Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-371/2024 03.04.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ saat 15:25 Hakim Qəniyev Faiq Əsəd oğlunun sədrliyi ilə, hakimlər Ağalarov Mahmud Muradxan oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər - Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1, Azərbaycan-rus dilləri üzrə tərcüməçilər X5 və X2 iştirakı ilə, 04 avqust 1992-ci il tarixdə Rusiya Federasiyasının Baltiysk şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, faktiki ünvan 2 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.2-ci, 234.4.1-ci və 234.4.3-cü maddələri ilə, xx xxxxxxx 1994-cü il tarixdə Zaqatala rayonu, Maqov kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olmuş, Zaqatala rayonu, Maqov kəndində qeydiyyatda olan, faktiki ünvan 3 ünvanında kirayə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.2-ci, 234.4.1-ci və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs2 satış məqsədi ilə qəsdən qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama, daşıma və Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirmək barədə istintaqa məlum olmayan tarixdə və yerdə Azərbaycan Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs1 və şəxsiyyətləri istintaqla müəyyən edilməmiş qeyriləri ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq o, Təqsirləndirilən şəxs1 ilə birlikdə cinayətkar qrupun Böyük Britaniyada olan şəxsiyyətləri istintaqla müəyyən edilməmiş üzvü tərəfindən Azərbaycan Respublikasında onlara çatdırılması üçün istintaqa məlum olmayan tarixdə və mənbədən tamah niyyəti və satış məqsədi ilə qəsdən qanunsuz olaraq külli miqdarda, 61,950 qram kokain narkotik vasitəsinin əldə edilməsinə, 1 ədəd paketdə qablaşdırmaqla malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə edilməklə üzərinə “Dominoes” sözü yazılmış karton qutunun içərisindəki 14 domino daşının arasında gizlədilərək saxlanılmasına, həmin qutunu 1 ədəd poçt bağlamasına yerləşdirərək Təqsirləndirilən şəxs1 adına, Böyük Britaniyadan Azərbaycan Respublikasına ***-*******6 nömrəli qaimə əsasında göndərilməklə "xxxx" MMC poçt daşıma şirkəti vasitəsilə daşınmasına nail olmuş, cinayətkar qrupun üzvü Təqsirləndirilən şəxs1 ilə birgə həmin bağlamanı gömrük orqanına “kəmər" kimi bəyan etməklə 21 iyun 2022-ci il tarixdə saat 12 radələrində Bakı şəhəri, Xəzər rayonunda yerləşən X9 Aeroportunda fəaliyyət göstərən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Bakı Karqo Terminalındakı "Poçt göndərişləri" gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə qəsdən keçirilməsinə nail olmuş, eyni tarixdə keçirilmiş gömrük yoxlaması zamanı həmin narkotik vasitə aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs1 satış məqsədi ilə qəsdən qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama, daşıma və Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirmək barədə istintaqa məlum olmayan tarixdə və yerdə Azərbaycan Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs2 və şəxsiyyətləri istintaqla müəyyən edilməmiş qeyriləri ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq o, Təqsirləndirilən şəxs2 ilə birlikdə cinayətkar qrupun Böyük Britaniyada olan şəxsiyyətləri istintaqla müəyyən edilməmiş üzvü tərəfindən Azərbaycan Respublikasında onlara çatdırılması üçün istintaqa məlum olmayan tarixdə və mənbədən tamah niyyəti və satış məqsədi ilə qəsdən qanunsuz olaraq külli miqdarda, 61,950 qram kokain narkotik vasitəsinin əldə edilməsinə, 1 ədəd paketdə qablaşdırmaqla malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə edilməklə üzərinə “Dominoes” sözü yazılmış karton qutunun içərisindəki 14 domino daşının arasında gizlədilərək saxlanılmasına, həmin qutunu 1 ədəd poçt bağlamasına yerləşdirərək onun adına, Böyük Britaniyadan Azərbaycan Respublikasına ***-*******6 nömrəli qaimə əsasında göndərilməklə “CAMEX Express" MMC poçt daşıma şirkəti vasitəsilə daşınmasına nail olmuş, cinayətkar qrupun üzvü Təqsirləndirilən şəxs2la birgə həmin bağlamanı gömrük orqanına “kəmər" kimi bəyan etməklə 21 iyun 2022-ci il tarixdə saat 12 radələrində Bakı şəhəri, Xəzər rayonunda yerləşən X9 Aeroportunda fəaliyyət göstərən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Bakı Karqo Terminalındakı “Poçt göndərişləri" gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə qəsdən keçirilməsinə nail olmuş, eyni tarixdə keçirilmiş gömrük yoxlaması zamanı həmin narkotik vasitə aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 özünü ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, Təqsirləndirilən şəxs1 ilə təxminən iki-üç ildir ki tanışdırlar və yaxşı münasibətləri olmuşdur. O, xaricdən geyim sifariş etmişdir. Nurbala ona onunda xaricdən geyim sifariş etmək istədiyini, amma kartının olmadığını və necə sifariş ediləcəyini bilmədiyini demiş, o da Nurbalaya kömək edərək geyim sifariş etmişdir. Nurbalanın adına sifariş verdiyi bir ədəd bağlama hava limanında qalmışdır. İki aydan sonra onları gömrük idarəsinə aparmışlar və həmin bağlamadan narkotik aşkar olunduğunu bildirmişlər. Təqsirləndirilən şəxs2 məhkəmədə ona ünvanlanmış sualları cavablandırarkən bildirdi ki, Nurbala onun xaricdən mal sifariş etdiyini bilmiş, amma özü bunu bacarmadığı üçün ondan kömək etməyini istəmişdir. O, etdiyi sifarişləri “Smart Customs” proqramı vasitəsilə rəsmiləşdirmişdir. O, Nurbalanın şəxsiyyət vəsiqəsinin surətini almışdı, çünki bağlamaları çox vaxt özü götürmüşdür. Nurbalanın sifarişləri Nurbalanın adına, onun sifarişləri isə öz adına gəlmişdir. Nurbalanın adına 3-4 dəfə sifariş gəlmişdir. Axırıncı dəfə Nurbala üçün kəmər sifariş etmişlər. Bu ikinci kəmər sifarişi olmuşdur. Birinci dəfə etdikləri sifariş gəlmiş, amma ikinci sifarişləri gəlməmişdir. Bağlamanı o, götürdüyü üçün yükdaşıma xərclərini də özü ödəmişdir. "xxxx"-də İD deyəndə bağlamanı verirlər. Axırıncı dəfə malı götürməyə o, getmiş, amma orada işləyən xanım malın gömrükdə qaldığını, Nurbalanın özünün gedib götürməli olduğunu bildirmişdir. O da Nurbalaya zəng edib bu barədə məlumat vermişdir. Ad günündə Nurbala zəng edib onu təbrik etmiş və həmin vaxt hər gün ona zəng etdiklərini bildirmişdir. O isə Nurbalaya “mənim malım deyil, özün nə istiyirsən elə. İstəyirsən get, istəyirsən getmə” demişdir. Həmin bağlamanın o, sifariş vermiş və “Smart Customs”-da bəyannamə etmişdir. O, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamış, əvvəllər nəşə çəkmişdir. Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi, məhkəmədə elan olunaraq tədqiq olunmuş ifadəsində özünü təqsirli bilməyərək göstərmişdir ki, o, Təqsirləndirilən şəxs1 ilə təxminən 2-3 ildir ki, tanışı Fərrux vasitəsi ilə tanış olmuşdur. Nurbala ilə yaxşı münasibətləri olmuşd, aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. 2021-ci ilin qış aylarında Nurbala ilə telefon vasitəsi ilə internet tətbiqi üzərindən əlaqə saxlayan zaman Nurbala ona xaricdən hər hansı mal sifariş etmək istədiyini, hansı daşıma şirkəti ilə edə biləcəyini soruşmuş, o da “Calibri” daşıma şirkəti ilə bir neçə dəfə mal sifariş etdiyini, lakin "xxxx"- dən də sifariş etdiyini dedikdə Nurbala "xxxx"in necə olduğunu maraqlandıqda, normal kargo şirkəti olmasını bildirmişdir. Nurbala ona “Smart Customs” mobil əlavəsində qeydiyyatdan keçdiyini bildirmiş və ondan onun adından "xxxx" daşıma şirkətində də qeydiyyatdan keçməsini xahiş etmişdir. O da Nurbalaya ona şəxsiyyət vəsiqəsinin şəkilini və elektron poçt ünvanını onun teleqram profilinə atmasını demişdir. Sonra o, "xxxx"-də Nurbalanın adından qeydiyyatdan keçmiş, sonuncunun "xxxx"də olan logini və parolunu Nurbalaya göndərmişdir. Təxminən 1-2 həftə sonra Nurbala ona onun adına mal göndərildiyini deyib, malın invoysunu ona atmış və onun bəyan etmə prosesindən xəbəri və anlayışı olmadığından onun bəyan etməsini xahiş etmişdir. O da Nurbalanın "xxxx"-də olan profilini bildiyindən həmin kargonun tətbiqinə öz telefonu ilə daxil olub gələn malı bəyan etmiş, sonra isə Nurbalanın “Smart Customs” tətbiqində olan profilinə öz telefonu ilə daxil olaraq gələn malı bəyan etməyi bildirmişdir. Bundan bir müddət sonra isə mal "xxxx"in anbarına daxil olmuş, beləcə xatırlamasına görə 4-5 dəfə Nurbalanın adına mal gəlməsini bildirmişdir. Həmin sifarişlər Nurbalanın İngiltərədə internet ünvanına, daha sonra isə həmin mallar Azərbaycanda fəaliyyət göstərən "xxxx" MMC adında poçt daşıması şirkəti vasitəsi ilə Böyük Britaniyadan Azərbaycan Respublikasına göndərilmişdir. Bundan sonra o da həmin malların Böyük Britaniyadan Azərbaycan Respublikasına daşınma xərclərini özünə məxsus olan 2 ədəd Kapital Bank hesab kartı vasitəsi ilə ödəmiş və bəyan etmişdir. Sonra isə həmin malı "xxxx" MMC-nin 28 may adlanan əraziyə yaxın yerləşən anbarından götürərək, həmin malı gün ərzində Nurbalaya vermişdir. O, malın daşıma xərcini öz kartı ilə ödədikdən sonra adətən teleqram internet tətbiqi üzrəindən Nurbalaya zəng edərək, malın anbardan götürdüyünü və ona təhvil verə biləcəyini demişdir. Malı "xxxx"-də Nurbalanın şəxsiyyət vəsiqəsini təqdim etməklə götürdüyünü, digər hallarda isə "xxxx" profili onda olduğundan həmin profilin İD nömrəsini göstərərək malı kargodan almışdır. Xatırladığı qədərilə, Nurbalanın adına sifarişlə gəlmiş mallar "xxxx" kargo şirkətinin anbarından aldıqdan sonra 1 dəfə özü aparıb Mərdəkanda “Bravo” marketə yaxın ərazidə, 1 dəfə Nurbalanın yaşadığı evdə, 1 dəfə Mərdəkanda yerləşən kafedə, 1 dəfə də Nurbala özü məhəlləyə gəlib malı götürmüşdür. Bunu Nurbalaya kömək etmək məqsədi ilə etmişdir. Daşıma xərcinin əvəzinə Nurbala ona çay almış və özü ilə gətirdiyi marixuananı birlikdə çəkmişlər. Təxminən 4-5 dəfə Nurbala ilə Mərdəkanda birlikdə marixuana çəkmişdir. Sonuncu dəfə, 2022-ci ilin təxminən iyun ayında Nurbala, xarici ölkədən “kəmər” sifariş vermiş, o da eyni qaydada malın ölkəyə gətirilməsində yuxarıda qeyd etdiyi qaydada Nurbalaya kömək etmişdir. Nurbala həmin bağlamanı da anbardan götürərək ona təhvil verməyini xahiş etdiyindən, o "xxxx"in anbarına getmiş, lakin "xxxx"in xatırlamadığı əməkdaşı ona həmin bağlamanın gömrükdə saxlanıldığını söyləmişdir. O, bu barədə Nurbalaya məlumat verdikdə, sonuncu özünün bu məsələ ilə məşğul olacağını söyləmişdir. 10 avqust 2022-ci il tarixdə o, Dövlər Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılmışdır (cild 2, iş vərəqə 96-101; cild 3, iş vərqə 56-59). Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilməyərək göstərdi ki, Vladislavı 2021-ci yay aylarında əsgər yoldaşı Fərrux İslamov vasitəsi ilə tanımışdır. Onlar üçü birlikdə dənizə getmiş, orada Vladislavla aralarında səmimi münasibət yaranmış və əlaqə saxlamaq üçün bir-birlərindən mobil nömrələrini götürmüşlər. Bundan sonra xatırlamadığı tarixlərdə bir neçə dəfə Vladislavla görüşmüş, ikisi birlikdə dənizə gedib istirahət etmişlər. 2021-ci ilin təxminən payız aylarında Vladislav “Teleqram” proqramı vasitəsi ilə ona zəng edərək xarici ölkədən paltar sifariş verməli olduğunu, amma özünün və ya həyat yoldaşının adına xarici ölkələrdən çox mal sifariş etdiyinə görə artıq sifariş limitinin bitdiyini, ona görə öz adlarına sifariş verə bilmədiyi üçün sifarişi onun adından vermək istədiyini söyləmiş və bunun üçün şəxsiyyət vəsiqəsinin şəklini ona göndərməyini xahiş etmiş, həmçinin onunla razılaşdıqdan sonra ona SMS gələcəyini, həmin SMS-də yazılmış kodu ona deməsini istəmişdir. Ona “Teleqram” proqramı ilə şəxsiyyət vəsiqəsinin şəklini Vladislava göndərdikdən az müddət sonra ona SMS gəlmiş, o SMS-in məzmununa baxmamış, onun haradan daxil olmasına fikir verməmiş, sadəcə SMS-də kod yazıldığını görmüş və xatırlamadığı həmin kodu Vladislava demişdir. Təxminən 2022-ci ilin avqust ayında xatırlamadığı mobil nömrədən zəng daxil olmuş, o zəngi götürdükdə qarşı tərəf ona gömrük əməkdaşı olduğunu, onun adına Böyük Britaniyadan bağlama daxil olduğunu bildirib hava limanında olan gömrük orqanına müraciət etməsini söyləmişdir. O isə cavabında hər hansı mal sifariş vermədiyini deyərək həmin orqana gəlməcəyini bildirmişdir. Bundan sonra o “Teleqram” proqramı vasitəsi ilə Vladislava zəng edərək adına gələn mala görə gömrük əməkdaşının ondan gömrük orqanına getməyini xahiş etdiyini demişdir. Vladislav isə zəngdən narahat olursa mobil nömrəsini telefondan çıxarıb sındırıb atmasını və gömrük orqanına getməməsini söyləmişdir. Bundan sonra o, gömrük əməkdaşının ona zəng edib narahat etməməsi üçün telefonundan mobil nömrəsinin sim-kartını çıxararaq sındırmış və onu xatırlamadığı yerə atmış, gömrük orqanına da getməmişdir. 08 avqust 2022-ci il tarixdə Dövlət Gömrük Komitəsinin əməkdaşları tərəfindən saxlanılmışdır. Təqsirləndirilən şəxs1 məhkəmədə ona ünvanlanmış sualları cavablandırarkən bildirdi ki, birinci dəfə idi ki, şəxsiyyət vəsiqəsini belə formada kiməsə vermişdir. Onu Gömrük İdarəsinə çağırarkən adına mal gəldiyini bildirmişlər. O, Gömrük idarəsinə getməmiş, bir həftə sonra özləri gəlib onu aparmışlar. İdarədə ona bildirmişlər ki, onun adına narkotik vasitə sifariş olunub. İstintaqa verdiyi ifadəsinin pulla bağlı hissəsini təsdiq etmir. O, Vladislavdan nəyə görə öz şəxsiyyət vəsiqəsi ilə sifariş vermədiyini soruşduqda o, limiti dolduğu üçün sifariş verə bilmədiyini demişdir. Vladislavla 4-5 dəfə görüşmüş, onun evinin yaxınlığına bir dəfə getmiş, onun yaşadığı binanı tanısa da dəqiq ünvanını bilməmişdir. O, özü heç nə sifariş etmədiyinə görə, həm də iş yerindən çıxa bilmədiyi üçün gömrük orqanına getməmişdir. Həmin vaxt Mərdəkanda usta işləmişdir. Vladislavın nəyə görə ona nömrəni dəyişməsini və gömrük orqanına getməməsini deməyinin səbəbini bilmir. SMS kodunu Vladislava bir dəfə göndərmişdir. Gömrük İdarəsində mülki geyimli şəxslər ona təzyiq edərək həmin ifadələri zorla yazdırmışlar. O, heç kimdən gizlənməmiş, sadəcə onu narahat etdikləri üçün nömrəsini sındırmışdır. Vladislavın qanunsuz hərəkətləri barədə məlumatı olmamışdır. Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı əsasən oxşar məzmunlu ifadə vermiş, əlavə olaraq göstərmişdir ki, narkotik vasitəni tanışı Təqsirləndirilən şəxs2 sifariş vermişdir. Təxminən 2022-ci ilin yanvar ayında Vladislav ona “Teleqram” proqramı ilə zəng edərək adından sifariş verdiyi malın gəldiyini bildirmiş, o da sifariş verdiyi malın nə olduğunu soruşduqda Vladislav cavab olaraq malın narkotik vasitə olduğunu söyləmişdir. O aralarında olan danışıq zamanı Vladislava qorxduğunu dedikdə sonuncu ona qorxmamasını, hər dəfə narkotik vasitə Bakıya gəldikdə ona 50-100 manat pul verəcəyini dedikdə, Vladislavla razılaşmışdır. Vladislav ona 50-100 manat pul verəcəyini dedikdən sonra 2022-ci ilin təxminən fevral ayında Bakı şəhərinə gəldikdə Vladislava “Teleqram”la zəng edərək ona vəd etdiyi 50-100 manatı verməsini tələb etmiş, Vladislav isə işlərinin olduğunu, işlərini bitirdikdən sonra pulu ona verəcəyini bildirmişdir. Həmçinin görüş zamanı Vladislav ona xaricdən sifariş etdiyi malların içərisində ölkəyə gizli gətirdiyi narkotik vasitələri bir dəfə on iki min manata, bir dəfə 5 min manata, bir dəfə isə səkkiz min manata satdığını bildirmişdir. Lakin kimə və ya kimlərə satdığını ona bildirməmişdir (cild 2, iş vərəqə 77-81). Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 göstərdi ki, o, hadisə baş verən vaxt Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin “Poçt göndərişləri” postunda inspektor vəzifəsində xidmət etmişdir. Hal-hazırda orada işləmir. Londondan gələn bağlamaların içində şübhəli bir bağlama diqqətini çəkmişdir. Bağlamanın içərisində 16-18 ədəd domino daşı olmuşdur. Baxış keçirilən zaman bağlamanın içərisindən “kokain” aşkar olunmuş, daha sonra ekspertizaya göndərilmişdir. Şahid1 məhkəmədə ona ünvanlanmış sualları cavablandırarkən bildirdi ki, baxışda o da, "xxxx"in nümayəndələri də iştirak etmişdir. Baxış video çəkilişlə aparılmışdır. Yükün kimin adına gəldiyini xatırlamır. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Ona görə şübhə yaranmışdı ki, 16-18 dənə domino daşının yanında da balaca bağlama olmuşdur. Həmin bağlamaya bir dəfə baxış keçirilmişdir. Baxışda "xxxx" şirkətinin neçə nümayəndəsinin iştirak etdiyini xatırlamır, amma ən azı bir nəfər olmuşdur. Həmin bağlamanı rəisə o, məruzə etmişdir. Həmin gün protokol tərtib olunmadı, protokolun tərtib olunma vaxtı dəqiq yadımda deyil. O, bağlamanı açaraq baxış baxış keçirmiş, şübhəsi yarandığına görə gedib rəisə məruzə etmişdir. Kinoloji it bu yükə reaksiya verməmişdir. Bundan sonra bağlama risk polkasına qoyulmuşdur. Aşkar olunmuş maddənin çəkisini o, müəyyən etməmişdir, maddə tədqiqata göndəriləndə çəkilir. Onlar adi baxış keçirmişlər, maddənin növünü, çəkisini ekspertiza müəyyən edir. Bağlamanın risk qutusundan təhqiqatçıya göndərilmə tarixini xatırlamır. Maddənin bir hissəsinin yandırılması halı olmamışdır. Şahid1 iötidai istintaq verdiyi ifadəsində ətraflı danışaraq göstərmişdir ki, 21 iyun 2022-ci il tarixdə saat 11 radələrində o, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin “Poçt göndərişləri” postunda olan zaman "xxxx" daşıma şirkətinin nümayəndələri öz şirkətlərinin adına gələn malları gömrük işçilərinin müşahidəsi ilə gömrük yoxlanılması prosesindən keçirilməsini həyata keçirən vaxt o da inspektor kimi orda iştirak etmiş və prosesi müşahidə etmişdir. Balaca qutuda olan mal gömrük rentgen qurğusunun monitorundan keçən zaman qutunun içində domino daşlarına oxşayan malların olmasını, lakin domino daşlarının arasında nəsə şübhəli balaca bağlama olması diqqətlərini cəlb etmişdir. Buna görə də həmin mala baxış keçirilməsi zərurəti yarandığından mala orada iştirak edən şəxslərin iştirakı ilə baxış keçirilməsi məqsədi ilə qutunun üzərindəki sellofan yapışdırılmış kağız parçasının üzərində Təqsirləndirilən şəxs1 adının qeyd edilməsini, həmin malın isə “belt”, yəni kəmər kimi bəyan edildiyini görmüşlər. Sellofanı açdıqda üzərinə “Dominoes” sözü yazılmış karton qutunun içərisindəki 14 ədəd domino daşının arasında balaca sellofana bükülmüş bağlama görmüşlər. Bağlama onda şübhə doğurduğundan bağlamanın baş hissəsini açdıqda içərisində toz şəkilli kəskin iyli maddə olmasını görmüşdür. Bunu orada iştirak edən hamı görmüşdür. Daha sonra həmin maddənin narkotik vasitə olmasından şübhələnərək, post rəisinə məruzə etmiş, sonra isə kinoloji xidmətdən it gətirərək həmin maddənin saxlanıldığı bağlamanı itin iyləməsinə təqdim etmişdir. Daha sonra isə "xxxx" daşıma şirkətində broker işləyən Şahid6 və “Vadi” daşıma şirkətində broker işləyən Şahid7 narkotik vasitəyə bənzər maddənin gömrük yoxlanılması zamanı aşkar edildiyini və buna görə də hal şahidi kimi iştirak etmələrini xahiş etmiş, onlar da orada olduğundan razılıq vermişlər. Həmin vaxt hal şahidi kimi iştirak edən Elşad və Elçin də baş verən prosesləri görmüşlər. Orada olan hər kəs bağlamanın içərisindən qanunsuz maddə aşkar edilməsini görmüşdür, çünki hamı ora yığılaraq maddəyə baxırdı. Həmçinin bütün baş verən proseslər Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin “Poçt göndərişləri” postunda yerləşən video kameralar vasitəsi ilə lentə alınmışdır. O, post rəisinə məruzə etdikdən sonra post rəisi ona içərisində narkotik vasitəyə bənzər 62 qrama yaxın maddəni, damino daşları və qutusu ilə birlikdə bütün bağlamanı Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin təhqiqat şöbəsinə göndərməyini tapşırmışdır. Sonra o da aşkar olunmuş bağlama ilə bağlı müvafiq protokol tərtib edərək, hal şahidlərinə imzalatdıqdan sonra qablaşdıraraq risk bölməsinə qoymuşdur. Həmin ərəfələrdə əməkdaşların əksəriyyəti məzuniyyətdə olduğundan bütün işin yükü onun üzərinə düşmüşdür. Bir neçə gün keçdikdən sonra dəqiq xatırlamasa da risk şöbəsində olan əşyaları çeşidləyən zaman həmin bağlamanı təhqiqat şöbəsinə göndərmədiyini görmüş və dərhal məktubla birlikdə bağlamanı təhqiqat şöbəsinə göndərmişdir. 04 avqust 2022-ci il tarixdə o, təhqiqat şöbəsindən çağırılmış və ona protokolu tərtib edən zaman mexaniki-texniki səhvlər etdiyi, belə ki, tarixi və saatı səhv yazdığı, ona görə də protokolu yenidən kompüterdən tarixi düzgün qeyd edilməklə çıxarılacağı bildirilmişdir. Tarix və saatın gömrük kameralarında da dəqiq qeyd edildiyinə görə həmin protokolun tarixi və saatı düzgün qeyd etməklə təhqiqatda tərtib olunmuş, o, həmçinin də hal şahidləri çağırılmaqla, həmin protokola imza etmişlər. Onlar da protokolu oxuyub, düzgün yazıldığını gördükdən sonra imza atmışlar. Belə ki, hal şahidləri də protokolda mexaniki olaraq tarix və saatın səhv yazılmasını başa düşmüşlər. Çünki narkotik vasitəyə bənzər bağlamanın aşkar edilməsinin bütün prosesləri tam olaraq “Poçt göndərişləri” postunda olan video kamerada öz əksini tapmışdır. Təhqiqatçı tərəfindən həmin bağlamada olan maddə ekspertizaya təqdim edildikdən sonra onlara məlum olmuşdur ki, bağlamanın içərisindəki maddə narkotik vasitə olan kokaindir. Həmin bağlamanı təhqiqat şöbəsinə diqqətsizlik edərək gec göndərməyi ilə əlaqədar Dövlət Gömrük Komitəsi tərəfindən intizam məsuliyyətinə cəlb edilmiş və ona “şiddətli töhmət və sonuncu xəbərdarlıq” intizam tənbehi verilmişdir (cild 4, iş vərəqə 39-42). Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 göstərdi ki, o, hal-hazırda “Wolt” şirkətində işləyir. 2020-ci ilin iyun ayının 1-dən 2022-ci ilin noyabr ayının 27-nə kimi "xxxx" MMC-də anbardar işləmişdir. "xxxx" MMC daşıyıcı şirkəti vasitəsilə xarici ölkələrdən, yəni Almaniya Federativ Respublikası, X7, Çin Xalq Respublikası, Böyük Britaniya və Türkiyə Respublikalarından Azərbaycan Respublikasına beynəlxalq poçt göndərişləri ilə göndərilən yüklər Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin “Poçt göndərişləri” bölməsində yük anbarına yığılmış, Türkiyə və Almaniyadan həftədə 2 dəfə, digər ölkələrdən isə həftədə bir dəfə mal gətirilmişdir. Onun iş fəaliyyəti "xxxx" MMC-yə gələn malların sənədləşdirmə və rəsmiləşdirmə işlərini həyata həyata keçirməkdən ibarət olmuşdur. O, gömrükçülərlə birlikdə şirkətin əməkdaşı kimi müştərilər tərəfindən sifariş edilən malların gömrükdən keçirən zaman yoxlanılması prosesində iştirak etmiş və xaricdən gələn mallar gömrükdən keçdikdən sonra həmin malların gömrükdən çıxararaq şirkətin mallarını daşıyan sürücülərinə təhvil verilməsi prosesini həyata keçirmişdir. Əgər hər hansı bir malda problem olarsa bu barədə həmin malın üzərinə kim tərəfindən gətirilməsi, çəkisi, məhsulun adı qeyd edilməklə gömrüyə təhvil verilmişdir. 21 iyun 2022-ci il tarixdə saat 11-12 radələrində, o, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin “Poçt göndərişləri” bölməsində "xxxx" MMC-nin digər əməkdaşları Samir və Fəridlə birlikdə, eləcə də gömrük əməkdaşları ilə birlikdə müştərilər tərəfindən şirkətləri vasitəsi ilə sifariş edilən malların gömrüyün yoxlama qurğusundan keçirilərək onlara təhvil verilməsi prosesində iştirak etmişdir. Həmin vaxt müştəri Nurbala Mirəzəyev adlı şəxsin adına gələn balaca qutuda olan mallar gömrüyün yoxlama qurğusundan - monitordan keçən zaman gömrükçülər orada nəsə əlavə predmetin olduğundan şübhələnmişlər və ondan həmin qutunu açmağını tələb etmişlər. O, Təqsirləndirilən şəxs1 adlı şəxsin adına gələn həmin qutunu açdıqda içərisində domino daşlarının və 1 ədəd paketlənmiş formada balaca bağlamanın olduğunu görmüş və həmin bağlamanı gömrükçüyə təqdim etmişdir. Gömrükçü bağlamaya baxdıqda şübhələnərək bağlamanın ağzını açmış və içərisində narkotik vasitə olmasından şübhələnmişdir. Orada olan şəxslər də həmin bağlamanın içərisində narkotikə bənzər toz şəkilli maddə olmasını görmüşlər. Sonra gömrükçülər həmin paketdə olan bağlamanı riskli olduğundan saxlayacaqlarını bildirmişlər. Bundan sonra o da içərisində domino olan qutunu gömrükçülərə vermişdir. Həmin malın saxlanılması barədə əllə məktub formasında malın gətirən şəxsin adını, çəkisini, malın növünü qeyd etməklə həmin A4 vərəqdə yazdığı kağızı gömrükçülərə təqdim etmiş, kağızın şəkilini də çəkərək "xxxx" MMC-nin müdirinin mobil telefonuna göndərmiş və malın riskli mal olması, içərisindən şübhəli maddənin aşkar olunması barədə məlumat vermişdir. Bundan sonra gün ərzində şirkətin adına gələn digər malların rəsmiləşdirilərək təhvil alınması prosesində iştirak etmişdir. Sonradan isə müştəri Təqsirləndirilən şəxs1 adına gələn domino daşları olan qutunun içərisindən aşkar edilmiş bağlamadakı maddənin narkotik vasitə olan kokain olduğunu bilmişdir. Şahid2 məhkəmədə ona ünvanlanmış sualları cavablandırarkən bildirdi ki, "xxxx" MMC-də adətən 4 nəfər anbardar olmuş, amma həmin vaxt 1 nəfər məzuniyyətdə olduğundan 3 nəfər işləmişlər. İş çox olanda şirkətdən müvəqqəti bir nəfər köməkçi vermişlər. İşləri bölüşüb işləmişlər, 2 nəfər malları anbardan vermiş, 1 nəfər gömrük işçisi ilə açmışdır. Həmin yük Londondan gəlmişdi. Bağlamanı açıb baxdım, içində domino, dominonun yanında isə balaca paket də var idi. Onlar saxlanılan malların məktubunu yazmışlar. Bağlamaya baxış videoçəkilişlə aparılmışdı. O, bağlamanım açılıb baxılmasında və protokolun tərtibində iştirak etməmişdirş Paketin açılıb baxılması işini gömrükçülər edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 göstərdi ki, o, "xxxx" şirkətində anbardar vəzifəsində işləyir. Şirkət rəhbərliyi tərəfindən verilən tapşırıq əsasında əməkdaşı olduğum "xxxx" daşıyıcı şirkət vasitəsilə xarici ölkələrdən, yəni Almaniya Federativ Respublikası, X7, Çin Xalq Respublikası, Böyük Britaniya və Türkiyə Respublikasından Azərbaycan Respublikasına beynəlxalq poçt göndərişləri ilə göndərilən yüklərin gömrük orqanlarında sənədləşdirmə və rəsmiləşdirmə kimi əməliyyatlarını aparmışdır. 2022-ci il iyun ayının 21-də şirkətin digər əməkdaşı Fəridlə birlikdə Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin “Poçt göndərişləri” gömrük postunda olduqları zaman "xxxx" MMC daşıyıcı şirkəti vasitəsilə ölkə ərazisinə gətirilmiş 19 ədəd müxtəlif bağlamaların gömrük yoxlanışından keçirilməsində iştirak etmişdir. Onunla Fərid yüklərin monitordan keçirilməsi və eləcə də açılıb yoxlanılması kimi proseslərdə gömrük işçiləri ilə birlikdə olmuşlar. Həmin vaxt kargo şirkətinin İbrahim adlı və digər əməkdaşları da gömrük postunda olmuşlar. Bağlamaya 21 iyun 2022-ci il tarixdə gömrük işçisi tərəfindən monitorda baxış keçirilən zaman o və Fərid monitorun yanında olmuşlar. Yüklər monitordan keçən zaman gömrük işçisi onlara orada olan bir bağlamanın şübhəli olmasını və həmin bağlamanın açılıb yoxlanılmasının lazım olduğunu bildirmişdir. O və Fərid həmin bağlamanı gömrük işçisi ilə birlikdə açıb yoxlamışlar. Müştəri Təqsirləndirilən şəxs1 adlı şəxsin adına gələn həmin bağlamada domino qutusu olmuşdur. Domino qutusuna baxış keçirilərkən qutunun içərisində domino daşlan və bir paket olmasını görmüşlər. Daha sonra orada olan gömrük işçiləri paketi açıb yoxlamağa başlamışlar. Yoxlama zamanı o, gömrük işçilərinin yanında olmuş və bütün prosesi görmüşdür. Belə ki, həmin vaxt paketdən tozşəkilli maddə aşkar olunmuşdur. Daha sonra həmin gün şirkət vasitəsilə göndərilən digər yüklərin rəsmiləşdirməsini aparıb oradan ayrılmışdır. Şahid3 məhkəmədə ona ünvanlanmış sualları cavablandırarkən bildirdi ki, yük monitordan keçərkən gömrük işçisi şübhəli bir şey olduğunu görüb saxladı. Onlar yükü monitora qoyurlar. Ondan başqa Fərid və İbrahim də orada olmuşdur. Bağlamaya yük şöbəsində baxış keçirilmişdir. Bütün bağlamalara baxış onun iştirakı ilə keçirilir. Toz halında olan maddədən bir azı yandırıldı. Baxış video çəkilişlə aparılmışdı. Daha sonra həmin bağlamanın ekspertizaya göndərildiyini eşitmişdir.Protokola həmin gün yox, bir neçə gün sonra qol çəkmişdir. Həmişə 4 nəfər "xxxx" əməkdaşı olur. Onlar 4 nəfər əməkdaşlardır və hər bir malı gömrükdə monitora qoyurlar. Şübhəli əşyanı gömrük əməkdaşları aşkar edir. Təqsirləndirilən şəxsləri tanımır. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 Şahid3 ifadəsi ilə oxşar məzmunlu ifdə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 göstərdi ki, hadisə baş verən vaxt "xxxx" MMC-nin icraçı direktoru vəzifəsində çalışmışdır. 2022-ci il iyun ayının 21-də gömrük xidmətinin əməkdaşları tərəfindən məlumat verilmişdir ki, gömrük orqanı tərəfindən saxlanılan bağlamada narkotik vasitə aşkar olunub. Sorğu verilmiş, o da yazılı cavab vermişdir. Bundan sonra onu Gömrük Komitəsinin İstintaq İdarəsinə dəvət etmişlər, o da gedib ifadə vermişdir. O, üç il orada işləmiş və həmin müddət ərzində heç vaxt narkotik vasitə aşkar olunmayıb. Təqsirləndirilən şəxsləri əvvəllər görməmişdir. Şahid5 ibtidai istintaq zamanı geniş ifadə verərək göstərmişdir ki, 2020-ci ilin aprel ayından etibarən "xxxx" MMC-nin icraçı direktoru vəzifəsində çalışmışdır. Rəhbəri olduğu şirkət X7, Çin Xalq Respublikası, Türkiyə Respublikası, Almaniya Federativ Respublikası və X4 poçt daşımalarının Azərbaycan Respublikasına gətirilməsini təmin edir, sifariş verilmiş bağlamanın üzərində hər müştərinin özünə məxsus olan İD kod olur və həmin kodlar vasitəsilə bağlamalar çeşidlənir. Bağlamalar "xxxx" MMC-nin elektron sistemində və “Smart Customs” tətbiqində bəyan edildikdən, müştəri aylıq limiti aşdığı halda hesablanmış gömrük ödənişləri ödənildikdən sonra Azərbaycan Respublikasına gətirilir. Bağlamalar Bakı Karqo Terminalına daxil olduqdan sonra çeşidlənir və gömrük nəzarəti tətbiq edilir. Düzgün bəyan edilməyən, içərisində hər hansı şübhəli cizgilər müşahidə edilmiş və ya riskli əməliyyatlara aid edilən bağlamalar araşdırma zərurəti ilə əlaqədar saxlanılır və aktlaşdırılaraq gömrük orqanına təqdim olunur. Digər bağlamalar gömrük yoxlanışından keçdiyi üçün rəhbəri olduğu şirkətin nümayəndələrinə təhvil verilir. Daha sonra isə həmin bağlamalar müştərinin seçiminə əsasən Bakı şəhərinin Füzuli, Xaqani küçələrində, metronun “Neftçilər” stansiyasının yaxınlığında və Gəncə şəhərində yerləşən anbarlardan birinə çatdırılır. Mal yerli anbara çatdırıldıqda, həmçinin gömrük orqanı tərəfindən saxlanıldıqda bu barədə müştəriyə bildiriş göndərilir. Müştəri də sifariş etdiyi malı qəbul etmək üçün yerli anbara və ya gömrük orqanına yaxınlaşır, müvafiq sənədləri və müştəri kodunu təqdim edərək bağlamanı təhvil alır. 2022-ci il iyun ayının 21-də "xxxx" MMC daşıyıcı şirkət vasitəsilə ölkə ərazisinə müştəri Nurbala Mirəzəyev adlı şəxsin adına gələn bağlama gömrük orqanı tərəfindən saxlanılmış, məktub əsasında araşdırılması üçün gömrük orqanına təhvil verilmiş və müştəri Nurbala Mirəzəyevin adına gələn həmin bağlamanın içərisindən kokain narkotik vasitəsinin aşkar edilməsi məlum olmuşdur. Onlar şirkət olaraq malların daşınmasını təmin etmişlər, bağlamanın içərisində nə olması müştərinin məsuliyyəti olmuşdur. Onlar bacardıqları qədər ölkəyə dövriyyəsi qadağan edilmiş malların gətirilməsinin qarşısını almış və internet saytları vasitəsilə bu sahədə müştərilərini mütəmadi məlumatlandırmışlar (cild 2, iş vərəqə 178-182). Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 göstərdi ki, o, "xxxx" MMC-də baş broker işləyir. Həmin vaxt orada öz yüklərini yoxlayırmış. Sənəd proses idi. Sağ tərəfdə də monitor var idi. Monitorda nəsə saxlanıldı. "xxxx" şirkətinə aid idi. Baxış keçirib domino olduğunu bildirmişlər və içərisində narkotik vasitə ola biləcəyindən şübhələnmişlər. Bundan sonra onu tədqiqata aparmışlar və növbəti gün məlum olmuşdur ki, içində narkotik vasitə var. Şahid6 məhkəmədə ona ünvanlanmış sualları cavablandırarkən bildirdi ki, kameraya baxıb onun da baxışda iştirak etdiyini görmüşlər, ona görə də onu hal şahidi kimi dəvət etmişlər. Domino açılanda ətraflı görməmiş, sadəcə dominonun içindəkindən şübhələndiklərini və ona görə baxış keçirdiklərini bilmişdir. Şahid6 ibtidai istintaq zamanı geniş ifadə verərək göstərmişdir ki, 21 iyun 2022-ci il tarixdə saat 11 radələrində o, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin “Poçt göndərişləri” bölməsində "xxxx" MMC-nin müştəriləri tərəfindən şirkətləri vasitəsi ilə sifariş edilən malların gömrüyün yoxlama qurğusundan keçirilməsi prosesinin həyata keçirilməsi üçün malların çeşidlənməsi işlərini görmüşdür. Həmin vaxt onun mallarının çeşidlədiyi yerin yanında "xxxx" MMC-nin səlahiyyətli nümayəndələri olan İbrahim, Samir, Fərid gömrük işçilərinin müşahidəsi ilə öz şirkətlərinin adına gələn malların gömrüyün yoxlama qurğusundan - monitordan keçirilməsi prosesini həyata keçirmişlər. Təxminən saat 11 radələrində gömrük əməkdaşı Ayxan ona zəng edərək, "xxxx" MMC-nin adına gələn malın içərisində narkotik vasitəyə bənzər maddənin aşkar edildiyini və buna görə də hal şahidid kimi iştirak etməyini xahiş etmişdir. O da vətəndaşlıq borcunu yerinə yetirərək baxışda hal şahidi kimi iştirak etməyə razılıq vermişdir. Həmin vaxt o da baxış keçirilən yerə dəvət olunduqda "xxxx" MMC-nin adına gələn mala onların öz işçilərinin və orada olan gömrük əməkdaşlarının baxış keçirdiklərini və nəsə narkotikə oxşar maddə olması barədə danışdıqlarını görmüşdür. Qeyd olunanlar hamısı orada olan gömrük orqanının kameralarında öz əksini tapmışdır. O da orada olduğundan video kameraya düşmüşdür. Orada olan hər kəs qutunun içərisindən narkotik vasitəyə oxşar malın aşkar edilməsini görmüşdür. Ona görə ki oraya gömrük işçiləri və “Camex" MMC-nin işçiləri toplaşmışdır. Həmin vaxt məlum olmuşdur ki, domino qutusunun içində, domino daşlarının arasında bir ədəd bağlama vardır və bağlamanı açdıqda toz şəkilli maddə aşkar edilmişdir. Həmin mal Təqsirləndirilən şəxs1 adlı tanımadığı bir şəxsin adına gələn domino qutusunun içərisindən aşkar edilmişdir. Gömrük işçiləri həmin mala baxdıqdan sonra onu digər otağa poçt göndərişləri şöbəsinin rəisinin otağına aparmışlar. O da orada olduğundan bütün prosesləri görmüşdür. Bir qədər sonra isə gömrük işçisi Şahid1 tərəfindən protokol tərtib olunmuş, ona və orada olan digər hal şahidi Şahid7, habelə iştirak edən şəxslərə hüquq və vəzifələri izah olunmuşdur. Bundan sonra narkotik vasitəyə bənzər maddənin aşkar olunması ilə əlaqədar tərtib olunmuş protokolu oxuyaraq həmin protokola imza atmışdır. 04 avqust 2022-ci il tarixdə ona Dövlər Gömrük Komitəsinin təhqiqat şöbəsindən zəng olunaraq izahatının alınması üçün təhqiqat şöbəsinə çağırılmış, izahatı alındıqdan sonra orada olan gömrük əməkdaşı Ayxanın yazdığı protokolda texniki səhv olduğunu, belə ki, orada malın aşkarlanma saatının və gününün mexaniki olaraq səhv yazıldığını bildirmişdir. Həmçinin gömrük əməkldaşı ona mal aşkar olunan zaman gömrük kamerasının olduğunu və orada saat və tarixin qeyd edildiyini, heç bir problem olmadığını demiş, buna görə də həmin protokolda olan texniki səhvi düzəldərək yenidən çıxarmalı olduğunu bildirmiş və imza atmağını xahiş etmişdir. O da gömrük kameralarında saat və vaxt göstərildiyini bildiyinə görə heç bir problem görmədiyindən etiraz etməmiş, çünki həqiqətən də texniki olaraq protokolda vaxt səhv düşmüş, sonra gömrük əməkdaşı protokolu yenidən kompüterdən çıxarmış və o da bir daha oxuyaraq, yazılanların tam düzgün qeyd edildiyini görüb protokola imza atmışdır. Həmçinin də digər iştirakçılar eyni qaydada imza atmışlar. Bir müddət sonra isə həmin malın ekspertizaya göndərilməsini və domino qutusunun içərisində gizlədilən balaca bağlamada olan maddənin narkotik vasitə kokain olması ona məlum olmuşdur (cild 1, iş vərəqə 31-34). Məhkəmədə şahid qismində dindirilmiş Şahid7 Şahid6 ifadəsi ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi halları təsdiq etdi. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspert rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. İbtidai istintaq zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı onlar ifadələrində göstərdikləri xüsusatları bir-birinin üzünə qarşı deyərək təsdiq etmişlər (cild 2, iş vərəqə 57-64; cild 3, iş vərəqə 114-119). Yoxlama, əşyaların və sənədlərin götürülməsi haqqında 21 iyun 2022-ci il tarixli protokoldan görünür ki, 21 iyun 2022-ci il tarixdə saat 12 radələrində X9 Hava Limanında fəaliyyət göstərən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin “Poçt göndərişləri” gömrük postunda gömrük zamanı "xxxx" MMC poçt daşımaları şirkəti vasitəsi ilə Böyük Britaniyadan Azərbaycan Respublikasına ***- *******6 nömrəli qaimə əsasında Təqsirləndirilən şəxs1 (FİN xxxxxxx) adına göndərilən sarı rəngli kağız bağlama rentgen qurğusundan keşirilərkən, bağlamanın içərisində şübhəli təsvirlər əks olunmuş və poçt bağlaması saxlanılmışdır. Hal şahidlərinin iştirakı ilə yoxlama zamanı gömrük orqanına kəmər kimi bəyan edilmiş, sarı rəngli kağız bağlamanın içərisində yerləşən, üzərində “Dominoes” sözü yazılmış karton qutunun içərisində 14 ədəd qara rəngli domino daşları və 1 ədəd kiçik ölçülü tünd göy rəngli paketin içərisindən çəkisi təxminən 62 qram olan ağ rəngli maddə aşkar edilmiş və polietilen zərfə qablaşdırılaraq götürülmüşdür (cild 1, iş vərəqə 5-8). Tədqiqata sərf olunduqdan sonra təmiz qalıq çəkisi 61,850 qram təkil edən kokain, Təqsirləndirilən şəxs2 yaşadığı mənzilə axtarış zamanı götürülmüş tərkibində çəkisinin müəyyən edilməsi mümkün olmayan qurudulmuş marixiuana narkotik vasitəsi aşkar edilmiş bitki kütləsi, 1 ədəd poçt bağlamasının kağız paketi, 1 ədəd üzərinə “Dominoes” sözü yazılmış qutu və 14 ədəd domino daşı maddi sübut kimi tanınmış və saxlanılması üçün Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti İstintaq baş idarəsinin Maddi sübutlar otağına təhvil verilmişdir (cild 2, iş vərəqə 188-189). Götürülmüş predmetə baxış keçirilməsi haqqında 07 avqust 2022-ci il tarixli protokoldan görünür ki, təqsirləndirilən şəxslər narkotik vasitə olan külli miqdarda kokaini üzərində “Dominoes” sözü yazılmış qutuya yerləşdirməklə qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsinə nail olmuşlar (cild 1, iş vərəqə 123-124). Vahid avtomatlaşdırılmış idarəetmə sisteminə (VAİS) baxış keçirilməsi haqqında 13 avqust 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 gömrük nəzarətindən keçməklə adına ümumilikdə 6 dəfə poçt göndərişləri olmuşdur ki, sonuncu poçt göndərişi xx.xx.2022-ci il tarixdə ***-*******6 nömrəli qaimə əsasında “Belt” kimi təsvir olunan mal olmuşdur (cild 2, iş vərəqə 161-167). Dövlət Gömrük Komitəsinin 09 sentyabr 2022-ci il tarixli 9-2462 nömrəli məktubu ilə daxil olmuş 01 ədəd CD diskdəki video görüntülərə baxış keçirilməsi haqqında 26 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin “Poçt göndərişləri” gömrük postunda olan video görüntüləri özündə əks etdiriən video diskə baxış zamanı 1 ədəd paketdə qablaşdırılmış, malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə edilməklə aşkar olunan, üzərinə “Dominoes” sözü yazılmış karton qutunun içərisindəki 14 ədəd domino daşının arasında gizlədilən külli miqdarda narkotik vasitə olan kokainin saxlanılmasının aşkar edilməsi müəyən edilmişdir (cild 3, iş vərəqə 61-62) . "xxxx" MMC-nin 06 oktyabr 2022-ci il tarixli CMX-124-2022 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və X6 "xxxx" MMC sistemində qeydiyyatdan keçərək vaxtaşırı "xxxx" xidmətindən istifadə etmişlər. Təqsirləndirilən şəxs2 "xxxx" vasitəsi ilə cəmi 4 dəfə - 3 dəfə Almaniya Federativ Respublikasından və 1 dəfə İngiltərədən etdiyi daşımalar müvafiq olaraq 2018-ci ilin sonuna və 2019-cu ilin əvvəlinə təsadüf edir. X1 hər biri İngiltərədən daşınaraq cəmi 5 dəfə CAMEX xidmətindən istifadə etmiş, daşımaları 2021-ci ilin sonuna və 2022-ci ilin əvvəlinə təsadüf edir. Təqsirləndirilən şəxs1 cəmi 6 dəfə CAMEX xidmətindən istifadə etmiş, bütün bağlamalar İngiltərədən daşınmış, bunlardan bir ədədi Azərbaycan Respublikası Hava Nəqliyyatı Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən baxış zamanı saxlanılmışdır. Daşımalar 2021-ci ilin sonundan başlayaraq 2022-ci ilin ortalarınadək təsadüf edir. Təqsirləndirilən şəxs1 bütün 6 bağlamanın daşıma xərclərini 416973....3392 və 416973....8425 nömrəli bank kartları vasitəsi ilə “onlayn” şəkildə ödəmişdir (cild 3, iş vərəqə 120-153). "xxxx" ASC-dən 15 fevral 2023-cü il tarixli 3-39-9/1-508 nömrəli məktubundan görünür ki, 416973....3392 və 416973....8425 nömrəli bank kartları Təqsirləndirilən şəxs2 məxsusdur (cild 4, iş vərəq 196-130). Təqsirləndirilən şəxs1 məxsus “Redmi Note 7” markalı və Təqsirləndirilən şəxs2 məxsus “Samsung S9” markalı mobil telefonlara baxış keçirilməsi haqqında 17 noyabr 2022-ci il tarixli protokollardan görünür ki, təqsirləndirilən şəxslərin mobil nömrələri arasında bir-biriləri ilə mütəmadi danışıqlar aparılmışdır (cild 3, iş vərəqə 213-214). Dövlət Təhlükəsizliyi Xidmətinin Kibertəhlükəsizlik əməliyyatları mərkəzindən 11 noyabr 2022-ci il tarixli 9-3318 nömrəli məktubla daxil olmuş arayışdan, həmin arayışa əlavə edilmiş 01 ədəd CD diskə baxış keçirilməsi haqqında 19 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 məxsus olan “Samsung S9” markalı mobil telefonun bərpası zamanı sonuncunun xarici ölkədən kokain narkotik vasitəsinin sifarişi ilə əlaqədar yazışmalarının olması aşkar edilmiş, həmçinin Təqsirləndirilən şəxs2 istifadəsində olmuş “Macbook pro” markalı noutbukun bərpası zamanı sonuncunun “Tor Browser”-dən istifadə etməklə “Dark web”-dəki “Torrez Market” yxuy5oau7nugw4kpb4lclrqdbixp3wvc4iuiad23ebyp2q3gx7rtrgqd.onion resursuna daxil olduğu, həmin resurs vasitəsi ilə sifarişlər etməsi müəyyən edilmişdir. Qeyd edilən resurs ətrafında araşdırma zamanı kimyəvi maddələrin və sair ilə yanaşı narkotik vasitələrin satışının həyata keçirilməsi müəyyən edilmiş və qeyd olunanların surətləri çıxarılaraq protokola əlavə edilmişdir. Bütün bunlar təqsirləndirilən şəxslərin bir-birləri ilə əlaqəli şəkildə fəaliyyətlərini, onların ittiham olunduqları cinayət əməllərini törədərkən əlbir olduqlarını birbaşa təsdiq edən dəlillər hesab olunmalıdır (cild 3, iş vərəqə 215-232). Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 məxsus “Redmi Note 7" markalı və Təqsirləndirilən şəxs2 məxsus “Samsung S9” markalı mobil telefonlar və Vladslav Kiselyovun istifadəsində olmaqla ona məxsus “Apple Macbook pro” markalı noutbuk təqsirləndirilən şəxslərin külli miqdarda narkotik vasitələrin qaçaqmalçılığı və qanunsuz dövriyyəsi ilə məşğul olduqlarını birbaşa təsdiq edən faktları özündə əks etdirməsi əsası ilə 1 noyabr 2022-ci il tarixli qərarlarla və 10 dekabr 2022-ci il tarixli qərarla maddi sübut kimi tanınmış və məhkəmənin müvafiq qərarı qəbul edilənədək saxlanılmaları üçün Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti İstintaq baş idarəsinin Maddi sübutlar otağına təhvil verilmişdir (cild 3, iş vərəqə 233-236; cild 4, iş vərəqə 16-17). "xxxx" MMC-dən 30 noyabr 2022-ci il tarixli 9-3539 saylı məktubla daxil olmuş, telefon əlaqələrinin kompüter açıqlamalarının yazıldığı diskə baxış keçirilməsi haqında 16 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsi ilə Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***- ***-**-** saylı telefon nömrəsi arasında müxtəlif vaxtlarda mütəmadi olaraq danışıqlar aparmaları müəyyən edilmişdir. Təqsirləndirilən şəxslərin əlaqə saxladıqları tarixlər və saatlar onların ittiham olunduqları cinayət əməllərini törədərkən əlbir olduqlarını birbaşa təsdiq edən dəlillərdir (cild 1, iş vərəqə 418). Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli 6/3861 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə məxsus 101906 №-li bir ədəd polietilen paketdəki 1 ədəd kiçik ölçülü paketdə təmiz çəkisi 61,950 qram olan ağ rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə kokaindir. Kokain 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr” in siyahısına (Siyahı İ) daxildir. Ekspert tədqiqatından sonra kokainin qalıq çəkisi 61,850 qram təşkil etmişdir (cild 1, iş vərəqə 11-15). Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 4867 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs1 narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur (cild 3, iş vərəqə 69-71). Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 4868 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 kannabinoidlərdən istifadə etmə halları olub. Lakin halhazırda Təqsirləndirilən şəxs2 müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs2 narkomaniya xəstəliyindən əzab çəkmir, n narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur (cild 3, iş vərəqə 72-74). Məhkəmə-psixiatrik (ambulator) ekspertizasının xx.xx.2022-ci il tarixli 2446 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Buna görə də törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Onun hərəkəti Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür, hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarındadır, məcburi müalicəyə ehtiyacı yoxdur (cild 4, iş vərəqə 20-21). Məhkəmə-psixiatrik (ambulator) ekspertizasının xx.xx.2022-ci il tarixli 2447 saylı rəyindən görünür ki, şəxs Təqsirləndirilən şəxs2 hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Buna görə də törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Onun hərəkəti Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür, hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarındadır, məcburi müalicəyə ehtiyacı yoxdur (cild 4, iş vərəqə 23-25). Cinayət işinin materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs2 himayəsində xx.xx.2014-cü il təvəllüdlü bir azyaşlı uşağı var. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin məlumatından görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər məhkum edilməmişlər (cild , iş vərəqə 28-29). Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli qərarının izah və tələblərini də rəhbər tutur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən, isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. X11 11-ci bəndində göstərilmişdir ki, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkotik vasitənin onlara aid olmamasına dair məhkəmədə verdikləri ifadələrini onların müdafiə mövqeyinə söykənən subyektiv mülahizələri, törətdikləri cinayət əməllərinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətlərini yüngülləşdirməyə yönəlmiş cəhdləri kimi qiymətləndirərək ittiham olunduqları cinayət əməlini törətmələrini sübuta yetirilmiş hesab edir. Onların öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla - cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri cinayət əməlləri ilə bağlı ibtidai istintaq zamanı dindirilərkən verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş ifadələri iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadələri də sübut kimi qəbul edir. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətmələri tam sübuta yetirilmişdir. Onlar, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidirlər. Onların cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəzalar təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən onların törətdikləri cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətlərini, onları səciyyələndirən halları, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzaların onların islah olunmalarına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. Cəza təyin edərkən məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 himayəsində bir azyaşlı uşağının olmasını, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamalarını cəzanı yüngülləşdirən hallar qismində nəzərə alır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli rejimli cəzaçəkmə müəssisələrində çəkilməlidir. Onların barələrində seçilmiş həbs qətimkan tədbirləri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 08 avqust 2022-cü il tarixdə, Təqsirləndirilən şəxs2 10 avqust 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşlar, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 08 avqust 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 barəsində, həmin məhkəmənin 10 avqust 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbirləri seçilmiş, Təqsirləndirilən şəxs1 barəsində həbs etmənin əvvəli 08 avqust 2022-cü il tarixdən, Təqsirləndirilən şəxs2 barəsində isə 10 avqust 2022-ci il tarixdən hesablanmışdır (cild 1, iş vərəqə 189; cild 2, iş vərəqə 33, 120-121, 125-126). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 08 avqust 2022-ci il tarixdən, Təqsirləndirilən şəxs2 təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 10 avqust 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti İstintaq baş idarəsinin maddi sübutlar otağına təhvil verilmiş Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti İstintaq baş idarəsinin maddi sübutlar otağında saxlanılan, ekspert tədqiqatından sonra qalıq çəkisi 61,850 qram təşkil edən kokain, Təqsirləndirilən şəxs2 yaşadığı mənzilə axtarış zamanı götürülmüş tərkibində çəkisinin müəyyən edilməsi mümkün olmayan qurudulmuş marixiuana narkotik vasitəsi aşkar edilmiş bitki kütləsi, 1 ədəd poçt bağlamasının kağız paketi, 1 ədəd üzərinə “Dominoes” sözü yazılmış qutu və 14 ədəd domino daşı məhv edilməli, “Redmi Note 7” markalı mobil telefon Təqsirləndirilən şəxs1, “Samsung S9” markalı mobil telefon və “Apple Macbook pro” markalı noutbuk Təqsirləndirilən şəxs2 ailə üzvlərinə qaytarılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 177 (bir yüz yetmiş yeddi) manat, Təqsirləndirilən şəxs1 41 (qırx bir) manat olmaqla cəmi 218 (iki yüz on səkkiz) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli, “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2016-cı il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.2ci, 234.4.1-ci və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə 5 (beş) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 qəti olaraq 6 (altı) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı 10 avqust 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.2ci, 234.4.1-ci və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə 5 (beş) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 qəti olaraq 6 (altı) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı 08 avqust 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İş üzrə maddi sübutlar: - Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti İstintaq baş idarəsinin maddi sübutlar otağında saxlanılan, ekspert tədqiqatından sonra qalıq çəkisi 61,850 qram təşkil edən kokain, Təqsirləndirilən şəxs2 yaşadığı mənzilə axtarış zamanı götürülmüş tərkibində çəkisinin müəyyən edilməsi mümkün olmayan qurudulmuş marixiuana narkotik vasitəsi aşkar edilmiş bitki kütləsi, 1 ədəd poçt bağlamasının kağız paketi, 1 ədəd üzərinə “Dominoes” sözü yazılmış qutu və 14 ədəd domino daşı məhv edilsin. - Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti İstintaq baş idarəsinin maddi sübutların saxlanma kamerasına təhvil verilmiş “Redmi Note 7” markalı mobil telefon Təqsirləndirilən şəxs1, “Samsung S9” markalı mobil telefon və “Apple Macbook pro” markalı noutbuk Təqsirləndirilən şəxs2 ailə üzvlərinə qaytarılsın. Təqsirləndirilən şəxs2 177 (bir yüz yetmiş yeddi) manat, Təqsirləndirilən şəxs1 41 (qırx bir) manat olmaqla cəmi 218 (iki yüz on səkkiz) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surətinin onlara verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Faiq Qəniyev Hakimlər: Mahmud Ağalarov Samir Əliyev
Məhkəmə qərarları › İş №1(101)-371/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-371/2024
03.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver