Məhkəmə qərarları › İş №1(101)-372/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-372/2025

28.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-372/2025 28.04.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məcidov Azad Əli Ağa oğlunun sədrliyi, hakimlər X22 və Ələkbərli Roman Nəriman oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X29, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər - Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 19 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 və Bakı şəhəri 17 saylı vəkil bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx xxxx 2003-cü il tarixdə Masallı rayonu, Həsənli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddə əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, naməlum mənbədən, naməlum vaxtda və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq bir ədəd bükümdə təmiz çəkisi 4,877 qram çəkidə külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin əldə edib üzərində qanunsuz saxlayaraq Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, F.B.Köçərli küçəsində yerləşən “Zəfər 44” adlı marketin yaxınlığına daşımış, bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olmuş məlumat əsasında həmin Baş İdarənin əməkdaşları tərəfindən 15 mart 2024cü il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs həmin tarixdə saat 14:20-də Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, F.B.Köçərli küçəsində yerləşən “Zəfər 44” adlı marketin yaxınlığında saxlanılaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasına gətirilmiş, orada saat 16:10-dan etibarən üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı bir ədəd bükümdə ümumi təmiz çəkisi 4,877 qram təşkil edən külli miqdarda kustar üsulla hazırlamış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, Türkiyə Respublikasında İqtisadiyyat və İdarəetmə fakültəsində təhsil alır. O, “Eski şehir Osman Qazi Universiteti”-ndə İqtisadiyyat fakültəsinin 3-cü kurs tələbəsidir. O, Türkiyədə təhsil aldığına görə tez-tez Türkiyəyə gedib gəlir. 27 dekabr 2023-cü il tarixində Türkiyə Respublikasından Azərbaycana gəlmiş və qeydiyyat yerində ona bildirilmişdir ki, onun ölkəyə giriş-çıxışına stop qoyulmuş, biraz gözləsin, polis əməkdaşları özləri ona yaxınlaşacaqlar. xx.xx.2023-cü il tarixində Bakıya uçmuş, təyyarədən düşmüş və kameralar olan yerdə pasport yoxlayan xanım işçi bildirmişdir ki, ona stop qoyulmuşdur. O, düşünmüşdür ki, yəqin müddətdən artıq Türkiyədə qaldığı üçündür və cərimə ödəməlidir. Xanım ona demişdir ki, gözləsin, əməkdaşlar ona yaxınlaşacaq. Onlar ondan telefon və pasportunu almışlar. O, hara getdiklərini soruşmuş, polis əməkdaşları demişdir ki, yəqin nəsə borcu var, bu məsələni bölmədə araşdıracaqlar. O, ölkəyə giriş-çıxışının dayandırılma səbəbini soruşsa da, ona bu barədə heçnə deyilməmişdir. O, yarım saat gözləmiş, polis əməkdaşları onu Hava Limanının yanında olan Polis Bölməsinə aparıb üzərinə baxış keçirmişlər. Polis əməkdaşları bildirmişlər ki, o BMCMİ tərəfindən axtarılır. O, günahsız olduğunu bildirib saxlanılma səbəbini soruşmuşdur. Polis əməkdaşları bildirmişlər ki, bunun səbəbini BMCMİ-də deyəcəklər. Polis əməkdaşları onu BMCMİ-nə aparmışlar. BMCMİ-də aşağı mərtəbədə yerləşən zirzəmiyə aparılmış və üzərinə axtarış keçirilmişdir. Sonra o kameraya salınmış, yarım saat sonra onu aşağıdan 4-cü mərtəbəyə qaldırmışlar. 4-cü mərtəbədə uzunboy qaraşın bir əməkdaş onu döyüb təhqir etməyə başlamışdır. Həmin şəxs ona özünü İlqar adı ilə tanıtmışdır. İlqar adlı əməkdaş onun üstünə çıxıb üzündəki tükləri yolmağa başlamışdır. İlqar adlı əməkdaş onu vurarkən “Hüseyni sən vurmusan?” deyə soruşurmuş. Onun Türkiyə Respublikasında oxuduğu Universitetdə “Qusik” dedikləri tələbə yoldaşı var imiş. Lakin o həmin şəxsin əsl adının Hüseyn olduğunu bilmirmiş və ümumiyyətlə onun barəsində heçnə bilmirmiş. Lakin Türkiyədə olarkən onun “Qusik” adlı tələbə yoldaşı ilə arasında dava olmuşdur. O, İlqar adlı əməkdaşa bildirmişdir ki, Hüseyn adlı dostu var amma hazırda kimi soruşduğunu dəqiq bilmir, tanımır və onu vurmamışdır. İlqar adlı əməkdaş bir nəfərə görüntülü zəng etmiş və demişdir ki, ”sənin xətrinə dəyəni mən pis günə qoyaram”. Sonra İlqar adlı əməkdaş onun üstünə çıxıb təpikləmişdir. O, hər dəfə Hüseynin kim olduğunu soruşanda İlqar adlı əməkdaş ona deyirmiş ki, Hüseynin kim olduğunu o yaxşı bilir. Sonra o yenidən zirzəmiyə endirilmiş və kameraya yerləşdirilmişdir. Səhəri gün yenidən 4-cü mərtəbəyə aparılmışdır. Onu aşağı-yuxarı qaldıran Fərhad adlı oğlan onu 4-cü mərtəbədə axırdan soldakı otağa aparmışdır. Otaqda 10 nəfər dayanmış və onlar onu ortaya salıb vurmağa başlamışlar. Onlar onu döyərkən “Sən Hüseyni vurmusan” deyirmişlər. O, isə bildirirmiş ki, o saxlanılma səbəbini bilmir. Onu 1-2 saat döydükdən sonra otaqda oturmağını və gələcəklərini demişlər. Sonra gəlib demişlər ki, əgər onlarla əməkdaşlıq etsə onu azadlığa buraxacaqlar. O, razılaşmış və buraxılmağını istəmişdir. Çünki ailəsinə də xəbər verilməmişdir. O, buraxılmış və polis əməkdaşı onu “Hyundai” markalı maşınla aparıb evlərinin önündə düşürtmüşdür. Bu vaxt qarşdaşı da onları görmüşdür. Polis əməkdaşı nömrəsini yazıb ona vermiş və “mənə zəng etmək yadından çıxmasın, axırı pis olacaq. Birinci dəfə bura düşmüsən, elə et ki, ikinci dəfə bura düşmə” demişdir. O, ailəsiylə danışmışdır. O, düşünmüşdür ki, bəlkə polislərin zəngini açmasa onlar ondan əl çəkər və o da təhsilinə davam edə bilər. 1 ay-1 ay yarım sonra o Türkiyənin Eski şəhərinə universitetinə qayıtmaq üçün aeroporta getmişdir. Atası da yanında imiş. Lakin qeydiyyatdan keçərkən yenə saxlanılmış və yarım saat gözləməyini demişlər. O, özünü pis hiss etdiyindən həkim gəlib təzyiqini ölçmüşdür. Bildirilmişdir ki, o BMCMİ-nə aparılmalıdır. Belə ki, o 21 fevral 2024-cü il tarixində Bakıdan Türkiyəyə qayıdarkən şüşəli bina olan Terminalda pasport yerində saxlanılmışdır. Sərhəd işçiləri ona demişlər ki, o gözləsin, atası isə stopu olmadığından keçib gedə bilər. Atası getməmiş və onunla yarım saat gözləmişdir. X57 Xidməti onu yenidən həmin Polis Bölməsinə aparmışlar. Üstünə yenidən axtarış keçirilmiş, amma protokol tərtib olunmamış, heçnəyə imza çəkməmişdir. Onu BMCMİ-nə aparmışlar. BMCMİ-də yenə də sarışın Fərhad adlı əməkdaş onu 4-cü mərtəbəyə qaldırmışdır. Otağa girən kimi Aslan müəllim demişdir ki, “Mən deməmişdim ki, mənimlə əlaqə saxla?! Sən bilmirsən ki, mənim icazəm olmadan ölkəni dəyişə bilməzsən?!” O, tələbə olduğunu, gələcəyinin olduğunu bildirmiş və gələcəyi ilə niyə oynadıqlarını soruşmuşdur. O, universitetə getmək istədiyini demişdir. Sonra onu döymüşlər, tok vermişlər, üzünün tüklərini yolmuşlar. O, bildirmişdir ki, nə etmişdir ki, onu döyürlər və təhqir edirlər. Onlar yenidən onu döymüşlər, yerə yıxıb sürümüşlər, ayaqlarına və bədəninə elektroşok vermişlər. Sonra əlavə 2-3 nəfər gəlib onu təhqir etməyə başlamış və demişlər ki, onun sinəsinə nalayiq ifadələr yazırlar. Biri qaldırıb onu fırladıb yerə yıxmışdır. Sonra ona yenidən şans verdiklərini və gözləməyini demişlər. O, 1 saat gözləmiş və Aslan adlı əməkdaş ona ikinci dəfə şans verdiyini, onlarla əməkdaşlıq etməyini demişdir. Aslan adlı əməkdaş demişdir ki, ona ikinci şans verir, sonra bir daha deməyəcək. O, razılaşmışdır. O, soruşmuşdur ki, o ailəsinə nə deyəcək, onu niyə tutduqlarını desin? Aslan adlı əməkdaş demişdir ki, atasına deyər ki, pul lazımdır. Sonra Aslan adlı əməkdaş söhbəti fırlatmış və demişdir ki, pul deməsin, desin ki, hələ iş davam edir, özü necə məsləhət bilirsə elə desin. O, onları başından etmək üçün razılaşmışdır. Onlar ona tutulma əsaslarını göstərən sənədlərə imza çəkdirmişlər. O, necə əməkdaşlıq edəcəyini bilmədiyini demişdir. Aslan demişdir ki, getsin, özü zəng edib bildirəcək. Həmin tarixdə o evə buraxılmışdır. O, stop olduğuna görə Türkiyəyə getməmiş, evə qayıtmışdır. O, çölə çıxmış və görmüşdür ki, atası və dostu Natiq onu İdarənin qabağında gözləyirlər. Ailəsi onu evə aparmışdır. O, hara gedəcəyini bilmirmiş və gözləyirmiş ki, səslərini çıxarmasınlar ki, onlardan əl çəksinlər. 10-15 gün sonra dostu onu kafeyə çay içməyə çağırmışdır. Ramana sovxozunda “Buta” adlanan kafeyə getmişdir. Biraz söhbət etmişlər və sonra kafeyə bir nəfər girib çıxmışdır. O, dostuna bildirmişdir ki, o özünü pis hiss edir, kafeyə girib-çıxan BMCMİ-nin əməkdaşına oxşayır. O, dostuna kafedən getmələrini demişdir. Onlar kafedən çıxanda həmin BMCMİ-nin əməkdaşına oxşayan şəxs ona yol vermişdir. O, onun keçməyini demiş amma yenə həmin şəxs ona yol vermişdir. O, qapıdan keçib sağ tərəfə doğru getmişdir. Həmin şəxs isə qara rəngli “Chevrolet” markalı maşına minmişdir. O, irəlilədikcə qara rəngli “Chevrolet” markalı maşın qabağına sürülmüş, arxasında Post Patrul maşını dayanmış və 3 nəfər üstünə cummuşdur. Onu əvvəllər də döyən Aslan, İlqar və 2-3 nəfər də iri bədənli əməkdaşlar onu maşına salıb döymüşlər. Maşını kök iri bədənli adam idarə edirmiş. BMCMİ-də liftdə narkotik vasitəni onun göy rəngli cins şalvarının cibinə qoymuşlar və götürməyi üçün ailəsiylə təhdit etmişlər. 1-ci mərtəbədə təhqiqatçının otağına aparılmışdır. Təhqiqatçı ona demişdir ki, videoçəkiliş zamanı o necə deyibsə ona uyğun cavab versin, artıq söhbət etməsin. Ətrafdakı polis əməkdaşı da ona nalayiq ifadələr işlədərək videoçəkiliş zamanı həmin sözləri demədiyi halda ona nə edəcəyini demiş, o da məcbur olub, videoçəkiliş zamanı onların dediklərini təkrar etmişdir. Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs bildirmişdir ki, o, 27 dekabr 2023-cü il tarixində birinci saxlanılanda Ankaradan Bakıya gəlirmiş, ikinci dəfə saxlanılanda isə Bakıdan Türkiyəyə gedirmiş. O, biletlərin olduğu tarixləri unutmuş, amma vəkil onları təqdim edəcək. O, hansı terminalda olduğunu xatırlamır, həmçinin polislər onu terminaldan çıxararkən o terminalın hansı terminal olduğunu görməmişdir. Hava Limanının sol tərəfində yerləşən Polis Bölməsində kiməsə zəng etmişlər və sonra demişlər ki, onu BMCMİ axtarır. O, axtarılma səbəbini soruşanda bilmədiklərini demişlər. Onun üstünə baxış keçirmişlər, telefon və üzərindən çıxan pul vəsaitini kənara qoyub üzərindən çıxan əşyalara dair protokol yazmışlar, o da protokola imza çəkmişdir. O, protokolu tərtib edən polis işçilərinin adlarını bilmir. Protokolun surəti ona təqdim olunmamışdır. Sonra polislər onu BMCMİ-nə aparmışlar. Atası və dostu da Polis İdarəsinin qarşısında gözləyirmişlər. O, sonuncu dəfə Ramana qəsəbəsində saxlanılmışdır. 15 mart 2024-cü il tarixində Ramanada saxlanılmış, polislər onu döyərək cibinə narkotik qoyub maşına oturtmuşlar. 21 fevraldan-15 mart 2024-cü ilə kimi polislər ona zəng etməmişlər, əməkdaşlıq üçün heçnə deməmişlər. O, Aslan müəllimə deyəndə ki, 1 ay ərzində əməkdaşlıq üçün ona zəng etməmiş, ona demişdir ki, o niyə zəng etməmişdir. Aslan öz nömrəsini telefonuna yazmışdır. Türkiyədə dava etdiyi şəxs Hüseyn adlı oğlandır. Hüseyn onunla eyni universitetdə oxumur, o, başqa universitetdə oxuyur. O, və Hüseyn bir-birini qarşılıqlı vurub dalaşmışlar. Hüseynin atasını tanımır, amma Hüseynin dostu olan Nicatın atası Qalib Salahovdur. Qalib Salahov "xxxx" MMC-nin direktorudur. İş üzrə şahid o tutulan zaman iştirak etməmiş, o, şahidi İdarədə görmüş, Aslan, balaca boy kök bir əməkdaş, İlqar adlı əməkdaş onu tutmuşlar. O, Aslan bəyin nömrəsini telefonuna “Aslan müəllim” adı ilə qeyd etmişdir. 21 fevral 2024-cü ildə dostu Elnur Nuriyev zəng etmiş və Nicatın onun tutulacağını dediyini demiş, o inanmamışdır. Onun tutulma səbəbi Hüseynlə olan davasıdır. Dostu Elnur və xarici ölkə vətəndaşı olan dostu bu davanı təsdiq edə bilər. O, Yunis Babayevi tanıyır, o da davanı görmüşdür. Fotoşəkildə burnu qanayan oğlanı o döymüşdür Elan olunmuş cinayət işinin 147-148-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi X39 məhkəmə-narkoloji ekspertizasının 16 mart 2024-cü il tarixli 1776 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs bildirmişdir ki, o, heç vaxt narkotik vasitələrdən istifadə etməmişdir. Elan olunmuş cinayət işinin 27-28-ci vərəqələrində olan şəxsi axtarış və götürmə protokoluna və protokoldakı imzaya əsasən Təqsirləndirilən şəxs bildirmişdir ki, imza onun imzasıdır. O, təzyiq altında protokolu imzalamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyətlər olduğu üçün təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi, izahatı, ifadələri elan edilmiş və izahatın, ifadələrinin sonunda olan imza ona təqdim edilmişdir. Belə ki, cinayət işinin 38-39-cu vərəqələrində olan izahatında və 54-57, 74-77-ci vərəqələrində olan ifadələrində Təqsirləndirilən şəxs aşağıdakıları göstərmişdir: … «...saxlanılmazdan 01 gün əvvəl 14 mart 2024-cü il tarixdə yaşadığı Bakı şəhəri, ünvan 1 ünvanının yaxınlığında yerdə 01 ədəd büküm gördüyünü, onun diqqətini çəkdiyindən açıb içərisinə baxdığını və psixotrop maddə metamfetamin olduğunu gördüyünü bildirmişdir. Daha sonra gələcəkdə istifadə etmək məqsədi ilə onu cibinə qoyduğunu və şəxsi axtarış keçirilənə qədər üzərində daşıdığını bildirmişdir. Narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmamış, yalnız arabir narkotik vasitə olan “nəşə”dən istifadə etmişdir. 15 mart 2024-cü il tarixdə təxminən saat 14:20 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, F.B.Köçərli küçəsində yerləşən “Zəfər 44” adlı marketin qarşısında olan zaman ona mülki geyimdə olan şəxslər yaxınlaşıb özlərini təqdim edib, xidməti vəsiqələrini göstərib Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmiş, polis əməkdaşları ondan özünü təqdim etməyini xahiş etmiş, o, özünü təqdim etdikdən sonra polis əməkdaşları onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq satışı ilə məşğul olmaqda şübhəli olduğunu bildirib, barəsində qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla onu tanış etmişlər. Yalan danışmağın əhəmiyyət kəsb etmədiyini başa düşüb səmimi olaraq etiraf edib bildirmişdir ki, üzərində “patı’ var. Bundan sonra polis əməkdaşları onu baş polis idarəsinə dəvət etmiş, o, buna etiraz etməyib polis əməkdaşları ilə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gəlmiş, polis idarəsində hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Ona hüquq və vəzifələri izah olunmuş, sonra üzərinə video çəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı o, cibində “patı” olduğunu bildirib, əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd sellofan bükümü, şalvarın sol yan cibindən 01 ədəd “İphone” markalı mobil telefonu və 3 manat pulu çıxarıb masanın üzərinə qoyaraq təqdim etmişdir. Təqdim etdiyi 01 ədəd sellofan bükümə baxış keçirilən zaman içərisində ağ rəngli, spesifik iyə malik olmayan “patı” aşkarlanmışdır. ...» Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs bildirmişdir ki, imzalar onun imzasıdır. O, təzyiq altında izahatı və protokolları imzalamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, 15 mart 2024-cü il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi, o cümlədən satışı ilə məşğul olması bərədə əməliyyat məlumatı daxil olmuşdur. 15 mart 2024-cü il tarixdə Təqsirləndirilən şəxs Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, F.B.Köçərli küçəsində yerləşən “Zəfər 44” adlı marketin yaxınlığında olacağı müəyyən edilmişdir. Onlar Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim etmişlər. Həmin şəxs də özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Bundan sonra ona narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib onu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmişlər. İdarədə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş və müdafiəçi ilə təmin edilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs psixotrop maddə metamfetaminə bənzər maddəni masanın üzərinə qoymuş və üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamini saxlanılmazdan 01 gün əvvəl yaşadığı ünvanın yaxınlığında yerdən tapdığını, şəxsi istifadəsi məqsədi ilə üzərində daşıdığını bildirmişdir. O, şəxsi axtarış protokoluna həmin dəqiqə imza çəkmişdir. Əməliyyat-axtarış tədbirləri barədə qərarı o yazmış və qərarda yazdığı tədbirlər yadında deyil. Əməliyyat məlumatı daxil olmuş və həmin məlumat əsasında şəxsin olduğu yer müəyyən edilmişdir. Onlar da Qurbanı saxlayıb Baş İdarəyə gətirmişlər. Şübhəli şəxsin üzərinə baxış keçirilməmiş, Təqsirləndirilən şəxs Baş İdarəyə gətirildikdən sonra onun üzərinə şəxsi axtarış keçirilmişdir. Həmin an Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışı Baş İdarədə keçirməyi məsləhət bilmişlər və onun təhlükəsizliyini təmin edərək Baş İdarəyə aparmışlar. Proses iştirakçılarının suallarını cavablandıraraq Şahid bildirmişdir ki, əməliyyat tədbirində şəxsən iştirak etmişdir. Təqsirləndirilən şəxs Türkiyədə təhsil alması barədə əvvəlcədən məlumatı yox imiş. Təqsirləndirilən şəxs ölkəyə giriş-çıxışna məhdudiyyət qoyulmasından xəbərsizdir. Təqsirləndirilən şəxs Türkiyə Respublikasına gedəndə və gələndə saxlanılmasını sonradan bilmişdir. Özü onlara bunu yolda və şifahi sorğu zamanı demişdir. Təqsirləndirilən şəxs Baş İdarəyə təhvil vermişlər, özləri də yanında imiş. Onlar təxminən İdarəyə günorta saatlarında çatmış, dəqiq saat yadında deyil. Tutulandan sonra təxminən 40 dəqiqə yola sərf edilibsə şəxsi axtarış da ondan sonra olmuş, dəqiq yadında deyil. Təqsirləndirilən şəxs təhqiqatçının yanına gətirmişlər. Şəxsi axtarışdan sonra MSYnə verilmə olur. Onlar İdarəyə gətirəndən sonra Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tanınmışdır. Daxil olan əməliyyat məlumatları hər bir halda yoxlanılmalıdır. O, əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs barəsində əməliyyat tədbiri keçirmişdir. Satış faktı təsdiq olunmamışdır. Əməliyyat tapşırığı icra olunması üçün ona verilmişdir. Elan olunmuş cinayət işinin 27-28-ci vərəqələrində olan şəxsi axtarış protokolundakı imzaya əsasən Şahid bildirmişdir ki, imza onun imzasıdır. Təqsirləndirilən şəxs əvvəllər kimləsə ədavəti olmağından, həmçinin Baş İdarəyə gətirilməyindən məlumatı yoxdur. Lakin Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı üzərində olan psixotrop maddəni təqdim etmişdir. Təqsirləndirilən şəxs heç bir təzyiq və təsir olmamışdır. Polis zabiti Hüseynov Ayaz və serjant Fərman Mürsəlzadə də şəxsi axtarış zamanı iştirak etmişlər. Məhkəmə iclasında müdafiəçinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, onun nar mobil nömrəsi yanmışdır. 09 oktyabr 2023-cü il tarixində saat 20:00-21:00 radələrində həyat yoldaşına zəng gəlmişdir. O, telefonu həyat yoldaşından alıb özü danışmışdır. Telefonda bildirmişlər ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindəndir və sabah saat 09:00-da orada olsun. O, səbəbini soruşmuş və 15 dəqiqə vaxtını alacaqlarını, səbəbini sabah İdarədə deyəcəklərini bildirmişlər. O, səhəri gün 09:00-da Qurbanın dayısı ilə İdarəyə getmişdir. Yolda gecikəcəyini görüb həmin nömrəyə zəng edib 15 dəqiqə gecikəcəyini demişdir. Həmin əməkdaş bildirmişdir ki, problem yoxdur. İdarədə ona oğlu Təqsirləndirilən şəxs universitetdə digər uşaqlarla dalaşdığını, bir yerdə durmadığını, oğlunu tənbeh etməyi demişlər. O, demişdir ki, narahat olmasınlar, o lap özü Türkiyəyə gedər. Yəni 09 oktyabr 2024-cü ilə kimi heç bir problem yox imiş, o işləyib gündəlik oğluna 10-20 manat göndərirmiş. Oğlu təxminən orucluq vaxtı tutulmuşdur. Belə ki, adətən oğlu axşamlar telefonda universitet yoldaşları ilə danışırmış, gündüz vaxtı da yatırmış. 15 mart 2024-cü il tarixində o evdən çıxanda oğlu Qurbana dostu zəng edərək evin yanındakı çayxanaya çağırmışdır. O, Qurbanla bir yerdə evdən çıxmışdır. O, Qurbandan ayrıldığı 3-5 dəqiqə içərisində ona zəng gəlmişdir ki, oğlunu tutub aparmışlar. O, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Qurbanın dayısı X4 ilə getmiş, amma onu tək qəbul etmişlər. Onu Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində oğlunun tələbə yoldaşları ilə dalaşmasına görə çağırmışlar. O da həyat yoldaşıyla birlikdə 12 oktyabr 2023-cü ildə Türkiyəyə getmiş və oğluyla maraqlanmışdır. Orda heç bir narahatçılıq yox imiş. Sadəcə oğlu ilə Nicat Salahov arasında söz-söhbət olmuşdur. Belə ki, oğluyla Nicat Salahov yeməkxanadan çıxan zaman bir-birlərinə qarşı tərs şəkildə baxışmışlar, amma dalaşmamışlar. Həmin vaxt Nicat Salahovun atası Qalib Salahov da orada imiş. O, oğlunun yanında 10 gün qalıb Azərbaycana qayıtmışdır. Oğlu o orda olarkən yox, sonradan “Qusik” adlı yəni Hüseyn adlı oğlanla dalaşmışdır. Oğlu 27 dekabr 2023-cü ildə Bakıya yeni il bayramına görə gəlirmiş. O, oğlu, dostu Natiq, bacısıoğlu və bacıoğlunun dostu X23rşılamağa getmişlər. Onlar Qurbanı gözləmiş və görmüşlər ki, Qurban gecikir. X36 saxlamışlar. O, Qurbana yaxınlaşmış və onu saxlayanlardan oğlunu niyə saxladıqlarını soruşmuşdur. Oğlunu saxlayan əməkdaşlar demişlər ki, ola bilsin ki, banka olan borca görə saxlanılmışdır. O, dərhal həyat yoldaşına zəng edib borc məsələsini dəqiqləşdirmişdir. O, oğlunu saxlayan əməkdaşlara bildirmişdir ki, onların heç bir bank borcu yoxdur. X49 polis bölməsinə aparılmış və orada bir qədər saxlanılmışdır. Onlara bildirilmişdir ki, oğlu yaşadığı yer üzrə Polis Bölməsinə aparılacaq. Lakin sonradan bildirilmişdir ki, oğlu Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılır. O, özü də oğlunun arxasınca Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə getmişdir. İdarədə oğlunu saxlamışlar, buraxmamışlar. O, nə qədər xahiş etsə də onu içəri buraxmamışlar. Gecə saat 02:00-da ona demişlər ki, rəis saat 10:00-da burda olacaq, saat 11:00-də gəlsin. O, səhər saat 11:00-də gəlsə də onu qəbul etməmişlər. Axşamtərəfi oğlu Qurbanın telefonundakı “Whatsapp” hesabından ona zəng gəlmişdir. Oğlu ona demişdir ki, onu buraxırlar. O, oğlunu götürmək istəyəndə bildirilmişdir ki, Aslan adlı əməkdaş özü oğlunu aparmışdır. O, oğluna yoldan zəng etmiş və oğlu demişdir ki, Aslan bəy onu evin yanında düşürtmüşdür. Oğlu 27 dekabr 2023-cü il tarixində gecə saatlarında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində qalmışdır. Aslan müəllim Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşıdır. Oğlu ona Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində döyüldüyünü, idarə ilə əməkdaşlıq etməsi üçün ona nömrə verdiklərini demişdir. O, oğluna belə şey ola bilməyəcəyini demişdir. Oğlu da həmin nömrəni atmışdır. O, Aslan bəyi görməmişdir. O, oğlundan xəbərsiz Aslan bəyə zəng etmişdir. Aslan bəyə Qurbanın atası olduğunu deyəndə səhv nömrəyə zəng etdiyini demişdir. 21-22 fevral 2024-cü il tarixində Qurban Türkiyəyə qayıtmaq üçün uçacaqmış. Səhər saat 05:00-06:00 radələrində oğluna dostundan zəng gəlmişdir. Oğlu demişdir ki, Nicat Salahov onun dostlarına demişdir ki, Qurban onsuz da Türkiyəyə gələ bilməyəcək, onu Hava Limanında saxlayacaqlar və narkotik vasitələrlə yükləyib tutacaqlar. O, oğluna demişdir ki, belə bir şey ola bilməz. X50 getmiş və həqiqətən də belə olmuşdur. Onu saxlamışlar və oğlunu tutmuşlar. Oğlunun da halı pisləşmiş, təzyiqi qalxmışdır. X51 çağırmışlar. Oğlunu Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparmışlar. Oğluna ərizə yazdırmışlar ki, qolundakı tatoya görə saxlanılmışdır. O, son zamanlar dava-dalaşla bağlı yaranan problemlərə görə oğluyla birlikdə Türkiyəyə gedirmiş və 3 ay orda qalmağı planlaşdırmışdır. Oğlunu sonuncu dəfə 15-i tarixində aparandan sonra ayın 20-si Qalib Salahov ona zəng etmişdir. Oğlunun narkotik vasitə alması, satması barədə onda məlumat olmamışdır. Oğlu Azərbaycanda yaşamır, təhsili ilə bağlı Türkiyədə yaşayırmış. Həyat yoldaşı oğlunun tələbə yoldaşı Hüseynin valideyni ilə telefonda danışaraq Nicatın valideyninin əlaqə nömrəsini istəmişdir. 1 saat sonra Nicatın atası Qalib Salahov ona zəng edərək həyat yoldaşının onu axtarması səbəbini soruşmuşdur. O, Qalib Salahova bildirmişdir ki, oğlanları arasında baş verən davaya görə onu axtarırmışlar, oğlunu tutmuşlar, nə məsələ olduğunu bilmir. Qalib Salahov demişdir ki, oğlunu narkotik vasitələrlə bağlı həbs ediblərsə o, nə etməlidir. O, Qalib Salahovdan soruşmuşdur ki, heç onun öz oğlunun bu səbəbdən tutulmağından xəbəri yoxdur, o, bunu hardan bilir?! Qalib Salahov demişdir ki, ona “Whatsapp” sosial şəbəkəsindən yazsın, o, ona oğlunun nə ilə məşğul olacağını göstərəcək. O, “Whatsapp” sosial şəbəkəsindən Qalib Salahova yazmış və o, ona şəkillər göndərmişdir. Qalib Salahov şəkildəki silahın güya oğlu Təqsirləndirilən şəxs məxsus olduğunu demişdir. Fotoşəkillərdə burnu qanayan oğlan oğlu Qurbanın döydüyü oğlandır. X31 çəkib və ona göndərmişdir. Silahın kimə aid olduğunu bilmir. O, Qalib Salahovla danışanda Qurbanın dayısı Bəhruz da yanında imiş və danışıqlarının səsini yazmışdır. Qalib Salahov nə işlə məşğul olduğunu soruşmuşdur. O da fəhlə işlədiyini demişdir. Qalib Salahov ona demişdir ki, “sən kimsən ona zəng edirsən, onun qəbuluna düşmək üçün vətəndaşlar növbə alır”. O, bildirmişdir ki, bir valideyn kimi oğlanları arasında yaşanan söz-söhbəti aydınlaşdırmaq istəyir. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində rəis işləyən Müzəffər müəllimin qəbuluna girmədən öncə BMCMİ-də əməkdaşlar rəisin otağına girəcəyi üçün onun əyin-başını düzəltmişlər. Müzəffər müəllim ona oğlu Qurbanın şəxsiyyət vəsiqəsini göstərmiş və oğlunun Türkiyədə tələbələrlə dalaşdığını, oğluna zəng edib tənbeh etməyini demişdir. O, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində rəis işləyən Müzəffər müəllimin qəbuluna girərkən onun adı qeydiyyata alınmışdır. O, Müzəffər müəllimlə 09 oktyabr 2023-cü il saat 21:00-da həyat yoldaşının telefonundan zəng edərkən danışmış, daha sonra 10 oktyabr 2023-cü il tarixində danışmışdır. O, Müzəffər müəllimə ***-***-**-** mobil nömrəsindən zəng etmişdir. O, 10 oktyabr 2023-cü il tarixində saat 09:00-da Müzəffər müəllimin qəbulunda olmalı imiş, amma o saat 9-a qalmış yoldan Müzəffər müəllimə zəng edərək tıxaca görə gecikəcəyini bildirmişdir. Qalib Salahov ***-***-**-** mobil nömrəsindən zəng etmiş, həmçinin həmin nömrəyə məxsus “Whatsapp” sosial şəbəkəsindən ona şəkillər atmışdır. Həyat yoldaşı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində bu məsələ ilə bağlı Əbülfət Rzayevin qəbulunda olmuşdur. Əbülfət Rzayev həyat yoldaşına bildirmişdir ki, getsin, işlərinə baxacaqlar. Əbülfət Rzayev həyat yoldaşına get deməsinə baxmayaraq, polkovnik rütbəsində olan əməkdaş həyat yoldaşını qəbuldan çıxdıqdan sonra otağa apararaq üstünə qışqırmış və demişdir ki, qəbulda olarkən oğlunu narkotiklə yüklədiklərini necə deyə bilib?! Hətta həmin polkovnik həyat yoldaşına demişdir ki, “gərək sizin uşağınızı öldürərdik, sizə verməzdik”. Müzəffər müəllimin qəbulunda olanda ona demişdir ki , Qurbanın adının ilk hərfini belə eşitmək istəmir, əks halda oğlunu tutacaq və onlar 9 il Bakı İstintaq Təcridxanasının yollarında qalacaqlar. Oğlu 27 dekabr 2023-cü il tarixində Hava Limanında saxlanılanda ona giriş-çıxışına məhdudiyyət qoyulduğu deyilmişdir. 21 fevral 2024-cü ildən sonra dəqiq bilmişlər ki, oğlunun giriş-çıxışına məhdudiyyət qoyulmuşdur. O, oğlu tutulanda İdarəyə getmiş və Kərim müəllimin qəbulunda olmuşdur. Kərim müəllim demişdir ki, maraqlı gəldiyi üçün onu qəbul edir, çünki oğlunun giriş-çıxışına məhdudiyəti onlar qoymamışlar. O, Müzəffər müəllimin qəbulunda olduğunu demiş, Kərim müəllim demişdir ki, yəqin ki, Müzəffər müəllim giriş-çıxışa məhdudiyyət qoymuşdur. Heç vaxt oğlu dərsdən bu qədər uzun müddət qalmamışdır. O, oğlunun tutulduğu yerdən kamera görüntülərinə baxmağa getmiş, neçə mağazaya, obyektə girib kamera görüntüsünə baxmaq istədiyini demiş, amma onların bəzisi oğlunu tutanların kamera görüntülərini sildiyini, bəzisi də oğlunu tutanların görüntü olan fləşkartı apardıqlarını demişdir. Qalib Salahov səhv etmirsə, 20 fevral 2024-cü ildə telefonda ona oğlunun tutulduğunu demişdir. Aslan adlı əməkdaş özünün ***-***-**-** nömrəsini oğlu Qurbana vermiş və o da Aslan bəyə zəng etmişdir. Qalib Salahov "xxxx" MMC-nin direktorudur Məhkəmə iclasında müdafiəçinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs Türkiyənin Eskişehir “Osman Qazi” Universitetinin 3-cü kurs tələbisidir. Təqsirləndirilən şəxs 2 dəfə, yəni 27 dekabr 2023-cü il tarixində Türkiyədən Bakıya gələrkən, 22 fevral 2024-cü il tarixində Bakıdan Türkiyəyə qayıdarkən Hava Limanında BMCMİ tərəfindən saxlanılmışdır. O, Qurban gəlibqayıdarkən Hava Limanına getmişdir. Qalib Salahov 20 mart 2024-cü il tarixində Qurbanın atası Elməddinə zəng edərkən o da Elməddinin yanında imiş. Qalib Salahov telefonda demişdir ki, onların uşağı narkotiklə tutulmuşdur. X52 bunu deyənə qədər Qurbanın narkotik vasitələrlə bağlı tutulduğunu bilmirmişlər.Təqsirləndirilən şəxs ilk dəfə tutulub sonra buraxılanda ona şəxsən demişdir ki, oğlunu döydüyü üçün Qalib Salahovun istəyi ilə İdarəyə aparılmışdır. Qalib Salahov və Təqsirləndirilən şəxs atası Elməddinin arasındakı danışığının bir hissəsinin səs yazısı onun telefonunda qalır. O, həmin danışığın son hissələrini qeydə ala bilmişdir. Qalib Salahov səs yazısında bildirmişdir ki, onlar heçnə edə bilməz. X35 yanında dəfələrlə Elməddin Qurbanlıya hədə-qorxu gəlmişdir. O da Elməddin Qubanlıya tapşırmışdır ki, Qalib Salahova artıq söz deməsin ki, Qalib Salahov onları da tutdurmasın. Təqsirləndirilən şəxs Hava Limanına getmədən əvvəl Türkiyədə yaşayan Elmir adlı dostu ona zəng edərək Nicat və Hüseynin Türkiyədə olan dostlarına Təqsirləndirilən şəxs Türkiyəyə gələ bilməyəcəyini, onun şərlədərək tutudurub Təcridxanaya aparılacağını dediklərini bildirmişdir. 09 oktyabr 2023-cü il tarixində Elməddin Qurbanlıya BMCMİ-nin əməkdaşı Müzəffər adlı şəxs tərəfindən zəng gəlmiş və İdarəyə dəvət olunmuşdur. O, Elməddin Qurbanlı ilə birlikdə 10 oktyabr 2023-cü il tarixində saat 09:00-10:00 radələrində BMCMİ-nə getmişdir. Müzəffər adlı şəxs İdarəyə dəvət etmə səbəbini deməmiş və telefonda bildirmişdir ki, bu haqda İdarədə bildirəcək. X15 çıxandan sonra ona bildirmişdir ki, Təqsirləndirilən şəxs dava-dalaş etdiyinə görə çağırılmışdır. Təqsirləndirilən şəxs 27 dekabr 2023-cü il tarixində BMCMİ-də saxlanılıb və gecə orda qalmışdır. BMCMİ-də Təqsirləndirilən şəxs fiziki və psixoloji təzyiq göstərilmişdir. 27 dekabr 2023-cü il tarixində Təqsirləndirilən şəxs İdarəyə aparılanda aparılma səbəbini bilmirmişlər, Təqsirləndirilən şəxs çıxandan sonra niyə tutulduğunu bilmişlər. Təqsirləndirilən şəxs onlara bildirmişdir ki, Qalib Salahovun oğlunun dostu Hüseyni döydüyü üçün tutulub, İdarədə onda Hüseynin ağzı qan olan şəklini göstərib Türkiyənin artıq onun üçün qapandığını dediklərini bildirmişdir. X37 Qurbanlının “Whatsapp” sosial şəbəkəsinə şəkillər göndərmişdir. Qalib Salahovun səs yazısını “Samsung A72” markalı telefona yazmış və məhkəməyə təqdim edə bilər. Təqsirləndirilən şəxs narkotik vasitə istifadəçisi deyil. İttiham əsassızdır. Təqsirləndirilən şəxs Türkiyədə Hüseyn adlı oğlanı döydüyündən onların valideynləri tərəfindən Təqsirləndirilən şəxs universitetə getməsi qadağan olunmuşdur. Baş vermiş dava-dalaşla bağlı məsələni yoluna qoymaq üçün daim söhbətlər getmişdir. Təqsirləndirilən şəxs Türkiydən gələn kimi Hava Limanında tutulduğundan onlara Türkiyədə baş verən davanı deyə bilməmişdir. Təqsirləndirilən şəxs özü BMCMİ-dən çıxandan sonra bildirmişdir ki, Türkiyədə baş vermiş dava ilə əlaqədar saxlanılmışdır. Davanın tarixi yadında deyil. Amma təxminən Təqsirləndirilən şəxs Türkyədən gəlməsindən 1 ay əvvəl dava baş vermişdir. Məhkəmə iclasında müdafiəçinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X24 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs Bakıda qarşılarkən və Türkiyəyə gedərkən Hava Limanında olmuşdur. O, ***-***-**-** mobil nömrəsindən istifadə edir. Tarixlər yadında deyil, amma yeni il bayramından qabaq olmuşdur. Təqsirləndirilən şəxs təxminən 10 ay qabaq həbs olunmuşdur. Qurban X9rşılamağa onun avtomobili ilə getmişlər. X48 Təqsirləndirilən şəxs gözləmişlər. Təqsirləndirilən şəxs gec gəlmiş və yanında iki nəfər polis əməkdaşı var imiş. Həmin əməkdaşlar Hava Limanı polisləri olduğunu deyib Qurbanı aparmışlar. Onlar Təqsirləndirilən şəxs gözləmişlər. Sonra Təqsirləndirilən şəxs BMCMİ-nə aparılmışdır. Onlar da onun maşınıyla İdarəyə getmişlər. Onlar gecə saat 02:00-ə qədər İdarədə gözləmişlər. Sonra onlara zəng gəlmişdir ki, Təqsirləndirilən şəxs buraxırlar. Lakin sonradan Təqsirləndirilən şəxs zəng edib bildirmişdir ki, artıq əməkdaş onu evə aparmışdır. Qurban Türkiyəyə dərsə qayıtmaq üçün Hava Limanına getmiş və o Elməddin Qurbanlı ilə əlaqə saxlayıb Təqsirləndirilən şəxs qeydiyyatdan keçərək təyyarəyə minə bilib-bilmədiyini soruşmuşdur. X32 bildirmişdir ki, oğlu yenə tutulmuşdur. O da saat təxminən 06:00-07:00 radələrində Hava Limanına getmiş və görmüşdür ki, polis əməkdaşları Təqsirləndirilən şəxs aparır. Təqsirləndirilən şəxs BMCMİ-nə aparılmışdır. Təqsirləndirilən şəxs narkotik vasitə istifadəçisi deyil. Təqsirləndirilən şəxs Türkiyədə oğlanla dava etdiyi üçün tutulmuşdur. Çünki onlar Elməddin Qurbanlı ilə İdarədən onun avtomobili ilə qayıdırmışlar və Elməddin avtomobildən düşərkən Qalib Salahov adlı biri tərəfindən Elməddin Qurbanlıya zəng gəlmişdir. X37 Qurbanlıya telefonda demişdir ki, bu hələ harasıdır, başına oyun açacaq. Qalib Salahov telefonda kobud danışmışdır. Təqsirləndirilən şəxs ilk dəfə tutulanda BMCMİ-nin əməkdaşı tərəfidnən evə aparılmışdır. X33 və o çalışmışlar ki, tez çatsınlar və həmin əməkdaşla görüşsünlər, amma onlar çatdırıb vaxtında çata bilməmişlər. Məhkəmə iclasında müdafiəçinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, oğlu X44 “Osman Qazi Universitetinin” İqtisadiyyat fakültəsində 3-cü kursunda təhsil alırmış. 09 oktyabr 2023-cü il tarixində saat 20:30-da ona zəng gəlmiş və telefonda 1 nəfər şəxs həyat yoldaşı Elməddin Qurbanova zəng çatmadığını, həyat yoldaşıyla danışmaq istədiyini bildirmişdir. O, telefonu həyat yoldaşına vermişdir. Həmin şəxs həyat yoldaşıyla danışmışdır. Sonra isə həyat yoldaşı Elməddin Qurbanov ona demişdir ki, ona BMCMİ-dən zəng gəlib, sabah saat 09:00-da İdarəyə dəvət olunur. Həyat yoldaşı X20 çağırılma səbəbini bilmədiyini demişdir. Onlar yoldaşının çağırılma səbəbini bilmədiklərindən çox həyəcan keçirmişlər. O, qardaşı Bəhruz İsmayılovu evə çağırmışdır ki, bəlkə o İdarənin onları çağırma səbəbini bilər. Lakin qardaşı da baş açmamış və təəccüblənmişdir. Səhəri gün qardaşı Bəhruz İsmayılov və həyat yoldaşı Elməddin Qurbanov BMCMİ-nə getmişlər. Sonra həyat yoldaşı Elməddin Qurbanov ona zəng edib bildirmişdir ki, Qurbanla bağlı İdarəyə çağırılmışdır. İdarədə yoldaşına demişlər ki, oğlu Türkiyədə oğlanlarla dava-dalaş edir, elə etsin ki, oğlunun adının “Q” hərfi belə onlara gəlməsin, yoxsa oğlunu Azərbaycana gətirdib, 9 il cəza verdirərlər və o da Kürdəxanı yollarında qalar. O, oğluna zəng edib aydınlaşdırmışdır. Oğlu Qurban heç kimlə mübahisə yaşamadığını, sadəcə yeməkxanada Nicat Salahovla sərt şəkildə baxışdığını, Nicat Salahovun onu gözü götürmədiyini demişdir. Onlar səhəri gün Türkiyə Respublikasına getmişlər. O, 10 gün oğluyla qalmış, ətrafındakı uşaqlarla da tanış olmuşdur. O, bilmək istəyirmiş ki, oğlu hansı uşaqlarla oturub-durur ki, məhz BMCMİ onları İdarəyə çağırır. O, heç bir problem görməmişdir. Oğlu tutularkən tutulma səbəbini bilmirmişlər. O, 16 mart 2024-cü il tarixində BMCMİ-nə getmişdir. İdarədə Kəbiley adlı bir əməkdaş ona demişdir ki, oğlu burdadır, araşdırılma gedir, sabah oğlunu sərbəst buraxacaqlar. Lakin yenə də oğlunun tutulma səbəbi deyilməmişdir. 27 dekabr 2023-cü il tarixində oğlu tutulan gün döyülmüşdür. Oğlu demişdir ki, əməkdaşlar hər zərbədə ona deyirmişlər ki, o “Quseyin”-i belə vurmuşdur. İdarədə oğluna “Quseyn” adlı şəxsin şəklini göstərib “səni buna görə tutumuşuq” demişlər. Hətta çəkiliş edib demişlər ki, onların dostunun çestinə dəyənləri bu günə salırlar. 16 mart 2024-cü il tarixində o Hüseyn adlı şəxsin anası ilə telefonda danışmışdır. O, həmin nömrəni oğlunun dostu Elmirdən almışdır. ***-***-**-** nömrəsi ilə oğlanın anası ilə danışmışdır. O, Hüseynin anasından Nicatın valideynlərinin əlaqə nömrəsini soruşmuşdur. Lakin nömrəni ala bilməmişdir. O, Türkiyədə oğlunun tələbə yoldaşlarından da soruşmuş, onlar da nömrəni bilməmişlər. 20 mart 2024cü il tarixində gecə saatlarında Qalib Salahov onlara zəng edib onun uşağını niyə axtardıqlarını soruşmuşdur. Qalib Salahov həyat yoldaşı Elməddin Qurbanovun “Whatsapp” sosial şəbəkəsinə silah şəkilləri, oğlanların şəkillərini atmışdır. Həmin şəkillər BMCMİ-də onun özünə də göstərilmişdir. Qalib Salahov həyat yoldaşı Elməddin Qurbanova şəkilləri Qurbanın Türkiyədə nə işlərlə məşğul olduğunu göstərmək üçün atmışdır. Onlar oğlunun tutulma səbəbini bilmədikləri halda Qalib Salahov telefonda demişdir ki, onun nəyinə lazımdır ki, Qurban narkotik maddələrə görə Kürdəxanıda saxlanılır. Oğlu 27 dekabr 2023-cü il tarixində tutulmuş, 28 dekabr 2023-cü il tarixində Aslan adlı əməkdaş tərəfindən evə gətirilmişdir. O, oğlunun cibindən Aslanın nömrəsini tapmışdır. Oğlu demişdir ki, İdarədə ona bu nömrəni vermişlər. Aslan adlı əməkdaşın nömrəsi ***-***-**-** imiş. Oğlunun telefonunda bu nömrə “Aslan müəllim” adı ilə qeydiyyatdadır. O, Türkiyəyə gedərkən oğluyla dava edən oğlanla görüşməmişdir. 15 mart 2024-cü il tarixdə oğlu Azərbaycanda evdə imiş. BMCMİ tərəfindən oğlunun ölkə xaricinə buraxılmaması ilə bağlı X16 müraciət etməmişlər, həyat yoldaşı Elməddin Qurbanov bu məsələ ilə bağlı ancaq BMCMİ-nə gedib-gəlirmiş, lakin onu qəbul etmirmişlər. Məhkəmə iclasında müdafiəçinin vəsatəti əsasında qanuni nümayəndəsinin iştirakı ilə əlavə şahid qismində dindirilmiş X11 ifadəsində göstərmişdir ki, qardaşı 27 dekabr 2023-cü il tarixdə Hava Limanında saxlanılmışdır. 15 mart 2024-cü ildə o məşğələdə olduğundan heçnə görməmişdir. 27 dekabr 2023-cü il tarixdə qardaşı BMCMİ-də saxlanılmış, gecə orda qalmışdır. 28 dekabr 2023-cü il tarixdə günorta saatlarında Aslan adlı şəxsin “Elentra” markalı maşını ilə evə gətirilmişdir. O, pəncərənin yanında durmuş, qardaşını görüb aşağı düşmüşdür. Qardaşı ona demişdir ki, bu şəxsin adı Aslandır. Aslan BMCMİ-nin əməliyyat müvəkkilidir. Qardaşı demişdir ki, Türkiyə Respublikasında Hüseyn adlı şəxslə dalaşdığı üçün saxlanılmışdır. BMCMİ-də qardaşına Hüseyn adlı şəxsi döydüyünü demişlər. BMCMİ qoymadığı üçün qardaşı ölkədən çıxa bilmirmiş. O, gördükləri əsasında ifadə verir. Məhkəmə iclasında müdafiəçinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, o, 27 dekabr 2023-cü il tarixində axşam saatlarında Təqsirləndirilən şəxs qarşılamağa Hava Limanına getmişlər. Bir az vaxt keçmiş, lakin Təqsirləndirilən şəxs gəlməmişdir. Onlar öyrənmişlər ki, dayısıoğlu Təqsirləndirilən şəxs saxlanılmışdır. Lakin saxlanılma səbəbini bilməmişlər. Təqsirləndirilən şəxs Hava Limanında yerləşən Polis Bölməsinə aparılmış, oradan da BMCMİ-nə aparılmışdır. BMCMİ-dən evə getmələrini, ediləcək heçnə olmadığını demişlər. Səhəri gün Təqsirləndirilən şəxs evə gətiriləndə onlar onun saxlanılma səbəbini bilmişlər. Təqsirləndirilən şəxs Türkiyə Respublikasında Hüseyn adlı şəxslə dalaşdığı üçün saxlanıldığını demişdir. Təqsirləndirilən şəxs BMCMİ-də döyülmüş, ona əziyyət verilmişdir. Təqsirləndirilən şəxs Türkiyə Respublikasına qayıtmaq, dərsə davam etmək istəsə də bu məsələlərə görə gedə bilməmişdir. Onlar bu dava söhbətinin bağlandığını düşünsələr də Təqsirləndirilən şəxs 22 fevral 2024-cü il tarixində Hava Limanında yenidən saxlanılmışdır. Təqsirləndirilən şəxs narkotik vasitə istifadəçisi deyil. Onlar uşaqlıqdan bir böyümüş və o narkotik çəksəymiş o bunu bilərmiş. 15 mart 2024-cü il tarixində o Universitetdə olmuşdur. O, evə qayıdandan sonra eşitmişdir ki, Təqsirləndirilən şəxs tutulmuşdur. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədləri də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinin 4-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid 15 mart 2024-cü il tarixli raportundan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə külli miqdarda narkotik vasitə və psixotrop maddələr əldə edərək saxlaması və daşıması barədə etimad doğuran, məlum, qərəzsiz mənbədən əməliyyat məlumatı daxil olmuşdur. Cinayət işinin 5-6-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid 15 mart 2024-cü il tarixli əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitə və psixotrop maddələr əldə edərək saxlaması və daşıması barədə daxil olmuş məlumatın yoxlanılması üçün əməliyyat tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır. Cinayət işinin 109-110-cu vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 19 mart 2024-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid 15 mart 2024-cü il tarixli əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərarı qanunauyğun hesab edilmişdir. Cinayət işinin 7-8-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi, polis general mayoru Əbülfət Rzayevin 15 mart 2024-cü il tarixli, 3-13- 6/Ə136/24 nömrəli Əmrindən görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitə və psixotrop maddələr əldə edərək saxlaması və daşıması barədə daxil olmuş məlumatın yoxlanılması üçün BMCMİ-nin əməkdaşları Şahid, X30 və X2 ibarət əməliyyat qrupu yaradılmışdır. Cinayət işinin 9-cu vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid 15 mart 2024-cü il tarixli raportundan görünür ki, daxil olmuş əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs xx.xx.2024-cü ildə saat 14:20-də Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, F.B.Köçərli küçəsində yerləşən Zəfər 44 marketin yaxınlığında saxlanılaraq Baş İdarəyə gətirilmişdir. Cinayət işinin 27-28-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 15 mart 2024-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsindən əvvəl paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd sellofan bükümü, şalvarın sol yan cibindən 01 ədəd "İphone" markalı mobil telefonu və 03 AZN pul əskinasını çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd büküm açıldıqda içərisində ağ rəngli, kristal formalı, spesifik qoxuya malik olmayan psixiotrop maddə metamfetaminə oxşar maddə olması müəyyən edilmişdir. Təqdim edilmiş bir ədəd büküm və mobil telefon götürülmüşdür. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddəni 14 mart 2024-cü ildə axşam yaşadığı ərazidən yerdən tapdığını, şəxsi istifadə etmək məqsədi ilə üzərində gəzdirdiyini bildirmişdir. Şəxsi axtarış və götürmə aparılması "Sony" markalı videokamera vasitəsilə videoçəkiliş aparılmışdır. Cinayət işinin 100-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 18 mart 2024-cü il tarixli DVD disk daşıyıcısında qeydə alınan videogörüntülərə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması zamanı qeydə alınmış 01 ədəd DVD diskə baxış keçirilən zaman müəyyən edilmişdir ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının cibindən 01 ədəd sellofan bükümü, 01 ədəd mobil telefonu və 03 AZN pul əskinasını çıxarıb masanın üzərinə qoymaqla təqdim edir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd büküm açıldıqda içərisində ağ rəngli, kristal formalı psixiotrop maddə metamfetaminə oxşar maddə olması müəyyən edilir. Təqdim edilmiş bir ədəd büküm və mobil telefon götürülür. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddəni 14 mart 2024-cü ildə axşam yaşadığı ərazidən yerdən tapdığını, şəxsi istifadə etmək məqsədi ilə üzərində gəzdirdiyini bildirir. Cinayət işinin 41-44-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16 mart 2024-cü il tarixli, 3-16-16/1-6/1556 nömrəli məhkəmə-kimyəvi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs üzərindən...” sözləri yazılmış zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 4,877 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in İ siyahısına daxildir. Cinayət işinin 111-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 27 mart 2024-cü il tarixli mobil telefona baxış keçirilməsi barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd "İphone" markalı mobil telefona baxış keçirilmiş, baxış zamanı iş üçün sübut əhəmiyyətinə malik ola biləcək hər hansı məlumat aşkar edilməmişdir. Cinayət işinin 135-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 06 may 2024-cü il tarixli telefon zəngləri üzrə aparılmış danışıqlar barədə məlumatlara baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil nömrəsinə daxil olan və çıxan zəng və sms məlumatlarını özündə əks etdirən "xxxx" MMC-dən daxil olmuş 01 ədəd CD diskə baxış keçirilmiş, baxış zamanı iş üçün sübut əhəmiyyətinə malik ola biləcək hər hansı məlumat aşkar edilməmişdir. Cinayət işinin 164-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Təqsirləndirilən şəxs 20 may 2024-cü il tarixli ərizəsindən görünür ki, sonuncu onun saxlanılmasında iştirak etmiş polis əməkdaşları ilə üzləşməkdən imtina etmişdir. Cinayət işinin 130-cu vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən daxil olmuş 01 may 2024-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmasına dair əlavə məlumatların əldə edilməsinin, digər cinayət əməllərinin törədilməsində iştirakının olubolmamasının, yaxın əlaqələrinin müəyyən edilməsinin, narkotik vasitələrin və ya psixotrop maddələrin satışında və istifadəsində olan şübhəli olan şəxslərlə əlaqələrinin müəyyən edilməsinin, psixotrop maddəni nə vaxt, kimdən əldə etməsinin müəyyən edilməsi istiqamətində aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində müsbət nəticə əldə etmək mümkün olmamışdır. Cinayət işinin 177-193-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq İdarəsinin müstəntiqi, polis baş leytenantı X12 23 may 2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd "İphone" markalı mobil telefonun yaxın qohumlarına qaytarılması üçün müdafiəçisinə təhvil verilməsi qərara alınmışdır. Cinayət işinin 195-196-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq İdarəsinin müstəntiqi, polis baş leytenantı X12 23 may 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddənin müəyyən edilməsi üçün hazırki cinayət işindən ayrıca icraata material ayrılmışdır. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs həqiqətən qanunsuz olaraq satış məqsədi olmadan külli miqdarda psixotrop maddəni əldə etməsi, daşıması və özündə saxlaması məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir. Bununla yanaşı, məhkəmə kollegiyası, Azərbaycan Respublikası CPM-nin 144-145-ci maddələrini rəhbər tutaraq iş üzrə əldə olunmuş sübutlar məcmusuna müqayisəli şəkildə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham məhkəmə istintaqında tam sübuta yetirilməmiş, istintaq orqanı tərəfindən irəli sürülmüş ittiham məhkəmədə araşdırılmış sübutlar məcmusu ilə kifayət qədər təsdiq olunmamış və təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsində istintaq orqanının gəldiyi nəticələri ilə razılaşmır. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsi məhkəmədən cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası CPM-nin 223-cü maddəsinə əsasən şəxsin təqsirləndirilən şəxs qismində cəlb edilməsi üçün əsas cinayətin onun tərəfindən törədilməsinə dəlalət edən ilkin sübutların məcmusu göstərilmişdir. Həmin Məcəllənin 223.3.2-ci maddəsində şəxsin təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərarın təsviri-əsaslandırıcı hissəsində: cinayətin törədildiyi yer, vaxt, törədilmə üsulu, nəticəsi, təqsirin forması, cinayətin motivi və tövsifedici əlamətlər, ittihamın mahiyyəti göstərilir. Həmçinin, Azərbaycan Respublikası CPM-nin 353.2.1-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində aşağıdakılar göstərilməlidir: cinayətin törədilməsi yeri, vaxtı, üsulu, təqsirin xarakteri, törədilmə motivləri və nəticələri göstərilməklə məhkəmə tərəfindən sübuta yetirilmiş hesab edilən cinayət əməlinin təsviri. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, ekspertiza rəylərini, maddi sübutun, istintaq və məhkəmə hərəkətləri protokollarını və digər sənədləri sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham verilmiş əməli aşağıdakı səbəblərə görə həmin Məcəllənin 234.1-1-ci maddəsinə, satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə etmə, saxlama və daşımağa tövsif edilməlidir. İstintaq orqanı məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs məhz satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə əldə etməsi və daşımasını təsdiq edən hər hansı bir mötəbər dəlil və ya sübut müəyyən etməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1 və 234.4.3-cü maddələrini fərqləndirən əsas əlamət qanunsuz əldə edilmiş külli miqdarda narkotik vasitə və ya psixotrop maddənin «satış məqsədi» daşıyıb-daşımaması ilə bağlıdır. Təhqiqat dövründə Təqsirləndirilən şəxs psixotrop maddələrin satışı ilə məşğul olması barədə məlumat daxil olsa da, nə məhkəmə istintaqı zamanı, nə də ibtidai istintaq dövründə bu öz təsdiqini tapmamışdır. Belə ki, cinayət işinin 130-cu vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən daxil olmuş 01 may 2024-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmasına dair əlavə məlumatların əldə edilməsinin, digər cinayət əməllərinin törədilməsində iştirakının olub-olmamasının, yaxın əlaqələrinin müəyyən edilməsinin, narkotik vasitələrin və ya psixotrop maddələrin satışında və istifadəsində olan şübhəli olan şəxslərlə əlaqələrinin müəyyən edilməsinin, psixotrop maddəni nə vaxt, kimdən əldə etməsinin müəyyən edilməsi istiqamətində aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində müsbət nəticə əldə etmək mümkün olmamışdır. İbtidai istintaq dövründə verdiyi ilkin izahat və ifadəsində Təqsirləndirilən şəxs bildirmişdir ki, o, narkotik vasitənin satışı ilə məşğul olmur, lakin, aradabir nəşədən istifadə edir, həmin maddəni də istifadə etmək üçün üzərində saxlamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat tədbiri keçirmiş və satış faktı təsdiq olunmamışdır. Cinayət işinin 111-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 27 mart 2024-cü il tarixli mobil telefona baxış keçirilməsi barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd "İphone" markalı mobil telefona baxış keçirilmiş, baxış zamanı iş üçün sübut əhəmiyyətinə malik ola biləcək hər hansı məlumat aşkar edilməmişdir. Cinayət işinin 135-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 06 may 2024-cü il tarixli telefon zəngləri üzrə aparılmış danışıqlar barədə məlumatlara baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil nömrəsinə daxil olan və çıxan zəng və sms məlumatlarını özündə əks etdirən "xxxx" MMC-dən daxil olmuş 01 ədəd CD diskə baxış keçirilmiş, baxış zamanı iş üçün sübut əhəmiyyətinə malik ola biləcək hər hansı məlumat aşkar edilməmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil telefonda və nömrə məlumatlarında da narkotik vasitənin satışı ilə bağlı hər hansı məlumat aşkar edilməmişdir. Ümumiyyətlə ibtidai istintaq dövründə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs həqiqətən narkotik vasitələrin qanunsuz satışı ilə məşğul olması barədə sübut əhəmiyyətli hal müəyyən edilməmişdir. Bundan başqa, ibtidai istintaq dövründə verilmiş müvafiq tibbi rəydən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etmə halları olmuşdur. İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs barəsində «təqsirsizlik prezumpsiyası»nın tələblərinin pozulması ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham olunmuşdur. Belə ki, ibtidai istintaq orqanının təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərarının təsviri hissəsində heç bir mötəbər sübut növü olmadan, əsaslı bir səbəb göstərilmədən şübhəli hallara qiymət verilmədən, ehtimallara əsaslanmaqla təqsirləndirilənin əməli daha ağır maddəyə tövsif edilmiş və nəticədə onun üzərinə «özünün təqsirsizliyini sübuta yetirmək vəzifəsi» qoyulmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə əsasən «hər kəsin təqsirsizlik prezumpsiyası vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21-ci maddəsi də Azərbaycan Respublikası Konstitusiyasının qeyd olunan maddəsi ilə üst-üstə düşür, əlavə olaraq Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilənin xeyrinə həll edilməsi, eyni ilə cinayət və cinayət prosessual qanunların tətbiqində aradan qaldırılmış şübhələrin də onun xeyrinə həll olunması, ittihamı sübuta yetirmək, təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsinin ittiham tərəfinin üzərinə düşməsi göstərilir. İnsan hüquqlarının və X8 haqqında Konvensiyanın «ədalətli məhkəmə araşdırması hüququ»ndan və «qanunsuz cəzalandırılmamaq»dan bəhs edən müddəalarına əsasən «cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir». (mad. 6) «Heç kəsə cinayət əməli törədildiyi zaman tətbiq edilməli olan cəzadan daha ağır cəza verilə bilməz». (mad.7) «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11ci maddəsində göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrinin qanunsuz satılması – miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarının 10-cu bəndində göstərilir ki, CM-in 234.3-cü maddəsinin dispozisiyasına əsasən, prekursorları satma, yaxud prekursorları xeyli miqdarda hazırlama, əldə etmə, saxlama, göndərmə və ya daşıma hərəkətlərinə görə məsuliyyət yalnız o vaxt yaranır ki, bu hərəkətlər narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz hazırlanmasında və emalında həmin prekursorların istifadə edilməsi məqsədilə törədilsin. Bu səbəbdən də həmin hərəkətləri etmiş şəxsin məqsədi dəqiq müəyyən edilməlidir. Şəxsin yuxarıda göstərilən hərəkətləri digər məqsədlə etməsi müəyyən olunduqda və ya həmin maddədə göstərilən məqsədin olduğu sübuta yetirilmədikdə CM-in 234.3-cü maddəsi ilə məsuliyyət yaranmır. Eynilə, şəxsin özünün hazırladığı, əldə etdiyi, saxladığı, göndərdiyi və ya daşıdığı prekursorlardan istifadə etməklə satış məqsədi olmadan narkotik vasitə və ya psixotrop maddələri hazırlaması və ya emal etməsi bu halda prekursorlarla bağlı əməl daha ağır məsuliyyətə səbəb olan cinayətin tərkib elementi (hazırlıq mərhələsi) kimi çıxış etməklə narkotik vasitə və ya psixotrop maddə külli miqdarda olduqda - CM-in 234.1-1-ci maddəsi ilə tövsif olunmalıdır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə 21 noyabr 2023-cü il tarixli qanununa əsasən psixotrop maddə metamfetaminin 0,15 qramı şəxsi istehlak miqdarından artıq, 2 qramından artıq miqdarda külli miqdar, 400 qramdan artıq xüsusilə külli miqdar hesab edilir. Məhkəmə kollegiyası qeyd edir ki, şəxsin üzərindən çıxan psixotrop maddənin həmin psixotrop maddə üçün külli miqdar hesab edilməsi, hələ onun satış üçün əldə olunması və satış məqsədi ilə daşınması demək deyildir və yalnız bu əsasla şəxsin əməlinin satış məqsədi ilə narkotik vasitənin əldə edilməsi və daşınması əməli kimi, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməsi düzgün deyildir. Bundan başqa məhkəmə istintaqında müəyyən edilmişdir ki, aşkarlanmış psixotrop maddə ilə bağlı çəki tərəzisi, alıcı, şərti alıcı,telefon ismarıcları və hər hansı sövdələşmə olmamışdır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanunun 1.0.11-ci maddəsinə əsasən miqdarından asılı olmayaraq Azərbaycan Respublikası Qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Təqsirləndirilən şəxsin əməlində isə bu kimi hallar, o cümlədən şəxsi maraq məqsədilə narkotik vasitənin yayılmasına yönəldilmiş hərəkətlər etməsi və ya əvəzli, yaxud qazanc əldə etmək məqsədilə hər hansı hərəkətlər etməsi aşkar edilməmiş və olmamışdır. Həmin halların olmaması şəksizdir və iş üzrə mübahisə doğurmur. Təqsirləndirilən şəxsdən aşkar edilmiş narkotik vasitənin satış məqsədi ilə əldə edilməsini, saxlanılmasını və daşımasını iddia edən və bunu ittihamda göstərən ittiham tərəfi ittiham aktında nəticəsinin əsaslandırmaq üçün bir dəlilə də olsun istinad etməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosesual Məcəlləsinin 126.6-cı maddəsində göstərilir ki, «təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütun sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər». Azərbaycan Respublikası CPM-nin 349.5.1 maddəsinin tələblərinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası CPM-nin 338.1.2 maddəsinin tələblərinə əsasən hökm çıxardıqda yalnız məhkəmə istintaqı zamanı baxılmış sübutlara istinad edilməlidir. Azərbaycan Respublikası CPM-nin 25.2-ci maddəsinə əsasən hakimlər cinayət prosesini həyata keçirən orqanların ibtidai araşdırmada gəldikləri nəticələrlə bağlı deyillər. Azərbaycan Respublikası CPM-nin 145.3-cü maddəsində qeyd olunmuşdur ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası CPM-nin 351.3.4-cü maddəsinin tələblərinə əsasən təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirli bilinməsi və onun barəsində cəza tədbirinin tətbiq edilməsi barədə məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələr onun xeyrinə şərh edilir. “İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Hoanq Fransaya qarşı iş üzrə qərarda qeyd etmişdir ki, sübutlar diqqətlə qiymətləndirilmədən hüquqi fərziyənin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Barbara, Messege və Harbordo İspaniyaya qarşı işi üzrə qərarda da qeyd olunmuşdur ki, təqsirsizlik prezumpsiyası prinsipi digər məsələlərlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının 23-cü bəndində məhkəmələrə tövsiyyə edilir ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət-Prosesual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxarmaq hüququna malikdir. Göstərilənlərə əsasən, məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham verilmiş əməlinin həmin Məcəllənin 234.1-1-ci maddəsinə - satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə etmə, daşıma və saxlamaya tövsif edilməsini qanuni və əsaslı hesab edir. Bundan başqa, məhkəmə iclasında ifadə verərkən, Təqsirləndirilən şəxs bildirmişdir ki, onda ümumiyyətlə narkotik vasitə olmamışdır, o, sonuncu dəfə saxlanılana qədər də iki dəfə polislər tərəfindən ölkədən çıxarkən və ölkəyə daxil olan zaman saxlanılmış, idarədə polis əməkdaşları tərəfindən döyülmüş, ona polislərlə əməkdaşlıq etmək təklif edilmiş, o da canını qurtarmaq üçün razılaşmış, lakin, idarədən çıxandan sonra heç kimlə əlaqə saxlamamışdır. Sonuncu dəfə tutulduqdan sonra ailəsiylə təhdid olunduğundan və döyüldüyündən ona təqdim edilmiş narkotik maddəni öz üzərinə götürüb etirafedici ifadələrə məcbur qol çəkdiyini bildirmişdir. Azərbaycan Respublikası CPM-nin 28.4.2-ci maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrə təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları araşdırmaq vəzifəsi qoyulmuşdur. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquq və azadlıqlarının qorunması sahəsində məhkəmələrin fəaliyyəti haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 mart 2000-ci il tarixli qərarın, Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin qətnaməsi ilə qəbul edilmiş «İşgəncələrə və digər qəddar, qeyri-insani, yaxud ləyaqət alçaldan rəftar və cəza növlərinə qarşı Konvensiyanın» və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının müvafiq tövsiyyələrinə əsasən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən işgəncəyə məruz qalıb-qalmamasını müəyyən etməkdən ötrü Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı istintaq Təcridxanasına sorğu ilə müraciət edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı istintaq Təcridxanasından daxil olmuş 26 iyul 2024-cü il tarixli, 3-16-17/40/2-5019/2024 nömrəli məktubdan və məktuba əlavə edilmiş tibbi kartoçkanın surətindən görünür ki, Təqsirləndirilən şəxs ilkin tibbi müayinə zamanı bədənində xəsarət izləri aşkar edilməmişdir. Bundan başqa, cinayət işinin 153-154-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X17” X39 16 aprel 2024-cü il tarixli, 168\MEŞ nömrəli canlı şəxsin ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs göstərilən tarixə və şəraitə uyğun hər hansı bir xəsarət aşkar edilməmişdir. Cinayət işinin 174-175-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Baş Prokurorluğun Xidməti araşdırmalar idarəsinin prokuroru, baş ədliyyə müşaviri X6 22 may 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs qarşı polis əməkdaşları tərəfindən fiziki və psixoloji təzyiqlərə yol verilmədiyi müəyyən olunduğu üçün, toplanmış material üzrə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası CPM-nin 65.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın ləğv edilməmiş qərarı həmin məsələ üzrə yeni qərar çıxarılmasına yol vermir. Cinayət işinə əlavə edilmiş Təqsirləndirilən şəxs **********8 nömrəli tələbə biletinin kserosurətindən görünür ki, o, həqiqətən Türkiyə Respublikası Eskişehir Osmanqazi Universitetinin Öğrenci İşleri Daire Başkanlığı Öğrenci Belyesi tələbəsidir. Cinayət işinə əlavə edilmiş 6 ADRZ7 1/39 X56 Bilgilerin kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs 27 dekabr 2023-cü il tarixdə, saat 16.55-də Azərbaycan Hava yolları vasitəsilə Türkiyə Respublikasının İstanbul şəhərindən Bakı hava limanına gəlmişdir. Bakı şəhərindən Türkiyə Respublikasının İstanbul şəhərinə uçuş etmək üçün cinayət işinə əlavə edilmiş aviabiletlərin kserosurətindən görünür ki, 21 fevral 2024-cü il tarixli Təqsirləndirilən şəxs adına (ADT) **********873 nömrəli aviabilet və atası X1 adına (ADT) **********869 nömrəli aviabiletlər rəsmiləşdirilmişdir. Müdafiə tərəfinin vəsatətinə əsasən Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiyi halların araşdırılması üçün 27 sentyabr 2024-cü il tarixli qərar qəbul edilərək həqiqətən Təqsirləndirilən şəxs hava limanında saxlanılıb-saxlanılmamasının müəyyən edilib icra edilməsi üçün, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Hava nəqliyyatında X25 göndərilmiş, həmçinin, müvafiq sorğu ilə Azərbaycan Respublikası DİN-nin X26 İdarəsinə göndərilmişdir. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarətindən daxil olmuş 18 oktyabr 2024-cü il tarixli, 3-38-2/33-3851/2024 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə dövlət sərhədindən hərəkəti zamanı Azərbaycan Respublikasının DİN tərəfindən məhdudiyyət tətbiq edildiyindən, saxlanılaraq X26 İdarəsinə təhvil verilmişdir. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsindən daxil olmuş 30 oktyabr 2024-cü il tarixli, 3-38-16/2-8440/24 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə dövlət sərhədindən hərəkəti zamanı Azərbaycan Respublikasının DİN tərəfindən məhdudiyyət tətbiq edildiyindən, saxlanılaraq X26 İdarəsinə təhvil verilmişdir. Azərbaycan Respublikası DİN-nin X26 İdarəsindən daxil olmuş 09 oktyabr 2024-cü il tarixli, 9/10-3-13-15-2/2-6971/2024 nömrəli məktubdan və məktuba əlavə edilmiş sənədlərin kserosurətlərindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü ildə saat 21:35 radələrində 8106 saylı İstanbul-Bakı reysi ilə gələn zaman Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixli, 9260AGG istiqamətləndirmə məktubu ilə Saxla statusu qoyulduğundan, DSX əməkdaşları tərəfindən saxlanılaraq X26 İdarəsinə təhvil verilmiş, xx.xx.2023-cü ildə saat 22:25-də isə BMCMİ-nin əməkdaşlarına təhvil verilmişdir. Həmin məktuba əlavə edilmiş xx.xx.2023-cü il tarixli şəxsi baxış protokolundan görünür ki, həmin vaxt Təqsirləndirilən şəxs üzərindən mobil telefon, adapter, türk lirəsi və 50 ABŞ dolları aşkar edilmişdir. Məktuba əlavə edilmiş X26 İdarəsinin məsul növbətçisi, polis mayoru Pərvin Abdıyevin 27 dekabr 2023-cü il tarixli raportundan görünür ki, xx.xx.2023-cü il saat 21:35 radələrində 8106 saylı İstanbul-Bakı reysi ilə gələn, Azərbaycan Respublikası vətəndaşı, Bakı şəhərində anadan olan, Bakı şəhəri, Sabunçu rayonu, Südçülük qəsəbəsi, Sovxoz Ramana ünvanında qeydiyyatda olan, xx.xx.2003-cü il təvəllüdlü, Təqsirləndirilən şəxs X27 X28 Şöbəsinin sərnişin SNB-nin əməkdaşları tərəfindən İAMAS-da "SAXLA" statusu ilə nəzarətə qoyulduğu üçün tərtib edilmiş 4017 nömrəli akt əsasında HNPİ-nə təhvil verilmişdir. Tərəfindən DİN-nin Milli Avtomatlaşdırılmış Pasport Sistemi xidmətinin əməkdaşı ilə telefon əlaqəsi saxlanılmış, Təqsirləndirilən şəxs BMCMİ tərəfindən xx.xx.2023-cü il tarixli 9260 AGG nömrəli istiqamətləndirmə məktubuna əsasən axtarışda olduğu müəyyən edilərək saxlanılan şəxs barəsində saat 21:45 radələrində BMCMİ-nin növbətçi hissəsinə məlumat verilmişdir. xx.xx.2023-cü il tarixdə saat 22:25 radələrində BMCMİ-nin əməkdaşı N.Əliyevə təhvil verilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş, İTŞ-nin BB-nin baş inspektoru, polis kapitanı Kamil Mehdiyevin 27 dekabr 2023-cü il tarixli raportundan görünür ki, 27 dekabr 2023-cü il tarixdə İNB-nin əməkdaşından İAMAS-da saxla statusu ilə nəzarətə qoyulmuş sərnişin Təqsirləndirilən şəxs təhvil alıb, növbətçi hissəyə təhvil verilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş, 27 dekabr 2023-cü il tarixli, 4017 nömrəli Təhvil-təslim aktının surətindən görünür ki, birinci tərəf X27 X45 Nəzarəti Şöbəsinin sərnişin SNB-nin əməkdaşı kapitan X13 digər tərəfdən X26 İdarəsinin nümayəndəsi kaptan Mehdiyev bu aktı tərtib etmişlər ondan ötrü ki, birinci tərəf 27 dekabr 2023-cü il tarixdə 8106 saylı İstanbul-Bakı reysində İAMAS-da Saxla statusu ilə nəzarətə qoyulmuş Azərbaycan Respublikası vətəndaşı xx.xx.2023-cü il təvəllüdlü Təqsirləndirilən şəxs üzərində olan sənəd və əşyaları ilə birlikdə təhvil verilmiş, ikinci tərəf, yəni X26 İdarəsinin nümayəndəsi kapitan Mehdiyev isə təhvil almışdır. Cinayət işi materiallarına əlavə edilmiş, 27 dekabr 2023-cü il tarixli X26 İdarəsinin məsul növbətçisi, polis mayoru Pərvin Abdıyev tərəfindən tərtib edilmiş şəxsi baxış protokolunun kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs üzərinə X26 İdarəsində baxış keçirilən zaman, üzərindəki «Redmi» markalı mobil telefon, adapter, 3225 Türk lirəsi, 50 ABŞ dolları iştirakı ilə götürülmüşdür. İş üzrə zəruri əhəmiyyət daşıdığından, Təqsirləndirilən şəxs barəsində 2023-2024cü illər ərzində dövlət sərhədindən hərəkəti zamanı DİN İAMAS-ın məhdudiyyət alt sistemində saxla statuslu məhdudiyyət tətbiq edilib-edilməməsi, edildiyi halda hansı tarixdə və əsaslarla tətbiq edilməsi, həmçinin, Təqsirləndirilən şəxs 27-28 dekabr 2023-cü il və 21 fevral 2024-cü il tarixlərdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilib-gətirilməməsi, gətirildiyi halda qeydiyyat kitabından çıxarışın təsdiq olunmuş surətinin göndərilməsi və həmin tarixlərdə onun X21 saxlanılıb-saxlanılmaması haqqında məlumat verilməsi barədə 06 mart, 02 aprel və 14 aprel 2025-ci il tarixlərdə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə sorğular göndərilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən daxil olmuş 11 aprel 2025-ci il tarixli, 3-13-6/2-2697/25 nömrəli məktubda göstərilmişdir ki, Təqsirləndirilən şəxs sərhədkeçməsinə Baş İdarəsə əsassız məhdudiyyət tətbiq edilməməklə BMCMİ-də “Aslan” adlı polis əməkdaşının işləməməsi bildirilmişdir. Bundan başqa, ibtidai istintaq dövründə "xxxx" MMC-dən götürülmüş Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** nömrəsinə daxil olan və çıxan zəng və sms məlumatlarını özündə əks etdirən CD diskdəki məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs 23 fevral 2024-cü il tarixdən 14 mart 2024-cü il tarixədək müxtəlif danışıqlar aparılmışdır. ***-***-**-** mobil nömrənin 27-28 dekabr 2023-cü il və 21 fevral 2024-cü il, 15 mart 2024-cü il tarixlərdə olan anten dairələri barədə məlumatın "xxxx" MMC-dən götürülməsi ilə bağlı Bakı Ağır Cinayətlər Məhkəməsinin 05 mart 2025-ci il tarixli və 02 aprel 2025-ci il tarixli qərarları qəbul edilərək icra edilməsi üçün "xxxx" MMC-ə göndərilmişdir. "xxxx" MMC-dən daxil olmuş 03 aprel 2025-ci il tarixli, AZF/LGL-221/25 nömrəli məktubdan və 11 aprel 2025-ci il tarixli məktubdan görünür ki, ***-***-**-** saylı mobil nömrə xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2024-cü il tarixdə "xxxx" şəbəkəsində istifadə edilməmiş, 15 mart 2024-cü il tarixində isə nömrədən istifadə ilə bağlı hər hansı məlumat yoxdur. Həmçinin, məktuba əlavə edilmiş CD disklərə baxış zamanı iş üçün sübut əhəmiyyətinə malik hər hansı məlumat aşkar edilməmişdir. Məhkəmə iclasında müdafiəçinin vəsatəti əsasında, Təqsirləndirilən şəxs ifadəsində göstərdiklərinə əsasən, müxtəlif danışıqlar apardığları «Aslan» adlı polis əməkdaşına məxsus olduğunu bildirdiyi ***-***-**-** mobil telefon nömrəsinin kimə məxsus olması barədə məlumatın əldə edilməsi üçün Bakı Ağır Cinayətlər Məhkəməsinin 05 mart 2025-ci il tarixli qərarı "xxxx" MMC-yə göndərilmişdir. Lakin, "xxxx" MMC-dən daxil olmuş 13 mart 2025-ci il tarixli, BKC/LGL-3261/25 nömrəli məktuba əlavə edilmiş məlumatlardan görünür ki, ***-***-**-** mobil nömrəsi Aslan adlı şəxsə yox X7 adına rəsmiləşdirilmişdir. Təqsirləndirilən şəxslının istintaqın sonrakı mərhələsində və məhkəmə istintaqı dövründə verdiyi ifadələrdə qeyd etdiyi kimi, həqiqətən xx.xx.2023-cü il tarixdə ölkəyə daxil olarkən və xx.xx.2024-cü il tarixdə ölkədən çıxarkən polis əməkdaşları tərəfindən saxlanılması müvafiq dövlət orqanları tərəfindən rəsmiləşmiləşdirilmişdir. Lakin, həmin saxlanılmaların Təqsirləndirilən şəxs sonuncu dəfə, yəni, 15 mart 2024-cü il tarixə narkotik vasitə və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olması ilə şübhəli bilinib saxlanılması arasında məhkəmə istintaqı dövründə araşdırılmış sübutlarla hər hansı səbəbli əlaqə olması öz təsdiqini tapmamışdır. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs məhkəmədə, ibtidai istintaq zamanı verdiyi ilkin izahat və ifadələrindən fərqli ifadələr verməsini, məhkəmədə verdiyi sonuncu ifadəsində isə psixotrop maddənin ona məxsus olmaması barədə dediylərini araşdırılmış sübutların məcmusu və işin faktiki halları ilə müqayisəli təhlil edib onun məhkəmədəki ifadələrinin təkzib olunduğu, ibtidai istintaq zamanı verdiyi ilkin ifadəsinin ittihamın mahiyyətinə uyğun hissəsinin isə öz təsdiqini tapdığı qənaətinə gəlir. Qeyd olunanları nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs oglunun həmin ifadələrinin məhkəmədə araşdırılıb öz təsdiqini tapmış sübutlara deyil, onun subyektiv mülahizələrinə əsaslanan və özünün müdafiəsinə yönələn cəhdlər kimi qiymətləndirir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən onun törətmiş olduğu cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin 131-132-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 02 may 2024cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. Cinayət işinin 146-147-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi X39 ambulator məcburi-narkoloji tibbi yoxlamanın 16 mart 2024-cü il tarixli 1776 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərdən və opioidlərdən istifadə etmə halları olmuşdur. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 149-151-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X17” X39 məhkəmə-kimyəvi ekspertizasının 29 mart 2024-cü il tarixli 1081/K nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan və sidik nümunəsinin tərkibində tiryək qrupuna aid olan alkoloid aşkar edilmişdir. Cinayət işinin 120-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya Xəstəxanası publik hüquqi şəxsindən daxil olmuş 12 aprel 2024-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmayıb. Məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini, Türkiyə Respublikasında tələbə olmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halları müəyyən etməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. ...Hər bir konkret halda təqsirləndirilən şəxslərə qarşı cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Qeyd olunan qərarların və maddənin məna və mahiyyətinə görə, cinayət məsuliyyətinin diferensasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirilməsi baş verir. Cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı roluna görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin Cinayət Məcəlləsinin sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir. Cinayət hüququnun prinsipi kimi tətbiq edilən ədalətlilik özünün fərqləndirici meyarı ilə cinayət sayılan əməllə başqa hüquq pozuntuları arasında “sərhədi” müəyyən edir. Bu prinsip cinayət sayılan əmələ görə qanun qarşısında vətəndaşların istisnasız məsuliyyətini müəyyən etməklə, cinayət məsuliyyətini tənləşdirir. Cinayətin növlərinə görə cəza nəzərdə tutan sanksiyalar qurarkən ədalət prinsipinin eyni vaxtda həm tənləşdirici, həm də fərdiləşdirici “ölçüləri” rəhbər tutulur. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halları müstəsna hal hesab edərək Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 62-ci maddəsinin tətbiq olunmasını və ona törətdiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddədə müəyyən edilən azadlıqdan məhrum etmə növündən daha yüngül cəza növü azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə törədilmiş əməlin faktiki hallarını və şəraitini hərtərəfli dəyərləndirərək, qeyd olunan şəkildə cəza təyin edilməsinin konkret halda əmələ adekvat olduğu, müvafiq cinayət hüquq normasının qoruyucu funksiyasını yerinə yetirilməsini təmin etdiyi, cəzanın fərdiləşdirilməsi ilə bağlı prinsipə əməl olunduğu qənaətinə gəlir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının öz mahiyyətinə uyğun olaraq yaradacağı mənəvi, psixoloji və digər məhrumiyyətlər bütövlükdə törədilmiş əmələ görə cəzanın məqsədinə çatmağa xidmət edəcəkdir. Məhkəmə bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq olunmaqla müəyyən ediləndən daha yüngül cəza növünün təyin edilməsi cinayət qanununun vəzifələri və cəzanın məqsədlərinin təmini baxımından da əsaslıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində, yəni Bakı şəhəri, ünvan 3 ünvanında çəkməli, cəzanın çəkildiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün gecə saat 23:00-dan səhər saat 6:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, eləcə də Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının başlanğıcı müvafiq olaraq 15 mart 2024-cü il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin 19-cu vərəqəsində olan 15 mart 2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Həmçinin cinayət işinin 95-99-cu vərəqələrində olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 16 mart 2024-cü il tarixli, 4(005)-399/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 15 mart 2024-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2, 158.2.1 və 158.2.2-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddətlər həbsdə saxlama müddətinə daxildir.Cinayət Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-nin 68.1.1-1 və 69.3-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs 15 mart 2024-cü il tarixdən 28 aprel 2025-ci il tarixə kimi tutulduğu və həbsdə saxlanıldığı 1 (bir) il 1 (bir) ay 13 (on üç) gün müddət nəzərə alınaraq azadlığın məhdudlaşdırılması cəzasının iki günü həbsin bir gününə bərabər olmaqla, ümumilikdə 02 (iki) il 02 (iki) ay 26 (iyirmi altı) gün müddət ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Qeyd edilənlərlə yanaşı, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilərək hökm qanuni qüvvəyə minənədək «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilməsini və məhkəmə iclas zalından dərhal həbsdən azad edilməsini əsaslı hesab edir. Bundan başqa, məhkəmə Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmasını məqsədəmüvafiq hesab edir. İş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama kamerasında saxlanılan, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq qalmış 4,827 qram psixotrop maddə metamfetamin məhv edilməli, şəxsi axtarış və götürmə zamanı aparılmış videoçəkilişi özündə əks etdirən 01 ədəd DVD diskin cinayət işinin materiallarına əlavə edilib saxlanılması nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsində qeyd edilmişdir ki, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; dəyəri olmayan digər əşyalar məhv edilməlidir. İş üzrə ekspertiza xərci olan 81 (səksən bir) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99.1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99.1.1-ci maddəsində qeyd edilmişdir ki, xüsusi müsadirə cinayət hüquqi tədbiri aşağıda göstərilən əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla). Azərbaycan Respublikası CM-nin 99-3.1-ci maddəsinə əsasən müsadirə məsələsi həll olunarkən ilk növbədə cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan ödənilməlidir. Təqsirləndirilən şəxs cinayət yolu ilə əldə etdiyi əmlakları müəyyən edilməmiş, istintaq zamanı ona məxsus hər hansı bir əmlak üzərinə həbs qoyulmamış, mülki iddia yoxdur. Buna əsasən məhkəmə hesab edir ki, ona xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə 21 noyabr 2023-cü il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 15 mart 2024-cü il tarixdən 28 aprel 2025-ci il tarixədək tutulduğu və həbsdə olduğu 1 (bir) il 1 (bir) ay 13 (on üç) gün müddət azadlığın məhdudlaşdırılması cəzasının iki günü həbsin bir gününə bərabər olmaqla 02 (iki) il 02 (iki) ay 26 (iyirmi altı) gün müddət ona təyin olunmuş 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 09 (doqquz) ay 04 (dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhküm edilsin. Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində, yəni Bakı şəhəri, ünvan 3 ünvanında ünvanında çəksin, cəzanın çəkildiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilsin, Təqsirləndirilən şəxs cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün gecə saat 23:00-dan səhər saat 6:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılsın. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək vəzifəsi Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs üzərində saxlanılan cəzanın əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətiman tədbiri dəyişdirilərək hökm qanuni qüvvəyə minənədək «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs məhkəmə iclas zalından dərhal həbsdən azad edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. İş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama kamerasında saxlanılan, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq qalmış 4,827 qram psixotrop maddə metamfetamin məhv edilsin. Şəxsi axtarış və götürmə zamanı aparılmış videoçəkilişi özündə əks etdirən 01 ədəd DVD diskin cinayət işinin materiallarına əlavə edilib saxlanılması nəzərə alınsın. İş üzrə ekspertiza xərci olan 81 (səksən bir) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu vaxtdan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarıldıqdan 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Azad Məcidov Hakimlər: Şəlalə Həsənova Roman Ələkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar