Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-372/2022 30.09.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Saat 12:00-da Hakim Paşayev Azər İslah oğlunun sədrliyi ilə, hakimlər Quliyev Əhməd Qəhrəman oğlu və Həsənzadə İradə Xəlil qızından ibarət tərkibdə, Məhkəmə iclasının katibləri X12 və X1, Dövlət ittihamçıları Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokurorları Dövlət ittihamçısı və X4, Müdafiəçilər Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakları ilə xx xxxxxx 1979-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında pasport qeydiyyatında olan və həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.2.4, 221.3, 228.4 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs şəxsiyyəti istintaqa məlum olmayan “Mübariz” adlı şəxs ilə bir qrup şəxs halında 18 dekabr 2020-ci il tarixdə, saat 15:00 radələrində idarə etdiyi qara rəngli “KİA” markalı dövlət qeydiyyat nömrəsi istintaqa məlum olmayan avtomobillə ünvan 3 ünvanda yerləşən istirahət parkının qarşısına gələrək tanışı “Mübariz” adlı şəxs ilə birlikdə avtomobildən enib əllərində olan bıçaqla yolun kənarında dayanmış Zərərçəkmiş şəxs yaxınlaşaraq Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxsla əvvəllər aralarında baş vermiş sözlü mübahisəni bəhanə edib heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə, özünün müstəsna şəxsiyyət olduğunu, başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etmək niyyəti ilə, özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeyidlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərərək, özünün şəxsiyyətini digər şəxslərin şəxsiyyətinin fövqündə qoyaraq, ətrafda olan şəxslərin gözü qarşısında, eləcə də uzun müddət ərzində cəmiyyətdə insanlar arasında bərqərar olmuş ədəb qaydalarının pozulmasına səbəb olan hərəkətlərlə, ictimai qaydanı kobud surətdə pozub, cəmiyyətə açıqca hörmətsizlik ifadə edərək, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər edib əlindəki soyuq silah hesab edilən bıçaqla Zərərçəkmiş şəxs qarın nahiyyəsindən üç dəfə vurub ona qarının sol yan divarında olan deşilmiş-kəsilmiş yara həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirmiş, daha sonra Zərərçəkmiş şəxs zərbələrdən yayınmaq üçün yaxınlıqda olan markası və dövlət qeydiyyat nömrəsi istintaqa məlum olmayan ağ rəngli avtomobilə tərəf qaçmış, Təqsirləndirilən şəxs da tanışı “Mübariz” adlı şəxs ilə birlikdə qərəzli hərəkətlərini davam etdirərək Zərərçəkmiş şəxs üzərinə hücum edib əllərində olna bıçaqla sonuncunun qol nahiyyələrindən ardıcıl zərbələr vuraraq ona sağ və sol saidin deşilmiş-kəsilmiş yaraları isə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər yetirərək qəsdən sağlamlığa ağır zərər vurmaqla xuliqanlıq etmişdir. Bundan başqa o, istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 6,610 qram təmiz çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla Bakı şəhəri, Nizami rayonu, Şahid4 prospekti 105 ünvanının yaxınlığına daşımış, onun külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 28 may 2021-ci il tarixdə, saat 17:30-da Bakı şəhəri, Nizami rayonu, Şahid4 prospekti 105 ünvaının yaxınlığında saxlanılaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasına gətirilmiş, orada üzərində şəxsi axtarış aparılan zaman əynində olan göy rəngli şalvarın sağ yan cibində 02 ədəd şəffaf sellofan bükümdə eyni tərkibli ayrı-ayrılıqda təmiz çəkisi 3,250 qram və 3,360 qram olmaqla ümumi təmiz çəkisi 6,610 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroun aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində özünü ona elan olunmuş ittihamlarda təqsirli bilməyərək göstərmişdir ki, 18 dekabr 2020-ci il tarixdə bölmə rəisi ona zəng edərək evdə istifadə etdiyi bıçağı götürərək bölməyə gəlməsini bildirmişdir. Bölmədə ona bıçaqlaşma olduğunu, həmin görüntülərdə onun olduğunu bildirmişlər və onu Nizami rayon Polis İdarəsinə aparmışlar. O, polis əməkdaşlarına bıçaqlaşmada iştirak etmədiyini bildirmişdir. Lakin onun barəsində Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə cinayət işi başlanılıb istintaq aparılmışdır. Daha sonra polis əməkdaşları onu yanacaqdoldurma məntəqəsində tutmuş və BMCMİ-ə aparmışlar. Orada ondan silah istəmişlər, o, isə silahının olmadığını onlara bildirmişdir. Ona hədə-qorxu gələrək silahı götürməyini bildirmişlər və o, razılıq verəndən sonra video çəkiliş aparmışlar. Verilən suallara cavab olaraq bildirmişdir ki, onun Mübariz adlı şəxslə heç bir əlaqəsi olmamış, onu tanımamışdır. Onun bıçağında qan ləkəsi olmamış, zərərçəkmiş şəxs də onu onun bıçaqlamadığını bildirmişdir. Onun üzərində narkotik vasitə olmamış, məhkəmədə ifadə verən Hətəm adlı şəxs onun saxlanılma əməliyyatında iştirak etməmişdir. Polis idarəsində ondan nə səbəbə narkotik vasitələri satanlara təzyiq göstərməsini soruşmuşlar. Sözügedən hadisə olan şəxs Anar olmuş, o, qazidir. X25 Bölməsinə aparılmamasının səbəbini bilmir. İbtidai istintaq zamanı təzyiqlər nəticəsində sənədlərə imza çəkmişdir. O, heç kimdən narkotik vasitə almamışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı verdiyi ifadəsi özünümüdafiə xarakteri daşımaqla ağır ittihamdan yayınmaq məqsədi güdür və iş materiallarında olan aşağıdakı sübutlarla tam təkzib edilir. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 07 oktyabr 2021-ci il tarixdə müdafiəçinin iştirakı ilə təqsirləndirilən şəxs qismində dindirilərkən ifadəsində bildirmişdir ki, 2020-ci il dekabr ayının ortalarında Keşlə qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs ilə Keşlə qəsəbəsində aralarında sözlə mübahisə düşmüşdür. Həmin vaxt ətrafda olan şəxslər onları ayıraraq mübahisənin böyüməsinə imkan verməmişlər. Həmin vaxt Hacıbəy onunla tərkrar görüşəcəyini, bu məsələyə aydınlıq gətirəcəyini bildirmişdir. Həmin gündən sonra o, Hacıbəyi görməmişdir. xx.xx.2020-ci il tarixdə saat təxminən 15-16 radələrində idarə etdiyi “KİA” markalı avtomobil ilə Nizami rayonu, Keşlə qəsəbəsində yerləşən Keşlə parkının yanından keçən zaman Hacıbəyin yolun kənarında 5-6 nəfər şəxslə birlikdə dayandığını görmüşdür. O, avtomobili Hacıbəyin yanında saxlayıb avtomobildən düşmüşdür. Həmin vaxt yanında hadisədən təxminən 3-4 gün əvvəl tanıdığı Mübariz adlı şəxs də olmuşdur. O, Hacıbəy ilə söhbət edib aralarında olan narazılığa sülh yolu ilə son qoymaq istəmişdir. Elə bu məqsədlə də ona hər kəsin yanında yaxınlaşmışdır. Bu zaman Hacıbəy əynində olan gödəkçənin iç cibindən bıçaq çıxarmış, ona tərəf bıçaq zərbəsi vurmaq istədikdə o, həmin zərbədən yayınmış və əlindəki bıçaqla Hacıbəyin qarın nahiyyəsindən 3 dəfə ardıcıl zərbələr vurmuşdur. Hacıbəy zərbələrdən yayınmaq üçün bir neçə metr arxasında olan ağ rəngli yük avtomobilinə tərəf qaçmışdır. Həmin vaxt Mübariz və o, Hacıbəyin üzərinə getmişlər. O, təkrar olaraq Hacıbəyin bədənin müxtəlif nahiyyələrindən zərbələr endirmişdir. Həmin zərbələrdən sonra Hacıbəy zərbələrdən yayınmaq üçün yenidən qaçmış və o da Hacıbəyin arxasınca bir neçə addım atmış, həmin vaxt yaxınlıqda olan dönərxanadan bir nəfər şəxs çıxaraq əlində olan bıçaqla onun üzərinə hücum etmişdir. O, həmin şəxsin zərbələrindən yayınmış və qaçıb avtomobilə əyləşib Mübarizlə birlikdə oradan uzaqlaşmışlar. Bundan başqa ifadəsində göstərmişdir ki, təxminən 5-6 aydır narkotik vasitə heroin və marixuanadan istifadə edir. xx.xx.2021-ci il tarixdə polis əməkdaşları tərəfindən tutulmamışdan 2-3 gün əvvəl Bakı şəhəri, Sabunçu rayonu ərazisindən anket məlumatlarını bilmədiyi Füzuli adlı şəxsdən 100 manata 2 ədəd şəffaf sellafon bükümdə narkotik vasitə olan heroin almışdır. Həmin narkotik vasitəni öz şəxsi istifadəsi üçün əldə etmiş və bu məqsədlə üzərində daşımışdır. xx.xx.2021-ci il tarixdə saat 17:30 radələrində qonşusu Şahid2 ilə birlikdə Bakı şəhəri, Nizami rayonu, Şahid4 prospekti 105 ünvanının yaxınlığında olduqları zaman 2 nəfər mülki geyimli şəxs onlara yaxınlaşıb özlərini təqdim edərək Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları onlara özlərini təqdim etmələrini təklif etmişlər. O və Rəvan özlərini polis əməkdaşlarına təqdim etdikdən sonra polis əməkdaşları onun narkotik vasitə və psixotrop maddələrin qanunsuz olaraq satışı ilə məşğul olmaqda şübhəli olduğunu bildirib, Rəvan ilə onu polis idarəsinə dəvət etmişlər. O da üzərində narkotik vasitə olduğundan yalan danışmağın əhəmiyyət kəsb etmədiyini başa düşüb polis əməkdaşları ilə razılaşmışdır. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasında xidməti otaqların birində hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Sonra polis əməkdaşları tərəfindən video çəkilişlə onun üzərinə və Rəvanın üzərinə baxış keçirilmişdir. O, üzərində narkotik vasitə olduğunu bildirib, əynində olan göy rəngli şalvarın sağ yan cibindəki 02 ədəd şəffaf sellafon bükümü, əynində olan göy rəngli şalvarın sol yan cibindən isə “Nokia” markalı mobil telefonu və 30 manat 10 qəpik pulu çıxarıb könüllü olaraq təqdim etmişdir. Təqdim etdiyi 02 ədəd bükümün içərisində narkotik vasitə heroin olduğunu bildirmiş və həmin narkotik vasitəni tutulmamışdan 2-3 gün əvvəl Bakı şəhəri, Sabunçu rayonu ərazisindən anket məlumatlarını bilmədiyi Füzuli adlı şəxsdən 100 manata öz şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən üzərindən aşkar edilmiş 02 ədəd bükümdə olan narkotik vasitə heroin bir ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Bu barədə protokol tərtib edilmiş, protokol iştitakçılara ucadan oxunmuş, və iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 17 noyabr 2021-ci il tarixdə müdafiəçinin iştirakı ilə təqsirləndirilən şəxs qismində əlavə dindirilərkən 07 oktyabr 2021-ci il tarixli ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Zaur Əliyevlə qonşu olmuş, ona Təqsirləndirilən şəxs tərəfindən heç bir ziyan dəyməmiş, o, ilk gündən Zaurun onu baıçaqlaması iddiasına etiraz etmişdir. Onun Təqsirləndirilən şəxsla heç vaxt problemi olmamışdır. Onu məhlədə tanımadığı şəxs vurmuşdur. Hadisə günorta saatlarında baş vermişdir. Həmin şəxsin gözlərinin rəngi göy, boyu isə ondan qısa olmuşdur. Həmin şəxs maskada olmuşdur. Həmin şəxsin kim olduğunu və onu nə səbəbə vurduğunu bilməmişdir. Həmin şəxs ona yumruq vurmuş və o, zərbədən yerə yıxılan zaman qolunu şüşə kəsmişdir. Təqsirləndirilən şəxs hadisə yerində görməmiş, Təqsirləndirilən şəxs narkotik vasitə qəbul etdiyini və ya spirtli içki içməsini eşitməmişdir. Bundan başqa, Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı 23 dekabr 2020-ci il və 18 mart 2021-ci il tarixlərdə zərərçəkmiş şəxs qismində dindirilərkən ifadələrində bildirmişdir ki, xx.xx.2020-ci il tarixdə günorta saatlarında evdən çıxıb, 30 saylı xətt marşurutu üzrə hərəkət edərək avtobus dayanacağına tərəf getmişdir. Yaxınlıqda olan sürət qatarının hərəkət yoluna çatdıqda, onunla qarşı-qarşıya gələn, boyda ondan balaca, üzündə qara rəngli tibbi maska olan, birinci dəfə gördüyü şəxs qəflətən sağ yumruğu ilə onu vurmağa çalışmışdır. Həmin şəxsin zərbəsi qarın nahiyyəsinə istiqamətlənmişdir. İlk əvvəl onun yumruq atdığını zənn etmişdir. Lakin o, zərbənin təsirindən müvazinətini itirib arxaya doğru yıxılmışdır. O, yerdən qalxmağa çalışdıqda yerdə olan şüşə parçaları onun hər iki qolunun dirsək və bilək nahiyyələrini kəsmişdir. Özünü toparlayıb ayağa qalxarkən qarnının sol tərəfində ağrı hiss etmiş və qan gəldiyini görmüşdür. Həmin vaxt ona məlum olmuşdur ki, ona hücum edən şəxs ona bıçaqla xəsarət yetirmişdir. O, ayağa qalxan zaman onu vuran şəxs qaçaraq oradan uzaqlaşmışdır. Zaur onu vurmamışdır, həmin gün o, ümumiyyətlə Zaurla rastlaşmamışdır. Bununla belə, Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı 19 avqust 2021-ci il tarixdə zərərçəkmiş şəxs qismində əlavə dindirilərkən yuxarıda qeyd olan ifadələrdən fərqli ifadə verərək bildirmişdir ki, o, istintaqda verdiyi əvvəlki ifadəsini təsdiq etmir. Həmin ifadə Təqsirləndirilən şəxs müdafiə xarakteri daşımışdır. Həmin vaxt Təqsirləndirilən şəxsla barışdığından istintaqa verdiyi ifadələrdə həqiqəti gizlətmişdir. Belə ki, 18 dekabr 2020-ci il tarixdə saat təxminən 15.00-16.00 radələrində Bakı şəhəri, Nizami rayonu, Köndələn küçəsində "Keşlə" parkında 5-6 nəfərlə birlikdə olduğu zaman, əvvəllər tanıdığı, hətta, 14-15 dekabr 2020-ci il tarixdə aralarında mübahisə yaranmış, Keşlə qəsəbə sakini, Təqsirləndirilən şəxs idarə etdiyi “Kia" markalı avtomobili ilə yanında əvvəllər tanımadığı, Keşlə qəsəbəsində yaşamayan, sonradan adının Mübariz olduğunu bildiyi şəxslə birlikdə onun olduğu yerə gəlmiş, avtomobili ona yaxın saxlayıb, maşından düşərək ona yaxınlaşıb onunla salamlaşmış, bir qədər kənara çəkilmələrini tələb etmişdir. Onun niyyətinin ona hücum edərək xəsarət yetirmək olduğunu düşünmüş, hərəkət etməyinə fürsət vermədən əlini döşünə salıb oradan daima üzərində gəzdirdiyi, tiyəsi təxminən 30 sm olan bıçağı çıxarıb, özünü müdafiə etməyə başlamışdır. Təqsirləndirilən şəxs da öz növbəsində cibindən açılıbbağlanan bıçağı onun bıçaq tutduğu əlinə tərəf havada yelləmişdir. Onun ilk iki bıçaq zərbəsi qollarına dəysə də, üçüncü zərbə zamanı o zərbədən yayınmaq üçün, irəli gəldiyindən bıçağın qarşısında durmuş, nəticədə Təqsirləndirilən şəxs əlindəki bıçaqla onun qarın nahiyəsinə xəsarət yetirmişdir. Daha sonra, o, Təqsirləndirilən şəxs zərbələrindən yayınmaq üçün arxadakı ağ rəngli furqon tipli avtomobilə doğru qaçmış, halı qalmadığı üçün həmin avtomobilə söykənmiş şəkildə dayanmışdır. Bıçaqla yetirilmiş zərbələrin təsirindən qan itirdiyi üçün huşu getdiyindən daha sonra baş vermiş hadisələri xatırlamır. Əvvəlki ifadəsində ona təqdim olunan video görüntülərlə, hal-hazırda təqdim olunan 03 ədəd diskdə əks olunan video görüntülər eynilik təşkil etmişdir. Ona təqdim edilən görüntülər həqiqətən də həmin tarix və yerdə baş vermiş və onun ağır xəsarət almağı ilə nəticələnən hadisənin görüntüləridir. Təqsirləndirilən şəxs əlindəki bıçaqla xəsarət yetirdiyi şəxs o özü olmuş və həmin video görüntüdəki digər şəxs qardaşı Şahid1 olmuşdur. Görüntülərdən göründüyü kimi ona xəsarət yetirən şəxs Təqsirləndirilən şəxs olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, Zərərçəkmiş şəxs onun qardaşıdır. Hadisədən əvvəl Hacıbəy Keşlə qəsəbəsində yerləşən “Zeyid” dönər evində kuryer işləmişdir. O, özü də Keşlə qəsəbəsində yerləşən Keşlə parkının qarşısında icarə əsasında dönər evi işlətmişdir. xx.xx.2020-ci il tarixdə dönər evində işdə olan zaman saat təxminən 15:00 radələrində Hacıbəyin dostu Fəqan ona zəng edərək qardaşı Hacıbəyin bıçaqlandığını bildirmişdir. O da dərhal qardaşının olduğu xəstəxanaya getmişdir. Xəstəxanada Hacıbəy ona bildirmişdir ki, Keşlə qəsəbəsində dəmir yolunun yanında tanımadığı bir nəfər üzündə tibbi maska olan şəxs onunla üzbə-üz gələrək qəfildən onun qol və qarın nahiyyəsindən bıçaqla vuraraq oradan qaçıb getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 bildirmişdir ki, o, Təqsirləndirilən şəxs və 1 nəfər digər şəxslə Koroğlu metrosu istiqamətində Keşlə qəsəbəsinə tərəfə gedərək yanacaqdoldurma məntəqəsinə girmişlər. Həmin vaxt yanlarında olan qazi polis ilə söhbət etmək üçün aşağı düşmüşdür. Daha sonra Təqsirləndirilən şəxs avtomobildən düşmüş və həmin an əməliyyatçılar da avtomobildən düşərək Zauru və onu BMCMİ-nə aparmışlar. Orada onları ayrı-ayrı otaqlara salmış, daha sonra hər kisini bir araya gətirmiş və onları sorğu-sual etmişlər. Həmin vaxt Zaurun üzərində narkotik vasitə olmamışdır. Zaur namaz qılır və ziyarətə getmişdir. Videoçəkiliş zamanı Zaura təzyiqlər göstərilmiş və Zaur narkotik vasitələrin ozünə məxsus olmasını bildirmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsi və ya satışı ilə məşğul olmasını eşitməmiş, əksinə buna qarşı mübarizə aparmışdır. Bununla belə, Şahid2 ibtidai istintaq zamanı 29 may 2021-ci il tarixdə şahid qismində dindirilərkən ifadəsində bildirmişdir ki, o, ünvan 5 ünvanda faktiki yaşayır. 28 may 2021-ci il tarixdə saat 17:30 radələrində qonşusu Təqsirləndirilən şəxs ilə birlikdə Bakı şəhəri, Nizami rayonu, H.Əİiyev prospekti 105 ünvanının yaxınlığında olduqları zaman 2 nəfər mülki geyimdə olan şəxs onlara yaxınlaşıb özlərini təqdim etmiş, xidməti vəsiqələrini göstərib Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları onlardan özlərini təqdim etməyi xahiş etmişlər. O və Təqsirləndirilən şəxs özlərini təqdim etdikdən sonra polis əməkdaşları Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq satışı ilə məşğul olmaqda şübhəli olduğunu bildirib, onları polis idarəsinə dəvət etmişlər. O və Təqsirləndirilən şəxs buna etiraz etməyib polis əməkdaşları ilə birlikdə Baş Mütəşəkkil Cinayətlkarlıqla Mübarizə İdarəsinə getmişlər. Polis idarəsində Təqsirləndirilən şəxs vəkillə təmin edilmişdir. Sonra polis əməkdaşları tərəfindən video çəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs və onun üzərinə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs üzərində narkotik vasitə heroin olduğunu bildirib, əynində olan göy rəngli şalvarının sağ yan cibində olan 02 ədəd şəffaf sellofan bükümü və 30 manat 10 qəpik pulu, əynində olan göy rəngli şalvarının cibində olan bir ədəd "nokia" markalı mobil telefonu çıxardıb təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 02 ədəd şəffaf sellofan bükümün içində narkotik vasitə heroin olduğunu bildirmişdir. Həmin sellofan bükümlər iştirakçıların şahidliyi ilə açıldıqda bükümlərin içərisində toz şəkilli, qəhvəyi rəngli, spesfik qoxuya malik olan narkotik vasitə heroinə oxşar maddə olması müşahidə edilmişdir. Şıfahı sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 02 ədəd şəffaf sellofan bükümdə olan narkotik vasitə heroini 2-3 gün öncə Bakı şəhəri, Sabunçu rayonu ərazisində "Füzuli" adlı şəxsdən aldığını, şəxsi istifadə məqsədi ilə narkotik vasitə heroini üzərində saxlayıb daşıdığını bildirmişdir. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üzərindən digər əşya və predmetlər aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 02 ədəd şəffaf sellofan bükümdə olan narkotik vasitə heroinə oxşar maddə polis əməkdaşı tərəfindən bir ədəd kağız zərfdə qablaşdırılıb möhür ilə möhürlənərək iştirakçılar tərəfindən onun və Təqsirləndirilən şəxs iştirakı ilə imzalanmışdır. Eyni zamanda aşkar edilmiş 30 manat 10 qəpik pul Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd "nokia" markalı mobil telefon polis əməkdaşı tərəfindən götürülmüşdür. Daha sonra onun üzərində olan əşyalara baxış keçirilmişdir. Baxış zamanı üzərində olan bir ədəd mobil telefonu və 9 manat pulu çıxardıb təqdim etmişdir. Baxış zamanı üzərindən digər əşya və predmetlər aşkar edilməmişdir. Təqdim etdiyi bir ədəd mobil telefon və 9 manat pul onun özünə qaytarılmışdır. Şifahi sorğu zamanı o, Təqsirləndirilən şəxs qonşusu olduğunu, Təqsirləndirilən şəxs üzərində narkotik vasitə heroin olmasından məlumatsız olduğunu, özünün narkotik vasitələr və psixotrop maddələrdən istifadə etmədiyini, narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmadığını bildirmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs onun dediklərini təsdiq edib, üzərindən aşkar edilən narkotik vasitə heroindən onun məlumatının olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid3 ifadəsində göstərmişdir ki, 28 may 2021-ci il tarixdə "Zaur" adlı şəxsin qanunsuz olaraq satış məqsdədi ilə külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə edib, üzərində saxlayaraq daşıması barədə etimad doğuran, məlum, qərəzsiz mənbədən məlumat daxil olmuşdur. Həmin məlumat əsasında keçirilən əməliyyat tədbirləri nəticəsində "Zaur" adlı şəxsin şəxsiyyəti müəyyən edilərək onun xx.xx.1979-cu il tarixdə ünvan 7 ünvanında olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Həmin məlumatın yoxlanılması məqsədi ilə Baş İdarənin rəisinə raportla məruzə etmişdir. İcazə verildikdən sonra həmin şəxsin ətrafında əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul etmişdir. Daha sonra həmin məlumatın yoxlanılması üçün 3 nəfərdən yəni, ondan, baş əməliyyat müvəkkili polis mayoru Şahid4 və əməliyyat müvəkkili, polis leytenantı Şahid5 ibarət qrup yaradılmışdır. Həmin qrupa o, rəhbərlik etmişdir. Təqsirləndirilən şəxs yerinin müəyyən edilməsi istiqamətində tədbirləri davam etdirmişlər. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Bakı şəhəri, Nizami rayonu, H.Əİiyev prospekti 105 ünvanının yaxınlığında tanışı Şahid2 ilə birlikdə olması müəyyən edilmişdir. "Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında" qəbul edilmiş 28 may 2021-ci il tarixli qərarın icra edilməsi ilə əlaqədar Təqsirləndirilən şəxs 28 may 2021-ci il tarixdə saat 17:30-da Bakı şəhəri, Nizami rayonu, H.Əİİyev prospekti 105 ünvanının yaxınlığında tanışı Şahid2 ilə birlikdə saxlanılaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olaraq gətirilmiş və barəsində şübhəli şəxs qismində tutma haqqında qərar qəbul edilmişdir. Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində narkotik vasitələrin, psixotrop maddələrin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan təhqiqatçı tərəfindən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasında video çəkilişdən istifadə edilməklə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmasına başlanmışdır. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl təhqiqatçı tərəfindən barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmənin videoçəkiliş əsasında həyata keçiriləcəyi barədə məlumat verilmiş, şübhəli şəxs Təqsirləndirilən şəxs buna etiraz etmədiyini bildirdikdən sonra onu şəxsi axtarış və götürmə aparılması haqqında qərarla tanış edərək, ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələr, psixotrop maddələr, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində narkotik vasitə heroin olduğunu bildirib, əynində olan göy rəngli şalvarının sağ yan cibində olan 02 ədəd şəffaf sellofan bükümü, əynində olan göy rəngli şalvarının sol yan cibindən bir ədəd "Nokia" markalı mobil telefonu, əynində olan göy rəngli şalvarının sağ yan cibindən 30 manat 10 qəpik pulu çıxardıb təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 02 ədəd şəffaf sellofan bükümün içində narkotik vasitə heroin olduğunu bildirmişdir. Həmin sellofan bükümlər iştirakçıların şahidliyi ilə açıldıqda bükümlərin içərisində toz şəkilli, qəhvəyi rəngli, spesfik qoxuya malik olan narkotik vasitə heroinə oxşar maddə olması müşahidə edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 02 ədəd şəffaf sellofan bükümdə olan narkotik vasitə heroini 2-3 gün öncə Bakı şəhəri, Sabunçu rayonu ərazisində anket məlumatlarını bilmədiyi "Füzuli" adlı şəxsdən aldığını, şəxsi istifadə məqsədi ilə narkotik vasitə olan heroini üzərində saxlayıb daşıdığını bildirmişdir. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üzərindən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və predmetlər aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 02 ədəd şəffaf sellofan bükümdə olan narkotik vasitə heroinə oxşar maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan təhqiqatçı tərəfindən bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin "Zərflər üçün" 6 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Eyni zamanda aşkar edilmiş 30 manat 10 qəpik pul iş üzrə əhəmiyyət kəsb etmədiyindən Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd "Nokia" markalı mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Bundan sonra şəxsi axtarış, baxış və götürmə aparılması prosesində iştirak edən və şübhəli şəxs Təqsirləndirilən şəxs ilə birlikdə Baş İdarəyə gətirilmiş tanışı Şahid2 üzərində olan əşyalara baxış keçirilmişdir. Baxış zamanı Şahid2 üzərində olan bir ədəd mobil telefonu və 9 manat pulu çıxardıb təqdim etmişdir. Baxış zamanı Şahid2 üzərindən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və predmetlər aşkar edilməmişdir. Şahid2 təqdim etdiyi bir ədəd mobil telefon və 9 manat pul iş üzrə əhəmiyyət kəsb etmədiyindən onun özünə qaytarılmışdır. Sorğu zamanı Şahid2 şübhəli şəxs Təqsirləndirilən şəxs qonuşusu olduğunu, Təqsirləndirilən şəxs üzərində narkotik vasitə heroin olmasından məlumatsız olduğunu, özünün narkotik vasitələr və psixotrop maddələrdən istifadə etmədiyini, narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmadığını bildirmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs Şahid2 dediklərini təsdiq etmiş, onun üzərindən aşkar edilən narkotik vasitə heroindən Şahid2 məlumatının olmadığını bildirmişdir. Daha sonra bu barədə protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuşdur. Protokol iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Onlar tərəfindən Təqsirləndirilən şəxs və Şahid2 qarşı heç bir fiziki və psixi təzyiq edilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkilləri Şahid4 və Şahid5 Şahid3 oğlu ilə eyni məzmunlu ifadə verərək onun dediklərini bir daha təsdiq etmişdir. Müdafiə tərəfinin vəsatəti əsasında məhkəmədə əlavə şahid qismində dindirilmiş X9 ifadəsində bildirmişdir ki, o, Təqsirləndirilən şəxsla bir məhlədə yaşayır, Zaurun narkotik vasitələrin satışıilə məşğul olması və ya qəbul etməsi barədə heç vaxt eşitməmiş və şahidi olmamışdır. Əksinə onun daim insanları pis yoldan düz yola çəkməsni bilmişdir. Zaur məscid tikdirmiş və daim ora köməklik göstərmişdir. Müdafiə tərəfinin vəsatəti əsasında məhkəmədə əlavə şahid qismində dindirilmiş X5, X14 və X6 şahid Ruslan Eminov ilə ey ni məzmunlu ifadələr verərək onun göstərdiyi xüsusatları bir daha təsdiq etmişlər. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəylərini də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarına əlavə edilmiş məhkəmə tibbi ekspertizasının xx.xx.2021ci il tarixli 31 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs nazik bağırsağın zədələnməsi ilə nəticələnən qarnın sol yan divarının daxilə nüfuz edən 1 ədəd, sol dirsək sinirinin zədələnməsi ilə müşayiət olunan saidin arxa səthinin 1 ədəd və sağ orta sinir və bükücü vətərlərin zədələnməsi ilə müşayiət olunan saidin ön səthinin 1 ədəd deşilmiş-kəsilmiş yaraları olmuşdur. Qeyd olunan xəsarətlər deşici-kəsici alətin (alətlərin) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə yəni xx.xx.2020-ci il tarixdə yarana bilər, dərəcəsinə görə qarnın sol yan divarında olan deşilmiş-kəsilmiş yara həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. Digər xəsarətlərin ağırlıq dərəcəsi travmanın nəticəsi məlum olduqdan sonra şəxsin adına tərtib edilmiş tibbi sənədlərin ekspertizaya təqdim edilməsi ilə təyin ediməlidir. Xəsarətlərin lokalizasiyası və xüsusiyyətlərinə əsasən demər olar ki, xəsarətlərin şəxsin öz boyu hündürlüyündən yıxılması və özü tərəfindən özünə yetirməsi nəticəsində alınması inandırıcı deyil. Cinayət işinin materiallarına əlavə edilmiş əlavə məhkəmə tibbi ekspertizasının xx.xx.2021-ci il tarixli 32/31 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs nazik bağırsağın zədələnməsi ilə nəticələnən qarının sol yan divarının daxilə nüfuz edən 1 ədəd, sol dirsək sinirinin zədələnməsi ilə müşayiət olunan saidin arxa səthinin 1 ədəd və sağ orta sinir və bükücü vətərlərin zədələnməsi ilə müşayiət olunan saidin ön səthinin 1 ədəd deşilmiş-kəsilmiş yaraları olmuşdur. Qeyd olunan xəsarətlər deşici-kəsici alətin (alətlərin) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə yəni xx.xx.2020-ci il tarixdə yarana bilər, dərəcəsinə görə qarının sol yan divarında olan deşilmiş-kəsilmiş yara həyat üçün təhlükəli olan sağlamlığa ağır, sağ və sol saidin deşilmiş-kəsilmiş yaraları isə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. Xəsarətlərin lokalizasiyası və xüsusiyyətlərinə əsasən demər olar ki, xəsarətlərin şəxsin özü tərəfindən özünə yetirməsi nəticəsində alınması inandırıcı deyil. Cinayət işinin materiallarına əlavə edilmiş məhkəmə kriminalistik ekspertizasının xx.xx.2021ci il tarixli 725 saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Təhlükəsiz Şəhər Xidmətinin TŞ4-41 nömrəli müşahidə qurğusunun kamerlarının xx.xx.2020-ci il tarixdə saat 14:50-dən 15:00-dək qeydə aldığı cinayətlə əlaqədar olan videogörüntülərdə qeydə alınmış başında qara rəngli papaq, üzü saqqallı, nisbətən boyu hündür olan şəxsin Zərərçəkmiş şəxs (ekspertizaya təqdim edilmiş xx.xx.2021-ci il tarixdə qeydə alınmış fotoşəkillərdəki və videogörüntülərdəki şəxs olduğu təqdirdə) olması istisna olunmur. Ekspertizaya təqdim edilmiş Təhlükəsiz Şəhər Xidmətinin TŞ4-41 nömrəli müşahidə qurğusunun kamerlarının xx.xx.2020-ci il tarixdə saat 14:50-dən 15:00-dək qeydə aldığı cinayətlə əlaqədar olan videogörüntülərdə qeydə alınmış üzü nisbətən saqqallı, nisbətən boyu alçaq, kök olan şəxsin Şahid1 (ekspertizaya təqdim edilmiş xx.xx.2021-ci il tarixdə qeydə alınmış fotoşəkillərdəki və videogörüntülərdəki şəxs olduğu təqdirdə ) olması istisna olunmur. Müdafiə tərəfinin vəsatəti əsasında məhkəmədə əlavə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA X19 Şəxsin Kriminalistika şöbəsinin məhkəmə-tibbi eksperti işləyən X2 ifadəsində bildirmişdir ki, xx.xx.2021-ci il tarixli 725 saylı məhkəmə-kriminalistik ekspertizasının rəyi onun tərəfindən verilmişdir. Onların işində əsas tədqiqat obyekti videogörüntülərdir. Həmçinin məhkəmə-portret ekspertizası onların tədqiqat obyektidir. Onların tədqiqat üsulları vizualdır və məntiqə əasalanmışdır. Hazırki işlə əlaqədar ona müşahidə kameralarının videogörüntüləri təqdim olunaraq Fərid və Zərərçəkmiş şəxsların orada olub-olmaması barədə suallar qoyulmuşdur. O, eyniləşdirmə aparmış və bədən həcmi, üz quruluşunun nisbətinə görə və yerişlərinə görə uyğunluq təşkil etdiyindən rəyində sözü gedən şəxslərin videogürüntülərdə olduqları istisna edilməmişdir. Ona heç kim istiqamət verməmiş və onun rəyi tam obyektiv olmuşdur. Onun rəyinə görə həmin şəxslərin eyni şəxs olmaları ehtimalı 50 faizdən çox olmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş məhkəmə kriminalistik ekspertizasının xx.xx.2021ci il tarixli 210 saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş bıçaq zavod üsulu ilə hazırlanmış ümumi təyinatlı ov bıçağıdır və deşici-kəsici xassəyə malik soyuq silah hesab edilir. Bıçağın üzərində sonradan hər hansı bir əlavə və düzəliş edilməmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş məhkəmə kriminalistik ekspertizasının xx.xx.2021ci il tarixli 264 saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş bıçaq üzərində qan aşkar olunmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş məhkəmə tibbi ekspertizasının xx.xx.2020-ci il tarixli 1004 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində hər-hansı xəsarət və xəsarət izi aşkar edilməmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş məhkəmə kimyəvi ekspertizasının xx.xx.2021-ci il tarixli 6/2146 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “... Şübhəli şəxs Təqsirləndirilən şəxs...” sözləri olan zərfdəki iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 3,250 qram, 3,360 qram, ümumilikdə təmiz çəkisi 6,610 qram olan qəhvəyi rəngli tozşəkilli hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitəheroindir. Cinayət işinin materiallarına əlavə edilmiş məhkəmə narkoloji ekspertizasının xx.xx.2021-ci il tarixli 3019 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opoidlərin və Kannabiodlərin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Cinayət işinin materiallarına əlavə edilmiş məhkəmə psixiatrik ekspertizasının xx.xx.2021-ci il tarixli 474 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işi materialları, həmin cinayət işindəki anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri və s. sübut edir. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs halhazırda öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malikdir. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Məhkəmə iclasında ifadə verən Təqsirləndirilən şəxs özünü ona verilmiş ittihamlarda təqsirli bilməsə də, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin ona istinad edilən cinayət əməllərində təqsirli olması onun ibtidai istintaq zamanı verdiyi ifadələri, zərərçəkmiş şəxsin 19 avqust 2021-ci il tarixli ifadəsi və sahidlərin ifadələri ilə yanaşı məhkəmə iclasında tədqiq edilmiş aşağıdakı mötəbər və təkzibedilməz sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Belə ki, cinayət işinin materiallarına əlavə edilmiş Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarından görünür ki, məhkəmədə həbs qətimkan tədbiri seçilməsinə dair təqdimata baxılaraq Təqsirləndirilən şəxs barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Məhkəməyə daxil olmuş təqdimatdan görünür ki, Təqsirləndirilən şəxs 18 dekabr 2020-ci il tarixdə günorta saatlarında ünvan 3 ünvanda yerləşən istirahət parkında şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı üzərində olan bıçqla Zərərçəkmiş şəxs qəsdən vuraraq həyatı üçün təhlükəli olan qarının sol aşağı yan divarının daxilə nüfuz kəsilmiş-deşilmiş yarası, sol saidin kəsilib-deşilmiş yarası, sağ saidin kəsilmişdeşilmiş yarası ilə müşayiət edilən sağlamlığına ağır zərər vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs izahat verərək təqdimatda göstərilən xüsusatları təsdiq etmişdir. Bundan başqa, cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs adına tərtib edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2021-ci il tarixli rəyindən görünür ki, xx.xx.2021ci il tarixdə Zərərçəkmiş şəxs MTE və PA Nizami rayon şöbəsində məhkəmə-tibbi ekspertizadan keçirilərkən bildirmişdir ki, xx.xx.2020-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu ərazisində küçədə tanıdığı Zaur adlı şəxslə aralarında mübahisə olmuş, nəticədə yerə yıxılmış və yerdə olan şüşə qırıntıları hər iki said nahiyəsini kəsmişdir. Ayağa qalxandan sonra qarının sol yan səthindən qan axdığını görmüş, lakin bu xəsarəti necə aldığını xatırlamadığını qeyd etmişdir. Bundan başqa, cinayət işinin materiallarında olan ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2021-ci il tarixli rəyindən görünür ki, müayinə olunan Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barədə soruşulduqda aşağıdakıları deyir: “Hacıbəy adlı qəsəbə sakini ilə aramızda mübahisə olmuşdu. Həmin mübahisə zamanı o söyüş söyüb mənə yumruq vurmuşdu. Həmin vaxt ətrafdakılar bizi araladıqlarından Hacıbəy qaçıb aradan çıxmışdı. Bu hadisədən sonra mən onun böyükləri ilə danışıb söhbət etmək fikirində idim. Baş verən hadisədən 11 gün sonra mən təsadüfən Hacıbəyi gördüm. Ona yaxınlaşıb sakit söhbət edib məsələyə aydınlıq gətirmək istəyirdim. O, mənimlə sərt danışdı, cibindən xəncər çıxarıb üstümə hücum etdi. Mən üstümdə olan bıçağı çıxarıb özümü müdafiə etməyə çalışdım. Bıçağı Hcıbəyə tərəf yellədərkən zərbələr ona dəydi. Hadisə vaxtı mənim Hacıbəyə xəsarət yetirmək niyyətim olmayıb. Üstümə ilkin olaraq hücum edən o olub, mən özümü yalnız müdafiə etmişəm”. Eyni zamanda cinayət işinin materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs arasında keçirilmiş 07 oktyabr 2021-ci il tarixli üzləşdirmə protokolundan göünür ki, üzləşdirmə zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıçaqla vurduğunu etiraf etmişdir. Bundan başqa, Zərərçəkmiş şəxs məhkəmədə onu bıçaqla vuran şəxsin Təqsirləndirilən şəxs olmadığını bildirməsinə baxmayaraq, 30 dekabr 2020-ci il və 02 fevral 2021-ci il tarixlərdə notariat qaydada təsdiq edilmiş ərizə verərək, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın ödənildiyini, onunla barışdığını və ona qarşı hər hansı bir şikayət, tələbinin olmadığını bildirmişdir. Cinayət işi materiallarına əlavə edilmiş 07 oktyabr 2021-ci il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, 03 ədəd CD diskə Təqsirləndirilən şəxs iştirakı ilə baxış keçirilmiş və baxış zamanı aşağıdakılar müəyyən edilmişdir: 1.Təqdim edilmiş 01 ədəd CD diskin içərisində olan “TŞ4-041.2-Part 1” saylı faylın içərisində olan video görüntüyə baxış keçirilən zaman hər hansı cinayətin və həmin cinayətlə əlaqədar hər hansı bir hadisənin baş vermədiyi və müşahidə kamerası tərəfindən qeydə alınmadığı müəyyən edilmişdir.
2. Təqdim edilmiş 01 ədəd CD diskin içərisində olan “TŞ4-041.2-Part 2” saylı faylın içərisində olan video görüntüyə baxış keçirilən zaman müəyyən edildi ki, Təqsirləndirilən şəxs qara rəngli, sedan tipli avtomobil ilə gələrək yolun kənarında saxlayır, avtomobildən düşərək yolun kənarında olan dönər evinin qarşısında dayanmış şəxs tərəfə iti addımlarla gedir. Təqsirləndirilən şəxs həmin şəxsin Zərərçəkmiş şəxs olduğunu bildirir. Daha sonra həmin avtomobilin qabaq sağ oturacağında əyləşən, əynində qara gödəkcə, qara şalvar olan digər şəxs də Təqsirləndirilən şəxs arxasınca Zərərçəkmiş şəxs tərəf gedir, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs yaxınlaşarkən sonuncu əynində olan gödəkçənin iç cibindən bir əşya çıxararaq sağ əli ilə əlində həmin əşya ilə Təqsirləndirilən şəxs hücum edir, Təqsirləndirilən şəxs isə sağ əlindəki bıçaqla Zərərçəkmiş şəxs bədən nahiyəsinə 3 ardıcıl zərbə endirir, daha sonra Zərərçəkmiş şəxs iləridəki ağ furqon tipli avtomobilə doğru qaçaraq, zərbələrdən müdafiə olunmağa çalışır, həmin vaxt bir nəfər şəxs təkər təmiri obyektinin yaxınlığındakı dönərxadan əynində kapuşon tipli gödəkcə ilə, əlində hansısa bir alətlə Təqsirləndirilən şəxs və onunla birgə gəlmiş şəxsin üzərinə hücum edərək bir-birlərinə qarşılıqlı zərbələr endirməyə çalışırlar. Daha sonra Təqsirləndirilən şəxs və onunla birgə gəlmiş şəxs gəldikləri avtomobilə əyləşib, hadisə yerini tərk etdikləri vaxt dönərxanadan çıxan şəxs təpiklə avtomobilin arxa hissəsinə zərbə vurur. Təqsirləndirilən şəxs baxış zamanı qara rəngli avtomobildən düşən şəxsin özü olduğunu, həmin vaxt onunla birlikdə avtomobildən düşən şəxsin Mübariz adlı tanışı olduğunu, bıçaqla vurduğu şəxsin isə Zərərçəkmiş şəxs olduğunu bildirir. Lakin sonradan dönərxanadan çıxaraq onun üzərinə hücum edən şəxsin kim olduğunu tanımadığını bildirir.
3. Təqdim edilmiş 01 ədəd CD diskin içərisindəki “TŞ4-041.2-Part 3” saylı faylın içərisində olan video görüntüyə baxış keçirilən zaman müəyyən edildi ki, hadisə yerində 10 nəfərdən artıq insanın toplaşdığı, onlar arasında Zərərçəkmiş şəxs , Şahid1 olduğu, kənar şəxslərin Hacıbəyin Rzaxanovun əlindən aldığı xəsarətlə bağlı onun qolunu sarıyaraq sonuncuya kömək etdikləri, daha sonra “Mercedes” markalı avtomobilin cinayət yerinə gəlməsi, Şahid1 avtomobilin qabaq sağ oturacağında, Zərərçəkmiş şəxs bir nəfər şəxslə birgə avtomobilin arxa oturacağında əyləşdiyi və həmin avtomobilin oradan uzaqlaşdığı görünür.
4. Təqdim edilmiş digər 02 ədəd CD diskin içərisində olan video görüntülərə baxış keçirilən zaman hər hansı cinayətin və həmin cinayətlə əlaqədar hər hansı bir hadisənin baş vermədiyi və müşahidə kamerası tərəfindən qeydə alınmadığı müəyyən edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş 28 may 2021-ci il tarixli şəxsi axtarış, baxış və götürmə aparılması haqqında protokoldan görünür ki, 28 may 2021-ci il tarixdə saat 17:30-da Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs tanışı Şahid2 Musayev oğlu ilə birlikdə Bakı şəhəri, Nizami rayonu, Şahid4 prospekti 105 ünvanının yaxınlığında saxlanılaraq adı çəkilən İdarəyə dəvət edilmişdir. Baş İdarənin inzibati binasının xidməti otaqlarının birində dəvət edilmiş müdafiəçinin iştirakı ilə hüquq və vəzifələri izah edilmiş və Baş İdarənin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat Bölməsinin təhqiqatçısı polis baş leytenantı X7 tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış zamanı videoçəkilişdən istifadə edilmiş və əvvəlcə Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş digər əşyaları könüllü surətdə təqdim etsin. Təqsirləndirilən şəxs masaya doğru yaxınlaşıb əynində olan göy rəngli şalvarın sağ yan cibində olan 02 ədəd şəffaf sellafon bükümü, əynində olan göy rəngli şalvarın sol yan cibindən bir ədəd “Nokia” markalı mobil telefonu, əynində olan göy rəngli şalvarın sağ yan cibindən 30 manat 10 qəpik pulu masanın üzərinə qoymaqla təqdim etmişdir. Şübhəli şəxsin üzərinə baxış keçirilmiş, üzərindən və paltarından başqa qanunsuz əşya və ya maddə aşkar olunmamışdır. Bundan sonra şübhəli şəxsin təqdim etdiyi əşya və maddələrə baxış keçirilməsinə başlanmışdır. Təqdim olunan 01 ədəd “Nokia” maraklı mobil telefon sübut əhəmiyyəti kəsb edə biləcəyindən saxlanılmışdır. Ardınca təqdim olunan 30 manat 10 qəpik pul iş üzrə əhəmiyyət kəsb etmədiyindən şübhəli şəxsin özünə qaytarılmışdır. Bundan sonra 02 ədəd sellofan bağlamaya baxış keçirilməsinə başlanmışdır. Şübhəli şəxs həmin bağlamanın içində narkotik vasitə olan heroin olduğunu, 2-3 gün öncə Bakı şəhəri, Sabunçu rayonu ərazisində anket məlumatlarını bilmədiyi “Füzuli” adlı şəxsdən şəxsi istifadə məqsədilə aldığını demişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 02 ədəd sellofan bağlamada narkotik vasitə olan heroinə bənzər maddə müvafiq ekspertiza tədqiqatına təqdim olunması üçün müvafiq qaydada 01 ədəd kağız zərfdə qablaşdırılaraq DİN-nin 6 saylı möhürü ilə möhürlənmiş və Təqsirləndirilən şəxs iştirakçılarla birlikdə həmin qablaşdırmanın üzərinə imza etmişlər. Bundan sonra şəxsi axtarış və götürmə prosesində iştirak edən və şübhəli şəxs Təqsirləndirilən şəxs ilə birlikdə Baş İdarəyə gətirilmiş tanışı Şahid2 üzərinə baxış keçirilmişdir. Baxış zamanı Şahid2 üzərində olan 01 ədəd mobil telefonu və 9 manat pulu çıxardıb təqdim etmişdir. Baxış zamanı Şahid2 üzərindən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və predmetlər aşkar edilməmişdir. Şahid2 təqdim etdiyi bir ədəd mobil telefon və 9 manat pul iş üzrə əhəmiyyət kısb etmədiyindən onun özünə qaytarılmışdır. Sorğu zamanı Şahid2 şübhəli şəxs Təqsirləndirilən şəxs qonşusu olduğunu, Təqsirləndirilən şəxs üzərində narkotik vasitə heroin olmasından xəbərsiz olduğunu, özünün narkotik vasitə və psixotrop maddələrdən istifadə etmədiyini, narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmadığını bildirmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs Şahid2 dediklırini təsdiq edib üzərindən aşkar edilən narkotik vasitə heroindən Şahid2 məlumatının olmadığını bildirmişdir. Cinayət işi materiallarına əlavə edilmiş 28 oktyabr 2021-ci il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***- **-** saylı mobil nömrənin anten əhatə dairəsi məlumatlarının əks olunduğu və həmin mobil nömrəyə göndərilən və qəbul edilən SMS-lərin mətnlərini əks etdirən 01 ədəd CD diskə baxış keçirilmişdir. Baxış keçirilən zaman müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrənin anten əhatə dairəsi xx.xx.2020-ci il tarixdə saat 14:35dən saat 15:12-yə dək Nizami rayonu Keşlə qəsəbəsi ərazisini göstərir. Həmçinin cinayət işi materiallarına əlavə edilmiş 28 oktyabr 2021-ci il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, cinayət işi üzrə Şahid1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrənin anten əhatə dairəsi məlumatlarının əks olunduğu və cinayət işi üzrə Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrənin anten əhatə dairəsi məlumatlarının əks olunduğu 02 ədəd CD diskə baxış keçirilmişdir. Baxış keçirilən zaman müəyyən edilmişdir ki; Şahid1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrənin anten əhatə dairəsi xx.xx.2020-ci il tarixdə saat 12:48-dən saat 15:16-ya qədər olan müddət ərzində Bakı şəhər, Nizami rayonu Keşlə qəsəbəsi Yenikənd küçəsi 24, Bakı şəhər, Nərimanov rayon Şahid4 küçəsi 80\2, Bakı şəhər, Nizami rayonu Şahid4 küçəsi 86/19, Bakı şəhər Nərimanov rayonu, Şahid4 küçəsi 103 və Həsənoğlu küçəsi 6 ünvanlarını göstərir. Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrənin anten əhatə dairəsi xx.xx.2020-ci il tarixdə saat 15:00-da ünvan 11 ünvanını və həmin gün saat 15:04-də ünvan 12 ünvanını göstərir. Məhkəmə baxışı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadələrində Zərərçəkmiş şəxs bıçaqla xəsarət yetirməməsi və heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmaması barədə gətirdiyi dəlillər məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlarla - təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ibtidai istintaq zamanı verdiyi ifadələri, dindirilmiş şahidlərin ifadələri, eləcə də iş materiallarında olan digər sübutlarla təkzib edilmişdir. Bundan başqa məhkəmə Zərərçəkmiş şəxs və şahidlər Şahid1, Şahid2, X9, X5, X14 və X3 məhkəmə iclasında verdikləri ifadələrini, digər möhtəbər sübutlarla birlikdə müqayisəli şəkildə tədqiq edərək belə qənaətə gəlir ki, Zərərçəkmiş şəxs və şahidlər Şahid1 Fariz oğlu, Şahid2, X9, X5, X14 və X3 məhkəmədə verdikləri ifadələri Təqsirləndirilən şəxs müdafiə etmək xarakteri daşımaqla onun cinayət məsuliyyətindən azad olunması məqsədini güdür. Məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı Zərərçəkmiş şəxs 19 avqust 2021-ci il tarixli və Şahid2 29 may 2021-ci il tarixli verdikləri ifadələr həqiqəti əks etdirir və həmin ifadələri sübut növü kimi qəbul edir. Təqsirləndirilən şəxs əməllərinin hüquqi tövsifinə gəldikdə isə, məhkəmə hesab edir ki, onun əməlləri ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4, 221.3, 228.4 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə itihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4, 221.3, 228.4 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi və onun həmin əməlləri törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir, onun əməllərinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN–nin BƏSİİ-dən alınmış təlabnamədən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin 04 avqust 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 12 dekabr 2016-cı il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Məhkumluğu ödənilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində üç azyaşlı uşaqları 22 oktyabr 2009-cu il təvəllüdlü X10, 05 dekabr 2011-ci il təvəllüdlü X11 və 10 sentyabr 2016-cı il təvəllüdlü X20 vardır. Cinayət işinin materiallarına əlavə edilmiş 28 dekabr 2020-ci il tarixli Keşlə bələdiyyəsinin sədri tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət arakterizə olunur. Cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilmişdir, onunla barışmış və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində üç azyaşlı uşaqlarının olmasını, zəərçəkmiş şəxslə barışığın əldə olunmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yünügülləşdirən hal kimi qiymətləndirir. Məhkəmədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin “cəzanı yüngülləşdirən hallar olduqda cəzanın təyin edilməsi”ndən bəhs edən 60-cı maddəsinin tələblərini də nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən, həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və həcmi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailə şəraitlərinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4, 221.3, 228.4 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4, 221.3, 228.4 və 234.4.3-cü maddələrinin hər biri üzrə ayrıayrılıqda müəyyən müddətə azadlıqdan məhrum etmə cəzaları təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, onun 19 dekabr 2020-ci il tarixdən 19 aprel 2021-ci il tarixə qədər həbsdə və ev dusdaqlığında olduğu 04 (dörd) ay təyin olunmuş cəzadan çıxılaraq ona qəti cəza təyin edilməli, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın əvvəli 28 may 2021-ci il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həmdə başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq cəza ilə cəzanın məqsədini təmin etmək mümkündür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Cinayət Məcəlləsinin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin, məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlərin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə nəzərdə tutulmuş müsadirə edilməli əmlak olmadığından yuxarıda qeyd olunan müddəa tətbiq olunmamalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi Nərimanov rayon polis idarəsində saxlanılan Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 6,510 qram olan narkotik vasitə heroin və 01 ədəd bıçaq məhv edilməlidir. Maddi sübut kimi Nərimanov rayon polis idarəsində saxlanılan Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış keçirildiyi zaman aşkar edilərək götürülmüş 01 ədəd “Nokia” markalı mobil telefofon aparatı Təqsirləndirilən şəxs ailə üzvlərinə qaytarılmalıdır. Cinayət işinin materiallarında olan "xxxx" MMC-dən istintaqa təqdim edilmiş 01 ədəd CD disk, Zərərçəkmiş şəxs və Şahid1 mobil nömrələrinin anten əhatə dairələrinin məlumatlarının əks olunduğu 02 ədəd CD disk, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsi barədə videogörüntülərin qeydə alındığı 01 ədəd CD disk, xx.xx.2020-ci il tarixdə baş vermiş hadisənin videogörüntülərinin əks olunduğu 03 ədəd CD disk və məhkəmə kriminalistik ekspertizasının keçirilməsi üçün ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs və Şahid1 məxsus foto şəkil və video görüntülərin əks olunduğu 01 ədəd CD disk əhəmiyyət kəsb etdiyindən cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş ekspertiza ilə əlaqədar Təqsirləndirilən şəxs 227, 82 ( iki yüz iyirmi yeddi manat səksən iki qəbik) manat məbləğində məhkəmə məsrəfi tutularaq dövlət büdcəsinə ödənilməlidir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən isə təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği də məhkəmə məsrəflərinə aiddir. Həmin Məcəllənin 193.2 və 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş 48 (qırx səkkiz) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsi hesabından Müdafiəçi1 288 (iki yüz səksən səkkiz) manat pul onun vəkil işlədiyi Bakı şəhəri 22 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351, 353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4, 221.3, 228.4 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4–cü maddəsi ilə 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası və Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 05 (beş ) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 07 (yeddi) il müddətə müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs həbsdə və ev dusdaqlığında olduğu 19 dekabr 2020-ci il tarixdən 19 aprel 2021-ci il tarixinə qədər olan 04 (dörd) ay ona təyin olunmuş 07 (yeddi) il müddətə müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti olaraq 06 (altı) il 08 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Həmin cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 28 may 2021-ci il tarixdən hesablansın, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin. İş üzrə maddi sübut kimi Nərimanov rayon polis idarəsində saxlanılan Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 6,510 qram olan narkotik vasitə heroin və 01 ədəd bıçaq məhv edilsin. İş üzrə maddi sübut kimi Nərimanov rayon polis İdarəsində saxlanılan Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış keçirildiyi zaman aşkar edilərək götürülmüş 01 ədəd “Nokia” markalı mobil telefofon aparatı Təqsirləndirilən şəxs ailə üzvlərinə qaytarılsın. Cinayət işinin materiallarında olan "xxxx" MMC-dən istintaqa təqdim edilmiş 01 ədəd CD disk, Zərərçəkmiş şəxs və Şahid1 mobil nömrələrinin anten əhatə dairələrinin məlumatlarının əks olunduğu 02 ədəd CD disk, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsi barədə videogörüntülərin qeydə alındığı 01 ədəd CD disk, xx.xx.2020-ci il tarixdə baş vermiş hadisənin videogörüntülərinin əks olunduğu 03 ədəd CD disk və məhkəmə kriminalistik ekspertizasının keçirilməsi üçün ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs və Şahid1 məxsus foto şəkil və video görüntülərin əks olunduğu 01 ədəd CD disk əhəmiyyət kəsb etdiyindən cinayət işinin materiallarında saxlanılsın. İbtidai istintaq zamanı keçirilmiş ekspertiza ilə əlaqədar Təqsirləndirilən şəxs 227,82 (iki yüz iyirmi yeddi manat səksən iki qəbik) manat məbləğində məhkəmə məsrəfi tutularaq dövlət büdcəsinə ödənilsin. Dövlət büdcəsi hesabından Müdafiəçi1 288 (iki yüz səksən səkkiz) manat pul onun vəkil işlədiyi Bakı şəhəri 22 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qadasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Sədrlik edən, hakim: Azər Paşayev Hakimlər: Əhməd Quliyev İradə Həsənzadə