Məhkəmə qərarları › İş №1(101)-371/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-371/2022

03.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-371/2022 03.03.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi - Salmanov Rahib Vaqif oğlunun sədrliyi ilə, hakimlər - Hacıyev Siyavuş Həbib oğlu və Ağalarov Mahmud Muradxan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi - X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri «VERDİKTUM» Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1991-ci ildə, Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, natamam orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Nəsimi rayonu, 3-cü Alatava küçəsi, ev 122-də qeydiyyatda olmaqla yaşamış barəsində həbs qətimkan tədbiri seçilməklə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxslə, satış məqsədilə, külli miqdarda narkotik vasitə heroini, şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə metadonu və şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə metamfetamini qanunsuz olaraq, əldə edib saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs 2021-ci ilin iyul ayının sonlarında əvvəllər tanıdığı şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı ilə əlaqə yaradıb, onunla qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, öncədən Bakı- Sumqayıt yolunun üzərində Masazır dairəsi istiqamətində yolun kənarında hərəkət sürəti lövhəsinin altına yerləşdirilmiş külli miqdarda narkotik vasitə heroin, şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə metadon və şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə metamfetamini satış məqsədilə qanunsuz olaraq, əldə edib saxlamaqla daşımış, 31 iyul 2021 -ci il tarixdə saat 11 radələrində Nərimanov rayonu, 2-ci Şimal Şitilliyi küçəsi 43 saylı ünvanın yaxınlığında Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı şübhəli kimi saxlanılaraq 16-cı Polis Bölməsinin inzibati binasına gətirilmiş, orada üzərində şəxsi axtarış aparılan zaman əlindəki qara rəngli “Zara” markalı əl çantasının içərisindən 1 ədəd “Rothmans” markalı siqaret qutusunda 3 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 10,602 qram, 4,348 qram, 4,826 qram ümumi təmiz çəkisi 19,776 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 1 ədəd “Argo” markalı siqaret qutusunda 1 ədəd konvalyutda və bir ədəd konvalyut kəsiyində üzərində “Methadone-40” göstəricisi olan, göstəriciyə əsasən metadonun təsir maddəsinin hər həbdə 0,04 qram olmaqla ümumilikdə 0,36 qram olan ümumi sayı 9 ədəd qəhvəyi rəngli dairəvi formalı həb, 1 ədəd bükümdə ümumi təmiz çəkisi 0,316 qram olan kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamin, əynindəki boz rəngli idman şalvarının sol yan cibindən üzərində “candylicious eat happy” sözləri yazılmış dəmir qutuda 5 ədəd bükümdə ayrı- ayrılıqda təmiz çəkisi 0,021 qram, 0,012 qram, 0,021 qram, 0,018 qram, 0,016 qram ümumi təmiz çəkisi 0,088 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 6 ədəd bükümdə ayrı-ayrılıqda təmiz şəkisi 0,037 qram, 0,045 qram, 0,044 qram, 0,128 qram, 0, 014 qram, 0,208 qram ümumi təmiz çəkisi 0,476 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür.Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilmiş və ittiham aktında olan ifadəsini təstiq etdiyini bildirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ittiham aktında olan ifadəsi elan və tədqiq olunmuşdur. O, ifadəsində göstərmişdir ki, ünvan 2 ünvanda anası Mehparə Hüseynova və qardaşı Mahir Hüseynovla birlikdə yaşayır. Təxminən 3 ildir ki, narkotik vasitələrdən istifadə edir. Natamam orta təhsillidir. Subaydır. Əvvəllər məhkum olunmayıb.Mahiyyəti üzrə bildirir ki, 27.07.2021-ci il tarixdə öz istifadəsi və satmaq üçün əvvəllər də alqı-satqı etdiyi, internet vasitəsilə tanış olduğu “Fərhad” adlı İran İslam Respublikasının vətəndaşı ilə əlaqə saxlamış, ona hazırda narkotik vasitə lazım olduğunu bildirmiş, həmin şəxslə vhatsapp üzərindən əlaqə saxlamış, daha sonra onunla olan əlaqəsinə dair bütün məlumatları mobil telefonundan silmiş, danışıq zamanı Fərhad, müəyyən miqdarda narkotikin qarşılığında 300 manat pul istəmiş. Bildirmişdir ki, həmişəki qaydada onun bank hesabına qeyd etdiyi məbləği ödədikdən sora narkotik vasitəni haradan götürəcəyini ona söyləyəcəkdir. O da elə həmin gün onun hazırda xatırlamadığı bank hesab nömrəsinə “Memar Əcəmi” metrostansiyasınm yaxınlığında yerləşən lakin hazırda dəqiq olaraq xatırlamadığı ödəniş terminallarının birindən göndərməli olduğu 300 manat pulun bir qismini onun bank hesabına köçürmüş, aralarında razılıq belə olmuşdur ki, qalan pulu satışdan sonra verəcək, lakin polis əməkdaşları onu tutmuşdur. Belə ki, axşam saatlarında həmin İran İslam Respublikasının vətəndaşı onunla əlaqə saxlamış, narkotik vasitələri “Masazır dairəsi” adı ilə tanınan yerdən yol nişanının altından götürməyini demişdir. Bundan sonra Fərhad ona həmin ərazinin fotoşəklini çəkərək atmış, o da, taksiylə onun dediyi yerə getmiş, qeyd olunan yerdə sürət tablosunun altından şəffaf sellofan torbada olan narkotikləri götürmüş,yaşadığı evə gəlmiş, evdəkilərdən gizli şəkildə evdəki otaqlardan birində sellofanı açmış içərisində olan bükümləri götürmüş, onların içində olan 10 ədəd metadon dərman preparatından birini istifadə etmiş, 1 ədəd “Rothmans” və 1 ədəd “Argo” markalı siqaret qutularının içində olan 1 ədəd bükümdə metamfetamin 3 ədəd bükümdə heroin 10 ədəd metadon dərman preparatı olmuş, narkotik vasitələrdən və psixotrop maddələrdən bir neçə bükümdə hazırlayaraq bölüb ayrıayrı bükümlərdə qablaşdırmış, 31.07.2021-ci il tarixdə səhər saatlarında evdə olan zaman narkotik vasitələr olan siqaret qutularını və 1 ədəd elektron tərəzini kiçik əl çantasına qoymuş, digər 12 ədəd bükümləri dəmir qaba yerləşdirərək idman şalvarının sol yan cibinə qoymuş, həmin gün saat 11 radələrində ünvan 3 ünvandan keçərkən 2 nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşmış, onlar özlərini təqdim edib Nərimanov RPİ-nin 16-cı PB nin əməkdaşları olduqlarını bildirib onu 16-cı PB-nə dəvət etmiş, bundan sonra o səsküy salmadan polis əməkdaşları ilə birlikdə polis əməkdaşlarının təklifi əsasında və onların müşayiəti ilə Bölmənin inzibati binasında yerləşən otaqların birinə getmiş, aradan bir neçə dəqiqə keçdikdən sonra ora tanımadığı 1 mülki geyimli şəxs gəlmiş, özünü təhqiqatçı kimi təqdim edən polis əməkdaşı həmin şəxsin vəkil olduğunu bildirərək ona hüquq və vəzifələrini izah etmiş, sonra, ona üzərində olan əşyaları çıxarıb stolun üstündə qoymağımı təklif edəndə, o, artıq hər bir şeyin polis əməkdaşlarına aydın olduğunu dərk etdiyindən və başqa çıxış yolu görmədiyindən, İlkİn olaraq əlində olan qara rəngli “Zara” markalı əl çantasını təqdim etmiş, həmin çantanın içərisinə baxış keçirilərkən, içərisində olan 1 ədəd “Aqro” markalı siqaret qutusunda 1 ədəd şəffaf sellofanda olan spesifik qoxuya malik, şəffaf rəngli, kristal şəkilli maddə olan büküm, 9 ədəd dərman preparatının olduğu dərman listi, çantanın içərisində dəri materialdan olan qara rəngli qablaşdırmada 1 ədəd “Aosai” markalı elektron tərəzi, 1 ədəd “Rothmans” markalı siqaretin qutusunda 3 ədəd şəffaf sellofanda olan spesifik qoxuya malik, qəhvəyi rəngli toz şəkilli maddə olan bükümlər, sağ yan cibindən Nokia markah mobil telefonunu, sol yan cibindən üzərində “İ love candylicious” yazısı olan dəmir qabdakı 04 ədəd siqaretin gümüşü rəngli kağızındakı spesifik qoxuya malik, şəffaf rəngli, kristal şəkilli maddə olan bükümləri, 7 ədəd siqaretin gümüşü rəngli kağızında olan spesifik qoxuya malik, qəhvəyi rəngli toz şəkilli maddə olan bükümləri və 1 ədəd şəffaf sellofanda olan spesifik qoxuya malik, qəhvəyi rəngli toz şəkilli maddə olan bükümü təqdim etmiş, həmin aşkar edilmiş narkotik maddələr zərfə qoyularaq qablaşdırılmış və götürülmüşdür. Saxlanılan zaman və polis bölməsində olan zaman ona qarşı heç bir zor tətbiq edilməyib. Həmin vaxt prosesdə video çəkilişdən istifadə edilib, həmin zaman üzərində ***-***-**-** mobil nömrə olan Nokia markah telefon olmuş, İran İslam Respublikasının Fərhad adlı vətəndaşının bank hesab nömrəsini xatırlamır, Ödəniş terminalından aldığı çeki həmin gün atmışdır. İsifadəsində olan mobil telefona baxış keçirilərkən mesaj bölməsində ***-***-**-**, ***-***-**-** nömrəli obonentlərin və bir sıra digər şəxslərin onu axtarmaları barədə yazdıqları mesajların mətnlərinin görünməsi ilə əlaqədar, o cümlədən ***-***-**-** obonent nöməsi olan adı qeyd edilməyən şəxsin ona “25 manatdan kola var istəsən xəbər elə götürüm minimum 10 dənə almaq şərtilə” yazması barədə deyə bilər ki, həmin şəxslər onun dost - tanışlarıdır. Ola bilər ki, cavab yazmadığı üçün onu axtarırlar. Sonuncu qeyd edilən şəxsin adını hazırda xatırlamır. Yəqİnki, onun bu işlə məşğul olduğunu bilib ona buna görə təklif edir. Fərhad adlı İranlı şəxsin ona satdığı narkotik vasitə və psixotrop maddələri ölkəyə hansı yolla keçirməsindən heç bir məlumatı yoxdur. Bununla maraqlanmayıb. O, törətdiyi əmələ görə səmimi peşmançılıq çəkir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Nərimanov RPİ-nin 16-cı PB-nin CA üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir, polis baş leytenantı rütbəsindədir, Təqsirləndirilən şəxs sonradan tanımaqla, onunla hər hansı münasibəti olmamışdır. Sonuncunun üzərindən narkotik vasitə-heroin və psixotrop maddə metamfetamin, metadon aşkar olunması ilə əlaqədar qeyd edir ki, 31.07.2021-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitə əldə edib saxlaması barədə məlumat daxil olmuş, bu barədə bölmə rəisinə məruzə edilərək əməliyyat-axtarış qrupu yaradılması barədə əmr verilmiş, həmin gün saat 12 radələrində Nərimanov RPİ-nin 16-cı Polis Bölməsinin CA əməliyyat müvəkkili Şahid2 ilə birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı Nərimanov rayonu, 2-ci Şimal Şitilliyi küçəsi 43 saylı ünvanın yaxınlığında Bakı şəhəri, Nəsimi rayonu, 3-cü Alatava ev 122 ünvanda qeydiyyatda olan Təqsirləndirilən şəxs saxlanılmış, ona özlərini polis əməkdaşı kimi təqdim edib birlikdə Nərimanov RPİ-nin 16-cı PB-nə gəlməsini təklif etmiş, polis bölməsində olarkən həmin şəxsin Təqsirləndirilən şəxs olması öz təsdiqini tapmış, bu barədə bölmə rəhbərliyinə məruzə etmiş və Bölmənin təhqiqatçısı Rəşad Əhmədova prosessual hərəkətləri keçirməsi həvalə edilmişdir. Təhqiqatçı, polis baş leytenantı Rəşad Əhmədovun qərarı ilə “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili İlham Məmmədov dəvət olunmuş, Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah olunaraq onun narkotik vasitə əldə edib saxlamasında şübhəli bilindiyi izah olunaraq üzərində olan əşyaları çıxarıb stolun üstündə qoymağını təklif edəndə, o əlində olan qara rəngli “Zara” markalı əl çantasını təqdim etmiş, həmin çantanın içərisinə baxış keçirilərkən, içərisində olan 1 ədəd “Aqro” markalı siqaret qutusunda 1 ədəd şəffaf sellofanda olan spesifik qoxuya malik, şəffaf rəngli, kristal şəkilli maddə olan büküm, 9 ədəd dərman preparatının olduğu dərman listi, çantanın içərisində dəri materialdan olan qara rəngli qablaşdırmada 1 ədəd “Aosai” markalı elektron tərəzi, 1 ədəd “Rothmans” markalı siqaretin qutusunda 3 ədəd şəffaf sellofanda olan spesifik qoxuya malik, qəhvəyi rəngli toz şəkilli maddə olan bükümlər, sağ yan cibindən Nokia markalı mobil telefon, sol yan cibindən üzərində “İ love candylicious” yazısı olan dəmir qabdakı 04 ədəd siqaretin gümüşü rəngli kağızmdakı spesifik qoxuya malik, şəffaf rəngli, kristal şəkilli maddə olan bükümlər, 7 ədəd siqaretin gümüşü rəngli kağızında olan spesifik qoxuya malik, qəhvəyi rəngli toz şəkilli maddə olan bükümlər və 1 ədəd şəffaf sellofanda olan spesifik qoxuya malik, qəhvəyi rəngli toz şəkilli maddə olan bükümü təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs, təqdim etdiklərinin, metamfetamin, heroin və metadon olmasını bildirmişdir. O, həmin maddələri 27.07.2021-ci il tarixdə Masazır qəsəbəsindən İranlıdan aldığını və həm özünün istifadəsi üçün həmdə satmaq üçün üzərində saxladığını bildirmişdir. Onun təqdim etdiyi maddələr iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi götürülərək təhqiqatçı tərəfindən qablaşdırılmış, möhürlə möhürlənmiş, müdafiəçi İ.Məmmədovun onların iştirakı ilə protokol tərtib edilmiş və imzalanmışdır. Qeyd edir ki, həmin vaxt narkotik vasitə-heroinin, metamfetamin və metadon aşkar olunması prosesində video çəkilişdən istifadə edilmiş, sonradan isə ona məlum olmuşdur ki, aşkar olunub götürülmüş maddələr təhqiqatçı tərəfindən məhkəmə ekspertizasına təqdim olunmuşdur. Talehin narkotik vasitələrin satışı ilə məşğul olması barədə konkret məlumat əldə etməmişlər, lakin üzərinə baxış keçirilərkən o özü bu barədə demişdir. Talehin həmin maddələri konkret haradan, kimdən əldə etməsi haqqında hər hansı məlumatı yoxdur. O sadəcə olaraq İranlıdan almasını demişdir. Təqsirləndirilən Təqsirləndirilən şəxs saxlanılan və Bölməyə gətirilən zaman ona qarşı hər hansı bir fiziki və psixi təsir göstərilməmişdir. Şahid2 ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində Şahid1 ifadəsində göstərilən xüsusatları bir daha təsdiq etmişdir. Cinayət işinin 25-26-cı vərəqlərində olan 31.07.2021-ci il tarixli “Şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə başlamazdan əvvəl təklif olunmuşdur ki, üzərində olan qanunsuz əşyaları könüllü təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əlində olan qara rəngli “Zara” markalı əl çantasını təqdim etmiş, həmin çantanın içərisinə baxış keçirilərkən, içərisində olan 1 ədəd “Aqro” markalı siqaret qutusunda 1 ədəd şəffaf sellofanda olan spesifik qoxuya malik, şəffaf rəngli, kristal şəkilli maddə olan büküm, 9 ədəd dərman preparatının olduğu dərman listi, çantanın içərisində dəri materialdan olan qara rəngli qablaşdırmada 1 ədəd “Aosai” markalı elektron tərəzi, 1 ədəd “Rothmans” markalı siqaretin qutusunda 3 ədəd şəffaf sellofanda olan spesifik qoxuya malik, qəhvəyi rəngli toz şəkilli maddə olan bükümlər, əynindəki boz rəngli idman şalvarının sağ yan cibindən Nokia markalı mobil telefon, sol yan cibindən üzərində “İ love candylicious” yazısı olan dəmir qabdakı 04 ədəd siqaretin gümüşü rəngli kağızmdakı spesifik qoxuya malik, şəffaf rəngli, kristal şəkilli maddə olan bükümlər, 7 ədəd siqaretin gümüşü rəngli kağızında olan spesifik qoxuya malik, qəhvəyi rəngli toz şəkilli maddə olan bükümlər və 1 ədəd şəffaf sellofanda olan spesifik qoxuya malik, qəhvəyi rəngli toz şəkilli maddə olan bükümü təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs, təqdim etdiklərinin, metamfetamin, heroin və metadon olmasını bildirmişdir. O, həmin maddələri 27.07.2021-ci il tarixdə Masazır qəsəbəsindən İranlıdan aldığını və həm öz istifadəsi üçün həmdə satmaq üçün üzərində saxladığını bildirmişdir. Onun təqdim etdiyi maddələr iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi götürülərək təhqiqatçı tərəfindən qablaşdırılmış, 218 nömrəli möhürlə möhürlənmiş, müdafiəçi İ.Məmmədov və onların iştirakı ilə protokol tərtib edilmiş və imzalanmışdır. İş üzrə maddi subut olan DVD-R formatlı diskə məhkəmə iclasında baxış keçirilmişdir. DVD-R formatlı diskdə olan görüntülər işin hallarına uyğundur. Cinayət işinin 39-44-cü vərəqlərində olan məhkəmə-kimyəvi ekspertizasının 31.07.2021-ci il tarixli 6/3225 nömrəli rəyindən görünür ki, tədqiqata üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün N 218” dairəvi möhür əksi olan, “Şübhəli şəxs Təqsirləndirilən şəxs” sözləri qeyd edilmiş bir ədəd kağız paketdə bir ədəd “Rothmans” markalı siqaret qutusunda 3 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 10,602 qram, 4,348 qram, 4,826 qram ümumi təmiz çəkisi 19, 776 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Bir ədəd “ARGO” markalı siqaret qutusunda 1 ədəd konvalyutda və bir ədəd konvalyut kəsiyində üzərində “Methadone-40” göstəricisi olan ümumi sayı 9 ədəd qəhvəyi rəngli dairəvi formalı olan həblərdə üzərindəki göstəriciyə əsasən metadonun təsir maddəsinin ümumi miqdarı 0, 36 qram ( 1 ədəd həbdə 0,04 qram) təşkil edir. Bir ədəd bükümdə təmiz çəkisi 0,316 qram olan ağ rəngli, kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamindir. Bir ədəd üzərində “candylicious eat happy” sözləri olan dəmir qutuda 5 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,021 qram, 0,012 qram, 0,021 qram, 0,018 qram, 0,016 qram ümumi təmiz çəkisi 0,088 qram ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Digər 6 ədəd bükümdə ayrı-ayrıhqda təmiz çəkisi 0,037 qram, 0,045 qram, 0,044 qram, 0,128 qram, 0,014 qram, 0,208 qram ümumi təmiz çəkisi 0,476 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin, Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən, Metadon isə dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin siyahısına daxildir. Bir ədəd elektron tərəzidə narkotik vasitə olan heroinin izləri vardır. Heroin iz şəklində olduğu üçün çəkisini müəyyən etmək mümkün olmadı. Cinayət işinin 160-164-cü vərəqlərində olan əlavə məhkəmə-kimyəvi ekspertizasının 24.09.2021-ci il tarixli 6/3823 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tədqiqat obyekti № 65 dairəvi möhür əksi “Ekspert rəyi 6\3225...” yazı və imzalar olan paketdə üzərində Methadone 40 yazılan konvalyutda ümumi sayı 8 ədəd metadon həbləri öz aralarında xarici görünüşünə və kimyəvi tərkib kompanentlərinə görə eynidir, ayrı-ayrı bükümlərdə ümumi çəkisi 0, 374 qram olan metamfetaminlər öz aralarında xarici görünüşünə və kimyəvi tərkib kompanentlərinə görə eynidir, ayrı- ayrılıqda ümumi çəkisi 20,207 qram olan heroinlər öz aralarında xarici görünüşünə və kimyəvi tərkib kompanentlərinə görə eynidir. Cinayət işinin 171-174-cü vərəqlərində olan ambulator məhkəmə-psixiatrik ekspertizasının 11.09.2021-ci il tarixli 2110 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi psixi xəstəlikdən əziyyət çəkmir. Ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və içtimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin 169-170-ci vərəqlərində olan ambulator məhkəmə-narkoloji ekspertizasının 15.10.2021-ci il tarixli 3983 nömrəli rəyindən görünür ki, hal-hazırda Təqsirləndirilən şəxs opoidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbul edilməsi nəticəsində yaranana asılılıq sindromu narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Cinayət işinin 181-ci vərəqində olan protokoldan görünür ki, iş üzrə "xxxx" MMC-dən Nərimanov RPİ-nİn İŞ-nə 27 oktyabr 2021-ci il tarixli AZF/LGL-28293/21 nömrəli məktubla daxil olmuş Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinin sahibinin şəxsiyyəti, həmçinin qeyd olunan mobil nömrəyə daxil olmuş, edilmiş və cavabsız zənglər, daxil olmuş və göndərilmiş SMS-lərin mətnləri, zənglər zamanı həmin mobil nömrənin hansı antenin əhatə dairələrinə düşməsinin (CELL-İD) əks olunduğu CD diskə baxış keçirilərək protokol tərtib edilmişdir. Baxış zamanı müəyyən olunmuşdur ki, diskin yaddaşında 4 ədəd fayl vardır. SMS_ Tarixçəsi...212 adlı fayla daxil olduqda 27-07- 2021 tarixdə saat 00:37:40 -da 070- ***-**-** mobil nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrəyə “ra qeder imiw pulu mene indi catdir mende kimese dil olmuwam pul vermeliyem”, ***-**-** mobil nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrəyə “Menem Aynur,cecenin dostu”, ***-***-**-** mobil nömrəsindən “Menem Melek zehmet olmasa yig” və.s bir neçə şəxsin onu axtarması ilə bağlı mesaj mətləri görünür. SMS_ Tarixçəsi...212 adlı fayla daxil olduqda isə +994-70-680-98-80 mobil nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrəyə “ .. menem elnur beyaq yigdim ee yari “kola” didim 15 deyqe acardin tel..”, ***-***-**-** mobil nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrəyə “....Seher A4 Vereye Yazib vuracam X3 X4.Darixma” kimi smslər yazılmışdır. Baxış zamanı Təqsirləndirilən şəxs həmin şəxslərin bəzilərinin onun adını səhv bildiyini, belə ki, adını onlara səhv dediyini, “kola” istəyən şəxsin narkotik istədiyini həmin şəxsləri ayrı-ayrı vaxtlarda müxtəlif şəxslərin vasitəsilə tanıdığını, onların anket məlumatlarını bilmədiyini bildirdi. Baxış zamanı digər 02 ədəd “Zənglər” adlı fayllarda istintaq üçün əhəmiyyət kəsb edən hər hansı başqa məlumat aşkar edilməmişdir. Cinayət işinin 175-178-ci vərəqələrində olan protokoldan görünür ki, İstintaq zamanı cinayət işi üzrə 31.07.2021-ci il tarixdə Nərimanov RPİ-nin 16- cı PB-də şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı aşkar edilmiş mobil telefon aparatına baxış keçirilərək protokol tərtib edilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, 31.07.2021-ci il tarixdə Nərimanov RPİ-nin 16-cı PB-də şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı aşkar edilmiş mobil telefon aparatının markası “Nokia”-dır. Həmin mobil telefon aparatının yaddaşında şəkil və ya video yoxdur. Mesajlar olan bölməyə daxil olduqda ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrəyə “ 25 manatdan “kola”var istəsən xəbər elə goturum, 10 dene almaq sertile”, ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrəyə “ Taley mene vereceyini verde vezyetim pisdi agriyiram hardan gelim goturum men indi bineqedideyem” kimi smslər yazılmışdır. Baxış zamanı Təqsirləndirilən şəxs həmin şəxslərin anket məlumatlarını bilmədiyini bildirdi. Baxış zamanı digər mesajlarda istintaq üçün əhəmiyyət kəsb edən hər hansı başqa məlumat aşkar edilməmişdir. Cinayət işinin 165-167-ci vərəqlərində olan qərardan görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmənin aparılması zamanı əl çantasından və cibindən götürülmüş narkotik vasitə və psixotrop maddələr 09.11.2021-ci il tarixli qərarla maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatlarından sonra qalıq qalmış hissəsi saxlanılması üçün Nərimanov RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir. Cinayət işinin 188-202-ci vərəqlərində olan qərardan görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs istifadəsində olmuş “Nokia” markalı mobil telefonun yaddaşında olan məlumatlara baxış keçirilmiş və həmin məlumatlar və mobil telefon öz xüsusiyyətlərinə görə cinayət təqibi üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək və cinayət işi üzrə mühüm əhəmiyyət kəsb etdiyindən 20.11.2021-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərarla maddi sübut kimi tanınmış və saxlanılması üçün Nərimanov RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir. Cinayət işinin 188-202-ci vərəqlərində olan qərardan görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs cinayət təqibinin ilkin mərhələsində şübhəli şəxs qismində tutularaq Nərimanov RPİ-nin 16-cı PB-nə gətirildiyi zaman üzərində şəxsi axtarış aparılan zaman video çəkilişdən istifadə olunmuş və həmin videogörüntü 1 ədəd DVD-R formatlı diskə köçürülərək şəxsi axtarış və götürmənin aparılması haqqında protokola əlavə edilmiş, həmin diskdə olan video görüntünün baxışı aparılmışdır. Həmin diskdə qeydə alınmış görüntülər cinayət təqibi üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək və cinayət işi üzrə mühüm əhəmiyyət kəsb etdiyindən 20.11.2021-ci il tarixli “ Sübutların qiymətləndirilməsi haqqında” qərarla maddi sübut kimi tanınmış və cinayət işi materiallarına əlavə edilmişdir. Cinayət işinin 188-202-ci vərəqlərində olan qərardan görünür ki, istintaq zamanı "xxxx" MMC-dən Nərimanov RPİ-nin İŞ-nə 27 oktyabr 2021-ci il tarixli AZF/LGL-28293/21 nömrəli məktubla daxil olmuş Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə daxil olan və çıxan zənglər sms və sms mətnlərinin eləcə də anten dairələri haqqında məlumatların əks olunduğu bir ədəd diskdə qeydə almanlar cinayət təqibi üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək və cinayət işi üzrə mühüm əhəmiyyət kəsb etdiyindən 20.11.2021-ci il tarixli “ Sübutların qiymətləndirilməsi haqqında” qərarla maddi sübut kimi tanınmış və cinayət işi materiallarına əlavə edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununun 10.0.11-ci maddəsində göstərilir ki, «narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir». Azərbaycan Respublikası Ali Məhkəməsinin «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» olan 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilir ki, «Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli, 961 №-li Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» siyahının 5-ci bəndinə görə 2 qram və daha artıq narkotik vasitə olan heroin külli miqdar hesab edilmişdir. Həmin siyahının 13-cü bəndinə görə 1,6 qram və daha artıq narkotik vasitə olan metadon külli miqdar hesab edilmişdir. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli, 961 №-li Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» İİ siyahının 67-ci bəndinə əsasən 2 qram və daha artıq pxisotrop maddə olan metafetamin külli miqdar hesab edilir. Məhkəmə, Təqsirləndirilən şəxs qanunda nəzərdə tutulmuş külli miqdardan artıq narkotik vasitə heroin, metodon və psixotrop maddə metafetaminin aşkar edilməsini, Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələri satmaq niyyəti ilə əldə etməsinin sübutu kimi qiymətləndirir. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini tədqiq edib Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq tövsif edilmişzir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməli və ona həmin maddə ilə cəza təyin edilməlidir. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Cinayət işinin 23-22 və 68-70-ci vərəqlərində olan protokol və qərardan görünür ki, Təqsirləndirilən şəxs 31.07.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və 02.08.2021-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 125-127-ci vərəqlərində olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Əməlindən səmimi peşman olması Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən haldır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, CM-nin 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini nəzərə alaraq hesab edir ki, o, yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. İbtidai həbs müddəti cəza çəkmə müddətinə daxil edilməklə təqsirləndirilən şəxsin cəza çəkməsinin başlanğıcı 31.07.2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minib icraya yönələnədək dəyişdirilməməli, CM-nin 56.1.2-ci maddəsinə müvafiq olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. 15.10.2021-ci il tarixli, 3983 saylı ambulator məcburi məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli, ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Məhkəmə məsrəfi olan ekspertizə tədqiqinə sərf edilmiş 153,70 (yüz əlli üç manat yetmiş qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Maddi sübutlar- Nərimanov rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerində saxlanılan, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman aşkar olunaraq götürülmüş ekspertiza tədqiqatlarından sonra qalıq qalmış 6 ədəd həb şəklində ümumi miqdarı 0,024 qram metadon, 0,344 qram metamfetamin və 20,207 qram heroin məhv edilməli və onun məhv edilməsi «Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası» tərəfindən həyata keçirilməli, Təqsirləndirilən şəxs məxsus “Nokia” markalı mobil telefon onun yaxın qohumularına qaytarımalıdır. Maddi sübut kimi tanınmış, istintaq zamanı "xxxx" MMC-dən Nərimanov RPİ-nin İŞ-nə 27 oktyabr 2021-ci il tarixli AZF/LGL-28293/21 nömrəli məktubla daxil olmuş Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə daxil olan və çıxan zənglər sms və sms mətnlərinin eləcə də anten dairələri haqqında məlumatların əks olunduğu bir ədəd diskdin və Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış istintaq hərəkəti keçirilməsini əks etdirən bir ədəd DVD-R formatlı diskin cinayət işinin istintaq materiallarında saxlanılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə Müdafiəçi üçün 300 AZN (üç yüz manat) fəaliyyət göstərdiyi Bakı şəhəri «VERDİKTUM» Vəkil Bürosunun nəfinə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin başlanğıcı 31.07.2021ci il tarixdən hesablansın, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Məhkəmə məsrəfi olan ekspertizə tədqiqinə sərf edilmiş 153,70 (yüz əlli üç manat yetmiş qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Maddi sübutlar- Nərimanov rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerində saxlanılan, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman aşkar olunaraq götürülmüş ekspertiza tədqiqatlarından sonra qalıq qalmış 6 ədəd həb şəklində ümumi miqdarı 0,024 qram metadon, 0,344 qram metamfetamin və 20,207 qram heroin məhv edilsin və onun məhv edilməsi «Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası» tərəfindən həyata keçirilsin, Təqsirləndirilən şəxs məxsus “Nokia” markalı mobil telefon onun yaxın qohumularına qaytarılsın. Maddi sübut kimi tanınmış, istintaq zamanı "xxxx" MMC-dən Nərimanov RPİ-nin İŞ-nə 27 oktyabr 2021-ci il tarixli AZF/LGL-28293/21 nömrəli məktubla daxil olmuş Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə daxil olan və çıxan zənglər sms və sms mətnlərinin eləcə də anten dairələri haqqında məlumatların əks olunduğu bir ədəd diskdin və Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış istintaq hərəkəti keçirilməsini əks etdirən bir ədəd DVD-R formatlı diskin cinayət işinin istintaq materiallarında saxlanılması nəzərə alınsın. Məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə Müdafiəçi üçün 300 AZN (üç yüz manat) fəaliyyət göstərdiyi Bakı şəhəri «VERDİKTUM» Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Apelyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakimlər: 1.(sədrlik edən) Rahib Salmanov

2. Siyavuş Hacıyev

3. Mahmud Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar