Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-371/2023 10.02.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hüseynov Cavid İbadulla oğlunun sədrliyi, hakimlər İsmayılov Eldar Herov oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, Hazıqov Əliqismət Nurəli oğlunun katibliyi, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə prokurorları, ədliyyə müşaviri Dövlət ittihamçısı2, ədliyyə müşaviri Dövlət ittihamçısı3, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı1, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx xxxx 1978-ci il tarixdə İraq Respublikasının Bağdad şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə (kuryer) məşğul olan, məhkumluğu olmayan, Bakı şəhəri, Yasamal rayonu, H.ünvan 1 ünvanda yaşamış, 16 iyun 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 18 iyun 2022-ci il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, faktiki həbsdə olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədilə külli miqdarda narkotik vasitə heroini və külli miqdar təşkil etməyən miqdarda psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs naməlum vaxt və mənbədən satış məqsədilə qanunsuz olaraq külli miqdarda 2,102 qram çəkidə narkotik vasitə heroini və kıülli miqdar təşkil etməyən miqdarda - 0,419 qram psixotrop maddə metamfetamini əldə edib özündə saxlamaqla daşımış, 16 iyun 2022-ci il tarixdə Bakı şəhəri Nəsimi rayon polis idarəsinin (bundan sonra: RPİ) narkotiklərlə mübarizə bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün, saat 19:00-da Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 24 ünvanının qarşısında saxlanılaraq Nəsimi RPİ-yə aparılmış və orada üzərində şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli cins şalvarının sol yan cibindən 02 bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,240 qram, 1,862 qram olmaqla ümumi təmiz çəkisi 2,102 qram təşkil edən, külli miqdarda kustar üsulla hazırlanmış həmin narkotik vasitə heroin və 01 bükümdə təmiz çəkisi 0,419 qram olmaqla külli miqdar təşkil etməyən miqdarda kustar üsulla hazırlanmış həmin psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür, yəni qeyd olunan bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs münasibətdə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittihamla bağlı məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış və Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda heroin narkotik vasitəsi və külli miqdar təşkil etməyən miqdarda metamfetamin psixotrop maddəsi əldə edərək saxlaması və daşıması, yəni Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi mötəbər və təkzibedilməz sübutlarla tam təsdiq olunmuşdur. Belə ki, cinayət işinə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilmədi və özünü Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərdi ki, o, 1995-ci ildən narkomandır, narkotikin xəstəsidir, istifadə etmiş, lakin heç kimə narkotik satmamışdır. Əvvəllər 7 dəfə CM-nin 234.1-ci maddəsi ilə məhkum olmuş və cəzasını da çəkmişdir. Lakin heç vaxt onda külli miqdarda narkotik vasitə olmamışdır. Cəza tədbirləri ona heç bir təsir etməmiş, narkotikdən istifadəni tərgidə bilməmişdir. 16 iyun 2022-ci il tarixdə, saat 17-18-də Nəsimi RPİ-nin 4 nəfər əməkdaşları tərəfindən Azadlıq prospektində saxlanılaraq polis idarəsinə aparılmışdır. O, saxlanılarkən cibində 1,5 qram “kola”, yəni heroin narkotik vasitəsi və ittihamda göstərilən az miqdarda metamfetamin olmuş və saxlanıldıqdan sonra cibimdə olan həmin narkotiki və metamfetamini, həmçinin üzərində olan “Samsung A10” markalı mobil telefonunu videoçəkilişlə çıxarıb təqdim etmişdir. Saxlanılan gün o, gecə saat 3-ə kimi ifadə verməmiş və videoçəkilişə razılıq verməmişdir. Belə ki, o, polisin narkotiki çoxaldacağından qorxmuş, tərəzi gətirmələrini istəmişdir. Polislər and içmiş, sonra tərəzi gətirərək onun təqdim etdiyi maddələri çəkmiş, üstündə 1,5 qram heroin və 0,5 qram metamfetamin olduğu müəyyən edilmişdir. Buna baxmayaraq protokolda və ittiham aktında narkotikin tərəzidə çəkilmədiyi göstərilmişdir. Lakin narkotik ekspertizadan qayıtdıqdan sonra heroinin çəksinin artırıldığını görmüşdür. Lakin hansı şəraitdə və necə artırıldığını bilə bilməmişdir. Ondan götürülən narkotikin miqdarı istisna olmaqla, ibtidai istintaq zamanı ifadəsində göstərilənlər doğrudur. Cinayət işinin ibtidai istintaqı mərhələsində, həmçinin o, saxlanılarkən, axtarışa məruz qalarkən və ya sonrakı mərhələlərdə ona qarşı fiziki və ya psixi təsirlər göstərilməmişdir. Təqsirləndirilən şəxs ifadəsinin davamında göstərdi ki, adını demək istəmədiyi şəxs narkotik vasitəni və metamfetamini ona satarkən çəkib vermiş, 1,5 qram heroin, 0,5 qram isə metamfetamin olmuşdur. O, heroinə 60 manat, metamfetaminə isə 20 manat pul vermiş, bunu 4-5 gün istifadə edəcəyini nəzərdə tutmuşdur. O, aldığı narkotikdən istifadə etməmişdir. Belə ki, tutulmuş, buna imkanı olmamışdır. Videoçəkilişlə üzəridə axtarış aparılarkən onun təqdim etdiyi narkotik vasitə və metamfetamin tərəfzidə çəkilməmişdir. Bu, yəni çəkilmə videoçəkilişdən kənar aparılmışdır. Narkotik və metamfetamin videoçəkiliş gedə-gedə paketlənmiş, hətta o özü paketin üzərini imzalamışdır. Baxış 5-6 nəfərin iştirakı ilə aparılmış, lakin müdafiəçi orada olmamışdır. O, ərizə verib vəkilin iştirakına etiraz etməmişdir. Müdafiəçi Şöhrət Allahmanovu o, barəsində qətimkan tədbiri seçilərkən bir dəfə məhkəmədə görmüşdür. Məhkəmə baxışı zamanı ona təqdim olunan ərizədəki imza onun özünə məxsus olsa da, o, həmin ərizənin məzmununu bilmədən imza etmişdir. İstintaq zamanı ona belə sənədlər təqdim edilmiş, o, həmin sənədləri oxumadan imzalamışdır. Təqsirləndirilən şəxs ifadəsinin davamında daha sonra göstərdi ki, onun telefon nömrəsi ***-***-**-** olmuş, guya onun telefonunda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı SMS-lər aşkar olunmuşdur. Amma bu doğru deyildir, onun sms-lərdən məlumatı olmamış, ona belə zənglər gəlməmiş, onun kiminləsə belə məzmuşda sms yazışmaları olmamışdır. Bəlkə də bunu onun telefonuna Azercell özü yazmışdır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs verdiyi ifadəsi ilə onun məhkəməyədək icraat mərhələsində vermiş olduğu ifadələri arasında müəyyən olunan ziddiyyətlərlə bağlı onun ibtidai istintaq zamanı vermiş olduğu ifadələri elan edilməklə tədqiq edildi. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs tədqiq olunan məhkəməyədək icraat mərhələsində verdiyi ilk ifadəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə ünvan 4 ünvanın qarşısında olan zaman 3 nəfər mülki geyimli şəxslər ona yaxınlaşaraq özlərini təqdim etmiş, hərəkətlərinin şübhəli olduğunu bildirərək onu Nəsimi RPİ-yə dəvət etmişlər. O, etiraz etməyərək onlarla birlikdə Nəsimi RPİ-yə getmişdir. Xidməti otaqlardan birində ona hüquqları izah edildikdən sonra videoçəkilişdən istifadə edilməklə üzərində və paltarlarının ciblərində qanunla qadağan oluna biləcək əşyaları təqdim etməyi təklif olunmasına etiraz etmədən əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən bir qutu prima markalı siqareti, siqaret qutusunun içində olan 1 (bir) manat pulu, bir ədəd alışqanı və həmin cibdən bir ədəd işlək vəziyyətdə olan «Samsung A-10» markalı mobil telefonu, şalvarının sol yan cibindən isə siqaretin gümüşü rəngli kağızına bükülmüş, içərisində üç ədəd şəffaf sellofan bükümlərində olan, hər iki bükümdə tünd qəhvəyi rəngli, toz şəkilli, və digər sellofanda içərisində şüşə formalı maddəni və 80 qəpik xırda pulu çıxarıb masanın üzərinə qoymuş və həmin narkotik vasitələri xx.xx.2022-ci il tarixdə, günorta saatlarında Bakı şəhəri 28 may Dəmiryolu vağzalının yaxınlığında adını “Firuz” kimi bildiyi və üzdən tanıdığı şəxslə görüşərək 80 manat pul verib öz şəxsi istifadəsi üçün alaraq üzərində saxlamaqla gəzdirdiyini bildirmişdir. Bundan sonra üzərindən aşkar olunan narkotik vasitələr polis əməkdaşları tərəfindən tərəzi vasitəsi ilə çəkilərək çəkinin 2 qramdan aşağı, yəni 1,5 qram olması ona bildirilmişdir. Həmin narkotik maddələr ekspertiza tədqiqatına göndərilməsi üçün zərfə qablaşdırılaraq möhürlənmişdir. Həmçinin aşkar olunmuş narkotik vasitələrə dair protokol tərtib olunaraq onun və iştirakçılar tərəfindən protokol və zərf imzalanmışdır. Təqsirləndirilən şəxs tədqiq olunan başqa bir ifadəsindəsində Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməmiş və məhkəmə baxışı zamanı tədqiq olunan ilk ifadəsində göstərdiyi məzmunda ifadə vermişdir (iş vərəqə: cild İİ, iş səh. 73-74). Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Nəsimi RPİnin NMB-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstədi ki, Bakı şəhəri, Yasamal rayonu, H.ünvan 5 ünvanda qeydiyyatda olan Təqsirləndirilən şəxs narkotik vasitələri əldə edib üzərində daşıması, gəzdirməsi və istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuş, buna görə əməliyyat-axtarış tədbirləri keçirilməsi məqsədilə 16 iyun 2022-ci il tarixdə onun rəhbərliyi ilə Nəsimi RPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 və həmin bölmənin kiçik inspektoru polis kiçik serjantı Şahid3 ibarət əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupu həmin gün, saat 19:00-da ünvan 6 ünvanın qarşısında Təqsirləndirilən şəxs saxlayaraq onu Nəsimi RPİ-yə dəvət etmiş, sonuncu etiraz etmədən onlarla birlikdə Nəsimi RPİ-yə gəlmişdir. Arzunun saxlanılması barədə İdarə rəhbərliyinə məruzə olunduqdan sonra Nəsimi RPİ-nin xidməti otaqların birində videoçəkiliş vasitəsi ilə Nəsimi RPİ-nin baş təhqiqatçısı, polis mayoru X2 rəhbərliyi ilə onun, NMB-nin əməliyyat müvəkkili Şahid2, həmin bölmənin kiçik inspektoru Şahid3 iştirakları ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarışın tam gedişi Nəsimi RPİ-nin KTQ-nin inspektor kriminalisti vəzifəsində işləyən X4 tərəfindən videolentə alınmışdır. Şəxsi axtarışdan əvvəl Təqsirləndirilən şəxs qanunvericilikdə nəzərdə tutulan hüquq və vəzifələri izah olunmuşq, ona üzərində qanunla daşınması, saxlanması və dövriyyəsi qadağan olunmuş hər hansı bir əşyanın, o cümlədən narkotik vasitənin və ya hər hansı maddənin olub-olması, olduğu təqdirdə təqdim etməsi ona təklif olunmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs əvvəlcə özünü təqdim etmiş, əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən bir qutu prima markalı siqareti, siqaret qutusunun içində olan 1 (bir) manat pulu, bir ədəd alışqanıf və həmin cibdən bir ədəd işlək vəziyyətdə olan «Samsung A-10» markalı mobil telefonu, şalvarının sol yan cibindən isə siqaretin gümüşü rəngli kağızına bükülmüş, içərisində üç ədəd şəffaf sellofan bükümlərində olan, iki bükümündə tünd qəhvəyi rəngli, toz şəkilli, digər sellofanda isə, içərisində şüşə formalı maddələri və 80 qəpik pulu çıxarıb masanın üzərinə qoymuşdur. Bundan sonra onun üzərində şəxsi axtarış aparılmağa başlanılmış, lakin iş üzrə hər əhəmiyyət kıəsb edəcək hansı başqa bir ğşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş əşyaların siqaretin gümüşü rəngli kağızına bükülmüş, içərisində üç ədəd şəffaf sellofan bükümlərindən, iki bükümündə tünd qəhvəyi rəngli, toz şəkilli, spesifik iyi olan maddələrin el içində “kakos” deyilən narkotik vasitə olan heroin olduğunu və digər bir ədəd şəffaf sellofan bükümdəki maddənin isə el arasında “Patı” deyilən metamfetamin olduğunu, üzərindən aşkar edilən siqaret, alışqan, 1 manat 80 qəpik pul və bir ədəd «Samsung A- 10» markalı mobil telefonun onun özünə məxsus olduğunu bildirmişdir. Həmin narkotik vasitələri haradan əldə edilməsi və nə məqsədlə üzərində gəzdirməsi sual edildikdə, Təqsirləndirilən şəxs narkotik maddələri xx.xx.2022-ci il tarixdə günorta saatlarında Bakı şəhəri 28 may Dəmiryolu vağzalının yaxınlığında «Firuz» kimi adını bildiyi şəxsdən 80 manat pul verməklə şəxsi istifadəsi üçün alıb əldə etdiyini və üzərində saxlamaqla gəzdirdiyini bildirmişdir. Bundan sonra aşkar edilmiş, iki bükümdə tünd qəhvəyi rəngli, toz şəkilli, və digər sellofanda içərisində şüşə formalı kristal şəkilli maddələr ekspertiza tədqiqatına göndərilməsi üçün zərfə qoyularaq qablaşdırılmış və zərflər üçün nəzərdə tutulmuş 186 nömrəli möhürü ilə möhürlənərək götürülmüşdür. Zərfin üzəri hər bir iştirakçı, o cümlədn Təqsirləndirilən şəxs özü tərəfindən imzalanmışdır. Şahid qismində dindirilən əməliyyat müvəkkili Şahid1 ifadəsinin yekununda göstərdi ki, istər saxlanılarkən və ya istərsə də Nəsimi RPİ-də Təqsirləndirilən şəxs qarşı heç bir zor və təzyiq olunmamışdır. Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı üzünün videogörüntülərə düşməməsini xahiş etmiş, onunla polis əməkdaşları arasında təqdim olunan narkotikin çəkisində mübahisə olmamışdır. Cinayət işinə məhkəmə iş üzrə şahid qismində dindirilmiş polis əməkdaşları Şahid3 və Şahid2 həmkarları Şahid1 ilə oxşar məzmunlu ifadə verib sonuncunun ifadəsində qeyd etdiyi xüsusatları bir daha təsdiq etmişlər. Bundan başqa, məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan, şahidlər Şahid1 və Şahid2 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşmədə dindirmə protokolundan görünür ki, üzləşmə istintaq hərəkəti zamanı şahidlər Şahid1 və Şahid2 sərbəst ifadələrində işin halları ilə bağlı göstərdikləri və məhkəmə araşdırması zamanı bir daha təsdiq etdikləri xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı deməklə bir daha təsdiq etmişlər(iş vərəqə: cild İ, səh. 240-241, 238-239). Cinayət işinə məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan “Şəxsi axtarış və götürmə aparılması haqqında” 16 iyun 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra şəxsi axtarış aparılması barədə eyni tarixli qərara əsasən şəxsi axtarışa məruz qalmış, şəxsi axtarış aparılması prosesi Nəsimi RPİnin baş təhqiqatçısı Babək Mirzəyev tərəfindən həyata keçirilmiş, prosesdə Təqsirləndirilən şəxs özü, əməliyyat qrupunun üzvləri Şahid1, Şahid3 və Şahid2, həmçinin həmin prosesi videolentə almış mütəxəssis - Nəsimi RPİ-nin kriminalisti X4 iştirak etmişlər. Tədqiq olunan həmin prpotokoldan görünür ki, şəxsi axtarış və götürmə başlamazdan əvvəl Təqsirləndirilən şəxs şübhəli şəxs kimi hüquq və vəzifələri izah olunmuşq, ona üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya olduğu təqdirdə təqdim etməsi təklif olunmuş, təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir qutu «Prima» markalı siqareti, siqaret qutusunun içində olan 1 (bir) manat pulu, bir ədəd alışqanı, bir ədəd işlək vəziyyətdə olan «Samsung A-10» markalı mobil telefonu, şalvarının sol yan cibindən isə siqaretin gümüşü rəngli kağızına bükülmüş, içərisində üç ədəd şəffaf sellofan bükümlərində olan, iki bükümündə tünd qəhvəyi rəngli, toz şəkilli, digər sellofanda isə içərisində şüşəyə bənzər maddələri və 80 qəpik məbləğində pulu çıxarıb masanın üzərinə qoymuşdur. Şəxsi axtarışın davamında Təqsirləndirilən şəxs üzərindən iş üzrə hər əhəmiyyət kıəsb edəcək hansı başqa bir əşya aşkar edilməmişdir. Tədqiq olunan həmin prpotokoldan daha sonra görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş əşyaların siqaretin gümüşü rəngli kağızına bükülmüş, içərisində üç ədəd şəffaf sellofan bükümlərindən, iki bükümündə tünd qəhvəyi rəngli, toz şəkilli, spesifik iyi olan maddələrin el içində “kakos” deyilən narkotik vasitə olan heroin olduğunu və digər bir ədəd şəffaf sellofan bükümdəki maddənin isə el arasında “Patı” deyilən metamfetamin olduğunu, digər əşyaların onun özünə məxsus olduğunu, narkotik vasitə və psixotrop maddəni 16 iyun 2022-ci il tarixdə günorta saatlarında Bakı şəhəri 28 may Dəmiryolu vağzalının yaxınlığında adını «Firuz» kimi bildiyi şəxsdən 80 manat pul müqabilində şəxsi istifadəsi üçün alıb əldə etdiyini və üzərində saxlamaqla gəzdirdiyini bildirmişdir. Tədqiq olunan həmin protokoldan daha sonra görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş iki bükümdə tünd qəhvəyi rəngli, toz şəkilli, və digər sellofanda içərisində şüşə formalı kristal şəkilli maddələr ekspertiza tədqiqatına göndərilməsi üçün zərfə qoyularaq qablaşdırılmış və zərflərin üzəri 186 nömrəli möhürlə möhürlənərək götürülmüş, zərfin üzəri bütün iştirakçılar, o cümlədən Təqsirləndirilən şəxs özü tərəfindən imzalanmışdır. Ən nəhayət, tədqiq olunan həmin protokoldan görünür ki, şəxsi axtarış və götürmə aparılması prosesi «Sonu» markalı videokamera vasitəsi ilə videolentə alınmış və 01 ədəd DVD formatlı diskə köçürülməklə protokola əlavə edilmişdir(iş vərəqə: cild İ, səh.53-60, 61). Məhkəmə baxışı zamanı tədqiq olunan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması və ondan narkotik vasitəyə şübhəli maddənin və s. götürülməsi prosesinin videogörüntülərinin yerləşdirildiyi bir ədəd DVD formatlı diskə baxış keçirilməsi haqqında 18 iyun 2022-ci il tarixli protokoldan görünür ki, həmin protokolun məzmunu Təqsirləndirilən şəxs üzərində “Şəxsi axtarış və götürmə aparılması haqqında” 16 iyun 2022-ci il tarixli protokolun məzmunu ilə üst-üstə düşür və ziddiyyətlər müəyyən edilməmişdir (iş vərəqə: cild İ, səh.81). Məhkəmə baxışı zamanı nümayiş etdirilməklə tədqiq olunan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması və ondan narkotik vasitəyə və psixotrop maddəyə şübhəli maddənin və s. götürülməsinə dair bir ədəd DVD formatlı diskdə olan videogörüntülərdən görünür ki, həmin videogörüntülər Təqsirləndirilən şəxs üzərində “Şəxsi axtarış və götürmə aparılması haqqında” 16 iyun 2022-ci il tarixli protokolun və təqsirləndirilən şəxsin üzərində şəxsi axtarış aparılması və ondan narkotik vasitəyə və psixotrop maddəyə şübhəli maddənin və s. götürülməsi prosesinin videogörüntülərinin yerləşdirildiyi bir ədəd DVD formatlı diskə baxış keçirilməsi haqqında 18 iyun 2022-ci il tarixli protokolların məzmunu ilə eynidir və hər hansı ziddiyyət müəyyən edilməmişdir (iş materiallarında olan DVD formatlı disk). Cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan sənədlərlə müəyyən olundu ki, Təqsirləndirilən şəxs üzərindən bir ədəd zərfdə 02 (iki) bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,240 qram, 1,862 qram, ümumi təmiz çəkiləri 2,102 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroinin, 01 bükümdə təmiz çəkisi 0,419 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminin aşkar edilərək götürülməsinə dair protokol və şəxsi axtarış və götürmə prosesinin videogörüntülərinin yükləndiyi bir ədəd «DVD» formatlı disk sübut növü kimi qiymətləndirilərək iş materiallarına əlavə edilmişdir (iş vərəqə: cild İ, səh. 53-61). Cinayət işinə məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəməkimyəvi ekspertizasının 17 iyun 2022-ci il tarixli, 6/3389 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün № 186» möhür əksi olan «Şübhəli şəxs Təqsirləndirilən şəxs aşkar edilərək…» və.s sözlər, imzalar olan zərfdəki 02 (iki) bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,240 qram, 1,862 qram olmaqla ümumi təmiz çəkisi 2,102 qram təşkil edən qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 02 ədəd bükümdə olan həmin heroin kütlələri kimyəvi komponent tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. Tədqiq olunan həmin rəydən görünür ki, 01 bükümdə təmiz çəkisi 0,419 qram olan ağ rəngli, kristal şəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir (iş vərəqə: cild İ, səh. 66-70). Cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan "xxxx" MMC-dən daxil olmuş Təqsirləndirilən şəxs istifadəsində olmuş «***-***-**-**» saylı mobil telefon nömrəsinə dair məlumatların yükləndiyi «CD» diskə baxış keçirilməsi haqqında 30 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş «***-***-**-**» saylı "xxxx" mobil şəbəkəsinə məxsus nömrəyə daxil olan və çıxan zənglərə görə «CD» diskə baxış keçirilərkən xx.xx.2022-ci il tarixdə, saat 22:21:30-da ***-***-**-** "xxxx" mobil nömrəsindən ***-***-**-** "xxxx" mobil nömrəsinə, yəni Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil nömrəyə “zaverni eqo yesli malo ne davay”, xx.xx.2022-ci il tarixdə, saat 02:49:00-da “***-***-**-**“ "xxxx" mobil nömrəsindən Təqsirləndirilən şəxs məxsus ***-***- **-** "xxxx" mobil nömrəsinə “ya na lomax arzu 10 manatov yest u menya, mazqi ni delayda. Gəlim Arzu”, xx.xx.2022-ci il tarixdə, saat 13:07:30-da ***-***-**-** “Bakcell” mobil nömrəsindən yenə də ***-***-**-** "xxxx" mobil nömrəsinə “bradyaqa necəsən, kofi var?”, xx.xx.2022-ci il tarixdə, saat 20:48:34-də ***-***-**-** "xxxx" mobil nömrəsindən yenə də ***-***-**-** "xxxx" mobil nömrəsinə “gedib yalandan deyim ki, bəs Arzu burda 0.36. koladı 0.5 deyil ona”, xx.xx.2022-ci il tarixdə, saat 18:08:41-də ***-***-**-** "xxxx" mobil nömrəsindən Təqsirləndirilən şəxs məxsus ***-***-**-** "xxxx" mobil nömrəsinə “salam brat necəsən, ay brat 1-2 dənə qalıb, belə nəysə lazım olmayacaq ”, xx.xx.2022-ci il tarixdə, saat 21:10:15-də ***-***-**-** "xxxx" mobil nömrəsindən yenə də ***-***-**-** "xxxx" mobil nömrəsinə “salam brat, malım var bir günlük, yatmışdım birazdan zəng vuraram ”, xx.xx.2022-ci il tarixdə, saat 00:17:18-də yenə də ***-***-**-** "xxxx" mobil nömrəsindən Təqsirləndirilən şəxs məxsus ***-***-**-** "xxxx" mobil nömrəsinə “kerya belə sabahlıxda malım var, amma yaxşısı olsa xəbər et götürüm”, xx.xx.2022-ci il tarixdə, saat 12:27:48-də ***-***-**-** "xxxx" mobil nömrəsindən yenə də Təqsirləndirilən şəxs məxsus ***-***-**-** "xxxx" mobil nömrəsinə “Arzu bütöv bir qram patı lazımdı, mənə sroçnudu rayona gedirem ded”, xx.xx.2022-ci il tarixdə, saat 00:19:55-də yenə də ***-***-**-** "xxxx" mobil nömrəsindən Təqsirləndirilən şəxs məxsus ***-***-**-** "xxxx" mobil nömrəsinə “burda 0.8 yoxdu sənölbəsdidə ala”, xx.xx.2022-ci il tarixdə saat 02:11:58-də yenə də ***-***-**-** "xxxx" mobil nömrəsindən Təqsirləndirilən şəxs məxsus ***-***-**-** "xxxx" mobil nömrəsinə “sənə 80 manat pul vermişəm, havayı demirəm ki, patı verərdin”, kimi «SMS» mətnlərinin daxil olması müəyyən olunmuşdur (iş vərəqə: cild İİ, səh. 8-44). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan "xxxx" MMC-dən əldə olunan «CD» formatlı diskə baxış keçirilməsi haqqında 30 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, xx.xx.2022-ci il tarixdə, saat 02:21:00-da ***-***-**-** "xxxx" mobil nömrəsindən Təqsirləndirilən şəxs məxsus «***-***-**-**» "xxxx" mobil nömrəsinə «axırıncı dəfə verdiyin iki tuxtanın yerinə ya 60 pul ver, ya da yaxşısını, sabah çatdır mənə yoxsa bərk sıxaceyem seni Arzu elə eləməki səni axtarım özüm»; xx.xx.2022-ci il tarixdə, saat 13:10:141-də ***- ***-**-** "xxxx" mobil nömrəsindən Təqsirləndirilən şəxs məxsus «***-***-**-**» "xxxx" mobil nömrəsinə «salam günorta saat 3 kimi 60 manat gətir at dükana. Day kofi lazım deyil getirmə, dərman varsa mən sənə 40 manat verim dərman gətir»; xx.xx.2022-ci il tarixdə, saat 23:08:47-də ***-***-**-** «Bakcell» mobil nömrəsindən Təqsirləndirilən şəxs məxsus «***-***-**-**» "xxxx" mobil nömrəsinə «kofi var?»; xx.xx.2022-ci il tarixdə, saat 00:18:31-də ***-***-**-** «Bakcell» mobil nömrəsindən Təqsirləndirilən şəxs məxsus «***- ***-**-**» "xxxx" mobil nömrəsinə «03 patını verdin mənə cibimdən verdim pulunuyalan deyirəmsə mən oğraşam, allah canıvı sağ eləsin» kimi «SMS»-lər daxil olması müəyyən olunmuşdur (iş vərəqə: cild İ, səh. 259-265). Cinayət işinə məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs götürülmüş, üzərində «***-***-**-**» "xxxx" mobil nömrə olan «Samsung Galaxy A10» markalı mobil telefonun «Mesaj» proqramına baxış keçirilməsi haqqında 30 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, xx.xx.2022-ci il tarixdə ***-***-**-** «Bakcell» mobil nömrəsindən Təqsirləndirilən şəxs məxsus ***-***-**-** "xxxx" nömrəsinə «sənə qurban olum umud yerim sənsənbideneö çox pisəmhardan götürə bilərsən 20 manatım var. Senidə bezdirirəm bilirəm Arzu alınmadıindi yarı götürmək? Xəqani getsin rayona toya gedir tez hey ox yazda, salamatçılıqdı hardasan», xx.xx.2022-ci il tarixdə «***-***-**-**» mobil nömrəsindən Təqsirləndirilən şəxs məxsus ***-***-**-** "xxxx" nömrəsinə «Arzu 20 manat vurum karta he bidene lazımdı sroçnu, hə yox de» «sms» mətinli mesajların daxil olması müəyyən edilmişdir (iş vərəqə: cild İİ, səh.1-4). İbtidai istintaq orqanının məhkəmə baxışı zamanı tədqiq olunan 30 sentyabr 2022ci il tarixli qərarından görünür ki, iş üzrə Təqsirləndirilən şəxs üzərindən götürülmüş ümumi təmiz çəkisi 2,102 qram olan narkotik vasitə heroin və təmiz çəkisi 0,419 qram olan psixotrop maddə metamfetamin, həmçinin «Samsung Galaxy A10» markalı mobil telefon iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Nəsimi RPİ-nin saxlanc anbarına təhvil verilmişdir. 30 sentyabr 2022-ci il tarixli həmin qərardan, həmçinin görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş «***-***-**-**» "xxxx" mobil nömrə ilə əlaqədar "xxxx" MMC-dən daxil olmuş bir ədəd «CD» və "xxxx" MMC-dən daxil olmuş bir ədəd «CD» formatlı disklər iş üzrə sübut növü kimi qiymətləndirilərək cinayət işinə əlavə edilmişdir (iş vərəqə:cild İİ, səh.5-6). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan ambulator məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 3615 №-li rəyindən görünür ki, rəydən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (iş vərəqə: cild İ, səh.154-155). Cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 2253 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda «şəxsiyyətin emosional-davamsız tip pozuntusu» F 60.3 müəyyən edilir. Bunu cinayət işi materialları, anamnestik məlumatlar (yeniyetmə yaşlarından xasiyyətcə əsəbi olması, əsəbi gərginlik anlarında özünə və ətrafdakılara xəsarət yetirməsi, xarici qıcıqlara qarşı həssas olması, Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyətinin Baş Səhiyyə idasəinin Ruhi əssəb Xəstəlikləri Dispanserində qeydiyyatda olması və “Psixopatiya affektiv özünükəsmələrlə” diaqnozu ilə stasionar müalicədə olması) və hal-hazırkı psixiatrik müayinənin nəticələri (əhvali ruhiyyəsinin dəyişkən olması, emosional dayanıqsızlığı və s.) sübut edir. Aparılmış eksperimentalpsixoloji müayinə gedişində əqli-intellektual imkanlarının normaya uyğun olması müəyyən edilir. Emosional-iradi sferasında hövsələsizlik, qıcığa qarşı həssaslıq, emosional dayanıqsızlıq müşahidə olunur. Təqsirləndirilən şəxs cinayət törətdiyi anda “Şəxsiyyətin emosional-davamsız tip pozuntusu” müəyyən edilib. Təqsirləndirilən şəxs müəyyən edilən şəxsiyyət pozuntusu o dərəcədə ifadə olunmayıb ki, o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmasın. Təqsirləndirilən şəxs cinayəti törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs şəxsiyyətin emosionaldavamsız tip pozuntusu müəyyən edilir. Təqsirləndirilən şəxs öz öz hərəkətlərini ölçübbiçmək, onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Rəyin məhkəmə-psixoloji ekspertizasına dair hissəsinin tədqiq ilə müəyyən edildi ki, Təqsirləndirilən şəxs ona ittiham olunan cinayət əməlini törədərkən psixi-emosional vəziyyətində iş üçün əhəmiyyət kəsb edəcək hər hansı dəyişiklik yaranmamışdır. Təqsirləndirilən şəxs əqli-intellektual imkanları normaya uyğundur. Emosional-iradi sferasında və fərdi-psixi xüsusiyyətlərində hövsələsizlik, qıcığa qarşı həssaslıq, emosional dayanıqsızlıq, konfliktə meyillilik, kobudluq və s. aşkar olunur. Təqsirləndirilən şəxs hadisədən əvvəl və hadisə dövründə ekstremal psixi vəziyyətdə (fizioloji affekt, stress, emosional-psixi gərginlik, frustrasiya və s.) olmamışdır (iş vərəqə: cild İ, səh.251-254). İşdə olan ibtidai istintaq orqanının 03 oktyabr 2022-ci il tarixli qərarından görünür ki, məhkəməyədək icraat mərhələsində baxılan cinayət işindən Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş heroin narkotik vasitəsinin və metamfetamin psixotrop maddəsinin əldə olunma mənbəyi ilə bağlı Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsinin tərkib əlamətləri ilə ayrıca icraatda ********* saylı cinayət işi ayrılmışdır(iş vərəqə: cild İ, səh.57-60). Məhkəmə təqsirləndirilən şəxsin əməllərinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı”nın konkret müddəalarını rəhbər tutmuşdur. Belə ki, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən «heroin» narkotik vasitəsinin və «metafetamin» psixotrop maddəsinin hər birinin ayrılıqda şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı isə müəyyən edildi ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş heroin narkotik vasitəsinin təmiz çəkisi 2,102 qram, metamfetamin psixotrop maddəsinin təmiz çəkisi isə 0,419 qram olmaqla «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı»da nəzərdə tutulmuş heroin narkotik vasitəsi külli miqdar hədlərində, metamfetamin psixotrop maddəsinin çəkisi isə külli miqdar təşkil etməmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının 14-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, Azərbaycan Respublikası CM-nin 234.2 və 234.3cü maddələrində nəzərdə tutulan əməllərin külli miqdarda törədilib-törədilməməsi məsələsi Azərbaycan Respublikasının “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahılara uyğun (İ və İİ siyahılar) olaraq həll olunmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli həmin qərarının doqquzuncu bəndində məhkəmələrə tövsiyə olunur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Ali Məhkəmə Plenumunun 04 mart 2011-ci il tarixli qərarının bu hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş heroin narkotik vasitəsinin təmiz çəkisinin 2,102 qram olmaqla külli miqdar təşkil etməsi, həmin narkotik vasitənin ayrı-ayrılıqda iki ədəd bükümlərdə aşkar edilməsi, aşkar edilib götürülmüş vasitə və maddələrin müxtəlif növlərdə olması, təqsirləndirilən şəxsin istifadəsində olmuş mobil telefonda narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dhövriyyəsi ilə bağlı sms, və s. Məlumatların müəyyən olunması, əməliyyat orqanının bu barədə məlumatları və işin ayrı-ayrı halları təqsirləndirilən şəxsin həm heroin narkotik vasitəsini külli miqdarda və həm də metamfetamin psixotrop maddəsini satış məqsədilə qanunsuz olaraq əldə etməsinə, saxlamasına və daşımasına dəlalət edir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclaslarında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda heroin narkotik vasitəsini və külli miqdar təşkil etməyən miqdarda metamfetamin psixotrop maddəsini əldə edib saxlaması və daşıması, yəni Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayəti törətməsi məhkəmə baxışı nəticəsində təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə düzgün ixtisaslaşdırılmışdır və ona görə də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin həmin maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar və onu cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı qeyri-etirafedici ifadələrini, o cümlədən ifadəsində saat 17:00 radələrində saxlanılması, üzərindən aşkar olunmuş narkotik vasitə və psixotrop maddəni satış məqsədilə deyil, öz istifadəsi üçün əldə etməsi, üzərindən aşkar olunan heroin narkotik vasitəsinin çəkisinin 2 qramdan az, yəni 1,5 qram olmasını barədə göstərdiklərini onun ağır cinayət törətməyə görə cinayət məsuliyyətindən və cəzadan azad oluna bilmək üçün seçmiş olduğu müdafiə taktikası kimi qiymətləndirir. Belə ki, təqsirləndirilən şəxsin özünü müdafiə üçün gətirdiyi dəlillər məhkəmə baxışı zamanı araşdırılan mötəbər və təkzibedilməz sübutlarla tam inkar olunur. Məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. Cinayət işi üzrə Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş əməliyyat-sorğu arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər əvvəllər bir neçə dəfə müxtəlif maddələrlə məhkum olunmuş, sonuncu dəfə isə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən həmin hökmlə təyin edilmiş bir il müddətə azadlıqdan məhrum etmə cəzası Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 06 mart 2019-cu il tarixli hökmü ilə (Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi) təyin edilməklə üzərində cəza çəkməsi üçün saxlanılmış 1 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılaraq Təqsirləndirilən şəxs qəti olaraq 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, sonuncu xx.xx.2020-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur (iş vərəqə: cild İ, səh. 135-138, 140-141, 143-147). İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməli təsnimfatı üzrə «böyük ictimai təhlükə törətməyən» cinayət hesab olunur və Azərbaycan Respublikası CM-nin 83.3.2-1-ci maddəsinin tələblərinə görə bu kateqoriya cinayətlərə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkəməluq ödənilmiş, şəxs isə məhkumluğu olmayan hesab edilir. Məhz bu xüsusata görə ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxs olaraq qiymətləndirmişdir. Lakin məhkəmə baxışı zamanı müəyyən olundu ki, ibtidai istintaq orqanı məhkumluqla bağlı məsələni həll edərkən səhvə yol vermiş, Təqsirləndirilən şəxs Yasamal rayon Məhkəməsinin 06 mart 2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə, yəni təsnifatına görə az ağır cinayət törətməyə görə təqsirli bilinib azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasını, Cinayət Məcəlləsinin 66.5ci maddəsinə əsasən həmin cəzanın Nəsimi rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən təyin edilmiş 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmasını nəzərə almadan yuxarıda qeyd olunan nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi təsnifatına görə həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır cinayətlər hesab olunur. Azərbaycan Respublikası CM-nin 15.3-cü maddəsinə əsasən bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 83.3.3-cü maddəsinin tələblərinə görə isə az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Məhkəmə baxışı zamanı isə müəyyən edildi ki, baxılan iş üzrə Təqsirləndirilən şəxs Nəsimi rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü üzrə təyin olunan cəzanı çəkib qurtarmış və xx.xx.2020-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, baxılan cinayət işi üzrə yeni cinayət hadisəsini 16 iyun 2022-ci il tarixdə törətmişdir. Yəni onun az ağır cinayət törətməyə görə məhkum edildiyi azadlıqdan məhrum etmə cəzasını çəkib qurtardığı gündən iki il ötmədən yeni cinayət törətmiş və onun məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikası CM-nin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli əvvəllər az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxs kimi Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinin tələblərinə əsasən cinayətlərin residivini yaradır və bu cəza təyin olunarkən nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayət (burada: Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi) törətməsi cinayətin residivini yaradır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayətlərin residivini yaratmasını Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal qismində nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59-cu maddəsində nəzərdə tutulan cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən ağır cinayət törətməsi nəzərə alınmalı, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası daxilində residivə görə cəza təyin etmənin prinsipləri nəzərə alınmaqla müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli, şəxsiyyətinə uyğun cəza təyin olunmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.1-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, …….. az ola bilməz. Məhkəmə iş üzrə təqsirlilik və cəza məsələsi ilə yanaşı, həm də belə nəticəyə gəlir ki, işdə olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 3615 №-li rəyi əsas götürülməli, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacının olması nəzərə alınmalı və barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi-xarakterli məcburi tədbirlər tətbiq edilməli, Təqsirləndirilən şəxs, həmçinin ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, eyni zamanda Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlinin cinayətlərin residivini yaratması, onun əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkməsi nəzərə alınmalı və Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinin tələblərinə əsasən o, təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün cəzaçəkmə müəssisələri olaraq ciddi rejimli cəzaçəkmə müəssisələri müəyyən olunur. Bundan başqa, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə əlaqədar məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu 16 iyun 2022-ci il tarixdən hesablanmalıdır. Belə ki, Təqsirləndirilən şəxs baxılan iş üzrə 16 iyun 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 18 iyun 2022-ci il tarixdə müvafiq məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 16 iyun 2022-ci il tarixdən hesablanmışdır. Bundan sonra məhkəmə hökmü çıxarılanadək Təqsirləndirilən şəxs qanuni əsaslarla fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs 16 iyun 2022-ci il tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunmalı olan cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə, Azərbaycan Respublikası CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi qiymətləndirilmiş Nəsimi Rayon Polis İdarəsinin saxlama kamerasında saxlanılan Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən aşkar edilib götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalan 2,002 qram narkotik vasitə heroin və 0,369 qram psixatrop maddə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, Təqsirləndirilən şəxs istifadəsində olmuş ona məxsus bir ədəd «Samsung Galaxy A10» markalı mobil telefon sahibi Təqsirləndirilən şəxs özünə qaytarılması üçün onun yaxın qohumlarına təhvil verilməlidir. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, iş üzrə 110 (yüz on) manat ekspertiza xərci mövcuddur ki, həmin məbləğ Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu 16 iyun 2022-ci tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbixarakterli məcburi tədbirlər tətbiq edilsin. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll edilsin: - Nəsimi Rayon Polis İdarəsinin saxlama kamerasında saxlanılan məhkum Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən aşkar edilib götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalan 2,002 qram narkotik vasitə heroin və 0,369 qram psixatrop maddə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin; - Təqsirləndirilən şəxs istifadəsində olmuş ona məxsus bir ədəd «Samsung Galaxy A10» markalı mobil telefon sahibi Təqsirləndirilən şəxs özünə qaytarılması üçün onun yaxın qohumlarına təhvil verilsin. İş üzrə məhkəmə məsrəfləri – 110 (bir yüz on) manat məbləğində ekspertiza xərci məhkum Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan məhkum Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-371/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-371/2023
10.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver