışmamış, pulu aldıqdan sonra çıxıb getmişdir. Onların razılığı belə olmuşdur ki, ilk əvvəl 2.000 (iki min) manat pulu verəcəkmişlər, iş həll olunduqdan sonra isə geri qalan 4.000 (dört min) manat pulu verəcəkmişlər. Yaqubla danışıqlar apardıqları zaman o Namiq müəllimlə əlaqə qurub özü danışmaq istəsədə Yaqub buna şərait yaratmırmış, o Namiq müəllimin qəbulunda olduğu zaman Namiq müəllim bildirmişdir ki, o, pul və sənəd götürməyib, ondan sonra Yaquba zəng edərək, “sən nəyə görə belə edirsən, hər gün bir adam gəlir mənim üzərimə, sən pul alırsan adamlardan”. Yaqubla oğlu sənədləri götürmək üçün Səbail rayon polis idarəsinə getdikləri zaman, Yaqubun sənədləri haradan girib götürdüyünü kimdən götürüdüyünü bilmir. Sənədləri Səbail rayon polis idarəsindən götürmüşlər. O Namiq müəllimin qəbulunda olduğu zaman Yaqub otaqda onların yanında olmamışdır. Oğlu Yaqubnan sənədləri götürmək üçün Səbail rayon polis idarəsinə getmişlər, oğlu aşağıda gözləyib Yaqub idarəyə girib, geri gəldikdə isə sənədləri oğluna vermişdir. O sənədləri götürmək üçün Səbail rayon polis idarəsinə getməmiş, məlumatları və hadisənin gedişaatını ona oğlu deyibdir. O evdə oturmuşdur, Şahid2 ona telefon vasitəsilə zəng edərək onların pulu ona vermək istədiyini və onun Bakıya getməyini orada bir qadınla görüşəcəyini demişdir. Bakıya gəldikdən sonra oğluna zəng etmiş, Lökbatan dairəsinə getmişlər, Hüseyn də həmən an onların yanında olmuşdur. Lökbatan dairəsində əvvəllər tanımadığı xanım onlara yaxınlaşaraq Namiq müəllimin onu göndərdiyini demiş və onunla polis idarəsinə gedərək şikayətini geri götürməyini və bunun müqabilində pulunu ona geri qaytaracağını demiş və xanımın bildirdiyi kimi polis idarəsinə getmişlər, o şikayətini geri götürdükdən sonra 6.000 (altı min) manat pul ona geri qaytarılmışdır. Lökbatanda yanlarına gələn xanmı tanımamış, lakin Hacıqabul rayonundan olduğunu bilmişdir. Onun şikayəti və tələbi yoxdur, ona dəymiş ziyan tam ödənilmişdir. İstintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs2 20 ildir ki tanıyır. O evdə olduğu zaman Təqsirləndirilən şəxs2 onların evinə gələrək, ona Təqsirləndirilən şəxs1 Səbail rayonuna istintaq idarəsinin rəisi vəzifəsinə təyyin olduğunu və boylu-buxunlu adamlar olarsa onları polis işçisi kimi işə düzəltməyin mümkün olacağını demişdir. Yaqub ona bunu deyəndən sonra bibisi oğlu Cavidin işsiz olduğunu və onunda iş axtradığını bildiyi üçün bu barədə Namiqlə danışmaq qərarına gəlmişdir. Həmin vaxt Yaqub öz mobil nömrəsi ilə Təqsirləndirilən şəxs1 zəng etmiş və telefonu ona vermişdir, o da öz növbəsində Namiqlə telefonla danışaraq yeni vəzifəsini təbrik etmişdir. Söhbət zamanı Yaqubun ona dediklərini Namiqə demişdir. O bibisi oğlu Şahid3 işsiz olduğunu və onu polis serjantı kimi işə düzəltmək istədiyini demişdir. Təqsirləndirilən şəxs1 ondan əvvəlcə Cavidin hündürboy olub-olmadığını soruşmuş, daha sonra Cavidi 6000 manat müqabilində işə düzəldə biləcəyini bildirmişdir. Bundan sonra o bibisi Zərifə ilə bu barədə danışmış, razılaşdıqdan sonra o ona Yaqubun nömrəsini vermişdir. Ondan sonra digər işlərə o qarışmamışdır, özləri öz aralarında iş görməyə başlamışlar. Pulu, Cavidi polis işçisi kimi işə düzəltmək üçün vermişlər. Bildiyinə görə Cavidi Səbail rayon polis şöbəsinə çavuş vəzifəsinə işə düzələcəkmiş, Təqsirləndirilən şəxs1 ilə o telefon vaistəsilə danışmış və Təqsirləndirilən şəxs1 ona seçki olacağını bildirmişdir. Təqsirləndirilən şəxs1 ilə Yaqubun telefonu ilə danışmışdır. Təqsirləndirilən şəxs1 ilə əvvəllər münasibəti olmuşdur. Təqsirləndirilən şəxs2 görə tanımışdır Təqsirləndirilən şəxs1, Yaqubun dostu kimi tanımışdır. Təqsirləndirilən şəxs1 ilə telefon vaistəsilə danışdıqda, Təqsirləndirilən şəxs1 polis işçisi kimi işə düzəltmək istədikləri adamın sənədlərini Təqsirləndirilən şəxs2 vaistəsilə göndərməyini demişdir. 6.000 (altı min) manat pulun Təqsirləndirilən şəxs2 verilməsində o iştirak etməmişdir, bibisi oğlu Cavid 6.000 (altı min) manat pulu verib Təqsirləndirilən şəxs2. 6.000 (altı min) manat pulu Təqsirləndirilən şəxs2 verdikdən sonra, həmin pulun Təqsirləndirilən şəxs1 çatıb çatmamasından xəbəri yoxdur. X24 Qocayevin işlədiyi idarəyə yanına gedərək, Təqsirləndirilən şəxs2 verilən 6.000 (altı min) manat pulun ona çatıb çatmamısını soruşduqda Təqsirləndirilən şəxs1 ona heç bir məbləğdə pulun çatmadığını deyib. Təqsirləndirilən şəxs1 7-8 ildir tanıyır və onu yaxşı bir insan kimi tanımışdır. Təqsirləndirilən şəxs1 tanıdığı 7-8 il müddətində onun kimlərisə işə düzəltməyini görməmiş, sadəcə olaraq onun özünün arada onunla işləri olurmuş. Təqsirləndirilən şəxs1 Çevik polis alayında seçki olacağını və orada seçiləcəyini bildirmişdir. Təqsirləndirilən şəxs1 ilə telefon vaistəsilə danışdıqdan sonra, pulun nə vaxt görüşülüb verilməsindən xəbəri yoxdur, sadəcə olaraq bibisi Zəirfə ilə danışdıqda, Cavidin Yaqubla görüşdüyünü və pulu ona verdiyini bildirmişdir. Təqsirləndirilən şəxs2 pulu götürərkən, bibisi oğlu Cavid ilə görüşmüşdür, onun pulun verilib alınması ilə əlaqəsi yoxdur. Təqsirləndirilən şəxs1 ilə telefon vaistəsilə danışıqda özü bildirmişdir ki, bu işi düzəltmək üçün 6.000 (altı min) manat pul lazımdır. Yaqub bibisi Zərifəyə tarix bildirərək, həmən tarixdə adının çıxacağını bildirsədə, bildiyi tarixdə ad çıxmamışdır. Zərifə yox, bibisi oğlu ilə Təqsirləndirilən şəxs2 Bakı şəhərində görüşərək, Təqsirləndirilən şəxs2 ilk görüşdə 2.000 (iki min) manat pul almışdır, ümumilikdə 6.000 (altı min) manat pul almışdır. Bibisi Zərifə polis idarəsinə şikayət etdikdən sonra, Təqsirləndirilən şəxs2 pulu Təqsirləndirilən şəxs1 verdiyini bildirmiş və ondan sonra polis işə qarışdıqdan sonra o bildiyi qədəri ilə Təqsirləndirilən şəxs1 bibisi Zərifəyə pulu qaytarıb. İstintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs2 uzun müddətdir ki, tanımişdır. Təqsirləndirilən şəxs2 Hacıqabul rayonuna köçərək orada məskunlaşıb və Hacıqabul rayonundada ailə qurmuşdur. 2014-cü il tarixdə Azərbaycan Respublikası Baş X1 İdarəsinin əməkdaşları tərəfindən qardaşı X12 tutularaq həmin tarixdə barəsində Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə cinayət işi başlanılmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs2 ilə Hacıqabul rayonunda rastlaşmış, Təqsirləndirilən şəxs2 qardaşı Əlibabanın işi lə maraqlanmışdır. O da Yaquba hadisə barədə məlumat vermiş, Yaqub ona demişdir ki, onun Bakı şəhəri Baş Polis idarəsində tanışı var ona köməklik edə bilər. O da etiraz etməmişdir. Yaqub onun yanında özünün işlətdiyi mobil nömrəsindən, Təqsirləndirilən şəxs1 zəng vuraraq onun Yaqubla danışdıqlarını Təqsirləndirilən şəxs1 danışmışdır. Təqsirləndirilən şəxs1 qardaşının işinə kömək edə biləcəyini demişdir. Yaqub Namiqlə danışarkən telefonu mikrofona qoymuş və Namiqin bütün dediklərini özü də eşitmişdir. Yaqub telefonu söndürəndən sonra ona, Namiqlə görüşməyə gedəndə pul götürməyi orada hər ehtimala qarşı lazım ola biləcəyini demişdir. xx xxxxxx 2015-ci il tarixdə Yaqubla birlikdə Bakı şəhərinə gəlmişlər. Bakı şəhəri Baş Polis İdarəsinin qarşısında Yaqub telefonla Namiqlə əlaqə saxlamış və Namiq onların yanına gəlmişdir. Yolun kənarında qardaşı Əlibabanın işi haqqında ətraflı Namiqə danışmış, həmin zaman Yaqub da Namiqə Hüseynə kömək etmək lazım olduğunu, yaxını olduğunu bildirmişdir. Namiq də kömək edəcəyinə qardaşı Əlibabanın həbsdə yatdığı ilə kifayətlənib məhkəmədən azad etdirəcəyinə söz verərək Yaqubun yanında ondan 2.500 manat pul almış və ona nə vaxtsa, işlə bağlı pul lazım olduğu halda Yaqubun gəlib pulu ondan götürəcəyini demiş və onlar razılaşmışlar. 2015-ci ilin fevral ayında Yaqub onunla əlaqə saxlayaraq 2.500 ABŞ dollarını Namiqə çatdırmaq lazım olduğunu demiş və Yaqubla görüşərək bərabər Bakı şəhəri BPİ-nin qarşısına getmişlər. Orada 2.500 ABŞ dollarını Yaquba vermiş, Yaqub da pulu götürərək Bakı şəhər BPİ-nin inzibati binasına daxil olmuş, o isə binanın qarşısında gözləmişdir. Yaqub pulu Namiqə verdikdən sonra onun yanına gələrək qardaşı Əlibabanın iş məsələsinin həll olunacagını demiş və onlar bərabər Hacıqabul şəhərinə qayıtmışlar. 2015-ci ilin mart ayında Yaqub onunla görüşmüş və Namiqin 3.500 manat pul istədiyini deyərək öz telefonu ilə Namiqə zəng etmiş və telefonu ona vermişdir. Namiq telefonda ona Yaquba 3.500 manat pul verməsini demişdir. 3.500 manatı toplayıb Hacıqabul şəhərində Yaqubun evinə getmişdir. Həmin vaxt Yaqub evdə olmadığından pulu Yaqubun mərhum qayınanasının yanında sayaraq 3.500 manat olduğunu bildirmiş və stolun üstünə qoyaraq Yaquba çatacağını demişdir. O, bu barədə Yaquba da telefonla bildirmişdir. Təxminən bir ay ərzində 2015-ci ilin mart ayında məhkəməyə kimi iki dəfəyə 2.000 manat olmaqla, ümumilikdə 4.000 manat pulu hissə-hissə Yaquba Hacıqabul şəhəri, Mərkəzi Bazarının qarşısında vermişdir. 2015-ci il aprel ayında qardaşı Əlibabanın barəsində olan cinayət işi baxılması üçün X15 Məhkəməsinə göndərilmişdir. O, Yaqubla görüşərək qardaşı Əlibabanın işinin məhkəməyə getdiyini, lakin qardaşının iş məsələsinin həll olunmadığını demişdir. Yaqub da Namiqlə telefon əlaqəsi yaradandan sonra məhkəmədə həbsdən buraxılması üçün Namiqin ondan 5.000 manat pul istədiyini bildirmişdir. Həmin pulu o, 3 gün ərzində tapdıqdan sonra Yaqub ilə birlikdə Bakı şəhərinə getmiş və yenə də Bakı şəhəri BPİ-nin yaxınlığında Yaqub Namiqlə telefon əlaqəsi yaratmış və Namiq 5.000 manat pulu Yaquba verməyini demişdir. 5.000 manat pulu Yaquba vermiş, Yaqub da inzibati binaya daxil olaraq pulu Namiqə vermişdir. Lakin qardaşı Əlibaba Axundov təqsirli bilinərək 5 il azadlıqdan məhrum etmə cəzası almışdır. O, qardaşının iş məsələsinin həll olunmadığını gördükdə, Namiqdən pulunu istəmiş. Namiq onunla Yaqubu Bakı şəhərinə çağırmışdır. O, Yaqubla Bakı şəhərinə gedərək Səbail rayonu “Azneft” dairəsinin yaxınlığında Namiqlə görüşmüşlər. Görüş zamanı Namiq 9.000 manat pulu Yaquba və Yaqub da Namiqin yanında sayıb ona vermişdir. Həmin vaxt Namiq qalan pulun hissəsini də yaxın vaxtlarda verəcəyini ona bildirmişdir. Aradan bir müddət keçmiş Namiqlə telefon əlaqəsi yaradıb pulunu istəyən zaman, Namiq ona “elə işlər var ki düzəlmir” deyə cavab vermiş və həmin vaxtdan etibarən qalan 6.000 manat və 2.500 ABŞ dolları məbləğində olan pulu geri qaytarmamışdır. 2018-ci ilin mart ayında DİN-ə şikayət etdikdən sonra Təqsirləndirilən şəxs1 özü Yaqub vasitəsi ilə onunla əlaqə saxlamış aldığı pulu tam şəkildə qaydarmışdır. O, ümumilikdə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 15.000 manat və 2.500 ABŞ dolları vermişdir. Təqsirləndirilən şəxs1 hadisəyə qədər tanımamış, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 vaistəsilə tanımışdır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həbs olunmasını istəmədiyini bildirmişdir. İstintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Cinayət işinin istintaq materiallarına əlavə edilmiş “xxxxxxxx” və “xxxxxxx” MMC-dən daxil olmuş CD disklərdə olan məlumatlara xx xxxxxx 2019-cu il tarixli baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsi arasında müxtəlif tarixlərdə qarşılıqlı danışıqlar aparılmışdır. Belə ki, xx xxxxxxxx 2015-ci il tarixdə saat 10:24-də 39 saniyə, həmin tarixdə saat 11:53-də 65 saniyə, saat 11:56-da 23 saniyə, saat 12:04-də 43 saniyə, saat 12:46-da 20 saniyə, saat 12:46-da 97 saniyə, 07 sentyabr tarixdə saat 08:30-da 23 saniyə, həmin tarixdə saat 14:27-də 58 saniyə, saat 14:50-də 335 saniyə, xx xxxxxxxx 2015-ci il tarixdə saat 16:20-də 13 saniyə, saat 16:27-də 45 saniyə, saat 16:32-də 29 saniyə, xx xxxxxxxx 2015-ci il tarixdə saat 13:33-də 43 saniyə, xx xxxxxxxx 2015-ci il tarixdə saat 21:24-də 37 saniyə, həmin tarixdə 21:44də 92 saniyə, xx xxxxxxxx 2015-ci il tarixdə saat 12:12-də 40 saniyə, həmin tarixdə saat 12:14-də 49 saniyə, xx xxxxxxxx 2015-ci il tarixdə saat 09:17-də 33 saniyə, xx xxxxxxx 2015-ci il tarixdə saat 13:45-də 87 saniyə, xx xxxxxxx 2015-ci il tarxidə saat 12:27-də 87 saniyə, xx xxxxxxx 2015ci il tarixdə saat 11:44-də 101 saniyə, xx xxxxxxx 2015-ci il tarixdə saat 13:59-da 53 saniyə, həmin tarixdə saat 14: 54-də 47 saniyə, saat 15:40-da 06 saniyə, saat 19:05-də 32 saniyə, xx xxxxxxx 2015-ci il tarixdə saat 15:14-də 41 saniyə, həmin tarixdə saat 16:44-də 109 saniyə, saat 18:51-də 27 saniyə, saat 18:52-də 46 saniyə, 21:57-də 37 saniyə, xx xxxxxxx 2015-ci il saat 11:05-də 80 saniyə, həmin tarixdə saat 13:56 da 67 saniyə, saat 17:05-də 33 saniyə, saat 17:07də 200 saniyə, xx xxxxxxx 2015-ci il tarixdə saat 12:13-də 21 saniyə, həmin tarixdə saat 15:39-da 275 saniyə, xx xxxxxxx 2015-ci il tarixdə saat 17:03-də 104 saniyə, xx xxxxxxx 2015-ci il tarixdə saat 11:49-da 55 saniyə, xx xxxxxxx 2015-ci il tarixdə saat 15:10-da 26 saniyə, xx xxxxxxx 2015ci il tarixdə saat 08:56-da 22 saniyə, həmin tarixdə saat 10:54-də 34 saniyə, saat 13:28-də 65 saniyə, saat 13:40-da 112 saniyə, xx xxxxxx 2016-cı il tarixdə saat 12:02-də 29 saniyə, xx xxxxxx 2016-cı il tarixdə 11:58-də 61 saniyə, xx xxxxxx 2016-cı il tarixdə saat 12:11-də 14 saniyə, həmin tarixdə saat 19:55-də 26 saniyə, saat 21:14-də 15 saniyə, xx xxxxxx 2016-cı ildə saat 13:43-də 53 saniyə, xx xxxxxx 2016-cı il tarixdə 12:26-da 54 saniyə, xx xxxxxx 2016-cı il tarixdə saat 14:44də 30 saniyə müddətində danışıqlar aparılmış, xx xxxx 2017-ci il tarixədək mütəmadi olaraq qarşılıqlı zənglər edilmişdir. Bundan başqa, “xxxxxxx” MMC-dən xx.xx.2019-cu il tarixli 23340/19 nömrəli məktubla daxil olmuş 01 ədəd CD diskə xx xxxxxx 2019-cu il tarixli baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə Şahid1 istifadəsində olan ***-***-**-** mobil nömrəsi arasında qarşılıqlı danışıqlar aparılmışdır. Belə ki, xx xxxx 2016-cı il tarixdə saat 20:41-də 23 saniyə, xx xxxx 2016-cı il tarixdə saat 16:00-da 63 saniyə, həmin tarixdə saat 16:46-da 25 saniyə, xx xxxx 2016-cı il tarixdə 08 saniyə, xx xxxxxxxx 2016-cı il tarixdə saat 22:31-də 75 saniyə, xx xxxxxx 2016-cı il tarixdə saat 13:29-da 60 saniyə, xx xxxxxx 2016-cı il tarixdə saat 09:34-də 21 saniyə, xx xxxxxx 2016-cı il tarixdə saat 09:53-də 64 saniyə, xx xxxxxx 2016-cı il tarixdə saat 15:06-da 62 saniyə, xx xxxxxx 2016-cı il tarixdə saat 14:08-də 65 saniyə, həmin tarixdə saat 19:47-də 62 saniyə, xx xxxxxx 2016-cı il saat 11:33-də 57 saniyə, xx xxxxxx 2016-cı il tarixdə saat 16:04-də 65 saniyə, 08 dekabr saat 21:28-də 431 saniyə, xx xxxxxx 2016cı il saat 11:53-də 26 saniyə, xx xxxxxx 2016-cı il tarixdə saat 18:15-də 48 saniyə, həmin tarixdə saat 18:19-da 88 saniyə, xx xxxxxx 2016-cı il tarixdə saat 10:55-də 89 saniyə, xx xxxxxx 2017-ci il tarixdə saat 11:20-də 82 saniyə, xx xxxxxx 2017-ci il tarixdə saat 11:14-də 187 saniyə, xx xxxxxx 2017-ci il tarixdə saat 22:31-də 131 saniyə müddətində danışıqlar aparılmış, xx xxx 2017-ci il tarixədək mütəmadi olaraq qarşılıqlı danışıqların aparılması müəyyən edilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə Şahid2 istifadəsində olan ***-***-**-** mobil nömrəsi arasında müxtəlif tarixlərdə qarşılıqlı danışıqların aparıldığı müəyyən edilmişdir. Belə ki, xx xxxxxxxx 2015-ci il tarixdə saat 14:46-da 400 saniyə, xx xxxxxxx 2015-ci il tarixdə saat 17:29-da 14 saniyə, xx xxxxxxx 2015-ci il tarixdə saat 21:21-də 90 saniyə, həmin tarixdə saat 21:27-də 64 saniyə, xx xxxxxxx 2015-ci il tarixdə, saat 12:35-də 240 saniyə, xx xxxxxxx 2015-ci il tarixdə saat 13:28-də 229 saniyə, xx xxxxxxx 2015-ci il tarixdə, saat 13:58-də 83 saniyə, həmin tarixdə saat 21:17-də 837 saniyə, saat 21:33-də 261 saniyə, xx xxxxxxx 2015-ci il tarixdə saat 10:16-da 229 saniyə, xx xxxxxxx 2015-ci il tarixdə saat 08:38-də 180 saniyə, xx xxxx 2016-cı il tarixdə saat 11:31-də 87 saniyə, həmin tarixdə saat 20:17-də 100 saniyə, xx xxxx 2016-cı il tarixdə saat 17:05-də 69 saniyə, xx xxxx 2016-cı il tarixdə saat 15:08-də 250 saniyə, həmin tarixdə saat 15:26-da 23 saniyə, saat 15:33-də 179 saniyə, xx xxxx 2016-cı il tarixdə saat 17:45-də 103 saniyə, xx xxxxxx 2016-cı il tarixdə saat 15:01-də 113 saniyə, xx xxxxxx 2016-cı il tarixdə saat 11:39-da 67 saniyə, xx xxxxxx 2016-cı il tarixdə saat 17:02-də 70 saniyə, xx xxxxxxxx 2016-cı il tarixdə saat 13:55-də 30 saniyə, xx xxxxxxxx 2016-cı il tarixdə saat 13:43-də 180 saniyə, xx xxxxxx 2016-cı il tarixdə saat 08:38-də 43 saniyə, həmin tarixdə saat 08:56-da 55 saniyə, xx xxxxxx 2016-cı il tarixdə saat 12:16-da 437 saniyə, həmin tarixdə saat 13:29-da 180 saniyə, xx xxxxxx 2016-cı il tarixdə saat 10:32-də 99 saniyə müddətində danışıqlar aparılmış, xx xxxx 2017-ci il tarixədək mütəmadi olaraq qarşılıqlı danışıqların olması müəyyən edilmişdir. Baxış zamanı, həmçinin, Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə Şahid4 istifadəsində olan ***-***-**-** mobil nömrəsi arasında olanda qarşılıqlı danışıqların aparılması müəyyən edilmişdir. Belə ki, xx xxxxxxxx 2015-ci il tarixdə saat 21:34-də 41 saniyə, xx xxxxxxxx 2015-ci il tarixdə saat 11:39-da 83 saniyə, həmin tarixdə saat 13:19-da 12 saniyə, xx xxxxxxxx 2015-ci il tarixdə saat 12:10-da 26 saniyə, xx xxxxxxxx 2015-ci il tarixdə saat 11:28-də 15 saniyə, xx xxxxxxxx 2015-ci il tarixdə saat 12:00-da 44 saniyə, xx xxxxxxxx 2015-ci il tarixdə saat 10:35-də 20 saniyə, həmin tarixdə saat 13:32-də 63 saniyə, xx xxxxxxxx 2015-ci il tarixdə saat 12:32-də 10 saniyə, xx xxxxxxx 2015-ci il tarixdə saat 12:17-də 82 saniyə, xx xxxxxxx 2015ci il tarixdə saat 16:25-də 80 saniyə, xx xxxxxxx 2015-ci il tarixdə saat 10:01-də 43 saniyə, xx xxxxxxx 2015-ci il tarixdə saat 19:28-də 68 saniyə, həmin tarixdə saat 20:32-də 104 saniyə, xx xxxxxxx 2015-ci il tarixdə saat 08:40-da 39 saniyə, həmin tarixdə saat 08:56-da 47 saniyə, saat 20:25-də 164 saniyə, xx xxxxxx 2015-ci il tarixdə saat 09:50-də 63 saniyə, həmin tarixdə saat 11:43-də 12 saniyə müddətində danışıqlar aparılmış, xx xxxx 2017-ci il tarixədək mütəmadi qarşılıqlı danışıqların aparılması müəyyən edilmişdir. (cild 02, i.v. 104-106) Cinayət işinin istintaq materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin X4 daxil olmuş xx.xx.2019-cu il tarixli 023-3603-1219 nömrəli məktubdan görünür ki, Səbail RPİ-nin İŞ-nin rəisi Təqsirləndirilən şəxs1 barəsində aparılmış xidməti yoxlama zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 əvvəllər dəfələrlə məhkum edilmiş müəmmalı həyat tərzi keçirən Təqsirləndirilən şəxs2la xidməti zərurətlə bağlı olmayan əlaqələr yaratmış, 2015-ci ildə Bakı şəhər BPİ-nin İstintaq və Təhqiat İdarəsinin rəis müavini vəzifəsində xidmət edərkən sonuncunun xahişi ilə öz vəzifələrinin icrası ilə birbaşa bağlı olmayan xidməti məsələyə müdaxilə edərək DİN-nin BMCMİ-nin istintaq şöbəsində vətəndaş Əlibaba Axundovun barəsində Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsilə istintaq olunmuş cinayət işinin həllinə təsir etməyə cəhd göstərmişdir. X16 Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Əlibaba Axundov göstərilən maddə ilə təqsirli bilinərək 5 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bundan başqa, polis polkovnik-leytenantı Təqsirləndirilən şəxs1 2016-cı ilin iyun ayında anoloji qəbahətlərə yol verərək Təqsirləndirilən şəxs2la tanışı Şahid3 DİO-da xidmətə qəbul olunaraq Səbail RPİ PPXB-yə polis nəfəri vəzifəsinə təyin edilməsi ilə bağlı danışıqlar aparmışdır. Qeyd olunan nöqsanlara yol verdiyinə görə DİN-nin xx.xx.2019-cu il tarixli Ə485-001-19 nörməli müvafiq əmri ilə Təqsirləndirilən şəxs1 “xidməti vəzifəyə tam uyğun olmaması barədə xəbərdarlıq” elan edilməklə intizam məsuliyyətinə cəlb olunmuşdur.(cild 02, i.v. 08-14) X16 Məhkəməsindən daxil olmuş X16 Məhkəməsinin xx xxxx 2015-ci il tarixli hökmündən görünür ki, X12 ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 5(beş) il müddətə azadlıqdan mərhum etmə cəzasına məhkum edilmişdir. (cild 02, i.v. 111-115) Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin arayışından görünür ki, Təqsirləndirilən şəxs2 Nizami rayon məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinərək 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həbsdə saxlandığı müddət nəzərə alınaraq cəzasının çəkmiş hesab edilməklə məhkəmə iclas zalından azad edilmiş, Sumqayıt şəhər məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmünə əsasən CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinb 2 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 4 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. (cild 01, i.v. 62-66) Onun birinci məhkumluğu ödənilsədə, ikinci məhkumluğu ödənilməmiş və əməlində cinayətlərin residivi mövcuddur. Ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələbinə əsasən cəza təyin edilməlidir. Cinayət işinin istintaq materiallarına əlavə edilmiş Baş İdarənin Əməliyyat İdarəsindən daxil olmuş xx.xx.2019-cu il tarixli xidməti məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 əvəllər məhkum edilməmişdir. (cild 02, i.v. 95-97) Cinayət işinin istintaq materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin X4 daxil olmuş xx.xx.2019-cu il tarixli 023-3603-1219 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 xx xxxxxx 1986-ci ildən X13 çalışır, xx xxx 2016-cı il tarixli 1238Ş\h-001-16 əmrlə xx xxx 2016-cı il tarixdən Bakı şəhər Baş Polis İdarəsinin istintaq və Təhqiat idarəsinin rəis müavini vəzifəsindən azad edilib, Bakı şəhəri Səbail RPİ-nin istintaq şöbəsinin rəisi vəzifəsinə təyin edilmişdir. İstintaq materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin Kadrlar idarəsindən daxil olmuş xx.xx.2019-cu il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2019-cu il tarixli Ə3605ş/h-001-19 nömrəli əmrlə X13n xaric edilmişdir. (cild 02, i.v. 08-14, cild 02, i.v. 88-90) İş materiallarına əlavə edilmiş “xxxxxxx” MMC-dən xx.xx.2019-cu il tarixli 23340/19 nömrəli məktubla daxil olmuş 1 ədəd CD disk və “xxxxxxxx” MMC-dən xx.xx.2019-cu il tarixli 30289 nömrəli məktubla daxil olmuş 01 ədəd CD disk istintaq zərurəti ilə əlaqədar cinayət təqibi üzrə əhəmiyyət kəsb etdiyindən xx xxxxxx 2019-cu il tarixli qərarımla maddi sübut kimi tanınmaqla iş materiallarına əlavə edilmişdir. (cild 02, i.v. 101-103, cild 02, i.v. 67-69, cild 02, i.v.107-110) İstintaq zamanı Təqsirləndirilən şəxs1 müdafiəsi üçün gətirdiyi–Şahid2 heç bir məbləğdə pul almaması, onunla telefon vasitəsi ilə danışmaması, Əlibaba Axundovun əməlinin tövsif edilməsi və həbsdən azad edilməsi ilə bağlı Təqsirləndirilən şəxs2 heç bir məbləğdə pul almaması, Şahid3 Səbail RPİ-yə polis nəfəri kimi işə düzəlməsi ilə bağlı Təqsirləndirilən şəxs2 heç bir məbləğdə pul almaması, Şahid4lə bu barədə danışmaması və ifadəsində göstərdiyi digər dəlillər özünümdafiə xarakterli ifadələr kimi qəbul edilməklə iş üzrə dindirilmiş şahidlərin ifadələri, üzləşmə protokolları, götürülmüş telefon məlumatları, baxış protokolları və digər istintaq sənədləri ilə tam təkzib olunmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs2 müdafiəsi üçün gətirdiyi - Şahid1 və Şahid2 aldatmaq niyyətinin olmaması, Təqsirləndirilən şəxs1 inandığı üçün həmin şəxslərdən pul alması və ifadələrində göstərdiyi digər dəlillər özünümdafiə xarakterli ifadələr kimi qəbul edilməklə iş üzrə dindirilmiş şahidlərin ifadələri, üzləşmə protokolları, götürülmüş telefon məlumatları, baxış protokolları və digər istintaq sənədləri ilə tam təkzib olunmuşdur.(cinayət işinin materialları) İbtidai istintaq zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 oğlu xx xxxxxx 1964cü ildə Ermənistanın İrəvan şəhərində anadan olmuşdur, Azərbaycan Respublikası vətəndaşıdır, evlidir, ali təhsillidir, əvvəllər məhkum olunmamışdır, 1986-cı ildən DİO-da çalışır, xx xxx 2016-cı il tarixdən xx xxxxxx 2019-cu il tarixədək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Səbail rayon polis idarəsinin İstintaq şöbəsinin rəisi vəzifəsində işləmişdir, hazırda təqaüddədir, Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti, ev 41, mənzil 3\8-də qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. Təqsirləndirilən şəxs2 - xx xxx 1975-ci ildə Ermənistanın Masis rayonunda anadan olmuşdur, Azərbaycan Respublikası vətəndaşıdır, evlidir, ali təhsillidir, Nizami rayon məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinərək 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həbsdə saxlandığı müddət nəzaərə alınaraq cəzasının çəkmiş hesab edilməklə məhkəmə iclas zalında həbsdən azad edilmiş, Sumqayıt şəhər məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmünə əsasən Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinib 2 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 4 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir, hazırda işləmir, Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev küçəsi, ev 71-də qeydiyyatda olmaqla, Hacıqabul şəhəri, Məhsəti Gəncəvi küçəsi, ev 1-də faktiki yaşayır. (cild 02, i.v.162-168, cild 01, i.v.115-117) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə göstərilir ki, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən 2 (iki) il keçdikdə məhkumluğu ödənilmiş hesab olunur. Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hallar yoxdur, cinayətlərin residivini törətməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsi ilə nəzərdə tutulan cəzasını ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hallar bütün cinayət əməlləri üzrə vurulmuş ziyanı könüllü olaraq tam şəkildə ödəməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən ilk dəfə cinayət məsuliyyətinə cəlb olunması, uzun illər (40 ildən artıq) DİO-da qüsursuz xidmət etməsi, DİO-da xidmət zamanı “qüsursuz xidmətə görə” 1-ci, 2-ci, 3-cü dərəcəli medallarla təltif olunması, müharibə veteranı olması, yaşayış yeri üzrə müsbət xarakterizə olunması cəzasını yüngülləşdirən hallardır. Cəzasını ağırlaşdıran hallar yoxdur. İş materiallarındakı ərizə-hesabatlardan görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı hüquqlarının müdafiəsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 02 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1 hər biri tərəfindən ayrı-ayrılıqda 80 (səksən) iş saatı müddətində müdafiə olunmuşlar. Azərbaycan Respublikası CM-nin 8.1.-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 41.2.-ci və 58.3-cü maddələrinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onların islah olunmalarına, ailə vəziyyətlərinə təsirini nəzərə alır. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 2012ci il 7 mart tarixli Azərbaycan Respublikasının Qanununun 99-1.2.-ci maddəsi əsasında, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə bu qənaətə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 vəTəqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş əm-lakları müəy-yən edilmədi-yin-dən barələrində xüsusi müsadirə tətbiq olunmamalıdır. Həmçinin dövlət ittihamçısının Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 46-cı maddəsinin tətbiqi barədə əlavə cəzanın tətbiqinə dair təklifinə tənqidi yanaşaraq bu əlavə cəzanın tətbiqini zəruri hesab etmir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 3 may tarixli 202 №-li qərarına uyğun olaraq, təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Azərbaycan Respublikasının CPM-nin 193.2.-ci və 193.4.-cü maddələrinə müvafiq olaraq, müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Bununla da təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 vəTəqsirləndirilən şəxs2 məhkəmədə göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Müdafiəçi2 vəkil işlədikləri Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 02 saylı Vəkil Bürosunun nəfinə hər biri üçün ayrı-ayrılıqda 480 (dörd yüz səksən) manat, pul ödənilməlidir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 1996-cı il 27 dekabr tarixli 4 saylı Qərarının 18-ci bəndində göstərilir ki, müttəhimə azadlıqdan məhrumetmə cəzası təyin edilərkən hökmün nəticəvi hissəsində cəza çəkmə müddətinin hansı qaydada hesablanması məsələsi heç bir şübhə doğurmamalıdır. Nəzərə almaq lazımdır ki, hökmlə təyin olunan ümumi cəza müddətinə ibtidai həbs müddətindən başqa müttəhimin şübhəli şəxs qismində saxlandığı, onun təhqiqat ibtidai istintaq dövründə, yaxud məhkəmənin qərardadı əsasında məhkəmə-tibb müəssisələrində müayinədə olduğu müddət, həmçinin hərbi qulluqçunun, daxili işlər nazirliyi əməkdaşının həmin işlə əlaqədar intizam qaydasında qauptvaxtda saxlandığı müddət də daxildir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2006-cı il 30 mart tarixli 5 nömrəli qərarının 15-ci bəndində göstərilir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır. Belə ki, Təqsirləndirilən şəxs2 xx xxx 2018-ci il tarixdən xx xxxx 2018-ci il tarixədək tutulmuş və həmin tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Bu üç gün müddət ona təyin ediləcək cəzaya hesablanmalıdır. İş üzrə maddi sübutlar – “xxxxxxx” MMC-dən xx.xx.2019-cu il tarixli 23340/19 nömrəli məktubla daxil olmuş 01 ədəd CD disk və “xxxxxxxx” MMC-dən xx.xx.2019-cu il tarixli 30289 nömrəli məktubla daxil olmuş 01 ədəd CD disk istintaq materiallarında saxlanılmalıdır. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 193, 344-347ci, 349-cu, 351-353-cü, 356-cı maddələrini rəhbər tutaraq Hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4 və 32.4,312.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4 maddələri ilə 03 il müddətə azadlıqdan məhrumetmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4,312.2-ci maddəsi ilə 04 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3.-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 05 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1 və 70.3-cü maddələri tətbiq olunaraq ona təyin edilmiş 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası şərti tətbiq edilsin və ona 02 (iki) il sınaq müddəti müəyyən edilsin. Barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmün icrasına nəzarət yaşayış yeri üzrə Bakı şəhəri Nərimanov rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Sınaq müddəti ərzində üzərinə cəzasının icrasına nəzarət edən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Hökm qanuni qüvvəyə mindikdən sonra ““başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Cəza çəkmə müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4 və 32.4,312.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4-cü maddələri ilə 03 il müddətə azadlıqdan məhrumetmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4,312.2-ci maddəsi ilə 04 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3.-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 05 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Onun istintaq zamanı saxlanıldığı müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində 04 (dörd) il 11 (on bir) ay 27 (iyirmi yeddi ) gün azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının əvvəli -xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilsin və o məhkəmə iclas zalından dərhal həbsə alınsın, həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 vəTəqsirləndirilən şəxs2 məhkəmədə göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Müdafiəçi2 vəkil işlədikləri Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 02 saylı Vəkil Bürosunun nəfinə hər biri üçün ayrı-ayrılıqda 480 (dörd yüz səksən) manat, pul ödənilsin. İş üzrə maddi sübutlar – “xxxxxxx” MMC-dən xx.xx.2019-cu il tarixli 23340/19 nömrəli məktubla daxil olmuş 01 ədəd CD disk və “xxxxxxxx” MMC-dən xx.xx.2019-cu il tarixli 30289 nömrəli məktubla daxil olmuş 01 ədəd CD disk istintaq materiallarında saxlanılsın. Hökmdən Təqsirləndirilən şəxs2 hökmün surətinin verildiyi, Təqsirləndirilən şəxs1 elan olunduğu andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-371/2020
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-371/2020
28.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver