Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-372/2021 29.01.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hüseynov Cavid İbadulla oğlunun sədrliyi, hakimlər İsmayılov Eldar Herov oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, Hazıqov Əliqismət Nurəli oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx xxxx 1979-cu il tarixdə Dəvəçi rayonu, Yenikənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Siyəzən rayonu, Yenikənd kəndində qeydiyyatda olan və Xaçmaz rayonu, İstisu qəsəbəsində yaşamış, xx xxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx xxxx 2020-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs 2020-ci ilin may ayının əvvəllərində kirayədə yaşadığı Xaçmaz rayonunun İstisu qəsəbəsindəki evin həyətyanı torpaq sahəsində olan fındıq kollarının arasında 4 ədəd, böyürtkən kollarının arasında 5 ədəd, plasmas və dəmir vedrələrdə 23 ədəd olmaqla ümumilikdə 32 ədəd çətənə bitkisi toxumlarını qanunsuz olaraq əkib aqrotexniki qaydada qulluq göstərməklə yetişdirib külli miqdarda, yəni 23 ədəd tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini və 9 ədəd çətənə (kannabis) bitkisi şitillərini kultivasiya etmişdir. xx xxxx 2020-ci il tarixdə Xaçmaz rayon polis şöbəsinin (bundan sonra: RPŞ) əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində onun yaşadığı evin həyətyanı torpaq sahəsinə baxış keçirilərkən yaş vəziyyətdə ümumi çəkisi 879,155 qram olan 23 ədəd çətənə (kannabis) bitkiləri və yaş vəziyyətdə ümumi çəkisi 0,550 qram olan 9 ədəd çətənə (kannabis) bitkisinin şitilləri aşkar edilərək götürülmüşdür. Qeyd olunan bu hərəkətləri ilə Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisini külli miqdarda kultivasiya etməklə (əkmə, yetişdirmə və ya onları (onların hissələrini) toplama) Azərbaycan Respublikası CMnin 237.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs münasibətdə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış, araşdırılan mötəbər və təkzibedilməz sübutlarla onun Azərbaycan Respublikası CM-nin 237.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi tam təsdiq edilmişdir. Belə ki, cinayət işinə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası CM-nin 237.2.3-cü maddəsi ilə ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, Siyəzən rayonu, Yenikənd kəndində qeydiyyatdadır, lakin təxminən son 6 il ərzində balıqçılıqla məşğul olduğundan arvadı Ramilə və azyaşlı qızı Jalə ilə birlikdə Xaçmaz rayonunun İstisu qəsəbəsində kirayədə yaşamış, mövsümü olaraq Xəzər dənizindən balıq tutub satmaqla məşğul olmuşdur. Kirayədə yaşadığı ev həmin qəsəbə sakini Ramin adlı şəxsə məxsus olmuş, Ramin evi ona həm evə baxması və həm də həyətyanı torpaq sahəsində əkilmiş ağaclara qulluq göstərməsi məqsədilç vermişdir. Təqsirləndirilən şəxs ifadəsinin davamında göstərdi ki, təxminən 15 il müddətində narkotik vasitə olan qurudulmuş marixuananı papirosa doldurub çəkməklə istifadə etmişdir. O, marixuanadan ara-sıra istifadə etmiş, lakin ciddi aludə olmamışdır. Tutulmazdan təxminən 4-5 ay əvvəl özündə olan qurudulmuş marixuananı papirosa doldurub çəkərkən içərisində çətənə bitkisinin toxumları olduğunu görmüş və həmin toxumları atmayaraq özündə saxlamışdır. 2020-ci ilin mart ayında o, arvadı Ramiləni və qızı Jaləni Siyəzən rayonunun Yenikənd kəndində yaşayan bacısı Yeganənin evinə yola salmış və sonrakı müddətdə o özü İstisu qəsəbəsində tək yaşamışdır. 2020-ci ilin may ayının əvvəllərində özündə olan çətənə toxumlarını əkib yetişdirmək və özünün istifadə etməsi üçün qurudulmuş marixuana əldə etmək qərarına gəlmişdir. Bu məqsədlə də özündə olan çətənə toxumlarının 23 ədədini dəmir və plastik vedrələrdə əkmiş, sonra isə kiraydə qaldığı evin həyətində olan fındıq və böyürtkən kollarının arasında olan yerləri otlardan təmizləyərək 9 ədəd çətənə toxumunu da həmin yerlərdə əkmişdir. Əkdiyi və ya sonrakı günlərdə çətənə toxumlarına su tökərək qulluq göstərmişdir. Təxminən 7-8 gün sonra isə əkdiyi çətənə toxumlarının bir hissəsinin artıq cücərdiyini görmüş, onları sulamaqla qulluq göstərmişdir. Vedrələrdə əkdiyi çətənə bitkilərini, görən olmasın deyə, yaşadığı evin həyətində olan başqa bitki kolların arasında gizlədib saxlamış, onlara qulluq edib diblərinə su tökmüşdür. Əkdiyi çətənə bitkiləri tədricən böyümüş, 17 ədədi 25-60 sm, 6 ədədi 15-25 sm, 9 ədədi isə 5-10 sm hündürlükdə olmuşdur. Təqsirləndirilən şəxs ifadəsinin davamında daha sonra göstərdi ki, xx xxxx 2020-ci il tarixdə, saat təxminən 18 radələrində kirayə yaşadığı evdə olarkən yaşadığı evin həyət qapısı döyülmüş, o, gedib qapını açdıqda qapının qarşısında dayanmış şəxslər polis əməkdaşları olduqlarını bildirərək xidməti vəsiqələrini göstərmiş, ona yaşadığı evin həyətində çətənə bitkiləri əkib-becərməsi barədə məlumat əldə etdiklərini bildirərək vdieoçəkiliş vasitəsi ilə kirayədə yaşadığı evin həyətyanı torpaq sahəsinə baxış keçirmək istədiklərini bildirmiş, etiraz edib etmədiyini soruşmuşlar. O, kirayədə yaşadığı evin həyətyanı torpaq sahəsinə baxış keçirilməsinə etiraz etməmişdir. Bundan sonra ona hüquq və vəzifələri izah olunmuş və o, polis əməkdaşlarını baxış keçirmələri üçün yaşadığı evin həyətinə dəvət etmişdir. Polis əməkdaşlarının yaşadığı evin həyətyanı torpaq sahəsində narkotik tərkibli bitkilər əkildiyi təqdirdə könüllü olaraq təqdim etməsinə dair təkliflərini qəbul edib, yaşadığı evin həyətyanı torpaq sahəsində narkotik tərkibli bitkilər əkdiyini etiraf etmişdir. Bundan sonra polis əməkdaşları onun və özünü aqronom kimi təqdim edən şəxsin iştirakı ilə kirayədə yaşadığı evin həyətinə video çəkilişlə baxış keçirmişlər. Baxış zamanı o, yaşadığı evin həyətində müxtəlif yerlərdə bitmiş fındıq və böyürtkən kollarının arasında əkib becərdiyi çətənə bitkilərini, dəmir və plasmas vedrələrdə əkdiyi çətənə bitkisi şitillərini polis əməkdaşlarına və aqronoma təqdim etmiş, həm bitkilər və həm də şitillər aqronom tərəfindən tək-tək kökündən çıxarılaraq götürülmüşdür. Baxış nəticəsində 23 ədəd çətənə bitkiləri və 9 ədəd çətənə bitkisinin şitilləri aşkar edilərək götürülmüşdür. Baxışda iştirak edən aqronom aşkar olunmuş bütün bitkilərin narkotik tərkibli çətənə bitkiləri olduğunu və bitkilərin dibinə su tökülərək qulluq göstərildiyini bildirmişdir. O, özü də aqronomun dediklərini təsdiq edərək aşkar olunub götürülən bitkilərin narkotik tərkibli çətənə bitkiləri olduğunu təsdiq etmiş və həmin bitkiləri gələcəkdə özünün istifadə etməsi məqsədi ilə özünün əkib-yetişdirdiyini etiraf etmişdir. Onun əkib-becərdiyi və nəticədə aşkar olunub götürülən çətənə bitkiləri və çətənə bitkisi şitilləri ilə bağlı müvafiq protokol tərtib edilmiş, bir ədəd kağız paketə və bir ədəd göy rəngli plietilen torbaya yığılmaqla qablaşdırılmışdır. Tərtib olunan protokol oxuduqdan sonra həmin protokol və içərisində çətənə bitkiləri olan paketin və torbanın üzəri bütün proses iştirakçıları, o cümlədən onun özü tərəfindən imzalanmışdır. Bundan başqa, Təqsirləndirilən şəxs ifadəsində göstərdi ki, O, heç kimə narkotik vasitə satmamış, heç kimdən narkotik vasitə almamışdır. Özünün marixuanaya olan tələbatını ödəmək üçün yaşadığı evin həyətində çətənə bitkilərini əkmişdir. Lakin polis tərəfindən əkdiyi çətənə bitkiləri erkən, yəni yetişməmiş aşkar edilib götürüldüyündən istifadə etməmiş və ya istifadə məqsədi ilə başqalarına verməmişdir. Çətənə bitkilərini əkdiyi vaxtdan sonra ev sahibi Ramin kirayə verdiyi həmin evə gəlməmiş və sonuncunun onun çətənə bitkiləri əkməsindən məlumatı olmamışdır. Təqsirləndirilən şəxs ifadəsində göstərdi ki, ailənin yeganə qazanc gətirənidir, övladlarından biri hərbi xidmətdədir, tutduğu hərəkətlərdən səmimi peşiman olmuşdur. Məhkəmə baxışı zamanı şahid qismində dindirilən Xaçmaz RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, xx xxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs kirayədə yaşadığı Xaçmaz rayonu, İstisu qəsəbəsindəki evin həyətyanı torpaq sahəsində narkotik tərkibli bitkilər əkib-becərməsi barədə Xaçmaz RPŞnə məlumat daxil olmuşdur. Məlumatın yoxlanılması məqsədi ilə xx xxxx 2020-ci il tarixdə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edilmiş, qərar şöbə rəisi tərəfindən təsdiq olunmuşdur. Məlumat ona daxil olduğundan qərar da onun tərəfəindən qəbul edilmişdir. Bundan sonra onun özü, Şöbənin PPXB-nün polis nəfəri Şahid2, təhqiqatçılar Fehruz Qasımov və Əhməd Muradovdakn ibarət əməliyyat qrupu yaradılmış və araşdırmanın aparılması X4a həvalə olunmuşdur. Əməliyyat məlumatı bitkiçiliklə bağlı olduğundan keçiriləcək baxışda iştirak etmək üçün aqronom Şahid3 mütəxəssis qismində dəvət olunmuşdur. Şahid1 ifadəsinin davamında göstərdi ki, bütün hazırlıqlardan sonra elə həmin gün, yəni xx xxxx 2020-ci il tarixdə, saat təxminən 18 radələrində əməliyyat qrupu birlikdə Təqsirləndirilən şəxs kirayədə yaşadığı Xaçmaz rayonu, İstisu qəsbəsindəki evə getmiş, qapını Təqsirləndirilən şəxs özü açmışdır. Onlar özlərini təqdim edib yaşadığı evin həyətyanı torpaq sahəsində narkotik tərkibli bitkiləri əkib-becərməsi barədə məlumat aldıqlarını, videoçəkiliş vasitəsi ilə həyətyanı torpaq sahəsinə baxış keçiriləcəyini bildirilmişlər. X4 tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunduqdan sonra ondan həyətyanı torpaq sahəsinə baxış keçirilməsinə etirazının olub-olmaması soruşulmuş, Təqsirləndirilən şəxs etirazı olmadığını bildirərək kirayədə yaşadığı evin həyətyanı torpaq sahəsinə baxış keçirmələrinə etiraz etməmiş və onları yaşadığı evin həyətinə dəvət etmişdir. X2 təklifinə əsasən Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı torpaq sahəsində tərkibində narkotik maddələr olan bitkilər əkib-becərdiyini etiraf etmiş və özü könüllü olaraq giriş qapısından sol yan tərəfdə hasara yaxın yerdə əkilmiş fındıq koluna yaxınlaşıb əli ilə kolun arasında əkdiyi iki ədəd tərkibində narkotik maddələr olan çətənə bitkilərini göstərmişdir. Aqronom Şahid3 bitkiləri nəzərdən keçirdikdən sonra narkotik tərkibli çtənə bitkiləri olduğunu, bitkilərin diblərinə su tökülərək qulluq göstərildiyini bildirmiş və tək-tək kökündən çıxarıb götürmüşdür. İki ədəd çətənə bitkisinə oxşar bitkilər aqronom tərəfindən kökündən çıxarıldıqdan sonra sağ tərəfdə olan digər fındıq koluna yaxınlaşmışlar və həmin fındıq kolunun arasında bir ədəd, sol tərəfdə olan fındıq kolunun arasında isə daha bir ədəd olmaqla ümumilikdə iki ədəd çətənə bitkilərinə oxşar bitkilərin əkildiyi aşkar edilmiş və həmin bitkilərin də narkotik tərkibli çtənə bitkiləri olduğu aqronom tərəfindən təsdiqləndikdən sonra həmin bitkilər də tək-tək kökündən çıxarılaraq götürülmüşdür. Bundan sonra fərdi yaşayış evi istiqamətində bir qədər getdikdə orada olan böyürtkən kollarının arasında 4 ədəd çətənə bitkilərinə oxşar bitkilərin, kolun arasında olan ağ rəngli plasmas vedrənin içərisində isə daha 3 ədəd çətənə bitkilərinə oxşar bitki şitillərinin əkildiyini görmüşlər və aqronom tərəfindən çətənə bitkilərinə oxşar bitkilər və bitki şitilləri tək-tək kökündən çıxarılaraq götürülmüşdür. Bundan sonra onlar həyətyana torpaq sahəsində əkilmiş digər böyürtkən kollarının arasında iki ədəd plasmas vedrənin olması, vedrələrdən birinin içərisində bir ədəd, digərinin içərisində 3 ədəd çətənə bitkilərinə oxşar bitki şitillərinin əkildiyi, sol tərəfdə olan böyürtkən kolunun arasında isə bir ədəd çətənə bitkisinə oxşar bitkinin əkildiyi müəyyən edilmişdir. Həmin bitkilərin də narkotik tərkibli çtənə bitkiləri olduğu aqronom tərəfindən təsdiqləndikdən sonra həmin bitkilər aqronom tərəfindən tək-tək kökündən çıxarılaraq götürülmüşdür. Bundan sonra onlar həyətyanı torpaq sahəsində olan fərdi yaşayış evinin sağ yan tərəfinə getmiş, orada olan kolların arasında bir-birinə yaxın qoyulmuş ağ, yaşıl, göy, qara rəngli plasmas vedrələrin və dəmir vedrənin içərisində 10 ədəd, sağ tərəfdə olan göy rəngli plasmas vedrənin içərisində bir ədəd, sol tərəfdə olan göy rəngli plasmas vedrənin isərisində bir ədəd, ağ rəngli plasmas vedrənin içərisində bir ədəd, baş hissəsi kəsilmiş plasmas su qabının içərisində isə bir ədəd olmaqla, ümumilikdə 14 ədəd çətənə bitkilərinə oxşar bitkilərin, digər göy rəngli plasmas vedrənin içərisində isə iki ədəd çətənə bitkisi şitilinə oxşar bitki şitillərinin əkildiyi aşkar edilmişdir. Baxışda iştirak edən mütəxəssis-aqronom Şahid3 aşkar olunmuş bütün bitkiləri nəzərdən keçirdikdən sonra həmin bitkilərin narkotik tərkibli çətənə bitkiləri olduğunu və bitkilərin dibinə su tökülərək qulluq göstərildiyini təsdiq etmişdir. Təqsirləndirilən şəxs də aqronomun dediklərini təsdiq edərək bildirmişdir ki, həmin bitkilər narkotik tərkibli çətənə bitkiləridir, gələcəkdə istifadə etməsi məqsədi ilə özü əkib-yetişdirmişdir. Vedrələrdə əkilmiş çətənə bitkilərinə oxşar bitkilərdə aqronom tərəfindən tək-tək kökündən çıxarılaraq götürülmüşdür. Şahid1 ifadəsinin davamında daha sonra göstərdi ki, Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı torpaq sahəsində olan kolların arasında və vedrələrdə əkilmiş bitkilərin 17 ədədi 25-60 sm, 6 ədədi 15-25 sm, 9 ədədi isə 5-10 sm hündürlükdə olmuşlar. Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı torpaq sahəsində aşkar olunmuş 6 ədəd çətənə bitkilərinə oxşar bitkilər və 9 ədəd çətənə bitkisi şitillərinə oxşar bitki şitilləri bir ədəd kağız paketin, qalan 17 ədəd çətənə bitkilərinə oxşar bitkilər isə bir ədəd göy rəngli polietilen torbanın içərisinə qoyulub qablaşdırılaraq möhürlənmiş və bu barədə protokol tərtib edilmişdir. Protokol oxunduqdan sonra iştirakçılar protokola və bitkilərin qablaşdırıldığı paketin üzərinə və torbanın üzərinə yapışdırılmış kağızın üstünə imza etmişlər. Bundan sonra isə Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı torpaq sahəsində aşkar edilmiş bitkilərlə bağlı aqronom Şahid3 tərəfindən rəy yazılmışdır. Rüstəmin yaşadığı evin həyətyanı torpaq sahəsinə baxış keçirilməsi prosesi görüntüləri təhqiqatçı tərəfindən əvvəldən axıradək video çəkiliş vasitəsi ilə qeydə almışdır. İş üzrə məhkəməyədək icraat mərhələsində şahid qismində dindirilmiş Şahid2 ifadəsi məhkəmə istintaqı zamanı elan edilməklə tədqiq edildi və müəyyən olundu ki, Şahid2 tədqiq olunan həmin ifadəsində məhkəmə istintaqı zamanı iş üzrə şahid qismində dindirilən Şahid1la oxşar məzmunda ifadə verib sonuncunun ifadəsində göstərdiyi xüsusatları təstiq etmişdir(iş vərəqə: səh. 83-84,90-91). İş üzrə məhkəməyədək icraat mərhələsində şahid qismində dindirilmiş aqronommütəxəssis Şahid3 üzürlü səbəbdən məhkəmə baxışında iştirak etməmiş, lakin məhkəməyə ünvanladığı teleqrammında ibtidai istintaq zamanı vermiş olduğu mütəxəssis rəyini və şahid qismində dindirildiyi ifadəsini təsdiq etdiyini göstərmişdir. Şahid - aqronom-mütəxəssis Şahid3 məhkəmə baxışı zamanı tədqiq olunan ifadəsində göstərmişdir ki, o, Xaçmaz rayon İcra Hakimiyyətinin Mənzil İstismar İdarəsində aqronom işləyir. xx xxxx 2020-ci il tarixdə Xaçmaz RPŞ-nin TB-nin mütəxəssis təyin olunmasına dair qərarı əsasında Xaçmaz rayonunun, İstisu qəsəbəsində fərdi evlərdən birinin həyətyanı torpaq sahəsinə keçirilmiş baxışda aqronom-mütəxəssis qismində iştirak etmişdir. RPŞ-nin X4, CAB-nin əməliyyat müvəkkili Şahid1, polis nəfəri Şahid2 və başqaları birlikdə həmin baxışda iştirak etmişlər. Qapını Evin qapısını Təqsirləndirilən şəxs adlı şəxs açıb həmin evdə kirayədə yaşadığını bildirmişdir. Polis əməkdaşları özlərini Təqsirləndirilən şəxs təqdim edib yaşadığı evin həyətyanı torpaq sahəsində narkotik tərkibli bitkiləri əkib-yetişdirməsi barədə məlumat aldıqlarını bildirmiş, videoçəkiliş vasitəsi ilə həyətyanı torpaq sahəsinə baxış keçiriləcəyi barədə onu xəbərdar etmişlər. X4 tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunduqdan sonra ondan həyətyanı torpaq sahəsinə baxış keçirilməsinə etirazının olub-olmaması soruşulmuş, Təqsirləndirilən şəxs kirayədə yaşadığı evin həyətyanı torpaq sahəsinə baxış keçirilməsinə etiraz etməyərək onları yaşadığı evin həyətinə dəvət etmişdir. Həyətə daxil olduqdan sonra X4 Təqsirləndirilən şəxs kirayədə yaşadığı evin həyətyanı torpaq sahəsində qanunsuz olaraq narkotik tərkibli bitkilər əkdiyi təqdirdə özünün könüllü olaraq təqdim etməsini təklif etmişdir. Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı torpaq sahəsində tərkibində narkotik maddələr olan bitkilər əkib-becərdiyini etiraf edərək giriş qapısından sol yan tərəfdə hasara yaxın yerdə əkilmiş fındıq koluna yaxınlaşıb əli ilə kolun arasında əkdiyi bitkiləri göstərmişdir. O, bitkilərə baxdıqda fındıq kolunun arasında iki ədəd tərkibində narkotik maddələr olan çətənə bitkisi əkildiyini görmüşdür. O, həmin bitkilərin hər birini ayrı-ayrılıqda nəzərdən keçirib müəyyən etmişdir ki, həmin bitkilər tərkibində narkotik maddələr olan çətənə bitkiləridir və bitkilərin diblərinə su tökülərək aqrotexniki qaydada qulluq göstərilmişdir. Bu barədə polis əməkdaşlarına bildirdikdən sonra Təqsirləndirilən şəxs onun dediklərini təsdiq edərək həmin bitkilərin narkotik tərkibli çətənə bitkisi olduğunu və gələcəkdə istifadə etməsi məqsədi ilə özünün əkib-yetişdirdiyini bildirmişdir. O, iki ədəd çətənə bitkilərini tək-tək kökündən çıxarıb götürmüşdür. İki ədəd çətənə bitkisini kökündən çıxarıb götürdükdən sonra həmin fındıq kolundan sağ tərəfdə olan fındıq koluna yaxınlaşmışlar və həmin fındıq kolunun arasında bir ədəd, sol tərəfdə olan digər fındıq kolunun arasında isə bir ədəd olmaqla ümumilikdə iki ədəd çətənə bitkilərinin əkildiyi aşkar edilmiş və hər iki bitkinin dibinə su tökülərək qulluq göstərildiyi müəyyən edilmişdir. İki ədəd həmin çətənə bitkiləri də kökündən çıxarılıb götürülmüşdür. Bundan sonra onlar fərdi yaşayış evi istiqamətində getmiş və orada olan böyürtkən kollarının arasında 4 ədəd çətənə bitkilərinin, kolun arasında olan ağ rəngli plasmas vedrənin içərisində isə 3 ədəd çətənə bitkisi şitillərinin əkildiyi aşkar olunmuş və həmin çətənə bitkilərinin və vedrədə əklilmiş çətənə bitkisi şitillərinin diblərinə su tökülərək qulluq göstərildiyi müəyyənləşdirilmişdir. O, 4 ədəd çətənə bitkilərini və 3 ədəd çətənə bitkisi şitillərini tək-tək kökündən çıxarıb götürdükdən sonra onlar həyətyana torpaq sahəsində əkilmiş digər böyürtkən koluna yaxınlaşmışlar və həmin böyürtkən kolunun arasında iki ədəd plasmas vedrənin olması, vedrələrdən birinin içərisində bir ədəd, digərinin içərisində 3 ədəd çətənə bitkisi şitillərinin əkildiyi, sol tərəfdə olan böyürtkən kolunun arasında isə bir ədəd çətənə bitkisinin əkildiyi və həmin bitkilərin diblərinə su tökülərək qulluq göstərildiyi müəyyən edilmişdir. Vedrələrdə əkilmiş 4 ədəd çətənə bitkisi şitillərini və böyürtkən kolunun arasında əkilmiş bir ədəd çətənə bitkisini tək-tək kökündən çıxarıb götürmüşlər. Bundan sonra onlar həyətyan torpaq sahəsində olan fərdi yaşayış evinin sağ yan tərəfinə getmiş, orada olan kolların arasında bir-birinə yaxın qoyulmuş ağ, yaşıl, göy, qara rəngli plasmas vedrələrin və dəmir vedrənin içərisində 10 ədəd, sağ tərəfdə olan göy rəngli plasmas vedrənin içərisində bir ədəd, sol tərəfdə olan göy rəngli plasmas vedrənin isərisində bir ədəd, ağ rəngli plasmas vedrənin içərisində bir ədəd, baş hissəsi kəsilmiş plasmas su qabının içərisində bir ədəd olmaqla, ümumilikdə 14 ədəd çətənə bitkilərinin, digər göy rəngli plasmas vedrənin içərisində isə iki ədəd çətənə bitkisi şitillərinin əkildiyi və həmin bitkilərin diblərinə su tökülərək aqrotexniki qaydada qulluq göstərilildiyi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs aşkar edilib götürülən həmin bitkilərin narkotik tərkibli çətənə bitkiləri olduğunu və gələcəkdə istifadə etməsi məqsədi ilə özünün əkibyetişdirdiyini təsdiq etmişdir. Vedrələrdə əkilmiş 14 ədəd çətənə bitkilərini və 2 ədəd çətənə bitkisi şitillərini də o, tək-tək kökündən çıxarmışdır. Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı torpaq sahəsində olan kolların arasında və vedrələrdə əkilmiş bitkilərin 17 ədədi 25-60 sm, 6 ədədi 15-25 sm, 9 ədədi isə 5-10 sm hündürlükdə olmuşlar. Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı torpaq sahəsində aşkar olunmuş 6 ədəd çətənə bitkiləri və 9 ədəd çətənə bitkisi şitilləri bir ədəd kağız paketin, qalan 17 ədəd çətənə bitkiləri isə bir ədəd göy rəngli polietilen torbanın içərisinə qoyulub qablaşdırılaraq möhürlənmiş və bu barədə protokol tərtib edilmişdir. Protokol oxuduqdan sonra həmin protokol və içərisində çətənə bitkiləri olan paketin üzərinə və torbanın üzərinə yapışdırılmış kağızın üzəri imzalanmışdır. Bundan sonra o, həmin bitkilərin əkilibbecərilməsi qanunla qadağan olunmuş tərkibində narkotik maddələr olan çətənə bitkiləri olması və aqrotexniki qaydada qulluq göstərilməklə əkilib-yetişdirilməsi barədə rəy yazaraq təhqiqatçıya təqdim etmişdir. Şahid3 tədqiq olunan ifadəsində daha sonra göstərmişdir ki, Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı torpaq sahəsinə baxış keçirilməsinin görüntüləri isə təhqiqatçı Fehruz Qasımov tərəfindən əvvəldən axıra kimi video çəkiliş vasitəsi ilə qeydə alınmışdır. Təqsirləndirilən şəxs kirayədə yaşadığı evin ön tərəfində çətənə bitkilərini bir-birindən aralı məsafədə əkilmiş fındıq və böyürtkən kollarının arasında əkmiş, çətənə bitkisi şitilləri əkilmiş vedrələridə ayrı-ayrı böyürtkən kollarının arasında gizlətmişdir. Ümumilikdə 32 ədəd çətənə bitkisi və bitki şitilləri götürülmüşdür. Yazdığı rəydə də bitkilərin dəqiq sayı və ölçüləri göstərilmişdir. Təqsirləndirilən şəxs yaşadığı evin ön tərəfində 16 ədəd, sağ yan tərəfində də 16 ədəd olmaqla ümumilikdə 23 ədəd çətənə bitkiləri və 9 ədəd çətənə bitkisi şitilləri aşkar edilərək götürülmüşdür(iş vərəqə: səh. 85-87). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan Xaçmaz rayon İHB-nın İstisu qəsəbə İƏD-nin xx xxxxxxxx 2020-ci il tarixli, 44 nömrəli məktubundan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs kirayədə yaşadığı, həyətyanı torpaq sahəsində narkotik tərkibli çətənə bitkiləri aşkar edilmiş Xaçmaz rayonunun İstisu qəsəbəsindəki ev həmin kəndin sakini Şahid4 məxsus olmuşdur(iş vərəqə: səh. 102). Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Şahid4 ifadəsində göstərdi ki, o, ailəsi ilə birlikdə Xaçmaz rayonunun İstisu qəsəbəsində yaşamış, Siyəzən rayonu, Yenikənd kənd sakini, baxılan iş üzrə Təqsirləndirilən şəxs təxminən 6 il əvvəldən tanımışdır. Onun Rüstəmlə heç bir qohumluq əlaqəsi olmamışdır. Onun Xaçmaz rayonunun İstisu qəsəbəsində yaşadığı evdən təxminən 1,5 km aralıda başqa bir fərdi yaşayış evi olmuşdur. Uzun muddət həmin evdə heç kim yaşamamış və ev baxımsız qalmışdır. Təxminən 6 il əvvəl Rüstəm onun yanına gəlmiş, mövsümü olaraq Xəzər dənizindən balıq tutub satmaqla məşğul olduğunu, lakin yaşayış yeri olmadığını bildirmiş və İstisu qəsəbəsində olan, heç kimin yaşamadığı evini ona kirayə verməyi xahiş etmişdir. O, etiraz etməmiş və Rüstəmin İstisu qəsəbəsində olan evində yaşamasına icazə vermişdir. O, Rüstəmdən kirayə haqqı almamış, Rüstəmdən evin, həyətyanı torpaq sahəsinin təmizliyinə baxmasını, həyətdə əkilmiş ağaclara qulluq göstərməsini xahiş etmişdir. Qarşılıqlı razılaşmadan sonra o, İstisu qəsəbəsində olan həmin evinin açarını Rüstəmə vermişdir. Şahid4 ifadəsinin davamında göstərdi ki, sonrakı müddətdə Rüstəm ailəsi ilə birlikdə onun evində yaşamışdır. İlk vaxtlar o, bir neçə dəfə gedib evə baxmış və ev səliqəli olduğunu, həyətyanı torpaq sahəsinin otlardan və kollardan təmizləndiyini, Rüstəm özü üçün tərəvəz məhsulları əkdiyini görmüşdür. Rüstəmin evə və həyətyanı torpaq sahəsinə yaxşı baxmasına əmin olduqdan sonra daha həmin evə gedib onu və ailəsini narahat etməmişdir. Sonrakı illərdə də Rüstəm ailəsi ilə birlikdə onun evində yaşadığını bilmişdir. xx xxxx 2020-ci il tarixdə isə Rüstəmin yaşadığı evin həyətyanı torpaq sahəsində narkotik tərkibli bitkilər əkib-yetişdirdiyi üçün polis əməkdaşları tərəfindən tutulduğunu eşitmişdir. O, tez gedib evinə baxmış və evdə heç kimin olmadığını, həyət qapısının və evin giriş qapısının isə açıq olduğunu görmüşdür. O, Rüstəmlə əlaqə saxlaya bilmədiyindən gedib başqa açar almış, həyət qapısını və evin giriş qapısını bağlamışdır. Həmin vaxtdan sonra Rüstəmi görməmiş və hazırda sonuncu onun evində yaşamır. Təqsirləndirilən şəxs onun evinin həyətyanı torpaq sahəsində narkotik tərkibli çətənə bitkiləri əkib-yetişdirməsindən heç vaxt məlumatı olmamışdır. Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan baxış və götürmə aparılması haqqında xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs kirayədə yaşadığı Xaçmaz rayonunun İstisu qəsəbəsindəki evin həyətyanı torpaq sahəsinə baxış keçirilərkən həyətyanı torpaq sahəsində olan fərdi yaşayış evinin ön tərəfində əkilmiş fındıq kollarının arasında 4 ədəd, böyürtkən kollarının arasında 5 ədəd narkotik tərkibli çətənə bitkilərinin, böyürtkən kollarının arasında gizlədilmiş plastmas vedrələrin içərisində 7 ədəd çətənə bitkisi şitillərinin əkilməsi, evin sağ yan tərəfində olan kolların arasında gizlədilmiş plastmas və dəmir vedrələrdə isə 14 ədəd narkotik tərkibli çətənə bitkilərinin və iki ədəd çətənə bitkisi şitillərinin əkilməsi aşkar edilmişdir(iş vərəqə: səh. 14-15). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Təqsirləndirilən şəxs kirayədə yaşadığı Xaçmaz rayonu, İstisu qəsəbəsindəki fərdi yaşayış evinin həyətyanı torpaq sahəsinə baxış keçirilməsi və tərkibində narkotik vasitələr olan çətənə bitkilərinin götürülməsi prosesinin videogörüntülərini özündə əks etdirən bir ədəd «CD» formatlı diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, həmin protokolda Təqsirləndirilən şəxs özünün iştirakı ilə sonuncunun kirayədə yaşadığı evin həyətyanı torpaq sahəsinə polis əməkdaşları və mütəxəssis-aqronom tərəfindən baxış keçirilməsi, baxış nəticəsində həyətyanı torpaq sahəsində olan fındıq, böyürtkən kollarının arasında əkilmiş 9 ədəd narkotik tərkibli çətənə bitkilərinin, kolların arasında gizlədilmiş plastmas və dəmir vedrələrin içərisində əkilmiş 14 ədəd narkotik tərkibli çətənə bitkilərinin və 9 ədəd çətənə bitkisi şitillərinin aşkar edilib götürülməsi barədə qeydlər aparılmışdır. Məhkəmə baxışı zamanı qeyd olunan videogörüntüləri özündə əks etdirən bir ədəd «CD» formatlı diskə baxış keçirilməsi haqqında protokolla Təqsirləndirilən şəxs kirayədə yaşadığı Xaçmaz rayonu, İstisu qəsəbəsindəki fərdi yaşayış evinin həyətyanı torpaq sahəsinə baxış keçirilməsi və götürmə aparılması haqqında xx xxxx 2020-ci il tarixli protokol arasında ziddiyyət müəyyən edilməmişdir(iş vərəqə: səh. 53). Həmçinin məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs kirayədə yaşadığı fərdi yaşayış evinin həyətyanı torpaq sahəsinə baxış keçirilməsi və tərkibində narkotik vasitələr olan çətənə bitkilərinin götürülməsi prosesi ilə bağlı olan «CD» formatlı diskdəki videogörüntülərin nümayişi ilə müəyyən edildi ki, həmin diskdəki videogörüntülərlə baxış keçirilməsi və götürmə aparılması haqqında xx xxxx 2020-ci il tarixli, eyni zamanda «CD» formatlı diskə baxış keçirilməsi haqqında protokollar arasında hər hansı formada ziddiyyət müəyyən edilməmişdir(iş materialları). İşdə olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan xx xxxx 2020-ci il tarixli mütəxəssis rəyindən görünür ki, rəy tərtib olunan həmin tarixdə Təqsirləndirilən şəxs kirayədə yaşadığı Xaçmaz rayonunun İstisu qəsəbəsindəki evin həyətyanı torpaq sahəsində olan fındıq kollarının arasında 4 ədəd, böyürtkən kollarının arasında 5 ədəd, plasmas və dəmir vedrələrdə 23 ədəd olmaqla ümumilikdə 32 ədəd narkotik tərkibli çətənə bitkiləri aşkar edilərək götürülmüşdür. Tədqiq olunan mütəxəssis rəyindən görünür ki, aşkar edilib göbtürülmüş bitkilərə müvafiq formada aqrotexniki qaydada qulluq edilməklə kultivasiya olunub becərilmişdir (iş vərəqə: səh. 18). Bundan başqa, məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəməbioloji ekspertizasının xx xxxx 2020-ci il tarixli, 7/331 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kirayədə yaşadığı fərdi yaşayış evinin həyətyanı torpaq sahəsindən aşkar edilməklə götürülmüş və tədqiqata təqdim olunmuş kağız paketdə yaş vəziyyətdə ümumi sayı 15 ədəd, onlardan 6 ədəd, hündürlükləri 15 sm - 25 sm, ümumi çəkisi - 4,155 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkiləri, 9 ədəd hündürlükləri 5 sm - 10 sm, ümumi çəkisi - 0,550 qram olan bitki şitilləri əkilib-becərilməsi qadağan olunmuş çətənə (kannabis) bitkisinin şitilləridir. Tədqiq olunan həmin rəydən daha sonra görünür ki, tədqiqata təqdim olunmuş göy rəngli polietilen torbada yaş vəziyyətdə ümumi sayı 17 ədəd, hündürlükləri 25 sm - 60 sm, ümumi çəkisi - 875,0 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkiləridir. Daha sonra tədqiq olunan həmin rəydən görünür ki, tədqiqata təqdim olunmuş kağız paketdə və göy rəngli polietilen torbadakı çətənə bitkilərinin ümumi sayı 23 ədəd, ümumi çəkisi isə 879,155 qram təşkil edir. Ən nəhayət, tədqiq olunan həmin rəydə aqronom (mütəxəssis) tərəfindən tərtib olunan rəyə qiymət verilmiş və rəyə uyğun olaraq əsasən Təqsirləndirilən şəxs kirayədə yaşadığı fərdi yaşayış evinin həyətyanı torpaq sahəsindən aşkar edilməklə götürülmüş çətənə (kannabis) bitkilərinə və şitillərinə aqrotexniki qaydada qulluq edildiyi göstərilmişdir (iş vərəqə: səh.38-42). Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, ibtidai istintaq orqanının müvafiq qərarına əsasən Təqsirləndirilən şəxs kirayədə yaşadığı fərdi yaşayış evinin həyətyanı torpaq sahəsindən aşkar edilməklə götürülmüş 23 ədəd çətənə (kannabis) bitkiləri və 9 ədəd çətənə (kannabis) bitkisinin şitilləri maddi sübüt kimi qiymətləndirilməklə saxlanılmasından ötrü Xaçmaz RPŞ-yə təhvil verilmiş, həmçinin baxış keçirilməsi və tərkibində narkotik vasitələr olan çətənə bitkilərinin götürülməsi prosesinin videogörüntülərini özündə əks etdirən bir ədəd «CD» formatlı disk yenə də maddi sübüt kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir (iş vərəqə: səh.77-79). Məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-narkoloji ekspertizanın xx xxxx 2020-ci il tarixli, 2017 nömrəli rəyi ilə müəyyən edildi ki, tibbi müayinə zamanı Təqsirləndirilən şəxs çətənə bitkisi preparatlarından sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunmuşdur. Lakin tədqiqat aparılan mərhələdə onda abstinensiya, intoksikasiya əlamətlərinin olmaması, həmçinin öz vəziyyətinə tənqidi münasibətinin olması nəzərə alınnmış və onun barəsində narkomaniyadan məcburi müalicə təyini olunması məsləhət bilinməmişdir. Qeyd olunanlara əsasən ekspertlər tərəfindən Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür (iş vərəqə: səh.105-106). Məhkəmə təqsirləndirilən şəxsin əməllərinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2011-ci il tarixli qərarının, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və xx xxxx 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı”nın konkret müddəalarını rəhbər tutmuşdur. Belə ki, xx xxxx 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən İİİ siyahıda, yəni “qanunsuz kultivasiya edilən, tərkibində narkotik maddələr olan bitkilər” siyahısına əsasən çətənə növlü bitkilər Azərbaycan Respublikasında bitən, lakin kultivasiyası qadağan olunmuş tərkibində narkotik maddələr olan bitkilərdir və həmin bitkilərin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 3-15 ədəd (6- 30 hissə), külli miqdar daxil olmaqla yuxarı həddi 16 ədəd (31 hissə) müəyyən edilmişdir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisini külli miqdarda kultivasiya etməklə (əkmə, yetişdirmə və ya onları (onların hissələrini) toplama) Azərbaycan Respublikasının CM-nin 237.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun cinayət əməli ibtidai istintaq orqanı tərəfindən CM-nin 237.2.3-cü maddəsi ilə düzgün ixtisaslaşdırılmışdır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar və onu cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 237.2.3-cü maddəsi ilə tövsif edilməli və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. İşdə olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin əməliyyat-sorğu arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan Azərbaycan Respublikası Siyəzən rayonu, Yenikənd kənd İƏD üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamədən görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur (iş vərəqə: səh. 18,88-89,98). Bundan başqa, işdə olan Siyəzən rayonu, Yenikənd kənd İƏD üzrə nümayəndəliyindən verilmiş xx xxxxxx 2020-c il tarixli arayışla müəyyən olunur ki, Təqsirləndirilən şəxs ailənin yeganə qazancgətirənidir. Belə ki, tədqiq olunan həmin arayışdan görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs həyat yoldaşı heç bir yerdə işləmir, 2002-ci il təvəllüdlü oğlu hərbi xidmətdədir, 2006-cı il təvəllüdlü qızı isə yetkinlik yaşına çatmayan olmaqla şagirddir. Məhkəməyə təqdim olunan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Siyəzən rayon bölməsindən verilmiş xx xxxxxx 2020-c il tarixli arayışla müəyyən olunur ki, təqsirləndirilən Təqsirləndirilən şəxs 2002-ci il təvəllüdlü oğlu X3 həqiqi hərbi xidmətdədir (iş materialları). Təqsirləndirilən şəxs istər məhkəmə baxışı zamanı və istərsə də son sözlə məhkəməyə müraciət edərkən əməlindən səmimi peşiman olduğunu məhkəmənin nəzər diqqətinə çatdırdı. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamasını, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını və tutduğu əməldən səmimi peşmanlığını, onun ailənin yeganə qazancgətirəni olmasını, övladlarından birinin həqiqi hərbi xidmətdə olduğunu, himayəsində bir nəfər azyaşlı uşağının olmasını, Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı torpaq sahəsindən ümumi çəkisinin yaş vəziyyətdə 879,155 qram olan 23 ədəd çətənə (kannabis) bitkisinin və ümumi çəkisinin 0,550 qram olan 9 ədəd çətənə (kannabis) bitkisinin şitillərinin xüsusi əhəmiyyət kəsb etməyən miqdarda (ümumilikdə bir kiloqram təşkil etmir), yetişməmiş halda, yəni cinayətin ictimai təhlükəliliyinin əhəmiyyətli dərəcədə az olduğu bir mərhələdə aşkar edilərək götürüldüyünü, Təqsirləndirilən şəxs aşkar olunan çətənə (kannabis) bitkilərini satış məqsədilə, yəni cəmiyyətə zərər vurmaq məqsədilə əkmədiyni qanunla birbaşa nəzərdə tutulmasa da, Azərbaycan Respublikası CM-nin 59.1.4-cü və 59.2-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Belə ki, Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən cinayət törpətmiş şəxsin himayəsində azyaşlı uşağının olması cəzasını yüngülləşdirən hal hesab olunur. Həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib qeyd edir ki, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri külli miqdarda kultivasiya etməyə (əkmə, yetişdirmə və ya onları (onların hissələrini) toplamağa) görə Cinayət Məcəlləsinin 237.2-ci maddəsində konkret olaraq üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuş, həmin cəzaya alternativ cəza növü nəzərdə tutulmamışdır. Qanunun bu müddəasına görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.2.3-cü maddəsində nəzərdə tutulan əməli törətməyə görə müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunmalıdır. Lakin məhkəmə Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı torpaq sahəsindən ümumi çəkisinin yaş vəziyyətdə 879,155 qram olan 23 ədəd çətənə (kannabis) bitkisinin və ümumi çəkisinin 0,550 qram olan 9 ədəd çətənə (kannabis) bitkisinin şitillərinin xüsusi əhəmiyyət kəsb etməyən miqdarda (ümumilikdə bir kiloqram təşkil etmir), yetişməmiş halda, yəni cinayətin ictimai təhlükəliliyinin əhəmiyyətli dərəcədə az olduğu bir mərhələdə aşkar edilərək götürüldüyünü, Təqsirləndirilən şəxs aşkar olunan çətənə (kannabis) bitkilərini satış məqsədilə, yəni cəmiyyətə zərər vurmaq məqsədilə əkib becərməsinin sübuta yetirilmədiyni, onun əvvəllər məhkum olunmadığını, özünün ailənin yeganə qazancgətirəni olmasını, övladlarından birinin həqiqi hərbi xidmətdə olduğunu, himayəsində bir nəfər azyaşlı uşağının olmasını, tutduğu əməldən səmimi peşiman olduğunu, onun azadlıqdan məhrum etmə cəzasına məhkum olunacağı təqdirdə, bu cəzanın onun ailə şəraitinə nəzərə çarpacaq dərəcədə təsir göstərəcəyini, istər məhkəməyədək, istərsə də məhkəmə baxışı mərhələsində müsbət davranış nümayiş etdirdiyini və bununla da azadlıqdan məhrum edilmədən də islah oluna biləcəyini sübut etdiyini və s. məcmu olaraq müstəsna hal kimi nəzərə alıb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qeyd olunan əmələ görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunması ədalət və humanizm prinsipləri baxımından qeyri-obyektiv və Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə zidd olmuş olardı. Belə ki, Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, onun barəsində Azərbaycan Respublikası CM-nin 62-ci maddəsi tətbiq edilməklə ona törətdiyi cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza - azadlığın məhdudlaşdırılması cəzası təyin edilməsi, onun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılması və üzərinə bu cəzadan irəli gələn müəyyən vəzifələr qoyulması məqsədə müvafiqdir. Azərbaycan Respublikası CM-nin 62.1-ci maddəsinin tələblərinə görə cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Həmin Məcəllənin 62.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2 və 52-1.3-cü maddələrinə əsasən məhkəmə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxslər üzərində bu Məcəllənin 52-1.2.1 - 52-1.2.4-cü və 52-1.3.1 - 52-1.3.4-cü maddələrində nəzərdə tutulan əsas və əlavə vəzifələr müəyyən edir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, daimi yaşadığı Siyəzən rayonunun ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikası CM-nin 52-1.4-cü mddəsinə əsasən azadlığın məhdudlaşdırılması altı aydan beş ilədək müddətə təyin edilir. Məhkəmə Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı ilə bağlı məsələni müzakirə edib belə nəticəyə gəlir ki, onun cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə, həmçinin qeyd edir ki, hökmün icrası Təqsirləndirilən şəxs daimi yaşadığı Siyəzən rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Bundan başqa, məhkəmə Təqsirləndirilən şəxs təyin olunmalı azadlığın məhdudlaşdırılması cəzasının müddəti ilə bağlı məsələni müzakirə edib belə nəticəyə gəlir ki, məhkəməyədək icraat mərhələsində Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulub saxlanıldığı müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına hesablanmaqla həmin cəzadan çıxılmalı və məhkum tərəfindən çəkilməli olan cəzanın müddəti qətiləşdirilməlidir. Belə ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat mərhələsində xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək şübhəli şəxs qismində tutulub 02 (iki) gün saxlanılmışdır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Qanunun bu müddəasına əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat mərhələsində şübhəli şəxs qismində tutulub saxlanıldığı 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasının dörd gününə bərabər tutulmaqla təyin olunan azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı və məhkum üzərində qəti cəza saxlanılmalıdır. Qeyd olunanlarla yanaşı məhkəmə, həmçinin qeyd edir ki, azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunan Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökmün icrası isə onun daimi yaşayış yeri üzrə Siyəzən rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinə dair məsələni müzakirə edib belə nəticəyə gəlir ki, böarəsində olan “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Həmçinin məhkəmə işdə olan məhkəmə-narkoloji ekspertizanın xx xxxx 2020-ci il tarixli, 2017 nömrəli rəyini nəzərə alıb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs çətənə bitkisi preparatlarından sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunsa da, tədqiqat aparılan mərhələdə onda abstinensiya və intoksikasiya əlamətlərinin olmaması, həmçinin öz vəziyyətinə tənqidi münasibətinin olması ilə əlaqədar olaraq narkomaniyadan məcburi müalicəyə ehtiyacı olmadığından onun barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi-xarakterli məcburi tədbir təyin edilməməli, lakin o, rəy üzrə göstərişə əsasən yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası CPM-nin 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Xaçmaz rayon Polis Şöbəsində saxlanılan, ekspertiza tədqiqatlarından sonra qalıq qalmış təmiz çəkisi 878,695 qram olan 23 ədəd çətənə bitkiləri və təmiz çəkisi 0,550 qram olan 9 ədəd çətənə bitkisi şitilləri məhv edilməli, baxış keçirilməsi və tərkibində narkotik vasitələr olan çətənə bitkilərinin götürülməsi prosesinin videogörüntülərini özündə əks etdirən bir ədəd «CD» formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, iş üzrə 66,46 (altmış altı manat 46 qəpik) manat məbləğində ekspertiza xərci mövcuddur ki, qeyd olunan bu məbləğ məhkəmə məsrəfləri olaraq Təqsirləndirilən şəxsdan tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək şübhəli şəxs qismində tutulub saxlanıldığı 02 (iki) gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, daimi yaşadığı Siyəzən rayonunun ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Siyəzən rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı olmaması nəzərə alınsın, barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi müalicə təyin edilməsin, o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübutlara dair məsələ aşağıdakı qaydada həll edilsin: - Xaçmaz rayon Polis Şöbəsində saxlanılan, ekspertiza tədqiqatlarından sonra qalmış təmiz çəkisi 878,695 qram olan 23 ədəd çətənə bitkiləri və təmiz çəkisi 0,550 qram olan 9 ədəd çətənə bitkisi şitilləri məhv edilsin; - Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı torpaq sahəsinə baxış keçirilərkən qeydə alınmış video görüntülərin köçürüldüyü bir ədəd «CD» formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri – 66,46 (altmış altı manat 46 qəpik) manat məbləğində ekspertiza xərci məhkum Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu vaxtdan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-372/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-372/2021
29.01.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver