Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-373/2020 26.02.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri: x1 (sədrlik edən), Kərimov Novruz Ağakərim oğlu və Sadıxov Rasim Əkrəm oğlundan ibarət tərkibdə; məhkəmə iclasının katibi: x6; dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuror-metodisti x9; zərərçəkmiş x3; zərərçəkmiş şəxs x7; müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyası “Bakı şəhəri Pro-Bono” Vəkil Bürosunun vəkili x5; təqsirləndirilən şəxsin qanuni nümayəndəsi: Qanuni nümayəndə; Zərərçəkmiş şəxs iştirakları ilə Təqsirləndirilən şəxs, xx.xx.2002-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işləməyən, Sumqayıt şəhəri 12-ci mikrorayon, yataqxana 33A, mənzil 32-də qeydiyyatda olan və yaşayan və barəsində nəzarət altına vermə qətimkan tədbiri seçilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə, saat 22 radələrində yaşadığı Sumqayıt şəhəri, 12-ci mikrorayon, yataqxana 33A, otaq 32-ə daxil olduqda ögey atası Zərərçəkmiş şəxs sərxoş vəziyyətdə yeməyi vaxtında hazırlamadığına görə anası Qanuni nümayəndə ilə mübahisə etdiyini və sonuncunu vurmaq istədiyini görüb iradını bildirməklə Zərərçəkmiş şəxs hərəkətlərinin qarşısını almaq üçün araya girdikdə, sonuncunun hərəkətlərini davam etdirib nalayiq ifadələr işlətməklə əli ilə onu və anasını vurması səbəbindən aralarında yaranmış mübahisə zamanı otaqdakı stolun üzərində olan soyuq silah hesab edilməyən tiyəsinin uzunluğu 122 mm, dəstəyinin uzunluğu 114 mm olan zavod üsulu ilə hazırlanmış, deşici-kəsici xassəyə malik təsərrüfat-məişət təyinatlı mətbəxt bıçağını götürürək bir dəfə Zərərçəkmiş şəxs qarın nahiyəsinə vuraraq ona qarnın ön divarının sol yarısının boşluğa keçərək mədənin ön divarının mədəaltı vəzin cisminin aşağı kənarını zədələyən kəsilmiş-deşilmiş yarası ilə nəticələnən və dərəcəsinə görə insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, anası Qanuni nümayəndə atası Elbrusdan ayrıldıqdan sonra anası ilə o Sumqayıt şəhəri 12-ci mikrorayon, yataqxana 33A, otaq 32-də yaşamışlar. Bir müddətdən sonra anası Yeganə Zərərçəkmiş şəxsla ailə həyatı qurmuş və Sehranda onlarla bərabər qeyd olunan ünvanda yaşamağa başlamışdır. Sehran son vaxtlar demək olar ki, hər gün evə içkili gələrək anası və onunla mübahisə edərək anasını incitmişdir. Belə ki, uşaq yaşlarından Sehran ona atalıq etmiş, onun qayğısına qalmışdır. Lakin son illərdə içkiyə qurşandığına görə Sehran onu və anasını haqsız yerə incidir və nalayiq sözlərlə təhqir edir. xx.xx.2019-cu il tarixdə saat 22 radələrində o, həyətdən evə gəldikdə atalığı Sehranın yenə içib anası Yeganə ilə mübahisə etdiyini görmüşdür. Mübahisə vaxtı Sehran anasını söyərək vuranda o əsəbləşərək Sehrana öz iradını bildirəndə Sehran onu və anasını küçə söyüşləri ilə təhqir edib, yenə də anasını vurmaq istəyəndə o, araya keçmiş, lakin Sehran onu itələyərək öz hərəkətlərini davam etdirmişdir. Onun anasının və onun ünvanına nalayiq söyüşlər işlətməsi, anasını vurması ona çox pis təsir etmişdir. O da əsəbləşərək Sehrandan hərəkətlərini dayandırmasını tələb edərək, hərəkətlərini davam etdirdiyi halda əl qaldırmağa məcbur olacağını bildirmişdir. Onun sözlərinə cavab olaraq Sehran stolun üzərində olan mətbəxt bıçağını götürərək, digər əli ilə stolun üzərində olan su butulkasını onun baş nahiyyəsindən vuraraq onu və anasının ünvanına küçə söyüşləri söyərək bıçağı ona tərəf uzadıb “Kişisənsə vurmaq istəyirsən al vur” demişdir. Sehranın bıçaqla ona və anasına xəsarət yetirəcəyini düşünərək əsəbləşərək bıçağı Sehranın əlindən alaraq bir dəfə Sehranın qarın nahiyyəsindən vurmuş, anası bunu görüb qışqırmışdır. O, qorxusundan bayıra qaçmış, pilləkənlərdə oturub ağlamış, özünə gələndən sonra TTYS-na zəng vurub həkim çağırmışdır. Onlara gələn həkimlər Sehranı maşına mindirib aparmış, həkimlərlə bərabər o, da Sumqayıt şəhər TTYX-na getmişdir. Hadisədən sonra polis bölməsinə gedib törətdiyi əməli etiraf etmiş, cinayət törətdiyinə görə səmimi peşiman olduğunu bildirmişdir. Atalığı Sehrandan üzr istəyərək onunla barışmış, hadisədən sonra və hazırda da ailə kimi bir evdə yaşayırlar. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs anası Qanuni nümayəndə əvvəl İlkinin atası Elbrusla, Elbrusdan ayrılandan sonra onunla ailə həyatı qurmuş, onlar bir ailə olaraq birlikdə yaşamışlar. xx.xx.2019-cu il tarixdə Sumqayıt şəhərində kafelərin birində tək oturaraq yemək yemiş və biraz araq içdikdən sonra saat 22 radələrində evə gəlmişdir. O, evə daxil olandan sonra arvadı Yeganənin stolun üçtündə kartof soyub yemək bişirmək istədiyini görmüşdür. O da içkinin təsirindən əsəbləşərək Yeganəyə yeməyi vaxtında bişirməməsini irad tutduqda aralarında sözlə mübahisə yaranmış, mübahisə vaxtı İlkin evə gəlmişdir. O, içkinin təsirindən nə dediyini bilməmişdir. Onların mübahisəsinə İlkin də qarışmışdır. İlkinə və Yeganəyə əl-qol atmış, lakin etdiyi hərəkətləri tam xatırlamamışdır. Həmin vaxt aralarında söyüşlər başladıqda İlkin, onu vuracağını demişdir. O da İlkinin sözlərindən əsəbləşərək stolun üzərində olan mətbəxt bıçağını götürərək İlkinə dorğu tutaraq “Kişisənsə vurmaq istəyirsən vur” deyərək Yeganəni və İlkini söymüşdür. İlkin isə onun İlkini və anasını vurcağını düşünərək əsəbləşərək onun əlindən həmin bıçağı alaraq qarın nahiyyəsindən bir dəfə ona vuraraq bayıra qaçmış, o əlini yaranın üzərinə qoymuş və bıçağın ona ona az batdığını fikirləşmişdir. Aradan bir neçə dəqiqə keçdikdən sonra İlkin həkimlərlə bərabər evə gəlmiş, həkimlər təcili yardım maşını ilə onu Sumqayıt şəhər TTYX-na aparmışlar. Uşaq yaşlarından İlkinə atalıq etmiş, əvvəllər aralarında narazılıq və ya ədavət olmamışdır. Lakin o, spirtli içkilər qəbul edərkən özündən asılı olmayaraq özünü idarə edə bilməyərək dava-dalaş salır. Əvvəllər arvadı ilə aralarında mübahisələr olsa da, onun İlkinlə arasında heç bir dava dalaş olmamış, İlkin onların işlərinə qarışmamışdır. O, mütəmadi olaraq spirtli içki qəbul etdiyini, bu səbəbdən İlkinlə mübahisə yarandığını və buna görə peşiman olduğunu bildirmişdir. Həmçinin İlkinin onun övladı olduğundan, hadisədən sonra İlkinin ondan üzr istəyərək bağışlanmasını xahiş etdiyindən, onunla barışmış, bağışlayır və onların ailə kimi hazırda da bir yerdə yaşamasını nəzərə alaraq məhkəmədən İlkinə azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza verilməsini xahiş etdi. Eyni zamanda, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək, Təqsirləndirilən şəxs ilə barışdığını, hal-hazırda ona qarşı şikayətinin və tələbinin olmadığını göstərmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə şahid qismində ifadəsində göstərdi ki, o, oğlu İlkinin atası Elbrusdan ayrıldıqdan sonra Sehranla ailə həyatı qurmuş, İlkin də onlarla birlikdə yaşamışdır. İlkinə Sehran atalıq etmişdir. Sehran son vaxtlar demək olar ki, hər gün evə içkili gələrək onu və oğlu İlkini söyüb təhqir etmişdir. xx.xx.2019-cu il tarixdə saat 22 radələrində o, yaşadığı evdə yemək bişirmək üçün kartof soyarkən içkili vəziyyətdə evə gələn əri Sehran onun gec yemək bişirməyini bəhanə gətirərək onunla mübahisə etmişdir. Həmin vaxt oğlu İlkin bayırdan evə gəlmiş və Seyranın onunla mübahisə etməyini görüb Sehrana iradını bildirmişdir. Sehran da əsəbləmiş, ona əl qol atanda İlkin araya keçib Sehranın onu vurmasına icazə verməyəndə Sehran İlkini itələyib yıxmışdır. İlkin Sehrandan hərəkətlərini dayandırmağı tələb edərək əks halda onu vuracağını demişdir. Sehranda stolun üzərində olan kartof soyduğu mətbəxt bıçağını götürərək bir əli ilə stolun üzərində olan su butukasını İlkinin baş nahiyyəsindən vuraraq bıçağı İlkinə tərəf uzadaraq küçə söyüşləri ilə onu və İlkini söyüb Bıçağı Sehrana uzatmışdır. Sehranın söyüş söyməkdə davam etməsindən əsəbləşən və Sehranın bıçaqla onları vuracağını düşünən İlkin Sehranın əlindən bıçağı bir dəfə Sehranın qarın nahiyyəsindən vurmuşdur. O, bunu görüb qışqırmış, İlkin isə bayıra qaçmışdır. O, Sehrana köməklik edərək Sehrana buçağın yüngül batdığını bildirmişdir. Sehranın yarasını bağlayaraq qonşuları köməyə çağırmış, qonşularla eyni vaxtda TTYS-nın həkimləri İlkinlə bərabər evə gəlmiş, Sehranı maşina mindirib xəstəxanaya aparmışlar. İlkin də həkimlərlə birlikdə maşında getmişdir. Hadisədən sonra və hazırda da onların bir ailə kimi bir yerdə yaşamalarını nəzərə alaraq məhkəmədən İlkinə azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edilməsini xahiş etdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, qonşusu Qanuni nümayəndə əri Zərərçəkmiş şəxs və oğlu İlkinlə birlikdə yaşamışdır. Onların aralarında tez-tez mübahisələr olmuş, Sehran hər dəfə içkili evə gələrək Yeganəni döymüşdür. xx.xx.2019-cu il tarixdə yenə də həmişəki kimi onların evdə mübahisə etdiklərini eşitmiş və bir neçə dəqiqədən sonra Yeganənin qışqırığını eşidərək bayıra çıxdıqda təcili yardım həkimlərin gəldiyini və Sehranı apardıqlarını görmüşdür. Həmin vaxt ona evdə yaranmış mübahisə zamanı Sehran İlkini və Yeganəni döymüş, İlkin də evdə olan mətbəxt bıçağı ilə Sehranın qarın nahiyyəsindən vurmuşdur. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə iclasında elan edilmiş Şahid2 məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ilə eyni məzmunlu ifadə vermişdirlər (Cild 1, i.v. 42). Cinayət işinin materiallarında olan və məhkəmədə elan edilərək tədqiq edilmiş məhkəmə tibbi ekspertizasının xx xxxxxx 2019-cu il tarixli 1164 №-li rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində olan xəsarət- qarının ön divarının sol yarısının boşluğa keçərək mədənin ön divarının mədəaltı vəzin jisminin aşağı kənarını zədələyən kəsilmiş-deşilmiş yarası xəsarəti deşiji –kəsiji alətin təsirindən törənmiş, qərarın təsviri hissəsində göstərilən şəraitdə kənar şəxs tərəfindən yetirilmişdir, müddəti xx.xx.2019-cu il tarixə uyğuun gələ bilər və dərəjəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir. Göstərilən xəsarətin ekspertizaya təqdim olunmuş bıçaqla yetirilməsi inkar olunmur (Cild 1, i.v. 65). Cinayət işinin materiallarında olan və məhkəmədə elan edilərək tədqiq edilmiş məhkəmə trasoloji ekspertizasının xx.xx.2019-cu il tarixli 20382/20670 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilən bıçaq zavod üsul ilə hazırlanmış, deşici-kəsici xassəyə malik təsərrüfat məişət təinatlı mətbəxt bıçağıdır, soyuq silah hesab edilmir və sonradan üzərində dəyişiklər edilməmişdir.Tədqiqata təqdim edilmiş köynəyin üzərində olan “a,b” zədələribdir tərəfi kəsici, ucu deşici xassəyə malik predimentin, o cümlədən təqdim edilmiş bıçaq və ya ona bənzər xassəli hər hansı bir alətin təsiri ilə yaranmağa xarakterik deşilmə-kəsilmə zədələri vardır. Təqdim edilmiş köynəyin üzərində olan zədələr ümumi əlamətlərinə əsasən təqdim edilən bıçağın da təsirindən yaranmışdır. Tədqiqata təqdim edilmiş bir ədəd cins şalvarın üzərində zədə aşkar edilməmişdir (Cild 7, i.v. 77). Cinayət işinin materiallarında olan və məhkəmədə elan edilərək tədqiq edilmiş kompleks ambulator məhkəmə psixatirik və psixoloji ekspertizasının xx.xx.2019-cu il tarixli, 2518 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Qərarın təsviri hissəsində göstərilən əməli törətdiyi zaman Təqsirləndirilən şəxs psixi vəziyyəti situasiya ilə əlaqəli nevrotik reaksiya kimi qiymətləndirilir. Jinayət iş materiallarından və hal-hazırki psixatrik müayinənin nəticəsindən görünür ki, Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövrundə hər hansı bir psixi xəstəliyi və ya psixi xəstəliyi və ya psixi fəaliyyətin müvəqqəti müvəqqəti pozulması əlamətləəriaşkar olunmayıb. Həmin dövürdə o, öz hərəkətlərinin faktiki xarakterini və ijtimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri AR JM-nin 21-ji maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məjburi müalijəyə ehtiyajı yoxdur. Təqsirləndirilən şəxs əqli və psixi inkişafə yaş xüsusiyyətinə uyğundur, gerilik əlamətləri aşkar olunmur. Fərdi-psixi xüsusiyyətlərinə görə (psixi fəaliyyətitn xarici aləmə yönəlməsi) Ünsiyətçilik emosionallıq, tez təsirlənmək, özünə qarşı hörmət tələb etməkvə s. Kimi xarakterik xüsusiyyətlərə malikdir. Onda özündən uydurmağa və başqalarının təsiri altında hərəkət etməyə meyillik əlamətləri müşahidə edilmədi. Motivasiya sferası yetişəndir, emosional iradi sferasında hərəkət və davranışını iradi olaraq tənzimlənməsində hər hansı bir dəyişiklik aşkar olunmur. Təqsirləndirilən şəxs əqli və psixi inkişafı nəzərə almaqla etdiyi hərəkətləri edekvat olaraq qavramaq, onların mahiyyətini dərk etmək, öz hərəkətlərini idarə etmək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs hadisə zamanı psixi- emosional vəziyyətdə hirslilik, həyacan yaranmışdır. Həmin halın yaranması situasiya ( atalığın onu və anasını söyməsi, təhqir etməsi, vurmaq istəməsi və s.) ilə şərtləndirilmişdir. İ.E.Babayyev hadisə baş verən vaxt emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək, hərəkət və davranışını tənzimləmək və onlara iradi nəzarət etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs jinayət hadisəsini törədən zaman fizioloci affekt (qəflətən baş vermiş güclü ruhi həyajan) vəziyyətində olmamışdır (Cild 119). Cinayət işinin materiallarında olan və məhkəmədə elan edilərək tədqiq edilmiş maddi sübut kimi tanıma haqqında xx xxxxxx 2019-cu il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs məxsus paltar və bıçaq iş üzrə mühüm əhəmiyyət kəsb etdiyindən, cinayətin birbaşa predmeti olduğundan maddi sübut kimi tanınıb saxlanılması üçün Sumqayıt ŞPİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmişdir (Cild 1, i.v. 114-115). Cinayət işinin materiallarında olan və məhkəmədə elan edilərək tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və x4 xx xxxxxx 2019-cu il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (c-1, i.v. 57). Cinayət işinin materiallarında olan və məhkəmədə elan edilərək tədqiq edilmiş Sumqayıt şəhər 1 nömrəli Uşaq Poliklinikasının xx xxxxxxx 2019-cu il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs «Onurğa sütununun İİ dərəcə skolozu . Sağ ağrı əzələlərinin artofiyası. Sağ bud sümüyünün yuxarı 1/3-nin osteoparozu, cərrahi əməliyyatdan sonrakı vəziyyət” diaqnozu ilə şəhər poliklinikasında qeydiyyatdadır. Sağlamlıq imkanlarının məhdudluğuna görə müavinət alır. Psixiatrik kabinetdə qeydiyyatda deyildir (Cild 1, i.v. 81). Beləliklə, məhkəmə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış, yuxarıda sadalanan sübutları tam, hərtərəfli və obyektiv yoxlamış, həmin sübutların məcmusuna qiymət verməklə, belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurma cinayətini törətməsi tam sübut olunmuşdur. Onun həmin əməli Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə tövsif edilməli və ona həmin maddə ilə cəza təyin edilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən hər bir şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cinayətin törədilməsində rolunu və iştirakçılıq dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, təyin olunan cəzanın onun islah edilməsinə və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən, cinayəti törətmiş şəxslər haqqında tətbiq olunan cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və cinayətin törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 86.2-ci maddəsinə əsasən cəza təyin edilərkən yetkinlik yaşına çatmama yüngülləşdirici hal kimi, cəzanı yüngülləşdirən və ağırlaşdıran digər hallarla birlikdə nəzərə alınır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 85.5-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə yetkinlik yaşına çatmayanlara on ildən çox olmayan müddətə təyin edilir. Cinayət işinin materiallarına əlavə edilmiş nikah haqqında şəhadətnamədən görünür ki, Zərərçəkmiş şəxs ilə x10 xx xxxxxx 2014-cü il tarixdə nikaha daxil olmuşlar və hazırda nikahdadırlar. Məhkəmədə müəyyən edildi ki, zərərçəkmiş Zərərçəkmiş şəxs təqsirləndirilən Təqsirləndirilən şəxs anasının əri olmaqla Təqsirləndirilən şəxs onun ögey oğludur. Hadisə baş verdiyi gün Zərərçəkmiş şəxs spirtli içkilərə qəbul edərək sərxoş olmuş, spirtli içkinin təsiri altında arvadını döyüb söymüşdür. Bundan sonra, Təqsirləndirilən şəxs anasını qorumaq üçün mübahisəyə qarışmış, bu vaxt Zərərçəkmiş şəxs arvadı və Təqsirləndirilən şəxs əl-qol atmışdır. Bu zaman Təqsirləndirilən şəxs onu vuracağını bildirdikdə, Zərərçəkmiş şəxs stolun üzərində olan mətbəx bıçağını götürüb ona verərək gücü çatırsa vurmasını bildirib söymüş və bundan sonra əsəbi vəziyyətdə olan Təqsirləndirilən şəxs bıçaqla bir dəfə qəsdən zərbə vurmaqla sonuncunun sağlamlığına ağır zərər vurmuşdur. Bundan sonra atalığı Zərərçəkmiş şəxs müalicəsi üçün təcili tibbi yardım çağırmış, özü də birlikdə xəstəxanaya getməklə törətdiyi əməlin nəticələrini aradan qaldırmağa cəhd etmişdir. Hadisədən sonra və hazırda da təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin himayəsində olmaqla onunla birgə yaşayır və aralarında yaxın qohumluq münasibətləri vardır. Məhkəmə tərəfindən şərh edilən halları təqsirləndirilən, zərərçəkmiş və şahid ifadələri ilə, cinayət işində mövcud olan sübutlarla tam təsdiqini tapmışdır. Məhkəmə Təqsirləndirilən şəxs cinayət törətməyə yönəlmiş bir tutumu olmamasına rəğmən, özünün içindən deyil, xaricdən gələn təsirlər nəticəsində cinayət törətməyə təhrik edildiyi qənaətinə gəlir. Məhkəmə bununla bağlı qeyd edir ki, qanunverici Cinayət Məcəlləsinin 59.1.8-ci maddəsində cinayətin zərərçəkmiş şəxsin qanunsuz və ya əxlaqsız hərəkətlərinin təsiri altında törədilməsini yüngülləşdirən hal kimi təsbit etmişdir. Yüngülləşdirən hal qanunsuz və əxlaqsız hərəkətlərin təsiri altında ictimai təhlükəli əmələ yol verilməsidir. Bu onu göstərir ki, şəxsi cinayət törətməyə yönəltmək başqa şəxsin davranışları ilə bağlıdır. Belə olan halda, bir şəxs başqa şəxsin iradəsinə təsir edərək onun cinayət törətməyə yönəltməlidir. Qanuni nümayəndə, Təqsirləndirilən şəxs anasıdır. Ana ilə övladı arasında mənəvi bağ olur. Övlad anasının döyüldüyünü və söyüldüyünü görür. İnsan isə psixoloji varlıq olduğu üçün, yanlız ağlı ilə davrana bilmir, duyğuları da insanın davranışına istiqamət verə bilir. Anaya olan duyğusal münasibət, hər hansı kənar təsirdən asılı olmadan mövcud olur. O, anasının, əri Zərərçəkmiş şəxs tərəfindən döyülməsini gördüyü üçün, mənəvi bağ tələb edir ki, mübahisəyə qarışsın. Məhz Təqsirləndirilən şəxs anasına yönəlmiş davranış onu həyəcanlandırmış, Zərərçəkmiş şəxs bıçağı götürüb, “Kişisən al vur” deməsi isə onun davranışını nəzarət altında saxlaya bilməmiş, onda yaranmış əsəb, hiddət və gərginlik nəticəsində Zərərçəkmiş şəxs sağlamlığına ağır zərər vurmuşdur. Məhz göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ittiham olunduğu cinayəti Zərərçəkmiş şəxs qanunsuz və əxlaqsız hərəkətlərinin təsiri altında törətmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan edilərək tədqiq edilmiş xx xxxxxx 2019-cu il tarixli könüllü gəlmə barədə protokoldan görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs könüllü gəlib istintaq orqanına özünü təslim etmişdir (Cild 1, i.v. 84). Məhkəmə iclasında zərərçəkmiş Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı şikayəti, tələbi və iddiası yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.8, 59.1.10 və 59.1.12-ci maddələrində nəzərdə tutulmuş cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq, onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsini tətbiq etməklə cəza təyin olunmasını mümkün hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən, “Bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında 3 ildən 8 ilədək azadlıqdan məhrumetmə növündə cəza göstərilmişdir. Göstərilənlərə əsasən məhəkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiya üzrə təyin edilə biləcək cəza 6 ildən artıq ola bilməz. Cinayət işinin materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə edilir (Cild 1, i.v. 117). Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinin tələblərinə əsasən yetkinlik yaşına çatmadığı dövrdə törətməsini, zərərçəkmiş şəxslə barışmasını, sonuncunun ona qarşı şikayəti, tələbi və iddiasının olmamasını, zərərçəkmiş şəxslə yaxın qohumluq münasibətində olması, zərərçəkmiş şəxsin qanunsuz və əxlaqsız hərəkətlərinin təsiri altında törədilməsini, könüllü gəlib təqsirini boynuna almasını, etdiyi hərəkətə münasibətdə əməlini etiraf edərək peşimançılıq çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 70.1-ci maddəsində göstərilmişdir ki, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2-ci maddəsində göstərilmişdir ki, məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngüləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs yetkinlik yaşına çatmadığı dövrdə törətməsini, zərər çəkmiş şəxslə barışmasını, sonuncunun ona qarşı şikayəti, tələbi və iddiasının olmamasını, zərərçəkmiş şəxslə yaxın qohumluq münasibətində olması, zərərçəkmiş şəxsin qanunsuz və əxlaqsız hərəkətlərinin təsiri altında törədilməsini, cinayəti törətdikdən sonra ona zəruri köməklik göstərməsini, könüllü gəlib təqsirini boynuna almasını, etdiyi hərəkətə münasibətdə əməlini etiraf edərək peşimançılıq çəkməsi ilə bağlı halları, qanunun ədalət və humanizm prinsiplərini nəzərə alaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin cəza çəkmədən islah olunması mümkündür. Ona görə də Təqsirləndirilən şəxs barəsində təqsirli bilindiyi maddənin sanskiyasında ən aşağı həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməklə, həmin cəzanın Azərbaycan Respublikasının Cinayət Məlləsinin 70-ci maddəsinin tələblərinə uyğun qaydada şərti olaraq tətbiq edilməsi ədalətli, qanuni və əsaslı hesab edilməlidir. Şərti məhkum etmə təyin edilərkən həmin Məcəllənin 70.3-cü maddəsində göstərilən hədlər daxilində sınaq müddəti müəyyən olunmalıdır. Eyni zamanda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən sınaq müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə öz davranışı ilə islah olunmasını sübut etmək, davranışı üzərində nəzarəti həyata keçirən orqanın məlumatı olmadan daimi yaşayış yerini dəyişməmək vəzifələri qoyulmalıdır. Cinayət işinin materiallarında olan qətimkan tədbirini seçmə barədə xx xxxxxx 2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına verilmişdir (Cild 1, i.v. 112). Təqsirləndirilən şəxs şərti məhkum etmə təyin edilməsi ilə bağlı barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. İş üzrə maddi sübut kimi tanınmış və Sumqayıt ŞPİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmiş Zərərçəkmiş şəxs məxsus paltar və bıçaq məhv edilməlidir. İş üzrə məhkəmə xərcini təşkil ekspertiza xərci olan 173 (yüz yetmiş üç) manat 46 (qırx altı) qəpik Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: VÖEN: **********) ödənilməlidir. Cinayət işi üzrə maddi ziyanın və mülki iddianın olmaması nəzərə alınmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə ona təyin edilmiş cəza 02 (iki) il sınaq müddəti ilə şərti hesab edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəsini aldığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərində sınaq müddəti ərzində nəzarətin həyata keçirilməsi Sumqayıt şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində öz davranışı ilə islah olunmasını sübut etmək, davranışı üzərində nəzarəti həyata keçirən orqanın məlumatı olmadan daimi yaşayış yerini dəyişməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış və Sumqayıt ŞPİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmiş Zərərçəkmiş şəxs məxsus paltar və bıçaq məhv edilsin. İş üzrə məhkəmə xərcini təşkil ekspertiza xərci olan 173 (yüz yetmiş üç) manat 46 (qırx altı) qəpik Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: VÖEN: **********) ödənilsin. Cinayət işi üzrə maddi ziyanın və mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən 20 gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(101)-373/2020
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-373/2020
26.02.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver