Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-372/2023 28.02.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Məmmədzadə Səbinə Adil qızının sədrliyi ilə, Hakimlər: Məmmədov Əli İrfan oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, Niyazova Nəzrin Əbülfət qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyası “Hümbətov və Partnyorları” Vəkil Bürosunda fəaliyyət göstərən vəkil X1 oğlunun iştirakı ilə, Təqsirləndirilən şəxs, xx xxxx 1993-cü ildə Cəlilabad şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmuş, məhkumluğu ödənilməmiş və üzərindən götürülməmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 11 saylı X7 müəssisəsində cəza çəkən, ünvan 1 ünvanda qeydiyyatda olub, Bakı şəhəri, Gəncə prospekti, “Panorama Park” 29/30 ünvanında yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq psixotrop maddəni və külli miqdarda narkotik vasitəni əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, ittiham aktına əsasən Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı “Maqa” adlı şəxslə narkotik vasitələrin satışı ilə bağlı qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək 2022ci ilin may ayının əvvəllərində Bakı Metropolitenin Xətai rayonu ərazisində olan “Həzi Aslanov” stansiyası yaxınlığında üç ədəd bükümdə ümumi təmiz çəkisi 145,646 qram külli miqdarda narkotik vasitə heroin və bir ədəd bükümdə təmiz çəkisi 200 qram qurudulmuş marixuana əldə edib heroinin 15,866 qramını bir ədəd bükümdə olmaqla üzərində saxlayıb, yerdə qalan narkotik vasitələri yaşadığı ünvan 3 ünvanda yerləşən binanın 23 nömrəli mənzilinə daşıyaraq mənzilin yataq otağındakı çarpayının üzərindəki balışın içərisində gizlədərək qanunsuz saxlamış, Təqsirləndirilən şəxs qanunsuz hərəkətləri barədə Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 13 may 2022-ci il tarixdə saat 00:15 dəqiqədə Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində yerləşən “Bravo” marketin yaxınlığında saxlanılıb ünvan 4 ünvanında yerləşən DİN-in BNMİ-in inzibati binasına gətirilərək orada videoçəkilişdən istifadə etməklə üzərində aparılan şəxsi axtarış və götürmə zamanı əynində olan şalvarının sağ yan cibindən bir ədəd bükümdə külli midarda təmiz çəkisi 15,866 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüş, Təqsirləndirilən şəxs əldə edilmiş məlumat əsasında davam edən əməliyyat tədbirləri nəticəsində sonuncunun yaşadığı ünvan 3 ünvanda yerləşən binanın 23 nömrəli mənzilində axtarış aparılan zaman yataq otağında olan çarpayının üzərindəki balışın içərisindən bir ədəd bükümdə təmiz çəkisi 200 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, iki ədəd bükümdə külli miqdarda ayrı-ayrılıqda təmiz çəkiləri 86,230 qram və 43,550 qram, ümumi təmiz çəkisi 129,780 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış kimyəvi komponent tərkiblərinə görə öz aralarında eynilik təşkil edən narkotik vasitə heroin və bir ədəd üzərində narkotik vasitə heroin izləri olan elektron tərəzi aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayəti törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, narkotik vasitə olan marixuanadan istifadə etmiş, digər narkotik vasitələrdən istifadə etməmiş və narkotik vasitənin satışı ilə məşğul olmamışdır. O, sadəcə narkotik vasitənin istifadəçisi olmuşdur. Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı Şahid1 Narkotiklərlə Mübarizə İdarəsinin işçisi olduğunu bilməmiş, hadisə günü istifadə etdiyi narkotik vasitəni özünü Şahid1 qohumu kimi tanıdan Anar adlı şəxsdən almışdır. O, həmin şəxslərin Narkotiklərlə Mübarizə İdarəsinin işçiləri olduqlarını bilməmiş, çünki narkotik vasitə olan marixuananı onlarla görüşüb oturduğu zaman birgə istifadə etmişlər. Saxlanıldığı gün özünün istifadəsi üçün 200 qram marixuana almış, bundan sonra isə polis işçiləri tərəfindən saxlanılmışdır. Polis əməkdaşları onu idarəyə aparmış, idarədə olduğu zaman ona qarşı zor tətbiq edərək başqa narkotik vasitələri də üzərinə götürməyi üçün onu döymüşlər. Bir müddət keçdikdən sonra, onu qaldığı evə baxış keçirmək məqsədi ilə həmin evə gətirmişlər. Evə baxış keçirən zaman balışının içərisindən narkotik vasitə aşkar etmişlər, lakin həmin narkotik vasitə ona məxsus olmamışdır. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki o, bundan əvvəl Azərbaycan Respublikası Cinayət Məcəllənin 234.4.3 və 206-cı maddələri ilə məhkum olunmuşdur. Həmin vaxt axtarışda olmuş, lakin daha sonra özü könüllü olaraq gedib təslim olmuşdur. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, lakin apellyasiya məhkəməsinin qərarı ilə cəzası 8 ilə endirilmişdir. 30 dekabr 2020-ci il tarixdə cəza çəkdiyi rejim dəyişdirilmiş və o, həmin vaxtdan Masallı rayonunda yerləşən X7 müəssisəsində cəza çəkmişdir. Hazırki iş üzrə həbs olunmamışddan 4 ay əvvəl cəzaçəkmə müəssisəsinin rejimi dəyişdirilmişdir. Cəlilabad rayonunda qeydiyyatdadır, məhkum olunmamışdan əvvəl Cəlilabad rayonunda yaşamışdır. Həmin cinayət işi də Cəlilabad rayon ərazisində törədilmişdir. Hazırki iş üzrə həbs olunanda isə artıq Bakı şəhərində yaşamışdır. O, Masallı rayonunda cəza çəksə də, Bakı şəhərinə gəlibgetməsinə icazə verilmiş, həftənin bir neçə günü cəzaçəkmə müəssisəsində, bir neçə gün isə Bakı şəhərində olmuşdur. Bakı şəhərində heç bir işlə məşğul olmamış, özünə telefon mağazası açmaq istəmiş, lakin həbs olunduğuna görə aça bilməmişdir. Bakı şəhərində yaşadığı mənzil atasına məxsus olmuş, ailədə ondan başqa 56 yaşlı anası və 62 yaşlı atası var. Valideynləri işləmir və təqaüdçüdürlər. O, təxminən bir ay müddət olar ki, narkotik vasitə olan marixuanadan istifadə edir, əvvəllər narkotik vasitədən istifadə etməmişdir. Sonuncu dəfə həbsdən çıxdıqdan sonra narkotik vasitədən istifadə etməyə başlamışdır. Əvvəllər ümumiyyətlə narkotik vasitələrdən istifadə etməmişdir. O, həbsdən azad olunduqdan sonra təkcə narkotik vasitə olan marixuanadan istifadə etmiş, digər narkotik vasitələrdən istifadə etməmişdir. Narkotik vasitəni Anar adlı şəxsdən almışdır. Anardan ümumilikdə iki dəfə narkotik vasitə almış, sonuncu dəfə 200 qram narkotik vasitə olan marixuana aldıqdan sonra polis əməkdaşları tərəfindən saxlanılmışdır. Anar da onunla birlikdə saxlanılmış, lakin daha sonra buraxılmışdır. Anarı ortaq bir məclisdə tanımış, orada tanışlıqları yaranmışdır. Həmin marixuananı aldığı Anar adlı şəxs Narkotiklərlə Mübarizə İdarəsinin işçisi olan Şahid1 yaxın qohumudur. O, saxlanıldıqdan sonra bilmişdir ki, onun narkotik vasitə aldığı şəxs Narkotiklərlə Mübarizə İdarəsinin işçisidir. O, Anar adlı şəxsin soyadını və ya digər anket məlumatlarını bilmir. Anar narkotik vasitə olan marixuananı ona gətirib verdikdə, Şahid1 özlərinin idarə etdiyi avtomaşında əyləşmişdir. Anardan iki dəfə narkotik vasitə olan marixuana almış, ikinci dəfə aldığı zaman tutulmuşdur. Sonuncu dəfə Anarla görüşüb narkotik vasitəni Anardan, Anarın qohumundan kirayələdiyi evdə Anarla birgə görüşdüyü vaxt saxlanılmışdır. Sonuncu dəfə Anarı tutulduğu zaman görmüşdür. Həmin ev kirayə mənzil olmuş, evin sahibi Anarın qohumu olmuş, həmin evdə 260 manat aylıq kirayə haqqı ödəməklə qalmışdır. Evi şəxsi məqsədləri üçün kirayələmişdir. O, işləməsə də, rayonda olan torpağını satmış, pulu oradan əldə etmişdir. Anar ilə həmin evdə görüşmə səbəbi, Anardan narkotik vasitə olan marixuana almaq olmuşdur. Anar gələn zaman o, qapını açdıqda, Anarla birlikdə daha bir neçə nəfər evə daxil olmuşdur. Polis əməkdaşları evə baxış keçirərkən qara paketdə narkotik vasitəni evə yerləşdirib, bir paketi də ona vermişlər. Bu hərəkətlər ona dövlət tərəfindən təyin olunmuş müdafiəçinin gözləri önündə baş vermişdir. İdarədə onu döyüb cibinə polis işçiləri özləri narkotik vasitə yerləşdirdikdən sonra, vəkilin iştirakı ilə video çəkiliş vasitəsilə üzərinə baxış keçirmişdir. Üzərinə baxış keçirilən zaman narkotik vasitə olan marixuana aşkarlanmamış, marixuananı evə baxış keçirərkən evdən aşkar etmişlər. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq həmçinin bildirmişdir ki, polis əməkdaşları onu ittiham aktında yazılan “Bravo” marketinin qarşısında deyil, kirayə olaraq tutduğu Bakı şəhəri, Gəncə prospekti, ev 73 mənzil 20-də tutmuşlar. Polis əməkdaşları onu 12 may 2022-ci il tarixdə təxminən gecə saat 11-12 radələrində tutmuş, üzərinə baxış keçirib sonra idarəyə aparmışlar. İdarədə ona işgəncələr verilmiş, ona görə də məcbur qalıb çəkiliş zamanı narkotik vasitənin ona məxsus olduğunu bildirmişdir. O, saxlanıldıqdan sonra vəkil dəvət olunmuş, elə həmin vəkilin yanında polis əməkdaşları narkotik vasitəni onun balışının içinə yerləşdirmiş, daha sonra da çəkiliş edib guya balışın içindən aşkar etmiş kimi göstərmişlər. O, Bakı İstintaq Təcridxanasına aparıldıqdan sonra, Müalicə Müəssisəsinə göndərilmişdir. Polis əməkdaşları qulağına vurduğu üçün, qulağı partlamışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq həmçinin bildirmişdir ki, onda tərəzi olmamış, polis əməkdaşları özlərinin tərəzisi ilə narkotik vasitəni çəkmişlər. Onda 200 qram marixuana olmuş, həmin mariuxuananı elə tutulan vaxt almışdır. Qeyd olunan marixuananın qarşılığında 1500 manat pul verəməli olmuşdur. Tutulanadək marixuananın pulunu verməmişdir. O, heç vaxt heroindən istifadə etməmiş, heç vaxt inyeksiya yolu ilə narkotik vasitə qəbul etməmişdir. O, həbsdən təzə çıxmış, 6 il 3 ay həbsdə olmuşdur. Onun internetdən, sosial şəbəkələrdən anlayışı olmamış, təzə-təzə “Watsapp” tətbiqindən istifadə etməyi öyrənmişdir. Onun kimləsə sosial şəbəkədən istifadə etməklə əlaqə saxlamağı real məlumat ola bilməz. O, post terminal vasitəsi ilə heç kimə pul göndərməmişdir. Heroinin qramının neçəyə olduğunu bilmir. Təqsirləndirilən şəxs irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış, araşdırılan mötəbər və təkzibedilməz sübutlarla onun qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə qanunsuz olaraq külli miqdarda heroin narkotik vasitəsini əldə etməsi, üzərində gəzdirməsi, daşıması və saxlaması, yəni Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi tam təsdiq edilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadəsində göstərmişdir ki, o, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsində əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs barəsində idarəyə əməliyyat məlumatı daxil olmuş, məlumat əsasında əməliyyat qrupu yaradılmış və Təqsirləndirilən şəxs onların tərəfindən Xətai rayonu, Gəncə prospektində yerləşən “Bravo” marketin yaxınlığında saxlanılmış, şəxsə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu bildirilərək Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət olunmuşdur. İdarədə xidməti otaqların birində müdafiəçinin iştirakı ilə, videoçəkiliş aparılmaqla şəxsin üzərinə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs əynində olan şalvarın cibindən bir büküm çıxarıb masanın üzərinə qoymuşdur. Daha sonra üzərinə şəxsi axtarış keçirilmiş və bir ədəd qara rəngli telefon, 80 manata yaxın pul aşkar edilmişdir. Elə həmin gün Təqsirləndirilən şəxs Gəncə prospektində kirayə yaşadığı evə baxış keçirilmiş, yataq otağında, çarpayıda balışın içərisindən 2 büküm heroin, 1 büküm marixuana və bir ədəd elektron tərəzi aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs narkotik vasitələri İran İslam Respublikasının vətəndaşı “Maqa” adlı şəxsdən 800 manat müqabilində aldığını bildirmişdir. Məhkəmə iclasında ona verilən suallara cavab olaraq Şahid1 bildirmişdir ki, Təqsirləndirilən şəxs 13 may 2022-ci il tarixdə gecə saat 00:15-də Xətai rayonu, Gəncə prospektində yerləşən “Bravo” marketin qarşısında saxlamışlar. “Bravo” marketlə Təqsirləndirilən şəxs yaşadığı evin arası təxminən 200 metr məsafədə olmuşdur. Onlar Təqsirləndirilən şəxs saxlayan zaman o, “ünvan” qoymağa, yəni narkotik vasitəni deyilən ünvana yerləşdirməyə çıxmışdır. Şəxs özü bu barədə onlara məlumat vermişdir. Təqsirləndirilən şəxsi əvvəllər tanımamış, lakin təqsirləndirilən şəxsin onu tanıması mümkündür, çünki narkotik vasitələrin dövriyyəsi ilə məşğul olan şəxslərin çoxu onu tanıyır. Sübhanın qardaşı da külli miqdarda narkotik vasitələrin satışı ilə əlaqədar məhkum olunmuşdur. Onun ümumiyyətlə Anar adlı qohumu və ya tanışı yoxdur. Ola bilər ki, məlumatla əlaqədar onun yanında kimsə olsun, lakin bu tədbir ilə bağlı ümumiyyətlə yanında heç kəs olmamışdır. Sübhanın kirayədə yaşadığı mənzil, valideyinlərinin yaşadığı binaya yaxın binada yerləşmişdir. Təqsirləndirilən şəxs özü onlara bildirmişdir ki, həmin mənzili kirayə götürüb və narkotik vasitəni aldıqdan sonra oradan çıxıb “ünvan” qoyur. Heç kim Təqsirləndirilən şəxs təzyiq göstərməmiş və təqsirləndirilən şəxsin evində vəkilin və digər şəxslərin gözü qarşısında evinə narkotik vasitə qoymamış, belə bir halın olması mümkün deyildir. Evindən aşkar olunan narkotik vasitə və tərəzi Təqsirləndirilən şəxs özünə məxsus olmuşdur. Şahid məhkəmə iclasında verilən suallara cavab olaraq həmçinin bildirmişdir ki, əməliyyat məlumatı Sübhanın narkotik vasitələrin satışı ilə məşğul olması ilə bağlı daxil olmuş, daha doğrusu, həmin şəxsin narkotik vasitələri alıb, alıcılar üçün deyilən ünvan üzrə yerləşdirməsi ilə məşğul olması barədə məlumat verilmişdir. Daxil olmuş məlumat əsasında verilən saatda Təqsirləndirilən şəxs “ünvan” qoymağa çıxdığı vaxt saxlamışlar. Şəxsi saxladıqları zaman üzərinə baxış keçirilməmiş, şəxs İdarəyə gətirilmiş, orada üzərinə baxış keçirilmişdir. İdarənin rəhbərinin göstərişinə əsasən saxlanılan şəxslərin üzərinə baxış İdarədə keçirilir. Üzərinə baxış videoçəkiliş vasitəsi ilə aparılmış, o da həmin prosesdə iştirak etmiş, qeyd olunan prosesdə vəkil də iştirak etmişdir. Narkotik vasitə Təqsirləndirilən şəxs əynindəki şalvarın sağ cibindən aşkar olunaraq götürülmüş, şəxs özü könüllü olaraq narkotik vasitəni çıxarıb təqdim etmişdir. Həmin narkotik vasitə qablaşdırılmış və ekspertizaya göndərilmişdir. Narkotik vasitəni ekspertizaya o aparmamış, kimin apardığını da xatırlamır. Yanlış xatırlamırsa, Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitə 22,5 qram heroin olmuşdur. Onlar mənzilə baxış keçirən zaman evdə heç kəs olmamış, evin qapısını Sübhan özü açarla açmışdır. Mənzilə baxış videoçəkiliş altında həyata keçirilmiş, evdən 2 büküm- 123 qram heroin və 173 qram marixuana aşkar olunaraq götürülmüşdür. Sübhanı 00:15-də saxlayıb, təxminən 55 dəqiqədən sonra isə evə baxış keçirmişlər. Tarixi və saatları öna görə dəqiq xatırlayır ki, məhkəmə iclasına gəlməmişdən əvvəl hazırlaşır, baş verən hadisələri yadına salır. Sübhan saxlanılan zaman tək olmuş, yanında Anar adlı şəxs olmamışdır. İranlı “Maqa” ilə bağlı İran İslam Respublikasına rəsmi sorğu göndərilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 və Şahid3 Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadə vermişlər. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli üzrə təqsirli olması özünün qismən etirafedici ifadəsi, iş üzrə dindirilmiş şahidlərin ifadələri ilə yanaşı məhkəmədə tədqiq edilən aparılmış istintaq hərəkətlərinin protokolları, ekspert rəyləri və digər sübut növləri ilə də tam sübuta yetirilmişdir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan «şəxsi axtarış və götürmə aparılması haqqında» 13 may 2022-ci il tarixli protokoldan görünür ki, 13 may 2022-ci il tarixdə saat 00:15 dəqiqədə Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində yerləşən “Bravo” marketin yaxınlığında saxlanılaraq DİN-in BNMİ-nə gətirilmiş Təqsirləndirilən şəxs üzərində videoçəkiliş etməklə şəxsi axtarış aparılan zaman Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildikdən sonra ona üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predmet olması barədə sual verilmiş, sonuncu da əynində olan şalvarın sağ yan cibindən bir ədəd bükümdə açıq qəhvəyi rəngli maddəni çıxarıb qarşısında olan masanın üzərinə qoymuş, həmin büküm açılaraq içərisinə baxış keçirilmiş və bükümdə qəhvəyi rəngli maddə olması müəyyən edilmişdir. X8 üzərində axtarış aparılmış, onun üzərindən bir ədəd qara rəngli mobil telefon və ümumilikdə 87 manat pul vəsaiti aşkar edilmişdir. Süban Əliyevin üzərindən aşkar edilmiş maddə elektron tərəzi ilə çəkilmiş və çəkisi 22,5 qram olmuşdur. Aşkar edilmiş maddə kağız zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri möhür ilə möhürlənmiş, iştirakçılar tərəfindən imzalanış və Təqsirləndirilən şəxs üzərindən başqa qanunsuz əşya aşkar edilməmişdir. Tədqiq edilən protokoldan həmçinin görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddənin nə olması və haradan əldə etməsi barədə sual verilmiş, o da həmin məddənin narkotik vasitə heroin olmasını, özünə məxsus olmasını, həmin maddəni İran İslam Respublikası vətəndaşı “Maqa” adlı şəxsin vasitəsilə bir həftə əvvəl Sətai rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə deyilən ünvanlara qoymağa görə “Maqa” adlı şəxsin 800 manat pul verəcəyini, “Maqa” adlı şəxsi bir aydır ki, tanıdığını və narkotik vasitə istifadəçisi olduğunu bildirmişdir. Şəxsi axtarış və götürmə zamanı şübhəli şəxs və digər iştirakçılar tərəfindən heç bir şikayət, əlavə daxil olmadığı və vəsatət qaldırılmadığı bildirilmişdir (iş vərəqə: cild İ, səh. 31-32). Məhkəmə baxışı zamanı tədqiq olunan iş üzrə şəxsi axtarış və götürmə prosesinin videogörüntülərini özündə əks etdirən «diskə baxış keçirilməsi haqqında» 14 may 2022-ci il tarixli protokollardan görünür ki, həmin protokolun məzmunu Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasına dair tərtib olunan «şəxsi axtarış və götürmə aparılması haqqında» 29 aprel 2022-ci il tarixli protokolun məzmununa uyğundur. Qeyd olunan protokolla müəyyən edilmişdir ki, həmin disk “DVD” formatlıdır, diskin üzərində baş hissəsində “Verbatim” sol hissəsində hissəsində “DVD-R” sağ hissəsində isə 4.7 GB, 16 X, 120 min yazıları və rəqəmləri vardır, disk açıldıqda içərisində bir ədəd “mp4” formatlı görüntü vardır, həmin görüntüdə DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması müəyyən edilmiş, belə ki, sonuncu özünü təqdim etmiş, onun yanında iki nəfər mülki geyimli polis əməkdaşlar vardır, polis əməkdaşları DİN-in BNMİ-in əməliyyat müvəkkilləridir, qarşıda olan stulda Mərkəzi vəkil Bürosunun vəkili X4 əyləşmiş, Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildikdən sonra ona üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predment olması barədə sual verilmiş, sonuncu da əynində olan şalvarın sağ yan cibindən bir ədəd bükümdə açıq qəhvəyi rəngli maddəni çıxarıb qarşısında olan masanın üzərinə qoymuş, həmin büküm açılaraq içərisinə baxış keçirilmiş və bükümdə qəhvəyi rəngli maddə olması müəyyən edilmişdir. X8 üzərində axtarış aparılmış, onun üzərindən bir ədəd qara rəngli mobil telefon və ümumilikdə 87 manat pul vəsaiti aşkar edilmişdir. Süban Əliyevin üzərindən aşkar edilmiş maddə elektron tərəzi ilə çəkilmiş və çəkisi 22,5 qram olmuşdur. Aşkar edilmiş maddə kağız zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri möhür ilə möhürlənmiş, iştirakçılar tərəfindən imzalanış və Təqsirləndirilən şəxs üzərindən başqa qanunsuz əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddənin nə olması və haradan əldə etməsi barədə sual verilmiş, o da həmin məddənin narkotik vasitə heroin olmasını, özünə məxsus olmasını, həmin maddəni İran İslam Respublikası vətəndaşı “Maqa” adlı şəxsin vasitəsilə bir həftə əvvəl Sətai rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə deyilən ünvanlara qoymağa görə “Maqa” adlı şəxsin 800 manat pul verəcəyini, “Maqa” adlı şəxsi bir aydır ki, tanıdığını və narkotik vasitə istifadəçisi olduğunu bildirmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, o, “Maqa” adlı şəxsə pulunu ödəyərək narkotik vasitələri almış, narkotik vasitələri “Maqa” adlı şəxsdən satdıqdan sonra pulunu ödəmək üçün almamış, ona BNMİ-də polis əməkdaşlarının deməsi əsasında bildirmişdir ki, narkotik maddələri deyilən ünvana qoymağa görə “Maqa” adlı şəxsin 800 manat pul verəcəkdir (iş vərəqə: cild İ, səh. 91-92). Cinayət işinin materiallarında olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan “mənzilə baxış keçirilməsi və götürmə aparılması” haqqında 13 may 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 5 ünvanda axtarış aparılmışdır. Axtarış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs yaşadığı mənzildə qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predment olması barədə sual verilmiş, bundan sonra sonuncu mənzildə olan yataq otağındakı çarpayının üzərində olan balışın içərisindən üç büküm və bir ədəd elektron tərəzini çıxarıb təqdim etmiş, həmin bükümlər açılaraq içərisinə baxış keçirilmiş, iki ədəd bükümdə qəhvəyi rəngli və bir ədəd bükümdə isə yaşıl rəngli ota bənzər maddələr aşkar olunmuşdur. Həmin bükümlər elektron tərəzi ilə çəkilmiş, qəhvəyi rəngli maddələrin çəkisi 153 qram, yaşıl rəngli ota bənzər maddənin çəkisi isə 215 qram olmuşdur. Aşkar edilmiş maddələr və bir ədəd elektron tərəzi kağız zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri möhür ilə möhürlənmiş, iştirakçılar tərəfindən imzalanmış və mənzildən başqa qanunsuz əşya aşkar edilməmişdir. Tədqiq olunan protokolla həmçinin müəyyən edilir ki, Təqsirləndirilən şəxs yaşadığı mənzildən aşkar edilmiş maddənin nə olması və haradan əldə etməsi barədə sual verilmiş, sonuncu da həmin məddələrin özünə məxsus olmasını, həmin maddələrin narkotik vasitə heroin və qurudulmuş marixuana olmasını, İran İslam Respublikası vətəndaşı “Maqa” adlı şəxsin vasitəsilə bir həftə əvvəl Xətai rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə deyilən ünvanlara qoymağa görə “Maqa” adlı şəxsin 800 manat pul verəcəyini, “Maqa” adlı şəxsi bir aydır ki, tanıdığını və narkotik vasitə istifadəçisi olduğunu bildirmişdir (iş vərəqə: cild İ, 36-37). Məhkəmə baxışı zamanı tədqiq olunan iş üzrə mənzilə baxış keçirilməsi və götürmə aparılması prosesinin videogörüntülərini özündə əks etdirən «diskə baxış keçirilməsi haqqında» 14 may 2022-ci il tarixli protokollardan görünür ki, həmin protokolun məzmunu“mənzilə baxış keçirilməsi və götürmə aparılması” haqqında 13 may 2022-ci il tarixli protokolun məzmununa uyğundur. Tədqiq olunan protokoldan görünür ki, həmin disk “DVD” formatlıdır, diskin üzərində baş hissəsində “Verbatim” sol hissəsində hissəsində “DVD-R” sağ hissəsində isə 4.7 GB, 16 X, 120 min yazıları və rəqəmləri vardır, disk açıldıqda içərisində bir ədəd “mp4” formatlı görüntü vardır, həmin görüntüdə Təqsirləndirilən şəxs yaşadığı mənzildə qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predment olması barədə sual verilmiş, bundan sonra sonuncu mənzildə olan yataq otağındakı çarpayının üzərində olan balışın içərisindən üç büküm və bir ədəd elektron tərəzini çıxarıb təqdim etmiş, həmin bükümlər açılaraq içərisinə baxış keçirilmiş, iki ədəd bükümdə qəhvəyi rəngli və bir ədəd bükümdə isə yaşıl rəngli ota bənzər maddələr aşkar olunmuşdur. Həmin bükümlər elektron tərəzi ilə çəkilmiş, qəhvəyi rəngli maddələrin çəkisi 153 qram, yaşıl rəngli ota bənzər maddənin çəkisi isə 215 qram olmuşdur. Aşkar edilmiş maddələr və bir ədəd elektron tərəzi kağız zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri möhür ilə möhürlənmiş, iştirakçılar tərəfindən imzalanmış və mənzildən başqa qanunsuz əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs yaşadığı mənzildən aşkar edilmiş maddənin nə olması və haradan əldə etməsi barədə sual verilmiş, sonuncu da həmin məddələrin özünə məxsus olmasını, həmin maddələrin narkotik vasitə heroin və qurudulmuş marixuana olmasını, İran İslam Respublikası vətəndaşı “Maqa” adlı şəxsin vasitəsilə bir həftə əvvəl Xətai rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə deyilən ünvanlara qoymağa görə “Maqa” adlı şəxsin 800 manat pul verəcəyini, “Maqa” adlı şəxsi bir aydır ki, tanıdığını və narkotik vasitə istifadəçisi olduğunu bildirmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, o, “Maqa” adlı şəxsə pulunu ödəyərək narkotik vasitələri almış, narkotik vasitələri “Maqa” adlı şəxsdən satdıqdan sonra pulunu ödəmək üçün almamış, ona BNMİ-də polis əməkdaşlarının deməsi əsasında bildirmişdir ki, narkotik maddələri deyilən ünvana qoymağa görə “Maqa” adlı şəxsin 800 manat pul verəcəkdir (iş vərəqə: cild İ, 93-94). Tədqiq olunan protokollardan görünür ki, diskə baxış keçirilməsi prosesində prosessual pozuntulara yol verilməmişdir. İşdə olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmə bioloji ekspertizasının 13 may 2022-ci il tarixli 7/475 saylı rəydən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs evindən...” yazısı və imzalar olan kağız paketdəki 01 (bir) ədəd sellofan bağlamada təmiz çəkisi -200 qram, olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Bir ədəd elektron tərəzinin üzərində çətənə (kannabis) bitkisinin hissəcikləri yoxdur (iş vərəqə: cild İ, səh. 44-46). İşdə olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmə-kimyəvi ekspertizasının 13 may 2022-ci il tarixli 6/2752 saylı rəydən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...” və s. yazılar, imzalar olan kağız paketdə bir ədəd bükümdə təmiz çəkisi ayrı-ayrılıqda təmiz çəkiləri 86,230 qram; 43,550 qram, ümumi təmiz çəkisi 129,780 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, elektron tərəzinin üzərində heroin izləri müəyyən edildi. Tərəzinin üzərində heroin iz şəkilində olduğundan təmiz çəkisinin müəyyən edilməsi və eynələşdirmə üzrə tədqiqatın aparılması mümkün olmadı. 02 paketdəki heroin kütlələri kimyəvi komponent tərkiblərinə görə öz aralarında eynilik təşkil etməklə ümumi təmiz çəkiləri 145,646 qramdır. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir (iş vərəqə: cild İ, səh. 48-51). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan, ambulator məhkəmə-narkoloji ekspertizasının 17 may 2022-ci il tarixli 1478 saylı rəydən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində aslılıq sindiromu narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhər görülür (iş vərəqə: cild İ, səh. 171-172). İbtidai istintaq orqanının işdə olan «sübutların qiymətləndirilməsi haqqında» 07 oktyabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı mənzildən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 145,526 qram qalan narkotik vasitə heroin və Təqsirləndirilən şəxs yaşadığı mənzildən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 199,9 qram qalan narkotik vasitə marixuana maddi sübut kimi tanınmış və saxlanılması üçün Xətai RPİ-in maddi sübutların saxlanılması otağına təhvil verilmişdir. Həmin qərara əsasən Təqsirləndirilən şəxs üzərində və yaşadığı mənzildə axtarış və götürmə aparılmasını əks etdirən iki ədəd iki ədəd DVD disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir (iş vərəqə: cild İİ, səh. 79-94). Bununla belə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cinayət işinin materiallarına əlavə edilmiş “mənzilə baxış keçirilməsi və götürmə aparılması” haqqında 13 may 2022-ci il tarixli protokol, həmçinin qeyd olunan prosessual hərəkətin video görüntülərini özündə əks etdirən DVD disk məhkəmə iclasında tədqiq olunarkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 5 ünvanında aparılan baxış zamanı mənzildə olan yataq otağındakı çarpayının üzərində olan balışın içərisindən üç büküm və bir ədəd elektron tərəzi aşkar edilmişdir. Lakin cinayət işi üzrə ibtidai istintaqı aparan müstəntiq Nihad Şamoyev tərəfindən qəbul edilmiş 02 avqust 2022-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarda (iş vərəqə: cild İ, səh. 177-191), habelə məhkəmənin hazırlıq iclasında işə baxılmasına xitam verilməsi və cinayət işinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərar qəbul edildikdən sonra ibtidai istintaqın həvalə olunduğu Xətai RPİ-nin İŞ-nin müstəntiqi polis baş leytenantı X5 tərəfindən qəbul edilmiş 07 oktyabr 2022-ci il tarixli “sübutların qiymətləndirilməsi” haqqında qərarda (iş vərəqə: cild İİ, səh. 79-94) təqsirləndirilən şəxsin yaşadığı mənzildən aşkar edilmiş elektron tərəziyə hüquqi qiymət verilməmiş, qeyd olunan elektron tərəzi iş üzrə maddi sübut qismində tanınmamış, onun saxlanıldığı yer barədə cinayət işinin materiallarında heç bir məlumat qeyd olunmamışdır. Bundan əlavə iş üzrə tərtib edilmiş ittiham aktının arayış hissəsində də həmçinin qeyd olunan elektron tərəızi ilə bağlı heç bir məlumat qeyd olunmamışdır. Bundan başqa, cinayət işi üzrə ibtidai istintaqı aparan müstəntiq Nihad Şamoyev tərəfindən qəbul edilmiş 02 avqust 2022-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarda Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış və götürmə zamanı sonuncunun üzərindən aşkar edilərək götürülmüş 01 ədəd «Samsung» markalı mobil telefon aparatı sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış və sonuncunun yaxın qohumlarına qaytarılması qərara alınmış, lakin mobil telefonun onun yaxın qohumlarına qaytarılması barədə cinayət işçinin materiallarına hər hansı bir qəbz əlavə edilməmişdir (iş vərəqə: cild İ, səh. 177-191). Məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş narkotik vasitənin mənbəyini müəyyənləşdirmək məqsədilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ayrıca icraatda cinayət işi ayrılmışdır (iş vərəqə: cild İ, səh. 193-194). Məhkəmə təqsirləndirilən şəxsin əməlinin cinayət-hüquqi tövsifinə qiymət verərkən «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı»nın konkret müddəalarını rəhbər tutmuşdur. Belə ki, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən «heroin» narkotik vasitəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram, Marixuana (kannabis) (qurudulmuş) şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 5 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 500 müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı isə müəyyən edildi ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş narkotik vasitənin müxtəlif növlərdən olub, heroin narkotik vasitəsinin çəkisi 145,646 qram, marixuana narkotik vasitəsinin çəkisinin 200 qram olmaqla «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı»da nəzərdə tutulmuş heroin narkotik vasitəsinin miqdarı külli miqdar həddindən, marixuana narkotik vasitəsinin çəkisinin şəxsi istehlak miqdarından dəfələrlə artıq miqdarda olmuşdur. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının 14-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, Azərbaycan Respublikası CM-nin 234.2 və 234.3cü maddələrində nəzərdə tutulan əməllərin külli miqdarda törədilib-törədilməməsi məsələsi Azərbaycan Respublikasının «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahılara uyğun (İ və İİ siyahılar) olaraq həll olunmalıdır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanununun 1.0.11.-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli həmin qərarının doqquzuncu bəndində məhkəmələrə tövsiyə olunur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Ali Məhkəmə Plenumunun 04 mart 2011-ci il tarixli qərarının bu hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə edərək bir neçə ədəd bükümdə daşıyıb saxlaması, yaşadığı mənzildən narkotik vasitə ilə yanaşı elektron tərəzinin aşkar olunması, onun əvvəllər də narkotik vasitələrin satışı ilə bağlı məhkum olunmasını, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı əməliyyat orqanının məlumatları, təqsirləndirilən şəxsin həmin narkotik vasitələri satış məqsədilə qanunsuz olaraq külli miqdarda əldə etməsinə, saxlamasına və daşımasına dəlalət edir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs qabacadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə qanunsuz olaraq külli miqdarda heroin, habelə şəxsi istehlak miqdarından artıq miqdarda marixuana narkotik vasitəsini alıb əldə etməklə, daşımaqla və saxlamaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayəti törətməsi məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı ifadələrində özünü təqsirli bilməyərək, yaşadığı mənzildən aşkar olunmuş narkotik vasitənin və elektron tərəzinin ona məxsus olmaması, cibinə və mənzilinə polis əməkdaşları tərəfindən narkotik vasitələr yerləşdirildiyi, polis əməkdaşları tərəfindən döyülüb, təzyiqlərə məruz qalması ilə əlaqədar etirafedici ifadələr verməyə məcbur olduğunu bildirməsi ilə bağlı ifadəsinə qiymət verərək bildirir ki, təqsirləndirilən şəxs polis əməkdaşlarının onun döyməsi ilə bağlı üzərində müəyyən xəsarətlər olduğunu, qulağının zədələnməsi ilə bağlı Ədliyyə Nazirliyinin Pensitensiar Xidmətinin Müalicə Müəssisəsində müalicə aldığını bildirsə də, məhkəmənin sorğusuna əsasən təqsirləndirilən şəxsin saxlanıldığı İstintaq Təcridxanasından onun adına açılmış şəxsi iş və tibbi kitabça məhkəməyə təqdim olunmuş, qeyd olunan sənədlər məhkəmə iclasında bilavasitə tədqiq olunmuş və həmin sənədlərdə təqsirləndirilən şəxsin üzərində hər hansı bir xəsarətin aşkar olunması və ya qulağının zədələnməsi ilə bağlı müalicə almasına dair qeyd aparılmamış, Ədliyyə Nazirliyinin Pensitensiar Xidmətinin Müalicə Müəssisəsində isə qasıq yırtığı ilə bağlı cərrahiyyə əməliyyatı olunması ilə əlaqədar müalicə aldığı qeyd olunmuşdur. Bundan başqa təqsirləndirilən şəxsin üzərinə və yaşadığı mənzilə videoçəkiliş altında, müdafiəçinin iştirakı ilə baxış keçirilmiş, aşkar olunmuş predmetlər qanuna müvafiq şəkildə qablaşdırılaraq ekspertizaya göndərilmişdir. Başqa sözlə, məhkəmə təqsirləndirilən şəxsin onun üzərindən və yaşadığı mənzildən aşkar edilmiş narkotik vasitənin ona məxsus olmaması və polis əməkdaşları tərəfindən döyülərək təzyiqlərə məruz qalması ilə bağlı ifadəsini həqiqətə uyğun hesab etmir. Məhkəmə təqsirləndirilən şəxsin özünün istifadə etməsi məqsədi ilə narkotik vasitə marixuana əldə etməsi, heç kimə satmaması ilə əlaqədar ifadəsinə münasibətdə isə onu qeyd edir ki, təqsirləndirilən şəxsdən aşkar edilmiş narkotik vasitə marixuanın çəkisinin şəxsi istehlak miqdarından dəfələrlə çox olması, eyni zamanda onun üzərindən və yaşadığı mənzildən marixuana narkotik vasitəsi ilə yanaşı heroin narkotik vasitəsinin də aşkar edilməsi, habelə onun yaşadığı mənzildən narkotik vasitələrin satışını təmin etmək məqsədi ilə istifadə edilən üzərində narkotik vasitə heroinə bənzər izlərin olduğu 01 ədəd elektron tərəzinin aşkar olunması, həmçinin Təqsirləndirilən şəxs əvvəllər də Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.2 və 206.3.2-ci maddələri ilə məhkum olunması, eyni zamanda Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop madddələrin satışı ilə məşğul olmasına dair qərəzsiz və mötəbər mənbələrdən əldə olunmuş əməliyyat məlumatının olması qeyd olunan narkotik vasitə olan heroini və qurudulmuş marixuananı satış məqsədi ilə əldə etdiyi tam sübuta yetirir. Bu səbəbdən Təqsirləndirilən şəxs göstərdiyi həmin xüsusatlar onun daha ağır məsuliyyətdən yaxa qurtarmaq məqsədi ilə özünü müdafiə etmək üçün irəli sürdüyü dəlillər kimi qiymətləndirilməlidir. Bundan başqa məhkəmə istintaqı zamanı müdafiə tərəfi təqsirləndirilən şəxsin tutulma yeri və vaxtını mübahisələndirib, onun iş materiallarında qeyd olunandan fərqli yerdə və fərqi saatda tutulmasını bildirərək, iş üzrə əməliyyat axtarış fəaliyyətini həyata keçirmiş şəxslərin mobil telefonlarının anten məlumatlarının götürülməsi ilə bağlı vəsatətlə məhkəməyə müraciət etmiş, məhkəmənin qərarına əsasən müdafiə tərəfinin vəsatəti təmin edilmiş və "xxxx" MMC-dən Şahid3 və Şahid2 istifadəsində olan mobil telefon nömrələrinin anten məlumatları götürülmüş, qeyd olunan məlumatlar məhkəmə iclasında tədqiq olunarkən anten məlumatları ilə cinayət işinin materialları arasında hər hansı bir uyğunsuzluq aşkar edilməmişdir. Başqa sözlə təqsirləndirilən şəxsin qeyd olunan xüsusatla da bağlı ifadəsi öz təsdiqini tapmamışdır. Bundan əlavə təqsirləndirilən şəxs öz ifadəsində narkotik vasitəni “Anar” adlı şəxsdən aldığını, polis əməkdaşlarının onun mənzilinə daxil olaraq onu tutduqlarını, hətta tutulan zaman həmin “Anar” adlı şəxsin də onunla birlikdə mənzildə olduğunu qeyd etsə də, məhkəmə dəfələrlə “Anar” adlı şəxsin anket məlumatlarını əldə edib, onun məhkəmə iclasında əlavə şahid qismində dindirilməsi üçün müdafiə tərəfinə dəfələrlə şərait yaratsa da, müdafiə tərəfi həmin şəxsin anket məlumatları barədə məhkəməyə heç bir məlumat verməmiş, habelə onun məhkəmə iclasında əlavə şahid qismində dindirilməsi üçün təşəbbüs göstərməmiş, ümumiyyətlə həmin şəxsin mövcudluğuna dair məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Buna görə də məhkəmə Təqsirləndirilən şəxs qeyd olunan xüsusatlarla bağlı məhkəmə baxışı zamanı verdiyi ifadələri özünü müdafiə məqsədi ilə uydurulmuş ifadələr kimi qiymətləndirir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilmişdir və o, həmin maddərlə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən verilmiş tələbnaməyə əsasən Təqsirləndirilən şəxs Əliyev X2 Ağır Cinayətlər Məhkəməsinin 21 iyun 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.2 və 206.3.2-ci maddələri ilə təqsirli bilinərək 10 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin 27 yanvar 2017-ci il tarixli qərarı ilə qeyd olunan hökm dəyişdirilərək ona 08 il müddətində azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. İş materiallarında olan Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 21 iyun 2016-cı il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.2 və 206.3.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 10 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. İş materiallarında olan Şirvan Apellyasiya Məhkəməsinin 27 yanvar 2017-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 21 iyun 2016-cı il tarixli hökmü ilə təyin edilmiş 10 il müddətinə azadlıqdan məhrumetmə cəzası azaldılmış və ona 8 il müddətində azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 11 saylı X7 Müəsissəsindən verilmiş arayışa əsasən, məhkum Əliyev X2 Ağır Cinayətlər Məhkəməsinin 21 iyun 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 234.4.1, 234.4.2 və 206.3.2-ci maddələri ilə təqsirli bilinərək 10 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin 27 yanvar 2017-ci il tarixli qərarına əsasən cəzası 08 ilə endirilmişdir. Məhkum Təqsirləndirilən şəxs cəzasının 2/3 hissəsindən çoxunu 6 saylı Cəzaçəkmə Müəssisəsində çəkdikdən sonra Nizami rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarına əsasən cəzasının çəkilməmiş qalan hissəsini çəkmək üçün X7 müəssisəsinə keçirilmiş, xx.xx.2021-ci il tarixdən Masallı rayonunda yerləşən 11 saylı MTCM-də cəza çəkir. Məhkum Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 29/30 ünvanına, ailəsinin yanına uzun müddətli ailəvi görüşə icazə verilmiş, xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılmış, xx.xx.2022-ci il tarixdə Xətai Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 83.1-ci maddəsinin tələblərinə görə cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə, ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.2.2-ci maddəsinə görə qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə cinayətlərin residivi təhlükəli sayılır. Məhkəmə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 21 iyun 2016-cı il tarixli hökmü və Şirvan Apellyasiya Məhkəməsinin 27 yanvar 2017-ci il tarixli qərarına əsasən qəsdən törətdiyi ağır cinayətə görə təyin olunmuş cəzasını çəkib qurtarmadan Təqsirləndirilən şəxs yenidən qəsdən ağır cinayət törətməsini nəzərə alaraq, hesab edir ki, onun əməlində cinayətin təhlükəli residivi müəyyən olunur. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal hesab olunur və bu hal cəza təyin edilərkən nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinin tələblərinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-in 65.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəza təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın son həddinin üçdə ikisindən az olmamalıdır. Təqsirləndirilən şəxs Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 21 iyun 2016-cı il tarixli hökmü və Şirvan Apellyasiya Məhkəməsinin 27 yanvar 2017-ci il tarixli qərarına əsasən təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının 01 il 05 ay 22 gününün çəkilməmiş qalmasını nəzərə alaraq, məhkəmə hesab edir ki, ona Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu ilə təyin olunmuş cəzalar qismən toplamaq yolu ilə qəti cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökmü üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Hökmlərin məcmusu üzrə qəti cəza həm yeni törədilmiş cinayətə görə təyin edilmiş cəzadan, həm də məhkəmənin əvvəlki hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən çox olmalıdır. (CM-in 67.4-ci maddəsi). Məhkəmə təqsirlilik və cəza məsələsi ilə yanaşı, həm də belə nəticəyə gəlir ki, işdə olan ambulator məhkəmə-narkoloji ekspertizasının 17 may 2022-ci il tarixli 1478 saylı rəyi əsas götürülməli, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacının olması nəzərə alınmalı, barəsində narkomaniyadan məcburi müalicə növündə tibbixarakterli məcburi tədbirlər tətbiq edilməli, həmçinin ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, eyni zamanda Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkməsini, əməlinin cinayətlərin təhlükəli residivini yaratması, yeni cinayət törətməyə görə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunacağı nəzərə alınmalı və Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinin tələblərinə əsasən ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisələri müəyyən olunur. Bundan başqa, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə əlaqədar məsələni müzakirə edib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu 13 may 2022-ci il tarixdən hesablanmalıdır. Belə ki, Təqsirləndirilən şəxs baxılan iş üzrə 13 may 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 14 may 2022-ci il tarixdə müvafiq məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 13 may 2022-ci il tarixdən hesablanmışdır. Bundan sonra məhkəmə hökmü çıxarılanadək təqsirləndirilən şəxs qanuni əsaslarla fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs 13 may 2022-ci il tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunmalı olan cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə, Azərbaycan Respublikası CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, Xətai RPİ-in maddi sübutların saxlanılması otağında saxlanılan Təqsirləndirilən şəxs üzərindən və yaşadığı mənzildən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 145,526 qram qalan narkotik vasitə heroin və Təqsirləndirilən şəxs yaşadığı mənzildən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 199,9 qram qalan narkotik vasitə marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Bundan əlavə iş üzrə maddi sübut kimi tanınması və saxlanıldığı yer barədə cinayət işinin materiallarında heç bir məlumat qeyd olunmasına baxmayaraq, “mənzilə baxış keçirilməsi və götürmə aparılması” haqqında 13 may 2022-ci il tarixli protokol, həmçinin qeyd olunan prosessual hərəkətin video görüntüləri ilə Təqsirləndirilən şəxs yaşadığı ünvan 5 ünvanında aparılan baxış zamanı mənzildə olan yataq otağındakı çarpayının üzərində olan balışın içərisindən narkotik vasitə ilə yanaşı, həmçinin bir ədəd elektron tərəzinin aşkar edildiyini nəzərə alaraq məhkəmə hesab edir ki, qeyd olunan 01 ədəd elektron tərəzi hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Bundan başqa, cinayət işi üzrə ibtidai istintaqı aparan müstəntiq Nihad Şamoyev tərəfindən qəbul edilmiş 02 avqust 2022-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarda Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış və götürmə zamanı sonuncunun üzərindən aşkar edilərək götürülmüş 01 ədəd «Samsung» markalı mobil telefon aparatı sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınıb, təqsirləndirilən şəxsin yaxın qohumlarına qaytarılması qərara alınsa da, mobil telefonun onun yaxın qohumlarına qaytarılması barədə cinayət işçinin materiallarına hər hansı bir qəbz əlavə edilmədiyindən, məhkəmə hesab edir ki, 01 ədəd «Samsung» markalı mobil telefon aparatı təqsirləndirilən şəxsə qaytarılması üçün onun yaxın qohumlarına təhvil verilməlidir. Bundan başqa, cinayət işi üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərində və yaşadığı mənzildə axtarış və götürmə aparılmasını əks etdirən iki ədəd iki ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, iş üzrə məhkəmə məsrəfləri olaraq 188 (yüz səksən səkkiz) manat məbləğində ekspertiza xərci müəyyən edilmişdir ki, qeyd olunan məbləğ Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 2012-ci il 7 mart tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2.-ci maddəsi əsasında, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.- ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Azərbaycan Respublikasının CPM-nin 132.0.1.-ci maddəsinə uyğun olaraq, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Qeyd edilən normaların tələbləri isə ona dəlalət edir ki, əmlak müsadirəsi məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan əməli törətməkdə təqsirli bilinərək 8 (səkkiz) il müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 21 iyun 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 10 il müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Şirvan Apellyasiya Məhkəməsinin 27 yanvar 2017-ci il tarixli Qərarı ilə qeyd olunan hökm dəyişdirilərək ona təyin olunmuş 8 (səkkiz) il müddətində azadlıqdan məhrum etmə cəzasının 01 (bir) il 05 (beş) ay 22 (iyirmi iki) gününün çəkilməmiş qalması nəzərə alınmaqla, Azərbaycan Resublikası CM-in 67.1-ci maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanılmaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 9 (doqquz) il müddətində azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmənin əvvəli 13 may 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin. O, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübutlar – Xətai RPİ-in maddi sübutların saxlanılması otağında saxlanılan Təqsirləndirilən şəxs üzərindən və yaşadığı mənzildən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 145,526 qram qalan narkotik vasitə heroin və Təqsirləndirilən şəxs yaşadığı mənzildən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 199,9 qram qalan narkotik vasitə marixuana, habelə 01 ədəd elektron tərəzi hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin, Təqsirləndirilən şəxs məxsus olub, onun üzərindən aşkar edilmiş «Samsung» markalı mobil telefon Təqsirləndirilən şəxs qaytarılması üçün onun yaxın qohumlarına təhvil verilsin, Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarış, habelə mənzilə baxış və götürmə aparılması zamanı qeydə alınmış videogörüntülərin olduğu 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri – 188 (yüz səksən səkkiz) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-372/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-372/2023
28.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver