Məhkəmə qərarları › İş №1(101)-371/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-371/2025

28.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-371/2025 28.04.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Qurbanova Aygün Arzu qızının sədrliyi, hakimlər Namazov Fərid Arif oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Bakı şəhəri Femida vəkil bürosunun vəkili Müdafiəçi2 və Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1991-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, hazırda barəsində həbs qətimkan tədbiri seçilməklə Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ:

1. Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə və külli miqdarda psixotrop maddə əldə edib, üzərində saxlayıb daşımaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir.

İşin faktiki halları

2. Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq iki ədəd bükümdə təmiz çəkisi 8,853 qram çəkidə külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin əldə edib üzərində qanunsuz saxlayaraq ünvan 2 ünvanının qarşısına daşımış, bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olmuş məlumat əsasında həmin Baş İdarənin əməkdaşları tərəfindən 20 fevral 2024-cü il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs həmin tarixdə saat 20:30-da ünvan 2 ünvanının qarşısında saxlanılaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasına gətirilmiş, orada saat 22:14-dən etibarən üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman əynindəki qara rəngli cins şalvarının sağ yan cibindən satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı iki ədəd bükümdə xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eyni olan ayrı-ayrılıqda təmiz çəkiləri 4,374 qram və 4,479 qram olmaqla ümumi təmiz çəkisi 8,853 qram təşkil edən külli miqdarda kustar üsulla hazırlamış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxsə qarşı ittiham tərəfinin təqdim etdiyi sübutlar aşağıdakılardan ibarətdir:

3. xx.xx.2024-cü il tarixli raportdan (cild 01, iş vərəqə 4) görünür ki, qərəzsiz mənbədən daxil olmuş məlumatda “Aydın” adlı şəxsin qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək saxlaması və daşıması barədə məlumat vermişlər.

4. xx.xx.2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 1, iş vərəqə 19) görünür ki, xx.xx.2024-cü il tarixdən, saat 20:30-dan Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur.

5. xx.xx.2024-cü il tarixli şəxsi axtarış aparılması haqqında protokoldan (cild 1, iş vərəqə 27-29) görünür ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 20 fevral 2024-cü il tarixdə həyata keçirilmiş əməliyyataxtarış tədbiri zamanı Təqsirləndirilən şəxs saat 20:30-da ünvan 2 ünvanının yaxınlığında idarə etdiyi “Mercedes” markalı, **-LM-*** qeydiyyat nişanlı avtomobilin yanında saxlanılaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilmiş və üzərinə şəxsi axtarış keçirilən zaman sonuncu əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 02 ədəd sellofan bükümü çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Şəxsi axtarış və götürmə 20 fevral 2024-cü il tarixdə saat 22:14-də başlamış və həmin tarixdə saat 22:29-da bitmişdir.

6. xx.xx.2024-cü il tarixli baxış və götürmə aparılması haqqında protokoldan (cild 01, iş vərəqə 33-35) görünür ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olmuş məlumat əsasında 20 fevral 2024-cü il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı saat 20:30-da ünvan 3 ünvanın qarşısında idarə etdiyi "Mercedes" markalı, **-LM-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanında olduğu zaman saxlanılaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olaraq gətirilmiş və barəsində şübhəli şəxs qismində tutma haqqında qərar qəbul edilmiş Təqsirləndirilən şəxs üstünə keçirilən şəxsi axtarış və götürmə zamanı onun üstündən 02 ədəd şəffaf sellofan bükümün hər birinin içərisindən psixotrop maddə metamfetaminə oxşar maddə aşkar edilib qablaşdırılaraq götürülmüşdür.Şifahi sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş maddələri 1 gün əvvəl, yəni xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonu ərazisində zibil qablarının yanından yerdən tapdığını və həmin maddəni şəxsi istifadə məqsədi ilə üzərində gəzdirdiyini bildirdi. Həmçinin şifahi sorğu zamanı Təqsirləndirilən şəxs hazırda idarə etdiyi "Mercedes" markalı **-LM-*** qeydiyyat nişanlı avtomobildə narkotik vasitələr və psixotrop maddələr, həmçinin qanunsuz əşya və ya predmet saxlamadığını və avtomobilinə baxış keçirilməsinə etirazının olmadığını bildirdi. Şəxsi axtarış və götürmə prosesinin keçirilməsi barədə protokolun tərtibatından sonra Şübhəli şəxs Təqsirləndirilən şəxs idarə etdiyi "Mercedes" markalı **-LM-*** qeydiyyat nişanlı avtomobildə narkotik vasitələrin və psixotrop maddələrin, qanunla dövriyyəsi qadağan edilmiş. yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasının həyətində video çəkilişdən istifadə edilməklə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs razılığı və iştirakı ilə idarə etdiyi "Mercedes" markalı **-LM-*** qeydiyyat nişanlı avtomobilə 20 fevral 2024-cü il tarixdə saat 23:03-də baxış keçirilməyə başlanmışdır. Baxış keçirilməsindən əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs Azarbaycan Respublikasi CPM-in 19-cu maddesina esasen hüquqi yardım almaq, hamin Macallanin 20 maddesine esasen cinayet mühakimə icraatının aparıldığı dili bilmədiyi halda öz ana dilinden istifadə etmək, ibtidal araşdırma zamanı tərcüməçinin köməyindən pulsuz istifade endok hüquqian, həmin Məcəllənin 90-cı maddəsi ilə nezerde tutulmuş şübhəli şəxsin hüquq va vezifeleri izah edildi. Eyni zamanda izah edildi ki, Azərbaycan Respublikası CPM-in 20-ci maddəsinə əsasən heç kəs şəxsən özünün və yaxın qohumlarının əleyhinə ifadə vermaya mecbur edilə bilməz və buna görə hər hansı təqibə məruz qala bilmez. Həmçinin baxış keçirilməsində əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs baxışın videoçəkiliş vasitəsi ilə baxış prosesində iştirak edən Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid3 tərəfindən çəkiliş aparılacağı barədə məlumat verildi, şübhəli şəxs Təqsirləndirilən şəxs buna etiraz etmədiyini bildirdi. Təqsirləndirilən şəxs idarə etdiyi "Mercedes" markalı, **-LM-*** qeydiyyat nişanlı avtomobilə "Sony" markalı rəqəmsal videokamera vasitəsilə çəkiliş aparılmaqla baxış keçirilməyə başlanıldı. Baxışın keçirilməsi şübhəli şəxs Təqsirləndirilən şəxs özünün razılığı və iştirakı ilə aparıldı. Baxış zamanı Təqsirləndirilən şəxs təklif edildi ki, idara etdiyi "Mercedes" markalı, **-LM-*** qeydiyyat nişanlı avtomobildə narkotik vasitələr, psixotrop maddələr, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər gizlədib saxlayırsa könüllü surətdə təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildə narkotik vasitə və psixotrop maddələr olmadığını bildirib, avtomobili açaraq baxışa təqdim etdi. Baxış zamanı avtomobilin maqnitolasının aşağı hissəsində olan "cibden" Təqsirləndirilən şəxs məxsus 01 ədəd şəxsiyyət vəsiqəsi iş üzrə əhəmiyyət kəsb etdiyindən tərəfimdən götürüldü. Baxış davam etdirilərkən Təqsirləndirilən şəxs idarə etdiyi "Mercedes" markalı, **-LM-*** dövlət qeydiyyat nişanlı avtomobildən qanunsuz hər hansı bir əşya və predmet aşkar edilmədi. Daha sonra həmin avtomobilə məxsus 01 ədəd açar tərəfimdən götürüldü. Təqsirləndirilən şəxsidarə etdiyi "Mercedes" markalı, **-LM-*** qeydiyyat nişanlı avtomobilə baxış gecə vaxtı, süni işıqlandırma şəraitində keçirildi. Baxış keçirilməsi 20 fevral 2024-cü il tarixde saat 23:08-də başa çatdı. Baxış keçirilməsi zamanı "Sony" markalı videokameradan istifadə edilməklə video çəkilişi aparıldı. Protokol iştirakçılara ucadan oxundu, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olundu. İştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmadı. Protokol düzgün tərtib edilmişdir, imzalarla təsdiq edildi.

7. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş 21 fevral 2024-cü il tarixli 3-16-16/2-6/1020 nömrəli rəyindən (cild 1, iş vərəqə 47-51) görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün N°6” dairəvi möhür əksi olan “Təqsirləndirilən şəxs üstündən aşkar olunmuş 02 büküm psixotrop maddə metamfetaminə oxşar maddələr” imza və digər yazı, ad, soyad, imzalar qeyd edilmiş 01 ədəd zərfdəki 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri - 4,374 qram və 4,479 qram, ümumi təmiz çəkisi 8,853 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Həmin bu zərfdəki ümumi sayı 02 ədəd olan bükümlərdəki metamfetaminlər öz aralarında xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eynidirlər. Qeyd: 1) Metamfetaminin ümumi təmiz çəkisi: 8,853 qram, tədqiqata sərf edildi - 0,080 qram qalıq - 8,773 qram.

8. xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək barədə qərardan (cild 01, iş vərəqə 65-66) görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş, ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş ittiham elan edilmişdir.

9. xx.xx.2024-cü il tarixli, 4(005)-262/2024 nömrəli Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarından (cild 1, iş vərəqə 100-104) görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır.

10. 22.02.2024-cü il tarixli maddi sübut hesab edilməsi haqqında qərardan (cild 01, iş vərəqə 107-109) görünür ki, X2 üzərindən aşkar edilərək götürülmüş 8,773 qram psixotrop maddə metamfetamin maddi sübut hesab edilmişdir

11. 23.02.2024-cü il tarixli Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin əməliyyataxtarış tədbirinin aparılması barədə qərarın qanuniliyinin yoxlanılmasına dair 5(005)- 557/2024 saylı qərarından (cild 01, iş vərəqə 120) görünür ki, “Əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinin rəisi Əbülfət Rzayev tərəfindən təsdiq edilmiş 20 fevral 2024-cü il tarixli qərar qanuna uyğun hesab edilmişdir.

12. Azərbaycan Respublikasım Daxili İşlər Nazirliyi Baş Əməliyat və Statistik İnformasiya idarəsi tərəfindən verilmiş tələbnamənin surətindən (cild 01, iş vərəqə 136) görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır.

13. Azərbaycan Respublikası Bakı şəhəri Binəqədi İcra Hakimiyyəti Binəqədi qəsəbə nümayəndəliyi tərəfindən verilmiş arayışdan və xasiyyətnamədən (cild 01, iş vərəqə 144- 145) görünür ki, Təqsirləndirilən şəxs Binəqədi qəsəbəsi, 3-cü mədən korpus 148, ev 34ada qeydiyyatda olmaqla X6 və X1 ilə birlikdə yaşamış, onun barəsində qəsəbə nümayəndəliyinə heç bir əks məlumat daxil olmamışdır.

14. 791627 nömrəli doğum haqqında şəhadətnamədən (cild 01, iş vərəqə 146-147) görünür ki,Təqsirləndirilən şəxs 08 sentyabr 2022-ci il təvəllüdlü X1 adlı övladı vardır.

15. 22.04.2024-cü il tarixli telefon zəngləri üzrə aparılmış danışıqlar barədə məlumatlara baxış keçirilməsi haqqında protokoldan görünür ki, icraatında Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ile istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə "xxxx" MMC-dən daxil olmuş, hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsinə 20 fevral 2023-cü il tarixdən 20 fevral 2024-cü il tarixədək daxil olan və çıxan zənglərdən çıxarışlara dair məlumatlara baxış keçirmiş,baxış zamanı müəyyən edilmişdir ki, məlumatlar "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli AZF/LGL-2570/24 nömrəli məktubuna əlavə edilmiş bir ədəd CD diskdə təqdim olunmuşdur. Həmin disk istifadədə olan «HP» markalı komputerin qurğusuna daxil edilməklə baxış keçirilərkən müəyyən edilmişdir ki, diskdə ***-***-**-** saylı mobil telefon nömrəsi ilə aparılmış danışıqlara aid bir ədəd faylın içərisində 04 ədəd qovluqlar vardır. Telefon danışıqlarına dair məlumatlara baxış keçirilən zaman Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsi ilə müxtəlif nömrələr arasında SMS yazışmaları müəyyən edilsə də, cinayət işi üzrə sübut əhəmiyyəti kəsb edə biləcək məlumatlar aşkar edilmədi.

16. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi X11 daxil olmuş məhkəmə-narkoloji ekspertizasının 22 fevral 2024-cü il tarixli 1201 nömrəli rəyindən (cild 1, iş vərəqə 180-181) görünür ki, Təqsirləndirilən şəxs psixostimulyatorlardan istifadə etmə halları olmuşdur. Lakin hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür.

17. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X7” X11 daxil olmuş məhkəmə-kimyəvi ekspertizasının 04 mart 2024-cü il tarixli 766/K nömrəli rəyindən (cild 01, iş vərəqə 182-185) görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan və sidik nümunəsinin tərkibində fenilalkilamin qrupuna aid olan metamfetamin aşkar edilmişdir.

18. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X7” X11 daxil olmuş məhkəmə-kimyəvi ekspertizasının 21 fevral 2024-cü il tarixli 105/MEŞ nömrəli rəyindən (cild 01, iş vərəqə 186-188) görünür ki, Təqsirləndirilən şəxs bədən səthində hər hansı xəsarət aşkar edilməmişdir.

19. xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilmısi haqqında qərardan (cild 01, iş vərəqə 190) görünür ki, Təqsirləndirilən şəxs qarşı polis əməkdaşları tərəfindən işgəncələrə və digər qanunsuzluğa yol verilmədiyi müəyyən olunduğu üçün material üzrə CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir.

20. xx.xx.2024-cü il tarixli iş üzrə toplanmış sübutlara qiymət verilməsi haqqında qərardan (cild 1, iş vərəqə192-206) görünür ki, Təqsirləndirilən şəxs 21 fevral 2024-cu il tarixdo elan edilmiş ittihamın məzmununa dəyişikliklər edilməklə ona Azərbaycan Respublikası CM-in 234.4.3-cu maddəsi ilə yenidən ittiham elan edilsin və barəsində Bakı şəhəri Narimanov Rayon Məhkəməsi tərəfindən 21 fevral 2024-cu il tarixdə seçilmiş həbs qətimkan tədbiri nəzərə alınması, şəxsi axtarış və götürmə aparılmış videoçəkilişləri özündə əks etdirən 01 ədəd DVD disk maddi sübut kimi qiymətləndirilməsi,baxış və götürmə aparılmış videoçəkilişləri özündə əks diskin sübut kimi tanınmadan cinayət işi materiallarına əlavə edilməsi nəzərə alınsın etdirən 01 ədəd DVD diskin sübut kimi tanınmadan cinayət işi materiallarına əlavə edilməsi nəzərə alınması, cinayət işi üzrə "xxxx" MMC-dən daxil olmuş 01 ədəd CD diskin maddi sübut Aimi tanınmadan iş materiallarına əlavə edilməsi nəzərə alınması, cinayət işi üzrə "xxxx" MMC-dən daxil olmuş 01 ədəd CD diskin maddi sübut kimi tanınmadan iş materiallarına əlavə edilməsi nəzərə alınması, cinayət işi üzrə Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 01 ədəd "Samsung" markalı mobil telefonun yaxın qohumlarına gaytarılmasından ötrü müdafiəçisinə təhvil verilməsi, cinayət işi üzrə Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş qalıq pakisi 8,773 qram olan psixotrop madde metamfetaminin maddi sübut hesab edilməsi və Azərbaycan Respublikası DİN-in BMCMİ-nin Maddi sübutları saxlama yerinə təhvil verilməsi nəzərə alınması, Təqsirləndirilən şəxs 21 fevral 2024-cu il tarixlərində verdiyi fadələrində özünü elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək psixotrop maddə metamfetamini satış məqsədi ilə deyil, şəxsi istifadəsi üçün üzərində saxladığını, 26 aprel 2024-cü il tarixdə əlavə dindirilən zaman verdiyi ifadələrində polis əməkdaşları tərəfindən psixi təzyiq göstərilərək üzərinə qoyulduğunu bildirməsi xüsusatı özünümüdafiə kimi qiymətləndirilsin və rədd edilməsi nəzərə alınması, Təqsirləndirilən şəxs əvvəllər psixotrop maddə metamfetamin və digər maddələrr əldə edib istifadə etməsi xüsusalı üzrə cinayət təqibinin başlanması rədd edilməsi, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 234.4.1-ci maddəsi ilə cinayət təqibinin başlanması Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən rədd edilməsi, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 234.4.2-ci maddəsi ilə cinayət təqibinin başlanması Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən rədd edilməsi, Təqsirləndirilən şəxs şəxsi axtarış keçirilərkən Üzərində olan psixotrop maddə metamfetamini təqdim etməsi Azərbaycan Respublikası CM-in 234-cü maddəsinin qeydinin 1-ci bəndinə əsasən könüllü təhvil vermə kimi qiymətləndirilməsi, cinayət işi üzrə Təqsirləndirilən şəxs əvvəllər mahkum olunmaması nəzərə alınması, cinayət işinin materiallarından psixotrop maddə metamfetaminin əldə edilmə mənbəyinin müəyyən edilməsinə görə ayrıca icraata material ayrılması, cinayət işi üzrə Təqsirləndirilən şəxs inzibati məsuliyyətə cəlb edilməsi üçün ayrılmış materialın aidiyyəti üzrə göndərilməsi nəzərə alınması,cinayət işi üzrə Təqsirləndirilən şəxs ifadələri, 20 fevral 2024-cü il tarixli "şəxsi axtarış və götürmə aparılması haqqında" protokol, həmin protokola əlavə edilmiş 01 ədəd DVD disk, şahid ifadələri, məhkəmə-kimyəvi ekspertizasının 21 fevral 2024-cü il tarixli 6/1020 nömrəli rəyi, məhkəmə-narkoloji ekspertizasının 22 fevral 2024-cü tarixli 1201 nömrəli rəyi, məhkəmə-kimyəvi ekspertizasının 04 mart 2024-cü il tarixli 766/K nömrəli rəyi, əməliyyat tapşırığına cavab məktubu, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 23 fevral 2024-cü il tarixli qanunilik qərarı, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 23 fevral 2024-cü il tarixli qanunilik qərarı, 22 fevral 2024-cu il tarixli "DVD disk daşıyıcısında qeydə alınan videogörüntülərə baxış keçirilməsi haqqında" protokol, Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən qəbul edilmiş 22 may 2024-cü il tarixli cinayət işinin başlanmasının tədd edilməsi haqqında qərarı, maddi sübut qərarı və digər istintaq sənədləri sübut növü kimi qiymətləndirilməsi qərara alınmışdır.

21. Tibbi kitabçadan görünür ki, Təqsirləndirilən şəxs sol saidin və alının ön səthində xırda ölçüdə köhnə çapıqlar vardır və o, zədə almadığı barədə bildirmişdir.

22. Azərbaycan Respublikası Baş Prokurorluğunun xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respubliaksı Daxili İşlər Nazirliyinin BMCMİnin əməkdaşları tərəfindən işgəncələrə məruz qalmasını bildirməsi barədə məlumat əsasında Baş Prokurorluğun Xidməti Araşdırmalar İdarəsində material üzrə araşdırma aparılaraq xx.xx.2024-ci il tarixə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə əsasə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir.

23. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BMCMİ-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 24 fevral 2023cü il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin əldə etməsi, daşıması, saxlaması və qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatı əsasında əməliyyat qrupu yaradılmış, saat 20:30 radələrində, “Mersedes” markalı avtomobilin yanında Təqsirləndirilən şəxs oxşar şəxsi müəyyən etmişlər, həmin şəxsə yaxınlaşıb özlərini təqdim etmişlər, şəxsiyyətini dəqiqləşdirdikdən sonra Təqsirləndirilən şəxs narkotik vasitələri və psixotrop maddələri əldə etməsi, saxlaması və dövriyyəsi ilə məşğul omlası ilə əlaqədar Baş idarəyə dəvət etmişlər, idarə etdiyi avtomobillə birlikdə Baş idrəyə gəlmişlər. Baş idarədə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman əynində olan şalvarının cibindən iki ədəd bükümdə psixotrop maddə metamfetaminə oxşam maddə aşkar edilərək götürülmüşdür. Ona verilən suallara cavab olaraq bildirmişdir ki, əməliyyat məlumatını o qəbul etmişdir. Əməliyyat təlbirində 3 nəfər iştirak etmişlər. O, Şahid2 və Şahid3 qrup üzvləri olmuşlar. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs 2 bükümdə psixotrop maddə metamfetamin aşar edilmişdir. Saxladıqları vaxt və şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs onlara heç bir etirazını bildirməmişdir. Təqsirləndirilən şəxs 20:30 radələrində saxlamışlar. Təqsirləndirilən şəxs Baş idarədə ilk dəfə dindirilməsinin saat 22də olmasını belə izah etmişdir ki, saxladıqları yerdən baş idarəyə gedənədək müəyyən vaxt keçmişdir. Qətiyyən elə bir hal olmamışdır ki, Təqsirləndirilən şəxs saxlayarkən sonuncuya desinlər ki, “onu radikal şiə olması və səhflərinin olması ilə bağlı saxlamışıq”, Təqsirləndirilən şəxs saxlanılmasının bir səbəbi olmuş, bu da naroktik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumatın daxil omlası olmuşdur. Şəxsi axtarış zamanı vəkil iştirak etmişdir. Qətiyyən elə bir hal olmamışdır ki, Təqsirləndirilən şəxs çayın içiəndə narkotik vasitə versinlər, bu absurd bir fikir olmuşdur. Aydının nəyə görə belə ifadə verməsinin səbəbini bilməmişdir. Elman Atakişiyevin polis bölməsinə gətirilməsi ilə bağlı heç bir məlumatı olmamışdır.

24. Məhkəmə istintaqında ifadəsi elan edilmiş ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş və onun əsasında tərəflərindən əməliyyat-axtarış tədbirləri həyata keçirilmişdir. Təqsirləndirilən şəxs ifadəsində bildirdiyi xüsusatlar tam olaraq yalandır, belə ki tərəflərindən Təqsirləndirilən şəxs qarşı heç bir fiziki və psixi təzyiq olmamışdır, saxlanılaraq Baş idarəyə gətirilən zaman üzərində 02 ədəd bükümdə psixotrop maddə metamfetaminə oxşar maddələr olmuşdur.

25. Məhkəmə istintaqında ifadəsi elan edilmiş ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 digər Şahid2 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir.

Təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürdüyü sübutlar aşağıdakılardır:

26. Təqsirləndirilən şəxs məhkəmə baxışında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, o, ibtidai istintaq dövründə verdiyi ifadələri və videoçəkiliş zamanı dediklərini təzyiq altında vermiş, bu səbəbdən ona bəraət verilməsini məhkəmədən xahiş etmişdir. Onun cinayət məsuliyyətinə cəlb olunmağına səbəb şəhidlər ilə bağlı fəaliyyəti olmuşdur. O, İkinci Qarabağ müharibəsindən sonra evinin qarşısında şəhidlərlə bağlı plakatlar hazırlamışdır. Bu barədə Xəzər televiziyası da süjet hazırlamışdır. Daha sonra Binəqədi rayon icra hakimiyyətinin başçısı onu çağıraraq, plakatları yığışdırmasını istəmiş, o isə bu tapşırığı yerinə yetirməkdən imtina etmişdir. Ona verilən suallara cavab olaraq bildirmişdir ki, onu 3 nəfər mülki geyimli şəxs saxlamışdır. O, 24 saatlıq iş rejimi ilə işləmişdir. Ona təzyiqlər olunmuşdur. Ona BMCMİ-də fiziki və psixi təzyiq olunmuş, başına torba keçirilmiş, döyülmüş və təhqir edilmişdir. Onu ailə üzvləri ilə hədələmişlər. Ona ancaq BMCMİ-də təzyiq göstərilmişdir. O, videoçəkilişdə polislər tərəfindən tapşırılan formada ifadə vermişdir. Onu BMCMİ-dən sanksiya məhkəməsinə aparmışlar, oradan da yenidən BMCMİ-yə gətirmişlər. Məhkəmədə BMCMİ əməkdaşlarından çəkindiyi üçün, tapşırılan formada ifadə vermişdir. BMCMİ-də ona tərkibinə narkotik qatılmış çay içməyi təklif etmişlər. O, əvvəlcə həmin çayı içmək istəməmiş, lakin polis əməkdaşları onu məcbur edərək, həmin çayı içizdirmişlər. Heç vaxt narkotik vasitə istifadə etməmişdir. Saxlanılmamışdan 20 gün qabaq Sabunçu xəstəxanasında qan analizi vermişdir. Həmin analiz qanında heç bir narkotikin olmadığını sübut etmişdir. Həmçinin ibtidai istintaq orqanında özünün vəkili olduğunu bildirməsinə baxmayaraq ona vəkillə ünsiyyət saxlamasına imkan yaradılmamış və ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi ayrılmışdır. O diplomun tanınması ilə bağlı məhkəmədə onun hüquqlarının müdafiəsini həyata keçirtmək üçün Müdafiəçi2 ilə müqavilə bağlamış və onu təmsil etmək üçün etibarnamə vermişdir

27. İşdə olan xx.xx.2024-cü il tarixli etibarnamədən görünür ki, Təqsirləndirilən şəxs mülk, inzibati və inzibati xətalara dair işlər üzrə Müdafiəçi2 onu dövlət orqanları və məhkəmələrdə nümayəndəsi kimi təmsil etmə səlahiyyəti vermişdir.

28. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Müdafiəçi2 iddiaçı Təqsirləndirilən şəxs nümayəndəsi qismində sonuncunu məhkəmədə təmsil etmişdir.

29. Qan komponentinin sertifikatı başlıqlı, müəssisənin adı qeyd edilməyən sənədin surətindən görünür ki, donorun adı, soyadı və ata adı qrafasında Təqsirləndirilən şəxs yazısı, istehsal tarixi xx.xx.2024, müayinələrin (HİV, Hepatit “B”, Hepatit C) nəticəsi neqativ olmuşdur.

30. Bakı Klinik Mərkəzinə aid olan qaimə sənədlərindən görünür ki, pasiyent Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 09:48 dəqiqədə sidik və hormon analizləri üçün xidmət haqqı ödənişi həyata keçirmişdir.

31. X4 analizi nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs qanın komponentləri yoxlanılmışdır.

Azərbaycan Respublikası Cinayət Məcəlləsi:

32. Maddə 234.1-1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma əməlləri külli miqdarda törədildikdə üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

33. Maddə 8.1. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.

34. Maddə 41.1. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir.

35. Maddə 41.2. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.

36. Maddə 56.1.2. Qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir.

37. Maddə 58.3. cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır.

38. Maddə 59.1.4. cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması cəzanı yüngülləşdirən hallardan biridir.

39. Maddə 69.3. Hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır.

Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsi:

40. Maddə 44.1. Məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.

41. Maddə 124. İstintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini, maddi sübutlar və digər sənədləri sübut növləri kimi qəbul edilir.

42. Maddə 125.8. Cinayət-Prosessual Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür.

43. Maddə 139. cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir.

44. Maddə 144. Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır.

45. Maddə 145. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir.

46. Maddə 158.2. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir.

47. Maddə 158.6. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir.

48. Maddə 132. Məhkəmə yekun qərar çıxararkən maddi sübutlar barədə məsələni həll etməlidir.

49. Maddə 198.1. Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1 – 197.1.9cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər.

Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu:

50. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən, metamfetaminin təmiz halda 0,15 qrama qədəri şəxsi istehlak miqdarı, 2 qram və ondan artıq miqdarı külli miqdar hesab olunur.

“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu

51. Maddə 1.0.8. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir.

52. Maddə 1.0.9. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir.

53. Maddə 1.0.10. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir.

54. Maddə 1.0.11. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 26 fevral tarixli 63 nömrəli qərarı ilə təsdiq edilmiş “İstintaq təcridxanalarının daxili intizam Qaydaları”

55. Həmin Qaydaların 5.7-ci bəndinə əsasən, İstintaq təcridxanasının müdiriyyəti istintaq təcridxanasına gətirilmiş həbs edilmiş şəxsi qəbul etməli və aşağıdakı məlumatları qeydə almalıdır: ... 5.7.5. həbs edilmiş şəxsin üzərində müşahidə olunan hər hansı bədən xəsarətləri və onun istintaq təcridxanasına daxil olanadək məruz qaldığı hər hansı işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar barədə şikayəti. 21.8. bənd. İstintaq təcridxanasının müdiriyyəti həbs edilmiş şəxsdə prosessual hərəkətin keçirilməsindən əvvəl və sonra müşahidə olunan bədən xəsarətləri və prosessual hərəkət zamanı yol verilən hər hansı işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar barədə şikayətləri qeydə alır və Qanunda (“Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Qanun) nəzərdə tutulmuş qaydada tədbirlər görür.

Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli 2 saylı Qərarı

56. Qərarın 9-cu bəndi. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır.

57. Qərarın 10-cu bəndi. Məhkəmələrə tövsiyə edilir ki, şəxsin özünün hazırladığı, əldə etdiyi, saxladığı, göndərdiyi və ya daşıdığı prekursorlardan istifadə etməklə satış məqsədi olmadan narkotik vasitə və ya psixotrop maddələri hazırlaması və ya emal etməsi bu halda prekursorlarla bağlı əməl daha ağır məsuliyyətə səbəb olan cinayətin tərkib elementi (hazırlıq mərhələsi) kimi çıxış etməklə narkotik vasitə və ya psixotrop maddə külli miqdarda olduqda - CM-in 234.1-1-ci maddəsi ilə, xüsusilə külli miqdarda olduqda isə CM-in 234.4-1-ci maddəsi ilə tam əhatə olunduğundan yalnız həmin maddələr ilə tövsif olunmalıdır.

Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarı

58. Qərarın 25-ci bəndi (2-ci abzas). Cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır.

59. Qərarın 26-cı bəndi. Azərbaycan Respublikası CPM-nin 125.8-ci maddəsinə əsasən, bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Həmin maddənin İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz.

“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu Qərarı

60. cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər.

61. cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir.

Avropa Məhkəməsinin presedent hüququ:

62. Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər”. Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir.

Məhkəmənin hüquqi dəyərləndirməsi:

63. Məhkəmə istintaqında araşdırılmış mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddə metamfetamin əldə edib saxlamış və daşımışdır.

64. Məhkəmənin qarşısında duran başlıca vəzifə Təqsirləndirilən şəxs külli miqdarda psixotrop maddə metamfetamini əldə edib üzərində saxlayarkən və daşıyarkən məqsədinin və niyyətinin nədən ibarət olmasının müəyyən edilməsidir. Məhz bu halların müəyyən edilməsi Təqsirləndirilən şəxs əməlinin tövsifində mühüm və başlıca rol oynayır.

65. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadədən tamamilə fərqli məzmunda (inkaredici) ifadə verməklə üzərində aşkar olunmuş psixotrop maddənin polis əməkdaşlarının ona verdiklərini, fiziki təzyiqinə məruz qalmasını, polis əməkdaşları tərəfindən saxlanılarkən üzərində külli miqdarda psixotrop maddə metamfetamin olmamasını, polis əməkdaşlarının fiziki və psixoloji təzyiqi nəticəsində ona aid olmayan maddənin ona məxsus olmasını etiraf etməsini, təzyiqə dözməyərək polislərin dediyi məzmunda etirafedici ifadə verməyə razı olduğunu bildirmişdir.

66. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən təzyiqə məruz qaldığını iddia etdiyindən qeyd edilən halı yoxlamaq üçün əldə edilmiş tibbi kitabçadan məlum olmuşdur ki, sol saidin və alının ön səthində xırda ölçüdə köhnə çapıqlar müəyyən edilmiş və o obyektiv müayinə zamanı həbs olunarkən zədə almadığını bildirmişdir.

67. Həmçinin Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış, baxış və götürmə istintaq hərəkəti aparılan zaman ibtidai istintaq orqanı tərəfindən onun müdafiə hüququ pozulmamış, onun üzərinə müdafiəçisinin iştirakı ilə baxış keçirilmişdir. Təqsirləndirilən şəxsin pozulmuş hesab etdiyi hüquqlarının müdafiəsini tələb etmək etmək, həmçinin ona özünə məxsus olmayan psixotrop maddəni üzərinə götürməsi ilə bağlı edilən təzyiqlər barədə müdafiəçisinə bildirmək üçün kifayət qədər imkanı olmasına baxmayaraq o, bu barədə yalnız məhkəmə istintaqı zamanı mövqe bildirmişdir.

68. Həmçinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BMCMİ-nin İdarəsinin əməkdaşları tərəfindən işgəncələrə məruz qalmasıı bildirməsi barədə məhkəmənin məlumatı əsasında Baş Prokurorluğun Xidməti araşdırmalar idarəsində material üzrə araşdırma aparılaraq xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi barədə qəbul edilmişdir.

69. Məhkəmə araşdırması nəticəsində Təqsirləndirilən şəxs məhkəmə istintaqında yalan ifadə verməsi və iddia etdiyi halların həqiqəti əks etdirməməsi təsdiq olunmuşdur. Bu hissədə qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs istintaq təcridxanasına təhvil verilərkən üzərində xəsarətin olmasını və tutularkən polis əməkdaşları tərəfindən fiziki təzyiqə, işgəncəyə və digər formada qeyri-insani rəftara məruz qalmasını bildirməmiş, eləcə də ibtidai istintaqın sonunadək bu barədə heç bir səlahiyyətli orqana müraciət etməmişdir. Başqa sözlə Təqsirləndirilən şəxs barəsində uzun müddət ərzində ibtidai araşdırma aparılmasına baxmayaraq, o, külli miqdarda psixotrop maddə metamfetaminin ona məxsus olmamasını, eləcə də polis əməkdaşları tərəfindən döyülməsi və işgəncəyə məruz qalmasını bildirməmişdir. O, ilk dəfə bununla bağlı dəlillərini məhkəmədə irəli sürmüş, məhkəmə isə bu hissədə araşdırma aparmaqla, onun iddia etdiyi halların həqiqət olmamasını müəyyən etmişdir.

70. Həmçinin məhkəmə Təqsirləndirilən şəxs özünün vəkili olması və ibtidai istintaq orqanında həmin vəkillə təmsil olunmaq istəməsi ilə bağlı onu saxlayan polis əməkdaşlarından tələb etməsi ilə bağlı hissədə qeyd etməyi zəruri hesab edir ki, o, vəkil X5 onu dövlət və məhkəmə orqanlarında mülki, inzibati və inzibati xətalara dair işlər üzrə təmsil etmək səlahiyyətləri verimişdir. Məhkəmə bu hissədə qeyd edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq orqanına özünün seçdiyi müdafiəçi ilə təmsil olunmaq istəməsi ilə bağlı tələbini təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir.

71. Həmçinin Təqsirləndirilən şəxs müdafiəçisi tərəfindən məhkəməyə təqdim edilən sidik və qan nümunələrinə dair sənədlərdən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs sidik və qan nümunələrində narkotik və psixotrop maddələrin olub-olmaması yoxlanmamışdır. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs iddia etdiyi halları yoxlayıb və iddia olunan halların həqiqət olmaması nəticəsinə gələrək hesab edir ki, o, məhkəmədə yalan ifadə verərək qanunsuz əməllərinə haqq qazandırmaq və bununla da cinayət məsuliyyətindən yayınmaq məqsədi güdmüşdür. Beləliklə, məhkəmə belə nətiəcəyə gəlir ki, Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi hallar, yəni saxlanılan zaman döyülməsi və sair formada işgəncəyə məruz qalması, psixotrop maddənin özünə məxsus olmasını qəbul etməyə məcbur edilməsinə dair hallar baş verməmişdir.

72. Həmçinin məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs narkotik və psixotrop maddələr satdığı və ya satmaq niyyətində olduğu şəxslərin dairəsini müəyyən etməmiş bu barədə sübutları məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin məhkəmə xüsusi olaraq qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı təqdimata Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində baxılarkən o, polis əməkdaşları tərəfindən üzərindən aşkar edilmiş narkotik vasitəni yerdən tapdığını və heç vaxt istifadə etmədiyni bildirmişdir.

73. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə tövsif edir.

74. Psixotrop maddənin təqsirləndirilən şəxsin üzərindən aşkar edilməsi, qablaşdırılması, həmin vasitələrin kimyəvi tərkibinin müəyyən edilməsi ilə bağlı ilkin sübutların əldə edilməsi ilə əlaqədar istintaq hərəkətlərinin etibarsız hesab olunması üçün əsaslar müəyyən edilmədiyindən (qərarın 41, 42, 44 və 45-ci bəndi) həmin hərəkətlərin nəticələri iş üzrə mötəbər sübutlar kimi qəbul edilir.

75. Məhkəmənin mövqeyinə görə müdafiə tərəfinin irəli sürdüyü dəlillər heç bir sübutla dəstəklənmədiyi, ittiham tərəfinin təqdim etdiyi sübutlar isə zorakılığın mövcud olmaması və sübutun yolverilənliyini təsdiq etdiyindən müdafiə tərəfinin dəlilləri əsassız hesab edilməlidir.

76. Məhkəmə iş üzrə toplanmış digər sübutları məcmu halda qiymətləndirərək hesab edir ki, o, psixotrop maddəni məhz satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq əldə edərək üzərində saxlamışdır.

77. Məhkəmə baxışı gedişində tədqiq olunmuş yuxarıda qeyd olunan sübutların məcmusu təqsirləndirilən şəxsin cinayətdə təqsirini təsdiq etdiyi üçün məhkəmə ittiham hökmü çıxarmaq qənaətinə gəlir (qərarın 40-cı bəndi).

78. Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət qanunun müvafiq normasının sanksiyasında üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. (qərarın 32-ci bəndi)

79. Məhkəmə cəza təyin edərkən cəza təyini ilə bağlı cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərini nəzərə alır (qərarın 33, 34, 35 və 37-ci bəndləri).

80. Məhkəmədə təqsirləndirilən şəxsin himayəsində bir azyaşlı uşağının olmasını, onun ilk dəfə cinayət törətməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində nəzərdə tutulmuş onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir.

81. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının hüdudları daxilində cəza təyin edilməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar.

82. Təqsirləndirilən şəxs ağır cinayətə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxs hesab edildiyindən cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilməlidir (qərarın 36-ci bəndi).

83. İşdə olan tutma protokolundan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024 -cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nizami Nərimanov rayon Məhkəməsinin qərarı ilə barəsində xx.xx.2024-cü il tarixdə həbs qətimkan tədbiri seçilmiş və hökm çıxarılanadək fasiləsiz olaraq həbsdə saxlanılmışdır (cild 1, iş vərəqə 100-104). Təqsirləndirilən şəxs hökm çıxarılanadək həbsdə saxlandığı üçün həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə bir günə bir gün hesablanmaqla daxil edilməlidir (qərarın 39-cu bəndi).

84. Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun tutulduğu xx.xx.2024cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir.

85. İş üzrə mülki iddia yoxdur və xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir.

86. İş üzrə maddi sübut olan, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan, Təqsirləndirilən şəxs üzərində aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalan 8,773 qram çəkidə olan psixotrop maddə metamfetamin məhv edilməlidir. Digər maddi sübut - şəxsin üzərində axtarış və götürmə aparılması zamanı çəkilmiş videogörüntüləri özündə əks etdirən 1 ədəd disk isə cinayət işinin materiallarında saxlanılmalıdır. (qərarın 48-ci bəndi).

87. Məhkəmə, məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs profilaktik olaraq ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır.

88. İbtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizası ilə əlaqədar 89 (səksən doqquz) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir (qərarın 49-cu bəndi).

89. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə

hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanısın. Təqsirləndirilən şəxs profilaktik olaraq ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin saxlanc yerində saxlanılan və ekspertiza tədqiqatından sonra 8,773 qram çəkidə olan psixotrop maddə metamfetamin məhv edilsin, şəxsi axtarış keçirilməsini özündə əks etdirən 1 (bir) ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın, İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 89 (səksən doqquz) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Hökmdən, elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Sədrlik edən hakim Aygün Qurbanova Hakimlər Telman Hüseynov Fərid Namazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar